You are on page 1of 10

Tələbə:Həsənov Nihad

Kurs: 1
Qrup:1331
Fakültə: Hüquq
Mövzu: KİV-də ədəbi dil
normalarının pozuntusu
Dövlətin əsas atributlarından biri də onun dilidir. Dilin təmizliyini, saflığını,
özünəməxsusluğunu qorumaq xalqın əsas vəzifələrindəndir. Bu vəzifə hüquqi və
siyasi anlam daşımaqla yanaşı, həm də mənəvi öhdəlikdir. Hər bir azərbaycanlı
dövlət dili haqqında imzalanan fərmanlar və sərəncamların, qanunlar və qərarların
tələblərinə tam şəkildə əməl etməklə, müstəqil dövlətin möhkəmlənməsinə,
inkişafına, təmsil olunduğu xalqın ali düşüncəsinin müasir dünyaya maneəsiz
çıxmasına böyük töhfə vermiş olar.  
 
Təəssüf ki, son illər Azərbaycan dilinin zəngin imkanlarından faydalanmaq əvəzinə,
sözlərin yad dildən gələn qarşılığından daha çox istifadə edilir, xüsusən
teleməkanda, yazılı və elektron mətbuatda fonetik, qrammatik, leksik üslub
qaydaları pozulur, terminlər, neologizmlər, xüsusi adlar və abbreviaturalar düzgün
səsləndirilmir.
Dildən istifadə ilə bağlı bütün qaydalar “Azərbaycan Respublikasında dövlət dili
haqqında” Qanunla tənzimlənir. Qanunun tələbini pozanlar ictimai qınaqla
qarşılaşır, əgər onlar media nümayəndələridirlərsə, tamaşaçı və oxucularını
itirir, nəticədə toplum alternativ kimi, xarici telekanallara, saytlara üz tutur.
Belə aqibətin yaşanmamağı ana dilimizin qorunmasından çox asılıdır.
 
2013-cü il, 9 aprel tarixli Sərəncamın imzalanması cavabdeh qurumları, xüsusən KİV
orqanlarını bu sahədə daha məsuliyyətli olmağa sövq etdi. Həmin tarixdən keçən 5 il
ərzində xeyli irəliləyişə nail olunsa da, bəzi mənfi hallar hələ də qalmaqdadır.
Azərbaycanda heç vaxt dilçiliyə və dilçilik elminə hazırkı qədər diqqət ayrılmayıb.
Dövlət Proqramı bu diqqətin bariz nümunəsidir. Dövlət Proqramının məqsədi
Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını,
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini,
ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı
istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq
səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə
əlaqələndirilməsini təmin etməkdir.
 
Monitorinqlərdə Şuranın “KİV-lərdə ədəbi dil qaydalarının
pozulmasının müəyyənləşdirilməsinə dair Təlimat”ına uyğun
olaraq dil pozuntularının qeydə alınması üçün materiallar beş
istiqamət üzrə - leksik, morfoloji, sintaktik, üslubi və
texnoloji (qəzetçilik texnologiyası) baxımından təhlil olunur”.
Ə.Amaşov qeyd edib ki, ənənəvi mediada dil pozuntuları
elektron mediadan xeyli azdır: “Hazırkı dövrdə ictimai rəyin
formalaşmasında və zəruri informasiyaların cəmiyyətə
çatdırılmasında elektron medianın rolunun üstün olduğu
nəzərə alınaraq, dil normalarının qorunmasına daha çox
diqqət yetirilməsi mühüm əhəmiyyət kəsb edir.
İnformasiyanın çatdırılma texnologiyalarındakı prinsipial fərqlərə
baxmayaraq, yazılı mətbuat kimi elektron media da mahiyyətcə
dil hadisəsidir.

Digər tərəfdən, qəzetlər və jurnallar öz materiallarını


hazırlayarkən elektron informasiya vasitələrinin yayımladığı
informasiyalardan geniş istifadə edirlər və təcrübə göstərir ki,
istinad vasitələrində yol verilmiş dil pozuntuları islah olunmadan
mətbuat səhifələrinə çıxarılır və beləcə, səhvlər təkrarlanır”.
“Azərbaycan dilinin ədəbi normalarının qorunmasını diqqət mərkəzində
saxlayan MTRŞ 2011-ci ildən dilçi alimlərin iştirakı ilə teleradio kanallarında
yayımlanan proqramların monitorinqinin aparılmasına başlayıb”, - deyən sədr
əlavə edib.
N. Məhərrəmli bildirib ki, telekanallarda yaradılan bədii şuralar ilkin olaraq öz
müsbət nəticəsini göstərib: “Hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir.
Azərbaycan dili məsələsi hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzi kimi istifadəsi və


əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün
əlverişli zəmin yaradılıb. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi
hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi
imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə
yüksəldilməsini tələb edir”.
 
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə 1 il
şərti olaraq inzibati cərimə tətbiq ediləcək.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik
müzakirəyə çıxarılıb.
Belə ki, bununla əlaqədar olaraq Məcəlləyə müvafiq əlavə edilib. İnzibati Xətalar Məcəlləsinin 116-cı
maddəsinə (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) dəyişikliklə, bu inzibati xətanı (kütləvi
informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) inzibati tənbeh
almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar
törədilməsi halları istisna olmaqla, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs)
inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.
Milli Məclisdə I və II oxunuşda müzakirəyə çıxarılan layihəyə əsasən, KİV-də, internet informasiya
resurslarında və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslərin yüz
manatdan iki yüz manatadək, vəzifəli şəxslərin üç yüz manatdan dörd yüz manatadək, hüquqi şəxslərin
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilməsi təklif olunurdu.
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normaları əsasında fəaliyyət göstərən
formasıdır, yəni xalq dilinin cilalanmış təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir.
Ədəbi dil bütün üslubların sistemidir.
Ədəbi dilin yazılı və şifahi formaları var.
Müasir Azərbaycan ədəbi dilinin normaları mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən
tarixi təkamülün məhsuludur. Bu cür normalılıq (normativlik) ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin
daxili quruluşunu əks etdirməsindən irəli gəlir.
Dilin daxili quruluşunu onun fonetikası, leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Müasir Azərbaycan
ədəbi dilinin normaları da buna uyğundur:
1)fonetik norma (orfoqrafik və orfoepik).
2)leksik, yaxud leksik-semantik norma.
3)qrammatik
Fonetik norma
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma, tələffüz qaydası isə orfoepik norma adlanır.
Fonetik normada dəyişmə gec olur. Orfoepik və orfoqrafik normanın pozulması fonetik normanın
pozulması deməkdir.
Leksik norma
Leksik norma hər bir şəxsdən sözün mənasına bələd olmağı, onu düzgün, yerində işlətməyi tələb edir.
Leksik (leksik-semantik) normanın keyfiyyətini milli leksika müəyyən edir. Alınma sözlərin forma və
məzmunca milliləşməsi həmin leksik mühitdə gedir. Fonetik və qrammatik norma ilə müqayisədə leksik
normada dəyişkənlik daha tez olur.
Milli leksika (əsl türk sözləri) ədəbi dildə alınma sözlərlə müqayisədə daha fəaldır, yüksək işlənmə
tezliyinə malikdir. İkinci yeri milliləşmiş alınma leksika tutur.
Ədəbi dildə söyüşlərə, kobud və loru sözlərə yer verilmir.
Dilimizdə özləşmə meylləri
Özləşmə deyəndə alınma sözlərin yerində millisini işlətmə meyli nəzərdə tutulur. Dilimizdə XX əsrin
60-cı illərindən başlayaraq özləşmə meyilləri müşahidə olunur.
Özləşmə hər cür yeni söz yaradıcılığı demək deyil. Bu proses daha çox mövcud alınma sözlərin
işlədilməsi əleyhinə yönəlir və məhz həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olur.
Vaxtilə qurultay, bildiriş, görüntü, seçki, ildönümü kimi sözlərin yaranması türkləşdirilmə prosesi ilə
bağlı olmuşdur. Son zamanlar isə leksik vahidlər öz qeyri-türk mənşəli qarşılıqları ilə paralel işlənir
və həmin sözlərin sinonimlik imkanlarını artırır:
duracaq, əyləc (tormoz), saxlanc (maliyyə termini
kimi), dönəm (mərhələ), çağdaş (müasir), durum (vəziyyət), yüzillik (əsr), qaynaq (mənbə), özəlləş
mə (xüsusiləşmə), soyqırım (genosid) nəfəslik (fortuçka), açıqca (otkrıtka), bölgə (ərazi), çimərlik...
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da (bunlara dirilən sözlər deyilir)
özləşmə prosesinin təsiri ilə baş verir: çavuş, yarlıq, ulu, ulus, dürlü, araşdırma.

You might also like