You are on page 1of 25

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi

Kadr hazırlığının təşkili mərkəzi

SMART SAYĞAC
Qaz sayğacları

Son dövrlər ölkə ərazisində G-4


markalı "smart-kart" tipli qaz
sayğaclarının quraşdırılması geniş
vüsət alıb.
Bu sayğacların əsas xüsusiyyəti
abonentlərin qazla təminatını
öncədən ödəniş etməklə həyata
keçirməkdən ibarətdir.
Su sayğacları

Smart su sayğacları
Elektrik sayğacları

Smart - kart tipli elektrik sayğacları


Qaz sayğacları

Smart-kart" tipli sayğaclar yalnız müvafiq


standartlara cavab verən qaz xətlərinin
üzərində quraşdırılır. Yeni tipli sayğacların
istismar qaydaları istehlakçılar üçün xüsusi
maraq kəsb edir.
Sayğaclar mənzillərdə quraşdırıldıqdan sonra
abonentlər yerli Qaz İstismarı sahələrinə
müraciət edərək ödəmə kartını heç bir ödəniş
etmədən ala bilirlər.
Qaz sayğacları

• Ödəmə kartı itirildikdə, zədələndikdə və s. səbəblərdən yararsız


olduqda "Azəriqaz" İstehsalat Birliyinin bank hesabına 5 (beş) manat
məbləğində vəsait ödəməklə yerli Qaz İstismarı Sahəsindən yeni kart
əldə etmək olar. Abonentin balansına yüklənmiş vəsait bitdikdə
sayğacın ekranında "bağlanmış klapan" simvolu əks olunur və qaz
təchizatı dayanır. Lakin bu halda belə hər bir sayğacda abonentin
istifadəsi üçün 10 kubmetr (1 manat məbləğində) qaz miqdarında kredit
olur. Həmin kredit bitdikdə abonent mütləq şəkildə kartına pul yatıraraq
sayğaca daxil edir, 1 manat məbləğində artıq istifadə edilmiş kredit
avtomatik olaraq abonentin hesabından çıxılır və yenidən kredit
şəklində sayğaca yüklənir.
Qaz sayğacları
• Qaz xəttində sızma, hər hansı bir müdaxilə və qeyri-qanuni
qoşulma olarsa, sayğac koda düşür 
Müasir dövrün müasir də tələbləri var. Bu tələblərdən dolayı əhaliyə
xidmət göstərən müxtəlif sahələrdə yenidənqurma, yaxud yeni sistemin
tətbiqi həyata keçirilir. Azərbaycan üçün mövcud yeniliklərdən biri də
köhnə mexaniki qaz sayğaclarının yeni smart-kart tipli sayğaclarla
əvəzlənməsidir.
Yeni tipli sayğacların istismarında istehlakçılar bəzən çətinlik çəkirlər.
Ona görə ki, sayğacdan istifadə zamanı müəyyən qaydalara düzgün
riayət etmək tələb olunur. Əks halda sayğac koda düşür və avtomatik
olaraq fəaliyyətini dayandırır. Onu yenidən işlək vəziyyətə gətirmək isə
bəzi hallarda vətəndaşların haqlı və haqsız narazılığına səbəb olur.
Qaz sayğacları
Qaz sayğacları
Qaz sayğacları

• Hansı hallarda sayğac koda düşür?

“Sayğacın koda düşməsi ehtiyatsız davranma, qaz xəttində sızmanın


olması, mənzildə istifadə edilən cihazların sərfiyyatının sayğacın texniki
parametrlərinə uyğun gəlməməyi, hər hansı bir müdaxilə, qeyri-qanuni
qoşulma kimi hallar baş verdikdə olur. Bu zaman sayğacın klapanı dərhal
qapanır və bu barədə məlumat müvafiq qaydada bazaya ötürülür”.
• Koda düşərək bağlanan sayğacı abonentin hər hansı bir yolla işə
salması mümkün deyil. Sayğac işlək vəziyyətə yalnız xüsusi servis kartı
vasitəsilə gətirilir. Həmin servis kartı hər bir Qaz İstismar Sahəsinin ərazi
xidmətlərindədir. Vətəndaşlar belə halla rastlaşdıqda ancaq yerli Qaz
İstismar Sahəsinə müraciət etməlidirlər.
Qaz sayğacları

• Sayğacın tip ölçüləri G 1.6 G 2.5 G4


• Ölçülən mühit
- Temperaturu -20ºC-dən +60ºC-dək; ən böyük işçi təzyiq 0.5 bar (0.05
MPa) olan təbii qaz, qazabənzər propan, butan, omların qarışığı və s.
Qeyri-aqressiv qazlar.
• İstismar şəraiti
- ətraf mühitin -20ºC-dən +50 ºC-dək;
- nisbi rütubətlilik 40%-dən 95%dək
Qaz sayğacları

• Qaz sərfinin qiyməti:


-ən böyük Qmax m3/s 2.5 4.0 6.0
- nominal Qnom m3/s 1.6 2.5 4.0
- ən kiçik Qmin m3/s 0.016 0.025 0.040
• Hissiyatlığı çox olmamalı m3/s
0.032 0.005 0.008
• Dövri həcm çox olmamalı dm3/s 1.2
Texniki göstəriciləri

• Təzyiq itkisi
Qmax–da çox olmamalı Pa 200
Qmin–da çox olmamalı Pa 60
Hesablayıcı qurğunun tutumu m3 99999.999
Cəmləyicinin kiçik dərəcəsinin
vahid qiyməti dm3 1
Şkalanın bölgü giymət dm3 0.2
Texniki göstəriciləri

• Buraxıla bilən nisbi xətanın həddi


Qmin≤Q≤0.1 Qmax sərf Diapazonunda ± 3%
0.1 Qmax≤Q≤Qmin ± 1.5%
• Sayğacın kütləsi (kq) 2.3 ± 0.15
• Sayğacların qabarit ölçüləri qol borularının
190x162x220
• mərkəzlərarası məsafəsi 110 ± 0.5
• Qol borularının yivi G3/4;4
• Gövdənin materialı polad
Texniki göstəriciləri

Sayğac dəstliyi
• Sayğac dəstinə daxildir:
• ·        Sayğac;
• ·        Sayğacın qol borusunda 2 ədəd qapaq;
• ·        Pasport;
• ·        Sayğacın qutusu.
Texniki göstəriciləri

• İstismar qaydaları. Sayğacların nəql edilməsi, quraşdırılması və


istismarı zamanı QADAĞANDIR:
• ·        Sayğaca 0.5 atm artıq qaz təzyiq vermək;
• ·        Sayğacdan onun pasportunda göstərilən buraxıla bilən qaz
sərfindən artiq qaz buraxmaq;
• ·        Sayğacın keçid qol borularına bağlanmış vəziyyətdə boru
kəmərinə qaynaq edilməsi;
• ·        Sayğac gövdəsini və hesablayıcı qurğunu zədələmək,
hesabalyıcı qurğudakı plombu və ya damğanı pozmaq, sayğacı
zərbələrə məraz etmək.
Texniki göstəriciləri

• Aşağıda göstərilən nasazlıqlar aşkar olunarsa:


• ·        Qaz avadanlığı işləyərkən sayğacın hesablama qurğusunun
dayanması;
• ·        Sayğacdan keçən qaz axınının azalması və ya kəsilməsi;
• ·        Sayğaca yaxın yerdə qaz iyinin əmələ gəlməsi.
• Qaz ötürücü boru kəmərində sayğacdan öncə qoyulmuş kranı
bağlamaq, təmir və ya qəza xidmətinə müraciət etmək.
• Sayğacın quraşdırılması “Quraşdırma və istismar üzrə yəlimat”a
əsasən həyata keçirilməlidir. Sayğac yaşayış yerinin girəcəyində
terləşdirilməlidir. (dəhliz, mətbəx).
Texniki göstəriciləri

• Texniki qulluq. Sayğacın dövri yoxlanılmasından əlavə, xüsusi texniki


qulluğa ehtiyac yoxdur.
 
• Yoxlama barədə məlumat. Sayğacın ilkin yoxlanılması istehsalçı
tərəfindən,  sayğacın dövlət yoxlanılması isə “Qaz sayğaclarının
yoxlanılması təlimat”ı üzrə həyata keçirilir. Yoxlamalar arası interval 5
ildən çox olmamalıdır.
 
• İstehsalçının zəmanəti. Sayğaclar üçün pasportda göstərilən satış
günündən başlayaraq 12 ay müddətinə istismar zəmanəti müəyyən
edilmişdir. Sayğaclara zəmanət texniki qulluğu sayğacı satan şirkət
tərəfindən həyata keçirilir
Qaz sayğacları

• Müqavilənin məzmunu.

• Bu müqavilə “Təchizatçı” və “İstehlakçı” arasında qaz enerjisinin alqı-


satqısına, onun istifadə və istismarına dair öhdəlik və şərtləri
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Qaz təchizatı
haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Qaz
təsərrüfatının texniki istismar Qaydaları”na, Mülki Məcəllənin müvafiq
maddələrinə və digər qanunvericilik aktlarına əsasən tənzimləyir.
Qaz sayğacları
• “Təchizatçı”:
• 2.1.1. “İstehlakçı”nı fasiləsiz, təhlükəsiz və keyfiyyətli qaz enerjisi və
ödənişsiz qaz sayğacı ilə təmin edir. Sayğac balans mənsubiyyətinin
sərhəd nöqtəsində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə
plan üzrə ödənişsiz dəyişdirilir.
• 2.1.2. “İstehlakçı”nı qaz enerjisindən istifadə qaydaları ilə ildə bir dəfə
təlimatlandırır, rübdə bir dəfə qaz enerjisindən istifadənin təhlükəsizliyini
yoxlayır, abonent kitabçasında müvafiq qeydlər aparır.
• 2.1.3. “İstehlakçı”nın enerji dəyərini ödəməsi üçün sayğac göstəricisi,
enerji istehlakı miqdarı və son ödənişin tarixi, məbləği göstərilməklə ona
hər ay bildiriş təqdim edir.
• 2.1.4. Balans mənsubiyyəti sərhədi daxilində (sayğacın çıxış nöqtəsinə
qədər) aşağı və orta təzyiqli magistral qaz xətlərinin və qaz-tənzimləyici
qurğuların istismara yararlılığını təmin edir.
Müqavilə:
• 2.1.5. “İstehlakçı”nın mənzilindən (evindən) kənarda müdaxilə imkanı olmayan
şəraitdə quraşdırılmış (binanın girişində, pilləkən meydançasında və s.) qaz
sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə
saxlanmasına görə cavabdehlik daşıyır, qaz sayğacına ümumi baxış
keçirilməsi üçün ona şərait yaradır.
• 2.1.6. “İstehlakçı”ya yalnız istifadə olunmuş qaz enerjisinə görə borc bildirişi
təqdim edir.
• 2.1.7. “İstehlakçı”ya verilmiş qazın sayğacla müəyyənləşdirilən hesabı təqdim
edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə
(ödəniş sənədində yanlışlıq olmadığı halda) təchizatı dayandırır və
hesablanmış qazın dəyəri ödənildikdən sonra dərhal qaz təchizatını bərpa
edir.
• 2.1.8. “Təchizatçı”nın səlahiyyətli nümayəndələri mənzilə, sayğaca baxış
keçirdikdə xidməti vəsiqələrini göstərərək özlərinə təqdim edirlər.
Müqavilə:
• .“İstehlakçı”:
• 2.2.1. Müvafiq qaydalara əsasən məişət qaz cihazları vasitəsilə qaz
enerjisindən istifadə edir.
• 2.2.2. Qaz enerjisinə görə hesablaşma dövrü bir ay qəbul olunur. “Təchizatçı”
tərəfindən qaz enerjisi sərfinə görə ödəniş sənədi təqdim edildiyi gündən sonra
bir ay müddətində poçt və ya bank şöbələri vasitəsilə qaz enerjisinin haqqını
kod №____________ saylı hesaba ödəyir.
• 2.2.3. “Təchizatçı”nın nümayəndələrini (sayğac mənzil daxilində quraşdırıldığı
halda) qaz sayğacına baxış keçirmək, qaz cihazlarının inventarizasiyası,
göstəricilərin üzləşdirilməsi və texniki baxış üçün öz mənzilinə, həyətinə
razılaşdırılmış vaxtda maneəsiz buraxır. Sayğacın normal işinə müdaxilə
ehtimalı olduğu halda “Təchizatçı” tərəfindən müvafiq sənədləşmə aparılaraq
sayğac yenisi ilə əvəzlənir, laboratoriya şəraitində “İstehlakçı”nın iştirakı ilə
ekspertizadan keçirilməsi tarixinə qədər saxlanılması üçün ona təhvil verilir.
Müqavilə:
• 2.2.4. Xüsusi mülkiyyətində olan mənzilin (evin) qaz xətlərinin və qaz
avadanlıqlarının texniki vəziyyətinə və düzgün istifadəsinə görə cavabdehlik
daşıyır, aşkar olunmuş nasazlığın aradan qaldırılması üçün “Təchizatçı”ya
məlumat verir.
• 2.2.5. Mənzildə (evdə) quraşdırılmış qaz sayğacının, o cümlədən üzərindəki
plombların qorunmasına görə cavabdehlik daşıyır.
• 2.2.6. Ödəmə sənədində səhv və ya sayğac göstəricisində anlaşılmazlıq
olduqda “Təchizatçı”ya məlumat verir.
• 2.2.7. Mənzildən köçdükdə (və ya uzunmüddətli müvəqqəti yaşayış olmadığı
halda) “Təchizatçı”ya hesabatın dayandırılması üçün məlumat verir, zəruri
hallarda borc olmaması barədə arayış alır.
• 2.2.8. Qidalandırıcı qaz xətlərinin yararsız hala düşməsi, qaz qurğularının və
avadanlığın zədələnməsilə əlaqədar baş vermiş qəzalar, yanğınlar, həmçinin
insan xəsarətləri barədə “Dövlət Qaznəzarət” İdarəsinə və digər dövlət
orqanlarına məlumat verir.
Ədəbiyyat:

• 1. İ.A.İbrahimov, «İstehsal proseslərinin avtomatlaşdırılması».B.1987.


• 2. M.C.Məmmədova İstilik texnikası, Azərnəşr, Bakı, 1963, 240 s.
• 3. Fərzanə E.N., Mirsalimov R.M., Salihov S.Q. “Təziqlər fərqinə görə
maddə sərfinin ölçülməsi üsulu.”
• 4. Azərbaycan Respublikasının ≪Qaz təchizatı haqqında ≫qanunu.
TƏŞƏKKÜRLƏR!

You might also like