You are on page 1of 26

BLOK 1

1.Bina və qurğuların müayinəsinin aparılma mərhələləri və işlərin tərkibi

2.Müayinənin aparılması üçün hazırlıq işləri

3.İlkin (vizual) müayinə

4.Detal müayinənin tərkibi

5.Detal müayinədə ölçmə işləri

MÜAYİNƏLƏRİN APARILMA MƏRHƏLƏLƏRİ

VƏ İŞLƏRİN TƏRKİBİ

Bina və qurğularda inşaat konstruksiyalarının müayinəsi bir qayda olaraq üç


əlaqəli mərhələdə həyata keçirilir:

- müayinənin aparılmasına hazırlıq;

- ilkin (vizual) müayinə;

- detal (instrumental) müayinə.

Konstruksiyaların müayinəsi üzrə işlərin tərkibi və tədbirlərin ardıcıllığı:

Hazırlıq işləri

müayinə obyekti, onun həcm-planla dırma və konstruktiv həlli, mühəndis-


geoloji axtarış materialları ilə tanışlıq;

layihə-texniki sənədlərin seçilməsi və təhlili;

sifarişçi tərəfindən təqdim olunmuş texniki tapşırıq əsasında iş proqramlarının


tərtibi (zəruri hallarda). Texniki tapşırıq sifarişçi tərəfindən təsdiq olunur, icraçı və
zərurət yarandıqda layihəçi ilə razıla dırılır.

lkin (vizual) müayinə

lkin müayinə bina konstruksiyalarının texniki vəziyyətini qiymətləndirmək


üçün aparılır. Müayinə nəticəsində detal müayinənin zəruriliyi və işlərin təxmini
həcmi haqqında ekspert rəyi verilir.

Detal (instrumental) müayinə

Detal müayinədə binanın konstruksiyalarında ilkin müayinə zamanı aşkar


edilmiş qüsurlar və onların əmələ gəlmə səbəbləri, yükdaşıyan konstruksiyaların
faktiki vəziyyəti – yükgötürmə qabiliyyəti və deformasiyalılığı mövcud sınaq
üsulları ilə dərindən tədqiq edilir, lazımi hesablar əsasında binanın istismara
yararlığı və texniki vəziyyətinin dərəcəsi (kateqoriyası) müəyyənlə dirilir. Nəticədə
binanın saxlanılıb-saxlanılmaması, gücləndirmə layihələrinin i lənilməsi və sair
göstəricilər haqqında ekspert rəyi verilir.

Müayinədə aşağıdakılar yerinə yetirilir:

bina, qurğuların, onların element və qovşaqlarının zəruri həndəsi ölçülərinin


təyini üzrə işlər (o cümlədən geodeziya cihazlarının tətbiqi ilə);

qüsur və zədələnmə parametrlərinin instrumental qaydada müəyyənləşdirilməsi;

əsas yükdaşıyan konstruksiya və onların elementlərinin faktiki yükgötürmə,


deformasiya göstəricilərinin müəyyənləşdirilməsi;

bina və qurğuda texnoloji prosesə xas olan istismar mühiti amillərinin


ölçülməsi;

bünövrə qruntlarının deformasiyası təsirini nəzərə almaqla müayinə edilən


konstruksiyaların real istismar yüklərinin və təsirlərinin müəyyənləşdirilməsi;
bina və onun ayrı-ayrı konstruksiyalarının real hesablama sxeminin
müəyyənləşdirilməsi;

istismar yüklərinə məruz qalan yükdaşıyan konstruksiyalarda hesablama


yanaşmalarının seçilməsi;

müayinə nəticələri əsasında konstruksiyaların yükgötürmə qabiliyyətinin


hesablanması;

konstruksiyalarda qüsur və zədələnmələrin yaranması səbəblərinin təhlili;

zərurət yarandıqda konstruksiyaların tələb olunan möhkəmlik və deformasiya


kəmiyyətlərinin təmin olunması üzrə tövsiyələrin işlənib hazırlanması;

yekun sənədin (aktın, rəyin, texniki hesabatın) müayinə nəticələri ilə müayinə
nəticələri ilə birlikdə tərtibi.

Müayinələrin aparılmasına hazırlıq - müayinə obyekti ilə, konstruksiya və bina


tikintisinə dair layihə və icra sənədləri ilə, vaxtı ilə aparılmış istismar və təmirlər,
yenidən planlaşdırma və rekonstruksiya üzrə sənədlərlə ilkin tanışlıq nəzərdə
tutulur.

Layihə sənədləri ilə layihə təşkilatı, layihənin müəllifi, layihənin işlənməsi,


binanın konstruktiv sxemi, layihədə istifadə olunan konstruksiyalar barədə
məlumatlar, quraşdırma elementlərinin sxemləri və inşaat materialları, hesablama
sxemləri, layihə yükləri müəyyən edilir.

Müayinələrin aparılmasına hazırlıq mərhələsində, zərurət yarandıqda, texniki


tapşırıq əsasında müayinə işlərinin proqramı tərtib olunur. Proqramda müayinə
obyekti haqqında məlumat, müayinənin məqsəd və vəzifələri, müayinə olunacaq
tikinti konstruksiyalarının və onların elementlərinin ilkin siyahısı, sınaq üsulları və
digər məlumatlar göstərilir.

Ilkin (vizual) müayinə


Vizual müayinə tikinti konstruksiyalarının texniki vəziyyətinin zahiri əlamətlər
əsasında ilkin qiymətləndirilməsi və detal (ətraflı) instrumental müayinənin
aparılması zərurətinin müəyyənləşdirilməsi məqsədi ilə aparılır.

lkin müayinənin əsasını ölçü alət və cihazlarının tətbiqi ilə bina və qurğulara və
ya ayrı-ayrı konstruksiyalara baxışın keçirilməsi təşkil edir.

Vizual müayinə zamanı konstruksiyalarda görünən qüsur və zədələnmələr aşkar


edilərək qeydə alınır. Belə sahələrin təsviri, yerləşməsi və ölçüləri qeydə alınır,
onların sxem və cədvəlləri tərtib olunur.

Bununla yanaşı, bina və qurğular üçün səciyyəvi olan deformasiya


əlamətlərinin olub-olmaması yoxlanılır (əyilmələr, dönmələr, əyintilər, sınıq və çat
yerləri və s.), qəza sahələrinin mövcudluğu müəyyən edilir.

Vizual müayinə nəticələrinə görə tikinti konstruksiyalarının texniki


vəziyyətinin ilkin qiymətləndirilməsi aparılır. Konstruksiyaların texniki vəziyyəti
zədələnmə dərəcəsi və qüsurların səciyyəvi əlamətlərinə görə qiymətləndirilir.
Qüsur və zədələnmələrin təsbit edilmiş vəziyyəti (misal üçün, dəmir-beton və da
konstruksiyalarında – çatların yaranması və inkişafı sxemi; taxta konstruksiyalarda
- bioloji zədələnmələrin yerləri; metal konstruksiyalarda – korroziya təsirinə məruz
qalmış yerlər, binanın çökməsi), onların yaranma səbəblərinin müəyyənlə
dirilməsinə imkan yaratmaqla, konstruksiyaların vəziyyətinin qiymətləndirilməsi
və müvafiq rəyin tərtib edilməsi üçün əsas ola bilər.

Səciyəvi çatlar, binaların hissələrində əyrilik, divarların ayrılması və qrunt


özülünün qeyri-məqbul vəziyyətinə sübut olan digər zədələr və deformasiyalar
aşkar edildikdə mühəndis-geoloji tədqiqatlar aparılmalıdır.

Tədqiqatın nəticələrinə görə in aat konstruksiyalarının bərpası və təmiri, eləcə


özül və bünövrələrin gücləndirilməsi tələb oluna bilər.


Detal (instrumental) müayinə

Detal-instrumental müayinə layihə-texniki sənədlərin mövcudluğu və


tamlığından, qüsur və zədələnmələrin xarakter və dərəcəsindən asılı olaraq tam və
ya seçmə yolla aparıla bilər.

Tam müayinə aşağıdakı hallarda aparılır: layihə sənədləri olmadıqda;


konstruksiyaların yükgötürmə qabiliyyətini azaldan qüsurlar aşkar edildikdə;
yüklərin (o cümlədən mərtəbələrin sayının) artırılması ilə həyata keçirilən
rekonstruksiya (yenidən qurma) işləri zamanı;

birtipli konstruksiyalarda materialların xassələrinin fərqli olması, aqressiv


mühitin və ya texnogen proseslərin təsiri və sair təsirlərin nəticəsində istismar
şəraitinin dəyişməsi halları aşkar edildikdə.

Seçmə yolla müayinə aşağıdakı hallarda aparılır:

ayrı-ayrı konstruksiyaların müayinə edilməsi zərurəti yarandıqda;

konstruksiyalara yaxınla araq tam müayinənin aparılması mümkün olmadıqda,


potensial təhlükəli bölgələrdə.

Tam müayinə prosesində birtipli konstruksiyaların ümumi sayı 20-dən çox


olduqda, ən azı 20%-nin vəziyyəti kafidirsə və digər konstruksiyalarda qüsur və
zədələnmələr yoxdursa, yerdə qalan konstruksiyaların müayinəsi seçmə üsulla
aparıla bilər. Seçmə üsulla müayinə olunan konstruksiyaların həcmi konkret olaraq
təyin edilməlidir (bütün hallarda birtipli konstruksiyaların ən azı 10% və üç
ədəddən az olmaması şərti ilə).

Ölçmə işləri

Ölçmə işləri tikinti konstruksiyaları və onların elementlərində faktiki


həndəsi ölçülərinin dəqiqləşdirilməsi, onların layihəyə uyğunluğunun
müəyyənləşdirilməsi məqsədi ilə aparılır. İnsrumental ölçmə üsulları ilə
konstruksiyaların aşırımları, planda yerləşməsi və addımı, en kəsik, uzunluq,
hündürlük və sair ölçüləri, otaqların hündürlüyü, səciyyəvi düyünləri və digər
göstəricilər dəqiqlə dirilir. Ölçmə nəticələrinə görə konstruksiyaların faktiki
yerləşmə planları, binanın kəsikləri, yükdaşıyan konstruksiyaların işçi kəsikləri,
konstruksiya və elementlərin birləşmə düyünləri tərtib olunur.

Konstruksiyaların müayinəsi zamanı, materialından asılı olmayaraq, aşağıdakı


ölçmə işləri aparılır:

qurğuların bölgü oxları, şaquli və üfiqi ölçüləri dəqiqlə dirilir;

yükdaşıyan konstruksiyaların aşırımları və addımları yoxlanılır;

yükdaşıyan konstruksiyaların əsas həndəsi ölçüləri qeydə alınır;

konstruksiyalar və onların elementlərinin hesabı kəsiklərinin faktiki ölçüləri


müəyyənlə dirilir və onların layihəyə uyğunluğu yoxlanılır;

elementlərin birləşmə düyünləri və dayaq hissələrinin forma və ölçüləri


müəyyən edilir və layihəyə uyğunluğu yoxlanılır;

dayaq konstruksiyalarının şaquliliyi, biroxluluğu, birlə mə və en kəsiklərin dəyi


ən yerlərinin mövcudluğu və yerlə məsi yoxlanılır;

əyintilər, büküklər, şaquli vəziyyətdən sapmalar, dönmələr, çəpiklər,


yerdəyişmələr və sürüşmələr ölçülür.

dəmir-beton konstruksiyalarda armaturun yerləşməsi, sayı və sinfi, armatur və


qoyma detalların korroziyaya uğrama əlamətləri, eləcə də mühafizə qatının
vəziyyəti müəyyən edilir;

dəmir-beton və daş konstruksiyalarında çatların mövcudluğu müəyyən edilir;

metal konstruksiyalarda sıxılan millərin düzxətliyi, birləşdirici vərəqlərin


olması, en kəsikləri, sərtlikləri kəskin dəyişən elementlərin vəziyyəti, qaynaqların
faktiki uzunluğu, katetin qalınlığı və keyfiyyəti, pərçim və ya boltların yerləşməsi,
miqdarı və diametri, kənar və kəllə hissələrin xüsusi işlənməsinin mövcudluğu
yoxlanılır;

ağac konstruksiya elementlərində əyrilik və qabarma halları, elementlərin en


kəsiklərində qopma və ya boyuna çatlar, eləcə də bioloji zədələnmə sahələri qeydə
alınır.

6.Bina və qurğuların müayinəsinin aparılması üçün zəruri olan səbəblər


QURĞULARIN SINAĞININ VƏ MÜYINƏSININ MƏQSƏDI

VƏ MƏSƏLƏLƏRI

Öyrənilən fənnin əsas məqsədi və məsələləri aşağıdakılardan ibarətdir:

1. İstismar edilən obyektlərin vəziyyətini və xassələrini xarakterizə edən kəmiyyət


və keyfiyyət qiymətlərini göstəricilərinin təyin etmək üçün metodların və üsul-
ların işlənməsi həmçinin həmin obyektlərdə baş verən proseslərin təcrübi öy-
rənilməsi

2. Qurğuların, binaların, konstruksiya elementlərinin və materialların konstruktiv


və istismar xassələrinin eksperiment yolu ilə aşkar edilməsi və texniki tələblərə
onların uyğunluğunun müəyyən edilməsi

Qurğuların, binaların və inşaat konstruksiyaların müayinəsi inşaat


konstruksiya elementlərinin hazırlanması və quraşdırılmasının keyfiyyətinə nəzarət
metodları ilə aparılır. Bu metodlar obyektin proyekt qiymətlərinə və sistemin
həqiqi işinin əks etdirməyə uyğunluğunu təmin edir. Belə ki, dəmir beton
məmulatları zavodunda ictimai və yaşayış binalarının üstünü örtmək üçün
buraxılan panellər uyğun DÜST-ə (ГОСТ) əsasən işçi çertyojlara uyğun olaraq
hazırlanması və təyin edilmiş texniki tələblərini ödəməlidir.
Obyektin uzunluğunun, eninin, qalınlığının diaqonalların uzunluğunun
qoyma detallarının (hissələrinin) yerdəyişməsinin və mühafizə qatının qalınlığının
proyekt ölçülərində göstərilənlərdən buraxılan sapmala (əyintilər) müəyyən edilir.

Betonu hazırlamağ üçün istifadə edilən materiallar təyin edilmiş


standartların tələblərini möhkəmliyinə və şaxtaya davamlığ markasına görə
betonun alınmasını təmin etməlidir. İşçi armatur üçün mühafizə qatının qalınlığı
işçi çertyojda (çertyoj-cizgi) göstərilən qiymətə uyğun olmalıdır. Örtük panelin
səthi rənglənməyən uyğun hazırlanması, həmin səthdə betonun axmasına, yağlı və
paslı ləkələrin boşluğların, hava məsamələrinin (deşiklərinin) olmasına imkan
verilməməli, dəmir-qoyma (qoşma) detallar və armaturların çıxış hissələri
paslanmadan mühafizə edilməlidir.

Aparılan müayinələr inşaat konstruksiyaları və qurğular üçün səciyyəvi defektləri


aşkar etməyə, konstruksiya üçün hesabat metodların dəqiqləşdirilməsinə, onların
konstruktiv sxemlərinin inşaat konstruksiyalarının hazırlanması texnologiyasının
və quraşdırılmasının (montajının) mükəm-mələşdirilməsinə imkan verir.

Mühəndis qurğularının və binaların inşaat konstruksiyalarının müayinə


metodlarının effektini Mexiko şəhərində binaların tikintisi zamanı aparılan
antiseysmik tədbirlərin işlənməsi misalında göstərmək olar. 1985-ci ildə Mexikada
baş verən zəlzələ 500 tikilinin, həmçinin 40-a qədər hündür binanın dağılmasına
səbəb olmuşdur. Bununla belə seysmik aktiv zonada yerləşən bir çox uca binalar
əhəmiyyətsiz zədələr almışdır. Ona görə ki, həmin binalar seysmik effektlərin
azalmasını nəzərə alan konstruktiv qərarlar əsasında tikilmişdir.

Qurğuların sınağının əsas məsələsi inşaat konstruksiyasının real vəziyyəti ilə


onun hesablama sxemi arasında uyğunluq yaratmaqdan ibarətdir.Mühəndis
qurğuları mürəkkəb gərginlik-deformasiya halı şərtləri daxilində işləyən və fəza
konstruksiyalarından ibarət böyük sayda elementlərdən ibarətdir, zəruri mürəkkəb
mexaniki sistemləri əhatə edir.
Müasir inşaat mexanikasının sürətli inkişafına və hesablamalarda EHM
(ƏBM) istifadə edilməsinə baxmayaraq real konstruksiyanın vəziyyətini
xarakterizə edən əsas xassələrini özündə cəmləşdirən hesablama sxemlərinin
idealizmi zəruriyyəti meydana çıxır.

Konstruksiyanın ayrı-ayrı elementlərinin hazırlanması, göndərilməsi


(nəqliyyatla) və quraşdırılması (montajı) prosesləri verilmiş ölçülərdən təsadüfi
kənara sapmalara (çıxmalara) imkan verilməsinə öz təsirini göstərir. Bu kənara
çıxmalar texnoloji yolverməzlərə uyğun nizama salınır.

Sınaqların məqsədi - mühəndis qurğuların konstruksiyaların və


elementlərin hazırlandığı materialların vəziyyətini aşkar etməkdir. Sınaqlar
laboratoriyalarda və həmçinin təbii şəraitdə aparıla bilər.

7.Konstruksiyaların defektləri və onların nəticələri-(Pdf səh66)

8.Binaların istismar qaydalarının pozulması və onların nəticələri

9.Zədələnmələrin diaqnostikasının mahiyyəti və məqsədi

10.Binaların texniki müayinəsinin növ və üsulları-(Pdf səh41)

11.Binaların istismar xüsusiyyətlərini xarakterizə edən parametrlər


ƏSAS ANLAYIŞLAR

Bina və qurğuların diaqnostikası – mümkün kənara çıxmaları


müəyyənləşdirmək və normal istismar rejiminin pozulması hallarının qarşısını
almaq məqsədi ilə bina və qurğuların tikinti konstruksiyalarının vəziyyətini
xarakterizə edən əlamətlərin aşkar edilərək öyrənilməsidir.

Bina və qurğuların müayinəsi - obyektlərin istismar vəziyyətini, yararlığını


və işlək qabiliyyətini xarakterizə edən və onların gələcək istismar və ya bərpa-
gücləndirilmə imkanlarının müəyyənləşdirilməsi və dəyərləndirilməsi üçün
aparılan kompleks elmi-tədqiqat araşdırmalarıdır.

Qüsur - konstruksiyaların layihə və normativ sənədlər əsasında (СНиП, ГОСТ,


ТУ, СН və s.) müəyyən edilmiş parametrlərlə uyğunsuzluğu.

Zədə - istehsal, nəql etmə, tikinti və istismar zamanı konstruksiyanın aldığı


zədə.

Yoxlama hesabı – konstruksiyaların layihə göstəriciləri və ya müayinə


nəticəsində təyin edilmiş faktiki göstəriciləri (həndəsi ölçülər, materialların fiziki-
mexaniki xassələri, həqiqi yüklər və s.) əsasında aparılan təkrar hesablanma.

Qiymətləndirmə meyarları – tikinti konstruksiya və onun materiallarının


möhkəmlik, deformasiyalılıq və digər xüsusiyyətlərini xarakterizə edən, layihə və
normativ sənədlə müəyyənlə dirilən kəmiyyət və keyfiyyət göstəriciləri.

Texniki vəziyyət kateqoriyası - konstruksiyaların yükgötürmə qabiliyyətinin və


istismar xüsusiyyətlətinin azalması (zəifləməsi) səviyyəsindən asılı olaraq
müəyyənlə dirilən tikinti konstruksiyasının və ya bina və qurğuların istismara
yararlığı dərəcəsi.

Texniki vəziyyətin qiymətləndirilməsi – kəmiyyətcə qiymətləndirilən


göstəricilərin layihə və normativ sənədlə müəyyən edilən göstəriciləri ilə
müqayisəsi əsasında tikinti konstruksiyalarının və ya bina və qurğuların zədələnmə
dərəcəsinin və istismar vəziyyəti kateqoriyasının təyin edilməsi.

Texniki vəziyyətin normativ dərəcəsi – tikinti konstruksiyasının və ya bina və


qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi üzrə bütün meyarların kəmiyyət
və keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə (СНиП, ГОСТ, ТУ, СН
və s.) uyğun olduğu şəraitdə texniki vəziyyətin kateqoriyası.
Saz vəziyyət - yükgötürmə qabiliyyətinə və istismar yararlığına mənfi təsir
göstərən qüsur və zədələrin olmaması ilə xarakterizə olunan tikinti
konstruksiyalarının və ya bina və qurğuların texniki vəziyyətinin kateqoriyası.

İşlək vəziyyət - ədədlə qiymətləndirilən nəzarət parametrlərinin layihə


tələblərinə, norma və standartlara cavab vermədiyi, lakin tələblərin pozulması
hallarının mövcud olduğu, məsələn deformasiyalılıq, dəmir-betonda çatadavamlıq,
və konkret istismar əraitində həmin pozuntuların konstruksiyaların işlək
vəziyyətinə və yükgötürmə qabiliyyətinə təsir göstərmədiyi halda texniki vəziyyət
kateqoriyası.

Məhdud işlək vəziyyət – yükgötürmə qabiliyyətinin müəyyən dərəcədə


azalmasına gətirib çıxaran, lakin konstruksiyanın qəflətən dağılması təhlükəsinin
olmadığı və konstruksiyanın mövcudluğu yalnız onun vəziyyəti, istismar müddəti
və şərtləri üzərində nəzarətin həyata keçirilməsi ilə mümkün olduğu şəraitdə
konstruksiyaların texniki vəziyyətinin kateqoriyası.

Yolverilməz vəziyyət – insanların yaşaması (olması) və avadanlığın saxlanması


üçün təhlükənin mövcud olduğu şəraitdə (sığorta tədbirlərinin həyata keçirilməsi
və konstruksiyaların gücləndirilməsi zərurəti) yükgötürmə qabiliyyətinin və
istismar göstəricilərinin zəifləməsi ilə xarakterizə olunan tikinti konstruksiyalarının
və ya bina və qurğuların texniki vəziyyətinin kateqoriyası.

Qəza vəziyyəti – yükgötürmə qabiliyyətinin tükənməsinə və dağılma


təhlükəsinin mövcudluğuna əyani sübut olan zədələnmə və deformasiyalarla
xarakterizə olunan tikinti konstruksiyalarının və ya bina və qurğuların texniki
vəziyyətinin kateqoriyası.

Zədələnmə dərəcəsi – tikinti konstruksiyasının layihə yükgötürmə


qabiliyyətinin azalmasının faizlə ifadəsi.

Yükdaşıyan konstruksiyalar – istismar yükləri və təsirlərinə davam gətirəcək


binaların möhkəmlik və dayanıqlığını təmin edən tikinti konstruksiyaları.
Normal istismar – normalarda və ya layihədə nəzərdə tutulan texnoloji və ya
məişət şəraitlərinə uyğun qaydada həyata keçirilən konstruksiya və ya binaların
istismarı.

Binalara istismar göstəriciləri – binanın istismar keyfiyyətini xarakterizə edən


texniki, həcm-planla dırma, sanitar-gigiyena, iqtisadi və estetik xüsusiyyətlərin
məcmuəsi.

Binanın cari təmiri – bina elementlərində mövcud olan qüsurların aradan


qaldırılması və istismar göstəricilərinin normal səviyyədə saxlanması məqsədi ilə
həyata keçirilən kompleks tikinti tədbirləri.

Binanın əsaslı təmiri – zəruri hallarda ayrı-ayrı konstruktiv elementlərin və


mühəndis avadanlığı sistemlərinin dəyişdirilməsi də daxil olmaqla, bina və
qurğuların əsas texniki-iqtisadi göstəricilərinin dəyişdirilməsini nəzərdə tutmayan
fiziki və mənəvi köhnəlmənin aradan qaldırılması üzrə tikinti və təşkilati-texniki
tədbirlər kompleksi.

Binanın rekonstruksiyası (yenidən qurulması) – müvafiq layihə əsasında


yükdaşıyan konstruksiyaların dəyişdirilməsi, gücləndirilməsi, binanın təyinatı
dəyişdirilərkən yeni konstruksiyaların tətbiq edilməsi ilə bağlı inşaat işləri.

Binanın müasirləşdirilməsi – mövcud normalarla istismar şəraitinə dair irəli


sürülən yeni tələblərə uyğun olaraq, köhnə binaların və mənəvi cəhətdən
köhnəlmiş avadanlığın dəyişdirilməsi ilə bağlı həcmi-planlaşdırma və memarlıq
həllərinin yeniləşdirilməsini nəzərdə tutan xüsusi rekonstruksiya halı.

Binanın mənəvi köhnəlməsi – bina və qurğuların əsas istismar göstəricilərinin


müasir texniki tələblər səviyyəsindən tədricən (zamanla) azalması.

Binanın fiziki köhnəlməsi – obyektiv səbəblər ucbatından binaların texniki və


bununla bağlı istismar göstəricilərinin də tələblərə cavab verməməsi.

Bərpa – fiziki aşınmaya məruz qalmış və müxtəlif səbəblərdən zədə almış


konstruksiyaların işlək vəziyyətini təmin edərək ilkin səviyyəsinə çatdıracaq
tədbirlər.

Gücləndirmə – bütövlüklə tikinti konstruksiyasının və ya bina və qurğunun


yükgötürmə qabiliyyəti və istismar göstəricilərinin, mövcud vəziyyəti və ya
layihədə verilənlərlə müqayisədə yüksədilməsini təmin edən tədbirlər kompleksi.

12.Bina və onların konstruksiyalarının deformasiyalarına nəzarət

13.Bina və qurğuların müayinəsi və sınağı


14.Qurğuların müayinəsinin və sınağının metodları
QURĞULARIN SINAĞININ VƏ MÜYINƏSININ MƏQSƏDI

VƏ MƏSƏLƏLƏRI

Öyrənilən fənnin əsas məqsədi və məsələləri aşağıdakılardan ibarətdir:

1. İstismar edilən obyektlərin vəziyyətini və xassələrini xarakterizə edən kəmiyyət


və keyfiyyət qiymətlərini göstəricilərinin təyin etmək üçün metodların və üsul-
ların işlənməsi həmçinin həmin obyektlərdə baş verən proseslərin təcrübi öy-
rənilməsi

2. Qurğuların, binaların, konstruksiya elementlərinin və materialların konstruktiv


və istismar xassələrinin eksperiment yolu ilə aşkar edilməsi və texniki tələblərə
onların uyğunluğunun müəyyən edilməsi

Qurğuların, binaların və inşaat konstruksiyaların müayinəsi inşaat


konstruksiya elementlərinin hazırlanması və quraşdırılmasının keyfiyyətinə nəzarət
metodları ilə aparılır. Bu metodlar obyektin proyekt qiymətlərinə və sistemin
həqiqi işinin əks etdirməyə uyğunluğunu təmin edir. Belə ki, dəmir beton
məmulatları zavodunda ictimai və yaşayış binalarının üstünü örtmək üçün
buraxılan panellər uyğun DÜST-ə (ГОСТ) əsasən işçi çertyojlara uyğun olaraq
hazırlanması və təyin edilmiş texniki tələblərini ödəməlidir.

Obyektin uzunluğunun, eninin, qalınlığının diaqonalların uzunluğunun


qoyma detallarının (hissələrinin) yerdəyişməsinin və mühafizə qatının qalınlığının
proyekt ölçülərində göstərilənlərdən buraxılan sapmala (əyintilər) müəyyən edilir.

Betonu hazırlamağ üçün istifadə edilən materiallar təyin edilmiş


standartların tələblərini möhkəmliyinə və şaxtaya davamlığ markasına görə
betonun alınmasını təmin etməlidir. İşçi armatur üçün mühafizə qatının qalınlığı
işçi çertyojda (çertyoj-cizgi) göstərilən qiymətə uyğun olmalıdır. Örtük panelin
səthi rənglənməyən uyğun hazırlanması, həmin səthdə betonun axmasına, yağlı və
paslı ləkələrin boşluğların, hava məsamələrinin (deşiklərinin) olmasına imkan
verilməməli, dəmir-qoyma (qoşma) detallar və armaturların çıxış hissələri
paslanmadan mühafizə edilməlidir.

Aparılan müayinələr inşaat konstruksiyaları və qurğular üçün səciyyəvi defektləri


aşkar etməyə, konstruksiya üçün hesabat metodların dəqiqləşdirilməsinə, onların
konstruktiv sxemlərinin inşaat konstruksiyalarının hazırlanması texnologiyasının
və quraşdırılmasının (montajının) mükəm-mələşdirilməsinə imkan verir.

Mühəndis qurğularının və binaların inşaat konstruksiyalarının müayinə


metodlarının effektini Mexiko şəhərində binaların tikintisi zamanı aparılan
antiseysmik tədbirlərin işlənməsi misalında göstərmək olar. 1985-ci ildə Mexikada
baş verən zəlzələ 500 tikilinin, həmçinin 40-a qədər hündür binanın dağılmasına
səbəb olmuşdur. Bununla belə seysmik aktiv zonada yerləşən bir çox uca binalar
əhəmiyyətsiz zədələr almışdır. Ona görə ki, həmin binalar seysmik effektlərin
azalmasını nəzərə alan konstruktiv qərarlar əsasında tikilmişdir.

Qurğuların sınağının əsas məsələsi inşaat konstruksiyasının real vəziyyəti ilə


onun hesablama sxemi arasında uyğunluq yaratmaqdan ibarətdir.Mühəndis
qurğuları mürəkkəb gərginlik-deformasiya halı şərtləri daxilində işləyən və fəza
konstruksiyalarından ibarət böyük sayda elementlərdən ibarətdir, zəruri mürəkkəb
mexaniki sistemləri əhatə edir.

Müasir inşaat mexanikasının sürətli inkişafına və hesablamalarda EHM


(ƏBM) istifadə edilməsinə baxmayaraq real konstruksiyanın vəziyyətini
xarakterizə edən əsas xassələrini özündə cəmləşdirən hesablama sxemlərinin
idealizmi zəruriyyəti meydana çıxır.

Konstruksiyanın ayrı-ayrı elementlərinin hazırlanması, göndərilməsi


(nəqliyyatla) və quraşdırılması (montajı) prosesləri verilmiş ölçülərdən təsadüfi
kənara sapmalara (çıxmalara) imkan verilməsinə öz təsirini göstərir. Bu kənara
çıxmalar texnoloji yolverməzlərə uyğun nizama salınır.

Sınaqların məqsədi - mühəndis qurğuların konstruksiyaların və


elementlərin hazırlandığı materialların vəziyyətini aşkar etməkdir. Sınaqlar
laboratoriyalarda və həmçinin təbii şəraitdə aparıla bilər.

15.Statiki və dinamiki yükləri yaratmaq üçün istifadə edilən yükləmə


qurğuları

16.Statiki və dinamiki yüklər


STATIKI YÜKLƏRI YARATMAQ ÜÇÜN ISTIFADƏ EDILƏN

YÜKLƏMƏ QURĞULARI

Statik sınaqlar zamanı təsir edən yükləri yaratmaq üçün aşağıdakı qeyd
edilənlərdən istifadə edilir:

1. Tək-tək yüklər (çəki daşları), beton və d/beton bloklar, metal tökmələr və


döyülmüş metal parçalar
2. Dənəvər (səpələnən) materiallar
3. Su ilə doldurulmuş tutumlar (həcmlər)

4. Pnevmatik balış

5. a) hidravlik və vintli domkratlar (vint, burma mıx)

b) gəmini, təyyarəni hərəkətə gətirən qurğu

Xarici təsirlərə qoyulan tələblər aşağıdakılardan ibarətdir:

a) Xarici təsirlərin (qüvvələrin) zamana görə sabit olması

b) Onların qiymətlərinin etibarlı nəzarətinin mümkünlüyü

Laboratoriya şəratində modellər və materialların nümunələri sınaqdan


keçirilərkən press ləvazimatından və sınaq maşınlardan istifadə edilir:

1. Sərt yükləmə rejimi ilə işləyən maşınlar. Bu maşınlarda deformasiyanın


rejimi verilir.

2. Yumşaq yükləmə maşınları. Onlar üçün yüklərin dəyişmə qanunları


verilir. Bu növ maşınlara üstünlük verilir. Yüklərin asılması topa qüvvənin
yaradılması (təsir etməsi) üçün ən sadə üsuldur (təsir edən qüvvə əyintidən asılı
olmur)
Şəkil

(3) yük meydançalarına bir-bir yüklər yığılır. Qüvvələrin tətbiq olunması üçün
təqdim olunan sxem praktikada tez-tez işlədilir, ancaq texniki təhlükəsizlik
tədbirləri təminatı nöqteyi-nəzərindən kafi deyil, belə ki təcrübəçilər
(eksperimentatorlar) məcburdurlar ki, birbaşa yüklənmiş (1) fermasının altında
olsunlar.

Dartılma qurğularından istifadə edərkən yüklərin yerdəyişməsi və


çəkilməsinə sərf olunan ağır əmək ortadan çıxır:

a) Tətbiq olunan güclərin istiqaməti ixtiyari ola bilər;

b) Tələb edilən qurğu kompaktdır və asanlıqla sexin texnoloji sxeminə daxil olur
və onun istifadəsi darısqanlıq şəratində çətinlik yaratmır;

v) Yüklərin qiymətlərinin nizamlaşdırılmasının avtomatlaşdırılması bunun üçün


dartıcı qurğunun zəncirinə (dövrəsinə) tenzorezistor çevirici olan dinamometr qoşa
bilərlər.
Poliqonlarda (təcrübə meydanlarında) və laboratoriyalarda topa qüvvə
təsirləri yaradan domkratlar geniş istifadə edirlər. Sınaq praktikasında elektrik və
ya qolla (kiçik yüklərdə) ötürücüsü olan bir qrup nasos qurğusu olan hidravlik
domkrartlar istifadə olunur. 1000 kN-a qədər yük yaradan və porşenin imkanı
(hərəkət yolu) 100 mm-dən 315mm-ə qədər olan müxtəlif növ domkratlar
mövcuddur. Domkratla yaradılan güc (qüvvə) sinfi 2,5-dən aşağı olmayan, təzyiqi
± 2,5% dəqiqliklə ölçən texniki manometrin göstərişinə əsasən təyin edilir.

Sınaqdan əvvəl bütün manometrlər sinifi 0,2 olan nümunəvi nəzarət


manometri vasitəsi ilə yoxlanılır. Hər bir domkrat etalon dinamometrlərin və ya
sınaq proseslərin köməyi ilə hökmən yoxlanılmalıdır.

Konstruksiyaların sınağı keçirilərkən aşağıdakılar yaradılır:

1. Stasionar stendlər: bu stendlər güclü monolit dəmir-beton bünövrədə


qoyulmuş monolit dəmirbeton və ya metal konstruksiyalardan ibarətdir; və ya

2. Müvvəqəti stendlər metal fermalardan ibarətdir, və nəzərə almaq lazımdır


ki, konstruksiya və güc ləvazimatı elə quraşdırılır ki, onları qapalı sistem əmələ
gətirir və yükün aşağı təsiri (əsasa) ötürmürlər hansı ki, əsas yığılıb-açılan fermaya
söykənir.

Paylanmış yükün çox müxtəlif tətbiq üsulları var. Ən universal üsul tək-tək
yüklərdən istifadə etməkdir.

Aşağdakı şəkildə (2) tirinə təsir edən yükün yaradılması üçün istifadə
edilən kərpic və ya beton sütunlardan düzülməsi yolu ilə yükün yaradıılması
sxemi verilmişdir.

Dinamik yükləri yaratmaq üçün istifadə edilən yükləmə qurğuları

Dinamik yüklərin aşağıdakı tətbiq metodları var:

1. Mexaniki metodlar
2. Hidravlik metodlar

3. Pnevmatik metodlar

4. Elektrik metodları – bura daxildir:

a) Elektromaqnit metodları

b) Eletrodinamik metodlar

c) Pyezoelektrik metodları

Vibrostendlərdə, vibrostollarda və vibroplatformalarda yerləşdirilmiş


konstruksiyalarda dövri yüklənməni mexaniki üsullarla yaratmaq üçün
mərkəzəqaçma krivoşip (çarx qolu) mexanizmlər tətbiq edilir.

Hidravlik üsullar aşağıdakılara əsaslanır:

1. Kənardan alınan enerjinin sıxılmış mayenin enerjisinə çevirən


mexanizmlərdən istifadə etməklə

2. Sıxılmış mayenin enerjisinin konstruksiyanın deformasiya olunmasına


sərf olunan mexaniki enerjiyə çevrilməsi

3. Obyektin hərəkətinə qarşı olan müqavimətin dəf edilməsi

Dinamik yüklərin yaradılmasında elektrohidravlik gücləndirici sistemləri


aparıcı rol oynayır. Sürətli təsirlər və zərbələr çarx-nasos (maxovik-çarx, hərəkəti
nizama salan çarx), həcmli akumulyator dövr edən qurğuların köməyi ilə yaradılır.

Pnevmatik üsul partlayış və ya əvvəlcədən qazların sıxılması yolu ilə qüvvə


tətbiq etmək üsuludur.

Dövri yükləməni yaratmaq üçün əsasən elektrik metodlarından istifadə


edirlər. Rəqslərin elektromaqnit həyacanlandırıcıları ferromaqnit lövbərin dəyişən
maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində qüvvə yaradılır.
Bu sahə lövbər və onun oxları arasında aralıqlardakı (deşiklərdəki) maqnit
sistemi tərəfindən həyəcanlandırılır. Krivoşip şatun (çarx qolu-sürgü qol)
(krivoşip-maşının valını hərəkətə gətirmək üçün mexanizmindən istifadə edərkən
rəqslərin həyəcanlandırıcılarının sxemi aşağıdakı şəkildə verilmişdir.

Şəkil

VIBRASIYA MAŞINLARININ SXEMLƏRI

Əgər AB şatununun (sürgü qolunun) uzunluğu OA krivoşipin (çarx qolunun)


uzunluğuna nisbətən çox böyükdürsə, onda B nöqtəsi harmonik hərəkət edir. Əgər
yayın C sərtliyi çox böyük deyilsə, müqavimət qüvvələri nəzərə alınmazsa, onda
nəzərdən keçirilən sistem müəyyən edilmiş tezliklər diapozanda verilmiş qüvvə
təsiri altında rəqs edir. Hər iki halda fərz edilir ki, sınaqdan keçirilən obyektin
kütləsi m platformanın M kütləsi ilə müqayisədə çox kiçik olur.

Verilmiş sistemin üstün cəhəti onun sadəliyində, çatışmayan cəhəti isə ancaq
stasionar rejimlərdə istifadə edilməsi imkanlığıdır. Oxşar mexanizmlərdən
vibroplatformalarda əsasən modellərin sınağı zamanı istifadə edilir.

Real konstruksiyalar sınaqdan keçirilərkən mərkəzəqaçma


həyəcanlanmadan geniş istifadə edilir. Mexaniki vibratorlar üçün
həyəcanlannmanın istiqamətləndirilmə-miş xarakteri və həm də əvvəlcədən
verilmiş istiqamətdə xarakterli (həyəcanlanma) ola bilər.
2-ci şəkildə mexaniki vibratorların müxtəlif istiqamətlərdə
həyəcanlandırılan üç növü təsvir edilmişdir. Onun işi zamanı iki koordinat oxu
üzrə istiqamətləndirilən rəqslər yaranır. Əgər sınaqdan keçirilən obyektin dinamik
xarakteristikaları nəzərə alınmazsa və ya qəbul edilibsə ki, axırıncısının kütləsi
həddindən artıq əsasın (platformanın) kütləsindən kiçikdir, oda konstruksiyaya
aşağıdakı ifadələrə təyin edilən təsirlər ötürülür:

x=aω 2 m cos ωt

y=aω2 m sin ωt

x- əsasa təsir edən horizontal qüvvə

y- şaquli qüvvə;

m - debalansın kütləsi;
a- fırlanma mərkəzindən olan əmsal

Şəkil

Şəkildə partlayış kamerasının sxemi verilmişdir.

Trotil və başqa partlayıcı maddənin köməyi ilə (1) partlayış baş verir.
Müəyyən məsafədə yerləşdirilmiş sınaqdan keçirilən (3) konstruksiyası bu
partlayış təsirini qəbul edir. (1) konstruksiyasının partlayışın təsirini bərabər
(müntəzəm) nəticəsində əmələ gələn təsir diafraqmaya çataraq bərabər paylanır və
ani zamanda diafraqma dağılır. Bu zaman (3) konstruksiyası bərabər paylanmış
yükü qəbul edərək deformasiyaya uğrayır.

BLOK 2

1.Konstruksiyanın texniki vəziyyətinə nəzarət

2.Çatların müşahidəsi üçün üsul və vasitələr

3.Konstruksiyaların birləşmə yerlərinin kipliyinə nəzarət


4.Qoruyucu konstruksiyaların istilik mühafizə keyfiyyətinə nəzarət

5.Binaların daxilində hava mübadiləsi, havanın nəmliyi və temperatura


nəzarət

6.Binaların və iş yerlərinin işıqlanmasına nəzarət

7.Bina daxilində havanın kimyəvi tərkibinə nəzarət

8.Binaların mənəvi köhnəlməsi

9.Bina və qurğuların konstruksiyalarının diaqnostikasına tələbat və


aparılması metodikası

10.Təmirdən asılı və təmirdən asılı olmayan konstruksiya elementləri

11.Statiki yükləri yaratmaq üçün istifadə edilən yükləmə qurğuları

12.Elektrik sınaq metodları

13.Vibrasiya maşinlarinin sxemləri

14.Bina və qurğuların monitorinqinin əsasları

15.Monitorinq zamanı qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi


üsulları

16.Unikal qurğuların monitorinqi.

BLOK 3
Zəlzələlər və onların dağıdıcı nəticələri haqqında ümumi məlumat

Zəlzələ dalğaları

Tenzometrik metodlarla nisbi deformasiyanın təyini

Zəlzələlərin yaranma səbəbləri və mexanizmi haqqında

Omari metodu ilə zəlzələ yüklərinin təyini

Qurğuların müayinəsinin metodları

Zəlzələ şkalaları

Zəlzələ təsirinin qiymətləndirilməsi. Şkalalar və cihazlar

Tenzometr vasitəsi ilə nisbi deformasiyasının ölçülməsi

Dəmir-beton konstruksiyalarda mühafizə qatının qalınlığının təyini

Statiki yükləri yaratmaq üçün istifadə edilən yükləmə qurğuları

Dinamik yükləri yaratmaq üçün istifadə edilən yükləmə qurğuları

Sınaq qüvvələrin tətbiq metodları və vasitələri

Qüvvə yüklərinin təsnifatı

Maqnit və elektromaqnit metodlar

Elektrik sınaq metodları

BLOK 4

1.Qrunt müxtalifliyinin zəlzələnin intensivliyinə təsiri. Qrunt rəqslərinin


xüsusiyyətləri
2.Zəlzələ zamanı rəqslərin parametrlərinin təyini

3.Dinamik sınaqlarda istifade edilən cihazlar və çeviricilər

4.Sınaq qüvvələrin tətbiq metodları və vasitələri.

5.Betonun mühafizə qatının qalınlığının ölçülməsi

6.İnşaat konstruksiyalarının dinamiki yüklənmə metdoları ilə sınağı

7.Yerin daxilində və səthində zəlzələ intensivliyinin qiymətləndirilməsi.


Şkalalar və cihazlar

8.Zəlzələ yükünün statiki və dinamiki nəzəriyyə əsasında təyin edilməsinin


mahiyyəti

9.Radiasiya metodu

10.Hesablama nəzəriyyəsinin qısa tarixi

11.Qurğuların sınağının və müayinəsinin metodları.

12.Konstruksiyaların akustik metodlarla sınağının əsasları

13.Konstruksiyaların, materialların və məmulatların pyezoelektirik metodla


dinamiki xarakteristikalarının təyin edilməsi

14.İnşaat konstruksiyalarının dağıdıcı olmayan sınaq metodlarının əsasları

15.Radiasiya metodları vasitəsi ilə binaların, konstruksiyaların və qurğuların


sınağı.

16.Ultra səs qurğuları vasitəsi ilə konstruksiyaların sınağı


BLOK 5

1.Zəlzələ şkalaları və onların bölünmələri

2.Elektrik tenzometrlə nisbi deformasiyasının təyini

3.Bəzi dağıdıcı zəlzələlərin nəticələrinin analizi

4.Yapon alimi Mononobenin nəzəriyyəsi əsasında zəlzələ qüvvəsinin təyini

5.Rəqslər ölçən cihazlar

6.Qurğuların sınağının və müayinəsinin məqsədi və məsələləri

7.Qurğuların sınaq metodları

8.Şmidt çəkici vasitəs ilə betonun möhkəmliyinin təyin edilməsi

9.Dəmir-beton konstruksiyalarında armaturların düzülüşünün təyin edilməsi

10.Zəlzələ zamanı rəqslərin parametrlərinin təyini

11.Dağıdıcı olmayan sınaq metodlarının təsnifatı

12.Sınaq yüklərinin xarakteri və qiyməti

13.Qeyri-dağıdıcı sınaq üsulları

14.Konstruksiyaların dagıdıcı olmayan metodlarla müayinəsi

15.Maqnit və elektromaqnit metodlar

16.Çatın növləri və təyinində istifadə edilən cihazlar

You might also like