You are on page 1of 23

ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ sual-cavab

1. Ədəbiyyat nədir?
Həyatı bədii şəkildə, obrazlarla əks etdirən söz sənəti
2.Ədəbiyyatdan bəhs edən elm nə adlanır?
Ədəbiyyatşünaslıq
3.Bu elmin sahələri hansılardır?
• Ədəbiyyat tarıxı
• Ədəbiyyat nəzəriyyəsi
• Ədəbi tənqid
4.Ədəbiyyat nəzəriyyəsi nəyi öyrədir?
Ədəbiyyatın xüsusiyyətlərini, növ və janrlarını, süjet və kompozisiyasını, dilini
5.Nəsrin əlamətləri hansılardır?
• Adi danışıq dilinə yaxın olması
• İnversiyanın az olması
• Ədəbi dilin normalarının daha çox gözlənilməsi
• Cümlələrdən və abzaslardan ibarət olması
6. Yazılı ədəbiyyatımızda ilk nəsr əsər hansıdır?
Ə. Xəqaninin “Münşəat” adlanan məktubları
7.Nəzm sözünün mənası nə deməkdir?
Ərəb sözüdür, nizam-intizam, qayda-qanun deməkdir
8.Nəzmlə yazılan əsərlər hansı formada olur?
Misra , beyt, bənd
9.Nəzmin əsas vahidi nədir?
Misra
10.Əsas əlamətləri hansılardır?
Ahəng, ölçü, qafiyə, rədif, bölgü, inversiya
11. Ahəng nədir?
Eyni ölçülü səslərin bir-birini izləməsidir
12. Şeirdə ahəng yaradan vahidlər hansılardır?
Ölçü, qafiyə, bölgü, rədif
13.Ölçüyə ədəbiyyatşünaslıqda başqa nə deyilir?
Vəzn
14.Vəzn nə deməkdir?
Misraların həcmi
15.Vəznin əsas tələbi nədir?
Şeirdə misralar həcm və ahəngcə bir-birinə bərabər olsun
16.Qafiyə nəyə deyilir?
Tələffüzdə səs tərkibi etibarı ilə bir-birinə yaxın olan sözlərə
17.Qafiyənin neçə növü var?
Beşd
18.Hansılardır?
• Zəngin qafiyə - əksər səslərin bir-biri ilə uyğunlaşması
• Yoxsul qafiyə - cəmi bir-iki, əsasən də axrıncı səslər oxşar olur
• Qulaq qafiyəsi – yazıya görə fərqlənən, oxşar tələffüz olunan sözlər
• Daxili qafiyə - ahəngdarlığı artırmaq üçün misraların daxilində işlənir, bu
qafiyə bütün misralarda eyni yerə düşməlidir
• Cinas qafiyə-şəkilcə, tələffüzcə eyni olan müxtəlif məna ifadə edən sözlərdir
19.Rədif nədir?
Misranın sonunda gəlib qafiyədən sonra təkrar olunan söz
20.Rədif bəndlərin və beytlərin sonundakı qafiyədən sonra gələndə nəyə xidmət
edir?
Bəndləri yaxud beytləri bir-birinə bağlamağa
21.Misradaxili bölgü nədir?
Misraların tərkibində edilən fasilələr
22.Ədəbiyyatşünaslıqda bölgü əvəzinə başqa hansı terminlərdə işlənə bilər?
Təqti, sezura, duraq, ayaq
23.Misra nədir?
Şeirin bir sətri
24.Beyt nədir?
İki misradan ibarət nisbətən bitkin hissə
25.Beytin hansı növləri var?
• Mətlə beyt – ilk beytdir
• Məqtə beyt – son beytdir
• Şah beyt – şeirin ən qüvvətli bəndidir
26.Beytlə yazılan şeirlər hansılardır?
Qəzəl, qəsidə, qitə, məsnəvi
27.Hər iki misraya beyt demək olarmı?
Xeyr, bitkinlik olmalıdır
28.Bənd nədir?
Şeirin müxtəlif misralarından ibarət hissə
29.Şeirdə misraların sayı nəyə əsasən müəyyənləşir?
İlk bəndə əsasən, ilk bənd neçə misradırsa digərləridə elə olacaq
30.Yalniz bir bənddən ibarət olan şeirlər hansılardır?
Rübai, tuyuq, bayatı
31.Bəndlər şəkilində olan digər şeir janrları hansılardır?
Qoşma, gəraylı, mürəbbe, müxəmməs, müsəddəs, muüşşər
32. beşlik şəkilində yazılan janrlar hansılardır?
Müxəmməs, təxmis
33.Dördlük şəkilində yazılan hansılardır?
Rübai, tuyuq, mürəbbe
34.Ədəbiyyatımızda hansı vəznlər vardır?
Heca və əruz, əlavə olaraq sərbəst şeir forması
35.Milli vəznimiz hansı sayılır?
Heca vəzni
36.Bu vəznin əsas tələbi nədir?
Misralarda hecaların sayının bərabər olması
37.Şeir şəkilləri neçə haçalı ola bilir?
İki – on altı
38. Ən çox işlənən şeir şəkilləri hansılardır?
7,8,11 hecalı şeirlər
39.Heca vəznində misradaxili bölgü nəyə əsaslanır?
Bütöv söz prinsipinə
40. Heca vəzninə başqa nə vəzni deyirlər?
Barmaq vəzni
41.Əruz vəzni ədəbiyyatımıza hansı ədəbiyyatdan keçmişdir?
Ərəb ədəbiyyatından
42.Əruz nə deməkdir?
Şeir haqqında elm
43. Bu vəzni ilk dəfə kim sistemləşdirib?
Ərəb alimi Xəlil ibn Əhməd
44.Əruz vəznin əsas tələbi nədir?
Uzun və qisa hecalar bir-biri ilə növbələşir, bir-birini izləyir, mütənasib yaranır
45.Hecaların sayı fərqli ola bilərmi?
Bəli
46. Bu fərqlilik nəyin hesabına aradan qaldırılır?
Hecaların uzanması və qısanması
47. Uzanma necə adlanır?
İmalə
48. Qisalma necə adlanır?
Zihaf
49.Uzun heca nəyə deyilir?
Samitlə və ya uzun saitlə bitən hecaya
50. Qısa heca nəyə deyilir?
Adi saitlə bitən hecaya
51.Əruzun prinsipləri hansılardır?
Heca prinsipi, bölgü prinsipi
52.Heca prinsipinin tələbi nədir?
Uzun və qisa hecaların mütənasib yaratması
53.Əruzda təfilə deyilən anlayış nədir?
Bölgü
54. Təfilə hansı bənddə qurulur?
Mətlə beytdə
55.Əruzun neçə bəhri mövcuddur?
On doqquz
56.Xəlil ibn Əhməd bu bəhrlərdən neçəsini yaradıb?
On beşini
57. Digər dördünü kim yaradıb?
Fars alimləri
58. Ədəbiyyatımızda bu bəhrlərin neçəsi işlənir?
On biri
59. Ən çox işlənən bəhr hansıdır?
Həcəz
60. Ən az işlənən bəhr hansıdır?
Rəcəz
61.Ən çox işlənən bəhrlər hansıdır?
Həcəz, Rəməl, Xəfif, Səri, Münsərih
61.Həcəz nə deməkdir?
Xoşa gələn səs, gözəl avaz, cəh-cəh
62.Həcəz bəhri necə yaranır?
məfAİlün təfiləsinin dörd dəfə təkrarı ilə
63.Bu bəhrdə yazılan hansı əsərlərə rast gəlirik?
“Dəhnamə”, “Leyli və Məcnun”, “Məni candan usandırdı...”, “Əkinçi”, “Neylərdin
ilahi”, “Türkün nəğməsi” və s.
64.Rəməl sözünün mənası nədir?
Ləngərlənmək, ağır-ağır yerimək
65.Necə yaranır?
Failatün təfiləsinin təkrarından
66.Ədəbiyyatımızda rəməldə yazılan hansı əsərlərə rast gəlirik?
“Guş qıl”, “Söz”, “Əql yar olsaydı...”
67.Xəfif nə deməkdir?
Zərif, incə
68.Xəfif bəhrində yazılan hansı əsərlərimiz var?
“Qafqaz müsəlmanlarına xitab”, “Qaz və durna”
69. Səri sözünün mənası nədir?
Sürətli, tez-tez, cəld
70.Bu bəhrdə yazılan hansı əsər var?
“Ağacların bəhsi”
71.Münsərih nə mənasını verir?
Axici
72. Bu bəhrdə yazılan əsərlər hansılardır?
“Yanaram”, “Oxutmuram, əl çəkin”
73.Heca vəznindən yazılı ədəbiyyatımızda nə vaxtdan istifadə olunmağa başlayıb?
Xətayi yaradıcılığı ilə
74.Sərbəst şeir şəklidə nə gözlənilməlidir?
Ahəngdarlıq
75.Sərbəst şeir şəklində hansı vəznın təsiri duyulur?
Heca
76. Bu şeir səklində yazan sənətkarlarımız kimlər idi?
R. Rza, S. Vurğun, S. Rüstəm, B. Vahabzadə, Ə. Kərim, M. Araz
ƏDƏBİ NÖVLƏR VƏ JANRLAR
77.Epik nə deməkdir?
Epos sözündəndir, mənası danışmaq, söyləmək deməkdir
78.Epik növ üçün əsas olan nədir?
Təhkiyə
79.Epik növdə başqa nədən istifadə edilə bilər?
Təsvir və tərənnümdən
80.Epik növün şifahi xalq ədəbiyyatında janrları hansılardır?
əfsanə, rəvayət, nağıl, lətifə
81. Epik növün yazılı ədəbiyyatda janrları hansılardır?
Təmsil, hekayə, povest, roman, oçerk, xatirə
82.Təmsilə məxsus xüsusiyyətlər hansılardır?
Başlıca xüsusiyyəti alleqoriya olan təmsildə cansız əşya və heyvanların
şəxsləndirilməsi, qədim janr olması
83. Həcm etibarı ilə kiçik olan janr hansıdır?
Hekayə
84.Sonu gözlənilməz sonluqla bitən hekayə necə adlanır?
Novella
85.Hekayə nəzm yoxsa nəsrlə olur?
Hər iki formada
86.Nəzmlə yazılan hekayə necə adlanır?
Mənzum hekayə
87.İlk mənzum hekayəmiz hansıdır?
N. Gəncəvinin “Sirlər xəzinəsi”nə daxil olan ilk hekayə
88. İlk nəsrlə yazılan hekayəyə kim yaradıcılığında rast gəlirik?
A. Bakıxanov, İ. Qutqaşınlı (XIX əsr)
89.Povest nə deməkdir?
Rus dilində təhkiyə, nağıl etmə mənasını verir
90. Povesti başqa cur necə adlandırırlar?
Böyük hekayə
91.Povestlə hekayənin fərqi nədir?
Povestdə bir neçə əhvalatdan bəhs olunması, obrazların çox olması
92.Ədəbiyyatımızda ilk povest hansıdır?
M.F. Axundzadənin “Aldadılmış kəvakib”
93.Epik növün həcmcə ən böyük janrı hansıdır?
Roman
94.Romanda hadisələr necə nəql olunur?
Dinamik inkişafda, bəzən qəhrəmanın həyatını əvvəldən axıra qədər təsvir edir
95.Romanın həcmcə növləri hansılardır?
• İki hissəli roman – dilogiya
• Üç hissəli roman – trilogiya
• Dörd və daha artıq hissəli roman – epopiya
96.Romanın məzmunca növləri hansılardır?
• Tarixi roman – tarixi şəxsiyyətlər, onların həyatı əks olunan roman
• Psixoloji roman – qəhrəmanın duyğu və düşüncələrinin geniş əks olunduğu
97.Nəzmlə yazılan ilk roman hansıdır?
Nizaminin “Xosrov və Şirin”
98.Nəsrlə yazılan ilk ana dilli roman hansıdır?
N. Nərmanovun “Bahadır və Sona”
99. Ədəbiyyatımızda satirik roman hansıdır?
Mir Cəlalın “Açıq kitab”
100.Oçerk həcminə görə hansı janra yaxındır?
Hekayəyə
101.Hekayədən fərqi nədir?
Faktiki həyat materiallarına əsaslanması
102.Oçerk ... yaxındır
Bədii publisistikaya
103.Ədəbiyyatımızda oçerk yazmış sənətkarlar....
Əvəz Sadıq, M. Cəlal, N. Babayev
104.Epik növün hansı janrına memuarda deyilir?
Xatirəyə
105.Oçerklə oxşar cəhəti nədir?
Faktiki həyat hadisəsinə əsaslanması
106.Ədəbiyyatımızda xatirə yazmış sənətkarlarımız kimlərdi?
C. Məmmədquluzadənin “Xatiratım”, A. Şaiqin “Keçmiş günlər”, Ö.F.
Nemanzadənin “Xatirələrim”, M. Hüseynin “Bir ay və bir gün”
107.Lirik növ nədir?
Yunan sözüdür, lira musiqi aləti ilə əlaqədar yaranmışdı
108.Lirik əsərlərdə ön plana keçən nədir?
Hadisənin doğurduğu hiss-həyəcan
109.Lirika mövzu və məzmunca hansı hissələrə bölünür?
• Məhəbbət lirikası
• İctimai lirika
110.Lirik növün şifahi xalq ədəbiyyatındakı janrları hansılardır?
Nəğmələr, bayatılar, mahnılar
111.Yazılı ədəbiyyatda janrları hansılardır?
Beytlə və bəndlə yazılan bütün əsərlər
112.5-10 beytdən ibarət olan, əruz vəznində yazılan janrlar hansıdır?
Qəzəl
113. Qəzəlın qafiyə quruluşu necə olur?
aa,ba,ca,da
114.Qəzəllərində təxəllüsünü işlətməyən sənətkar kim idi?
Q. Bürhanəddin
115.Qəzəllə qəsidənin fərqi nədir?
Qəsidədə beytlərin sayının 15-dən çox olması
116. Qəzəllə qəsidənin oxşar cəhəti nədir?
Qafiyə quruluşunun eyni olması
117.Qəsidənin növləri hansılardır?
• Minacat – Allah təriflənir, ondan kömək istənilir
• Nət – peyğəmbərin qüdrətindən danışılır
• Mədhiyyə - hökmdarların tərifi
• Fəxriyyə - şairin öz qüdrətindən bəhs etməsindən
• Mərsiyə - hökmdarların, xalq qəhrəmanlarının ölmü ilə bağlı yazılır
• Həcv – konkret bir adamın tənqidinə həsr olunur
118.Qitə nədir?
Ərəb sözü olub, parça, hissə mənasını verir
119.Neçə beytdən ibarət olur?
2-10
120.Hansı mövzuda yazılır?
İctimai-siyasi, əxlaqi-tərbiyəvi
121.Qafiyə quruluşu necə olur?
ab,cb,db,qb
122.Qəzəllə əsas fərqi nədir?
Sonda yazanın təxəllüsünün verilməməsi
123.Məsnəvi nə deməkdir?
ərəbcə ikilik
124.Qafiyə quruluşu necə olur?
Aa,bb,cc,dd,
125.Klassik ədəbiyyatda hansı janr məsnəvi şəkilində yazılır?
Poema
126.Məsnəvinin növləri hansılardır?
• Lirik məsnəvilər
• Epik məsnəvilər
127.Rübaiyə məxsus əlamətlər hansılardır?
• Dörd misradan ibarət olması
• İctimai məzmunlu olması
• Həcəz bəhrində olması
• aaba bəzən də aaaa formasında qafiyələnməsi
128.Tuyuqa məxsus əlamətlər hansıdır?
• Türk xalqına məxsus janr olması
• Duymaq, duyğu sözündən olması
• Dörd misradan ibarət olması
• İbrətamiz məzmunlu olması
• Rəməl bəhrində yazılması
• aaba bəzən də aaaa formasında qafiyələnməsi
• cinaslı və cinassız olması
129.Tuyuqla rübainin oxşar cəhəti nədir?
Qafiyə quruluşu,bir bənddən ibarət olması
130.Mürəbbe nə deməkdir?
ərəbcə dördlük deməkdir
131. Qafiyə qurulusu necədir?
aaaa, bbba, ccca
132.Müxəmməs nə deməkdir?
ərəbcə beşlik deməkdir
133.Qafiyə quruluşu necə olur?
aaaaa, bbbba, ccca, çççça
134.Yazılı ədəbiyyatdakı müxəmməslə şifahi ədəbiyyatdakı müxəmməsin fərqi
nədir?
Yazılıdakı əruz, şifahidəki heca vəznində olması
135. hansı janr müxəmməslə eyni quruluşa malikdir?
Təxmis
136. Təxmislə müxəmməsin fərqi nədir?
Bəndin son iki misrası başqa müəllifdən olması
137. Müsəddəs nədir?
Altılıq deməkdir, 6-10 bənddən ibarət olur
138. Qafiyə quruluşu necə olur?
aaaaaa, bbbbba, ccccca
139.Klassik ədəbiyyatda bənd şəkilində olan başqa hansı janrlar var?
• Müsəbbe – yeddilik
• Müsəmmən – səkkizlik
• Müəşşər – onluq
• Tərkibənd
• Tərcibənd
140.Həm lirik həmdə epik növün xüsusiyyətlərini daşıyan janr necə adlanır?
Epik-lirik növ
141.Bu növə daxil olan janrlar hansıdır?
Dastan, poema
142.Epik-lirik yoxsa lirik-epik?
Tərənnüm çox olarsa lirik-epik, təhkiyə çox olarsa epik-lirik
143.Dramatik növdə əsas olan nədir?
Göstərmə
144.Dramatik növdə yazılan əsərlər başqa cür necə adlanır?
Pyes
145. Dramatik növdə əsas olan nədir?
Göstərmə
146.Dramatik mətn hansı hissələrdən ibarət olur?
• Remerka
• Monoloq
• Dialoq
147.Remerkada nələr təsvir olunur?
Baş vermiş hadisə, yer, zaman, qəhrəmanın daxili aləmi, geyimi haqqında
məlumat.
148.Remerkanın monoloq və dialoqdan fərqi?
Səhnədə oxunmaması
149.Monoloq nədir?
Təkbaşına danışmaq, səhnədə qəhrəmanın təkbaşına danışmasıdır
150.Dialoq nədir?
Söhbət, mübahisə deməkdir, əsərdə iki və daha artıq şəxsin bir-biri ilə danişması
151. Dialoqa başqa nə deyilir?
Mükalimə
152.Nəzmlə yazılan səhnə əsəri necə adlanır?
Mənzum dram
153.Yalnız oxumaq üçün nəzərdə tutulan dramlar necə adlanır?
Laze dram
154.Dramatik növün şifahi xalq ədəbiyyatında janrları hansılardır?
Xalq oyunları, xalq tamaşaları, şəbihlər
155.Yazılı ədəbiyyatdakı janrları hansıdır?
Komediya, faciə, dram
156.Komediyaya məxsus xüsusiyyətlər...
• Şən yığıncaq, şən tamaşa mənasını verməsi
• Şərqdə məzhəkə deyilməsi
• Həyat hadisələrini gülüş şəklində əks etdirməsi
• Bu gülüşün ictimai-əxlaqi məzmuna malik olması
• Baş qəhrəmanın mənfi və müsbət obraz ola bilməsi
• Gülüşün həm satirik, həm də yumoristik növündən istifadə olunması
157.Ədəbiyyatımızda musiqili komediyaya harada rast gəlirik?
Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərində
158.Faciəyə məxsus xüsusiyyətlər...
• Kədərli, dəhşətli mənasını verməsi
• Kədərli hadisələrin ön plana keçməsi
• Tragediya da deyilməsi
• Böyük ümid və arzuların məhv olması
• Kəskin ziddiyyətlərin olması
• Əsərin qəhrəmanın ölümü ilə bitməsi
• Qəhrəman ölsə də mənən qələbə çalması
• Əsər qəhrəmanının mənfi və müsbət obraz ola bilməsi
159.Dramla faciənin fərqi nədir?
Dramda qəhrəman bütün rəqiblərinə qalib gəlir
160.Dram nədir?
Komediya və faciə arasındakı janr
161.Tragikomediya nədir?
Komediyada faciə ünsürlərinin çox olması, onun komediya yoxsa faciə olmasını
aydınlaşdırılmasının çətin olması
162.Ədəbiyyatımızda hansı tragikomediyalara rast gəlirik?
“Ölülər”, “Dəli yığıncağı”, “Anamın kitabı”
163.Bədii gülüşün növləri hansılardır?
• Satira – ifşaedici gülüşdür, nöqsanları daşıyanların məhvı məqsədi güdür
• Yumor – tənqidi mahiyyətə malikdir, yumor qəhrəmanına düsmən yox dost
kimi baxılır
164. Satira və yumordakı gülüşün fərqi nədir?
Satirada öldürücü, yumorda isə islahedici və mərhəmət doğucu gülüşün əsas
olması
BƏDİİ ƏSƏRİN QURULUŞU
165.Mövzu nədir?
Yazıçının dərk edib seçdiyi və əsərə gətirdiyi hadisə
166.Mövzu hansı qruplara bölünür?
Əsas və yardımçı mövzu
167.İdeya nədir?
Yazıçının gəldiyi fikir, əsərdən çıxan nəticə, oxucuya çatdirmaq istədiyi fikir
168.Əsərin məzmununu nə təşkil edir?
Mövzu və ideya
169. Əsərin forması nədir?
Janrı, vəzni, bölgüsü, qafiyəsi, bədii təsvir və ifadə vasitələri
170.Əsərin formasını nə müəyyən edir?
Məzmun
171.Məzmun yoxsa forma dəyişkəndir?
Məzmun
172.Əsərdəki hadisələr kimlər vasitəsi ilə taqdim olunur?
Surətlər
173.İnsan surəti necə yaranır?
Fərdiləşdirmə və ümumiləşdirmə yolu ilə
174.Surətin növləri hansılardır?
İnsan, təbiət, əşya, heyvan surəti
175.Yazıçı obraz yaradarkən həyatdan real obraz seçərsə bu obraz necə adlanır?
Proobraz, prototip
176 Əsərdə surətlər neçə cür olur?
İki, mənfi və müsbət
177. Əsərin qəhrəmanı hansı obraz sayılır?
Bütün hadisələrin mərkəzində dayanan şəxs
178.Əsərin qəhrəmanı mənfi surət ola bilərmi?
Bəli
179.Əsərdə iştirakına görə surətlər neçə yerə bölünür?
İki, əsas və epizodik surətlər
180. Portret nədir?
Obrazın görkəminin sözlə ifadəsi
181.Əsərdə təbiət surəti necə adlanır?
Peyzaj
182.Təbiət surəti əsərdə nəyə lazımdır?
Obrazın daxili aləmini açmağa kömək edir, bəzən onunla ziddiyyət təşkil edir
183.Əşya surət nədir?
Əsərdə əşyaların təsviridir
184. Əsər əşya adı ilə adlandırıla bilərmi?
Bəli, “Poçt qutusu”
185.Süjet nədir?
Təsvir olunan mahiyyət və hadisənin özüdeməkdir,hadisələin müəyyən xətt üzrə
inkişafidir
186.Süjet təşkil edən hadisələr necə inkişaf edir?
Yüksələn və enən xətt üzrə
187.Süjetin neçə mərhələsi var, hansılardır?
Beş, Ekspozisiya – zavyazka – kulminasiya – razvyazka – final
188.Ekspozisiya nədir?
Bədii müqəddimə, zəmin. Əsərdə hadisələrin baş vermə yeri haqqında
məlumatın verilməsi
189.Zavyazka nədir?
Düyün, rəbt mənasını ifadə edir, düyün vurmaq bağlamaq deməkdir, hadisələrin
get-gedə düyünlənməsidir
190.Konfliktin meydana çıxması hansı hissədə başlayır?
Zavyazka
191.Kulminasiya nə deməkdir?
Qulmen sözündəndir, zirə, yüksəklik, təpə mənasını verir,
192. Zavyazkada başlanan konflikt harada özünü ən yüksək pilləsinə çatır?
Kulminasiyada
193.Razvyazka nədir?
Düyünlərin açılması, münaqişənin zəifləməsidir
194. Hadisələrin enən xətt üzrə inkişafı hansı hissədə olur?
Razvyazkada
195. Final hissədə nə baş verir?
Hadisələr sona çatır
196.Əsərin kompozisiyasını nədir?
Hadisələrin bir-biri ilə əlaqələnməsi, müəyyən sistemdə qurulması
197.Kompozisiyaya nələr daxildir?
Epiqraf, proloq, epiloq, lirik haşiyə, peyzaj
198.Epiqraf nədir?
əsərin əvvəlində başqa sənətkardan və ya görkəmli şəxslərdən gətirilmiş hikmətli
sözlər
199. Epiqraf əsərin başqa hansı hissəsində verilə bilər?
Fəsillərin və hissələrin əvvəlində
200.Proloq nədir?
Ön söz mənasını verir, əsərin əvvəlində oxucu hadisələr barəsidə qismən tanış
etmək üçün verilən kiçik hissədir
201.Epiloqla proloqun fərqi nədir?
Əsərin sonunda verilməsi, qəhrəmanın sonrakı taleyi barədə məlumat verilməsi
202.Proloq və epiloq hansı əsərlərdə olur?
İri həcmli, roman, povest, poema
203.Bədii əsərdə təbiət təsviri necə adlanır?
Peyzaj
204.Lirik haşiyə nədir?
Hadisənin inkişafinin dayandırılıb öz zəmanəsi ilə əlaqələndirilməsi və ona
münasibət bildirməsi
205.Ədəbi dildə yazılan əsərlərdə hansı sözlər özünü göstərə bilir?
• Arxaizmlər – yazıçı əsərdə tarixiliyi qorumaq üçün istifadə edir
• Neologizm – müasir dövrün yazıçıları daha çox istifadə edir
• Varvarizm – dildə işlənən, lakin ədəbi dilə keçə bilməyən sözlərdir
• Vulqarizmlər – yazıçı mənfi obrazların dilindən istifadə edir, onun haqqında
təsəvvur yaradır
• Terminlər – obrazın dilindən istifadə etməklə onun ixtisasini bildirir
• Dialektizmlər – obrazın dilinin fərdiləşdirilməsi üçün istifadə olunur, onun
düşdüyü mühiti, regionu ifadə edir
206. Hansı obrazların dilindən də terminlər işlədilir?
Özünü savadlı, oxumuş göstərən mənfi obrazların
BƏDİİ TƏSVİR VASİTƏLƏRİ
207.Bədii təsvir vasitələri hansılardır?
Epitet, təşbeh, metafor, metonimiya, simvol
207.Epitet nədir?
Yunan sözü olub əlavə deməkdir, sözə onu qüvvətləndirən başqa sözün əlavə
edilməsidir
208.Epitetə başqa nə deyilir?
Bədii təyin
209. Bütün epitetlər qrammatik təyin hesab olunur?
Bəli
210.”Zümrüd meşələr” birləşməsində epitet hansı sözdür?
Zümrüd
211.Bir neçə sənətkarın işlətdiyi epitet necə adlanır?
Müqəyyəd epitet
212.Epitetlər nə ilə ifadə olunur?
Birinci növ təyini söz birləşməsinin aşlı tərəfi ilə
213.Təşbeh nə deməkdir?
ərəb sözüdür, bənzətmə, oxşatma deməkdir.
214. Təşbeh nəyə deyilir?
Bir predmetin müəyyən əlamətinə görə özündən qüvvətli başqa predmetə
bənzədilməsinə
215.Təşbehdə İştirak edən dörd ünsür hansıdır?
Bənzəyən – bəzədilən – bənzətmə əlaməti – bənzətmə qoşması
216.”Sən bir ana kimi səxavətlisən” misrasında təşbehin ünsürlərini göstərək...
• Bənzəyən – sən
• Bənzədilən – ana
• Bənzətmə əlaməti – səxavətlisən
• Bənzətmə qoşması – kimi
217.Bu cür təşbehlər necə adlanır?
Müfəssəl təşbeh
218.Mükəmməl təşbeh nədir?
Yalniz bənzəyən və bənzədilənin olduğu təşbeh
219.”Azərbaycan – qayalarda bitən bir çiçək” mükəmməl təşbehin əlamətlərini
göstərək...
• Bənzəyən – Azərbaycan
• Bənzədilən – qayalarda bitən çiçək
220. Metafor nədir?
Köçürmək mənasını verir, predimetin müəyyən əlamətinin başqa predimetin
üzərinə köçürülməsidir
221.Metafor nəyin əsasında yaranır?
Bənzətmənin
222. Təşbehdən fərqi nədir?
Bənzədilənin adının çəkilməməsi
223. Metafora başqa nə deyilir?
Gizli təşbeh
224.”Göy kişnər, qərib ağlar” metafora göstərək...
Göy kişnər
225.”Göy kişnər”i təşbehə necə çevirmək olar?
Göy at kimi kişnər
226.Müraciət kimi işlənən tülkü, çaqqal, ceyranım, quzum kimi sözlər nə sayılır?
Metafor
227.Metaforun növləri hansılardır?
• Bənzədilən atılan - “göy kişnəyir” kimi
• Bənzədilən bənzəyənin yerini tutur – yavrum, quzum adın nədir kimi
228.Metonimiya nədir?
Addəyişmə mənasını verən yunan sözüdür, predment bildirən söz əvəzinə
onunla əlaqəli başqa sözün işlənməsi
229.”Salon heyət içindədir, qara zənci kürsüdədir” metonimiya hansıdır?
Salon heyət içindədir
230. Metonimiya və metaforan fərqi nədir?
Metaforda qarşılaşdırılan tərəflər arasında heç biri əlaqə olmur, metonimiyada
isə tərəflər bir-biri ilə əlaqəlidir
231.Dilçilik qaydaları ilə bu fərqi necə izah etmək olar?
İsimləşmə, sifətləşmə, zərfləşmə varsa metonimiya, başqa bir canlı və ya cansızın
əlaməti aid olmayan birinin əlamətinə çevirilirsə metaforadır.
232.Sinekdoxa nədir?
Metonimiyanın bir növüdür
233.Simvol nədir?
Nişanə, şərti əlamət mənasını verən söz, əvəzinə rəmz termini də işlənir
234.Simvola bəzi nümunələr göstərək...
Göyərçin sülhün, tülkü hiyləgərliyin, dovşan qorxaqlığın
BƏDİİ İFADƏ VASİTƏLƏRİ
235.Bədii ifadə vasitələri başqa necə adlanır?
Poetik sintaksis, sintaksis fiqurlar
236.Bədii ifadə vasitələri daha çox...
Cümlə şəklində olur
237.Bədii ifadə vasitələri hansılardır?
Bədii sual, bədii təzad, təkrir, kinayə, mübaliğə, litota, inversiya
238. Bədii sual nədir?
Bədii sual - əsərin təsir gücünü artırmaq üçün cavab tələb etməyən sualdır
239.Bədii təzad nədir?
Məzmunca zidd iki anlayış və ya vəziyyətin qarşılaşması
240.Əks mənalı sözlərin vasitəsi ilə yaranan təzad necə adlanır?
Antiteza
241.Təkrir nədir?
əsərdə sözün və ya birləşmənin qəsdən təkrar olunması
242.Anafora nədir?
Misranın yaxud cümlənin əvvəlində işlənən təkrir
243. Epifora nədir?
Misranın yaxud cümlənin sonunda işlənən təkrir
244.Kinayə nədir?
Mənfi cəhətin müsbət kimi təqdim olunması
245. Başqa nə deyilir kinayəya?
İroniya
246.Mübaliğə nə deməkdir?
ərəb sözü olub şişirtmə deməkdir
247.Mübaliğə başqa cür necə adlanır?
Hiperbola
248.Əsərdə mübaliğə necə olur?
Bir hadisənin daha qabarıq nəzərə çatdırılması
249.Litota nə deməkdir?
Kiçiltmə, əhəmiyətsizləşdirmə
250. İnversiya nədir?
Cümlədə və ya misrada sözlərin yerinin qəsdən dəyişdirilməsidir
BƏDİİ YARADICILIQ METODU
251.Yaradıcılıq metodu nədir?
Hadisələri təsvir etmək üçün yazıçının götürdüyü prinsip
252.Ədəbiyyatimizda hansı yaradiciliq metodları var?
• Romantik metod
• Realist metod
253.Romantik metod nədir?
Burada yazıçı hadisələri gördüyü kimi deyil, görmək istədiyi kimi yazır
254.Romantik metod nə vaxtdan formalaşmağa başladı?
XX əsrin əvvəlində
255.realist metodun əsas xüsusiyyəti nədir?
Hadisələri olduğu kimi təsəvvür etmək
256.Bu metoddan nə vaxtdan istifadə olunmağa başlandı?
XVIII başlayaraq
257.Realist ədəbiyyatın qolu hansı idi?
Tənqidi realizm
258.Tənqidi realizm nə vaxt yarandı?
XX əsrdə
259.Onlar harada birləşmişdilər?
“Molla Nəsrəddin” jurnalında
260.Ədəbi cərəyan nədir?
Yazıçıların qruplaşıb ideyaca, məsləkcə, əqidəcə, üslubca birləşməsidir
261.Metodla cərəyanının fərqi nədir?
Metodun geniş anlayış olması, böyük ədəbi dövrü əhatə etməsi, cərəyan isə
konkret tarixi şəraitdə yaranır və onunla bağlı olur
262.Müstəqillik dövründə ədəbiyyatımızda hansı cərəyanlara rast gəlirik?
Modernizm, postmodernizm, magik realizm
263.Ədəbi məktəb nədir?
Bir sənətkarın özündən əvvəlki sənətkarı özü üçün bir məktəb seçməsi, onun
yaradıcılıq yolu ilə getməsi
264.Ədəbiyyatımızda ədəbi məktəb yaradan sənətkarlar kimlər idi?
Nizami, Füzuli, Vaqif, M.F. Axundzadə, Sabir və s.
265.Mətbuat sahəsində ədəbi məktəb yaradan jurnallar hansılar idi?
“Molla Nəsrəddin”, “Füzuyat”
266. Aşıq ədəbiyyatında ədəbi məktəb yaratmış sənətkar kim idi?
Aşıq Ələsgər
267.Nizami məktəbinin davamçıları kimlər idi?
Marağalı Öhvədi, Əssar Təbrizi, Arif Ərdəbili
268.Füzuli ədəbi məktəbinin davamçıları kimlər idi?
Saib Təbrizi, Qövsi Təbrizi, S.Ə. Şirvani
269. Sabir ədəbi məktəbinin davamçıları kimlər idi?
Ə. Nəzmi, Ə. Qəmküsar, M.Möcüz
270. Hər hansı bir ədəbi məktəbin davamçısı olan sənətkar özü ədəbi məktəb
yarada bilər?
Bəli, Sabir “Molla Nəsrəddin”inin davamçısı idi, Özü ədəbi məktəb yaratdı

You might also like