You are on page 1of 2

Təlimin strategiyalarına aiddir: 1. Təlimin təşkilinə verilən tələblər 2. təlimin forma və üsulları 3.

planlaşdırma 4. məzmun standartının şərhi

Tələblər-inkişafyönümlülük, şagirdyönümlülük, tamlıq, bərabər imkanlar, dəstəkləyici mühit ,


stimullaşdırma
( bu tələblər arasında şəxsiyyətyönümlülük, nəticəyönümlülük , tələbyönümlülük YOXDUR)

İnkişafyönümlülük- əqli fəallıq izlənilir, inkişaf səviyyəsi tənzimlənir

Şagirdyönümlülük – şagirdin maraq və təlabatları, ehtiyacları nəzərə alınır.

Dəstəkləyici mühit-psixoloji və maddi texniki baza ilə dərs təmin olunur.

Bərabər imkanlar- hamıya eyni təhsil şəraiti yaradılır.

Tamlıq- inkişafetdirici, öyrədici, tərbiyəedici funksiya yerinə yetirilir.

Stimullaşdırma- şagirdin fəaliyyəti müəllim tərəfindən dəyərləndirilir.


Təlimin formaları: fərdi, cütlərlə, qrupla , kollektiv

Fərdi iş – sərbəst düşünmə, hər bir şagird haqqında geniş məlumat əldə olunur, vaxt çox gedir,
əməkdaşlıq və dialoq olmur

Cütlərlə iş- daha yaxından əməkdaşlıq, problemin yerinə yetirilməsində bir-birinə kömək, öz
işlərinin ( sinif və ya ev tapşırıqlarının) nəticələri barədə fikir mübadiləsi aparırlar,qarşılıqlı
qiymətləndirmə , qarşılıqlı yoxlama keçirirlər

Qrupla iş- “müəllim-şagird” cütlüyündən imtina edilir, “müəllim-qrup-şagird” üçlüyü olur. Hər
bir şagird idrak prosesinə cəlb edilir,hər kəs öz fikrini söyləyir, diferensiya prinsipini həyata
keçirməyə imkan yaranır, demokratik ortam yaranır, az vaxtda çox bilgi əldə olunur,qruplar
arasında rəqabət yaranır, fərdi xüsusiyyətlər nəzərə alınır, biliyin müstəqil əldə olunmasına,
fəaliyyətin sərbəstliyinə imkan yaradır, idraki motivasiya və ünsiyyət motivasiyası
birləşir( öyrənmə motivasiyası yaranır), özünü ifadə tərzi formalaşır , şəxsi keyfiyyətlər üzə
çıxır,özünün və digər üzvlərin imkanlarını dərk etmək və qiymətləndirmək üçün şərait yaranır,
özünə inam artır, özünü şəxsiyyət kimi hiss edir.

Qrupla işdə bütün qruplar eyni material üzrində işləyə bilər ( yəni hamısı eyni mənbədən axtarır)
və ya müxtəlif materiallarla ( hər birinə fərqli mənbə verilir , müxtəlif mənbələrdən eyni problemi
araşdırırlar)

Qrup işinin təşkilinin 3 variantını fərqləndirmək olar . Deyir ki :


1. Qruplar müxtəlif mənbələrdən eyni problemi araşdırır ( Məsələn ,Bakı haqqında məlumat
toplamaq lazımdırsa, qruplardan biri internet vasitəsilə axtarır, biri kitabdam axtarır, biri
qəzetdən və s. ) Ayrı –ayrı mənbələrdən.

2. Material qısa olarsa, hər kəs eyni mənbədən yararlanır. Bütün qrupların qarşısında eyni
materialdan olur. Məsələn, kitab.

3. Bir də ki , bir mənbə var , deyək ki, bir kitab var, qrupların sayı qədər deyil, bir dənədir. Ondan
qruplar sırayla ardıcıl şəkildə istifadə edir ( buna rotasiya metodu da deyilir )

Müəllimin təşkilati aspektləri – iş vərəqini hazırlayır, vaxtı müəyyənləşdirir, qruplara bölünmə


texnikasını seçir, mübadilə mərhələsini planlaşdırır, qrup qaydalarını müəyyənləşdirir,
qiymətləndirmə meyarlarını hazırlayır
Müəllimin davranış aspektləri – suallara cavab vermək,zərurət yaranarsa, müdaxilə edib problemi
aradan qaldırmaq, zəif şagirdlərə daha çox diqqət yetirmək , qrup işinin müsbət və mənfi
cəhətlərini qeyd etmək , qrup qaydalarını müəyyən etmək və nəzarət etmək

Şagirdin təşkilati aspekti- lideri seçmək, vəzifələri bölüşdürmək , vaxtdan səmərəli istifadə

Şagirdin davranış aspekti – fəal olmaq, fikrini zorla qəbul etdirməmək , qrup qaydalarına əməl
etmək və s.

Qrup liderini kim seçir ? Qrup üzvləri özləri

Müəllim qrup liderini seçə və ya vəzifələri bölüşdürə bilər ? – Bəli , edə bilər . Adətən üzvlər özləri
seçir. Ancaq müəllim seçə bilməz deyə bir şərt yoxdur.

Qrup işini yalnız lider təqdim edir ? –Lider də təqdim edə bilər , qrup üzvləri də . Belə bir şərt
yoxdur ki , işi yalnız lider təqdim edəcək

Qruplara bölünmə texnikaları – say , ad günləri üzrə say , sosiometrik, mozaika , püşk , mahnılar
axtarışında , rəngli kartlar

You might also like