You are on page 1of 10

Fənn: Azərbaycan Ədəbiyyatı

Müəllim: Aysel Babayeva


Mövzu: M.F.Axundovun dramaturgiyası
Hazırladı: Aydan Şəkixanlı & Vaqif
Fətullayev
Vaxtilə O.Uayld deyirdi ki, Balzakın romanlarına qədər
XIX əsr mövcud deyildi, XIX əsri onun romanları yaratdı. Təbii ki,
hər bir xalqın özünün XIX əsrini yaradan bir Balzakı vardır.
M.P.Vaqiflə qurtaran XVIII əsrdən yeni dövrə keçidin bütün
ağırlığını çiynində daşıyan və ədəbi-mədəni fikir tarixinin XIX
əsrini yaradan Mirzə Fətəli Axundzadə (1812-1878) oldu. Başqaları
kimi yaşamaq kimi imkanı olan bu yazıçı ömrünüň böyük bir
hissəsini yalnız xalqına sərf etdi. Həyatında nə qədər şeyləri
itirdiyini dərk etsə də peşmanlıq keçirmədi və etdiyinin yeni bir
başlanğıc ola biləcəyinə inandı. Axundzadovun çar hökümətinə
qulluq etməyə başlaması çox adamların tənqidinə səbəb olaraq
“satqın” kimi dəyərləndirildi. Bəli o həqiqətən də, çox ürəklə
hökümətə xidmət edir və çalışırdı ki, medal və rütbələrinin sayı
artsın. Amma o, bunları etməsə idi, Axundzadənin əsərlərinin
tamaşaya qoyulmasına
rəsmi dairələrin xüsusi diqqət yetirməsi, pyeslər kitabının nəşrinə
dövlət yardımının alınması, əlifba layihəsi ilə əlaqədar Türkiyəyə
getməsi mümkün olmazdı.
“Axundzadə heç vaxt alter-nativ qarşısında qalmayıb, amma o,
qələmin faydası naminə paqondan imtina etməyib, əksinə, paqonun
imtiyazlarını, imkanlarını məhz qələmin namuslu, vicdanlı və
səmərəli xidmətinin tabeliyində saxlayıbxaç və medallarla bəzənmiş
paltarın altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi”
(Ə.Haqverdiyev). XIX əsrdə milli regionlarda şərait elə bir dözülməz
hala çatmışdı ki, bir nəfərin və ya bir neçə şəxsiyyətin ictimai
fəaliyyətindən dəstək gözləmək mümkün deyildi. Xalqının ağlamalı
vəziyyətini anlayan Axundov da bu vəziyyəti yüngülləşdirmək
məqsədilə bədii sözün öz dövrü üçün daha kütləvi təsir gücünə malik
yeni formasından istifadə edir. M.F.Axundov 1850-1855-ci illərdə
özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan
ədəbiyyatında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu
komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərib.
Bunu hər kəs qəbul edir ki, türk dünyasında dramaturgiya Mirzə Fətəli
Axundov dramaturgiyasının ənənələri işığında inkişaf edib.
1.Hekayəti Molla İbrahim-Xəlil Kimyagər —Axundovun 1850-ci ildə yazdığı ilk
komediya əsəridir. Komediyada müəllifinin feodal cəmiyyətinin çürümüş mənəvi-əxlaqi
problemlərinə, fanatizmə, nadanlığa, miskin həyat tərzinə, kiflənmiş düşüncə tərzinə qarşı
mübarizə mövqeyində durduğunu göstərib. Dramaturq sadə süjet əsasında qurulmuş həyati
hadisələrini və o hadisələr içərisində formalaşan bədii xarakterləri, koloritli personajları
bütün tipik səciyyələri ilə təqdim edib. Əsərin qəhrəmanı Molla İbrahimxəlilin
«möcüzə»si müflisləşmiş və varlanmaq istəyən «nuxulular» üçün göydəndüşmə bir
«səadət» kimi görünür. Var-dövlətini itirən, yüngül yolla qazanmaq istəyən, hər cür
alçaqlığa razı olan cahillər yalançı kimyagərin «möcüzəsini» anlamaq qabiliyyətinə malik
deyillər. Avamlıq hökm sürən bir mühitdə kələkbaz kimyagərin oyunlarını dərindən dərk
edən, onu başa düşməyə qadir olan adamlar yox idi. Bunu ilk pərdədən hiss edən Molla
İbrahimxəlil əl-qolunu çırmalayıb, qazğın fəaliyyətə başlayır, avamlar da çox asanlıqla
aldanıb, soyulurlar. Varlanmaq üçün hər cür alçaqlığa dözən avamlar yanında Molla
İbrahimxəlil kimi savadlı bir adamın törətdiyi hoqqabazlıqlar elə dəqiq, elə inandırıcı
səhnələrlətəsvir edilmişdir ki, bu islahedilməz tip oxucunun güclü nifrətinə və qəzəbinə
səbəb olur. Komediyada qoyulan kəskin ictimai-sosial, mənəvi-əxlaqi problemlər
dramaturqun sonrakı dram əsərlərində daha mürəkkəb həyat hadisələri zəminində, daha
kəskin konfliktlər əsasında işlənib.
2. Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur-
Bu əsər də 1850-ci ildə yazılmışdır. Komediyanın orta əsr feodal ideologiyasına,
xurafatçılara qarşı yönəldildiyi qeyd olunur. Əsərin qəhrəmanlarından biri olan Müsyö
Jordanın prototipi, o illərdə əslində elmi araşdırmalar üçün Zaqafqaziyaya gəlmiş və
Qarabağın florasını öyrənən Fransız Aleksis Jordan idi. Hətta ehtimal olunur ki,
M.F.Axundov fransız alimi ilə şəxsən tanış olmuş və onunla söhbət etmiş, bu da alimin
bədii obrazını yaratmasına kömək etmişdir. "Zülmət səltənətində” hökm sürən geriliyin,
mənəvi ətalətin tənqidi bu komediyada da başlıca yer tutur. Əsərdə müəllif yalançı
kimyagərlərin min bir fırıldaqla xalqı aldatdıqlarını çox təbii və inandırıcı səhnələrlə təsvir
etmişdir. Hətəmxan ağa, Şahbaz bəy, Şərəfnisə xanım, Xanpəri, dərviş Məstəli şah və digər
obrazların simasında dramaturq əsərin əsas ideyasını açmaq üçün o dövrün sosial
mənzərəsini yaratmağa müvəffəq olmuşdur. Komediyanın əsas müsbət qəhrəmanı Şahbaz
bəydir. Şahbaz bəy XIX əsr Azərbaycan ədəbiyyatında yenilikçi meyilləri özündə
cəmləşdirən bir surətdir. Elmin, təhsilin əhəmiyyətini başa düşdüyünə görə daim işıqlı
arzularla yaşayır, təhsilini və dünyagörüşünü artırmaq üçün Fransaya getmək istəyir. Lakin
ailə üzvləri buna müxtəlif yollarla mane olmağa çalışır. Sadəlövh ev xanımları Məstəli
şahın hiyləsinə aldanaraq Parisi “dağıtdırılar”. Əslində 1848-ci il Fransa inqilabını xalqının
nəzərinə çatdıran Axundov hökumətin qəzəb, şübhələrindən yan keçmək üçün bunu Məstəli
şahın əməli ilə əlaqələndirərək hadisələri əks etdirir.
3. Hekayəti Xırsi-Quldurbasan- Əsər 1851-ci ildə yazılıb. Kənd həyatından bəhs olunur.
M.F.Axundov bu dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad,
qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir. Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır.
Onlar bir-birini sevirlər.Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni
Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə
nişanlayır və onlar toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi
Qurbanın pəncəsindən qurtarmaq üçün tarverdini öyrətdirib quldurluğa göndərir. Tarverdi
quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur. Digər əsərlərindən fərqli olaraq
cəmiyyətdəki ictimai bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları həm satirik,
həm də yumorlu ifadə vasitələri ilə qələmə alınıb. Bir zümrənin özbaşınalığı ilə itaətə
məhkum olan başqa zümrənin mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə
mövcud cəmiyyətin rəzillikləri gülüş hədəfinə çevrilib.
4. Sərgüzəşti-vəziri-xani-Lənkəran – 1851-ci ildə yazılıb. Hekayənin məzmunu 1800-1801-
ci illərə təsadüf edir. Talış xanlığının vəziri Mirzə Həbib müstəbid kimi göstərilir, ancaq o,
xanın qabağında qul kimi alçalır. Həmdə o, öz arvadları tərəfindən yalana və həqarətlərə
məruz qalır. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və
qardaşı oğlu xan Teymur ağanın arasında fədakar məhəbbət göstərilib. Lənkaran xanının
ədalətsizliyi verdiyi qərarlarda özünü göstərir. Belə ki, onun etdikləri hərəkətlərlə dedikləri
sözlər ziddiyyət təşkil edir və bu gülüş doğurur. Onun burada iki kəndlinin məsələsinə baxma
səhnəsi buna misal ola bilər. Əsər 1852-1853-cü illər uğurla Tiflisdə tamaşaya qoyulmuşdur.
5. Hekayəti-mərdi-xəsis(Hacı-Qara)- Əsər 1852-ci ilə aiddir. “Hacı Qara” Axundov
dramaturgiyasının ən yüksək zirvəsi, realist komediyanın klassik nümunəsidir. Hacı Qara
əsərində feodal əxlaqı ilə kapitalist münasibətləri sisteminin qarşıdurması cəmiyyətdəki kəskin
komik məqamları meydana çıxarılır. yerli sosial zümrələrin həyat tərzi və adət-ənənələri ilə
gəlmə müstəmləkə siyasətinin inzibati qanunlar sistemi üz-üzə gəlir. Komediyada Hacı Qara,
Heydər bəy, Səfər bəy, Əskər bəy, Tükəz, Sona və başqa maraqlı surətlər vardır. Heydər bəy və
onun yoldaşları əməyə xor baxan müftəxor insanları, Tükəz və Sona o dövr Azərbaycan
qadınlarını təmsil edirlərsə, Hacı Qara xəsis tacirlərin mənfı keyfıyyətlərini özündə
cəmləşdirir. Komediyanın əsas surəti və komik obrazı da Hacı Qaradır. Hacı Qara olduqca
xəsis və tamahkar bir tacirdir. O, qəpiyindən keçmir, çalışır ki, var-dövləti çox olsun. Yüz
manat zərərə düşdüyü üçün az qalır ki, "qüssədən dərdəcər ola".Onun özünü cəsur təqdim
edərək, müxtəlif situasiyalarda qorxaq davranması da oxucuda gülüş doğurur. Əsərdə Heydər
bəyin simasında insan xarakterinin ziddiyətli olduğunu göstərilir. Yəni, o cəsur, mərd bir
gəncdir və bəy nəslindəndir. Amma Heydər bəy cəsur mərd bir gənc olsa da əsərdə onun mənfi
xüsusiyyətləri də təsvir olunur. Yəni Heydər bəy əməklə, zəhmətlə yaşamağa qarşıdır.
Əziyyətsiz nəyisə əldə etmək də dramaturqun ən mühüm tənqid hədəfidir və əsərin sonu da
ədalət prinsipi ilə hər şeyin həll edilməsi ilə başa çatır.
6. Mürafiə vəkillərinin hekayəti (1855) - Mürafiə vəkillərinin hekayəti”(1855) Mirzə
Fətəli Axundzadənin qələmə aldığı sonuncu pyesidir. Böyük demokratın demək olar bütün
tədqiqatçıları istinasız olaraq, təxminən o fikirdədir ki, Mirzə Fətəli bu əsərin mövzusunu
Tiflisdəki məhkəmələrdən götürmüş, lakin özünün hökumət qulluğundakı mövqeyi onu çar
məhkəməsini açıq tənqid etmək imkanlarından məhrum etmişdi. Buna görə o, hadisənin
yerini dəyişməyə məcbur olmuş, əsərini senzuradan keçirmək üçün komediyasında hadisəni
Təbrizə köçürmüş və onu İran şahlığına tabe olan şəriət məhkəmələri ilə bağlamışdır.
Əsərdə Hacı Qafur təbrizli varlı tacirdir. O öldüyü təqdirdə vəsiyyətində var-dövlətinin
bacısı Səkinə xanıma çatacağını bildirir. Onun siğə arvadı Zeynəb isə bununla razılaşmır və
adə keçən var-dövlətə yiyələnmək məqsədilə məhkəməyə şikayət edir. Bu məsələdə
Zeynəbi müdafiə edən vəkil Ağa Mərdan Halvaçı oğlu rüşvətə baş vuraraq yalançı şahidlər
tutur. Vəkil yalançı şahidlər tutaraq sübut etmək istəyir ki, Hacı Qafurun Zeynəbdən 7 aylıq
oğlu var. Amma məhkəmə sona çatanda yalan üzə çıxır. Və beləcə xeyir şərə qalib gəlir.
Yalançı, rüşvətxor, ikiüzlü, satqın adamlar ifşa olunur və əsər Səkinə xanımın qələbəsi ilə
başa çatır.
Diqqətiniz üçün təşəkkürlər!

You might also like