You are on page 1of 8

ƏMƏLİYYATXANA ŞÖBƏSİ İLƏ TANIŞLIQ

Antiseptika. İltihabı proseslərin,


yaraların mikbrobsuz müalicə üsülu
olub, iltihab əmələ gətirən
mikroorqanizmlərə mübarizəyə,
yaraların mikroblarla yoluxması
nəticəsində orqanizmdə baş vermiş
intoksikasiyanı aradan qaldırmağa və
orqanizmin qoruyucu qüvvələrini
artırmağa doğru yönəlmiş bir sıra
tədbirlər kompleksini birləşdirir.
Cərrahların və tibbi personalın xəstələrlə kontaktı zamanı əllərin işlənməsində
antiseptiklərdən istifadə edilir.
1865-ci ildə Corez Lister karbol turşusunun antiseptik xüsusiyyətlərinə əmin
olduqdan sonra 1960-cı ildə porisli əczaçı Lemer işlətməyə başladı, açıq sınıqların
müalicəsində məhlulda isladılmış sarğını 1867-ci ildə “Sınıq və irinli yaraların
müalicəsi .İrinlərin səbəbləri” məqaləsində dərc edildi. Lister antiseptikin əsasını
qoydu və infeksiya ilə mübarizənin qaydasının yaradıcısı kimi tarixə düşdü.
Listerin metodu çoxqatlı sarğı (yaranın üzərinə bir qat 5% karbol turşusunda
isladılmış ipək, üzərinə 8 qatdan ibarət tənzif həmən məhlulda isladılmış şəkildə
bunların örtüb və karbol turşusunda
isladılmış bintlə fiksə etməklə əllərin
işlənməsi alətlərin, sarğı və tikiş
materialları ,əməliyyatın sahəsini 2-
3% məhlulla.

Aseptika – orqanizmə və ya
yaraya mikrobların düşməsinin
qarşısını alan tədbirlər kompleksidir.
Aseptika yara infeksiyasının profilaktika metodudur. Onun əsas qanunu odur ki,
yara ilə təmasda olan hər bir əşya mikroblardan azad olmalıdır.
Aseptikanın tədbirləri dedikdə, onların sarğı materialların tikiş materialların,
cərrahi alətlərin sterilizasiyası, cərrahın və onun köməkçilərinin əllərinin yuyulub
hazırlanması, cərrahi müdaxilə səthinin sterilizasiyası nəzərdə tutulur.
Aseptikanın metodları - mexaniki, fiziki, kimyəvi, bioloji və kombinə edilmiş.
Sterilizasiya növləri:
-Buxarla sterilizasiya (ağları)
-Qaynatma üsulu (kəsici alətlərdən başqa ,başqa metal alətləri )
-Quru hava isidici şkaflar (alətləri yandırmaq üsulu ilə)
-Soyuq sterilizasiya (rezin əlcəklərin xloraminə)
-96%-li Etil spirti.

Palatalar – xəstə otaqları hər


m3
xəstəyə 10-12 həcmdə hava
nəzərdə tutulmalıdır. Onlar işıqlı
olmalıdır, pəncərələr cənub və ya
cənub-şərqə açılmalıdır. Əməliyyat
olunacaq xəstələr əməliyyatın ilk
günlərini xüsusi nəzarət altında
olmaları üçün əməliyyat olanlar palataya yerləşdirilir. Çarpayı elə qoyulmalıdır ki,
xəstəni işıq narahat etməsin. Əməliyyat olunan xəstələr əməliyyatdan sonra çox
həssas olduqları üçün diqqət yetirilməlidir ki, onlar yelçəkən yerlərdə olmasın.
Xəstələr yarım oturaq vəziyyəti olan çarpayılarda daha rahat olurlar. Zəif, ölümcül
olan və xüsusi ilə yaralardan pis qoxu gələn xəstələr iki və bir nəfərlik palataya
yerləşdirilir. İnfeksion xəstəliyə şübhə olduqda xəstə izolyasiya edilir. Cərrahiyyə
bölməsindəki palatalar geniş, işıqlı və yaxşı havalandırılmalıdır. Palatalarda
temperatur 18-20°C olmalıdır .Mebellərin üst örtuyu hamar və emal boya ilə
ortülməlidir ki, asanlıqla işlənilsin. Carpayılar elə qoyulmalıdır ki, xəstəyə hər
tərəfdən yaxınlaşmaq olsun. Əgər xəstəxanada xüsusi irinli şöbə yoxdursa ,irinli
palata mütləq olmalıdır.
Prosedura otağı. Cərrahiyyə
bölməsinin ən vacib otaqlarından
biri də prosedur otağıdır. Orada bu
prosedurlar yerinə yetirilir – mədə
şirəsinin götürülməsi, mədənin
yuyulması, təmizləyici və sifon
imalələr, oturaq vanalar və s.
Otaqda isti və soyuq su,
müşəbə ilə örtülmüş tapçan, mədə
və duodenal zondları, rezin əlcəklər və başqa avadanlıqlar saxlamaq üçün dolab.
Hər proseduradan sonra otaq təmizlənməlidi. Həftədə bir dəfə dezinfeksiya
aparılması vacibdir.

Yeməkxana – xəstəxanalarda 1908-ci


ildən mövcuddur .Xəstəxanalar inkişaf etdikcə
yeməkxanalarda dəyişiklikliklər edilirdi.
Əvvəl bütün xəstələr üçün ümumi pəhriz
hazırlanmalıdır. Pəhriz yeməkləri hazırlamaq
üçün vacib olan avadanlıqlar təkminləşdirildi.

Sarğı otağı. Sarğı otağına tələbat


əməliyyatxana ilə eynidir (işıqlı otaq,
divarlar boya ilə rənglənmiş və ya
pilətə ilə rənglənmiş). Sarğı otağında
temperatur 18°C-dən aşağı olmamaq
şərti ilə saxlanılmalıdır. Sarğı otağında
olan avadanlıqlar: Xəstələri sarğı
etmək üçün masa, alətlər və sarğı
materialı üçün masa, oturaq xəstələr üçün bir neçə taburet, açılmış sarğılar üçün
konteyner, alətlər və dərman prepratları üçün dolab. Alətlər sarğı otağında
sterilizasiya olunur. Sarğı otağı daimi isti və soyuq su ilə təmin olunmalıdır. Sarğı
otağında ideal təmizliyə riayət olunmalıdır. Alətlər və sarğı materialları masası
əməliyyatxana otağındakı qaydada açılır. Alət və materiallar verilir. Sarğılar ancaq
alətlərlə yerinə yertirilir. İlk öncə təmiz sarğılar və sonda irinli xəstələrin sarğıları
edilir. İş gününün sonunda sarğı otağında nəm təmizliyi aparılır və hava
ultrabənövşəyi şüalarla şüalandırılır. Böyük şöbələrdə iki təmiz və irinli xəstələr
üçün sarğı otaqları olur.

Əməliyyat bloku. Cərahiyyə bölməsinin xüsüsi otaqların kompleksidir,


əməliyyatların yerinə yetirilməsi və onların təminatının yerinə yetirilməsi üçün
nəzərdə tutulub. Əməliyyatxana cərrahi stasionarın müqəddəs yeridir, cərrahi
xəstələrin müalicəsinin əsas etapı məhz burada kecirilir və bütün nəticə müalicənin
keyfiyyətli yerinə yetirilməsindən asılıdır. Ona görə cərrahiyyə bölməsinin bu
şöbəsinin xüsusi tələbləri var. İşin təşkilində bunları yadda saxlamaq gərəkdir,
əməliyyatların yerinə yetirilməsinə keyfiyyətli şəraiti yaratmaq, əməliyyat sahəsinə
ekzogen infeksiyasının təhlükəsizliyini maksimum azaltmaq.
Əməliyyat bloku ayrı mərtəbədə cərrahiyyə bölməsinə bitişmiş qaydada
yerləşməlidir . Ən optimal variant bölməsinin ayrı korpusda olmasıdır.
Təmiz və irinli əməliyyatxanalar ayrı olmalıdır.
Hər əməliyyatxanada ayrı personal işləməli, avadanlıqları, cərrahi alətlər,
ağları ayrılmalıdır.
Əməliyyat blokunun otaqları
1. Əməliyyat otaqları (əməliyyat zalı, narkoz aparatları, əməliyyatxanaönü)
2. Personal üçün otaq
3. Təsərrüfat otağı (ağlar, materiallar otağı)
4. Istehsal otağı (sarğı materialların qatlanması üçün otaq, alətlər otağı,
avtoklav otağı, sterilizasiya otağı).
Əməliyyatxana blokunda sterilliyin 4 istiqaməti ayırd edilir:
1. Steril rejim zonası
2. Ciddi rejim zonası
3. Məhdudlaşdırılmış rejim zonası
4. Ümümi xəstəxana rejimi (qeyri-steril).
 Steril rejim zonasına əməliyyat otaqları, cərrahi alətlərin sterilizasiyası
otaqları aiddir. Bu zonalarda aseptika qaydalarına ciddi riayət edilməlidir.
 Ciddi rejim otağına aiddir əməliyyatxana otağı ilə bağlı olan, əməliyyat
önü, narkoz otağı.
 Məhdudlaşdırilmış rejim zonasına aiddir alətxana, material otağı, təcili
analizlər lobaratoriyası, tibb bacısı otağı, cərrahların və protokol otağı.
 Ümümi xəstəxana rejiminə aiddir baş tibb bacısı otağı, çirkli ağlar otağı,
müavin otağı.

Əməliyyatxana önü. Əməliyyatçı briqadanın əməliyyata hazırlığı üçündür.


Burada əllərin yuyulması, önlüklərin geyinilməsi, eynəklərin taxılması yerinə
yetirilir. Burada əməliyyatdan sonra steril geyim, əlcəklər və maskalar çıxarılır.
Alətlər otağı – alətləri saxlamaq və
onlara qulluq etmək üçündür. Sahəsi 6-
15m2 olmalıdır. Alətlər otağı elektrik
lampası şkaflar və masalardan ibarətdir.
Əməliyyat tibb bacısı bütün cərahi alətləri
üç yerə - növbətçi, əsas və ehtiyyatda olan
alətlərə bölür. Növbətçi alətlərin bir
hissəsi steril şəkildə əməliyyatxanada
steril masada olur. Bu alətlər təcili əməliyyat vaxtı istifadə edilir. Əsas alətlər
şkafda düzülmüş şəkildə saxlanılır. Onlar nazik qat vazilenlə yağlanılır. Ehtiyyatda
olan alətlər isə yağlanmış apteçkada saxlanılır. Bu otaqda alətlər əməliyyat üçün
dəstlənmişdi.

Material otağı - əməliyyat ağlarının, sarğı və tikiş materiallarının saxlanıldığı


otaqdı. Sarğı materialların hazırlanması, qatlanması, bikslərə yığılması və
sterilizasiyası burada aparılır. Otağın sahəsi 8𝑚2 az olmamalıdır. Material otağı
şkaflardan, xüsusi masa və stullardan ibarətdir.
Bundan başqa böyük əməliyyatxanalarda personalın əynini dəyişdirmək üçün
və duş qəbul etmək üçün otaqlarda olur. Burada duş qəbul etdikdən sonra
əməliyyat tibb bacıları və cərrahlar xüsusi geyim və ayaqqabıları geyinib
əməliyyatxanaya keçirlər.

Sterilizasiya otağı – Əməliyyatxananın yanında yerləşir və pəncərə ilə


birləşir. Bu pəncərədən əməliyyatxanaya steril alətlər ötürülür. Otağa daxildir:
Elektrik sterilizatorlar (2 böyük 40x60 sm ölçüsündə və 4 kiçik sterilizatorlar)
Avtoklav otağını əməliyyat blokunda və bəzən sterilizasiya ilə birgə
yerləşdirilər. Avtoklavda sarğı materialları, əməliyyat ağları və başqa alətlər
sterilizə edilir. Burada tibb bacıları və ya xüsusi təlimatlandırılmış kiçik tibb
bacıları işləyir.
Əməliyyatxana bloku. Operativ
müdaxilələrin steril şəraitdə yerinə
yetirilən tibb müəssisə bölməsidir.
Əməliyyatxanalar geniş təmizlik
üçün rahat olmalı, işıqlandırma sistemi
yaxşı olmalıdır.
Əməliyyatxanalar pəncərəsiz
olmalı və havanın temperaturu və nəmliyi nəzarət edilməlidir.
Əsas avadanlıqlar əməliyyat masası və anesteziyaya aid avadanlıqlardır.
Personalın sanitar profilaktika məntəqəsi – burada əməliyyatxana briqadası
sanitar təmizləmədən keçir.
Sanitar profilaktika məntəqəsi – iki zonaya bölünür. Təmiz və çirkli. Çirkli
zonada personal soyunur və geyimlərini xüsusi şkaflara qoyur, təmiz zonaya
personal ancaq duş kabinasından keçə bilər. Duş qəbul etdikdən sonra personal
təmiz paltar geyinir və əməliyyatxanaya daxil olur .

Əməliyyatxananın təmizlik növləri

Əvvəlcədən edilən təmizlik-hər gün iş vaxtından əvvəl aparılır. Əsas məqsəd


ondan ibarətdir ki, əməliyyatxanada axşamdan horizontal üstlükdə əşyaların
üzərindən tozları silmək. İlk öncə quru təmiz əski ilə üstlükləri, mebelləri və
avadanlıqlar silinir, sonra nəm əski ilə əməliyyat masası silinir və təmizlik döşəmə
ilə silməklə bitir.
Cari təmizlik-Əməliyyat vaxtı yerinə yetirilir. Əməliyyat vaxtı əməliyyat
masasının yanına işlənmiş materiallar üçün ləyəncə qoyulmasına baxmayaraq, yerə
salfetlər, alətlər və istifadə olunmuş əşyalar düşə bilər, onlar dərhal yerdən
götürülür. Döşəmələr dezinfeksiyaedici məhlula silinir.
Əməliyyatdan sonrakı təmizlik-əməliyyatın sonunda yerinə yetirilir.
Əməliyyat zamanı istifadə olunan hər bir şey əməliyyatdan çıxarılır və digər
əməliyyatda istifadə edilmir. Əməliyyat masasında ağlar dəyişdirilir, qeyri steril
masaları qaydaya gətirirlər. Sonda döşəmə nəm əski ilə silinir və otaq sonrakı
əməliyyata hazırlanır.
Gündəlik təmizlik-hər gün iş gününün sonunda edilir. Bu zaman aparatların
işlək vəziyyətdə olmasına və başqa avadanlıqlara baxılır, onların üstləri quru və
nəm əski ilə silinir.
Yekun təmizlik – Həftədə bir dəfə əməliyyatxana ayda bir dəfə əməliyyat
blokunda aparılır. Təmizlik zamanı otaqdan çıxa biləcək avadanlıqlar çıxarılır,
tavan divarlar dezinfeksiya edici məhlula silinir və qurudulur. Sonra döşəmələr
həmən məhlulla yuyulur.

You might also like