You are on page 1of 32

FƏNNİN ŞİFRƏSİ: İF-3837y

FƏNNİN ADI

“Mexanika mühəndisliyi”

t.e.n, dos.
Fərrux Məmmədov
“Tətbiqi mexanika” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması

s/s Mövzuların adları Cəm Müh Məş Lab


1 Giriş. Tətbiqi mexanikanın predmeti. Maşınlar və mexanizmlər. Mexanikanın əsas 2 2
bölmələri haqqında anlayış. Nəzəri və tətbiqi mexanikanın predmeti. Maşınların təsnifatı.
Maşın aqreqatı, kombayn, aparat, xüsusi təyinatlı qurğular və vasitələr haqqında məlumat.
2 Maşın və mexanizmlər nəzəriyyəsi. Mexanizmlərin struktur analizi. Kinematik cütlərin 6 2 2 2
təsnifatı, sərbəstlik dərəcəsi, rabitə şərti. Kinematik silsilələr. Kinematik silsilənin sərbəstlik
dərəcəsi. Mexanizmlərin yaradılması prinsipi. Mexanizmlərin struktur analizi.
3 Mexanizmlərin kinematik analizi. Kinematik analiz məsələləri və üsulları. Yastı 4 2 2
mexanizmlərin qrafiki, analitik və qrafo-analitik analiz üsulları ilə kinematik analizi.
Miqyaslar. Vəziyyətlər, sürətlər, təcillər məsələləri.
4 Mexanizmlərin dinamik analizi. Mexanizmlərə təsir edən qüvvələr. Mexanizmlərdə 4 2 2
sürtünmə. Ətalət qüvvələri. Yastı mexanizmin qüvvələr analizi. Faydalı iş əmsalı.
5 Yumruqlu mexanizmlər. Yumruqlu mexanizmlərin təsnifatı. İtələyicinin hərəkət qanunları. 4 2 2
Yumruğun minimal radiusunun tapılması. Yumruğun profilinin qurulması.
6 Konstruksiya elementlərinin möhkəmliyə hesablanmasının əsasları. Deformasiya və 2 2
gərginlik anlayışları. Xarici qüvvələr və onların növləri. Daxili qüvvələr. Gərginlik və onun
hesablanma üsulları. Möhkəmliyə hesablamalar.
Sadə deformasiyalar: dartılma-sıxılma və sürüşmə (kəsilmə). Mütləq və nisbi uzanma. 4 2 2
7 Huk qanunu. Konstruksiya elementinin dartılmada gərginlikli vəziyyəti. Sürüşmə (kəsilmə).
Mütləq və nisbi sürüşmə. Sürüşmədə Huk qanunu.
8 Sadə deformasiyalar: əyilmə və burulma. Xalis əyilmə. Dayaqlar. Dayaq reaksiyaları. 4 2 2
Kəsici qüvvə, əyici moment. Kəsici qüvvə, əyici moment epürləri. Əyilmədə möhkəmlik
şərti. Burulmada möhkəmlik şərti. Burucu moment epürü. Burulmada sərtlik.
“Tətbiqi mexanika” fənninin tədrisinə ayrılan saatların mövzular üzrə paylanması

s/s Mövzuların adları Cəm Müh Məş Lab


9 Layihələndirmənin ümumi müddəaları. Detal, yığım vahidi (düyüm), ümumi və xüsusi 4 2 2
təyinatlı maşın detalları. Konstruksiya elementlərinin əsas işgörmə meyarları. Mexaniki
ötürmələr. Mexaniki ötürmələr və onların təyinatı, təsnifatı və əsas xarakteristikaları.
10 Dişli çarx ötürmələri. Dişli çarx ötürmələrinin təsnifatı. Dişli çarx ötürmələrinin həndəsi 6 2 2 2
ölçüləri və kinematikası. Planetar ötürmələr haqqında ümumi məlumat. Dişli çarx
ötürmələrində yaranan qüvvələr. Hesablanma meyarları, möhkəmlik hesabı.
11 Sonsuz vint ötürmələri. Əsas həndəsi ölçüləri və kinematikası. İlişmədə yaranan 2 2
qüvvələr. İstifadə olunan materiallar. Zəncir ötürmələri. Əsas həndəsi ölçüləri və
kinematikası. İlişmədə yaranan qüvvələr. Konruksiyaları, istifadə olunan materiallar.
12 Sürtünmə prinsipi ilə işləyən mexaniki ötürmələr. Qayış ötürmələrinin konstruksiyası, 6 2 2 2
iş prinsipi. Əsas həndəsi ölçüləri və kinematikası. İstifadə olunan materiallar. Friksion
ötürmələrinin konstruksiyası, iş prinsipi, əsas həndəsi ölçüləri və kinematikası.
13 Vallar, oxlar, dayaqlar, yastıqlar, muftalar. Vallar və oxlar haqqında məlumat, 6 2 2 2
konstruksiyaları. Layihə və yoxlama hesabı. Sürüşmə və diyirlənmə sürtünməsi yastıqların
təsnifatı, ümumi məlumat, materialları. Muftalar haqqında ümumi məlumat, təsnifatı.
14 Söküləbilən birləşdirmələr. Yiv birləşdirmələri haqqında ümumi məlumat. Yivlərin 6 4 1 1
təsnifatı. Həndəsi ölçüləri və hesablanma meyarları. İşgil və şlis birləşdirmələri haqqında
ümumi məlumat. Konstruksiyaları, hesablanma meyarları.
15 Söküləbilməyən birləşdirmələr. Qaynaq birləşdirmələri haqqında ümumi məlumat. 2 2
Qaynaq birləşdirmələrinin konstruksiyaları və möhkəmlik hesabı. Pərçim birləşdirmələri
haqqında ümumi məlumat. Konstruksiyaları və tətbiq sahələri. Pərçimlərin materialları.
Cəmi saatlar: 60 30 15 15
№ Məşğələ dərslərinin məzmunu saatlar
1 Mexanizmlərin struktur analizinin aparılması. Kinematik cütlərin təsnifatı, sərbəstlik dərəcəsi və
rabitə şərtinə aid misallar. Mexanizmlərin yaradılması prinsipi və Assur qruplarına aid misallar. 2

2 Mexanizmlərin kinematik analizinə aid misallar. Vəziyyətlər, sürətlər, təcillər məsələləriinə aid
2
misallar. Dördbəndli dirsək-sürüncək mexanizmin qüvvələr analizinin aparılması.
3 Konstruksiya elementlərinə təsir edən qüvvələrə aid misallar. Normal və toxunan
2
gərginliklərin təyini. Dartılma-sıxılma və sürüşmədə mütləq və nisbi deformasiyala aid misallar.
4 Əyilmə və burulmada möhkəmlik şərtinə aid məsələ həlli. Xalis əyilməyə işləyən tirlərdə
dayaq reaksiyalarının təyini. Burulmada möhkəmlik şərtindən valın diametrinin təyini. Kəsici 2
qüvvə, əyici moment və burucu moment epürlərinin qurulması.
5 Mexaniki ötürmələrin kinematik hesabına aid məsələ həlli. Silindrik düz və çəp dişli çarx
ötürmələrinin həndəsi ölçülərinin və kinematik parametrlərinin təyini. Dişli çarx ötürmələrinin 2
möhkəmlik hesabına aid məsələ həlli. Konik dişli çarx ötürmələrinə aid məsələ həlli.
6 Əyilgən bəndli mexaniki ötürmələrin əsas həndəsi ölçüləri və kinematikasına aid misal
həlli. Qayış ötürmələrinin praktiki hesabına aid misallar. Friksion ötürmələrinin kinematikası və 2
yaranan qüvvələrə aid məsələ həlli. Zəncir ötürmələrinin kinematik hesabına aid məsələ həlli.
7 Vallar və oxların layihə və yoxlama hesabına aid məsələ həlli. Yastıqların konstruksiyaları ilə
tanılıq. Diyirlənmə sürtünməsi yastıqlarının seriyaları, işarələnməsi və seçilməsi qaydalarına aid 2
misallar. Yastıqların praktiki hesabı və seçilməsi. Muftaların konstruksiyaları ilə tanışlıq.
8 Yiv birləşdirmələrinin konstruksiyaları və yivlərin növləri ilə tanışlıq. Yivlərin və yiv
birləşdirmələrinin möhkəmliyə hesabına adi məsələ həlli. İşgil və şlis birləşdirmələrinin 1
konstruksiyaları ilə tanılıq. İşgillərin və şlislərin seçilməsinə aid misallar.
Cəmi: 15
№ Laboratoriya dərslərinin məzmunu saatlar
1 Laboratoriya işi №1. Yastı mexanizmin kinematik sxeminin qurulması və struktur analizi.
Mexanizmin sərbəstlik dərəcəsinin tapılması. Assur qruplarına görə mexanizmin sinfinin təyini. 2

2 Laboratoriya işi №2. Dördbəndli oynaq mexanizminin kinematik analizi. Modeldə


bəndlərin ölçülərinin seçilməsi. Miqyasla 𝜑3 = 𝜑3 (𝜑1 ) asılılığının qurulması. Qrafiki 2
diferensiallama üsulu ilə hərəkət diaqramının miqyasının hesablanması.
3 Laboratoriya işi №3. Yumruqlu mexanizmdə itələyicinin hərəkət diaqramlarının qurulması.
𝜑3 = 𝜑3 (𝜑1 ) asılılığının qurulması. Qrafiki differensiallama üsulu ilə yelləncəyin sürət və təcil 2
analoqu diaqramının qurulması.
4 Laboratoriya işi №4. Mexaniki intiqalların kinematik parametrlərinin təyini. İntiqalın ümumi
ötürmə ədədinin təyini. Ümumi ötürmə ədədinin pillələr arasında bölüçdürülməsi. Vallarda gücün, 2
fırlanma tezliyinin və fırlanma momentinin təyini.
5 Laboratoriya işi №5. Reduktorların konstruksiyaları ilə tanışlıq və ötürmələrin əsas
parametrlərinin təyini. Reduktorun kinematik sxeminin tərtib olunması. Ötürmələrin əsas həndəsi 2
parametrlərinin ölçülməsi və hesablanması.
6 Laboratoriya işi №6. Qayış ötürmələrində sürüşmə və faydalı iş əmsalının təyini. Qayış
2
ötürmələrinin həndəsi və kinematik parametrlərinin, faydalı iş əmsalının təyini.
7 Laboratoriya işi №7. Diyirlənmə yastıq düyümlərinin konstruksiyaları ilə tanışlıq və
müqayisəli analizi. Diyirlənmə yastıq düyümlərinin əsas elementləri. Diyirlənmə yastıqlarının 2
uzunömürlüyə və dinamiki yükgötürmə qabiliyyətinə görə hesabı və seçilməsi.
8 Laboratoriya işi №8. İntiqal muftalarının konstruksiyaları ilə tanışlıq. İntiqal muftalarının iş
1
prinsipinə görə təsnifatı və seçilməsi xüsusiyyətləri. Muftaların yoxlama hesabı.
Cəmi: 15
MÜHAZİRƏ 6

MÜHAZİRƏNİN MÖVZUSU:
Konstruksiya elementlərinin möhkəmliyə hesablanmasının əsasları.

MÜHAZİRƏNİN MƏQSƏDİ – Konstruksiya elementlərinin hesablanmasında qəbul edilən əsas


fərziyyələr, deformasiya və gərginlikləranlayışları, xarici və daxili qüvvələr və onların növləri,
gərginlik , möhkəmliyə hesabat, buraxılabilən gərginliklər və ehtiyat əmsalı haqqında biliklərin
əldə olunması.
MÜHAZİRƏNİN PLANI:
1. Konstruksiya elementlərinin hesablanmasında qəbul edilən əsas fərziyyələr.
2. Deformasiya və gərginlik anlayışları.
3. Elastiki və plastiki deformasiya.
4. Xarici qüvvələr və onların növləri.
5. Daxili qüvvələr. Kəsmə üsulu. Daxili qüvvə komponentləri.
6. Gərginlik və onun hesablanma üsulları.
7. Normal və toxunan gərginliklər. Möhkəmliyə hesablamalar. Buraxılabilən gərginliklər və
ehtiyat əmsalı.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Dərsin Hədəfləri

Bu dərsi bitirdikdə

• struksiya elementlərinin hesablanmaKonsında qəbul edilən əsas


fərziyyələri,
• Deformasiya və gərginlik anlayışlarını,
• Elastiki və plastiki deformasiyaları,
• Xarici qüvvələr və onların növlərini,
• Daxili qüvvələrin kəsmə üsulu ilə təyin olunmasını, daxili qüvvə
komponentlərini,
• Gərginlik və onun hesablanma üsullarını,
• Normal və toxunan gərginlikləri, möhkəmliyə hesablamaları, buraxılabilən
gərginlikləri və ehtiyat əmsalını
öyrənmiş olacaqsınız.
Müvəffəqiyyətlər diləyirik!..

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ

Materiallar müqaviməti- mühəndis konstruksiyalarının elementlərinin möhkəmliyi,


sərtliyi, dayanıqlığı və uzunömürlüyü haqqında elmdir. Materiallar müqaviməti
üsulları ilə maşın hissələrinin, konstruksiyaların ölçüləri təyin edilir və materialların
mexaniki xüsusiyyətləri öyrənilir.
Konstruksiya elementi – konstruksiyanın (qurğunun, mexanizmin)
hesabat üçün nəzərdə tutulan hər hansı bir hissəsidir.
Möhkəmlik – cismin (detalın, konstruksiya elementinin) dağılmadan xarici
təsirə (qüvvə, temperature və s.) qarşı müqavimət qabiliyyətidir.
Sərtlik – xarici qüvvənin təsiri altında cismin öz forma və həcmini saxlaya
bilməsi qabiliyyətidir.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ

Hər hansı səbəbdən konstruksiya elementi dayanıqlı vəziyyətdən çıxırsa və bu səbəb


aradan götürldükdən sonra öz ilkin vəziyyətini bərpa edirsə, buna dayanıqlıq deyilir.
Əks halda konstruksiya elemnti qeyri-dayanıqlı olacaqdır.
Uzunömürlük- əvvəlcədən nəzərdə tutulmuş zaman müddətində
konstruksiyanın istismarı üçün tələb olunan xüsusiyyətlərini saxlaya bilməsi
qabiliyyətinə deyilir.
Mexaniki xassələr – xarici qüvvənin təsiri altında materialın göstərdiyi
xüsusiyyətlərə deyilir.
Materiallar müqaviməti bir elm kimi XVII əsrdən Qalileyin köməyi ilə
tanıdılmışdır. Sonralar bu elmin inkişafında müxtəlif ölkə alimlərinin böyük xidmətləri
olmuşdur.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ

Real obyekt – bütün həndəsi, fiziki, mexaniki və s. xüsusiyyətləri nəzərə


alınmaqla tədqiq olunan konstruksiya elementinə deyilir.
Real obyektin hesablanması ya nəzəri cəhətdən mümkün olmur, ya da çox
mürəkkəb olur. Ona görə də materiallar müqavimətində hesat sxemlərini
sadələşdirmək lazım gəlir.
Hesabat sxemi – tətbiq olunmuş yük altında real obyektin ən əhəmiyyətli
xüsusiyyətlərini özündə əks etdirən idealizə olunmuş sxemdir. Məsələnin
qoyuluşundan və onun həll olunma dəqiqliyindən asılı olaraq eyni bir
konstruksiya üçün müxtəlif hesabat sxemləri tərtib oluna bilər. Eyni zamanda
müxtəlif konstruksiyalar üçün eyni hesabat sxemi yararlı ola bilər.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ

Materiallar müqaviməti- istənilən konstruksiya elementi üçün yararlı olan və ən çox


rast gəlinən hesabat sxemlərinin möhkəmlik analizi ilə məşğul olan elmdir.
Materiallar müqavimətinin əsas məqsədi - ən çox rast gəlinən konstruksiya
elementlərinin praktiki cəhətdən sadə hesablanma üsullarının yaradılmasıdır. Real
obyektdən hesabat sxeminə keçmək üçün (hesabatları sadələşdirmək məqsədi ilə)
aşağıdakı sxemləşdirmə növlərindən istifadə edilir:

Həndəsi sxemləşdirmə;
Fiziki sxemləşdirmə;
Qüvvə sxemləşdirilməsi.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Həndəsi sxemləşdirmə

Materiallar müqavimətində öyrənilən obyektləri aşağıdakı


əsas qruplara bölmək olar

Brus – bir ölçüsü (uzunluğu) digər iki ölçüsündən (eninə) dəfələrlə


böyük olan cisimlər (ümumi halda uzun, əyrixətli cisim);
Mil – düzxətli brus;
Tir - əyilməyə işləyən brus;
Örtük – bir ölçüsü digər iki ölçüsündən dəfələrlə kiçik olan cisim;
Lövhə - Orta səthi müstəvi şəklində olan örtüyün xüsusli halı;
Massiv cisim- hər üç ölşüsü bir-birnə yaxın cisimlər (gövdə, özül,
bünövrə və s).

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Fiziki sxemləşdirmə

Materiallar müqavimətində ideal deformasiya olunmuş cismin modeli hesabat modeli kimi
qəbul olunur və qarşıya qoyulmuş məsələnin həlli üçün müəyyən fərziyyələr qəbul edilir.
Materiallar müqavimətində konstruksiya elementlərinin materiallarını kəsilməz, bircinsli,
izotrop və xətti-elastiki qəbul edirlər.
Materialların kəsilməzliyi – içərisində boşluqlar, çatlar, kəsilmələr olmayan və konstruksiya
elementinin bütün həcmini dolduran material deməkdir.
Materialların bircinsliyi – götürlümüş həcmdən asılı olmayaraq hər bir nöqtəsində mexaniki
xassələri eyni olan material deməkdir.
İzotrop material – bütün istiqamətlərdə xassələri eyni olan materiala deyilir. Bu materiallara
qüvvənin tətbiq istiqamətinin fərqi yoxdur. Əks halda material anizotrop sayılar (ağac, plastik, slyuda
və s.).
Materialların elastikliyi – xarici qüvvə götürüldükdən sonra materialın öz əvvəlki forma və
ölçülərini bərpa etmə qabiliyyətinə deyilir.
Xətti-elastiki material – Huk qanununa tabe olan materiala deyilir.
Huk qanunu: Elastiki cismin nöqtələrinin yerdəyişməsi, bu yerdəyişmələri yaradan qüvvə ilə
düz mütənasibdir.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ

Qüvvə sxemləşdirilməsi (yüklənmə modeli)

Materiallar müqavimətində məsələnin düzgün qoyuluşu üçün konstruksiya elementinə


təsir edən xarici qüvvələrin təsnifatını aparmaq çox vacibdir.
Xarici qüvvələr – baxılan konstruksiya elementi və onunla əlaqədə olan digər cisimlərin
qrşılıqlı təsir qüvvələrinə deyilir.
Xarici qüvvələri üç əlamətinə görə qruplara ayırırlar: tətbiq olunma üsuluna görə, təsir etmə
müddətinə görə, dəyişmə xüsusiyyətinə görə.
Tətbiq üsulundan asılı olaraq xarici qüvvələri aşağıdakı kimi qruplaşdırmaq olar: topa qüvvələr
və yayılmış yüklər.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Qüvvə sxemləşdirilməsi

Topa qüvvələr – qüvvə və momentin tətbiq olunduğu sahə


cismin öz ölşüsü ilə müqayisədə çox kiçik olduqda onlar bir
nöqtədə tətbiq olunmuş kimi qəbul edilir.

İşarələnməsi: qüvvə F (P), moment M (T);


Ölçü vahidləri: [F]=N; [M]=N·m Sİ Beynəlxalq Vahidlər
Sistemində və ya [F]=kQ; [M]=kQ·m texniki sistemdə.

Yayılmış yük – müəyyən uzunluqda (a), müəyyən sahədə (b) və


ya müəyyən həcmdə (c) təsir edən qüvvələrə deyilir (şək.2.1.6).
İşarələnməsi: q.
Ölçü vahidləri: а) [q]=N/m, kQ/sm, kQ/mm; b) [q]=N/m2, kQ/sm2,
kQ/mm2; в) [q]=N/m3, kQ/sm3, kQ/mm3 və s.
Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Qüvvə sxemləşdirilməsi

Təsir etmə müddətinə görə qüvvələr daimi və müvəqqəti olur.


Daimi qüvvələr – konstruksiyanın mövcud olduğu bütün müddətdə təsir edir, məsələn, binanın
bünövrəyə təsiri.
Müvəqqəti qüvvələr - obyektin istismarının ayrı-ayrı dövrlərində təsir edir, məsələn, qaz balonunun
təzyiqi.
Xarici qüvvələri həmçinin zamandan asılı olaraq dəyişmə xüsusiyyətinə görə də qruplara ayırırlar: statiki,
dinamiki və təkrar-dəyişən.
Statiki qüvvələr – sıfırdan başlayaraq son qiymətinə qədər yavaş və səlis olaraq artır, sonra isə
dəyiçməz qalır.
Dinamiki qüvvələr – deformasiya olunmuş cisimdə və onunla əlaqədə olan cisimdə təcil yaradır. Zərbə
qüvvələri, hərəkətdə olan cismlərə təcil verən qüvvələr və s. dinamiki qüvvələrə aiddir.
Təkrar-dəyişən qüvvələr – zamandan asılı olaraq fasiləsiz və periodik dıyişən qüvvələrə deyilir.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Dayaqların sxemləşdirilməsi

Qurğuların real dayaq sxemlərini üç qrupa ayırmaq olar.


Oynaqlı-tərpənən dayaq - Tirin yalnız şaquli istiqamətdə hərəkətini
məhdudlaşdırır, horizontal yerdəyişməsinə və dönməsinə mane olmur. Bu cür
dayaq istənilən yük altında yalnız bir reaksiya qüvvəsi yaradır. Belə dayaqlarda
yaranan reaksiya qüvvəsinin tətbiq nöqtəsi və istiqaməti məlumdur.Qiymətini isə
təyin etmək lazımdır.
Oynaqlı-tərpənməz dayaq – Tirin şaquli və horizontal istiqamətdə hərəkətini
məhdudlaşdırır, dönməsinə isə mane olmur. Bu cür dayaqlarda iki reaksiya qüvvəsi
yaranır: şaquli və horizontal. Başqa sözlə belə dayaqlarda reaksiya qüvvəsinin
yalnız tətbiq nöqtəsi məlum olur, qiyməti və istiqaməti isə məlum olmur.
Sərt bərkidilmiş tir – Bu dayaqlarda tirin şaquli və horizontal yerdəyişməsi, eləcə
də dönməsi məhdudlaşdırılır. Burada üç reaksiya qüvvəsi yaranır: şaquli, horizontal
qüvvələr və cüt qüvvə. Başqa sözlə belə dayaqda reaksiya qüvvəsinin nə tətbiq
nöqtəsi, nə isistiqaməti, nə də qiyməti məlum olmur.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Qəbul edilən hipotez, fərziyyə və prinsiplər

Kəsilməzlik və bircinlik hipotezi – material bircinsli kəsilməz mühitdən ibarətdir; materialın xassələri
cismin bütün nöqtələrində eynidir və cismin ölçülərindən asılı deyildir. Bu hipotez metalın kristallik
strukturunun xüsusiyyətlərini, plastik kütlənin və betonun (qum, sement, çınqıl) kimyəvi tərkibini və
əlaqələndirici dolğularının möhkəmlik xüsusiyyətlərini, ağacda düyünləri və s. nəzərə almır.
Materialın izotropluğu haqqında hipotez – materialın fiziki-mexaniki xüsusiyyətləri bütün
istiqamətlərdə eynidir. Bəzi hallarda materialın izotropluğunu qəbul etmək mümkün deyil. Məsələn,
ağacın liflərinin uzununa və eninə xassələri fərqli olduğu üçün anizotropdurdur. Kompozit
(armlaşdırılmış) materiallar da anizotropdurlar.
Materialın ideal elestikliyi haqqında hipotez – deformasiyanı yaradan səbəb aradan qaldırıldıqdan
sonra cism öz ilkin forma və ölçülərini bərpa etmə qabiliyyətinə malikdir.
Materialın mükəmməl elastikliyi haqqında hipotez – materialın elastiki deformasiyalar həddində
işləməsi zamanı konstruksiya elementinin nöqtələrinin yerdəyişməsi bu yerdəyişmələri yaradan qüvvə ilə
düz mütənasibdir. Əslində təsir edən qüvvənin yalnız müəyyən hədləri daxilində real cismi elastiki qəbul
etmək olar.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Qəbul edilən hipotez, fərziyyə və prinsiplər

Yastı kəsiklər haqqında Bernulli hipotezi – qüvvənin tətbiq olunmasına qədər milin oxuna
normal olan yastı en kəsikləri, deformasiya olunmuş vəziyyətdə də milin oxuna normal və yastı
qalacaqlar; əyilmə zamanı kəsik olduğu kimi dönür.
Sen –Venan prinsipi – qüvvənin tətbiq olunduğu yerdən kifayət qədər uzaqlıqda olan kəsiklərdə
cismin deformasiyası konkret yüklənmə üsulundan asılı deyildir və yalnız statik ekvivalent yükə
görə təyin edilir.
D’Alamber prinsipi – mexaniki sistemin nöqtələrinə təsir edən aktiv qüvvələrə və rabitə reaksiya
qüvvələrinə ətalət qüvvələrini birləşdirsək, müvazinətdə olan qüvvələr sistemi alınar. Bu
prinsipdən dinamik qüvvələrin təsiri zamanı möhkəmlik hesabatlarında istifadə olunur.
Qüvvələrin asılı olmaması (superpozisiya) prinsipi – bir neçə xarici faktorların birgə təsirinin
nəticəsi bu faktorların ayrılıqda təsirlərinin nəticələrinin cəminə bərabərdir və onların tətbiq
olunması ardıcıllığından asılı deyildir. Bu fikir deformasiyalar üçün də doğrudur.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Qəbul edilən hipotez, fərziyyə və prinsiplər

Başlanğıc ölçülər prinsipi (kiçik deformasiyalar haqqında hipotez) – deformasiya


olunan cismin ölçüləri ilə müqayisədə cismin nöqtələrində deformasiya o qədər kiçikdir
ki, cismə tətbiq edilmiş qüvvələrin qarşılıqlı vəziyyətinə heç bir əhəmiyyətli təsir etmir. Bu
fərziyyədən statik müvazinət tənliklərinin tərtibində istifadə olunur, bu zaman cisimlər
mütləq bərk qəbul edilir.
Cismə qüvvə tətbiq edilənə qədər daxili qüvvələrin olmaması fərziyyəsi. Real
konstruksiyanın detallarının və elementlərinin demək olar ki, əksəriyyətində bu fərziyyə
özünü doğrultmur. Polad və çuqun tökmələrdə qeyri-bərabər soyuma nəzticəsində,
polad detallarda termiki emal nəticəsində, ağac materiallarda quruma nəticəsində,
gərilməli birləşdirmələrdə və s. daxili gərginliklər yaranır.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Daxili qüvvələr. Kəsmə üsulu

Daxili qüvvələr – konstruksiya elementinin zərrəcikləri arasında yaranan


elə qarşılıqlı təsir qüvvəsidir ki, xarici təsirə qarşı yönəlmişdir.
Kəsmə üsulu
• Brusu xəyali olaraq daxili qüvvəni təyin edəcəyimiz yerdən A-A
müstəvisi ilə kəsirik;
• II hissəni ataraq onun təsirini daxili qüvvələrlə əvəz edirik;
• Daxili qüvvələri baş vektor R və baş moment M ilə əvəz edirik. Baş
vektor və baş momenti bir-biri ilə qarşılıqlı perpendikulyar olan x,
y, z oxları üzrə toplananlara ayırırıq (x oxu kəsmə müstəvisinə
normal istiqamətdədir);
• Brusun qalan (I) hissənin müvazinət tənliklərindən daxili qüvvələri
(N, Qy, Qz, Mx, My, Mz) təyin edirik:
 xF =0  M =0
x

F y =0 M y =0
F z =0 M z =0

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Daxili qüvvələr. Kəsmə üsulu

N-Normal qüvvə. Kəsikdən bir tərəfdə qalan bütün xarici N =  Fx


qüvvələrin x oxuna proyeksiyalarının cəmidir:

Qx, Qy – Eninə (kəsici) qüvvələr. Kəsikdən bir tərəfdə


qalan bütün xarici qüvvələrin uyğun olaraq y və z oxlarına
proyeksiyalarının cəmidir:
Q y =  Fy Qz =  Fz

Mx- burucu moment (T, Mb). Kəsikdən bir tərəfdə qalan


bütün xarici qüvvələrin x oxuna nəzərən momentlərinin Mx = Mx
cəminə deyilir

My, Mz - əyici momentlər. Kəsikdən bir tərəfdə qalan


bütün xarici qüvvələrin y, z oxlarına nəzərən
momentlərinin cəminə deyilir: M =y M y M z = M z

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Gərginlik
Gərginlik – kösiyin hər hansı nöqtəsi ətrafında vahid sahəyə düşən daxili
qüvvə, başqa sözlə həmin nöqtədəki daxili qüvvələrin intensivliyidir.
Gərginliyin vahidi: N/m2 və ya Pa (Paskal) (kPa, MPa).
R dR
p = lim =
A→0 A dA
Normal gərginlik (  ) – kəsiyin baxılan nöqtəsi ətrafındakı vahid sahəyə
düşən oxboyu daxili qüvvə və ya oxboyu qüvvələrin intensivliyidir.
N dN
 = lim =
A→ 0 A dA
Toxunan gərginlik (  ) – kəsiyin baxılan nöqtəsi ətrafındakı vahid
sahəyə düşən eninə daxili qüvvə və ya eninə qüvvələrin intensivliyidir.
Q dQ
 = lim =
A→0 A dA

Tam gərginlik belə təyin olunur: p =  2 + 2

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Gərginlik

Kəsik müstəvisi üzrə təsir edən sonsuz sayda elementar


qüvvələrin x, y, z oxları üzrə proyeksiyalarını və həmin
oxlar ətrafında momentlərini toplayaraq aşağıdakı
asılılıqları alırıq

N =    dA T =  ( y z −  z y ) dA

Q y =   y  dA M y =    z  dA

Q z =   z  dA M z =    y  dA

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Möhkəmliyə hesabat
Statik və dəyişən yükləmə hallarında, müxtəlif temperatur rejimlərində
laboratoriya nümunələri dartılmaya, sıxılmaya, kəsilməyə, burulmaya və
əyilməyə yoxlanılır. Ən geniş yayılmış sınaq statik yük altında dartılmaya
yoxlamadır ki, buradan materialın əksər mexaniki xassələri müəyyən edilir.
Maşın diaqramı – standart nümunənin F − l koordinatlarında sınaq
maşınının aparatı tərəfindən avtomatik yazılan dartılma diaqramıdır.
F l
 = =
A0 l0
Fiziki axıcılıq həddi  ax - daimi yük altında nümunənin plastiki
deformasiya olunduğu gərginlikdir
Şərti axıcılıq həddi  0 , 2 - elə bir gərginlikdir ki, qalıcı uzanma
nümunənin hesabi uzunluğunun 0,2%-ni təşkil edir

Möhkəmlik həddi (müvəqqəti müqavimət)  mh - ən böyük yükləmə


zamanı yaranan elə bir gərginlikdir ki, bundan sonra nümunə dağılır.
Fax F0, 2 Fmh
 ax =  0, 2 =  mh =
A0 A0 A0

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
MATERİALLAR MÜQAQVİMƏTİ
Möhkəmliyə hesabat

Möhkəmlik şərti – buraxıla bilən gərginliklərin müqayisəsi ilə konstruksiya elementinin


möhkəmliyinin qymətləndirilməsidir:
 d   d   s   s 

Buraxıla bilən gərginlik – konstruksiya elementinin təhlükəsiz, uzunömürlü və etibarlı


işləməsi şərti ilə icazə verilən ən böyük gərginlikdir:
 hd
  =
s 
Plastik materiallar üçün Kövrək materiallar üçün

  =  ax  d  =  mhd  s  =  mhs
s ax  s mh  s mh 

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirənin Xülasəsi

Bu bölmədə,

• Konstruksiya elementlərinin hesablanmasında qəbul edilən əsas


fərziyyələri,
• Deformasiya və gərginlik anlayışlarını,
• Elastiki və plastiki deformasiyaları,
• Xarici qüvvələr və onların növlərini,
• Daxili qüvvələrin kəsmə üsulu ilə təyin olunmasını, daxili qüvvə
komponentlərini,
• Gərginlik və onun hesablanma üsullarını,
• Normal və toxunan gərginlikləri, möhkəmliyə hesablamaları, buraxılabilən
gərginlikləri və ehtiyat əmsalını

Öyrəndiniz. İndi özünüzü sınaya bilərsiniz.


Müvəffəqiyyətlər diləyirik!..

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

Öyrəndiklərinizi möhkəmləndirmək üçün yoxlama sualları hazırlanmışdır.


Yoxlama suallarını cavablandırmaqla mövzunu nə dərəcədə yaxşı
mənimsədiyinizi özünüz üçün aydınlaşdıra bilərsiniz. Hər hansı sualın cavabını
tapa bilmədikdə mövzuda müvafiq hissəyə qayıdaraq yenidən təkrar etməniz
tövsiyə olunur.

Müvəffəqiyyətlər diləyirik! ..

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

1. Materiallar müqaviməti kursunda nə öyrənilir?


2. Möhkəmlik nədir?
3. Sərtlik nəyə deyilir?
4. Uzunömürlük nədir?
5. Həndəsi sxemləşdirmə nədir?
6. Fiziki sxemləşdirməni izah edin.
7. Qüvvə sxemləşdirməsini izah edin.
8. Real obyekt nəyə deyilir?
9. Hesabat sxemi nədir?
10. Konstruksiya elementləri materiallar müqavimətində necə qəbul olunur?
11. Brus nəyə deyilir?
12. Tir nəyə deyilir?
13. Örtük nəyə deyilir?

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

14. Xarici qüvvə nəyə deyilir? Növlərini sayın.


15. Topa qüvvə nəyə deyilir? Vahidi hansıdır?
16. Yayılmış yük nəyə deyilir? Vahidi hansıdır?
17. Daimi və müvəqqəti qüvvələri izah edin.
18. Statiki və dinamiki qüvvələri izah edin.
19. Oynaqlı-tərpənən dayaq nəyə deyilir? Sxemini çəkin.
20. Oynaqlı-tərpənməz dayaq nəyə deyilir? Sxemini çəkin.
21. Sərt bərkidilmiş tir nəyə deyilir? Sxemini çəkin.
22. Kəsilməzlik və bircinlik hipotezini izah edin.
23. Materialların izotropluğu haqqında hipotezi izah edin.
24. Materialların elastikliyi haqqında hipotezi izah edin.
25. Başlanğıc ölçülər prinsipini (kiçik deformasiyalar haqqında hipotezi) izah edin.

Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ


dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası
Mühazirə üzrə yoxlama sualları

26. Daxili qüvvələr nəyə deyilir?


27. Kəsmə üsulunu izah edin.
28. Daxili qüvvə komponentləri hansılardır?
29. Gərginlik nəyə deyilir? Vahidi nədir?
30. Normal gərginlikləri izah edin.
31. Toxunan gərginlikləri izah edin.
32. Tam gərginlik necə təyin olunur?
33. Dartılma diaqramını qurun.
34. Axıcılıq həddi nədir?
35. Möhkəmlik həddi nədir?
36. Möhkəmlik şərti nəyə deyilir?
37. Buraxılabilən gərginliklər nəyə deyilir?
38. Buraxılabilən gərginliklər plastiki və kövrək materiallar üçün necə təyin olunur?
Mühazirəçi : AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
dos. F.Məmmədov Mexatronika və maşın dizaynı kafedrası

You might also like