You are on page 1of 6

Azərbaycan Respublikası Təhsil

Nazirliyi
Bakı Dövlət Universiteti
Fakült ə : Beyn ə lxalq Münasib ətl ər v ə iqtisadiyyat
İxtisas: Politologiya
F ə nn: Siyasi v ə İqtisadi Coğrafiya
Sərbəst iş No 2
Mövzü: Meş ə s ə nayesi
Kurs: 1
Qrup:820
T ə l ə b ə : V ə fa H ə s ə nxanova
Mü ə llim: Gülnar ə C əf ərova
Meşə
sənayesi
 Dünya təsərrüfatının ən qədim sahələrindən biri
olan meşə təsərrüfatının insan həyatında əhə
miyyəti olduqca böyükdür. Meşələr hər bir
dövlətin milli sərvəti sayılaraq nəhəng oksigen
mənbəyi sayılır, o təkcə sənaye xammalı
olmayıb, torpağı su və külək eroziyasından
qoruyur, torpaqda rütubəti saxlayır, çay
daşqınlarının qarşısını alır və s. Meşələr həm də
sənayeyə xidmət edərək tikinti materialları,
kağız, süni lif və s. kimi məhsullar verir.
Meşələri öyrənərək onları qeydiyyata almaq,
yeni meşələr salmaq, onları yanğından, xəstəlik
və zərərvericilərdən qorumaq, meşələrin
qoruyucu və sutəmizləyici funksiyasını
saxlamaqla, xalq təsərrüfatının meşə
materialına olan tələbatını ödəmək məqsədi ilə
dünyanın meşə təsərrüfatı meşələrdən səmərəli
istifadə olunmanı təmin edir
Meşədən odun, dərman, texniki xammal,
yeyinti məhsulları və s. istehsal edən meşə
təsərrüfatının əsas vəzifələrindən biri də
meşələrin bərpası və yeni meşəliklərin
salınmasıdır. Meşələrdə ağacların qırılmasını
(tədarükünü),onların fiziki və kimyəvi emalını
həyata keçirən meşə sahəsi həm də təsərrüfat
sahəsi olub, tikinti materialları, sellüloz-kağız,
süni lif, mebel, spirt, boya və s. istehsal
edir.Maşınqayırma, kimya, yüngül sənaye,
rabitə, tikinti sahələrinə o məhsul verərək
kimya, maşınqayırma və s. sahələrdən avadanlıq
alır. 66 Meşə təsərrüfatı oduncaq tədarükü və
oduncağın emalı (mexaniki və kimyəvi) kimi
sahələrə ayrılır. Mexaniki emala taxta çəkilməsi,
faner, tikinti materialı, quraşdırma evlər, tara,
mebel, parket, kibrit və s. istehsalı, kimyəvi
emala meşə-kimya və hidroliz istehsalı,
skipidar, mexaniki-kimyəvi emala sellülozkağız
istehsalı daxildir
Ağac tədarükü tulllantıları budaq,
iynəyarpaqlılar, taxtakəpəyi, ağac qabığı
və yonqardır. İstehlak rayonlarında (iri
şəhərlərdə) meşə təsərrüfatının mebel
istehsalı sahəsi, kibrit fabrikləri isə
ağcaqovaq ağacının tədarük rayonlarında
cəmlənir. Meşə-kimya sənayesi üçün əsas
xammal şam ağacından alınan qətrandır.
Ondan rəng, plastik kütlə və dərman
alınır. Nefti ağacdan alınan spirt əvəz edir
və plastik kütlə, kimyəvi lif, kauçuk
almaq üçün istifadə olunur. Çoxlu su və
enerji tələb edən sellüloz-kağız sənayesi,
həmçinin ətraf mühiti də çox çirkləndirir.
Bu sənayeyə aid müəssisələr çaylar
üzərində tikilən SES-lərə yaxın yerləşir.
Ağac tədarükü və meşə materiallarının
istehsalında şimal meşə qurşağı ölkələri
əsas yer tutur.
ABŞ, Yaponiya, Kanada, Çin, AFR, Finlandiya,
Fransa, İsveç və Rusiya kağız istehsalında, ABŞ,
Kanada, Yaponiya, İsveç, Finlandiya, Çin,
Rusiya, Braziliya isə sellüloz istehsalına görə
fərqlənir. Əlverişli nəqliyyat şəraitindən və
xammal ehtiyatlarının olmasından meşə
sənayesinin yerləşməsi meşə təsərrüfatının
inkişafı çox asılıdır [98]. Meşə materialları
hazırlanması üzrə ABŞ, RF, Kanada,
Finlandiya, İsveç, Çin, İndoneziya və digər
ölkələr seçilir.ABŞ, Kanada, İsveç və digərləri
taxta-şalban ixracatçılarıdır. İEÖ-lər kağız
istehsalının 75%-ni verir. İnsanlara bütün
sənaye sahələrində istifadə oluna bilən
universal xammal olan ağacı meşələr verir.
Kimyəvi mənbə kimi 67 iqtisadiyyatın müxtəlif
sahələrində ağac, ağacın qabığı, yarpaqların
emalı istifadə olunur. Bu sənaye sahəsi inkişaf
etdikcə öz mənfi təsirini meşə sahələrinə də
göstərir. Bu səbəbdən sənayenin inkişafı ilə
yanaşı, meşə sahələrinə də qayğı göstərmək
vacibdir

You might also like