You are on page 1of 614

DEN BRAUN

DA VİNÇİ ŞİFRƏSİ
DA VİNÇİ ŞİFRƏSİ
Leonardo da Vinçinin işlərində gizli şifrələr var.
Yalnız bu, ağlasığmaz hakimiyyət və qüdrət bəxş edən xristian
ziyarətgahlarını tapmağa kömək edər.
Bəşəriyyətin əsrlərlə öyrənməyə can atdığı böyük sirrin açarı bəlkə
də tapıldı. «Da Vinçi şifrəsi» romanını yazarkən, müəllif apardığı
tədqiqatlardan əldə etdiyi bütün təcrübəsini sərf etmiş və bunu baş
qəhrəmanı, din tarixi və ikonoqrafiya üzrə Harvard universitetinin
professoru Robert Lenqdonun vasitəsilə oxuculara çatdırmışdır.
Romanın girişi Luvr muzeyinin qoca mühafizəçisinin qətlini Robert
Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı
Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılmışdır.
DAN BROWN
The Da Vinci Code
ISBN 9789952262834 Və yenə də Blayza həsr olunur. Həmişəkindən
daha artıq dərəcədə.

1 downloaded from KitabYurdu.org


FAKTLAR
Sion Prioratı - 1099-cu ildə yaradılmış Avropa gizli cəmiyyətidir, real
təşkilatdır. (Priorat və ya sinyoriya - orta əsrlərdə bəzi şəhər-
kommunaların idarəetmə orqanıdır. Mason ənənələrində Böyük Priorat
- masonluğun rəhbərlik sistemində bölmələrdən biridir (Məbəd,
Hospital - red.qeyd). 1975-ci ildə Paris milli kitabxanasında «Gizli
dosyelər» adı ilə məlum olan bükülü əlyazmalar tapılıb. Bu dosyelərdə
Sion Prioratının əksər üzvlərinin adı açıqlanır. Onların arasında ser
İsaak Nyuton, Bottiçelli, Viktor Hüqo və Leonardo da Vinçi də var.
Vatikanın «Opus Dei» adlanan şəxsi prelaturası qatı dindarlığı
təbliğ edən katolik sektasıdır. Beyinlərin təmizlənməsi, «nəfsin
öldürülməsi» kimi dəhşətli rituallarla və zorakılıqla tanınıb. «Opus
Dei» sektasının Nyu-Yorkda, Leksinqton- avenyu 243-də, 47 milyon
dollara başa gələn mənzil-qərargahının tikintisi yaxın vaxtlarda
qurtarıb.
Kitabda incəsənət, arxitektura nümunələrinin, bir sıra sənədlərin və
sirli ritualların dəqiq təsviri verilib.
PROLOQ
PARİS, Luvr 21.46.
Tanınmış kurator Cak Sonyer Böyük Qalereyanın tağlı arkasının
altından yırğalana-yırğalana keçib ilk gözünə dəyən rəsmə,
Karavaconun tablosuna tərəf getdi. İki əli ilə qızılı çərçivədən yapışıb
özünə tərəf çəkdi. Şedevr divardan qopdu və yetmiş yaşlı qoca
Sonyerin üstünə aşdı.
Sonyerin fikirləşdiyi kimi də oldu, yaxınlıqda bu zala girişi

2 downloaded from KitabYurdu.org


əngəlləyən dəmir hörmə də gurultuyla aşdı. Parket döşəmə titrədi.
Uzaqdan siqnalizasiyanın vıyıltısı eşidildi.
Kurator zorla havanı uda-uda və hansı dünyada olduğunu götür-qoy
edə-edə bir neçə saniyə hərəkətsiz uzandı. Mən hələ yaşayıram. Sonra
tablonun altından çıxıb gizlənmək üçün yer axtarmağa başladı.
Səs gözlənilmədən yaxınlıqda eşidildi:
- Tərpənmə.
Kurator yerindəcə dondu, sonra yavaş-yavaş dönüb baxdı.
Cəmi on beş fut aralıda, dəmir hörmənin arxasında onu izləyənin
qorxulu və nəhəng silueti göründü. Ucaboy, enlikürək, dərisi meyid
dərisi kimi tutqun, seyrək ağ saçlı. Gözlərinin ağı qızarmışdı, zəhmli
bəbəkləri isə qara-qırmızı rəngdə idi. Albinos cibindən tapança çıxarıb,
onun uzun lüləsini dəmir hörmənin arasına soxdu və kuratoru nişan
aldı.
- Sən qaçmamalıydın. - o, zəif hiss olunan aksentlə dedi, - İndi de:
o hardadır?
- Axı, mən dedim sizə, - əvvəlki kimi əlacsızcasına iki əli, iki
ayağı üstündə durmuş kurator kəkələyə-kəkələyə mızıldandı. - Nə
haqqında danışdığınızı başa düşmürəm.
- Yalan deyirsən! - Kişi tərpənmədən və qorxunc gözlərini
qırpmadan ona baxırdı. - Səndə və cəmiyyətinizin üzvlərində sizə aid
olmayan bir şey var.
Kurator diksindi. O, hardan bilir ki?
- Bu gün isə, bu əşya öz əsil sahiblərini tapacaq. Ona görə də,
yerini desən, sağ qalacaqsan. - Kişi tapançanın lüləsini azca aşağı salıb

3 downloaded from KitabYurdu.org


kuratorun düz başını nişan aldı. - Yoxsa, bu sirrə görə ölməyə də
hazırsan?
Sonyer nəfəsini çəkdi.
Kişi yüngülcə başını əyib nişan aldı.
Sonyer əlacsız-əlacsız əllərini qaldırdı.
- Dayanın, - o mızıldandı. - Nə bilirəm, hamısını danışım sizə. -
Və kurator sözləri diqqətlə götür-qoy edib danışmağa başladı. O, bu
yalanı dəfələrlə məşq etmişdi və həmişə də dua edirdi ki, onu deməyə
ehtiyac qalmasın.
O, danışıb qurtardıqdan sonra, onu təqib edən kişi özündən razı
halda gülümsədi:
- Hə. Bunu mənə başqaları da deyib.
Başqaları? - Sonyer ürəyində təəccübləndi.
- Mən onları da axtardım. - albinos dedi. - Üçünü də. Onlar da
sənin indicə dediyini təsdiqlədilər.
Bu ola bilməz! Axı kuratorun və onun üç nəfər senechaux-nun
(köhnə xidmətçilər - (fran.)-tər) kimliyi qədim sirr kimi müqəddəs və
toxunulmaz idi. Bunu onlar qoruyurdular. Amma, birdən Sonyer
anladı: onun üç senechaux-u da verdikləri vədə sadiq qalaraq,
öldürülməzdən əvvəl eyni yalanı demişdilər. Bu da onların
niyyətlərinin bir hissəsi idi.
Kişi yenə nişan aldı.
- Ona görə də, sən öləndən sonra, mən dünyada həqiqəti bilən tək
insan olacam.
Həqiqəti! Kurator bu sözün qorxunc mənasını dərhal başa düşdü,

4 downloaded from KitabYurdu.org


situasiyanın bütün dəhşəti ona aydın oldu. Əgər mən ölsəm, onda
həqiqəti heç kim, heç vaxt bilməyəcək. Və o, özünümühafizə instinkti
ilə qaçmağa cəhd etdi.
Atəş açıldı, kurator döşəməyə sərildi. Güllə qarnından dəymişdi. O,
dəhşətli ağrıya dözərək sürünməyə çalışdı. Yavaşca başını qaldırıb
dəmir hörmənin arxasındakı qatilinə baxdı.
İndi kişi onun başını nişan almışdı.
Sonyer gözlərini qıydı, qorxu və təəssüf ona əzab verirdi.
Boş güllənin taqqıltısı dəhlizə yayıldı.
Sonyer gözlərini açdı.
Albinos təəccüblə öz silahına baxırdı. Əvvəl tapançanı təzədən
doldurmaq istədi, sonra nəsə fikirləşərək, Sonyerin qarnına işarə edib
dedi:
- Mən öz işimi gördüm.
Kurator gözlərini aşağı dikib güllənin ağ köynəyində açdığı deşiyi
gördü. Sinəsindən bir neçə düym aşağıda yerləşən deşiyin ətrafı
qırmızı qanla örtülmüşdü. Mədə! Dəhşətli yanılma: güllə ürəyə yox,
qarına dəymişdi. Kurator Əlcəzair müharibəsinin veteranıydı və əzablı
ölümləri az görməmişdi. On beş dəqiqə də yaşayacaq, sonra mədə
turşusu döş qəfəsinə keçib onu yavaş-yavaş zəhərləyəcək.
- Bilirsiniz müsyö, ağrı sizin xeyrinizədir, - albinos dedi. Və getdi.
Təklikdə qalan Cak Sonyer dəmir hörməyə baxdı. O tələdəydi,
qapıları hələ
iyirmi dəqiqədən sonra açacaqdılar. Bundan sonra kim köməyə gəlsə
də, xeyri olmayacaq, o öləcək. Amma indi, onu dəhşətə gətirən öz

5 downloaded from KitabYurdu.org


ölümü deyildi.
Mən sirri kiməsə ötürməliyəm.
Ayağa qalxmağa cəhd edə-edə, qətlə yetirilmiş cəmiyyət üzvlərinin
sifətini xatırladı. Nəsillərdən nəsillərə ötürülən sirri, yerinə yetirdikləri
missiyanı və bu yolda canlarını fəda edən digər insanları yada saldı.
Qırılmaz biliklər zənciri.
İndi isə, bütün ehtiyat tədbirlərinə, bütün fəndlərə baxmayaraq, o,
Cak Sonyer, bu zəncirin yeganə halqasıdır, bu sirri bilən tək insandır.
Titrəyə-titrəyə, nəhayət ayağa qalxa bildi.
Mən nəsə bir yol tapmalıyam... O, Böyük qalereyadan çıxa bilmirdi.
Bu bilikləri ötürmək üçün isə dünyada yalnız bir insan var idi. Sonyer
qaranlıq divarlara baxdı. Onları dünyanın məşhur rəssamlarının
əsərləri bəzəyirdi. Ona elə gəldi ki, bu rəsmlər köhnə dostlar kimi
təbəssümlə ona baxırlar.
Ağrıdan qıvrıla-qıvrıla, bütün bacarıq və gücünü işə salıb köməyə
səslədi. Qarşısında duran məsələ bütün qüvvəsini bir yerə cəm etməyi
tələb edir. Bu, onun ömründən qalan axırıncı saniyələri də əlindən
alacaq.
I FƏSİL
Robert Lenqdon dərhal oyanmadı.
Qaranlıqda telefon zəng çalırdı. Ancaq bu zəng çox kəskin idi və
adamın lap qulağını deşirdi. Əlini dolabçada gəzdirib, gecə lampasını
yandırdı. Və gözlərini qıyaraq otağa baxdı: Renessans stilində
məxməri yataq dəsti, XVI Lüdovikin dövründən qalma mebel, əl ilə
işlənmiş divar naxışları, qırmızı ağacdan düzəldilmiş bəzəkli və böyük

6 downloaded from KitabYurdu.org


taxt. Lənət şeytana, mən hardayam?
Kreslonun arxalığında üstünə «Rits» oteli, Paris» yazılmış xalat.
Başındakı duman yavaş-yavaş çəkilməyə başlayırdı.
Lenqdon dəstəyi qaldırdı:
-Alo?
- Müsyö Lenqdon? - kişi səsi eşidildi. - Ümidvaram, mən sizi
yuxudan oyatmadım.
Lenqdon gözlərini qıyaraq stolüstü saata baxdı. Əqrəblər gecə
12.32-ni göstərirdi. O, cəmisi bir saat yatmışdı və hələ yorğunluğu
canından çıxmamışdı.
- Müsyö, sizi narahat edən qapıçıdır. Bağışlayın, sizi bir nəfər
görməyə gəlib. Deyir ki, vacib işi var.
Lenqdon hələ də diqqətini cəmləyə bilmirdi. Onu görməyə gəliblər?
Gözü dolabçanın üstündəki əzik kağıza sataşdı. Bu balaca afişa idi.
PARİS AMERİKA UNİVERSİTETİ
Sizi Harvard Universitetinin dini simvollar üzrə professoru Robert
Lenqdonla görüşə dəvət edir.
Lenqdon sakitcə inildədi. Axşam mühazirəsində slaydlar nümayiş
etdirilmişdi: Şartr kilsəsinin daş anbarında tapılmış bütpərəstlik
simvolları, - və bu, konservativ professorların heç də xoşuna
gəlməmişdi. Bəlkə də, ən dindar professorlar onun getməyini xahiş
edər və Amerikaya uçan birinci reyslə yola salardılar.
- Bağışlayın, - Lenqdon cavab verdi, - mən çox yorulmuşam və...
- Mais, monsieur (Amma, müsyö-fr.) - qapıçı səsini qısaraq
pıçıltıyla təkid etdi. -Sizin qonağınız çox nüfuzlu şəxsdir.

7 downloaded from KitabYurdu.org


Lenqdonun buna şübhəsi də yox idi. Dini əlyazmalar və simvollara
sitayiş barədə yazdığı kitablar onu incəsənət aləmində
məşhurlaşdırmışdı, ancaq mənfi tərəfdən. Keçən il isə Lenqdonun
qalmaqallı şöhrəti Vatikanda baş verən və mətbuat tərəfindən geniş
işıqlandırılan insidentdə iştirakından sonra daha da artmışdı. Və o
vaxtdan müxtəlif tarixçilər və incəsənət sahəsindəki diletantlar onu
sakit buraxmırdılar.
- Xahiş edirəm, - Lenqdon mümkün qədər nəzakətlə danışmağa
çalışdı, - bu adamın adını və ünvanını yazın. Və deyin ki, cümə
axşamı, mən Parisdən getməmişdən əvvəl ona zəng etməyə çalışacam.
O,key? Sağ olun! - Və qapıçı etiraz edənə qədər o, dəstəyi asdı. Üz-
gözünü turşudub çarpayıda oturmuşdu və üz qabığında, indi onu ələ
salmaq təsiri bağışlayan «İşıqlar şəhəri Parisin «Rits»
otelində şirin yuxuya getmiş körpə kimi yatın» sözləri yazılmış, stolun
üstündəki həftəlik curnala baxırdı. O çevrilib yorğun halda divardakı
böyük güzgüyə baxdı. Orda əks olunmuş kişini, demək olar ki,
tanımadı. Yorğun, əldən düşmüş.
Sən yaxşıca dincəlməlisən, Robert. Axırıncı il onun üçün lap ağır
keçmişdi və bu, ağırlıq görkəminə də çökmüşdü. Canlı mavi gözlər
indi tutqunlaşmışdı və ölgün-ölgün baxırdı. Almacıq sümüyünü və
çökəyi olan çənəsini cod tük örtmüşdü. Gicgahlarının ağarması azmış
kimi, gur, qara kəkilinə də dən düşmüşdü. Ağ saçların ona yaraşdığını
bütün qadın kollegaları desə də, o özü bundan qətiyyən razı deyildi.
Bu vəziyyətdə məni «Boston meqəzin»də görəydilər!
Keçən ay, Lenqdonun təəccüb və təəssüfünə səbəb olmuş «Boston

8 downloaded from KitabYurdu.org


meqəzin» curnalı onu şəhərin ən maraqlı on adamı siyahısına daxil
etmişdi. Bu isə onu Harvarddan olan kollegalarının gülüş hədəfinə
çevirmişdi. Bax indi, öz evindən üç min mil kənarda, curnal tərəfindən
ona göstərilən xidmət - hətta Paris universitetində də mühazirə zamanı
onu izləyən dəhşətə dönmüşdü.
- Xanımlar və cənablar, - aparıcı, «Pavilyon dofina» zalını
doldurmuş insanlara müraciət etdi, - bizim bu günkü qonağımızı
təqdim etməyə ehtiyac yoxdur. Bu, bir çox kitabların, o cümlədən
«Gizli sektaların simvolları», «İntellektualların bacarığı: ideoqramların
itirilmiş dili» kitablarının müəllifidir. Əgər mən desəm ki, «Dini
ikonologiya» kitabı onun qələminin məhsuludur, sizin üçün Amerika
kəşf etmərəm. Onun kitabların sizin çoxlarınız üçün dərslik olub.
Tələbələr razılıq əlaməti kimi başlarını tərpətdilər.
- Bu gün mən, bu insanın parlaq həyat səhifələrini vərəqləyərək,
onu sizə təqdim etmək istəyirdim. Lakin... - aparıcı prezidium stolunun
arxasında əyləşmiş Lenqdona gözucu baxdı, - bizim tələbələrdən biri,
elə indicə, maraqlı bir çıxış təqdim etdi.
Aparıcı Boston curnalını göstərdi.
Lenqdon diksindi. Lənət şeytana, o, bunu hardan tapıb?
Aparıcı bu səfeh məqalədən parçalar oxumağa başladı, Lenqdon isə
oturduğu kresloda büzüşdü. Otuz saniyə sonra bütün auditoriya
gülürdü, aparıcı xanımsa susmaq bilmirdi.
- Keçən il Vatikanda keçirilən iclasda özünün qeyri-adi rolu barədə
mister Lenqdonun kütləvi informasiya vasitələrinə məlumat
verməkdən imtina etməsi «maraqlılar» onluğuna girmək üçün xal

9 downloaded from KitabYurdu.org


yığmaqda onun karına gəlib. - Burda aparıcı susdu və zala müraciət
etdi. - Yenə eşitmək istəyirsinizmi?
Cavab əvəzinə zaldakıların hamısı əl çaldı. Yox, kimsə bu xanımı
dayandırmalıdır, Lenqdon düşündü. Aparıcı isə yeni parçanı oxuyurdu:
- Bizim bəzi gənc namizədlərdən fərqli olaraq mister Lenqdonu
cazibədar hesab etmək mümkün olmasa da, qırxdan bir az artıq yaşı
olan bu adama alimlik çox yaraşır. Onun cazibədarlığı isə yalnız
səsinin aşağı bariton olmasıdır, tələbə qızların fikrincə bu səs «qulağa
şokolad» kimi təsir edir.
Zal qəhqəhələrdən titrədi.
Lenqdon yüngülcə gülümsədi. O bilirdi ki, sonra nə baş verəcək -
«Harrison Ford «Harris» tvidində» mövzusuna keçid. Və bu gün o,
«Harris» tvidindən pencək və «Berberi»dən boyunlu yun köynək
geydiyi üçün təcili tədbir görməyi qərara aldı.
-Təşəkkür edirəm, Monik, - Lenqdon deyib ayağa qalxdı və
podiumdan aşağı düşdü. - Bu Boston curnalında bədi sözdən başı
çıxan insanlar işləyirlər. Onlar gərək roman yazalar. - O, nəfəsini dərib
auditoriyaya baxdı. - Və mən bilsəm ki, bu curnalı bura kim gətirib,
dərhal yaramazın qovulmasını tələb edərəm.
Yenə hamı gülüşdü.
- Nə isə dostlar, sizə məlumdur ki, mən bu gün buraya simvolların
hakimiyyətindən danışmaq üçün gəlmişəm...
Telefon zəngi Lenqdonu fikirdən ayırdı.
O, ah çəkib dəstəyi götürdü:
- Bəli?

10 downloaded from KitabYurdu.org


Yenə də qapıçı idi.
- Mister Lenqdon, narahat etdiyim üçün yenə də üzr istəyirəm.
Zəng elədim sizə deyim ki, artıq qonaq sizin otağınıza gəlir.
Düşündüm ki, sizə xəbər versəm, yaxşı olar.
Lenqdonun tamamilə yuxusu qaçdı.
- Siz, onu mənim otağıma göndərdiniz?
- Bağışlayın müsyö, amma, o böyük adamdır. Onu dayandırmağım
doğru olmazdı.
- Axı, o kimdir? - Qapıçı dəstəyi asmışdı.
Elə o dəqiqə də, qapı möhkəm döyüldü. Lenqdon könülsüz-
könülsüz çarpayıdan qalxdı, yalın dabanları yumşaq, qalın xalçanın
içində itdi. Xalatını geyib qapını açmağa getdi.
- Kimdir?
- Mister Lenqdon? Mən sizinlə mütləq danışmalıyam. - Kişi
ingiliscə aksentlə danışırdı, səsi qətiyyətli və amiranə idi. - Mən
leytenant Cerom Kolleyəm. Məhkəmə Polisi Baş İdarəsindən.
Lenqdon yerindəcə qurudu. Məhkəmə Polisi Baş İdarəsi və ya
ixtisarla MPBİ?
O bilirdi ki, Fransadakı bu təşkilat, təxminən ABŞ-dakı FTB
deməkdir.
O, zənciri çıxarmadan qapını azca araladı. Ona ifadəsiz, arıq üz
baxırdı. Göy rəngli formada olan kişinin özü də çox arıq idi.
- Mən içəri keçə bilərəmmi? - Kolle soruşdu.
Leytenantın iti baxışları altında Lenqdon çaşıb qalmışdı.
- Nə olub ki?

11 downloaded from KitabYurdu.org


- Mənim kapitanıma sizin köməyiniz lazımdır. Xüsusi bir işin
ekspertizası.
- Elə indicə? - Lenqdon təəccübləndi. - Axı gecə yarını keçib.
- Siz, bu axşam Luvrun kuratoru ilə görüşməliydiniz, mən düz
deyirəm?
Lenqdonu həyəcan bürüdü. Doğrudan da, o və hörmətli Cak Sonyer
mühazirədən sonra görüşməli idilər, lakin kurator gəlib çıxmamışdı.
- Bəli. Siz hardan bilirsiniz?
- Onun stolüstü təqvimində sizin familiyanızı oxuduq.
- Ümid edirəm, ona bir şey olmayıb.
Leytenant nəfəsini çəkdi və aralıqdan «Polaroid»lə çəkilmiş şəkli
göstərdi.
Fotoqrafiyanı görən Lendonu soyuq tər basdı.
- Şəkil bir saat əvvəl çəkilib. Luvr muzeyində.
Lenqdon adamı dəhşətə salan şəkildən gözlərini ayırmadan hirslə dedi:
- Axı bunu kim edə bilər?
- Elə biz də bunu aydınlaşdırmaq istəyirik. Dini simvollar
sahəsindəki biliyinizi və Sonyerlə görüşmək istədiyinizi nəzərə alaraq,
ümid edirik ki, bu işdə bizə kömək edəcəksiniz.
Lenqdon gözlərini şəkildən ayırmırdı. Onun həyəcanı qorxuyla
əvəzləndi. Dəhşətli təsvirdir, lakin iş təkcə bunda deyil. O, bu səhnəni
bir dəfə də hardasa görmüşdü. Bir il əvvəl Lenqdon meyid şəkli
almışdı və o vaxt da ondan kömək istəmişdilər. Bundan iyirmi dörd
saat sonra, az qala, həyatı ilə vidalaşacaqdı, özü də Vatikanda. Yox, bu
şəkil tamam başqadır, lakin oxşarlıq var.

12 downloaded from KitabYurdu.org


Leytenant saatına baxdı:
- Kapitan gözləyir, ser.
Amma Lenqdon onu eşitmirdi. Gözlərini şəkilə zilləyib dayanmışdı.
- Bax, simvol burdadır, bir də ki, meyid elə qəribə.
- O zəhərlənib? - agent soruşdu. Lenqdon başını tərpətdi və
leytenanta baxdı:
- Sadəcə təsəvvür edə bilmirəm ki, bunu kim edə bilər.
Agent qaşqabağını tökdü:
- Mister Lenqdon, siz məni başa düşmədiniz. Şəkildə gördüyünüz.
- burda o, tutuldu. - Qısası, müsyö Sonyer özü-özünə qəsd edib.
II FƏSİL
Saylas adlı albinos kişi axsaya-axsaya «Rits» otelindən təxminən bir
mil aralı ryu- Labryuyer küçəsində yerləşən qırmızı kərpicdən tikilmiş
gözəl villanın qapılarından içəri girdi. Ombasında gəzdirdiyi insan
saçlarından hörülmüş çıxıntılı sarğı dərisinə
batıb ağrıtsa da, ürəyi sevinclə dolmuşdu. Bəs nə, o, Allaha şərəflə
xidmət etmişdi. Ağrı, yalnız xeyrə idi.
O, villaya girdi, qızarmış gözləri ilə vestibülə baxdı. Sonra, yatmış
yoldaşlarını oyatmasın deyə, sakitcə pilləkənlərlə qalxmağa başladı.
Onun yataq otağı açıq idi, burda kilidlər qadağan edilmişdi. İçəri girib
qapını örtdü.
Otaq sadə idi - taxta döşəmə, şam ağacından düzəldilmiş kamod,
küncdə yatmaq üçün qoyulmuş pambıq döşək. Saylas burda qonaq idi,
ancaq Nyu- Yorkdakı evi də bu hücrəyə oxşayırdı. Allah mənə
sığınacq və məqsəd verib. Bu gün Saylas hiss edirdi ki, borclarını

13 downloaded from KitabYurdu.org


qaytarmağa başlayıb. Tələsik kamoda yaxınlaşıb, aşağı yeşiyi çəkdi və
mobil telefonu götürüb nömrəni yığdı.
- Bəli? - kişi səsi eşidildi.
- Ustad, mən qayıtdım.
- Danış! - telefondan amiranə səs eşidildi.
- Dördünün də işini bitirdik. Böyük usta və üç qulluqçusu...
Dəstəkdən bir müddət səs gəlmədi, sanki həmsöhbət Allaha dua edirdi.
- Belədirsə, yəqin ki, informasiyanı əldə etmisən?
- Dördü də etiraf etdi. Bir-birindən xəbərsiz.
- Sən də onlara inandın?
- Dördü də eyni şeyi dedi. Bu təsadüf olmaz.
Həmsöhbətin dəstəkdən həyəcanlı səsi eşidildi:
- Əla! Mən qorxurdum ki, cəmiyyətin əsas şərtlərindən olan
gizlilik üstün gələr.
- Amma, ölüm qorxusu - güclü motivdir.
- Beləliklə, mənim şagirdim, bilmək istədiyimi de, artıq.
Saylas anlayırdı: qurbanlarından aldığı informasiya bomba kimi
partlayacaq.
- Ustad, onların dördü də əfsanəvi guşəli daşın - clet de voute-nin
olduğunu təsdiqlədilər.
O, xəttin digər ucundakı şəxsin nəfəsini necə çəkdiyini aydınca
eşidir, ustadını bürümüş həyəcanı hiss edirdi.
- Guşəli daş. Məhz biz düşündüyümüz kimi. Əfsanəyə görə
cəmiyyət clet de voute və ya guşəli daş xəritəsini yaratmışdı. Bu,
üstündə işarələrlə cəmiyyətin sirri yazılmış daş lövhə idi. Bu

14 downloaded from KitabYurdu.org


informasiya o qədər güclü və lazımlı idi ki, onun qorunması
cəmiyyətin varlığının mənasına çevrilmişdi.
- İndi isə, daş bizdəykən, yalnız son addım qalıb, - Ustad dedi.
- Buna düşündüyünüzdən də yaxınıq. Guşəli daş burdadır,
Parisdə.
- Parisdə? İnanılası deyil! Hətta o qədər sadədir ki.
Saylas keçən axşamın hadisələrini ona danışdı. Dörd qurbanın hər
birinin ölümlərindən bir neçə saniyə əvvəl cəmiyyətin sirrini açaraq öz
şərəfsiz həyatlarını necə xilas etmək istədikləri haqqında məlumat
verdi. Hər biri Saylasa eyni şeyi demişdi: guşəli daş Parisin qədim
kilsələrinin birində - Eqliz de Sen-Sülpisdə, çox qapalı bir yerdə
gizlədilib. - Allahın evində! - Ustad heyrətləndi. - Onlar bizi ələ
salmağa necə cürət ediblər?!
- Onlar bununla əsrlərdir ki, məşğuldur.
Ustad susdu, sanki qələbə anından ləzzət almaq istəyirdi. Sonra
dedi:
- Sən bizi Yaradana böyük xidmət göstərdin. Biz yüzillərlə bu saatı
gözləmişik. Sən mənim üçün bu daşı tapıb gətirməlisən. Yubanmadan.
Bu gün! Yəqin ki, bunun qiymətinin böyük olduğunu bilirsən?
Saylas anlayırdı, amma Ustadının tələbini yerinə yetirmək qeyri-
mümkün idi.
- Bu kilsə möhkəmləndirilmiş qala kimidir. Xüsusən də gecələr.
Mən ora necə girə bilərəm?
Ustad, sonsuz hakimiyyət və nüfuza malik bir adamın qətiyyətli
səsilə, bu işi necə edəcəyini ona anlatdı.

15 downloaded from KitabYurdu.org


Saylas dəstəyi asdı və həyəcandan bədəninin necə gizildədiyini hiss
etdi.
Bir saat, öz-özünə xatırladı, Allah evinə girməmişdən əvvəl,
mərhəmətli Ustadın repitimya (repitimya - dini cəza, pəhriz - S.B.)
üçün ona verdiyi vaxt. Mən ruhumu bu gün etdiyim günahlardan
təmizləməliyəm. Həm də, onun bu günkü günahları xeyirxah
məqsədlərlə edilmişdi. Allahın düşmənlərinə qarşı müharibə əsrlərlə
sürüb. Bağışlanılmaq təmin olunub.
Lakin, bunlara baxmayaraq, Saylas bilirdi: günahların bağışlanması
qurban tələb edir.
O, pərdələri çəkib soyundu və otağın ortasında diz çökdü. Sonra
gözlərini endirib ombasına sarıdığı çıxıntılı sarğıya baxdı. «Yol»un
həqiqi davamçılarının hamısı bu sarğıdan - hərəkət edərkən dəriyə
bataraq Həzrət İsanın əzablarını xatırlatmağa kömək edən metal
çıxıntılı kəmərdən bağlayırdılar. Ağrı həm də şəhvani hissləri
cilovlamağa kömək edirdi.
Bu gün Saylas öz kəmərini qərara uyğun olaraq iki saatdan artıq
bağlamasına baxmayaraq başa düşürdü: bu gün xüsusi bir gündür. Və
o, kəmərdən yapışıb lap bərk sıxdı, daha dərinə batan çıxıntıların
ağrısından büzüşdü. Gözlərini yumdu və təmizlənmə gətirən bu
ağrıdan həzz almağa başladı.
Ağrının yalnız xeyri var, - Ustadlar Ustadı Xose Mari Eskriva
atanın müqəddəs mantrasından olan bu sözləri Saylas ürəyində dedi.
Eskrivanın 1975-ci ildə öldüyünə baxmayaraq, onun işi yaşayırdı,
onun müdrik sözlərini yer kürəsindəki minlərlə sadiq qulluqçular

16 downloaded from KitabYurdu.org


pıçıldayırdılar, xüsusən də «cismin keyləşdirilməsi» adlı müqəddəs
ritualı yerinə yetirmək üçün diz çökən zaman.
Sonra Saylas çevrilib döşəmənin üstündəki səliqə ilə bükülmüş
xırda düyünləri olan ciyəyə baxdı. Düyünlər qanla ləkələndiyindən
qızarırdı. Daha kəskin təmizləyici ağrı hiss etməkdən ötrü Saylas
qısaca dua oxudu. Sonra ciyənin bir ucundan tutub kürəyinə vurmağa
başladı. Düyünlər dərini deşdiyindən ağrıdan ikiqat olmuşdu, Saylas.
Yenə vurdu, bu dəfə daha qüvvətlə. Və uzun müddət özünü düyünlü
kəndirlə döydü.
- Castigo corpus meum (öz cismimi cəzalandırıram - lat.)
Və nəhayət, kürəyindən qan axdığını hiss etdi.
III FƏSİL
Təravətli aprel küləyi «Sitroen-ZX»-in açıq pəncərəsindən içəri
vururdu. Maşın Opera binasının yanından keçib, cənuba döndü və
Vandam meydanına çıxdı. Sərnişin oturacağında əyləşmiş Robert
Lenqdon yanından şütüyüb keçən küçələri kədərlə seyr edir və fikrini
cəmləməyə çalışırdı. Oteldən çıxmazdan əvvəl o, üzünü qırxıb duş
qəbul etmişdi və kifayət qədər təmkinli görünürdü. Amma ürəyindəki
narahatçılıq sakitləşmirdi. Dəhşətli şəkil, döşəmədəki meyid gözünün
qabağından çəkilmirdi.
Cak Sonyer ölüb.
Lenqdon onun ölümünü şəxsi itkisi kimi qəbul etdi. Qaradinməz
insan, az qala zahid kimi tanınmasına baxmayaraq, Cak Sonyerin
incəsənətin bilicisi kimi böyük nüfuzu vardı. Və onunla bu mövzuda
istənilən qədər danışmaq olardı. Lenqdon öz mühazirələrində Pussenin

17 downloaded from KitabYurdu.org


və Tenirsin rəsmlərindəki gizli kodlar barədə onun yazdığı kitabdan
yorulmadan sitatlar gətirərdi. Lenqdon Sonyerlə görüşünü çox
gözləmişdi və kurator gəlmədikdə kədərlənmişdi.
Yenə də təsəvvüründə eybəcər hala salınmış meyid dayandı. Cak
Sonyer özünü niyə öldürsün?... İnanılası deyil. Lenqdon dəhşətli
təsviri başından çıxarmaq üçün pəncərəyə tərəf döndü. Küçələr
daralırdı, döngələr artırdı, satıcılar şəkərli badam dolu arabaları
sürürdülər, ofisiantlar zibil torbalarını qapılardan çıxarıb yolun
kənarına qoyurdular. Evlərinə gecikmiş sevgililər səkidəcə
qucaqlaşmışdılar, sanki gənclər yasəmən ətirli yaz gecəsinin
soyuğunda qızınmağa çalışırdılar. «Sitroen» bu xaosda qətiyyətlə
irəliyə can atırdı, sirena səsi hərəkəti bıçaq kimi kəsirdi.
- Kapitan biləndə ki, siz hələ Parisdən getməmisiniz, çox sevindi. -
agent dedi. O, oteldən çıxdıqdan sonra Lenqdonla ilk dəfə kəlmə
kəsdi. - Xoşbəxt təsadüfdür.
Amma, Lenqdon özünü heç də xoşbəxt hesab etmirdi, təsadüflərə
gəlincə, o, ümumiyyətlə bunlara inanmırdı. Ömrünü müxtəlif
dünyagörüşləri ilə simvollar arasında gizli əlaqənin öyrənilməsinə sərf
edən Lenqdon, dünyanı tarix və hadisələrdən hörülmüş tor kimi
qiymətləndirirdi. Bu əlaqələr görünməz ola bilər, - o, Harvarddakı
məşğələlərində deyirdi, - lakin onlar mütləq mövcuddur, ancaq çox
dərində gizlənib.
- Mən belə başa düşürəm, - Lenqdon dedi, - Parisin Amerika
universitetində sizə deyiblər ki, mən hələlik qalıram.
Sürücü başını buladı:

18 downloaded from KitabYurdu.org


- Yox. İnterpolda.
- Ah, əlbəttə ki, İnterpol, - Lenqdon düşündü. O, tamam yaddan
çıxarmışdı ki, Avropa otellərində qeydiyyat zamanı pasportların tələb
olunması formal xarakter daşımır. Bu qanunun hökmü idi. Və
İnterpolun əməkdaşları bu gecə bütün Avropada kimin harda yatmasını
bilirdilər. Lenqdonu «Rits»də tapmaq çətin deyildi, bunun üçün çox
yox, beşcə saniyə vaxt lazımdı.
«Sitroen» sürətini artıraraq şəhərin cənub istiqamətində hərəkət
edirdi, uzaqda, azca sağ tərəfdə Eyfel qülləsinin işıqlanmış silueti
görünürdü. Onu görcək, Lenqdon Vittoriyanı xatırladı. Bir il əvvəl
onlar bir-birinə zarafatyana söz vermişdilər ki, hər altı aydan bir yer
kürəsinin ən romantik yerində görüşsünlər. Lenqdonun fikrincə Eyfel
qülləsi də bu siyahıda idi. Kədərli də olsa, o, Vittoriya ilə Romanın
səs-küylü aeroportlarından birində ayrılmış və o vaxtdan bəri hələ də
görüşməmişdilər.
- Siz ora qalxmısınız? - agent soruşdu.
Lenqdon təəccüblə qaşlarını qaldırdı, sualı düz başa düşdüyünə əmin
deyildi.
- Bağışlayın?
- O gözəldir, elə deyilmi? - agent başı ilə Eyfel qülləsini göstərdi. -
Siz nə vaxtsa ora qalxmısınızmı?
- Yox, mən qülləyə qalxmamışam.
- O, Fransanın simvoludur. Şəxsən mən onu çox mükəmməl hesab
edirəm.
Lenqdon fikirli-fikirli başını tərpətdi. Simvolika sahəsinin

19 downloaded from KitabYurdu.org


mütəxəssisləri tez-tez
qeyd edirlər ki, hərbi feminizmlə, Napoleon və Gödək Pipin kimi
miniatür diktatorları ilə məşhur Fransaya milli simvol - hündürlüyü
min futlarla ölçülən bu dəmir fallos heç yaraşmırdı.
Budur, onlar ryu de Rivoli yolayrıcına çatdılar, qırmızı işıq yanırdı,
amma «sitroen» dayanmaq ya da sürəti azaltmaq fikrində deyildi.
Agent sürəti artırdı, avtomobil yolayrıcını keçib məşhur Tüilri bağının
şimal girişinə tərəf şütüdü. Əksər turistlər bu parkın adını doğru
tərcümə etmirlər, Yardins des Tuilries, nə üçünsə elə hesab edirlər ki,
bu, parkda bitən minlərlə tülpana görə belə adlandırılıb. Əslində isə
«Tuilries» sözü qətiyyən belə romantik məna daşımır. Parkın yerində
nə vaxtsa böyük bir çala olub, parislilər burdan kirəmit - tuiles
düzəltmək üçün palçıq çıxarırdılar.
Onlar adamsız parka girdilər və agent dərhal sürəti azaldıb sirenanı
söndürdü. Lenqdon bahar təravəti hopmuş havanı acgözlüklə içinə
çəkib sakitlikdən həzz aldı. Halogen lampaların soyuq işığında
cığırlara tökülmüş çınqıl daşlar işıldadı. Təkərlər yuxugətirici hipnotik
ritmlə xışıldadı. Lenqdon həmişə Tüilri bağını müqəddəs yer hesab
etmişdi. Burda Klod Mone rənglər və formalarla təcrübə apararaq
impressionistlər hərəkatının əsasını qoymuşdu. Nə isə, bu gün burda
başqa, qəribə bir aura vardı - pis hisslərlə dolu.
«Sitroen» sola döndü və parkın mərkəzi xiyabanı ilə şərqə tərəf
hərəkət etdi. Dairəvi gölü geridə qoyub, daha bir xiyabandan keçdi və
Lenqdon irəlidə bağın nəhəng daş tağlı çıxışını gördü.
Arc du Carrousel - Karuzel tağı. Qədimdə bu tağın altında vəhşi

20 downloaded from KitabYurdu.org


rituallar, orgiyalar təşkil olunurdu, lakin incəsənət aşiqləri buranı
tamam başqa səbəbə görə xoşlayırdılar. Burdan, Tüilrinin çıxışındakı
açıqlıqdan, müxtəlif səmtlərdə yerləşən dörd incəsənət muzeyi
görünürdü.
Sağ tərəfdə, Sena çayının o biri sahilindəki Volter küçəsində,
Lenqdon köhnə dəmiryol vağzalının işıqlanmış fasadını görürdü, indi
burda çox maraqlı dOrse muzeyi yerləşirdi. Sol tərəfə baxsan, nəhəng
ultramüasir Pompida Mərkəzinin yuxarı hissəsini görərdin, burda
müasir incəsənət muzeyi qərar tutmuşdu. Lendon bilirdi ki, ağaclardan
da hündür olan Ramsesin qədimdən qalma daş abidəsi durur. Burda isə
Ce-de-Pom muzeyi vardı.
Və nəhayət irəlidə, şərqə tərəf, Renessans dövründə tikilmiş sarayın
monolit cizgisi görünürdü, burda isə dünyanın ən məşhur muzeyi -
Luvr yerləşirdi.
Artıq neçənci dəfə idi ki, Lenqdon heyrət hissi keçirirdi. Bu nəhəng
binaya baxmağa iki göz kifayət etmirdi. Böyük meydan, onun
arxasında isə Paris səmasının fonunda istehkam kimi ucalan Luvr
fasadı. Nəhəng at dırnağı formasında inşa edilən Luvr binası
uzunluğuna görə Avropada birinci idi, onun içərisində üç Eyfel
qülləsini yerləşdirmək olardı. Fasadın böyüklüyünü azaltmaq üçün, bu
unikal tikilinin önündəki milyonlarla kvadrat futla ölçülən meydan da
kifayət etmirdi. Bir dəfə Lenqdon Luvrun perimetri boyu gəzmişdi və
öyrənmişdi ki, düz üç mil məsafə qət edib.
Təqribi hesablamalara görə muzeyə gələn şəxsin 65300 eksponata
diqqətlə baxması üçün beş həftə vaxt lazımdır. Lakin turistlərin

21 downloaded from KitabYurdu.org


əksəriyyəti eksponatlara ötəri baxırlar. Lenqdon zarafatla bunu
«Luvrda qaçış» adlandırırdı. Turistlər iti addımlarla muzeyin
zallarından keçərək üç ən məşhur eksponata baxmağa can atırdılar:
Mona Lizaya, Venera Milosskayaya və qələbənin qanadlı ilahəsi
Nikaya. Art Buxvald (Art Buxvald - məşhur amerikan curnalist-
felyetonçusu, onun işləri hətta SSRİ-də də çap olunmuşdu) bir dəfə
özünü öyərək demişidi ki, bu şedevrlərə baxmaq üçün cəmisi beş
dəqiqə əlli altı saniyə sərf edib.
Sürücü radioəlaqə qurğusunu götürdü və fransızca dedi:
- Monsieur Langdon est arrive. Deux minutes. (Müsyö Lenqdon
gəldi. İki dəqiqədən sonra sizin yanınızda olacaq -fr.)
Cavabında aydın eşidilməyən səslər gəldi.
Agent qurğunu qapayıb Lenqdona tərəf döndü:
- Siz kapitanla əsas girişdə görüşəcəksiniz.
Sürücü meydana girişi qadağan edən işarələrə əhəmiyyət
verməyərək qazı artırdı. Artıq Luvrun əsas girişi görünürdü, işıqlı
fontanları olan yeddi üçkünc hovuzun əhatəsində nəhəng bina ucalırdı.
La Pyramide.
Paris Luvrunun yeni girişi muzeyin özü qədər məşhur idi. Onu Çin
əsilli amerikan arxitektoru İ.M.Pe tərəfindən müasir üslubda
yaradılmış şüşə piramida bəzəyirdi. Bu isə ənənəçilik tərəfdarlarının
etirazına səbəb olmuşdu. Onlar hesab edirdilər ki, şüşə piramida
İntibah dövrünün üslubuna xələl gətirir. Höte bu tikilini «donmuş
musiqi», Peyin tənqidçiləri isə «sinif lövhəsinə dırnağın qıcırtısı»
adlandırmışdılar. Müasir texnologiya ilə qədim ənənənin qarışığı olan

22 downloaded from KitabYurdu.org


şəffaf, yetmiş bir fut hündürlüyündəki piramidanın tərəfdarları onu
keçmişlə müasir dövrü əlaqələndirən simvolik həlqə adlandırırdılar.
Və əmin idilər ki, bu piramida ilə bəzədilmiş Luvr üçüncü minillikdə
də ləyaqətli yerini tutacaqdır.
- Bizim piramida sizin xoşunuza gəlirmi? - agent soruşdu.
Lenqdon üz-gözünü turşutdu. Deyəsən, fransızlar belə sualları
amerikanlara verməkdən ləzzət alırlar. Əlbəttə ki, sancmaq üçün. Əgər
etiraf etsən ki, piramida xoşuna gəlir, dərhal səni zövqsüz
amerikanlara aid edəcəklər. Xoşuna gəlmir desən, fransızları incitmiş
olursan.
- Mitteran cəsarətli və açıq danışan insan idi, - Lenqdon
diplomatikcəsinə cavab verdi.
Deyirdilər ki, Fransanın mərhum prezidenti firon kompleksindən
əzab çəkirmiş. Onun əli ilə Parisə misir daş abidələri və qədim maddi
mədəniyyətin digər nümunələri gətirilmişdi. Fransua Mitteranın Misirə
aid olan bütün şeylərə müəmmalı marağı vardı, ona görə də onu
indiyədək Sfinks adlandırırlar.
- Sizin kapitanın adı nədir? - Lenqdon söhbətin mövzusunu
dəyişmək istədi.
- Bezu Faş, - agent maşını piramidanın əsas girişinə yönəldərək
cavab verdi. - Lakin biz onu le Taureau çağırırıq.
Lenqdon təəccüblə gözlərini qaldırdı:
- Siz öz kapitanınızı Öküz adlandırırsız?
Bu fransızlarda qəribə həvəs var - insanlara heyvan adı qoymaq!
Agent qaşlarını çatdı:

23 downloaded from KitabYurdu.org


- Müsyö Lenqdon, siz fransızca etiraf etdiyinizdən də yaxşı
bilirsiniz.
Mən fransızca çox pis bilirəm, Lenqdon düşündü, amma Zodiak
işarələrinin ikonoqrafiyasından başım çıxır. Taurus - həmişə öküz
olub. Astroloci simvollar dünyanın hər yerində eynidir.
Agent maşını saxladı və iki fontanın arasında olan piramidanın
böyük qapısını göstərdi.
- Giriş ordandır. Uğurlar, müsyö.
- Bəs, siz mənimlə gəlmirsiniz?
- Əmrə görə mən sizi burda tərk etməliyəm. Mənim başqa işlərim
var.
Lenqdon ah çəkib maşından düşdü. Oyun sizindir, qaydaları da
həmçinin.
Motor guruldadı və «sitroen» sürətlə uzaqlaşdı.
Maşının sürətlə uzaqlaşan işıqlarına baxan Lenqdon düşündü:
Dəvəti qəbul etməsəm nə olar? Meydanı keçmək, çıxışda taksi tutmaq
və otelə yatmağa getmək? Amma ürəyinə dammışdı ki, bu ideyanın
heç bir xeyri yoxdur.
Lenqdon fontanların yaratdığı dumana tərəf addımladı və ona elə
gəldi ki, başqa bir dünyanın astanasına ayaq qoyur. Bu axşamkı bütün
hadisələr sanki yuxuda baş verirdi. İyirmi dəqiqə əvvəl o,
mehmanxanada xumar-xumar yatırdı. İndi isə Sfinks tərəfindən
tikilmiş şəffaf piramidanın önündə durub və Öküz ləqəbli polislə
görüşü gözləyir.
Mən Salvador Dalinin rəsmlərinin əsiriyəm, o düşündü.

24 downloaded from KitabYurdu.org


Və əsas girişə - fırlanan nəhəng qapılara doğru addımladı. Şüşənin
arxasındakı foye zəif işıqlandırılmışdı və deyəsən, adam yox idi.
Bəlkə, şüşəni döyüm?
Maraqlıdır, Lendon fikirləşdi, Harvardın məşhur misirşünaslarından
kimsə piramidanın qapısını döyübmü? O, artıq əlini qaldırmışdı, amma
şüşənin arxasında kiminsə tutqun silueti göründü. Bu adam tələsə-
tələsə vintşəkilli pilləkənlərlə qalxırdı. Qara saçlı, qıvraq və enlikürək
olması onu neandertala (neandertal - paleolit dövrünün adamı -S.B.)
oxşadırdı. Qara ikibortlu kostyum enli çiyinlərə güclə tab gətirirdi.
Əyri, qısa ayaqları vardı, lakin yerişindən amiranəlik yağırdı. O,
yeriyə-yeriyə mobil telefonla danışırdı. Qapıya yaxınlaşdıqda
söhbətini qurtardı və işarəylə Lenqdonu içəri çağırdı.
- Mən Bezu Faşam, - Lenqdon fırlanan qapıdan içəri girən kimi o,
özünü təqdim etdi. - Məhkəmə Polisi Baş İdarəsinin kapitanı. - Onun
səsi xarici görkəminə uyğun idi, şüşə tavan altında qətiyyətlə
guruldayırdı.
Lenqdon əlini uzatdı: - Robert Lenqdon.
Faşın nəhəng ovucu onun əlini sıxdı.
- Mən şəklə baxmışam, - Lenqdon dedi. - Sizin agent dedi ki, guya
Cak Sonyer özü bunu edib...
- Mister Lenqdon, - Faşın qara gözləri, sanki abnos ağacından
düzəldilmişdi, - sizin şəkildə gördüyünüz, təəssüf ki, Sonyerin
etdiyinin az bir hissəsidir.
IV FƏSİL
Duruşundan və hərəkətlərindən kapitan Faş doğrudan da hirsli öküzü

25 downloaded from KitabYurdu.org


xatırladırdı. Çiyinlərini yüngülcə əyərək inamla addımlayır, böyük
çənəsini isə sinəsinə doğru sıxırdı. Arxaya daranmış qara saçlarına
losyon çəkildiyindən par-par parıldayırdı və enli alnı daha açıq
görünürdü. Yeriyərkən qətiyyətlilik yağan qara gözləri yolun hər
bir santimetrini axtarırdı. Yəqin ki, məhz buna görə o, ciddi və bütün
məsələlərdə güzəştə getməyən insan reputasiyasını qazanmışdı.
Lenqdon kapitanın ardınca, Şüşə piramidanın ortasında yerləşən
balaca həyətə aparan məşhur mərmər pilləkənlərlə addımlayırdı. Onlar
aşağı düşərək avtomatlarla silahlanmış məhkəmə polisindən olan iki
mühafizəçinin yanından keçib getdilər. Hər şey aydın idi: kapitan
Faşın icazəsi olmadan heç kim bu gün bu binaya girə və burdan çıxa
bilməz.
Onlar aşağı düşməkdə davam edirdilər. Lenqdon həyəcanını
çətinliklə boğurdu. Doğrudur, kapitanla birlikdə olması onu azca
sakitləşdirirdi, lakin Luvr qəbir kimi qəmgin idi. Pilləkən,
kinoteatrların girişlərindəki kimi hər bir pilləyə quraşdırılmış kiçik
lampalarla işıqlandırılırdı. Lenqdon addımlarının şüşə tavan altında
necə əks-səda verdiyini eşidirdi. O, başını qaldıraraq, piramidanın şüşə
damından çöldə müxtəlif rəngli fontanların bərq vurduğunu gördü.
- Necədir, xoşuna gəlir? - Faş enli çənəsini qaldıraraq soruşdu.
Lenqdon ah çəkdi, bu oyunlar onun zəhləsini tökməyə başlamışdı.
- Hə, piramida çox gözəldir.
- Elə bil, Parisin sifətinə çapıq vurubsan, - Faş hirslə donquldadı.
Bir-sıfır onun xeyrinə.
Lenqdon anladı ki, bu adamı razı salmaq çox çətindir. Fransua

26 downloaded from KitabYurdu.org


Mitteranın hamiliyi ilə tikilmiş bu piramidanın 666 şüşə paneldən
ibarət olduğunu və 666 şeytan rəqəmi hesab olunduğuna görə sabiq
prezidentin əleyhdarları tərəfindən bu məsələnin tənqid edildiyini və
mübahisə doğurduğunu, kapitan bilirmi, görəsən? - o düşündü.
Lenqdon bu mövzuya toxunmamağı qərara aldı. Onlar daha aşağı
düşdülər və yeraltı vestibülə gəlib çıxdılar. Yarıqaranlıqda buranın
həqiqi ölçülərini müəyyən etmək çətin idi. Əlli yeddi fut dərinliyində
yerin altında yerləşən bu yeni tikili 70.000 kvadrat fut sahəni tuturdu
və nəhəng mağaranı xatırladırdı. Bura, binanın yerüstü fasadının sarı-
qızılı rənginə uyğun olaraq, sarı torpaq rəngli mərmərdən naxışlar
vurulmuşdu. Gündüz bura işıqlı və adamlarla dolu olurdu. İndi isə
burda atmosfer yumşaq desək, xoşagələn deyildi. Yarıqaranlıq və
boşluqda adama elə gəlirdi ki, soyuq mağaradasan.
- Bəs, muzeyin işçiləri haradadır? - Lenqdon soruşdu.
- En quarantaine (karantində - fr.) - Faş elə tonla cavab verdi ki,
elə bil, Lenqdon onun komandasının hüquqi səlahiyyətlərini şübhə
altına almışdı. - Məlumdur ki, bu gün binaya yad adam girib. Luvrun
bütün gecə gözətçilərini binanın o biri qanadında sorğu-suala çəkiblər.
Lenqdon başını tərpətdi və addımlarını yeyinlətdi ki, Faşdan geri
qalmasın.
- Siz, Cak Sonyeri yaxından tanıyırdınızmı? - kapitan soruşdu.
- Biz, ümumiyyətlə tanış deyildik və bir dəfə də olsun,
görüşməmişdik.
Faş təəccübləndi:
- Axı, siz axşam görüşməli idiniz?

27 downloaded from KitabYurdu.org


- Bəli. Amerika universitetində mühazirəmi oxuduqdan dərhal
sonra onunla görüşməyi qərara aldıq. Mən gözlədim, amma o gəlib
çıxmadı.
Faş bloknotuna nəsə yazdı. Onlar addımlamağa davam etdilər və
Lenqdon Luvrun az məşhur olan çevrilmiş piramidasına gözucu baxdı.
O, tavandan asılmışdı və mağaradakı stalaktitə (stalaktit - mağaraların
tavanından sızan damcılardan əmələ gələn əhəngli ərp - S.B.)
oxşayırdı. Faş işarə ilə Lenqdonu tunelin girişinə aparan pilləkənlə
qalxmağa dəvət etdi. Girişdə üstünə «DENON» yazılmış lövhə
asılmışdı. Bu, Luvrun ən məşhur eksponatlarının saxlanıldığı bölmənin
adı idi.
- Bəs, axşamkı görüşün keçirilməsinə kim təşəbbüs göstərmişdi? -
Faş birdən soruşdu. - Siz yoxsa o?
Sual qəribə idi.
- Mister Sonyer, - Lenqdon tunelə girərək cavab verdi. - Bir neçə
həftə əvvəl onun katibəsi elektron poçt vasitəsilə mənimlə əlaqə
yaratmışdı. Yazmışdı ki, kurator mənim Parisə gələcəyimi bilir və
bundan istifadə edərək mənimlə bir çox məsələləri müzakirə etmək
istəyir.
- Hansı məsələləri?
- Bilmirəm. Yəqin ki, incəsənətlə əlaqədar. Axı, bizim
maraqlarımız təxminən eyni idi.
Faş şübhə ilə baxdı.
- Siz doğrudanmı, bu görüşün hansı məqsədlə keçiriləcəyini
bilmirdiniz?

28 downloaded from KitabYurdu.org


Lenqdon bilmirdi. Yox, həmin an Sonyerin ondan nə istədiyi
maraqlı idi. Axı,
incəsənətin dahi bilicisi öz qaradinməzliyi ad qazanmışdı, çox nadir
hallarda mühazirələrə və digər ictimai tədbirlərə gedərdi. Lenqdon, bu
qeyri-adi insanla ünsiyyətdə olmaq imkanına sadəcə sevinmişdi.
- Amma, mister Lenqdon, qətl baş verən axşam, mərhumun sizinlə
hansı məsələni müzakirə edəcəyi barədə heç bir fikriniz yoxdurmu?
Bu təhqiqata çox kömək edə bilər.
Lenqdon sualın ikibaşlı olduğundan dərhal əsəbləşdi.
- Mən, doğrudan da heç bir şey bilmirəm. Soruşmamışdım.
Sadəcə, belə bir insanın mənimlə görüşmək istəməsindən məmnunluq
duyurdum. Bilirsiniz, mən Sonyerin işlərinin pərəstişkarıyam. Onun
fikirlərindən məşğələlərimdə tez-tez sitat gətirirəm.
Faş yenə də bloknotuna nəsə yazdı.
İndi onlar lazım olan yerə aparan yolun yarısında idilər. Lenqdon
irəlidə hərəkətsiz iki eskalator gördü.
- Belə. Demək, sizin onunla ümumi maraqlarınız vardı? - Faş
soruşdu.
- Bəli. Keçən il, mən bütünlüklə müsyö Sonyerin elmi
araşdırmalarının əsas sahələrinə aid olan kitablardan çıxarışlar etməklə
məşğul oldum. Və onun beyninə çox güvəndim.
Faş başını qaldırdı.
- Bağışlayın?
İdiomanı tərcümə etməyə ehtiyacın olmadığı aydın idi.
- Mən öyrənmək istəyirdim ki, onun bu barədə fikirləri nədir?

29 downloaded from KitabYurdu.org


- Başa düşürəm. Amma, nə barədə?
Lenqdon tutuldu, bilmirdi ki, necə anlatsın.
- Mənim işlərimin əsas hissəsini ilahəyə pərəstiş ikonoqrafiyasına,
qadın başlanğıcın müqəddəsliyi konsepsiyasına həsr etmişəm.
Həmçinin bununla bağlı olan bədii təsvirlərə və simvollara.
Faş ətli ovucu ilə saçlarına sığal çəkdi.
- Sonyerin isə bunlardan başı çıxırdı, eləmi?
- Hamıdan çox.
- Anlayıram.
Amma Lenqdon hiss etdi ki, kapitan heç nə başa düşməyib. İlahələr
ikonoqrafiyası sahəsi üzrə Cak Sonyer dünyada birinci alim hesab
edilirdi. O, yalnız nəsilartırma ilahələri kultu ilə bağlı müqəddəs
əşyalara, Uitakalara (Uitaka - («cinslərin qoruyucusu») - çibça-
muisklərin mifologiyasında nəsilartırma ilahəsi) və müqəddəs qadın
başlanğıcına maraq göstərməklə kifayətlənmirdi. Sonyer, iyirmi il
kurator işlədiyi dövrdə Luvrun incilərinin çoxalmasına kömək etmiş və
ilahələrin təsviri olan incəsənət əsərlərindən gözəl kolleksiya
yaratmışdı: Delfdəki qədim yunan sərdabələrini bəzəyən naxışlardan
tutmuş qızıl əsalara qədər; balaca mələk fiqurlarını xatırladan yüzlərlə
qədim Misir xaçlarından tutmuş pis ruhları qovmaq üçün istifadə
edilən zınqırovlara qədər. Və nəhayət, İlahə İsidanın öz oğlu Qora lay-
lay çalmasını təsvir edən heykəllərin kolleksiyasını yığmışdı. (İsida -
misir mifologiyasında qadınlıq simvolu, nəsilartırma ilahəsidir.
Əfsanəyə görə o, ölmüş əri Osirisdən hamilə olur və atasının qisasını
alacaq Qoru doğur.)

30 downloaded from KitabYurdu.org


- Bəlkə, Sonyer sizin əlyazmalarınız haqqında bilirmiş? - Faş dedi.
- Və görüşmək istəyib ki, kitabı yazmaqda sizə kömək etsin.
Lenqdon etirazla başını yellədi:
- Mənim əlyazmalarım barədə heç kim bilmirdi. Bir də ki, mən
yalnız bəzi qeydlər aparmışam. Hələlik təxmini plan tutmuşam və
bunu öz redaktorumdan başqa heç kimə göstərməmişəm.
Faş susdu.
Lenqdon öz əlyazmalarını hansı səbəbdən heç kimə göstərmədiyini
demədi.
«İtirilmiş müqəddəs qadınlıq simvolları» şərti adı altında üç yüz
səhifəlik əlyazma, artıq köhnəlmiş olan dini ikonoqrafiyanın qeyri-
ordinar interpretasiyası idi və kifayət qədər mübahisə doğururdu.
Lenqdon ikili eskalatora yaxınlaşdı və birdən Faşın yanında
olmadığını görüb dayandı. Çevrilib, onu xidməti liftin bir neçə
addımlığında gördü.
- Liftlə gedək, - qapılar açılan kimi Faş dedi. - Yəqin ki, siz artıq
başa düşmüsünüz, qalereyaya piyada getmək üçün hələ çox
addımlamaq lazımdır.
Lakin, onlara lazım olan yerin hələ iki mərtəbə yuxarıda olduğunu
bilən Lenqdon yerindən tərpənmədi.
- Nəsə olub? - Faş qapıları saxlayaraq tələsə-tələsə soruşdu.
Lenqdon dərindən nəfəs alıb qəmgin-qəmgin eskalatora baxdı.
Burda qorxulu bir şey yoxdur, - o özünə ürək-dirək verdi və liftə tərəf
qətiyyətlə addımladı. Uşaqlıqda, hələ lap balaca olarkən Lenqdon
şaxta-quyuya yıxılmışdı və kömək gələnə qədər, soyuq suyun içində

31 downloaded from KitabYurdu.org


bir neçə saat qalaraq az qala ölmüşdü. O vaxtdan qapalı yerlərdə qorxu
hissi bürüyürdü onu, liftlərdən, zirzəmilərdən, hətta üstüörtülü tennis
meydançalarından belə qorxurdu. Lift - ən etibarlı və təhlükəsiz
yerlərdən biridir, Lenqdon bunu həmişə özünə təlqin etməyinə
baxmayaraq, inana bilmirdi. Bu - bağlı şaxtada asılmış metallik
qutudan başqa bir şey deyil! Nəfəsini dərərək liftə girdi və qapılar
bağlanan kimi həyəcanı da artdı.
İki mərtəbə. Onca saniyə.
- Deməli, siz mister Sonyerlə şəxsən heç nə danışmamısınız? - lift
yuxarı qalxan kimi Faş dedi. - Əlaqə saxlamamısınız? Poçtla bir-
birinizə heç nə göndərməmisiniz?
Yenə də kifayət qədər qəribə sual. Lenqdon inkar edərək başını buladı:
- Yox. Heç vaxt.
Faş başını azca yana əymişdi, bu faktı dəqiqliklə götür-qoy edirdi.
Lakin o, xromlanmış qapılara baxa-baxa heç nə demədi.
Onlar qalxırdılar. Lenqdon, diqqətini onu əhatə edən dörd divardan
başqa bir şeyə yönəldərək fikrini cəmləmək istədi. Parıldayan metallik
qapıda kapitanın qalstukundakı sancağın əksini gördü. Sancaq gümüşü
xaç formasında idi və ona on üç ədəd qara oniks daşından naxış
vurulmuşdu. Lenqdona bir az qəribə gəldi. Bu simvol crux gemmata -
on üç daşlı xaç adı ilə məşhur idi, Məsih və on iki apostolun xristian
ideoqramı sayılırdı. Və Lenqdona qəribə gələn o idi ki, polis kapitanı
öz dini görüşlərini bu qədər açıq nümayiş etdirir. Lakin yenə də nəzərə
almaq lazımdır ki, bura Fransadır. Və burda xristianlıq dindən əvvəl,
anadangəlmə hüquq sayılır.

32 downloaded from KitabYurdu.org


- Bu crux gemmatadır. - Faş gözlənilmədən dedi.
Lenqdon diksindi, gözlərini qaldırdı və qapıdakı əksdə kapitanın
qara gözlərindəki ifadəni gördü.
Lift dayandı, qapılar açıldı.
Lenqdon cəld dəhlizə, Luvrun məşhur hündür tavanının örtdüyü
açıq sahəyə çıxdı. Lakin düşündüyünün əksi oldu. Lenqdon çaş-baş
qalıb yerində dayandı.
Faş çevrilib dedi:
- Mister Lenqdon, mən belə başa düşürəm ki, siz muzey
bağlandıqdan sonra içəridə olmamısınız?
Heç vaxt, Lenqdon düşündü.
Muzeyin adətən yaxşı işıqlandırılan qalereyalarına indi qaranlıq
çökmüşdü. Tavandan düşən süd kimi ağ işığın əvəzinə döşəmədən
qalxan tutqun, qırmızımtıl işıq zolaqları vardı. Lenqdon ətrafına baxdı
və plintuslara bərkidilmiş xüsusi lampaları gördü.
O, yaraqaranlıq dəhlizə nəzər yetirdi və tədricən anladı ki, bu cür
işıqlandırma heç də qeyri-adi deyil. Demək olar ki, dünyanın əsas
muzeylərinin hamısında gecələr qırmızı işıqdan istifadə olunur. Belə
işıqlandırma mənbələri aşağı səviyyədə quraşdırılır ki, rəsm əsərləri
qaranlıqda olarkən muzeyin şəxsi heyəti və mühafizə xidməti
ayaqlarının altını görə bilsinlər. Bu, boyaların köhnəlməsinə səbəb
olan, gündüz düşən işıq yükünü kompensasiya etməyə imkan verir.
Lakin bu gecə muzeydə xüsusi bir qaranlıq hökm sürürdü. Hər yerə
uzun kölgələr düşmüş, hündür tavanlar altına qatı qaranlıq çökmüşdü.
- Bura, - Faş sağa dönüb bir qalereyadan digərinə keçərək dedi.

33 downloaded from KitabYurdu.org


Lenqdon onun ardınca getdi, gözləri yavaş-yavaş qaranlığa
alışmışdı. Ətrafda yağlı boya ilə işlənmiş iri ölçülü şəkillər görünməyə
başladı: bütün bunlar qaranlıq otaqda fotoşəkillərin aşkarlanmasını
xatırladırdı. Lenqdona elə gəldi ki, rəsmlərdə təsvir olunmuş insanlar
onları şübhəli nəzərlərlə süzürlər. Nəhayət o, bütün muzeylərə xas olan
tanış qoxunu hiss etdi - quru, ionlaşdırılmış havada karbonun zəif iyi
yaxşı duyulurdu. Bu, rütubətlə mübarizədə istifadə olunan karbon
filtrli xüsusi qurğuların buraxdığı maddənin qoxusu idi. Bu qurğular
bütün günü işləyirdi ki, eksponatlara baxmağa gələnlərin nəfəs
verdikləri zaman yaranan və eksponatların xarab olmasına təsir edən
karbon 2-oksid kompensasiya olunsun.
Divarlara quraşdırılmış izləmə kameraları isə gələnlərə sanki
deyirdi: biz sizi görürük. Heç nəyə toxunmayın.
- Bunların hamısı işləyir? - Lenqdon kameraları göstərib soruşdu.
- Əlbəttə, yox, - Faş cavab verdi.
Lenqdon təəccüblənmədi. Belə böyük muzeylərdə videomüşahidə
çox baha başa gəlir və effektiv olmur. Muzeydə baş verənləri izləmək
üçün yüzlərlə texniki əməkdaş lazım olardı. Buna görə də əksər böyük
muzeylərin mühafizəsi zamanı saxlama sistemi adlanan xidmətdən
istifadə olunur. Oğruları bayırda tutmayın. Onları içəridə saxlayın.
İstənilən eksponata toxunulan zaman sistem işə düşürdü, anındaca
siqnal pulta ötürülürdü, dərhal bütün giriş və çıxışlar bağlanırdı. Oğru
hələ polis gəlməmişdən əvvəl qəfəsin içində qalırdı.
İrəlidə, mərmərlə işlənilmiş dəhlizdə, səslər əks-səda verirdi.
Deyəsən, səs-küy sağ tərəfdə yerləşən böyük taxçaşəkilli tikilidən

34 downloaded from KitabYurdu.org


gəlirdi. Ordan dəhlizə parlaq işıq düşmüşdü.
- Kuratorun kabinetidir, - kapitan dedi.
Və nəhayət Lenqdon Sonyerin rahat kabinetinə girdi.
Torpaq rəngli ağacdan qayrılmış divarlar, qədim ustaların işləri,
qədim və nəhəng yazı stolu, onun üstündə silahlı və zirehli cəngavərin
ikifutluq heykəli. İçəridə bir neçə agent mobil telefonlarla danışaraq
nəsə qeyd edirdilər. Onlardan biri Sonyerin yazı stolunun arxasında
oturmuşdu və portativ kompüterdə işləyirdi. Bu gecə kuratorun
kabineti Məhkəmə Polisi Baş İdarəsinin əsil mənzil qərargahına
çevrilmişdi.
- Messieurs!- Faş bərkdən dedi və hamı dönüb baxdı. - Ne nous
derangez pas sous aucun pretexte. Entendu? - (Müsyö! Heç bir halda,
heç bir səbəbdən bizi narahat etməyin. Aydındırmı? - frans.)
Hamı başını tərpətdi.
Lendonun özü «NE PAS DERANGER» yazılmış lövhəciyi oteldəki
nömrəsinin qapısından dəfələrlə asmışdı. Kapitanın əmrinin mənası
ona tam aydın idi. Faş və Lenqdonu heç bir halda narahat etmək
olmaz.
Faş kollegalarını kabinetdə qoyub Lenqdonla birlikdə yarıqaranlıq
dəhlizə çıxdı. Otuz yard irəlidə, divarlarından muzeyin ən qiymətli
əsərləri olan italyan şedevrləri asılmış uzun dəhlizə oxşayan, Luvrun
La Grande Galerie adlı populyar hissəsinin girişi görünürdü. Lenqdon
artıq anlamışdı: məhz orda Sonyerin cəsədini tapmışdılar;
«Polyaroid»lə çəkilmiş şəkildə Böyük Qalereyanın məşhur parket
döşəməsi aydınca görünürdü. Onlar yaxınlaşdılar və Lenqdon gördü

35 downloaded from KitabYurdu.org


ki, giriş orta əsr qəsrlərinin müdafiəsində istifadə olunan hündür və
qalın polad hörmə ilə bağlanıb.
- Saxlama sistemidir, - Faş hörməyə yaxınlaşaraq dedi.
Maneə hətta qaranlıqda nəhəng və keçilməz görünürdü, adama elə
gəlirdi ki, o tankı belə saxlaya bilər. Lenqdon qalın hörmələrin
arasından Böyük Qalereyanın yarıqaranlıq labirintlərinə baxdı.
- Sizdən sonra, mister Lenqdon, - Faş dedi.
Lenqdon təəccüblə çevrilib baxdı. Məndən sonra, amma necə və
hara?...
Faş polad hörmənin aşağı hissəsini göstərdi. Lenqdon baxdı. O,
qaranlıqda sadəcə bunu görməmişdi. Hörmə iki fut yuxarı
qaldırılmışdı və bu onun altından sürünüb keçmək üçün kifayət edərdi.
- Bu seksiya Luvrun təhlükəsizlik xidməti üçün hələlik bağlıdır. -
Faş anlatdı. - Polisin elmi-texniki şöbəsindən olan komanda indicə
baxışı qurtarıb. - O, işarə ilə Lenqdonu çağırdı. - Buyurun, əyilib
keçin.
Lenqdon polad hörmənin altındakı ensiz yarığa baxdı. Burdan
ancaq sürünüb keçmək olardı. O, zarafat edir, yoxsa?.. Azca yuxarı
qaldırılmış hörmə istənilən an adamı əzməyə hazır olan gilyotinə
oxşayırdı.
Faş fransızca nəsə dedi və saatına baxdı. Sonra dizi üstə çöküb
kifayət qədər dolu bədənini yarığa soxdu. Hörmənin o biri tərəfinə
keçib ayağa durdu və gözlərini Lenqdona dikdi.
Lenqdon nəfəsini çəkdi. Dizi üstə çökdü, ovuclarını parket
döşəməyə dayayıb qarnı üstə uzandı və sürünməyə başladı. Bədəninin

36 downloaded from KitabYurdu.org


yarısı o biri tərəfə keçmişdi ki, tvid pencəyinin yaxalığı dəmir
barmaqlığa ilişdi və peysəri ilə dəmirə bərk toxundu.
Sadəcə gözəldir, Robert, o, öz-özünə dedi və çətinliklə ayağa
qalxdı. Və indi ona aydın oldu ki, onu çox uzun bir gecə gözləyir.
V FƏSİL
Mürrey-Hill-pleys - «Opus Dei»nin yeni mənzil-qərargahı və işgüzar
mərkəzi Nyu- Yorkda, Leksinqton-avenyü, 243-də yerləşirdi. Binanın
tikintisi 47 milyon dollara başa gəlmişdi. Onun 133000 kvadrat fut
sahəsi olan qülləsi qırmızı kərpicdən və İndiana ştatında çıxarılan
əhəng daşından inşa edilmişdi. Layihənin müəllifləri «Mey və Pinska»
bürosundan olan memarlar idi. Binada yüzdən çox yataq otağı, altı
yeməkxana, kitabxanalar, qonaqlar üçün istirahət otaqları, konfrans-
zallar, ofislər yerləşirdi. On yeddinci mərtəbə bütünlüklə xüsusi
rezidensiya üçün ayrılmışdı. İkinci, səkkizinci və on altıncı
mərtəbələrdə mərmərlə və oyma daşlarla bəzədilmiş sovməələr
(sovməə- kiçik kilsə- S.B.) yerləşirdi. Kişilər Leksinqton- avenyüyə
çıxan əsas girişdən binaya girə bilərdilər. Qadınlar isə yan küçədəki
girişdən istifadə edirdilər və kişilərdən «akustik və vizual» olaraq
həmişə ayrı dururdular.
Həmin axşam, bir az tez, yeddinci mərtəbədəki apartamentlərin
sahibi, yepiskop Manuel Arinqarosa kiçik yol çantasını qaydaya salıb
ənənəvi qara sutanasını (sutana - katolik kilsələrində keşişlərin
geyindiyi cübbə - S.B.) geyindi. Adətən o, sutanasının üstündən
parıltılı kəmər bağlayırdı. Amma bu gün, adi adamların yanına
getdiyindən öz yüksək vəzifəsinə diqqəti cəlb etmək istəmədi. Yalnız

37 downloaded from KitabYurdu.org


diqqətli baxışlar onun iri brilyant qaşlı, parıltılı ametistlə bəzədilmiş on
dörd karatlıq qızıl üzüyünü və əl ilə işlənmiş mitrasını (mitra -
keşişlərin geydiyi papaq - S.B.) qiymətləndirə bilərdi. Çantasını
çiyninə keçirib özü üçün qısa bir dua oxudu, apartamentdən çıxıb
vestibulə düşdü: burda onu aeroporta aparacaq sürücü gözləyirdi.
İndi yepiskop Arinqarosa kommersiya reysi ilə Romaya uçan
avialaynerin illüminatorundan Atlantik okeanının qara sularına
baxırdı. Günəş batmaqdaydı, lakin yepiskop bilirdi ki, onun ulduzu
tezliklə doğacaq. Bu gün biz, bu döyüşü udacağıq, - o düşündü və bir
neçə ay bundan əvvəl onun qurduğu imperiyanı dağıtmaq istəyən
düşməninin qarşısında köməksiz olduğunu xatırladı. «Opus Dei»
- «İlahi ata»nın sədri olaraq yepiskop Arinqarosa ömrünün axırıncı on
ilini onun ideyalarının yayılmasına həsr etmişdi. 1928-ci ildə ispan
keşişi Xose Mari Eskriva tərəfindən əsası qoyulmuş bu dini cəmiyyət
qədim katolik dəyərlərinə qayıtmağı təbliğ edirdi. Öz üzvlərinə «İlahi
gün»ün şərəfinə hər şeyi, hətta öz həyatlarını belə qurban verməyi
öyrədirdi.
«Opus Dei» - ənənəvi fəlsəfəsi İspaniyada, hələ Franko recimindən
əvvəl yaranmışdı. Lakin, Xose Mari Eskriva yalnız 1934-cü ildə «Yol»
adlı kitabını (bu kitabda həyatını «İlahi iş»ə həsr etmək üçün 999
məsləhət verilmişdi) çap etdirdikdən sonra bu ideyanın dünyaya
yayılması başlandı. İndi isə, «Yol»u qırx iki dildə, dörd milyon nüsxə
ilə çap etdirən «Opus Dei» sektası hesablaşılacaq bir qüvvəyə
çevrilmişdi. Yer kürəsinin iri şəhərlərinin demək olar ki, hər birində bu
təşkilatın şöbələri, elmi mərkəzləri, hətta universitetləri fəaliyyət

38 downloaded from KitabYurdu.org


göstərirdi. «Opus Dei» dünyada ən sürətlə inkişaf edən və maliyyə
cəhətdən təmin olunmuş katolik təşkilatı idi. Təəssüf ki, Arinqarosanın
özünün etiraf etdiyi kimi, ümumi dini sinizmin, televiziya
ekranlarından yayılan şübhəli kultların və təriqətlərin tüğyan etdiyi
əsrdə «Opus Dei»nin çiçəklənən qüdrəti və sərvəti əsassız şübhə
obyektinə çevrilirdi.
- «Opus Dei»ni çoxları beyinlərin yuyulması kultu adlandırırlar, -
müxbirlər ondan soruşurdular. - Bəziləri isə sizə gizli ultrakonservativ
xristian cəmiyyəti deyirlər. Siz kimsiniz, axı?
- Bunların heç birinin «Opus Dei»yə dəxli yoxdur, - yepiskop
səbirlə cavab verirdi. - Biz katolik kilsəsinin bir hissəsiyik. Biz -
gündəlik həyatımızda katolik doktrinalarına riayət etmək yolunu tutan
katolik qardaşlar cəmiyyətiyik.
- Burda əxlaq andı içmək, kilsəyə torpaq vergisi ödəmək və özünə
əzab vermək yolu ilə günahlardan təmizlənmək nəzərdə tutulurmu?
- Bunlar «Opus Dei»nin üzvlərinin yalnız az bir hissəsinə aiddir, -
Arinqarosa cavab verdi. - Bizim həyata daxil olmaq bir neçə səviyyədə
mümkündür. «Opus Dei»nin minlərlə üzvü ailə həyatı qurur, öz
icmalarında Allah naminə xidmətlər göstərirlər. Bəziləri asketik həyat
tərzinə üstünlük verirlər, monastırlarda tənha yaşamağı seçirlər. Hər
kəs seçimində azaddır, amma «Opus Dei»nin üzvlərinin bir məqsədi
var: dünyanı yaxşılaşdırmaq. Və onlar Tanrının əmrlərini yerinə
yetirərək bunu edirlər. Hər kəsin bizim sıralarımıza qatılmağına
sevinirik.
Təbii ki, ağıllı yanaşmadır, burda hamını inandırmağa çalışmağın

39 downloaded from KitabYurdu.org


xeyri yoxdur. Kütləvi informasiya vasitələri həmişə qalmaqallara can
atır, iri təşkilatların əksəriyyətində olduğu kimi, «Opus Dei»də də
daim yaramaz qoyunlar tapılırdı. Bütün təşkilata kölgə salan bir neçə
yolunu azmış adam.
İki ay əvvəl «Opus Dei»nin Mərkəzi Qərbdə yerləşən şöbəsinin
çirkin işlərinin üstü açılmışdı. Bu şöbə gənclərə meskalin paylamaq
yolu ilə onları öz tərəfinə çəkirdi. Bu narkotik maddə insanları eyforik
vəziyyətə salırdı, bunu isə gənc tərəfdarlar səhvən dini ekstaz kimi
başa düşürdülər. Bir universitet tələbəsi günahlardan təmizlənmək
üçün özünü iki uclu zəncirlə döymüşdü. Yaraya infeksiya
düşdüyündən oğlan uzun müddət yataqdan qalxmadı. Bir az əvvəl,
Bostonda həyatda uğursuzluğa düçar olmuş gənc bankir özünü
öldürmüşdü. Amma bundan əvvəl bütün əmlakının «Opus Dei»yə
verilməsi barədə kağız yazmışdı.
Yolunu azmış qoyunlar, - Arinqarosa onları belə adlandırırdı və
ürək ağrısı ilə bu insanlara acıyırdı. Lakin təşkilata ən çox xələl gətirən
FTB kəşfiyyatçısı Robert Xanssen olmuşdu. Onun məhkəmə prosesi
geniş əks-səda doğurdu. Xanssenin «Opus Dei»nin ən nüfuzlu
üzvlərindən biri olması azmış kimi, onun həm də pozğun və əxlaqsız
biri olması da aşkarlandı. Onun düşkünlüyünü sübut edən
təkzibedilməz faktlar məhkəməyə təqdim edildi: bu tip, öz yataq
otağına videokamera quraşdırmış, sonra arvadı ilə sekslə məşğul
olarkən çəkdiyi lentləri dostlarına göstərmişdi.
- Belə, insanı həqiqi katolik adlandırmaq, çətindir, - hakim istehza
ilə demişdi.

40 downloaded from KitabYurdu.org


Bütün bu xoşagəlməz faktlar «Opus Dei» üzərində xüsusi müşahidə
qrupunun
OPMQ-nin yaradılmasına səbəb olmuşdu. Bu qrupun İnternetdə öz
saytı da vardı - www.odan.orq - burda cəmiyyətə daxil olmağın
təhlükələri barədə «Opus Dei»nin sabiq üzvlərinin dəhşətli əhvalatlarla
dolu etiraflarını oxumaq olardı. Kütləvi informasiya vasitələri isə tez-
tez «Opus Dei»ni gah «Allahın mafiyası», gah da «Məsih kultu»
adlandırırdılar.
Biz anlamadığımız şeydən qorxuruq, Arinqarosa düşündü. Bu
tənqidçilərin az da olsa təsəvvürləri varmı ki, cəmiyyət neçə-neçə
insanın həyatını zənginləşdirib? Bu cəmiyyət Vatikanın xeyir-duasını
və dəstəyini qazanıb? «Opus Dei» papanın şəxsən öz himayəsi
altındadır?
Lakin az əvvəl cəmiyyətdə kütləvi informasiya vasitələrindən daha
güclü və düşmən qüvvələrin olduğunu öyrəndilər... Arinqarosa bu
gözlənilməz düşməndən gizlənməyin yolunu da bilmirdi. Beş ay əvvəl
bu düşmən dağıdıcı zərbə vurdu. Arinqarosa bu zərbədən indiyə kimi
özünə gələ bilmirdi.
- Onlar kimlə müharibə etdiklərini bilmirlər, - yepiskop
illüminatordan aşağıda görünən okeanın qara sularına baxa-baxa
qəzəblə və sakitcə pıçıldadı. Onun baxışları ani olaraq öz əksinə
dikildi - ən xarakterik hissəsi əyri burnu olan uzun və qara sifət. Onun
burnunu gənc missioner kimi İspaniyada fəaliyyət göstərdiyi zamanlar
yumruq zərbəsi ilə sındırmışdılar. Amma bu fiziki qüsurun bu gün
əhəmiyyəti yox idi. Arinqarosa cismən yox, ruhən gözəl idi.

41 downloaded from KitabYurdu.org


Təyyarə Portuqaliya sahillərinin üstündən uçarkən mobil telefon
vibrasiya etdi. Arinqarosa uçuş zamanı mobil rabitədən istifadə etməyi
qadağan edən qaydaları bilirdi, amma bu zəngi o, gözləyirdi. Yalnız
bir nəfər bu nömrəni bilirdi, elə həmin adam telefonun özünü də poçtla
Arinqarosa göndərmişdi.
- Bəli?-yepiskop sakitcə dedi.
- Saylas guşəli daşı tapıb. O, Parisdədir. Sen-Sülpis kilsəsində
gizlədilib.
Yepiskop özündən razı halda gülümsədi.
- Onda biz lap yaxınlaşmışıq.
- Biz onu az bir zamanda əldə edə bilərik. Lakin sizin köməyiniz
vacibdir.
- Hə, əlbəttə. Deyin, mən nə etməliyəm?
Arinqarosa mobil telefonu söndürdü, onun ürəyi həyəcanla
döyünürdü. Sakitləşmək üçün yenə gecənin qaranlığına baxdı, özünü
öz başladığı hadisələrin içində oyuncaq kimi hiss edirdi.
Beş yüz mil ondan uzaqlarda Saylas adlı albinos başını ləyənə tərəf
əyərək kürəyinin yaralarını yuyurdu. Qırmızımtıl-qəhvəyi qasnaqlar
qoparaq suyu bulandırırdı.
- Məni əldən düşüncə yu, və mən yenə təmiz olacam, - o yenə dua
oxudu. - Məni öz mükafatınla yu, və mən qardan da ağ olacam.
Saylas indiyə qədər belə ruh yüksəkliyi hiss etməmişdi. O, axırıncı
on ildə «Yol»un bütün qanunlarına riayət edir, günahlarını yumağa, öz
həyatını tamamilə dəyişməyə, əvvəllər etdiyi zorakılığı yaddaşından
silməyə çalışırdı. Və bu gün, qəfildən bütün bunlar geri qayıtdı. İllər

42 downloaded from KitabYurdu.org


uzunu mübarizə apardığı nifrət hissi yenidən tələbata çevrildi. Sürətlə
keçmişinə qayıtması onu çox təəccübləndirirdi. Və əlbəttə ki,
keçmişdə əldə etdiyi təcrübələr, biliklər də yenidən oyanırdı. Onlar
dəhşətli olsalar da və artıq unudulsalar da, indi gərəkli, lazımlı idilər.
İsa bizə sülh...sevgi... öyrədir. O, zorakılığı nəhy etmişdir. Axır
zamanlar Saylas bunu öyrənmişdi və bu sözlər onun ürəyində möhkəm
yer tutmuşdu. Amma indi, Məsihin düşmənləri onun təlimini
dağıtmaq, məhv etmək istəyirlər. Kim ki, Allahı qılıncla hədələyir,
qılıncla da öləcək. Sürətli və amansız qılıncdan.
İki min il ərzində Məsihin əsgərləri öz inamlarını onu məhv etmək
istəyən düşmənlərdən qoruyurdular. Bu gün Saylası da bu cərgəyə
çağırırdılar. Yaraları bir az qurumuşdu. Və o, kapyuşonlu uzun
sutanasını geyindi. Kobud, qara rəngli mahudun fonunda ağımtıl
saçları və əlləri aydın bilinirdi. Sutanasını iplə bağlayıb, kapyuşonu
başına keçirtdi və güzgüyə yaxınlaşdı. Qırmızı gözləri ilə əksinə baxdı.
Hadisələrin təkər və vintcikləri həyətə gəlmişdi.
VI FƏSİL
Dəmir hörmənin altına soxulmuş Robert Lenqdon Böyük Qalereyanın
girişini gördü. O sanki, sıldırımlı, dibsiz uçuruma baxırdı. Qalereyanın
hər iki tərəfində otuz fut hündürlüyündə çılpaq divarlar ucalırdı,
onların yuxarı hissəsi qaranlığa qərq olmuşdu. Plintuslardakı gecə
lampalarının qırmızımtıl işıqları xüsusi məftillərlə tavandan asılmış da
Vinçinin, Titsiananın və Karavaconun əsərlərində bərq vururdu.
Dünyanın ən məşhur rəsm əsərləri, natürmortlar, dini təsvirlər,
peyzaclar, portretlər burda yerləşirdi.

43 downloaded from KitabYurdu.org


Böyük Qalereyada dünyanın ən məşhur italyan rəssamlarının
əsərləri toplansa da, sərgiyə baxmağa gələnlərin əksəriyyətində elə
təsəvvür yaranmışdı ki, bura ən əsas unikal parket döşəməsinə görə
məşhurdur. Diaqonal şəkildə düzülmüş palıd parketlər həm həndəsi
formasına görə adamı heyran edir, həm də optik illüziya
yaradırdı: döşəmə çoxölçülü hörməyə bənzədiyindən sərgiyə
gələnlərdə elə təəssürat yaranırdı ki, onlar hər addımda səthi dəyişən
döşəmədə yeriyirlər.
Lenqdon baxışları ilə düşündüyü rəsmi axtardı və birdən ondan bir
az aralıda, sol tərəfdə döşəmədə atılıb qalmış əşyanı gördü. Onun
qoyulduğu yer xüsusi polis lenti ilə əhatəyə alınmışdı. Lenqdon Faşa
tərəf döndü:
- Bu nədir... Karavacodur? Bax orda, döşəmədəki?..
Faş baxmadan başını tərpətdi.
Lenqdonun bildiyinə görə bu əsərin qiyməti iki milyon dollar olardı,
ancaq tör- töküntü kimi döşəməyə atılmışdı. - Lənət şeytana, axı onu
niyə döşəməyə atıblar?
Onun səsindəki heyrət tonları, deyəsən Faşa təsir etmədi.
- Bu, cinayət törədilən yerdir, mister Lenqdon. Biz özümüz heç
nəyə toxunmamışıq. Rəsmi divardan kurator qoparıb. Bunu ona görə
edib ki, siqnalizasiya sistemini işə salsın.
Lenqdon nə baş verdiyini anlamaq üçün dəmir hörməyə baxdı.
Yəqin ki, kuratora kabinetdə hücum ediblər. O, Böyük Qalereyaya
tərəf qaçmış, divardan rəsmi qopararaq siqnalizasiya sistemini işə
salmışdır. Dəmir hörmə dərhal aşağı düşərək girişi qapatmışdır.

44 downloaded from KitabYurdu.org


Qalereyaya bundan başqa giriş və çıxış yoxdur.
Lenqdon karıxdı:
- Demək, hücum edəni qalereyada saxlamaq kuratora müvəffəq
olub?
Faş başını yırğaladı:
- Yox. Dəmir hörmə onu sadəcə Sonyerdən ayırıb. Qatil burda,
dəhlizdə olub və dəmir hörmənin o biri tərəfindən Sonyerə atəş açıb. -
O, indicə altından sürünüb keçdikləri hörmənin dəmir çubuqlarından
birinin üstündəki narıncı lövhəciyi göstərdi. - Elmi-texniki şöbənin
əməkdaşları burda barıt hissəcikləri aşkar ediblər. O, hörgünün o biri
tərəfindən atəş açıb. Sonyer bax burda ölüb, tənhalıqda.
Lenqdon ona göstəilən fotoşəkilləri xatırladı. Amma onlar
deyirdilər ki, kurator bunu özü edib. O, nəhəng və boş dəhlizə baxdı.
- Bəs cəsəd hardadır?
Faş qalstukunun xaçşəkilli sancağını düzəldib yeridi.
- Yəqin ki, siz bilirsiniz, qalereya çox uzundur.
«Səhv etmirəmsə, - Lenqdon düşündü, - uzunluğu on beş futdur,
yəni Vaşinqtonun abidəsinin hündürlüyünün üç mislinə bərabərdir.»
(Corc Vaşinqtonun abidəsi - Vaşinqtonun mərkəzində 169 metr
hündürlüyündə daş sütundur, «karandaş» adlı ağ mərmərlə üzlənib).
Dəhlizin eni də heyrət doğururdu, burda sərnişin qatarlarının ikitərəfli
hərəkəti üçün relsləri asanca yerləşdirmək olardı. Mərkəzdə, bir-
birindən müəyyən məsafələrdə heykəllər və nəhəng mərmər vazlar
qoyulmuşdu, bu da tematik ekspozisiyaları məhdudlaşdırmağa kömək
edir və sərgiyə baxmağa gələnlərin axınını bölərək azaldırdı.

45 downloaded from KitabYurdu.org


Faş dinmədən, sürətlə dəhlizin sağ tərəfi ilə addımlayırdı, baxışları
irəliyə dikilmişdi. Lenqdon isə bircə saniyəlik də olsa dünyanın
nəhəng şedevrlərinə baxmadan keçməyi sadəcə hörmətsizlik sayırdı.
Belə işıqda nəyəsə baxmaq mümkündürmü, o, fikirləşdi.
Tutqun qırmızımtıl işıq şüaları, ona Vatikanın gizli arxivindəki
işlədiyi vaxtları xatırladırdı, burda o, az qala həyatı ilə vidalaşacaqdı.
Bir gündə ikinci dəfə idi ki, Vittoriyanı xatırlayırdı. Aylarla onun
haqqında düşünməmişdi - və birdən, buyur. Lenqdonun inanmağı
gəlmirdi ki, o, cəmisi bir il əvvəl Romada olub; ona elə gəlirdi ki, o
vaxtdan on illər ötüb. Vittoriyadan axırıncı xəbəri dekabrda alıb.
Yazmışdı ki, fizika sahəsində öz tədqiqatlarını davam etdirmək üçün
Yava dənizindəki adaya uçur... Yerin mantiya qatının fluktuasiyasını
izləməklə süni peyklərdən istifadəni araşdıracaq. Lenqdon heç vaxt
ağlına da gətirmirdi ki, Vittoriya Vetr kimi qadınla xoşbəxt yaşaya
bilər. Amma onlar Romada görüşəndə ilk dəfəydi ki, yorulduğunu hiss
etdi, həm cismən, həm də ruhən. Onda subay yaşamağın üstünlüyünə
və tənha kişi kimi əldə etdiyi azadlıqlara şübhə oyandı. Və
gözlənilmədən həyatında boşluq hiss etdi, keçən vaxt ərzində isə bu
hiss daha da gücləndi.
Onlar qalereyada sürətlə addımlayırdılar, lakin Lenqdon hələlik heç
bir cəsəd görmürdü.
- Doğrudanmı Cak Sonyer bu qədər böyük məsafəni yeriyə bilib?
- Güllə Sonyerin qarnına dəyib. Bu yavaş və çox əzablı ölümdür.
O, on beş- iyirmi dəqiqə ölümlə əlləşib. Görünür, qeyri-adi irədəyə
malik insanmış.

46 downloaded from KitabYurdu.org


Lenqdon hətta təəccübündən dayandı.
- Siz demək istəyirsiniz ki, buraya gəlmək üçün mühafizə
xidmətinə on beş dəqiqə vaxt lazım olub?
- Əlbəttə, yox. Həyəcan siqnalı eşidilən kimi, Luvrun mühafizə
xidməti dərhal hərəkətə gəlib. Amma Böyük Qalereyaya giriş bağlı
olub. Mühafizəçilər dəmir hörmənin yanında durub eşidirmişlər ki,
kimsə dəhlizin o başında hərəkət edir. Amma onun kim olduğunu görə
bilməyiblər. Onlar qışqırıblar, haraylayıblar, amma cavab gəlməyib.
Elə hesab ediblər ki, bu adam cinayətkardır, ona görə də instruksiyaya
əməl edərək məhkəmə polisini çağırıblar. Biz on beş dəqiqəyə bura
çatdıq. Sonra dəmir hörməni qaldırmaq mümkün oldu. Mən on nəfərə
yaxın silahlı agent göndərdim. Onlar qarətçini tapmaq üçün bütün
qalereyanı axtardılar.
-Və.
- Və heç kimi tapmadılar. - əlini irəliyə uzadıb dedi. - Ondan
başqa.
Lenqdon Faşın əli ilə göstərdiyi tərəfə baxdı. Əvvəl ona elə gəldi ki,
kapitan
mərmər heykəli göstərir. Amma sonra yaxınlaşaraq o, səhv etdiyini
anladı. Heykəldən otuz yard irəlidə parıltılı ləkə vardı. Qalereyanın
qırmızımtıl yarıqaranlığında ştativə bərkidilmiş lampanın işığı
döşəməyə düşərək işıq adacığı yaratmışdı. Və bu işıq ləkəsinin düz
ortasında kuratorun çılpaq cəsədi mikroskopun altına qoyulmuş
həşərat kimi uzadılmışdı.
- Siz ki, şəkli görmüsünüz, - Faş dedi. - Sizin üçün burda

47 downloaded from KitabYurdu.org


gözlənilməz bir şey olmamalıdır.
Onlar yaxınlaşdılar və Lenqdon əsməcə tutduğunu hiss etdi. Bu
onun indiyədək gördüyü səhnələrin ən dəhşətlisi və ən qəribəsi idi.
Cak Sonyerin cəsədi parket döşəmədə eyni ilə fotoşəkildə əks
olunduğu kimi uzadılmışdı. Cəsədin yanında duran Lenqdon gözlərini
qeyri-adi parlaq işığın təsirindən qıyaraq düşünürdü ki, kurator
ömrünün son dəqiqələrini belə qəribə vəziyyətdə uzanmağa həsr edib.
Sonyer öz yaşına görə çox sağlam görünürdü... və onun əzələli
bədəni dərhal gözə çarpırdı. O, əynindəki paltarı cırıb çıxararaq səliqə
ilə döşəməyə sərmiş, sonra enli dəhlizin düz ortasında kürəyi üstə
uzanmışdı. Əlləri və ayaqları geniş açılmışdı, uşaqların qış vaxtı
qardan düzəltdikləri şaxta babanın əlləri kimi. Yox, o, gözəgörünməz
qüvvələrin şaqqalamaq istədiyi çarmıxa çəkilmiş adama daha çox
oxşayırdı.
Sinəsindəki qanlı ləkə güllənin girdiyi yeri göstərirdi. Qan
təəccüblü dərəcədə az çıxmışdı, yalnız kiçicik qara ləkə görünürdü.
Sağ əlinin şəhadət barmağı da qana batmışdı, sanki onu qəsdən
yaraya bulaşdırmışdılar. Doğrudan da, Sonyer ölərkən öz qarnını
mürəkkəb, çılpaq qarnını isə kətan kimi istifadə etmişdi. O, qarnının
üstündə sadə bir simvol çəkmişdi: kəsişən beş düz xəttin yaratdığı beş
guşəli ulduz.
Pentakl?...
Qarnının ortasındakı qanlı ulduz meyitə qorxunc görkəm verirdi.
Lenqdonun gördüyü fotoşəkil də dəhşətli idi, amma indi, hər şeyi öz
gözləri ilə görməsi onun həyəcanını getdikcə artırırdı.

48 downloaded from KitabYurdu.org


O, bunu özü edib.
- Mister Lenqdon? - Faşın qara gözləri ona dikilmişdi.
- Bu pentakldır. - Lenqdon dedi və qalereyanın divarları arasında
cingildəyən səsi qəribə və yad təsir bağışladı. - Yer üzündəki ən qədim
rəmzlərdən biridir. Məsihin mövludundan dörd min il əvvəl yaranıb.
- Bəs mənası nədir?
Bu sual veriləndə Lenqdon həmişə tərəddüd etmişdi. Rəmzin nəyi
işarə etdiyini demək - bu və ya başqa bir mahnının insana necə təsir
etdiyini aydınlaşdırmağa bərabərdir. Axı, eyni musiqini hamı eyni cür
qiymətləndirmir. Ku- kluks tayfasının ağ papağı Birləşmiş Ştatlarda
nifrət və rasizm simvoluna çevrilmişdi, İspaniyada isə bu, xristian
dininin qətiyyətini, təmizliyini göstərirdi.
- Eyni rəmzlər müxtəlif şəraitlərdə müxtəlif mənanı ifadə edir, -
Lenqdon ehtiyatla cavab verdi. - Ümumiyyətlə isə, pentakl
bütpərəstlərin dini rəmzi olub.
- Şeytana pərəstiş, - Faş başını tərpətdi.
- Yox, - Lenqdon dedi və dərhal anladı ki, sözləri ehtiyatla seçmək
lazımdır. Axı, indi «bütpərəst» və ya «bütpərəstlik» sözləri şeytana
ibadət kimi başa düşülür. Bu isə qətiyyən düzgün deyil. Bu sözün kökü
latın mənşəli pagan sözündəndir, mənası
isə «kənd sakmləri» deməkdir. Bütpərəstlər əsasən kənddə və meşədə
yaşamışlar, dini baxışlarına görə politeist olmuşlar, təbiət hadisələrinə
ibadət etmişlər. Xristian kilsəsi isə, «villes», - kənddə yaşayan bu
çoxallahlı insanlardan o qədər qorxub ki, «kənd sakini» mənasını
verən «vilain» sözü, «cinayətkar» kimi işlədilib.

49 downloaded from KitabYurdu.org


- Beş guşəli ulduz, - Lenqdon aydınlaşdırdı, - bu, xristianlıqdan
əvvəlki dövrə aid, Təbiət hadisələrinə ibadətlə bağlı rəmzdir. Qədim
insanlar dünyanı iki yerə bölürdülər - kişi və qadın. Onların eyni sayda
tanrı və ilahələri vardı. İn və yan. Kişi və qadın başlanğıclar
balanslaşdırıldıqda dünyada harmoniya hökm sürür. Balans
pozulduqda isə xaos yaranır. - Lenqdon mərhumun qarnını göstərdi: -
Pentakl yerdəki bütün canlıların qadın yarısının simvoludur. Dinləri
öyrənən tarixçilər bunu «müqəddəs qadın başlanğıcı» və ya
«müqəddəs ilahə» adlandırırlar. Bu isə, əlbəttə ki, Sonyerə məlum idi.
- Demək belə çıxır ki, Sonyer öz qarnında İlahə simvolu çəkib?
Bu qəribə də olsa, Lenqdon Faşla razılaşmağa məcbur oldu.
- Daha spesifik interpretasiya da var. Beşguşəli ulduz gözəllik və
məhəbbət ilahəsi olan Veneranın rəmzidir.
Faş döşəmədəki cansız, çılpaq kişiyə baxa-baxa burnunun altında
nəsə mızıldadı.
- İlk dinlər Təbiəti ilahi başlanğıc hesab etmişlər. İlahə Venera və
planet Venera - bu ikisi eyni şeydir. İlahə gecə səmasında öz yerini
tutur və onun bir çox adları mövcuddur - Venera, Şərq ulduzu, İştar,
Astarte. Bunların hamısı Təbiətlə və Ana Torpaqla bağlı olan qüdrətli
qadın başlanbıcının rəmzləridir.
Faş nədənsə narahat oldu. Şeytana itaət ideyası başından çıxmırdı.
Lenqdon qərara aldı ki, təfərrüata varmasın və beşguşəli ulduzun ən
heyrətamiz xassəi: onun Venera ilə bağlılığının qrafiki sübutları
haqqında heç nə deməsin. Lenqdon, hələ astronomiya fakultəsinin
tələbəsi olarkən öyrənmişdi ki, Venera planeti hər səkkiz ildən bir göy

50 downloaded from KitabYurdu.org


sferasının böyük çevrəsi üzrə hərəkət edərkən mütləq düzgün pentakl
cızır. Qədim insanlar bu hadisəni qeydə alaraq o qədər heyrətlənmişlər
ki, Venera və onun cızdığı pentaklı kamilliyin, gözəlliyin və seksual
məhəbbətin rəmzləri hesab etmişdilər. Bu hadisəni bayram etmək
üçün, qədim yunanlar Olimpiada oyunlarını hər səkkiz ildən bir
keçirərmişlər. Bu gün çox az adam bilir ki, müasir olimpiadalar
Veneranın yarım tsiklinə uyğun gəlir. Daha az adam bilir ki, beşguşəli
ulduzu az qala Olimpiada oyunlarının rəmzi kimi təsdiq edəcəkdilər,
amma son anda onu dəyişdilər: beşguşəli ulduzu beş halqa ilə əvəz
etdilər. Təşkilatçıların fikrincə bu, oyunların harmoniyasını və
iştrirakçıların ruhunu daha yaxşı əks etdirir.
- Mister Lenqdon, - Faş dedi, - görünür, sizin bu pentaklın şeytana
da aidiyyatı ola bilər. Hər halda, sizin amerikan dəhşət filmlərində o,
məhz elə bu mənanı daşıyır.
Lenqdon qaş-qabağını tökdü. Çox sağ ol, Hollivud. Beşguşəli ulduz
satanist- qatillər haqqında çəkilən dəhşət seriallarında virtual şablona
çevrilib. Beşguşəli ulduzlar digər demonik simvollarla yanaş
satanistlərin yaşadığı evlərin divarlarını bəzəyir. Lenqdon beşguşəli
ulduzun məhz bu mənada göstərilməsindən bərk hirslənirdi, axı
əvvəllər beşguşəli ulduz xeyrin rəmzi olub.
- Sizi əmin edirəm ki, - o dedi, - kinoda nə görməyinizə
baxmayaraq, beşguşəli ulduzun demonik interpretasiyası tarixi nöqteyi
nəzərdən qətiyyən doğru deyil. Qədimdə o, qadın başlanğıcının rəmzi
sayılırdı. Əlbəttə ki, min illər keçdikcə simvolların bəzilərinin mənası
tamamilə təhrif olunub. Hətta bunun üstündə qan da tökülüb.

51 downloaded from KitabYurdu.org


- Mən başa düşmürəm...
Lenqdon Faşın qalstukundakı sancağa baxdı və sözlərinin düzgün
başa düşülməyəcəyindən ehtiyatlandı.
- Kilsə, ser. Bir qayda olaraq, rəmzlər dəyşilməz olur, lakin
pentaklın mənası Roma katolik kilsəsi tərəfindən ilkin vaxtlarda
dəyişdirilib. Bu, bütpərəstliyin məhv edilməsi və kütlələrə xristianlığın
qəbul etdirilməsi ilə bağlı Vatikanın apardığı kampaniyanın bir hissəsi
idi. Və kilsə bütpərəstliyin müqəddəs rəmzlərinişər simvolları kimi
qələmə verərək onların tanrı və ilahələrinə qarşı aktiv mübarizə
aparırdı. Belə hallar adətən böyük dəyişikliklər, sarsıntılar dövründə
baş verir. - Lenqdon dedi. - İstənilən yeni qüvvə mövcud simvolları
dəyişməyə, gözdən salmağa, əvvəlki mənasını təhrif etməyə, hətta
məhv etməyə çalışır. Bütpərəstlik və xristianlıq arasında gedən
mübarizədə birincilər uduzdu. Poseydonun üçbaşlı əsası şeytanın
yabasına çevrildi, müdrikin şiş papağını cadugərlər qoydu. Beşguşəli
Venera ulduzu isə şeytanın rəmzi oldu. - Lendon ara verdi. - Təəssüf
ki, hətta ABŞ hərbi idarəsi də beşulduzdan istifadə etdi; indi bu,
müharibənin baş rəmzidir. Biz beşguşəli ulduzu qırıcı təyyarələrimizin
üstünə çəkirik, generallarımızın poqonlarına yapışdırırıq. Və əlvida
sənə, ey məhəbbət və sevgi ilahəsi.
- Maraqlıdır, - Faş dedi və döşəmədəki cəsədə baxdı. - bəs,
meyidin vəziyyəti? Bu sizə bir şey deyirmi?
Lenqdon çiyinlərini çəkdi:
- Bu cür vəziyyət sadəcə beşguşəli ulduzla müqəddəs qadın
başlanğıcının əlaqəsini bir daha qeyd etmək üçündür.

52 downloaded from KitabYurdu.org


- Bağışlayın, anlamadım.
- Bu, replikasiya adlanır. Simvolun təkrar edilməsi - onun mənasını
qətiləşdirməyin ən sadə üsuludur. Cak Sonyer istəyib ki, onun cəsədi
beşguşəli ulduza oxşasın. Bir pentakl yaxşı, ikisi isə əladır.
Faş uzun müddət Sonyerin əllərinə, ayaqlarına və başına baxdı,
sonra celelənmiş saçlarını sığalladı.
- Maraqlı analizdir, - o dedi. Və ara verdikdən sonra əlavə etdi: -
Bəs, nə üçün o soyunub? - Faş bu sözləri deyərkən, çılpaq, yaşlı kişi
bədəninin onda ikrah hissi doğurduğundan sifətini turşutdu, - Nə üçün
paltarlarını çıxarıb?
Yaxşı sualdır, Lenqdon düşündü. Şəkli görəndə, o özü də buna
təəccüblənmişdi. Yəqin ki bu, çılpaq insan bədəninin seksuallıq ilahəsi
Veneraya yaxınlığına bir işarədir. Müasir incəsənət kişi ilə qadının
fiziki ittifaqının Venera ilə assosiasiya yaratdığını qeyd edir, cinsi
xəstəliklərdən söhbət düşəndə «venerik» (zöhrəvi) sözünün
«Venera»dan yarandığını bilmək üçün heç də linqvist-etimoloq olmaq
lazım deyil. Amma Lenqdon bu mövzunun dərinliklərinə getmək
istəmədi.
- Mister Faş, mən sizə deyə bilmərəm ki, nə üçün Cak Sonyer
qarnının üstündə bu simvolu çəkib, deyə bilmərəm ki, niyə bu qəribə
pozada canını tapşırıb. Amma əminliklə deyə bilərəm ki, Sonyer kimi
insan, beşguşəli ulduza ilahi qadın başlanğıcının simvolu kimi baxa
bilərdi. Rəmzləri öyrənən tarixçilər və alimlərə beşulduzla müqəddəs
qadınlıq arasındakı əlaqə yaxşı məlumdur.
- Əla. Bəs, öz qanını mürəkkəb kimi istifadə etmək?

53 downloaded from KitabYurdu.org


- Yəqin ki, sadəcə onun əlinin altında yazmağa bir şey olmayıb.
Faş susdu, sonra dedi:
- Şəxsən mənə elə gəlir ki, o, öz qanından ona görə istifadə edib ki,
polisi məhkəmə-tibbi ekspertiza aparılmasına məcbur etsin.
- Bağışlayın?
- Onun sol əlinə baxın.
Lenqdon Sonyerin çiynindən biləyinə qədər ağappaq qoluna baxdı,
amma bir şey görmədi. Meyidin o biri tərəfinə keçib əyildi və heyrətlə
kuratorun barmaqları arasındakı fetr ucluqlu markörə (böyük
flamaster) baxdı.
- Biz cəsədi tapanda, bu, Sonyerin əlində idi, - Faş dedi.
Lenqdonun yanından keçib açılıb-yığılan stola yaxınlaşdı. Stolun
üstündə müxtəlif alətlər, naqillər, elektron əşyalar vardı. - Sizə
dediyim kimi, - o, stolun üstündəki əşyaları götürərək dedi, - biz
cinayət yerində heç bir şeyə toxunmamışıq. Bu tip qələmlər sizə
tanışdırmı?
Lenqdon markörün üstündəki yazını oxumaq üçün bir az da əyildi.
STYLO DE LUMİERE NOİRE
O, təəccüblə Faşa baxdı.
Xüsusi fetr ucluqlu bu cür markörlərdən görünməyən işarələr
qoymaq üçün muzeyin əməkdaşları, restavratorlar və polislər istifadə
edirdilər. Belə qələmlər spirtlə qarışdırılmış fluoressent mürəkkəblə
yazırlar. Yazını isə ancaq qaranlıqda oxumaq mümkün olurdu.
Muzeyin əməkdaşları bu markörlərlə restavrasiyası gərəkli olan
əsərlərin çərçivələrini işarələyirdilər.

54 downloaded from KitabYurdu.org


Lenqdon qalxdı, Faş isə lampaya yaxınlaşıb onu söndürdü. Qalereya
qaranlığa qərq oldu.
Birdən-birə «kor olmuş» Lenqdon özünü narahat hiss etdi. Lakin
gözləri qaranlığa öyrəşdikcə, qırmızımtıl işıqda Faşın siluetini gördü.
Faş əlində qırmızı- bənövşəyi işıq verən xüsusi cihazla ona yaxınlaşdı.
- Bəlkə də, bilirsiniz, - Faş dedi, - polis cinayət yerində qan və
digər izlər axtararkən bu cür işıqlardan istifadə edir. İndi siz biləcəksiz
ki, biz necə təəccübləndik... - o, lampanın işığını meyidə tərəf çevirdi.
Lenqdon baxdı və diksindi.
Ürəyi bərk döyünürdü. Meyidin yanında parket döşəmədə hərflər
parıldayırdı. Kuratorun son sözləri. İşarələrə baxa-baxa Lenqdon hiss
edirdi ki, bu hadisəni bürüyən duman get-gedə qatılaşır.
O, gördüyünü bir də oxuyub Faşa baxdı:
- Lənət şeytana, bu nə deməkdir?
- Müsyö, bu suala məhz siz cavab verməlisiniz.
Yaxında, kuratorun kabinetində, Luvra indicə qayıtmış leytenant
Kolle yazı stoluna bərkidilmiş qulaqasma qurğusuna tərəf əyildi. Ona
qəzəbli gözlərini zilləmiş, robota oxşar orta əsr cəngavərinin fiquru
olmasaydı, Kolle özünü daha rahat hiss edərdi. O, qulaqcıqları tapıb
köçürmə sisteminin bərk diskinə girişdə səsin səviyyəsini bir daha
yoxladı. Hər şey normal işləyirdi. Mikrofonlarda heç bir nasazlıq yox
idi.
Le moment de verite («Həqiqət anı» - frans.), o düşündü.
O, gülümsəyərək gözlərini yumdu və Böyük Qalereyanın divarları
arasındakı son söhbətə ləzzətlə qulaq asmağa hazırlışdı.

55 downloaded from KitabYurdu.org


VII FƏSİL
Sen-Sülpis kilsəsinin ikinci mərtəbəsində, xordan sol tərəfdə sadə bir
mənzil yerləşirdi. Kasıb mebelli və daş döşəmələi iki otaq rahibə
Sandrin Billə məxsus idi. Onun rəsmi rezidensiyası yaxınlıqdakı
monastırda yerləşirdi. Amma o, kilsənin sakitliyini daha çox
xoşlayırdı. Və burda özünü rahat hiss edirdi, yumşaq yataq dəsti ilə
təmin olunmuşdu, telefon əlinin altındaydı, həmişə isti yeməyi vardı.
Rahibə Sandrin bacı kilsənin təsərrüfat müdiri idi, daha dəqiq
desək, kilsənin fəaliyyət göstərməsi üçün lazım olan qeyri-dini
sahələrlə məşğul idi. Təmizlik işləri, əşyaların lazımi qaydada
saxlanılması, xidmətçiləri işə götürülməsi, kilsə bağlandıqdan sonra
binanın mühafizəsi, ərzaqların, o cümlədən şərab və priçastiye ayinini
icra etmək üçün kinə həblərinin sifarişi - onun vəzifəsinə aid olan
işlərin tam olmayan siyahısını belə idi.
Telefon zəng çalanda, o, artıq yatağa uzanıb yatmışdı. Dəstəyi
qaldırıb zorla dilləndi:
- Soeur Sandrine. Eglise Saint-Sulpice.
- Salam, bacı, - kişi fransızca cavab verdi.
Sandrin bacı yataqda oturdu. İndi saat neçədir? O, zəng edənin
səssini tanımışdı. Xidmət etdiyi on beş il ərzində bir dəfə də olsun bu
səs onu yuxudan oyatmamışdı. Abbat mömin insan idi və axşam
messasından (messa - katolik ibadətlərindən birinin adı -S.B.) sonra
dərhal evə yatmağa gedərdi.
- Əgər sizi yuxudan etdimsə, bağışlayın bacı, - abbatın səsi
həmişəkindən fərqli olaraq əsəbiydi, - Sizdən bir xahişim var. Mənə

56 downloaded from KitabYurdu.org


indicə, nüfuzlu amerikalı yepiskop zəng etmişdi. Manuel Arinqarosa.
Bəlkə də, tanıyırsız?
- «Opus Dei»nin rəhbəri? - əlbəttə, o tanıyırdı. Kilsə
xadimlərindən kim onu tanımırdı ki? Son illərdə Arinqarosanın
mühafizəkar prelaturasının nüfuzu çox artmışdı. 1982-ci ildə II İohann
Pavel «Opus Dei»yə gözlənilmədən «papanın şəxsi prelaturası»
rütbəsini verərək onu daha yüksək pilləyə qaldırmışdı. Bu o deməkdi
ki, onların bütün dini fəaliyyətlərinə papanın özü rəsmən sanksiya
verir. «Opus Dei»nin yüksəlişi qəribə də olsa o ilə təsadüf edirdi ki,
şaiyələrə görə, həmin vaxt varlı bir sekta «Vatikan bankı» adı ilə
tanınan Vatikan Dini Tədqiqatlar İnstitutunun hesabına təxminən bir
milyard dollar köçürərək onu iflasdan xilas etmişdi. Və Roma papası
gözlərini qırpmadan, dərhal «Opus Dei»yə «yaşıl işıq» yandırmış,
beləliklə, həlli yüz illərlə gözlənilən məsələni iyirmi ilə
qanuniləşdirmişdi. Rahibə Sandrin bacı hiss etməyə bilməzdi ki, bu
təşkilatın Romadakı vəziyyəti yumşaq desək, şübhəlidir, amma zati-
əqdəsləri ilə kim mübahisə edə bilərdi ki?..
- Yepiskop Arinqarosa bir iş üçün məndən xahiş etmişdir, - abbat
səsi titrəyə- titrəyə dedi, - Onun bir yaxını bu gün Parisə gəlib...
Sonra Sandrin bacı səbrlə qəribə bir xahişi dinlədi və əhvalı
korlandı.
- Bağışlayın, siz dediniz ki, «Opus Dei»dən olan bu adam səhərə
qədər gözləyə bilməz?
- Qorxuram ki, yox. Onun təyyarəsi sübh tezdən uçur. O, isə Sen-
Sülpisi həmişə görmək arzusunda olub.

57 downloaded from KitabYurdu.org


- Amma bizim kilsə gündüz daha maraqlı olur. Rəngli şüşələrdən
düşən günəş şüaları, qnomonda kölgələrin oyunu (qnomon- kölgəyə
əsasən günortanı və günorta xəttinin istiqamətini təyin edən qədim
astronomik cihaz) bizim kilsəni daha unikal edir.
- Sizinlə razıyam, bacı, lakin. Qısası, onu qeç olmasa az bir
müddətə içəri buraxsanız, mənə böyük lütfkarlıq göstərmiş olarsınız. O
dedi ki, gecə saat birdə kilsəyə gələcək. Deməli, iyirmi dəqiqədən
sonra.
Sandrin bacı narazı halda dilləndi: - Hə, əlbəttə. Kömək etməyə
şadam.
Abbat ona minnətdarlıq edib dəstəyi asdı.
Rahibə, tamamilə pərişan halda yuxusunu qovmağa çalışaraq bir
neçə saniyə də isti yatağında oturdu. Altmış yaşlı qadın əvvəllər
olduğu kimi yatağından cəld və yüngül qalxa bilmirdi, həm də bu zəng
onun halını tamam pozmuşdu. Ümumiyyətlə, «Opus Dei»nin adı
çəkiləndə o, əsəbləşirdi. Nəfsin öldürülməsi üçün edilən dəhşətli
rituallardan savayı, onun üzvləri yumşaq desək, qadına orta əsr
baxışlarıyla münasibət göstərirdilər. Orada, kişilər messada olarkən,
qadınların onların otaqlarını heç bir haqq ödənilmədən təmizləməyə
məcbur edilmələrini; kişilərin saman doldurulmuş döşəklərdə,
qadınların isə quru döşəmədə yatdığını; «nəfsin öldürülməsi» zamanı
ilkin günaha cəza kimi qadınların əlavə ritulları yerinə yetirməsinə
məcbur edilməsini öyrəndikdə o, dəhşətə gəlmişdi. Bir sözlə, onlar
«dərketmə ağacı»ndan almanı dərən Həvvanın günahına bütün
ömürləri boyu cavab verməli idilər. Bu çox acınacaqlı idi, xüsusi ilə

58 downloaded from KitabYurdu.org


nəzərə alınsa ki, katolik kilsələrinin əksəriyyəti tədricən düzgün
istiqamət götürərək qadın hüquqlarına hörmət etməyə çalışırdılar.
«Opus Dei» isə bu tərəqqiyə maneə idi. Buna baxmayaraq Sandrin
bacı vədinə əməl etməli idi.
O, ayaqlarını çarpayıdan yerə qoyub yavaş-yavaş ayağa qalxdı. Daş
döşəmənin soyuğu onun yalın ayaqlarını gizildətdi. Bu soyuq, sanki,
ayaqlarından yuxarı qalxaraq bütün bədənini titrədirdi, birdən ürəyinə
ağırlıq çökdü.
Bu nədir? Qadın intuisiyasımı?
Sandrin bacı əsil dindar kimi çoxdan həyəcanını, ruhunu
sakitləşdirməyi öyrənmişdi. Amma bu gün sakitləşdirici səslər nəyə
görəsə susurdu. Kilsədə də cansıxıcı sakitlik hökm sürürdü.
VIII FƏSİL
Lenqdon parketdəki qırmızımtıl hərf və rəqəmlərdən gözlərini çəkə
bilmirdi. Lenqdonun anladığına görə, Cak Sonyerin yazdıqları ölən
adamın vida sözlərinə heç də oxşamırdı. Kurator bunu yazmışdı:
13-3-2-21-1-1-8-5 Div nar idol an od iç!
O zalim an!
Lenqdon bütün bunların nə demək olduğunu anlamırdı, amma indi
ona artıq aydın idi ki, Faş niyə israrla beşguşəli ulduzun şeytana
ibadətə və ya bütpərəstliyə aid olduğunu iddia edir.
Div nar idol an od iç! Sonyer hansısa idolu nəzərtə tuturdu. Bir də
bu, anlaşılmaz rəqəmlər.
- Bu yazının bir hissəsi rəqəmli şifrdir.
- Bəli, - Faş başını tərpətdi. - Bizim kriptoqraflar artıq bunun

59 downloaded from KitabYurdu.org


üzərində işləyirlər. Düşünürük ki, bu rəqəmlər qatili göstərən açardır.
Ola bilər ki, bu telefon nömrəsi ya da sosial sığorta kartının nömrəsi
olsun. Bəlkə siz deyəsiniz, bu rəqəmlər hansısa bir simvolik məna
daşıyırmı?
Lenqdon bu rəqəmlərin rəmzi mənasını açmaq üçün saatlarla vaxt
lazım olduğunu anlayaraq bir daha onlara baxdı. Əgər Sonyer bununla
nəsə demək istəmişsə. Rəqəmlər, təsadüfi seçilmiş rəqəmlərə
oxşayırdı. Lenqdon rəmzi silsilələrə çox rast gəlmişdi, bunlardan nəsə
məna çıxarmaq mümkün idi. Amma burda hər şeyin: beşguşəli ulduz,
mətn və rəqəmlərin bir-birilə hər hansı əlaqəsi görünmürdü.
- Əvvəl siz dediniz ki, - Faş dilləndi, - Sonyerin ölüm anında
bütün hərəkətləri ona yönəlib ki, özündən sonra nəsə bir məlumat,
xəbər saxlasın... İlahəyə ibadət və ya nəsə bu tipdə. Bəs, Sonyerin
döşəməyə yazdıqları bu sxemə necə uyğundur?
Lenqdon anladı ki, sual yalnız bəlağət xatirinə verilib. Rəqəmlərin
və anlaşılmaz sözlərin qarışığı Lenqdonun ilahə kultu ilə bağlı
versiyasına qəti uyğun gəlmirdi.
Div nar idol an od iç? O zalim an?
- Sizə elə gəlmir ki, - Faş dedi, - bu mətn, ittiham kimi səslənir?
Lenqdon Böyük Qalereyadan çıxa bilməyib ölümünü gözləyən
kuratorun son dəqiqələrini təsəvvür etməyə çalışdı. Faşın sözlərində
müəyyən məntiq var idi.
- Bəli, qatilin ünvanına deyilmiş ittihamlar. Düşünürəm ki, belə də
ola bilər.
- Mənim də işim ondan ibarətdir ki, qatilin adını tapım. Mister

60 downloaded from KitabYurdu.org


Lenqdon, icazə verin sizdən bir şey də soruşum. Rəqəmlərdən başqa,
sizin fikrinizcə, bütün bu yazıda ən qəribə olanı nədir?
Ən qəribə olanı? Can verən insan qalereyaya girişi bağlayır,
qarnının üstündə beşguşəli ulduz çəkir, döşəmədə sirli ittiham sözləri
yazır. Sualı başqa cür qoymaq lazımdır. Burda qəribə olmayan nədir?
-«İdol» sözü? - Lenqdon dedi. Ağlına ilk gələn bu oldu. - «İdol an
od iç» Sözlərin seçimi qəribədir. O, kimi nəzərdə tutur? Tammam
anlaşılmazdır.
- «İdol an od iç»? - Faşın səsində səbirsizlik hiss olunurdu. - Mənə
elə gəlir ki, Sonyerin seçdiyi sözlərin elə bir əhəmiyyəti yoxdur.
Faşın nə demək istədiyini Sonyer anlamadı, amma şübhələnməyə
başladı; Faş hansı bir idolunsa öhdəsindən yaxşı gələ bilərdi.
- Sonyer fransız idi, - Faş dedi. - Parisdə yaşayırdı. Amma buna
baxmayaraq, qərara alıb ki, axırıncı sözlərini.
- İngiliscə yazsın, - Lenqdon kapitanın nə dediyini anlayıb
tamamladı. Faş başını tərpətdi:
- Precisement (Düzdür, - frans.). Amma nə üçün? Buna aid nə
deyə bilərsiniz?
Lenqdon bilirdi ki, Sonyer ingiliscə yaxşı danışır, amma bu insanın
ölümqabağı
yazısını ingiliscə yazmağa məcbur edən səbəbləri anlaya bilmirdi. O,
susub çiyinlərini çəkdi.
Faş mərhumun qarnındakı beşguşəli ulduzu göstərib dedi:
- Deməli, bunun şeytana ibadətlə heç bir əlaqəsi yoxdur? Siz,
əvvəlki kimi, buna əminsinizmi?

61 downloaded from KitabYurdu.org


Lenqdon artıq heç nəyə əmin deyildi.
- Rəmzlər və mətn uyğun gəlmir. Bağışlayın, burda mən sizə heç
bir kömək edə bilmərəm.
- Bəlkə bu, vəziyyəti daha da aydınlaşdırar... - Faş cəsədin
yanından kənara çəkilib lampanı qaldırdı və daha geniş sahə işıqlandı.
- Bəs indi?
Lenqdon kuratorun cəsədinin ətrafında çəkilmiş xəttə heyrətlə
baxdı. Yəqin ki, Sonyer döşəməyə uzanaraq, elə həmin markörün
köməyi ilə bədəni boyu dairə çəkmişdi.
Və indi hər şey dərhal aydınlaşdı.
- «Vitruvian insanı»! - Lenqdon ah çəkərək dedi. Sonyer Leonardo
da Vinçinin məşhur əsərinin təbii ölçülərdə surətini yaratmaq istəyib.
O zamanlarda bu rəsm anatomik nöqteyi-nəzərdən insan bədəninin
dəqiq təsviri idi. Və nəticədə mədəniyyətin ikonası oldu. Bu rəsmi
plakatlarda, kompüter siçanları üçün altlıqlarda, maykalarda və
çantalarda həkk etdilər. Da Vinçinin çəkdiyi məşhur rəsmdə yupyumru
dairənin içində çılpaq kişi təsvir olunurdu. Ölmüş Sonyerin əlləri və
ayaqları hansı vəziyyətdə idisə, rəsmdəki çılpaq kişinin əlləri və
ayaqları elə idi.
Da Vinçi. Lenqdon sarsılmışdı, hətta bədəni ürpəşdi. Sonyerin
məqsədinin aydınlığını inkar etmək olmaz. Kurator ömrünün son
dəqiqələrində paltarını çıxararaq qəsdən Leonardo da Vinçinin məşhur
«Vitruvian insanı» əsərindəki kimi dairənin içində uzanmışdı.
Məhz bu dairə çətin məsələnin həlledici və çatışmayan elementi idi.
Çılpaq kişi bədəninin ətrafında çəkilmiş dairə - qadın müdafiə rəmzi,

62 downloaded from KitabYurdu.org


kişi və qadın başlanğıcının harmoniyasını bildirirdi. İndi bir sual qalır:
Sonyer nə üçün məşhur əsəri imitasiya etmişdi?
- Mister Lenqdon - Faş dedi, - sizin kimi adamlar bilməlidirlər ki,
Leonardo da Vinçinin qara qüvvələrə xüsusi rəğbəti olub. Bu da onun
yaradıcılığında öz əksini tapıb.
Leonardo da Vinçi haqqında belə təfərrüatların Faşa məlum olması
Lenqdonu heyrətləndirirdi, yəqin ki, məhz buna görə kapitan şeytana
ibadətdən danışır. Da Vinçi həmişə çətin tədqiqat obyekti olub,
xüsusən də xristian ənənələrinə sadiq tarixçilər üçün. Heç bir şübhə
doğurmayan dahiliyinə baxmayaraq, Leonardo da Vinçi qatı
homoseksualist olmuşdu, həm də təbiəti Tanrı kimi qəbul edirdi. Bu
isə onu günahkara, kafirə çevirirdi. Bu azmış kimi, dahi rəssamın
eksentrik hərəkətləri ona demonik aura yaradırdı: da Vinçi insanın
anatomiyasını öyrənmək məqsədi ilə meyidləri ekshumasiya edirdi; öz
sirli fikirlərini sağdan-sola qarmaqarışıq xətlə curnallara yazırdı;
özünü kimyagər hesab edirdi, inanırdı ki, qalayı qızıla çevirə biləcək.
Və hətta Allah-Təalaya əks gedərək, guya ölümsüzlük eliksiri
yaratmışdı.
Bundan başqa indiyə qədər görünməmiş, son dərəcə dəhşətli işgəncə
alətləri və silahlar düzəltmişdi.
Anlaşılmazlıq - inamsızlıq yaradır, - Lenqdon düşündü.
Da Vinçinin hətta xristian ənənələrinə cavab verən nəhəng əsərləri
şübhə ilə qəbul edilirdi. Kilsə xadimləri hesab edirdilər ki, bu rəsmlər
dahi rəssamın mənəvi ikiüzlülüyünü, yalançılığını təsdiqləyir. Təkcə
Vatikandan Leonardo yüzlərlə sifariş alırdı. Amma xristianlıq

63 downloaded from KitabYurdu.org


mövzusuna aid rəsmləri ürəyinin hökmü ilə, ya da dini inanclarına
görə çəkmirdi. Yox, o, bu sifarişləri kommersiya maraqlarından,
pozğun həyat tərzi keçirmək üçün lazım olan vəsaiti əldə etməkdən
ötrü qəbul edirdi. Bədbəxtlikdən Da Vinçi zarafatcıl və nadinc idi, tez-
tez əylənirdi, bununla da öz oturduğu budağı baltalayırdı. Xristianlıq
mövzusundakı bir çox əsərlərdə xristianlığa aid olmayan gizli işarələr
və rəmzlər çəkmişdi, bununla da kilsəni ələ salmış, öz həqiqi
inanclarına isə hədiyyə vermişdi. Hətta Lenqdon bir dəfə bu haqda
Londonun Milli Qalereyasında mühazirə də oxumuşdu. Mühazirə belə
adlanırdı: «Leonardonun gizli həyatı. Xristianlıq mədəniyyətində
bütpərəstlik simvolları».
- Başa düşürəm ki, siz narahatsınız, - Lenqdon dedi, - amma inanın
ki, - Da Vinçi qara magiya ilə heç zaman məşğul olmayıb. O, kilsə ilə
daim konfliktdə olsa da, ruhani və istedadlı bir insan idi. - O, sözünü
qurtarmışdı ki, birdən onun ağlına gözlənilməz fikir gəldi. O, yenə
döşəməyə sarı əyilib sözlərə baxdı. Div nar idol an od iç! O zalim an!
- Bəli? - Faş dedi.
Lenqdon ehtiyatla dilləndi:
- Bilirsiniz, mən, indicə düşündüm ki, Sonyer Da Vinçinin dini
baxışları ilə razılaşırmış və müasir dindən müqəddəs qadın başlanğıcı
anlayışını istisna edən kilsə xadimlərini təqdir etmirmiş. Ola bilsin ki,
Da Vinçinin məşhur əsərini imitasiya etməklə Sonyer demək istəyib:
Leonardo kimi o da, kilsənin İlahəyə şeytani qüvvə kimi baxmasından
əzab çəkib.
Faş qaşqabaqla baxdı.

64 downloaded from KitabYurdu.org


- Demək, siz hesab edirsiniz ki, Sonyer kilsənin «idol an od iç»
adlandıraraq «zalim an»ı da ona aid edib.
Lenqdon etiraf etdi ki, o, bu qədər də dərin fikirləşmir. Lakin,
beşguşəli ulduz onu bu ideyaya yenidən qaytarırdı.
- Mən sadəcə olaraq demək istədim ki, mister Sonyer öz həyatını
İlahənin tarixini öyrənməyə həsr edib. İlahənin isə dünyada heç kim
katolik kilsəsi qədər təhqir etməyib. Sonyer də öz ölümqabağı aktı ilə
buna öz təəssüfünü bildirmək istəyib.
- Təəssüfünü? - Faşın səsi acıqlı idi. - Sizə elə gəlmir ki, o, bunu
ifadə etmək üçün ifrata varıb?
Lenqdonun səbir kasası daşdı: - Qulaq asın, kapitan, siz soruşdunuz
ki, mənə intuisiyam nə deyir, xahiş etdiniz ki, Sonyerin niyə bu pozada
tapıldığını aydınlaşdırım. Mən də öz bildiyim kimi izah edirəm.
- Siz hesab edirsiniz ki, bu, kilsənin ittihamıdır? - Faş qəzəbini
güclə boğaraq dilləndi. - Mister Lenqdon, mən çox ölüm görmüşəm,
mənim işim belədir və icazə verin, deyim ki, əgər bir insan digərini
öldürürsə, mən inanmıram, bu vaxt ölən adamda heç kimin aça
bilməyəcəyi, dumanlı bir dini müraciət yazmaq kimi qəribə fikir
yaransın. Mən şəxsən hesab edirəm ki, o, yalnız bu haqda düşünüb. La
vengeance (qisas haqqında -frans.). Və düşünürəm ki, bunu yazmaqla
qatilinin kim olduğunu göstərmək istəyib.
Lenqdon təəccüblə ona baxdı:
- Amma sözlərin heç bir mənası yoxdur!
- Yoxdurmu?
- Yox, - o, təəssüflə, yorğun-yorğun dedi. - Siz özünüz dediniz ki,

65 downloaded from KitabYurdu.org


Sonyerə kabinetdə hücum ediblər. Özünün içəri buraxdığı adam
hücum edib.
- Bəli.
- Bundan belə çıxır ki, kurator qatili tanıyırmış.
Faş başını tərpətdi:
- Davam edin.
- Əgər Sonyer həqiqətən öz qatilini tanıyırdısa, onda burda hansı
işarələr qatili göstərir? - Lenqdon döşəmədəki işarələri göstərdi. -
Rəqəmli kod? Hansısa «od iç idolu»? «Zalim an»? Qarnının üstündəki
ulduz? Çox qarmaqırışıqdır?
Faş üzünü elə turşutdu ki, sanki, bu ideya onun ağlına heç
gəlməmişdi.
- Bəli, doğrudur.
- Hər şeyi nəzərə alsaq, - Lenqdon davam etdi, - əgər Sonyerin
məqsədi bizə qatilin kim olduğunu demək idisə, sadəcə bu adamın
adını yazardı, vəssalam.
Bütün bu vaxt ərzində ilk dəfə idi ki, Faşın dodaqlarında təbəssüm
görünürdü.
- Precisement, - o dedi, - precisement.
- Mən əsil ustanın işinin şahidi oldum, leytenant Kolle Faşın səsini
qulaqcıqlar vasitəsi ilə eşidərək düşündü. Agent anlayırdı: məhz buna
oxşar anlar, fransız güc xidmətlərinin iyerarxiyasında yüksək post
tutmağa kapitana kömək etmişdi.
Faş başqasında olmayan cəsarətə malikdir.
İncə yalan - indi mühafizə orqanları tərəfindən az istifadə olunan

66 downloaded from KitabYurdu.org


məharətdir, bu, çətin vəziyyətdə özünü ələ almağı tələb edir. Çox az
adam əməliyyatı belə incə apara bilər, Faş isə, sanki bunun üçün
doğulub. Onun soyuqqanlılığına və səbrinə, hətta robot paxıllıq edə
bilər.
Lakin, bu gün o, azca təlaşlı idi, elə bil ki, həll edəcəyi məsələni
daha çox ürəyinə salmışdı. Düzdür, bir saat əvvəl öz adamlarına
verdiyi instruksiyalar adəti üzrə olduğu kimi lakonik və çətin idi.
- Mən bilirəm, Cak Sonyeri kim öldürüb, - Faş demişdi. - Siz isə
bilirsiniz, nə etmək lazımdır. Heç bir səhv buraxmayın.
Hələlik onlar heç bir səhvə yol verməmişdilər.
Şübhəli adamın günahkar olmasına Faşın hansı sübutlara
əsaslanaraq əmin olduğunu, Kolle hələ bilmirdi. Amma bilirdi ki,
Öküzün intuisiyası heç vaxt yalan demir. Ümumiyyətlə, Faşın
intuisiyası zaman-zaman qeyri-adi təsir bağışlayırdı. Allah özü onun
qulaqlarına pıçıldayır - Faş növbəti dəfə özünün altıncı hissini nümayiş
etdirərkən agentlərdən biri demişdi. Və Kolle etiraf etməyə məcbur idi
ki, əgər Allah varsa, onda Öküz ləqəbli Faş onun sevimlisidir. Kapitan
başqa məmurlara nisbətən tez-tez kilsməyə dua oxumağa gedirdi. Bu
isə onun imicini qoruyurdu. Bir neçə il əvvəl Roma papası Parisə təşrif
buyuranda Faş əlindən gələni etmişdi ki, onun audensiyasına düşsün.
İndi Papa ilə birlikdə çəkdirdiyi şəkil onun kabinetindən asılmışdı.
Papa Öküzü - o vaxtdan agentlər onu belə çağırırdılar.
Katolik kilsələrində uşaqbazlıq qalmaqalı baş verəndə adətən çıxış
və bəyanatlardan qaçan Faşın bu hadisəyə kəskin surətdə reaksiya
verməsini Kolle qəribə və hətta gülünc hesab etmişdi. O vaxt Faş

67 downloaded from KitabYurdu.org


bəyanat vermişdi ki, bu rahibləri iki dəfə asmaq lazımdır. Bir dəfə
uşaqlara qarşı cinayət işlətdiklərinə görə, ikinci dəfə isə - katolik
kilsənin təmiz adını ləkələdiklərinə görə. Kolledə o vaxt belə təəssürat
yaranmışdı ki, ikinci səbəb Faşı daha çox özündən çıxarmışdı.
Kompüterin arxasına keçən Kolle bu günkü işi ilə - izləmə sisteminə
baxmaqla məşğul oldu. Ekranda binanın cinayət baş verən hissəsinin
mərtəbə-mərtəbə detallı planı göründü. O, bu sxemi Luvrun
təhlükəsizlik şöbəsindən almışdı.
Mausun düyməsini basaraq Kolle qalereya və dəhlizlərin qarmaqarışıq
labirintinə diqqətlə baxırdı. Və nəhayət axtardığı tapdı.
Böyük Qalereyanın axırında kiçik qırmızı nöqtə yanıb-sönürdü.
La marque (nişangah - frans.)
Bəli, bu gün Faş öz qurbanını yaman sıxma-boğmaya salıb. Belə
yaxşıdır. Təkcə Robert Lenqdonun soyuqqanlılığına təəccüb etmək
qalır.
IX FƏSİL
Onun Lenqdonla söhbətinə heç kəsin qulaq asmadığına əmin olmaq
üçün Bezu Faş hətta Mobil telefonunu da söndürmüşdü.
Bədbəxtlikdən, bu, ikitərəfli radio kanalı olan çox bahalı model idi və
onun əmrlərinin əksinə olaraq agentlərdən biri rəislə operativ əlaqə
saxlamaq üçün bundan istifadə edirdi.
- Capitaine? - Dəstəkdə xışıltılı səs eşidildi.
Faş qəzəblə dişlərini sıxdı. Şübhəli şəxslə söhbətin ən əsas yerində,
bu kritik məqamda görəsən, mühüm olan nə baş vermişdi ki, Kolle
birdən-birə cəsarətlənib zəng etsin?

68 downloaded from KitabYurdu.org


- Oui? (Bəli? -frans.)
- Capitaine, un agent du Departement de Cryptographic est arrive.
(Kapitan, Kriptoqrafiya şöbəsindən agent gəlib - frans.)
Faşın qəzəbi dərhal soyudu. Kriptoqraf? Əlbəttə, indi vaxtı deyilsə
də, qoy olsun, pis xəbər deyil. Sonyerin döşəmədəki sirli yazısını
görən kimi Faş cinayət yerinin şəkillərini kriptoqrafiya şöbəsinə
vermişdi. O ümidlə ki, bəlkə mütəxəssislərdən hansısa Sonyerin nə
demək istədiyini aydınlaşdıra bildi. Əgər indii xüsusi şifr gəlibsə, o
deməkdir ki, onlar Sonyerin yazdıqlarının mənasını anlayıblar.
- Mən məşğulam, - Faş elə tonda dedi ki, bu zəngdən məmnun
olmadığını biruzə verə bilsin. - Kriptoqrafdan xahiş et ki, komandir
postunda gözləsin. İşimi qurtaran kimi o cənabla söhbət edəcəm.
- O xanımla, - xəttin o biri ucunda onun səhvini düzəltdilər, - bu,
agent Nevedir.
Faşın əhvalı dərhal korlandı. O, Sofi Neveni Məhkəmə Polisi
İdarəsinin ən böyük səhvlərindən biri hesab edirdi. Kriptoqrafiyanı
Londonda öyrənən bu gənc parisli qızı polisə daha çox sayda
qadınların cəlb olunması ilə əlaqədar Nazirliyin başladığı kampaniya
zamanı, iki il əvvəl rəhbərlik Faşın şöbəsinə zorla təyin etmişdi. Bu
siyasətin güc strukturlarını zəiflədəcəyinə əmin olan Faşın fikirlərini
Nazirlikdə qətiyyən eşitmək istəməmişdilər. Qadınlar təkcə fizioloci
xüsusiyyətlərinə görə polisdə işləməyə yararlı deyil, onların elə qadın
olması kişilərə neqativ təsir göstərir, onları işdən ayırır və süstləşdirir.
Faşın əndişəsi özünü doğrultdu: Sofi Neve onun əməkdaşlarını işdən
yayındırmaqda böyük məharət sahibi idi və bu, pis nəticələrə də gətirib

69 downloaded from KitabYurdu.org


çıxarmışdı.
Otuz iki yaşlı xanım qətiyyətli, həm də inadkar idi. O, Britaniyada
istifadə olunan yeni metodologiyanın üstünlüyünü sübut etməklə,
fransız kriptoqrafiya ustalarını öz üzərinə qaldırmışdı. Lakin, Faşı ən
çox narahat edən o idi ki, şöbənin bütün kişilərinin gözü daim bu gənc,
cəlbedici qadına zillənirdi.
- Agent Neve sizinlə dərhal, elə indicə görüşmək istəyir, kapitan, -
dəstəkdən eşidildi, - Mə nonu dayandırmaq istədim, amma o, artıq
Qalereyaya tərəf gəlir.
Faş əsəbləşdi.
- Yox, bu daha heç nəyə sığmır! Axı, mən demişdim ki...
Robert Lenqdona elə gəldi ki, indicə Faş özündən gedəcək. O,
sözlərini tamamlamadı, çənəsi sallandı, gözləri qanla doldu. Və bu
gözlər Lenqdonun arxasına tərəf dikildi. Lenqdon çevrilməyə macal
tapmamış gənc qadının melodik səsini eşitdi:
-Excusez-moi, messieures (Bağışlayın, cənablar-frans.)
Lenqdon çevrilib gənc qadını gördü. O, dəhlizlə yüngül və qəti
addımlarla düz onlara tərəf gəlirdi. Onun hər bir hərəkətində incəlik
vardı. Dizlərinə qədər uzun, açıq sarı rəngli sviter və qara lengins
geyinmişdi. Kifayət qədər cazibədardır, Lenqdon düşündü, otuz yaşı
olar. Kürən-şabalıdı rəngli qalın saçları çiyinlərinə tökülmüşdü. O,
Harvarddakı pəhriz saxlayan ərköyün sarışın qızlardan tamam
fərqlənirdi. Bu qadın nəinki gözəl və təbii idi, həm də inamlı, güclü və
məlahətli görünürdü.
Lenqdonun təəccübünə rəğmən, qadın düz ona yaxınlaşıb əlini

70 downloaded from KitabYurdu.org


uzatdı:
- Müsyö Lenqdon? Mən, Məhkəmə Polisi İdarəsinin Kriptoqrafiya
şöbəsinin agenti Neveyəm. - O, ingiliscə fransız aksenti ilə danışırdı,
bu isə onun nitqinə xüsusi gözəllik verirdi. - Sizinlə tanış olmağıma
şadam.
Lenqdon onun incə əlini öz əlinə aldı və hiss etdi ki, bu gözəl
gözlərin baxışı altında özünü bir təhər hiss edir. Onun gözləri aydın,
yaşıl rəngdə idi.
Faş hirslə dişlərini sıxaraq nəfəsini çəkdi.
- Kapitan, - qadın, sanki bunu hiss edərək ona tərəf çevrildi, -
mane olduğum üçün bağışlayın, amma...
- Ce n'est pasle moment! (İndi uyğun vaxt deyil! -frans.) - Faş
hirslə dedi.
- Mən zəng etməyə çalışdım, - Sofii Lenqdona hörmət əlaməti
olaraq ingiliscə danışmağa davam etdi, - amma sizin mobil
telefonunuz söndürülüb.
- Mən onu qəsdən söndürmüşəm, - Faş acıqlandı. - Mister
Lenqdonla söhbətimə heç kəsin mane olmaması üçün.
- Mən rəqəmli kodun şifrəsini açmışam, - qadın dedi.
Lenqdonun ürəyi sevinclə döyündü. O, kodun şifrəsini açıb?
Faş, bu xəbərə necə reaksiya verəcəyini bilmədiyindən susdu.
- Bir az sonra izah edərəm, - Sofi dedi. - Məndə mister Lenqdon
üçün təcili informasiya var.
Faşın üzü təəccübdən əyildi:
- Mister Lenqdon üçün?

71 downloaded from KitabYurdu.org


O, başını tərpədib Lenqdona tərəf çevrildi:
- Sizdən ABŞ səfirliyi ilə təcili əlaqə yaratmağınızı xahiş edirlər.
Ştatlardan sizə məktub var.
Lenqdon təəccübləndi və eyni zamanda da həyəcanlandı. Ştatlardan
məktub? Axı kimdən? Bu, kim ola bilər? - o, düşünməyə çalışdı. Onun
Parisdə olduğunu iş yoldaşlarından yalnız bir neçəsi bilirdi.
Bu xəbər, deyəsən, Faşın xoşuna gəlmədi.
- ABŞ səfirliyi? - o, şübhəylə dilləndi. - Axı onlar hardan bilirlər
ki, mister Lenqdon burdadır?
Sofi çiyinlərini çəkdi:
- Yəqin ki, onlar mister Lenqdondan ötrü mehmanxanaya zəng
ediblər. Qapıçı isə deyib ki, onu Məhkəmə Polisinin agenti aparıb.
Faş narahat oldu:
- Demək, belə çıxır ki, sonra səfirlik bizim idarənin Kriptoqrafiya
şöbəsi ilə əlaqə saxlayıb?
- Yox, ser, - Sofi sakit və qətiyyətlə cavab verdi, - Mən sizinlə
əlaqə yaratmaq istəyərkən növbətçiyə zəng etdim. Orda dedilər ki,
mister Lenqdon üçün xəbər var. Həm də xahiş etdilər ki, əgər mən
sizinlə görüşə bilsəm, bu xəbəri çatdırım.
Faş üz-gözünü turşutdu. Ağzını açıb nəsə demək istəyirdi ki, Sofii
Lenqdona tərəf çevrildi.
- Mister Lenqdon, - o, cibindən bükülü kağız vərəqini çıxararaq
dedi, - bu, səfirliyin telefon nömrəsidir. Onlar yubanmadan zəng
etməyinizi xahiş etdilər. - O, vərəqi uzadaraq Lenqdonun gözlərinə
mənalı baxışlarla baxdı, - Mən kodu kapitan Faşa izah edənə qədər,

72 downloaded from KitabYurdu.org


mütləq zəng edin.
Lenqdon kağızı açdı. Paris nömrəsi, qarşısında da bir neçə rəqəm.
- Sağ olun, - o, təşvişə düşdüyünü hiss edərək dedi, - Bəs, mən
telefon hardan tapım?
Sofi cibindən mobil telefonunu çıxarmaq istədi, lakin Faş işarə ilə
onu dayandırdı. O, indi lava və kül püskürməyə hazır olan Vezuvi
vulkanına oxşayırdı. Gözlərini Sofidən ayırmadan öz mobil telefonunu
Lenqdona uzatdı.
- Bu xəttə heç kim qulaq asa bilməz, mister Lenqdon. Zəng edə
bilərsiniz.
Faşın belə kəskin reaksiyası və bu mehriban qadına qəzəbi Lenqdonu
təəccübləndirmişdi. O, telefonu kapitandan aldı. Faş dərhal Sofini
kənara çəkib onunla sakitcə söhbətə başladı. Bu kaptitan yavaş-yavaş
Lenqdonun xoşuna gəlmirdi. Kağızdakı rəqəmlərə baxa-baxa o,
nömrəni yığmağa başladı.
Siqnallar eşidildi.
Bir siqnal... iki... üç...
Dəstəkdə şıqqıltı eşidildi.
Lenqdon səfirlikdəki operatorun səsini eşidəcəyini gözləyirdi,
amma avtocavablayıcı işə düşdü. Qəribədir, lentə yazılmış səs ona
tanış gəldi. Hə, əlbəttə! Bu, Sofi Nevenin səsidir.
- Boncour, vous etes bien chez Sophie Neveu, - qadın səsi eşidildi.
- Ce suis absente pour le moment, mais...(Sabahınız xeyir, siz Sofi
Neveyə zəng etmisiz. İndi o, evdə yoxdur, amma. - frans.)
Lenqdon çaşqın halda Sofiyə tərəf döndü:

73 downloaded from KitabYurdu.org


- Miss Neve, bağışlayın, siz mənə.
- Yox, nömrə düzdür, - Sofi tələsərək onun sözünü kəsdi, - sadəcə
olaraq, səfirlikdə məlumatların avtomatlaşdırılmış qəbulu sistemi
quraşdırılıb. Siz informasiyanı əldə etmək üçün giriş kodunu da
yığmalısınız.
- Amma. - Lenqdon təəccüblə dedi.
- Sizə verdiyim kağızda üç rəqəm də var.
Lenqdon ağzını açıb demək istəyirdi ki, siz səhv etmisiniz, amma
Sofi acıqlı və xəbərdaredici baxışlarla onu süzdü. Onun yaşıl gözləri
deyirdi: Heç bir sual vermə! Nə deyirlərsə, onu da et!
Tamam çaş-baş qalan Lenqdon kağıza yazılmış üç rəqəmi də yığdı: 4-
5-4.
Avtocavablayıcı dərhal susdu, sonra Lenqdon fransızca danışan
daha bir elektron səs eşitdi:
- Sizin üçün bir yeni məlumat var.
Yəqin ki, 4-5-4 rəqəmi Sofi evdə olmadıqda məlumatları qəbul
etmək üçün daxil olma kodu idi. Mən bu qadına aid olan məlumatları
qəbul etməliyəm?
Lenqdon fırlanan lentin xışıltısını eşitdi. Nəhayət, xışıltı kəsildi,
maşın işə düşdü. Lenqdon diqqətlə qulaq asırdı. Və yenə Sofinin səsi
eşidildi.
- Mister Lenqdon, - o, pıçıltı ilə deyirdi, - Bu xəbərə heç bir
reaksiya verməyin. Sadəcə qulaq asın, vəssalam. Sizin həyatınız
təhlükədədir. Xahiş edirəm, bütün göstərişlərimi yerinə yetirin.

74 downloaded from KitabYurdu.org


X FƏSİL
Saylas, onun üçün xüsusi gətirilmiş qara rəngli «audi»nin sükanı
arxasında oturub Sen-Sülpis kilsəsinə baxırdı. Hündür binadan səmaya
iki qüllə - zəng qüllələri ucalırdı. Binanın aşağı və yuxarı hissələrini
yarıqaranlıqda vəhşi və gözəl heyvanın qabırğasına oxşayan dayaqlar
bəzəyirdi.
Bu vəhşilər guşəli daşı Allahın evində gizlətmişdilər. Cəmiyyət
növbəti dəfə özünün yalançılar və kafirlər kimi məşhur reputasiyasını
təsdiqləmişdi. Saylas daşı tapıb onu Ustada verməyə və çox-çox
əvvəllər məlun bütpərəstlərin inam əhlindən nəyi oğurladıqlarını
öyrənməyə tələsirdi.
Bu tapıntı «Opus Dei»ni daha da qüdrətli edəcəkdi.
Saylas «audi»ni kilsənin qarşısındakı boş meydanda saxlayıb
mühüm tapşırığı yerinə yetirməmişdən əvvəl həyəcanını yatırmaq və
fikrini cəmləmək üçün dərindən nəfəs aldı. Bu gün səhər «nəfsin
öldürülməsi» ritualını yerinə yetirdiyi üçün enli kürəyi hələ də
ağrıyırdı. Amma bu ağrını xilas edilmiş ruha verilən mükafatla
müqayisə etmək olardımı?..
Buna baxmayaraq xatirələr ona əzab verirdi.
Nifrətdən azad ol, - Saylas öz-özünə dedi. - Sənin əleyhinə
gedənləri bağışla, Rəbim.
Sen-Sülpis kilsəsinin daş qüllələrinə baxa-baxa, Saylas keçmişi
yada xatırlayarkən onu bürüyən nifrət hissi ilə mübarizə aparmağa
çalışırdı. Və özünü gənc vaxtlarında düşdüyü həbsxanada görürdü.
Bunu xatırlayanda həmişə

75 downloaded from KitabYurdu.org


əsəbləşirdi, sanki indii, elə bu dəqiqə çürümüş kələmin iyrənc
qoxusunu, insan sidiyinin iyini, ölümü hiss edirdi. Sanki, Pireney
küləklərinin vıyıltısına qarışmış çarəsiz fəryadları, atılmış, gərəksiz
insanların sakit hıçqırıqlarım eşidirdi.
Andorra, - o düşündü. Və əzələlərinin necə gərildiyini hiss etdi.
Bu, bəlkə də inanılası deyildi, amma məhz orda, İspaniya ilə Fransa
arasında itib-batmış kiçicik ölkədə, soyuqdan titrədiyi bu daş torbada
ancaq bir şeyi - ölməyi istəyirdi. Və məhz orada Saylas xilas edildi.
Əlbəttə, o vaxt, bunu o, anlamırdı.
İldırım çaxdı və işıq oldu.
«O vaxt onun adı Saylas deyildi, yox, qoy indi də valideynlərinin
ona qoyduğu adı xatırlamasın. Yeddi yaşı olarkən evdən getmişdi.
Sağalmaz içki düşgünü olan atası təzə doğulan uşağın - oğlunun
albinos olduğunu görüncə qəzəblənmişdi. Bundan sonra uşağın anasını
xəyanətdə ittiham edərək daim döyürdü. Oğlan anasını müdafiə
etməyə çalışanda, o da vəhşicəsinə döyülürdü.
Bir dəfə axşam anası o qədər döyülmüşdü ki, döşəməyə yıxılıb
qalmış və uzun müddət ayağa qalxmamışdı. Oğlan cansız bədənin
yanında durmuş və birdən onu dözülməz günah hissi çulğamışdı.
Bütün bunlar mənim ucbatımdandır!
O vaxt, onun kiçicik bədəninə sanki demonlar hakim olmuşdu. O,
mətbəxə keçib böyük bıçağı götürmüş və sanki yuxudaymış kimi
hərəkət edərək sərxoşluqdan huşunu itirmiş atasının xoruldadığı yataq
otağına getmişdi. Oğlan, heç bir söz demədən, bıçağı atasının kürəyinə
saplamışdı. Ağrıdan qışqıran atası qalxmaq istəmiş, lakin oğlan

76 downloaded from KitabYurdu.org


dəhşətli fəryadlar kəsilincəyə qədər onu bıçaqla vurmuşdu.
Sonra isə oğlan, bu dəhşətli evdən qaçmışdı. Amma Marselin
küçələri qonaqpərvər deyildi. Xarici görkəminin qəribə olmasının
ucbatından özü kimi avaraların yanına gedə bilmirdi. Xaraba qalmış
fabrikin zirzəmisində tək-tənha gecələdi, oğurladığı meyvələrlə və çiy
balıqlarla qarnını doldurdu. Camaşırxanalardan götürdüyü köhnə
curnallar onun yeganə yoldaşı oldu. Onları oxumağı özü öyrəndi. Vaxt
keçdi, o böyüdü. On iki yaşı olarkən, yaşca ondan azca böyük avara
bir qız onun yeməyini oğurlamağa çalışmış və küçədə onu ələ salaraq
gülmüşdü. Onun yumruq və təpiklərindən qız az qala canını
tapşırmışdı. Onu zorla qızdan ayırmış polislər ultimatum verdilər: ya
Marseldən rədd olub getməlidir, ya da azyaşlılar üçün həbsxanaya
düşməlidir.
Belə olduqda oğlan Tulona köçdü. İndii yoldan keçənlərin
baxışlarında mərhəmət və iyrənmə yox, əsil qorxu görürdü. Yanından
keçən insanların pıçıltılarını aydınca eşidirdi. Kabusdur, - onun ağ
dərisinə dəhşətlə baxan adamlar deyirdilər. Şeytanın gözləri kimi
qıırmızı gözləri olan kabus!
O da özünü bir dəniz limanından başqasına qaçan görünməz, şəffaf
kabus kimi hiss etməyə başlamışdı.
Sanki, insanlar onu görmürdülər.
On səkkiz yaşı olanda, liman şəhərlərinin birində vetçina
konservləri ilə dolu qutunu oğurlayarkən yaxalanmışdı. Atası kimi
pivə qoxusu verən iki matros onu döymüşdü. Onda o qədər nifrət hissi
baş qaldırmışdı ki, gücü onqat artmışdı. Matrosun birinin boynunu

77 downloaded from KitabYurdu.org


sındırmış, ikinci matrosu isə bu aqibətdən polislər xilas etmişdi.
İki ay sonra qollarına qandal vurularaq Andorra həbsxanasına
göndərilmişdi.
- Sən kabus kimi ağsan! - mühafizəçilərin müşaiyəti ilə çılpaq
halda, soyuqdan titrəyə-titrəyə dəhlizlə yeriyərkən məhbuslar qəh-qəhə
çəkib gülürdülər. - Mira el espectro (Siz bir ona baxın, - ispan.). Əgər
kabusdursa, deməli, divarlardan da keçə bilər.
On iki il dustaqxanada yatmışdı. Elə düşünürdü ki, onun canı və
ruhu sıxılaraq görünməz və şəffaf olub.
Mən kabusam.
Mənim cismim yoxdur.
Yosoy un espectro... palido coto unfantasma... caminando este
mundo o solas (Siz bir baxın. kabus kimidir. bu dünyada tək-tənha
avaralanır- ispan.)
Bir dəfə gecə «kabus» dustaqların qışqırığından yuxudan ayıldı.
Nəinki onun yatdığı döşəməni, hətta onun daş qəfəsinin divarlarını da
titrədən qüvvənin nə olduğunu anlamadı. Ayağa qalxmışdı ki, yekə bir
çay daşı onun indicə uzandığı yerə düşdü. Başını qaldırdı ki, daşın
hardan düşdüyünə baxsın və təəccüblə daş qəfəsdəki böyük deşiyi
gördü. Ordan isə on il görmədiyi bir şeyi - ayı gördü.
O, dar tuneldən keçəndə yer hələ titrəyirdi. Və birdən özünü dağın
təpəsindəki meşədə gördü. Bütün gecəni aclıqdan, soyuqdan
sayıqlaya-sayıqlaya aşağıya doğru qaçdı.
Sübh çağı özünə gəldikdə gördü ki, meşənin içindən keçən qatar
yolunun yanındadır. O, yuxudakıtək sayıqlayaraq dəmiryolu boyunca

78 downloaded from KitabYurdu.org


yeridi. Sakitlik və sığınacaq axtara-axtara boş yük vaqonunu görüb
mindi. Ayılanda isə qatarın hərəkət etdiyini bildi. Çox vaxt keçib?
Hara? Acından qarnında dözülməz ağrılar başlamışdı. Mən ölürəm ki?
Və yenə yuxuya getdi. Öz çığırtısından yuxudan ayıldı: kimsə onu
döyüb vaqondan aşağı tullamışdı. Başdan-ayağa qan içində yemək
tapmaq üçün balaca bir kəndin ətrafında uzun müddət avaralandı,
amma heç nə tapmadı. O qədər zəiflədi ki, yolun ortasında yıxılıb
huşunu itirdi.
Sonra qəfildən ətraf işıqlandı və «kabus» nə zamandan bəri
öldüyünü düşündü. Bir gün əvvəl? Yoxsa, üç gün?... Axı, bunun nə
əhəmiyyəti var. Yorğan- döşəkbulud topaları kimi ağappaq, həm də
yumşaq idi, havadan ətirli şamların qoxusu gəlirdi. İsa da burdaydı,
düz ona baxırdı. Mən burdayam, İsa dedi.
Qəbirüstü daşı götürdülər və sən təzədən doğuldun.
O, hey yatırdı. Beyni dumanlanmışdı. O heç vaxt, o dünyanın
mövcudluğuna inanmamışdı, buna baxmayaraq, ona elə gəlirdi ki, İsa
baxışlarıyla onu süzür. Çarpayının kənarında yemək peyda oldu və
«kabus» acgözlüklə, son tikəsinə qədər hamısını yedi. Sonra yenə
yatdı. Ayılıb gördü ki, İsa gülümsəyərək ona baxır və deyir: Mənim
övladım, sən xilas edilmisən. Kim mənim yolumla gedir, o, xeyir
tapacaq.
Sonra yenə onu yuxu apardı.
Qəzəbli qışqırıqlar və fəryad səsləri onu yuxudan ayıltdı.
Çarpayıdan durub, ayaqları bir-birinə dolaşa-dolaşa səs gələn tərəfə
getdi. Mətbəxə girib gördü ki, sağlam bir kişi özündən zəif və boydan

79 downloaded from KitabYurdu.org


qısa birini döyür. Özü də səbəbini bilmədən «kabus» yekəpərin
yaxasından tutu bonu divara çırpdı. Yekəpər döşəməyə yıxıldı, sonra
ildırım sürətilə ayağa qalxıb qaçdı. «Kabus» keşiş sutanasında olan
gəncin başı üstündə durub ona baxırdı. Keşişin burnu sınmışdı, sifəti
qan içindəydi. «Kabus» onu qaldırıb otağa gətirdi və ehtiyatla divana
uzatdı.
- Sağ ol, mənim dostum, - keşiş fransızca zorla danışırdı, -
Məbədin tikintisi üçün yığılmış pul, oğru üçün yaxşı şikardır. Yuxuda
sən fransızca danışırdın. İspanca necə, bilirsən?
«Kabus» başını buladı.
- Adın nədir? - keşiş fransızca dedi.
Valideynlərinin qoyduğu adı o, xatırlaya bilmirdi.
Keşiş gülümsədi.
- No hay problema (Bu, problem deyil, - ispan.) Mənim adım
Manuel Arinqarosadır. Mən madridli missionerəm. Bura İsa Məsihin
şərəfinə məbəd tikmək üçün göndərilmişəm.
- Mən hardayam? - «kabus» sakitcə soruşdu.
- Ovyedoda. İspaniyanın şimalında.
- Bura necə düşmüşəm?
- Kimsə səni mənim evimin astanasına gətirib atmışdı. Sən xəstə
idin. Mən səni yedizdirdim. Sən çoxdandır burdasan.
«Kabus» öz xilaskarına baxdı. Axırıncı dəfə kimin ona mərhəmət
göstərdiyi yadında deyildi.
- Sağ ol, ata.
Keşiş əlini partlamış dodaqlarına sürtdü.

80 downloaded from KitabYurdu.org


- Əslində, mən sənə minnətdar olmayılam, mənim dostum.
Səhər yuxudan duranda «kabus» başındakı dumanın çəkildiyini hiss
etdi. O, uzanıb çarpayının baş tərəfində divardan asılmış xaça baxırdı.
İsa onunla daha danışmasa da, öz mövcudluğunu hiss etdirirdi ona. O,
yataqda oturdu və tumbanın üstündəki qəzetə təəccüblə baxdı. Məqalə
bir həftə əvvəl çıxmışdı, həm də fransızca yazılmışdı. Onu oxuyanda
qorxuya düşdü. Məqalədə deyilirdi ki, dağlarda baş vermiş dəhşətli
zəlzələ nəticəsində həbsxana tamamilə dağılıb və təhlükəli
cinayətkarlardan bir neçəsi qaçıb.
Ürəyi möhkəm döyünürdü. Deməli, keşiş bilir, mən kiməm! O,
çoxdan idi ki, belə hiss keçirməmişdi. Ayıb hissi. Günah. Bu hisslər
ələ keçməyin qorxusu ilə qarışmışdı. O, çarpayıdan dərhal qalxdı. Hara
qaçmaq?
- Əməl kitabıdı, - arxadan səs eşidildi.
«Kabus» diksinib çevrildi.
Keşiş qapıda durub gülümsəyirdi. Onun burnuna bint bağlanmışdı,
əlində isə İncil vardı.
- Sənin üçün, fransızca tapmışam. Başlığı da nişanlamışam.
«Kabus» çaşqın halda keşişin əlindəki kitabı alıb nişanlanmış yeri
tapdı.
Bu başlıqda Saylas adlı əsirdən söhbət gedirdi. O, çılpaq və
döyülmüş halda zirzəmidə uzanıb Allaha dua edirdi. «Kabus» 26-cı
sətiri oxuyub diksindi.
Qəfildən zəlzələ oldu, zirzəminin divarları uçdu, dərhal bütün
qapılar açıldı, vurulmuş qandallar boşaldı.

81 downloaded from KitabYurdu.org


O, gözlərini qaldırıb keşişə baxdı.
Keşiş mehribanca gülümsəyirdi:
- Mənim dostum, əgər sənin adın yoxdursa, bundan sonra səni
Saylas çağıracağam.
«Kabus» özünü itirmiş halda başını tərpətdi. Saylas. Mənim adım
Saylasdır.
- İndi isə səhər yeməyinin vaxtıdır, - keşiş dedi. - Bu məbədi
tikməkdə mənə kömək etmək istəyirsənsə, güc toplamalısan».
Aralıq dənizinin üstündən 20 min fut hündürlükdə uçan
«Amitaliya» 1618 təyyarəsinin bortu birdən titrədi və bütün sərnişinlər
təşvişə düşdü, təyyarə turbulent axına girmişdi. Amma yepiskop
Arinqarosa buna əhəmiyyət vermədi. Onun fikri «Opus Dei» ilə bağlı
gələcək işlərdə idi. O, Parisdə işlərin necə getdiyini öyrənməyə tələsir
və Saylasa zəng etmək istəyirdi. Amma edə bilməzdi, Ustad bunu da
nəzərə almışdı.
- Bu yalnız sənin təhlükəsizliyin üçündür, - o, ingilis dilində
fransız ləhcəsiylə Arinqarosaya demişdi.
- Mən elektron rabitəni yaxşı bilirəm. Bütün zənglərə qulaq asmaq
çox asandır. Nəticə isə çox ağır ola bilər.
Ustadın haqlı olduğunu Arinqarosa anlayırdı. Ümumiyyətlə o, çox
ehtiyatlı insan idi. Onun əsil adını hətta Arinqarosa da bilmirdi.
Verdiyi əmrləri yerinə yetirməyin və məsləhətlərə qulaq asmağın
gərəkli olduğunu Ustad dəfələrlə sübut etmişdi. Həm də ki, o, çox gizli
informasiyanı əldə edə bilmişdi. Cəmiyyətin yüksək ranqlı dörd
üzvünün adları. Məhz bu məlumat yepiskopu əmin etmişdi ki, yalnız

82 downloaded from KitabYurdu.org


Ustad «Opus Dei» üçün qiymətli xəzinənin yerini tapa bilər.
Uçuşdan qabaq Arinqarosanın onunla belə söhbəti olmuşdu.
- Yepiskop, - Ustad dedi, - mən hər şeyi ölçüb-biçmişəm. Və
bizim planın baş tutması üçün siz bir neçə gün ərzində Saylasa yalnız
mənim zənglərimə cavab verməyə icazə verməlisiniz. Siz bir-birinizlə
danışmamalısınız. Mənsə onunla etibarlı kanallar vasitəsi ilə əlaqə
saxlayacam.
- Ona ehtiram göstərəcəyinizi vəd edirsinizmi?
- Mömin insan ən yüksək hörmətə layiqdir.
- Çox gözəl... Belə başa düşürəm ki, hər şey qurtaran qədər mən
Saylasla əlaqə yaratmamalıyam.
- Mən bu yalnız sizi, Saylası və xəzinəni qorumaq üçün edirəm.
- Xəzinəni?
- Yepiskop, əgər irəli getmək cəhdi, sizi həbsxanaya düşürsə,
mənim zəhmətimi mükafatlandıra bilməzsiniz.
Yepiskop gülümsündü:
- Bəli, bu, belədir. Neynək, bizim arzularımız eynidir! Allah
köməyimiz olsun! İyirmi milyon avro, - yepiskop təyyarənin
illüminatoruna baxaraq düşündü.
Dollarla da təxminən o qədər. Bu böyüklükdə xəzinə üçün kiçik
mükafatdır.
O, əmin idi ki, Ustad və Saylas onu pis vəziyyətdə qoymazlar. Pul
və inam həmişə güclü səbəblər olub.
XI FƏSİL
- Une plaisanterie numerique? - Sofini iti və qəzəbli baxışlarla süzən

83 downloaded from KitabYurdu.org


Faş dedi. - Rəqəmli oyun? Sonyerin yazdığı koda sizin professional
yanaşmanız belə bayağı nəticə çıxarmağa imkan verib? Demək bu,
riyazi hoqqadan başqa bir şey deyil? - Faş bu qızın həyasızlığından
təngə gəlmişdi. Bura icazəsiz girməyi azmış kimi, indi də onu
inandırmağa çalışır ki, guya Sonyer həyatının son dəqiqələrində öz
məktubunu riyazi hoqqa şəklində yazmağın qayğısına qalıb.
- Bu kod, - Sofii fransızca tez-tez danışırdı, - sadə bir şeydir.
Yəqin Cak Sonyer özü də başa düşüb ki, biz bunu dərhal açacağıq. - O,
köynəyinin cibindən kağız vərəqi çıxarıb Faşa uzatdı, - Bu da onun
açması.
Faş yazıya baxdı.
1-1-2-3-5-8-13-21
- Bunu necə başa düşmək olar? - o dedi. - Siz rəqəmləri sadəcə
tərsinə düzmüsünüz, vəssalam?
Sofii gülümsəyərək dedi:
- Bəli.
Faş artıq dözmədi:
- Bilirsiniz nə var, agent Neve, mən bilirəm, bu axmaq işlərlə
harda məşğul olmusunuz, məsləhət görürəm ki, elə oraya da gedəsiniz,
özü də dərhal! - O, mobil telefonu qulağına söykəyərək yaxınlıqda
dayanmış Lenqdona fikirli-fikirli baxdı. Yəqin ki, hələ də amerikan
səfirinin məlumatına qulaq asır. Onun sifəti bozarmışdı. Faş anladı ki,
xəbərlər pisdir.
- Kapitan, - Sofi qəsdən saymazyana və lovğa-lovğa dedi. - Sizin
indii baxdığınız rəqəmlər məşhur riyazi silsilədir, vəssalam.

84 downloaded from KitabYurdu.org


Faş heç vaxt eşitməmişdi ki, dünyada məşhur riyazi silsilələr də var.
Həm də bu Nefenin danışıq tərzi onun heç xoşuna gəlmirdi.
- Bu, Fibonaççi ardıcıllığı adlanır, - o, Faşın əlindəki kağızı
göstərib dedi. - Bu, hər bir həddi özündən əvvəlki iki həddin cəminə
bərabər olan silsilədir.
Faş rəqəmlərə baxdı. Doğrudan da, hər bir ədəd özündən əvvəlki iki
ədədin cəminə bərabər idi, amma bunun Cak Sonyerin ölümünə nə
dəxli var, onu anlamırdı.
- Riyaziyyatçı alim Leonardo Fibonaççi bu kəşfi hələ on üçücü
əsrdə edib. Və əlbəttə ki, Sonyerin döşəmədə yazdığı rəqəmlərin
Fibonaççinin məşhur silsiləsinin bir hissəsi olması təsadüfi deyil.
Faş bir neçə saniyə susub Sofiyə baxdı.
- Çox gözəl. Əgər bu təsadüf deyilsə, onda bəlkə, siz
aydınlaşdırasız ki, Sonyer bunu niyə yazıb? Bununla nə demək
istəyib? Nəyi nəzərdə tutub?
O çiyinlərini çəkdi:
- Tamamilə heç bir şeyi. İş elə bundadır. Bu, sadəcə kriptoqrafik
zarafatdır. Elə bil ki, məşhur bir şairin sözlərini ixtiyari qaydada
düzmüsən. Yalnız bir məqsədlə: görəsən, sitatın hansı şairdən
olduğunu kim tapacaq?
Faş hədə dolu baxışlarla irəliyə addımladı və Sofidən yalnız bir
neçə düym aralıda dayandı.
-Yəqin ki, sizin daha inandırıcı izahınız olacaq?
Sofinin mülayim üzü sərtləşdi.
- Kaptitan, sizin bu gün nə ilə üz-üzə qalmağınızı nəzərə alsaq,

85 downloaded from KitabYurdu.org


düşünürəm ki, Cak Sonyerin sizinlə sadəcə oynamaq ehtimalını da
bilməniz xeyrinizə olardı. Görünür, sizin başqa fikriniz var. Belə olan
halda, Kriptoqrafiya şöbəsinin direktorunu xəbərdar edəcəyəm ki, daha
bizim xidmətlərimizə ehtiyacınız yoxdur.
O, bu sözləri deyib çevrildi və dəhlizin çıxışına tərəf addımladı.
Faş onun qaranlıqda gözdən itməsinə çaşqınlıqla baxırdı. O,
deyəsən, dəli olub? Sofi Neve indicə özünü qətlə yetirdi, peşə nöqteyi-
nəzərindən gələcək karyerasının üstündən xətt çəkdi.
Faş Lenqdona tərəf döndü. O, hələ də həyəcanla telefona qulaq
asırdı. ABŞ səfirliyi. Kapitan Faş bu dünyada çox şeyə nifrət edirdi...
Amma bu ölkənin səfirliyi qədər onu özündən çıxaran nəsə çətin
tapılardı.
Faş və amerikan səfiri Parisə gələn amerikalı qonaqların ucbatından
tez-tez əlbəyaxa olurdular. Məhkəmə Polisi Baş İdarəsi demək olar ki,
hər gün narkotiklərdən istifadəyə görə amerikalı tələbələri, azyaşlı
fahişələrlə əlaqələrinə görə ABŞ biznesmenlərini, ictimai mülkiyyətə
ziyan vurmağa və mağazalarda oğurluğa görə amerikalı turistləri həbs
edirdi. Bütün bu hallarda ABŞ səfirliyinin leqal olaraq müdaxilə etmək
və günahkarları ölkədən çıxarmaq, onları vətənə ekstradisiya etmək
hüququ vardı. Belə də olurdu. Amma orada cinayətkarları cinayət
məsuliyyətinə cəlb etmirdilər.
Səfirlik isə öz qara işini görməkdə davam edirdi.
Faş bu təcrübəni «məhkəmə polisini axtalama» adlandırırdı. Bu
yaxınlarda «Pari Matç»da karikatura dərc olunmuşdu. Burda Faş
amerikalı cinayətkarları qapmaq istəyən polis köpəyi kimi təsvir

86 downloaded from KitabYurdu.org


edilmişdi. Amma köpək Amerika səfirliyinə zəncirlə bağlandığından
cinayətkarları dişləyə bilmirdi.
Bu gün olmaz, Faş öz-özünə dedi. Hirslənmək lazım deyil, ortada
çox böyük iş
var.
Lenqdon telefonu qapatdı. Onun görkəmindən əhvalının korlandığı
bəlli idi.
- Hər şey qaydasındadır? - Faş soruşdu. Lenqdon başını buladı.
Yəqin, evdən pis xəbərlər gəlib, Faş qərara aldı və Lenqdondan
telefonu
alarkən professorun tərlədiyini gördü.
- Bədbəxt hadisə olub, - qəribə görkəm almış Lenqdon mızıldadı. -
mənim bir dostum... - o susdu və sonra əlavə etdi: - Mən sabah tezdən
mütləq evə uçmalıyam.
Faş, Lenqdonun yalan deməsindən şübhələnə bilməzdi. Amma o,
gördü ki, daha doğrusu hiss etdi ki, nəsə olub. Amerikalının gözlərində
qorxu vardı.
- Mən çox təəssüf edirəm, - sınayıcı nəzərlərlə gözlərini
Lenqdondan çəkməyən Faş dedi, - Bəlkə, əyləşsəniz yaxşı olar? - O,
dəhlizdəki oturacağı göstərdi.
Lenqdon çaşqın halda başını tərpətdi və oturacağa tərəf yeridi.
Amma birdən dayandı.
- Mənə tualetə getmək lazımdır, - o, utana-utana dedi.
- Faş duruxdu.
- Tualet. Hə, əlbəttə ki. Gəlin, bir neçə dəqiqə fasilə edək, - o,

87 downloaded from KitabYurdu.org


uzun və qaranlıq dəhlizin o biri tərəfini göstərib dedi: - Tualet ordadır,
kuratorun kabinetinin arxasında.
Lenqdon tərəddüd edirdi. Sonra isə Böyük Qalereyaya çıxan başqa
dəhlizi göstərib dedi:
- Deyəsən, lap yaxında, bax orda da tualet var.
Lenqdonun haqlı olduğunu Faş anladı. Böyük Qalereyanın sonunda
iki tualet vardı.
- Sizi ötürüm?
Lenqdon başını buladı və getdi.
- Lazım deyil. Mən bir qədər təklikdə qalsam, xeyrimə olar.
Faş bu fikirdən xoşlanmadı. Onu sakitləşdirən isə Böyük
Qalereyanın sonunda çıxışın olmaması idi. Çıxış əks tərəfdə, dəmir
hörmə olan yerdə idi. Yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq
belə böyük binanın ehtiyat çıxışları da vardı, amma onlar Sonyer
siqnalizasiya sistemini işə saldıqdan sonra evtomatik olaraq
bağlanmışdı. Yox, indi güman ki, sistemi ayırıblar, pilləkəndəki əlavə
çıxışları açıblar, amma bunun o qədər əhəmiyyəti yox idi, əsas qapıları
məhkəmə polisi idarəsindən olan agentlər mühafizə edirdi. Lenqdon
aradan çıxa bilməzdi.
- Mən mister Sonyerin kabinetinə baş çəkməliyəm, - Faş dedi. -
Ora gələrsiniz, mister Lenqdon. Biz mütləq bəzi məsələləri müzakirə
etməliyik.
Lenqdon başını tərpətdi və qaranlıqda gözdən itdi.
Faş çevrilib əks istiqamətə tərəf hirslə addımladı. Dəmir hörməyə
çatıb, onun altından sürünüb keçdi, Böyük Qalereyadan çıxdı və cəld

88 downloaded from KitabYurdu.org


dəhlizi keçib Sonyerin kabinetinə girdi.
- Sofii Neveni binaya buraxmağa kim icazə verib? - O, hədə-qorxu
gələrək soruşdu.
İlk dillənən Kolle oldu:
- O, girişdəki mühafizəçilərə dedi ki, kodun şifrəsini açıb.
Faş ətrafa baxdı.
- O gedib?
- Bəs o, sizinlə deyil?
- Yox, o getdi. - Faş qaranlıq dəhlizə baxdı. Güman ki, Sofinin
əhvalı pozulduğundan kabinetə, uşaqların yanına dönməyib.
Faş düşündü ki, çıxışdakı mühafizəçilərə zəng edib Sofini
buraxmamağı tapşırsın və onu bura gətirtsin. Amma sonra qərara aldı
ki, lazım deyil. İndi bu qızla məşğul olmağın vaxtı deyil. Daha mühüm
işlər var. Agent Neve ilə sonra məşğul olarıq, o düşündü. Faş qəti
qərara almışdı ki, onu işdən qovdursun.
O, fikirli-fikirli Sonyerin stolunun üstündəki miniatür cəngavərə
baxırdı. Sonra Kolleyə dedi:
- Siz onu izləyirsiz?
Kolle cavabında başını tərpətdi və kompüterin ekranını Faşa tərəf
çevirdi. Mərtəbəli planda yanıb-sönən qırmızı nöqtə görünürdü, siqnal
«TOİLETTES PUBLİQUES» kimi qeyd olunmuş yerdən gəlirdi.
- Yaxşı, - Faş dedi və siqaret yandırdı. Sonra dəhlizə tərəf getdi, -
Mən zəng etməliyəm. İzləyin ki, Lenqdon tualetdən başqa bir yerə
getməsin.

89 downloaded from KitabYurdu.org


XII FƏSİL
Lenqdon Böyük Qalereyanın axırına tərəf addımlayırdı. Onun başı
gicəllənirdi. Sofinin qəribə xəbəri nəyi bildirirdi? Dəhlizin sonunda
qapılarına işarələr vurulmuş tualet otaqları göründü və o, divarlarında
italyan rəsm əsərləri asılmış, bir-biri ilə kəsişən çoxlu dəhlizin
yanından keçdi.
Lendon kişi tualetinin qapısını tapıb içəri girdi və işığı yandırdı.
Otaq boş idi. O, çanağa yaxınlaşıb üzünə soyuq su vurdu ki, fikrini
cəmləyə bilsin. Çanağın üstündə parlaq flüorsent işıqlar yanırdı,
otaqdan ammiak qoxusu gəlirdi. Lenqdon kağız dəsmalla üzünü
qurulamağa başladı və birdən qapı cırıldadı. O, cəld çevrildi.
Sofii Neve içəri girdi, onun yaşıl gözlərində qorxu vardı.
- Allaha şükür, siz burdasınız! Bizim vaxtımız, demək olar ki,
yoxdur.
Lenqdon Məhkəmə Polisi Baş İdarəsinin şifrələrin açılması üzrə
mütəxəssisinə
çaşqın-çaşqın baxdı. Bir neçə dəqiqə bundan əvvəl onun verdiyi
məlumata qulaq asarkən, Lenqdon düşünürdü ki, bu qadın, sadəcə
dəlidir. Lakin intuisiya deyirdi ki, Sofi Neve onunla səmimidir. Bu
məlumata reaksiya verməyin. Sadəcə qulaq asın. Siz təhlükədəsiniz.
Mənim bütün tapşırıqlarımı yerinə yetirin. Lenqdon Sofinin
məsləhətlərinə əməl etməyi qərara aldı. Faşa dedi ki, onun yaxın
dostunun qəzada xəsarət alması xəbəri gəlib və o, mütləq təcili olaraq
ABŞ-a qayıtmalıdır. Sonra da əlavə etdi ki, o, tualetə getmək istəyir.
İndi isə Sofi yaxında idi, onunla üzbəüz dayanmışdı. Və flüorsent

90 downloaded from KitabYurdu.org


lampaların insafsızcasına parıldayan işığında onun sifətini yaxşıca
süzdü və qətiyyətli, güclü bir qadının üzündə yumşaq, hətta incə
cizgilərin olduğunu görüb təəccübləndi. Yalnız baxışları iti və diqqətli
idi, ümumiyyətlə o, Renuarın portretlərindəki xanımlara oxşayırdı.
Azca dumanlı olsa da, təsirli obraz, sadəliyin sirlə əhatə olunduğu
süfət cizgiləri...
- Mən sizi xəbərdar etmək istədim, mister Lenqdon - Sofii dedi. -
Xəbərdar etmək istədim ki, siz sous surveillance cachee. Sizi çox
diqqətlə izləyirlər. - Səs, kaşı divarlı boş otaqda rezonans yaradırdı.
- Axı...niyə? - Lenqdon soruşdu. Sofi telefonda buna aydınlıq
gətirmişdi, amma o, bunu qızdan şəxsən eşitmək istəyirdi.
- Çünki, - o, daha da yaxınlaşaraq dedi, - siz qətldə şübhəli bilinən
ilk adamsınız.
Lenqdon bunu eşitməyə hazır idi, amma bu sözlər növbəti dəfə ona
absurd kimi göründü. Əgər Sofiyə inansaq, onu Luvra rəmzlər üzrə
mütəxəssis kimi yox, şüdhəli şəxs kimi çağırmışdılar. Və o, özü də
bilmədən, güc strukturlarının sorğu- sual obyektinə çevrilmişdi. Onun
əsəblərinin dözməyəcəyi və hər şeyi etiraf edəcəyi ümidi ilə polis onu
şübhəli şəxs kimi cinayət yerinə çağırmış və ona müxtəlif suallar
vermişdi.
- Pencəyinizin sol cibində bir görün nə var, - Sofi dedi. - Onların
sizi gözdən qoymadııqlarına sübut.
Cibimə baxım? Lenqdona elə gəldi ki, o, çox da ağıllı oyunun
obyekti deyil.
- Bəli, baxın, baxın.

91 downloaded from KitabYurdu.org


Lenqdon əlini tvid pencəyinin sol cibinə soxdu. Cibini silkələdəi və
heç nə tapmadı. Lənət şeytana, bu nə axmaq zarafatlardır? Bəlkə, bu
Sofi özündə deyil? Amma birdən onun barmaqları nəyəsə toxundu.
Nəsə bərk və balaca bir şey. Əşyanı barmaqları ilə tutub cibindən
çıxartdı və baxmağa başladı. Bu, qol saatlarının batareyası ölçüsündə,
düymə formasında metallik disk idi. O, indiyə qədər belə şey
görməmişdi.
- Bu nədir...
- Xüsusi izləmə cihazıdır, - Sofi cavab verdi. - Qlobal peyk sistemi
vasitəsi ilə obyektin hərəkəti haqqında məhkəmə polisinin monitoruna
daim siqnal ötürür.
Yer kürəsinin istənilən nöqtəsində hər hansı bir insanın yerini plyus-
minus iki fut dəqiqliklə təyin etmək istifadə olunur. Demək, siz
elektron nəzarət altındasınız. Onu sizin cibinizə isə mehmanxanaya
gələn agent qoyub.
Lenqdon mehmanxana nömrəsindəki səhnəni xatırladı. O, tələsik
duş qəbul edib geyinmişdi, agent isə onun xidmətində duraraq tvid
pencəyi ona uzatmışdı. Mister Lenqdon, indi bayırda soyuqdur, agent
demişdi. Paris baharı mahnılardakı kimi deyil. Belə də Lenqdon ona
təşəkkür etmiş və pencəyi geyinmişdi.
- Mən telefonla bu əşya haqqında sizə heç bir şey demədim.
Qəsdən. Yoxsa, onu Faşın gözləri qarşısında cibinizdən çıxarardınız.
Bunu tapmağınızı o, bilməməlidir.
Lenqdon nə deyəcəyini bilmirdi.
- Bu əşya ilə sizi ona görə mükafatlandırıblar ki, qaçmayasınız. -

92 downloaded from KitabYurdu.org


Sofi bir az susduqdan sonra davam etdi: - Ümumiyyətlə, onlar elə
hesab edirdilər ki, siz qaçmağa çalışacaqsınız. Bu isə onların
şübhələrini daha da artırardı.
- Axı, mən nə üçün qaçmayılam? - Lenqdon hirsləndi, - Mən ki,
günahkar deyiləm!
- Faş isə başqa cür düşünür.
Lenqdon əsəbi halda zibil vedrəsinə tərəf addımlayıb əlindəki
əşyanı atmaq istədi.
- Yox, lazım deyil! - Sofi onun əlindən tutdu. - Qoy cibinizdə
qalsın. Əgər atsanız, siqnal hərəkət etməyəcək və cihazı tapdığınızı
anlayacaqlar. Faş bir səbəbə görə ondan kənarlaşmanıza icazə verib: o,
bilir ki, monitorda sizi izləyə biləcək. Əgər o, şübhələnsə ki, siz cihazı
tapmısınız... - Sofi fikrini tamamlamadan susdu. Lenqdonun əlindən
diski alıb, onun pencəyinin cibinə qoydu. - Qoy, cibinizdə qalsın. Heç
olmasa müəyyən vaxta qədər.
Lenqdona üşütmə gəldi.
- Axı, Faş nədən qərara gəlib ki, Cak Sonyeri mən öldürmüşəm?
- Məncə sizdən şübhələnmək üçün əsaslı səbəblər var, - Sofi cavab
verdi. - Sizin bilmədiyiniz bir dəlil var. Faş hələlik onu sizdən saxlayır.
Lenqdon heç bir şey anlamayaraq Sofiyə baxırdı.
- Sonyerin döşəməyə yazdığı mətn yadınızdadırmı?
O, başını tərpətdi. Sözlər və rəqəmlər yaddaşında əbədi həkk
olunmuşdu. Sofii pıçıldayaraq dedi:
- Təəssüf ki, siz mətnin hamısını görməmisiniz. Orada dördüncü
sətir də var idi. Faş bunun fotoşəklini çəkib, sonra isə, siz

93 downloaded from KitabYurdu.org


gəlməmişdən əvvəl, qəsdən silmişdir.
Lenqdon bilirdi ki, markörün maye mürəkkəbini silmək çətin deyil,
amma başa düşə bilmirdi ki, Faş niyə əşyayi-dəlilin bir hissəsini məhv
edib?
- Faş, sadəcə olaraq, istəmirdi ki, siz axırıncı sətir haqqında bir şey
biləsiniz. Ən azından sizi divara dirəyənə qədər.
Sofi cibindən fotoşəklin kompüterdə çap olunmuşunu çıxarıb açdı.
- Bir az əvvəl, bu axşam Faş cinayət yerindən çəkilmiş bütün
şəkilləri bizim şöbəyə göndərdi ki, şifrəni aça bilək, Sonyerin
ölümündən qabaq nə demək istədiyini aydınlaşdıraq. Bu, döşəmədə
yazılmış tam mətnin şəklidir. - O, kağızı Lenqdona uzatdı.
Lenqdon baxdı və gözlərinə inanmadı. Döşəmənin mətn yazılmış
hissəsinin iri planda fotoşəkli. Axırıncı sətri görəndə Lenqdon
diksindi.
13-3-2-21-1-1-8-5
Div nar idol an od iç!
O zalim an!
P. S. Robert Lenqdonu tapmalı.
XIII FƏSİL
Lenqdon bir neçə saniyə Sonyerin şəkildən görünən postskriptumuna
baxdı.
Robert Lenqdonu tapmalı. Başı gicəlləndi, sanki ayağının altından yer
qaçdı. Sonyer postskriptumda mənim adımı yazıb? Yox, bu ağlasığan
deyil!..
- İndi başa düşdünüz, - Sofi soruşdu, - Faş sizi niyə bura çağırıb və

94 downloaded from KitabYurdu.org


sizdən niyə şübhələnir?
Hələlik Lenqdon bir şeyi anlamışdı: o, Sonyer şifrəli mətn yazınca,
qatilin adını yazsaydı, daha asan olardı, - deyəndə, Faş nə üçün
özündən razı halda baxmışdı... Robert Lenqdonu tapmalı.
- Axı, Sonyer bunu nə üçün yazıb? - o heyrətləndi. Pərişanlığı və
çaşqınlığı qəzəblə əvəz olunmuşdu. - Mən Cak Sonyeri niyə
öldürməliydim?
- Səbəb faşa aydın deyil. Amma o, sizinlə söhbəti lentə yazdırıb
ki, bəlkə nəsə tapdı.
Lenqdon ağzını açdı, amma heç bir söz demədi.
- O, özündə miniatür mikrofon gəzdirir, - Sofi aydınlaşdırdı, - bu
mikrofon cibindəki ötürücüyə qoşulmuşdur. Və bütün radiosiqnallar
kuratorun kabinetində yerləşmiş komanda postuna ötürülür.
- Yox, bu mümkün deyil, - Lenqdon mızıldandı, - Bir də ki, mənim
alibim var. Mühazirədən dərhal sonra mən mehmanxanaya getmişəm.
Bunu qapıçı da təsdiq edə bilər. Ondan soruşsunlar.
- Faş artıq soruşub. Onun ifadəsində bildirilir ki, siz nömrənin
açarını təqribən on birin yarısında götürmüsünüz. Qətlin törədildiyi
vaxt dəqiq təyin olunub. Qətl on bir radələrində baş verib. Deməli, siz
mehmanxanadan nəzərə çarpmadan çıxa bilərdiniz.
- Yox, bu sadəcə dəlilikdir! Faşın sübutu yoxdur!
Sofinin gözləri təəccübdən böyüdü, sanki o, soruşmaq istəyirdi:
necə yəni yoxdur?
- Amma, mister Lenqdon, sizin adınız döəşəməyə cəsədin yanında
yazılıb. Bundan başqa Sonyerin gündəliyində sizinlə görüşəcəyi

95 downloaded from KitabYurdu.org


barədə yazılıb. Və görüşəcəyiniz vaxt qətlin baş verdiyi vaxtla üst-üstə
düşür. Bəli, sizi nəzarətə götürmək üçün Faşın kifayət qədər əsasları
olub. Həm də sorğu-sual aparmaq üçün, - o, əlavə etdi.
Lenqdon indi başa düşdü ki, vəkilsiz keçinə bilməyəcək.
- Mən bunu etməmişəm.
Sofi ah çəkdi:
- Mister Lenqdon, bu, sizin üçün Amerika teleserialı deyil.
Fransada qanun cinayətkarları deyil, polisləri qoruyur. Təəssüf ki,
konkret bu halda üstəlik kütləvi informasiya vasitələrinin də
reaksiyasını nəzərə almaq lazıımdır. Cak Sonyer Parisdə çox məşhur
və hörmətli insan idi, onu çoxları sevirdi. Ona görə də onun qətli sabah
bir nömrəli xəbər olacaq. Və Faşa təzyiq edəcəklər ki, mətbuat üçün
bəyanat versin, bunun üçün o, heç olmasa bir nəfər şübhəli şəxsin
saxlanılmasında maraqlıdır.
Lenqdon küncə sıxıldığını anladı.
- Bəs, siz bunları niyə mənə deyirsiniz?
- Ona görə ki, mister Lenqdon, mən sizin günahkar olmadığınıza
əminəm. - Sofi birdən başını çevirdi, sonra yenə düz onun gözlərinə
baxdı, - Bir də ona görə ki, bir az da mənim günahım ucbatımdan siz
bu işə düşmüsünüz.
- Bağışlayın, başa düşmədim... Belə çıxır ki, Sonyerin mənim
adımı yazmasında siz günahkarsınız?
- Yox, o sizi ələ verməyib. Sadəcə səhv olub. Döşəmədəki yazı -
mənə ünvanlanıb.
Lenqdon eşitdiklərini heç cür anlaya bilmirdi.

96 downloaded from KitabYurdu.org


- Bağışlayın?
- Döşəmədəki yazı polis üçün nəzərdə tutulmayıb. O, bunu mənə
yazıb. Düşünürəm ki, o, həmin dəqiqələrdə tələsdiyindən, polisin
gözündə bunun necə anlaşılacağının fərqinə varmayıb. - O, bir qədər
susdu. - Rəqəmli kodun heç bir mənası yoxdur. Sonyer bunu sadəcə
ona görə yazıb ki, istintaqa kriptoqraflar da cəlb edilsin. Həm də ona
görə ki, onun ölümünü ən tez bilənlərdən biri də mən olum.
Lenqdonun başı gicəlləndi. O, Sofinin ağlının yerində olub-
olmamasını ayırd edə bilməsə də, ən azından onu dəqiq bilirdi ki, bu
qız ona kömək etmək istəyir. «Robert Lenqdonu tapmalı»
postskriptumu... O, bunu əmr kimi, kuratorun ölüm öncəsi son iradəsi
kimi qəbul edib və Robert Lenqdonu axtarıb.
- Nədən bilirsiniz ki, o, bu müraciəti sizə ünvanlayıb?
- «Vitruvian insanı» - o cavab verdi. - Leonardo da Vinçinin
işlərinin içərisində mənim ən çox sevdiyim əsər budur. O, da bundan
istifadə edib ki, mənim diqqətimi çəkə bilsin.
- Dayanın. Belə çıxır ki, kurator sizin zövqünüzə bələd idi?
O başını tərpətdi:
- Bağışlayın. Gərək hər şeyi ardıcıl deyəydim. İş ondadır ki,
Sonyer və mən.
Burda Sofi susdu. Lenqdon onun səsində kədər və təəssüf duydu.
Yəqin ki, Sofi
və Cak Sonyerin hansısa xüsusi münasibətləri varmış. Lenqdon
qarşısındakı gözəl qadına baxdı və xatırladı ki, Fransada yaşlı kişilərin
əksəriyyətinin gənc məşuqələri olur. Amma bu, Sofi Nevenin

97 downloaded from KitabYurdu.org


xarakterinə heç uyğun gəlmirdi.
- Biz on il əvvəl ayrılmışdıq, - Sofi pıçıltı ilə dedi. - Və o vaxtdan
bəri danışmırdıq. Amma bu gün, Sonyerin öldürüldüyünü şöbəyə zəng
edib bildirəndə, sonra da şəkillər göndəriləndə mən dərhal başa
düşdüm: o, bu müraciəti mənə edib.
- Ona görə ki, «Vitruvian insan»ı təsvir edib?
- Bəli. Bir də ki, - P.S.hərfləri.
- Postskriptum?
O, başını buladı:
-Xeyr. Bu, mənim inisialımdır.
- Axı, sizin adınız Sofi Nevedir.
O, baxışlarını aşağı dikdi:
- P.S. mənim ayamamdır. Biz birlikdə yaşayanda o, məni belə
çağırırdı. - O, yüngülcə qızardı. - Prinsessa Sofinin qısa forması.
Lenqdon bilmirdi ki, nə desin.
- Axmaqlıqdır, mən başa düşürəm. O, məni çox-çox əvvəllər belə
çağırırdı.
Mən hələ balaca uşaq idim.
- Deməli, siz çoxdan bir-birinizi tanıyırdınız?
- Bəli, həm də çox yaxından tanış idik. - Onun gözləri yaşardı. -
Cak Sonyer mənim babamdır.
XIV FƏSİL
- Lenqdon hardadır? - Faş kabinetə girib soruşdu və siqaretindən yaxşı
bir qullab götürdü.
- Hələ də tualetdədir, ser, - leytenant Kolle ekrana baxıb dedi.

98 downloaded from KitabYurdu.org


- Batqına düşüb ki... - Faş mızıldadı.
Əmin olmaq üçün Kollenin çiyinləri üstündən monitora baxdı.
Qırmızı nöqtə yerindəydi və yanıb-sönürdü. Faş Lenqdonun orada nə
etdiyini gedib yoxlamaq istəyini güclə boğdu. Ümumiyyətlə, izləmə
obyektinə hərəkətlərində maksimum sərbəstlik vermək yaxşıdır ki,
onda şübhə oyanmasın. Lenqdon öz istəyi ilə geri qayıtmalıdır. Amma
artıq on dəqiqə keçib.
Çox uzun vaxtdır.
- O bəlkə, izlənildiyini bilib? - Faş soruşdu.
Kolle başını buladı:
- Çətin. Tualetdə kiçik yerdəyişmələr müşahidə olunur, deməli
cihaz hələ onun üstündədir. Əgər o, cihazı tapsaydı, onu atar və
qaçmağa çalışardı.
Faş qol saatına baxdı:
- Çox gözəl. Onda gözləyək.
Amma şübhələr onu boğurdu. Bu axşam Kolle hiss etmişdi ki,
kapitan çox gərgindir. Bus ə onun xasiyyətinə uyğun deyil. Adətən
soyuqqanlı və səbrli olan Faş, bu gün çox emosional idi. Deyəsən,
onun üçün bui şin xüsusi əhəmiyyəti vardı.
Bu təəccüblü deyil, Kolle fikirləşdi. Şübhəli şəxsi həbs etmək Faşa
hava və su kimi lazımdır. Bu yaxınlarda Nazirlər Kabineti və kütləvi
informasiya vasitələri Faşın aqressiv taktikasını, bəzi xarici ölkələrin
səfirlikləri ilə onun daimi toqquşmasını, onun idarəsinin yeni
texnologiyaya xeyli vəsait xərcləməsini kəskin tənqid etmişdilər. Bu
gün ən yeni texnologiyaların köməyi ilə amerikalının həbs olunması

99 downloaded from KitabYurdu.org


bu tənqidçilərin ağzını uzun müddət yumardı. Və bu, Faşa bir neçə il
də öz işi ilə məşğul olmağa kömək edər, sonra isə şərəflə istefaya çıxar
və çox yüksək məbləğdə təqaüd alardı. Bu yüksək təqaüd ona çox
lazım idi, Kolle düşündü. Şayiələrə görə, Faş bir neçə il bundan qabaq
varını-yoxunu yeni texnologiyaların inkişafı ilə məşğul olan bir şirkətə
sərmayə qoymuş, amma qəpiyinə qədər itirmiş, müflis olmuşdu. Faşsa
yaxşı yaşamağı arzulayanlardan biri idi.
Eybi yox, onların hələ vaxtı var. Doğrudur, Nevenin müdaxiləsi bir
az maneçilik törətmişdi, amma bunlar xırda şeylərdir. İndi o gedib, Faş
isə əsas kartını hələ oynamayıb. Hələ Lenqdona deməyib ki, onun adı
döşəmədə, cəsədin yanında yazılıb. P.S.Robert Lenqdonu tapmalı. Bu
dəlili ona göstərəndə, amerikalının reaksiyasının necə olacağını
təsəvvür etmək olar.
- Kapitan! - agentlərdən biri Faşı çağırdı. - Düşünürəm ki, siz bu
zəngə cavab versəniz yaxşı olar. - o, əlində telefon dəstəyini tutmuşdu
və sifəti həyəcandan ağarmışdı.
- Kimdir? - Faş soruşdu.
Agent üzünü turşutdu:
- Kriptoqrafiya şöbəsinin direktoru.
- Nə deyir?..
- Sofi Neveyə nəsə olub, ser.
XV FƏSİL
Vaxtdır.
Saylas qara «audi»dən düşdü, gecə küləyi onun rahat sutanasını
şişirtmişdi. Külək tez-tez istiqamətini dəyişirdi. Qarşısında duran

100 downloaded from KitabYurdu.org


məsələnin güc yox, acıl və cəldlik tələb etdiyini bilirdi. Buna görə də,
avtomatik tapançasını maşında qoydu. On üç patronlu «pekler və kox»
markalı tapançanı Ustad vermişdi ona.
Allah evində ölüm saçan silahın yeri yoxdur.
Bu, gecə vaxtı kilsənin qarşısındakı meydan boş idi, yalnız
meydanın axırında bir neçə tineycer gec qalmış turistlərə öz mallarını -
keramikadan düzəldilmiş suvenirləri nümayiş etdirirdi. Gənc qızların
kövrək fiqurları Saylasa yaxşı tanış olan həvəs hissini oyadırdı. Amma
bu istək dərhal boğulurdu: bir ehtiyatsız hərəkət - və ucluqlu sarğı
dərhal onun belinə batıb ağrıdırdı. Həvəsi dərhal yoxa çıxırdı. Saylas
artıq on il idi ki, bütün istək və ləzzətlərdən özünü məhrum etmişdi,
hətta onanizmlə də məşğul olmurdu. «Yol»un qanunu belə idi. O
bilirdi ki, «Opus Dei» naminə çox şeydən imtina edib, amma bunun
əvəzinə çox şey əldə edəcəyinə əmin idi. Pəhriz müddətini gözləmək o
qədər də çətin deyildi. O, hətta pəhriz saxlamağına sevinirdi də! Bu,
onun əvvəllər yaşadığı yoxsulluğun, həbsxanada əzab çəkdiyi seksual
canatmanın yanında çox yüngül sınaq idi.
Andorradakı dustaq həyatından sonra ilk dəfə Fransaya qayıdanda
Saylas hiss etdi ki, köhnə və dəhşətli xatirələrini canlandıran doğma
torpaq onu yenidən sınağa çəkir. Sən yenidən doğulmusan, o, öz-özünə
dedi. Bu gün Tanrıya xidmət günah işlətməyi, qətl törətməyi tələb
edirsə, bunları etməlisən. Çünki bunları Allah xatirinə edirsən və
əvəzində mükafatlandırılacaqsan.
Sənin inamının ölçüsü - dözə biləcəyin ağrının miqdarı qədərdir.
Ustadı belə demişdi ona. Ağrının nə olduğunu Saylas yaxşı bilirdi və

101 downloaded from KitabYurdu.org


Ustadına sübut etmək istəyirdi ki, Ali iradəni yerinə yetirməkdən onu
heç nə saxlaya bilməz.
- Hago la obra de Dios (Mən Allahın buyruğunu yerinə yetirirəm -
ispan.) - Saylas pıçıldadı və kilsənin girişinə tərəf addımladı.
İri qapıların kölgəsində dayanıb dərindən nəfəs aldı. Onun nə etməli
olduğunu və onu içəridə nələrin gözlədiyini yalnız indii başa düşdü.
Guşəli daş. O, bizi məqsədimizə çatdıracaq.
Və ağappaq əlini qaldırıb qapını üç dəfə döydü.
Bir dəqiqə sonra rəzələrin cırıltısı eşidildi. Nəhəng qapı açıldı.
XVI FƏSİL
Maraqlıdır, - Sofi düşündü, - onun Luvrdan çıxmadığını Faşın
anlaması üçün nə qədər vaxt lazımdır? Lenqdon onun dediklərindən
çox təsirlənmişdi və Sofi professoru bura çağırıb ona informasiya
verməklə növbəti dəfə düz hərəkət edib- etmədiyindən şübhələnmişdi.
Axı mən, başqa nə edə bilərdim ki?
O, əlləri və ayaqları açılmış şəkildə, döşəməyə uzadılmış babasını
xatırladı. Nə vaxtsa o, Sofi üçün hər şey demək idi, amma bu gün, Sofi
birdən anladı ki, bu adamın ölümünə çox da təəssüflənmir. Cak Sonyer
çoxdan onun üçün yadlaşmışdı. Sofinin iyirmi iki yaşı olanda babası
ilə münasibətləri pozulmuşdu və bu, bircə saatın içində baş vermişdi.
On il bundan əvvəl. Sofii, həmin mart axşamı, gözlənildiyindən bir
neçə gün əvvəl, oxuduğu universitetdən, İngiltərədən evə qayıtmış və
babasının etdiyi əməlin üstünə qəfil çıxmışdı. O, nə ilə məşğul idi...
Sofi bunu görməməli idi və kaş ki, heç vaxt görməyəydi. Bu səhnə indi
də onun gözləri qarşısından getmir.

102 downloaded from KitabYurdu.org


Əgər öz gözləri ilə görməsəydi, heç zaman buna inanmazdı.
Hər şeyi çarəsizcə izah etməyə çalışan Sonyerin sözlərinə
əhəmiyyət vermədən, Sofi dəhşət içində, utandığından qızarmış halda
əşyalarını götürüb evi dərhal tərk etmişdi. Və rəfiqəsi ilə birlikdə kiçik
bir mənzil kirayələmişdi. O, and içmişdi ki, gördüklərini heç vaxt, heç
kimə deməsin. Babası onunla barışmağı çox istəmişdi, məktublar
göndərmiş, hər şeyi aydınlaşdırmaq üçün onunla görüşməyə
yalvarmışdı. Amma belə bir hərəkəti necə anlamaq olar? Sofi yalnız
bir dəfə cavab vermişdi, xahiş etmişdi ki, onu narahat etməsin.
Babasına zəng etməyi və onunla camaat arasında görüşməyi qadağan
etmişdi. Sofi qorxurdu ki, babasının etdiyi hərəkətin mənası lap
dəhşətli olsun.
Amma Sonyer əl çəkmirdi və Sofinin kamodunda bir yığın
oxunmamış məktub qalaqlanmışdı. Amma, Sonyerin də haqqını
vermək lazımdı! O, bir dəfə də olsun Sofiyə zəng etməmiş və camaat
arasında onunla görüşməyə can atmamışdı.
Bu günə qədər.
- Sofi? - Avtocavablayıcıdan gələn səs qocanın idi. - Mən, sənin
zəng etməmək haqqında arzunu uzun müddət yerinə yetirmişəm... və
inan ki, bu, mənim üçün çətin olub. Amma səninlə danışmalıyam.
Dəhşətli bir hadisə baş verib.
Sofinin ürəyi qopdu - uzun illər sonra onun səsini yenidən eşitmək
elə qəribə idi ki. Yumşaq və yalvarışlı səs Sofiyə uşaqlığını
xatırladırdı.
- Sofii, xahiş edirəm, qulaq as mənə, - Sonyer ingiliscə danışırdı.

103 downloaded from KitabYurdu.org


O, həmişə, hələ Sofi uşaq olarkən, onunla ingiliscə danışmışdı.
Fransızca məktəbdə danışarsan. Evdə isə, ingiliscə məşq etmək
lazımdı. - Mənə əbədi olaraq acığını tökməyəcəksən ki. bu illər ərzində
sənə göndərdiyim məktubları oxumusanmı? Doğrudanmı, heç nə başa
düşməmisən? - O, bir neçə saniyə susdu. - Biz görüşüb danışmalıyıq.
Elə bu saat, indi. Babana yazığın gəlsin, vaxtından azca bağışla mənə.
Tez zəng et mənə, Luvra. Bizi ciddi təhlükə gözləyir.
Sofi çaşqın halda avtocavablayıcıya baxırdı. Təhlükə? O, nə
danışır?..
- Prinsessa... - Babasının səsi titrəyirdi və Sofi bunun səbəbini
anlaya bilmirdi. - Bilirəm, səndən çox şeyi gizlətmişəm. Başa
düşürəm, bununla da, sənin mənə olan sevgini itirmişəm. Amma sənin
təhlükəsizliyin üçün belə etmişəm. İndi sən, bütün həqiqəti bilməlisən.
Xahiş edirəm, gəl görüşək. Mən sənin ailən haqqında bütün həqiqəti
danışmalıyam.
Sofi ürəyinin necə möhkəm döyündüyünü hiss etdi. Mənim ailəm
haqqında? Sofinin cəmi dörd yaşı olanda valideynləri ölmüşdü. Maşın
körpüdən aşıb çaya düşmüşdü. Maşında atası və anasından başqa,
nənəsi və kiçik qardaşı da olduğundan, Sofi bütün ailəsini itirmişdi. Bu
haqda qəzetdə yazılmış xəbərləri indii o, qutuda saxlayırdı.
Mənim ailəm! Sofi uşaqlıqda tez-tez gördüyü yuxunu xatırladı. O,
öz valideynlərini gözləyir, bilir ki, onlar tezliklə qayıdacaqlar. Və hər
dəfə də bir fikirlə yuxudan ayılırdı! Onlar sağdırlar! Onlar evə
qayıdırlar! Və hər dəfə də yuxu eyni sonluqla bitirdi, doğma və
mehriban üzlər dumanda qeyb olurdular.

104 downloaded from KitabYurdu.org


Sofi, sənin ailən bütünlüklə həlak olub. Onlar heç zaman
qayıtmayacaqlar.
- Sofi, - avtocavablayıcıdan babasının səsi yenidən eşidildi, - mən
çox illər gözləmişəm, sənə bunları demək üçün lazım olan zamanı
gözləmişəm. İndii vaxt çatıb. Luvra, mənə zəng et. Dərhal, mənim
səsimi eşidəndən sonra. Bütün gecəni gözləyəcəm. Biz ikimiz də
təhlükədəyik. Sən mütləq bilməlisən ki.
Burda səs kəsilirdi.
Sofi mətbəxin ortasında durmuşdu və bədəninin necə titrədiyini hiss
edirdi. O, babasının dedikləri haqqında düşünürdü və onun başında
yalnız bir fikir dolaşırdı.
Bu, yalandır.
Yəqin ki, babası onu görməyi çox istəyir. O, bunun üçün hər şeyi
yoxlayıb. İndii isə...bu. Babasına qarşı nifrəti daha da güclənirdi.
Sonra Sofi yenə düşündü: bəlkə o, ciddi xəstədir və nəvəsini son dəfə
görmək üçün hər şeydən istifadə edir. Əgər belədirsə, onda yaxşı
fikirləşib.
Mənim ailəm.
Sofi yarıqaranlıq kişi tualetində idi və babasının gündüz
avtocavablayıcıya dediyi sözlər qulaqlarında cingildəyirdi. Biz ikimiz
də təhlükədəyik, Sofi. Mənə zəng et.
O, zəng etmədi. Hətta bunu ağlına belə gətirmədi. İndi şübhənin
yerini kədərli fkirlər tutmuşdu. Onun babası muzeydə öldürülüb.
Ölümündən qabaq döşəməyə sirli mətn yazıb.
Bu mətn onun üçündür. Buna qəti əmindir.

105 downloaded from KitabYurdu.org


Sofi bu yazının mənasını başa düşmürdü, amma buna baxmayaraq,
əmin idi: babası bütün yazını şifrələsə də, axırıncı sözlərin ona
ünvanlanması fakt idi. Sofidə kriptoqrafiyaya qarşı sonsuz maraq Cak
Sonyerin tərbiyəsi nəticəsində formalaşmışdı. Babası da müxtəlif
şifrələrin, kodların, labirintlərin və söz oyunlarının fanatı idi. Bəzən
bütün istirahət gününü qəzetdəki krossvord və kriptoqramların həllinə
həsr edirdi.
Sofi on iki yaşında başqasının köməyi olmadan «Le mond» da çıxan
istənilən krossvordu həll edə bilirdi. Babası ona ingilis krossvordlarını,
müxtəlif riyazi oyunları həll etməyi və şifrələmənin əsaslarını
öyrədirdi. Sofi bütün bu məsələlərin öhdəsindən çox asanlıqla gəlirdi.
O, Məhkəmə Polisi Baş İdarəsində şifrəaçıcı vəzifəsinə təsadüfən
yiyələnməmişdi.
Və bu gün Sofi babasının iki bir-birinə tanış olmayan insan - Sofi
Neve və Robert Lenqdonun adlarını bir koda salmasını professional
baxımdan qiymətləndirməyə bilməzdi.
Amma hansı məqsədlə?
Robert Lenqdonun çaşqın baxışlarından Sofi anlamışdı ki,
amerikalının da bu barədə heç bir təsəvvürü yoxdur.
- Siz, bu gün mənim babamla görüşmək istəmisiniz? - o dedi. - Nə
üçün?
Lenqdon özünü tamam itirdi.
- Onun katibəsi zəng edib görüş təyin etdi, amma səbəbini demədi,
mən də soruşmadım. Yəqin ki, fransız kilsələrində bütpərəstlik
ikonoqrafiyası barədə mənim mühazirə oxuyacağımı eşidibmiş, buna

106 downloaded from KitabYurdu.org


görə də mövzuyla maraqlanıb. Hesab edib ki, görüşüb bu barədə
söhbət etmək pis olmaz.
Sofi buna inana bilmirdi. Heç bir əlaqə yoxdur. Bəli, onun babası
bütpərəstlik ikonoqrafiyası haqqında mütəxəssislərdən daha çox
bilirdi. Bundan başqa Cak Sonyer çox qapalı adam idi, amerikalı
professorlarla oturub boş-boşuna söhbət etməzdi. Bəlkə buna ciddi
səbəb varmış.
Sofi açıq danışmağı qərara aldı:
- Bu gün gündüz, babam mənə zəng etmişdi. Dedi ki, biz
təhlükədəyik. Bu nə deməkdir, bəlkə, sizin bir fikriniz var?
Lenqdonun göy gözləri həyəcanla baxırdı.
- Yox, amma nə baş verdiyini nəzərə alsaq...
Sofi başı ilə təsdiqlədi. Bu günkü hadisələri nəzərə alsaq, onu idiot
hesab etmək olardı, əgər qorxu hiss etməsəydi. O, güzgülü şüşəsi olan
kiçik pəncərəyə yaxınlaşdı və şüşəyə quraşdırılmış nazik siqnal
naqillərinin arasından küçəyə baxdı. Onlar yerdən 40 fut hündürlükdə
idilər.
Sofi ah çəkdi və pəncərədən görünən mənzərəyə baxmağa davam
etdi. Solda, Senanın o biri sahilində, yaxşı işıqlandırılmış Eyfel qülləsi
görünürdü. Düz irəlidə — Triumfal arka. Sağ tərəfdə isə, dairəvi
Monmartr təpəsində Sakre-Ker kilsəsinin incə cizgiləri görünürdü,
sanki cilalanmış ağ daş özü işıq saçırdı.
Onlar binanın ən uzaq hissəsində, qərb tərəfində idilər. Bura
Karuzel meydanının gur hissəsi ilə həmsərhəd idi. Gec olmasına
baxmayaraq, avtomobillər hələ də şütüyürdü. Meydanın ensiz trotuarı

107 downloaded from KitabYurdu.org


Luvrun xarici divarına bitişik idi. Gecələr yük avtomobilləri
svetoforda dayanıb yaşıl işığın yanmasını gözləyirdilər. Onların
arxasındakı qırmızı işıqlar Sofiyə sanki göz vururdu.
- Heç bilmirəm, nə deyim. - Lenqdon yaxınlaşıb onunla üzbəüz
dayandı. - Babanız sizə nəsə demək istəyib, bu aydındır. Bağışlayın ki,
bu barədə mən sizə kömək edə bilmirəm.
Sofi pəncərənin qarşısından çəkildi. Lenqdonun səsində səmimi
təəssüf duyulurdu. Onun başına gələn bütün xoşagəlməz hadisələrə
baxmayaraq, doğrudan da kömək etmək istəyirdi. O, müəllim kimi
danışır, Sofi düşündü. Sofi Məhkəmə Polisinin Lenqdon haqqında
hazırladığı materialları oxumuşdu. Lenqdon alim idi, əsil alimlər isə
anlaşılmazlığa dözə bilmirlər.
Bizim üçün ümumi olan xarakter, o düşündü.
Sofi əvvəllər şifrə açmaq üzrə mütəxəssis işləyərkən ilk baxışdan
mənasız görünən rəqəmləri deşifrə etməklə pul qazanırdı. Və indi
düşünürdü ki, ola bilsin, Robert Lenqdon özü də bilmədən onun üçün
mühüm olan informasiyaya malikdir. Prinsessa Sofi. Robert Lenqdonu
tapmalı. Bundan aydın demək olmaz. Sofiyə vaxt lazımdır ki,
Lenqdonun ona nə verə biləcəyini anlasın. Düşünmək üçün vaxt.
İkilikdə bu sirli hadisəni araşdırmaq üçün lazım olan vaxt. Təəssüf ki,
bu vaxt çox sürətlə qurtarırdı.
O, başa düşdü ki, yalnız bir çıxış yolu var. Gözlərini Lenqdona
dikib dedi:
- Bezu Faş sizi hər an həbs edə bilər. Mən sizi muzeydən çıxara
bilərəm. Lakin bir yerdə hərəkət etməliyik.

108 downloaded from KitabYurdu.org


Lenqdonun gözləri böyüdü.
- Siz, mənə qaçmağı təklif edirsiniz?
- Bu, sizin üçün ən yaxşı yoldur. Əgər Faş sizi həbs etsə, onda bir
neçə ay fransız həbsxanasında qalacaqsınız. Bizim idarə və ABŞ
səfirliyi işi məhkəmədə həll edənə qədər. Lakin, burdan çıxıb özümüzü
sizin səfirliyə çatdıra bilsək, onda
Amerika hökuməti sizin hüquqlarınızı müdafiə edəcək. Mən isə, sizin
qətldə iştirak etmədiyinizi sübut etməyə çalışacam.
Deyəsən, Lenqdon onun sözlərinə inanmamışdı.
- Qətiyyən mümkün deyil! Faşın silahlı mühafizəsi bütün giriş və
çıxışlarda var. Biz qaçmağa cəhd edəndə güllə atmasalar belə,
qaçmağın özü şübhəli görünəcək və mənim günahkar olduğumu
göstərmək üçün daha bir sübut əldə edəcəklər. Siz Faşa deməlisiniz ki,
döşəmədəki yazı sizə ünvanlanıb. Və Sonyerin mənim adımı çəkməsi
faktı ittiham kimi deyil.
- Mən bunu mütləq edərəm, - Sofi tələsik vəd etdi. - Amma siz
Amerika səfirliyində, təhlükəsiz vəziyyətdə olduqdan sonra. Burdan
oraya qədər cəmi bir mil məsafə var, çıxışda mənim maşınım dayanıb.
Faşla danışığı burda, Luvrda aparmaq risklidir. Niyə anlamırsınız? Bu
gün Faş hər şeyi edəcək ki, sizin günahınızı sübut edə bilsin. Və sizin
həbs olunmağınızın uzanmasının yeganə səbəbi odur ki, bəlkə
əleyhinizə yeni dəlillər tapıldı.
- Doğrudur. Əgər mən qaçsam, onda onların bu istəyi yerinə
yetəcək.
Birdən Sofinin cibindəki mobil telefon zəng çaldı. Bəlkə Faşdır? O,

109 downloaded from KitabYurdu.org


əlini cibinə
salıb telefonu söndürdü.
- Mister Lenqdon, - o dedi, - mən sizə sonuncu sualımı
verməliyəm. Bəlkə də, bundan sizin həyatınız asılıdır. Döşəmədəki
yazı sizin birbaşa günahkar olmağınızı sübut etmir, amma Faş bizim
adamlara dedi ki, siz birinci və əsas şübhəli şəxssiniz. Fikirləşin, bəlkə
onun sizi günahkar hesab etməsinin başqa bir səbəbi var?
Bir neçə saniyə susduqdan sonra Lenqdon dilləndi:
- Yox, bilmirəm. Başqa heç bir səbəb görmürəm.
Sofi dərindən nəfəs aldı. Deməli, Faş yalan danışır. Amma onun
nəyə görə belə etməsini Sofi bilmirdi və bunu indi aydınlaşdırmaq
çətin idi. Bir şey aydındır! Bezu Faş nəyin bahasına olur-olsun,
Lenqdonu elə bu gün həbsxanaya göndərmək istəyirdi. Amma
Lenqdon Sofinin özünə lazım idi və buna görə də ancaq bir çıxış yolu
qalmışdı.
Lenqdonu mütləq Amerika səfirliyinə çatdırmaq lazımdır.
Sofi pəncərəyə tərəf çevrilib, siqnalizasiya naqillərinə baxdı, sonra
yenə də yerə qədər olan məsafəni hesablamağa çalışdı. Bəli, qırx fut -
bu zarafat deyil. Bu hündürlükdən tullansa, Lenqdonun hər iki ayağı
sına bilər. Hələ bu, nikbin sonluqdur.
Buna baxmayaraq Sofi qərarını verdi.
Robert Lenqdon bunu istəsə də, istəməsə də, Luvrdan qeyb olmalıdır.

110 downloaded from KitabYurdu.org


XVII FƏSİL

- Bu nə deməkdir? O, cavab vermir? - Faş acıqla soruşdu. - Siz


nömrəni düzgün yığdığınıza əminsiniz? Bildiyimə görə, telefon daim
onun üstündə olur.
Kolle artıq bir neçə dəqiqə idi ki, Sofiyə zəng edirdi. - Bəlkə,
batareya ölüb? Bəlkə də söndürüb.
Kriptoqrafiya şöbəsinin direktoru ilə danışdıqdan sonra Faşın sifəti
dəyişildi. O, dəstəyi asıb Kolleyə yaxınlaşdı və təcili olaraq agent
Neve ilə rabitə yaratmağı əmr etdi. Amma onunla danışmaq heç cür
mümkün olmurdu. Buna görə də Faş qəfəsə salınmış şir kimi
kabinetdə var-gəl edirdi.
- Şöbədən nə üçün zəng etmişdilər? - Kolle maraqlandı. Faş qəti
hərəkətlə ona sarı çevrildi:
- Dedilər ki, onlar idol an od içlə zalim an arasında heç bir əlaqə
tapmayıblar.
- Vəssalam?
- Yox. Bir də bildirdilər ki, rəqəmləri Fibonaççi ardıcıllığı kimi
identifikasiya ediblər və burda da heç bir məna tapmayıblar.
Kolle qaş-qabağını tökdü.
- Onlar bunu demək üçün agent Neveni göndərmişdilər, axı.
Faş başını buladı:
- Neveni onlar göndərməyiblər.
- Nə?!
- Direktor dedi ki, bizdən materialları aldıqdan dərhal sonra, o,
bütün komandanı toplayıb və işə cəlb edib. Agent Neve gəldikdən
sonra yalnız Sonyerin şəkillərinə və koda baxıb, heç bir söz demədən

XVII downloaded from KitabYurdu.org


XVIII FƏSİL

ofisdən çıxıb. Direktor dedi ki, onu qınamaq olmaz. Babasının şəkilləri
agent Neveyə çox pis təsir edib.
- Pis təsir edib? İndiyə qədər meyid şəkli görməyib ki?
Faş bir qədər susduqdan sonra dilləndi:
- Mən bunu bilmirdim, əməkdaşlardan biri deməyincə, heç
direktor da bilmirmiş. İş ondadır ki, Neve Sonyerin nəvəsidir.
Kollenin dili tutuldu.
- Direktor dedi ki, o heç vaxt bu haqda danışmayıb. Ola bilsin,
belə məşhur insanın nəvəsi olmasını bildirmək istəməyib.
Təvazökarlıqdan.
Bu şəkillərin ona pis təsir etməsi təəccüblü deyil, Kolle düşündü.
Gənc qadının faciəli surətdə həlak olmuş qohumunun yazısını deşifrə
etmək üçün çağırılmasını o, xoşagəlməz təsadüf hesab edirdi. Amma
buna baxmayaraq, Sofinin hərəkətləri mənasız idi.
- Sonyerin yazdığı rəqəmlərin Fibonaççi ardıcıllığı olduğunu, axı,
o, dərhal başa düşdü. Bura gələn kimi bizə bu haaqda dedi. Şəxsən
başa düşmürəm ki, o, niyə öz kollegalarına demədən şöbədən gedib.
Bunun cavabı kimi Kollenin başına yalnız bir fikir gəldi: Sonyer, bu
rəqəmli kodu döşəməyə o ümidlə yazıb ki, Faş kriptoqrafları, o
cümlədən onun nəvəsini də

XVIII downloaded from KitabYurdu.org


istintaqa cəlb etsin. Ola bilər ki, yazının qalan hissəsi Sofiyə
ünvanlanıb? Əgər belədirsə, onda hansı hissəsi? Bir də, Lenqdonun
bura nə aidiyyatı?
Amma Kolle bu barədə yaxşıca düşünməyə macal tapınca muzeyin
sakitliyini sirenanın səsi pozdu. Böyük Qalereyanın hansı hissəsindəsə
siqnalizasiya sistemi işlədi.
- Həyəcan! - cihazlara baxan agentlərdən biri qışqırdı. - Böyük
qalereyada!
Kişi tualetində!
Faş Kolleyə tərəf şığıdı:
- Lenqdon hardadır?
- Hələ də tualetdədir, - o, cavab verdi və monitorda yanıb-sönən
qırmızı nöqtəni göstərdi. - Deyəsən, o, pəncərəni sındırıb! - Kolle
düşünsə də, Lenqdonun bunu edəcəyinə inanmırdı. Parisdə yanğın
təhlükəsizliyi qaydaları tələb edirdi ki, ictimai binalarda on beş metr
hündürlükdə yerləşən bütün pəncərələri yanğın zamanı sındırmaq
mümkün olsun. Baxmayaraq ki, Luvrun ikinci mərtəbəsinin
pəncərəsindən tullanmaq özünə qəsd demək idi. Bundan başqa,
binanın bu tərəfində, pəncərənin altında nə kolluq, nə də çəmənlik
vardı ki, tullandıqda zərbəni yumşalda bilsin. Tualetin pəncərələrinin
aşağısında meydanın ikitərəfli hərəkət olan hissəsi yerləşirdi. - İlahi! -
Kolle gözlərini monitordan çəkməyərək çığırdı. - Lenqdon pəncərənin
kənarında dayanıb!
Faş koburdan «MR-93» tapançasını çıxarıb, kabinetdən çölə qaçdı.
Kolle çaşqın halda monitora baxırdı. Yanıb-sönən nöqtə pəncərənin

66 downloaded from KitabYurdu.org


qarşısında donub qalmışdı... Sonra isə binanın perimetrindən kənara
çıxdı.
Nə baş verir? Lenqdon hardadır? Pəncərənin qarşısında yoxsa.
- İlahi! - Kolle qışqırdı və yerindən atıldı. Nöqtə muzeyin
divarlarından kənarda idi. Budur o, tərpəndi, sonra binanın
divarlarından təqribən 10 yard kənarda dayandı.
Kolle mausu tərpədib, Parisin xəritəsini ekrana gətirdi. Sonra
yardımçı izləmə sistemini işə saldı. İndi o, nöqtənin dayandığı yerin
hara olduğunu dəqiq bilirdi.
Nöqtə daha tərpənmirdi.
Karuzel meydanında donub qalmışdı.
XVIII FƏSİL
Faş Böyük Qalereyanın dəhlizləri ilə qaçarkən Kolle radiotelefon
vasitəsi ilə onunla əlaqə yaratdı.
- O tullandı! - Kolle dəstəyə bağırdı. - Düyməcik Karuzel
meydanında dayanıb! Tualetin pəncərəsinin düz aşağısında! Hərəkət
etmir! İlahi! Lenqdon özünə qəsd edib, deyəsən.
Faş onun sözlərini eşidirdi, amma heç cür reaksiya vermirdi. O,
qaçmağa davam edirdi. Deyəsən, bu dəhlizin sonu yoxdur. Sonyerin
cəsədinin yanından ötüb Qalereyanın axırında işıq yandığını gördü.
Sirenanın səsi daha da güclənirdi:
- Dayanın, gözləyin! - Kollenin həyəcanlı səsi yenidən eşidildi. -
O, hərəkət edir! İlahi o, sağdır! Lenqdon hərəkət edir!
Amma Faş bu sonsuz dəhlizlərə lənət oxuya-oxuya qaçmağa davam
edirdi.

67 downloaded from KitabYurdu.org


- Lenqdon, daha sürətlə hərəkət etməyə başladı! - Kolle həyəcanla
bağırdı. - Meydanda hərəkət edir. Belə, dayanın!.. O, sürətini artırdı.
O, çox sürətlə hərəkət edir!
Budur, irəlidə tualetlərin qapıları göründü. Radiotelefondan gələn
səs siqnalizasiyanın uğultusundan eşdilməz oldu.
- Deyəsən, o, maşındadır! Bəli, o, maşındadır. Mən bilmirəm.
Kollenin səsi siqnalizasiyanın uğultusunda batdı. Faş isə tapançanı
hazır
vəziyyətdə tutub kişi tualetinə girdi. Qulaqbatırıcı vıyıltıdan üzünü
turşudub içəriyə boylandı.
Kabinələrdə heç kim yoxdu. Əl-üzyuyanlar olan otaqda da heç kəs
yox. Faşın gözlərin tualetin pəncərələrinə sataşdı. Şüşə sındırılmışdı.
O, qaçıb başını çölə çıxartdı. Lenqdon aşağıda deyildi. Şübhəli şəxsin
bu addımı atacağına Faş inana bilmirdi. Axı, insan belə hündürlükdən
tullanarsa, şübhəsiz ki, zədə ala bilər.
Nəhayət, siqnalizasiyanı ayırdılar və Kollenin səsi yenə də eşidildi:
-... cənuba tərəf hərəkət edir. sürətlə. Karuzel körpüsü ilə Sena
çayını keçir!
Faş sol tərəfə baxdı. Karuzel körpüsü ilə hərəkət edən qoşqulu-
treyler idi. Avtomobil Luvrdan cənuba doğru irəliləyirdi. Qoşqu tentlə
örtülmüşdü. Faş, bu səhnəni təsəvvür edəndə diksindi belə. Yəqin ki,
yük maşını bir az əvvəl qırmızı işıqda, düz pəncərənin altında dayanıb,
bu əclaf da bundan istifadə edərək tullanıb.
Ağılsız riskdir, Faş düşündü. Axı Lenqdon, qoşquda tentin altında
nə olduğu bilmirdi. Birdən orda polad borular olaydı? Ya da sement?

68 downloaded from KitabYurdu.org


Hətta zibil də ola bilərdi. Qırx fut hündürlükdən tullanmaq? Yox, bu
dəlilikdir!
- Düyməcik yerini dəyişir! - Kollenin səsi eşidildi. - Sen-Pere
körpüsünə tərəf istiqamətlənir!
Treyler, doğrudan da, sürətini azaldıb sağa, körpüyə tərəf buruldu.
Qoy olsun, Faş gözdən itməkdə olan yük maşınına baxaraq düşündü.
Artıq Kolle binanın ətrafında növbə çəkən agentlərlə ratsiya vasitəsi
ilə əlaqə saxlayıb treylerin dalınca düşməyi əmr etmişdi. Nə olursa,
olsun.
Oyun qurtardı, deyə Faş düşündü. Bir neçə dəqiqədən sonra treylerə
çatıb dayandıracaqlar. Lenqdon heç yerə qaça bilməz.
O, tapançanı kobura qoyub, tualetdən çıxdı və Kolle ilə əlaqə
saxladı:
- Maşın gətirin. Həbs olunan vaxt onun yanında olmaq istəyirəm.
Faş cəld əks istiqamətdə yeriməyə başladı və Lenqdonun bu cür
riskə əl atmasından təəccübləndi. Bir də ki, burda heç bir təəccüblü
şey yoxdur. O qaçıb. Deməli o, günahkardır.
Lenqdon və Sofi Qalereya ilə tualetə giriş arasındakı arakəsməyə
söykənərək qaranlıqda dayanmışdılar. Onlar təzəcə gizlənmişdilər ki,
Faş əlində tapança onların yanından ötüb tualetlərin birinə girdi.
Son altmış saniyəni Lenqdon sanki, dumanda keçirmişdi.
O, tualet otağının ortasında durub və törətməyi cinayət yerindən
qaçmağa imtina edirdi. Sofi isə güzgülü şüşəyə və siqnalizasiya
naqillərinə baxırdı. Sonra o, aşağı baxıb, yerə qədər olan məsafəni
gözəyarı bilməyə çalışırdı.

69 downloaded from KitabYurdu.org


- Siz, mənim köməyimlə burdan çıxa bilərsiniz, - o dedi.
Nə kömək? - Lenqdon düşündü və aşağı baxdı.
Küçədə, düz pəncərənin aşağısında, qırmızı işıqda qoşqulu treyler
dayanmışdı. Qoşqunun korpusu göy rəngli vinil örtüklə örtülmüşdü ki,
yük görünməsin.
- Amma, Sofi, mən tullana bilmərəm. Bu...
- Düyməciyi Verin.
Lenqdon cibindən kiçik metal diski çıxardı. Sofi onu alıb əl-
üzyuyana tərəf qaçdı. Sabun parçasını götürdü, düyməciyi onun üstünə
qoyub elə sıxdı ki, sabuna bərk yapışsın.
Sonra sabunu özünü itirmiş Lenqdona verib əl-üzyuyanın altından
zibil vedrəsini çıxardı. Lenqdon nəsə demək istəyirdi ki, birdən o,
pəncərəyə tərəf qaçıb, vedrə ilə şüşəyə möhkəm zərbə vurdu. Şüşə
sındı.
Və sirenanın qulaqbatırıcı vıyıltısı eşidildi.
- Sabunu ver! - Sofi qışqırdı. Lenqdon sabun parçasını ona uzatdı.
Sofi pəncərədən aşağı əyilib nişan aldı. Hədəf kifayət qədər böyük
idi və muzeyin divarlarından təxminən on yard məsafədə yerləşirdi.
Sarı işıq yananda Sofi qolaylanıb sabun parçasını aşağı tulladı.
Sabun hədəfə çatdı, vinil örtüyün kənarına düşdü və yaşıl işıq
yandıqda treyler yerindən tərpənən kimi aşağıdakı yarığa yuvarlandı.
- Təbrik edirəm, - Sofi dedi. Lenqdona yaxınlaşıb onun əlindən
tutdu və qapıya tərəf dartdı.-Siz, indicə Luvrdan qaçdınız.
Onlar Faşın yaxınlaşdığını görüb qaranlığa çəkildilər.
İndi, siqnalizasiyanın vıyıltısı kəsildikdən sonra Lenqdon başqa

70 downloaded from KitabYurdu.org


səslər də eşidirdi. Sirenaları qoşulmuş polis maşınları Luvrdan
hərəkətə gəlmişdilər. Polis gedir! Faş da, yəqin ki, onlarla bir yerdədir.
- Burdan təxminən əlli metr aralıda ehtiyat çıxış var, - Sofii dedi. -
Nə qədər ki, mühafizə burda deyil, muzeydən çıxa bilərik.
Lenqdon başını tərpətməklə cavab verdi. Sözlərə ehtiyac yox idi.
Qısa tanışlıq ərzində o, bu gənc qadının ağlına bələd olmuşdu.

71 downloaded from KitabYurdu.org


Sen-Sülpis kilsəsi əsassız olaraq Parisdə ən ekssentrik tarixi abidə
hesab olunmurdu. Misir ilahəsi İsidanın qədim məbədgahının
xarabalıqları üstündə tikilmiş bu kilsə memarlıq cəhətdən məşhur
Notr-Dam kilsəsinin kiçildilmiş surəti idi. Bu müqəddəs ocağa bir çox
məşhur insanlar baş çəkmişdilər - burda baptistlər, markiz de Sad, şair
Bodler olmuşdu, burda Viktor Hüqonun toyu keçirilmişdi. Kilsə
məktəbində, bura gələn insanların əksəriyyətinin ortodoksal
baxışlardan uzaq olduqları barədə sənədlər yığılmışdı. Bir vaxtlar bura
müxtəlif gizli təşkilatların görüş yeri olmuşdu. İndi isə Sen-Sülpis
qaranlığa qərq olmuş, sakitliyə bürünmüşdü. Məbədin fəaliyyət
göstərdiyinin yeganə əlaməti axşam messasından havaya hopmuş
buxur ətri idi. Sandrin bacı Saylası binanın içərisinə apardı. Saylas
onun həyəcanlı olduğunu hərəkətlərindən və yerişindən hiss edirdi.
Əlbəttə ki, Saylas buna təəccüblənmədi. O, özünün qeyri-adi
görkəminin insanlarda təşviş doğurmasına çoxdan alışmışdı.
- Siz amerikalısınız? - Sandrin bacı soruşdu.
- Anadan fransız doğulmuşam, - Saylas cavab verdi. - İspaniyada
rahibliyə girmişəm, indi isə Ştatlarda oxuyuram.
Sandrin bacı başını tərpətdi. O, mehriban baxışlı, bəstəboy qadın idi.
- Siz heç zaman bizim kilsəni görməmisiniz?
- Bunu demək olar ki, günah hesab edirəm.
- Gündüzlər kilsə daha gözəl görünür.
- Buna əminəm. Sizə isə, bu gecə vaxtı kilsəyə baxmağa imkan
yaratdığınıza görə çox-çox minnətdaram.
- Abbat xahiş etdi. Aydındır ki, sizin çox nüfuzlu dostlarınız var.

XIX downloaded from KitabYurdu.org


Onların nə qədər nüfuzlu olduqları haaqqında sənin heç anlayışın
da yoxdur, Saylas düşündü.
Sandrin bacının arxasınca gedən Saylas kilsənin asketikcə
bəzədilməsinə heyrətləndi. Rəngli freskalı, qızılı mehrablı, oymalı,
naxışlı Notr-Dam kilsəsindən fərqli olaraq bura soyuq və sadə idi. Bu
cəhətdən Sen-Sülpis ispan kilsələrinə oxşayırdı. Dekorun yoxluğu
sahəni geniş göstərirdi. Saylas tavana dayaq olan ağac dirəklərə
təəccüblə baxırdı və ona elə gəldi ki, çevrilmiş nəhəng və qədim
gəminin içindədir.
Tamamilə yerində olan bənzətmədir, o düşündü. Cəmiyyətin gəmisi
çevrilib uçuruma gedəcək. Saylas işə girişməyi səbirsizliklə
gözləyirdi, amma Sandrin Bacının burda olması maneçilik törədirdi.
Bu balaca qadını o dünyaya göndərmək

XX downloaded from KitabYurdu.org


onun üçün bir içim su qədər yüngül idi. Amma o, yalnız çıxılmaz
vəziyyətdə gücdən istifadə edəcəyinə and içmişdi. Bu qadın Tanrı
məbədinin xidmətçisi idi, cəmiyyətin bu kilsəni seçməsi və guşəli daşı
burda gizlətməsi onun günahı deyildi. Başqalarının gizlətdiyi günaha
görə onu cəzalandırmaq lazım deyil.
- Bacı, mən doğrudan da, narahatam ki, sizi bu gecə vaxtı
yuxudan ediblər.
- Eybi yoxdur. Axı, siz Parisdən gedəcəksiniz. Bizim kilsəni
görməmək düz olmaz. Sizin memarlıq yoxsa tarix sahəsinə marağınız
var?
- Bacı, ümumiyyətlə, mənim bütün maraqlarım yalnız dini
müstəvidədir.
O, mehribanca gülümsədi:
- Bu, təbii ki, belə də olmalıdır. Sadəcə ona görə soruşdum ki,
ekskursiyanı nədən başlayaq?
Saylas gözlərini mehrabdan çəkmirdi.
- Ekskursiya lazım deyil. Siz, onsuz da mənim üçün vaxtınızı
itirmisiniz, bacı. Sonrasına mən bir təhər özüm.
- Narahat olmayın. - o dedi. - Mən yerimdən qalxmışamsa.
Saylas dayandı. Onlar oturacaqların ön cərgəsinə çatdılar, mehraba
on beş yard qalmışdı. Saylas bütün bədəni ilə bəstəboy qadına tərəf
çevrildi və onun qırmızı gözlərinə baxan rahibənin necə diksindiyini
gördü.
- Kobudluq etmək istəməzdim, bacı. Amma bilirsiniz, mən Allahın
evində ekskursiyadakı kimi gəzməyə alışmamışam. Ulu Yaradanımıza

70 downloaded from KitabYurdu.org


təklikdə dua etməyimə etiraz etməzsiniz, yəqin ki.
- Hə, əlbəttə, - Sandrin bacı cavab verdi. - Mən arxa skamyaların
birində oturub gözləyərəm.
Saylas yumşaq, amma ağır əlini onun çiyninə qoyub dedi:
- Sizi yuxudan etdiyimə görə, onsuz da özümü günahkar hesab
edirəm. Burda qalıb məni gözləməyiniz artıqdı. Gedin yatın. Mənsə
istədiyim kimi sizin kilsənizi gəzərəm, sonra da çıxışı özüm taparam.
Rahibə narahat oldu:
- Siz əminsiniz ki, özünüzü tərk edilmiş kimi hiss etməyəcəksiniz?
Tamamilə əminəm. Bir də ki, dua etmək sevincdir, elə bir sevinc ki,
bunu heç
kimlə bölmək lazım deyil.
- Özünüz bilərsiniz.
Saylas əlini onun çiynindən götürdü.
- Gecəniz xeyrə qalsın, bacı. Tanrı sizi qorusun.
- Sizi də. - Sandrin bacı pilləkənə tərəf addımladı. - Ancaq xahiş
edirəm ki, çıxanda qapıları möhkəm örtün.
- Mütləq. - Saylas onun pilləkənlərlə necə qalxdığına baxdı. Sonra
çevrilib dizi üstə çökdü və bədəninə batan çıxıntıların ağrısını hiss etdi.
Mənim mərhəmətli və qüdrətli Tanrım, bu gün görəcəyim işi Sənin
naminə edirəm.
Sandrin bacı mehrabdan yuxarıda durmuşdu və dizi üstə dayanmış,
əynində sutana olan rahibi qaranlıqda güdürdü. Onu bürümüş dəhşət -
ona qaçmaq, qaçmaq lazım olduğunu deyirdi. Bəlkə, bu sirli qonaq, - o
düşündü, - haqqında əvvəlcədən ona deyilmiş həmin o düşməndir?

71 downloaded from KitabYurdu.org


Bəlkə, uzun illər öncə içdiyi Andı məhz bu gün yerinə yetirmək lazım
gələcək. Amma hələlik o, burda, qaranlıqda qalmağı və sirli qonağın
hər bir addımını izləməyi qərara aldı.
XX FƏSİL
Arakəsmənin kölgəsindən çıxan Lenqdonla Sofi Böyük Qalereyanın
boş dəhlizləri ilə yanğın zamanı istifadə olunan pilləkənə tərəf getdilər.
Lenqdon addımlayır və eyni zamanda bir tapmaca barədə
düşünürdü. Sirli hadisələr düzümündə bu, yeni dönüş onu çox narahat
edirdi. Məhkəmə polisinin kapitanı qətli mənim boynuma yıxmağa
çalışır. Nə üçün?
- Necə fikirləşirsiniz, - o dedi, - bəlkə döşəmədəki yazını Faş özü
yazıb?
Sofi çevrilmədən:
- Yox, bu, ola bilməz, - dedi.
Lenqdon isə əmin deyildi.
- Axı o, dəridən qabıqdan çıxır ki, məni həbsxanaya salsın. Bəlkə
o, mənim adımı əlavə edib ki, buna bir dəlil olsun?
-Axı nə? Fibonaççi ardıcıllığı? Postskriptum? Da Vinçinin hoqqaları
və simvolizm? Yox, bunu ancaq mənim babam edə bilər.
Lenqdon anlayırdı: o, haqlıdır. Axı, tapmacanın açarı olan bütün bu
rəmzlər, təkcə bir əlin işinə oxşayır - beşguşəli ulduz, da Vinçinin
məşhur rəsmi, ilahə simvolu, hətta Fibonaççi ardıcıllığı. Simvolların
ardıcıl dəsti, alimlər belə deyərdi. Bütün bunlar bir-birilə sıx bağlıdır.
- Bir də, bu günkü zəng, - Sofi dedi. - Axı o, deyirdi ki, mənə çox
mühüm olan nəyisə danışmaq istəyir. Əminəm ki, Luvrun

72 downloaded from KitabYurdu.org


döşəməsindəki ismarıc - mənə çox mühüm nəyisə çatdırmaq üçün
babamın son cəhdidir. Məhz nəyi çatdırmaq istəyirmiş - bunu tapmaq
üçün yalnız siz mənə kömək edə bilərsiniz!
Lenqdon qaşlarını çatdı. Div nar idol an od iç! O zalim an! Yox, bu
sətirlər onun üçün tamam anlaşılmaz idi. O, bunların mənasını başa
düşməkdə gücsüz idi, bundan Sofinin və onun həyatı asılı olsa belə. Bu
müəmmalı sözləri gördükdən sonra keçən hər dəqiqədə hər şey daha da
mürəkkəbləşirdi.
- Çıxış yaxındadır, - Sofi dedi.
-Siz necə düşünürsünüz, babanızın ismarıcındakı rəqəmlər-sətirlərin
mənasını açmaq üçün açar ola bilərmi? - Bir dəfə Lenqdon qədim
əlyazmanı araşdırarkən burdakı epiqrafın şifrələndiyini görmüşdü.
Əlyazmada müəyyən sətirlər sonrakı sətirlərin şifrəsini açmaq üçün
kod idi.
- Mən bütün günü bu rəqəmlərin üstündə baş sındırdım. Cəm,
bərabərlik, törəmə. Heç nə alınmır! Riyazi nöqteyi-nəzərdən bu
rəqəmlər necə gəldi seçilib. Kriptoqrafik olaraq mənasız bir şeydir.
-Amma bu rəqəmlər, Fibonaççi ardıcıllığının bir hissəsidir, axı. Bu,
adi təsadüf ola bilməz.
- Bəli bu, təsadüf deyil. Fibonaççi ardıcıllığından istifadə etməklə,
babam sanki, siqnal ötürüb mənə. Hə, qalan yazılar da bir siqnaldır!
Yazının ingiliscə yazılması, bədənini mənim sevdiyim rəsmə
oxşatması, beşgüşəli ulduz. Bütün bunlar mənim diqqətimi cəlb
etməkdən ötrüdür.
- Bəs, pentakl sizə nə deyir?

73 downloaded from KitabYurdu.org


- Hə, bu haqda mən sizə danışa bilməmişdim. Beşguşəli ulduz hələ
uşaq vaxtdan mənimlə babam arasında xüsusi işarə olub. Biz kartla
taro oynayırdıq, mənim əsas kartım həmişə pentakl dəstindən olurdu.
Əminəm, babam bu kartı bilərəkdən mənə ötürürdü. O vaxtdan pentakl
bizim aramızda xüsusi məna dayışır.
Lenqdon təəccübləndi. Onlar taro oynayırmışlar? Bu, orta əsrlərdən
qalma kart oyununda gizlicə olaraq o qədər bidətçi simvolları vardı ki,
Lenqdon öz yeni əlyazmasında hətta bu barədə bir başlıq da yazmışdı.
İyirmi iki kartla oynanılan oyunlar «Qadın-papa», «İmperatriçə» və
«Ulduz» adlanırdı. Taro kartlar Kilsəyə zidd olan və onun qadağan
etdiyi dünyagörüşü gizlicə yaymaq üçün əvvəllər bir vasitə kimi
düşünülmüşdü. İndi kartların mistik xüsusiyyətlərindən əsasən
falabaxanlar istifadə edirdilər.
Taro kartlarında əsas dəst qadın başlanğıcının ilahi məğzini
göstərmək üçün istifadə olunurdu, Lenqdon düşündü. Yenə də hər şey
beşguşəli ulduza gedib çıxır...
Onlar yanğın zamanı istifadə edilən pilləkənə gəlib çıxdılar və Sofi
pilləkən meydançasının qapısını ehtiyatla açdı. Bu dəfə siqnalizasiya
işə düşmədi. Tmuzeyin yalnız xarici qapıları siqnalizasiya ilə təchiz
olunmuşdu. Onlar dar pilləkənlərlə aşağı düşməyə başladılar.
- Sizin babanız, - Lenqdon dedi, - beşguşəli ulduz haqqında
danışanda, təsadüfən İlahəyə pərəstiş yaxud Katolik kilsəsinin
qadağanları barədə bir söz demirdi ki?
Sofi başını buladı:
- Məni başqa bir şey daha çox maraqlandırırdı. «İlahi tənasüblər»

74 downloaded from KitabYurdu.org


riyaziyyatı, PHİ ədədi, Fibonaççi ardıcıllığı və sair.
Lenqdon təəccübləndi:
- Babanız sizə izah etdimi ki, PHİ ədədi nədir?
- Hə, əlbəttə. «İlahi tənasüb» adlanır. - Onun sifətində təbəssüm
göründü. - O, hətta zarafatla deyirdi ki, guya mən... yarımallah
varlığam, çünki mənim adımda bu hərflər var.
Lenqdon dərhal anlamadı, amma sonra söhbətin nədən getdiyini
bildi. O, hətta sakitcə ah çəkdi.
Hə, əlbəttə ki! So-fi («F» səsi - «Sofi» adı latıncada PHİ hərfləri ilə
yazılır — SOPHİE).
O, aşağı düşə-düşə, bu PHİ barədə düşündü. Və anlamağa başladı
ki, Sonyerin tapmacaları əvvəl göründüyündən daha ardıcıl xarakter
daşıyır.
Da Vinçi... Fibonaççi ardıcıllığı. pentakl...
Bütün bunları incəsənət tarixində ən fundamental konsepsiyalardan
biri əlaqələndirir. Lenqdon hətta bu konsepsiyalar barədə öz
kurslarında bir neçə mühazirə də oxuyub.
PHİ.
O, xəyalən özünü Harvardda, auditoriya qarşısında gördü. Budur o,
üzərində təbaşirlə «İncəsənətdə simvolizm» yazılmış lövhəyə tərəf
çevrilir. Və bu sözlərin altında özünün sevimli rəqəmini yazır:
1,618
Sonra dönərək tələbələrin hər şeylə maraqlanan baxışlarını tutur.
- Kim deyə bilər, bu rəqəm nəyi göstərir?
Axırıncı sırada oturmuş uzundraz riyaziyyatçı Stetner əlini qaldırır.

75 downloaded from KitabYurdu.org


- Bu PHİ ədədidir, - o, bunu «fi-i» kimi tələffüz edir.
- Afərin, Stetner. — Lenqdon deyir. — Beləliklə, buyurun, tanış
olun, PHİ ədədi.
- Bunu «pi» ilə qarışdırmaq lazım deyil, - Stetner əlavə edir. —
Biz riyaziyyatçıların dediyi kimi, «H» hərfi onu daha böyük edir.
Lenqdon gülür, amma, deyəsən heç kim zarafatı başa düşməyib.
Stetner skamyaya oturur.
- PHİ ədədi, - Lenqdon davam edir, - bir tam mində altı yüz on
səkkizə bərabərdir və təsviri incəsənətdə ən mühüm və vacib ədəddir!
Kim deyə bilər: nəyə görə?
Stetner burda da zarafat etmək imkanını əldən buraxmır:
- Gözəl olduğuna görə, hə?
Auditoriya qəh-qəhə çəkir.
- Qəibə də olsa, - Lenqdon deyir, - Stetner yenə də haqlıdır. PHİ
ədədi, ümumi rəyə görə, kainatda ən gözəl rəqəm hesab olunur.
Qəhqəhə kəsilir, Stetner qalib kimi görünür.
Lenqdon slaydları göstərmək üçün proyektoru hazırlayır və izah
edir ki, PHİ ədədi Fibonaççi ardıcıllığından alınıb. Bu riyazi silsilə —
təkcə iki qonşu həddin cəmi sonrakı həddə bərabərdir, müddəası ilə
məşhur deyil, həm də bu ardıcıllıqda iki qonşu həddin qisməti —
1,618-ə, yəni PHİ ədədinə yaxın olması ilə unikal xassəyə malikdir.
Sonra Lenqdon izah edir ki, PHİ rəqəminin mistik mənşəyi ilə
yanaşı həm də unikal rolu var. PHİ - Yer üzündəki bütün canlıların
yaranma özülündə kərpic rolunu oynayır. Bütün bitkilər, heyvanlar və
hətta insanlar da PHİ ədədinin 1-ə olan nisbətinin kökünə təxminən

76 downloaded from KitabYurdu.org


bərabər olan fiziki proporsiyalara bölünmüşdür.
-Təbiətin hər yerində PHİ-nin mövcudluğu, - Lenqdon davam edir
və auditoriyanın işığını söndürür, - bütün canlı varlıqların əlaqəsini
göstərir. Əvvəllər hesab edirdilər ki, PHİ ədədi Kainatın yaradıcısı
tərəfindən qabaqcadan müəyyən olunub. Qədim alimlər bir tam mində
altı yüz on səkkizi «İlahi proporsiya» adlandırırdılar.
- Bağışlayın, - birinci sırada oturan gənc qız deyir, - mən biologiya
fakultəsinin axırıncı kursunda oxuyuram. Şəxsən mən heç zaman canlı
təbiətdə «ilahi proporsiya»nı müşahidə etməmişəm.
- Doğrudanmı? - Lenqdon gülümsədi, - Hətta arı pətəyində erkək
və dişi fərdlərin qarşılıqlı münasibətini öyrənəndə belə?
- Əlbəttə ki, arı pətəyində dişi fərdlərin sayı erkəklərdən həmişə
çox olur.
- Düzdür. Bəs sizə məlumdur ki, əgər dünyanın istənilən yerində
olan arı pətəyindəki dişi fərdlərin sayını erkək fərdlərin sayına
böldükdə, həmişə eyni bir ədədi alacaqsınız?
- Doğrudanmı?
Bəli. Özü də PHi ədədini.
Qızın ağzı açıla qalır:
- BU OLA BİLMƏZ!
- Ola bilməz yox, məhz belədir! - Lenqdon onun sözünü kəsir.
Gülümsünür və spiralabənzər dəniz balıqqulağının təsviri olan slaydı
apparata qoyur. - Tanıdınızmı?
- Bu nautiliusdur, - tələbə qız cavab verir. - Üzmək üçün
balıqqulağına qaz buraxmağı ilə məlum olan başıayaqlı molyuskdur.

77 downloaded from KitabYurdu.org


Lenqdon başını tərpədir:
- Doğrudur. İndi isə tapın görək, spiralın hər bir burumunun
diametrinin sonrakı burumun diametrinə olan nisbəti necədir?
Qız molyuskun spiralabənzər çanağının təsvirinə tərəddüdlə baxır.
Lenqdon başını tərpədir:
- Bəli, bəli. Məhz PHİ. İlahi proporsiya. Bir tam mində altı yüz on
səkkiz.
Qızın təəccübdən gözləri böyüyür.
Lenqdon növbəti, yetişmiş toxumları olan günəbaxan təsvir edilmiş
slayda keçir.
- Günəbaxanın toxumları saat əqrəbinin əksinə olan spiral üzrə
yerləşir. Tapın, hər bir spiralın diametrinin sonrakı spiralın diametrinə
olan nisbəti neçədir?
- PHİ?-tələbələr xorla soruşurlar?
- Düzdür! - Və Lenqdon slaydları bir-birinin ardınca göstərməyə
başlayır: - qarğıdalının spiral şəklində burulmuş yarpaqları, bitkilərin
gövdələrindəki
yarpaqların yerləşməsini, həşərat cisimlərinin seqment hissələri. Və
onların hamısı öz quruluşlarında «İlahi proporsiya» qanununa tabe
olur.
- Mat qalmalı işdir! -tələbələrdən biri ucadan deyir.
- Bəli, - başqa birisinin səsi eşidilir, - ancaq bunun incəsənətə nə
dəxli var?
- Aha! - Lenqdon deyir. - Bu sualı verdiyinizə görə şadam.
Və o daha bir slaydı, dairənin içərisində çılpaq kişinin təsvir

78 downloaded from KitabYurdu.org


olunduğu rəsmin, Leonardo da Vinçinin məşhur əsərinin slaydını
göstərir. Bu əsər, öz yazılarında «İlahi proporsiya»nı təqdir etmiş,
«Memarlıq haqqında on kitab»ın müəllifi, dahi roma memarı Markus
Vitruviyin şərəfinə «Vitruvian insanı» adlanırdı.
- İnsan bədəninin ilahi qurluşunu heç kim da Vinçi qədər yaxşı
anlamırdı. Da Vinçi hətta meyidləri ekshumasiya edir, skelet
sümüklərinin proporsiyalarını, ölçü və anatomiyanı öyrənirdi. O, ilk
dəfə sübut etdi ki, insan bədəni «tikinti blokları»ndan ibarətdir və bu
«bloklar» arasındakı proporsiyalar nisbəti həmişə bizim PHİ rəqəminə
bərabər olur.
Tələbələrin baxışlarından inamsızlıq oxunur.
- Siz mənə inanmırsınız? - Lenqdon soruşur. - Eybi yox, duşun
altına girəndə, özünüzlə dərzi metrəsi götürməyi unutmayın.
Futbol həvəskarı olan bir neçə oğlan gülür.
- Hamının qurluşu belədir, - Lenqdon deyir. - Oğlanların da,
qızların da.
Özünüz yoxlayın. Təpənizdən döşəməyə qədər olan məsafəni ölçün.
Sonra onu öz boyunuza bölün. Görəcəksiniz ki, hansı rəqəm alınır.
- Yenə də PHİ? - futbolçulardan biri soruşur.
- Bəli, PHİ, - Lenqdon başını tərpədir. - Bir tam mində altı yüz on
səkkiz. Bir misal da istəyirsiz? Çiyninizdən barmaqlarınızın ucuna
qədər olan məsafəni ölçün. Sonra onu dirsəyinizdən barmaqlarınıza
qədər olan məsafəyə bölün. Yenə həmin ədədi alacaqsınız. Bir misal
da? Ombanızın yuxarısından döşəməyə qədər olan məsafəni dizinizdən
döşməyə qədər olan məsafəyə bölün. Yenə PHİ. Əl barmaqlarınızın

79 downloaded from KitabYurdu.org


uzunluğu. Ayaq barmaqlarınızın uzunluğu. Və yenə PHİ, PHİ.
Beləliklə mənim dostlarım, sizin hər biriniz «İlahi proporsiya»ya canlı
nümunəsiniz.
Lenqdon, hətta qaranlıq auditoriyada görür ki, onlar necə
heyrətləniblər. Və bütün bədəninə xoş bir istinin yayıldığını hiss edir.
O, məhz belə anların naminə dərs deyir. - Mənim dostlarım, görürsüz
ki, dünyanın bizə görünən xaosu arxasında qayda, nizam-intizam
gizlənir. Və qədimdə, PHİ ədədini kəşf edənlər əmin idi ki, Allah-
Təalanın dünyanı yaratmaq üçün istifadə etdiyi qurucu daşı tapıblar.
Və onlar bundan sonra Təbiəti ilahiləşdiriblər. Səbəbini başa düşmək
olar. İlahi qüvvə özünü Təbiətdə büruzə verir, bu günə qədər
bütpərəstlik dinləri mövcuddur, insanlar Ana Torpağa pərəstiş edirlər.
Bir çoxumuz bütpərəstlər kimi təbiəti mədh edirik, amma səbəbini
başa düşmürük. May Günü bayramı buna gözəl misaldır, (May Günü -
ABŞ-da da qeyd edilən ingilislərin ənənəvi bahar bayramıdır. Bu
bayram zamanı kiçik yaşlı məktəblilər məktəbin həyətindəki «may
ağacı» adlanan ağacın ətrafında rəqs edirlər. Bayram ərəfəsində isə öz
dostlarının evlərinin qapısına gül səbəti qoyurlar). Bahar bayramı... Öz
gözəlliyini göstərmək üçün Təbiət yenidən canlanır. Sehrli, mistik
«İlahi proporsiya» bizə qədim zamanlardan miras qalıb. İnsan sadəcə
Təbiətin qanunları ilə yaşayır, ona görə də incəsənət - Allahın yaratdığı
gözəlliyin insan tərəfindən imitasiya edilməsi cəhdidir. Deməli,
məşğələlərimiz zamanı «İlahi proporsiya»nın incəsənətdə istifadə
olunmasına çoxlu nümunələr görsək, təəccüblənməyin.
Sonrakı yarım saat ərzində Lenqdon, da Vinçinin, Albrext Dürerin,

80 downloaded from KitabYurdu.org


Mikelancelonun və digər rəssamların əsərlərinin slaydlarını tələbələrə
göstərir və sübut edir ki, onların hər biri öz kompozisiyalarını
yaradarkən «İlahi proporsiya»ya ciddi əməl ediblər. Lenqdon, bu sehrli
ədədin memarlıqda da, yunan Parfenonunun, Misir piramidalarının,
hətta BMT-nin Nyu-Yorkdakı binasının quruluşundakı mövcudluğunu
nümayiş etdirir. PHİ - Mosart sonatalarının, Bethovenin 5-ci
simfoniyasının, həmçinin Bartolun, Debüssinin və Şubertin əsərlərinin
strukturunda da mövcuddur. Lenqdon onlara deyir ki, PHİ ədədindən
Stradivari də öz unikal skripkasını düzəldərkən istifadə edib.
- Yekunda, - Lenqdon deyir və lövhəyə yaxınlaşır, - yenə də
simvollara qayıdaq. - Təbaşiri götürür və beşguşəli ulduz çəkir. - Bu
simvol, sizin bu semestr tanış olacağınız ən qüdrətli obrazlardan
biridir. Bunun adı pentaqramdır. Qədimdə onu pentakl adlandırırdılar.
Əsrlər boyu bir çox mədəniyyətlərdə bu simvol eyni zamanda ilahi və
sehrli hesab edilib. Kim deyə bilər, nə üçün?
Riyaziyyatçı Stetner əlini birinci qaldırır:
- Çünki, pentaqramı çəkərkən xətlər avtomatik olaraq «İlahi
proporsiya»ya uyğun gələn seqmentlərə bölünür.
Lenqdon başını tərpədir:
- Afərin. Bəli, beşguşəli ulduzda xətti seqmentlərin nisbəti həmişə
PHİ ədədinə bərabərdir. Onun üçün bu simvol «İlahi proporsiya»nın
ən dolğun ifadəsidir. Məhz bu səbəbdən beşguşəli ulduz həmişə
kamillik və gözəllik simvolu olub, ilahə və müqəddəs qadın başlanğıcı
ilə assosiasiya təşkil etmişdir.
Auditoriyadakı bütün qızlar gülümsündü.

81 downloaded from KitabYurdu.org


- Bir şey idə qeyd etmək istəyirəm. Bu gün biz Leonardo da
Vinçidən az da olsa bəhs etdik, amma semestr boyunca bu mövzuya
kifayət qədər vaxt ayıracağıq. Sübut edilmişdir ki, Leonardo da Vinçi
qadın başlanğıcla bağlı olan qədim dinlərin pərəstişkarı olub. Sabah,
sizə onun «Sirli axşam yeməyi» adlı məşhur freskasını göstərəcək və
sübut etməyə çalışacağam ki, bu əsər, müqəddəs qadın başlanğıcına
pərəstişə ən maraqlı nümunələrdən biridir.
- Siz zarafat edirsiniz? - kiminsə səsi eşidilir. Şəxsən mən həmişə
«Sirli axşam yeməyi»nin İsa haqqında olduğunu hesab etmişəm.
Lenqdon hiyləgərcəsinə göz vurur:
- Siz heç təsəvvür edə bilməzsiniz ki, simvollar bəzən hansı
yerlərdə gizlənir!
- Tez olun! - Sofi onu tələsdirdi. - Nə olub? Biz demək olar ki,
çatmışıq.
Lenqdon xatirələrindən ayrıldı, başını qaldırıb gördü ki, dar və pis
işıqlanmış pilləkəndə dayanıb. Gözlənilməz kəşf onu həddən artıq
çaşdırmışdı.
Div nar idol an od iç! O zalim an!
Sofi gözlərini ondan çəkmirdi.
Bu qədər sadə? Bu ola bilməz, Lenqdon düşündü.
Burda, Luvrun yarıqaranlıq pilləkən və keçidlərində, PHİ ədədi və
Lenardo da Vinçi haqqında düşünərkən, Lenqdon gözlənilmədən
Sonyerin sirli ismarıcının şifrəsini açmışdı.
- Div nar idol an od iç! O zalim an! - o, ucadan dedi. - Mən şifrəni
açdım! Bundan sadə bir şey yoxdur!

82 downloaded from KitabYurdu.org


Sofi dayandı və təəccüblə ona baxdı. Şifrəni açıb? Bu sətirlərin
üstündə o özü bütün axşamı baş sındırsa da, kodu tapa bilməmişdi.
Həm də ki, o, bunu heç də sadə hesab etmirdi.
- Siz özünüz dediniz ki, - Lenqdon həyəcandan titrəyən səsilə dedi.
- Fibonaççi ardıcıllığı rəqəmlər müəyyən qaydada düzüldükdə məna
kəsb edir. Başqa cürə bu - sadəcə riyazi cəfəngiyyatdır.
Onun nə demək istədiyini Sofi anlamırdı. Fibonaççi ardıcıllığındakı
ədədlər? İndiyə qədər o, əmin idi ki, bu ədədlər kriptoqrafiya şöbəsini
sadəcə işə cəlb etmək üçün nəzərdə tutulub. Deməli, babamın məqsədi
başqa imiş? O, cibindən kağızı çıxarıb yenidən baxdı.
13-3-2-21-1-1-8-5
Div nar idol an od iç! O zalim an!
Bəs, bu ədədlər nədir?
- Təhrif olunmuş Fibonaççi silsiləsi - açardır, - Lenqdon kağızı
onun əlindən alaraq dedi. - Ədədlər ismarıcın qalan hissəsinin şifrəsini
açmaq üçün işarədir. O, qəsdən ardıcıllığı pozub. Bununla işarə edib
ki, bu cür yanaşma mətnə də aiddir.
Div nar idol an od iç! O zalim an! Bu sətirlərin heç bir mənası yoxdur.
Nizamsız hərflər düzümüdür.
Sofi Lenqdonun nə düşündüyünü ani olaraq tutdu.
- Siz hesab edirsiniz ki, bu ismarıc... anaqramdır? - O, düz
Lenqdonun gözlərinin içinə baxdı. - Hərfləri qəzetdən kəsilmiş məktub
kimi?
Lenqdon Sofinin bədbinliyini hiss edir və başa düşürdü ki, bu nə ilə
əlaqədardır. Yalnız çox az insanlara məlumdur ki, bir vaxtlar əyləncə

83 downloaded from KitabYurdu.org


kimi dəbdə olan anaqramlar zəngin tarixə malikdir və simvolizmlə
əlaqədardır.
Mistik təlim olan kabbala məhz anaqramlara əsaslanırdı: qədim
yəhudi dilindəki sözlərdə hərflərin yerini dəyişir və yeni məna
tapırdılar. İntibah dövrünün fransız kralları anaqramların sehrli gücünə
o qədər əmin idilər ki, hətta sarayda xüsusi olaraq «kral
anaqramistləri» vəzifəsini yaratmışdılar. Bu anaqramistlər mühüm
sənədlərdəki sözləri analiz edərək ən doğru qərarı tapmalıydılar.
Romalılar isə anaqramm təlimini are maqna adlandırırdılar.
Lenqdon Sofinin yaşıl gözlərinə baxdı.
- Babanızın yazdığı sözlərin mənası həmişə qarşımızda olub. O,
bizə kifayət qədər açar və işarə qoyub ki, bunu başa düşək.
Lenqdon bu sözləri deyə-deyə pencəyinin cibindən diyircəkli
qələmi çıxarıb sətirdəki hərflərin yerini dəyişdi. Div nar idol an od iç!
O zalim an!
Və aşağıdakı sözlər alındı:
L(e)onardo da Vinçi! Mona Liza!
XXI FƏSİL
Mona Liza...
Pilləkəndə dayanmış Sofi təəccübündən donub qaldı, elə bil,
Luvrdan tezliklə qaçmaq lazım olduğunu unutmuşdu.
Tapmacanın sadəliyi onu heyrətə salmışdı. Axı, Sofi mürəkkəb
kriptoqrafik analizlər aparmağa öyrəşmiş təcrübəli mütəxəssis idi və
sözlərlə primitiv oyunlar onu az maraqlandırırdı. Amma görünür,
maraqlanmaq lazım imiş. Axı o, özü də uşaqlıqda, xüsusən ingiliscə

84 downloaded from KitabYurdu.org


olan anaqramlarla az məşğul olmamışdı.
Babası, onun ingiliscə düzgün yazması üçün anaqramlardan istifadə
edirdi. Bir dəfə o, «planet» sözünü yazmış və demişdi ki, bu sözdəki
hərflərdən doxsan iki söz düzəltmək olar. Və Sofi bu sözləri tapmaq
üçün düz üç gün ingiliscə lüğəti əlindən yerə qoymamışdı.
- Sadəcə, təsəvvür edə bilmirəm ki, - Lenqdon kağıza baxaraq
dedi, - sizin babanız ölümünə bir neçə dəqiqə qalmış bu qədər dəqiq
anaqramı necə qura bilib.
Sofi bunu bilirdi. O xatırladı ki, incəsənətin və sözlərdən oyun
düzəltməyin həvəskarı olan babası, lap çoxdan məşhur əsərlərin
adlarından anaqram tərtib etməklə əylənirdi. Bu azmış kimi, Sofi hələ
balaca qız olarkən, hətta bir anaqram üzündən xoşagəlməz hadisə də
baş vermişdi. Sonyer hansısa amerikan incəsənət curnalına müsahibə
vermişdi və «kubizm» adlı modernist hərəkata öz etirazını bildirmək
üçün Pikassonun «Les Demoiselles d'Avignon» şedevrini anaqramla
«Vile meaningless doodles» adlandırmışdı. («Les Demoiselles
d'Avignon» - «Avinyon qızları»; anaqram: «Vile meaningless
doodles» - «Mənfur düşüncəsiz boşboğazlar»). Bu heç də Pikassonun
pərəstişkarlarının xoşuna gəlməmişdi.
- Ola bilər ki, babam Mona Lizanın anaqramını çoxdan tərtib edib,
- Sofi dedi. - Və həmin an bundan kod kimi istifadə etməyə məcbur
olub.
O diksindi: elə bil ki, uzaqlardan babasının səsini eşitdi.
Leonardo da Vinçi!
Mona Liza!

85 downloaded from KitabYurdu.org


Onun axır sözləri nəyə görə dünyanın ən məşhur əsərinin adı olub,
Sofi bunu başa düşmürdü. Ağlına yalnız bir fikir gəldi, həm də
təhlükəli.
Bu, babasının son sözləri deyil...
İndi o, «Mona Liza»ya baxmalıdır? Bəlkə, babası orda nəsə bir
informasiya qoyub? Ola bilər. Axı, məşhur əsər ayrıca kiçik zalda - Sal
de Etada asılmışdı. Bura isə yalnız Böyük Qalereyadan keçməklə
girmək olardı. İndi Sofi hər şeyi aydınca xatırladı: bu zalın qapıları ilə
kuratorun meyidinin tapıldığı yer arasında cəmi 20 metr məsafə vardı.
O, ölümündən qabaq «Mona Liza»ya qədər gedib çıxa bilərdi.
Sofi pillələrə baxdı və hiss etdi ki, şübhələri artır. O anlayırdı: hər
şeydən əvvəl Lenqdonu muzeydən çıxarmaq lazımdır, həm də nə qədər
tez olsa, bir o qədər yaxşı olar. Eyni zamanda intuisiyası ona başqa şey
deyirdi. Yenə də xatirələri baş qaldırdı. Sofi, hələ balaca qız uşağı, ilk
dəfə Luvra gəlir. Babası ona sürpriz hazırlayıb, deyib ki, dünyada çox
az yer var ki, orada onu nəhəng və sirli incəsənət əsəri olan «Mona
Liza» ilə görüş gözləyir.
- O, bir az aralıdadır, - babası Sofinin əlindən tutub muzeyin boş
zallarından və qalereyalarından apara-apara pıçıltıyla deyir.
Onda qızın altı yaşı vardı. O, hündür tavanlı nəhəng otaqlara və
güzgü kimi parıldayan döşəmələrə baxaraq özünün çox kiçik olduğunu
hiss edirdi. Boş muzey - onlar muzey bağlandıqdan sonra orda
gəzirdilər - onu qorxudurdu, amma bunu birzə vermək istəmirdi.
Yalnız dodaqlarını sıxıb əlini babasının iri ovcundan qopartdı.
- Bax, orda, irəlidə, - Sonyer dedi. Onlar Luvrun ən məşhur zalına

86 downloaded from KitabYurdu.org


yaxınlaşdılar. Babası nədənsə sevinirdi və həyəcanlı idi, Sofi isə evə
getmək istəyirdi. O, müxtəlif kitablarda «Mona Liza»nın
reproduksiyalarını görmüşdü və bu rəsm onun heç xoşuna gəlmirdi. Və
o, anlamırdı ki, niyə hamı bu rəsmə heyranlıqla baxır.
- C'est ennuyeux - Sofi mızıldadı.
- Darıxdırıcıdır, - babası onun səhvini düzəltdi, - Məktəbdə
fransızca. Evdə ingiliscə.
- Le houvre c'est pas chez moi! - (Bu Luvr mənlik deyil! - Frans.) -
O, inadkarcasına etiraz etdi.
Baba güldü:
- Sən haqlısan. Onda, gəl ingiliscə elə-belə, əyləncə üçün danışaq.
Sofi şıltaqcasına dodaqlarını büzüb yeriməyə davam etdi. Budur,
onlar kiçik zala girdilər. O, gözləri ilə otağı süzdü. Boş otaq, yalnız
sağda, divarın ortasında işıqlandırılmış ləkə. Güllə keçirməz şüşənin
arxasında uzun portret. Baba qapının ağzında dayandı və əli ilə ona
rəsmə yaxınlaşmağı işarə etdi.
- Gəl, Sofi. Bu xanımla təkbətək qalmaq şərəfinə çox az adam nail
olub.
Sofi yavaş-yavaş addımladı. «Mona Liza» haqqında eşitdiklərindən
sonra ona elə gəlirdi ki, o, kraliçaya yaxınlaşır. Sofi gülləkeçirməz
şüşənin qarşısında durub nəfəsini çəkdi və gözlərini qaldırdı.
Qız, bu məşhur rəsmə baxdıqda nələr hiss edəcəyini bilmirdi.
Amma heyrətlənmədi. Tanış üz kitab səhifələrindəki kimi ona baxırdı.
Sofi rəsmin qarşısında susaraq durdu - bu anlar ona əbədiyyət kimi
gəldi.

87 downloaded from KitabYurdu.org


- Hə, necədir? - babsı dedi və onunla yanaşı dayandı. - Yaxşıdır,
elə deyilmi?
- Çox balacadır.
Sonyer gülümsədi:
- Axı, sən də balacasan. Və sən də gözəlsən.
Mən heç də gözəl deyiləm, Sofi düşündü. O, özünün kürən saçlarına
və çilli sifətinə nifrət edirdi. Bir də ki, o, sinifdəki bütün oğlanlardan
həm güclü, həm də hündürboylu idi. Onun baxışları yenə «Mona
Liza»ya dikildi və o, başını yırğaladı.
- O, kitabdakılardan da pis görünür. Sifəti nəsə... brameux.
- Dumanlıdır, - babası onun səhvini düzəltdi.
- Dumanlıdır, - Sofi təkrar etdi. Bilirdi ki, ona əvvəllər tanış
olmayan bu sözü əzbərləməyincə söhbətin davamı olmayacaq.
- Bu, sfumato adlanan üslubla çəkilib, - Sonyer dedi. - Çox
mürəkkəb texnikadır, belə effekti əldə etmək çox çətindir. Başqa
rəssamlara nisbətən, Leonardo bunu daha yaxşı bacarırdı.
Amma rəsm Sofinin qəti xoşuna gəlmirdi.
- O, elə baxır ki. sanki başqalarının bilmədiyini o, bilir. Sirri olan
məktəbli uşaqlar kimi.
Baba güldü:
- Hə, elə bir az da bu səbəbdən o, belə məşhurdur. Onun nəyə
gülümsədiyini insanlar uzun müddətdir ki, tapa bilmirlər.
- Bəs, sən bilirsən o, nəyə gülümsünür?
- Bəlkə də bilirəm, - baba göz vurdu. - Gün gələcək, bu haqda
sənə danışacam.

88 downloaded from KitabYurdu.org


Sofi hirslə ayaqlarını yerə döydü:
- Mən axı dedim ki, hər hansı sirrdən zəhləm gedir!
- Prinsessa, - o gülümsündü, - həyat sirlərlə doludur. Və bunların
hamısını dərhal bilmək mümkün deyil.
- Mən qayıtmalıyam, - Sofi dedi.
- «Mona Liza»nın yanına? - Lenqdon soruşdu. - İndi?
Sofi hər şeyi ölçüb-biçmişdi.
- Məndən şübhələnmirlər. Risk etməyə dəyər. Mən öyrənməliyəm
ki, babam nə demək istəyib.
- Bəs səfirlik?
Sofi Lenqdonu belə vəziyyətdə taleyin ixtiyarına buraxdığına görə,
özünü onun qarşısında günahkar hiss edirdi. Amma başqa çıxış yolu
yox idi. O, bir pilə aşağıda yerləşən dəmir qapını göstərdi.
- Bu qapıdan girin. İşarələrə Baxa-baxa çıxışa tərəf gedin. Babam
məni məhz bu qapıdan muzeyə aparardı. Sonra nəzarət turniketlərinə
rast gələcəksiniz. Gecələr onlar avtomatik olaraq açılır. - O, maşının
açarlarını Lenqdona uzatdı. -
Mənim qırmızı «smart»ım xidməti dayanacaqdadır. Burdan səfirliyə
necə getməyi, yəqin bilirsiz?
Lenqdon açarı aldı və başını tərpətdi.
- Qulaq asın, - Sofi daha yumşaq səslə dedi. - Məndən inciməyin.
Bəlkə də, babam «Mona Liza»nın yanında məktub qoyub və qətli
törədənin kim olduğunu yazıb. Həm də, öyrənərəm ki, bəs məni niyə
təhlükə gözləyi? Və mənim ailəmin başına nə gəlib? Mən orda
olmalıyam.

89 downloaded from KitabYurdu.org


- Amma o, sizi təhlükədən xəbərdaar etmək məqsədi güdsəydi,
bunu döşəməyə yazmaq daha asan olmazdımı? Bütün bu, mürəkkəb
söz oyunları bəs nə üçündür?
- Buna bir səbəb ola bilər. Babam istəməmişdir ki, bunu başqaları
da bilsin. Hətta polis belə.
Yox, tamamilə aydındır: babası məlumatı məhz ona ötürmək üçün
əlindən gələni edib. Anaqram yazıb, onun ad və familiyasının baş
hərflərini işlədib, Robert Lenqdonu tapmağı tapşırıb. Bu, son təklif
onun ən düzgün qərarı idi, məhz Lenqdon, rəmzlər üzrə amerikalı
mütəxəssis kodun şifrəsini açmışdı.
- Bəlkə də bu, sizə qəribə görünsün, - Sofi əlavə etdi, - amma
düşünürəm ki, babam, mənim başqalarından daha tez «Mona Liza»ya
baxmağımı istəyib.
- Mən də sizinlə gəlirəm.
- Yox! Biz hələ bilmirik, bəlkə polis geri qayıtdı. Vaxtdır. Siz
gedin artıq!
Lenqdon tərəddüd edirdi. Deyəsən, alimlərə xas maraq hissi
özünümühafizə
hissinə üstün gəlirdi.
- Gedin. Elə indicə! - Sofi ona baxıb gülümsədi. - Səfirlikdə
görüşərik, mister Lenqdon.
- Sizinlə bir şərtlə görüşməyə razıyam. - Lenqdonun səsi ciddi və
quru idi.
Sofi təəccüblə ona baxdı:
- Hansı şərtlə?

90 downloaded from KitabYurdu.org


- Bir şərtlə ki, bundan sonra mənə mister Lenqdon deməyəsiniz.
O gülümsədi, Sofi də ona təbəssümlə cavab verdi:
- Uğurlar, Robert.
Lenqdon birinci mərtəbəyə düşdü, kətan yağının və alebastrın
qoxusu burnuna doldu. İrəlidə, uzun dəhlizin sonunda işıqlandırılmış
lövhəcik asılmışdı: «SORTİE/ÇIXIŞ».
Lenqdon dəhlizə girdi.
Sağ tərəfdə restavrasiya emalatxanaları vardı, bərpa olunmaq üçün
çoxlu heykəl yığılmışdı. Lenqdon bu tərəfdə Harvardın incəsənət
məşğələləri üçün nəzərdə tutulmuş otaqlarına bənzəyən emalatxanalar
da gördü. Molbertlər və çərçivələr sıra ilə düzülmüşdü, boya dolu
tübiklər, şpatellər, çərçivə hazırlamaq üçün lazım olan alətlər ayrı-ayrı
yığılmışdı.
Dəhliz boyu addımlayan Lenqdon düşünürdü ki, indicə bu qəribə
yuxudan ayılıb özünü Kembricdə, evdə, yataqda görəcək! Bu axşam
bütünlüklə dəhşətli
yuxu kimiydi. Mən, polis tərəfindən təqib olunan qaçağam. Luvrun
pəncərəsindən az qala tullanacaqdım. Yox, bu sadəcə vəhşilikdir!..
Sonyerin tərtib etdiyi anaqramlar başından çıxmırdı və Lenqdonu
dəhşətli maraq bürümüşdü ki, Sofi məşhur əsərin yanından nə tapacaq.
Sofi tamamilə əmin idi: babası istəyib ki, bu məşhur əsərə bir də
baxsın. Məqbul interpretasiyadır, lakin lenqdonu başqa paradoks
narahat edirdi.
Postskriptum. Robert Lenqdonu tapmalı.
Sonyer onun adını döşəməyə yazmış, onu axtarmağı Sofiyə

91 downloaded from KitabYurdu.org


məsləhət görmüşdü. Amma nə səbəbə? Sadəcə anaqramları açmaqdan
ötrümü?
Güman etmirəm.
Axı, Sonyer hardan bilirdi ki, Lenqdon anaqramları açmaqda
məharətlidir. Biz onunla bir dəfə də olsun görüşməmişik. Bundan
başqa, Sofi aydınca dedi ki, o, Lenqdonun köməyi olmadan da
anaqramları aça bilər. Məhz Sofi birinci tapdı ki, döşəmədəki rəqəmlər
Fibonaççi ardıcıllığıdır. Onun tez bir zamanda ismarıcın qalan
hissəsini açmasına şübhə ola bilməzdi.
Sofi anaqramları özü açmalı idi, indi Lenqdon buna tamamilə əmin
idi. Bəs Sonyer onun adını nə üçün yazmışdı, niyə onu tapmağı
məsləhət bilmişdi? Bunda məntiq varmı?
Niyə məhz mən? Lenqdon dəhlizlə addımlayaraq düşünürdü.
Sonyer nəvəsinə ünvanlanmış ölümqabağı ismarıcında niyə məni
tapmağı yazmışdı? Sonyerin fikrincə, mən nəyi bilirdim?...
Birdən Lenqdon yerində donub qaldı. Tələsə-tələsə ciblərini eşələdi
və kağızı çıxardı. Və Sonyerin yazısının sonuncu sətrinə baxdı.
P.S. Robert Lenqdonu tapmalı.
Birinci iki hərf...
P.S.
Elə bil, onu cərəyan vurdu. O, hər şeyi xatırladı - Sonyerin
simvollarla maraqlanmasını, incəsənətdəki rəmzlər üstündə işləyərkən
özünün topladığı çoxillik təcrübəsini - hər şeyi. Aydınlıq! Nəhayət, hər
şey üst-üstə düşür! Bu gecə Cak Sonyerin etdiyi işlərin hamısının izahı
tapıldı!

92 downloaded from KitabYurdu.org


Lenqdon öz kəşfinin nəticələrini götür-qoy etdi. Sonra cəld çevrilib
geriyə addımladı.
Vaxt çatacaqmı?
Bu, mühüm deyil.
Bütün tərəddüləri özündən uzaqlaşdıran Lenqdon pilləkənə tərəf
qaçdı.
XXII FƏSİL
Oturacaqların birinci sırasının yanında dizləri üstə oturmuş Saylas
özünü dua edirmiş kimi göstərirdi. Ancaq gizlicə və çox diqqətlə
kilsənin içindəki əşyalara baxırdı. Sen-Sülpis öz zamanının əksər
kilsələri kimi, nəhəng latın xaçı formasında tikilmişdi. Onun mərkəzi
hissəsi baş mehraba aparırdı. Burda isə trapsent adlanan ikinci, daha
qısa olan hissə ilə kəsişirdi. Bu kəsişmə günbəzin düz altında yerləşirdi
və kilsənin ürəyi... onun ən müqəddəs və mistik hissəsi hesab
olunurdu.
Bu gün yox, Saylas düşündü. Sen-Sülpis öz sirlərini tamam başqa
yerdə gizlədir.
O, sola və aşağı, oturacaqların qurtardığı trapsentin cənub hissəsinə
baxdı. Onun qurbanları buranı demişdilər.
Odur!
Yarıqaranlıqda, boz mərmər döşəməyə bərkidilmiş cilalı misdən
olan nazik zolaq parıldayırdı. qızılı xətt, xətkeşdə olduğu kimi
hissələrə bölünmüşdü. Qnomon. Günəş saatlarının göstərici-çubuğu
belə adlanır. Bütpərəstlər ondan astronomik cihaz kimi istifadə
edirmişlər. Bu məşhur zolağa baxmaq üçün dünyanın hər yerindən

93 downloaded from KitabYurdu.org


turistlər, alimlər, tarixçilər Sen-Sülpisə gəlirdilər.
Qızıl gül xətti.
Saylas, ondan sağ tərəfdə olan, döşəmədəki bu mis zolağı yavaş-
yavaş nəzərdən keçirdi. Və ona elə gəldi ki, bu xətt kilsə memarlığının
simmetriyasını pozur. Bu xətt sanki, baş mehrabı yaralayırdı və gözəl
sifəti eybəcərləşdirən çapığa oxşayırdı. Zolaq prestolu iki yerə bölürdü,
sonra kilsənin eni boyunca keçib trapsentin şimal küncündə qurtarırdı.
Burda isə kilsə üçün tamamilə gözlənilməz olan tikili vardı.
Qədim Misir abidəsi olan nəhəng daş sütun.
Qaranlıqda parıldayan Qızıl Gül xətti burda, doxsan dərəcə altında
şaquli istiqamətdə çevrilib daş sütunun üstünə yapışaraq onun
piramida formalı təpəsinə doğru otuz üç fut hündürlüyə qalxırdı və
burda gözdən itirdi.
Qızıl Gül xətti, Saylas düşündü. Cəmiyyətin üzvləri guşəli daşı
Qızıl Gül xəttinin yanında gizlətmişdilər.
Bu axşam, bir az əvvəl, Saylas guşəli daşın Sen-Sülpis kilsəsində
gizlədildiyini Ustada deyəndə, o, buna şübhə etmişdi. Onda Saylas
əlavə olaraq bildirmişdi ki, cəmiyyətin bütün üzvləri eyni yerin adını
çəkmiş və bütün kilsə boyu uzanan mis zolaqdan danışmışdılar. Ustad
ah çəkmişdi! «Sən Qızıl Gül xətti barədə deyirsən!»
Sonra o, Saylasa kilsənin unikal memarlıq xüsusiyyətindən danışdı:
daşa bərkidilmiş mis zolaq şimaldan cənuba yönəlmiş ox üzrə kilsəni
iki yerə bölür. Bu, qədim günəş saatlarına oxşayır. Mis zolaq nə vaxtsa
kilsənin yerində olmuş bütpərəst məbədindən qalmadır. Cənub
divardakı deşikdən düşən günəş şüaları bir gün dönümündən o biri gün

94 downloaded from KitabYurdu.org


dönümünə (gün dönümü - Günəşin göy ekvatorunun ən uzaq elliptik
nöqtəsindən keçməsi vaxtı; bu hadisə ildə iki dəfə
olur: yayda iyunun 22-də və qışda dekabrın 22-də) qədər keçən vaxtı
qeydə alaraq bu xətt üzrə yerini dəyişir.
Şimaldan cənuba doğru uzanmış zolaq Qızıl Gül xətti adlanır.
Əsrlər boyu Qızılgül - bələdçilik simvolu hesab edilib və xəritələrdə öz
əksini tapıb. Demək olar ki, hər xəritədə təsvir olunmuş Qızılgül
kompası şimal, şərq, cənub və qərbin harda yerləşdiyini göstərir. O,
əvvəllər «küləklər Qızılgülü» adı ilə tanınırdı və otuz iki küləyin
istiqamətini göstərirdi. Bunların səkkizi əsas, səkkizi yarımçıq, on
altısı dördüncü dövrdəndir. Dairə şəkilli diaqramla təsvir olunmuş bu
otuz iki ədəd kompas oxları otuz iki ləçəkli Qızılgülün ənənəvi
təsvirinə uyğun gəlir. İndiyə qədər bu əsas naviqasiya cihazı Qızılgül
kompası kimi tanınıb. Burda şimal istiqamət oxla işarə edilib. Bu
simvolu həm də fleur-de-lis (heraldik zanbaq - Frans.) adlandırırlar.
Qızılgül xətlərini qlobusda meridian və ya uzunluq adlandırırlar - bu
Şimal qütbündən Cənub qütbünə çəkilmiş xəyali xətdir. Bu Qızılgül
xətləri sonsuz sayda çoxdur, çünki qlobusun istənilən nöqtəsindən
Şimal və Cənub qütblərini əlaqələndirən meridian keçirmək olar.
Qədim naviqatorlar yalnız bir məsələdə mübahisə edirdilər: bu
xətlərdən hansını Qızılgül xətti adlandırmaq olar, başqa sözlə,
bunlardan sıfırıncı meridian hansıdır?
İndi sıfırıncı meridian Londonda, Qrinviçdə yerləşir.
Amma bu, həmişə belə olmayıb.
Sıfırıncı meridianın Qrinviçdən keçməsini qəbul etməmişdən əvvəl,

95 downloaded from KitabYurdu.org


bu meridian Parisdən, düz Sen-Sülpis kilsəsindən keçirdi. Və
döşəməyə bərkidilmiş mis zolaq yer kürəsinin baş meridianının bir
vaxtlar məhz burdan keçməsinə sübutdur. 1888-ci ildə bu şərəfi
Qrinvçin Parisdən oğurlamasına baxmayaraq, ilk Qızılgül xətti indiyə
qədər burda saxlanılıb.
- Deməli, əfsanələr yalan deyil, - Ustad Saylasa dedi. - Boş yerə
demirlər ki, guşəli daş «Qızılgül işarəsi altında» yerləşir.
Saylas dizləri üstdən qalxmayaraq kilsəni gözdən keçirdi və ətrafı
dinşədi. Ona elə gəldi ki, yuxarıdan, eyvandan zəif səs eşidildi. O, bir
neçə saniyə yuxarıya tərəf baxdı. Heç kim yoxdur.
Mən təkəm.
O, ayağa qalxdı, üzünü mehraba çevirib üç dəfə xaç vurdu. Sonra
sola dönüb parıldayan mis zolaq boyunca daş sütuna tərəf addımladı.
Bu anlar avialaynerin şassisi Romadakı Leonardo da Vinçi
aeroportunun eniş zolağına toxundu və yüngül təkan kresloda
mürgüləmiş yepiskop Arinqarosanı ayıltdı.
- Benvenuto a Roma (Romaya xoş gəlmisiniz - ital.) -
dinamiklərdən səs eşidildi.
Arinqarosa kreslodan qalxdı, sutanasının qırışlarını düzəldib çox
nadir hallarda özünə rəva bildiyi təbəssümlə gülümsədi. O, bu səfərə
çıxdığına şad idi. Çox uzun müddət idi ki, evdə oturmuşdu. Bu gün
oyun qaydaları dəyişilib. Cəmisi beş ay bundan əvvəl Arinqarosa öz
inamının gələcəyi üçün narahatlıq keçirirdi. Bundan sonra, Allahın
köməyi ilə, hər şey başqa cür olacaq.
Müqəddəs intervensiya.

96 downloaded from KitabYurdu.org


Əgər bu gün Parisdə hər şey plan üzrə getsə, onda tezliklə o -
Arinqarosa, onu xristian aləminin ən qüdrətli insanına çevirəcək şeyi
əldə edəcək.
XXIII FƏSİL
Sofi «Mona Liza»nın saxlanıldığı kiçik Sal de Eta zalının hündür taxta
qapılarının qarşısında təngnəfəs halda dayandı. İçəri girməmişdən
əvvəl ixtiyarsız olaraq iyirmi yard aralıda procektorun işıqları altında
döşənməyə uzanmış babasının cansız cəsədinə tərəf baxdı.
Sofini günah hissi qarışıq kədər bürüdü. Son on il ərzində bu adam
barışmaq üçün dəfələrlə ona əlini uzatmışdı, amma o, bunu rədd
etmişdi. Məktublar açılmamış vəziyyətdə kamodun yeşiyində idilər -
onun babası ilə görüşmək istəməməsinin lal şahidləri. O, mənə yalan
danışıb! O, məndən eyiblərini gizlədib! Mən nə etməliydim? O,
babasını öz həyatından çıxarmışdı. Tamam və birdəfəlik.
İndi budur, babası ölüb və onunla qəbirdən danışmağa cəhd edir.
«Mona Liza»...
Sofi ağır ikilaylı qapını itələdi. Qapı taybatay açıldı. O, bir neçə
saniyə hərəkətsiz halda astanada dayanıb, düzbucaqlı formasında olan
kiçik zala baxdı. İçəri tutqun qırmızımtıl işıqla işıqlandırılmışdı. Sal de
Eta muzeydə olan çox az dalanlardan biri idi və Böyük Qalereyanın
ortasında yerləşən, hər tərəfdən qapalı yeganə tikili idi. Qapı ilə üzbəüz
divarda Bottiçellinin böyük əsəri asılmışdı. Onun altında, parıldayan
parket döşəməyə qoyulmuş səkkizguşəli divan sanki, çoxsaylı
tamaşaçıları Luvrun ən qiymətli eksponatına baxmazdan əvvəl oturub
bir qədər dincəlməyə çağırırdı.

97 downloaded from KitabYurdu.org


Bu zaman Sofi anladı ki, mühüm bir detal çatışmır. Qara işıq. O
yenə babasının uzandığı yerə baxdı. Ətrafda polislərin istifadə etdiyi
müxtəlif alətlər səpələnmişdi. Əgər «Mona Liza» yerləşən zalda babası
nəsə bir yazı yazıbsa, güman ki, bunu xüsusi «görünməz» markörlə
edib.
Sofi özünü toplayıb cinayət baş verən yerə tərəf addımladı.
Babasına baxmamağa çalışaraq, alətlər olan qutunu eşələdi və kiçik
ultrabənövşəyi fənəri tapdı. Onu sviterinin cibinə qoyub geriyə, Sal de
Etanın taybatay açılmış qapılarına tərəf tələsdi.
Və astanadan içəri keçmişdi ki, dəhlizdə addımda səsləri eşidildi.
Səs yaxınlaşırdı. Burda kimsə var! Elə bu an qırmızımtıl
yarıqaranlıqda insan fiquru göründü.
- Siz burdaymışsınız! - Robert Lenqdon xırıltılı səslə pıçıldadı.
- Robert, axı mən dedim ki, siz yubanmadan muzeydən
getməlisiniz! Əgər Faş...
- Siz harda idiniz?
- Fənərin dalınca getmişdim - o dedi və əlindəki fənəri göstərdi. -
Əgər babam mənə məlumat yazıbsa, onda.
- Qulaq asın, Sofi! - Lenqdon onun mavi gözlərinə baxdı. - Bu,
P.S. hərfləri sizə bir şey deyirmi? Bu hərflərin sizin üçün nəsə bir
mənası varmı?
Sofi səslərinin bütün qalereyada əks-səda verməsindən
ehtiyatlanaraq Lenqdonun qolundan tutub kiçik zala çəkdi, sonra
qapıları sakitcə örtdü.
-Axı, mən sizə bunu demişəm. Bu, Prinsessa Sofi sözünün baş

98 downloaded from KitabYurdu.org


hərfləridir.
- Hə, bilirəm, amma bu hərflərə başqa bir yerdə rast gəlməmisiniz
ki? Bəlkə, babanız bu hərflərdən daha nədəsə istifadə edirmiş?
Məsələn, deyək ki, monoqram şəklində?
Sual Sofini təəccübləndirdi. Robert bunu necə tapıb? Sofi doğrudan
da bu hərfləri monoqram şəklində görmüşdü. Bu onun doqquz yaşı
tamam olan ərəfədə baş vermişdi. O, babasından gizli olaaraq evi
axtarmışdı ki, ona çatacaq hədiyyələri tapsın. O vaxtdan Sofi gizli
şeyləri sevmirdi. Maraqlıdır, babam bu dəfə mənə nə hazırlayıb? O,
şkafların və kamodların yeşiklərini ələk-vələk etmişdi. Bəlkə də,
mənim istədiyim gəlinciyi alıb? Əgər belədirsə, onu harda gizlədib?
Bütün evi axtardıqdan sonra, heç nə tapmayan Sofi toxunulmaz yerə
- babasının yataq otağına baş çəkdi. Özünə ürək-dirək verib, qapını
sakitcə açdı və otağa girdi. Bura girmək ona qəti surətdə qadağan
edilmişdi, amma babası bu vaxt aşağıda, qonaq otağındakı divanda
yatırdı.
Yalnız bircə dəfə baxım - vəssalam!
Oğru-oğrun böyük şkafa yaxınlaaşan Sofi paltar yığılmış rəfləri
axtardı. Heç nə yoxdur. Sonra çarpayının altına baxdı. Yenə heç bir
şey yoxdur. Büroya yaxınlaşıb qutuları növbə ilə çəkib baxdı. Əgər
nəsə gizlədibsə, onda burdadır! Amma sonuncu, ən aşağıdakı qutuda
gəlinciyə oxşar nəsə yox idi. Axırıncı qutuda qara paltar qoyulmuşdu.
Sofi babasının bunu geydiyini heç vaxt görməmişdi. Paltarı kənara
itələdi və birdən qutunun küncündə nəsə parıldadı. Qızıl! Əvvəlcə ona
elə gəldi ki, bu, zəncirli cib saatıdır. Amma babası heç vaxt belə saat

99 downloaded from KitabYurdu.org


taxmırdı. Və birdən Sofi bunun nə olduğunu anladı, ürəyi möhkəmcə
döyündü.
Boyunbağı!
Sofi onu ehtiyatla qutudan çıxardı. Və gördü ki, onun bir ucundan
brilyantlarla bəzədilmiş qızıl açar asılıb. O, əvvəllər belə açardan heç
yerdə görməmişdi. Açarlar adətən yastı və qıraqları çıxıntılı olur. Bu
isə üçbucaq formada eninə kəsiyi olan silindrik formalı açar idi və üstü
xırda çökəklərlə dolu idi. Ucunda isə qeyri-adi, hər tərəfi bərabər olan
və «plyus» işarəsinə oxşayan xaç vardı. Xaçın düz ortasında qəribə bir
simvol vardı: bir-birinə dolaşan çiçəyə oxşayan iki hərf.
- P.S. - o, diqqətlə baxaraq pıçıldadı. Bu nə deməkdir?
- Sofi! - babası onu çağırdı. O, qapıda durmuşdu.
Sofi diksinərək çevrildi və açarı əlindən yerə saldı. Açar cingiltiylə
döşəməyə düşdü. Sofi babasına baxmağa cürət etmirdi.
- Mən... mən ad günümə alınmış hədiyyəni axtarırdım, - Sofi
etdiyi hərəkətin yaxşı olmadığını anlayaraq dedi.
Babası qapıda dayanıb susurdu. Sonra qəmgin-qəmgin ah çəkib:
- Açarı qaldır, Sofi. - dedi.
O, babasının dediyinə əməl etdi.
- Sofi, başqa insanların özəl həyatlarına hörmət etmək lazımdır. -
Babası onun bərabərində əyildi və ehtiyatla onun əlindəki açarı aldı. -
Bu sadə açar deyil. Əgər sən onu itirsəydin.
Babasının sakit səsindən Sofi özünü daha da pis hiss etdi. Babası
ona acıqlansaydı, daha yaxşı olardı.
- Bağışla məni, baba. Mən çox utanıram. - O susub yenidən

100 downloaded from KitabYurdu.org


dilləndi: - Mən sadəcə düşündüm ki, boyunbağı - ad günümə
hədiyyədir.
O, bir neçə saniyə Sofiyə baxdı.
- Yenə təkrar edirəm, Sofi, çünki bu çox mühümdür. İnsan
başqalarının özəl həyatına hörmət etməlidir. Sən bunu yaxşıca
öyrənməlisən.
- Bəli, baba.
- Bu haqda sonra danışarıq. İndi isə bağda gülləri sulamaq
lazımdır.
Və Sofi tapşırığı yerinə yetirməyə tələsdi.
Səhəri gün o, babasından hədiyyə almadı. O, dünənki hərəkətindən
sonra buna heç ümid də etmirdi. Bütün gün ərzində babası ona
yaxınlaşmadı, hətta ad gününü də təbrik etmədi. Sofi qəmgin olub
yatmağa getdi. Çarpayıya uzandıqda birdən balışın üstündə açıqca
gördü. Sözü də sadə yox! Tapmaca yazılmış açıqca. O gülümsədi. Mən
bilirəm, bu nədir! Babam, Milad bayramının səhəri də belə etmişdi.
Oyun! «Sərvəti tapmalı» adlanır!
Sofi tapmacanı tezliklə həll etdi. Cavab onu evin başqa tərəfinə
apardı. Burda o, daha bir tapmaca yazılmış açıqca tapdı. Bunu da həll
edib üçüncü açıqcanı axtarmağa başladı. Beləliklə o, bütün ev boyu
gəzib bir-bir tapmacaları həll etdi və nəhayət, axtarışlar onu yenidən
yataq otağına gətirdi. Sofi cəld pilləkənlərlə qalxıb, otağa girdi və
birdən dayandı. Otağın ortasında əl yerinə bant vurulmuş qırmızı
rəngli velosiped vardı. Sofinin heyrətdən ağzı açıla qaldı.
- Bilirəm, sən gəlincik istəyirdin, - babası dedi. O küncdə dayanıb

101 downloaded from KitabYurdu.org


gülümsəyirdi. - amma mən düşündüm ki, bu sənin daha çox xoşuna
gələcək.
Səhəri gün babası ona velosiped sürməyi öyrətdi, yəhərdən tutub
onunla birlikdə cığırda qaçdı. Sofi velosipedi çəmənliyə sürdükdə
müvazinətini itirdi və onlar gülməkdən keçərək çəmənliyə yıxıldılar.
- Baba! - Sofi Sonyeri möhkəmcə qucaqladı. - Açara görə məni
bağışla, mən doğrudan da, xəcalət çəkirəm.
- Bilirəm, əzizim, bilirəm. Səni bağışlamışam, uzun müddət sənə
qarşı acıqlı ola bilmirəm. Babalar və nəvələr həmişə bağışlamalıdırlar.
Sofi anlayırdı ki, bunun haqqında soruşmaq olmaz, amma özünü
saxlaya bilmədi.
- Bəs, o, nəyin açarıdır? Beləsini heç vaxt görməmişəm. Elə
qəşəngdir ki!..
Baba uzun müddət susdu və Sofi başa düşdü ki, babası necə cavab
verəcəyini
bilmir. Babam heç vaxt yalan danışmır.
- O, bir sandıqçanı açır, - nəhayət Sonyer dilləndi. - Mən orda
çoxlu sirlər saxlayıram.
Sofi dedi:
- Sirlərə nifrət edirəm!
- Amma bunlar mühüm sirlərdir. Vaxt gələcək sən bunları
biləcəksən və onlar mütləq sənin xoşuna gələcək.
- Mən açarın üstündə hərflər və gül gördüm.
- Hə, bu mənim sevdiyim çiçəkdir. Fleur-de-lis adlanır. Bizim
bağçada da bundan var. Ağ rəngdədir, həm də gözəl ətri var.

102 downloaded from KitabYurdu.org


İngiltərədə ona zanbaq deyirlər.
- A-a, bilirəm! Onlar mənim də xoşuma gəlir.
- Onda gəl, belə razılaşaq. - Baba qaşlarını çatdı. - Əgər bu sirri
saxlasan, bu açar haqqında heç zaman, heç kimlə, hətta mənimlə belə
danışmasan, gün gələr, bu açarı sənə hədiyyə edərəm.
Sofi eşitdiyinə inana bilmirdi.
- Doğrudan?
- Söz verirəm. Vaxt gələcək, açar sənin olacaq. Axı, onun üstündə
sənin adın
var.
Sofi üz-gözünü turşutdu:
- Yox, baba! Orda iki hərf var - P.S. Mənim adım başqa hərflə
başlayır!
Baba səsini qısıb ətrafa baxdı, sanki kiminsə onlara qulaq asıb-
asmadığını
yoxlayırdı.
- Sofi, mən dediyim doğrudur. Qulaq as, P.S. - klddur. Sənin gizli
inisiallarındır. Qızın gözləri təəccübdən böyüdü.
- Mənim gizli inisialım var?
- Əlbəttə. Bütün nəvələrin gizli inisialı var, bunları yalnız babalar
bilir.
- P.S.?
O göz vurdu:
- Prinsessa Sofi.
Sofi güldü:

103 downloaded from KitabYurdu.org


- Mən prinsessa deyiləm.
- Mənim üçün prinsessasan.
O gündən babası ilə açar barədə bir dəfə də olsun danışmadı və
bundan sonra Prinsessa Sofi oldu. Sofi xəyala dalaraq susurdu, geri
qayıtmayacaq itkinin ağrısı ona əzab verirdi.
- İnisiallar - Lenqdon ona qəribə nəzərlərlə baxaraq pıçıldadı. - Siz
bu hərfləri əvvəllər hardasa görmüsünüz?
Sofiyə elə gəldi ki, muzeyin qaranlıq dəhlizlərində babasının səsi
eşidilir. Sofi, bu açar barədə heç vaxt danışma. Heç kimlə, hətta
mənimlə də. Amma o anlayırdı: Andı pozmağın vaxtı çatıb. P.S.
Robert Lenqdonu tapmalı. Babası istəmişdi ki, Lenqdon ona kömək
etsin. O, istəmədən başını tərpətdi:
- Hə, bu hərfləri mən bir dəfə də görmüşəm. Hələ balaca qız
olarkən.
- Harda?
Sofi tərəddüd edirdi.
- Onun üçün çox vacib olan əşyanın üstündə.
Lenqdon onun düz gözlərinə baxdı.
- Sofi, bu çox mühümdür. Bu hərflərin yanında nəsə bir simvol
yox idi ki? deyək ki, fleur-de-lis?
Sofi təəccübündən yerindəcə dondu.
- Hə... amma siz bunu necə bildiniz?
- Mən yüz faiz əminəm ki, babanız gizli cəmiyyətin üzvü olub.
Qədim gizli cəmiyyətin.
Sofi diksindi. O, özü də buna əmin idi. Sofi on illər boyu bu

104 downloaded from KitabYurdu.org


xoşagəlməz faktı təsdiq edən insidenti unutmağa çalışmışdı. O,
ağlagəlməz şeylərin şahidi olmuşdu. Bağışlanılmaz əməllərin!
- Fleur-de-lis, - Lendon dedi, - P.S. hərfləri ilə birlikdə cəmiyyətin
rəsmi devizidir. Onun gerbidir. Emblemidir.
- Siz bunu hardan bilirsiz? - Sofi soruşdu. Və ürəyində yalvardı:
«İlahi, elə et ki, Lenqdon da bu cəmiyyətin üzvü olmasın».
- Mən bu cəmiyyət haqqında yazmışam, - Lenqdonun səsi
həyəcandan titrəyirdi. - İş ondadır ki, mən gizli cəmiyyətlərin
simvollarını öyrənirəm, bu mənim peşəmin bir hissəsidir. Bu
cəmiyyətin adı Prieure de Sion - Sion Prioratıdır. Fransada yerləşir,
bütün Avropanın nüfuzlu insanlarını cəlb edir. Ümumiyyətlə bu, yer
üzündəki qədim gizli cəmiyyətlərdən biridir.
Sofi bu haqda heç zaman eşitməmişdi. Lenqdon indi tələsə-tələsə
danışırdı:
- Cəmiyyətin üzvləri arasında dahi şəxsiyyətlər də olub. Bottiçelli,
ser İsaak Nyuton, Viktor Hüqo. - O, sözünə bir qədər ara verib əlavə
etdi: - Və Leonardo da Vinçi.
Sofi diksindi.
- Da Vinçi gizli cəmiyyətin üzvü olub?
- O, hətta 1510 və 1519-cu illər arası cəmiyyətin rəhbəri olub.
Güman ki, bir az da bu səbəbdən sizin babanızın da Vinçinin işlərinə
marağı olub. Başqa əsrlərdə yaşasalar da, onları bir cəmiyyətə aid
olmaları birləşdirirdi. Və bütün bunlar Kilsəyə nifrət, bütpərəst
simvollarına, o cümlədən «ilahəyə pərəstiş»lə bir ümumilik təşkil edir.
Sion Prioratında onların ilahə kultuna bağlılıqlarını sübut edən çoxlu

105 downloaded from KitabYurdu.org


sənədlər də var.
- Siz demək istəyirsiniz ki, bu cəmiyyət bütpərəstlik kultu olan
«ilahəyə pərəstiş»lə bağlı olub?
- Hətta bundan da çox. Amma ən mühümü odur ki, onların qədim
sirrin mühafizləri kimi məşhur olublar. Bu da onları sonsuz dərəcədə
qüdrətli edib.
Sofi qulaqlarına inanmaqdan imtina edirdi. Gizli bütpərəstlik kultu?
Cəmiyyətə Leonardo da Vinçi rəhbərlik edib? Bu tamamilə absurd
görünürdü. Amma o, xəyalən keçmişə, on il bundan əvvəlki gecəyə
qayıtdı. O gecə babasını qəfil tutmuş, qəbul olunmaz əməlin şahidi
olunmuşdu. Bəlkə də, məhz bu izah edir ki..?
- Cəmiyyətin indiki üzvlərinin şəxsiyyətləri və adları gizli
saxlanılır. - Lenqdon dedi. - Amma sizin uşaqkən gördüyünüz hərflər
və çiçək təsviri babanızın bu cəmiyyətlə əlaqədə olduğunu sübut edir.
Belə çıxır ki, Sofi anladı - Lenqdon onun babası haqda ehtimal
ediləndən də çox bilirmiş. Bu amerikalı ona maraqlı şeylər danışa
bilər, amma indi vaxtı deyil.
- Mən onların sizi tutmasına yol vermərəm, Robert. Biz çox şeyi
müzakirə etməliyik! Qaçın! Gedin artıq!
Onun səsi Lenqdona sanki uzaqdan gəlirdi. O, qaçmaq haqqında heç
fikirləşmirdi də. O, indi başqa dünyada idi. Qədim sirlərin üzə çıxdığı
dünyada. O tələsmədən, ləng fırladılan lentdəki kimi, başını çevirib
məşhur əsərə baxdı.
Fleur-de-lis... Liza çiçəyi... Mona Liza.
Bütün bunlar bir-birinə necəsə əlaqədar olaraq indi səsi ona çatan

106 downloaded from KitabYurdu.org


sirr simfoniyası idi. Sion Prioratının və Leonardo da Vinçinin sirləri.
Luvrdan bir neçə mil aralı, əlillər evinin arxasında, yük maşınının
özünü itirmiş sürücüsü avtomatın hədəfi altında dayanıb məhkəmə
polisi kapitanının qəzəblənərək sabun parçasının Senanın qara sularına
tullamasını müşahidə edirdi.
XXIV FƏSİL
Saylas başını qaldırıb Sen-Sülpis kilsəsindəki Misir sütununa baxdı.
Əzələ və sinirləri yay kimi dartılmışdı, həyəcandan bütün damarları
dilə gəlmişdi. O, kilsədə tək
olduğunu yoxlamaq üçün bir daha ətrafına baxdı. Sonra sütunun
önündə diz çökdü, dini hisslərinə görə yox, sadəcə fiziki tələbat
ucbatından.
Guşəli daş Qızılgül xəttinin altında gizlədilmişdi.
Sen-Sülpis kilsəsindəki sütunun bünövrəsində.
Saylas dizləri üstə durub əli ilə döşəmənin daş plitələrini yoxlayırdı.
Plitəni yerindən tərpətmək üçün nə bir çat, nə də bunu göstərən hər
hansı işarə vardı. Belə olduqda o, döşəməni barmaqları ilə sakitcə
döyəcləməyə başladı. Hər bir plitəni, xüsusən də bürünc zolağa
birləşən plitələri ayrıca döyəclədi. Və nəhayət onlardan biri qəribə səs
çıxardı.
Burda, plitənin altında boşluq var!
Saylas gülümsədi. Onun qurbanları yalan deməmişdilər.
O, ayağa qalxıb plitəni yerindən tərpətmək üçün bir şey axtarmağa
başladı. Xorun arxasında gizlənmiş Sandrin bacı sakitcə ah çəkdi və
dərhal ağzını ovcu ilə qapadı. Onun əndişəsi özünü doğruldurdu.

107 downloaded from KitabYurdu.org


Kilsəyə gələn bu adam özünü həqiqətdə olduğu kimi qələmə
verməmişdi. «Opus Dei»dən olan bu qəribə rahib Sen-Sülpisə tamam
başqa məqsədlə gəlmişdi.
Gizli tapşırıqla.
Təkcə sənin yox, bizim də sirlərimiz var, o düşündü.
Sandrin bacı təkcə kilsə mükəlləfiyyətini idarə etmirdi. O, həm də
Sen-Sülpisin mühafizəçisi idi. Qədim vintciklər yenidən hərəkətə
gəldi. Naməlum şəxsin sütunun yanındakı hərəkətləri - cəmiyyətin
siqnalı idi.
Həyəcan siqnalı.
XXV FƏSİL
Parisdəki ABŞ səfirliyi Yelisey çöllərindən şimaldakı Qabriel
küçəsində tikilmiş kompakt binalarda yerləşirdi. Bu üç akr torpaq
Amerikaya məxsus idi. Deməli, bu torpağa ayağını basan hər bir
adama ABŞ qanunları şamil edilirdi və onlar Birləşmiş Ştatlarda
yaşayan vətəndaşlar kimi müdafiə olunurdu.
Gecə növbətçi-operatoru «Taym» curnalını oxuyurdu. Birdən
telefon zəng çaldı.
- ABŞ səfirliyi, - o, dəstəyi götürüb dedi.
- Axşamınız xeyir, - adam fransız aksenti ilə ingiliscə danışırdı. -
Mənə sizin köməyiniz lazımdır, - danışan şəxs nəzakətli olmağa
çalışırdı, lakin onun səsində amiranə və həyəcanlı notlar sezilirdi. -
Mənə məlumat veriblər ki, sizin avtomatik sisteminizə mənim üçün
zəng daxil olub. Lenqdonun adına. Təəssüf ki, giriş üçün rəqəmli kodu
unutmuşam. Bu, üçcə rəqəmdir. Əgər kömək etsəniz, sizə sonsuz

108 downloaded from KitabYurdu.org


minnətdar olaram.
Operator qız özünü itirdi: - Bağışlayın, ser. Bu ismarıc, ola bilsin,
lap çoxdan göndərilib. İş ondadır ki, bu sistemi iki il öncə təhlükəsizlik
baxımından ləğv ediblər. Bundan başqa, giriş kodu beş rəqəmdən
ibarət idi. Məlumatın gəlməsini sizə kim dedi?
- Deməli, zənglərin qəbulu üçün sizdə avtomatik sistem yoxdur?
- Xeyr, ser. İndi istənilən məlumat növbətçi tərəfindən buraya
yazılır. Siz, adınızı necə dediniz?
Amma kişi artıq dəstəyi asmışdı.
Tamamilə sarsılmış Bezu Faş Sena çayının sahili boyunca ağır-ağır
yeriyirdi. O, əmin idi ki, Lenqdon yerli, şəhər nömrəsini yığdıqdan
sonra üç rəqəmdən ibarət kodu demiş və yazılan səsə qulaq asmışdı.
Lenqdon səfirliyə zəng etməmişdisə, bəs, lənət şeytana, hara zəng
etmişdi?
Birdən Faş mobil telefonuna baxdı və anladı ki, cavab onun əlinin
içindədir. Axı Lenqdon mənim telefonumdan zəng etmişdi!
Faş bir neçə klavişi basıb yığılan telefon nömrələri yazılmış siyahını
göstərən menyuya girdi və Lenqdonun zəng etdiyi nömrəni tapdı. Paris
nömrəsi üstəgəl üç rəqəmdən ibarət giriş kodu. 454. Faş dərhal
nömrəni yığdı. Bir neçə siqnaldan sonra o, qadın səsi eşitdi.
- Boncour, vous etes bien chez Sophie Neveu, - avtocavablayıcı
dedi. - Ce suis absente pour le moment, mais...
Faş 4..5..4 - giriş kodunu yığınca hirsindən qıpqırmızı qızardı.
XXVI FƏSİL
«Mona Liza»nın incəsənət əsəri kimi dünyada böyük şöhrət

109 downloaded from KitabYurdu.org


qazanmasına baxmayaraq, ölçüləri 31 düymx21 düym olan kiçik şəkil
idi. Yəni Luvrun suvenirlər köşkündə satılan reproduksiyasından da
kiçik idi. O, şimal-qərbi divardan iki düym qalınlığı olan
gülləkeçirməz şüşə altında asılmışdı. «Mona Liza» o vaxtlar rəssamlar
arasında populyar olan çinar ağacından düzəlmiş lövhə üzərinə yağlı
boya ilə çəkilmişdi. Əsərin dumanlı çəkilməsi da Vinçinin bir
formadan digərinə səlis keçid effektini təmin edən sfumato texnikasını
yaxşı bildiyinə sübut idi.
Luvrda qoyulmuş «Mona Liza» yaxud Fransada adlandırıldığı kimi
«Cokonda» iki dəfə oğurlanmışdı. Axırıncı dəfə, 1911-ci ildə
müəmmalı şəkildə Luvrun Le salon karte adlanan «Salle impenetrable»
(«Keçilməz zal», «Seyf-zal» - frans.) zalından qeyb olmuşdu. Parislilər
küçənin ortasında hönkürtü ilə ağlayır və qəzetlərə məktub yazaraq
əsəri geri qaytarmaları üçün oğrulara yalvarırdılar. İki il sonra «Mona
Liza»nı Florensiyadakı mehmanxana nömrəsində, ikiqat sandığın
içində tapmışdılar.
Lenqdon heç yerə getməyəcəyini Sofiyə başa salaraq, onunla
birlikdə rəsmə tərəf addımladı. «Mona Liza» iyirmi yard uzaqlıqda idi.
Sofi fənəri yandırmışdı. Nazik mavi şüa irəlidə döşəməni
işıqlandırırdı. Sofi, əlində minatapan cihaz tutmuş minaaxtaranlar kimi
fənərin şüasını döşəmədə gəzdirərək lüminessent mürəkkəbin izini
tapmağa çalışırdı.
Onunla birlikdə addımlayan Lenqdonu birdən həyəcan bürüdü - hər
dəfə möhtəşəm incəsənət əsərinə baxmağa gedərkən belə olurdu. O,
diqqətini cəmləyib qırmızı rənglə işıqlandırılmış otağa baxırdı. Budur,

110 downloaded from KitabYurdu.org


sol tərəfdə səkkizguşəli divan var, uzaqdan o, parlaq döşəmədə tənha
adacığa oxşayır.
Budur, artıq Lenqdon divardakı qara dördkünc şüşəni görür. O bilir
ki, bu şüşənin altında dünyanın ən məşhur rəsm əsəri tək və fəxrlə
dayanır.
«Mona Liza»nın dünyanın ən gözəl rəsm əsəri kimi statusa malik
olmasının orda təsvir olunmuş qadının müəmmalı təbəssümünə heç bir
dəxli olmadığı Lenqdona məlum idi.
Bu, müxtəlif dövrlərin incəsənətşünaslarının onun haqqında
müəmmalı interpretasiyaları ilə də bağlı deyildi. Hər şey çox sadədir:
«Mona Liza» ona görə məşhur idi ki, bir rəssam kimi Leonardo da
Vinçinin ən böyük nailiyyəti idi. O, səyahətə çıxanda, həmişə bu rəsmi
özü ilə götürərdi. Bunun səbəbini soruşduqda cavab verərdi ki, onun
fırçasının yaratdığı qadın gözəlliyinin belə qüdrətli təsvirindən
ayrılmaq ona çətin gəlir.
Buna baxmayaraq, incəsənətşünasların əksəriyyəti bu fikirdə idilər
ki,
Leonardo da Vinçinin «Mona Liza»ya bağlılığı əsərin bədii kamilliyi
ilə yox, başqa səbəblə izah olunmalıdır. Doğrudan da, əsər sfumato
texnikası ilə işlənilmiş kifayət qədər standart portretdir. Və
Leonardonun öz yaratdığı əsərə belə bağlılığının, çoxlarının dediyi
kimi, daha dərin kökləri vardı: boya qatlarında sirli ismarıc
gizlədilmişdi. Bir çox sənətşünasın fikrincə, «Mona Liza» rəssamın
gizli zarafatı idi. Bu əsərin yaratdığı şən allüziyalar incəsənətə aid
kitabların çoxunda təsvir olunmuşdu, bununla belə insanların

111 downloaded from KitabYurdu.org


əksəriyyəti Cokondanın təbəssümünü əsas müəmma hesab edirdilər.
Burda heç bir sirr yoxdur, Lenqdon rəsmə yaxınlaşaraq düşünürdü.
Tamamilə heç bir sirr.
Lenqdon bu yaxınlarda «Mona Liza»nın sirrini kifayət qədər qeyri-
adi dinləyicilərə-federal Esseks həbsxanasının dustaqlarına izah
etmişdi. Lenqdonun apardığı seminar ən gerizəkalı insan təbəqələrinə,
o cümlədən həbsxana sakinlərinə mədəniyyəti təbliğ etmək məqsədi ilə
Harvardda hazırlanmış proqramın bir hissəsi idi. «Məhbuslar üçün
mədəniyyət» - Lenqdonun kollegaları bu proqramı belə adlandırırdılar.
Seminar məhbəs kitabxanasında aparılırdı. Lenqdon slaydları
nümayiş etdirir və bir qrup kişi-dustaqlarla «Mona Liza»nın sirlərini
bölüşürdü. Məhbusların onu maraqla dinləməsi və kobud da olsa,
ağlabatan replikalar atması Lenqdonun təəccübünə səbəb olmuşdu.
- Onun üzünün arxasındakı fonun, yəni arxa planın hamar
olmadığını görmək mümkündür. - Rəsmin divarda böyüdülmüş
təsvirinin önündə var-gəl edən Lenqdon dedi. - Da Vinçi üfüq xəttini
təsvir edib və sol hissədə bu xətt sağdakına nisbətən xeyli aşağıdır.
- Bəlkə, içkili olub, hə? - dinləyicilərdən biri soruşdu.
Lenqdon gülümsündü:
- Yox. Da Vinçi tez-tez içmirdi. Bu onun kiçik fokuslarından
biridir. Rəsmin sol hissəsində kənd peyzaclı üfüq xəttini aşağı salaraq
o, müşahidə baxımından Mona Lizanın üzünü böyütmüşdür. Da Vinçi
bu üsuldan tez-tez istifadə etmişdir. Alimlər təsdiq edirlər ki, «kişi və
qadın başlanğıcı» konsepsiyasına uyğun olaraq, sol tərəf həmişə qadın,
sağ tərəf isə kişi hesab edilib. Da Vinçi də öz baxışlarına görə

112 downloaded from KitabYurdu.org


qadınlığın vurğunu olduğundan, üfüqün təhrif olunması hesabına
Mona Lizanın üzünü daha böyük təsvir edib.
- Mən eşitmişəm ki, o, kişibaz olub, - alçaqboylu keçisaqqal
məhbus dedi.
-Tarixçilərin bu barədə müxtəlif fikirləri var. Ümumiyyətlə, siz
haqlısınız. Da
Vinçi homoseksualist olub. - Lenqdon üzünü turşudaraq dedi.
- Deməli, buna görə o, qadın vücudları ilə əylənirmiş?
- Müəyyən mənada. Da Vinçi «qadın və kişi başlanğıcları»
arasında balans tapmağa çalışırdı. Bir canda iki başlanğıcın yaşadığı
zaman insan ruhunun xoşbəxt olacağına inanırdı.
- Kişinin şeyi ilə qadının orqanı bir yerdə olduğu kimi? - kimsə
soruşdu.
Auditoriya bərkdən qəhqəhə çəkdi. Lenqdon «hermafrodit» sözünün
etimologiyasını izah etmək istədi, demək istədi ki, bu söz iki allahın -
Hermes və Afroditanın adından yaranıb, lakin daxili səsinə qulaq asıb
bunun mənasız olduğunu hesab etdi.
- Mister Lenqdon, deyin görək, - əzələli oğlan soruşdu, -
doğrudanmı, «Mona Liza» Da Vinçinin qadın paltarında öz portretidir?
Çoxları belə hesab edir.
- Tamamilə mümkündür. - Lenqdon cavab verdi. - Da Vinçi böyük
zarafatçı olub. Həm də «Mona Liza»nın və Da Vinçinin öz
avtoportretinin kompüter analizi bu iki şəxsin əsas antropometrik
göstəricilərə görə uyğun olduğunu təsdiq edir. Amma Da Vinçinin nə
uydurmasına baxmayaraq, - Lenqdon davat etdi, - onun «Mona Liza»sı

113 downloaded from KitabYurdu.org


nə kişidir, nə də qadın. O, əks cinsləri özündə birləşdirir. Bu iki
başlanğıcın birləşməsidir.
- Bəlkə siz, müxtəlif Harvardlarda qəbul edildiyi kimi, bunu
intelligent sayağı ifadə etmək istəyirsiniz. Amma bunun əvəzində
sadəcə demək lazımdır ki, bu Mona Liza eybəcərdir, vəssalam!
Bu dəfə Lenqdon qəhqəhə çəkdi!
- Bəlkə də, siz haqlısınız. Amma Leonardo da Vinçi portretdə iki
əks cinsi birləşdirdiyini bizə xəlvəti anlatmaq üçün açar qoyub. Siz nə
vaxtsa Amon adlı misir allahı haqqında eşitmisinizmi?
- Əlbəttə ki! - cüssəli bir kişi bərkdən dedi. - Bu, kişi gücünün
allahıdır!
Lenqdon heyrət içində idi.
- Prezervativ qutusunun üstündə «Amon» yazılıb, - yekəpər
gülümsündü, - onun altında isə qoyun başlı oğlan təsvir olunub,
aşağısında isə yazılıb ki, bu Misirin nəsilartırma allahıdır.
Bu marka Lenqdona məlum deyildi, ancaq bu profilaktik alətin
istehsalçılarının yaxşı ad seçdiklərinə sevinmək olardı.
- Afərin! Bəli, Amonu doğrudan da, qoyun başlı kişi kimi təsvir
ediblər. Bu heyvanla bağlı dolaşıqlıq var, amma onun əyri buynuzları
dağıdıcı seksual gücü ifadə edir. Bizdə belə kişiləri «döyüşkən»
adlandırırlar.
- Doğrudanmı belədir?
- Doğrudan. - Lenqdon cavab verdi. - Bəs, bilirsizmi ki, Amonun
tərəf müqabili kim olub? Misirin nəsilartırma ilahəsi. Onun adı nədir?
Auditoriya susurdu.

114 downloaded from KitabYurdu.org


- İzis yaxud İsida, - Lenqdon dedi və təbaşir parçasını götürdü. -
Deməli, kişi- Allah Amondur. - O, lövhədə yazdı. - Və qadın ilahə -
İzis. Qədimdə misirlilər onun adını piktoqramla yazırdılar, bunu isə L'
İZA kimi də oxumaq mümkün idi.
Lenqdon lövhədə yazdı və bir az kənara çəkildi.
AMON L' İZA
- Hə, deyə bilərsiniz, nə alındı?
- Mona Liza... ilahi! - məhbuslardan biri dilləndi.
Lenqdon başını tərpətdi:
- Deməli, siz görürsünüz ki, yalnız Mona Lizanın üzü müəmmalı
deyil. Onun adı da qadın və kişi başlanğıclarını birləşdirən anaqramdan
ibarətdir. Bu, Da Vinçinin kiçik sirridir, məhz ona görə, Mona Liza
müəmmalı şəkildə bizə gülümsünür. Sanki, heç kimin bilmədiyi xüsusi
bir şeyi bilir.
- Babam burda olub! -Sofi ucadan dedi və rəsmdən on fut aralıda
dizləri üstə çökdü. Fənərin işığında parket döşəmədəki ləkəni göstərdi.
Lenqdon əvvəlcə heç nə görmədi. Sonra, onunla birlikdə dizi üstə
çöküb qurumuş məhlul damcısına baxdı. Bu nədir? Mürəkkəbdir? Və
birdən xüsusi markörlərin necə istifadə olunduğunu xatırladı. Qan!
Sofi haqlıdır. Cak Sonyer ölümündən qabaq doğrudan da «Mona
Liza»nın görüşünə gəlib.
- O, bura boş yerə gəlməzdi, - Sofi pıçıldayıb ayağa qalxdı. -
Bilirəm, o burda mənə yenə bir ismarıc qoyub. - O, rəsmə tərəf qaçdı
və onun aşağısında döşməyə işıq saldı. Sonra işıq şüasını parketdə
hərəkət etdirdi. - Burda heç nə yoxdur!

115 downloaded from KitabYurdu.org


Bu an Lenqdon gülləkeçirməz şüşədə ləkə gördü. Sofinin əlindən
tutub özünə tərəf çəkdi. İndi onlar ikisi də rəsmə baxırdılar.
Və ildırım vurmuş kimi yerindəcə quruyub qaldılar.
Cokondanın üzü boyunca, şüşənin üstündə qırmızı rəngdə altı söz
yazılmışdı.
XXVII FƏSİL
Cak Sonyerin kabinetində stolun arxasında oturmuş Kolle dəstəyi
qulağına sıxıb gözlərini qıymışdı. Mən Faşı düz başa düşdüm?
- Sabun parçasında? Amma Lenqdon düyməcik haqda necə bilib?
- Sofi Neve - Faş cavab verdi, - Bunu o, Lenqdona deyib.
- Niyə axı?
- Yaxşı sualdır, mən Sofinin ona kömək etdiyini təsdiq edən lent
yazısına indicə qulaq asmışam.
Kollenin bir anlığa dili tutuldu. Neve niyə belə etmişdi? Onun
məhkəmə polisinin apardığı əməliyyatı pozduğunu sübut edən dəlillər
var Faşda. Sofini nəinki işdən qovmaq, onu məhkəməyə vermək
lazımdır!
-Amma kapitan... Lenqdon indi hardadır?
- Muzeydə hər hansı siqnalizasiya işə düşübmü?
- Xeyr, ser.
- Böyük qalereyaya olan girişdə dəmir hörgünün altından bir nəfər
də olsun keçməyib ki?
- Xeyr. Biz orda, muzeyin mühafizəçisini qoymuşuq. Əmr
etdiyiniz kimi.
-Yaxşı. Onda, Lenqdon Böyük Qalereyada olmalıdır.

116 downloaded from KitabYurdu.org


- Burda? Axı, o burda nə edir ki?
- Luvrun mühafizəçisi silahlıdır?
- Bəli, ser. Onun rütbəsi də böyükdür.
- Onu çağırın, - Faş əmr etdi. - Adamların hamısını binanın
çıxışlarına qoymaq lazımdır. Bir neçə dəqiqə buna bəs edər. Mən
istəmirəm ki, Lenqdon aradan çıxsın. - Faş susdu və sonra dedi: - Və
mühafizəçilərə deyin ki, agent Neve də onunladır. Lenqdonla.
- Mən agent Nevenin getdiyini düşünürdüm.
- Yoxsa, onun çıxdığını görmüsünüz?
- Xeyr, ser, amma.
- Küçədə növbə çəkən bizim adamlardan heç biri onun çıxdığını
görməyib. Amma içəri girdiyini görüblər.
Kolle Nevenin ağılsızlığından dəhşətə gəldi. Doğrudanmı o, hələ də
binadadır?
- Hərəkət edin! - Faş dedi. - Mən qayıdana qədər Lenqdon və
Nevenin əllərinə qandal vurulsun!
Yük maşınının sürücüsünü buraxdılar və Faş öz adamlarına tapşırıq
verməyə başladı. Robert Lenqdon bu gün onlara az problem
yaratmamışdı. İndi ona agent Nevenin də kömək etdiyi nəzərə alınsa,
onda Lenqdonu küncə sıxmaq onun düşündüyündən də çətin olacaq.
Və Faş risk etməyi qərara aldı.
Öz adamlarının yarısını bütün giriş və çıxışlara nəzarət etmək üçün
geriyə Luvra göndərdi. Qalanlarını isə Lenqdonun Parisdə sığınacaq
tapa biləcəyi yeganə məkana yolladı.

117 downloaded from KitabYurdu.org


XXVIII FƏSİL
Lenqdon gülləkeçirməz şüşənin üstünə yazılmış altı sözə heyrətlə
baxdı. Sanki bu sözlər Mona Lizanın müəmmalı təbəssümünə kölgə
salaraq havada buxarlanırdı.
- Priorat, - Lenqdon pıçıldadı. - Babanızın cəmiyyətin üzvü
olduğunu təsdiqləyən daha bir sübut!
Sofi ona təəccüblə baxdı:
- Bunun nə olduğu sizə aydındır?
- Bəli, - Lenqdon fikirli-fikirli başını tərpətdi. - Bu cəmiyyətin
fundamental fəlsəfi prinsiplərindən biridir.
Sofi qırmızı rənglə yazılmış sözlərə çaşqın halda baxırdı: İNSAN
DÜŞÜNCƏSİ QARANLIQ VƏ YALANLARLA DOLUDUR.
- Sofi, iş ondadır ki, - Lenqdon dedi, - cəmiyyətdə ilahəyə pərəstiş
ənənəsinin əsasında o inam dururdu ki, ilkin xristanlıq dövrünün
qüdrətli adamları yalan dolu ideyaları təbliğ edərək dünyanı
«aldatmışdılar». Bu ideyalar «qadın başlanğıcı »nın dəyərini
qiymətdən salır, «kişi başlanğıcı»nı isə göylərə qaldırırdı.
Sofi şüşəyə yazılmış sözlərə baxaraq cavab vermədi.
- Sion Prioratı hesab edirdi ki, Konstantin (Birinci və ya Böyük
Konstantin - roma imperatoru, bütpərəstlik kultunu saxlayaraq xristian
kilsələrini müdafiə edirdi) və onun xələfləri dünyanı matriarxal
bütpərəstlikdən uzaqlaşdırıb, patriarxal xristanlığa sövq etdilər. Onlar
müqəddəs qadın başlanğıcını demonlaşdırmaq məqsədilə təbliğat
kampaniyası apardılar, bu da müasir dinlərdə ilahənin aradan
qalxmasına gətirib çıxardı.

118 downloaded from KitabYurdu.org


Sofinin üzündən inamsızlıq oxunurdu.
- Babam məni bura göndərib ki, bu yazını tapım. Güman ki, o,
daha çox şey demək istəyirmiş.
Onun nə düşündüyünü Lenqdon anladı. Sofi daha bir kodun
olduğunu zənn edirdi. Amma bu cümlədə gizli bir məna olub-
olmadığını Lenqdon hələlik bilmirdi.
İnsan düşüncəsi qaranlıq və yalanlarla doludur, o öz-özünə dedi.
Narahat müasir dünyamıza xristian kilsəsinin böyük fayda verdiyini
heç kim danmağa cürət etməz, buna baxmayaraq Kilsə tarixi zorakılıq
və yalanla doludur.
Bütpərəstlərə xristianlığı qəbul etdirmək və «qadın başlanğıcı»na
sitayişlə bağlı olan dinləri məhv etmək məqsədilə qanlı xaç yürüşləri
üç əsr boyu davam edib və yadfikirlilik qəddarcasına boğulub.
Katolik inkvizisiyasının çap etdiyi kitabı heç bir mübaliğəyə yol
vermədən bəşər tarixində ən qanlı kitab adlandırmaq olar. Onun adı
«Malleus Maleficarum» və ya latıncadan tərcümədə «Cadugər
toppuzu» idi. Kitab dünyaya «qadınlar arasında azadfikirliliyin
yayılması təhlükəsi» barədə xəbərdarlıq edir. Həmçinin cadugərləri
necə tapmaq və məhv etmək, onlara necə işgəncə vermək haqqında
keşişləri məlumatlandırırdı. O vaxtlar xristian kilsəsi «cadugərlər»in
sırasına bütün alim- qadınları, müqəddəs qadınları, qaraçı qadınları,
təbiət və mistikanı sevən qadınları, nəbatatla məşğul olan qadınları,
ümumiyyətlə «Təbiət aləminə şübhəli maraq göstərən» istənilən qadını
daxil edirdi. Doğan qadınların ağrısını yüngülləşdirmək üçün müxtəlif
yuxugətiricilərdən istifadə etdiklərinə görə mamaçaları da

119 downloaded from KitabYurdu.org


öldürürdülər. Kilsə doğuş zamanı ağrıkəsicilərdən istifadə etməyi küfr
adlandırırdı. Kilsə deyirdi ki, bu əzablar Həvvanın günahına görə
Allah tərəfindən qadınlara cəza kimi göndərilib. Üç əsr ərzində Kilsə
cadugərləri məhv etmək bəhanəsilə beş milyon qadını tonqallarda
yandırdı!
Təbliğat və zorakılıq öz bəhrəsini verdi. Bu günkü dünya - buna
canlı sübutdur.
Əvvəllər müqəddəs dini başlanğıc hesab edilən qadınlara yüksək
vəzifələr tutmaq qadağan edildi. Dünyada qadın ravvinlər, katolik
keşişləri, islam müftiləri yoxdur. Kişi və qadının nəinki cismani, hətta
ruhi cəhətdən birləşməsi olan təbii seksual yaxınlıq bir vaxtlar
müqəddəs akt hesab edilirdi. İndi isə buna pis əməl kimi baxılır.
Sutana geymiş kişilər hətta öz təbii seksual hisslərindən belə qorxurlar,
bunu şeytan əməli sayırlar. Guya şeytan öz sadiq köməkçisi olan
qadının vasitəsilə kişiləri yoldan çıxarır.
Hətta sol təmayüllü qadın təşkilatları da Kilsə tərəfindən təqib
olunub. Fransa və İtaliyada «sol» sözünün özü - gauche və sinistre -
neqativ xarakter daşıyır. Əksinə, «sağ» sözü düzgünlüyün, haqlılığın,
ədalətin sinonimi kimi qəbul edilir. İndinin özünə kimi radikal fikirli
siyasətçiləri sol qanada aid edirlər, irrasional düşüncəni - solçuların
adına yazırlar. Sinistre sözü isə «pis», «səfeh», «qəddar» kimi başa
düşülür.
İlahənin sonu çatdı, Əqrəb digər tərəfə istiqamətləndi. Ana Torpaq
kişi dünyasına çevrildi, xarabalıq və müharibə allahlarının əlinə girəvə
düşdü. İki min il ərzində söndürülən kişi eqosu azadlığa çıxdı. Sion

120 downloaded from KitabYurdu.org


Prioratı hesab edirdi ki, Müqəddəs qadın başlanğıcının məhv edilməsi
müasir həyatda fenomen yaratmışdır, hansı ki, holi qəbiləsindən olan
amerikan hinduları bunu «poyyaniskvatse» - «tarazlıqsız həyat»
adlandıraraq, bununla müharibələrdən əziyyət çəkən dünyanın qeyri-
sabit vəziyyətini, qadına nifrət edilən cəmiyyətlərin çoxluğunu və Ana
Torpağa sayğısızlığın artmasını göstərmişlər.
- Robert, - Sofi pıçıldadı, - deyəsən, bura kimsə gəlir!
O, dəhlizdə addım səsləri eşitdi. Onlar yaxınlaşırdılar.
- Bura! - Sofi fənəri söndürərək pıçıldadı və Lenqdon qaranlıqda
onu görmədi.
Bir anlığa o, tamamilə korlaşdı. Bura? Haraya? Sonra gözləri tədricən
qaranlığa
öyrəşdi və o, Sofinin siluetini gördü. Sofi otağın ortasında qaçaraq
özünü səkkizguşəli böyük divanın arxasına atdı. Lenqdon da qaçmağa
hazır idi, amma gur, uca səs onu dayandırdı.
- Arretez! (Dayanın! -frans.) - deyə, qapıda durmuş adam əmr
etdi.
Luvrun təhlükəsizlik xidmətinin agenti əlində tapança Sal de Eta
zalına girdi. O, Lenqdonun düz sinəsini hədəf almışdı. Lenqdon
instinktiv olaraq əllərini qaldırdı.
- Coushes-vous! - deyə, kişi uca səslə əmr etdi. - Yerə uzanın!
Və bir saniyə sonra Lenqdon üzüquylu döşəməyə uzandı. Agent
çəkmələri ilə zərbə vuraraq onun ayaqlarını və əllərini araladı.
- Mauvaise idee (Pis fikirdir, - frans.) Monsieur Langdon, - o dedi
və tapançanın lüləsini Lenqdonun kürəyinə söykədi. - Mauvaise idee.

121 downloaded from KitabYurdu.org


Əlləri və ayaqları aralanmış şəkildə üzüquylu döşəməyə uzanan
Lenqdon ironik müqayisə aparmaqdan özünü saxlaya bilmədi. Lap
«Vitruvian insanı» kimiyəm, o düşündü. Təkcə üzüm döşəməyə
tərəfdir.
XXIX FƏSİL
Saylas mehrabdan ağır, dəmir şamdanı götürüb sütunun yanına qayıtdı.
Lap yerinə düşdü, bundan rıçaq kimi də istifadə etmək olar. Altında
boşluq olan boz mərmər plitəyə baxa-baxa o, birdən anladı ki, səs-küy
salmadan döşəməni sökmək mümkün olmayacaq.
Mərmərə dəmirlə vurmaq. Bütün kilsəyə səs yayılacaq.
Əgər rahibə eşitsə, nə olacaq? Yəqin o, indi yatır. Amma gurultu
onu ayıldacaq. Saylas belə işlərdə risk etməyi xoşlamırdı. Ona görə də
dəmir ucluğa sarımaq üçün əski axtarmağa başladı. Amma mehrabın
örtüyündən başqa münasib bir şey görmədi. Amma mehrabın üstünü
açmaq yaxşı deyil. Mənim sutanam, o düşündü. Kilsədə tək olduğunu
bilən Saylas sutananı boynuna bərkidən ipi açdı. Sutana sürüşüb
döşəməyə düşdü. O, ağrıdan üz-gözünü turşutdu - kobud, tiftikli parça
onun kürəyindəki təzə yaralara toxunmuşdu.
Qurşağına doladığı parçanı nəzərə almasaq o, indi çılpaq idi. Saylas
sutananın kənarını dəmir çubuğun ucuna doladı. Sonra onunla boz
plitənin düz ortasına zərblə vurdu. Boğuq taqqıltı eşidildi. Daşa heç nə
olmamışdı. O, dəmirlə yenə vurdu. Yenə boğuq taqqıltı, amma bu dəfə
nəsə çartıldadı. Üçüncü zərbədən sonra nəhayət mərmər plitəni
sındırmaq mümkün oldu, onun parçaları döşəməyə səpələnmiş və
daşın altındakı boşluğa düşmüşdü.

122 downloaded from KitabYurdu.org


Gizli yer!
Saylas ehtiyatla çuxuru daş qırıntılarından təmizləyib baxdı. Sonra
dizi üstə çökdü, gicgahındakı damarlar qanla dolmuşdu. Və xəlvəti
yerə ağ əlini soxdu.
Əvvəlcə heç nə tapa bilmədi. Hər yerdə şumal, soyuq daşlar. Sonra
əlini daha uzağa, Qızıl Gül xəttinin altına tərəf apardı və nəyəsə
toxundu! Qalın dördkünc əşya. Saylas onu barmaqlarının ucu ilə tutub
ehtiyatla dartdı. Ayağa qalxıb, tapdığı əşyanı ovcunda tutaraq diqqətlə
ona baxdı. Kələ-kötür daş parçası, üstündə hansısa sözlər cızılıb.
Saylas ani olaraq özünü yeni Musa kimi hiss etdi.
Amma daşın üzərindəki sözləri oxuyub təəccübləndi. O hesab edirdi
ki, guşəli daşın üstündə ya xəritə cızılacaq ya da istiqamət
göstəricilərinin kodlaşdırılmış kombinasiyası olacaq. Lakin daşın
üstündəki yazı sadə və lakonik idi.
YƏQUB 38:11
İncildən sitat? Saylas öz tapıntısının primitivliyindən sarsıldı.
Axtarışına bu qədər qüvvə sərf olunmuş gizli yerdə yalnız İncildən
sitat varmış? Bəli, möminləri lağa qoymaq üçün cəmiyyət heç nəyin
qarşısında geri çəkilməyəcək.
YƏQUB. Otuz səkkizinci surə. On birinci ayə.
Saylas bu surənin on birinci ayəsini əzbər bilmirdi, amma əmin idi
ki, Yəqubun kitabında Allaha olan inamı ağır sınaqlara tuş gələn insan
haqqında danışılır. Neynək, lap bizim əhvalata oxşayır, o düşündü və
ürəyində yeni bir ümid doğdu.
O, yenidən Qızıl Gül xəttinə baxıb gülümsündü. Sonra çevrilib

123 downloaded from KitabYurdu.org


geriyə baxdı. Baş mehrabda, qızılı altlığın üzərində dəri ilə üzlənmiş
İncil vardı.
Xorun yanında, yuxarıda oturmuş Sandrin bacı tir-tir əsirdi. Cəmisi
bir neçə dəqiqə bundan əvvəl o, qaçıb öz borcunu yerinə yetirməyə
hazır idi, amma bu an gəlmə adam gözlənilmədən sutanasını əynindən
çıxardı. Sandrin bacı onun ağ dərisini gördü və dəhşətə gəldi. Onun
ağappaq enli kürəyi qanlı çapıqlarla dolu idi. Hətta yaraların təzə
olduğu kənardan da bilinirdi.
Bu adamı qəddarcasına qamçılayıblar!
Sandrin bacı, onun budlarında ucluqlu sarğının qoyduğu qanlı izləri
də gördü. Bu necə Allahdır ki, insan bədəninin bu cür əzablara məruz
qalması ona xoş gəlir? Yox, Sandrin bacı «Opus Dei» üzvlərinin
yerinə yetirdiyi ritualları anlamaqdan imtina edirdi. Amma indi bu,
onu az narahat edirdi. «Opus Dei» guşəli daşı axtarır! Onlar bunu necə
biliblər, Sandrin bacının bu barədə heç bir təsəvvürü yox idi və
anlayırdı ki, indi bu haqda fikirləşməyin yeri deyil.
Qana bələşmiş rahib sakitcə sutanasını geyindi, onun qırışlarını
düzəltdi və tapdığı daşı əlində sıxaraq mehraba tərəf addımladı.
Sandrin bacı nəfəs almamağa çalışaraq xordan çıxdı və pilləkənlə
aşağı düşdü. Öz otağına qaçıb taxta çarpayıya yaxınlaşdı və dizi üstə
durub üç il bundan əvvəl gizlətdiyi bağlı konverti çıxartdı.
Tələsə-tələsə onu açdı və Parisə aid olan dörd telefon nömrəsini
gördü.
O, titrək əlləri ilə diski fırladı.
Saylas daşı mehraba qoyub, altlıqdan dəri cildli ağır İncili götürdü.

124 downloaded from KitabYurdu.org


O, səbirsizliklə səhifələri vərəqləməyə başladı, uzun barmaqlarının
həyəcandan titrədiyini gördü. Və nəhayət Əhdi-Cədiddəki Yəqub
Kitabını tapdı. Deməli, otuz səkkizinci surə. Budur o. Saylas şəhadət
barmağını mətnin üzərində gəzdirdi və oxuyacağı sözlərdən
fərəhlənəcəyini hiss etdi.
Bu sözlər bizə yol göstərəcək!
Saylas on birinci ayəni tapıb mətni oxudu. Cəmisi bir neçə söz.
Sifəti tutuldu, çaşqın halda bu sözləri bir də oxudu və dəhşətli bir şeyin
baş verdiyini anladı. Ayədə deyilirdi:
... BURAYA QƏDƏR GEDƏCƏKSƏN VƏ O TƏRƏFƏ KEÇƏ
BİLMƏYƏCƏKSƏN VƏ BURA SƏNİN TƏKƏBBÜRLÜ
HİSSLƏRİNİN SƏRHƏDDİDİR.
XXX FƏSİL
Mühafizə rəisi Klod Qruar «Mona Liza»nın qarşısında döşəməyə
uzanmış məhbusun başı üstündə dayanıb qəzəbdən boğulurdu. Bu
əclaf Cak Sonyeri öldürməyə cürət edib! Klod və onun adamları üçün
Sonyer doğma ata kimi idi.
Bu dəqiqə Qruarın ən çox istədiyi şey tətiyi çəkib Robert Lenqdonu
güllələmək idi. Ona, muzey mühafizəsinin rəisi kimi, odlu silah
gəzdirməyə icazə verilirdi. Amma o, dərhal xatırladı ki, Faş fransız
məhkəməsinin penitensiar sistemi tərəfindən bu əclafa ediləcək
təhqirlər və işgəncələrlə müqayisədə güllədən gələn ani ölüm yüngül
cəzadır.
Klod kəmərinə bağladığı radioötürücü qurğunu çıxarıb öz adamları
ilə əlaqə yaratmağa çalışdı. Lakin dəstəkdə yalnız xışıltı eşidildi. Bu

125 downloaded from KitabYurdu.org


zalda əlavə olaraq quraşdırılmış elektron mühafizə cihazı maneələr
yaradırdı. Yaxşı, qapıya tərəf gedərəm. Lenqdonun kürəyini nişan
almağa davam edərək Qruar çıxışa tərəf geri çəkilməyə başladı. İki
addım atmışdı ki, yerində qurudu. Lənət şeytana, bu nədir?
Otağın mərkəzində nəsə tərpəndi. Siluet. Demək, zalda daha kimsə
var? Bəli bu, qadın idi, sol tərəfdən ona sürətlə yaxınlaşırdı. Qadının
önünə nazik qırmızımtıl işıq şüası düşmüşdü. Qadın nəsə axtarırmış
kimi işıq şüasını döşəmədə gəzdirirdi.
- Qui est la? (Siz kimsiniz? - frans.) - Qruar qadına dedi. Onun
ürəyi bərk döyünürdü. O, indi kimi nişan almağı, hara qaçmağı kəsdirə
bilmirdi.
- PET, - deyə qadın fənərin köməyilə döşəməyə baxaraq sakitcə
cavab verdi.
Polisin elmi-texniki şöbəsi. Mühafizə rəisi tamamilə tər içində idi.
Mən
düşünürdüm ki, bütün agentlər gediblər! İndi o, ultrabənövşəyi şüası
olan fənəri tanıdı, xatırladı ki, məhkəmə polisinin agentləri də eynilə
bu cür fənərdən istifadə edirlər. Bununla belə, texniki xidmətin burda
nə axtardığını anlaya bilmirdi.
- Votre nom! - mühafizə rəisi burda nəsə baş verdiyini instinktiv
olaraq duyub bağırdı. - Repondiz! (Sizin adınız nədir? Cavab verin! -
frans.)
- C'est moi (Bu mənəm - frans.), - qadın səsi fransız dilində sakitcə
cavab verdi. -Sofi Neve.
Bu ad Klod Qruara tanış idi. Hə, əlbəttə Sofi Neve! Cak Sonyerin

126 downloaded from KitabYurdu.org


nəvəsinin adı belə idi, deyəsən? O, bura hələ uşaq vaxtı, balaca qız
olarkən gəlmişdi, o vaxtdan çox illər keçib. Yox, bu ola bilməz! Əgər
bu qadın Sofi Nevedirsə, ona etibar etməyə heç bir əsas yoxdur. Qruar
Sonyerin nəvəsi ilə arası olmadığını və tamamilə ondan ayrıldığını
eşitmişdi.
- Siz məni tanıyırsınız! - qadın qışqırdı. - Robert Lenqdon mənim
babamı öldürməyib! Mənə inana bilərsiniz!
Lakin mühafizə rəisi ona inanmağa meylli deyildi. Kömək çağırmaq
lazımdır! Radioötürücü vasitəsilə yenə öz adamları ilə əlaqə yaratmağa
çalışdı və yenə də cavab əvəzinə xışıltı eşitdi. Giriş iyirmi yard ondan
aralıda, arxa tərəfdə idi. Qruar döşəməyə uzanmış kişini nişan alaraq
yavaş-yavaş, addım-addım geri çəkilməyə başladı. Bir addım da atdı
və birdən gördü ki, qadın ultrabənövşəyi fənəri yandıraraq «Mona
Liza» ilə üzbəüz asılmış əsərə baxmağa başladı.
Bu əsərin nə olduğunu anladıqdan sonra Qruar sakitcə ah çəkdi.
Lənət şeytana, o, nə edir?
Sofi Neve alnını soyuq tər damcıları basdığını hiss etdi. Lenqdon
əllərini və ayaqlarını geniş açaraq hələ də döşəməyə uzanmışdı. Döz,
Robert. Mən məqsədə yaxınam. Mühafizəçinin onlara atəş
açmayacağını anlayaraq Sofi diqqətini əsas işə yönəltdi: şedevrin -
Leonardo da Vinçinin daha bir əsərinin ətrafına diqqətlə baxmağa
başladı. Lakin nə döşəmədə, nə divarlarda, nə də əsərin özündə hətta
xüsusi ultrabənövşəyi işığın köməyi ilə nəsə tapmaq mümkün olmadı.
Əminəm ki, burda nəsə olmalıdır!
Sofi babasının məqsədini düz anladığına əmin idi.

127 downloaded from KitabYurdu.org


Babasının daha hansı çıxış yolu var idi?
Onun baxdığı şedevr beş fut hündürlüyündə böyük tablo idi. Da
Vinçi burda qəribə, tühaf bir səhnə təsvir etmişdi. Yöndəmsiz pozada
oturmuş Müqəddəs Məryəm, körpə İsa, xaç vuran İohann və mələk
Urlel - bunlar hamısı iti qayalar üzərində təsvir olunmuşdu. Sofi,
balaca uşaq olarkən, hər dəfə «Mona Liza»ya baxdıqdan sonra, babası
onu əks tərəfdə asılmış bu əsərə tərəf aparırdı.
Mən burdayam, baba! Amma hələlik heç nə görmürəm!
Sofi mühafizə rəisinin öz adamları ilə yenə də əlaqə yaratmaq
istədiyini eşitdi.
Fikirləş, fikirləş!
O, «Mona Liza»nı qoruyan şüşənin üstündə yazılmış sözləri
xatırladı. İnsan düşüncəsi qaranlıq və yalanlarla doludur. Onun baxdığı
əsərin qarşısında qoruyucu, gülləkeçirməz şüşə olmadığından yazmağa
da yer yox idi. Sofi bilirdi ki, babası heç vaxt əsərin üstünə nəsə yazıb
onu korlamaz. Birdən o, ayılmış kimi oldu. Rəsmin üst tərəfinə heç nə
yazmaz. O, gözlərini qaldırıb tavandan asılmış əsəri saxlayan
qaytanlara baxdı.
Bəlkə, burdadır? Sofi çərçivənin sol tərəfindən tutub rəsmi özünə
tərəf çəkdi. Sonra fənəri yandırıb rəsmin arxa tərəfinə baxdı.
İntuisiyasının bu dəfə onu aldatdığını anlamaq üçün bir neçə saniyə
kifayət idi. Rəsmin arxa tərəfi tər-təmiz idi. Heç bir yazı gözə
çarpmırdı, yalnız xırda qara nöqtələr, köhnəlmiş kətanda ləkə və...
Yox, dayan bir!
Sofi ağac çərçivənin aşağı hissəsində, kətanın ona yapışdığı yerdə

128 downloaded from KitabYurdu.org


nəsə parıldadığını gördü. Əşya kiçik idi və çərçivə ilə kətan arasındakı
yarığa düşmüşdü. Yalnız qızıl zəncirin ucu görünürdü. Sofi zəncirdə
yuxarı hissəsi xaçla gerbdən ibarət olan tanış qızıl açarı görüb
təəccübləndi. O, axırıncı dəfə bu açarı doqquz yaşında görmüşdü. Sirli
P.S. hərfləri olan fleur-de lis. Sofi sanki həyula səsi eşitdi, babası onun
qulaqlarına pıçıldadı: Vaxt gələcək, bu açar sənin olacaq. Qəhər
boğazını tutdu, anladı ki, babası ölüm anında öz vədinə sadiq qalıb. Bu
açar mücrünü açır, mən mücrüdə müxtəlif sirlər saxlayıram, babası o
vaxt demişdi.
Yalnız indi Sofi anladı ki, babası tərəfindən bu gün qurulmuş
sözlərlə oyun bu açarı tapmaq üçün imiş. Babası öldürüləndə açar
onun üstündəymiş. Açarın polislərin əlinə düşməsini istəməyən babası
onu bu rəsmin arxasında gizlədibmiş. Və onu tapmaq üçün, nəinki bir
yığın qarmaqarışıqlığı çözmək tələb olunurdu, bunun üçün Sofi Neve
kimi doğulmaq lazım idi.
- Au secours! (Köməyə gəlin! -frans.) - mühafizəçi qışqırdı.
Sofi zəncirli açarı çıxarıb onu fənərlə birlikdə cibinə qoydu.
Çərçivənin arxasından baxıb gördü ki, mühafizəçi ratsiyanın köməyi
ilə kiminləsə əlaqə yaratmağa çalışır. O, döşəməyə uzanmış Lenqdonu
nişan alaraq çıxışa tərəf addımlayırdı.
- Au secours! - o, yenə də qışqırdı.
Cavabında anlaşılmaz səslər və xışıltı.
Sofi, bu zala gələn turistlərin «Mona Liza»ya baxdıqlarını evə xəbər
verməkdən ötrü boş yerə mobil telefonlarla zəng etməyə çalışdıqlarını
xatırlayaraq mühafizəçinin heç kəsə məlumat verə bilməyəcəyini

129 downloaded from KitabYurdu.org


anladı. Zalın divarları mühafizə qurğularının naqilləri ilə elə
doldurulmuşdu ki, telefonlar yalnız burdan çıxdıqdan sonra
işləyirdilər. İndi mühafizəçi tələsik qapıya tərəf yeriyirdi. Sofi cəld
hərəkət etmək lazım olduğunu anladı.
Böyük rəs yaxşı sipər idi. Sofi düşündü ki, Leonardo da Vinçi bu
gün ikinci dəfə onun köməyinə gələ bilər.
- Lap az, bir neçə metr qalıb, - Lenqdonu nişan almağa davam
edən Qruar öz- özünə dedi.
- Arretez! Ou ce la detruis! (Dayanın! Yoxsa mən onu məhv
edəcəm! -frans.) - qadın səsi zalda əks-səda verdi.
Qruar çevrilib yerindəcə dondu.
- Mon dien, non! (Mənim Allahım, yox! - frans.)
Qırmızımtıl dumanlı işıqda o, qadının divardan böyük rəsmi
çıxardığını və onu qalxan kimi qarşısına tutduğunu gördü. Rəsm,
demək olar ki, onu bütünlüklə örtürdü. Qruarın ağlına gələn ilk fikir bu
oldu: siqnalizasiya niyə işləmədi? Sonra xatırladı ki, ayrı-ayrı
eksponatlara çəkilmiş kabel ötürücülərini bu gün qoşmayıblar. O, nə
edir?
Mühafizəçini soyuq tər basdı.
Rəsmin ortası şişdi, Müqəddəs Məryəmin, körpə İsanın və xaç
vuran İohannın tutqun cizgiləri əyildi.
- Non! - Da Vinçinin dəyərsiz əsərinə necə ziyan vurulacağını
dəhşətlə müşahidə edən Qruar qışqırdı. Qadın rəsmin düz ortasından
dizi ilə basırdı. - Non!
Qruar çevrilib qadını nişan aldı, amma dərhal başa düşdü ki, bu boş

130 downloaded from KitabYurdu.org


hədədir. Rəsm etibarlı sipər idi - axı, ona 6 milyon dollar qiymət
vermişdilər.
Mən Da Vinçiyə güllə ata bilmərəm.
- Silahı və ratsiyanı döşəməyə qoyun! - qadın fransız dilində
sakitcə əmr etdi. -yoxsa, rəsmi dizimlə cıraram. Yəqin ki, sən bilirsən,
babam buna necə münasibət göstərərdi.
Bədbəxt mühafizəçinin başı gicəlləndi.
- Xahiş edirəm... lazım deyil! Axı bu, «Madonna mağarada»
əsəridir - deyə mühafizəçi tapança və ratsiyanı döşəməyə atıb əllərini
yuxarı qaldırdı.
- Sağ olun, - qadın dedi. - İndi isə, deyiləni yerinə yetirsən, sənə
yaxşı olar.
Bir neçə saniyə sonra ürəyi az qala yerindən çıxan Lenqdon Sofi ilə
birlikdə pilləkənlə aşağı düşürdü. Onlar zaldan çıxdıqdan sonra bir
kəlmə də kəsməmişdilər. Lenqdon mühafizəçinin tapançasını əlində
tutmuşdu və ondan qurtulacağını səbirsizliklə gözləyirdi. Tapança ona
çox ağır göründü, ondan doğrudan da təhlükə yağırdı.
Birdən-birə iki pilə tullanan Lenqdon Sofinin az qala məhv edəcəyi
əsərin qiymətsiz olduğunu anlayıb-anlamadığını düşünürdü.
Əksər incəsənətşünasların fikrincə Sofinin özünə sipər etdiyi Da
Vinçinin «Madonna Mağarada» əsəri, eynilə «Mona Liza» kimi gizli
bütpərəst simvolları ilə doludur.
- Siz çox qiymətli girov götürmüşdünüz, - o, qaçaraq dedi.
- «Madonna mağarada» - Sofi cavab verdi. - Amma onu mən yox,
babam seçib. Çərçivənin arxasına balaca bir şey qoyub. Mənim üçün.

131 downloaded from KitabYurdu.org


Lenqdon təəccüblə ona baxdı:
- Nə? Axı, siz necə bildiniz ki, bu əşya məhz orda gizlədilib? Niyə
«Madonna mağarada»?
- İnsan düşüncəsi qaranlıq və yalanlarla doludur. - o, gülümsündü.
- Əvvəlki iki anaqramı mən aça bilməmişdim, Robert. Amma
üçüncüsünün öhdəsindən gəlmək mənim borcum idi.
XXXI FƏSİL
- Onlar ölüblər! - Sandrin bacı telefon dəstəyinə dedi. Bu sözlər
avtocavablayıcı üçün nəzərdə tutulmuşdu. - Xahiş edirəm, dəstəyi
götürün. Onlar hamısı ölüb!
Onun siyahıda olan ilk üç nömrəyə etdiyi zənglər dəhşətli xəbərlər
gətirdi - isterik hönkürtülər vuran dul qadın, cinayət yerinə çağırılmış
detektiv, yetim qalmış ailəni ovudan qaşqabaqlı keşiş. Zəng etdiyi
adamların üçü də ölmüşdü. İndii o, dördüncüyə, siyahıda lap axırıncı
olana zəng edirdi. Bu adama yalnız o vaxt zəng etməyə icazə verilirdi
ki, ilk üç adamla əlaqə yaratmaq mümkün olmasın. Bu dəfə
avtocavablayıcının səsi eşidildi. Həmdə dəstəkdən gələn səs abonentin
adını çəkmir, yalnız zəng edəndən məlumatı söyləməsini xahiş edirdi.
- Döşəmə sındırılıb! - Sandrin bacı yalvarışlı səslə dilləndi. - Qalan
üç nəfər ölüblər.
Sandrin bacı dörd telefon nömrəsinin sahibləri ilə şəxsən tanış
deyildi, lakin çarpayının altında yaxşıca gizlədilmiş bu nömrələrə
yalnız bir halda zəng etməyə icazə verilirdi.
Xarici görkəmini unutmuş kişi onu təlimatlandırmışdı ki, əgər
döşəməni sındırıb gizli yeri tapsalar, bu o deməkdir ki, yuxarı eşalon

132 downloaded from KitabYurdu.org


itki verib. Deməli, bizlərdən birini ölümlə hədələyiblər və o yalan
danışmağa məcbur olub. Xəbər vermək üçün, siz hamıya zəng
etməlisiniz. Çalışın ki, bizi pis vəziyyətdə qoymayasınız.
Bu həyəcan siqnalı idi. Özünküləri xəbərdar etmək üçün etibarlı və
təhlükəsiz üsul. O, ilk dəfə bu barədə biləndə, planın sadəliyi onu
heyrətə salmışdı. Əgər cəmiyyət üzvlərindən hər hansı biri ölümcül
təhlükəyə məruz qalarsa, o, yalan danışa bilər. Və buy alan qalanlarını
xəbərdar etmək üçün mexanizmi dərhal işə salır. Görünür, bu gün eyni
zamanda üç nəfər təhlükəyə tuş gəlib.
- Xahiş edirəm, cavab verin, - o, çarəsizcə dəstəyə pıçıldayırdı. -
Siz hardasınız, harda?..
- Dəstəyi at yerə! - birdən arxadan kişi səsi eşidildi.
Sandrin bacı diksinib çevrildi. Qapının ağzında əlində ağır dəmir
şamdan tutmuş rahib dayanmışdı. O, bütün bədəni əsə-əsə dəstəyi
yavaşca yerinə qoydu.
- Onlar hamısı ölüb. - rahib dedi. - Dördü də. Və onlar məni
aldadıblar. İndii sən de, guşəli daş hardadır?
- Axı, mən bilmirəm! - Sandrin bacı tam səmimiyyətlə cavab
verdi. - Bu sirri onlar bilirdilər. İndi ölmüş olanlar.
Kişi ağ əlindəki dəmir altlığı buraxmayraq ona yaxınlaşmağa
başladı.
- Axı, sən kilsənin rahibəsisən! Bununla belə, bu əclaflara xidmət
edirsən?
- İsa bizə çox həqiqətləri öyrədib, - Sandrin bacı cəsarətlə cavab
verdi. - Amma bu həqiqətlərin heç birini «Opus Dei»nin əməllərində

133 downloaded from KitabYurdu.org


görmürəm.
Rahibin qırmızı gözləri qəzəblə parıldadı. Və əlindəki dəmir altlığı
ona tərəf qolayladı. Sandrin bacı döşəməyə yıxıldı. Onun son fikri
ümidsiz idi: Dörd nəfərin hamısı ölüb. Qiymətli sirr həmişəlik itirilib.
XXXII FƏSİL
Luvrun qərb tərəfindən eşidilən siqnalizasiyanın kəskin səsindən Tüilri
bağındakı bütün göyərçinlər öz yerlərində uçdu. Sofi və Lenqdon
binanın giriş tərəfindən çıxıb Paris qaranlığına üz qoydular və Sofinin
maşınına tərəf qaçdılar. Uzaqda polis avtomobillərinin sirena səsləri
eşidilirdi.
- Budur o! - Sofi qışqırdı. Və meydanın axırında dayanmış qırmızı
rəngli kiçik maşını göstərdi.
Hə, o, pis zarafat etmir. Lenqdon indiyə qədər belə kiçik maşın
görməmişdi.
- «Smart» adlanır, - Sofi dedi. - Yüz kilometrə bir litr işlədir.
Lenqdon qabaqdakı oturacaqda təzəcə oturmuşdu ki, Sofi motoru
işə saldı və maşın daş səkinin üstündən irəliyə, çınqıl daş tökülmüş
yola tərəf şütüdü. Sonra o, səkidən keçib Karuzel de Luvrun
qarşısındakı dairəvi döngəyə çıxdı.
Lenqdona ani olaraq elə gəldi ki, Sofi indicə dönmək əvəzinə, düz
irəliyə sürüb ortadakı qazonun üstünə çıxacaq.
- Yox! - Lenqdon qışqırdı. O bilirdi ki, çəpər rolunu oynayan kol
bitkiləri, çevrilmiş piramida şəkilli çuxuru gizlətmək üçün əkilib. O,
bunu muzeyin pəncərəsindən görmüşdü. Sofinin miniatür maşınını bu
dərə bir anda udar.

134 downloaded from KitabYurdu.org


Xoşbəxtlikdən Sofi sükanı cəld hərəkətlə sağa fırlayıb şimala tərəf
aparan yola çıxdı. Sonra sürəti artırıb ryu-de Revaş istiqamətində
şütüdü.
Polis sirenalarının səsi daha bərkdən eşidilirdi. Lenqdon yan
güzgüdə faraların işığını gördü. Sofi Luvrdan tezliklə uzaqlaşmaq üçün
askelatorun pedalını axıra qədər basdıqda «smart»ın mühərriki etiraz
edirmiş kimi nərildədi. Əlli yard irəlidə, Rivoli ilə kəsişən yolda
qırmızı işıq yandı. Sofi sakitcə şeytana lənət oxuyub irəli sürməyə
davam etdi. Lenqdon gərgin vəziyyətdə idi. - Sofi!..
Yolayrıcına çatdıqda o, azca sürəti azaltdı, faraları söndürüb
yandırdı, ətrafa baxdı, sonra yenə də askelatoru axıra qədər basıb sola
döndü və Rivoli yoluna çıxdı. Bu küçə ilə qərbə doğru təxminən
dörddə bir mil gedib tezliklə enli Yelisey küçəsinə buruldu.
Lenqdon geriyə çevrilib arxa şüşədən Luvr tərəfə baxdı. Deyəsən,
polislər onları daha təqib etmirdilər. Mavi işıqlar muzeyin qarşısındakı
meydanda bərq vururdu.
Lenqdon bir qədər sakitləşərək dedi:
- Bu çox əyləncəli idi.
Sofi, görünür, onun sözlərini eşitmədi. Onun gözləri irəliyə, rahat
Yelisey küçəsinə dikilmişdi. Təxminən iki mil boyunca hər iki tərəfdə
təmtəraqlı mağazaların vitrinləri düzülmüşdü, məhz buna görə çox
vaxt küçəni Parisin Beşinci Avenyusu adlandırırdılar. ABŞ səfirliyi
indi bir mil onlardan aralıda idi. Lenqdon sakitləşib oturacağın
arxalığına söykəndi.
İnsan düşüncəsi qaranlıq və yalanlarla doludur.

135 downloaded from KitabYurdu.org


Bəli, Sofinin məharətinə söz yoxdur.
«Madonna mağarada».
Sofi dedi ki, babası rəsmin arxasında onun üçün nəsə qoyub.
Axırıncı ismarıc? Sonyerin axırıncı gizli yeri bu qədər incəliklə
seçməsindən Lenqdon heyrətlənməyə bilməzdi. «Madonna mağarada»
bu günkü rəmzlər zəncirində daha bir çatışmayan halqa idi. Deyəsən,
Sonyer hər bir addımında Da Vinçinin yaradıcılığının qaranlıq və
mistik tərəfi ilə maraqlandığını nümayiş etdirirdi.
Leonardo da Vinçi «Madonna mağarada» əsərinə sifarişi Qüsursuz
Mayalanma Qardaşlığından almışdı; onlara Milandakı San-Françesko
kilsəsində, mehrabın mərkəzi hissəsinə divar naxışı vurmaq lazım idi.
Rahibələr Leonardoya bütün lazımi ölçüləri, həmçinin təxmini süceti
də vermişdilər: rəsmdə Müqəddəs Məryəm, körpə İohann, Mələk və
körpə İsa təsvir olunmalı idi. Qəribə də olsa, rəssamın əsərində adəti
qaydalara xilaf olaraq məhz körpə İohann İsaya xeyir-dua verirdi... İsa
isə tamamilə ona itaətdə idi! Bu azmış kimi, Məryəm bir əlini yuxarı
qaldırıb körpə İohannın başı üzərində tutmuşdu və bu hədələyici cest
təsiri bağışlayırdı. Barmaqları, kiminsə görünməyən başından tutmağa
hazır olan qartal caynaqlarına oxşayırdı. Və nəhayət, orda daha bir
qorxunc obraz var idi: Məryəmin vəhşicəsinə əyilmiş barmaqlarının
düz altında dayanmış Uriyel, Müqəddəs Məryəmin caynaqlarına
keçmiş görünməz başı sanki əlinin kənarı ilə kəsmək istəyirdi.
Lenqdonun tələbələri həmişə təəccüblə öyrənirdilər ki, Da Vinçi
sonralar «Madonna mağarada» rəsminin ikinci, «yumşaldılmış»
variantını ortodoksal üslubda çəkməklə Qüsursuz Mayalanma

136 downloaded from KitabYurdu.org


Qardaşlığının könlünü ələ ala bilmişdi. İkinci variant indi London
Milli Qalereyasında yerləşirdi və başqa ad - «Madonna qayalıqda»
adını daşıyırdı. Amma Lenqdonun özü daha maraqlı olan Luvr
variantına üstünlük verirdi.
Sofi maşını Yelisey küçəsi ilə sürürdü. Lenqdon soruşdu:
- Rəsm... onun arxasında nə var idi?
Sofi gözlərini yoldan çəkmədi.
- Sonra göstərərəm. Təhlükəsiz yerdə, səfirlikdə olanda.
- Göstərərsiniz? - Lenqdon təəccübləndi. - Deməli o, rəsmin
arxasında əşya gizlədib?
Sofi başını tərpətdi:
- Bəli. Heraldik zanbaqla və P.S. hərfləri ilə bəzədilmiş əşya.
Lenqdon qulaqlarına inanmadı.
Biz yarıb keçəcəyik, Sofi maşını birdən sağa döndərərək düşündü.
Budur maşın dəbdəbəli «De Kriyon» otelinin yanından keçdi və onlar
Parisin çoxlu ağaclar əkilmiş diplomatik rayon adlandırılan yerə gəlib
çıxdılar. Səfirliyə bir mildən də az qalmışdı. İndi rahat nəfəs almaq
olar.
Sofi hətta maşını sürərkən cibindəki açar haqqında düşünürdü. Onu
xeyli əvvəllər ilk dəfə gördüyünü və üstündə adi dişciklər əvəzinə
batıq olan, bərabərtərəfli xaçla, heraldik naxışla və P.S. hərfləri ilə
bəzədilmiş bu açarın onda necə heyrət doğurduğunu xatırladı.
O vaxtdan uzun illər keçdiyinə görə babasının açarını nadir hallarda
xatırlamasına baxmayaraq, polis idarəsində işləmək ona çox şeyi
öyrətmişdi, o cümlədən təhlükəsizliyi təmin edən vasitələri də. Və indi

137 downloaded from KitabYurdu.org


açarın qeyri-adi forması ona o qədər də müəmmalı görünmürdü. Lazer
vasitəsilə düzəldilmiş matrisa. (matrisa - hərflər düzəltmək üçün qəlib -
S.B.). Belə üsulla hazırlanmış açarın dublikatını düzəltmək praktiki
olaraq mümkün deyil. Adi dişcikləri olmayan bu tip açarın üstündə
lazerlə yandırılmış xırda batıqlar vardı və bu batıqlara kilidin yalnız
xüsusi elektron qurğusu reaksiya verirdi. Əgər qurğu altıgüşəli batığın
düzgün yerləşdiyini təyin etsəydi, onda kilid açılırdı.
Sofi bu açarın nəyi aça biləcəyini təsəvvürünə belə gətirmirdi.
Amma hiss edirdi ki, bu işdə Robert ona kömək edə bilər. Axı o,
açarın üstündəki emblemi bir dəfə də olsun görmədən onun mənasını
izah edə bilmişdi. Açarın yuxarı hissəsindəki xaç onun hansısa xristian
təşkilatına məxsus olduğunu göstərirdi. Lakin, Sofi lazer vasitəsilə
hazırlanmış bu cür matris açarların hansı kilsələrdə istifadə
olunduğunu bilmirdi.
Bundan başqa, mənim babam əsla xristian deyildi.
Sofi buna on il əvvəl əmin olmuşdu. O vaxt taleyin ironiyasıymış
kimi başqa bir açar ona kömək etmişdi - tamamilə adi bir açar. Məhz
bu açarın köməyilə o, həqiqəti öyrənmişdi.
O vaxt, isti yaz günü Sofi Parisə uçmuşdu. Təyyarə Şarl de Qoll
aeroportunda yerə endi. O, taksi tutub evə getdi. Babam məni görəndə
necə təəccüblənəcək və sevinəcək! - o düşünürdü. Sofi yaz tətilində
həmişəkindən fərqli olaraq İngiltərədən bir neçə gün tez qayıtmışdı. Və
babası ilə görüşü səbirsizliklə gözləyirdi. Ona kollecdə öyrəndiyi
kriptoqrafiya sahəsində əldə etdiyi uğurlarından danışmaq istəyirdi.
Amma gözlədiyinin əksinə olaraq babası evdə deyildi. Sofi qəmgin

138 downloaded from KitabYurdu.org


oldu, amma anlayırdı ki, babası onun belə tez qayıdacağını bilmirdi.
Yəqin, indi Luvrdadır. Yox, bu gün bazar günüdür, axı, - o düşündü.
Babası isə istirahət günləri nadir hallarda işləyir. İstirahət günləri o,
adətən...
Sofi gülümsündü və qaraca tərəf qaçdı. Hə, əlbəttə, maşın yerində
deyil. Axı bu gün uik-enddir. Şəhərdə maşın sürməyi xoşlamayan Cak
Sonyer isə, maşından yalnız bir məqsədlə - Parisin şimalında yerləşən
Normandiyadakı bağ evinə getmək üçün istifadə edirdi. Londonun
şəhər həyatından yorulan Sofi təbiət üçün, təmiz hava və yaşıllıq üçün
darıxmışdı deyə, yubanmadan Normandiyaya getməyi qərara aldı.
Hava təzəcə qaralmışdı, gecə düşənə kimi ora çatar. Babası da onu
görüb təəccüblənər və sevinər! Sofi rəfiqəsindən maşın götürüb yola
düşdü. Yol təpələrin və sahələrin arasından keçirdi. Saat on birə
işləmiş o, gəlib çatdı, yoldan burulub babasının evinə aparan xiyabana
çıxdı. Yolun yarısında ağacların arasından böyük və qədim daş evi
göründü. Ev təpənin ətəyindəki meşəlikdə yerləşirdi.
Sofi qorxurdu ki, gec olduğundan babası yata bilər. Amma
pəncərələrdən düşən işığı görüb çox sevindi. Evin qarşısındakı böyük
meydançanın maşınlarla dolu olduğunu gördükdə onun təəccübü daha
da artdı. Burda «BMV» və «Audi», «Mersedes»lər, hətta «Rolls-
roys»lar da vardı.
Sofi bir anlığa çaşıb qaldı, sonra şən-şən güldü. Bu da sənə baba,
məşhur zahid! Deməli, camaatın düşündüyü kimi, Cak Sonyer heç də
tənha həyat sürmürmüş. Yəqin ki, Sofinin evdə olmadığından istifadə
edərək qonaqlıq düzəldib və avtomobillərə əsasən demək olar ki,

139 downloaded from KitabYurdu.org


qonaqlar Parisin nüfuzlu adamlarıdır.
Səbirsizlikdən alışıb-yanan Sofi qapıya doğru tələsdi. Amma
dəstəyi tərpədib qapının bağlı olduğunu gördü. Sofi qapını döydü. Heç
kim cavab vermədi. Çaşıb qalaraq evin ətrafında fırlandı ki, arxa
qapıdan içəri girsin. Amma burda da qapı bağlı idi. Taqqıltıya heç kim
cavab vermədi.
Sofi dayanıb qulaq asdı. Amma onun eşitdiyi yeganə səs,
Normandiya dərələrində əsən soyuq küləyin naləyəoxşar uğultusu idi.
Nə musiqi, nə səs, heç nə eşidilmir. Sofi yenə evin ətrafına dolanıb
odun qalağının üstünə çıxdı və qonaq otağının pəncərəsindən içəri
baxdı. Gördüyündən daha da təəccübləndi.
Qonaq otağında heç kim yox idi.
Ümumiyyətlə, birinci mərtəbədə heç kim gözə dəymirdi.
Bəs adamlar hardadır?
Həyəcandan ürəyi bərk döyünən Sofi odun yığılmış saraya qaçdı və
babasının həmişə tilişkələr yığılmış qutunun altında gizlətdiyi ehtiyat
açarı götürdü. Sonra yenə evə tərəf qaçıb giriş qapısını açdı. O, ayağını
girəcəyə basan kimi, nəzarət panelində qırmızı lampa yanıb sönməyə
başladı. Bu, o demək idi ki, evə girmək üçün kodu yığmağa cəmi on
saniyə vaxt var. Əks halda siqnalizasiya işə düşəcək.
O, qonaqları qəbul edərkən siqnalizasiyanı qoşub?..
Sofi tələsə-tələsə kodu yığdı və qırmızı lampa söndü.
Evdə, elə bil, heç kim yox idi. Nə aşağıda, nə də yuxarıda bir nəfər
də olsun gözə dəymirdi. İkinci mərtəbədən qonaq otağına gəlib bütün
bunların nə demək olduğunu anlamaq üçün sükut içində bir neçə

140 downloaded from KitabYurdu.org


saniyə durdu.
Və birdən eşitdi.
Boğuq səslər. Bu səslər hardasa aşağıdan gəlirdi. Sofi tamamilə
özünü itirmişdi. Yerə uzanıb qulağını döşəməyə söykədi. Bəli, səslər
aşağıdan gəlir. Və bu, anlaşılmaz tilsim... ya da mahnı səsləridir? O
qorxdu. Ona bir fakt daha çox qəribə gəldi ki, evdə heç bir zirzəmi yox
idi.
Hər halda, mən indiyə qədər bilmirdim ki, bu evin zirzəmisi var.
Sofi ətrafa baxdı. Yalnız indi gördü ki, qonaq otağında hər şey öz
yerində deyil. Babasının son dərəcə qiymətləndirdiyi qədim obyusson
xalçası, adətən şərq tərəfdəki divardan, buxarının yanından asılardı. Bu
gün isə xalça kənara çəkilmiş və miss dirəkdən bayraq kimi asılmışdı.
Xalçanın yerində isə çılpaq taxta divarlar görünürdü.
Divara tərəf ehtiyatla yaxınlaşan Sofi səslərin daha bərkdən
eşidildiyini anladı. Qulağını taxta divara söykədi. Bəli, indi səslər
aydın eşidilirdi.
Deyəsən, adamlar hansısa duanı ya da tilsimi oxuyurdular. Amma
Sofi ayrı-ayrı sözləri yenə də anlaya bilmədi.
Deyəsən, divarın o üzündə otaq var?
Sofi barmaqlarını taxta panelin kənarında gəzdirdi. Nəhayət, kiçik
batıq gördü. Kilid o qədər incə düzəldilmişdi ki, adi gözlə görmək
mümkün deyildi. Gizli qapı! Həyəcandan ürəyi ağzına gəlmiş Sofi
barmağını yenə kiçik yarığa qoydu və çıxıntını itələdi. Ağır divar
səssizcə kənara sürüşdü. İçəridən, qaranlıqdan səslər eşidilirdi.
Sofi içəri keçib kobud, boz daşlardan düzəldilmiş valşəkilli

141 downloaded from KitabYurdu.org


pilləkənin meydançasında dayandı. Pilləkən aşağı aparırdı. Sofi
uşaqlıqdan bu evlə tanış idi, amma bu pilləkənin olmasından xəbəri
yox idi.
Aşağı düşdükcə soyuq güclənirdi. Səslərsə daha aydın eşidilirdi.
İndii o, həm kişi, həm də qadın səslərini ayıra bilirdi. Nəhayət, bir neçə
pilə qalmış o, aşağıda döşəməni gördü. Tonqalın və ya buxarının
çəhrayı işığı düşmüş daş döşəmə.
Sofi nəfəsini çəkərək son pillələri də düşüb yaxşı görmək üçün azca
əyildi.
Ev təpənin yanında yerləşdiyindən zirzəmi, yəqin ki, qranitdən
yonulmuşdu və mağaraya oxşayırdı. İşıq mənbəyi divarlara
bərkidilmiş məşəllər idi. Mağaranın ortasında otuza yaxın adam
dairəvi şəkildə durmuşdu.
Mən yuxu görürəm, Sofi öz-özünə dedi. Yuxu. Bunu ancaq yuxuda
görmək
olar.
Adamların hamısı maska geymişdi. Qadınlar ağ rəngli nazik
parçadan rahat don geyinmişdilər. Ayaqlarında qızılı səndəllər vardı.
Onların maskaları ağ rəngdə idi, əllərində qızılı kürələr tutmuşdular.
Kişilərin əynində uzun köynəklər vardı və onlar qara maskada idilər.
Elə təsəvvür yaranırdı ki, Sofinin qarşısında şahmat lövhəsi var.
Dairəvi şəkildə durmuş adamlar o yan-bu yana yırğalanır və dairənin
mərkəzində qoyulmuş əşyaya müraciətlə tilsim oxuyurdular. Amma bu
əşyanın nə olduğunu Sofi görmədi.
Mahnı səsləri bir az da ucaldı. Sürətləndi. Getdikcə ucaldı. Və

142 downloaded from KitabYurdu.org


birdən bu qəribə mərasimin bütün iştirakçıları dairənin mərkəzinə tərəf
addım atıb diz üstə çökdülər. Bu vaxt Sofi nəhayət, onların sitayiş
etdiyi şeyi gördü. O, dəhşətlə üzünü çevirsə də, bu səhnə onun
yaddaşında ömürlük həkk olundu. Təngnəfəs oldu, bir təhər geriyə,
divardan tutaraq pilləkənlə yuxarı qalxmağa başladı. Gizli qapını
bağlayıb evdən qaçdı. Ağlaya-ağlaya maşına oturub Parisə qayıtdı.
Həmin gecə o, babasının şəhərdəki mənzilinə gəlib bütün əşyalarını
yığışdırdı və həmişəlik doğma ocağı tərk etdi. Qonaq otağındakı stolun
üstünə bu sözlər yazılmış kağız parçası qoydu: MƏN ORDA
OLMUŞAM. MƏNİ TAPMAĞA ÇALIŞMA.
Kağızın yanına bağ evinin ehtiyat açarını qoydu.
- Sofi! - Lenqdonun səsi onu fikirdən ayırdı. - Dayan! Saxla!
Sofi əyləci basdı, ikisi də qabağa tərəf əyildilər: - Nədir? Nə olub?
Lenqdon irəlidəki uzun küçəni göstərdi.
Sofini soyuq tər basdı. İrəlidə, onlardan təxminən yüz yard aralıda
iki polis maşını yolayrıcını kəsmişdi. Onların məqsədi aydın idi.
Səfirliyə gedən yolu kəsiblər!
Lenqdon əsəbi halda gülümsəyib dedi:
- Belə başa düşürəm ki, biz bu gün səfirliyə gedə bilməyəcəyik?
İrəlidə iki polis zabiti öz avtomobillərindən uzaqlaşıb Sofinin
maşınına tərəf baxdılar.
Yaxşı, Sofi öz-özünə dedi. Geriyə döndər, qızım, amma çox yavaş.
O, maşını arxaya sürdü. Yolayrıcından uzaqlaşdıqda arxadan gələn
maşının əyləc vurduğunu eşitdi. Dərhal sirenalar vıyıldadı.
Sofi, lənət şeytana deyib, qaza basdı.

143 downloaded from KitabYurdu.org


XXXIII FƏSİL
Sofinin balaca maşını səfirliklər yerləşən kvartal boyu şütüyüb,
nəhayət, yan küçəyə girdi. Bu küçəylə gedib sağa döndü və rahat
Yelisey küçəsinə çıxdı.
Lenqdon yumruqlarını sıxaraq oturmuşdu. O, təqib olunub-
olunmadıqlarını yoxlamaq üçün tez-tez çevrilib arxa pəncərəyə
baxırdı. O, artıq qaçmağına təəssüflənirdi. Bu qərarı, düyməciyi
Luvrun tualetinin pəncərəsindən çölə atan Sofi onun əvəzinə qəbul
etmişdi. İndii isə, onlar Amerika səfirliyindən uzaqlaşdıqca, onun
inamı da zəifləyirdi. Sofi təqibçilərdən uzaqlaşmağa müvəffəq
olmuşdu, amma Lenqdon bunun sonna qədər belə olacağına şübhə
edirdi.
Sükanın arxasında oturmuş Sofi sviterinin cibini eşələdi. Kiçik
metallik əşya çıxarıb Lenqdona uzatdı.
- Robert, bir buna baxın. «Madonna mağarada» rəsminin arxasında
babamın gizlətdiyi şey budur.
Lenqdon əşyanı alıb baxmağa başladı. Onu həyəcan bürüdü.
Ağırdır, yuxarı tərəfi isə bərabərtərəfli xaç şəklindədir. Qəbirin
yerləşəcəyi sahəni işarələməkdən ötrü yerə vurulmuş başıəyri mıxın
miniatür surətinə oxşayır. Sonra Lenqdon gördü ki, açarın xaçşəkilli
başlığından keçən oxunun eninə kəsiyi üçkünc prizma əmələ gətirir.
Və oxun üzərində nizamsız yerləşmiş yüzlərlə altıguşəli kiçik batıqlar
var.
- Bu, lazerin köməyi ilə hazırlanmış açardır. - Sofi dedi. -
Altıbucaqlı batıqlar isə ehtiyat elektron cihazdır.

144 downloaded from KitabYurdu.org


Açar?.. Lenqdon beləsini heç zaman görməmişdi.
- Çevirib o biri tərəfinə baxın, - o, maşını yolun o biri zolağına
sürüb dedi. Və növbəti yolayrıcını keçdi.
Lenqdon açarı çevirdi və təəccübdən ağzı açıla qaldı. Xaçın
ortasında incə işlənilmiş zanbaq, fleur-de-lis və P.S. hərfləri vardı.
- Sofi! - o, ucadan dendi. - Bu ki, sənə haqqında danışdığım
heraldik zanbaqdır. Sion Prioratının rəsmi gerbi.
O, başını tərpətdi:
- Mən də dedim ki, bu açarı çox-çox əvvəl, hələ uşaq vaxtlarımda
görmüşdüm. Babam xahiş etmişdi ki, onun haqqında heç kimə
danışmayım.
Lenqdon gözlərini bu qeyri-adi açardan çəkmirdi. Qəribə
uyğunluqdur: yüksək lazer texnologiyaları və qədim rəmz. Bu açar -
sanki, keçmişi indi ilə birləşdirən körpüdür.
- Bir də babam demişdi ki, bu, onun müxtəlif sirlər saxladığı
mücrünün açarıdır.
Cak Sonyerin hansı sirləri gizlədə biləcəyini fikirləşdikcə
Lenqdonun bədəni ürpəşirdi. Amma bu futurist açarla cəmiyyətin nə iş
gördüyünü təsəvvür etmək mümkün deyildi. Görünür, Priorat yalnız
bir məqsədlə mövcud imiş: öz sirrini qorumaq üçün. Qeyri-adi
məğlubedilməz gücün və hakimiyyətin sirrini. Amma bu açar nə
üçündür?
- Siz bilirsiniz, o, nəyi açmaq üçündür? Heç olmasa, bu barədə
nəsə fikriniz
var?

145 downloaded from KitabYurdu.org


Sofi tamam ruhdan düşdü.
- Mən ümid edirdim ki... siz bunu bilirsiniz.
Lenqdon əlindəki qəribə açarı fırladaraq susurdu.
- Xristian əşyasına oxşayır, - Sofi dedi.
Lenqdon buna əmin deyildi. Açarın başlığı ənənəvi xristian xaçına
qətiyyən oxşamır. Xristian xaçının üfüqi xətti şaquli xəttə nisbətən qısa
olur. Açardakı xaç isə kvadratşəkillidir - dörd xəttin hamısı bərabər
uzunluqdadır - belə xaçlar xristianlıqdan min beş yüz il əvvəl mövcud
olub. Dünyada heç bir xristian belə xaçdan istifadə etməyib.
Xristianlar sonralar ənənəvi xaça çevriləcək latın xaçına, yəni hələ
qədim romalılar tərəfindən işgəncə aləti kimi istifadə edilən xaça
üstünlük veriblər. Lenqdonu bir fakt həmişə təəccübləndirirdi: çarmıxa
çəkilməni görən çox az sayda xristian bilirdi ki, bu simvolun adının
özündə xristianlığın mahiyyətinə yad olan fikir gizlənib. Axı «xaç» və
«çarmıxa çəkmək» sözləri («cross», «crucifux») latın sözü olan
«cruciare» («əzab, işgəncə vermək») sözündən yaranıb.
- Sofi, mən yalnız bir şeyi deyə bilərəm ki, - o dedi, - belə
bərabərtərəfli xaçları «sülh xaçları» adlandırırmışlar. Onların kvadrat
konfiqurasiyası edam və ya işgəncə zamanı istifadə olunmaqlarını
mümkünsüz edir, eyni uzunluqlu şaquli və üfüqi xətlər isə «kişi və
qadın başlanğıcı»nın birləşməsi simvoludur. Bu isə cəmiyyətin
fəlsəfəsinə tam uyğundur.
Sofi yorğun-arğın ona baxdı:
- Deməli, heç bir ideya yoxdur, hə?
- Heç bir, - Lenqdon fikirli-fikirli cavab verdi.

146 downloaded from KitabYurdu.org


- Yaxşı. İndi isə baş yoldan dönəcəyik. - Sofi yan güzgüyə baxdı. -
Biz təhlükəsiz yerə getməliyik. Orda fikirləşərik ki, bu açar nəyi aça
bilər.
Lenqdon «Rits» otelindəki rahat nömrəsini xatırladı. Yox, qəti
aydındır ki, ora getmək olmaz.
- Parisdəki Amerika universitetindən olan kollegalarımın birinin
yanına getsək?
- Çox risklidir. Faş mütləq ünvanların hamısını yoxlayacaq.
- Axı, sizin tanışlarınız olmalıdır. Siz ki, burda yaşayırsınız.
- Faş, mənim bütün telefon zənglərimi və elektron poçtumu
yoxlayacaq. İş yoldaşlarımla danışacaq. Və dərhal biləcək ki, mən
kimlə ünsiyyətdə oluram.
Oteldə nömrə almağınsa mənası yoxdur, çünki orda qeydiyyat tələb
olunur.
Lenqdonun ağlına yenə həmin fkir gəldi: Luvrda olarkən Faşa
təslim olmaq daha yaxşı deyildimi?
- Gəlin, səfirliyə zəng edək. Mən vəziyyəti izah edərəm, səfirlik
isə öz adamlarını bizim dalımızca göndərər. Görüş yeri təyin edərik və.
- Görüş? - Sofi çevrilib ona baxdı. - Mən görürəm ki, Robert, siz
şirin xəyallar qurmağı yaxşı bacarırsınız. Sizin səfirliyin yurisdiksiyası
ancaq onun yerləşdiyi əraziyə aiddir. Onlar öz adamlarını bizim
dalımızca göndərsələr, onun özünü də fransız polisinin axtardığı
cinayətkarla əlbir olduğuna görə günahlandırarlar. Buna yol vermək
olmaz. Səfirliyin ərazisinə gedib sığınacaq istəmək və Fransada
mövcud olan qanunu pozmağı onlardan xahiş etmək tamam başqa-

147 downloaded from KitabYurdu.org


başqa şeylərdir. - O, başını yırğaladı. - Elə indicə öz səfirliyinizə zəng
etməyə çalışın. Mən əvvəlcədən bilirəm ki, onlar sizə nə cavab
verəcəklər. Deyəcəklər ki, sonrakı xoşagəlməz halların qarşısını almaq
üçün siz Faşa təslim olmalısınız. Əlbəttə ki, sizin vəziyyətinizin
yüngülləşməsindən və ədalətli məhkəmənin keçirilməsindən ötrü
bütün diplomatik kanallardan istifadə edəcəklərini deyəcəklər. - O,
Yelisey küçəsi boyu düzülmüş mağazaların vitrinlərinə baxdı. - Sizin
üstünüzdə nə qədər pul var?
Lenqdon pulqabıya baxdı.
- Yüz dollar. Bir qədər də avro. Necə məgər?
- Kredit kartı varmı?
- Hə, əlbəttə.
Sofi sürəti artırdı və Lenqdon onun nəsə plan qurduğunu anladı.
İrəlidə, Yelisey küçəsinin sonunda, Napoleonun öz qələbələrini
əbədiləşdirmək üçün tikdirdiyi 154 fut hündürlükdə olan triumfal arka
göründü. Onun arxasında doqquz hərəkət zolağı olan dairəvi meydan
yerləşirdi.
Sofi bura yaxınlaşaraq arxa güzgüyə baxdı.
- Deyəsən uzaqlaşmışıq, - o dedi. - Əgər bu maşında qalsaq beş
dəqiqədən sonra qırğı kimi üstümüzü alacaqlar.
Ona görə başqa maşın oğurlamaq lazımdır, Lenqdon düşündü,
onsuz da biz cinayətkarıq.
- Nə etmək istəyirsiniz?
- İndi anlayarsınız, - Sofi dedi və meydana tərəf maşını sürdü.
Lenqdon dinmədi. Bu axşam ərzində o, bu qadına birinci dəfə

148 downloaded from KitabYurdu.org


deyildi ki, bel bağlayırdı. O, pencəyinin qolunu çəkib saata baxdı. Bu,
üstündə Mikki-Mausun təsviri olan mexaniki qol saatı idi. Lenqdonun
valideynləri ad günündə hədiyyə etmişdilər. Lenqdonun on yaşı tamam
olanda. Bu saatın siferblatı çoxlarının xoşuna gəlməsə də, Lenqdon
yalnız onu taxırdı. Disney animasiyası ilə tanışlıq bir növ təkan rolunu
oynamışdı, məhz o vaxtdan Lenqdon rənglərin və formaların magiyası
ilə maraqlanmağa başladı. Nə isə, bu an Mikki-Maus 02.51-i
göstərirdi.
- Maraqlı saatdır, - Lenqdonun biləyinə tərəf baxan Sofi dedi və
maşını saat əqrəbinin əksi istiqamətində dairəvi meydançada sürdü.
- Uzun əhvalatdır, - o, pencəyinin qolunu düzəldərək dedi.
- Hə, yəqin ki, - Sofi gülümsəyərək dedi. İndii onlar şəhərin
mərkəzindən şimala doğru gedirdilər. İki yolayrıcını keçdikdən sonra,
Sofi əyləci basıb sağa, Malzerb bulvarına tərəf döndü. Onlar
yaşıllıqlarla əhatə olunmuş dəbdəbəli villalar olan rahat diplomatik
rayondan baxımsız fəhlə kvartalına gəlib çıxdılar. Sonra Sofi maşını
sola sürdü və nəhayət, Lenqdon harada olduqlarını anladı.
Sen-Lazar vağzalı.
İrəlidə qatarlar üçün təyyarə anqarı ilə istixananın hibridinə oxşayan
şüşə terminal görünürdü. Avropadakı vağzallar heç vaxt yatmır. Hətta
gecədən xeyli keçmiş giriş qapısının yanında çoxlu taksi dayanmışdı.
Yükdaşıyanlar sendviç və mineral su ilə dolu arabaları o yan-bu yana
sürürdülər, gözləmə zalından isə bellərində çanta olan uşaqlar
çıxırdılar. Onlar gözlərini ovuşdurub yuxulu-yuxulu ətrafa baxırdılar,
sanki hansı şəhərə düşdüklərini anlamaq istəyirdilər. Bir az aralıda,

149 downloaded from KitabYurdu.org


yolun kənarında durmuş iki polis patrulu şəhəri tanımayan turistlərə
yol göstərirdi.
Yaxınlıqda, bir küçə aralıda, adi dayanacaq olmasına baxmayaraq,
Sofi maşınını taksilərin dayandığı qırmızı zona adlanan yerdə saxladı.
Lenqdon onun nə etmək istədiyini soruşmağa hazırlaşırdı ki, Sofi
maşından çıxdı. O, taksilərin birinə yaxınlaşıb, sükan arxasında
oturmuş sürücüylə nəsə danışdı.
Lenqdon maşından çıxıb Sofinin sürücüyə çoxlu pul uzatdığını
gördü. Taksiçi başını tərpədərək sürüb getdi.
- Nə olub? - deyə Lenqdon Sofiyə yaxınlaşıb soruşdu. Taksi artıq
gözdən itmişdi.
- Gedək, - Sofi dedi və vağzalın girişinə tərəf addımladı. - Parisdən
çıxan hər hansı qatara iki bilet alaq.
Lenqdon onun arxasınca getdi. Səfirliyə çatmaq üçün bir mil
getmək əvəzinə, deyəsən, onlar uzaq səyahətə çıxacaqdılar. Bu
həngamə Lenqdonu tamam bezdirmişdi.
XXXIV FƏSİL
Leonardo da Vinçi aeroportunda yepiskop Arinqarosanı qarşılayan
sürücü kiçik, qara rəngli «Fiat»ın sükanı arxasında oturmuşdu.
Arinqarosa Vatikan keşişlərinin xüsusi emblemli və bayraqlı böyük
limuzinlərdən istifadə etdikləri vaxtları xatırladı. O günlər çoxdan
keçmişdi. İndi Vatikanın maşınları sadə idi və fərqləndirici işarələrə
malik deyildi. Vatikan deyirdi ki, bunlar qənaət etmək üçün edilir ki,
xeyirxah işlərə daha çox vəsait qalsın; Arinqarosa isə düşünürdü ki,
bu, təhlükəsizlik tədbirləri ilə bağlıdır. Dünya ağlını itirib, Avropa

150 downloaded from KitabYurdu.org


ölkələrinin bir çoxunda Məsihə məhəbbəti nümayiş etdirmək öküzün
qarşısında qırmızı əskini yellətmək qədər təhlükəlidir.
Arinqarosa qara sutanasının ətəklərini yığıb oturdu və Qandolfo
qəsrinə səyahətə hazırlaşdı. O, beş ay əvvəl bu yolu bir də getmişdi.
Romaya son səyahət, o, ah çəkdi. Mənim həyatımda ən uzun gecə.
Beş ay əvvəl Vatikandan zəng edərək tələb etmişdilər ki, yepiskop
Arinqarosa yubanmadan Romaya gəlsin. Heç bir izahat vermədən. Sizə
aeroportda bilet saxlayıblar. Papa hakimiyyəti katolik kilsəsinin
yüksək rütbəli şəxslərinin sirlərini qorumaq üçün əlindən gələni edirdi.
Arinqarosa düşünürdü ki, bu gizli tapşırıq «Opus Dei»nin son
uğuruna - bu təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahının tikintisinin
başa çatdığına qara yaxaraq papaya və Vatikan xidmətçilərinə
çatdırıblar. «Akitekçurel daycest» curnalı mənzil-qərargahın binasını
«katolikliyin müasir şəhər mənzərəsinə uyğun gələn mayakı»
adlandırmışdı. Demək lazımdır ki, indi Vatikanda «müasir» sözünə
daha yaxşı münasibət bəsləyirdilər. Əgər bus öz Kilsənin işlərilə
bağlıydısa, hətta bundan fərəhlənirdilər.
Arinqarosanın başqa çıxış yolu yox idi, könülsüz olsa da o, dəvəti
qəbul etməliydi. Arinqarosa indiki papa administrasiyasının tərəfdarı
olmasa da, konservativ ruhaniliyin əksər nümayəndələri kimi bir il
əvvəl seçilmiş yeni papanın işlərini ehtiyatla müşahidə edirdi.
Görkəmli liberal şəxsiyyət olan cənab-əqdəsləri Vatikan tarixinin ən
mürəkkəb və ziddiyyətli anlarında Katolik kilsəsinin rəhbəri
seçilmişdi. Bu, gözlənilməz və sürətli yüksəlişdən özünü itirməyən
pontifik vaxtı boş yerə itirmək istəmirdi. Və kardinallar kollegiyasının

151 downloaded from KitabYurdu.org


liberal qanadının dəstəyinə arxalanaraq papalığın yeni missiyasını elan
etmişdi: «Üçüncü minilliyin yeni tələblərinə uyğun olaraq Vatikan
doktrinasının yeniləşdirilməsi».
Arinqarosa bu sözlərin arxasında çox təhlükəli məna görürdü. O
qorxurdu ki, Katolik kilsəsinin tələblərinin müasir dünyanın reallıqları
ilə uyuşmadığını hesab edən şəxslərin ürəyini ələ almaq fikrilə Allahın
qanunlarını yenidən yazmaq istəyən bu insan özündən həddən artıq
bədgüman olsun.
Və Arinqarosa özünün bütün siyasi nüfuzundan istifadə edərək -
«Opus Dei»nin tərəfdarlarını və təşkilatın bank hesabını nəzərə alsaq
bu nüfuz kiçik deyildi, - papanı və onun müşavirlərini inandırmaq
istəyirdi ki, kilsə qanunlarının yumşaldılması təkcə qorxaqlıq və
satqınlıq deyil. Həm də siyasi özünəqəsddir. Onlara xatırlatmışdı ki,
Kilsə qanunlarının yumşalması üçün əvvəllər edilən cəhdlər ən
pisnəticələr verib: kilsəyə gələnlərin sayı kəskin şəkildə azalmış,
qurbanların axını kəsilmiş, bu azmış kimi, yerli gəlirləri idarə etmək
üçün lazım olan katolik keşişləri çatışmamışdı.
İnsanlara sərt struktur və Kilsənin dəqiq göstərişləri lazımdır, daha
səhlənkarlıq, dilxoşluq yox, Arinqarosa təkid edirdi.
Həmin gecə, aeroportda «Fiat»a minmiş Arinqarosa Vatikan
istiqamətində yox, əyri-üyrü dağ yolları ilə şərqə tərəf getdiklərini
gördükdə təəccüblənmişdi.
- Biz hara gedirik? - o, sürücüdən soruşdu.
- Alban-Hillzə, - sürücü cavab verdi. - Görüş Qandolfo qəsrində
təyin olunub.

152 downloaded from KitabYurdu.org


Papanın yay iqamətgahında? Arinqarosa bir dəfə də olsun orda
olmamışdı, heç buna can atmamışdı da. On altıncı əsrdən qalmış bu
qəsrdə papanın yay iqamətgahından başqa Vatikan Spekulu adlanan,
Avropada ən yaxşı təchiz olunmuş observatoriya hesab edilən -
Vatikan observatoriyası yerləşirdi. Arinqarosa Vatikanın elmə yumşaq
münasibətini heç vaxt təqdir etməmişdi. Dinlə elmi qarışdırmağın nə
mənası? Axı, xalis mömin elmlə ciddi surətdə məşğul ola bilməz.
Dinin isə öz doğruluğunu sübut etmək üçün maddi dəlillərə ehtiyacı
yox idi.
Buna baxmayaraq, mən burdayam, - ulduzlu noyabr səmasının
fonunda Qandolfo qəsrinin cizgiləri görünəndə, o düşündü. Yoldan
baxdıqda qəsr, özünü öldürmək üçün uçuruma atılmağa hazır olan
nəhəng daş bədheybətə oxşayırdı. Qayanın kənarında tikilmiş qəsr,
italyan sivilizasiyasının beşiyi olan Romanın təməli qoyulmamışdan
xeyli qabaq, Kuriatsi və Oratsi adlı düşmən tayfaların hökmranlıq
etdiyi vadini sanki hədələyirdi.
Qandolfo qəsri hətta uzaqdan möhtəşəm təsir bağışlayırdı. Qədim
memarlıq abidəsi hesab edilən qalanın klassik obrazı qorxunc dağ
mənzərəsinə gözəl əlavə idi. Təəssüf ki, Vatikan observatoriya
yaradarkən damın üstündə iki nəhəng alüminium günbəz
quraşdırmaqla qalanın xarici görkəmini korlayıb, Arinqarosa düşündü.
İndii qəsrə, nəyə görəsə iki şlyapanı eyni vaxtda geymiş qürurlu və
döyüşkən cəngavərə oxşayırdı.
Arinqarosa maşından düşməyə macal tapmamış, onu gənc yezuit-
keşiş qarşıladı.

153 downloaded from KitabYurdu.org


- Xoş gəlmisiniz, yepiskop. Mən Manqano atayam. Burda
astronom işləyirəm.
Çox gözəl. Arinqarosa salamlaşdı və keşişin dalınca qəsrin holluna
tərəf
addımladı. Müxtəlif astronomik xəritələr və şəkillərlə, Renessans
dövrünün incəsənət nümunələri ilə kifayət qədər zövqsüzcə bəzədilmiş
dekorlu geniş bina. Onlar enli mərmər pilləkənlə yuxarıya qalxdılar.
Arinqarosa divarlarda müxtəlif tematik mühazirələr, elmi konfransların
keçirilməsi barədə, həmçinin turistlər üçün nəzərdə tutulmuş xüsusi
astronomik ekskursiyalar haqqında elanlar gördü. Bura gələnlərin
etiqadının qayğısına qalmaq, onlara düzgün inam yolunda bələdçi
olmaq əvəzinə Vatikan öz gücünü və vaxtını belə boş-boş şeylərə sərf
edir, o düşündü.
- Deyə bilərsizmi, - Arinqarosa gənc keşişə dedi, - nə vaxtdan bəri
quyruq itdən irəlidə qaçmağa başlayıb?
Gənc adam təəccübləndi:
- Bağışlayın, ser?
Lakin Arinqarosa izahat verməməyi və əhvalını korlamamağı qərara
alıb cavab vermədi. Vatikan tamamilə ağlını itirib. Ərköyün övladının
hər arzusunu yerinə yetirməyə hazır olan, amma onu həqiqi dəyərlərə
bağlamaq üçün qətiyyət göstərməyən tənbəl valideynə oxşayır. Beləcə
Kilsə öz əsil təyinatını unudub, öz işini müasir sivilizasiyanın
istəklərinə uyğun qurmağa çalışaraq hər addımda uduzur.
Yuxarı mərtəbədəki geniş dəhliz, üstündə ASTRONOMİK
KİTABXANA yazılmış mis lövhəli, hündür palıd qapılara tərəf

154 downloaded from KitabYurdu.org


aparırdı.
Arinqarosa Vatikanın məşhur Astronomik kitabxanası haqqında
eşitmişdi. Şayiələr gəzirdi ki, burda iyirmi beş min cilddən yuxarı
kitab, o cümlədən Kopernik, Qaliley, Kepler, Nyuton və digər məşhur
alimlərin əsərləri saxlanılır. Onu da deyirdilər ki, papa kilsə
iyerarxiyasının yüksək çinli şəxsləri ilə görüşləri... məzmunu
Vatikandan kənara çıxmaması gərəkli olan görüşlər məhz burda,
kitabxanada keçirir.
Palıd qapılara yaxınlaşan yepiskop Arinqarosa onu orda hansı
utandırıcı xəbərlərin gözlədiyini, bu görüşün necə dəhşətli hadisələr
zəncirinin başlanğıcı olacağını təsəvvür edə bilməzdi. Yalnız bir saat
sonra, kitabxanadan qətiyyətsiz addımlarla çıxdıqda, içəridə
eşitdiklərinin necə dağıdıcı nəticələr verəcəyini tamamilə anladı.
Cəmisi altı ay qalıb, o düşündü. Allah bizə kömək olsun!
İndii budur, «Fiat»da oturmuş yepiskop Arinqarosa yumruğunu
sıxaraq ilk görüşü xatırladı. Sonra barmaqlarını açıb dərindən nəfəs
aldı.
Hər şey yaxşı olacaq, o düşündü. Qəribə də olsa, mobil telefon
susur. Ustad niyə zəng etmir? Axı, Saylas guşəli daşı çoxdan tapmış
olsun, gərək.
Yepiskop sakitləşməyə çalışaraq üzüyünün qaşına baxdı. Onun
hamar və soyuq səthinə toxunaraq öz-özünə dedi ki, bu üzük - tezliklə
əldə edəcəyi hakimiyyətin simvoludur.
XXXV FƏSİL
Sen-Lazarın daxili görkəmi Avropanın başqa dəmiryol vağzallarından

155 downloaded from KitabYurdu.org


heç nə ilə fərqlənmirdi. Gözləmə zalında adi səhnə: sinələrindən karton
lövhəciklər asılmış evsizlər, hansısa kollecdə təhsil alan yuxulu
gənclər qrupu - bəziləri çantalarına söykənib yatır, digərləri
maqnitafonu açıb musiqi dinləyir. Küncdə göy uniforma geymiş
yükdaşıyanlar bekar dayanıb siqaret çəkirlər.
Sofi başını qaldırıb qatarların gəlmə və yoladüşmə vaxtlarını
göstərən nəhəng tabloya baxdı. İnformasiya daxil olduqca ağ və qara
cədvəllərdə yeni rəqəmlər, yeni sözlər peyda olurdu. Budur,
məlumatların təzələnməsi başa çatdı və Lenqdon da gözlərini tabloya
dikdi. Yuxarıdakı hissədə yazılmışdı:
LİLL - SÜRƏT QATARI - 306
- Heyf, bundan tez qatar yoxdur, - Sofi dedi, - Neynək, qoy Lill
olsun.
Əvvəl? Lenqdona saatına baxdı: 2.59. Qatar yeddi dəqiqədən sonra
yola düşür, onlar isə heç bilet də almayıblar. Sofi Lenqdonu kassa
pəncərəsinə yaxınlaşdırıb dedi:
- Kredit kartınızla iki bilet alın.
- Mən elə bilirəm ki, kredit kartının izinə istənilən anda düşmək
olar və ...
-Tamamilə doğrudur.
Lenqdon etiraz etməməyi qərara aldı, - əlbəttə, Sofi Neve daha
yaxşı bilər. «VİSA» kartından istifadə edib kupe üçün iki bilet aldı və
onları Sofiyə uzatdı.
Onlar platformaya çıxdılar, Lillə gedən sürət qatarına miniyin
başlanması elanı səsgücləndiricidən eşidildi. Onların qarşısında on altı

156 downloaded from KitabYurdu.org


yol var idi. Sağ tərəfdə, bir az uzaqda üç nömrəli platformadan onların
qatarı tərpənməyə hazırlaşırdı. Amma birdən Sofi qətiyyətlə
Lenqdonun əlindən tutub onu tamam başqa istiqamətə apardı. Onlar
tələsik yan vestibulun içindən keçib, gecə kafesinin yanından ötdülər.
Sonra uzun dəhlizlə gedib vağzalın binasından sakit küçəyə çıxdılar.
Səkinin yanında taksi dayanmışdı.
Sürücü Sofini gördükdə faraları yandırıb söndürdü. Sofi arxa
oturacaqda oturdu. Lenqdon da eləcə.
Taksi vağzal binasından uzaqlaşdı. Sofi sviterinin cibindən indicə
alınmış biletləri çıxarıb parça-parça etdi.
Yetmiş dolları çölə atdım, Lenqdon ah çəkdi.
Maşın şimala tərəf istiqamət götürmüşdü və yalnız ryu de Klim
çayına çatdıqda Lenqdon təqibdən xilas olduqlarını anladı. Sağ tərəfdə
Monmartr sarayı və Sakre-Ker kilsəsinin gözəl günbəzləri görünürdü.
Əks istiqamətdə hərəkət edən polis maşınları sürətlə onların yanından
ötüb keçirdilər. Belə də Sofi və Lenqdon tez-tez başlarını gizlədirdi.
Sofi sürücüyə konkret ünvan demədi, yalnız şəhərdən çıxmağı xahiş
etdi. İndii dodaqlarını möhkəm sıxmış Sofiyə baxdıqca Lenqdon onun
növbəti addım haqqında düşündüyünü anladı.
Lenqdon yenidən açara baxmağa başladı, hətta onu gözlərinə
yaxınlaşdırıb diqqətdən qaça bilən nəsə axtardı. Amma onların
yanından ötüb keçən küçə fənərlərinin işığında gizli cəmiyyətin
gerbindən başqa heç nə görmədi.
- Mənası yoxdur, - o, mızıldadı.
- Nəyin? - Sofi soruşdu.

157 downloaded from KitabYurdu.org


- Bu açarla nə edəcəyinizi bilmədən, onu tapmaqdan ötrü
babanızın belə bir macəraya sizi sürükləməsinin.
- Razıyam.
- Siz əminsiniz ki, o, rəsmin əks tərəfində heç nə yazmamışdı?
- Mən hər şeyə baxdım. Orda heç nə yox idi. Açarsa rəsmlə
çərçivə arasındakı yarığa düşmüşdü. Gerbi görən kimi açarı cibimə
qoydum, sonrasa biz çıxdıq.
Lenqdon qaşlarını çataraq açarın küt ucuna diqqətlə baxırdı. Heç nə.
O, yenə açarı gözlərinə yaxınlaşdırıb onun baş tərəfinə baxdı. Yenə
heç nə yoxdur.
- Məncə, bu yaxınlarda açarı təmizləyiblər.
- Nədən bildiniz?
- Ondan spirt iyi gəlir.
Sofi çevrilib ona baxdı:
- Bağışlayın, başa düşmədim.
- Ondan elə iy gəlir ki, əminəm, kimsə onu xüsusi spirt məhlulu
ilə silib.
Lenqdon açarı Sofinin burnuna yaxınlaşdırdı.
- Açarın o biri üzündən daha daha güclü iy gəlir.
O, açarın digər tərəfini çevirdi.
- Bəli, təmizləyici maddə əlavə edilmiş spirt məhlulu. Yaxud... -
Lenqdon birdən susdu.
- Yaxud nə?
O, açarı işığa tutub xaçın hamar səthinə baxdı. Onun bəzi yerləri
parıldayırdı, sanki yaş idi.

158 downloaded from KitabYurdu.org


- Siz, bu açarı cibinizə qoymamışdan əvvəl ona yaxşı-yaxşı
baxdınızmı?
- Yox, elə də yox. Mən tələsirdim, axı.
- Fənər özünüzdədir? - Lenqdon soruşdu. Sofi cibindən
ultrabənövşəyi fənəri çıxardı. Lenqdon fənəri yandırıb nazik işıq
şüasını açarın üstünə saldı.
Açarın üstündə dərhal hərflər göründü. Orda nə isə yazılmışdı.
Təlsik, xüsusi markörlə, amma oxumaq mümkün idi.
- Hə, - Lenqdon gülümsündü, - indi biz bilirik ki, bu açardan niyə
spirt iyi gəlirmiş.
Sofi xaçın əks tərəfindəki rəqəm və sözlərə təəccüblə baxdı.
- 24 RYU AKSO. Ünvan! Babam mənə ünvanı yazıb!
- Bu haradır? - Lenqdon soruşdu.
Çevrilib həyəcanla sürücüdən soruşdu:
- Connaissez vous la Rue Haxo? (Akso küçəsinin harda olduğunu
bilirsinizmi? - frans.)
O, bir neçə saniyə fikirləşib başını tərpətdi. Və Sofiyə dedi ki, bu
küçə Paris ətrafındakı tennis kortlarının yanında, burdan qərbdə
yerləşir. Sofi onları təcili ora aparmağı xahiş etdi.
- Bulon meşəsindən keçib getsək tez olacaq, - sürücü fransızca
dedi. - Nə deyirsiz?
Sofi üz-gözünü turşutdu. Daha yaxşı marşrut seçmək olardı, amma
bu gün bunun yeri deyildi.
- Yaxşı. - Yəqin ki, amerikalı şoka düşəcək.
Sofi yenə açara baxdı və ryu Aksoda onları nəyin gözlədiyi barədə

159 downloaded from KitabYurdu.org


düşündü. Hansısa kilsə? Cəmiyyətin mənzil qərargahı?
On il əvvəl babasının bağ evində şahidi olduğu sirli ritual haqda
xatirələr yenə üzə çıxdı. O, ah çəkdi.
- Robert, bir şeyi mən sizə etiraf etməliyəm... - Sofi sözünə ara
verib ona baxdı. -Amma əvvəlcə, bu təşkilat haqqında bildiklərinizin
hamısını mənə danışın. Sion Prioratı haqqında.
XXXVI FƏSİL
«Mona Liza» asılan zalın çıxışında Bezu Faş mühafizəçinin dolaşıq
izahatına qulaq asırdı. Onun sifəti hirsindən qıpqırmızı qızarmışdı.
Qruar, Sofi və Lenqdonun onu necə tərksilah etdiklərindən danışırdı.
Sən, bu lənətəgəlmiş rəsmə niyə atəş açmadın?
- Kapitan! - leytenant Kolle kapitanı çağırdı. - Kapitan, mən indicə
ratsiya ilə eşitdim ki, agent Nevenin maşını tapılıb.
- Səfirliyin yanında?
- Yox. Vağzalın yanında. Onlar iki bilet alıblar. Qatar indicə yola
düşüb.
Faş əli ilə Qruara işarə etdi ki, o gedə bilər. Sonra Koleni küncə
çəkib pıçıltıyla soruşdu:
- Hansı istiqamətdə?
- Lillə tərəf.
- Bəlkə, bizi azdırmaq istəyirlər. - Faş bundan sonra nə
edəcəklərini düşündü. - - Yaxşı. Ən yaxın stansiyadakı polislə əlaqə
saxlayın, qoy qatarı saxlayıb axtarsınlar. Nevenin maşını dayandığı
yerdə qalsın. Ora mülki geyimli detektivlər göndərin. Bilmək olmaz,
onlar qayıdıb maşını götürə bilərlər. Adamlar göndərin, qoy

160 downloaded from KitabYurdu.org


stansiyanın yaxınlığındakı bütün küçələri axtarsınlar, bəlkə onlar
piyada getməyi qərara alıblar. Vağzaldan hansı istiqamətəsə avtobus
işləyirmi?
- Bu vaxtlar yox, ser. Orda yalnız taksilər dayanır.
- Çox gözəl. Sürücüləri dindirin. Bəlkə, onlar nəsə görüblər. Sonra
taksimotor şirkəti ilə əlaqə saxlayın, onlara qaçanların təsvirini Verin.
Mən isə İnterpola zəng edəcəm.
Kolle təəccübləndi:
- Siz istəyirsiz ki, bu haqdı hamı bilsin?
Əlbəttə, bu arzuedilməz idi, lakin Faş başqa çıxış yolu görmürdü.
Tələ nə qədər tez qapansa, o qədər yaxşıdır.
İlk anlar həmişə kritik olur. Qaçanların əvvəlcə nə edəcəklərini
bilmək o qədər də çətin deyil. Onların hamısına eyni şey lazımdır.
Nəqliyyat. Yaşamaq üçün yer. Nəqd pul. Bu üç şey onlara hava və su
kimi lazımdır. Ona görə də İnterpol bu üç faktordan istifadə edib
onların izinə düşə bilir. Lenqdon və Sofinin şəkillərini
Parisin bütün nəqliyyat idarələrinə, otellərə və banklara faksla
göndərmək lazımdır. Onda qaçanların heç bir şansı qalmaz. Onlar risk
etmədən şəhərdən çıxa və sığınacaq tapa bilməzlər. Hesabdan nəqd pul
götürmək isə daha çətindir. Bir qayda olaraq, onlar panikaya düşür və
mütləq axmaqlıq edirlər. Maşın qaçırırlar. Mağaza qarət edirlər.
Çıxılmaz vəziyyətdə olduqlarından kredit kartından istifadə edirlər. Nə
səhv edirlərsə etsinlər, tezliklə harda olduqlarını büruzə verirlər.
- Yalnız Lenqdon barədə məlumat vermək istəyirsiniz? - Kolle
soruşdu. - Yəqin ki, Sofi Neveni ələ verməssiniz? O, bizim kollegadır

161 downloaded from KitabYurdu.org


axı.
- Elə, birinci onu ələ verəcəm! - Faş çığırdı. - Bu, bəd əməlləri
törətməkdə Lenqdona o kömək edir! Şəxsən mən onun dosyesi ilə
məşğul olacam! Hər kəsi - dostlarını, ailəsini, şəxsi əlaqələrini
yoxlayın. Onun kömək üçün xahiş edəcəyi hər kəsi. Bilmirəm o, nə
düşünür və özünü niyə belə aparır, ancaq bu, ona baha başa gələcək!
- Mənim rabitədə qalmağımı yoxsa axtarışlara qoşulmağımı
istəyirsiniz?
-Axtarışa qoşulun. Vağzala gedin, bizimkilərin işini əlaqələndirin.
İdarəetməni
öz üzərinizə götürün, amma hər addımda mənimlə məsləhətləşin,
aydındır?
- Bəli, ser! - deyib, Kolle otaqdan çıxdı.
Faş pəncərənin qarşısında durmuşdu. Burdan şüşə piramida
görünürdü. Əlimizin altından qaçdılar, FAş düşündü. Sonra
sakitləşmək, əsəblərini cilovlamaq istədi. İnterpolun təzyiqinə hətta ən
təcrübəli agent də dözə bilməz.
Onda qala hansısa müəllim və şifrəaçan qız olsun!.. Sübhə qədər
onları tutub gətirəcəklər.
XXXVII FƏSİL
Parislilər məşhur Bulon meşəsinə nə kimi adlar verməmişdilər! Amma
bilicilər arasında bu park Yer Cənnəti Bağı adı ilə məşhur idi.
Ürəyəyatan epitet olsa da, əslində buə ks məna daşıyırdı. Və istənilən
adam Bosxun eyniadlı qorxunc rəsm əsərini gördükdə, bunun mənasını
anlayırdı. Qüdrətli rəssamın əsərində meşədəki əyri budaqlı ağaclar

162 downloaded from KitabYurdu.org


qara rəngdə verilmişdi, - əxlaqsızlar və fırıldaqçılar üçün ən uyğun
sığınacaq. Gecələr yolun kənarında, Bulon meşəsinin sıx kolları
arasında, qaranlıqda yüzlərlə ağ bədən düzülürdü. İstənilən ağlagəlməz
istəyi yerinə yetirməyə hazır olan satlıq bədənlər - onların arasında
kişi, qadın və aralıq cinsin nümayəndələri də vardı.
Lenqdon Sion Prioratı haqqında Sofiyə danışmaq üçün fikirlərini
cəmləyərkən taksi meşənin içinə girdi və çınqıl tökülmüş yolla qərbə
tərəf getdi. Lenqdon fikirləşə bilmirdi, belə ki, meşənin gecə sakinləri
faraların işığını görüb yolun kənarında dayanaraq öz «mallan»m
nümayiş etdirirdilər. Budur, irəlidə qurşağa kimi soyunmuş iki
yeniyetmə qız göründü, onlar taksiyə tərəf işvəli baxışlarla baxdılar.
Sonra qaranlıqdan yağ sürtülmüş kimi dərisi parıldayan yekəpər zənci
oğlan çıxdı. Onun bədənində yalnız ayıb yerini örtən sarğı kimi bir şey
vardı. O, arxasını çevirib lüt yambızlarını oynatdı. Onun yanında dolu
bədənli sarışın qız dayanmışdı. Mini-yubkasını qaldıran kimi aydın
oldu ki, o, qadın deyil.
İlahi, özün kömək ol! Lenqdon gözlərini onlardan çəkib, dərindən
nəfəs aldı.
- Sion Prioratı haqqıda danışın, - Sofi təkrar etdi.
Lenqdon başını tərpətdi. Onun danışacağı əfsanəyə bundan pis fonu
təsəvvür etmək çətin idi. Axı, nədən başlamalı?.. Cəmiyyətin tarixi
min ildən yuxarı idi və bu tarix sirlərlə, xəyanətlərlə, şantacla və hətta
papanın əmri ilə edilmiş qəddar işgəncələrlə dolu idi.
- Sion Prioratı Cəmiyyəti, - o, söhbətə başladı, - fransız kralı
Qodfrua de Buyon 1099-cu ildə Yerusəlimi işğal etdikdən sonra onun

163 downloaded from KitabYurdu.org


tərəfindən bu şəhərdə yaradılıb.
Sofi gözlərini ondan çəkməyərək qulaq asırdı.
- Əgər əfsanəyə inansaq, kral Qodfrua fövqəladə mühüm sirrə
malik idi. Məhz bu sirr onu belə qüdrətli etmişdi. Sirr Məsihin
dövründən başlayaraq atadan oğula ötürülürdü. Ölümündən sonra sirin
itəcəyindən qorxan kral gizli cəmiyyətin, Sion Prioratının əsasını
qoydu və ona sirri qorumağı, onu nəsildən nəsilə ötürməyi tapşırdı.
Cəmiyyət Yerusəlimdə fəaliyyət göstərdiyi illərdə İrod məbədinin
xarabalıqları altında qalmış çox mühüm sənədlər tapdı. Bu məbəd
Süleyman padşahın sarayının dağıntıları üstündə tikilmişdi.
Cəmiyyətin fikrincə, bu sənədlər kral Qodfruanın sirrini təsdiqləyirdi
və elə dağıdıcı qüvvəyə malik idi ki, hətta Kilsə bu sənədləri əldə
etmək üçün heç nədən çəkinməzdi.
Sofi şübhə ilə baxdı.
-Və Priorat qərara aldı ki, sənədləri dağıntıların altından çıxarıb onu
qorumaq lazımdır ki, həqiqət heç vaxt itməsin. Bu məqsədlə cəmiyyət
hətta xüsusi hərbi bölmə yaratdı - «Süleyman məbədinin və Məsihin
yoxsul cəngavərləri ordeni» adını alan doqquz cəngafərdən ibarət qrup.
- Lenqdon sözünə ara verdi. - Amma bu qrup tampliyerlər ordeni kimi
məşhurdur. (Tampliyerlər - orta əsrdə dini- cəngavər cəmiyyəti -S.B.)
Sofi başını tərpətdi, bu ad ona tanış idi.
Lenqdon tampliyerlər ordeni haqqında kifayət qədər mühazirə
oxumuşdu.
Ona görə də bilirdi ki, bir çox insan bu orden haqqında eşitsə də,
onunla bağlı olan hadisələri tam bilmir. Alimlərin fikrincə

164 downloaded from KitabYurdu.org


tampliyerlərin tarixi çox şübhəlidir: faktlar və mülahizələr bir-birinə
qarışıb və nəyin həqiqət, nəyin yalan olduğunu ayırd etmək mümkün
deyil. Lenqdon öz mühazirələrində tampliyerlər haqqında fikir
söyləməkdən çəkinirdi, çünki hər dəfə təsdiq olunmamış faktlarla
üzbəüz qalırdı.
Sofi həyəcanlandı:
- Deməli, siz deyirsiniz ki, tampliyerlər ordeni gizli sənədləri əldə
etmək üçün cəmiyyət tərəfindən xüsusi olaraq yaradılıb? Mənsə
həmişə düşünürdüm ki, onların işi müqəddəs torpağı qorumaq olub.
- Hə, bu çox geniş yayılmış yanlış fikirdir. Zəvvarları müdafiə
ideyası cəngavərlərin əsas missiyasını pərdələmək üçün idi. Onların
müqəddəs torpağa gəlişinin əsil məqsədi məbədin dağıntıları altından
sənədləri çıxarmaq olub.
- Bəs, onlar sənədləri tapa biliblər?
Lenqdon gülümsündü.
- Bunu heç kim dəqiq bilmir. Amma alimlər bir şeydə
həmfikirdirlər: cəngavərlər dağıntıların altından həqiqətən nəsə
tapıblar. Bu elə bir şey olub ki, onları son dərəcə varlı və qüdrətli edib.
Lenqdon tampliyerlər ordeni haqqında elm aləmində qəbul olunmuş
tarixçəni qısaca Sofiyə danışdı. İkinci səlib yürüşü zamanı
cəngavərlərin müqəddəs torpağa gəlişindən, onların xristian zəvvarları
yollarda qorumaq üçün hökmdar II Bolduindən icazə istəmələrindən
söhbət açdı. Cəngavərlər and içdilər ki, onlara heç kim haqq ödəmir,
onlar tamam yoxsuldurlar və xahiş etdilər ki, məbədin
xarabalıqlarındakı tövlədə yerləşmək üçün hökmdar onlara icazə

165 downloaded from KitabYurdu.org


versin. Hökmdar izn verdi və cəngavərlər müqəddəs torpağın düz
ürəyində məskunlaşdılar.
Sonra Lenqdon izah etdi ki, belə qəribə sığınacaq təsadüfi
seçilməmişdi. Cəngavərlər qəti əmin idilər ki, cəmiyyətin əvvəl
axtardığı gizli sənədlər xarabalıqların altında, dünyanın ən müqəddəs
yerindədir. Başqa sözlə, iudaizmin düz ürəyinin başında. Cəngavərlər
təxminən on il bu xarabalıqlarda yaşayıblar.
Sofi çevrilib dedi:
- Onlar axtardıqlarını tapdılar?
- Bəli, - Lenqdon cavab verdi. - Doqquz ildən sonra. Xəzinəni
götürüb Avropaya aparıblar. Bundan sonra onların nüfuzu son dərəcə
yüksəlib.
Heç kim bilmirdi ki, tampliyerlər Vatikanı şantac edirmişlər yoxsa
Kilsə sadəcə olaraq onların susmasını istəyirmiş. Amma fakt odur ki,
papa II İnnokentiy dərhal tampliyerlər ordeninə sonsuz hakimiyyət
verən və onları «özündə qanun» elan edən misilsiz papa bullasını
imzalayır. (Bulla - Roma papasının fərmanı -S.B.) Və orden
fəaliyyətinə heç kimin, hətta kral və prelatın belə qarışa bilməyəcəyi
muxtar ordenə çevrilir.
Vatikandan kart-blanş almış tampliyerlər ordeni siyasi təsir dairəsini
sürətlə genişləndirir, sıralarını çoxaldır, onlarla ölkədə böyük torpaq
sahələri əldə edir. Cəngavərlər müflis olmuş kral ailələrinə külli
miqdarda kreditlər verərək onlardan öz maraqlarını müdafiə etmək
üçün istifadə edir və beləliklə, müasir bank işinin əsasını qoyurlar.
Onlar yorulmadan öz sərvətlərini və nüfuzlarını artırırlar.

166 downloaded from KitabYurdu.org


1300-cü ilə qədər Vatikanın köməyi ilə ordenin əlində o qədər
hakimiyyət cəmləşir ki, taxta çıxmış papa V Kliment buna son
qoymağı qərara alır. Papa Fransa kralı IV Filippin iştirakı ilə
tampliyerlər ordeninin rəhbərliyini məhv etmək, onların sərvətini,
həmçinin onlara hakimiyyət vermiş gizli sənədləri ələ keçirmək üçün
hiyləgərcəsinə əməliyyat hazırlayır. MKİ kimi ustalıqla manevrlər
edən papa Kliment bütün Avropaya gizli hərbi əmrlər göndərir. Belə
ki, bu əmrlərin eyni gündə və eyni saatda, 13 oktyabr 1307-ci ildə
cümə günü açılıb oxunması üçün tapşırıq verir.
13 oktyabrda, sübh çağı sənədlər açılır və onların heyrətedici
məzmunu ilə hamı tanış olur. Papanın məktubunda deyilir ki, guya o,
yuxuda Allahın səsini eşidib. Allah-təala onu xəbərdar edib ki,
tampliyerlər ordeni kafirlər yığnağından başqa bir şey deyil. Guya
onlar şeytana xidmət edirlər, onların homoseksualizmlə məşğul
olmaları, xaçı təhqir etmələri, küfr danışmaları və başqa günahları
aşkar olunub. Və Haqq-Təala papa Klimentdən özü xahiş edib ki, yer
üzünü kafirlərdən təmizləsin, onların hamısını toplayıb Tanrı
qarşısında günahlarını etiraf edincəyə qədər onlara işgəncələr verilsin.
Papanın makiavellisayaq əməliyyatı maneəsiz olaraq həyata keçir.
Həmin gün, oktyabrın 13-ü, cümə günü cəngavərlərin əksəriyyəti
tutulub əsir edilir. Onlara qəddarcasına işgəncələr verilir, sonra isə
kafirlər kimi tonqallarda yandırılırlar. Bu faciənin əks-sədası bizim
günlərə qədər gəlib çatıb: indiyə qədər ayın on üçünə düşmüş cümə
gününü uğursuz gün hesab edirlər.
- Demək, belə çıxır ki, tampliyerlərin hamısını öldürüblər? - Sofi

167 downloaded from KitabYurdu.org


təəccüblə soruşdu. - Amma, məncə tampliyerlər cəmiyyəti indiyə kimi
mövcuddur.
- Mövcuddur, lakin müxtəlif adlarla. Papanın ciddi-cəhdinə və
yalan ittihamlarına baxmayaraq, bəzi cəngavərlər ölümdən qurtula
biliblər. Papa Klimentin əsas məqsədi tampliyerlərdə olan sənədləri ələ
keçirmək idi. Amma bu sənədlər yoxa çıxmışdı. Onlar çoxdan
tampliyerlər ordeninin hamisinə, Sion Prioratına verilmişdi. Bu
cəmiyyət isə Vatikanın əli yetməyəcəyi qədər gizli idi. Vatikan bir az
sakitləşən kimi, gecə vaxtı Priorat sənədləri tampliyerlərin La-
Roşeldəki gəmilərinə yükləyib Parisdən çıxarır.
- Bəs sənədləri sonra hara aparırlar?
Lenqdon çiyinlərini çəkdi:
- Bunu yalnız cəmiyyətin üzvləri bilir. Gizli sənədlər daim
spekulyasiya predmeti olub. Onlar bu gün də axtarışdadır. Görünür,
onları bir neçə dəfə gizlədiblər. Əgər bu yaxınlarda yayılan şaiyələrə
inansaq, onların son dayanacağı Birləşmiş Krallıqdır.
Sofi tamamilə məyus olmuşdu.
- Min illər boyunca, - Lenqdon sözünə davam etdi, - gizli sənədlər
barədə əfsanə dillərdən dillərə keçib. Bu sənədlərin özünü, onların
insanlar üzərindəki hakimiyyətini və onları əhatə edən bütün sirri bir
sözlə adlandırıblar: SANQRİL. Bu haqda tarixçilər və digər alimlər
yüzlərlə kitab yazıb.
Sanqril? Bu söz nəyi bildirir? Fransız sözü olan sang-la, ya da
ispancadakı «sangre» («qan») ilə hər hansı əlaqəsi varmı?
Lenqdon başını tərpətdi. Bu müəmmalı sənədlərdən ötrü çoxlu

168 downloaded from KitabYurdu.org


qanlar tökülüb, amma bu sözün bura aidiyyatı yoxdur.
- Əfsanələrdə bu haqda çox şeylər deyilir. Bir şeyi yadda saxlamaq
lazımdır: Priorat onları ciddi-cəhdlə qoruyur və ola bilsin ki, həqiqəti
açmaq üçün münasib tarixi anı gözləyir.
- Hansı həqiqəti? Görəsən, cəmiyyət hansı qüdrətli sirri qoruyur?
Lenqdon dərindən nəfəs aldı.
- Sofi, Sanqril - qədim sözdür. Vaxt keçdikcə bus öz yeni terminə
çevrilib... - o, sözünə ara verdi. - Və mən bu yeni sözü sizə desəm,
onun haqqında çox bildiyinizi anlayacaqsınız. Demək olar ki, yer
üzündəki hər bir insan heç olmasa bir dəfə Sanqril haqda eşidib.
Sofinin üzü qəribə ifadə aldı:
- Şəxsən mən heç zaman eşitməmişəm.
- Əminəm ki, eşidibsiniz. - Lenqdon gülümsədi. - Sizə bu iki söz
yaxşı məlumdur: Qraal piyaləsi.
XXXVIII FƏSİL
- Sanqril adlanan şey Qraal piyaləsidir. Fransız sözü olan Sangraal-dan
əmələ gəlib. Özünüz də görə bilərsiniz ki, bus öz iki ayrı San və Greal
sözlərinə necə asanca çevrilir.
Müqəddəs Qraal!.. «Qəribədir, - Sofi düşündü, - mən bunu niyə
dərhal anlamadım». Amma Sofi Lenqdonun indicə dediklərinə inana
bilmirdi.
- Mən həmişə düşünmüşəm ki, Qraal - piyalədir. Amma siz, indicə
dediniz ki, Sanqril - gizli sənədlər toplusudur.
- Bəli, amma Sanqril sənədləri - Müqəddəs Qraal xəzinəsinin
yalnız bir hissəsidir, yarısıdır. Onlar piyalə ilə birlikdə məbədin

169 downloaded from KitabYurdu.org


dağıntıları altında olub. bu da onun əsil mənasını anlamağa kömək
edir. Bu sənədlərin köməyi ilə Qraalın əsil təbiətini öyrənmək
mümkün olduğundan onlar tampliyerlərə böyük güc və hakimiyyət
verib.
Qraalın əsil təbiətini? Sofi tamamilə özünü itirmişdi. O, həmişə
düşünmüşdü ki, Qraal piyaləsi İsanın «Gizli axşamlar» zamanı istifadə
etdiyi camdır. Sonralar İosif Arifameyski çarmıxa çəkilmiş İsanın
qanının damcılarını bu qaba yığırmış.
- Qraal - Məsihin piyaləsidir. - o dedi. - Bundan sadə nə ola bilər?
- Sofi, - Lenqdon ona tərəf əyilib pıçıltıyla dedi. - Sion Prioratına
inansaq, Qraal heç də piyalə deyil. Cəmiyyətin üzvləri deyir ki, Qraal
haqqında əfsanə çox qüdrətli bir şeyi anladan metaforadır, gözəl
alleqoriyadır. - O, bir anlığa susdu, sonra yenə davam etdi. - Babanızın
rəmzi işarələrlə demək istədiyi və müqəddəs «qadın başlanğıcı» ilə
bağlı olan əfsanə.
Lenqdonun sözlərinin doğruluğuna inanmayan Sofi ona baaxdı.
Lenqdon gülümsəyirdi, amma gözlərində ciddi ifadə vardı.
- Yaxşı, - o dedi. -Tutaq ki, belədir. Onda Qraal piyalə deyilsə, bəs
nədir?
Lenqdon bu sualı gözləyirdi, amma ona necə cavab verəcəyini qərara
almamışdı. Cavabı müəyyən tarixi kontekstlərə əsaslanıb vermək
olardı, əks halda Sofi heç nə başa düşməyəcəkdi. Bir neçə ay əvvəl
Lenqdon belə anlaşılmaz ifadəni əlyazmasını gətirərən redaktorun
üzündə görmüşdü.
- Deməli, siz deyirsiniz ki... - redaktor çəçidi, öskürdü, şərab dolu

170 downloaded from KitabYurdu.org


qədəhi stolun üstünə qoyub gözlərini ona zillədi. - Siz ciddi deyirsiniz?
Belə şey ola bilməz!
- Tamamilə ciddidir. Mən tədqiqatlara boş yerə bir il sərf
etməmişəm.
Nyu-Yorkun məşhur redaktoru Conas Faukman əsəblə keçi saqqalını
didişdirdi.
Özünün parlaq karyerası boyunca, qəribə ideyalarla dolu kitablarla az
üzləşməmişdi, amma beləsi ilə ilk dəfəydi ki, rastlaşırdı.
- Qulaq asın, Robert, - o dedi, - məni düz başa düşün. Sizin işiniz
mənim xoşuma gəlir, biz həmişə bir-birimizi anlamışıq. Amma, bu
kitabın çap edilməsinə razılıq versəm, mənim nəşriyyatımın qarşısında
aylarla piket keçiriləcək. Bundan başqa, sizin reputasiyanızı məhv
edəcək. Siz ki, Harvardın müəllimi, tarixçi alimsiniz, qazanc dalıyca
qaçan ucuz sensasiyalar müəllifi deyilsiniz. Bu versiyanı təsdiq edən
hər hansı möhkəm dəliliniz varmı?
Lenqdon gülümsündü və tvid pencəyinin cibindən kağız vərəqini
çıxartdı. Onu Faukmana uzatdı. Bu, orta əsrlər və müasir dövrün
məşhur tarixçilərinin yazdığı əlli adda kitabın siyahısı idi. Bu
kitabların əksəriyyəti çoxdan elmi bestsellerlərə çevrilmişdi. Təkcə
onların adı Lenqdonun fərziyyəsini dolayı yolla təsdiqləyirdi.
Faukman siyahıya baxdı və onun üzü yer kürəsinin müstəvi olduğunu
qəfildən öyrənmiş insanın üzündəki ifadəni aldı.
- Hə, bu müəlliflərdən bəzilərini tanıyıram. Onlar...əsil
tarixçidirlər!
Lenqdon gülümsədi:

171 downloaded from KitabYurdu.org


- Görürsünüz Conas, bu yalnız mənim nəzəriyyəm deyil. Bu
nəzəriyyə çoxdan beyinlərə yerləşib. Mən sadəcə olaraq, bu
nəzəriyyəyə görə kitabımı qururam. Heç bir ciddi tarixi yazıda Qraal
piyaləsi haqqında əfsanə simvolik nöqteyi-nəzərdən tədqiq olunmayıb.
Bu nəzəriyyəni təsdiq edən tapdığım ikonoqrafik dəlillər də kifayət
qədər inandırıcıdır.
Faukman gözlərini siyahıdan çəkmirdi.
- Aman allah! Bu kitablardan biri Kral Tarix Cəmiyyətinin üzvü
ser Lyu Tibinq tərəfindən yazılıb.
- Tibinq, demək olar ki, bütün ömrünü Qraal piyaləsini öyrənməyə
sərf edib. Ümumiyyətlə, məhz o, məni bu işdə ruhlandırıb. O, burda
göstərilmiş başqa müəlliflər kimi, bu nəzəriyyəyə inanır.
- Siz demək istəyirsiniz ki, bütün bu tarixçilər inanırlar ki... -
Faukman sözünün davamını gətirə bilmədi.
Lenqdon yenə gülümsədi:
- Ümumi qəbul edilmiş fikrə görə, Qraal piyaləsi - bəşər tarixi
ərzində insanların tapmağa çalışdıqları xəzinədir. Onun haqqında çoxlu
əfsanələr yaranıb. O, bəzi insanların ömrünü sərf etdiyi axtarışların və
müharibələrin səbəbi olub. Əgər doğrudan da Qraal adi bir piyalədirsə,
bütün bunlara dəyərmi? Əgər belədirsə, onda başqa relikviyalar,
məsələn tikanlı çələng, yaxud İsanın çarmıxa çəkildiyi xaç niyə belə
marağa səbəb olmayıb? Tarix boyu Qraal piyaləsi insanların beyində
xüsusi yer tutub. - Lenqdon gülümsündü. - Nəyə görə belədir, indi
bunu bilirsiniz.
Faukman inamsızlıqla başını yırğaladı.

172 downloaded from KitabYurdu.org


-Amma bu haqda çoxlu kitablar yazılıbsa, onda sizin nəzəriyyəniz
barədə niyə deyilməyib?
- Sadəcə olaraq bu kitablar, əsrlər boyu yaranıb möhkəmlənən
fikrə təsir etmək gücündə olmayıb. Xüsusən nəzərə alsaq ki, bu fikrin
formalaşmasına bütün dövrlərin və xalqların bestsellərləri təsir edib.
Faukman gözlərini döydü:
- Birdən deyərsiniz ki, «Harri Potter»də də Qraal piyaləsi
haqqında söhbət gedir?
- Mən İncil haqqında danışıram.
Faukman üzünü turşutdu:
- Mən belə də başa düşmüşdüm.
- Haissez-le! (Dayanın! -frans.) - Sofi çığırdı. - Dayanın, tez
söndürün!
Lenqdon bu çığırtıdan diksindi. Sofi oturacağa Sarı əyilib
sürücünün üstünə
bağırırdı. Lenqdon yalnız indi gördü ki, taksiçi radioötürücünün
mikrofonunu əlində tutub nəsə deyir.
Sofi çevrilib əlini Lenqdonun tvid pencəyinin cibinə soxdu. Nə baş
verdiyini anlamağa macal tapmamış, Lenqdon Sofinin tapançanı
sürücünün gicgahına söykədiyini gördü. Sürücü əlindəki mikrofonu
yerə saldı və bir əlini yuxarı qaldırdı.
- Sofi? - Lenqdon əsəbi halda dedi. - Nə olub.
- Arretez! - deyə Sofi sürücüyə əmr etdi.
O, maşını saxladı.
Lenqdon taksimotor parkının dispetçerinin radioqəbuledicidən gələn

173 downloaded from KitabYurdu.org


metallik səsini eşitdi.
-... qui sappelle Agent Sophie Neveu... - xışıltı, sonra yenə səs: - Et
un Americain, Robert Langdon... (.Sofi Neve adında. və amerikalı
Robert Lenqdon. - frans.)
Lenqdon əsəblərinin gərildiyini hiss etdi. Demək, onlar bizi tapıblar?
- Descendez! - Sofi əmr etdi. - Rədd ol burdan!
Sürücü titrəyə-titrəyə maşından çıxdı, əllərini başına dayayıb bir neçə
addım
atdı.
Sofi pəncərəni aşağı salıb qorxudan az qala dəli olmuş taksiçini nişan
aldı.
- Robert, - o, sakitcə dedi. - Sükanın arxasına keçin. İndi siz
sürəcəksiniz.
Lenqdon əlində odlu silah tutan qadınla mübahisə etmədi. Maşından
çıxıb,
birinci oturacağa, sükanın arxasına keçdi. Sürücü əllərini başının
arxasında tutub söyüş söyürdü.
- Robert, - arxada oturmuş Sofi dedi, - mən hesab edirəm ki, siz
meşənin gözəlliyinə bəs qədər baxdınız?
O, başını tərpətdi:
- Çox gözəl. Burdan getmək lazımdır!
Lenqdon sürət qutusuna baxdı, onun üzündən çaşqınlıq yağırdı.
Lənət şeytana! O, əlini dəstəyə atdı.
- Bəlkə, siz sürəsiniz, Sofi?..
- İrəli! - Sofi qışqırdı.

174 downloaded from KitabYurdu.org


Meşənin qaranlığından bir neçə avara çıxıb nə baş verdiyinə baxdı.
Bir qadın mobil telefonu çıxarıb nəsə danışdı. Lenqdon motoru işə
saldı. Sonra qətiyyətsizcə pedalı basdı.
Maşın birdən yerdən götürüldü və avaralar dərhal kənara çəkildilər.
Adamlar hara gəldi qaçırdılar. Mobil telefonlu qadın kolluğa tullandı,
maşın az qala onu vuracaqdı.
- Doucement! - (Sakit! - frans.) - Sofi ucadan dedi. - Siz nə
edirsiniz?
- Mən xəbərdarlıq etmək istədim! - deyə Lenqdon cavab verdi. -
Mən yalnız avtomatik sürət qutusu olan maşını sürə bilirəm!
XXXIX
Ryu Labryuer küçəsindəki kərpic evin kasıb otaqlarında hər cür
əzab-əziyyət görməsinə baxmayaraq, bu acılar Saylasın indi hiss etdiyi
ağrı ilə müqayisədə heç nə idi. Məni aldadıblar! Hər şey batdı!
Bəli, onu həqiqətən də aldatmışdılar. Cəmiyyətin üzvləri ölümü
üstün tutaraq, öz sirlərini açmadan yalan demişdilər. Saylasın Ustada
zəng edib ona bu haqda məlumat verməyə sadəcə cəsarəti çatmırdı.
Axı o, nəinki guşəli daşın yerini bilən cəmiyyətin dörd üzvünü
öldürmüş, həm də Sen-Sülpis kilsəsinin rahibəsini də qətlə yetirmişdi.
Rahibə Allaha qarşı çıxmışdı! O, «Opus Dei»nin fəaliyyətini ittiham
etmişdi.
Saylas qətli tamamilə impulsiv olaraq törətmişdi, lakin bu qadının
ölümü vəziyyəti çox mürəkkəbləşdirirdi. Saylası Sen-Sülpis kilsəsinə
buraxmağı yepiskop Arinqarosa xahiş etmişdi; rahibənin cəsədini
görən abbat nə düşünəcək? Saylas rahibəni çarpayıya uzadıb üstünü

175 downloaded from KitabYurdu.org


ədyalla örtsə də, qadının başındakı yara işin üstünü açırdı. Saylas
döşəmədki yarığın üstünü örtmək istədi, bu da uğursuz alındı. Zədə
dərhal gözə çarpırdı. Onlar burda kiminsə olduğunu anlayacaqlar.
Saylas tapşırığı yerinə yetirdikdən sonra «Opus Dei»də gizlənməyi
planlaşdırmışdı. Yepiskop Arinqarosa məni müdafiə edəcək. Albinos
«Opus Dei»nin mənzil-qərargahında dualarla keçən sakit və tənha
həyatı həmişə arzulamışdı. Ordan çölə bir addım da atmayacaq! Bu
sığınacaqda ona lazım olan hər şey var. Məni onsuz da heç kim
axtarmayacaq. Amma Saylas yaxşı anlayırdı ki, yepiskop Arinqarosa
kimi məşhur insanın gizlənməyi isə, təəssüf ki, çətin olacaq.
Mən yepiskopun həyatını təhlükə altına qoymuşam. Saylas gözlərini
döşəməyə zilləyib həyatı haqqında düşünürdü. O, hər şey üçün
Arinqarosaya borcludur. Yepiskop onun həyatını xilas edib... onu
İspaniyadakı kiçik mənzilində gizlədib, ona təhsil verib, həyata
baxışını dəyişib, məqsədini göstərib.
- Mənim dostum, - Arinqarosa ona demişdi, - sən albinos
doğulmusan. Buna görə başqalarının sənə gülməyinə icazə vermə.
Məgər başa düşmürsən ki, Allah səni albinos yaratmaqla başqalarından
ayırıb? Sən bilirsən ki, Nuh peyğəmbər də albinos olub?
- Nuh peyğəmbər? - Saylas bunu ilk dəfə idi ki, eşidirdi.
Arinqarosa gülümsündü:
- Bəli, Nuh peyğəmbər. O da albinos olub. Onun da sənin dərin
kimi ağappaq dərisi olub. Fikirləş! Nuh yer üzündə həyatı xilas edib!
Saylas, səni də böyük işlər gözləyir. Allah səni başqalarından elə-belə
ayırmayıb. Sən seçilmiş adamsan. Sənin köməyin Allaha lazımdır.

176 downloaded from KitabYurdu.org


Vaxt ötdükcə Saylas özünə tamam başqa gözlə baxırdı. Mən təmizəm.
Mən ağappağam. Mən gözələm. Lap mələk kimi.
Və birdən uzaq keçmişdən onun qulağına səs gəldi. Atasının səsi.
Məyus və qəzəbli:
- Eres un desastre. Un spectre. (Sən eybəcərsən. Həyulasan -
ispanca)
Taxta döşəməyə dizi üstə çökmüş Saylas bağışlanmağı üçün Allaha
yalvarırdı.
Sonra sutanasını çıxarıb özünü qamçılamağa başladı.
XL FƏSİL
Lenqdon maşını birtəhər idarə edib onu Bulon meşəsinin mərkəzindən
xeyli uzağa sürdü. Əgər taksimotor parkının dispetçerinin radiodan
eşidilən səsi olmasaydı, vəziyyət gülməli di:
- Voiture cing-six-trois. Ou etes-vous? Repondez! (Maşın beş-altı-
üç! Hardasınız! Cavab verin! -frans.)
Lenqdon maşını parkın çıxışına tərəf sürüb dərindən nəfəs aldı və
əyləci basdı.
- Siz sükanın arxasına keçsəniz yaxşı olar.
Sofi həvəslə sürücünün yerinə keçdi. Və bir neçə saniyə sonra
maşın «yer cənnəti»ni geridə buraxaraq qərbə tərəf de Loşion xiyabanı
ilə şütüyürdü.
- Bəs, Akso küçəsi harda yerləşir? - Lenqdon spidometrdəki
əqrəblərin sürəti saatda yüz kilometr göstərdiyini müşahidə edərək
soruşdu.
- Taksiçi dedi ki, bu Rolan Qarros stadionunun yaxınlığındadır, -

177 downloaded from KitabYurdu.org


Sofi gözlərini yoldan çəkməyərək dedi. - mən bu rayonu tanıyıram.
Lenqdon yenə də ağır açarı cibindən çıxarıb ovcunda atıb-tutdu. O,
bu əşyanın baş verənləri anlamaq üçün gərəkli olduğunu hiss edirdi.
Bəlkə də, bu açarın köməyi ilə o, öz azadlığını qazanacaq.
Bir az əvvəl, Sofiyə cəngavər-tampliyerlər haqqında danışarkən o
anlamışdı: açarın üstündə Prioratın möhüründən başqa, onu bu
təşkilatla bağlayan daha bir cəhət vardı. Bərabərtərəfli xaç - tarazlıq və
harmoniyanın rəmzi olmaqla yanaşı, həm də tampliyerlər ordeninin
nişanı idi. Ağ geyimləri bərabərtərəfli qırmızı xaçlarla bəzədilmiş
cəngavər-tampliyerlərin təsvirləri hamıya məlumdur.
Kvadrat xaç. Açarın üstündəki kimi.
Lenqdon bu açarın nəyi açdığını anlamağa çalışırdı. Qraal
piyaləsinin saxlanıldığı yerimi? O, bu fikrinin mücərrədliyinə güldü.
Şayilərə görə, Qraal piyaləsi tampliyerlər tərəfindən İngiltərədə,
kilsələrin birinin altında qazılmış torpaqda gizlədilmişdi. 1500-cü ildə
Böyük Ustad Da Vinçinin dövründə.
İkinci minilliyin ilk əsrlərində cəmiyyət qiymətli sənədlərin yerini
bir neçə dəfə dəyişib gizlətmişdi. Tarixçilərin fikrincə, piyalə
Yerusəlimdən Avropaya gətirildikdən sonra onun yeri altı dəfə
dəyişdirilmişdi. Qraal piyaləsi axırıncı dəfə 1447-ci ildə camaata
nümayiş etdirilmişdi və bu tamaşa az qala faciə ilə nəticələnəcəkdi.
Birdən-birə alovlanmış yanğın qiymətsiz sənədləri qarsamış, lakin
onları xilas etmək mümkün olmuşdu. Sənədlər altı nəfərin ancaq
götürə biləcəyi dörd böyük və çox ağır sandıqda təhlükəsiz yerə
aparılmışdı. Bundan sonra heç kim Qraal piyaləsini öz gözləri ilə

178 downloaded from KitabYurdu.org


gördüyünü deməmişdi.
Yalnız şayiələr qalmışdı. Ən çox irəli sürülən fərziyyə o idi ki,
xəzinə böyük Britaniyada kral Arturun və Dairəvi Masa
cəngavərlərinin torpağında gizlədilib.
Amma buna baxmayaraq, iki mühüm faktor mövcud idi.
Leonardo da Vinçi Qraal piyaləsinin harda gizlədildiyini bilirmiş.
Mümkündür ki, piyalə bu gün də həmin yerdədir.
Məhz bu səbəbə görə Qraal piyaləsinin axtarışına girişmiş
entuziastlar Da Vinçinin gündəlik və rəsmlərinə dönə-dönə müraciət
edirdilər ki, böyük rəssamın işlərində xəzinənin yerini göstərən hər
hansı gizli açar-rəmzi tapa bilsinlər. Bəzi tədqiqatçılar təkid edirdi ki,
«Madonna mağarada» rəsmindəki dağlıq fon Şotlandiya təpələrinin
topoqrafiyasına uyğun gəlir. Başqaları deyirdi ki, «Gizli axşam»
rəsmində həvarilərin stol arxasında qəribə şəkildə yerləşməsi də bir
növ koddur. Üçüncülər deyirdi ki, «Mona Liza»nın rentgen analizi bu
əsərin çəkildiyi kətanda əvvəl göy rəngli lyapislə İlahə İsidanın
rəsminin çəkildiyini aşkarlayıb. Sonralar Da Vinçi nə üçünsə rəsmi
pozaraq onun üstündə «Mona Liza»nı çəkib.
Lenqdon axırıncı fərziyyəni təsdiq edən heç bir sübut tapmamışdı. Və
göy rəngli lyapisdən çəkilmiş rəsmin Qraal piyaləsinə nə kimi
aidiyyatı olduğunu da təsəvvür edə bilməzdi. Lakin Qraalın azarkeşləri
indiyə qədər bunu internetdə qızğın şəkildə müzakirə edirdilər.
İnsanlar sirli şeyləri çox sevir.
Sirlər və müəmmalar isə get-gecə artır. Bu yaxınlarda dünyanı daha
bir kəşf heyrətə salmışdı. Sən demə, Da Vinçi məşhur «Cadugərlərə

179 downloaded from KitabYurdu.org


sitayiş» əsərində boya qatları altında hansısa sirri gizləmişdir.
Tanınmış italyan restavratoru Maurisio Serazini bu həqiqəti aşkar
etdikdən sonra «Nyu-Yorks Tayms» qəzetində «Leonardonun tüstü
pərdəsi» adlı qalmaqallı məqalə çap olundu.
Serazini sübut etdi ki, boya qatının altında boz-yaşıl tonda çəkilmiş
«Sitayiş» etüdü Da Vinçinin fırçasına məxsusdur, amma rəsmin özü
isə yox. Hansısa anonim rəsam uşaqların kitablardakı şəkilləri
rənglədikləri kimi, Leonardonun çəkdiyi eskizi rəngləmişdir. Özü də
bunu böyük ustanın ölümündən çox sonralar etmişdir. Amma digər
açıqlama daha həyəcanlı idi. İnfraqırmızı və rentgen şüalarının köməyi
ilə çəkilmiş şəkillər göstərirdi ki, Leonardonun çəkdiyi eskizi boyalarla
rəngləmiş bu incəsənət fırıldaqçısı, Da Vinçinin əsil məqsədini təhrif
etməkdən ötrü oricinaldan xeyli kənara çıxıb. Amma Leonardo kətanın
üstündə məhz nəyi çəkib və təhriflər nədən ibarətdir, hələ də sirr olaraq
qalır. Bu rəsmin saxlanıldığı Florensiyadakı Uffitsa qalereyasının çaş-
baş qalmış əməkdaşları əsəri tələsik muzeydən bir küçə aralıda
yerləşən emalatxanaya apardılar. İndi Leonardo zalına gələn adamlar
«Cadugərlərə sitayiş»in yerində - RESTAVRASİYAYA HAZIRLIQ
GETDİYİ ÜÇÜN DİAQNOSTİK TESTLƏRİN APARILMASI İLƏ
ƏLAQƏDAR ƏSƏR YERİNDƏN ÇIXARILIB - sözləri yazılmış
lövhəyə məyusluqla baxırdılar.
Qraal piyaləsinin müasir ovçularının dolaşıq və qaranlıq dünyasında
Leonardo ən böyük müəmma olaraq qalırdı. Onun hər bir əsərində sirri
açmaq arzusu duyulurdu, lakin bu sirr ya boya qatının altında gizlədilir
ya da mənzərənin arxa planında şifrələnmiş şəkildə verilirdi. Ola bilsin

180 downloaded from KitabYurdu.org


ki, ümumiyyətlə heç bir mövcud deyildi. Bəlkə də, hansısa bir
müəmmaya edilən anlaşılmaz işarələrin çoxluğu yalnız boş vəd imiş.
Maraqlananları məyus etmək və Mona Lizanın müəmmalı, istehzalı
təbəssümünə haqq qazandırmaq üçün olan boş vəd.
- Bəlkə, - Sofinin səsi Lenqdonu reallığa qaytardı, - ola bilsin ki,
əlinizdə tutduğunuz açar Qraal piyaləsinin gizlədildiyi yerin açarıdır?
Lenqdon gülümsündü:
- Belə olduğunu təsəvvür etmirəm. Həm də hesab edilir ki, Qraal
piyaləsi indi Fransada yox, Britaniyada gizlədilib.
- Amma bu, yeganə ağıllı izahdır, - Sofi təkidlə davat etdi, - Bizim
əlimizdə saxtasının düzəldilməsi mümkün olmayan, üstündə Sion
Prioratının gerbi olan açar var. Açar bu cəmiyyətin üzvü tərəfindən
bizə ötürülüb. Sizin dediyinizə görə, məhz cəmiyyətin üzvləri əsrlər
boyu Qraalın sirrini qoruyub saxlamışlar.
Lenqdon Sofinin fikrirlərinin məntiqli olduğunu anlayırdı, lakin
intuitiv olaraq onları qəbul edə bilmirdi. Şayiələr gəzirdi ki, guya
Priorat and içmişdi ki, onlar bir gün Qraalı Fransaya qaytaracaqlar,
həm də əbədi saxlamaq üçün. Lakin bu fikrin xeyrinə heç bir tarixi
sübut yox idi. Və əgər Priorat Qraal piyaləsini Fransaya gətirmək
müvəffəq olsa da, məşhur tennis stadionunun qonşuluğunda yerləşən
ryu Akso ünvanı xəzinənin gizlədildiyi yerə az uyğun gəlirdi.
- Yox Sofi, şəxsən mən bu açarın Qraal piyaləsi ilə bağlı olub-
olmadığını bilmirəm.
- Yalnız ona görə ki, fərziyyələrə görə Qraal İngiltərədə gizlədilib?
- Təkcə buna görə yox. Qraal piyaləsinin olduğu yer tarixdə ən

181 downloaded from KitabYurdu.org


ciddi surətdə qorunan sirrdir. Prioratın üzvləri on illərlə gözləyiblər ki,
xüsusi şəxslərin dairəsinə daxil olmağa layiq görülsünlər və Qraalın
gizlədildiyi yeri öyrənsinlər. Bu sirri çox az adam bilib və cəmiyyətin
çoxlu üzvləri olmasına baxmayaraq, yalnız onların dördünə müəyyən
zaman kəsiyində Qraalın gizlədildiyi yer məlum olub. Böyük Usta və
onun üç senechaux-u. Ehtimal ki, sizin babanız da bu dörd nəfərdən
biri olub.
Mənim babam onlardan biri olub, Sofi qaza basaraq düşündü. Cak
Sonyerin bu cəmiyyətdə yüksək statusa malik olmasını sübut edən
səhnə gözləri qarşısında canlandı.
- Əgər babanız cəmiyyətin yuxarı eşalonunda olsaydı belə, nə
olursa-olsun bu haqda heç vaxt danışmazdı. Cəmiyyətin üzvü olmayan
heç bir insana. Xüsusən sizi heç bir vəziyyətdə bu kiçik dairənin
içərisinə çəkməzdi.
Axı, mən orda olmuşdum, Sofi düşündü, bağ evinin zirzəmisindəki
səhnə yenə yaddaşında canlandı. Normand şatosunda nəyin şahidi
olduğunu Lenqdona danışmağa dəyərmi? Bunun vaxtı çatıbmı? O, bu
səhnəni artıq on ildir ki, sirr kimi saxlayır və utandığından bu haqda
heç kimə danışmaq istəmir. Bu səhnəni xatırlayarkən onda ikrah hissi
oyanır. Uzaqdan sirenlərin səsi eşidildi və o, necə yorulduğunu indi
hiss etdi.
- Budur o! - Lenqdon ucadan dedi və irəlidə Rolan-Qarros tennis
stadionunun nəhəng kompleksini göstərdi.
Sofi maşını stadiona tərəf sürdü. Ensiz küçələrlə getdikdən sonra,
onlar nəhayət, Akso küçəsinin başlandığı yolayrıcına çıxdılar. Küçəyə

182 downloaded from KitabYurdu.org


girib onlara lazım olan evi axtarmağa başladılar. Sofi və Robert
şəhərin işgüzar rayonuna gəlib çıxmışdılar, yolun hər iki tərəfində ofis
və idarələrin lövhələri işıqlandırılmışdı. Gözlərilə ixtiyarsız olaraq
kilsə qüllələrini axtaran Lenqdon, bizə iyirmi dörd nömrəli ev lazımdır
deyə, öz-özünə xatırlatdı. Gülməli danışma! Bu rayonda heç kimə
məlum olmayan tampliyerlər kilsəsi ola bilərmi?
- Hə, gəlib çatdıq, - Sofi dedi. Və başı ilə irəlini göstərdi.
Lenqdon onun işarə etdiyi yerə baxdı.
Lənət şeytana, bu nədir?
Müasir bina. Fasadında nəhəng bərabərtərəfli xaç şəklində neon
emblemi olan kvadrat bina. Xaçın altında lövhə asılıb:
SÜRİX DEPOZİTAR BANKI
Lenqdon sevindi ki, kilsə haqqında versiya ilə bağlı Sofiyə heç nə
deməyib. Simvollar üzrə mütəxəssis, alim karyerası onu hər yerdə gizli
işarələr axtarmağa öyrətmişdi. Amma indi, Lenqdonun fikrindən
çıxmışdı ki, bərabərtərəfli xaç hər şeydən əvvəl İsverçrənin simvoludur
və bu ölkənin bayrağında təsvir olunub.
Heç olmasa, sirin biri açıldı.
Sofi ilə Lenqdonun əlində İsveçrə depozitar bankının hücrələrindən
birinin açarı var idi.
XLI FƏSİL
Qandolfo qəsrinin divarlarına soyuq dağ küləyi əsirdi. «Fiat»dan düşən
yepiskop Arinqarosa soyuqdan büzüşdü. Qalın geyinmək lazımdı idi,
deyə o, bədənini bürümüş titrətməni dəf etməyə çalışaraq düşündü. O,
bu gün zəiflik əlamətlərini qətiyyən biruzə vermək istəmirdi.

183 downloaded from KitabYurdu.org


Yuxarıdakı bir neçə pəncərədən düşən işığı nəzərə almasaq, qəsr
qaranlığa qərq olmuşdu. Kitabxanadır, Arinqarosa fikirləşdi. Onlar
yatmırlar, onlar gözləyirlər. O, küləklə mübarizə apararaq başını aşağı
saldı və observatoriyanın qülləsinə baxmamağa çalışaraq girişə doğru
addımladı.
Onu qapının ağzında qarşılayan keşiş yuxulu idi. Bu, Arinqarosanı
beş ay bundan əvvəl qarşılamış həmin gənc oğlan idi. Yalnız, bu gün
o, keçən dəfəkindən fərqli olaraq ağıllı görünürdü.
- Biz artıq narahat olmağa başlamışdıq, yepiskop, - deyə keşiş qol
saatına baxdı. Onun üzündə narahatçılıqdan çox, əsəbilik vardı.
- Üzr istəyirəm. Bu günlər aviareyslər yaxşı işləmir.
Keşiş cavabında nəsə mızıldadı, sonra dedi:
- Sizi yuxarıda gözləyirlər. Mən yolu göstərərəm.
Kitabxana döşəmədən tutmuş tavana qədər qara ağacdan tikilmiş
kvadratşəkilli geniş bina idi. Divar boyunca kitabla dolu hündür
şkaflar düzülüb.
- Xoş gəlmisiniz, yepiskop, - otağın o biri tərəfindən kişi səsi
eşidildi.
Arinqarosa onunla danışanın kim olduğunu görməyə çalışdı, lakin
işıq çox
aşağıdan düşürdü. Sanki zülmət gecənin ortasında oyanmışdı. Bu gün
bu insanların hamısı elə bil, baş verəcək hadisədən utanırmışlar kimi,
kölgədə gizlənmişdilər.
Arinqarosa yavaş-yavaş, ləyaqətlə addımlayırdı. O, otağın uzaq
küncündəki uzun stolun arxasında üç insan silueti gördü. Ortada

184 downloaded from KitabYurdu.org


əyləşmiş kişinin silueti aydın görünürdü: bütün hüquqi məsələlərlə
məşğul olan şəxs, Vatikan katibliyinin sədri. Digər iki nəfər - italyan
kardinalları.
Arinqarosa stola tərəf yeridi.
- Belə gec gəldiyimə görə üzr istəyirəm. Amma bilirsiniz, saat
fərqi var. Yəqin ki, gözləməkdən yorulmusunuz.
- Qətiyyən yox, - katib dedi. Onun toppuş əlləri yekə qarnının
üstündə çarpazlanmışdı. - Uzaqdan gəldiyinizə görə, biz sizə
minnətdarıq. Yatmayıb sizi gözləməyimizi isə minnətdarlıq əlaməti
kimi qəbul edə bilərsiniz. Bəlkə qəhvə içəsiniz, qəlyanaltı edəsiniz?
- Dərhal işə keçməyi xoşlayıram. Mən geriyə qayıtmaq üçün
təyyarəyə çatmayılam.
- Hə, əlbəttə, - gombul dedi. - Siz gözlədiyimizdən də cəld
tərpənmisiniz.
- Doğrudan?
- Sizin hələ tam bir ayınız qalıb.
- Siz öz narahatlığınızı beş ay bundan əvvəl bildirmişdiniz, -
Arinqarosa cavab verdi, - Ləngitmək nəyə lazım idi ki?
- Düzdür. Biz sizin çevikliyinizdən çox razıyıq.
Arinqarosa uzun stola baxdı və onun üstündə böyük, qara portfel
gördü.
- Mənim xahiş etdiyim şey burdadır!
- Bəli. - Katibin səsində narahatlıq duyulurdu. - Amma, etiraf
etməliyəm ki, sizin xahişiniz bizi təəccübləndirib. Bu çox...
- Təhlükəlidir, - onun əvəzinə kardinallardan biri dedi.

185 downloaded from KitabYurdu.org


- Başqa yolla bunu sizə verməyi niyə istəmirsiniz? Çox böyük
məbləğdir.
Azadlığın qiyməti bahadır.
- Öz təhlükəsizliyim məni az narahat edir. Allah kömək edər.
Lakin keşişlərin baxışlarından şübhə yağırdı.
- Bu məbləğ mənim xahiş etdiyim qədərdir?
Katib başını tərpətdi:
- Vatikan Bankı tərəfindən təqdim edənin adına yazılmış istiqraz
vərəqələri. Bütün dünyada nəqd pul kimi qəbul edilir.
Arinqarosa stola yaxınlaşıb portfeli açdı. İçində iki paçka istiqraz
vərəqəsi vardı. Hər biri lentlə bağlanmış və Vatikanın möhürü ilə
ştamplanmışdı. Üstündə «PORTATORE» yazılmışdı, bu isə o demək
idi ki, bu istiqraz vərəqələrindən yalnız onun sahibi istifadə bilər.
Katibin oturuşunda gərginlik hiss olunurdu.
- Yepiskop, deməliyəm ki, əgər bu vəsait nəqd pula olsaydı, biz
özümüzü sakit hiss edərdik.
Bunlar nəqd pula olsaydı, aparmaq çətinləşərdi, Arinqarosa
düşündü. Portfeli bağlayıb dedi:
- Düzdür, amma istiqraz vərəqələrini izləmək asandır. Onların
dərhal Vatikan Bankına aid olmağı bilinəcək.
Arinqarosa təbəssümünü güclə saxladı. Ustad, məhz elə bu
səbəbdən pulları Vatikan Bankından istiqraz vərəqələri şəklində
götürməyi məsləhət bilmişdi. Bir növ sığortalanmaq üçün. İndii biz
bir-birimizə möhkəm bağlandıq.
- Bu, müqavilənin tamamilə qanuni formasıdır, - o, etiraz etdi. -

186 downloaded from KitabYurdu.org


Axı, «Opus Dei» Vatikanın prelaturasıdır və cənab-əqdəslərinin bu
pulları lazım bildiyi kimi bölüşdürmək hüququ var. Biz heç bir qanun
pozuntusuna yol vermirik.
- Bəli, bu belədir, amma yenə də... - Katib kök bədənini qabağa
əydi, altındakı stul narazılıqla cırıldadı. - Sizin bu vəsaitlə nə
edəcəyinizi biz bilmirik. Əgər hər hansı anlaşılmazlıq baş versə.
- Məndən nə tələb etdiyinizi nəzərə alsaq, - Arinqarosa onun
sözünü kəsdi, - bu pullarla necə davranacağım sizin işiniz deyil.
Otağa uzun və gərgin sükut çökdü.
Onlar, mənim haqlı olduğumu yaxşı anlayırlar, Arinqarosa düşündü.
- İndi isə, siz yəqin ki, hansısa sənədi imzalamağımı istəyirsiniz?
Onun həmsöhbətləri imzalanacaq kağızı elə cəldliklə uzatdılar ki,
sanki
canlarını ondan tezliklə qurtarmaq istəyirdilər.
Arinqarosa qarşısına qoyulmuş vərəqlərə baxdı. Hər birində papanın
möhürü vardı.
- Bunlar mənə göstərdiyiniz surətlərlə eynidir?
- Əlbəttə.
Arinqarosa təəccübləndi: sənədləri imzalayanda o, heç bir həyəcan
hiss etmədi. Amma stolun arxasında oturmuş üç kişi tamamilə
yüngülləşdilər.
- Minnətdaram sizə, yepiskop, - katib dedi. - Kilsə sizin
xidmətlərinizi heç vaxt unutmayacaq.
Yepiskop portfeli qaldırdı, sanki onun içindəki pulların hakimiyyət
və qüdrətini ölçürdü. Müəyyən vaxt ərzində onların dördü də susaraq

187 downloaded from KitabYurdu.org


bir-birinə baxdılar, sanki nəsə demək istəyirdilər, amma bu fikirdən
döndülər. Arinqarosa çevrilib qapıya tərəf getdi.
- Yepiskop! - Arinqarosa qapının astanasına çatmışdı ki,
kardinallardan biri onu çağırdı.
Arinqarosa yerində dayandı, sonra çevrilib onlara tərəf döndü:
- Bəli?
- Siz indi hara gedirsiniz?
Arinqarosa hiss etdi ki, sual maraq xatirinə yox, mənəvi borc
naminə verilib. Lakin, gecənin bu vaxtı o, mənəviyyat məsələlərini
müzakirə etmək istəmirdi.
- Parisə, - o, qısaca cavab verib çıxdı.
XLII FƏSİL
Sürix Depozitar Bankı bütün günü işləyirdi və İsveçrə banklarının ən
yaxşı ənənələrinə uyğun olaraq xidmətin bütün növləri üzrə
müştərilərin anonimliyini saxlayırdı. Sürixdə, Kuala-Lumpurda, Nyu-
Yorkda və Parisdə şöbələri olan bank son illər ərzində xidmət
sahələrini genişləndirmişdi. Hər şeydən əlavə, bankda qiymətli
əşyaların saxlanılması üçün anonim kompüter kodu ilə açılan seyflər
də vardı.
Əsas gəlir də məhz bu qədim kəşfdən - anonim depozitar
hücrələrdən və ya seyflərdən gəlirdi. Aksiyalar və istiqraz
vərəqələrindən tutmuş rəsm əsərlərinə qədər müxtəlif qiymətli əşyaları
saxlamaq arzusunda olan müştərilər adlarını və soyadlarını demədən
öz əmlaklarını burda yerləşdirə bilərdi. Bu zaman ən müasir
texnologiyalardan istifadə edilməklə çoxpilləli müdafiə təmin edilirdi.

188 downloaded from KitabYurdu.org


Öz əmlakını hücrələrdən götürmək də istənilən vaxt mümkün və
tamamilə anonim idi.
Sofi maşını bankın binasının qarşısında saxladı. Lenqdon binaya
baxaraq anladı ki, Sürix Depozitar Bankı ciddi təşkilatdır. Bina
pəncərəsiz və hər tərəfdən gülləkeçirməz poladla üzlənmiş dördkünc
tikili idi. Nəhəng metal kərpicə oxşayan bina yoldan maksimal
məsafədə uzaqda idi və onun fasadını on beş fut hündürlükdə
bərkidilmiş neon işıqlı xaç bəzəyirdi.
Yüksək dərəcədə etibarlılıq və gizlilik təmin edən İsveçrə bankları
bu ölkəyə məhz bank əməliyyatlarından külli miqdarda gəlir gətirirdi.
Bu bankların xidməti incəsənət işbazları tərəfindən xüsusilə
qiymətləndirilirdi, belə ki, məhz İsveçrə banklarında hər cür oğrular və
fırıldaqçılar oğurlanmış qiymətli əşyaları lazım gələrsə, uzun müddət,
hay-küy yatana qədər saxlaya bilirdilər. Depozit seyflər xüsusi
qanunlarla polisdən müdafiə edilirdi. Hesablara köçürülmüş pullar isə
konkret adlara deyil, rəqəmli şifrələrə bağlı idi. Oğrular oğurladıqları
əşyaların tam təhlükəsizlikdə olduğunu və onları heç kim, heç vaxt
təqib etməyəcəyini bilərək rahat yatırdılar.
Sofi maşını girişin qarşısını kəsən böyük darvazanın yanında
saxladı. Qapıların üstündə quraşdırılmış videkameralar düz onlara
baxırdı. Lenqdon özünü birtəhər hiss etdi, sanki bu kameralar Luvrdakı
videkameralardan fərqli olaraq hər şeyi görür və qeyd edirdi.
Sofi şüşəni aşağı salıb qapıya bərkidilmiş elektron lövhəyə baxdı.
Ekranda bir neçə dildə yazı vardı. Yuxarıdakı sətir ingiliscə idi:
AÇARI SALIN

189 downloaded from KitabYurdu.org


Sofi cibindən xaçlı qızıl açarı çıxardı. Ekranın aşağısında üçbucaq
şəkilli kiçik deşik vardı.
- Məncə, bizim açar uyğun gələcək, - Lenqdon dedi.
Sofi açarı deşiyə salıb onu axıra qədər itələdi. Görünür ki, açarı
burmaq lazım deyilmiş: polad qapılar dərhal aralandı. Sofi ayağını
əyləcdən çəkib ikinci darvazaya qədər sürdü. Onlar getdikdən sonra
birinci qapı dərhal bağlandı, maşın gəmi şlyuzda olduğu kimi qapalı
yerdə idi.
Lenqdonun əti ürpəşdi. Təkcə, ikinci darvazanın da açılmasına ümid
etmək qalır.
İkinci lövhədə də həmin yazı müxtəlif dillərdə yazılıb:
AÇARI SALIN
Sofi açarı saldı və darvaza dərhal açıldı. Bir neçə saniyədən sonra
onların maşını artıq yeraltı qaracda idi.
Çox da böyük olmayan qaracın içi yarıqaranlıq idi. Lenqdon uzaq
küncdə binaya girişi gördü. Boz beton döşəmədə, ilk baxışdan bütöv
metaldan düzəldilmiş kimi görünən qapıda qırmızı xalça sərilmişdi.
Xoş gəlmisiniz, kənar şəxslərə isə giriş qadağandır, Lenqdon
düşündü.
Sofi maşını qapıdan azca aralı saxlayıb mühərriki söndürdü.
- Yəqin ki, silahı burda saxlasaq yaxşıdır.
Əlbəttə, Lenqdon öz-özünə dedi və tapançanı oturacağın altına soxdu.
Onlar maşından düşüb qırmızı xalçanın üstü ilə qapıya tərəf
addımladılar. Qapının dəstəyi olmasa da, onun yanındakı divarda artıq
tanış olan üçkünc deşik görünürdü. Bu dəfə isə lövhə gözə dəymirdi.

190 downloaded from KitabYurdu.org


- Bu yalnız öz adamları üçündür, - Lenqdon dedi.
Sofi əsəbi halda güldü.
- Hə, irəli! - o, açarı deşiyə salan kimi qapı açıldı. Sofi ilə
Lenqdon bir-birinə baxıb içəri girdilər. Qapı dərhal küt tıqqıltı ilə
bağlandı.
Sürix Depozitar Bankının vestibüli Lenqdonu heyrətə saldı.
Bankların əksəriyyətində vestibüllər cilalanmış mərmərdən və
qranitdən tikilirdi, burda isə bütün divarlar metal panellər və
bərkidicilərdən ibarətdi.
Maraqlıdır, kimdir dizayner? - Lenqdon düşündü. «Ellayd stil»
poladtökmə korporasiyasımı?
Bina Sofidə də eyni təəssüratı oyatmışdı. O, ətrafa maraqla baxırdı.
Hər yerdə boz metal. Döşəmə, divarlar, qapılar, dayaqlar,
vestübildəki kreslolar belə metaldan düzəlmişdi. Heyranedici səhnədir.
Şəraitin özü sanki deyirdi: siz seyfə girmisiniz.
Dirəyin arxasında dayanmış yekəpər kişi gözlərini qaldırıb onlara
baxdı. Sonra balaca televizoru söndürdü və onları təbəssümlə
salamladı. İnkişaf etmiş əzələlərinə və qoltuğunun altında koburdakı
tapançaya baxmayaraq bütünlüklə nəzakət mücəssəməsi idi.
- Bonsoir (Axşamınız xeyir - frans.) - o dedi. - Necə kömək edə
bilərəm?
İki dildə salamlaşma bütün müasir Avropa təşkilatları və idarələri
üçün
xarakterik idi. Bu öhdəlik deyildi, sadəcə müştərilərə rahat olan dili
seçməyə imkan verirdi.

191 downloaded from KitabYurdu.org


Amma Sofi ona cavab vermədi. Sadəcə açarı dirəyin üstünə qoydu.
Kişi ona baxıb dərhal dikəldi.
- Hə, əlbəttə, buyurun. Sizin liftiniz dəhlizin sonundadır. İndii
əməkdaşı xəbərdar edərəm, o, sizi qarşılar.
Sofi başını tərpədib açarı götürdü.
- Neçənci mərtəbədir?
Mühafizəçi onu qəribə baxışlarlarla süzdü:
- Harda dayanacağını açar liftə bildirəcək.
Sofi ona baxıb gülümsədi:
- Ah, əlbəttə ki!
Mühafizə onların dalınca baxdı. O, Sofi ilə Lenqdonun liftə necə
yaxınlaşdıqlarını, açarı saldıqlarını, liftə girib gözdən itdiklərini
müşahidə etdi.
Onların arxasınca qapı bağlanan kimi əlini telefona atdı.
O, bu adamların gəlişi ilə bağlı heç kimi xəbərdar etmək istəmirdi,
heç buna ehtiyac da yox idi. Müştəri xüsusi açarla birinci qapını açan
kimi seyflərin mühafizəçisi dərhal xəbərdar olurdu.
Yox, mühafizəçi bankın növbətçisinin, gecə menecerinin nömrəsini
yığırdı. Dəstəkdə siqnal səsi eşidildi və o, dərhal televizoru yandırıb
gözlərini ekrana zillədi. Xəbərlər buraxılışı qurtarmaq üzrəydi. Nə isə,
bu mühüm deyil. O, bir də ekrana baxanda iki nəfərin iri planda
təsvirini gördü.
- Oui? - dəstəkdən menecerin səsi eşidildi.
- Burda, aşağıda ştatdankənar vəziyyət yaranıb.
- Nə baş verib?

192 downloaded from KitabYurdu.org


- Fransız polisi iki nəfəri axtarır?
- Hə, nə olsun?
- Bu adamlar indicə bizim banka girdi.
Menecer şeytana lənət oxuyub dedi:
- Yaxşı. İndi müsyö Berne ilə əlaqə saxlayaram.
Mühafizəçi dəstəyi asıb dərhal bir nömrəni də yığdı. Bu dəfə -
İnterpolu.
Lenqdon təəccübləndi: adama elə gəlirdi ki, lift qalxmır, əksinə
uçuruma düşür. Liftin qapıları açılanda, yerin altına neçə mərtəbə
endikləri haqqında onun qəti anlayışı yox idi. O, bu lənətəgəlmiş
liftdən nəhayət ki, çıxacaqlarına sevindi.
Qapılar açıldıqda onları artıq gözləyirdilər. Səliqəli, ütülənmiş
kostyumda xoş görünüşlü yaşlı kişi. O, burda yersiz kimi görünürdü -
ən müasir yüksək texnologiyalar dünyasında köhnə dəbli bank
xidmətçisi.
- Bonsoir, - kişi dedi. - Axşamınız xeyir. Xahiş edirəm, mənimlə
gəlin, sil vous plait (Buyurun -frans.) - Və cavab gözləmədən o,
çevrilib ensiz metallik dəhlizlə cəld addımladı.
Lenqdonla Sofi bir neçə dəhlizdən, kompyüterlər qoyulmuş
otaqların yanından keçdilər.
- Voici, - onların bələdçisi dedi və polad qapının yanında
dayanaraq onu açdı. - Budur, biz gəlib çatdıq.
Lenqdonla Sofi tamam başqa dünyaya doğru addımladılar. Onlar
bahalı otelin rahat qonaq otağına oxşayan kiçik otağa girdilər. Metal
əşyalar, divarlar birdən- birə yoxa çıxdı! Onların əvəzinə - qalın şərq

193 downloaded from KitabYurdu.org


xalıları, poladdan düzəlmiş qara mebel, yumşaq kreslolar. Otağın
mərkəzindəki geniş stolun üstündə olan açıq butılkanın yanında iki
büllur qədəh vardı. Onların içində şəffaf maye köpüklənirdi. Azca
aralıda qalay qəhvədandan gözəl qəhvə iyi gəlirdi.
Saat əqrəbinin əksi istiqamətində zaman dəyişməsi, Lenqdon
düşündü. Bəli, isveçrəlilər belə işlərdə ustadırlar.
Kişi onlara baxıb gülümsədi:
- Məncə, siz bura ilk dəfə gəlirsiniz?
Sofi əvvəlcə tərəddüd etdi, sonra başını tərpətdi.
- Anladım. Açarlar tez-tez nəsildən nəslə ötürülür. Bizim
müştərilərsə ilk dəfə bir az tərəddüd içində olurlar. Bu da təbiidir,
çünki onlar bizim qaydalarla hələ tanış deyillər. - o, cestlə onları stola
dəvət etdi. - Xoş gəlmisiniz, burda hər şey sizin ixtiyarınızdadır.
- Siz dediniz ki, açarlar bəzən nəsildən nəslə ötürülür? - Sofi
soruşdu.
- Bəli, bu belədir. Sizin açar - İsveçrə bankındakı hesablarla
eynidir, hesablarsa tez-tez nəsildən nəslə miras kimi ötürülür. Qızıl
külçələri və digər qiymətli əşyaların saxlanılmasına gəldikdə isə,
depozitar seyfin icarəsi üçün ən qısa müddət əlli ildir. Əvvəlcədən
ödənişlə. Biz külli miqdarda mirasın sahibi olmuş o qədər xoşbəxt
insan görmüşük ki.
- Siz, əlli il dediniz? - Lenqdon təccüblə soruşdu.
- Bu, minimal müddətdir, - kişi cavab verdi, - əlbəttə ki, siz seyfi
uzun müddətə də icarəyə götürə bilərsiniz. Amma xüsusi şərtlər nəzərə
alınmayıbsa və əlli il ərzində seyfin içindəki götürülməyibsə, onda

194 downloaded from KitabYurdu.org


əmlak məhv edilir. Sizin hücrəni açmaq üçün proseslərə başlaya
bilərəmmi?
Sofi başını tərpətdi:
- Bəli, buyurun.
Kişi rahat qonaq otağını göstərib dedi:
- Bu otaq sizin sərəncamınızdadır. Seyfin içindəkilərə burda
baxılacaq. Mən otaqdan çıxan kimi, siz seyfdə saxlanılan əmlaka
istədiyiniz qədər baxa bilər, onun yerinə dəyişə bilərsiniz. Qutu-seyfin
özü isə burdan gəlməlidir. - o, lyuk olan divara yaxınlaşıb,
aeroportlarda yükü götürmək üçün istifadə olunan konveyerə oxşar
qurğunu göstərdi. - Açarı bura salın. - o, konveyerin yanındakı böyük
elektron lövhədə onlara tanış olan üçkünc deşiyi göstərdi. - Bax bura.
Kompyüter sizin açarın uyğunluğunu təsdiq edən kimi giriş kodunu
yığın. Avtomatik olaraq aşağıda əsas seyfdə saxlanılan sizin polad
qutunuz konveyer vasitəsilə buraya ötürüləcək. Siz qurtardıqdan sonra
isə, qutunu konveyerə qoyun, yenə açarı deşiyə salın. Proses əks
istiqamətdə təkrarlanacaq. Bizdə hər şey avtomatlaşdırıldığından sizin
əmlakınızın toxunulmazlığına tamamilə zəmanət verilir. Hətta bankın
əməkdaşları müştərilərin seyfində nəyin saxlanıldığını bilmir. Əgər
daha nəsə lazım olsa yaxud hər hansı sual yaransa, onda sadəcə stlolun
üstündəki çağırış düyməsini basın.
Sofi nəsə soruuşmaq istəyirdi ki, telefon zəng çaldı. Kişi özünü
itirmiş kimi oldu.
- Üzr istəyirəm. - O, telefon qoyulmuş stola yaxınlaşdı. Dəstəyi
götürüb dedi: - Oui?

195 downloaded from KitabYurdu.org


O, dəstəyi götürüb qulaq asdı. Üz gözünü turşudub dedi:
- Oui, oui... daccord (Bəli, razılaşdıq - Frans.). Sonra dəstəyi
yerinə qoyub əsəbi halda gülümsədi: - Bağışlayın, sizi az müddətə tərk
etmək məcburiyyətindəyəm. Özünüzü evinizdəki kimi hiss edin. - Bu
sözləri deyib cəld qapıya doğru getdi.
- Bağışlayın! - Sofi onu çağırdı. - Siz getməmişdən əvvəl bir
məqamı aydınlaşdırmaq olarmı? Siz dediniz ki, biz kod yığmalıyıq?
Kişi qapının ağzında könülsüz-könülsüz dayandı. Onun sifəti
pambıq kimi ağarmışdı.
- Əlbəttə. Əksər İsveçrə banklarında olduğu kimi, bizim təşkilatda
da depozit hücrələr müştərilərin adıyla yox, nömrələrlə əlaqəlidir.
Sizin heç kimə məlum olmayan açar və nömrəniz var. Açar -
identifikasiya prosesinin bir hissəsidir. Onu şəxsi nömrə tamamlayır.
Bütün bunlar sığortalanma məqsədi daşıyır. Məsələn, əgər açarı
itirsəniz, ondan kimsə istifadə edə bilər.
Sofi çaşmışdı.
- Əgər mənim xeyirxahım nömrəni deməsə, onda necə?
Bank xidmətçisinin ürəyi həyəcanla döyündü. Bu iki nəfər
fırıldaqçıya oxşayır. Bu işdə nəsə var! O, yenə də təbəssümlə dedi:
- Belə olan halda sizin köməyinizə əməkdaşlarımızdan birini
çağıraram. O, tezliklə gələr.
Kişi arxasınca qapını örtüb, şübhəli iki nəfəri içəridə qoyaraq ağır
dəstəyi çevirdi.
Şəhərin o biri başında, Şimal vağzalının binasında olan agent
Kollenin telefonu zəng çaldı. Bu Faş idi.

196 downloaded from KitabYurdu.org


- İnterpol izə düşüb, - o dedi. - Qatarı yadından çıxart. Lenqdon və
Neve indicə Sürix Depozitar Bankının Paris şöbəsinə giriblər. Öz
adamlarına de ki, təcili ora getsinlər.
- Sonyerin Neveyə və Robert Lenqdona nə demək istədiyi barədə
təzə bir fikir varmı?
- Bax, leytenant, siz onları həbs edərsiniz, mən də bunu şəxsən
onlardan soruşaram, - Faş soyuq səslə cavab verdi.
Kolle işarəni başa düşdü.
- Akso küçəsindəki iyirmi dörd nömrəli bina. Aydındır. Baş üstə,
kapitan! - o, dəstəyi asıb ratsiya vasitəsilə öz adamlarını axtardı.
XLIII FƏSİL
Sürix Depozitar Bankının Paris şöbəsinin prezidenti Andre Berne
bankın üstündə olan gözəl mənzildə yaşayırdı. Rahatlığa və məxməri
mebellərin çoxluğuna baxmayaraq o, ryu-Sen-Lui-an-Lildə malikanə
yaxud mənzil alıb dahi şəxsiyyətlərlə ünsiyyətdə olmağı həmişə
arzulamışdı. Burda isə, yalnız darıxdırıcı və yaramaz varlıqlarla
rastlaşa bilərdin.
Təqaüdə çıxıb, evin anbarını burqund şərabları ilə dolduraram,
salonu Fraqonarın və Buşinin rəsmləri ilə bəzəyərəm, Berne öz-özünə
deyirdi. Günlərimi nadir antikvar mebel və latın məhəlləsində kitab
axtarışına həsr edərəm.
Bu gün Berneni yatmağa qoymadılar. Oyatdılar və altı dəqiqə yarım
sonra artıq o, bankın yeraltı dəhlizi ilə addımlayırdı və elə görünürdü
ki. sanki şəxsi dərzisi ilə parikmaxeri onun xarici görkəmi ilə ən azı bir
saat məşğul olub. Onun əynində ipəkdən qəşəng kostyum vardı. Bu

197 downloaded from KitabYurdu.org


azmış kimi, mənzildən çıxmamışdan qabaq Berne ağzına
nəfəstəzələyici püskürməyi və qalstukunu bağlamağı yaddan
çıxarmamışdı. O, gecənin ortasında dünyanın müxtəlif yerlərindən
banka gələn müştərilərlə çox görüşmüşdü. Yuxudan tez oyanmaq
bacarığını, yuxudan ayıq vəziyyətə ani olaraq keçmək və bu zaman
tam döyüşə hazır olmaq qabiliyyəti ilə məşhurlaşmış Afrika qəbiləsi
olan masay döyüşçülərindən öyrənmişdi.
Döyüşə hazıram, Berne düşündü və bu gün belə müqayisənin
xüsusilə yerində olduğunu anladı. Qızıl açarlı müştərilərin gəlişi
bankın əməkdaşlarından həmişə yüksək diqqət tələb edirdi. Amma
qızıl açarlı, üstəlik də fransız məhkəmə polisinin axtardığı müştərilərin
banka gəlişi fövqəladə dərəcədə diqqət tələb edən incə vəziyyət
yaradırdı. Bank öz müştərilərinin anonimlik hüququnu müdafiə edərək
məhkəmə ilə az döyüşməmişdi, baxmayaraq ki, bu müştərilərin bəzisi
cinayətkar idilər.
Cəmi beş dəqiqə, Berne düşündü. Polis gələnə qədər bu adamları
bankdan çıxarmaq üçün mənim cəmi beş dəqiqəm var.
Əgər o tələssə, arzuolunmaz nəticələrdən asanlıqla qaçmaq olar. O,
Berne, polisə deyəcək ki, bəli, bu adamlar doğrudan da banka
gəlmişdilər, amma onlar müştəri deyildilər və rəqəmli giriş kodları yox
idi. Buna görə də onları geri qaytardılar, lənət şeytana, girişdəki
növbətçi İnterpola nə üçün zəng edib? Yəqin ki, konfidensiallığa riayət
etmək bu tipin qaydalarına daxil deyil, amma saatda on beş avro maaş
alır!
Berne qapının yanında dayanıb dərindən nəfəs aldı. Sonra

198 downloaded from KitabYurdu.org


dodaqlarında təbəssüm yaradıb isti külək kimi otağa girdi.
- Axşamınız xeyir, - o, müştəriləri salamladı, - mən Andre
Berneyəm. Necə kömək e... - sözün yarısı boğazında ilişib qaldı. Onun
qarşısında duran bu qadının, onu burda, özü də belə vəziyyətdə
görəcəyini heç vaxt düşünməmişdi.
- Bağışlayın, biz sizinlə tanışıq ki? - Sofi soruşdu. O, bankiri
tanımırdı, amma bankir ona elə baxırdı ki, sanki kabus görürdü.
- Yox. - Berne çətinliklə dilləndi. - Mən. e-e. yox, biz tanış
deyilik. - o, dərindən nəfəs alıb yenə gülümsündü. - Mənim köməkçim
dedi ki, sizdə qızıl açar var, amma hesab nömrəsi yoxdur? Deyə
bilərsinizmi, bu açarı necə əldə etmisiniz?
- Onu babam saxlayıb mənə, - Sofi baxışlarını bankirdən
çəkməyərək dedi. Bankirsə getdikcə əsəbləşirdi.
- Necə? Babanız açarı sizə verib, nömrəni isə deməyib?
- Onun buna sadəcə vaxğı olmayıb, - Sofi dedi. - Bilirsiniz, o bu
gün axşam öldürülüb.
- Cak Sonyer ölüb?! - Onun gözlərində qorxu vardı. - Amma.
necə?
- Siz babamı tanıyırdınız?
Bankir Andre Berne müvazinətini saxlamaq üçün stolun kənarına
söykəndi.
- Mən Cakla yaxın dost idim. Bu nə vaxt baş verib?
- Bu gün axşam, bir neçə saat əvvəl. Luvrda.
Berne yumşaq dəri kresloya yaxınlaşıb özünü ora atdı.
- Mən sizin hər ikinizə vacib bir sual vermək istəyirəm. - o,

199 downloaded from KitabYurdu.org


əvvəlcə Lenqdona, sonra Sofiyə baxdı. - Sizlərdən hər hansınızın onun
ölümü ilə əlaqəsi varmı?
- Yox! - Sofi ucadan dedi. - Qətiyyən.
Bernenin sifəti tutulmuşdu. Bir az susduqdan sonra dedi: - İnterpol
sizin şəkillərinizi yayıb. Sizi buna görə tanıdım. Siz qətl törətməkdə
günahlandırılırsınız.
Sofini soyuq tər basdı. Deməli, Faş İnterpola müraciət edib?
Görünür, kapitan bu işdə daha çox maraqlıdır. O, Lenqdonun kim
olduğunu və Luvrda nə baş verdiyini qısaca Berneyə izah etdi.
Bankir təəccübləndi.
- Deməli, babanız öləndə sizə mister Lenqdonu tapmaq barədə
ismarıc saxlayıb?
- Bəli. Bir də bu açarı. - Sofi qızıl açarı Bernenin qarşısındakı
curnal stolunun üstünə qoydu.
Berne açara baxdı, lakin ona toxunmadı.
- O, yalnız bu açarı sizə saxlayıb? Başqa heç bir şey? Nə kağız
parçası, nə bir vərəq?
Sofi muzeyi tələsik tərk etdiyini anlayırdı, amma əmin idi ki,
«Madonna mağarada» rəsminin arxasında gizlədilmiş açardan başqa
heç bir şey yox idi.
- Yox. Təkcə açar.
Berne əlacsız-əlacsız ah çəkdi:
- Açarı giriş kodu kimi onrəqəmli ədəd tamamlayır. Bu rəqəmlər
olmadan sizin açarın əhəmiyyəti yoxdur.
On rəqəm. Sofi tez fikrində götür-qoy etdi. Mümkün olan on

200 downloaded from KitabYurdu.org


milyard variant. Əgər şifrəaçan şöbədə paralel olaraq bütün güclü
kompüterləri işə cəlb etsək, kodu tapmaq üçün həftələrlə vaxt lazımdır.
- Başa düşürəm, müsyö. Sadəcə biz fikirləşmişdik ki, siz kömək
edə bilərsiniz.
- Təəssüf ki, heç bir şey edə bilmərəm. Bizim müştərilər giriş
qadağan olunmuş terminaldan rəqəmləri özləri yığır. Bu isə o
deməkdir ki, nömrələr yalnız onların özünə və bir də kompüterə
məlumdur. Bu yolla bizim bankda tam anonimlik təmin olunur. Həm
də əməkdaşlarımızın təhlükəsizliyi.
Sofi hər şeyi anlayırdı. İri ərzaq mağazalarında da eyni sistemlə
işləyirdlilər.
ƏMƏKDAŞLARI SEYFLƏRİ AÇA BİLMƏZLƏR. Bank risk
etmək istəmirdi. Axı kimsə açarı oğurlayıb, sonra bankın
əməkdaşlarını girov götürərək onları nömrəni deməyə məcbur
edərdilər.
Sofi Lenqdonla yanaşı oturdu, açara, sonra Berneyə baxdı.
- Siz, heç olmasa, təxminən bilirsiniz ki, babam bankınızda nə
saxlaya bilərdi?
- Mən qətiyyən heç bir şey bilmirəm. Bu bankın nizamnaməsinə
zidd olardı.
- Müsyö Berne, - Sofi dedi. - Bizim vaxtımız azdır. İcazə Verin,
sizinlə tam açıq danışım, - Bu sözləri deyib Sofi açarı elə çevirdi ki,
bankir Sion Prioratının möhürünü görə bilsin. - Açarın üstündəki bu
simvol sizə nəsə deyirmi?
Berne heraldik zanbaq təsvirinə baxdı. Onun üzündən heç bir ifadə

201 downloaded from KitabYurdu.org


oxunmurdu.
-Yox. Bizim müştərilərin əksəriyyəti öz açarlarını devizlərlə, yaxud
inisiallarla bəzəyirlər.
Sofi gözünü ondan ayırmayaraq ah çəkdi.
- Bu möhür - «Sion Prioratı» adı ilə məlum olan gizli cəmiyyətin
simvoludur.
Yenə də Bernenin ifadəsiz üzü heç bir reaksiya vermədi.
- Bu haqda mənə heç nə məlum deyil. Bəli, biz babanızla dost
idik, amma əsasən biznes barədə söhbətlər edərdik. - O, qalstukunu
düzəltdi. Bu adamın gərginlik keçirdiyi ilk baxışdan bəlli idi.
- Müsyö Berne, - Sofi ona təzyiq etməyə davam etdi. - babam bu
gün zəng edib mənə dedi ki, bizi böyük təhlükə gözləyir. Dedi ki,
mənə nəsə çatdırmaq istəyir. Bu açarı mənə saxlayıb. İndi isə o ölüb.
Sizin verəcəyiniz istənilən informasiya çox mühüm ola bilər.
Bernenin alnında xırda tər damcıları göründü.
- Siz bu binadan çıxmalısınız. Polis tezliklə bura gələcək. Girişdə
işləyən mühafizəçi İnterpola xəbər verməyi özünə borc bilib.
Sofi də həyəcanlanmışdı. Amma bir dəfə də cəhd etməyi lazım bildi:
- Babam dedi ki, mənə ailəmiz haqqında həqiqətləri danışmalıdır.
Bəlkə, onun nə demək istədiyi sizə məlumdur?
- Mademuazel, sizin ailəniz avtomobil qəzasında həlak olub. O
vaxt siz kiçik qız idiniz. Allah rəhmət eləsin. Mən bilirəm ki, Cak sizi
çox sevirdi. Bir neçə dəfə mənə demişdi ki, sizin onunla
görüşməməyinizə çox təəssüflənir.
Sofi necə cavab verəcəyini bilmirdi.

202 downloaded from KitabYurdu.org


- Deyin, - Lenqdon soruşdu, - necə fikirləşirsiz, seyfin
içindəkilərin Sanqrilə aidiyyatı varmı?
Berne ona təəccüblə baxdı.
- Sizin nə dediyinizi qətiyyən anlamıram. - Bernenin mobil
telefonu zəng çaldı, o, aparatı kəmərindən açıb götürdü. - Oui? - o,
qulaq asırdı və onun üzündəki ifadə get-gedə sərtləşirdi. - La police? Si
rapidement? (A? Polis? Belə tez? -frans.) - o, sakitcə dilinin altında
söyüb fransızca əmrlər verdi və əlavaə etdi ki, bir dəqiqədən sonra
vestibuldə olacaq.
Telefonu bağladıqdan sonra Berne Sofiyə dedi:
- Polis həmişəkindən tez reaksiya verib. Biz burda danışarkən
onlar gəliblər.
Amma Sofi qətiyyən əliboş qayıtmaq istəmirdi.
- Onlara deyin ki, biz indi gələcəyik. Əgər bankda axtarış aparmaq
istəsələr order tələb edin. Bu, bir az vaxt aparacaq.
- Qulaq asın, - Berne dedi, - Cak mənim dostum idi. Bundan
başqa, bizim bank hakimiyyət tərəfindən təzyiqə yol verməz. Məhz bu
iki səbəbə görə mənim ərazimdə sizin həbs olunmağınıza imkan
vermərəm. Mənə bir dəqiqə vaxt verin ki, sizin burdan necə
çıxmağınızın yolunu tapım. Həm də, belə qalmaqallı hadisədə mənim
iştirakım qətiyyən yolverilməzdir. - O, ayağa qalxıb tələsik qapıya
doğru addımladı. - Burda qalın. Mən bir neçə tapşırıq verib qayıdacam.
- Amma bizim seyfimiz, - Sofi etiraz etdi. - Biz onsuz heç cür
gedə bilmərik.
- Bu barədə mən sizə kömək edə bilmərəm, - Qapıya yaxınlaşan

203 downloaded from KitabYurdu.org


Berne cavab verdi, - Bağışlayın.
Sofi bir neçə anlığa örtülən qapıya baxaraq fikirləşdi ki, bəlkə,
babası hesab nömrəsini onun açıb oxumadığı hansısa məktubda yazıb.
Birdən Lenqdon cəld ayağa qalxdı, onun gözləri parıldayırdı.
- Robert, siz nəyə gülürsünüz?
- Sizin babanız əsil dahidir!
- Bağışlayın, anlamadım!
- On rəqəm!
Sofi onun nə dediyini heç cür anlaya bilmirdi.
- Hesab nömrəsi, - Lenqdon dedi və sevinclə gülümsədi. - Yüz faiz
əminəm ki, babanız bunu bizə saxlayıb.
- Harda?
Lenqdon cinayət yerindən çəkilmiş şəkli çıxarıb curnalı stolunun
üstünə qoydu. Sofi birinci sətri görən kimi Lenqdonun haqlı olduğunu
anladı.
13-3-2-21-1-1-8-5
Div nar idol an od iç!
O zalim an!
P.S.Robert Lenqdonu tapmalı.
XLIV FƏSİL
- On rəqəm... - Sofi gözlərini şəkildən çəkməyərək mızıldandı.
13-3-2-21-1-1-8-5
Babam hesab nömrəsini Luvrun döşəməsinə yazıb!
Döşəmədə yazılmış Fibonaççi ardıcıllığım ilk dəfə görəndə o,
qərara gəlmişdi ki, babasının yeganə məqsədi kriptoqrafiya şöbəsinin

204 downloaded from KitabYurdu.org


diqqətini cəlb etmək və beləliklə, təhqiqatda Sofinin də iştirakına şərait
yaratmaq olmuşdur. Sonra o, rəqəmlərin sonrakı sətirləri deşifrə etmək
üçün açar olduğunu anlamışdı. bu, rəqəmli anaqramdan başqa bir şey
deyil. İndii isə o, bu rəqəmlərin daha böyük məna kəsb etdiyini
görürdü. Bu rəqəmlər seyfi açan son açardır.
- O, ikiqat tapmacaların ustası idi, - Sofi Lenqdona dedi. - Çoxlu
və gizli mənaları olan hər şeydən xoşu gəlirdi. Kodun içində kod.
Lenqdon artıq konveyer lentinin yaxınlığında olan elektron lövhəyə
tərəf gedirdi. Sofi şəkli götürüb onun dalınca qaçdı.
Lövhənin altında bankın girişindəkinə oxşar deşik vardı. Ekranda
bankın xaçşəkilli loqotipi görünürdü. Sofi vaxtı boş yerə itirmək
istəmirdi deyə, açarı üçkünc deşiyə saldı. Ekran dərhal canlandı.
HESAB NÖMRƏSİ
Kursorun oxu yanıb söndü. Pauza. On rəqəm. Sofi şəkildəki
rəqəmləri bərkdən oxumağa başladı. Lenqdonsa onları kompüterə
yazdı.
HESAB NÖMRƏSİ 1332211185
O, axırıncı rəqəmi yazmışdı ki, ekran yenidən canlandı. Orda bir
neçə dildə mətn yazılmışdı. Yuxarı sətir ingiliscə idi.
EHTİYATLI OLUN
ENTER klavişini basmazdan əvvəl, buyurun, hesab nömrəsinin
düzgün yığılıb- yığılmadığını yoxlayın.
Kompüter imtina etsə, sizin əşyalarınızın təhlükəsizliyindən ötrü
sistem avtomatik olaraq qapanacaq.
- Bəli, bu funksional terminatordur, - Sofi dedi, - Biz yalnız bir

205 downloaded from KitabYurdu.org


dəfə cəhd edə bilərik.
Bank kartlarının sahibləri pin-kodu yığmaq üçün adətən üç dəfə
cəhd edə bilərlər. Ona görə də bu maşın adi bankomatlara az oxşayırdı.
- Hər şey düzdür, - deyə Lenqdon yığılmış nömrələri şəkildəki
nömrələrlə tutuşdurdu. Və ENTER klavişini barmağı ilə göstərdi. - Hə,
cəsarətli ol!
Sofi şəhadət barmağını klavişə yaxınlaşdırıb, dərhal da geri çəkdi.
Onun ağlına qəribə fikir gəlmişdi.
- Tez olun! - Lenqdon təkid etdi. - Berne tezliklə gələcək.
- Yox, - Sofi əlini çəkdi, - Bu o, nömrə deyil.
- Əlbəttə, odur! On rəqəm. Daha nə lazımdır.
- Çox qarmaqarışıq rəqəmlərdir.
Çox qarmaqarışıq? Lenqdon onunla qətiyyən razı deyildi. Bütün
banklarda müştərilərə məsləhət görürlər ki, pin-kod kimi qarmaqarışıq
nömrələr seçsinlər ki, heç kim bunları tapa bilməsin. Onda qalmış,
buranın qiymətli əşyalar saxlayan müştəriləri ola.
Sofi kompüterdə yığılmış nömrələri silib ona baxdı:
- Burdakı rəqəmləri ixtiyari olaraq götürüb Fibonaççi ardıcıllığını
almaq çətin ki, təsadüf olsun.
Lenqdon onun sözləri ilə razılaşmaya bilməzdi. Elə bu axşam, bir az
əvvəl Sofi rəqəmlərin yerini dəyişdirib heç bir məna kəsb etməyən
Fibonaççi ardıcıllığını almışdı. Yəqin ki, bunu başqaları da düşünüb
tapa bilərdilər.
Sofi klaviaturaya yaxınlaşıb rəqəmləri başqa qaydada yığmağa başladı.
- Sizə çox şey deyəcəm. Babamın müxtəlif simvol və kodlara

206 downloaded from KitabYurdu.org


marağını nəzərə alsaq, o, elə nömrələri seçməliydi ki, onları asanlıqla
yadda saxlaya bilsin, - Sofi sətri yazıb gülümsədi. - O, ilk baxışda
qarmaqarışıq görünən rəqəmləri seçməliydi... Amma əslində iş başqa
cürdür.
Lenqdon ekrana baxdı.
HESAB NÖMRƏSİ 1123581321
O, dərhal başa düşdü ki, Sofi haqlıdır.
Fibonaççi ardıcıllığı
1-1-2-3-5-8-13-21
Əgər Fibonaççi ardıcıllığını adi rəqəmlərə çevirsək, o praktiki
oalraq anlaşılmaz hala düşəcək. Yadda saxlamaq asandır, lakin ilk
baxışdan rəqəmlər necə gəldi seçilmiş kimi görünəcək. Sonyerin heç
zaman unutmayacağı dahiyanə rəqəmli kod. Bundan başqa o, Luvrun
döşəməsinə yazılmış rəqəmlərin niyə asanlıqla məşhur ardıcıllığa
çevrilə biləcəyini tamamilə izah edirdi. Sofi əyilib ENTER klavişini
basdı.
Heç bir nəticə yox.
Bu an onların altında, bankın yerin altındakı zirzəmisində robot
hərəkətə gəldi. O, dırnaqlı polad pəncəyə oxşayırdı. Budur,
transportyorun üstündə hərəkət edən pəncə ona verilmiş koordinatı
axtarmağa başladı. Aşağıda, düz onun altında, beton döşəmədə
minlərlə bir-birinə oxşar plastik yeşiklər vardı. Sanki yeraltı sərdabədə
miniatür qəbirlər idilər.
Budur, transportyor öz pəncəsini lazımi yerə apardı, dırnaqlarını
aşağı saldı, elektrik göz qutunun üstünə yazılmış kodu yoxladı. Sonra

207 downloaded from KitabYurdu.org


dırnaqlar cəld və sürətlə ağır əşyadan yapışıb onu yuxarı qaldırdı.
Ötürücü mexanizm hərəkətə gəldi və pəncə qutunu zirzəminin o biri
küncünə apardı. Sonra stasionar konveyer lentinin üstündə dayandı.
Ehtiyatla qutunu lentin üstünə qoydu və kənara çəkildi. Pəncə
dayanan kimi konveyer hərəkətə gəldi.
Yuxarıda oturmuş Sofi ilə Lenqdon konveyer lentinin hərəkət
etdiyini görüb dərindən nəfəs aldılar. Onlar konveyerin yanında
duraraq özlərini yük gözləyən, amma onunla nə edəcəklərini bilməyən
səyahətçilər kimi hiss edirdilər.
Konveyerin lenti otağın sağ tərəfindəki qapının altında olan və enib-
qalxan yarığdan içəri daxil oldu. Budur, qapı yuxarı qalxdı və lentin
üstündə qalın plastikdən hazırlanmış qara rəngli qutu göründü. Qutu,
onların gözləmədiyi qədər, böyük idi. Ev quşları üçün düzəldilmiş
evciyə oxşayırdı, yalnız hava üçün deşiyi yox idi.
Qutu onların qarşısına çatanda konveyer dayandı.
Sofi ilə Lenqdon bu sirli qutuya baxaraq susb dayanmışdılar.
Bankdakı başqa qutular kimi bu qutu da «industrial» stildə
hazırlanmışdı: dəmir siyirmələr, ağır metaldan dəstək, üstündə şifrəli
rəqəmlər olan lövhə. Sofi onu alətlər yığılmış nəhəng yeşiyə oxşatdı.
O, vaxt itirmədən qutuya yaxınlaşıb siyirmələri çəkdi. Sonra
Lenqdonu işarə ilə çağırdı. O da yaxınlaşdı və birlikdə ağır örtüyü
qaldırdılar. Bir addım irəli gəlib qutunun içinə baxdılar.
İlk anda Sofiyə elə gəldi ki, qutu boşdur. Sonra nəsə bir şey gördü.
Lap küncdə. Cəmi bircə əşya.
Cilalanmış ağacdan olan ayaqqabı qutusu boyda mücrü. Tünd

208 downloaded from KitabYurdu.org


rəngli, düyünlü ağacdan hazırlanmış mücrü. Qızılgül kolu, Sofi anladı.
Babamın sevimlisi. Qapağın üstündə incə şəkildə qızılgül təsviri
işlənib. Onlar bir-birinə baxdılar. Sofi əyilib mücrünü götürdü.
İlahi, nə qədər ağır imiş!
O, ehtiyatla mücrünü stolun üstünə qoydu. Lenqdon yaxınlaşıb
onunla yanaşı durdu və Sofinin babasının onlara əmanət qoyduğu
mücrüyə baxdı.
Robert qapağın üstündəki rəsmə heyrətlə baxırdı: beşləçəkli
qızılgül. O, bunu neçənci dəfəydi ki, görürdü:
- Beşləçəkli qızılgül, - o mızıldadı, - Qraal piyaləsini anladan
Priorat simvolu.
Sofi gözlərini qaldırıb ona baxdı. Lenqdon onun nə haqda
düşündüyünü anladı.
O da bu barədə fikirləşirdi. Mücrünün ölçüsü, onun ağırlığı, qapağın
üstündəki Priorat simvolu - bütün bunlar bir nəticəyə gətirib çıxarırdı.
Bu mücrüdə Məsihin piyaləsi saxlanılır. Və Lenqdon növbəti dəfə öz-
özünə xatırlatdı ki, bu sadəcə mümkün deyil.
- Ölçülər uyğun gəlir, - Sofi pıçıldadı, - piyalə bura yerləşə bilər.
Amma bu, piyalə ola bilməz!
Sofi mücrünü açmaq üçün özünə tərəf çəkdi. Onu yerindən
tərpətmişdi ki, gözlənilməz bir şey baş verdi. Mücrünün içində nəsə
luqquldadı.
Lenqdon heyrətləndi. Onun içində maye var?...
- Siz eşitdiniz? - Sofi soruşdu.
Lenqdon başını tərpətdi:

209 downloaded from KitabYurdu.org


- Maye.
Sofi əlini uzadıb ehtiyatla siyirməni çəkdi və qapağı qaldırdı.
Lenqdon mücrüdə olan əşyaya oxşar bir şey heç zaman görməmişdi.
Amma, bir şey dərhal aydınlaşdı. Mücrüdəki qətiyyən Məsihin piyaləsi
deyildi.
XLV FƏSİL
- Polis küçəni mühasirəyə alıb, - Andre Berne otağa girərək dedi. -
Sizin burdan çıxmanız çətin olacaq. - Qapını örtdükdən sonra
transportyor lentinin üstündə ağır plastik qutunu görən Berne
yerindəcə donub qaldı. Deməli, onlar Sonyerin seyfini aça biliblər.
Sofi ilə Lenqdon stolun yanında durub qiymətli daş-qaş üçün
düzəldilmiş mücrüyə oxşayan əşyaya baxırdılar. Sofi dərhal qapağı
örtdü.
- Görürsünüz, biz axır ki, hesab nömrəsini öyrənə bildik, - o dedi.
Bernenin dili tutulmuşdu. Bu vəziyyət tamamilə hər şeyi
dəyişdirirdi. O,
gözlərini mücrüdən çəkib nə edəcəyini düşündü. Mən onları bankdan
çıxarmağa borcluyam! Amma polisin bütün yolları bağladığı nəzərə
alınsa, bircə yol qalır.
- Mademuazel Neve, əgər mən sizin bankdan çıxmağınıza kömək
etsəm, bu əşyanı özünüzlə götürəcəksizmi? Yoxsa onu burda
saxlamağınız daha yaxşı olardı?
Sofi əvvəlcə Lenqdona, sonra Berneyə baxdı.
- Biz onu mütləq aparmalıyıq.
Berne başını tərpətdi:

210 downloaded from KitabYurdu.org


- Çox yaxşı. Onun içində nəyin olmasına baxmayaraq, düşünürəm
ki, onu pencəyə büksəniz yaxşı olar. Qoy, bizim əməkdaşlarımız heç
nə görməsinlər.
Lenqdon pencəyini çıxartdı, Berne konveyer lentinə yaxınlaşıb boş
yeşiyi bağladı və kompüterə bir neçə komanda verdi. Lent hərəkətə
gəlib yeşiyi əks tərəfə, zirzəmiyə apardı. Deşikdən qızıl açarı çıxarıb
onu Sofiyə uzatdı, sonra çıxışı göstərib dedi:
- Bura buyurun. Və xahiş edirəm tələsin.
Yük liftində vestibullə qonşu olan tikiliyə qalxan Berne ilə qaçanlar
yeraltı qaracda işıq şüaları gördülər - polislər ətrafı axtarırdı. Berne
qaşlarını çatdı. Bəlkə, pandusa çıxışı da bağlayıblar. Onları burdan
çıxarmaq mümkün olmasa, necə?
Bunu düşündükcə canına üşütmə gəlirdi.
Belə olduqda o, əli ilə bankın zirehli-furqon maşınını göstərdi. Sürix
Depozitar Bankı belə maşınlarla da xidmət göstərirdi.
- Yük yerinə girin, - o, göstəriş verdi. Arxa qapını açıb onları içəri
dəvət etdi. - Mən indi qayıdacam.
Sofi ilə Lenqdon maşina girdilər, Berne isə gözətçi köşkünə tərəf
qaçdı. İçəri girib zirehli maşının açarını, sürücünün gödəkçəsini və
papağını götürdü.
Gödəkçəni elə kostyumun üstündən də geyinməyə başladı. Sonra
birdən koburu gördü. Geri qayıdanda sürücünün xüsusi dirəkdən
asılmış tapançasını götürüb onu kobura qoydu və gödəkçənin bütün
düymələrini bağladı. Maşina qayıdan Berne papağı alnına basıb Sofi
ilə Lenqdona baxdı.

211 downloaded from KitabYurdu.org


- Bəlkə, sizə lazım oldu, - deyə Berne maşının tavanındakı
düyməni basıb lampanı yandırdı, - Əyləşsəniz, yaxşı olar. Qapıdan
çıxana qədər sakit dayanın.
Sofi ilə Lenqdon metal döşəmədə oturdu. Lenqdon pencəyə
bükülmüş mücrünü sinəsinə tərəf sıxdı. Berne arxa qapıları bağlayıb
sükanın arxasına keçdi və mühərriki işə saldı.
Zirehli maşın hərəkətə gəldi və Berne papaq örtmüş alnının
tərlədiyini hiss etdi. İrəlidən işıq gəlirdi, o, bu qədər polisin buraya
yığışacağını gözləmirdi. Budur, daxili qapılar açıldı. Berne qapıdan
keçdikdən sonra, maşını saxladı ki, qapılar yenidən bağlansın. Sonra
maşını ikinci qapıya tərəf sürdü. Qapılar açıldı. Hər şey qaydasında idi.
İrəlidə yalnız bir polis maşını görünürdü.
Berne alnının tərini silib maşını irəli sürdü.
Polis maşınından uzunboylu zabit çıxıb maşını saxlamağı əmr etdi.
Bankın binasının qarşısında dörd polis avtomobili dayanmışdı.
Berne maşını saxladı. Papağını gözünün üstünə basıb üzünə acıqlı
ifadə verdi. Sonra qapını açıb maşından düşmədən yuxarıdan aşağıya
agentə baxdı. Zabit onu şübhə ilə süzdü.
- Qu est - ce qui see passe? (Nə olub? - frans.) - Berne qəsdən
kobud tonla soruşdu.
- Ce suis Cerome Collet - agent özünü təqdim etdi. - Lieutenant
Police Cudiciaire. - Və əli ilə furqonu göstərdi: - Qu est ce qu il ya la
dedans? (Mən Cerom Kolleyəm. Məhkəmə polisinin leytenantı.
Maşında nə aparırsınız?-frans.)
- Mən hardan bilim, - cavabında Berne kobudca dilləndi. - Mən

212 downloaded from KitabYurdu.org


yalnız sürücüyəm.
Bu sözlər, deyəsən, Kolleyə elə də təsir etmədi.
- Biz iki cinayətkarı axtarırıq.
Berne güldü:
- Onda siz lap ünvana gəlmisiniz. Mən işlədiyim yerdə bəzilərinin
o qədər pula var ki, onlar yəqin, cinayətkardırlar.
Agent Robert Lenqdonun böyüdülmüş fotoşəklini ona göstərdi.
- Bu adam bu gün sizin bankınızda olubmu?
Berne çiyinlərini çəkdi:
- Mən hardan bilim?.. Məni müştərilərin yaxınına belə
buraxmırlar. Sizə içəri girib bunu növbətçidən öyrənsəniz yaxşı olar.
- Axı, sizin rəhbərliyiniz axtarış üçün order tələb edir. Order olsa
içəri girə bilərik.
Berne sifətini turşutdu:
- Yaramaz bürokratlar! Yox, mənə daha heç nə deməyin, yoxsa
özümdən lap çıxacam.
- Xahiş edirəm, göstərin, sizin maşında nə var? Arxa qapını açın.
Berne gözlərini bərəldib güldü:
- Açım? Siz elə bilirsiniz, açarlar məndədir? Məgər onlar bizə
etibar edirlər? Heç bilirsiniz, mənə nə qədər maaş verirlər? Qəpik-
quruş!
Agent başını yana əyib şübhə ilə baxdı:
- Deyirsiniz, maşının açarı sizdə yoxdur?
Berne başını yırğaladı:
- Maşını işə salan açar var, yük yerinin açarı isə yoxdur. Furqonu

213 downloaded from KitabYurdu.org


yüklədikdən sonra, onu hələ içəridəykən möhürləyirlər. Sonra isə,
sürücü maşını lazım olan yerə sürür, yükü boşaldanda isə maşını
başqaları açır. Burdan çıxmamışdan qabaq, alıcıya zəng edib onda
açarın olub-olmadığını öyrənirik. Bundan sonra maşını sürməyə icazə
verirlər. Bir saniyə də tez olmaz. Ona görə də, mən nə apardığımı heç
zaman bilmirəm.
- Bəs, bu maşının yükünü nə vaxt möhürləyiblər?
- Yəqin ki, bir neçə saat əvvəl. Mən isə Sen-Turiala qədər maşını
sürməliyəm. Yükün açarı ordadır.
Agent cavab vermədi. Gözlərini Berneyə elə zilləmişdi ki, sanki
onun gizli fikirlərini oxumağa çalışır. Bernenin brnudan tər damcısı
sürüşürdü.
- İcazə verirsiniz gedim? - o soruşdu və burnunu qolu ilə sildi. -
Yol uzaqdır, vaxtsa keçir.
- Sizin bütün sürücüləriniz «Roleks» saatı vurur? - Kolle birdən
soruşdu və Bernenin biləyini göstərdi.
Berne onun baxışlarının zilləndiyi yerə baxıb, kombinezonun
altındakı bahalı saatının qolbağısının parıldadığını görüb dəhşətə gəldi:
Merde!
- Bu zibili deyirsiz? Sen-Cermen-d-Pre küçəsində alver edən bir
tayvanlıdan iyirmi avroya almışam. Sizə qırx avroya sata bilərəm.
Agent bir qədər də tərəddüd etdikdən sonra, nəhayət, təslim oldu.
- Yox, sağ olun, lazım deyil. Yaxşı yol.
Furqon bankın binasından ən azı əlli metr aralanmayınca Berne
nəfəsini də dərmədi. Hə, indi onun qarşısında başqa bir problem var.

214 downloaded from KitabYurdu.org


Onun yükü. Bu adamları hara aparmalı?
XLVI FƏSİL
Saylas otağın ortasındakı kətan döşənəcəyin üstündə üzüquylu uzanıb
kürəyindəki təzə yaraların qurumasını gözləyirdi. Bugünkü özünü
qamçılama və nəfsi öldürmə proseduru onu yormuşdu. Başı fırlanırdı.
O, hələ ucluqlu sarğını açmamışdı və budundan qan axdığını hiss
edirdi. Amma o, özünə bəraət qazandıra bilmirdi, buna görə də sarğını
açmağa tələsmirdi.
Mən Kilsəni pis vəziyyətdə qoydum.
Ən pisi isə, mən yepiskopun özünü çıxılmaz vəziyyətdə qoymuşam.
Bu gün yepiskop Arinqarosa üçün xüsusi gündür. Beş ay əvvəl
yepiskop Vatikan observatoriyasındakı görüşdən qayıtmışdı. Və orda
nəsə öyrənmişdi deyə, çox dəyişilmişdi. Bir neçə həftə depressiyada
olmuş, sonra yenilikləri Saylasla bölüşmüşdü.
- Amma bu, mümkün deyil! - Saylas ucadan dedi. - Mən inanmaq
istəmirəm.
- Bu həqiqətdir, - Arinqarosa dedi. - Müəmmalı görünsə də, bu əsil
həqiqətdir. Cəmisi altı aydan sonra.
Yepiskopun sözləri Saylası xeyli qorxutdu. O, yepiskop üçün çox
dua etdi, amma hətta bu, qara günlər belə onun Allaha və «Yol»a
inamını sarsıtmadı. Yalnız bir aydan sonra o, başlarının üstünü almış
qara buludların möcüzəli şəkildə dağıldığını öyrəndi və yenə də irəlidə
ümid işıqları göründü.
İlahi müdaxilə-Arinqarosa bunu belə adlandırdı.
Yepiskop uzun müddət idi ki, ilk dəfə gələcəyə qorxusuz baxırdı.

215 downloaded from KitabYurdu.org


- Saylas, - o pıçıldadı, - Allah öz mərhəmətini bizdən əsirgəmədi,
«Yol»u müdafiə etməyə imkan verdi. Dünyada olan bütün savaşlar
kimi, bizim savaşımız da qurbanlar tələb edir. Sən Yaradanımızın
əsgəri olmağa hazırsanmı?
Saylas, ona yeni həyat verən insanın, yepiskop Arinqarosanın
qarşısında diz çöküb dedi:
- Mən, Çobanımızın sürüsündə yalnız qoyunam. Ürəyin hara
istiəyir, məni apar. Mən gedərəm.
Arinqarosa onun qarşısında açılan bütün imkanları təsvir etdikdə,
Saylas tamamilə əmin oldu ki, bu, Allahın təqdiri və əməlidir.
Möcüzəli tale! Arinqarosa onunla bu planı irəli sürən adam arasında
əlaqə yaratdı. Adam özünü Ustad adlandırmağa üstünlük verirdi.
Saylas Ustadı bircə dəfə də olsun görməmişdi.
Yalnız telefonla danışmaqlarına baxmayaraq o, Ustada pərəstiş edir,
onun inamının möhkəmliyindən, hər yerə yayılmış hakimiyyətinin
genişliyindən heyran olurdu. Saylasa elə gəlirdi ki, Ustad hər şeyi bilir,
onun hər yerdə gözü və qulağı var. Onun bu informasiyaları hardan
aldığını Saylas bilmirdi, amma Arinqarosa da Ustada çox inanırdı və
bu inamı Saylasa da təlqin etimişdi.
- Ustad sənə nə deyirsə elə, onun hər bir əmrini yerinə yetir, -
yepiskop Saylasa deyirdi. - Belə olduqda biz qələbə qazanarıq!
Qazanarıq! Bax, indi Saylas taxta döşəməyə baxaraq düşünürdü ki,
qələbə onların əlindən çıxıb. Ustadı aldadıblar. Guşəli daş doğru iz
deyilmiş. Bütün ümidlər puça çıxıb.
Saylas yepiskop Arinqarosaya zəng edib onu xəbərdar etmək istədi,

216 downloaded from KitabYurdu.org


amma Ustad onların əlaqə saxlamamasını tapşırmışdı. Bizim öz
təhlükəsizliyimiz üçün.
Budur, nəhayət, Saylasın səbri çatmadı, ayağa durub döşəməyə
atılmış sutanasını götürdü. Cibindən mobil telefonu çıxartdı. Və
xəcalətindən başını aşağı dikərək nömrəni yığdı.
- Ustad, - o dedi, - hər şey batdı. - Sonra baş verənləri dəqiqliklə
danışdı.
- Sən inamını çox tez itirirsən, - Ustad cavabında dedi. - Mən
indicə gözlənilməz və xoş xəbər almışam. Sirr itirilməyib. Cak Sonyer
ölümündən qabaq informasiyanı ötürməyə nail olub. Tezliklə zəng
edəcəm, gözlə. Bizim işimiz hələ bitməyib.
XLVII FƏSİL
Zirehli furqonun işıqlandırılmış metal kuzovu təkadamlıq kameraya
oxşayırdı. Lenqdon ona tanış olan bu xoşagəlməz hisslə - qapalı yerdə
qorxuyla mübarizə aparmağa cəhd edirdi. Berne bizi təhlükəsiz yerə
aparacağını dedi. Amma hara? Çox uzağamı?..
Metal döşəmədə hərəkətsiz oturduğundan Lenqdonun ayaqları
keyimişdi. Buna görə də, oturuşunu dəyişdi. O, bankdan çıxartdıqları
qiymətli mücrünü sinəsinə sıxmışdı.
- Deyəsən, biz avtomagistrala çıxdıq. - Sofi pıçıldadı.
Doğrudan da, yük maşını pandusda dayandıqdan sonra sürətlə
yerindən tərpəndi, gah sola, gah da sağa dönərək təxminən iki dəqiqə
yol gedib sürəti artırdı. Sofi və Robert gülləkeçirməz şinlərin hamar
asfaltla təmasından yaranan uğultunu eşidirdilər.
Lenqdon qiymətli bükülünü döşəməyə qoyub açdı və qızılgül rəngli

217 downloaded from KitabYurdu.org


ağacdan düzəlmiş mücrünü çıxardı. Sofi bir az da yaxınlaşdı, indi onlar
yan-yana oturmuşdular. «Biz yeni il hədiyyəsinə baxan balaca uşaqlara
oxşayırıq», - Lenqdon düşündü.
Tünd rəngli palisandr ağacından düzəlmiş qapağın üzərinə
inkrustrasiya üsulu ilə çəkilmiş qızılgül daha açıq rəngli ağacdan,
güman ki, qovaqdan idi və hətta qaranlıqda yüngülcə işıq saçırdı.
Qızılgül. Çox ordular və dinlər bu simvoldan istifadə etmişdilər. Bu
simvol gizli cəmiyyətlər üçün də doğma idi. Rozenkreyserlər. Qızılgül
rəngli xaç cəngavərləri.
- Hə, - Sofi dedi, - açın onu.
Lenqdon dərindən nəfəs aldı və qapağı qaldırmazdan əvvəl
beşləçəkli gülün incə təsvirinə bir də heyranlıqla baxdı. Sonra sürtgəci
çəkib qapağı qaldırdı və onlar mücrünün içindəki əşyanı gördülər.
Lenqdon mücrünün içində nəyin ola biləcəyini xəyalında
canlandırmışdı, amma indi aydın idi ki, onun heç bir fantaziyası öz
təsdiqini tapmadı. İçərisi moruğu rəngli ipəklə üzlənmiş mücrüdə ilk
baxışdan necə istifadə edildiyi anlaşılmayan əşya vardı.
Bu, təxminən tennis toplarının yığıldığı banka boyda olan, ağ rəngli
yaxşı cilalanmış mərmərdən düzəldilmiş daş silindr idi. Amma o,
bütöv deyildi, ayrı-ayrı hissələrdən yığılmışdı. Qoğal boyda beş
mərmər disk bir-birinin üstünə qoyulmuşdu və aralarındakı nazik mis
zolaqla bərkidilmişdi. Ümumiyyətlə bu, təkərli kaleydeskopa
oxşayırdı. Silindrin ucları mərmər çaşkalarla örtüldüyündən içərisinə
baxmaq mümkün deyildi. İçindəki mayenin səsindən bilinirdi ki,
silindrin daxili oyuqdur.

218 downloaded from KitabYurdu.org


Amma Lenqdonu daha çox silindrin xarici səthinə çəkilmiş yazılar
maraqlandırırdı. Beş diskin hər birinin üstündə səliqə ilə və aydınca
müxtəlif əlifbaların bütün hərfləri çəkilmişdi. Hərfli silindr Lenqdona
uşaqlığının ən sevimli oyuncağını, bir neçə hərfli «stəkan»dan ibarət
olan borunu xatırlatdı. Stəkanları fırlatmaqla müxtəlif sözlər tərtib
etmək olardı.
- Heyrətamizdir, elə deyilmi? - Sofi dedi. Lenqdon ona baxdı:
- Nə deyəcəyimi bilmirəm. Bu nə olan şeydir?
Sofinin gözlərində qığılcım oynadı.
- Mənim babam belə şeyləri ağacdan düzəldirdi, bu onun xobbisi
idi. Amma, ümumiyyətlə bu əşya Leonardo da Vİnçinin kəşfidir.
Hətta kuzovun içindəki qaranlıqda Lenqdonun təəccübləndiyini
görmək olardı.
- Da Vinçi? - o, qəribə silindrə baxaraq mızıldadı.
- Bəli. Bu əşya kripteks adlanır. Əgər babamın dediyinə inansaq,
onun üstündəki yazılar Leonardonun gizli gündəliyindən parçalardır.
- Axı, bu silindr nə üçündür?
Sofi bu günkü hadisələri xatırlayaraq mümkün olan yeganə nəticəni
çıxartdı:
- Bu da seyfdir. Gizli informasiyanı saxlamaq üçün.
Lenqdon təəccüblə ona baxdı.
Sofi babasının ən sevimli məşğuliyyətlərindən birinin də Leonardo
da Vinçinin kəşfləri əsasında modellərin konstruksiya edilməsi
olduğunu bildirdi. İstedadlı peşəkar Cak Sonyer öz emalatxanasında
uzun müddət çalışaraq, dahi ustaların müxtəlif əsərlərinin imitasiyasını

219 downloaded from KitabYurdu.org


yaratmağı xoşlayırdı - Fabercenin zərgər məmulatlarını və Lenardo da
Vinçinin eskizləri əsasında praktik əşyaları.
Da Vinçinin gündəliklərinə hətta ötəri baxdıqda, elm və incəsənətin
bu ziyasının həyata keçməyən kəşfləri ilə niyə məşhur olmasını
anlamaq mümkündür. Da Vinçi yüzlərlə kəşflərinin plan və sxemlərini
çəkmiş, bunları yaratmağa müvəffəq olmamışdı. Sonyerin vaxt
keçirmək üçün ən sevimli məşğuliyyəti Leonardonun ağlagəlməz
layihələrini reallaşdırmaq idi: xronometrlər, su nasosları, kriptekslər və
hətta orta əsrlər fransız cəngavərinin əsləhələri ilə birlikdə bütün
detalları ilə robotunu yaratmaq - indi bu cəngavər onun yazı stolunu
bəzəyirdi. Leonardo tərəfindən 1495-ci ildə anatomiya və irsiyyətin
öyrənilməsi məqsədilə layihələndirilmiş bu robot-cəngavər xüsusi
mexanizmlə təchiz olunmuşdu ki, bunun köməyilə robotun bütün
oynaqları hərəkətə gəlirdi. O, otura, əllərini və başını tərpədə bilir,
həmçinin ağzını açıb-yumurdu. Sofinin fikrincə əsləhə geyinmiş
cəngavər babasının ən gözəl yaradıcılıq işi idi... mücrüdəki ağ
mərmərdən düzəldilmiş kripteksi görənə qədər.
- Balaca qız olanda buna oxşar kripteks mənə də düzəltmişdi, -
Sofi dedi. - Amma belə incə və qəşəngini görməmişdim.
Lenqdon gözlərini mücrüdən çəkmirdi.
- Mənsə kriptekslər haqda heç nə eşitməmişəm.
Sofi təəccüblənmədi. Leonardonun həyata keçməyən əksər
kəşflərini heç vaxt öyrənməmişdilər, hətta onlara ad belə
verməmişdilər. Ehtimal ki, «kripteks» termini onun babası tərəfindən
yaradılıb. İnformasiyanı qorumaq məqsədilə kriptoqrafiyanın

220 downloaded from KitabYurdu.org


imkanlarından istifadə edilməklə yaradılmış cihaz üçün uyğun addır.
Sofi bilirdi ki, Da Vinçi kriptoqrafiya sahəsində pionerdir, onun
kəşfləri etiraf edilməsə də. London Universitetinin müəllimləri
kompüterə verilənləri saxlamaq üçün yeni şifrələmə metodları ilə
tələbələri tanış edərkən Simmerman və Şneyeri önə çəkirdilər. Amma
bir dəfə də olsun xatırlamırdılar ki, bir neçə əsr əvvəl məhz Leonardo
ilk dəfə şifrələyici açarın rudimental formasını kəşf edib. Əlbəttə ki,
bunu Sofiyə babası danışmışdı.
Zirehli furqon şosse yolla şütüməkdəydi. Sofi isə informasiyaları
uzaq məsafəyə ötürmək probleminə məhz Leonardonun kripteksinin
son qoyduğunu Lenqdona izah edirdi. Telefonların və elektron
poçtların olmadığı dövrdə insan yad gözlərdən qorumaqla uzaq
məsafəyə informasiya ötürmək üçün onu etibarlı elçi vasitəsilə yazılı
şəkildə göndərməliydi. Təəssüf ki, informasiyanın qiymətli
olduğundan şübhələnən elçi bəzən tamahını saxlaya bilmirdi və çoxlu
var-dövlət qazanmaq üçün onu vicdanla ünvana çatdırmaq əvəzinə,
maraqlı şəxslərə satırdı.
Bəşər tarixində ən müdrik insanlar informasiyanı qorumaq problemi
üzərində baş sındırmışdılar və şifrələməni kəşf etmişdilər. Yuli Sezar
«Sezar mücrüsü» adlanan kodlaşdırılmış xüsusi məktub icad etmişdi.
Şotlandiya kraliçası Mariya hərflərin yerdəyişməsi əsasında öz
şifrəsini yaradaraq həbsxanadan gizli məktublar
göndərmişdi. Və nəhayət, əzəmətli ərəb alimi Əbu Yusif İsmayıl əl-
Kindi öz sirlərini bir neçə əlifbanın hərflərindən tərtib olunmuş
şifrələrlə qorumuşdu.

221 downloaded from KitabYurdu.org


Da Vinçi isə şifrələyici və riyazi metodlara yox, mexaniki üsula
üstünlük vermişdi. Məktubları, xəritələri, diaqramları və daha nələri
kənar gözlərdən qorumağa malik olan portativ konteyner. Kripteksin
içindəki informasiyanı yalnız onu açmaq üçün parolu bilən adam
oxuya bilərdi.
- Bizə parol lazımdır, - üstündə hərfləri olan diskləri göstərərək
Sofi dedi. - Kripteks velosipedlər üçün olan müasir kombinasiyalı
qıfılların prinsipi ilə işləyir. Disklər lazımi şəkildə qurulduqda qıfıl
açılır. Bu kripteksdə üstündə hərf olan beş disk var. Əgər əvvəlcədən
müəyyən edilmiş ardıcıllıqla onları fırlatsaq, daxili tumblyorlar lazımi
qaydada düzüləcək və silindr hissələrə ayrılacaq.
- Bəs içində...
- Silindr hissələrə bölünən kimi onun mərkəzində yerləşən oyuğu
görə biləcəyik. Orda gizli informasiya yazılmış kağız və ya hər hansı
əşya yerləşdirilir.
Lenqdon ona inamsız-inamsız baxdı:
- Deyirsiz ki, hələ uşaq vaxtında babanız buna oxşar bir şeyi sizə
hədiyyə etmişdi?
- Hə, amma bir az balaca ölçüdə. Ad günüm üçün hədiyyə kimi.
Özü də iki dəfə. Kripteksi hədiyyə edib tapmacanı deyirdi.
Tapmacanın cavabı kripteksi açmaq üçün parol idi; tapmacanı tapan
kimi silindri aça və onun içindəki təbrik açıqcasını götürə bilirdin.
- Bir açıqca üçün bu qədər həngamə nəyə lazımdır ki.
- Yox, açıqca özü də adi deyildi. Orada tapmaca yazılmışdı.
Babam evdə gizlətdiyi hədiyyə üçün əsil ov təşkil edirdi, bir neçə

222 downloaded from KitabYurdu.org


tapmacanın cavabı, açarlar, nəhayət onu tapmağa gətirib çıxarırdı. Hər
belə ov zirəkliyin, düşüncənin sınağına çevrilirdi. Həm də sonda səni
mükafat gözləyirdi. Babamın tapmacaları sadə də deyildi.
Lenqdon yenə şübhə ilə silindrə baxdı:
- Amma niyə biz onu sadəcə hissələrə bölməyə cəhd etməyək? Ya
da sındıraq, bəlkə? Disklərin arasındakı metal halqalar çox kövrək
görünür. Mərmər özü də kövrək daşdır.
Sofi gülümsündü:
- Ona görə ki, Leonardo da Vinçi bunu da nəzərə alıb. O, kripteksi
elə konstruksiya edib ki, onu zorla açmağa ən kiçicik cəhddə belə
informasiya öz- özünə məhv olurdu. Bir baxın. - Sofi mücrüdən
silindri ehtiyatla götürdü. - İstənilən informasiyanı əvvəlcə papirus
üzərində yazırdılar.
- Perqamentdə yox?
Sofi başını yırğaladı:
-Yox, məhz papirusun üstündə. Bilirəm, qoyun dərisindən
hazırlanmış perqament daha möhkəm materialdır və o zamanlar bu
material daha geniş
yayılmışdı. Amma buna baxmayaraq həmişə papirusun üzərində
yazırdılar. Və o nə qədər nazik olsaydı, bir o qədər yaxşı idi.
- Aydındır.
- Papirusu kripteksin içindəki xüsusi bölməyə yerləşdirməzdən
əvvəl onu nazik şüşədən hazırlanmış silindr şəkilli qabın üzərinə
bükürdülər. - O, kripteksi yüngülcə tərpətdi və onun içindəki mayenin
səsi eşidildi. - İçində maye olan qabın.

223 downloaded from KitabYurdu.org


- Nə mayesi?
Sofi gülümsündü:
-Sirkə?
Lenqdon ani olaraq düşünüb dedi:
- Dahiyanədir!
Sirkə və papirus, Sofi düşündü. Əgər kimsə silindri zorla açmaq
istəsə, şüşə qab sınacaq və sirkə papirusun üstündəki yazıları yuyacaq.
Silindri sındıran adam papirusu götürənə qədər, o, üstündə heç bir sözü
oxumaq mümkün olmayan yaş kağız parçasına çevriləcək.
- Görürsünüz, - Sofi dedi, - gizli informasiyanı əldə etməyin
yeganə yolu beş hərfli sözdən ibarət olan parolu bilməkdir. Burda beş
disk var, hər birinin üzərində iyirmi altı hərf. İyirmi altını beşə vursaq -
o, tezcə hesabladı, - təxminən on iki milyon variant.
- Əgər belədirsə, - Lenqdonun üzündə elə ifadə vardı ki, elə bil, bu
on iki milyon variantı götür-qoy etmişdi, - bunun içərisində hansı
informasiya ola bilər?
- Onun içində nə olmasına baxmayaraq bir şey aydındır: babam
bunu gizli saxlamaq üçün çox çalışıb. - Sofi susdu, mücrünü bağlayıb
bir müddət qapağın üstündəki beşləçəkli qızılgülə baxdı. Onu nə isə
möhkəm narahat edirdi. - Deyəsən, siz dediniz ki, Qızılgül - Qraal
piyaləsinin rəmzidir?
- Bəli. Prioratın simvolikasında Qızılgül və Qraal sinonimdirlər.
Sofi üzünü turşutdu:
- Qəribədir, babam həmişə deyərdi ki, Qızılgül rəmzində sirr var.
O, kiməsə konfedensial zəng etmək istəsəydi, onu narahat etməsinlər

224 downloaded from KitabYurdu.org


deyə, evdəki kabinetinin qapısından qızılgül asardı. Və mənə də belə
etməyi tapşırardı.
Bax, əzizim, babası ona demişdi, qapıları qıfıllamaqdansa, onları
qızılgüllə, bu sirlər gülü ilə bəzəmək yaxşıdır. Belə olduqda, heç kim
bir-birini narahat etməz. Bir-birimizə hörmət və etibar etməyi yalnız
belə öyrənə bilərik. Qapılardan qızılgül asmaq - qədim roma adətidir.
- Sub roza, - Lenqdon birdən dedi. - Qədim romalılar görüşün
konfedensial xarakterini göstərmək üçün qapılardan qızılgül asardılar.
Və görüşdə iştirak edən hər kəs anlayırdı ki, qızılgül-subroza altında
deyilən hər bir söz gizli saxlanılmalıdır.
Sonra Lenqdon Sofiyə izah etdi ki, gizliliyin ekvivalenti olan
Qızılgül təkcə bu səbəbdən Prioratın rəmzi kimi seçilməyib. Bu
bitkinin ən qədim növlərindən olan Roza rudosa -nın yolgöstərən
Zöhrə ulduzuna oxşar olaraq beşkünc simmetriya üzrə yerləşmiş beş
ədəd ləçəyi vardı. Məhz buna görə Qızılgül təsvirini «qadın
başlanğıcı» ilə əlanələndirirdilər. Bundan başqa Qızılgül «doğru yol»
konsepsiyası ilə sıx bağlıdır və bu simvol naviqasiyada da istifadə
olunmuşdur. Qızılgül kompası istiqaməti müəyyənləşdirməkdə
səyahətçilərə kömək edirdi. Bunu xəritələrdə göstərilən Qızılgül xətləri
yaxud meridianlar haqqında da demək olar. Bu səbəbdən Qızılgül
«qadın başlanğıcı» və yolgöstərən ulduzun simvolu olmuşdur.
Lenqdon qısa nitqini qurtardı və sifəti birdən-birə tutuldu.
- Robert? Nə olub?
O, yenidən palisandr ağacından düzəlmiş mücrüyə baxdı.
- Sub... roza - o, qorxu qarışıq təəccüblə, amma sakitcə pıçıldadı. -

225 downloaded from KitabYurdu.org


Bu ola bilməz?
- Nə?
Lenqdon gözlərini qaldırıb ona baxdı.
- Qızılgül işarəsi altında, - o, pıçıldadı. - Bu kripteks... deyəsən,
mən bilirəm nə üçündür.
XLVIII
Lenqdon özü də öz fərziyyəsinə çətinliklə inanırdı. Amma bu
mərmər silindrin kim tərəfindən verildiyini, onların əlinə necə
keçdiyini və qapaqda beşləçəkli Qızılgül təsvirinin olduğu nəzərə
alınsa, onda bir nəticə çıxarmaq olardı.
Bizim əlimizdəki guşəli daşdır.
Bu isə, başqalarına oxşamayan xüsusi əfsanədir.
Guşəli daş Qızılgül işarəsi altında yerləşir və özündə kodlaşdırılmış
informasiya daşıyır.
Lenqdon fikrini cəmləmək istədi.
- Babanız nə vaxtsa la clet de voute adlanan əşya barədə sizə nəsə
deməyib ki?
- Seyfin açarı? - Sofi tərcümə etdi.
- Yox, bu hərfi tərcümədir. Clet de voute - geniş yayılmış
memarlıq terminidir. Və «voute» sözü bank seyfi demək deyil, «vault»
- yəni, memarlıqda arkanın qübbəsini bildirir. Məsələn, qübbəli tavan.
- Amma qübbəli tavanların açarı olmur.
- Sizə qəribə də gəlsə, var. Daş arkanı tikmək üçün bütün hissələri
birləşdirən və konstruksiyanın bütün ağırlığını saxlayan, lap yuxarıda
yerləşdirilən maili daş tələb olunur. Bunu memarlıq mənasında açar

226 downloaded from KitabYurdu.org


daş da adlandırmaq olar. İngilis dilində isə bunu guşəli daş
adlandırırlar.
Lenqdon sual dolu baxışlarla Sofiyə baxdı: istəyirdi bilsin ki, Sofi
onun dediklərini anlayıb yoxsa yox.
Sofi çiyinlərini çəkdi və yenə kripteksə baxdı.
- Axı bunun harası guşəli daşdır?
Lenqdon bilmirdi ki, necə başlasın. Daş arkaların tikilməsi sirlərinə
mükəmməl olaraq mason cəmiyyətinin üzvləri bələd idilər, özü də
təşkilatın ilk vaxtlarında. Onlar öz sirlərini ciddi-cəhdlə qoruyurdular.
Kral arkasının dərəcəsi. Memarlıq.
Guşəli daşlar. Bütün bunlar bir-birinə bağlıdır. Arkanın tavanının
yaxud qübbəsinin qurulması üçün maili daşdan necə istifadə etməyin
gizli elmi masonların bacarıqlı sənətkarlar olduğunu göstərirdi. Və
onlar öz sirlərini qısqanclıqla qoruyurdular. Guşəli daşlar və onlarla
bağlı olan hər bir şey gizli saxlanılırdı. Bəli, doğrudur, qızılgül rəngli
ağacdan hazırlanmış mücrüdəki bu mərmər silindr guşəli Daşa az
oxşayır. Bu nəsə başqa şeydir. Onların əldə etdikləri əşya ilə Lenqdon
əvvəllər rastlaşmamışdı.
- Prioratın guşəli daşı mənim ixtisasım deyil, - Lenqdon etiraf etdi.
- O ki, Qraal piyaləsinə, məni ən əvvəl onunla bağlı rəmzlər
maraqlandırırdı. Və mə nonu tapmağın yolunu göstərən çoxlu
əfsanələri oxumamışam.
Sofinin qaşları çatıldı.
- Qraal piyaləsini tapmağın?
Lenqdon əsəbi halda başını tərpətdi, sonra sözləri diqqətlə seçərək

227 downloaded from KitabYurdu.org


dedi:
- Sofi, Prioratın məlumatına görə, guşəli daş - kodlaşdırılmış
xəritədir. Qraal piyaləsinin gizlədildiyi yeri göstərən xəritə.
Sofinin həyəcandan rəngi ağardı.
- Hesab edirsiniz ki, xəritə burdadır?
Lenqdon nə cavab verəcəyini bilmirdi. Bu, ona müəmmalı
görünürdü. Lakin guşəli daş haqqında versiya indiki halda ən doğru
versiya idi. Qızılgül işarəsi altında saxlanılan kodlaşdırılmış yazılı daş.
Bu kripteksin Sion Prioratının Böyük Ustadı və üzvü Leonardo da
Vinçi tərəfindən yaradıldığı da nəsə deyirdi. Onlar xəzinənin guşəli daş
olduğuna necə də inanmaq istəyirdi! Ən Böyük Ustadın işi... onu əsrlər
sonra Prioratın başqa bir üzvü bizə qaytardı. Bu çox cəlbedici versiya
idi, ona görə də bundan imtina etmək çətin idi.
Son on il ərzində tarixçilər və alimlər guşəli daşı fransız kilsələrində
axtarmışdılar. Prioratın gizli şifrələrə hərisliyini bilən Qraal piyaləsinin
ovçuları bu nəticəyə gəlmişdilər ki, la clet de voute - bu, hansısa
kilsənin arxasında, qübbənin mərkəzində yerləşdirilmiş maili guşəli
daşdır. Qızılgül işarəsi altında. Memarlıqda bolluca qızılgül var.
Pəncərə - qızılgül. Qızılgül şəklində relyef. Və əlbəttə cinquetoies arka
qübbələrini bəzəyən beşləçəkli güllər. Bunlar xəlvəti yer üçün uyğun
gəlir. Qraal piyaləsinin yerini göstərən xəritə hansısa atılmış kilsənin
qübbəli tavanında gizlədilib.
- Yox, bu kripteks guşəli daş ola bilməz, - Sofi dedi. - Birincisi o
çox qədimdir. Sonra mən sadəcə əminəm ki, bunu babam düzəldib. Və
Qraal barədə əfsanələrin buna dəxli yoxdur.

228 downloaded from KitabYurdu.org


- Belə bir fikir var ki, - Lenqdon dedi, - guşəli daş bir neçə on il
bundan əvvəl Prioratın bir üzvü tərəfindən yaradılıb.
Sofinin gözləri şübhə ilə parıldadı.
- Əgər bu kripteksdə Qraal piyaləsinin gizlədildiyi yer göstərilibsə,
hansı səbəbdən babam bu sirri mənə açmaq istəyib? Mən bu silindri
necə açmağı və onun içərisindəki ilə necə rəftar etməyi bilmirəm. Mən
hətta Qraal piyaləsinin nə olduğunu anlamıram!
Lenqdon onun haqlı olduğunu başa düşürdü. O hələ, Qraal
piyaləsinin nə olduğunu Sofiyə anlatmamışdı. Bunu sonra da etmək
olar. İndi başlıcası guşəli daşdır. Əgər bu, həqiqətən...
Lenqdon gülləkeçirməz şinlərin uğultusu altında guşəli daş
haqqında ona nə məlumdursa, hamısını tələsə-tələsə Sofiyə danışdı.
Əgər şaiyələrə inansaq, Prioratın əsas sirri olan Qraal piyaləsinin
gizlədildiyi yer barədə məlumat uzun əsrlər boyunca yazılı surətdə
qeydə alınmamışdı. Bu sirr təhlükəsizlik məqsədilə hər bir yeni
senechal-a xüsusi mərasimdə şifahi olaraq deyilirdi. Amma bu
yaxınlarda belə söhbət yayıldı ki, Prioratın siyasəti dəyişilib. Ola bilsin
ki, bu, yeni elektron qulaqasma cihazlarının yaranması ilə əlaqədardır.
Amma necə olur-olsun, bundan sonra Prioratın üzvləri and içmişdilər
ki, xəritənin gizlədildiyi yeri heç vaxt dillərinə gətirməsinlər.
- Amma bu sirri bəs necə ötürürmüşlər? - Sofi soruşdu.
- Bax, guşəli daş burda lazım olub, - Lenqdon cavab verdi. -
Yüksək ranqlı dörd üzvdən biri öləndə, qalan üç nəfər onun yerinə
aşağı eşalondan adam seçirdilər. Senechal olmağa növbəti namizəd.
Amma Qraalın harda yerləşdiyini dərhal ona demək əvəzinə, onu

229 downloaded from KitabYurdu.org


sınaqdan keçirirdilər. O, öz yararlılığını sübut etməliydi.
Sofi nədənsə əsəbləşmişdi. Lenqdon onun babasının necə preuves
de merite düzəltdiyini - evdə gizlədilmiş hədiyyələri onu tapmağa
məcbur etməsi haqqında Sofinin dediklərini xatırladı. Aydındır ki,
guşəli daşla əlaqədar cəmiyyət üzvləri bu taktikadan istifadə edirdilər.
Ümumiyyətlə, sınaq üsulu gizli cəmiyyətlərdə geniş yayılıb. Bu
mənada ən gözəçarpan nümunə masonlardır: onların üzvləri növbəti
pilləyə yüksəlmək üçün sirr saxlamaq bacarıqlarını sübut etməliydilər.
Bunun üçün uzun illər boyu ayinlərdən və müxtəlif sınaqlardan
keçmək lazımdı. Hər dəfə tapşırıq daha da çətinləşdirilirdi.
- Onda bizim guşəli daş - bir növ preuve-de-merite-dir! - Sofi
ucadan dedi. - əgər senechal-a namizəd bunu aça bilirdisə, onda ordakı
informasiyanı bilməyə layiq olduğunu sübut edirdi.
Lenqdon başını tərpətdi:
- Sizin bu sahədə təcrübənizin olduğunu tamamilə unutmuşdum.
- İş təkcə babamda deyil. Kriptologiyada bu «icazənamə» adlanır.
Əgər sən bunu oxumaq üçün kifayət qədər ağıllısansa, deməli, orda nə
yazıldığını öyrənməyə sənə icazə verilib.
Lenqdon tərəddüd edirdi, bilmirdi ki, nədən başlasın.
- Sofi, siz bir şeyi başa düşməlisiniz. Əgər doğrudan da, bu əşya
guşəli daşdırsa, əgər babanız burda nə yazıldığını bilirdisə, bu o
deməkdir ki, o, Sion Prioratında yüksək vəzifə tuturmuş. Ola bilsin ki,
dörd seçilmişdən biri imiş.
Sofi ah çəkdi:
- Mən buna əminəm. O. doğrudan da, gizli cəmiyyətin üzvü idi.

230 downloaded from KitabYurdu.org


Güman ki, Prioratın.
Lenqdon şübhə etdi:
- Siz dəqiq bilirsiniz ki, o gizli, cəmiyyətin üzvü idi?
- Mən bir şey gördüm. Elə şey ki, onu görməməliydim. On il
bundan əvvəl. O vaxtdan, mən onunla bir dəfə də olsun danışmadım. -
O, bir anlığa susdu. - Babam nəinki yüksək eşelonda yer tuturdu... o,
bu cəmiyyətin başında dururdu.
Lenqdon qulaqlarına inanmadı.
- Böyük Ustad imiş? Axı. siz bunu necə bildiniz?
- Danışmaq istəmirəm. - Sofi üzünü çevirdi, onun üzündən əzab
çəkdiyi hiss olunurdu.
Lenqdon heyrətlənmişdi. Cak Sonyer Böyük Ustad imiş? Yox, bu
inanılası deyil. Amma çox şey məhz belə olduğunu göstərirdi. Axı,
Prioratın əvvəlki rəhbərləri də görkəmli ictimai xadimlər olmuşdular,
onların hamısı yüksək istedada malik idilər. Buna sübut bir neçə il
əvvəl Paris Milli Kitabxanasından tapılmış «Lees Dossiers Secrets»
adlı yazılar idi.
Bu dosyelər gizli cəmiyyətlər haqda bilgi ilə məşğul olan, Qraalın
ovuna çıxmış hər bir alimə məlum idi. 40İm1 249 nömrəli kataloq
əksər mütəxəssislər tərəfindən «Gizli dosyelər» kimi etiraf edilmişdi.
Burda çoxdan yazılan şayiələr öz təsdiqini tapmışdı. Leonardo da
Vinçi, ser İsaak Nyuton, Viktor Hüqo və yaxın keçmişdə məşhur Paris
yazıçısı, rəssam və teatr xadimi Can Kokto da müxtəlif dövrlərdə
Prioratın Böyük Ustadları olmuşdular.
Cak Sonyer niyə olmasın?

231 downloaded from KitabYurdu.org


Lenqdon, məhz bu axşam Cak Sonyerlə görüşməli olduğunu
düşündükdə donub qaldı. Prioratın Böyük Ustadı şəxsən özü mənimlə
görüşməyə təkid etmişdi! Amma niyə? Əlbəttə ki, dünyəvi dedi-
qodularla dolu bir axşam keçirmək üçün deyil. İntuisiyası Lenqdona
deyirdi ki, Prioratın rəhbəri cəmiyyətin əfsanəvi guşaləi daşını boş yerə
öz nəvəsinə ötürməyib, Robert Lenqdonu tapmağı boş yerə məsləhət
bilməyib.
Buna inanmaq sadəcə mümkün deyil!
Zəngin fantaziyası olan Lenqdon təsəvvür edə bilmirdi ki, Sonyer
hansı səbəbdən belə etməyə məcbur olub. Ola bilsin ki, Sonyer
ölümdən qorxurmuş. Amma bu sirri bilən daha üç nəfər senechaux da
vardı. Onlar Prioratın təhlükəsizliyini təmin edə bilərdilər. Sonyer nə
üçün belə riskə gedib guşəli daşı nəvəsinə etibar etməliydi, həm də ki,
onlar küsülü idilər. Və tamam yad bir adamı. Lenqdonu nə üçün bu işə
cəlb etmişdilər.
Bu labirintdə nəsə bir detal çatışmır, Lenqdon düşündü.
Amma görünür, cavabları bir az gözləyəcəyik. Maşın sürəti azaltdı,
təkərlərin altında qraviyin xırıltısı eşidilirdi. Sofi ilə Lenqdon diqqət
etdilər. O, niyə maşını saxlayır, məgər gəlib çatıblar? Axı, Berne
deyirdi ki, onları şəhərdən uzağa, təhlükəsiz yerə aparmaq istəyir.
Furqon indi tamamilə yavaş gedirdi və maşının silkələnməyindən
yolun pis olduğu bilinirdi. Sofi ilə Lenqdon həyəcanla bir-birinə
baxdılar, tələsik mücrünün qapağını örtdülər. Lenqdon onu pencəyinə
bükdü.
Furqon dayandı, amma mühərrik işləyirdi. Arxa qapının dəstəyi

232 downloaded from KitabYurdu.org


buruldu. Qapı açıldıqda Lenqdon meşədə olduqlarını gördü. Berne
qapıya yaxınlaşdı. O, qəribə ifadə ilə baxırdı, əlində isə tapança
tutmuşdu.
- Bağışlayın, - o dedi, - mənim başqa çıxış yolum yoxdur.
XLIX FƏSİL
Əlində tapança tutmuş Andre Berne onları qəribə baxışlarla süzürdü.
Amma onun gözlərindən qətiyyət oxuyan Lenqdon dərhal anladı ki,
onunla mübahisə etmək olmaz.
- Bağışlayın, mən təkid edirəm, - Berne dedi və onları nişan aldı. -
Mücrünü yerə qoyun.
Sofi mücrünü sinəsinə sıxdı.
- Axı, siz özünüz dediniz ki, babamla dost olmusuz, - o, etiraz
etdi.
- Mənim borcum babanızın əmlakını qorumaqdır, - Berne dedi, -
Mən indi məhz bununla məşğulam. Mücrünü döşəməyə qoyun.
- Axı, babam onu mənə etibar edib!
- Qoyun! - Berne əmr etdi və tapançanın lüləsini ona tərəf tuşladı.
Sofi mücrünü ayaqlarının yanına qoydu.
Lenqdon gördü ki, Berne tapançanın lüləsini ona tərəf çevirib.
- İndi isə siz, mister Lenqdon, - Berne dedi, - mücrünü mənə verin.
Və bilin ki, mən bunu məhz sizdən ona görə xahiş edirəm ki, sizi
tərəddüd etmədən güllələyə bilərəm.
Lenqdon gözlərinə inanmırdı.
- Bu, sizin nəyinizə lazımdır? - o, bankirdən soruşdu.
- Bəs siz necə fikirləşirsiniz? - Berne cavab verdi. Həyəcandan

233 downloaded from KitabYurdu.org


onun fransız ləhcəsi daha aşkar bilirdi. - Öz müştərilərimin əmlakını
həmişə qorumuşam və bundan sonra da qoruyacağam!
- Biz də axı sizin müştərilərinizik! - Sofi etiraz etdi.
Bernenin sifəti sanki daşa dönmüşdü.
- Mademuazel Neve, sizin açarı və hesab nömrəsini hansı yolla
əldə etməyiniz barədə, mənim zərrə qədər də təsəvvürüm yoxdur.
Amma tamamilə aydındır ki, bu yalan və pis yolla əldə edilib. Əgər
mən bilsəydim ki, siz hansı ağır cinayətləri törətmisiniz, bankdan
çıxmağınıza qətiyyən kömək etməzdim.
- Axı, mən sizə dedim ki, - Sofi sərt cavab verdi, - babamın
ölümünə bizim heç bir aidiyyatımız yoxdur!
Berne gözlərini Lenqdona çevirdi:
- Radio ilə dedilər ki, sizi təkcə Cak Sonyerin qətlinə görə yox,
daha üç nəfərin öldürülməsinə görə də axtarırlar!
- Nə?! - Lenqdon az qala qışqırdı. O, tamamilə heyrət içində idi.
Daha üç nəfərin qətli? Lenqdonu ondan şübhələnmələri faktı yox,
deyilən rəqəm dəhşətə gətirmişdi. Təsadüfə oxşamır. Üç senechaux?
O, mücrüyə baxdı. Əgər üç senechaux öldürülübsə, Sonyerin doğrudan
da başqa çıxış yolu olmayıb. Guşəli daşı o, kiməsə ötürməliydi.
- Nə isə, mən sizi polisə təslim edərəm, o da təhqiqat aparar. -
Berne dedi. - Mənim bankım onsuz da kifayət qədər rəy qazanıb.
Sofinin gözləri qəzəblə parıldadı:
- Siz bizi polisə təslim etmək istəmirsiniz. Belə olsaydı, maşını
geri sürərdiniz. Bunun əvəzinə bizi kimsəsiz bir yerə gətirib, üstəlik də
güllələmək istəyirsiniz!

234 downloaded from KitabYurdu.org


- Babanız mənimlə bir məqsəd üçün müqavilə bağlayıb. Onun
əmlakını qoruyum və bu əmlak haqqında bütün məlumatları gizli
saxlayım. Bu mücrünün içində nə olur-olsun, mə nonu əşyayi-dəlil
kimi polisə təhvil verə bilmərəm. Mücrünü mənə verin, mister
Lenqdon.
Sofi başını yırğaladı:
- Bunu etməyin!
Atəş açıldı, güllə onların başının üstündən keçib maşının damına
dəydi, sonra furqonun döşəməsinə düşdü. Lənət şeytana! Lenqdon
yerində donmuşdu. İndii Berne daha artıq qətiyyətlə danışırdı:
- Mister Lenqdon, mücrünü qaldırın!
Lenqdon tabe oldu.
- İndi onu mənə verin. - Berne yenə tapançanın lüləsini qaldırdı.
O, furqonun damını nişan aldı.
Lenqdon əlində mücrü qapıya tərəf yavaş-yavaş yaxınlaşırdı.
Nəsə etmək lazımdır!
Doğrudanmı, mən guşəli daşı bu qədər asanlıqla ona verəcəyəm?
Qapıya yaxınlaşan Lenqdon birdən düşündü ki, o, yerdə durmuş
Bernedən hündürdədir və bu üstünlükdən istifadə etmək lazımdır.
Tapançanın lüləsi onun dizlərinin səviyyəsində dayanmışdı. Bəlkə,
təpiklə vurum? Amma Berne, təhlükə hiss edirmiş kimi, bir neçə
addım geri çəkildi. Altı fut qədər. Ona toxunmaq olmazdı.
- Mücrünün qapının yanına qoyun! - o, əmr etdi.
Başqa çıxış yolu görməyən Lenqdon dizləri üstə çöküb mücrünü
düz furqonun qapısının ağzına qoydu.

235 downloaded from KitabYurdu.org


- İndi isə durun.
Lenqdon durmaq istədi, lakin döşəmədə fırlanan balaca giliz onun
diqqətini cəlb etdi.
- Qalxın! Mücrüdən uzaqlaşın!
Lenqdon döşəmədəki gilizə baxaraq ləng tərpəndi. Sonra qalxdı və
ayaqqabısının ucu ilə gilizi itələdi. Giliz furqonun divarı ilə qapının
arasındakı küncə düşdü. Lenqdon tamamilə qalxıb geriyə addımladı.
- Geriyə. Arxa divara tərəf, deyirəm! Həm də çevril!
Lenqdon tabe oldu.
Berne ürəyinin şiddətlə döyündüyünü hiss etdi. Sağ əli ilə tapançanı
sıxaraq, solə lini mücrüyə yaxınlaşdırdı. Mücrü çox ağır idi. Belə
olmaz, iki əllə yapışmaq lazımdır. O, edəcəyi riski qiymətləndirmək
üçün furqonun içində baxdı. Onun əsirləri furqonun uzaq divarının
yanında, ondan on beş fut aralıda dayanmışdılar. Həm də üzlərini
çevirmişdilər. Və Berne qərar qəbul etdi. Tapançanı bamperin üstünə
qoydu, cəld iki əllə mücrüdən yapışıb onu yerə qoydu. Sonra tezcə
tapançanı götürüb yenidən nişan aldı. Əsirlərdən heç biri yerindən
tərpənmədi.
Çox gözəl. İndi yalnız furqonu bağlamaq qalıb. O, ağır metal
qapıdan tutu bonu bağlamağa girişdi. Qapı taqqıltı ilə örtüldü, Berne
siyirtmədən tutub on usola tərəf çəkdi. Siyirtmə bir neçə düym hərəkət
etdikdən sonra nəyəsə ilişib qaldı. İlgəyə keçmədi. Nə baş verir? Berne
daha qüvvətlə siyirtməni çəkdi, amma yenə bağlanmadı. Ah, gör nə
olub! Siyirtmə ilə ilgək eyni səviyyədə deyil. Qapı axıra qədər
örtülməyib! Berne panikaya düşməməyə çalışaraq var gücü ilə qapını

236 downloaded from KitabYurdu.org


itələdi, amma qapı yenə örtülmədi. Nəsə mane olur! Berne çevrilib
çiyni ilə qapıya zərbə vurdu. Və birdən gözlənilmədən qapı açıldı,
Berne düz sifətindən güclü zərbə aldı. O, geriyə səntirlədi, dağılmış
burnunu ovcu ilə sıxıb yerə yıxıldı. Tapança əlindən çıxıb kənara
düşdü. Berne burnunu tutmuşdu. Barmaqlarının arasından isti qan
süzüldüyünü hiss edirdi.
Robert Lenqdon furqondan yerə tullandı. Berne qalxmaq istədi,
amma heç nə görmədi. Onun gözləri qaralırdı. Sofi Neve nəsə qışqırdı.
Bir neçə saniyə sonra Berne toz qopduğunu və yanacaq qazının
zəhlətökən iyini hiss etdi. O, təkərlərin səsini eşitdi. Nəhayət, gücünü
toplayaraq qalxıb oturduqda sürətlə uzaqlaşan furqonun arxa
bamperini gördü. Taqqıltı eşidildi - ön bamper ağaca dəymişdi.
Mühərrik guruldayırdı. Ağac əyildi və bamperin yarısını qopardı.
Zirehli furqon yarımparça olmuş bamperlə uzaqlaşdı. Budur, təkərlər
beton bordyurlara dəydi və maşın gözdən itdi.
Berne, bir az əvvəl furqonun durduğu yerə baxdı. Hətta ayın tutqun
işığında bilinirdi ki, yerdə heç nə yoxdur.
Mücrü qeyb olmuşdu!
L FƏSİL
Gözə çarpmayan «Fiat» Alban-Hillzin əyri-üyrü dağ yolları ilə
şütüyərək hər dəqiqə Qandolfo qəsrindən uzaqlaşırdı. Arxa oturacaqda
əyləşmiş yepiskop Arinqarosa dizlərinin üstünə qoyduğu içərisi
qoymətli kağızlarla dolu portfelin ağırlığını hiss edərək razılıqla
gülümsəyirdi. Demək belə, indi Ustadla dəyiş-düyüş etmək olar.
Yalnız bir məsələ qalır- nə vaxt.

237 downloaded from KitabYurdu.org


İyirmi milyon avro.
Bu məbləğə daha qiymətli şey almaq olar, nəinki sadəcə
hakimiyyət.
Maşın Roma istiqamətində hərəkət edirdi və Arinqarosa birdən
ayıldı. Ustad indiyə qədər niyə zəng etməsin? O, tələsik sutanasının
cibindən mobil telefonu çıxarıb siqnalı yoxladı. Çox zəifdir.
- Burda, dağlarda tutmaz, - güzgüdə yepiskopa baxan sürücü dedi.
- Beş dəqiqədən sonra düzənliyə çıxacağıq, orda yenə işləyəcək.
- Sağ ol. - Arinqarosanın ürəyi həyəcandan sıxıldı. - Deməli,
siqnal dağlardan keçmir? Birdən bütün bu vaxt ərzində Ustad onunla
əlaqə saxlamağa çalışıb?
Bəlkə, nəsə dəhşətli bir şey verib?
Arinqarosa cəld mobil telefonun poçtunu yoxladı. Heç nə yoxdur.
Sonra birdən anladı: Ustad heç vaxt ona ismarıc yollamaz, o, əlaqə
vasitələri seçməkdə fövqəladə ehtiyatkar idi. Müasir dünyada açıq
danışıqların təhlükəsini heç kim Ustaddan yaxşı anlaya bilməzdi.
Onlar özü elektron qulaqasmanın köməyilə çoxlu miqdarda gizli
informasiya əldə etmişdilər.
Məhz bu səbəbdən o, bütün təhlükəsizlik tədbirlərini görüb.
Hərdən Arinqarosaya elə gəlirdi ki, Ustad bu sahədə ifrata varır.
Məsələn o, əlaqə nömrəsini heç vaxt verməzdi. Mən lazım olan
adamlarla özüm əlaqə saxlayıram, Ustad deyirdi. Ona görə də telefonu
əlinizin altında saxlayın. İndi, mobil telefonun dağlarda işləmədiyini
anladıqda, Arinqarosa qorxurdu ki, Ustad ona dəfələrlə zəng etməyə
çalışıb.

238 downloaded from KitabYurdu.org


Fikirləşəcək ki, nəsə olub. Yaxud mən istiqraz vərəqələrini ala
bilməmişəm.
Yepiskopu tər basdı.
Və yaxud daha pisi... mən pulları götürüb qaçmışam!
LI FƏSİL
Hətta saatda altmış kilometr kimi aşağı sürətlə hərəkət edən zirehli
maşının yarıya bölünmüş ön bamperi yolu cızaraq səs-küy salır və
qığılcım qoparırdı.
Biz bu yoldan dönməliyik, Lenqdon düşündü.
O, hətta hara getdiklərini də görmürdü. Faranın biri ağaca dəyərək
sınmış, digəri isə yerini dəyişərək meşənin içindən keçən kənd yoluna
işıq salırdı. Aydın idi ki, bu avtomobilin yalnız yük bölməsi zirehlə
qorunurdu, kabinə isə müdafiəsiz idi.
Sofi sərnişin oturacağında oturub dinmədən dizinin üstündəki
mücrüyə baxırdı.
- Hər şey qaydasındadırmı? - Lenqdon ehtiyatla soruşdu.
- Siz ona inandınız? - o, qaşqabaqla soruşdu.
- Digər üç qətl barədə? Hə, əlbəttə. Biz eyni zamanda bir neçə
sualın cavabını aldıq. İndi aydın olur ki, Sonyer guşəli daşı sizə niyə
vermək istəyib və Faş niyə belə inadkarlıqla məni ələ keçirməyə
çalışır.
- Yox, mən bunu demirəm. Berne barədə, guya o, öz bankını
qorumağa çalışırdı.
Lenqdon ona baxdı:
- Bəs əslində...

239 downloaded from KitabYurdu.org


- Əslində özü guşəli daşı əldə etmək istəyirdi.
Bu fikir Lenqdonun ağlına gəlməmişdi.
- Amma o, hardan bilsin ki, mücrüdə nə var?
- Mücrü onun bankında saxlanılırdı. Həm də ki, o, babamla dost
idi. Bəlkə də, nə isə bilirmiş. Ola bilsin ki, Qraal piyaləsini əldə etmək
istəyirmiş.
Lenqdon başını yırğaladı. Berne belə insana oxşamırdı.
- Təcrübəmə əsasən bilirəm ki, insanlar Qraal piyaləsini iki
səbəbdən ələ keçirmək istəyirlər. Ya onlar Məsihin piyaləsini
axtardıqlarına inanırlar.
- Ya da?
- Ya da bütün həqiqəti bilirlər və təhlükədə olduqlarını anlayırlar.
Elə insanlar olub ki, Qraarı tapıb məhv etmək istəyiblər.
Kabinəyə susqunluq çökdü, adama gəlirdi ki, bamper yola daha
möhkəmcə sürtülür. Onlar artıq bir neçə kilometr idi ki, beləcə
gedirdilər və maşının ön hissəsinin altından çıxan qığılcım topalarını
görən Lenqdon anladı ki, bu təhlükəsiz deyil. Əgər onlar başqa
maşınla qarşılaşsalar, bu, diqqəti cəlb edəcək. O dedi:
- Bamperə baxmaq istəyirəm. Görüm, düzəltmək olmazmı?
O, maşını yolun kənarında saxladı. Sakitlik çökdü.
Maşının ön tərəfinə addımlayan Lenqdon birdən özündə qüvvət və
cəldlik hiss etdi. Bu gün o, ölümün düz gözünə baxmışdı, tətiyi
çəkilmiş tapança sizə zarafat gəlməsin. İndi Robertin sanki ikinci
nəfəsi açılmışdı. Həm də məsuliyyət hissi daha da artmışdı. Bəs necə,
onların əlində elə bir əşya var ki, bəşər tarixində ən qalmaqallı

240 downloaded from KitabYurdu.org


sirlərdən birinin yerini göstərə bilər.
Lenqdon anlayırdı ki, guşəli daşı qaytarmaq üçün Prioratın yollar
axtarması əhəmiyyətsizdir. Daha üç qətl hadisəsi barədə xəbər təşkilat
üçün dəhşətli vəziyyətin yarandığını göstərirdi. Düşmən təşkilatın
daxilinə girə bilib. O təhlükədədir. Görünür ki, təşkilatın üzvlərini
izləyirmişlər ya da onların içərisində satqın olub. Cak Sonyerin guşəli
daşı cəmiyyətin üzvlərinə yox, Sofi və Lenqdona əmanət etməsini
yalnız bununla izah etmək olar. Buna görə də biz guşəli daşı Priorata
təhvil verə bilmərik. Hətta Lenqdon Prioratın hər hansı üzvü ilə əlaqə
yaratmağa müvəffəq olsaydı da, onun düşmən olmayacağına təminat
yox idi. Sofi və Lenqdon istəsələr də, istəməsələr də guşəli daş
müəyyən müddət ərzində onlarda qalmalıdır.
Furqonun qabaq hissəsi Lenqdonun təsəvvür etdiyindən də pis
vəziyyətə düşmüşdü. Sol fara qopub düşmüş, sağdakı isə yerindən
çıxarılmış və sapdan asılmış göz almasına oxşayırdı. Lenqdon onu
yerinə qoyub bərkitmək istədi.
Məlum deyil, nə müddətə davam gətirəcək. Ön bamper tamamilə
qopmuşdu. Lenqdon var gücü ilə onu təpiklə vurdu və bir neçə
zərbədən sonra bu dəmir parçasından qurtulacaqlarını hiss etdi.
O, əyilmiş metal parçasına təpiklə vurur və Sofi ilə söhbəti
xatırlayırdı. Babam avtocavablayıcıda mənə mesac saxlayıb, Sofi
demişdi. Ailəsi haqqında bütün həqiqəti deyəcəyini anlatmışdı babası.
O vaxt Lenqdon Sofinin sözlərini o qədər də diqqətə almamışdı.
Amma indi, bütün bu hadisələrdə Sion Prioratının iştirakını bildikdə,
hər şey başqa cür görünürdü.

241 downloaded from KitabYurdu.org


Birdən bamper möhkəm səslə qopub yerə düşdü. Lenqdon nəfəsini
dərmək üçün dayandı. Ən azı furqon indi diqqət cəlb etməyəcək. O,
bamperi götürüb onu gizlətmək üçün meşənin qırağına tərəf sürüdü.
Sonra nə olsun? Onlar kripteksi necə açmağı bilmirlər. Sonyer onu nə
üçün bizə ötürüb? Təəssüf ki, bu sualların cavablarından onların həyatı
asılıdır.
Bizə kömək lazımdır, Lenqdon qərara aldı. Peşəkar köməyi.
Qraal və Sion Prioratının sirləri ilə bağlı aləmdə yalnız bir namizəd
vardı. Qalır Sofinin razılığını almaq, amma o hiss edirdi ki, bu çətin
olacaq.
Sofi furqonda oturub Lenqdonun qayıtmasını gözləyirdi. Mücrü ağır
yük kimi dizlərini əzirdi. Sofi birdən bu tapıntıya nifrət etdiyini anladı.
Axı, babam bunu nə üçün mənə ötürüb? O. nə edəcəyini qətiyyən
anlamırdı.
Düşün Sofi, düşün! Başını işə sal! Baban sənə nəsə mühüm bir şey
demək istəyib. O, mücrünü açdı və beş diskli mərmər kripteksə baxdı.
Etibar etmək olar. Babamın əli hiss olunur. Guşəli daş -yalnız ən
ləyaqətli adamın oxuya biləcəyi xəritədir. Ona elə gəldi ki, babasının
səsini eşitdi.
Sofi kripteksi mücrüdən çıxarıb barmaqlarını onun disklərinə
toxundurdu. Beş hərf. Sonra növbə ilə diskləri fırlatmağa başladı.
Mexanizm əla işləyirdi, deyəsən, yağlanmışdı. O, diskləri elə fırlatdı
ki, seçilmiş hərflər iki mis oxun arasında qalsın. İndii beş hərfli sözü
oxumaq olardı. Amma Sofi bilirdi ki, bu söz çox aydındır və ona görə
də kod üçün yaramaz!

242 downloaded from KitabYurdu.org


Q-R-A-A-L!
O, ehtiyatla silindrin uclarından yapışıb onu fırlatmaq istədi.
Kripteks açılmadı. İçindəki maye hədələyici tərzdə pıqqıldadığından
Sofi daha silindri dartmadı. Sonra yenə cəşd etdi.
V-İ-N-Ç-İ
Yenə nəticəsiz.
V-O-U-T-E
Heç bir şey. Kripteks etibarlı şəkildə bağlı idi.
O, kripteksi mücrüyə qoyub napağı örtdü. Sonra pəncərədən baxdı
ki, Lenqdonun gəlib-gəlmədiyini görsün. Sofi bu gün onun yanında
olduğuna görə ona minnətdar idi. P.S. Robert Lenqdonu tapmalı.
Babası ona kömək etmək üçün bu Adamı təsadüfən seçməyib. Belə
zəngin biliyə malik olan alimi. Təəssüf, bu gün Lenqdon müəllim
rolunda az iştirak edirdi. O, Bezu Faşın və birdə Qraalı əldə etmək
istəyən naməlum qüvvənin hədəfinə çevrilib.
Sofi artıq neənci dəfəydi ki, öz-özündən soruşurdu: Qraala görə
həyatınla risk etməyə dəyərmi?
Zirehli furqon sürətini artırmağa başladı.
- Bilirsinizmi, Versala necə getmək olar? - o, Sofidən soruşdu.
Sofi təəccübləndi:
- Niyə? Mənzərələrə tamaşa etmək üçünmü?
- Yox, mənim planım var. Versalın yaxınlığında görkəmli bir alim
yaşayır. Dinlərin tarixi ilə məşğul olur. Dəqiq ünvanını xatırlamıram,
amma axtara bilərik. Mən bir neçə dəfə onun mülkündə olmuşam. Adı
Lyu Tibinqdir. Kral Tarix Cəmiyyətinin keçmiş üzvüdür.

243 downloaded from KitabYurdu.org


- Parisdə yaşayan britaniyalı?
- Onun həyatının yeganə məqsədi Qraal piyaləsi olub. On beş il
əvvəl guşəli daş barədə şayiələr yayılanda, o, Fransaya köçüb. Daşın
gizlədildiyi kilsəni tapmaq ümidi ilə. Guşəli daş və Qraal haqqında bir
neçə itab yazıb. Düşünürəm ki, o bizə kömək edə bilər. Kripteksi
açmağı və onunla nə etməyi bizə öyrədər.
Sofi tərəddüdlə baxdı:
- Hesab edirsiniz ki, ona etibar etmək olar?
- Hansı mənada? Demək istəyirsiniz, o, informasiyanı oğurlaya
bilər?
- Həm də bizi ələ verməyəcək.
- Mən polisin bizi axtardığını ona xəbər verməyə haazırlaşmıram.
Hər şey tamamilə aydınlaşanda isə bizə heç nədən qorxmaq lazım
deyil.
- Robert, bəs siz düşünməmisiniz ki, hər evdə televizor var və bu
televizorda bizim fotoşəkillərimizi göstərirlər? Bezu Faş öz məqsədi
üçün KİV-dən həmişə istifadə edir. O elə edəcək ki, insanlar arasına
çıxdıqda hər kəs bizi tanıyacaq.
Dəhşətdir, Lenqdon düşündü. Mənim fransız televiziyasında
debütüm. «Təhlükəli cinayətkar axtarışdadır» rubrikası altında. Nə isə,
ən azından Conas Faukman razı qalacaq: kitabın tiracı dərhal
yüksələcək.
- Bu insanla doğrudanmı siz yaxşı dostsunuz? - Sofi soruşdu.
Tibinqin gecə saatlarında televizora baxanlardan olduğuna Lenqdon
şübhə edirdi. Lakin Sofinin son sualı onu düşündürdü. Lenqdona

244 downloaded from KitabYurdu.org


intuisiyası Tibinqə tamamilə etibar etməyi deyirdi. İdeal daldalanacaq.
Tibinq yaranmış vəziyyəti nəzərə alaraq onlara kömək etmək üçün
əlindən gələni edəcək. O, nəinki Lenqdona borcludur, o həm də
Qraalla bağlı problemlərin əsil əsil bilicisi və tədqiqatçısıdır. Həm də
Sofi deyəcək ki, onun babası Sion Prioratının Böyük Ustadı olub.
Tibinq bunu eşidəndə, bu tədqiqatda iştirak etdiyi üçün sevincindən
gözləri yaşaracaq.
-Tibinq tamamilə etibarlı müttəfiq ola bilər, - Lenqdon dedi.
Hər şey Sofinin onunla nə qədər açıq söhbət edəcəyindən asılıdır.
- Yəqin ki, Faş sizi tutana pul mükafatı vəd edib.
Lenqdon güldü:
- İnanın mənə, Tibinqi ən son maraqlandıran şey- puldur.
Tibinqin zənginliyini, kiçik ölkələrin zənginliyinə bənzətmək olardı.
O, ingilis hersoqu Lankasterin nəslindən idi və öz pullarını ən qədim
üsulla - miras yolu əldə etmişdi. Onun mülkü - Paris ətrafında
yerləşən, park və iki gölü olan on yeddinci əsrdən qalma saray idi.
Lenqdon Tibinqlə bir neçə il əvvəl Bi-bi-si vasitəsilə tanış olmuşdu.
Tibinq Qraal piyaləsinin tarixi barədə sənədli serialın çəkilişi üçün bu
şirkətə müraciət etmişdi. O, aparıcı kimi çıxış etməyə hazırlaşmışdı və
mövzunun tamaşaçılarda böyük maraq doğuracağına o əmin idi.
Layihə Bi-bi-sinin prodüsserinin xoşuna gəlmişdi. Onlar Tibinqin
özünə, onun tədqiqatlarına və elmi aləmdəki nüfuzuna hörmətlə
yanaşırdılar. Yalnız bir «əmma» var idi: onlar qorxurdular ki, Tibinqin
konsepsiyası həddən artıq şokedici xarakter daşıyır, adi vətəndaşların
bunu qəbul etməsi çətindir. Və bütün bunlar öz sənədli proqramları ilə

245 downloaded from KitabYurdu.org


şöhrət qazanan şirkətin nüfuzuna pis təsir göstərəcək. Tibinqin təklifi
ilə Bi-bi-si bu problemin də öhdəsindən gəldi -Tibinqə müxalif
qismində üç nəfər Qraal üzrə görkəmli mütəxəssisi proqramma dəvət
edərək özünü sığortaladı.
Onlardan biri Lenqdon idi.
Bi-bi-si Lenqdonun Parisə gəlməyi üçün lazım olan məbləği ödədi,
və o beləcə Tibinqin mülkündə çəkilişlərə qatıldı. O, ser Lyunun rahat
kabinetində kameraların qarşısında oturmuş və şübhəli dəlillər
gətirərək onun mülahizələrini tənqid etmişdi. Lakin sonra, Qraal
piyaləsi tarixinin doğru olduğuna Tibinqin onu inandırmasını etiraf
etmişdi. Lenqdon son olaraq tamaşaçıları öz tədqiqatlarının nəticəsi ilə
tanış etmiş, konkret olaraq: Tibinqin ziddiyyətli və oricinal
nəzəriyyəsini müdafiə edən simvollar arasındakı əlaqələr haqda
danışmışdı. Proqram Böyük Britaniyada göstərilmişdi. Lakin
iştirakçıların «ulduz» olduqlarına və sənədli sübutlar gətirmələrinə
baxmayaraq, proqramm xristianlar tərəfindən etirazla qarşılanmışdı.
Proqramı Amerikada göstərməmişdilər, amma tənqidçilərin qəzəbli
səsləri bu ölkəyə də gəlib çatmışdı. Lenqdon tezliklə bundan sonra
köhnə tanışından, Filadelfiya Katolik kilsəsinin yepiskopundan açıqca
aldı. Açıqcada cəmi üç söz yazılmışdı: «Et tu, Robert?» («Sən də
Robert?» (lat.) - allüziya - Yuli Sezarın məşhur cümləsinə işarə: «Sən
də Brut?»)
- Robert, - Sofi soruşdu, - sən əminsən ki, bu adama etibar etmək
olar?
-Tamamilə. Biz onunla kollegayıq, pul ona lazım deyil, həm də

246 downloaded from KitabYurdu.org


bilirəm ki, onun fransız hökumətindən xoşu gəlmir. Sizin hökumət
ondan külli miqdarda, həm də anlaşılmaz vergi tutur, guya ki, tarixi
torpağı özəlləşdirdiyinə görə. Odur ki, o, Faşla heç vaxt əməkdaşlıq
etməz.
Sofi irəliyə, qaranlıq yola baxdı.
- Yaxşı, tutaq ki, biz onun yanına getdik. Bəs ona nəyi demək
olar, nəyi yox?
Lenqdon dedi:
- İnanın Sofi, Lyu Tibinq Qraal və Sion Prioratı haqqında hər
kəsdən çox bilir.
- Mənim babamdan da çox?-Sofi inamsızca soruşdu.
- Mən cəmiyyətdən kənar istənilən şəxsi nəzərdə tutdum.
- Bəs, siz nə üçün əminsiniz ki, Tibinq cəmiyyətin üzvü deyil?
- O, bütün ömrü boyu Qraal piyaləsi haqqında həqiqəti demək
istəyib.
Prioratın üzvləri isə bu sirri açmayacaqlarına and içiblər.
- Hə, bu artıq maraqların üst-üstə düşmədiyini göstərir.
Lenqdon onun təşvişini anlayırdı. Sonyer kripteksi bilavasitə Sofiyə
ötürmüşdü. O, kripteksin içində nə olduğunu və onunla necə
davranacağını bilmədiyindən bu işə yad bir insanı cəlb etmək
istəmirdi. Bəli, düzgün fikirdir, xüsusilə bu informasiyanın dağıdıcı
gücü nəzərə alınsa.
- Biz guşəli daş haqqında Tibinqə dərhal deməyə də bilərik.
Ümumiyyətlə, bu haqda danışmarıq. Sadəcə onun evi etibarlı
sığınacaqdır, bu bizə yaxşı düşünməyə müəyyən vaxt verər. Ola bilsin

247 downloaded from KitabYurdu.org


ki, onunla Qraal piyaləsi barədə danışaq, əgər sizə elə gəlirsə ki,
babanız məhz bunu sizə ötürüb.
- Mənə yox, bizə - Sofi dedi.
Lenqdon qürur duydu və yenə də Sonyerin bu işdə onun iştirakını
lazım bildiyinə təəccübləndi.
- Siz heç olmasa, Tibinqin malikanəsinin yerini təxminən
bilirsinizmi? - Sofi soruşdu.
- Malikanə Şato Villet adlanır.
Sofi şübhə ilə ona baxdı:
- O, məşhur Şato Villet?
- Hə, hə.
Gör ha! Yaxşı dostlarınız var.
- Demək siz bilirsiz, o harda yerləşir?
- Bir dəfə yanından keçmişəm. Ətrafda çoxlu qəsr var. Burdan
iyirmi dəqiqəlik yoldur.
Lenqdon üz-gözünü turşutdu:
- Belə uzaqdır?
- Eybi yox. Həm də ki, yol boyu siz Qraal piyaləsinin nə olduğunu
mənə danışarsınız.
- Tibinqin yanında danışaram, - Lenqdon bir az susduqdan sonra
dedi, - biz onunla ayrı-ayrı sahələr üzrə mütəxəssisik, əgər bizim
söhbətlərimizi birləşdirsəniz,
Qraal əfsanəsi barədə tam təəssüratınız olar. - Lenqdon gülümsündü. -
Bundan əlavə, Qraal Tibinqin həyatının mənası olub. Qraal piyaləsinin
tarixini Tibinqin dilindən eşitmək - nisbilik nəzəriyyəsini Eynşteynin

248 downloaded from KitabYurdu.org


dilindən eşitməyə bərabərdir.
- Təkcə sizin Lyunun vaxtsız qonaqlara etiraz etməyəcəyi qalır.
- Birincisi o, sadəcə Lyu deyil, ser Lyudur. Ser Tibinq sadə insan
deyil. Saray qarşısında xüsusi xidmətlərinə görə kraliçanın özü
tərəfindən cəngavər adına layiq görülüb. O, Yorkların evinin tam
təsvirini verib.
- Siz zarafat edirsiniz? - Sofi ucadan dedi. - Deməli, biz
cəngavərgilə qonaq gedirik?
Lenqdon gülümsündü:
- Sofi, biz Qraal tarixini araşdırmağa gedirik. Bu işdə bizə
cəngavərdən yaxşı kim kömək edə bilər?
LII FƏSİL
185 akr sahəni tutan Şato Villet mülkü Parisdən şimal-qərb
istiqamətində iyirmi beş dəqiqəlik məsafədə Versal çölündə yerləşirdi.
1668-ci ildə qraf Ofley üçün Fransua Mansar tərəfindən
layihələndirilmiş mülk əsas tarixi malikanələrdən biri idi. Lenoşranın
layihəsi əsasında yaradılmış iki düzbucaqlı süni göl və bağdan ibarət
olan şatoya malikanə deyil, qəsr demək daha düzgün olardı. Fransızlar
bu mülkü hörmətlə «la Petite Versailes» - «Kiçik Versal»
adlandırırdılar.
Lenqdon zirehli furqonu qəsrə aparan bir mil uzunluğunda
xiyabanın darvazası yanında saxladı. Uzanda ser Lyu Tibinqin
iqamətgahı görünürdü. Darvazanın üstündə asılmış lövhəcikdə
yazılmışdı: «XÜSUSİ MÜLKİYYƏT. KƏNAR ŞƏXSLƏRİN DAXİL
OLMASI QADAĞANDIR!»

249 downloaded from KitabYurdu.org


Deyəsən, Tibinq öz məskənini İngiltərənin adacığına çevirməyə
çalışırdı. Bunu təkcə ingiliscə yazılmış lövhəcik deyil, qapıdakı girişin
sağ tərəfindən asılmış radiodanışıq qurğusu da göstərirdi - İngiltərədən
başqa, Avropanın bütün ölkələrində avtomobillərdə sərnişin yeri məhz
sağ tərəfdədir.
Sofi təəccübləndi:
- Bəlkə kimsə tək, sərnişinsiz gələcək?
- Ah, soruşmayın. - Lenqdon Tibinqin xasiyyətinə bələd idi. - O
istəyir ki, hər şey vətənindəki kimi olsun.
Sofi şüşəni aşağı saldı.
- Bilirsiniz Robert, yaxşı olar ki, siz özünüz onunla danışasınız.
Lenqdon Sofiyə tərəf yaxınlaşdı və onun üstündən əyilib
domofonun düyməsini basdı. Onun burnuna Sofinin ətrinin iyi doldu,
və o, yalnız indi dərk etdi ki, Sofiyə həddən artıq yaxınlaşıb. O
gözləyirdi, kiçik mikrofondan zəng səsləri eşidilirdi. Nəhayət, şıqqıltı
eşidildi və hirsli səs fransız ləhcəsi ilə ingiliscə dedi:
- Şato Villet. Kimdir?
- Robert Lenqdon, - Lenqdon cavab verdi. İndi o, demək olar ki,
Sofinin dizlərində uzanmışdı.
- Mən ser Lyu Tibinqin dostuyam. Ondan kömək istəməyə
gəlmişəm.
- Ağa yatır. Mən də yatırdım. Hansı işdən ötrü gəlmisiniz?
- Şəxsi işim var. Amma bu onu çox maraqlanlıracaq.
- Onda səhər tezdən gəlsəniz, sizi mütləq qəbul edər.
- Amma bu çox mühüm işdir. - Lenqdon təkid etdi.

250 downloaded from KitabYurdu.org


- Ser Lyu üçün yuxu da vacibdir. Əgər siz onun dostusunuzsa,
onda bilməlisiniz ki, o sağlam deyil.
Ser Lyu Tibinq uşaqlıqda poliomielit xəstəliyinə tutlmuşdu, indi o,
əl ağaclarının köməyi ilə hərəkət edirdi. Amma axırıncı dəfə onunla
görüşdükdə, Lenqdona diribaş və işgüzar təsir bağışladığından,
Lenqdon onun bu qüsuruna diqqət verməmişdi.
- Xahiş edirəm, ona deyin ki, mən Qraal haqqında yeni
informasiya tapmışam. Elə mühüm informasiyadır ki, səhərə qədər
gözləmək olmaz.
Mikrofon uzun müddət susdu.
Lenqdonla Sofi gözləyirdilər, furqonun mühərriki boşuna işləyirdi.
Nəhayət səs eşidildi:
- Əzizim, nəzərinizə çatdırmaq istəyirəm ki, siz deyəsən, burda da
Harvard vaxtı ilə yaşayırsınız.
Lenqdon gülümsədi. O, xarakterik britan ləhcəsini tanımışdı.
Gümrah, şən səs.
- Lyu, Allah xatirinə, sizi bu vaxt narahat etdiyim üçün məni
bağışlayın.
-Xidmətçim dedi ki, siz Qraal barədə danışmaq istəyirsiz.
- Düşündüm ki, yalnız bu sizi yataqdan qaldıra bilər.
- Və haqlı olduğunuzu gördünüz.
- Köhnə dostunuza darvazanı açmayacaqsınızmı?
- Kim ki həqiqət axtarışındadır, dostdan da irəlidir. Ona qardaş
demək olar.
Lenqdon Sofiyə baxdı. Tibinq pafosla, antik teatr ruhunda danışmağı

251 downloaded from KitabYurdu.org


xoşlayırdı.
- Darvazanı açacağam, bundan əmin olun, - Tibinq dedi, - amma
əvvəlcə bilmək istəyirəm ki, siz mənim yanıma təmiz ürəklə və yaxşı
məqsədlə gəlmisiz. Bu sınaqdır. Siz üç suala cavab verməlisiniz.
Lenqdon sakitcə ah çəkdi, sonra Sofiyə pıçıldadı:
- Görürsünüz, necə tipdir?
- Birinci sual, - Tibinq təntənə ilə dedi, - Sizə nə versinlər: qəhvə
yoxsa çay?
Lenqdon Tibinqin çoxlu qəhvə içməyə münasibətini bilirdi.
- Çay, - o, cavab verdi, - «Erl Qrey».
- Əla! İkinci sual. Südlə yoxsa şəkərlə?
Lenqdon tərəddüd etdi.
- Südlə, - Sofi onun qulağına pıçıldadı. - Mən bilirəm ki, ingilislər
südlü çaya üstünlük verirlər.
- Südlə, - Lenqdon cavab verdi. Pauza. - Şəkərlə?
Tibinqdən səs çıxmadı.
Dayan bir! Lenqdon axırıncı görüş zamanı ona verilən acı içkini
indii xatırladı. Sualın çaşdırıcı olduğunu başa düşdü.
- Limon! - o ucadan dedi. - Limonlu «Erl Qrey» çayı.
- Təbrik edirəm, - Tibinq gülə-gülə dedi, - Nəhayət sizə ən axırıncı
və qorxulu sualı verməliyəm. O, sözünə bir qədər ara verdi. Sonra
acıqlı, sirli səslə dedi: - Axırıncı dəfə, hansı ildə Harvarddan olan
qayıqçı Oksforddan olan qayıqçını Henlidə ötüb keçmişdir?
Lenqdon heç nə başa düşmürdü, amma bilirdi ki, bu sual da çaşdırıcı
sualdır.

252 downloaded from KitabYurdu.org


- Heç zaman, çünki belə yarış indiyədək keçirilməyib.
Qıfıl şaqqıldadı, darvaza açıldı.
- Sizin ürəyiniz təmizdir, mənim dostum. Keçə bilərsiniz.
LIII FƏSİL
- Müsyö Berne! - Sürix Depozitar Bankının gecə növbətçisinin səsində
rahatlıq açıq-aşkar hiss olunurdu. O, prezidentin səsini telefonda dərhal
tanımışdı. - Siz harda idiniz, ser? Polis hələ burdadır, hamı sizi
gözləyir!
- Mənim bir balaca problemim var, - bankın prezidenti tutqun
səslə dedi. - Təcili sizin köməyiniz lazımdır.
Sizin bir yox, çoxlu probleminiz var, növbətçi düşündü. Polis bankı
mühasirəyə alıb hədələyir ki, tezliklə məhkəmə polisinin kapitanı özü
axtarış orderi ilə gələcək.
- Ser, necə kömək edə bilərəm?
- Üç nömrəli zireşli maşın. Mən onu təcili tapmalıyam.
Növbətçi özünü itirdi və cədvələ baxdı.
- O, burdadır ser. Aşağıda, qaracın yük bölməsində.
- Ola bilməz! Furqonu polisin axtardığı iki tip qaçırıb.
- Nə? Axı onlar bunu necə edib?
- Telefonla hər şeyi demək istəmirəm, amma elə vəziyyət yaranıb
ki, bundan bizim bank böyük zərər görə bilər.
- Ser, mən nə etməliyəm?
- Mən istəyirəm ki, siz furqonun siqnalı axtarış qurğusunu işə
salasınız.
Gecə növbətçisinin baxışları otağın o biri başında olan paylayıcı

253 downloaded from KitabYurdu.org


qutuya
zilləndi. Əksər zirehli maşınlar kimi, bankın bütün furqonları xüsusi
izləmə qurğuları ilə təchiz olunmuşdu. Müdir bu siqnal sistemini
yalnız bir dəfə, furqonlardan biri yolda qaçırılan zaman işə salmışdı.
Sistem dərhal işə düşmüş, təhlükəsizlik xidməti furqonun yerini dərhal
təyin etmiş və koordinatları polisə bildirmişdi.
- Ser, siz bilirsiniz ki, mən əgər sistemi aktivləşdirsəm, ötürücü
problemin olduğunu dərhal polisə bildirəcək?
Berne bir neçə saniyə susdu.
- Bəli, bilirəm. Buna baxmayaraq, yerinə yetirin. Üç nömrəli
furqon. Mən gözləyəcəyəm. Bu maşının harda olduğunu dəqiq
bilməliyəm. Dərhal mənə xəbər verin.
- Oldu, ser.
On üç saniyə sonra bankdan qırx kilometr aralıda zirehli furqonun
şassisində gizlədilmiş kiçik ötürücü işə düşərək yanıb-sönməyə
başladı.
LIV FƏSİL
Lenqdonla Sofi çinar ağacları əkilmiş uzun xiyabanla furqonda qəsrə
tərəf gedirdilər. Nəhayət ki, Sofi bir qədər yüngülləşərək rahat nəfəs
alırdı. Bütün bu macəralardan sonra, xeyirxah və şən əcnəbi öz
mülkündə səni mehribanlıqla qəbul edəcək.
Onlar evin yanındakı dairəvi yola döndülər və onların qarşısında
möhtəşəm Şato Villet durdu. Altmış metr uzunluğunda olan
üçmərtəbəli binanın bozrəngli fasadı xüsusi sistemlə işıqlandırılmışdı.
Pəncərələrdə işıqlar yanmağa başladı.

254 downloaded from KitabYurdu.org


Lenqdon maşını boş girişə tərəf sürdü, həmişəyaşıl ağacların altında
tikilmiş dayanacaqda saxladı.
- Belədə risk azdır, yoldan bizi görməzlər, - o dedi. - Həm də
əzilmiş furqonla gəldiyimizi Lyu da görməz.
Sofi başını tərpətdi.
- Kriptekslə nə edək?-Sofi soruşdu. - Onu maşında saxlamağa
dəyməz.
Amma Lyu görsə, yəqin ki, bunun nə olduğunu bilmək istəyəcək.
- Narahat olmayın, - Lenqdon cavab verdi. O, tvid pencəyini
çıxarıb maşından düşdü və mücrünü ona bükdü. Bağlama bələkdəki
körpəyə oxşayırdı.
Sofi tərəddüdlə dedi:
- Bir az şübhəli görünür.
- Ser Tibinq qonaqlara qapını özü açmır. O, öz gəlişini təntənəli
surətdə elan etməyi xoşlayır. İçəri girək və ağa gəlməzdən əvvəl mən
bunu gizlətməyə yer taparam. - O, bir anlığa susdu. - Ümumiyyətlə,
sizə əvvəlcədən xəbərdarlıq etmək istəyirəm. Ser Lyunun
özünəməxsus yumor hissi var... bu, çoxlarına qəribə görünür.
Amma bütün bu hadisələrdən sonra onu təəccübləndirəcək daha
nəsənin baş verəcəyinə Sofi şübhə edirdi.
Əsas girişə aparan cığıra xırda daşlar döşənmişdi. Bu əyri-üyrü cığır
düz palıddan düzəlmiş qapılara aparırdı. Sofi qapını döyməyə macal
tapmamış, onlar qonaqpərvərliklə taybatay açıldı.
Onların qarşısına ağ qalstuk taxmış, qara fraklı eşikağası çıxdı. Ona
əlli yaş vermək olardı. Düzgün cizgili üzünün ifadəsindən bəlli idi ki,

255 downloaded from KitabYurdu.org


belə gec vaxtda qonaqların gəlməsinə qətiyyən sevinmir.
- Ser Lyu indicə düşəcək, - o, fransız ləhcəsi ilə təntənəli surətdə
elan etdi. - O geyinir. Gecə paltarında qonaq qarşılamağı istəmir. İcazə
verin, pencəyinizi alım. - O, başı ilə Lenqdonun qoltuğunun altına
sıxılmış tvid bükülüyə işarə etdi.
- Təşəkkür edirəm, narahat olmayın.
- Necə bilirsiniz, ser. Xahiş edirəm, bura buyurun.
Eşikağası onları geniş, mərmərlə işlənmiş holla aparıb viktorian
lampaları ilə yüngülcə işıqlandırılmış rahat və yaraşıqlı qonaq otağına
gətirdi. Burdan parket yağının, qəlyan tütününün, çay yarpağının xoş
iyi gəlirdi. Buna bütün daş tikililərə xas olan torpaq qoxusu da
qarışmışdı. İki dəst qədim əsləhə ilə bəzədilmiş divarda, emal
edilməmiş daşlardan düzəldilən nəhəng buxarı vardı. Ocaq o qədər
böyük idi ki, burda lap öküzü qızartmaq olardı. Buxarıya yaxınlaşan
eşikağası kibriti əvvəlcədən hazırlanmış ocağa yaxınlaşdırdı. Ocaq
dərhal alovlandı.
Eşikağası dikəlib frakını düzəltdi.
- Ağa xahiş etdi ki, siz özünüzü evinizdəki kimi hiss edəsiniz. - O,
bu sözləri deyib otaqdan çıxdı, Lenqdonla Sofi təklikdə qaldılar.
Sofi heç cür qərara gələ bilmirdi ki, harda əyləşsə yaxşıdır -
Renessans dövrünün üslubunda hazırlanmış məxmər divanda,
dirsəkaltısı olan qartal pəncəsi şəklində taxta yelləncəkdə yoxsa nə
vaxtsa bizans kilsələrinin birində oturacaq kimi istifadə olunan daş
skamyalarda.
Lenqdon bükülünü açıb mücrünü çıxartdı, divana yaxınlaşıb onu

256 downloaded from KitabYurdu.org


döşəkçənin altına soxdu. Sonra pencəyini çırpıb geyindi və Sofiyə
gülümsəyərək mücrünü gizlətdiyi yerin üstündə oturdu.
Neynək, qoy divan olsun, - Softi öz-özünə deyib onun yanına keçdi.
Buxarıda rəqs edən Alova baxıb istidən ləzzət alan Sofi birdən
ağlına gətirdi ki, bu otaq çox güman ki, babasının xoşuna gələrdi. Qara
taxtadan düzəldilmiş divarlarda qədim ustaların rəsm əsərləri asılmışdı.
Onlardan biri Pussenə aid idi, babası onu Leonardodan sonra ikinci
böyük rəsam hesab edirdi. Daş rəfin üstündə İlahə İsidanın alebastrdan
olan büstü qoyulmuşdu və sanki, otaqda baş verənlərə göz qoyurdu.
Bu heykəlcikdən başqa buxarını daşdan qayrılmış daha iki qorqul
fiquru bəzəyirdi. (Qorqul - fantastik heyvandır. Rəvayətə görə,
Fransada, Sena çayı sahillərində rast gəlinmiş əcdahayabənzər ilandır.
O, güclü qüvvəylə suyu püskürüb balıqçı qayıqlarını və evləri
batırarmış. Ruanın arxiyepiskopu Müqəddəs Roman onu aldadaraq
xaçın köməyilə sakitləşdirmiş və şəhərə gətirmişdir. Şəhər sakinləri
onu burda öldürmüşlər-S.B.) Memarlar qotik üslubda tikilmiş
məbədləri qorqullarla bəzəyirdilər. Onlardan həm də odun yığmaq
üçün altlıq kimi istifadə edirdilər. Qorqulların geniş açılmış qorxunc
cənglərindən qaralmış udlaqları görünürdü. Sofi uşaqkən qorqullardan
həmişə qorxmuşdu; bu - babasının güclü leysan vaxtı onu Notr-Dam
kilsəsinə gətirənə qədər davam etdi. Onlar lap yuxarı qalxdılar.
- Prinsessa, bu balaca eybəcərlərə bax, - babası dedi və
ağızlarından su şırnağı tökülən məşhur qorqulları göstərdi.
- Eşidirsən, su onların boğazında necə quruldayır?
Sofi başını tərpətdi və güldü: doğrudan da, su - bu qəribə

257 downloaded from KitabYurdu.org


məxluqların boğazında gülməli şəkildə quruldayırdı.
- Qur-qur-qur, - babası dedi. - Buna görə də onlara qorqul adı
veriblər.
Bundan sonra Sofi daha heç vaxt qorqullardan qorxmadı.
Bu xatirələr onu qəmginləşdirirdi, babasının qəddarlıqla
öldürülməsini düşünəndə ürəyi sıxılırdı. Babası ölüb. Sonra o, divanın
altına qoyulmuş kripteksi düşündü və Lyu Tibinqin onu açacağına
şübhə etdi. Yəqin ki, bu haqda heç soruşmağa dəyməz. Həm də babası
son ismarıcında Robert Lenqdona müraciət etməyi məsləhət bilmişdi.
Başqa biri haqqında bir kəlmə də olsun, işarə etməmişdi. Sadəcə bizə
müəyyən vaxta qədər hardasa gizlənmək lazımdır.
Lenqdon onu bura gətirməkdə, yəqin ki, haqlıdır, Sofi qət etdi.
- Ser Robert! - arxadan səs eşidildi. - Görürəm ki, siz tək yox,
gözəl xanımla birgə səyahətə çıxmısınız.
Lenqdon ayağa qalxdı. Sofi də tələsik durdu. Səs yuxarıdan, ikinci
mərtəbəyə qalxan taxta pilləkəndən gəlirdi. Yuxarıda, qaranlıqda
kimsə hərəkət edirdi, onun yalnız silueti görünürdü.
- Axşamınız xeyir! - Lenqdon dedi. - Ser Lyu, icazə verin, sizi
tanış edim, bu Sofi Nevedir.
- Bu, mənim üçün böyük şərəfdir! -Tibinq qaranlıqdan çıxdı.
- Sağ olun ki, bizi qəbul etdiniz, ser. - Sofi yalnız indi ev sahibinə
baxdı. Bəli, ayaqlarında metal bəndlər ser Tibinq qoltuqağaclarının
köməyi ilə pilləkəndən yavaş-yavaş düşürdü. - Biz elə gec gəlmişik
ki...
- Gec yox, mənim əzizim, əksinə tez. - o güldü. - Vous netes pas

258 downloaded from KitabYurdu.org


Americaine? (Siz amerikalı deyilsiniz? -frans.)
Sofi başını yırğaladı:
- Parisienne (Parisliyəm - frans.)
- İngiliscə gözəl danışırsınız.
- Sağ olun, ser. Mən Royal-Holloueydə təhsil almışam.
- Onda aydındır, - Tibinq dedi, - bəlkə də, Robert deyib sizə, mən
ora yaxın yerdə, Oksfordda dərs demişəm. -Tibinq Lenqdona baxıb
hiyləgərcə gülümsündü. - Əlbəttə ki, Harvard mənim həmişə ehtiyat
variantım olub.
Budur o, nəhayət, pilləkənin axırına gəldi və Sofi düşündü ki, o, ser
Elton Con qədər də cəngavərə oxşamır. Kürən saç, qırmızı sifət və şən
qəhvəyi gözlü qoca. Onun əynində dama-dama pantolonlar və rahat
ipək köynək vardı. Üstündən xırda güllü köynək geymişdi.
Ayaqlarındakı alüminium bəndlərə baxmayaraq o, şax və ləyaqətlə
durmuşdu.
Tibinq əlini Lenqdona uzatdı:
- Robert, siz hiss olunacaq dərəcədə arıqlamısınız.
- Sizsə kökəlmisiniz, - Lenqdon gülümsündü.
Tibinq ürəkdən güldü və əlilə yumru qarnını sığalladı.
- Heç-heçə! İndi ən çox ləzzət aldığım şey gözəl yeməklərdir. - O,
Sofiyə yaxınlaşıb əlini-əlinə aldı, azca başını əyib öpdü. - Miledi!
Sofi Lenqdona baxdı, o özünü necə aparacağını bilmirdi: əlini
çəksinmi yoxsa müqavimət lazım deyil?
Eşikağası əlində podnos qonaq otağına girdi və çay dəstgahını
buxarının qarşısındakı stolun üstünə düzdü.

259 downloaded from KitabYurdu.org


- Tanış olun, Remi Leqaludek, - Tibinq dedi. - Mənim sadiq
qulluqçum.
Ucaboy eşikağası başını tərpədib getdi.
- Remi Lionludur, - Tidinq elə tonda dedi ki, sanki lionlu olmaq
eyibli bir xəstəliyə tutulmaq kimi bir şeydir, - Amma sousları
mükəmməl hazırlayır.
Bu sözlər Lenqdonu əyləndirdi.
- Mənsə elə bilirdim ki, qulluqçunu da İngiltərədən gətirmisiniz.
- Əlbəttə, yox! Britaniyalı aşbazı düşmənimə də rəva görmərəm.
Yox, yox, fransız vergiyığanlarına məsləhət görərdim. - O Sofiyə
baxdı. - Bağışlayın, mademuazel Neve. Əmin olun ki, mənim yalnız
fransız siyasətçilərindən və futbolçularından xoşum gəlmir. Sizin
hökumət mənim pullarımı oğurlayır. Futbol komandanız isə bu
yaxınlarda bizimkiləri darmadağın tdi.
Sofi gülümsündü.
Tibinq bir neçə saniyə onu süzdü, Sonra Lenqdona baxdı:
- Nəsə olub, hə? Elə bil, özünüzü itirmisiniz?
Lenqdon başını tərpətdi.
- Bu gecə işimiz çox olub.
- Şübhə etmirəm. Gecənin ortasında, gözlənilmədən mənim evimə
gəlib Qraaldan danışırsınız. Bilirsiniz nə var, bütün həqiqəti deyin.
Doğrudan da söhbət Qraaldan gedir yoxsa məni yataqdan qaldırmaq
üçün bunu fikirləşmisiniz?
Hər ikisi düzdür, Sofi divanın altına qoyulmuş kripteksi yadına salıb
düşündü.

260 downloaded from KitabYurdu.org


- Lyu, - Lenqdon dedi, - biz sizinlə Sion Prioratı haqqında
danışmaq istəyirik.
Tibinqin qalın qaşları yuxarı qalxdı.
- Mühafizlər haqqında? Deməli doğrudan da sizi Qraal
maraqlandırır. Dediniz ki, sizdə bu haqda informasiya var? Yeni bir
şeydir, hə, Robert?
- Ola bilər. Biz özümüz də qəti əmin deyilik. Yalnız sizdən
məlumat aldıqdan sonra əmin ola bilərik.
Tibinq zarafatla barmağını silkələdi:
- Bu amerikanların hamısı hiyləgərdir! Oyunun qaydaları sadədir.
Yaxşı, qoy belə olsun. Mən qulluğunuzda hazır. Nə öyrənmək
istəyirsiz?
Lenqdon dərindən nəfəs aldı:
- Xahiş edirəm, Qraal piyaləsi haqqında əsil həqiqəti miss Neveyə
danışın.
Tibinq heyrətləndi:
- Məgər o bilmir?
Lenqdon başını yırğaladı. Tibinq acı təbəssümlə ona baxdı:
- Belə çıxır ki, siz məni bakirə qızın evinə gətirmisiniz, elə
deyilmi, Robert?
Lenqdon üzünü turşutdu, Sofiyə tərəf dönüb ona izah etdi:
- Qraal tədqiqatçıları onun haqqında əsil həqiqəti bilməyənlər
barəsində belə deyirlər.
Tibinq Sofiyə dedi:
- Bu haqda nə bilirsiz, mənim əzizim?

261 downloaded from KitabYurdu.org


Sofi Lenqdondan öyrəndiklərini qısaca ona danışdı, - Sionun
Prioratı, tampliyerlər ordeni, Sanqril sənədləri və Qraal piyaləsi
haqqında nə bilirdisə, dedi.
- Vəssalam?-Tibinq qınayıcı nəzərlərlə Lenqdona baxdı: - Ah,
Robert! Mən həmişə sizi əsil centlmen hesab edirdim! Bu gözəl qıza
ən əsas şeyi deməmisiniz! Yəni, kulminasiyadan məhrum etmisiniz!
- Bilirəm. Sadəcə fikirləşdim ki, yaxşı olardı, biz bilikdə... - burda
Lenqdon susdu, qorxdu ki, deyəcəyi metafora ilə qızı incidə bilər.
Lakin Tibinq gülümsəyərək Sofiyə göz vururdu.
- Beləliklə əzizim, siz Qraalın bakirəsisiniz. İnanın mənə,
bakirəliyinizi necə itirdiyinizi həmişə xatırlayacaqsınız.
LV FƏSİL
Divanda, Lenqdonun yanında oturmuş Sofi çay içə-içə buğda kökəsi
yeyirdi. Yalnız indi o, necə yorulduğunu və acdığını hiss edirdi. Ser
Tibinq gülümsəyərək buxarının qarşısında var-gəl edirdi.
- Qraal piyaləsi! - O, təmtəraqla nitqinə başladı. - İnsanların
əksəriyyəti məndən yalnız bir şeyi soruşur - o harda yerləşir?
Qorxuram ki, mən heç zaman bu suala cavab verə bilməyim. - O
çevrilib düz Sofinin gözlərinə baxdı. - Amma başqa sual daha yerində
olardı. Yəni, sualı belə qoyaq: Qraal piyaləsi nədir?
Sofi hiss edirdi ki, onun həmsöhbətlərində yalnız həqiqi alimlərə
xas olan səbirsizlik getdikcə artır.
- Qraalın nə olduğunu anlamaq üçün, - Tibinq davam etdi, - hər
şeydən əvvəl İncili başa düşmək lazımdır. Siz Əhdi-Cədidi yaxşı
bilirsinizmi?

262 downloaded from KitabYurdu.org


Sofi çiyinlərini çəkdi:
- Bu haqda ümumiyyətlə heç nə bilmirəm. Məni Leonardo da
Vinçini ilahiləşdirən adam tərbiyə edib.
Tibinq eyni zamanda həm təəccübləndi, həm də sevindi:
- Müqəddəs ruh! Gözəl! Onda siz bilməlisiz ki, Leonardo da Vinçi
Qraalın sirrini qoruyanlardan biri olub. Və onun sənətində bu sirrin
açarlarını tapmaq olar.
- Robert bunu mənə deyib.
- Bəs Da Vinçinin Əhdi-Cədidə münasibəti barədə?
- Bunu bilmirəm.
Tibinq otağın o biri küncündə olan kitab rəflərinə baxdı.
- Robert, xahiş edirəm. Aşağı rəfdə, «La storia di Leonardo».
Lenqdon rəflərə yaxınlaşıb böyük incəsənət albomunu tapdı, onu
gətirib
curnal stolunun üstünə qoydu. Tibinq kitabın üz tərəfini Sofi çevirib
onu açdı və sitatlar çap olunmuş yeri göstərdi.
- «Da Vinçinin incəsənət barədə fikirlərindən qeydlər» - o oxudu. -
Düşünürəm ki, bu bizim söhbətin mahiyyətini açıqlaya bilər.
Sofi oxudu:
«Yanlışlarla və yalançı möcüzələrlə spekulyasiya edən çox adam bu
axmaq cəmiyyəti aldadır». LEONARDO DA VİNÇİ
- Budur, biri də! - ser Tibinq ucadan deyib başqa bir sitatı
göstərdi:
«Kor cəhalət yolumuzu azdırır. O! Yazıq ölülər, gözlərinizi açın!».
LEONARDO DA VİNÇİ

263 downloaded from KitabYurdu.org


Sofi yüngülcə üşütdü.
- Da Vinçi Bibliya haqqında danışır?
Tibinq başını tərpətdi:
- O, Qraal piyaləsinə necə yanaşırdısa, İncilə də elə yanaşır.
Ümumiyyətlə, Da Vinçi əsil Qraalı təsvir edib, bir azdan mən bu rəsmi
sizə göstərərəm. Lakin əvvəlcə
İncil barədə danışaq. Lazım olan bilgiləri teoloci elmlər doktoru
Martin Persi bir yerə toplayıb. -Tibinq öskürüb dedi: - «İncil göydən
bizə faksla göndərilməyib».
- Bağışlayın, başa düşmədim.
- İncil - insan məhsuludur, mənim əzizim, onu Allah yazmayıb.
İncil bizim başımıza göydən düşməyib. Qaranlıq zamanların bu tarixi
xronikasını insan yaradıb, sonra ona çoxlu sayda dəyişikliklər və
əlavələr edilib, müxtəlif təfsirlər və tərcümələr olunub. Tarixdə bu
kitabın oricinal variantı heç vaxt mövcud olmayıb.
- Aydındır.
- İsa Məsih böyük nüfuza malik tarixi şəxsiyyət olub. Bəlkə də o,
dünyanın gördüyü ən müəmmalı və xarizmatik liderdir. Messiyada
(messianizm - allah tərəfindən yer üzünə xilaskar gələcəyi haqqında
etiqad) əvvəlcədən deyildiyi kimi, İsa hökmdarları devirir, milyonlarla
insanı ruhlandırır, yeni fəlsəfi cərəyanların əsasını qoyurdu. Süleyman
və Davud nəslindən olan İsanın yəhudi şahlığına iddia etməyə tam
hüququ vardı. Onun həyatı minlərlə ardıcılı tərəfindən təsvir olunub. -
Tibinq sözünə ara verib bir qurtum çay içdi və fincanı yerinə qoydu. -
Əhdi-Cədidə daxil etmək üçün səksəndən yuxarı İncilə baxılıb, lakin

264 downloaded from KitabYurdu.org


onlardan yalnız bir neçəsi bu kitabda əks olunmaq şərəfinə nail olub.
Onlardan Matfeyin, Markın, Lukanın, İohannın incillərini göstərmək
olar.
- Bəs kim hansı İncili seçməyi qərarlaşdırırdı? - Sofi soruşdu.
- Aha! -Tibinq həvəslə dedi. - Bax əsil ironiya budur: xristianları
da elə bu sındırır, təhqir edir! Biz indi bilirik ki, İncil Roma imperatoru
Böyük Konstantin tərəfindən müxtəlif bütpərəst mənbələrindən
istifadə edilməklə tərtib olunub.
- Mənsə düşünürdüm ki, Konstantin xristian olub, - Sofi dedi.
- Elə deyil, - Tibinq başını yırğaladı, - o, bütün ömrünü bütpərəst
kimi yaşayıb. Yalnız ölüm ayağında olanda onu xaç suyuna çəkiblər,
yəni etiraz etməyə sadəcə gücü olmayıb. Konstantinin dövründə
Romada rəsmi din Günəşə sitayiş idi. SOL İNVİCTUS kultu yaxud
məğlubedilməz Günəş. Konstantin isə baş kahin olub. Bədbəxtlikdən o
zamanlar Roma imperiyasını dini zəmində iğtişaşlar bürümüşdü.
İsa Məsihin çarmıxa çəkilməsindən üç yüz il sonra onun ardıcıllarının
sayı xeyli çoxalmışdı. Xristianlar bütpərəstlərlə döyüşürdülər və
konflikt o qədər böyüdü ki, Romanın iki ayrı dövlətə bölünmək
təhlükəsi yarandı. Konstantin anlayırdı ki, necə olursa-olsun bu
vəziyyətdən mütləq çıxmaq lazımdır. Və o, bizim eranın 325-ci ilində
qərara gəlir ki, Romanı bir din altında birləşdirsin. Bu din xristianlıq
idi.
Sofi təəccübləndi:
- Bəs, bütpərəst imperatoru nə məcbur etdi ki, dövlət dini kimi
xristanlığı seçsin?

265 downloaded from KitabYurdu.org


Tibinq gülümsündü:
- Konstantin çox gözəl strateq idi. O anlayırdı ki, xristianlıq
yüksəlişdədir və buna görə də onu seçdi. Tarixçilər indi də
Konstantinin Günəş kultunun davamçıları olan bütpərəstləri
xristianlara çevirmək bacarığından heyrətlənirlər. O, bütpərəstlik
rəmzlərini və ayinlərini inkişafda olan xristianlığa daxil etdi. Bununla
da hər iki tərəf üçün məqbul dini hibrid yaratdı.
- Heyrətedici metamorfozadır! - Lenqdon dedi. - Xristian
simvolikasında bütpərəstlik rudimentləri açıqca görünür. Misirin günəş
diskləri katolik müqəddəslərinin nimbalarına çevrilib. Möcüzəli
şəkildə dünyaya gələn körpəsi Qoraya laylay çalan ilahə İsidanın
piktoqramları körpə İsasını əlində tutan Məryəm Ananın obrazları
oldular. Katolik ayinlərinin bütün elementləri - mitra, altar, mədhiyyə,
priçastiye, «Məsih cisminin yeyilməsi» - bütün bunlar əvvəllər
mövcud olmuş bütpərəst dinlərindən götürülüb.
Tibinq şikayətyana köks ötürdü:
- Hə, vəssalam, yenə də başladı! Simvolistə xristian ikonaları
haqqında bir şey deyən kimi, onu saxlamaq olmur! Xristan dinində hər
şey mənimsənilmişdir. Xristianlıqdan əvvəlki allah Mitra, onu həm də
Günəşin Oğlu və Dünyanın Nuru adlandırırdılar, 25 dekabrda anadan
olub, dağın ətəyindəki mağarada dəfn olunub və düz üç gün sonra
dirilib. Həmçinin, 25 dekabr Osirisin, Adonisin və Dionisin doğum
günləridir. Yeni doğulmuş Krişnaya qızıl, buxur, mirra hədiyyə
ediblər.
Hətta xristianlar üçün həftənin ən müqəddəs günü də bütpərəstlərdən

266 downloaded from KitabYurdu.org


götürülüb.
- Bu necə olur? - Sofi soruşdu.
- Xristianlar əvvəllər yəhudi şabbatını - şənbə gününü müqəddəs
gün hesab edirdilər. Ancaq, Konstantin onu bir gün sonraya,
bütpərəstlərin xeyrinə olaraq Günəş gününə saldı, - Lenqdon dedi. -
İndiyə qədər camaat bazar günü səhər kilsəyə gəlir və anlamırlar ki,
onlar da bütpərəstlər kimi Günəş allahına öz ehtiramlarını bildirmək
üçün belə edirlər. Bu, bazar gününün adında da göstərilib - SUNDAY.
Sofinin başı fırlandı.
- Bəs, bütün bunların Qraala nə dəxli var?
- Elədir ki, var, - ser Tibinq başını tərpətdi. - Mənə qulaq as. İki
dinin birləşdiyi zamanlarda Konstantinə yeni xristian ənənələrini
möhkəmlətmək lazım idi. Ona görə də o, tarixdə məşhur olan
Ümumdünya Kilsə Məclisini topladı. Bu məclisdə xristianlığın əksər
aspektləri müzakirə olundu, bəziləri qəbul, bəziləri rədd edildi. Pasxa
günü, yepiskopların rolu, kilsə sirləri və əlbəttə ki, İsa Məsihin
ilahiliyi.
- Başa düşmədim, - Sofi üz-gözünü turşutdu. - İsanın ilahiliyi..?
- Mənim əzizim, - Tibinq təntənə ilə dedi, - bu tarixi ana qədər
ardıcılları İsaya öləsi bir peyğəmbər..., insan, əlbəttə ki, qüdrətli və
böyük bir insan, lakin ölümə məhkum bir insan kimi baxırdılar.
- Allahın oğlu kimi yox?
- Bəli! -Tibinq sevincə dilləndi. -Yalnız Ümumdünya Kilsə
Məclisində Məsih Allahın oğlu kimi elan edildi və rəsmən təsdiq
edildi. Səsvermə nəticəsində.

267 downloaded from KitabYurdu.org


- Dayanın. Demək istəyirsiniz ki, İsanın ilahiliyi səsvermə
nəticəsində qəbul edilib?
- Bəli, həm də çox da böyük olmayan səs üstünlüyü ilə, - ser
Tibinq dedi. - Amma İsanın ilahiliyinin təsdiqi Roma imperiyasının
sonrakı inkişafında həlledici an oldu və sonralar məhz bu əsasda
Vatikan hakimiyyəti quruldu. İsanı rəsmən Allahın Oğlu elan edəndən
sonra, Konstantin onu Allaha çevirdi. İnsan dünyasından xaricdə
mövcud olan, insanlar üzərində hakimiyyəti əbədi və danılmaz olan bir
varlığa. Bu, həm də bütpərəstlərin xristianlıq əleyhinə hücumlarının
qarşısını aldı. Həmçinin Məsihin ardıcıllarına imkan verdi ki, ruhlarını
xilas etmək üçün yalnız bir,
- rəsmi təsdiq olunmuş kanaldan, - Roma katolik kilsəsindən istifadə
etsinlər.
Sofi sual dolu nəzərlərlə Lenqdona baxdı. O isə Tibinqin fikirləri ilə
razılaşdığını bildirmək üçün başını tərpətdi.
- Bütün bunlar isə, yalnız hakimiyyət naminə edilirdi, - Tibinq
davam etdi. - Məsih xilaskar kimi həm Kilsənin, həm də dövlətin
mövcudluğuna təhlükə törədirdi. Əksər alimlərin fikrincə, ilkin Kilsə
Məsihi onun tərəfdarlarının əlindən aldı, oğurladı, Onun bəşəriliyini
yox etdi, obrazını dumanlaşdırdı. Ona ilahilik donu geydirdi. Və
bunları yalnız bir məqsədlə etdi - öz hakimiyyətini möhkəmləndirmək
və genişləndirmək üçün. Mən özüm bu mövzuya aid bir neçə kkitab
yazmışam.
- Mənim fikrimcə, özlərini əsil xristian adlandıranlar indiyə kimi
sizə qəzəbli məktublar göndərirlər?

268 downloaded from KitabYurdu.org


- Yox, belə deyil. - Tibinq etiraz etdi. - Savadlı xristianların
əksəriyyəti öz inamlarının taarixinə bələddirlər. İsa həqiqətən dahi və
çox qüdrətli insan olub. Və Konstantinin bütün bu siyasi manevrləri
Məsihin möhtəşəm həyatını kiçildə bilməz. Heç kim deyə bilməz ki,
Məsih yalançı olub, heç kim danmır ki, O, iki min il əvvəl yer üzündə
gəzib və milyonlarla insanı ruhlandırıb, onları yaxşı həyata səsləyib.
Biz yalnız onu deyirik ki, Konstantin öz məqsədləri üçün Məsihin
nəhəng nüfuzundan və qüdrətindən istifadə edib. Və beləliklə, bu günə
gəlib çıxan xristianlığın əsasını, o formalaşdırıb.
Sofi stolun üstündəki kitaba baxdı. O, səbirsizliklə Da Vinçinin
Qraalı necə təsvir etdiyini bilmək istəyirdi.
- Lakin, burda bir hiylə var idi, - Tibinq söhbətinə davam etdi, -
Konstantin Məsihin statusunu qaldıranda onun ölümündən dörd yüz il
keçmişdi, bu böyük insan barədə minlərlə sənəd, xronik materiallar
toplanmışdı. Bunların hamısında məsih sadə, öləsi bir insan kimi təsvir
olunurdu. Konstantin anlayırdı ki, bütün bu kitabları yenidən yazmaq
lazımdır. Məhz bu vaxtlar xristianlığın tarixində əhəmiyyətli anlar idi.
-Tibinq Sofidən gözünü çəkmədən nitqinə ara verib dedi: - Konstantin
yeni İncilin yazılmasını maliyyələşdirdi, bura Məsihin insani
cizgilərindən bəhs edən İncil daxil edilmədi, yalnız onun ilahiliyini
vurğulayan cümlələr toplandı. İncilin əvvəlki nüsxələri qanundankənar
elan edildi, sonra yığılıb tonqallarda yandırıldı.
- Bir şeyi qeyd etmək istəyirəm, - Lenqdon dedi. - İncilin
Konstantin tərəfindən qadağan edilmiş versiyalarına üstünlük verənlər,
kafir, yeretik adlandırıldı.

269 downloaded from KitabYurdu.org


«Yeretik» sözünün özü latıncadan «haereticus» sözündən əmələ gəlib -
«seçim» deməkdir. Məsihin ilkin tarixini seçənlər «yeretik»
adlandırılırdı.
- Tarixçilərin acığına, - Tibinq davam etdi, - Konstantin tərəfindən
məhv olunmağı əmr edilmiş bir neçə İncil salamat qaldı. Belə ki, 1950-
ci ildə Kumranın yaxınlığındakı mağarada Ölü dənizə aid bükülü
kağızlar tapdılar. Bundan bir az əvvəl, 1945-ci ildə Naq-Həmmədidə
Konta aid kağızlar aşkarlandı. Bu sənədlərdə nəinki Qraalın həqiqi
tarixindən danışılır, həm də Məsihin keşiş rolu dünyəvi nöqteyi-
nəzərdən izah edilir. Və əlbəttə ki, Vatikan özünün pis dezinformasiya
ənənələrinə sadiq qalaraq, bu sənədlərin yayılmasının qarşısını almağa
cəhd edirdi. Axı bu sənədlər tarixi yanlışlıqları və saxtakarlığı üzə
çıxarmağa imkan verirdi, yeni İncilin yaranmasında insan - İsa
Məsihin ilahiləşdirilməsinə can atan və bununla da onun nüfuzundan
öz hakimiyyətlərinin möhkəmləndirilməsi üçün istifadə edən
siyasətçilərin əli olduğunu sübut edirdi.
- Amma, mənə elə gəlir ki, - deyə Lenqdon etiraz etdi, - indiki
Kilsənin bu sənədlərin yayılmasının qarşısını almaq arzusu Məsihə
baxışın xətasız və düzgün olduğu inamından irəli gəlir. Vatikana
mömin insanlar toplaşıb, onlar əmindirlər ki, bu ziddiyyətli sənədlər
saxta ola bilər.
Tibinq gülümsündü və Sofi ilə üzbəüz geniş kresloda oturdu.
- Görürsünüz, əzizim, bizim professor mənə nisbətən Romaya daha
yumşaq yanaşır. Bununla belə, müasir Kilsə xadimləri bu sənədlərin
səhv və zərərli olduğuna səmimi surətdə əmindirlər dedikdə, o

270 downloaded from KitabYurdu.org


haqlıdır. Bu tamamilə başadüşüləndir. Axı, uzun əsrlər boyu
Konstantinin İncili onlar üçün yeganə həqiqət olub. Təsir etmək
istəyənlər daha çox özləri təsir altına düşürlər.
- O, sadəcə demək istəyir ki, - Lenqdon dilləndi, - biz öz
əcdadlarımızın allahlarına itaət edirik.
- Mən demək istəyirəm ki, - Tibinq etiraz etdi, - əcdadlarımızın İsa
haqqında öyrətdikləri saxta və yalandır. Qraal piyaləsi haqqında
rəvayətlər də o cümlədən.
Sofi gözlərini Da Vinçinin sitatına tərəf çevirdi: «Kor cəhalət bizi
yolumuzdan azdırır! O! Yazıq ölülər, gözlərinizi açın!» Tibinq kitabı
götürüb vərəqləməyə başladı.
- Və nəhayət, Da Vinçinin Qraalı necə təsvir etdiyini sizə
göstərməzdən əvvəl, istəyirəm ki, buna baxasınız. - O rəngli
illüstrasiyaları olan albomu açdı. - Bu freska, yəqin ki, sizə tanışdır?
Bəli o, zarafat etmir. Sofi bütün dövrlərin ən məşhur freskasını
gördü - «Gizli axşamlar». Da Vinçi bu əfsanəvi rəsmi Milanın
yaxınlığındakı Santa-Mariya dela Qrasie kilsəsinin divarına çəkmişdi.
Bu rəsmdə Məsih şagirdləri ilə birgə təsvir olunmuşdu. O, elan edirdi
ki, onlardan kimsə Onu satıb.
- Bəli, bu freska mənə yaxşı tanışdır.
- Onda, yəqin ki, mənimlə bu haqda bir oyun oynamağa
razılaşarsız? Bir dəqiqəliyə gözlərinizi yumun.
Sofi əvvəlcə tərəddüd etdi, sonra yumdu gözlərini.
- İsa harda oturub?-Tibinq soruşdu.
- Mərkəzdə.

271 downloaded from KitabYurdu.org


- Əla! Bəs, Məsih və onun şagirdləri nə yeyirlər?
- Çörək! Bu ki, aydındır.
- Gözəl. Bəs, nə içirlər?
- Şərab. Onlar şərab içir.
- Gözəl, əla! Nəhayət sonuncu sual: stolun üstündə neçə şərab
piyaləsi var?
Sofi fikirləşdi, anlayırdı ki, bu sual hiyləgərliklə verilib. Yeməkdən
sonra İsa
şərab piyaləsini götürüb onu şagirdləri arasında bölüşdürürdü.
- Bir piyalə, - o, cavab verdi, - Qab. Məsihin piyaləsi. Məsih şərab
dolu bir qabı əldən-ələ ötürərək həm də demək istəyirdi ki, bütün
xristianlar birləşməlidir.
Tibinq dərindən nəfəs aldı.
- İndi isə gözlərinizi açın.
O, gözlərini açdı. Tibinq müəmmalı-müəmmalı gülümsəyirdi. Sofi
illüstrasiyaya baxdı və stolun arxasında oturanların hər birinin, o
cümlədən Məsihin də qarşısında şərab piyaləsinin olduğunu görüb
heyrətləndi. On üç piyalə. Həm də onlar şüşədən idi. Kiçik piyalələr.
Başqa bir xüsusi qab şəkildə gözə dəymirdi. Qraal piyaləsi yox idi.
Tibinq hiyləgərcəsinə soruşdu:
- Sizə elə gəlmirmi ki, İncildə və digər əfsanələrdə bu anı Qraal
piyaləsi ilə əlaqələndirmələri bir az qəribə deyilmi? Da Vinçi, isə sanki
bunu unudub və Qraal piyaləsini çəkməyib.
- Əminəm, incəsənətşünaslar bunu bilməlidirlər.
- Leonardo da Vinçinin rəsmlərindəki bəzi qəribəliklərdən

272 downloaded from KitabYurdu.org


alimlərin və incəsənətşünasların yan keçməsi sizi təəccübləndirir. Bu
freskaya gəlincə isə, bu Qraalın sirrini anlamaq üçün bir açardır. Və
Da Vinçinin «Gizli axşamlar»ı qarşımızda olarkən bu açar lap
ovcumuzun içindədir.
Sofi yenə illüstrasiyaya baxdı.
- Demək belə çıxır ki, bu freska, Qraal piyaləsinin əslində nə
olduğunu bizə açıqlayır?
- Nə yox, - Tibinq pıçıldadı, - kim olduğunu. İş ondadır ki, Qraal
əşya deyil. Əslində bu bir... canlıdır.
LVI FƏSİL
Sofi təəccüblə Tibinqə baxdı. Sonra baxışlarını Lenqdona çevirdi:
- Müqəddəs Qraal insandır?
Lenqdon başını tərpətdi:
- Bəli, qadındır?
Sofinin üz ifadəsindən hiss olunurdu ki, o, qətiyyən buna inanmaq
istəmir. O, da bu haqda ilk dəfə eşidəndə məhz belə reaksiya vermişdi.
Yalnız sonralar,
Qraalın arxasında gizlənmiş simvolları anlayandan sonra, bu
nəzəriyyəyə inanmışdı.
Tibinq sanki onun fikirlərini oxuyurdu.
- Bəlkə, simvolist bizə nəyisə izah etmək istəyir? - O, stola
yaxınlaşıb, təmiz kağız vərəqi götürdü və onu Lenqdonun qarşısına
qoydu.
Lenqdon cibindən avtoqələmini çıxartdı.
- Sofi, siz yəqin ki, kişi və qadın «başlanğıcları»nı göstərən müasir

273 downloaded from KitabYurdu.org


simvollarla tanışsınız. - Və o, hamıya məlum olan kişi simvolu - ? və
qadın simvolu + -ı çəkdi.
- Hə, əlbəttə, - Sofi başını tərpətdi.
- İlk olaraq, - Lenqdon sözünə davam etdi, - kişi və qadın
«başlanğıcları» tamamilə başqa rəmzlərlə təsvir olunurdu. Çox
adamlar yanlış olaraq düşünürlər ki, kişi simvolu qalxan və nizədən,
qadın simvolu isə gözəllik əks olunan güzgüdən ibarətdir. Əslində isə,
bu simvollar Mars və Venera planetlərinin qədim astronomik
işarələrindən yaranıb.
Lenqdon kağız vərəqində daha bir işarə çəkdi.
- Bu rəmz əvvəllər kişini göstərib, - o, Sofiyə dedi. - Rudimentar
fallosa oxşayır.
- Elədir, - Sofi onunla razılaşdı.
- Düzdür, - Tibinq də təsdiqlədi.
Lenqdon davam etdi:
- Bu simvol tiyə və ya qılınc adı ilə məlumdur, aqressivliyə və
mərdliyə işarədir. Hə, onu da deyim ki, bu fallosa oxşar simvoldan
indiyə qədər hərbi formalarda rütbələri bildirmək üçün istifadə edilir.
- Hə, də! -Tibinq gülümsündü. - Sənin nə qədər çox penisin varsa,
rütbən də o qədər böyükdür. Kişilər - həmişə kişidirlər.
Lenqdon üzünü turşutdu.
- Demək, qadın simvolu da kişi simvolunun tam əksi olmalıdır. -
o, vərəqdə daha bir işarə çəkdi. - Bu simvol isə qab adını almışdır.
Sofi təəccüblə ona baxdı. Lenqdon Sofinin burdakı incə məqamı
tutduğunu anladı.

274 downloaded from KitabYurdu.org


- Qab, - deyə o davam etdi, - piyaləyə və ya vazaya, ən əsası isə
qadın bətninə oxşayır. Bu simvol «qadın başlanğıcını», qadınlığı,
nəsilartırmanı göstərir. - İndi Lenqdon Sofinin düz gözlərinə baxırdı. -
Deməli, Sofi, rəvayətdə deyilir ki, Müqəddəs Qraal qabdır, piyalədir.
Lakin Qraalın təsviri, onun qaba oxşarlığı - əslində Qraalın əsil
mahiyyətini sirr kimi qorumaq üçün uydurulmuş alleqoriyadır.
Başqa sözlə, rəvayətdə qab metafora kimi istifadə olunub. Amma bu
metaforanın arxasında daha əhəmiyyətli nəsə durur.
- Qadın, - Sofi dedi.
- Bəli! - Lenqdon gülümsündü. - Qraal qadınlığın qədim rəmzidir,
o, «müqəddəs qadın başlanğıcı»nı və ilahəni bildirir. Amma zaman
keçdikcə, o, öz mənasını itirib, bunda Kilsənin rolu da az olmayıb.
Qadın hakimiyyəti, onun həyat vermək qabiliyyəti nə vaxtsa müqəddəs
hesab edilib. Lakin o, yeni Kilsənin - kişi obrazının dominant, «kişi
başlanğıcı»nın əsas olduğu Kilsənin yüksəlişinə mane olurdu. Ona
görə də, keşişlər müqəddəs «qadın başlanğıcı»nı demonlaşdırdı. Heç
bir Allah yox, məhz İnsan «ilkin günah» konsepsiyasını irəli sürdü.
Həvva almadan dişlədi və insan nəslinin əbədi günaha batmasına səbəb
oldu. Həyat verən, bir vaxtlar müqəddəs hesab edilən qadın düşmənə
çevrildi.
- Əlavə etmək istəyirəm ki, -Tibinq dedi, - həyatverici qadın
konsepsiyası qədim dinlərin əsasını təşkil edirdi. Uşağın dünyaya
gəlməsi, qadının dünya üzərində hakimliyini təsdiq edən möcüzədir.
Təəssüf ki, xristian fəlsəfəsi qadının yaradıcı gücünü və hakimiyyətini
mənimsəməyi qərara aldı. Sadə bioloci həqiqətləri bir kənara ataraq o,

275 downloaded from KitabYurdu.org


kişini Yaradıcı adlandırdı. Varlıq kitabında deyilir ki, Həvva Adəmin
qabırğasından yaradılıb. Qadın kişinin şaxəsi, çıxıntısı oldu. Və
günahlı yaradılış, məxluq hesab edildi. Məhz Varlıq kitabından
ilahənin aşağılanması, devrilməsi başlandı.
- Qraal, - Lenqdon dilləndi, - itirilmiş, devrilmiş ilahənin
simvoludur. Xristianlığın yaranması ilə qədim bütpərəst dinlər ölmədi.
Və cəngavərlərin Qraal piyaləsinin axtarışları haqqında əfsanələr,
əslində itirilmiş «müqəddəs qadın başlanğıcı»nın qadağan edilmiş
axtarışı barədəki tarixçələrdir. Cəngavərlər guya, «qab»ın axtarışı ilə
məşğul olmaqla, qadın obrazını aşağılayan, ilahəni qadağan edən,
imansızları tonqallarda yandıran, «müqəddəs qadın başlanğıcı»
haqqında bir kəlmə belə danışmağı yasaq edən Kilsədən qorunmaq
üçün öz çalışmalarının əsil mahiyyətini kodlaşdırdılar.
Sofi başını yırğaladı:
- Bağışlayın, siz deyəndə, Qraal piyaləsi canlı cisimdir, düşündüm
ki, insanı nəzərdə tutursunuz.
- Bəli elədir, - Lenqdon dedi.
- Və sadəcə hansısa insanı yox, - Tibinq ucadan dedi və ayağa
qalxdı. - Məhz qadını! Həm də elə qadını ki, onun sirri açılsa,
xristianlığın əsasını laxlada və dağıda bilər!
Sofi heyrətlənmişdi: - Bu qadının kim olduğu məlumdur?
- Əlbəttə! -Tibinq əl ağaclarını götürdü. - İndi isə, mənim
dostlarım, əgər siz mənim kabinetimə təşrif buyursanız, bu qadının
Leonardo da Vinçinin fırçasına məxsus olan təsvirini sizə göstərmək
şərəfinə nail olaram.

276 downloaded from KitabYurdu.org


Sadiq xidmətçi və eşik ağası Remi Leqaludek mətbəxdə idi və
gözlərini televizorun ekranından çəkmirdi. Xəbərlərin növbəti
buraxılışında kişi və qadın şəkillərini göstərirdilər... Bu, kişi və qadını
isə, Remi az əvvəl çaya qonaq etmişdi.
LVII FƏSİL
Sürix Depozitar Bankının binası qarşısında səkidə duran leytenant
Kolle heç nə anlamırdı! Faş niyə axtarış üçün order istəmir? Bu
hiyləgər bankirlər həmişə nəsə gizlədirlər. Onlar dedilər ki, Lenqdonla
Neve bir az əvvəl bura gəlmişlər və sənədləri olmadığına görə içəri
buraxılmamışlar.
Belə isə, onlar bizi içəri niyə buraxmır ki, bunu özümüz yoxlayaq?
Birdən Kollenin mobil telefonu zəng çaldı. Müvəqqəti olaraq
Luvrda yerləşmiş komanda punktundan zəng edirdilər.
- Nə oldu, order aldınız? - Kolle əsəbi halda soruşdu.
- Bankı unudun, leytenant. - agent cavab verdi. - Biz indicə yeni
məlumat almışıq. Lenqdonla Nevenin harda gizləndiklərini dəqiq
bilirik.
Kolle avtomobilin kapotuna oturdu.
- Zarafat edirsiniz?
- Məndə ünvan var. Parisin yaxınlığında. Versaldan azca aralı.
- Kapitan Faş bilir?
- Hələ yox. O, telefonla danışır. Çox mühüm zəngdir.
- Onda mən gəlirəm. Ona deyin ki, telefonla danışdıqdan sonra
mənə zəng etsin. - Kolle ünvanı yazıb maşina mindi. Bankdan azca
aralanmışdı ki, Lenqdonun harda olduğu barədə informasiyanın

277 downloaded from KitabYurdu.org


məhkəmə polisinə kimin ötürdüyünü soruşmağı unutduğunu anladı.
Bir də ki, indi bunun elə də əhəmiyyəti yoxdur. Kolle əvvəlki
səhvlərini düzəltmək imkanı əldə etdiyinə sevinirdi. O, öz karyerası
boyunca ən professional həbs əməliyyatı aparmalıydı.
O, ratsiya vasitəsi ilə müşaiyət edən beş maşınla əlaqə saxladı:
- Uşaqlar, sirenləri işə salmayın. Lenqdon bizim yaxınlaşdığımızı
bilməməlidir.
Bu yerdən əlli kilometr aralı qara rəngli «audi» kənd yolundakı
ağacların
kölgəsində dayandı. Saylas maşından çıxdı və dəmir barmaqlıqların
arasından baxdı - torpağın böyük bir hissəsi metal çərçivələrlə əhatəyə
alınmışdı. O, dağın zirvəsində yerləşən ayın işıqlandırdığı qəsrə uzun
müddət baxdı.
Aşağı mərtəbədəki pəncərələr işıqlanmışdı. Gecədən xeyli keçib, bu
çox qəribədir, Saylas düşündü və gülümsündü. Ustadın ona verdiyi
informasiya doğru çıxırdı. Mən bu evdən guşəli daşı əldə etməyincə
getməyəcəyəm, o, and içdi. Mən yepiskopu və Ustadı məyus
etməyəcəm.
Saylas on üç gülləli avtomat-tapançasını yoxlayıb onu
barmaqlıqların arasından içəri atdı. Tapança qalın otların üstünə düşdü.
Sonra, sutanasının ətəklərini yığıb dəmir barmaqlıqlardan tutaraq
dırmaşdı və çəpərin o üzünə tullandı. Buduna bağladığı ucluqlu
sarğının ağrısına fikir vermədən Saylas silahı götürüb evə tərəf
addımladı.

278 downloaded from KitabYurdu.org


LVIII FƏSİL
Tibinqin kabineti Sofinin əvvəl gördüyü kabinetlərə qətiyyən
oxşamırdı. Sahəsinə görə o, ən rahat və geniş ofislərdən beş-altı dəfə
böyük idi və eyni zamanda həm elmi laboratoriyaya, həm arxiv
kitabxanasına oxşayırdı. Kabinet üç çilçıraqla işıqlanırdı, plitəli
döşəmədəki çoxlu stol və tumbaların üstünə kitablar, şəkillər və
reproduksiyalar qalaqlanmışdı. Sofinin təəccübünə səbəb, burda həm
də, çoxlu elektron cihazın - kompüterlərin, proyektorların,
mikroskopların, skanerlərin və surətçıxaran aparatların olması idi.
- Mən rəqs zalını kabinet kimi istifadə edirəm, - Tibinq astanada
dedi. - Mən indii daha rəqs etmirəm.
Bütün bu axşam və gecəni Sofi gözlənilməzliklərlə və sürprizlərlə
rastlaşmışdı, amma belə bir kabinet görəcəyini heç ağlına belə
gətirməzdi.
- Bütün bunlar sizə iş üçün lazımdır?
- Ömrüm boyu həqiqəti tapmağa çalışmışam, - Tibinq dedi. -
Sanqrili isə, mən sevimli əsirim adlandırardım.
Qraal piyaləsi - bu qadındır, Sofi öz-özünə xatırlatdı. Beyni qırıq-
qırıq fikirlərdən dumanlanmışdı.
- Dediniz ki, sizdə Qraal hesab etdiyiniz qadının portreti var?
- Bəli, amma bu tam belə deyil. Bunu mən yox, Məsih özü təsdiq
edib.
- Şəkillərdən hansıdır? - Sofi divara baxaraq soruşdu.
- Hm... - Tibinq özünü elə göstərdi ki, guya yadından çıxıb, -
Nraal piyaləsi. Sanqril. Qab.

279 downloaded from KitabYurdu.org


O, birdən çevrilib uzaqdakı divarı göstərdi. Orda böyük, səkkiz fut
hündürlüyündə «Gizli axşamlar»ın reproduksiyası asılmışdı. Sofi
eynilə bu rəsmin balacasını albomda görmüşdü.
- Budur o!
Sofi düzgün anlamadığını düşündü.
- Axı, bu rəsmi mənə göstərdiniz.
O, Sofiyə göz vurdu:
- Bilirəm, amma bu rəsmi böyütdükdə daha maraqlı olur. Sizə elə
gəlmirmi?
Sofi Lenqdona tərəf çevrildi:
- Əsil tapmacadır.
Lenqdon gülümsündü:
- Aydın olur ki, Qraal piyaləsi «Gizli axşamlar»da həqiqətən var.
Leonardo onu təsvir edib və.
- Dayanın, - Sofi onun sözünü kəsdi, - siz özünüz indicə dediniz
ki, Qraal qadındır. «Gizli axşamlar»da isə on üç kişi təsvir olunub.
- Doğrudan? - deyə Tibinq hiyləgərcə üz-gözünü turşutdu. - Siz
bir, diqqətlə baxın.
Sofi rəsmə yaxınlaşıb on üç insan fiquruna diqqətlə baxdı: İsa
Məsih mərkəzdə, altı şagirdi sağ, altı şagirdi isə sol tərəfdə.
- Onlar hamısı kişidirlər, - Sofi dedi.
- Doğrudanmı? - bu dəfə Tibinq ucadan dedi. - Bəs, Məsihin sağ
tərəfindəki birinci şəxs?
Sofi Məsihin sağ tərəfində birinci təsvir olunmuş fiqura diqqətlə
baxdı və birdən. Yox, bu ola bilməz! Lakin onun gözləri yalan

280 downloaded from KitabYurdu.org


demirdi. Uzun və dalğalı kürən saçlar, kiçik, incə əllər, hətta azca
qabarıq sinə. Bu şübhəsiz ki. qadındır!
- Bəli, bu qadındır! - Sofi ucadan dedi. Tibinq şən-şən güldü:
- Bu, sürprizdir, elə deyilmi? İnanın mənə, gözləriniz sizə yalan
demir. Kim-kim, Leonardo cinslər arasındakı fərqi təsvir etməkdə
mahir idi.
Sofi İsanın yanında oturmuş qadından gözlərini çəkmirdi. Amma
Gizli axşamda on üç kişi yığışmışdı. Bəs bu qadın kimdir? Bu vaxta
qədər Sofi, Leonardonun bu məşhur əsərini çox görmüşdü, lakin bu
xarakterik cizgilərin fərqinə varmamışdı.
- Bunun fərqinə heç kim varmır, - Tibinq sanki onun fikirlərini
oxudu, - Şüurda obrazlar möhkəmləndiyindən bu, öz təsirini göstərir.
Və bu o qədər güclü olur ki, uyğunsuzluğu görməyə imkan vermir,
nəzərimizi aldadır.
- Bu, skotoma adlanır, - Lenqdon dedi. - Kök atmış simvollara
beyin bu cür reaksiya verir.
- Bu qadının gözə çarpmamasının daha bir səbəbi isə, - Tibinq
dedi, - 1954-cü ilə qədər buraxılmış incəsənət albomlarının
əksəriyyətindəki fotoqrafiyalarda detallar tozun, çirkin və restavrasiya
boyasının altında gizlənib. Qeyd edim ki, on səkkizinci əsrin
restavratorları çox da səliqə ilə işləmirdilər. Sonralar freskanı bütün bu
qatlardan təmizlədilər. Bu isə Da Vinçinin oricinalının möhtəşəmliyini
görməyə imkan yaratdı.
O, reproduksiyanı əli ilə göstərib dedi: - Et voila!
Sofi rəsmə daha da yaxınlaşdı. İsanın sağ tərəfində oturmuş qadın

281 downloaded from KitabYurdu.org


gənc idi. Utancaq surət, ciddiyyətlə bir-birinin üstünə qoyulmuş əllər,
dalğalı kürən saçlar. Və bu qadın kilsənin əsasını laxlada bilər?
- Bu kimdir? - Sofi soruşdu.
- Mənim əzizim, - Tibinq cavab verdi, - o - Mariya Maqdalinadır.
- Fahişə? - Sofi təəccübləndi.
Tibinq acıqla üzünü çevirdi, sanki bus öz, onun özünü təhqir
etmişdi.
- Qətiyyən belə deyil. Maqdalina fahişə olmayıb. Bu yalan
insanların beyninə Kilsənin ilk dövrlərində yeridilib. Kilsə xadimləri
Mariya Maqdalinanı rüsvay etmək, ləkələmək üçün əsil kampaniya
təşkil etdilər. Bütün bunları ona görə edirdilər ki, Kilsə üçün təhlükəli
olan durumu gizli saxlasınlar. Mariya Maqdalinanın Qraal olduğunu.
- Onun Qraal kimi rolunu!
- Dediyim kimi, - ser Tibinq davam etdi, - kilsə xadimləri dünyanı
inandırmağa çalışırdılar ki, sadə, ölümə məhkum İsa peyğəmbər,
həqiqətdə öz təbiətinə görə ilahi varlıq olub. Ona görə də, İncilə
Məsihin yer insanı kimi həyatının təsviri daxil edilməyib. Lakin İncilin
redaktorları diqqətsizlik ediblər, dünyəvi mövzulardan birinə
indiyədək İncildə rast gəlinir. Mariya Maqdalinaya aid mövzu. - O,
sözünə ara verib dedi. - Daha dəqiqi, onun İsa ilə olan nigahı haqqında.
- Bağışlayın, anlamadım... - Sofi Lenqdon və Tibinqə təəccüblə
baxdı.
- Bu fakt tarixi yazılara düşüb, - Tibinq dedi. - və əlbəttə, Da Vinçi
bu haqda bilib. «Gizli axşamlar» bunu açıq-aydın göstərir. Baxın, İsa
və Maqdalina ər-arvad olmuşlar!

282 downloaded from KitabYurdu.org


Sofi baxışlarını freskaya çevirdi.
- Bir baxın, İsa ilə Maqdalina elə geyiniblər ki, sanki bir-birinin
güzgü əksidirlər. -Tibinq rəsmin ortasındakı fiqurları göstərdi.
Sofi heyrətlə baxırdı. Bəli, paltarlar müxtəlif rəngdə olsalar da,
eynidir.
Məsihin əynində göy rəngli plaş və qırmızı mantiya, Mariya
Maqdalinanın əynində isə qırmızı plaş və göy mantiya vardı.
- Daha incə əlamətlər var, - Tibinq davam etdi. - Görürsünüz, İsa
və Onun gəlini yanaşı oturublar, budları bir-birinə toxunur,
gövdələrinin yuxarı hissələri isə aralıdır. Bu isə, bizə tanış olan
simvolu xatırladır.
Tibinq sözünə davam etməyə də bilərdi, artıq Sofi freskanın
mərkəzində iki fiqurun yaratdığı işarəni gördü. Bir az əvvəl Lenqdon
bu simvolun Qraal, qab və ana bətninə işarə olduğunu demişdi.
- Və nəhayət, - Tibinq dedi, - əgər İsa və Maqdalinaya insan kimi
yox, kompozisiyanın elementləri kimi baxsaq, onda bir eyham da gözə
çarpar. - O, sözünə ara verib dedi. - Əlifba hərfi.
Sofi bunu dərhal gördü. Hərf açıq-aydın hiss olunurdu, qəribədir,
əvvəl buna niyə fikir verməmişdi. İndi Sofi yalnız bu hərfi görürdü.
Rəsmin ortasında böyük və nəfis şəkildə yazılmış «M» hərfi vardı.
- Həm çox mükəmməldir, həm də açıq-aşkardır, elə deyilmi?-
Tibinq dedi.
- Bəli, ancaq bu hərf niyə çəkilib? - Sofi təəccüblə soruşdu. Tibinq
çiyinlərini çəkdi:
- Sirli işarə və simvolların biliciləri sizə deyərdilər ki, bu

283 downloaded from KitabYurdu.org


Matrimonio və ya Mariya Maqdalinaya işarədir. Lakin yekdil rəy
yoxdur. Amma bir şey aydındır: rəsmdə gizlədilmiş «M» hərfi -
rəssamın səhvi deyil. O, bura təsadüfən yox, onun iradəsi ilə çəkilib.
Ört-basdır edilmiş «M» hərfinə Qraalla bağlı çoxlu işlərdə rast gəlinir,
gah kompozisiya allüziyaları formasında olur, gah hərfin üstünə bir qat
boya çəkilir, gah da su nişanı kimi işığa tutduqda görünür. Amma
bunların içində ən aydın olanı Londondakı Məryəm kilsəsinin
mehrabındadır. Bu mehrabın yaradıcısı Sion Prioratının Böyük Ustadı
Can Koktodur.
Sofinin informasiya bolluğundan daşı fırlanırdı.
- Razıyam, rəsmdəki «M» hərfi həqiqətən maraqlı görünür, amma
onun İsa və Mariya arasında nigah əlaqələrinin olmasına işarə kimi
göstərildiyinə şübhə edirəm.
- Yox-yox, - Tibinq dedi və üstünə kitablar yığılmış stola
yaxınlaşdı. - Mən dedim ki, İsa və Mariya Maqdalinanın nigahı tarixi
xronikalarda qeyd olunub. - O, kitabları vərəqləməyə başladı. - Bundan
başqa, İsa evli insan kimi daha əhəmiyyətli olardı, nəinki ənənəvi və
standart İncil obrazı olan - subay İsa.
- Nə üçün?
- Çünki İsa yəhudidir, - Lenqdon kitabları eşələməklə məşğul olan
Tibinqin əvəzinə cavab verdi. - O dövrün sosial qanunları yəhudi
kişisinə subay gəzməyə icazə vermirdi. Yəhudi ənənələrinə görə, hər
bir ləyaqətli yəhudinin evlənmək borcu idi ki, oğlu olsun. Əgər İsa evli
deyildisə, onda heç olmasa İncildə bu fakta işarə edilərdi və İsanın
subay qalmasının səbəbi izah olunardı.

284 downloaded from KitabYurdu.org


Tibinq böyük bir kitabı digər kitabların arasından çıxartdı. Dəri ilə
cildlənmiş kitab plakat ölçüsündə idi və atlasa oxşayırdı. Cildin
üstündə yazılmışdı: «Qnostik İncil». Tibinq kitabı açdı, Sofi ilə
Lenqdon ona yaxınlaşdı. Səhifələr hansısa qədim sənədlərin
böyüdülmüş şəkilləri idi; mətnlər papirus parçalarında əllə yazılmışdı.
Sofi mətnlərin hansı dildə yazıldığını anlamadı, amma vərəqin sol
tərəfində tərcümə də yazılmışdı.
- Bu Naq-Hammadidə tapılan Ölü dənizə aid bükülü kağızların
fotosurətləridir, -Tibinq dedi. - Ən ilkin xristian yazıları. Bu yazılarla
İncil arasında hissolunacaq fərqlər var. -Tibinq bir neçə səhifə
vərəqləyib, hansısa mətni göstərdi. - Filippin İncilindən başlasaq, yaxşı
olar.
Sofi mətnin tərcüməsini oxudu.
«Xilaskarın həyat yoldaşı - Mariya Maqdalina idi. Məsih onu o biri
şagirdlərindən daha çox sevirdi və onun dodaqlarından öpürdü. Digər
şagirdlər bundan incidilər və öz narazılıqlarını bildirdilər. Onlar İsaya
dedilər: - Məgər onu bizdən çoxdan sevirsən?»
Bu sözlər Sofini təəccübləndirsə də, onu qane etmədi.
- Amma burda nigah barədə bir şey deyilməyib.
- Au contraire (əksinə - frans.) - Tibinq gülümsündü və birinci
sətiri göstərdi. - Arami dili üzrə istənilən mütəxəssis sizə deyə bilər ki,
o dövrdə «həyat yoldaşı» sözü «arvad» mənasını verirdi.
Lenqdon başı ilə təsdiqlədi.
Sofi bir daha birinci sətiri oxudu: «Xilaskarın həyat yoldaşı -
Mariya Maqdalina

285 downloaded from KitabYurdu.org


idi.»
Tibinq kitabı vərəqlədi və Maqdalina ilə İsa arasında romantik
münasibətlərin olduğunu təsdiqləyən daha bir neçə yazı tapdı. Bu
sətirləri oxuyan Sofi birdən xatırladı ki, o hələ balaca qız olan vaxt, bir
dəfə hansısa keşiş hirslə onların qapısını döymüşdü.
- Cak Sonyer burda yaşayır? - o, qapını açan Sofini yuxarıdan
aşağı süzdü. - Onunla bu məqalə barədə danışmaq istəyirəm. - Keşiş
əlində qəzet tutmuşdu.
Sofi babasını çağırdı və iki kişi qapını möhkəmcə bağlayaraq
kabinetə keçdilər. Babam qəzetdə nəsə yazıb? Sofi mətbəxə qaçıb
səhər qəzetlərinə baxmağa başladı. Və budur, nəhayət, qəzetlərin
birində, ikinci səhifədə o, babasının soyadını gördü və məqaləni
oxudu. Əlbəttə ki, Sofi orda nə yazıldığını tam anlamadı, amma
ümumi fikir belə idi: kilsə xadimlərinin təzyiqi ilə fransız hökuməti
«Məsihin son tamahı» adlı amerikan filmini qadağan etmişdi. Bu
filmdə Məsih Mariya Maqdalina adlı qadınla sekslə məşğul olurdu.
Babası yazmışdı ki, Kilsə filmi qadağan etməklə səhv hərəkət edib.
Keşişin belə hirsli olması, təəccüblü deyil, o düşündü.
- Bu pornoqrafiyadır! Bu küfrdür! - keşiş qışqıraraq kabinetdən
çıxıb çöl qapıya tərəf qaçdı. - Siz buna necə cürət etmisiniz! Bu
amerikalı Martin Skorseze əsil kafirdir! Harda olsa da, Fransada Kilsə
imkan verməz ki, onun bu iyrənc işi ekranlara çıxsın! - o, qapını bərk
çırpıb küçəyə çıxdı.
Mətbəxə keçən baba Sofinin əlində qəzeti görüb üz-gözünü
turşutdu:

286 downloaded from KitabYurdu.org


- Mənim qızım çox zirəkdir, buna söz yox!
- Sən hesab edirsən ki, İsa Məsihin qadını olub? - Sofi soruşdu.
- Yox, əzizim. Sadəcə mən demək istəmişəm ki, Kilsənin
incəsənət işlərinə qarışmağa hüququ yoxdur.
- Yaxşı, Məsihin qadını olub ya yox?
Baba bir qədər susduqdan sonra cavab verdi:
- Əgər olubsa da, bunda pis nə var ki? Sən necə hesab edirsən?
Sofi bir qədər düşündükdən sonra çiyinlərini çəkib dedi:
- Şəxsən mənim etirazım yoxdur.
Ser Tibinq susmaq bilmirdi:
- Məsih və Maqdalinanın arasındakı münasibəti təsdiqləyən
sonsuz sayda məlumatlarla sizi yormaq istəmirəm. Bu mövzuya aid
müasir tarixçilərin çoxlu sayda spekulyasiyaları var, - o, növbəti
səhifəni göstərib dedi, - Əsasən bunun üzərində dayanmaq istəyirəm.
Bu, Mariya Maqdalinadan qalan İncildən bir parçadır.
Sofi bilirdi ki, Bibliyada Mariya Maqdalinadan qalma İncil yoxdur.
Amma mətni oxudu:
«Və Pyotr dedi: Doğrudanmı, Xilaskar bizim xəbərimiz olmadan
qadınla danışıb? Biz indi hamımız bu qadını dinləməyə borcluyuq,
məgər? Xilaskar bu qadını bizdən üstün tutub?
Və Levit ona cavab verdi: Sən həmişə tez özündən çıxırsan, Pyotr.
İndi sən bu qadınla, düşmənin kimi öcəşmək istəyirsən? Əgər Xilaskar
özü onu seçibsə, sən kimsən ki, onu qəbul etməyəsən? Daha yaxşısını
Xilaskar bilir. O, bu qadını yaxşı tanıyır, ona görə də, onu bizdən çox
sevir!»

287 downloaded from KitabYurdu.org


- Burda sözü gedən qadın - Mariya Maqdalinadır, - Tibinq dedi. -
Pyotr Məsihi ona qısqanır.
- İsa Mariyanı daha üstün tutduğuna görəmi?
- Təkcə buna görə yox. Ortada daha böyük maraqlar var. İncillərin
çoxunda deyilir ki, məhz həmin an İsa şübhələnir ki, Onu tezliklə tutub
çarmıxa çəkəcəklər. Və O, Mariyaya göstəriş verir ki, O gedəndən
sonra Onun Kilsəsini necə idarə etsinlər. Bax ona görə də, Pyotr ikinci
skripka rolunu oynadığı üçün öz narazılığını bildirir. Şəxsən mənə elə
gəlir ki, Pyotr arvadlara nifrət edirmiş.
Sofi etiraz etdi:
- Bunu necə deyə bilərsiz? Bu ki, Müqəddəs Pyotrdur! Məsih öz
Kilsəsini tikəndə ona arxalanıb.
- Bəli, düzdür, təkcə kiçik bir detaldan başqa. İlkin İncillərə görə,
Məsih Kilsəni necə tikmək barədə göstərişi Pyotra yox, Mariya
Maqdalinaya verib.
Sofi təəccüblə ona baxdı:
- Siz demək istəyirsiniz ki, Xristian kilsəsi qadın tərəfindən
yaradılıb və idarə olunub?
- Plan belə olub. İsa feminist idi. O, öz kilsəsinin gələcəyini
Mariya Maqdalinaya tapşırıb.
- Pyotr isə bunu təqdir etmirdi, - Lenqdon dedi və «Gizli
axşamlar» reproduksiyasını göstərdi. - Bax, bu Pyotrdur. Görürsünüz
ki, onun Mariyaya belə münasibətindən Leonardo da Vinçi yaxşı
xəbərdar idi.
Sofinin heyrətdən dili tutuldu. Freskada təsvir olunmuş Pyotr acıqlı

288 downloaded from KitabYurdu.org


şəkildə Mariya Maqdalinanın başı üstündə durmuşdu. Bu azmış kimi,
ovcunun kənarı ilə göstərirdi ki, onun boğazını kəsməyə belə hazırdır.
Eynilə «Madonna mağarada» rəsmindəki cest.
- Burda da eləcə, - deyə Lenqdon, Pyotrun yanında dayanmış
Məsihin şagirdlərini göstərdi, - hədələyici kimi görünür, düz deyilmi?
Sofi gözlərini qıydı və birdən şagirdlərin arasından çıxmış kiminsə
əlini gördü.
- Onun əlindəki nədir? Xəncərdir?
- Hə. Amma çox qəribədir. Əgər şəkildəki əlləri saysanız,
görəcəksiniz ki,.. bu əl heç kimə aid deyil. Əl anonimdir. Bədənsiz əl.
Sofi heyrətləndi. Sonra dedi:
- Bağışlayın, mən yenə də başa düşmürəm ki, Mariya Maqdalina
ilə Qraal arasında nə əlaqə var.
- Aha! -Tibinq ucadan dedi. - Bax, biz gəlib işin məğzinə çatdıq! -
Və o, yenə stola tərəf getdi, kağız-kuğuzun içərisindən böyük bir xəritə
çıxarıb, onu Sofinin qarşısındakı stolun üstünə sərdi. Xəritədə
geneoloci şəcərə təsvir olunmuşdu.
- Çox az adam bilirdi ki, Maqdalina Məsihin sağ əli olmasından
başqa, həm də böyük hakimiyyətə malik idi.
Sofi geneoloci şəcərənin altındakı yazını gördü:
BÜNYAMİNİN (VENİAMİN) NƏSLİ.
- Bax, Mariya Maqdalina burdadır, - Tibinq dedi və şəcərənin lap
yuxarısını göstərdi.
Sofi təəccübləndi:
- Deməli o, Bünyaminin nəslindəndir?

289 downloaded from KitabYurdu.org


- Bəli, - Tibinq başını tərpətdi, - Mariya Maqdalina şah nəslindən
olan qadındır.
- Amma mən həmişə elə bilmişəm ki, o çox kasıb olub.
Tibinq başını yırğaladı:
- Maqdalinanı ona görə fahişəyə çeviriblər ki, onun əsl-nəcabəti
haqqında fikirləri məhv etsinlər.
Sofi sual dolu nəzərlərlə Lenqdona baxdı, o da başını tərpədərək
təsdiqlədi. Belədə Sofi Tibinqdən soruşdu:
- Mariyanın əsl-nəcabəti ilə Kilsənin nə işi vardı?
İngilis gülümsündü:
- Mehriban qızcığaz! Kilsəni Mariyanın əsl-nəcabətindən çox,
onun Məsihlə olan münasibəti narahat edirdi. Məsih özü də şah
nəslindən olub. Matfeyin İncilində deyilir ki, İsa Davudun
nəslindəndir. Məlumdur ki, Davud yəhudi xalqının şahı Süleyman
padşahın nəslindəndir. Məsih Mariya ilə evlənsə, məşhur Bünyamin
nəsli ilə qohum olardı, bu iki şah nəslini birləşdirər və güclü siyasi
ittifaq yaradardı. Qanuni hüquqla taxt-taca yiyələnər, Süleymanın
dövründəki kimi şah nəsli hakimiyyət əldə edərdi.
Sofi anladı ki, Tibinq söhbətinin kulminasiyasına yaxınlaşır.
Tibinqin həyəcanla dedi:
- Qraal piyaləsi haqqında əfsanə, şah qanı-şah nəsili haqqında
əfsanədir. Əfsanədə deyilən «Məsihin qanı olan qab» sözü, əslində
Mariya Maqdalina - Məsihin «şah qanı»nı daşıyan qadın bətni
haqqındadır.
Sözlər Sofinin şüurunda möhkəmlənənə qədər, geniş otaqda əks-

290 downloaded from KitabYurdu.org


səda verdi. Mariya Maqdalina özündə İsa Məsihin şah nəslinin qanını
daşıyıb?
- Deməli Məsihin... - o susdu və Lenqdona baxdı.
- Nəsli davam edə bilərdi. - Lenqdon gülümsünərək onun
əvəzində dedi.
Sofi ildırım vurmuş kimi yerində qurumuşdu.
- Deməli! -Tibinq dedi. -Tarixin ən böyük sirlərindən biri açılır!
İsa nəinki evli, o həm də ata idi. Əzizim, Mariya Maqdalina isə, Onun
körpəsini daşıyan «müqəddəs qab» idi! Şah nəslini davam etdirən
müqəddəs qab, onların məhəbbətinin məhsulu yetişən müqəddəs qab!
Sofi qolunun üstündəki Sarı, nazik tüklərin biz-biz durduğunu hiss
etdi.
- Bəs, bu fakt indiyə qədər niyə sirr kimi qalıb?
- Allah səni saxlasın! — Tibinq ucadan dedi. - Nə deyirsən de, sirr
demə! Məhz İsanın şah nəslindən olması Qraal piyaləsi haqqında
əfsanələrin yaranmasına səbəb olub. Əsrlər boyu Mariya Maqdalinanın
əhvalatını hər yerdə, müxtəlif dinlərdə və mümkün olan metaforaların
köməyi ilə deyiblər. Diqqətlə baxsan və qulaq assan, bu tarixçəyə hər
yerdə rast gələrsən.
- Bəs, Sanqril sənədləri? - Sofi soruşdu. - Bu da İsanın şah
nəslindən olduğunu göstərən alleqoriyadır?
- Bəli.
- Deməli, belə çıxır ki, Qraal piyaləsi haqqında əfsanə - şah nəsli
barədə hekayədir?
- Həm də birmənalı şəkildə belədir, - Tibinq dedi. -«Sanqril» sözü

291 downloaded from KitabYurdu.org


«San Greal» sözündən yaranıb, tərcüməsi «Müqəddəs Qraal»
deməkdir. Amma qədimdə «Sanqril» sözü başqa məna daşıyırdı. -
Tibinq kağızı götürüb, nəsə yazdı və Sofiyə uzatdı.
O oxudu:
Sanq Real. Və dərhal tərcümə etdi.
«Sanq Real» söz birləşməsi hərfi mənada «Kral qanı» demək idi.
LIX FƏSİL
Nyu-Yorkda, Leksinqton-avenyuda, «Opus Dei»nin mənzil-
qərargahının birinci mərtəbəsində yerləşən qəbul otağındakı növbətçi
kişi telefon dəstəyində yepiskop Arinqarosanın səsini eşidib
təəccübləndi.
- Axşamınız xeyir, ser.
- Mənə çatası məlumat göndərməyiblər ki? - Yepiskopun səsi adəti
xilafına həyəcanlı idi.
- Bəli, ser. Yaxşı ki, siz zəng etdiniz. Mən özüm sizinlə heç cür
əlaqə yarada bilmədim. Təxminən yarım saat əvvəl bura təcili məlumat
göndəriblər.
- Hə? - indi səsdə həyəcan bir qədər azalmışdı. - Zəng edən adını
dedimi?
- Yox, ser, yalnız nömrəsini dedi. - növbətçi nömrəni oxudu.
- Kod 33-dür? Deyəsən, Fransadır, hə?
- Bəli ser, Paris. Zəng vuran dedi ki, iş çox təcilidir, xahiş etdi ki,
siz onu tez tapasınız.
- Minnətdaram. Mən bu zəngi gözləyirdim. - Və Arinqarosa
dəstəyi asdı.

292 downloaded from KitabYurdu.org


Dəstəyi yerinə qoyan növbətçi Arinqarosanın səsinin belə pis, xışıltılı
eşidilməsindən təəccübləndi. Bu həftənin qrafikinə əsasən yepiskop
Nyu-Yorkda olmalıydı, amma deyəsən, uzaqdan zəng edirdi. Nə isə,
mühüm deyil, onun nəyinə gərəkdir ki? Növbətçi buna adət etmişdi.
Son bir neçə ayda yepiskop özünü çox qəribə aparırdı.
Güman ki, mənim mobil telefonuma zənglər çatmır, Arinqarosa
düşündü. «Fiat» Romanın çarter reysləri həyata keçirən Çampino
aeroportuna yaxınlaşdı. Ustad mənimlə əlaqə yaratmaq istəyib?
Arinqarosa Ustadın zəngini qəbul edə bilməməsindən təşviş keçirirdi,
amma indii bir az yüngülləşmişdi: Ustad birbaşa «Opus Dei»nin
mənzil-qərargahına zəng edirsə, deməli özünə əmindir.
Yəqin ki, Parisdə işlər normal gedir. Tezliklə, mən özüm də Parisdə
olacam, deyə Arinqarosa bayaq növbətçidən aldığı nömrəni yığaraq
düşündü. Sübhə qədər Parisə enərik. Arinqarosa Fransaya çarter reysi
ilə uçan kiçik təyyarədə uçurdu. Günün bu vaxtında kommersiya
reysindən söhbət gedə bilməzdi, xüsusən də onun portfelinin
içindəkiləri nəzərə alsaq. Dəstəkdə səslər eşidildi. Qadın cavab verdi:
- Direction Centrale Police Cudiciaire (Ədliyyə Polisinin Mərkəzi
İdarəsi - frans.)
Arinqarosa çaşıb qaldı. Bunu gözləmirdi.
- E-e... axşamınız xeyir. Məndən xahiş ediblər ki, bu nömrəyə
zəng edim.
- Qui etes vous? - Qadın soruşdu. - Adınız nədir?
Arinqarosa çaşqınlıq içindəydi, adını desin ya deməsin. Axı onun
zəngi Fransanın Ədliyyə Polisinin Mərkəzi İdarəsinə düşmüşdü.

293 downloaded from KitabYurdu.org


- Sizin adınız, müsyö? - xanım bu dəfə təkid etdi.
- Yepiskop Manuel Arinqarosa.
- Un moment. - Dəstəkdə şıqqıltı eşidildi. Sonra kobud kişi səsi
dedi: - Nəhayət ki, sizin səsinizi eşitdiyimə sevindim, yepiskop. Biz
sizinlə çox şeyi müzakirə etməliyik.
LX FƏSİL
Sanqril... Sang Real. San Greal... Kral qanı. Qraal piyaləsi. Hər şey
bir-birinə bağlıdır.
Müqəddəs Qraal Mariya Maqdalinadır... İsa Məsihdən sonra şah
nəslinin anası. Sofi geniş kabinetin ortasında durmuşdu və gözlərini
geniş açaraq heyrətlə Lenqdona baxırdı. Tibinq və Lenqdondan nə
qədər çox şey öyrənirdisə, bu sual- cavab oyunu daha maraqlı olurdu.
- Görürsünüz, mənim əzizim, - ser Tibinq dedi və axsaya-axsaya
kitab rəflərinə tərəf getdi.-Qraal haqqında həqiqəti dünyaya danışmaq
istəyən tək Leonardo olmayıb. Məsihin məşhur nəsildən olması
onlarca tarixçi tərəfindən dərindən tədqiq olunub. O, barmaqlarıyla bir
neçə kitabı göstərdi.
Sofi başını yana əyərək onların adlarını oxudu:
TAMPLİYERLƏRİN TAPINTISI:
Məsihin həqiqi nəslinin gizli qoruyucuları.
ALEBASTR KUZƏLİ QADIN:
Mariya Maqdalina və Qraal piyaləsi.
İNCİLDƏ İLAHƏ OBRAZI:
Müqəddəs qadın başlanğıcının bərpası.
- Güman ki, bu, əmn məşhur əsərdir, - Tibinq dedi və rəfdən kitabı

294 downloaded from KitabYurdu.org


götürüb Sofiyə uzatdı.
Sofi kitabın adını oxudu:
MÜQƏDDƏS QAN, MÜQƏDDƏS QRAAL
Dünya şöhrətli bestseller.
Sofi çaşqın halda gözlərini qaldırdı:
- Dünya şöhrətli bestseller? Qəribədir, amma mən bu kitab barədə
heç nə eşitməmişəm.
- Mənim əzizim, siz çox gənc olmusunuz. Bu kitab səksəninci
illərdə əsil aciotac yaratdı. Məncə, müəlliflərin öz analizlərini məntiqi
sonluğa çatdırmağa cəsarətləri çatmadı. Amma onlar düzgün istiqamət
götürmüşdülər. Və bir də, Məsihin şah nəslindən olduğu ideyasını
geniş oxucu kütləsinə çatdırdıqlarına görə onlara təşəkkür etmək
lazımdır.
- Bəs, Kilsənin bu kitaba reaksiyası necə oldu?
- Əlbəttə ki, keşişlər çox qəzəbləndilər. Bunu da gözləmək olardı.
Axı burda, Vatikanın hələ dördüncü əsrdə dəfn etmək istədiyi sirrdən
söhbət gedirdi. Xüsusən də səlib yürüşlərindən. Bu yürüşlər zamanı
İsanın nəsli haqqında informasiyalar toplanıb məhv edilirdi. Mariya
Maqdalina faktoru xristianlığın ilkin dövründə kilsə xadimlərini çox
qorxudurdu. O, nəinki Məsihin kilsəni yaratmağı etibar etdiyi qadın
idi, onun sadəcə mövcudluğu sübut edirdi ki, Məsihin də, digər
insanlar kimi övladları ola bilər. Kilsə isə bu haqda susurdu. Nəinki
susmaq, Kilsə Mariya Maqdalinanın hakimiyyətindən qorxaraq onu
fahişə elan etdi və Məsihin Allah yox, İnsan oğlu olduğu, həmçinin
onun övladlarının ola biləcəyi haqqında fikirləri beşikdəcə boğaraq,

295 downloaded from KitabYurdu.org


Məsihin və Mariyanın nigahı barədə sübutları məhv etdi.
Sofi Lenqdona baxdı, o da başını tərpətdi:
- Mənə inana bilərsiz, Sofi, burda kifayət qədər tarixi sübutlar var.
- Deyim ki, -Tibinq dilləndi, - reaksiya çox qəddarcasına oldu,
amma Kilsəni də anlamaq lazımdır. Bu sübutları, məlumatları gizli
saxlamaq üçün onun ciddi əsasları vardı. Əgər bu məlumatlar aşkarlıq
qazansaydı, Kilsə ciddi şəkildə zərbə alacaqdı. İsanın körpəsi Onun
ilahiliyi ideyasına son verəcək, Xristian kilsəsinin əsasını və
dayaqlarını sarsıdacaqdı. Kilsə isə özünü insanlar və Allah arasında
yeganə əlaqə, cənnətə düşmək üçün yeganə qapı elan etmişdi.
- Beş ləçəkli qızılgül - roza... - Sofi kitabların birinə baxaraq
fikirli-fikirli dedi. Belə bir şəkil mücrünün üstünə də yapışdırılmışdı.
Tibinq Lenqdona baxıb gülümsündü:
- O, müşahidəçi qızdır, - Sonra Sofiyə tərəf çevrildi. - Bu Qraalın
rəmzidir, Priorat tərəfindən yaradılıb. Mariya Maqdalinanın rəmzi.
Onun adı Kilsə tərəfindən qadağan edildiyindən, bir neçə psevdonimi
olub. Onu Qab, Qraal piyaləsi və Roza adlandırıblar. - O, sözünə ara
verdi. - Roza simvolu birbaşa beşguşəli Venera ulduzu və Roza
Kompası ilə bağlıdır. Hə, «roza» sözünün özü də ingilis, fransız, alman
və bir çox dillərdə eyni cür səslənir.
- Roza, - Lenqdon dedi, - latın dilindəki «Eros» sözünün
anaqramıdır. Eros isə - qədim Yunanıstaanda cismi məhəbbət allahı
olub.
Sofi təəccüblə ona baxdı, Tibinqsə davam etdi:
- Roza həmişə qadın gözəlliyinin və seksuallığının baş simvolu

296 downloaded from KitabYurdu.org


olub. İlkin ilahə kultlarında beş ləçək qadın həyatının beş dövrünün
rəmzi idi: doğuluş, menstruasiya, analıq, menopauza və nəhayət, ölüm.
- O, Robertə baxdı. - Bəlkə, simvollar üzrə mütəxəssis nəsə əlavə
etmək istəyir?
Robert susdu. Fasilə uzandı.
- Ay allah! -Tibinq ucadan dedi. - Bu amerikalılar necə
utancaqdırlar! - O, Sofiyə tərəf çevrildi. - Sadəcə Robert sizə deməyə
utanır ki, qızılgül qadın genitaliyasına oxşayır, hansı ki, bu gözəl buton
vasitəsi ilə bütün bəşər dünyaya göz açır. Əgər siz Corci Kiffin rəsmini
görmüsünüzsə, onda nə demək istədiyimi dəqiq anlayarsız.
- Əsas odur ki, - Lenqdon kitab rəflərinə yaxınlaşaraq dedi, - bu
kitablar çox mühüm bir fikri birləşdirir.
- Yəni, İsa ata olub? - Sofi soruşdu.
- Bəli, - Tibinq dedi, - və Mariya Maqdalina onun varisini daşıyan
həmin müqəddəs qab, müqəddəs bətn olub. Bu günə qədər Sionun
Prioratı Mariya Maqdalinanı ilahə, Qraal, Roza və Müqəddəs Anna
hesab edir.
Sofinin yadına, babasının evində, təsadüfən şahid olduğu ritual
düşdü.
- Priorata görə, - Tibinq davam etdi, - Məsih çarmıxa çəkiləndə
Mariya Maqdalina hamilə olub. İsanın hələ dünyaya gəlməmiş
körpəsini xilas etmək üçün, onun Müqəddəs torpağı tərk etməkdən
başqa çarəsi olmur. İsanın dayısı, Arimafeyli Yusifin köməyi ilə
Mariya Maqdalina gizli şəkildə, o vaxtlar Qalliya adlanan Fransaya
qaçır. Burda yəhudi icmasında sığınacaq tapı rvə qızı olur. Uşağın

297 downloaded from KitabYurdu.org


adını Sara qoyurlar.
Sofi təəccüblə ona baxdı:
- Deməli, onlar hətta uşağın adını da biliblər?
- Təkcə bunu yox, Maqdalinanın və Saranın həyatları haqqında
xroniki məlumat da yazıblar. Demək lazımdır ki, Maqdalinanın
körpəsi yəhudi şahlarının Davud və Süleymanın nəslindən idi. Ona
görə də, Fransada yaşayan yəhudilər Maqdalinanı şah nəslinin
davamçısı kimi yüksək qiymətləndirirdilər. O dövrün əksər tarixçiləri
Mariyanın Fransadakı həyatını geniş şəkildə qələmə almış, Saranın
doğuluşu haqqında da məlumat vermişdilər. Sonra onun da tərcümeyi-
halını yazıb geneoloci şəcərəsini tərtib etdilər.
Sofi çaşqınlıq içində idi.
- Deməli, Məsihin özünün də geneoloci şəcərəsi mövcuddur?
- Əlbəttə ki. Və bu məlumatlar Sanqril sənədlərinin əsasını təşkil
edir. Məsihin nəslinin ətraflı geneoloci şəcərəsi.
- Amma bu sənədlərin nə faydası? - Sofi ucadan dedi. - Axı, heç
bir sübut yoxdur. Tarixçilər onların mötəbərliliyini güman ki, sübut
edə bilməzlər.
Tibinq gülümsündü:
- İncilin mötəbərliliyini sübut edə bilmədikləri qədər.
- Nə mənada?
- O mənada ki, tarix həmişə qaliblər tərəfindən yazılır. Və o vaxt
ki, iki mədəniyyətin toqquşması baş verir, məğlubun üstündən xətt
çəkilir, qalibsə özünü mədh edən, məğlubu alçaldan tarixi kitablar
yazır. Napoleon bir dəfə deyib: «Tarix də, təmsil kimi bir şeydi,

298 downloaded from KitabYurdu.org


inanaqmı?!» - O gülümsündü. -Tarix öz təbiətinə görə həmişə
hadisələrin birtərəfli qiymətini verib.
Belə fikir Sofinin heç vaxt ağlına gəlməmişdi.
- Sanqril sənədləri Məsihin həyatının bizə məlum olmayan tərəfləri
barədə məlumat verir. Onları oxuyan insan öz seçimində sərbəstdir,
hansı tərəfi tutacaq onun inamından və şəxsi təcrübəsindən asılıdır.
Əsas odur ki, bu informasiyanı qoruyub saxlamaq mümkün olub.
Sanqril sənədləri min səhifəlik mətndən ibarətdir. Bu xəzinəni görən
bir neçə şahid təsdiqləyir ki, o guya, dörd nəhəng və ağır sandıqda
saxlanılır. Deyirlər ki, bu sandıqlarda Puristlərin Kağızı saxlanılır. Bu,
Məsihin ilkin ardıcılları tərəfindən yazılmış Konstantin dövrünə
qədərki min səhifəlik sənədlərdir. Bu sənədlərdə İsa canlı İnsan,
müəllim və peyğəmbər kimi təsvir olunur. Şayiələr gəzir ki, xəzinənin
bir hissəsi əfsanəvi əlyazmalar - «Q» sənədləridir. Bunların
mövcudluğunu hətta Vatikan da təsdiq edir. Bu kitab İsanın öz əlilə
yazdığı dualardır.
- Məsihin özü tərəfindən?!
- Hə, əlbəttə, - Tibinq başını tərpətdi. - Mən şəxsən burda heç bir
təəccüblü şey görmürəm. Nəyə görə Məsih öz peyğəmbərliyi haqqında
yazmasın ki? Dağıdıcı gücə malik daha bir sənəd - «Maqdalinanın
gündəlikləri» adlı əlyazma. Bu sənəddə Mariya Maqdalina özü
Məsihlə olan münasibətlərdən, onun çarmıxa çəkilməsindən, özünün
Fransadakı həyatından bəhs edir.
Sofi eşitdiklərini düşünərək bir qədər susdu.
- Deməli, bu sənədlər olan dörd sandıq tampliyerlərin Süleyman

299 downloaded from KitabYurdu.org


məbədinin xarabalıqlarından tapdığı həmin o xəzinədir?
- Bəli, elədir. Məhz bu sənədlərin hesabına tampliyerlər qüdrətli
olmuşdular. Qraal mövzusunda spekulyasiyaya və saysız-hesabsız
axtarışlara səbəb olan sənədlər.
- Amma siz özünüz dediniz axı, Qraal Mariya Maqdalinadır. Əgər
insanlar sənəd axtarışı ilə məşğuldurlarsa, niyə bunu Qraal piyaləsinin
axtarışı adlandırırlar?
Tibinq bir az gec cavab verdi.
- İş ondadır ki, Qraalın gizlədildiyi yerdə, sarkofaq da var.
Bayırda külək uğuldayırdı.
Tibinq indi səsini qısaraq danışırdı:
- Qraal piyaləsinin axtarışı əslində, Mariya Maqdalinanın qəbri
önündə diz çökməyə can atmaqdır. İtirilmiş müqəddəs qadın
başlanğıcını ziyarət etməkdir.
Sofi dedi:
- Demək, siz deyirsiniz ki, Qraalın gizlədildiyi yer... qəbirdir?
Tibinqin qəhvəyi gözləri xəyalpərvər ifadə aldı.
- Hə. Həm də bu qəbirdə təkcə Mariya Maqdalinanın cismi yox,
həm də onun həyatı haqqında həqiqi bilgilər var. Qraal piyaləsinin
axtarışı əslində, hakimiyyətə olan hüquqları barədə sübutlarla birgə
dəfn olunan aldadılmış çariçə Maqdalinanın axtarışıdır.
Sofi hekayənin davamını gözləyirdi, amma Tibinq birdən susdu.
Çox şey aydınlaşdırılmamış qalırdı, xüsusən də babasının tarixçəsi.
- Prioratın üzvləri. - nəhayət Sofi dilləndi, - belə çıxır ki, bütün bu
illər ərzində Sanqril sənədlərinin və Maqdalinanın dəfn olunduğu yerin

300 downloaded from KitabYurdu.org


sirrini qorumuşlar?
- Bəli, amma təşkilatın daha vacib borcu - Məsihin nəslini
qorumaqdır. Axı, bütün bu insanlar daim təhlükədə olublar. İlkin Kilsə
qorxurdu ki, əgər Məsihin nəsli inkişaf etsə, onda Məsihin və
Maqdalinanın sirri üzə çıxar, bu isə Xilaskarın ilahi varlıq olması
haqqında katolik doktrinasının əsaslarını dağıda bilər. Çünki, ilahi
varlıq qadınlarla cinsi əlaqədə ola bilməz. - O, bir az susub davam etdi:
- Buna baxmayraq, Məsihin nəsli böyüdü və gizli olaraq Fransada
çoxaldı. Bu haqda məlumatlar yalnız beşinci əsrdə üzə çıxdı. O vaxt ki,
bu nəsil fransız kral qanı ilə birləşib, Merovinqlər sülaləsinin əsasını
qoydu.
Bu xəbər Sofini heyrətə saldı. Merovinqlər haqqında hər bir fransız
tələbəsi eşitmişdi.
- Parisin əsasını qoyan Merovinqlər?
- Bəli, onlar. Bu da Qraal əfsanəsinin Fransada daha populyar
olmasının səbəbidir. Siz kral Daqobert haqqında eşitmisiniz?
Sofi bu adın fransız tarix dərslərində yazıldığını xatırladı.
- Deyəsən, Daqobert Merovinqlərin kralı olub. Yatdığı yerdə onun
gözünə xəncər soxublar.
-Tamamilə doğrudur. Yeddinci əsrin sonlarında o, Gənc Pipin
Vatikanın dəstəyi ilə hazırlanmış sui-qəsdin qurbanı olub. Daqobertin
qətli ilə Merovinqlər sülaləsi praktiki olaraq məhv oldu.
Xoşbəxtlikdən, Daqobertin oğlu Siqizbert sağ qaldı və nəsli davam
etdirdi. Sion Prioratının banisi Qodfrua de Buyon onun nəslindən olub.
- Bu adam, - Lenqdon dedi, -Tampl cəngavərlərinə Süleyman

301 downloaded from KitabYurdu.org


məbədinin xarabalıqlarında Sanqril sənədlərini axtarmağı əmr etdi və
sübut etmək istədi ki, Merovinqlər sülaləsi öz başlanğıcını İsa
Məsihdən götürüb.
Tibinq başını tərpətdi və dərindən köks ötürdü.
- Müasir dövrdə Sion Prioratının vəzifələrini üç yerə bölmək olar.
Birincisi, təşkilat Sanqril sənədlərini qorumalıdır. İkincisi, Mariya
Maqdalinanın qəbrini mühaizə etməlidir. Və nəhayət üçüncüsü,
Merovinqlər kral sülaləsinin bu günə qədər gəlib çıxmış varislərini
müdafiə etməlidir.
Sofi həyəcandan titrədiyini hiss etdi. Məsihin nəsli bu günə qədər
gəlib çıxıb! Qulaqlarında babasının pıçıltısı eşidildi. Şahzadə, mən
sənin ailən haqqında həqiqətləri sənə danışmalıyam.
Sanki onu ildırım vurdu.
Şah nəsli.
Yox, bunu təsəvvür etmək belə mümkün deyil!..
Şahzadə Sofi.
- Ser Lyu! - divardakı selektor qutusundan Tibinqin
qulluqçusunun səsi eşidildi. Sofi bərk diksindi. - Bir dəqiqəliyə
mətbəxə gələ bilərsinizmi?
Tibinq narazı halda üz-gözünü turşutdu: onu işdən ayırdıqda,
hirslənirdi. Qutuya yaxınlaşıb düyməni basdı.
- Remi, sən ki, bilirsən, mən qonaqlarımla məşğulam. Əgər bizə
mətbəxdən nəsə lazım olsa, sənin köməyin olmadan, özümüz də götürə
bilərik. Sağ ol, gecən xeyrə qalsın.
- Sizə söz deməliyəm. Xahiş edirəm, ser, əgər çətin deyilsə.

302 downloaded from KitabYurdu.org


Tibinq nəsə mızıldadı və yenə də düyməni basdı.
- Yaxşı, de. Amma cəld ol, Remi.
- Bu yalnız bizə aiddir, ser, qonaqlar eşitməsə yaxşıdır.
Tibinq heyrətləndi:
- Nə olub, səhərə qədər gözləmək olmaz?
- Olmaz, ser. Çox çəkməyəcək, bir dəqiqəliyə.
Tibinq gözlərini qıyıb Lenqdon və Sofiyə baxdı:
- Yox, hərdən mən sadəcə başa düşmürəm ki, kim kimə xidmət
edir! - O, yenə düyməni basdı. - İndi gələrəm, Remi. Bəlkə, sənə nəsə
gətirim?
- Bir balaca azadlıq, ser.
- Remi, bilirsən ki, sənin burda xidmətçi işləməyinin tək səbəbi
istiotlu bifşteksi yaxşı hazırlamağındır.
- Siz deyən olsun, ser. Siz daha yaxşı bilərsiniz.
LXI FƏSİL
Şahzadə Sofi.
Sofi koridorla uzaqlaşan Ser Tibinqin qoltuqağaclarının səsini eşitdi
və birdən özünü boşluqdakı kimi hiss etdi. O çevrilib gözləri ilə
Lenqdonu axtardı. Lenqdon onun fikirlərini oxuyurmuş kimi başını
yırğaladı.
- Yox, Sofi, - o pıçıldadı. - Babanızın Prioratın üzvü olduğunu
biləndə bu fikir mənim də başıma gəldi. Həm də demişdiniz ki,
babanız sizə ailəniz haqda sirr açmaq istəyir. Amma bu mümkün deyil.
- Lenqdon bir saniyəliyə susdu. - Sonyer... Bu familiyanın
Merovinqlərə dəxli yoxdur.

303 downloaded from KitabYurdu.org


Sofi necə reaksiya verəcəyini bilmirdi: sevinsinmi yoxsa
kədərlənsinmi? Bir az əvvəl Lenqdon onun anasının qızlıq familiyası
barədə qəribə sual vermişdi. Sofinin anasının nigahdan əvvəlki
familiyası Şovel idi. İndi o, sualın mənasını anlamışdı.
- Bəs Şovel? - Sofi ehtiyatla soruşdu.
Lenqdon yenə də başını yırğaladı:
- Bağışlayın. Sizə əvvəlcədən demək lazım idi. Merovinqlər
sülaləsindən iki xətt qalıb. Bu ailələrin familiyası - Plantar və Sen-
Klerdir. Bu iki ailə Prioratın müdafiəsi altında hardasa yaşayırdılar.
Sofi fikrində bu iki familiyanı təkrar etdi, sonra başını yırğaladı.
Onun ailəsinin heç bir üzvü Plantar və Sen-Kler familiyasını daşımırdı.
Və birdən o, özünü darıxmış kimi hiss etdi. O başa düşürdü ki,
babasının ona deyəcəyi sirri anlaması üçün bir addım da irəli
getməmişdi. Yaxşı olardı ki, babası bu haqda heç nə deməyəydi. O,
sağalmamış köhnə yaraları qopartdı. Onlar ölüb, Sofi. Onlar bir də
qayıtmayacaqlar. O, anasını xatırladı, xatırladı ki, anası ona necə lay-
lay çalır. Onu çiyinlərində o otaqdan bu otağa gəzdirən atasını
xatırladı. Nənəsinin və kiçik qardaşının ona baxıb gülümsəyən yaşıl
gözlərini xatırladı. Və bütün bunların hamısı onun əlindən alındı.
Təkcə babası qaldı.
İndi o da getdikdən sonra mən tamamilə təkəm.
Sofi «Gizli axşamlar»a tərəf çevrilib uzun kürən saçları və
mehriban, kədərli gözləri olan Mariya Maqdalinaya baxdı. Bu qadının
gözlərindəki nəsə Sofini məcbur edirdi ki, yaxın adamlarını itirdiyini
xatırlasın.

304 downloaded from KitabYurdu.org


- Robert... - o sakitcə dedi. Lenqdon ona yaxınlaşdı.
- Lyu indicə dedi ki, Qraal tarixçəsi. yalnız səthidir. Mən bu haqda
ilk dəfə bu gün eşitdim.
Lenqdon istədi ki, əlini onun çiyninə qoyub təsəlli versin, amma
özünü saxladı.
- Sofi, siz bu tarixçəni əvvəllər də eşitmisiniz. Hər kəs eşidib.
Sadəcə olaraq nə barədə söhbət getdiyini anlamamasınız.
- Mən indi də anlamıram.
- Qraal tarixçəsi hər yerdə olmağına baxmayaraq özü ilə sirr
daşıyır. Kilsə Mariya Maqdalinanı günahkar elan edib, onun
haqqındakı söhbətləri qadağandan edəndən sonra, bu tarixçə gizli
kanallarla, əsasən metafora və simvolların köməyi ilə ötürülməyə
başlandı.
- Hə, əlbəttə bunu anlayıram. İncəsənətin köməyi ilə.
Lenqdon «Gizli axşamlar»ı göstərib dedi:
- Bu, gözəl nümunədir. İndinin özündə də bir çox müasir təsviri
sənətlər, ədəbiyyat, musiqi də bu barədə deyib. Mariya Maqdalina və
Məsihin tarixçəsi barədə.
Lenqdon ona Da Vinçinin, Bottiçellinin, Pussenin, Bernininin,
Mosartın və Viktor Hüqonun əsərləri barədə danışdı. Hansı ki, bu
müəlliflər öz əsərlərində kilsə tərəfindən qadağan edilmiş «müqəddəs
qadın başlanğıcı»nı pərdələnmiş şəkildə bərpa etməyə çalışmışdılar.
Yaşıl Cəngavər, Kral Artur, hətta Yatmış Gözəl haqqında nağıl və
əfsanələr Qraal haqqında alleqoriyalar idi. Viktor Hüqonun «Paris
Müqəddəs Ana Kilsəsi», Mosartın «Sirli fleyta» əsərlərində Qraal

305 downloaded from KitabYurdu.org


əfsanəsi ilə bağlı allüziyalar və mason simvolları çoxlu saydadır.
- Yalnız gözlərini açıb baxmaq, - Lenqdon davam etdi, - Qraalın nə
olduğunu lazımdır. Onda siz onu hər yerdə görəcəksiniz. Rəssamlıqda.
Musiqidə. Ədəbiyyatda. Hətta ən populyar bədii filmlərdə,
multfilmlərdə, əyləncəli parklarda.
Lenqdon köynəyinin mancetini qaldırıb ona Mikki-Mauslu saatını
göstərdi. Sonra, Qraal tarixçəsini gələcək nəsillərə ötürmək üçün Uolt
Disneyin bütün ömrü boyu necə çalışdığından danışdı. Buna görə
dostları onu müasir Leonardo da Vinçi adlandırırdı. Bu iki insan
yaşadıqları dövrün fövqündə dururdular, fövqəladə istedadlı rəsam,
gizli cəmiyyətlərin üzvü, ən əsası isə zarafatcıl idilər. Leonardo kimi
Uolt Disney də öz yaradıcılığında şifrəli mesaclardan, simvolik
işarələrdən istifadə etməyi xoşlayırdı. İstənilən təcrübəli alim,
simvollar üzrə mütəxəssis Disneyin ilk filmlərində çoxlu metafora və
allüziya tapa bilər.
Disneyin gizli mesaclarının əksəriyyəti dinlə, bütpərəst mifləri və
devrilmiş ilahə tarixçəsi sıx bağlı idi. O, «Zoluşka», «Yatmış gözəl»,
«Qar qız» - kimi nağılları heç də təsadüfən ekranlaşdırmamışdı - bu
nağıllar «müqəddəs qadın başlanğıcı»nın zülmə, təzyiqlərə məruz
qalması barədə idi. Qar Qızın - zəhərli almadan dişlədikdən sonra
əzablara düçar olan şahzadə olmasını anlamaq üçün heç də simvollar
üzrə alim olmaq lazım deyil. Burda Həvvanın Cənnət bağlarında
günaha batması ilə birbaşa allüziya var. Və yaxud «Yatmış Gözəl»dəki
şahzadə Avrora. Onun gizli adı Rozadır. Disney onu qəddar ruhlardan
qorumaq üçün mürgüləmiş meşədə gizlədir. Qraal əhvalatına oxşayır,

306 downloaded from KitabYurdu.org


yalnız uşaqlar üçün deyilmi?
Kino - korporativ incəsənətdir. Disney də öz həmkarlarını oyun
ruhuna alışdırdı. Onun əksər rəssamları filmlərə gizli simvollar daxil
etməklə əylənirdilər.
Lenqdon tələbələrindən birinin məşğələyə «Kral Şir» kassetini
gətirməsini tez-tez xatırlayırdı. Filmə baxanda tələbəsi lenti müəyyən
bir yerdə saxlamışdı və birdən hamı toz hissəciklərindən ibarət şir
Simbanın başının üstündə fırlanan «SEX» sözünü aydın şəkildə
görmüşdü. Lenqdon bunu, bütpərəstlərin seksuallığının allüziyasından
şüurlu şəkildə istifadə kimi qəbul etməyib, sadəcə multplikatorun
zarafatı kimi qiymətləndirsə də, o vaxtdan Disney yaradıcılığında
simvolların əhəmiyyətinə fikir verməyə başladı. Onun «Su pərisi»
ilahə simvollarından nəfis şəkildə istifadə edilməklə toxunmuş
mükəmməl divar xalçası kimi idi. Bu isə təsadüf ola bilməzdi.
Lenqdon «Su pərisi»ni ilk dəfə görəndə heyrətdən ağzı açıla
qalmışdı. O görmüşdü ki, sualtı Ariel şahlığından bəhs edən şəkil - on
yeddinci əsrin rəssamı Corc de la Turun Mariya Maqdalinanın qadağan
edilmiş obrazına hörmət əlaməti kimi həsr etdiyi «Etiraf edən
Maqdalina» əsəri ilə eynidir. Ümumiyyətlə, bu saat yarımlıq film
bütünlüklə İsidanın, Həvvanın, balıqlar ilahəsinin, həmçinin Mariya
Maqdalinanın itirilmiş müqəddəsliklərinə aid birbaşa simvollar
kollacından ibarət idi. Su pərisinin adı - Ariel - «müqəddəs qadın
başlanğıcı» ilə sıx bağlı idi. Əlyəsə peyğəmbərin kitabında Ariel
«Mühasirəyə alınmış Babil»in sinonimii idi. Həm də, əlbəttə ki, Su
Pərisinin uzun kürən saçları adi təsadüf deyildi.

307 downloaded from KitabYurdu.org


Dəhlizdə ser Tibinqin çəliklərinin taqqıltısı eşidildi. O gəlib qapının
ağzında dayandı, sifətinin ifadəsi ciddiləşmişdi.
- Siz düzünü desəz, yaxşı olar, Robert. - O ciddi və soyuq səslə
dedi. - Siz mənə qarşı düzgün hərəkət etməmisiniz.
LXII FƏSİL
- Məni tora salıblar, Lyu - Lenqdon həyəcanını boğaraq mızıldadı. -
Siz ki, məni tanıyırsınız. Mən adam öldürə bilərəmmi?
Amma Tibinq yumşalmadı.
- Sizin fotonuzu televizorda göstərirlər! Lənət şeytana, siz
bilirdiniz ki, polis sizi axtarır?
- Bəli.
- Onda siz mənim etibarımdan istifadə edib məni aldatmısınız.
Yox, mən sizdən belə şey gözləmirdim. Təəccüblənirəm ki, siz məni
belə riskə atmısınız. Evimə gəldiniz, Qraal barədə danışmağımı xahiş
etdiniz, hamısı da bir məqsədlə - burda gizlənmək üçün.
- Mən heç kəsi öldürməmişəm.
- Amma Cak Sonyer ölübdür və polis deyir ki, cinayəti siz
törətmisiniz. - Tibinqin rəngi tutuldu.
- Ser! - Eşikağası qapıda göründü və o Tibinqin arxasında duraraq
əllərini sinəsində çarpazladı. - Qoy, onları mən qovum!
- Yox, bunu mən özüm edəcəm. -Tibinq kabinetdən keçib terrasın
qapılarını açdı. Onlar evin arxasındakı çəmənliyə açılırdı. -Xahiş
edirəm, maşınınızı Minin və gedin burdan!
Sofi yerindən tərpənmədi.
- Bizdə clef de voute barədə informasiya var. Prioratın guşəli daşı

308 downloaded from KitabYurdu.org


haqqında.
Tibinq bir neçə saniyə ona baxıb nifrətlə dedi:
- Yaxşı tələdir! Robert bilir ki, mən onu necə axtarmışam.
- O, düz deyir, - Lenqdon dedi. - Məhz buna görə biz sizin
yanınıza gəlmişik. Guşəli daş haqqında danışmağa.
Eşikağası yenə dilləndi:
- Rədd olun, yoxsa mən polis çağıracam!
- Lyu, - Lenqdon pıçıldadı, - biz bilirik, o hardadır.
Deyəsən, Tibinqin qətiyyəti bir qədər aazalmışdı. Remi onların
üstünə qəzəblə yeridi.
- Rədd olun burdan! Tez! Yoxsa mən güc işlədəcəm...
- Remi! -Tibinq öz xidmətçisinin üstünə bağırdı. -Xahiş edirəm,
sən bizi bir saniyəliyə tərk et.
Eşikağasının təəccübdən çənəsi sallandı.
- Amma, ser?.. Mən qətiyyən əleyhinəyəm! Bu adamlar.
- Mən onlarla özüm məşğul olacam! - deyə Tibinq qapını göstərdi.
Otağa gərgin sükut çökdü. Remi döyülmüş it kimi çölə çıxdı.
Taybatay açılmış qapılardan sərin külək içəri vururdu. Tibinq Sofi
və Lenqdona çevrilib dedi:
- Belə yaxşıdır. Hə, guşəli daş haqqında sizə nə məlumdur?
Tibinqin kabinetinin pəncərəsi altındakı kolluqda çöməlmiş Saylas
tapançanı sinəsinə sıxıb gözlərini işıqlı pəncərədən çəkmirdi. Cəmi bir
neçə saniyə bundan əvvəl evin ətrafına dövrə vuran Saylas Lenqdonu
və o qadını görmüşdü. Onlar kabinetdə idilər və nə haqqındasa
danışırdılar. O, yerindən tərpənməyə macal tapmamış qoltuqağacları

309 downloaded from KitabYurdu.org


ilə kabinetə yaşlı bir kişi girdi və Lenqdonun üstünə qışqırdı. Sonra
onların çıxıb getməsini tələb etdi. Bu vaxt qadın guşəli daş barədə söz
saldı və situasiya kəskin şəkildə dəyişdi. Otaqda artıq heç kim
qışqırmır, pıçıltı ilə danışırdılar. Və şüşə qapıları da tezliklə bağladılar.
Kölgəlikdə gizlənmiş Saylas pəncərədən içəri baxırdı. Guşəli daş
hardasa burda, bu evdədir. O, bunu hiss edirdi.
O, bir qədər də pəncərəyə yaxınlaşıb içəridəki üç nəfərin nə barədə
danışdığını qulaq asıb öyrənmək istədi. O, beş dəqiqə də onlara vaxt
verməyi qərara aldı. Əgər bu vaxt ərzində xəzinənin harda gizlədildiyi
məlum olmasa, Saylas evə girib güc tətbiq etməklə bunu öyrənəcəkdi.
Lenqdon ev sahibinin təəccüb içində olduğunu gördü.
- Böyük Ustad? - o, gözlərini Sofidən çəkmədən inamsızca dedi. -
Cak Sonyer?
Sofi susaraq başını tərpətdi.
- Axı, siz bu barədə hardan bilirsiniz?
- Cak Sonyer mənim babam idi.
Tibinq sual dolu nəzərlərlə Lenqdona baxdı. O, başını tərpətdi.
Tibinq yenə Sofiyə tərəf çevrilib dedi:
- Miss Neve, mən nə deyəcəyimi bilmirəm. Əgər bu doğrudursa,
sizin itkinizə təəssüf ediəm. Etiraf edim ki, tədqiqatlarım zamanı Sion
Prioratına mənim fərziyyəmə görə aidiyyatı olan parislilərin siyahısını
tərtib etmişdim. Cak Sonyer də digər çoxlu potensial namizədlərlə
birgə bu siyahıya daxil idi. Amma siz dediyiniz kimi, Böyük Ustad?..
Bunu təsəvvür etmək belə olmur! - Tibinq bir qədər susub başını
yırğaladı. - Yenə də burda uyğunsuzluq var. Sizin babanız hətta

310 downloaded from KitabYurdu.org


Prioratın üzvü və Böyük Ustad olsa belə, hətta guşəli daşı özü
hazırlasa belə, onun yerini heç vaxt sizə deməzdi. Axı, bu daş
təşkilatın əsas xəzinəsinə yol açır. Siz onun nəvəsi olsanız da, bu sirri
sizə deməzdilər.
- Müsyö Sonyer, bu məlumatı öləndə ötürüb, - Lenqdon dedi. -
Onun başqa imkanı və seçimi olmayıb.
- Axı, onun buna heç ehtiyacı da olmayıb, - Tibinq etiraz etdi. -
Prioratda bu sirri bilən daha üç Senechaux həmişə olub. Elə sistemin
gözəlliyi də bu idi. Yeni Ustad təyin olunur, dərhal da yeni senechal -
lar seçilir, onların dördü də guşəli daşın sirrini bilir.
- Yəqin ki, siz verilişi tam izləməmisiniz, - Sofi dedi. - Gecə,
babamdan başqa, daha üç məşhur parisli öldürülüb. Hamısı da eyni
üsulla. Hər birinin bədənində işgəncə izləri var.
Tibinqin ağzı açıla qaldı:
- Siz düşünürsünüz ki, bunlar...
- Senechaux idilər, - deyə Lenqdon onun fikrini tamamladı.
- Amma necə? Axı, qatil Sion Prioratının dörd yüksək mötəbər
şəxsinin dördünü də tanıya bilməzdi! Elə mənim özümü götürün! On
illər boyu mən bu təşkilatı öyrənməklə məşğul olmuşam, amma indiyə
qədər Prioratın üzvlərindən birinin də adını da bilmirəm. Təsəvvür
etmək belə mümkün deyil ki, üç senecxaux və Böyük Ustad bir gündə
aşkar edilərək öldürülüblər!
- Onlar haqqında informasiyanın bir gündə toplanmasına şübhə
edirəm, - Sofi dedi. - Bu daha təşkilatın məhv edilməsi üçün
düşünülmüş böyük plana oxşayır. Yəqin ki, bu zaman cinayətkar

311 downloaded from KitabYurdu.org


qruplaşmalarla mübarizədə istifadə edilən texniki vasitələr də tətbiq
edilir. Əgər, tutaq ki, ədliyyə polisi hansısa cinayətkar qrupun axırına
çıxmaq istəyirsə, polislər bütün şübhəli şəxsləri aylarla izləyir, onların
danışıqlarına qulaq asır ki, sonra onları eyni zamanda həbs edə bilsin.
Həm də, əsasən başçıları zərərsizləşdirirlər. Lidersiz istənilən qrupp
dağılır, xaos başlanır, bütün yeni informasiyalar aşkara çıxır. Ola bilər
ki, kimsə uzun müddət Prioratı izləyib, sonra o ümidlə hücum edib ki,
liderlərdən guşəli daşı ala bilsin.
Deyəsən, onun sözləri Tibinqi inandırmadı.
- Amma onlar, bunu heç zaman ələ verməzdilər. Onlar sirri
saxlamağa and içiblər. Ölüm təhlükəsi olsa belə susacaqdılar.
- Doğrudur, - Lenqdon dedi. - Demək onlar sirri açmayıblar. Ona
görə də öldürülüblər...
Tibinq sakitcə köks ötürdü.
- Onda guşəli daşın harda olduğunu heç kim, heç zaman
bilməyəcək!
- Həmçinin Qraalın yerini də, - Lenqdon əlavə etdi. Tibinqin
kədərdən sanki ayaqları tutuldu və ağır-ağır kresloya oturdu. Sofi ona
yaxınlaşdı.
- Əgər mənim babam doğrudan da, siz fərz etdiyiniz adam olubsa,
- o, sakitcə dedi, - mümkündür ki, o, son anda sirri təşkilatın üzvü
olmayan birinə ötürməyi qərara alıb. Öz ailə üzvlərindən birinə.
Tibinqin rəngi ağardı.
- Amma, bu o deməkdir ki, təşkilat barədə çox şey bilən, həm də
belə hücum etməyə gücü çatan kimsə var. - O susdu, onun qorxudan

312 downloaded from KitabYurdu.org


sifəti əyilmişdi. - Dünyada yalnız bir qüvvə bunu edə bilər. Belə
əməliyyatı yalnız Prioratın köhnə düşməni həyata keçirə bilər.
- Kilsə? - Lenqdon soruşdu.
- Daha kim ola bilər? Roma əsrlərdir Qraalı axtarır.
Sofi bu versiyaya şübhə ilə yanaşdı.
- Siz hesab edirsiniz ki, babamı kilsə öldürüb?
- Əgər belədirsə, bu Kilsənin özünü müdafiə etmək üçün qətllər
törətdiyi ilk hadisə deyil. -Tibinq dedi. - Qraalla birlikdə saxlanılan
sənədlər dağıdıcı gücə malikdir, Kilsə yüzillərdir onları məhv etmək
istəyir.
Lenqdon onun sözlərinə şübhə edirdi. Kilsə hansısa sənədləri, hətta
bu sənədlər əhəmiyyətli olsa belə, əldə etməkdən ötrü adamları
öldürmək istəməzdi. Lenqdon yeni papa və onun kardinalları ilə
görüşmüşdü, bu insanların əsil dindar və ruhani olduqlarını bilirdi.
Onlar nə səbəb olur-olsun, heç zaman qətlə razılıq verməzdilər.
Deyəsən, Sofi də onunla həmfikir idi.
- Təşkilatın üzvlərinin Kilsə tərəfindən deyil, başqa adamların
öldürməsi ehtimalı varmı? Elə adamların ki, onlar Qraalın əslində nə
olduğunu anlamırlar. Axı Məsihin piyaləsi - qiymətsiz bir xəzinədir.
Xəzinə ovuna çıxanlar bəzən daha az qiymətli xəzinə üstündə adam
öldürüblər.
- Öz təcrübəmə əsasən bilirəm ki, - Tibinq dedi, - insan nəyisə əldə
etmək üçün yox, öz həyatının müdafiəsi naminə daha dərinə gedir.
Priorata edilmiş bu hücumda çarəsizlik hiss olunur.
- Lyu, - Tibinq onun sözünü kəsdi. - Sizin arqumentlər çox

313 downloaded from KitabYurdu.org


ziddiyyətlidir.
Katolik ruhanilərinə saxta hesab etdikləri sənədləri tapıb məhv
etməkdən ötrü Prioratın üzvlərini öldürmək nə üçün lazım idi?
Tibinq gülümsündü:
- Fil sümüyündən olan Harvard qüllələri sizi yumşaldıb, Robert.
Bəli, indiki roma ruhaniləri səmimi və saf dindarlardır. Onların inamı
hər şeyə tab gətirər, o cümlədən bu sənədlərə də. Bəs, qalan dünya?
Bəs, bu dünyada qəddarlıqları görüb, hardadır sizin Allahınız deyə,
soran insanlar? Bəs, Kilsəni parçalayan daxili qalmaqallara baxıb,
Məsih haqqında həqiqətlər danışa-danışa yeniyetmələri yoldan azdıran
öz keşişlərinin əməllərini ört-basdır edən bu insanlar, nə üzlə özlərini
Allahın canişinləri kimi qələmə verirlər, deyə soranlar? -Tibinq
nəfəsini dərib davam etdi: - Robert, bu insanlara elmi sübut göstərib
Məsihin əsil tarixçəsi Kilsə versiyasından tamamilə fərqlidir desən, nə
baş verər?
Lenqdon cavab vermədi.
- Onda mən sizə deyərəm, bu sənədlər üzə çıxsa nə baş verər, -
Tibinq dedi. - Vatikan xristianlığın iki min illik tarixi ərzində rast
gəlmədiyi inam qırıqlığı yaşayacaq.
Sükut çökdü. Sonra Sofi dedi:
- Əgər hücumda Kilsənin əli varsa, onda bu, nə üçün məhz indii
baş verib?
Uzun illər sonra? Priorat Sanqril sənədlərini əvvəlki kimi gizli
saxlayır. Və hələlik bu sənədlər Kilsə üçün təhlükəli deyil.
Tibinq Lenqdona baxdı:

314 downloaded from KitabYurdu.org


- Robert, zənn edirəm ki, siz Prioratın son Andı ilə tanışsınız?
Lenqdon duruxub qaldı. Bir az keçdikdən sonraa cavab verdi:
- Bəli.
- Miss Neve, - tibinq dedi, - uzun illərdir ki, Kilsə ilə Priorat
arasında gizli müqavilə vardı. Kilsə Priorata hücum etməyəcəyini vəd
etmiş, Priorat isə Sanqril sənədlərini gizli saxlayacağına söz vermişdi.
- O, sözünə ara verib dedi: - Amma Prioratın nə vaxtsa bu sənədləri
aşkarlamaq planı vardı. Müəyyən məlumatları aldıqdan sonra, Priorat
andı pozmağa çalışdı. Bu sənədləri bütün dünyaya göstərib Məsihin
əsil əhvalatını açıqlamaq niyyətində idi.
Sofi susaraq Tibinqə baxırdı.
Sonra keçib kresloda oturdu.
- Siz hesab edirsiniz ki, zaman yetişib? Kilsə bu haqda bilir?
- Hələlik, bunlar fərziyyələrdir, - Tibinq cavab verdi. - Amma
yalnız bu, Priorata hücumun səbəbi ola bilərdi. Nə qədər ki, gec deyil,
sənədləri ələ keçirmək baxımından.
Lenqdon Tibinqin haqlı olduğunu düşünüb həyəcanlandı:
- Siz doğrudanmı, elə hesab edirsiniz ki, Kilsə belə riskə gedə
bilər?
- Niyə də olmasın? Xüsusən də, Kilsənin təşkilata öz adamlarını
yeritdiyini və Prioratın planlarını öyrəndiyini fərz etsək. Üçüncü
minillik təzəcə başlayıb.
Bəşəriyyətin iki min il ərzində Balıq işarəsi altında mövcudluğu sona
çatdı, bu isə məlumdur ki, İsanın işarəsi idi. Astrologiya üzrə istənilən
mütəxəssis sizə deyə bilər ki, bu işarə altında insanlar ali qüvvələrə

315 downloaded from KitabYurdu.org


tam itaət göstərir, insan öz hərəkət və fikirlərinə görə cavabdehlik
daşımır. Bu dövr qatı dindarlıq dövrü idi. İndi isə bəşəriyyət yeni əsrə
daxil olur. Akvariy yaxud Dolça əsri, bu dövrdə başqa ideallar hakim
olacaq. Yəni insan həqiqəti bilməli, müstəqil düşünməli və hərəkət
etməlidir. Bu, ideologiyada əsil çevrilişdir və bu, indi baş verir.
Lenqdonu üşütmə tutdu. O, heç zaman astroloci proqnozlara o qədər
əhəmiyyət verməmişdi, bunlara çox da inanmırdı. Amma Kilsədə bu
proqnozları diqqətlə izləyən kifayət qədər adamın olduğunu bilirdi.
- Kilsə, bu keçid dövrünü günlərin sonu adlandırır.
Sofi təəccüblə soruşdu:
- Bəlkə Dünyanın Sonu? Apokalipsis?
- Yox, - Lenqdon cavab verdi, - bunu yanlış olaraq belə
adlandırırlar. Dinlərin əksəriyyətində günlərin sonundan bəhs edilir.
Və söhbət Dünyanın Sonundan deyil, yüzillik yaxud eranın sona
çatmasından gedir. Balıqlar Məsih erasını idarə etmişlər, onların
hakimiyyəti iki min il davam edib, indii, yeni minilliyin gəlməsi ilə öz
yerini Dolçaya buraxıb. Biz Dolça dövrünə qədəm qoymuşuq, deməli,
günlərin sonu başlayıb.
- Hə, deyim ki, - Tibinq onun sözünü kəsdi, - Qraal tarixçilərinin
əksəriyyəti hesab edir ki, əgər Priorat həqiqəti aşkarlamağı qərara alsa,
bu, bəşəriyyətin tarixində dönüş nöqtəsi olacaq. Prioratın tarixi ilə
məşğul olan alimlərin çoxu, o cümlədən mən də gözləyirdim ki, bu,
yeni minilliyin başlanması ilə üst-üstə düşəcək. Amma belə olmadı.
Doğrudur, roma təqvimi astroloci təqvimdən fərqlidir, ona görə də,
bunun baş verəcəyi istisna deyil. Yəqin, Kilsədə məlumat var ki, bu

316 downloaded from KitabYurdu.org


tarix yerini dəyişərək yaxın gələcəyə keçirilib. Yaxud onlar astroloci
proqnozlara inanaraq təşvişə düşüblər. Bilmirəm. Bu fərziyyədir.
Amma bir şey aydındır: Kilsənin Priorata hücum etmək məqsədi
həmişə olub. -Tibinq qaşlarını çatdı. - İnanın mənə, əgər Kilsə Qraalı
tapsa, onu məhv edəcək. Həm sənədləri, həm də Mariya Maqdalinanın
qalıqlarını. - Onun sifəti daha da tutqunlaşdı. - Belə olduqda,
əzizlərim, Sanqril sənədlərinin məhv edilməsi ilə bütün sübutlar da
itiriləcək. Çoxəsrlik müharibədə Kilsə qəti qələbə qazanacaq. Həqiqəti
heç kim öyrənə bilməyəcək.
Sofi sviterinin cibindən xaçşəkilli açarı çıxarıb Tibinqə uzatdı. O,
açarı alıb baxmağa başladı.
- İlahi! Prioratın möhürü! Bu sizdə hardandır?
- Babam mənə saxlayıb. Gecə, ölümündən qabaq.
Tibinq barmaqlarını qızıl xaçın üstündə gəzdirdi.
- Hansısa kilsənin açarıdır?
Sofi özünü cəmləyib dedi:
- Bu açar guşəli daşı tapmağa kömək edəcək.
Tibinqin gözlərindən inamsızlıq oxunurdu.
- İnanılası deyil! Mən hansı kilsəni yaddan çıxarmışam? Axı, mən
Fransadakı bütün kilsələri gəzmişəm.
- Bu, kilsənin açarı deyil. — Sofi dedi. - Bu, Sürix Depozitar
Bankının açarıdır.
- Deməli, guşəli daş bankdadır?-Tibinq yenə də inanmaq
istəmirdi.
- Seyfdə, - Lenqdon dedi.

317 downloaded from KitabYurdu.org


- Bankın seyfində?-Tibinq başını silkələdi. - Bu, mümkün deyil.
Guşəli daş Qızılgül işarəsi altında gizlədilmişdir.
- Məhz belədir, - Lenqdon dedi. - O, mücrüdə, qapağında
beşləçəkli qızılgül təsviri olan mücrüdə saxlanılırdı.
Tibinq quruyub qalmışdı.
- Deməli siz... guşəli daşı görmüsünüz?
Sofi başını tərpətdi:
- Bəli. Biz banka girmişdik.
Tibinq onlara yaxınlaşdı, onun gözlərində qorxu vardı.
- Mənim dostlarım, biz nəsə etməliyik! Guşəli daş təhlükədədir!
Bizim borcumuz onu qorumaqdır. Bəlkə, başqa açarlar da var? Ola
bilsin ki, bu açarlar öldürülmüş senechaux-lardan götürülüb? Axı, kilsə
də, sizin kimi bu banka girə bilərdi. Və onda.
- Bu çox gec olardı, - Sofi dedi. - Guşəli daş bizdədir.
- Nə? Siz guşəli daşı götürmüsünüz?
- Siz həyəcanlanmayın, - Lenqdon dedi, - guşəli daş yaxşıca
gizlədilib.
- Yəqin ki, ən etibarlı yerdə?
- Ümumiyyətlə, - Lenqdon gülümsündü, - həmin yerin etibarlılığı
divanın altının te-tez süpürülməsindən asılıdır.
Şato Villetin divarlarının o üzündə külək daha da güclənmişdi,
Saylasın sutanasının ətəkləri yellənirdi, amma o, pəncərənin altından
çəkilmək istəmirdi. O, yalnız söhbətdən parçalar eşidə bilirdi, amma
«guşəli daş» sözünü bir neçə dəfə eşitmişdi.
Guşəli daş ordadır.

318 downloaded from KitabYurdu.org


Ustadın sözləri yadından çıxmırdı. Şato Villetə gir. Guşəli daşı al.
Və heç kimə toxunma!
Amma birdən Lenqdon və onun həmsöhbətləri başqa otağa keçdilər.
Kitabxanın işığı söndürüldü. Öz ovunun arxasınca gedən panter kimi,
Saylas şüşə qapılara tərəf oğrun-oğrun yaxınlaşdı. Qapılar bağlı
deyildi, o, otağa girib səssizcə onları bağladı. Qonşu otaqdan səslər
gəlirdi. Saylas cibindən tapançasını çıxarıb, qoruyucunu çəkdi və
dəhlizlə getdi.
LXI11 FƏSİL
Leytenant Kolle Lyu Tibinqin qəsrinin darvazası yanında tək-tənha
dayanıb nəhəng evə baxırdı. Heç kəs yoxdur. Qaranlıq. Gizlənmək
üçün yaxşı yerdir. Onun agentlərinin yarısı çəpər boyunca səssizcə
mövqe tutmuşdu. Onlar bir neçə saniyə içində çəpərdən aşıb evi
mühasirəyə ala bilərdilər. Kollenin adamlarının gözlənilməz hücumu
üçün Lenqdon bundan rahat yer seçə bilməzdi.
Kolle Faşa zəng etmək istəyirdi ki, Faş onu qabaqladı.
Deyəsən, Kollenin uğur qazanmağı Faşı o qədər də sevindirmirdi.
- Lenqdonun yeri barədə məlumatı nə üçün mənə heç kim
deməyib?
- Siz məşğul idiniz, telefonla danışırdınız, mən...
- Leytenant, dəqiq deyin, siz indi hardasınız? Kolle ünvanı ona
dedi.
- Mülk Tibinq familiyalı britaniyalıya məxsusdur. Lenqdon bura
gəlib çıxmaq üçün uzun məsafə qət edib, maşın içəridədir, həyətdə.
Darvazaya siqnalizasiya qoşulub, zorakılıq izləri yoxdur. Yəqin ki,

319 downloaded from KitabYurdu.org


Lenqdon mülkün sahibi ilə tanışdır.
- Mən gəlirəm, - Faş dedi. - Mənsiz heç bir tədbirə əl atmayın!
Əməliyyata şəxsən özüm rəhbərlik edəcəm.
Kolle qulaqlarına inanmadı.
-Amma, kapitan siz iyirmi dəqiqəyə bura gəlib çıxacaqsınız! Biz isə
ləngimədən hərəkət etməliyik! Mən onu izləmişəm. Biz səkkiz nəfərik.
Dörd nəfərimiz avtomat silahlarla silahlanıb, qalanların tapançası var.
- Məni gözləyin.
- Amma, kapitan, bəlkə Lenqdon içəridə kimisə girov saxlayır?
Əgər o bizi görüb qaçmaq istəsə, necə? Biz onu indi götürməliyik!
Mənim adamlarım mövqe tutublar və əməliyyata hazır
vəziyyətdədirlər.
- Leytenant Kolle, əmr edirəm ki, mən gəlincəyə qədər heç bir
addım atmayın. Bu əmrdir, aydındır? - Faş telefonu söndürdü.
Leytenant Kolle eşitdiklərindən sarsılaraq mobil telefonunu qapatdı.
Görəsən nə üçün Faş mənim gözləməyimi istəyir? Cavab aydın idi. Faş
heyvani duyğusu ilə yanaşı həm də qürurlu olmağı ilə məşhur idi. Faş
şöhrət qazanmaq istəyirdi. Amerikalının fotoşəklini televiziya
kanallarında hamıya göstərən Faş öz sifətinin də ekranlarda tez-tez
görünəcəyinə əmin olmaq istəyirdi. Kollenin işi isə ondan ibarət olmalı
idi ki, boss gələnə qədər mühasirəni saxlasın.
Hələlik Kolle heç nə edə bilməzdi, ona görə də düşüncəyə qərq
olmuşdu. Və birdən onun ağlına yeni bir fikir gəldi. Şübhəli şəxsin
həbs olunmağının ləngidilməsinin yalnız bir səbəbi ola bilərdi: onun
günahkar olmasına əmin olmamaq. Bəlkə Faş hesab edir ki, Lenqdon

320 downloaded from KitabYurdu.org


cinayətkar deyil? Bu fikir Kolleni qorxutdu. Bu gün kapitan Faş
Lenqdonu həbs etmək üçün dəridən-qabıqdan çıxmışdı, hətta bu işə
İnterpolu və televiziyanı da qoşmuşdu. Buna baxmayaraq, hətta
qüdrətli Bezu Faş da məşhur amerikalı alimi səhvən günahlandırsaydı,
qalmaqaldan yaxasını qurtara bilməyəcəkdi. Faşın göstərişi ilə artıq
bütün kanallar amerikalının fotoşəklini yayımlayıb onu alçaq cani elan
etmişdilər. Əgər indi Faş səhv etdiyini anlamışdısa, onda Kolleyə heç
bir tədbir görməməyi əmr etməsi tamamilə aydın idi. Belə olduqda,
günahsız ingilisin malikanəsinə hücum edib Lenqdonu hədəfə almaq
Faşın vəziyyətini daha da ağırlaşdırardı.
Bundan başqa, indi Kolle bu işin qəribəliyini də anlamışdı. Nə üçün
mərhumun doğma nəvəsi Sofi Neve qətldə şübhəli olan şəxsə kömək
edirdi, aydındır ki, agent Neve Lenqdonun günahsızlığına tam əmin
idi. Yeri gəlmişkən, Faş bu gün Sofinin anlaşılmaz hərəkətlərini izah
etmək üçün bir neçə versiya irəli sürmüşdü. Onun fikrincə, guya Sofi
babasının gələcəkdə yeganə varisi olduğunu bilərək, gizli sevgilisi
Robert Lenqdonu Sonyeri öldürməyə təhrik etmişdi. Ola bilsin ki,
Sonyer nəvəsinin bu məqsədindən şübhələnib polisə ünvanlanmış
ismarıc qoymuşdu: «P.S. Robert Lenqdonu tapmalı». Lakin Kolle
burda anlaşılmazlıq olduğuna əmin idi. Sofi Neve kimi bir xanım bu
çirkli hadisədə iştirakçı ola bilməzdi.
- Leytenant! - Agentlərdən biri ona tərəf qaçdı. - Biz maşını
tapdıq.
Kolle agentin ardınca darvazanın yanından yol boyu əlli yard getdi.
Sonra əks tərəfə çevrilib baxdı. Kolluqların arasında, kölgədə qara

321 downloaded from KitabYurdu.org


rəngli «Audi» dayanmışdı. Nömrədən bilinirdi ki, maşın prokata
götürülüb. Kolle əlini kapota sürtdü. Hələ istidir.
- Yəqin ki, Lenqdon bura məhz bu maşında gəlib, - Kolle dedi. -
Prokat şirkətinə zəng edin. Aydınlaşdırın, maşın qaçırılmayıb ki?
- Oldu, ser.
Başqa bir agent Kolleyə çəpərə yaxınlaşmağı işarə etdi.
- Bura baxın, leytenant, - o, gecə görüntülü binoklu Kolleyə uzatdı,
- xiyabanın sonundakı təpədə yerləşən meşəyə baxın.
Kolle binoklu təpəyə tuşladı, nizamlayıcını fırlatdı. Fokusda
tədricən yaşıl cizgilər yarandı. Ağacların arasında zirehli furqon
görünürdü. Furqon, bir az əvvəl onun Sürixin Depozitar bankının
ərazisindən çıxmağa icazə verdiyi furqona oxşayırdı. O, ürəyində
yalvarırdı ki, bu adi bir təsadüf olsun, amma belə təsadüflərin
olmadığını da bilirdi.
- Lenqdonla Neve tamamilə bu cür furqonda bankdan çıxmışdılar,
- agent dedi.
Kolle susdu. O çıxışda saxladığı zirehli furqonun sürücüsünü xatırladı.
«Roleks»
saatı. Onun səbirsizliyi, tezliklə getməyə can atması. Mənsə heç yük
yerini də yoxlamadım.
Və Kolle anladı ki, qeyri-adi görünsə də, Lenqdon və Neveni
bankda kimsə gizlədirmiş. Bu adam onların qaçmasına da kömək edib.
Amma kim? Nə məqsədlə? Bəlkə buna görə, Faş onsuz hücuma
başlamamağı əmr etdi? Bəlkə, Faş bilir ki, bu hadisədə Neve və
Lenqdonla yanaşı başqa adamlar da iştirak edir... Əgər Lenqdonla

322 downloaded from KitabYurdu.org


Neve bura zirehli furqonda gəliblərsə, onda «Audi»ni kim sürürmüş?
Yüzlərlə mil cənubda, təyyarə 58 nömrəli çarter reysi ilə Tirren
dənizinin üstündən uçurdu. Uçuşun normal olmasına baxmayaraq -
hava yaxşı idi, - yepiskop Arinqarosa tez-tez plastik paketi ağzına
sıxırdı. O, əmin idi ki, əhvalı korlanacaq. Parisdən alacağı xəbərlərdən.
Orda hər şey onun gözlədiyi kimi getmirdi.
Arinqarosa barmağındakı qızıl üzüyü fırladaraq içini bürümüş qorxu
və çarəsizlik hissi ilə mübarizə aparmağa çalışırdı. Parisdə dəhşətli
hadisələr baş vermişdi. Yepiskop gözlərini yumub dua etdi ki,
vəziyyəti düzəldəcəyinə Bezu Faşın qüvvəsi çatsın.
LXIV FƏSİL
Tibinq divanda oturub mücrünü dizləri üstə qoydu və onun
qapağındakı qızılgül təsvirinə uzun müddət heyranlıqla baxdı. Bu gün
mənim həyatımda ən qəribə və sehrli gecədir.
- Qapağı qaldırın, - Sofi pıçıltı ilə ona dedi.
Tibinq gülümsündü. Məni tələsdirmək lazım deyil. On ildən çox idi
ki, o, güşəli daşı axtarırdı, indi arzusuna çatmışdı və istəyirdi ki, bu
gözəl hissin hər saniyəsindən zövq alsın. O, qapağın cilalanmış səthinə
ovcunu sürtdü, barmaqlarının ucunu döymə qızıgül təsvirində gəzdirdi.
- Qızılgül, - o, pıçıldadı. Qızılgül, bu Mariya Maqdalinadır, bu
Qraal piyaləsidir. Qızılgül - bu, yol göstərən kompasdır. O, Tibinq,
özünü axmaq kimi hiss edirdi. Uzun illər boyu Fransanın bütün
kilsələrini gəzmişdi, xüsusi girişə görə pul ödəmişdi, guşəli daşı
tapmaqdan ötrü qızılgül formasındakı pəncərələrin altında olan
yüzlərlə arkaya baxmışdı. Le clef de voute - Qızılgül işarəsi altında

323 downloaded from KitabYurdu.org


guşəli daş.
Budur, Tibinq yavaş-yavaş qapağı qaldırdı.
Mücrüdə olan əşyanı görüb anladı: bu guşəli daşdır, başqa cür ola
bilməz. O, açıq rəngli mərmərdən, disklərdən və ləkəli hərflərdən
ibarət silindirə baxdı. Tibinq əmin idi ki, buna oxşar əşyanı hardasa
görüb.
- Da Vinçinin gündəliyindəki şəkillərə görə hazırlanıb, - Sofi dedi.
- Babam bunlardan hazırlamağı çox sevirdi, bu onun hobbisi idi.
Hə, əlbəttə! Tibinq bu cizgi və qravüraları çox görmüşdü. Qraal
sirrinin açarı bu silindirdədir. Tibinq mücrüdən ağır kripteksi ehtiyatlı
çıxartdı. O, silindiri necə açacağı barədə anlayışı belə yox idi, amma
yaxşı bilirdi ki, onun içindəkindən öz həyatı asılıdır. Uğursuzluq
anlarında Tibinq özünə sual verərdi: onun axtarışları və zəhməti nə
vaxtsa mükafatlandırılacaqmı? İndi bütün şübhələri yoxa çıxmışdı.
Ona elə gəlirdi ki, əsirlərin dərinliyindən gələn sözləri eşidir... Qraal
haqqında əfsanənin əsasını təşkil edən sözləri.
Vous ne trouvez pas le Saint-Graal, c'est le Saint Graal gui vous
trouve.
Müqəddəs Qraalı siz tapmırsınız, müqəddəs Qraal sizi tapır.
Bax bu gün, qeyri-adi olsa da Qraal özü onun evinə təşrif buyurub.
Sofi ilə Tibinq kripteksin yanında oturub sirkəli qab, disklər və
parolun necə olacağı barədə müzakirə apararkən, Lenqdon palisandr
ağacından hazırlanmış mücrüyə diqqətlə baxmaq üçün onu otağın
küncündəki yaxşı işıqlanmış stolun üstünə qoydu. Tibinqin indicə
dediyi sözlər ona sakitlik vermirdi.

324 downloaded from KitabYurdu.org


Qraalın açarı Qızılgül işarəsi altında gizlədilib.
Lenqdon mücrünü işığa tutub ona diqqətlə baxdı. O, inkrustasiyalar
haqqında çox məlumatlı olmasa da, dərhal Madrid yaxınlığındakı ispan
monastırlarının birində məşhur kaşı tavanı xatırladı. Tavanın plitələri
qoparkən suvağın üstündə rahiblər tərəfindən cızılmış müqəddəs
mətnlər görünmüşdü.
Lenqdon yenə də qızılgülə baxdı.
Qızılgül işarəsi altında.
Sub Rosa.
Sirr.
Dəhlizdən gələn səs Lenqdonu çevrilməyə məcbur etdi, amma o,
aydın olmayan kölgələrdən başqa bir şey görmədi. Yəqin ki, Tibinqin
qulluqçusu addımlayarkən qaranlıqda nəyəsə ilişib. Lenqdon yenə
mücrüyə baxdı.
Barmaqlarını inkrustasiyanın nazik xətləri üstündə gəzdirdi, qapağın
üstündən qızılgülü qoparmağın mümkün olub-olmamasını yolxladı.
Qızılgül çox möhkəm bərkidilmişdi. Hətta aralığa ülgüc də girməzdi.
O, mücrünü açıb qapağın iç tərəfinə baxdı. Cilalanmış möhkəm
səth. Lenqdon mücrünü əlində fırladı, işıq başqa bucaq altında
düşdüyündən qapağın iç tərəfində, düz ortada kiçik deşik onun
diqqətini cəlb etdi. Lenqdon qapağı bağladı və inkrustasiyaya diqqətlə
baxdı, amma burda heç bir deşik yox idi.
Deməli, deşik o üz-bu üz deyil.
O, mücrünü stolun üstünə qoyub otağı gözdən keçirdi və sancaqla
bərkidilmiş kağızları gördü. Sancağı götürüb mücrünün yanına qayıtdı

325 downloaded from KitabYurdu.org


və onu açıb yenə də deşiyə baxmağa başladı. Sonra ehtiyatla sancağı
əyib onun bir ucunu deşiyə qoydu və yüngülcə itələdi. Şaqqıltı eşidildi.
Lenqdon qapağı bağladı. Və gördü: inkrustasiyadan kiçik taxta parçası
sanki mozaikanın fraqmenti kimi irəli çıxıb.
Taxta qızılgül isə qapaqdan qopub stolun üstünə düşdü.
Təəccübündən yerində donan Lenqdon qızılgülün bərkidildiyi yerə
baxdı.
Orda, taxtanın üstündə dörd sətir mətn yazılmışdı. Ona qətiyyən tanış
olmayan dildə dörd sətir.
Semit hərflərinə oxşayır, Lenqdon düşündü, amma hansı dil
olduğunu bilmirəm!
Birdən o, arxasında kiminsə hərəkət etdiyini hiss etdi, çevrilib
baxmaq istəyirdi ki, gicgahına dəyən güclü zərbədən döşəməyə yıxıldı.
Yıxılarkən gördü ki, onun üstündə ağappaq kabus durub və bu
kabusun əlində tapança var. Sonra onun gözləri qaraldı və huşunu
itirdi.
LXV FƏSİL
Sofi Neve, güc strukturlarında işləməsinə baxmayaraq, bu günə kimi,
tapançanın hədəfi altına düşməmişdi. Onun indi lüləsinə baxdığı
tapançanı uzun saçlı nəhəng albinosun ağappaq əlləri tutmuşdu. Onun
kiçik qırmızı gözləri düz Sofiyə baxırdı və bu baxışlar çox dəhşətli idi:
qəzəb və nifrət dolu. Kobud kəndirlə bağlanmış yun sutana geyən
albinos orta əsrlər rahibinə oxşayırdı. Sofi bu adamın hardan peyda
olduğunu və kimliyini bilməsə də hiss edirdi ki, bu hadisədə Kilsənin
də iştirakı olduğu barədə Tibinqin dediyi sözlər əsassız deyil.

326 downloaded from KitabYurdu.org


- Nə üçün gəldiyimi siz bilirsiniz, - rahib sakit səslə dedi.
Sofi ilə Tibinq divanda oturub əllərini qaldırmışdılar. Lenqdon
döşəmədə uzanıb ağrıdan ufuldayırdı. Rahib Tibinqin dizləri üstündə
olan kripteksə baxdı.
- Siz onu aça bilməyəcəksiniz, - Tibinq dedi.
- Mənim Ustadım çox müdrikdir, - rahib cavab verib Tibinqi və
Sofini hədəfdə saxlayaraq onlara yaxınlaşdı.
Maraqlıdır, Sofi düşündü, Tibinqin xidmətçisi hardadır? Robertin
döşəməyə yıxıldığını məgər eşitməyib?
- Sizin ustadınız kimdir? -Tibinq soruşdu. - Bəlkə biz onunla
razılığa gələ bildik... Pul da verərik.
- Qraalın qiyməti yoxdur. - Rahib bir az da yaxınlaşdı.
- Sizin ayağınızdan qan axır, - Tibinq sakitcə dedi və başı ilə
rahibin sağ ayağını göstərdi. - Siz axsayırsınız.
- Sizin kimi, - o, cavab verdi və Tibinqin yanında divana
söykənmiş metal qoltuqağaclarını göstərdi. - İndi isə mənə guşəli daşı
verin.
- Siz guşəli daş haqqına bilirsiniz? -Tibinq təəccübləndi.
- Mənim nə bilməyim əhəmiyyətli deyil. İndi yavaş-yavaş qalxıb
onu mənə verin.
- Mən ayağa çətinliklə qalxa bilirəm.
- Lap yaxşı. Heç biriniz kəskin hərəkətlər etməyin, bu sizin üçün
də yaxşı olar.
Tibinq sol əlində silindin tutaraq sağ əlini qoltuq ağacına uzatdı.
Sonra çətinliklə qalxıb düzəldi. Ağır silindin əlindən yerə qoymayaraq

327 downloaded from KitabYurdu.org


qoltuq ağacına söykəndi.
Tibinqin başını nişan alan rahib daha da yaxınlaşdı, indi onların
arasında bir neçə fut məsafə vardı. Sofi ağappaq əlin xəzinəyə tərəf
necə uzandığını çarəsizcə izləyirdi.
- Onsuz da heç nə alınmayacaq, - Tibinq dedi. - Bu sirri ancaq
layiqli adam aça bilər.
Kiminsə ləyaqətli olub-olmadığını təkcə Allah-Təala bilir, Saylas
düşündü.
- Bu çox ağırdır, - qoltuq ağacına söykənmiş qoca dedi. Onun
əlləri titrəyirdi. - Tez alın, yoxsa mən onu yerə salacam! - Və o,
səntirlədi.
Saylas kripteksi almaq üçün cəld irəli addım atdı, amma bu an qoca
müvazinətini itirdi. Onun qoltuq ağaclarından biri əlindən sürüşdü və
qoca sağ tərəfə aşmağa başladı. Yox! Saylas kripteksi tutmaq üçün
irəliyə cumdu və bu zaman tapançanın lüləsini aşağı saldı. Qoca, sanki
ləngidilmiş çəkilişdəki kimi, sağ tərəfə aşmağa davam edirdi, sonra
kəskin hərəkətlə sol əlini yellədi və daş silindir onun əlindən çıxıb
divanın üstünə düşdü. Elə bu an dəmir qoltuq ağacı havada fırlanaraq
Saylasın ayağına zərblə dəydi.
Dəhşətli ağrı onun bütün bədəninə yayıldı. Qoltuq ağacı ucluqlu
sarğıya dəydi və qanlı yaranı zədələdi. Ağrıdan büzüşən Saylas yavaş-
yavaş dizləri üstünə çökdü, belədə ucluqlar daha da dərinə batdı. O,
yıxılarkən tətiyi çəkə bilmişdi. Qulaq batırıcı atəş səsi eşidildi, amma
xoşbəxtlikdən güllə tavana dəymişdi. Saylas ikinci dəfə güllə atmaq
istəyəndə qadın var gücü ilə onun başından ayağı ilə vurdu.

328 downloaded from KitabYurdu.org


Malikanənin darvazası yanında dayanmış leytenant Kolle atəş səsi
eşitdi. O, panikaya düşdü. Lenqdonu tutduğuna görə bütün mükafatları
Faşın alacağı ilə o, artıq razılaşmışdı. Amma Kolle qorxdu ki, Faş
onun zabit və polis olduğundan sui istifadə etdiyi üçün nazirliyin
xüsusi komissiyası qarşısına çıxartsın.
Xüsusi evdə odlu silahdan istifadə ediblər! Sənsə darvazanın
ağzında dayanıb gözləmisən?..
Kolle anlayırdı ki, vəziyyətin sülh yolu ilə həlli artıq mümkün deyil.
O, həm də bilirdi ki, bundan sonra heç bir tədbir görmədən bircə
saniyə də darvazanın yanında dayansa, onda onun bütün karyerası puç
olacaq. Və Kolle hərəkət etməyi qərara aldı.
Lenqdon da atəş səsini eşitmişidi. Huşunu itirdiyindən güllənin
uzaqda atıldığını zənn edirdi. O, kiminsə qışqırığını da eşitmişidi.
Özününmü?.. gicgahında dözülməz ağrı var idi, ona elə gəlirdi ki,
kimsə beynində deşik açıb. Yaxınlıqda insanlar danışırdılar.
- Lənət şeytana, sən harda idin? -Tibinq bağırdı. Eşikağası otağa
girdi:
- Nə baş verib? O, İlahi, ya Rəbbim! Bu kimdir? Mən polis
çağırım!
- İblis! Heç bir polis olmaz! Yaxşısı budur öz işinlə məşğul ol. Bu
eybəcəri sakitləşdirmək üçün nəsə et.
- Və buz gətirin! - Sofi onun ardınca qışqırdı.
Lenqdon yenə huşunu itirdi. Sonra yenə səslər. Hərəkətlər. Və başa
düşdü ki, divanda oturub. Sofi onun başına buzla dolu paket qoyur.
Başı möhkəm ağrıyır. Nəhayət onun gözləri aydınlaşdı və döşəmədəki

329 downloaded from KitabYurdu.org


bədəni gördü. Bu nədir, hallüsinasiyadırmı?.. Yəqin ki, yox. Rahib
sutanasında olan nəhəng albinos əlləri və ayaqları sarınmış, ağzına
skotç yapışdırılmışdır. Çənəsi dağılmışdır, sağ qabırğası tərəfdə
sutanası qana batmışdır. Deyəsən o, özünə gəlir.
Lenqdon ehtiyatla Sofiyə tərfəf çevrildi..
- Bu kimdir? Burda nə baş verir?
Tibinq ona tərəf əyildi.
- Sizi ölümdən Akne Ortopedik ləqəbli cəngavər xilas etdi.
Nə? Lenqdon qalxmağa çalışdı. Sofi onun çiyinlərindən mehribanca
tutdu:
- Dayanın, Robert, tələsməyin.
- Mən indicə, - Tibinq dedi, - sizin gözəl rəfiqənizə öz acınacaqlı
vəziyyətimin üstünlüyünü nümayiş etdirmişəm. Əlilləri
qiymətləndirmək lazımdır, mənim dostum. Divanda oturmuş Lenqdon
nə baş verdiyini anlamağa cəhd edərək gözlərini döşəməyə sərilmiş
rahibdən çəkmirdi.
- O, sarğı bağlamışdı, - Tibinq pıçıldadı.
- Nə?
Tibinq döşəməyə atılmış ucluqları olan qanlı sarğını göstərdi:
- Özünə əzab vermək üçün kəmərdir. O, bunu baldırlarına
bağlamışdı. Mən yaxşı hədəf aldım.
Lenqdon alnını sildi. O, özünə əzab verməyin müxtəlif vasitələri
haqqında eşitmişdi.
- Hə, tanış gəldimi? -Tibinq gülümsündü: - Xristianlıq mənim
uzun illər boyu tədqiq etdiyim mövzu olub, Robert. Elə sektalar var ki,

330 downloaded from KitabYurdu.org


onların üzvləri qollarında belə sarğılar gəzdirir. - Və o, rahibin qanlı
sutanasını göstərdi. - Görürsünüz?
- «Opus Dei»... - Lenqdon pıçıldadı. Və kütləvi informasiya
vasitələrində «Opus Dei»nin üzvləri olan bir neçə görkəmli boston
biznesmenlərinin ifşa olunmasını xatırladı. Bu adamları bahalı
kostyumlarının altında ucluqları olan xüsusi sarğılar gəzdirməkdə
ittiham edirdilər. Tezliklə aydınlaşdı ki, bu heç də belə deyil. «Opus
Dei»nin çoxlu üzvləri kimi bu biznesmenlər də «sınaq» mərhələsini
keçirmişlər və «cismin öldürülməsi» ilə məşğul deyildilər. Onların
hamısı əsil katoliklər, qayğıkeş ər və atalar, həmçinin öz dini
cəmiyyətlərinin sadiq üzvləri idilər. Mətbuatın belə hay-küy qaldırması
təəccüblü deyildi - bu, sektanın daimi üzvlərinin ifşa olunması üçün
bəhanə oldu.
Tibinq gözlərini qanlı sarğıdan çəkmirdi.
- «Opus Dei» sektası nə üçün Qraalın axtarışı ilə məşğuldur?
Lenqdon düşünə bilmədiyindən cavab vermədi.
- Robert! - Sofi palisandr mücrüyə yaxınlaşaraq ucadan dedi. - Bu
nədir? - o, əlində qapağın üstünü bəzəyən kiçik qızılgül fiqurunu
tutmuşdu.
- Bu, mücrünün üstündəki yazını örtürdü. Məncə, kripteksi necə
açmığı bu mətn bizə deyəcək.
Bu kəşfə Sofi ilə Tibinq öz fikirlərini bildirməyə vaxt tapmadılar.
Sirenlərin vıyıltısı eşidildi və evə polis maşınları yaxınlaşmağa başladı.
Tibinq üzünü turşutdu:
- Mənim dostlarım, deyəsən, biz nəsə etməliyik. Və cəld

331 downloaded from KitabYurdu.org


olmalıyıq.
LXVI FƏSİL
Kolle və onun agentləri giriş qapısını sındıraraq əllərində silah ser Lyu
Tibinqin qəsrinə girdilər. Və dərhal birinci mərətəbədəki otaqları
axtarışa başladılar. Qonaq otağının döşəməsində qan ləkəsi, mübarizə
izləri, güllə deşiyi, skotç rulonu və qəribə bir əşya - ucluqları olan
kəmər tapdılar. Bu otaqların heç birində canlı məxluq yox idi.
Kolle artıq öz adamlarını iki qrupa bölüb onları zirzəminin və evin
ətrafındakı tikililəri axtarmağa göndərmək istəyirdi ki, birdən
yuxarıdan səs eşidildi.
- Onlar ordadır!
Birdən-birə üç pillə tullanan Kolle agentləri ilə birgə enli pilləkənlə
yuxarıya qaçdı və ikinci mərtəbənin otaqlarının axtarışına başlandı.
Burda qapıları uzun dəhlizə açılan iki yataq otağı vardı. Deyəsən, səs
dəhlizin sonundakı axırıncı otaqdan gəlirdi. Agentlər qaçmaq üçün
bütün yolları bağlayaraq dəhlizlə irəlilədilər.
Sonuncu yataq otağına yaxınlaşan Kolle gördü ki, bu otağın qapıları
taybatay açıqdır. Səslər birdən kəsildi, onların əvəzinə hansısa
mexanizmin səsi eşidildi. Kolle əli ilə işarə etdi. Agentlər qapının
yanında dayandılar. O, əlini ehtiyatla içəri salıb işığı yandırdı. Sonra
cəld öz agentləri ilə birlikdə otağa soxuldu. Agentləri ruhlandırmaq
üçün Kolle bağırırdı və tapançasından nişan alırdı... heç nəyi.
Otaq tamamilə boş idi.
Çarpayının yanında divara bərkidilmiş elektron paneldən avtomobil
mühərrikinin səsi eşidildi. Kolle belə elektron panelləri bu evdə

332 downloaded from KitabYurdu.org


görmüşdü. Domofona oxşayırdı. O, yaxınlaşıb cihaza baxda. Panelin
üstündə çoxlu düymələr vardı, onların altında yazı yazılmışdı.
KABİNET... MƏTBƏX... CAMAŞIRXANA... ZİRZƏMİ... Lənət
şeytana, avtomobil motorunun səsi görəsən hardan gəlir? SAHİBİN
YATAQ OTAĞI. SOLYARİ. ANBAR. KİTABXANA.
Anbar! Bir neçə saniyə sonra Kolle artıq aşağıda idi. Yanındakı
agentlə birlikdə arxa qapıya tərəf qaçırdı. Onlar evin arxasındakı
çəmənliyi keçdilər və təngnəfəs halda köhnə anbara tərəf qaçdılar.
Kolle avtomobil motorunun səsini eşitdi. Tapançanı hazır tutaraq
qapını itələdi və işığı yandırdı. Anbar emalatxanaya da oxşayırdı. Sağ
tərəfdə qazonqırxanlar, bağ inventarları, bir neçə yeşik və torbalar
vardı. Divara domofon paneli bərkidilmişdi. Düymələrdən biri
basılmışdı, onun altında kiçik lövhəcik vardı:
QONAQ OTAĞI 11
Kolle qəzəbindən boğularaq geriyə çevrildi. Onlar bizi bu hoqqanın
köməyi ilə aldadıblar! Axtarışı davam etdirmək lazımdır. Anbarın o
biri tərəfində at burdaqları var idi. Amma atlar gözə dəymirdi. Yəqin
ki, mülkün sahibi burdaqlardan qaracın arakəsmələri kimi istifadə
etmişdi. Bahalı avtomobillər Adamı heyran edirdi: qara rəngli
«Ferrari», gümüşü rəngli «Rolls-Roys», «Aston Martin»in antikvar
idman modeli, rahat «Porşe-356».
Axırıncı burdaq boş idi. Kolle ora qaçıb döşəmədə yağ ləkələri
gördü. Onlar malikanənin ərazisindən çıxa bilməzlər! Axı malikanənin
darvazaları patrul maşınları ilə bağlanıb.
- Ser! - Agent burdaqların axırıncısını göstərdi.

333 downloaded from KitabYurdu.org


Anbarın arxa qapısı açıq idi. Bu qapı qaranlıq sahəyə açılırdı. Kolle
qapıya tərəf qaçıb qaranlıqda nəyisə görməyə çalışdı. Amma uzaqdan
görünən meşənin tutqun cizgilərindən başqa heç bir şey görmədi. Nə
bir işıq, nə bir iz var idi. Yəqin ki, bu meşəlik dərədən xəritədə
göstərilməmiş kənd yolları və ovçu cığırları keçirdi. Kolle qaçanların
belə palçıqda meşəyə girə bilməsinə şübhə edirdi.
- Ora adam göndərin! - O, əmr etdi. - Yəqin ki, onlar
yaxınlıqdadırlar. Bu dəbdə olan idman maşınlarının belə yerdə xeyri
yoxdur.
- Baxın, ser! - Agent taxta asılqandan asılmış açarları göstərdi. Hər
bir açarın üstündəki yarlıqlarda maşının adı yazılmışdı.
«DAYMLER»... «ROLLS-ROYS»... «ASTON MARTİN»...
«PORŞE»...
Axırıncı asılqan boş idi.
Asılqanın üstündə avtomobilin adını oxuyan Kolle anladı ki, onun
işləri pisdir.
LXVII FƏSİL
«Qara metallik» rəngli «Reyncrover»in dörd enli təkəri, standart
ötürücü qutusu, güclü propilen faraları vardı.
Lenqdon bu maşının sükanı arxasında oturmadığından xoşbəxt idi.
Tibinqin qulluqçusu Remi sahibinin göstərişlərinə əməl edərək ağır
cipi Şato Villetin ay işığı ilə işıqlanmış sahəsində məharətlə sürürdü.
O, maşının faralarını yandırmayaraq təpədən aşağı açıq sahə ilə
sürürdü. Onlar hər saniyə malikanədən uzaqlaşırdılar. Remi maşını
üfüqdə görünən meşəyə tərəf sürürdü.

334 downloaded from KitabYurdu.org


Onun yanında, əllərində kripteks tutan Lenqdon oturmuşdu. O, arxa
oturacaqlarda əyləşmiş Tibinq və Sofiyə tərəf çevrildi.
- Başın necədir, Robert? - Sofi qayğıkeşliklə soruşdu. Lenqdon
zorla gülümsədi:
- Sağ ol, yaxşıdır.
Tibinq çevrilib rahibə baxdı. O, əlləri və ayaqları bağlanmış halda
yük yerində uzanmışdı. Tibinq rahibdən aldığı avtomat-tapançanı
dizləri üstə qoymuşdu və ovdan qayıdan ingilisə oxşayırdı.
- Bilirsiniz, Robert, bu gün mənim evimə gəldiyiniz üçün şadam, -
Tibinq gülümsəyərək dedi. - Uzun illərdən sonra ilk dəfədir ki,
macəraya düşürəm.
- Sizi bu hadisəyə sürüklədiyimiz üçün, bağışlayın, Lyu.
- Allah xatirinə! Bütün ömrüm boyu gözləmişdim ki, məni hansısa
hadisəyə cəlb etsinlər.
Tibinq şüşədən çölə baxdı. İrəlidə yaşıl otlar görünürdü. O, əlini
Reminin çiyinlərinə vurdu:
- Stop-siqnalları söndürməyi unutma. Lazım gəlsə, əl əyləcindən
istifadə edə bilərsən. İstəyirəm ki, meşənin dərinliklərinə daha çox
gedək. Risk etmək lazım deyil, burda bizi görərlər.
Remi sürəti azaltdı və ehtiyatla «Rover»i ağacların arası ilə sürdü.
Nəhəng maşın yellənərək cığıra girdi və dərhal qaranlıq oldu - ağacın
budaqları ay işığının qarşısını kəsmişdi. Şüşədən bayıra baxan
Lenqdon, heç nə görmək mümkün deyil, deyə düşündü. Quyudakı
kimi qaranlıqdır. Budaqlar avtomobilin bortuna sürtülürdü. Nəhayət,
Remi maşının müvazinətini saxlaya bildi və onlar otuz yard məsafədə

335 downloaded from KitabYurdu.org


meşənin içinə girdilər.
- Sən gözəl sürürsən, Remi, - Tibinq dedi. - Kifayət qədər
uzaqlaşmışıq. Robert, zəhmət olmasa sərinkeşin altındakı kiçik göy
düyməciyi basın. Görürsünüz?
Lenqdon düyməni tapıb basdı.
Onların qarşısındakı cığıra sarı rəngli işıq şüası düşdü. Cığırın hər
iki tərəfində sıx kolluqlar uzanırdı. Duman əleyhinə olan faralardır,
Lenqdon düşündü. Yolu görmək üçün onların işığı kifayət edirdi.
Onlar lazım olan meşənin içinə girmişdilər, indi onları heç kim görə
bilməzdi.
- Hə, Remi! -Tibinq sevinclə dedi. Faraları yandır. Bizim
həyatımız sənin əlindədir.
- Biz hara gedirik? - Sofi soruşdu.
- Bu yol üç kilometrə qədər meşənin içərisinə girir, - Tibinq cavab
verdi. - Mənim torpağımı iki yerə bölür, sonra isə şimala tərəf gedir.
Əgər bataqlığa düşməsək və yerə aşmış ağaca rast gəlməsək, onda beş
nömrəli şosseyə sağ- salamat çıxacağıq.
Sağ-salamat. Lenqdonun başı ağrıdan uğuldayırdı. O, ağrını
unutmaq üçün dizləri üstündəki mücrüyə baxdı. Qapağın üstündəki
qızılgülü yerinə qoymuşdular. O, yenə də inkrustasiyanı çıxarıb onun
altındakı sirli yazıya baxmaq istədi. Mücrünün qapağını qaldırmışdı ki,
Tibinq onu dayandırdı.
- Səbrli ol, Robert, - əlini Lenqdonun çiyninə vuraraq dedi. - Yol
kələ-kötürdür, qaranlıqdır. Allah etməsin, sındırarsan. Bunun hansı
dildə yazıldığını işıqda başa düşməmisənsə, qaranlıqda heç ayırd edə

336 downloaded from KitabYurdu.org


bilməzsən. Hələlik axtarışlarımızı dayandırarıq. Vaxtımız olacaq.
Tibinqin haqlı olduğunu Lenqdon bilirdi. O, başını tərpədib
mücrünü bağladı.
Bu vaxt yük yerindən fəryad səsi eşidildi. Rahib ayılmışdı və
kəndirləri açmaq istəyirdi. Bir neçə saniyə sonra o, artıq yerində
qıvrılırdı.
Tibinq çevrilib tapança ilə onu nişan aldı.
- Başa düşmürəm, siz niyə belə həyəcanlısınız, ser. Özünüz mənim
evimə soxulmusunuz, mənim dostumun başını partlatmısınız. Sizi
köpək kimi güllələyib, maşından çölə atmağa tam mənəvi haqqım var.
Rahib sakitləşdi.
- Siz onu özümüzlə aparmağa... e-e... əminsinizmi? - Lenqdon
soruşdu.
-Tam əminəm! -Tibinq ucadan dedi. - Axı siz qətlə görə
axtarışdasınız,
Robert. Bu tip isə sizin azadlığınız üçün biletdir. Yəqin ki, polis sizi
düz mənim evimə qədər izləyib.
- Bu mənim günahımdır, - Sofi dedi. - Yəqin ki, zirehli furqonda
ötürücü olub.
- İndi bu əhəmiyyətli deyil, - Tibinq dedi. - Polisin sizin izinizə
düşməsi məni təəccübləndirmir. Məni təəccübləndirən və narahat edən
başqa şeydir. - «Opus Dei»nin üzvü olan bu tip sizi necə tapıb? Sizin
söhbətinizdən aydın deyil ki, bu adam sizi düz mənim evimə qədər
necə izləyib. Bəlkə onun polisdə, yaxud Sürixin Depozitar bankında öz
adamları var?

337 downloaded from KitabYurdu.org


Lenqdon fikrə getdi. Bezu Faş qurbanlıq qoyun axtarırdı ki, bu
günkü cinayəti onun üstünə yıxsın. Berne onlara qəflətən hücum
etmişdi. Əlbəttə ki, Lenqdonun birdən-birə dörd qətldə şübhəli
olmasını nəzərə alsaq, onda bankirin hərəkətini anlamaq olar.
- Robert, bu rahib tək işləmir, - Tibinq dedi. - Və onun arxasında
kimin dayandığını bilməyincə, sizlə Sofi təhlükədəsiniz. Mənim
arxamda uzanmış bu eybəcər mühüm məlumata malikdir. Yəqin ki,
onun arxasında duran adam indi çox əsəbləşib.
Remi sürəti artırdı, o, yola öyrəşmişdi. Cip sürətlə çəmənliyə girdi,
kiçik yoxuşu qalxdı və yenə yol maili oldu.
- Robert, zəhmət olmasa telefonu mənə verin. - Tibinq cipin
cihazlar lövhəsinə bərkidilmiş telefonu göstərdi. Lenqdon onu çıxarıb
Tibinqə uzatdı. O, hansısa nömrəni yığdı. Bir az keçdikdən sonra
kimsə cavab verdi. - Riçard? Deyəsən yuxudan ayıltdım? Əlbəttə ki,
yuxudan oyanmısan, axmaq sual verirəm. Bağışla. Mənim kiçik
problemim var. Bir az xəstələnmişəm. Müalicə olunmaq üçün Remi ilə
birlikdə adaya getmək istəyirəm... Hə, yaxşı olar ki, indi olsun.
Bağışla, əvvəlcədən xəbərdarlıq etməmişəm. İyirmi dəqiqəyə
«Elizabet»i hazırlaya bilərsənmi?..
Bilirəm, amma cəhd elə. Yaxşı, hələlik. Tezliklə görüşərik. - Və o,
telefonu söndürdü.
- Elizabet? - Sofi soruşdu.
- Bu mənim təyyarəmdir. Çox baha qiymətə almışam.
Lenqdon çevrilib Tibinqə baxdı.
- Nə olub ki? -Tibinq gülümsədi. - Polis addımbaaddım sizi izləyir,

338 downloaded from KitabYurdu.org


Fransada qalmağınız düzgün deyil. London burdan təhlükəsizdir.
Sofi də Tibinqə tərəf çevrildi:
- Siz hesab edirsiniz ki, ölkəni tərk etməliyik?
- Mənim dostlarım, Fransaya nisbətən, mən adada daha çox nüfuza
malikəm. Bundan başqa, hesab edirlər ki, Qraal Böyük Britaniyada
yerləşir. Əgər silindiri aça bilsək, əminəm ki, biz orda yolu göstərən
xəritəni də tapacağıq.
- Bizə kömək etməklə, siz çox risk edirsiniz, - Sofi dedi. - Fransız
polisini əleyhinizə qaldırmısınız.
Tibinq acıqla dedi:
- Fransa ilə qurtardım. Mən bura guşəli daşı axtarmağa gəlmişdim.
İndi o tapılıb. Bundan sonra Şato Villeti görüb-görməyəcəyimin
mənim üçün əhəmiyyəti yoxdur.
Sofi tərəddüdlə soruşdu:
- Amma biz, aeroportun təhlükəsizlik xidmətindən necə
keçəcəyik?
Tibinq gülümsündü:
- Mən həmişə yaxınlıqdakı Le Burce aeroportundan uçuram.
Fransız həkimlər məni əsəbləşdirir, ona görə də iki həftədən bir özümü
britaniyalı doktorlara göstərmək üçün şimala uçuram. Əlbəttə ki, mənə
bu imkanı yaratdıqları üçün həm aeroportda, həm də adada pul
verirəm. Biz havaya qalxan kimi, qərara alarsınız ki, İngiltərədə bizi
ABŞ səfirliyi qarşılasın, ya yox.
Bu vaxt Lenqdon anladı ki, səfirliklə iş görməyi çox da istəmir. O,
yalnız guşəli daş, mücrüdəki sirli yazı və bunların Qraalı tapmağa

339 downloaded from KitabYurdu.org


kömək edib-etməyəcəyi barədə düşünürdü. Maraqlıdır, Tibinqin
Britaniyaya aid fikirləri düzgündürmü? Axı müasir əfsanələrin
əksəriyyətində göstərilir ki, Qraal Birləşmiş Krallıqda gizlədilib.
Bundan başqa Kral Arturun mistik adası Avalon, indi Qlastonberi adı
ilə məşhur olan bu kelt əfsanələrinin cənnəti İngiltərədə yerləşir. Həm
də, başlıcası Qraal deyil. Sanqril sənədləridir. Məsihin həqiqi
tarixçəsidir. Mariya Maqdalinanın qəbridir. Bax, Lenqdonu indi hər
şeydən əvvəl bunlar maraqlandırırdı. O, birdən hiss etdi ki, elə bil, real
dünyadan uzaq olan başqa bir fəzada yaşayır.
- Ser, - Remi soruşdu. - Siz doğrudanmı İngiltərəyə həmişəlik
qayıtmaq istəyirsiniz?
- Narahat olma, Remi, - Tibinq cavab verdi. - Mənim İngiltərəyə
qayıtmağım o demək deyil ki, ömrümün axırına qədər sosislərlə və
zəhləm getmiş kartof püresi ilə qidalanacağam. Ümid edirəm ki, sən də
mənə qoşulacaqsan. Mən Devonşirdə gözəl bir villa almaq istəyirəm,
sənin burda qalan əşyalarını isə tezliklə ora gətirtdirərik. Macəradır,
Remi! Bu, əsil macəradır!
Lenqdon təbəssümünü saxlaya bilmirdi. Tibinq özünün Britaniyaya
təmtəraqlı qayıdışını elə xırdalıqla və bəlağətlə təsvir edirdi ki, o, bu
adamın nikbinliyindən və həyat eşqindən heyrətə gəlmişdi.
Pəncərədən baxan Lenqdon gördü ki, duman əleyhinə olan faraların
sarımtıl işığında ağaclar sürətlə ötüb gedir. Yan güzgülər budaqların
zərbəsindən əyilmişdi və orda Lenqdon arxada sakitcə oturmuş Sofinin
əksini görürdü. O, bu əksə sevinclə uzun müddət baxdı. Bu gecənin
həyəcanına baxmayaraq, Lenqdon belə gözəl insanlarla bir yerdə

340 downloaded from KitabYurdu.org


olduğu üçün taleyinə minnətdarlıq edirdi.
Bir neçə dəqiqə sonra sanki baxışları hiss edən Sofi qabağa əyilib
əlini Lenqdonun çiyninə qoydu.
- Hər şey qaydasındadırmı?
- Hə, - Lenqdon cavab verdi. - Yavaş-yavaş düzəlirəm.
Sofi oturacağa söykəndi və Lenqdon onun dodaqlarındakı
təbəssümü gördü. Sonra birdən özünün də gülümsədiyini hiss etdi.
«Reyncrover»in yük yerində uzanmış Saylas zorla nəfəs alırdı.
Əlləri kürəyinə kəndirlə möhkəmcə bağlanmışdı. Maşın kələ-kötür
yolda yelləndikcə hər bir titrəyişdən bədənində möhkəm ağrı qopurdu.
Yaxşı ki, sarğını açıblar. Ağzına skotç yapışdırılmışdı və o, toz tutmuş
burnu ilə zorla nəfəs alırdı. O, öskürməyə başladı.
- Elə bil boğulur, - fransız sürücü dedi. Saylası qoltuqağacı ilə
vuran ingilis çevrilib ona baxdı.
- Xoşbəxt adamsan ki, biz britaniyalılar dostlarımıza yox,
düşmənlərimizə göstərdiyimiz hümanistliklə fəxr edirik. - Bu sözləri
deyən ingilis əlini uzadıb Saylasın ağzına yapışmış skotçu qopardı.
Onun dodaqları od tutub yanırdı, amma ciyərlərinə təmiz hava
doldu. Tanrıma təşəkkür edirəm!
- Sən kimə işləyirsən? - ingilis soruşdu.
- Allah-Təalaya! - Saylas bərkdən dedi, çənəsi dözülməz dərəcədə
ağrıyırdı.
- Sən «Opus Dei»nin üzvüsən, - ingilis dedi. - Bu sual kimi yox,
təsdiq kimi səsləndi.
- Heç nə bilmirəm, heç nə deməyəcəm.

341 downloaded from KitabYurdu.org


- «Opus Dei» guşəli daşı nə üçün axtarır?
Saylasın cavab verməyə fikri yox idi. Guşəli daş Qraalın açarı idi,
Qraal özü isə - inamın açarı.
Mənim işimi Allah təqdir edir. Bizim yolumuz təhlükədədir.
Əlləri və ayaqları bağlanmış, haraya aparıldığını bilməyən Saylas
hiss edirdi ki, yepiskopu və Ustadı çətin vəziyyətdə qoyub. Onlarla
əlaqə yaradıb hadisələrin pisləşdiyini deməyə imkan yox idi. Guşəli
daş bu əclaflardadır! İndi onlar Qraalı birinci tapacaqlar. Saylas dua
etməyə başladı. Bədənindəki ağrı, deyəsən, ona güc verirdi.
Möcüzə, mərhəmətli Allah! Mənə möcüzə lazımdır! Saylas bilmirdi
ki, onu möcüzədən yalnız bir neçə saat ayırır.
- Robert? - Sofi yenə ona baxdı. - Sizin üzünüz qəribə ifadə alıb.
Nə düşünürsünüz?
Yalnız indi Lenqdon hiss etdi ki, onun dodaqları möhkəmcə sıxılıb,
ürəyi isə bərk döyünür. Ağlına qeyri-adi fikir gəlmişdi. Doğrudanmı,
hər şeyin izahı bu qədər sadədir?
- Mənə sizin mobil telefonunuz lazımdır, Sofi.
- Elə indicə?
- Mənə elə gəlir ki, mən nəyi isə anladım.
- Nəyi?
- Bir dəqiqədən sonra deyəcəm. Mənə telefon lazımdır.
Sofi narahat oldu:
- Sanmıram ki, Faş bütün zəngləri izləsin, amma yenə də uzun
müddət danışmayın. Bir dəqiqədən çox olmaz. - O, telefonu Lenqdona
uzatdı.

342 downloaded from KitabYurdu.org


- Ştatlara necə zəng edim?
- Mənim istifadə etdiyim şəbəkə bu məsafəyə çatmır. Əvvəlcə
operatora zəng etmək lazım gələcək.
Lenqdon bütün gecə ona əzab vermiş suala altımış saniyədən sonra
cavab alacağını bilərək «sıfır»ı yığdı.
LXVIII
Nyu-Yorkda yaşayan redaktor Conas Faukman təzəcə yatmağa
hazırlaşırdı ki, telefon zəng çaldı. Bu gecə vaxtı görəsən kimdir, o,
düşündü və dəstəyi qaldırdı. Operator soruşdu:
- Siz Robert Lenqdonun şəhərlərarası zənginin haqqını ödəməyə
hazırsınızmı?
Kefi pozulmuş Conas stolüstü lampanı yandırdı.
- E-e... hə, əlbəttə.
Dəstəkdə şıqqıltı eşidildi.
- Conas?
- Robert? Məni yuxudan oyatdığın az deyil, hələ bir danışığın
pulunu ödəməyə məcbur edirsən?
- Allah xatirinə, bağışla, - Lenqdon dedi. - Qısa deyəcəm. İnan, bu
çox vacibdir. Sənə verdiyim əlyazmanı artıq.
- Bağışla, Robert. Bilirəm, mən onun üstündə redaktor düzəlişləri
aparıb sənə yollamalıydım. Amma işim çox oldu. Bazar ertəsi mütləq
göndərəcəyəm, söz verirəm.
- Yox, yox, mən redaktə haqqında soruşmuram. Öyrənmək
istəyirəm ki, mənim xəbərim olmadan onun surətini nəşriyyat
reklamına göndərməmisən?

343 downloaded from KitabYurdu.org


Faukman tərəddüd etdi, necə cavab verəcəyini bilmirdi. İlahəyə
sitayiş tarixi sahəsində Lenqdonun tədqiqatlarının son əlyazmasında
Mariya Maqdalina barədə, yumşaq desək, anlaşılmazlıq yaradan bir
neçə FƏSİL vardı. Bütün materiallar müxtəlif sənədlərə və başqa
müəlliflərin sitatlarına istinad olunsa da, Faukman Lenqdonun bu
kitabını görkəmli tarixçilərin və incəsənətşünasların rəyi olmadan
buraxmaq istəmirdi. Conas on məşhur alimə əlyazmanın tam surətini
məktubla göndərmişdi. Öz təcrübəsinə əsaslanan Faukman bilirdi ki,
insanların əksəriyyəti çap olunan kitabın, hətta özgəsinin olsa belə, üz
qabığında öz adlarını görəndə sevinirlər.
- Conas! - Lenqdon ucadan dedi. - Sən əlyazmanın surətini
göndərmisən, ya yox?
Faukman Lenqdonun bundan xoşlanmadığını anlayaraq üz-gözünü
turşutdu.
- Robert, əlyazma çapa hazırdır. Sadəcə istədim ki, səni gözəl
reklamla təəccübləndirim.
Pauza.
- Bir surətini də Parisə, Luvrun kuratoruna göndərmisən, elə
deyilmi?
- Hə, burda nə var ki? Axı sənin əlyazmanda onun
kolleksiyasındakı eksponatlara dəfələrlə müraciət edilir, onun kitabları
biblioqrafik siyahıya daxil olur, həm də onun gözəl reputasiyası var,
bu isə başqa ölkələrdə kitabın satışına çox böyük kömək edər. Sonyer
hansısa diletant deyil ki.
Xəttə yenə sakitlik çökdü.

344 downloaded from KitabYurdu.org


- Sən onu nə vaxt göndərmisən?
- Təxminən bir ay əvvəl. Həm də ona yazmışdım ki, sən tezliklə
Parisdə olacaqsan. Sizinlə görüşüb söhbət etməyi təklif etmişdim. Hə,
o sənə zəng etdi? - Faukman susdu. - Dayan-dayan, sən axı bu həftə
Parisdə olmalıydın, düzdür?
- Mən elə Parisdəyəm.
Faukman özünü yatağa atdı:
- Nə? Sən mənim hesabıma Parisdən zəng edirsən?
- Mənim qonorarımdan çıxarsan, Conas. Sən Sonyerdən nəsə
cavab almısan? Əlyazma onun xoşuna gəlib?
- Bilmirəm. Ondan heç nə almamışam.
- Yaxşı, hər şey qaydasındadır. Mən getməliyəm. Sən mənə çox
şeyi aydınlaşdırdın. Sağ ol.
- Qulaq as, Robert...
Lenqdon artıq telefonu söndürmüşdü. Faukman dəstəyi asıb başını
yellədi. Ah, bu müəlliflər, o, düşündü. Hətta onların ən ağıllısı
tamamilə dəlidir.
Bu söhbətin şahidi olan Lyu Tibinq belə bir fikir söylədi:
- Robert, siz indicə dediniz ki, gizli cəmiyyətin maraqlarına
toxunan kitab yazmısınız və sizin redaktor da əlyazmanın surətini bu
gizli cəmiyyətin üzvünə verib?
- Belə çıxır, - Lenqdon cavab verdi.
- Dəhşətli təsadüfdür, mənim dostum.
Təsadüf deyil, Lenqdon düşündü. İlahəyə sitayiş haqqında yazılmış
kitaba Cak Sonyerin müsbət münasibəti təkcə kommersiya uğuru

345 downloaded from KitabYurdu.org


deyildi. Bu, həm də onun reklamına Sion Prioratı kimi təşkilatın
dəstəyi demək idi.
- Sizə bir sual verim, - Tibinq gülümsəyərək dedi. - Kitabda
Prioratın ünvanına nə demisiniz? Musbət, yoxsa mənfi fikir?
Lenqdon bu sualın nə məqsədlə verildiyini dərhal anladı. İndiyə
qədər Prioratın Sanqril sənədlərini niyə gizli saxlaması əksər tarixçiləri
maraqlandırırdı. Onların bəziləri bilirdi ki, bu sənədlər müasir dünya
quruluşunun əsaslarını sarsıda bilər.
- Mən Prioratın mövqeyinə şərh verməmişəm.
- Deməli, Priorat barədə heç bir şey yazmamısınız?
Lenqdon çiyinlərini çəkdi. Ehtimal ki, Tibinq sənədlərin çap
olunmasının tərəfdarı idi.
- Mən sadəcə cəmiyyətin tarixini yazmışam. Prioratı qadın
başlanğıcı kultunun müasir cəmiyyəti kimi xarakterizə etmiş, Qraalın
və qədim sənədlərin qoruyucusu kimi göstərmişəm.
Sofi ona tərəf çevrildi:
- Bəs guşəli daş haqqında yazmısınız?
Lenqdon qaşlarını çatdı. Yazmışam. Həm də dəfələrlə.
- Mən Prioratın Sanqril sənədlərini müdafiə etmək üçün necə
mətinlik göstərdiklərinə nümunə kimi guşəli daş haqqında da
yazmışam.
Sofi heyrətə düşdü.
- Düşünürəm ki, bu, babamın sözlərini aydınlaşdırır: «P.S. Robert
Lenqdonu tapmalı».
Amma Lenqdon özü düşünürdü ki, Sonyeri onun əlyazmalarında

346 downloaded from KitabYurdu.org


tamam başqa şey maraqlandırır. O, bu mövzunu Sofi ilə təklikdə
müzakirə etməyi qərara aldı.
- Deməli, - Sofi dedi, - siz kapitan Faşa yalan demisiniz.
- Nə barədə? - Lenqdon soruşdu.
- Siz ona dediniz ki, heç vaxt mənim babamla
məktublaşmamısınız.
- Mən məktulaşmamışam da! Redaktor əlyazmalarımın surətini
ona göndərib.
- Yaxşı fikirləşin, Robert. Əgər kapitan Faş sizin redaktorunuzun
məktubunu tapmasa, onda belə nəticə çıxaracaq ki, əlyazmanı siz
göndərmisiz. - O, bir neçə saniyə susdu. - Daha pis olar ki, siz
əlyazmanı şəxsən özünüz ona vermisiniz.
Nəhayət «Reyncrover» Le Burce aerodromuna gəlib çatdı və Remi
maşını uçuş zolağının axırında olan kiçik anqara tərəf sürdü. Onlar
yaxınlaşdıqda anqardan torpaq rəngində əzik-üzük kombinezon geymiş
kişi çıxdı. O, əlini yelləyib nəhəng dəmir qapını açdı. Anqarda ağ
rəngli reaktiv təyyarə dayanmışdı.
Lenqdon gözlərini təyyarənin parıldayan gövdəsindən çəkmirdi.
- Elizabet budur?
Tibinq gülümsündü:
- Bəli, bu lənətə gəlmiş Kanalın (La-Manş boğazı nəzərdə tutulur)
üstündən quş kimi uçur.
Kombinezon geymiş kişi faraların işığından gözlərini qıyaraq onlara
tərəf tələsdi.
- Demək olar ki, hər şey hazırdır, ser, - o, ingilis ləhcəsi ilə dedi. -

347 downloaded from KitabYurdu.org


Yubandığıma görə üzr istəyirəm, amma əvvəlcədən xəbərdar
etsəydiniz... - Bu vaxt onun gözləri cipdən çıxan bir neçə adama
sataşdı. O, sual dolu baxışlarla Sofi və Lenqdona, sonra Tibinqə baxdı.
- Bunlar mənim köməkçilərimdir, - Tibinq dedi. - Bizim Londonda
çox təcili işimiz var. Gəlin, vaxt itirməyək. Dərhal uçuşa hazırlaşın. -
Bu sözləri deyərək, o, maşından tapançanı götürüb onu Lenqdona
uzatdı.
Tapançanı görən pilotun qorxudan gözləri böyüdü. O, Tibinqə
yaxınlaşıb pıçıldadı:
- Amma, ser, üzr istəyirəm, axı diplomatik imtiyazlar yalnız siz
əvə sizin qulluqçunuza aiddir. Mən bu adamları təyyarəyə götürə
bilmərəm.
- Riçard, - Tibinq mehribanlıqla gülümsədi, - iki min funt sterlinq
və güllə ilə dolu bu tapança sizə deyir ki, mənim qonaqlarımı
təyyarəyə götürəcəksiniz. - o, əli ilə cipi göstərdi. - Yük yerində bir
nəfər də var, onu da yaddan çıxarmayın.
LVIX FƏSİL
«Harret» firmasının iki turboreaktiv motoru uğultu ilə «Xoker-731»
təyyarəsini yüksəklərə qaldırırdı. İllüminatorun şüşəsindən Le Burce
aerodromu sürətlə kiçilirdi.
Mən öz ölkəmdən qaçıram, Sofi düşündü, onun bədəni dəri
oturacağa yapışmışdı. Bu ana qədər, o hesab edirdi ki, Faşla siçan-
pişik oyununa bəraət qazandırmaq olar. Sadəcə günahsız insanı
müdafiə etməyə çalışıb. Babasının ölümqabağı arzusunu yerinə
yetirmək istəyib. İndi isə Sofi anlayırdı: daha hakimiyyət qarşısında

348 downloaded from KitabYurdu.org


bəraət qazanmaq imkanı yoxdur. O, ölkəni sənədsiz, polisin axtardığı
adamla birlikdə tərk edirdi, bu azmış kimi, girov kimi götürülmüş
rahib də vardı. Əgər qanunun sərhəddi mövcud idisə, onda o bu
sərhəddi indicə keçdi. Həm də səs sürəti ilə.
Sofi, Lenqdon və Tibinq pilotun kabinəsinin qapısı yanında
oturmuşdular. Qapının üstündə qızılı rəngli medalyon vardı.
Aşağısında yazılmışdı: «Reaktiv idman təyyarəsi «Xoker-731»in elit
dizaynı». Məxmər üzlüklü kreslo döşəmədəki relslərə bərkidilmişdi və
onları yerindən tərpədib ağacdan düzəldilmiş stolun ətrafına gətirmək
mümkün idi. İclas üçün mini-kabinet yaratmaq olardı. Bütün bu gözəl
şərait təyyarənin quyruq hissəsində, tualetin yanındakı ayrıca kresloda,
əlində tapança oturmuş qulluqçu Reminin vəziyyətini ört-basdır edə
bilməzdi. O, sahibinin tapşırıqlarını yerinə yetirərək ayaqları altına
yıxılmış rahibi gözdən qoymurdu.
- Guşəli daşla məşğul olmazdan əvvəl, - Tibinq dedi, - mən bir şeyi
aydınlaşdırmaq istəyirəm. - O, bu sözləri özündən razı halda dedi. -
Mənim dostlarım, yaxşı anlayıram ki, bu səyahətdə yalnız sizin
qonağınız kimi iştirak edirəm, buna görə də, sizə minnətdarlığımı
bildirirəm. Amma, uzun illər Qraalın axtarışına çıxan bir insan kimi
sizə xəbərdalıq etməkdə borcluyam: siz elə bir çığıra qədəm
qoyursunuz ki, ordan geriyə yol yoxdur, həm də bu yol çox
təhlükəlidir. - O, Sofiyə tərəf çevrildi. - Miss Neve, babanız guşəli daşı
o ümidlə sizə verib ki, Qraalın sirrini qoruyasınız?
- Bəli.
- Elə başa düşürəm ki, bu yolu axıra qədər getməyi özünüzə borc

349 downloaded from KitabYurdu.org


biləcəksiniz.
Sofi başını tərpətdi, amma daha bir səbəb də var. Mənim ailəm
haqqında
həqiqət. Guşəli daşın onun keçmişinə heç bir aidiyyatı olmamasını
Lenqdonun deməsinə baxmayaraq, Sofi hiss edirdi ki, bu sirlə onun
şəxsi əlaqəsi var. Bütün bu illər ərzində həyatında hiss etdiyi boşluq və
tənhalığın əvəzinə o, babasının daşlardan yonduğu kriptekslə danışmaq
istəyirdi.
- Bu gün sizin babanız və daha üç nəfər həlak olub, - Tibinq davam
etdi, - və onlar daşı Kilsəyə verməmək, onu qoruyub saxlamaq üçün
ölümü seçiblər. Bu gün «Opus Dei» sektası az qala bu xəzinəni ələ
keçirmişdi. Ümid edirəm ki, anlayırsınız: bütün bunlar sizin üzərinizə
böyük məsuliyyət qoyur. Sizin əlinizə məşəl veriblər.
İki min il ərzində yanan məşəl, onun sönməyinə yol vermək olmaz.
Məşəl yad əllərə düşməməlidir. - O, mücrüyə baxıb sözlərinə ara verdi.
- Miss Neve, anlayıram ki, sizin bu vəziyyətdə başqa çıxış yolunuz yox
idi, amma ortaya nəyin qoyulduğunu nəzərə alsaq, siz bütün
məsuliyyəti öz üzərinizə götürməyə hazır olmalısınız... Ya da, bu
məsuliyyəti kiminsə üzərinə qoymalısınız.
- Babam kripteksi mənə ötürüb. Əminəm ki, o bunu təsadüfən
etməyib.
Tibinq sevindi, amma, deyəsən, axıra qədər tam əmin deyildi.
- Yaxşı. Çox güclü iradə lazımdır. Və Allah bilir daha nələr.
Anlayırsız ki, əgər kripteksi uğurla açsaq, siz daha ciddi sınaqlara
məruz qalacaqsınız?

350 downloaded from KitabYurdu.org


- Bu niyə?
- Əzizim, bir neçə saniyəliyə təsəvvür edin. Sizin qarşınızda xəritə
var və orda Qraalın yeri göstərilib. Bu an siz tarixin gedişatını
tamamilə dəyişə bilən həqiqət sahibi olacaqsınız. İnsanların yüz illərlə
axtardığı xəzinənin sahibi olacaqsınız. Və sizin qarşınıza sual çıxacaq:
həqiqəti dünyaya açmaq lazımdırmı? Bu çox böyük məsuliyyətdir.
Dünyaya həqiqəti deyən şəxs bəziləri tərəfindən göylərə qaldırılacaq,
başqaları tərəfindən lənətlənəcək. Sual ondadır ki, bu sınağa tab
gətirməyə sizin gücünüz yetəcəkmi?
Sofi bir qədər tərəddüd etdikdən sonra cavab verdi:
- Əmin deyiləm ki, bu qərar təkcə mənə aid olsun.
Tibinq təəccüblə qaşlarını çatdı:
- Necə? Məsuliyyət guşəli daşın sahibindən başqa daha kimin ola
bilər?
- Bu sirri uzun əsrlər boyu qoruyub saxlayan cəmiyyətin.
- Prioratın? -Tibinq şübhə ilə dedi. - Məgər bu mümkündür?
Cəmiyyət dağıdılıb. Daha dəqiq desək, başsız qalıb. Bəlkə də onun
sıralarında satqın və ya şpion olub. Biz bunu bilmirik, amma fakt
faktlığında qalır: kimsə cəmiyyətin dörd rəhbərinin adını açıqlayıb.
Şəxsən mən gözlənilmədən peyda olan və özünü cəmiyyətin üzvü elan
edən heç bir adama etibar etmərəm.
- Bəs, siz nə təklif edirsiniz? - Lenqdon soruşdu.
- Robert, sizə də məlumdur ki, Priorat bu illər ərzində həqiqəti ona
görə müdafiə edib ki, o, əbədi olaraq sirr qalmasın. Onun üzvləri bu
sirri bəşəriyyətlə bölüşmək üçün əlverişli anı gözləyiblər.

351 downloaded from KitabYurdu.org


- Və siz hesab edirsiniz ki, bu an yetişib? - Lenqdon soruşdu.
- Bəli, buna əminəm. Bu tamamilə aydındır. Bütün əlamətlər
üzdədir. Bir də fikirləşin, əgər Priorat öz sirrini açıqlamağa
çalışmasaydı, onda Kilsə nə üçün ona hücum etməli idi ki?
- Axı rahib hələ öz məqsədləri haqqında bizə danışmayıb, - Sofi
etiraz etdi.
- Onun məqsədi Kilsənin məqsədidir, - Tibinq dedi. - Və bu
məqsəd ondan ibarətdir ki, sirri faş edən bütün sənədlər məhv edilsin.
Bu gün Kilsə xadimləri öz məqsədlərinə həmişəkindən daha
yaxındırlar və Priorat daşı məhz sizə etibar edib, miss Neve. Şübhəsiz
ki, Qraalı xilas etmək üçün məsələdə Prioratın son arzusunu yerinə
yetirmək də var - sirri dünya ilə bölüşmək.
- Lyu, - Lenqdon onun sözünü kəsdi, - Sanqril səndlərinin mövcud
olduğunu bildikdən cəmi bir neçə saat sonra belə məsuliyyətli qərarı
qəbul etməyi ondan xahiş etməklə biz Sofinin çiyinlərinə çox ağır yük
qoymuruqmu?
Tibinq ah çəkdi:
- Əgər sizə təzyiq göstərirəmsə, miss Neve, məni bağışlayın.
Şəxsən mən həmişə hesab etmişəm ki, bu sənədlər xalqa
bildirilməlidir, amma son qərarı yalnız siz qəbul edəcəksiniz, mən
sadəcə cəsarət edib «Kripteks» adlı tapmacanın uğurlu həllindən sonra
nə baş verəcəyi haqda sizə xəbərdarlıq etdim.
- Cənablar, - Sofi ciddiyyətlə cavab verdi, - sizin sözlərinizi sitat
gətirirəm: «Siz Qraalı tapmırsınız, Qraal sizi tapır», mən hesab edirəm
ki, Qraal məni təsadüfən «tapmayıb». Ona görə də, zamanı gəldikdə

352 downloaded from KitabYurdu.org


onunla nə edəcəyimi biləcəm.
Kişilər təəccüblə bir-birinə baxdı.
- Ona görə də, - o dedi və mücrünü özünə tərəf çəkdi, - gəlin, işlə
məşğul olaq.
LXX
Leytenant Kolle Şato Villet malikanəsinin geniş qonaq otağında
durub kədərlə buxarıda yanan alova baxırdı. Kapitan Faş bir neçə
dəqiqə əvvəl gəlmişdi və qonşu otaqda idi. O, öz adamlarına itmiş
cipin axtarışında istiqamət vermək üçün telefon dəstəyinə nə isə
bağırırdı.
Hə, indi cip harda istəsən ola bilər, Kolle düşündü.
O, Faşın əmrinə tabe olmamışdı, ikinci dəfə idi ki, Lenqdonu
əlindən buraxırdı və məhkəmə polisindən olan agentlərin döşəmədə
güllə deşiyi tapdıqlarına görə taleyinə minnətdarlıq edirdi. Bu,
Kollenin hərəkətinə az da olsa, bəraət qazandırırdı. Lakin Faş əhvalı
korlanmış halda gəldi və Kolle hiss etdi ki, hay-küy sakitləşəndən
sonra onu ciddi tənbeh gözləyir. Bədbəxtlikdən, qəsrdə tapılmış bütün
əşyayi-dəlillər burda nə baş verdiyini və kimin bu hadisələrdə iştirak
etdiyini aydınlaşdırmırdı. Qara «Audi» uydurulmuş adla prokata
götürülmüşdü, ödənişi saxta kredit kartla aparmışdılar, maşında və
salonda tapılmış barmaq izləri polis kartotekasında yox idi.
Gözləri həyəcandan parıldayan agent otağa soxuldu.
- Kapitan Faş hardadır?
Kolle alova baxmağa davam edirdi.
- Telefonla danışır.

353 downloaded from KitabYurdu.org


- Daha danışmıram! - Faş içəri girərək dedi. - Nə xəbərlə
gəlmisiz?
- İndicə idarəyə Sürixin Depozitar bankından Andre Berne zəng
edib, - agent məlumat verdi. - Deyib ki, sizinlə şəxsən danışmaq
istəyir. O, ifadələrini dəyişməyi qərara alıb.
- Necə? - Faş dedi.
Yalnız indi Kolle gözlərini buxarıdan çəkdi.
- Berne etiraf edir ki, Lenqdon və Neve bir az əvvəl bankda
olublar.
- Biz onsuz da bunu anlamışdıq, - Faş dedi. - Amma o, niyə yalan
danışıb? Bax, sual bundadır.
- Deyib ki, yalnız sizinlə danışacaq. Hər cür kömək göstərməyə
razıdır.
- Əvəzində nə istəyir?
- Əvəzində istəyir ki, biz xəbərlərdə onun bankı haqqında heç nə
deməyək və birdə oğurlanmış əşyanın tapılması üçün kömək istəyir.
Deyəsən, Lenqdonla Neve nəsə oğurlaya bilib.
- Görəsən nə? - Kolle ucadan dedi. - Və necə?
Faş hədə ilə agentə baxdı.
- Onlar nə oğurlayıblar?
- Berne demədi. Amma, deyəsən, bu əşyanın qaytarılmasında o
çox maraqlıdır. Hər şeyə hazırdır.
Mətbəxdən daha bir agent Faşı çağırdı:
- Kapitan! Mən indicə Le Burce aeroportu ilə əlaqə saxladım. Pis
xəbərlər var.

354 downloaded from KitabYurdu.org


Otuz saniyə sonra Faş Şato Villet malikanısindən çıxmağa
hazırlaşdı. O öyrəndi
ki, Tibinq Le Burce aeroportunun anqarlarının birində şəxsi reaktiv
təyyarə saxlayırmış və bu təyyarə təxminən yarım saat əvvəl havaya
qalxıb. Faşın telefonla danışdığı Le Burce aeroportunun dispetçer
xidmətinin nümayəndəsi and-aman edirdi ki, təyyarənin hansı
istiqamətə uçduğunu və onun bortunda kimlərin olduğunu bilmir. Uçuş
cədvəldən kənar baş verib, uçuş planı qeydə alınmayıb. Kiçik aeroport
üçün bu çox böyük qanun pozuntusudur. Faş əmin idi ki, əgər bir az da
təzyiq etsə, onda bütün suallara cavab alacaq.
- Leytenant Kolle, - Faş qapıya tərəf gedərək dedi, - mənim başqa
çıxış yolum yoxdur, səni burda başçı qoymağa məcburam. Heç olmasa
müxtəliflik üçün nəticə əldə etməyə çalışın.
LXXI FƏSİL
«Xoker» hündürlüyə qalxdıqdan sonra düzəlib İngiltərəyə tərəf kurs
götürdü. Lenqdon ehtiyatla mücrünü dizləri arasından çıxardı. Onu
stolun üstünə qoyub,
Sofi ilə Tibinqin irəli əyildiyini gördü.
Qapağı açan Lenqdon onların diqqətini kripteks disklərindəki ləkəli
hərflərə yox, qapağın iç tərəfindəki kiçik deşiyə cəlb etdi. Avtoqələmi
götürüb, onun ucu ilə ehmallıca inkrustirasiya edilmiş qızılgülü itələdi
və onun altındakı mətn göründü.
O, ümid edirdi ki, yeni baxışlar qızılgülün altındakı mətnə aydınlıq
gətirəcək. Amma mətn əvvəlki kimi qəribə idi.
Lenqdon sətirlərə bir neçə saniyə baxdı və yenə də onu ümidsizlik

355 downloaded from KitabYurdu.org


hissi bürüdü.
- Lyu, heç cür başa düşmürəm ki, bu nə cızma-qaradır?
Sofi hələ mətni görməmişdi. Amma bu dili müəyyən etməkdə
Lenqdonun da gücsüz qalmasından o, təəccübləndi. Məgər mənim
babam bu qədər anlaşılmaz dildə danışıb ki, onu hətta rəmzlər üzrə
mütəxəssis də müəyyən edə bilmir? Lakin o, dərhal anladı ki, burda
təəccüblü heç nə yoxdur. Bu, Cak Sonyerin nəvəsindən gizli saxladığı
birinci sirr deyildi.
Sofi ilə üzbəüz oturmuş Lyu Tibinq səbirsizlikdən titrəyərək,
Lenqdonun çiyni üstündən mücrüyə baxmağa çalışırdı.
- Bilmirəm, - Lenqdon sakitcə mızıldadı. - Əvvəl mənə elə gəldi
ki, bu, semit dilidir, amma indi əmin deyiləm. Axı ən ilkin semit
dillərində nekkudotdan istifadə edirdilər. Burda isə belə şey yoxdur.
- Bəlkə, o daha qədimdir, - Tibinq dedi.
- Bəs nekkudot nədir? - Sofi soruşdu.
Gözlərini mücrüdən çəkməyən Tibinq cavab verdi:
- Müasir semit əlifbalarının əksəriyyətində saitlər olmur, onların
əvəzinə nekkudotdan istifadə olunur. Bu, samitlərin altında, və ya
üstündə yazılaraq saitləri göstərən kiçik nöqtə və xətlərdir. Tarixi
plandan götürsək nekkudot dilə müasir əlavədir.
Lenqdon əvvəlki kimi mətnə baxırdı.
- Bəlkə, sefardik transliterasiyadır?..
Tibinq daha gözləyə bilmirdi.
- Ola bilər, siz mənə icazə verin... - o, bu sözləri deyib, mücrünü
götürdü və onu özünə tərəf çəkdi. Şübhəsiz ki, Lenqdon yunan, latın,

356 downloaded from KitabYurdu.org


roman-german qrupundan olan qədim dillərlə yaxşı tanışdır. Amma
Tibinq mətnə bircə dəfə baxan kimi anladı: bu dil daha qədim və
nadirdir. Bəlkə də Raşi xəttidir, (Ravvin Raşinin məktublar yazarkən
istifadə etdiyi xətt) ya da taclı yəhudi xətti.
Tibinq nəfəsinin dərərək yazıya diqqətlə baxdı. O, uzun müddət
susdu. Vaxt gedirdi və Tibinqin əminliyi hər saniyədə zəifləyirdi.
- Etiraf edim ki, - nəhayət o dedi, - mən təəccübləndim. Bu dil
mənim əvvəllər gördüyüm heç bir dilə oxşamır!
Lenqdon kresloda büzüşdü.
- Mən də baxa bilərəm? - Sofi soruşdu.
Tibinq özünü elə apardı ki, guya onu eşitmir.
- Robert, axı siz dediniz ki, deyəsən, nə vaxtsa, belə bir şey
görmüsünüz?
Lenqdon qaşlarını çatdı:
- Hə, mənə belə gəldi. Amma indi buna əmin deyiləm. Yenə də.
bu mətn mənə tanış gəlir.
- Lyu! - Sofi Tibinqi narazı halda çağırdı. - Bəlkə, babamın
düzəltdiyi bu mücrüyə mənə də baxmağa imkan verəsiniz?
- Əlbəttə, əzizim, - Tibinq dedi və mücrünü ona uzatdı. O, bu
mehriban, gənc xanımı incitmək istəmirdi, amma hesab edirdi ki,
onların «çəkisi» müxtəlifdir. Əgər Britaniya Kral Tarixi Cəmiyyətinin
üzvü və Harvardın rəmzlər üzrə görkəmli mütəxəssisi bu dili müəyyən
edi bilmirlərsə...
- Aha. - Sofi bir neçə saniyə sonra dedi. - Mən bunu dərhal
bilməliydim.

357 downloaded from KitabYurdu.org


Tibinqlə Lenqdon başlarını qaldırıb gözlərini ona zillədilər.
- Nəyi bilməliydim?-Tibinq soruşdu.
Sofi çiyinlərini çəkdi:
- Bilməliydim ki, babam mücrüdə yazı yamaq üçün məhz bu dili
seçəcək.
- Siz demək istəyirsiniz ki, bu mətni oxuya bilərsiniz? -Tibinq
ucadan dedi.
- Əlbəttə, - Sofi özündən razı halda gülümsədi. - Altı yaşım olanda
babam mənə bu dili öyrədib. Və mən bu dildə kifayət qədər sürətlə
danışmağı bacarıram. - Onun Tibinqə baxan yaşıl gözləri gülürdü. -
Düzünü desəm, ser, sizin taca yaxınlığınızı nəzərə alsaq bu dili
bilmədiyinizdən mən çox təəccübləndim.
Bu an Lenqdon hər şeyi anladı. Mətnin ona tanış gəlməsi təəccüblü
deyildi! Bir neçə il əvvəl Lenqdon Harvarddakı Foqq muzeyinə
getmişdi. Harvardın məzunu Bill Qeyts təşəkkür kimi muzeyə
qiymətsiz eksponat bağışlamışdı - Armand Hammerin
kolleksiyasından auksionda əldə edilmiş on səkkiz vərəq kağız.
O, gözlərini qırpmadan bu kağızlara otuz milyon səkkiz yüz min
dollar pul vermişdi.
Kağızların müəllifi Leonardo da Vinçi idi.
İndi «Lester kodeksi» kimi məşhur olan bu on səkkiz vərəq (bu
vərəqlərin əvvəlki sahibi Hersoq Lester olmuşdu.) Leonardonun
məşhur bloknotlarından sağ qalan fraqmentlər idi. Bu vərəqlərdə
Leonardonun astronomiya, geologiya, memarlıq və hidrologiyaya aid o
dövrlər üçün yeni sayılacaq nəzəriyyələri, esse və şəkillər var idi.

358 downloaded from KitabYurdu.org


Lenqdon bu muzeydə olduğunu heç zaman unutmayacaq. Uzun
müddət növbədə durduqdan sonra o, nəhayət, qiymətsiz vərəqləri
görmüşdü. Amma tam xəyal qırıqlığı! Vərəqlərdə nə yazıldığını
oxumaq mümkün deyildi. Baxmayaraq ki, vərəqlər yaxşı halda idi və
mətn süd rəngli kağızda qırmızı mürəkkəblə, incə kalliqrafiq xətlə
yazılmışdı. Mətni oxumaq qətiyyən mümkün deyildi. Əvvəlcə
Lenqdoq düşündü ki, Da Vinçi yazılarını arxaik italyan dilində
yazdığından heç başa düşmür. Amma daha diqqətlə mətnə baxdıqda,
anladı ki, burda bir dənə də olsun italyan sözü yoxdur.
- Bununla yoxlayın, ser, - stendin yanında durmuş qadın - dosent
dedi. Və stendə zəncirlə bərkidilmiş əl güzgüsünü göstərdi. Lenqdon
güzgünü götürüb mətnə yaxınlaşdırdı.
Və hər şey aydınlaşdı. Lenqdon böyük mütəfəkkirin ideyaları ilə
tanış olmağı o qədər səbirsizliklə istəyirdi ki, dahinin ən maraqlı
artistik istedadlarından birini - heç kimin oxumaması üçün yazıları
güzgü təsvirində yazmaq bacarığını unutmuşdu. Tarixçilər indi də
mübahisə edirlər ki, Da Vinçi bunu sadəcə əyləncə xatirinə edib, yoxsa
ideyalarının oğurlanacağından ehtiyat edərək yazıları tərsinə yazıb.
Görünür ki, bu, sirr olaraq qalacaq.
Sofi gülümsündü: o, Lenqdonun nəhayət anladığını bilib sevindi.
- Hə, əvvəlcə bir neçə sözü oxuyum, - o, dedi. - Bu ingiliscədir.
Tibinq hələ də heç nə anlamırdı.
- Nə olub?
- Çevrilmiş mətndir, - Lenqdon dedi. - Bizə güzgü lazımdır.
- Yox, lazım deyil, - Sofi etiraz etdi. - Mən bunu çox məşq

359 downloaded from KitabYurdu.org


etmişəm. - O, mücrünü divardakı lampaya tərəf aparıb qapağın iç
tərəfinə baxdı. Babası axırdan əvvələ yaza bilmirdi, ona görə də kiçik
bir hiyləgərlik işlədirdi: yazını normal vəziyyətdə yazdıqdan sonra,
vəpəqi çevirib hərflərin üstündən təzədən yazırdı. O, görünür, taxta
parçasında normal mətni cızdıqdan sonra taxtanı dəzgaha salaraq, onu
hərflərin yeri ilə o üz-bu üz deşmiş, daha sonra isə taxta parçasını
sadəcə çevirib onu qapağa yapışdırmışdı.
Mücrünü işığa yaxınlaşdıran Sofi ehtimalının düzgün olduğunu
anladı. İşıq şüası nazik taxta parçasını işıqlandıranda mətni normal
halda görmək mümkün idi.
Başa düşmək olur.
- İngiliscədir, - Tibinq dedi və utanuraq gözlərini qırpdı. - Mənim
doğma dilim.
Təyyarənin quyruq hissəsində oturmuş Remi Leqaludek salonda
gedən söhbətə qulaq asmağa çalışırdı, amma motorun uğultusu mane
olurdu. Hadisələrin inkişafı Reminin heç xoşuna gəlmirdi. Heç. O,
ayaqlarının altında uzanmış rahibə baxdı. Rahib tamamilə
sakitləşmişdi, daha tərpənmirdi, azad olmağa çalışmırdı. Sanki trans
vəziyyətdə idi, bəlkə də, azadlığa çıxmaq üçün fikrində Tanrıya dua
edib yalvarırdı.
LXXII FƏSİL
On beş min fut yüksəklikdə olan Robert Lenqdon birdən hiss etdi ki,
real fiziki dünya harasa uzaqlaşır və onun fikri Sonyerin mücrünün
qapağında yazdığı sətirlərlə məşğuldur.
Sofi cəld kağız parçası tapıb mətni adi qaydada yazdı. Onların üçü

360 downloaded from KitabYurdu.org


də yazıya tərəf başlarını əydi. Sətirlərin məzmunu müəmmalı idi,
amma cavab tapılsaydı kripteksi açmaq mümkün olacaqdı. Lenqdon
asta-asta oxudu:
- Qədim dünya öz müdrik sirrini açır... bütün ailəni bir yerə yığır...
tampliyerlərin qəbri açardır. et-baş həqiqəti üzə çıxardır.
Lenqdon bu mətndə hansı sirin gizlədildiyini fikirləşməyə macal
tapmadı. Onu başqa şey özünə cəlb etmişdi, bu qısa şeirin yazıldığı
ölçü. Beşbölgülü yamb. Demək olar ki, düzgün.
Lenqdon, avropanın gizli təşkilatlarının tarixini uzun illər boyu
tədqiq edərkən, belə şeirlərə dəfələrlə rast gəlmişdi. Son dəfə, keçən il
Vatikanın gizli arxivlərini araşdıranda bununla rastlaşmışdı. Əsrlər
boyu belə ölçüdə olan şeirlərə dünyanın bütün şairləri üstünlük
vermişdilər - qədim yunan yazıçısı Arxiloxdan tutmuş Şekspir, Milton,
Çoser və Volterə qədər. Onların hamısı bu ölçünü üstün tutmuşdular.
Hesab edilirdi ki, belə şeirlər xüsusi mistik xassəyə malikdir.
Beşbölgülü yambın kökləri bütpərəstlik dinlərinə qədər gedib çıxırdı.
Yamb. Vurğunun növbəli şəkildə hecalara düşdüyü şeir. Vurğulu,
vurğusuz. İn və yan. Yaxşıca balanslaşdırılmış cütlük. Beşbölgülü şeir.
Məşhur «beş» ədədi - Zöhrə və müqəddəs başlanğıcın pentaklı.
- Bu pentametrdir! - Tibinq dedi və Lenqdona tərəf çevrildi. -
Şeirlər də ingiliscə yazılıb! La linqua pura!
Lenqdon başını tərpətdi. Avropanın başqa gizli təşkilatları kimi,
Kilsə ilə yola getməyən Priorat əsrlər boyu ingilis dilinin avropa dilləri
arasında ən «təmiz» dil hesab edirdi. Kökləri latın dilinə gedib çıxan
fransız, ispan və italyan dillərindən fərqli olaraq «Vatikan dili» -yəni

361 downloaded from KitabYurdu.org


ingilis dili sadəcə linqvistik mənada Romanın
təbliğat maşınından asılı deyildi. Ona görə də bu dil cəmiyyətin bütün
üzvləri üçün müqəddəs gizli dil olmuşdu.
- Bu şeirdə, -Tibinq həyəcanla davam etdi, - nəinki Qraala işarə,
həm də tampliyerlər ordeninə və Mariya Maqdalinanın dünyaya
dağılmış ailəsinə də işarə var. Bizə daha nə lazımdır?
- Parollar, - gözlərini şeirdən çəkməyən Sofi cavab verdi. - Açar
sözlər.
Deyəsən bizə «müdrik» sözünün qədim ekvivalenti lazımdır.
- Abrakadabra? - deyə Tibinq təklif etdi.
Beş hərfdən ibarət söz, Lenqdon düşündü. Görəsən dünyada
«müdrik» sözünü əvəzləyəcək neçə qədim söz var! Mistik dualardan
parçalar, astroloqların öncəgörməsi, gizli cəmiyyətlərin andı, Uitak
duaları, qədim Misir maqlarının duaları, bütpərəstlik mantraları -
siyahı həqiqətən böyük idi.
- Parol, - Sofi dedi, - görünür ki, tampliyerlərə aiddir. - O, şeirdəki
sətri oxudu:
- «tampliyerlərin qəbri açardır».
- Lyu, - Lenqdon soruşdu, - siz ki, tampliyerlər üzrə
mütəxəssissiniz, ideyanız varmı?
Tibinq bir neçə saniyə susub davam etdi:
- Yəqin ki, «qəbir» sözü hansısa qəbirüstü daşı göstərir. Ola bilər
ki, tampliyerlər bu daşı Mariya Maqdalinaya aid edib onu ziyarət
edirmişlər. Amma bu bizə kömək etməyəcək, çünki daşın yerini
bilmirik.

362 downloaded from KitabYurdu.org


- Axırıncı sətirdə isə, - Sofi dedi, - deyilir ki, həqiqəti et-baş üzə
çıxardır. Mən bu sözü hardasa eşitmişəm. Et-baş.
-Təəccüblü deyil, - Lenqdon dedi. - Bəlkə siz ona kriptologiya üzrə
dərslikdə rast gəlmisiniz? Et-baş şifrəsi - dünyada ən qədim şifrədir.
Hə, əlbəttə, Sofi düşündü. Qədim yəhudi dilində məşhur kodlaşdırma
sistemi.
Kriptologiya kafedrasında təhsilin ilk illərində Sofi et-baş şifrəsi ilə
rastlaşmışdı. Bu şifrənin tarixi təxminən bizim eradan əvvəl 500-cü
illərə təsadüf edirdi, indi isə şifrələmədə rotasion əvəzetmə sxeminə
klassik nümunə kimi istifadə olunurdu. Mahiyyətcə bu şifrə iyirmi iki
hərfli qədim yəhudi əlifbasına əsaslanmış kod idi. Şifrələmədə birinci
hərf axırıncı hərflə, ikinci hərf axırdan əvvəlki hərflə və ilaxır əvəz
olunurdu.
- Et-baş şifrələmənin ən yaxşı üsuludur, - Tibinq dedi. - Onun
köməyi ilə şifrələnmiş mətnləri Kabbalada, Ölü dəniz yazılarında,
hətta İncildə də tapıblar. Yəhudi alim və mistikləri indinin özünə qədər
bu kodun köməyi ilə şifrələnmiş gizli yazıları tapırlar. Yəqin ki,
Prioratın üzvləri də et-başı bilirmişlər.
- Problem ondadır ki, - Lenqdon onun sözünü kəsdi, - bu şifrəni
nəyə tətbiq edəcəyimizi biz bilmirik.
Tibinq ah çəkdi.
- Yəqin ki, qəirüstü daşda kod sözü yazılıb. Biz tampliyerlərin
pərəstiş etdikləri qəbirüstü daşı tapmalıyıq.
Lenqdonun üzünün tutqunlaşdığını görən Sofi anladı ki, bu
məsələni həll etmək mümkün deyil.

363 downloaded from KitabYurdu.org


Et-baş - bu açardır, Sofi düşündü. Sadəcə bizdə bu açarın köməyilə
açılacaq qapı yoxdur.
Üç dəqiqə sonra Tibinq çarəsizcə başını yelləyərək dedi:
- Mənim dostlarım, ağlıma heç nə gəlmir. Mən bir az
düşünməliyəm. Hələliksə qarnımızı bərkitsək pis olmaz. Həm də
yoxlayaq görək, Remi və bizim qonağımız nə edirlər. - O, ayağa qalxıb
təyyarənin quyruğuna tərəf getdi.
Sofi yorğun gözlərini ona dikmişdi.
İllüminatorun şüşəsindən baxdıqda zülmətdən başqa bir şey görmək
olmurdu. Sofi birdən hiss etdi ki, naməlum qüvvə on uqara fəza
boyunca harasa aparır. O, uşaqlıqdan babasının ona verdiyi
tapmacaların cavabını tapmaqla məşğul olmuşdu. İndi isə ona elə
gəlirdi ki, bu məsələni həll etməyə onun gücü çatmayacaq.
Burda daha nə isə var, o, öz-özünə dedi. Yaxşıca gizlədilmiş...
amma o var, var, olmalıdır!
Onu daha bir fikir həyəcanlandırırdı: onlar gec, ya tez kripteksi
açdıqda bəlkə də, Qraalın yerini göstərən xəritəni tapmadılar. Tibinqlə
Lenqdonun həqiqətin bu daş silindirdə gizlədildiyinə əmin olduqlarına
baxmayaraq, babasını yaxşı tanıyan Sofi hesab edirdi ki, Cak Sonyer
öz sirri ilə belə sadə şəkildə vidalaşmaz.
LXXIM FƏSİL
Məhkəmə polisinin kapitanı qapını tappıltı ilə açıb içəri girəndə Le
Burce aeroportunun gecə növbəsindəki dispetçeri radarın qara ekranı
qarşısında mürgüləyirdi.
- Tibinqin təyyarəsi! - Bezu Faş qızmış öküz kimi bağırdı. - O

364 downloaded from KitabYurdu.org


hara uçdu?
Ən hörmətli müştərilərdən biri olan Britaniyalının şəxsi həyatının
sirlərini
mühafizə etməyə söz vermiş dispetçer dodağının altında nəsə
mızıldadı. Amma Faşla belə nömrələr keçməzdi.
- Yaxşı, - Faş onun anlaşılmaz sözlərinə cavab olaraq dedi, - səni
xüsusi təyyarənin qeydiyyata alınmamış uçuşuna görə həbs edirəm. -
O, öz agentinə işarə etdi, agent qandalları gətirdi və dispetçeri dəhşət
bürüdü. O, dərhal qəzetdəki məqalələri xatırladı. Bu məqalələrdə
yazılmışdı ki, Milli polisin kapitanı əslində kimdir - qəhrəman, yoxsa
millətə təhlükə. İndi o bu suala cavab tapmışdı.
- Dayanın! - qandalları görən dispetçer çığırdı. - Mən kömək
etməyə hazıram. Ser Lyu Tibinq müalicə kursu keçmək üçün Londona
tez-tez uçurdu. Onun Kentdəki Biqqin-Hill aeroportunda anqarı var.
Bu Londondan azca aralıdadır.
Faş qandalları gətirmiş agentə çölə çıxmağı əmr etdi.
- O, bu gün də Biqqin-Hillə enməlidir?
- Bilmirəm, - dispetçer vicdanla cavab verdi, - təyyarə həmişəki
marşrutla uçurdu. Son dəfə onunla əlaqə saxlayanda, onun İngiltərə
istiqamətində uçduğu bəlli idi.
- Təyyarədə ondan başqa kimlər var?
- Ser, and içirəm ki, bunu bilmirəm. Bizim müştərilər anqarlara
özləri gedir, orda təyyarəyə nə yükləyirlər - bu onların şəxsi işidir.
Təyyarədə onlardan başqa daha kim var sualına o biri tərəfin pasport-
gömrük nəzarət xidmətinin məmurları cavab verir.

365 downloaded from KitabYurdu.org


- Faş qol saatına, sonra terminalın qarşısında cərgə ilə düzülmüş
təyyarələrə baxdı.
-Əgər onlar Biqqin-Hill istiqamətində uçurlarsa, nə qədər vaxtdan
sonra enəcəklər?
Dispetçer cədvəli yoxladı.
- Uçuş çox da uzun deyil. Onun təyyarəsi təxminən saat 6:30-da
yerə enəcək. Yəni, on beş dəqiqə sonra .
Faş qaşqabağını töküb agentlərdən birinə dedi:
- Mənə təyyarə hazırlayın. Londona uçuram. Və Kent polis şöbəsi
ilə mənim əlaqəmi yaradın. Mi-5-ə xəbər verməyin. Hay-küy
qaldırmaq istəmirəm. Yalnız Kent polisi ilə əlaqə saxlayın. Onlara
deyin ki, Tibinqin təyyarəsinin yerə enməsinə icazə versinlər, bunu
şəxsən mən xahiş etmişəm. Sonra isə öz qüvvələrindən istifadə edib
təyyarəni heç kimin tərk etməsinə imkan verməsinlər. Mən ora çatana
qədər başqa heç bir tədbir görülməsin!
LXXIV FƏSİL
- Siz, deyəsən, ruhdan düşmüsünüz, - Lenqdon Sofiyə dedi.
- Sadəcə yorulmuşam, - o, cavab verdi. - Bir də ki, bu şeirlər. Mən
heç nə anlamıram...
Lenqdon da özünü Sofi kimi hiss edirdi. Motorun uğultusu və
təyyarənin yüngülcə yırğalanması adamı yuxuladırdı. Başı əvvəlkitək
ağrıyırdı, rahib möhkəm zərbə endirmişdi. Tibinq hələ də təyyarənin
arxa tərəfində idi. Lenqdon bu vəziyyətdən istifadə etməyi qərara aldı.
O, öz fikirlərini Sofiyə təklikdə demək istəyirdi.
- Mənə elə gəlir ki, bizim tanış olmağımızı babanızın niyə

366 downloaded from KitabYurdu.org


istəməyinin səbəbini anlamışam. O istəyib ki, bəzi şeyləri sizə izah
edim.
- Məgər Qraal və Mariya Maqdalina haqqındakı əhvalat kifayət
deyil?
Lenqdon tərəddüd edirdi, nədən başlayacağını bilmirdi.
- Sizin ayrılığınız... on il ərzində onunla ünsiyyətdə olmaq
istəməməyinizə səbəb. Bəlkə, o, ümid edirmiş ki, mən vəziyyəti
düzəldə billəm.
Sofi əsəbi halda kresloya oturdu.
- Axı mən sizə deməmişəm ki, mübahisəmizə nə səbəb olub.
Lenqdon ondan gözünü çəkmirdi.
- Siz hansısa seksual ritualın şahidi olmusunuz. Haqlıyammı?
Sofi ona diqqətlə baxdı.
- Siz hardan bilirsiniz?
- Sofi, özünüz dediniz, elə bir səhnənin şahidi olmusunuz ki, bu,
Cak Sonyerin gizli cəmiyyətin üzvü olduğu fikrinə sizdə əminlik
yaradıb. Və gördüyünüz səhnə sizi o qədər kədərləndirib və
heyrətləndirib ki, o vaxtdan babanızla ünsiyyətdən qaçmısınız. Sizin
nə gördüyünüzü bilmək üçün Da Vinçi qədər dahi olmaq lazım deyil.
Sofi ona təəccüblə baxdı.
- Bu hadisə nə vaxt olub? - Lenqdon soruşdu. - Yazda? Təxminən
martın ortalarında, eləmi?
Sofi illüminatora tərəf çevrildi.
- Universitetdə yaz tətilləri başlayırdı. Mən bir neçə gün evə tez
gəlmişdim.

367 downloaded from KitabYurdu.org


- Siz bu haqda mənə danışmaq istəyirsiniz?
- Danışmamağa üstünlük verərdim. - O, Lenqdona tərəf çevrildi,
onun gözlərindən yaş axırdı. - Mən özüm də bilmirəm ki, nə gördüm.
- Orda həm kişilər, həm də qadınlar vardı?
Sofi başını tərpətdi.
- Onlar qara və ağ paltarda idilər?
O, gözünü silib yenə başını tərpətdi:
- Qadınlar nazik ağ parçadan don geymişdilər. ayaqlarında qızıl
səndəllər vardı. Əllərində isə qızıl şarlar tutmuşdular. Kişilərsə, qara
rəngli tuniklər və səndəllər geyinmişdi.
Lenqdon həyəcanını boğdu - o, sadəcə öz qulaqlarına inana
bilmirdi. Sofi Neve qeyri-ixtiyari olaraq müqəddəs mərasimin şahidi
olmuşdu. Belə mərasimlər bundan iki min il əvvəl keçirilirdi.
- Bəs maskalar? - Həyəcanını boğmaq üçün səsini qısaraq o
soruşdu. - Onlar hər iki cinsin əlamətləri olan maskada idilərmi?
- Hə. Hamısı. Maskalar eyni cür, amma müxtəlif rəngli idi.
Qadınlar ağ maskada, kişilərsə qara maskada idilər.
Lenqdon bu mərasimin təsvirini oxumuşdu və onun mistik kökləri
haqqında bilirdi.
- Mərasim Xieros qamos adlanır, - o, sakitcə dedi. - Çox qədim
ritualdır, iki min ildən çox yaşı var. Misir ruhaniləri və kahinləri
qadının dölartırma gücünün şərəfinə olan bu mərasimi müntəzəm
keçirirdilər. - O susdu, sonra Sofiyə daha da yaxınlaşıb dedi: - Əgər siz
doğrudan da Xieros qamosun şahidi olmusunuzsa, onun mənasını
anlamadığınıza görə, heç bir xüsusi hazırlığınız olmadığı üçün

368 downloaded from KitabYurdu.org


sarsılmışsınız. Bunu anlayıram.
Sofi cavab vermədi.
- Xieros qamos yunanca «müqəddəs nigah» deməkdir.
- Mənim gördüyüm ritual nigah mərasiminə az oxşayırdı.
- «Birləşmə» mənasında nigah, Sofi.
- Seksdəki kimi?
- Yox.
- Yox? - Sofi zeytun rəngli gözlərini ondan çəkmədi.
Lenqdon özünü itirdi:
- Yəni... bu günkü seksdəki kimi yox. - Sonra o, izah etdi: Sofiyə
seksual ritual kimi görünən mərasimin əslində erotika ilə heç bir
əlaqəsi yox idi. Bu ruhani aktı idi. Tarixi nöqteyi-nəzərdən kişi və
qadının Allahı dərk etməsi üçün onların birləşmə aktına ehtiyacı vardı.
Qədimdə hesab edirdilər ki, kişi müqəddəs qadın başlanğıcını cismən
hiss etməsə onda o, kamilliyə çatmaz. Dini nöqteyi-nəzərdən kişinin
kamilləşməsi üçün yeganə yol qadınla fiziki yaxınlıq hesab edilirdi.
Bununla kişi «qnosis», yəni ilahi biliyə yiyələnirdi. İsidanın dövründə
kişilər üçün seksual rituallar göylə yer arasında yeganə körpü hesab
edilirdi.
- Kişi qadınla birləşdikdə, - Lenqdon dedi, - o hala çatır ki,
şüurunu itirir. Bu vaxt o, Allahı görə bilər.
Sofi ona şübhə ilə baxdı.
- Dua yerinə orqazm?
Lenqdon cavab vermək əvəzinə çiyinlərini çəkdi. Sofinin haqlı
olduğunu etiraf etmək lazım idi. Fizioloci nöqteyi-nəzərdən kişilərdə

369 downloaded from KitabYurdu.org


orqazm zamanı şürlarının ani olaraq tutqunlaşması baş verir. Mental
vakuuma bənzər. Elə bir həqiqət anı ki, bu zaman Allahı görmək olar.
Meditasiya ilə məşğul olan Quru sekssiz də bu hala çatmağı bacarırdı.
Onlar nirvananı sonsuz ruhi orqazm adlandırırdılar.
- Sofi, - Lenqdon sakitcə dedi, - demək lazımdır ki, qədimdə seksə
münasibət indiki zamandan çox fərqli idi. Seks yeni həyat yaradır, bu
elə özü möcüzədir, möcüzəni isə yalnız ilahiliyə çatanlar göstərə bilər.
Qadınların bətnlərində məhz uşaq yetişdirmək qabiliyyəti onları
müqəddəs edirdi. İlahi edirdi. Birləşmə insan ruhunun iki yarısının,
kişi və qadın ruhlarının birləşməsi kimi qəbul edilirdi. Yalnız bu yolla
kişi ruhi kamilliyə çatır və Allahla təmas hiss edirdi. Sizin
gördüyünüzün də seksə heç bir aidiyyatı yoxdur, bu yalnız ruhani akt
idi. Xieros qamos adlı ritual pozğunluq deyil, bu çox qədim dini
mərasimdir.
Onun son sözləri Sofiyə toxundu. Bütün gecə boyu Sofi özünü
dözümlü aparmışdı. Birdən Lenqdon gördü ki, o, özünü itirir. Sofinin
gözlərindən yaş axırdı, yun köynəyinin qollarıyla gözünün yaşını
silirdi.
Lenqdon özünə gəlmək üçün ona vaxt verdi. Seksi Allaha
yaxınlaşmaq üçün yol kimi qiymətləndirən konsepsiya bir qayda
olaraq insanlarda həmişə hiddət doğururdu. Lenqdon qədim yəhudi
ənənələrində ritual seksin olması faktını ilk dəfə deyəndə, yəhudi
tələbələr ona dəhşətlə baxmışdılar. Bu ritual yalnız məbədlərdə yerinə
yetirilirdi. Qədim yəhudilər hesab edirdilər ki, müqəddəs Süleyman
məbədində nəinki Allah yaşayır, həm də Onunla yanaşı və Ona bərabər

370 downloaded from KitabYurdu.org


olan Onun «yarısı» - Şehina da yaşayır. Ruhi kamillik axtaran kişilər
də bu məbədə gəlib kahinə qadınlırla görüşürdülər. Onlar kahinələrlə
intim əlaqədə olaraq fiziki yaxınlıq vasitəsilə Allahı dərk etməyə
çalışırdılar. Məşhur qədim yəhudi sözü olan YHWH, Allahın
müqəddəs adı olub Yehovah sözündən əmələ gəlib. Bu isə kişi
başlanğıcı olan Yah və qadın başlanğıcı olan Havah-ın (Həvva) fiziki
birləşməsindən yaranıb.
- İlk dövrlərin Kilsəsində, - Lenqdon sakitcə davam etdi, - Allahla
birbaşa ünsiyyətdə olmaq üçün seksi bir alət kimi istifadə etmək təhqir
sayılır və katolikliyin əsaslarına zərbə vururdu. Çünki bu, Allahla
insan arasında yeganə əlaqələndirici vasitə sayılan Kilsənin
maraqlarına zidd idi. Məhz bu səbəbdən xristian ruhaniləri seksi günah
və murdar əməl kimi damğalamaq üçün dəridən- qabıqdan çıxırdılar.
Onu da deyim ki, başqa dinlər də bu məsələdə Kilsə ilə həmrəy idilər.
Sofi susdu, amma Lenqdon hiss edirdi ki, o, babasını indi daha
yaxşı anlamağa başlayıb. Lenqdon xatırladığı elə həmin semestrdə
mühazirə zamanı bu problemə toxunmuşdu.
- İnsanların seks haqqında tez-tez fərqli fikir yürütmələri
təəccüblüdür, elə deyilmi? - O dedi. - Axı bizim qədim əcdadlarımız,
fiziologiyamızın özü sübut edir ki, seks - təbii məşğuliyytdir. Ruhi
kamilliyə çatmaq üçün ən rahat yoldur. Buna baxmayaraq müasir dini
mənbələr onu ayıb və günah əməl kimi qələmə verir, bizə şəxsi seksual
arzularımızdan qorxmağı öyrədir, seksdə şeytan əli görürlər.
Lenqdon tələbələri şoka salmaq istəmədi. Dünyada onlarca gizli,
həm də nüfuzlu cəmiyyətin praktikasında qədim ənənələrə söykənən

371 downloaded from KitabYurdu.org


seksual rituallar olduğu haqda onlara danışmadı. «Bağlanmış iri
gözlər» filminin Tom Kruzun ifasındakı qəhrəmanı Manhettenin
yüksək elitasının nümayəndələri toplanmış gizli cəmiyyətə çətinliklə
yol tapır və Xieros Qamos mərasiminin şahidi olur. Bədbəxtlikdən
filmin yaradıcıları bu ritualın mənasını və xüsusiyyətlərini yanlış
göstərmişlər, amma məğz əks olunmuşdur: gizli cəmiyyətin üzvləri
toplaşır və seksual birləşmə ritualını yerinə yetirirlər.
- Professor Lenqdon! -Tələbələrdən biri əlini qaldırıb ümidlə
müəllimə baxdı. - Siz demək istəyirsiniz ki, Kilsəyə getmək əvəzinə
biz sekslə daha çox məşğul olmalıyıq?
Lenqdon gülümsündü. Onu sualla tutmaq asan deyildi. O,
Harvarddakı tələbə gecələri haqqında eşitmişidi və bilirdi ki, bu
gecələrdə kifayət qədər seks olur.
- Centlemenlər, - o ehtiyatla dedi, - şəxsən mən sizin hamınıza bir
şeyi təklif edə bilərəm. Mən o qədər axmağam ki, sizi nigaha qədər
prezervativsiz əlaqələrdən çəkindirməyəm? Həm də o qədər sadəlövh
də deyiləm ki, sizin tərtəmiz mələk olduğunuza inanam. Ona görə də
cinsi həyatla bağlı sizə çox mühüm bir məsləhət verməyə hazıram.
Tələbələr susdular.
- Özünüzə qız tapanda hər şeydən əvvəl öz ürəyinizə nəzər salın.
Və bu qızla məşğul olacağınız seksə mistik müqəddəs akt kimi yanaşa
bilib-bilməyəcəyinizi qərarlaşdırın. Seksdə ilahi qığılcım axtarmağa
cəhd edin.
Auditoriyada oturmuş qızlar gülümsədilər və başlarını tərpətdilər.
Bəzi gənclər bir-biri ilə yersiz zarafatlar etdilər.

372 downloaded from KitabYurdu.org


Sofi ah çəkdi. Bu tələbələr hələ uşaqdırlar.
Sofi alnını illüminatorun soyuq şüşəsinə söykəyib Lenqdonun
dedikləri haqqında düşünürdü. İndi o, təəssüf hissi keçirirdi. On il.
Babasından aldığı və heç zaman açıb oxumadığı məktublar gözünün
qarşısına gəldi. Mən Robertə hər şeyi danışmalıyam. İllüminatordan
aralanmayan Sofi nəhayət danışmağa başladı. Sakitcə. Ehtiyatla.
O, həmin gecə nə baş verdiyini danışdıqca sanki həmin hadisələri
yenidən yaşayırdı. Budur o, babasının Normandiyadakı evinin
pəncərələrində işıq görür. evə girir, amma evdə heç kim yoxdur.
aşağıdan kimlərinsə səsi gəlir. sonra gizli qapını tapır. Daş pilləkənlə
səssizcə və yavaş-yavaş zirzəmiyə düşür. Havadan torpağın rütubət iyi
gəlir. Soyuqdur. Birdən işıq görür! Bəli, o vaxt mart ayı idi. Və budur,
o, pilləkəndə kölgəyə çəkilərək tanış olmayan adamların şam işığında
dualar oxuduğunun şahidi olur. Bu yuxudur, Sofi öz-özünə deyir. Mən
yatıram və yuxu görürəm. Başqa cür ola bilməz!
Qadınlar və kişilər, növbəli şəkildə ağ və qara paltarlarda. Nazik ağ
rəngli parçadan don geymiş qadınlar qızıl şarları yuxarı qaldıraraq
ucadan deyirlər: «Mən səninlə başlanğıcda da bir yerdə olmuşam! Gün
çıxmamışdan qabaq mən səni öz bətnimdə daşımışam!»
Budur, qadınlar şarları yerə qoyur və transdakı kimi dala-qabağa
yellənirlər. Və döşəmənin ortasında uzanmış nəyisə əhatə edirlər.
Onlar nəyə baxır?
Səslər getdikcə yüksəlir. Temp sürətlənir.
«Sənin əldə etdiyin qadın məhəbbətdir!» - qadınlar xorla
qışqırırdılar. Yenə şarları qaldırırlar.

373 downloaded from KitabYurdu.org


Kişilərsə cavab verir: «Bu məhəbbət əbədi yaşayacaq!»
Bu duaların ritmi gah sürətlənir, gah da yavaşıyır. Sonra yenə
sürətlənərək gurultuya çevrilir. İştirakçılar bir addım irəliyə atıb dizləri
üstə çökürlər.
Və nəhayət Sofi bayaqdan görmək istədiyi şeyi görə bilir.
Dövrənin ortasında, mehrabın yanında kişi uzanıb. O lütdür, arxası
üstə uzanıb, üzündə qara maska var. Amma Sofi bu kişini çiynindəki
xaldan dərhal tanıyır və özünü Grant-pere qışqırmaqdan zorla saxlayır.
Təkcə bu səhnə bəs idi ki, Sofi özünü itirsin. Amma bu hələ son
deyildi.
Babasının üstündə gümüşü saçları kürəyinə tökülmüş ağ maskalı lüt
qadın oturmuşdu. Dolu bədənli bu qadın duaların taktına uyğun olaraq
dalını ritmik şəkildə fırladırdı. Babası bu qadınla cinsi əlaqədə idi!
Sofi çevrilib hara gəldi qaçmaq istədi, amma ayaqları getmirdi.
Sanki zirzəminin daş tavanı onun üstünə çöküb yerə sıxırdı. Duaların
ritmi getdikcə sürətlənirdi, iştirakçılar sanki qızdırmadan titrəyirdilər.
Səslər isterik qışqırığa çevrilmişdi. Və birdən dözülməz fəryad
eşidildi. Zirzəmi bu fəryaddan sanki uçacaqdı. Sofi çətinliklə nəfəs
alırdı. O, ağladığını his etdi. Çevrilib pillələrlə asta- asta qalxmağa
başladı. Sonra evdən qaçıb gördüklərindən sarsılaraq titrəyə-titrəyə
maşina oturdu və Parisə tərəf sürdü.
LXXV FƏSİL
Yepiskop Arinqarosa gün ərzində ikinci dəfə Faşla danışdıqdan sonra
mobil telefonunu söndürəndə çarter təyyarəsinin bortu altında
Monakonun gecə işıqları bərq vururdu. Dəniz xəstəliyinə qarşı həblər

374 downloaded from KitabYurdu.org


olan çantaya əlini uzatmaq istədi, amma birdən elə zəiflik hiss etdi ki,
əlləri ixtiyarsız olaraq dizlərinə düşdü.
Qoy, nə olur olsun!
Faşın son xəbərləri yaxşı deyildi, bu azmış kimi, Arinqarosanın
fikrincə, onlar vəziyyəti daha da qarışdırmışdılar. Nə baş verir?
Deyəsən, hər şey nəzarətdən çıxıb. Saylası nəyin içinə atdım? Özüm
niyə buna girişdim?..
Arinqarosa ağır addımlarla pilot kabinəsinə tərəf getdi, ayaqları
sözünə baxmırdı.
- Mən təcili olaraq kursu dəyişmək istəyirəm.
Pilot çevrilib ona baxdı və güldü:
- Siz, zarafat edirsiniz, ser?
- Yox, zarafat etmirəm. Mən təcili olaraq Londona getməliyəm.
- Ata, bu çarter reysidir! Taksi deyil.
- Mən pul verərəm. Nə qədər istəyirsiniz? London burdan cəmisi
bir saatlıq məsafədədir, həm də kursu tamamilə dəyişməyəcəksiniz,
buna görə də...
- Pulun bura nə dəxli var! Həm də, müqəddəs ata, təyyarədə başqa
sərnişinlər də var.
- On min avro. İndicə.
Pilot çevrilib yepiskopa təəccüblə baxdı:
- Nə qədər? Nə vaxtdan bəri ruhanilərdə bu qədər pul olub?
Arinqarosa öz kreslosuna qayıdıb qara portfelini açdı, bir paçka
istiqraz vərəqi çıxartdı. Yenə kabinəyə gedib onları pilota uzatdı:
- Bu nədir? - pilot soruşdu.

375 downloaded from KitabYurdu.org


- Vatikan Bankının istiqraz vərəqləridir. On min avro dəyəri var.
Pilot şübhə ilə baxırdı.
- Bu, nəqd pul kimi şeydir.
- Nəqd pul, nəqd puldur, - deyə pilot istiqraz vərəqlərini geri
qaytardı. Arinqarosa o qədər zəiflədi ki, az qala döşəmyə oturucaqdı.
- Bu, ölüm-dirim məsələsidir, - o pıçıldadı.
- Siz mənə kömək etməlisiniz. Mən təcili Londona getməliyəm.
Bu zaman pilot yepiskopun barmağındakı qalın qızıl üzüyü gördü.
- Bu, əsil brilyantdır?
- Mən bunu verə bilmərəm, - Arinqarosa mızıldadı.
Pilot çiyinlərini çəkdi, çevrilib cihazlar lövhəsinə baxdı.
Arinqarosa gözlərini sevimli üzüyündən çəkə bilmirdi, onun ürəyi
çırpınırdı. Onsuz da bu üzüklə bağlı hər şeyini itirəcək. Uzun fasilədən
sonra o, üzüyü barmağından yavaş-yavaş çıxartdı və onu pilotun
qarşısındakı cihaz lövhəsinin üstünə qoydu.
Sonra kabinədən çıxıb öz yerinə qayıtdı. On beş dəqiqədən sonra o,
pilotun təyyarəni bir neçə dərəcə şimala döndərdiyini hiss etdi.
Amma bu da Arinqarosanı sevindirmədi.
Axı hər şey yaxşı baaşlamışdı! İncəliyinə qədər düşünülmüş plan.
Budur, indi o, karton ev kimi dağılır... və sonu da görünmür.
LXXVI
Sofi babsıgildə gördüyü ayini xatırlayıb sarsılmışdı. Lenqdon özü
də təəccübünü gizlətmirdi ki, Sofi Xieros qamos ayininin, hətta Cak
Sonyerin burda iştirakının şahidi olub. Sion Prioratının Böyük Ustadı.
Bu siyahıda kimlər vardı: Da Vinçi, Bottiçelli, İsaak Nyuton, Viktor

376 downloaded from KitabYurdu.org


Hüqo, Can Kokto...
- Sizə nə deyəcəyimi sadəcə bilmirəm, - Lenqdon sakitcə dilləndi.
Sofinin yaşıl gözlərində yaş damcıları parıldayırdı.
- O, məni doğma qızı kimi tərbiyə edib.
Yalnız indi Lenqdon ondakı dəyişikliyi hiss etdi. Bu, onun
gözlərindən oxunurdu. Üzündə heç bir ifadə yox idi, o sanki, öz içinə
qapılmışdı. Əvvəllər Sofi Neve babasını lənətləyirdi. Və yalnız indi
əhvalatı tamam anlamışdı.
İllüminatorun şüşəsindən havanın işıqlandığı tgörünürdü, üfüqdə
qırmızı zolaq vardı. Amma aşağıda torpaq əvvəlki kimi qaranlığa qərq
olmuşdu.
- Əzizlərim, bir şey yemək lazımdır! -Tibinq salona girdi və şən
halda stolun üstünə kreker qutusu, bir neçə kola bankası qoydu. Sonra
belə yoxsul süfrəyə görə üzr istədi: çoxdandır təyyarəyə ərzaq ehtiyatı
almır. - Bizim rahib dostumuz hələ ki, danışmaqdan imtina edir, - o
dedi. - Amma eybi yoxdur, ona zaman vermək lazımdır. - O, krekerdən
böyük bir parça dişləyib vərəqdəki şerə baxdı. - Mənim əzizlərim, nə
fikriniz var? - deyə Sofiyə tərəf çevrildi. - Bununla babanız nə demək
istəyib? Lənət şeytana, tampliyerlərin sitayiş etdiyi qəbirüstü daş
hardadır?
Sofi susaraq başını yırğaladı.
Tibinq yenə şerlə məşğul oldu, Lenqdonsa kola bankasını açıb
illüminatora çevrildi. Tampliyerlərin qəbirüstü daşı - bu açardır. O,
dəmir bankadakı koladan içdi. Tampliyerlərin pərəstiş etdiyi qəbirüstü
daş. Kola isti idi.

377 downloaded from KitabYurdu.org


Gecə sürətlə öz yerini gündüzə verirdi, hava işıqlanırdı. Bu
əvəzləməni müşahidə edən Lenqdon aşağıda işıldayan dəniz səthini
gördü. La-Manşa lap az qalıb.
Görünür, Lenqdon işıqlaşana qədər ürəyinin dərinliyində
tapmacanın cavabını tapmağa ümid edirdi, amma belə olmadı. Hava
işıqlaşdıqca həqiqət də şəffaflaşırdı. Qulaqlarında beşmisralı yambın
sətirləri, Xieros qamos duaları, mühərrikin gurultusu bir-birinə
qarışmışdı.
Tampliyerlərin pərəstiş etdiyi qəbirüstü daş.
Təyyarə lap aşağıdan uçanda Lenqdon sanki ayıldı. O, kolanın boş
dəmir bankasını stolun üstünə çırpdı.
- Siz mənə inanmayacaqsınız, - o, Tibinq və Sofiyə tərəf çevrilib
dedi. - Mənə elə gəlir ki, tampliyerlərin qəbirüstü daşı barədə bilirəm.
Tibinqin gözləri nəlbəki boyda oldu.
- Siz qəbirüstünün harda olduğunu bilirsiniz?
Lenqdon gülümsündü.
- Yox. Mən bunun nə olduğunu anladım. - Sofi diqqətlə ona baxdı.
- Məncə, «headstone», «qəbirüstü daş» sözünü burda ilkin mənada
anlamaq lazımdır. «Stone head» - «daş baş», - Lenqdon dedi. - Bu,
qəbirüstü daş demək deyil.
- Daş baş nədir? - Tibinq soruşdu. Sofi də təəccüblənmişdi.
- Lyu, inkvizisiya zamanı, - Lenqdon dedi, - Kilsə Tampl
cəngavərlərini cəzası ölüm olan bütün günahlarda ittiham etmişdi,
düzdürmü?
- Bəli, bu belədir. Ruhanilər onların əleyhinə ittiham

378 downloaded from KitabYurdu.org


düzəltməkdən yorulmurdular. Onları uşaqbazlıqda, heyvanlarla cinsi
əlaqədə, xaçı murdarlamaqda, şeytana sitayişdə günahlandırırdılar.
Siyahı çox genişdir.
- Bu siyahıda bütpərəstlik də vardı, doğrudur?
Kilsə tampliyerləri həm də onda ittiham edirdi ki, guya onlar daşdan
düzəldilmiş bütpərəstlik allahının rəmzi olan baş fiqurunun qarşısında
diz çöküb dualar edir, gizlicə ayinlər keçirirdilər.
- Bafomet! - Tibinq həyəcanla onun sözünü kəsdi.- İlahi, Robert,
əlbəttə ki, siz haqlısınız! Tampliyerlərin sitayaiş etdiyi daş məhz
budur!
Lenqdon tələsik Sofiyə izah etdi ki, Bafomet bütpərəstlərin
nəsilartırma allahı olub. Hesab edilirdi ki, o, hədsiz kişi qüvvəsinə
malikdir. Bafometi əsasən ya qoyun yə da keçi başlı təsvir edirdilər -
bunlar nəsilartırmanın hamı tərəfindən qəbul edilmiş rəmzləridir.
Tampliyerlər Bafometə hörmət edirdilər, onlar dairəvi şəkildə durub
ortaya daşdan düzəldilmiş qoyun və ya keçi başı qoyur və ona dualar
oxuyurdular.
- Bafomet! -Tibinq sevinclə güldü. - Bu mərasim yeni həyat verən
seksual birləşmənin magiyasına təriflər demək üçün keçirilirdi. Amma
papa Kliment əmin idi ki, Bafomet - əslində şeytanın başıdır. Bu
daşdan düzəldilmiş qoyun başından tampliyerlərin işində onların
əleyhinə əsas dəlil kimi istifadə olunmuşdu.
Lenqdon başını tərpətdi. Müasir dövrdəki buynuzlu şeytana və ya
iblisə olan inamın kökləri Bafometə və Kilsənin bu, buynuzlu
nəsilartırma allahını şeytan kimi qələmə vermək cəhdlərinə gedib çıxır.

379 downloaded from KitabYurdu.org


Kilsə qismən də olsa buna nail olub. Şükran bayramı günü ənənəvi
amerikan açıqcalarında indiyə kimi bütpərəstlərin nəsilartırma rəmzi
olan buynuz təsvir olunur. «Bolluq buynuzu» Bafometə xərac kimi
verilib və bu, keçi südü ilə böyümüş Zevsə sitayiş dövründə baş verib.
Keçinin buynuzu sınır və sehrli şəkildə buynuzun içi müxtəlif
nemətlərlə dolur. Bafomet qrup çəkilişlərində tez-tez görünür: hansısa
zarafatçı öz dostunun başı üstündə barmaqlarını «V» şəklində, buynuz
simvolu kimi qaldırır. Çox az zarafatcıl insan bunun kişi gücünün
nümayişi olduğunu bilir.
- Bəli, bəli! -Tibinq həyəcanla dedi. - Şerdə söhbət məhz Bafomet
barədə gedir. Bu, tampliyerlərin pərəstiş etdiyi məhz həmin daşdır.
- Yaxşı, - Sofi başını tərpətdi. - Əgər Bafomet tampliyerlərlərin
pərəstiş etdiyi daşdırsa, onda bizim yeni problemimiz yaranıb. - O,
kripteksdəki diskləri göstərdi. - «Bafomet» sözündə yeddi hərf var.
Açar söz isə yalnız beş hərfdən ibarət olmalıdır.
Tibinq güldü:
- Bax burda, mənim əzizim, et-baş kodu bizim karımıza gələcək.
LXXVII FƏSİL
Lenqdon heyrətləndi. Ser Tibinq iyirmi iki hərfdən ibarət qədim
yəhudi əlifbasını yaxud oricinalda adlandığı kimi əlif-beyti indicə
yazıb qurtarmışdı. Alim ivrit dilindəki hərflərin yerinə latın şriftindən
istifadə etmişdi, amma bu, əlifbanı səhvsiz oxumağa mane olmurdu.
A B G D H V Z Ch T Y K L M N S O P Tz Q R Sh Th
- Əlif, Bet, Gimel, Dalet, Hey, Vav, Zain, Xet, Tet, Yod, Kaf,
Lamed, Mem, Nun, Samex, Ayn, Pey, Çad, Kof, Reyş, Şin və Tav. -

380 downloaded from KitabYurdu.org


Tibinq qaşlarını çatıb davam etdi: -
Qədim yəhudicənin ənənəvi yazılarında saitlər mövcud deyildi.
Deməli, «Bafomet» sözünü bu dildə yazsaq, biz üç sait səs itiririk. Və
beləliklə...
- Beş hərf! — Sofi dedi.
Tibinq başını tərpədib yenə yazmağa başladı.
- Budur, «Bafomet» sözü ivrit dilində belə yazılır. Mən kiçik
hərflərlə saitləri yazdım ki, anlaşılsın.
- Əlbəttə, yadda saxlamaq lazımdır ki, - o, əlavə etdi, - ivritcədə
sözlər soldan sağa yazılır, amma biz etbaşı məhz belə tətbiq etsək, asan
olar. Hə, axırıncı mərhələdə əlifbanı tərsinə yazmaaqla biz əvəzləmə
sxemi yaratmalıyıq.
- Daha sadə üsul var, - Sofi dedi və Tibinqdən qələmi aldı. - Güzgü
əvəzləmələrinin bütün növ şifrləri, o cümlədən etbaş kodu üçün də
yararlıdır. Kiçik bir fokusdur. Bunu mənə Hollouey kollecində
öyrədiblər. - deyə Sofi əlifbanın birinci yazısını soldan sağa, onun
altından isə ikinci yarısını sağdan sola yazdı. - Şifrəaçanlar bunu
qatlama əlifba adlandırırlar. Bu daha sadə və anlaşılandır.
Tibinq onun yazısına baxdı və razılıqla dedi:
- Siz haqlısınız. Hollouey kollecinin uşaqları vaxtlarını boş yerə
keçirmirlər. Bu çox xoşdur.
Sofinin çəkdiyi cədvələ baxan Lenqdon eyni zamanda həyəcan və
heyranlıq hissi keçirirdi. Aydındır ki, məşhur «Şeşaç sirri»nin şifrəsini
açmaq üçün ilk dəfə etbaş kodundan istifadə edən alimlər də belə
hisslər keçirmişlər. On illər boyunca alimləri İncildə Şeşaç şəhəri

381 downloaded from KitabYurdu.org


barədə yazılanlar çox maraqlandırmışdı. Heç bir xəritədə və başqa
sənədlərdə bu adda şəhər göstərilməmişdi, amma İncildə, Yeremiy
peyğəmbərin kitabında, dəfələrlə Şeşaç hökmdarı, Şeşaç xalqı, Şeşaç
şəhəri yazılmışdı. Və nəhayət hansısa alim etbaş kodunu tətbiq etdi və
nəticə alındı. Aydınlaşdı ki, əslində Şeşaç başqa bir məşhur şəhəri
bildirən koddur. Şifrəaçma prosesi sadə olmuşdu. «Şeşaç» (Sheshach)
- ivritcədə Şh-şh-k kimi yazılır.
«şh-şh-k» əvəzetmə matrisində «B-B-L»-ə çevrilmişdi.
Bu isə ivritcədə «Babel» demək idi. Yəni «Babil».
Və budur sirli Şeşaç şəhəri Babilə çevrildi. Bu hadisə İncil
mətnlərində kütləvi surətdə ikinci məna axtarışlarına səbəb oldu.
Alimlər bir neçə həftə ərzində həmin etbaş kodunun köməyi ilə Əhdi-
Cədiddə uzun müddət onların gözündən yayınmış çoxlu sirli kəmiyyət
tapdılar.
- Bax, deyəsən yaxınlaşırıq, - həyəcanını gizlədə bilməyən
Lenqdon pıçıldadı.
- Biz tapmacanın cavabına bir neçə düym qalmışıq, Robert, -
Tibinq dedi. Sonra Sofiyə göz vurub gülümsündü: - Hazırsınızmı?
Sofi başını tərpətdi.
- Yaxşı, «Bafomet» sözünü ivritcə saitsiz yazaq. B-P-V-M-Th
alınacaq. İndii sizin matrisin köməyi ilə onu beşhərfli sözə çevirək.
Lenqdon hiss edirdi ki, ürəyi möhkəmcə döyünür. B-P-V-M-Th.
İllüminatorun şüşələrinə günəş şüaları düşmüşdü. B-Sh-dır... P-V-dır.
Tibinq gülümsəyirdi.
- Etbaş kodunu tətbiq etsək, onda biz... - o, birdən susdu. Sifəti

382 downloaded from KitabYurdu.org


ağappaq ağardı. - İlahi!
Lenqdon qaşlarını qaldırdı.
- Nə olub? - Sofi həyəcanlandı.
- Siz inanmayacaqsınız. - Tibinq sakitcə mızıldadı. -Xüsusən də,
sən əzizim.
- Siz nə deyirsiniz?
- Yox, bu, sadəcə dahiyanədir, - o yavaşdan dedi. - Sadəcə
dahiyanə! - Tibinq bu sözləri deyib kağız vərəqini götürdü və yenə
nəsə yazmağa başladı. - Diqqət edin əzizlərim! Bax, bu da sizə açar
söz. -Tibinq onlara kağız vərəqini uzatdı.
Sh-V-P-Y-A
Sofi üz-gözünü turşutdu:
- Bu nədir?
Lenqdon da heç nə anlamırdı.
Tibinqin həyəcandan səsi titrədi:
- Mənim dostlarım, bu, «müdriklik» mənasını verən qədim sözdür.
Lenqdon diqqətlə hərflərə baxdı. Qədim dünya öz müdrik sirrini açır.
Və o, hər
şeyi başa düşdü. O, bunu heç gözləmirdi.
- Əlbəttə ki! - «müdriklik» mənasını verən qədim söz.
Tibinq güldü:
- Həm də, hərfi mənada!
Sofi hərflərə, sonra disklərə baxdı. Və ani olaraq anladı ki, Tibinqlə
Lenqdon ciddi səhvə yol verib.
- Dayanın! Bu, heç cür açar söz ola bilməz! - o, etiraz etdi. -

383 downloaded from KitabYurdu.org


Kripteksin diksində Sh hərfi yoxdur. Burda ənənəvi latın əlifbasından
istifadə olunub.
- Siz sözün özünü oxuyun, - Lenqdon təkid etdi, - və bu zaman iki
detalı unutmayın. İvrit dilində «Sh» hərfi vurğudan asılı olaraq «es»
kimi də oxunur. «p» hərfi isə «ef» kimi oxunur.
SVFYA?
Sofi tamam özünü itirmişdi.
- Dahiyanədir! - Tibinq yenə ucadan dedi. - «Vav» hərfi çox
zaman sait səs «o»-nu əvəz edir.
Sofi yenə bu müəmmalı hərflərə baxdı, onları lazımi qaydada düzməyə
cəhd
etdi.
- S...O...F...İ...A...
Yalnız indi o, öz səsini eşitdi və əvvəlcə nə dediyinə inanmadı.
- Sofiya? Bunu «Sofiya», «Sofya» kimi də oxumaq olar?
Lenqdon sevincə başını tərpətdi:
- Bəli! Belədir! Və «Sofiya» qədim yunan dilində «müdriklik»
deməkdir. Sizin, adınız da burdan yaranmışdır, Sofi.
Birdən Sofi babasından ötrü necə darıxdığını hiss etdi. O, Prioratın
guşəli daşını mənim adımla şifrələmişdi! Onu qəhər boğurdu. Hər şey
belə sadə və mükəmməl. Lakin o, yenə kripteksin disklərinə baxıb
gördü ki, hələ problem həll edilməyib.
- Amma dayanın... «Sophia» sözü latınca beş hərflə yox, altı
hərflə yazılır. Tibinqin üzündəki təbəssüm itməmişdi.
- Şerə bir də baxın. Babanız orda «qədim» sözünü təsadüfən

384 downloaded from KitabYurdu.org


işlətməyib.
- Yəni?
Tibinq yenə göz vurdu:
- «Müdriklik» sözü qədim yunan dilində «S-O-F-İ-A» kimi
yazılırdı.
LXXVIM FƏSİL
Sevincindən həyəcanlanan Sofi kripteksi götürdü və hərfli diskləri
fırlatmağa başladı. Qədim dünya öz müdrik sirrini açır. Lenqdonla
Tibinq nəfəslərini çəkərək ona baxırdılar. S...O...F...
- Ehtiyatlı ol! -Tibinq dedi. - Yalvarıram, əzizim, ehtiyatla hərəkət
et!
...İ...A
Sofi axırıncı diski də fırlatdı. Lazım olan hərflər bir xətdə düzüldülər.
- Hə, deyəsən, tamamdır, - o dedi və yoldaşlarına baxdı. - Açmaq
olar.
- Sirkəni yadınıza salın, - Lenqdon ona xəbərdarlıq etdi. - Ehtiyatlı
ol.
Sofi anlayırdı ki, əgər bu kripteks onun uşaqkən oynatdığı kriptekslər
kimi
hazırlanmışdısa, onda onu açmaq çox sadədir. Hər iki ucundan tutub
yüngülcə dartmaq lazımdırdır. Əgər disklər açar sözə uyğun
düzülübsə, onda silindrin bir ucu qapaq kimi açılacaq və onun içindən
sirkə ilə dolu silindrik qaba rulon kimi bükülmüş papirus çıxacaq.
Əgər açar söz düzgün tapılmayıbsa, onda silindrin uclarına edilən
təzyiq yaylı rıçağı hərəkətə gətirir. O, aşağı düşüb kövrək şüşə borunu

385 downloaded from KitabYurdu.org


sıxır. Bundan boru sını rvə içindəki sirkə papirusun üzərinə dağılır.
Basma, ehtiyatla dart, o öz-özünə dedi.
Tibinq və Lenqdon gözlərini Sofidən çəkmirdilər. Budur o, silindrin
uclarından yapışdı. Dartmağa başladı. Onlar uzun müddət açar sözü
tapmaq üstündə baş sındırmışdılar. Sofi artıq unutmuşdu ki, kripteksin
içindəki nə ola bilər. Prioratın guşəli daşı. Əgər Tibinqə inansaq, bu,
Qraalın yerini göstərən xəritə olmalı idi. O, izah etdi ki, Sanqril
xəzinəsi və Mariya Maqdalinanın qəbirüstü daşı nə deməkdir.
Silindrin uclarından tutmuş Sofi bir daha əmin oldu ki, bütün hərflər
düzgün, bir xətt üzrə düzülüb. Sonra ehtiyatla, yavaş-yavaş dartdı. Heç
nə olmadı. Sonra o, daha möhkəm dartdı. Birdən nəsə şaqqıldadı və
daş silindr teleskop kimi aralandı.
Onun əlində silindrin yarısı qaldı. Lenqdon və Tibinq dik atıldılar.
Sofinin ürəyi möhkəm döyünürdü. O, qapağı stolun üstünə qoydu və
silindrin içinə baxdı.
Bükülü kağız!
Sofi diqqətlə baxıb gördü ki, nazik kağız silindrik formada əşyaya
bükülüb.
Sirkə olan borudur, o düşündü. Qəribədir, ona dolanmış kağız papirusa
oxşamırdı. Bu, nazik perqamentə bənzəyirdi. Çox qəribədir, axı, sirkə
inək dərisindən olan hətta ən nazik perqamenti də çürütmək gücünə
malik deyil. O, yenə də kripteksin içinə baxdı və yalnız indi anladı ki,
onun içindəki silindrik əşya heç də sirkə olan qab deyil. Bu, tamamilə
başqa şey idi. Amma nə? - aydın deyildi.
- Nə olub? -Tibinq soruşdu. - Bəlkə, kağızı çıxarasınız.

386 downloaded from KitabYurdu.org


Üz-gözünü turşudan Sofi barmaqlarının ucu ilə perqamentdən tutdu
və onu silindrik əşya ilə birlikdə kripteksin içindən çıxartdı.
- Bu, papirus deyil, - Tibinq dedi. - Çox sıx və ağırdır.
- Hə, bilirəm. Bu inək dərisidir.
- Bəs, bu nədir? Sirkə olan qab?
- Yox. - Sofi perqament bükülünü açdı və müəmmalı əşyanı
çıxartdı. - Budur baxın...
Lenqdon perqamentin büküldüyü əşyanı görüb ruhdan düşdü.
- İlahi, kömək et, - Tibinq mızıldadı. - Sizin hörmətli babanız,
yaxşı zarafatcıl olub.
Lenqdon heyrətlə stola baxırdı. Bəli, Cak Sonyer onların tapşırığını
yüngülləşdirmək istəməmişdi. Stolun üstündə ikinci kripteks vardı.
Birincidən daha kiçik. Qara oniksdən düzəlmişdi. Birinci kripteksin
içində olan perqament ikinci kripteksə bükülmüşdü. Sonyer dualizmi
çox sevirmiş. İki kripteks. Hər şey cüt. Kişi - qadın. Qara ağın içində.
Tam rəmzlər buketi. Ağdan qara doğur.
Hər bir kişini dünyaya qadın gətirir.
Ağ - qadındır.
Qara - kişidir.
Lenqdon əlini uzadıb stolun üstündən kiçik kripteksi götürdü. Və
onun içində nəsə pıqqıldadı. Görünür, sirkə dolu şüşə məhz kiçik
kripteksin içində idi.
- Hə, Robert, - Tibinq dedi və perqament parçasını Lenqdona
uzatdı, - düşünürəm ki, düzgün istiqamətdə irəlilədiyimizə
sevinəcəksiniz.

387 downloaded from KitabYurdu.org


Lenqdon inək dərisindən olan perqament parçasına baxdı. Onun
üstündə dəbdəbəli xətlə daha bir şer yazılmışdı. Beşsətirli yamb. Yəqin
ki, bu mətn də şifrələnmişdi. Amma Lenqdon elə ilk sətirə baxıb əmin
oldu ki, Tibinqin Britaniyaya uçmaq qərarı düzgün imiş.
LONDON, BURDA PAPA TƏRƏFİNDƏN DƏFN OLUNMUŞ
CƏNGAVƏR YATIR.
Şerin qalan sətirlərindən aydın olurdu ki, onlar Londonda dəfn
olunmuş bu cəngavərin qəbrini ziyarət etdikləri təqdirdə, ikinci
kripteksin açarını tapa bilərlər.
Lenqdon ümidlə Tibinqə baxdı:
- Sizin heç olmasa, hansı cəngavər haqqında söhbət getdiyindən
təsəvvürünüz varmı?
- Heç bir fikrim yoxdur, - Tibinq dedi. - Amma mən dəqiq bilirəm
ki, onun sərdabəsini harda axtarmaq lazımdır.
Bu vaxt yerdə, onlardan on beş mil aralıda altı polis avtomobili
yağışdan islanmış yolla Kentdəki Biqqin-Hill aeroportuna tərəf
şütüyürdü.
LXXIX
Leytenant Kolle Tibinqin soyuducusundan perye butılkasını götürüb
bir qurtum içdi və mətbəxdən dəhlizə çıxdı.
Hələlik onların əldə etdiyi əşyayi-dəlillər heç nəyi aydınlaşdırmırdı:
anlaşılmaz rəmzlərlə dolu kağız parçası, «qılınc» və «qab» sözləri,
qana batmış çıxıntılı kəmər. Ekspert Kolleyə izah etdi ki, bu əşya
hadisələrdə «Opus Dei» adlı mühafizəkar katolik qrupu üzvünün
iştirakını göstərir. Bu yaxınlarda, televiziya proqramlarının birində

388 downloaded from KitabYurdu.org


onların Parisdə xoşagəlməz fəaliyyətini ifşa etmişdilər.
Kolle ah çəkdi. Yaxşı ki, bu əşyanın nə olduğunu aydınlaşdırmaq
üçün baş sındırmayacağıq.
O, geniş holldan keçib, nəhəng bal zalına girdi. Burda evin sahibi
özünə kabinet düzəltmişdi. Ekspert xidmətinin rəhbəri barmaq izlərinin
qaldığı ehtimal olunan yerlərə xüsusi tərkibli toz səpirdi. Bu, aşırma
şalvar geymiş gülərüz gombul kişi idi.
- Hə, nə isə var? - Kolle soruşdu. Gombul başını yırğaladı:
- Yeni bir şey yoxdur. Barmaq izləri çoxdur, amma bunlar o biri
evlərdə tapılanlarla uyğundur.
- Bəs, kəmərdəki izlər?
- Onunla İnterpol məşğuldur. Mən tapdığımız əşyaları onlara
verdim.
Kolle stolun üstündəki iki ədəd möhürlənmiş plastik paketi göstərib
dedi:
- Bunlar nədir?
Gombul çiyinlərini çəkdi:
- Bu məndə adətdir. Qəribə görünən nə varsa, toplayıram.
Kolle stola yaxınlaşdı.
- Qəribə?
- Bu ingilis qeyri-adi tipdir, - ekspert cavab verdi. - Baxın. - O,
paketlərin birindən şəkil çıxarıb Kolleyə uzatdı.
Şəkildə kafedral katolik kilsəsinin əsas girişi təsvir edilmişdi.
Ənənəvi arxitektura, getdikcə daralan tağlar cərgəsinin sonunda kiçik
qapı vardı.

389 downloaded from KitabYurdu.org


- Hə, burda nə var ki? - Kolle soruşdu.
- Siz onu çevirin.
Şəklin o biri üzündə ingiliscə yazı vardı. Yazıda deyilirdi ki, qədim
kilsənin uzunsov nefi qadın bətninin rəmzidir. Guya bu, qədim
bütpərəstlik inamlarına hörmət əlaməti idi. Hə, doğrudan da qəribə
yazıdır.
- Dayanın! Deməli o, hesab edir ki, kilsənin girişi qadın bətninin
simvoludur...
Ekspert başını tərpətdi:
- Bəli. Kiçilən qübbələr qadın orqanının dodaqcıqları, onların
üstündəki qatlar isə - klitordur. - O, köks ötürdü. - Bilirsiniz, dərhal
kilsəyə getmək istədim.
Kolle ikinci paketi götürdü. Onun içində hansısa köhnə sənədin
parıldayan şəkli görünürdü. Sənədin başlığı belə di:
«Les Dossiers Secrets - Number 4 lml 249»
- Bəs, bu nədir? - Kolle soruşdu.
- Bilmirəm. Burda hər yerdə bu sənədin surətləri səpələnib, mən
də birini götürdüm.
Kolle sənədə diqqətlə baxdı.
SİON PRİORATI - BÖYÜK USTADLAR CAN DE QİZOR (1188-
1220)
MARİ DE SEN KLER (1220-1266)
QİYOM DE QİZOR (1266-1307)
EDUARD DE BAR (1307-1336)
CANNA DE BAR (1336-1351)

390 downloaded from KitabYurdu.org


CAN DE SEN-KLER (13151-1366)
BLANŞ D EVRYÖ (1366-1398)
NİKOLA FLAMEL (1398-1418)
RENE D ANCU (1418-1480)
İOLANDA DE BAR (1480-1483)
SANDRO BOTTİÇELLİ (1483-1510)
LEONARDO DA VİNÇİ (1510-1519)
KONNETABL DE BURBON (1519-1527)
FERDİNAND DE QONSAKE (1527-1575)
LUİ DE NEVER (1575-1595)
ROBERT FLADD (1595-1637)
C. VALENTİN ANDREA (1637-1654)
ROBERT BOYL (1654-1691)
İSAAK NYUTON (1691-1727)
ÇARLZ REDKLİF (1727-1746)
ŞARL DE LOREN (1746-1780)
MAKSİMİLYAN DE LOREN (1780-1801)
ŞARL NODYE (1801-1844)
VİKTOR HÜQO (1844-1885)
KLOD DEBÜSSİ (1885-1918)
CAN KOKTO (1918-1963)
Sion Prioratı? Kolle fikrə getdi.
- Leytenant? - Agentlərdən biri otağa girdi. - Kapitan Faşa zəng
edən var, deyir ki, çox mühümdür. Onunla əlaqə yarada bilmir. Bəlkə,
siz cavab verəsiniz?

391 downloaded from KitabYurdu.org


Kolle mətbəxə qayıdıb telefon dəstəyini götürdü. Bu, Andre Berne idi.
Bankirin səsindəki hətta incə ləhcə də onun həyəcanını gizlədə
bilmirdi.
- Kapitan Faş mənə zəng edəcəyini dedi, amma indiyə qədər
ondan xəbər yoxdur!
- Kapitan məşğuldur, - Kolle dedi, - Nə kimi kömək lazımdır?
- Düşünürdüm ki, baş verən hadisələr barədə mənə də müntəzəm
məlumat verəcəksiniz.
Bir anlığa Kolleyə elə gəldi ki, bu səsi hardasa eşidib, amma harda
eşitdiyini heç cür xatırlaya bilmədi.
- Müsyö Berne, Parisdəki təhqiqata müvəqqəti olaraq mən
rəhbərlik edirəm. İcazə verin, özümü təqdim edim: leytenant Kolle.
Dəstəkdən uzun müddət səs eşidilmədi:
- Bağışlayın leytenant, mənə təcili zəng gəldi. Narahat etdiyim
üçün üzr istəyirəm. Sizə sonra zəng edərəm, - kişi dəstəyi asdı.
Kolle əlində dəstək yerindəcə donub qalmışdı. Birdən ona hər şey
aydın oldu. İndii mən dəqiq bilirəm ki, bu səsi harda eşitmişəm! O,
hətta sakitcə ah çəkdi. Zirehli furqonun sürücüsü.
Qolunda saxta «Roleks» saatı olan sürücü.
Yalnız indi Kolle anladı ki, bankir dəstəyi nə üçün tələsik asdı.
Əlbəttə ki, Berne, onu çıxışda saxlayan zabitin adını yadda saxlamışdı.
Utanmazcasına yalan dediyi zabiti.
Nə etmək olar? Hadisələr gözlənilməz şəkildə inkişaf edirdi.
Bernenin də bu işdə əli var. Kolle anlayırdı ki, Faşa zəng etmək
lazımdır. Nəhayət, bu günkü səhvlərə bəraət qazandırmaq üçün əlinə

392 downloaded from KitabYurdu.org


yaxşı fürsət düşüb.
O, cəld İnterpolla əlaqə saxladı və onlardan Sürix Depozitar Bankı,
həmçinin onun prezidenti Andre Berne barədə bütün informasiyaları
almaq üçün xahiş etdi.
LXXX FƏSİL
- Xahiş edirəm, kəmərləri bağlayın, - «Xoker 731» boz dumanın
içindən aşağı enməyə başlayanda Tibinqin pilotu elan etdi. - Biz beş
dəqiqədən sonra yerə enəcəyik.
Dumanın içindən aşağıda Kentin təpələrini görən Tibinq sevindi və
yüngülləşdi. Nəhayət, o evdədir! İngiltərə Parisdən cəmi bir saatlıq
uçuş məsafəsində olsa da, Tibinqə bu uzaq görünürdü. Səhərlər
rütubətli, hətta yağışlı olur, ətrafda yaşıllıqlar gözə çarpır. Fransa ilə
birdəfəlik və həmişəlik qurtardıq. Mən İngiltərəyə qələbə ilə dönürəm.
Guşəli daş tapılıb! Yox, əlbəttə ki, hələ əsas məsələ qalır: bu daş onları
hara aparacaq? Gizli yer Birləşmiş Krallıqdadır. Tibinq buna şübhə
etmirdi. Tibinq onun harda olduğunu dəqiq bilməsə də, onu tapacağını
hiss edirdi.
O, Sofi ilə Lenqdonun oturduğu stoldan qalxıb salonun o biri başına
keçdi və taxta paneli kənara çəkdi. Bir neçə rəqəmdən ibarət
kombinasiyanı yığıb seyfi açdı və ordan iki pasport götürdü.
- Remi ilə mənim sənədlərimdir, - o dedi və sonra seyfdən
əllifuntluq banknot paçkası götürdü. - Mənim əzizlərim, bu isə sizin
sənədlərinizdir.
Sofi qımışdı:
- Rüşvətdir?

393 downloaded from KitabYurdu.org


- Yox, diplomatiyaya yaradıcı münasibətdir. Kiçik hiyləgərlik.
Burda, əyalətdə hər şey sadədir. Gömrük nəzarətinin zabiti bizi mənim
anqarımda qarşılayacaq və təyyarə dayandıqdan sonra sənədlərini
təqdim edilməsini istəyəcək. Mənsə ona deyəcəm ki, məşhur bir
fransız xanımı ilə səyahətə çıxmışam, bu xanımsa İngiltərəyə səfərinin
gizli qalmasını istəyir. Hər şeydən əvvəl mətbuatın xəbər tutması
arzuolunmazdır. Sonra mehriban zabitə susduğu üçün minnətdarlıq
əlaməti olaraq, çay pulu təklif edəcəyəm.
Onun sözləri Lenqdonu əyləndirdi.
- Və o, pulları götürəcək?
- Axı, mən yoldan ötən deyiləm. Başqa birisi olsaydı,
götürməzdilər. Məni isə burda hamı tanıyır. Axı mən, Allah
göstərməsin, hansısa silah alverçisi deyiləm! Mən cəngavərəm. -
Tibinq gülümsündü. - Cəngavərlərin nəsə imtiyazı olmalıdır, axı.
Əlində tapança olan Remi ona yaxınlaşdı.
- Mən nə edəcəyəm, ser?
Tibinq xidmətçiyə baxıb dedi:
- Mən istərdim ki, siz bizim qonağımızla təyyarədə qalasınız. Biz
sizin dalınızca gəlməyənə qədər. Onu əli-qolu bağlı bütün Londonda
gəzdirmək olmaz ki.
Sofi narahat oldu:
- Qulaq asın, Lyu, əgər biz qayıdana qədər fransız polisi təyyarəni
aşkarlasa necə olacaq?
Tibinq güldü:
- Burda Remini tapdıqda, onların necə təəccüblənəcəyini təsəvvür

394 downloaded from KitabYurdu.org


edə bilərsiniz!
Sofi belə yüngülfikirlilikdən təəccübləndi.
- Amma Lyu, biz dövlət sərhəddindən girov keçirmişik. Bu çox
ciddidir.
- Mənim vəkillərim də ciddi adamlardır. -Tibinq əli ilə təyyarənin
quyruq hissəsini göstərdi. - Bu heyvan mənim evimə zorla girib, az
qalıb məni öldürsün. Fakt budur və Faş bunları məmnuniyyətlə
təsdiqləyəcək.
- Axı, siz onun əl-qolunu bağlayıb zorla Londona gətirmisiniz! -
Lenqdon etiraz
etdi.
Tibinq sağ əlini elə təmtəraqla yuxarı qaldırdı ki, elə bil,
məhkəmədə idi və İncilə and içirdi! - Möhtərəm hakim, siz bu axmaq
və qəribə qoca cəngavəri bağışlayın! O, həqiqətən nə etdiyini bilmir.
Britaniya məhkəməsində mənfi rəy yaratdığım üçün üzr istəyirəm. İndi
mən anlayıram ki, qulduru fransız hakimiyyətinə təhvil verməliydim.
Amma, bilirsiniz, mən snobam və bu düşüncəsiz fransızların
məhkəməni ədalətli aparacaqlarına çox da inanmıram. Bu adam məni
az qalmışdı ki, öldürsün. Bəli, mən tələsmişəm, bu tipi Londona
gətirmək üçün xidmətçimi də mənə kömək etməyə məcbur etmişəm,
amma mən o anda stress vəziyyətində idim. Günahkaram. Çox
günahkaram.
Lenqdon köhnə dostuna təəccüblə baxırdı:
- Bilirsiniz, Lyu, onlar buna inanacaqlar.
- Ser! -Tibinqi pilot çağırdı. - mən indicə qüllədən məlumat aldım.

395 downloaded from KitabYurdu.org


Aşağıda hansısa texniki çətinlik yaranıb, onlar təyyarəni anqarın
yanında yox, baş zolaqda, terminalın yanında endirməyi xahiş edirlər.
Tibinq on il idi ki, Biqqin-Hillə uçurdu, amma əvvəllər belə hal baş
verməmişdi.
- Onlar izah etdilər ki, problem nədədir?
- Xeyr. Dispetçer nəsə dumanlı danışdı. Guya, nasos stansiyasında
qaz sızması var. Məndən xahiş etdilər ki, təyyarəni düz terminalın
qarşısında aşağı endirim və sizə təyyarədə qalmağınızı deyim. Sadəcə
təhlükəsizlik məqsədi ilə. Yerli hakimiyyətdən razılıq almayınca, bizə
təyyarədən çıxmağa icazə vermirlər.
Bu, Tibinqin xoşuna gəlmədi. Lənət şeytana, nə sızması? Nasos
stansiyası onun anqarından yarım mil məsafədə yerləşirdi.
Rem idə həyəcanlandı:
- Dəqiq sizə deyirəm ser, bu işdə nəsə var.
Tibinq Sofi və Lenqdona tərəf çevrildi:
- Mənim dostlarım, aşağıda kimsə bizi qarşılamağa hazırlaşır,
deyəsən.
Lenqdon köks ötürdü.
- Bu Faşdır. Məni təqib edir. Hələ də hesab edir ki, mən
cinayətkaram.
- Ya belədir, - Sofi dedi, - ya da o, sadəcə öz səhvini etiraf etmək
istəmir.
Amma Tibinq onları eşitmirdi. Nəsə etmək lazım idi və bu nə qədər
tez olsaydı,
bir o qədər yaxşı olardı. Və əsas məqsədi unutmaq lazım deyil.

396 downloaded from KitabYurdu.org


Qraal. Biz lap yaxınlaşmışıq. Döşəmənin altında taqqıltı eşidildi,
təyyarənin şassisi açılırdı.
- Bura bax, Lyu - Lenqdon dedi, - mən hakimiyyətə özüm təslim
olacam, hər şeyi qanuni yolla həll etməyə çalışacam. Sizi buna cəlb
etmək istəmirəm.
- Dayan, Robert! -Tibinq dedi. - Siz doğrudanmı hesab edirsiniz
ki, onlar bizim getməyimizə icazə verəcək? Axı, mən sizi sərhəddən
qeyri-qanuni olaraq keçirmişəm. Miss Neve Luvrdan qaçmağa sizə
kömək edib, bizim təyyarəmizdə isə girov var. Yox, yox! Biz yaman
ilişmişik. Özü də hamımız bir yerdə!
- Bəlkə, başqa aeroportdan istifadə edək? - Sofi təklif etdi. Tibinq
etiraz edib başını yırğaladı:
- Biz indi qaçsaq və eniş üçün harda icazə istəsək, bizi bütöv tank
ordusu qarşılayacaq.
Sofi məyus-məyus başını aşağı saldı.
Tibinq anlayırdı: əgər onların Britaniya hakimiyyət orqanları ilə
mümkün qədər konfrantasiyadan qaçmalarına şansları varsa və bu,
onlara Qraalı tapmaq üçün vaxt verəcəksə, onda qəti və cəld hərəkət
etmək lazımdır.
- Mən bir dəqiqəliyə, - Tibinq dedi və pilot kabinəsinə tərəf getdi.
- Siz nə etmək istəyirsiniz? - Lenqdon ondan soruşdu.
- Bir az alver edəcəm, - Tibinq cavab verdi. Özü isə düşündü:
maraqlıdır, görəsən, pilotu qəti qadağan olunmuş bir manevri etmək
üçün dilə tutmağa nə qədər pul lazımdır?

397 downloaded from KitabYurdu.org


LXXXI FƏSİL
«Xoker» eniş zolağına düşməyə hazırlaşırdı. Biqqin-Hill aeroportunun
təhlükəsizlik xidmətinin zabiti Saymon Edvards yağışdan parıldayan
eniş zolağına həyəcanla baxa-baxa, əsəbi halda qüllə binasında var-gəl
edirdi. Şənbə günü yataqdan onu belə tez qaldırmaları heç xoşuna
gəlməmişdi. Daha pisi isə o idi ki, tezliklə o, aeroportun ən sərfəli
müştərilərindən birinin həbs edilməsinin şahidi olacaq. Ser Lyu Tibinq
nəinki xüsusi anqara görə, həm də aeroportun ərazisində endiyi üçün
pul verirdi. Adətən o, əvvəlcədən öz planları haqqında dispetçer
xidmətini məlumatlandırır və eniş protokoluna ciddi əməl edirdi.
Tibinq işlərinin yağ kimi getməsini xoşlayırdı. Yanacaqla
doldurulmuş, par-par parıldadılmış, xüsusi sifarişlə hazırlanan
«yaquar» limuzini onu anqarda gözləyirdi, arxa oturacağa isə «London
Tayms» qəzetinin təzə nömrəsi qoyulmuşdu. Gömrükçülər sənədləri
və yükü yoxlamaq üçün təyyarəni anqarın girişində gözləyirdilər,
amma bu təmiz formallıq idi. Bir qayda olaraq, onlar Tibinqdən yaxşı
pul alırdılar və qadağan olunmuş yükün daşınmasına göz yummağa
hazır idilər. Müxtəlif fransız delikatesləri, dərman otları, meyvələr -
adətən Tibinqin yükü bundan ibarət olardı. Əgər götür-qoy etsək,
görərik ki, əksər gömrük qadağaları sadəcə axmaqcasınadır və Biqqin-
Hill öz daimi müştərilərinin istəklərini yerinə yetirməsəydi, onları itirə
bilərdi. Burda Tibinq istədiyi şeyi ala bilərdi, bunun qarşılığında
Biqqin-Hillin xidmətçiləri ondan yaxşı mükafat alırdılar.
Edvards eniş zolağına düşən təyyarəni görüb daha da həyəcanlandı.
Ser Tibinq çox pul dağıdırdı, yəqin, fransız polisi ilə problemi bu

398 downloaded from KitabYurdu.org


üzdəndir, onlar imkan axtarırlar ki, Tibinqi ilişdirsinlər. Müştərisinin
nədə ittiham olunduğunu Edvardsa
deməsələr də, o, işin ciddi olduğunu hiss edirdi. Fransız hakimiyyət
orqanlarının xahişi ilə Kent polisi dispetçer xidmətinə Tibinqin
«xoker»ini adətən olduğu kimi anqarın qarşısında yox, əsas zolaqda,
terminala girişin qarşısında yerə endirməyi əmr etmişdi. Tibinqin
pilotu razılaşmışdı, görünür, qaz sızması nağılına inanmışdı.
Britaniya polisi adətən üstündə silaah gəzdirməsə də, vəziyyət
xüsusi silahlı dəstənin gətirilməsini tələb etmişdi. Budur, indi
aerovağzalın binasında avtomat- tapançalarla silahlanmış səkkiz polis
vardı. Gözləyirdilər ki, yerə enmiş təyyarənin mühərriki nə vaxt
dayanacaq. Bu baş verən kimi, yerüstü xidmətin əməkdaşı «xoker»in
təkərlərinin altına xüsusi «başmaq»lar qoyacaq ki, təyyarə daha
yerindən tərpənə bilməsin. Bundan sonra işə polislər girişəcəkdi.
Onların tapşırığı ondan ibarət idi ki, təyyarədəkiləri fransız polisi
gələnə qədər saxlasınlar.
«Xoker» artıq tamam aşağıdan uçurdu, az qalırdı ki, ağacların
başına toxunsun. Saymon Edvards enişi yaxınlıqdakı meydançadan
müşahidə etmək üçün aşağıya qaçdı. Polislər də görüşə hazırlaşırdılar,
qapının ağzında isə təkərlərə «başmaq» qoyacaq əməkdaş hazır
dayanmışdı. Budur, «Xoker» burnunu yüngülcə aşağı əyərək eniş
zolağına düşdü, şassinin altından ağ tüstü dumanı qalxdı. Və yağışdan
islanmış ağ rəngli bortu parıldayan təyyarə qudron döşənmiş zolaq
boyunca şütüdü. Amma o, terminal istiqamətdə hərəkət etmirdi və
deyəsən, dayanmağa da hazırlaşmırdı. Təyyarə aerovağzal binasının

399 downloaded from KitabYurdu.org


yanından keçib düz Tibinqin anqarına doğru istiqamət götürdü.
Polislər Edvardsa təəccüblə baxdılar.
- Siz, axı dediniz ki, pilot təyyarəni terminalın qarşısında
saxlamağa razılaşıb?
- Bəli, razılaşmışdı, - özünü itirmiş Edvards cavab verdi.
Bir neçə saniyədən sonra, Edvards anqara tərəf sürət götürən polsi
avtomobilinin içində idi. Tibinqin «xoker»i sakitcə anqara girib
gözdən itdikdə ora doğru istiqamətlənən maşın karvanı beş yüz yard
aralıda idi. Budur, nəhayət, maşınlar gəlib çatdı və anqarın açıq qapısı
yanında dayandı. Silahı hazır vəziyyətdə tutmuş polislər maşınlardan
çıxdılar.
Edvards da düşdü.
Qulaqbatırıcı səs eşidilirdi.
Pilot anqarın içində gələcək uçuş üçün mövqe almaq məqsədi ilə
«xoker»in burnunu çıxışa tərəf döndərdiyindən təyyarənin mühərrikləri
hələ uğuldayrdı. Nəhayət, təyyarə 180 dərəcə dönüb anqarın çıxışına
tərəf dayandı. İndi Edvards pilotun üzünü görə bilirdi. Onun üzündə
təəccüb ifadəsi vardı - o, giriş qapısının yanında bu qədər polis
avtomobilinin toplaşacağını zənn etmirdi.
Pilot təyyarəni saxlayıb mühərriki söndürdü. Polislər anqara
doluşub «xoker»i dövrəyə aldılar. Edvards da Kent qraflığının polis
inspektoruna qoşuldu, onlar birlikdə fyuzelyacın qapısına tərəf
getdilər. Bir neçə saniyə sonra qapı açıldı.
Lyu Tibinq qapıda göründü, onun qarşısında elektron qurğu ilə
idarə olunan pilləkən açıldı. Qoltuq ağaclarına söykənən ser Tibinq

400 downloaded from KitabYurdu.org


ona tuşlanmış avtomatlara təəccüblə baxdı, sonra gicgahını qaşıdı.
- Saymon, bunu necə başa düşmək olar? Yoxsa mən lotoreyada
polislər üçün pul udmuşam? - onun səsində həyəcan yox idi, yalnız
təəccüb hiss olunurdu. Saymon Edvards udqunaraq irəli addımladı.
- Sabahınız xeyir, ser. Bizdə qaz sızması baş verib, pilotunuzdan
xahiş etdik ki, terminalın yanında yerə ensin. O da razılaşdı.
- Hə, hə, bilirəm. Amma mən ona əmr etdim ki, təyyarəni bura
sürsün. Həkimə gecikirəm. Mən bu anqara görə pul ödəyirəm və qaz
sızması haqqında boş-boş sözləri eşitmək istəmirəm.
- Sizin burda yerə enməniz bizim üçün bir qədər gözlənilməz
oldu, ser.
- Başa düşürəm. Amma mən doğrudan da, gecikirəm. Öz aramızda
qalsın, Saymon, bu yeni dərmanların təsirindən sidiyimi saxlaya
bilmirəm. Uçub bura gəldim ki, həkimim mənə baxsın.
Polislər bir-birlərinə baxdılar. Saymon qaş-qabağını töküb dedi:
- Düz etmisiniz, ser.
- Baxın, ser, - polis inspektoru yaxına gəldi, - təxminən yarım saat
müddətində təyyarənin bortunda qalmağınızı sizdən xahiş edirəm.
Tibinq artıq pilləkənlərlə aşağı düşürdü.
- Bu mümkün deyil, - o cavab verdi. - Mən həkimlə
görüşməliyəm. Vaxt təyin etmişik. - O, yerə düşdü. - Mən getməliyəm.
İnspektor bir addım da qabağa gəlib Tibinqin yolunu kəsdi:
- Mən Fransa məhkəmə polisinin xahişi ilə bura gəlmişəm. Onlar
sizi cinayəti gizlətməkdə və şübhəli şəxsləri sərhəddən keçirməkdə
ittiham edirlər.

401 downloaded from KitabYurdu.org


Tibinq uzun müddət diqqətlə inspektora baxdı, sonra bərkdən güldü:
- Bu nə zarafatdır!
İnspektor tərpənmədi.
- Mən zarafat etmirəm, ser. Bütün bunlar çox ciddidir. Fransız
polisi deyir ki, təyyarədə əsir də var.
Bu vaxt qapıda Tibinqin xidmətçisi Remi göründü.
- Şəxsən mən, ser Lyuya işlədiyim üçün özümü əsir kimi hiss
edirəm, amma o həmişə deyir ki, mən istədiyim vaxt çıxıb gedə
bilərəm. - Remi qol saatına baxdı. - Biz doğrudan da, gecikirik, ağa. -
o, başı ilə anqarın uzaq küncündə dayanmış «yaquar»ı göstərdi. Qara
şüşəli, ağ təkərli nəhəng avtomobil. - İndi maşını bura sürərəm, - Remi
bu sözləri deyib pilləkənlə aşağı düşməyə başladı.
- Bağışlayın, amma mən sizin getməyinizə heç cür icazə verə
bilmərəm, - inspektor dedi. -Xahiş edirəm, hər ikiniz geriyə, təyyarəyə
qayıdın! Fransız polisləri tezliklə burda olacaqlar.
İndi Tibinq Saymon Edvardsdan gözünü çəkmirdi.
- Saymon, Allah xatirinə, bu ki, gülməlidir! Təyyarədə kənar
adam yoxdur.
Mən, Remi və pilot. Bəlkə, siz bu danışıqlarda vasitəçi olasınız?
Təyyarəyə qalxıb əmin ola bilərsiniz ki, orda heç kim yoxdur.
Edvards tələyə düşdüyünü anladı.
- Baş üstə, ser. İndi qalxıb təyyarəyə baxaram.
- Olmaz! - Kent qraflığının polsi inspektoru ucadan dedi. Onun bu
işdə Saymon Edvardsın şəxsi marağının olmasından şübhələnməsinə
hər cür əsası vardı. Yəqin o, yalan danışacaq, deyəcək ki, təyyarədə

402 downloaded from KitabYurdu.org


başqa adam yoxdur, yalnız bir məqsədlə: Biqqin-Hollun sərfəli
müştərisini itirməmək üçün. - Mən özüm baxaram.
Tibinq başını yırğaladı:
- Bu, ola bilməz, inspektor. Təyyarə - xüsusi mülkiyyət sayılır,
mənim sizdən axtarış üçün order tələb etmək hüququm var. Orderiniz
yoxdursa, məsləhət görərdim ki, təyyarəmdən kənarda durasınız. Ona
görə də, mənim təklifim daha ağıllıdır. Təyyarəni mister Edvards təftiş
edə bilər.
- Bu olmayacaq!
-Təəssüf, inspektor, mənim oyun oynamağa vaxtım yoxdur. Mən
gecikirəm. Ona görə də gedirəm. Əgər məni saxlamaq istəyirsinizsə,
atəş aça bilərsiniz. - Tibinq və Remi polis rəisinin yanından keçib
anqarın o tərəfində dayanmış limuzinə Sarı getdilər.
Kent polisinin inspektoru ürəyində Tibinqi o ki var, söydü. Bu
varlıqların hamısı belədir, özlərini elə aparırlar ki, elə bil, qanun onlar
üçün yazılmayıb.
Bu keçməz! İnspektor çevrilib Tibinqin kürəyini nişan aldı.
- Dayanın! Yoxsa, atəş açacağam!
- Açın! -Tibinq dayanmadan, hətta geriyə baxmadan cavab verdi. -
Onda mənim vəkillərim sizin yumurtalarınızdan nahar bişirərlər. Əgər
ordersiz mənim təyyarəmə girməyə cürət etsəniz, onda dalağınızdan
kabab çəkərlər.
Amma inspektor möhkəm adam idi. Formal olaraq Tibinq haqlı idi,
xüsusi təyyarədə axtarış aparmaq üçün polisə doğrudan da, order lazım
idi. Amma təyyarə Fransadan uçduğundan və bu barədə əmri başqa

403 downloaded from KitabYurdu.org


biri yox, qüdrətli Bezu Faş verdiyindən Kent qraflığının polis
inspektoru əmin idi ki, əgər o, Tibinqin təyyarəsində kimin
gizləndiyini şəxsən tapsaydı, karyerası daha uğurla inkişaf edəcəkdi.
- Onları saxlayın! - o, adamlarına əmr etdi. - Mən təyyarəni
axtaracam.
Əllərində avtomat olan polislər irəli cumub Tibinqlə Remini
limuzindən
uzaqlaşdırdılar. Tibinq çevrilib dedi:
- Son dəfə xəbərdarlıq edirəm, inspektor. Mənim təyyarəmə
girməyi ağlınızdan belə keçirməyin. Sonra çox peşman olacaqsınız.
Bu hədələrə əhəmiyyət verməyən inspektor qətiyyətlə pilləkənə
tərəf addımladı. Qalxıb, salona baxdı. Sonra içəri girdi. Bu nə
deməkdir?
Qorxmuş pilotdan başqa təyyarədə heç kim yox idi. Heç kim.
İnspektor cəld tualeti və yük yerini yoxladı, hətta kresloların altına
baxmağa belə tənbəllik etmədi. Heç kim. Təyyarədə kimsə
gizlənməmişdi.
Lənət şeytana, bəs, bu Bezu FAş nə düşünmüşdü? Deyəsən, Lyu
Tibinq doğru söyləmişdi.
Kent qraflığının polis inspektoru salonda dayanıb hirsindən cilov
gəmirirdi.
Bax, zibil! Sifəti od tutub yanırdı. Hirsli və əsəbi halda olan polis
inspektoru, qapıdan baxıb limuzinin yanında polislərin hədəfi altında
dayanmış Tibinqi və xidmətçisini gördü.
- Buraxın onları! - inspektor əmr etdi. - Qoy getsinlər.

404 downloaded from KitabYurdu.org


Anlaşılmazlıq olub.
Tibinq ona tərəf hirslə baxdı:
- Mənim vəkillərimin zəngini gözləyin. Gələcək üçün yadda
saxlayın ki, fransız polisinə inanmaq olmaz!
Remi limuzinin arxa qapısını açıb əlil ağasına maşında oturmağa
kömək etdi. Sonra avtomobilin qabaq tərəfinə addımlayıb sükan
arxasına keçdi və mühərriki işə saldı. Polislər kənara çəkildilər,
«yaquar» anqardan sürətlə çıxdı.
- Nöqtəsinə qədər gözəl oynadıq, - maşın sürətini artıraraq
aeroportdan çıxanda Tibinq dedi. Sonra çevrilib ön oturacaqların altına
baxdı. - Orda rahatsınızmı, mənim dostlarım?
Lenqdon başını tərpətdi. O, Sofi ilə birlikdə maşının döşəməsinə əl-
qolu bağlı uzadılmış albinosun başı üstünə oturmuşdu. Əsirin ağzına
dəsmal qoyulmuşdu.
Bir az əvvəl, «xoker» anqara girən kimi pilot mühərriki söndürdü,
Remi qapını açıb pilləkəni yerə atdı. Polis maşınları vıyıltı ilə
yaxınlaşarkən Lenqdonla Sofi əl- qolu sarınmış rahibi təyyarədən
çıxarıb limuzində gizlətmişdilər. Sonra pilot yenidən mühərriki işə
saldı və təyyarəni döndərməyə başladı. Polislər anqara girər- girməz
pilot təyyarəni çıxışa tərəf döndərib saxladı.
İndi limuzin Kentə tərəf şütüyürdü, Lenqdonla Sofi rahibi döşəmədə
qoyub arxa oturacağa keçdilər və Tibinqlə üzbəüz oturdular. İngilis
gülümsünüb ön oturacağın arxalığına bərkidilmiş barı açdı.
- Sizi nəyə qonaq edim? Bəlkə, içmək istəyirsiniz? Çipsi? Fıstıq?
Selter balığı?

405 downloaded from KitabYurdu.org


Sofi və Lenqdon imtina etdilər. Tibinq barı bağladı.
- Onda gəlin, bədbəxt cəngavərin qəbrinə qayıdaq.
LXXXII FƏSİL
- Flit-Strit? - Lenqdon gözlərini Tibinqdən çəkməyərək soruşdu. -
Mərhum Flit- Stritdə basdırılıb?
Hələlik Tibinq «cəngavərin qəbri»nin harda yerləşdiyi barədə öz
fikrini deməyə hazırlaşmırdı.
Tibinq gülümsünüb Sofiyə dedi:
- Miss Neve, Harvarddan olan bu oğlana icazə verin, şerə bir də
baxsın.
Sofi cibini eşələyib perqamentə bükülmüş qara kripteksi çıxartdı.
Palisandr ağacından düzəlmiş mücrünü və ağ rəngli böyük kripteksi
təyyarənin seyfində saxlamağı qərara almışdılar, özləri ilə yalnız
müəmmalı qara kripteksi götürmüşdülər. Sofi perqamenti açıb onu
Lenqdona uzatdı.
Lenqdon təyyarədə şerri bir neçə dəfə oxumuşdu, amma cəngavərin
qəbrinin harda yerləşdiyini anlaya bilməmişdi. Budur o, yenə də o
ümidlə sətirləri yavaş- yavaş oxumağa başladı ki, bəlkə nəsə anlasın.
London, burda papa tərəfindən dəfn olunmuş cəngavər yatır.
O, pontifikin qəzəbinə tuş gəlib.
Qəbirdən itmiş kürəni tap, Qızılgül çiçəyi.
Bu, bəhrə verən bətnə bir işarədir.
İlk baxışdan hər şeydən aydın görünür. Londonda dəfn olunmuş
hansısa cəngavər var. Bu cəngavər Kilsənin qəzəbinə tuş gəlib.
Cəngavərin qəbrində hansısa kürə çatışmır. Kürə mütləq olmalıdır.

406 downloaded from KitabYurdu.org


Qızılgül çiçəyi və bəhrə verən bətn haqqındakı son sətirlər - Mariya
Maqdalinanın allüziyasıdır.
Məzmunun kifayət qədər birmənalı olduğuna baxmayaraq, Lenqdon
bu cəngavərin kim olduğunu və harda dəfn edildiyini anlamırdı.
Bundan başqa, əgər onlar qəbri tapsalar da, belə çıxır ki, qəbirdə
çatışmayan əşyanı da axtarmalıydılar.
«Qəbirdən itmiş kürəni tap...»
- Nə fikriniz var? -Tibinq soruşdu və Lenqdon məşhur tarixçinin
səsində qürur duydu. - Miss Neve?..
Sofi başını yırğaladı.
- Eh, siz mənsiz nə edərdiniz! -Tibinq dedi. - Yaxşı, fikrimi sizlə
bölüşüm. Hər şey çox sadədir! Birinci sətir - açardır. Xahiş edirəm, bir
də ucadan oxuyun.
«London, burda papa tərəfindən dəfn olunmuş cəngavər yatır».
- Məhz belədir. Papanın dəfn etdiyi cəngavər. - O, lenqdona baxdı.
- Bu, sizə nə deyir?
Lenqdon çiyinlərini əkdi:
- Papanın dəfn etdiyi cəngavər? Cəngavər, hansı ki, onun dəfnində
papa iştirak edib?
Tibinq bərkdən güldü:
- Nə gözəl! Siz böyük optimistsiniz, Robert. İkinci sətirə baxın.
Bu cəngavər, yəqin nəsə edib ki, Kilsənin qəzəbinə düçar olub. Bir də
yaxşı düşünün. Xatırlayın ki, Kilsə və tampliyerlər ordeni arasında
münasibət necə inkişaf edirdi. Papanın dəfn etdiyi cəngavər?..
- Papanın öldürdüyü cəngavər? - Sofi dedi. Tibinq gülümsündü və

407 downloaded from KitabYurdu.org


onun dizinə əli ilə vurdu:
- Bax, siz yaxınlaşdınız, əzizim. Papanın dəfn etdiyi cəngavər.
Yaxud onun qətlə yetirdiyi.
Lenqdon tampliyerlərin tarixində faciəvi gün ayın 13-ü, cümə günü,
1307-ci ili xatırladı. Həmin gün papa Kliment minlərlə cəngavər-
tampliyeri məhv etmişdi.
- Belə olduqda, cəngavərlərin qəbri çox olmalıdır.
- Yox, elə deyil! -Tibinq ucadan dedi. - Onlardan çoxu dirəklərə
bağlanaraq yandırılıb, sonra bədbəxtlərin cəsədi heç bir mərasim
keçirilmədən Tibr çayına atılıb. Amma bizim şerdə qəbir barədə
danışılır və bu qəbir Londondadır.
Londonda isə bir neçə cəngavər dəfn olunub. - O susdu və Lenqdonun
düz gözlərinin içinə baxdı. Düşünürdü ki, davamını Lenqdon deyəcək.
- Hə, Robert, Allah xatirinə! Prioratın hərbi birləşmələri tərəfindən
Londonda tikilmiş kilsə! Tampliyerlər ordeninin kilsəsi!
- Templ kilsəsi? - Lenqdon təəccüblə dedi. - Məgər orda qəbir
var?
- Orda onlarla qəmgin qəbir daşı var.
Lenqdon Prioratın tarixini öyrənəndə bu kilsə haqqındakı
məlumatlara tez-tez rast gəlsə də, heç zaman Templda olmamışdı. Bir
zamanlar Birləşmiş Krallıqda Prioratın və tampliyerlərin aktiv
fəaliyyətinin episentri olan bu kilsə, Süleyman şahın məbədinin
şərəfinə Templ adlandırılmışdı. (Solomons Temple). Cəngavər
ordeninin adı da burdan yaranmışdı, onlar Süleyman məbədinin
dağıntıları altından Sanqril sənədlərini çıxara bilmişdilər, bu isə onlara

408 downloaded from KitabYurdu.org


Roma üstündə hökmranlıq etmək imkanı yaratmışdı. Templdə
cəngavərlərin xristian ayinlərinə bənzəməyən qəribə və sirli rituallar
keçirmələri barədə çoxlu əfsanələr yaranmışdı.
- Deməli, Templ kilsəsi Flit-Stritdə yerləşir?
-Yox, Flit-Stritdən kifayət qədər uzaqda. İnter-Templ-leyndə, -
Tibinq cavab verdi. Onun gözləri parıldayırdı. - İstəyirəm ki, mən
söhbətə başlamazdan əvvəl, siz bir azda tərləyəsiniz.
- Sağ olun.
- Hansınız orda heç olmasa bir dəfə olub?
Sofi və Lenqdon mənfi cavab verdilər.
- Mən heç də təəccüblənmədim, - Tibinq dedi. - Bu kilsəni tapmaq
o qədər asan deyil, hündür evlərin arasında yerləşir. Çox az adam onun
yerini dəqiq bilir. Sizə deyim ki, çox qəribə yerdir! Adamın tükləri
ürpəşir. Tipik bütpərəstlik abidəsidir.
- Bütpərəstlik? - Sofi təəccübləndi.
- Bəli bu, bütpərəstlik panteonudur! -Tibinq ucadan dedi. - Kilsə
dairəvidir. Tampliyerlər tikinti zamanı xristianlıq üçün ənənəvi olan
xaçşəkilli formadan istifadə etməyiblər. Onlar kilsəni düzgün dairə
şəklində tikiblər. Bü, günəşin rəmzidir. Əgər bu, Romada olsaydı, yenə
anlaşılardı! Bunu düz Londonun göbəyində tikiblər!
Sofi Tibinqdən gözünü çəkmirdi.
- Bəs, şerin qalan sətirləri?
Tarixçinin coşqunluğu bir qədər azaldı.
- Bilmirəm, əmin deyiləm. Anlaşılmazdır. Hər halda biz, bu on
qəbirə diqqətlə baxmalıyıq. Əgər bəxtimiz gətirsə, onda kürənin

409 downloaded from KitabYurdu.org


əvvəllər olduğu yeri görəcəyik.
Yalnız indi Lenqdon hiss etdi ki, onlar məsələnin həllinə çox
yaxındırlar. Əgər yerində olmayan kürə onlara açar sözü tapmağa
kömək etsə, ikinci kripteksi aça biləcəklər. Kripteksin içindəki
haqqında onun təsəvvürü belə yox idi.
Lenqdon yenə şerə baxdı. Krossvorda oxşayır. Beş hərfdən ibarət
Qraal haqqında söz?.. Təyyarədə onlar müxtəlif sözlər düşündülər:
«Qraal», «Mariya», «İisus», «Sarra», amma silindr açılmadı. Yox,
bütün bunlar məlum sözlərdir.
Ehtimal ki, Qızılgüllə və qadın bətni ilə bağlı beş hərfdən ibarət başqa
söz var. Lyu Tibinq kimi mütəxəssisin dalana dirənməsi, məsələnin
ciddi və çətin olduğunu göstərirdi.
- Ser Lyu! - Remi ağasını çağırdı. - Siz deyəsən, demişdiniz ki,
Flit-strit Blekfrayerz körpüsünün yaxınlığındadır?
- Hə, Viktoriya çayının sahili boyunca sür.
- Bağışlayın. Amma mən yolu tanıdığıma əmin deyiləm. Axı, biz
adətən xəstəxanaya gedirik.
Tibinq sakitcə mızıldadı:
- Mən bəzən özümü dayə kimi hiss edirəm. Üzr istəyirəm, - o, bu
sözləri deyib sürücüyə tərəf getdi və Remi ilə danışmağa başladı.
Sofi Lenqdona tərəf çevrilib sakitcə dedi:
- Robert, bizim İngiltərədə olduğumuzu heç kim bilmir.
Lenqdon onun haqlı olduğunu anlayırdı. Kent polisi təyyarədə heç
kimin gizlənmədiyini Faşa xəbər verəcək, o isə fikirləşəcək ki, biz
Fransada qalmışıq. Biz indii görünməz adamıq. Tibinqin fikirləşdiyi

410 downloaded from KitabYurdu.org


tryukun sayəsində onlar ən qiymətli şey - vaxt əldə ediblər.
- Faş belə asan təslim olmaz, - Sofi dedi, - sizi həbs etməyi çox
istəyir.
Lenqdon Faş haqqında düşünməməyə çalışdı. Sofi vəd etmişdi ki,
bütün bunlar
qurtardıqda Lenqdonun günahsızlığını sübut etmək üçün əlindən gələni
edəcək. Amma o əndişələnirdi ki, iş təkcə yalan ittihamla qurtarmasın.
Faş da bu oyunun iştirakçısı ola bilərdi. Fransanın məhkəmə polisi ilə
Qraalın axtarışları arasında nə bağlılıq olduğunu Lenqdon bilməsə də,
hiss edirdi ki, Faşın bu işdə şəxsi marağının olmasını göstərən
təsadüflər bu gün çox olub. Faş çox dindardır. O, bu cinayəti mənim
törətdiyimi deyir. Amma Sofi Lenqdonla mübahisə edib sübut etməyə
çalışırdı ki, Faş yalnız onun həbs olunmasında maraqlıdır. Axı, onun
əleyhinə çoxlu dəlil var. Bu azmış kimi, Lenqdonun adı Luvrun
döşəməsinə yazılıb, onun Sonyerlə görüş günü kuratorun kitabçasına
yazılıb. Həmçinin aydınlaşıb ki, Lenqdon öz əlyazmasında yalan
danışıb, sonra da qaçıb. Həm də, Sofinin təkidi ilə.
- Robert, sizi bu işə sürüklədiyimə görə, təəssüf edirəm, - Sofi dedi
və onun əlini dizinin üstünə qoydu. - Həm də çox şadam ki, siz
burdasınız.
Axırıncı fikir daha çox praqmatik xarakter daşıyırdı, nəinki
romantik. Amma Lenqdon birdən hiss etdi ki, onları daha çox şey bir-
birinə bağlayır və yorğun halda Sofiyə baxıb gülümsündü.
- Mən bir az yatsam, daha çox xeyir verə bilərəm.
Sofi bir qədər susdu.

411 downloaded from KitabYurdu.org


- Babam sizə etibar etməyi tapşırıb. Mən şadam ki, onun sözlərinə
heç olmasa bircə dəfə qulaq asmışam.
- Amma biz onunla heç tanış da deyildik.
- Bu mühüm deyil. Mənə elə gəlir ki, siz əlinizdən gələn köməyi
mənim üçün etdiniz. Guşəli daşı tapdınız, Sanqrilin nə olduğunu izah
etdiniz, zirzəmidə gördüyüm ayinin mənasını dediniz. - O, bir neçə
saniyə susdu. - Bilirsiniz, mən bu gün özümü babama daha yaxın hiss
etdim. O, buna çox sevinərdi.
Üfüqdə, dumanın içində Londonun cizgiləri görünürdü. O hiss etdi
ki, Sofinin əli onun dizini sıxır. Sofinin gözləri həyəcandan
parıldayırdı.
- Necə fikirləşirsiniz, əgər Sanqril sənədlərini tapsaq, onları nə
etməliyik? - o, pıçıltı ilə soruşdu.
- Mənim fikrimin əhəmiyyəti yoxdur, - Lenqdon cavab verdi. -
Babanız kripteksi sizə verib, siz də qərara gəlməlisiniz. Ürəyiniz necə
istəyirsə, elə də edin.
- Mən sizin fikrinizi bilmək istəyərdim. Axı, görünür, siz öz
kitabınızda nəsə yazmısınız ki, bu babamın diqqətini cəlb edib, sizə
etibar edib. Ona görə sizinlə görüşmək istəyib. Bunu isə o, çox nadir
hallarda edərdi.
- Bəlkə də o, demək istəyib ki, yazdıqlarımın hamısı səhvdir.
- Əgər yazdıqlarınız babamın xoşuna gəlməmişdisə, bəs, mənə sizi
tapmağı niyə məsləhət görürdü. Siz öz yazılarınızda Sanqril
sənədlərini aşkar etməyin tərəfində idiniz yoxsa onları tonqalda
yandırmağın?

412 downloaded from KitabYurdu.org


- Nə o, nə də bu. Mən bu barədə fikrimi deməmişəm. Əlyazmada.
Söz müqəddəs qadın başlanğıcına aid simvollardan gedirdi, müəyyən
dövrlərdə ikonoqrafiya barədə məlumatlar var idi. Qraalın sirr kimi
qalmasına ya da xalqa aşkarlanmasına qərar vermək mənim işim deyil.
- Amma siz bu barədə kitab yazırsınızsa, deməli, məlumatları
bölüşmək istəyirsiniz?
- Məsihin alternativ tarixinin təmiz hipotetik müzakirəsi fərqli
şeydir... - o susdu.
- Nədən fərqlidir?
- Dünyaya elmi sübut kimi minlərlə qədim sənədi nümayiş etdirib,
Əhdi- Cədidin yalan olduğunu deməkdən.
- Axı, siz özünüz mənə demişdiniz ki, Əhdi-Cədid saxtadır!
Lenqdon gülümsündü:
- Sofi, yer üzündə bütün inamlar saxtalıq üstündə qurulub. Din
bizim sübut edə bilməyəcəyimiz, amma həqiqət kimi hesab etdiyimiz
anlayış deyilmi?.. Bütün dinlərdə Allah metaforalarla, alleqoriya və
şişirtmələrlə təsvir olunub. Qədim misirlilərdən tutmuş müasir xristian
məktəblərinə qədər. Metafora elə bir şeydir ki, şüurumuzun rədd etdiyi
şeyi qəbul etməyə kömək edir. Biz metaforanı hərfi olaraq qəbul
etməyəndə başlayanda problemlər yaranır.
- Deməli siz, Sanqril sənədlərinin gizli saxlanılmasının
tərəfdarısınız?
- Mən tarixçiyəm. Tarixçi sənədlərin məhv edilməsinin həmişə
əleyhinə olub. Mən də çox istəyərdim ki, İsa Məsihin qeyri-adi
həyatının anlaşılması və tədqiq edilməsi üçün teoloqların əlində çoxlu

413 downloaded from KitabYurdu.org


informasiya olsun.
- Deməli siz, hər iki variantın əleyhinəsiniz?
- Məgər elədir? İncil milyonlarla insanın həyatında əsas
yolgöstərəndir. Eləcə də digər inam sahibləri üçün Quran, Tövrat və
Pame bələdçilik edir. Əgər birdən tapdığımız sənədlər müqəddəs islam
tarixi ilə yaxud bütpərəstlik, buddist və iudaist inamları ilə ziddiyyət
təşkil etsə, biz onları aşkarlamalıyıqmı?.. Əlimizdə bayraq
yelləməliyik və buddistlərə deməliyik ki, Buddanın lotos çiçəyindən
yaranmasının cəfəngiyyat olduğu barədə əlimizdə möhkəm sübutlar
var? Və yaxud İsanı heç də bakirə qız doğmayıb? Axı, əsil inam
sahibləri bu tarixçələrin əslində metafora olduğunu həmişə başa
düşüblər.
Sofi ona şübhə ilə baxırdı.
- Mənim dindar dostlarım isə hesab edirlər ki, Məsih həqiqətən
suyun üstündə gəzirmiş, həqiqətən suyu şəraba çevirməyi bacarırmış,
həqiqətən onu bakirə qız dünyaya gətirib.
- Bunlar mənim dediklərimi təsdiq edir, - Lenqdon dedi. - Dini
alleqriya tədricən reallığın bir hissəsinə çevrilib. Reallığa möhkəm və
ayrılmaaz şəkildə daxil olub. Və milyonlarla insanın bu reallıqda
yaşamasına, onunla barışmasına və xoşbəxt olmasına kömək edir.
- Və birdən aydın olur ki, onların reallığı saxtadır. Onlar
yanılıblar.
Lenqdon gülümsündü:
- Hə, onlar hansısa şifrəaçanın riyaziyyatda yanıldığından çox
yanılmayıblar.

414 downloaded from KitabYurdu.org


Sofi dedi:
- Bu insafsızlıqdır! Onlar susublar.
- Hə, siz nə soruşdunuz? - Lenqdon dedi.
- Artıq yadımda deyil.
LXXXIM FƏSİL
Lenqdon, Sofi və Tibinqlə birlikdə İnter-Templ-Leyndə limuzindən
düşəndə onun qolundakı Mikki-mauslu saat səkkizin yarısını
göstərirdi. Binaların arasında, kənarlarına ağac əkilmiş cığır onları
Templ kilsəsinin həyətinə gətirdi. Taxta dam yağış yağdığından
parıldayırdı. Yuxarıda göyərçin səsi eşidilirdi.
Londonun ən qədim kilsələrindən biri qırmızı daşdan hörülmüşdü.
Bir tərəfdən nefi olan, dairəvi formada alçaq kilsə Allaha ibadət olunan
yerdən daha çox qalaya
yaxud hərbi forposta oxşayırdı. 1185-ci ilin 10 fevralında Yerusəlim
patriarxı Herakli tərəfindən tikilmiş Templ kilsəsi səkkiz əsr
müvəffəqiyyətlə siyasi toqquşmalara tab gətirmiş, böyük London
yanğını və Birinci Dünya müharibəsindən salamat çıxmış, amma 1940-
cı ildə faşist bombalarından ciddi zədə almışdı. Müharibədən sonra
tamamilə bərpa edilmişdi.
Adi dairəvi binadır, Lenqdon ilk dəfə gördüyü tikiliyə baxaraq
düşündü. Sadə memarlıq nümunəsidir, hətta primitivdir, naxış və
bəzək elementləri yoxdur, panteondan daha çox Romadakı Sant-
Ancelo qalasına oxşayır. Sağ tərəfdə çıxıntı kimi görünən nef ilk gözə
dəyən şey olsa da, binanın bütpərəstlik memarlığı üslubunda olmasını
gizlədə bilmirdi.

415 downloaded from KitabYurdu.org


- Şənbə ibadəti üçün hələ çox tezdir, - Tibinq dedi və girişə tərəf
getdi. - Düşünürəm ki, bizə heç kim mane olmaz.
Kilsənin girişi daş oyuqda qoyulmuş taxta qapıdan ibarət idi. Sol
tərəfdə konsert və kilsə xidmətlərinin cədvəli yazılmış lövhə
vurulmuşdu.
Tibinq üz-gözünü turşutdu:
- İki saatdan tez açılmayacaq. - O, qapıya yaxınlaşıb dəstəyi dartdı.
Qapı açılmadı. Belə olduqda o, qulağını qapıya söykəyib dinləməyə
başladı. Sonra hiyləgərcəsinə gülüb kənara çəkildi və elanlar lövhəsini
göstərib dedi: - Robert, zəhmət olmasa, bura baxın, bu həftə kim
xidmət göstərir?
Xidmətçi oğlan döşəməni tozsoranla təzəcə təmizləmişdi ki,
kilsənin qapısını döydülər. O, bu taqqıltıya fikir vermədi. Xarvi Noulz
atanın öz açarı vardı, səhər xidmətinin başlanmasına hələ iki saat
qalırdı. Yəqin ki, hansısa yoxsul yada sırtıq turistdir.
Amma bu vaxt qapı daha möhkəm döyülməyə başladı, qapı
titrəyirdi, kimsə elə bil, dəmir çubuqla onu döyürdü. Oğlan tozsoranı
söndürüb hirslə qapıya tərəf getdi. Rəzəni çəkən kimi qapılar taybatay
açıldı. Astanada üç nəfər dayanmışdı.
- Hə, turistlərdir, - o, sakitcə mızıldadı. - Kilsə saat doqquz otuzda
açılır.
Qoltuq ağacına söykənmiş yaşlı kişi qabağ gəldi, yəqin qrupun
rəhbəri budur.
- Mən ser Lyu Tibinqəm. - o, kübar ləhcəsi ilə ingilis dilində özünü
təqdim etdi. -gördüyünüz kimi, mister Kristofer Dördüncü Ren və

416 downloaded from KitabYurdu.org


xanımına bələdçilik edirəm. - Bunu deyib o, kənara çəkildi və oğlan bu
xoşagəlimli cütlüyü gördü. Qadının mehriban üzü, gözəl şabalıdı
saçları vardı. Kişi ucaboy, qarasaçlı idi. Xidmətçi oğlana elə gəldi ki,
o, bu adamı hardasa görüb.
Oğlan çaşıb qalmışdı. O bilirdi ki, ser Kristofer Ren Templ
kilsəsinin ən məşhur hamilərindən biridir. Böyük London yanğınından
sonra bütün restavrasiya işlərinə məhz o, pul ayırmışdı. Oğlan onu da
bilirdi ki, ser Kristofer Ren on səkkizinci əsrin əvvəllərində dünyasını
dəyişib.
- E-e... a-a... sizinlə tanış olmağıma çox şadam...
Qoltuq ağacına söykənmiş kişi qaş-qabaqla dedi:
-Yaxşı ki, ticarətdə işləmirsiniz, gənc oğlan. Özünüzü inamsız
aparırsınız. Noulz ata hardadır?
- Bu gün şənbədir. O, bir az gec gələcək.
Şikəst adam qaş-qabağını tökdü:
- Bax, bu da yaxşılıq. O, bizi əmin etmişdi ki, vaxtında gələcək.
Amma deyəsən, onsuz keçinəcəyik. Bu, çox vaxt aparmaz.
Lakin xidmətçi oğlan əvvəlki kimi girişi kəsmişdi.
- Bağışlayın ser, mən başa düşmədim. Nə çox vaxt aparmayacaq?
Kişi gözlərini qıyıb qabağa əyildi və guya yoldaşlarının utanmaması
üçün pıçıldadı:
- Siz yəqin ki, burda təzəsiniz, gənc oğlan. Hər il ser Kristofer
Renin övladları əcdadlarının qəbrindən bir ovuc torpaq götürüb, bu
müqəddəs məkana səpirlər. Aydındır ki, bu uzun səyahət heç kimi
sevindirmir, amma nə etmək olar?

417 downloaded from KitabYurdu.org


Xidmətçi oğlan Templ kilsəsində iki il idi işləyirdi, amma belə adət
haqqında heç nə eşitməmişdi.
- Yenə də yaxşı olar ki, saat doqquz otuza qədər gözləyəsiniz.
Kilsə bağlıdır, mən hələ yır-yığışı qurtarmamışam.
Şikəst kişinin hirsindən gözləri parıldadı:
- Cavan oğlan, sizə məlumdurmu ki, bu məbəd centlmenin və
onun xanımının cibindəki əşya sayəsində öz yerində dayanıb?
- Bağışlayın, anlamadım.
- Missis Ren, - şikəst dedi, - xahiş edirəm, o qiymətli əşyanı bu
cavan oğlana göstərəsiniz.
Qadın tərədüd etdi, sonra transdan ayılmış kimi, əlini sviterinin
cibinə saldı və əskiyə bükülü kiçik silindri çıxartdı.
- Görürsünüz? - qoltuq ağacına söykənmiş kişi dedi. - İndii ya bizə
mərhumun arzusunu yerinə yetirməyə imkan verəcəksiniz ya da mən
Noulz ataya bizimlə burda necə rəftar edildiyini xəbər verəcəm.
Xidmətçi oğlan nə edəcəyini bilmirdi. O, Noulz atanın kilsə
ənənələrinə necə riayət etdiyini bilirdi. Noulz atanın nüfuzuna xələl
gətirəcək hər hansı bi hərəkətə qarşı dözümlü olmadığını da anlayırdı.
Yəqin ki, Noulz ata bu məşhur ailənin üzvlərinin bu gün kilsəyə
gələcəyini unutmuşdu. Əgər belədirsə, bu adamları qovmaq içəri
buraxmaqdan daha risklidir. Bir də axı, onlar dedilər ki, bir neçə
dəqiqəliyə içəri girəcəklər. Bunun nə ziyanı?
Nəhayət, xidmətçi oğlan bu üç nəfəri kilsəyə buraxan zaman and içə
bilərdi ki, bu dəqiqələrdə mister və missis Ren onun özündən daha
çaşqın görünürdülər. Oğlan qonaqlardan gözünü çəkməyərək öz işi ilə

418 downloaded from KitabYurdu.org


məşğul olmağa başladı.
Onlar kilsəyə girdilər və Lenqdon gülümsünərək Tibinqə sakitcə
dedi:
- Ser Lyu, görürəm ki, siz əsil yalançıya çevrilmişsiniz.
Tibinq ona göz vurub dedi:
- Oksford teatr klubundan qalmadır. İndiyə qədər mənim Yuli
Sezarımı xatırlayırlar. Əminəm ki, üçüncü pərdənin birinci aktını
mənim qədər dolğun heç kim oynamayıb.
Lenqdon təəccübləndi:
- Mən elə bilirəm ki, Sezar bu səhnədə həlak olur.
Tibinq dedi:
- Əlbəttə! Toqam açılı vəziyyətdə yıxılıram və beləcə səhnədə düz
yarım saat qalmalıyam. Həm də tərpənmədən. Sizi əmin edirəm ki, heç
kim bu rolu yaxşı oynaya bilməz.
Təəssüf ki, mən bu tamaşaya baxmamışam, Lenqdon düşündü.
Onlar arkaya yaxınlaşdılar. Lenqdonun içərinin asketizmi
təəccübləndirdi. Mehrab adi xristian kilsələrində olduğu kimi uzunsov
formada, mebel və digər əşyalar çox sadə, bəzəksiz və dekorsuz idi.
Tibinq dedi:
- Tipik ingilis kilsəsidir. Anqlosakslar həmişə Allahla daha sadə və
təvazökar ünsiyyət yoluna üstünlük veriblər.
Sofi kilsənin dairəvi hissəsindəki geniş keçidi göstərdi.
- Bura lap qala kimidir, - o pıçıldadı.
Lenqdon onunla razılaşdı. Hətta burdan binanın divarları nəhəng və
qalın görünürdü.

419 downloaded from KitabYurdu.org


- Tampliyerlər ordeninin cəngavərləri döyüşçü idilər, - Tibinq
dedi. Onun alüminium qoltuq ağaclarının taqqıltısı kilsənin daş
qübbəsi altında əks-səda verirdi. - Dini-hərbi təşkilat olub. Kilsələr
onlar üçün eyni zamanda forpost və bank rolunu oynayıb.
- Bank? - Sofi təəccübləndi.
- Əlbəttə ki! Müasir bank işinin konsepsiyasını məhz tampliyerlər
hazırlamışdılar. Avropada zəngin adamların qızılla səyahət etməsi
təhlükəli idi və tampliyerlər varlılara icazə verdilər ki, onlar öz
qızıllarını yaxınlıqda yerləşən Templ kilsələrində saxlasınlar. Onlar
Avropanın istənilən yerində belə kilsələrdən öz qızıllarını götürə
bilərdilər. Sadəcə sənədləri düzgün tərtib etmək lazım idi. - O göz
vurdu. - Əlbəttə ki, bu xidmətdən kiçik miqdarda qızıl komission
xərcləri kimi tampliyerlərə də çatırdı. Bax, bankomata oxşayır, - deyə
Tibinq balaca pəncərəsi olan şüşə vitracı göstərdi. Pəncərədən zəif işıq
şüaları çəhrayı rəngli atda oturmuş ağ zirehli cəngavər fiqurunun
üstünə düşürdü. - Alanii Marseldir, - Tibinq dedi. - On üçüncü əsrin
əvvəllərində Templin Ustadı olub. O və onun ardıcılları İngiltərə
parlamentində birinci baron kreslosunda oturmuşlar.
- Birinci baron? - Lenqdon təəccübləndi. Tibinq başını tərpətdi:
- Bəzi alimlərin fikrincə, o dövrlərdə Templ Ustadının nüfuz və
hakimiyyəti kralın özündən də çox olub.
Onlar dəyirmi zala girdilər. Tibinq xidmətçi oğlana tərəf baxdı. O,
döşəməni tozsoranla təmizləyirdi.
- Bilirsiniz, - Tibinq Sofiyə pıçıldadı, - şayiələr gəzir ki, Qraal nə
vaxtsa bu kilsədə saxlanılıb. Düzdür, uzun müddət yox, bir gecəliyə,

420 downloaded from KitabYurdu.org


tampliyerlər onu bir yerdən başqa yerə aparan zaman. Burda dörd
sandıqdan ibarət Sanqril sənədləri və Mariya Maqdalinanın sarkofaqı
olub, təsəvvür edirsinizmi?.. Adamın tükləri biz- biz olur.
Geniş otağa daxil olanda Lenqdonun da bədəni ürpəşdi. O, otağı
gözdən keçirtdi - naxışlarla bəzədilmiş ağ rəngli daş divarlar.
Qorqullar, demonlar, əcaib məxluqlar, əzabdan əyilmiş insan sifətləri
təsvir olunmuş daş divar. Naxışın altında, dairəvi divar boyunca daş
skamya da vardı.
- Lap qədim teatrdakı kimidir, - Lenqdon pıçıldadı. Tibinq qoltuq
ağacını qaldırıb otağın o başını göstərdi. Əvvəlcə sol, sonra sağ tərəfi.
Amma Lenqdon onsuz da görürdü.
On daş cəngavər.
Beşi solda. Beşi sağda.
Döşəmədə cəngavərlərin insan boyu uzunluğunda daş heykəli
uzadılmışdı. Yaraqlı-yasaqlı, qılınc və qalxanlı cəngavərlər təbii
göründüyündən Lenqdonun ağlına dəhşətli fikir gəldi: onlar istirahət
etmək üçün uzanıblar və yuxuda olarkən kimsə oğrun-oğrun gəlib
onların üstünə beton töküb. Aydın idi ki, bu fiqurlar qədimdir, zaman
keçdikcə zədələnmələrinə baxmayaraq hər biri özünə görə unikaldır:
müxtəlif əsləhələr, əl və ayaqların fərqli vəziyyəti, qalxanlardakı
müxtəlif nişanlar. Sifətlər də bir-birinə oxşamır.
Londan, burda papa tərəfindən dəfn edilmiş cəngavər yatır.
Lenqdon ürəyi döyünə-döyünə fiqurlara yaxınlaşdı.
Bu, elə həmin yerdir.

421 downloaded from KitabYurdu.org


LXXXIV FƏSİL
Remi Leqaludek limuzini Templ kilsəsinin yaxınlığında, evlərin
arasındakı zibil tökülmüş çəlləklər olan dar keçiddə saxladı. Mühərriki
söndürüb ətrafa baxdı. Heç kim gözə dəymirdi. O, maşından çıxıb arxa
qapıya yaxınlaşdı, qapını açıb içəri girdi, döşəməyə uzadılmış rahibə
yaxınlaşdı.
Rahib Reminin yaxında olduğunu hiss edib ayıldı və qırmızı
gözlərini açdı. Onun gözlərindən qorxu yox, maraq oxunurdu. Remi
bütün axşam boyu əl-ayağı bağlanmış sutanalı rahibin sakit
dayanmasından heyrətə gəlmişdi. Rahib cipdə bir az ora-bura
vurnuxaraq, görünür öz taleyi ilə barışmış və öz həyatını
gözəgörünməz ali gücə təslim etmişdi.
Remi qalstukunun düyününü boşaltdı, köynəyinin hündür kraxmallı
yaxalığını açdı və uzun illər boyu ilk dəfə sərbəst nəfəs aldığını hiss
etdi. O, barı açıb özünə bir stəkan «Smirnoff» arağı süzdü. Birnəfəsə
içib yenə süzdü.
Tezliklə mən azad və varlı olacam.
Remi barı eşələyib çaxır butılkalarını açmaq üçün aləti götürdü.
Dəstəkdəki düyməni basdı. İti bıçaq şaqqıltıyla dəstəkdən çıxdı. Bıçaq
butılkaların boğazındakı folqanı kəsmək üçün idi, amma indi o, başqa
məqsədlə istifadə ediləcəkdi. Remi əlindəki iti bıçağı sıxaraq çevrilib
Saylasa baxdı.
İndi qırmızı gözlərdən qorxu oxunurdu.
Remi gülümsündü və rahibə bir qədər də yaxınlaşdı. Rahib
qəfəsdəki quş kimi çırpınmağa başladı.

422 downloaded from KitabYurdu.org


- Sakit ol! - Remi bıçağı qaldıraraq pıçıldadı.
Allahın onu tərk edəcəyinə Saylas inanmırdı. Hətta fiziki əzablar,
əllərində və ayaqlarındakı dəhşətli ağrılar onu inamından
döndərməmişdi. Məsih dözmüş və bunu bizə də məsləhət görmüşdü.
Bütün gecəni xilas olmaq üçün dua etdim. Və budur indi, bıçağı görən
kimi gözlərini qıydı.
Kürəyinin yuxarı hissəsində möhkəm ağrı hiss etdi. Saylas qışqırdı,
o burda, limuzinin döşəməsində, heç bir müqavimət göstərmədən
öləcəyinə inanmaq istəmirdi. Axı mən Allah-Təalaya xoş gedən işi
yerinə yetirmişəm. Ustad deyirdi ki, o, məni müdafiə edər...
Saylas kürəyinə və çiyinlərinə xoşagələn istiliyin yayılmasını hiss
etdi və düşündü ki, bu, öz qanıdır, yarasından axır. İndi kəskin ağrını
baldırlarında hiss etdi, özündən ixtiyarsız gözlərini qıydı, bu, ağrıya
qarşıya bədənin müdafiə mexanizmi idi.
Budur, ayaq əzələlərinə də istilik gəldi və Saylas yenə gözlərini
qıydı, həyatının son anında öz qatilini görməməyi qərar aldı. O,
yepiskop Arinqarosanın gəncliyini xatırladı. İspaniyada öz əlləri ilə
tikdikləri kiçik kilsəni xatırladı. Mənim həyatımın başlanğıcı.
Bütün bədəni od tutub yanırdı.
- Alın, için, - frak geymiş kişi fransız ləhcəsi ilə dedi. - Qan
dövranını bərpa etməyə kömək edər.
Saylas təəccüblə gözlərini açdı. Onun başı üstündə əlində maye
dolu stəkan tutmuş kişi durmuşdu. Döşəmədə, üstündə bir damcı da
qan olmayan bıçağın yanında skotç yumağı vardı.
- İçin, - kişi təkrar etdi. - Siz ağrıyırsınız, əzələləriniz tamam

423 downloaded from KitabYurdu.org


keyiyib. İndii onlara qan gəlir.
Saylas stəkanı başına çəkdi. Maye boğazını yandırdı. Arağın dadı
dəhşətli idi, amma o, özünün dərhal yaxşılaşdığını hiss etdi. Və onu
tanımadağı bu insana qarşı minnətdarlıq hissi bürüdü. Son günlər tale
Saylasa xoş baxmamışdı, amma indi Allah öz sehrli çubuğunun bircə
hərəkətilə hər şeyi alt-üst etdi.
Allah məni unutmayıb.
Saylas bilirdi ki, yepiskop Arinqarosa bunu necə adlandırardı.
Hikməti-ilahiyyə.
- Mən əvvəl də sizi xilas etmək istədim, - xidmətçi dedi, - amma
bu, mümkün deyildi. Əvvəlcə Şato Villetə polis gəldi, sonra Biqqin-
Hilldəki hadisələr. Ancaq indi əliverişli an ələ düşdü. Ümid edirəm ki,
siz məni anlpayırsınız, Saylas?
Rahib gözlənilməz hadisədən çaşıb qalmışdı.
- Siz mənim adımı hardan bilirsiniz?
Xidmətçi gülümsəməklə kifayətləndi. Saylas keyimiş əzələlərini
ovuşdura- ovuşdura ehtiyatla oturdu, onun fikirləri qarmaqırışıq idi.
- Siz... Ustadsınız?
Remi başını yırğaladı və gülümsündü:
- Bu qədər hakimiyyəti mən də istərdim, amma təəssüf. Yox, mən
Ustad deyiləm. Sizin kimi, mən də onun xidmətçisiyəm. Ustad sizin
barənizdə yaxşı fikirdədir. Hə, mənim adım Remidir.
Saylas daha artıq təəccübləndi:
- Mən nə isə anlamıram. Əgər siz Ustada işləyirsinizsə, onda
Lenqdon guşəli daşı sizin evinizə niyə gətirib?

424 downloaded from KitabYurdu.org


- Bu, mənim evim deyil. O, guşəli daşı dünyada Qraal üzrə ən
məşhur mütəxəssis və tarixçinin evinə gətirib. Ser Lyu Tibinqin evinə.
- Axı, siz də orda yaşayırsınız. Qəribədir ki.
Remi yenə də gülümsündü, deyəsən onu, bu təsadüf az narahat
edirdi.
- Bu təsadüf tamamilə qanunauyğundur. Robert Lenqdon guşəli
daşı əldə etmişdi və ona kömək lazım idi. O, Lyu Tibinqin evindən
başqa hara qaça bilərdi, harda sığınacaq tapa rvə kimdən məsləhət ala
bilərdi? Ustad mənim orda yaşadığımı bilib, məhz buna görə, mənə
müraciət etmişdi. - O, bir anlığa susub davam etdi. - Sizcə, Ustad
Qraal barədə nə üçün belə çox bilirdi?
Yalnız indi Saylas nə baş verdiyini anladı və heyrətləndi. Ustad ser
Lyu Tibinqin evindəki qulluqçunu öz tərəfinə çəkə bilmişdi. Qulluqçu
isə öz sahibinin bütün tədqiqatlarına bələd idi. Dahiyanədir!..
- Hələlik, bundan artıq heç nə deyə bilmərəm, - Remi bu sözləri
deyib Saylasa gülləsi doldurulmuş «Xekler və Kox»u uzatdı. Sonra
sürücünün yerində oturub maşının dolabçasından kiçik tapançanı
götürdü. - Ən əvvəl biz çox mühüm bir işi yerinə yetirməliyik.
Kapitan Faş Biqqin-Hilldə yerə enmiş nəqliyyat təyyarəsinin
pilləkənindən yerə düşdü və Kent polisi inspektorunun Tibinqin
anqarındakı hadisələr barədə söhbətinə inamsızca qulaq asdı.
- Mən şəxsən özüm onun təyyarəsini axtardım, - inspektor dedi. -
Təyyarədə heç kəs yox idi. Əgər ser Tibinq mənim əleyhinə ittiham
irəli sürsə, mən.
- Pilotu sorğu-sual etdiniz?

425 downloaded from KitabYurdu.org


- Əlbəttə ki, yox. O fransızdır, bizim qanunvericiliyə görə.
- Mənə təyyarəni göstərin.
Faş anqara gələndən sonra ona altmış saniyə bəs etdi ki, Tibinqin
limuzininin dayandığı yerdə qan ləkəsini tapsın. Sonra Faş təyyarəyə
yaxınlaşıb yumruğu ilə fyuzelyacı möhkəmcə döydü.
- Fransa məhkəmə polisinin kapitanıdır! Qapını açın!
Pilot qorxmuş halda qapını açdı və pilləkənlə aşağı düşməyə
başladı. Faş onu qarşıladı. Üç dəqiqə sonra o, köməkçisi ilə birlikdə
pilotun tam etirafını, o cümlədən əl-qolu bağlanmış albinos-rahibin
təsvirini əldə etdi. Bundan başqa o, Lenqdonla Sofinin təyyarənin
bortundakı seyfə nəsə qoyduğunu da öyrəndi. Taxta mücrüyə oxşayır.
Pilot bu mücrüdə nəyin olduğunu bilməsə də, Lenqdonun uçuş ərzində
onu əlindən yerə qoymadığını dedi.
- Seyfi açın, - Faş əmr verdi.
Pilot qorxa-qorxa dedi:
-Axı, mən rəqəmli kodu bilmirəm.
- Çox pis. Mən sizin lisenziyanızı saxlamaq istəyirdim...
Pilot çarəsizlikdən özünü itirmişdi.
- Mən yerli əməkdaşlardan bir neçəsini tanıyıram. Texniki
personaldan. Bəlkə, seyfi deşmək mümkün oldu?
- Sizə yarım saat vaxt verirəm.
Faş təyyarənin arxa tərəfinə keçib içki içmək istədi. Spirtli içki
içmək üçün tez olsa da, o, bütün gecəni yatmamışdı. Yumşaq, məxmər
üzlüklü kresloya yayxanıb gözlərini yumdu və baş verənləri
düşünməyə başladı. Kent polisinin səhvi mənə baha başa gələ bilər.

426 downloaded from KitabYurdu.org


İndii bütün gücü «Yaquar» markalı qara limuzinin axtarışına
yönəltmək lazımdır.
Bu vaxt mobil telefon zəng çaldı və Faş hirsli-hirsli düşündü: «Bir
saniyə də sakit qalmağa qoymurlar!»
- Allo?
- Mən Londona uçuram. - Bu, yepiskop Arinqarosa idi. -Təxminən
bir saat sonra ora çatacağam.
Faş kresloda özünü düzəltdi.
- Mən düşünürdüm ki, siz Parisə uçursunuz.
- Mən vəziyyətin belə şəkil almasından bərk narahatam. Planları
dəyişmək lazımdır.
- Lazım deyildi.
- Saylas sizinlədir?
- Yox. Onu girov götürüblər, sonra Kent polisinin gözündən
oğurlapyıb qaçırıblar.
Arinqarosanın səsində qəzəb aydın hiss edilirdi.
- Axı, siz məni əmin etdiniz ki, onları tutacaqsınız!
Faş səsini qısdı:
- Baxın, yepiskop. Sizin vəziyyətinizi nəzərə alsaq, bu gün mənim
səbrimi daşırmağı məsləhət bilməzdim. Saylası və o biriləri tezliklə
tapmaq üçün hər şey edəcəyəm. Siz nə vaxt yerə enəcəksiniz?
- Bir dəqiqə, - Arinqarosa ovcu ilə telefonun mikrofonunu tutub
sonra yenə dedi: - Pilot Hitrouda enmək üçün icazə istəyir. Mən
təyyarədə təkəm, biz uçuş planından və cədvəldən kənara çıxmışıq.
- Ona deyin ki, Kentdə Biqqin-Hill aeroportuna uçsun. Mən buna

427 downloaded from KitabYurdu.org


icazə verirəm. Eniş üçün narahat olmasın. Yerə endiyiniz zaman mən
burda olmasam, sizin üçün avtomobil qoyacağam.
- Sağ olun.
- Bayaq dediyim kimi, yepiskop, siz artıq bilməlisiniz: hər şeyi
itirmək təhlükəsi təkcə sizi gözləmir!
LXXXV FƏSİL
Qəbirdən itmiş kürəni tap...
Templ kilsəsində ömürlük yuxuya getmiş daş cəngavərlərin hamısı
kürəyi üstündə uzanmışdı, onların başı dördkünc daş «balış»ın üstünə
qoyulmuşdu. Sofi ürpəşdi. Kürə haqqında söhbətlər, babasının
qəsrindəki o dəhşətli və qəribə gecəni yadına saldı.
Xieros qamos. Kürələr.
Maraqlıdır, Sofi düşündü, bu məbəddə də belə ayinlər keçirilibmi?
Binanın dairəvi formada tikilməsi, deyəsən, bütpərəstlik
mərasimlərinin keçirilməsi üçün idi. Divar boyunca daş skamya
qoyulmuşdu, ortalıq boş idi.
Qədim teatra oxşayır, gərək ki, Robert belə dedi. O, bu binanın gecə
nə təhər görünəcəyini təsəvvür etdi. Dairəvi şəkildə düzülmüş maskalı
insanlar məşəllərin işığında əfsun oxuyur, hamı dairənin mərkəzində
«iki başlanğıcın müqəddəs birləşməsi»nə baxır.
Sofi xatirələrdən uzaqlaşaraq, Lenqdon və Tibinqlə birlikdə
cəngavərlərin birinci qrupuna tərəf addımladı. Tibinqin təkidlə hər
şeyə diqqətlə baxmaq xahişini qulaqardına vuran Sofi sol tərəfdəki
qəbirləri gözdən keçirdi.
Daş cəngavərlərə baxan Sofi onların oxşar və fərqli cəhətlərinə fikir

428 downloaded from KitabYurdu.org


verirdi. Cəngavərlərin hamısı kürəyi üstündə uzanmışdı, üçü ayağı
uzanılı, ikisi yığılı vəziyyətdə idi. Amma bu qəribəliyin yerində
olmayan kürəyə heç bir dəxli yox idi. Geyimlərə baxan Sofi gördü ki,
iki cəngavər əsləhənin üstündən qısa tunik, digər üçü isə uzun plaş
geymişdi.
Yenə də kürə ilə heç bir əlaqəsi yoxdur. Sonra Sofi daha bir aydın
fərqliliyə diqqət yetirdi: əllərin vəziyyətinə. İki cəngavərin əlində
qılınc vardı, iki cəngavər dua edirdi, üçüncü isə əllərini yanlara açaraq
uzanmışdı. Sofi əllərə kifayət qədər baxdı, sonra müəmmalı kürəyə aid
heç bir işarə tapmadığını görüb çiyinlərini çəkdi.
O, kripteks olan cibini əli ilə tutub Lenqdonla Tibinqə tərəf çevrildi.
Kişilər asta hərəkət etdiklərindən hələ üçüncü cəngavərin yanında
idilər. Amma deyəsən, onlar da bir şey tapmamışdılar. Onun
gözləməyə səbri çatmadı, çevrilib ikinci sıradakı cəngavərlərə tərəf
addımladı.
Otağın diaqonalı boyunca yeriyən Sofi şeri fikrindən keçirirdi. Bu
şer onun yaddaşından heç vaxt çıxmazdı.
London, burda papa tərəfindən dəfn olunmuş cəngavər yatır.
O, pontifikin qəzəbinə tuş gəlib.
Qəbirdən itmiş kürəni tap, Qızılgül çiçəyi.
Bu, bəhrə verən bətnə işarədir.
İkinci qrup cəngavərlərə yaxınlaşan Sofi, bunların birinci qrupla
eyni olduğunu gördü. Burda da cəngavərlər müxtəlif pozada, əsləhə və
yaraq-yasaqda idilər.
Təkcə axırıncı, onuncu cəngavərdən başqa.

429 downloaded from KitabYurdu.org


Sofi bu cəngavərə qaçıb, yerində quryub qaldı.
Daş balış, əsləhə, tunik, qılınc - bunların heç biri yox idi.
- Robert! Lyu! - o çağırdı. Səsi daş qübbə altında əks-səda verdi. -
Baxın, burda nəsə çatışmır!
Kişilər başlarını qaldırıb tez ona tərəf yeridilər.
- Kürə?-Tibinq ucadan soruşdu. Qoltuq ağacları daş plitənin
üstündə möhkəm taqqıldayırdı. - Burda kürə çatışmır, hə?
- Yox, - Sofi cavab verdi. - O, fikirli-fikirli onuncu qəbrə baxmağa
davam edirdi. - Deyəsən, burda cəngavərin özü çatışmır.
Kişilər yaxınlaşıb onuncu qəbirə heyrətlə baxdılar. Burda yerə
uzanmış cəngavər əvəzinə daş qəbir vardı. Qəbir trapesiya formasında
idi və yuxarıdan konusşəkilli, itiuclu qapaqla örtülmüşdü.
- Bəs, bu cəngavəri niyə qəbrin çölünə qoymayıblar? - Lenqdon
soruşdu.
- Heyrətamizdir... -Tibinq çənəsini sığallayaraq mızıldadı. - Bu
qəribəlik tamam yadımdan çıxıb. Çoxdandır burda olmuram.
- Güman ki, bu qəbir, - Sofi dedi, - o biri doqquz cəngavərin
fiquru ilə birlikdə eyni vaxtda, eyni heykəltəraş tərəfindən düzəldilib.
Amma niyə, məhz bu cəngavər qəbirdə yatır?
Tibinq başını yırğaladı:
- Bu, kilsənin müəmmalarından biridir. Elə bilirəm ki, hələlik heç
kim buna ağlabatan izah verməyib.
- Cənablar! -Xidmətçi-oğlan onlara narazı halda yaxınlaşdı. -
Bağışlayın, mane olmaq istəməzdim. Amma siz özünüz dediniz ki, toz
səpmək istəyirsiniz. Bunun əvəzinə, siz burda ekskursiyadakı kimi

430 downloaded from KitabYurdu.org


gəzirsiniz.
Tibinq qaş-qabağını töküb Lenqdona tərəf çevrildi:
- Mister Ren, görünür, sizin xeyriyyəçilik fəaliyyətinizin qiyməti
bizi bir dəqiqəliyə sakit buraxmağa çatmır. Ona görə də, tozu çıxarın,
bu işi qurtaraq. - Sonra o, Sofiyə tərəf çevrildi: - Missis Ren?
Sofi də oyuna qoşuldu, cibindən perqamentə bükülmüş kripteksi
asta-asta çıxartmağa başladı.
- İndi, - Tibinq xidmətçiyə sərt şəkildə dedi, - bizi bir dəqiqəliyə
sakit buraxacaqsınızmı?
Amma xidmətçi yerindən tərpənmirdi. O, gözlərini Lenqdondan
ayırmırdı.
- Mən sizi hardasa görmüşəm...
- Mister Ren bura hər il gəlir, - Tibinq dedi. - Bunda təəccüblü bir
şey yoxdur.
Birdən Sofi qorxdu, bəlkə oğlan Lenqdonu televizorda, keçən il
Vatikanda
çəkilmiş proqram zamanı görüb?
- Biz mister Renlə heç zaman görüşməmişik, bu dəqiqdir, -
xidmətçi oğlan cavab verdi.
- Bax, səhv edirsiniz. - Lenqdon sakitcə etiraz etdi. - Biz sizinlə
keçən il görüşmüşük. Düzdür, Noulz ata o vaxt bizi tanış etmədi,
amma mən sizi görən kimi tanıdım. Bəli, mən başa düşürəm ki, biz
çağırılmamış qonaq kimiyik, amma xahiş edirəm, bizə bir neçə dəqiqə
də vaxt Verin. Mən bu qədər uzun yolu buraya bir məqsədlə gəlmişəm.
Bir çimdik tozu bu müqəddəs qəbirlərin arasına səpmək üçün. -

431 downloaded from KitabYurdu.org


Lenqdon son sözlərini daha əminliklə dedi.
Xidmətçi-oğlan inadkarlıq edirdi. Deyəsən o, təslim olmaq fikrində
deyildi.
- Bunlar qəbir deyil.
- Bəs, sizcə nədir? - Lenqdon soruşdu.
- Əlbəttə ki, qəbirdir. -Tibinq dedi. -Sizin nə dediyinizi başa
düşmürəm.
Xidmətçi-oğlan başını yırğaladı:
- Qəbirlərdə ölənin cəsədini basdırırlar. Bu isə onların daşdan
təsviridir. Real insanların heykəlləridir. Bu fiqurların altında cəsəd
yoxdur.
- Yox, burda dəfn olunublar! - Tibinq inadkarcasına etiraz etdi.
- Qədim tarixi kitablarda belə yazılıb. Nə vaxtsa burda
cəngavərlərin dəfn edildiklərini hesab ediblər, amma 1950-ci ildə
restavrasiyadan sonra aydın oldu ki, bu belə deyil. - O, yenə də
Lenqdondan gözünü çəkmirdi. - Və mənə elə gəlir ki, bunu başqası
olmasa da, mister Ren mütləq bilməlidir. Məhz onun ailəsi bu faktı üzə
çıxarmışdı.
Ortaya pərt sükut çökdü.
Amma bir neçə saniyədən sonra qapının möhkəm döyülməsi
sakitliyi pozdu.
- Yəqin ki, Noulz atadır, - Tibinq dedi. - Bəlkə, gedib baxasınız?
Xidmətçi-oğlan şübhə ilə onlara baxdı, amma Tibinq, Sofi və
Lenqdonu daş
cəngavərlərin yanında qoyub giriş qapısına tərəf getdi.

432 downloaded from KitabYurdu.org


- Lyu, o nə danışır? - Lenqdon pıçıldadı. - Necə yəni, burda heç
bir cəsəd basdırılmayıb?..
Tibinq çaşıb qalmışdı.
- Bilmirəm. Mənə həmişə elə gəlirdi ki, bura, məhz həmin yerdir.
O, nə dediyini anlamır.
- Şerə bir də baxmaq olarmı? - Lenqdon soruşdu.
Sofi cibindən kripteksi çıxarıb ehtiyatla ona uzatdı. Lenqdon
perqamenti açdı, kripteksi əlindən qoymadan şeri oxudu.
- Bəli, burda tamamilə aydın şəkildə qəbirdən söhbət gedir. Daha
daşdan düzəldilmiş heykəldən yox.
- Bəlkə, şerdə səhv var? - Tibinq dedi. - Bəlkə, Cak Sonyer də
mənim buraxdığım səhvi təkrarlayıb?
Lenqdon fikirləşdi, sonra başını yırğaladı:
- Siz ki, özünüz demişdiniz, Lyu. Kilsə Prioratın hərbi qüvvələri
olan tampliyerlər tərəfindən tikilib. Axı kim də olmasa, Prioratın
Böyük Ustadı burda cəngavərlərin basdırılıb-basdırılmadığını
bilməlidir ya yox?
Tibinq heç nə anlamırdı:
- Axı, bu ən uyğun yerdir! - o, yenə də daş cəngavərlərə tərəf
əyildi. - Biz, mütləq nəyisə gözdən qaçırmışıq!
Xidmətçi-oğlan giriş qapısına tərəf yaxınlaşdı, Noulz atanın burda
olmadığını görüb təəccübləndi.
- Noulz ata! - o çağırdı. Axı, mən eşitdim ki, qapını kimsə açdı, o
düşündü və irəliyə getdi.
Astanada frak geyinmiş arıq, hündür kişi dayanmışdı. Gicgahını

433 downloaded from KitabYurdu.org


qaşıyan bu adam çaşqın vəziyyətdəydi. Yalnız indi xidmətçi-oğlan
anladı ki, o, qəribə üç nəfəri içəri buraxanda, giriş qapısını bağlamağı
yaddan çıxarıb. Və budur, küçədən keçən hansısa tip kilsəyə girib.
Geyimindən hiss olunur ki, nişan mərasimini keçirmək üçün
vədələşməyə gəlib.
- Bağışlayın, - xidmətçi girişə tərəf qətiyyətlə addımlayıb ucadan
dedi, - kilsə bağlıdır!
Bu an onun arxasından paltar xışıltısı eşidildi və oğlan çevrilməyə
macal tapmamış, kiminsə güclü əli onun ağzını qapayaraq qışqırmağa
qoymadı. Oğlan gözlərinin ucu ilə əlin ağappaq olduğunu gördü. Onu
incidən adamdan spirt iyi də gəlirdi.
Frak geyinmiş arıq kişi kiçik tapançanı çıxarıb xidmətçi-oğlanı nişan
aldı.
Oğlan ayaqlarından isti maye axdığını hiss etdi və qorxudan özünü
batırdığını anladı.
- Diqqətlə mənə qulaq as, - fraklı adam pıçıldadı. - Sən indi
kilsədən sakitcə çıxıb qaçacaqsan. Dayanmadan çox uzaqlara
qaçacaqsan. Anladın?
Xidmətçi-oğlan başını tərpətdi, o, danışa bilmirdi.
- Əgər polisə xəbər vermək istəsən, - deyə arıq kişi tapançanın
lüləsini onun burnuna söykədi. - Mən səni taparam!
Sonrakı an xidmətçi-oğlan kilsənin həyətindən quş kimi uçdu və
dayanmağı ağlından belə keçirmədi.
LXXXVI FƏSİL
Saylas səssizcə öz qurbanına yaxınlaşdı. Sofi Neve onun yaxınlıqda

434 downloaded from KitabYurdu.org


olduğunu hiss edəndə artıq gec idi. O çevrilincə, Saylas tapançanın
lüləsini onun kürəyinə dayadı, sonra güclü əli ilə onu tutub özünə tərəf
çəkdi. Sofi qorxudan qışqırdı. Tibinqlə Lenqdon eyni zamanda dönüb
baxdılar, onların üzündən dəhşət və təəccüb oxunurdu.
- Nə?.. — Tibinq ucadan dedi. - Siz mənim Remimlə nə
etmisiniz?
- Bunu bilməsəniz də olar, - Saylas sakitcə cavab verdi. - Sizdən
bir şey tələb olunur: guşəli daşı mənə verib, buranı tərk edin.
Remi birinci mərhələdə onun qarşısına sadə və aydın məsələ
qoymuşdu. Kilsəyə girəcəksən, guşəli daşı alıb çıxacaqsan. Mübarizə,
ölüm, qətl - olmamalıdır. Sofini özünə möhkəm sıxaraq, Saylas o biri
əlini yavaşca aşağı saldı. Qızın sinəsindən sürüşüb aşağı düşdü, sonra
belində gəzdi, sonra daha aşağı və nəhayət, yun sviterin cibini
eşələməyə başladı. Sonra ikinci cibi axtardı. Burnunu Sofinin ipək
saçlarına dayayan Saylasın alkoqollu nəfəsinə gözəl ətir qoxusu
qarışmışdı.
- O hardadır? - Sofinin qulağına pıçıldadı. Guşəli daş əvvəl onun
sviterinin cibində idi. İndi hardadır?
- O burdadır! - Lenqdon ucadan dedi.
Saylas çevrilib baxdı. Və gördü ki, Lenqdon əlində qara kripteksi
tutub onu fırladır, elə bil matador öküzü cinləndirirdi.
- Yerə qoy! - Saylas ucadan dedi.
- Əvvəlcə Sofini burax. Qoy o, Tibinqlə birlikdə kilsədən çıxsın, -
Lenqdon cavab verdi. - Sonra biz ikimiz məsələni ayırd edərik.
Saylas Sofini kənara itələdi və Lenqdonu nişan alaraq ona

435 downloaded from KitabYurdu.org


yaxınlaşmağa başladı.
- Dayan, yaxınlaşma, - Lenqdon dedi, - qoy, əvvəlcə onlar
kilsədən çıxsınlar.
- Sən o vəziyyətdə deyilsən ki, əmr də edəsən.
- Yanılırsan, - deyə Lenqdon kripteksi başı üzərinə qaldırdı. - Bu
dəqiqə onu yerə çırpacağam! Onda hər şey bitəcək.
Yox, Saylası bu hədə qorxutmurdu. Amma nə edəcəyini bilmirdi.
Bunu heç gözləmirdi. Lenqdonun başını nişan aldı, səsinin və əlinin
titrəməməsinə çalışaraq dedi:
- Sən bunu heç vaxt sındırmazsan. Qraal sənə daha çox lazımdır.
- Səhv edirsən. O, sənə çox lazımdır. Artıq sübut etmisən ki, bunun
üçün adam öldürməyə də hazırsan.
Onlardan 40 fut aralıda, tağın yanında gizlənmiş Remi Leqaludek
birdən qorxdu. Hər şey onların fikirləşdiyi kimi getmirdi, Saylas da
özünü itirmişdi, vəziyyətdən necə çıxacağını bilmirdi. Ustadın əmrini
yerinə yetirən Remi, atəş açmağı Saylasa qadağan etmişdi.
- Burax onları! - Lenqdon kripteksi daha da yuxarı qaldırıb
Saylasın gözlərinin içinə baxaraq yenə tələb etdi.
Rahibin qırmızı gözləri qəzəblə parıldayırdı. Remi dəhşətdən donub
qalmışdı.
O qorxurdu ki, Saylas dözməyib Lenqdona atəş açsın. Və onda
kripteks batdı. Kripteks sınmamalıdır!
Kripteks Remi üçün azadlıq və zənginlik dünyasına giriş vəsiqəsi
idi. Bir il əvvəl o, öz ağasının, əlil ser Lyu Tibinqin hər istəyini yerinə
yetirən Şato Villet qəsrində yaşayan əlli beş yaşlı qulluqçu idi. Amma

436 downloaded from KitabYurdu.org


bir dəfə ona fövqəladə, hətta başgicəlləndirici təklif etdilər. Dünyada
Qraal üzrə ən yaxşı mütəxəssis olan görkəmli tarixçi ser Lyu Tibinqə
xidmət etmək, deyəsən, Remiyə azadlığı, hər şeyi verəcəkdi. O
vaxtdan Şato Villetdə keçən hər dəqiqə, hər saniyə onu arzusuna
çatmağa yaxınlaşdırırdı.
Mən məqsədə bu qədər yaxın olmamışam, Templ kilsəsində
skamyada oturmuş və Robert Lenqdonun əlindəki guşəli daşdan
gözlərini çəkməyən Remi düşündü. Əgər Lenqdon onu sındırsa, hər
şey məhv oldu.
Özünü onlara göstərsinmi? Ustad bunu ciddi surətdə qadağan
etmişdi. Onların şərtinə görə Remi Leqaludekin əsil üzünü dünyada
yalnız bir adam bilməliydi. O, Ustad. Ondan başqa heç kəs.
- Siz əminsiniz ki, Saylas tapşırığı yerinə yetirə biləcək? - Cəmisi
yarım saat əvvəl Ustad guşəli daşı əldə etmək əmrini verəndə Remi
ondan soruşmuşdu. - Mənə elə gəlir ki, bunu ancaq mən edə bilərəm.
Ustad bunun qəti surətdə əleyhinə idi:
- Saylas artıq kifayət qədər bizə xidmət edib, Prioratı başsız qoyub.
Guşəli daşı da bir təhər əldə edəcək. Siz naməlum qalmalısınız. Əgər
onlardan hər hansı biri sizi görüb tanıyarsa, öldürüləcəksiniz. Kifayət
qədər qətl törədilib. Ona görə də, üzünüzü onlara göstərməyin.
Tezliklə mənim sifətim dəyişəcək, Remi düşündü. Onların vəd
etdiyi pul, nəinki onun həyatını, hətta görkəmini də dəyişməyə bəs
edər. İndi cərrahlar hətta barmaq izlərini də dəyişə bilirlər, Ustad ona
demişdi. O, tezliklə azad olacaq. Daha bir kişi hansısa çimərlikdə öz
tanınmaz və gözəl üzünü günəş şüaları ilə qaraldacaq.

437 downloaded from KitabYurdu.org


- Başa düşdüm, - Remi cavab verdi. - Özüm kölgədə qalıb, Saylasa
göstərişlər verəcəm.
- Remi, sizə deyim ki, - Ustad dedi, - onların axtardığı qəbir Templ
kilsəsində deyil. Ona görə də qorxmayın. Onlar lazım olan yeri
axtarmırlar.
Remi təəccübləndi:
- Bəs, siz bilirsiniz ki, bu qəbir hardadır?
- Əlbəttə. Amma bu haqda sonra. Hələlik siz cəld və qətiyyətlə
hərəkət etməlisiniz. Əgər bu adamlar qəbirin əsil yerini öyrənsələr və
siz guşəli daşı əldə etməzdən əvvəl kilsədən çıxsalar, Qraal bizim üçün
əbədi olaraq itirələcək.
Şəxsən Reminin Qraal heç vecinə də deyildi, amma Ustad demişdi
ki, o tapılmayınca, bir qəpik də pul verilməyəcək. Ustadın ona vəd
etdiyi məbləği düşünəndə, Reminin başı gicəllənirdi. İyirmi milyon
avronun üçdə biri! Həmişəlik gözdən itmək üçün bəs edəcək məbləğ.
Remi artıq özünü müxtəlif şəhərlərin çimərliklərində günəş şüası qəbul
etdiyini, müxtəlif əyləncələrdən, nemətlərdən zövq aldığını təsəvvür
edirdi.
Amma indi Templ kilsəsində, Lenqdon guşəli daşı sındıracağını
deyəndə, Remi anladı ki, xoşbəxt gələcək itirilə bilər. O, Ustadın
məsləhətlərini artın unutmuşdu. Hər şeyi bir anda itirmək qorxusu, onu
qətiyyətli addımlar atmağa məcbur etdi. Əlində tutduğu tapança
oyuncağa oxşayırdı, amma yaxın məsafədən atəş açsan ölüm gətirəcək
qədər təhlükəli idi.
Remi qaranlıqdan çıxıb Tibinqin başını nişan aldı:

438 downloaded from KitabYurdu.org


- Qoca, mən səninlə hesablaşacağım günü səbirsizliklə
gözləyirdim!
Sadiq qulluqçusu Reminin onun başını nişan aldığını görəndə ser
Lyu Tibinqin az qala ürəyi dayandı. Lənət şeytana, o, nə edir? Tibinq
özünün «meduza» markalı miniatür tapançasını dərhal tanıdı - bunu o,
adətən limuzinin dolabçasında saxlayırdı, hər ehtimala qarşı.
- Remi? -Tibinq heyrətlə dilləndi. - Nə baş verir?
Lenqdonla Sofi də özlərini itirmişdilər.
Remi Tibinqin arxasına keçib tapançanı onun kürəyinə söykədi.
Tibinq qeyri- ixtiyari olaraq qorxudan büzüşdü.
- Hər şey çox sadədir! -Tibinqin çiyni üstündən Lenqdona baxan
Remi dedi. - Guşəli daşı yerə qoy, yoxsa mən onu güllələyəcəm.
Lenqdon quruyub qalmışdı.
- Bu kripteksin sizə nə xeyri var? - o, nəhayət soruşdu. - Siz onu
aça bilməyəcəksiniz.
- Axmaqlar! - Remi acı-acı güldü. - Məgər siz görmürdünüz ki,
mən bütün gecəni sizin şer barədə söhbətlərinizə qulaq asıram?
Deməli, eşitdiyimi başqa adamlara da deyə bilərəm. Onlar, sizdən də
çox bilirlər. Hətta sizin axtardığınız yer də səhvdir! Qəbir tamam başqa
yerdədir!
Tibinq təşvişə düşmüşdü. O, nə danışır?
- Qraal nəyinizə lazımdır? - Lenqdon soruşdu. - Onu məhv etmək
üçün, hə?
- Saylas, mister Lenqdondan guşəli daşı alın! - Remi göstəriş
verdi.

439 downloaded from KitabYurdu.org


Rahib yaxınlaşdı. Lenqdon əvvəlki kimi kripteksi yuxarı qaldırıb geri
çəkildi.
- Kripteksi belə əclafların əlinə verməkdənsə, onu sındıraram. -
Lenqdon hədələdi.
Tibinq qorxdu. Daha bir saniyə və ömrünü həsr etdiyi arzu məhv
olacaq. Hər şey bitəcək.
- Yox, Robert, yox! - o qışqırdı. - Bunu etməyin! Sizin əlinizdə
Qraal var! Remi məni öldürməz. Biz on ildən yuxarıdır ki, tanışıq...
Remi tapançanı göyə qaldırıb tavana atəş açdı. Kiçik tapança elə
guruldadı ki, onların qulağı batdı, atəş daş qübbə altında əks-səda
verdi.
Hamı yerində dondu.
- Mən bura oyun oynamağa gəlməmişəm, - Remi dedi. - Növbəti
gülləni onun kürəyinə sıxacam. Daşı Saylasa Verin. Hə, tez ol!
Lenqdon çarəsizcə kripteksi rahibə uzatdı. Saylas irəli gəlib
kripteksi aldı. Onun qırmızı gözləri sevinc və qisas hisslərindən par-
par yanırdı. O, kripteksi sutanasının cibinə qoyub, Lenqdon və Sofini
nişan almağa davam edərək geriyə çəkildi. Tibinq hiss etdi ki, Remi
onun boynunu daha möhkəm sıxıb kilsənin çıxışına tərəf çəkdi.
Tapança əvvəlki kimi onun kürəyinə dirənmişdi.
- Buraxın onu! - Lenqdon qışqırdı.
- Biz mister Tibinqlə gəzintiyə yollanırıq, - Remi dedi. - Əgər
polis çağırsanız, o öləcək. Aydındır?
- Ən yaxşısı məni aparın, - Lenqdonun səsi həyəcandan batmışdı. -
Lyunu buraxın!

440 downloaded from KitabYurdu.org


Remi qəh-qəhə çəkdi:
- Sən mənim nəyimə lazımsan? Məni ser Lyu ilə dostluq illəri
bağlayır. Həm də o, bizə daha çox xeyir verə bilər.
Saylas da Sofi və Lenqdonu hədəfdə saxlayaraq qapıya tərəf
əkilməyə başladı. Tibinqin Qoltuq ağacları döşəməyə dəyib
taqqıldayırdı. Sofi titrək səslə soruşdu.
- Siz kimə işləyirsiniz?
Remi verilən suala güldü.
- Mademuazel Neve, əgər bunu bilsəydiniz, çox
təəccüblənərdiniz.
LXXXVII FƏSİL
Şato Villetin qonaq otağındakı Buxarı çoxdan sönmüşdü, amma Kolle
onun yanında gəzişərək İnterpoldan gələn faksları oxuyurdu.
İnformasiya çox gözlənilməz idi.
Rəsmi sənədlərə görə Andre Berne nümunəvi vətəndaş idi. Polisin
məlumatında onun adına heç bir hüquq pozuntusu qeydə alınmamışdı,
hətta cərimə belə etməmişdilər. O, prestici olan özəl məktəbdə təhsil
almışdı, sonra
Sorbonnada oxuyub beynəlxalq maliyyə sahəsi üzrə iqtisadçı diplomu
almışdı. İnterpolun məlumatında da deyilirdi ki, Bernenin adına
qəzetlərdə hərdənbir rast gəlinir, amma müsbət tərəfdən. Onun
mükəmməl təhlükəsizlik sisteminin yaradılmasında xidmətləri çox idi,
bu da Sürixin Depozitar Bankını ultramüasir elektron texnologiyanın
tətbiqində liderə çevirmişdi. Kredit kartlarına görə nəticə çıxarsaq,
Bernenin şəxsi marağı təsviri incəsənətə aid bahalı və nadir albomlar,

441 downloaded from KitabYurdu.org


keyfiyyətli şərablar, klassik musiqi, xüsusən də Bramsın əsərlərinin
yazıldığı disklər idi. O, bu disklərə bir neçə il bundan əvvəl aldığı
bahalı və mükəmməl stereosistemdə qulaq asırdı.
Heç nə yoxdur, Kolle köks ötürdü.
İnterpolun yeganə maraqlı informasiyası Tibinqin qulluqçusunun
barmaq izlərinin şəkilləri idi. Elmi-texniki şöbənin şefi yumşaq
kresloda oturub bu məlumatları oxuyurdu.
Kolle ona baxdı.
- Nəsə var?
Şef çiyinlərini çəkdi:
- Barmaq izləri Remi Leqaludekə aiddir. Xırda cinayətləri nəzərə
almasaq, elə bir ciddi şey yoxdur. Onu universitetdən pul ödəməmək
üçün başqa nömrələrdən zəng etdiyinə görə qovublar. Sonra xırda
oğurluqlara görə ilişib. Mağaza və universamlardan oğurluq edirmiş.
Təcili traxeotomiya üzrə saxta xəstəlik kağızı düzəldərkən yaxalanıb. -
O, Kolleyə baxıb gülümsündü. - Araxis yağına qarşı allergiyadan
əziyyət çəkir.
Kolle başını tərpətdi və polisin bir dəfə öz menyusunda sousun
araxis yağı ilə hazırlandığını göstərməyən restoranda təhqiqat
apardığını xatırladı. Bundan xəbərsiz olan müştərilərdən biri sifariş
etdiyi yeməyin dadına baxar-baxmaz anafilaktik şoka düşüb stolun
arxasındaca keçinmişdi.
- Bəlkə, bu Leqaludek polisin təqibindən qaçdığına görə Tibinqin
yanında qalır, - ekspert güldü. - Amma bu gün gecə onun bəxti
gətirməyib.

442 downloaded from KitabYurdu.org


Kolle dərindən nəfəs aldı:
-Yaxşı. Bu informasiyanı kapitan Faşa göndərin.
Ekspert tapşırığı yerinə yetirmək üçün kreslodan qalxmışdı ki, elmi-
texniki xidmətin agenti otağa girdi.
- Leytenant! Biz nəsə tapmışıq! Anbarda!
Agentin sifət ifadəsindən Kolle yalnız bir nəticə çıxarıb dedi:
- Meyid?
- Yox, ser. Daha... - onun dili topuq vurdu, - gözlənilməz bir şey.
Kolle yorğun gözlərini ovuşduraraq agentin dalıyca anbara getdi.
Geniş yarıqaranlıq otağa girmişdilər ki, agent mərkəzi göstərdi - burda
taxtadan qayrılmış uzun nərdivan saman dərzlərinə söykənmişdi.
- Deyəsən, əvvəllər burda nərdivan yox idi. - Kolle dedi.
- Yox idi, ser. Bunu mən qoymuşam. Biz «roN-roys»un yanında
barmaq izləri ilə məşğulduq, onu burda gördüm. Döşəməyə
uzadılmışdı. Mən əvvəl əhəmiyyət vermədim, sonra birdən gördüm ki,
onun pillələri köhnə və çirklidir. Deməli, bu pilləkəndən tez-tez
istifadə edirmişlər. Onun qoyula biləcəyi yeri axtarıb tapdım. Pilləkəni
qoyub yuxarı çıxdım.
Kolle nərdivana baxdı, o maili qoylmuşdu. Deməli, kimsə ondan
tez-tez istifadə edirmiş?.. burdan, aşağıda anbarın çardağı istifadəsiz
kimi görünürdü.
Yuxarıda elmi-texniki şöbənin əməkdaşının başı göründü.
- Bu sizin üçün maraqlı olacaq, leytenant! - o, ucadan dedi.
Yorulub əldən düşmüş Kolle başını tərpətdi, ayağını köhnə
nərdivana qoyub yuxarı dırmaşdı. Qalxdıqca pillələr daraldığından

443 downloaded from KitabYurdu.org


Kolle az qalmışdı ki, yıxılsın. Yuxarıdan baxdıqda indi anbar qaranlıq
dərə kimi görünürdü. Onun başı gicəlləndi. Yuxarıdakı agent əlcəkli
əlini ona uzatdı. Kolle ondan tutub yuxarı qalxdı.
- Bura gəlin. - Agent çardağın uzaq küncünü göstərdi, bura tər-
təmiz idi. - Yalnız bir adamın barmaq izləri tapılıb. Onun kimə aid
olduğunu tezliklə müəyyənləşdirəcəklər.
Kolle gözlərini qıyaraq yarıqaranlığa baxdı. Bu nədir? Arxa divarın
yanında müasir kompüter avadanlığı qoyulmuş stol vardı. Maye-kristal
ekranlı monitor, mikrofon, iki stereo dinamik, disklər və çoxkanallı
səsyazma qurğusu. Ehtimal ki, bütün bu avadanlıqlar avtonom elektrik
şəbəkəsinə qoşulub.
Belə yüksək texnika ilə işləmək kimə lazımmış? Kolle kompüterə
yaxınlaşdı.
- Siz sistemə baxmısınız?
- Bu qulaqasma postudur.
Kolle agentə tərəf çevrildi:
- Qulaq asmaq?
Agent başını tərpətdi:
- Bəli, ən müasir texnika ilə təchiz olunmuş dinləmə postu. - O,
elektron detallar, məlumat kitabları, alətlər, naqillər, qalaylayıcılar
qoyulmuş stolu göstərdi. - Bu yuvanı qurmuş adam öz işini bilirmiş.
Burda mürəkkəbliyinə və ekspluatasiya xarakteritikasına görə
bizdəkindən geri qalmayan çoxlu cihaz var. Miniatür mikrofonlar,
akkumulyatorlar, yüksək tutumlu çiplər.
Kolle heyrətə gəlmişdi.

444 downloaded from KitabYurdu.org


- Budur, tam dinləmə dəsti, - agent dedi və cib kalkulyatoru boyda
olan cihazı ona uzatdı. Cihazdan bir fut uzunluğunda naqil çıxırdı. -
Bu, yüksək tutuma malik sərt diskli və özüdolan batareyalı səsyazma
sistemidir. Naqilin ucundakı folqa isə fotoelementlərdən düzəlmiş
batareya və mikrofondur.
Kolle bu cihazla yaxşı tanış idi. Gizli dinləmələr üçün belə
mikrofonlar yüksək texnologiya sahəsinə yeni kəşflər idi. Belə sərt
diskləri, məsələn, stolüstü lampaların altına asanlıqla bərkitmək
mümkün idi. Əgər gün ərzində bir neçə saat mikrofonun üstünə günəş
şüası düşsə, onda əlavə elektrik gərginliyinə ehtiyac yox idi. Belə
«böcəklər» maneəsiz dinləməyə imkan verirdi.
- Bəs, qəbul üsulu? - Kolle soruşdu.
Agent prosessordan çıxan izolə edilmiş naqili göstərdi. O, divar
boyu uzanıb, anbarın damı altındakı deşikdə gözdən itirdi.
- Sadə radiodalğalar, - agenti dedi. - Damda kiçik antenna
quraşdırılıb.
Kolle, belə səsdinləmə sistemlərinin adətən ofislərdə qurulduğunu
bilirdi. Sərt
diskdən maksimal qənaətcilliklə istifadə etmək və bütün gün ərzindəki
danışığın yazılması, həm də kontrol panelinə siqnalların yalnız gecələr
ötürülməsi üçün, sistem insan səsindən aktivləşirdi. Siqnallar
ötürüldükdən sonra disk özü-özünü dayandırır və prosedur səhəri gün
yenə təkrar olunurdu.
Kolle hər birinin üstündə tarix və daha başqa rəqəmlər yazılmış
yüzlərlə audikasset düzülmüş rəfə baxdı. Kimsə buna uzun vaxt sərf

445 downloaded from KitabYurdu.org


edib. O, agentə tərəf çevrildi.
- Kimi dinlədikləri barədə fərziyyə varmı?
- Bilirsiniz, leytenant, - deyə o, kompüterə yaxınlaşıb onu işə saldı,
- burda çox qəribə şeylər baş verir...
LXXXVIII FƏSİL
Lenqdonla Sofi «Templ» metro stansiyasının turniketindən keçib
eskalatorla aşağı düşdülər. Lenqdon özünü günahkar hiss edir və
vicdan əzabı çəkirdi.
Mən Lyunu bu hadisəyə sürüklədim, indi o təhlükədədir.
Reminin qəsddə iştirak etməsi gözlənilməz olsa da, çox şeyi
aydınlaşdırırdı. Aydın idi ki, Qraalın ovçuları Tibinqin evinə öz
adamını qoymuşdular. Tibinq mənə lazım olduğu kimi, onlara da
lazımdır. Uzun əsrlər boyu Qraal haqqında biliyə yiyələnmiş insanlar
özlərini maqnit kimi nəinki müxtəlif alimləri, həm də oğru və
fırıldaqçıları da cəlb edirdi. Tibinqi çoxdan hədəf almaq faktı isə,
Lenqdona təskinlik vermirdi. Biz onu tapmalıyıq. Kömək etməliyik!
Təhlükədən qurtarmalıyıq!
Lenqdonla Sofi platformanın sonuna çatıb telefon budkasına
yaxınlaşdılar. Onlar Reminin xəbərdarlığına baxmayaraq polisə zəng
etmək istəyirdilər. Lenqdon avtomat-telefonun yanında qoyulmuş
skamyada oturdu. Onu şübhələr didib- dağıdırdı.
- Lyuya kömək etməyin ən yaxşı yolu, - Sofi nömrələri yığaraq
dedi, - London polisini təcili xəbərdar etməkdir. Ləngimədən! Siz
mənə inanın.
Lenqdon bu fikri bəyənmirdi, amma Sofi haqlıdır, başqa çıxış yolu

446 downloaded from KitabYurdu.org


yoxdur. Tibinqi indii təhlükə gözləmir. Hətta Remi və onun böyükləri
cəngavərin qəbrinin yerini bilsələr də, Tibinq onlara lazımdır- kürə
müəmmasını açmaq üçün.
Lenqdonu başqa şey narahat edirdi: Qraalın yerini göstərən xəritə
tapılsa, və baş verəcək? Bax onda Lyu onlar üçün həqiqətən yük
olacaq.
Lenqdonun Lyuya kömək etmək və guşəli daşı yenidən görmək
şansı olsa da, əvvəlcə cəngavərin qəbrini tapmaq zəruri idi. Təəssüf ki,
Reminin vaxtı daha çox idi.
Remini saxlamaq, - bu, Sofinin işidir. Qəbri tapmaq isə -
Lenqdonun.
Sofi Remi və Saylasın axtarışına London polisini cəlb edəcək, bu,
cinayətkarları sığınacaq axtarmağa məcbur edəcək. Yaxud daha yaxşı
olar ki, onları həbs etsinlər. Lenqdonun planı daha aydın idi. Metroya
oturub Kral kollecinə getmək, teologiyaya aid yeniləşən elektron
məlumat bazasını axtarmaq. Bu, universal tədqiqat alətidir. Lenqdona
belə demişdilər. İstənilən dini-tarixi suallara düzgün və tez cavablar
verir. Maraqlıdır, papa tərəfindən dəfn olunmuş cəngavər sorğusuna,
bu baza nə cavab verəcək?
O, ayağa qalxıb qatarın gəlməyini gözləyə-gözləyə platformada var-
gəl etdi. Nəhayət Sofi avtomat-telefondan London polisinə zəng edə
bildi.
- Snou-Hill bölməsi, - dispetçer cavab verdi. - Necə kömək edə
bilərəm?
- İnsan oğurluğu haqqında məlumat vermək istəyirəm, - Sofi belə

447 downloaded from KitabYurdu.org


söhbət aparmağı bacarırdı.
- Xahiş edirəm, adınızı deyin.
- Fransanın məhkəmə polisindən agent Sofi Neve, - Sofi cavab
verdi.
Sofinin vəzifəsi arzu olunan nəticəni verdi.
- Bir dəqiqə, mem. İndi sizi detektivlə calaşdıraram.
Əlaqə yaradılınca, Sofi London polisinə Tibinqi oğurlayanların
təsvirinin gərəkli olub-olmayacağını düşünürdü. Frak geymiş kişi. Bu
daha sadədir, günün günorta çağı Londonun küçələrində uzağı bir-iki
nəfər fraklı adam ola bilər. Hətta Remi geyimini dəyişsə də, axı o tək
deyildi, albinos-rahiblə birlikdə idi. Bunu qaçırmaq olmaz. Bundan
başqa, onlar girov götürüblər, ona görə də ümumi nəqliyyatdan çətin
ki, istifadə etsinlər. Maraqlıdır, Londonda «yaquar» markalı limuzin
çoxdurmu?..
Sofiyə elə gəldi ki, onu detektivlə calaşdırmaq üçün lazım olan çox
uzun çəkdi. Hə, tez olun! Dəstəkdən yalnız boğuq səslər eşidilirdi.
On beş saniyə keçdi.
Budur, nəhayət dəstəkdə kişi səsi eşidildi:
- Agent Neve?
Sofi sarsıldı. O, bu səsi dərhal tanıdı.
- Agent Neve? - kapitan Faş təkrar etdi. - Lənət şeytana, siz
hardasınız?
Sofinin dili tutuldu. Yəqin ki, kapitan Faş, Sofi zəng edərsə, ona
xəbər
veilməsini London polisinin dispetçerindən xahiş etmişdi.

448 downloaded from KitabYurdu.org


- Qulaq asın, - Faş indii fransızca danışırdı, - dünən axşam mən
böyük səhv etmişəm. Robert Lenqdon günahkar deyil. Onun üstündən
bütün ittihamlar
götürülüb. Buna baxmayaraq, siz ikiniz də indi təhlükədəsiniz.
Yaxınlıqda yerləşən polis şöbəsinə mütləq müraciət edin.
Sofi necə cavab verəcəyini bilmirdi. Faş səhvlərinə görə üzr istəyən
adam deyil.
- Və mənə xatırlatmaq lazım deyil ki, - Faş sözünə davam etdi, -
Cak Sonyer sizin babanız olub. Dünən axşam sizin emosional stressdə
olduğunuz üçün əmrlərə tabe olmadığınızı unutmağa hazıram. Amma
indi, Lenqdonla siz yaxınlıqda yerləşən polis şöbəsinə mütləq müraciət
etməlisiniz. Öz təhlükəsizliyiniz üçün.
O, mənim Londonda olduğumu bilirmi? Faşa daha nə məlumdur?
Onun səsinə qəribə səslər qarışmışdı, sanki yaxınlıqda nəsə deşirdilər
ya da hansısa mexanizm işləyirdi. Sofi xəttdə fasiləsiz şaqqıltı da
eşidirdi.
- Kapitan, siz mənim olduğum yeri müəyyənləşdirmək
istəyirsiniz?
- Agent Neve, biz sizinlə birləşməliyik, - Faş dedi. - Əks halda biz
çox şey itirə bilərik. Mən dünən öz düşüncələrimdə səhvə yol
vermişəm və əgər aydınlaşsa ki, amerikalı professoru və xidmətimizin
şifrəaçanını təqib və ittiham etməkdə yanılmışam, mən işimi
itirəcəyəm. Son bir neçə saat ərzində mən sizi çox təhlükəli
vəziyyətdən qurtarmağa çalışmışam.
Sofini isti külək vurdu, qatar platformaya yaxınlaşırdı. O, qatara

449 downloaded from KitabYurdu.org


çatmaq istəyirdi. Lenqdon qatarın yaxınlaşdığını görüb skamyadan
qalxdı və telefon budkasına yaxınlaşdı.
- Sizə Remi Leqaludek adlı biri lazımdır, - Sofi dedi. -Tibinqin
xidmətçisi. O, bir az bundan əvvəl Templ kilsəsində Tibinqi əsir
götürüb və...
- Agent Neve! - Faş ucadan dedi və bu an qatar gurultu ilə
platformaya yaxınlaşdı. - Belə məsələləri telefonda müzakirə etmək
olmaz! Siz Lenqdonla birlikdə təcili olaraq gəlməlisiniz. Öz xeyriniz
üçün! Bu əmrdir!
Sofi dəstəyi asdı və son halda Lenqdonla birlikdə özünü vaqona atdı.
LXXXIX
Əvvəllər «xoker»in salonu tər-təmiz idisə, indi metal qırıntıları və
propan iyi ilə dolmuşdu. Bezu Faş bütün əməkdaşları çölə qovub
stolun arxasında tək oturmuşdu. Stolun üstündə viski dolu stəkan və
Tibinqin seyfindən tapılmış taxta mücrü var idi.
Faş barmaqlarını oyma qızılgülün üstündə gəzdirdi, sonra ehtiyatla
qapağı qaldırdı. Mücrünün içində üstündə hərflər olan disklərdən
ibarət daş silindr vardı. Disklər elə düzülmüşdü ki, onların üstündə
«SOFİYA» sözü oxunurdu. Faş bu sözə uzun müddət baxdı, sonra
silindri mücrüdən çıxarıb ona daha diqqətlə baxmağa başladı. Ehtiyatla
uclarından dartmağa başladı. Silindr iki hissəyə bölündü. İçərisi boş
idi.
Faş onu qaytarıb mücrüyə qoydu və bir az bundan əvvəl Sofi ilə
etdiyi söhbət, həmçinin Şato Villetdə olan elmi-texniki şöbənin
əməkdaşlarından aldığı informasiya barədə düşünərək uzun müddət

450 downloaded from KitabYurdu.org


illüminatordan anqara baxdı. Mobil telefonun zəngi onu fikirdən
ayırdı.
Məhkəmə polisinin dispetçer xidmətinin operatoru zəng etmişdi. O,
kapitanı işdən ayırdığı üçün üzr istədi. Amma Sürix Depozitar
Bankının prezidenti onları dəng edib. Faşın mühüm işdən ötrü
Londona getdiyini ona dedikdən sonra, yenə də zəng etməkdən əl
çəkməyib. Faş hirsli-hirsli dedi ki, onu bankın prezidenti ilə
calaşdırsınlar.
- Müsyö Berne, - bankirə salamlaşmağa belə imkan verməyən Faş
dedi, - sizə tez zəng edə bilmədiyim üçün üzr istəyirəm. Bərk məşğul
idim. Mən verdiyim sözün üstündə durmuşam və sizin bankınızın adı
kütləvi informasiya vasitələrində hallanmayıb. Bəs, sizi narahat edən
nədir?
Bernenin səsi həyəcandan titrəyirdi. O, Faşa Lenqdonla Sofinin
bankdan taxta mücrünü götürdüklərini və qaçmaq üçün kömək etməyə
onu inandırdıqlarını danışdı.
- Mən radioda eşidəndə ki, onlar cinayətkardırlar, - Berne davam
etdi, - furqonu saxlayıb, onlardan mücrünü qaytarmalarını tələb etdim.
Amma onlar mənə hücum etdilər, furqonu qaçırıb aradan çıxdılar.
- Deməli, sizi taxta mücrünün taleyi narahat edir, - Faş dedi.
Mücrüyə baxdı, sonra qapağı qaldırıb ağ rəngli daş silindri gördü. - Siz
deyə bilərsinizmi ki, bu mücrünün içində nə var idi?
- Bu mühüm deyil, - Berne cavab verdi. - Şəxsən mənim üçün
bankın reputasiyası daha önəmlidir. Bizi bir dəfə də olsun, qarət
etməyiblər! Heç vaxt! Əgər ictimaiyyət bilsə ki, mən müştərilərimin

451 downloaded from KitabYurdu.org


əmlakının müdafiəsini təmin edə bilmirəm, onda biz iflas edərik.
- Deməli, siz deyirsiniz ki, agent Neve və Robert Lenqdonda açar
var idi və onlar giriş kodunu bilirdilər? Belə olan halda, siz nə üçün
deyirsiniz ki, onlar mücrünü oğurlayıblar?
- Ona görə ki, onlar qatildirlər! Bir neçə adam, o cümlədən Sofinin
babasını öldürüblər. Ola bilər ki, açar və parolu cinayət yolu ilə əldə
ediblər.
- Mister Berne, mənim adamlarım sizin keçmişinizi, maraq
dairənizi yoxlayıblar. Və əmin olublar ki, siz yüksək mədəni və savadlı
insansınız. Həm də düzgün adamsınız. Mənim kimi. Sizə bir zabit
kimi, Fransanın məhkəmə polisinin rəisi kimi söz verirəm ki, sizin
mücrünüz də, bankın reputasiyası da etibarlı əllərdədir.
XC FƏSİL
Leytenant Kolle Şato Villetin anbarının çardağında qurulan kompüterə
təəccüblə baxırdı.
- Siz hesab edirsiniz ki, burda adları göstərilmiş adamların
söhbətinə bu sistemin köməyi ilə qulaq asıblar?
- Bəli, - agent başını tərpətdi. - Həm də bir ildən artıqdır.
Kolle siyahını oxudu.
KOLBER SOSTAK - Konstitusiya şurasının sədri
CAN ŞAFFE - Ce-de-Pom muzeyinin kuratoru
EDUARD DESROŞE - Mitteran adına kitabxananın baş arxivariusu.
CAK SONYER - Luvr muzeyinin kuratoru
MİŞEL BRETON - DAS-ın (fransız kəşfiyyatı) rəhbəri.
Agent ekranı göstərdi:

452 downloaded from KitabYurdu.org


-Xüsusən onları dördüncü adam maraqlandırıb.
Kolle susaraq başını tərpətdi. O, bu adı dərhal tanıdı. Cak Sonyerə
gizlicə qulaq asırmışlar. Sonra o, yenə də bütün siyahını nəzərdən
keçirdi. Bu məşhur insanlara görəsən, necə qulaq asa biliblər?
- Siz, bu audifayllara qulaq asmısınızmı?
- Bir neçəsinə. Budur axırıncısı. - Agent klavişi basdı.
Mikrofondan səs eşidildi.
- «Capitaine, un agent du Departement de Cryptographie est
arrive»
Kolle qulaqlarına inanmadı.
- Bu mənəm! Mənim səsimdir! - O, Cak Sonyerin kabinetində
oturduğunu və Sofi Nevenin gəldiyini ratsiya ilə Faşa xəbər verdiyini
xatırladı.
Agent başını tərpətdi:
- Bizim tədqiqat zamanı Luvrda etdiyimiz söhbətlərin böyük bir
hissəsinə hansısa üçüncü şəxs qulaq asa bilirmiş.
- Siz «böcəyi» tapmaq üçün adam göndərdinizmi?
- Buna gərək yoxdur. Onun harda yerləşdiyini bilirəm! - Agent
kağız vərəqləri olan stola yaxınlaşdı. Vərəqin birini götürüb Kolleyə
uzatdı. - Bu sizə tanışdır, düzdürmü?
Kolle heyrətləndi. Onun əlində naməlum mexanizmin təsviri olan
fotoşəkil vardı. O, şəklin altında italyanca yazılmış sözləri oxuya
bilmədi. Amma buna gərək yox idi. O, bunun nə olduğunu dərhal
anladı. Orta əsr fransız cəngavərinin hərəkət edən fiquru.
Sonyerin stolunun üstündə olan cəngavər fiquru!

453 downloaded from KitabYurdu.org


Kolle qırmızı markörlə fransızca yazılmış qeydlərə baxdı. Yəqin ki,
bu, cəngavərin fiqurunun harasında «böcəyi» yerləşdirmək barədə
qeydlər idi.
XCI FƏSİL
Saylas Templ kilsəsinin yaxınlığında dayanmış «yaquar»ın sərnişin
oturacağında əyləşmişdi. Guşəli daşı əlində möhkəm tutduğundan
ovucları tərləmişdi. O, Reminin baqacdan tapdığı kəndirlə Tibinqin əl-
qolunu sarımasını gözləyirdi. Nəhayət, Remi işini qurtardı, sükanın
arxasına keçib Saylasla yanaşı oturdu.
- Hə, yaxşıca bağladın? - Saylas ondan soruşdu. Remi güldü,
saçlarındakı yağış damcılarını əli ilə silib arxaya baxdı. Salonun
arxasında, Lyu Tibinq döşəmədə uzanılı vəziyyətdə idi.
- Heç yerə qaçmaz!
Saylas boğuq qışqırıq eşitdi və Reminin Tibinq ağzına skotç
yapışdırdığını anladı.
- Ferme ta queule! - (Səsini kəs! - frans.) - Remi arxaya çevrilib
dedi və idarəetmə panelindəki düymələrdən birini basdı. Şəffaf
arakəsmə yuxarı qalxdı. Tibinqin səsi daha eşidilmədi.
Remi Saylasa göz vurub dedi:
- Onun zarıltısından boğaza yığılmışam!
Bir neçə dəqiqə sonra, limuzin Londonun küçələri ilə şütüyəndə
Saylasın mobil telefonu zəng çaldı. Ustad! O, cəld düyməni basdı:
-Alo?
- Saylas! - tanış səs eşidildi. - Allaha şükür, axır ki, səsini eşitdim.
Deməli sən, təhlükəsiz yerdəsən.

454 downloaded from KitabYurdu.org


Saylas da sevindi. O, çoxdan idi ki, Ustadın səsini eşitmirdi,
əməliyyat isə plandan tamamilə kənara çıxmışdı. İndi deyəsən, hər şey
tədricən öz qaydasına düşürdü.
- Guşəli daş məndədir.
- Gözəl xəbərdir! - Ustad dedi. - Remi səninlədir?
Saylas təəccübləndi. Deməli, Ustad Remini də tanıyırdı.
- Hə. Məni Remi azad etdi.
- Mən əmr etmişdim. Sənin əsir düşdüyün üçün təəssüflənirəm.
- Fiziki əziyyət boş şeydir. Əsas odur ki, guşəli daş indi bizdədir.
- Bəli. Və mən istəyirəm ki, onu tezliklə mənə çatdırsınlar. Vaxt
gözləmir. Saylas bu xoşbəxtliyi ağlından belə keçirməmişdi. Nəhayət
o, Ustadın özünü
görəcək!
- Bəli, ser. Eşidirəm, ser. Sizin əmrlərinizi yerinə yetirmək mənim
üçün şərəfdir.
- Qulaq as, Saylas. Mən istəyirəm ki, guşəli daşı mənə Remi
gətirsin.
Remi? Saylas susdu. Bu ədalətsizlikdir! Ustad üçün etdiyi fədakarlığın
əvəzi
budurmu? Onun mükafata haqqı var. Mükafat isə üzbəüz görüşdə bir
neçə xoş söz ola bilər. Amma indi belə çıxır ki, bütün mükafatlar
Remiyə çatacaq?..
- Hiss edirəm ki, sən məyus oldun, - Ustad dedi. - Deməli, sən
mənim əsil məqsədimi anlamamısan. - Ustad səsini qısıb dedi: - İnan,
guşəli daşı sənin əllərindən almaq daha xoş olardı. Tanrı xidmətçisinin

455 downloaded from KitabYurdu.org


əllərindən, hansısa cinayətkarın yox. Amma Remi ilə məşğul olmaq
lazımdır. O, mənə qulaq asmadı, böyük səhvə yol verib bütün
əməliyyatımızı təhlükə altına qoydu.
Saylasa üşütmə gəldi və gözünün ucu ilə Remiyə baxdı. Tibinqin
oğurlanması onların planına daxil deyildi. İndi yeni problem yaranıb.
Bu qoca ilə nə edəcəkləri məlum deyildi.
- Biz Allah-Təalanın xidmətçiləriyik, - Ustad sözünə davam etdi, -
Biz seçdiyimiz yoldan kənara çıxa bilmərik, buna haqqımız da yoxdur.
Yalnız bu səbəbə görə guşəli daşı Reminin gətirməsini istəyirəm. Məni
başa düşürsən?
Saylas Ustadın səsindəki qəzəbi hiss etdi. Saylas Ustadın onu
anlamadığına təəccüblənmişdi. Axı o, öz üzünü gec ya tez
göstərməlidir, Saylas düşündü. Remi nə lazım idi, etmişdi. O, guşəli
daşı xilas etmişdi.
- Başa düşürəm, - Saylas çətinliklə dedi.
- Bax, belə! Siz küçələrdə dolaşmamalısınız, bu çox risklidir.
Tezliklə polis limuzini axtarmağa başlayacaq, mən istəmirəm ki, siz
ələ keçəsiniz. «Opus Dei»nin Londonda rezidensiyası varmı?
- Əlbəttə.
- Səni ora buraxarlarmı?
- Lap qardaş kimi.
- Onda təcili olaraq ora get və orda qall. Mən guşəli daşı alıb bütün
məsələləri həll edən kimi sənə zəng edəcəm.
- Siz də Londondasınız?
- Sənə nə deyirlər, onu et, hər şey yaxşı olacaq.

456 downloaded from KitabYurdu.org


- Baş üstə, ser.
Ustad dərindən nəfəs aldı, sanki xoşagəlməz bir işlə məşğul
olacaqdı.
- İndi isə mən Remi ilə danışmaq istəyirəm.
Saylas mobil telefonu Remiyə uzatdı. İndi o bilirdi ki, bu telefon
danışığı Remi Leqaludek üçün sonuncu ola bilər.
Remi mobil telefonu aldı və bu, bədbəxt, eybəcər rahibin onun üçün
hazırlanmış acı taledən xəbərsiz olduğunu düşündü.
Ustad sadəcə səndən istifadə edib, Saylas.
Sənin yepiskopun isə bu oyunda sadəcə piyadadır.
Remi Ustadın inandırmaq bacarığına təəccüb edirdi. Yepiskop
Arinqarosa onun üçün hər şeyini qurban etmişdi. O, yepiskopu yaxşıca
doladı, buna söz yox. Yepiskop eşitdiyi sözlərə çox inanmaq istəyirdi,
onun bədbəxtliyi bundadır. Ustad Reminin xoşuna gəlməsə də, o,
birdən qürur hiss etdi. Əlbəttə ki, o, belə bir insanın etibarını qazanıb
ona çox iş görmüşdü. Mən öz pullarımı vicdanla qazanmışam.
- Mənə diqqətlə qulaq as, - Ustad dedi. -Saylası «Opus Dei»nin
rezidensiyasına apararsan, bir neçə kvartal aralıda maşından
düşürərsən. Sonra Sent-Ceyms parkına gəl. Bu, Biq-Benlə parlament
binasının yanındadır. Limuzini Horsqardz-Pareyddə (Kral atlı
qvardiyasının kazarma binaları qarşısındakı meydan) saxlaya bilərsən.
Parkda söhbətləşərik.
Və dəstəkdən səs kəsildi.
XCII
Kral IV Georq tərəfindən 1829-cu ildə əsası qoyulmuş Kral kolleci

457 downloaded from KitabYurdu.org


London Universitetinin yanında teoloci fakultəsi olan müstəqil təhsil
müəssisəsi idi və parlament binasının yanında yerləşirdi. Bu kollec
özünün yüz əlli illik tədqiqat və tələbələrə bilik öyrətməklə yanaşı,
müxtəlif dinlərin öyrənilməsi üzrə ən müasir elektron məlumat bazası
ilə təchiz edilmiş «Teoloci sistemlərin tədqiqat institutu» ilə də fəxr
edə bilərdi.
Yağış yağırdı. Lenqdon kitabxananın astanasından içəri girəndə
həyəcandan ürəyinin sıxıldığını hiss etdi. Baş tədqiqat laboratoriyası
məhz Tibinqin təsvir etdiyi kimi idi. Əsas əşyası dairəvi taxta stol olan
böyük, düzbucaqlı tikili. Əgər müstəvi ekranlı on iki kompüter
olmasaydı, belə stolun arxasında Kral Artur cəngavərləri ilə birlikdə
rahatca əyləşə bilərdilər. Otağın o başında arayış stolu vardı. Növbətçi-
kitabxanaçı qız uzu niş gününə hazırlaşaraq, çaydana su tökürdü.
- Yaxşı səhərdir, düzdürmü? - o, gələnləri tipik ingilis manerası ilə
salamladı. Çaydanı qoyub yaxın gəldi. - Necə kömək edə bilərəm?
- Sağ olun, - Lenqdon cavab verdi. - İcazə verin, özümü təqdim
edim.
- Siz Robert Lenqdonsunuz, - o gülümsədi. - Mən sizi dərhal
tanıdım.
Ani olaraq onu qorxu hiss bürüdü. Faşın əmri ilə onun fotoşəklini
Britaniya televiziyaları ilə göstərildiyini düşündü. Amma kitabxanaçı
qızın təbəssümünü görüb sakitləşdi. Lenqdon hələ məşhur olduğuna
alışmamışdı. Əgər yer üzündə onu tanıyan insanlar varsa, onda, onlar
mütləq din tarixi fakultəsində işləməliydilər.
- Pamela Hettem, - kitabxanaçı qız özünü təqdim edib əlini uzatdı.

458 downloaded from KitabYurdu.org


İncə cizgili, ağıllı sifət, xoşagəlimli səs. Boynundan qalın şüşəli,
zəncirli eynək asılmışdı.
-Tanış olmağıma şadam, - Lenqdon dedi, - Bu, mənim dostum Sofi
Nevedir.
Qadınlar salamlaşdılar, Hettem yenə bütün diqqətini Lenqdona
yönəltdi:
- Sizin bura gələcəyinizi mən bilmirdim.
- Biz özümüz də bilmirdik. Hər şey qəfil alındı. Əgər çətin deyilsə,
bəzi məlumatların tapılmasında bizə kömək edin.
Hettem özünü itirdi.
- Bilirsiniz, biz bir qayda olaraq yalnız rəsmi sorğulara cavab
veririk. Vaxtı isə özümüz təyin edirik. Bəlkə, siz bizim professorlardan
hansınınsa qonağısınız?
Lenqdon başını yırğaladı:
- Təəssüf ki, biz dəvətsiz gəlmişik. Sadəcə mənim bir dostum sizin
barənizdə yaxşı sözlər demişdi. Ser Lyu Tibinqi tanıyırsınızmı?
Məşhur tarixçi, Britaniya Kral...
- Hə, ilahi, əlbəttə ki! - kitabxanaçı qız sevindi. - Çox yaxşı
insandır! Gözəl alimdir! Fantastikadır, əfsanədir! Nə vaxt bura gəldisə,
axtarış bir istiqamətdə gedir. Qraal, Qraal, Qraal. Yox, allah haqqı,
hərdən mənə elə gəlir ki, təslim olmaqdansa o, ölməyi üstün tutar. -
Kitabxanaçı qız Lenqdona göz vurdu. - Bir də ki, zaman və pul ser
Tibinq kimi insanların özlərinə rəva gördüyü rahatlıqdır, düzdürmü?
O, elmin əsil donkixotudur.
- Hə, biz sizin köməyinizə ümid edə bilərikmi? - Sofi soruşdu. -

459 downloaded from KitabYurdu.org


İnanın, bu çox vacibdir.
Hettem boş otağa baxıb onlara göz vurdu:
- Mən indi çox məşğul olduğumu deyə bilmərəm, elə deyilmi?
Sizə kömək etsəm, düşünmürəm ki, öz qaydalarımızı ciddi surətdə
pozaram. Sizi nə maraqlandırır?
- Biz Londonda qədim bir qəbri tapmaq istəyirik.
Hettem onlara tərəddüdlə baxdı:
- Amma bizdə iyirmi minə yaxın belə qəbir var. Daha dəqiq
olmazmı?
- Bu, cəngavər qəbridir. Adını bilmirik.
- Cəngavər... hə, bu bir qədər axtarış dairəsini daraldır. Cəngavər
qəbirlərinə hər addımda rast gəlinmir ki.
- Bizdə bu cəngavər haqqında çox az informasiya var, - Sofi dedi. -
Bizim bildiyimiz bunlardır. - deyə o, şerin iki sətri yazılmış kağızı
kitabxanaçı qıza uzatdı.
Dördsətirli şerin hamısını kənar adama göstərmək istəməyən Sofi və
Lenqdon onu iki hissəyə bölməyi qərara almışdılar. İlk iki sətir
cəngavərin şəxsiyyətini təyin etmək üçün kifayət idi. Sofi bunu «kəsik
şifrələmə» adlandırdı. Kəşfiyyat xidməti hansısa mühüm məlumat olan
şifrəni ələ keçirəndə, onu adətən iki hissəyə bölüb hər bir hissəni ayrı-
ayrı şifrəaçanlara verirlər. Əgər şifrəaçanlardan biri məlumatı sızdırsa,
onda gizli informasiyanın tam məzmununu deyil, yalnız bir hissəsini
kiməsə ötürə bilər.
Amma indi belə ehtiyat tədbirləri artıq idi. Kitabxanaçı qız hətta şeri
tam görüb, cəngavərin qəbrinin yerini tapsa da, kripteks olmadan bu

460 downloaded from KitabYurdu.org


informasiyanın əhəmiyyəti yox idi.
Hettem məşhur amerikalı alimin gözlərindən anladı ki, bu
muəmmalı qəbir haqqında məlumat onun üçün çox mühümdür. Elə
onu müşaiyət edən yaşıl gözlü qadında da həyəcanlanmışdı.
Kitabxanaçı qız eynəyini taxıb ona verilmiş vərəqə baxdı.
- Bu nədir? Harvarddakılar bunu zibil yeşiyindən tapıb?
Lenqdon çətinliklə gülümsədi:
- Belə də demək olar.
Hettem onun nəsə gizlətdiyini anladı. Buna baxmayaraq, tapmaca
onu da maraqlandırdı.
- Bu şerdə deyilir ki, hansısa cəngavərin hərəkətindən Kilsə narazı
qalıb. Amma papa rəhmdillik göstərib onu burda, Londonda dəfn
etməyə icazə verib.
Lenqdon başını tərpətdi:
-Təxminən belədir. Nəsə fikriniz var?
Hettem kompüterə yaxınlaşdı.
- Dərhal deyə bilmərəm. Amma gəlin baxaq, elektron baza bizə nə
verəcək.
Son iyirmi il ərzində Kral kollecində fəaliyyət göstərən Teoloci
Sistemlərin
Tədqiqat İnstitutu müxtəlif mətnlər toplusunun sistemləşdirilməsi üçün
bir neçə dildə tərcümə edə bilən kompüter metodikasından istifadə
edirdi. Onların arasında din ensiklopediyaları, dini xadimlərin
bioqrafiyaları, müxtəlif dildə müqəddəs kitablar, tarixi xronikalar,
Vatikan sənədləri, keşişlərin gündəlikləri - bir sözlə, dini məsələlərə

461 downloaded from KitabYurdu.org


aid olan hər şey. İndi bu möhtəşəm kolleksiya sonsuz səhifələrdə deyil,
bit və bayt şəklində idi və məlumatları daha asanlıqla əldə etmək
olardı.
Kompüterin qarşısına keçən kitabxanaçı qız kağızı yanına qoyub
çap etməyə başladı.
- Bir neçə söz daxil etməklə axtarış sistemini işə salaq. Sonra
görək nə olur.
- Sağ olun.
Hettem çap etdi: London, cəngavər, papa. Sonra «axtarış» klavişini
basdı və kompüter məlumatları saniyədə beş yüz meqabayt sürətlə
yoxlamağa başladı.
- Mən bu üç sözün bir mətndə olduğu sənədləri göstərməyi
sistemdən xahiş etdim. Əlbəttə o, çoxlu artıq informasiya üzə
çıxaracaq, amma düşünürəm ki, bundan başlasaq yaxşıdır.
Ekranda ilk sətirlər görünməyə başladı:
«Papanın portretləri. Ser Coşua Runoldsun şəkil toplusu. London
universiteti press»
Hettem başını yırğaladı:
- Yəqin ki, bu bizə lazım deyil. Ardına baxaq.
«Aleksandr Popun yaradıcılığında London dövrü (Aleksandr Pop -
(16881744)- ingilis şair və filosofu. Pope familiyası tərcümədə «papa»
- Roma katolik kilsəsinin rəhbəri mənasını verir) və C.Nilson Nayt
(Nayt familiyası ingiliscə «knight» - «cəngavər» sözündəndir)
Bu bizə lazım deyil.
Sistem işləməyə davam etdi və məlumatlar axmağa başladı. Onların

462 downloaded from KitabYurdu.org


əksəriyyətində, satirik şerlərində London və cəngavərlər haqqında
söhbət gedən on səkkizinci əsrin ingilis yazıçısı Aleksandr Pop barədə
məlumatlar vardı.
Hettem ekranın aşağı küncündəki nömrələrə baxdı. İnformasiya
daxil etdikdə, kompüter avtomatik olaraq istifadəçiyə neçə faiz
məlumatın tapıldığını bildirirdi.
Məlumatların təxmini sayı: 2692
- Biz axtarış dairəsini necəsə daraltmalıyıq, - Hettem dedi. - Sizdə
informasiya ancaq bu qədərdirmi? Bəlkə, daha nəsə var?
Lenqdon Sofiyə baxdı. O, tərəddüd edirdi.
Onlar nəsə gizlədirlər, Hettem düşündü. Özü də bu Harvard
axmaqlığı deyil. O, Lenqdonun keçən il Romaya səfəri barədə
eşitmişdi. Bu amerikalı dünyada ən çətin girişi olan kitabxanaya -
Vatikan arxivlərinə baxmağa icazə almışdı. Maraqlıdır, o düşündü,
Lenqdon orda hansı gizli məlumatları öyrənə bilərdi və Londonda
qəbir haqqında informasiya axtarışı Vatikandan əldə edilmiş
məlumatla bağlı deyildi ki? Hettem uzun müddət idi ki, kitabxanada
işləyirdi, ona görə də Londona cəngavər axtarışı üçün gələnləri yalnız
bir şeyin - Qraalın maraqlandırdığını bilirdi.
Kitabxanaçı qız gülümsəyib eynəyini düzəltdi.
- Siz, ser Lyu Tibinqin dostlarısınız, İngiltərəyə gəlib cəngavər
axtarırsınız, - o, ovcunu açdı. - Burdan mən belə nəticə çıxarıram ki,
sizi Qraal maraqlandırır.
Lenqdonla Sofi təəccüblə bir-birinə baxdılar. Hettem gülüb dedi:
- Mənim dostlarım, bizim kitabxana Qraalın bütün ovçuları üçün

463 downloaded from KitabYurdu.org


baza düşərgəsidir. Lyu Tibinq də onlardan biridir. Əgər mənə
«qızılgül», «Mariya Maqdalina», «Sanqril», «Merovinqlər», «Sion
Prioratı» kimi sözlərin hər birinin axtarışına görə bir şillinq də
versəydilər, indii çoxdan varlanmışdım. - O, eynəyini çıxarıb onlara
baxdı. - Mənə əlavə informasiya lazımdır.
Qonaqlar susmuşdular, amma Hettem onların sirlə
xudahafizləşmələrinə hazır olduqlarını hiss etmişdi, onlar üçün nəticə
daha mühüm idi.
- Budur, - Sofi Neve dedi, - bu, bizim bildiyimizin hamısıdır. - O,
Lenqdondan qələmi alıb qalan iki sətri də yazdı və kitabxanaçı qıza
uzatdı.
Qəbirdən itmiş kürəni tap.
Qızılgül çiçəyi - bu, bəhrə verən bətnə işarədir.
- Deyəsən, mən sizə kömək edə biləcəm, - o dedi, - Bu şeri hardan
əldə etdiyinizi soruşa bilərəmmi? Bəs, nəyə görə məhz kürəni
axtarmaq lazımdır?
- Əlbəttə ki, soruşa bilərsiniz, - Lenqdon təbəssümlə dedi. - amma
bu çox uzun tarixdir, bizim vaxtımızsa məhduddur.
- «Sizin işiniz deyil»in nəzakətli forması?
- Qulaq asın, Pamela, - Lenqdon dedi, - əgər bu cəngavərin qəbrini
tapmağa kömək etsəniz ömrümüz boyu sizə minnətdar olarıq.
- Yaxşı, - Hettem cavab verib yenidən kompüterin arxasına keçdi,
- Mən çalışaram. Əgər hər şey Qraalın ətrafında fırlanırsa, başqa açar
sözlərdən istifadə etməyə çalışaq. Onları əlavə kimi daxil edib və yenə
axtarış proqramını işə salacam. Bu yalnız Qraala aid olan mətnlərin

464 downloaded from KitabYurdu.org


üzə çıxmasına kömək edəcək.
O kompüterdə yazdı:
Axtarış: cəngavər, London, papa, qəbir.
Bir az aşağıdan isə bunları yazdı:
Qraal, Qızılgül, Sanqril, qab.
- Bu, nə qədər vaxt aparacaq? - Sofi soruşdu.
- Bir neçə yüz terabayt? - Pamela gözlərini qıyıb, «Axtarış»
düyməsini» basdı.
- Çox yox, on beş dəqiqə. Sofi susdu, amma anladı ki, bu on beş
dəqiqə onlara əbədiyyət kimi gələcək.
- Çay içirsinizmi? - kitabxanaçı qız soruşdu və çaydan qoyulmuş
stola yaxınlaşdı. - Lyu həmişə mənim dəmlədiyim çayı xoşlayırdı.
XCIII FƏSİL
«Opus Dei»nin Londondakı rezidensiyası Orm-Kort, 5-də yerləşən
kərpic bina idi, qarşı tərəfində Nort-Uok küçəsi və Kensinqton-qardenz
parkı yerləşirdi. Saylas heç zaman burda olmamışdı, amma binaya
yaxınlaşdıqca hər addımda sakitlik və əminlik hiss edirdi. Saylas bura
piyada gəlib çatdı. Bərk yağış yağmasına baxmayaraq, Remi onu bir
neçə kvartal aralıda maşından düşürdü - limuzinin mərkəzi küçələrdə
görünməsini istəmirdi. Amma Saylas piyada getməyinə etiraz etmədi.
Yağış təmizləyicidir.
Reminin məsləhəti ilə o, silahdan barmaq izlərini sildi, sonra onu
kanalizasiya quyusuna atdı. Və silahdan canını qurtardığı üçün sevindi.
Ürəyi yüngülləşdi. Ayaqları hələ də ağrıyırdı, amma Saylas bundan da
möhkəm ağrıya dözməyə öyrənmişdi. O, Reminin limuzində saxladığı

465 downloaded from KitabYurdu.org


əl-qolu bağlı olan Tibinqi düşündü. Britaniyalı çox güman ki, əzab
çəkir.
- Onunla nə edəcəksən? - o, maşından düşməzdən əvvəl Remidən
soruşdu.
Remi çiyinlərini çəkdi:
- Bunu Ustad bilər.
Amma Saylas onun səsindən hökmün nə olacağını hiss etdi.
O, «Opus Dei»nin binasına yaxınlaşdı, yağış daha da gücləndi. Əsil
leysan idi. Sutana tamamilə islanmışdı, yaş parça təzə yaralara yapışıb
bərk ağrıdırdı. Amma Saylas buna əhəmiyyət vermirdi. O, son
günlərdə etdiyi günahlardan təmizlənməyə hazır idi. O, öz işini görüb.
Saylas həyətdan keçib qapıya yaxınlaşdıqda onun açıq olduğunu görüb
təəccüblənmədi. O, dəhlizə girib ayağını xalçanın üstünə qoymuşdu ki,
elektron qurğu işə düşdü və yuxarıdan zəng səsi eşidildi. Buranın
sakinləri günün böyük hissəsini öz otaqlarında dua etməklə məşğul
olduğundan, bu adi hal idi. Saylas başının üstündəki taxta döşəmənin
cırıldadığını eşitdi.
Bir dəqiqədən sonra rahib sutanası geymiş bir kişi aşağı düşdü.
- Kömək lazımdır?
Onun mehriban gözləri olsa da, baxışı qəribə idi.
- Sağ olun. Mən Saylasam. «Opus Dei»nin üzvüyəm.
- Amerikalı?
Saylas başını tərpətdi:
- Mən burda cəmi bir gün qalacam. Dincəlmək istəyirəm. Bu
mümkündürmü?

466 downloaded from KitabYurdu.org


- Bu nə sualdır. Üçüncü mərtəbədə iki boş otaq var. Sizə çay və
çörək gətirə bilərəm.
- Çox sağ olun, - Yalnız indi Saylas vəhşicəsinə acdığını hiss etdi.
O, yuxarı qalxıb otağa girdi. İslanmış sutanasını çıxarıb alt
paltarında dizləri üstdə çökdü. Dəhlizdə ayaq səsləri eşidildi - bu rahib
idi, yaxınlaşıb podnosu qapının yanına qoydu. Saylas dua etdi, sonra
yeyib yatmağa uzandı.
Üç mərtəbə aşağıda telefon zəng çaldı. «Opus Dei»nin Saylası içəri
buraxan xidmətçisi cavab verdi.
- Sizi London polisi narahat edir, - o, kişi səsi eşitdi. - Biz albinos-
rahibi axtarırıq. Onun sizdə ola bilməsi barədə məlumat almışıq. Onu
görmüsünüzmü?
Rahib çaşıb qaldı.
- Bəli, o gəldi. Nə baş verib?
- O, indi sizdədir?
- Bəli, yuxarıdadır. Dua edir. O, nə edib ki?
- Qoy, otağında qalsın, - Kişi ciddi surətdə əmr etdi. - Heç kimə
bir söz deməyin. Mən onun dalınca öz adamlarımı gbndərirəm.
XCIV FƏSİL
Sent-Ceyms parkı - Londonun mərkəzində, Vestminster və Bukinhem
saraylarının yaxınlığında yerləşən yaşıl adadır. İndii o, onu görməyi
arzu edən hər kəsə açıqdır, amma bir vaxtlar Kral VIII Henrix onu
çəpərə salıb, maral bəsləyərək saray xadimləri ilə ova çıxardı.
Londonlular isti və günəşli günlərdə söyüd ağaclarının altında piknik
qurub göldəki qutanları yemləyirlər. Onu da deyək ki, bu qutanların

467 downloaded from KitabYurdu.org


əcdadlarını II Karla rus səfiri hədiyyə etmişdi.
Bu gün Ustad hava küləkli və yağış olduğu üçün burda qutan
görmədi, amma dənizdən qağayılar uçub gəlmişdi. Parkın çəmənliyi
yüzlərlə ağ quşla örtülmüşdü, onlar hamısı rütubətli küləyin
kəsilməsini gözləyərək bir istiqamətə baxırdılar. Səhər dumanına
baxmayaraq, burdan parlamentin məşhur binası və Bq-Ben gözəl
görünürdü. Əgər bir az da yuxarıya baxsaydı, söyüd salxımlarının
arasından Ustadın da bildiyi kimi, cəngavərin qəbrinin yerləşdiyi
binanın şpilləri görünürdü. Məhz bu səbəbdən o, Remi ilə görüşü
burda təyin etmişdi.
Budur, Ustad limuzinin qabaq qapısına yaxınlaşdı və Remi
lütfkarlıqla qapını açıb kənara çəkildi. Amma Ustad oturmağa
tələsmirdi, konyak şüşəsini çıxarıb bir qurtum içdi. Sonra dodaqlarını
dəsmalla sildi, maşina keçib Reminin yanında oturdu və qapını örtdü.
Remi əlindəki guşəli daşı təntənə ilə yuxarı qaldırdı.
- Az qalmışdı ki, itirək.
- Sən işin öhdəsindən yaxşı gəldin, - Ustad dedi.
- Biz bunu bir yerdə etdik! - Remi əlavə etdi və guşəli daşı Ustada
verdi.
Ustad uzun müddət kripteksə baxıb gülümsədi.
- Bəs, silah? Barmaq izlərini, yəqin ki, silmisiniz?
- Bəli. Sildikdən sonra qaytarıb maşının dolabçasına qoydum.
- Əla! - Ustad bir qurtum da konyakdan içib şüşəni Remiyə uzatdı.
- Uğurumuzun şərəfinə! Sona az qalıb.
Remi minnətdarlıq edib konyakdan içdi. Düzdür, konyakın dadı bir

468 downloaded from KitabYurdu.org


az şor idi, amma bu, elə də əhəmiyyətli deyildi. İndi o, Ustadla əsil,
tamhüquqlu tərəf müqabilidir. O, həyatında olacaq dəyişikliklərin
yaxınlaşdığını hiss edirdi. İndii daha heç zaman xidmətçi
olmayacağam. Remi ördəklər üzən gölməçəyə baxdı, Şato Villet yuxu
kimi uzaqdaydı.
Bir qurtum da içdikdən sonra Remi, bədəninə yayılan xoş istini hiss
etdi.
Amma tezliklə bu istilik onu yandırıb yaxdı. Remi qalstukunun
düyününü boşaltdı, ağzında xoşagəlməz dad hiss edib şüşəni Ustada
qaytardı.
- Mənim bəsimdir, - o, çətinliklə dedi. Ustad şüşəni alıb dedi:
- Remi, ümid edirəm ki, mənim üzümü görən yeganə adam
olduğunu anlayırsan. Mənim sənə olan etibarım böyükdür.
- Bəli, - xidmətçi cavab verdi. Onu üşütmə tutdu və yenə
qalstukunun düyününü boşaltdı. - Bu sirri mən özümlə qəbirə qədər
aparacağam.
Ustad bir az susub dedi:
- Mən sənə inanıram. - Sonra konyak şüşəsini və guşəli daşı cibinə
qoydu.
Əlini maşının dolabçasına uzadıb onu açdı, və «Meduza» markalı kiçik
tapançanı götürdü. Remini bir anlığa qorxu bürüdü, amma Ustad
tapançanı şalvarının cibinə qoydu.
O, nə edir? Nə üçün? Remini soyuq tər basdı.
- Mən sənə azadlıq vəd etmişdim, - Ustad dedi, onun səsində
təəssüf hiss olunurdu. - Amma bütün vəziyyəti nəzərə alsaq, bundan

469 downloaded from KitabYurdu.org


artıq sənə yaxşılıq edə bilmərəm.
Remi boğazının şişdiyini və nəfəs ala bilmədiyini hiss etdi. Hər iki
əli ilə boğazından tutaraq o, birdən ikiqat əyildi, traxeyalarındakı
spazmdan ögüməyə başladı. O, qışqırmaqistədi, amma boğuq səslə
inildədi. İndi, konyakın niyə şor daddığını anladı.
Mən ölürəm! O, məni öldürdü!..
Hələ bu fikrinə axıra qədər inanmayan Remi yanında oturmuş
Ustada tərəf çevrildi. O, sakitcə maşının şüşəsindən irəliyə baxırdı.
Reminin gözləri tutqunlaşdı, o, ağzını geniş açıb hava udmağa
çalışırdı. Mən onun üçün dəridən-qabıqdan çıxdım! O, buna necə ürək
etdi? Remi, Ustadın onu aradan götürmək qərarına nə üçün gəldiyini
bilmirdi. Ya bunu o, əvvəlcədən fikirləşmişdi, ya da Reminin Templ
kilsəsindəki hərəkətləri onun xoşuna gəlməmişdi. Leqaludek bunu
bilməyəcəkdi. Qorxu və qəzəb - indi onu bu hisslər çulğamışdı. O,
Ustadın üstünə atılmağa cəhd etdi, amma bədəni onun sözünə qulaq
asmırdı. Mən sənə inandım, mən hər şeyimi sənə qurban verdim!
Remi yumruğunu qaldırıb klaksona vurmaq istədi, amma yıxılıb
oturacağa düşdü. Və beləcə əlləri ilə şişmiş boğazından tutaraq Ustadın
böyründə uzandı. Yağış daha da möhkəmləndi. Remi artıq heç nə
görmürdü, amma sönməkdə olan şüurunun dərinliklərində gözəl
təsəvvür oyanmışdı. Ətraf dünya onun üçün mövcudluğunu itirəndə,
suyun günəş şüaları altında parıldadığını gördü, Rivyeranın sahillərinə
çırpılan dalğaların səsini eşitdi.
Ustad limuzindən düşdü və ətrafda heç kimin olmadığını görüb
məmnun qaldı. Mənim başqa seçimim yox idi, o, öz-özünə dedi və

470 downloaded from KitabYurdu.org


hətta bir az təəccübləndi: indii o, etdiyi əməl üçün təəssüflənmirdi.
Remi belə taleni özü seçdi. Bütün bu vaxt ərzində Ustad qorxurdu ki,
əməliyyat sonna çatanda Remini aradan götürməli olsun. Amma
axmaq, Templş kilsəsində özünü yolverilməz şəkildə aparmaqla
sonunu özü yaxınlaşdırdı. Robert Lenqdonun Şato Villetə gözlənilməz
gəlişinin həm müsbət, həm də mənfi tərəfləri vardı. Lenqdon guşəli
daşı gətirməklə onların canını bu qiymətli xəzinənin axtarışından
qurtardı, amma o, həm də polisi onların izinə düşürdü. Reminin
barmaq izləri nəinki bütün evdə, həm də növbə çəkdiyi səsdinləmə
postunda, anbarın çardağında da vardı. İndi Ustad öz
uzaqgörənliyindən sevinirdi. O, hər şeyi etmişdi ki, Remi ilə onun
birgə fəaliyyətini ifşa edəcək heç bir bağlılıq olmasın. Əgər Remi
ağzından qaçırmasaydı, Ustaddan şübhələnmək belə mümkün deyildi.
Amma indi, bu təhlükə də aradan qaldırıldı.
Daha bir budaq kəsildi, Ustad düşündü və limuzinin arxa qapısınıa
yaxınlaşdı. Polis nə baş verdiyini heç zaman başa düşməyəcək... və
onu ələ verəcək canlı şahid də yoxdur. O, ehtiyatla ətrafa baxıb onu
heç kimin izləmədiyinə əmin olaraq arxa qapını açıb salona keçdi.
Bir neçə dəqiqədən sonra Ustad Sent-Ceyms parkından artıq çıxırdı.
İndi yalnız iki nəfər qalırdı: Lenqdon və Neve. Onlarla daha çətin
olacaq. Amma eybi yox, öhdəsindən gələrik. İndi onları düşünməyin
yeri deyil, təcili kriptekslə məşğul olmaq lazımdır.
O, təntənə ilə parka baxaraq, irəlidə öz hədəfini görürdü. London,
burda papa tərəfindən dəfn edilmiş cəngavər yatır. Bu şeri eşidən kimi
Ustad cavabı bildiyini dərhal anladı. İndiyə qədər başqalarının bunu

471 downloaded from KitabYurdu.org


bilməməsində təəccüblü bir şey yoxdur. Düzgün yolla əldə edilməsə
də, hər halda mənim üstünlüyüm var. Ustad bir neçə ay ərzində
Sonyerin bütün danışıqlarına qulaq asmışdı və bir dəfə Böyük Ustad,
Leonardo Da Vinçi qədər ehtiram etdiyi bu məşhur cəngavər haqqında
demişdi. Şerdə məhz bu cəngavər barədə söhbət getdiyinə şübhə ola
bilməzdi, amma Sonyerin də haqqını vermək lazımdır. Ustadı başqa
şey düşündürürdü. Son açar sözü tapmaq üçün qəbirin necə kömək
edəcəyi indiyə qədər müəmma olaraq qalırdı.
Qəbirdən itmiş kürəni tap...
Məşhur qəbrin şəkilləri Ustadın yadanda idi. İncə gözəlliyə malik
kürə. Bu nəhəng sfera qəbirin üstünü tutmuşdu və onunla demək olar
ki, eyni ölçüdə idi. Kürənin mövcudluğu Ustadı sevindirsə də, eyni
zamanda narahat edirdi. Bir tərəfdən bu işarədir, digər tərəfdən açar
söz qəbirdə olmuş. amma indi itmiş kürəylə əlaqəlidir. Belə olduqda
bu, həmin kürə deyil. Vəziyyəti aydınlaşdırmaq üçün o, qəbrə diqqətlə
baxmağı qərara aldı.
Yağış, elə bil, vedrədən tökülürdü. O, kripteksin islanmaması üçün
onu sağ cibinə qoydu. Sol cibində «Meduza» tapançası vardı. Bir neçə
dəqiqədən sonra o, Londonda doqquzuncu əsrin sonlarının ən gözəl
binasında yerləşən məbədə girdi.
Bu anlarda yepiskop Arinqarosa kiçik təyyarədən düşüb, yağışın
altında, sutanasının ətəklərini qaldıraraq Biqqin-Hill aerovağzalının
binasına tərəf getdi. O, ümid edirdi ki, onu kapitan Faş özü
qarşılayacaq. Amma onun əvəzinə Britaniya polisinin əlində çətir
tutmuş gənc zabiti gəldi.

472 downloaded from KitabYurdu.org


- Yepiskop Arinqarosa? Kapitan Faş təcili getməli oldu. Məndən
xahiş etdi ki, sizi qarşılayım və ötürüm. Sizi Skotland-Yarda
aparmağımı tapşırdı. Hesab edir ki, ora sizin üçün təhlükəsizdir.
Təhlükəsiz? Arinqarosa içində Vatikan Bankının istiqraz vərəqləri
olan ağır portfelə baxdı. O, az qala bu sərvəti unutmuşdu.
- Hə, sizə minnətdaram.
Arinqarosa polis avtomobilinə əyləşdi. Maraqlıdır, Saylas indi
hardadır? Bir neçə dəqiqədən sonra, bunun cavabını polisdən öyrəndi.
Orm-Kort, ev 5.
Arinqarosa bu ünvanı yaxşı tanıyırdı. Bu, «Opus Dei»nin London
rezidensiyasıdır.
- Məni ləngimədən ora aparın! - o, sürücüyə dedi.
XCV FƏSİL
Lenqdon axtarışın nəticələri ekranda görünən andan gözünü
kompüterdən çəkmədi.
Beş dəqiqə. Cəmisi iki məlumat.
Heç birisinin məsələyə dəxli yox.
O, artıq narahat olmağa başlamışdı.
Pamela Hettem qonşu otaqda idi. Lenqdonla Sofi ondan qəhvə
gətirməsini istəyərək, lap ağını çıxartmışdılar. Budur, indi onların
burnuna dəyən ətir iyindən bilmək olardı ki, artıq «Neskafe» hazırdır.
Bu vaxt kompüter bərkdən siqnal verdi.
- Deyəsən, nəsə tapıb! - Pamela qonşu otaqdan qışqırdı. - Orda nə
yazılıb?
Lenqdon gözlərini ekrana zillədi.

473 downloaded from KitabYurdu.org


Orta əsrlər ədəbiyyatında Qraal alleqoriyası: ser Heueyn və Yaşıl
cəngavər haqqında traktat.
- Yaşıl cəngavər haqqında hansısa alleqoriya! - o, kitabxanaçıya
qışqırdı.
- Yox, bu lazım deyil, - Hettem cavab verdi. - Londonda mifoloci
yaşıl nəhənglər çox deyil. Hətta demək olar ki, heç yoxdur.
Sofi ilə Lenqdon səbirlə monitorun qarşısında oturub davamını
gözləyirdilər.
Bu dəfəki informasiya daha gözlənilməz oldu.
Die Opern von Richard Waqner
- Vaqnerin operası? - Sofi soruşdu.
Hettem əlində qəhvə paketi otağa baxdı.
- Bu, həqiqətən qəribə məlumatdır. Məgər Vaqner cəngavər olub?
- Yox, - Lenqdon cavab verdi. - Amma o, məşhur mason olub.
Mosart, Bethoven, Şekspir, Hereivin, Qudini və Disney - bunlar da
mason idi. Masonların tampliyerlər ordeni, Sion Prioratı və Qraalla
əlaqəsi barədə çox kitab yazılıb. Mən bu barədə daha çox məlumat
istəyirəm. Mətnin tamamını ekrana necə gətirmək olar?
- Sizə tam mətn lazım deyil, - kitabxanaçı dedi. - Sadəcə adları
qaralayın və siçanın düyməsini basın. Kompüter bu sözlərin rast
gəlindiyi sətirləri konteksdən çıxarıb ekrana gətirəcək.
Lenqdon onun izahatından heç nə anlamadı, amma adları qaralayıb
siçanın düyməsini basdı.
Monitorda bir neçə sətir göründü.
... Parsifal adlı mifoloci cəngavər.

474 downloaded from KitabYurdu.org


... axtarışı mübahisə doğuran mifoloci Qraal.
... 1855-ci ildə London filarmoniyası.
. Vaqnerin qəbri Almaniyadadır.
-Yenə də başqa Popdur, - Lenqdon məyus-məyus dilləndi. Buna
baxmayaraq, sistemin sadəliyi onu heyrətə salmışdı. Kontekstdən
çıxan açar sözlər ona Vaqnerin «Parsifal» operasını xatırlatdı. Bəstəkar
bu operasında İsa Məsihin nəslini davam etdirdiyi üçün Mariya
Maqdalinanı mədh edirdi. Bu, həqiqət axtarışına çıxmış gənc
cəngavərin hekayəsi idi.
- Səbriniz olsun, - Hettem məsləhət bildi. - Kompüterə vaxt verin.
Qoyun, özü üçün işləsin.
Sonrakı bir neçə dəqiqə ərzində kompüter Qraal barədə yenə də
məlumatlar verdi, o cümlədən trubadurlar və Fransada yaşamış məşhur
gəzərgi menstrellər (şairlər) barədə mətni də üzə çıxartdı. Lenqdon
bilirdi ki, «minstrel» və «minister» kimi sözlərin kökünün bir olması
təsadüfi deyildi. Trubadurlar gəzərgi qulluqçular, yəni «ministers» idi.
Mariya Maqdalinanın kilsəsində, bu qadının tarixçəsini nəğmə
şəklində hamıya çatdırmaq üçün musiqidən istifadə edilirdi.
Kompüter yeni informasiya verdi:
Cəngavərlər, hiyləgərlər (valet), papalar və beşguşəli ulduzlar: Taro
kartlarında Müqəddəs Qraal əfsanəsi.
- Təəccüblü deyil, - Lenqdon Sofiyə tərəf çevrilib dedi. - Bizim
açar sözlərdən bəziləri ayrı-ayrı kartların adı ilə eynidir. - O, yenə
siçanın düyməsini basdı. - Sofi, əmin deyiəm ki, babanız sizinlə kart
oynayanda bunlar barədə danışsın. Amma bu oyun - İtkin gəlin və

475 downloaded from KitabYurdu.org


onun «qəddar» kilsə tərəfindən əsir edilmələri haqqında kart nağılıdır.
Sofi ona təəccüblə baxdı:
- Mən, bu barədə heç nə bilmirəm.
- Mahiyyət də bundadır. Bu metaforik oyunun köməyilə Qraalın
ardıcılları Kilsənin iti gözlərindən yayınaraq gizli şəkildə bir-birlərinə
məktub göndərirdilər.
Lenqdon tez-tez özünə sual verirdi ki, görəsən, kartın müasir
oyunçularına bu dörd cür kartın əsil mənası məlumdurmu?
Qaratoxmaqlar, qırmızıtoxmaqlar, Xaçlar, qırmızı kərpiclər - bütün bu
simvollar Qralla möhkəm bağlı idi və taro kartlarının dörd növü ilə:
qılınclarla, piyalələrlə, hökmdar əsaları və beşguşəli ulduzlarla əlaqəsi
vardı.
Qırmızıtoxmaqlar qılıncdır - tiyədir. Kişi simvoludur.
Qırmızıtoxmaqlar piyalədir - qabdır. Qadın simvoludur. Qırmızı
kərpiclər beşguşəli ulduzdur - İlahə. «Müqəddəs qadın başlanğıcı»
simvoludur.
Lenqdon kompüterin daha heç bir məlumat verməyəcəyindən
narahat olmuşdu, amma dörd dəqiqədən sonra ekranda bu sətirlər
görünməyə başladı:
Dahinin əzabları. Müasir cəngavərin tarixçəsi.
- «Dahinin əzabları» - Lenqdon kitabxanaçı qıza qışqırdı. -
«Müasir cəngavərin bioqrafiyası»! Bunu necə başa düşmək olar?
Hettem yenə qapıdan baxdı:
- - Nə qədər müasir? Amma deməyin ki, bu, ser Redi Culianidir.
(Nyu-Yorkun meri Rudolfo Culiani nəzərdə tutulur) Şəxsən mən hesab

476 downloaded from KitabYurdu.org


edirəm ki, o, cəngavərliyə layiq deyil.
Lenqdon başqa cavab tapmışdı. O düşündü ki, bu, yaxın zamanlarda
cəngavərliyə layiq görülmüş ser Mik Çaqqerin hekayəsidir. Amma
müasir ingilis siyasətçisinin cəngavərliyə layiq görülməsini müzakirə
etməyin vaxtı deyildi.
- Hə, gəlin baxaq, kompüter bizə nə verib? - deyə o, mətndən
parçaları oxudu.
... şərəfli cəngavər ser İsaak Nyuton...
... 1727-ci ildə Londonda.
... onun qəbri Vestminster abbatlığında...
... Aleksandr Pop, dostları və kollegaları...
- Mən elə başa düşürəm ki, «müasir» anlayışı çox nisbidir, - Sofi
Pamelaya dedi. - Bu, hansısa qədim kitabdan parçadır. Ser İsaak
Nyuton haqqında.
Əvvəlki kimi qapıda dayanmış Hettem başını yırğaladı:
- Bunun nə xeyri? İsaak Nyuton ingilis protestantlığının
mərkəzində, Vestminster abbatlığında dəfn olunub. Katolik papa çətin
ki, dəfndə iştirak etsin. Sizə südlü və şəkərli?
Sofi başını tərpətdi:
- Bəs, sizə Robert? - Hettem soruşdu.
Lenqdonun ürəyi möhkəm döyünürdü. O, gözlərini ekrandan çəkib
qalxdı.
- Bizim axtardığımız cəngavər ser İsaak Nyutondur.
Sofi təəccübləndi:
- Siz nə deyirsiniz?

477 downloaded from KitabYurdu.org


- Nyuton Londonda dəfn olunub, - Lenqdon izah etdi. - O, yeni
radikal elmin yaradıcısıdır, buna görə Kilsə onu lənətləmişdi. Həm də
Sion Prioratı gizli təşkilatının Böyük Ustadı idi. Daha nə lazımdır?..
- Daha nə? - Sofi ucadan deyib şer yazılmış vərəqi göstərdi. - Bəs,
papa tərəfindən dəfn olunmuş cəngavər? Siz, miss Hettemin nə
dediyini eşitmədiniz? Nyutonu papa dəfn etməyib.
Lenqdon əlini siçana uzatdı.
- Kim deyir ki, burda söhbət Katolik kilsəsinin rəhbəri olan
papadan gedir? - o, «papa» sözünü qaralayıb siçanın düyməsini basdı.
Və ekranda tam mətn göründü.
Kübar dünyasının və monarxların ehtiram bəslədiyi ser İsaak
Nyutonun dəfnini Aleksandr Pop təşkil etmişdi, onun dostları və
kollegaları qəbrinə bir ovuc torpaq atmazdan əvvəl şəninə mədhiyyələr
söyləmişlər.
Lenqdon Sofiyə tərəf çevrildi:
- Beləliklə, bizə lazım olan papanı ikinci cəhddən sonra tapdıq, -
O, sözünə ara verib dedi, - Bu, mister Popdur. Aleksandr Pop.
London, burda Pop tərəfindən dəfn edilmiş cəngavər yatır...
Sofi yaavş-yavaş stuldan qalxdı.
İkiqat tapmacaların və söz oyunlarının ustası olan Cak Sonyer bir
daha sübut etdi ki, o, ağıllı və yaradıcı insan olub.
XCVI FƏSİL
Saylas sanki təkandan ayıldı.
O, nədən oyandığını və nə qədər yatdığını bilmirdi. Mən yuxu
görmüşəm? O, saman döşəkdə oturub «Opus Dei» rezidensiyasından

478 downloaded from KitabYurdu.org


eşidilən səslərə qulaq asırdı. Sakitliyi yalnız bir mərtəbə aşağıdakı
otaqdan gələn mızıltı pozurdu - orda kimsə bərkdən dua edirdi. Bu
tanış səslər Saylası dərhal sakitləşdirdi.
Amma birdən onu yenə həyəcan bürüdü.
Əyninə heç nə geyinmədən, elə alt paltardaca ayağa qalxıb
pəncərəyə yaxınlaşdı. Bəlkə, məni kimsə izləyib? Amma həyət
bomboşdur. O, qulaq asdı. Sakitlik. Mən nə üçün belə
həyəcanlanmışam? Ömrü əzab-əziyyətdə keçən Saylas intuisiyasına
güvənməyi öyrənmişdi. Uşaqkən Marselin küçələrində onu yalnız
intuisiyası xilas etmişdi. Həbsxanaya düşənə qədər... yepiskop
Arinqarosanın sayəsində yeni, başqa bir həyata başlayana qədər. O,
başını pəncərədən çıxarıb, çəpərin o üzündəki avtomobilin tutqun
cizgilərini yalnız indi gördü. Maşının üstündə yanıb-sönən polis
işıqları vardı. Dəhlizdə döşəmə cırıldadı. Kimsə qapının dəstəyini
çəkdi.
Saylas ani olaraq reaksiya verdi. Kənara tullandı və qapı gurultu ilə
açılan anda onun arxasına keçdi. Otağa əli silahlı polis girdi. O,
Saylasın harda olduğunu düşünənə qədər, rahib çiyni ilə qapını itələyib
otağa girən ikinci polisi vurdu. Birinci polis cəld çevrilib atəş açmağa
hazırlaşırdı ki, Saylas onun ayaqlarına cumdu. Atəş açıldı, güllə
Saylasın başı üstündən keçdi. O isə vaxtı brş yerə itirmədi: atəş açan
polisin dizinə ayağı ilə ağrıdıcı zərbə vurdu. Polisin ayaqları yerdən
üzüldü, döşəməyə yıxılıb başı taxtaya çırpıldı. Qapının ağzına yıxılmış
ikinci polis ayağa qalxanda, Saylas ona tərəf tullanıb qasığına təpiklə
vurdu. Sonra ağrıdan ikiqat olmuş polisin üstündən tullanaraq dəhlizə

479 downloaded from KitabYurdu.org


qaçdı.
Əynində yalnız alt paltarı olan Saylas pilləkənlə aşağı qaçırdı. O,
anlayırdı ki, onu satıblar. Amma kim? Budur, giriş - o, bura başqa
polislərin qaçdığını gördü. Saylas geri dönüb dəhlizə yüyürdü. Bura
qadınlar bölməsidir. «Opus Dei»nin bütün binalarında belə bölmələr
var. Saylas mətbəxə girib ordakı aşbazları və qabyuyanları möhkəm
qorxutdu. Nəhəng çılpaq albinos dəli kimi qaçaraq yolunun üstündəki
qazan və boşqabları aşırırdı. Budur o, dar və qaranlıq dəhlizə çıxıb,
irəlidə xilaskar işıq gördü, kiçik qapı küçəyə açılırdı. Saylas yağışın
altına çıxıb hündür artırmadan tullandı. Amma binanın küncündən
çıxan polisi çox gec gördü. Onlar toqquşdular, Saylas eni çiyni ilə
polisin sinəsinə zərblə vurdu. Zabit küçənin ortasına yıxılıb Saylası da
özü ilə sürüdü. Rahib üstdə idi. Polis yıxılanda əlindəki silah yerə
düşüb kənara sıçradı. Saylas binadan daha kiminsə qışqıra-qışqıra
qaçdığını eşitdi. O, cəld kürəyi üstdə fırlanıb, başqa polislər görünən
anda tapançanı yerdən götürdü. Atəş açıldı, Saylas yanıb yaxıldı. Güllə
qabırğasının altına girmişdi. O, qəzəbdən ağlını itirərək hər üç polisə
atəş açmağa başladı. Onun yarasından qan fışqırırdı.
Amma bu an onun üstünə kiminsə kölgəsi çökdü. Güclü əllər onun
çiynindən yapışıb silkələdi. Bu adam ağzına onun qulağına dayayıb
bağırırdı:
- Saylas, yox!
Rahib çevrilib atəş açdı. Və yalnız bu an öz qurbanının baxışları ilə
qarşılaşdı. Yepiskop Arinqarosa yıxıldı, Saylas dəhşətdən bağırdı.

480 downloaded from KitabYurdu.org


XCVII FƏSİL
Vestminster abbatlığında təxminən üç min insan dəfn olunmuşdu.
Abbatlığın içərisi kralların, dövlət xadimlərinin, alimlərin, şair və
müsiqiçilərin qəbri ilə dolu idi. Onların qəbirüstüləri təmtəraq və
gözəlliyinə görə kral mavzoleyindən fərqlənmirdi. Ayrıca sövməədə
(sövməə - kiçik kilsə) yerləşən kraliça I Yelizavetanın sarkofaqı ilə
yanaşı sadə qəbirlər də vardı. Avropanın digər gözəl baş kilsələrinin
üslubunda tikilmiş Vestminster abbatlığı nə kafedral baş kilsə, nə də
sakinlər üçün kilsə idi. O, həmişə fərqli statusa malik olmuşdu -
«xüsusi kral kilsəsi». Burda nəinki monarxları dəfn edirdilər, onların
tacqoyma mərasimi də burda keçirilirdi. Qalib Vilhelmin ilk tacqoyma
mərasimi 1066-cı ildə Milad bayramında keçirilmişdi. Sonra bu gözəl
məbəd çoxlu sayda kral, dövlət və dini mərasimlərin şahidi olmuşdu.
Tövbəkar Eduardın qanuniləşdirilməsindən tutmuş şahzadə Endryu və
Sara Ferqyusonların toy mərasiminə, V Henrixin, kraliça I
Yelizavetanın və ledi Dinin təmtəraqlı dəfn mərasimlərinə qədər.
Amma indi Robert Lenqdonu ingilis cəngavəri, ser İsaak Nyutonun
dəfnindən başqa abbatlıqda baş vermiş heç bir tarixi hadisə
maraqlandırmırdı.
London, burda Pop tərəfindən dəfn olunmuş cəngavər yatır.
Yaraşıqlı portalın altından keçib şimal girişinə yaxınlaşan Sofi və
Lenqdonu mühafizəçilər qarşıladı. Onlar Sofi ilə Lenqdonu lütfkarlıqla
abbatlıqdakı yeniliyin - hündür tacşəkilli metalaxtarıcının altından
keçirtdilər. İndi belə metalaxtarıcılıar Londonun əksər tarixi
binalarında quraşdırılıb. Onlar tacın altından keçib, heç bir şübhə

481 downloaded from KitabYurdu.org


doğurmadan kilsənin mərkəzinə doğru getdilər.
Vestminster abbatlığının astanasından içəri girən kimi, Lenqdon
qalan aləmin onun üçün yoxa çıxdığını hiss etdi. Nə yol hərəkətinin
səsi, nə yağışın şırıltısı, heç nə eşidilmirdi burda. Ona elə gəldi ki,
havada yüngülcə vibrasiya var, sanki bu gözəl bina öz-özünə nəsə
pıçıldayır.
Burda olan hər kəs kimi Sofi və Lenqdonun da baxışları yuxarıya,
başlarının üstündə göyə doğru ucalan əlçatmaz günbəzə dikildi.
Boz daşdan olan sütunlar kaliforniya mamont ağacları kimi göyə
qalxırdı. Onların təpələri başgicəlləndirici yüksəklikdə idi, özülləri isə
daş döşəmənin içinə girirdi. Şimal nefinin geniş girişi camaata açıq idi,
o, rəngli şüşədən olan qayada oyulmuş dərin kanyona axşayırdı.
Günəşli günlərdə şüalar döşəmədə əsil palitra yaradırdı. Bu güsə yağış
yağırdı, hava bomboz idi və bu ucsuz-bucaqsız məkana yarıqaranlıq
çökmüşdü... bu üzdən abbatlıq sərdabəyə oxşayırdı, əslində bu, elə
belə də idi.
- Burda demək olar ki, heç kim yoxdur, - Sofi pıçıldadı.
Lenqdon birdən-birə məyus oldu. O, kilsədə daha çox adam
görəcəyinə ümid edirdi. Nə qədər çox adam olsa, o qədər yaxşıdır. O,
Templ kilsəsindəki əhvalatın təkrar olunmasını istəmirdi. Axı, turist
izdihamında adam özünü daha təhlükəsiz hiss edir. O, burda son dəfə
yayda olmuşdu, turist mövsümünün qızğın çağında. İndii isə Londonda
yağışlı aprel səhəri idi. Lenqdon hər şeylə maraqlanan insanların
əvəzinə, daş döşəmələr və qəbirlər gördü.
- Biz indicə metalaxtarıcının altından keçdik. - Sofi dedi. Yəqin ki

482 downloaded from KitabYurdu.org


o, Lenqdonun narahatlığını hiss etmişdi. - Burda olan üç-beş insan da
bizim kimi yoxlamadan keçdiklərinə görə silahlı ola bilməzlər.
Lenqdon başını tərpətdi, amma Sofinin sözləri onu sakitləşdirmədi.
O, bir az əvvəl bura London polisini çağırmaq istəmişdi, amma Sofinin
dediyi kimi, bu işdə Faşın şəxsi marağı olması onu fikrindən
çəkindirmişdi. O, məhkəmə polisi kapitanının şübhəli şəxsi
izləməkdən imtina etməsinə inanmırdı. Bizim birinci işimiz kripteksi
tapmaqdır, Sofi onda demişdi.
Əlbəttə ki, o haqlıymış.
Lyunu diri və sağlam geri qaytarmağın açarı.
Qraal sirrinin açarı.
Bütün bunların arxasında kimin durduğunu öyrənməyin açarı.
Təəssüf ki, bu açarı tapmaq üçün yeganə imkan indi və burda ələ
düşüb.
İsaak Nyutonun qəbri üstdə. Kripteksi ələ keçirən adam sonuncu açar
sözün şifrəsini açmaq üçün bu qəbrin yanına gəlməlidir. Əgər o. əgər
o, bizdən əvvəl bura gəlməmişsə. Amma Sofi ilə Lenqdon ümidlərini
itirməmişdilər.
Onlar Kilsənin sol divarı boyunca gedib pilyastrların arxasında
yerləşən dar keçidə çıxdılar. Lyu Tibinq Lenqdonun başından çıxmırdı.
Sion Prioratının bütün rəhbərliyini bir saatın içində öldürməyə əmr
verən adam, onun yolunu kəsən istənilən Adamı öldürməkdən
çəkinməz. Taleyin acı ironiyasına bax ki, şərəfli cəngavər titulunu
Britaniyada almış Tibinq, öz həmyerlisi İsaak Nyutonun qəbrinin
axtarışı zamanı əsir düşür.

483 downloaded from KitabYurdu.org


- O, hardadır? - Sofi ətrafa baxaraq soruşdu.
Qəbir. Lenqdon heç nə anlamırdı.
- Buranın xidmətçisini tapıb soruşmaq lazımdır.
Abbatlıqda azmaqdansa, bu yaxşıdır, Lenqdon düşündü. Abbatlıqda
saysız- hesabsız mavzoleylər, miniatür kilsələr, qəbirlər üçün boş
sahələr vardı. Luvrun Böyük Qalereyasında olduğu kimi, buranın da
yalnız bir girişi vardı. Ona görə də içəri girmək asan, çıxmaqsa çətin
idi. Lenqdonun kollegalarından biri abbatlığı «turistlər üçün əsil tələ»
adlandırmışdı. Həm də tikililər o dövrün memarlıq ənənələrinə uyğun
idi: yəni nəhəng xaç formasında inşa edilmişdi. Lakin bir çox kilsədən
fərqli olaraq burda giriş mərkəzdən yox, yandan idi. Bundn başqa,
abbatlıqda əlavə tikililər də çox idi. Bircə yanlış addım, yanlış
keçiddən keçmək, hündür divarlarla əhatə olunmuş çoxlu keçidlər
labirintində azmaq riskini artırırdı.
- Burda xidmətçilər qırmızı sutana geyirlər, - Lenqdon dedi və
mərkəzə doğru getdi. Cənub transeptinin uzaq küncündə qızılı mehrab
görünürdü. Onun yanında bir neçə adam iki əli və iki ayağı üstündə
durmuşdu. O, bilirdi ki, şairlər guşəsində (C.Çoser, A.Tennison,
Ç.Dikkens və b. kimi şair və yazıçıların dəfn olunduğu Vestminster
abbatlığının bir hissəsi) belə səhnələrə tez-tez rast gəlinir, bu adamların
durduğu pozalar ona xoşagəlməz təsir bağışlayırdı. Döşəməsilənlər
kimi qurdalanırlar, yalnız adi döşəmənin yerinə altında ölülər uyuyan
plitələrdir.
- Deyəsən, burda heç kim yoxdur, - Sofi dedi. - Bəlkə, özümüz
qəbri axtaraq?

484 downloaded from KitabYurdu.org


Lenqdon heç bir söz demədən, onu bir neçə addım da irəliyə aparıb sağ
tərəfi
göstərdi.
Sofinin heyrətdən ağzı açıla qaldı - onun qarşısında binanın daxili
gözəlliyi əks olunmuşdu. Əlçatmaz gözəllik.
- Aha, indi başa düşürəm, - o dedi. - Bizə doğrudan da bələdçi
lazımdır.
Bu vaxt azca aralıda, onlardan yüz yard məsafədə Sofi və
Lenqdonun görmədiyi xor pərdəsinin arxasında, ser İsaak Nyutonun
möhtəşəm məqbərəsinə kimsə yaxınlaşırdı. Ustad dayanıb qəbrə on
dəqiqədən çox baxdı.
Qara mərmərdən olan böyük sarkofaqda dahi alimin klassik
kostyumda heykəli qoyulmuşdu. O, qürurla öz kitablarına söykənmişdi
- «Natural fəlsəfənin riyazi başlanğıcı», «Optika», «İlahiyyat»,
«Xronologiya» və sair. Nyutonun ayaqlarının yanında iki qanadlı
oğlan büküzlü kağızları açırdı. Onun arxasında çox sadə və düzgün
piramida vardı.
Piramida burda yersiz görünsə də, onun özü yox, onnun ortasında
olan həndəsi fiqur Ustadın diqqətini cəlb etdi.
Kürə.
Ustad Sonyerin tapmacasının üstündə indiyə qədər baş sındırırdı.
Qəbirdən itmiş kürəni tap... Böyük kürə piramidanın barelyefi şəklində
idi, onun üstündə bütün göy cisimləri təsvir olunmuşdu - bürclər,
Zodika işarələri, kometlər, ulduzlar və planetlər. Onun yuxarısında isə
ulduzların əhatəsində Astronomiya ilahəsinin alleqorik təsviri vardı.

485 downloaded from KitabYurdu.org


Sonsuz sferalar.
Əvvəl Ustad əmin idi ki, qəbri tapan kimi yerində olmayan kürə və
ya sferanı müəyyənləşdirmək asan olacaq. O, göy cisimlərinin
xəritəsinə baxdı. Hansı planet burda çatmır? Bəlkə, hansısa bürcdə
astronomik cismin biri yoxdur? O, heç nə anlamırdı. Ustad elə
düşünürdü ki, «papa tərəfindən dəfn edilmiş cəngavər»də olduğu kimi
burda da cavab sadə və aydındır. Mən hansı kürəni axtarıram? Qraalı
tapmaq üçün dərin astronomik biliyə malik olmaq lazım deyil, axı.
Qəbirdən itmiş kürəni tap.
Qızılgül çiçəyi - bəhrə verən bətnə bir işarədir.
Bu zaman Ustadın gözü turistlərə sataşdı. O, tezcə kripteksi cibinə
qoyub, turistlərin stolun üstünə qoyulmuş qaba nəzir atdıqlarına hirsli-
hirsli baxdı. Əllərində karandaş və qalın dəftər tutmuş bu adamlar
sonra yollarına davam etdilər. Yəqin ki, onlar Şairlər Guşəsinə gedib
Çoser, Tennison və Dikkensi ziyarət edəcəklər.
Təklikdə qalmış Ustad abidəyə daha da yaxınlaşıb ona təpədən
dırnağa qədər diqqətlə baxmağa başladı. Sarkofaqın dayandığı dırnaqlı
pəncəyə baxdı, sonra Nyutonun fiqurunu, onun əsərlərinin daş
heykəlini, əllərində kağız olan iki mələyi nəzərdən keçirtdi. Baxışları
daha da yuxarıya dikildi. Budur, nəhəng kürə barelyefli piramida.
Axı, burda hansı kürə olmalıdır?... və yoxdur?.. O, ehtiyatla
cibindəki kripteksə əlini sürtdü, məni Qraaldan cəmi beş hərf ayırır!
O, dərindən nəfəs alıb pərdənin arxasından çıxdı və baş mehraba
aparan girişə tərəf baxdı. Uzaqda qırmızı sutana geymiş yerli xidmətçi
görünürdü. Onu iki nəfər əllərini yelləyərək çağırırdılar... bu adamlar

486 downloaded from KitabYurdu.org


ona tanış gəldi.
Əlbəttə ki! Lenqdon və Neve.
Ustad sakitcə geriyə çəkilib pərdənin dalında gizləndi. Buranı nə tez
tapıblar!.. O, şübhə etmirdi ki, Lenqdonla Neve gec-tez şerdəki
cəngavərin kim olduğunu anlayıb Nyutonun abidəsi yanına gələcəklər.
Amma bunun belə tez olacağını o gözləmirdi. Ustad bir daha dərindən
nəfəs alıb öz şansını götür-qoy etdi. O, çətinliklərə və xoşagəlməz
sürprizlərə alışmamışdı. Necə olur-olsun kripteks məndədir.
O, əlini yenə cibinə salıb ona qətiyyət verən ikinci əşyanı yoxladı.
«Meduza» tapançası. O, arkanın altından keçəndə gözlədiyi kimi,
girişdəki detektorlar siqnal verdi. Amma Ustad mühafizəçilərə tərs-tərs
baxıb şəxsiyyət vəsiqəsini göstərəndə onlar geri çəkildilər. Yüksək
rütbəyə hörmət etmək lazımdır.
Ustad əvvəlcə kripteksin müəmmasını özü tapıb vəziyyəti
mürəkkəbləşdirmək istəmirdi. Amma Lenqdonla Sofinin gəldiyini
görüb planını dəyişdi. Hadisələr daha yaxşı nəticələrə gətirib çıxara
bilərdi. Onun «kürə» ilə işi alınmadı, qoy onlar kömək etsinlər. Əgər
Lenqdon şerin şifrəsini açıbsa və kimin qəbrindən söhbət getdiyini
anlayıbsa, bəlkə kürəni də tapacaq. Ola bilsin ki, açar sözü artıq o bili
rvə belə olduqda, onu məcbur etmək lazımdır ki, bu sirri açıb desin.
Təzyiq etmək lazımdır və.
Əlbəttə ki, burda yox.
Sakit, gözdənuzaq yerdə.
Bu vaxt Ustad abbatlığa gələndə yolda gördüyü kiçik elanı xatırladı
və dərhal anladı: bundan yaxşı yer tapmaq olmaz, yalnız onları tələyə

487 downloaded from KitabYurdu.org


necə salmağı düşünmək lazımdır.
Məsələ ondadır ki, onları bu yerə necə çağıracaq.

488 downloaded from KitabYurdu.org


XCVIII FƏSİL

Lenqdon və Sofi şimal girişinə tərəf yavaş-yavaş addımlayırdılar.


Onlar bir xeyli getdilər, amma Nyutonun qəbrinə yaxşıca baxa
bilmədilər. Sarkofaq dərin oyuqda yerləşirdi və onu yalnız müəyyən
bucaq altında görmək mümkün idi.
- Orda heç kim yoxdur, - Sofi dedi.
Lenqdon başını tərpətdi. Oyuğun qarşısı boş idi.
- Mən yaxınlaşacam, - o dedi. - siz isə burda gizlənin, əgər kimsə.
Amma Sofi kölgədən çıxıb qətiyyətlə oyuğa tərəf getdi.
-... bizi izləsə, - Lenqdon sözünü bitirib, köks ötürərək onun dalınca
getdi.
Lenqdonla Sofi möhtəşəm məqbərəni görüb dayandılar. Qara
mərmərdən sarkofaq. kitablara söykənmiş Nyutonun heykəli. qanadlı
iki oğlan. nəhəng piramida. və . və böyük ölçülü kürə.
- Siz, bu haqda bilirdinizmi? - Sofi heyrətlə soruşdu.
Lenqdon başını yırğaladı. O, da belə bir şeny gözləmirdi.
- Deyəsən, onun üstündə bürclər təsvir olunub, - Sofi dedi.
Onlar yaxınlaşdılar, Lenqdonun heyrətdən ağzı açıla qalmışdı.
Nyutonun heykəli başdan-başa kürələrlə - ulduzlarla, kometlərlə,
planetlərlə bəzədilmişdi. Qəbirdən itmiş kürəni tap. samanlıqdaa iynə
axtarmağa bənzəyir.
- Burda nə çox astronomik cisimlər var? - Sofi dedi.
Lenqdon qaş-qabağını tökdü. Onun fikrincə planetlərlə Qraal
arasında yeganə əlaqə beşguşəli Venera ulduzu ola bilərdi. Amma o,
Templ kilsəsinə gələrkən «Venus» sözünü kod kimi yoxlamışdı.
Sofi sarkofaqa tərəf getdi, Lenqdonsa əksinə geriyə addımlayıb

489 downloaded from KitabYurdu.org


XCVIII FƏSİL

izlənilmədiklərini öyrənmək üçün ətrafa baxdı.


- «İlahiyyat», - Sofi kitabların adını oxudu, - «Xronologiya»,
«Optika», «Natural fəlsəfənin riyazi başlanğıcı» - O, Lenqdona tərəf
çevrildi. - Bunlar sizə nəsə deyirmi?
Lenqdon yaxınlaşıb gözlərini qıyaraq baxdı.
- «Natural fəlsəfə.» Məncə burda söhbət planetlərin cazibə
qüvvəsindən gedir. yəni, kürələrin yaxud sferaların qravitasiya
qanunu. Amma burda itmiş kürənin nə mənası var. anlaşılmır.
- Bəs, Zodiak bürcləri? - Sofi kürənin üstündəki bürcləri göstərib
dedi. - Xatırlayırsınızmı, mənə Balıq və Dolça bürclərindən
danışmışdınız?
Günlərin sonu, Lenqdon düşündü.

490 downloaded from KitabYurdu.org


- Balıq erasının sonu və Dolça dövrünün başlanğıcı Sion Prioratı
üçün istinad nöqtəsi idi. Məhz tarixin bu dəyişmə anında onlar Sanqril
sənədlərini dünyaya göstərmək fikrindəydilər. Amma yeni minillik
başlayıb, onlarınsa həqiqəti dünyaya çatdırmaq fikirləri hələ yoxdur.
- Bəlkə, - Sofi dedi, - şerin son sətirləri Prioratın həqiqəti xalqlara
açmaq planı haqqındadır?
... Qızılgül çiçəyi. Bu bəhrə verən bətnə bir işarədir.
Lenqdon diksindi. Əvvəllər o, axırıncı sözlərə o qədər də fikir
verməmişdi.
- Axı, özünüz dediniz ki, - Sofi davam etdi. - Prioratın «Qızılgül»
və bəhrə verən bətn haqqında həqiqəti açmaq planı planetlərin
vəziyyəti ilə bağlıdır. Yəni, həmin kürələrin.
Lenqdon başını tərpətdi, o deyəsən, işıq ucu görürdü. Bəli, bu
mümkündür. Amma intuisiyası ona deyirdi ki, astronomik hadisələrin
açarla heç cür əlaqəsi yoxdur. Prioratın Böyük Ustadı tərəfindən
verilmiş tapmacaların cavabı simvolik xarakter daşıyırdı: «Mona
Liza», «Madonna mağarada», nəhayət SOFİYA adı. Planetlərin öz
orbitləri ətrafında hərəkətləri isə simvolik deyildi, burda dəqiq
qanunlar işləyirdi. Bundan başqa Cak Sonyer mahir şifrələyici
olduğunu sübut etmişdi və Lenqdon əmin idi ki, Qraal sirrini açacaq
bu beş hərfli sonuncu açar söz həm simvolik, həm də sadə və aydın
olmalıdır. Məsələnin həlli üzdədir, lakin.
- Bura baxın! - Sofi həyəcanla dedi və onun əlindən tutdu.
Lenqdon onun qorxduğunu anladı. Bu qorxuya yalnız bir şey səbəb ola
bilərdi: onlara tərəf kimsə yaxınlaaşır. Amma onun baxışlarının hara

491 downloaded from KitabYurdu.org


yönəldiyini izləyən Lenqdon Sofinin qara mərmərdən olan sarkofaqa
baxdığını gördü. - Burda kimsə olub, - o, pıçıltıyla dedi. Və abidənin
ayaq tərəfindəki qara ləkəni göstərdi.
Lenqdon onun həyəcanını bölüşmürdü. Hansısa unutqan turist
abidənin ayaqlarının yanına karandaşını qoyub getmişdi. Boş şeydir.
O, Sofini ayağa qaldırmağa hazırlaşırdı ki, cilalanmış mərmər səthə
işıq şüası düşdü və o, donub qaldı. Sofinin nədən qorxduğunu anladı.
Nyutonun ayaqlarının yanında, sarkofaqın qapığının üstündə kömür
karandaşla yazılmış hərflər göründü.
Tibinq mənimlədir.
Çepter-Haus, cənub çıxışından keçib bağa gəlin.
Lenqdon ürəyi döyünə-döyünə yazını iki dəfə oxudu.
Sofi çevrilib diqqətlə oyuğa baxdı.
Yazı həm ümidverici, həm də təəccüblü idi. Bu, Tibinqin sağ
olduğunu göstərir, Lenqdon öz-özünə dedi. Amma daha bir xoş xəbər
də vardı.
- Onlar hələlik açar sözü bilmirlər, - o, Sofiyə dedi.
Sofi başını tərpətdi. Əks halda, bu adamlar nə üçün görüş təyin
edib, öz yerlərini bəlli edərdilər?
- Bəlkə, onlar Tibinqi açar sözə dəyişmək istəyirlər?
- Bəlkə də, bu tələdir.
Lenqdon başını yırğaladı:
- Düşünmürəm. Axı, bağ abbatlığın hasarının o tayındadır. Burda
adam çox olur. - Lenqdon bir dəfə abbatlığın meyvə ağaclı, güllü-
çiçəkli kiçik bağçasında olmuşdu. Başqa müalicə üsullarını qəbul

492 downloaded from KitabYurdu.org


etməyən rahiblər burda müxtəlif dərman bitkiləri əkmişdilər. Bağ, həm
də Britaniyada ən qədim və hələ də bar verən meyvə ağacları ilə də
məşhurdu və turistlərin sevimli yeri idi. - Məncə, adamların çox
olduğu bu yerdə görüş təyin etməklə, demək istəyirlər ki, onlara etibar
etmək olar. Bizi təhlükə gözləmir.
Amma Sofi şübhə edirdi.
- Demək istəyirsiniz ki, bağ abbatlığın o tərəfindədir, deməli, orda
metalaxtaran cihaz da yoxdur?
Lenqdon qaşlarını çatdı. Bünü düşünməmişdi.
O, yenə də möhtəşəm abidəyə baxıb açar söz barədə indiyə qədər
ağlına bir fikir gəlməməsinə təəssüfləndi. Bəs, necə alış-veriş
edəcəklər? Lyunu bu hadisələrin içinə mən soxmuşam və onu xilas
etmək üçün hər şeyə hazıram.
- Yazıda deyilir ki, Çepter-Hausdan keçib cənub çıxışına getmək
lazımdır, - Sofi dedi. - Bəlkə, ordan bağ görünür? Ona görə də,
çıxmamışdan əvvəl, vəziyyəti qiymətləndirə bilərik.
Pis ideya deyil. Lenqdon Çepter-Hausun səkkizguşəli rahat tikili
olduğunu bilirdi. Bina inşa edilməzdən əvvəl burda Britaniya
parlamenti yerləşirdi. O, çoxdan burda olmasa da, abbatlıqdan bura
birbaşa giriş olduğunu anladı. Amma, bu giriş hardadır? Lenqdon
Nyutonun qəbrindən bir az aralanıb ətrafa baxdı.
Və budur, həmin yerin əks tərəfində, kilsəyə girişin yanında enli və
qaranlıq keçid vardı. Keçidin üstündə yazılmışdı:
Aşağıda adları göstərilmiş binalara giriş burdandır:
Monastır

493 downloaded from KitabYurdu.org


Baş keşişin evi
Kollec-holl
Muzey
Xəzinədarlıq
Sent-Feyt kilsəsi
Çepter-Haus
Lenqdonla Sofi elə tələsirdilər ki, qaranlıq keçiddən asılmış və bu
tikililərin bəzilərinin təmir üçün bağlandığını göstərən başqa bir kiçik
lövhəni görmədilər.
Onlar hündür divarlarla əhatə olunmuş açıq həyətə çıxdılar. Yağış
dayanmaq bilmirdi. Göyün üzü bomboz idi, küləyin vıyıltısı bu
mənzərəni daha da qəmginləşdirirdi. Onlar həyətin perimetrii boyunca
uzanan talvarın altına qaçdılar. Belə alçaq tikililər Lenqdonda
narahatlıq yaradırdı.
Amma o, bu xoşagəlməz hissi özündən uzaqlaşdırmağa çalışaraq
Sofi ilə birlikdə tunelə tərəf tələsdilər. Çepter-Haus məhz burda
olmalıydı. İndii yağış maili yağırdı, döşəmə və divarlar islanmışdı, dar
keçid nəm və soyuq idi. Onlar yağışdan
qorunmaq üçün kilsəyə tərəf qaçan iki gənclə rastlaşdı. İndii
yaxınlıqda heç kim yox idi, heç kim belə yağışlı və küləkli havada
bağın gözəlliyinə baxmağı arzulamazdı.
İrəlidə, sol tərəfdə, onlardan təxminən 40 yard aralıda tağ
görünürdü, onun arxasında isə başqa bir tikiliyə giriş vardı. Bu, onların
axtardığı həmin giriş idi. Amma, giriş alçaqla hasarla bağlanmış,
divara vurulmuş lövhədə isə belə yazılmışdı:

494 downloaded from KitabYurdu.org


TƏMİR GETDİYİ ÜÇÜN BAĞLI OLAN BİNALAR:
Xəzinədarlıq
Sent-Feyt kilsəsi
Çepter-Haus
Hasarın arxasında uzun və boş dəhliz görünürdü. Lenqdon dəhlizə
açılan iki giriş gördü: sağ tərəfdə - xəzinədarlığa, sol tərəfdə - Sent-
Feyt kilsəsinə. Amma Çepter-Hausa giriş bir az uzaqda, uzun dəhlizin
sonunda idi. Lenqdon hətta burdan ağır taxta qapıların açıq olduğunu
gördü. Geniş binaya bağa açılan pəncərələrdən boz işıq şüaları
düşmüşdü.
Çepter-Hausdan keçib, cənub girişinə, sonra bağa gəlin.
- Əgər biz şərq tərəfdəki keçiddən gəlmişiksə, - Lenqdon dedi, -
cənub tərəfdəki giriş, bax, orda yerləşir. Əvvəlcə düz, sonra sağ tərəfə
getməliyik.
Onlar uzun və qaranlıq dəhlizə girdilər, külək və yağış səsləri
getdikcə azalırdı. Çepter-Haus əsas binadan ayrılmış köməkçi tikili idi,
nə vaxtsa burda parlament iclasları keçirilirdi.
- Çox nəhəngdir... - onlar zala yaxınlaşdıqda Sofi dedi.
Lenqdon binanın bu qədər böyük olduğunu çoxdan unutmuşdu.
Səkkizguşəli otağın sonunda beşmərtəbəli bina hündürlüyündə, tavana
qədər qalxmış pəncərələr vardı. Əlbəttə ki, belə pəncərələrdən bağ
yaxşı görünəcəkdi.
Astanadan içəri keçən kimi Sofi ilə Lenqdon gözlərini qıydılar.
Keçidlərdəki və dəhlizlərdəki qaranlıqdan sonra pəncərələrdən düşən
işıq onların gözünü qamaşdırırdı. Onlar binanın içərisinə girib bağa

495 downloaded from KitabYurdu.org


açılan cənub girişini axtarmağa başladılar. Amma heç yerdə qapı yox
idi.
Onlar çaşqınlıqdan bir müddət yerlərində donub qaldılar.
Arxa tərəfdəki ağır qapının cırıltısı onları geri çevrilməyə məcbur
etdi. Budur, qapı bərk taqqıltıyla örtüldü, rəzələr çəkildi. Girişdə
dayanmış kişi onları tapança ilə nişan almışdı. Gombul, alçaqboylu,
qoltuq ağaclarına söykənmiş biri.
Lenqdona elə gəldi ki, yuxu görür.
Lyu Tibinq.

496 downloaded from KitabYurdu.org


XCIX FƏSİL

Lyu Tibinq qəzəblə baxaraq «Meduza» tapançasından Sofi və


Lenqdonu nişan almışdı.
- Baxın, mənim dostlarım, - o dedi. - Siz mənim evimə gələndən
indiyədək sizi xoşagəlməz hadisələrdən qorumaq üçün əlimdən gələn
hər şeyi etdim. Amma sizin inadkarlığınız məni çox çətin vəziyyətə
saldı.
O, Sofi və Lenqdonun üzlərindəki ifadədən onların şokda
olduqlarını və belə satqınlığı gözləmədiklərini anladı. Amma Tibinq
əmin idi ki, baş verən hadisələrin məhz belə nəticələnəcəyini onlar
tezliklə anyacaaqlar.
Mən sizə çox şey demək istəyirəm... amma sizin məni başa
düşməyəcəyinizdən qorxuram.
- İnanın, - Tibinq dava etdi, - mən sizi bu hadisələr cəlb etmək
istəmirdim. Siz özünümz mənim evimə gəldiniz. Özünüz mənimlə
görüşmək istədiniz.
- Lyu? - nəhayət Lenqdon dillənə bildi. - Lənət şeytana, nə baş
verir? Biz, sizin təhlükədə olduğunuzu hesab edirdik. Biz sizə kömək
etmək üçün bura gəlmişik!
- Gələcəyinizə qətiyyən şübhə etmirdim, - Tibinq cavab verdi. -
Biz çox şeyi müzakirə etməliyik.
Lenqdonla Sofi hopnoza düşən adamlar kimi onlara tuşlanmış
tapançadan gözlərini də çəkə bilmirdilər.
- Bu, sadəcə sizin mənə diqqətlə qulaq asmağınız üçündür, -
Tibinq tapançaya işarə edib dedi. - Əgər mən sizə pislik etmək
istəsəydim, çoxdan siz ölmüşdünüz. Siz dünən axşam mənim evimə

497 downloaded from KitabYurdu.org


XCIX FƏSİL

gələndə, həyatınızı qurtarmaq üçün hər şey etdim. Mən öyrənmişdim


ki, Priorat həqiqəti dünyaya danışmamaq qərarına gəlib. Bax, buna
görə də, yeni minilliyin gəlməsi ilə heç bir şey baş vermədi, sənədlər
açıqlanmadı.
Lenqdon etiraz etmək istədi.
- Əvvəlcə Priorat, - Tibinq davam etdi, - yeni minillik başlayanda
Sanqril sənədlərini açıqlamaq kimi müqəddəs vəzifəni öz üzərinə
götürmüşdü. Da Vinçi, Bottiçelli və Nyuton kimi insanlar öz
həyatlarını təhlükəyə ataraq əsrlər boyu bu sənədləri qruyub öz
müqəddəs missiyalarını yerinə yetirmişlər. Budur, indi həqiqəti
aşkarlamaq anı yetişəndə, Cak Sonyer gözlənilmədən qərarı dəyişir.
Yüksək səlahiyyətlərə malik insan öz borcunu yerinə yetirmədi. O,
qərara aldı ki, hələ bunun vaxtı deyil. - O, Sofiyə tərəf çevrildi. - O,
Qraalla alver etdi. O, Sion Prioratını aldatdı. O, əsrlər boyu bu
müqəddəs anın yaxınlaşması üçün həyatlarını riskə atanların ruhuna
xəyanət etdi.
- Siz?! - Sofi ucadan dedi və qəzəbdən parıldayan yaşıl gözləri ilə
Tibinqə baxdı. - Deməli, babamın qətlində siz günahkarsınız?..
Tibinq dedi:
- Sizin babanız və onun köməkçiləri müqəddəs Qraala xəyanət
etdilər!
Sofi bərk qəzəblənmişdi. Yalandır! O, yalan deyir!

498 downloaded from KitabYurdu.org


- Sizin babanız Kilsəyə satılmışdı, - Tibinq onun sözünü kəsdi. -
Yəqin ki, keşişlər onun ağzını yummaq üçün təzyiqlər edirmiş.
Sofi başını yırğaladı:
- Kilsə mənim babama heç cür təsir edə bilməzdi!
Tibinq acı-acı güldü:
- Amma, mənim əzizim, Kilsənin bu işdə böyük təcrübəsini nəzərə
almamaq olmaz. Kilsə iki min il ərzində bu sirri faş edə biləcək təqib
və məhv edib. İmperator Konstantinin dövründən üzü bəri Mariya
Maqdalina və İsa Məsihin münasibətləri haqqında əsil həqiqətləri
gizlədə bilib. Ona görə də, təəccüblü deyil ki, keşişlər bu gün də
dünyanı bəlirsizlikdə saxlamaq üçün üsullar tapıblar. Bəli, Kilsə
kafirləri məhv etmək üçün daha xaç yürüşləri təşkil etmir. Amma bu,
keşişlərin təsir dairəsinin azaldığına dəlil deyil. Onların aqressivliyi
qətiyyən azalmayıb. - O, sözünə ara verib dedi. - Miss Neve, babanız
deyəsən, ailəniz barədə həqiqətləri sizə demək istəməyib.
Sofi sarsıldı.
- Siz haradan bilirsiniz?
- Bu, vacib deyil. Əhəmiyyətli olan başqa şeydir. Sizin bilməyiniz
vacib olan odur ki, Miss Neve, ananızın, atanızın, qardaşınızın və
nənənizin ölümü heç də təsadüfi olmayıb.
Bu sözlər Sofini heyrətə saldı. Onun nitqi tutuldu. Nəsə demək
istədi, amma boğazındakı qəhər imkan vermədi.
Lenqdon başını yırğalayıb dedi:
- Siz nə deyirsiniz?
- Robert, axı bu, hər şeyi aydınlaşdırır. Hər şey uyğun gəlir. Tarix

499

downloaded from KitabYurdu.org


təkrar olunur. Kilsənin bunda təcrübəsi var. O, Qraal tarixçəsini
gizlətmək üçün qətllər törətməkdən belə çəkinməyib. Yeni minillik
başlandı və Böyük Ustadın, Cak Sonyerin qətli başqalarına dərs
olmalıdır. Robert və Sofi, ağzınızı yumun, yoxsa növbəti qurbanlar siz
olacaqsınız.
- Axı, onlar avtomobil qəzasında həlak olublar, - Sofi mızıldadı.
Onun ürəyi darıxırdı. - Bədbəxt hadisə nəticəsində!
- Uşaqları aldatmaq üçün gözəl nağıldır, - Tibinq dedi. - Bir
yaxşıca fikirləşin. Ailənin yalnız iki üzvü sağ qalıb. Prioratın Böyük
Ustadı və onun nəvəsi. Kilsənin təşkilat üzərində nəzarətini təmin
etmək üçün bundan yaxşı cütlük olmaz. Son illər ərzində Kilsə sizin
babanızı hansı terrora məruz qoyub, yalnız təxmin edə bilərəm. Yəqin
ki, onlar babanız Sanqril sənədlərini faş edəcəyi təqdirdə sizi, onun
yeganə nəvəsini öldürəcəkləri ilə hədələyiblər. Ona görə də böyük
nüfuz sahibi olan babanız Prioratı fikrindən dönməyə məcbur edib.
- Qulaq asın, Lyu, - Lenqdon onun sözünü kəsdi. Yalnız indi o,
özünə gəlmişdi.
- Etiraf edin ki, bütün bu ölümlərdə Kilsənin əli olduğu barədə
sübutlar sizdə yoxdur. Keşişlərin Prioratı susmağa məcbur etməsini də
sübut edə bilməzsiniz.
- Sübut? - Tibinq onun sözünü kəsdi. - Priorata təzyiq edilməsi
barədə başqa nə sübut lazımdır? Yeni minillik başlayıb, amma hələ də
bütün dünya bəlirsizlik içindədir. Məgər bu, sübut deyil?
Tibinqin sözləri hündür qübbənin altında əks-səda verdi. Sofinin
qulaqlarında isə tamam başqa səs cindildəyirdi. Babasının səsi. Sofi,

500

downloaded from KitabYurdu.org


mən ailəmiz haqqında həqiqəti sənə danışmaq istəyirəm. Yalnız indi o,
titrədiyini hiss etdi. Doğrudanmı, babası ona məhz bunu - ailəsinin
qətlə yetirildiyini demək istəyib? Onun ən yaxın adamlarının həyatın
son qoyan bu avtomobil qəzası haqqında ona nə məlumdur ki? Bəli,
ümumi detallardan başqa heç bir şey. Bu bədbəxt hadisə hətta
qəzetlərdə də dumanlı şəkildə təsvir olunmuşdu. Bu bədbəxt
hadisəydimi? Yoxsa, təsəlliverici gecə nağılı? Və Sofi birdən
babasının onu necə qoruduğunu xatırladı. Uşaq vaxtlarında onu bircə
saniyə də tək buraxmırdı, babası. Sofi böyüyüb universitetə qəbul
olandan sonra da babasının nəzarətində olduğunu hiss edirdi. Ona
gəlirdi ki, babası onun hər addımını izləyir. Bəlkə, doğrudan da
Prioratın xüsusi adamları gizlicə izləyirmiş?
- Deməli, sizcə Sonyerlə manipulyasiya edirmişlər? - Lenqdon
Tibinqə şübhə ilə baxaraq dedi. - Deməli, onu siz öldürmüsünüz?
- Tətiyi mən çəkməmişəm, - o, cavab verdi. - Sonyer çoxdan, Kilsə
onun ailəsini əlindən alanda ölüb. Amma indi o, öz müqəddəs borcunu
yerinə yetirmədiyi üçün çəkdiyi vicdan əzabından xilas olub. İndi isə
gəlin alternativlərə baxaq. Nəsə etmək lazımdır. Dünya bundan sonra
da, bəlirsizlikdə qalmalıdırmı? Kilsənin bundan sonra öz kitabları
vasitəsi ilə insanların beynini yalan ideyalarla doldurmasına imkan
verək? Kilsənin öz nüfuzunu təqiblər, yalanlar, qətllər yolu ilə
artırmasına icazə verəkmi? Yox, bunların sonu olmalıdır! Və bunu biz
etməliyik. Biz Sonyerin əvəzinə onun borcunu ödəməliyik, onun
dəhşətli səhvini düzəltməliyik. - O, bir anlığa susdu. - Biz üç nəfər.
Biz bir yerdə hərəkət etməliyik.

501

downloaded from KitabYurdu.org


Sofi qulaqlarına inanmırdı.
- Bizim kömək edəcəyimizi siz necə düşünə bilərsiniz?
- Əzizim, sadəcə ona görə ki, Prioratın bu sənədləri
aşkarlamasından imtina etməsinə səbəb siz olmusunuz. Babanızın sizə
olan məhəbbəti onu zəiflədərək Kilsənin quluna çevirdi. Yeganə
doğma və yaxın itirmək qorxusu onun əl-qolunu bağladı. O, həqiqəti
daha heç vaxt deyə bilməyəcək, çünki onu gözləməyə siz məcbur
etdiniz, onun əl-qolunu siz bağladınız. Həqiqəti dünyaya bildirmək
indi sizin borcunuzdur. Siz Cak Sonyerin ruhu şad olsun deyə, bunu
etməlisiniz.
Robert Lenqdon Tibinqin əsil məqsədinin nə olduğunu ayırd
etməyə çoxdan son qoymuşdu. Onu yalnız bir şey narahat edirdi:
Sofini burdan necə sağ və salamat çıxartsın. Əvvəllər özünü Tibinqin
qarşısında günahkar sayırdı, indi isə Sofiyə görə vicdan əzabı çəkirdi.
Mən onu Şato Villetə apardım. Mən də cavabdehəm.
Tibinqin onları burda, Çepter-Hausda soyuqqanlılıqla güllələcəyinə
Lenqdon inanmırdı. İndi o, Tibinqin çox günahsız adamları qurban
verdiyini anlayırdı. Belə yağışda, bu qalın daş divarların arasında
atılmış güllə səslərini heç kim eşitməzdi.
Bu fakt da Lenqdonu ehtiyatlı olmağa vadar edirdi.
Lenqdon Sofiyə baxdı: onun üzündən heç nə oxunmur. Kilsə
Prioratı susmağa məcbur etmək üçün onun bütün ailəsini məhv edib?
Müasir Kilsənin buna əl atması inanılası deyildi. Başqa bir izah
olmalıdır.
- Gəlin Sofini buraxaq, - Lenqdon Tibinqin düz gözünün içinə

502

downloaded from KitabYurdu.org


baxaraq dedi. - Bu məsələni ikimiz müzakirə edək.
Tibinq saxta gülüşlə dedi:
- Qorxuram ki, belə ehtiyatsızlıq etməyi özümə rəva bilməyim.
Mən başqa şey təklif edirəm. - O, Sofini nişan almağa davam edərək, o
biri əli ilə cibindən kripteksi çıxartdı. Əlində bir az saxlayıb onu
Lenqdona uzatdı. - Etibar əlaməti olaraq alın, Robert.
Robert yerindən tərpənmədi. Lyu könüllü olaraq guşəli daşı bizə
verir? Bu ola bilməz!
- Alın! -Tibinq dedi.
Lenqdon Tibinqin guşəli daşdan imtina etməsində yalnız bir səbəb
görürdü.
- Deəmli, siz onu açmısınız. Xəritəni götürmüsünüz...
Tibinq etirazla başını yırğaladı:
- Ah, Robert! Əgər mən bu məsələni həll edə bilsəydim, çoxdan
burda deyildim. Qraalın dalınca gedərdim, sizi isə özümlə
aparmazdım. Yox, mən cavabı bilmirəm. Bunu sakitcə etiraf edirəm.
Əsil cəngavər müqəddəs Qraal qarşısında vicdanlı olmalıdır. O,
yuxarıdan gələn işarələri anlamılıdır. Sizi abbatlıqda görən kimi hər
şeyi anladım. Siz bura bir səbəbə gəlmisiniz: mənə kömək etmək üçün.
Mən şöhrət istəmirəm. Mən Böyük Həzrətə xidmət edirəm, bundan
lovğalanmaq yersizdir. Həqiqət. Gerçəklik. Bəşəriyyət həqiqəti
bilməyə layiqdir. Qraal bizi birləşdirib. O, nəhayət, sirin açılmasını
gözləyir. Birz bir yerdə işləməliyik.
Tibinq həqiqət və etibar haqqında dediyi sözlərə baxmayaraq,
əlindəki tapança Sofiyə tuşlanmışdı. Belə olduqda Lenqdon irəli gedib

503

downloaded from KitabYurdu.org


Tibinqin əlindən soyuq silindri aldı. Silindrin içindəki maye
pıqqıldadı. Lenqdon yenə geriyə çəkildi. Silindrin diskləri öz
yerindəydi. Kripteksi heç kim açmamışdı.
Lenqdon Tibinqə baxıb dedi:
- Əgər mə nonu döşəməyə çırpıb sındırsam necə olacaq?
Tibinq qəh-qəhə çəkdi:
- Mən hələ Templ kilsəssində anladım ki, sizin kripteksi sındırmaq
hədələriniz ucuz yalandır. Robert Lenqdon guşəli daşı sındırmaz. Six
tarixçisiniz, Robert. İki minillik sirin açarı, Qraalın itirilmiş açarı sizin
əlinizdədir. Siz tonqallarda yandırılmış cəngavərlərin ruhlarının səsini
eşitməlisiniz. Onlar bu sirri mühafizə ediblər. İstəyirsiniz ki, onların
qurban getməsi əbəs yerə olsun? Yox, siz onların qisasını almalısınız.
Siz həmişə heyran olduğunuz və indii sizin yerinizdə olmağı şərəf
hesab edəcək Leonardo da Vinçi, Bottiçelli, Nyuton kimi dahilərə
qoşulmalısınız. Bu kripteksin sirri hamımızı çağırır. Bu sirr azadlığa
can atır. Zaman yetişib. An gəlib. Tale özü bu böyük ana bizi gətirib.
- Mən sizə kömək edə bilməyəcəyəm, Lyu, çünki kripteksi açmaq
üçün lazım olan sözü bilmirəm. Nyutonun qəbrinə bir neçə dəqiqə
baxa bildim. Əgər açar sözü bilsəydim belə... - Lenqdon yersiz
danışdığını görüb susdu.
- Mənə deməzdiniz eləmi? — Tibinq köks ötürdü. - Etiraf edim ki,
çox məyus oldum, Robert. Həm də təəccübləndim. Təəccübləndim ki,
siz mənə borclu olduğunuzu hələ də anlamırsınız. Şato Villetə gələn
kimi əgər Remi ilə mən sizi aradan götürsəydik, bu, mənim işimi çox
asanlaşdırardı. Amma mən hər şeyi riskə atdım, Allah bilir nələrə

504

downloaded from KitabYurdu.org


getdim ki, sizinlə nəcib insan mkimi davranım.
- Siz, buna nəciblik deyirsiniz? - Lenqdon tapançaya işarə etdi.
- Bunlar hamısı Sonyerin günahlarıdır, - Tibinq tələsik dedi. - O və
onun senechaux-ları Saylasa yalan danışdılar. Belə olmasaydı, mən
guşəli daşı çətinlik çəkmədən əldə edərdim. Hardan bilim ki, məni
aldatmaq üçün bu qədər uzağa gedib guşəli daşı öz nəvəsinə, bu işlərə
dəxli olmayan bir adama verəcək? - Tibinq Sofiyə məzəmmətlə baxdı.
- Elə bir vecsiz məxluqa ki, ona bu günə qədər simvollar üzrə məşhur
mütəxəssis dayəlik edir. - Tibinq yenə Lenqdona tərəf çevrildi. -
Xrşbəxtlikdən Robert, sizin iştirakınız hər şeyi dəyişdi. Həmma
mənim üçün müəyyən dərəcədə xilaskarlıq da etdiniz. Guşaləi daş
həmişəlik o bankda qala bilərdi, siz onu alıb düz mənim evimə
gətirdiniz.
İndi nə etmək olar? Bəlkə, razılaşım? - Lenqdon düşündü. Axı, nə
olur-olsun, Tibinqlə məni doğrudan da çox şey birləşdirir.
İndi Tibinqin səsində özündən razılıq notları hiss olunurdu:
- Mən biləndə ki, Sonyer ölərkən sizə ismarıc yazıb, Priorata aid
qiymətli informasiya əldə etdiyinizi dərhal anladım. Bu nə idi: guşəli
daşmı yoxsa onu harda axtarmaq barədə məlumatmı? - bunu
bilmirdim. Amma polis sizi təqibə başlayanda, mənim yanıma
gələcəyinizə əmin idim.
- Əgər gəlməsəydik? - Lenqdon dedi.
- Mən sizə necə kömək edəcəyimi artıq düşünmüşdüm. Qısası,
necə olur- olsun, guşəli daş Şato Villetə gəlməliydi. Və sizin onu düz
mənim evimə gətirməyiniz haqlı olduğumu sübut edir.

505

downloaded from KitabYurdu.org


- Nə?! - Lenqdon ucadan dedi.
- Saylas Şato Villetə gəlib guşəli daşı sizdən almalıydı. Bununla da
siz heç bir zərər görmədən oyundan çıxmalıydınız. Həm də məndən
şübhələnməyəcəkdilər. Ancaq məsələnin mürəkkəb, Sonyerin
kodlarının çətin olduğunu görüb, müəyyən müddətə sizin
köməyinizdən istifadə etmək qərarına gəldim. Guşəli daşı Saylas,
sonra da sizdən ala bilərdi.
- Templ kilsəsində, - Sofi dedi. Onun səsi qəzəb və nifrətlə dolu
idi.
Hər şey öz yerini tutur, Tibinq düşündü. Templ kilsəsi guşəli daşı Sofi

Lenqdondan almaq üçün ideal yer idi. Həm də onları bura gətirmək
çətin deyildi, Sonyerin şerində Londondakı qəbirə işarələr vardı.
Saylas guşəli daşı əldə etməyincə, Remi gizləndiyi yerdən
çıxmamalıydı. Amma təəssüf, Lenqdonun kripteksi döşəməyə çırpıb
sındırmaq hədəsi Remini panikaya saldı. Əgər o vaxt, bu axmaq Remi
özünü gözə soxmasaydı, - Tibinq düşündü və özünün oğurlanmaq
quramasını xatırladı, - hər şey başqa cür olacaqdı. Axı Remi, onunla
birbaşa əlaqəsi olan yeganə adam idi və o, öz üzünü göstərməyə
cəsaərt etmişdi!
Xoşbəxtlikdən, Tibinqin əslində kim olduğunu Saylas bilmirdi.
Reminin doğrudan da, limuzinin arxa oturacağında əsirin əl-qolunu
sarıdığına rahibi inandırmaq asan oldu. Sürücü oturacağı ilə salonun
arxa hissəsi arasındakı arakəsməni qaldırandan sonra, Tibinq sürücü
ilə yanaşı oturmuş Saylasa zəng edir. O, fransız ləhcəsində danışıb,

506

downloaded from KitabYurdu.org


özünü Ustad kimi qələmə verir və Saylasa «Opus Dei»nin London
rezidensiyasında gizlənməyi tapşırır. Sonra isə polisə bircə zəng
kifayət edirdi ki, artıq gərəksiz olan rahib oyundan uzaqlaşdırılsın.
Artıq ucları kəsib atmaq.
O biri «uc»la daha mürəkkəb idi. Remi.
Tibinq çox düşünüb-daşındı, amma başqa çıxış yolu tapmadı. Remi
ona öz sadiqliyini dəfələrlə sübut etmişdi. Amma Qraalın axtarışı
həmişə qurban tələb edib. Və qərar öz-özünə gəldi. Limuzinin mini-
barında araxis bankası və kiçik konyak şüşəsi vardı. Bir çimdik araxis
tozu Remidə ölümcül boğulma yaratmağa bəs edirdi. Onun araxisə
qarşı allergiyası vardı. Remi limuzini Harsqardz-Pareyddə saxladıqdan
sonra, Tibinq maşından çıxıb, qapaqdakı qapıya yaxınlaşır və keçib
Reminin yanında oturur. Bir neçə dəqiqədən sonra çıxıb, arxa
oturacaqdakı dəlilləri məhv edir. Sonra öz missiyasını tamamlamağa
yollanır.
Vestminster abbatlığı yaxınlıqda idi, Tibinqin metal qoltuq
ağaclarını və cibindəki kiçik «Meduza» tapançasını siqnalizasiya
sistemi aşkar etsə də, mühafizəçilər Tibinqi saxlamağa cəsarət
etmədilər. Onu metal qoltuq ağaclarından məhru edib metalaxtarıcının
altından sürünüb keçməyə məcbur edək? O, bədbəxt və şikəstdir.
Tibinq onlara cəngavərlik rütbəsi aldığını sübut edən vəsiqəni də
göstərdi. Yazıq mühafizəçilər özlərini itirib əlil-lordu abbatlığa
buraxdılar.
İndi isə, çaşıb qalmış Lenqdon və Neveyə baxan Tibinq, «Opus
Dei»ni bu işə necə qarışdırdığını deyib lovğalanmaqdan özünü güclə

507

downloaded from KitabYurdu.org


saxladı. Bunu sonra danışar. İndi işlə məşğul olmaq lazımdır.
- Mes amis, - Tibinq fransızca dedi, - vous ne trouve pas le Saint-
Graal, cest le Saint-Graal qui vous trouve. (Mənim dostlarım, siz
Müqəddəs Qraalı tapmırsınız, Müqəddəs Qraal sizi tapır - fr.) - o
gülümsədi. - Biz bir yoldayıq. Qraal özü bizi tapıb və birləşdirib.
Lenqdonla Sofi susub qalmışdılar.
Tibinq bu dəfə pıçıltıyla dedi:
- Qulaq asın. Məgər eşitmirsiniz? Bu, əsrlərdən gələn Qraalın öz
səsidir. Bizi çağırır. O yalvarır ki, biz onu Prioratın pəncəsindən
qoparıb xilas edək. Sizin əlinizə unikal imkan düşüb. Dünyada yalnız
biz üç nəfər kripteksi aça bilərik. -Tibinq bir anlığa susdu, onun
gözləri parıldayırdı. - Biz bir-birimizə sadiq qalacağımıza and
içməliyik. Bütün həqiqəti öyrənəcəyimizə və dünyaya çatdıracağımıza
and içməliyik.
Tibinqin düz gözlərinə baxan Sofi soyuq səslə dedi:
- Mən heç vaxt babamın qatilinə sadiq qalacağıma and içə
bilmərəm. Amma bir şeyə and içərəm: əlimdən gələn hər şeyi
edəcəyəm ki, onu həbsxanaya göndərim.
Tibinq məyus halda dedi:
- Mademuazel, çox təəssüf ki, siz belə düşünürsünüz. - Sonra
Lenqdona tərəf çevrilib tapançanı mona tuşladı: - Bəs, siz Robert?
Mənimləsiz ya yox?
C FƏSİL
Yepiskop Manuel Arinqarosa fiziki əzablara dözməyə alışıq deyildi,
sinəsi yandıran güllə yarası onun ruhunu da ağrıdırdı.

508

downloaded from KitabYurdu.org


O, gözlərini açdı, amma zəiflik və yağış damcıları gözlərini
dumanlandırırdı. Mən hardayam? O, hiss etdi ki, kiminsə güclü əlləri
onun çiyinlərindən tutub harasa sürüyür.
Əlini çətinliklə yuxarı qaldırıb gözünü sildi və bu adamın Saylas
olduğunu gördü. Nəhəng albinos onu palçıqlı səki ilə sürüyür və
fəryad edərək köməyə çağırırdı. Qırmızı gözləri irəli baxırdı, göz
yaşları qan sıçramış ağappaq sifətindən sel kimi axırdı.
- Mənim oğlum, - Arinqarosa pıçıldadı, - sən yaralısan?
Saylas gözlərini aşağı saldı, onun sifəti ağrıdan əyilmişdi.
- Mən sizin qarşınızda günahkaram, ata! - Danışmaq da onun üçün
əzabverici idi.
- Yox, Saylas, - Arinqarosa dedi. - Mən səndən bağışlanmağımı
istəyirəm. Bu mənim günahımdır. Ustad mənə söz verdi ki, heç bir qətl
olmayacaq. Mənsə sənə onun bütün dediklərinə əməl etməyi
tapşırdım. Çox tələsdim. Çox qorxdum. Bizi satdılar. Ustad bizə heç
zaman Qraalı verməz.
Yepiskop şüurunu itirdi, Saylas onu əllərinə alıb apardı. Yepiskop
keçmişi xatırladı, özünü İspaniyada gördü. Yaxşı başlanğıc idi:
Ovyedoda Saylasla birlikdə kiçik katolik kilsəsi tikmişdi. O, özünü
Nyu-Yorkda, Leksinqton-avenyuda «Opus Dei»nin mənzil-
qərargahının tikintisinin təşkili zamanı xatırladı.
Yeiskop Arinqarosa beş ay bundan əvvəl pis xəbər almışdı. Onun
həyatı boyu gördüyü bütün işlər təhlükə altındaydı. O, hər şeyi
xatırladı, onun həyatını dəyişən
Qandolfo qəsrindəki görüşü xatırladı... Bütün bədbəxtliklər o dəhşətli

509

downloaded from KitabYurdu.org


xəbərdən başladı.
... Arinqarosa qürurla, Qandolfo qəsrindəki Astronomik
kitabxanaya girdi, əmin idi ki, burda ona mükafat verəcəklər,
Amerikada katolikliyin nümayəndəsi kimi gördüyü işlərə görə
minnətdarlıq edəcəklər.
Amma onu cəmi üç nəfər qarşıladı.
Vatikanın katibi. Qaraqabaq. Qaşqabaqlı.
Və iki yüksək çinli italyan kardinalı. Riyakar üzlü. Lovğa və
zabitəli.
Katib? - Arinqarosa təəccübləndi.
Vatikanın hüquqi məsələlər üzrə katibi Arinqarosanın əlini sıxıb
qarşı tərəfdəki kreslonu göstərdi:
- Buyurun, əyləşin.
Arinqarosa nəsə pis şey baş verdiyini hiss edib əyləşdi.
-Yepiskop, mən çox danışmağın, dünyəvi dedi-qodunun həvəskarı
deyiləm, - katib dedi. - Ona görə də icazə Verin, məsələyə keçək, sizi
buraya nə üçün çağırdığımızı izah edək.
- Hə, əlbəttə. Mənim diqqətim sizdədir, - Arinqarosa cavab verdi
və kardinallara tərəf baxdı.
- Düşünürəm ki, - katib dedi, - «Opus Dei»nin ziddiyyətli
fəaliyyəti nəticəsində baş verən siyasi qalmaqallardan son zamanlar
cənab-əqdəslərinin və Romanın digər ruhanilərinin narahatlığı sizə
yaxşı məlumdur.
Arinqarosanın tükləri biz-biz durdu. Kilsədə liberal dəyişikliklərin
tərəfdarı kimi çıxış etməklə Arinqarosanı məyus edən yeni pontifikdən

510

downloaded from KitabYurdu.org


dəfələrlə analoci iradlar eşitmişdi.
- Sizi əmin etmək istəyirəm ki, - katib dedi, - cənab-əqdəsləri sizin
kilsəyə mənsub dindarların idarə edilməsində dəyişiklik tərəfdarı
deyil.
- Bəs, mən nə üçün çağırılmışam?
Gombul köks ötürdü:
- Bilmirəm bunu sizə deyim, yepiskop, mən incə danışmaqda
mahir deyiləm. Ona görə mus-mus deyincə, birdəfəlik Mustafa
deyəcəm. İki gün əvvəl Vatikanın katiblər şurası «Opus Dei»nin
Vatikandan ayrılması üçün gizli səsvermə keçirdilər. Arinqarosa onu
düzgün anlamadığına əmin idi.
- Bağışlayın?..
- Qısa desək, düz altı aydan sonra «Opus Dei» Vatikanın
prelaturasına artıq daxil olmayacaq. Siz müstəqil Kilsə olacaqsınız.
Pontifik sizdən ayrılman istəyir. Etibarını əldən vermək istəmir. O,
katibliyin qərarı ilə razılaşdı, lazımi sənədlər tezliklə imzalanacaq.
-Amma bu. mümkün deyil!
- Əksinə, çox realdır. Və vacibdir. Cənab-əqdəsləri sizin «cismin
təmizlənməsi» kimi aqressiv siyasətinizdən narazıdır. - o, sözünə ara
verdi. - O cümlədən qadınlara qarşı siyasətinizdən. Əgər daha açıq
desək, «Opus Dei» Vatikan üçün maneə və daim böyüyən şübhə
mənbəyidir.
Yepiskop Arinqarosa möhkəm təhqir olunmuşdu. Şübhə?
- «Opus Dei» - öz sıralarını daim və sürətlə artıran yeganə katolik
təşkilatıdır. Təkcə keşişlərin sayı on bir mindən yuxarıdır!

511

downloaded from KitabYurdu.org


- Bu doğrudur və bizi çox narahat edir, - kardinallardan biri dedi.
Arinqarosa dözmədi:
- Siz yaxşı olar, cənab-əqdəslərindən soruşasınız ki, 1982-ci ildə
Vatikan Bankına kömək edəndə də biz şübhə mənbəyi olmuşuq?
- Vatikan buna görə həmişə sizə minnətdarlıq edəcək, - katib acı
səslə dedi. - Amma bəziləri əmindirlər ki, sizin maliyyə dəstəyiniz,
prelatura statusu almaq üçün yeganə səbəb olub.
- Bu yalandır! - Arinqarosa hirslənmişdi.
- Necə olur-olsun, biz yaxşılıqla ayrılmaq istəyirik! Biz hətta sizə
olan borcumuzu qaytarmaq üçün xüsusi sxemdə hazırlamışıq. Bütün
məbləğ beş dəfəyə ödəniləcək.
- Məni satın almaq istəyirsiniz? - Arinqarosa bərkdən dedi. - Pul
basmaq istəyirsiniz ki, mən sakitcə gedim? Həm də «Opus Dei»nin
bütün bu xaosda yeganə sağlam səs olan bir vaxtında...
Kardinallardan biri onun sözünü kəsdi:
- Bağışlayın, mən səhv eşitmədim ki? Siz «sağlam» dediniz?
Arinqarosa stola söykəndi, onun səsi cingildəyirdi.
- Bəs, siz nə vaxtsa özünüzə sual vermisiniz ki, katoliklər Kilsəni
niyə tərk edirlər? Ayılın, gözlərinizi açın, kardinal! İnsanlar Kilsəyə
daha hörmət etmir. Dinə heç kim ciddi yanaşmır. Doktrina ucuz
bufetin piştaxtasına çevrilib! Nə arzu edərdiniz?! Buyurun seçin:
günahların bağışlanması, xaç suyuna salma, priçastie, messa. Götürün,
rədd olun, qalan şeylərlə işiniz yoxdur! Məgər sizin Kilsə dini bələdçi
kimi öz əsas missiyasını yerinə yetirirmi?
- Üçüncü əsrin qanunları, - ikinci kardinal etiraz etdi, - Məsihin

512

downloaded from KitabYurdu.org


müasir tərəfdarları üçün qəbuledilməzdir. Bu qanun və qaydalar
bugünkü cəmiyyətdə sadəcə işləmir.
- Amma bizdə, «Opus Dei»də yaxşı işləyir!
- Yepiskop Arinqarosa, - katib ciddi səslə dedi. - Pontifik, sizin
təşkilatı dəstəkləyən öz sələfinə hörmət əlaməti olaraq altı ay
gözləməyə razılaşıb. Və «Opus Dei»yə Vatikanın tabeçiliyindən
könüllü olaraq çıxmaq hüququ verib. Vatikanla bütün fikir
ayrılıqlarınızı rəsmiləşdirib müstəqil xristian təşkilatı kimi təsdiq
olunmanızı təklif edirəm.
- Mən imtina edirəm! - Arinqarosa ucadan dedi. - Və bunu şəxsən
onun özünə deməyə hazıram!
- Cənab-əqdəsləri sizinlə daha görüşmək istəmir.
Arinqarosa yenə ayağa qalxdı:
- O, sələfinin himayəsində olan prelaturanı məhv edə bilməz!
- Mən çox təəssüf edirəm. - Katib ondan gözünü çəkmirdi. - Allah
həm verir, həm də alır.
Ürəyinə qorxu dolmuş Arinqarosa Qandolfo qəsrindən çaşqın halda
çıxdı. Nyu- Yorka qayıdıb bir neçə gün öz mənzilindən bayıra
çıxmadı, məyus halda xristianlığın gələcəyi haqqında düşündü.
Və bir neçə həftədən sonra yepiskopa edilmiş telefon zəngi hər şeyi
dəyişdi. Zəng edən fransız ləhcəsi ilə danışıb özünü Ustad deyə təqdim
etdi. Bu rütbə prelaturada geniş yayılmışdı. O, Vatikanın «Opus
Dei»dən ayrılmaq haqqında planlarını bildiyini dedi.
O, bunu necə öyrənib? - Arinqarosa təəccüblə düşündü. O, əmin idi
ki, Vatikanın «Opus Dei»dən ayrılmaq planlarını yalnız bir neçə nəfər

513

downloaded from KitabYurdu.org


yüksək rütbəli şəxs bilir. Necə olur-olsun, söz çıxmışdı.
- Mənim hər yerdə gözüm və qulağım var, yepiskop, - Ustad
demişdi. - buna görə də, çox şey bilirəm. Sizin köməyinizlə müqəddəs
relikviyanın harda gizlədildiyini öyrənmək istəyirəm. Bu, sizə də
ölçüyəgəlməz hakimiyyət verəcək.
Elə bir hakimiyyət ki, Vatikan qarşınızda baş əyəcək. Dini, imanı xilas
edəcək hakimiyyət. - O, sözünə ara verib dedi, - Mən bunu təkcə
«Opus Dei» üçün etmirəm. Bu, hamımız üçün vacibdir.
Allah alır... amma Allah həm də verir. Arinqarosa ürəyində ümid
işıqlarının yandığını hiss etdi.
- Planlarınız haqqında mənə danışın.
Müqəddəs Məryəm hospitalının qapıları açılanda yepiskop
Arinqarosa huşunu itirmişdi. Yorulub əldən düşmüş Saylas qəbul
otağına girdi. Daş döşəməyə dizləri üstdə düşüb köməyə çağırdı.
Qəbul otağındakı insanlar yepiskopun başı üstünə əyilmiş yarıçılpaq
albinosu görüb qorxdular.
Şüurunu itirmiş yepiskopu xərəyə qoymağa kömək edən həkim
yaralının nəbzini yoxlayıb dedi: - O, çox qan itirib. Demək olar ki,
ümid yoxdur.
Birdən Arinqarosanın qaşları tərpəndi, o, özünə gəlib gözləri ilə
Saylası axtarmağa başladı.
- Övladım.
Saylasın ürəyi qəzəb və çarəsizlikdən partlayırdı.
- Ata, bütün ömrümü qurban versəm də, bizi satan bu əclafı
tapacam! Mən onu öldürəcəm!

514

downloaded from KitabYurdu.org


Arinqarosa yalnız başını yırğalaya bildi və onu aparacaqlarını
anlayıb məyus oldu.
- Saylas. əgər indiyə qədər məndən heç nə öyrənməmisənsə, xahiş
edirəm. bir şeyi yadında saxla, - O, Saylasın əlini tutub sıxdı.
- Bağışlamaq bacarığı. İlahi vergidir.
- Amma, ata.
Arinqarosa gözlərini yumdu.
- Sən dua etməlisən, Saylas.
CI FƏSİL
Robert Lenqdon Çepter-Hausun qübbəsi altında dayanıb Lyu Tibinqin
ona tuşlanmış tapançasına baxırdı.
Robert, siz mənimləsiz ya yox?
Cəngavər ser Lyunun bu sözləri onun qulaqlarında hələ də
cingildəyirdi.
Lenqdon anlayırdı ki, o, buna dəqiq cavab verə bilməyəcək.
Əgər «hə» desə, o, Sofiyə xəyanət edər. «Yox» cavabı isə, Tibinqi
məcbur edəcək ki, onları güllələsin.
Professorun müəllimlik peşəsi mübahisəli məsələləri tapança
altında həll etməyi öyrətməmişdi. Amma bu peşə, ona ən ziddiyyətli
suallara cavab tapmağı öyrətmişdi. Əgər suala düzgün cavab yoxdursa,
vəziyyətdən yalnız bir çıxış yolu var.
Nə hə, nə yox.
Yalnız susmaq.
Və Lenqdon gözlərini kripteksdən çəkmədən geriyə addım atdı. O,
gözlərini qaldırmadan, dinmədən geriyə çəkilirdi, hər addımı boş və

515

downloaded from KitabYurdu.org


nəhəng tikilidə əks-səda verirdi. Neytral zolaq. Bu anda yeganə çıxış
yolunun açar sözün tapılmasında kömək etmək olduğunu - Tibinqin
anlayacağına ümid edirdi. Ümid edirdi ki, onun susması Sofiyə onu
tərk etməyəcəyini anladacaq.
Mütləq vaxt qazanmaq lazımdır. Düşünmək üçün.
Düşünmək. Lenqdon Tibinqin ondan məhz bunu gözlədiyinə əmin
idi. Bax, buna görə o, kripteksi mənə verib. Təhlükə qarşısında
olduğumu hiss etməyim üçün. Qərara gəlməyim üçün. İngilis ümid
edirdi ki, Lenqdon təhlükə anında Böyük Ustadın əl işinə toxunsa,
orda gizlənən sirrin əhəmiyyətini anlayacaq. Əsil alimdə olan maraq
hissi oyanıb digər hissləri unutduracaq. Əgər guşəli daşın sirri
açılmasa, bunun tarix üçün böyük itki olacağını anlamağa məcbur
edəcək.
Lenqdon əmin idi ki, onun Sofini xilas etmək üçün tək çıxış yolu -
açar sözün tapılmasıdır. Alver bu zaman ola bilər. Mənim silindrdən
xəritəni çıxara biləcəyimi Tibinq anlasa, onda güzəştə getməsi
mümkündür. Lenqdon asta-asta pəncərələrə tərəf addımlayırdı... bütün
fikri isə Nyutonun sərdabəsini bəzəyən astronomik simvollar və
fiqurlarda idi.
Qəbirdən itmiş kürəni tap.
Qızılgül çiçəyi. Bu, bəhrə verən bətnə bir işarədir.
O, arxasını Tibinq və Sofiyə tərəf çevirərək pəncərələrə tərəf
addımlayırdı.
Özünü Sonyerin yerinə qoymaq, onun nə düşündüyünü anlamaq
lazımdır. Lenqdon pəncərədən bağa baxaraq fikirləşirdi. Görəsən,

516

downloaded from KitabYurdu.org


Nyutonun sərdabəsini bəzəyən hansı kürə idi? Onun gözlərində
ulduzlar, kometlər, planetlər canlandı, amma Lenqdon fikrində
bunların üstündən dərhal xətt çəkdi. Sonyer dəqiq elmlərlə məşğul
deyildi. O, humanitar biliklərə yiyələnmişdi, incəsənət və tarixi gözəl
bilirdi. Müqəddəs qadın başlanğıcı... qab... Qızılgül... qadağan edilmiş
Mariya Maqdalina... ilahənin devrilməsi. Qraal...
Qraal bəzi əfsanələrdə, uzaqlarda, kölgədə rəqs edən həyula kimi,
gah görünən, gah da qeyb olan qəddar məşuqə kimi təsvir edilirdi.
Ağacların küləkdən əyilən budaqlarına baxan Lenqdona elə gəldi
ki, Qraalın görünməz mövcudluğunu hiss edir. İşarələr, əlamətlər
ətrafa səpələnib. Budur, dumanın arasından gözəl mənzərə - ağ-
çəhrayı rəngli çiçəkləri olan alğa ağacı göründü. Çiçəklərin hər birində
beş ləçək vardı, Zöhrə ulduzu kimi gözəl idilər.
İlahə bağda. O, yağışın altında rəqs edərək qədim mahnılar oxuyur,
budaqların arasından baxaraq Lenqdona sanki xatırlatmaq istəyir ki,
biliyin açarı burda, lap yaxındadır, əlini uzatsan çatar.
Yuzaaqda dayanmış Tibinq Lenqdonun hər bir hərəkətini izləyirdi.
Mən belə də bilirdim, Tibinq düşündü. O, cavabı axtarır.
Lyu bu ana qədər Lenqdonun Qraalın açarını tapdığından
şübhələnmişdi. Tibinq öz planını Lenqdonun Cak Sonyerlə görüşəcəyi
gecə həyata keçirməsi təsadüfi deyildi. Kuratorun söhbətlərinə gizlicə
qulaq asan Tibinq, bu görüşə məhz Sonyerin təkid etdiyini öyrənmişdi.
Burdan bir nəticə çıxırdı. Lenqdonun əlyazmalarında Prioratın
maraqlarına toxunan nəsə vardı. Yəqin ki, Lenqdon həqiqəti tam
təsadüfən öyrənib. Və Sonyer bu həqiqətin üzə çıxacağından

517

downloaded from KitabYurdu.org


qorxmuşdu. Prioratın Böyük Ustadı Lenqdonu bir məqsədlə görüşə
çağırmışdı - onu susmağa məcbur etmək üçün, Tibinq buna əmin idi.
Amma həqiqəti, artıq uzun müddətdir ki, gizlədirlər. Daha bəsdir!
Tibinq cəld hərəkət etməli olduğunu anladı. Saylasın hücumu iki
məqsəd güdürdü. Birincisi, Sonyeri saxlamaq, Lenqdonu susmağa
inandırmağına imkan verməmək. İkincisi, guşəli daşı əldə etmək.
Tibinq guşəli daşı ələ keçirən vaxt, Lenqdon Parisdə olacaq. Əgər
lazım olsa, Tibinq onu da bu işə cəlb edəcək.
Saylasın Sonyerə hücumunu təşkil etmək çətin iş deyildi. Tibinq
kuratorun gizli qorxuları, əndişələri barədə çox şey öyrənmişdi. Dünən
gündüz Saylas Luvrda olan Sonyerə zəng edib, özünü Paris kilsəsinin
keşişi kimi qələmə verdi.
- Bağışlayın, müsyö Sonyer, mən sizinlə təcili olaraq görüşüb
söhbət etməliyəm. Mən heç zaman etirafları gizli saxlamaq qaydasını
pozmamışam.
Amma indi. bu istisnadır. Sizin ailənizin bir neçə üzvünü öldürən
adam günahlarının bağışlanması üçün mənə indicə etiraf etdi.
Sonyer bu sözlərə inamsız yanaşdı.
- Mənim ailəm avtomobil qəzasında həlak olub, - o, cavab verdi. -
Polis bunu tam müəyyən edib.
- Bəli, bu doğrudan da, avtomobil qəzası idi, - Saylas dedi, -
mənim söhbət etdiyim adam deyir ki, onların maşınının yoldan çıxıb
çaya düşməsinə o səbəb olub.
Sonyer susurdu.
- Müsyö Sonyer, mən sizə zəng etməzdim... amma bu adam sizi

518

downloaded from KitabYurdu.org


də təhlükə gözlədiyinə eyham etdi. - Saylas sözünə ara verib dedi. -
Bir də o, nəvəniz Sofi haqqında danışdı.
Sofinin adı həlledici rol oynadı. Kurator Saylasdan xahiş etdi ki, o,
təcili olaraq Luvra gəlsin. O, öz kabinetini belə görüşlər üçün ən
təhlükəsiz yer hesab edirdi. Sonra təhlükəni xəbər vermək üçün Sofiyə
zəng etməyə çalışdı. Lenqdonla olacaq görüş yada düşmədi.
İndi, bir-birindən xeyli aralıda dayanmış Lenqdon və Sofiyə baxan
Tibinq, bu kompanyonları birgə işdən ayırdığını düşünürdü. Sofi Neve
tamamilə özünü itirmişdi, Lenqdon isə fikrini açar sözü tapmağa
cəmləmişdi. Lenqdon Qraalın əhəmiyyətini anlayır, indi Sofinin taley
ionu maraqlandırmır.
- O, kripteksi heç vaxt sizin üçün açmaz, - Sofi dedi. - Açar sözü
tapsa belə.
Tibinq Sofini nişan almağa davam edərək, Lenqdona tərəf baxdı.
Silah işlətmək
lazım gələcək, indi buna heç bir şübhəsi qalmamışdı. Bu xoşuna
gəlməsə də, bilirdi ki, əgər lazım gəlsə, tərəddüdsüz tətiyi çəkəcək.
Mən əlimdən gələn hər şeyi etdim ki, onlar bu vəziyyətdən ləyaqətli
çıxış yolu tapsınlar. Qraal mənə bu iki nəfərin həyatından daha
qiymətlidir.
Bu an Lenqdon pəncərənin qarşısından geri çəkilib ona tərəf döndü.
- Qəbir. - o, yavaş-yavaş dedi, onun gözləri parıldayırdı. - Mənə
elə gəlir ki, Nyutonun abidəsində nəyi və harda axtarmağı bilirəm.
Bəli, mən açar sözü tapmışam!
Tibinqin ürəyi bərk döyünürdü.

519

downloaded from KitabYurdu.org


Robert, harda? Deyin mənə!
- Yox, Robert! - Sofi dəhşətlə çığırdı. - Deməyin! Siz ona kömək
etməyəcəksiniz, eləmi?..
Lenqdon əlində kripteks qətiyyətlə onlara tərəf addımladı.
- Heç nə deməyəcəm, - o, Tibinqin düz gözlərinə baxaraq sakitcə
dedi, - siz onu buraxmayınca, heç nə deməyəcəm!
Tibinqin üzü tutqunlaşdı.
- Robert, biz məqsədə çox yaxınıq. Mənimlə oyun oynamayın!
- Mən oyun oynamıram, - Lenqdon dedi. - Sadəcə onu buraxın,
vəssalam. Sonra Nyutonun sərdabəsinə gedərik və orda kripteksi
birlikdə açarıq.
- Mən heç yerə getməyəcəm, - Sofi dedi. Onun yaşıl gözləri hirslə
baxırdı. - Kripteksi babam mənə verib. Onu siz açmamalısınız.
Lenqdon Sofiyə tərəf çevrildi, onun gözlərində qorxu vardı.
- Sofi, xahiş edirəm. Siz təhlükədəsiniz. Mən sizə kömək etmək
istəyirəm!
Lenqdonun gözlərində qorxu vardı və onların dalaşıb bir-birindən
ayrılacağına
hazır olduqlarını görən Tibinq istehza ilə güldü. Lenqdonun bütün
cəhdləri, deyəsən, bu xanıma təsir etmirdi. O, tarixin ən böyük sirrinin
qapısının astanasındadır, amma bu sirrin tapılmasında öz
bacarıqsızlığını sübut edən bu gözəlçənin taleyi onu daha çox narahat
edir.
- Sofi... - Lenqdon yalvarırdı. - Sofi, siz getməlisiniz.
O, başını yırğaladı:

520

downloaded from KitabYurdu.org


- Getməyəcəm. Kripteksi mənə verin, sonra. Ya da onu döşəməyə
çırpıb sındırın.
- Nə? - Lenqdon təəccübləndi.
- Robert, babam kripteksi qatilə verməkdənsə, onu sındırmağı
üstün tutardı. Həm də öz qatilinin! - Sofi sanki ağlayacaqdı, amma
belə olmadı. İndii o, Tibinqin gözlərinə baxırdı. - Hə, güllələyin!
Babama məxsus olan əşyanı sizin kirli əllərinizə təslim etməyəcəm!
Eybi yox, çox gözəl. Tibinq nişan aldı.
- Yox! - Lenqdon qışqırdı və əlindəki kripteksi yuxarı qaldırdı. -
Lyu, mə nonu sındıracam!
Tibinq güldü:
- Qorxu gəlirsiniz, Robert? Buna yalnız Remi Aldana bilər. Mən
yox, bunu bilin.
- Siz, ciddi deyirsiniz, Lyu?
Əlbəttə. Məni heç nə ilə qorxutmayın. Mən sizin yalan danışdığınızı
indii dəqiq bilirəm. Sizin cavabı harda axtarmaq lazım olduğundan
xəbəriniz belə yoxdur.
- Robert, bu doğrudanmı həqiqətdir? Doğrudanmı siz bilirsiniz,
cavabı harda axtarmaq lazımdır?
- Bilirəm.
Lenqdonun gözləri yalan deyirdi. Tibinq onun yalan danışdığına
tam əmin oldu. Bütün bunlar Sofini xilas etmək cəhdləridir. Yox, o,
Lenqdona nahaq yerə bel bağlamışdı. Təəssüf.
Mən yazıq və zəif insanların əhatəsində olan tənha cəngavərəm.
Eybi yoxdur, kod sözü bir təhər özüm taparam.

521

downloaded from KitabYurdu.org


İndi Sofi ilə Lenqdon Tibinqi heç nə ilə qorxuda bilməzdi. Qraalla
da həmçinin. Qoy, onların qəbul etdiyi qərar, baha başa gəlsin, amma
Tibinq bunu vicdanla yerinə yetirəcək. Əsas - Lenqdonu kripteksi geri
qaytarmağa inandırmaqdır, onu sakitcə döşəməyə qoysun ki, mən onu
götürə bilim.
- Etibar əlaməti olaraq, - Tibinq deyib tapançanın lüləsini aşağı
saldı. - Kripteksi yerə qoyun, gəlin sakitcə hər şeyi ayırd edək.
Lenqdon anladı ki, Tibinq onun qurduğu tələyə düşməyəcək.
O, Lyunun gözlərində qətiyyət görüb, kritik anın yetişdiyini anladı.
Mən kripteksi döşəməyə qoyan kimi, o, ikimizi də öldürəcək. O, bu
anlarda Sofiyə tərəf baxmırdı, amma onun əzabkeş ürəyinin çarəsizcə
köməyə çağırdığını hiss edirdi.
Robert, bu adam Qraala layiq deyil. Kripteksi ona verməyin, xahiş
edirəm! Bu, ikimizin həyatı bahasına olsa belə.
Lenqdon bir neçə dəqiqə bundan əvvəl, pəncərənin qarşısında durub
bağa baxanda qərarını vermişdi.
Sofini qorumalı.
Qraalı qorumalı.
O, az qala qışqıracaqdı. Amma necə? Mən bunu bilmirəm!
Onun əzab çəkdiyi bu anlarda qəfildən beyninə bir fikir gəldi.
Əvvəllər o, heç vaxt belə hiss keçirməmişdi. Həqiqət sənin gözlərinin
qarşısındadır! İş təkcə kod sözdə deyil. Qraal özü səni çağırır. Qraalı
ləyaqətsiz adama vermək olmaz.
Lyu Tibinqdən bir neçə yard aralıda duran Lenqdon kripteks tutmuş
əlini yavaş-yavaş aşağı saldı.

522

downloaded from KitabYurdu.org


- Hə, Robert, bax belə, - Tibinq onu nişani alaraq pıçıldadı. -
Qorxmayın, onu döşəmənin üstünə qoyun.
Bu vaxt Lenqdonun başını yuxarı, Çepter-Hausun qübbəsinə tərəf
qaldırdı. Sonra daha da aşağı əyilib, ona tuşlanmış tapançanın lüləsinə
baxdı.
- Məni bağışlayın, Lyu.
Və birdən Lenqdon kəskin hərəkətlə dikəlib cəld əlini yuxarı
qaldırdı və kripteksi tavana tərəf tulladı.
Tibinq barmağı ilə tətiyi necə çəkdiyini özü də hiss etmədi.
«Meduza»dan açılan atəş gurultu qopartdı. Bu an Lenqdon cəld geriyə
sıçradı və güllə onun ayaqlarının yanında döşəməyə dəydi. Tibinq ya
nişan alıb yenə də atəş açmalıydı, ya da yuxarı qübbəyə tərəf
baxmalıydı. O, yuxarı baxdı.
Guşəli daş!
Sanki zaman durmuşdu, Tibinqin bütün diqqəti yuxarıya atılmış
kripteksdəydi. Budur o, ən yuxarı nöqtəyə çatdı. bir anlığa havada
durdu. sonra çevrilib aşağı, döşəməyə tərəf düşməyə başladı.
Bu kiçik və kövrək əşyada Tibinqin bütün ümid və arzuları
toplanmışdı. Kripteks yerə düşməməlidir! Mən onu tuta bilməyəcəm!
Tibinq instinktiv olaraq hərəkət edirdi. O, tapançanı tullayıb qoltuq
ağaclarını buraxdı və irəliyə cumdu. Və nəhayət son anda kripteksi
tutmağa müvəffəq oldu.
Amma Lyu müvazinətini itirdi, ovcunda tutduğu silindrlə birlikdə
üzü üstə yıxıldı. Tibinq yıxılmağın ona baha başa gələcəyini anlayırdı.
Əli döşəməyə çırpıldı, kripteks əlindən düşüb daş döşəməyə dəydi.

523

downloaded from KitabYurdu.org


Sınan şüşənin xırçıltısı eşidildi.
Tibinqə ani olaraq elə gəldi ki, o ölüb. O, ağzı ilə havanı udmaq
istəyirdi, nəfəs ala bilmirdi. O, soyuq döşəmədə uzanıb boş əllərinə və
kənara diyirlənmiş silindrə baxırdı. O, gözlərinə inanmaq istəmirdi. Və
yalnız sirkə qoxusunu duyanda, Tibinq hər şeyin məhv olduğunu
nəhayət, anladı. Sirkəli maye kripteksin içindəkini məhv etmişdi.
O, panikaya düşdü. YOX! O, kripteksi götürdü. Sirkə ovcuna
tökülürdü. Tibinq sanki məhv olan papirusu görürdü. Sən axmaqsan,
Robert! İndi sirr əbədi olaraq açılmayacaq!
Tibinq az qala ağlayacaqdı. Qraal məhv oldu. Hər şey bitdi. O,
Lenqdonun belə edəcəyinə inanmamışdı. Tibinq silindrin disklərini
tərpətməyə cəhd etdi, nazik papirus kağızının heç olmasa, qalıqlarını
xilas etmək istədi. Silindrin uclarından tutub dartdı və onun açıldığını
görüb təəccübdən gözləri bərəldi.
Lyu, sakitcə köks ötürüb silindrin içinə baxdı. Bir neçə şüşə
qırıntısını nəzərə almasaq bomboşdur. Papirus kağızı yoxdur. Qalıqları
da qalmayıb. Tibinq çevrilib Lenqdona baxdı. Onun yanında Sofi
dayanmışdı və Tibinqi tapança ilə nişan almışdı.
Ser Lyu çaşqın halda gözlərini mərmər silindrə dikdi və yalnız indii
disklərin müəyyən qaydada düzüldüyünü gördü. Və beş thərfli sözü
oxudu: APPLE - ALMA.
- Həvvanın dişlədiyi kürə, - Lenqdon sakitcə dedi, - buna görə
Allahın qəzəbinə tuş gəlmişdi. İlkin günah. Müqəddəs qadın
başlanğıcının məhv edilməsinin simvolu.
Bu an Tibinq hər şeyi başa düşdü. Hə, əlbəttə ki! İsaak Nyutonun

524

downloaded from KitabYurdu.org


qəbrini bəzəyən kürə, onun başına düşən alma olmalı idi. Böyük alim
bundan sonra ümumdünya cazibə qanununu kəşf etmişdi. Onun
əllərinin bəhrəsi, dölü! Burda dölartıran bətnə işarə var!
- Robert, - baş verənlərdən tamamilə sarsılmış Tibinq mızıldadı, -
siz onu açmısınız... Bəs xəritə hardadır?
Lenqdon gözünü qırpmadan əlini tvid pencəyinin cibinə salıb
ehtiyatla papirus kağızını çıxartdı. Onu yavaş-yavaş açıb baxdı və
gülümsədi.
O bilir! Tibinqə elə gəldi ki, indicə ürəyi partlayacaq.
- Mənə də deyin! - o yalvardı. -Xahiş edirəm, mənə də deyin!
Allah xatirinə yalvarıram! Hələ ki, gec deyil!
Bu vaxt dəhlizdə ayaq səsləri eşidildi. Lenqdon saitcə parirus
kağızını büküb cibinə qoydu.
- Yox! -Tibinq çarəsizcə qışqırıb ayağa qalxmaq istədi.
Qapı gurultu ilə açıldı və Bezu Faş meydanda qızmış öküz kimi,
Çepter-Hausa girdi. Qəzəbdən parıldayan kiçik gözlər hədəfi axtardı
və nəhayət, döşəməyə uzanmış Tibinqdə dayandı. Faş nəfəsini dərdi,
tapançanı kobura qoyub Sofiyə tərəf çevrildi.
- Şükür allaha, agent Neve siz mister Lenqdonla təhlükəni dəf
etmisiniz. Mən xahiş edəndə, siz gərək polisə gələydiniz.
Bu vaxt Britaniya polisləri otağa girib Tibinqi tutdular və onun
əllərinə qandal vurdular.
Sofi sarsılmışdı. O, Faşı burda görəcəyini gözləmirdi.
- Siz bunu necə tapdınız?
Faş Tibinqi göstərdi:

525

downloaded from KitabYurdu.org


- O, səhvə yol verdi. Abbatlığın mühafizəçilərinə öz şəxsiyyət
vəsiqəsini göstərdi. Bu Adamı axtardağımızı bütün xidmətlərə xəbər
vermişdik.
- O, Lenqdonun cibindədir! -Tibinq birdən çığırdı. - Qraalın yerini
göstərən xəritə!
Polislər Tibinqin qolundan tutub apardı. O, başını çevirib yenə də
Lenqdonu səslədi.
- Robert, mənə də deyin! Harda?
Lenqdon onun gözlərinin içinə baxıb dedi:
- Qraalın yerini yalnız ləyaqətlilər öyrənə bilər. Bunu mənə siz
demisiniz, Lyu.
CII FƏSİL
Kensinqton-qardenz parkına duman çökmüşdü. Saylas axsaya-axsaya
kolluqların arasına girib gizləndi. Dizlərini yaş otların üstünə qoydu və
yalnız indi böyründəki yaradan qan axdığını hiss etdi. Qanı
dayandırmağa cəhd belə etmədi. Dayanıb irəliyə baxdı.
Duman hər şeyi tanınmaz dərəcədə dəyişmişdi. Saylasa elə gəlirdi
Ki, bura cənnətdir.
O, dua edirmiş kimi, əllərini açdı və yağış damcılarının
barmaqlarındakı Qanı yuyub aparmasına baxdı. Bərk yağan yağış onun
kürəyinə və çiyinlərinə tökülürdü. Saylasa elə gəlirdi ki, onun bədəni
dumanın içində əriyir.
Mən ruham.
Budur, başının üstündən sakitcə əsən meh özü ilə nəm torpağın
qoxusunu gətirdi. Saylas bütün bədəni ilə dua edirdi. O, bağışlanması

526

downloaded from KitabYurdu.org


üçün dua edirdi. Yaradandan mərhəmət istəyirdi. Amma Ən çox öz
hamisi, yepiskop Arinqarosa üçün dualar edirdi... Dua edirdi ki, Allah
vaxtından əvvəl onu öz yanına aparmasın. Onun bu dünyada görməli
olduğu çox işlər qalıb.
Duman Saylası bürümüşdü və birdən o, özünün yüngülləşdiyini hiss
etdi. Sanki, azacıq mehin belə aparacağı yarpağa çevrilmişdi. O,
gözlərini bağlayıb son duasını etməyə başladı.
Hardansa Manuel Arinqarosanın səsini eşitdi. Bizim Allah böyük
və mərhəmətlidir, o pıçıldayırdı. Və Saylasın ürəyindəki ağrı getdikcə
azalırdı: o, yepiskopun həmişəki kimi haqlı olduğunu anladı.
CIII FƏSİL
Yalnız axşam tərəfi Londonun səmasında günəş göründü, damlar,
yollar, səkilər və otlar qurumağa başladı. Bezu Faş yorğunluqdan
səntirləyə-səntirləyə polis şöbəsindən çıxıb taksi saxladı. Ser Lyu
Tibinq sorğu-sual zamanı öz günahsızlığından ağzı köpüklənə-
köpüklənə danışırdı. Onun Qraal, gizli sənədlər və təşkilatlar haqqında
ağlasığmaz sözlərini eşidən Faş belə nəticəyə gəldi ki, hiyləgər qoca
öz vəkilləri üçün zəmin hazırlayır. Onlara imkan yaradır ki, öz
müdafiə taktikalarını onun müvəqqəti ağlını itirməsi, dəliliyi üzərində
qursunlar.
Dəliyə bir bax, Faş düşündü. Öz günahsızlığını sübut etmək üçün
versiyanın hazırlanmasında Tibinq dəlilərə xas olmayan yaradıcılıq
göstərmişdi. Bu məqsədlə o, «Opus Dei» və Vatikandan istifadə etsə
də, sonradan aydın oldu ki, onların bu məsələyə heç bir dəxli yoxdur.
Onun çirkin göstərişlərini hansısa fanatik-rahib və keşiş yerinə

527

downloaded from KitabYurdu.org


yetirirmiş. Bundan başqa, Tibinq dinləyici qurğunu əlil Adam üçün
əlçatmaz yerdə qoymuşdu. Danışıqlara onun xidmətçisi Remi qulaq
asırmış. Elə bu qulluqçunun sayəsində Tibinq şəxsiyyətini və onun bu
işdə iştirakını müəyyənləşdirmək mümkün olmuşdu. Demək lazımdır
ki, Remi vaxtında bu dünyanı tərk etmişdi - anafilaktik şoka düşüb
ölmüşdü.
Bütün bunlar çətin ki, ağıldan kəm adamın işləri olsun, Faş
düşündü.
Kollenin Şato Villet qəsrindən verdiyi informasiya təsdiq edirdi ki,
Tibinqin yaradıcılıq məharətindən Faş özü də öyrənə bilər. Parisin
mühüm müəssisələrinin birində səsötürücü «böcək» gizlətmək üçün
Britaniya tarixçisi qədim yunanların təcrübəsindən istifadə etmişdi.
Troya atı. Tibinqin maraq dairəsində olan məmurların əksəriyyəti
müxtəlif antikvar əşyalar şəklində bahalı hədiyyələr almışdılar,
digərləri Tibinqin təşkil etdiyi auksiona gəlmişdilər. Sonyerlə isə
tamam başqa cür davranılmışdı. Tibinqin vəsaiti hesabına Luvrda yeni
«Da Vinçi» guşəsinin yaradılması imkanlarını müzakirə etmək üçün
kurator Şato Villetə günorta yeməyinə dəvətnamə almışdı.
Dəvətnamədə ser Lyunun Sonyerin düzəltdiyi robot- cəngavərə
göstərdiyi maraq da qeyd olunmuşdu. Lütfkarlıq edib onu özünüzlə
gətirsəniz, çox xoşhal olarıq. Sadəcə baxmaq istəyirik. Sonyer ingilislə
görüşməyə getdi və robot-cəngavər günorta vaxtı Remi Leqaludekin
nəzarətinə verildi. Onun kifayət qədər vaxtı var idi ki, oyuncağın
içərisinə səsötürücü «böcəyi» qoya bilsin.
Taksinin arxa oturacağında oturmuş Faş gözlərini yumdu. Parisə

528

downloaded from KitabYurdu.org


qayıtmazdan əvvəl daha bir yerə baş çəkməyi unutmamalıyam.
Yaz günəşinin parlaq şüaları Müqəddəs Məryəm hospitalının
palatasına dolmuşdu.
- Siz bizim hamımızı təəccüöləndirdiniz, - tibb bacısı gülümsəyərək
dedi. - Demək olar ki, siz ölümdən qayıtdınız.
Yepiskop Arinqarosa gülümsəyib cavab verdi:
-Allah həmişə məni qoruyub.
Tibb bacısı yaranı bağlayıb palatadan çıxdı. Üzünə düşən günəş
işığından xoşhallanırdı. Keçən gecə onun həyatında ən dəhşətli gecə
idi.
O, meyiti parkda tapılmış, Saylas barədə düşünürdü.
Övladım, bağışla məni, xahiş edirəm...
İndi Arinqarosa öz planını həyata keçirmək üçün Saylası cəlb
etdiyinə təəssüflənirdi. Dünən axşam kapitan Bezu FAş ona zəng
etmişdi. O, Sen-Sülpis kilsəsindəki rahibənin qətlində iştirakda
günahlandırılırdı. Arinqarosa anladı ki, o gecə hadisələr gözlənilməz
məcraya düşüb. Xəbərlər buraxılışından daha dörd nəfərin qətlə
yetirildiyini eşidib dəhşətə gəldi. Saylas, sən nə etmisən! Buna necə
cəsarət etdin! Sonra o, Ustadla əlaqə saxlamağa çalışdı, amma
mümkün olmadı. Yepiskop yalnız onda anladı ki, ondan sadəcə
istifadə ediblər. Anladı ki, bundan sonra baş verəcək dəhşətli
hadisələrin qarşısını almağın yeganə çıxış yolu - hər şeyi Faşa etiraf
etməkdir. Belə də oldu və bu andan etibarən Arinqarosa Faşla birlikdə
Saylası tutmağa cəhd etdi, daha bir nəfəri öldürmək barədə rahibə əmr
verilməmişdən qabaq onu Ustadın əlindən almaq lazım idi.

529

downloaded from KitabYurdu.org


Bütün bədənində yorğunluq və zəiflik hiss edən Arinqarosa
gözlərini yumdu. Televizorda məşhur Britaniyalı alim, cəngavər ser
Lyu Tibinqin həbsi haqqında son xəbərləri verirdilər. Ustad bizim
hamımızı aldatdı. Güman ki, Tibinq Vatikanın «Opus Dei»dən
ayrılması barədə planlarını öyrənmişdi. Və öz planlarını həyata
keçirmək üçün yepiskop Arinqarosanı seçmişdi. Qraalın ovuna ondan
başqa belə inadkarcasına daha kim çıxa bilərdi? İtirməyə nəyisə olan
adam çətin ki, buna razılaşsın. Həm də, əfsanələrə inansaq, Qraal öz
sahibinə görünməmiş hakimiyyət və qüdrət gətirirdi.
Lyu Tibinq öz həqiqi sifətini yaxşıca gizlətmişdi. Fransız ləhcəsi ilə
danışır, özünü dindar adam kimi göstərir, mükafat kimi ehtiyacı
olmadığı halda pul tələb edirdi. Arinqarosa xoşagəlməz hadisənin baş
verdiyindən şübhələndi. Qraalı əldə etmək müqabilində iyirmi milyon
avro miqdarında məbləğ heç nə idi, işin maliyyə tərəfi isə, bu
milyonları Vatikan «Opus Dei»yə dəbbə pulu kimi qaytarmaqla həll
olunacaqdı. Kor istədiyini görər. Amma Tibinqin fırıldaqçılığında ən
təhqiramiz məsələ o idi ki, o, bu məbləği, özünü təqdim edən şəxsə
Vatikan Bankının istiqraz vərəqələri şəklində verilməsini tələb
etmişdi. Əgər nəsə baş versə, kələfin ucu qoy Romaya gedib çıxsın.
- Müqəddəs ata, sizin sağaldığınıza çox şadam.
Arinqarosa bu xırıltılı səsi dərhal tanıdı, amma qapıda dayanmış bu
insanın sifəti ona tanış deyildi, - o, bu insanı tamam başqa cür təsəvvür
etmişdi. Kobud cizgilər, bir-birinə yapışmış qara saçlar, qara
kostyumun altındakı köynəkdən çıxmış yoğun boyun.
- Kapitan Faş?-Arinqarosa tərəddüdlə soruşdu. Dünən gecə

530

downloaded from KitabYurdu.org


kapitanın ona göstərdiyi qayğıkeşlik, bu ciddi insanın görkəminə
uyğun gəlmirdi. Kapitan yatağa yaxınlaşıb Arinqarosaya yaxşı tanış
olan ağır, qara portfeli stulun üstünə qoydu.
- Güman edirəm, bu sizindir.
Arinqarosa içi istiqraz vərəqləri ilə dolu olan portfelə baxdı və
utandığından başını yana çevirdi.
- Bəli... minnətdaram sizə, - o, bir qədər susduqdan sonra yenə
davam etdi, - Kapitan, mən bunların üstündə çox düşünmüşəm. sizdən
bir şey xahiş etmək istəyirəm.
- Hə, əlbəttə. Sizi eşidirəm.
- Saylasın Parisdə öldürdüyü insanların ailəsinə. - o susdu,
boğazını qəhər tutmuşdu. - Anlayıram, dəhşətli itkinin əvəzini heç bir
pula ödəmək olmaz. Amma siz, alicənablıq göstərib bu portfeldəki
pulları ölənlərin ailəsi arasında bölsəniz.
Faşın qara gözləri yepiskopa diqqətlə baxırdı.
- Alicənab hərəkətdir, milord. Sizə söz verirəm ki, istəyiniz
dəqiqliklə yerinə yetiriləcək.
Yorucu fasilə yarandı.
Televizorda fransız polisinin hündürboy və arıq zabiti qədim
malikanənin qarşısında müsahibə verirdi. Faş onu tanıyıb gözlərini
ekrana dikdi.
- Leytenant Kolle, - Bi-bi-sinin Britaniya üzrə müxbiri olan qızın
səsindən narazılıq hiss olunurdu, - dünən gecə sizin rəisiniz günahsız
iki nəfəri qətl törətməkdə ittiham etdi. Robert Lenqdon və Sofi Neve
sizin idarəyə rəsmi şikayət verəcəklərmi? Kapitan Faş bu səhvə görə

531

downloaded from KitabYurdu.org


üzr istəyəcəkmi?
Leytenant Kolle sakitcə gülümsəyib dedi:
- Öz təcrübəmə əsasən bilirəm ki, kapitan Bezu Faş çox nadir
halda səhvə yol verir. Bu məsələni hələlik onunla müzakirə
etməmişəm, amma mənim şəxsi fikrimi bilmək istəyirsinizsə.
düşünürəm ki, agent Neve və mister Lenqdonun günahkar kimi təqib
olunmaları əsil qatili aldatmaq, onun ayıqlığını əlindən alıb sonra
başının üstünü kəsdirmək üçün idi.
Müxbirlər bir-birinə təəccüblə baxdılar. Kolle davam etdi:
- Mister Lenqdon və agent Neve bu planın könüllü iştirakçıları
idimi, bunu bilmirəm və deyə bilmərəm. Kapitan Faş belə
informasiyaları tabeçiliyində olan şəxslərlə bölüşmür. Bu da aydındır.
Bir şeyi əminliklə və bütün məsuliyyətimlə deyə bilərəm ki, kapitan
artıq əsil günahkarı həbs edib. Mister Lenqdon və agent Neve
günahkar deyillər.
Faş Arinqarosaya tərəf çevrildi, onun dodaqlarında zorla hiss
olunacaq təbəssüm vardı.
- Bu Kolle, çox qabiliyyətlidir, işini biləndir.
Bir neçə saniyə də keçdi. Faş əli ilə yapışmış saçlarını sığalladı,
sonra Arinqarosaya baxıb dedi:
- Milord, Parisə qayıtmazdan əvvəl, bir suala aydınlıq gətirmək
istəyirəm. Söhbət sizin Londona sanksiyalaşdırılmamış uçuşunuzdan
gedir. Kursu dəyişmək üçün siz pilota rüşvət vermisiniz. Sizə
məlumdurmu ki, belə hərəkətlər daşımalar haqqında beynəlxalq
qanuna ziddir?

532

downloaded from KitabYurdu.org


- Başqa çarəm yox idi, - Arinqarosa pıçıldadı.
- Bəli, bu aydındır. Bunu mənimlə adamlarımla söhbət edərkən
pilot da təsdiq edib. - Faş əlini cibinə salıb qızıl üzüyü çıxartdı.
Faşdan üzüyü alıb barmağına taxanda yepiskopun gözləri yaşarmışdı.
- Siz çox alicənabsınız, - o, Faşın əlindən tutub yüngülcə sıxdı, -
Çox sağ olun. Kapitan əlini yelləyib pəncərəyə tərəf yaxınlaşdı.
Dayanıb şəhərə baxdı, onun
fikri uzaqlarda idi. Sonra yenidən yepiskopa tərəf çevrilib dedi:
- Milord, burdan hara gedəcəksiniz?
Bir gün əvvəl təxminən belə bir sualı Arinqarosaya Qandolfo
qəsrini tərk edəndə də vermişdilər.
- Hesab edirəm ki, mənim yolum da sizin yolunuz kimi bəlli deyil.
- Hə, düzdür, - Faş cavab verdi. - Düşünürəm ki, tezliklə istefa
verəcəyəm. Arinqarosa gülümsədi.
Azca inamı olsa - insan möcüzələr yaratmağa qadirdir, kapitan. Bir
azca inam...
CIV FƏSİL
Əsasən Kodlar kilsəsi adlanan Roslin kilsəsi Şotlandiyada,
Edinburqdan yeddi mil aralıda yerləşirdi. O, qədim Mitra məbədinin
yerində tikilmişdi. 1446-cı ildə onun əsasını qoyan tampliyer-
cəngavərlər daşların üstünü müxtəlif rəmzlərlə bəzəmişdilər. Daha
dəqiq desək, yəhudi, xristian, misir, mason və bütpərəst ənənələrindən
götürülmüş rəmzlərlə.
Kilsə şimaldan cənuba doğru Qlastonberidən keçən meridianın
üzərində yerləşirdi. Bu Qızılgül xətti Kral Arturun Avalon adasını da

533

downloaded from KitabYurdu.org


göstərirdi və müqəddəs rəmzlərlə əlaqəli olan britan həndəsəsində
başlanğıc nöqtə hesab edilirdi. Məhz bu Qızılgül xəttinin oricinaldakı
«Roslin» kimi yazılan adı Kilsəyə də verilmişdi.
Roslin kilsəsinin şpilləri yerə uzun kölgələr salmışdı. Robert
Lenqdon və Sofi Neve icarəyə götürdükləri maşını məbədin yerləşdiyi
təpənin ətəyindəki parkda saxlayanda, artıq axşam düşürdü.
Londondan Edinburqa uçarkən onlar bir az istirahət etmişdilər,
amma irəlidə onları nəyin gözlədiyini düşündüklərindən yata
bilməmişdilər. Səmanın fonunda kilsənin cizgilərinə baxan Lenqdon
özünü dovşan yuvasına düşmüş Alisa kimi hiss etdi. Yəqin ki, yuxu
görürəm. Amma Sonyerin son yazısı məhz buy eri göstərirdi.
Qədim Roslinin altında Qraal sizi gözləyir.
Lenqdona elə gəlirdi ki, Qraalın xəritəsi - onun yerinin işarələndiyi
sxem yaxud diaqramm şəkil kimi olmalıydı. Amma deyəsən, Prioratın
son sirrini açmaq üçün onlar çox baş sındırmalı olacaqlar. Sonyer bunu
da əvvəlkilər kimi şifrələmişdi. İlk baxışdan sadə görünən şer kimi.
Roslin kilsəsinin təsvirində bir neçə xarakterik memarlıq
xüsusiyyətləri xatırladılırdı.
Sonyerin son ismarıcının sadə görünməsinə baxmayaraq, Lenqdon
özünə əmin deyildi. Roslin kilsəsi çox məşhur yer idi. Əsrlər boyu
Qraalın bu daş məbəddə yerləşməsi haqqında əfsanələr dolaşmışdı.
Son on ildə bu barədə artıq ucadan danışırdılar. Sonra güclü radar
vasitəsilə binanın altında yeraltı tikili olduğu aşkarlandı. Bu müəmmalı
«seyf» bütün binanı öz üzərində saxlayırdı. Həm də nə girişi, nə də
çıxışı vardı. Arxeoloqlar partladıcıların köməyilə zirzəmiyə girməyə

534

downloaded from KitabYurdu.org


icazə istədilər, amma Roslin Fondu müqəddəs yerdə belə işlərin
aparılmasını qəti qadağan etdi. Bu da şayiələri daha da qızışdırdı.
Roslin Fondu cəmiyyətdən nəyi gizlin saxlamaq istəyir?
Kilsə ən aktiv ziyarətgaha çevrildi. Macəraaxtaranlar, sirr ovçuları
deyirdilər ki, guya onları buraya güclü maqnit sahəsi cəzb edir; çoxları
yeraltı girişi axtardığını bildirirdi. Amma əksəriyyət Qraal haqqında
daha çox öyrənmək və müqəddəs torpaqlarda gəzmək üçün bura
gəldiyini söyləyirdi.
Lenqdon özü burda heç zaman olmamışdı, amma hər dəfə ona
Qraalın Roslin kilsəsində gizlədildiyini deyəndə gülmüşdü. Yox, ola
bilər ki, uzaq keçmişdə, Qraalı müəyyən müddətə barada saxlayıblar.
Amma indi aydındır ki, Qraal orda yoxdur, bu sadəcə mümkün
deyil. Son on ildə kilsə diqqət mərkəzində olmuşdu. Bundan başqa,
insanlar gec-tez yeraltı tikiliyə girmək üçün yol tapacaqdılar.
Qraalla məşğul olan ciddi alimlər bir şeydə həmrəy idilər: Roslin -
Priorat tərəfindən Qraal ovçularını yanlış izə salmaqdan ötrü xüsusi
olaraq tikilmiş bir növ tələ rolunu oynayır. Amma indii, son ismarıcı
oxuyan Lenqdon buna əmin deyildi. Bütün günü ona bir sual əzab
vermişdi: Sonyer bu cür aydın hədəfə bizi niyə çətin yolla gətirmişdi?
Yalnız bir cavab mümkün idi. Roslində bizim anlamadığımız və
bilmədiyimiz nəsə var.
- Robert! - maşının yanında durmuş Sofi onu çağırdı. Əlində Faşın
ona qaytardığı palisandr ağacından mücrü vardı. Yenidən yığılmış hər
iki kripteks mücrünün içinə qoyulmuşdu. Şer yazılmış papiruslar da
burda idi.

535

downloaded from KitabYurdu.org


Qraviy tökülmüş uzun cığırla addımlayan Sofi və Lenqdon kilsənin
qərb tərəfdəki məşhur divarının yanına gəlib çıxdılar. Adi tamaşaçılar
hesab edirdilər ki,
qəribə şəkildə çıxıntısı olan divar - məbədin tikilməmiş hissəsidir.
Lenqdona görə, əslində bunun tarixi daha qədimlərə gedib çıxırdı.
Süleyman padşahın məbədinin qərb divarı.
Kilsənin əsasını qoyan tampliyerlər ordeninin cəngavərləri onu
Süleyman peyğəmbərin Yerusəlimdəki məbədinə oxşatmağı qərara
almışdılar. Çıxıntısı olan qərb divarı, dar, düzbucaqlı ibadətgah və
yeraltı tikili - bütün bunlar nə vaxtsa doqquz tampliyerin qyimətsiz
xəzinəni tapdığı yerin, müqəddəs tikilinin oxşarı idi. Bütün bu
oxşarlıqlar-tampliyerlərin Şotlandiya torpaqlarında Qraal üçün daha
müasir bina tikdiyini sübut edirdi və Lenqdon bunları etiraf etməyə
məcbur idi.
Roslin kilsəsinə giriş, o gözlədiyindən də sadə idi. Kiçik taxta
qapının üstündə «Roslin» yazılmış palıd lövhə vurulmuşdu.
Lenqdon Sofiyə izah etdi ki, bus öz «Qızılgül xətti» meridianının
adından yaranıb və kilsə məhz bu meridianda yerləşir. Sonra dedi ki,
Qraal üzrə mütəxəssis və alimlər «Qızılgül xətti»nin Mariya
Maqdalinanın nəslini göstərdiyini hesab edirlər.
Kilsə tezliklə bağlanacaqdı, ona görə də, Lenqdon qətiyyətlə qapını
itələdi. Sifətinə isti külək dəydi, məbəd sanki ağır iş günündən sonra
nəfəsini dərirdi. Girişdəki arkanı beşləçəkli oymalar bəzəyirdi.
Qızılgüllər. İlahənin bətni. Sofi ilə birlikdə Kilsəyə girən Lenqdon
ona diqqətlə və acgözlüklə nəzərdən keçirtdi. Sanki hər şeyi birdən

536

downloaded from KitabYurdu.org


bilmək istəyirdi. O məbədlərdəki daş üstündə oymalar barədə çox
oxumuşdu. Amma bunu öz gözlərinlə görmək tamam başqa şeydir.
Rəmzlər cənnti - Lenqdonun kollegalarından biri buranı belə
adlandırmışdı.
Divarlarda bir düym belə boş yer yox idi, hər yer simvollarla
örtülmüşdü. Xristian xaçları, yəhudi ulduzları, mason möhürləri,
tampliyerlər ordeninin xaçları, bolluq buynuzları, piramidalar,
astroloci işarələr, bitkilər, tərəvəzlər, beşguşəli ulduzlar və qızılgüllər.
Tampliyer-cəngavərlər daş üstündə naxış oymağı yaxşı bacarırdılar,
bənnalar ittifaqı yaradıb bütün Avropada kilsə tikirdilər. Roslin onların
dahiyanə ustalığının ən gözəl nümunəsi idi. Dərhal görünürdü ki, onlar
burda xüsusi məhəbbətlə və canfəşanlıqla işləyiblər. Ustalar bir daşı
belə rəsmsiz qoymamışdılar. Roslin kilsəsi bütün dinlərin... bütün
ənənələrin məbədi idi, amma hər şeydən əvvəl o, Təbiəti və Müqəddəs
qadın başlanğıcını mədh edən məbədgah idi.
İçəridə gənc ekskursiya bələdçisinin başına toplaşmış turistlərdən
başqa heç kəs yox idi. O, turistləri adi, bəlli marşrutla, binanın daxili
hissəsini birləşdirən görünməz cığırla aparırdı. Yüz illər boyunca
minlərlə insan bu nöqtələri birləşdirən xətlər boyunca addımlamışdılar
və döşəmədə nəhəng simvol yaranmışdı.
Davud ulduzu, Lenqdon düşündü. Yox, bu təsadüfi deyil. Süleyman
möhürü adı ilə də tanınan bu fiqur nə vaxtsa qədim münəccim-
kahinlərin gizli simvolu olmuşdu, sonralar yəhudi hökmdarları Davud
və Süleyman bunu öz hakimiyyətlərinin rəmzi kimi qəbul etmişdilər.
Kilsə xidmətçisi Lenqdon və Sofini görüb, vaxtın gec olmasına

537

downloaded from KitabYurdu.org


baxmayaraq onları gülərüzlə salamladı. Və məbədə baxmağa dəvət
etdi.
Lenqdon minnətdarlıqla başını tərpədib yoluna davam etdi. Sofi isə
hələ qapının ağzında idi, üzündən təəccübləndiyi və çaşıb qaldığı
aydın görünürdü.
- Nə olub? - Lenqdon soruşdu. Sofi kilsəyə baxırdı.
- Mənə elə gəlir ki... burda olmuşam.
Lenqdon təəccübləndi:
-Amma siz, Roslin kilsəsi barədə heç nə eşitmədiyinizi demişdiniz.
- Eşitməmişəm. - o, tərəddüdlə ətrafa baxdı. - Yəqin ki, uşaq
vaxtlarımda babam məni bura gətirib. Bilmirəm. Xatırlamıram. Amma
hər şey tanış gəlir. - Sofi kilsənin içindəki əşyalara baxmağa davam
etdi. - Hə, dəqiq. - O, irəlini göstərdi. - Bu iki sütun. Mən bunları
dəqiq görüməşm.
Lenqdon onun göstərdiyi yerə baxdı və binanın uzaq küncündə
üstündə naxışlar oyulmuş iki sütun gördü. Ağ daş qızılı-qırmızı
haşiyələrlə bəzədilmişdi, batmaqda olan günəşin şüaları pəncərədən
onların üstünə düşürdü. Sütunlar, adətən mehrabın olduğu yerdə
qoyulmuşdu və çox qəribə görünürdü. Soldakı sadə şaquli xətlər üzrə
oymalarla, sağdakı isə mürəkkəb spiralvari naxışlarla bəzədilmişdi.
Sofi onlara tərəf addımladı. Lenqdon da onun arxasınca tələsdi.
Sütunlara yaxınlaşa Sofi qətiyyətlə dedi:
- Bəli, mən onları gördüyümə, tamamilə əminəm!
- Şübhə etmirəm ki, siz onları görmüsünüz. - Lenqdon dedi. -
Amma burda olmaya da bilər.

538

downloaded from KitabYurdu.org


Sofi ona tərəf çevrildi:
- Siz nə demək istəyirsiniz?
- Bu sütunların hər yerdə çoxlu oxşarı var. Əsrlər boyu dəfələrlə
onların oxşarını düzəltmişlər.
- Roslinin oxşarı?-Sofi ucadan dedi.
- Xeyr. Sütunların oxşarı. Yadınızdadırsa, mən sizə Roslin
kilsəsinin Süleyman məbədinə bənzədiyini demişdim. Bu iki sütunun
oxşarı nə vaxtsa Süleyman məbədinin girişində ucaldılmışdı. -
Lenqdon soldakı sütunu göstərdi. - Bu Boaz yaxud Mason sütunu
adlanır. Sağdakı isə Çaçin yaxud Şəyird sütunu. - O, sözünə ara verib
dedi. - Ümumiyyətlə, hər bir mason məbədində belə iki sütun var.
Lenqdon tampliyerlər ordeni ilə müasir gizli mason təşkilatları
arasında əlaqənin olduğunu Sofiyə danışmışdı. Cak Sonyerin son
şerində Roslini daş oymalarla bəzəmiş mason-ustalar haqqında işarələr
vardı. Şerdə kilsənin ulduz və planetlərin təsviri oyulmuş tavanı
haqqında da deyilirdi.
- Mən mason məbədində heç vaxt olmamışam, - Sofi sütunlara
baxıb etiraf etdi, - amma əminəm ki, sütunları məhz burda görmüşəm.
- O, yenə də ətrafa baxıb yaddaşını təzələyəcək nəsə görməyə çalışdı.
Turistlər gedirdilər, ekskursiya bələdçisi gülərüzlə Lenqdon və
Sofiyə tərəf addımladı. Bu, iyirmi yeddi yaşlarında hündür çəkmə
geymiş gənc oğlan idi. Saçları saman kimi uzun və sarı idi.
- Biz bağlamaq istəyirik. Sizə kömək lazımdırmı?
Qraalı tapmağa bizə kömək edə bilərsinizmi? - Lenqdon düşündü.
- Kod! - Birdən Sofi dedi, onun üzü canlandı. - Burda kod

539

downloaded from KitabYurdu.org


olmalıdır!
Gənc adam gülümsündü:
- Bəli, o burdadır, mem.
- Tavanda, - Sofi sağ tərəfi göstərib mızıldadı, - bax, orda.
- Görürəm ki, siz burda ilk dəfə deyilsiniz, - gənc oğlan dedi.
Kod, Lenqdon düşündü. O, Kilsənin bu memarlıq xüsusiyyətini
tamam unutmuşdu. Hər şeydən başqa, Roslin kilsəsi yüzlərlə daş
blokları olan qübbəli tağı ilə də məşhur idi. Hər blokun üstündə bir
simvol vardı. İlk baxışdan bu simvollar ixtiyari düzülmüşdü, amma
onlar bir yerdə şifrəli mətn təşkil edirdi. Bu mətni isə indiyədək heç
kim aça bilməmişdi. Bəziləri bu kodun yeraltı tikilinin girişini
göstərdiyini deyirdi. Başqaları burda Qraalın əsil tarixinin şifrəli
şəkildə yazıldığını hesab edirdi. Əsrlər boyu kriptoqraflar bunun
üstündə baş sındırmışdılar - amma əbəs yerə. Hətta bu gün Roslin
Fondu bu simvolların mənasını tapan adama külli- miqdarda mükafat
vəd etmişdi. Amma bu hələ də sirr olaraq qalırdı:
- Sizə bələdçilik edəcəyimə şadam.
Mənim ilk kodum, o, qübbəli tağa, sanki transdaymış kimi
yaxınlaşaraq düşündü. O, Qızılgül rəngli mücrünü Lenqdona verib
Qraal, Sion Prioratı və digər sirləri müəyyən müddətə unutdu. Və
budur indi, simvollarla dolu qübbəli tavanı gördükdə xatirələrini yada
saldı. O, burda ilk dəfə necə olduğunu xatırlayıb məyus oldu.
O, hələ kiçik qız idi. onun ailəsinin həlak olmasından bir il keçirdi.
Babası tətildə onu Şotlandiyaya gətirmişdi. Parisə, evə qayıtmazdan
əvvəl onlar Roslin kilsəsinə baxmağı qərara aldılar. Axşam düşmüşdü,

540

downloaded from KitabYurdu.org


kilsə bağlı idi. Amma onlar necəsə kilsəyə girə bildilər.
- Tezliklə evə gedəcəyik, baba? - Sofi dedi. O, çox yorulmuşdu.
- Tezliklə qızım. - Babasının səsi qəmgin idi. - Burda mənim
balaca bir işim var. Bəlkə, maşında gözləyəsən?
- Çox vacib işdir, hə?
Babası başını tərpətdi:
- Mən tez gələcəm. Söz verirəm.
- Bəs, tağın üstündəki koda bir də baxmaq olarmı? Bu çox
maraqlıdır!
- Bilmirəm! Mən bir dəqiqəliyə çıxmalıyam, əzizim. Tək
qorxmazsan ki?
- Mən heç nədən qorxmuram! - o dedi. - Hələ hava qaralmayıb!
O gülümsündü:
- Yaxşı, qoy sən deyən olsun. - deyə babası onu qübbəli tağa tərəf
apardı.
Sofi daş döşəməyə uzanıb başının üstündəki maraqlı rəsmlərə
baxdı.
- Mən bu kodu tapa bilərəm! Özü də sən gələnə qədər!
- Onda tələs! - babası əyilib onun alnından öpdü və yan qapıya
tərəf getdi. - Mən bir dəqiqəliyə çıxıram. Qapını açın qoyuram. Nəsə
olsa, çağırarsan. - O, bu sözləri deyib çıxdı.
Sofi döşəməyə uzanıb işarələrə baxırdı. Gözləri yumulurdu. Bir
neçə dəqiqədən sonra işarələr bir-birinə qarışdı, sonra tamam itdi. O,
yuxulamışdı.
Sofi soyuğun təsirindən oyandı.

541

downloaded from KitabYurdu.org


- Grand-pere?
Cavab gəlmədi. Sofi ayağa qalxıb donunu çırpdı. Yan qapı açıq idi.
Hava qaralmışdı. O, həyətə çıxıb babasını gördü. O, kobud daşlardan
tikilmiş kiçik evin artırmasında dayanıb kimləsə danışırdı. Sofi şüşəli
qapının o tərəfində dayanan adamı görmədi.
- Baba! - o, yenə çağırdı.
Babası çevrilib ona əl elədi və azca da gözləməsini istədi. Sonra
söhbət etdiyi adama nəsə deyib əli ilə ona öpüş yolladı. Qayıdıb Sofiyə
yaxınlaşdı. Onun gözləri yaşarmışdı.
- Baba, niyə ağlayırsan?
O, Sofini qaldırıb bərk-bərk qucaqladı.
- Ah, Sofi! Biz bu səninlə çox adama «əlvida demişik». Bu çox
ağırdır.
Sofi qəzanı xatırladı, ana-atası ilə, nənəsi və kiçik qardaşı ilə necə
vidalaşdığı yadına düşdü.
- Sən, indi başqa adamla vidalaşırdın, hə?
- Çox yaxın və sevdiyim əziz dostumla, - o, boğuq səslə dedi. -
Qorxuram ki, onu çox uzun müddət görməyim.
Lenqdon kilsənin divarlarına baxırdı və yenə də dalana
dirəndiklərini hss edirdi. Sofi tacdakı koda baxmağa getdi və içində
Qraalın yerini göstərən kağız olan mücrünü Lenqdona verdi. Amma bu
son açar da köməyə gəlmirdi. Sonyerin şerri tamamilə aydın şəkildə
Roslin kilsəsini göstərsə də, Lenqdon ünvanı düz tapdıqlarına əmin
deyildi. Şerdə «qab» və «qılınc» sözləri vardı. Amma bu simvolları o,
burda görməmişdi.

542

downloaded from KitabYurdu.org


QƏDİM ROSLİNİN ALTINDA
QRAAL SİZİ GÖZLƏYİR.
ORDA GİRİŞİ QAB VƏ
QILINC QORUYUR.
Lenqdon yenə də hiss etdi ki, o, hansısa xırda, amma mühüm detalı
unudur.
- Maraqlandığım üçün məni bağışlayın, - ekskursiya bələdçisi
gözlərini Lenqdonun əlindəki mücrüdən çəkməyərək dedi. - Amma bu
mücrü... soruşmaq olarmı, bu, sizə hardandır?
Lenqdon yorğun-arğın gülümsədi:
- Bu, çox uzun əhvalatdır.
Gənc adam nədən başlayacağını bilmədiyindən tərəddüd edirdi. Və
gözlərini mücrüdən çəkmirdi.
- Qəribədir... amma, mənim nənəm də beləsi var... qiymətli
əşyalar üçün.
Lenqdon gənc adamın səhv etdiyinə əmin idi. Prioratın guşəli daşını
saxlamaq
üçün əldə düzəldilmiş belə mücrü bir dənə ola bilərdi.
- Ola bilsin ki, buna çox oxşayır, amma.
Onların söhbətini yan qapının taqqıltısı kəsdi. Sofi heç nə demədən
kilsədən çıxıb təpənin enişi ilə bir az aralıdakı daş tikiliyə tərəf getdi.
O, hara gedir? Ümumiyyətlə, onlar bu kilsəyə girəndən bəri, Sofi
özünü çox qəribə aparırdı.
Lenqdon həmsöhbətinə tərəf çevrildi:
- Siz bilirsinizmi, bu ev kimindir?

543

downloaded from KitabYurdu.org


Gənc adam çaşqın halda başını tərpətdi:
- Bu ev keşişindir. Burda kilsənin kuratoru da yaşayır. O, həm də
Roslin Fondunun rəhbəridir. - O, bir az susduqdan sonra davam etdi: -
Həm də, mənim nənəmdir.
-Sizin nənəniz Roslin Fondunun rəhbəridir?
Gənc oğlan yenə başını tərpətdi:
- Mən onunla bu evdə yaşayıram, kilsəyə baxmağa kömək edirəm,
ekskursiyaya gələnlərə yol göstərirəm. - O, çiyinlərini çəkdi. - Bütün
ömrümü burda keçirmişəm. Nənəm mənim bu evdə böyüdüb və
tərbiyə edib.
Lenqdon Sofidən sarı narahat olmuşdu deyə, onun ardınca evə tərəf
yollandı. Amma yolun yarısında birdən dayandı. Gənc oğlanın sözləri
qulaqlarında cingildəyirdi. Nənəm məni bu evdə böyüdüb və tərbiyə
edib.
Lenqdon Sofinin uzaqlaşan fiquruna baxdı, sonra nəzərləri əlində
tutduğu mücrüyə dikildi. Yox, bu ola bilməz! O, gənc oğlana tərəf
dönüb dedi:
- Siz deyirsiniz ki, bu mücrüdən nənənizin də var?
- Hə. Lap surəti kimidir.
- Bəs, bunu hardan əldə edib?
- Babam onun üçün düzəldib. Mən hələ körpə olanda babam ölüb.
Amma nənəm onu xatırlayır. Onun haqqında çox danışır. O, əsil usta
olub. Əlləri qızıl imiş.
Lenqdon ipin ucunu tapdığını hiss edirdi.
- Dediniz ki, nənəniz sizi tərbiyə edib. Soruşa bilərəmmi ki,

544

downloaded from KitabYurdu.org


valideynlərinizin başına nə iş gəlib?
Deyəsən, sual gənc adamı təəccübləndirmişdi.
- Onlar mən balaca olarkən ölüblər. Babamla bir gündə.
Lenqdonun ürəyi möhkəm döyünürdü.
- Avtomobil qəzasında?
Ekskursiya bələdçisinin yaşıl gözlərində təəccüb vardı.
- Bəli. Avtomobil qəzasında. O vaxt bütün ailəmiz həlak oldu.
Mən babamı, valideynlərimi və. - o susub, gözlərini aşağı dikdi. - və
bacınızı itirdiniz, - Lenqdon tamamladı.
Kobud daşdan tikilmiş ev Sofinin yaddaşında qaldığı kimiydi. Gecə
düşmüşdü, ev isti və rahat idi. Aralı qalmış şüşəli qapıdan təzəcə
bişmiş çörəyin ətri gəlirdi.
Sofi yaxınlaşıb, birdən içəridə kiminsə boğuq-boğuq hönkürtüsünü
eşitdi.
Astanadan baxıb yaşlı qadını gördü. Onun kürəyi qapıya tərəf idi.
Amma Sofi məhz onun ağladığını başa düşdü. Qadının dən düşmüş,
uzun, gözəl saçları vardı. Sofi ürəyi titrəyə-titrəyə artırmaya tərəf
addımladı. İndi o, qadının əlində çərçivəyə alınmış kişi fotoşəklinin
olduğunu görürdü. Qadın şəkildəki üzü məyus-məyus sığallayırdı.
Və bu üz Sofiyə çox tanış idi! Qrand-pere.
Yəqin ki, qadın onun ölümü barədə kədərli xəbəri dünən gecə
eşitmişdi.
Bu vaxt Sofinin ayağının altında döşəmə cırıldadı, qadın geri
çevrilib onunla göz-gözə gəldi. Sofi qaçmaq istəyirdi, amma ayaqları
sözünə baxmırdı. Qadın qeyri- ixtiyari olaraq gah əlindəki şəkilə, gah

545

downloaded from KitabYurdu.org


da Sofiyə baxırdı. Sonra o, fotoşəkli rəfə qoyub qapıya yaxınlaşdı.
Onlar dayanıb şüşə arakəsmədən bir-birinə baxırdılar. Bu, əbədiyyət
kimi gəldi onlara. Qətiyyətsizlik, təəccüb, ümid - yaşlı qadının üzündə
bu hisslər vardı. Və nəhayət, dalğa kimi gələn sevinc parıltıları.
O, qapını açıb artırmaya çıxdı, əllərini uzadıb yumşaq ovuclarını
Sofinin üzündə gəzdirdi. Sofini sanki ildırım vurmuşdu.
- Ah, əziz balam!
Sofi onu tanımırdı, amma bu qadının kim olduğunu dərhal hiss etdi.
Nəsə demək istədi, amma ağzını aça bilmədi.
- Sofi!.. - qadın onu öpərək hönkürtü ilə ağlayırdı. Nəhayət Sofi
zorla dillənə bildi:
- Amma. babam, o demişdi ki, sizin hamınız.
- Bilirəm, bilirəm. - Qadın onun çiyinlərini qucaqlayaraq mehriban
gözlərini ondan çəkmirdi. - Biz babanla müxtəlif dəhşətli şeylər
danışmağa məcbur idik. Və bunu ona görə edirdik ki, başqa cür
mümkün deyildi. Mən çox təəssüf edirəm. Amma bunlar sənin
təhlükəsizliyin üçün idi, Prinsessa.
Son sözləri eşidən Sofi dərhal babasını xaatırladı. Uzun illər boyu
babası onu belə adlandırmışdı - Prinsessa. Ona elə gəldi ki, babasının
səsi daş qayalara dəyib, Roslin qülləsinə qayıtdı. Yein təkinə keçib
görünməz boşluqlarda uğuldadı.
Qadın Sofini qucaqlamışdı, onun gözlərindən yaş sel kimi axırdı.
- Baban həqiqəti sənə danışmağı çox istəmişdi! Amma siz
küsmüşdünüz. O, çox əzab çəkirdi, səninlə barışmağa var gücü ilə
çalışırdı. Onun sənə aydınlaşdıracağı o qədər şey vardı ki! o qədər! -

546

downloaded from KitabYurdu.org


O, Sofinin alnından öpüb qulağına pıçıldadı: - Prinsessa, bundan sonra
heç bir sirri olmayacaq. Sənin ailən haqqında həqiqəti öyrənməyinin
vaxtı yetişib.
Sofi nənəsi ilə artırmada oturub, sevincindən ağlayırdı. Onlara tərəf
gənc oğlan yaxınlaşdı. Onun gözlərində ümid vardı.
- Sofi?..
Sofi başını tərpətdi, göz yaşını silib ayağa qalxdı. Gənc oğlanın üzü
ona tanış deyildi. Amma onlar qucaqlaşanda hiss etdi ki, bu oğlan
həmişə ona doğma olub, damarlarından eyni qan axıb...
Tezliklə Lenqdon da onlara qoşuldu. Sofi dünənə qədər bu nəhəng
dünyada tənha olduğuna inana bilmirdi. Amma indi, qərib ölkədə,
tanış olmayan yerdə, üç nəfər ən yaxın insanın əhatəsində olanda
anladı ki, o, doğma evini, yurdunu tapıb.
CV FƏSİL
Roslin gecə düşmüşdü.
Lenqdon artırmada tək dayanmışdı. Şüşəli qapının arxasından gələn
şən söhbətlərə, gülüşlərə qulaq asaraq gülümsəyirdi. Tünd braziliya
qəhvəsi yuxunu dəf etmişdi, amma bunun uzun sürməyəcəyini bilirdi.
Son iki gündə çox yorulmuşdu.
Lenqdon çevrildi. Qapıda Sofinin nənəsi dayanmışdı, gümüşü
saçları ay işığında parıldayırdı. İndi Lenqdon bilirdi ki, son iyirmi
səkkiz ildə o, Mariya Şovel adını daşımışdı.
Lenqdon gülümsəyib dedi:
- Sadəcə, uzun ayrılıqdan sonra ailə üzvlərinə sərbəst danışmaq
lazım olduğunu düşündüm. - o, pəncərədən Sofinin qardaşı ilə nə

547

downloaded from KitabYurdu.org


haqqındasa danışdığını gördü.
Mari gəlib onunla yanaşı durdu.
- Mister Lenqdon, Cakın qətlə yetirilməsi xəbərini eşidən kimi,
Sofidən sarı çox narahat oldum. Və bu gün onu evimin qapısı ağzında
görəndə xeyli yüngülləşdim. Sizə təşəkkür etməyə söz tapmıram.
Lenqdon necə cavab verəcəyini bilmirdi. Bir az əvvəl o, Sofinin
nənəsilə təklikdə söhbət etməsinə imkan yaratsa da, Mari onun da
əyləşib qulaq asmasını istədi. Mister Lenqdon, ərim sizə çox inanırdı.
Mən də inana bilərəm.
Lenqdon Sofi ilə birlikdə onun mərhum valideynlərinin tarixçəsinə
lal təəccüblə qulaq asdı. Qeyri-adi görünsə də, onun valideynlərinin
hər ikisi Merovinqlər sülaləsindən idi və İsa Məsihlə Mariya
Maqdalinanın törəmələri sayılırdı. Amma təhlükəsizlik məqsədi ilə
familiyalarını dəyişdirib Plantar və Sen- Kler qoymuşdular. Onların
övladlarının damarlarında şah qanı axırdı, ona görə də, onlar Sion
Prioratının himayəsi və mühafizəsi altında idilər. Valideynləri səbəbi
bəlli olmayan avtomobil qəzasında həlak olanda Priorat narahat oldu.
Bu onu göstərirdi ki, kilsə onların hansı nəsildən olduğunu öyrənə
bilib.
- Və biz, sənin babanla, - Mari söhbətinə davam etdi, - çox çətin,
amma mühüm qərar qəbul etdik. Özü də dərhal, bizə zəng edib sənin
valideynlərinin həlak olduğu xəbər veriləndən sonra. - Onun gözləri
yaşardı. - Biz hamımız o maşında getməliydik, altı nəfər. Amma
xoşbəxtlikdən, son anda planlarımız dəyişildi və sənin valideynlərin
bizsiz getdilər. Biz Cakla, o dağ yolunda əslində nə baş verdiyini

548

downloaded from KitabYurdu.org


öyrənə bilmədik... doğrudanmı bu, bədbəxt və təsadüfi hadisə idi?
Aydınlaşdıra bilmədik. - Mari gözlərini Sofidən çəkmirdi. - Biz bir
şeyi bilirdik: öz nəvələrimizi qorumalıyıq və bu qərar belə qəbul
edildi. Cak polisə xəbər verdi ki, maşında mən və sənin kiçik qardaşın
da olub. Bizim meyitlərimizi, yəqin ki, çay aparıb. Sonra biz ikimiz də
gizlənməyə məcbur olduq. Priorat hər şeyi təşkil etdi. Cak məşhur
insan olduğu üçün, izsiz-tozsuz yoxa çıxa bilməzdi. Qərara alındı ki,
uşaqlardan böyüyü Sofi onunla Parisdə qalsın. Cakın və Prioratın
himayəsi altında tərbiyə alıb böyüsün. - o, səsini qısıb pıçıltı ilə dedi. -
İkiyə bölünmüş ailə, bu həyatda ən çətin sınağımız idi. Mən Cakla
görüşürdüm, amma çox nadir hallarda və həmişə də gizlicə. Prioratın
qaydalarını gözləmək lazım idi.
Bu vaxt Lenqdon anladı ki, Mari yad adamların eşitməməsi lazım
olan xırdalıqlara keçmək istəyir. Ona görə də, artırmaya çıxdı. Budur,
Roslinin tutqun cizgilərinə baxa-baxa bu kilsənin gizlətdiyi sirr barədə
düşünməyə başladı. Qraal burda həqiqətən gizlədilsə, onda necə? Əgər
belədirsə, şerdəki «qab» və «qılınc» sözləri nəyi göstərir?..
- Verin aparım, - Mari deyib Lenqdonun əlini göstərdi.
- Təşəkkür edirəm, - Lenqdon boş fincanı ona uzatdı.
- Yox, mən o biri əlindəkinizi deyirəm, mister Lenqdon.
Lenqdonun sol əlində Sonyerin son şerinin yazıldığı papirus parçası
vardı. Onu kripteksdən çıxarmışdı ki, bəlkə, nəyisə diqqətdən
qaçırdığını yoxlasın.
- Hə, əlbəttə, bağışlayın.
Mari papirusu alıb gülümsədi.

549

downloaded from KitabYurdu.org


- Parisdə bankda işləyən birini tanıyıram. Bu mücrünü geri
qaytarmaq üçün çox şey verərdi. Andre Berne Cakın yaxın dostu idi.
Cak da ona tamamilə etibar edirdi. Andre Cakın ona verdiyi əşyanı
qorumaq üçün hər şeyə hazır idi.
Hətta məni güllələməyə də, Lenqdon düşündü, amma bunu demədi.
Həmçinin yazığın burnunu sındırmağını da yada salmadı. Paris
haqqında söhbət getdiyindən o, dünən gecə öldürülmüş üç senechaux-
u düşündü.
- Bəs, Priorat? İndi o, necə olacaq?
Artıq bütün vintciklər hərəkətə gəlib, mister Lenqdon. Təşkilat
əsrlər boyu çox əzablara dözüb, buna da dözəcək. Yerə düşmüş
bayrağı qaldıran insanlar həmişə tapılır.
Lenqdon, Sofinin nənəsinin də Prioratla sıx bağlı olduğundan
şübhələndi. Prioratın üzvləri arasında qadınlar əhmişə olub. Hətta
onların dördü Böyük Ustad rütbəsinə layiq görülüb. Ənənəvi olaraq
senechaux-lar kimi olsalar da, qadınlar da Prioratda yüksək pillələr
tutub.
Lenqdon Tibinq və Vestminster abbatlığını xatırladı. Ona elə gəldi
ki, bütün bu hadisələr uzaq keçmişdə baş verib.
- Bəs Kilsə sizin ərinizə hansısa təzyiqlər etmişdimi? Ona Sanqril
sənədlərini açıqlamaması haqqında xəbərdarlıqlar olmuşdumu?
- İlahi, əlbəttə ki, yox. Günlərin sonu - hansısa paranoikin
uydurmasıdır. Prioratın doktrinasında bu sənədlərin açıqlanma tarixi
barədə bir işarə də yoxdur. Ümumiyyətlə, Priorat Qraal sənədlərini
əbədi olaraq gizli saxlamaq niyyətində olub.

550

downloaded from KitabYurdu.org


- Əbədi? - Lenqdon sarsılmışdı.
- Bu sirr bizim öz ruhlarımızın xilası üçündür, Qraalın yox.
Qraalın gözəlliyi onun səmavi təbiətə malik olmasındadır. - İndi Mari
Şovel də Roslin kilsəsinə tərəf baxırdı. - Bəziləri üçün Qraale lə bir
qabdır ki, onun içindəki mayedən bir udum içsən əbədi həyata qovuşa
bilərsən. Başqaları üçün - itirilmiş sənədlərin və onların sirrinin
axtarışıdır. Amma əksəriyyət üçün bu sadəcə böyük ideya idi... bu
günkü dünyanın ümumi xaosunda yolgöstərən ulduz rolunu oynayan
ideya, həm də parlaq və əlçatmaz xəzinə kimi. Bizi xilas edir və
ruhlandırır.
-Amma Sanqril sənədləri aşkarlanmasa, Mariya Maqdalinanın sirri
əbədi olaraq itirələcək, - Lenqdon dedi.
- Nə üçün? Siz bir ətrafa baxın! Onun tarixçəsi təsviri incəsənətdə,
musiqidə, ədəbiyyatda əks olunub. Və günbəgün daha çox onun
haqqında danışılır. Bu kəfkiri saxlaamaq mümkün deyil. Biz
keçmişimizdə hansı təhlükələrin gizləndiyini anlamağa başlamışıq.
indi əksər yolların bizi məhvə doğru apardığını başa düşmüşük. Biz
«Müqəddəs qadın başlanğıcı» ideyasını yenidən dirçəltməyin lazım
olduğunu hiss etmişik. - o, bir qədər susub əlavə etdi: - Siz dediniz ki,
«müqəddəs qadın başlanğıcı»nın simvolları barədə kitab yazırsınız.
Düzdürmü?
- Bəli.
O gülümsündü:
- Onu tezliklə sonna çatdırın, mister Lenqdon. Bu mahnını ucadan
oxuyun. Dünyaya yeni trubadurlar lazımdır.

551

downloaded from KitabYurdu.org


Lenqdon bu istəyin qiymətini anlamaq üçün susdu. Üfüqdə,
meşənin üstündə sütül ay görünürdü. O, yenə kilsəyə tərəf baxdı və
onun sirrini öyrənmək üçün alışıb-yandığını hiss etdi. Soruşma, o,
özünə əmr etdi, hələ vaxtı deyil. O, Mari Şovelin əlindəki papirusa
baxdı.
- Soruşun, mister Lenqdon, - Mari gülə-gülə dedi, - Sizin buna
haqqınız var.
Lenqdon qızardığını hiss etdi.
- Siz axı, Qraalın Roslin kilsəsində olub-olmadığını bilmək
istəyirsiniz, elə deyilmi?
- Bəs, siz bunu deyə bilərsiniz?
Mari köks ötürdü:
- Ah, siz kişilər! Qraalı sakit qoymaq istəmirsiniz! - deyə o,
özündən razı halda güldü. - Nə üçün hesab edirsiniz ki, Qraal ordadır?
Lenqdon onun əlindəki papirusu göstərdi.
- Ərinizin yazdığı şerdə Roslindən söhbət gedir, bu şübhəsizdir.
Düzdür, burda qab və qılınc haqqında da yazılıb, amma bu simvolları
mən kilsədə görmədim.
- Qab və qılınc? - mari bir də soruşdu. - Sizcə bunlar necə təsvir
olunur?
Lenqdon hiss etdi ki, Mari onunla oyun oynayır. Amma oyunun
qaydalarını
qəbul edib bu simvolları qısaca təsvir etdi.
- Hə, əlbəttə, - Mari dedi. - Qılınc, yaxud tiyə kişinin rəmzidir.
Düşünürəm ki, onu belə də təsvir etmək olar, - deyə o, Lenqdonun

552

downloaded from KitabYurdu.org


ovcunda barmağı ilə
işarəsini çəkdi.
- Bəli, - Lenqdon başını tərpətdti.
- Bunun tərsi isə, qadın başlanğıcının simvoludur, yəni qabdır, -
Lenqdon onun ovcunda
işarəsini çəkdi.
- Düzdür, - Lenqdon dedi.
- Və siz deyirsiniz ki, Roslin kilsəsinin simvolları arasında bu
işarələri görməmisiniz?
- Görməmişəm.
- Əgər mən sizə göstərsəm, yatmağa gedəcəkmisiniz?
Lenqdon cavab verməyə macal tapmadı, Mari Şovel artırmadan
düşüb kilsəyə doğru addımladı. O, qadının arxasınca getdi. Mari
kilsəyə girib işığı yandırdı və döşəmənin ortasını göstərdi.
- Buyurun, baxın, Mister Lenqdon. Bu da sizə qılınc və qab.
Lenqdon daş plitələrə baxdı və heç nə görmədi.
- Amma burda.
Mari köks ötürüb daş plitələrin üstündə minlərlə insan ayağının xətt
saldığı yerlə addımladı. Lenqdon ona baxdı və yenə də ona heç nə
deməyən nəhəng
- Axı bu, Davudun ulduzudur. - o, sözünü bitirmədən susdu. Hər
şeyi anlamışdı.
Qab və qılınc. İkisi birlikdə.
Davud ulduzu. qadın və kişinin müqəddəs birləşməsi. Süleymanın
möhürü.

553

downloaded from KitabYurdu.org


Lenqdonun söz tapıb deməsi bir dəqiqə çəkdi:
- Deməli, şerdə həqiqətən də Roslin kilsəsi barədə söhbət
gedirmiş. Bəli, hər şey uyğundur. Sadəcə idealdır.
Mari gülümsədi:
- Ola bilər.
Bu söz onu narahat etdi.
- Deməli, Qraal zirzəmidədir, bizim ayaqlarımızın altındadır?
Mari güldü:
-Yalnız rəmzi mənada. Prioratın lap qədim qərarına görə Qraal
Fransaya qaytarılmalı və əbədi olaraq orda qalmalıydı. Əsrlər boyu
Qraalı ehtiyat tədbiri olaraq bir ölkədən o biri ölkəyə aparıb, onun
gizlədildiyi yerləri dəyişirmişlər.
Amma Cak, Prioratın Böyük Ustadı olduqdan sonra, Qraalı Fransaya
qaytarmağı qarşısına məqsəd qoymuşdu. Və orda Qraala layiq sərdabə
tikdirməyi qərarlaşdırmışdı.
- O, buna müvəffəq olub?
Marinin üzü ciddiləşdi:
- Mister Lenqdon, sizin mənim və ailəmiz üçün etdiklərinizi
qiymətləndirib, sualınıza tam aydın cavab vermək istəyirəm. Qraal
burda deyil.
Lenqdon razılaşmaq istəmirdi:
- Amma guşəli daş Qraalın olduğu yeri göstərməlidir. Bəs, onda
nə üçün şerdə Roslin barədə söhbət gedir?
- Ola bilər ki, siz şerri düzgün yozmamısınız. Qraal həmişə sirlər
əhatəsində olub. Bunu unutmayın. O, insanları daim cəzb edib. Mənim

554

downloaded from KitabYurdu.org


ərim idə eləcə.
- Amma bu aydındır, - Lenqdon geri çəkilmək istəmirdi. - Biz
zirzəminin üstündə durmuşuq, həm də qab və qılınc işarələrinin
olduğu yerdə, başımızın üstündə usta-masonların əl işləri ilə,
ulduzlarla bəzədilmiş tavan var. Burda hər şey Qraalı göstərir!
- Çox gözəl. Amma verin, şerə bir də baxım. - O, papirusu açıb
şerri bərkdən oxudu:
Qədim Roslinin altında Qraal sizi gözləyir.
Orda girişi qab və qılınc qoruyur.
Usta əli ilə bəzədilmiş Qraal,
Ulduzların altında uyuyur.
Marinin dodaqlarında təbəssüm vardı.
- Ah, Cak!
Lenqdon ondan gözünü çəkmirdi.
- Siz bildinizmi hardadır?
- Mister Lenqdon, siz bu döşəməyə baxıb özünüz də əmin oldunuz
ki, ən sadə və aydın şeyi başqa şəkildə görməyin çoxlu üsulu var.
Lenqdon hər şeyi anlamağa çalışırdı, amma bacarmırdı. Cak
Sonyerin hər bir yazısının ikili mənası vardı, amma son ismarıcının
mənasını tapmaq daha daha çətin idi. Mari əsnədi.
- Mister Lenqdon, sizə etiraf etməliyəm ki, Qraalın yerini mənə
heç zaman deməyiblər. Amma mən çox nüfuzlu insanın arvadı idim...
və qadın intuisiyam heç vaxt məni aldatmayıb! -Lenqdon nəsə demək
istədi, amma o, qoymadı. - Mən çox təəssüf edirəm ki, bu qədər əzab-
əziyyətdən sonra siz Roslindən bu suala konkret cavab almadan

555

downloaded from KitabYurdu.org


gedəcəksiniz. Amma içimdə bir hiss var: siz gec-tez axtardığınızı
tapacaqsınız. Bir gün yuxudan oyanıb hər şeyi anlayacaqsınız. - O,
gülümsədi. - Anladıqda isə. sizə inanıram, bunu gizli saxlayacaqsınız.
Qapının ağzında addım səsləri eşidildi.
- Siz burdaymışsınız! - Sofi ucadan deyib içəri girdi.
- Mən artıq gedirəm, - Mari deyib nəvəsinə yaxınlaşdı, - gecəniz
xeyrə qalsın, Prinsessa! - O, Sofinin alnından öpdü. - Mister
Lenqdonun vaxıtını çox alma, o da yorğundur.
Lenqdonla Sofi evə tərəf uzaqlaşan Marinin ardınca baxdılar.
Birdən Sofi Lenqdona yaşıl gözləri ilə baxdı.
- Bunu mən heç gözləmirdim.
- Mən də həmçinin, - Lenqdon gülümsəd. Sofi öz ailəsinin
tarixçəsindən şaşırıb qalmışdı. Bu gün onun öyrəndikləri həyatını
tamam alt-üst etmişdi.
- Siz necəsiniz? Anlayıram, bütün bunları dərhal qəbul etmək çox
çətindir.
- İndi mənim ailəm var. Əsas budur. Amma hardan gəlib hara
getdiyimizi anlamaq üçün vaxt lazımdır.
Lenqdon susdu.
- Siz bizimlə qalacaqsınız? - Sofi soruşdu. - Heç olmasa bir neçə
günlüyə.
Lenqdon köks ötürdü. O, bunu hər şeydən çox istəyirdi.
- Siz doğmalarınızın yanında olmalısınız, onlara alışmalısınız.
Sabah mən Parisə qayıdıram, Sofi.
Onun gözlərində məyusluq vardı, amma deyəsən, hər kəs üçün belə

556

downloaded from KitabYurdu.org


yaxşı olduğunu anlamışdı. Onlar uzun müddət susdular. Nəhayət, Sofi
onun əlindən tutub birlikdən kilsədən çıxdılar. Onlar Roslinin
yaxınlığındakı təpəciyə tərəf addımlayırdılar. Buludlar dağılmışdı,
səmada yenə aypara göründü. Sofi və Robert əl-ələ tutub, şotland
mənzərəsinə dinmədən baxırdılar.
Səmada parıldayan ulduzların içində, qərb tərəfdə, üfüqə yaxın
yerdə daha parlaq olan biri vardı. Lenqdon dərhal onu tanıdı və
gülümsədi. Zöhrə. Qədim və gözəl ilahə gümüşü işıqla parıldayırdı.
Gecənin düşməsi ilə hava sərinləmişdi. Lenqdon oğrun-oğrun
Sofiyə baxdı. O, gözlərini yummuşdu, üzündə təbəssüm vardı.
Lenqdon öz gözlərinin də yumulduğunu hiss edirdi. O, Sofinin əlini
sıxdı.
- Sofi.
O yavaş-yavaş gözlərini açdı. Onun üzü ay işığında daha gözəl
görünürdü. Sonra Lenqdona baxıb gülümsündü:
- Salam.
Və birdən Lenqdon sabah Parisə onsuz gedəcəyini düşünüb məyus
oldu.
- Mən sübh tezdən gedəcəm, siz yəqin ki, bu vaxt yatacaqsınız, - o
deyib susdu. Boğazını qəhər tutmuşdu. - Bağışlayın. Mən bir az.
Sofi onun yanağına isti və yumşaq ovcu ilə sığalladı. Sonra qabağa
əyilib onu öpdü.
- Biz indi nə vaxt görüşəcəyik?
Lenqdon onun gözəl, yaşıl gözlərində əridiyini hiss etdi.
- Nə vaxt? - O, bir anlığa düşündü. - Hə. e-e. gələn ay mən

557

downloaded from KitabYurdu.org


mühazirə oxumağa gedirəm. Florensiyadakı konfransa. Bir həftə orda
olacam.
- Bu dəvətdir?
- Biz rahat yaşayacağıq. Mənim üçün «BruneNeski» otelində
nömrə tutulub.
Sofi gülümsədi:
- Özünüzə yaxşı qulluq edirsiniz, mister Lenqdon.
O, yüngülcə ağız-burnunu büzdü. Doğrudan da, heç hənanın yeri
deyildi.
- Mən demək istəyirdim ki...
- Mən səninlə ən çox Florensiyada görüşmək istəyirdim, Robert.
Amma bir şərtlə. - O ciddiləşdi. - Heç bir muzey, kilsə, sərdabə, rəsm
əsəri-filan olmasın! Razılaşdıq?
- Florensiyadamı? Amma onrda bunlardan başqa bir şey yoxdur.
Sofi yenə də onu öpdü, amma bu dəfə dodaqlarından. Onlar
qucaqlaşdılar, əvvəl zərifcə, sonra ehtirasla. Onlar aralananda Lenqdon
onun gözlərindəki vədi oxudu.
- Yaxşı, - o, başını tərpətdi və xırıltılı səslə əlavə etdi. -
Razılaşdıq.
EPİLOQ
Robert Lenqdon sanki təkandan ayıldı. O, yuxu görürdü. Gözlərini
ovuşdurub stolun arxalığında üstünə «RİTS OTELİ, PARİS» yazılmış
xalatı gördü.
Lenqdon özünü əla hiss edirdi. O, yaxşıca yatmışdı, son iki günü
demək olar ki, yataqdan durmamışdı. O, yavaş-yavaş oturdu və birdən

558

downloaded from KitabYurdu.org


yuxudan niyə qəfil oyandığını anladı. qəribə, tamamilə gözlənilməz bir
fikir. O, bir neçə gün boyu beyninə sel kimi axan məlumatları götür-
qoy etmişdi. Və budur, indi əvvəllər nəzərdən qaçırdığı şeyi xatırladı.
Bu mümkündürmü?
Sonra yataqdan qalxıb mərmər vanna otağına keçdi. Duş qəbul etdi.
Yox, bu fikrin axırına çıxacaqdı.
Ola bilməz.
İyirmi beş dəqiqə sonra Lenqdon «Rits» otelindən çıxıb Vandom
meydanına gəldi. Gecə yaxınlaşırdı. Yatıb qaldığından vaxtın neçə
olduğunu bilməsə də, beyni saat kimi dəqiq işləyirdi. O, özünə söz
vermişdi ki, otelin birinci mərtəbəsindəki kafeyə qaçıb bir fincan südlü
qəhvə içəcək, amma ayaqları sözünə baxmayıb onu Parisin küçələrinə
çıxartdı.
Ryu de Pti Şamp küçəsi ilə şərqə doğru addımlayan Lenqdonun
həyəcanı getdikcə artırdı. Sonra cənuba tərəf ryu Rişelye küçəsinə
döndü. Yaxınlıqdakı Pale- Royal bağından ətrafa yasəmən ətri
yayılmışdı.
O, axtardığını görənə qədər getməyə davam etdi. Qarşıda,
cilalanmış qara mərmərdən olan məşhur kral arkadası görünürdü.
Lenqdon onun altına gəlib dayandı. Ayağının altındakı plitələrə baxdı.
Bir neçə saniyədən sonra ona lazım olan şeyi gördü: düz xətt şəklində
plitələrə bəridilmiş bir neçə bürünc medalyon. Hər bir medalyonun
diametri beş düym idi və «N», «S» hərfləri ilə işarələnmişdi.
Nord. Sud. (Şimal. Cənub -frans.)
O, üzünü cənuba tərəf çevirib medalyonların yaratdığı xətt üzrə

559

downloaded from KitabYurdu.org


addımladı. Gözlərini səkidən çəkmirdi. «Komedi-Frans» tininə
çatanda ayağının altında bir medalyon da gördü. Hə, belə də olmalıdır!
Lenqdon hələ çoxdan bilirdi ki, Parisin küçə və səkilərində,
həyətlərində yerə bərkidilmiş 135 bürünc medalyon var. Medalyonun
yerləşdiyi xətt şəhəri şimaldan cənuba doğru kəsirdi. O, hətta bir dəfə
bu xətt boyunca gedərək, Sakre-Kerdən, sonra da Senadan keçərək
Qədim Paris Observatoriyasına çıxmışdı. Məhz orda bu xəttin
mənasını anlamışdı.
İlk yer meridianı.
Yerin ilksıfırıncı uzunluğu.
Parisin qədim Qızılgül xətti.
Ryu de Rivoli küçəsi ilə tələsərək addımlayan Lenqdon hədəfə çox
yaxın olduğunu hiss edirdi. Bir məhəllə də və...
Qədim Roslinin altında Qraal sizi gözləyir.
Hər şey uyğundur!.. Sonyerin şerindəki «Roslin» sözünün kökü.
qab və qılınc. qədim ustaların bəzədiyi sərdabə.
Deməli, Sonyer mənimlə bu haqda danışmaq istəyirmiş! Bəli, yəqin
ki, bu belədir. Özüm də bilmədən, həqiqətə yaxın olmuşam.
Lenqdon ayağının altında onu məqsədilə doğru aparan Qızılgül
xəttini hiss edib qaçmağa başladı. Rişelye Passacının uzun tunelinə
girəndə həyəcandan tüklərinin biz-biz durduğunu hiss etdi. O, tunelin
sonunda Paris heykəllərinin ən müəmmalısı, Sfinks ləqəbli Fransua
Mitteranın tapşırığı ilə tikilmiş abidə idi. Şayilərə inansaq, Mitteran da
gizli cəmiyyətlərdən birinin üzvü olmuşdu.
Lenqdon tövşüyə-tövşüyə tuneldən çıxıb, özünü ona tanış olan

560

downloaded from KitabYurdu.org


həyətdə gördü. Və dərhal yerində quruyub qaldı. Sonra yavaş-yavaş,
sanki möcüzəyə inanırmış kimi, gözlərini qaldırıb onu gördü.
Luvrun piramidası.
O, qaranlıqda parıldayırdı.
Amma Lenqdon bu səhnəyə bircə saniyə baxdı. Onu daha çox sağ
tərəfdə nəyin olduğunu maraqlandırırdı. O çevrilib görünməz Qızılgül
xətti ilə addımladı və Karuzel de Luvr meydanına çıxdı. Burda
şüşədən nəhəng dairə vardı. Onu həmişəyaşıl kolları dövrələmişdi.
Məhz burda qədim vaxtlarda ilahəyə sitayişlə bağlı bütpərəstlik
ayinləri keçirilərmiş.
London kolluğunun üstündən keçib, sanki başqa dünyaya düşdü.
Dairənin ortasında Fransadakı abidələrin ən qeyri-adisi qoyulmuşdu.
Sanki yerdən şüşə prizma çıxırdı. Onun bir neçə gün bundan əvvəl,
Luvrun yeraltı binasına girən zaman gördüyü nəhəng çevrilmiş
piramida.
La Pyramide İnversee.
Həyəcandan ürəyi döyünən Lenqdon dairənin kənarına gəlib aşağı,
muzeyin yeraltı kompleksinə baxdı. O, nəhəng çevrilmiş piramidadan
başqa, onun altında olan tikilini də gördü.
O, baxır və belə bir şeyin mümkün olduğuna inana bilmirdi.
Çevrilib Luvra baxdı, ona elə gəldi ki, binanın hündür divarları onu
hər tərəfdən ağuşuna alıb. dünyanın ən qiymətli sənət əsərlərinin
toplandığı sonsuz zallar və qalereyalar.
Da Vinçi... Bottiçelli...
Usta əlləri ilə bəzədilmiş.

561

downloaded from KitabYurdu.org


O, yenə də aşağı baxdı.
Mən ora düşməliyəm!
Lenqdon dairədən çıxıb tələsə-tələsə həyətə keçdi və nəhəng
piramidaya tərəf qaçdı. Muzeyin girişi də burdan idi. Lenqdon fırlanan
qapını itələyib holla girdi və piramidanın daxilində yerləşən spiralvari
pilləkənlə aşağı düşdü. Hava getdikcə soyuyur. Və budur o, lap aşağı
düşüb, çevrilmiş piramidaya uzanan tunnelə girdi.
Tunelin sonunda geniş zal vardı. Düz onun qarşısında, tavandan
çevrilmiş piramida asılmışdı. Par-par parıldayan, şüşədən düzəldilmiş,
konturları «V» hərfi şəklində olan piramida.
Qab!
Lenqdon ona diqqətlə baxdı. Döşəmədən altı fut hündürlüyündə
asılmış şüşə piramida. Və düz onun altında daha bir fiqur vardı. Lap
balaca.
Miniatür piramida. Cəmisi üç fut hündürlüyündə. Bu nəhəng
kompleksdə yegakə balaca əşya idi.
Lenqdon öz əlyazmasında, Luvrun ilahə kultuna aid əşyalar
kolleksiyasına həsr etdiyi fəsildə bu kiçik piramidaya ötəri
toxunmuşdu. Bu miniatür piramida döşəmədən sanki aysberqin təpəsi
kimi çıxmışdı. yerin altında, nəhəng piramida şəkilli gizli kameranın
zirvəsi.
İşıqlanmış iki piramida sanki bir-birini göstərirdi. Onların mərkəzi
oxu bir xətt üzərində yerləşirdi, ucları demək olar ki, bir-birinə
toxunurdu.
Qab yuxarıda. Qılınc aşağıda.

562

downloaded from KitabYurdu.org


Qab və qılınc orda girişi qoruyur. Lenqdona elə gəldi ki, sanki Mari
Şovelin səsini eşidir. Gec-tez siz axtardığınızı tapacaqsınız.
O, qədim Qızılgül xəttinin altında, köhnə ustaların əl işlərinin
əhatəsində durmuşdu. Yalnız indi, ona elə gəldi ki, Böyük Ustadın
şerinin əsil mənasını anlayıb. Yuxarı baxıb şüşə qübbədən ulduzlu
səmanı gördü.
Ulduzların altında o, yuxuya dalıb.
Sanki qaranlıqdakı ruhların pıçıltısını eşitdi, unudulmuş sözlər
qübbənin altında əks-səda verdi. Qraalın axtarışı - Mariya
Maqdalinanın qəbri önündə baş əyməkdir. Bu, qovulmuş qadının
müqəddəs şəxsiyyəti qarşısında dua etməkdir.
Və içindən gələn səsə qulaq asaraq, Robert Lenqdon dizləri üstə
düşdü.
Bir anlığa ona elə gəldi ki, qadın səsi eşidir. Uçurumdan, yerin
dərinliklərindən eşidilən pıçıltını.Əsrlərdən gələn müdrik səsi.

563

downloaded from KitabYurdu.org

You might also like