You are on page 1of 6

1. GUAM ölkələri hansılardır ?

Gürcüstan,Ukrayna, Azərbaycan,
Moldova
2. Azərbaycan nə zaman ÜGT-yə qoşulub? 1992
3. Azərbaycan nə zaman BMT-yə qoşulub? 1992
4. Azərbaycan Gömrük sahəsində hansı ölkələrlə əməkdaşlıq edir ?
Avstriya, Almaniya, Bolqarıstan, Belarus, Rusiya , İran,
Türkiyə,Qazaxıstan, Monqolustan, Özbəkistan
5. Gömrük sahəsində beynəlxalq müqavilələrin ratifikasiyası hansı
qanunvericilik aktı ilə tənzimlənir ? Milli Məclisin Beynəlxalq
müqavilələr və sazişlər haqqında qanun aktı ilə
6. Azərbaycan Amerika qitəsinin hansı ölkələri ilə gömrük sahəsində
əməkdaşlıq edir? ABŞ, Uruqvay, Argentina
7. Azərbaycan Gömrük orqanları nə məqsədl digər ölkələrin gömrük
orqanları ilə beynəlxalq əməkdaşlıq edirlər? Hüquqpozmalara qarşı
mübarizə, kadr potensialının gücləndirilməsi, Xarici tixarətin gömrük
statistikası
8. Tax Free sistemi nədir ? ƏDV –nin qaytarılması
9. Buster cihazının təyinatı?
Boşluqlarda gizlədilmiş əşyaları aşkar etməyə imkan verən əl cihazı
10. Sənaye parklarının rezidenti kimdir?

11.Prob və nümunə götürüldükdən sonra nə edilir? Prob və nümunələr


gömrük orqanı tərəfindən üç eyni hissəyə bölünür, qablaşdırılır (paket,
konteyner, butulka, zərf və s.) və etiketlənir. Prob və nümunələrin
götürülməsi haqqında akt tərtib edilir. Akt bir nüsxədə tərtib olunur. Akt
prob və nümunələrlə birlikdə gömrük laboratoriyasına göndərilir.
12.DGK-nin kollegiyası qərarlar formasında hansı normativ hüquqi
aktları qəbul edir? - Cavab: Komitə ilə digər şəxslər (qurumlar) arasında
münasibətləri tənzimləyən normativ hüquqi aktlar
13. Lisenziyalaşma sahəsində formalaşan müstəsna orqan hansıdır?
İqtsadiyyat Nazirliyi
14. Bitki mühafizə vasitələri hansılardır? Torpaq və bitki
dezinfeksiyaediciləri
15.Kütləvi-qırğın silahları hansılardır? Kimyəvi,Bioloji toksin silahları
16. DGK –nın əsasnaməsi nə zaman qəbul olunub? 04.06.2012
17. Gömrük orqanlarına xidmət keçməhaqqında əsasnmə nə zaman qəbul
olunub? 1999 dekabr
18. DGK digər gömrük orqanlarının fəaliyyətini yoxlamaq hüququ vardır bu
hansı qanunvericilik aktında öz əksini tapmışdır? DGK haqqında əsasnamə
19. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası nədir ? — müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini,
yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm
işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır;

20. XİFMN-də iyerarxik ardıcıllıq qaydaları ? qrup,Mövqe,yardımçı


mövqe,alt yardımçı mövqe

21. XİFMN – də Şərhetmə qaydaları nədir?

22. Şəxs ,bəyannaməçi, mallar barədə səlahiyyəti olan şəxs Gömrük


bəyannaməsində malın XİFMN –ı göstərmədikdə gömrük orqanlarının
hərəkəti nədən ibarətdir? Gömrük orqanları sərbəst şəkildə malın XİFMN
kodunu müəyyən edirlər
23. Əmək münasibətlərində işçiylə bağlanan müqavilə nə zaman müddətsiz
hesab olunur? 5 ildən sonra

24.Şəxsin işlədiyi stajına görə neçə gün əlavə məzuniyyət qazanır? ( Əmək
məcəlləsinə bax)

25.GB – nin 11-ci qrafasında ticarət edən ölkə dedikdə nə nəzərdə tutulur?

26. Milli Məclisin növbədənkənar iclasının çağırılması neçə deputatın səs


çoxluğu ilə qəbul olunur?

27.Azərbaycan dövlət dili ilə bağlı məsələlər hansı halda referendum yolu
ilə həll olunur? Heç bir halda

28.Gömrük auditinin aparılması gömrük məcəlləsi ilə yanaşı daha hansı


qanunvericiliklə tənzimlənir? Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının qorunması haqqında qanunla.

29. Müvəqqəti saxlanc anbarında saxlanc müddəti nə qədərdir? 4 ay

30.Gömrük auditinin nəticələri barədə nə tərtib olunur? Akt


31.Gömrük auditi harada keçirilə bilər? Gömrük ərazisində
32. Sahibkarlıq obyektlərinin yoxlanılmasının nəticələri barədə hansı
müddətdə ona məlimat verilir?
33. Hansı mallar barədə ekspertiza keçirilmir?
34. Ekspertizanın keçirilmə müddəti?
35. Bu müddət nə qədər uzadılır?
36. İnternet şəbəkəsi nədir?
37.Elektron imza hansı məqsədlə yoxlanılır?
38.Gömrük prosedurlarının elektron modelləri yaradılarkən hansı hansı
göstəricilərin əhəmiyyəti yoxdur?
39.Mütəxxəsis, ekspert İnzibati xətəalar məcəlləsinin hansı maddəsində
gösterilib? 69,70
40.İnzibati icraat haqqında qanunda vəsatət təmin olunmadıqda bu bərədə
nə edilir? Qərardad qəbul edilir
41.206-cı maddə cinayət məcəlləsində nəyi ifadə edir? Qaçaqmalçılıq
42.56 yerli avtobus 396 gün ərzində ölkə ərazisində qalmağa görə nə qədər
yol vergisi ödəyər?
43.xarici ticarətin gömrük statistkasının əhatə dairəsi? Statistik müşahidə
həddi
44.Xüsusi Gömrük statistkasının əhatə dairəsi ?
45. Azərbaycan Monreal sazişinə nə zaman qoşulub?
46.ictimai işlər kimlərə tətbiq edilir?
47.Gömrük hərraclarında neçə üzv iştirak edir? 5
48.Dədə Qorqudun heykəli hansı beynəlxalq təşkilatın binası qarşısında
yerləşir? ÜGT
49.ÜGT –nin potensialın gücləndirilməsi haqqına regional ofisi harada
yerləşir? Bakı
50.Gömrük orqanlarının bayrağında hansı yollar göstərilib?
51.Hərbi qulluqçuların etdiyi müraciətə hansı müddət ərzində baxılır? 15
gün
52.Vətəndaçların müraciəti haqqında qanunvericilik qüvvəyə minərkən
hansı qanunvericilik aktı qüvvədən düşmüşdür. Vətəndaşların
müraciətlərinə baxılması qaydaları
53.Tam orta təhsilli,orta ixtisas təhsilli vətəndaşlar gömrük orqanlarında
xidmət edərkən hansı heyət üzrə xidmət edirlər? Kiçik heyət
54. Digər hüquq mühafizə orqanlarında gömrük orqanlarına təyinat alan
vətəndaşlar hənsı xüsusi rütbədə olurlar? Əvvəlki xüsusi rütbələri saxlanılır
55. Qadın gömrük əmıkdaşları kişilərə nisbətən nə zaman təqaudə çıxa
bilərlər? 5 il tez
56. Gömrük orqanları əməkdaşlarının xidmətdə işinə xitam verilməsi
səbəblərindən deyildir? Əmək qabiliyyətinin müvəqqəti itirilməsi
57.Aşağıda göstərilənlərdən biri əməliyyat axtarış fəaliyyətinin
subyektlərindən deyildir. Məhkəmə-istintaq orqanları
58.Cinayət məsuliyyətinə cəlb olunması hallarl istisna edilməklə cinayətkar
qruplara və kriminogen obyektlərə daxil olmuş şəxslərin, əməliyyyat-axtarış
subyektlərinin ştatadan kənar və məxfi əməkdaşlarının şəxsiyyəti haqqında
məlumatlar prokurora təqdim edilə bilərmi ? şəxsin razılığı olduqda
qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda olar.
59. Nəzarətli göndəriş nə zaman tətbiq olunur? Yalnız Narkotik
vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının nəzarətli
göndərişinin tətbiqinə mütəşəkkil cinayətkar qurumlar tərəfindən hazırlanan
və ya törədilən ağlr cinayətlərin,habelə xüsusi təhlükəli dövlət cinayətlərinin
qarşısının alınması,həmin cinayətlərin açılması və onları hazırlayan,
törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi ilə yol verilir.
60.Beynəlxalq Tranzit Xüsusi Gömrük Proseduru nəyin əsasında yerinə
yetirilir? Gömrük orqanının icazəsi əsasənda
61.Azərbaycanı xarici ölkələrdə XİFMN üzrə hansı orqan təmsil edir? DGK
62. Şəxs gömrük orqanlarının elektron məlumat sisteminin istifadəçisi kimi,
bu məlumat sisteminə qeyri-qanuni yolla daxil olarsa onun barəsində hansı
tədbirlər görülür? Onun istifadəçi hüququ ləğv olunur
63.Gömrük orqanlarının elektron məlumat sisteminin təhlükəsiz qaydada
idarəetmə qaydalarına hansı orqan nəzarət edir?
64.Səlahiyyətli İqtisadi operatorla DGK elektron məlumat mübadiləsi
sistemindən istifadə edərərk məlumat mübadiləsindən başqa daha hansı
məlumatları mübadilə edirlər? Gömrük məsələlərinə aid olmayan digər
məsələləri
65.Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mallara dair
verilən müddət bitdikdə və emal məhsulları ölkədən aparılmadıqda hansı
tədbirlər görülür? Mallar müvəqqəti saxlancda qalır
66.GPS qurğusuna görə ödənilən gömrük yığımı nə zaman ödənilməlidir?
Həmin GPS nəqliyyat vasitəsindən çıxarıldqdan sonra və ya da cıxarıldığı
gömrük orqanında
67. Açıq informasiya nədir?
68.Dövlət sirri təşkil edən məlumatların neçə məxfilik dərəcəsi vardır?
Xüsusi əhəmiyyətli , tam məxfi, məxfi
69.ixrac nəzarəti haqqınad qanuna əsasən ixrac nəzarətinə düşən silah
sursat materialarının idxalı üçün nə tələb olunurvə bunu hansı orqan verir?
Xüsusi icazə -nazirlər kabineti
70. İxrac nəzarəti haqqında Azərbaycan Respublikasının qanunu nə zman
qəbul olunmuşdur?

You might also like