You are on page 1of 15

İşgüzar kommunikasiyanın

formaları: işgüzar söhbət,


danışıqlar, mətbuat konfransları,
müşavirələr, diskussiyalar, telefon
söhbətlərinin aparılma qaydaları.
İŞGÜZAR SÖHBƏT

İşgüzar sözbət ─ bir şəxsin və ya şəxslər


qrupunun başqa bir şəxsə və ya şəxslər
qrupuna söz vasitəsilə təsir etməklə mövcüd
vəziyyəti dəyişmək və ya söhbət iştirakçıları
arasında yeni münasibətlər yaratmaq çabasıdır.
İşgüzar söhbətin əsas
funksiyaları bunlardır:
 İşgüzar söhbətin əsas funksiyaları bunlardır:
 1) innovativ tədbir və proseslərin başlanılması;
 2) başlanmış tədbir və proseslərə nəzarət və onların
koordinasiyası;
 3) informasiya mübadiləsi;
 4) təşkilatdaxili və təşkilatdan kənar eyni fəaliyyət
sahəsinə aid işçilərın işgüzar ünsiyyəti;
 5) xarici mühitdəki tərəfdaşlarla işgüzar əlaqələrin
yaradılması;
 6) yeni ideya və təkliflərin axtarışı, irəli sürülməsi və
operativ hazırlanması;
 7) yaradıcı fikirlərin yeni istiqamətə yönəldilməsinin
stimullaşdırılması
İşgüzar söhbətin ümumi strukturuna
aşağıda göstərilənlər aiddir:
 ♦ İşgüzar söhbətə hazırlıq. Görüşün yerinin və vaxtının
müəyyənləşdirilməsi.
 ♦ Söhbətin başlanğıcı: əlaqə yaratma.
 ♦ Problemin irəli sürülməsi və informasiyanın ötürülməsi.
 ♦ Əsaslandırma.
 ♦ Tərəfdaşın arqumentlərinin təkzib edilməsi.
 ♦ Alternativlərin təhlili, iştirakçılar arasındakı
qarşıdurmanın optimal və ya gü-
 zəştli həlli variantının axtarışı.
 ♦ Qərar qəbul edilməsi.
 ♦ Razılıqların əldə edilməsi.
 ♦ Söhbətin yekunlaşdırılması .
 ♦ Söhbətin nəticələrinin və ünsiyyət taktikasının təhlili.
İşgüzar söhbətə hazırlıq.
İşgüzar söhbətə hazırlığın özü bir psixoloji üstünlük yaradır.
Hazırlıq prose-sində mübahisəli və həssas məsələlərin, başqa
sözlə konfliktlərin, ticarətlə bağlı danışıqların, iqtisadi və
siyasi razılaşmalar və sazişlərlə əlaqədar problemlərin
həllinə xüsusi diqqət yetirilməlidir. Hazırlıq prosesində
aşağıdakı məqamlara xüsusi diqqət yetirilməlidir: həm-
söhbətə veriləcək zəruri sualların düşünülməsi, arzu olunan
son nəticənin, reqla-mentin, görüşün keçiriləcəyi yerin,
görüşün strategiya və taktikasının müəyyən-ləşdirilməsi. Bu
anlamda görüşün şərtlərinin və keçirilmə yerinin
müəyyənləş-dirilməsi, materialların və sənədlərin
hazırlanması xüsusilə vacib şərtdir.
Söhbətin başlanğıcı: əlaqə yaratma
Söhbətin əvvəlində istənillən halda tərəfdaşla təmas
yaratmaq lazımdır. Burada çox şey ilk ifadələrdən asılıdır.
Məhz həmin ilk ifadələr tərəfdaşın sizinlə danışıb-
danışmayacağını həll edə bilər.
Gərək lap əvvəldən söhbət üçün əlverişli şərait yaradasan,
tərəfdaşın diqqətini söhbətin mövzusuna cəlb edə biləsən.
Həmsöhbət həmişə nə isə yeni, maraqlı, mü-hüm bir şey
eşitmək ümidilə ilk ifadələrə, frazalara diqqətlə qulaq asır.
Əgər ilk frazalar o qədər də əhəmiyyət kəsb etmirsə, xüsusən
də həmsöhbətlərin sosial və-ziyyəti və təhsili arasında hiss
olunacaq dərəcədə fərq özünü göstərirsə, söhbət
başlanmadan belə bitə bilər
Problemin irəli sürülməsi və
informasiyanın ötürülməsi
Əgər söhbətdə bir neçə təklifə razılıq almaq tələb olunursa,
ən asan təklifdən başlamaq
lazımdır. Söhbətə müzakirə məsələsi ilə başlamaq lazım
deyil. Fikirləri-nizi qısa və aydın şəkildə izah etmək gərəkdir.
Bütün mülahizələrinizi elə əsaslan-dırmalısınız ki, qarşı tərəf
sizinlə razılaşsın. Birmənalı olmayan söz və ifadələrdən
çəkinmək lazımdır, yoxsa onlar səhv anlaşıla bilər.
Əsaslandırma
Əsaslandırmanı daha müvəffəqiyyətli edən bir sıra qaydalar mövcuddur.
Əsaslandırma zamanı istifadə edilən arqumentləri güclü, zəif və əsassız olmaqla
üç qrupa ayırırlar.
Güclü arqumentləri təkzib etmək, gözdən salmaq, etinasız yanaşmaq mümkün
deyil. Güclü arqumentlərə bunlar aid edilir: dəqiq müəyyənləşdirilmiş və
təsdiqlən-miş faktlar və fikirlər; real həyatda istifadə edilən qanunlar,
nizamnamələr, rəhbər sənədlər; tanınmış ekspertlərin gəldiyi nəticələr; tanınmış
mənbələrdən gətirilmiş sitatlar; yoxlanılmış statistik informasiyalar və s.
Opponentlərin şübhə ilə yanaşdığı arqumentlər zəir arqumentlər hesab edilir.
Bunlara az tanınan müəlliflərin fikirlərinə istinad; şəxsi xarakterli mülahizələr;
ehtimallar, hisslər əsasında formalaşdırılmış fikirlər, ümumiləşdirmələr;
natamam və yoxlanılmamış statistik məlumatlardan çıxarılan nəticələr və s.
daxildir.
Əsassız arqumentlər onlardan istifadə edən qarşı tərəfi ifşa etməyə, gözdən
salmağa imkan verir. Bunlara saxta faktlara söykənən fikirlər; şübhəli,
yoxlanılma-mış mənbələrə istinadetmə; qanuni qüvvəsini itirmiş qərarlar; saxta
sənədlərdən çıxarılan nəticələr; yalan bəyanatlar, saxta dəlillər və s.aiddir.
İşgüzar söhbətin uğurlu olmasına
yardım edən bir çox faktorlar vardır.
─ professional biliklər (vəziyyəti idarə etməyə imkan verir);
─ fikir aydınlığı (faktları və detalları əlaqələndirməyə, qeyri-
müəyyənlikdən, qarışıqlıqdan, anlaşılmazlıqdan qaçmağa kömək
edir);
─ əyanilik (illüstrasiyalı materiallardan, yəni sənədlər, informasiya
mənbələri,
cədvəl və sxemlərdən maksimal istifadəni nəzərdə tutur);
─ müəyyən ritm (söhbətin sonuna doğru onun intensivliyinin
artmasına səbəb
olur);
─ əsas müddəaların və fikirlərin təkrarı (həmsöhbətə informasiyanı
daha yaxşı qavramağa kömək edir);
─ gözlənilməzlik elementi ( baş verənlərə həmsöhbət üçün
gözlənilməz olan münasibəti özündə ehtiva edir);
─ yumor və ironiya (həmsöhbətin əhval-ruhiyyəsini qaldırır, söhbətin
müxtəlif aspektlərinin qavranılmasını yüngülləşdirir).
İşgüzar danışıqlar
İşgüzar danışıqlar
İşgüzar danışıqlar işgüzar
kommunikasiyanın elə bir spesifik
formasıdır ki, özünəməxsus qaydalar və
qanunauyğunluqlar əsasında həyata
keçirilir. İşgüzar danışıqlar daha rəsmi
və konkret xarakterə malik olur və
adətən, tərəflərin qarşı-lıqlı öhdəliklərini
müəyyənləşdirən müqavilə, saziş və s.
sənədlərin imzalanması- nı nəzərdə
tutur

Danışıqlara hazırlıq zamanı iki əsas İstənilən danışıqlar, adətən, üç əsas


istiqamətdə iş aparılır: mərhələdən keçir:
1) təşkilati məsələlərin həlli ─ danışıqlara hazırlıq;
2) danışıqların əsas məzmununun ─ danışıqların keçirilməsi;
hazırlanması. ─ danışıqların nəticələrinin təhlili.
İşgüzar iclas və müşavirələr
Fərdi işgüzar ünsiyyətlə yanaşı, işgüzar (xidməti) məsələlərin
qrup şəklində müzakirəsinin də müxtəlif formaları mövcuddur.
Bunların işərisində iclas və müşa-virələr ən geniş yayılmış
formalardır. Menecment nəzəriyyəsi iclas və müşavirələ-ləri
təyinatına görə daha sadə və ümumiləşdirilmiş şəkildə təsnif
etməyi təklif edir:
1. İnformativ müşavirə.Hər bir iştirakçı işlərin vəziyyəti barədə
rəisə qısa məruzə edir ki, bu da yazılı hesabatlardan qaçmağa v ə
hər bir iştirakçının idarədəki işlərin vəziyyəti barədə təsəvvür
əldə etməsinə imkan yaradır.
2. Qərarlar qəbul edilməsi məqsədilə keçirilən müşavirələr .
Konkret mə-sələ üzrə qərarlar qəbul edilməsi üçün t əşkilatın
müxtəlif bölmə və şöbələrini təm-sil edən iştirakçıların
fikirlərinin koordinasiyası həyata keçırilir.
3. Yaradıcı müşavirə. Burada yeni ideyalardan istifadə,
fəaliyyətin perspek-tiv istiqamətlərinin hazırlanması məsələləri
araşdırılır.
İclasın, müşavirənin düzgün tərtib olunmuş gündəliyi onun təşkil
olunmasınınəsas elementlərindən biri sayılır. Gündəlik, bir qayda
olaraq, qabaqcadan iştirakçılara göndərilən və özündə bir sıra
məlumatı əks etdirən yazılı sənəddir. Həmin məlumata bunlar
aid edilir:

♦ iclasın mövzusu;
♦ iclasın məqsədi;
♦ müzakirə ediləcək məsəllərin siyahısı;
♦ iclasın başlanma və bitmə vaxtı;
♦ onun keçirilmə yeri;
♦ əsas informasiya üzrə çıxış edən məruzəçilərin, eləcə də irəli
sürülən məsələlərin hazırlanmasına məsul olan şəxslarin soyadı və
vəzifəsi;
♦ hər məsələyə ayrılan vaxt;
♦ hər bir məsələyə aid materiallarla tanış olmaq üçün ayrılan yer.
Mətbuat konfransları

Mətbuat konfransı rəsmi şəxslərin (rəhbər vəzifəlilərin, siyasi xadiml ərin,


dövlət və hökumt nümayəndələrinin, ictimaiyyətlə əlaqələr üzrə
mütəxəssislərin, biznesmenlərin və b.) aktual məsələlərlə bağı ictima-
iyyəti məlumatlandırmaq məqsədilə mətbuat, televiziya v ə radio işçil əri
ilə təşkil olunan görüşüdür.
İşgüzar diskussiya
Telefon danışığı
Burada söhbət məişətimizə son illər
sürətlə daxil olmuş mobil
telefonlardan yox, yalnız stasionar
telefonlardan gedir) Telefon insanı çox
qüdrətli, yaxud tamamilə
hakimiyyətdən məhrum etməyə qadir
olan bir vasitədir.

Telefon danışığına aid əsas tələbləri


Telefon danışığı kompozisiyasının əsas formalaşdıraq:
ünsürləri bunlardır: • Yığcamlıq;
1. Qarşılıqlı təqdim olunma. • Məntiqlilik;
2. Həmsöhbətin işin məğzi ilə tanış • Təkrarların və uzun-uzadı izahların
edilməsi. olmaması;
3. Vəziyyətin müzakirəsi. (Qısa və • Dostcasına intonasiya;
konkret cavab tələb edən əsas və ikinci • Sözlərin, xüsusilə soyad və tarixlərin
dərəcəli məsələlərin ətraflı düşünülmüş aydın tələffüzü;
siyahısının olması zəruridir). • Nitqin orta sürəti;
4. Yekun sözü. • Səsin adi yüksəkliyi.

You might also like