You are on page 1of 31

FƏNNİN ŞİFRƏSİ: İF-3837y

FƏNNİN ADI

“Mexanika mühəndisliyi”

t.e.n, dos.
Fərrux Məmmədov
“Tətbiqi mexanika” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması

s/s Mövzuların adları Cəm Müh Məş Lab


1 Giriş. Tətbiqi mexanikanın predmeti. Maşınlar və mexanizmlər. Mexanikanın əsas 2 2
bölmələri haqqında anlayış. Nəzəri və tətbiqi mexanikanın predmeti. Maşınların təsnifatı.
Maşın aqreqatı, kombayn, aparat, xüsusi təyinatlı qurğular və vasitələr haqqında məlumat.
2 Maşın və mexanizmlər nəzəriyyəsi. Mexanizmlərin struktur analizi. Kinematik cütlərin 6 2 2 2
təsnifatı, sərbəstlik dərəcəsi, rabitə şərti. Kinematik silsilələr. Kinematik silsilənin sərbəstlik
dərəcəsi. Mexanizmlərin yaradılması prinsipi. Mexanizmlərin struktur analizi.
3 Mexanizmlərin kinematik analizi. Kinematik analiz məsələləri və üsulları. Yastı 4 2 2
mexanizmlərin qrafiki, analitik və qrafo-analitik analiz üsulları ilə kinematik analizi.
Miqyaslar. Vəziyyətlər, sürətlər, təcillər məsələləri.
4 Mexanizmlərin dinamik analizi. Mexanizmlərə təsir edən qüvvələr. Mexanizmlərdə 4 2 2
sürtünmə. Ətalət qüvvələri. Yastı mexanizmin qüvvələr analizi. Faydalı iş əmsalı.
5 Yumruqlu mexanizmlər. Yumruqlu mexanizmlərin təsnifatı. İtələyicinin hərəkət qanunları. 4 2 2
Yumruğun minimal radiusunun tapılması. Yumruğun profilinin qurulması.
6 Konstruksiya elementlərinin möhkəmliyə hesablanmasının əsasları. Deformasiya və 2 2
gərginlik anlayışları. Xarici qüvvələr və onların növləri. Daxili qüvvələr. Gərginlik və onun
hesablanma üsulları. Möhkəmliyə hesablamalar.
Sadə deformasiyalar: dartılma-sıxılma və sürüşmə (kəsilmə). Mütləq və nisbi uzanma. 4 2 2
7 Huk qanunu. Konstruksiya elementinin dartılmada gərginlikli vəziyyəti. Sürüşmə (kəsilmə).
Mütləq və nisbi sürüşmə. Sürüşmədə Huk qanunu.
8 Sadə deformasiyalar: əyilmə və burulma. Xalis əyilmə. Dayaqlar. Dayaq reaksiyaları. 4 2 2
Kəsici qüvvə, əyici moment. Kəsici qüvvə, əyici moment epürləri. Əyilmədə möhkəmlik
şərti. Burulmada möhkəmlik şərti. Burucu moment epürü. Burulmada sərtlik.
“Tətbiqi mexanika” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması

s/s Mövzuların adları Cəm Müh Məş Lab


9 Layihələndirmənin ümumi müddəaları. Detal, yığım vahidi (düyüm), ümumi və xüsusi 4 2 2
təyinatlı maşın detalları. Konstruksiya elementlərinin əsas işgörmə meyarları. Mexaniki
ötürmələr. Mexaniki ötürmələr və onların təyinatı, təsnifatı və əsas xarakteristikaları.
10 Dişli çarx ötürmələri. Dişli çarx ötürmələrinin təsnifatı. Dişli çarx ötürmələrinin həndəsi 6 2 2 2
ölçüləri və kinematikası. Planetar ötürmələr haqqında ümumi məlumat. Dişli çarx
ötürmələrində yaranan qüvvələr. Hesablanma meyarları, möhkəmlik hesabı.
11 Sonsuz vint ötürmələri. Əsas həndəsi ölçüləri və kinematikası. İlişmədə yaranan 2 2
qüvvələr. İstifadə olunan materiallar. Zəncir ötürmələri. Əsas həndəsi ölçüləri və
kinematikası. İlişmədə yaranan qüvvələr. Konruksiyaları, istifadə olunan materiallar.
12 Sürtünmə prinsipi ilə işləyən mexaniki ötürmələr. Qayış ötürmələrinin konstruksiyası, 6 2 2 2
iş prinsipi. Əsas həndəsi ölçüləri və kinematikası. İstifadə olunan materiallar. Friksion
ötürmələrinin konstruksiyası, iş prinsipi, əsas həndəsi ölçüləri və kinematikası.
13 Vallar, oxlar, dayaqlar, yastıqlar, muftalar. Vallar və oxlar haqqında məlumat, 6 2 2 2
konstruksiyaları. Layihə və yoxlama hesabı. Sürüşmə və diyirlənmə sürtünməsi yastıqların
təsnifatı, ümumi məlumat, materialları. Muftalar haqqında ümumi məlumat, təsnifatı.
14 Söküləbilən birləşdirmələr. Yiv birləşdirmələri haqqında ümumi məlumat. Yivlərin 6 4 1 1
təsnifatı. Həndəsi ölçüləri və hesablanma meyarları. İşgil və şlis birləşdirmələri haqqında
ümumi məlumat. Konstruksiyaları, hesablanma meyarları.
15 Söküləbilməyən birləşdirmələr. Qaynaq birləşdirmələri haqqında ümumi məlumat. 2 2
Qaynaq birləşdirmələrinin konstruksiyaları və möhkəmlik hesabı. Pərçim birləşdirmələri
haqqında ümumi məlumat. Konstruksiyaları və tətbiq sahələri. Pərçimlərin materialları.
Cəmi saatlar: 60 30 15 15
№ Məşğələ dərslərinin məzmunu saatlar
1 Mexanizmlərin struktur analizinin aparılması. Kinematik cütlərin təsnifatı, sərbəstlik dərəcəsi və
rabitə şərtinə aid misallar. Mexanizmlərin yaradılması prinsipi və Assur qruplarına aid misallar. 2

2 Mexanizmlərin kinematik analizinə aid misallar. Vəziyyətlər, sürətlər, təcillər məsələləriinə aid
2
misallar. Dördbəndli dirsək-sürüncək mexanizmin qüvvələr analizinin aparılması.
3 Konstruksiya elementlərinə təsir edən qüvvələrə aid misallar. Normal və toxunan
2
gərginliklərin təyini. Dartılma-sıxılma və sürüşmədə mütləq və nisbi deformasiyala aid misallar.
4 Əyilmə və burulmada möhkəmlik şərtinə aid məsələ həlli. Xalis əyilməyə işləyən tirlərdə
dayaq reaksiyalarının təyini. Burulmada möhkəmlik şərtindən valın diametrinin təyini. Kəsici 2
qüvvə, əyici moment və burucu moment epürlərinin qurulması.
5 Mexaniki ötürmələrin kinematik hesabına aid məsələ həlli. Silindrik düz və çəp dişli çarx
ötürmələrinin həndəsi ölçülərinin və kinematik parametrlərinin təyini. Dişli çarx ötürmələrinin 2
möhkəmlik hesabına aid məsələ həlli. Konik dişli çarx ötürmələrinə aid məsələ həlli.
6 Əyilgən bəndli mexaniki ötürmələrin əsas həndəsi ölçüləri və kinematikasına aid misal
həlli. Qayış ötürmələrinin praktiki hesabına aid misallar. Friksion ötürmələrinin kinematikası və 2
yaranan qüvvələrə aid məsələ həlli. Zəncir ötürmələrinin kinematik hesabına aid məsələ həlli.
7 Vallar və oxların layihə və yoxlama hesabına aid məsələ həlli. Yastıqların konstruksiyaları ilə
tanılıq. Diyirlənmə sürtünməsi yastıqlarının seriyaları, işarələnməsi və seçilməsi qaydalarına aid 2
misallar. Yastıqların praktiki hesabı və seçilməsi. Muftaların konstruksiyaları ilə tanışlıq.
8 Yiv birləşdirmələrinin konstruksiyaları və yivlərin növləri ilə tanışlıq. Yivlərin və yiv
birləşdirmələrinin möhkəmliyə hesabına adi məsələ həlli. İşgil və şlis birləşdirmələrinin 1
konstruksiyaları ilə tanılıq. İşgillərin və şlislərin seçilməsinə aid misallar.
Cəmi: 15
№ Laboratoriya dərslərinin məzmunu saatlar
1 Laboratoriya işi №1. Yastı mexanizmin kinematik sxeminin qurulması və struktur analizi.
Mexanizmin sərbəstlik dərəcəsinin tapılması. Assur qruplarına görə mexanizmin sinfinin təyini. 2

2 Laboratoriya işi №2. Dördbəndli oynaq mexanizminin kinematik analizi. Modeldə


bəndlərin ölçülərinin seçilməsi. Miqyasla 𝜑3 = 𝜑3 (𝜑1 ) asılılığının qurulması. Qrafiki 2
diferensiallama üsulu ilə hərəkət diaqramının miqyasının hesablanması.
3 Laboratoriya işi №3. Yumruqlu mexanizmdə itələyicinin hərəkət diaqramlarının qurulması.
𝜑3 = 𝜑3 (𝜑1 ) asılılığının qurulması. Qrafiki differensiallama üsulu ilə yelləncəyin sürət və təcil 2
analoqu diaqramının qurulması.
4 Laboratoriya işi №4. Mexaniki intiqalların kinematik parametrlərinin təyini. İntiqalın ümumi
ötürmə ədədinin təyini. Ümumi ötürmə ədədinin pillələr arasında bölüçdürülməsi. Vallarda gücün, 2
fırlanma tezliyinin və fırlanma momentinin təyini.
5 Laboratoriya işi №5. Reduktorların konstruksiyaları ilə tanışlıq və ötürmələrin əsas
parametrlərinin təyini. Reduktorun kinematik sxeminin tərtib olunması. Ötürmələrin əsas həndəsi 2
parametrlərinin ölçülməsi və hesablanması.
6 Laboratoriya işi №6. Qayış ötürmələrində sürüşmə və faydalı iş əmsalının təyini. Qayış
2
ötürmələrinin həndəsi və kinematik parametrlərinin, faydalı iş əmsalının təyini.
7 Laboratoriya işi №7. Diyirlənmə yastıq düyümlərinin konstruksiyaları ilə tanışlıq və
müqayisəli analizi. Diyirlənmə yastıq düyümlərinin əsas elementləri. Diyirlənmə yastıqlarının 2
uzunömürlüyə və dinamiki yükgötürmə qabiliyyətinə görə hesabı və seçilməsi.
8 Laboratoriya işi №8. İntiqal muftalarının konstruksiyaları ilə tanışlıq. İntiqal muftalarının iş
1
prinsipinə görə təsnifatı və seçilməsi xüsusiyyətləri. Muftaların yoxlama hesabı.
Cəmi: 15
MÜHAZİRƏ 5

MÜHAZİRƏNİN MÖVZUSU:
Yumruqlu mexanizmlər.

MÜHAZİRƏNİN MƏQSƏDİ – Yumruqlu mexanizmlərin təsnifatı, itələyicinin hərəkət


diaqramlarının qurulması, yumruğun minimal radiusunun tapılması, yumruğun profilinin
qurulması haqqında biliklərin əldə olunması.

MÜHAZİRƏNİN PLANI:

1. Yumruqlu mexanizmlərin təsnifatı.


2. İtələyicinin hərəkət qanunları.
3. Yumruğun minimal radiusunun tapılması.
4. Yumruğun profilinin qurulması.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Dərsin Hədəfləri

Bu dərsi bitirdikdə

• Yumruqlu mexanizmlərin təsnifatının aparılması,


• İtələyicinin hərəkət fazaları,
• İtələyicinin hərəkət qanunlarının qurulması,
• Yumruqlu mexanizmdə sürətlər planının qurulmasını,
• Təzyiq bucağının seçilməsini,
• İtiuclu irəliləmə və yellənmə hərəkəti edən itələyicili yumruqlu
mexanizmdə yumruğun minimal radiusunun təyin edilməsini,
• Yastı itələyicili yumruqlu mexanizmdə yumruğun minimal radiusunun
təyin edilməsini,
• Yumruğun profilinin qurulmasını
öyrənmiş olacaqsınız.
Müvəffəqiyyətlər diləyirik!..

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yumruqlu mexanizmlərin tərkibində ali kinematik cüt olur. Həmin cütə daxil
olan bəndlərdən birinin dəyişən əyrilikli profili olur ki, bu bəndə yumruq deyilir.
Digər bənd isə itələyici adlanır. İstənilən mexanizm kimi yumruqlu mexanizm
də çıxış bəndinin tələb olunan hərəkət qanununu reallaşdırır. Tərkibində
yalnız üç bəndin olmasına baxmayaraq, yumruqlu mexanizm çıxış bəndinin
demək olar ki, istənilən hərəkət qanununu almağa imkan verir. Bu vacib
xüsusiyyətinə görə onlar texnikada çox geniş istifadə olunurlar.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yumruqlu mexanizm əsasən 3 bənddən ibarətdir: 1 – yumruq (aparan bənddir), 2 – itələyici


(aparılan bənddir) və 3 – dayaq. Bu mexanizmin sərbəstlik dərəcəsini təyin edək (n=2, p1=2,
p2=1):

W = 3n − 2 p1 − p2 = 3  2 − 2  2 − 1 = 1

Adətən, ali kinematik cütdəki sürtünməni azaltmaq məqsədilə, itələyici diyircəklə təchiz
olunur.
İtələyicinin hərəkət qanunu yumruğun profili ilə müəyyənləşir.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yumruğun profili aşağıdakı parametrlərlə xarakterizə olunur:


rmin – yumruğun minimal radiusu;
rmax – yumruğun maksimal radiusu;
βu – yumruğun profilinin minimal radiusdan uzaqlaşmasına uyğun olan
bucaq - uzaqlaşma bucağı;
βu.d. – yumruğun profilinin minimal radiusdan sabit məsafədə
qalmasına uyğun olan bucaq - uzaqda dayanma bucağı;
βy. – yumruğun profilinin minimal radiusa yaxınlaşmasına uyğun olan
bucaq - yaxınlaşma bucağı;
βy.d. – yumruğun profilinin minimal radiusla üst-üstə düşməsinə uyğun
uyğun olan bucaq – yaxında dayanma bucağı.
Bu bucaqlara yumruğun faza və ya işçi bucaqları deyilir.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yumruqla itələyicinin nisbi hərəkəti isə  u ,  u.d. ,  y. ,  y.d. kinematik bucaqları ilə
xarakterizə olunur. İşçi bucaqlarla kinematik bucaqların əlaqəsi βS sürüşmə bucağı ilə
müəyyənləşir:

u =  u + S  u.d . =  u.d .  y =  y − S  y .d . =  y .d .

Əgər itələyicinin oxu yumruğun fırlanma mərkəzindən keçərsə, βS = 0 olduğundan, işçi


və kinematik bucaqlar üst-üstə düşür.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Kinematik bucaqlar çox zaman yumruqlu mexanizmin hərəkətinin tsikloqramı


(şəkil b) ilə təyin olunur. Faza bucaqları işçi proseslə müəyyən olunur.
Yumruqlu mexanizmin işini xarakterizə edən əsas parametrlərdən biri də a
təzyiq bucağıdır. Təzyiq bucağı kontakt nöqtəsində profilə çəkilmiş normalla
itələyicinin hərəkət istiqaməti arasındakı bucaqdır.
Təzyiq bucağı böyüdükcə kinematik cütlərdə yaranan reaksiya qüvvələri artır, bu
işə yeyilmənin intensivləşməsinə səbəb olur. Ona görə də yumruqlu mexanizmin
normal işləyə bilməsi üçün təzyiq bucağı buraxılabiləndən böyük olmamalıdır.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Y U M R U Q L U M E X A N İ Z M L Ə R İ N T Ə S N İ FAT I

Yumruqlu mexanizmlər aşağıdakı xüsusiyyətlərinə görə


klassifikasiya olunurlar.
I. Yumruğun hərəkətinə görə:
a) yumruq fırlanma hərəkəti edir (şəkil , a,b,c,d, e,f, g,h,k,m,
n,s);
b) yumruq irəli-geri hərəkət edir (şəkil 2, o,p,r).
II. İtələyicinin hərəkətinə görə:
a) itələyici irəli-geri hərəkət edir (şəkil 2, a,b,c,d,e,f,g,h, o,p);
b) itələyici dönmə hərəkəti edir – bu halda ona yelləncək
deyilir (şəkil 2, k,l,m,h,r);
c) şəkil 2, s-də göstərilmiş yumruqlu mexanizmdə itələyici
yastı-paralel hərəkət edir.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Y U M R U Q L U M E X A N İ Z M L Ə R İ N T Ə S N İ FAT I

III. Yumruq ilə itələyicinin əmələ gətirdiyi ali kinematik cütə görə:
a) itiuclu itələyicili yumruqlu mexanizmlər (şəkil 2, a,g,h,o), bu
mexanizmlərdə itələyici ilə yumruq arasında böyük sürtünmə
yarandığından çox az istifadə olunurlar və ona görə də itələyici ilə
yumruq arasına əlavə bəndin – diyircək daxil etməklə sürüşmə
sürtünməsini diyirlənmə sürtünməsi ilə əvəz edirlər;

b) diyircəkli itələyicili yumruqlu mexanizmlər (şəkil, b,e,h,k,m,p,r,s);


c) yastı itələyicili yumruqlu mexanizmlər – bu halda yumruğun
profili ilə itələyicinin profilinin səlist kontaktının saxlanması üçün
yumruğun profili qabarıq əyri olmalıdır (şəkil c,l).

F.Məmmədov AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


Y U M R U Q L U M E X A N İ Z M L Ə R İ N T Ə S N İ FAT I

IV. Yumruq ilə itələyici arasında kinematik cütün yaradılma xarakterinə görə:
a) həndəsi qapalı yumruqlu mexanizmlər; bu halda itələyici ilə yumruğun qırılmaz kontaktı onların müvafiq
profilləşdirilməsi hesabına əldə olunur (şəkil 2, d,e,h,p);
b) kinematik qapalı yumruqlu mexanizmlər (şəkil 2, a,b, c,e,f,g,k,l,m,n,o,r,s); bu halda itələyicini yumruğa
sıxan qüvvələr onların daimi kontaktini təmin etməlidirlər. Sıxma qüvvəsi adətən yay vasitəsilə, bəzi hallarda
ağırlıq qüvvəsi vasitəsilə (kiçik sürətlərdə), bəzən isə pnevmatik və ya hidravlik qürğularla yaradılır.

V. Yumruqla itələyicinin bəndlərinin nöqtələrinin nisbi


hərəkət xarakterinə görə:
a) yastı yumruqlu mexanizmlər (şəkil, a,b,c,d,e,f,k,l,o,p,r,s);
b) fəza hərəkətli yumruqlu mexanizmlər (şəkil 2, g,h,m,n).

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

İtələyicinin hərəkət qanunları


Yumruqlu mexanizmlərin sintezinin əsas mərhələlərindən biri
də itələyicinin hərəkət qanununun seçilməsidir. Hərəkət
qanununun seçilməsində iki hal ola bilər:
1) çıxış bəndinin tələb olunan hərəkətinin təmin edilməsi, yəni
S = S ( ) (və ya  =  ( ) ) asılılığının yerinə yetirilməsi;
2) çıxış bəndinin müəyyən t zaman intervalında tələb olunan
sonlu yerdəyişmələrinin təmin edilməsi.

İtələyicinin sabit sürətli hərəkət qanunu (şəkil a)

İtələyicinin sabit təcilli hərəkət qanunu (şəkil b).

İtələyicinin təcilli kosinus qanunu ilə dəyişir (şəkil c).

İtələyicinin təcilli sinusoid qanunu üzrə dəyişir (şəkil d).

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Qrafiki inteqrallama

smax 
s = ;  = max
y max y max

s 
 ds = ;  d =
H 1   H 1  
d d

 ds  ds
d d
 d 2s = ;  d 2 =
H 2   H 2  
d 2 d 2

  u
 =
180  lu

AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ Mexatronika və maşın dizaynı kafedrası


İtiuclu itələyicili yumruqlu mexanizmin qüvvələr analizi

Yumruqlu mexanizmin layihə edilməsində birinci növbədə


kinematik sintez şərti – itələyicinin tələb olunan hərəkət
qanunu yerinə yetirilməlidir.

F n = F12 cos F t = F12 sin 

F2 + m2 a2
F12 =
 2z 
cos  − f sin  1 + 
 l 

M S = F21 VB2 = VB1 + VB2 B1


// yy ⊥ OB // tt

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yumruqlu mexanizmlərdə yumruğun minimal radiusunun təyin edilməsi.

VB2 = VB1 + VB2 B1 pb pb


= 1
V B2 V B1 1  OB V B2 ds dt ds
= = = 1 OM = = = =
// yy ⊥ OB // tt OM OB OM OB OB 1 dt d d

ds ds
−e −e
NM OM − ON d d İfadədən görünür ki, minimal radiusu artırmaqda
tg = = = =
NB NB r+s 2
rmin − e2 + s təzyiq bucağını azaltmaq mümkündür və əksinə
rmin – yumruğun minimal radiusudur minimal radiusun azalması ilə təzyiq bucağı

 max    böyüyür.

İtəliyicisi irəliləmə hərəkəti edən yumruqlu mexanizmlərdə   = 30  350 ,


yelləncəkli yumruqlu mexanizmdə   = 40  450 götürülür.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

İtiuclu itələyici yumruqlu mexanizmdə yumruğun əsas həndəsi ölçülərinin təyin edilməsi

Əvvəlcə  s miqyası ilə itələyicinin həm uzaqlaşma (u ), həm də


yaxınlaşma ( y ) faza bucaqları üçün yerdəyişmə diaqramını
qururuq. Baxılan qurmada  u   y . Daha sonra yol diaqramının cari
nöqtələrindən (1,2,3,...) absis oxu istiqamətində uyğun nöqtələrdəki
sürət analoqlarını yenə də  s miqyasında qeyd edirik. Alınmış
nöqtələri səlist əyri ilə birləşdirilib ds = ds (1 ) diaqramını alırıq. Bu
d 1 d 1
diaqrama hər iki tərəfdən   bucağı altında toxunanlar çəkib
kəsişdiririk. Kəsişmə nöqtəsi O yumruğun fırlanma mərkəzini, OK
məsəfəsi yumruğun minimal radiusunu, e məsafəsi isə itələyicinin
O mərkəzinə nəzərən dezaksiallığını xarakterizə edəcəkdir.  max
–un buraxılabilən  -dan böyük olmaması üçün yumruğun fırlanma
mərkəzi ştrixlənmiş zonada götürülməlidir. Buradan aydındır ki,  
-nın azalması yumruğun minimal radiusunun və deməli yumruqlu
mexanizmin qabarit ölçülərinin artmasına səbəb olur.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
İtiuclu yelləncəkli yumruqlu mexanizmdə yumruğun minimal
radiusunun təyin edilməsi

Yelləncəkli yumruqlu mexanizmlərdə isə təzyiq bucağı


aşağıdakı ifadə ilə hesablanır:

+ l − L cos( max +  )
ds
d
tg =
lOC sin( max +  )

Bu ifadəni qrafik həlli belə yerinə yetirilir. Verilmiş hərəkət


qanununa əsasən qurulmuş
90 0 −  

s = s( ) , ( )
ds ds
=
ds ds
= (s ) diaqramı qurulur.
d d d d

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
İtiuclu yelləncəkli yumruqlu mexanizmdə yumruğun minimal
radiusunun təyin edilməsi

İtiuclu yelləncəkli yumruqlu mexanizmdə yumruğun


minimal radiusunun təyin edilməsi

Bu diaqramın K0KK gövsundən ən uzaqda yerləşən Bu və By nöqtələrindən


yelləncəklə 90 0 −   bucağı təşkil edən şüalar çəkilib kəsişdirilir. Kəsişmə nöqtəsi
təxminən yumruğun fırlanma mərkəzi kimi qəbul oluna bilər (əslində şüalar Bu və By
nöqtələrinə yaxın nöqtələrindən də çəkilməlidir). Beləliklə, yumruğun minimal radiusu rmin
və mərkəzlər arası məsafə O1O2 təyin olunur. İtələyicisi irəliləmə hərəkəti edən
yumruqlu mexanizmdə olduğu kimi, yaxınlaşma faza bucağında təzyiq bucağının   -ə
 -ə qədər
qədər artırılması hesabına yumruğun minimal radiusunu rmin -dan rmin
azaltmaq olar.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yastı itələyicili yumruqlu mexanizmlərdə yumruğun minimal radiusunun təyin edilməsi

Yastı itələyici yumruqlu mexanizmlərdə yumruqdan


itələyiciyə ötürülən qüvvə itələyicinin təmas səthinə
perpendikulyar yönəlir. Ona görə də təzyiq bucağı
sabit olmaqla təmas səthinə çəkilmiş normalla (nn)
itələyicinin hərəkət istiqaməti arasındakı β
bucağına bərabər olur

Yumruğun profili qabarıq əyri olmalıdır. Əks halda yumruqla itələyicinin fasiləsiz kontaktı pozular və
hərəkətin ötürülməsində arzu olunmaz təkanlar baş verər. Məsələnin ümumiliyinə xələl gətirmədən,
təzyiq bucağı sıfra bərabər olan mərkəzi yumruqlu mexanizmi nəzərdən keçirək

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yastı itələyici yumruqlu mexanizmlərdə yumruğun minimal radiusunun təyin edilməsi

Baxılan zaman anı üçün O nöqtəsi ilə üst-üstə düşən üç


nöqtə – B1,B2,B3 nöqtələrini götürək. Onlar uyğun olaraq 1,2,3
bəndlərinə aiddirlər. B2 nöqtəsinin təcilini belə ifadə edək:

a B 2 = a B3 + a B 2 B3 a B 3 = a B1 aB2 = aB1 + aB2 B1


// y // OA // x

a B2 a B2 d 2 s / dt 2 d 2s
y = b2 = = = = = s  (1)
a  2
1 (d1 / dt ) 2
d12

 d 2s 
s = s 2 
 d 
Alınmış diaqramın absis oxu boyunca mənfi tərəfinə 450
altında toxunan çəkilir. Toxunanın s oxunu kəsmə nöqtəsi A
qeyd olunur. Yumruğun fırlanma mərkəzi A nöqtəsində və
ya ondan aşağıda götürülərsə, (1) şərti ödənmiş olar

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

İtiuclu itələyicili yumruqlu mexanizmlərdə


yumruğun profilinin qurulması

Diyircəyin radiusunun seçilməsi

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
YUMRUQLU MEXANİZMLƏR

Yastı itələyicili yumruqlu mexanizmdə


yumruğun profilləşdirilməsi

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirənin Xülasəsi

Bu bölmədə,

• Yumruqlu mexanizmlərin təsnifatının aparılması,


• İtələyicinin hərəkət fazaları,
• İtələyicinin hərəkət qanunlarının qurulması,
• Yumruqlu mexanizmdə sürətlər planının qurulmasını,
• Təzyiq bucağının seçilməsini,
• İtiuclu irəliləmə və yellənmə hərəkəti edən itələyicili yumruqlu
mexanizmdə yumruğun minimal radiusunun təyin edilməsini,
• Yastı itələyicili yumruqlu mexanizmdə yumruğun minimal radiusunun təyin
edilməsini,
• Yumruğun profilinin qurulmasını
Öyrəndiniz. İndi özünüzü sınaya bilərsiniz.
Müvəffəqiyyətlər diləyirik!..

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

Öyrəndiklərinizi möhkəmləndirmək üçün yoxlama sualları hazırlanmışdır.


Yoxlama suallarını cavablandırmaqla mövzunu nə dərəcədə yaxşı
mənimsədiyinizi özünüz üçün aydınlaşdıra bilərsiniz. Hər hansı sualın cavabını
tapa bilmədikdə mövzuda müvafiq hissəyə qayıdaraq yenidən təkrar etməniz
tövsiyə olunur.

Müvəffəqiyyətlər diləyirik! ..

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

1. Yumruqlu mexanizmdə hansı kinematik cütün olması vacibdir?


2. Yumruqlu mexanizm hansı bəndlərdən ibarətdir?
3. Yumruqlu mexanizmin işi zamanı itələyici hansı fazalarda olur?
4. İtələyicinin hərəkət qanunu nə ilə müəyyən olunur?
5. İtiuclu itələyicili yumruqlu mexanizmin sərbəstlik dərəcəsi necə təyin edilir?
6. Yaxında dayanma bucağı nəyi xarakterizə edir?
7. Yaxınlaşma bucağı nəyi xarakterizə edir?
8. Uzaqda dayanma bucağı nəyi xarakterizə edir?
9. Uzaqlaşma bucağı nəyi xarakterizə edir?
10. Təzyiq bucağı nədir?
11. Yumruğun hərəkətinə görə yumruqlu mexanizmlərin hansı növləri var?
12. İtələyicinin hərəkətinə görə yumruqlu mexanizmlərin hansı növləri var?
13. Yumruq ilə itələyicinin əmələ gətirdiyi ali kinematik cütə görə yumruqlu mexanizmlərin
hansı növləri var?

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

14. Yumruq ilə itələyici arasında kinematik cütün yaradılma xarakterinə görə görə yumruqlu
mexanizmlərin hansı növləri var?
15. Yumruqla itələyicinin bəndlərinin nöqtələrinin nisbi hərəkət xarakterinə görə yumruqlu
mexanizmlərin hansı növləri var?
16. İtələyicinin sabit sürətli hərəkət qanununu təsvir edin.
17. İtələyicinin sabit təcilli hərəkət qanununu təsvir edin.
18. İtələyicinin təcilli kosinus qanunu ilə dəyişdikdə hərəkət qanununu təsvir edin.
19. İtələyicinin təcilli sinus qanunu ilə dəyişdikdə hərəkət qanununu təsvir edin.
20. Qrafiki inteqrallama üsulunu izah edin.
21. Yumruqlu mexanizmin kinematik sintez şərti nədir?
22. İtəliyicisi irəliləmə hərəkəti edən yumruqlu mexanizmlərdə təzyiq bucağı hansı hədlərdə seçilir?
23. İtəliyicisi yellənmə hərəkəti edən yumruqlu mexanizmlərdə təzyiq bucağı hansı hədlərdə seçilir?
24. İtiuclu itələyici yumruqlu mexanizmdə yumruğun minimal radiusu necə təyin edilir?

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

25. İtiuclu yelləncəkili yumruqlu mexanizmdə yumruğun minimal radiusu necə təyin edilir?
26. Yastı itələyicili yumruqlu mexanizmdə yumruğun minimal radiusu necə təyin edilir?
27. İtiuclu itələyicili yumruqlu mexanizmlərdə yumruğun profili necə qurulur?
28. Yastı itələyicili yumruqlu mexanizmlərdə yumruğun profili necə qurulur?
29. Layihə hesabatlarında yastı itələyicili yumruqlu mexanizmin yumruğunun minimal radiusunu
təyin etdikdə təzyiq bucağını necə dərəcə qəbul edirlər?
30. Yumruğun minimal radiusu ilə təzyiq bucağı arasında hansı asılılıq var?
31. Yumruğun minimal radiusunun böyük götürülməsinin hansı müsbət və mənfi cəhətləri var?
32. Yumruğun minimal radiusunu hesabi qiymətdən kiçik götürdükdə hansı hadisə baş verər?

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası

You might also like