You are on page 1of 7

Thechnique of cardiopulmonary resuscitation (CPR)

Ürək dayanmasının tez-tez rast gələn səbəbləri:


1. Ürək dayanmasi
2. Travmalar
3. Bogulmalar
4. Elektrik cərəyani ile zedelenmeler
5. Zeherlenmeler
6. Infeksiyalar
7. Tənəffüsun yad cisimle tənəffüs yollarini tutmasi nəticəsinde dayanmasi ( adeten
uşaqlarda).

Sebebinden asili olmayaraq ürək-ağciyər reanimasiyasi eyni qalir:


A airway tənəffüs yollarının keçiriciliyinin bərpasi
B breathing tənəffüsun bərpasi
C circulation qan dövranının bərpasi

Aşagidaki hallarda ürəyin qapali massaji və süni tənəffüsə təcili başlamaq lazımdir.
1. Bebeklerin işiga reaksiyasi yoxdursa
2. Huşun olmamasi
3. Tənəffüs yoxdursa
4. Ürək fəaliyyəti yoxdursa.
Buna görə xəstəni sert sethe uzandirmaq, sonra dow sümüyünün orta 1/3 ne
texminen 30cm lik hundurlukden yumruqla vurmaq lazımdir.
Bundan sonra ürəyin qapali massajina (uqm) başlanilir. Massaj edən bir ovucunu
digərinin uzerine perpendikulyar qoyub Döş sümüyünün aşagi 1/3 den keskin sixir.
Meqsed ureyi Döş sümüyü ile onurga arasinda sixmaqla nasos funksiyasını passiv
olaraq heyata keçirmekdir.her sixmada Döş sümüyü onurgaya tərəf 4-6cmqədər
itelenmeli,sonra evvelki veziyyete qayitmalidir. Vurgu tezliyi 80-100vurgu.
Reanimatoloqun qollari dirsekden düzlenmeli və sıxma ucun öz bədən çəkisi istifadə
olunmalıdır. Əks halda tez yorulma əmələ gəlir.
Şəkil 1

Yeni dogulmuş və balaca uşaqlarda Döş sümüyünün orta 1/3 ne 1 elle , ya baş
barmaqla , ya şehadet və orta barmaqla dəqiqədə 100 dəfə sixilmalidir.

Şəkil 2.

Eyni anda süni tənəffüs aparilmalidir.


Bunun üçün yardım göstərən zede almişin başi tərəfde diz uste durur.bir elini zede
almişin boynunun altindan, digərini alnına qoyub başi arxaya qarir.bu vaxt xəstənin agzi
açilir, tənəffüs yollarının keçiriciliyi saxlanilir.əgər xəstənin agzinda diş protezleri ,digər
yad cisimler və ya qusuntu varsa, onlar kenarlaşdirilmalidir.bu vaxt aspirasiya təhlükəsi
olduğundan xəstənin başi yana çevrilir.onurğanın boyun şöbəsinin travmasina şubhe
halinda başi qarmaq məsləhət gorulmur.çene maksimal olaraq önə dartilir. Bunun üçün
her iki tərəfdən çene esasindan tutub ele yerdeyişirler ki,alt dişlər üst dişlərdən önə
çixmiş olur. Dil kökünün çökməməsi üçün havaötürücü yerləşdirmek lazımdır. Yardım
ededn şəxs dərin nəfəs alaraq baş və şehadet barmaqlari ile xəstənin burnunu tutur, oz
agzini xəstənin agzina mohkem sixib keskin nəfəs verir.ta o vaxtadək ki, xəstənin döş
qəfəsi qalxsin.sonra aralanmaq, xəstənin başını olduğu veziyyetde saxlamaq, passiv
nəfəs vermeni gozlemek lazımdir.Döş qəfəsi bu veziyyetde enir. Bu sikl dəqiqədə 12
dəfə təkrarlanir.havaötürücü olduğu halda süni tənəffüs onun vasitesile aparılır. Agzı hər
hansi bir səbəbdən açmaq mümkün olmadiqda, süni tənəffüs burundan aparılır. Amma
bu eslinde məsləhət deyil. çunki burun keçecekleri dar və selikle, qanla tutulu ola bilər.
Balaca uşaqlarda süni tənəffüs agiz və burundan eyni anda aparılır. Süni tənəffüs
cihazlari olduqda süni tənəffüs daha rahat və effektiv olur. Bu apparatlar olmadiqda
gigiyenik və estetik təsəvvürlərdən xəstənin agız burnu süni tənəffüs vaxtı dəsmalla
örtülməlidir.

Şəkil 3.

Yardım edən şəxs tek olarsa 30 massaja 2 tənəffüs akti aparılır. Əgər 2 neferdirse
yardi edən her 5 massajdan sonra 1 tənəffüs aparılır. Hərəkətleri ele tenzimlemek
lazımdir ki,Döş qəfəsi massaj edən tərəfdən sıxıldığı halda süni tənəffüs aparılmasın.
Buna görə yardım göstərənin biri döş qəfəsini sıxaraq sayır “bir! Iki! üç! dörd! Beş!”,
sonra komanda verir ”nəfəs!”, yardım edənin digəri süni tənəffüs aparır. Sikl təkrarlanir.

Şək. 4.

Ürək fəaliyyətini bərpa etmək üçün 1% 1 ml adrenalin venadaxili yeridilir. Venaya


duşmek mümkün olmadiqda mehlul dil kokune yeridilir (zengin kapillyar şebekesi olduğu
üçün), havaötürücü olduğu hallarda isə borudan 1% 2ml adrenalin+0,9%NaCl 5ml
yeridilir. Effekt olmadiqda 5 dəqiqədən sonra eyni dozada adrenalin təkrar yeridilir
(summar 5-6ml) ürəkdaxili inyeksiyalar hal hazirda meqsedeuygun sayilmir. (ürək
əzələsine mexanik zedesine görə).
Ürək ağciyər reanimasiyasının effektivliyinin elametleri
1. Bebeklerin daralmasi
2. Işiga reaksiyanın əmələ gəlməsi
3. Dərinin çehrayilaşmasi
4. Periferik arteriyalarda nəbzin əmələ gəlməsi
5. Sərbəst tənəffüsun və huşun bərpasi
Reanimasiya 40 dəqiqə ərzində qeyri-effektivdirsə, onu saxlayırlar. Klinik olum
veziyyetinde olan xəstədə reanimasiya təcili başlanir. Göstərişlər isə reanimasiya
müddətində dəqiqleşdirilir. Əgər reanimasiya göstəriş deyilsə, durdurulur.
Ürək ağciyər reanimasiyasi göstəriş deyil.
Agir xroniki xəstəliklərin son mərhələsində olan xronik xəstələr (bu xəstəlikləri
təsdiq edən sənədi olmalıdır).
Əgər dəqiq bilirsə ki, ürək dayanmasından 30 dəqiqə keçib.
Qan dövranı durduğu xəstələrdə həyati xəstəxanaya qədərki mərhələdə ancaq bu
halda təmin etmək mümkündür
1. Tez təcili yardım çagirmaq
2. Ürək ağciyər reanimasiyasi aparmaq
3. Defibrillyasiya etmək (ürək əzələsinin bioelektrik sahəsinin bərpasi üçün istifadə
olunan elektroimpuls müalicəsi)
4. Ixtisaslaşmiş müalicəni təmin etmək

Şəkil 5. Defibrillyator

Bu 4 həlqə AHA (Amerika kardioloji assossasiyasi) ekspertləri tərəfindən tərtib


olunan “heyat zenciri”(chain of survival) konsepsiyasin daxildir.istənilən həlqənin
yubandirilmasi ümumilikde nəticənin pisleşmesine səbəb olur.
Tibb müəssisələrindən kənarda kliniki ölümdən sonra sağ qalma ehtimalı
Defibrilyatorla təchiz olunmamış ictimai yerlərdə 5%
Defibrillyatorlarla təchiz olunmuş müəssisələr 74-50%
ABS kimi iqtisadi inkişaf etmiş ölkədə təcili yardımın hadise yerine yetişmesi 8-12
dəqiqədir. Beləliklə, defibrilyatorun istifadəsi birdən kardak ölüm zamanı həyat qurtara
bilər!
Qan dövranı dayanması ürəyin nasos funksiyasını yerinə yetirə bilməməsi ile
əlaqədar olub, en çox rast gelinen səbəbi mədəcik fibrillyasiyasidir( ürək əzələsinin
seyrimesi). Bunun aradan qaldırılmasının yeganə effektiv metodu isə defibrillyasiyadir.
Bir neçe dəqiqədən sonra səyrimə asistoliyaya keçir (ürək əzələsi tamamilə hərəkətsiz
olur) və bundan sonra ele ilk dəqiqəlerden ugurlu reanimasiya ehtimali azalir. Ideal
halda mədəcik fibrillyasiyasının 2-4 cu dəqiqəsində defibrillyasiya aparılır.
Müasir defibrillyator istifadəsində sadə, kiçik ölçülü cihazdır.
Klinik ölüm keçirmişə defibrillyasiya aparılır, bərpa mümkün olmursa, 2 dəqiqə
ərzində ürək ağciyər reanimasiyası, sonra təkrar defibrillyasiya olunur.
Monopolyar defibrillyarorlarda 360 C elə əvvəldən verilir. Bipolyarlarda 150-220 C
-360 C dek. Mədəcik fibrillyasiyasindan 4-5 dəqiqədən çox keçərsə, ilkin
defibrillyasiya qeyri-effektiv olacaq. Bunu nəzərə alıb 2 dəqiqə ürək ağciyər
reanimasiyası aparılır, yalnız bundan sonra defibrillyasiya olunur.

Şəkil 6.

Defibrillyasiyanın effektivliyi və təhlükəsizliyi bir sıra kardial (ürək) ve ekstrakardial


(ürəkdənkənar) faktorlardan asılıdır.

Ekstrakardial:
1. elektrik impulsunun forması. Bipolyar impulsda monopolyara nəzərən 2 dəfə az
enerji tələb olunur. Və qeydə alınıb ki, 240C dan artıq cərəyan təkrarlanarsa
defibrillyasiyanın effektivliyi azalır.
2. elektrodların düzgün yerləşdirilməsi. Çünki qapalı defifibrillyasiya zamanı verilən
cərəyanın yalnız 4% ürəyə keçir, qalan 96% döş qəfəsinin digər strukturlarından
keçir. Elektrodun biri döş sümüyünün sag kənarında körpücük altında yerləşdirilir,
digəri isə sol məmədən bayıra.
3. Döş qəfəsinin müqaviməti. Bədən çəkisinden asılı olaraq yaşlı şəxsdə 70-80 Om
təşkil edir. Döş qəfəsinin müqavimətini azaltmaq üçün defibrillyasiya nəfəs vermə
vaxtı aparılmalıdır. Elektrodlara hansı güclə sıxılması da əhəmiyyətlidir – 8 kq
böyüklərə, 5kq 1-8 yaşda uşağa. Döş qəfəsində müqaviməti azaltmağın əsas hissəsi
də elektrodlarla dəri arasında cərəyan keçirici məhlullardan (su, duzlu su, gel)
istifadə etməklə yaxşi kontaktin əldə olunmasıdır. Planlı defibrillyasiyada tüklər teraş
olunur.
4. elektrodların optimal diametri 11-12 cm.
Defibrillyasiya vaxti heç kim xəstənin dərisinə və yatağına toxunmamalıdır.
Defibrillyasiyayla yanaşı aritmiyaların qarşısını almaq üçün kordaron tətbiq olunur.

Tənəffüs yollarının keçiriciliyini təmin etmək üçün ağızdan ya burundan keçməklə


səs tellərinin arasından keçib boru traxeyaya yerləşdirilir. Maska və ambu kisəsi ilə və
ya süni tənəffüs apparatı ilə tənəffüs təmin olunur.

Şəkil 7.

Şəkil 8. Ambu kisəsi


Şəkil 9. Süni tənəffüs cihazına qoşulmuş xəstə

Traxeostomiya isə traxeya mənfəzinin ətraf mühitlə əlaqəsini təmin edən cərrahi
metoddur. Həyati göstərişlə planlı və təcili surətdə olunur. Təcili hallarda konikotomiya
aparılır ki, bunu da həkim istənilən şəraitdə istənilən məişət alətləri ilə edə bilər.

Şekil8. Traxeostomiya olunmuş xəstə

Döş qəfəsinin açıq olduğu hallarda ürəyin açıq massaji və ürəyin birbaşa
defibrillyasiyasi aparıla bilər. Döş qəfəsi açıldıqdan sonra ürək, yardım edənin ovucuna
alınır, dəqiqədə 60-70 dəfə olmaqla yumşaq şəkildə sıxılır. Defibrillyasiya lazım olarsa
kiçik cərəyanla ürək əzələsi bilavasitə defibrillyasiya olunur.

You might also like