You are on page 1of 10

İNSAN ANATOMİYASI FƏNNİNDƏN

MÜALİCƏ – PROFİLAKTİKA FAKÜLTƏSİNİN I KURS ÜZRƏ


MÜHAZİRƏLƏRİNİN MÖVZÜ PLANI

PAYIZ SEMESTRİ

1. İnsan anatomiyası fənninə giriş. Anatomiyanın məqsədi, vəzifələri və


öyrənilmə metodları. Anatomiyanın Azərbaycanda inkişafı. Anatomiyanın qısa
tarixi. Anatomiyada işlədilən latın terminlərinin mənşəyi haqqında məlumat. – 2 s.
2. İnsan embriogenezinin mərhələləri. Prenatal və postnatal ontogenezin
xüsusiyyətləri. Toxumalar, orqanlar və sistemlər.Orqanların topoqrafik
anatomiyası haqqında anıayış, əhəmiyyəti və öyrənilmə metodları. N.İ.Piroqov
topoqrafik anatomiyanın banisi kimi.–2 s.
3. Skeletin ümumi anatomiyası. Sümüklərin quruluşu, forması, təsnifatı, fiziki-
kimyəvi xüsusiyyətləri. Sümüklərin inkişafı və xüsusiyyətləri. Prenatal və
postnatal dövrdə skeletdə baş verən anatomik dəyişikliklər. Sümüküstlüyü və
sümük iliyinin topoqrafiyası.
4. Sümük birləşmələrinin (artrologiya) funksional anatomiyası və topoqrafiyası.
Birləşmələrin növləri, fasiləsiz və fasiləli birləşmələrin anatomik xüsusiyyətləri.
Oynaqların bromexamik təsnifatı. Birləşmələrin inkişafı və ayrı-ayrı yaş
dövrlərində xüsusiyyətləri. – 2 s.
5. Gövdə sümükləri və onların quruluş xüsusiyyətləri, inkişafı. Gövdə
sümüklərinin birləşmələri. Tam onurğa və tam döş qəfəsi, hərəkətləri,
topoqrafiyası, fərdi, cinsi, yaş xüsusiyyətləri, variasiya və anomaliyaları. Tam
onurğada əyriliklərin formalaşması və onların topoqrafiyası və funksional
əhəmiyyəti. Yuxarı və aşağı ətraf sümükləri və onların quruluş xüsusiyyətləri,
inkişafları, variasiya və anomaliyaları. Ətraf sümüklərinin birləşmələrinin
topoqrafiyası. – 2 s.
6. Kəllənin ontogenezdə inkişafı, tam kəllə: forması və topoqrafiyası. Yaş, cinsi
və fərdi xüsusiyyətləri, anomaliyaları. Yenidoğulmuş kəlləsinin fərqləndirici
xüsusiyyətləri. Kraniometriya haqqında anlayış . – 2 s.
7. Əzələlərin morfo-funksional anatomiyası və topoqrafiyası. Əzələlərin
quruluşu, təsnifatı. Əzələnin qüvvəsi və işi. Birqollu ling haqqında anlayış.
Əzələnin köməkçi aparatı, fassiya və fassiya törəmələri. Eninəzolaqlı əzələlərin
inkişafı. Yenidoğulmuşlarda əzələlərin xüsusiyyətləri. Ontogenezin ayrı-ayrı
mərhələlərində əzələlərin inkişaf xüsusiyyətləri. – 2 s.
İNSAN ANATOMİYASI FƏNNİNDƏN
MÜALİCƏ – PROFİLAKTİKA FAKÜLTƏSİNİN I KURS ÜZRƏ
TƏCRÜBƏ DƏRSLƏRİNİN MÖVZÜ PLANI

PAYIZ SEMESTRİ

1. İnsan anatomiyası kafedrasında tədris prosesinin təşkili. Latın dilinin tibbdə və


anatomiya tədrisində rolu, latın hərflərinin oxunuşu qaydaları. Anatomiyada
işlədilən latın terminlərin düzgün tələffüz prinsipləri. Bədəndən keçirilən ox və
səthlər. – 2s.
2. Adi fəqərənin quruluşu. Boyun, döş, bel fəqərələri. Oma və büzdüm
sümüklərinin anatomiyası – 2 s.
3. Qabırğaların və döş sümüyünün anatomiyası. Gövdə sümüklərinin anatomiyası
mövzularında işlədilən latın terminlərin möhkəmləndirilməsi.– 2 s.
4. Yuxarı ətraf sümükləri, onların quruluş xüsusiyyətləri və anatomiyası.
Mövzuda işlədilən latın terminlərinin tələffüzü. – 2 s
5. Çanaq və bud sümüklərinin anatomiyası, quruluş və yaş xüsusiyyətləri. – 2 s.
6. Baldır və ayaq sümüklərinin anatomiyası, quruluş və xüsusiyyətləri. Aşağı ətraf
sümüklərinin anatomiyası mövzusunda işlədilən latın terminlərinin
möhkəmləndirilməsi – 2 s.
7. Kəllənin ümumi icmalı. Alın, əsas, ənsə və təpə sümüklərinin anatomiyası,
topoqrafiyası, quruluş və xüsusiyyətləri. Mövzuda istifadə olunan latın
terminlərinin tələffüzü.–2 s.
8. Gicgah sümüyü, anatomiyası, quruluşu, topoqrafiyası, kanalları və onların
möhtəviyyatı. Gicgah sümüyünün yaş xüsusiyyətləri. Mövzuda istifadə olunan
latın terminlərinin tələffüzü. – 2 s.
9. Xəlbir sümüyü, əng, çənə və üzün xırda sümüklərinin anatomiyası,
topoqrafiyası, quruluş və yaş xüsusiyyətləri. Mövzuda istifadə olunan latın
terminlərinin tələffüzü. – 2 s.
10. Kəllənin beyin hissəsinin topoqrafiyası. Kəllə qapağı. Xarici və daxili kəllə
əsasının kanal və dəliklərinin anatomiyası və funksional təyinatı. Gicgah çuxuru.
Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü. – 2 s.
11. Kəllənin üz hissəsinin topoqrafiyası. Göz yuvaları. Burun boşluğu. Gicgahaltı
və qanad-damaq çuxurları. Onların keçəcək, kanal və dəliklərinin anatomiyası və
funksional təyinatı. Mövzuda istifadə olunan latın terminlərinin tələffüzü. – 2 s.
12. Sümük sistemindən preparat qəbulu – I KOLLOKVİUM. – 2 s.
13. Fəqərələrin birləşmələri. Tam onurğa: quruluşu, əyrilikləri, onların
formalaşması.– 2 s.
14. Qabırğaların fəqərələrlə və döş sümüyü ilə birləşmələri. Tam döş qəfəsinin
quruluşu və yaş xüsusiyyətləri. Gövdə sümüklərinin birləşmələri mövzularında
işlədilən yeni latın terminlərinin möhkəmləndirilməsi. – 2 s.
15. Yuxarı ətraf qurşağı sümüklərinin birləşmələri. Bazu oynağının anatomiyası. –
2s.
16. Dirsək oynağı. Said və əl sümüklərinin birləşmələri. Yuxarı ətrafın
oynaqlarının quruluş xüsusiyyətləri. Yuxarı ətraf sümüklərinin birləşmələri
mövzularında işlədilən yeni latın terminlərinin möhkəmləndirilməsi və köhnə
terminlərin təkrarı. – 2 s.
17. Aşağı ətraf qurşağı sümüklərinin birləşmələri. Oma-qalça oynağı və qasıq
bitişməsi. Tam çanaq, ölçüləri, cinsi və yaş xüsusiyyətləri. Mövzuda istifadə
olunan latın terminlərinin tələffüzü. – 2s.
18. Bud-çanaq və diz oynaqları, anatomiyası, forması, quruluş xüsusiyyətləri və
hərəkətləri.–2s.
19. Baldır və ayaq sümüklərinin birləşmələri. Tam ayağın quruluş və yaş
xüsuyyətləri. Aşağı ətraf sümüklərinin birləşmələri mövzularında işlədilən yeni
latın terminlərinin möhkəmləndirilməsi və köhnə terminlərin təkrarı. – 2 s.
20. Kəllə sümüklərinin birləşmələri. Gicgah-çənə oynağı: quruluşu, forması,
hərəkətləri, xüsusiyyətləri. Latın terminlərinin tələffüz qaydalarının təkrarı və
möhkəmləndirilməsi. – 2 s.
21. Sümük və birləşmələrdən aralıq qiymətləndirmə. II KOLLOKVİUM. – 2
s.
22. Baş nahiyələri. Baş əzələlərinin anatomiyası. Çeynəmə və mimiki əzələlər.
Onların funksiyası. Əzələ bəhsində işlədilən yeni latın terminləri və onların
tələffüzü prinsipləri – 2 s.
23. Başın yumşaq toxumasının quruluşu xüsusiyyətləri və topoqrafiyası.– 2 s.
24. Boyunun əzələ və fassiyaları: quruluş xüsusiyyətləri. Boyunun yumşaq
toxumasının quruluşu. – 2 s.
25. Boyunun topoqrafiyası. Boyun üçbucaqları, onların topoqrafiyası və təcrübi
əhəmiyyəti. Boyun əzələləri mövzularında istifadə olunan latın terminlərinin
tələffüz prinsipləri, onların möhkəmləndirilməsi.–2s.
26. Döşün əzələ və fassiyalarının anatomik və funksional xüsusiyyətləri.
Diafraqma, topoqrafiyası, yaş xüsusiyyətləri. –2s.
27. Qarnın əzələ və fassiyalarının quruluşu, funksiyası. – 2 s
28. Düz əzələ yatağı. Qasıq kanalı. Onların topoqrafiyası və yaş xüsusiyyətləri.
Döş və qarın əzələləri mövzularında işlədilən latın terminlərinin təkrarı və
möhkəmləndirilməsi–2 s.
29. Arxanın əzələ və fassiyalarının quruluşu, funksional anatomiyası və
topoqrafiyası. Mövzuda işlədilən latın terminləri və onlarınn tələffüzü–2 s.
30. Çiyin qurşağının və bazunun əzələ və fassiyalarının quruluşu, yaş
xüsusiyyətləri.–2 s.
31. Said və əlin əzələ və fassiyalarının quruluşu, yaş xüsusiyyətləri.–2 s.
32. Yuxarı ətrafın əzələ və fassiyalarının topoqrafiyası. –2 s.
33. Yuxarı ətraf əzələlərinin oynaqlara münasibəti. Yuxarı ətraf əzələləri
mövzularında işlədilən latın terminlərinin təkrarı və möhkəmləndirilməsi. – 2 s
34. Çanaq və bud əzələləri və fassiyalarının funksional anatomiyası.–2 s.
35. Baldır, ayaq əzələləri və fassiyalarının funksional anatomiyası.–2s.
36. Aşağı ətrafın əzələ və fassiyalarının topoqrafiyası.–2 s.
37. Aşağı ətraf əzələlərinin oynaqları nisbəti. Aşağı ətraf əzələləri ilə əlaqədar
işlədilən latın terminlərinin tələffüzü. –2 s.
38. Əzələ bəhsindən preparatların qəbulu. III KOLLOKVİUM. –2 s.
İNSAN ANATOMİYASI FƏNNİNDƏN
MÜALİCƏ – PROFİLAKTİKA FAKÜLTƏSİNİN II KURS ÜZRƏ
MÜHAZİRƏLƏRİNİN MÖVZÜ PLANI

PAYIZ SEMESTRİ

1. Duyğu orqanları və 12 cüt kəllə sinirləri. Analizator haqqında təlim.


Analizatorun tərkibi və onun funksional birliyi. Reseptorlar və onların təsnifatı.
Görmə, dəhliz-ilbiz orqanlarının inkişafı, funksional anatomiyası və topoqrafiyası.
Qoxu və dad orqanları. Dəri-duyğu orqanının
inkişafı, funksional anatomiyası. Duyğu orqanlarının yaş xüsusiyyətləri. – 2 s.
2. Ürək: inkişafı, quruluşu, topoqrafiyası və funksional anatomiyası, yaş
xüsusiyyətləri. Ürəyin damar və sinirləri. Ürək qüsurları. – 2 s.
3. Qan damarlarının ümumi anatomiyası. Arteriyaların, venaların və kapilyarların
quruluşu və funksiyası. Anastomozlar və onların əhəmiyyəti. Yerli qan dövranı –
mikrosirkulyasiya. Kollateral qan cərəyanı. Damarların yerləşməsinin topoqrafik
xüsusiyyətləri, gedişinin və şaxələnməsinin qanunauyğunluqları. Damar torları və
kələfləri. Venoz ciblər. – 2 s.
4. Ürək-qan-damar sisteminin ümumi icmalı. Onun inkişafı. Qan dövranlarının
(yumurta sarısı, cift, böyük və kiçik qan dövranları) funksional anatomiyası.– 2 s.
5. Başın, gövdənin və ətrafların damar və sinirlərinin (kələflərin) xüsusiyyətləri və
funksional anatomiyası. – 2 s.
6. Limfa sisteminin quruluş elementləri. Limfa kapillyarları, damarları, düyünləri,
kötükləri və limfa axacaqlarının anatomiyası. Limfanın venoz sistemə axma
yolları. – 2 s.
7. Vegetativ sinir sisteminin funksional anatomiyası. Simpatik və parasimpatik
sinir sisteminin xüsusiyyətləri. Vegetativ düyünlər, sinirlər və kələflər. – 2 s.
İNSAN ANATOMİYASI FƏNNİNDƏN
MÜALİCƏ – PROFİLAKTİKA FAKÜLTƏSİNİN II KURS ÜZRƏ
TƏCRÜBƏ DƏRSLƏRİNİN MÖVZÜ PLANI

PAYIZ SEMESTRİ

1. Duyğu orqanları və 12 cüt kəllə sinirləri. Qoxu orqanı. Qoxu analizatorunun


aparıcı yolu. – 2 s.
2. Görmə orqanı, göz almasının quruluşu. Görmə analizatorunun aparıcı yolu. – 2
s.
3. Gözün köməkçi aparatı. III, IV və VI cüt kəllə sinirlərinin anatomiyası. – 2 s.
4. Dəhliz-ilbiz orqanı, xarici və orta qulağın anatomiyası.-2s.
5. Dəhliz-ilbiz orqanı. Daxili qulağın natomiyası. VIII cüt kəllə siniri, eşitmə və
müvazinət analizatorlarının aparıcı yolu. – 2 s.
6. Dad orqanının quruluşu, funksiyası və yaş xüsusiyyətləri. VII-IX cüt kəllə
sinirləri, dad analizatorunun aparıcı yolu.–2s.
7. Dəri və onun törəmələrinin anatomiyası. Süd vəzilərinin anatomiyası. – 2 s.
8. V cüt kəllə siniri. Üçlü sinirin quruluşu, şaxələri və innervasiya zonası–2s.
9. X, XI, XII cüt sinirlərinin anatomiyası və innervasiya zonası – 2 s.
10. Ürək və ürək kisəsinin quruluşu, yaş xüsusiyyətləri. Ürək əzələsinin morfo-
funksional anatomiyası. Ürəyin qidalanması və innervasiyası-2 s.
11. Ürəyin topoqrafiyası, hüdudları və qapaqlarının döş qəfəsinin ön divarına
proyeksiyası. Ürək tonları. – 2 s.
12. Duyğu orqanları, 12 cüt kəllə sinirləri və ürək preparatlarının qəbulu. I
KOLLOKVİUM. – 2 s.
13. Aorta və onun hissələri. Qalxan aorta, aorta qövsü. Ümumi və xarici yuxu
arteriyalarının anatomiyası – 2 s.
14. Daxili yuxu arteriyası. Körpücükaltı arteriyanın onurğa arteriyası şaxəsi.
Beyinin arterial dövranı. – 2s.
15. Körpücükaltı arteriya. Yuxarı ətrafın arteriyaları. Ovucun səthi və dərin
qövsləri-2s.
16. Yuxarı boş vena. Bazu-baş venası. Daxili vidaci vena. Kəllədaxili və
kəlləxarici venalar.-2s.
17. Xarici vidaci vena. Ön vidaci vena. Körpücükaltı vena. Yuxarı ətraf venaları. –
2s.
18. Onurğa beyni sinirləri. Onurğa beyni sinirlərinin arxa şaxələri. Onurğa beyni
sinirlərinin ön şaxələri. Boyun kələfi. – 2s.
19. Bazu kələfi: qısa və uzun şaxələri. – 2s.
20. Aortanın döş hissəsi və onun şaxələri. Döş qəfəsi divarı və orqanlarının venaları
(tək vena, yarımtək vena, arxa qabırğaarası venalar, onurğa venaları). Döş
sinirlərinin ventral şaxələri. – 2s.
21. Duyğu orqanları, ürək, 12 cüt kəllə sinirləri, baş, boyun, döş və yuxarı
ətrafın damarları və sinirlərindən aralıq qiymətləndirmə. II KOLLOKVİUM.
– 2s.
22. Enən aortanın qarın hissəsi və onun şaxələri. – 2s.
23. Ümumi, daxili və xarici qalça arteriyaları. – 2s.
24. Bud arteriyası və dizaltı arteriya. – 2s.
25. Baldır və ayaq arteriyaları. Aşağı ətraf oynaqlarının arterial torlarının əmələ
gəlməsində iştirak edən damarlar. – 2s.
26. Aşağı boş vena sistemi. Qapı venası sistemi. – 2s.
27. Çanaq venaları və aşağı ətrafın venaları. Venaların sistemarası anastomozları.
– 2s.
28. Bel kələfi, şaxələri, innervasiya zonası. – 2s.
29. Oma kələfinin qısa şaxələri və budun arxa dəri siniri.– 2 s.
30. Oturaq siniri, gedişi, şaxələnməsi, innervasiya zonası, topoqrafik
xüsusiyyətləri. – 2s.
31. Limfa sisteminin quruluş elementləri haqqında ümumi məlumat. Limfa
kötükləri və axacaqları. – 2s.
32. Başın, boyunun, yuxarı ətrafın və döş qəfəsinin limfa düyünləri və damarları.
– 2s.
33. Qarın boşluğunun, çanağın və aşağı ətrafın limfa düyünləri və damarları. – 2s.
34. Vegetativ sinir sistemi haqqında ümumi məlumat. Simpatik kötük. Simpatik
kötüyün boyun hissəsi.–2s.
35. Simpatik kötüyün döş, bel və çanaq hissələri.- 2s.
36. Qarın boşluğu və çanağın vegetativ düyünləri və kələfləri. – 2s.
37. Vegetativ sinir sisteminin parasimpatik şöbəsi. – 2s.
38. Qarın və çanaq boşluqları, aşağı ətrafın damar və sinirlərindən, limfa
sistemindən və vegetativ sinir sistemindən preparat qəbulu. III
KOLLOKVİUM. -2s.

You might also like