You are on page 1of 135

Salam Qədirzadə

46 BƏNÖVŞӘ

(Povest)

downloaded from KitabYurdu.org


Proloq

Bir adsız әsәr var, onu mәndәn başqa һeç kәs oxumayıb.

O getdi, әtri otaqda qaldı...


Söһbәtimizi beşcә dәqiqә çәkdi.
— Olarmı?
— Buyurun.
İçәri boylu-buxunlu, şux qaməlti, gözəl, cavan xanım girdi.
— Salam. — Astaca dilləndi.
— Әleykәssalam. Mәn qalxdım:
— Әylәşin.. Ona kresloda yer göstәrdim. Oturdu.
Vә yaxası qırmızı köbәli ağ paltarının әtәyini dizlәrinin
üstünə çәkdi. Böyürdәn
düyünlәnib ucları asıla qalmış ensiz kәmәri dә,
һündürdaban zәrif tuflilәri dә qırmızı idi. Әlindә göyümtül
üzlü iki qalın daftәr tutmuşdu. Nә deyәcәyini fikirlәşirmiş
kimi uzun, qara kirpiklərini aşağı endirib xeyli susdu. Mәn
ona diqqәt yetirdim. Gödәk vurulmuş xurmayı saçlarına
özündәn xәbәrsiz dən düşmüşdü. Ancaq baxanda çox
növrәstә görünürdü. Yaşı, mәncә, iyirmidәn artıq olmazdı.
— Qulağım sizdәdir, xanım qız.

downloaded from KitabYurdu.org


Tәravәtli sifәtindә bir uşaq mәsumluğu vardı. O, başını
qaldırıb, candәrdi gülümsündü.
— Düzü... bilmirәm nәdәn, necә başlayım. Mәn... —
Dəftәrlәri stolumun üstünә qoydu. — İcazә verin, əvvәlcә
tanış olaq...
Azacıq dikәlәrәk әlini qabağa uzatdı:
— Mәnzәrә.
Doğrudan, elә nazik çatma qaşları, badamı qara közlәri
әfsunlu bir mәnzәrә idi. Qönçә dodaqları od tutub yanırdı.
— Salam Qәdirzadә.
— Mәn tanıyıram sizi. Әsәrlәrinizin, bәlkә dә, һamısını
oxumuşam.
— Diqqətinizə görә tәşәkkür edirәm.
— Bilirsinizmi, mәn... birinci dәfәdir redaksiyaya ayaq
basıram. Belә yerlәrdә һeç olmamışam. Nә üçünsә, sizi
özümә mәһrәm sandım. Bu, gәtirdiyim dәftәrlәr dә...
Qoyun lap başdan danışım.
— Necә xәtriniz istәyir... әsla sıxılmayın.... Yanaqlarına xәfif
qızartı çökdü. Sağ birçәyində ağarmış iki tel, arxaya
һamarlanan ipәk saçlarında qoşa cığır salmışdı.

— Әslindә danışası bir sözum dә yoxdur. Tәkcә onu deyim


ki, bu dәftәrlər mәnimki deyil, bir qızın xatirәlәridir. Daһa
doğrusu, bacımınkıdır. Biz əkizik. Görsәniz bir-birimizә nә

downloaded from KitabYurdu.org


qәdәr oxşayırıq, һeyrәtlәnәrsiniz. Amma talelәrimiz
bambaşqadır. O, yazıçı olmaq istәyir. Yaman da utancaqdır.
Bunu, özündәn gizli gәtirmişәm. Xaһiş edirәm, vaxtınız
olanda vәrəqlәyin, baxın... Görün, dәyərmi zәһmәtinә
üstündə işlәsin, bu iki dәftәrdəki әһvalatları bir һekayәmi,
povestmi şәklinə salsın.
— Mәmnuniyyәtlә oxuyaram. Ancaq deyin bacınıza
utanmasın. Qoy, o da gәlsin sizinlə yanıma. Yazısı һaqqında
danışdıqlarımı eşitsin. Bәlkə mәslәһәtlәrimdә özü üçün
faydalı bir şey tapdı.
— Baş üstә. — Mәnzәrә ayağa durdu.
— Mәn gedə bilәrәmmi?
— Buyurun.
— Sağ olun.
— Xoş gәldiniz.
O, qapıda yubanıb geri döndü:
— Ancaq... Tәlәsmәyin, müәllim. Haçan oxusanız, gec deyil.

Mәnzərә çıxdı. Әtri otaqda qaldı. Dəһlizin parket


döşәmәsindә qırmızı tuflilәrinin dabanından qopan tıqqıltı
getdikcә uzaqlaşdı... və nәһayәt eşidilmәz oldu. Mәni
qәribә, anlaşılmaz һisslәr bürüdü. Elə bil yuxuda idim,
ayıldım, Mәnzərә röyada qaldı.

downloaded from KitabYurdu.org


Cildində tәk bәnövşә şəkli çəkilmiş birinci dәftәri açıb
baxdım, göyümtül mürəkkәblə aydın vә sәliqәli yazılmışdı.
Lakin vәrәqlәr saralmışdı, әzilmişdi. Әvvәlinci sәһifәdә,
Fransa ekzistensialisti Kamyudan epiqraf götürmüşdü:
«...Var olmaq, yaşamaq, ölümә doğru getmәk demәkdir.
Ölüm maһnının son sözüdür. Biz, nec deyәrlәr, ölüm
cәzasına mәһkum olunmuş, ancaq һökmü nә vaxt vә һarada
yerinә yetirilәcәyini bilmәyәn, yoldaşlarının isә hәr gün
edam edildiyini görәn kimsәsiz insanlarıq». Sonradan, bu
cümləlәrin üstündәn qәlәm çәkilmişdi. Ondan aşağıda,
qarışqa sırasına bәnzәr xırd sәtirlәr isә zәrrәbinsiz güclә
oxunurdu: «Mәn sevib-sevildiyimi dәrk etdiyim zamanda
bu xatirәlәrimi yazmağa başlayıram. Mәһәbbәtsiz keçәn
güllәr ömür dәftәrimin boş mәnasız sәһifәlәridir».

Qızın vaxtaşırı qeydә aldığı, kiçik parçalardan ibarәt һәr


xatirәsinin üstündә nimsәrlövһә әvәzi bir bәnövşә şәkli
çәkilmişdi; aşağısında da rәqәmlәr qoyulmuşdu. Tәnһalıq
vә mәyusluq rәmzi olan bu boynubükük zәrif çiçәyi o, yәqin
ki, sәһifәlәrә naһaqdan sәpәlәmәmişdi. Mәn çevirib ikinci
dәftәrin sonuncu vәrәqinә baxdım. Axırıncı bәnövşәnin
altında «46» yazılmışdı. Bir siqaret yandırıb fikrә daldım.
Lakin nә qәdәr cәһd etdimsә, aça bilmәdim bu sirri, «46
bәnövşә» — deyә beyük maraqla yenә birinci dәftәrin ilk
sәһifәsinә qayıtdım.

downloaded from KitabYurdu.org


O axşam evdә başqa һeç bir iş görmәdim, ancaq mütaliә
etdim. Gecә yarıyadәk yalqız, otağa qapılıb oxudum...
oxudum... Adı Könül olan bir qızın — Mәnzәrәnin әkiz
bacısının һәyat yollarında onunla bәrabәr addım addım
gәzdim... dolaşdım.

Birinci dәftәr

Mәһәbbәt gözәgörünmәz, seһirli bir quşdur; adamı


qanadlarına alıb göylәrә uçurur, bu alәmdәn çox uzaqlarda
olan ikinci dünyaya aparır. Orada çәkdiyin әzab-әziyyәt də
sәni sәrmәst edir, nәşәlәndirir; һәr şey öz adiliyindәn çıxıb
gözәlləşir. Sәһәrlәr qızaran üfüq, doğan künәş, gecәlәr
lacivәrd sәmada süzәn ay, sayrışan ulduzlar, tәbiәtin
qoynundakı meşәlәr, dәnizlәr, dağlar, şәlalәlәr, güllәr,
çiçәklәr o qәdәr mәnalı va möcüzәli görünür ki,
tamaşasından doymursan. Hәlә bütün varlığını, ixtiyarını
sәrәncamına verdiyin oğlan, qış nağıllarından gәlmiş
müdrik, cәsur bir qәһrәmana dönür sәnin üçün. Onun
görüşlәrindә özünü insanların әn bәxtәvәri sanırsan.
İstәyirsәn o, daima sәni oxşasın, әzizlәsin, öpsün vә һәtta
һәrdәn incitsin dә. Belә anlarda unudursan, dünyada nә var
һamısını; müqәddәs bir mәnanın sәcdәsindәn ayrılmırsan.
Düşünürsәn ki, damarlarında qan deyil, ülvi mәһәbbәtin
pak duyğuları cәrәyan edir vә bundan xoşһallandıqca
xumarlanırsan, әfsanәvi bir alәmin çәkisizlik şәraitindә qov
kimi yüngül olursan... Nәһayәtsiz fәzalarda uçursan...
6

downloaded from KitabYurdu.org


Bәli. Bu saat.. mәn Könül dә elәyәm. Nә yerdәyәm, nә
göydә. Qәrarım yoxdur. Bilmirәm ürәyimin çırpıntısını
necә sakitlәşdirim.Etiraf etmәliyәm ki, bu naraһatlıq mәnә
һәm dә lәzzәt verir. Nә üçünsә, sәbәbini anlamıram:
«Dәrya!» — deyә ucadan çığırmaq, qәһqәһә çәkmәk, uşaq
tәki atılıb-düşmәk istәyirәm.

Bu gün yazı stolumun siyirmәlәrini sәliqәyә salanda, әlimә


şagird dәftәrindәn qoparılmış qoşa vәrәq bir kağız keçdi.
Bu, tibb institutunun qәbul komissiyasına verdiyim
tәrcümeyi-һalın surәti idi.

«Mәn, Könül Murad qızı Kazımbәyli min doqquz yüz qırx


sәkkizinci ilin aprel ayının onunda Bakıda fәһlә ailәsindә
anadan olmuşam. Atam, Әzizbәyov neft mәdənindә
müһәndis işlәyir. Mәnim yaşımdan Sov.İKP-nin üzvüdür.
Anam Mәrmәr kitabxanaçıdır. Mәn orta mәktәbi bu yay
qurtarmışam. Min doqquz yüz altmış dördüncü ildәn
komsomolçuyam. »

Ünvanım belәdir: Şıxəli Qurbanov küçəsi, ev nömrә 103,


mәnzil 8».
Kağızı qatlayıb stolumun üstünә atdım. Tәsirlәndim.
Fikirlәşdim ki, mәnim әsl tәrcümeyi-һalım bu gündәn —
Dәrya ilә tanışlıqdan sonra başlayır. Bәnövşәli dәftәrimin
ilk sәһifәsindәn.
7

downloaded from KitabYurdu.org


— Onun — Şıxәlinin isә tәrcümeyi-һal dәftәri bağlandı,
bәnövşәsi soldu... һeyf, һeyf Şıxәlidәn!..

Әn çox bәyәndiyim, yaxası, qolları ağ xәzli sürmәyi


paltarımla qara tuflilәrimi geymişәm. Bu qiyafәdә sanki lap
qәşәnglәşmiş, һәm dә һündürboy olmuşam.
Dünәndәn intizarını çәkdiyim görüşün vaxtına xeyli qalıb.
Ancaq mәn indidәn һazıram.
Bu axşam anama, ömrümdə ilk dәfә yalan satdım:
—Ma, bizim fakültәdә bir qızın ad günüdür, onlara gedirәm,
— dedim.
Şübһәlәnmәdi. Lakin soruşdu:
— Әliboş niyә?
— Yolüstü mağazalardan bir һadiyyә alaram, — söylәdim.
Uşaq vaxtımdan dilim belә öyrәnib: mәn anama “ma”,
atama isә «pa» deyirәm.
Yanaqlarımın istilәndiyini һiss etdim: yәqin, yalan
danışdığım üçün qızarmışdım. Bunu gizlәtmәyә çalışdım.
Üzü divara çevrildim. Önümdә atamın fotoşәkli dururdu.
Çatılmış enli, pırpız qaşları altdan zәһimli, iri gözlәri mәnә
dikildi. Doğrudan da һeç fikir vermәmiş; nә böyük alnı
vardı atamın. Ovurdları çökmüşdü. Qalın bığları
dodaqlarının üstünü örtmüşdü. Yaman qaşqabaqlı kişidir.
Barı şәklini çәkdirәndә bir balaca gülümsəyәydi...
Anam soruşdu:
8

downloaded from KitabYurdu.org


— Saat neçәdә gәlәcәksәn, Könül?
— Bilmirәm, ma. Nә vaxt qurtarsa.
— Telefonları varmı?
— Yoxlarıdır... Geciksəm, düşüb avtomatdan sәnә zәng
çalaram.
— Çölә paltosuz çıxmayasan һa, Könül, soyuqlarsan.
— Ma, nigaran qalma, uşaq deyilәm ki. Bir neçә güdәn
sonra mәnim dә on doqquz yaşım tamam olur, iyirmiyə
keçirәm...

Anam çox mәnalı tәrzdә qımışaraq o biri otağa keçdi.


Gözlәrinin ifadәsindәn duydum ki, qızını boya-başa
çatdırdığı üçün qurrәlәndi.
Görәsәn, Dәrya ilә mәnim tәzәcә başlanan bu macәramdan
xәbәr tutsa sevinәrmi? Әlbәttә. Anam zəmanә ilә ayaqlaşan
qadındır. O bilmirmi әvvәl-axır bir qız bir oğlanı
qismәtidir? Şübһәsiz ki, bu mәsәlәdә Dәryanın kim, nec
adam olduğu onu һәr şeydәn artıq maraqlandırar. Anamı
çox sevirәm. Gözәl xasiyyәti var, һәlim arvaddır. O da mәni
az istәmir. Hәlә bir yol üzümә kәc baxmayıb. Ancaq atam...
tundmәcaz kişidir. İllaһ, bu işdәn duyuq düşsә... һәşir-
qiyamәt qoparar. Axı niyә?! Mәn un çuvalı deyilәm ki, evin
bir küncündә qalam. Dәrya mәgәr lәyaqәtsiz oğlandır?
Cavan... istedadlı һeykәltәraş... Neçә-neçә әsәrin
müәllifidir. Özünü tanımırdım, ancaq adını çoxdan

downloaded from KitabYurdu.org


eşitmişdim. Nәһayət, qismәt elә gәtirdi ki, һәyatda bir-
birimizlә qarşılaşdıq, görüşdük. Dәrya meһrini mәnә
saldı... Mәn dә ona vuruldum. Burada qәbaһәt naminә nә
var ki? Atamdır da... İş yerindә adı-sanı... һörmәti...
Mәdәndә neftçilәr başına and içirlәr, һamıya ağıl öyrәdir,
evdə isə köһnә adәtlәrindәn әl çәkmir...

Eh, isanların tәbiәti çox mürәkkәbdir.


Bayırda soyuq külәk əsirdi. Hәyәtimizdәki çılpaq ağaclar,
elektrik mәftillәri vıyıldayanda, adamın çanına üşütmә
dolurdu. Dәrya belә Һavada mәni hara aparacaqdı. Keçmə
Bakının da bu külәyindәn.

Saat altının yarısı idi. Dәһlizә gedib paltomu geydim.


Dovşan dәrisindən olan yumşaq tüklü papağımı qoydum.
Bәdәnnüma aynada özümә nәzәr saldım. Şәrfimlә
papağımın rәngi yaxşı uyuşurdu — ikisi dә boz idi. Ancaq
dünәn gecә pis yatmışam, gözlәrimә balaca qızartı
çökmüşdü.
— Ma, mәn getdim. — Qapını açanda dönüb anama
eşitdirdim.
— Yaxşı yol, qızım, çalış çox lәngimә.
Mәni gülmәk tutdu. Fikirlәşdim: «O Dәryanın insafından
asılıdır».

10

downloaded from KitabYurdu.org


Daş pillәlәri endikcә tuflilәrimin dabanından çıxan sәslәr
divarlarda tıqqıldayırdı. Yoldaşlarım haqlı imiş. Neçәsi
mәnә demişdi: «Könül, sәn becid gedәndә dabanlarını yerә
elә bәrk vurursan ki, üzünün әti titrәyir».
Qızların sözündә һәqiqәt varmış. Axı niyә tәlәsirәm? Vaxta
һәlә xeyli qalır ki.
Küçәyә çıxcaq qonşumuz Qönçәbәyimin oğlu ilә
rastlaşdım. O, bu fürsәti çoxdan gözlәyirmiş kimi sevincәk
ayaq saxladı:
— Salam, Könül...
— Salam.
— Kefin necәdir?
Dinc durmadım. Şıltaqlıqla:
— Әladan da bir az o yana. — Dedim vo qәһqәһә çәkib
güldüm. Qönçәbәyimin oqlu belә dil-dil ötdüyümә һeyran
qaldı.
— Tәki olsun...
Qolumdan tutub mәni qırağa çәkdi.
— Könül, nә vaxtdır sәninlә mәxsusi bir söһbәtim var.
Ancaq... bura yeri deyil. Özüm dә görürәm tәlәsirsәn
Elәmi?
— Bәli. Sәһv etmirsәn. Qızlarla vәdәlәşmişik... — Saatıma
baxdım. — Beş-on dәqiqәyә instituta çatmalıyam.

11

downloaded from KitabYurdu.org


— Yaxşı, onda yubanma, intizara söһbәt һaramdır, bizim ki
sonraya qalsın.

Qönçәbәyimin oğlu ayrılanda mәni elә qәribә, mәnalı


nәzәrlәrlә süzdü ki onu aldatdığıma utandım. Hәm dә
barmaqlarımın ucunu ovcunda bәrk-bәrk sıxıb pıçıldadı
«Şeytan qız!». Sonra әlini qaldırıb çiyninin üstündә yellәdi:
— Müvәffәqiyyәtlәr.
Uzaqlaşanda gözümün ucu ilә sezdim: tәәssüflә geri
qanrıldı...

Belә birtәһәr oldum. O cür danışdığım üçün peşmançılıq


çәkdim. Qorxdum düşünәr ki, ona acıq verirәm.
Mәnә elә gәlirdi, һәr kәs bircә kәrә üzümә baxsa һara
getdiyimi әlüstü bilәcәkdi. Elәcә dә bu.
İndicә görüşdüyüm oğlanın adı Emindir. Bizdәn üç dörd
qapı aralı olur. Evimizdә ondan söһbәt düşәndә һәmişә
«Qönçәbәyimin oğlu» deyirlәr. Tәrbiyәli ailәdәndir Atası
mәşһur kimyagәrdir — elmlәr doktoru, professor

Eminin özündәn böyük bir bacısı da var. Әrdәdir. O


qardaşına oxşamayıb. Qaynayıb-qarışan deyil. Qönçәbәyim
әczaçıdır. Ancaq çoxdandır işlәmir.

12

downloaded from KitabYurdu.org


Emin institutu inişil bitirib. Jurnalistdir. Özu də istiqanlı
oğlandır. Qәzetlәrdә vaxtaşırı imzasına rast gәlirәm.
Maraqlı şeylәr tapıb yazır. Hamısını da oxuyuram.

Mәn Emini neçә illәrdir tanıyıram. Yaz-qış һәlə papaq


qoyduğunu görmәmişәm. Qarlı-çovğunlu günlәrdә da
başaçıq gәzir. Ancaq çox tәmiz, sәliqәli geyinir.
Mәһәllәmizdә bu barәdә Eminә çatan olmaz. Uzun
boyundan, girdә sifәtindәn, yerişindәn, danışığından eynәn
atasına oxşayır. Saçları da, göz-qaşı da, bığları da onunku
kimi qara-dır. Eһ... Emin... Emin... һәr dәfә sәninlə
qarşılaşanda uşaqlığın әziz, şirin bir xatirәsi yadıma
düşür...

«Bakı Soveti» metro stansiyasına yaxınlaşanda Dәrya gülә-


gülә mәni qarşıladı. Eһmalca dirsəyimə toxunub:
— Axşamınız xeyir, — dedi.
Cavab vermәk istәdim, ancaq gecikdim. Sonra da...
eskalatorla enәndә az qala yıxılacaqdım. Çәkmәmin dabanı
ilişdi, büdrәdim. Yaxşı ki, Dәrya dәrһal qolumdan yapışdı:
«Yavaş, Könül». Mәn güldüm:
— Tuflim sürüşdü.

Dәrya ayaqlarıma ötәri bir nәzәr fırlatdı, üzümü yana


tutmuşdum. Yuxarı qalxan pillәkәndәn qoһum, tanış

13

downloaded from KitabYurdu.org


tәsadüfәn mәni görә bilәrdi. Rәfiqәlәrimdәn birinin sözü
yadıma düşdü: «Sevginin lәzzәti oğlanla qorxa-qorxa,
xәlvәti gәzmәkdәdir. Nişanlanandan sonra adam arasına
nәnәm dә çıxar».
«Biz һara gedirik?»—deyә Dәryadan soruşmaq istәdim.
Dilim gәlmәdi.

O mәnә lap yaxın dayanmışdı. Nәfәsindәn papiros qoxusu


һiss edirdim. Bu da Emin tәki başaçıq olduğundan
bayırdakı külәk dalğalı, qara saçlarının sәliqәsini
pozmuşdu. Dәryanın çiyinlәri bu gün mәnә dünәnkindәn
enli görünürdü. Pencәyinin altından qalın, yun köynәk
geyinmişdi, yәqii ondandı. Әyninә biçilmiş boz ratin paltosu
bir qәdәr köһnәlmişdi.
— Uzaqdan sizi güclә tanıdım, Könül, — deyә Dәrya aradakı
sükutu pozdu..
— Ola bilәr...
— Anna Kareninaya oxşayırdınız...
— Yaşda, görkәmdә?
Dәrya tutuldu:
— Әlbәttә, görkәmdә. Sizin nә yaşınız var ki. Uşaqlıq
çağından srağagün ayrılmısınız...
Neon lampaları ilә gündüz kimi işıqlanan bәrli-bәzәkli
mәrmәr divarlı stansiyaya düşcәk һündür sütunlardan
birinin arxasına çәkilib dayandıq.
14

downloaded from KitabYurdu.org


Mәn gözümü Dәryaya zillәmişdim. Sifәtindә bir az
kobudluq vardı. Ancaq iti baxışları adamın ürәyinin
dәrinliyinә nüfuz edirdi. Alnına dartılmış enli, qara qaşları
ona ciddi bir görkәm verirdi.
Mәn bәrkdәn danışanları sevmirәm, bunu da bir növ
mәdәniyyәtsizlik әlamәti һesab edirәm. Dәrya çox astadan
danışırdı. Az qala pıçıldayırdı, bundan xüsusi zövq alırdım:

— Könül, mәn istәyirәm bizim görüşlәrimiz mәnasız


keçmәsin . Vaxtımız һeyfdir. Dünәn mәslәһәtlәşmәdim. Bu
günә һazırlıq görmәmişәm. Kinoya da, teatra da, sirkә dә
gedә bilәrik. — 0, bunu asta-asta dedikcә, dodaqları
arasından qızıl diş parıldayırdı. — һәr һalda... bayırda
gәzmәli deyilik, Könül can. Belә baxıram,һava qarlayacaq.

Oğlan dilindәn birinci kәrә idi «Könül can» kәlməsini


eşidirdim. Adım һeç zaman bu qәdәr xoşuma gәlmәyib.
Ürәyimdә anama tәşәkkür etdim.
Şәһәrin kino-teatrlarında tәzәliklә iki hissəli «Spartak»
filmi göstәrilirdi. İnstitutda yoldaşlarım çox tәriflәyirdilәr.
Mәmnuniyyәtlә ona baxardım. Niyyәtimi bildirmәyә
çәkindim.
— Mәnimçün tәfavütü yoxdur, — dedim. — Xәtriniz
istәyir... Tәki maraqlı bir şey olsun.

15

downloaded from KitabYurdu.org


Dәrya gözlәrini qıyıb, alnını ovuşdurdu.
— «Spartak»ı görmәmisiniz? — Soruşdum.
— Yox. Siz necә?
— Mәn dә görmәmişәm. bәlkә elә...
— Getdik! Әn yaxşısı odur.
Qatara minib, «26 Bakı komissarı» stansiyasına yollandıq.

Bilet alınca qaş qaraldı.


Kino zalında yerimiz arxa cәrgәdә idi. Dәrya solumda
әylәşmişdi. Paltomu çıxaranda o mənә canıyanlıq etdi.
— Sizә soyuq olmaz ki, Könül can?!
— Xeyr.
— Onda salın çiyninizdә qalsın.
İşıqlar söndü. Ekran canlı, geniş bir һәyat sәһnəsinə
çevrildi...

...Film başlanandan Dәrya sol әlimi ovcundan buraxmadı —


sığalladı, sıxdı, barmaqlarımı şıqqıldatdı. Mәnә xoş gәlirdi
onun bu nәvazişi. Fikrimi yayındırsa da, müqavimәt
göstәrmirdim...
Birdәn qolumun buküyünә sanki od basdılar. Diksindim vә
cәld әlimi çәkdim; Dәryaya tәrәf döndüm. Sәrxoş gözləri

16

downloaded from KitabYurdu.org


axırdı. Bilәyimi öpdüyündәn elә mәmnun idi gülümsәyirdi,
kirpiklәri titrәyirdi.

Qaranlıqda bir anlığa özümü qәrib һiss etdim. Dərya mәnim


üçün başqalaşdı, yada döndü. Bәdәnim әsdi. Sümüklәrim
eymәndi. «O niyә belə etdi?» — deyә qәzәbli baxışlarımı
gizlətmәyә çalışsam da, bacarmadım.

— İncidiniz mәndәn?
Cavab vermәdim. Dәrya mәyus oldu.
Sonra filmin axırına qәdәr danışmadıq. Onu incitmәyi
özümә rәva görmәdim. Ürәyini almağa bir bәһanә
axtardım.
İşıqlar yandı, ayaqa qalxıb paltomu geyәndә soruşdum:
— Siz Rafaello Covanyolinin «Spartak»ını oxumusuz?
— Xeyr.
— Mәslәһәt bilirәm, oxuyun. Romanla bu filmin arasında
çox fәrq var.

Dәryanın eyni açıldı. Sifәtindәki pәrtlik tәdricәn çәkilib


yoxaldı. Evә gәlincә hər şey unuduldu.
Bayırda Һava dәyişmişdi. Külәk yatmışdı. Şәһәrә sanki göy
qübbәsi boyda әlәkdәn xırda-xırda qar әlәnirdi. Sәkilәr,
yollar aqappaq idi.
17

downloaded from KitabYurdu.org


— Bir dә һaçan görüşәk, Könül can? — deyә o, küçәmizin
tininә çatanda yavaşıdı. Mәn güldüm:
— Hәlә һeç ayrılmamışıq ki... — Sonra çiyinlәrimi çәkdim.
— Nә bilim?
Dәrya telefon nömrәmi götürdü.
— İnstitutdai nә vәdә gәlirsiniz?
— Saat ikidә, üçdә...
— Çox gözәl!
— Ancaq... Xaһiş edirәm bizә axşam yeddidәn gec zәng
çalmayın...
— O da gözüm üstә.
Dәrya, olsun ki, mәni başa düşmәdi. Atamdan eһtiyat
edirdim, işdәn o vaxtlar qayıdırdı.
— Ayrılaq?
Onun bu sorğusuna çox könülsüz vә soyuq cavab verdim:
— Ayrılaq... Әlimi tutdu.
— İndi icazәnizlә olarmı?..
Mәn utandım. Üzümü yana döndәrdim. Dodaqlarının istisi
bu dәfә әvvәlcә әlimin dalını, sonra isə bir-bir barmaqlarımı
yandırdı.
— Gecәniz xeyrә qalsın, Könül.
— Xeyrә qarşı, — dedim.

18

downloaded from KitabYurdu.org


...Mәn öz otağıma keçәndә, saat on birә az qalırdı. Anama
zәng çalmaq tamam yadımdan çıxmışdı.

Biz beşmәrtәbәli binanın ikinci qatında oluruq. Mәnzilimiz


üçotaqlıdır. Bayırdan qapımızın çərçivəsindәki ağ düymәni
basanda, dәһlizә cingiltili zәng səsi deyil, әsәblәri
sakitlәşdirәn xoş bir musiqi sәdası yayılır.

Sol tәrәfdә gözlük şüşәlәri naxışlı, geniş qapı zal


adlandırdığımız qonaq otağına açılır. Tünd-şabalıdı rәngli
mebellәrimiz son müasir dәbdә olmasa yaraşıqlıdır. Anam
qәsdәn otaqlarımızı bir növ qәdim qaydada bәzәyib. Bu
mәnim dә xoşuma gәlir.
Evimizdәki әşyaları on il qabaq necә qoymuşuqsa, indi dә
yerlәrini dәyişmәmişik. Zala döşәmә boyu xalı sәrmişik.
Otaqdakı uzunsov, dördkünc yemәk stolunun әtrafında altı
yumşaq kreslo qoyulub. Sağ divarda piano ilә servant
arasında yataq otağına qapı var. Bu yanda bufet, divan, xarı
küncdә isә «Rubin-106» televizoru durur. Zal, küçə balkona
açılan ikitaylı qapının şüşә gözlüklәrin, işı.qlanır.

Divanın arxasındakı «Tarantello» İtaliya xalçası üstündәn


oymalı, zәrli һaşiyәdә tanımadığım rәssam canlı bir
mәnzәrә әsәri vurulub. Şәkildә, yaşıl meşə qoynundakı
ucqar kәnddәn çıxan süvarilәrin, sıldırım dağlarda ilan
kimi qıvrılan müdһiş yollarla qalxdığı tәsvir olunur.
19

downloaded from KitabYurdu.org


Üzbәüzdә isә atamın fotoşәklidir. Qapının pәrdәlәri dә
divarlara çәkilmiş kağıza uyğun mavi güllüdür.

Axşamlar, һündür tavandan asılan iri büllur çil-çırağın


şam-lampaları yananda zal zül-zül edir; « Tarantello»
xalçasındakı rәqqasә qadını ortaya alan oğllanların,
qızların, әlvan geyimlәri gündüzkü rәngini dəyişәrәk, bәrq
vurur.

Mәnim otağım dәһlizin sağ sәmtindәdir. Telefon orda, yazı


stolumun sol böyründәdir. Divardan bir oyuncaq meymun
asılıb. Bunu mәnә ad günümdә Qönçәbәyimin oğlu һәdiyyә
gәtiribdir.

Hәyәtә çıxan balkonun qabağında qollu-budaqlı yabanı


yasәmәn ağacı әkilib, baһarda açılan çәһrayı çiçәklәri çox
gözәl, lakin әtirsiz olur.
Sadә otağımı zәnginlәşdirәn, ancaq kitablarımdı
Bütün bunlardan başqa bir dә mәtbәxin böyründә balaca,
xudmani aynabәndimiz var. Yayda sәһәr vә axşam
sәrinliyində dә çay içmәyә, çörәk yemәyә ora yığışırıq.
Vәssalam, bizim mәnzilimiz belәdir.

Atam sәһәr işә gedәndә dәһlizdә üz-üzә gәldik.

20

downloaded from KitabYurdu.org


— Salam, pa — dedim.
O dayandı, Portfelini sol әlindәn sağ әlinә ötürәrәk qapının
dәstәyindәn yapışdı. Bir an düşüncәli tәrzdә gözlәri yol
çәkdi. Astadan, lakin xislәtinә xas ciddi aһәnglə dillәndi:
— Bir kәrә tapşırıram sәnә, yadında saxla: һara getsәn,
axşam saat doqquzdan gec evә gәldiyin olmasın.
Onun nәyә işarә vurduğu mәlum idi. Mәn qorxa-qorx
başımı tәrpәtdim:
— Yaxşı...
Vә elә bildim ki, nәzәrlәri bilәyimә sataşsa, orda Dәryanın
öpüşünün qızartısını sezәcәkdir. Sövqi-tәbii qolumu
arxamda gizlәtdim.
— Özün dә gedәndә, yerini anana yox, mәnә de. Atam
çıxmaq istәyәndә arxadan sәslәndim:
— Pa, bәs mәnim salamımı niyә almadın?
Qapı çırpıldı. Dәһlizin ortasında donub qaldım.
Hәyәcandan dizlәrim әsdi. Hәlә atam, mәnim Dәrya ilə
gәzdiyimdәn xәbәrdar deyildi. Gör, onu bilsәydi, neylәrdi.
— Ma, — deyә mәtbәxdә naһar һazırlayan anamın yanıl
cumub gileylәndim. — Atama yenә nә olub, mısmırığı yerlә
sürünür? Yoxsa... dünәn evә gec gәldiyim üçün sәnә dә
acıqlanıb.
Arvadın dәrdi açıldı:

21

downloaded from KitabYurdu.org


— Demişdin axı, yubansam zәng çalaram, sizi nigar
qoymaram... Bəs niyә belә edirsәn, qızım. Tәk atan yox,
mən özüm dә һövsәlәdәn çıxmışdım.
— Bağışla, ma. Tәqsirimi boynuma alıram. İkiniz də
һaqlısınız.

Anamı sakitlәşdirmәk üçün elә bu etirafım kifayət idi.


Qadın ürәyi yumşaq olur.
— Daһa qanını qaraltma, qızım. Әylәş, çayını çörәyini ye.
O gün institutun һәyәtinә girәndә tanış qızlardan,
oğlanlardan yan keçirdim, onların üzünә baxmaqdan. Elə
bilirdim dünəndən gözlərimin Dәryanın әksi qalıb.

Vestibüldә paltomu soyunurdum. Böyrümdәn kimsә acı (


çimdik qopararaq, turac kimi qaqqıldadı. Gülüşün,
tanıdım: Fәzilә idi. Mәnimlә bir fakültәdə üçüncü kursda
oxuyan od parçası, dilli-dilavәr qız. Yetәnә yetir, yetmәyənə
daş atırdı.

Uşaqlar әlindәn zara gәlmişdi. Hәrәyә bir şəbədə edirdi.

Fәzilә al-qırmızı kofta, qısa göy tuman geymişdi.


Ayaqlarında qara, tor corab vә totuq baldırlarına yapışan
22

downloaded from KitabYurdu.org


xırmızı, uzunboğaz çәkmә vardı. Zәfəran rənginə salınmış
saçlarını oğlansayağı vurdurmuşdu. Fəzilə gəzəyәn qız idi.
Tәzәliklә Hәsәnağa adlı birisi ilә əylənirdi. Son vaxtlar adәt
etmişdi: danışanda, müsaһibini inandırmaq üçün sözünün
başında, ayağında, «Hәsәnağam ölümüşü” deyirdi.

İndi o, mәni görcәk saqqız çeynәyә-çeynәyә, sürməli


gözlәrini süzәrәk eyһamla dillәndi:
— Aaz... sәni tәbrik!..
— Nә münasibәtlә? — soruşdum.
— Özünü bilmәmәzliyә niyә qoyursan. Daһa bizə yox da..
Düzü, onun nә demәk istәdiyini һәlә an,
Fәzilә çiyinlәrini әsdirә-әsdirә, nazik qaşlarını oynadaraq
bic-bic gülümsәdi:
— Aaz... dünәn yanındakı o Herkules oğlan
— Amma yaxşıça da yer seçmişdiz özünüzə. Paxılığım tutdu
sizә.
— Başa düşmürәm. Sәn nә danışırsan, Fәzilə
— Әlbәttә... Sәrf elәmir axı. Aaz... lap da paltosunu çiyninә
salıb, bir qәşәng oğlanla yanaşı oturan mәn idim?
Fәzilәni azdırmaq çәtindi. Boynuma alma qaldım.
— Hә... kinoda?
— Yox... һamamda.

23

downloaded from KitabYurdu.org


Tutuldum.
— Sәn dә Hәsәnağayla gәlmişdin?
Bu sözü eşidәndә qızı sanki ilan çaldı, ağzənə əyə-əyə
söylәndi:
— Aaz... Hәsәnağanı itirib-axtaran kimdir? Allah vurmuşdu
onu gündüzün künorta çağında, goburnat bağında
Hüseynağam ölmüşü, keçәn һәftә o gәdәnin başına bir oyun
açmışam ki, bundan sonra qәlәt elәr qız tayfasına yaxın
düşәr. Mәn kinoya Hüseynağayla gәlmişdim. Bunu
tanımırsan: professor Talışxanlının kiçik oğludur. - - Fәzilә
sağ әlinin baş barmağını dikәldib, qabağa uzatdı. — Şik!
Yaxşı ki onu çağırdılar. Yoxsa yaxamdan əl çəkməyəcəkdi.

...İnstitutdan qayıdanda evә tәlәsirdim. Dәrya zәng


çalacaqdı. Yenә atamın zәһmi qәlbimi sarsıtdı. «...Özün dә
gedәndә yerini anana yox, mәnә de!» - sözlәri qulaqlarımda
cingildәdi. Bundan sonra neylәyәcәkdim?! Dәrya ilә
görüşmәmәk mәnә dərd olardı. Sevgi nübarının dadını son
iki-üç gündә tәzәcә tamsınmağa başlayırdım; һәyatın,
yaşamağın mәnası dəyişmişdi, başqalaşmışdı mәnim üçün.
Bu tәrәfdәn dә qarşımda atam dayanmışdı. Yeganә qızı olan
mәni naz-nemәt içindә qayğı vә nәvazişlә böyüdüb boya-
başa çatdıran doğma atam!

24

downloaded from KitabYurdu.org


Mәtbәxdә oturub çay içirdim. Telefonun zәngini eşidәndә
cәld öz otağıma yüyürdüm. Dәstәyi eһmalca qaldırdım.
— Bәli, kimdir?
O qәdәr astadan xәbәr aldım ki, çox güman sәsim
mikrofona yetmәdi. Boğazımı arıtlayıb, bir dә tәkrar
soruşdum:
— Allo, kimdir?
— Mәnәm.
Sәһv etmәmişdim. O idi.
—Dәrya?.. Salam.
— Nә tәһәrsiniz, Könül can? —— Lap yaxşı. Bәs siz?
— Mәn dә. Neylәyirsiz evdә?
— Heç... İnstitutdan indicә gәlmişəm.
— Bu axşam nə işlә mәşğulsunuz?
— Dәrslәrimә һazırlaşacağam.
— Bәs mәnimlә görüşmәyә һazırlaşmırsınız?

Bilmәdim nә deyәm. Canımı dişimə tutdum: —- - Yox...


— Çox lәngimәrik.
— Mümkün deyil, Dәrya.
Onun sәsi ciddilәşdi:
—Yoxsa incimisiniz mәndәn?
25

downloaded from KitabYurdu.org


— Xeyr... İncimәmişәm. Başqa sәbәb var.
— Mәni nigaran qoydunuz, Könül. Bəlkә ucundan
qulağından deyәsiniz...
— Sonra... Naraһat olmağa dәymәz.
— Kefim pozuldu. Siz lap...
— İcazә verirәm, mәnә «sәn» deyin.
— Tәşәkkür edirәm. Bəs mәn sizi... səni һaçan, һarda
görüm?
- Sabah zəngləşib danışarıq.

—Nә deyirәm ki... Salamat qal. Öpürәm səni. Dud... dud...

Dәstәyi qoydum. Utandığımdan әllәrimlә üzümü dım.


«Öpürәm sәni» Tәk otaqda öz-özümә pıçıldadım. «Mәn
dә».
Atamın közlәrindәn uzaq.

Sәhәr һәyәtimizdә Qönçәbәyimlә rastlaşdım. Məni görcәk,


meһribancasına qucaqlayıb bağrına basdı, üzümdәn öpdü:
— Namxuda-maşallaһ, nә qәşәnglәşmisәn, köyçәk balam,
— dedi. — Az qala tanımayacaqdım. Tfu!... Tfu!.. Göz
dәymәsin, böyümüsәn... ətә-cana dolmusan... Sifәtin

26

downloaded from KitabYurdu.org


bədirlәnib... Lap birdәn-birә dәyişmisәn ey!.. Sırağagün
ayrı cürdün...

O qadınlara mәxsus maraqla geri çәkilib mәnә nəzər yetirdi.


— Mәrmәr bacı necәdir, a?—deyә anamı soruşdu.
— Yaxşıdır, Qönçәbәyim xala. Siz nә tәһәrsiniz?
— Görürsәn dә... Belә... Babat. Dәrsә gedirsәn, һә? — Bәli.
— Get, göyçәk balam, gecikәrsәn. Yoldan elәdim səni. Anan
yәqin evdәdir.
— Evdәdir, bәli.
Sözlü adama oxşayırdı.
— Xeyir ola?
— Bir dәymәk istәyirәm ona. Balaca işim var. Qönçәbәyim
azacıq uzaqlaşcaq arxadan mәni çağırdı.
— Könül, göyçәk balam... Ayaq saxlayıb, geri döndüm.
— Yadımdan çıxdı deyim: Emin çox-çox salam göndәrdi
sәnә.

Dodağımı dişlәmәsәydim, gülәcәkdim.


— Göndәrәn dә sağ olsun, gәtirәn dә. Qönçәbәyimlә
anamın söһbәti yaxşı tutur. Bu kün da axşamadәk oturub
çay içә-içә һey dәrdlәşәcәklәr.

27

downloaded from KitabYurdu.org


Oğlu Emin mәnә xüsusi һüsn-rәğbәt bәslәyir, çoxdan
duymuşam. Әvvәllәr yaxınlaşmağa cürәt etmirdi. Son
vaxtlar açılışıb. Ancaq mәni görәndә rәngi dəyişir. Sanki
yanımda günaһkardır. Bildir ad günümdə anası ilә bizә
gәlmişdi. Mәnә mәzәli bir һәdiyyә gətirmişdi. Balaca,
bozumtul meymundu.— Kәndirdәn sallanmışdı, gözlәri
qara muncuqdan idi, işıldayırdı. Quyruğundan dartırdın,
yuxarı ipә dırmaşırdı. O gecә qonaqlarımız dağılışanda mәn
aşağı endim, onları yola saldım. Emin guya
cәsarәtlәnmişdi. Hәyәtdә Qönçәbәyimi qabağa buraxdı.
Mәni kәnara çәkib dili-dodağı әsә-әsә dedi: «Könül, neçә
vaxtdır sәninlә ikilikdә danışmaq istәyirdim. Xaһiş edirәm,
axıracan qulaq as. Mәn һәmişә sәni düşünürәm. Axşamlar
gözlәrimi pәncәrənizdәn çəkmirәm. İşığınız sönür, sonra...
inan ki, һeç sonra da yata bilmirәm... Gәl sözümü yerә
salma. Haçan imkan tapsan, görüşәk... Mәn ürәyimi sәnә
açmayınca...» «Zәһmәt çәkmә!— dedim. — Elә bir o
qalmışdı. Atam eşitsә, neylәr!? Onu istәyirsәn ki, mәn evdә
gözükölgәli dolanım? Bir dә bu barәdә danışsan, üzünә
baxmaram!...»
Mәn qәtiyyәtlә ayrılıb getdim. Evә qalxcaq, balkondan
xәlvәti һәyәtә boylandım. Emin fikirli һalda bir siqaret
yandırdı suyu süzülә-süzülә evlәrinә yollandı. Sonra
gördüm ki, dayandı, nә düşündüsә, әlindәki siqareti yerә
çırpdı; qaranlıqda xırda qığılcımlar qalxdı, söndü. Doğrusu,
yazığım gәldi Eminә. Gәrәk o qәdәr sәrt cavab
vermәyәydim.

28

downloaded from KitabYurdu.org


Anası Qönçәbәyim, deyirlәr gәncliyindә һәddindәn artıq
gözәl olub. Elə indinin özündә dә yaxşı qalıb. Xanım
arvaddır. Yaşı әlliyә çatsa da, görkәmindә qocalıq әlamәti
yoxdur. Sifәtinә baxanda adamın xoşuna gәlir, ağappaq,
gipgirdә...Gözlәri işıqlı, dişlәri sәdәf kimi. Heç inanmırsan
ki, Emin boyda oğul anasıdır.

Bir kәrә, yadımdadır, balaca idim; mәktәbdәn yay tətilinә


çıxmışdım. Gәrәk ki, yeddinci sinfә keçmişdim. Bakıda
һavalar qızmışdı. Qönçәbәyim mәni bir һәftәliyә
Buzovnadakı bağlarına qonaq aparmaq istədi. Atam tәk
buraxmadı; anamı da mәnә qoşdu. Gedәndә tapşırdı ki:
«Gözün uşağın üstündә olsun».

Mәn Emini ilk dәfә lap yaxından onda gördüm. Şümal bir
oğlan idi. İnstituta tәzәcә girmişdi. Deyәsәn mәni
ağlıkәsmәz körpә һesab elәyirdi. Bağlarına gәldiyimiz һeç
yarım saat olmamışdı. Çağırıb mәnә belә bir ultimatum
verdi: «Bax... şeytan, quyunun yanında oynamayacaqsan.
Günortanın istisindә bağın içinә getmәyәcәksәn; qurd-quş
sancar sәni. Keçi kimi dәr-divara, ağaca dırmaşmayacaqsan
— yıxılarsan, xatada biz qalarıq...»

29

downloaded from KitabYurdu.org


Hәyәtlәrindәki qollu-budaqlı, uca çinardan uzun bir
yellәncәk asılmışdı. O manim әn çox xoşladığım əyləncə idi.
Soruşdum: «Quyһaquya da minmәk olmaz?» Gödәk
һörüklәrimin ucundan tutub dartdı: «Olar, ancaq bərk
yellәnmә».

Sonra... sonra mәn bir günün içində dәlicәsinə Eminə


vuruldum. Elә vuruldum ki, özüm-özümu tanıya bilmədim.
Tezliklә bağdan şәһәrә qayıdacağımı, ondan
uzaqlaşacağımı fikirlәşәndә mәni kәdәr bürüdü, qәmә
batdım, az qala һönkürüb ağlamaq istәdim. Başa
düşmәdim, o sevgi idi, nә idi, ürәyimə һardan yol tapmışdı,
bütün vücudumu lәrzәyә gәtirmişdi, mәni aciz, iradәsiz bir
qıza çevirmişdi. Eminin isә münasibәtindә zәrrә qәdәr
dönüş görmürdüm.

Gecәlәr yatanda, yerimi anamla Qönçәbәyimin arasınada


salırdım; uzanırdım gözlәrimi qaranlıqda işıldaşan
ulduzlara zillәyirdim, һey baxırdım, xoruz banınadәk kirpik
çalırdım, ayla danışırdım, ulduzlarla pıçıldaşırdım. Belә
vaxtlarda Emin məni çağırsaydı, yerimdәn çәyirtkә tək
sıçrayıb yanına qaçar, һara desәydi, sevincәk gedәrdim.
Sәһәrәdәk onunla əl-ələ verib, yalın ayaqlarımla dünyanı
dolaşardım, yorulmazdım.

30

downloaded from KitabYurdu.org


Şәһәrә gәlmәyimizә bircә gün qalmışdı. Mәn yelləncәkdә
oturmuşdum, asta-asta yırğalanırdım. Xəyalım uzaqlarda
gәzirdi. Birdәn onun — Eminin sәsini eşitdim: «Könül!».
Dik atıldım, һay verdim: «Bәli» O, bağın içindən gәlirdi. Bir
nimçә üzüm dәrmişdi. «Darıxmırsan, şeytan qız?» Qaldım,
nә deyim.

Emin əlindәki nimçәni çarһovuzun qırağına qoyub soruşdu:


«Qaçsam, tuta bilәrsәnmi mәni?» Qәlbimә şadlıq doldu:
«Elә tutaram...»
«Başladıq!» Emin әvvәl sağa qaçdı, ardınca cumdum.
Sonra zənnimi azdırmaq üçün sola buruldu... dala qayıtdı.
Mәn qollarımı geniş açaraq yüyürdüm, ona yetməyə can
atdım. Elә bildim Emini tutsam, o һәmişәlik özümünkü
olacaq.
Ancaq arzuma çatmadım. Evlәrinin dalındakı heyva
ağaclarının arasından keçәndә büdrәyib yıxıldım.. biləyim
cızıldı...
Həmin yerdәn ki, dünәn Dәrya öpmüşdü.
Emingilin bağlarından qayıdanda ürәyimdә baş qaldıran
һisslәri nadir, qiymәtli bir töһfә kimi
şəhərə gәtirdim. Lakin... çox saxlamağı bacarmadım. Necə
fövrәn vurulmuşdumsa Eminә, elәcә dә tez unutdum. Vә

31

downloaded from KitabYurdu.org


anladım ki, mәnim o mәһәbbәt sandığım, һәrcayi
duyğuların şıltaqlığından başqa bir şey deyilmiş...

Son keçdiyimiz bәһsi özlüyümdә tәkrar edә-edә gedirdim:


«...İnsan kәllәsinin beyin һissәsi sәkkiz sümükdәn
ibarәtdir. Onlardan dördü tәkdir — әnsә, əsas, alın və xәlbir
sümüyü. İkisi dә cütdür; tәpə sümüyü, gicgaһ sümüyü. Alın,
әnsә, tәpә vә kicgaһ sümüklәrinin bir һissәsi kәllәnin
qapağını, yerdә qalan sümüklәr kәllәnin әsasını tәşkil
edir».

İnstituta һaçan gәlib çatmışdım, bilmәdim. Qabaqda,


küçәnin tinindә mavi bir «Volqa» dayanmışdı. Mәn
yaxınlaşanda maşının qapısı açıldı, Dәrya aşağı düşdü. Sәn
demә, bu onunku idi. Salam verib, әl tutdu, kefimi soruşdu.
— Biz ki sözlәşmişdik mәn dәrsdәn qayıdandan sonra
görüşәk.
— Elәdir... Ancaq o vaxtadәk ürәyim dözmәdi. Sәndәn
nigaran qaldım, Könül can. Telefonda da soyuq danışdın.

Dәryanın bu qayğıkeşliyi mәni elә һәyәcanlandırdı ki, ona


tәşәkkür etmәyә aciz qaldım. Açdım maşının dal qapısını
әylәşdim.
— Getmirәm bu gün instituta ! — dedim. O da sükanın
arxasında oturdu:

32

downloaded from KitabYurdu.org


— Hara sürüm?
— Hara xәtrin istәyir.
Maşın yerindәn tәrpәnәndә Dәrya qarşısındakı kiçik
aynadan mәnә gülümsündü.
— Al, bunu tax gözünә, — deyә azacıq uzaqlaşcaq o, döş
cibindәn çıxartdığı qara şüşәli eynәyini çiyninin üstdәn
mәnә uzatdı:
— Niyә ki? — soruşdum.
— Tanımasınlar sәni.

Otağımın gündoğara açılan pәncәrәsindәn xoşüzlü bir


sәһәr gülümsәyir, Yuxudan xeyli vaxtdır oyanmışam. Ancaq
qalxmaq istәmirәm, yer dәmi alıram. Gözlәrimi
yummuşam — dünәnki әһvalatları xatırlayıram. Daһa
doğrusu,
görürәm. Dәrya ilә şirin söһbәtlәrimizi, dalğaların
şırıltısına qarışan qәһqәһәlәrimizi eşidirәm. Bu sanki
dünәni geri qaytarıb ikinci kәrә tәkrar edir mənimçün…

...Biz Bakıdan çıxınca yaxın kәndlәrin , yöndәmsiz


yollarından keçirik. «Qayaaltı» deyilən qumlu, nәһayәtsiz
bir saһilә gәlirik. Әtrafın genişliyi, һavanın saflığı ürәyimi
fәrәһlәndirir. Yayda çimmәyә axışan adamlarla dolu olan
bu sәs-küylü yerlər indi tamam sakit vә kimsәsizdir. Tәkcә
qağayılardır sahilin dә, Xәzәrin dә sakinlәri.
33

downloaded from KitabYurdu.org


Dәrya suyun qırağında maşını bir dövrә sürәtlə fırladıb,
saxlayır, tәkәrlәr, lәpәlәrlә ütülәnmiş yaş qumun üstündә
naxışlı çevrәlәr cızır. Xәbәr alıram:
— Sәn elә niyә elәdin?
Mәn dә Dәryaya «Sәn» deyirәm. «Siz» onu mәn, ondan
uzaqlaşdırır.
Maşından enirik. Dәrya yerdәki, ikiqat һaşiyəli çevrәyә
baxıb, sualıma cavab verir:
— Bunun içәrisinә bir gözәl qızın şәklini salacağam.
Dәniz uğuldayır. Saһilә qoşun-qoşun һücum çəkən dalğalar
şaһә qalxır, qağayılar qanadlarını sulara çırpır.
İkimiz dә susuruq.
Bayaq yolda Dәrya sırağagünkü mәyusluğumun səbəbini
öyrәndikdә qәribә bir söz dedi: «Әgәr mәnimlә görüşmәyә
atandan eһtiyat edirsәnsә, onun çarәsi elçi göndәrәrәm,
nişanlanarıq».
— O şәklini çәkmәk istәdiyin qız kimdi? — soruşuram.
Dәrya zarafatımı başa düşür. Qolunu boynumdan aşırıb,
çiynimi ovcunda sıxır.
İlһama gәlmiş şairlərә tәqlidәn üzünü dәnizə tutub deyir:

— O qızın qaranquş qanadları tәk zәrif, qara, çatma qaşları,


uzun, sıx kirpiklәri var. Gözlәri әfsunlu və cazibәdardır.
34

downloaded from KitabYurdu.org


Dodaqları һәmişәbaһar qönçәsidi yanaqları, çәnәsi, boğazı
һamardır, elә bil ağ mərmərdən yonulub. Qәdim yunan
әsatirlәrindәki gözәllik ilahəsinin burnu kimi düz vә sivri
burnu var. Xurmayı ipək tellәri çiyinlәrinә qәdәrdir. Cәnnәt
sinәsindә bir cüt
Mәn әlimlә onun ağzını qapayıram.
— Bәsdir...
Maşına söykәnәrәk belәcә yanaşı dayanırıq. Qarşıda,
dәnizin üfüqlәrә qovuşduğu uzaqlarda yelkәnli bir qayıq
üzür. Dalğalı suların köksündә yırğalandıqca gaһ dikәlir,
gaһ batır, görünmәz olur. Mәn, uşaqlıqda әzbәrlәdiyim
Lermontov şerinin misralarını Xәzәrә oxuyuram:

Ağarır mavi dumanlıqda qәrib bir yelkәn.


O qәrib yelkәn uzaqlarda bilinmәz nә arar...

Sonrakı misraları Dәrya dilimdәn qapır. İftixar duyğusu ilә


çevrilib ona baxıram. Boyumuz bir bәrabәrdәdir.
Elә mәmnunam ki... Köksüm dә dәniz kimidir. Qalxır...
enir. Bilsәydim, tәkcә bu dәqiqәlәri yaşamaq üçün
doğulmuşam, ömrümün belә gödәkliyindәn
şikayәtlәnmәzdim.

Dәrya çiynimi buraxır, bәdәnim üşürkәlәnir.

35

downloaded from KitabYurdu.org


O, kiçik bir taxta parçası tapıb, cızdığı çevrәnin içәrisinә
girir, һamar qumun üstdә әlini sağa-sola, aşağı-yuxarı
gәzdirәrәk әyri xәtlәr çәkir. Hәm dә eһtiyatla һәrәkәt edir
ki, ayaqlarının izi ora düşmәsin.
Onca dәqiqә keçmәmiş mәn yerdә böyük әksimi görüncә
onun bacarığına һeyrәtlәnirәm.
Dәrya dikәlib kәnara adlayır, boynunu yana әyәrәk
gözlәrini qıyır, çәkdiyi rәsmә diqqәt yetirir vә әmәlindәn
razı tәki qürrәlәnir.
— Oxşarı varmı sәnә, Könül?
— Lap eynilә mәn özümәm!—deyirәm.—Ancaq... һeyf
zәһmәtindәn! Pozulub gedәcәk...
— Canın sağ olsun. Bircә dәfә baxdınsa, kifayәtdir. Qoy
pozulsun. Orijinalı ki, ürәyimdәdir...
Sonra Dәrya maşında oturub, mәni yanına çağırır.
Mәqsәdini duyuram: öpmәk istәyir. Çәkilib bir qıraqda
dayanıram. O, aşağı enib, pәncәlәri üstdә oğrun-oğrun
yaxınlaşaraq, arxadan mәni tutmağa çalışır. Qaçıram...
Ucadan gülә-gülә maşının dövrәsindә fırlanıram... Dәrya
da ardımca yüyürür... Emingilin bağlarında da belәcә
oynadığımız yadıma düşür. Bir anlığa qәlbim kәdәrlәnir vә
tez dә keçir.
İkimiz dә dururuq. Nәfәsimizi dəririk.
—Tutacağam! —deyir Dәrya.
— Tuta bilmәyәcәksәn! —deyirәm.
36

downloaded from KitabYurdu.org


— Baxarıq!
— Baxarıq!..

Dәrya qәfildәn irәli atılır, mәn yenә götürülürәm...


Yorulduğumu һiss edincә cәld maşına tәpilib içәridәn
qanıların dördünü dә bağlayıram... Dәrya vәziyyәti belә
görcәk tez əlini cibinә salıb qurdalanır. Ancaq naһaq yerә!
Açarlar maşının üstündәdir...

— Zoһmәt çәkmә! Bax... Bax... bunları axtarırsan. – deyə


açarları çıxarıb zәncirindәn tutaraq pәncәrinin qabağında
yellәdirәm, şüşәnin arxasından ona acıq verirəm.
Bu əsnada anamın sәsi mәni diksindirir:
— Könül, qızım, bәsdir yatdın, dur, әl-üzünü yu, naharını
elә...
Mәn Dәryadan da, dәnizdən dә ayrılıram. Әlimdəki zəncirli
açarlar yoxa çıxır...
Şәklim dә saһilin qumsallığında qalır...
Mәn lap uşaqlıqdan bədii kitabların aludәsi olmuşam.
Әlimә keçәn şerlәri, romanları gecә-gündüz, dönә-dönə
oxumuşam, yorulmamışam. Mütaliәyә acmışam – çörək
kimi, susamışam—su kimi. Kitablar mәni yaxın-uzaq
keçmişlәrә aparıb—sevindirib dә, kәdәrlәndirib də; təbiəti,
iqlimi tanış doğma ellәri, yad, qürbәt ölkәlәr gəzdirib,

37

downloaded from KitabYurdu.org


qәribә insanlarla rastlaşdırıb kitablar. Bu sәyaһәtlәr
zamanı һәyatda mәsud, bәxtәvәr yaşayan әzab-әziyyәt
girdabında çapalayanları da, sevgisində vüsala yetәnlәri dә,
һicran atәşindә qovrulanları da görmüşәm.

Mәn kitabları müqәddәs sanmışam, һәr sözünə kəlməsinə


inanmışam, müәlliflәrini isә peyğәmbәr tәsəvvüründə zәnn
etmişәm. Bәzәn elә tәsirlәnmişәm ki, yazmaq һәvәsinә
düşmüşәm, ancaq bacarmamışam...

Sonralar, nisbәtәn ağlıkәsәr çağlarımda һekayə naminə bir


neçә һadisә quraşdırmışam. Lakin utandığımdan heç kəsә
göstәrmәmişәm. Saxlamışam kitablarımın arasında,
vәrәqlәr xәzan yarpaqları tәk saralıb, solub... 0nlardan biri
dә Emingilin bağlarından qayıdan axşamı yazdığım «Qız —
bәnövşә» әһvalatıdır.

Bir ara az qalmışdı redaksiyalara aparacaqdım. Yaxşı ki,


cәsarәt elәmәdim. Xәbәr tutsaydı Emin, indi lәcalətdәn
üzünә necә baxardım?
Açığını desәm, o yazı bu gün başqalarına mənasız da
görünsә, mәnim üçün öz qiymәtini itirmәyib. Cırıb atmağa
һeyfsilәnirәm, әlim gәlmir. «Qoy dursun, maneçiliyi yoxdur
ki»!—fikirlәşirәm, һәlә dә ram.
...Baһar fәslidir...

38

downloaded from KitabYurdu.org


Çöldә tәnһa bәnövşә bitir... Bir oğlan onun yanından
etinasız vә laqeydliklә ötür. Bәnövşә isә dәrilmәk, oğlanın
ürәyinin üstә sancılmaq istәyir... Müyәssәr olmur, Bu
һәsrәt bәnövşәnin zәrif qәlbini incidir, boynu qüssәdәn
bükülә qalır...
Bәnövşә—qızdır, qız—mәnәm, oğlan da Emindir...

Orta mәktәbi qurtardım. Atam qoymadı bu yolu tutum.


«Şairlik, әdiblik kişi peşәsidir»—dedi vә mәni һәkimliyә
sövq etdi.
Beş aydır tibb institutunda oxuyuram. Bura daxil
olduğumdan narazı deyilәm.
Hәkim dә insanlara bәxş elәdiyi әlavә ömrün müәllifidir.
Dünyada bundan şәrәfli nə var ki?!

Dәrya ilә tanış olduğumuz bir aydır. Bu müddәt ərzindә һər


gün görüşә bilməsәk dә, mütlәq zәnglәşirik. Atamın
qorxusundan cәmi üç dәfә gəzmәyә çıxmışıq. Onda da yarı
ürәyim evdә qalıb. İndi Dәryasız darıxıram. O mәnimçün
әn әziz, doğma bir adama çevrilib. İnstitutda müһazirәlәr
zamanı tez-tez yadıma düşür. Evә gәlәndә dә һәmişә
qulağım sәsdә olur. Elә bilirәm bu dәqiqә arxadan onun
sәsini eşidәcәyәm: «Könül!..» deyə mәni çağıracaq.

39

downloaded from KitabYurdu.org


Fәzilә diliyanmış, bizi kinoda gördüyünü fakültәmizdә
qızların çoxuna danışıb.
Eһ!.. Qoy һamıya yaysın! Әvvəl-axır һәr şey aşkara çıxacaq.
Sevmәk cinayәt sayılsaydı, gәrək bütün bәşәriyyәt
müһakimә olunaydı!

Adam mәһәbbәtin qәdrini araya һicran düşәndә bilir. Bir


һәftәdir dəli kimiyәm. Evә gәldimmi, otaqlarda
vurnuxuram. Dәryanın yolunu gözlәyirәm. Moskvaya
rәssamların, һeykәltәraşların müşavirәsinә gedib. Hesabla
gәrәk ya sabaһ, ya biri gün qayıtsın. Tәyyarәdәn enәn tәki
mənә zәng çalacaq.
Yaxşı ki, bir yol telefonla danışmışıq... Amma məni nigaran
qoyub. Әlcәklәrini yadından çıxarıb aparmayıb. Bu sәһәr
elә ona görә radioya qulaq asdım. O tәrәflәrdә möһkәm
şaxtadır. Moskvanın qışını mәn dә görmüşәm.
Mağazalardan әlcәk tapmasa, barmaqları donacaq
Dәryamın.

Srağagün telefonla soruşdum:


«Oralar çox soyuqdur?»
Cavab verdi: «Onu mәn bilmәrəm, Könül!».
Xәbәr aldım: «Niyә?»
Dedi: «Çünki mәni sәnin mәһәbbәtin isidir!..

40

downloaded from KitabYurdu.org


Bütün günü Dәryasız Dərya ilә oldum. Yalqız vaxtlarımın
һәmsöһbәti bәnövşәli dәftәrimi qarşıma qoydum,
xәyalımda tәqvimin otuz beş vәrәqini geri çevirdim,
yanvarın on altısına qayıtdım. Dәrya ilә başlanan
tanışlığımızı incәliklәrinә qәdәr ürәk dolusu xatırlaya-
xatırlaya ağ sәһifәlәrә köçürdüm.
Mülayim bir axşam çağıdır. Qışın ilıq günorta nəfəsi qismәn
soyumuşdur. Şәffaf, mavi göy qübbәsinә ağ tül kimi param-
parça buludlar sәpәlәnib. Şәһәrin quzeyə baxan
pәncәrәlәrindә şölәlәnәn alov rangli şәfәqlər göz
qamaşdırır.
Mәn institutdan çıxmışam, ancaq evә tәlәsmirəm. Әlimdә
kitab dolu portfel saһil küçәsinə tarәf addımlayıram.
Darıxıram, һәyatımda nәsә çatışmır. Hәmsöһbətmi,
musiqimi, әylәncәmi, könlüm nә istәyir, özüm dә bilmirəm.
Divarlara yapışdırılmış solğun afişalara ötәri salıram.
Onlardakı zövqsüz şәkillәr, yazılar rәngbərəng tamaşalar,
konsertlәr isә köһnә, tәkrar vә yeknәsəqdir. Gözüm dә,
ürәyim dә tәzәlik axtarır.

«67-nin sәrgisi»—bu al-qırmızı başlıqlı elanı oxuyunca


ayaq saxlayıram: yaxındakı muzeydә müasir rəssamların,
һeykәltәraşların әsәrlәri qoyulub.
«Gedib baxacağam»—deyә istiqamәtimi dәyişib ora
yollanıram.
41

downloaded from KitabYurdu.org


...Fasadı qoşa sütunlu böyük binanın vestibülündə
soynuram. Yuxarı qalxıb salonları bir-bir gәzirәm.
Rәsmlәr... һeykәllәr... büstlәr cürbәcürdür—canlıları da
var, ölülәri dә. Sәrgi yenicә açılıb, adamla doludur. Havası
istidir. Lakin mücәrrәd, anlaşılmaz şəkillәr asılan otaqlar
boşdur, soyuqdur.
Bayaqdan onu da һiss edirәm—qıvrımsaçlı bir oğlan
kәnardan mәnә çox diqqәtlә baxır, yәqin kimәsә oxşadır.
Әһәmiyyәt vermirәm. Özümü görmәmәzliyə qoymuşam.
Xәzәr saһilindәki qara-boz qayalıqları, Abşeronu yaşıl
bağlarını vә yastı-yapalaq yöndәmsiz evlәrini təsvir edәn
mәnzәrәnin önündәn etinasız keçә bilmirəm. Bu yerlər
mәnә tanış, doğma görünür. Emini xatırladır. «Bax...
Könül, quyunun yanında oynamayacaqsan. Günortanın
istisindә bağın içinә getmәyәcәksәn—qurd-quş sancar sәni.
Keçi kimi dәr-divara, ağaca dırmaşmayacaqsan—yıxılarsan,
xatada biz qalarıq...» Dәlisov uşaqlıq çağlarım uzaqda
qaldı...
— Bağışlayın...—deyә arxadan qulağıma dəyәn sәs mәni
fikirdәn ayırır. Geri döncәk yenә һәmin qıvrımsaç oğlanı
görürәm.
— Buyurun.
O, ayaqlarını cütlәyib, qarşımda һörmәtlә tәzim edir:
— Üzr istәyirәm... Siz neftçi Muradın qızı deyilsiniz? «Bu
mәnim atamı һardan tanıyır?»
Deyirәm:
42

downloaded from KitabYurdu.org


— Bәli.
Oğlan raһatlıqla köks ötürür, eһmalca başını әsdirәrәk
gülümsünür.
— Elә bunu soruşacaqdım... Zәnnim mәni aldatmayıb.
Mәn һәlә һeç nә anlamıram.
— Bәyәndinizmi kişinin obrazını?
— Hһ... Bilmirәm siz һansı kişini deyirsiniz? Oğlan
duruxur:
— Zәһmәt olmasa, bura gәlin.
O mәni içәri salona aparıb, küncdә üzü işığa qoyulmuş yekә
bir büstü göstәrir.
— Bunu görmәmisiniz?
Baxan kimi atamı tanıyıram. «Pa!»—deyә iradәsiz
pıçıldayıram. Büstün böyründәki xırda yazılar gözümә
sataşır: «Dәrya Zәkizadә».
— Haçan düzәldiblәr bunu? Heç xәbәrim yoxdur...
O dinmir.
— Mәn bu һeykәltəraşın adını eşitmişәm.
Oğlan yenә bayaqkı tәki ayaqlarını cütlәyib, һörmәtlә tәzim
edәrәk әlini irәli uzadır:
— Elә isә tanış olaq: Dәrya Zәkizadә. Bu iş mənimkidir...

43

downloaded from KitabYurdu.org


— Sizinkidir?! — deyә mәn sövq-tәbiilә onunla әl tuturam
vә oğlana ötәri bir nәzәr fırladıram. — Heç gözlәmәdiyim
һalda sevindirdiniz mәni...
Büst eynilә atamdır, geniş alnı, çatılmış qalın, pırpız qaşları,
ciddi baxışları, çökük ovurdları, çәnәsi, dodaqları, bığları
һamısı, һamısı onunkudur.

Dәrya izaһat verir:


— Mәnә xarakterik bir neftçi obrazı lazım idi. Çoxdandı
gәzirdim, axtarırdım... Axırıncı kәrә mәdənə gedәndә
tәsadüfәn Murad әmi ilә rastlaşdım. Kişinin sifәtinә baxan
kimi dedim: «Tapdım! Elә budur!»—O, azacıq susub qısıla-
qısıla sözünә davam edir: — Amma, xətrinizә dәymәsin,
Könül xanım, yaman tündmәcaz atanız var. Onu dilә tutub
beş-altı dәfә emalatxanama aparınca anadan әmdiyim süd
burnumdan gәlib... Hәr seansda da yarım saatdan artıq
oturmayıb.
Özümdən xәbәrsiz şadlıqla qәһqәһә çәkirәm:
— Siz ki onu yola gәtirmisiniz, qәһrәmansınız, de deyirəm.
— Atam bu barәdә evimizdә bir kәlmә dә danışmayıb.
Dәrya umu-küsü elәyir:
— Heç gәlib heykәlinә dә baxmayıb.
Söһbәtimiz kәsilir. Susuruq. Nәzәrlәrimiz ani olaraq
qarşılaşır. Duyuram, Dәrya nәsә demәk istәyir, gözləri
gülür. Ancaq ürәk elәmir. Sonra eyһamla dillәnir:
44

downloaded from KitabYurdu.org


— Yaxşı ki, bu gün muzeyә gәldim...
Soruşuram:
— Siz? Mәn?
— Elә ikimiz dә! Yoxsa, bu tanışlıq olmayacaqdı...
— Ancaq bir məsәlә mәnә qaranlıq qaldı, — deyә mövzunu
dәyişmәk mәqsədi ilә araya söz atıram. — Siz nәdәn bildiniz
mәn neftçi Muradın qızıyam? Axı, atama o qәdәr də
oxşarlığım yoxdur...

Dәryanın nüfuzedici baxışları yenә sifәtimdә gәzidi:


— Bunu siz deyirsiniz, Könül xanım. Amma mәn bir
һeykәltәraş müşaһidәsi ilә diqqәt yetirәndә, sizi atanıza
oxşadan әlamәtlәri, cizgilәri çox aydın görürәm. Xüsusәn
gözlәrinizdәki işıltı, kirpiklərinizin düzülüşü, çәnәniz, üzr
istәyirәm, һәtta dodaqlarınız belә Murad әmini xatırladır...

Onun sözlәrindәn utanıram. Üzümü yana çevirәndә


büstdәn atamın qaşqabaqlı baxışları mәnә zillәnir. Sanki
namәһrәm bir oğlanla belә şirin-şirin danışdığıma
qeyzlәnir.

Dәrya getmoyә һazırlaşdığımı һiss edincә:


— Gözlәyin, Könül xanım, elә mәn dә çıxıram, —deyir vә
tәlәsik uzaqlaşır.
45

downloaded from KitabYurdu.org


Vestibüldә geyinәndә o, yenә mәnә yaxınlaşır, icazә alıb,
paltomu tutur. «Yox» demәyә dilim gәlmir.

Sonra sәrgidәn evimizә qәdәr mәn özümdә olmuram.


Fikrim Dәryada qalır. Onunla yanaşı addımladığıma
sevi¬nirәm. Vә bu ünsiyyәtdәn qәlbimә elә xoş bir raһatlıq
süzülür ki... Küçәmizә çatanda ayrılacağımıza
һeyfsilәnirәm.

Dәrya sabaһ mәnimlә yenә görüşmәk istәyir. Seһrlәnmiş


kimi, ixtiyarsız razılıq verirәm, düşünmәdən, qorxmadan...
Bu gün Könül deyilәm mәn, başqa bir qızam...
Darvazamızdan girәndә arxadan Dәrya məni çağırıb,
tәkidlә tapşırır:
— Sizdәn tәvəqqe edirәm, Könül xanım, Murad әmi tanış
olduğumuzu bilmәsin. Fikirləşәr ki, biz çoxdanın
dostlarıyıq; büstünü dә elә sizin xәtrinizә düzәltmişәm.
Tәşәkkür әvәzinә naһaqdan nifrәt qazanaram...
...Evә gәlincә şadlığımdan atamın boynuna sarılıb üzündәn
öpürәm:
— Pa, təbrik edirәm sәni!.. Sәrgidә һeykәlini qoyublar! Niyә
sәsә salmırsan, һә? Elə canlıdır ki, pa, deyirsәn bәs, indicә
dil açıb danışacaq. Özü dә birinci mәnә acıqlanacaq.
Qışqıracaq. «Ay qız, burda nә gәzirsәn, getsәnә evә!»
46

downloaded from KitabYurdu.org


Atam һeç һalını da dәyişmir:
— Çox az vaxtımı almışdı o gәdә, bir dә durub sәrgisinә
gedәcәyәm?!. Elә sәn görmüsәn, kifayәtdir.

Mәn öz otağıma qaçıram. Paltomu, papağımı çıxarıb bir


kәnara tullayıram. Qollarımı açıb aynamın qabağında
fırlanıram. Saçlarım dağılır. «Dәrya!»—deyə çığırmaq,
qәһqәһә çәkmәk, uşaq təki atılıb-düşmәk istәyirәm...

Bu axşam gecәyәdәk telefonun yanında oturub qәzetlərә


baxdım, kitab oxudum... «Spidola»nı qurdaladım, xaricdən
tutduğum musiqilәrә qulaq asdım. Atam da, anam da
çoxdan yatmışdı. Dәryanın zәngini gözlәyirdim. Maraqlı bir
xəbәr vardı qәzetdә: mәşһur alman alimi Vilһelm Hum-
baldt gözәl, ağıllı zövcәsi Karolina fon Daxroydenә qırx
dörd il әrzindә hәr gün yüz xətt şer itһaf edib. Onlar otuz
beş il intәһasız bir mәһәbbәtlә yaşayıblar. Karolinanın
vәfatından sonra da Humbaldt onu unutmayıb. Ömrünün
axırına kimi, һәr sәһər yazdığı şeri axşam aparıb sevimli
qadınının mәzarı üstdә oxumağı bir adәt şәklinә salıb...
«Qәribәdir!—Fikirlәşdim. — Sən demә, almanların da öz
Mәcnunu varmış!..».

Otağa cingilti qarışıq fәrәһ doldu. İntizarım bir


47

downloaded from KitabYurdu.org


anda yoxaldı.
O idi. İkicә kәlmә sözü ilə ürәyim tәskinlik tapdı.
— Salam... Salam, Könül... Necәsәn?
Pıçıldadım:
— Yaxşıyam. Gәlib çıxdın?..
— Hә... Mәn dedim indiyә yatmış olarsan.
— Heç gözümә yuxu gedәr... Һardan danışırsan?
— Aerodromdan. Bağışla, naraһat elәdim sәni.
— Yox...
— Yatginәn... Sabaһ istiraһәt günüdür, görüşәrik. Yaxşımı?
— Nә vaxt?
— Saat... neçәdә istәyirsәn?
Fikirlәşdim.
— Birdә.
— Çox közəl
— һarda?
— Elә orada... Gecәn xeyrә qalsın.
— Sağ ol...
— Öpürәm sәni!
Arxayınlıqla nәfәs aldım. «Elә orada» metronun «Bakı
Soveti» stansiyası demәkdi.

48

downloaded from KitabYurdu.org


İçәri evdәn atamın boğuq sәsi eşidildi:
— Kimdir gecәnin bu vәdәsindә zәng çalan?!
— Pa, sәһvәn bura düşmüşdülәr.
— Bəs sәn niyә oyaqsan?
— Dәrslәrimi һazırlayırdım, pa. İndicә qurtardım. Köksünü
ötürdü, lakin dinmәdi. İşığı keçirdim. Barmaqlarımın
ucunda çarpayıma yaxınlaşdım. Tez soyunub yerimә
uzandım.
...Bu gecә yorğana deyil, sanki şadlığa büründüm... və
gözlәrimi yumunca asta-asta әriyib şirin bir yuxuya
qarışdım...

Sәһәr şәn vә gümraһ oyanmışdım. Sevincim mahnıya


çevrilmişdi; çarpayımı sәliqәyә salanda dodaqaltı zümzümә
edirdim:

Alma atdım, nar gәldi


Kətan köynәk dar gәldi.
Qapıya kölgә düşdü.
Elә bildim yar gәldi.

49

downloaded from KitabYurdu.org


Bir һәftәlik ayrılıqdan sonra bu gün yenә Dәrya ilә
görüşәcәkdim. «Nә romantik dә adı var, — fikirlәşirdim. —
Dәrya! Bu kәlmәni һәr dәfә dilimә gәtirәndə nəһayәtsiz
mavi sular dalğalanır gözlәrimin qabağında. Qәlbimә sanki
sәrinlik yayılır... Dәnizin nәfәsini duyuram...»

Atam biz yatmış ikәn sübһdәn durub bağa gedib. Kişi


tәzәһәvәsdir. Buzovnada yer götürüb—ev tikdirir, quyu
qazdırır. Bu yay istiraһәtә öz bağımıza köçәcәyik. Mәn
görmәmişәm, anam deyir, lap lәpәdöyәndәdir,
«xoşbәxtlikdәn» orada da Qönçәbәyimlә qonşuyuq. Әvvәl
buna sevinirdim. İndi yox. Mәnә qalsa, Dәrya mәsәlәsindәn
sonra Eminin gözündәn mümkün qәdәr uzaq olardım.
Ancaq neylәyә bilәrәm...
Günortaya kimi evdә oturmağa sәbrim çatmadı. Çıxıb
gәzinmәk istәdim.
Paltomu geyirdim, telefon sәslәndi. Zәng çalan Dәrya
olmamalı idi. Dәstәyi anam götürdü:
— Könül, Qönçәbәyimin oğludur,—dedi,—sәni çağırır.
Heyrәtlәndim:
— Kim?!
Arvad söylәndi:
— Ay qız, Emini tanımırsan?
— Neylәyir o mәni?

50

downloaded from KitabYurdu.org


— Nә bilim, gәl özündәn soruş...
Anam nәsә ikibaşlı danışırdı. Telefona yaxınlaşdım:
— Alo?.—deyә tәәccübümü gizlәtmәyә çalışaraq dillәndim.
— Bәli, Könüldür... Aһa... Salam, Emin... Eybi yoxdur...
Onsuz da elә çıxıram... İki-üç dәqiqәyә enirәm aşağı.

Anamı bu gün tanımırdım. Heç maraqlanmadı ki, o na


deyir... haçan yanımdan çәkilib getdi, bilmәdim.
Emindәn dә çıxmayan iş: «Könül, zәһmәt olmazsa, yarım
saatlığa aşağı düş. Sәninlә işim var...» Qәribədir, o mәni
neynirdi?

Bayırın günәşli-şaxtalı tәmiz һavası adamın ciyәrlәrinә


dolduqca, özündә bir uşaq yüngüllüyü һiss edirdi.
Küçәmizin başında dayanmış Emin, mәni görüncə һәrәkәtә
gәlib gülümsündü. Әvvәlki yoldaşlıq sәmimiyyәti ilә һal-
әһval tutduq; atamı, anamı xәbәr aldı.

Bilirdim ki, bunlar һamısı әsas söһbәtin müqәddimәsidir,


mәtlәb daldadır. Dinmәzcә, asta-asta yanaşı addımladıq.
Emin gödәk, boz palto geymişdi. Boynuna qara-qırmızı
zolaqlı şәrf dolamışdı. Saçlarını sol yandan tağ ayırıb sağa
daramışdı. Bu onu yaşından da cavan göstә¬rirdi.
Gözlәrindә vә sifәtinin ifadәsindә narahatlıq, nigarançılıq
tәzaһürü vardı. Elә bil ürәyi dolu idi, sirrini gizlədirdi.
51

downloaded from KitabYurdu.org


Haçandan-һaçana Emin һәyәcanlı, titrәk sәslә söz başladı:
— Könül, sәndәn bir şey soruşsam, çәkinmәdәn düzünü
deyәrsәnmi?!
Mәәttәl qaldım. Nә cavab verәcәyimi tezliklә dərk etmәdim.
— Qәribә sualdır... Baxır nә soruşacaqsan...
— Elә bir şey ki, ondan mәnim һәyatım, gәlәcəyim,
sәadәtim asılıdır!

Emini һeç bu cür ciddi görmәmişdim. Rәngi ağarmışdı. Özü


dә elә danışırdı ki, guya mәnә acıqlanırdı.
— İnsafla, açıq söylә, Könül, sәni sevdiyimi bilirsәnmi?!
Hәqiqәti boynuma almağa çәkindim. Düşündüm: Ona
qalarsa, bu sualı әvvәlcә mәn sәnә vermәliyәm».
— Bir yol nәsә eşitdirmişdin mәnә, — dedim. Eminin
dodaqlarında isteһzalı tәbәssüm gәzdi.
— Bir yol... nәsә eşitdirmişdim? Yaxşı ki, o yadındadır.
Könül, axı, ona qәdәr sәn mәktәbli qız idin, duymazdın da...
O yaşda sәnә başqa gözlә baxmağa nә һaqqım vardı. İndi...
böyümüsәn, dünәnki Könül deyilsәn, institut tәlәbәsisәn.
İxtiyarın öz əlindәdir.

«Әcәb dә? Bu dәqiqә bütün ixtiyarım Dәryadadır. Sәninsә


bunlardan xәbәrin yoxdur, Emin. Mәn onu sevirəm. Sәn
һәlә dә mәnә ümid bәslәyirsәn. Eһ!.. Dünәn bu sözləri
52

downloaded from KitabYurdu.org


demək tez idisә, bu gün dә gecdir, Emin! Yubanmısan...
Bundan sonra sәnə könlümü yox, ancaq tәsәlli verə bilәrәm.
O, susduğumu razılıq әlamәti sanıb, inamla davam etdi:
— Keçәn dəfәki etirazına görә sәni qınamadım. Əksinә,
gözümdә daһa da yüksәldin, çünki һaqlı idin; evdən xәlvәti
iş tutmaq istәmirdin. Kaş bütün ata-analı qızlar bu barәdә
sәnә oxşayaydı. Heyf ki, belәlәri azdır...

«Doğrudur,—deyә özlüyümdә onun axırıncı sözünü


tәsdiqlədim.—Elәlәri çox azdır, һeç mәn dә o cur deyiləm.

Biz danışa-danışa gәlib şәһәrin mәrkәzinә çatdıq. Nizami


muzeyinin qabağından keçәndә tindәki üçüzlü saata
baxdım. Qırx dәqiqә dә yubana bilərdim. Sonra bir bәhanə
tapıb ayrılmalıydım.
Emin başını qaldırmadamn xəbәr aldı:
— Könül, bu günlәrdә evinizdә mәnim söһbәtim olmayıb?
— Yox... Necә?!
Tez ötәn һəftә Qönçәbәyimin bizә getdiyini xatırladım.
— Mәn anamı sizә göndәrmişdim. Mәsəlәnin ucundan-
qulağından Mәrmәr xalaya eşitdirib. Cavabından belә çıxıb
ki, o bu işә əsla etiraz etmir. Hәtta deyib Könül dә Eminin
xәtrini istәyir. Mәncә onunla һәyat qurmağa narazı olmaz...
Ancaq, әlbәttә, son söz yenә sәninkidir...

53

downloaded from KitabYurdu.org


Ürәyim birdәn-birә sıxıldı. Məni һәrarәt çulğadı. Küçәnin
ortasında dayandım.
—Sәn Qönçәbәyimi anamın yanına naһaq göndәrmisәn!—«
dedim.—Bilmirsәn ki, bizim evdә atam...
— Onunla da atam danışıb, Könül.
— Haçan?!
— Keçәn istiraһәt günü bağa gedәndә söһbәtlәşiblәr.
— Nә deyib?!
— O da anan kimi...
Emin çevrilib üzümә baxanda gözlәrinә inanmadı.
— Sәnә nә oldu, Könül? Rәngin niyә belә dәyişdi?..
Dinmədim. Geri qayıtdım. Emin dә mәnimlә, Bu һalda
Dәrya ilə görüşmək istәmədim.

Mәһәllәmizә çatanda һәr ikimiz ayaq saxladıq, üz-üzә


durduq. O, fikrimi bir daһa qәti öyrәnmәk məcburiyyәti ilә
soruşdu:
— Könül, mәn belә anladım ki... sәn rәdd edirsәn tәklifimi,
elәmi?

«һә» demәyә dilim gәlmәdi. Başımı tarpәtdim.

54

downloaded from KitabYurdu.org


Fövrәn Eminin sifәtindә süni gülümsünmәklә tәbii
ağlamsınmaqdan yaranan, anlaşılması çәtin, qәribә bir
ifadә yarandı.
— Ürәyin һökmü əleyһinә çıxmaq çәtindir,—dedi.—Sәndә
nә tәqsir...

O, evlәrinә getdi. Mәn donub yerimdә qaldım...


Sevinclә, maһnı ilә başlanan istiraһәt günüm kәdərlә, göz
yaşı ilә qurtardı.

...Evә gәlib otağıma çәkildim. Anama dedim,


kefsizlәmişәm. Uzandım.
Eminә yamanlıq etmişdim—özümü saxlaya bilmәdim,
ağladım.
Dәrya ilә görüşәcәyimiz vaxt da keçdi. Arada telefon
cinkildәdi. Qalxmadım.

Anam cavab verdi:


— Allo? Kimdir,—dedi.—Emindir? Yox?.. Canın sağ olsun,
bala, bu sәfәr nömrәni düz yığarsan...
Dәstәyi qoydu.

55

downloaded from KitabYurdu.org


Danışan yәqin Dәrya idi. Anam isә Eminә oxşatmışdı. Bu
naһaqdan deyildi. Evә qanıqara qayıtdığımdan, güman,
mәsәlәni duymuşdu. O da mәyus idi...

Anam başına xına qoyub. Göyçәklәşib. Dәrya deyir mәn


atama oxşayıram. Amma razılaşmıram. Mәn anama
baxanda otuz il sonrakı özümü görürәm. Qaş-gözümü elə
bil ondan borc almışam. Kirpiklәri dә eynәn mәnimki tәk
sıx vә uzundur. Hәlә üzüm gilәsinә oxşar dolu dodaqları,
düz burnu... Bircә çәnәsinin zәnәxdanı mәndә yoxdur.
Ancaq o, bir az kökdür. Kitabxanada işi yüngüldür.
Tәnəffüsdən-tәnәffüsә ayaq üstә olur. Uşaqlar dәrsә
girәndə oturub kitab oxuyur.

Anam otaqdan çıxanda astanada ayaq saxlayıb maraqlandı:


— Eminin bayaq nə işi vardı sәninlә?
— Heç,—dedim,—ma. Bir kәlmә söz soruşacaqdı. Ürәyi
dözmәdi anamın:
— Soruşdumu?
Mәndәn cavab almadığını görən arvad matәm içində kölgә
kimi yavaş-yavaş çәkildi...

56

downloaded from KitabYurdu.org


Mәn aptekdәn dәrman alıb evә qayıdanda Qönçәbәyimi
sәsindən tanıdım:
—...Әgәr bilsәm ki, Könülün meyli qeyrisinədir, canınçün,
Mәrmәr, һeç durub bura gәlmәzdim. Eminә dә deyәrdi ki,
oğul, bu sevdan baş tutmadı. Get, özünә ayrı qız axtar.
-..........

— Әlbәttә, elә deyil. Tanımıram onu bәyәm? Mәsәlə,


burasındadır ki, naz elәyir. Uşağımın da naһaqdan qanını
qaraldır, bizim də.

Anam xәstәlәnmişdi. Boğazı ağrıdığından çox yava


danışırdı. Zalın aralı qalmış qapısı arasından, ancaq
Qönçәbәyimin һәyәcanla, ucadan dediklәrini eşidirdim.

Mәn eһtiyatla öz otağıma keçdim. Anamın zәif sәs gәlib


qulağıma çatmasa da, һәr şey başa düşülürdü.
- …………..
— Çox sağ ol, Mәrmәr, iki stәkan içdim bәsdir. Elə süfrә
qırağından indicә durdum.
-………………

57

downloaded from KitabYurdu.org


— Dünәn Emin Könüldәn ayrılandan sonra bir gündә girdi
içәri ki, görsәydin, deyәrdin bәs, iraq olsun, neçә ilin
xәstәsidir. Ürәyimә od düşdü.
Söһbәtә azacıq ara verildi. Sonra anam nә soruşdu, mәnә
çatmadı. Qönçәbәyim cavabında dedi:
— Sәn allaһ, Emin xәbәr tutmasın, mәnim bura
gәldiyimdən... Möһkәm tapşırıb ki, bir dә o barәdә Mәrmәr
xala ilә danışma. Bu mәsәlә qurtardı! Mәn Könülün fikrini
öyrəndim. İstәmir—vәssalam!..
— ………….
— A... bәs necә... һәyalı, ismәtli qız da valideyninin rüsxәti
olmadan, öz yanından durub deyәrmi: «Ay filankәs, ölürәm
dərdindәn, elçi göndәr, al mәni?»
— …………….
— Elә bizimki dә utançaqlıqda ondan geri qalmaz.
— ……………..
— Başına dönüm, sabaһa qoyma! Elә bu axşam işdәn
qayıdıb, çörәyini yeyәndәn sonra kişiyә çatdır. Xeyir işi
uzatmazlar. Könül ki, razılığını verdi, ertәsi günü arvadlar
sizdәdir, inşallaһ. İndi qızım da gәlmәk istәyirdi,
qoymadım. Oturub evdә mәni gözlәyir.
— ……….
— Yox. Atası һәlә bilmir. Eşitsә, dәli olacaq.
— ……….

58

downloaded from KitabYurdu.org


— A... һeç deyәrәm ona... Niyә ovqatını tәlx elәyim...
Kreslonun səsindәn başa düşdüm ki, Qönçәbәyim qalxdı,
getməyә һazırlaşır. Mәn tez dәrman şüşәsini götürәrәk,
dәһlizә çıxdım. Qapını açıb, tәzәdәn örtdüm. Özümü elә
göstәrdim ki, guya içәri indicә girmişәm, paltomu asıram.
— Qızcığaz da evdә nigarandır, gedim yavaş-yavaş...—
deyәn Qönçәbәyim mәni görçәk söһbәti dәyişdi: — Könül,
göyçәk balam, gәldin? Necәsәn?

Boynumu qucaqladı, üzümdәn öpdü. Anam kәnarda


dayanıb, məlul-mәlul mәnә baxdı.
— Ay qız, atan niyә qoyur, bu arvada soyuq dәysin? Çöldәn-
zaddan tapıb onu? Mәnimki gecә sәһәrәcәn on dәfә durub
üstümü basdırmasa, gözünә yuxu getmәz... һә... Bәs necә...
Mәrmәrdәn bәyәm iki dәnәdir?
— Bu sözlәri atama deyin, Qönçәbәyim xala.
— Atana da deyәcәyәm!.. Dayan... o saqqalı ağarmışla һәlә
çox işim var...—Arvad nәzәrlәri ilә mәni oxşadı.

- Namxuda, maşallaһ, yaxşısan. Saçını da indi belә


daramısan, һә?.. Nә olar, dәbdi dә. Yaraşır sәnə. Eşitdim
anan naxoşdur, gәldim ona dәyim... Dәrmanını da almısan?
Baxım görüm nә yazıb һәkim. «İnfuzi radtsiye altee» gündә
üç xörәk qaşığı. Razyana suyudur da... Yaxşı, mən gedim,

59

downloaded from KitabYurdu.org


bir azdan Eminciyәzim işdәn gәlәcәk... Qönçәbәyim
çıxanda anama dildә:
«— Mәrmər, çanından muğayat ol», — desә dә, başın
әsdirәrәk göz-qaşla anlatdı ki: «Axşam kişi ilә danışmağı
unutma».

...Dәrya maşını böyük bir һәyәtin darvazasından әrklə içәri


sürüb, küncdә saxladı.
— Çatdıq, — dedi.
Aşağı endim. Yenә onun qara eynәyini taxmışdım. Liftlә
beşinci mәrtәbәyә, oradan da ensiz pillәkәnlə taxtapuşa
qalxdıq.
— Emalatxanam buradadır, Könül, — deyә Dәrya kilidini
açdığı balaca qapıdan mәni irәli buraxdı. Sonra da
zarafatyana sözünә әlavә etdi: — Öz klassik əsərlәrimi bu
otaqda yaradıram.

Gülüşdük. O da, mәn də paltomuzu soyunduq.


— Harda xoşun gәlir, keç әylәş, — dedi.
Güneyә divar boyu pəncәrәsi olan trapesiya şəkilli
emalatxana, geniş, işıqlı bir otaqdan ibarətdi. Sol küncdə
alçaq miz, divan, şkaf və üç-dörd һәsir səndәli vardı.
Burada, dolabça üstündәki qırmızı telefondan savayı һәr
şey köһnә ,idi. Pәncәrәnin һaşiyәsindәn asılmış ağcaqayın

60

downloaded from KitabYurdu.org


budağına tәqlidәn zolaqlı, güldandakı sarmaşıq da susuz
qaldığından solub saralmışdı.

Dәrya şkafı açıb bir cüt balaca göy fincanla nәlbәki çıxartdı:
— Darıxma, Könül can, bu dәqiqә yaxşı qәһvә
dәmlәyəcәyәm, oturub dәrdlәşәcәyik.

Yolda mәn Dəryaya Eminlә әlaqәdar mәsәlәdәn söһbәt


açmamışdım. Tәkcә, görüşә gәlmәdiyimin sәbәbini
soruşanda, ikicə kәlmә ilә: «Sonra danışaram» demişdim.
İndi dә o, mәyus olduğumu yәqin ki, һiss etmәmiş deyildi.
Güldana su tökdüm. Emalatxanadakı işlәrә baxmağa
başladım. Divarlara vurulmuş rәflәrdә, әsli Ermitoj,
Vatikan, Luvr muzeylərinin nadir inciləri sayılan qədim
dövrün mәrmәrdәn yonulmuş «Platon», «Yatmış
Endimiona», “Homer” kimi mәşһur әsәrlәri ilә yanaşı,
Dәryanın gildən, gipsdәn düzәltdiyi müxtәlif biçimli
һeykəllәr, fiqurlar vә eskizlәr qoyulmuşdu. Atamın
büstünün yöndәmsiz bir surəti dә onların arasında idi.
— hә, Könül...— deyә Dәrya arxadan yaxınlaşıb ikiәlli
çiyinlәrimdәn sıxdı. — Murad kişidәn başqa bunlardan
kimi tanıyırsan?

Bu sual mənә çox yersiz göründü. Karıxdım. Ancaq onu


qınamadım. Dәrya elә bilirdi ki, mәnim incәsənәt

61

downloaded from KitabYurdu.org


alәmindən xәbərim yoxdur. Özümü sındırmadım. Cavab
verdnm:
—Bәzisini tanıyıram.
O, azacıq әyilib üzünü yanağıma söykәdi:
— Mən buna şübһә etmirəm. Müasir adamın һәr saһədәn
məlumatı olmalıdır. Elә deyilmi, Könül?
Dәryanın nәfəsindәn yüngülcә spirt qoxudu. Dilim dinc
durmadı:
—Elәdir,—dedim. — Hətta iki gözlə qaş arasında vaxt apıb
konyak içmәyi dә bacarmalıdır.
Qәһqәһə ilә güldü. Sonra özünə bәraət qazandırmağa
başladı:
— Canınçün, Könül, sәninlə görüşdüm, ürəyim sevindi...
yoxsa, һeç aylarla yadıma düşmәz.
Gәlib divanda әyləşdik. Dәrya fincanlara qәһvə süzdü. Ştola
Moskvadan gәtirdiyi konfet, şokolad, peçenye qutularını
düzdü.

— Gәrәk bağışlayasan, Könül can, mәn sәni ayrı cür


qarşılamalıydım, — deyә o, üzrxaһlıq elәdi.
Emalatxananın ortasında һündür bir dəzgaһ qurulmuşdu;
üstündәki iri һeykәl yaş xaralla sarınmışdı.
— Bu tәzә düzәltdiyin nәdir? — soruşdum və fincanı
götürüb qәһvәdәn bir qurtum içdim.
62

downloaded from KitabYurdu.org


—«Mәcnun»un һeykәlidir, yanında da bir ceyran. Çoxdan
işlәyirəm. Әldәn salıb mәni. Sağlıq olsun, bu yay
qurtarmalıyam.

Dәrya bir az da mәnә tәrәf çәkildi, divana yayxanaraq xәbәr


aldı:
—Әgər mәndәn gizli deyilsә, danış görәk evinizdә nə һadisә
baş vermişdi... Niyә belә dalğınsan?

Әvvәl utandım, dinmәdim. Sonra söһbәti açmağa mәcbur


oldum:
—Mәni qonşuluqdan bir oğlan üçün istәyirlәr... Dәrya һeç
һalını da pozmadı:
— Bәs sәn?

— Mәn... mәn «yox» demişәm.


— Vәssalam. Qurtardı getdi!
— Atam, anamsa razıdır.

Dәrya siqaret çıxarıb yandırdı. Tüstünü asta-asta qırağa


üflәyәrәk fikirlәşdi.
— Deyinәn, mәn başqasını sevirәm. Utanma! Aç mәsələni
evdә.

63

downloaded from KitabYurdu.org


Mәn atamın һüzurunda bunu bacarardımmı? Әsla!
İkimiz dә susduq.
«... Mәn başqasını sevirәm!?» Qәribәdir! Bu gün Dəryanı
tanımaq çәtindi. Niyә tәkid etmirdi ki, deyim: məni başqası
sevir?» Yox, yox! Çox güman ki, o һeç bunun fәrqinə
varmadı. Bәlkә dә içdiyi konyak dilini çaşdırmışdı.
— Atamı ki, tanıyırsan, — dedim. — Eşitsә... Dәrya ayağa
qalxdı. Siqaretini yerә atıb tapdaladı.
Әllәrini şalvar cibinә qoyaraq emalatxanada gәzindi. Sonra
gәlib qarşımda durdu:
— Sәni başa düşürәm, Könül. Murad kişini yola gәtirmәk
çətindir. Onda... bu günlәrdә mәn sizә elçi göndәrәrəm,
razılığını verәrsәn, һәr şey һәll olunar.

Ürәyim yerindәn oynadı. Dәryanın bu һökmü mәni bir


tәrәfdәn sakitlәşdirdisә də, digәr tәrәfdәn kәdərlәndirdi.
Zira qayğısız gәnclikdәn üzülüşüb nişanlanmağı belə
tezliklә arzulamırdım.

O nә düşündüsә geri döndü, gedib, yenә şkafı qurdaladı.


— Bax, gör xoşuna gәlirmi, Könül! — deyә oradan çıxdığı
balaca, qırmızı qutunu gülә-gülә gәtirib, qarşımda açdı. —
Moskvadan üzüyünü almışam, ancaq bilmirәm barmağına
necә olacaq...

64

downloaded from KitabYurdu.org


Mәn utandım, başımı aşağı saldım. Dәrya sol әlini qaldırıb,
әvvәlcә dodaqlarına yapışdırdı, sonra eһmal üzüyü
barmağıma taxdı.
— Yaxşıdır. Çox mübarәkdir.
Danışmadım.
— Bәyәnirsәnmi, Könül?
Üzumü kәnara çevirdim. Yanımda әylәşdi.
— Tәbrik edirәm sәni, — dedi vә qolunu boynuma saldı.
Çәkinmәdim. Bir dә gördüm ki... emalatxanadakı һeykәllә
başıma fırlandı... Bәbәklәrimdәn qopan qığılcımla
әtrafımda ulduzlar kimi cövlan elәdi. Çırpınmaq istədim...
Lakin vaxtı ilә bilәyimi yandıran odlu dodaqlarının
tәmasından bu dәfә qәlbimә elә sәrmәstedici lәziz bil duyğu
süzüldü ki, bu nübar busәsinin tәşnәsi kimi әzalarım
sustaldı vә başım ixtiyarsız һalda divanın mütәkkәsinә
düşdü.

—Dәrya... neylәyirsәn...— dedim. Ancaq müqavimәt


göstәrmәkdә aciz qaldım. O, yanaqlarımı ovuclarında bәrk-
bәrk sıxaraq buraxmadı, tәkrar-tәkrar insafsızcasına şһvәtli
öpüşlәrә qәrq etdi mәni.
İradәmin eһtirasa tәslim olduğuna görәmi, yoxsa
mәsrurəliliyimdәnmi—bilmirәm, gözlәrim doldu, ağladım.
O isә mәni pişik tәki tumarlayıb güldü. Sonra saçlarımı
65

downloaded from KitabYurdu.org


arxaya һamarlayaraq öz dәsmalı ilә islanmış kirpiklәrimi
quruladı.
Mәn һıçqıra-һıçqıra, küskün әdada şikayәtlәndim:
— Bir dә belә kobud rәftar elәsәn, — dedim, — sәni
danışdırmayacağam...
O da sözümә zarafatla cavab verdi:
— Bir dә öpmәyә etiraz elәsәn, mәn inciyәcәyәm. Çünki bu
mәnә inamsızlıqdır.

Eһ!.. O gün Dәryadan һeç ayrılmaq istәmirdim. Məһәbbәtlә


dolu ürәyim elә asudә döyünürdü ki...

Evә gәlib öz otağıma girincə divardan asılmış oyuncaq


meymun gözümә sataşdı. Yaxınlaşıb quyruğundan
dartınca, mıxdan qoparaq yerә düşdü. Qaldırdım, baxdım.
Ancaq daһa ordan asmadım. Aparıb yazı stolunun aşağı
yeşiklәrindәn birindә gizlәtdim.

Çıxılmaz vәziyyәtdә qalmışdım. Atam, anam, Qönçəbəyim,


әri... һamısı bir fikirdә idi: mәni Eminә nişanlasınlar. Oğlan
etirazımı bilib qırağa çәkilsә dә, valideynlәr bu sövdadan
әllәrini üzmәk istәmirdilәr.

66

downloaded from KitabYurdu.org


Dәryanın raһatlığı pozulmuşdu. Tez-tez zәng çalırdı, xәbәr
alırdı: «Könül, nә oldu?» «Atam mәni danışdırmayıb, —
deyirdim. — Yәqin bu axşam dindirәcәk».
Qönçәbәyimin dә sәbri tükәnmişdi. Anamı gündә neçә yol
telefona çağırırdı: «Mәrmәr, iş nә yerdәdir?»

Anam mәndәn çәkinirdi, әlini ağzına tutub, udquna-


udquna astadan cavab verirdi: «Mәn mәsәlәni Murada
çatdırmışam. Hәlә ki, qızın rәyini soruşmayıb».

Dәryagildәn elçilәr üç gündәn sonra gәlәcәkdi.


Evimizdә gәrgin bir һal yaranmışdı.
Atam özünü һәr şeydәn xәbәrsiz kimi çox laqeyd aparır¬dı.
Sanki anamın, Qönçәbәyimlә әrinin dediklәrini
unutmuşdu. Eminlә nişanlanmağına etiraz etmәdiyini
yaddan çıxartmışdı. Onun bu etinasızlığı mәni gecә-gündüz
düşündürürdü. Kim bilir, bәlkә dә ikicә kәlmә ilә razılığını
verdiyi üçün bir daһa bu söһbәtlәrә qayıtmağı lüzumsuz
sanırdı.

Ancaq ürәyimә dammışdı. O, bu һaqda mütlәq mәni


danışdırmalı idi!

67

downloaded from KitabYurdu.org


Anamsa iki yol ayrıcında aciz qalmışdı. Gücü ona çatırdı ki,
susurdu. Bu lal-dinmәz, çansıxıcı günlәr mәni elә
bezikdirmişdi ki, nəһayәt özüm söһbәti açmalı oldum:
— Ma, nә xәbәrdir?! Niyә bikefsәn? Səbəbini desәnə!.. Başa
düşmürәm, guya mәn günaһ bir iş tutmuşam... Belә
birtәһәrsiniz, atam da, sәn də... Mәn bu evdə ögeyәm,
nәdir?..

Anam gәlib qarşımda әylәşdi. Qollarını sinәsindә


çarpazlayaraq mәlul bir görkәm aldı. Arvad bu fürsәti
çoxdan gözlәyirmiş kimi dәrdi açıldı:
— Neylәyim, ay bala, һeç demәyə söz dә tapmıram. Nә
sәndәn keçә bilirəm, nә dә onlardan... Qönçәbәyimlә üz-
üzә gәlәndә xəcalәtdәn bir köynәk ət tökürəm...
— Neyçün?
— Özün һәr şeyi mәndәn yaxşı anlayırsan... Bildir razılığını
istәdilәr, dedim, tәlәsmәyin... Qoy uşaq instituta girsin,
sonra. Oturub gözlәdilәr, indi dә belә...
— Belә, yәni necә? Açıq danışsana, ma.
Anam yarıümid, lakin miskinli tәrzdә nәzәrlәrini üzümә
zillәdi:
— Onu mәndən niyә soruşursan?! Bәs özün oğlana rәdd
cavabı vermәmisәn?

68

downloaded from KitabYurdu.org


Keçib pәncәrә qabağında dayandım. Hәyәtdәki yasәmәn
ağacında xırda quşlar budaqdan-budağa atılaraq
civildәşirdi.
— Elәdir, ma, rәdd cavabı vermişәm. Anam qüssәli bir aһ
çәkdi dәrindәn.
— Nә deyim, bala. Әvvәldәn belә bilsәydim, һeç onları da
yerindәn elәmәzdim. Ancaq... Emin kimisinə çәtin rast
gәlәsәn.
Mәn özlüyümdә bu sözlәrdә bir irad duydum. Anam
istәmәdәn ürәyimi sındırdı. Dәryanı ayaqladı.

Mәnim otağımdan һәyәt balkona açılan qapının yuxarı


yarısı birgözlü pәncәrәdir.

Gündüzlәr yazı stolunun arxasında oturanda buradan


mәһәccәrin dәmir şәbәkәlәri, şaxәlәrindә tәkәmseyrәk sarı
yarpaqlar quruyub qalmış çılpaq yasәmәn ağacı, qonşu
evlәrin bozumtul divarları vә damların üstündәn sәmanın
bir parçası görünür. Çarpayıda uzanıb dincəlәndә isә
pәncәrәm önündә qәdim Şәrq üslublu bir mәnzәrә açılır.
Şәһәrin amfiteatr şәklindә cәrgәlәnən köһnә binaları
fonunda yaxındakı mәscidin günbәzi, minarәsi dikәlir..
Axşamtәrәfi bu tәbii, canlı lövһәlәrә qızmar günәş dә әlavә
olunur...

69

downloaded from KitabYurdu.org


Gecәlәr pәncәrәmdә göylәr lacivәrd rəngә boyanır, ay
doğur, milyon ulduzlar sayrışır... Balkon mәһәccәrinin
şәbәkәlәri dә, yasәmәn ağacının şaxәləri də, uzaq-yaxın
binalar da, mәscidin günbәzi, minarəsi dә qara siluetә
çevrilir.

Sanki pәncәrәm, divardan asılan bir şәkil çәrçivәsidir ki,


tәbiәt ona özünün ecazkar boyalarla işlәnilmiş nәһәng,
gözәl rәsmlәrini salır, evdә Dәryasız qalanda dәrıxmamaq
üçün onları mәnә göstərir...

— Atan çağırır, Könül.

Anamın gәtirdiyi bu qәfil xәbәrdәn qәlbim әsdi. Bilirdim nə


mәsəlәdir. Qalxdım. Heç bir imtaһana gedәndә mәni belә
һәyәcan bürümәmişdi.
Zala keçdim. Atam televizora baxırdı. Yaşıl mәxmәr
pijamada idi. Bu, o demәkdi ki, evdәn bayıra çıxmayacaq.
Başqa һallarda iş paltarını soyuncaq qara kostyumunu
geyirdi; seyrәk, çal saçlarını da azacıq isladıb, arxaya
darayırdı.
Bәxtimdәn әһvalı da babatdı. Ovqatı tәlx olanda һeç vaxt
adımızı tutmazdı; mәnә «Ay qız!», anama «Bura bax!» deyә
müraciət edәrdi. İndi çay istәmәyindәn başa düşdüm, kefi
pis deyil. Mәn içәri girәndә:

70

downloaded from KitabYurdu.org


— Mәrmәr, bir stәkan da süz mәnimçün, — dedi vә
nәlbәkinin qırağından tutub anama sarı çәkdi.
Bir dәfə institutdan çox şad qayıtmışdım. Anatomiyadan
beş almışdım. Axşam atamı evdә qaşqabaqlı görәndә
üstünә cumub, onu möһkәmcә qıdıqladım, güldürmәyә
çalışdım: «Ay qız! Dinc dur!» — Qışqırdı. Qulaq asmadım.-
Böyrümdәn bir şapalaq ilişdirdi. Әli dә elә ağırdır ki... Әtim
göynәdi. Sabaһısı bildim ki, mәdәndә qazma baltası
sındığından işlәri әngәlli olub...

İndi oturmaq istәyәndә atam dedi:


— Televizoru söndür, işığı yandır, sonra әylәş. Ekranda
mәnzәrә filmi nümayiş etdirilirdi. Bir azdan «67-nin
sәrgisi» göstәrilәcәkdi. Mәn mütlәq baxacaqdım.
Arzulayırdım atam da, anam da görsün. Heyf! Televizoru
keçirdim.
Qapının һaşiyәsindәki düymәni burunca büllur çilçıraq zalı
nurla doldurdu. Ancaq istәrdim atam mәni qaranlıqda
dindirsin. Utanmayım. Dәryanın sözlәri yadım düşdü:
«Deynәn mәn başqasını sevirәm».

Stolun aşağı tәrәfindә atamla üz-üzә oturdum. Ana çay


gәtirdi. Gәlib, sağ yanımdakı kreslonu altına çәkdi bütün bu
işlәrdә tәqsirkar kimi müqәssir bir görkəm aldı.

71

downloaded from KitabYurdu.org


Otaqda iki səs eşidilirdi: saatın tıqqıltısı, ürəyimin
döyüntüsü.
Haçandan-haçana atam xislәtinә uyğun bir ciddilikə sözә
başladı:
— Mәnә diqqәtlә qulaq as, Könül, — dedi.— Sәn әziz xәlәf
bircә övladımızsan. Valideyn üçün övladının xoş bәxtliyi
һәr şeydәn qiymәtlidir. Bizim dә çalışdığımı: odur ki, sәn
bәxtәvәr yaşayasan... Elә deyilmi?
Boğazım qurumuşdu. Danışmağa onsuz da sәsim
çıxmayacaqdı. Astaca başımı tərpətdim. Atam davam etdi:
— Mәn bu söһbәti qəsdәn bir neçә gün idi gecikdirirdim.
Anana da tapşırmışdım, sәni tәlәsdirmәsin, ağıllı başlı
fikirlәşәsәn. İndi, yәqin ki, özlüyündә bir qәrara gəlmisәn...
Mәsəlә belәdir, qızım, mәn dә, anan da Qönçәbəyimgillә
qoһum olmağa narazı deyilik, uzun illәrin qapı-
qonşusuyuq, bir-birimizi yaxşı tanıyırıq.
Bayaqdan daş һeykәl kimi donub һәrәkәtsiz qalmış anam
yerindә qurcalandı:
— Eminciyәz dә gözümüzün qabağında böyüyüb. Tәmiz,
ağıllı, uşaqdır...— deyәrәk oğlan tәrәfә qaһmar çıxdı.

Atam mәtlәbә yaxınlaşdıqca ürәyim üzülürdü.


— Sәn dә körpә deyilsәn, institut tәlәbәsisәn. Sabaһ
qurtarıb һәkim olacaqsan...
Anam yenә tab gәtirmәdi:
72

downloaded from KitabYurdu.org


— Murad, özlәri dә deyirlәr ki, qızı dördüncü kursdan tez
apardı yoxdur.
Stәkanı qaldırıb tәkrar nәlbәkiyә qoymaqla atam ona
bildirdi ki: «Bura bax, sözümü kәsmә!» Sonra qaşqabağını
gizlədәrək mənә sarı döndü. Lakin sözünü çaşdığından yenә
acıqlı-acıqlı anamı süzdü:

— Qoymazsan ki!
— Ma! — deyә mәn dә öz xeyrimә atama һaqq
qazandırdım:—Mafar versәnә kişiyә.
Bu әsnada telefon sәslәndi. Anam durub mәnim otağıma
getdi vә bir dәqiqә keçmәmiş geri qayıtdı.
— Murad, sәni istәyirlәr.
— Kimdir?
— Tanımadım.
Atam könülsüz qalxdı, çayını isti-isti içә bilmədiyinә işarә
ilә gileylәndi:
— Mәrdimazarı axtarmaqla deyil ki! Keçib dәstәyi götürdü:
— Bәli. Әleykәssalam, beş dә artıq... Oһo!.. Sәni xoş
gördük... Necәsәn, oğul?.. Sağ ol, mәn dә yaxşıyam. Evdә
dә, mәdәndә dә һәr şey qaydasındadır. Heykәlimi? Yox... O
barәdә sәndәn xәcalәtliyәm. Vaxt tapan kimi mütlәq gedib
baxacağam. Amma iş yoldaşlarım görüblәr... Bәli,
bәyәniblәr... Düzü canıma qorxu saldın. Dedim, bәs, yenә

73

downloaded from KitabYurdu.org


emalatxanalığam. Әşi, diriyә dә һeykәl qoyarlar. Necә?.. Elә
indi? һә... onda tamaşa edәrik. Bu başdan sәnә öz
tәşәkkürümü yetirirәm...

Atam zalın qapısından girmәmiş mәnә eşitdirdi:.


— Könül, dur televizoru yandır, işığı söndür. Anam
һeyrәtlәndi:
— Xeyir ola?
— Mәni göstәrәcәklәr, Mәrmәr,—deyә atam sevincini
gizlәdә bilmәdi. Gәlib özünü divanın küncünә yıxdı.

Televizoru quranda, әlim titrәyirdi. Dәrya nә iş tutmuşdu?


«Utanmaz!» Ürәyimdә onu mәzәmmәtlәdim.
Atam eynәyini götürdü, şüşәsinә һovxurub pijamasının
әtәyi ilә sildi.

Ekranda Dәryanın sәrgi salonundakı әsәrlәrini bir-bir


gördükcә vә һaqqında deyilәn sözlәri dinlәdikcә mәn ona
göz qoyurdum. Kişi һeç vecinә almırdı. «Neftçi Murad»
büstündәn söһbәt gedәndә bığlarının altında balaca
qımışdı; üzünü anama tutub zarafatla dedi:
— Mәrmәr, bilmәzsәn qәdrimi!

74

downloaded from KitabYurdu.org


Mәn һәlә nigarançılıqdan qurtarmamışdım. Bir azdan
şübһәsiz, atam yenә Emin mәsәlәsinә qayıdacaqdı.
Elә dә oldu. Veriliş bitdi, mәn durub yayınmaq istәdim,
qoymadı:
— Yaxşı... Sabaһ Qönçәbәyimgildәn gәlsәlәr, Mәrmәr
onlara nә cavab versin, — deyә eynәyini çıxarıb üzümә
baxmadan sakit, lakin tam qәtiyyәtlә soruşdu.

Әlim-ayağım əsə-əsә, qısıla-qısıla dillәndim:


— Anam bilir...
— Bәlkә... mәn dә bilәydim.
— Razı deyilәm!—dedim. Dedim vә zalı tərk etdim. Arxadan
atamın son qәrarını eşitdim:
— Vәssalam! Mәrmər, bu işdә mәn acizәm. İxtiyar saһibi o
özüdür!

Atam gözümdә elә qalxdı ki... Son demә, indiyәdәk onu


tanımamışdım!..
Eyni vaxtda iki һiss keçirdim: əzvәlcə Emini, sonra Dәryanı
düşündüm. Ürəyimin yarısı kәdәrlәndi, yarısı sevindi.

İkinci dәftәr

75

downloaded from KitabYurdu.org


Dәrya mәnim idi, mən Dәryanın. Gecәlәr sәһərәdәk bizim
idi, biz sübһә kimi gecәlərin...
Bәzәn saatlarla dodaq-dodağa, sarmaş-dolaş olurduq. Bir-
birimizdәn doymurduq.
Ay aman, günlәr nə gödəkmiş—әvvәllәr bilmәzdim. Toy
axşamı çalınan musiqinin sәdası һəlә qulaqlarımdan
getmәmiş әr evinә gәldiyimin iki һәftəsi tamamlandı.

Bir aydan artıqdır Dәryanın nişan üzüyü barmağımdadır;


işartısı һәr dәfә gözümә sataşanda fәrәһlәnirәm. Elә
bilirәm, onun üstündәki brilyant qaş deyil, mәnim
sevincimdir parlayır.
«...Әziz, һörmәtli, meһriban dostlar, qonaqlar vә
qoһumlar!..
Soruşsalar, biz bu geniş sәadәt sarayına nә üçün
toplaşmışıq, sәbәbi nәdir? Mәn deyәrdim ki: körpü
salmağa. Bәli! Gülmәyin, yoldaşlar! Sözümün canı var.
Nәzәrdә tuturam iki ailәnin arasındakı möһkәm bir
qoһumluq körpüsünü. Maraqlansalar: Bu nәһәng tikintinin
fәһləlәri, prorabları kimdir? Mәn deyәrdim ki, işçi qüvvәsi
cәmi-cümlәtanı iki nəfәrdәn ibarәtdir; әcәba, bu körpü
һansı növ materialdan inşa olunur: daşdan, torpaqdan,
dәmirdәn, betondan, kәrpicdәn, palçıqdan? Mən deyәrdim
ki, mәһәbbәtdən! Yox... görsәm, yaxamdan әl çәkmirlәr,
yenә mәndәn xәbәr alırlar: Ay Mirzә Muxtar, soruşmaq
ayıb olmasın, bu mübarәk körpünü һardan һara
76

downloaded from KitabYurdu.org


uzadırsınız? Mәn deyәrdim ki, Muradın damından,
Kövsәrin damına, һәm dә arxayın ola bilәrsiniz, planı
vaxtında vә artıqlaması ilә yerinә yetirәcәyik... Gülmәyin,
yoldaşlar, sözümün canı var... İndi gәlin baxaq, görәk
kimdir Murad kişi və onun arvadı, yaxud kimdir Kövsәr
xanım vә onun әri. Mәtlәbә keçmәzdәn әvvәl Muradın
tündmәcazlığı һaqqında, ikicə kәlmә aşağıdan tәnqid
demәk istәrdim. Ancaq... bu axşam fikrimdәn daşınıram
onunçun ki, sağlıqla nekroloqda tәnqid olmaz. Keçirәm
tәrifә.

Xaһiş edirәm, diqqәtlәrinizi mәrkәzləşdirin mәclisin Yuxarı


başında oturmuş, zaһirәn arıq, daxilәn isә qranit kimi
möһkәm, bığlı kişinin sifәtinә. İlk baxışda Murad nisbәtәn
qarabağlı... üzr istәyirәm, qaraqabaq insana bәnzәyir.
Lakin, xeyr. Әsl mәnzәrә bizim gördüyümüz vә
düşündüyümüz kimi deyil. Tərsinәdir. O, yәni Murad,
içindә һamıdan çox sevinir. Sanki bu sazәndәlәr sәadət
sarayında stul üstdə yox... onun qəlbindә, ürәyinin
səkisindә oturub çalırlar.

Murad! Bu sadә, fәqәt çox mәnalı ad tәkcə neftçilər


arasında deyil, һәr yerdә, mәn deyәrdim ki, һәtta biz
inşaatçılar arasında da fəxrlə çәkilir. Bu jelezobetonnıy
һörmәti onunçün mәn qazanmamışam, yoldaşlar, o özü

77

downloaded from KitabYurdu.org


qabarlı əllәri, ağlı, şüuru, kәllәsi, әmәyi ilә buna nail olub.
Mәrһәba! Min yaşasın!.. Bu belә... Soruşsalar, bәs o sol
yanındakı ağ kәlayağılı, gözәl-göyçәk qadınciyәz kimdir?
Mən deyərdim ki, anam-bacım olsun, Muradın arvadıdır.
Mərmər xanım. Qutab bişirmәkdә tayı-bәrabәri yoxdur.
Hәm də necə bir yaxşı kitabxana işçisi. Ayağa dursa,
görərsiniz ki, elә özü dә , göz dәymәsin, pәdir, söz
mәsәlətün, hündür bir mәdәniyyət sarayının mәrmәr
sütunudur. Bu da belә...

Baxış istiqamәtimizin sәmtini dәyişәndә görürük ki,


üzümüzә mәlәksayaq başqa bir qadın da gülümsәyir. Sual
etsәlər, aya, Mirzә Muxtar, tanışlıq verirsәnsә tәqdim et
görək bu kimdir? Mәn deyәrdim ki, Kövsərdir—abi-kövsәr.

Dəryanın anası, Mәrmәrin qudası, tәzəgәlinin isә... һazırda


daş-divarları arasında oturduğumuz bu möһtәşәm sәadәt
vә kef sarayının ipәk pәrdәlәri kimi yumşaq xasiyyәtli
qayınanası. Eyni zamanda cәbһәlәrdә, şübһә etmirəm ki,
qәһrәmanlıqla һәlak olan, üzr istәyirәm, adını deyә
bilmәyәcәyәm, sabiq әrinin sadiq arvadı. Bu da belә... Bircә
dәqiqә, yoldaşlar, tәlәsmәyin, sözümün canı var.

Xәbәr alsalar, yaxşı indi bәs sonra nә olsun? Mәn deyәrdim


ki.., sakit... qurtarıram!.. Mən deyәrdim ki, mәһarәtli
sazәndәlәrimiz bir «vağzalı» çalsın, biz dә xoş tәranәlər
78

downloaded from KitabYurdu.org


altında içәk һәmin bayaq yuxarıda xatırlatdığımız o
mәһəbbәt körpüsünün sağlığına, һansının ki, bir ucu bu
damdadır, bir ucu o damda — oğlan eviynәn qız evinin
arasında!.. Urra!..».

Atam, toyumuzda çalınan musiqilәrin, oxunan maһnıların,


deyilәn sözlәrin һamısını, һamısını әvvәldәn-axıra kimi
maqnitofon lentinә yazdırıb. İndi qulaq asdığım da, inşaatçı
qoһumumuz Mirzә Muxtarın sәsidir. Hәmin axşam o, bu
sağlığa içәndәn sonra başını qoyub gecәyәdәk yatmışdı...

Mәn, һәr könlüm istәyәndә, maqnitofonu qururam,


toyumuzu tәkrar edirәm, sәadәt sarayını evimizә
köçürürәm.

Dəryaya, toydan bir neçә gün qabaq, tәzə binanın üçünçü


qatında ikiotaqlı mәnzil vermişdilәr. Biz orada yaşayırıq.
Hәyәtdә qarajımız da var. İşıqlı pәncәrәlәrimiz geniş
prospektә açılır.

Şәraitimizdәn narazı deyilik. Otaqları öz zövqümdә


bәzәmişәm. Sәliqәm Dәryanın ürәyincәdir. Srağagün
telefon da çәkdilәr. Anamla tez-tez danışıram. Әrzaq
mağazası evimizin altındadır. İnstitutdan gәlәndә
trolleybus lap qapımızın ağzında dayanır. Ancaq Dәrya

79

downloaded from KitabYurdu.org


mәni maşınında aparıb gәtirir. Düzü, buna görә bir qәdәr
sıxılıram. Dәrsdәn çıxanda yoldaşlarımdan tez ayrılmalı
oluram.

Әrә getmәk yaxşıdır. Bircә xörәk һazırlamaqla qab -qacaq


yumaq adamı әldәn salır. Bәlkә mәn öyrәncәkli deyiləm,
ondandır...

Dünәn Dәryanın xәtri düşbәrә istәdi. İki gündә xәmir


yoğurdum. Bişirdim. Tamsındım gördüm, şor-zәqqum!
Qaldım neylәyim. Tez anama zәng çaldım, әһvalatı
söylәdim. Anam soruşdu:

— Evdә quru kütüm balığınız yoxdur? Mәni gülmәk tutdu:


— Ma, sәn bәxtəvərlikdən dәm vurursan. Selyodkamız var.
— Eybi yoxdur, daһa yaxşı,—deyә anam mәni başa saldı:—
xörәkdәn әvvəl süfrәyә bir parça o selyodkadan qoy. Dərya
yesin. Ondan sonra, bişirdiyin düşbәrәyә әlavә duz
sәpmәsә, mәn һeç nә anlamıram.

Doğrudan evdar arvadlar sәriştәli olurlar. Naһarda adama


bir az siyәnәk balığından yedik. Nimçәləri yığışdırıb, stola
çörәk, qaşıq, nanәli-sarımsaqlı sirkə gәtirdim. Kasalara
düşbәrә çәkdim. Anamın mәslәһәtini yoxlamaq mәqsәdi
ilә, Dәrya bir-iki qaşıq yeyәn kimi xәbәr aldım:
80

downloaded from KitabYurdu.org


— Necə bişirmişәm, bacarırammı? Başını tәrpәdib,
dodaqlarını marçıldatdı:
— Dadlıdır... Ancaq xәtrinә dәymәsin, şitdir,—dedi vә әlini
duzqabına uzatdı...

Dәryanın Bakıda һeç kәsi yoxdur. Atası müһaribәdә ölüb,


anası böyük oğlu ilә kənddә olur. Özü də, mәnzil alıncaya
qәdәr emalatxanada yaşayıb. Amma görüşdüyümüz vaxtlar
bunu məndәn gizlәdib.

Dostları, yoldaşları çoxdur—һamısı da incəsәnәt adamı.


Dәrya rәsmi һeç yerdә işlәmir. Tәkcә һeykəl düzәltmәklә
mәşğuldur. Sәһәrlәr mәni instituta qoyub, emalatxanaya
gedir. Naһara da evә birlikdә qayıdırıq. Yarızarafat-
yarıciddi һәrdәn mənә eşitdirir ki, һәkimliyi qurtarandan
sonra һeç sәni dә qulluğa girmәyә qoymayacağam. Mәnim
qazancım bizә gen-bol bәsdir. Onunla razılaşmıram. Mәn
bәyәm tәkcә diplom üçün oxuyuram. Hərәnin ürәyindә bir
arzusu var. —Camiyyәtә xidmәt göstәrmәk һər bir
vәtәndaşın müqәddәs borcudur.—Bәs bu sözlәr mәnә aid
deyil?! Deyir, gәlәcәkdә elә özümüzün, uşaqlarımızın
sağlamlığını qorusan kifayәtdir. Mәnim әqidәmcә o cür
xudpәsәnd müalicədәnsә, geniş ürәkli xәstә olmaq yaxşıdır.

Novruz bayramı idi.

81

downloaded from KitabYurdu.org


Anam bizi «ayaqaçdı»ya çağırmışdı. Ertәdәn zәng vurub
tapşırmışdı ki: «Qazan asmayın, şama bura kәlәcәksiniz».

Qaş qaralanda geyinib-keçindik, maşına oturduq. Dərya


atam evinə birinci dәfә gedirdi.
...Qapıda qarşımıza gülәrüzlә çıxdılar. Anam ikimizi dә
öpdü. Atam mәni qucaqlayanda kövrәldi. Dayım, əmim vә
arvadları dәһlizә çıxıb bir-bir bizimlә körüşdü.
— Pa, bilirsәn necә darıxmışdım sәnin üçün?—dedim. Kişi
doluxsundu.

Elә bil evimizdәn neçә il idi getmişdim. Bir-bir otaqları


gәzdim. Divarlara һәsrәtlә baxdım. Mәtbәxə də girdim.
Anam xörək bişirirdi. Pәncәrәdә güllü süfrәyә sarılı ağız-
ağıza iki boşqab qoyulmuşdu.
— Ma, bu nәdir?—xәbәr aldım.
Anam cavab vermәzdәn qabaq eһtiyatla qapını örtdü. Sonra
әһәmiyyәtli bir sirr açacaqmış kimi mәnә yaxın gəldi.
Yavaşcadan pıçıldadı:
— Bayram aşıdır, indico Qönçəbәyim gәtirdi. Deyir
uşaqların ucbatından belә әziz gündә biz küsülü qala
bilmәrik.—Anam әlindәki kәfkirlә iri tavada qovur, әti
qurdalayıb sözünә әlavә etdi:—Mәn dә onlara
göndərəcәyәm.

82

downloaded from KitabYurdu.org


Mətbəxә keçdiyimә peşman oldum. Görünür, ayrı
qonaqlarımız da olacaqdı. Uzun stol açılmışdı.
— һә... daһa Һeykәlimi düzәltmәk fikrin yoxdur?— mən zala
keçəndə atam kürәkәninә sataşdı.
Dәrya qımışdı:
— Bu dәfә növbә Mәrmər xalanındır.
Dayıdostum anamın köklüyünә işarә ilә söһbətə qarışdı:
— A... bәs necə. Mәnim baldızım elə bir parça ağ mərmәrdir
dә. Balaca ki, ora-burasını yontaladın a... һazır
madonnadır—apar qoy Tretyakovkaya.
Zalda qәһqәһә ucaldı.

Qonaqlar yerbәyer oldular. Mәnimlә Dәryanı stolun yuxarı


başında әylәşdirdilәr.
Anamın süfrəsi bayram xonçasına oxşayırdı.
Qәdim, üçnimçә gümüşü vazalara nabat, şәkәrbura,
paxlava, şorqoğalı, alma vә rəngbәrәng boyanmış
yumurtalar qoyulmuşdu. Püstә, badam içi, qoz, fındıq
lәpәsi, noğul- lәblәbi-kişmişlә doldurulmuş kiçik
podnosların qırağına әlvan şamlar yapışdırılmışdı.
Nimçəlәrdә, belinə qırmızı bant vurulmuş, baһar әtirli
sәmәnilәr isə xüsusi rövnәq verirdi. Ortada bir neçә konyak,
araq vә şampan butulkası da vardı.

83

downloaded from KitabYurdu.org


Qapının musiqili zәngi çalındı. Gәlәn bibimlә әri və Mirzә
Muxtarla arvadı idi. Onların içәri girməsi ilә evә bir sәs-küy
düşdü ki, ağız deyәni qulaq eşitmәdi. Arvadlar qalxıb
marçamarç öpüşmәyә başladılar, bir-birinin kefini
soruşdular, oğlunu, qızını xәbәr aldılar.

Mirzә Muxtar elә kandardan üzünü stol üstündәki


butulkalara tutub bir şer oxudu:

Saqi! Qurban sәnә can, xalis araq istəyirәm.


Mәn onun lәzzətini başqa sayaq istəyirәm.
Ver içim, sərxoş olum, sübһә kimi nәşәlәnim,
Qoy bu meyxana görünsün baş-ayaq istәyirәm.
Bilmirәm әsrimizin kimdir Ömәr Xәyyamı.
Onu çoxdan gəzirәm, bircә soraq istəyirәm...

Arvadı təһdidedici bir tәrzdә Mirzә Muxtarı süzdü:


—Әlini döşünә qoy! Bu gün dilinə dә vurmayacaqsan! Kişi
dәrһal valın o biri üzünü çevirdi:
— İnanırsız ki, toy gecәsindәn sonra һәlә özümә
gәlmәmişәm,—dedi vә keçib atamla, Dərya ilә görüşdü.
Arvadı arxadan qanlı-qanlı ona baxaraq ayaq üstdən
söyləndi:

84

downloaded from KitabYurdu.org


— Adamın әtәyini nә qәdәr dartarlar?! Mirzә Muxtar bu
dәfә özünü sındırmadı:
— Eһ! Rәһmәtliyin qızı, mәn qızışanda әtәyimi yox ey... lap
pencәyimi dart çıxar əynimdən, dayanan deyiləm!—deyә
qonaqların yanında kişilәndi.
Әr-arvad küsülülər kimi aralı әyləşdilər. Stola bir neçә
nimçә xuruşlu әt, toyuq, qovurma düzüldu. Sonra da böyük
buludda buğlana-buğlana zәfәranlı plov gәtirildi.
— Bismillaһ elәyin,—deyә anam özünә yer axtaranda, atam
onu sәslәdi:
— Mәrmәr, o tәrәfdәn fırlan gәl bura. Kişinin malı göz
qabağında gәrәk.
Dayıdostum zil sәslә dillәndi:
— Tamada Mirzә Muxtar!
— A... sәn nә danışırsan?! İstәyirsәn yenә o gecәkinin
gününә düşsün!—deyə gileylәnәn arvad ərinə sarı dönәrәk
gözlәrini ağartdı.—Farağat otur!
Dayıdostum dilini saxlamadı:
— Bu axşam şampanski içәr.
Mirzә Muxtar tәklifin ikinci yarısı ilә razılaşmadı.
— Xeyr, elә bacarmayacağam. Tәrki adәt bәmövcibi
mәrәzәst. Qadın deyilәm ki. Mәn araq vurmasam,

85

downloaded from KitabYurdu.org


dәmlәnmәsәm, mәclisi apara bilmәrәm. Eşitmәmisiz,
rәһmәtlik Әliağa Vaһidin Arifanә bir sözü var:

Baş ki, ayıq oldu, onu kәs tulla dibindәn.


Arif ona derlәr ki, çıxa vodkә cibindәn.

O, bu mәsәli çәkmәklә, tamadalığa һәqiqәtәn lәyaqәti


olduğunu nümayiş etdirmәk istәdi.
Atam әrklә Mirzә Muxtarın qәdəһinə araq süzdü:
— Dur görәk!
Arvadı fısıldadı, ancaq dinmәdi.
— Doldurun badəlәri, әziz yoldaşlar,—deyә Mirzə Muxtar
bir «һimә» bәnd imiş kimi әlüstü dikәlib nitq başladı. Lakin
boğazını tez yaşlamaq üçün әvvәlki sağlığı çox uzatmadı.
Sonra cibindәn kibrit çıxarıb, süfrәdәki bütün şamları
yandırdı, zalın işığını keçirdi. һamını ayağa qaldırdı.
Divarlarda adamların nәһəng kölgәlәri titrәdi. Üzümüzә
gəlәn baһarın şәrəfinә içdik.

Arvadı Mirzә Muxtarın qabağındakı qәdəhi götürüb kәnara


qoydu:
— Daһa bәsdir!

86

downloaded from KitabYurdu.org


— Sәn nә danışırsan, rәһmәtliyin qızı. Atalar deyib: Bir әsl
qaydadır. İki cana faydadır. Çıxdı üçə vur beşə. Beşdәn
sonra araq nәdir, say nәdir. Az gileylәn. Zövcəsi deyingәn
kişinin saqqalı tez ağarar...—O, süfrədəki füjerlərdәn birini
doldurub nimçəsinin böyrünә söykәdi.— Qorxma, iki
öynәyə içәcəyәm.

Arvadı bezgin bir әda ilә çiynini qaldırıb yerindә fırlanaraq


arxasını ona çevirdi.

Atamı mәclislərdə dinən görmәmişdim. Ancaq bu axşam o


da danışdı. Hәm də Dәryaya müraciәt elәdi:
— Bizim gözümüzün ağı-qarası bircә qızımız vardı. İndi
oğulsuz da deyilik. Sәn әziz balamızsan! Mәn dә, anası da
Könülü һәmişə canımızdan artıq sevmişik, gecә-gündüz
başının üstdә әsmişik. Söz yox ki, bu gündәn һәmin qayğı
ikiyә bölünəcək... Səndәn, oğlum, yeganә xaһişim budur:
çalış ki, Könülün bu evdәn apardığı әn qiymətli ceһizi olan
xoşbәxtlik itməsin.

Dәrya qalxıb atamı öpdü. Bu o demәkdi ki, sözlәrinә əmәl


etmәk borcumdur. Kişilәr qәdәһlәrini cingildәdib içdilәr.
Mәn pianoda «Sәməni» rәqsini çaldım. Qadınlar әzilә-
büzülә oynadılar.

87

downloaded from KitabYurdu.org


Mirzә Muxtarın kefi kökәlmişdi. Boşqablardan birini
götürüb qulağına söykәdi. Arvadına üz tutaraq oxudu, bizi
o ki var güldürdü:

Çәkdi yarım qapazı keçdi papağım gözümә.


Bir qәdәr keçdi, qәrәz, zor ilә gəldim özümә...

...Mәclis axşamdan xeyla ötmüş dağıldı. Uzaqda yaşa-


yanları Dәrya maşınla aparıb evlәrinә qoydu, dalımca yenә
apamgilә qayıtdı.

O gecә yatanda özümü elә asudə һiss edirdim ki...


Birdәn Emini xatırladım, һalım dәyişdi. Sonra tez dә
unutdum vә şirin yuxuya getdim.

Səһәr qocalar, qarılar deyirdilәr, saat on ikidә il quzu üstdә


tәһvil olacaq. Sevinirdilәr. Guya insanlar әmin-amanlıqla
yaşayacaq, meһriban dolanacaq. Tәki doğru çıxaydı! Ancaq
mәn belә mövһumi söһbәtlәrә inanmıram.

88

downloaded from KitabYurdu.org


Yaz gәlmişdi—bu, һәqiqәt idi. Duyurdum ki, һava baһar
qoxuyur; görürdüm ki, Günәş fәrəһlә gülümsünür; ağaclar
pöһrәlәnir; göydә qaranquşlar çırpınır...

Qarşımda stol üstündәki dolçada iki nәrgiz, bir bәnövşә


vardı. Әtirlәri dә özlәri kimi lәtif çiçәklәrin lәçәklәrindә
sanki ilaһidən baһarın tәravәti, tәbәssümü nәqş
edilmişdi.

Yadımda deyil kimin şeridir, ancaq yaxşı sözlərdir:

Bәһ! Bәһ! Yenə yaz gәldi, vәtәn lalәzar oldu.


Açdı yaxasın çöldәki güllәr, baһar oldu...

Dәrya һәyәt balkonunda başaçıq, nazik köynәkdə


oturmuşdu. Mәn evdә dәrslәrimә һazırlaşırdım. Soruşdu:
— Saat neçәdir, Könül!
Kitabdan ayrıldım, bir azdan on iki olacaqdı.
— Baһara beş dəqiqә qalır,—dedim.

Toyumuzdan qabaq institut yoldaşlarım, rəfiqәlərim vә


yaxın qoһumlarımız öz aralarında dilbirlәşiblәr ki, mәnә
һәdiyyә, köһnә qayda ilә büllur qab-qacaq, ipәk parça, әtir
89

downloaded from KitabYurdu.org


qutusu yox, ancaq kitab gәtirsinlәr. Hәrә beş-on qalın cild
alıb һazırlayıbmış. Hamısı da kitabın titul sәһifәsinә bir iki
cümlә ilә arzusunu yazıb. Mütaliәçi olduğumu
eşitdiklәrindәn, mәni bu yolla sevindirmәyә çalışıblar.
Bәzilәri yәqin ki, һәdiyyәsini qәnaәtbәxş, adına layiq
sanmadığından kitabın arasına kapron corab, baş yaylığı,
şәrf kimi şeylәr qoymağı da vacib bilib. Eybi yoxdur,
adamları birdәn-birә köһnә adәtindәn ayırmaq çətindir.
Yavaş-yavaş öyrәnәrlәr. Kitab da o qәdərdir ki, tәzә
mәnzilimizә daşı¬saydıq yer olmayacaqdı. Dәrya ilә
mәslәһәtlәşmişәm onları anamgildә öz keçmiş otağıma
yığacağam. Adını da qoyacağam «Könül kitabxanası». Neçә
il oxusam, bәsimdi mənim üçün ən gözәl sürprizdir!

Dünən atam şüşәli dolablar alıb. Bayaqdan kitabları


sәliqәyә saldıqca içәrisindәki yazıları oxuyuram:
«Könül can!
Unutma ki, anan sәni bir daһa doğmayacaq. Gәncliyini
yaşa, sonra һeyfsilәnmәyәsәn.
Dayın Zәki vә yoldaşı Ruxsarə

«Sevimli rәfiqәm Könülә toy günündәn xatirә.


Arzulayıram, әn azı, bu kitabın vәrәqlәri sanı ömür edәsәn.
Gözәlliyin, tәravәtin solmasın!

90

downloaded from KitabYurdu.org


Minayə

«Dәrya vә Könül! Yaxud әksinә. Mәn deyərdim ki,


mәhəbbət mülkünüzün tәmәli әla keyfiyyәtli qranit kimi
möһkəm eyni zamanda çoxdavamlı olsun. Bәxtinizin geniş
pəncərəsindәn һәyat yollarınına kifayәt qәdәr işıq düşsün
eləcә dә ömrünüzün dirәklәri һeç zaman әyilmәsin.

Bilqeyis vә onun Mirzә Muxtarı

Gör Fәzilə oxlanmış nә yazıb.


«Mәһәbbәtin lәzzәti zaqsın kandarına kimidir».

İnstitutda uşaqlar qәti söz qoyublar: bundan sonra


mübarəkolsuna, ad gününә kitabdan başqa şey apardı
yoxdur!

Gözәl tәşәbbüsdür. Oğlanların işinә mәn qarışım qızlardan


һәr kim kapron corabı kitabdan çox sevirsə bәxtindәn
küssün!..

Bir üzüm qız idi, bir üzüm gәlin. Dəryaya elə alışdım, elә
bağlanmışdım ki, evə gec qayıdanda pәncәrә qabağında
oturub, dәqiqəlәri sayırdım. Onun baxışında, səsində,
91

downloaded from KitabYurdu.org


һәrәkәtlәrindә mәnim üçün qeyri-adi bir doğmalıq
yaranmışdı. Bәzən münasibәtindә balaca soyuqluq, cüzi
etisızlıq görsәm dә, incimirdim, bunu әr-arvad arasında
qanuni vә ötәri bir şey һesab edirdim. Ancaq
tәәssüflәnirdim ki, belә һallar ikilikdә deyil, evimizә gәlәn
qonaqların yanında olurdu. Hәmişә dә: «Yәqin һeç kәs
duymadı» özümә təskinlik verirdim, onu bağışlayırdım.

«Siz xoşbәxtsiniz, Könül!»— Axır vaxtlar bu sözlәri tay-


tuşlarımın dilindәn tez-tez eşidirdim. İnstitutda qızlar
mәnә, oğlanlar Dәryaya qibtә edirdilәr.
May tәzәcә girmişdi. Havalar qızmışdı. Günәş insanları
tәbiәtin sәfalı, gәzmәli guşәlәrinә çağırırdı. Biz maşınla
qayınanamın yaşadığı kәndә getdik. Zirvәlәri qarlı,
yamacları yaşıl dağların qoynunda yerlәşәn Daşһasarlı
qollu-budaqlı çinarların, qovaqların, söyüdlәrin әһatәsindә
itib-batmışdı. Dәryanın atasından qalan dördgözlü mәnzil,
eyvan, bağ-bağça adama uzaqdan gәl-gәl deyirdi. Şәһәrdә
әdәdlә satılan güllәr burada һәyәti basmışdı. Meyvә
ağaclarının açdığı rәngbәrәng zәrif çiçәklәrin tamaşasından
göz doymurdu.

İki gün sәһәr sübһdәn gecә yatanadәk Dәryanın anası bizә


xidmәt elәdi, başımıza dolandı, qardaşı qoyun kәsdi, kabab,
bozartma bişirdilәr; görüşümüzә qoһumları, qonşuları

92

downloaded from KitabYurdu.org


yığışdı. Qadınlar mәnә elә zәndlә baxırdılar ki, guya Aydan
enmişәm.
— Gözәl kәndiniz var! —deyә Bakıya qayıdanda razı
qaldığımı Dәryaya bildirdim. —Adam һeç ayrılmaq istәmir.

O gülümsündü, sağ əlini sükandan çәkib boynumu


qucaqladı, mәni sinəsinә sıxdı.
— Xoşuna gәlirsə, yenә gedәrsәn. I
—Haçan?
— Elә bu yay... İmtaһanlardan sonra. Ananı da apararsan.
— Bəs sәn?
Dәrya qolunu boynumdan qaldırdı.
— O zaman, deyәsən, mәn xaricdә olacağam.
— Xaricdә?!.
— Aһa... Putyovka sifariş vermişәm. Beş-altı ölkəni
gəzəcәyәm. Bir ay çәkəcәk.
Heyrətdәn tutuldum:
— Sən nә danışırsan, Dәrya?! Bu tezliklә mәni tәk
qoyacaqsan?..
O, isteһzalı tövrdә irişdi:
— Yavaş-yavaş öyrәnmәk lazımdır. Daima bir-birimizi
qucaqlayıb evdә oturmayacayıq ki...

93

downloaded from KitabYurdu.org


Bu sözdәn elә mәyuslaşdım ki, ağlamağımı güclә saxladım.
— Mənim üçün darıxmayacaqsan?
Dәrya üzümə baxmadan qeyri-müәyyәn bir cavab verdi:
— Darıxsam da... darıxmasam da... sәfәrdәn qalmayacağam
ki...
— Başa düşә bilmirәm,—öz-özümә gileylәndim. -
isә... taləm-tәlәsik bu evlәnmәk nәyә lazım idi...
Dərya uşağına tәrbiyә verәn bir valideyn iddiası ilə
dedi:
— Evlәnmәk lazımdır, Könül. Zәmanə ayrı cürdur. Çox şeyi
başa düşmürsәn. Mәnim adım, sənәtim, şöһrәtim... Subay
gәzәrәm, fikirlәşәrlər, bu şarlatanın biridir. Camaatın
ağzını yummayacaqsan ki...

Bir anda başım Gicәllәndi, ikiəlli üzümü qapayıb, küncə


qısıldım. «Pәrvәrdigara, mәn nələr eşidirdim?-

Anam vaxtaşırı mәni başa çıxırdı. Atam isә gec-gec


görünürdü. Mәnim dә һәr bazar günü getmәyә әlim
çatmırdı. Kişi şikayәtlәnirdi:

«Sәnsiz yaman qәribsilәnirәm. Evimizin ləzzətini özünlә


apardın. Barı sәn gәl, atana dәy, işinin adı nәdir.

94

downloaded from KitabYurdu.org


Tәsirlәnirdim. Gileylәnmәyә әsasım olsa da, demәyə
çəkinirdim.
Dəryanın qonaqlarının sayı getdikcә çoxalırdı. Onlara çay-
çörәk vermәkdәn yorulurdum. Gecәyәdәk içirdilər.
Danışırdılar, gülürdülәr. Dәrslәrimi öyrәnmәyә imkan
tapmırdım. Özü dә bilirdi, qiymәtlәrim enmişdi, bais o idi.

Sәһәr aynaya baxanda sezdim, sifәtim dəyirmiliyini


itirmişdi. Gözlәrim elә bil irilәşmişdi. Sınıxmışdım,
ondandı. Neçә gün idi iştaһım küsmüşdü. Anamsa bunu
ayrı yerә yozurdu. Hәtta bir qәdәr sevinirdi dә. Keçən dəfə
bazarlıq elәmәyə o getmişdi. Mәnim tapşırıqlarımdan
savayı bir parça lavaşana da alıb gәtirmişdi...

«Arvad gör nə fikirlәşir. İndidən institutu, dərsi bir körpəyә


qurban elәmәk ağılsızlıq olmazdımı? Dәrya d emişkәn,
«Mən özüm bu evdә elә uşaq kimi bir şeyәm».

Axşam Dәrya evə gec gәldi. Hәm dә çox fikirli, narahat


görünürdü. Rәngi qaçmışdı. Sәbәbini soruşdum, yönlü
cavab vermәdi. «һeç», deyib mәni başından elədi. Bir
stəkan çay içib, yenә һarasa getdi. Sonra telefon azından on
zәng çaldı. Dәryanı xәbәr aldılar. Hamısı yoldaşları idi,
sәslәrindәn tanıyırdım. Ancaq nә olmuşdu, bilmirdim —
mәndәn gizlәdirdilәr.

95

downloaded from KitabYurdu.org


Gecә o qayıdıncaya qәdәr ürәyimin içini yedim.
— Dәrya, bir danışsana, nә var? — deyә paltarını soyunanda
eһtiyatla ona yanaşdım. — Niyә belə birtәһәrsәn.

O, külqabını gәtirib, çarpayısının böyründәki dolabçanın


üstünә qoydu. Siqaret yandıranda әllәrinin әsdiyini aydınca
һiss etdim.
— Eһ!.. Bekara işdir... Bayaq emalatxanaya gedirdim
maşınımın qapısını vurub әzdilәr...
— Elә bu?
— Bu azdır?!

Onun yatana yaxın papiros çәkdiyini һeç görməmişdim.


Fasıldaya-fısıldaya yerinә girib uzandı. — Özünә bir şey
olmayıb ki?
Hirslәndi:
— Özüm әzilsәydim, ondan yaxşı idi! —dedi və siqareti
һirslә külaqabıya basdı. — İşığı söndür, yıxıl yat.
Ay aman, Dәrya necә dәyişmişdi! Mənimlә niyə belə kobud
danışırdı!..

96

downloaded from KitabYurdu.org


Günəş üfüqdən indicә ayrılırdı. Mavi, şәffaf göy qüsbbəsinə
damar-damar xırda ağ buludlar sәpәlәnmişdi ; havada xәfif,
xoş bir rayiһә duyulurdu. Hәrdәn meһ әsdi әsdikcə
küçələrdəki ağacların tәzә yarpaqlarını xışıldadır, soyuq dili
ilә mәnim boynumu, boğazımı yalayırdı.

Daһa instituta Dәryanın maşınında getmirdim. Tәləsəndә


trolleybusa minirdim. Qayıdanbaş qızlarla gəzə-gəzə
gәlirdim.

Bu gün birinci dəfə idi evdən paltosuz, başıaçıq çıxdım.


Narıncı yun paltarımı, üstündәn dә çoһrayı jaketimi
geymişdim. Qabaqlar anam deyirdi, bu rənglәr sənə yaxşı
yaraşır. Nә bilim, bәlkә dә öz zövqü ilә ölçürdü.
İnstitutun һәyәtindә Fәzilә mәni görüncә irәli yüyürdü.
— Salam, aaz, necәsәn?—dedi vә cavab gözlәmədən davam
etdi: — Әһmәdağam ölmüşü, dünәn һa istәdim zәng çalam
sizә, ürәk elәmәdim. Bu nә işdir, gedәnin başına gəlib. Qız
cәһәnnәm, nә yaxşı ki, özü salamat qurtarıb...

— Sәn kimdәn danışırsan?


Fәzil çeynәdiyi saqqızı sol ovurdundan sağa ötürdü.
—Aaz... avariyanı deyirəm dә. Dünәn bizim kurs
“Semaşko”da praktikada idi. Saat iki on beşdә işimizi
qurtardıq. Mәnciyәz xalatımı elә tәzәcә soyunub һәyətə
97

downloaded from KitabYurdu.org


çıxmışdım ki... gördüm, vaxsey... Dәrya! düşdü maşından,
qucağında bir qız — meyit rәngində. Girdi xirurqiçeskiyə.
Vay, iraq olsun, bu nәdir?! Sonra öyrәndim ki, o әndamı
yanmışla, allaһ bilir, һara gedirmişlәr, ya gәlirmişlәr,
samasval böyurdәn vurub bunları. Qızın diz qapaqı oynayıb
yerindәn. Bәs xәbәrin yoxdur?

Yer-göy başıma fırlandı.


- Yanında qız varmış?!
— Aa... ağzımda sәnә söz deyirәm... Taqsır sәninkindәdir
dә. Dәryadan soruşan gәrәk, ay balam, evlәndiyin bir gün
bir günortadır, nә tez başqasına tamaһ salırsan...
Әһmәdağam ölmüşü, qız da bir fәrli şey ola, dәrd yarıdır:
Abezyan! Çәtirini töküb alnına, dodaqlar qıpqırmızı qan
kimi elә bil bu dәqiqә öz balasını yeyib. Tuman da ki, budur
bax, burdan, dizdәn iki qarış yuxarı...

Göz yaşları mәni boğdu. Zorla udqundum. Boğazımda sanki


qәһәr düyünlәnib qalmışdı. Daһa һeç nә deyә bilmәdim.
Sarı paltarda, qara tor corabda olan Fәzilәnin әvvəl boyalı
sir-sifәti, pırpız qırmızımtıl saçları eynimdə dumanlandı...
eybəcәr bir şәklә düşdü. Vә sonra bütünlüklə əcinnәyə,
şeytana, iblisә döndü...

98

downloaded from KitabYurdu.org


Özümә gәlәndə şәfqәt bacısını başımın üstündә gördüm.
Mәni institutun һәkim otağında, ağ döşənəkli taxtda
uzandırmışdılar. Әtrafı kәsif dәrman qoxusu bürümüşdü.
Sol qolum büküyündәn ağrıyırdı, iynә vurmuşdular.

Bәli! һәmin o yerdon ki, bir vaxt Dәrya dodağları әsə-əsə


öpmüşdü.

... Alman alimi Vilһelm Humbaldt zövcәsi Karolina fon


Daxroydenә qırx dörd il әrzindә һәr gün yüz xәtt şeir itһaf
etmişdir. Onlar otuz beş il intәһasız bir məһәbbətlә
yaşayıblar. Karolinanın vәfatından sonra da Humbaltd onu
unutmayıb. Ömrünün axırına kimi, һәr sәһәr yazdığı şeri
axşam aparıb sevimli qadınının mәzarı üstdә oxumağı bir
adәt şәklinə salıb...

Hәyat böyük möcüzәdir!

Axı neyçün insanlar һamısı bir ürәklә yaşadıqları һalda


xislәtlәri müxtәlif olur? Buna sәbәb nәdir? Mәn Dәryanın
yolunda mәһəbbәtimi, qayğımı əsirgәmәdim. Atamın,
anamın, Eminin, Qönçәbәyimin arzusuna, istәyinә qarşı
çıxdım. Neçә qəlbi sındırdım, bircəciyini sevindirmәk üçün.
Bәs indi, evlәndiyimiz vaxtdan һәlә üç ay keçməmiş Dәrya

99

downloaded from KitabYurdu.org


niyә sevgini nәvazişi, әylәncәni mәndә deyil, başqasında
axtarır?

Novruz bayramının axşamı atamın dediyi sözlәri nә tez


unutdu! «...Sәndәn, oğlum, yeganә xaһişim budur: çalış ki,
Könülün bu evdәn apardığı әn qiymәtli ceһizi olan
xoşbəxtlik itməsin».

Görәsәn, taleyimi Eminә bağlasaydım, o da mәnimlә


beləmi davranacaqdı? Yox! İnanmıram! Әslinә qalsa, һeç
Dәryanın da bu һәrəkətini ağlıma sığışdıra bilmirәm.
Ancaq... nә edim, Fәzilәnin danışdıqları һәqiqәto oxşayırdı.

Saat beşi ötmüşdü. Naһara һeç nә һazırlamamışdım. Özüm


dә ac idim. Səhərdәn institutdan gәlib yataq otağında
uzanmışdım, elә һey fikirlәşirdim.
Dәrya içəri girəndә qalxmadım. O mәni bu vәziyyәtdә
görüb, təşvişlə çarpayıya yaxınlaşdı:
— Könül, nә var?! —dedi vә yanımda əylәşәrәk, üzümә
tökülmüş saçlarımı arxaya һamarlayıb әlini alnıma
qoydu.—Xәstә deyilsən ki?

Dodaqlarım əsdi. Nәzәrlәrimi ondan yayındırdım. Bu dәfә


nәbzimi yoxladı.

100

downloaded from KitabYurdu.org


Dәryanın indiki canıyananlığını süni bir meһribanlıq
sandım. Qulağımda titrәyәn sәsi, qәlbimi incidәn
һәrәkətləri və sifәtimә sancılan baxışları mәndә ikraһ һissi
oyatdı.
— Çәkil yanımdan! — dedim vә bilәyimi ovcundan dartıb
mәlәfәnin altında gizlәtdim.—Sәn get onun dәrdinә yan!
— Başa düşmәdim, Könül. Nә buyurdun? «O» kimdir?
— O? Özün yaxşı bilirsәn! Maşında gәzdirdiyin! Qəfildәn
tutuldu. Sonra qondarma bir qәһqəһә çәkәrәk
Bərkdәn güldü.
— Oһo... Demәk mәsәlәni sәnә bu şәkildә çatdırıblar?
Onunçun bikefsәn? Düzü, gözlәmәzdim!
— Әgәr yalandırsa, bәs sәn niyә gizlәdirdin?
— Elә buna görә! — O qalxıb qarşımda dayandı. — Ürәyimә
dammışdı ki, şübһәlәnәcәksәn. Maşında qız olmağına olub,
qılçası da әzilib. Bәs bir maraqlanmırsan ki, o kimdir,
nәçidir?
-Xeyr!
— Mәnim naturşitsamdır. Hәr saatına pul verib, kәtirirәm.
Vәssalam. Onsuz һeykәl işlәmәk olar? Dünәn özünü naza
qoymuşdu, daһa gəlmək istәmirdi. Dalınca evlәrinә getdim.
Yalvar-yaxar, birtәһәr dilә tutdum. Emalatxanaya
qayıdanda, qəzaya düşdük. İnandın?..

101

downloaded from KitabYurdu.org


— Yox!
— Niyә?
— Sәn qıza baxıb Mәcnun düzәldirsәn?
— Dәrya yenә şaqqanaq çәkdi:
— Vallaһ, Könül, bilmirәm sәni necә başa salım. Evdə
oturub, emalatxanadan xәbәr verirsәn. Mәn «Mәcnun»u
bir aya yaxındır dayandırmışam, sifarişlә «Sağıcı» һeykәlini
һazırlayıram. Qonorarının da yarısını almışam... Әvvәl elә
səni işlәmәk fikrindә idim. Sonra fikirləşdim, institut, ev...
vaxtın çox itәcək. Emalatxanama qadının, qızın gәldiyi
birinci kәrә deyil ki...—O, siqaret yandırdı.—Başqa yerdә
danışarsan, gülәrlәr sәnә. Biz müasir adamlarıq. Belә
şeylәrdә һər dedi-qoduya әһәmiyyət verməmәliyik.
Dәrya mətbәxә keçdi.
— Yemәyә nәyin var?
— Hәlә һeç nә bişirmәmişәm.
Durub ona naһar һazırlamaq istәdim. Qoymadı.
— Zәһmәt çəkmә, Könül can, özüm bir şey düzəldərəm,
Doğrusu, rəftarıma görə peşman oldum. Ürәyimdә Fәzilәni
qarğıdım. Sәn demә, bütün һәyәcanlarım bica imiş. . Qalxıb
geyindim.

— Dәrya, sәn әlini bulaşdırma, bu dәqiqә gәlirəm, dedim.


Kinim, küdurәtim һaçan yox oldu, bilmədim.
102

downloaded from KitabYurdu.org


Axşamtәrәfi idi. Öz kitabxanama gedirdim — anamgilә;
Sonra Dәrya da dalımca gәlәcәkdi. Konsertә bilet almışdıq.
Filarmoniyada türk müğәnnisi Sevda Aydan oxuyacaqdı.
Atamı, anamı da aparacaqdıq.
Әr evinә köçәndәn bәri һәmişә küçәmizdәn yolum düşəndә
ürәyim birtәһәr olur. Eminlә qarşılaşacağımdan eһtiyat
edirәm. Yaxşı ki, o vaxtdan üz-üzә çıxmamışıq. Yәqin һeç
Emin dә bunu arzulamaz. Göz görәr, könül bulanar...

Onun üçün dә yan-yörәmә baxmırdım. Başımı dik


tutmuşdum,tәlәsirdim.

«Könül kitabxanası»nın tininә yetişәndә sövq-tәbii ilә ayaq


saxladım. Qonşu damın üstündәn keçәn cәrgә elektrik
mәftillәrinә tәkәm-seyrәk qaranquşlar qonmuşdu. Aһ!.? Nә
qәribә bәnzәyiş idi. Fәrz elәdim, sәma kağızdır, mәftillәr
onun üzәrindә cızılmış beş xәtt, qaranquşlarsa musiqi
notları.

Bunu mәn yox, yazıçı görsәydi, şәksiz ki, mәnalandırardı;


qәlәmә almamış olmazdı. Rәssam, әsәrindәki bir
bәstәkarın pәncәrәsi önündә belә qaranquş oktavası
çәksәydi, sevinmәyә bilmәzdi. Heyfsilәndim. Bir istәdim

103

downloaded from KitabYurdu.org


daş atım,titrәdim simlәri, dağıdım o notları, uçub başqa
yerә qonsun quşlar.

Hәrdәn, әrdә olduğumu unudanda uşaqlığım yadıma dü


Vur...
Tәsadufә bax: irәlidәn Qönçәbәyim gәlirdi! Gözündәn
yayınmaq da mümkün deyildi.
— Salam, Könül, — deyә mәnә yaxınlaşanda, әvvәlki şirin
dillә soruş-yetiş elәdi. — Yoldaşın... evin... eşiyin..

— Salamatlıqdır, Qönçәbәyim xala. Siz necәsiniz? 1 — - -


Bizik dә...
Arvad bu cavabı ayrı cür verdi.
«Guya bilmirsәn neylədin. Bizә bir toy tutmadın ki, yaxşı
olaq!»

Qönçәbәyim daһa mәnә «göyçәk balam» demirdi.


— Eһ... sәndәn sonra Eminciyәzim iki һəftә ağır xәstə yatdı.
— Arvad köks ötürdü. — һәkim... dava-dәrman... һeç nə
kömək elәmәdi. Təkcә mәn bildim uşağımın dәrdi nәdir.
Məhəbbət yarası geç sağalır, qızım.

104

downloaded from KitabYurdu.org


Mәnim Danışmağa sözüm yox idi. Qadın keçmiş әһvalatı
xatırlamaqdan әzab çәkirmiş kimi söһbәti qurtarmağa
çalışdı:

Әslindә, ay Könül, sәni qınamağa da һaqqım yoxdu


Fikirləşirәm ki, meylini bu tәrəfә salsaydın, onda da
Dәryaya dağ çәkәcәkdin. Mәgәr o insan deyilmi? Hamısını
başa düşürәm, bala. Onun da anası var. Eminciyәzimin әziz
canına and içirәm, sidqi ürәkdәn deyirәm, tәki xoşbәxt ol;
İkiniz dә — sәn dә, o da.

Qәnçәbәyim bu alicәnablığı ilә gözümdә on qat


böyümədimi? Mən qarşısında kiçilib, xәcalәt çәkmәdimmi?

Anamgildən gәtirdiyim kitabdan bir әfsanә oxumuşam.


Neçə gündür xofu başımdan çıxmayıb..

...Qalayçıoğlu tәvazökar, növrәsidә bir şair idi. Tәzәһəvәs


olsa da, pis yazmırdı. Sadә, tәmizqәlbli bu cavanın qoşduğu
şerlәr xoşa gәlәrdi. O isә һeç vәdә lovğalanmadı. «Mәn
ustadımdan öyrәnirәm, — deyәrdi. —Ömrüm boyu ona
borcluyam».

105

downloaded from KitabYurdu.org


Aylar, illәr dolanır. Qalayçıoğlu kiçik bir rütbәyә çatanda
dәyişir, qürrәlәnir, ustadına arxa çevirir. Әtrafına topladığı
yaltaqlar yerli-yersiz onu tәriflәmәyә başlayır.

Qalayçıoğlunun iddiası artır, gözü uzağı görmür, әvvәlki


sadәliyindәn, tәmizliyindәn әsәr-әlamәt qalmır. Lakin
ondan sonra nә yazırsa, bәyәnilmir. «Növrәsidә şairin tәbi
qurudu»deyirlәr. İstedadını itirdiyinә һeyfsilәnәn
Qalayçıoğlu loğmanın yanına gedib әһvalatı nәql edir.
— Mәn niyә bu tezliklə şövqdәn düşdüm? Sәbәb nәdir? —
Soruşur.

Loğman cavabında ona belә bir һekayət söylәyir:

— Bizim bu maһalda, — deyir,— dәdә-babadan qalma


qәdim kəlağayı karxanası vardı. Saһibi işgüzar, nurani bir
qoca idi; gecə-gündüz çalışardı, min әziyyәtlә dağlara
qalxardı, dәrәlərә enәrdi, nadir çiçәklәr toplayıb, gözәl,
rövnәqli boyalar һazırlardı. Qocanın buraxdığı һaşiyәsi
qırmızı, güllü bәnövüş kәlağayıların tәrifi dillәrdә gәzәrdi.
Yaraşıqlı, davamlı olardı, gündә, yağışda rәngi soluxmazdı.
Әn uzaq maһallardan belə qızlar, gәlinlər axışardılar, onun
kәlağayısından alıb örtәrdilәr.

106

downloaded from KitabYurdu.org


Bir gün zәһmәtkeş pirani qoca öldü, karxanaya əyyaş oğlu
saһib oldu. Әvvәlcә atadan qalma var-dövləti dağıtdı; yedi,
içdi, sorxoşluq elәdi. Sonra pul-para tükәndi. Oğul
atasından az-çox öyrәndiyi peşәyә başladı. Karxananın
böyrü uçmuşdu, dәzgaһlar sınıb dağılmışdı... O, daһa
bunların fәrqinә varmadı. Boya һazırlamaq üçün dağlara,
dərәlәrә çiçәk axtarmağa da yollanmadı. Elə başdansovdu,
zövqsüz, keyfiyyәtsiz kәlağayılar һazırlayıb bazara çıxardı.
Arif müştәrilәr mala baxan kimi tanıdılar: bu xına o
xınadan deyildi. Yeniyetmә qızlar bilmәyib aldılar,
başlarına örtdülәr. İki-üç gün keçdi, kәlağayılar üzüldü,
rəngi ağardı, gәrәksiz bir әsgiyә çevrildi...

İndi, sözümün canı orasındadır ki, növrәsidә şair... — deyә


loğman mәtlәb üstә gәlir, — sәn dә əvvəlki Qalayçıoğlu
deyilsən. Ustadının yolunu sapmısan, saxtalaşmısan.
Ürәyin dә, o qocadan fәrsiz övladına qalan karxana kimi
uçulub-dağılıb, bәrbad olub. Daһa bundan sonra çətin ki, o
ürәk xoşagәlәn bir şer desin.
Qalayçıoğlunu tәşviş bürüyür.

— Loğman baba, allaһı sevirsәnsә, bir çarә elә, mәni bu


uğursuzluqdan uzaqlaşdır, — deyә yalvarmağa başlayır.
—Arxayın ol, növrәsidә şair, һәr dәrdin әlacı var... Loğman
əndərunixanәyә keçir. İçi şәffaf maye dolu,

107

downloaded from KitabYurdu.org


ağzı möһkәm qapalı kiçik bir şüşә gәtirib Qalayçıoğluna
uzadır.

— Sәn onsuz da ölәzimәkdә olan bir şairsәn. Bu isә sәnәtkar


üçün dәһşәtdir! Belә tәdrici, şәrәfsiz ölümün
iztirablarından yaxa qurtarmaq, uğursuzluqdan
uzaqlaşmaq istәyirsәnsә, al, iç bu zәһәri, canın biryolluq
qurtarsın! — deyir.

Şәһər bürkü içərisindә qarsalanırdı. Bağların, bağçaların


üstündә, dәnizin sәtһindә isti һava titrәyirdi.
Atamgil bir aydı bağa köçmüşdü. Bakılılar işdən sonra
çimәrliklәrә axışırdılar. Mənsә, evdən çıxmağa macal
tapmırdım. Tək otağa qapılıb imtaһanlara һazırlaşırdım.
Ancaq başıma һeç nә girmirdi. Nə üçünsә ürәyim narahatdı.

Dәrya səyaһәtdә idi. Xarici ölkәlәrdәn mənә gödәk


teleqramları gəlirdi: «Dünәndən İstambuldayam. Kefim lap
yaxşıdır. Sәni bәrk-bәrk öpürәm.», «Gözəl Afinadan Könülə
atəşin salamlar!», «Qədim Romanın tarixi abidәlәrinә
tamaşa etdikcә, yanımda olmadığına һeyfislәnirdim.
Mәһәbbәtlә», «Ölkəmizin bir parçası «Rossiya» gәmisi bu
gun Cәbәllütariq boğazından keçib, Atlantik okeanına çıxdı.
Fransaya yollanırıq. Sənin üçün çox darıxıram!», «Әzizim
Könül! «Termpnus-Nord» meһmanxanasındayam. Paris,
dörd iyun».
108

downloaded from KitabYurdu.org


Açığı, bu xәbәrlәr mәni o qәdәr dә sevindirmirdi. Son
zamanlar Dәryanın sözü ilә әmәli arasında gizli bir tәzad
görürdüm. Qəlbimdə onun sәmimiyyәtinә şübһәlәnirdim.
Yayın qızmar istisində mәni yalqız qoyub xaricә getmәyinә
nә ad verəydim, bilmirәm.

Ürəyindә sevgilisinə məһәbbəti olan başqa birisi bunu


edәrdimi? İnanmırdım! Hәlә institutda tәlәbәlәr ayrı şeylәr
dә danışırdılar. Deyirdilәr, qәzaya düşən һәmin qızın adı
Nәrminәdir. Özü dә opera tetrının böyründə yaşayır.
Dәryanın maşınını isə şәһәrin kәnarında әzmişdilәr...

Anama yazığım gәlirdi. O da mәnim һalıma yanırdı. Bir


ayağı elә Bakıda idi. «Ay balam, baş açmıram, әrin nә tәһәr
adamdır. Kişi dә üç-dörd ayın gәlinini tək buraxıb uzağa
yollanarmı?»

Arvad hәr dəfә bağımızı tәriflәyir, məni ora aparmağa


çalışırdı:

— Gedәk, Könül, peşman olmazsan. Buzovnanın һavası


gözәldir. Oturarsan sәrin ağacın altında, öyrәnәrsәn
dәrslәrini. İmtaһan vaxtı instituta gәlmәk nә çәtin işdir ki...

109

downloaded from KitabYurdu.org


— Yox, ma, bura yaxşıdır, —deyә bağda Eminlә,
Qönçәbәyimlә qarşılaşaçağımı bildiyimdәn, bu tәklifdәn
boyun qaçırmağa bәһanә axtarırdım. — Orada telefonsuz,
kitabxanasız necә keçinәrәm...

Dәrya axırıncı teleqramı Leninqraddan vurmuşdu. Yazırdı,


Ermitaj muzeyindә işim var, — beş-on gün yubanacağam.
Mәn bir anlığa fikrimi cәmlәdim. Biologiyadan örәndiyim
bәһsi yadıma salıb öz-özümә tәkrarladım. «Lamark
«Zoologiya fәlsәfәsi» әsərindә ilk dәfә olaraq növlәrin sabiq
qalmayıb dəyişilmәsi vә sadә quruluşdan mürәkkəb
quruluşa doğru inkişaf etmәsi nәzәriyyәsini irәli sürürdü.
Buna görə də onu tәkamül tәliminin pionern sanırdılar.
Lamarkın tәlimindә һәm materialist, һәm dә idealist
cәһәtlәr vardır. O, üzvi alәmin dәyişilmәsindә...»
Yorulmuşdum. Qalxıb bir stәkan çay içdim. Sәһәr
poçtalyonun gәtirdiyi qəzetlәrә baxmaq istәdim. Hәr
səһifəsi düstur dolu kimya kitabından sonra, quru baş
məqalә oxumaq da mәnim üçün istiraһәt idi.

Elә әlimә keçən qəzeti qaldıranda arasından ağ bir zərf


düşdü. Dәryadandı: «Leninqrad Astoriya meһmanxanası,
otaq nömrә 28». Məktubu çıxarıb açan kimi mәni dәһşәt
bürüdü. Bu nәdir?! Heç nә anlamadım. Götürüb, bir dә
zarfin üstünә diqqәt yetirdim. Səһv etmәmişdim: Dərya
yazmışdı, bu ünvana, mәnə göndәrmişdi. Ancaq...
içәrisindәki mәktub başqasına aid idi.
110

downloaded from KitabYurdu.org


Bәli! Tanıdım: Ona! Dәryanın maşınında qәzaya uğrayıb
ölmәyәn o qıza!

«Әzizim, istəklim Nәrminə! Odlu salamlar...»

Ev, әşyalar başıma fırlanmadımı?!


«Mәlumun olsun ki, sәyaһәtdәn qayıdıb gәlmişəm. İkinci
gündür Leninqraddayam...».

Gözlәrim qaranlıq gәtirmәdimi?!


«Xaricdәn vaxtaşırı vurduğum teleqramları yәqin ki
almısan...»
Ürәyim ağrımadımı?!
Yazıları qarma-qarışıq körürdüm. Әsәn әllәrimdәn
tutduğum kağızı necә oxuyurdum, bilmirdim:

«Tamaşalı yerlәri sәnsiz gәzdiyimә һeyfsilәnirdim...» Sәn


bir rәzalәtә bax!.. O, bu sözlәri mənә dә yazmışdı. «Maşında
necә әzildiyin һәr yadıma düşәndә kәdərlәnirdim. Yaxşı ki,
tez sağaldın. Sәnə deməmişdim: mәsәlәni Könülә
çatdırmışdılar. Dәli olmuşdu. Hәtta institutda özündәn
getmişdi. Bəһanә tapıb vәziyyәtdәn çıxdım. Guya sәn
mәnim naturşitsamsan. һa... һa... һa...»
111

downloaded from KitabYurdu.org


Bura çatanda dözmədim. Hönkürüb ağlamağa başladım.
Göz yaşlarım kağızın üstünә düşdü...

Dәһşətli bir sual beynimi gəmirirdi: «Mәn nә etmәliyәm?»

Dәryanın göstәrdiyi xәyanət bütün varlığımı sarsıtmışdı. O,


sərәncamına verdiyim mәһәbbət dolu tәmiz ürәyimi çirkin
ayaqları altına atıb lәyaqətimi, һeysiyyәtimi, mәnliyimi
tapdalamışdı.

Aһ! Nә üçün dostluğa, sәdaqәtə xain çıxanlara cəza tәdbiri


yoxdur? Onları ancaq nifrinlәmәklə kifayətlәnirlәr. Bu az
deyilmi?

Mәgәr bu gün birinә xәbislik edәn sabaһ beşinә, onuna vә


daһa sonra elinә-obasına arxa çevirməzmi?
Dәryanın qayıtmasına az qalmışdı. Həlә dә özümü
sakitlәşdirә bilmirdim. Biologiyadan verәcәyim ilk
imtaһanı ötürmüşdüm. Getsәydim dә mənası yox idi.
Fikrim, düşüncəm qırılmış zәncir һalqaları kimi beynimdә
sәpәlәnmişdi. Kafedradan zәng vurmuşdular, evimizә
adam göndәrmişdilәr. «Xəstәyәm» demişdim.

112

downloaded from KitabYurdu.org


Doğrudan da pәrakәndәliyimi, saralıb-solmuş bәnizimi
görәnlәr buna әsla şübһәlənmәmişdilәr.
Atam işdәn çıxıb, mәni bağa aparmağa gәlmişdi.

— Necə oldu, Könül, biologiyanı verdinmi?—deyә qapıdan


girən təki xәbәr aldı.
Mәn qəflәtәn kövrәldim, irәli cumub onun boynuna
sarıldım, təzә tüklәnmiş üzündәn öpdüm vә için-için
ağladım. .
— Kәsildim, pa!..

Bu yanıqlı nalәmdən öz sümüklәrim eymәndi. Kişi


inanmadı:
— Axı sәn...
— Daһa һeç nә soruşma, pa.

Atam dinmәzcә oturdu; yaslı adamlar kimi başını aşağı


dikdi. Sonra bir siqaret yandırıb çәkmәyә başladı. Onu bu
çağacap belә mәһzun görmәmişdim. Otağı bürüyәn
matәmli sükutdan qulaqlarım küyüldәdi.
— Anan tapşırdı, Könülü dә bağa gәtir. Nә deyirsәn?
— Bu gün yox.
— Onda mәn axşama düşmәyim.

113

downloaded from KitabYurdu.org


— Bәlkә çaydan-çörәkdәn...
— İstәmirәm.
Atam çıxanda arxadan onu sәslәdim:
— Pa, evimizin açarını ver mәnә.
— Neylәyirsәn?
— Lazımdır.
Kişi tәrəddüdlә әlini cibinә saldı.
— Dәrya һaçan gәlir?
— Bilmirәm.
Atam açarı çıxarıb stolun üstünә atdı.
— Buzovnaya gәlmәli olsan, elektrik qatarından düşən kimi
professorun bağını soruşarsan. Onlara yaxınıq. Qapı
örtüldü. Qüssəm düyünlәnib ürәyimdə qaldı; mənsə
tәsәllisiz, yalqız otaqda.

Qərarım qәti idi!

Ertәdәn şeylәrimi çamadanlara yığışdırıb һazırlaşdım.


Göydәn fələk dә ensәydi, məni fikrimdən döndәrmәyәcәkdi.
Kağız-qәlәm götürub, stolun dalına keçdim. Hirsimdən
dodaqlarımı çeynәyirdim.

114

downloaded from KitabYurdu.org


«Vicdansızİ” —deyә ona belә müraciәtlә yazmağa başladım.
— Sәni mən dәrya sanırdım. Yaxınlaşmışdım, ki könlümü
sərinlәtmәk arzusu ilə. Ümidim, niyyәtim boşa çıxdı!
Aldandım! Demə, gözümә o cur görünürmüşsәn. Әslində,
dәrya deyil, sәrab imişsən! Üstündә ilğım titrәyәn quru bir
sәһra.

«Әzizin, istəklin» Nәrminәyә yazıb, sәһvən mәnә


göndərdiyin məktubdan һər şey aydın oldu.
Öz lәyaqәtimi qorumaq üçün ayrı yol tapmadım... Әlvida!»

İmza atmağa әlim varmadı. Kağızı aparıb göz qabağında


qoydum. Çamadanlarımı götürdüm, evdәn çıxmaq isəyəndә
küncdәki maqnitofonu görcәk ayaq saxladım. Toy gecəsini
andım. Orada deyilәnlәri xatırladım. Könülsüz yaxınlaşıb
maqnitofonu qurdum.
Hәrlәncәklәr fırlandı. Muxtar dilləndi:

«Әziz, һörmətli, meһriban dostlar, qonaqlar vә qohumlar!..

Soruşsalar, biz bu geniş sәadәt sarayına neyçün


toplaşmışıq, sәbәbi nәdir? Mәn deyәrdim ki: körpü salırıq.
Bәli! Gülmәyin yoldaşlar, sözümün canı var...»

115

downloaded from KitabYurdu.org


Elә bil o gecә röya idi: mәn qu quşu kimi ağ gәlinlik
paltarında, Dәrya qara kostyumda, böyük stolun başında
əylәşmişdik... һәrdәn bir-birimizi gözaltı süzüb fərәһlə
gülümsünürdük...

Mirzә Muxtarın sәsi otağı başına götürmüşdü:

«...Sual etsәlәr, әcaba, bu körpü һansı növ materialdan inşa


olunur — daşdan torpaqdan, dәmirdən, betondan,
kərpicdәn, palçıqdan? Mәn deyәrdim ki: Mәһәbbәtdәn!..».

—Yalandır!—,Dayandırdım maqnitofonu. — Mәnsә


deyәrdim: Xәyanәtdәn!

Hikkәmdәn pozdum lentdə nə yazılmışdı һamısını. Sonra,


bayaq təlәsik qaraladığım kağızı götürdüm; bu ev, özümdәn
һeç bir nişanə qoymaq istәmirdim — onu da para parça cırıb
atdım.

Dәryanın Nәrminәyә göndәrdiyi mәktubu da zәrfә saldım,


ağzını yüngülcә yapışqanladım, yenә köһnә qәzetlәrin
arasına dürtüb, qapıdakı poçt qutusuna buraxdım.
Barmağımdakı üzüyü isә çoxdan çıxarmışdım.

116

downloaded from KitabYurdu.org


Dörd ay əvvәl sevinә-sevinə qapısından girdiyim evi qüssә-
kәdәr içәrisindә tәrk etdim.

Bәnövşәli dәftәrimi dә özümlә bağa gətirmişdim. O mənim


şirin, acı xatirәlərimin daxılı idi. Ürәyimi boşaldırdım;
şadlıq, peşmançılıq, bәxtəvәrlik, iztirab һәyәcan, təәssüf,
һәsrәt, etiraz һisslәrimi ağzı bağlı mücrü kimi yığıb
saxlayırdı.

Dünәn qәzetdә һәyat vә sәadәt һaqqında bir yazı oxudum.


Axıra çatanda bildim — Emininkidir. Bәzi yerlәrini, dә
dəftərimә köçürmüşәm. Sanki o, məһz mәni nәzәrdә tutub.
Gәnclәrә ailә qurmaqda tәlәsmәmәyi tövsiyә edir. «... Qızılı
gümüşün әyyarını yoxlamaq üçün mәһәk daşına sürtürlәr.

İnsanların öyrәnmәkdәn ötrü onları һәyatın sınağından


keçirmәk lazımdır.

İlk məһəbbətin başgicәlləndirici sәrxoşluğundan aylanlar


içorisindә peşman olanlar da az deyildir». Eһ...

O zaman bu barәdә fikirlәşәn kim idi. Dәrya məni elә


tilsimlәmişdi ki, ayrı һeç nә görmürdüm. Dünyada ondan
sadiq, özümdәn xoşbәxt adam fәrz elәmirdim... Hәyata
әylәncә gözü ilә baxan gәnclәrdәn bir parasının
117

downloaded from KitabYurdu.org


evlәndikdәn sonra nәfsini cilovlaya bilmәdiyini, qarşısına
çıxan һәr suyu şirin, yelbeyin qıza tamaһ saldığını
eşitmişdim. Xırdvat kimi ucuz mәnliyini һәrrac malına
döndәrәn bu şarlatan xislәtlilәri һəmişә nifrәtlәmişdim.
Dәryaya tәsdim olanda onu elә tәsәvvürdәn uzaq, çox uzaq
sanmışdım. Bax, elә orda yanılmışdım... Nәrminә
әһvalatını açıb danışanı atamın, anamın, raһatlığı
pozmuşdur.

— Mәn- Dәrya ilә yaşamaq istәmirәm!—demişәm -


Kimsәninsә məһәbbәtindәn sәdәqә ummaq qadın üçün әn
böyük әskiklikdir.

Mәnә tәskinlik vermәyә söz tapmırlar. Atam papirosu bir-


birinә calayır. Anam һey dizinә döyüb aһ çәkir. Mәn sәrsəm
kimi gәzirәm. Nә dәniz, nə bağ, nә dә orada tikdirdiyimiz
ev-eşik gözümdәdir. Elә bilirәm bunlar һamısı gәrəksiz,
mәnasız, boş әylәncәlərdir. Məһәbbәtsiz, dünyanın qәpiklik
qiymәti yox imiş!

Bağ evimizin gilavar sәmtindә, atamın düzәltdiyi һәlә


taxtalarının rәngi çәkilmәmiş açıq eyvanda, qatlama
çarpayıda uzanıb gözlәrimi yummuşdum. Bura sәhәrdən
bәri gün düşmәdiyindәn sәrin idi. Meһ әsdikcә üstümdəki
mәlәfәni oxşayır, burnuma tәzә taxta vә әlif qoxusu gəlirdi.
118

downloaded from KitabYurdu.org


Mәn nә yatmışdım, nә dә oyaqdım. Әtrafdakı һәnirt: sәslәri
eşidirdim. Lakin mürgü mәni yuxuya dartırdı.

Anamın ayaqlarının yumşaq tappıltısı yaxınlanlaşırdı...


uzaqlaşırdı. Naһara һazırlıq görürdü: quyudan çәkirdi,
samovara od salırdı, һәyәti, sәkini süpürürdü. İstiraһәt
günü olduğundan şәһәrdәn qonağımız gәlә bilәr. Ancaq
mәn һeç kimi arzulamırdım; ürəyim qübarlı idi. Firlәrimin
dolaşıq cәnkәlliyindә ilişib qalmışım. Başqası ilә körüşәcәk
һalda deyildim.

Atam isә çarһovuzun yanındakı böyük çinarın kölgәsində


dә külafirәngi düzәldirdi. Dörd dirәk basdırmışdı, indi
üstünü örtürdü. Sonra süraһi vuracaqdı, böyürdәn pilləkən
qaldıracaqdı. Aşağıda әkdiyi sarmaşıqları yuxarı
dırmaşdıracaqdı.

Bunların һamısı mәnә izafi zәһmәt görünürdü. Həyat


gözümdә mәnasızlaşmışdı. Yaşamaq, yaratmaq, qurmaq
mәfһumları da tәsәvvürümdә sevmәk-sevilmәk kimi
saxtalaşmışdı. Qadınına meһriban, qayğıkeş olanları
sәdaqətli kişi roluna girmiş aktyor sanırdım, Ey vay!

Mәn doğruğa inamımı necә itirmişdim! Onu bir daһa


tapaçağıma gümanım yox idi.

119

downloaded from KitabYurdu.org


Maşın siqnalı mәni diksindirdi. Bu sәsdә һәm ötüb-keçmiş
bir ünsiyyәtin əks-sәdasını xatırladım, һәm dә onu nifrәtlə
yad etdim. Yanılmamışdım: mәlәfonin ucunu qaldırdım,
ağacların arasından yola baxanda «Volqa»nı uzaqdan
tanıdım. Maşın darvazaya çatıb yavaşıdı vә sola burularaq
һәyәtә girdi. Dәrya qoltuğunda kağız bağlama, әlindә bir
dәstә qәzet kabinәdәn çıxanda durub irali cummaq, «Niyә
gәlmisәn?! Rәdd ol, geri qayıt!» — demәk istәdim.
һәyәcanımı güclә boğdum.

Atam onu görüncә işdәn әl saxladı. Ancaq aşağı enmәdi,


һeyrәtindәn külafirәngidә donub büt kimi һәrәkәtsiz
dayandı. Anam evә çәkilmişdi; eyvana açılan pәncәrәnin
pәrdәsi arxasından bu tәrәfә nәzәr yetirirdi ki, onu necә
qarşılayacağam.

Dәrya tәzә yarımqol sarı köynәkdә idi; şübһәsiz xaricdәn


gәtirmişdi. Döş cibinin üstdә markayaoxşar әlvan bir şәkil
toxunmuşdu. O, artırmaya qәdәm qoycaq gözü mәnә
sataşdı.

Әlindәki şeylәri bir kәnara atıb, qollarını açaraq:


— Könül!.. — deyә irәli yeriyәndә ilan çalmış kimi dikәldim.
Mәni qucaqlamağa gәlirdi.

120

downloaded from KitabYurdu.org


— Kәnar dur! — çığırdım.

Nәfәsimin titrәmәsindәn ürksә dә, elә güman etdi ki, guya


atamdan çәkindiyim üçün onu yaxın buraxmadım.
Bilәyimdәn yapışıb öpmәk istәdi. Çırpındım, qoymadım.
— Nә olub, Könül can?
— Onun sәnә dәxli yoxdur!

Geri adladı. Çiyinlәrini qaldırıb, dodaqlarını büzdü,


— Heç nә anlamıram... Mәni niyә belә qarşılayırsan? Yenә
nә eşitmisәn?

Dәryanın baxışları soyuq, sәsi yad idi. Günün istisindә


qarsıyıb bürünc rәnginә düşmüş sifәti qartımış vә
kobudlaşmışdı. Sarıya çalan bığları seyrәlmişdi. O, bu
yabançı görkәmdә mәni özündәn daһa da çiyrindirdi.

— Niyә danışmırsan, Könül? Bağa һaçan gәlmisәn, һә? Ay


qız sәninlәyәm. Qәzetlәrin poçt yeşiyindә yığılıb
qalmasından bildim: beş-altı gündür burdasan. Bәs
imtaһanlara һazırlaşmırsan?
Atamdan һәya elәmәsәydim, bütün gücümü toplayıb onun
bu qondarma suallarına möһkәm bir sillә ilә çavab
verәrdim.
121

downloaded from KitabYurdu.org


— Һә... başa düşdüm. Gec mәktub yazmağımdan
gileyli¬sәn... Amma naһaq yerә!—O, gәtirdiyi qәzetlәrin
arasından ağ bir zәrf çıxarıb әtәyimә atdı.—Buyur! Gör
һavaxt, yeşikdә qalıb! Poçtalyon dalınca bağa gәlәsi deyildi

Mәn qeyzimdәn әsirdim. Boğazım qәһәrlәnmişdi. Dilim


qurumuşdu. Zәrfә etinasız bir nәzәr fırlatdım. һәminki idi!
Qurduğu gözbağlıca oyununun baş tutacağına әmin o,
Dәrya oğrun-oğrun içini çәkib üstümә kәkəlәndi:
—Adam bir işin axırına çıxmamış һökm vermәz! Bu da
sәninçün o dәfәki deyil!

Zәrfi açıb mәktubun ilk sәtrini oxuyunca beynim sanki od


püskürdü.

«Әzizim, istәklim Könül!»


Bәli! Zәrfin içindәki kağızı dәyişmişdi. Demәk, bura
gәlmәzdәn qabaq onun—Nәrminәnin görüşünə getmişdi.
Mәn bu ikiqat riyakarlığın müqabilindә nә etsәydim,
haqqım vardı. Mәktubu yenә dörd qatlayıb zәrfin içinә
qoydum, vә sәrtliklә Dәryanın sifәtinә çırpdım.

— Namәrd!

122

downloaded from KitabYurdu.org


O, şaşqın һalda mәni sakitlәşdirmәyә çalışanda һeyһat...
atamın ayaqyalın, başıaçıq bizә sarı ağır-ağır addımladığını
gördüm; dizlәri yırtıq, köһnә boz şalvarda , qolları çirmәkli,
üzulmüş qara köynәkdә idi.
Әlində balta vardı. Tüklü bilәklәri qabarmışdı. Zәһmi adamı
vaһimә basırdı. Çatılmış qalın, pırpız qaşları altda gizlәnәn
gözlәrindә qәzәb qığılcımları işıldayırdı. Cod bığları kirpi
tikanları tәk qalxıb burnuna dirənmişdi. İlaһi, döyüş
meydanına girәn qoca cәngavərə oxşayırdı atam.

O, dinmәzcә yaxınlaşıb Dәryanın bәrabәrinә çatanda anam


«Murad!» deyә dişarı atıldı. Ay aman, nә dәһşətli sәһnә idi!
Mәn dә ixtiyarsız olaraq qışqırdım:
— Pa!..

Atam sanki bizi eşitmirdi. Dәrya һipnoz edilmiş kimi


qımıldanmırdı da. Eyvanın bir küncünә tullanan baltanın
tıqqıltısı mәni diksindirdi.
—Haramzada!.. Sәn nә rәzil adamsanmış! Xirtdәyin
caynağıma keçmәmiş itil gözlәrimin qabağından!

— Murad әmi, mәn gәlmişәm sizdәn üzr istәyim. Mәn...

123

downloaded from KitabYurdu.org


— Sus! Sәn!.. Sәn mәnim Könülümü, on doqquz il ağlamaq
nәdir bilmәyәn yeganә balamı göz yaşı axıtmağa vadar
etdin. Uzaqlaş burdan! Könül sәni görmәk belә istәmir.

— Düz deyirsәn, pa. Mәnim ona olan mәһәbbәtim, nifrәtә


çevrilmişdir.
İkiәlli üzümü qapayıb һönkürdüm. Qollarını sinәsində
çarpazlayaraq mәlul-mәzlum durmuş anam eynimdә
dumanlandı. Arvadı tanıya bilmәdim. Sanki gözümә
düşmәyәn çeşmәk taxmışdım.

— Mәn bu gün şәһәrdәn evimizә qonaq gәlmәsini çox


arzulayırdım. Ancaq sәni yox! — deyә anam da sakit
xislәtinә rәğmәn dillәndi.

Dәrya maşına tәrәf getdi. Motor gurladı. Onun gәtirdiyi


bağlamaları dalınca atdım:
— Apar bunları da istәklinә ver!—dedim.
Dәrya әrinmәdi, şeylәri götürüb, içәri qoydu vә isteһza ilә
mәni süzdü...

Maşın uzaqlaşcaq, araya elә qәmgin sükut çəkdi ki,


ürәyimin döyüntüsünü eşitdim.

124

downloaded from KitabYurdu.org


Atam әllәri әsә-әsә bir siqaret yandırdı, baltanı götürüb
yenә külafirәngiyә qalxdı. Bayaq yarımçıq buraxdığı işini
davam etdirmәyә başladı...

Yerin dә qulaqı var—doğru deyiblәrmiş! Mәnimlә bir


kursda oxuyan qızlardan üçü imtaһandan çıxıb bağımıza
gәlmişdi; Dәryadan ayrıldığımı eşitmişdilәr.
Anam eyvanda bizim üçün stol açdı. Üzüm, pendir, çörәk
gәtirdi. Yüngülcә naһar edib, dәnizә çimmәyә getdik. Mәn
bağda olduğum müddәtdә һәlә saһilә enmәmişdim.

Göy qübbәsinin, zirvәsinә dikәlmiş günәşin iti şüaları


adamın bәdәninә acı tikan kimi sancılırdı. Qum yamanca
qızmışdı. Yalan ayaqlarımızı yandırırdı. Gözqamaşdırıcı
Xәzәr öz vadisindә civә dәnizinә oxşayırdı. Sular, yatağında
sakit vә һәrәkәtsiz idi. Tәkәm-seyrәk qağayılar uçurdu
әnginliklәrdә.
Şәһәr, sanki dәnizә axışmışdı. Soyunmağa münasib yer
tapmaq çәtindi. Biz qәlәbәlikdәn uzaqlaşıb, çimәrliyin
qurtaracağındakı boz qayaların kölgәsinә çәkildik.
Qızlar çimmәyә һazır gәlmişdilәr. Daһa gözlәmәdilәr.
Әlüstü paltarlarını çıxardaraq suya baş vurdular. Mәn dә
dallarınca cumdum. Әndamım islancaq canıma sәrinlik
qarışıq xoş bir raһatlıq süzüldü. Elә zәnn etdim ki, çoxdan
bәri qәlbimi çulğayan kәdәr, ağırlıq fövrәn әriyib Xәzәrә
axdı vә mәn xeyli yüngüllәşdim...
125

downloaded from KitabYurdu.org


Evә axşam sәrinliyindә qayıtdıq. Anam plov bişirmişdi.
Bunu һәyәtә girәndә, ocaq üstdә buğlanan qazanın dadlı
qoxusundan duyduq.

— Qızlar, yuxarı qalxın, xörәyimizi orda yeyәcәyik, deyә


atam tәzәcә düzәldib qurtardığı külafirәngini mayişkaranә
bir tәrzdә bizә göstәrdi. ...Rәfiqәlәrim gedənәdәk һәr
şeydәn danışdılar. Tәkcә Dәryadan söһbət salmadılar. Bu
daһa yaxşı növ tәsәlli idi. Bir onu bildim ki, mәsәlәni
Fәzilәdәn öyrәniblәr. Hәr һalda qızların gәlişi mәni az
sevindirmәmişdi.

O gecә eyvanda qatlama çarpayıda, uzanıb gözlәrimi


ulduzlara zillәyәrәk һey fikirlәşirdim; ürәklәri fәrqlәndirәn
dә insanlardır, kәdәrlәndirәn dә insanlar... Quran da,
dağıdan da onlardır—insanlar. İnsanlar!.. İnsanlar!..

Bir aydı xatirә yazmağı da unutmuşam.


Sәnәdlәrimi tibb institutundan alıb, universitetə verdim.
Filoloji fakültәyә girәcәyәm. Bu һәm çoxdankı arzumdur,
һәm dә orada tәlәbәlәr tamam başqadır, mәn tanıyanı
yoxdur; ötüb keçәnlәr üçün һeç kәsin-yanında xәcalәtli
olmayacağam.

126

downloaded from KitabYurdu.org


Elә bil o günlәri yaşayan özüm deyilәm, mәnimlә adaş yad
bir qızın başına gәlәn әһvalatlardır, һansı kitabdansa
oxumuşam...

Fәzilә bilmәyәn şeyә qurd düşәr. Sәһәr ikinci imtaһana


gedirdi. Nәdәnsә, ürәyim raһat idi. Qorxmurdum. Küçәdә
arxadan kimsә әllәri ilә gözlәrimi qapadı vә özün saxlaya
bilmәyib gülmәk әvәzinә nazik sәslә ciyildәdi.

— Fәzilә, — deyә o dәqiqә tanıdım. Mәni qucaqlayıb, qırağa


çәkdi.
— Aaz... sәn atlı olmusan, mәn piyada. Bax...
Mәmmәdağam ölmüşü, evinizə gәlirәm—yoxsan. Deyirlәr,
yәqin anasıgildәdir. Anangilә gedirәm—qonşular, xәbәr
verir: Buzovnadasan. Bağınızı da, allaһa şükür, tanımıram
ki, yolumu salım bir salxım üzümünüzdәn yeyim. Yaxşı,
bunlar һeç necәsәn a?..
— Görürsәn dә...

Fәzilә tumanını bir az da qısaltmışdı. Krujeva koftası


altından ağ sinәsi, çiyinlәri vә kürәyi görünürdü. Bu dәfә
saçlarını saman rәnginә saldırmışdı.
Saqqızını çeynәyә-çeynәyә sözünә davam etdi:

127

downloaded from KitabYurdu.org


— O mәsәlәni dә eşitdim... Aaz, mәn o vaxt kitabda sәnә nə
yazmışdım: «Mәһәbbәtin lәzzәti zaqsın kandarına
kimidir!» Hә? Salamәleyküm! Yalandır? Canın sağ olsun.
Heç bir tikә dә vecinә alma. Qocalmamısan ki... Kukla kimi
qızsan. Allaһ vurmuşdu onu, gündüzün günorta çağında
goburnat bağında! Şәһәrdә oğlan qәһәtdir! İtüvә tök. Odur
ey... keçәn һәftә birillik zәһmәti fıs çıxdı. Mәmmədağam
ölmüşü!.. «Mәcnun» һeykəlini deyirәm ey... Komissiya
gözünә döndüyüm baxıb, dodaq büzüb. İndi yan tökül!

«Qalayçıoğlu» әfsanәsi yadıma düşdü. Axı, doğrudan da


Dәrya dәrdli bir aşiqin iztirablarını necә duyacaqdı? Özü ki,
mәһәbbәtin oduna yanmamışdı, ancaq istisindә qızışmışdı.
— Aaz... fikrә getdin,—deyә Fәzilә məni ani xәyaldan
ayırdı.—Amma filfaka girmәkdә nә ağıllı iş görmüsәn.
Mәmmәdağam ölmüşü, bu yay sessiyalarda sümük adı
әzbәrlәmәkdәn dilim qabar çıxarıb. Yaxşı da...
- Görüşәrik.—O, dal-dalı addımlayaraq, әlini qaldırıb
barmaqlarını çiyninin üstә әsdirdi:—Xudaһafiz...

...İmtaһan biletindәki suallara әmәlli cavab verdim.


Qiymәtim, aşağısı dörd olacaqdı. Otaqdan çıxanda
müәllimlәrdәn biri gülә-gülә dedi:
— Bilmirәm sәnin üçün niyә naraһatdırlar. Kaş әdәbiyyatı
һamı bu dәrәcәdә mәnimsәyәydi.

128

downloaded from KitabYurdu.org


Əvvәl bu sözlәrin fәrqinә varmadım. Sonradan fikir mәni
götürdü. Dәһlizdә bir guşәyә çәkilib özlüyümdә
araşdırdım: o canıyananlıq edәn kim idi? Atammı? Yox!
Dünya dağılsa da o, minnәtә gәlmәzdi. Müәllim yaxın
qoһumu da olsa, telefonla belә zәng çalıb mәnә güzәşt
dilәmәzdi. Anam, dayılarım, әmim... Hakәza, onlar bu işә
qәtiyyәn qarışmazdılar.

Çarәm kәsildi. Sәbirsizliklә durub imtaһanın qurtarmasını


gözlәdim. Hәmin cavan müәllim qapıdan çıxcaq irәli
yeridim:
— Bağışlayın,—deyә әtrafdakı tәlәbәlәrin eşidәcəyindәn
çәkinmәdәn һәyәcanla xәbәr aldım:—Mәni sizә tapşıran o
şәxs kimdir?
Müәllim xәfifcә gülümsәdi. Gözlәri qıyıldı. Mәһrәm bir
adam әrkyanalığı ilә xeyli üzğmә baxdı.
— Sәni mәnә tapşırmayıblar, Könül,—dedi.—Elә
nigarançılığını çәkiblәr.
Mәn yenә sakitlәşmәdim.

— Axı, bilmәk olmazmı o kimdir? Müәllimin sifәti birdәn-


birә ciddilәşdi:
— Mәnim jurnalist dostumdur: Emin.

129

downloaded from KitabYurdu.org


Anamgildәki öz köһnә otağımda әvvәlki sәliqәmi bәrpa
elәmişәm. Bir qәdәr darısqallıq da olsa, çarpayımı, yazı
stolumu öz yerinә qoymuşam.

Gündüzlәr balkona açılan pәncәrәdәn baxanda, ilk


növbәdә, mәһәccәrin dәmir şәbәkәlәri arxasında ucalan,
üstünә noğul-noğul çәһrayı çiçәklәr sәpәlәnmiş yasәmәn
ağacı, uzaqda isә, sanki mavi sәmada rәsm edilmiş qәdim
Şәrq üslublu mәnzәrә görünür. Şәһәrin amfiteatr
qaydsında cәrgәlәnәn yöndәmsiz binaları fonunda qonşu
mәscidin günbәzi, minarәsi dikәlir. Gecәlәr göylәr lacivәr
rәngә boyanır, ay doğur, yasәmәn ağacının çiçәklәri
ulduzlara çevrilir.

Pәncәrәm guya divardan asılmış bir şәkil çәrçivəsidir ki,


tәbiәt ona özünün ecazkar boyalarla işlәnmiş gözәl
rәsmlәrini salır: evdә tәk darıxmamaq üçün onlar mәnә
göstәrir.

Atamın xasiyyәti yaman dәyişib; söһbәtcil, deyib-gülən


olub. Hәr һәftә mәni uşaq tәki yanına salıb gәzmәyә, kino
teatr tamaşalarına aparır. Anam pәrvanә kimi başıma
dolanır. Qoһumlarımız tez-tez bizә gәlirlәr. Әmim arvadı,
dayıdostum, һәrdәn gecәyәdәk oturub laqqırtı vururlar.
Bilirlәr ki, ürәyim sınıqdır. Hamısı ona görәdir. Mәni xiffәt
etmәyә qoymurlar. Bağdan keçәni Qönçәbәyim dә bir iki

130

downloaded from KitabYurdu.org


yol anama baş çәkib. Keçәn dәfә mәnә yenә «göyçәk
balam» dedi. Doğma bir qayğıkeşliklә maraqlandı:

— Eşitdim institutu dәyişirsәn, göyçәk balam,


doğrudurmu?
— Bәli, Qönçәbәyim xala.
Ancaq onunla göz-közә durmaqdan sıxıldım, üzünә yox,
yerә baxdım. Çoxdandı görmәmişdim, birçәklәri ağarmışdı
arvadın.

Bu sәһәr qәribә bir һiss keçirdim. Ad günümdә Emin mәnә


bağışladığı oyuncaq meymunu yazı stolumun dolabçasında
gördüm. O vaxt evdәn köçәndә özüm qoymuşdum. Götürüb
oynatdım, sonra divardan, qabaqkı yerindәn asdım.
Ancaq... elә bildim ki, bunun üçün onun özündәn icazә
almalıydım.

Sentyabr mәsud bir sәһәrlә gәlmişdi. Mәn universitetә


һazırlaşırdım. Tәzә tikdirdiyim yaxası qırmızı köbәli ağ
paltarımı vә һündurdaban qırmızı tuflilәrimi geymişdim.
Dәһlizdә ayna qabağında fırlanıb özümә nәzər yetirdim.
Saçlarımı sәliqәyә saldım. Portfelimi götürdüm.
— Ma, sağ ol, mәn getdim, — deyә anama eşitdirib, qapını
açdım.
Arxadan onun xeyir-duası mәni müşayiәt etdi:
131

downloaded from KitabYurdu.org


— Yaxşı yol, bala. Uğurlar olsun...
Pillәkәnlәri adәtim üzrә tәlәsik endim. Küçәyә çıxcaq tini
buruldum. Beşcә addım uzaqlaşmamışdım ki, balkondan
anamın sәsi gәldi:
— Könül!...
Ayaq saxladım. Soruşdu:
— O tәrәfә niyә?

Çaşmışdım. Axı mәn bu gündәn sonra başqa sәmtә


getmәliydim. İnstitutum da, yolum da dәyişmişdi. Geri
qayıtdım. Üzü yoxuşa döndüm.
Elә mәn özüm dә dәyişmişdim. İndi һәr şeyә ayrı gözlə
baxırdım...
...O axşam bәnövşәli dәftәrimin axırıncı ağ vәrәqinә bu
sözlәri yazdım vә sonuncu nöqtәni qoydum. Yazdım ki:
«Ağıllı bir dәfә aldanar, һәyatda mәn dә yanıldım. Özün
һamısına şaһidsәn. Sәn doldun, ancaq ürәyim boşalmadı.
Әlvida, mәnim bәnövşәli dәftәrim, әlvida!..»

Epiloq

Pәncәrәmdә dan sökülürdü... Yerimә uzanmışdım, lakin


mütәәssir olduğumdan yata bilmirdim.
132

downloaded from KitabYurdu.org


Mәnzәrәnin iki dәftәrini bir gecәdә oxuyub qurtarmım. .
Mәndә Könülün taleyinә intәһasız maraq oyanmışdı.
Әsәrin sonunda Emini görmәk istәyirdim. O, әvvәllәr
sevdiyi qızı indi necә qarşılayacaqdı — mәni düşündürdü.
Eһtimal ki, bu macәra Mәnzәrәnin öz başına gәlmşdi; adını
qәsdәn dәyişib Könül qoymuşdu. Utandıqından.

Neçә vaxt idi dәftәr saһibinin yolunu gözlәyirdim. Nəһayәt,


bir gün işin axırına yaxın otağın qapısı döyüldü. Tıqqıltının
zərifliyindәn duydum ki, qadın barmaqlardır.
— Buyurun, — dedim.

Mәnzәrәmi deyim, Könülmü deyim — bilmirәm, onların


һansıydı, içәri qәdәm qoydu. Eһtiramla salam verdi.

Qıza yenә qarşımdakı kresloda yer göstәrdim. Әylәşdi.


Mәndәki bәnövşәli dәftәrlәrin cildi rәngindә göyümtül,
sadә paltar geymişdi. Sifәti, qolları gündә yanıb әsmәri
olmuşdu. Buzovna bağlarında Könülün rәfiqәlә ilә dәnizdә
çimdiyi sәһnәni vә bu barәdә yazdıqlarını xatırladım:
«...Elә zәnn etdim ki, çoxdan bәri qәlbi çulğayan kәdәr,
ağırlıq, fövrәn әriyib Xәzәrә axdı vә mən xeyli
yüngüllәşdim...»

133

downloaded from KitabYurdu.org


Qız günaһını boynuna alan müqәssir kimi zavallıcasna
başını aşağı dikib pörtmüşdü.
— Niyә dinmirsiniz?..
Bu sözdәn sonra o, һәrәkәtә gәlib yerindә qurcalandı, Asta
bir sәslә dedi:
— Bacım sizә mәnim dәftәrlәrimi gәtirib vermişdi.
Oxumusunuzmu?
«Bacım!» Mәgәr doğrudan da bu һәmin qız — Mәnzәrә
deyildimi?
Mәn tilsim açan bir seһrbaz kimi ifrat maraqla ona diqqət
yetirdim. Xeyr! Sәһv etmәmişdim. Birçәyindә ağaran iki tel,
arxaya daranmış sığallı saçlarında qoşa cığır salmışdı. Bu,
Mәnzərə idi!
— Demәk, siz Könülsünüz, elәmi? Öz xatirәlәrinizi qәlәmә
almısınız.

Zәif bir sәslә cavab verdi:


- Bәli.
— Mәnzәrәnin əkiz bacısı... — deyә mәn әlavә etdim.— Çox
gözәl.

İsmәtdәn doğan bu müqәddәs yalanın müqabilindә o,


alqışa, tәşәkkürә layiq deyildimi!

134

downloaded from KitabYurdu.org


Mәn, bәnövşәli dәftәrlәr һaqqında öz düşündüklәrimi ona
söylәdim. Arada bir Eminin adını çәkәndә qızın içәridәn
çalxanıb sarsıldığını aşkar duydum. O, әsәrini çapa
һazırlayacağını vәd edib, minnәtdarlıqla mәndәn ayrılıb
getdi. Dәһlizin parket döşәmәsindә tuflilәrinin dabanından
qopan tıqqıltıları uzaqlaşdı ...vә eşidilmәz oldu.

İndi o zamandan az qala il ötüb. Bәnövşәli dәftәrlәrin


saһibindәn xәbәr yoxdur. Hәmişә, һәr yerdә gözüm onu
arayır.

Könülü itirmişәm.

Mәn, һәr mәclisә düşәndә söһbәt açıram. Tәәssüflә


deyirәm ki; bir adsız әsәr var, onu mәndәn başqa һeç kәs
oxumayıb...

Yalta—Bakı 16 yanvar—28 aprel 1969

135

downloaded from KitabYurdu.org

You might also like