You are on page 1of 4

VİZA MÜRACİƏTİ ETMƏK İSTƏYİRSƏN,

ANCAQ HANSI SƏNƏDLƏRİN LAZIM


OLDUĞUNU BİLMİRSƏN? O ZAMAN
DİQQƏTLƏ OXU
1. Lazımı qaydada doldurulmuş, tarixi qoyulmuş və imzalanmış
qısamüddətli viza müraciəti blankı;
2. Açıq fonda 3.5×4.5 formatda təzəliklə çəkilmiş 1 ədəd rəngli fotoşəkil
(üzün ölçüsü çənənin aşağısından başın ortasınadək 32 mm və 36 mm
arasında olmalıdır);
3. 10 ildə verilmiş və vizanın etibarlılıq müddəti bitəndən sonra ən azı 3
ay etibarlı olan, 2 ağ səhifəsi olan pasportun əsli və sürəti;
4. Son 3 ildə alınmış vizaların sürəti;
5. Şəxsiyyət vəsiqəsinin (azərbaycan) əsli və hər iki üzünün sürəti;
6. Gedişli/qayıdışlı təyyarə bileti sifarişinin əsli və sürəti;
7. Şengen məkanı üçün etibarlı olan, viza müddətini + 2 günü əhatə
edən, repatriasiyanı nəzərdə tutan tibbi sığorta, əsli+ sürəti (siğorta
məbləği 30 min avro olmalı və repatriasiya nəzərdə tutulmalıdır).
8. Mehmanxana sifarişi (turistin soyadı, adı, doğum tarixi, pasport
nömrəsi və səfərin müddəti yazılmaqla, mehmanxana əməkdaşının
imzası və mehmanxananın möhürü ilə təsdiqlənmiş sənəd).

SONRAKI TƏLƏB VİZA MÜRACİƏTİ


EDƏNİN SOSİAL VƏZİYYƏTİNİ ƏKS
ETDİRƏN SƏNƏDLƏRDİR. BURADA BİR
NEÇƏ SƏNƏD TƏLƏB OLUNUR.
9. İş yerindən arayış (işəgötürənin, müəssisənin blankında verdiyi,
möhürlü, imzalı, tarixli və müəssisənin ünvanını, telefon nömrələrini və
faksını aydın göstərən arayış (tərcüməsi ilə). Bu arayışda imza edənin
və viza müraciəti edənin familiyası və vəzifəsi, işçinin maaşının miqdarı
və müəssisədəki iş stajı göstərilməlidir);
10. Viza müraciəti edənin maddi vəziyyətini əks etdirən son üç ay üçün
bank hesabından çıxarış. Bank hesabı olmasa maaş barəsində arayış və
ya daşınmaz əmlak olmasını təsdiq edən sənəd.

Bütün bu qeyd edilən sənədlərin hamısı bir əsli və bir sürəti


olmaqla yığılıb səfirliyə təqdim edilir.

Qeyd: Səfirlik sizdən əlavə sənəd tələb edə bilər

SENGEN

Şengen” sözü Lüksemburqun kiçik bir şəhərinin adından götürülüb. 1985-ci il iyunun 5-
də bu şəhərdə Avropa ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan saziş
imzalanıb.

Sonrakı illər bir çox ölkələr də bu sazişə qoşulub. Saziş 1995-ci il 26 mart tarixində
qüvvəyə minib. İlk olaraq 5 ölkə qatılıb: Lüksemburq, Fransa, Niderland, Belçika,
Almaniya (AFR). Beləliklə, siyahı uzanıb.

Bizimyol.info seyahetciblog.wordpress.com-a istinadən həmin siyahını təqdim edir:

Almaniya (1995)
Avstriya (1997)
Belçika (1995)
Çexiya Respublikası (2007)
Danimarka (2001)
Estoniya (2007)
Finlandiya (2001)
Fransa (1995)
İslandiya (2001)
İtaliya (1997)
Kipr (2009)
Latviya (2007)
Litva (2007)
Lixtenşteyn (2008)
Luksemburq (1995)
Malta (2007)
Macarıstan (2007)
Monako (1995)
Niderland (1995)
Norveç (2001)
Polşa (2007)
Portuqaliya (1995)
Slovakiya (2007)
Sloveniya (2007)
İspaniya (1995)
İsveç (2001)
İsveçrə (2008)
Xorvatiya (2013)
Yunanıstan (2000)

İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Yalnız
Avropa Birliyinə daxil olan 5 ölkə – Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və
Rumıniya Şengenin zonasına daxil deyil.

Şengen vizası bizə hansı üstünlükləri verir?

Şengen vizası ilə sən bir ölkəyə daxil olaraq bütün Şengen zonasını rahatca gəzə
bilərsən. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün
Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol
və qatar səyahətləri ölkədaxili səyahətlər kimi idarə olunur.

Şengen qısamüddətli vizadır. Şengen zonasında 6 ay müddətində maksimum 90 gün


qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçünsə milli vizalar tələb olunur və bu da
hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Əgər sən yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsənsə, birbaşa həmin ölkə
səfirliyinə müraciət etməlisən. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi
nəzərdə tutursansa, onda əsas istiqamətin olan ölkənin səfirliyinə müraciət et. Əgər sən
müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutur və onlardan heç biri sənin əsas
istiqamətin deyilsə, o zaman ilk ayaq basacağın ölkənin səfirliyinə müraciət etməlisən.
Vizaya müraciət üçün şəxsən özün getməli, ərizə forması (şəxsən doldurmalı və
imzalamalısan) və səyahətin üçün digər lazımi sənədləri özün təqdim etməlisən.
Viza rüsumunun məbləği 35 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun
olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və
bu məbləğ geri qaytarılmır. 35 avrodan başqa heç nə ödəmirsən.

Qeyd: Çox vaxt düşünürük ki, bəlkə hansısa turizm agentliyinə müraciət etsək vizanı
asanlıqla alarıq. Deyim ki, turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol
oynamır. Boşuna məsrəf etmə.

Yaxın günlərdə Azərbaycanda Şengen vizası almaq üçün tələb olunan sənədlər və
qaydalardan yazacağam.

You might also like