You are on page 1of 232

GIRIŞ

Neft sənayesinin tarixində , xüsusən son illər qazıma sahəsində sürətlə inkişaf
edən elmi – texniki tərəqqi Azərbaycan neft və qaz çıxarma sahəsində müstəsna rol
oynayır .
Son 150 il ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir. Təməli 1994-cü
il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla müstəqil Azərbaycanın neft
strategiyasının prioritet problemlərindən birincisini Beynəlxalq Standartlara uyğun
qazıma layihələrinin həyata keçirilməsi təşkil edir.
Neft və qaz yataqlarının qazılmasında texniki tərəqqi qazıma avadanlıqlarının
və alətlərinin səmərəli işi ilə xarakterizə olunur. Qazıma avadanlıqlarının etibarlılığı
və onun ayrı-ayrı düyünlərinin resursu, təmir qabiliyyətliliyi əhəmiyyətli dərəcədə
qazıma briqadalarının təqvim vaxtından istifadə olunmasına təsir göstərir.
Son onillikdə neft və qaz quyularının qazılmasında istifadə olunan müasir
qazıma avadanlıqları və mexanizmləri qazıma işlərinin məhsuldarlığını xeyli
artırmışdır. Qazımadakı nailiyyətlər bilavasitə bu avadanlıqların müasirliyi və
quyuların layihə olunması sahəsində əldə olunmuş yeniliklər, onların texniki sə-
viyyəsinin və etibarlılığının yüksəldilməsi ilə sıx əlaqədardır.
Yeni neft erasının təməlini qoyan Heydər Əliyev Azərbaycan neftinin birgə
işlənilməsində əsas siyasi və iqtisadi amilləri nəzərə alıb , bu neftin üçüncü minillikdə
Azərbaycan xalqına, onun gələcək nəsillərinə xidmət etməsinin istiqamətlərini
müəyyən etdi.
Xəzər dənizinin Azərbaycan bölməsində yerləşən və neft ehtiyatları 500 milyon
tondan çox olan “Çıraq”, “Azəri” və “Günəşli” yataqlarının birgə istismarı beynəlxalq
konsorsiuma “AMOKO Kaspian Si Petroleum ltd”, “Britiş Petroleum Eksplo-
reyşn(Kaspian Si) ltd”, “Olyeselskap A.C”, “Lukoyl səhmdar cəmiyyəti” “Mak-
Dermott Azərbaycan, İNK”, “Pennzoyl Kaspian korporeyşn”, “Remko Xəzər enerji
ltd”, “Türkiyə Petrolleri AO.” və digər şirkətlər daxil oldular. Müqaviləyə əsasən neft
yataqlarının 30 il müddətində işlədilməsi nəzərdə tutulur.
Bu nailiyyətləri daha da təkmilləşdirmək və inkişaf etdirmək üçün qazımada bir
çox işlərin avtomatlaşdırılması və eləcə də qazıma prosesinin kompüterləşdirilməsi
texnikası ilə idarə olunması, yüksək peşəkar qazımaçıların biliklərinin artırılması, gü-
nün vacib məsələlərindəndir . Burada ən son məlumatlar da daxil olmaqla müasir
tələblər səviyyəsində şərhlər verilmişdir.
Neft sənayesi çox sahəli bir sənayedir. Qazıma işi neft sənayesinin ən ağır və
vacib sahəsidir.
Bildiyimiz kimi Azərbaycanın neft strategiyasının əsasını “Əsrin Müqaviləsi”
təşkil edir. Prespektivli strukturların neftliliyinin təyini üçün imzalanmış bu Pay
Bölgüsünün həyata keçirilməsi qazıma layihələrindən çox asılıdır.
Neft sənayesinin sürətlə inkişafı üçün Xəzər dənizində yeni yataqların qazılması
nəzərdə tutulmuş və respublikada dərin qazımanın həcmi ümumi qazıma həcminin
40%- ni təşkil edəcəkdir.
Beləliklə, qazımaçıların qarşısında qoyulan bu məsul vəzifələrin respublika üçün
böyük əhəmiyyəti aydın olur.
Bütün bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olaraq neft və qaz
quyularının qazılması sahəsində çalışan mühəndislər və texniki işçilər, eləcə də ali
məktəb tələbələri üçün Azərbaycan dilində dağ süxurlarının qazılmasına dair müasir
kitabın olması zərurəti yaranır. Odur ki, həmin kitabda ali məktəblərdə keçilən kurs
proqramına müvafiq olaraq, əsasən neft və qaz quyularının qazılması ixtisası alan
tələbələrin təhsilinin xüsusiyyətləri də nəzərdə tutulmuşdur.

Quyuların qazılması haqqında ümumi məlumat


Neft və qaz quyularının qazılması üsulları

Qazıma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb etməklə bərabər xalq
təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Buna görə də xalq təsərrüfatının
inkişafı ilə əlaqədar olaraq, qazıma işləri də inkişaf etdirilir. Neft və qaz hasilatının
inkişafı ilk növbədə qazıma işlərinin inkişafından asılıdır. Bu gün qazılan quyu sabah
üçün neft və ya qaz deməkdir.
Neft və qaz sənayesindən başqa, xalq təsərrüfatının bir sıra müxtəlif sahələrində də
qazıma işləri aparılır. Ən çox qazıma işləri xüsusilə, dağ, metallurgiya, daş kömür
sənayelərində, kənd təsərrüfatında və kurortologiyada tətbiq edilir. Xalq təsərrüfatının
müxtəlif sahələrində aşağıda göstərilən quyular qazılır:
1) yerin dərinliklərindən neft, qaz, duz məhlulları, mineral və müalicə sularının
çıxarılması üçün qazılan quyular;
2) bərk faydalı qazıntıların çıxarılmasında havadəyişdirici boruların, yeraltı
hava xətərinin, kabellərin və s. çəkilməsi üçün qazılan quyular.
3) Yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlamaq məqsədi ilə qazılan
quyular;
4) Kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması və
dondurulması məqsədi ilə qazılan quyular;
5) Tikiləcək binaların özüllərinin qoyulması üçün süxurların tədqiq
edilməsindən ötrü qazılan dayaz quyuylar;
6) Yaşayış məntəqələrinin, kənd təsərrüfatının su ilə təchiz olunması üçün
qazılan su quyuları;
7) Yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparmaq məqsədi ilə
qazılan quyular;
8) Geoloji axtarış və xəritə alma məqsədi ilə qazılan quyular;
9) Dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro yollarının
çəkilməsi, karxanaların tədqiq edilib istismara hazırlanması və s. işlərdə
köməkçi məqsədlərlə qazılan quyular;
Qazıma quyusu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən
dərinliyindəki laya qazılmış silindirik lülədir. Bu lülənin uçulmadan qorunması
üçün araya salınmış boru kəmərinə qoruyucu kəmər deyilir.Lülənin yer səthindəki
başlanğıcına quyunun ağzı, yer altındakı qurtaracağına isə quyunun dibi deyilir.
Quyular qazıma məqsədlərindən asılı olaraq aşağıdakı növlərə ayrılır:
1) İstismar quyuları-laydan neft, qaz, duz məhlulları, mineral və müalicə
sularının çıxarılması üçün qazılır.
2) Kəşfiyyat quyuları-layların məhsuldar qatlarını öyrənib, onun sənaye
əhəmiyyətini öyrənmək üçün qazılır.
3) İstismar-Kəşfiyyat quyuları- layların konturunu öyrənmək məqsədi ilə qazılır.
4) Qiymətləndirici quyular- məhsuldar layı tamamilə öyrənib, onun sənaye
əhəmiyyətinə yekun vurmaq üçün qazılır.
5) Qaz və ya Suvurucu quyular- layın enerjisini artırmaq və ya saxlamaq məqsədi
ilə laya su və ya qaz vurmaq üçün qazılır.
6) Su quyuları-laydan su çıxarmaq üçün qazılır.
7) Artezian quyuları-təzyiqli sulu laylardan fontanla su almaq məqsədi iləqazılır.
8) İri diametrli quyular- şaxtlar üçün qazılır.
9) Mikrodiametrli quyular- bəzi kəşfiyyat məqsədləri üçün qazılır.
10) Seysmik kəşfiyyat quyuları- layları partladıb, onları seysmik üsullarla
öyrənmək məqsədi ilə qazılan quyular.
11) Struktur kəşfiyyat quyuları- kəşfiyyat məqsədi ilə layların strukturunu
öyrənmək üçün qazılır.
12) Geoloji axtarış və kəşfiyyat quyuları- laylarda və yerin qatlarında faydalı
qazıntılar axtarışı məqsədi ilə qazılır və s.
Göstərilən quyular uyğun üsullarla həm şaquli, həm də maili, yaxud münasib halda
üfqi istiqamətdə istər quruda istərsə də dənizdə qazıla bilər. Bunlarla əlaqədar olaraq
hazırda müxtəlif qazma üsulları tətbiq edilir.

Neft və qaz quyularının qazılması üsulları

Neft və qaz quyuları iki üsulla; vurma və fırlanma üsulları ilə qazılır. Vurma üsulu ilə
qazımada süxurlar şaquli istiqamətdə (yuxarıya və aşağıya) hərəkəti etdirilən baltanın
zərbələri nəticəsində dağıdılır və dağıdılmış süxur hissəcikləri maye ilə birlikdə
quyudan çıxarılır. Hazırda neft və qaz quyularının qazılmasında bu üsuldan istifadə
edilmir. Fırlanma üsulu ilə qazımada isə süxurlar fırladılan balta vasitəsilə kəsilir,
qoparılır və doğranılır və suxur hissəcikləri qazıma zamanı fasiləsiz dövran edən
yuyucu maye vasitəsilə quyudan çıxarılır. Fırlanma üsulu üç növə ayrılır:
1) Rotor qazıması.Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə
birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir;
2) Turbin qazıması. Bu halda balta və onun üstündə yerləşdirilmiş turbin qazıma
boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının
içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir
və turbinin fırlanma hərəkəti baltaya ötürülür.
3) Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik
mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir.
Neft və qaz quyularının qazılması prosesi, qazıma üsulundan asılı olmayaraq,
əsasən aşağıdakı işlərdən ibarətdir:
1)Baltanın quyudibinə endirilməsi;
2) Süxurların balta ilə dağıdılması;
3) Baltanın quyudan qaldırılması;
4) Quyunun qoruyucu kəmərlə bərkidilməs və sementlənməsi
.
Bundan əlavə, qazıma zamanı quyudan süxur və maye nümunələrinin
götürülməsi, quyunun əyriliynin ölçülməsi, karataj və digər köməkçi işlər də
aparılır.
Fırlanma üsulu ilə müassir dərin qazıma qurğusunun sxemi şəkildə
göstərilmişdir. Balta (1), yüksək keyfiyyətli poladdan hazırlanmış qazıma boruları (2)
vasitəsilə quyuya endirilir. Bu borular bir-birilə qazıma qıfılları (3) ilə birləşdirilir.
Baltaya fırlanma hərəkəti rotorun (4) mühərriki (11) və işlək boru (5) vasitəsilə
ötürülür. Baltanın quyuya endirilib –qaldırılması vışkanın (19) yuxarısında qoyulan
kranblok, tal bloku (8), qaldırıcı qarmaq (7), tal kanatı (9) vasitəsilə həyata keçirilir.
Tal kanatının işlək ucu qazma bucurqadının (10) barabanına bağlanılır. Qazma
prosesi zamanı buruq nasosu (12) yuyucu mayeni qəbul çənindən (14) götürüb,
monifold (16), rezin buruq şlanqı (17) və fırlanğıc (6) vasitəsilə qazma boru kəmərinə
vurur və baltanın deşiklərindən sürətlə çıxan yuyucu maye süxur hissəciklərini
həlqəvi fəzadan yer səthinə çıxarır. Quyudan çıxan məhlulnov sisteminə (15) daxil
olur, təmizləyici qurğular vasitəsilə suxurlardan təmizlənir, qəbul çəninə daxil olur,
oradan da nasos vasitəsilə qazıma boru kəmərinə vurularaq yuyucu mayenin fasiləsiz
dövranı yaradılır. Quyunun konstruksiyası əsasən quyuya endirilmiş şaxta borusu
(22),
Konduktor( 20), texniki və istismar kəmərlərindən ibarətdir. Həmin kəmərlərin
arxasında möhkəm sement qatı(21), yaradılır.

Neft və qaz yataqlarının geologiyası və quyuların quruluşu


haqqında anlayışı

Çökmə hövzə analizi

Neft və qaz geologiyası başlıca olaraq çöküntü hövzələrində (sedimentary basins)


neft və qazın əmələgəlmə (generation) və toplanmasını (accumulation) şərtləndirən
yeddi əsas elementin təyini ilə məşğul olur.

 Ana (neft-qaz əmələgətirici) süxur


 Kollektor süxur
 Örtük
 Tələ
 Zamanlama
 Maturasiya
 Miqrasiya
Ümumilikdə, bütün bu elementlər adətətn çox dar "çərçəvədə” yalnız bir quyu (və
bəzən daha çox) məlumatları əsasında tədqiq edilir. Bu quyular yer təkinin yalnız 1-
ölçülü seqmentidir və bu məlumatlardan hövzənin 3-ölçülü təsvirini almaq neft-qaz
geolgiyasının fundamental məsələsidir. Son illərdə ucuz və yüksək keyfiyyətli 3-
ölçülü (3D) seysmik üsulların meydana çıxması ilə bu məsələnin həllində kifayət
qədər dəqiq nəticələr almaq mümkün olmuşdur.

Ana süxurların (source rock) tədqiqi süxurdakı üzvi maddələrin (organic matter)
təbiətinin təyininə əsaslanır və bir qayda olaraq geokimyəvi üsullardan istifadə
olunur. Üzvi maddələrin tipi təyin edilməklə ana süxurdan ayrılan karbohidrogenlərin
tip və keyfiyyət tərkibi haqqında məlumat əldə etmək olar.

Kollektor (və ya rezervuar) (reservoir rock) süxur məsaməli (porous) və keçirici


(permeable) olub özündə karbohirogenləri saxlayır. Süxurun kollektor
xüsusiyyətlərinin təyini məsaməlik (porosity) və keçiriciliyin (permeability)
hesablanmasına əsaslanır. Kollektorların analizində stratiqrafiya, sedimentologiya və
reservaur mühəndisliyi (reservoir engineering) fənnlərindən istifadə olunur.

Örtük süxur (Seal) aşağı və ya pis keçiricilikli süxur qatı olub karbohidrogenlərin
kollektorlardan sızmasının qarşısını alır. Ən geniş yayılmış örtük süxurlara
evaporitlər, təbaşir və gilli şistləri (shale) misal göstərmək olar. Örtük süxurların
analizı onların qalınlığı və lateral yayılmasının ölçülməsinə əsaslanır.
Tələ (trap) kollektor və ğrtüklərin bir-birinə yanaşıqlı olmasını təmin etməklə
karbohidrogenlərin yığımlarda saxlanılmasını təmin edir. Əks halda karbohidrogenlər
Arximed qüvvəsinin (natural buoyancy) təsiri altında yer səthinə sızır və beləliklə
itirlər.

Süxurların maturasiya (yetkinlik) (maturation) analizi ana süxurların termal


tarixlərinin (thermal history) tədqiqi və beləliklə karbohidrogenlərin əmələ gəlməsi və
ana süxurdan ayrlması (expulsion) zamanı və həcmini təyin etməyə imkan verir.

Miqrasiya (migration) analizi karbohidrogenlərin ana süxurdan kollektor süxurlara


hərəkətini və bəlli bir ərazidə karbohidrogen mənbələrinin (“mətbəxlərinin”) təyininə
yardım edir.

Ən sonda zamanlama (timing) faktoru nəzər alınmalıdır. Zamanlama dedikdə,


məsələn, tələlər neft-qaz sıralı karbohidrogenlər ana süxurlardan ayrılmadan öncə
movcud olmalıdırlar. Əks halda karbohidrogenlər yataq sala bilmir və yer səthinə
sızaraq itirlər. Neft-qaz əmələgətici süxur, miqrasiya yolları (migration pathways) ,
kollektor və tələnin iştirakı, lakin yalnız örtük süxurların olmaması da neft-qazın
itməsinə gətirib çıxarır və qazılan quyuların “boş” çıxması ilə nəticələnir.

Neft-qaz yığımları –neft və qazın keçirici olan məsaməli və çatlı kollektorlarda


təbii yolla yığılmasıdır. Yığımın forma və ölçülərinə ğörə uyğunlaşır. Qaz, neft və su
tələdə öz sıxlıqlarına uyğun yerləşi
Qaz təbii rezevuarın tavan hissəsində-örtüyün altında, neft isə qaza nisbətən aşağıda,
su isə ən aşağıda yerləşir. Qaz və neftin, neft və suyun kontakt səthləri uyğun olaraq
qaz-neft və su-neft kontaktları adlanır. Qaz-neft (su-neft) kontaktının məhsuldar layın
tavanı ilə kəsişməsindən alınan xətt xarici qazlılıq (neftlilik) konturu adlanır. Su-neft
(qaz-neft) kontaktının məhsuldar layın dabanı ilə kəsişməsindən alınan xətt isə daxili
neftlilik (qazlılıq) konturu adlanır.Qaz papğı –yataqda sərbəst qazın neft üzərində
toplanmasıdır.Müəyyən temperatur şəraitində lay təzyiqi neftin qazla doyma təzyiqinə
bərabər olarsa, qaz papağı yaranır. Əgər lay təzyiqi neftin qazla doyma təzyiqindən
böyük olarsa bütün qaz neftdə həll olur. Əgər tələdəki nef və qazın miqdarı layın
bütün qalınlığının dolmasına kifayyət etmirsə, onda daxili qazlılıq və ya neftlilik
konturu ilmur(təbii massiv rezervuarlarda olduğu kimi).
Yatağın eni, uzunluğu və sahəsini onun daxili neftlilik (qazlılıq) konturu daxilində
üfüqi müstəvi üzərində proyeksiyasından təyin etmək olur. Yatağın hündürlüyü şaquli
istiqamətdə onun dabanından ən hündür nöqtəsinə qədər olan məsafədir. Yataqlar
genetik cəhətdən tələlərlə əlaqədar olduğundan, onlar da tələlər kimi struktur,
stratiqrafik, litoloji və rifogen tiplərə ayrılır. Yer qabığında məhdud sahə daxilində bir
və ya bir neçə təbii tələ üzrə öyrənilmiş nef və qaz yataqları toplusu neft-qaz yatağı
adlanır.
Tək yığımdan ibarət tələ- onda olan ehtiyatı nəzərə alınmaqla sənaye əhəmiyyətli
istismara verildikdən sonra yataq adlanır. əgər bir neçə yığım eyni növ struktura
malikdirsə və onların işlənməsinə eyni cür yanaşma tələb olunursa, onda bu yığımlar
bir yatağa aid ola bilər.
Neft-qaz yataqları iki sinfə bölünür:
1) Geosinklinal vilayətlərdə(Azərbaycan, Özbəkstan) formalaşmış neft-qaz
yataqları;
2) Platforma vilayətlərdə (Qərbi sibir) formalaşmış nef-qaz yataqları.
Geoloji quruluşuna görə oxşar və qarşıq olan, müəyyən vahid qrup üzrə öyrənilən və
bir-birilə genetik şəkildə əlaqəli olan tələlər birliyi neft-qaz toplanma zonası adlanır.
Neftli-qazlı vilayət və neftli-qazlı əyalətlər böyük neftli-qazlı ərazilərin daxilində
olur. Neftli-qazlı rayon neftli-qazlı vilayətin bir hissəsi olub, coğrafi və ya geostruktur
nişanələrinə görə seçilən neft-qaz toplanma zonalarını birləşdirir.
Neftli-qazlı vilayət nəhəng geostruktur elementlərdən birinə mənsub olub, onunla
ümumi geoloji inkişaf tarixi və eyni geoloji quruluşa malik olan ərazidir.
Neftli-qazlı əyalət dedikdə, yanaşı neftl və qazlı vilayətləri birləşdirən, geoloji
kəsilişdə əsas neft-qaz çöküntüləri üzrə ümumi stratiqrafik vəziyyətə malik və
regional geologiyasının əsas xüsusiyyətləri oxşar olan geoloji vilayət başa düşülür.

Neft (qədim akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) - əsasən
karbohidrogenlərin və digər üzvi birləşmlərin mürrəkkəb qarışığından ibarət spesifik
iyə malik yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda
dəyişir. (0.77 – 0.98 q/sm3) .
Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu
rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq
alkanlar, sikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə
neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel,
mis və vanadium metallarına da rast gəlinir.

O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyyatlarından sayılır. Neft elektrik enerjisinin
əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə eidlir. Bundan əlavə neft
kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir.
Buna görə də, o həm də "Qara qızıl" adlanır

Dənizdə və quruda quyu tikintisi haqqında ümumi anlayış

Qazıma qurğusu avadanlığı kompleksi – qazıma qurğusu biri – biri ilə


kinematik
və ya texnoloji əlaqədə olub , qurğunun vəzifəsinə , tipinə , ölçülərinə uyğun
gələn maşın və mexanizmlər kompleksindən ibarətdir . Avadanlıq komplektinə
bucurqad , tal sistemi , rotor , fırlanqıc , nasoslar , vışka və köməkçi aqreqatlar
daxildir .
Kompleksin tərkibi , qabariti , kütləsi , nəqliyyyat bazası və qurğunun əsas
hissələri qazılan quyunun vəzifəsindən və dərinliyindən aslıdır .
Bu cəhətdən qazma qurğuları aşağıdakı əsas növlərə bölünür :
1) Istismar və dərin kəşfiyyat qazması qurğuları ;
2) Geoloji – axtarış ( kiçik diametrli qazılan quyular vasitəsilə yataqların
açılması və məhsuldar horizontların yoxlanılması ) quyuları :
3) quyunun mənimsənilməsi , sınanması və əsaslı təmır edilməsi üçün
qurğular . Bunlar da qazma qurğularıdır , çünki quyu mənimsənılərkən
və sınaqdan keçirilərkən sement tıxaclarını qazıdıqda , əsaslı təmir
zamanı isə qazıma işləri apardıqda onlardan istifadə edilir .
Vışkayanı tiklilər – qazıma qurğusunun və vışkanın qurulması və ya
qoyulması ılə yanaşı , vışkayanı tikliləri də inşşa etməyə başlayırlar .
Vışkayanı tikililərə :
1) bucurqadın hərəkət mexanizmlərini qorumaqdan ötrü reduktor sarayı :
2) elektrik mühərriklərini və qazıma nasoslarını qorumaqdan ötürü saray
3) qazıma borularını , qoruyucu və ya başqa boruları , həmçinin avadanlığı ,
alətləri , material və ehtiyyat hissələrini nəql etmək üçün qəbul körpüsü
4) yuyucu məhlulu qazılmış süxurdan təmizləmək ücün nov sistemi ;
5) bir sıra köməkçi qurğular aiddir;
QAZIMA İŞLƏRİNİN TEXNİKA VƏ TEXNOLOGİYASININ İNKİŞAF
TARIXINDƏN QISA MƏLUMAT

Eramıza qədər məhz insanların hansı minillikdə neftdən ilk dəfə istifadə
etdiklərini təyin etmək çox çətindir, lakin ehtimal etmək olar ki, bu çox qədim
zamanlarda baş vermişdir. İlk öncə neftdən ən müxtəlif xəstəliklərə (cüzam, göz
iltihabı) qarşı müalicə məqsədilə istifadə edirdilər. Bundan əlavə qədimdə neft işıq
materialı kimi də geniş yayılmışdı.
Quldarlıq quruluşu dövründə neftin və təbii bitumun işlənilmə sahələri
müəyyən qədər genişlənməyə başladı. Artıq onlardan ancaq müalicə və işıq materialı
kimi deyil, həm də tikinti işlərində də istifadə olunurdu. Lakin neftin əvvəllər olduğu
kimi yer üzündən, yığılma üsulları tələbatı ödəyə bilmirdi. Lazımi tələbatın
ödənilməsi üçün «çala qazılması» üsulu yarandı. Bu üsulla dərinliyi az olan (2m-ə
qədər) çala qazılır və çala divarının uçmaması üçün hörgü işləri görülürdü. Çalaya
yığılan neft miqdarından asılı olaraq müntəzəm çıxarılırdı.
Feodalizm quruluşu dövründə coğrafi kəşflər və ticarət əlaqələrinin
genişlənməsi ilə bağlı bir çox sahələrin inkişafı ilə yanaşı, neft sahəsi də tərəqqi
etməyə başladı. Neftə olan tələbatın artması ilə əlaqədar bu yanacağın əldə edilməsi
yeni texniki üsulların işlənməsinə gətirib çıxartdı. Sonralar əvvəlki çala qazılması
üsulundan daha sərfəli olan «quyu qazılması» üsulu ilə neft hasilatı dövrü başlandı.
Həmin üsul nisbətən dərinlikdə neft yerləşən laylarının istismarına imkan yaratdı. Bu
dövrdə ölkəmizin ümumi sənaye inkişafında neft emalının əhəmiyyəti xeyli artdı.
Dəmiryolu, su nəqliyyatı, zavod və fabriklər üçün birinci növbədə yanacaq (kömür və
neft) lazım idi. Odur ki, dağ süxurlarının dağıdılması üçün yeni mükəmməl və
bununla birlikdə neftin yer üzərinə qaldırılmasını təmin edən üsullar lazım idi.
Beləliklə quyuların qazılma üsulu meydana gəldi.
1848-ci ildə dünyada ilk dəfə olaraq Azərbaycanda, Bakının Bibiheybət
adlanan ucqarında texniki üsulla neft quyusu qazıldı. Rusiyada isə ilk neft quyusu
1864-cü ildə Şimali Qafqazda qazılmışdır. Lakin təəssüf ki, ABŞ-nın Pensilvaniya
ştatında 1859-cu ildə Edvin Dreyk tərəfindən qazılmış quyu dünyada qazılmış ilk
quyu hesab edilir. Bibiheybətdə qazılmış ilk quyu isə beynəlxalq mütəxəssislər
tərəfindən qeydə alınmamışdır. Buna baxmayaraq, dünyada ilk neft quyusu kimi
qeydə alınan «USA-Edviak Frake-5a» quyusundan 11 il əvvəl qazılmış «Bibiheybət-
48» quyusu dövrümüzədək tarixi muzey eksponatı kimi qorunub saxlanmaqdadır.
Azərbaycanın neft mədənlərində həmin vaxtdan etibarən dəmir ştanqla alətin
sərbəst düşməsinə əsaslanan (ştanqla vurma) qazıma üsulu geniş yayıldı.
Quyuların əllə qazılması üsulundan mexaniki vasitələrlə qazılmasına keçilməsi
qazıma işlərinin mexanikləşdirilməsi sahəsində bir çox məsələlərin həllinin
vacibliyini gündəmə gətirdi. 1848-ci ildə fırlanma üsulu ilə quyu qazılması və
dağıdılmış süxur hissəciklərinin qazıma məhlulunun köməyilə yer üzərinə
qaldırılmasını fransız mühəndisi Fovel kəşf etdi. 1901-ci ildə dünyada ilk dəfə ABŞ-
da rotor üsulu ilə quyu qazımağa başladılar. Beləliklə,dağıdılmış suxur hissəciklərini
qazıma məhlulunun dövranı nəticəsində yer üzərinə qaldırmaqla quyu dibinin
yuyulmasına əsaslanan fırlanma üsulu ilə qazımanın inkişafı və təkmilləşdirilməsi
tarixi həmin ildən başlanır. Rusiyada ilk dəfə rotor üsulu ilə dərinliyi 345m olan neft
quyusu 1902-ci ildə Qroznı rayonunda qazılmışdır.
Bu zaman quyuların, xüsusilə rotor üsulu ilə qazılmasında, yaranan
problemlərdən biri qoruyucu kəmərlə quyu divarı arasındakı boruarxası fəzanın
hermetikliyini yaratmaq idi. 1906-cı ildə rusiyalı mühəndis A.A.Boquşevski
qoruyucu kəmər içərisinə sement məhlulu vurmaqla və sonra onu qoruyucu kəmərin
içərisindən sıxışdırıb, boru arxası fəzaya çıxarmaqla bu problemi həll etdi.
1923-cü ildə M.A.Kapelyuşnikov, S.M.Voloxov və N.A.Kornayev neft
sənayesinin inkişafında böyük əhəmiyyəti olan birpilləli quyudibi hidravlik
mühərriki-turbin qazıyıcısını ixtira etdilər. Həmin ildə bu mühərrikin köməyi ilə
dünyada ilk neft quyusu Azərbaycanın Suraxanı rayonunda qazıldı. Lakin bu
mühərrik az səmərəli olduğu üçün geniş tətbiqini tapmadı.
1934-cü ildə P.P.Şumilov, Ə.İ.Tağıyev və M.T.Qusman reduktorsuz çoxpilləli
turbin qazıyıcısını yaratdılar. 1940-cı ildə bu qazıyıcının təkmilləşdirilməsi layihəsi
sona çatdı və sənaye tipli turbin qazıyıcısı əldə olundu. 1944-cü ildən etibarən turbin
qazıyıcısı ilə quyu qazılması çox geniş tətbiq edilməyə başladı. Turbin qazıyıcısının
konstruksiyası illər keçdikdə təkmilləşdirilir və yeni tipli hidravlik quyudibi
mühərrikləri işlənib hazırlanırdı. 1960-cı ildə vintli (həcmli) quyudibi mühərriki
yaradıldı ki, bu da hazırda neft və qaz quyularının qazılmasında geniş tətbiq edilir.
1937-1938-ci illərdə mühəndislər A.P.Ostrovski, A.A.Boqdanov və
A.V.Aleksandrov tərəfindən hidravlik tipdə olmayan yeni quyudibi mühərriki-elektrik
qazıyıcısı hazırlanmışdır. 1940-cı ilə Azərbaycanda Bakı şəhəri yaxınlığındakı Qala
neft mədənlərində elektrik qazıyıcısı ilə dünyada ilk neft quyusu, 1941-ci ildə isə
Bibiheybət mədənlərində turbin qazıyıcı ilə ilk maili quyu qazıldı.
Beləliklə, demək olar ki, bəşəriyyət 150 ildən artıqdır neft və qaz quyularının
qazılması ilə məşğul olur. Bu zaman ərzində yerin təkini öyrənmək məqsədi ilə onun
dərinliklərin nüfuz edilmişdir. Rusiyanın Kola yarımadasında qazılan quyunun faktiki
dərinliyi 12 262m olmuşdur.
Xəzər dənizində ən dərin quyu «Azərbaycanın 60 illiyi» adlandırılan özü
qaldıran üzən qazıma qurğusundan qazılmışdır. Onun faktiki dərinliyi 6750 m
olmuşdur.

Dağ süxurlarrının təsnifatı

Yer qabığını təşkil edən süxurlar əsas etibarilə üç qrupa bölünür:


1. Mağmatik və ya vulkan püskürmələrinin məhsulu olan süxurlar.
2. Metamorfik və ya törəmə süxurlar.
3. Çöküntü süxurları.
Bunlardan mağmatik süxurlar vulkan püskürmələri nəticəsində yarandığı üçün
püskürmə süxurları da adlandırılır. Vulkan püskürməsi zamanı yer səthinə çıxan
mağmada sürətli soyuma prosesi gedir. Lakin yerin təkində qalan mağmada bu proses
tədricən və təzyiq altında davam edir. Məhz bu səbəbə görə, mağmatik süxurlar
effuziv və intruziv adlanan süxurlara bölünürlər. Effuziv süxurlardan yer səthində ən
çox təsadüf ediləni diabaz, bazalt, profir, vulkan torfu, pemza, absidon, traxit və s.
göstərmək olar. İntruziv süxurlar yer səthinin aşağı qatında tədricən soyuyan qranit,
sienit, diorit, qabbro, preksen və digər az məsaməli bərk süxurlardır. Ümumiyyətlə,
mağmatik süxurlar başqa süxurlara nisbətən çox bərkdir. Həmin süxurlarda bəzi
geoloji axtarışlar aparılması və tunellər çəkilməsi üçün qazıma işləri görülür.
Metamorfik süxurlar qarşılıqlı təmas, istilik və təzyiq nəticəsində mağmatik
süxurlardan törənmişlər. Bunlara kristallik şist, mərmər, kvarsit və s. kimi fərqli
xüsusiyyətlərə malik süxurlar aiddir. Bu süxurların əsas xüsusiyyətləri paralel
müstəvilər üzrə doğranma qabiliyyətləridir ki, bu da onlardan hazırlanan
məhsullardan tikinti işlərində istifadə edilməsinə imkan verir.
Çöküntü süxurları mağmatik və metamorfik süxurların fiziki, kimyəvi və
mexaniki proseslər nəticəsində parçalanmasından alınan məhsullardur. Bunlar
günəşin təsiri ilə, külək, buzlaqlar, çay və sellər vasitəsilə yer səthinə yayılaraq,
milyon və milyard illər boyu çöküntü kimi qalın təbəqələr əmələ gətirmişdir. Çöküntü
süxurlarının yarandığı bu təbii proses daim hərəkətdə və mikro - inkişafda olmuşdur.
Bunların mikro - inkişafı çox cüzi, təxminən hər 100 il ərzində 0,3-3mm olduğuna
görə, insanların təbiətə olan münasibəti dövründə bu inkişaf prosesi hiss olunmur.
Uzun müddət geoloji fəaliyyətdə olan həmin çöküntülər tərkibləri
karbohidrogenlərdən ibarət heyvan orqanizmləri və bitki qalıqlarıdır.
Təsadüfi deyil ki, neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı, əsasən çöküntü
süxurlarının mövcud olduğu sahələrdə aparılır. Çöküntü süxurları əmələgəlmə proses-
lərindən asılı olaraq üç növə ayrılır:
1. Mexaniki çöküntülər.
2. Kimyəvi çöküntülər.
3. Üzvi çöküntülər.
1) Mexaniki çöküntülərə qırıntıları (dənələri) təbii sementləşmiş və
sementləşməmiş şəkildə rast gəlinir.
Mexaniki çöküntülərin bərkliyi onların hissəciklərinin qarşılıqlı təsirindən,
ölçüləri, məsaməlikləri, sementləşmə dərəcəsi və sementləşdirici maddənin
tərkibindən asılıdır. Bu çöküntülərin sıxlığı bir çox hallarda 2,1 –2,8 q/sm3
hüdudunda dəyişir.
2) Kimyəvi çöküntülər normal və kolloid məhlullarda olan mineral hissəciklərin
çökməsi nəticəsində əmələ gəlir.
Sementləşmiş süxurlar sementləşməmişlərə nisbətən çox bərk olur. Lakin süxur
qırıntılarının ölçüsü və sementləşdirici maddənin tərkibi müxtəlif olduğuna
görə, sementləşmiş süxurların bərkliyi də müxtəlif olur. Təbiətdə yaranan belə
çökmə süxurlara, əhəng daşlarını, əhəngli tufları, dolamitləri, mergelləri və
sideritləri aid etmək olar.
3) Üzvi çöküntülərə əsasən orqanogen çökmə süxurlar aiddir ki, bunlar da
orqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gəlir. Buraya üzvi yolla əmələ
gəlmiş balıqqulaqlı əhəngdaşları, təbaşir, diatomit,
trenel və opal hissəcikləri daxildir. Orqanogen süxurlar başlıca olaraq dəniz və
göllərin dibində əmələ gəlir.
Neft və qaz quyularının qazılmasında qarışıq süxurlara tez-tez təsadüf olunur
və bu qarışma nəticəsində süxurların məsaməlik və bərkliyi də dəyişir. Eyni bir süxur
daha böyük dərinlikdə yerləşdikcə onun üzərindəki üst qatların ağırlığının təsirindən
həmin süxurların sıxlığı artır. Məhz bu səbəbə görə süxurlar müxtəlif dərinlikdə
olması nöqteyi-nəzərincə müxtəlif sıxlığa malik olur.
Süxurların hər bir nöqtəsində fiziki sabitlər (istilikkeçirmə, elektrik - keçirmə,
elastiklik, sərtlik və s.) eyni olduqda, belə süxurlara izotrop süxurlar deyilir. Lakin bu
sabitlər paralel istiqamətlərdə eyni, digər istiqamətlərdə isə müxtəlif olarsa, belə
süxurlar anizotrop suxurlar adlandırılır.

Dağ süxurlarının fiziki-mexaniki xassələri

Dağ süxurlarının neft və qaz quyularının qazılmasına təsir göstərən əsas fiziki-
mexaniki xassələri aşağıdakılardır: məsaməlik, keçiricilik, elastiklik, plastiklik,
möhkəmlik, bərklik və abrazivlik.
Məlumdur ki, bütün dağ süxurları xarici qüvvələrin təsirindən deformasiyaya
uğrayır. Bu təsirlər götürüldükdə həmin süxurlar əvvəlki vəziyyətinə qayıda, ya da
qayıtmaya bilər. Süxurların birinci vəziyyəti elastiki deformasiya, ikincisi isə plastiki
deformasiya adlanır. Təbiətdə olan bütün süxurlar elastik kütlədirlər və onların hər
birinin özünə məxsus elastiklik həddi var. Yəni bu həddə qədər süxura təsir edən
qüvvə nəticəsində onun daxili strukturu pozulmur və təsir qüvvəsi geri götürüldükdə
o əvvəlki vəziyyətinə tam qayıdır. Lakin bəzi süxurlarda elastiklik həddi başa
çatdıqdan sonra qüvvənin təsiri davam edərsə, onun daxili strukturu pozulur və
süxurda plastik axma baş verir. Belə vəziyyətdə qüvvə geri götürüldükdə, süxurda
qalıq deformasiyası müşahidə edilir. Qüvvənin təsiri davam edərsə, suxurun
dağılması prosesi gedir. Elə süxurlar da var ki, onlarda dağılma baş vermir. Belə
süxurlar yüksək plastikliyə malik süxurlardır.
Süxurlara xarici qüvvə ilə təsir etdikdə aşağıdakı üç hal müşahidə olunur:
1) elastiklik həddinin sonunda dağılan kövrək süxurlar;
2) plastiklik həddinin sonunda dağılan plastik-kövrək süxurlar;
3) dağılması baş verməyən tam plastik süxurlar.

Hər hansı bir süxurun xüsusi çəkisi onun vahid həcmində yerləşən maddənin
çəkisi ilə təyin olunur, q/sm3, kq/m3və ya t/m3 ilə ölçülür və şərti olaraq  hərfi ilə
işarə edilir.
Məsələn, gillərin xüsusi çəkisi 2,2– 2,6 q/sm3 arasında dəyişir və bəzi ağır
gillərin xüsusi çəkisi isə 3,8 q/sm3-ə qədər olur. Süxurun sıxlığı vahid həcmdə olan
maddənin miqdarı olub  ilə işarə edilir. Sıxlıq və xüsusi çəki arasındakı əlaqə
aşağıdakı kimidir:
=j
burada j – sərbəst düşmə təcilidir.
Quyuların qazılması haqqında ümumi məlumat

Qazıma işləri neft və qaz sənayesində böyük əhəmiyyət kəsb etməklə bərabər xalq
təsərrüfatının başqa sahələrində də geniş tətbiq edilir. Buna görə də xalq təsərrüfatının
inkişafı ilə əlaqədar olaraq, qazıma işləri də inkişaf etdirilir. Neft və qaz hasilatının
inkişafı ilk növbədə qazıma işlərinin inkişafından asılıdır. Bu gün qazılan quyu sabah
üçün neft və ya qaz deməkdir.
Neft və qaz sənayesindən başqa, xalq təsərrüfatının bir sıra müxtəlif sahələrində də
qazıma işləri aparılır. Ən çox qazıma işləri xüsusilə, dağ, metallurgiya, daş kömür
sənayelərində, kənd təsərrüfatında və kurortologiyada tətbiq edilir. Xalq təsərrüfatının
müxtəlif sahələrində aşağıda göstərilən quyular qazılır:
1) yerin dərinliklərindən neft, qaz, duz məhlulları, mineral və müalicə
sularının çıxarılması üçün qazılan quyular;
2) bərk faydalı qazıntıların çıxarılmasında havadəyişdirici boruların, yeraltı
hava xətərinin, kabellərin və s. çəkilməsi üçün qazılan quyular.
3) yeraltı məsaməli laylarda təbii qaz ehtiyyatını saxlamaq məqsədi ilə
qazılan quyular;
4) Kömür sənayesində şaxtaların tikilməsi, güclü sulu layların qurudulması
və dondurulması məqsədi ilə qazılan quyular;
5)Tikiləcək binaların özüllərinin qoyulması üçün süxurların tədqiq
edilməsindən ötrü qazılan dayaz quyuylar;
6) Yaşayış məntəqələrinin, kənd təsərrüfatının su ilə təchiz olunması üçün
qazılan su quyuları;
7)Yataqların seysmik üsulla kəşfiyyatı zamanı partlayış aparmaq məqsədi ilə
qazılan quyular;
8)Geoloji axtarış və xəritə alma məqsədi ilə qazılan quyular;
9) Dağ-mədən sənayesində tunellərin və şəhərlərdə yerləşən metro
yollarının çəkilməsi, karxanaların tədqiq edilib istismara hazırlanması və s.
işlərdə köməkçi məqsədlərlə qazılan quyular;
Qazıma quyusu hansı üsulla qazılmasından asılı olmayaraq yerin müəyyən
dərinliyindəki laya qazılmış silindirik lülədir. Bu lülənin uçulmadan qorunması
üçün araya salınmış boru kəmərinə qoruyucu kəmər deyilir.Lülənin yer səthindəki
başlanğıcına quyunun ağzı, yer altındakı qurtaracağına isə quyunun dibi deyilir.
13) Geoloji axtarış və kəşfiyyat quyuları- laylarda və yerin qatlarında faydalı
qazıntılar axtarışı məqsədi ilə qazılır və s.
Göstərilən quyular uyğun üsullarla həm şaquli, həm də maili, yaxud münasib halda
üfqi istiqamətdə istər quruda istərsə də dənizdə qazıla bilər. Bunlarla əlaqədar olaraq
hazırda müxtəlif qazma üsulları tətbiq edilir.

Neft və qaz quyularının qazılması üsulları

Neft və qaz quyuları iki üsulla; vurma və fırlanma üsulları ilə qazılır. Vurma üsulu ilə
dağıdılır və dağıdılmış süxur hissəcikləri maye ilə birlikdə qazımada süxurlar şaquli
istiqamətdə (yuxarıya və aşağıya) hərəkəti etdirilən baltanın zərbələri nəticəsində
quyudan çıxarılır. Hazırda neft və qaz quyularının qazılmasında bu üsuldan istifadə
edilmir. Fırlanma üsulu ilə qazımada isə süxurlar fırladılan balta vasitəsilə kəsilir,
qoparılır və doğranılır və suxur hissəcikləri qazıma zamanı fasiləsiz dövran edən
yuyucu maye vasitəsilə quyudan çıxarılır. Fırlanma üsulu üç növə ayrılır:
4) Rotor qazıması.Bu halda quyudibinə endirilmiş balta, qazma boruları ilə
birlikdə quyuağzında yerləşdirilmiş rotor vasitəsilə hərəkətə gətirilir;
5) Turbin qazıması. Bu halda balta və onun üstündə yerləşdirilmiş turbin qazıma
boruları ilə quyudibinə buraxılır. Turbin quyudibində qazma borularının
içərisinə yüksək təzyiqlə vurulan yuyucu mayenin enerjisi ilə hərəkətə gətirilir
və turbinin fırlanma hərəkəti baltaya ötürülür.
6) Elektrik qazması. Bu halda balta, onun üstündə yerləşdirilmiş xüsusi elektrik
mühərriki vasitəsilə quyudibində hərəkətə gətirilir.
Neft və qaz quyularının qazılması prosesi, qazıma üsulundan asılı olmayaraq,
əsasən aşağıdakı işlərdən ibarətdir:

1)Baltanın quyudibinə endirilməsi;


2) Süxurların balta ilə dağıdılması;
3) Baltanın quyudan qaldırılması;
4) Quyunun qoruyucu kəmərlə bərkidilməs və sementlənməsi
.
Bundan əlavə, qazıma zamanı quyudan süxur və maye nümunələrinin
götürülməsi, quyunun əyriliynin ölçülməsi, karataj və digər köməkçi işlər də
aparılır.
Fırlanma üsulu ilə müasir dərin qazıma qurğusunun sxemi şəkildə göstərilmişdir.
Balta (1), yüksək keyfiyyətli poladdan hazırlanmış qazıma boruları (2) vasitəsilə
quyuya endirilir. Bu borular bir-birilə qazıma qıfılları (3) ilə birləşdirilir. Baltaya
fırlanma hərəkəti rotorun (4) mühərriki (11) və işlək boru (5) vasitəsilə ötürülür.
Baltanın quyuya endirilib –qaldırılması vışkanın (19) yuxarısında qoyulan kranblok,
tal bloku (8), qaldırıcı qarmaq (7), tal kanatı (9) vasitəsilə həyata keçirilir. Tal
kanatının işlək ucu qazma bucurqadının (10) barabanına bağlanılır. Qazma prosesi
zamanı buruq nasosu (12) yuyucu mayeni qəbul çənindən (14) götürüb, monifold
(16), rezin buruq şlanqı (17) və fırlanğıc (6) vasitəsilə qazma boru kəmərinə vurur və
baltanın deşiklərindən sürətlə çıxan yuyucu maye süxur hissəciklərini həlqəvi
fəzadan yer səthinə çıxarır. Quyudan çıxan məhlulnov sisteminə (15) daxil olur,
təmizləyici qurğular vasitəsilə suxurlardan təmizlənir, qəbul çəninə daxil olur, oradan
da nasos vasitəsilə qazıma boru kəmərinə vurularaq yuyucu mayenin fasiləsiz dövranı
yaradılır. Quyunun konstruksiyası əsasən quyuya endirilmiş şaxta borusu (22),
Konduktor( 20), texniki və istismar kəmərlərindən ibarətdir. Həmin kəmərlərin
arxasında möhkəm sement qatı(21), yaradılır.
QAZMA QURĞUSUNUN ÜMUMİ SXEMİ
1- qazma baltası; 2-AQB; 3- QB; 4- konduktor; 5- şaxt borusu; 6-preventil; 7-qazma
qurğusunun döşəməsi (polu); 8-qazma rotoru; 9-işlək qazma borusu; 10-qazma
sütunu; 11-fırlanğıc; 12-qarmaq; 13-tal bloku; 14 –yuxarıda fəhlənin dayanması üçün
balkon; 15- kəllə-çarx; 16- tal kanatı; 17- işlək qazma borusunun şlanqı; 18- baltaya
düşən yükü göstərən indikator; 19- qazma bucurqadı; 20- qazma nasosu; 21- qazma
məhlulu üçün novlar; 22- qazma məhlulunun atqı xətti.
QAZIMA QUYUSU HAQQINDA ANLAYIŞ

Hazırlanmış xüsusi meydançadan mexaniki vasitələrlə qazılan, diametri


uzunluğuna nisbətən çox kiçik silindrik lüləyə quyu deyilir.
Quyunun yer səthindəki başlanğıcına quyunun ağzı, sonuna quyunun dibi,
yanlarına quyunun divarı, ağzından dibinə qədər olan məsafəyə isə quyunun dərinliyi
deyilir. Qazıma quyusu dağ süxurlarının mütəmadi olaraq dağıdılması və doğranmış
süxur hissəciklərinin qazıma məhlulu vasitəsilə yer üzərinə qaldırılması nəticəsində
alınır. Quyu həmişə qazıma məhlulu ilə dolu olmalıdır. Adi qazımada quyu dibindəki
süxur təmamilə dağıdılır. Süxur nümunəsi (kern) götürmək lazım gəldikdə isə quyu
dibinin ətraf hissəsi dağıdılır və daxildə dağıdılmamış qalan silindrik özək şəkilli
süxur sütunu bütövlükdə yerin səthinə qaldırılır.
Quyunu qazımaq üçün quyu layihəsi tərtib edilir və xüsusi hazırlanmış
meydanca üzərində qazıma avadanlığı yerləşdirilir. Təhlükəsizlik texnikası,
yanğından mühafizə və ətraf mühitin qorunması tələbləri yerinə yetirilir. Yalnız
bunlardan sonra quyunun qazılmasına başlamaq olar.

Quyular qazılma məqsədlərinə görə aşağıdakı növlərə ayrılır:

1. İsnad (dayaq) quyuları – iri regionların geoloji kəsilişini və hidrogeoloji şəraitini


öyrənmək, çöküntü süxurlarının yayılma qanunauyğunluqlarını təyin etmək, neft
və qazın yerləşməsi ehtimalı olan laylar içərisindən ən perspektivlisini seçib,
geoloji kəşfiyyat işlərinin əsas istiqamətlərini müəyyən etmək üçün qazılır.
2. Parametrik quyular - neft və qazın yığıldığı perspektivli zonaları aşkar etmək,
seysmik və digər geofiziki tədqiqatların nəticələrini dəqiqləşdirmək, kəsilişin
geoloji-geofiziki xarakteristikası haqqında məlumatlar toplamaq və rayonda əsaslı
surətdə geoloji işlərin aparılmasının zəruriliyini müəyyən etmək üçün qazılır.
3. Struktur quyular – aşkar edilmiş perspektiv sahələrdə axtarış-kəşfiyyat
quyularının qazılmasına hazırlıq işlərinin aparılması, struktur quyuların qazılması
nəticəsində müxtəlif nöqtələrdə layların yatım elementlərini təyin etmək
(tektonikası, stratiqrafiyası və litologiyası) və həmin sahənin geoloji profilinin
tərtib edilməsi üçün qazılır.
4. Axtarış quyuları – geoloji çəkilişlər, struktur qazıma, geofiziki və geokimyəvi
tədqiqatlar yaxud bu üsullar kompleksi nəticəsində sahənin neftlilik və qazlılığını
müəyyən etmək üçün qazılır.
5. Kəşfiyyat quyuları – sənaye əhəmiyyətli neftli-qazlı sahələrdə yatağın
konturlarını təyin etmək, yataqdakı ehtiyatı müəyyən etmək və onun işlənməsi
məqsədilə hazırlıq işlərinə başlamaq üçün qazılır.
6. İstismar quyuları – neft və qaz yataqlarının işlənməsi üçün qazılır. Bu qəbildən
olan quyulara qiymətləndirici (məhsuldar qatların kollektorluqlarını
qiymətləndirmək üçün), vurucu (lay təzyiqinin düşmə intensivliyini azaltmaq və
təbii fontan dövrünü uzatmaq məqsədilə məhsuldar horizontlara su, hava və ya
qaz vurulması üçün), müşahidəci (nəzarətçi, pyezometrik quyular) quyular aiddir.

QAZIMA REJİMİ

Qazıma avadanlığının potensial imkanlarından maksimum istifadə etməklə,


qazımanın yüksək kəmiyyət və keyfiyyət göstəricilərini təmin edən və asan idarə
edilə bilən parametrlərin kombinasiyasına səmərəli qazıma rejimi deyilir. Əlavə
olaraq, az maddi vəsait sərf etməklə, yuxarıda qeyd edilən şərtləri tam ödəyən qazıma
rejimi isə optimal qazıma rejimi adlanır. Hər iki rejimdə layihədə nəzərdə tutulan
rejim parametrlərinin seçilməsində və həyata keçirilməsində heç bir məhdudiyyət
olmur.
Əgər qazıma avadanlığı rejim parametrlərinin seçilmiş qiymətlərini təmin edə
bilmirsə, elektrik mühərriklərinin gücü tələb edilən həddi ödəyə bilmirsə, ağır qazıma
borularının uzunluğu layihədə nəzərdə tutulan oxboyu yükü həyata keçirməyə imkan
vermirsə, qazıma kəmərinin aşağı hissəsinin sərtliyi tələb edilən həddən aşağıdırsa,
qazıma nasosları lazım olan məhsuldarlıqla işləyə bilmirsə, belə qazıma rejiminə
məhdud qazıma rejimi deyilir. Bu qazıma rejimində də bütün imkanlardan maksimim
istifadə edilməsi çox vacibdir.
Xüsusi texnoloji məsələlərin həll edilməsini təmin edən qazıma rejiminə isə
xüsusi qazıma rejimi deyilir. Bu halda qazımanın keyfiyyət göstəriciləri ön plana
çəkilir, qalan göstəricilər isə II dərəcəli əhəmiyyət kəsb edir. Keyfiyyət
göstəricilərinə: quyu lüləsinin tələb olunan dərinlikdə yan tərəfə kəsilməsi, azimut və
əyriliyinin düzəldilməsi, quyu dibindəki kənar cismin qazılması, quyudan süxur
nümunəsi götürülməsi və s aiddir.
3 rejim parametrləri mövcuddur:
Baltaya verilən oxboyu yük P, qazıma məhlulunun miqdarı Q və keyfiyyəti,
qazıma baltasının dövrlər sayı n.
Qazımanı səmərəli, yaxud optimal rejimdə aparmaq üçün, qazıma rejiminə
ciddi təsir edə bilən aşağıdakı tələb də hökmən yerinə yetirilməlidir. Əks təqdirdə
yüksək göstəricilərə nail olmaq mümkün deyil.
- Geoloji şərait və qazılacaq süxurların fiziki və mexaniki xassələrini nəzərə
almaqla, qazıma baltasının tipi düzgün seçilməlidir. Yalnız rejim parametrlərinin
düzgün seçilməsi və qeyd edilən tələbin yerinə yetirilməsi sayəsində qazımanın əsas
göstəriciləri olan: bir baltanın gedişini qazımanın mexaniki və reys sürətlərini eləcə
də digər göstəriciləri yüksəltmək olar (bax:qazımanın texniki-iqtisadi göstəriciləri
bölməsi).
Rejim parametrlərinin qiymətlərini müəyyən həddə qədər artırmaqla və qazıma
məhlulunun keyfiyyətini yaxşılaşdırmaqla qazımanın mexaniki sürətini bir qədər
artırmaq mümkün olur. Lakin qazıma zamanı rejim parametrlərinin, baltanın, qazıma
borularının tipinə və diametrlərinə, həm də qazıma mühərrikinin gücünə müvafiq
olması bu amillərin qiymətlərinin ixtiyari olaraq artırılmasına yol vermir. Məlumdur
ki, rejim parametrlərinin qiymətlərinin artması ilə yanaşı balta və qazıma alətində
əlavə gərginliklər yaranır. Bu gərginliklər isə buraxıla bilən həddi keçdikdə qazıma
borularının, balta pəncələrinin, sapfasının və ya şaroşkalarının sınıb quyuda qalması
kimi qəzaların baş verməsinə səbəb ola bilər.
Qazımanın səmərəliliyini daxili imkanlar hesabına artırmaq üçün rejim
parametrləri arasında ən münasib və əlverişli qarşılıqlı əlaqəni araşdırıb tapmaq və
bunların balta, qazıma aləti və avadanlığa olan təsirlərini müəyyənləşdirmək lazımdır.
Əgər qazılan quyuda balta, qazıma aləti və avadanlıq, qazımanın optimal rejiminə
uyğun seçilmişsə o zaman baltanın bir gedişi müddətində qazımanın mexaniki sürəti
ən böyük qiymət alacaqdır.
a) Qazımanın orta mexaniki sürəti :
hb
Vm = ------------- ;
tb
hb -- bir baltanın gedişi – m ilə ; tb -- bir baltanın quyu dibində yalnız qazımaya sərf
etdiyi vaxt, saat ilə;

Baltaya verilən oxboyu yük.

Mexaniki üsulla qazıma zamanı quyu dibində dağ süxurunun dağıdılması balta
üzərinə oxboyu yükün yaradılması nəticəsində mümkün olur.
Baltaya verilən oxboyu yükün (Pb) qazımanın mexaniki sürətinə (Vm) təsiri
(sabit kiçik dövrlər sayında n = 60 dövr/dəq. və quyu kifayət dərəcədə yuyulmuş
olduqda, kiçik vaxt ərzində baltanın yeyilməsini nəzərə almamaqla) şəkil 9.2 -də
göstərilmişdir.
Neft və qaz quyularının qazılması zamanı dağ süxurlarının effektli dağıdılması
bir çox amillərdən asılıdır.
Belə ki, süxurların, balta tipinin, onun dişlərinin sayının ,ölçülərinin və yeyilmə
dərəcəsinin eləcə də oxboyu yükün müxtəlif qiymətlərdə olması quyu dibində
süxurun dağılma xarakterini dəyişdirir. Baltaya verilən oxboyu yükün qazımanın
mexaniki sürətinə təsiri asılılığını, baltanın diametrinin 1sm2-nə düşən yükün Px
(xüsusi oxboyu yükün), süxurun birinci sıçrayış da dağılmasına göstərdiyi
müqavimətə P1 nisbəti kimi ifadə etmək yaxşı olardı
Px - xüsusi təzyiqdir, (1 sm2 sahəyə düşən təzyiq)
Fk - balta dişlərinin süxurla təmas sahəsidir.
Fk - nın qiymətini təyin etmək çətindir, ona görə də Fk yeyilməmiş dişlərin bir
dövrdəki başlanğıc təmas sahəsinin orta qiyməti kimi qəbul edilir.
Verilmişdir. Baltaya verilən ox boyu yükün kiçik qiymətində yəni I zonada
süxurun səthi dağılması (sürtülmə) baş verir, II zonada süxur hissəciklərlərinin
qopması yəni səthi və həcmi dağılmalar bir-birini əvəz edir, III zonada isə xüsusi
təmas gərginliyinin qiyməti süxurun möhkəmlik həddini aşır və həcmi dağılma baş
verir. Əgər quyu ideal dərəcədə yuyulursa onda bu dəyişmə düz xətt boyunca baş
verir (1), natamam yuyulma zamanı (1 ) istiqamətində olur, qazıma məhlulunun
sərfini artırsaq (1) xəttini alarıq.
Bunu aşağıdakı kimi izah etmək olar. Nisbi xüsusi təzyiqin kiçik qiymətlərində
0 < po < 0,6 (I sahə) süxurun əsasən səthi dağılması (abraziv yeyilmə), mikroqopma
əzilmə, ölçüləri balta dişlərindən kiçik olan kələ-kötürlərin sürüşməsi baş verir). Bu
sahədə sürətin dəyişməsini m = apbo ifadəsindən əldə etmək olar, burada, a və b
dağılma sahəsini səciyyələndirən əmsallardır.

Şəkil 9.2. Vm = f (P)asılılığı Şəkil 9.3. Vm = f (Po)asılılığı


1-yumşaq dağ süxurlarını qazıdıqda; (M.Q.Binqhemə əsasən)
2-orta bərklikli süxurları qazıdıqda;
3-bərk süxurları qazıdıqda;
4-çox bərk süxurları qazıdıqda

Səthi dağılma üçün b=1-dir. Praktiki olaraq bu növ dağılma çox bərk süxurların kiçik oxboyu
yükdə, böyük təmas səthi olan küt dişlərlə qazımada, həmçinin kiçik sərtlikli süxurları böyük təmas
səthinə malik İSM baltaları ilə qazıdıqda müşahidə olunur. Bu halda qazımanın mexaniki sürəti 13
m/saat intervalında olur.
Nisbi xüsusi təzyiqin 0,6 < Po < 0,9 qiymətlərində yorucu dağılma baş verir (II sahə). Bu
sahə üçün xarakterik cəhət ondan ibarətdir ki, həcmi dağılması eyni sahəyə balta dişinin bir neçə
zərbə endirməsi nəticəsində baş verir.
İkinci sahədə də qanunauyğunluq aşağıdakı tənliklə ifadə olunur. m = apbo . Burada b
əmsalının qiyməti 1 < b < 1,5 olmaqla süxurun mexaniki xassəsindən və baltanın növündən asılıdır.
Bu halda süxur qırıntılarının ölçüləri birinci hala nisbətən bir qədər böyükdür. Ona görə də qazıma
məhluluna süxurun bərkliyini aşağı salmaq üçün səthi aktiv maddələrin (SAM) əlavə olunması
məqsədəuyğundur. Şaroşkalı baltalarla böyük dövrlər sayında qazımada bərk süxurların dağıdılması
əsasən yorucu dağılma zonasında birinci sıçrayış sahəsində qazılır. Bu halda qazımanın mexaniki
sürəti 10 m/saat-dan çox olmur.
Həcmi dağılma sahəsində (sahə III) Po > 0,9 olduqda süxurun vahid həcminin dağıdılması
üçün sərf olunan enerji sərfi əvvəlki iki sahəyə nisbətən xeyli az olur. Bu halda m = apbo ifadəsində
b əmsalının qiyməti böyük intervalda (1 < b < 3) dəyişir və Po-ın qiymətindən və süxurun
xassəsindən asılı olur.
Beləliklə quyu dibinin mümkün qədər yaxşı təmizlənməsi üçün qazımada yüksək mexaniki
sürət əldə etmək məqsədilə qazıma kəmərinin dayanıqlığı və ötürülən fırladıcı an məhdudluğu
daxilində böyük oxboyu yük yaratmaq lazım gəlir. Lakin quyu qazılmasının texniki-iqtisadi
göstəriciləri nöqteyi nəzərincə bu heç də belə deyildir. Çünki böyük oxboyu yükdə baltanın
dayaqları və dişləri tez yeyilib sıradan çıxır, bu da öz növbəsində qazımanın kəmiyyət
göstəricilərinə mənfi təsir göstərir. Deməli, başqa parametrləri nəzərə almaqla oxboyu yükü elə
seçmək lazımdır ki, yüksək texniki-iqtisadi göstəricilər əldə etmək mümkün olsun.
Baltanın dövrlər sayı.

Baltanın dövrlər sayı n qazıma göstəricilərinə müxtəlif təsir göstərir. Əgər


qazımada şaroşkalı baltalardan istifadə olunursa, o vaxt n-in artması ilə balta
dişlərinin quyu dibinə endirdiyi zərbələrin sayı, zərbənin endirilmə sürəti və zərbə
yükünün dinamik əvəzləyicisi də artır. Bu da, öz növbəsində, qazımanın mexaniki
sürətini m yüksəldir. Eyni zamanda bu amillər baltanın quyu dibində işləmə
müddətini azaldır, dövrlər sayının artması ilə balta dişinin süxurla təmas müddəti
azalır. Süxurun dağılmasının səmərəliliyi azalır, bununla yanaşı mexaniki sürət azalır.
burada e – şaroşkaların sayı; Zş – şaroşka dişlərinin sayı; D, dş – uyğun olaraq balta və
şaroşkanın diametrləridir. Qopan süxur həcmini Vh qəbul etsək, onda vahid zaman
ərzində dağılan süxurun həcmi 1 dəqiqə ərzində

.Şaroşkalı baltalarla kövrək-plastik və əsasən plastik süxurları qazdıqda n-in


artması ilə -nın dəyişməsi müşahidə olunur (əyri 2), yəni A nöqtəsinə qədər  və m,
n-in artması ilə artır. Sonra isə B nöqtəsinə qədər n-in artması ilə  azalır, m isə
artmaqda davam edir.

Şəkil 9.4 Vm=f(n), = f(n)asılılıqları


1-almazlı balta ilə bərk və kövrək süxurları qazıdıqda;
2-şaroşkalı balta ilə elastiki plastik süxurları qazıdıqda

n > nkr2 olduqda  və m azalır. Bu onunla əlaqədardır ki, n-in artması ilə B
nöqtəsindən sonra balta dişinin süxurla təmas müddəti kiçilir, dişin süxura
zərbələrinin sürəti artır,süxurun dağılmağa göstərdiyi müqavimət bir qədər artır.
Süxurun plastiklik xassəsi azalır. Bu halda qazıma kəmərinin titrəyişi artır, quyu
dibində qazıma məhlulunun hərəkət xarakteri dəyişir, qazıma kəmərinin boş
fırlanmasına sərf olunan güc artır.
Qazıma məhlulunun sərfi və keyfiyyəti

Qazıma prosesində quyuda qazıma məhlulunun fasiləsiz dövranı, quyu dibinin


yaxşı təmizlənməsini, baltanın soyudulmasını təmin etməli, süxurun dağıdılmasına
kömək etməlidir.Qazıma məhlulunun sərfinin Q, qazımanın mexaniki sürətinə təsiri
m = f (Q) şəkil 9.5 də göstərilmişdir.
Qazıma baltasının təzə olması və quyu dibinin doğranmış süxur
hissəciklərindən tam təmizlənməsi halında qazımanın mexaniki sürəti qazıma
məhlulunun sərfindən asılı olaraq demək olar ki, düz xətt qanununa uyğun olaraq artır
(şəkil 9.5. I sahə).
Praktiki olaraq qazıma məhlulunun sərfi lazım olan həddə çatdıqda (Q=Q1),
baltanın quyu dibində yaxşı soyumasına, baltanın və quyu dibinin yaxşı
təmizlənməsinə, qazıma məhlulunda süxur hissəciklərinin miqdarının və həlqəvi
fəzada məhlulun sıxlığının həmçinin quyu dibinə təsir edən hidrostatik təzyiqin
azalmasına baxmayaraq qazımanın mexaniki sürəti çox kiçik templə də olsa arta bilər
(II sahə).
V.S.Fyodrov da isbat etmişdir ki, qazıma məhlulunun miqdarının optimal
həddən çox olması, qazımanın mexaniki sürətini praktiki olaraq artırmır. Qazıma
məhlulunun sərfinin sonrakı artımında, yəni Q  Qmax olduqda həlqəvi fəzada
hidravliki itkilərin dəf olunmasına sərf olunan təzyiq itkisi artır və nəticədə ümumi
hidravliki təzyiqin quyu dibinə təsiri artır, bu isə qazımanın mexaniki sürətinin
azalmasına gətirib çıxarır.
Praktiki olaraq bu hal çox az əldə olunur (III sahə). Quyu hidravliki
mühərriklə qazılan zaman qazıma məhlulunun sərfi onun iş xarakteristikasını təyin
etdiyindən qazımanın mexaniki sürətinə əsasən Q > Q1 olduqda çox təsir göstərir.
Quyu dibinin təmizlənməsini yaxşılaşdırmaq üçün qazıma məhlulunun sərfini
normadan yuxarı artırmaqdansa, qazıma məhlununun reoloji xassələrini
yaxşılaşdırmaq balta oymaqlarından çıxan şırnağının quyudibinə yönəldilməsini və
sürətini səmərəli təşkil etmək daha yaxşıdır. Qazıma məhlulunun əsas parametrlərinin
mexaniki sürətə təsirini aşağıdakı qrafiklərdəki kimi izah etmək olar (Şəkil 9.6).

Müasir qazıma üsulları

Müasir qazıma üsulları dağ süxurlarına təsiretmə xüsusiyyətlərinə görə iki


cürdür:
1. fiziki qazıma üsulları.
2. Mexaniki qazıma üsulları.
Mexaniki qazıma üsulundan fərqli olaraq, fiziki qazıma üsuluna baltasız
qazıma üsulu da deyirlər.
Fiziki qazıma üsulları :
Termoqazıma – alovla və plazma ilə qazımada istilik və temperaturun təsiri ilə
dağ süxurlarının dağıdılmasına nail olunur.
Partlayışla qazıma – partlayış nəticəsində quyu dibi süxurlar dağıdılır.
Hidravlik qazıma – yüksəktəzyiqli maye şırnağı vasitəsilə dağ süxurları
dığıdılır.
Elektrik impulsu ilə qazıma – elektrik boşalmasının təsiri ilə dağ süxurlarının
dağıdılmasına nail olunur.
Kimyəvi qazıma – bu qazıma üsulunda dağ süxurları ilə reaksiyaya girən
kimyəvi reagentlərin təsiri ilə süxurlar dağıdılır.
Titrəyişlə qazıma – vibroqazıyıcının təsiri ilə qazıma aparılır və qazıma aləti
yerin təkinə işləyir. Bu qazıma üsulları hələlik laboratoriya tədqiqatı çərçivəsindən
kənara çıxmayıblar.
Bü üsullardan fərqli olaraq mexaniki üsulla qazıma öz universallığı sayəsində
geniş yayılmışdır.Hazırda neft və qaz quyularının qazılması əsasən mexaniki üsulla
yerinə yetirilir.
Mexaniki üsulla neft və qaz quyularını XIX əsrin ikinci yarısından qazımağa
başlamışlar və bu quyuların dərinliyi illər keçdikcə 8000-12000 metrə çatdırılmışdır.
Mexaniki qazıma üsulu öz növbəsində iki yerə ayrılır:
- vurma üsulu ilə qazıma;
- fırlanma üsulu ilə qazıma.
Vurma üsulu. Vurma üsulu ilə qazımada balta ardıcıl zərbələrlə quyudibi
sahəyə vurulur və doğranmış süxur parçaları su ilə qarışaraq məhlul və ya qatı maye
şəklində jelonka vasitəsilə quyu dibindən yerin səthinə çıxarılırdı. Belə halda, quyu
lüləsinin silindrik şəkildə alınması üçün qazıma aləti quyu ağzında işləyən açarçılar
vasitəsilə müəyyən bucaq altında döndərilir.
Vurma üsulu ilə qazımada ağır qazıma aləti balta ilə birlikdə dövrü olaraq
qaldırılıb zərblə endirilməklə süxura batırılır. Qazıma aləti quyu ağzında yerləşən
qazıma dəzgahı vasitəsilə krivoşip şatun mexanizminin köməyi ilə qaldırılıb -
endirilir. Krivoşip şatun mexanizmin vasitəsilə fırlanma hərəkəti irəli-geri hərəkətə
çevrilir. Aşağıya hərəkət zamanı balta ilə birləşdirilmiş ağır ştanq enərək quyudibi
süxuru dağıtmağa kömək edir. Beləliklə, ştanqla vurma qazımasında süxurların
dağıdılması ardıcıl əməliyyat olmaqla, iki prosesin nəticəsində baş verir; bunlardan
birincisi süxürün dağıdılması prosesi və ikincisi isə ştanqların qaldırılmasından sonra
qazılmış süxur hissəciklərinin quyu dibindən jelonka ilə çıxarılma prosesidir. Bu
əməliyyatlar ardıcıl surətdə təkrar olduqca quyu dərinləşir. Bu prosesdə quyu boş
olduğundan süxurların quyu divarındakı dayanıqsızlığını nəzərə alaraq, müəyyən
qədər qazılan quyu lüləsi içərisinə qoruyucu borular buraxılır və arxası sementlənir.
Ştanqla vurma üsulu dərinliyi 10-15m olan seysmik kəşfiyyat quyularının
qazılmasında, yeraltı tikintilərdə, tunellərdə havanı dəyişdirmək məqsədilə dərinliyi
100m-ə qədər olan quyuların və ən çox su quyularının qazılmasında istifadə edilir.
Sonralar süxurların quyudan çıxarılması vurma prosesi ilə eyni zamanda icra
edilirdi. Bunun üçün bütöv kəsikli ştanqlar daxili kanalı olan ştanqlarla (borularla),
süxuru dağıdan baltalar isə yuma deşiyi olan baltalarla əvəz edildi, quyunun ağzına
pistonlu nasos, qəbul çəni və novlar qoyuldu. Bu halda quyu çirklənmiş qazıma
məhlulu ilə dolu olduğundan quyunun qoruyucu borularla möhkəmləndirilməsi 3-4
dəfə azaldı və daha böyük dərinliklərə quyular qazılması imkanı yarandı. Daha
sonralar isə qazıma prosesində dövr edən qazıma məhlulu şırnağının gücündən
istifadə etmək üçün balta üzərinə hidravlik zərbə yaradılması təklif edildi. Zərbələr
nəticəsində, maye şırnağının gücü ilə quyu dibində titrəyişli zərbələr yaranaraq
süxurların dağıdılması asanlaşardı. Lakin bu üsul o zaman sürətlə inkişaf edən
fırlanma üsulu ilə müqayisədə uğur qazana bilmədi.
Ştanqla vurma qazımasında ştanqların endirilib – qaldırılması üçün çox vaxt
israfı və ştanqların tez-tez sınması həmin qazıma üsulunun nöqsan cəhətləri idi. Bu
səbəbdən, ştanqlar kanatla əvəz edilərək, kanatla vurma qazıması tətbiq edilməyə
başlandı. Bu üsulla qazımada kanatın elastikliyindən istifadə etməklə, balta quyu
dibində müəyyən bucaq qədər dönərək qazılan quyu lüləsinə silindrik forma verirdi.
Hər iki üsulda baltanın iş prinsipi eyni idi və süxurlar doğranaraq dağıdılırdı.
Hazırda kanatla vurma üsulu qazıma məhlulunun dövranının yaradılması
mümkün olmayan dayaz quyularda tətbiq edilir.
Kanatla vurma üsulu ilə qazılan quyuların dərinliyi 400-500m, başlanğıc
diametri 500-900mm və son diametri 150mm ətrafındadır. Kanatla vurma üsulu ilə
qazımada səyyar və qeyri səyyar qazıma dəzgahları işlədilir. UKS-22M; UKS-30M
markalı təkmilləşdirilmiş dəzgahlarla hazırda kanatla vurma üsulu ilə, səyyar qazıma
qurğuları vasitəsilə dərinliyi 400-500m olan su quyuları qazılır. 2.1-saylı şəkildə
kanatla vurma qazıması üsulunun prinsipial sxemi göstərilmişdir. Ştanqla və yaxud
kanatla vurma qazımasında süxurların bərkliklərinə görə süxurdağıdıcı alətlərin kəsici
hissələri 2.2 saylı şəkildə göstərildiyi kimi hazırlanır.
1. Balta; 2.Zərbə ştanqı; 3.Açılan ştanq;
4.Kanat qıfılı; 5.Kanat; 6.Jelonka kanatı; 7.Baş
diyircək; 8.Amartizasiya yayı; 9.Dirək (dor);
10.Geriyə dartan diyircək; 11.Tarazlığı (müvazinəti)
təmin edən çərçivə; 12.İstiqamətləndirici diyircək;
13.Bucurqad; 14.Sürgü və çarx qolu tərtibat; Şəkil 3.1 Kanatla vurma
15.Tarazlığı (müvazinət) təmin edən çərçivə;
üsulu ilə 16.Jelonka ilə işləyən bucurqad; 17.Jelonka.
qazımanın sxemi
Şəkil 3.2. Kanatla vurma üsulu ilə qazımada
işlədilən baltalar
a – möhürvari; b – qələmvari; c – xaçvari; ç
– pazvari;
d – hamar (bütöv)

Vurma üsulunun üstün cəhətləri aşağıdakılardır:


- qazılan quyu şaquli olur;
- qazılmış quyu uzun müddət istismar edilir.
Bununla yanaşı, vurma üsulunun nöqsan
cəhətləri də vardır:
- quyunun vurma üsulu ilə qazılması çoxlu
metal və sement sərf edilməsini tələb edir;
- quyunu çox böyük dərinliyə qazımaq
mümkün olmur;
- quyunun qazılmasına çox vaxt sərf edilir;
- qazımanın mexaniki sürəti aşağı olur;
- quyu iqtisadi cəhətdən əlverişli olmur.
Bu nöqsanlara görə neft və qaz quyularının
qazılmasında vurma üsulu, demək olar ki, tətbiq
edilmir.
Fırlanma üsulu. Fırlanma üsulu ilə qazıma
prosesində əsasən iki əməliyyat yerinə yetirilir:
qazıma kəmərinin ucuna bağlanıb quyuya endirilmiş
balta süxurları dağıdır və dağıdılmış süxur
hissəcikləri hərəkət edən qazıma məhlulu vasitəsilə
yer səthinə qaldırılır. Birinci əməliyyatın görülməsi
üçün qazıma prosesində balta quyu dibində fasiləsiz
olaraq fırladılmalı və eyni zamanda onun üzərinə
qazıma alətinin ağırlığı hesabına müəyyən qədər
oxboyu yük verilməlidir. Quyu dibində fırlanan
baltaya verilən oxboyu yükün qiymətindən asılı
olaraq süxurların dağıdılma intensivliyi müxtəlif
olur. İkinci əməliyyatın aparılması üçün süxurun
dağıdılma prosesi ilə eyni zamanda qazıma
kəmərinin içərisi ilə quyu dibinə qazıma məhlulu
vurulur.
Qazıma məhlulu kimi, gilli məhlullardan, neft
və dizel yanacağı əsaslı məhlullardan bəzi hallarda
isə su, sıxılmış hava və ya qazdan istifadə edilir. İstər
qazıma məhlulunun və istərsə də digər emulsiya,
suspenziya və agentlərin əsas vəzifəsi, baltanın
dağıtdığı süxur hissəciklərini quyu dibindən qaldırıb
xaric etməkdir. Quyuya vurulan qazıma məhlulu
qazıma borularının içərisi ilə hərəkət edərək baltanın
yuma deşiklərindən çıxır, qazılmış süxur hissəcikləri
ilə qarışıb şlam əmələ gətirir və halqavarı fəza ilə
quyunun ağzına doğru qalxır. Beləliklə, baltanın
quyu dibində dağıtdığı süxur hissəcikləri qazıma
məhlulu vasitəsilə quyudan xaric edilir. Bu proses
arası kəsilmədən davam edir.
Quyudan çıxan qazıma məhlulundan təkrar
istifadə etmək üçün onu qazılmış süxur
hissəciklərindən təmizləyirlər. Bu məqsədlə qazıma
məhlulunun tərkibində olan süxur hissəcikləri nov
sistemində qoyulmuş arakəsmələrin köməyi ilə
qismən çökdürülür, sonra isə hidravlik və mexaniki
qurğularda təmizlənir. Bu üsulla təmizlənmiş qazıma
məhlulu nasosun qəbul çəninə yığılır və nasos
vasitəsilə təkrar quyuya vurulur. Bu prosesə qazıma
məhlulunun dövranı deyilir.
Quyuların fırlanma üsulu ilə qazılması qazıma
baltasının fırladılması prinsipinə görə üç növə
bölünür.
1. Rotor üsulu ilə qazıma.
2. Turbin üsulu ilə qazıma.
3. Elektrik üsulu ilə qazıma.
Bu üsullarla qazımanın prinsipial sxemləri 3.3
saylı şəkildə göstərilmişdir.
Rotor üsulu ilə qazıma.Bü üsulla qazımada
transmissiya sistemi ilə qazıma bucurqadından
alınan hərəkət, quyu ağzında yerləşdirilmiş rotor
mizinə, oradan isə aparıcı boru (işlək boru) vasitəsilə
qazıma kəmərinə ötürülür. Beləliklə, qazıma
kəmərinin ucuna bağlanmış qazıma baltası qazıma
kəməri ilə birlikdə fırlanır. Belə şəraitdə qazıma
kəməri qiymət və istiqaməti müxtəlif olan külli
miqdarda qüvvələrin təsirinə məruz qaldığından çox
gərgin şəraitdə işləyir.
Baltaya verilən oxboyu yük qazıma kəməri
ağırlığının müəyyən hissəsi hesabına əldə edilir.
Deməli, rotor üsulu ilə qazımada süxur baltaya
verilən oxboyu yük və baltanın fırladılması
nəticəsində qazıma baltası vasitəsilə dağıdılır.
Rotor üsulu ilə qazımada yaranan maksimal
burucu moment – baltanın fırladılmasına süxurların
göstərdiyi müqavimətdən; qazıma kəmərinin quyu
divarına sürtülməsindən yaranan sürtünmə
qüvvələrinin qiymətindən; qazıma məhlulunun
müqavimətindən; quyu lüləsinin trayektoriyasından
və s. asılıdır.
Rotor üsulu ilə qazıma, dünya qazıma
təcrübəsində çox geniş yayılmışdır. Hazırda xarici
ölkələrdə qazılan quyuların demək olar ki, böyük
əksəriyyəti bu üsulla qazılır.
Rotor üsulu ilə qazımanın, turbin üsulu ilə
qazımadan üstünlükləri aşağıdakılardır:
Şəkil 3.3. Fırlanma üsulu ilə qazıma üçün
qazıma qurğusunun ümumi görünüşü

1 – qazıma nasosunun qəbul çəni; 2- qazıma


nasosları;
3-vurucu xətt(manifold xətti);4-güc bloku; 5-
yüksək təzyiqə davamlı qazıma şlanqı; 6-fırlanğıc;7-
bucurqad;8-aparıcı boru(işlək boru);
9-çəki idikatoru;10-maşın açarları;11-şaquli
boru;12-AKB 3M2 avtomatik buruq açarı;13-şamlar
altı; 14-rotor;15-preventor;
16-preventorun əl ilə intiqal;17-borular yığılan
stelaj;
18-məhlulun növ sisteminə çıxışı;19-məhlulun
təmizlənməsi bloku;20-konduktor;21-qazıma kəməri;
22,23-I və II aralıq kəmərləri;
24-ağırlaşdırılmış qazıma borusu;25-turbin
qazıyıcısı;
26-qəlibləyici;27-nazim çarx;28-keçirici;29-balta

Burada rejim parametrləri bir-birindən asılı


olmadığı üçün onlardan hər birini müstəqil dəyişmək
və baltaya böyük burucu moment ötürmək
mümkündür: baltada böyük təzyiq düşgüsü yaratmaq
imkanı vardır, baltanın dövrlər sayı kiçik
olduğundan, bir balta ilə qazıma gedişi xeyli yüksək
olur. Nöqsan cəhəti isə qazıma kəmərinin fırlanması
nəticəsində kəmərə dinamik yüklərin təsir etməsi,
qəza baş verməsi ehtimalının artması, sürtünmə
qüvvələrinin təsiri nəticəsində qazıma və qoruyucu
boruların intensiv yeyilməsi və s.-dir.
Turbin üsulu ilə qazıma. Bu üsul ilə qazımada
qazıma məhlulunun hidravlik gücü hesabına
hərəkətə gələn turbin mühərrikinin valına bağlanmış
qazıma baltası fırlanma hərəkəti alır.
Turbin üsulu ilə qazımada da rotor üsulu ilə
qazımada olduğu kimi, baltaya oxboyu yük qazıma
alətinin ağırlığı hesabına verilir. Rotor üsulu ilə
qazımadan fərqli olaraq burada qazıma kəməri sakit
vəziyyətdə olduğundan, onun işinin gərginliyi xeyli
azalır. Turbin üsulu ilə qazımada maksimal burucu
moment qazıma məhlulunun miqdarından və
süxurların baltanın fırlanmasına göstərdiyi
müqavimətin qiymətindən çox asılıdır. Borularda
yaranan maksimal burucu moment quyunun
dərinliyindən,baltanın fırlanma sürətindən, baltaya
verilən oxboyu yükdən və qazılacaq süxurların
mexaniki xassələrindən asılı deyil. Bundan başqa,
nöqsan kimi qeyd edilməlidir ki, bu üsulla qazımada
qazıma rejimi parametrlərini müstəqil surətdə
dəyişmək mümkün deyildir. Çünki həmin
parametrlər bir-birindən asılı olaraq dəyişir, başqa
sözlə desək, rejim parametrlərindən birinin
dəyişməsi o birilərinin də dəyişməsinə səbəb olur.
Turbin qazımasında baltanın quyu dibində işləmə
müddəti rotor qazıması ilə müqayisədə 6  10 dəfə
az olur.
Vintli həcm mühərrikləri ilə qazıma.Vint
mexanizmi əsasında yaradılmış bu mühərrikin
köməyi ilə, turbin mühərrikindən fərqli olaraq
istənilən dövrlər sayı əldə etmək mümkündür. Bu
quyudibi mühhərik iki seksiyadan ibarət olur:
mühərrik seksiyası və şpindelli seksiya.
Şpindelli seksiya baltaya oxboyu yük vermək,
hidravlik yükləri qəbul etmək və təzyiq düşgüsü
yaratmaq üçündür. Vintli həcm mühərriklərlə
qazıdıqda balta dövrlərinin sayını 120-80 dövr/dəq-ə
qədər azaltmaqla, çox böyük fırlanma momenti əldə
etmək mümkündür. Vintli həcm və turbin
mühərriklərinin iş xarakteristikaları oxşardır. Lakin
vintli həcm mühərriklərilə işlədikdə daha kiçik
dövrlər sayına və daha böyük fırlanma momentinə
nail olmaq mümkündür ki, bu da çox böyük
üstünlükdür. Vintli həcm mühərrik 3.4-cü şəkildə
göstərilir.
Şəkil 3.4. Vintli həcm quyudibi mühərrikinin
quruluşu.
1. stator; 2.rotor; 3.kardan valı; 4.val;
5.Şpindelin gövdəsi; 6.yastıq.

Vintli həcm mühərriklərlə turbin qazımasının göstərici-


lərinin müqayisəsindən görünür ki, eyni şəraitdə vintli həcm
mühərriklərlə qazımada bir baltanın gedişi bərk süxurlarda 2
dəfə, yumşaq süxurlarda 20 – 50% , mexaniki sürət isə 20 –
50% artır. Vintli həcmi mühərriklər turbin mühərriki ilə
müqayisədə daha sadə quruluşa, daha kiçik uzunluğa və
ağırlığa malikdir.Bu mühərriklərdən xarici ölkələrdə də
istifadə edirlər. Misal kimi «Dayna Drill»-i göstərmək olar
(diametri 197mm, məhlulun sərfi 28 l/san,dövrlər sayı 320
dövr/dəq, fırladıcı momenti 1300 H.m, təzyiq düşgüsü 17
MP-dir).
Yuxarıda qeyd edilən üstünlüklər bu quyudibi
mühərriklərinin böyük gələcəyindən xəbər verir.
Elektrik üsulu ilə qazıma.Bu üsul ilə qazımada baltanı
quyu dibindəki üç fazalı dəyişən cərəyan mühərriki (asinxron
mühərriki) fırladır. Elektrik qazıyıcısına elektrik enerjisi
qazıma borularının içərisində yerləşdirilmiş kabellə daxil olur
və fırlanqıc üzərində yerləşdirilmiş cərəyan qəbuledicisi
vasitəsilə ötürülür. Elektrik qazıyıcısı qazıma kəmərinin
ucuna, balta isə elektrik qazıyıcısının valına bağlanır. Elektrik
qazıyıcısı işə düşən kimi onun valına bağlanmış qazıma
baltası fırlanma hərəkəti alır. Qazıma məhlulunun dövranı
başqa qazıma üsullarında olduğu kimidir. Elektrik üsulu ilə
qazımanın böyük gələcəyi vardır. Turbin üsulu ilə
müqayisədə elektrik üsulu aşağıdakı üstünlüklərə malikdir:
Elektrik qazıyıcısının dövrlər sayı, momenti və başqa
parametrləri:
1) qazıma məhlulunun sərfindən, onun fiziki və
kimyəvi xassələrindən, quyunun dərinliyindən asılı
deyildir.
2) qazıma rejimi parametrlərinin dəyişməsindən asılı
deyildir.
3) Yerin üstündən elektrik qazıyıcısının işinə nəzarət
etmək və onu tənzimləmək mümkündür.
Bütün bu üstünlüklərlə yanaşı, elektrik üsulu ilə
qazımanın nöqsan cəhətləri də vardır. Bunlar aşağıdakılardır:
1) elektrik qazıyıcısına elektrik enerjisi ötürülməsinin
çətinliyi və mürəkkəbliyi;
2) elektrik qazıyıcısı ilə dərin quyuların qazılmasının
mümkünsüzlüyü;
3) elektrik qazıyıcısını qazıma məhlulunun təsirindən
qorumaq məqsədilə hermetikliyin təmin edil-
məsinin çətinliyi;
4) elektrik qazıyıcısının quyu dibində bəzən işə
düşməməsi.
Diametri imkan vermədiyinə görə elektrik qazıyıcısının
4-5 cüt qütbü olur. Dəyişən cərəyanın tezliyi 50 hers,
qütblərinin sayı 8 olarsa elektrik qazıyıcısının dövrlər sayı 440
500 dövr/dəq olar. Bu dövrlər sayı yumşaq və orta bərkliyə
malik abraziv süxurları qazımaq üçün çox böyükdür. Odur ki,
təcrübədə elektrik qazıyıcısının dövrlər sayını azaltmaq üçün
cərəyan tezliyini 2035 hers arasında götürmək lazım gəlir ki,
bu da səmərəli deyil. Ən yaxşı nəticə əldə etmək üçün elektrik
qazıyıcısı ilə şpindel arasında ötürmə ədədini 1 : 2 nisbətində
qəbul edirlər və ya 2 reduktor yerləşdirirlər. Bu yol ilə dövrlər
sayını 2 4 dəfə azaltmaq mümkündür. İstehsalatda dövrlər
sayını tənzim etmək üçün bəzən elektrik qazıyıcısının
qütblərini dəyişirlər. Elektrik qazıyıcısının quruluşu 2.5 – saylı
şəkildə göstərilmişdir.
Elektrik qazıyıcısının yuxarıda qeyd edilən nöqsanları
onun geniş yayılmasına imkan verməmişdir. Bu üsul ilə
qazımanın inkişafı qazıma avadanlığı üzrə ixtisaslaşmış
mütəxəssislərin tədqiqat obyekti olmalıdır.
Şəkil 3.5. Elektrik qazıyıcısının quruluşu
1-Görüş mili;2-keçirici;3-mühərrikin işini tənzim edən rezin diafraqma;
4-kompensatorun porşeni;5,31-yaylar;6-kompensatorun silindri;7-mühərrik birləşdirici
gövdəsi;8,19-müvafiq olaraq mühərrikin yuxarı və aşağı kipkəcləri;9-mühərrikin yuxarı
klapanı;10,17-müvafiq olaraq stator sarğısının yuxarı və aşağı hissələri;11-mühərrikin
valı;12-statorun polad maqnit keçirən paketi;13-statorun maqnit keçirməyən materialdan
hazırlanmış gövdəsi;14-polad maqnit keçirməyən paket;15,18-müvafiq olaraq
mühərrikin,aralıq və aşağı diyircəkli yastıqları;16-mühərrikin rotorunun seksiyası;
20-klapan;21-aşağı birləşdirici gövdə;22-spindelin gövdəsi;23-oymaq (tıxa;);
24-dişli həlqə;25-klapan;26,32-müvafiq olaraq yuxarı və aşağı radial diyircəkli
yastıqlar;27-dayaq vəzifəsini yerinə yetirən yastıq;28-oxboyu yükü paylayan xarici
boru(kəmər);29-daxili boru;30- şpindel kompensatorunun porşeni;33-tıxac; 34-şpindelin
kipkəci;35-şpindelin valı;36-baltanın bağlanması üçün keçirici

4. SÜXURDAĞIDICI ALƏTLƏR (BALTALAR VƏ


BALTA BAŞLIQLARI)

Neft və qaz quyularının qazılmasında qazıma kəmərinin


ucunda quyu dibinə endirilən alət qazıma baltası adlanır.
Baltaların əsas təyinatı quyudibi süxurları dağıtmaqla quyunun
dərinləşməsini təmin etmək və quyu lüləsinə silindrik forma
verməkdir. Balta quyu dibində süxuru dağıdarkən iki əsas
əməliyyatı –balta dişlərinin, yaxud onun kəsici hissəsinin
süxura batması və sonra onu dağıtması (kəsmək, qoparmaq və
ya doğramaq) işini görür.
Balta dişlərinin süxura batması və onu dağıtması
aşağıdakı amillərdən asılıdır
- dağıdılası süxurlar üçün müvafiq balta tipinin düzgün
seçilməsindən;
- baltaya verilən oxboyu yükdən;
- baltanın işlək sahəsinin (ağzının və ya dişlərinin)
vəziyyətindən;
- qazılan süxurların mexaniki xassələrindən.
Məlumdur ki, balta süxuru eyni vaxtda görülən iki
hərəkət nəticəsində dağıdır. Bunlar irəliləmə və fırlanma
hərəkətləridir. Yuxarıdan aşağıya doğru irəliləmə hərəkəti
qazıma baltasına veriləcək oxboyu yükün hesabına alınır.
Baltaya fırlanma hərəkəti isə quyu ağzında yerləşən rotor
vasitəsilə və ya quyu dibində yerləşən turbin, yaxud elektrik
qazıyıcısı vasitəsilə verilir.
Quyuların qazılmasında əsasən üç növ balta tətbiq
edilir.
1. Quyudibi süxurların təmamilə qazılması prosesində
işlədilən pərli (tiyəli), şaroşkalı və almazlı baltalar.
2. Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək
məqsədilə işlədilən sütuncuqlu baltalar.
3. Xüsusi məqsədlər üçün işlədilən baltalar.
Quyuların tez və keyfiyyətlə qazılması, müxtəlif
xasslərə malik süxurları müvəffəqiyyətlə qazımaqdan, balta
tipinin düzgün seçilməsindən, rejim parametrlərinin optimal
qiymətlər həddində saxlanmasından, geoloji-texniki tapşırıq
tələblərinin ciddi surətdə yerinə yetirilməsindən və qazıma
briqadası üzvlərinin peşə ixtisası səviyyəsindən çox asılıdır.
Buradan aydın olur ki, müxtəlif fiziki və mexaniki
xassələrə malik süxurları dağıtmaq üçün istifadə edilən
süxurdağıdıcı alətlər də müxtəlif quruluşlara malik olmalıdır-
lar. Məsələn şaroşkalı baltalar bir-birindən diametrləri, şaroşka
dayaqları dişlərinin addımı, hündürlüyü, sayı, dişlərin
yerləşdiyi cərgələrin sayı, şaroşka oxlarının balta oxuna
nəzərən yerləşməsi, şaroşkaların sayı, yuma dəliklərinin quyu
dibindən məsafəsi, forması, diametri, hansı materialdan
hazırlandıqları və s. cəhətdən fərqlənirlər. Bu deyilənlər başqa
tip baltalara da aiddir.
Kəsici tipli baltalar isə diametrləri, pərlərinin sayı,
forması, qalınlığı, yuma dəliklərinin yerləşmə məsafəsi, kəsmə
və itilənmə bucaqları, adi və ya pilləli pərlərinin olması və s.
cəhətləri ilə fərqlənirlər. Odur ki, qazılacaq interval üçün balta
tipinin düzgün seçilməsi qazımanın texniki –iqtisadi
göstəricilərini yüksəltmək üçün çox vacibdir.
4.1. Pərli və ya tiyəli baltalar

Pərli baltalar fırlanma üsulu ilə qazımada tətbiq edilən


ən sadə quruluşlu baltalardır. Bu baltalardan əsasən yumşaq və
orta bərklikli süxurları qazımaq üçün istifadə edilir. Belə tip
baltalar əsasən ikipərli və üçpərli buraxılır.
İkipərli baltaların (2P) diametri 76161mm-ə qədər olur
və adi yuma dəliklərinə malikdirlər (şəkil 4.1.). Bu baltalar
gövdədən və iki ədəd tiyədən ibarət olaraq, ştamplanmış bütöv
şəkildə hazırlanır.
Üçpərli adi baltalar (3P) (şəkil 4.2) və hidromonitor
(3PH) (şəkil 4.3) yuma dəlikləri olan şəkildə istehsal
edilirlər.Bu baltalar 118445mm diametrlərdə hazırlanır. Adi
yuma dəliyi olan baltalarda maye seli bilavasitə tiyə üzərinə
axdığı halda, hidromonitor baltalarda maye seli 60-100m/san
sürətlə quyu dibində doğranacaq süxur parçalarına 1,50 bucaq
altında istiqamətləndirilir. Hidromonitor effekt əldə etmək
məqsədilə bu baltaların yuma dəliyinə kiçik diametrli saxsı
borucuqlar geydirilir. Bu borucuqlar abrazivliyə davamlı
möhkəm materialdan hazırlanır.
Çoxtiyəli sürtücü-kəsici tipli baltalar (SKB) bərkliyi
tez-tez dəyişən təbəqələrdən ibarət laylarda tətbiq edilir.Bu
baltalar diametrləri 76269mm-ə qədər olan adi yuma dəliyi ilə
(SKB) və hidromonitor yuma dəliyi ilə (HSKB) hazırlanır. Bu
tip baltalar əsasən gövdədən və ona qaynaq edilmiş 6 ədəd
tiyədən ibarətdir. Bunlardan üçü normal hündürlükdə, üçü isə
qısaldılmış ölçüdə olur. Qısa pərlərin hər biri iki normal pər
arasında yerləşdirilir.
Şəkil 4.1. İkipərli balta
a b

Şəkil 4.2. Üçpərli balta


a)- adi yuma dəlikli (3P); b)-hidromanitor tipli yuma deşikli (3PH)

görünüş A

Шякил 4.3. Алтыпярли сцхурлара сцртцняряк кясян


щидромонитор тип балта(6СК)
1- эювдя;2-кипляшдириъи щалга;3-болт;
2- 4-шайба;5-байанет шайбасы;6-
кечирмя(насадка);
3- 7-мил(штыр);8-пяр; 9-эюдялдилмиш пяр
Pərli baltalar qazıma
məhlulunun hidravliki gücü
hesabına işləyən mühərriklər və
elektrik mühərrikləri ilə qazı-
mada istifadə olunmur. Çünki
bunlarla qazımada böyük
fırladıcı moment tələb olunur.
Pərli baltalardan ən
geniş yayılmışı balıq quyruğu
(BQ) tipli baltalardır. Bu bal-
talar əsasən quyuların başlanğıc
diametrini qazımaq üçün
istifadə olunur. Bu tip baltalar
420 640 mm diametrlərdə
hazırlanır (şəkil 4.4.).
Шякил 4.4.БГ-
балыггуйруьу тип
балтанын ишчи сятщинин
формасы.

4.2. Şaroşkalı baltalar

Neft və qaz quyularının qazılmasında şaroşkalı


baltalardan geniş istifadə olunur. Şaroşkalı baltaların yastıq
üzərində oturdulmuş konus, kürə və yaxud silindr şəkilli
şaroşkaları olur.
Şaroşka – konus, kürə, ya da silindr formada və üzərin-
də həndəsi profillə yonulmuş dişləri olan balta elementlərindən
biridir. Balta öz oxu ətrafında fırlandıqda şaroşkalar da quyu
dibinin üzəri ilə öz oxları ətrafında dolanaraq balta oxuna
nəzərən mürəkkəb hərəkət edir. Bu zaman şaroşkaların dişləri
quyudibi süxura zərbələr endirərək onu ya doğrayır, ya da
doğrayıb qoparır.
Balta öz oxu ətrafında saat əqrəbi istiqamtəində
fırlandığı halda, şaroşkalar saat əqrəbinin əksi istiqamətində öz
oxları ətrafında fırlanırlar. Şaroşkalı baltaların effektliliyi, quyu
dibində işləmə müddəti və mexaniki sürəti – əsasən şaroş-
kaların və onların səthlərindəki dişlərin həndəsi formalarından,
şaroşkaların düzülüşündən və yastıqların quruluşundan, yuma
dəliklərinin diametrindən və istiqamətindən, dişlərin sərt
xəlitələrlə örtülməsindən və s. asılıdır.
Hazırda şaroşkalı baltalardan daha geniş istifadə
edilməsi onların pərli baltalara nisbətən bir çox üstünlükləri ilə
izah olunmalarıdır.
1. Şaroşka dişlərinin ümumi süxurla görüşən uzunluğu
kəsici tipli baltanın pərlərinin kəsici səthinin ümumi
uzunluğundan xeyli artıqdır, lakin şaroşkalı baltaların
quyu dibi ilə təmas səthi kəsici tip baltalarınkından
çox kiçikdir. Odur ki, eyni oxboyu yükdə xüsusi
təzyiqin böyük olması hesabına qazıma gedişi
şaroşkalı baltalarda yüksək olur.
2. Kütləşənə qədər şaroşkalı baltaların kəsici tip
baltalara nisbətən gedişi daha çox olur, çünki süxurun
hər dişə təsir müddəti pərli baltalara nisbətən çox
azdır və yeyilmə çox saylı dişlərə paylanır.
3. Bərk süxurlarda işlədilərkən şaroşkalı baltalar üçün
tələb olunan fırladıcı moment çox kiçikdir, bu baltalar
pərli baltalara nisbətən daha müntəzəm və səlis
işləyir.
4. Şaroşkalı baltalar quyu lüləsinin silindrik formasını
daha yaxşı təmin edir.
Şaroşkalı baltaların əsas nöqsanları onların quruluşunun
nisbətən mürəkkəb və qiymətinin baha olması, şaroşka
dayaqlarının kifayət qədər möhkəm olmamasıdır. Pərli
baltaların şaroşkalı baltalarla müqayisədə üstünlükləri onların
nisbətən sadə quruluşlu və qiymətlərinin ucuz olmasıdır.
Şaroşkaların sayına görə baltalar bir, iki, üç və çox
şaroşkalı olurlar.
Üç şaroşkalı baltalar. Bu baltalar iki üsulla hazırlanır.
Birinci üsulla hazırlanan baltalar bir-biri ilə tikişlə qaynaq
edilmiş 3 seksiyadan ibarət, diametri 46346mm olur. İkinci
növ şaroşkalı baltalar tökmə üsulla hazırlanır (diametrləri
394490mm olur). Bu növ baltaların yuma dəlikləri də iki cür
hazırlanır. Baltalardan bəzilərinin yuma dəliklərindən çıxan
maye şırnağı balta dişlərini təmizləmək məqsədilə şaroşkaların
üzərinə yönəldilir (şəkil 4.5). Bəzi baltalarda isə maye şərnağı
quyu dibinə istiqamətləndirilir ki, bu da quyu dibi süxurların
dağıdılmasına və quyu dibinin yaxşı təmizlənməsinə kömək
edir. Yuma dəlikləri baltanın mərkəzində və yan səthində açılır.
Belə baltalar hidromonitor effektli baltalar adlanır (şəkil 4.5),
rotor və elektrik üsulu ilə qazımada daha yüksək nəticələrə nail
olmağa imkan yaradır. Qeyd edilməlidir ki, bir çox xarici
ölkələrdə, o cümlədən ABŞ-da üç şaroşkalı baltalardan geniş
istifadə edilir. Hazırda üçşaroşkalı baltalar aşağıdakı tiplərdə
istehsal olunur (şəkil 4.6.).
Şaroşkalı baltanın quyu dibi ilə qarşılıqlı əlaqəsi
belədir: baltaya verilən oxboyu yükün təsiri nəticəsində
şaroşkalar üzərindəki dişlər, süxürün dağılmaya göstərdiyi
müqavimətindən çox olan hallarda süxura batır və onu dağıdır.
Qazımanın texniki-iqtisadi göstəricilərini yüksəltmək üçün
çalışmaq lazımdır ki, qazıma prosesinin əvvəlindən sonunadək
oxboyu yük süxurun dağılmaya göstərdiyi buraxıla bilən
gərginlik həddindən böyük olsun.
Müasir üç şaroşkalı baltaların ayrı-ayrı elementlərinin
dayanıqsız olması, dayaqlarının, işçi səthlərinin, yuma dəlik-
lərinin və onların hazırlandığı materialların yüksək keyfiyyətli
olmaması kiçikdiametrli quyu lüləsinin qazılmasında özünü
doğrultmur. Odur ki, çox dərin quyuların qazılmasında iki və
birşaroşkalı baltalardan istifadə olunur.
İkişaroşkalı baltalar. İkişaroşkalı baltanın gövdəsi bir-
biri ilə qaynaq edilmiş iki konusvari seksiyadan ibarət olur
(şəkil 4.7.).

Şəkil 4.5. Adi və hidromonitor baltalarla quyu dibinin yuyulması


Şəkil 4.5. Adi və hidromonitor baltalarla quyu dibinin yuyulması

Şəkil 4.6. Hazırda istehsal olunan


üçşaroşkalı baltaların tipləri

ab
Şəkil 4.7 İki şaroşkalı baltalar
1-seksiya (pəncə); 2-dayaq hissəsi; 3- şaroşka;4-şaroşka
səthindəki dişlər

a b v q

Şəkil 4.8. Bir şaroşkalı baltaların növləri


a –kütləvi şəkildə istehsal edilən baltalar; b-üzəri halqavari şəkildə
yonulmuş baltalar; c-aşağı yumadeşikli balta; ç-konusvari dişli balta
Bu tip baltalar əsasən yumşaq və sərt süxurları qazımaq
üçün 59190mm (59,93,112,132,151,190m) diametrlərdə
hazırlanır. İkişaroşkalı baltanı eyni diametrli üçşaroşkalı
baltadan fərqləndirən əsas üstün cəhət onun şaroşkalarının
ölçülərinin nisbətən böyük olması və yuma dəliklərinin
yerləşdirilməsi üçün münasib şəraitin olmasıdır.
Birşaroşkalı baltalar. Birşaroşkalı baltalar əsasən yerin
dərin qatlarında yerləşən plastik və orta abrazivliyə malik
süxurları qazımaq üçün 97,140,161,190 və 214mm diametrlər-
də hazırlanır. Bir ədəd sferik şəklində şaroşkaya malik olan bu
baltaların sapfasının oxu balta oxu ilə 300 –li bucaq təşkil edir.
Qazıma prosesində birşaroşkalı balta öz oxu ətrafında,
şaroşka isə sapfanın oxu ətrafında fırlanaraq dişləri ilə süxura
sürtülür və onu mikrokəsici-sürtücü təsirlə dağıdır. Bu tip
baltanın müxtəlif modifikasiyaları 4.8-ci şəkildə göstərilmişdir.
Birşaroşkalı baltanın şaroşkasının öz oxu ətrafında fırlanma
sürəti üçşaroşkalı baltanın şaroşkalarının öz oxları ətrafında
fırlanma sürətindən çox kiçik olur.

4.3.Almazlı baltalar

Geoloji kəsilişdə az və orta abrazivliyə, çox bərk, bərk


və orta bərkliyə malik süxurları (əhəng daşı,argillitlər, gilli
qum daşları, mergellər, anhidritlər,brekçiyalar, mərmərlər,
dolomitlər, dolomitli qum daşları və s) qazımaq üçün bu
baltalardan istifadə edilir. Şaroşkalı baltaların gedişinin 5-10 m
olduğu süxurlarda almazlı baltalar 10-15 dəfə, bəzən daha
yüksək nəticələr əldə etməyə imkan verir. Almazlı baltalar
Rusiya Elmi Tədqiqat Qazıma Texnikası İnstitutu nəzdində
fəaliyyət göstərən zavodda (Moskva) və Moskva Sərt Xəlitələr
Kombinatında hazırlanırlar, diametrləri 140, 159, 188, 212, 241
və 267mm olur (4.9, 4.10-cu şəkillər).
Almazlı baltanın matrisası üzərində texniki almaz
dənələri radial və pilləli şəkildə yerləşdirilir.
Almazlı baltalar almazların növü, ölçüləri,forması,
dənələrinin matrisadan çıxması, mərkəzi və ətraflarının
quruluşu, matrisanın bərkliyi, abrazivliyə qarşı

Şəkil 4.9. Orta abrazivlikli, orta bərklikli və bərk süxurları


qazımaq üçün RB tipli radial almazlı baltalar
Şəkil 4.10. Yumşaq və orta bərklikli süxurları qazımaq üçün
RAB tipli radial almazlı balta.

dayanıqlığı və nəhayət, yuma kanallarının quruluşları ilə bir


birindən fərqlənir. Matrisada yerləşdirilən almazların ölçüsü
adətən 0,35-0,5 karat (1 karat 0,2055 q-dır) arasında olur.
Almazlı baltalar quyu dibini bütövlükdə qazıyan və ya
süxur nümunəsi götürən sütuncuqlu baltabaşı şəklində istehsal
edilir.
Almazlı balta ilə işləyərkən onun şərti nömrəsinin hər
vahidinə düşən oxboyu yük 0,3-0,4 tondan çox olmamalıdır.
Təcrübədən məlumdur ki, şaroşkalı bir balta ilə 10 m-
dən çox qazıma işi görmək mümkün olmayan süxurları bir
almazlı balta ilə qazıdıqda 325-350 m qazıma işi görmək
mümkündür. Almazlı baltalardan turbin üsulu ilə qazımada
istifadə edilməsi çox əlverişlidir.
Sütuncuqlu baltalar

Məlumdur ki, adi şaroşkalı baltalarla qazıma zamanı


təmamilə dağıdılan quyudibi süxur hissəcikləri qazıma məhlulu
vasitəsilə quyudan çıxarılır.Bu hissəciklərin bir qismi dispers
və kolloid ölçülü olduqlarından, qazıma məhlulunun tərkibinə
daxil olub onu çirkləndirir və həmin hissəcikləri qazıma
məhlulundan ayırmaq çətinləşir.
Quyudan çıxarılan
süxur hissəcikləri qazıma
məhlulu ilə çirkləndiyi
üçün qazılmış süxurların
mineraloji və petroqrafik
tərkibini, onlardakı fauna
və floranı, həmçinin ya-
tağın tektonikasını dəqiq
öyrənmək mümkün olmur.
Quyu dibində dağıdılan
süxuru təbii şəkildə təmiz
və qarışıqsız əldə etmək
üçün xüsusi süxurdağıdıcı
alət olan sütuncuqlu balta-
lardan və balta başlıq-
larından istifadə edirlər
(4.11,4.12-ci şəkillər). Bü-
tün sütuncuqlu baltalar
quruluşlarından asılı olma-
yaraq dörd əsas elementə
malik olur:
1) xarici gövdə; 2) süxur
nümunəsi (kern) ətrafında-
kı süxurları dağıdan işçi başlıq; 3) süxur nümunəsini başqa
təsirlərdən və quyudan Шякил 4.11. Сцтунъуглу балта
çıxarmağa imkan verən kern гурулушунун схеми
qəbuledici boru; 4) süxur nümunəsini (kerni) tutub saxlayan
(sütuncuqlu borunu çıxaran zaman süxur nümunəsinin quyu
içərisinə düşməsinə imkan verməyən tərtibat); 5) sütuncuqlu
borunu çıxarmaq üçün şlips.

Şəkil 4.12.Qazıma balta başlıqları


a –süxur nümunəsi (kern) qəbuledicisi çıxarıla bilən;
b – süxur nümunəsi çıxarıla bilməyən (kern) qəbuledicisi
Sütuncuqlu baltalar süxur nümunəsi ilə dolmuş boru-
cuğu çıxarılan və çıxarılmayan quruluşda olurlar. Bunlardan
birincisi daha əlverişli olduğu üçün geniş yayılmışdır.
Sütuncuqlu baltalarla qazıma zamanı quyudibi zonası-
nın ətraf hissələrində yerləşən süxurlar dağıdılır, mərkəzi hissə
isə qazılmayaraq silindrik özək şəklində saxlanır. Qazıma
baltası aşağı hərəkət etdikcə qazılmamış mərkəzi özək hissə
balta içərisindəki silindrik boşluq içərisindən keçib süxur
götürən sütuncuqlu boru içərisinə daxil olur.
Sütuncuqlu boru süxurla dolduqdan sonra onu çıxarmaq
məqsədilə qazıma işi dayandırılır və qazıma borularının
içərisinə xüsusi tutucu tərtibat buraxılır və sütuncuqlu boru
quyudan çıxarılır. İçərisi boş olan başqa sütuncuqlu boru quyu
içərisinə buraxılır və qazıma işi davam etdirilir.Quyudan
çıxarılmış içərisi süxurla dolu olan sütuncuqlu boru isə tədqiqat
işləri aparılacaq yerə göndərilir.
Təlimata görə kern qəbul edən boru süxurla (kernlə)
dolan müddət ərzində qazıma fasiləsiz olaraq davam etdirilməli
və balta quyu dibindən qaldırılmamalıdır.
Rotor üsulu ilə qazıma zamanı süxur nümunəsi
götürərkən baltanın dövrlər sayı 90-120, nadir hallarda 200-250
dövr/dəq olur. Bərk süxurları qazıyarkən daha böyük dövrlər
sayı tələb olunduğu üçün (600 dövr/dəq və daha çox)
turbobaltadan istifadə edirlər. Turbobalta valına balta başlığı
bağlanmış turbin qazıyıcısından ibarətdir. Turbobaltanın
valının içərisi süxur qəbul edən borunun yerləşməsi üçün boş
silindr şəklində hazırlanır. Yuxarıda deyildiyi kimi sütuncuqlu
balta ilə qazıma prosesi zamanı süxurgötürən borucuq kernlə
dolana qədər baltanı quyu dibindən qaldırmağa icazə verilmir.

Xüsusi məqsədlər üçün istifadə edilən baltalar


Genişləndiricilər – Bunlardan quyu lüləsinin daraldığı
yerlərdə quyunun diametrini bərpa etmək, başqa sözlə desək,
onu nominal diametrə qaytarmaq və qazıma alətini quyu
lüləsinin mərkəzində saxlamaq üçün istifadə edilir.
Genişləndiricilər şaroşkalı və pərli olur. (Şəkil 4.13)

Şəkil 4.13. Üçşaroşkalı genişləndirici


1-gövdə;2-halqa;3-civ;4-sancaq;5-şaroşka;6-şaroşkaların oxu;
7-şayba;8-köynək

Frezerli baltalar – sement körpülərini və quyuda olan


kənar metal cisimləri qazımaq üçün işlədilir (şəkil 4.14).
Şəkil 4.14 DFTS tipli yüksəkxəlitəli spiralşəkilli frezerli balta
1-gövdə;2-lülə;3-spiral lent;4-bərk xəlitəli lövhə;5-konus şəkilli
oturacaq; 6-oymaq;7-rezin kipləşdirici;8-plastik lövhələr;
9-yuma dəlikləri;10-tıxac

Reaktiv turbin ilə qazımada istifadə edilən baltalar -


İki yaxud 3 ədəd bir-biri ilə möhkəm bərkidilmiş turbin
qazıyıcılarının vallarına bağlanmış adi şaroşkalı baltalarla eyni
zamanda qazıma işi görən aqreqat belə adlanır. Bu aqreqatın
köməyi ilə 394260mm diametrdə quyular qazımaq
mümkündür.
Qazıma kəmərini qaldırmadan quyu dibindəki
işlənmiş baltanı dəyişməyə imkan verən oturdulan (taxılan)
baltalar – diametrləri 220 və 248mm olan quyu dibindəki
işlənmiş balta əks yuma, yaxud overşotla quyudan çıxarılır və
yenisi ilə əvəz edilir.
Armuda oxşar baltalar – Bunlardan quyunun
kəsilişində yüksək plastikliyə malik süxurların şaquli və radial
təzyiqləri nəticəsində və geodinamik proseslərin təsirindən
qoruyucu kəmərlərin əzilərək, silindrik formasının dəyişdiyi
yerlərin əvvəlki nominal diametrinin bərpası üçün istifadə
edilir.
Nizəyə oxşar baltalardan böyük diametrli quyu
lüləsindən kiçik diametrli quyu lüləsinə keçmək, qoruyucu
borular içərisində qalıb bərkimiş sement tıxaclarını qazımaq,
bəzi qəzaların ləğvi üçün istifadə etmək, qoruyucu kəmərlərin
başmaqlarını sındırmaq, quyu dibindəki metal əşyaları kənara
sıxışdırmaq kimi işləri yerinə yetirməkdən ötrü istifadə olunur.
Ekssentrik baltalardan ikinci lülənin açılmasında,
əvvəlki balta ilə qazılmış lülənin diametrini daha böyük
diametrlə qazımağı davam etdirməkdə istifadə edilir.

5. QAZIMA KƏMƏRİ

Aparıcı və ya işlək boru, qazıma boruları, qazıma


qıfılları, keçiricilər və ağırlaşdırılmış qazıma borularından
ibarət, diametri uzunluğuna nisbətən çox kiçik, içərisi boş
silindrik val qazıma kəməri adlanır. Qazıma kəməri quyu
dibində yerləşən qazıma baltası ilə xüsusi meydança üzərində
yerləşdirilmiş qazıma avadanlığı arasında əlaqə vasitəsidir.
Neft və qaz quyularının qazılma texnikası və texnolo-
giyasının hazırkı inkişaf səviyyəsi birbaşa, yaxud da dolayı
yolla qazıma kəməri ilə bağlıdır. Belə ki, kitabın əvvəllərində
deyildiyi kimi vaxtilə qazıma kəmərini quyuya buraxmaqla
qazıma işinin aparılması təklifi qazımanın tarixində inqilabi
çevriliş idi. Qazıma kəməri özündən əvvəlki dövrlərdə
qazımada çətin yaxud mümkün olmayan bir çox problemləri
həll etməyə imkan verdi. Qazıma kəmərinin təyinatı haqqında
daha ətraflı məlumat aşağıda verilir.

5.1.Qazıma kəmərinin vəzifələri və elementlэкшnsürləri

Qazıma kəmərinin əsas təyinatı aşağıdakılardır:


1) qazıma baltasını quyuya endirib qaldırır;
2) rotor üsulu ilə qazımada fırlanma hərəkətini quyu
dibindəki baltaya ötürür;
3) qazıma məhlulunun dövranını təmin edir;
4) istənilən qazıma üsulunda baltaya oxboyu yük yaradır;
5) quyuda qəza baş verdikdə quyu içərisində sınıb qalmış
və ya açılmış qazıma alətinin quyuda qalan hissəsini
çıxarmağa kömək edir;
6) quyuda əlavə işlər görülməsinə (quyunun yuyulması,
sementlənməsi quyruq kəmərinin buraxılması və i.a.)
kömək edir;
7) elektrik üsulu ilə qazımada elektrik enerjisini quyudibi
mühərrik olan elektrik qazıyıcısına ötürür.
Qazıma kəməri aşağıdakı hissələrdən ibarətdir:
1) aparıcı boru (işlək boru);
2) qazıma boruları və onların birləşmələri,qazıma qıfılları;
3) yüngülləşdirilmiş qazıma boruları (YQB)
4) qazıma kəmərinin aşağı hissəsində yerləşən ağırlaş-
dırılmış qazıma boruları (AQB).
5) qazıma kəmərinin köməkçi hissələri (mərkəzləşdirici,
sabitləşdirici, qəlibləyicilər keçiricilər, əks klapanlar,
qoruyucu rezin halqalar);
Rotor qazımasında quyunun qazılmasını təmin etmək
üçün qazıma kəmərinin ucuna müvafiq balta bağlanır və bu
balta qazıma kəməri ilə birlikdə fırladılır. Turbin üsulu ilə
qazımada balta ilə qazıma kəməri arasında turbin qazıyıcısı,
elektrik üsulu ilə qazımada isə elektrik qazıyıcısı yerləşdirilir.
Bu zaman balta quyudibi mühərriklərin valına bağlanır və onun
quyu dibində fırladılmasını həmin mühərriklər təmin edir.
Beləliklə, turbin və ya elektrik qazıyıcısı ilə qazıma zamanı
qazıma kəmərini daim fırlatmağa ehtiyac olmur.
Göründüyü kimi, qazıma kəməri qazıma üsulundan asılı
olaraq müxtəlif şəraitlərdə işləyir. Yəni rotor qazıma üsulunda
qazıma kəmərinin iş şəraiti çox gərgin, turbin və elektrik
qazıma üsullarında isə nisbətən yüngüldür. Məhz bu səbəbə
görə, müasir qazımada qazıma kəmərinin elementləri rotor,
turbin və elektrik qazıma üsulları üçün müxtəlif konstruksiya
və ölçülərdə hazırlanır.

5.2. Aparıcı borular (işlək borular) və


onların vəzifələri

Aparıcı boru - (şəkil 5.1.) quyu ağzında qazıma


kəmərinin yuxarı ucuna bağlanmış, yüksək keyfiyyətli xüsusi
poladdan hazırlanmış qalın divarlı, silindrik dövran kanalına
malik olan en kəsiyi kvadrat (ən geniş istifadə olunan aparıcı
borular en kəsiyi kvadrat şəklində olanlardır), (şəkil 5.1.a),
altıtilli (şəkil 5.1.b) və səkkiztilli (şəkil 5.1 c) şəklində olaraq
bütün qazıma üsullarında aşağıdakı işləri görür:
1) rotor üsulu ilə qazıma prosesində və lazım olan bütün
hallarda fırlanma hərəkətini qazıma alətinə ötürür;
2) quyudibi qazıyıcıları qazıma zamanı qazıyıcıların
reaktiv momentlərinə qarşı qazıma alətini tərpənməz
vəziyyətdə saxlayır (bunun üçün rotorun dayandırıcı
dəstəyini döndərmək lazımdır ki, rotor fırlanmasın);
3) quyu dərinləşdikcə qazıma kəmərinə boru əlavə edildik-
dən sonra qazıma prosesini davam etdirməyi təmin edir.
Qazıma zamanı hər dəfə aparıcı borunun uzunluğu qə-
dər qazıma gedişindən sonra aləti açmaq və ona növbəti qazı-
ma borusunu əlavə etmək lazımdır.

Şəkil 5.1. Aparıcı borular


Bu zaman aparıcı borunun uzunluğu əlavə edilən
borunun uzunluğundan ən azı 1,5-2m artıq olmalıdır. Aparıcı
borular əsasən aşağıdakı ölçülərdə buraxılır: diametri –
65,80,112,140 və 155 mm, uzunluğu isə 14-16 m.
Aparıcı borular ucları qalınlaşdırılmamış (şəkil 5.1ç) və
qalınlaşdırılmış (şəkil 5.1d) şəkildə olur. Birinci tip aparıcı
borular çox zəif yiv birləşmələrinə malik olduğundan, demək
olar ki, onlardan istifadə olunmur. Ucları qalınlaşdırılmış
aparıcı borular isə uzun müddət işə yararlı və daha davamlı
olduqlarına görə müasir qazımada çox istifadə edilir. Hal-
hazırda aparıcı borular yığılmış vəziyyətdə buraxılır. Yığılmış
aparıcı borunu fırlanğıca birləşdirmək üçün yuxarı keçiricidən
və qazıma borularına bağlamaq üçün aşağı keçiricidən istifadə
edilir. Aparıcı boruların yuxarı ucunda sol qıfıl yivləri, aşağı
ucunda isə sağ qıfıl yivləri olur. Aşağı keçiricinin əsas vəzifəsi
aparıcı borunun yiv hissəsini tez xarab olmaqdan qorumaqla,
onun istismar müddətini artırmaqdır.

Qazımada yenilik

Rotor qazıma üsuluna məxsus olan nöqsanlar xarici


ölkələrdə (ABŞ, Kanada və s.) geniş istifadə edilən yuxarı
intiqal sisteminin köməyilə aradan qaldırılmışdır. Belə ki, çox
vaxt və zəhmət tələb edən kvadratın şurfa qoyulması
məcburiyyətinin aradan qaldırılması, quyu dibində baltanın
vəziyyətini dəyişmədən qazıma kəməri üzərinə boru əlavə
edilməsi, qazıma kəmərinin mütəmadi olaraq fırladılmasının
mümkünlüyü, kəmərlərin quyuda tutulma ehtimalının və
sürtünmə qüvvələrinin təsirinin minimuma endirilməsi, boru
açarlarından istifadə etmədən boruların açılıb bağlanması,
elevatorun avtomatik olaraq bağlanması, neftqaz və su
təzahürləri zamanı fırlanan kəmər təsirindən Preventorun rezin
plaşkalarlarının yeyilmə dərəcəsinin azaldılması, əl ilə görülən
əməliyyatların çoxunun qazımaçı pultundan idarə edilməsi və
bunların nəticəsində məhsuldar olmayan vaxt itgilərinin və
qaldırıb endirmə əməliyyatına sərf edilən vaxtın azaldılması,
məhsuldar vaxtın isə çoxalmasına nail olmasına məhz yuxarı
intiqal sistemindən istifadə edilməsi yolu ilə əldə edilmişdir.
Başqa sözlə desək, yuxarı intiqal sistemindən istifadə edilməsi
rotor üsulu ilə qazımanın nöqsanlarını aradan qaldırmaqla
yanaşı qazımanın texniki iqtisadi göstəricilərini xeyli
yaxşılaşdırmağa geniş imkanlar yaradır və ondan Azərbaycan
qazmaçıları da istifadə etməyə çalışmalıdırlar.
5.3. Qazıma boruları və onların birləşmələri

Müasir qazıma üsullarının tələblərinə uyğun olaraq


yeddi növ qazıma boruları işlədilir:
- ucları daxilə qalınlaşdırılmış qazıma boruları;
- ucları xaricə qalınlaşdırılmış (UXB) tipli qazıma
boruları;
- ucları gövdədə qaynaq edilmiş (UGQB) tipli qazıma
boruları;
- ucları xaricə qalınlaşdırılmış hissədə qaynaq edilmiş
(UXQQB) tipli qazıma boruları;
- geoloji kəşfiyyat qazıması üçün qazıma boruları;
- yüngülləşdirilmiş (YQB) tipli qazıma borular;
- ağırlaşdırılmış qazıma boruları (AQB).
Qazıma boruları aşağıdakı ölçülərdə hazırlanır:
xarici diametrləri – 60,73,89,102,114,127,140 və 168
mm, divarlarının qalınlığı -7 – 11 mm
Ucları daxilə qalınlaşdırılmış borular (şəkil 5.2 a) rotor
üsulu ilə qazımada tətbiq edilir. Bu boruların ucları daxilə
qalınlaşdırıldığından, boruların birləşdikləri hissələrdə qazıma
məhlulunun keçid kanalı kiçik, və burada mayenin hərəkətinə
göstərilən hidravlik müqavimət çox olur.
Ucları xaricə qalınlaşdırılmış borular (şəkil 5.2b) UXQ
tipli olur və elektrik qazıma üsulunda işlədilir. Bu boruların
daxili kanalı birləşmə yerlərində belə dəyişmir, ona görə də bu
borular içərisində hərəkət edən mayeyə göstərilən hidravlik
müqavimət, təxmini də olsa sabit və çox azdır.
Şəkil 5.2. Qazıma boruları
a –ucları daxilə qalınlaşdırılmış;b – ucları xaricə qalınlışdarılmış;
1 – qıfıl muftası; 2 - boru; 3 – qıfıl nipeli

Bundan əlavə, bu həmin boruların içərisində üçdamarlı zirehli


elektrik kabeli yerləşdirilir. Bu boruları birləşdirmək üçün
yalnız qıfıllardan istifadə olunur. Qıfıl əsasən iki hissədən
ibarətdir. Qıfılın xarici yivi olan nipeli borunun aşağı ucunda,
daxili yivi olan muftası isə borunun yuxarı ucunda yerləşir.
Borular üçün qıfıllar diametrlərindən asılı olaraq üç tipdə
buraxılırlar (şəkil 5.3).
a) QG – geniş keçid kanalı olan qıfıl;
b) QN – normal keçid kanalı olan qıfıl;
c) QA – daxili diametri artırılmış keçid kanallı qıfıl.
Üçüncü tip qıfıldan ucları xaricə qalınlışdırılmış boru-
ların birləşməsində istifadə edilir.
Ucları qaynaq edilmiş qazıma boruları (şəkil 5.4) iki
tipdə (UGQB və UXQQB) buraxılır. UGQB tipli borularda uc
qaynağı borunun gövdəsində, UXQQB tipli borularda isə ucları
xaricə qalınlaşdırılmış hissədə yerinə yetirilir. Ona görə də,
UGQB boruları rotor qazıma üsulunda yaranan qüvvələrin tə-
sirinə qarşı nisbətən zəif alındığından, ancaq turbin qazıma
üsulunda, UXQQB tipli borular isə möhkəm alındığından hər
iki qazıma üsulunda işlədilir.
а

б
Şəkil 5.4.Ucları qaynaq edilmiş daxili bərabər kanallı
qazıma boruları
a –UGQB tipl; b – UXQQB tipli

Şəkil 5.5 Yüngülləşdirilmiş qazıma boruları


(yiv açılması üçün hazır halda)

YQB tipli borular 73,93,114,129 və 147mm diametr-


lərdə, ucları daxilə qalınlaşdırılmış halda hazırlanır. Diametr-
ləri 73,93mm olan borular 9m və diametrləri 114,129, 147mm
olan borular isə 12m uzunluğunda istehsal edilir.
Ağırlaşdırılmış qazıma boruları (AQB) (şəkil 5.6)
qazıma kəmərinin aşağı hissəsinin (QKAH) sərtliyini,
dayanıqlığını və baltaya oxboyu yükün verilməsini təmin
etmək, quyu lüləsinin təbii olaraq əyilməsinin qarşısını almaq
məqsədilə qazıma kəmərinin aşağı hissəsində yerləşdirilir.
Qazıma zamanı baltaya verilən oxboyu yük nəticəsində
kəmərin aşağı hissəsi həmin yükə müvafiq olan uzunluqda
sıxılır və əyilməyə m eyl edir. Qazıma kəmərinin aşağı
hissəsinin quyu dibində əyilməsi hallarında balta şaquldan
uzaqlaşır inhiraf edir və quyunun gövdəsi əyilir. Odur ki, bu
hal ilə mübarizə məqsədilə AQB-dan istifadə edirlər. Balta
üzərinə veriləcək oxboyu yükün qiymətinə müvafiq AQB-nin
uzunluğu 20-25% ehtiyatla qəbul edilir. Bununla da QKAH-nin
dayanıqlığı təmin edilmiş olur.
Balta üzərinə verilən oxboyu yükün təsirindən qazıma
kəmərinin aşağı hissəsi sıxılır, yuxarı hissəsi isə dartılmış
vəziyyətdə olur. Bu iki hissənin sərhəddində istiqamətləri
müxtəlif olan dəyişən gərginliklər (dartılma və sıxılma
gərginlikləri) alındığı üçün həmin neytral kəsik ən təhlükəli
kəsik adlanır. Məhz bu səbəbə görə balta üzərində
yerləşdiriləcək AQB elə uzunluqda olmalıdır ki, neytral kəsik
AQB-nin üzərinə düşsün və kəmərin sınması baş verməsin.

Qazıma kəmərinin köməkçi hissələri

Çox hallarda qazıma kəmərinin ünsürləri müxtəlif növ-


lü və ölçülü yivlərlə birləşməli olur. Bu zaman keçiricilərdən
istifadə edilir.
Məsələn: FGK markalı keçirici aparıcı borunun yuxarı
ucunu fırlanğıcın qidalandırıcı lülə borusuna bağlamaq üçün
işlədilir;
KAK markalı keçirici isə aparıcı borunun aşağı ucunu
qazıma borularına bağlamaq üçün tətbiq edilir;
KK markalı keçirici iki müxtəlif nipelli və muftalı
ucları birləşdirmək üçün tətbiq edilir;
MK markalı keçirici iki müxtəlif ölçülü nipelli ucları
birləşdirmək üçün tətbiq edilir;
NK markalı keçirici müxtəlif ölçülü 2 muftalı ucları
birləşdirmək üçün tətbiq edilir.
K markalı keçirici quyuların sementlənməsində qazıma
borusu ilə qoruyucu kəməri birləşdirmək üçün tətbiq edilir.
Qazıma zamanı quyudan qazıma borusu vasitəsilə qaz-
neft təzahürlərinin qarşısını alan əks bağlayıcı klapan qazıma
kəmərində balta üstündə qıfıl birləşmələri arasında yerləşdirilir
(şəkil 5.7).
Qoruyucu rezin
halqalar (protektor Bettis
halqaları). Rotor üsulu
ilə qazıma zamanı qazıma
kəməri quyuya buraxılmış
qoruyucu kəmərlərin
içərisində fırlanmalı olur.
Belə hallarda qazıma
kəmərindəki qıfılların
qoruyucu kəmərə dəyib
onu zədələməməsi və tez
yeyilib sıradan çıxmaması
üçün qazıma borularına
rezin halqalar geydirilir.
Qəlibləyici, mər-
kəzləşdirici və sabitləş-
dirici. Bunlar rotor,
elektrik və xüsusilə turbin
qazımasında işlədilir.
Hazırda üçşaroşkalı qəlib-
ləyicilərdən daha çox
istifadə edilir. Bu, şaquli

Əкs клаpан
quyuların qazılmasında kəmərin aşağı hissəsini quyu mər-
kəzində saxlamağa imkan verir və eyni zamanda quyu divar-
larının kələ-kötürlüyünü aradan qaldırmaq və quyu diametrini
nominal diametrə qədər bərpa etmək məqsədilə lüləni
genişləndirmək üçün lazım olur (şəkil 5.8). Mərkəzləşdiricilər
qazıma kəmərini quyu mərkəzində saxlamağa xidmət edir.
Bunların hər ikisi baltadan və ya qazıma turbinindən yuxarıda
turbin qazıyıcısından bağlanır və iş şəraitindən asılı olaraq
müxtəlif sxemlər üzrə yığılır
Son zamanlar maili qazımada quyu əyriliyini sabit
saxlamaq məqsədilə sabitləşdiricilər geniş tətbiq edilir .
Qəlibləyicilər

a – pərli; b – şaroşkalı; c – kürə dayaq üzərində


Mərkəzləşdiricilər

Sabitləşdirici tərtibatlar
a – sabitləşdiricilər
QUYULARIN YUYULMASI

Quyuların yuyulması dedikdə əsasən quyunun və


qazıma məhlulunun təmizlənməsi və dövran sistemində
məhlulun sabit xüsusi çəkiyə nail olması istəyi başa düşülür.
Quyuların yuyulmasında düz və tərs yuma
məvhumları işlənir. Normal qazımada həmişə düz yumadan
istifadə olunur. Bu halda, qazıma məhlulu qəbul çənindən
nasos vasitəsilə atqı xəttinə (manifold xəttinə), şaquli boruya,
qazıma şlanqına, fırlanğıca, işlək boruya, qazıma kəməri
içərisinə vurulur. Sonra qazıma məhlulu balta deşiklərindən
çıxaraq qazılmış süxur hissələri ilə qarışır, əmələ gələn şlam
(çirklənmiş məhlul) halqavari fəza ilə quyu ağzına qaldırılır,
təmizləyici qurğularda qazılmış süxur hissəciklərindən
təmizlənir, nov sistemi ilə nasosun qəbul çəninə tökülür,
yenidən nasos vasitəsilə atqı xəttinə vurulur.
Beləliklə, qazıma məhlulunun dövranı əldə edilir
(şəkil 6.1.). Əks yumada isə qazıma məhlulu qazıma
fırlanğıcından sonra halqavari fəzaya yönəldilir, quyu
dibindəki süxur hissəciklərinə qarışır, əmələ gələn şlam qazıma
baltasının deşiklərindən keçib qazıma kəmərinin daxili ilə quyu
ağzına qaldırılır. Sonra isə qazıma məhlulu əvvəldə qeyd edilən
yol ilə hərəkət edir. Şəkil 6.1. Əks yumadan hidravlik
müqavimətlərin çox olduğu, layın hidravlik yarılması ehtimalı
və boru arxası fəzanın sementlənməsi zərurəti olan hallarda,
quyu divarının uçulub tökülməsi baş verdikdə və başqa
hallarda istifadə edilir.
Neft və qaz quyularının yüksək texniki iqtisadi göstəricilərə
uyğun qazılıb, istismara təhvil verilməsində qazıma
məhlulunun müstəsna əhəmiyyəti vardır. Belə ki, o qazıma
baltasının quyu dibində dağıtdığı süxur hissəciklərini fasiləsiz
və ani olaraq baltanın işçi səthinin altından kənar edərək, şlam
şəklində quyu ağzına qaldırır, sonra isə nov sistemində
quraşdırılmış təmizləyici qurğularda təmizlənən məhlul
yenidən quyuya vurulur və aramsız olaraq dövran edir.
Bu zaman o, qazıma baltasını yağlayır və soyudur, quyu
dibinə və divarına əks təzyiq yaradır, hidravlik mühərriklə
qazımada turbin qazıyıcısının valını fırladır, quyu divarında
nazik qabıq əmələ gətirir, qazıma zamanı su, qaz, neft təza-
hürlərinin qarşısını alır, bir çox qəza və mürəkkəbləşmələrin
erkən aşkar edilməsinə və qarşısının alınmasına yardımçı olur,
quyudibi süxurların dağıdılmasında iştirak edir və sair.
Bir sözlə, müasir dövrdə neft və qaz quyularının qazıl-
masını qazıma məhlulu işlətmədən təsəvvür etmək mümkün
deyil. Bununla yanaşı, müasir dövrdə qazıma məhlulu bir çox
tələbləri ödəməlidir. Qazıma məhlulu:
- yüksək qazıma gedişini təmin etməli;
- yaxşı axıcılığa malik olmalı;
- dövran kəsildikdə quyu içərisində olan qazılmış süxur
hissəciklərini asılı vəziyyətdə saxlaya bilməli:
- quyu divarında nazik və möhkəm qabıq yaratmalı;
- qazılmış süxur hissəciklərini quyu dibindən dərhal kənar
edib, halqəvi fəza ilə quyu ağzına qaldırmalı;
- statik və dinamik vəziyyətlərdə quyudibi laylara və quyu
divarlarına kifayət qədər əks təzyiq yaratmalıdır ki,
təzahürlər və quyu divarının uçulması baş verməsin;
- qazılmış süxur hissəciklərini özündə həll etməməli və
tərkibinə qəbul etməməlidir (duzlu laylar, ovulub tökülən
süxurlar nəzərdə tutulur);
- quyudibi süxurların dağıdılmasında iştirak etməli;
- qazıma avadanlığının korroziyasına səbəb olmamalı,
abraziv olmamalı və məhsuldar layı çirkləndirməməli;
- özünün keyfiyyət parametrlərini sabit saxlamalı (müxtəlif
təsirlərə, temperatur və təzyiqlərə davamlı olmalı);
- quyuda elektrometrik ölçü işlərinin aparılmasını təmin
etməli;
Qazıma məhlulları haqqında

Həll olunan maddə (maddələr) və həlledici mühitdən ibarət qarışıq məhlul adlanır.Məsələn,
qəndin, şəkər tozunun, yaxud duzun suda həll edilməsi nəticəsində məhlul alınır. Qazımada həll
olunan maddə dispers faza, həlledici mühit isə dispers mühit adlanır. Qazımada əsasən dispers
fazanı gil, dispers mühiti isə su təmsil edir. Məlumdur ki, gil suda həll ola bilməz, o daha xırda
hissəciklərə ayrıla bilər. Odur ki, qazıma məhlulu dedikdə, gillə suyun qarışığı başa düşülməlidir.
Qazıma şəraitinin dəyişgənliyi müxtəlif növ qazıma məhlullarından istifadə olunmasını tələb
edir. Müxtəlif qazıma şəraitləri üçün qazıma məhlulunun seçilməsini asanlaşdırmaq məqsədilə
onların təsnifatı tərtib edilir. Məsələn, PH-ın qiymətinə nəzərən, dispers fazaların növləri və
tərkibinə görə, kimyəvi reagentlərdən istifadəyə görə və s. ölkəmizdə qazıma məhlullarının
təsnifatını tərtib etməyə ilk dəfə professorlar S.M.Quliyev və B.S.Filatov cəhd etmişlər:
1) su əsaslı qazıma məhlulları;
2) neft əsaslı qazıma məhlulları;
3) hava və ya qaz halında işçi agentlər.
Amerika neft institutunun bu sahəyə aid təsnifatı 10, V.F.Rocersin təsnifatı isə 9 növ qazıma
məhlulundan ibarətdir. Bunlar içməli suda, dəniz suyunda, duzlu suda hazırlanmış qazıma
məhlulları, PH-ın miqdarı nəzərə alınmaqla hazırlanan məhlullar, əhəng, fosfat, kaustik soda,
kvebraxo, xromliqnosulfanat, kalsium, silikat, natrium və s. ilə işlənmiş qazıma məhlullarıdır. Bu
təsnifatları ümumiləşdirməklə elmin müasir səviyyəsini təmin edən və müasir tələblərə cavab verə
bilən qazıma məhlullarının növləri aşağıda verilmişdir:
1) su əsaslı;
2) neft əsaslı;
3) gilsiz;
4) az gilli (10%-ə qədər);
5) gilli;
6) susuz;
7) zəif (3%), orta (10%) və yüksək dərəcədə minerallaşmış;
8) duzlu: NaCl-lu, CaCl2-lu, MgCl2-lu, maqneziumsulfatlı, xlorkalsiumlu, gipsli, əhəngli,
silikatlı və s.
9) aerizə edilmiş, emulsiyalı (neftdə su, yaxud suda neft) ağırlaşdırılmış, karbonatlı,
yüksək, orta və zəif PH-lı
10) kimyəvi işlənmiş, normal (kimyəvi işlənməmiş) və təbii (quyu kəsilişində qazıma
məhlulu hazırlamaq üçün yararlı gillərin olması) məhlullar.

6.2. Qazıma məhlulunun keyfiyyət parametrləri

Quyuların dərinliyinin artması, geoloji kəsilişdə olan süxurların müxtəlifliyi, layın hidravliki
yarılması, müxtəlif mürəkkəbləşmə və qəzaların baş vermə ehtimalının olması, quyunun gələcək
istismarı zamanı layın neft veriminə təsir edə biləcək reagentlərin düzgün seçilməsi, ən əsası isə
quyunun normal qazılmasının təmin edilməsi üçün qazıma məhlulunun keyfiyyətini xarakterizə
edən parametrlər düzgün seçilməli və asan idarə olunmalıdır. Bu parametrlər aşağıdakılardır.
Qazıma məhlulunun:
1) xüsusi çəkisi və ya sıxlığı;
2) özlülüyü;
3) suverməsi və gil qabığının qalınlığı;
4) statik sürüşmə gərginliyi;
5) dinamik sürüşmə gərginliyi;
6) stabilliyi;
7) tərkibində qumun miqdarı;
8) tərkibində qazın miqdarı;
9) tərkibində həll olunmuş maddələrin miqdarı;
10) tərkibində bərk faza konsentrasiyasının miqdarı;
11) tərkibində hidrogen ionlarının miqdarı;
12) qazıma məhlulunun elektrik cərəyanına müqaviməti;
13) qazıma məhluluna temperaturun təsiri.
Uzun illərdir ki, qazıma məhlulu kimi «gilli məhlullar» terminindən istifadə edilirdi. Bu
termin son vaxtlaradək yəni müxtəlif qazıma şəraitləri üçün yeni qazıma məhlulları yaranana kimi
öz əhəmiyyətini qoruyub saxlayırdı. Hazırda və gələcəkdə isə biz daha ümumi məhfum olan
«qazıma məhlulu» terminindən istiffadə edəcəyik.Qazıma məhlulu ilə qazıma işləri aparmazdan
əvvəl yüksək qazıma sürətləri və keyfiyyəti əldə etmək üçün hazırlanacaq qazıma məhlulunun
komponentlərinin kimyəvi, fiziki və mexaniki xassələri dərindən öyrənilməlidir.
Bütün bunlarla yanaşı, qazıma məhlulunun düzgün üsulla hazırlanması, saxlanması və
təmizlənməsinə ciddi yanaşılmalıdır, qazıma zamanı onun keyfiyyəti (parametrləri) daim nəzarət
altında olmalıdır.
Qazıma briqadası qazıma məhlulunun parametrlərini geoloji-texniki tapşırıqda göstərilmiş
qiymətlər həddində saxlamağa borcludur. Əgər bu məsələdə uyğunsuzluq aşkar edilərsə, qazıma
işləri dayandırılmalıdır. Yalnız qazıma məhlulunun layihə parametrlərini bərpa etdikdən sonra
qazıma prosesinə başlamağa icazə verilir.
Ən sadə və normal qazıma məhlulu su və gildən ibarət olur. Sudan qazıma məhlulu kimi
istifadə edilməsi haqqında sonrakı hissədə danışılacaq.
İndi isə gillər haqqındakı məlumatlarla tanış olaq. Yer qabığının 70%-ni gilli süxurların
təşkil etməsinə baxmayaraq, bütün gillər heç də qazıma məhlulu hazırlamaq üçün yararlı deyildir.

Qazıma məhluluna xas olan bir xüsusiyyəti qeyd etmək lazımdır. Onu sakit vəziyyətdə
saxladıqda gil hissəcikləri bir-birinə yapışaraq struktur əmələ gətirir, qatılaşır və «axmaz» halında
olur. Qazıma məhlulunu mexaniki vasitələrlə qarışdırdıqda isə gil hissəcikləri arasındakı əlaqələr
dağılır və o, axıcılıq qabiliyyətini bərpa edir. Qazıma məhlulunun sakit vəziyyətdə struktur əmələ
gətirməsinə və mexaniki yolla qarışdırma nəticəsində axıcılıq qabiliyyətini bərpa etməsinə
tiksotropluq deyilir. Tiksotropluq qabiliyyəti qazıma məhlulu içərisində gilin miqdarının təqribən 1-
3%-dən çox olduğu hallarda müşahidə edilir.
Yüksək dispersliyə malik bentonit gillərindən istifadə edilərsə, gilin miqdarı 0,3-0,5%
olduqda belə, tiksotropluq müşahidə edilə bilər.

Su əsaslı qazıma məhlulları


Sudan qazıma məhlulu kimi o hallarda istifadə etmək olar ki, onun çatışmazlıqları
qazımanın gedişinə mənfi təsir göstərməsin.
Bununla belə suyun qazıma məhlulu kimi üstün cəhətləri də vardır. Məsələn,
- su başqa qazıma məhlullarına nisbətən baltanı və qazıma alətinin fırlanan hissələrini daha
yaxşı soyudur;
- halqavari fəzada yüksək sürət yaradılarsa, qazılmış süxur hissəciklərini baltanın işçi səthinin
altından tamamilə kənar edər və quyu lüləsini təmiz saxlaya bilər;
- su tərəfindən yaradılan hidrostatik təzyiq lay təzyiqindən yüksək olarsa, laydan quyuya neftin,
qazın və suyun daxil olmasının qarşısını ala bilər;
- su qazılmış süxur hissəciklərini özündə saxlaya bilmədiyi üçün onu süxur hissəciklərindən
təmizləmək çox asan olur və bu məqsədlə ən sadə təmizləmə üsullarından istifadə etmək olar;
- su porşenlər, silindr oymaqları, nasosun klapanları və turbin qazıyıcısının hissələrinin abraziv
yeyilməsi intensivliyini azaldır;
- su qazıma məhlulu ilə müqayisədə kiçik xüsusi çəkiyə malik olduğundan, onun dövranı üçün
nasos nisbətən az yük altında işləyir;
- su ilə qazımada texniki-iqtisadi göstəricilər qazıma məhlulu ilə qazımanın göstəricilərinə
nisbətən yüksək olur;
- su ilə qazımada qazıma briqadası üzvlərinin iş şəraiti yaxşılaşır, belə ki, qazıma məhlulu
hazırlamağa ehtiyac olmur və fəhlələr əlavə fiziki işdən azad olurlar;
- su ilə qazımada gilə və kimyəvi reagentlərə ehtiyac olmur, onların daşınması və
hazırlanmasına əlavə fiziki güc, maddi vəsait sərf edilmir;
- su ilə qazımada qazıma alətinin dartılmalarla hərəkti və tutulması ehtimalı azalır.
Bununla belə, su universal qazıma məhlulu deyildir və onun bir çox çatışmayan cəhətləri
vardır ki, bunlar da su ilə qazıma işi aparmağa imkan vermir. Belə ki:
- bəzi dağ süxurları (gillər,argillitlər) ilə təmasda olduqda su onların mexaniki xassələrini
dəyişdirir, nəticədə süxurlar dayanıqlığını itirir, axma meylləri artır və quyu daxilinə
sıxışdırılır. Su nəinki bu hala mane ola bilmir, əksinə, həmin mürəkkəbləşmənin növünün tez
baş verməsinə kömək edir;
- su quyu divarında möhkəm və nazik gil qabığı əmələ gətirə bilmədiyi üçün quyu divarını
uçulmadan qoruya və laya süzülmənin qarşısını ala bilmir;
- suyun, yüksək axıcılıq xassəsi olduğu üçün, o, süxürün xırda məsamələrinə asanlıqla hopur ki,
bu da xoşa gəlməz haldır və layın neft verimini azaldır;
- su yüksək dərəcədə məsaməliyə və çatlara malik, xüsusilə də lay təzyiqi çox kiçik olan
süxurlarda böyük sürətlə udula bilər; bu isə, öz növbəsində, quyu dibinin və quyu lüləsinin
təmizlənməsinə mənfi təsir göstərir, istifadə edilən suyun məsrəfini xeyli artırır;
- dövran sistemində suyun hərəkətini dayandıranda su qazılmış süxur hissəciklərini asılı
vəziyyətdə saxlaya bilmədiyi üçün quyu dibinə külli miqdarda süxur hissəcikləri çökür ki, bu
da mürəkkəbləşmələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır;
- su bir çox süxurları asanlıqla özündə həll edərək bu və ya digər dərəcədə duzlu məhlula
çevrilir. Bu səbəbə görə avadanlıqların və qazıma alətinin korroziyaya uğramasına güclü
kömək edir.
- su neftli layların açılmasına mənfi təsir göstərir, odur ki, sudan istifadə qətiyyən məsləhət
görülmür, belə ki, maye layın məsamələrinə asanlıqla daxil olaraq neft üçün effektli
məsaməliyi kəskin surətdə azaldır. Nəticədə quyudan istifadə olunmasında çətinliklər yaranır
və neft verimi azalır.
- təcrübələr göstərir ki, su qazıma məhlulu kimi istifadə edilirsə, onun sərfi adi qazıma
məhlullarına nisbətən 6 8 dəfə çox olur. Odur ki, buruqda çoxlu sayda su çənləri qoyulmalı,
su təhciz etmək üçün mənbə tapıb su xətti çəiklməlidir ki, buruq fasiləsiz olaraq su ilə təmin
edilsin.
Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sudan qazıma məhlulu kimi yalnız kəsilişi bərk
süxurlarda su ilə təmasda onların öz xassələrini dəyişmədiyi və dayanıqlığını itirmədiyi
təqdirdə istifadə etmək olar.

Emulsiyalı qazıma məhlulları

Emulsiyalı qazıma məhlulları elə məhlullara deyilir ki, kimyəvi işlənmiş qazıma məhlulu
içərisində neft və ya neft məhsulları bərabər yayılmış olsun və onların həcmi qazıma məhlulu
həcminin 10-25%-ni təşkil etsin. Neftin və neft məhsullarının qazıma məhlulu içərisində bərabər
yayılması üçün emulqatorlardan, detergentlərdən və yaxud qazıma məhlulunun kimyəvi
işlənməsində istifadə edilən stabilləşdiricilərdən istifadə olunur. Ən fəal və yaxşı emulqator kömür
qələvi reagentidir. Emulsiyalı qazıma məhlulu, qazıma məhlulunun dövranı zamanı neftin və neft
məhsullarının məhlula əlavə edilməsi ilə əldə edilir. Bu məqsədlə qazıma məhluluna xam neft, sulu
neft, dizel yanacağı və s. əlavə edilir. Emulsiyalı məhlul əldə etmək üçün qazıma məhlulu çox kiçik
suverməyə malik olmalıdır.
Susuz, gilsiz yaxud neft əsaslı qazıma məhlulları

Neft əsaslı məhlullarda dizel yanacağı dispers sistemi, oksidləşdirilmiş bitum isə dispers
fazanı təşkil edir. Bu məhlulun struktur əmələgətirmə qabiliyyəti zəif olduğu üçün ona struktur
əmələ gətirən maddələr (yağlı qələvi sabunu və ya kalsium oksidi) əlavə edirlər. Bu məhlullarda
bitum dizel yanacağında qızdırıldıqda həll olaraq həqiqi məhlul əmələ gətirir, soyuq halda bu proses
çox vaxt tələb edir.
Lazım gəldikdə, neft əsaslı məhlullara hidrofoblaşdırılmış gil, yaxud su da əlavə etmək olar.
Neft əsaslı məhlulun tərkibi: 1) dizel yanacağı (70-85%), oksidləşdirilmiş bitum (15-20%),
oksidləşdirilmiş parafin (1%) və kaustik sodadan (1%) ibarətdir. 2) qazıma məhlulu dizel yanacağı
mazut, solyarka, yağlı turşunun natrium duzu və sönmüş əhəngdən ibarət olur.

Kiçik xüsusi çəkiyə malik qazıma məhlulları

Belə məhlulları əldə etməyin ən sadə yolu yüksək kolloidli gilli qazıma məhlullarına su
əlavə etməkdir. Bu yolla xüsusi çəkisi   1,05 q/sm3 olan qazıma məhlulları əldə etməyə imkan
var. Neft əsaslı qazıma məhlullarında  = 0,9 q/sm3 xüsusi çəkiyə nail olmaq mümkündür.
Bundan da kiçik xüsusi çəkiyə malik qazıma məhlulu hazırlamağa ehtiyac olarsa, xüsusi
çəkisi  = 0,5 0,6 q/sm3 olan aerizə edilmiş məhlullardan istifadə edirlər.

Hava yaxud qaz halında olan işçi agentlər


Burada, baltanın dağıtdığı süxur hissəcikləri quyuya vurulan hava, yaxud qazın köməyi ilə
quyudan çıxarılır, başqa sözlə desək, qazıma məhlulunun vəzifələrindən birini, yəni qazılmış süxur
hissəciklərinin yerin üstündə qaldırılmasını quyuya böyük sürətlə vurulan qaz, yaxud hava yerinə
yetirir. Üfürmə ilə qazımada qazıma məhlulu ilə qazımaya nisbətən daha böyük mexaniki sürət əldə
edilir. Odur ki, hazırda bu sahənin inkişafına daha çox fikir verilir. Yüksək mexaniki effekt əldə
etmək üçün quyuya vurulan havanın, yaxud qazın sürəti 1040 m/san olmalıdır (1015    40
m/san ).
Üfürmə ilə qazımada quyu ağzı qapalı olur və xüsusi avadanlıqla təchiz edilir.
Üfürmə ilə qazımanın nöqsan cəhətləri:
- su layına rast gəldikdə əksər hallarda üfürmə ilə qazıma mümkün olmur;
- qarmağa düşən yük artır;
- qazıma qıfılları daha çox abraziv yeyilməyə məruz qalır;
- partlayış və yanğın baş verməsi ehtimalı artır.

Qazıma məhlullarının kimyəvi emalı


və kimyəvi reagentəlr

Neft və qaz çıxarılması məqsədilə qazılan quyuların dərinliklərinin durmadan artması,


yüksək təzyiq və temperatur, digər texnoloji və geoloji çətinliklər şəraitində öz keyfiyyət
parametrlərini itirməyən qazıma məhlulları yaradılmasını tələb edir. Adi, normal qazıma məhlulu
bu tələbləri ödəyə bilmədiyindən hər bir konkret şərait üçün qazıma məhlulunun resepti hazırlanır.
Bu məqsədlə qazıma məhlulunu müxtəlif kimyəvi reagentlərlə işləyirlər, ona bəzi maddələr və
materiallar əlavə etməklə, qazıma məhlulunun keyfiyyət parametrlərini dəyişdirməyə nail olurlar.
Qazıma məhlulunun kimyəvi emalı iki mərhələ üzrə aparılır: ilkin emal və təkrar emal. İlkin
emalda dövran sistemi üzrə hərəkət edən qazıma məhluluna nəzərdə tutulan kimyəvi reagent az
həcmdə əlavə edilir. Təkrar emal zamanı isə əlavə edilən kimyəvi reagentin həcmi hesablanmış
həcmə çatdırılır. Su əsaslı qazıma məhlullarını kimyəvi emal etmək üçün istifadə olunan kimyəvi
reagentlərin təsnifatı belədir:
1. stabilləşdirici reagentlər (bunlar qazıma məhlulunun su verməsini və özlülüyünü azaldır);
2. qazıma məhlulundakı kalsium ionlarını əlaqələndirən reagentlər;
3. qazıma məhlulunu kalsium ionları ilə təmin edən reagentlər;
4. struktur əmələ gətirən reagentlər;
5. qələviliyi tənzim edən reagentlər;
6. emulqator reagentlər;
7. köpüksöndürən reagentlər;
8. qazıma məhlulunun temperatur təsirinə qarşı davamlılığını artıran reagentlər;
9. səthi aktiv maddələr;
10) yağlayıcı əlavələr.
Stabilləşdirici reagentlər kimi, kömür qələvi yaxud torf qələvi reagentlərindən istifadə
edilir. Bunların tərkibində 35-50% qumin turşuları olur və belə işarə edilir: – KQR-13-2,5. Burada
birinci rəqəm boz kömürün, ikinci rəqəm isə quru kaustik sodanın miqdarını göstərir. Bunlar
məhlulun özlülüyünü və suverməsini azaldırlar.
Karboksimetilsellüloza (KMS) stabilləşdirici reagentdir. Bu reagent qazıma məhlulunun
əsasən su verməsini azaltmaq üçün istifadə edilir, 1300-1400S temperatur şəraitində dözümlü olur,
məhlulun özlülüyünü isə cüzi azaldır.
Poliakrilatlar (gipan, K-4, RS-2, metas, poliakrilamid) – Bunlardan əsasən məhlulun su
verməsini azaltmaq üçün istifadə edilir. KMS-ə nisbətən fəallığı və temperatura daha davamlılığı ilə
seçilirlər. Bu reagentlər 1200S-ə qədər temperaturada öz keyfiyyət parametrlərini qoruyub saxlaya
bilir. Metas hətta 2000S temperatura davamlıdır.
Nişasta reagenti (KR) də suverməni azaldan reagentlərdəndir, 100-1100S-yə qədər
temperatur şəraitində işlədilə bilər.
Sulfit spirt cecəsi (SSC). Əgər qazıma məhlulu kalsiumlu gillərdən ibarətdirsə, yaxud
əhənglə emal edilmişsə, onda SSC-dən məhlulun özlülüyünü azaltmaq üçün istifadə olunur.
SSC məhlulun su verməsini zəiflədir, kondensə edilmiş SSC isə məhlulun su verməsini
aşağı sala bilir (KSSC).
Məhlulun özlülüyünü aşağı salmaq üçün SSC-nin modifikasiyalarından, məsələn,
xromliqnosulfonat, okzil və sairədən istifadə edirlər.
Həmin reagentlərin ümumi qüsur cəhətləri qazıma məhluluna əlavə edildikdə köpük əmələ
gətirmələridir ki, bu da əlavə olaraq köpüksöndürənlərdən istifadə edilməsini tələb edir.
Nitroliqnin – məhlulun özlülüyünü azaltmaq üçün istifadə edilir. Bu reagent də köpük
əmələ gətirir.
Polifenol, Sulkor, Sintan – 5 küknar ağacı ekstraktının reagentlərindən qazıma məhlulunun
özlülüyünü azaltmaq üçün istifadə olunur.
Kalsiumlaşdırılmış soda. Bu reagentin qazıma məhluluna əlavə edilməsindən məqsəd
kalsium ionlarını natrium ionları ilə (Na2CO3) əvəz etməklə, qazıma məhlulunun stabilliyini
artırmaqdır. Kalsiumlaşdırılmış sodanın lazım olduğundan çox əlavə edilməsi məhlulun
koaqulyasiyasını, özlülüyünü və statik sürüşmə gərginliyini artırır.
Natrium fosfatları – fosfatlardan qazımada ən çox natriumun polifosfatlarından istifadə
edilir. Bu tripolifosfat və heksametafosfatlardır. Bunlar qazıma məhlulunun özlülüyünü azaltmaq
üçün işlədilir. Fosfatların da çox əlavə edilməsi məsləhət deyil, çünki koaqulyasiyaya səbəb olur.

6.9. Kalsuim ionları əmələ gətirən reagentlər:

Söndürülmüş əhəng Ca(OH)2 – əhəng südü adlanan sulu suspenziya şəklində işlədilir.
Qazıma məhlulunun özlülüyünü azaltmaq lazım gəldikdə, əhənglə işlənmiş qazıma məhluluna SSC,
nitroliqnin və s., suverməni azaltmaq lazım olduqda isə KQR, KSSB, KMS və s. əlavə edilir.
Gips (CaSO4) – 1300s temperaturdan yuxarı əhənglə işlənmiş qazıma məhlulunun
keyfiyyəti pisləşir, belə ki, bu zaman həll olunmayan kalsiumun alümosilikatları əmələ gəlir və
məhlul qatılaşmağa başlayır. Bu hadisənin qarşısını almaq üçün əhəng əvəzinə gipsdən istifadə
edirlər. Özlülüyü azaltmaq üçün məhlula SSC-nin törəmələrindən olan xromliqnosulfanatlardan
birisi əlavə edilir.
Kalsium xlorid (CaCl2) – bu reagent çoxlu sayda kalsium ionları əmələ gətirə bilir. Qazıma
məhlulunun filtratında daha çox kalsium ionları əldə etmək üçün xlorlu kalsiumdan istifadə edirlər.
Bu reagent stabilləşdiricilər olan KSSB yaxud KMS ilə birlikdə işlənir.
6.10. Struktur əmələ gətirən reagentlər

Xörək duzu (NaCl) – qazıma məhlulunun struktur-mexaniki xasslərini gücləndirmək üçün


istifadə edilir. Bu reagent məhlulun suverməsini bir qədər artırır.
Maye şüşə (Na2SiO3) – struktur əmələ gətirir. Bu reagent əsasən qazıma məhlulunun
udulması ilə mübarizə aparmaq məqsədilə istifadə olunur.

11. Səthi aktiv maddələr

Bu maddələrdən istifadə olunmasında məqsəd: məhsuldar qatın keçiriciliyinə qazıma


məhlulunun filtratının zərərli təsirini və qazıma zamanı süxurların dağılmağa göstərdiyi müqaviməti
azaltmaq, qazıma məhlulunun yağlama qabiliyyətini artırmaq, qazıma məhlulu tərkibində olan nefti
emulsiyalaşdırmaq, qazıma məhlulunu aerizələşdirmək və qazsızlaşdırmaqdır.
Səthi aktiv maddələr – qazıma məhlulunun filtratı ilə neft sərhəddində səthi gərilməni
azaltmaq və bununla da məhsuldar qatların açılması və onlardan istifadəni yaxşılaşdırmağa xidmət
edir. Bunlardan OP-7, OP-10, NÇK, UFE-8, DS-RAS, Sulfanol, M-20 katapi, karbozalin və
başqalarını göstərmək olar.
Biz Azərbaycan və MDB ölkələrində geniş istifadə edilən reagentlər haqqında qısa məlumat
verdik. Kimyəvi reagentlərin ümumi sayı 200-dən çoxdur. Onların hamısı barədə ətraflı məlumat
əldə etmək üçün «Qazıma məhlulları» kitabına 1 müraciət etməyinizi məsləhət görürük.
6.12. Yağlayıcı əlavələr

Quyu dibində işləyən baltanın ən zəif hissəsi olan dayaqlarının tez sıradan çıxmaması,
qazıma məhlulu tərkibində abraziv hissəciklərin zərərli təsirinin azaldılması və kəmərlərin quyu
divarına sürtünərək hərəkəti nəticəsində metalın yeyilməsinin qismən də olsa qarşısının alınması
məqsədilə qazıma məhluluna ilk növbədə yağlayıcı əlavələr daxil edirlər. Bu əlavələri nəzərdən
keçirək:
SMAD-1 – bütün növ qazıma məhlullarına əlavə edilə bilər. Bundan korroziyaya qarşı, bəzi
hallarda köpüksöndürücü kimi də istifadə edilir.
Petroyıl ER – yüksək təzyiq şəraitinə davamlıdır. Onun maye halında olması qazıma
məhluluna əlavə edilməsini tezləşdirir və asanlaşdırır.
Petroyil X – tutulmuş kəmərləri azad etmək üçün istifadə edilir, qısa müddətdə su-neft
emulsiyası yarada bilir.
OPXB – kimyəvi aşqarların tullantısıdır, SMAD-1-ə nisbətən daha effektlidir. Qazıma
məhluluna əlavə etdikdə onun xüsusi çəkisi və PH-ı artır, suverməsi, gil qabığının qalınlığı və SNS-
i isə azalır.
Karpatol – qazıma məhlulunun yağlama qabiliyyətini artırır, qazıma alətinin qaldırıb
endirilməsi zamanı kəmərin dartılmalarla gəlməsini və endirmə zamanı oturma hallarını aradan
qadırır. Turbin qazıyıcısının və qazıma nasoslarının təmirarası müddətini də artırır.
Dodilube – qazıma alətinin tutulma ehtimalını azaldır, ətraf mühiti çirkləndirmir və qazıma
məhlulunun filtrasiyasını azaldır.
6.13. Ağırlaşdırıcılar və onlardan istifadə

Neft və qaz quyularının qazılması prosesində ləğv edilməsi çətin, mürəkkəb, çoxlu vəsait və
insan əməyi tələb edən mürəkkəbləşmələrdən biri də qaz, neft və su təzahürləri, quyu divarının
uçulması və ovulub tökülməsidir. Bu xoşagəlməz hadisələrlə mübarizə əsasən qazıma məhlulunun
yarada biləcəyi hidrostatik təzyiqin düzgün tənzim edilməsindən ibarətdir. Bu məqsədlə qazıma
məhlulunun udulması gözlənən intervallarda hidrostatik təzyiqi azaltmaq, təzahürlər baş verə
biləcək intervallarda isə hidrostatik təzyiqi artırmaq lazım gəlir. Sonuncu halda, əsasən qazıma
məhlulunun xüsusi çəkisini artırmaq yolu ilə təzahürlərə qarşı mübarizə aparırlar. Bunun üçün
müxtəlif ağırlaşdırıcılardan istifadə olunur. Bu ağırlaşdırıcıların xüsusi çəkiləri əsasən 4,10  5,10
q/sm3 arasında dəyişir: Gəncə, Kutaisi və Belov baritləri, (BaSO4), qallenit (Pb S), hematit (F2O3),
pirolüzit (MnO2), pirit (FeS2), KMA (maqnetit konsentratı), Koloşnikov tozu (Fe2O3, Fe3O4),
ilmenit (FeO.TiO2) adlı ağırlaşdırıcılar mövcuddur. Həmin ağırlaşdırıcılar içərisində baritlər çox
geniş yayılmışdır. Onların üstünlükləri aşağıdakılardır: asan hazırlanması, materiallara qənaət
edilməsi, qazımaya sərf edilən vaxtın qısaldılması, qazıma məhlulunun ağırlaşdırılması, kimyəvi
emalı və təmizlənməsinə sərf olunan vaxtın xeyli azalması və nəticədə qazımanın kommersiya
sürətinin yüksəlməsi.
Təcrübə göstərir ki, baritlərdən istifadə etdikdə başqa ağırlaşdırıcılarla müqayisədə
qazımanın mexaniki sürətinin 50%-dən çox artması, bir baltanın gedişinin isə 26%-dən çox olması,
avadanlıqların təmirinə sərf edilən vaxtın xeyli azald0ılması və nəhayət, istifadə edilən
ağırlaşdırıcının miqdarının təxminən 2 dəfə azalması müşahidə edilir, 1 m qazımanın maya dəyəri
də xeyli azalır. Qazımada nisbətən kiçik xüsusi çəkiyə malik ağırlaşdırıcılardan da istifadə olunur.
Məsələn, dəmir arsenatı – bu ortofosfat turşusunun duzudur, xüsusi çəkisi 3,2 q/sm3-dir.
Dolomit, Ca və Mq(CO3)2-ın, xüsusi çəkisi 2,8 – 2,9 q/sm3; əhəngin xüsusi çəkisi 2,70 q/sm3
(çökmə süxurdur); mergelin – xüsusi çəkisi 2,65 q/sm3-dir (çökmə süxurdur). Qalenitin – PbS
xüsusi çəkisi 7,4 – 7,6 q/sm3-dir; Bu ağırlaşdırıcıdan çox böyük xüsusi çəkiyə malik qazıma
məhlulları hazırlamaq üçün istifadə edilir.

6.13.1. Qazıma məhlulunun hazırlanması

Əgər quyunun kəsilişi qazıma məhlulu hazırlamaq üçün yararlı gillərdən təşkil olunubsa,
qazıma məhlulunu bilavasitə quyunun içərisində əldə etmək olar. Belə qazıma məhluluna təbii
qazıma məhlulu deyilir. Əgər quyunun kəsilişində qazıma məhlulu hazırlamaq üçün yararlı gil
növləri olmazsa, yaxud az olarsa, onda quyu ərazisində yerləşdirilmiş xüsusi avadanlığın köməyi ilə
qazıma məhlulu hazırlayırlar. Bunun üçün bir və iki valı olan mexaniki gil qatağından (gil
qarışdırıcısından) və hidravlik gil qarışdırıcısından istifadə olunur. Mərkəzləşdirilmiş şəkildə isə
qazıma məhlulunu gil zavodlarında hazırlayırlar. Quyu ərazisində yerləşdirilən MQ2-4 mexaniki gil
qarışdıranının həcmi 4 m3, elektrik mühərrikinin gücü 14 kvt, valının dövrlər sayı dəqiqədə 95
dövr/dəq-dir. Mexaniki gil qarışdıranın içərisinə su və gil parçaları töküb, 0,5  1,0 saata qədər
qarışdırırlar. Qarışdırma əməliyyatı gil qatağının valına geydirilmiş pərlər fırlanmaqla yerinə
yetirilir. Əgər, quyu ərazisinə gil toz şəklində gətirilibsə, onda hidravlik gil qarışdırıcısından istifadə
etmək məsləhətdir. Əgər qazıma məhlulu zavod şəraitində hazırlanıbsa, onu böyük tutumlu
avtosisternlərlə yaxud boru kəməri vasitəsilə buruğa çatdırırlar. Deyilənlərdən əlavə, FŞD-3, FŞD-7
(frezerli-şırnaq dəyirmanı), MHQ (məhlul hazırlama qurğusu), FVD (frezerli-vurma dəyirmanı)
hidromanitor qarışdırıcı da qazıma məhlulunun hazırlanması üçün istifadə edilir (şəkil 6.2).
Şəkil 6.2 Qazıma məhlulunun hazırlanmasının texnoloji sxemi:

1-qəbul qıfı;2-məhlul ötürücüsü;3-təmizləmə bloku;4,12-müvafiq olaraq hidravlik və mexaniki qarışdırma


qurğusu;5-aralıq çəni;6,10-müvafiq olaraq yüksək və alçaq təzyiq pərdələri;7-yan növlü çən;8-qazıma nasosları;9-
qəbul çəni;11-hidravlik xırdalayıcı;13-süzgəc;14-hazırlama bunker bloku;16-boşaldıcı pnevmatik qurğu;17-
meydança;18-hidravlik qarışdırıcı;19-qıf
6.14. Qazıma məhlulunun təmizlənməsi

Qazıma prosesində qazılan süxur hissələri ilə çirklənmiş məhlul təmizlənməli, əvvəlki
parametrləri bərpa edildikdən sonra yenidən quyuya vurulmalıdır. Başqa sözlə desək, qazıma
prosesində quyudan çıxan məhlul təmizləyici qurğuların vasitəsilə qazılmış süxur hissəciklərindən
təmizlənməlidir. Tarixən əvvəllər quyudan çıxan qazıma məhlulu çökdürücü ambarlara axıdılırdı.
Ambar üsulu ilə təmizləmədən tezliklə imtina edildi. Onun əvəzində, quyudan çıxan qazıma
məhlulunu arakəsmələri olan nov sistemi ilə axıtmaqla təmizləməyə başladılar. Bu üsulda nov
sistemi ilə hərəkət edən qazıma məhlulu 25 sm/san sürətilə hərəkət etməli (struktur axın rejimində),
novun uzunluğu mümkün qədər uzun və nov ikicərgəli olmalı idi. Bu ona görə lazım idi ki, qazıma
zamanı quyudan çıxan çirkli məhlulu ikinci cərgəyə yönəltməklə, qazıma prosesini dayandırmadan
birinci cərgədə novun dibinə çökmüş süxur hissəciklərini təmizləmək mümkün olsun. Bu üsulun da
ömürü uzun çəkmədi, çünki təbii üsulla çirkli məhlulu qazılmış süxur hissəciklərindən yaxşı
təmizləmək mümkün olmurdu, odur ki, nov sisteminin yolu üzərində mexaniki qurğular
yerləşdirmək və qazıma prosesi zamanı quyudan çıxan məhlulu həmin qurğularda təmizlədikdən
sonra nov sistemi ilə nasosların qəbul çəninə göndərmək təklif edildi (şəkil 6.3). Bu məqsədlə
konveyer ələyi (KƏR - 650), özü fırlanan ayırıcı (seperator), titrəyən ələk (TƏ-1) (şəkil 6.4),
qoşalaşdırılmış titrəyən ələk (QTƏ-2) və hidrosiklon qurğuları (şəkil 6.5) yaradıldı. Hazırda
bunların köməyi ilə qazıma məhluluna qarışmış ən kiçik ölçülü hissəcikləri də qazıma məhlulundan
ayırmaq mümkündür .
Qazıma məhlulunun üç
pilləli təmizlənmə sxemi
1-quyu;2-titrəyən ələk;3,5-
nasoslar;4-qumayrıcısı;6-lil ayırıcısı;
7-quyu nasosu;8-qəbul çəni;9,10-
çənlər
Titrəyən ələk (VS-1) Hidrosiklon
1-vibrator;2-qəbuledici;3-əsas 1-hidrosiklonun gövdəsi;
4-atlıq;5-amortizator;6-titrəyən 2-giriş borusu; 3-çıxış borusu;
çərçivə;7-tor 4-süxur hissəciklərinin
çıxış borusu.

Qazıma məhlulu ilə əlaqədar qazımada


baş verən mürəkkəbləşmələr

Qazılmaqda olan quyuda mürəkkəbləşmə və qəzaların baş verməməsi üçün çalışmaq


lazımdır ki, qazıma məhlulunun intervallar üzrə keyfiyyət parametrləri, rəhbərlik üçün qəbul edilən
və icrası məcburi olan geoloji texniki tapşırıqda göstərilən parametrlərə uyğun olsun. Əks təqdirdə
mürəkkəbləşmə və qəzaların baş vermə ehtimalı çox realdır və bu işdə, ilk növbədə, qazıma ustası
və qazıma briqadası məsuliyyət daşıyır. İndi isə qazıma məhlulu ilə əlaqədar quyuda baş verə
biləcək əsas mürəkkəbləşmələri nəzərdən keçirək. Bunlar quyu divarının uçulub tökülməsi, həmin
divarı təşkil edən gilli süxurlarda gillərin şişməsi və nəticədə quyu divarının daralması, quyu
divarını təşkil edən süxurların müəyyən müddətdən sonra deformasiyaya uğrayaraq sürüşməsi,
divarda novların əmələ gəlməsi, qazıma məhlulunun qismən, bəzən isə təmamilə udulması, quyuya
qaz, neft, su daxil olmasının əlamətləri, sonra isə qaz, neft, su təzahürləri, qazıma kəməri qaldırılan
zaman dartılmalarla, endirilmə zamanı isə oturmalarla hərəkət etməsi və sairə.
Bu mürəkkəbləşmələrdən hər hansı birinin vaxtında qarşısının alınmaması ağır qəzalarla
nəticələnir ki, onların da ləğv edilməsi çoxlu vaxt, əmək və əlavə vəsait tələb edir. Odur ki,
mürəkkəbləşmələrin ilk əlamətlərini aşkar edən kimi, baş verə biləcək mürəkkəbləşmələrin və
qəzaların qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.

QUYULARIN TƏBİİ ƏYİLMƏSİ

Hal-hazırda (şaquli, maili, üfiqi) quyuların istənilən üsulla qazılma prosesində qazılma
dərinliyinin artması ilə əlaqədar olaraq, eləcə də digər səbəblərdən quyu lüləsi layihə istiqamətindən
kənara çıxmağa meyilli olur və nəticədə yatağın işlənmə şəbəkəsi planı ciddi şəkildə pozulur. Təbii
əyilmə nəticəsində şaquli quyuların dibi layihə nöqtəsindən yüz metrlərlə uzaqlaşa bilir ki, bu da
arzu edilməzdir.
Bir çox hallarda quyu lüləsinin təbii əyilməsi nəticəsində quyu gövdəsində çıxıntılar və sərt
əyintilər (dirsəklər) əmələ gəlir ki, bunlar da quyunun sonrakı qazılması, möhkəmləndirilməsi və
istismarını çətinləşdirir. Bu səbəbdən bəzi hallarda quyunun qazılması zamanı ciddi mürəkkəbləş-
mələr və qəzalar baş verdiyindən və quyu lüləsinin uzanması nəticəsində qazılmaya nəzərdə tutulan
xərclər artdığından layihə dərinliyinə çatmamış quyuların qazılmasını dayandırmaq məcburiyyəti
yaranır.
Ona görə də, qazıma işlərinə başlamazdan əvvəl quyu lüləsinin təbii əyilməsinin qarşısını
almaq üçün onun əyilmə səbəbləri aşkarlanmalı və onlara qarşı mübarizə tədbirləri işlənib
hazırlanmalıdır.
Quyuların qazılması zamanı lülənin layihə istiqamətindən kənara çıxması iki halda: ya
qazılmaya başlayan zaman quyu oxunun düzgün istiqamətləndirilməməsi nəticəsində (başlanğıc
əyilmə), ya da qazıma prosesinin düzgün aparılmaması nəticəsində baş verir.
Quyu lüləsinin təbii əyilməsi bir çox səbəblərdən baş verə bilər, onlardan əsasən geoloji,
texniki və texnoloji amilləri göstərmək olar.
7.1. Quyu lüləsinin təbii əyilməsinə geoloji amillərin təsiri

Quyuların qazılması prosesində lülənin əyilmə qanunauyğunluqları araşdırılarkən əsasən


geoloji amillərin təsiri nəzərdə tutulur. Bunlar aşağıdakılardır:
- layların yatım bucaqları;
- layları təşkil edən süxurların mexaniki xassələrinin dəyişgənliyi;
- süxurların anizotropluğu;
- kəsilişdə rast gəlinən mürəkkəb tektonik pozulmalar;
- quyu divarında müxtəlif çatlar və boşluqların olması;
- süxurların çox yumşaqlığı.
Çox miqdarda faktiki mədən materiallarının və quyuların əyilməsinə təsir edən səbəblərin
öyrənilməsi və təhlili bu prosesin əyilmə qanunauyunluqlarını təyin etməyə imkan verir. Belə ki,
fırlanma və vurma – fırlanma qazıma üsulları üçün ümumi olan bu qanunauyğunluqlar bəzən müx-
təlif geoloji-texniki şəraitdən asılı olaraq fərqlənir.
Məlumdur ki, quyu lüləsi oxunun layın yatım müstəvisi ilə görüş bucağı  0    900
intervalında dəyişə bilər. Əgər quyu lüləsi layın yatım müstəvisinə perpendikulyar və ya paralel
keçərsə, (1 = 900, 1 = 0) onda quyu müəyyən dərəcədə texniki və texnoloji səbəblərdən əyilə bilər
(şəkil 7.1a.ç).
Quyu lüləsi layları iti bucaq (2) altında kəsirsə onda quyu lay yatımının əksinə əyilməyə
meyl edəcək, (şəkil 7.1.b.c) görüş bucağı (kr) kritik qiymətdə olanda quyu lüləsi ya layın yatımına
perpendikulyar, ya da yatım istiqamətində irəliləyəcək (şəkil 7.1d.e). Nəhayət quyu mürəkkəb
quruluşlu layları keçdikdə görüş bucağından asılı olaraq istiqamətini dəyişə bilər (şəkil 7.1j). Onda
belə nəticəyə gəlmək olar ki, quyuların təbii əyilmə intensivliyi layların yatım müstəvisi ilə görüş
bucağından asılıdır. Görüş bucağı 1 = 900, 1 = 00 olduqda əyilmə intensivliyi minimum, kq=450
olduqda intensivlik maksimum qiymət alacaq.
Quyu lüləsi müxtəlif bərklikli lay süxurlarını iti bucaq altında kəsdikə əyilməyə səbəb olan
əsas amil süxurun baltaya göstərdiyi müqavimət qüvvəsinin qeyri – bərabər paylanmasıdır.
Balta dişlərinin yumşaq süxurdan bərk süxura keçən halına baxaq. Bu halda, baltaya verilən
oxboyu yükü Pb ilə işarə etsək, onda baltanın bir dişinin kəsən hissəsinə düşən yük
С
С  , olar.
о м
Burada m – kəsən hissələrin sayıdır.
Şəkil 7.1.Şaquli müstəvidə quyuların əyilmə sxemi
1-quyu oxunun layihə vəziyyəti;2-quyu oxunun qanunauyğun əyilmə vəziyyəti;3-quyunun əyilə biləcək istiqamətinin
vəziyyəti

Baltanın kəsici hissəsinin bərk süxura daxil olma dərinliyi aşağıdakı kimi ifadə olunur.
Со
щ 
1  б тэ 

burada:  - balta tiyəsinin itilənmə bucağı;


b – tiyənin kəsici ağzının uzunluğu;
1 – bərk süxurun əzilməyə müqaviməti
Kəsən hissənin yumşaq süxurda işləməsi halı üçün aşağıdakı ifadədən istifadə etmək olar:
S0
h 
1  2 btg 

burada: 2 – yumşaq süxurun əzilməyə müqavimətidir.


1  2 olduğundan h2  h1 olar. Yumşaq süxurdan bərk süxura keçdikdə quyu dibində yumşaq
süxur intensiv qazıldığından süxurun dağılma müstəvisinin vəziyyəti dəyişir. Aşırma momentinin
təsirindən qazıma aləti çəp vəziyyət alaraq, layın yatım müstəvisinin əksinə yönəlir və nəticədə
quyu gövdəsi əyilməyə məruz qalır (şəkil 7.2.a). Bərk süxurdan yumşaq süxura keçdikdə isə əks
hadisə baş verir – qazıma aləti yumşaq süxur istiqamətində kiçik intensivliklə istiqamətini dəyişir
(şəkil 7.2.b).
Nəhayət qazıma alətinin oxu yumşaq və bərk süxur təbəqələrinin kəsişdiyi müstəvi ilə əmələ
gətirdiyi görüş bucağı 10 – 150-dən kiçik olduqda sürüşmə nəticəsində alət görüş müstəvisinin üzəri
ilə hərəkət edə bilər (şəkil 7.2.c).
Şəkil 7.2 Qazma zamanı bərklikləri müxtəlif olan süxurları keçərkən quyu lüləsinin əyilmə sxeminin xarakteri

Quyuların təbii əyilmə mexanizminin araşdırılması göstərir ki, onların əyilməsinin əsas
səbəbi baltanın dişlərinə təsir edən qüvvələr momentinin təsiridir. Həmin moment aşağıdakı kimi
təyin olunur (şəkil 7.3.):
r.
Qazıma aləti anizotrop süxurları qazıdıqda quyu dibinin və divarının müxtəlif dağılma
şəraitləri nəticəsində quyu lüləsi əyilir.
Bərk anizotrop süxurlardan ibarət qatları qazan zaman süxurların quyu dibində və
divarlarında dağılma şəraitinin müxtəlif olması nəticəsində quyuların əyilməsi baş verir. Bu halda,
süxurların müxtəlif istiqamətlərdə dağılmaya göstərdikləri müqavimətin eyni olmaması əsas rol
oynayır. Süxurun böyük intensivliklə dağılması dağılmaya olan müqavimətin az olduğu istiqamətdə
baş verir. Bu anizotrop süxurlar üçün xüsusilə xarakterikdir. Dağ süxurlarının anizotropluğu onların
mineraloji tərkibindən asılıdır. Belə ki, bu hal süxur əmələ gətirən bir çox minerallara xas olan
keyfiyyətdir. Bu cür mineralların istiqamətlənmiş şəkildə düzülüşü anizotropluğu və həmin
süxurların teksturunu xarakterizə edir.
Nəhayət tiyənin bölünə bilən müstəvinin düşmə istiqamətində, yaxud onun əksi
istiqamətində hərəkəti zamanı süxurun zəif simmetrik qoparılması baş verir. Bu halda dağıdılan
süxurun həcmi müxtəlif olur. Tiyənin bölünə bilən müstəvinin düşmə istiqamətində hərəkəti zamanı
süxurun dağılma miqyası böyük olacaqdır.
Beləliklə, quyu dibində anizotrop süxurların asimmetrik dağılmasını və qazıma alətinin
təbəqələrin düşmə istiqamətinin əksi tərəfə hərəkət etməyə meyilliyini izah etmək mümkündür.
Hər halda sanki, quyu dibi yerini dəyişir, və ya onun ayrı – ayrı hissələri müxtəlif sürətlə
hərəkət edir.
Başqa amillərin təsirini nəzərə almasaq, onda süxurların anizotropluğu nəticəsində quyu
həmişə süxurun dağılmaya müqavimətinin az olduğu istiqamətə getməyə meyl edəcək. Bu hadisə
quyu oxunun ayrılma müstəvisi, ya da onların bölünə bilən müstəvisi ilə əmələ gətirdiyi bucağın
müəyyən qiymətlərində təzahür edir. Görüş bucağı 1 = 900, yaxud 1 = 00 olarsa, nəzəri olaraq deyə
bilərik ki, quyu əyilməməlidir. Bu halda, quyunun əyilməsi yalnız texniki və texnoloji səbəblərin
təsiri nəticəsində baş verir. Əgər görüş bucağı 900    00 olarsa, quyunun özünün əyrilik
bucağından asılı olmayaraq, quyu geoloji amillərin təsiri nəticəsində bu və ya digər intensivliklə,
anizotropluq göstəricisindən, görüş bucağından və başqa səbəblərin təsiri ilə bağlı az və çox
dərəcədə əyiləcəkdir.
Süxurların enmə bucağının əksi istiqamətində 900    00 bucaq altında maili quyunun
qazılması zamanı praktiki olaraq bütün amillərin təsiri nəticəsində quyu əyilir. Süxur təbəqələrinin
enmə bucağı istiqamətində 900    00 bucaq altında maili quyunun qazılması zamanı geoloji
amillər, texniki və texnoloji amillərin əksi istiqamətində təsir göstərəcək və əyrilik intensivliyi kiçik
qiymət alacaqdır.
Beləliklə, geoloji amillərin əyrilik intensivliyinə quyu oxunun təbəqələşmə müstəvisi, yaxud
süxurun dağılmağa göstərdiyi ən kiçik müqavimət xətti ilə əmələ gətirdiyi görüş bucağı təsir edir.
Tədqiqatlar göstərir ki,   450 olduqda əyrilik intensivliyi maksimuma çatır. Görüş bucağı az
dəyişən hallarda əyrilik intensivliyi də o qədər olur.
Quyu lüləsi iri çatlar və boşluq olan sahələri keçdikdə, əsasən də maili və üfqi quyular
qazılarkən, qazıma alətinin asılı vəziyyətdə və yaxud alət ilə quyu divarı arasındakı sahənin çox
böyük olması nəticəsində quyu lüləsi öz istiqamətini dəyişir.
Quyu lüləsi çox yumşaq süxurlardan keçdikdə quyunun əyilməsinə təsir edən əsas amillər –
quyu divarının intensiv dağılması nəticəsində qazıma aləti ilə quyu divarı arasında məsafənin böyük
olması alətin çəp vəziyyət almasına gətirib çıxarır, sonra isə istər şaquli, istərsə də maili və üfqi
quyular təbii əyilməyə məruz qalır. Anizotrop süxurlarda quyu lüləsi çox hallarda alətə göstərilən
müqavimət az olan istiqamətə əyilir.

7.2. Quyu lüləsinin təbii əyilməsinə texniki


amillərin təsiri

Texniki amillər quyu lüləsi trayektoriyasının layihə istiqamətindən kənara çıxmasına bir çox
hallarda qazımaya başlayan andan (quyu ağzından) və ya qazıma prosesi zamanı təsir göstərir.
Qazımanın başlanğıcında quyu lüləsinin düzgün istiqamət almamasına səbəb olan amillər
aşağıdakılardır:
1) rotorun düzgün yerləşdirilməməsi şaquli və ya maili quyuların şaquli hissələrini qazımaq üçün,
rotorun üfqi vəziyyətdə yerləşdirilməməsi isə quyunun şaquli qazılmamasına gətirib çıxarır və
nəticədə quyu lüləsi başlanğıc əyilməyə məruz qalır;
2) şaxt və ya istiqamətləndirici boruların tam şaquli istiqamətdə buraxılmaması quyu oxunun
verilmiş istiqamətdən uzaqlaşmasına səbəb olur;
3) qazıma vışkasının ağırlıq mərkəzinin oxu ilə quyu mərkəzindən keçən oxun üst-üstə düşməməsi
və aparıcı boruda cüzi əyriliyin olması da başlanğıc əyilməyə səbəb olur.
Qazıma prosesində quyuda qazıma kəmərinin oxu və quyu oxunun üst-üstə düşməməsi üçün
şərait yaradan və nəticədə quyu lüləsinin təbii əyilməsinə gətirib çıxaran texniki amillər əsasən
QKAH-nin quruluşunun düzgün seçilməməsi ilə əlaqədardır.
Aşağıda sadalanan texniki amillər quyu divarı ilə QKAH arasında boşluğun tələb olunan
həddən çox olması nəticəsində yaranır.
1) qazıma baltasının və keçiricinin oxunun qazıma alətinin oxu ilə üst üstə düşməməsi nəticəsində
quyu divarının intensiv surətdə qazılması baş verir, bu isə quyu lüləsinin əyilməsinə səbəb olur.
2) QKAH quruluşu düzgün seçilmədikdə, qazıma zamanı böyük diametrdən kiçik diametrə
keçdikdə adi QKAH tətbiq edilərsə, onda kiçik diametrli lülə eksentrik qazıla bilər.
3) quyunun genişləndirilməsi üçün uyğun olmayan quruluşlu QKAH-dən istifadə olunarsa lülənin
layihə istiqamətindən uzaqlaşması baş verər.
4) qazıyıcısı tez-tez dəyişən süxurlarda qısaldılmış turbin qazıyıcısı ilə işləmədikdə, kiçik diametrli
QKAH-lə, həmçinin kütləşmiş süxurdağıdıcı alətlə işlədikdə quyu lüləsi əyilir.

7.3. Quyu lüləsinin təbii əyilməsinə texnoloji amillərin təsiri

Quyuların təbii əyilməsi qazıma üsulu və qazıma zamanı tətbiq olunan rejim parametrləri ilə
əlaqədardır. Bunlar əsasən quyu divarının və dibinin qeyri bərabər dağıdılmasını təmin edən baltaya
verilən oxboyu yük və süxur dağıdıcı alətin fırlanma sürətidir. Öz növbəsində quyu divarının qeyri
bərabər dağıdılması QKAH-ın quyu oxundan kənarlaşmasına səbəb olan inhirafetdirici qüvvənin
qiymətinin artmasına və mexaniki sürətin azalmasına gətirib çıxarır. Məlumdur ki, quyular əsasən
rotor və ya quyudibi mühərrik vasitəsilə fırlanma üsulu ilə qazılır.
Birinci halda, qazıma borularının iş prinsipi quyuların əyilməsinə təsir edən amillərin
yaranmasına şərait yaradır. Qazıma zamanı quyudibi mühərrikdən istifadə etdikdə bu amillərin bir
qisminin quyuların əyilməsinə təsiri azalır.
Fırlanma üsulu ilə qazımada quyuların əyilməsinə rejim parametrləri də təsir göstərir.
Bunlardan əsasları baltaya verilən oxboyu yük, baltanın fırlanma sürəti, qazıma məhlulunun
miqdarı və keyfiyyətidir. Bu parametrlərin mümkün qədər səmərəli seçilməsi qazıma sürətinin
artması ilə müşahidə olunacaq, bununla əlaqədar quyunun əyilməsinə başqa amillərin göstərdiyi
təsir müddəti və dərəcəsi minimal olacaq, bu isə, öz növbəsində, quyunun əyilmə intensivliyinin
azalmasına səbəb olacaqdır. Başqa sözlə desək, rotor üsulu ilə qazımada rejim parametrlərinin
qiymətlərini dəyişməklə quyuların əyilmə intensivliyini daha asanlıqla tənzimləmək mümkündür.
Turbin üsulu ilə qazımada isə buna qismən nail olunur.
Quyuların əyilməsinə təsir edən amillərin araşdırılması göstərir ki, qazıma zamanı əyrilik
intensivliyi əsasən quyu dibinin deyil, divarının qazılma dərəcəsindən asılıdır. Optimal texnoloji
rejimdə düzgün seçilmiş oxboyu yük süxurdağıdıcı alətin fırlanma sürəti və qazıma məhlulunun
sərfi quyu divarının minimum qazılma dərəcəsinə uyğun gəlir və nəticədə əyilmə intensivliyi kiçik
olur. Quyuların əyilmə intensivliyi həmçinin QKAH-in sərtliyindən asılıdır: QKAH sərtliyinin
artırılması quyuların təbii əyilməyə meylliyini azaldır.
Quyuların qazılması eyni şəraitdə aparılırsa, böyük diametrli quyular kiçik diametrli
quyulara nisbətən az əyilir. Quyuların əyilmə intensivliyi geoloji amillərin təsir dərəcəsindən, eləcə
də həmin intervalda quyunun əyrilik bucağından asılıdır.
Zenit bucağının kiçik qiymətlərində quyunun əyilmə istiqamətinə görüş bucağı böyük təsir
göstərir. Süxurdağıdıcı alətin layla görüş bucağının 150-yə qədər qiymətlərində quyu azimutal
dəyişməyə meyl edir. Görüş bucağının 150-dən çox qiymətlərində quyu lüləsi əsasən qazılan
layların qalxma istiqamətinə tərəf əyilir.
Zenit bucağının 0-200 qiymətlərində geoloji amillərin təsirindən, 200-dən böyük olduqda
texnoloji amillərin təsirindən quyular üfqi müstəvidə bütövlükdə qanunauyğun şəkildə əyilməyə
məruz qalır.
Fırlanma qazıma üsulunun bütün növlərində quyu azimutal olaraq istənilən istiqamətə əyilə
bilər.
Beləliklə, quyuların əyilməsi ən əvvəl qazımanın geoloji-struktur şəraitindən, quyunun dibi
və divarını təşkil edən süxurun fiziki-mexaniki xassələrindən asılı olaraq qanunauyğun xarakter
daşıyır. Quyuların əyilməsinin qanunauyğunluqları haqqında alınan dəqiq məlumatlar böyük təcrübi
əhəmiyyətə malikdir və qazıma işləri zamanı aşağıdakı məsələlərin həllinə köməklik edir: minimum
vəsait sərf etməklə, quyuların qazılması; layihələndirilən quyuların real əyilmə normasının təyin
edilməsi; qazılan quyuların fəzada vəziyyətinə nəzarət; qazılan quyunun profilinin, geoloji
kəsilişinin və ümumi xəritəsinin qurulması.
. MAİLİ VƏ ÜFQİ QUYULARIN QAZILMASI.

İndiki zamanda yataqların işlənilməsində geniş yayılmış və etibarlı üsullardan biri maili
qazımadır, bu üsulun köməyi ilə istismar xərcləri azalmaqla yanaşı, çıxarılacaq neft və qazın
həcminin artması imkanı da əldə edilir. Belə ki, dəniz yataqlarının və mürəkkəb orohidroqrafiya
şəraitlərinə malik olan sahələrin işlənməsini, həmçinin də ətraf mühitin mühafizəsinin
səmərəliliyinin yüksəldilməsi, münbit və məhsuldar torpaqlardan səmərəli istifadə olunmasını əsas
tutaraq kut qazımaya böyük yer verilir.
Maili qazımanın həcminin artması, onun xüsusi qazıma metodundan əsas qazıma üsuluna
çevrilməsi əsasən quyuların layihə dərinliyinin artması, mürəkkəb şəraitdə maili quyuların müvəf-
fəqiyyətlə qazılması, qazımanın layihələndirilməsi prosesinin və tətbiq olunan qazıma texnika və
texnologiyasının, həmçinin maili quyu əyilməsinin idarə olunması metodlarının təkmilləşdirilməsini
tələb edir.
Üfqi qazıma son zamanlarda neft – qaz sənayesinin əsas nailiyyətlərindən biridir. 80-cı
illərin əvvəlində bu ekzotik üsul hesab olunurdu və ona maili quyu qazılmasının təkmilləşməsi kimi
baxılırdı. İndi isə üfqi qazıma neft və qazın laydan böyük həcmdə çıxarılması metodu kimi standart
texnologiyaya malikdir.
Üfqi qazımanı fərqləndirən başlıca cəhət quyu lüləsinin məhsuldar layla görüş sahəsinin
böyük olması, həmçinin lay flüidlərinin müstəvi üzrə paralel axınını (şaquli və maili quyularda
radial axımdan fərqli olaraq) təmin etməkdir. Bunun sayəsində neft yataqlarının istismarının bütün
mərhələlərində quyu məhsuldarlığının yüksək olması təmin edilir.
Maili quyu elə quyuya deyilir ki, onun dibi, ağzının dib səviyyəsindəki üfqi müstəvi üzərinə
proyeksiyasına nisbətən istənilən istiqamətdə uzaqlaşmış olsun. Bu zaman quyu ağzının və dibinin
üfqi proyeksiyaları arasındakı ən yaxın məsafə maili quyunun inhirafı yaxud şaquldan uzaqlaşma
məsafəsi adlanır.
Müasir maili quyular quyu ağzından başlayaraq əvvəlcə şaquli qazılır və sonra müəyyən
dərinlikdən sonra layihədə nəzərdə tutulan istiqamətdə əyriləşdirilərək, çökük əyri üzrə neft və qaz
laylarının tələb olunan nöqtəsinə çatdırılır.
Təbiidir ki, belə quyuların şaquli hissələrinin uzunluğu nə qədər çox olarsa, o qədər
əlverişlidir, lakin bu uzunluq maili qazıma texnologiyasının tələbləri ilə uzlaşdırılmalıdır.
Maili quyuların qazılmasında əlverişli geoloji şəraitdən istifadə olunmasının xüsusi
əhəmiyyəti vardır. Layların yerləşməsi şəraiti maili quyunun əyriliyinə və istiqamətinə təsir etdiyi
üçün quyu layihələndirilərkən və onun profili müəyyən olunarkən bu şərait, eləcə də quyuların təbii
əyilmə qanunauyğunluqları nəzərə alınmalı və onlardan istifadə edilməlidir.
Qazılma prosesində geoloji səbəblərdən təbii əyilməyə məruz qalan quyular çox hallarda
nəzərdə tutulan neft və qaz layları ilə görüşmür və nəticədə layihənin məqsədi reallaşmır.
Hal-hazırda quyuların süni (məcburi) əyilməsinə aşağıdakı əsas üsulların tətbiqi ilə nail
olunur:
a) yataqlarda quyuların təbii əyilmə qanunauyğunluqlarını nəzərə almaqla profilin seçilib
layihələndirilməsi. Bu halda, müəyyən sahədə əvvəllər qazılan zaman təbii əyilmiş quyuların faktiki
materialları əsasında qurulmuş profillərə əsaslanaraq quyu layihələşdirilir. Həmin üsul yalnız yaxşı
tədqiq olunmuş yataqlarda tətbiq edilməlidir. Çünki orada quyunun əyriliyini idarə etməyə ehtiyac
olmadığı üçün quyuları təbii əyilməyə uyğunlaşdırırlar. Bu üsulun çatışmayan cəhəti qazıma
həcminin böyüməsi ilə əlaqədar quyuya qoyulan xərclərin artmasıdır. Bundan əlavə, hər bir yataq
üçün əvvəlcədən qazılmış quyulara əsasən əyrilik intensivliyi böyük olan yerlər müəyyən edilməli
və quyu profili layihələndirilən zaman onlar nəzərə alınmalıdır;
b) müxtəlif tip QKAH quruluşunu tətbiq etməklə quyu lüləsinin əyilməsinin idarə olunması.
Bu halda, müxtəlif QKAH tətbiq edib və qazıma rejimini dəyişib, məlum üsulların tətbiqi ilə quyu
lüləsinin hərəkət istiqamətini idarə etmək mümkündür.
Həmin üsulda xüsusi inhirafyaradanlardan istifadə etməklə, quyunu verilmiş istiqamətdə qazımaq
olar, hərçənd ki, bu zaman sürətli qazıma rejimi müəyyən qədər məhdudlaşdırılır.
c) quyuların istiqamətlənmiş inhirafına nail olunması süni inhirafyaradanların tətbiqinə
əsaslanır. Əyri keçirici, ekssentrik nippel, inhirafyaradan tərtibatlar və xüsusi qurğulardan
yataqların konkret texniki-texnoloji şəraitindən asılı olaraq istifadə olunur.
Hazırda neft, qaz və faydalı qazıntılar çıxarmaq üçün maili istiqamətlənmiş quyuların
qazılmasından geniş istifadə edilir (şəkil 8.1.). Neft və qaz quyularının maili istiqamətlənmiş
qazılması qazılma üsulundan asılı olmayaraq, yerin səthindən əvvəlcə şaquli, sonra isə tələb olunan
istiqamətdə əyriləşdirilərək qazılır. Sonralar maili qazıma texniki cəhətdən təkmilləşdirilərək
çoxdibli kut quyuların qazılması üçün baza oldu.
Birlüləli maili quyuların qazılması ilə maili quyuların potensial imkanları tükənmir. Quyu
lüləsinin məhsuldar qat içərisində üfqi qazılması əvvəlcə kut qazımanın, sonra isə çoxdibli
quyuların qazılması üçün geniş imkanlar yaratdı.
Kut qazıma dedikdə, məhdud ölçülərə malik meydança üzərindən ağızları bir-birinə yaxın
olan maili quyuların qazılması başa düşülür. Bu quyuların dibi isə yatağın işlənmə şəbəkəsinə
uyğun olaraq, məhsuldar layın verilmiş (əvvəlcədən müəyyən edilmiş) nöqtələrində yerləşir.
Şəkil 8.1 Maili quyuların qazılmasının tətbiqinə aid misallar

1-dənizdə qurulmuş əsaslardan qazma;2-dənizdə yerləşən yataqların sahildən qazılması;3-kəsilib düşmüş


zonalardan neft sahələri yerləşən istiqamətlərdə quyuların qazılması;4-yataqların yerləşdiyi sahələrin üzərində
qazma qurğusunun yerləşdirilməsi mümkün olmayan yerlərdə maili quyunun qazılması;5-monoklinal tipli neft
laylarına qazıma;6-açıq fontanların və yanğınların ləğv olunması üçün qazılan köməkçi quyular;7-qəza zamanı
kənara çıxmaq;8-duz kümbəzlərinin yuyulması qorxusu olan rayonlarda maili quyuların qazılması; N-neft; S-su; Q-
qaz; D-duz
Kut qazımanın tətbiqinin zəruriliyini (vacibliyini)
aşağıdakı şəraitlər tələb edir: texniki cəhətdən möhtəşəm
tikililər və müdafiə əhəmiyyətli obyektlər altında yerləşən
yataqları açmaq lazım gəldikdə; texnoloji-yatağın işlənmə
şəbəkəsinin pozulmaması xatirinə təbii əyilmə ilə mübarizə
çətin olduqda; geoloji-su hövzələri altında kəskin relyefə malik
sahələrdə, çox laylı yataqlarda, qış mövsümündə böyük qar
örtüyü gözlənən hallarda kut qazımadan istifadə etmək
əlverişlidir.
İki lülənin ardıcıl, iki lülənin paralel və üçlüləli qazıma
kut qazımanın müxtəlif kateqoriyalarındandırlar.
Kut qazıma meydançasının hazırlanması üçün görülən
işlərin həcmi, bir quyu üçün fərdi özüldə görülən işlərin həc-
mindən bir qədər çoxdur. Lakin kut qazımada görülən işlərin
həcminin həmin meydançadan qazılacaq quyuların sayına olan
nisbəti çox kiçik olub, iqtisadi cəhətdən əlverişlidir.
Vətənimzdə və xarici ölkələrdə kut qazıma təcrübəsi
göstərir ki, bu üsulla qazıma tikinti və montaj (quraşdırma)
işlərinin xeyli azaldılmasına, yol tikintisi və su təchizatı ilə
əlaqədar xərclərin, elektrik xətlərinin və rabitənin yaradılması
xərclərinin xeyli azaldılmasına imkan verir, istismar edilən
quyulara xidməti sadələşdirir, daşınmalı yüklərin həcmini
ixtisar etmək mümkün olur.
Ümumiyyətlə, kut üsulu ilə qazıma mədən tikintisinə
sərf ediləcək xərcləri ixtisar etməyə, istismar prosesinin və
xidmətlərin avtomatlaşdırılmasına, neft və qaz yataqlarının
mənimsənilməsi və istismarı zamanı ətraf mühitin mühafizə
edilməsinə yaxşı imkan yaradır.
Kut qazımada bir meydança üzərindən qazılacaq
quyuların minimal sayı 2 ola bilər. Neft mədənlərində kut
qazımada adətən 1624 quyunun qazılması qruplaşdırılır,
bəzən bu rəqəm 30-dan çox da olur (şəkil 8.2). Xarici ölkələrin
təcrübəsi göstərir ki, kut qazıma üsulu ilə bir meydança
üzərindən 60-dan çox quyu qazımaq mümkündür. Məsələn,
ABŞ-ın Kaliforniya körfəzində ölçüləri 60x60m olan süni ada
üzərindən 68 quyu qazılmışdır.
Quyuların qazılmasının texniki-iqtisadi səmərəsini
yüksəltmək üçün qabaqcıl üsullardan biri də çoxdibli quyuların
qazılmasıdır (şəkil 8.3). Bu üsulun mahiyyəti əsas quyu
lüləsindən bir və ya bir neçə əlavə lülənin qazılmasıdır ki, bu
da yerin üstündən bilavasitə həmin məqsəd üçün qazılmalı olan
bir neçə quyunun bir lülə ilə əvəz edilməsi deməkdir. Beləliklə,
qazılmış ilk əsas lülədən dəfələrlə istifadə etməklə, yuxarı
məhsuldar olmayan horizontların qazılmasını və bunun
nəticəsində, qazımanın həcmini ixtisar etmək mümkündür.
Çoxdibli neft və qaz quyularının qazılması zamanı
məhsuldar lay içərisində quyu lüləsinin əlverişli uzunluğu artır
və nəticədə drenaj zonası və süzülmə səthi də böyüyür.
Bəzi hallarda yatağın kəsilişinin aşağı hissəsində quyu
dibinin açıq şəkildə istismarına yol verilir. Bu halda əsas
lülənin məhsuldar lay üzrə bir-birindən kəskin surətdə yana və
müəyyən məsafəyə uzaqlaşmış lülələrin şaxələnməsi nəzərdə
tutulur.
8.1 İnhirafetdirici alətlər
İnhirafetdirici alətin təyinatı – quyunu əvvəlcədən
verilmiş və ya ixtiyari istiqamətdə əymək məqsədilə baltada
inhirafetdirici qüvvə, yaxud balta ilə quyu oxları arasında
müəyyən bucaq yaratmaqdır.
Turbin mühərriki ilə qazımada inhirafçı alət kimi-
əyrikeçirici, TI və ŞI tipli turbin inhirafçıları R-1 tipli, üzərinə
lövhə yerləşdirilmiş inhirafetdirici, ekssentrik nippel və s.
elektrik qazıyıcısı ilə qazımada – əsasən əyrilik mexanizmi
(Ə.M); rotor qazımasında – paz şəkilli və şarnirli
inhirafetdiricilər və s. tətbiq edilir.
Şəkil 8.2 Kut quyuların qazılma sxemi
Şəkil 8.3 Çoxdibli quyuların qazılma sxemi

İnhirafetdiricilər, əsasən maili istiqamətlənmiş quyu-


ların qazılmasında müxtəlif növ mürəkkəbləşmələrin, qəzaların
aradan qaldırılması məqsədilə şaquli quyulardan yeni lülənin
açılmasında tətbiq edilir. Onlar qazıma zamanı azimut və zenit
bucaqlarının eyni zamanda dəyişməsinə və ya bucaqlardan
birini sabit saxlamaqla digərini, dəyişməyə imkan verir.
Əyri keçirici (şəkil. 8.4.). Maili quyuların qazılmasında
geniş yayılmış, hazırlanması və tətbiq edilməsi asan olan
inhiraf yaradan alətdir. O, yiv birləşmələri oxlarının müəyyən
bucaq altında kəsişdiyi, uzunluğu adi keçiricinin uzunluğuna
bərabər olan AQB-dən hazırlanmış borudur.
1040 əyriliyi olan yiv əsasən nipeldən, bəzi hallarda isə
muftadan açılır. Böyük sərtliyi olan əyri keçirici alətin əyilmiş
kəsiyində müəyyən qiymətə malik elastiki qüvvə momenti
yaradır, bu isə nəticədə baltada inhirafetdirici qüvvə əmələ
gətirir.
Əyri keçiricidən istifadə edilərkən nəzərə alınmalıdır ki,
quyunun əyrilik intensivliyi – əyici alətin elementlərinin
ölçülərindən, turbin qazıyıcısının, əyri keçiricinin və onların
yuxarı hissəsində yerləşdirilmiş AQB-nin sərtliyi və çəkilərin-
dən, quyunun diametrindən, qazıma rejimindən, qazıma
baltasının quyu divarını frezerləmə qabiliyyətindən və qazılan
süxurun fiziki-mexaniki xassələrindən asılıdır.
Əyri keçirici birseksiyalı turbin qazıyıcısı ilə istifadə
edilərsə, onda zenit bucağını 40-450-yə qədər, qısaldılmış
turbin qazıyıcısı ilə 50-550-yə qədər, qısa turbin qazıyıcısı ilə
isə 850-900 –yə qədər yığmaq olar.
İnhirafetdirici R-1 (şəkil 8.5.). AQB parçasından hazır-
lanmış, öz oxuna nisbətən bir müstəvidə və bir istiqamətdə
birləşdirici çəp yivlərə malik inhiraf yaradan alətdir.
İnhiraf etdirici oxu ilə aşağı birləşdirici yiv oxunun
əmələ gətirdiyi bucaq 2-30, inhirafetdirici oxu ilə yuxarı
birləşdirici yiv oxunun əmələ gətirdiyi bucaq isə 2-2,50 təşkil
edir. Bu inhirafetdirici elastiki yığıma malik QKAH-də 6-8m,
sərt yığımlı QKAH-də isə 3-4m uzunluğunda olur.
İnhirafetdirici R-1 zenit bucağını 900-ə qədər yığmaq,
quyunun azimutunu dəyişmək, sement körpüsündən və açıq
lülədən yeni lülənin açılması və qazılması üçün istifadə edilir.
Üzərinə lövhə yerləşdirilmiş inhirafetdirici (şəkil 8.6.).
Bu inhirafetdirici əyri keçirici ilə gövdəsinə lövhə yer-
ləşdirilmiş turbin qazıyıcısından ibarətdir. Bu tip inhirafetdirici
birseksiyalı turbin yığmaq üçün tətbiq edilir. Lövhə təxminən
sistemin mərkəzində və ya bir az aşağıda yerləşdirilir.
Yerləşdirilmiş lövhənin hündürlüyü baltanın əndazə
ölçülərindən kənara çıxmamalıdır.
Lövhənin buraxıla bilən maksimal hündürlüyü
aşağıdakı kimi təyin olunur:
hmax  0,5 (D-d)

burada D və d – müvafiq olaraq balta və turbin qazıyıcısının


diametrləridir.

Şəkil 8.4 Əyri keçirici Şəkil 8.5. Şəkil 8.6.


R-1 inhirafetdiricisi
Üzərinə lövhə yerləşdirilmiş
inhirafetdirici
1-qazma borusu;2-əyri keçirici;
3-turbin qazıyıcısı; 4-həlqəvi
lövhə; 5-balta

Quyunun əyrilik intensivliyi inhirafetidiricinin


elementlərinin ölçülərindən, yəni lövhənin qoyulduğu yerdən
və qalınlığından, əyri keçiricisinin yiv oxunun çəplik bucağın-
dan, quyunun diametrindən, baltanın yan frezləmə qabiliyyətin-
dən, qazılan süxurun fiziki-mexaniki xassələrindən və qazıma
rejimindən asılıdır.
Turbin inhirafetdiricisi (Tİ2) (şəkil 8.7). Bu tip
inhirafetdiricinin aşağı və yuxarı hissələri əyri keçirici, valları
isə xüsusi birləşdirici şarnir vasitəsilə birləşdirilən
konstruksiyaya malikdir. Əyri keçiricinin əyrilik bucağı 1,50
olur. Bəzi xüsusi hallarda isə Tİ2-195 və Tİ2-240 turbin inhiraf
etdiriciləri 10 və 20-li əyri keçirici ilə hazırlanırlar.
Şpindel inhirafetdiricisi. Şi1-195 (şəkil 8.8.) iş
rejimində valın fırlanma sürəti 500 dövr/dəq-ni aşmayan
seksiyalı turbin mühərrikində adi şpindelin yerinə qoyulmaqla
işlədilir. O, özlüyündə ayrıca hissə olaraq turbin qazıyıcısının
oxuna nisbətən müəyyən bucaq altında əyriləşdirilmiş şəkildə
hazırlanmış qazıyıcısının istinad oxundan ibarətdir.
Həmin inhirafetdiricinin üstünlüyü baltadan inhirafetdi-
riciyə qədər olan məsafənin az olması, bu hissənin deformasiya
olunmasının azaltması və inhirafetdiricilik qabiliyyətini
artırmasıdır.
Bu inhirafetdiricinin çatışmayan cəhəti onların valları-
nın aşağı və yuxarı hissələrinin əyri birləşmələrinin dayanıqsız
olmasıdır.
Eksentrik nipel (şəkil 8.9.) özlüyündə turbin
qazıyıcısının nipelinə qaynaq edilmiş metal dayaqdan ibarətdir.
Metal dayağın üzəri bəzi hallarda rezinlə örtülə bilər.
Turbin qazıyıcısının ekssentrik nipelinin və baltanın
quyu lüləsi içərisində maniəsiz hərəkətini təmin etmək üçün
dayağın aşağı və yuxarı qurtaracaqları müəyyən bucaq altında
əyriləşdirilib. Ekssentrik nipelin qalınlığı balta ilə turbin
qazıyıcısının diametrlərinin fərqindən 15mm-dən artıq ola
bilməz.
Turbin qazıyıcısının yuxarı hissəsinin ağırlığından
əmələ gələn normal qüvvə moment yaradır, bunun təsirindən
balta quyunun yuxarı divarına sıxılır və onu frezrləyir. Bununla
əlaqədar zenit bucağının artması nəticəsində eksentrik nipelin
iş effektliyi artır.

Şəkil 8.7. Turbin inhirafetdiricinin quruluşu (Ti-2)


1-turbin seksiyası;2-şarnir birləşməsi;3-şpindel seksiyası
Şəkil 8.8. Şpindel inhirafetdirici Şi1-195
1-birləşdirici keçirici;2-gövdə;3-dayaq;4-val
Eksentrik nipelli turbin qazıyıcısından dayanıqlı süxur-
ların qazılmasında zenit bucağının artırılması üçün istifadə
etmək məsləhət görülür, çünki bu zaman qazıma kəmərinin
pərçimlənmək və tutulmaq qorxusu olmur.
Elastik inhirafetdirici (şəkil. 8.10). Elastik inhiraf-
etdirici rezin geydirilmiş və yeyilən zaman dəyişdirilməsi asan
olan resor vəzifəsini yerinə yetirən metal yığımıdır.
Metal yığımı turbin qazıyıcısının nipelinə qaynaq edilir.
Rezin geydirilmiş resorun qalınlığını dəyişməklə quyu lüləsi
əyriliyini tənzim edirlər. Elastiki inhirafetdiricidən, maili
istiqamətlənmiş quyuların qazılmasında ekssentrik nipeldən
istifadənin mümkün olmadığı bütün hallarda, hətta qazıma
kəmərinin pərçimlənməsi və tutulması gözlənilən süxurların
qazılmasında belə istifadə etmək olar.
Əyrilik yaradan mexanizm ƏM (şəkil 8.11.). Elektrik
qazıyıcısı vasitəsilə maili istiqamətlənmiş quyuların qazıl-
masında bu inhirafetdiricidən istifadə olunur. Bu mexanizmdə
qazıyıcısının və şpindelin valları bir-biri ilə müəyyən bucaq
altında dişli birləşdirici muftanın köməyi ilə birləşdirilir.
Əyici mexanizmlər elektrik qazıyıcılarının diametr-
lərinə uyğun olaraq hazırlanır. ƏM-164, ƏM-170, ƏM-185
inhirafetdiricinin oxlarının əmələ gətirdiyi bucaq 10 və 1,50,
ƏM-215, ƏM-240 inhirafetdiricilərinin isə 10, 1,50 və 20 olur.
Rotor üsulu ilə qazımada işlədilən yönəldici tərtibat-
lar. Bu tip inhirafetdirici yönəldicilər yalnız başlanğıcda quyu
lüləsinə lazımi istiqamətdə əyrilik vermək üçün istifadə edilir.
Quyu lüləsinin şaquli oxdan inhirafı paz şəkilli yönəldici və ya
şarnirli inhirafetdiricilərin köməyi ilə yerinə yetirilir (şəkil
8.12).
Quyu lüləsi lazımi istiqamətdə süni olaraq inhiraf
etdikdən sonra müvafiq qazıma rejimində və uyğun seçməklə
qazımanı davam etdirirlər.
Yönəldicilər çıxarılmayan, yəni quyuda qalan və lazımi
istiqamətdə 15m yeni lülə qazıldıqdan sonra quyudan çıxarıl-
maqla tətbiq edilir.
Quyu diametrinə bərabər, 2,5-4,5m uzunluqda çıxarıl-
mayan yönəldicilər qoruyucu kəmər buraxılmış quyularda
tətbiq olunur. Yönəldicilər yuxarı hissədə baltanı istiqamətlən-
dirmək üçün ağzı geniş boruya və quyuda bərkidilməkdən ötrü
tərtibata malikdir.

Şəkil 7.9.Ekssentrik nipel


1-turbin qazıyıcısı;2-halqavari lövhə;
3-balta
Şəkil8.10 Elastik inhirafetdirici Şəkil 8.11 Elektrik qazıyıcısının
1-turbin qazıyıcısı;2-inhirafetdirici əyrilik mexanizmi
3-rezin resor; 4-balta 1-elektrik qazıyıcısı;2-əyrilik
mexanizmi(ƏM);3-şpindel

Şəkil 8.12 Rotor qazıma üsulunda işlədilən


inharfetdirici alətlər
a-paz şəkilli inhirafetdirici ilə iş şəraiti;1-paz şəkilli
inhirafetdiricinin lülədə yerləşdirilməsi;2-maili lülənin qazılması;3-
inhirafetdiricinin çıxarılması;4-lülənin genişləndirilməsi;b-şarnirli
inhirafetdirici ilə iş şəraiti;1-inhirafetdiricinin quraşdırılması;2,3- maili
lülənin qazılması;4-lülənin genişləndirilməsi
Çıxarılan yönəldicilər yuxarı hissədə diametri baltanın
aşağı hissəsinin diametrinə bərabər olan muftaya aşağı hissəsi
isə, yönəldicinin fırlanmasına mane olan quyudibi süxura
batırılan itiuclu çıxıntıya malikdir. Yönəldici quyudan mufta-
nın köməyilə qaldırılır. O diametri 25mm olan yivli deşiyə
malikdir. Buraya bağlanmış ştift qazıma kəmərini quyuya
endirən zaman yönəldicini balta ilə birləşdirmək üçündür.
Maili və üfqi quyu qazılmasının layihələndirilməsinə,
profilin tipinin və konfiqurasiyasının seçilməsi, quyu lüləsinin
trasının hesabı və qurulması daxil olan quyu profilinin layihə-
ləndirilməsindən başlamaq lazımdır.

8.2 Maili quyu profillərinin layihələndirilməsi

Profilin layihələndirilməsi maili quyuların (MQ) inşası-


nın texniki layihəsinin əsas tərkib hissələrindən biridir. Profilin
layihələndirilməsində məqsəd profilin tipinin və konfi-
qurasiyanın düzgün seçilməsi, MQ lüləsinin hesablanması və
qurulmasıdır.

Maili quyu profillərinin tipləri


Maili quyuların qazılmasında istifadə olunan profillərin
tipləri iki qrupa bölünür. Birinci qrupa aid olan müstəvi profil-
lər bir şaquli müstəvi üzərində yerləşən əyri xətlərlə ifadə olu-
nur. İkinci qrupa aid olan profillər isə fəza əyriləri ilə ifadə
edilir.
Müstəvi profilin tipi ən geniş yayılmışdır və ondan
maili quyuların qazılmasında daha çox istifadə etmək lazımdır.
Bu profillər əsasən yataqların qazılması zamanı quyu lüləsinin
özü-özünə əyilməsinə geoloji şəraitlərin təsiri nisbətən az
olanda, həmçinin az öyrənilmiş rayonlarda maili quyuların
qazılması zamanı quyu lüləsinin təbii əyilməsinin qanuna-
uyğunluqları məlum olmayanda tətbiq edilir.
Maili quyuların profilləri intervalların sayına görə iki,
üç, dörd və beş – intervallı olurlar. Maili quyuların profilinin
intervalları aşağıdakılardır:
 şaquli (Ş);
 zenit bucağının artırılması (ART);
 zenit bucağının sabit saxlanılması (ST);
 zenit bucağının azaldılması (AZ).
Maili quyuların profillərinin əsas tipləri şək.8.13 – də
göstərilmişdir.
A. İkiintervallı profil (şək.8.13.a) Ş+ART intervalların-
dan ibarətdir. Bu profil təcrübədə çox az tətbiq olunur və
əsasən azdərinliyə malik olan, inhirafı nisbətən böyük
quyuların qazılmasında istifadə edilir.
B. Üçintervallı profil (şək.8.13.b) Ş+ART+ST interval-
larından ibarətdir. Bu profilin tətbiqi, qazıma kəmərinin əyici
aşağı hissəsi (QKAH) ilə istiqamətləndirilmiş reyslərin sayını
minimuma endirməyə, quyu lüləsinin süni əyilməsi üçün yerinə
yetirilən əməliyyatlara sərf olunan vaxta qənaət etməyə, zenit
bucağının kiçik qiymətlərində quyu dibinin şaquldan ən böyük
inhirafına və quyu lüləsinin minimum uzunluqda olmasına nail
olmağa imkan verir.Bu tipli profildə bir əyri, və xeyli maili-
düzxətli hissələrin olması quyunun qazılması və istismarını
xeyli asanlaşdırır.
C. Üçintervallı profil (şək.8.13.c) Ş+ART+AZ interval-
larından ibarətdir. Bu tpili profili zenit bucağının sabit
saxlanılması çətin və təbii əyilməsi az olan rayonlarda tətbiq
etmək mümkündür.
Ç. Dördintervallı profil (şək.8.13.ç) Ş+ART+ST+AZ
intervallarından ibarətdir. Bu profil neft–qaz çıxarılan müxtəlif
rayonlar üçün maili quyular layihələşdirilərkən geniş tətbiq
olunur.
D. Beşintervallı profil (şək.8.13.d) Ş+ART+ST+ AZ+Ş
intervallarından ibarətdir. Bu profildən geoloji səbəblər
üzündən məhsuldar laya şaquli daxil olmaq lazım gəldikdə
istifadə edilir. Bundan başqa bu profil quyu lüləsi bir neçə
məhsuldar laydan keçdikdə yatağın ümumi işlənmə şəbəkəsini
saxlamaqla, həmin layların istənilən hər birini ayrılıqda
istismar etməyə imkan verir. İki əyri intervalı olan bu profil
mürəkkəbdir və qazıma prosesində novun əmələ gəlməsinə,
qazıma alətinin pərçimlənməsi və tutulmasına şərait yaradır.
E. Beşintervallı profil (şək.8.13.e) Ş+İART+AART+
ST+AZ intervallarından ibarətdir. Bu profil zenit bucağının
böyük qiymətini əldə etmək üçün əsasən inhirafı böyük olan
(quyunun dərinliyi ilə müqayisədə) quyuların qazılmasında
tətbiq edilir. Beləliklə, çox zəhmət tələb edən istiqamətlən-
dirilmiş QKAH – dan istifadə minimuma endirilir və nəticədə
keyfiyyətli səlis əyriliyə malik quyu lüləsi qazılır.
Yuxarıda göstərilən bütün profillərdən fərqli olaraq
burada zenit bucağının artırılmasının iki intervalı vardır:
istiqamətləndirilmiş QKAH ilə qazılan intervalda zenit bu-
cağının intensiv artırılması (İART) və istiqamətləndirilməmiş
QKAH ilə qazılan intervalda zenit bucağının az intensivliklə
artırılması (AART). Azərbaycanın dəniz yataqlarında beşinter-
vallı maili quyu profillərindən istifadə olunduğunu misal
göstərmək olar.
Fəza profili. Quyu lüləsinin ixtiyari əyilməsinə geoloji
amillərin təsiri çox olan rayonlarda maili quyuların qazıl-
masında istifadə edilir. Belə hallarda quyunun profilinin qurul-
ması üçün quyu lüləsinin təbii əyilmə qanunauyğunluqlarından
maksimum istifadə etmək və istiqamətləndirilmiş QKAH-dən
istifadə olunmasını minimuma endirməyə çalışmaq lazımdır.
Maili quyu profillərinin tipləri
Şəkil 8.13 İNTERVALLAR: Ş-şaquli; ART-zenit bucağının artırılması
(İ-intensiv,A-az intensiv); ST-zenit bucağının sabit saxlanılması; AZ-zenit bucağının
azaldılması;H-şaquli xətt üzrə quyunun dərinliyi; L-quyu lüləsinin şaquldan inhirafı

8.3. Maili quyu profilləri intervallarının xarakteri

Şaquli interval bilavasitə quyunun ağzından başlayır və


bir sıra amillərlə təyin olunan müxtəlif uzunluğa malikdir.
Şaquli interval nə qədər az olarsa, maili lüləni verilən
istiqamətə qazımaq bir o qədər asanlaşar. Lakin quyu
kəsilişinin yuxarı hissəsində dağ süxurlarının daha dayanıqsız
olması maili hissənin qazılmasına maneçilik törədir. Bundan
başqa, inhirafı kiçik olan dərin quyularda maili hissənin
qazılmasını kiçik dərinlikdən başlamaq münasib deyil, çünki
bu halda quyuda zenit bucağının qiyməti kiçik olacaq və
quyunun verilmiş azimutda qazılması çətin həyata keçiriləcək.
Maili lülənin qazılmasına böyük dərinlikdən başlamaq da
münasib deyil, çünki bu zaman bir çox texniki çətinliklər əmələ
gəlir ki, bunlardan böyük dərinlikdə əyri keçiricini verilmiş
istiqamətdə yönəltməyin müşgüllüyünü və quyu diametri ilə
məhdudlaşan əyri keçiricinin etibarsız işləyəcəyi ehtimalının
artmasını göstərmək olar. Kut üsul ilə qazımada maili hissənin
qazılması prosesində lülələrin görüşməməsi tələbi də nəzərə
alınmalıdır.
8.9.Zenit bucağının iki artırılma intervalı və bunlar
arasında sabit saxlanılma intervalı olan ÜQ profili

Bu mürəkkəb tip profil olub, beş intervaldan, yəni


şaquli, zenit bucağının birinci artırılma, stabilləşdirilmə, ikinci
artırılma və üfqi intervallardan ibarətdir. Bu tip profil quyu
lüləsinin məhsuldar laya daxil olduğu nöqtədə şaquldan inhirafı
böyük olan hal üçün istifadə olunur. Belə ÜQ profili
layihələndirilən zaman verilən oxboyu yükün quyu dibinə
çatdırılması, qoruyucu kəmərin müvəffəqiyyətlə buraxılması və
sonradan quyunun tamamlanmasını nəzərə alaraq, artırılma
intervallarında lülənin əyrilik intensivliyini, həmçinin stabilləş-
dirilmə intervalında zenit bucağını, müqavimət qüvvələrinin
minimum olması şərti ilə seçmək lazımdır. Quyu quruluşu
mürəkkəb olan halda intervalların yerdəyişməsinin qoruyucu
kəmərin buraxılma dərinliyinə uyğun gəlməsi əlverişlidir.
Quyu lüləsinin həqiqi yolunun layihədə nəzərdə
tutulduğundan kənara çıxdığı halda stabilləşdirilmə intervalının
olması profilin layihələndirilməsi üçün vəziyyəti düzəltməyə
müəyyən qədər imkan verir. Birinci artırılma intervalında əldə
edilmiş zenit bucağından asılı olaraq stabilləşdirilmə intervalı-
nın uzunluğunu dəyişmək olar.

8.10. Üfqi quyu profillərinin hesablanması

Profilin tipini seçdikdən sonra onun hesablanmasını


aparmaq lazımdır. Hesabat üçün ilkin məlumatlar, əsasən
məhsuldar layın yatma dərinliyi, onun yatım bucağı, üfqi
intervalın (şərti-üfqi) inhirafının başlanğıc nöqtəsi, zenit bucağı
və uzunluğu, quyunun konstruksiyasıdır.
Hər hansı tip profilin hesablanması lülənin zenit
bucağının, üfqi və şaquli proyeksiyasının dərinlikdən asılılığı-
nın təyin olunmasına gətirib çıxarır. Hesablama nəticəsində
verilmiş bucaq altında lülənin məhsuldar laya düşməsini təmin
edən əyrilik intensivliyi (əyrilik radiusu), profilin uyğun
intervallarının uzunluğu, onların üfqi və şaquli proyeksiyaları
da təyin edilir .
Bütün üç tip profillərin hesablanması üçün üfqi hissənin
başlanğıc nöqtəsinin yerləşdiyi dərinliyin (H0) verilməsi
lazımdır. Bu kəmiyyət aşağıdakı ifadədən tapılır (şəkil 8.15):
yni qazıma şəraitində məhlulun sıxlığı , məhlulda
bərk hissəciklərin olması Ca.f və şərti özlülüyün artması
qazımanın mexaniki sürətinin azalmasına, suvermənin artması
isə mexaniki sürətin düz xətt üzrə artmasına səbəb olur.

9.4. Qazımanın rejim parametrlərinin texniki iqtisadi


göstəricilərə təsiri

Məlumdur ki, qazıma zamanı baltanın gedişi, süxurun


dağıdılma sürətindən və baltanın quyu dibində işləmə müd-
dətindən asılıdır.
Rotor üsulu ilə qazımada baltanın dövrlər sayının sabit
qiymətində n=const, qazımanın mexaniki sürətinin m, baltanın
gedişinin hb və baltanın quyu dibində işləmə müddətinin,
baltaya verilən oxboyu yükdən asılılıq qrafiki şəkil 9.7
göstərilmişdir. Buradan görünür ki, n-in sabit qiymətində
baltaya verilən oxboyu yükün elə bir optimal qiyməti var ki, bu
qiymət konkret süxur üçün baltanın quyu dibində ən böyük
gedişini təmin edir. Yenə də həmin qazıma üsulu üçün baltaya
verilən oxboyu yükün sabit qiymətində Pb=const, qazımanın
mexaniki sürətinin, baltanın gedişinin hb və baltanın quyu
dibində işləmə müddətinin b, baltanın dövrlər sayından asılılıq
qrafiki şəkil 8.8 göstərilmişdir. Şəkildən göründüyü kimi Pb-
nın sabit konkret qiymətində n-in elə bir optimal qiyməti var
ki, bu qiymət baltanın quyu dibində ən böyük gedişini təmin
edir.
Qazımanın mexaniki sürətinin m, və baltanın gedişinin
hb, baltaya verilən oxboyu yükdən Pb asılılıq qrafikinin
görünüşü aşağıdakı kimidir (şəkil 9.9). Bu qrafiklər göstərir ki,
bütün hallarda fırlanma üsulu ilə qazımada, baltaya verilən
oxboyu yükün istənilən həddə dəyişməsi qazıma göstərici-
lərinin dəyişməsinə səbəb olur.
Rotor qazıma üsulunda qazımanın rejim parametrləri
bir-birindən asılı deyil. Qazıma prosessində bu parametrlərin
hər birinin qiymətini digər ikisindən asılı olmayaraq dəyişmək
olar.
Turbin qazıma üsulunda isə qazımanın rejim para-
metrləri içərisində qazıma məhlulunun sərfi əsas göstəricidir.
Baltaya verilən oxboyu yük Pb, qazıma məhlulu sərfindən Q,
asılı olaraq tapılır.
Pb = f (Q)
Baltanın dövrlər sayı n, turbin qazıma üsulunda qazıma
məhlulunun sərfindən Q və baltaya verilən oxboyu yükdən Pb
asılı olaraq dəyişir.
n = f (Q, Pb)
Başqa sözlə desək turbin qazıma üsulunda qazıma
məhlulunun sərfinin Q, dəyişməsi baltanın dövrlər sayının və
baltaya verilən oxboyu yükün Pb dəyişməsinə səbəb olur.
Elektrik qazıma üsulunda baltanın fırlanma sürəti
həmişə sabitdir. Burada baltanın fırlanma sürətini dəyişmək
üçün ancaq mühərriki başqası ilə əvəz etmək lazımdır.
10. QUYULARIN MÖHKƏMLƏNDİRİLMƏSİ.

Qazıma prosesi zamanı litoloji tərkibi, fiziki-mexaniki


xassələri, doyma dərəcəsi, doyduran mayenin növü və lay
təzyiqləri müxtəlif olan dağ suxurlarına rast gəlinir. Quyu
divarı dəyanətli suxurlarla yanaşı dəyanətsiz suxurlardan da
təşkil olunur. Belə suxurlar çox hallarda tektonik pozğunluqlar
baş vermiş zonalarda yerləşirlər. Bu cür suxurlar asanlıqla
uçulmağa meylli olurlar, dağılıb tökülürlər. Lay suları bir
horizontdan digərinə axa bilir ki bu da yol verilməzdir. Çünki
layların təbii enerjisi azalır, onların kollektorluq xassələri
dəyişir, açıq tullanışlar və qrifonların əmələ gəlməsi üçün
əlverişli şərait yaranır, müalicə suları çirklənir, avadanlıqların
korroziyası artır. Bundan başqa məhsuldar laydan neft və qazın
yer üzərinə çixarılması üçün möhkəm, hermetik və etibarlı bir
kanalın olması çox vacibdir.
Bütün bunların qarşısını almaq və quyu divarının
dəyanətli olmasını təmin etmək məqsədilə quyuya qoruyucu
kəmərlər buraxıb kəmər arxası fəzanı sementləyirlər.
Beləliklə quyunun möhkəmləndirilməsində əsas
məqsəd:
1. Quyunun istismarı dövründə qaz və mayenin
maniəsiz hərəkəti üçün uzun müddətli, etibarlı və hermetik
kanalın yaradılmasıdır;
2. Quyunun bütün işləmə dövrü üçün quyu divarının
dəyanətli olmasını təmin etməkdir;
3. Lay sularının bir horizontdan digərinə axmasının,
atmosferə təzahürlərinin və onlarla bağlı mürəkkəbləşmələrin
qarşısını almaqdır.
4. Təzahürlər əleyhinə tərtibatların və istismar avadan-
lıqlarının quyu ağzında möhkəm və hermetik birləşdirilməsini
təmin etməkdir.
5. Geoloji kəsilişdə bir-birinə yaxın olan laylardan
birində udulma, digərində isə fantan təhlükəsi olan layların
fəaliyyətinin qarşısını almaqdır.
6. Ləğv edilməsi mümkün olmayan hallarda intensiv
surətdə udulmanın qarşısını almaqdır.
7. Çox böyük dərinliyə malik olan kəşfiyyat quyu-
larında öyrənilməmiş intervalları qazarkən ehtiyat tədbiri kimi
qoruyucu kəmər buraxılması nəzərdə tutulmalıdır.

10. Quyu quruluşu haqqında anlayış.


Təyinatına görə quyuların növləri

Quyuya buraxılacaq qoruyucu kəmərlərin sayı,


buraxılma dərinlikləri, diametrləri, kəmər arxası fəzada
sementləmə intervallarının hündürlükləri, quyu lüləsinin ayrı-
ayrı intervallarını qazacaq baltaların diametrləri haqqında olan
məlumatlar kompleksinə (toplusuna) quyu quruluşu deyilir.
Seçilmiş quyu quruluşu aşağıdakıları təmin etməlidir:
1. Texniki tikinti kimi quyunun möhkəmliyini və uzun
müddət işləməsini;
2. Quyunun layihə dərinliyinə qədər çatdırılmasını;
3. istismarın layihə rejimlərinə nail olunmasını;
4. Neft və qazın hərəkəti üçün təbii enerjidən
maksimum və tam istifadə edilməsini;
5. Qaz, neft, su basqılı horizontların etibarlı izolə
edilməsini;
6. Yatağın kəşfiyyatı və işlənməsinə sərf ediləcək
maddi vəsaitin minimuma endirilməsini.
Quyu quruluşunun hesabına bir qayda olaraq istismar
kəmərinin diametrinin seçilməsindən başlayırlar. İstismar kə-
mərinin diametri quyunun gözlənilən debitinə nəzərən seçilir
və bu zaman onun quyuda yeraltı, əsaslı təmirlərin aparılma-
sına, tutucu alətlərdən istifadə edilməsinə imkan verəcəyi nə-
zərə alınmalıdır.
Quyu quruluşunun layihələndirilməsi zamanı qoruyu-
cu kəmərlərin aşağıda qeyd edilən növlərindən istifadə edilə
bilər:
İstiqamətləndirici – dəyanətsiz suxurlardan təşkil edil-
miş yuxarı intervalın möhkəmləndirilməsi, konduktorun yerini
qazarkən quyu ağzının yuyulub dağılmasının qarşısını almaq
və quyu ağzını nov sistemi ilə birləşdirmək üçün istifadə edilir.
Konduktor – kəsilişin yuxarı intervalında dəyanətsiz
suxurları möhkəmlətmək , sulu layları çirklənmədən qorumaq,
quyu ağzında təzahürlər əleyhinə avadanlığı quraşdırmaq və
sonrakı qoruyucu boruların asılmasını təmin etmək üçündür.
Aralıq kəməri (texniki kəmər) – geoloji kəsilişin
yuxarıda yerləşən qazıma zonasında qazıma şəraitlərinin
aşağıda yerləşən zonanın qazıma şəraitlərinə uyğun olmayan
horizontlarını möhkəmlətmək və izolə etmək, sonrakı
intervalların qazılması zamanı baş verə biləcək mürəkkəb-
ləşmələrin qarşısını almaq üçündür.
İstismar kəməri – məhsuldar qatı quyunun geoloji
kəsilişində olan başqa horizontlardan izolə etmək, məlum
üsullarla neftin və qazın istismarını təmin etmək üçündür.
Quyruq kəməri – ehtiyac olarsa quyu lüləsinin açıq
hissəsini möhkəmləndirmək üçündür, o, əvvəlki qoruyucu
kəmərin içərisinə 100 m-dən az olmayaraq daxil olmalı və
ondan asilmalıdır.
Letuçka - xüsusi aralıq kəməri olub, yalnız yaranmış
mürəkkəbləşmələri təcili sürətdə ləğv etmək üçün istifadə
edilir. Onun, nə ondan əvvəl, nə də ondan sonra buraxılan
kəmərlərlə əlaqəsi olmur (Layihədə nəzərdə tutulmayan əlavə
kəmərdir).
Quyunun qazılma müddətini və maddi vəsait sərfini
azaltmaq məqsədilə imkan daxilində quyu quruluşunu
sadələşdirməyə və yüngülləşdirməyə çalışmaq lazımdır.
Quyu quruluşunun sadələşdirilməsi dedikdə quyuya
buraxılacaq qoruyucu kəmərin xarici diametri ilə quyu divarı
arasında olan boşluğu imkan daxilində azaltmaq, yəni həmin
kəmərin yerini qazıyan baltanın diametrini mümkün qədər
kiçik qötürmək başa düşülməlidir.
Quyu quruluşunun yüngülləşdirilməsi dedikdə: -
1. Quyuya buraxılacaq konduktorun, aralıq kəmərinin və
istismar kəmərinin diametrinin mümkün qədər kiçik
götürülməsi;
2. Quyuya buraxılacaq kəmərlərdən hər hansı birinin yaxud
ikisinin ixtisara salınmasının mümkünlüyü;
3. Konduktor yaxud aralıq kəmərinin buraxılma dərinliyinin
azaldılmasının mümkünlüyü başa düşülməlidir. Nəticədə
xeyli metala və vəsaitə qənaət etmək olur.
10.2. Quyu quruluşunun hesabı

Quyu quruluşunun hesabı aşağıdan yuxarıya doğru


aparılır. Əvvəlcə yuxarıda qeyd edilən tələblərin yerinə
yetirilməsini təmin edəcək istismar kəmərinin diametri seçilir.
Bundan sonra istismar kəmərinin yerini qazıyacaq baltanın
diametri aşağıdakı ifadədən tapılır və dövlət standartına
uyğunlaşdırılır.
Db = Dm + 2
Burada: Db - qazıma baltasının diametridir;
Dm - qoruyucu kəmərin muftasının diametridir;
 - qoruyucu kəmərin muftasının diametri ilə quyu divarı
arasında olan fərqdir (boşluqdur).
İstismar kəmərindən əvvəl quyuya buraxılacaq aralıq
kəmərinin daxili diametri ilə istismar kəmərinin xarici diametri
arasında olan fərq 68 mm olmalıdır. Aralıq kəmərinin
diametri məlum olduqda onun xarici diametrini 10.1 saylı
cədvəldən təyin edirik və onun yerini qazacaq baltanın
diametrini yuxarıda qeyd edilən ifadənin köməyi ilə tapırıq,
yenə bir saylı cədvəldən standart ölçüyə malik baltanı seçirik.
Bu ardıcıllıqla hesabı aşağıdan yuxarıya doğru davam
etdirməklə, quyuya buraxılacaq qoruyucu kəmərlərin və
onların yerini qazacaq baltaların diametrlərini müəyyən edib
quyu quruluşunun sxemini tərtib etmək mümkündür.
Quyu quruluşunun hesabının yaxşı mənimsənilməsi
üçün konkret bir misalın həll edilməsinə ehtiyac var.
Misal: istismar kəmərinin diametri 146 mm olan quyu
quruluşunu hesablamalı. Quyuya istiqamətləndirici, konduktor,
aralıq kəməri və istismar kəmərinin buraxılması nəzərdə
tutulmuşdur.
İndi isə həmin quyu quruluşunu hesablayaq:
1) Xarici diametri 146 mm olan istismar kəmərinin
yerini qazıyacaq baltanın diametri təyin edilir:
Db = Dm + 2
2) 10.1 saylı cədvəldən Dm = 166 mm götürüb,  = 11
mm qəbul edərək
Db = Dm + 2 = 166 + 211= 188 mm alırıq.
3) 9.2 saylı cədvəldən dövlət standartlarına uyğun olan
baltanın diametri Db = 190,5 mm olur.
4) Diametri 190,5 mm olan balta istismar kəmərindən
əvvəl buraxılacaq aralıq kəmərinin içərisindən maniəsiz keçə
bilməsi üçün, aralıq kəmərinin minimum daxili diametri
190 + (68) = 196198 mm olmalıdır
5) Aralıq kəmərinin divarının qalınlığını 11 mm qəbul
edib onu xarici diametrini təyin edirlər
196198 + 211 = 218220 mm.
6) 10.1 saylı cədvəldən, aralıq kəmərinin standarta
müvafiq xarici diametrini 219 mm qəbul edirlər.
7) Sonra diametri 219 mm olan aralıq kəmərinin yerini
qazacaq baltanın diametrini təyin etmək üçün 10.1 saylı
cədvəldən aralıq kəmərinin muftasının diametri və bu kəmərlə
quyu divarı arasındakı boşluq müəyyən edilir: Dm = 245 mm, 
= 22 mm.
8) Beləliklə aralıq kəmərinin yerini qazan baltanın
diametrini hesablamaq olur.
Dba = Dm + 2 = 245 + 222 = 289 mm
Cədvəl 10.2-dən standarta uyğun balta diametri Dba =
295,3 mm müəyyən edilir.
9) Aralıq kəmərinin yerini qazan balta ondan əvvəl
buraxılacaq konduktor kəmərinin isərisində maniəsiz hərəkət
etməsi üçün minimal daxili diametr
295,3 + 68 = 301,3 303,3 mm olmalıdır.
10) Konduktor kəmərini təşkil edən boruların
divarının qalınlığını 11 mm qəbul etsək, onun xarici diametri
301,3 303,3 + 211 = 323,3 325,3 mm olar
11) 10.1 saylı cədvəldən konduktor kəmərinin
standarta müvafiq xarici diametrini 323,9 mm qəbul edirlər.
12) Konduktor kəmərinin yerini qazıyacaq baltanın
diametrini hesablamaq üçün cədvəl 10.1-dən Dm = 351 mm, və
 = 35 mm qəbul edilir. Onda
Dbk = Dm + 2 = 351 + 235 = 421 mm
13) Cədvəl 10.2-dən standarta uyğun balta diametrinin
seçirlər
Dbk = 444,5 mm
14) Konduktor kəmərindən əvvəl quyuya buraxılacaq
istiqamətləndiricinin içərisi ilə 444,5 mm – lik baltanın
maniəsiz hərəkət etməsi üçün istiqamətləndiricinin daxili
diametri minimum
444,5 + 68 = 450,5 452,5 mm olmalıdır.
15) İstiqamətləndiricinin divarının qalınlığı 11 mm
qəbul edilsə, onun xarici diametri
450,5 452,5 + 211 = 472,5 474,5 mm olar.
16) 10.1 saylı cədvəldən istiqamətləndiricinin
standarta uyğun diametri 508 mm tapılır.
17) İstiqamətləndiricinin yerini qazacaq baltanın
diametrini tapmaq üçün 9.1 saylı cədvəldən Dm = 533 mm
D = Dm + 2 = 533 + 240 = 613 mm
18) Alınan nəticəyə cörə standarta uyğun balta
buraxılmadığından qeyri standart baltadan istifadə etmək lazım
gəlir.
Alınan nəticələri cədvəl 10.3-ə yazaq.
Cədvəl 10.1
Cədvəl 10.2

Qoruyucu Qoruyucu Qoruyucu Şaroşkalı qazıma


boruların boruların kəmərlə quyu baltalarınındiametrl
xarici muftasının divarı arasında əri,mm
diametri, diametri, olan boşluq,
mm mm mm
114,3 133 46 190,5
7-10
127,0 146 59 196,9
139,7 159 76 200
146,0 166 10-15 95,2 212,7
168,3 188 98,4 215,9
177,8 198 103 22,3
15-20 114,3 228,6
193,7 216
219,1 245 120,6 244,5
20-25 132 250,8
244,5 270
273,1 299 139,7 269,9
25-35 142,9 295,3
298,5 324
323,9 351 146 311,1
339,7 365 30-40 149,2 320
(351) 376 152,4 349,2
158,7 374,6
(377) 402 165,1 393,7
406,4 432 171,4 444,5
40-50 187,3 469,9
(426) 451
508 533 490
580

Quyuya buraxılacaq qoruyucu kəmərlərin uzunluqları və


onların arxasındakı sementin hündürlüyü birgələşdirilmiş
təzyiqlər qrafikinə əsasən təyin edilir.

Cədvəl 10.3.
Quyuya Qoruyucu kəmərin
buraxılacaq Buraxılma Xarici Yerini Arxasında
kəmərlərin dərinliyi, m diamet qazacaq sementin
sıra nöm- Adı ri, mm baltanın hündürlüyü, m
rəsi diametri,
mm
1 İstiqamətləndirici 100 508 - 100
2 Konduktor 350 323,9 444,5 350
3 Aralıq kəməri 1400 219,1 295,3 1200
4 İstismar kəməri 4000 146 190,5 4000
10.3. Qoruyucu borular

Qoruyucu borulardan quyuların möhkəmləndirilmə-


sində istifadə edilir. Bu borular tikişsiz olub, yüksək keyfiyyətli
poladlardan hazırlanırlar. Qazımada əsasən aşağıdakı ölçülərə
malik qoruyucu borular işlənir.
114,3 (114), 127 (127), 139,7 (140), 146 (146), 168,3
(168), 177,8 (178), 193,7 (194), 219,1 (219), 244,5 (245),
273,1 (273), 298,5 (299), 323,9 (324), 339,7 (340), 351 (351),
377 (377), 406,4 (407), 425,5 (426) və 508 (508). Mötərizə
içərisində qoruyucu boruların şərti diametrləri verilmişdir.
Qoruyucu borular adətən 9,513 m uzunluğunda olurlar (qoru-
yucu borular komplektinə 20%-ə qədər üzünlüğü 89,5 m və
10%-ə qədər uzunluğu 58 m olan boruların daxil edilməsinə
icazə verilir).
Neft və qaz quyularının möhkəmləndirilməsində
quyruq kəmərlərinin və kiçik uzunluğa malik qoruyucu
kəmərlərin quyuya buraxılması üçün bəzən muftasız, hamar
qoruyucu borulardan da istifadə edirlər. Qoruyucu borular
quyuya göndərilməzdən əvvəl daxili təzyiqə yoxlanmalıdır.
Zay borular kənarlaşdırılmalı, müvafiq akt tərtib edilməlidir,
orada zay boruların sayı, uzunluğu və yararsızlıq səbəbləri
göstərilməlidir. Neft və qaz quyularının qazılmasında istifadə
edilən qoruyucu boruların hazırlandığı poladların mexaniki
xarakteristikası aşağıdakı cədvəldə verilir.

Poladların mexaniki Poladın möhkəmlik qrupu


xassələri C D K E L M P
Müvəqqəti müqavimət 55 65 70 75 80 90 110
kqq/mm2
Axıcılıq həddi, kqq/mm2 32 38 50 55 65 75 95
Nisbi uzanması, %-lə
5 18 16 12 12 12 12 12
10 14 12 10 10 10 10 10
10.3.1. Qoruyucu boruların quyuya
buraxılmağa hazırlanması

Quyuya buraxılacaq qoruyucu boruların hər biri


zahirən nəzərdən keçirilməlidir. Boru üzərində qaysaq, batıq,
metalın təbəqələşməsi, əzik, çat, xarab olmuş yiv, 1 m boruda
1,3 mm-dən çox əyrilik, olarsa, həmin borular zay boru kimi
kənar edilməli və quyuya buraxılmamalıdır. Bundan sonra
borular defektoskopla yoxlanırlar. Quyuya buraxılmazdan
əvvəl borular boru bazasında su ilə sınaq təzyiqinə
yoxlanmalıdır. Sınaqdan sonra borunun uclarına qoruyucu
halqa və tıxac bağlanır. Sınaqdan yaxşı çıxmış borular
qoruyucu kəmərin texniki hesabatına uyğun olaraq seksiyalar
üzrə stellaja yığılır. Hər borunun üzərində onun sıra nömrəsi
yağlı boya ilə yazılır və xüsusi jurnalda qeyd edilir.
Quyuya buraxılmaq üçün götürülən hər qoruyucy boru
içərisinə şablon buraxılır. Şablonun diametri borunun
diametrindən 3 mm kiçik olmalıdır.
Quyuya buraxılmağa hazır olan borular quruda
mexanikləşdirilmiş boru daşıyan, dənizdə isə kran gəmisi ilə
buruğa gətirilir. Hər partiya, qoruyucu kəmərin ümumi
uzunluğunun 2%-ə qədəri sınaqdan keçirilir və əlavə olaraq
yüksək möhkəmliyə malik ehtiyat boruları da buruğa gətirilir
ki, qoruyucu kəmər quyuya buraxılarkən aşkar edilmiş zay
boruları ehtiyat borularla əvəz etmək mümkün olsun.
Buruğa gətirilən qoruyucu borular, kəmərin buraxılma
planına uyğun olaraq, möhkəmlik qrupları üzrə divarının
qalınlıqları da nəzərə alınmaqla ardıcıllıqla buruq yanındakı
stellaja yığılır. Bu müddət ərzində qoruyucu kəmərin aşağı
hissəsinin elementləri də buruğa gətirilir (istiqamətləndirici
tıxac, başmaq, başmaq borusu, əks klapan isnad halqası,
mərkəzləşdiricilər, ərsinlər, turbulizatorlar, ayırıcılar,
sementləmə tıxacları və s.).
10.3.2 Quyu lüləsinin qoruyucu kəmərlərin
buraxılmasına hazırlanması

Burada əsas tələb qoruyucu kəmərin layihə dərinliyinə


müvəffəqiyyətlə endirilməsi və quyunun keyfiyyətlə sement-
lənməsidir. Bu tələbin ödənilməsi aşağıda qeyd edilənlərin
ardıcıllıqla yerinə yetirilməsindən çox asılıdır.
Qazıma kəmərini sonuncu dəfə quyudan qaldırmazdan
əvvəl qazıma məhlulu kimyəvi reaqentlər və əlavələrlə (neft,
qrafit, səthi aktiv maddələr, köpüksöndürənlər və s.) işlənir. Bu
işlər qazıma və qoruyucu kəmərlərin tutulmasının qarşısını
almaq üçün görülür. Bundan sonra quyuda kompleks
elektrometrik işlər aparılır (elektrotermometr, inklinometr,
kavernomer, profilomer, standart karotaj və s.). Bu ölçmə işləri
nəticəsində quyu lüləsi üzrə temperaturanın dəyişməsi, zenit və
azimut bucaqları, daralmalar, genişlənmələr (kavernalar), nov
əmələ gəlməsi, lülənin nominal diametri, kəskin əyilmə yerləri
haqqında məlumatlar əldə edilir, quyunun en kəsiyinin
konfiqurasiyası və tamponaj materiallarına olan tələblər
nəzərdən keçirilir.
Karotaj kabelinin uzunluğunu və polad ruletka ilə
qazıma borularının uzunluqlarını ölçməklə quyunun həqiqi
dərinliyini dəqiq müəyyən edirlər.
Əgər quyuda mürəkkəbləşmə yoxdursa və quyu lüləsi
normal vəziyyətdədirsə, onda qoruyucu kəməri buraxmazdan
əvvəl quyu lüləsi təkrar şablonlaşdırılır. Bu zaman QKAH-nin
quruluşu 3 şaroşkalı balta, genişləndirici, 1012 m uzunluğun-
da AQB, genişləndirici, 1012 m uzunluğunda AQB, yenə
genişləndirici, AQB və qazıma borularından ibarət olmalıdır.
Kəmərin buraxılması zamanı oturmalar müşahidə olunan
intervallar yenidən işlənməlidir.
Əgər quyu lüləsi mürəkkəbləşmə şəraitindədirsə
aşağıda qeyd edilən QKAH quruluşundan istifadə etməklə,
lülənin oturmalar, ilişmələr, dartılmalar və daralmalar
müşahidə edilən intervalları hökmən işlənməlidir.
- 3 şaroşkalı balta, uzunluğu 1012 m olan AQB,
genişləndirici, AQB və qazıma boruları;
- genişləndirici üzərində əlavə olaraq uzunluğu 1012 m
olan AQB, sonra yenə genişləndirici;
- 3 şaroşkalı balta üzərində əlavə olaraq genişləndirici.
Genişləndiricinin diametri baltanın diametrinə bərabər
olmalıdır. Quyu lüləsi gilli suxurlardan təşkil olunubsa, pər-
lərinin sayı 4-dən az olmamaq şərtilə pərli genişləndiricilərdən,
qalan suxurlarda isə şaroşkalı genişləndiricilərdən istifadə
edilməsi məsləhətdir.
Quyu divarı işlənərkən qazıma məhlulunun sərfi və
sürəti, eləcə də rotorun fırlanma sürəti, lülənin sonuncu
intervalı qazılarkən istifadə edilən göstəricilər kimi olmalıdır.
Baltanın verişi aramsız olmalıdır və bir yerdə çox
saxlanılmamalıdır. Əks halda yeni lülə qazıla bilər.Ox boyu
yük 20-40 kN, quyu lüləsinin işlənmə sürəti 20-25 m/saat
olmalıdır.
Quyu divarı işləndikdən sonra quyu lüləsi şablon-
lanmalı, kimyəvi reaqentlər və əlavələrlə işləmə sona çatdırıl-
malı və quyu 2 tsikl yuyulduqdan sonra qazıma kəməri qal-
dırılmalıdır.
Yalnız bu işlərdən sonra quyu qoruyucu kəmərin
buraxılmasına hazırlanmış hesab edilə bilər.

10.3.3. Qoruyucu kəmərin quyuda iş şəraiti

Quyuda qoruyucu kəmərə çoxlu sayda qüvvələr təsir


edir. Bu qüvvələrin qiyməti həm kəmərin uzunluğu boyu, həm
də zamandan asılı olaraq dəyişir. Kəmər quyuya buraxılan
zaman kəmərə boruların və onların içərisindəki qazıma
məhlulunun ağırlığından yaranan dartıcı qüvvə; kəmərin və
qazıma məhlulunun ətalət qüvvəsi; quyudakı məhlulun
(Arximed qüvvəsi) yəni mühitin təsir qüvvəsi; kəmərin quyu
divarı üzəri ilə hərəkəti zamanı yaranan sürtünmə qüvvəsi;
qazıma məhlulunun sıxışdırılıb çıxarılması zamanı yaranan
hidrodinamik təzyiq; qazıma məhlulunun yaratdığı hidrostatik
təzyiq, quyu lüləsinin əyildiyi intervallarda əyilmə momenti;
qazıma məhlulunun yaratdığı daxili və xarici təzyiq;
temperaturanın təsirindən yaranan təzyiq; yan dağ təzyiqi;
plastik axıcılığa malik suxurların təsirindən yaranan xarici əzici
təzyiq; lay sularının və qazın təsirindən kəmərin korroziyaya
məruz qalması; yeraltı və əsaslı təmir zamanı metalın yeyilməsi
hesabına kəmərin divarının qalınlığının azalması və s.

10.4. Qoruyucu kəmərin hesabı

Qoruyucu kəmər quyuya buraxılan zaman kəmərin öz


ağırlığından yaranan dartıcı qüvvə kəmər layihə dərinliyinə
çatanda ən yüksək qiymətə çatır. Məlumdur ki, kəmər quyu
dibinə oturdulursa, onda kəmərin aşağı hissəsində sıxıcı qüvvə
yaranır.
Qoruyucu kəmər quyuya buraxılan zaman ona xarici və
daxili izafi təzyiqlər də təsir edir. Xarici izafi təzyiq, kəmər əks
klapanla buraxılan zaman və quyu istismar edilən zaman daxili
təzyiqin azalması zamanı yaranır. Qaz quyularının istismarı
zamanı isə daxili izafi təzyiq yaranır. Bunlardan əlavə
qoruyucu kəmərə ətalət qüvvələri, mühitin müqaviməti,
quyunun əyrilik bucağı, sürtünmə qüvvələri, temperatura
dəyişmələri, kəmərin korroziyası və s. ciddi təsir göstərir.
Beləliklə qoruyucu kəmərin iş şəraiti çox mürəkkəbdir və ona
təsir edən bütün qüvvələri nəzərə almaq çox çətindir. Odur ki,
bu qüvvələrdən qiymətcə ən böyük olanlarını nəzərə alırlar.
Beləliklə, qoruyucu kəmər quyuya buraxılan zaman
ona təsir edən qüvvələr aşağıda qeyd edilir:
1. Qoruyucu kəmərin öz ağırlığı
2. Ətalət qüvvələri
3. Mühitin müqaviməti
4. Daxili və xarici izafi təzyiqlər
5. Temperatura dəyişmələri
6. Quyunun əyriliyi.
Əgər quyu qazıma məhlulu ilə doludursa onda kəmərin
ağırlığı
 qm
Q  Qо (1  ) olar.

Q – qoruyucu kəmərin qazıma məhlulu içərisində
ağırlığıdır;
Qo – qoruyucu kəmərin havadakı ağırlığıdır;
qm – qazıma məhlulunun xüsusi çəkisidir;
 - qoruyucu boruların hazırlandığı poladın xüsusi
çəkisidir.

Əgər quyu qazıma məhlulu ilə dolu deyilsə, onda


kəmərin ağırlığı
 F l  qm  Fоl1  qm  Fо о (l1 lо ) 
Q  Q 1   olar.
о Fl 
 
F – boru kəsiyinin sahəsidir;
 d2
Fo – borunun daxili en kəsik sahəsidir, Fо  ;
4
d – borunun daxili diametridir;
l - kəmərin uzunluğudur;
l1 - quyu ağzından əks klapana qədər olan məsafədir;
l - quyu ağzından kəmər içərisindəki qazıma
о
məhlulunun səviyyəsinə qədər olan məsafədir;
o - kəmər içərisindəki qazıma məhlulunun xüsusi
çəkisidir.
Qoruyucu kəmərin ağırlığı nəticəsində yiv birləşmə-
sində əmələ gələn gərginliyi boru materialını axıcılıq həddinə
çatdıran və ox üzrə təsir edən dartıcı qüvvə F.İ.Yakovlev
formulası ilə təyin edilir:

Db
P  axh
dart 1 D ctg (  )
2l
D – borunun I yivinin orta diametridir;
b – yiv altında boru divarının qalınlığıdır;
l - yivin uzunluğudur;
 - yivin dayaq səthi ilə boru oxu arasındakı bucaqdır,
hesablamalarda =62,5 götürülür;
 - sürtünmə bucağı olub 8o18o arasında dəyişir,
hesablamalarda adətən =18o göturulur;
axh – boru materialının axıcılıq həddidir.
P.P.Şumilov radial qüvvələrin bütövlükdə təsir etməməsi
və sürtünmə bucağının kiçik olması (9o) hesabına F.İ.Yakov-
lev formulasına yungülləşmə əmsalı  əlavə etmişdir. Yəni o,
Db axh şəklində istifadə etməyi tövsiyə edir.
P 
dart 1 D ctg (  )
2l
Burada:  - yüngülləşmə əmsalı olub;
  b kimi tapılır;
 b
 - boru divarının nominal qalınlığıdır;
 - sürtünmə bucağı olub =9o götürülmüşdür.
Ətalət qüvvələri – qoruyucu kəmərin qaldırılıb
endirilməsi zamanı sürətlərin dəyişməsi nəticəsində yaranır.
Ətalət qüvvəsi, kəmərin quyuya buraxılmasına başlanan
vaxtlarda, kəmərin spayder yaxud elevatordan azad edildiyi
hallarda və kəmərin endirilməsi zamanı tormozlama prosesində
yüksək qiymətə çatır. Dinamik yüklərin azaldılmasına nail
olmaq üçün kəmərin spayderə yaxud elevatora oturdulma
sürətini və təcilini azaldırlar.
Uzunluğu 1000 m-dən çox olan kəmərlər üçün ətalət
qüvvəsinin qiyməti aşağıdakı ifadə ilə tapılır.
Təcrübələr və hesablamalar göstərir ki, quyunun
dərinliyi artdıqca statik qüvvələrin təsiri artır, dinamik
qüvvələrin təsiri isə azalır. Kəmərin uzunluğu 500 m-ə yaxın
hüdudlarda ətalət qüvvələri xeyli yüksək olur, 3000 m-dən çox
olduqda isə dinamik qüvvələr statik qüvvələrin 5%-ndən çox
olmur.
Mühitin müqaviməti dedikdə, qoruyucu kəmərin
hərəkəti zamanı onun qazıma məhlulun içərisində hərəkətinə
və quyu divarına sürtünməsinə göstərilən müqavimət başa
düşülür. Quyu içərisində kəmərin hərəkətinə mühitin göstərdiyi
müqavimət, qazıma məhlulunun statik vəziyyətində F=S,
dinamik vəziyyətində isə F=So ifadələri ilə tapılır. S –
kəmərin qazıma məhlulu ilə görüşmə sahəsi,  və o qazıma
məhlulunun statik və dinamik sürüşmə gərginlikləridir. Quyuda
kəmərin hərəkəti zamanı yaranan sürtünmə qüvvəsinin
qiymətinə isə çoxlu amillər təsir etdiyi üçün onun dəqiq
müəyyən edilməsi çətindir. Bununla belə, ADNA-nın «Neft və
qaz quyularının qazılması» kafedrasında quyu şəraitinə yaxın
təcrübə qurğusu yaradılmış və aparılmış tədqiqatlar nəticəsində
kəmərin quyu divarının üzəri ilə hərəkəti zamanı yaranan
müqavimət qüvvəsinin iki hədli sürtünmə qanununa tabe
olduğu müəyyən edilmişdir. Yəni
F = N + A

Burada  - sürtünmə əmsalıdır;


N – kəməri quyu divarına sıxan normal qüvvədir;
A – adheziya qüvvəsidir.
Formuladakı I hədd mexaniki qüvvələrin təsirini II hədd isə
sürtünən səthlər arasında yaranan molekulyar qüvvələrin
təsirini nəzərə alır.
N = 0 olan halda kəmərin hərəkətinə yalnız qazıma
məhlulunun müqaviməti təsir göstərir. F = N + A düsturunun
qrafiki ifadəsi aşağıdakı kimidir.
Şəkildə OB parçası adheziya qüvvələrini, əyrinin sd
hissəsi isə mexaniki qüvvələrin təsirini nəzərə alır.
SD parçasının kordinat oxu ilə əmələ gətirdiyi bucağın
tanqensi isə sürtünmə əmsalı adlanır, yəni =tg.
Kəmərin quyuya endirilməsi sürətindən asılı olaraq
quyuda qazıma məhlulunun təsiri nəticəsində hidrodinamik
təziq yaranır ki, bunun da nəzərə alınması çox vacibdir. Yəni
Po = P1 + P2

P1 - qazıma məhlulunun özlülüyünün təsiri nəticəsin-


də quyuda təzyiqin dəyişməsini nəzərə alır;
P2 - qazıma məhlulunun plastikliyinin təsiri nəticə-
sində quyuda təzyiqin dəyişməsini nəzərə alır.
K.A.Saryeviç P1 və P2-ni tapmaq üçün aşağıdakı
ifadələrdən istifadə etməyi təklif edir.
4 l U 2 l 
о
P1  ; P2 
r (1r )
r (1 ra2 ) ln 1 (1ra2 ) 1 a
1
 ra 
l - kəmərin uzunluğudur;
 - qazıma məhlulunun özlülüyüdür; F
Uo - kəmərin quyuda hərəkət sürətidir;
 - qazıma məhlulunun statik sürüş- D
mə gərginliyidir;
r
r  о -dir;
a r1 S 
ro - kəmərin xarici radiusudur; B
r1 - quyunun radiusudur. N
O
Kəmərin quyuya buraxılması zamanı isə halqavi fəzada
təzyiqin yüksəlməsi, quyudan qaldırılması zamanı təzyiqin
düşməsi müşahidə olunur.
Qoruyucu kəmərə təsir edən xarici və daxili təzyiqlər.
Qoruyucu kəmər, dağ suxurlarının və kəmər arxası fəzada olan
qazıma məhlulunun təsirindən yaranan xarici təzyiqə məruz
qalır. Qazılan quyunun açdığı layların təzyiqi və müxtəlif
əməliyyatların yerinə yetirilməsi (quyunun sementlənməsi,
layın hidravlik yarılması və s.) nəticəsində yaranan təzyiqlər
isə kəmərə təsir edən daxili təzyiqlərdir. İstər xarici, istərsə də
daxili təzyiqlərin təsiri o vaxt qorxulu nəticələrə gətirib çıxarır
ki bunlardan birinin yaratdığı təzyiq o birisi tərəfindən
kompensə edilməsin. Odur ki, kəmərin möhkəmliyə
hesablamalarında həmişə xarici və daxili təzyiqlərin fərqi əsas
götürülür.
Oval və divarının qalınlığı müxtəlif olan qoruyucu
borular üçün böhran təzyiqini, yəni xarici təzyiqin təsiri
nəticəsində yaranan gərginliyin boru materialının axıcılıq
həddinə çatdığı təzyiqi tapmaq üçün aşağıdakı formuladan
istifadə edirlər:
Pkr – kritik (böhran) təzyiqdir
dar – C, D, K, E, L, M, P markalı poladlardan hazırlanmış boru
materialının uyğun olaraq axıcılıq həddi (3200, 3800, 5000,
5500, 6500, 7500 və 9500 kqq /sm2)
Xarici əzici təzyiq böhran təzyiqindən çox olur.
Təcrübə yolu ilə müəyyən edilmişdir ki,
k    0,048  0,083 olan borular üçün xarici əzici təzyiq Pəz
D
= (1,101,22) Pkr qiymətində olur.
Qeyd etmək lazımdır ki, dartılma və xarici izafi
təzyiqlərin eyni zamanda birgə təsiri nəticəsində xarici əzici
təzyiqin qiyməti bir qədər azalır.
k    0,050 olan borular üçün bu azalma 5  15 %
D
təşkil edir.
Xususi halda, yəni divarının qalınlığı eyni olan
borulardan təşkil edilmiş qoruyucu kəmərlər üçün böhran
təzyiqi aşağıdakı formulanın köməyi ilə hesablanır
(B.V.Bulqakov formulası)

B.V.Bulqakov müəyyən etmişdir ki, xarici əzici təzyiq


böhran təzyiqindən orta hesabla 13% çox olur, yəni
Bu formula QİNİ (QİNİ) formulası adı ilə məşhurdur.
Yuxarıdakı formula ilə hesablamalar böhran təzyiqinin
B.V.Bulqakov formulası ilə hesablanan böhran təzyiqindən 10-
17% çox olduğunu göstərir və demək olar ki, QİNİ formulası
ilə tapılan əzici təzyiqin qiyməti ilə üst-üstə düşür. Beləliklə,
xarici əzici təzyiqin qiymətini AzNİİ formulası adı ilə məşhur
olan aşağıdakı formula ilə hesablamağı keçmiş SSRİ Neft
sənayesinin texniki şurası məsləhət görmüşdür:
Müəyyən edilmişdir ki, böhran təzyiqini və k-nı
hesablamaq yolu ilə də xarici əzici təzyiqi tapmaq olar.
k  0,06 olarsa xarici əzici təzyiq Pəz = 1,10 Pkr olar
0,06 k  0,07 olarsa xarici əzici təzyiq Pəz = 1,13 Pkr olar
k  0,07 olarsa xarici əzici təzyiq Pəz = 1,19 Pkr olar
Xarici izafi təzyiq qoruyucu kəməri bağlı əks klapanla
buraxan zaman yaranır və kəmərin doldurulmayan hissəsinin
maksimal uzunluğu tapılır.
10P
l kr
 m nя z
burada: Pkr – böhran təzyiqidir, kqq / sm2 - ilə;
m – qazıma məhlulunun xüsusi çəkisidir, q /sm3 ilə;
nəz – əzilməyə ehtiyat əmsalıdır.
Kəmərin doldurulmayan hissəsinin uzunluğu hesablanan
l -in qiymətindən çox olarsa, kəmərin xarici izafi təzyiqin
təsirindən əzilməsi ehtimalı artır.
Sementləmə zamanı daxili izafi təzyiq belə tapılır:
Pdax = 0,1 ( sem- m ) ho + 0,01 L
ho - qoruyucu kəmərin arxasında sementin hündürlüyü-
dür, m ilə;
sem - sement məhlulunun, m – isə qazıma məhlulunun
xüsusi çəkisidir, qq /sm3 ilə;
Pdax - daxili izafi təzyiqdir, kqq /sm2 ilə.
Quyuda müxtəlif işlərin (quyunun mənimsənilməsi,
təmir – izolə işləri və s.) aparılması, təzyiq və temperaturanın
təsiri nəticəsində qoruyucu kəmərin daxilində yaranan təzyiq
Mariotta, Lame və ya Barlou formulası ilə təyin edilir:
2 
Pqir  ax
D
ax – boru materialının axıcılıq həddidir, kqq /sm2 ilə;
D - kəmərin xarici nominal diametridir, sm ilə;
 - kəməri təşkil edən boruların divarının nominal qalınlığıdır,
sm ilə;
Pqır –kəmər içərisində yaranan daxili təzyiq hesabına kəmərin
qırılma (cırılma) təzyiqidir.
Xarici və daxili təzyiqlər kəmərə yalnız radial
istiqamətdə deyil, həm də ox boyu yüklə də təsir edir. Ox üzrə
qüvvələr istismar kəmərinə kəmərin xaricində və daxilində
olan mayelərin ağırlıqları hesabına və kəmərin quyu ağzı
təzyiqi hesabına yaranır. Bu qüvvələr əyilmə momenti yaradır
ki, bu da kəmərin əyilməsinə səbəb ola bilər. Daxili təzyiq
tangensial istiqamətdə (dairəvi) təsir edən normal gərginlikdən
əlavə olaraq ox üzrə dartıcı qüvvə yaradır və kəməri momentin
təsiri ilə əyməyə çalışır. Xarici təzyiq isə əks effektlə təsir edir:
ox boyu sıxıcı qüvvə yaradır və əyilməyə qarşı momentlə
müqavimət göstərir. Bu qüvvələrin təsirindən kəmər öz
düzxətli müvazinətini, dəyanətliliyini itirə bilər, hermetikliyi
pozula bilər. Kəmərin əyilməsi ən çox aşağı hissələrdə baş
verir və yuxarı getdikcə azalır. Nəzərə almaq lazımdır ki,
sementləmədən sonra, sementin bərkimə müddətində kəmərin
qızması hesabına daxili təzyiq artır (bəzən 200 atm-dən çox).
Təzyiqin artması əlavə dartıcı qüvvə yaradır. Bu qüvvə belə
tapılır:
P = 0,47 Po d2
d – kəmərin daxili diametri, sm;
Po – sementin bərkiməsi zamanı daxili təzyiqin yüksəl-
məsi, kqq /sm2 .
Misal: kəmərin diametri 168 mm, divarının qalınlığı 10
mm, Po = 100 kqq /sm2 olsa
P = 0,47  100  1,482 = 10295 kqq.
Deməli, quyunun keyfiyyətlə sementlənməsi üçün
sement daşı, görüşən səthlər olan boru-sement və sement-
suxur, hesablanmış 10295 kqq yükü öz üzərlərinə götürə
bilməlidir.

10.4.1. Temperatura və təzyiqin qoruyucu


kəmərin işinə təsiri

Sementləmə zamanı, quyunun mənimsənilməsi və


istismarı dövründə temperaturanın və təzyiqin təsiri nəticəsində
qoruyucu kəmərə əlavə qüvvələr təsir edir.
Qoruyucu kəmərin qızması oxboyu sıxıcı qüvvələrin
yaranmasına, kaverna və sementlənmiş hissədən yuxarıda isə
deformasiyaların yaranmasına səbəb ola bilər. Laya aşağı tem-
peraturaya malik maye vurulduqda isə temperaturanın azalması
müşahidə olunur.
Quyunun yuyulması və sement məhlulunun bərkiməsi
proseslərində isə qoruyucu kəmərə təsir edən dartıcı qüvvənin
artması müşahidə olunur.
Quyunun 3 kəmərli quruluşa malik olan halı üçün
təzyiq və temperatura aşağıdakı kimi tapılır:
Qeyd edilməsi çox vacibdir ki, qoruyucu kəmər tem-
peraturanın təsiri nəticəsində öz düzxətli tarazlıq vəziyyətini
yəni dəyanətliliyini asanlıqla itirə bilər. Kəmərin əyilməsi
sement halqasının yuxarı səviyyəsinə yaxın zonada baş verir,
kəmərin qalan hissəsi isə öz ağırlığının təsiri altında dartılmış
vəziyyətdə qalır, Temperaturanın sonrakı vaxtlarda artması
nəticəsində kəmərin əyilməsi, kəmərin yuxarı hissələrinə də
keçə bilər.
Bu vəziyyəti daha yaxşı dərk etmək üçün bir misal
həll edək.
Misal: diametri 168 mm, divarının qalınlığı 11 mm
olan kəmərin əyilməsinə səbəb olan orta qızma temperaturasını
hesablayaq. Kəmərin əyilməsi üçün ən kiçik böhran yük
Pböhr = 3,413 EJq 2 ifadəsindən tapılır.
Bu böhran yükünə müvafiq kəmərin uzunluğu isə
l böhr  10,3 EJ
q dür.
Onda
Pböhr = 3,413 EJq 2 = 3,413 2,1 106 1680  0,4262  2930 kq.q.
P
t  bohr  2930  2,14о S .
EF 6
1210 2,110 54,3
6

2,1106 1680
l böhr  10,3 EJq = 10,3  210 m.
0,426
Buradan görünür ki, kəmərin 2,140 qızması nəticəsində onun
210 m-i əyilməyə məruz qalır.
Quyunun sementlənməsi üçün sementin seçilməsi çox
ciddi və məsul işdir. Odur ki, əvvəlcə həmin rayonda qazılmış
quyunun dibində gözlənən temperatura təyin edilməlidir.
T = torta+ GH
torta – quyu qazılan rayon üçün orta illik temperaturadır, oS
G - quyu qazılan sahədə geotermik qradientdir, dərəcə/m
Quyudibi temperaturu 40oS-ə qədər olan quyular
«soyuq» quyular adlanırlar. Bu quyularda sementin tutuşma
başlanğıcı 120 dəqiqədən tez olmalı, sonu isə 10 saat 30
dəqiqədən gec olmamalıdır.
Quyudibi temperaturu 40oS-dən 75oS-ə qədər olan
quyular «isti» quyular adlanırlar. Bu quyularda sementin
tutuşma başlanğıcı 105 dəqiqədən tez olmamalı, sonu isə 3 saat
30 dəqiqədən gec olmamalıdır.
Quyudibi temperaturası 75oS- dən çox olan quyularda
isə SQB (SQB) markalı sementlərdən istifadə edirlər.
Quyunun sementlənməsinə sərf edilən ümumi vaxt
belə tapılır:
Üm.vaxt = sement məhlulunun quyuya vurulmasına
sərf edilən vaxt + sement məhlulunun kəmər arxası fəzaya
sıxışdırılıb çıxarılmasına sərf edilən vaxt + 10 dəqiqə.
- 10 dəqiqə, yuxarı sementləmə tıxacının buraxıl-
masına, sement məhlulu quyuya vurulduqdan sonra vurucu xət
üzrə boruların içərisinin yuyulmasına və s. köməkçi işlərin
yerinə yetirilməsinə sərf edilən vaxtdır.
Sementləmə prosesi qurtardıqdan sonra quyuny təzyiq
altında saxlamaq şərtilə, kəmər arxası fəzadakı sement məh-
lulunun bərkiməsi üçün istismar kəmərini 24 saata, texniki
kəməri 16 saata və konduktoru 12 saata sakit buraxırlar.

10.5. Quyuların sementlənməsi və sementləmə üsulları

Neft və qaz quyularının qazılması neft və qaz layları ilə


yer səthi arasında əlaqə yaratmağa imkan verir. Ancaq faydalı
qazıntıların çıxarılması üçün etibarlı kanalın olması çox
vacibdir. Bu kanal neft və qazın maniəsiz nəqlini təmin
etməlidir. Quyuya qoruyucu kəmərlərin endirilməsi və kəmər
arxasının sementlənməsi məhz bu məqsədə xidmət edir. Bunun
üçün laylar bir-birindən təcrid edilməli və quyu divarı
möhkəmləndirilməlidir. Yalnız bu halda quyunun uzun müddət
istismar edilməsi təmin edilir.
Quyunun möhkəmləndirilməsi və layların təcrid
edilməsi quyuda görülən son işlərə aid edilir. Layları bir-
birindən ayırmaq üçün qoruyucu kəmər içərisinə vurulan
sement məhlulu quyudakı qazıma məhlulunu sıxışdırıb çıxarır
və basıcı mayenin köməkliyi ilə kəmər arxası fəzada hesab-
lanmış hündürlüyə qaldırılır. Sement məhlulunun həlqəvi
fəzaya sıxışdırılıb çıxarılması quyunun sementlənməsi prosesi
adlanır. Xüsusilə dərin quyuların sementlənməsi çox məsul bir
işdir və bu işdə kiçik bir uyğunsuzluq əvvəl görülən bütün
işləri və müvəffəqiyyətləri heçə endirə bilər. Keyfiyyətsiz
sementləmə çox hallarda quyuda baş verən qaz neft
təzahürlərinin, qrifonların, açıq neft və qaz fantanlarının baş
verməsinin yeganə və əsas səbəkarı olur, məhsuldar layda neft
və qazın ehtiyatını düzgün təyin etməyə imkan vermir, neftin,
qazın və suyun bir laydan başqa laya axmasına səbəb olur,
məhsuldar qatın tez sulaşmasına şərait yaradır və s. Keyfiyyətli
sementləmə isə yuxarıda qeyd edilən bütün nöqsanları aradan
qaldırır, yerin təkini qoruyur, ekologiyanı mühafizə edir. Odur
ki, quyunun keyfiyyətlə sementlənməsi çox ciddi iş olmaqla
yanaşı həm də vacib məsələdir və bu işə böyük məsuliyyətlə
yanaşılmalıdır.

10.5.1. Qoruyucu kəmərlərin sementlənməsi üsulları.

Bütün sementləmə üsulları bir məqsədə xidmət edir:


həlqəvi fəzadakı qazıma məhlulunu sement məhlulu ilə
sıxışdırıb çıxarmaq və kəmər arxasında sement məhlulunu
tələb olunan yüksəkliyə qaldırmaq. Bunun nəticəsində həlqəvi
fəzada yerləşən laylardakı bütün mayelərin yaxud qazın bir-biri
ilə əlaqəsi kəsilir və həlqəvi fəzada bütün növ təzahürlərin
qarşısı alınır, məhsuldar qat kənar suların təsirindən azad edilir,
uçulmaya meylli süxurların uçulmasının qarşısı alınır,
qoruyucu kəmərin lay sularının təsirindən korroziyaya
uğramasına imkan olmur, məhsuldar obyektlərin uzun müddət
izolə edilmiş şəkildə qalması təmin edilir.
Şəkil 10.1. Bir pilləli sementləmənin Şəkil 10.2. İki pilləli sementləmənin
sxemi. sxemi.
I – sement məhlulunun verilməsi; a – aşağı tıxacın buraxılması;
II – sıxışdırma; III – sıxışdırmanın sonu b – yuxarı tıxacın buraxılması;
1-manometr; 2- yuxarı ayırıcı tıxaclı c – sementləmənin sona çatması
sement başlığı; 3,5- uyğun olaraq 1- sement məhlulu; 2 – qazıma
aşağı və yuxarı ayırıcı tıxac; 4-isnad məhlulu
halqası;6-əks klapan;7-istiqamətləndirici
borucuq
Vaxtdan asılı olaraq iki cür sementləmə üsulu
mövcuddur: ilkin və ikinci (təmir, bərpa, təkrar) sementləmə
üsulları. İlkin sementləmə üsulu quyu müəyyən dərinliyə
qazılandan sonra aparılır. Birinci üsulda yəni ilkin sementləmə-
dən sonra kəmərin hermetikliyini yoxlamaq məqsədilə onun
içərisinə aqreqatın köməyi ilə maye vurmaqla əlavə təzyiq
yaradırlar və 30 dəq gözləyirlər. Əgər sınaq təzyiqi 3 5 atm-
dən çox aşağı düşərsə kəmər hermetik hesab edilmir. Bu sınaq
təzyiqi, diametri 426mm-dən 194mm-ə qədər olan kəmərlərdə
50-75 atm, diametri 168mm-dən – 127mm-ə qədər olan
kəmərlərdə isə 90  120 atm arasında olur. İkinci üsulda
kəmərin hermetikliyini yoxlamaq üçün isə dərinliyi 500 m-dən
2000 m-ə qədər olan quyularda kəmər içərisindəki mayenin
səviyyəsi 500 m-dən-800 m-ə qədər, dərinliyi 2000 m-dən çox
olan quyularda isə ən azı 1000 m kəmər içərisindəki mayenin
səviyyəsi aşağı salınır və 8 saat gözlənir. Dərinliyi 1000 m-dən
çox olan quyularda kəmər içərisindəki səviyyə 2 m-dən çox
qalxarsa, kəmər hermetik hesab edilmir.
Ümumiyyətlə, kəmər hermetik hesab edilməzsə quyuda
ikinci sementləmə işi aparılmalıdır, (təkrar sementləmə, boru
arxası sementləmə, təmir məqsədilə sementləmə və s) yəni
başqa sementləmə üsullarından istifadə etməklə quyunun
hermetikliyini bərpa etmək lazımdır.
Birinci sementləmə üsulundan xeyli sonra aşağıda qeyd
edilən hallarda əlavə sementləmə əməliyyatı aparılır: kəmər
arxasının hermetikliyinin pozulması, kənar suların təzahürü,
halqavari fəzada qazın hərəkəti və ya sızması.
Ümumiyyətlə aşağıdakı sementləmə üsulları vardır: bir
pilləli sementləmə, iki pilləli sementləmə, quyruq kəmərinin
sementlənməsi, manjet üsulu ilə sementləmə təzyiq altında
sementləmə, Buna Baybakov üsulu ilə sementləmə də deyirlər
(şəkillər 10.1, 10.2, 10.3, 10.4, 10.5).
Шякил 10.3. Гуйруг кямяринин айырыъы тыхаъла
сементлянмяси.
а– семент мящлулунун вурулмасы; б – йухары
еластики тыхаъын ашаьыдакына отурдулмасы;
ъ-семент мящлулунун горуйуъу кямяря
вурулмасы;
1 – газыма борусу; 2-йухары еластики айрыъы
тыхаъ; 3,5 – хцсуси щалгалар; 4-сол кечириъи; 6-
боруъуг;
7-санъаг, 8-ашаьы айрыъы тыхаъ; 9-горуйуъу
бору

Шякил 10.4. Манжет цсулу иля


сементлямянин схеми.
1- семент мящлулу; 2-сементлямя дялийи;
3-манжет; 4-аракясмя; 5-сцзэяъ;
6-сцзэяъ ятрафы щалгавари фяза
Şəkil 10.5. Baybakov üsulu ilə sementləmənin sxemi.
1,2,3,4,5,6,7 – kranlar; 8 sementəmə aqreqatları;
9 – doldurma borusu.

10.6. Quyunun bir dəfəyə sementlənməsi yaxud


bir pilləli sementləmə üsulu.

Qoruyucu kəmər quyuya buraxıldıqdan sonra quyu


ağzındakı birinci borunun ucuna sementləmə başlığı bağlanır.
Sementləmə başlığının içərisinə yuxarı, sementləmə tıxacı
bərkidilir. Sementləmə başlığı sementləyici nasoslarla, yaxud
buruq nasosları ilə birlləşdirilir və quyunu yumağa başlayırlar.
Quyu o vaxta qədər yuyulur ki, qazılmış süxur hissəcikləri
quyu içərisindən çıxarılsın, qazıma məhlulu həmin
hissəciklərdən təmizlənsin və qazıma məhlulu sabit xüsusi
çəkiyə malik olsun. Başqa sözlə desək yuma zamanı quyuya
daxil olan və quyudan çıxan qazıma məhlulunun xüsusi çəkiləri
eyni olsun. Quyunun yuyulması zamanı nasosun yaratdığı
təzyiq qeydə alınmalıdır. Bu müddət ərzində aqreqatlardan
sementləmə başlığına gələn xətlər (3 dəqiqə müddətinə)
sınaqdan keçirilməlidir. Sınaq təzyiqi hesablanmış gözlənilən
təzyiqdən 1,5 dəfə çox olmalıdır. Bu hazırlıq işləri görüldükdən
sonra quyunun sementlənməsinə başlamaq olar. Sementləmə
prosesinə başlamazdan əvvəl quyuya kiçik həcmdə (3 4 m3)
bufer mayesi (su, yaxud neft) vurmaq məsləhət görülür. Bufer
mayesindən sonra (dərin quyularda) aşağı sementləmə tıxacı
buraxılır, sonra sementqarışdırıcı maşınların və sementləmə
aqreqatlarının köməyi ilə sement məhlulunu hazırlayırlar.
Sement məhlulu aqreqatlar vasitəsilə quyuya vurulur. Bundan
sonra sementləmə başlığı içərisində yerləşdirilmiş yuxarı tıxac
kəmərin içərisinə buraxılır (vinti açmaq yolu ilə). Beləliklə,
sement məhlulu iki tıxac arasında kəmərin içərisi ilə hərəkət
edir. Bundan sonra sement məhlulunun sıxışdırılıb kəmər
arxasına çıxarılması üçün əvvəlcədən həcmi hesablanmış basıcı
maye (qazıma məhlulu) aqreqatlar vasitəsi ilə kəmərin içərisinə
vurlur. Basıcı mayenin həcminin 0,5-1,0 m3-qalmasına yaxın
aqreqatlardan ya biri, ya da ikisi işləyir, qalan aqreqatlar isə
dayandırılır. Bu sementləmə prosesinin qurtarmasını aydın
müşahidə etmək üçün edilir. Belə ki, yuxarı tıxac, aşağı tıxacın
üzərinə oturan kimi quyu ağzındakı manometrdə təzyiq bir an
içərisində 10-15 atm artır. Bu isə sementləmənin qurtardığını
bildirir və işləməkdə olan aqreqat dərhal dayandırılır.
Sementləmənin sonunda təzyiqin bir an içərisində qalxması
hidravlik zərbə adlanır. Bununla da bir pilləli sementləmə
prosesi bitmiş hesab edilir. Bundan sonra quyu sakit vəziyyətdə
və kəmər başlığının siyirtmələri bağlı vəziyyətdə saxlanır.
Nəhayət, kəmər arxasındakı sement məhlulunun tutuşmağa
başlamasını və onun bərkimə vaxtını gözləmək lazım gəlir.
Quyuya gələn xətlər yuyulur, sökülür, təmizlənir, yığılır və
sementləmə briqadası buruğu tərk edir. Sement məhlulunun
bərkiməsi ekzotermik reaksiya ilə davam etdiyindən kəmər
daxilində təzyiqin artması müşahidə edilir. Bu halda siyirtməni
bir qədər açmaqla təzyiqi sementləmənin sonundakı təzyiqə
qədər azaldırlar.

10.7. İki pilləli sementləmə üsulu.

Aşağıda qeyd edilən hallarda iki pilləli sementləmə


üsulundan istifadə edilir:
1. Bir pilləli sementləmə üsulundan istifadə etmək müm-
kün olmadıqda, yəni sement məhlulunu tələb edilən
hündürlüyə qaldırmaq mümkün olmadıqda (texniki
çətinlik, layların hidravlik yarılması ehtimalı olduqda)
2. Quyu dibində olan yüksək temperatura bir pilləli
sementləməyə imkan vermədikdə;
3. Qənaət etmək məqsədilə, yəni sement məhlulunu tələb
olunan müəyyən hündürlüyə qaldırdıqdan sonra
sementləmənin birinci pilləsi bitmiş olur. Sonra isə
yuxarıda yerləşən məhsuldar layı başqa təsirlərdən
qorumaq üçün ikinci pillə sementlənir.
İki pilləli fasiləsiz sementləmə aparmaq üçün yuxarıda
yerləşən məhsuldar qatın dabanına yaxın məsafədə dəyanətli
süxurlar yerləşən zonada xüsusi sementləmə muftası yerləş-
dirilir (Quyuya buraxılmazdan əvvəl xüsusi sementləmə
muftası sınaq yoxlamasından keçməlidir).
İki pilləli fasiləsiz sementləmə üsulu aşağıdakı ardıcıl-
lıqla yerinə yetirilir:
Əvvəlcə quyu sementləməyə hazırlanır. Sonra quyuya
birinci pilləni sementləmək üçün nəzərdə tutulan həcmdə
sement məhlulu vurulur. Bunun arxasınca basıcı maye
vəzifəsini yerinə yetirən hesablanmış həcmdə qazıma məhlulu
vurulur və aşağı sementləmə tıxacı buraxılır. Bunun üstündən
ikinci pilləni sementləmək üçün nəzərdə tutulan həcmdə yenə
sement məhlulu vurulur və yuxarı sementləmə tıxacı buraxılır.
Bunun üzərindən isə basıcı maye vəzifəsini yerinə yetirən
qazıma məhlulu vurulur.
Qazıma məhlulunun hərəkəti nəticəsində aşağı sement-
ləmə tıxacı xüsusi sementləmə muftasının aşağı silindri içəri-
sində yerləşdirilmiş (yəhər) isnad həlqəsi üzərinə oturdulur.
İsnad həlqəsi kəmər içərisində olan maye sütununun və
nasosun təzyiqi nəticəsində onu və aşağı silindri saxlayan
boltları kəsir və xüsusi sementləmə muftasının aşağı silindrinin
aşağıya doğru hərəkət etməsini təmin edir. Bunun nəticəsində
yuxarı ikinci pilləni sementləmək üçün deşiklər açılır və
sement məhlulu bu deşiklərdən kəmər arxası fəzaya çıxmağa
başlayır. Bundan sonra basıcı maye vəzifəsini yerinə yetirən
qazıma məhlulu yuxarı sementləmə tıxacını nasosun yaratdığı
təzyiq hesabına xüsusi sementləmə muftasının yuxarı silindri
içərisində yerləşdirilmiş isnad həlqəsi (yəhər) üzərinə oturdur.
Bunun nəticəsində ikinci pilləni sementləmək üçün açılmış
deşiklər bağlanır və manometrdə hidravlik zərbə müşahidə
olunur. Beləliklə, iki pilləli sementləmə prosesi bitmiş hesab
edilir.
Sementləmənin keyfiyyətlə aparılmasını yoxlamaq
üçün hidravlik zərbədən sonra sementləmə başlığının bağlan-
mış siyirtməsi açılır və manometrə diqqət yetirilir. Əgər kəmər
içərisindən çıxan mayenin həcmi şlanqın və atqı xəttinin həcmi
qədər olarsa, və manometrdəki təzyiq ani olaraq sıfıra düşərsə,
deməli iki pilləli sementləmə müvəffəqiyyətlə yerinə
yetirilmişdir. Bundan sonra sement məhlulunun tutuşmasını və
bərkiməsini gözləyirlər. Sonra sementləmə başlığını açırlar,
kəmər içərisinə balta ilə birlikdə qazıma kəməri burxıb
sementləmə tıxaclarını qazırlar,qazıma kəmərini sement
stəkanına qədər buraxıb quyunu yuyurlar. Nəhayət kəmər
arxasındakı sement məhlulunun qalxma hündürlüyünü təyin
edirlər.
10.8. Sementləmənin keyfiyyətinin yoxlanması
qaydaları.

Sementləmənin keyfiyyətinin yoxlanması dedikdə:


layların etibarlı izolə edilməsi, kəmərin və kəmər arxası fəzanın
hermetik olması başa düşülür.
Bunlardan əlavə məhsuldar layın sınaqdan keçirilməsi
və laydan quyuya axın yaradılması da sementləmənin
keyfiyyətini xarakterizə edir.
Sementləmənin keyfiyyətini müəyyən etmək üçün
geofiziki tədqiqat üsullarından istifadə edirlər. Nəticədə:
sement məhlulunun kəmər arxası fəzada olan hündürlüyü,
kəmər arxasının hər tərəfdən sement məhlulu ilə doldurulma
dərəcəsi, bərkimiş, sementin kəmərlə və quyu divarı ilə
əlaqəsinin vəziyyəti öyrənilir. Sementləmənin keyfiyyətini
müəyyən etmək üçün radioaktiv karotaj, akustik karotaj və
elektrotermometrik ölçmə işləri aparılır.
Termokarotaj üsulunda temperaturanın kəmər boyunca
dəyişməsinə əsaslanaraq, kəmər arxasında sementin qalxma
hündürlüyünü təyin edirlər. Sement məhlulu bərkiyərkən istilik
alınır. Bu istiliyə görə sementin qalxma hündürlüyü təyin
edilir. Xüsusi olaraq qeyd edilməlidir ki, sementin bərkimə
vaxtından çox keçərsə elektrotermometrlə ölçmə öz
əhəmiyyətini itirir.
Qamma karotajın köməyi ilə isə kəmər arxasındakı
sementin perimetr üzrə qalınlığı, kəmər arxasındakı laylar
arasında əlaqənin olub olmaması öyrənilir.
Akustik karotajın köməyi ilə kəmər arxasındakı sement
məhlulunun hündürlüyü, sementin kəmər və quyu divarı ilə
kontakt dərəcəsi öyrənilir.
10.9. Kəmərin hermetikliyə yoxlanması

Kəmər arxasındakı sement məhlulu bərkidikdən sonra


və geofiziki yol ilə sementləmənin keyfiyyəti yoxlandıqdan
sonra kəmər hermetikliyə yoxlanır.
Bu məqsədlə: 1. kəmər içərisində əlavə təzyiq yaradılır.
2. kəmər içərisindəki mayenin səviyyəsi aşağı salınır («Qoru-
yucu kəmərlərin sementləməsi üsulları» sərlövhəsinə bax).

10.10. Sementləmə zamanı baş verən


mürəkkəbləşmələr

Sementləmə zamanı aşağıda qeyd edilən mürəkkəb-


ləşmələr baş verə bilər: tamponaj məhlulunun və qazıma
məhlulunun udulması, qaz təzahürləri, kəmər arxası fəzada bir
laydan başqa laya axın, sement məhlulunun kəmər arxası
fəzada tələb edilən hündürlüyə qaldırılmaması, kəmərin
başmağının açıq olması və s.
Udulma – sementləmə zamanı quyu divarına yüksək
təzyiqin yaranmasının nəticəsidir. Buna səbəb:
- udulma təzyiqini, hidrodinamik təzyiqi və sementləmə
hündürlüyünü nəzərə almadan sement məhlulunun
sıxlığının seçilməsi;
- turbulent axın rejimi üçün hidrodinamik təzyiqi nəzərə
almamaq, məhlulun hərəkət sürətini düzgün seçməmək,
həlqəvi fəzada yaranan təzyiqin udulma təzyiqindən
çox olmasına fikir verməmək;
- qoruyucu kəmərin quyu içərisində eksentrik yerləşməsi
nəticəsində sement məhlulunun kəmər arxası fəzada
birtərəfli hərəkət edərək sonra bərkiməsi;
- sement məhlulunun vaxtından əvvəl tutuşmağa başla-
ması;
- quyu divarının keçiriciliyi yüksək olan intervallarında
tamponaj məhlulunun susuzlaşması nəticəsində tez
tutuşması;
- sementləmə üsulunun və rejiminin düzgün seçilməməsi;
- tamponaj məhlulunun seçilməsi zamanı təzyiq və
temperaturun təsirinin lazımınca qiymətləndirməməsi;
- sementləmə zamanı buruqda sement məhlulunun
hazırlanma reseptini pozmaq da mürəkkəbləşməyə
səbəb ola bilər, yəni məhlulda suyun miqdarı azalarsa
sement tez tutuşmağa başlayar, suyun miqdarı çox
olarsa, sementləmənin keyfyiyyəti aşağı düşər;
- kavernaların həcminin düzgün təyin edilməməsi –
kəmər arxası fəzada sement məhlulunu tələb edilən
hündürlüyə qaldırmağı mümkünsüz edər, bu isə
mürəkkəbləşməyə səbəb ola bilər.

10.11. Manjetlə sementləmə

Kiçik təzyiqə və yüksək dərəcədə drenajlığa malik


laylar qarşısında normal sementləmə aparılmazsa, layın verimi
və quyunun məhsuldarlığı kəskin surətdə aşağı düşər. Belə ki,
quyu dibinə axın kanallarının sement məhlulu ilə tutulması
layın verimini azaldır. Belə hallarda istismar kəmərinin neftli-
qazlı lay qarşısında olan hissəsi perforasiya edilmiş borudan
yəni süzgəcdən təşkil edilir. Süzgəcdən yuxarıda qoruyucu
kəmərin aşağı borusunun divarında deşiklər açılır. Süzgəclə,
deşik açılmış boru arasında düz klapan yerləşdirilir. Bu klapan
yalnız aşağıdan yuxarıya hərəkətə imkan verir. Düz klapan
yerləşdirilmiş borunun xaricində manjet yerləşdirilir. Manjetin
vəzifəsi sement məhlulunun aşağıya hərəkət etməsinə imkan
verməməkdir. Manjet qıf şəklində olub elastik materialdan
hazırlanır, hündürlüyü 60-70 sm olur yuxarı diametri quyunun
diametrindən bir qədər çox olur. Manjet ya elastik rezindən ya
da dəri materialından hazırlanır.
Sementləmə zamanı sement məhlulu süzgəc üzərində
yerləşdirilmiş və yan divarında deşiklər açılmış borunun
deşiklərindən kəmər arxası fəzaya çıxıb yuxarı qalxır, manjet
isə sement məhlulunu aşağı buraxmır və sementləmə prosesi
bir pilləli sementləmədə olduğu kimi aparılır.

10.12. Tamponaj sementləri və onların xassələri

Tamponaj sementi dedikdə geniş mənada büzüşdürücü


maddələrdən ibarət məhsul başa düşülür. (Məsələn: portland-
sement, şlak, əhəng, plastmassa və s maddələr; mineral
maddələr: kvars qumu, asbest, gil və s.).
Tamponaj sementi, su ilə qarışdırıldıqda bərkiyən və
tələb edilən keyfiyyətə malik daş əmələ gətirən üzvi
əlavələrdən ibarət olur. Büzüşdürücülərin növündən asılı olaraq
tamponaj sementləri aşağıdakı növlərə bölünür:
1. portlandsement əsaslı tamponaj sementləri;
2. Domna sobalarının şlakları əsasında hazırlanan
tamponaj sementləri;
3. əhəngli-qumlu qarışıqlar;
4. digər tamponaj sementləri (gipsli, belitli, təbii
minerallar və dağ süxurları əsaslı və s.);
5. Polimer əsaslı tamponaj üzvi bərkidicilər.
Sınaq temperaturasına və tətbiqinə görə sementləri 3
sinifə ayırırlar:
1. Soyuq quyular üçün sement – «SQ» sınaq temperaturası
22 20S.
2. İsti quyular üçün sement – «İQ» sınaq temperaturası 75
 30S.
3. Yüksək temperaturalı dərin quyular üçün sement –
«DQ».
Bu qrup sementlər «xüsusi sementlər» adlanır. Maye ilə
qarışdırılmasından asılı olaraq sement məhlulları: sulu, sulu-
emulsiyalı, neftli-sementli (dizel yanacağı, kerosinli, neftli və
s) olurlar. Sement məhlulları onlara edilən əlavələrə görə –
qumlu, lifli, gil-sementli, putsolanlı, perlitli, hematitli
maqnetitli,bentonitli olurlar.
Xüsusi çəkilərinə görə: yüngül (  1,30 q/sm3)
yüngülləşdirilmiş ( = 1,30-1,75 q/sm3) normal ( =1,75 – 1,95
q/sm3), ağırlaşdırılmış ( =1,95 – 2,20 q/sm3) və ağır ( >2,20
q/sm3) olurlar.
Tutuşma başlanğıcına görə tamponaj məhlulları tez
tutuşan (tutuşma başlanğıcı 40 dəqiqəyə qədər) tutuşma
başlanğıcı tezləşdirilmiş (tutuşma başlanğıcı 40 dəqiqədən – 1
saat 20 dəqiqəyə qədər) normal tutuşan (tutuşma başlanğıcı 2
saatdan çox) olurlar.
Dəyanətli olmasına görə sementlər sulfatların təsirinə
davamlı və normal dəyanətli olurlar. Tamponaj portland-
sementi silikat sementinin bir növüdür, xırdalanmış mineral-
ların qarışığından ibarətdir.
Portlandsementin əsasını-klinker təşkil edir. Bu əhənglə
gilin (mergelin) 14500S temperaturada yandırılmasından alınır.
Əhəng (təbaşir, əhəng daşı) yandırıldıqda CaO, gil SiO2, gil
torpaq Al2O3 və Fe2O3 alınır.
Tamponaj portland sementin tərkibində 60 – 66% CaO,
18 – 25% SiO2, 4 – 8% Al2O3 , 0,5 – 5,0% Fe2O3 olur.
Bu oksidlərin faiz miqdarının dəyişməsi tamponaj
məhlulunun və sement daşının xassələrinin dəyişməsinə ciddi
təsir göstərir. SiO2 – sementə bərkimək və su mühitində uzun
müddət işləmək qabiliyyəti verir. SiO2-nin çox olması
tamponaj məhlullarının tutuşma vaxtını bir qədər ləngidir,
sulfatların təsirinə qarşı müqavimətini artırır.
Al2O3 sement məhlulunun tutuşma vaxtını tezləşdirir,
lakin sement daşının möhkəmliyini azaldır.
Fe2O3-ün çox olması, tamponaj məhlulunun tutuşma
prosesini ləngidir və sement daşının möhkəmliyini azaldır.
Portlandsementin tərkibində qarışıq kimi aşağıda qeyd
edilən oksidlər də olur:
0,1 – 5,5% MgO , 0,5 – 1,3% K2O + Na2O,
0,3 1,0 % SO3, 0,2 – 0,5% TiO2,
0,1 – 0,3% P2O5, 0,5 – 3,5% MnO.
MgO-in miqdarı 4,5%-dən çox olduqda sementin həcmi
genişlənir və sement daşı dağılmağa başlayır.
TiO2-in miqdarı 4-5% olduqda sementin və sement
daşının möhkəmliyi artır.
MnO-in miqdarı 4%-ə qədər və P2O5-in (fosfor
anhidridi) 1-2%-ə qədər olduqda, sementin və sement daşının
keyfiyyətinə zərərli təsir etmir. P2O5 normal şəraitdə sement
məhlulunun tutuşma müddətini ləngidir.
Na və K qələvilərinin miqdarının 0,3 – 0,4%-dən çox
olması məsləhət deyildir. Çünki əks halda sement məhlulunun
tutuşma prosesi kəskin surətdə dəyişir və onu tənzimləmək
çətinləşir.
Yuxarıda adları qeyd edilən oksidlər 14500S tempe-
raturada yandırıldıqda bir-biri ilə qarşılıqlı təsirdə olurlar və
nəticədə klinker adlanan süni mineral alınır. Klinkerin
mineroloji tərkibinin dəyişməsi portlandsementin və digər
sementlərin xassələrinin dəyişməsinə səbəb olur.

10.13. Portlandsementin istehsal prosesi


haqqında qısa məlumat.

Portlandsementi istehsal etmək üçün ən yaxşı xammal


mergeldir. Portlandsementi istehsal etmək üçün yaxşı olar ki,
onu əhəng və gil komponentləri ilə birlikdə təxminən 78:22
nisbətində götürsünlər.
Portlandsement iki üsul ilə istehsal edilir – bu quru və
yaş üsullarıdır.
Quru üsulda portlandsementi istehsal etmək üçün
xammal olan komponentlər əvvəl qurudulur və dəyirmanda
xırdalanır. Sonra bu qarışıq 900-10000S-ə qədər sobada yan-
dırılır. Sonra alınan məhsul dəqiqədə bir dövr edən fırlanan
sobaya daxil olur. Fırlanan sobada soyudulmuş qarışığa gips,
şlak, qum və s əlavələr də əlavə edilib xırdalanır. Beləliklə
sement əldə edilir.
Sementin yaş üsulla istehsalı geniş yayılmışdır. Bu
üsulda xırdalanmış komponentlərə su əlavə edilir. Alınan
qarışıq xamaya bənzər qatılaşmış kütləyə çevrilir. Onun başqa
yerə nəql edilməsi və qarışdırılması xeyli asan olur. Alınmış
qarışığı diametri 5 m uzunluğu 200m-ə qədər olan fırlanan
sobada yandırırlar. Soyuduqdan sonra xırdalanır və
portlandsementin fiziki-mexaniki xassələrini yaxşılaşdıran
əlavələr daxil edilir. Beləliklə sement yaş üsul ilə hazırlanmış
olur.

10.14. Quyuların sementləməyə hazırlanması

Sementləmədən əvvəl qazıma məhlulunun xüsusi çəkisi


sabit olana qədər quyu yuyulur yəni o vaxta qədər ki, quyuya
daxil olan və quyudan çıxan qazıma məhlulunun xüsusi çəkiləri
eyni olsun.
Quyunu sementləməyə başlamazdan əvvəl aşağıda qeyd
edilənlərə riayət edilməlidir:
1. Sement qarışdırıcı maşınlara maniəsiz yaxınlaşmaq
üçün kənar əşyalar uzaqlaşdırılmalıdır;
2. Su çənləri yaxud su kəməri kranları sement
qarışdırıcı maşınlara yaxın yerdə olmalıdır;
3. Sement qarışdırıcı maşınlar və aqreqatlar arasında
fəhlələrin maniyəsiz hərəkəti üçün azad keçid
olmalıdır.
Sement qarışdırıcı maşınlar və sementləmə aqreqatları
yerli şəraiti nəzərə almaq şərtilə səmərəli yerləşdirilməlidir
(sahənin relyefi, buruq avadanlığı və boru xətləri, su kəməri
kranlarının yerləşməsi və s. nəzərə alınmalıdır).
Sementləmə əməliyyatına başlayarkən təzyiqin birdən
birə yüksəlməməsi üçün sement qarışdırıcı maşınlar növbə ilə
işə salınmalıdır.
Sement məhlulu quyuya vurulduqdan sonra sementləmə
tıxacını saxlayan vintlər açılır və tıxac kəmər içərisinə
buraxılır. Bu zaman ərzində nasoslar və atqı xətləri sement
məhlulunun qalıqlarından təmizlənir. Boru arxası fəzada
sement məhlulunun yüksək sürətini təmin etmək üçün basıcı
mayenin sementləyici aqreqatlara yığılması zamanı əmələ
gələn dayanmanı minimuma endirmək lazımdır. Basıcı
mayenin sementləmə aqreqatlarındakı ölçülü baklara (çənlərə)
yığılma sürəti, baklardan quyuya vurulma sürətindən bir qədər
çox olmalıdır.

10.15. Sementləmədə istifadə edilən reagentlər.


Sement məhlulunun xassələrinin tənzim edilməsi.

Quyuların dərinliklərinin artması, mürəkkəb geoloji


texniki şəraitlər, qazımanın texnologiyasının və texnikasının
təkmilləşdirilməsi tamponaj materiallarına və onlardan
hazırlanan məhlullara olan tələbləri ciddiləşdirir və yüksəldir.
Bu tələbləri ödəmək üçün sement məhlullarının və sonra əmələ
gələcək sement daşının xassələrini dəyişdirmək lazım gəlir.
Buna isə sement məhlulunu kimyəvi reagentlərlə emal etməklə
nail olurlar.
Tamponaj məhlullarının – tutuşma başlanğıcını bərkimə
müddətini, sıxlığını, su verməsini, reoloji xassələrini (dinamik
sürüşmə gərginliyini 0 və struktur özlülüyünü ), çökmə
qabiliyyətini kimyəvi reagentlərin əlavə edilməsi ilə tənzim
etmək mümkündür. Sement məhlulunun bərkimə müddətini
(SBM) tezləşdirmək üçün ona NaCl, CaCl2, kalsiumlu soda və
maye şüşə əlavə edirlər. Bunlardan başqa xlorlu alyuminium və
xlorlu əhəngdən də istifadə etmək olar.
NaCl və CaCl2 sement məhlulunun özlülüyünü də
azaldırlar.
Tamponaj məhlullarının tutuşma başlanğıcını ləngidən
reagentlərdən ən çox sulfit spirt cecəsindən (SSC) istifadə
edirlər. Bu zaman yaranan köpüklənmənin qarşısını almaq
üçün (NQK) neytrallaşdırılmış qara kontaktdan istifadə edirlər.
1300S temperaturaya qədər ləngidici sifətilə KMC-dən
istifadə etmək məsləhətdir. O sement məhlulunun su verməsini
də azaldır.
Ləngidici kimi (MKPF) meşə kimyası polifenolu,
(HEPAN) hidrolizə edilmiş poliakrilonitril, xrompik (natrium
bixromat Na2Cr2O7 və kalium bixromat K2Cr2O7), çaxır daşı
turşusu (ÇDT), texniki çaxır daşı (TÇD) limon turşusu və s-dən
istifadə edirlər.

10.16. Sement məhlulunun və daşının əsas xassələri.

Sement məhlulunun su verməsi BM-6 cihazı vasitəsi


ilə ölçülür. Sement məhluluna gil, gipan və KMS əlavə etməklə
suverməni azaltmaq mümkündür (gil 10-20%,gipan yaxud
KMS – 1,0 1,5%).
Sement məhlulunun qatılaşması konsistometrlə
ölçülür. Sement daha çox xırdalanırsa onun qatılaşması
tezləşir, su sement amili artarsa qatılaşma ləngiyir.
Sement məhlulunun qatılaşmasına, temperatura və
təzyiqin dəyişməsi ciddi təsir edir. Temperatura artdıqca
qatılaşma vaxtı 15 30 dəqiqəyə düşür.
Təzyiq artdıqca qatılaşma tezləşir. Təzyiq 1000 atm-ə
yaxın olanda qatılaşma vaxtı kəskin surətdə azalır.
Sement məhlulunun tutuşma vaxtı sementin kimyəvi-
mineraloji tərkibindən, su sement nisbətindən, məhlula əlavə
edilən kimyəvi reagentlərdən, temperaturadan, təzyiqdən və
başqa amillərin təsirindən asılıdır. Təzyiqin və temperaturanın
(80–900S) artması, hətta 1000S artması nəticəsində adi
portlandsement 10-30 dəqiqə müddətində tutuşur. Təzyiqin 1
atm – dən 500 - 600 atm-ə qədər qalxması tutuşma vaxtını 2
dəfə azaldır. Sementin saxlanma müddəti artdıqca onun
tutuşma vaxtı da ləngiyir.
Sement məhlulunun sıxlığı - AQ-1 yaxud AQ-2
areometri ilə ölçülür. Bundan başqa sementləməyə nəzarət
stansiyası avtomatik olaraq quyuya vurulan sementin sıxlığını
ölçür (SMNS - stansiya kontrolya). Sement məhlulunun sıxlı-
ğını mütəmadi olaraq radioaktiv sıxlıq ölçənlə də təyin edirlər.
Sement məhlulunun axıcılıq qabiliyyəti AzNİİ konusu
ilə təyin edilir. Şüşə üzərinə yayılmış sement məhlulunun
diametr üzrə ən böyük və ən kiçik qiymətlərinin orta ədədi
qiyməti sement məhlulunun axıcılığı qəbul edilir.
Sement məhlulunun tutuşma vaxtı vik cihazı ilə təyin
edilir.
Sement məhlulunun struktur əmələ gətirməsi və
qatılaşması konsistometr KC-3, KC-4 vasitəsilə təyin edilir.
Qatılaşma vaxtını CCB, KMC, HEPAN, ÇDT, xrompik kimi
ləngidicilər vasitəsilə uzatmaq olur.
Sement məhlulunun reoloji parametrlərindən dinamik
sürüşmə gərginliyi və struktur özlülüyü rotasion viskazimetri
ilə təyin edilir.
Sementə olan texniki tələblər:
- Hazırlanmış sement xəmiri 2 sutka ərzində
40x40x160mm ölçüsündə bərkidikdən sonra aşağıdakı
tələbləri ödəməlidir

Sementin Bərkimə Əyilmə zamanı


növü temperaturu möhkəmlik həddi qq/sm2
0
C
«Soyuq» 22  2 27
quyular üçün
«İsti» quyular 75  3 62
üçün
- Sement xəmiri 180 mm-dən az axıcılığa malik
olmamalıdır.
- Tamponaj sementlərinin tutuşma vaxtına olan tələblər
aşağıda verilir:
Sementin növü Sement Sement
hazırlanandan hazırlanandan
sonra tutuşma sonra tutuşma sonu
başlanğıcı
«Soyuq» 2 saatdan tez 10 saatdan gec
quyular üçün olmamaqla olmamaqla
«İsti» quyular 1 saat 45 4 saat 30 dəqiqədən
üçün dəqiqədən tez gec olmamaqla
olmamaqla

- Normal qatılığa malik hazırlanmış sement xəmiri suda


qaynadıldıqda həcmi hər tərəfdən bərabər həddə
dəyişməlidir.
- Sementin tərkibində sulfat turşusu anhidridinin miqdarı
3,5%-dən çox olmamalıdır.
- MgO-nin miqdarı klinkerin tərkibində 5%-dən çox
olmamalıdır
- Sementin xırdalanması o dərəcədə olmalıdır ki, ölçüsü
0,08 mm olan gözlərə malik ələkdən (tordan) nümunə-
nin 85%-i keçsin.
- Hər sement partiyası 200 ton sementdən ibarət olur. Hər
partiya sementin pasportu olmalıdır. Orada zavodun
adi, pasportun nömrəsi, buraxıldığı gün, ay və il
göstərilməlidir.

10.17. Sement məhlulunun ağırlaşdırılması,


yüngülləşdirilməsi, başqa növ sement məhlulları
Sement məhlulunun yüngülləşdirilməsi üçün ən sadə və
asan yol su sement amilini mümkün olan qədər artırmaqdır.
Yüngülləşdirici kimi SiO2-dən də istifadə etmək olar. Bu halda
sement məhlulunun xüsusi çəkisini 1,5 qq/sm3-na qədər aşağı
salmaq mümkündür,diatomit, pemza, oroka, trepel də
SiO2ailəsinə daxildir. SiO2 ailəsinə mənsub olan bu əlavələr
yüksək temperatura və təzyiq şəraitində bərkiyən sement
daşının fiziki-mexaniki xassələrini də yüksəltməyə imkan verir.
Şlaklı yüngülləşdirilmiş sement məhlullarından
yüksək temperatura və təzyiq şəraitində istifadə etmək
məsləhətdir. Bu məhlullar əsasında həm xırdalanmış SiO2-dən
həm də gil materialından istifadə etməklə yüngülləşdirilmiş
tamponaj məhlulları hazırlayırlar.
Şlaklı yüngülləşdirilmiş məhlullar içərisində bentonit
gili ilə və bentonit gilinin opoka ilə qarışığından hazırlanmış
yüngülləşdirilmiş tamponaj məhlulları daha geniş yayılmışdır.
Gilin çox əlavə edilməsi şlaklı yüngülləşdirilmiş sement
məhlulunun tutuşma başlanğıcını xeyli ləngidir bu isə yüksək
temperatura və təzyiq şəraitində qazılan dərin quyuların
sementlənməsində çox vacibdir.
Daha kiçik (1,25 – 1,27 qq/sm3) xüsusi çəkiyə malik
sement məhlulu hazırlamaq üçün əhəngli – SiO2-li sement
məhlulundan istifadə edirlər. Bu sement məhlulunun başqa
yüngülləşdirilmiş sement məhlullarından üstünlüyü yüksək su-
sement amili (m=1,8) olan halda yaxşı sedimentasiya
dəyanətliliyinə malik olmasıdır ki, bu da onun yüksək
dispersliyi ilə əlaqədardır.
Ağırlaşdırılmış sement məhlullarından yüksək xüsusi
çəkiyə malik qazıma məhlulu (1,9 qq/sm3-dan çox) ilə qazılan
quyuların sementlənməsində istifadə edilir. Sement məhlul-
larını iki üsul ilə ağırlaşdırırlar. I üsulda ağırlaşdırıcılar əlavə
etməklə filiz sementi əldə edirlər. Bu üsulda yüksək xüsusi
çəkiyə malik sement məhlulu hazırlamaq mümkün olmur.
İkinci üsulda – sementi, toz halında olan
ağırlaşdırıcılarla qarışdırmaqla əldə edirlər. Burada xüsusi
çəkini geniş diapazonda dəyişmək mümkündür. Sement
məhlulunun xüsusi çəkisini artırmaq məqsədilə ondakı suyun
miqdarını azaldırlar. Buna isə sement məhluluna sulfit spirt
cecəsi (SSC) və yaxud sulfit sellulozanın ekstraktını əlavə
etməklə nail olurlar.
Cədvəldə bəzi ağırlaşdırıcıların fiziki xassələri verilir:

Ağırlaşdırıcıların Pirit Hematit Maqnetit Ferro Güzgülü Ferro


fiziki xassələri yanığı silisium çuqun fosfor
Sıxlıq, qq/sm3 4,29 4,35 4,52 6,52 6,55 7,69
Dənələrinin ən 0,15 0,20 0,30 0,15 0,15 0,20
böyük ölçüsü,
mm

Cədvəldəki birinci üç ağırlaşdırıcıdan geniş istifadə


edilir.
Dənələrinin ölçüsünü böyük götürməklə daha böyük
xüsusi çəkiyə malik ağırlaşdırıcı əldə etmək mümkündür.
Sementə hematit əlavə etməklə, xüsusi çəkisi 2,20 qq/sm3 olan
sement məhlulu əldə edə bilirlər. Maqnetitdən istifadə etməklə,
daha yüksək xüsusi çəkiyə malik sement məhlulu hazırlamaq
olar. Ferrosilisium və güzgülü çuqun yüksək xüsusi çəkiyə
malik olmasına baxmayaraq onların sementə əlavə edilməsi
nəticəsində yüksək xüsusi çəkiyə malik sement məhlulu
hazırlamaq olmur. Buna səbəb onlardan hazırlanan poroşokun
(unun) çoxlu su tələb etməsidir ki, bu da xüsusi çəkini aşağı
salır.
Portlandsementlə maqnetitli qumu 1:1 nisbətində
götürməklə xüsusi çəkiçi 2,45 qq/sm3 olan sement məhlulu
hazırlamaq mümkündür.
Baritdən istifadə etməklə sement məhlulunun xüsusi
çəkisini 2,10 – 2,25 qq/sm3-a çatdırmaq olar. Qalenit və dəmir
arsenitindən istifadə etməklə daha yüksək xüsusi çəkiyə malik
sement məhlulu hazırlamaq olar. Lakin onlar baha qiymətə
başa gəldiyi üçün təcrübədə onlardan istifadə etmirlər.

10.18. Quyuların sementlənməsi keyfiyyətinin


yüksəldilməsi

Əgər qoruyucu kəmər hermetik və kəmər arxası


təzahürlər yoxdursa, deyirlər ki, quyu keyfiyyətlə
sementlənmişdir. Quyunun keyfiyyətlə sementlənməsinə bir
çox geoloji və texnoloji amillər təsir edir:
1. Geoloji amillərə: - qaz, su, neft-in, tektonik
pozğunluqların, layın hidravlik yarılma qradientinin,
süxurların litologiyasının xüsusilə (duzlu layların
olması), lay sularının minerallaşma dərəcəsinin təsiri və
s. daxil edilir.
2. Texnoloji amillərə: - quyunun quruluşu, quyu lüləsinin
cari vəziyyəti, qazıma məhlulunun keyfiyyəti,
avadanlıq parkı, tamponaj məhlulunun xassələri, yeni
texnoloji metodlardan istifadə (bufer mayesi, məhlulun
axın rejimləri) və s. daxildir.
Qazıma məhlulunun, kiçik su verməyə malik tamponaj
məhlulu ilə təmamilə sıxışdırılıb çıxarılması və kəmər arxası
fəzada perimetri üzrə eyni qalınlığa malik sement halqasının
alınması ideal sementləmə adlanır.
Əfsuslar olsun ki, bir müddət keçdikdən sonra kəmər
arxasında bərkimiş sementdə çatlar əmələ gəlir və bu kanallar
üzrə neft, qaz və lay suları hərəkət edə bilir. Bunun qarşısının
alınması üçün kəmər arxası təmir sementləməsi aparılır.
Sementləmənin keyfiyyətli olması üçün: -
- Kəmər arxası fəzada sement məhlulunun turbulent
hərəkət rejimi təmin edilməlidir;
- Kəmərin aşağı intervalında mərkəzləşdirici fənərlər
yerləşdirilməlidir;
- Sementləmə zamanı kəmər bas-boş edilməli və
fırladılmalıdır, bu zaman darağa oxşar ərsinlər quyu
divarını qalın gil qabığından təmizləyirlər.
- Quyu divarını qalın gil qabığından təmizləmək üçün
kimyəvi hidravliki və mexaniki üsullardan istifadə
edilməsi məsləhətdir (hidravliki üsulda boru divarında
bucaq altında deşiklər açılır mexaniki üsulda radial və
darağa oxşar ərsinlərdən istifadə edilir). Kimyəvi
üsulda isə müxtəlif reagentlərdən istifadə etməklə
quyunu nominal diametrə gətirirlər.
- Bufer mayelərindən istifadə edilməlidir (su, neft
məhsulları, ağırlaşdırılmış bufer mayeləri, aerizə
edilmiş bufer mayeləri, özülü elastik ayırıcı və s.).

10.19. Sement qarışdırıcı maşınlar və aqreqatlar

Sement qarışdırıcı maşınlar – bunkerdən, iki əsas


şnekdən, qəbul edici qıfdan, qarışdırıcı tərtibatdan güc
qutusundan, kompensatordan, yükləyən şnekli vertikal
transportyordan ibarət olub avtomobil şassisi üzərində
quraşdırılır. Qəza hallarında sementi boşaltmaq üçün aşağıda 2
ədəd lyuk yerləşdirilir (ən çox istifadə edilən sement qarışdırıcı
maşınlar: SM-10, SMN-20, 1AS-20, SMP-20, 1SMR-20, ZAS-
30 və s.).

10.20. Sementləmə aqreqatları

Sementləmə aqreqatlarından tamponaj məhlullarını və


basıcı mayeni quyuya vurmaq, məhlul hazırlanan zaman
mayenin qarışdırıcı tərtibata verilməsi, quyunun yuyulması,
qum tıxacları ilə mübarizə, boruların, kəmərin və manifoldun
hermetikliyə yoxlanması, məhlulun hidravliki qarışdırılması
quyunun boğulması, layın hidravlik yarılması və s. məqsədlər
üçün istifadə edilir. Sementləmə aqreqatları bir qayda olaraq
avtomobil şassisi üzərində yerləşdirilir, lakin şəraitdən asılı
olaraq xizəklər, enli zəncirlər və blok üzərində də yerləşdirilə
bilər.
Aqreqat əsasən məhlulu quyuya vurmaq üçün yüksək
təzyiq yarada bilən nasosdan, su nasosundan, aqreqatın
manifoldundan nasosu manifold blokuna birləşdirmək üçün
sökülüb yığıla bilən metal borulardan, ölçülü çənlərdən və
sement məhlulu üçün kiçik çəndən ibarət olur (SA-320, SA-
400, manifold bloku MB-700 və s ).
10.21. Bir pilləli sementləmənin hesabı.

Qoruyucu kəmərin diametri 219 mm buraxılma


dərinliyi 1800m baltanın diametri 295mm, sementin qalxma
hündürlüyü 900m qazıma məhlulunun xüsusi çəkisi 1260
kq/m3, sement məhlulunun xüsusi çəkisi 1860 kq/m3, isnad
halqası 20m hündürlükdədir. Deməli, verilir:
dx=219mm, ddax=200mm, H=1800m, Db=295mm,
Hs=900m
m=1260 kq/m3, s =1860 kq/m3, h=20m.
1. Quyuya vurulacaq sement məhlulunun həcmi
π
в  к1 Д 2  д 2х Щс  д 2 щ  0,7851,2 0,295 2  0,219 2 900  0,200 2 20  34м 3
с 4  б  дах     

k1 – kavernaları, çatları, quyunun diametrinin genişlən-


məsini nəzərə alan əmsal olub 1,2 2,5 götürülür.
k1-in qiyməti kavernoqram vasitəsilə hər quyu üçün təyin
edilir.
2. Sement məhlulu hazırlamaq üçün quru sementin miqdarı:
1 1
Э  γ υ   1860  34  42160кг  42,2T
гуру 1 м с с 10,5
m – su sement amilidir, m=0,5 qəbul edək.
Əgər s məlum olmazsa onu γ  1 м γ гс γсу
γсу  м γ гс

ifadəsinin köməyi ilə tapmaq olar.


qs və su – quru sementin və suyun xüsusi çəkiləridir.
3. İtgiləri də nəzərə almaqla tələb edilən quru sementin
miqdarı
Gquru = K2 Gquru = 1,01 42,2 = 42,6 ton

K2 – quru sementin itgisi, sement qarışdırıcı maşın olsa


k2=1,01, olmasa 1,05 1,15 götürülür.
4. Sement məhlulu hazırlamaq üçün suyun miqdarı
su = 0,5  G quru = 0,5  42,6 = 21,3 m3
5. Basıcı məhlulun tələb olunan miqdarı:
π д2
дах  Щ щ  1,03  0,785  0,2 2  1800  20   56,96м 3
υ Δ
бас.м 4
 - basıcı məhlulun sıxılmasını nəzərə alır və  = 1,03
1,05 götürülür.
Təcrübədə bəzən basıcı mayenin həcmini tez
hesablamaq üçün
дх 2 82

bas.m
 H 
1 2
1780  56,96 м3
2
H1= H – h = 1800 – 20 = 1780 m.
8 – quyuya buraxılacaq, diametri 219 mm olan qoru-
yucu kəmərin düymə ilə ifadəsidir. Bir düymə 25,4 mm-dir.
6.Sementləmənin sonunda yaranacaq ən böyük təzyiq
Pmax = P1 + P2
P1 – kəmər içərisində və xaricində olan mayelərin
xüsusi çəkilərinin fərqi hesabına yaranan
nasosdakı təzyiqdir.
P2 – hidravlik müqavimətlər hesabına yaranan
təzyiqdir.
1 
П 
1 4
  1

 Щс  щ γ сем γ м  4 900 20 1860 1260 52,8кгг/см
2
10  10

P2-ni təcrübi hesablamalarda Şişşenko-Baklanov


düsturu ilə hesablayırlar:
Bir yaxud iki aqreqat işləyərsə P2=0,01H + 8;
Çox aqreqat işləyərsə: P2 = 0,01H+16 qəbul edilir.
Onda:
P2=0,01H + 16 = 0,01  1800 + 16 = 34 kqq/sm2
Pmax=P1+P2 = 52,8 + 34 = 86,8  87 kqq/sm2.
7. Sementləmə aqreqatlarının sayı
0,785к1 Д 2 2
б д х  W 0,7851,2 0,2952 0,2192 1,5
н  1    1  5
Г 0,87
60
W– sement məhlulu boru arxası fəzaya sıxışdırılıb çıxarılan
zaman sürətdir. W= 1,5 m/san qəbul edirik.
Q – sementləmə aqreqatının IV sürətdəki məhsuldar-
lığıdır.
SA – 320 sementləmə aqreqatının xarakteristikası veri-
lən cədvəldən: IV sürətdə SA-320 aqreqatının məhsuldarlığı
0,87
0,87 m3/dəq yaxud , təzyiqi isə 58 kq.q/sm2-dir. Sement-
60
ləmə aqreqatlarının sayını sementləmə müddətinə görə də təyin
etmək olar.
Т цм
н
0,75Т тутушма
Tüm – quyunun sementlənməsinə sərf edilən ümumi
vaxtdır;
Tt – sementin tutuşma başlanğıcıdır.
8.Sement qarışdırıcı maşınların sayı
Gq 42,6
n   3
1 q 20
9. Sementləmənin ümumi müddəti belə tapılır:
Tüm = Ts + Tb + 10 dəqiqə
Ts – sement məhlulunun quyuya vurulma müddəti;
Tb – basqı məhlulunun quyuya vurulma müddəti;
10 dəqiqə – sementləmə tıxacını kəmər içərisinə burax-
maq, sementləmədən sonra nəqliyyat
xətlərini yumaq və s üçün əlavə vaxt(10
dəq)
Normal halda quyunun sementlənməsinə sərf edilən
buraxıla bilən müddət
Tüm  0,75 Ttutuşma
Sementin tutuşma başlanğıcını 1 saat 45 dəq. qəbul
etsək, yəni Ttutuşma=105 dəq olarsa

Tüm  0,75 105 yəni Tüm  79dəq


olmalıdır.
11. QAZIMADA BAŞ VERƏN DİGƏR
MÜRƏKKƏBLƏŞMƏLƏR VƏ QƏZALAR

Neft və qaz quyularının layihə dərinliyinə qədər


vaxtında keyfiyyətli qazılması və eləcə də qazımada yüksək
texniki-iqtisadi göstəricilərin əldə edilməsi, külli miqdarda vaxt
və maddi vəsait tələb edən qəza və mürəkkəbləşmələrin
əvvəlcədən xəbərdarlıq edilməsi və aradan qaldırılmasından
çox asılıdır. Yataqların geoloji quruluşunun mürəkkəbliyi,
quyu dərinliyinin intensiv artması, yüksək lay təzyiqi və
temperaturun, duzluluğun mənfi təsiri, keçirici və dəyanətsiz
layların (qatların) olması, mürəkkəb quyu quruluşunun və
qazıma məhlulunun kimyəvi işlənməsi üsullarının müxtəlifliyi,
quyu lüləsinin fəza konfiqurasiyasının mürəkkəbliyi ilə
xarakterizə olunan müasir qazımada alətin tutulmasının
qabaqcadan aşkarlığı və ləğv edilməsi məsələsi birinci dərəcəli
əhəmiyyətə malikdir.

11.1. Qazımada baş verən mürəkkəbləşmələr.

Quyuların qazılmasında müxtəlif mürəkkəbləşmələrə


rast gəlinir. Bunlara qazıma məhlulunun udulması, qaz-neft və
su təzahürləri, quyu divarının dayanıqlılığının pozulması və s.
aiddir. Qeyd etmək lazımdır ki, mürəkkəbləşmələrin qarşısını
almaq onları ləğv etməkdən çox asandır, çünki baş verən bir
mürəkkəbləşmə başqa mürəkkəbləşmənin yaranmasına da
səbəb olur və onların ləğvi daha da çətinləşir.
11.1.1. Qazıma məhlulunun udulması.

Bəzi hallarda qazımanın normal geoloji-texnoloji


şəraiti pozularaq quyudan çıxan məhlulun həcmi quyuya
vurulan məhlulun həcminə nisbətən getdikcə azalır. Bu proses
qazıma məhlulunun laya udulması adlanır.
Hansı vəziyyətdə olursa-olsun, quyuda udulma
əlaməti dərhal nəzərə çarpır və bu əsasən iki səbəbdən baş
verir. Bunlardan birincisi geoloji, ikincisi isə texnoloji
səbəblərdir. Geoloji səbəbdən baş verən udulma idarə
olunmayan prosesdir. Bunlar:
- layın az təzyiqli olması;
- iri məsaməli çox kiçik təzyiqli layların açılması;
- köhnə istismar rayonlarında drenaj edilmiş layların
açılması;
- yeraltı boşluqlara rast gəlinməsi;
- tektonik pozulmalar nəticəsində layda yaranan çatların
olmasıdır.
Udulmanın əsas səbəbi hidrostatik və ya hidrodinamik
təzyiq ilə lay təzyiqi arasında yaranan fərqdir.
Məhlul sakit vəziyyətdə olduqda
Məhlul hərəkətdə olduqda
ph.d – məhlulun hidrodinamik təzyiqi;
pl lay təzyiqidir.
Məhlul hərəkətdə olarkən udulmanın baş vermə
ehtimalı sakit vəziyyətdə olduğuna nisbətən daha çoxdur.
Hidrodinamik təzyiq məhlulun sakit vəziyyətindəki
təzyiqindən və məhlulun quyu lüləsində hərəkəti zamanı
yaranan təzyiq itkilərinin birgə təsirindən ibarətdir. Məhlulun
udulması əsasən üç kateqoriyaya bölünür.
1) məhlulun laya qismən udulması;
2) məhlulun laya böyük həcmdə udulması;
3) məhlulun faciəli sürətdə udulması.
Məhlulun laya udulması prosesində udulma sərfi
aşağıdakı kimi hesablanır.
Q = a  tb
Sakit vəziyyətdə sərfin qiyməti sıfra yaxınlaşır. Belə ki,
bu vəziyyətdə divar üzərində əmələ gələn gil qabığı
məsamələri tədricən tutur və getdikcə udulma sərfi azalır.
Məhlul hərəkətdə olduqda isə t-nin müəyyən qiymətinə qədər
gil qabığı qalınlığının artması nəticəsində udulma sərfi azalır.
Hərəkət edən məhlulun əmələ gətirdiyi gil qabığı müəyyən
vaxtdan sonra yuyulub aparılır və ya gil qabığının qalınlığı
artmır, nəticədə udulma sərfi təqribən sabit qalır (şəkil 11.1.)
Bütün vəziyyətlərdə udulma hadisəsinə qarşı görülən
əsas tədbir-məhlulun xüsusi çəkisini artırmamaq və hətta
mümkün qədər azaltmaq şərtilə onun özlülüyünü artırmaqdır,
ikinci növ udulma baş verdikdə qazıma məhluluna inert
materialları (rezin və pambıq qozası qırıntıları, sement, yüksək
sərtlikli gips və s) əlavə edilir və laya vurulur.
Bu materiallar layın məsamələrində ilişərək onların
ölçüsünü azaldır, səthində gil qabığı əmələ gəlir, yəni ikinci
növ udulma birinci növ udulma ilə əvəz olunur.
Məhlulun laya udulması sərfinin zamandan asılılığı
Vurulan məhlul quyudan çıxmazsa və quyudakı məhlul
səviyyəsi aşağı düşərsə bu faciəli udulma adlanır. Belə halda
laya tez tutuşmağa başlayan sement məhlulu vurulur. Sement
məhlulu məsamələrdə daşa dönür və onları tutur, udulmanın
qarşısını alır. Bu yolla da udulmanın qarşısını almaq mümkün
olmazsa, onda sement məhluluna inert materiallar əlavə olunur.
Bu da nəticə verməzsə, onda son tədbir kimi qazıma
məhlulunun quyudan çıxmamasına baxmayaraq quyu qazılır və
qoruyucu kəmər buraxılıb sementlənir. Çox halda qoruyucu
kəmər sifətilə quyruq kəmərindən istifadə olunur. Bunun üçün
udulma zonası dəqiq təyin olunmalıdır. Udulmanın yerini təyin
etməyin müxtəlif üsulları var, bunlardan ən dəqiqi geofizik
metodlardır.
1) elektrotermometr. Quyuya buraxılan cihaz udulma
zonası qarşısında temperaturun kəskin dəyişməsini
qeyd edir;
2) kavernomer. Udulma zonasında quyunun diametri daha
böyük olur;
3) akustik karotaj. Udulma zonasında dalğanın yayılma
sürəti kiçik olur.
Udulmanın baş verməsi səbəblərindən biri də məhlulun
sıxlığının artmasıdır. Məhlulun sıxlığı o qədər arta bilər ki,
onun yaratdığı hidrodinamik təzyiq layın hidravliki yarılma
təzyiqindən böyük olar. Bu halda təbii mikro çatlar böyüyür və
ya təzə çatlar əmələ gəlir. Hidravliki yarılma nəticəsində çox
hallarda məhlulun faciəli udulması baş verə bilər.

11.1.2. Neft-qaz və su təzahürləri.

Quyuların qazılması prosesində bəzən böyük nisbi lay


təzyiqinə rast gəlmək olur. Belə təzyiq lay suları basqısının və
ya layın məsamələrinə dolmuş sıxılmış qaz təzyiqinin quyudakı
qazıma məhlulunun hidrostatik təzyiqinə olan nisbətindən
əmələ gəlir. Quyudakı qazıma məhlulunun yaratdığı hidrostatik
təzyiq, laydakı su və ya qazın basqı təzyiqindən az olduqda (Ph
< Play) quyuya su və ya qaz daxil olur. Adətən normal şəraitdə
lay təzyiqi maye sütununun təzyiqindən bir qədər az və ya ona
bərabər olur (Play  Ph  maye Z).
Məlumdur ki, quyuya daxil olan su və ya qaz qazıma
məhlulunun xüsusi çəkisini azaldır, bu isə hidrostatik təzyiqin
daha da azalmasına gətirib çıxarır və nəticədə lay təzyiqi ilə
hidrostatik təzyiq arasındakı fərq get-gedə artır. Belə halda
qazıma məhlulunun quyuya vurulması dayandırıldıqda belə
quyudan çıxan maye dayanmayıb axmaqda davam edir. Quyu
ağzında baş verən bu hadisəni müşahidə edən kimi qazıma
briqadası qazıma prosesini dayandırmalı və təcili tədbir
görməlidir.
Su təzahürü baş verdikdə qazıma məhlulunun özlü-
lüyü və sıxlığı azalır, məhlulun su vermə qabiliyyəti artır. Məh-
lulun tərkibində duzun miqdarına nəzarət etməklə mineral su
təzahürünün baş vermə intervalını təyin etmək olur. Su
təzahürünün qarşısını almaq üçün lay təzyiqini dəqiq
müəyyənləşdirmək və yüksək anomal təzyiqli layların yatma
dərinliyini təyin etmək lazımdır. Bundan sonra məhlulun sıxlığı
lay təzyiqinə uyğun seçilməli, quyuağzı preventer bir daha
yoxlanılmalı, quyuağzı tərtibata sementləmə aqreqatı
birləşdirilməli, aparıcı borunun aşağı hissəsində əks klapan
yerləşdirilməli və qazıma məhlulunun parametrləri ciddi
nəzarətə götürülməli, tələb olunan xüsusi çəkiyə və özlülüyə
malik qazıma məhlulunun hazırlanması təşkil edilməlidir.

11.1.3. Quyu divarının dayanıqlılığının pozulması.

Quyu divarının dayanıqlılığı qazıma texnologiyası və


üsulundan həmçinin geoloji şəraitlə əlaqədar bir çox amillərdən
asılıdır. Quyu qazılan zaman quyu divarına yaxın ətraf zonada
yerləşən süxurlarda gərginlik dəyişməsi baş verir. Bu hadisə
əsasən aşağıdakı qüvvələrin təsirindən yaranır:
a) qazıma zamanı süxurlarda yan təzyiq yaradan geostatik
qüvvə (yuxarıdakı layların ağırlığı).
b) Quyuda divara təsir edən hidrostatik təzyiq (qazıma
məhlulunun təzyiqi).
c) dağ süxurlarının və qazıma məhlulunun temperaturları
fərqindən yaranan termik gərginlik.
d) qazıma alətinin qaldırılması və endirilməsi zamanı qazıma
məhlununun hidravliki müqavimətindən yaranan hidrodina-
miki təzyiq.

11.2. Qazımada baş verən qəzalar


Quyuların qazılması zamanı texniki və texnoloji
proseslərin pozulması nəticəsində bir çox qəzalar baş verir ki,
onların da ləğv edilməsinə külli miqdarda maddi və texniki
vəsait, vaxt, enerji, əmək sərf olunur. Odur ki, qazımada baş
verə biləcək qəzaların əvvəlcədən aşkar edilməsi, onların
qarşısının alınması və eləcə də bu və digər səbəblərdən baş
vermiş qəzaların tez bir zamanda ləğv edilməsi üçün tədbirlərin
işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bunun üçün
ilk növbədə qazımada baş verən qəzaların növlərini bilmək
lazımdır.
Qazımada baş verən qəzalar aşağıdakı növlərə
bölünür.
- Qazıma kəməri ilə;
- Quyudibi mühərriklərlə;
- Qazıma baltaları ilə;
- Qoruyucu kəmərlərlə;
- Kənar cisimlərin quyuya düşməsilə;
- Digər səbəblərlə əlaqədar baş verən qəzalar.
Qazıma kəməri ilə əlaqədar baş verən qəzalar.

Áó òèï ãÿçàëàð ãàçûìà êÿìÿðè åëåìåíòëÿðèíèí âÿ éà îíóí


êþìÿê÷è ùèññÿëÿðèíèí áîðó ýþâäÿñèíäÿí, ãûôûë ùèññÿëÿðènin
éèâèíäÿí âÿ éà ãàéíàã áèðëÿøìÿñèíäÿí ñûíàðàã ãóéóéà äöøìÿñè
âÿ éàõóä ãàçûìà êÿìÿðèíèí müxtəlif ñÿáÿáëÿðäÿí òóòóëìàñûäûð.
à) ×îõëó ìèãäàðäà àïàðûëìûø íÿçÿðè òÿäãèãàòëàð âÿ
ïðàêòèêè ìàòåðèàëëàðûí àðàøäûðûëìàñû íÿòèúÿñèíäÿ ñöáóò
îëóíìóøäóð êè, ãÿçàëàðëà íÿòèúÿëÿíÿí ãàçûìà êÿìÿðè
åëåìåíòëÿðèíèí ñûíìàñû ÿñàñÿí ìåòàëûí «yorulması» ilə izah
edilir. «Yorulma» hadisəsi əsasən qazıma kəmərinin titrəməsi,
kəskin şəkildə əyilmələr və zərbələrdən yaranan müvəqqəti və
ya uzun müddət təsir edən gərginliklərdən əmələ gəlir.
Metalın yorulmasını sürətləndirən amillər aşağıdakılar-
dır:
1) boru materialında zədələrin olması;
2) səkkiz saplı yivlərin kiçik radiuslu olması;
3) mürəkkəb geoloji və texnoloji qazıma şəraiti, layihə
üzrə nəzərdə tutulan qazıma rejiminin pozulması;
4) korroziyaya uğraması və s.
Qazıma kəmərinin hər hansı bir hissədən sınması yaxud
açılıb quyuya düşməsi əlamətləri hiss edildikdə dərhal qazıma
dayandırılır və qazıma kəməri mümkün qədər tez quyudan
qaldırılaraq qəzanın növü müəyyən edilir.
Quyuda sınıb, yaxud açılıb qalmış hissəni tutub
çıxarmaq və yaxud quyuya düşmüş metal cisimləri doğrayıb
çıxarmaq üçün aşağıdakı alətlər tətbiq edilir:
1) daxili borututan (metçik), kalibr;
2) xarici borututan (kolokol);
3) mərkəzləşdirici qarmaq;
4) yuma imkanlı tutucu (şlips);
5) overşot;
6) müxtəlif növ frezerlər;
7) boru kəsənlər və s.
Qazıma boruları qalınlaşdırılmış hissədən və ya
muftadan sındıqda daxili borututanlardan istifadə edilir (şəkil
11.2 ).
Qazıma boruları gövdədən sındıqda xarici borututanlar-
dan istifadə edilir (şəkil 11.3). Quyuda sınıb qalmış borunun
ucu mərkəzdən uzaqlaşıb quyu divarına söykəndikdə həmin
uca daxili və xarici borututanı bağlamaq demək olar ki
mümkün olmur və belə hallarda mərkəzləşdirici qarmaqcıqdan
istifadə edilir (şəkil 11.4).
Qazıma kəmərinin sınıb quyuda qalmış hissəsi kiçik
uzunluğa malik olduqda və xüsusilə də dayaz quyularda daxili,
yaxud xarici borututanın bağlanması mümkün olmur, çünki
bağlama zamanı quyudakı sınmış hissə yüngül olduğundan
fırlanır. Belə hallarda yuma imkanlı (şlipslərdən) tutucudan
istifadə edilir (şəkil 11.5).
Dayaz quyularda sınmış hissəni tutmaq üçün averşotdan
da istifadə edilir (şəkil 11.6).
Quyuda metal qırıntıları ləğv etmək və ya quyuya
düşmüş cisimləri kənar etmək üçün frezerlərdən istifadə edilir
(şəkil 11.7).
Sınmış hissənin hər hansı bir üsulla azad edilməsi
mümkün olmadıqda boru kəsənlərdən istifadə edilir (şəkil
11.8).
b) Qazıma kəmərinin tutulması: quyu lüləsində qazıma
məhlulu sütununun yaratdığı hidrostatik təzyiqin azalması
təsirindən, kəmərin novlarda quyu divarına yapışması, quyu
lüləsinin daralmış hissələrində və yaxud quyuya kənar
cisimlərin düşməsi nəticəsində qazıma kəmərinin pərçimlən-
məsi, quyu divarının uçulması, gil tıxacının əmələ gəlməsi,
qazıma kəmərinin quyuda uzun müddət hərəkətsiz qalması,
qazıma məhlulu parametrlərinin geoloji-texniki tapşırıqda
göstərilən qiymətlərə uyğun olmaması, quyu quruluşunun
düzgün seçilməməsi nəticəsində baş verir.
Hər növ tutulmanın azad edilməsi özünün xüsusiyyət-
ləri ilə xarakterikdir. Qazıma kəmərinin açıq quyu lüləsində
quyu divarına yapışmasından tutulması aşağıdakı kimi ləğv
edilir. Lay sınayıcısı və ya buna bənzər vasitələrin köməyi ilə
maye vannası yaradılır və tez-tez qazıma aləti bas-boş edilir, bu
iş zamanı tutulma zonasında hidrostatik təzyiq aşağı salınır.
Quyu içərisində pərçimlənmiş qazıma kəməri turşu
vannası, mexaniki vasitələrlə, ətrafı qazılmaqla və hidravliki
impulslarla da azad edilə bilər.

Şəkil 11.2
a -açıla bilən daxili boru tutan; b-daxili boru tutan. Paker
Şəkil 11.3 Xarici boru tutan (kolokol)
a-yönəldici başlıq;b-aşağı hissədən
kəsikli
Şəkil 11.4 Mərkəzləşdirici qarmaq

Şəkil 11.5 Yuma imkanlı tutucu (şlips)


1-keçirici;2-rezin kipkəc;3-tutucunun gövdəsi;
4-yiv açan alət (plaşka)
Şəkil 11.6 Overşot
a-yiv açan tutucu alət ilə;b-spiral şəkilli tutucu ilə;
1-yuxarı keçirici;2-gövdə;3-yiv açan tutucu;4-məhdudlaşdırıcı
halqa;5-istiqamətləndirici qıf;6 paker;7-spiral tutucu
Şəkil 11.7 Maqnitli frezer
1-keçirici;2-gövdə;3-yuxarı qütb;4-sancaq;5-sabit maqnit;6-aşağı
qütb; 7-oymaq;8-frezer kəməri
Şəkil 11.8 Boru kəsənlər
a-daxili boru kəsən;b-kəsiləcək boru muftasına söykənən yaylı
tutuculu xarici boru kəsən;c-hidravlik aparıcılı xarici boru kəsən;
ç-xarici boru kəsən;
1-ştift;2-keçirici;3-overşotun halqası;4,6,7,9-halqalar;5-gövdə;8-
spiralvari yay;10-kəsici;11-barmaqlar;12-xüsusi tərtibatlı qıf

Tutulmanın müvəffəqiyyətlə azad edilməsi ən əvvəl


kəmərin tutulmuş hissəsinin dəqiq müəyyən olunmasından çox
asılıdır.
Qazıma kəmərinin tutulma dərinliyi, onun müəyyən
qüvvə ilə dartılmasından alınan nisbi uzanmanın həddi ilə
müəyyən olunur.
Tutulma zonasını daha dəqiq təyin etmək üçün, kabellə
quyuya buraxılan tutulmanı ölçən (prixvatomer) və başqa
xüsusi cihazlardan da istifadə edilir.

11.2.2. Quyudibi mühərriklərlə əlaqədar


baş verən qəzalar.

Quyudibi mühərriklərin (turbin mühərriki, vintli


mühərrik, elektrik qazıyıcısı) və ya onların hissələrinin bu və
ya digər səbəblərdən tutularaq quyuda qalması nəticəsində baş
verən qəzalardır.
Turbin mühərrikinin yuxarı və ya pillələr arası
keçiricilərin yiv birləşmələrindən qopması, rotor qaykası və
turbin mühərriki valının konstruktiv elementlərinin açılması,
turbin mühərrikinin valının və ya gövdəsinin sınması,
mühərrikin şpindeli ilə baltanı birləşdirən keçiricinin açılması
mühərrikin qazıma kəmərindən açılması kimi qəzalar baş verə
bilər.
11.2.3. Qazıma baltaları ilə əlaqədar baş verən
qəzalar.

Bu növ qəzalara, baltaların, qazıma başlıqları, onların


elementləri və hissələrinin hər hansı bir texniki və ya texnoloji
səbəblərdən sınması yaxud tutulması nəticəsində quyuda
qalması ilə əlaqədar baş verən qəzalar aid edilir.
Belə qəzalar baltanın tipindən asılı olaraq aşağıdakı
növlərə bölünür:
a) pərli baltalarla baş verən qəzalar onların açılması,
pərlərin gövdədən sınması və s.
b) Almazlı baltalarla baş verən qəzalar qazıma və eləcə
də endirmə-qaldırma zamanı baltanın pərçimlənməsi və ya açıl-
masıdır.
c) Şaroşkalı baltalarla baş verən qəzalar-baltaların bağlan-
ması qaydalarına düzgün əməl etmədikdə açılması və onun no-
rmadan artıq işlədilməsi, buraxıla bilən yükdən çox boyuna yü-
kün verilməsi, baltanın quyu dibinə zərbə ilə vurulması, qazılan
süxurların bərkliyinə görə düzgün seçilməməsi, dayaqlarının və
qaynaq yerlərinin zəif olması nəticəsində sınmasıdır.

11.2.4. Qoruyucu kəmərlərlə əlaqədar baş verən


qəzalar.

Quyu divarlarının möhkəmləndirilməsi zamanı əsasən


aşağıdakı qəzalar baş verə bilər: qoruyucu kəmərlərin
tutulması, bir və ya bir neçə borunun açılaraq quyuya düşməsi,
qoruyucu boruların əzilməsi və deşilməsi, yiv birləşmələrindən
qopması (sınması), sement stəkanın, istinad həlqəsinin, əks
klapanın istiqamətləndirici tıxacın qazılması zamanı boruların
zədələnməsi və ya kəmərin aşağı hissəsi elementlərinin düzgün
yığılmaması ilə əlaqədar baş verən qəzalar.
11.2.5. Kənar cisimlərin quyuya düşməsi
nəticəsində baş verən qəzalar.

Bu cür qəzalar qazıma alətinin endirilib-qaldırılması


zamanı rotor pazının, açarların, kuvald (iri ağır çəkic), adi
çəkic, pnevmatik pazların hissələrinin, pnevmatik buruq
açarının hissələrinin və başqa əl alətlərinin quyu ağzında
aparılan iş zamanı quyuya düşməsi nəticəsində baş verən
qəzalardır.
Belə qəzalar alətin endirilib-qaldırılması zamanı
halqavari fəza (quyu ağzında) xüsusi rezin manjetlə bağlanma-
dıqda və ya kənar cisimlərin quyuya düşməsinin qarşısını alan
rezin tərtibatların qoyulmadığı hallarda, quyu ağzında təmir
işləri görüldükdə və s. hallarda baş verir.
12. MƏHSULDAR HORİZONTLARIN (LAYLARIN)
AÇILMASI, MƏNİMSƏNİLMƏSİ VƏ SINAQDAN
KEÇİRİLMƏSİ.

Layların açılması və quyunun mənimsənilməsi keyfiyyətlə


aparılmalıdır. Layın açılması texnologiyasının və
mənimsənilməsinin keyfiyyətlə aparılması deyəndə müvafiq
əməliyyatların yerinə yetirilməsindən sonra layın (kiçik
qalınlığa malik layların) hidrokeçiriciliyinin dəyişmə dərəcəsi
başa düşülməlidir. (Keyfiyyəti qiymətləndirmək üçün rəhbər
sənədlərdə göstərilən metodikadan istifadə edilməlidir).

12.1. Məhsuldar layların (Horizontların) açılması.

Neft və qaz yataqlarının kəsilişində külli miqdarda


məsaməli laylara – kollektorlara rast gəlinir: qum, qum daşı,
əhəng və s. Bunlar, gillər, mergeller, bərkimiş qumdaşları ilə
bir-birindən təcrid edilmiş olurlar. Bu laylar adətən neftli,
qazlı, sulu və ya bunlarsız yəni quru olurlar.
Quyunun tamamlanması zamanı quyudibi quruluşa
xüsusi diqqət yetirməlidir. Qazıma təcrübəsində əsasən aşağı-
dakı quyudibi quruluşlardan istifadə edilir:
1. Məhsuldar horizontun tavanına qədər sulu layları
bağlayan kəmərin buraxılıb sementlənməsi, sonra isə
xüsusi süzgəcin, yaxud quyruq kəmərinin endirilməsi.
Kəsilişin məhsuldar hissəsi dəyanətli süxurlardan təşkil
olunarsa, bəzi hallarda süzgəc, yaxud quyruq kəməri
buraxılmır və sulu layları bağlayan kəmərdən istismar
kəməri kimi istifadə edilir (şəkil 12.1 a.).
2. Kiçik qalınlıqlı neftli laylarıdan yuxarı hissəni manjetlə
sementləmə üsulundan istifadə etməklə, kombinə edilmiş
kəməri buraxıb layı bütövükdə açmaq, və lay qarşısında
aşağı hissədə süzgəc yerləşdirməklə layı tam açmaq (şəkil
12.1.b.v).
3. Kəməri buraxıb quyu ağzına qədər sementləyib layı tam
açmaq, sonra isə məhsuldar lay qarşısında gülləbaran
etməklə deşiklər açmaq (şəkil 12.1.q.d).
Sadalanan üsullar məsamələrin tutulmasına yol
verməməyə və neftin laydan quyuya hərəkət etməsi üçün
əlverişli şərait yaratmağa yönəlmişdir.

Şəkil 12.1.
Quyuların tamamlanması zamanı quyudibi
quruluşunun sxemi:
1. qoruyucu kəmər; 2. süzgəc; 3. sement daşı; 4. paker;
5.perforasiya deşikləri; 6. məhsuldar lay; 7. quyruq kəməri.
Lay təzyiqindən, layın neftlə doyma dərəcəsindən
drenajlıq dərəcəsindən və başqa amillərin təsirindən asılı olaraq
layın açılması üsulları müxtəlif ola bilər, lakin onların hamısı
aşağıdakı əsas tələbləri ödəməlidirlər:
1. Yüksək lay təzyiqinə malik layları açan zaman açıq
fontanın baş verməsi imkanının qarşısı alınmalıdır.
2. Layın açılması zamanı quyudibi zonanın təbii süzülmə
xassələri yüksək səviyyədə qorunub saxlanmalıdır. Əgər
süxurların keçiriciliyi kiçikdirsə, quyudibi zonanın
süzülmə xassələrinin yaxşılaşdırılması üçün tədbirlər
görülməlidir.
3. Layın açılmalı olan müvafiq intervalları, quyunun uzun
müddət susuz istismarına və quyu dibinə neftin axınını
maksimal səviyyədə asanlaşdıranmağa təminat verən, hər
şeylə təchiz edilməlidir.
Kiçik lay təzyiqinə malik məhsuldar layların açılması
zamanı qazıma məhlulu xüsusi səylə seçilməlidir, belə ki,
qazıma məhlulun intensiv surətdə udulması baş verə bilər, bu
isə öz növbəsində quyu dibi zonasında neftin laya doğru
sıxışdırılmasına və süxurların süzülmə xassələrinin ciddi
surətdə pisləşməsinə səbəb ola bilər. Belə layların açılmasında
neft əsaslı xüsusi qazıma məhlullarından, emulsiyalı qazıma
məhlullarından, səthi fəal maddələr əlavə edilmiş məhlullardan,
aerizə edilmiş mayelərdən və s. istifadə edilməlidir.
Gücdən düşmüş layların açılmasında quyunun tamam-
lanması işləri əsasən yuxarıda qeyd edilən birinci iki üsul üzrə
yerinə yetirilir.
Məhsuldar layı açmazdan əvvəl onun tavanına qədər
sulu layları bağlayan kəmər buraxılır, məhsuldar qatı açandan
sonra isə quyruq kəməri yaxud da süzgəc buraxılır.
Sulu layları bağlayan kəmər olmadıqda gücdən düşmüş
lay açıldıqdan sonra onun qarşısına süzgəcli kəmər buraxılır və
manjet üsulu ilə sementləmənin köməyilə neft layının yuxarı
hissəsi sementlənir. Süzgəclər, dairəvi şəkildə və ya yarıqları
(çatları) olan deşiklərdən ibarət olurlar.
Çatları olan süzgəclərin hazırlanması baha qiymətə başa
gəlir, quyuya daxil olmaq istəyən qumun qarşısını həmişə ala
bilmir və çox hallarda çatları zibillərlə tutulur. Ona görə
quyuya qumun daxil olmasının qarşısını almaq üçün quyu
dibini digər müxtəlif üsullara təchiz edirlər.
Məsələn, quyu dibi metal-keramik, qumlu-plastmass
yaxud çınqıllı süzgəclərlə təchiz edilir. Yüksək təzyiqə malik
laylar bütün ehtiyat tədbirləri görülməklə, tam açılır, sonra
istismar kəməri buraxılıb quyu ağzına qədər sementlənir və
məhsuldar lay qarşısında gülləboran edilməklə kəmərdə
deşiklər açılır.
12.2. Qoruyucu kəmərin perforasiya edilməsi.

İstismar yaxud sınaq məqsədilə layı açmaq üçün gülləli


yaxud gülləsiz perforasiya üsullarından istifadə etməklə,
qoruyucu kəmərdə və sement həlqəsində deşiklər açırlar.
Hörük şəklində bir-biri ilə birləşmiş perforatorlar karotaj kabeli
vasitəsilə quyuya buraxılır. Perfaratorun kamerası içərisinə
barıt doldurulur və fitil qoyulur. Yer üzərindən kabel vasitəsilə
perforatora cərəyan verilir. Bu zaman barıt alışır və güllə
böyük sürətlə perforatorun lüləsindən çıxaraq qoruyucu
kəmərin divarında və sement halqasında deşik açır. Bir
perforatorla diametri 11-11,5mm olan 6-12 deşik açmaq
mümkündür.
Gülləsiz perforasiya daha geniş yayılmışdır. Bu halda
kəmər divarında deşiklər güllə ilə deyil, mərkəzləşdirilmiş və
istiqamətləndirilmiş qaz şırnağı ilə açılır. Qaz şırnağı isə dol-
durulmuş qazın partlayışından yaranan dalğanın təsiri nəticə-
sində əmələ gəlir (Bu əməliyyatları geoloji partiya yerinə
yetirir).
Kəmərdə deşiklər açılan zaman quyu ağzında xüsusi
siyirtmə qoyulur ki, laydan quyuya güclü axın yaranan zaman
quyunu bağlamaq mümkün olsun. Quyunun məhsuldar layla
əlaqəsini yaxşılaşdırmaq üçün layı hidroqumlu şırnaq
üsulundan istifadə etməklə də açırlar. Bu məqsədlə, quyuya
nasos kompressor boruları ilə şırnaq aparatı buraxırlır. Bu
aparat gövdə və ucluqdan ibarət olur. Boruların içərisinə
yüksək təzyiq altında maye ilə qum birlikdə vurulur. Ucluqdan
böyük sürətlə çıxan şırnaq kəməri, sement daşını və məhsuldar
qatı təşkil edən süxurları asanlıqla deşə bilir. Bu üsul başqa
üsullardan üstünlükləri ilə fərqlənir. Belə ki, bu üsulda
kəmərdə və sementdə çatlar əmələ gəlmir, deşiklərin
diametrlərini və açılacaqları dərinlikləri tənzim etmək
mümkündür, üfqi və şaquli kəsiklər etməyə imkan verir. Bu
üsulun nöqsan cəhəti çox maddi vəsait tələb etməsi və iri
yerüstü avadanlığın yaradılmasının vacibliyidir.
13. QAZIMANIN TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏRİ.

Qazımanın nəticələri qiymətləndirmək üçün bir neçə


göstəricilər vardır ki, onların köməyi ilə həmin rayonda
qazımanın texniki – iqtisadi xarakteristikasını müəyyən etmək
olur.
Qazımanın dinamikasını aşağıdakı göstəricilərə əsasən
təhlil edirlər:
1. Baltanın 1 m gedişinə düşən qazılmış süxurların həcmi, m3
/m ilə;
2. Baltanın 1 m gedişinə düşən metalın sərfi (qoruyucu
borular), kg /m ilə;
3. Qazıma sürətləri m /dəzgahay, ilə;
a. tam (tsikl sürəti) sürət
b. ümumi (kommersiya sürəti) sürət
c. texniki sürət
4. Qazımanın mexaniki və reys sürətləri, m /saat ilə;
5. 1000 m qazımaya sərf edilən baltaların sayı;
6. Bütövlikdə quyu yaxud qazımanın 1 m-ə düşən vaxt
balansı, saat ilə;
7. Bütövlikdə quyunun və qazımanın 1 m – nin maya dəyəri;
Baltanın 1 m gedişinə düşən qazılmış süxurların
həcmi aşağıdakı düstur ilə tapılır:
0,785(D 2H D 2H D 2 H )
Vсuxur  1 1 2 2 n n
H
D1, D2, D3...Dn – quyunun qazılmasında istifadə edilən
baltaların diametrləri, m ilə;
H1, H2, H3...Hn - D1, D2, D3...Dn baltaları ilə qazılmış
intervallar;
H – quyunun layihə dərinliyi (Əgər quyu layihə dərinliyinə
çatdırılmayıbsa, faktiki dərinlik), m.
Qazımanın səmərəli olmasını qazıma baltasının 1 m
gedişinə düşən metal sərfinə görə də müəyyən edirlər. Bu
məqsədlə, quyuya buraxılan qoruyucu boruların ümumi
çəkisinin, quyunun dərinliyinə olan nisbəti əsas götürülür.
Təbiidir ki, qazıma texnologiyasının inkişaf səviyyəsi
yüksəldikcə metal sərfi də azalmalıdır.
Tam tsikl sürətini tapmaq üçün qazılmış quyunun
dərinliyini H tikinti-montaj işlərinin başlanması anından
quyunun istismara təhvil verilmə müddətinə qədər sərf edilən
ümumi vaxta (Tüm) bölürlər.
Yəni:
V tam  H 720 m /dəz.-ay
T
um
720 saat = 1 ay - dır.
Qazımanın ümumi (kommersiya) sürətini Vüm
tapmaq üçün qazılmış quyunun dərinliyini H, quyuya ilk
qazıma baltası buraxılan andan başlayaraq, qazıma şamlarını
təşkil edən boruların açılıb buruq körpüsü üzərinə
çıxarılmasına qədər sərf edilən vaxta To bölürlər.
Yəni:
V um  H 720 m /dəz.-ay
T
о
Qazımanın texniki sürətini tapmaq üçün qazılmış
quyunun dərinliyini H, yalnız məhsuldar qazıma vaxtına Tməhs
bölürlər. (Burada qeyri məhsuldar işlərin görülməsinə sərf
edilən vaxtlar Təlavə nəzərə alınmır. (Məsələn: boş dayanmalar,
təmir işləri, mürəkkəbləşmələrin və qəzaların ləvğ edilməsinə
sərf edilən vaxtlar).
Yəni
Tməhs=To-Təlavə
Onda
Vtexn  H 720 m /dəz.-ay
T
мящс.
Qazıma baltasının quyu dibində səmərəli işini
aşağıdakı göstəricilər xarakterizə edirlər:
a. baltanın quyu dibində işləmə müddəti tiş, saat ilə;
b. qazımanın mexaniki sürəti, Vmex, m /saat ilə;
s. bir reysdə baltanın gedişi h, m ilə;
d. qaldırıb endirmə əməliyyatına sərf edilən vaxt, tq.e.
saat ilə;
e. qazıma borusunun qazıma kəməri üzərinə əlavə
edilməsi təl, saat ilə;
f. İşlənmiş baltanın yeni balta ilə əvəz edilməsi tb, saat
ilə.
Mexaniki sürət dedikdə bir saat müddətində təmiz
qazımaya sərf edilən vaxt başa düşülür
V мех  t h
мех
h – baltanın gedişi, m ilə;
tmex – yalnız təmiz qazımaya sərf edilən vaxt, saat ilə.
Baltanın quyu dibində işinin tam səmərəliliyini qazımanın
reys sürəti xarakterizə edir və aşağıdakı kimi təyin edilir:
Vr  t h
 t t  t
mex qe l тямир
təl = tköməkçi + tmürəkəb + tqəza
Daha dərin təhlil aparmaq lazım olduqda
1. bir balta üzrə qazımanın reys sürəti və
2. bütövlükdə quyu üzrə qazımanın reys sürəti təyin
edilir.
Aşağıdakı şərtlər daxilində bir misal həll edək:
Fərz edək ki, quyunun dərinliyi 4000 m, tikinti-montaj
işlərinə başlanıb 01.03.06, qazıma işləri başlanıb 10.03.06,
qazıma işlərinin qurtarması və quyunun istismara təhvil
verilməsi 31.12.06-cı il. Baltaların sayı 78 ədəd təmiz mexaniki
qazımaya sərf edilən vaxt tmex = 260 saat, qaldırıb endirmə
əməliyyatına sərf edilən vaxt tq.e.= 650 saat, boş dayanmalara,
təmir işlərinə, boru əlavə edilməsinə və mürəkkəbləşmələrin
ləğv edilməsinə sərf edilən ümumi vaxt 90 saat.
1. Qazımanın tam sürəti (tsikl sürəti)
V tam  4000720  400 m /dəzgah. ay
103024
2. Qazımanın ümumi (kommersiya) sürəti:
V  H 720  4000720  4000720  40000  412 m
um Tо 9aj 21gun 24 29124 97
/dəzgah ay
3. Qazımanın texniki sürəti
Vt  H 720  4000  720  4000  720  4000  720 
T 9ay21gun  24  90 291 24  90 6984  90
m hs.
 4000  720  418saat
6894
4. Bir baltaya düşən qazıma gedişi
h1b = 4000 : 78 = 51,3 m.
5. Qazımanın mexaniki sürəti
V mex  t h  4000  15,4 m /saat
260
mex
6. Qazımanın reys sürəti
Vreys  t h  4000 4000  4 m /saat
t t t t 26065090 1000
mex q.e. яl b tяmir

13.1 Balans vaxtı

Quyunun qazılma vaxtının ayrı-ayrı işlər üzrə


paylanması balans vaxtı adlanır.
Balans vaxtı aşağıdakı iş növləri üzrə diferensasiya
edilir:
Məhsuldar vaxt, Tməh.
1. Baltanın bilavasitə quyudibində işi Tb (qazıma).
Buraya: quyunun yuyulması və quyu divarının
genişləndirilməsinə sərf edilən vaxtlar da daxildir.
2. Kompleks işlərə sərf edilən vaxt. Buraya: qazıma
kəmərinin qaldırıb endirilməsinə, qazıma kəmərinə
boru əlavə edilməsinə, baltanın dəyişdirilməsinə, sərf
edilən vaxtlar daxildir.
Tki = Tqe + Təlavə + Tb.d.
3. Layların təcrid edilməsi Tq.m..Buraya qoruyucu
kəmərlərin quyuya endirilməsi və onun sementlənməsi
(quyunun möhkəmləndirilməsi) daxildir.
4. Texniki cəhətdən vacib (köməkçi işlər) işlərin görül-
məsinə sərf edilən vaxt Tk. Buraya quyunun əyriliyinin
və azimutunun ölçülməsi, elektro və radiometrik ölçmə
işləri, qazıma şamlarının yığılması və ayrı-ayrı borulara
ayrılması, tal kanatının dəyişdirilməsi, quyunun
istismara hazırlanması, quyunun mənimsənilməsi və s.
daxildir.

Məhsuldar olmayan vaxt, Tməh.olm


1. Boş dayanmalara sərf edilən vaxt Tboş d.
2. Təmir işlərinə sərf edilən vaxt Ttəm.
3. Qəzaların ləğv edilməsinə sərf edilən vaxt Tqəza
4. Mürəkkəbləşmələrin ləğv edilməsinə sərf edilən vaxt
Tmür.
Yuxarıda qeyd edilən məhsuldar vaxtlardan ən əsası və
səmərəlisi baltanın bilavasitə quyu dibindəki işidir. 2, 3, 4-cü
bəndlər işə texniki cəhətdən vacib və köməkçi xarakterlidir.
Qazımanın sürətini artırmaq üçün qazımanın texnoloji
prosesini elə təşkil etmək lazımdır ki, öz xüsusi çəkisinə görə
bilavasitə baltanın quyu dibində işi maksimum olsun.
Quyuların müvəffəqiyyətlə qazılmasını təmin edən əsas
devizlərdən biri olan «fasiləsiz və dayanmalarsız qazıma»-ğa
nail olmaq lazımdır. Təcrübə göstərir ki, fasilələr və boş
dayanmalar olmayan quyular mürəkkəbləşmələrsiz və
qəzalarsız müvəffəqiyyətlə layihə dərinliyinə çatdırılır.
Qazılan quyunun maya dəyəri
Qazılan quyunun maya dəyəri ya bütövlükdə quyu üzrə, ya
da qazımanın bir metrinin maya dəyərinə görə hesablanır.
Bunlardan ikincisi daha maraqlıdır.
Çünki quyunun bütövlükdə maya dəyəri bir çox amillərdən
asılıdır: qazıma rayonu, qazımanın məqsədi, qazılan süxurların
fiziki-mexaniki xassələri, layihə dərinliyi, quyunun quruluşu,
istifadə edilən enerjinin növu, istehsalın və əməyin təşkili və s.
belə amillərdəndirlər.
Planlaşdıranlar əsas göstəricilərinə görə bir rayonda
qazılan quyuları qruplaşdırmaqla bir neçə quyu üçün bir layihə
və smeta tərtib edilməsinə nail olmağa çalışırlar. Buna, bəzən
bir qrup quyular üçün nümunəvi layihə yaxud tipik layihə də
deyirlər.

Qazımanın nəticələrinin təhlili

Qazımanın nəticələrinin texniki-iqtisadi təhlilini


asanlaşdırmaq üçün xüsusi sorğu vərəqinin doldurulması
məsləhət görülür. Onun üz vərəqində: qazıma işləri idarəsi,
yataq, quyu nömrəsi, dərinliyi, məhsuldar qat, qazımaya
başlanan və qazımanın qurtardığı vaxtlar, qazımanın sürəti,
baltanın gedişi, quyu üzrə bütövlükdə və 1 m qazımanın maya
dəyərləri, qazımanın texniki-iqtisadi göstəriciləri, qazıma
ustası, quyu quruluşu, vaxt balansı, məhsuldar və qeyri
məhsuldar vaxtlar, baltanın iş göstəriciləri, ölçüləri, sayı, quyu
dibində işləmə müddəti, avadanlığın və enerjinin növü, qazıma
üsulu, bucurqad, rotor, nasos, quyudibi mühərrikləri, laylar,
rejim parametrləri və s. haqqında qeyd edilmiş sorğulara cavab
vermək tələb olunur. Sonra hər quyu üçün toplanan yuxarıdakı
məlumatların təhlilinə başlayırlar.

13.2 Quyunun inşa edilməsi üçün texniki layihə


«Quyunun inşa edilməsi üçün texniki layihə smeta xərcləri
ilə birlikdə» quyunun inşası üçün əsas sənəd hesab edilir.
Texniki layihə təsdiq edilmədən quyunu inşa etmək olmaz.
Texniki layihə hər bir quyu üçün hazırlanır və o aşağıdakı
bölmələrdən ibarət olur:
1.Qazıma vışkasının montaj edilməsi üçün hazırlıq işləri;
2.Qazıma vışkasının və qazıma avadanlıqlarının montajı;
3.Qazımanın geoloji-texniki şəraiti;
4.Quyu inşası tsiklinin müddətinin əsaslandırılması;
5.Quyu inşası tsiklinin qrafiki;
6.Təhlükəsizlik texnikası, yanğın əleyhinə texnika və
istehsalat sanitariyası tədbirləri. Yerin təkinin və ətraf
mühitin mühafizəsi.
Geoloji-texniki tapşırıq

Geoloji-texniki tapşırıq 3 bölmədən ibarət olur: 1. Geoloji


hissə; 2. İstehsalat-texniki göstəriciləri; 3. Əmək göstəriciləri.
Geoloji hissədə: stratiqrafiya, yəni quyu kəsilişini təşkil
edən laylar və horizontlar; süxurların litoloji tərkibi, onların
yerləşdiyi dərinlik; quyu kəsilişinin eyni bərkliyə malik
süxurlardan təşkil edilmiş paçkalara ayrılması: ehtimal olunan
mürəkkəbləşmələrin baş verəcəyi dərinliklər göstərilir.
İstehsalat texniki göstəricilər bölməsində qazıma işlərinin
geniş texnoloji sxemi və hər işin yerinə yetirilməsi üçün texniki
normalar, təlimatlandırıcı materiallar göstərilir. Bunlar
aşağıdakılardır: ayrı-ayrı işlərin yerinə yetirilmə sxemi; quyu-
nun ayrı-ayrı intervallarını qazımaq üçün qazıma məhlulunun
parametrləri və sərfi; sementləmə hündürlükləri və yerləri
göstərilməklə quyunun texniki kəsilişi; quyunun ayrı-ayrı
intervallarını qazımaq üçün baltaların tipi və ölçüləri; hər balta
üçün qazıma rejimi parametrləri (oxboyu yük, qazıma
məhlulunun sərfi, baltanın dövrlər sayı və s.); quyunun əyri-
liyini və azimutunu ölçmək və quyuda elektrometrik ölçü işləri
aparmaq üçün intervallar; tal sisteminin tellənməsi; bucurqadın
ayrı-ayrı sürətlərində qaldırılacaq şamların sayı; qazıma ava-
danlığı komplekti; ayrı-ayrı intervallarda istifadə ediləcək kim-
yəvi reagentlər, yağlayıcı əlavələr, ağırlaşdırıcılar; Qazıma
kəmərinin aşağı hissəsinin ayrı-ayrı intervallar üçün quruluşu
və s. göstərilir.
Əmək göstəriciləri bölməsində mexaniki qazıma, qaldırıb
endirmə əməliyyatları və qazıma briqadasının yerinə yetirdiyi
bütün başqa işlər üçün istehsal norması və vaxt norması
göstərilir.
Geoloji texniki tapşırıq qazıma briqadası üzvlərinin
nəzərinə çatdırılmalı və yaxşı izah edilməlidir. Bildirilməlidir
ki, geoloji texniki tapşırıq rəhbər sənəddir və oradakı
tapşırıqlara sözsüz və dəqiq əməl edilməlidir.
Quyuların inşası tsikli (görülən işlər)
Quyuların inşa edilməsi tsiklinə aşağıda qeyd edilən
cürbəcür elementlər daxildir: 1. Avadanlıq və quyular üçün
meydançanın və özülün hazırlanması;
2. Vışkanın və vışkayanı tikintilərin montajı;
3. Qazıma və energetika avadanlıqlarının montajı;
4. Qazıma işlərinə başlamaq üçün iş yerlərinin
hazırlanması;
5. Quyunun qazılması;
6. Quyunun möhkəmləndirilməsi;
7. Məhsüldar obyektin açılması və quyunun istismara
təhvil verilməsi;
8. Qazıma və energetika avadanlıqlarının demontajı.
14. YERİN TƏKİNİN VƏ ƏTRAF MÜHİTİN
MÜHAFİZƏSİ

Biosferanın mineral əsasını təşkil edən Yer qabığının və


eləcə də bütün təbiətin mühafizəyə böyük ehtiyacı var. Bu isə
insanların planetimizin təkinə daha böyük sürətlə müdaxilə
etməyə can atması nəticəsində özünü daha qabarıq şəkildə
göstərməkdədir. İnsanlar mineral mühitlə, biosfera ilə və
bütövlükdə təbiətlə mütəmadi olaraq qarşılıqlı münasibətdə
olublar. Belə ki, faydalı qazıntıların çıxarılması bilavasitə iki
növ problemlə sıxı surətdə bağlıdır: mineral ehtiyatlardan
səmərəli istifadə və bizi əhatə edən təbiətin mühafizəsi. Faydalı
qazıntı yataqlarının işlənməsi zamanı dənizlərin, çayların,
münbit torpaqların, yer səthinin, su hövzələrinin və atmosferin
qorunması üçün tədbirlərin həyata keçirilməsi yer təkinin və
bütövlükdə təbiətin birinci növbədə canlı aləmin, mühafizəsi,
təbii ehtiyatları isə itgilərdən və israfçılıqdan qorumaq
deməkdir. Bunu, hazırkı və gələcək maraqları nəzərə almaqla
icra etmək lazımdır. Təbiətə və onun ehtiyatlarına elmi
cəhətdən əsaslandırılmış münasibət alimlərin və mütəxəssis-
lərin proqram sənədi olmalıdır, cəmiyyətimizin inkişaf
səviyyəsinə uyğun olaraq yerin təkinin qorunmasında hüquqi
normalara və respublika kodeksinə ciddi surətdə əməl edil-
məlidir.
Ağır da olsa ehtiraf etmək lazımdır ki, bu məsələnin
hazırda nə qədər ciddi bir problem olduğuna lazımınca qiymət
verilmir və yer təkinin qorunmasında dövlət kodeksinin
tələbləri kifayət qədər yüksək səviyyədə yerinə yetirilmir. Belə
ki, qonşu respublikanın və öz respublikamızın müxtəlif
istehsalat tullantılarının Kür çayına və Xəzər dənizinə
axıdılmasının qarşısı hələ də tam alınmamışdır. Dünya üzrə
maye yanacağa tələbatın gündən-günə artması insanlara dəniz
və okeanların dərinliklərində yerləşən neft və qaz yataqlarını
istismar etməyə məcbur etmişdir. Nəticədə isə insanlar çay,
dəniz və okeanların flora və faunasına ciddi zərər vurmuş
olurlar. Məlumdur ki, müxtəlif sənaye sahələrinin, kənd
təsərrüfatının elm və texnikanın müasir inkişafını maye
yanacaqdan istifadəsiz təsəvvür etmək mümkünsüzdür.
Deməli, bu baxımdan, Azərbaycan Respublikasının, yaxın
gələcəkdə dünyanın böyük neft və qaz ixracatı ölkəsinə
çevriləcəyi danılmazdır. Odur ki, atomsfer havasının, torpağın,
su hövzələrinin, yerin təkinin, bitgi və heyvan aləminin
çirklənməsi ilə mübarizə dövlətin, xalqın və hər bir vətəndaşın
müqəddəs borcu olmalıdır. Bu məqsədlə, təklif edilmiş qapalı
tsikl tullantısız texnologiyadan istifadə və çirklənmiş
materialların basdırılması diqqəti daha çox çəkir. Məsələyə bu
cür yanaşma və əldə edilən müvəffəqiyyətlər mühitə və yerin
təkinə olan zərərli təsiri azaltmağa xidmət etdiyi üçün çox
qiymətlidir.
Bu da sirr deyildir ki, müxtəlif sənaye obyektlərinin
tullantılarının və çirkli sularının axıdılması Xəzər dənizini
çirkaba çevirmişdir. Əfsuslar olsun ki, bu məsələdə neftçilərin
fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Neft və qaz
yataqlarının işlənməsi, neft və qaz quyularının qazılması, neft
və qazın yığılması, nəql edilməsi və emalı, müxtəlif
məzahürlərin və qəzaların baş verməsi, Xəzər dənizinin flora
və faunasının fəaliyyətinə zəzərli təsir göstərir.
Bizim məqsədimiz yuxarıda qeyd edilən amillərdən biri
yəni neft və qaz çıxarılmasının yüksələn xətt üzrə artmasını
təmin etmək üçün, neft və qaz quyularının qazılmasının
həcminin məcburi surətdə artdığı bir şəraitdə yerin təkinə və
ətraf mühitə zərərli təsiri mümkün qədər azaltmaqdır. Buna
nail olmaq üçün öncə yataqda geoloji və geofiziki tədqiqatlar
aparılmalı, yatağın geoloji kəsilişi ətraflı öyrənilməlidir. Sonra
quyunun qazılması zamanı istifadə ediləcək səthi aktiv mad-
dələr, kimyəvi reagentlər, zəhərli maddələr, yağlar, turşular,
qələvilər, duzlar və s. təsirinin minimuma endirilməsinə
çalışmaq lazımdır.
Dənizdə quyuların qazılmasında əsas çirkləndirici qazıma
şlamıdır. Yuxarıda adları çəkilən maddələrin çox böyük
əksəriyyəti qazıma şlamı tərkibinin əsas komponentləridirlər.
Əlavə olaraq qeyd edilməlidir ki, qazıma şlamının Xəzər
dənizinə tökülməsi dənizin flora və faunasına, bioloji aləminə
məhvedici təsir göstərməklə yanaşı, bu regionda yaşayıb
yaradan insanların təsərrüfat və mədəni fəaliyyətlərinə də zərəli
təsir göstərir. Odur ki, qazıma şlamının zərərsizləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir. Son zamanlar şlamın
zərərsizləşdirilməsi üçün bir sıra təkliflər və üsullar işlənib
hazırlanmışdır. Hazırda bu üsullar içərisində aşağıda qeyd
edilənlər ən səmərəli üsullar hesab edilirlər: oksidləşdirmə,
hidrofoblaşdırma, şlamın termoişlənməsi, şlamın sahilə çıxarıl-
ması və əvvəlcədən müəyyən edilmiş xüsusi yerlərdə basdırıl-
ması (şəkil 14.1 və 14.2).
Bu gün respublikamızda və xarici ölkələrdə aparılan elmi-
tədqiqat işlərinin nəticələrinə əsaslanaraq, qazıma tullantıları-
nın utilizasiyasını və qazıma şlamının digər tullantılarla birlik-
də bilavasitə laya vurulmasını ən yeni və səmərəli üsul kimi

гуйунун мящл шл
ул титр шламын шламын
аьзы ам
+шла яйян топланм сащиля
яляк асы апарылма
м
сы

насослары артыг газыма шламын йуйул


н гябул мящлулунун масы вя
чяни вя башга зярярсизляш-
ещтийат буруглара дирил мяси
тутумлар апарылмасы цчцн
чюкдцрцъц
шламын
йанды
рылмасы цчцн
соба
Şəkil 14.1
Sahilə yaxın yataqlarda yerləşən estakadadan
шламын титряйян контейнерлярин
12 КП-ЗУ краны иля
ялякдян контейне ря автома-шынларла
долу контейнерлярин
йыьылмасы 1,25 м3 сащиля
автомашынлара йцк-
эятирилмяси
лянмяси
автокран
васитясиля
дцшцрцлцб
бошалдылмасы
Açıq dəniz yataqları üzərində yerləşən stasionar platformalar
və estakadalardan qəbul etmək olar.
шламын .КП-2 шламла
титряйян кранынын долдурулмуш
ялякдян чалову иля няглиййат
контейне ря няглиййат контейнеринин
йыьылмасы контейнериня кран эямисиня
0,6 м3 бошалдылмасы йцклянмяси
3,25 м3

няглиййат бору йыьан бору йыьан


контей автоняг- автоняглиййатын
нерляринин лиййатын кюмяйи кюмяйи иля
сащил няглиййат няглиййат
базасына контейнерляринин контейнерляринин
йыьылмасы йцклянмяси сащил
мейданчасына
дцшцрцлмяси,
бошалдылмасы
Şəkil 14.2
Əsrin müqaviləsi Xəzər dənizində neft və qazın
istismarının intensivləşdirilməsini, illik neft hasilatının 50
milyon tona çatdırılmasını nəzərdə tutur. Bununla əlaqədar
olaraq, qazıma işlərinin həcminin xeyli artacağı da nəzərə
alınsa, dənizin çirklənmədən qorunmasının nə qədər böyük
əhəmiyyətə malik olmasını təsəvvür etmək çətin deyil.
Quyuların qazılması zamanı qazıma şlamının və çirkab
suların laylara vurulması üçün, şlamın tələb olunan kon-
disiyada suspenziya halına gətirilməsi və sonradan laya vurul-
ması xüsusi avadanlıq, başqa sözlə desək xüsusi texniki vasitə
və texnologiyanın işlənib hazırlanmasını tələb edir. Artıq bu
sahədə xeyli iş görülmüşdür və müsbət nəticələr əldə edilmiş-
dir.
Hazırda şlamın zərərsizləşdirilməsi üçün ən səmərəli
üsullar turşulaşdırma, hidrofoblaşdırma və termiki işləmə
üsullarıdır. Turşulaşdırıcı kimi hidrogen xlorid turşusundan
istifadə etmək daha yaxşı nəticələr verir. Belə ki, o şlamın
tərkibində olan zəhərli üzvi komponentlərin zərərsizləşdiril-
məsi baxımından başqa turşularla müqayisədə daha səmərəli
nəticələr əldə etməyə imkan verir. Zərərsizləşdirmə əməliyyatı
zamanı hidrogen xlorid turşusunun sərfi 15-20% ətrafında olur.
Bəzi katalizatorları, o cümlədən kalium permanqanatı 0,05-
0,2% miqdarında əlavə etməklə, şlamın tərkibindəki zəhərli
komponentləri parçalamaq və zərərli maddələrin təsirini 1,5-
2,0 dəfə azaltmaq mümkündür. Hidrofoblaşdırma üsulundan
istifadə etməklə daha yüksək nəticələr əldə etmək mümkündür.
Məsələn, hidrofoblaşdırıcı kimi kalsium xloriddən
istifadə edilən hallarda prosesin səmərəliliyi 94,8%-ə çatır və
qazıma şlamının zərərli təsirini 80-100 dəfə azaltmaq mümkün
olur.
Termiki işləmə yuxarıda qeyd edilən üsullar içərisində
ən səmərəli üsul hesab edilə bilər, belə ki, bu üsul yüksək
temperatur şəraitində şlamın tərkibindəki bütün zərərli üzvi
birləşmələri zərərsizləşdirməyə imkan verir.
Termiki işləmə üsulunu tətbiq etməklə, şlamın tərkibin-
dəki zərərli komponentlərin dəniz suyunun hidrokimyəvi
tərkibinə təsirini praktiki olaraq heçə endirə bilirlər.
Yuxarıda adları qeyd edilən bütün üsulların müəyyən
üstünlükləri ilə yanaşı nöqsan cəhətləri də yox deyildir. Öncə,
bu üsulların buruq şəraitində tətbiqinin texniki cəhətdən
mürəkkəbliyi qeyd edilməlidir. Bundan əlavə, laboratoriya
şəraitində alınan nəticələri buruq şəraitində əldə etmək çox
vaxt mümkün olmur, yəni müsbət nəticə əldə ediləcəyinə
zəmanət vermək olmur.
Termik işləmənin dəniz qazıması şəraitində həyata
keçirilməsi daha çətin olmaqla yanaşı, çoxlu maddi vəsait sərf
edilməsini tələb edir. Əlavə olaraq, qeyd edilməlidir ki, şlamın
yandırılması prosesi çoxlu zəhmət və enerji sərfi ilə
əlaqədardır.
Xəzər dənizinin sahildən uzaq məntəqələrində,
nəqliyyat konteynerlərinə doldurulmuş şlamın sahilə çıxarıl-
ması və basdırılması ucuz başa gələn tədbir deyildir. Bundan
əlavə qeyd edilməlidir ki, bu tədbir ətraf mühitin mühafizəsi
problemini tam yox, qismən həll edir. Belə ki, atmosfer
çöküntüləri (yağış, qar və s.) çayların, göllərin daşması, sel
suları və şlamın tərkibində olan su, şlamın tərkibindəki zəhərli
komponentləri əridərək torpağa hopdurur ki, bunun da
nəticəsində münbit torpaqlar çirklənir. Yerin təkinin və ətraf
mühitin mühafizəsi indiki şəraitdə ən aktual problemlərdən biri
olduğu üçün bu problemin həlli ümumbəşəri xarakter daşıyır və
alimlərin tədqiqat obyektinə çevrilmişdir.
Hazırda qabaqcıl qərb ölkələrində bu problemi nisbətən
az vəsaitlə, qismən həll etmək üçün çirkab suların laya
vurulması üsulundan geniş istifadə edirlər. Bu üsul Azərbaycan
Respublikası üçün yenilik deyildir. Çünki çirkab sulardan
istifadə və onların qəbul edici quyulara vurulması
Azərbaycanda çoxdan tətbiq edilməkdədir. Bu üsulun həyata
keçirilməsinin texnika və texnologiyası da çoxdan işlənib
hazırlanmışdır. Məlum məsələdir ki, çirkab suların az zəhmət
və maddi vəsait sərf etməklə, emal ediləcək quyuya vurulması,
təmamilə təmizlənməsi üçün əlavə avadanlığa olan ehtiyacı
xeyli azaldır. Çirkab suların vurulması üçün obyekt kimi neftli,
qazlı laylardan tam təcrid edilmiş, drenaja məruz qalmış, kiçik
lay təzyiqinə malik, yüksək keçiriciliyi olan, istismar dövrünü
başa vurmuş köhnə istismar quyularından, atılmış quyulardan,
fond quyularından və vurucu quyulardan istifadə edilir. Çirkab
suların laya vurulması təcrübəsini «Qum adası»
Neftqazçıxarma İdarəsinin timsalında nəzərdən keçirək.
Qeyd etmək lazımdır ki, bütün istismar üsullarında
quyu hasilatının tərkibində olan sular, yüksək dərəcədə
minerallaşmış olurlar və onların dənizə axıdılması dənizin flora
və faunasının məhv edilməsinə gətirib çıxarır. Buna görə quyu
hasilatından ayrılan suyu bir qayda olaraq kontur arxasına və
çirkab suyu uda bilən (qəbul edə bilən) laylara vururlar. Lay
suları ilə yanaşı müxtəlif texnoloji proseslərdə (təmizlik
işlərində və temperaturu azaltmaq məqsədilə) istifadə edilmiş
çirkli su tullantıları, sənaye müəssisələri tərəfindən kanaliza-
siya sisteminə axıdılan çirkab sulara qarışan yağış suyu, daşğın
və sel suları da laylara vurulur. Yuxarıda qeyd edilən suların
hamısı çirkab sular adlanırlar.
Neft və qaz yataqlarının işlənməsi proseslərində lay
təzyiqinin düşmə intensivliyini azaltmaq məqsədilə, mədən
çirkab sularını və texniki suları neft konturunun arxasına
vurmaqla, həm quyu hasilatının artırılmasına həm də təbiətin
mühafizəsinə nail olmaq mümkündür. Bu həm də qapalı
tsiklin yaradılmasına da imkan verir. Quyu hasilatını neftin
yığım məntəqəsində duruldub sonra onu nəql edirlər.
Durulmadan və tutumların təmizlənməsindən sonra qalan su,
öz-özünə flotasiya sahəsi kimi istifadə olunan, mədən
çirkab sularının yığıldığı yerə-zığ gölünə tökülür.
Flotasiya xırda dispers hissəciklərin qaz qabarcıqları
vasitəsilə mayedən ayrılması, həmçinin kimyəvi reagentin
təsirindən onların çökməsidir. Neft mədəninin çirkab suları
çıxlığı 10401180 kq/m3 olan qarışıq dispers sistemdir, dispers
mühiti yüksək dərəcədə minerallaşmış duzlu sudur. Çirkab
suların dispers fazası isə neftqaz qabarcıqları və asılı
vəziyyətdə olan bərk hissəciklərdir.
Yer təkindən çıxarılan məhsulların içərisində emulsiya
halında olan lay sularının tərkibində çirkləndiricilərin
miqdarının 1020 mq/l-dən çox olmadığını əsas qəbul edib,
deyə bilərik ki, bu cür suların tərkibində praktiki olaraq
çirkləndiricilər olmur.
Quyulara vurmaq üçün istifadə edilən çirkab suların
keyfiyyət normaları aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl

Kollektorların Çirkab suda qarışıqların buraxıla bilən


növləri miqdarı,mq/l
Neft mexaniki dəmir
qarışıq
Məsaməli, çatlı və 25 30 2
çat-çat
Zəif çatlı 15 10 1
Dənəli 1 2 0,5

Quyuya vurulacaq su o vaxt yararlı hesab edilir ki, vurma


təzyiqinin müxtəlif qiymətlərində, süzülmənin qərarlaşmış
rejimlərində udulacaq suyu qəbul edən layın və yaxud
məhsuldar laydan götürülmüş süxur nümunəsinin (kernin)
keçiriciliyi praktiki olaraq azalmır. Flotasiyadan sonra su,
betondan hazırlanmış və hər küncündə hidromanitor quraşdırıl-
mış yer anbarına tökülür, oradan isə mərkəzi paylayıcı
məntəqəyə vurulur.
Çirkab suyu flokulyasiya etmək üçün poliakrilamid
(PAA) sulfanol kimi flokulyant kimyəvi reagentlər və
koaqulyant Na-SP dozator nasosu vasitəsilə kollektor xəttinə
vurulur. Na-SP-nin 150 mq/l optimal konsentrasiyasında mexa-
niki qarışıqlı çirkab su 14 saat sükunətdə saxlandıqdan sonra
çökmə nəticəsində qarışığın miqdarı 1000 mq/l-dən 33 mq/l-ə
və 3000 mq/l-dən 43,4 mq/l-ə düşür ki, bunu da yaxşı nəticə
kimi qiymətləndirmək olar.
Azərbaycanda çirkab suların laya vurulması təcrübə-
sindən çoxdan istifadə edilməsinə baxmayaraq şlamın laya
vurulması məsələsinə nəinki Azərbaycanda, hətta keçmiş
SSRİ-nin neftçıxarma sənayesində fikir verilmirdi. Bu vaxta
qədər dənizin və ətraf mühitin qazıma tullantıları ilə
çirklənməsinin qarşısını almaq məqsədilə şlamın kimyəvi və
termiki üsulla işlənməsi, sahilə çıxarılıb basdırılması və ya
nisbətən zərərsizləşdirilib dənizə atılması ilə kifayətləniblər.
Deyilənlərdən belə bir qənaətə gəlmək olar ki, şlamdan
suspenziya hazırlanması, yenidən onun qəbul edən laya
vurulması-şlamın texnoloji işlənməsi və utilizasiya edilməsi
üçün sahilə daşınmasını əvəz edən həyati alternativ həll
variantıdır.
Qeyd etmək lazımdır ki, tullantıların yerin müxtəlif
akvatoriyası və kontinental şelflərinə vurulması təcrübəsindən
bir çox xarici ölkələrdə də istifadə edirlər. Bu baxımdan Britiş
Petroleum və Statoyl firmalarının alyansı, cənubi Amerikanın
rütubətli tropik meşələri, Alyaskanın şimal yamacı, Şimal
dənizi, Avstraliyanın şimal, qərb şelfi, İndoneziya sahilləri və
Meksika ölkələrinin çoxunda tullantıların laya vurulması
təcrübəsi diqqəti daha çox çəkir.
Qərbin neft və qaz kompaniyalarının böyük əksəriyyəti
yerin təki və ətraf mühitin mühafizəsi məsələlərində analoji
siyasət aparırlar, lakin bu işlərin səmərəliliyini nümayiş
etdirmirlər. Belə ölkələrdən fərqli olaraq, Alyaskada, Şimal
dənizində və İngiltərədə Uitç-Farm yatağında aparılan əməliy-
yatlar, alyansın ekoloji məsələlərin həllində yaxşı nəticələr əldə
etdikləri xəbər verilir. Bunu da bilmək çox vacibdir ki, neft və
qaz yataqlarının kəşfiyyatı və istismarının layihəsinin
hazırlanmasına başlamazdan öncə rayonun ekoloji vəziyyəti
öyrənilməli, layihənin icrası dövründə ekoloji təsirin ətraf
mühitə ehtimal olunan zərəri qabaqcadan qiymətləndiril-
məlidir. Bunun əsasında ekoloji müdafiə proqramı tərtib
olunmalı, layihənin yerinə yetirilməsi dövründə ekoloji vəziy-
yətə nəzarət diqqət mərkəzində olmalıdır. Bu zaman əməliyyat
keçirilən ərazidə ölkənin normalarına uyğunluq da nəzərə
alınmalıdır. Əlavə olaraq, avadanlıqların ekoloji xarakteristika-
larının yaxşılaşdırılmasına, yeni zərərsiz texnologiyaların
yaradılmasına, ekologiyaya zərərli təsiri minimum olan qazıma
məhlulundan istifadə edilməsinə çalışmaq lazımdır. Neft
itgilərinin azaldılması və yerin təkinin qorunması nöqteyi
nəzərindən neftlə çirklənmiş şlamın neftdən ayrılması məsələsi
də xüsusi əhəmiyyət kəsb edən məsələlərdəndir.
Neftlə çirklənmiş şlamı neftdən ayrımaq üçün 2 üçul
mövcuddur:
1. Şlamı neftdən ayırmaq məqsədilə xüsusi həlledicidən
istifadə edilir. Bunun üçün xüsusi pilot qurğusu
quraşdırılır. Bu qurğu, tərkibində qalıq nefti 1%-dən
çox olmamaq şərtilə şlamı tozvari materiala çevirir.
Sonra həlledici dövran sisteminə ötürülür, neftdən isə
təmiz yanacaq kimi digər məqsədlər üçün istifadə edilir.
Aparılan tədqiqatlar və müşahidələr göstərir ki,
işlənmədən sonra şlam ətraf mühit üçün heç bir qorxu törətmir.
Hazırda, neftlə çirklənmiş şlamı təmizləmək üçün sənaye
əhəmiyyətli qurğunun yaradılması işi başa çatmaq üzrədir.
2. Bu üsulda, neftlə çirklənmiş şlamı suspenziya halına
salıb laya vururlar (şəkil 14.3). Bu üsuldan Britiş
Petroleum Eksploreyşin kompaniyası Alyaska, Mexsika
körfəzi və «Quda» platformasında istifadə etmiş və
yaxşı nəticələr əldə etmişdir.
Ümumi halda bu prosesi aşağıdakı sxemlə təsvir etmək
olar:

Дяниз
Ахар суларын
суйунун
йыьылмасы цчцн
вурулмасы
резервуар

Сахлама Вуру- Суспен-


Бярк Шламын Шламын зийанын
тутуму ъуасос
щиссяъик- нягли хырдаланмасы вурулмас
лярин механизми вя йа дисперс- ы
нязаряти лянмяси цчцн
гурьусу гурьу

Кимйяви ялавяляр Икинъи айырма вя


хырдаланма

Şəkil 14.3

Beləliklə, yerin təkinin və ətraf mühitin çirklənməsinin


qarşısının alınması yalnız bu məqsədə xidmət edən dövlət
təşkilatlarının işi olmamalı, bizim hər birimizin müqəddəs
vəzifələrimizdən biri olmalıdır. Çünki bu məsələyə laqeyd
münasibət ən son nəhayətdə bütün canlı aləmin məhvinə gətirib
çıxara bilər. Odur ki, bu problemin həllinə hərtərəfli, dərin və
geniş mənada yanaşmaq lazımdır. İnsanların təbiətə, ətraf
mühitə mineral ehtiyatlara, yerin təkinə, okeanların, dənizlərin,
çayların, göllərin flora və faunasına münasibəti kökündən yaxşı
tərəfə doğru dəyişməlidir.
Ölçü vahidləri Sİ sistemində verilmişdir.

1kqq/sm2=9,80665104N/m2105N/m210Pa0,1NH/m20,1Ma;
1 kqq = 9,80665 N  10 N;
1qq = 9,80665  10-3 N  10-2N;
1tq = 9806,65 N  104 N  10 kN  0,01 MN;
1 kqq  m = 9,80665 N  m  10 N  m;
1 kqq/mm2 = 9,80665 N / mm2  10 N/mm2  10 MPa;
1 mqq  10-5N;
1 puaz = 0,1 N  san/m2;
1 santi puaz = 0,001 N  san/m2;
1 stoks = 1 sm2/san = 10-4m2/san;
1 a.q = 735,499 Vt  0,736 kVt;

1 dövr / dəq = rad/san;
30
n0S = (n + 273,2)  k;
1 m3 = 1000 dm3;
1 dm3 = 1000 sm3;
1 sm3 = 1000 mm3;
1 düymə = 25,4 mm;
1 fut = 0,305 m;
1 funt = 0,454 kq
1 barel = 159 l
ƏDƏBİYYAT

1. B.M.Axundov-“Neft və qaz quyulaının qazıması” Bakı,


Azərtədrisnəşr, 1və 2 hissələr,1973.
2. A.İ.Bulatov i dr.-«Spravoçnik injenera po bureniö»,
M.,Nedra,1985.
3. A.İ.Bulatov-«Spravoçnik po krepleniö skvajin», M.
Nedra,1981.
4. A.İ.Bulatov,Ö.M.Proselkov,V.İ.Rəbçenko-«Texnoloqiə
promıvki skvajin»,M, Nedra,1981.
5. A.İ.Bulatov-«Texnoloqiə üementirovaniə skvajin», M.,
Nedra,1980.
6. Ö.V.Vadeükiy-«Burenie neftənıx i qazovıx skvajin»,
M, «Akadema» 2003.
7. R.İ.Quliyev, S.M.Cəlalov, N.Ə.İsmayılov, M.M.Şi-
rinov, H.Ə.İsmayılova “Qazımada baş verən qəza-
ların səbəbləri və onların ləğv edilməsi üsulları ” (me-
todik vəsait), ADHA,2002.
8. R.İ.Quliyev, H.N.Məcidov, S.M.Cəlalov- “Qazıma
məhlulları”, Bakı, Elm, 2003.
9. S.M.Quliyev-“Quyuların qazılma texnologiyası”, Bakı,
Azərneftnəşr,1959.
10. T.M.Əliyev- “Quyuların möhkəmləndirilməsi və se-
mentləndirilməsi”, Bakı, AzNİ,1və2-ci hissələr,1981-
1982.
11. A.Q.Kalinin, B.A.Nikitin, K.M.Solodkiy, B.Z.Sultanov
- «Burenie naklonnıx i qorizontalğnıx skvajin», M.
Nedra, 1997.
12. A.Q.Kalinin, O.V.Oşkordin, V.M.Piterskiy, N.V.So-
lovğev -«Razvedoçnoe burenie», M. Nedra, 2000.
13. O.K.Məmmədbəyov, P.M.Quluzadə, M.M.Şirinov,
E.E.Şmonçeva, H.Ə.İsmayılova “Maili və üfqi quyu-
ların profillərinin layihələndirilməsi”, Bakı, AMEA
Geologiya institutunun mətbəəsi, 2001.
14. A.X.Mirzadjanzade, S.A.Şirinzade-«Povışenie gffek-
tivnosti i kaçestva bureniə qlubokix skvajin»,
M.Nedra,1986.
15. M.R.Mavlötov-«Texnoloqiə bureniə qlubokix skvajin»,
M, Nedra, 1982.
16. S.S.Sulakşin-«Napravlennoe burenie», M, Nera, 1987.
17. K.N.Sidorov-«Sputnik burovika», M, Nedra,1997.
18. İ.V.Gliəşevskiy, M.N.Storonskiy, Ə.M.Orsulək-«Ti-
povıe zadaçi i rasçetı v burenii», M. Nera, 1982
MÜNDƏRİCAT

Ön söz....................................................................................................... 3
1.Qazıma işlərinin texnika və texnologiyasının inkişaf tarixindən
qısa məlumatlar ....................................................................................... 5
2.Dağ suxurlarının təsnifatı ................................................................... 8
2.1.Dağ suxurlarının fiziki-mexaniki xassələri................................. 10
2.2.Suxurların xüsusi çəkisi, sıxlığı, həcm çəkisi və məsaməliyi .. 14
3.Qazıma quyusu haqqında anlayış .................................................... 15
3.1.Müasir qazıma üsulları .................................................................. 17
4.Suxurdağıdıcı alətlər (baltalar və balta başlıqları) ........................ 31
4.1.Pərli və ya tiyəli baltalar ............................................................... 32
4.2.Şaroşkalı baltalar ............................................................................ 35
4.3.Almazlı baltalar .............................................................................. 40
4.4.Sütuncuqlu baltalar ........................................................................ 43
4.5.Xüsusi məqsədlər ücün istifadə edilən baltalar .......................... 46
5.Qazıma kəməri ................................................................................... 49
5.1.Qazıma kəmərinin vəzifələri və ünsürləri................................... 49
5.2.Aparıjı borular (işlək borular) və onların vəzifələri .................. 49
5.2.1.Qazımada yenilik ........................................................................ 52
5.3.Qazıma boruları və onların birləşmələri ..................................... 53
5.4.Qazıma kəmərinin köməkçi hissələri ......................................... 59
5.5.Qazıma kəmərinin iş şəraiti .......................................................... 64
5.5.1.Rotor üsulu ilə qazımada qazıma boruları kəmərinin iş
şəraiti ...................................................................................................... 64
5.5.2.Quyudibi mühərriklərlə qazıma zamanı qazıma borularının
iş şəraiti .................................................................................................. 71
6.Quyuların yuyulması ......................................................................... 74
6.1.Qazıma məhlulları haqqında ......................................................... 77
6.2.Qazıma məhlulunun keyfiyyət parametrləri ............................... 78
6.3.Su əsaslı qazıma məhlulları .......................................................... 81
6.4.Emulsiyalı qazıma məhlulları ....................................................... 83
6.5.Susuz, gilsiz,yaxud neft əsaslı qazıma məhlulları ..................... 84
6.6.Kiçik xüsusi çəkiyə malik qazıma məhlulları ............................ 84
6.7.Hava yaxud qaz halında olan işçi agentlər ................................. 85
6.8.Qazıma məhlullarının kimyəvi emalı və kimyəvi reagentlər ... 85
6.9.Kalsium ionları əmələ gətirən reagentlər .................................... 88
6.10.Struktur əmələ gətirən reagentlər............................................... 88
6.11.Səthi aktiv maddələr .................................................................... 89
6.12.Yağlayıcı əlavələr ........................................................................ 89
6.13.Ağırlaşdırıcılar və onlardan istifadə .......................................... 90
6.13.1.Qazıma məhlulunun hazırlanması .......................................... 91
6.14.Qazıma məhlulunun təmizlənməsi ............................................ 94
6.15.Qazıma məhlulu ilə əlaqədar qazımada baş verən mürək-
kəbləşmələr ............................................................................................ 96
7.Quyuların təbii əyilməsi ................................................................... 97
7.1.Quyu lüləsinin təbii əyilməsinə geoloji amillərin təsiri ............ 98
7.2.Quyu lüləsinin təbii əyilməsinə texniki amillərin təsiri .......... 104
7.3.Quyu lüləsinin təbii əyilməsinə texnoloji amillərin təsiri ...... 105
8.Maili və üfqi quyuların qazılması ................................................. 108
8.1.İnhirafetdirici alətlər .................................................................... 113
8.2.Maili quyu profillərinin layihələndirilməsi .............................. 123
8.3.Maili quyu profilləri intervallarının xarakteri .......................... 126
8.4.Beşintervallı maili quyu profilinin hesablanması .................... 127
8.5.Üfqi quyu profillərinin layihələndirilməsi ................................ 134
8.6.Üfqi quyu profillərinin tipləri ..................................................... 134
8.7.Zenit bucağının bir artırılma intervalı olan ÜQ profili ........... 136
8.8.Zenit bucağının iki artırılma intervalı olan ÜQ profili ........... 136
8.9.Zenit bucağının iki artırılma intervalı və bunlar arasında sabit
saxlanılma intervalı olan ÜQ profili .......................................... 138
8.10.Üfqi quyu profillərinin hesablanması...................................... 138
8.11. Zenit bujağının iki artırılma və bunlar arasında sabit
saxlanılma intervalı olan ÜQ profilinin hesablanması .................. 140
9.Qazıma rejimi................................................................................... 145
9.1.Baltaya verilən oxboyu yük ........................................................ 148
9.2.Baltanın dövrlər sayı ................................................................... .151
9.3.Qazıma məhlulunun sərfi və keyfiyyəti .................................... 153
9.4.Qazımanın rejim parametrlərinin qazımanın texniki-iqtisadi
göstəricilərinə təsiri ........................................................................... 156
10.Quyuların möhkəmləndirilməsi ............................................. 159
10.1.Quyu quruluşu haqqında anlayış.Təyinatına görə növləri ... 160
10.2.Quyu quruluşunun hesabı ......................................................... 162
10.3. Qoruyuju borular ....................................................................... 166
10.3.1.Qoruyucu boruların quyuya buraxılmağa hazırlanması .... 167
10.3.2.Quyu lüləsinin qoruyucu kəmərlərin buraxılmasına
hazırlanması .......................................................................... 168
10.3.3.Qoruyucu kəmərin quyuda iş şəraiti ................................... 169
10.4.Qoruyucu kəmərin hesabı ......................................................... 170
10.4.1.Temperatura və təzyiqin qoruyucu kəmərin işinə təsiri .... 179
10.5.Quyuların sementlənməsi və sementləmə üsulları ................ 182
10.5.1. Qoruyuju kəmərlərin sementlənməsi üsulları .................... 183
10.6.Quyunun bir dəfəyə sementlənməsi yaxud bir pilləli se-
mentləmə üsulu ........................................................................ 187
10.7.İki pilləli sementləmə üsulu...................................................... 189
10.8.Sementləmənin keyfiyyətinin yoxlanması qaydaları ............ 191
10.9.Kəmərin hermetikliyə yoxlanması........................................... 192
10.10.Sementləmə zamanı baş verən mürəkkəbləşmələr .............. 192
10.11.Manjetlə sementləmə............................................................... 193
10.12.Tamponaj sementləri və onların xassələri ............................ 194
10.13. Portlandsementin istehsal prosesi haqqında qısa
məlumat ..................................................................................... 196
10.14.Quyuların sementləməyə hazırlanması ................................. 197
10.15.Sementləmədə istifadə edilən reagentlər. Sement məhlu-
lunun xassələrinin tənzim edilməsi ....................................... 198
10.16.Sement məhlulunun və daşının əsas xassələri ..................... 199
10.17.Sement məhlulunun ağırlaşdırılması, yüngülləşdirilməsi,
başqa növ sement məhlulları ............................................................. 201
10.18.Quyuların sementlənməsi keyfiyyətinin yüksəldilməsi...... 203
10.19.Sementqarışdırıcı maşınlar və aqreqatlar ............................. 205
10.20.Sementəmə aqreqatları ............................................................ 205
10.21.Bir pilləli sementləmənin hesabı ........................................... 206
11.Qazımada baş verən digər mürəkkəbləşmə və qəzalar ............ 209
11.1.Qazımada baş verən mürəkkəbləşmələr ................................. 209
11.1.1.Qazıma məhlulunun udulması ............................................ 209
11.1.2.Neft,qaz təzahürləri ................................................................ 212
11.1.3.Quyu divarının dayanaqlığının pozulması .......................... 213
11.2.Qazımada baş verən qəzalar ..................................................... 214
11.2.1.Qazıma kəməri ilə əlaqədar baş verən qəzalar ................... 215
11.2.2.Quyudibi mühərriklərlə əlaqədar baş verən qəzalar .......... 222
11.2.3.Qazıma baltaları ilə əlaqədar baş verən qəzalar ................. 223
11.2.4.Qoruyucu kəmərlərlə əlaqədar baş verən qəzalar .............. 223
11.2.5.Kənar cisimlərin quyuya düşməsi nəticəsində baş verən
qəzalar .................................................................................................. 224
12.Məhsuldar horizontların (layların) açılması, mənimsənilməsi
və sınaqdan keçirilməsi ...................................................................... 225
12.1.Məhsuldar layların “horizontlrın”ın açılması ........................ 225
12.2.Qoruyucu kəmərin perforasiya edilməsi ................................. 228
13.Qazımanın texniki-iqtisadi göstəriciləri ..................................... 229
13.1.Balans vaxtı ................................................................................ 232
13.2.Quyunun inşa edilməsi üçün texniki layihə ........................... 234
14. Yerin təkinin və ətraf mühitin mühafizəsi ................................ 237
Ədəbiyyat ............................................................................................. 249
Mündəricat ........................................................................................... 251
.

You might also like