You are on page 1of 21

ADU SABAH-401-2

Müasir Təhsilin Fəlsəfəsi

Vaqİf Fətullayev
 Fəlsəfə insan biliyinin ən qədim
sahələrindən biri, dünyagörüşü,
xarakterli problemlərin qoyuluşuna
və həllinə yönəlmiş mənəvi
fəaliyyətin xüsusi sahəsidir
Fəlsəfənin mənası nədir?

• Filo" və "sofiya" yunan sözləridir. "Sofiya" hikmət, "filo" isə
sevmək deməkdir."Filosofiya" — "hikməti sevmək" mənasını
verir. "Fəlsəfə" isə orta əsr şərq alimlərinin bu yunan sözünü
ərəb dilinə uyğun demələrindən yaranıb.
• İlk dəfə Pifaqor özünü "filosof" adlandırıb və deyib:
• "Mən öz yerimi bilirəm. Bilirəm ki, hikmət yalnız Tanrı biliyidir
və məndə ola bilməz. Mən ancaq hikməti sevə bilərəm"
Təhsil Fəlsəfəsi
 Hər bir mü əllimin ö zü nü n təhsil fəlsəfəsi var və
bü tü n fəaliyyətini bu fəlsəfə ü zərində qurur

 Onlar fəlsəfəyə əsaslanarkən ö zləri ü çü n nə


etdiklərini və etməyi nəzərdə tutduqlarını, nə və
necə edəcəklərini məntiqi ardıcıllıqla
cavablandırmağ ı bacarmalıdırlar
Təhsil Fəlsəfəsi nədir?

Təhsil siyasətinin hazırlanmasına və həyata


keçirilməsinə istiqamət verən fərziyyə, inanc,
qərar və standartları araşdırır, tutarlı olub-
olmaması istiqamətində nəzarət edir.

Təhsil sistemlərinin əsasında duran “İnsan”


anlayışlarını qiymətləndirir.
• Müəllimlər iki mühüm anlayışı yadda
saxlamalıdırlar:
I. Onlar kimdir və ya kim olmaq istəyirlər
II. Onlar nə edirlər və ya nə etməyi təklif edirlər

• Erik Bernin üç əsas sualı var:


I. Mən kiməm?
II. Mən niyə burdayam?
III. Bütün digər adamlar kimdir və onlar məndən nə
istəyirlər?
İDEALİZM

TƏHSİL
EKZİSTENSİALİZM
EKZİSTENSİALİZM REALİZM
NƏZƏRİYYƏLƏRİ

PRAGMATİZM
Realizm fəlsəfəsi
• Varlıqların insan şüurundan kənarda və ona bağlı olmadan var
olduğunu müdafiə edən bir fəlsəfi baxışdır. İnsan real həyatın içində
yaşayır. Şüurumuzdakı biliklərdən xarici aləmdən aldığımız hisslərə
görə şəkillənir və yeni faktorlar çıxdığında ona uyğun dəyişir. Bilikdə
xarici aləm əsasdır, şüurumuz deyil. Realist fəlsəfənin əsas
nümayəndələrindən biri Aristoteldir və o, həmçinin ilk sistematik
məntiq nəzəriyyəsinin yaradıcısıdır. Modern realizmin nümayəndələri
Fransis Bekon və Con Lokkdur.
• Realizm fəlsəfəsinə görə təhsil bütün insanlıq tarixi boyunca doğruluğu
müzakirəsiz qəbul edilən dəyərləri öyrətməlidir. Şagirdin nə
öyrənəcəyinə müəllim qərar verməlidir. Çünki o şagirddən daha bilikli,
ətraf mühutu daha yaxşı tanıyan və öyrədəcək olan bir insandır.
Müəllim şagirdlərə həm bilik verməli, həm də bu bilikləri tətbiq etməyi
öyrətməlidir.
İdealizm fəlsəfəsi
• Antik Yunan mədəniyyətindən bəri var olan idealizm
dünyadakı varlıqları düşüncənin məhsulu olaraq və ya
birbaşa düşüncənin özü olaraq ortaya qoyur. Duyğu
orqanlarımızın verdiyi bilik aldatmacadır. Dünya
duyğularımızdan başqa bir şey deyildir, hisslərimiz yox olsa,
ətrafımızdakı dünya da yox olar. Obyektlər ancaq bizim
varlığımızla və düşüncələrimizlə vardırlar.
• İdealizm Qərbdə ilk fəlsəfi fikir sistemidir. Görkəmli
nümayəndələri Sokrat, Platon, Avqustin, Dekart, Kant və
Hegeldir
• İdealizm fəlsəfəsinə görə təhsil ümumilikdə öz-özünü
formalaşdırma olaraq göstərilir. İnsan bilik toplayan canlı
varlıqdan daha artıqdır. İdealistlər insanın dəyərini yüksək
görürlər və təhsillə bu dəyərin daha da artacağına inanırlar.
Praqmatizm fəlsəfəsi
• Pragmatizm- gerçək olan, insana yararlı olandır. İnsan bu
dünyada öz çıxarlarına baxmalıdır, bizim üçün əlverişli olmayan
doğru deyildir. Gerçəklər, dəyərlər davamlı olaraq dəyişir, hər şey
sonsuza qədər eyni qalmır. Fərd öz düzlərini özü yaradır. Bu
cərəyanin əsasını 19-cu əsrin sonlarında Uilyam Jeyms qoyub və
davamçısı Con Dyuidir.
• Praqmatistlərə görə məktəb həyata hazırlıq deyil, həyatın özü
olmalıdır. Təhsil insanda öz təcrübələri vasitəsilə edilən
dəyişikliklərdir. Təhsilin məqsədi ağlı və zəkanı mədəniləşdirmə,
daim dəyişən mühitə uyğunlaşdırma yaratmaq, öyrənmə şagirdə
işləmə üsullarını, hadisələri və təcrübələri qiymətləndirməyi və
praktiki bir nəticəyə gətirməyi öyrədir və nələrin öyrədiləcəyi
davamlı olaraq meydana gələn dəyişmələrə hazır olmalı, praktiki
olaraq dəyəri olmayan şeylər öyrədilməməlidir.
Ekzistensializm fəlsəfəsi
• Existensializm-Cəmiyyətə qarşı çıxma, hər cürə dəyərləri heçə sayma
kimi ünsürləri olduğu üçün gənçlər tərəfindən qəbul edilmiş və tez bir
zamanda geniş əraziyə yayılmışdır. Bu fəlsəfəyə görə dünyada insandan
başqa bütün varlıqlar əvvəl hazırlanır və planlanır,sonra var olur.
Məsələn, bir stol, bir zavod ilk insanın beynində şəkillənir, formalaşır,
sonra var olur. İnsan isə varlıqdan əvvəldə gəlir. Nümayəndələri
Kirkqard, Nitşe, Sartr, Grin və s.
• Existensializm insanın bir sosial varlıq olaraq cəmiyyət içində və insanlıq
idealı üçün təhsilləndirilməsinə qarşıdır. Burada insanın sabah öləcəkmiş
kimi yaşaması və heç vaxt ölməyəcəkmiş kimi işləməsi, özünü inkişaf
etdirməsi vacibdir. Bu nəzəriyyəçilər insanların fərqli olduğunu nəzərə
alaraq qrup öyrənməsinə qarşıdırlar. Təhsil insanın öz-özünü inkişaf
etdirməsi üçün bir vasitədir. Eyni zamanda bütün əxlaq sistemləri aradan
qaldırılmalı, fərd sərbəst buraxılmalı, seçimini sərbəst olaraq özü
etməlidir.
TƏHSİL FƏLSƏFƏSİ NƏZƏRİYYƏLƏRİ

PROGRESSİVİZM

PRENNİYALİZM

ESSENTİYALİZM

REKONSTRUKTİYONİZM
Proqressivizm
• Progressivizm- pragmatist düşüncənin təhsilə tətbiq olunmasıdır.
Ənənəvi təhsilin six disiplininə, passiv öyrənməyə qarşıdır. Ən
tanınmış təmsilçiləri Con Dyui, H. Kilpatrik və Body.H. Bodedir.
Təhsil cəmiyyətdə ənənəvi olaraq davam edən standartları
dəyişməzlikləri deyil, davamlı olaraq dəyişən həyatı öyrətməlidir.
Təhsillənmiş insan həyata uyğun deyil, həyata istiqamət verən, onu
inkişaf etdirən olmalıdır. Xüsusilə ABŞ-da təhsilində bu nəzəriyyə
uşağın maraqlarına istiqamətlənməklı, şəxsi problemlərinin həllinə,
uşağın öz həyatını qurmasına doğru məqsədlənməlidir.
Prennializm
• Progressivizmin əksinə olaraq təhsil məqsədlərinin dəyişməz
olduğunu, davamlı olması lazım olduğunu müdafiə edən bir
nəzəriyyədir. Sürətli dəyişmə içərisində insanın təbiətinin eyni
qalması, əsas əxlaqi dəyər və prinsiplər təhsilin əsasını təşkil
etməlidir. Dünyanın hər yerindəki insan eyni olduğu üçün təhsilin
məqsədi də hər yerrdə eyni olmalıdır. Fiziki və mədəni fərqliliklər
vacib deyildir. Təhsil proqramları dövrlər və mədəniyyətləri
üstələməlidir. Bilik insana ən qısa yoldan verilməlidir.
Essentializm
• Təhsilin məqsədi bizə qədər yığılmış biliklərin ötürülməsinə
dayanmalıdır. Bunlar müəllim vasitəsilə şagirdlərə ötürülməlidir.
Təhsil uşağın maraqlarına dayana bilməz, çünki bu keçicidir,
təhsildə disiplin olmalıdır. Təhsilin mərkəzində müəllim var. Uşaq
dünyanı tanımaq, həyata hazırlanmaq üçün məktəbə gedir, onu öz
halına buraxa bilmərik. Çünki tarix boyunca yığılmış biliklər,
onun öz yaşayışı ilə tapacaqlarından daha vacibdir. Bu fəlsəfə görə
təhsil mədəniyyəti qorumalı, davamlılığına imkan yaratmalı,
cəmiyyətin qəbul etdiyi dəyərlər təhsil vasitəsilə yeni nəsillərə
ötürülməlidir.
Rekonstruksionizm
• Təhsilin vəzifəsi əsrimizin mədəni krizini aşmaq üçün cəmiyyətin
yenidən qurulmasıdır. Bu qurulma əsnasında bütün əsas dəyərlər
yenidən araşdırılmalıdır. Yeni bir cəmiyyət yaratmaq üçün məktəb
liderlik etməlidir.
• Müasir həyat içində sənaye sistemi, maddi və mədəni mənbələrin
insanlar tərəfindən istifadəsi nəzarət altına alınmalıdır. Köhnə
təhsilin işə yaramayan tərəfləri atılmalı, təhsildə məqsəd və
vasitələr yenidən qurulmalıdır. İçində olduğumuz sənaye dövrünə
uyğun bir mədəniyyət yaratmalı və yeni cəmiyyət demokratik
olmalıdır. Müəllim şagirdləri demokratik şəkildə dəyişməyə
hazırlamalıdır.
MARİA MONTESSORİ (1870-1952)
İtalyanın ilk qadın həkimi.
2 il boyunca Roma Universiteti
Tibb Fakültəsi “əqli cəhətdən
zəif uşaqlar hissəsi" nün
idarəçiliyini etmişdir.
1907 də, Romanın San
Lorenzo bölgəsində işləyən
ailələrin uşaqlarından ibarət
olan 60 nəfərlik qrupla işləmək
üçün universitetdəki
kürsüsündən və tibbi
tətbiqlərindən imtina edib.
Burada ilk Casa dei Bambinidə
Uşaqlar Evini qurur.
M. Montessori, müasir təhsil islahatçıları
arasında, təhsili, uşağın öz-özünə fəaliyyəti M. Montessori, inkişaf etdirdiyi bu
qanununa söykəyərək özünə xas bir təhsil yeni metodu, əvvəl məktəbəqədər
sistemi yaradan adamdır. dövründəki uşaqlar üçün qurulan
"Uşaq Evləri" ndə tətbiqə başladı.
M. Montessori, 1898-ci ildən etibarən, əqli Bu metod daha sonraları əsas
cəhətdən geri qalan şagirdlərlə əlaqədar alınaraq, müxtəlif ölkələrdə
bir məktəbi idarə etməyə başladıqdan normal məktəblərə tətbiq olundu
sonra, Edouard Seguin'in təhsil və bu surətlə də "Montessori
materiallarını, tənqidi bir əsasda yeni Məktəbləri" açılmağa başlandı.
başdan işləyib tətbiq və inkişaf etdirdi. Montessori üsulunun təməl
prinsipi "hər uşaq öz-özünə
M. Montessori'nin böyük müvəffəqiyyəti, fəaliyyət göstərə bilər və təhsildə
E. Seguin'in əqli cəhətdən geri uşaqların bu ana nöqtədən hərəkət
üzərinə inkişaf etdirdiyi təhsil sistemini, edilməlidir”.
normal uşaq üzərində tətbiqi reallaşdırmış
olmasıdır.
Əgər bu şərtlər təmin edilsə, o zaman
Ona görə, uşaq fəaliyyət sahəsini və uşaq, yetkinlərin başqa bir təsirinə
bunun şəklini, özünə görə seçir. O gərək qalmadan, bu fəaliyyətlərini tam
halda ediləcək iş, uşağın bu öz-özünə olaraq və davamlı bir şəkildə yerinə
fəaliyyət göstərmə reaksiyasına yetirər.
uyğun düşə oyun və məşğuliyyət Bu surətlə uşaq, öz özünü təmin edər
materiallarını təqdim edərək, onun və fərqinə belə varmadan öz özünü
qabiliyyətlərinin bu surətlə heç bir inkişaf etdirərək öyrədər.
xarici köməyə ehtiyac qalmadan Bu görüşə görə təlimatçı bir adamın
açılıb inkişafını təmin etməkdir. etməsi lazım olan əsas məsələ budur:
Demək olur ki, Montessori'ye görə, Uşağın ehtiyacları nələrdir?
hər uşaq öz özünü öyrətmə gücünə Ehtiyaclarına nə şəkildə cavab vermək
malikdir. lazımdır?
Eyni şəkildə hər uşaq, öz inkişaf Bunlar təsbit edildikdən sonra
addımında uyğun bir şəkildə, təlimatçılar ikinci vəzifəsi, gerçək ətraf
müəyyən bir fəaliyyət göstərmə şərtləri və fəaliyyət göstərməyi təmin
ehtiyacından malikdir. edəcək vasitələri yaratmaqdır.
Bu vasitələr, M. Montessori'ye görə elə sadə
olmalıdır ki, uşaq bunları ən asan şəkildə
istifadə edə bilməlidir. Bu vasitələr, uşağın
diqqətini toplamağa uyğun olmalı, səhvlərini
şəxsən düzəltməyə kömək olmalıdır.

Görünür ki, Montessori tərəfindən inkişaf


etdirilən təhsil sistemində, illik Derece
sisteminə ehtiyac qalmır. Çünki şagird,
öyrənmə materiallarını sərbəst seçərək, bu
yolla da özünə uyğun düşən bir şəkildə öyrənir

Bu təhsil sistemində müəllim geri


plana alınmaqla yanaşı təhsildə
iştirakı daha da güclənməkdədir.

Bu sistem, digər tərəfdən müəllimin


tək-tək hər bir şagirdlə fərdi şəkildə
məşğul olmasını məqsəd
qoymaqdadır.
MÜASİR TƏHSİL FƏLSƏFƏSİNİN
ƏSAS PROBLEMLƏRİ:
TƏHSİLİN GÜCÜ VƏ SƏRHƏDLƏRİ
MƏKTƏBLƏ HƏYATIN ƏLAQƏSİ
ƏTRAF MÜHİT DƏYİŞİŞİKLİKLƏRİ
VƏ İNSAN
BİLİK CƏMİYYƏTİ VƏ İNSAN
TƏHSİLİN MƏQSƏDİ

You might also like