You are on page 1of 16

Fakültə:QNMF

Qrup:297.20
Tələbə adı:Vüsal Fərzullazadə
Fəndın adı: Quyuların istimar üsulları
Mövzu:Layların açılması
Perforasiya
vasitəsilə
layların
açılması
Təkrar açılma zamanı lay ilə quyu
gövdəsi arasında əlaqənin yaradılması
üçün müxtəlif növlü və konstruksiyalı
deşici və partlayış yaradan aparatlardan
istifadə olunur. Layların təkrar açılması
perforatorlar vasitəsilə həyata keçirilir
Hidroqumşırnaqlı;
Kumulyativ;
Torpedalı;
Gülləli.
Hidroqumşırnaqlı
perforasiya

Quyuların hidroqumşınaqlı perforatorla


açılmasının mədən sınağı və təcrübəsi
göstərir ki, bu üsul ilə daha dərin (uzun)
kanallar açmaq mümkündür. Bu
perforasiya üsulu qoruyucu kəmər,
sement halqası və lay süxurlarında yerli
erroziya yaradılması əsasında həyata
keçirilir. Bu perforasiya aparılan aparatlar
quyuya nasos-kompressor və ya qazma
boruları vasitəsi ilə buraxılır.
Hidroqumşırnaqlı perforasiya üsulu, digər
üsullardan aşağıdakı üsttünlükləri ilə fərqlənir:

1.Bu zaman perforasiya zonasında süxurların


sıxlaşması baş vermir və onların təbii fiziki
xassələri dəyişmir;
2.Sement halqası dağılmır və istismar kəmərində
digər perforasiya üsullarında olduğu kimi çatlar
əmələ gəlmir.
3.Laylarda daha dərin kanalların açılmasına (1 m–
dən böyük) və laydan quyudibinə maye axınının
daha da yaxşılaşmasına imkan yaranır;
4.Gələcəkdə layların selektiv hidravlik yarılması
və quyudibi zonanın turşu ilə işlənməsi üçün
münbit şərait yaranır.
Müəyyən quyu kateqoriyaları vardır ki, bu
quyularda istismar obyektini digər perforasiya
üsulları vasitəsilə açmaq mümkün olur. Bu quyu
kateqoriyaları aşağıdakılardır:

1.Çoxkəmərli konstruksiyası olan quyular;


2.Qazılma prosesində istismar obyektlərinin
çox güclü gilləşməsi və sementləşməsi olan
quyular;
3.İstismar kəmərində mayenin statik
səviyyəsinin az olduğu quyular;
4.Kiçik keçiriciliyə malik olan layları istismar
edən quyular;
5.Çox dərin quyular;
6.Yüksək lay təzyiqli quyular
Mayedə istifadə olunan kvars qumunun qatılığı bir litr üçün təxminən 50–75 qram götürülür. Qumdaşıyıcı maye kimi
karbohidrogen-turşu emulsiyası, qazsızlaşmış lay nefti, lay suyu və ya səthi aktiv maddə (SAM) əlavə edilmiş xlorlu kalsiumun
sulu məhlulu istifadə edilə bilər. Kvars qumunun fraksiyası isə müxtəlif götürülür. Təcrübə göstərir ki, kvars qumunun diametri
0,5–0,8 mm olduqda daha yaxşı nəticə alınır. Mədən təcrübəsindən məlumdur ki, hissəciklərə böyük sürət verilərsə, hətta kiçik
miqdarda qum abrazivlik xüsusiyyətinə malik olur. Mayeyə kiçik miqdarda polimer əlavə edilərsə, şırnağın abraziv təsiri
güclənir. Bu zaman polimer məhlulu metalı daha yaxşı deşir
Hidroqumşırnaqlı perforasiyanın başqa
üsulu da mövcuddur. Bu üsulun mahiyyəti
belədir: Tətbiq edilən hidroqumşırnaqlı
perforatorda taxma borucuqlar,
perforatorun oxuna müxtəlif bucaq altında
yerləşdirilir. Əvvəlcə iki maili kanal yaradılır.
Sonra perforator bir qədər yuxarı qaldırılır
və yenidən perforasiya aparılır. Bu zaman
əmələ gələn kanallardan biri, artıq mövcud
olan kanl ilə kəsişir, sonra işlənilib sərf
olunmuş qum-maye qarışığı kənara
ötürülür və kanal yaradan şırnağa az mane
olur. Daha sonra perforatorun analoji
yerdəyişməsi aparılır.
Kumulyativ
perforasiya
Kumulyativ perforasiya, kumulyativ təsirli
partlayıcı maddələrin partlaması nəticəsində
əmələ gələn yüksək təzyiqli qaz şırnağının
deşici qabiliyyətinə əsaslanır. Partlayış
dalğasının yayılması istiqamətinə simmetrik
oyuğu olan partladıcının partlaması zamanı
alınan məhsulların istiqamətlənmiş axını baş
verir. Dağıdıcı kumulyativ şırnağın sürəti 8000-
10000 m/san həddinə qədər çatır. Maneəyə
rast gəldikdə yaranan təzyiq isə 30000 MPa
olub, polad və süxurları deşmək üçün böyük
qüvvəyə malik olur və deşdiyi materialı
dağıtmır
Tətbiq edilən kumulyativ
perforatorlar iki əsas sinifə bölünür:
1.Gövdəli
2.Gövdəsiz
Bu perforatorlar biri-birindən onlarda yerləşən
partladıcı maddənin hermetikləşdirilməsi üsulu ilə
fərqlənir. Gövdəli perforatorlarda bütün partlayıcı
maddələr ümumi hermetik gövdədə, gövdəsiz
perforatorlarda isə hər bir partladıcı maddə
partlayış nəticəsində yarılan fərdi hermetik şüşə
örtükdə yerləşdirilir. Perforatorun gövdəsi
partlayışdan sonra dəfələrlə istifadə oluna bilər.
Torpedalı perforasiya

Məhsuldar layın ən yaxşı açılmasını yüksək deşmə


qabiliyyətinə malik torpedalı perforatorlar təmin edir.
Gülləli perforatorlardan fərqli olaraq, torpedalı
perforatorlar, güllə əvəzinə ləng təsir edən və çox da
böyük olmayan mərmilərlə doldurulur. Mərmi kəməri
və sement halqasını dəlib süxura daxil olduqdan sonra
partlayıcı çox dərinə nüfuz etməyən əlavə çat və
kanallar əmələ gətirir.
Mədənlərdə layların açılmasında ən çox Y.A.Kolodyajnı tərəfindən təklif olunan TPK–32, TPK–22 torpedalı perforatorlar tətbiq
edilir (32 və 22, mərmilərin mm-lə diametridir). Bu perforatorlar hər biri iki lülədən ibarət olan bir neçə bir–biri ilə
birləşdirilmiş seksiyadan ibarətdir. Perforatorun 100 mm olan xarici diametri 168mm diametrindən böyük kəməri deşməyə
imkan verir. Bu növ perforatorlarla hər dəfə endirilmədə bir atəş açılır. Kiçik qabaritli perforatorların olmamasını onunla izah
etmək olar ki, atəş zamanı zərbə dalğasının güclü olması mərminin gövdəsinin ölçülərinin böyük və materialın keyfiyyətinin
yüksək olmasını tələb edir.
Gülləli perforasiya

Bu üsulda xüsusi kameralarda olan


partladıcı maddənin partlaması
nəticəsində qazların təzyiqi hesabına
yüksək sürətlə hərəkət edən güllənin
kəməri, sement halqasını və gil
qabığını deşməsi nəticəsində deşiklər
yaranır
Gülləli perforatorların aşağıdakı növləri vardır:

1. Selektiv təsirli perforatorlar; bu perforatorlar növbə ilə atılır və hər lülədən


aşağıdan yuxarıya və ya istənilən ardıcıllıqla başlayaraq güllələri bir -bir atmağa
imkan verir.
2. Növbə ilə atılan perforatorlar ; bu perforatorlarda əvvəki lülə vasitəsilə atəş
açıldıqdan sonra növbəti lülədən atəş açılır. Bu növ perforatorlar atəşin
qoruyucu kəmərə təsirinin azaldılması, onun mümkün olan deformasiya və
çatlardan qorunması üçün tətbiq edilir .
3. Yaylım atəşli perforatorlar ; bu növ perforatorlarda güllələrin hamısı birdən
atılır . Yaylım atəşli perforatorlarda (perforatorpulemyot) bir–birinə yiv və ya
qaynaq vasitəsilə birləşdirilmiş hər bir bölmədə barıt kamerası və lülə üçün
deşiklər vardır .
Diqqətinizə görə təşəkkür edirəm!

You might also like