You are on page 1of 10

Fakültə: Kimya texnologiya(SABAH qrupu)

İxtisas: Kimya mühəndisliyi


Qrup: 353.6S
Kurs: II
Fənn: Analitik kimya
Mövzu: AL3+ ionu, səciyyəvi reaksiyaları və vəsfi təyini
Müəllim: Məhərrəmova Lətafət
Tələbə: Mirzəyev Sahil
AL- METALININ TƏBİƏTDƏ TAPILMASI VƏ ALINMASI.
Alüminium (Al) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində
13-cü elementdir. Alüminium ilk dəfə Danimarka fiziki Hans Ersted
tərəfindən 1825–ci ildə kəşf edilmişdir. Alüminiumun bir izotopu
vardır . Endogen proseslər nəticəsində alüminium qələvi
nefelinlərdə, leysitlərdə və anortozitlərdə toplanır. Al-u habelə turş
vulkanik süxurlardan əldə etmək olar.
Boksit, Alüminium filizləri təbiətdə çox rast gəlinir və alüminium
alınmasında onlardan istifadə edilir. Alüminium istehsalı iki
mərhələdə baş verir. Birinci mərhələdə alüminum boksit cövhəri
əldə edilir İkinci mərhələdə elektroliz üsulu ilə Al- əldə edilir.

2Al2O34Al+3O2 (elektroliz) 3K+AlCl33KCl+Al


FİZİKİ VƏ KİMYƏVİ XASSƏLƏRİ.
AL- metalı yüngül, asanəriyən, ağ-gümüşü rəngli metaldır. Elektrik və
istiliyi yaxşı keçirir.
Al adi şəraitdə passivdir, üzərindəki oksid təbəqəsi civə duzları ilə
sürtülərsə ayrılan civə Al-u həll edər və amalqırma alınır, belə halda
Al adi şəraitdə su və O2 ilə reaksiya girir. Alüminium mürəkkəb
maddələrlə də qarşılıqla təsirdə olur.
TƏTBİQİ
Alüminium asan soyuyan metal olduğu üçün soyutma sistemlərində geniş tətbiq
olunur. Korroziyaya davamlıdır, Cu, Si, Mg, Mn, Zn və Ni –lə əmələ gətirdiyi
ərintilər yüksək mexaniki davamlılığa malikdir. Bu səbəbdən təyyarə, avtomobil
və elektrotexnika sənayesində və digər sahələrdə geniş işlənir. Alüminium
sənayesi üçün əsas xammal boksitdir. Hal-hazırda metallurgiya, tikinti-inşaat və
başqa sənaye sahələrində çox istifadə olunur.
AL3+ iONU, SƏCiYYƏVİ REAKSİYALARI VƏ VƏSFİ TƏYİNİ.
1. AL 3+ sulu məhlulda rəngsizdir. AL 3+ yeyici qələvilər NaOH və KOH əlavə edildikdə (damcı-damcı) Al 3+-ü
Al(OH)3 çöküntü şəklində çökdürür. Sınaq şüşəsinə 5-6 damcı alüminium duzu məhlulu yerləşdirilir və
üzərinə 1 damcı 2N NaOH məhlulu əlavə edilir. Mayenin bir hissəsi bulanıq çöküntü ilə birlikdə başqa sınaq
şüşəsinə keçirilir və üzərinə hər hansı turşudan bir neçə damcı əlavə edib, çöküntünün həll olmasını
müşahidə etmək olar.
Beləliklə AL- özünü amfoter hidroksid kimi aparır. Al(OH)3 Tam çökməsi pH=5 əldə edilir. Sonradan qələvinin
əlavə edilməsi(pH=10), Al(OH)3-ün tam həll olmasına səbəb olur.
Al(OH)3+H + Al 3+ +3H2O
Al(OH)3 +OH-  AlO2-+2H2O

2. NH4OH, Al3+ ionunu, reaktivin artığında bir qədər həll olan Al(OH) 3 şəkildə çökdürür. Al(OH)3- həllolma
hasili çox azdır və Al 3+ ionu ammonium hidroksid ilə kompleks əmələ gətirmir. Buna görə də Al(OH) 3
məhluldan ammonium hidroksid ilə ammnium duzları qarışığı məhlulunun təsirindən çökür.
AL3+ iONU, SƏCiYYƏVİ REAKSİYALARI VƏ VƏSFİ TƏYİNİ.
3. Zəif turşu və qüvvətli əsasdan əmələ gələn duzlar, Na2CO3, Na2SO4 , KNO2 Al3+ ionu Al(OH)3 şəklində
çökdürür. Bu duzların məhlulları hidroliz nəticəsində kifayət qədər qatılıqla OH- malikdir.
3CO2-3+2Al3++3H2O2Al(OH)3+3CO2 (NH4)2S-də belə təsir göstərir)
4. Natrium asetat CH3COONa alüminium duzları məhlulları ilə pambıqvari çöküntü verir. Hidrolizi
qüvvətləndirmək üçün məhlulu su ilə çox durulaşdırıb qaynatmaq lazımdır.
5. Natrium hidrofosfat Na2HPO4 Al3+-ün qüvvətli turşularda həll olan, lakin sirkə turşusunda
praktiki olaraq həll olmayan ağ AlPO4 şəklində çökdürür.
Al3++HPO2-4AlPO4+H+
Hidrogen ionları əlavə edilmiş HPO42- ionların artığı ilə birləşərək H2PO4- əmələ gətirirlər:
H++HPO42-H2PO-4
Deməli məhlulda pH7 qiymətində fosfat bufer qarışığı (Na2HPO4+NaH2PO4) alınır ki, bu da AlPO4-
ün tamamilə çökməsinə kifayətdir:
Al3++2HPO2-4AlPO4+H2PO-4
AL3+ iONU, SƏCiYYƏVİ REAKSİYALARI VƏ VƏSFİ TƏYİNİ.

6. Alizarin alüminium hidroksidi ilə al-qırmızı rəngli “alüminium lakı” adlanan az həll olan
birləşmə verir.

Alizarinin formulu: Alınmış birləşmənin formulu


aşağıdakı kimi olur:
HO-Al-OH

7. Lorin neytral və sirkə turşusu ilə turşulaşdırılmış alüminium duzları məhluluna əlavə
etdikdə yaşıl fluoressensiya verir. Reaksiyanı aparmaq üçün 1-2 damcı alüminium məhlulu
üzərinə bir neçə damcı CH3COOH və 1-ml su əlavə edib, bir damcı morin məhlulu ilə təsir
edilir. Reaksiya çox həssasdır.
AL3+ iONU, SƏCiYYƏVİ REAKSİYALARI VƏ VƏSFİ TƏYİNİ.

8. 8-Oksixlorin asetat bufer məhlulu ilə alüminium duzları ph=5-də yaşılımtıl-sarı kristallik
mineral turşularda həll olan alüminium oksixinolyat çöküntüsü verir. Çöküntünün tərkibi
aşağıdakı formula uyğun gəlir:
Al(C9H6NO3)

9. Quru üsulla reaksiya. Alüminium bərk birləşmələri onları çox durulaşdırılmış Co(NO3)2
məhlulu ilə “tenar mavisi” adlanan Co(AlO2)2 alındığından mavi rəngə boyanır.
Al2(SO4)3+Co(NO3)2 Co(AlO2)2 +3SO+2NO2+O2
Reaksiyanı yerinə yetirmək üçün alüminiumun bir qədər quru duzu nixrom telinin içərisinə
yerləşdirilir. 1-2 damcı kobalt duzu məhlulu ilə isladılır və qaz lampası alovunda közərdilir
III qrup kationların əsasi-peroksid metodu ilə analizi
Ionlar: Fe+2, Fe+3, Cr+3, Mn+2, Co+2, Ni+2
1. Fe+2 kationunun təyini
2. Fe+3 kationunun təyini
3. CrO4-2 ionlarının ayrılması: (t0)+NaoH+H2O2
SF
Diqqətinizə görə təşəkkürlər.

You might also like