You are on page 1of 6

1.

Respublikamızın ərazisində baş verə biləcək təbii və texnogen xarakterli


fövqəladə hallar
Azərbaycanda müxtəlif mənşəli təbiət hadisələri tez tez müşahidə olunur. Eyni zamanda
texnogen mənşəli təhlükəli hadisələrdə müşahidə olunmaqdadır. Bu hadisələr böyük fəlakət
riskləri yaradır. Son 20 ildə ölkə ərazisində baş verən təbii fəlakətlər iri miqyaslı dağıntılarla
müşayət olunur. Təhlükəli təbii hadisələr dedikdə əhalinin normal həyat fəaliyyətinin qəflətən
pozulmasına səbəb ola bilən, maddi və mənəvi itkiləri törədə bilən təbiət hadisələri nəzərdə
tutulur. Təhlükəli hadisələrə bir qayda olaraq zəlzələ, daşqınlar, sel, torpaq sürüşmələri, meşə
yanğınları, vulkan püskürməsi və s. aid edilir. Əgər təhlükəli hadisələr müşahidə olunan zaman
insan cəmiyyətində maddi və mənəvi itkilərə səbəb olursa, onda belə hadisələrə fəlakətlər
deyilir. Son illərdə baş verən iqlim dəyişilmələri təhlükəli təbiət hadisələrinin tezliyini və
davamiyyətini artırmışdır. Azərbaycanın ərazisindən 15-dən artıq növdə təhlükəli təbii hadisələr
müşahidə edilir. Bunlardan ən dağıdıcı təsirə malik olnları daşqın, zəlzələ, sürüşmə, sel,
uçqunlardır. Bu hadisələrin bəziləri gözlənilmədən baş verir və qısa müddətli olur. Məsələn:
zəlzələ, sürüşmə, uçqun, lakin böyük maddi itkilər və insan tələfatı ilə nəticələnir.
Daşqınlar- su obyektlərində müxtəlif səbəblərdən su səviyyəsinin qalxmasıdır. Eləcə də
çaylarda daşqınların yaranmasının əsas səbəbi çay hövzəsində intensiv yağışlaın düşməsi yaxud
kəskin temperatur artımı ilə müşaiət olunan qarların əriməsidir.

Daşqınlar- su elektrik stansiyası bəndlərinin zəlzələ və digər səbəblərdən yarılması


nəticəsində də baş verə bilər ki, bu zaman ərazi oradakı yaşayış məntəqələri, təsərrüfat obyektləri
su altında qalar. Bu təhlükə daha ciddidir. Belə ki, respublikamızın nisbətən məhdud ərazisində
10-dan artıq su-elektrik qovşağı və su anbarları tikilmişdir. Mingəçevir su -elektrik stansiyası,
Araz su qovşağının və d. su anbarlarında bəndlərin hündürlüyü onlarla metr, su tutumu
milyonlarla kub metrə qədərdir. Onların əhali və xalq təsərrüfatı üçün yaratdığı təhlükənin də
miqyası olduqca böyükdür.
Uzun illər Azərbaycan çaylarında daşqınlar müşahidə olunmuşdur. Baş verən daşqınlar
nəticəsində Kürün sahil zonasında yerləşən Səlyan, Neftçala, Sabirabad rayonlarının sahilboyu
kəndlərinin, Şirvan şəhərinin Sahilyani ərazilərinin su altında qalması baş verir. Baş verən
daşqınlar iri miqyaslı iqtisadi itkilərə və əhalidə sosial psixoloji gərginliyin yaranması ilə
müşaiət olunmaqdadır. Kür çayında daşqınların qarşısını almaq və çayın su rejiminin süni yolla
tənzimləmək məqsədilə 1953-cü ildə Mingəzçevir su anbarı tikilmişdir. Lakin, su anbarı
istifadəyə verildikdən sonra da daşqınlar baş vermişdir. 2010-cu ildə Kür çayının mənsəb
ərazilərində baş verən daşqınlar daha iri itkilərlə yadda qalmışdır. Bu daşqınların əsas səbəbi
Mingəzçevir su anbarının düzgün tənzimləməməsi olmuşdur.
Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı, Sumqayıt
kimi iri şəhərlər də daxil olmaqla Xəzər dənizi sahilində yerləşir(800 km).
Xəzər dənizinin səviyyəsinin 1.5 m-dən çox qalxması,Xəzər ətrafı zonalarda böyük
problemlər yarada bilər. Bakı və Sumqayıtda bir çox müəssisələrin,yaşayış məntəqələrinin suyun
altında qalmaq təhlükəsi yaradar. Xəzər dənizində suyun səviyyəsinin qalxması adamların həyatı
üçün də təhlükə yarada bilər.
Daşqınlar dağıdıcılığına görə ən güclüləri Kür və Araz çaylarında müşahidə olunan
daşqınlardır. Kür və Araz öz məcralarından çıxaraq daim Şirvan, Muğan və Mil düzlərini basa
bilər.
Uzun müddət ərzində daşqınlarla mübarizənin ən effektiv yolu su anbarlarının tikilməsi,
subasan əraziləri qorumaq üçün çay sahillərində torpaq bəndinin yaradılması, çayın süni yolla
dərinləşdirilməsi, mənsəb hissədə əlavə kanalların qazılması və s.tədbirlər həyata keçirilir.
Azərbaycan dünyanın selə ən çox məruz qalan ölkələrindən biridir. Respublika ərazinin
5%-dən çoxu sel təhlükəli ərazilərdir. Güclü leysan yağışları bəzən isə qarın sürətlə əriməsi
nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, çınqıl, daş hətta qaya parçalarını
axıdıb gətirir, qarşısına çıxan hər şeyi yıxıb dağıdır. Əkin sahələrini yararsız hala salır, su
qurğularını rabitə elektrik xətlərini, körpüləri, bir sıra hallarda iri sənaye və kənd təsərrüfatı
tikililəri məhv edir. əhali üçün də çox ciddi təhlükə yaradır. Azərbaycanın dağlıq əraziləri
xüsusilə də Böyük Qafqaz dünyanın ən çox sel təhlükəli mövcud rayonlarından biridir. Burada
sellər bir qayda olaraq leysanların düşməsi nəticəsində yarana bilir. Şəki - Balakən, Qəbələ-
İsmayıllı, Quba - Xaçmaz, Lerik-Yardımlı sel təhlükəli ərazilərdir.
Respublikanın ərazisinin aşağıdakı sel təhlükəli rayonlara ayırmaq mümkündür:
Bunlardan ən güclü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu), Qaraçay
(Zaqatala rayonu), Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki rayonu)
Böyük Qafqaz cənub və şimal və şərq yamacları; -Kiçik Qafqaz dağlarının şimal –şərqa
yamacları;
Dəmiraparançay, Tikanlıçay (Qəbələ rayonu), Qayçay, Ağçay (Oğuz rayonu) Qilqilçay,
Axınçay (Tovuz rayonu), Çəhriçay ( Şəmkir rayonu), Gəncəçay (Xanlar rayonu), Gilançay və
Ordubadçaydır (Naxçıvan Muxtar Respublikası). Böyük və Kiçik Qafqazın yamaclarından axan
digər çaylarda, sel törədə bilər. Belə sel axınları respublikanın xalq təsərrüfatına xeyli ziyan
vurur, bağları məhv edir, hidrotexniki qurğuları sırdan çıxarır, körpüləri rabitə və elektrik
xətlərini, tikililəri və s. dağıdır.
Respublikamızın ərazisində mənşəyinə görə cürbəcür təbii fəlakətlər mümkündür. Fiziki-
coğrafi şəraitinə görə Azərbaycan Respublikası ərazisində ən çox səciyyəvi olan təbii fəlakətlər –
zəlzələ, sürüşmə və uçqunlar, çöl-meşə yanğınları və bir sıra dağlıq rayonlarda marxal (qar
uçqunları) sayılır. Respublikamızın ərazisi vaxtaşırı olaraq bu təbii fəlakətlərə məruz qalır.
Ən dəhşətlisi Zəlzələdir. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının
Geologiya İnstitutu tərəfindən tərtib edilmiş Respublikanın seysmik rayonlaşdırma xəritəsinə
görə bütün ərazi 12 ballıq şkala üzrə əsasən 8 baladək, bəzi zonalar isə 9 bal gücündə zəlzələ
ehtimalı region sayılır. Bu da ərazimizin ¼-ni, əhalimizin isə 20%-ni təşkil edir.
Zəlzələlər ölkəmizin ərazisində orta hesabla ildə minə yaxın seysmik gücə malik zəlzələ
qeydə alınır. Onun əksəriyyəti ancaq xüsusi cihazlarla müəyyən olunan, çox az adamın hiss
etdiyi və 4-5 bal gücündə olan zəlzələlərdir.
Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan Muxtar Respublikasının
rayonları 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. 8 bal güclü zəlzələ dağıdıcı zəlzələ sayılır,
bu zaman hər cür binalar (iri və ya xırda bloklu,panel və s.) xeyli dərəcədə zədələnir, bir sıra
tikililər, xüsusən zəlzələ təhlükəsi nəzərə alınmadan inşa olunanlar qismən, yaxud tamamilə
dağılır. Inşaatda müəyyən olunan seysmik davamlılıq normalarına riayət etməklə zəlzələnin
dağıdıcı nəticələrini xeyli azaltmaq mümkündür. Son 15 ildə tikilən binalara seysmik rəy verilir.
Azərbaycan ərzisinin quru hissəsində zəlzələ ocaqları 40km-ə qədər, Xəzər dənizində
100km-ə qədər dərinlikdə yayılmışdır. Yer qabığında baş verən zəlzələlər zamanı seysmik
dalğaları fasiləsiz qəbul edib yazan müxtəlif tipli cihazlarla təchiz olunan seysmik stansiyalar
zəlzələ ocağılnın intensivliyi, baş vermə vaxtını, koordinatlarını müəyyən edir.
Azərbaycan ərazisində zəlzələlərin çox qədim zamanlarda baş verməsi müxtəlif tarixi
mənbələrdən və əlyazmalardan məlumdur. Məsələn: 1139-cu ildə baş vermiş dağıdıcı zəlzələ (11
bal gücündə) nəticəsində Gəncə şəhəri tamamilə dağılmış, çox böyük insan təlafatı olmuşdur.
Həmin zəlzələ zamanı dağ sürüşməsi nəticəsində çayların qabağı kəsilmiş, bu günkü Göygöl
yaranmışdır. 1902-ci ildə Şamaxıda baş vermiş güclü zəlzələ nəticsində böyük dağıntılar
olmuşdur. Xəzər dənizinin Azərbaycan ərazisinə yaxın hissəsində sonuncu güclü zəlzələ 2000- ci
il noyabrın 25-də olmuşdur. 2012-ci ilin mayında Zaqatalada zəlzələ olmuşdur.
Azərbaycan Respublikasının ərazisində fəaliyyətdə olan palçıq vulkanları geniş
yayılmışdır. yer kürəsində 26 ölkə ərazisində qeydə alınmış 850 -ə yaxın palçıq vulkanının 300-
dən çoxu ölkəmizin orta və aşağı Kür çökəkliyi, Şamaxı –Qobustan regionu, Abşeron yarmadası,
Xəzər dənizi akvatoriyası ərazilərində yerləşir. Xəzərin Azərbaycan sektorunda 120 palçıq
vulkanı öyrənilmişdir. Hündürlüyünə görə ən yüksək palçıq vulkanı Şamaxı-Qobustan
vilayətinin cənub-şərqində yerləşir.
Dolu- buz hissəciyi olub, damcıları 45-50mm bəzən bir neçə sm bəzən daha böyük ölçüdə
ola bilər. dolu adətən ilin isti vaxtlarında çox toplanmış bulud topasından yağır. Dolunun yağma
müddəti 1 neçə dəqiqədən yarım saata qədər çəkir. Dolu dənələri həddən artıq soyumuş buludda
donan ayrı-ayrı damcıların yaranması nəticəsində meydana gəlir. Dolu yağmuru əkinçilik
sahələrinə, binalara, nəqliyyat vasitələrinə zərər verir. Iri və xırda buynuzlu heyvanların
ölümünə səbəb ola bilir. Azərbaycanda Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarında güclü
dolu düşür. 2015-ci ildə Qəbələ və İsmayıllıda müşahidə olunan dolu təsərrüfata, meyvə-ağacları
və taxıl sahələrinə ziyan vurub. Dolu dənələrinin böyük olması səbəbindən evlər, sosial
obyektlərin dam örtüyü, habelə avtomobillər ziyan görüb.
Güclü küləklər və tufanlar. Ölkəmizin ərazisində ən güclü küləklər Abçeron yarmadası,
Kür-Araz ovalığının qərb hissəsi, və Naxçıvanın düzənlik hissəsində müşahidə olunur.
Çox təhlükəli külək sayılan Ştorm hadisəsi bir qayda olaraq,sürəti saniyədə 20 m
/san-dən çox olan küləklərdir. Əgər küləyin sürəti 30m/san ötərsə onda o uraqan; 40m/san
ötərsə o Tornado adlanır. Təbii ki, şiddətlikdən başqa hadisənin dəvamiyyətinin də az olması
onun təhlükəsizlik səviyyəsini azaldır. Abşeron yarmadasında dəvamiyyəti 3 saatdan çox olan
güclü küləklər ilin 80 günündə, Sumqayıtda isə ilin 106- 161 günü güclü küləklər müşahidə
olunur. 2015-ci ilin noyabr ayında baş verən güclü küləklər Daşkəsən rayonunda güclü fəsadlar
törədib. Əgər güclü yağış və qar güclü küləklə bir yerdə müşahidə olunarsa onda bu tufan
adlanır. Ölkəmizdə tufanların baş vermə tezliyi çoxdur. Tufan zamanı rabitə və elektrik
xətlərinin sıradan çıxması, meşələrdə yanğınların baş verməsi və mal qaranın tələf olması baş
verə bilər. Zaqatala, Gədəbəy, Göygöl meşələrində, Cənub bölgəsində tufanlar bir qayda olaraq
aprel aylarında başlayır, sentyabr –oktyabr aylarında qurtarır.
Torpaq sürüşmələri- Azərbaycanda müşahidə olunan əsas təhlükəli hadisələrdən hesab
olunur. Torpaq sürüşmələri ümumiyyətlə yavaş inkişaf edən təbii fəlakətlərdəndir. Ancaq çox
dik yamacların üzərində tikilən və ya yamacların altındakı yaşayış evləri ani inkişaf edən torpaq
sürüşmələrinə məruz qala bilər. Torpaq sürüşməsinin ilkin əlaməti bina və evlərdə, yollarda
çatların əmələ gəlməsi, ağac və hündür tikililərin yerdəyişməsidir. Torpaq sürüşmələri dağlıq və
seysmik bölgələrdə tez-tez meydana gələn bir təbii hadisədir. Sürüşmə zonaları Badamdart,
Bayıl, Zığ, Masazır zonalarıdır. Sürüşmənin 80%-insan faktorudur. 76 yaş məntəqələrində
sürüşmələr müşahidə olunur. Abşeron, Quba, Xaçmaz, Lerikdə sürüşmələr müşahidə olunur.
Kanalizasiya sisteminin düzgün qurumaması, evlərin, yolların tikilməsində səhvlər səbəb olur.
Ağacların əkilməsi, dərin köklü bitkilərin əkilməsi sürüşmənin qarşısını alır. Ən çox Böyük və
kiçik Qafqazda, Lənkəran və Naxçıvanda müşahidə olunur. 2015-ci ildə Qəbələ, Şəki və
İsmayıllıda çox saylı torpaq sürüşmələri qeydə alınmışdır. 2000-ci ilin mart ayında Bayıl
yarmadasında baş vermiş sürüşmə nəticəsində onlarla evlər dağılmış və təsərrüfata maddi ziyan
dəymişdir.

Qar uçqunları. Qışda baş verən təbii fəlakətlərdən biri də güclü qar yağması və çovğun
nəticəsində yaranan qar yığınlarıdır. Qar uçqunu 20-30m/s sürətlə hərəkət edən qar kütləsidir.
Qar uçqununun yaranmasına səbəb uzun müddət yağan qar, dağ və hava titrəmələri ilə
nəticələnən zəlzələ, partlayışlar və digər insan fəaliyyətidir.
16-24 saat fasiləsiz yağan güclü qar kənd yerlərində əhalinin kənd təsərrüfatı işlərinə və
şəhər təsərrüfatına mənfi təsir göstərir, nəqliyyatın, bəzən müəssisələrin işlərini pozur.
Marxallar – qar uçqunları ölkəmizin bütün yüksək dağlıq sahələrində, xüsusən Balakən, Qax,
Kəlbəcər, Ordubad və bir sıra digər rayonlarda müşahidə olunur. Bəzən güclü marxallar həcmi
milyonlarla kubmetrə çatan qar uçqunu şəklində geniş ərazini əhatə edib çoxlu maddi zərərə,
tələfata səbəb olur.

Epidemiyalar – Respublikanın ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi,habelə vəba


və tulyaremiya xəstəliyi yayılan təhlükəli sahələri müəyyən edilmişdir.
Zaqafqaziyanın dağətəyi təbii taun mənbəyi olub sahəsi 500 min hektardır.Bura Qazax,
Ağstafa, Xanlar, Tovuz, Şəmkir, Salyan, Goranboy, Ağdaş rayonlarını, Mingəçevir şəhərini,
Bakının Qaradağ rayonu və Əzizbəyov rayonları aiddir.
Arazyanı təbii taun mənbəyinə aid edilən Naxçıvan şəhərinin Ordubad, Şərur
rayonlarının ümumi sahəsi 260 min hektar, Zaqafqaziyanın yüksək dağlıq taun mənbəyinə isə
sahəsi 100 min hektar olan Laçın, Kəlbəcər, Şahbuz rayonları daxildir. Tülyaremiya xəstəliyi
ehtimallı zona- Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şəmkir, Goranboy, Culfa, Ordubad, Şhbuz
rayonları daxildir. Cənub rayonlarında Şirvan və Naxçıvan şəhərlərində vəba xəstəliyi ehtimalı
mövcuddur.
Respublikamızın Ağcəbədi, Cəlilabad, Beyləqan, Fizuli, Şəmkir rayonları, eləcə də
Naxçivan şəhərində Nehrəm, Xocavənd yaşayış məntəqlərində kənd təsərrüfatı heyvanlarının
qarayara xəstəliyinə tutulması ehtimalı mümkündür. Zaqatala, Beyləqan, Bərdə, İmişli, Ucar,
Ağdaş, Abşeron habelə digər kənd yaşayış məntəqələrində heyvanlar arasında dabaq xəstəliyinin
yayılma ehtimalı vardır.
Respublikamız üçün səciyyəvi olan texnogen fövqəladə hallar aşağıdakılar ola bilər:
1.Güclü təsirli zəhərli maddələr (GTZM) istehsal emal edilərkən,daşınarkən və
saxlanılarkən belə maddələrin ətrafa yayılması ilə müşayiət edilən qəzalar və bununla əlaqədar
olaraq geniş sahələrdə zəhərlənmə zonalarının yaranması.
Respublikamızda belə kütləvi təhlükəli obyektlərin sayı 60-dan artıqdır və xüsusən
Sumqayıt şəhəri.
2.Nəqliyyatla GTZM-in ətrafa yayılması ilə müşayiət edilən qəzalar.Respublikamızın
ərazisində 15 dəmiryol stansiyası var ki,burada GTZM daşınan dəmiryol nəqliyyat vasitələrinin
toplanması mümkündür.Bakı dəmiryol stansiyası,Biləcəri stansiyası xüsusən böyük təhlükə
törədə bilər.
3.Tez alışan maddələr istehsal,emal olunan və saxlanılan obyektlərdə
yanğınlar,partlayışlar ola bilər.Respublikamızda 850-dən artıq belə obyektlər var.Bakı və
Sumqayıtın neft emalı və neft kimyası müəssisələri, neft-qaz mədənləri, “Azərneft” və
Xəzərdəniz neft-qaz sənaye birliklərinin neft bazaları xüsusən təhlükəlidir.
4. Nəqliyyat vasitələrində yanğın və partlayışlar
5. Hidrodinamik qəzalar-su qurğuları qovşaqlarının yarılması və fəlakətli daşqın
zonalarının yaranması. Respublikamızda 13 su qovşağı mövcuddur ki, bunlardan ən çox təhlükə
törədəni Mingəçevir su qovşağının bəndidir. əgər o hər hansı bir səbəbdən yarılsa sahəsi 11 000
km2 olan ərazidə fəlakətli daşqın baş verər. Iki şəhər və13 rayon sualtında qala bilər.
Qaz-neft məhsulları boru kəmərləri. Bakı-Novorosiysk, Bakı-Batumi,Bakı-Ceyhan
magistral neft boru kəmərinin istismarı məsələləri xüsusən narahatlıq doğurur.
Əgər bu borularda zədələnmə dərəcəsi ,eləcə də iri çaylarda kəsişmə yerlərində onların
vəziyyəti yoxlanılıb müəyyən edilməzsə,bu işlərin nəticələri ilə müvafiq tədbirlər
görülməzsə,respublikamız güclü fözqəladə hadisə faktları qarşısında qala bilər.
Belə qəzalarla alışma və yanğınların əsas səbəbləri metal boruların yerin altında pas
atması,tikinti-quraşdırma işlərində yol verilmiş qüsurlar,boru və avadanlıqlardakı qüsurlar,boru
kəmərlərinin mexaniki zədələnməsi ola bilər.
İstehsalat qəzalarının səbəblərini araşdırarkən məlum olur ki,belə hallar çox vaxt işçinin
istehsalat texnologiyalarını pozması,təhlükəsizlik qaydalarına riayət etməməsi və s. nəticəsində
baş verir.
Ermənistan ərazisində yerləşən Metzamor AES tektonik baxımdan aktiv zonada yerləşdiyi
üçün çox təhlükəlidir. Stansiyanın tikilməsi zamanı SSRİ alimləri onun Ağrı dağı tektonik
zonasında yerləşəcəyi üçün buna qarşı çıxmışlar. Metzamar Azərbaycan ərazisi üçün də təhlükə
törədə bilər.

You might also like