You are on page 1of 12

• Çoxluq anlayışı riyaziyyatın ilk anlayışlarındandır.

Ədədlərdən təşkil olunmuş çoxluğa baxaq. Məsələn,


birrəqəmli natural ədədlər çoxluğu: 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bu
çoxluğa daxil olan ədədlərin hər birinə birrəqəmli natural
ədədlər çoxluğunun elementi deyilir.
• Çoxluğu əmələ gətirən obyekt onun elementi adlanır.
• Çoxluğu latın əlifbasının böyük hərfləri A, B, C,...., X, Y, Z ilə
elementini isə həmin əlifbanin kiçik hərfləri a, b, c,..., x, y, z
ilə işarə edirlər.
• Birrəqəmli natural ədədlər çoxluğunu A ilə işarə etsək, onda
bu çəxluğu böyük mötərizənin köməyi ilə belə yazmaq olar:
A={1, 2, 3, 4, 5, 6, 7, 8, 9}
• Sonlu sayda elementi olan çoxluğa sonlu çoxluq deyilir.
Məsələn, birrəqəmli natural ədədlər çoxluğu:
A={1, 2, 3, 4, 5, 6, 7, 8, 9}

• Elementlərinin sayı sonsuz olan çoxluğa sonsuz


çoxluq deyilir. Məsələn, natural ədədlər çoxluğu:

N={1, 2, 3,...}

• Elementi olmayan çoxluq boş çoxluq adlanır və Ø


kimi işarə olunur.
• A çoxluğunun hər bir elementi həm də B çoxluğuna
daxildirsə, A-ya B-nin alt çoxluğu deyilir və AcB kimi
işarə olunur.

A={3, 5, 7}, B={2, 3, 4, 5, 6, 7, 8}


AcB

• Eyni elementlərdən təşkil olunmuş çoxluqlara


bərabər çoxluqlar deyilir.

A={4, 6, 7, 5}, B={7, 6, 5, 4}


A=B
 Elementləri müxtəlif obyektlər olan çoxluqlar da var.
Məsələn:
HƏYATDA MÜXTƏLIF TƏBIƏTLI
ELEMENTLƏRI OLAN ÇOXLUQLARA BAŞQA
ADLAR DA QOYULUR.
• İki çoxluqdan heç olmasa birinə daxil olanelementlərdən
təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir və
“υ” kimi işarə olunur:

A={1, 3, 4, 5, 7, 8}, B={1, 3, 5, 7, 8, 9, 10}


AυB={1, 3, 4, 5, 7, 8, 9, 10}

• İki çoxluğun ortaq elementlərindən təşkil olunmuş çoxluğa bu


çoxluqların kəsişməsi deyilir və “∩” kimi işarə olunur:

A={1, 2, 4, 5, 7}, B={4, 5, 7, 8, 9}


A∩B={4, 5, 7}
 A və B çoxluqlarının birləşməsi və kəsişməsini əyani
şəkildə Eyler-Venn dairələrinin köməyi ilə göstərmək
olar.
C ÇOXLUĞUNDA “AZƏRBAYCAN” SÖZÜNƏ, D
ÇOXLUĞUNDA ISƏ “ANA” SÖZÜNƏ DAXIL
OLAN HƏRFLƏRI YERLƏŞDIRƏK.

You might also like