You are on page 1of 18

1st

Grade

Pataloji fiziologiya
Mövzu-3-cü 4-cü tip allergik
reaksiyalar
Tələbə Yusibova Aynur 221 a
7a
• 3-cü tip allergik
reaksiyaların inkişafı dövr
edən immun
komplekslərlə əlaqədardır.
• Allergen rolunu
3-cü tip allergik bakteriya,virus,göbələkici
k, dərman preparatları,
reaksiyalar qida maddələri oynaya
bilər.
• Bu reaksiyaların
yarannması üçün allergen
həll olmuş formada
olmalıdır.
• Immunkompleks
reaksiyalarında
İgM,İgG1,İgG2,İgG3
iştirak edir.
Bu tip allergik reaksiyaların yaranması üçün allergenlərin həll olmuş
formada olması vacib şərtdir. Adətən əmələ gələn belə komplekslər
faqositoza uğrayır və orqanizmdən kənarlaşdırılır. Orqanizmə
arasıkəsilmədən daxil olan antigenlərə qarşı immun sistemin belə
reaksiyası normaldır. Ancaq bir sıra hallarda reaksiyanın belə gedişi
pozulur və toxumaların zədələnməsi baş verir. Bunun üçün
orqanizmdə aşağıdakı şərait olmalıdır:
▪ antigenin cüzi artıqlığı;
▪ immun komplekslərin əmələ gəlmə sürətinin onların eliminasiya
sürətindən üstün olması;
▪ komplekslərin qan dövranında dövretmə müddətinin artması.
Bunun səbəbi ya faqositlərin həmin kompleksi udma qabiliyyətinin
pozulması, ya da antigenin orqanizmdə uzun müddət dövr etməsi ilə
əlaqədar komplekslərin fasiləsiz yaranmasıdır;
▪ mikrosirkulyator damarların müəyyən hissəsində keçiriciliyin
artması.
● Dövr edən immunkomplekslər 3 cür olur:
● Iri ölçülü
● Kiçik ölçülü
● Orta ölçülü
● Qeyd olunan allergenlərə qarşı IgM, IgG1, IgG2 və IgG3 sinfindən olan
presipitasiya etmək qabiliyyətinə malik anticisimlər sintez olunur. Dövr edən
immun komplekslərin hamısı allergik reaksiya törətmir Bunlardan yalnız orta
ölçülü immunkomplekslər allergik reaksiya törədir. Kompleksin ölçüsü antigen və
anticisimlərin miqdarından, eləcə də onların bir-birinə olan nisbətindən asılıdır.İri
ölçülü immun komplekslər anticisimlərin miqdarı çox olduqda əmə­lə gəlir. Bu
komplekslər sürətlə faqositoza uğradılaraq, qan cərəyanından kə­­narlaşdırıldığı
üçün patogen təsir göstərmir. Kiçik ölçülü immun kompleks­lər antigenin miqdarı
çox olduqda əmələ gəlir. Bu komplekslər uzun müddət qan­da və ya toxuma
mayesində dövr edir, lakin zəif zədələyici aktivliyə malikdir Orta ölçülü
immunkomplekslər antigenin cüzi miqdarda artıq olması nəticəsində əmələ gəlir və
onlar komplement sistemi klassik yolla aktivləşdirərək 3-cü tip allergik
reaksiyaların inkişafına səbəb olur.
3-cü tip allergik reaksiyaların inkişaf
mexanizmi

İmmunkompleks reaksiyaların inkişafında


komplementin C3,C4,C5-9
komponentləri,lizosomal
fermentlər,oksigenin fəal
formaları,kininlər(bradikinin),histamin,seroto
nin iştirak edir.

Qanda və limfada dövr edən immunkomplekslər


mikrosirkulyator damarların divarına
presipitasiya edərək onları zədələyir.

Bu isə həmin damarların qidalandırdığı toxuma


və orqanlarda iltihabın inkişafı ilə nəticələnir.
● Sitotoksik reaksiyalar zamanı iltihabın
lokalizasiyasından asılı olaraq müvafiq
xəstəliklər yaranır:
● Sistem qırmızı qurd eşənəyi
● Düyünlü periartrit
● Vaskulit
● Qlomerulonefrit
● Revmatoidli artrit
● Psoriaz
● Serum xəstəliyi
● Artyus fenomeni
Sistem qırmızı qurdeşənəyi Qlomerulonefrit Revmatoidli artrit

Vaskulit Psoriaz Serum xəstəliyi


Artyus fenomeni– nekrozla gedən yerli hiperergik reaksiyadır. Vak­
sin­lərin, müalicəvi zərdabların, dərman preparatlarının
(antibiotiklər) in­yek­siya edildiyi nahiyələrdə yaranır. Bu
məqsədlə heyvanın dərisi altına normal at zərdabı yeridilir.
İnyeksiyalar hər 5 gündən bir təkrarlanır. 2-3-cü inyeksiyadan
sonra at zərdabı yeridilən nahiyədə iltihab əlamətləri (hipere­
miya, eritema, qansızma ocaqları), 5-ci inyeksiyadan sonra isə
nekroz yaranır. Mikroskopik müayinə zamanı damarların
mənfəzində və divarında presipitatların toplanması, birləşdirici
toxumanın müxtəlif dərəcəli pozul­maları, neytrofil və
eozinofil infiltrasiyası, venulaların trombositlərlə tıxan­ması və
qansızma müşahidə edilir. İmmunoflüoresent metodla
zədələnmə nahiyələrində immunoqlobulin və komplement
komponentləri aşkar edilir.
 
Serum xəstəliyi-tərkibində coxlu miqdarda zülal olan serumların müalicəvi və ya
profilaktik məqsədlə parentral yeridilməsi zamanı yaranır. Bu zaman orqanizmdə
yeridilən antigenə anticisim sintez olunur.Lakin antigen artıqlığı şəraitində immun
komplekslərin miqdarı çox olduğundan onlarin hamısının eliminasiyasi mümkün
olmur.Eliminasiya oluna bilməyəyn immun komplekslər damar endotelində
toplanaraq,müvafiq orqanları zədələyir.
Kliniki əlamətləri-oynaqlarda ağrı,dəridə ödəm,səpkilər limfa düyünləri böyüyür,bədən
temperaturu yüksəlir.Xəstəliyin kliniki əlamətləri inyeksiyadan 7-8 gün sonra
başlayır,12-14-cü gün maksimuma çatır.Bu əlamətlər məhz immun komplekslər
formalaşdıqdan sonra təzahür edir.
4-cü tip – ləng gedişli hiperhəssaslıq reaksiyaları

4-cü tip allergik reaksiyalarda hüceyrədaxili mikroorqanizmlər


( vərəm,brusellyoz,difteriya,qızılca,çiçək,herpes ), göbələkciklər,
toxuma zülalları və s. antigen rolunu oynayır.

Bu reaksiyaların fərqi ondadır ki, burada anticisimlər deyil, allergenə


qarşı spesifik reseptoru olan effektor T-limfositlər iştirak edir.

Və bu reaksiyalar 2 mexanizmlə həyata keçirilir:


1.CD4+Th1-cell – ləng gedişli hiperhəssaslıq reaksiyaları
2.CD8+T-killer - birbaşa sitotoksiklik
● CD4+Th1-hüceyrələrin azad etdiyi sitokinlər (İL-12,İL-2,İFN-y) digər effektor hüceyrələri allergenin
olduğu nahiyəyə cəlb edir və makrofaqlar antigen daşıyan hüceyrəni faqositoza uğradır.
● CD8+T-killer hüceyrələr isə birbaşa özü antigen daşıyan hüceyrəni lizisə uğradır.
4-cü tip allergik reaksiyaların mediatorları
• Ləng gedişli hiperhəssaslıq reaksiyalarının
əsas fərqləndirici xüsusiyyəti etioloji amilə
və onun məhsullarına qarşı mononuklear
iltihabi reaksiyanın inkişafıdır.
• Etoloji amil (antigen) eliminasiya edilə
bilmədiyindən xroniki iltihab-qranulema
yaranır.
• Qranulema – fibroz kapsula malik və
limfositlərlə əhatə olunmuş makrofaqlar
toplusudur.
Tuberkulin sınağı, kontakt dermatit,transplantatın ayrılma reaksiyası, 1-ci tip şəkərli diabet,
bir sıra allergik, autoimmun reaksiyaların əsasını 4-cü tip allergik reaksiyalar təşkil edir.
Kontakt dermatiti – CD4+ lənggedişli hiperhəssaslıq reaksiyalarına aiddir. Bitki
zəhərlərinin və məişətdə istifadə olunan kimyəvi maddələrin dəri ilə təkrarən
kontaktı nəticəsində yaranır, intraepidermal vezikulların əmələ gəlməsi ilə müşayiət
olunur.
Transplantatın qopma reaksiyası
• Orqanizmə köçürülən istənilən toxuma və ya orqan
resipientin antigen homoestazını pozur. Resipientin
immun sistemi buna müvafiq reaksiya ilə cavab verir.
(2,3,4-cü tip)
• Bilavasitə cavab zamanı CD4+Th1 donorun MHC 2 ilə
təqdim etdiyi antigeni tanıyaraq, proliferasiyaya uğrayır,
sitokinlər ifraz edir və ləng gedişli hiperhəssaslıq
reaksiyalarını yaradır.CD8+ isə MHC 1 molekullarını
tanıyaraq oni donorun hüceyrələrini məvh edən
sitotoksik T-limfositlərə çevirir.
• Dolayı cavabda isə antigenlər donorun hüceyrələrini
lokal ləng gedişli hiperhəssaslıq reaksiyaları ilə
zədələyir və anticisim yaratması üçün B-hüceyrələri
stimulə edən CD4+ hüceyrələri fəallaşdırır.
Diqqətinizə görə
təşəkkürlər

You might also like