You are on page 1of 15

KİMYƏVİ ELEMENTLƏRİN

DÖVRİ SİSTEMİ

TƏQDİMATI HAZİRLAYİB MDU BAKİ FİLİALININ KİMYA


FAKÜLTƏSİNİN TƏLƏBƏSİ LAPİNA ALİNA
MÜNDƏRİCAT
1.Kimyəvi elementlərin dövri sistemi
haqqında
2. Dövri cədvəlin tarixi
3. Yerləşdirmə
4. Dövri cədvəlin strukturu
5. D.İ.Mendeleyev
KİMYƏVİ ELEMENTLƏRİN DÖVRİ SİSTEMİ
Elmə məlum olan bütün elementləri müəyyən bir nizama
görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran bir sistemdir.
İlk olaraq 1867-ci ildə Con Nyuland elementləri artan atom
kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı
səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu
göstərən Oktavalar qanununu ortaya qoymuşdu.

Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər


xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə,
atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar
bilinməyən bəzi elementlərin (skandium, qallium və
germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə
bilmişdi. Con Nyuland
Lotar Meyer adlı tədqiqatçı da, 1886-cı ildə,
Mendeleyevdən müstəqil olaraq, atom kütlələrinə görə bir
dövri cədvəl meydana gətirmiş və valentlik anlayışını
ortaya atmışdı. İndiki vaxtda istifadə etdiyimiz cədvəl, yeni
elementlərin də yerləşdirilə bilməsinə imkan tanıyan
Mendeleyevin Kimyəvi elementlərin dövri cədvəlidir.
Ancaq ilk halından fərqli olaraq, elementlər atom kütləsinə
deyil, atom nömrəsinə görə sıralanmışdır. Buna görə dövri
cədvəldə, soldan sağa və yuxarıdan aşağıya doğru atom
nömrəsi artır. Sıxlıqla, buna paralel olaraq nisbi atom
kütləsi də artım göstərir. Cədvəldəki üfüqi sıralar dövri
cədvəl olaraq adlandırılır. Bir elementin dövri cədvəl
nömrəsi, o elementin sahib olduğu elektronların olduğu ən Lotar Meyer
yüksək enerji səviyyəsini göstərir.
Dövri cədvəl indi kimya elminin (təbiət elmləri
də demək olar) hüdudlarında hər yerdə işlədilir.
Müasir standart cədvəl 117 elementdən
ibarətdir (16 oktyabr 2006-cı ildə təsdiq
edilmişdir). Lakin 116-cı elementdən sonra
118-ci element tapılmışdır. 117-ci elementin
yeri boş qalıb. Kimyəvi elementlərin dövri
cədvəlindən istifadə edərək, hər element
haqqında müəyyən məlumatlar əldə edə
bilərik. Məsələn, 1 kiloqramlıq bir karbon
blokunda neçə karbon atomu olduğunu təyin
etmək üçün, karbon atomunun nisbi atom
kütləsini istifadə etməmiz kifayətdir.
DÖVRİ CƏDVƏLİN TARİXİ
Qədim Yunanıstanda əsas 4 elementin mövcudluğuna
inam var idi: hava, od, torpaq, su. Bütün elementlər
isə bu 4 elementin birləşməsindən yaranır; məsələn, Bəzi triadalar
torpaq və od birləşib lavanı əmələ gətirir. Lakin bu
inam ilk kimyəvi elementlərin kəşfindən sonra itdi.

Artıq XVI-XVIII əsrlərdə əksər elementlər tapılmışdı.


Buna görə də elementlərlə işləməni sadələşdirmək
üçün cədvələ ehtiyac var idi. Belə cədvəllər Kvant
fizikasının inkişafı, atomun quruluşunun izahından
sonra yaradılmağa başladı. 1829-cu ildə alman alimi
İohan Volfanq Dobereyner triadalardan (üçlüklərdən)
təşkil olunmuş dövri cədvəli qurdu.
Bu cədvələ əsasən Dobereyner triadalar qanununu
təklif etdi: Triadanın ortasında yerləşən elementin
atom kütləsi digər iki elementin atom kütlələrinin
cəminin yarısına bərabərdir.

Bu qanun təkmilləşdirən ingilis kimyaçısı Con Nyuland


1865-ci ildə oktavalar qanununu kəşf etdi.

Nəhayət, 1869-cu ildə rus kimyaçısı Dmitri İvanoviç


Mendeleyev və ondan 4 ay sonra Yulius Lotar Meyer
elementlırin dövri cədvəlini qurdular. Bu cədvəldəki
qanunauyğunluqlara əsasən, gələcəkdə tapılacaq
elementlərin atom kütlələrini, elektronların sayını və
Y.V.Dobereyner
s. parametrlərini tapmaq olar.
YERLƏŞDİRMƏ
Kimyəvi elementlərin qohumluğunu göstərmək üçün atılmış ilk cəhdlər
elementlərin atom kütləsi sırası ilə düzülməsinə görə qəlizləşdirilmişdir.
Mendeleyevin uzaqgörənliyi elementlərin kimyəvi xassələrinin dəyişməsini
tapmaqda oldu və o, bundan istifadə edib elementləri kimyəvi xassələrinə
görə düzüb ilk sadə cədvəli yaratdı. Burada bəzi hallarda atom kütlələrinin
artması sırası pozulmuşdu. Mendeleyev kimyəvi xassələrinə görə elementlərin
dövri cədvəlini yaradanda bir çox elementlər məlum deyildi. Buna görə də o,
tapılmayan elementlər üçün boş yer də buraxmışdı. Sonradan bu elementlər
tapılmış və dövri sistemdə öz yerini tutmuşdur. Henri Mozli atom quruluşu
haqqındakı nəzəriyyəsini inkişaf etdirməklə Mendeleyevin elementləri atom
kütləsinin artması sırası ilə də düzdüyünü aşkar etmişdir.
YERLƏŞDİRMƏ
Mendeleyev öz cədvəlində dövrlər və qruplar yaratmaqla cədvəlin istifadəsini
asanlaşdırdı. Kvant mexanikasının inkişafı dövrlərdə elektronların artması və energetik
səviyyələrin ardıcıl dolmasını üzə çıxartdı. Mendeleyevin öz cədvəlində hər dövr eyni
uzunluqda idi. Lakin müasir cədvəllərdə elementlər həmçinin s-, p-, d- və f-qruplarına
görə qruplaşdırılmışdır. Ona görə dövrlər müxtəlif uzunluqda olur.

Dövri cədvəl adətən elementin simvolu və atom kütləsi nömrəsi informasiyaları özündə
əks etdirir. Lakin indi bunlarla yanaşı elementin atom kütləsi, elektron konfiqurasiyası və
valentliyi yazılır. Elementlərin 117-dən 90-ı Yerdə təbii halda tapılıb (əksərən birləşmə
şəklində), qalanları isə süni üsullarla alınıb. Lakin onların arasında Yerdə az da olsa olan
elementlər də var.
Kimyəvi xassələrin dövriliyi Dövri cədvəlin əsas üstünlüyü elementin yerləşməsinə görə
onun xassələrinin təyin edliməsidir. Qeyd olunmalıdır ki, xassələr dövrlər və qruplar üzrə
hərəkət etdikcə dəyişir.
DÖVRİ CƏDVƏLİN STRUKTURU
Elementin kimyəvi xassələrinin əsas təyinedicisi
onun elektron konfiqurasiyasıdır (əsasən valent
elektronları). Misal üçün, istənilən 4 valent
elektronu olan atomun kimyəvi xassələri digər p-
elementlərin kimyəvi xassələrinə müəyyən qədər
oxşayacaq. Energetik səviyyələrin sayı elementin
mənsub olduğu qrupun nömrəsini göstərir.
Xarici energetik səviyyədə olan elektronların
sayının elementin kimyəvi xassələrini təyin
etdiyi kəşf edildikdən sonra eyni elektron sayına
(xarici energetik səviyyədə) malik olan
elementləri qruplaşdırmağa başladılar.
Elementlərin belə qruplaşması s-, p-, d-, f-
qruplarını yaratdı.
D.I.MENDELEYEV
Dmitri İvanoviç Mendeleyev — Rusiya alimi və ictimai xadimi,
kimyaçı, fizik, iqtisadçı, texnoloq, geoloq, meteoroloq,
pedaqoq, ensiklopediyaçı, kimyəvi elementlərin dövri
cədvəlinin yaradıcısı. Dmitri Mendeleyev 1834-cü ildə anadan
olmuşdur. Onun portretinə və tərtib etdiyi kimyəvi
elementlərin dövri cədvəlinə hər bir orta məktəbin kimya
kabinetində rast gəlmək olar. Maraqlıdır ki, o, özünün
elementlər cədvəlini yuxuda görmüş və bunu öz dostuna
danışmışdı: “Yuxuda bütün elementlərin lazımi qaydada
düzüldüyü cədvəl gördüm. Oyanan kimi, gördüklərimi bir
parça kağıza köçürdüm. Yalnız bir yerdə düzəliş etmək lazım
gəldi”.
Müasirlərinin fikrincə, kimyəvi elementlərin atom çəkisindən
asılı olaraq xassələrinin dəyişməsi barədə qanunun
Mendeleyev tərəfindən kəşf edilməsi kimya elmini xeyli
zənginləşdirmişdir.
D.İ.MENDELEYEV
Uşaqlar, bunlar böyük kimyaçı alim haqqında demək istədiklərimizin heç də
hamısı deyildir. Ən maraqlısı budur ki, onun yazdığı 500-dən çox elmi əsərin
yalnız 9 faizi kimya elmindən bəhs edir! Ensiklopedik biliyə malik bu insanın elmi
fəaliyyəti çoxşaxəli olmuşdur. D.Mendeleyev fizika, metrologiya, hava uçuşları,
meteorologiya, kənd təsərrüfatı, iqtisadiyyat, hətta xalq maarifi ilə məşğul olur,
neftin emalı üsullarını öyrənirdi. Asudə vaxtında isə çamadan tikirdi! Alim
yazırdı: “Özüm də təəccüblənirəm ki, elmi həyatımda nələr etmişəm”.

D.Mendeleyev fotoqrafiyaya böyük maraq göstərirdi. Fotoaparatla elmi


təcrübələrin müxtəlif məqamlarını çəkirdi. Sonralar incəsənəti təbliğ etmək
üçün rəssamların əsərlərinin fotoreproduksiyalarını toplamağa başladı. O, hətta
“Qolos” qəzetində mənzərə əsərinin insanın psixikasına, özünü təbiətin bir
parçası kimi dərk etməsinə necə təsir göstərdiyi barədə məqalə dərc etdirmişdi.
MENDELEYEVİN ELMİ FƏALİYYƏTİ
Məşhur kimyaçı M.Cua yazırdı: "O, XIX əsrin ən dahi kimyaçılarından biridir;
birləşmələrin fiziki konstantına dair çoxsaylı ölçülər aparmışdır (həcmləri,
genişlənmələr və s.). Donetsk daş kömür yataqlarını tədqiq etmiş, məhlulların hidrat
nəzəriyyəsini işləmişdir. "Kimyanın əsasları"nı yazmışdır (1868-1871) — Bu əsər qeyri-
üzvi kimya alimlərinin tədqiqlərinə ciddi təsir etmişdir".
D.Mendeleyev kimya, kimya texnologiyası, fizika, iqtisadiyyat, texnologiya, geologiya,
meteorologiya, dirijabl uçuşu, kənd təsərrüfatı, xalq maarifi və istehsalat qüvvələrinin
inkişafı ilə bağlı bir çox dəyərli tədqiqatların müəllifidir.
D. Меndeleyev 1854-1856-ci illərdə kristallarda izofirizm halını tədqiq etmiş,
birləşmələrin kristal forması ilə kimyəvi tərkibi arasında əlaqəni müəyyənləşdirmiş,
eləcə də kimyəvi elementlərin xüsusiyyətlərinin onların atom kütləsindən asılılığını
kəşf etmişdir.
1860-cı ildə duru maddələrin mütləq qaynama temperaturunu və ya "böhran
temperaturu" anlayışını kəşf etmişdir.
ELMİ FƏALİYYƏTİ
D.İ. Меndeleyev Rusiyada ilk "Üzvi kimya" (1861) dərsliyinin müəllifidir.

1859-cu ildə piknometr quraşdırır. Cihaz vasitəsilə mayenin qatılığını


müəyyənləşdirmək mümkün olur. 1865-1887-ci illərdə məhlulların hidrat
nəzəriyyəsini işləyib hazırlayır. Həmçinin dəyişik tərkibli birləşmələrin mövcudluğu
ideyasını irəli sürür.

Qaz mühütünü tədqiq edərək, Mendeleyev 1874-ci ildə ideal qazın ümumi
tənliyini tərtib edir. Bu 1834-cü ildə fizik Klapeyronun kəşf etdiyi qazın vəziyyətinin
temperaturdan asıllılığı barədə qanuna ciddi əlavə idi. Sonradan bu bərəbərlik
Klapeyron-Mendeleyev bərabərliyi adlandırıldı.

1877-ci ildə Mendeleyev neftin ağır led zeppelin yaranması nəzəriyyəsini irəli
sürür. Ancaq bu ideya hazırda qəbul edilmir. Həmçinin neftin hissə-hissə
ötürülməsi təklifini irəli sürür
Diqqətinizə görə
təşəkkür edirəm!

You might also like