You are on page 1of 11

Şahin İbrahimxəlilov

Qrup: S301-3
FH ZAMANI ƏHALININ
KÖÇÜRÜLMƏSI
KÖÇÜRMƏ TƏDBIRLƏRININ YERINƏ YETIRILMƏSI FÖVQƏLADƏ
HALLARDA ƏHALININ MÜHAFIZƏSININ ƏN SƏMƏRƏLI
ÜSULLARDAN BIRIDIR.

 Əhalinin təxliyəsi (müvəqqəti köçürülməsi) adamların həyatı və fəaliyyəti üçün


təhlükə yaranan rayonlardan – təbii və texnogen xarakterli fövqəladə hal
zonasından əhalinin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatla və ya piyada)
təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.

 Təxliyə əhali zərbə faktorları təsiri olan rayonlardan və ərazidən təhlükəsiz rayon
və məntəqələrə tam çıxarıldıqda başa çatmış hesab olunur.
Müharibə zamanı təxliyənin əsas
prinsipləri
 Təxliyə ərazi-istehsalat prinsipi üzrə planlaşdırılır, təşkil olunur və həyata
keçirilir.

 Ərazi-istehsalat prinsipinə görə FH baş verən ərazidən işləyən insanların,


qulluqçuların, orta ixtisas təhsil müəssisələrinin, peşə-texniki məktəblərin
tələbələrinin, müəssisələr, təşkilatlar və təhsil müəssisələri üzrə təxliyəsini

 Istehsalatda və xidmət sahəsində çalışmayan qalan əhalinin-yaşayış ərazisində


mənzil-istismar idarələri üzrə təxliyəsini nəzərdə tutur.
Təhlükəsiz zona aşağıdakı şərtləri təmin
etməlidir:
 • müasir qırğın silahlarının təsirindən və dağıntılardan əhalinin etibarlı
mühafizəsi;

 • müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal


vaxt sərf etməklə gətirilməsi;

 • MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli şəraitdə


qruplaşdırılması;
Təxliyyənin intensivliyini artırmaq üçün
aşağıdakı qaydalardan istifadə edilir
 • nəqliyyat yolları təkmilləşdirilir və qaydada salınır;
 • mövcud olan rabitə sistemi inkişaf etdirilir;
 • mənzil fondu, tibbi komunal, ticarət müəssələri köçürülüb gətirilən əhalinin
yerləşməsi və ona xidmət göstərilməsinə hazırlanır;
 • əlavə su təchizatını mənbələrinin, digər mühəndis texniki tədbirlərinin yerinə
yetirilməsi işləri təşkil edilir.
Təxliyyə tədbirləri aşağıdakı məqsədlərlə planlaşdırılır və həyata keçirilir:
 • Kateqoriyalı şəhərlərin əhalisinin mümkün itkilərini azaltmaq və ixtisaslı mütəxəssis
kadrlarının saxlamaq üçün;
 • İqtisadiyyat obyektlərinin müharibə dövründə öz istehsal fəaliyyətinin
dayanıqlılığını təmin etmək;
Təxliyyənin variantları

 Qabaqlayıcı:
Potensial təhlükəli obyektlərdə layihədən kənar qəzanın və ya təbii fəlakətin baş
verməsi ehtimalı yarandıqda əhalinin qabaqlayıcı təxliyəsi həyata keçirilir.

Təcili (təxirəsalınmaz):
Fövqəladə vəziyyət yarandıqda əhalinin təcili (təxirəsalınmaz) təxliyəsi həyata
keçirilir.
Təxliyyənin növləri

Lokal

Yerli

 Regional
 Hərbi konfliktin miqyasından, inkişafından, şəraitin konkret xüsusiyyətlərindən
və əhalinin təxliyə tədbirlərinə cəlb edilməsindən asılı olaraq əhalinin
təxliyyəsinin aşağıdakı növləri vardır:

 Ümumi təxliyə
 Qismən təxliyə.
• internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəlllimlər heyəti və
onların ailə üzvləri ilə birlikdə;
• həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət;
• uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssisələrinin uşaqları təhlükəli
rayonlardan çıxarılır.
Köçürmə zamanı adamlar öyrəşdikləri
yaşayış yerlərini tərk etməyə, əmlakının
xeyli hissəsini qoyub getməyə, vərdiş
etmədikləri şəraitdə yaşamağa vadar
olacaqlar. Hamı başa düşməlidir ki,
müəyyən olunmuş davranış qaydalarına
riayət etmək hər bir vətəndaşın borcudur.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜRLƏR

You might also like