You are on page 1of 11

Təbii xarakterli təhlükələr və

onların xarakteristikası

Arzu Tosayeva
Nəzrin Ələkbərli
FÖVQƏLADƏ HADİSƏLƏRİN
TƏSNİFATI

•   
 Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və
ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və
insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola
biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya
digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. 
•Fövqəladə halların baş vermə sahələrinə görə təsnifatı 
•1) Təbii xarakterli fövqəladə hallar; 
•2) Texnogen xarakterli fövqəladə hallar; 
•3) Ekoloji xarakterli fövqəladə hallar; 
•4) Sosial-siyasi və hərbi siyasi xarakterli hallar. 
Təbii fəlakətlər – insan iradəsinə tabe olmayan, təbiət
qüvvələrinin hərəkəti nəticəsində qəflətən baş verən, çoxsaylı
insan itkisi, böyük maddi zərər və başqa ağır nəticələrə səbəb
olan faciəli təbii təzahür və ya proseslərdir.

Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər: 
Geofiziki FH: 
- zəlzələ; 
- vulkan püskürmələri 
 
  

Zəlzələ
Ən çox dağıdıcı qüvvəyə malik, ağlasığmaz, idarə olunmaz
təbii fəlakətdir.

 Zəlzələ deyildikdə yeraltı təkan və yer qatının titrəmələri,


yer qatının və yaxud mantiyanın üst qatlarının sürüşməsi
və parçalanması nəticəsində, böyük məsafələrə elastik
dalğavari ötürmələr başa düşülür. Zəlzələlər qəflətən
yaranan və tez yayılan fövqəladə hallara aid olur. Bu zaman
ərzində təxliyə və qabaqlayıcı tədbirlər görmək mümkün
deyil.
Amerikalı seysmoloq D.F.Rixter 1933–cü ildə
zəlzələnin gücünü qiymətləndirmək üçün 9 ballıq
şkala tərtib etmişdir. İtalyan seysmoloqu Y. Merkali
12 ballıq zəlzələnin ölçülmə sistemini təklif edib. 
- 1 bal- hiss olunmayan;   - 2 bal- çox zəif; 
- 3 bal- zəif;             - 4 bal- orta mülayim; 
- 5 bal- nisbətən güclü;           -6 bal- güclü
- 7-bal- çox güclü;            - 8 bal- dağıdıcı; 
- 9 bal- viranedici;      - 10 bal- məhvedici; 
- 11 bal- katastrofik; 
- 12 bal- dəhşətli katastrofik zəlzələ sayılır. 
Meteoroloji FH:

- 11-12 ballıq fırtına, 12-15 ballıq


qasırğa;
- leysan yağışlar;
- iri dolu;
- quraqlıq;
- güclü qar;
- güclü qar çovğunu;
- güclü buzlaşma, donvurma. 
Hidroloji FH:

- suyun səviyyəsinin qalxması


(daşqınlar) və düşməsi,
- su hövzələrinin daşması;
- yeraltı suların səviyyəsinin
qalxması (subasma). 
Geoloji FH:
 - Sel;
- Sürüşmə;
- Torpaq uçqunu;
- Qar uçqunu (marxallar);
- Yerin yuxarı qatının köçməsi.

Geniş miqyaslı kortəbii yanğınlar


- meşə yanğınları, yeraltı yanğınlar,
zəmi və çöl yanğınları da təbii fəlakət
sayıla bilər. 
İnsanların infeksion (yoluxucu)
xəstəlikləri: 
- epidemiyalar (insanların kütləvi şəkildə
yoluxucu xəstəliklərə tutulması); 
- ekzotik və xüsusi təhlükəli yoluxucu
xəstəliklərin tək-tək təsadüf edilən
halları. 
Təbii fəlakətlərin yaranma səbəbləri Təbii fəlakətlər yaranma səbəblərinə
görə də iki cür olurlar: 
1) təbii amillərlə bağlı olanlar (vulkan püskürməsi, dəniz səviyyəsinin güclü
ləngəri, güclü daşqınlar, qasırğalar, güclü hərarətli hava, buzlaşma və s.).
Bunlar əsasən maddələrin sürətli yer dəyişməsi (zəlzələ və sürüşmələr),
yerdaxili enerjinin üzə çıxması (vulkanlar), çaylarda, göllərdə, dənizlərdə
suyun səviyyəsinin qalxması (daşqınlar, sunamilər), qeyri-adi güclü küləyin
təsiri (qasırğa, urağan, tornadolar). 
2) antropogen amillərlə bağlı olanlar (toz burulğanları, eroziya) Bir çox
təbii fəlakətlərin yaranması isə həm təbii, həm də antropogen amillərlə
bağlı olur (yanğınlar, torpağın eroziyası, uçqunlar və s.). 

You might also like