You are on page 1of 20

MÜHAZİRƏ 5.

İnformasiya texnologiyalarının proqram təminatı (Software)

1. Proqram təminatının təsnifatı


Kompüterin fəaliyyəti onun yaddaşına yazılmış proqramla təmin edilir. Proqram
təkcə konkret məsələnin həlli üçün deyil, istifadəçi ilə kompüter arasında əlverişli formada
ünsiyyət yaratmaq, informasiyanın işlənməsi prosesini idarə etmək, məsələlərin həllində
proqramçıya kömək etmək, proqramçının səhvlərini aşkar etmək və s. üçün istifadə edilir.
Bu və ya digər funksiyaları yerinə yetirmək məqsədilə kompüter uyğun proqramlar
kompleksi ilə təmin olunmalıdır ki, bu proqramlar kompleksinə kompüterin proqram
təminatı sistemi deyilir.
Proqram təminatı - kompüterdə məsələlərin həllini təşkil edən proqramlar
toplusudur. Proqram təminatı kompüterin vacib tərkib hissələrindən biridir və onun
müəyyən hissəsi texniki aparatla birlikdə alıcılara çatdırılır.
Kompüterdə istifadə olunan proqram təminatı funksional təyinatına görə də üç qrupa
bölünürlər: Sistem proqram təminatı (SPT), İnstrumental proqram təminatı (IPT –
Proqramlaşdırma vasitələri) və Tətbiqi proqram təminatı (TPT).

2. Sistem proqram təminatı (System software) və onun təsnifatı


Sistem proqram təminatı kompüterdə informasiyanın işlənməsi prosesini təşkil edir.
Mahiyyətinə görə o, proqram idarəetmə qurğusudur, bəzən onu kompüterin bir hissəsi
hesab edirlər.
Sistem proqram təminatı kompüterdə informasiyanın işlənməsi prosesinin təşkili ilə
yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir.
Sistem proqram təminatına aşağıdakıları aid etmək olar:
1. Əməliyyat sistemləri
2. Texniki xidmət proqramları
3. Servis proqramları
4. Proqramlaşdırma sistemləri – (İnstrumental PT)
Sistem proqram təminatının sxemi aşağıdakı kimidir:

 Əməliyyat sistemləri
Əməliyyat sistemləri – informasiyanın işlənməsinin idarə olunması ilə yanaşı aparat
vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Əməliyyat sistemlərinin əsas
funksiyalarından biri informasiyanın daxiletmə/xaricetmə prosesinin avtomatlaşdırılması,
istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. Əməliyyat
sistemləri lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə
yetirilməsinə nəzarət edir.
Əməliyyat sistemlərinə misal olaraq:
MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, Windows 7, 8, 10, Linux, Unix, Windows
Machintosh OS (Mac OS) və s. göstərmək olar.
 Texniki xidmət proqramları
Texniki xidmət proqramları kompüterin düzgün işləməsinə nəzarət etməklə yanaşı
nasazlıqları da aşkar etmək üçün istifadə olunur. Kompüterin işinə nəzarət etmək üçün
müxtəlif üsullar mövcüddür. Bu üsullardan bəziləri kompüterin aparat vasitələrilə, bəziləri
aparat-proqram vasitələrilə, bəziləri isə proqram vasitələrilə həyata keçirilir.
Proqrama nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata
keçilirir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı bloklarının işini yoxlayan test-
proqramlar vasitəsilə yerinə yetirilir.
Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və
kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşür.
Xüsusi nəzarət proqramları kompüterdə məsələlərin həlli üçün tətbiq olunan
proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və
məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır. Bütün hallarda nasazlıqların
xarakteri, mənbəyi və bəzən də səbəbi haqqında məlumat ekrana çıxır və ya çap qurğusuna
ötürülür.
Texniki xidmət proqramlarına misal olaraq: Norton Utilites, PC Tools Deluxe, Mase
Utilites göstərmək olar.
Disklərlə işləmək üçün TXP-ları:
 Backup - HDD olan dataların ehtiyyat nüsxəsini yaradır.
 Scan Disc - diskdə olan səhvləri tapıb aradan qaldırır.
 Drive Space - diskdə olan boşluqları aradan qaldırır və diskin informasiya
tutumunu artırır.
 Servis proqramları
Servis proqramları - SPT-nin bir qoludur, köməkçi funksiya daşıyır (istifadəçinin
işini asanlaşdırmaq, informasiyanın qorunması, arxivləşdirilməsi, viruslardan müdafiə,
xarici qurğularla işin təşkili və s.).
Servis proqramları aşağıdakı əsas funksiyaları yerinə yetirir:
 istifadəçi interfeysinin təkmilləşdirilməsi;
 məlumatların (verilənlərin) mühafizəsi;
 məlumatların bərpası;
 xarici yaddaşla operativ yaddaş arasındakı informasiya mübadiləsinin
sürətləndirilməsi;
 arxivləşdirmə və ya sənədi arxivdən çıxarmaq;
 kompüter virusları ilə mübarizə.
Servis proqramları təşkilinə, reallaşdırma üsullarına və yerinə yetirdikləri
funksiyalara görə aşağıdakı qruplara bölünür:
 Örtük proqramları
 Utilitlər
 Antiviruslar
 Drayverlər
Örtük proqramları - Əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün
yaradılan proqramlardır:
MS-DOS mühitində olan əksər örtüklərin funksiyası fayl və kataloqlarla işə əsaslanır.
Bu örtük proqram fayllarının sürətli axtarışını, mətn fayllarının yaradılmasını, baxışını və
redaktəsini, diskdə yerləşən fayllar haqqında məlumatların verilməsini, disk sahəsi və
operativ yaddaş haqqında məlumatların verilməsini təmin edir.
İstifadə olunan bütün örtük proqramları müəyyən dərəcədə istifadəçi səhvlərindən
mühafizəni təmin etməklə, faylların təsadüfi korlanma ehtimalını da azaldır.
MS-DOS mühitindəki örtük proqramlardan ən çox yayılanı və istifadə olunanı
NORTON COMMANDER proqramıdır.
Utilitlər - latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem
proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə
imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir. Utilitlər
aşağıdakı funksiyaları yerinə yetirirlər:
 disklərə xidmət etmək (formatlaşdırma və s.);
 informasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və
s.;
 fayl və kataloqlara xidmət;
 arxivlərin yaradılması və yeniləşdirilməsi;
 kompüter resursları, disk sahəsi, proqramların əməli yaddaşda paylanması
haqqında informasiyanın verilməsi;
 müxtəlif rejim və formatlarda olan mətn və digər faylların çapı;
 kompüteri viruslardan mühafizə.
Antivirus proqram vasitələri - Virus proqramlarını məhv etmək yaxud qarşısını
almaq məqsədiylə istifadə olunur. Virus - çoxalaraq artan, kompüterin, qurğuların və
proqramların işini korlayan ziyanverici proqramdır.
Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir çox
çətinliklər yaradır. Buna görə də vinrusların yayılma xüsusiyyətlərinin və əmələ gəlmə
xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan effektiv istifadəyə
imkan verir.
Drayverlər - Bu proqramlar əməliyyat sistemi ilə periferik qurğuları əlaqələndirirlər,
yəni xarici qurğuları kompüterə tanıdırlar.
Başqa sözlə desək, Drayver kompüteri təşkil edən və ona qoşulmuş
qurğuları/cihazları/avadanlıqları (hardware) idarə edən və yaxud düzgün işləməsini təmin
edən proqramdır. Printer, Scaner, Monitor, Videokart, şəbəkə kartı və s. avadanlıqları
kompüterə qoşduqdan sonra normal işləməsi üçün onları dərhal kompüterə tanıtmaq
lazımdır. Əgər hər hansı avadanlıq üçün drayver yazılmayıbsa və ya drayver yanlış şəkildə
yazılıbsa, ya da yazılmış drayverdə problem varsa, həmin avadanlıq ya ümumiyyətlə
işləməyəcək, ya da işləməsində müxtəlif problemlər yaranacaq.
Müasir texnologiya olan Plug&Play (qoş və işlət) - xarici qurğuların drayverini
kompüterə avtomatik olaraq yükləyir. Bu texnologiya kompüterə yeni qurğuların
qoşulmasını və konfiqurasiyasını avtomatlaşdırmağa imkan verir. Windows qurularkən
qurğunun tipini və modelini təyin edərək ona müvafiq drayver qoşur. Kompüter işə
qoşulan kimi drayverlər operativ yaddaşa yüklənir.

3. İnstrumental proqram təminatı (Software tools)

Proqramlaşdırma sistemləri - proqramlaşdırma dillərində işləməyi təmin edirlər.


Bu proqramlar yeni proqramlar yaratmağa xidmət edir.
Sistemə proqramlaşdırma dilləri, həmin dillərdə proqramları kompüter dilinə çevirən
translyatorlar (çevirici proqramlar), sazlayıcı proqramlar və s. daxildir.
Kompüter dili kompüterin «başa düşdüyü» kodlarla ifadə olunmuş əmrlərdən təşkil
olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət olur. Bu əmrlər kifayət
qədər sadə olub, məlumatlar üzərində müəyyən əməliyyatları (+, -, : və s.) yerinə yetirirlər.
Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif olduqlarına görə
istifadəçilər tərəfəfindən çətin mənimsənilir, istifadəsi çox zəhmət tələb etdiyindən
əlverişli deyil. Ona görə də təbii dilə yaxın formalaşdırılmış dillərdən istifadə olunur. Bu
cür dillərə proqramlaşdırma dilləri deyilir.
Proqramlaşdırma dillərində yazılmış proqram (ona ilkin proqram deyilir)
sonradan kompüter dilinə çevrilir, sazlanır və icra olunur. Kompüter dilindəki proqrama
işçi və ya mütləq proqram deyilir. İlkin proqramı işçi proqrama çevirmək üçün
translyator adlanan xüsusi proqramlardan istifadə olunur.
Translyatorlar iki yerə bölünür:
İnterpretator ilkin proqramın cümlələrini bir-bir təhlil edib, kompüter dilinə çevirir
və icra edir. Növbəti operatorun işlənməsindən sonra o digər operatora keçir. Sonuncu
operatorun işləməsindən sonra interpretasiya prosesi və proqramın icrası başa çatır.
İnterpretasiya üsulu ilə proqramın kompüter dilinə çevrilməsi və icrası ləng gedir.
Buna görə də translyasiyanın bu üsulu səmərəli deyil. Lakin interpretator roqramın
sazlanması üçün əlverişlidir. İnterpretator proqramı istənilən operatordan başlayaraq emal
etməyə və proqramın icrası zamanı dəyişənlərin aldıqları qiymətləri yoxlamağa imkan
verir. Dialoq rejimində proqramda istənilən düzəlişlər aparmaq və proqramı təkrarən icra
etmək mümkündür.
Kompilyator interpretatordan fərqli olaraq, ilkin proqramı bütövlükdə maşın dilinə
çevirir. Proqramda morfoloji və sintaksis səhvlər olarsa, onları aşkar edib, istifadəçiyə
xəbər verir. Səhvlər düzəldildikdən sonra kompilyasiya yenidən təkrar oluna bilər, ya da
saxlanmaq üçün xarici yaddaşa köçürülə bilər.
İlkin proqramın operatorlarının təhlili və çevrilməsi bir dəfə aparıldığı üçün
kompilyatorun sürəti yüksək olur. İşçi proqramın icrası kompliyasiya prosesindən asılı
olmadığı üçün, proqramın icrası zamanı kompilyatorun ƏYQ-də olmasına ehtiyac olmur.
Beləliklə, proqramın sazlanması zamanı interpretatordan istifadə etmək, sazlanmış
proqramı isə kompilyator vasitəsilə işləmək məqsədəuyğundur.
Assembler – assembler dilindəki proqramı kompüter dilinə çevirən proqramdır.
Assembler işçi proqramı bir gedişlə və ya çox gedişlə maşın dilinə çevirə bilər. Daha
səmərəli işçi proqram çoxgedişli assemblerlərdən istifadə etməklə alınır.
4. Tətbiqi proqram təminati
Tətbiqi proqram təminatı konkret məsələləri həll etmək üçün nəzərdə tutlan
proqramlar yığımından ibarətdir. Bu cür proqramların seçilməsi həll ediləcək məsələlərin
xarakterindən asılıdır (məsələn, iqtisadi, texniki və s.).
Tətbiqi proqram paketləri istifadəçi tərəfindən həll edilən məsələnin
avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq istifadəçini informasiyanın
işlənməsində kompüterin bu və ya digər funksiya və proseduralarının necə yerinə
yetirilməsini bilməkdən azad edir. Hal-hazırda öz funksional imkanlarına və reallaşdırma
üsullarına görə fərqlənən çox geniş spektrli tətbiqi proqram paketləri mövcuddur.
Tətbiqi proqram paketləri müəyyən olunmuş sinif məsələlərin həlli üçün təyin
olunmuş kompleks proqramdır.
Bir-birindən fərqli tətbiqi proqram paketləri mövcuddur:
 ümumi təyinatlı (universal);
 üsulyönlü;
 problemyönlü;
 qlobal kompüter şəbəkələri;
 hesablama prosesinin təşkili.
Tətbiqi proqram təminatının sxemi aşağıdakı kimidir:
TƏTBİQİ PROQRAM TƏMİNATI

Qlobal kompüter Hesablama


Ümumi təyinatli Üsulyönlü Problemyönlü
şəbəkələri prosesinin təşkili

Riyazi
Redaktorlar Sənaye sahəsi
proqramlaşdırma

Şəbəkə
Qeyri sənaye
Elektron cədvəllər planlaşdırma və
sahəsi
idarəetmə

VBİS-lər Riyazi statistika Xüsusi sahələr

İnteqrallaşdırılmış
paketlər

Case texnologiyası

Ekspert və süni
intellekt sistemləri

Ümumi təyinatlı tətbiqi proqram paketləri istifadəçinin funksional məsələləri və


informasiya sistemlərini hazırlaması, həmçinin istismarının avtomatlaşdırılması üçün təyin
olunan universal proqram məhsuludur. Bu tip tətbiqi proqram paketlərinə aşağıdakılar
daxildir:
 mətn və qrafiki redaktorlar;
 elektron cədvəllər;
 verilənlər bazasının idarəetmə sistemləri;
 inteqrallaşdırılmış paketlər;
 Case – texnologiyası;
 ekspert və süni intellekt sistemləri.
Redaktorlar. Mətn, sənəd, qrafiki verilənlər və rəsmlərin yaradılması və
dəyişdirilməsi üçün təyin olunan tətbiqi proqram paketləri redaktorlar adlanır. Redaktorlar
öz funksional imkanlarına görə mətn, qrafiki və nəşriyyat sistemlərinə bölünür.
Mətn redaktorları. Mətnin formasiyanın işlənməsi üçün təyin olunur və əsasən
aşağıdakı funksiyaları yerinə yetirir:
 mətnin adlandırılmış fayl şəkilində yaddaşa yazılması;
 simvol, sətir və mətn hissəsinin yerləşdirilməsi, silinməsi, əvəz olunması;
 orfoqrafiyanın yoxlanılması;
 mətnlərin müxtəlif şriftlərlə tərtibi;
 mətnlərin lazımi formaya salınması;
 başlıqların hazırlanması, mətnlərin səhifələrə bölünməsi;
 söz və ifadələrin axtarışı və əvəz olunması;
 sadə şəkillərin mətnlərə daxil edilməsi;
 mətnlərin çapı.
Mətn redaktorlarından geniş yayılanları aşağıdakılardır: Microsoft Word, Word
Perfect, LibreOffice, Multi Edit və s.
Qrafiki redaktorlar qrafiki sənədlərin (diaqram, şəkil, cizgi və cədvəllərin) təhlili
üçün istifadə olunur. Qrafiki redaktorlar fiqur və şriftlərin ölçülərini idarə etməyə, fiqur və
hərflərin yerdəyişməsinə və ixtiyari təsvirin yaradılmasına imkan verir.
Fərdi kompüterlərdə istifadə olunan qrafiki redaktorlara Paint, Boieng Graf,
FanVision, CorelDraw, Adobe Photoshop, Adobe Illustrator və s. nümunə göstərmək olar.
Nəşriyyat sistemləri - mətn və qrafiki redaktorların imkanlarını özündə birləşdirir.
Bu sistemlər sənədlərin nəşrə hazırlığını (çoxaldılmasını) avtomatlaşdırır. Nəşriyyatda bu
əməliyyat səhifələmə (verstka) adlandırılır. Nəşriyyat sistemlərinə Adope firmasının Page
Maker, Corel korperasiyasının Ventura Publisher və QuarkXPress misal göstərmək olar.
Cədvəlin işlənməsi üçün təyin olunan tətbiqi proqram paketləri elektron cədvəllər
adlanır. Elektron cədvəldə məlumatlar sətir və sütunun kəsişməsindəki xanalarda
(hücrələrdə) saxlanılır. Xanalarda ədəd, simvol verilənləri və düsturlar saxlanıla bilər.
Düsturlar digər xanaların məzmunundan asılı qiymətlərlə bir xanada verilir. Xanaların
məzmununun dəyişməsi ilə bundan asılı olan xanadakı qiymət dəyişir.
Geniş istifadə olunan elektron cədvəllərə Microsoft Excel, Lotus 1-2-3, Quattro və s.
aid etmək mümkündür.
Verilənlər bazasının idarəetmə sistemləri. İnformasiya təminatının maşındaxili
təşkili və idarəedilməsi üçün xüsusi tətbiqi proqram paketlərindən – verilənlər bazasının
idarəetmə sistemlərindən (VBİS) istifadə olunur.
Verilənlər bazası diskdə saxlanılan, bir-biri ilə əlaqələndirilmiş və mərkəzləşdirilmiş
idarə olunan fayllar məcmusudur.
Verilənlər bazasının idarə olunması dedikdə verilənlərin bazaya daxil edilməsi,
onların təshihi və sorğulara görə məlumatların axtarışı əməliyyatları başa düşülür.
Verilənlərin təşkili üsullarından asılı olaraq, aşağıdakı məlumatlar bazasının idarəetmə
sistemləri mövcuddur:
 iyerarxik modelli VBİS;
 şəbəkə modelli VBİS;
 relyasiya modelli VBİS.
Relyasiya modeli daha əlverişli və səmərəli olduğundan son illərdə yaradılmış
verilənlər bazasının idarəetmə sistemlərində bu modeldən istifadə olunur. Bunlara
aşağıdakıları misal göstərmək olar: dBase – in müxtəlif variantları, FoxBase+, Clipper,
Dpase for Windows, FoxPro, R:base, Database, İnformix, İngers, Sybase, Progress,
Paradox, Acces, Oracle və s.
İnteqrallaşdırılmış paketlər müxtəlif funksiyaları yerinə yetirən proqram
komponentlərini özündə birləşdirir. Müasir inteqrallaşdırılmış tətbiqi proqram paketlərinə
mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, verilənlər bazasının idarəetmə sistemləri
və kommunikasiyalı modullar daxildir. İnteqrallaşdırılmış paketlərə əlavə modullar kimi,
faylların eksportu və importu, kalkulyator, təqvim, proqramlaşdırma sistemləri də daxil
edilir. Komponentlər arası informasiya əlaqəsi müxtəlif məlumatların təsviri formatlarının
unifikasiyası ilə təmin olunur. Müxtəlif komponentlərin vahid sistemdə inteqrasiyası
istifadəçiyə interfeysdə xeyli üstünlük verir. Belə paketlərə FrameWork, Startnave,
Microsoft Office nümunə göstərmək olar.
Case texnologiyasımürəkkəb informasiya sistemlərinin yaradılmasında tətbiq olunur.
Case – texnologiyası altında informasiya sistemlərinin hazırlanmasının
avtomatlaşdırılması vasitələri başa düşülür. Bura tətbiq sahəsinin analizi, verilənlər
bazasının layihələndirmə, proqramlaşdırma və informasiya sistemlərinin istismarı daxildir.
Case texnologiyasının instrumental vasitələri informasiya texnologiyasının bütün
sahələrində tətbiq olunur. Texnologiya istifadəçiyə informasiya sistemlərinin
layihələndirilməsini onların proqramlaşdırılması və sazlanmasından ayırmağa imkan verir.
Sistemi hazırlayanlar yalnız yüksək səviyyəli layihə ilə məşğul olur. Bu isə layihələndirmə
mərhələsində səhvlər buraxmamağa imkan verir və mükəmməl proqram məhsulları alınır.
Bu texnologiya informasiya sisteminin işlənməsinin bütün mərhələlərində dəyişir.
Hal-hazırda Case texnologiyası informatikanın ən dinamik inkişaf edən sahəsidir.
Case texnologiyasına B PVIN, CDEZ Tods, Clear Case, Composer və s. aid etmək olar.
Müasir Case texnologiyası banklar, maliyyə şirkətləri (korporasiyaları) və ən iri
firmalar üçün informasiya sistemlərinin yaradılmasında müvəffəqiyyətlə istifadə olunur.
Ekspert sistemləri. İqtisadi və sosial sahədə məntiqə və mütəxəssis təcrübəsinə
əsasən evristik tip məsələlərin həlli prosesində informasiyanın təhlili üçün istifadə edilən
vasitələrə tələbat daima artır. Burada əsas ideya məsələnin necə həll olunmasını təyin edən
ciddi formalaşdırılmış alqoritmlərdən, tədqiq sahəsinin mütəxəssisləri tərəfindən biliklər
bazasında toplanan qaydaları göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu
tip məsələlərin həlli üçün ekspert sistemlərindən (ES) istifadə olunur. Ekspert sisteminin
əsasını biliklər bazası təşkil edir. Ekspert sistemləri aşağıdakı məqsədlər üçün istifadə
olunur:
 obyektin vəziyyətinin inteqrasiyası;
 obyektin vəziyyətinin diaqnostikası;
 obyektdə vəziyyətin proqnozu;
 məqsədli planlaşdırma;
 obyektin işini idarə etmək.
Üsulyönlü tətbiqi proqram paketləri riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla
həllini reallaşdırır. Bura aşağıdakı tətbiqi proqram paketləri aiddir:
 riyazi proqramlaşdırma (xətti, dinamik, statik və s. );
 şəbəkə planlaşdırma və idarəetmə;
 riyazi statistika.
Bunlara misal olaraq müasir fərdi kompüterlərdə reallaşdırılan Math Cad, Mat Lab,
Derive, TK Solver və s. paketlərini göstərmək olar.
Tətbiqi proqram paketlərinin geniş yayılmış sinfi problemyönlüdür. Praktiki olaraq,
elə tədqiqat sahəsi yoxdur ki, burada heç olmasa bir tətbiqi proqram paketləri olmasın.
Problemyönlü tətbiqi proqram paketləri elə proqram məhsuluna deyilir ki, burada konkret
bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur.
Problemyönlü tətbiqi proqram paketləri elə proqram məhsuluna deyilir ki, burada
konkret bir sahənin hər hansı bir məsələsinin həlli nəzərdə tutulur. Problemyönlü tətbiqi
proqram paketləri sənaye, qeyri-sənaye və xüsusi sahələrdə tətbiq üçün proqram
paketlərindən ibarətdir.
Sənaye sahələri üçün problemyönlü tətbiqi proqram paketləri aşağıdakı
xüsusiyyətlərə malikdir:
 Bu sistemlər yalnız istehsalı mükəmməl üsullarla planlaşdırmaq deyil, həmçinin
iş planının yerinə yetirilməsinə nəzarət, texnoloji kartanın tərtibi, maliyyə və əmək
ehtiyatlarının idarə olunmasına, bir sıra «qeyri-istehsal» funksiyalarını – servis xidməti,
hazır məhsulun və marketinqin paylanmasına nəzarət funksiyalarını da yerinə yetirirlər.
 Bu sistemlər kliyent-server arxitekturası, çoxməsələli, çoxistifadəçi əməliyyat
sistemləri və relyasiyalı verilənlər bazası əsasında yaradılır, qrafiki istifadəçi interfeysinə
malik olur və Case - texnologiyasında geniş istifadə olunur.
 Müasir sistemlər müxtəlif tip istehsalı nəzərə almalıdırlar.
Qeyri-istehsal sahələri üçün problemyönlü tətbiqi proqram paketləri material
istehsalı ilə bağlı olmayan firmaların (bank, birja, ticarət və s.) fəaliyyətinin
avtomatlaşdırılması üçün nəzərdə tutulub. Bu sistemlərdə əsas tələbat, istehsal sahələri
üçün tətbiqi proqram paketlərdə olduğu kimi çoxsəviyyəli inteqrallaşdırılmış sistemin
yaradılmasıdır.
Qeyri-istehsal sahələri üçün tətbiqi proqram paketlərinə bank, maliyyə və hüquq
sahələrinin avtomatlaşdırılması paketlərini aid etmək olar.
Ayrı-ayrı tətbiq sahələri üçün tətbiqi proqram paketləri mühasibat uçotu, maliyyə
menecmenti, hüquq sistemi və s. üçün nəzərdə tutulur.
Müasir mühasibat uçotunun əksəriyyəti Windows əməliyyat sistemi mühitində işləyir
və lokal şəbəkələr üçün nəzərdə tutulmuşdur. IC və Microsoft firmasının məhsullarından
təşkil olunmuş «Offis» mühasibat uçotu tətbiqi proqram paketləri yalnız mühasibat
funksiyalarının avtomatlaşdırılması üçün deyil, həmçinin firmanın bütün işinin «elektron
offis» şəklində təşkilinə də imkan verir.
Maliyyə menecmentinin tətbiqi proqram paketləri firmanın fəaliyyətinin analizinin və
planlaşdırılmasının maliyyəsi ilə əlaqədar olaraq yaranıb.
Hüquq sisteminin tətbiqi proqram paketləri böyük həcmli qanunlarla səmərəli
işləmək üçün nəzərdə tutulub. İqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrdə hüquq
sisteminə dair proqram paketlərindən geniş istifadə edilir.
Qlobal şəbəkələrin tətbiqi proqram paketlərinin əsas vəzifəsi istifadəçinin ərazilər
üzrə paylanmış ümumi şəbəkə resurslarına, verilənlər bazasına müraciət, məlumatların
ötürülməsini və s. rahat və etibarlı təmin etməkdən ibarətdir. Elektron poçtu, telekonfrans,
elektron elanlar lövhəsinin təşkili, həmçinin müxtəlif qlobal şəbəkələrə informasiyanın
gizli ötürülməsini təmin etmək üçün standart tətbiqi proqram paketlərindən istifadə olunur.
Qlobal İnternet şəbəkəsinin standart tətbiqi proqram paketlərinə aşağıdakıları misal
göstərmək olar:
 naviqasiya və müraciət vasitəsi – Netscape Navigator, Microsoft Internet Explorer
və s.;
 elektron poçtu (e-mail), məsələn Eudora, MS Outlook və s.
Bank fəaliyyətində məlumatların tətbiqi proqram paketləri geniş yayılıb. Bunlara
SWIFT, Sprint, Reuters-i misal göstərmək olar.
Tətbiqi proqram təminatının inkişafının əsas meylləri mütərəqqi informasiya
texnologiyalarının yaradılması və yeni informasiya sistemlərinə keçilməsi ilə bağlıdır.
Yeni informasiya sistemləri iyerarxiya quruluşuna malik olmaqla, işin ağırlıq mərkəzinin
lokal şəbəkələrdən lokal serverlər şəbəkəsinə keçilməsinə əsaslanır. Burada sistemin
miqyasının artması və onun funksional vəzifələr dairəsinin genişlənməsi ilə yanaşı,
informasiya sisteminin istismar resurslarının ixtisar edilməsi tələbləri də əsas götürülür.
ƏMƏLIYYAT SISTEMI

Əməliyyat sistemi (en. Operating System (OS)) - hesablama prosesini həyata keçirən,
texniki vasitələrin idarə olunmasıni təmin edən, istifadəçi ilə kompüter arasında əlaqə
yaradan proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda əməliyyat sistemi
başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o, digər
proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda
kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.)
iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini
(avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını,
sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün
edən proqramdır.

Bütün əməliyyat sistemlərinin əsas funksiyası– vasitəçilikdir. O, bir neçə növ interfeysin
təminatından ibarətdir:

Əsas funksiyalar:

 istifadəçilər və kompüterin proqram-aparat vasitələri arasında interfeys (istifadəçi


interfeysi);
 proqram və aparat təminatları arasında interfeys (aparat-proqram interfeysi);
 müxtəlif növ proqram təminatları arasında interfeys (proqram interfeysi).
Əlavə funksiyalar:

1) Bir neçə əməliyyatın paralel olaraq yernə yetirilməsi,


2) Proseslər arasında bağlantının (qarşılıqlı əlaqənin) qurulması,
3) Kompüterlər arasında bağlantının (qarşılıqlı əlaqənin) qurulması (şəbəkə),
4) Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin (ikinci şəxsin əlnə keçməsinin)
qarşısının alınması,
5) Qoşulmaların idarə edilməsi
Əməliyyat sistemlərinin təsnifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

1) sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;


2) sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə:
birməsələli, çoxməsələli;
3) prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
4) prosessorun mərtəbələrin sayına görə: 8 - mərtəbəli, 16 - mərtəbəli, 32 - mərtəbəli, 64 -
mərtəbəli;
5) interfeysin tipinə görə: əmrli və obyektyönlü;
6) informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
7) resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
Əməliyyat sistemləri aşağıdakı tələblərə cavab verməlidir.

1) Asan mənimsənən və istifadə olunan,


2) Etibarlı və davamlı
3) Hər bir aparat platformasında universal və geniş funksional imkanlar göstərən
4) Sadəliklə uyğunlaşmalı
5) Mümkün qədər az yaddaş sahəsi tutmalı
6) Geniş çeşidli proqram təminatına malik olmalı

Əməliyyat sistemləri ikinci nəsil kompüterlərin yaradılması ilə kompüterlərin tərkib hissəsi
oldu. Microsoft şirkəti 1981-ci ildə MS DOS sistemini yaratdı. Hal hazırda bu əməliyyat
sisteminin 1994-cü ildə hazırlanmış MS DOS 6.22 versiyasından istifadə olunur. Bu system
ən etibarlı və sadə sistemdir. Sonrakı illərdə fərdi kompüterlər üçün MS DOS əsasında
Windows 3.1 sistemiyaradıldı. Illər keçdikcə təkmilləşərək Windows
95/98/NT/XP/2000/2003/7/8/, Linux, Unix və s. yaradıldı.

Hazırda Windows 7, Windows 8 əməliyyat sistemlərindən geniş istifadə olunur.

Linux və Unix əməliyyat sistemlərindən də istifadə olunur.

WINDOWS 7 ƏMƏLIYYAT SISTEMI

Windows yüklənəndən dərhal sonra ekranda görünən onun interfeysidir. İnterfeys–


Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onun köməyilə istifadəçilər
əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows 7 əməliyyat sisteminin kompüterdə
normal şəkildə işləməsi üçün kompüter qurğusundan minimum aşağıdakı göstəricilərin
olması tələb olunur: operativ yaddaş 2 Qb-dan az olmamalıdır, prosessoru minimum 2
Qhs tezlikli, iki nüvəli olmalıdır, kompüterin disk yaddaşı isə 17 Gb- dan az olmamalıdır.
Bundan başqa xüsusilə tələb olunur ki, kompüterdə videoplata DirectX11 standartını
dəstəkləməlidir, yəni 2010- cu ilin ikinci yarısından sonra buraxılan istənilən videoplata
istifadə oluna bilər.
Windows 7 –qrafik çoxməsələli əməliyyat sistemi olub bir neçə proqramla birgə işləməyə
imkan verir. Windows 7 əməliyyat sistemi ilə işləmək sələflərinə nisbətən daha asan və
rahatdır.

Əməliyyat sistemi yükləndikdən sonra monitorun ekranında İşçi masa (Desktop-робочий


стол) əks olunur. İşçi masanın üzərində sənədlərin, qovluqların, proqramların və ya
Windows əlavələrinin qrafiki təsviri- nişanlar və yarlıqlar olur.

Yarlıq – işçi masada olmayıb hər hansı bir qovluqda yerləşən obyektə istinaddır (qısa
yoldur).

İşçi masa ilkin olaraq dörd əsas elementə malikdir.

 Start düyməsi (Пуск-Başla düyməsi) –sol aşağı küncdə yerləşir. Mous qurğusunun sol
düyməsi ilə ona vurduqda eyni adlı menyu açılaraq istifadəçiyə lazım olan proqramı
seçmək və yükləmək imkanı verir.
 Məsələlər paneli (“taskbar”). Məsələlər paneli işçi masanın aşağı kənar boyunca yerləşir.
Onun üzərində istifadəçinin işlədiyi cari fayl və proqramlar, çox istifadə olunan
proqramlara cəld müraciət üçün nişanlar əks olunmuşdur.
 Qadjetlər. Bu elementlər vacib olmayıb istənilən zaman işçi masadan ləğv edilə
bilər.Qadjetləri mini- proqramlar adlandırılırlar . {Bir qayda olaraq qadjetlər paneli
aşağıdakıları özündə saxlayır.
Müəyyən üslubda olan dairəvi saat,İnternetdə işləyəndə sizin üzv olduğunuz veb- kanal-
lardan (RSS) xəbər başlıqları,Sizin region üçün hava proqnozu,Valyutanın kursu,Qiymətli
kağızlar,Təqvim, Prosessorun və yaddaşın yüklənməsi indikatoru, əlaqələr,İstənilən mini-
proqramı paneldə bağlamaq olur və ya siçanla yeni bir yerə şürüşdürmək olur.}

 Zənbil (Корзина –Recycle bin). Bu nişan kiçik zibil qutusunu xatırladır və ləğv edilmiş
faylların yerləşdirilməsi üçün xüsusi yerdir.
 Mous göstəricisi- qrafik element olub mous monipulyatoru vasitəsilə ekran boyu yerini
dəyişdirə bilir.
Işçi masa- idarəedici nişanların yerləşməsi və yüklənmiş pəncərələr üçündür.

Windows 7 əməliyyat sistemi qrafik istifadəçi interfeysinə malikdir.

Işçi masanın fon təsvirinin dəyişdirilməsi- İşçi masanın tərtib edilməsi üçün Windows 7
fon təsvirinin dəyişdirilməsinə imkan verir. Bu cür təsvirlər oboylar da adlandırılır. Fon
təsvirini dəyişdirmək üçün işçi masada sağ düymə ilə konteks menyudan
Personallaşdırma (Персонализация) işçi masaun fon təsviri (фоновой рисунок
рабочего стола) təsvir seçilir dəyişikliklər saxlansın (сохранит изменения)
əməliyyatları yerinə yetirilir. Sonra siz işçi masanın fon təsvirinin dəyişdiyini görəcəksiniz.
PƏNCƏRƏ

Windows əməliyyat sisteminin əsas elementlərindən biri də pəncərədir, ancaq ən əsası da


deyil. Kompüterlə işləyən zaman gördüyümüz, işlədiyimiz bütün əməliyyatlar ya işçi
stolda baş verir, ya da hər hansı bir pəncərədə. Məhz ona görə də bütün əməliyyat
sistemini onun adı ilə adlandırmışlar. Windows əməliyyat sisteminin bütün proqramları
pəncərələrdə açılır. Qovluqlar da pəncərə şəklində açılır (şəkil 5.2). Pəncərə ölçülərinin öz
istəyimizə uyğun olması üçün onları çəkib genəltmək və yığmaq olur. Windows-da
pəncərələr standartdırlar, proqramı da, sənədi də və ya qovluğu da açdıqda onların
pəncərə təsvirləri eyni olacaq, sanki bunlar eynidirlər.

Windows əməliyyat sistemində pəncərə– yuxarısında açılmış qovluq haqqında və ya bu


pəncərədə yüklənmiş proqram haqqında məlumat yerləşən çərçivədən ibarətdir.
Windows əməliyyat sistemində əsas pəncərə növlərindən biri də qovluq pəncərəsidir.
İstənilən qovluğu Windowsda öz pəncərəsində açmaq olur. Eyni vaxtda açılmış
pəncərələrin sayı kifayət qədər çox ola bilər və bu konkret kompyuterin parametrlərindən
asılıdır. Oxşar idarəetmə elementlərinə və tərtibatına görə pəncərələrin digər növlərini də
qeyd etmək olar: dialoq pəncərəsi, sorğu sisteminin pəncərəsi, əlavələrin (proqramların)
işçi pəncərələri, bir çox əlavələrin (proqramların) pəncərələrinin daxilində ayrı- ayrı
sənədlərin pəncərələri də ola bilər.

WINDOWS 7 ƏMƏLIYYAT SISTEMININ BAŞ MENYUSU

Windows əməliyyat sisteminin əvvəlki versiyalarında da ən əsas obyektlərdən biri də


Start (Пуск (Başlat)) düyməsidir. Windows 7 əməliyyat sistemində bu düymənin daxilində
adı yazılmır, formasıda dəyişdirilmişdir və dairəvi şəklə salınmışdır, lakin öz funksiyasını
saxlamışdır: bu yenə də əvvəlki versiyalardakı kimi Windows- un genişlənmiş “anbarına”
girişi təmin edir. İdarəetmə 123 panelinə də istinad bu düymədə yerləşmişdir. Burada
həmçinin digər “sistem” istinadları da, məsələn, Компьютер (Computer (Kompüter))
qovluğuna, şəxsi sənədlər qovluğuna istinadlarda burada yerləşmişdir. Əsasən Start (Пуск
(Başlat)) düyməsinin daxilində sizin kompüterdə quraşdırılmış bütün proqramların qısa
yolları (yarlıkları) saxlanılır. Onu da qeyd edək ki, Windows XP- dəki Start (Пуск (Başlat))
menyusu və Windows 7/8- in Start menyusu tamamilə başqa cür görünür, lakin onlarla
işləmə prinsipi dəyişməz qalır. Windows 7- də Start (Пуск (Başlat)) menyusu iki sütundan
ibarətdir. Sol sütunda bizim tez- tez istifadə etdiyimiz proqramların nişanları, həmçinin
Windows- un bir sıra xidməti proqramlarının (Kalkulyator, ekranın çəkilişlərini yaratmq
üçün Ножницы (Shipping Tool (Qayçılar)), Paint (Boyama) qrafiki redaktoru, Windows
Media Player ifaedicisi) nişanları yerləşir. Burada bəzi nişanların sağında ox işarəsi
görünür. Bu oxun üzərində siçanı sıxdıqda, bu proqramda sonuncu açılmış sənədlərin
siyahısı açılır. Bu sütunda nişanlar daimi dəyişir. Bu nişanlardan hansısa biri sizə lazım
olmazsa, onu asanlıqla paneldən yox etmək olur, onun üçün həmin bölməni seçib və
uyğun kontekst menyusundan Удалить из этого списка (Remove from this list (Bu
siyahıdan sil)) əmrini seçmək lazımdır. Bu sütundakı nişanların altında Все программы
(All Programs (Bütün proqramlar)) yazısı yerlışir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur.
Burada sizin kompüterinizdə quraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu
bölmənin aşağısında isə həmçinin axtarış sətri də yerləşir. Windows 7- də yaxşı axtarış
vasitəsi vardır. Bunun vasitəsilə sizin kompüterdə açar sözlər əsasında istənilən sənədi
asanlıqla tapmaq olur və ya hətta əgər siz poçtu Şəbəkədə deyil, Windows Mail Live kimi
proqramında saxlayırsınızsa, onda elektron məktubları da həmin qayda ilə asanlıqla
tapmaq olur. Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat
sisteminin idarəedici modulları yerləşir. Burada ilk dörd sətrdə sizin musiqi kolleksiyalı,
sənədli, filmli və fotoşəkilli fərdi qovluqlarınıza istinadlar, həmçinin sizin multimedialı
Kitabxana kataloqunuza istinadlar yerləşir. Burada növbəti nişan Компьютер (Computer
(Kompüter)) adlanır. Компьютер (Computer (Kompüter)) istinadı Windows 7 əməliyyat
sistemində fayl menecerinin pəncərəsini açır. Bunun sayə- sində sizin kompüterinizdə
quraşdırılmış bütün informasiya daşıyıcılarına daxil ola bilmə imkanı əldə edirsiniz.

Fayl və qovluqlarla iş

Fayl-kompyuterin yaddaşında ad qoyulmuş sahədir. Başqa sözlə məlumatın saxlandığı


yerə və yaxud diskin adlandırılmış oblastına fayl deyilir. Fayl ingilis sözü olub “sənəd”
deməkdir. Faylın öz adı var və kompyuter onu bu adla axtarır. Faylın adı iki hissəyə
ayrılır- ad və genişlənmə .Faylın adı köhnə proqramlarda -8, müasir proqlarda 255
simvoldan, genişlənməsi isə 3 simvoldan çox ola bilməz. Faylın adı genişlənməsindən
nöqtə ilə ayrılır. Faylın genişlənməsini proqram özü təyin edir.

Tələbə .doc

ad genişləmə

Faylın genişlənməsi onun tipini, yəni hansı proqrama aid olduğunu göstərir.

Faylın aşağıdakı növləri var.

-Sistem faylları - Əməliyyat sistemini istifadə etdiyi daxili fayllardır. Genişləməsi –sys,-ini,-
dll,-com və.s
-Proqram fayllar - Proqramları işlətmək üçün lazım olan daxili fayllardır. Genişlənməsi:-
exe, -bat

-Sənədlər- Mətn, şəkil, təqdimat, elektron cədvəlləri, musiqi, video və.s fayllardan
ibarətdir. Genişlənməsi: -doc; -bmp; -jpg; -xls və s.

Qovluq –Faylların saxlanması üçün diskdə adlandırılmış sahədir. Qovluğun adı yeni
proqramlarda 255 , köhnə proqramlarda 8 simvoldan ibarət ola bilər.

Hər qovluğun daxilində bir neçə digər qovluqlar və fayllar ola bilər. Digər qovluğun
daxilində yerləşən qovluğa alt qovluq deyilir.

Qovluğun əsas atributları aşağıdakılardır:

Yalnız oxu üçün, gizli, sistem, arxiv.

Yalnız oxu üçün olan atribyut faylla iş imkanını məhdudlaşdırır. Bu faylda dəyişiklik
etmək mümkün deyil.

Gizli atrubut digər fayllarla iş zamanı ekranda görünməməlidir.

Sistem atributu vasiltəsiylə Ə/S-nin özü ilə iş üçün vacib finkusiyalara malik fayllar qeyd
edilir.

Arxiv atributu ehtiyat syrətlərin çıxarılması üçün istifadə olunur.

Müasir proqramlar faylın dəyişdirilməsi zamanı bu atributdan istifadə etmir.

Fyallar, qovluqlar, onların məntiqi diskdə yerləşməsinin təsviri atributlarının toplusu fayl
sistemi adlanır.

Faylın yolu bir-birindən \ simvolu ilə ayrılan kataloqlar ardıcıllığıdır.

Ünvan – (yol, Path (adress)) – kompüter yaddaşında faylın yeri haqında məlumat verən
struktur quruluşudur. Faylın tam adını aşağıdakı kimi ifadə etmək olar. Məs: C:\
Document and Settings\My Dokuments\qr233\cv.doc

Ünvan göstərmə qaydaları:

1. Əsas kataloq (root) ilk olaraq göstərilir və :\işarəsi yazılır. Latın hərfindən sonra “ : ”
işarəsi diski göstərir.

2. “root”-dan sonra iç-içə ən üstdəkindən başlayaraq ən alt qovluğa qədər “\” işarəsi
ilə ayrılan qovluqlar yazılır.

3. Ən sonda faylın adı və genişlənməsi göstərilir.


Zənbil (Recycle bin - корзина)

İxtiyari silinmiş fayl və ya qovluq Recycle Bin (zənbil və ya zibil qutusu ) pəncərəsinə
göndərilir. Silinmiş fayllar Zibil zənbilinin içərisinə toplanır. Siz vaxtaşarı zənbili təmizləyə,
təsadüfən silinmiş faylı isə oradan bərpa edib və zənbilin həcmin artırıb azalda bilərsiniz.
Bunun üçün lazımi əmrləri yerinə yetirmək lazımdır.

Mousun oxunu zənbil işarəsinin üzərinə gətirib sağ düyməsini iki dəfə sıxdıqda zənbilin
içərisindəki faylların adlarının siyahısı, onların ölçüləri, silinmə tarixləri, göstəriləcəkdir.
Kursorun köməyi ilə istədiyiniz faylı seçib klaviaturadan Delete düyməsini və ya mousun
sağ düyməsini sıxıb, Delete əmrini seçsəniz silmə prosesini başa çatdırılmış olarsınız.
Bütün faylları silmək istəsəniz Ctrl + A düymələrini sıxıb bütün faylları seçdikdən sonra
delet əmrini yerinə yetirin. Əgər Şhift + Del əmrini seçsəniz sildiyiniz fayllar zənbilə
düşmədən silinəcəkdir.

Təsadüfən silinmiş faylı yerinə bərpa etmək üçün zənbildə həmin faylları seçib pəncərənin
yuxarı sol küncündə olan menyuda File seçib Restore əmrini versəniz seçilmiş faylı öz
yerinə bərpa etmiş olarsınız.

Əgər Recycle Bin pəncərəsində yerləşən faylı və qovluqlar silinərsə onda onları yalnız və
yalnız müəyyən şərtlər daxilində və xüsusi proqramlar vasitəsiilə bərpa etmək olar. Bu
şərtlər ödənmədikdə həmin fayllar sərt diskdən tamami ilə silinir.

Əgər Recycle Bin pəncərəsində yerləşən fayl və qovluqların tamami ilə silinməsi
lazımdırsa onda səbət təmizlənməlidir.

Zənbil maneəsiz olaraq fayllar və qovluqlarla o vaxta qədər doldurula bilər ki, onların
ümumi həcmi bərk diskin həcminin 5% - i qədər olsun. Bundan sonar ən köhnə fayllar
avtomatik olaraq ləğv olunaraq yeniləri üçün yer boşaldırlar.

You might also like