You are on page 1of 8

1. Fövqəladə halların (hadisələrin) təsnifatı və onların xarakteristikası.

Fövqəladə hadisə-insan tələfatına,insanların səhhətinə və ya ətraf mühitə ziyan


vurulmasına,əhəmiyyətli maddi itkilərə və insanın həyat fəaliyyətinin şəraitinin pozulmasına
səbəb ola biləcək və ya olmuş hərbi əməliyyatlar,qəza,təbii və ya digər fəlakət nəticəsində
müəyyən ərazidə yaranmış vəziyyətdir.
Təhlükəli hadisələr həm təbbi, həm də insan mənşəli ola bilər.
Son 100 ildə insan mənşəli təhlükəli hadisələrin də sayı artmışdır. Belə hadisələrə
texnogen qəza da deyilir. Elmi-texniki tərəqqi istehsalın imkanlarını genişləndirimiş və
nəticədə texnogen qəzalar sürətlə artmağa başlamışdır. Neft, qaz, kimya səanyesi obyektlərində
belə hadisələr xüsusən təhlükəli olur.
Son 100 ildə baş verən iqlim dəyişmələri təhlükəli təbiət hadisələrinin tezliyini və
davamiyyətini artmışdır. Nəticədə son 50 ildə baş verən təbii fəalkətlər nəticəsində həlak olan
insanların sayı üç milyondan çox olmuşdur.
Fövqəladə hadisələr zamanı insan təhlükəsizliyinin təminatı və mühafizəsi bir ölkənin
deyil, bütün bəşəriyyətin problemi hesab edilir. Fövqəaldə hal zamanı düzgün idarəetmənin
olmaması maddi itkiləri və insan təlafatını dəfələrlə artıra bilər. FH ən çox istehsalat qəzaları
və təbii fəalkətlər nəticəsində yaranır.
FH-tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə digər əlamətlərə görə
təsnif edilir.
Əgər ehtimal olunan bütün fövqəladə halları cəm halında götürsək,onda onları 2 növə
ayırmaq olar.
1.Münaqişəli
2.Münaqişəsiz
Münaqişəli FH-ə : hərbi toqquşmalar, ekstremist siyasi mübarizə,sosial partayışlar,milli
və dini zəmində olan münaqişələr,terrorizm, tüğyan edən cinayətkarlıq və s. aiddir.
Münaqişəsiz FH-ə : Təbii,texnogen,ekoloji xarakterli FH aid edilir.
Respublikanın ərazisində bütün növ fövqəladə halların baş vermə ehtimalı mövcuddur.
Təsir dairəsinə görə (miqyasına) və nəticələrin ağırlığına görə FH aşağıdakı qruplara
bölünür:
1.Lokal(qismən)
2.Obyekt miqyaslı (səciyyəli)
3.Yerli
4.Regional
5.Dövlət əhəmiyyətli (milli)
6.Qlobal xarakterli
Təbii xarakterli FH- əhalinin normal həyat fəaliyyətinin pozulması və maddi sərvətlərin
məhv olması ilə nəticələnən müxtəlif kortəbii hadisələrdir. Bunlar adətən qəflətən baş verir və
çox vaxt insan tələfatına səbəb olur,ətraf mühitə mənfi təsir göstərir. Hələlik insanın ram edə
bilmədiyi təbii qüvvələr böyük fəalkətlər törədirt, planetimizin əhalisinə çox böyük ziyan vurur.
Bəzi hallarda bir sıra təbii fəlakətlərə insanlar özləri səbəb olur. Məsələn: çox vaxt meşə
yanğınları əhalinin yanğından mühafizə qaydalarına əməl etməməsi üzündən baş verir. Vaxtında
tədbir görülməzsə bu cür yanğınlar böyüyüb təbii fəlkətlərə çevrilə bilər və nəticədə təsərrüfata
böyük ziyan vurar.
Təbii xarakterli fövqəladə hallar aşağıdakı qruplara bölünür:
1.Meteoroloji təhlükəli hadisələr- bunlara fırtına (9-11 bal) , qasırğa (12-15 bal),
tufan ,burulğan,leysan yağışları,güclü qar,quraqlıq, donvurma, güclü duman, güclü isti aiddir.
2.Geofiziki təhlükəli hadisələr – zəlzələ,vulkan püskürməsi aiddir.
3.Hidroloji təhlükəli hadisələr- su səviyyəsinin qalxması (daşqın), su səviyyəsinin
düşməsi, yeraltı (qurunt) suların səviyyəsinin qalxması (subasma) aid edilir.
4.Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması-bu qrupa epizootiya,yəni
rayonda və ya ölkədə,bəzən bütün qitədə heyvanlar arasında xəstəliklərin yayılması. Epifitotiya
bitkilər arasında yolxucu xəstəliklərin yayılması.
5.Dənizdə təhlükəli hidroloji hadisələr- bunlara sünami,güclü dalğalanma (5 baldan
yuxarı), dəniz səviyyəsinin sürətlə dəyişməsi.
6.Təhlükəli geoloji hadisələr- sürüşmə, sel, marxal, tozlu qasırğa, torpaq uçqunları aiddir.
7.Təhlükəli yolxucu xəstəliklərin - sürətlə və geniş şəkildə insanlar arasında yayılması yəni
Epidemiyalar.
8.Kortəbii yanğınlar- yəni,meşə yanğınları, çöl və zəmi yanğınları aiddir.
Bəzi Meterioloji fövqəaldə hadisələri nəzərdən keçirək.
Qasırğa – 12-15 bal gücündə çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O,
dəniz və quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir. Fırtına -9-11 bal
gücündə olub, böyük dalğaların əmələ gəlməsinə səbəb olub və güclü dağıdıcı təsirə malikdir.
Yağışla birlikdə əsən şiddətli küləklər tufan, quraq və yağışsız havada əsən küləklər isə tayfun
adlanır. Ildırım-bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, qəfil və çox güclü
səslə müşayiət olunur. Ildırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur.
Onun temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. Ildırım vurması zamanı ağac parçalana və
hətta yana bilər. Ağacın parçalanmasına səbəb ağacın daxilindəki nəmişliyin ani olaraq,
buxarlanması nəticəsində baş verir. Ildırım birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə
bilər. Hər il dünyada ildırım vurmasından təxminən 3000 insan həlak olur. Ildırımın zərbəsi
adətən hara dəyir? Statik elektrik boşalması müqavimətin ən aşağı səviyyədə olması nəticəsində
baş verir. Beləliklə, ən yuxarı yüksəklikdə olan obyekt ilə bulud topası arasında məsafə
azdırsa, deməli elektrik müqaviməti də aşağıdır. Buna uyğun olaraq da, ildırım zərbəsi ilk
növbədə ən hündür olan obyektə (ağac, dirək və s) dəyir.
Leysan yağışlar - qısamüddətli atmosfer yağıntısıdır. Adətən yağış halında qəflətən
düşür. Intensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. 1-2 saat müddətində
olur. Ildırımla və küləyin qısamüddətli güclənməsi ilə müşahidə olunur. Yağışlar nəticəsində dağ
çaylarında suyun səviyyəsi qalxır və əhali üçün ciddi problemlər yaradır, su kəmərlərini yararsız
hala salır, yolları dağıdır və orada nəqliyyatın hərəkətini çətinləşdirir, körpülərə ciddi ziyan
dəyir. Dünyada ən güclü Leysan Havay adalarında (21 mm/dəq, 1913) olmuşdur. Azərbaycanda
isə Zaqatala rayonunda (10,7 mm/dəq, 1959) müşahidə edilmişdir.
Dolu- Iri dolu dənələri 1mm-dən az qalınlığa malik olmayan şəffaf buz qatlarından
ibarətdir. Dolu dənələri həddən artıq soyumuş buludla təsadüfi olaraq donan ayrı –ayrı
damcıların yaranması nəticəsində meydana gəlir. Sonradan bu damcılar onlarla toqquşan digər
donmuş dənələr hesabına iri ölçülər almağa başlayır. Dolu daiəvi və ya qeyri-düzgün formalı
buz hissəciyi olub, diametri 5-10 mm, bəzən daha böyük ölçüdə ola bilir. Ölçüləri 130 mm-dək,
çəksi isə 1 kq-a qədər olan dolu dənələrinə də rast gəlmək mümkündür. Dolu adətən ilin isti
dövrlərində sıx toplanmış bulud topasından yağır. Düşən dolu qat6ı bəzən bir neçə santımetrə
çatır. Dolunun yağma müddəti isə bir neçə dəqiqədən yarım saata qədər çata bilər.
Quraqlıq- havanın yüksək hərarətinin və rütubətinin aşağı səviyyəsi zamanı uzun
müddətli yağışın yağmaması nəticəsində torpaqda nəmişliyin ehtiyatının azalmasına səbəb olur
ki, bu da məhsuldarlığın azalmasına və ya məhv olmasına gətirib çıxarır. Havanın istiliyi,
quruluğu buxarlanmanın səviyyəsini yüksəldir (atmosfer quraqlığı əmələ gəlir), torpaqda su
ehtiyatı artmadığı şəraitdə su ehtiyatı azalır (torpaq quraqlığı əmələ gəlir). Tədricən çaylar,
göllər, bulaqlar, çeşmələr quruyur və hidroloji quraqlıq yaranır.
Hidroloji təhlükəli fövqəladə hadisələr.
Daşqın- təbiət qüvvələrinin təsiri nəticəsində quru ərazinin xeyli hissəsini müvəqqəti
olaraq su altında qalmasıdır.
Daşqınları əmələ gətirən səbəblərə görə, şərti olaraq onları üç qrupa bölmək
mümkündür. Birinci qrupa –güclü yağışlardan, yaxud qarların (buzların) sürətlə əriməsindən
sonra baş verən daşqınlar aid edilir. Bu vaxt sellər əmələ gəlir, çaylarda, göllərdə suyun
səviyyəsi kəsklin sürətdə qalxır.

Daşqın sularda buz axını da qarışanda təsərrüfatlara böyük ziyan dəyir. Adətən buz axını
zamanı buz yığınları və ya tıxaclar (buzun su altında ilişib qalması) əmələ gəlir ki, bunlar da
çaylarda suyun səviyyəsini daha da qaldırır və yeni –yeni ərazilər su altında qalır. Bundan başqa
su buz tıxaclarını yarıb keçdikdə iti sürətli dalğalar əmələ gəlir, bunun nəticəsində çayın aşağı
axınında yerləşən ərazini qəflətən su basır.
Tıxaclar həm çayların buz bağlaması ərəfəsində, həm də qış ərzində əmələ gələ bilər.
Ikinci qrup daşqınlar dənizdən sahilə tərəf əsən küləyin təsirindən baş verir. Bu cür daşqınlar
dəniz sahillərində, çayların dənizə töküldüyü yerlərdə müşahidə edilir. Dəniz küləyi çayın
mənsəbində suyu saxlayır, nəticədə çayda suyun səviyyəsi qalxır.
Üçüncü qrupa aid edilən daşqınalara səbəb suyun altında baş verən zəlzələlərdir.
Sualtı zəlzələlər nəticəsində sunami adlanan nəhəng dalğalar əmələ gəlir. Adətən, açıq
dənizdə sunami suyun səthindən yuxarı qalxmır və buna görə də gəmilər üçün qorxu törətmir.
Lakin, sahilə yaxınlaşdıqca dalğaların hündürlüyü sürətlə artır və onlar çox böyük bir qüvvə ilə
sahilə çarpılır.
Dalğaların hündürlüyü 15-20m -ə çata bilər.
Daşqınlarla mübarizəyə uzunmüddətli planlar üzrə həyata keçirilən tədbirlər: qoruyucu
bəndlər tikilməsi, arxlar, kanallar çəkilməsi, dəryaçalar salınması və hər il hazırlanan və daşqın
təhlükəsi olanda həyata keçirilən mövsüm xarakterli tədbirlər daxildir.
Sunami- ölkədə zəlzələ nəticəsində yaranan su dalğasıdır. Zəlzələnin gücündən asılı
olaraq sunami dalğasının böyüklüyü artır. Sunami okeanların dərin zonalarında yaranaraq 40-
80 km/saat sürətlə yayılaraq epizentrdən min km-lə uzaqda sahildə böyük dağıntılara səbəb olur.
Episentrə yaxın sahildə dalğaların hündürlüyü 30 m-ə qədər çatır.
Sunami təhlükəsinin proqnozlaşdırılması sualtı zəlzələnin və ya sualtı vulkanın püskürmə
vaxtını və yerini qabaqcadan təyin etməyə əsaslanır. Çoxillik təhlil göstərir ki, Kamçatkada və
Kuril adalarında sunamilər Sakit okeanının sahilboyu çökəkliklərində baş verir və adətən sahilə
10-40 dəqiqədən sonra çatır. Təbiidir ki, belə halda qoruyucu tədbirləri planlaşdırdıqda daha
çətin variant əsas götürülməli, yəni yalnız o işlər planlaşdırılmalıdır ki, bunların icrası 10
dəqiqədən artıq çəkməsin.
Yanğın – insanın nəzrətindən çıxıb təlafat törədən odun kortəbii şəkildə yayılmasıdır.
Meşə yanğınları zamanı od ağacları və kolları, tədarük edilmiş meşə materiallarını,
binaları və tikililər yandırıb külə döndərir. Yanğından zədələnmiş ağaclar zərərli xəstəliklərin
yayılma mənbəyi olur ki, bu da nəinki oddan zədələnmiş, həm də yaxınlıqdakı meşə sahələrinin
tələf olmasına səbəb olur.

Meşə yanğınları müxtəlif səbəblərdən baş verir. Meşə yanğınlarının 80% meşədə işləyən
və dincələn zaman əhalinin odla düzgün davranmaması və yanğından mühafizə qaydalarına əməl
etməməsi, habelə meşə işlərində yanğından mühafizə cəhətdən saz olmayan texnikadan istifadə
etmək nəticəsində baş verir. əlverişsiz hava şəraitində: havaların çox isti keçməsi, uzun müddət
quraqlıq olanda da baş verir.
Geoloji təhlükəli fövqəladə hadisələr. Sel –adətən qəflətən başlayır. Güclü leysan
yağışları, bəzən də qarın sürətlə ərinməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə
gil, qum, çınqıl, daş və hətta qaya parçaları gətiri, qarşısına çıxan hər şeyi-ağacları, binaları,
qurğuları dağıdır, əkin sahələrini, körpüləri, bir sıra hallarda sənaye və kənd təsərrüfatı tikililərini
məhv edir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən,
iqlim, torpaq, bitki örtüyü və hidrometeoroloji proseslər təşkil edir. Sellər çay suları olan və
olmayan dərələrdə qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa
müddətdə sürətlə əriyən qar suları hesabına yaranır. Sel və daşqın axımlarını fərqləndirən əsas
cəhətlərindən biri də odur ki, sel axımlarında gətirmə-aşınma materialları daha çox üstünlük
təşkil edir və sellərin 1m3 su kütləsinin təxminən 65-70%-i gətirmə materialları, qalanını su
kütləsi təşkil edir.
Geofiziki təhlükəli fövqəaldə hadisələrdən biri zəlzələdir.
Zəlzələlər- yer qabığının və yerin dərin qatlarının birdən –biorə tərpənməsi və yarılması
nəticəsində, yaxud vulkanik və uçqun hadisələri nəticəsində baş verib, elastiki dalğalar şəklində
uzaq məsafələrə örtülən seysmik hadisələrdir. Zəlzələ dalğalarının bilavasitə yarandığı yerə
zəlzələnin ocağı (hiposentri) deyilir. Zəlzələ ocağının mərkəzindən yuxarıda –yer üzərindəki
nöqtəyə zəlzələnin episentri deyilir.
Çox vaxt zəlzələ ocaqları təxminən 60 km bəzən də 700 km-ə qədər dərində olur. Yerin
üzərində zəlzələnin gücü 12 ballıq şkala üzrə ballarla ölçülür. Zəif zəlzələrin intensivliyi 2-3 bal,
güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlər 8 bal, viranedici
zəlzələlər 9-10 bal, katastrofik zəlzələlər 11-12 bal sayılır. Daha dəqiq desək, 1 bal –hiss
olunmayan, 2 bal çox zəif, 3 bal zəif, 4 bal-orta mülayim, 5-6 bal nisbətən güclü, 7-8 bal çox
güclü, 9-10 bal məhvedici, 11-12 bal dəhşətli katastrofik zəlzələ sayılır.

1-3 bal zəlzələni adamlar demək olar ki, hiss etmir, 4 ballı zəlzələdə qab-qacaq, pəncərə
şüşələri silkələnir, 5 balda binalar tərpənir, mebel hərəkətə gəlir, pəncərə şüşələri, divarların
malası çatlayır. 6 balda titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkilləri və malalalar
qopur, yerə düşür, binalar zədələnir, 7 balda daş binların divarları çartlayır, antiseysmik binalar
zədələnmir. 8 balda dağların iti yamacları çatlayır, binalar möhkəm zədələnir, 9 balda binalar
bərk zədələnir və ya uçub dağılır, 10 balda torpaqda iri çatlar, yarıqlar əmələ gəlir, sürüşmə və
uçqunlar baş verir, dəmir yollarında relslər əyilir. 11 balda yer üzərində enli yarıqlar açılır, çoxlu
sürüşmə, uçqun hadisələri baş verir, binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır,
çoxlu çatlar, sürüşmələr, uçqunlar baş verir, çayların qabağı kəsilir, göllər yaranır, çayların
məcrası dəyişir. Bütün binalar uçub dağılır.
Zəlzələ baş vermə səbəblərinə görə 3 növü mövcuddur.
Vulkanik zələzələlər- vulkan püskürməsi nəticəsində baş verir. Vulkanik zəlzələlər kiçik
əaziləri əhatə edir və çox güclü olmur.
Uçqun zəlzələləri: yeraltı uçqunlar nəticəsində əmələ gəlir, çox az hallarda baş verir və
zəif olur.
Tektonik zəlzələlər-yer qabığında süxur qatlarının qırılması, sürüşməsi, qalxması və s.
nəticəsində baş verir. Yer kürəsində qeydə alınan güclü zəlzələlərin bğyük əksəriyyəti, dağıdıcı
zəlzələlərin isə hamısı tektonik zəlzələlərdir.
Yer qabığında zəlzələ əmələ gətirən proseslərin baş verdiyi sahə zəlzələ ocağı və ya
hiposentr adlanır. Zəlzələ yerin səthinə yaxın, həm də çox dərinqatlarda ola bilər.
Zəlzələ çox qədim zamanlardan məluimdur. Bəşəriyyətin minilliklər ərzində əldə etdiyi
zəngin təcrübəyə baxmayaraq hələ də zəlzələlər bütün dünya üçün böyük təhlükə olaraq davam
edir. Hər il dünyanın müxtəlif regionlarında baş verən güclü zəlzələlər yüz minlərlə insan
təlafatına, böyük maddi itkilərə səbəb olur. Rəsmi statistikaya görə 21-ci əsrin başlanğıcından
təbii fəlakətlər 650 min insanın həyatına son qoyub və ildən ilə bu itkilərin sayı artmaqda davam
edir.
Vulkan püskürmələri
Vulkan -sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür.
Vulkan –xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst
qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik
nəticəsində maqmanın xaric edilməsi ilə müşaiət olunur (maqma yer daxilində ərimiş, son
dərəcə közərmiş və qazlarla zəngin olan silikat maddədir). Vulkanlar formasına, aktivliyinə
(hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) təsnif edilir. Yerin 100km
dərinliyində təxminən 1000 və 13000S arasında temperatur mövcuddur. Bu istiliyin təsirindən
ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı formalı maqma 50 km
dərinliyinə yığılır. Təzyiq çoxaldıqca maqma yarıqlarla hərəkət edərək litosferaya daxil olur. Bu
yolla yerin üzünə çıxmış maqmaya lava deyilir. Vulkan partlayışı zamanı təkcə közərmiş
mayelər yox, həm də bərk və qaz halında olan maddələr xaricə çıxır. əksər hallarda vulkanik
konus şəklində olurlar. Vulkanın forması başqa şəkillərdə də ola bilər. Püskürmədən sonra
vulkanın aktivliyi ya dayanır, ya da min illər boyu “mürgüləyir”. Bu zaman vulkanın özündə və
ətrafında olan ərazilərdə maqmatik özəyin soyuması ilə müşaiət olunan aktivlik saxlanılır.
Vulkan püskürməsi nəticəsində qızğın qırıntıların ətarafa atılması onların insanları yaşayış
ərazilərinə zədə etməsi, külün yer səthinə atması ətraf ərazilərdəki evlərin damlarına düşərək
onların uçmasına, elektrik xətlərinin qırılmasına, su ilə qarışdıqda isə betona bənzər maddənin
alınmasına, təyyarələrin mühərriklərinin sıradan çıxmasına və s. səbəb olur.

Texnogen xarakterli fövqəladə hallar- Texnosferin əhaliyə və ətraf-mühitə törətdiyi


təhlükə-sənayedə, energetikada və kommunal təsərrüfatında böyük miqdarda
radioaktiv,kimyəvi,bioloji təhlükəli ,habelə yanğın və partlayış qorxusu yaradan texnologiyaların
olması ilə əlaqədardır.
Texnogen xarakterli FH-a aiddir: nəqliyyat qəzaları,yanğınlar və partlayışlar, GTZM
yayılması ilə baş verən qəzalar, radioaktiv maddələrin ətrafa yayılması ilə baş verən
qəzalar,bioloji təhlükəli maddələrin ətrafa yayılması ilə baş verən qəzalar, indi bunları ayrılıqda
nəzərdən keçirək.
Nəqliyyat qəzalarına: yük və nəqliyyat qatarların, gəmi qəzaları, aviasiya,avtomobil
qəzaları aiddir;
Yanğınlar və partlayışlara; tezalışan maddələr,yanacaq istehsal emal edilən və saxlanılan
obyektlərdə yanğın və partlayışlar,yeraltı mədən və metropoliten sahələrində yanğın, yaşayış,
sosial-məişət və mədəni-məişət təyinatlı bina və qurğularda yanğınlar aiddir;
GTZM yayılmaqla baş verən qəzalara; GTZM istehsal, emal olunarkən, saxlanarkən baş
verən qəzalar,GTZM daşınarkən baş verən nəqliyyat qəzası,kimyəvi döyüş sursatlarından baş
verən qəzalar,binaların qəflətən uçulması və s. aiddir.
Radioaktiv maddələr (RM) ətrafa yayılmaqla baş verən qəzalar: RM-in ətrafa sızması
AES-ında, atom gəmilərində, mühəndis tədqiqatları mərkəzlərində istehsalat qəzaları nəticəsində
baş verir.Radioaktiv qazların sızması, o cümlədən: Uran şaxtalarında havanı zəhərləyən
“Radon” qazının,nüvə yanacağının regenerasiyası üzrə qurğuda və reaktorlarda yaranan qazın,
eləcə də radioaktiv tullantılar saxlanılan müəssilərdən və anbarlardan radioaktiv maddələrin
ətrafa sızması xüsusi təhlükəlidir.
Bioloji təhlükəli maddələrin (BMT) ətrafa sızması ilə baş verən qəzalara aiddir; Bioloji
təhlükəli maddələrin aşkar edilməsi, həyat təminatlı kommunal sistemlərdə qəzalar, kanalizasiya,
su təchizatı, istilik şəbəkələrində, elektrik –enerji sistemlərində, hidrodinamik qəzalar və s.
aiddir.
Ekoloji xarakterli fövqəladə hallar
Ekoloji xarakterli fövqəladə hallara yerin qabığının vəziyyətinin,hava mühitinin,yəni
atmosferin,hidrosferin,biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar olan hallar aiddir.
Yerin vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələrə: yerdə (torpaqda) yol
verilən konsentrasiya, həddindən artıq ağır metallar ( o cümlədən radionuklitidlər) və başqa
zərərli maddələrin olması,geniş ərazilərdə sahələrin aşınması,duzlaşması sayəsində münbit
torpaqların sıradan çıxması və s. aiddir.
Atmosferin dəyişməsi ilə əlaqədar FH-a aiddir: atmosferdə zərərli maddə qarışıqlarının
yol verilən konsentrasiya həddindən yuxarı qalxması,şəhərlərdə kəskin “oksigen aclığı”
yaranması, şəhərlərdə səs-küyün yol verilən hədd səviyyəsindən yüksək olması,atmosferin “ozon
qatının” (O3) pozulması.
Hidrosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-a: su mənbələrinin quruması və
çirklənməsi nəticəsində işməli suya kəskin ehtiyacın yaranması,daxili dəniz və dunya okeanı
zonalarının çirklənməsi nəticəsində ekoloji tarazlığın pozulması aiddir.
Biosferin vəziyyətinin dəyişməsi ilə əlaqədar FH-a: geniş ərazilərdə yerin bitki
örtüyünün məhv olması,heyvanların kütləvi halda məhv olması, yaşayış mühitinin dəyişməsinə
həssas olan heyvanların və bitki növlərinin yox olması aiddir.

Sosial-siyasi xarakterli fövqəladə hallar


Sosial-siyasi xarakterli föqəladə hallar 2 qrupa bölünür:
1.Sosial-mədəni xarakterli FH – buraya peşə, dini, mülkiyyət, ərazi, yaş həddi və digər
əlamətlər üzrə fövqəladə hallar aiddir.
2.Siyasi xarakterli – Buraya millətlərarası münaqişələr,narkotik maddə ticarəti,mütəşəkkil
cinayətkarlıq, “Kölgə” iqtisadiyyatı,dövlət böhranı,informasiya və digər əlamətlər üzrə hadisələr
daxildir.
Sosial siyasi və hərbi siyasi fövqəladə hallara aiddir:
Əyalət üzrə baş verən narazılıqlar.
Hərbi hissələrin hərbi arsenalından qarət olunmuş silahların əhali arasında yayılması
Təsadüfi nüvə zərbəsini neytral ərazilərdə partlamasından əmələ gələn narazılıqlar.
Əhalinin hərbi qarnizonlara hücumu.
Bu təsnifat fövqəladə halların miqyasını və nəticələrinin həcmini əhatə etmir, lakin FH-ın
qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin qiymətləndirilməsi,
xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas istiqamətlərin göstəriciləri rolunu
oynayır.

You might also like