You are on page 1of 63

Mühazirə mövzuları

I həftə -
Fənnin məqsəd və vəzifələri

Maşınqayırmada keyfiyyətin normallaşdırılması, qarşılıqlı əvəzolunma,


standartlaşdırma və texniki ölçmənin əsas prinsiplərinin və metodlarının işlənməsi,
öyrənilməsi və həyata keçirilməsi prosesləri ayrı-ayrılıqda deyil, məhz birlikdə yerinə
yetirilməlidir.
Bu sərbəst elmin birgə inkişafı və istehsalatda geniş tətbiqi maşınqayırma
sənayesinin inkişafına mühüm təkan verir.
“Maşınqayırmada keyfiyyətin normallaşdırılması” kursunun əsasları
Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tərəfindən təsdiq olunmuş proqrama
əsasən tərtib edilmişdir.
İqtisadiyyatın dünyada ən mükəmməl və güclü iqtisadiyyata çevirmək vəzifəsi
iqtisadi qudrətin əsası olan ağır sənayenin daha da inkişaf etdirilməsini tələb edir.
Maşınqayırma elmi-texniki inqilabın həyata keçirilməsində, elm və texnikanın
ən yeni nailiyyətlərinin maddiləşdirilməsində ümdə rol oynayır.
Maşınqayırma sənayesinin inkişafı, maşın, avadanlıq və cihazların
keyfiyyətinin yüksəldilməsi istehsalatda qarşılıqlı əvəzolunmanın keyfiyyətin
normallaşdırılması prinsipi və metodlarının həyata keçirilməsi ilə sıx surətdə
əlaqədardır.
Qarşılıqlı əvəzolunma, keyfiyyətin normallaşdırılması məmulatın maya
dəyərini təmin edən amillərdən biridir. İstehsalatda qarşılıqlı əvəzolunmanın
səviyyəsi nə qədər yüksəkdirsə, bir o qədər də məmulatlarının yığılmasına az vaxt
sərf olunur, onun maya dəyəri azalır.
Keyfiyyətin normallaşdırılması, qarşılıqlı əvəzolunma konveyer üsulu ilə
yığma aparılan külli istehsalın təşkilinin əsasıdır. Qarşılıqlı əvəzolunma olmadan
konveyerdə yığma, xüsusən avtomatik yığma qeyri-mümkündür.
Keyfiyyətin normallaşdırılması, qarşılıqlı əvəzolunma məmulatın aşağı maya
dəyəri ilə yüksək keyfiyyətini, qarşılıqlı əvəzolunma eyniadlı hissələri olan
məmulatın daha yüksək dəqiqlik, davamlıq və uzunömürlüyünü təmin edir.
Maşın, avadanlıq və cihazların keyfiyyətinin təmin edilməsində
standartlaşdırmanın da böyük rolu vardır. Standartlaşdırma texniki tərəqqinin effektiv
vəsaiti və istehsalın xüsusiləşdirilməsinin əsasıdır.
Texniki ölçmələrin məsələləri, bütövlükdə maşının keyfiyyəti, davamlılığı və
uzunömürlülüyü ilə bilavasitə bağlıdır.
Qarşılıqlı əvəzolunma, standartlaşdırma və texniki ölçmələrin əsas
prinsiplərinin və metodlarının işlənilməsi, öyrənilməsi və həyata keçirilməsi
prosesləri ayrı-ayrılıqda deyil, məhz birlikdə yerinə yetirilməlidir.

Maşınqayırmada məhsulların keyfiyyətinin normallaşdırılması və istismar


göstəriciləri
Məmulatların keyfiyyəti və davamlılığı

Məmulatların keyfiyyət və ndavamlılığının artırılması problemi hal-hazırda


aktual problemdir. Məhsulun yüksək keyfiyyəti hər şeydən əvvəl onun dünya
bazarında yüksək səviyyəsini təmin edir və eləcə də milli iqtisadiyyatın geniş
inkişafına və xalqın maddi rifahının yaxşılaşmasına səbəb olur. Məmulatın keyfiyyəti
adətən onun xassələrinin sifarişçinin tələbləri səviyyəsinə uyğun təyin olunur.
Məmulatın keyfiyyətini bütövlüklə ayrı-ayrı keyfiyyət göstəricilərinin sintezi
yolu ilə (hər bir göstəricinin təsirini ayrılıqda nəzərə almaqla) qiymətləndirmək olar.
Məhsulun keyfiyyətinin qiymətləndirilməsi zamanı əsas məsələ istismarın konkret
şəraiti üçün onun göstəricilərini (məhsuldarlıq, qiymət, avtomatlaşdırma səviyyəsi,
sərf və s.) aydınlaşdırmaqdan ibarətdir.
Müxtəlif məmulatlar üçün bu göstəricilərin qiymətləri müxtəlif olur və
istismarın konkret şəraitindən və sifarişçinin tələblərindən asılı olaraq dəyişilə bilər.
Keyfiyyətin qymətləndirilməsi zamanı hər bir göstəricinin giymətinin ballarla, yaxud
hər hansı bir qiymət əmsalı ilə ifadə olunması məqsədəuyğundur.
Ümumi şəkildə keyfiyyət göstəricisi “K” zamanın funksiyası olub, aşağıdakı
formula ilə təyin oluna bilər:
K=a1⋅A+ a2⋅B+ a3⋅C+a 4⋅D

Burada A , B, C , D uyğun olaraq texniki xarakteristikaları, istismar, iqtisadi və

estetik göstəriciləri nəzərə alan əmsal; a1 , a2 , a3 , a4 isə bu göstəricilərin qiymət


əmsallarıdır.
“K” keyfiyyət göstəricisi zamandan asılı olaraq dəyişdiyi üçün, məmulatların
keyfiyyətinin attestasiyası periodik olaraq aparılmalıdır.
Ölkəmizdə məhsulların keyfiyyətinin attestasiyası 1967-cı ildən aparılır. Bu
attestasiya Dövlət Attestasiya Komissiyası tərəfindən aparılır və üç kateqoriya ilə
qiymətləndirilir.
Yüksək kateqoriya – məmulatın keyfiyyət göstəriciləri standartlarda təyin
olunmuş göstəricilərdən yüksək olub, yerli və xarici sənayələrdə əldə edilmiş yüksək
keyfiyyət göstəricilərinə uyğun gəlir.
Birinci kateqoriya – məmulatın keyfiyyət göstəriciləri fəaliyyətdə olan
standartların tələblərinə uyğun gəlir.
İkinci kategoriya – məmulatın keyfiyyət göstəriciləri köhnəlmiş standartların
tələblərinə uyğun gəlir. Bu cür məhsulu ya istehsalatdan çıxarırlar, yaxud da köhnə
standartları təzələməklə onun keyfiyyətinin artırılması üçün vaxt təyin edirlər.
Dövlət keyfiyyət nişanı qəbul olunmuşdur ki, bu da yüksək kateqoriya
keyfiyyətinə uyğun olan məhsullara təsis olunur.
Məmulat keyfiyyətlə bərabər, davamlılıq tələblərini də ödəməlidir.
Məmulatın tələb olunan vaxt ərzində özünün istismar göstəricilərini saxlamaq
şərti ilə qabaqcadan verilmiş funksiyasının yerinə yetirilmək davamlılıq deyilir.
Məmulatın davamlılığı onun hissələrinin uzunömürlülüyü, təmir olunma qabiliyyəti
və s. ilə uzlaşır.
Sıradançıxma halları təsadüfi hadisələrin nəticəsi olduğundan (bu cür
hadisələrin baş verib-verməməsini qabaqcadan söyləmək qeyri-mümkündür),
davamlılıq çox vaxt ehtimal metodları ilə təyin olunur.
Məmulatın davamlılığının analizi aparıldıqda çox zaman texniki diaqnostika
metodundan istifadə olunur.
Məmulatın keyfiyyətinin davamlılığı onun hazırlanma texnologiyasından
asılıdır. Hazır məmulatın keyfiyyəti bütövlükdə iki dəyişənin funksiyası kimi qəbul
oluna bilər: 1) Məmulatın layihələndirilməsinin keyfiyyəti; 2) məmulatın hazırlanma
keyfiyyəti.

II həftə -

Məhsulun keyfiyyətinin yüksəldilməsi

Yüksək keffiyyətə malik məmulatın buraxılışını təmin etmək üçün onun


hazırlanma texnologiyası ilə bərabər standartlaşdırmanın da böyük əhəmiyyəti vardır.
Standartlaşdırma sahəsində əsas terminlər standartlaşdırma üzrə beynəlxalq
təşkilat (İSO) yanında onun elmi prinsiplərini öyrənən komitə (STAKO) tərəfindən
təyin olunmuşdur.
Standartlaşdırma – funksional istismar şərtlərini və təhlükəsizlik tələblərini
gözləmək şərti ilə, ümumi optimal qənaət əldə etmək üçün bütün əlaqədar tərəflərin
xeyrinə və onların iştirakı ilə verilmiş sahədə fəaliyyətin nizamlanması məqsədi ilə
qaydaların müəyyən edilməsi və tətbiqi prosesidir. Elmin, texnikanın və gündəlik
təcrübənin nailiyyət və nəticələrinə əsaslanaraq nəinki hazırki, həmçinin gələcək
inkişafın əsasını təyin edir və eləcə də elmi-texniki tərəqqi ilə bağlı dəyişmədə olur.
O, adətən qəbul olunmuş xarakteristikaların mexaniki yığımı deyil, optimal
həllərin və nəticələrin seçilməsi və işlənilməsidir ki, bu da təkcə elm və texnikanın bu
günkü inkişaf səviyyəsini deyil, həmçinin perspektiv inkişafı da nəzərə alır.
O, elmi-texniki və iqtisadi tərəqqinin sürətlənməsinə təsir edən möhtəşəm
vəsaitdir. O, elm və texnikanın nailiyyətlərini istehsalatda geniş tətbiqini təmin
etməklə maşın hissələrinin qarşılıqlı əvəzolunmasına zəmanət verir, xammal və
materiallardan istifadəni yaxşılaşdırır, məhsulun keyfiyyətinin ən yaxşı nümunələr
səviyyəsində saxlanmasını təmin edir və istehsalatın xüsusiləşməsinin geniş
inkişafında əsas rol oynayır.
Standartlaşdırma – maksimal effekt əldə etmək üçün minimum şərtlərin elmi
təyin olunmasıdır.
Standart – tətbiqi vacib sayılan elm, texnika və gündəlik təcrübələrin
nailiyyətinə əsasən yerinə yetirilmiş standartlaşdırma üzrə aparılmış konkret işlərin
nəticəsidir. O, standartizasiya üzrə normativ – texniki sənəd olub, standartlaşdırma
obyektinə norma, qayda və tələbatlar komplekslərini qoyur və müvafiq orqan
tərəfindən təsdiq olunur. Standart, maddi əşyalara (məhsul, etalon, maddə nümunələri
və s.), təşkilati – metodik və ümumtexniki xarakterli obyektlərə dair normalar,
qaydalar və tələbatlar üçün də işlənib hazırlana bilər.
Standart – norma, qayda, instruksiya, nümunə və etalon olub, onun yerinə
yetirilməməsi və ona riayət olunmaması isə qanun məcəlləsi ilə mühakimə edilir.
Standartların tərkib və təyinatından asılı olaraq Dövlət Standartlaşdırma sistemi
onun aşağıdakı növlərini müəyyən edir:
1. Texniki şərtlərin standartları (hərtərəfli texniki tələbatlar).
2. Parametrlərin standartları (ölçülər).
3. Əsas parametrlərin və tiplərin standartları (ölçülər).
4. Markaların standartları.
5. Sortamentlərin standartları.
6. Ölçü və konstruksiyaların standartları.
7. Texniki tələblərin standartları.
8. Qəbul qaydalarının standartları.
9. Sınaq metodlarının standartları (nəzarətlər, analizlər, ölçmələr).
10. Markalama, qablaşdırma, saxlama və nəqletmə qaydalarının standartları.
11. Ölçü cihazlarının yoxlama metod və vasitəsi üçün standartlar.
12. İstismar və təmir qaydaları standartları.
13. Tipli texnoloji proseslərin standartları.
Konkret məhsula aid olmayan standartlara, o cümlədən ümumtexniki və
təşkilati – metodik standartlara dövlət sistemi növlər müəyyən etmir. Bu cür
standartlara ümumi normaların standartları, klassifikasiya və sənədləşdirmə sistemləri
standartları, vahid ölçmələr üzrə standartlar, norma, qayda və texniki təhlükəsizlik
tələbləri standartları və başqaları aiddir.
Standartların təsir dairəsindən asılı olaraq, onlar aşağıdakı kateqoriyalara
bölünürlər: dövlət (DÜİST), sahə (ÜİST), respublika (RST) və müəssisə (STM)
standartları.
Dövlət standartlarının tətbiqi ölkəmizin bütün təşkilatları, idarələri və
müəssisələri üçün məcburidir. Sahə standartlarının isə tətbiqi sahədaxili müəssisə və
təşkilatlar tərəfindən məcburidir. Respublika standartları respublika daxilində
yerləşən bütün müəssisə, idarə və təşkilatlar üçün məcburidir. Müəssisə standartı isə
ancaq müəssisədə tətbiq olunur.
Yuxarıda göstərilən standartlardan əlavə region və beynəlxalq standartlar
mövcuddur. Bu standartlar dünyanın müxtəlif ölkələri arasında ticarətin, həmçinin
elm və texnikanın müxtəlif sahələrində əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Beynəlxalq standartlar İSO standartlarıdır. Region standartları isə bir qrup
ölkələr üçün mövcud olur (məsələn, sosialist ölkələri üçün QİYŞ standartları).
Unifikasiya, tipləşdirmə, simplifikasiya və aqreqatlaşdırma standartlaşdırmanın
metodlarıdır.
Unifikasiya – məmulatların istismarı zamanı onun qarşılıqlı əvəzolunması üçün
eyni funksioanal təyinatlı məmulatların, növlərinin, ölçülərinin və markalarının
sayının rasional ixtisarıdır. Unifikasiyanın başlıca fərqi və üstünlüyü ondan ibarətdir
ki, növ müxtəlifliyi sayının azalması məmulatların konstruksiyalarının əsas və ikinci
dərəcəli ölçülərinin, markalarının dəyişməsi ilə gedir. Bunun nəticəsində
məmulatların, materialların, xammalın və komplektləşdirici məmulatların növ
müxtəlifliyinin sayı azalır.
Unifikasiya zamanı material və məmulatların texnoloji parametrləri elə dəyişir
ki, onların mərkəzlənmiş hazırlanması mümkün olsun.
Tipləşdirmə - standartlaşdırmanın az yayılmış, lakin son dərəcə perspektiv
metodlarından biridir. Əsas etibarilə yerli əhəmiyyətə malik olan unufikasiyadan
fərqli olaraq, tipləşdirmə bütün bir sahənin məsələlərini həll edə bilər. Tipləşdirmə,
mövcud olan avadanlığın istifadə edilməsini yaxşılaşdırmaq və əmək məhsuldarlığını
artırmaq məqsədilə keçirilir. Onun əsasını hissələrin təsnifatı və onların
işarələnməsinin vahid sistemi təşkil edir.
Simplifikasiya – standartlaşdırmanın ən sadə, iqtisadi cəhətdən sərfəli və
texniki nöqteyi-nəzərdən daha mümkün olan növ müxtəlifliyidir. O, məmulatların
tiplərinin və ya növ müxtəlifliyinin sayının hər hansı texniki və iqtisadi əsaslanmış
minimuma qədər ixtisar edilməsindən ibarətdir.
Simplifikasiyanın xarakter əlaməti ondan ibarətdir ki, məmulatın sayının
ixtisarı prosesində obyektlər heç bir texniki dəyişikliklərə məruz qalmır. Ona görə də
simplifikasiya zamanı məmulatların markalarının və tip ölçülərinin rasional kombinə
edilməsi imkanları məhduddur.
Aqreqatlaşdırma – bu anlayış altında funksional və həndəsi qarşılıqlı
əvəzolunmaya malik olan standartlaşdırılımış hissələrin məhdud sayının istifadə
edilməsi yolu ilə maşınların və aqreqatların müxtəlif çeşidlərinin yığılması nəzərdə
tutulur.
Aqraqatlaşdırma, maşının bütövlükdə hazırlanma texnologiyasını ayrı-ayrı
böyük qovşaqların hazırlanma texnologiyasına bölmək yolu ilə də həyata keçirilə
bilər ki, bu da texnoloji xətdə hissələrin partiyalalrla (dəstələrlə) emalını asanlaşdırır
və onu ayrı-ayrı elementlərinin qarşılıqlı əvəzolunmasını təmin edir.

Maşınqayırmada standarlaşdırmanın ilkin müddaaları

Sistemləşdirmə – istənilən unifikasiyanın əsasını sistemləşdirmə təşkil edir.


Onun məqsədi istifadə üçün çox rahat olan qayda və ardıcıllıqla materialların
yerləşdirilməsidir. Sistemləşdirmənin ən sadə forması sistemləşdirilən materialın
əlifba sırası ilə yerləşdirilməsidir. Bu cür sistemləşdirmə sorğu kitablarında,
biblioqrafiyada, standartlarda anlayışların işarələnməsi üçün istifadə olunur.
Texnikada rəqəmli sistemləşdirmədən geniş istifadə olunur. Məsələn,
standartlara onun nömrəsindən əlavə rəqəmlər daxil edilir ki, bu rəqəmlər də adətən
standartın təsdiq ilini göstərir (məsələn, DÜİST: 401).
Klassifikasiya – sistemləşdirmənin müxtəlif növü olub və eyni zamanda geniş
tətbiq tapmışdır. Klassifikasiya zamanı əşyalar və anlayışlar siniflər üzrə,
yarımsiniflər üsrə və dərəcələr üzrə yerləşdirilir. Beynəlxalq sistem kimi universal
onluq sistemi (UDK) qəbul olunmuşdur. Bu sistem mətbuatda, biblioqrafik
kataloqlarda və sairə də istifadə olunur.
Universal onluq sistemində sol kənar rəqəm əhatə alunan sualların geniş
əhatəsini, sonrakı rəqəmlər isə bu əhatəyə daxil olan sualları göstərir. Məsələn, UDK
6 – tətbiqi elmlər, tibb elmləri, texnika və s.; UDK 62 – texnika; UDK 621- ümumi
maşınqayırma; UDK 621.3 – elektrotexnika; UDK 621.39 – elektrotexniki rabitə.
Qarşılıqlı anlayışlar iki nöqtə köməyilə işarə olunur. Məsələn, əgər UDK 621.3
– elektrotexnikanın, UDK 389.6 – standartizasiyanın işarəsidirsə, onda UDK 389.6,
621.3 elektrotexnikada standartlaşdırmanı göstərir.

III həftə --
Məhsulun keyfiyyətinin artırılmasından alınan effektivliyi.

Keyfiyyətin artırılmasında əsas faktorlar

Məhsulun keyfiyyəti, kompleks və qabaqlayan standartlaşdırma

Hazır məmulatın keyfiyyət və davamlılığı, məmulatın layihələndirmə və


hazırlanma keyfiyyətlərindən çox asılıdır.
Maşın, avadanlıq və cihazların yüksək keyfiyyətini təmin etmək üçün
layihələndirmənin və istehsalın bütün mərhələlərində keyfiyyətə qarşı tələbatlar bir-
biri ilə uzlaşmalıdır. Bu ancaq kompleks standartlaşdırma metodunun tətbiqi ilə əldə
oluna bilər. QİYŞ komissiyasının təyinatına görə kompleks standartlaşdırma elə
standartlaşdırmaya deyilir ki, burada konkret tədbirlərin optimal həllinin təmini üçün,
kompleks standartlaşdırma obyektinin ozünə bütövlükdə və həmçinin onun əsas
elementlərinə yürüdülən, qarşılıqlı əlaqədə olan tələbatlar sisteminin təyini və tətbiqi
məqsədyönlü və planlı şəkildə həyata keçirilsin.
Kompleks standartlaşdırmanın ən əsas və vacib prinsiplərindən biri maşın,
avadanlıq və cihazların konstruksiyasına, layihələşdirmə metodlarına, avtomat-
laşdırılmasına, hesabatlarına, dəqiqlik normalarına, davamlılığına və işləmə
müddətinə, həmçinin istifadə olunan pəstah, material və xammaların keyfiyyətinə
dair standartlaşdırmanın sistemləşdirilməsi və qarşılıqlı uzlaşmasıdır.
Kompleks standartlaşdırmanın prinsiplərinə uyğun işlənilmiş standartlar tipli
texnoloji proseslər, maşın, avadanlıq və cihazların ölçülməsi və sınaqdan keçirilmə
metodlarını əhatə edir. Elmi-texniki tərəqqinin sürətli inkişafı standartların “ömrünü”
qısaldır. Maşınqayırmada standartların orta “uzunömürlülüyü” 8 il, cihazqayırmada
isə 5-6 ildir. Standartların ömrünü uzatmaq üçün aşağıdakı təşkilati tədbirlər aparılır:
a) standartın işlənilməsindən xalq sənayesində tətbiqinə qədər alınan vaxtı
maksimum azaltmaq;
b) qabaqlayan standartın işlənilməsi.
Qabaqlayan standartlar o standartlardır ki, burada elm və texnikanın qabaqcıl
nailiyyətlərinə əsaslanaraq mütərəqqi tələblər, normalar, konstruksiyalardan,
mikroprosessorlardan və mikro-EHM geniş istifadə edilmiş olsun.
Qabaqlayan standartlaşmaya aid işlərin aparılmasında verilmiş məmulatın və
onun göstəricilərinin yaxın gələcəkdə inkişafı tendensiyasının öyrənilməsi əsas
şərtlərdən biridir.

Məhsulun keyfiyyətinin artırılmasından alınan effektivliyi

Məhsul istehsal edənlər üçün:


1. Zay, düzəldiləbilən məhsulun azaldılması, resursların dəqiq və düzgün
istifadə olunması.
2. Məhsulun realizə olunmasından alınan mənfəətin artırılması.
3. Məhsulun realizə olunmasının sürətləndirilməsi.
4. İqtisadi stimul fondunun yaxşılaşdırılması.
Məhsulu istifadə edənlər üçün:
1. Əməyin istehsalın artırılması.
2. Tələbatı az sayda məhsulla təmin etmək.
3. İstismar xərclərinin azaldılması.
4. Yeni məhsulun keyfiyyətinin artırılması.
5. Xammalın resurslarına qənaət.
Xalq təsərrüfatı üçün:
1. Ümumi əməyə qənaət.
2. Əhalinin tələbatlarının və xalq təsərrüfatının tələblərinin artıq dərəcədə
təmin olunması.
3. Elmi-texniki tərəqqinin sürətləndirilməsi.
4. Məhsulun saxlama, realizəolunma və daşınma xərclərinin azaldılması.
5. Yüksək keyfiyyətli məhsulun eksportunun genişləndirilməsi.

Keyfiyyətin artırılmasında əsas faktorlar

Əsas faktorların növləri fərqləndirilir:


- Texniki:
1. İstehsal olunan məhsulun hazırlanma növü və seriyalılığı.
2. Texniki sənədlərin vəziyyəti.
3. Texnoloji avadanlığın, alətin keyfiyyəti.
4. Sınaqdan keçirilən avadanlığın vəziyyəti.
5. Ölçmə və nəzarət alətlərinin keyfiyyəti.
6. Məhsulun xammalının komplektləşdirilməsinə, istifadə olunan materialın
keyfiyyəti.
- Təşkilatı:
1. Xammal, material və s. ilə təmin edilmə.
2. Avadanlıqlara və s. texniki qulluq.
3. İşin planlı və ritmikliyi.
4. Təmin edənlərlə işin təşkili.
5. İnformasiya təminin təşkili
6. İstehsalın mədəni, elmi əmək təşkili.
7. İstirahət və qidalanmanın təşkili.
- İqtisadi:
1. Əməyin ödəmə növü və əmək haqqının məbləği.
2. Yüksək keyfiyyətli işə və məhsula görə (premiya) mükafatlandırma
3. Zay məhsula görə tutulan məbləğ.
4. Məhsulun keyfiyyəti, dəyəri və qiyməti arasındakı münasibət.
5. Təşkilatı və gətirilmiş təsərrüfat hesabı.
- Sosial:
1. Tərbiyyəvi işlərin vəziyyəti.
2. Kadrların seçilməsi və yerləşdirilməsi.
3. Təhsilin təşkili və kvalifikasiyanın artırılması.
4. Yaşayış-məişət şəraiti.
5. Qeyri iş vaxtında istirahətin təşkili.
IV həftə
Maşınqayırmada maşın və mexanizmlərin keyfiyyətini yüksəldilməsində
qarşılıqlı əvəzolunmanın rolu
Qarşılıqlı əvəzolunma və onun növləri

Yığım və təmir zamanı seçmə və uyğunlaşdırma əməliyyatları aparılmadan,


maşının tələb olunan texniki-iqtisadi göstəricilərini və istismar xassələrini təmin
edən, ayrılıqda verilmiş dəqiqliklə hazırlanan eyniadlı hissə və qovşaqların bir-birini
əvəzetmə xassəsinə qarşılıqlı əvəzolunma deyilir.
Qarşılıqlı əvəzolunma maşın, aparat, cihaz və avadanlıqların layihələndiril-
məsinin, hazırlanmasının, yığılmasının, nəzarətinin və istismarının əsasını təşkil edir.
Qarşılıqlı əvəzolunma tam, natamam, xarici, daxili və funksional olur.
Məmulatın tələb olunan istismar keyfiyyətini ödəmək şərtilə eyniadlı maşın
hissələrinin yığım və təmiri zamanı üzərində əlavə əmək sərf etmədən bir-birini
həndəsi, fiziki-mexaniki və digər parametrlərinə görə əvəzetmə xassəsinə tam
qarşılıqlı əvəzetmə deyilir.
Maşının istismar tələblərinə uyğun olaraq, bəzən onun hissələrinin səthələrini
iqtisadi cəhətdən əlverişli olmayan dəqiqliklə hazırlamaq lazım gəlir. Bu cür səthlərin
emalı texniki və texnoloji cəhətdən də çətin olur. Bu səbəbdən maşın və ya
qovşaqların yığılması zamanı çox böyük dəqiqliyə malik olan eyniadlı hissələr bir-
birini tam qarşılıqlı əvəz etmir.
Hazırlama və yığmanın texniki-iqtisadi göstəricilərini yüksəltmək üçün belə
istehsalatlarda selektiv yığma metodundan, tənzimləmə metodundan və s. istifadə
olunur ki, bu cür qarşılıqlı əvəzolunmaya natamam qarşılıqlı əvəzolunma deyilir.
Nisbətən mürəkkəb məmulatlara xaricdən qoşulan (yığılan) eyniadlı
məmulatların bir-birini tam əvəzetməsinə xarici qarşılıqlı əvəzolunma deyilir.
Elektrik mühərrikinin torna dəzgahına qoşulması (yığma zamanı) xarici qarşılıqlı
əvəzolunmaya misal ola bilər.
Standart qovşağa daxil olan eyniadlı hissələrin bir-birini tam əvəz etməsinə
daxili qarşılıqlı əvəzolunma deyilir. Diyircəkli yastıq dövlət standartına tam uyğun
olub, xüsusi zavodlarda hazırlanır. Yastığa daxil olan diyircəklərin bir-birini tam əvəz
etməsi daxili qarşılıqlı əvəzolunmaya aiddir.
Eyniadlı məmulatların yığılması və iqtisadi cəhətdən əlverişli olan optimal
istismar göstəricilərinin təmin olunan qarşılıqlı əvəzolunmasına funksional qarşılıqlı
əvəzolunma deyilir. Funksional qarşılıqlı əvəzolunma maşının istismar göstəri-
cilərininin buraxıla bilən meyylənmələri ilə hissənin həndəsi və fiziki-mexaniki
xassələri arasında asılılıq yaradır. Dərinlik nasosunun eyniadlı plunjer-silindr
cütlərinin bir-birinə sürtünən səthlərinin fiziki-mexaniki xassələrinə görə, həmçinin
istismar xassələrinə görə əvəz etməsi funksional qarşılıqlı əvəzolunmaya misaldır.
Maşınqayırmada maşınların yığılması zamanı eyniadlı hissələrin bir-birini
qarşılıqlı əvəzetmə səviyyəsi qarşılıqlı əvəzolunma əmsalı ilə xarakterizə olunur. Bu
əmsal qarşılıqlı əvəzolunan hissələrin əmək tutumunun ümumi hissələrin əmək
tutumuna olan nisbəti ilə təyin olunur. Qarşılıqlı əvəzolunma əmsalının vahidə yaxın
olması istehsalatın texniki səviyyə və mədəniyyətinin yüksək olmasını göstərir.

V- həftə

Ölçülər, meyillənmələr, müsaidələr və onların qrafiki təsviri

Maşınqayırmada nominal ölçü, həqiqi ölçü və hədd ölçüləri məfhumlarından


istifadə olunur.
Mexaniki xassələri hesabatdan təyin olunmuş “Nominal xətti ölçülər” DUİST-
inə görə (DUİST 6636-69) yuxarıya doğru yuvarlaqlaşdıırılma və cizgidə uyğun
səthdə qeydə alınmış ölçü, nominal ölçü adlanır. Nominal ölçü ideal ölçüdür, yuva

üçün “ Dn ”, val üçün isə “ d n ” kimi işarə olunur. Maşın hissələri səthini nominal
ölçüyə uyğun mütləq dəqiq hazırlamaq qeyri-mümkündür.
Ölçmə nəticəsində təyin olunmuş ölçü həqiqi ölçü adlanır.
Ölçən alətin dəqiqliyindən, ölçmənin aparılma şəraitindən, ölçməni aparan
şəxsin görmə qabiliyyətindən və s. asılı olaraq eyni səthin həqiqi ölçüsü müxtəlif ola
bilər. Həqiqi ölçü əsil ölçüdən ölçmənin xətası qədər fərqlənir. Əsil ölçünün mütləq
dəqiq ölçülməsi qeyri-mümkün olduğundan maşınqayırmada bu ölçü işlənilmir.
Yuxarıda qeyd etdik ki, nominal ölçüyə uyğun maşın hissələri səthini mütləq
dəqiq hazırlamaq qeyri-mümkündür. Bu səbəbdən hissələrin cizgisində emal olunan
səthin ölçüsü iki buraxıla bilən ölçü ilə verilir. Bu ölçülərə hədd ölçüləri deyilir. Hədd
ölçüləri ən böyük və ən kiçik olurlar. Əgər hissə yararlıdırsa, deməli onun səthlərinin
həqiqi ölçüləri uyğun hədd ölçüləri daxilində yerləşmişdir. Yaxud onlara bərabərdir.
Əgər yuvanın həqiqi ölçüsü ən kiçik hədd ölçüsündən kiçikdirsə, bu cür yuva
düzəldilə bilən çıxdaşdır. Əgər yuvanın həqiqi ölçüsü ən böyük hədd ölçüsündən
böyükdürsə, bu düzəldilməsi mümkün olmayan çıxdaşdır (zaydır). Əgər valın həqiqi
ölçüsü ən böyük hədd ölçüsündən böyükdürsə, düzəldilməsi mümkün olan, əgər valın
həqiqi ölçüsü ən kiçik hədd ölçüsündən kiçikdirsə, düzəldilməsi mümkün olmayan
çıxdaşdır.

Yuvanın hədd ölçüləri Dmax , Dmin valın hədd ölçüləri isə d max , d min kimi
göstərilir.
İşçi cizgilərində bir ölçünü iki hədd ölçüsü ilə göstərmək əksər hallarda cizgidə
qarmaqarışıqlıq yaradır. Bu səbəbdən hədd ölçülərini nominal ölçü və hədd
meyillənmələri cəmliyi kimi -hədd meyillənməsi hədd ölçüsü ilə nominal ölçünün
cəbri fərqinə bərabərdir. Yuxarı və aşağı hədd meyillənmələri olur.
Yuxarı hədd meyillənməsi, ən böyük hədd ölçüsü ilə nominal ölçünün, aşağı
hədd meyillənməsi isə ən kiçik hədd ölçüsü ilə nominal ölçünün cəbri fərqinə

bərabərdir. Yuvanın yuxarı hədd meyillənməsi ES , aşağı hədd meyillənməsi EI

, valın yuxarı hədd meyillənməsi es , aşağı hədd meyillənməsi isə ei ilə işarə
olunur.
Beləlikə, yuxarıda dediklərimizi ifadə şəklində aşağıdakı kimi yazmaq olar:
ES=D max −Dn ; es=d max −d n ;
EI =Dmin −D n ; ei=d min −d n .
Hədd meyillənmələri müsbət, mənfi və sıfra bərabər olurlar. SEV 144-75
standartında hədd meyillənmələri mikrometrlərlə göstərilmişdir. Cizgilər isə mm-lə
göstərilir.
Cizgidə ölçü xəttinin üzərində əvvəlcə nominal ölçü, daha sonra sağ tərəfdə
mötərizədə yuxarı və aşağı hədd meyillənmələri mm-lə yazılır, sıfır hədd

25¿ (+ 0,02¿) ¿ ¿ 30¿ (+ 0,027¿ ) ¿ ¿


meyillənməsi isə yazılmır, məsələn, Ø ¿ ; Ø ¿ ; Ø

40¿ (−0,027¿) ¿ ¿
¿ və s.
Uyğun standartlardan hədd meyillənmələrini seçdikdən sonra aşağıdakı
ifadələrlə hədd ölçülərini təyin etmək olur:
D max =D n + ES ; d max =d n +es
D min =D n + EI ; d min =d n + ei .

Yuxarı və aşağı hədd ölçüləri maşın hissəsi səthinin hazırlanma dəqiqliyini


göstərir. Bu iki ölçü arasında fərq nə qədər kiçikdirsə, hazırlanma dəqiqliyi o qədər
böyükdür və əksinə.
Ən böyük və ən kiçik hədd ölçüləri fərqinə müsaidə deyilir. Yuvanın müsaidəsi

TD, valın müsaidəsi isə Td ilə işarə olunur. Yuva və valın müsaidəsi aşağıdakı
kimi təyin olunur:
TD=D max −Dmin
Td=d max −d min
Müsaidənin qiymətini hədd meyillənmələrinə görə də təyin etmək olar. Yuxarı
hədd meyillənməsi ilə aşağı hədd meyillənməsinin cəbri fərqinin mütləq qiyməti
müsaidənin qiymətinə bərabərdir. Yəni

TD=|ES−EI|
Td=|es−ei|
Ölçülər, meyillənmələr və müasidələrin iki cür qrafiki təsviri verilir. Birinci
qeyri-miqyaslı (şəkil 1), ikinci isə eyni miqyaslı qrafiki təsvir (şəkil 2.2) adlanır.
Qeyri-miqyaslı qrafiki təsvirdə (şəkil 1) ölçünün müsaidəsi ilə özünün miqyası bir-
birindən min dəfələrlə fərqlənir. Bu səbəbdən qrafiki təsvir qarışıq olur.
Maşınqayırmada eyni miqyaslı qrafiki qəbul olunmuşdur. Bu qrafiki təsvirin qurulma
metodikası aşağıdakı kimidir.

ma
x
0 es=
e1 0
Td 21
=4
1 =2 dm
0 dm ax
dH m= =2
=2 24. 4.9
5m 95 80
m 9m m
m m

Şəkil 1. Qeyri-miqyaslı qrafiki təsvir


N
K
M
0 0
25

21
ei

f
Td

41 Val
dH=25mm

dmax=24.980mm

ın
mus
dmm=24.959mm

aidə
sah
əsi

Şəkil 2. Eynimiqyaslı qrafiki təsvir

Əvvəlcə hədd meyilləri və müsaidələr üçün hesablama xətti olan və nominal


ölçüyə uyğun gələn 0-0 (sıfır-sıfır) xəttini çəkirlər (şəkil .2). Bu xəttin sol cinahında
müsbət və mənfi qütblər qeydə alınır. Şərti olaraq nominal ölçünü yuxarıya doğru
yönəlmiş və sıfır-sıfır xəttinə söykənmiş oxun üzərində qeydə alırlar. Miqyas qəbul
edib (məsələn, 1mkm=1mm; 1mkm=2mm və s.) hədd meyillənmələrini miqyasa və
işarəsinə uyğun olaraq qeydə alırlar. Alınmış nöqtələrdən 0-0 (sıfır-sıfır) xəttinə
paralel xətlər çəkib, uyğun yerdə dördbucaqlı qururlar. Alınmış sahə val, yaxud

25¿ (−0,020¿ ) ¿ ¿
yuvanın müsaidə sahəsi olur. Şəkil 1 və 2-dən Ø ¿ ölçüsü üçün
qurulmuş iki qrafiki təsvirdən eyni miqyaslı qrafiki təsvirin (şəkil 2) daha
məqsədəuyğun olması əyani görünür.

VI həftə
Oturtmalar və onların növləri

İki və daha çox hissələrin bir-biri ilə hərəkətli və yaxud hərəkətsiz uzlaşması
birləşmə adlanır. Birləşməyə daxil olan hissələr isə val və yuva adlanır.
Əhatə olunan səthi olan hissələrə val, əhatə edən səthi olan hissələrə isə yuva
deyilir.
İstismar tələbatlarından asılı olaraq birləşmələr müxtəlif oturtmalarla yaradılır.
Üç növ oturtma məlumdur:
1. Ara boşluğu oturtma – hərəkətli oturtmalar.
2. Gərilmə ilə yaranan oturtmalar – hərəkətsiz oturtmalar.
3. Ara boşluğu və həmçinin gərilmə ilə yaranan oturtmalar – keçid oturtmaları.
Hərəkətli oturtmalar o zaman yaranır ki, vallar və yuvalar çoxluğundan
birləşmələr yaratdaıqda, ən kiçik həqiqi ölçüyə malik juva, ən böyük həqiqi ölçüyə
malik valdan böyük olsun. Eyni nominal ölçüyə malik val və yuvanın işçi cizgilərinə
görə də ara boşluqlu oturtmanın yaranmasını qabaqcadan bilmək olar. Əgər yuvanın
aşağı hədd meyillənməsi valın yuxarı hədd meyillənməsindən yuxarıda yerləşirsə,
yaxud yuvanın ən kiçik hədd ölçüsü valın ən böyük hədd ölçüsündən böyükdürsə, bu
cür vallardan hərəkətli oturtmalar yaranacaqdır.
Hərəkətli oturtmalar ən böyük və ən kiçik ara boşluğu xarakterizə olunurlar.
Ən böyük ara boşluğu yuvanın ən böyük hədd ölçüsü ilə valın ən kiçik hədd
ölçüsünün cəbri fərqinə, yaxud yuvanın yuxarı hədd meyillənməsi ilə valın aşağı
hədd meyillənməsinin cəbri fərqinin mütləq giymətinə bərabərdir. Yəni
S max =D max −Dmin
S max =|ES−ei|
Ən kiçik ara boşluğu yuvanın ən kiçik hədd ölçüsü ilə valın ən böyük hədd
ölçüsünün cəbri fərqinə yaxud yuvanın aşağı hədd meyillənməsi ilə valın yuxarı hədd
meyillənməsinin cəbri fərqinin mütləq qiymətinə bərabərdir. Yəni
S min =Dmin−d max
və ya
S min =|EI−es|
Hərəkətli birləşmənin qrafiki təsviri şəkil 1-də verilmişdir.

Şəkil 1. Hərəkətli oturtma

Hərəkətsiz oturtma o zaman yaranır ki, vallar və yuvalar çoxluğunda ən kiçik


həqiqi ölçüyə malik val ən böyük həqiqi ölçüyə malik yuvadan böyük olsun. Eyni
nominal ölçüyə malik val və yuvanın işçi cizgisinə görə də hərəkətsiz oturtmanın
yaranmasını qabaqcadan bilmək olar. Əgər valın aşağı hədd meyillənməsi yuvanın
yuxarı hədd meyillənməsindən yuxarıda yerləşirsə, yaxud valın ən kiçik hədd ölçüsü
yuvanın ən böyük hədd ölçüsündən böyükdürsə bu cür yuva və vallardan hərəkətsiz
oturtmalar yaranır. Hərəkətsiz oturtmalar ən böyük və ən kiçik gərilmə ilə xarakterizə
olunurlar.
Ən böyük gərinmə valın ən böyük hədd ölçüsü ilə yuvanın ən kiçik hədd
ölçüsünün cəbri fərqinə, yaxud ən böyük gərilmə valın yuxarı hədd meyillənməsi ilə
yuvanın aşağı hədd meyillənməsinin cəbri fərginin mütləq qiymətinə bərabərdir. Yəni
N max =d max −D min
və ya
N max =|es−EI|
Ən kiçik gərilmə valın ən kiçik hədd ölçüsü ilə yuvanın ən böyük hədd
ölçüsünün cəbri fərqinə, yaxud valın aşağı hədd meyillənməsilə yuvanın yuxarı hədd
meyillənməsinin cəbri fərqinin mütləq qiymətinə bərabərdir. Yəni
N min=d min −D max
və ya
N max =|ei−ES|
Hərəkətsiz oturtmanın qrafiki təsviri şəkli 2-də göstərilmişdir.

Nmin Nmax
N Td

dmin

dmax
DmaxDmin

Şəkil 2 Hərəkətsiz oturtma


Layihələndirmə zamanı istismar tələbatından asılı olaraq, konstruktor elə
birləşmələr yaratmaq istəyir ki, val və yuvanın səthləri bir-birinə çox uyğunlaşmış
olsun və həmçinin val və yuva arasında alınan ara boşluğu, yaxud gərilmə çox kiçik
qiymətlərə malik olsun. Bu cür birləşmələrin alınması val və yuvanın kiçik müsaidə
sahələrində hazırlanmasını tələb edir ki, bu da iqtisadi cəhətdən əlverişli deyildir.
Texnoloq konstruktorun bu arzusunu yerinə yetirib val və yuvanın hazırlanması üçün
iqtisadi cəhətdən əlverişli müsaidələr seçib, onları bir-birinə nəzərən elə yerləşdirir
ki, onlar bir-birini ya tamamilə ya da qismən tamamlanmış olsun. Bu cür birləşmələr
hərəkətli yaxud hərəkətsiz oturtma ilə alınır. Lakin, oturtmalarda alınmış həqiqi ara
boşluğu, yaxud gərilmənin qiyməti uyğun olaraq hərəkətli və hərəkətsiz oturtmalarda
alınmış ara boşluğu və gərilmənin qəymətindən qat-qat kiçik olur. Bu cür oturtmalara

keçid oturtmaları deyilir. Keçid oturtmaları ən böyük ara boşluğu ( S max ) və ən

böyük gərilmə ilə ( N max ) xarakterizə olunur ki, onların qiymətləri bizə məlum
ifadələrlə təyin olunur. Keçid oturtmasının qrafiki təsviri şəkil 3-də verilmişdir.

Şəkil 3. Keçid oturtması


VII həftə
Oturtmaların yaranma sistemləri
Val sistemində məcburi tətbiq olunan hallar.

Maşınqayırmada yuxarıda qeyd etdiyimiz kimi üç növ oturtmalar iki sistem


üzrə - yuva və val sistemi üzrə yaradılır.
Yuva sistemi. Eyni nominal ölçüyə malik yuvalar və vallardan müxtəlif növdə
oturtmalar yaratmaq üçün yuvanın müsaidə sahəsi və hədd meyillənmələri sabit
saxlanılır, valın müsaidə sahəsi sabit saxlanılmaq şərtilə hədd meyillənmələri
oturtmanın növünə uyğun olaraq dəyişdirilir. Yuva sistemindəki yuvaya əsas yuva
deyilir və “N” ilə işarə olunur. Şərti olaraq əsas yuvanın aşağı hədd meyillənməsi
sıfra bərabər götürülür. Yuva sistemi üzrə oturtmaların yaranmasının qrafiki təsviri
şəkil 1-də göstərilmişdir.

Şəkil 1 Yuva sistemi üzrə oturtmaların yaranması qrafiki

Val sistemi. Eyni nominal ölçüyə malik yuvalar və vallardan müxtəlif növdə
oturtmalar yaratmaq üçün valın müsaidə sahəsi və hədd meyillənmələri sabit
saxlanılır, yuvanın müsaidə sahəsi sabit saxlanılmaq şərtilə hədd meyillənmələri
oturtmaların növünə uyğun olaraq dəyişdirilir. Val sistemindəki vala əsas val deyilir
və h ilə işarə olunur. Şərti olaraq əsas valın yuxarı hədd meyletməsi sıfra bərabər
götürülür. Val sistemi üzrə oturtmaların yaranmasının qrafiki təsviri şəkil 2-də
göstərilmişdir.

Şəkil 2. Val sistemi üzrə oturtmaların yaranması qrafiki

Maşınqayırmada əsasən yuva sistemindən istifadə olunur. Yuva sisteminin


tətbiqi ilə istehsalatda yuvaların emalında istifadə olunan qiymətli kəsən alətlərin
nomenklaturaları dəfələrlə ixtisara salınır və beləliklə buraxılan məhsulun maya
dəyəri aşağı düşür.

Val sistemi aşağıdakı hallarda məcburi tətbiq olunur:

1. Kənd təsərrüfatı və toxuculuq maşınqayırmasında əsasən yüksək dəqiqliklə


kalibrlənmış çubuq materiallarından istifadə edildiyi üçün.
2. Üç millimetrdən aşağı nominal ölçüyə malik
birləşmələr üçün .
3. Diyircəkli yastığı kövdədə oturtmaq üçün.
4. Metal hissə ilə plastik kütlədən hazırlanmış
hissəni birləşdirmək üçün.
5. Bir neçə yuvanı bir hamar val ilə müxtəlif oturtmalar üzrə birləşdirmək üçün .
Tutaq ki, 3 barmaqcığı (şəkil 3.) 1 çəngəli ilə hərəkətsiz oturtma, 2 dartıcısı ilə

Şəkil 3.

hərəkətli oturtma üzrə birləşməlidir. Əgər bu cür konstruksiyada yuva sistemi üzrə
oturtmalar yradılsa, onda 3 barmaqcığı pillə ilə hazırlanmalıdır ki, bu da istər
hazırlanma vaxtı və istərsə də yığılma vaxtı texniki çətinliklər törədir. Əgər bu
oturtmalar val sistemi üzrə yaradılsa, onda barmaqcıq bütün uzunluq boyu hamar
səthə malik olacaq ki, bu da hazırlama və yığma zamanı rast gələn texniki çətinlikləri
aradan qaldıracaqdır.

VIII həftə
Normal temperatur və temperatur rejimi. Nominal ölçülərin intervalı.

Müsaidə vahidi. Dəqiqlik kvalitetləri

Gündəlik təcrübə və aparılmış tədqiqat işlərinin nəticələri göstərir ki, nisbətən


böyük dəqiqliyə və öz sərtliyə malik hissələrin həqiqi ölçüləri müxtəlif temperatur
şəraitində müxtəlif olur. Ölçmə şəraitinin temperaturu dəyişdikcə, istər ölçülən
hissənin materialı və istərsə də ölçü cihazının dodaqcıqlarının materialı genişlənir,
yaxud sıxılır. Temperaturun dəyişməsi nəticəsində ölçünün dəyişməsi qiyməti
aşağıdakı düstur ilə təyin olunur:
Δℓ=ℓ( α 1⋅Δt1 −α 2⋅Δt 2 )

burada ℓ - ölçülən hissənin uzunluğu, mm-lə, α 1 - ölçülən hissənin materialının

istidən genişlənmə əmsalı; Δt 1 - ölçülən hissənin ilkin temperaturu ilə nominal

temperatur fərqi; α 2 - ölçü cihazının dodaqcıqlarının materialının istidən

genişlənmə əmsalı; Δt 2 - ölçü cihazlarının dodaqcıqlarının materialının ilkin

temperaturu ilə nominal temperatur fərqidir.


QİYŞ-ə daxil olan ölkələrin standartlarında normal temperatur 20°C qəbul
olunmuşdur. Bu səbəbdən standartlarda qeydə alınmış müsaidə və oturtmaların
qiyməti ölçüləri 20°C-də təyin olunmuş hissələrə aiddir. Beləliklə,
Δt 1 =t 1 −20∘ C
Δt 2 =t 2−20∘ C
Temperatur dəyişməsinin həqiqi ölçülərin qiymətinə təsirini azaltmaq üçün
ölşülən hissə və ölçü cihazı normal temperatura gətirilməlidir. İstehsalatda ölçü
cihazlarını və hissələri normal temperatura gətirmək üçün xüsusi otaqlar təşkil
olunur. Bu otaqda nəzarətçilər işləyirlər. Yüksək dəqiqliklə hazırlanan hissələr burada
müxtəlif şəraitdə soyudulur. Soyutma şəraiti həmin hissənin konstruksiya və forma
dəqiqliyinə görə təyin edilir. Soyutma havada, yağda və xüsusi mayələrdə aparıla
bilər.
Hissəni normal temperatura gətirmək üçün sərf olunan zaman aşağıdakı
düsturla hesablanır:
γ⋅V ΔT
τ =K
F
ℓ0 ( ),
Δt

burada K - soyutma şəraitini nəzərə alan əmsal; γ - soyudulan hissənin

materialının sıxlığı; V - soyudulan hissənin həcmi; F - soyudulan səthin sahəsi;

ΔT - hissənin ilkin temperaturu ilə normal temperatur arasındakı fərqdir.

Nominal ölçülərin intervalı


Əgər hər bir nominal ölçü üçün ayrılıqda müsaidə təyin olunsaydı, bu cədvəl
çox böyük həcmə malik olardı. Bu səbəbdən də 500 mm-ə qədər olan ölçülər 13 əsas
intervala bölünmüşdür:
3 mm-ə qədər; 3-mm-dən 6 mm-ə qədər; 6 mm-dən 10 mm-ə qədər; 10 mm-
dən 18 mm-ə qədər; 16 mm-dən 30 mm-ə qədər və s.
Məsələn, 10 mm nominal ölçüyə malik səthin hədd meyillənmələr 6 mm-dən
10 mm-ə qədər ölçülərin intervalına uyğun standartdan təyin olunur.
Müsaidə vahidi

Ölçüləri ilə fərqlənən həmcins hissələrin dəqiqliklərinin müqayisəsi üçün


müsaidə vahidindən istifadə olunur. Tutaq ki, bir val 125-0,025 ölçüsünə uyğun,
digəri isə 64-0,020 ölçüsünə uyğun hazırlanmalıdır.
Əvvəlcədən hansı valın daha dəqiq hazırlanmasının tələb olduğunu demək çox
çətindir. Bu səbəbdən dəqiqliyin (müsaidənin) elə bir vahidini tapmaq lazımdır ki, bu
vahid müxtəlif diametrə malik ölçülərin müsaidəsinə eyni miqdarda daxil olsun.
Verilmiş valların emal dəqiqlik dərəcələrinin müqayisəsi üçün müsaidəni valların
diametrlərinin funksiyası kimi qəbul etmək daha məqsədəuyğun olardı. Təcrübədən
müəyyən olunmuşdur ki, müsaidə sahəsi müsaidə vahidi ilə düz mütənəsibdir. Yəni
T =ai
burada T - müsaidə; a - müsaidə vahidinin miqdarı; i - müsaidə vahididir.
Müsaidə vahidi aşağıdakı düstur ilə təyin olunur:
3
i=0,45 √ D+0, 001 D
Müsaidə vahidinin qiyməti intervala daxil olan diametrlərin kənar
qiymətlərinin orta həndəsi qiymətinə görə təyin olunur:
D= √ D1⋅D2

3 mm-ə qədər nominal ölçülər üçün D= √ 3 götürülür.


a -nın qiymətini təyin etməklə hansı valın daha dəqiq hazırlanmasının tələb
olunduğunu aşkar etmiş olarıq:
T1 25
a1 = 3
= 3
≈10
0 , 45 √ D+0 ,001 D 0 , 45 √ 125+0 , 001⋅125
a1 =a 2
T2 20
a2 = 3
= 3
≈10
0 , 45 √ D+0 , 001 D 0 , 45 √ 64+0 , 001⋅64
Hər iki valın müsaidəsi eyni miqdarda müsaidə vahidindən ibarət olduğu üçün
onların eyni dəqiqliklə hazırlanması tələb olunur.
Dəqiqlik kvalitetləri

İstənilən maşında müxtəlif təyinatlı hissələr müxtəlif dəqiqliklə emal olunur.


Dəqiqliyin müxtəlif səviyyələrini normallaşdırmaq üçün QİYŞ-ə daxil olan ölkələrin
standartlarında 19 dəqiqlik kvaliteti: 01, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14,
15, 16, 17 qəbul olunmuşdur. Dəqiqlik kvaliteti oturtmanın xarakterindən asılı
olmayaraq, nominal ölçünün qiymətindən asılı olaraq hissənin hazırlanmasına
müsaidənin qiymətini təyin edir. Eyni dəqiqlik kvalitetində eyni yuva və valın
müsaidə sahəsi bir-birinə bərabərdir. 5-ci dəqiqlik kvalitetləri üçün müsaidə aşağıdakı
düstur ilə təyin olunur:
IT =ai
burada IT - müsaidə; i - müsaidə vahidi; a - müsaidə vahidinin miqdarıdır. Bu

kəmiyyət bir dəqiqlik kvalitetindən o birinə keçdikdə qüvvətüstü kəmiyyət


5
ϕ=1,6= √10
olan həndəsi silsilə ilə dəyişir.
01-ci kvalitet ən dəqiq, 17-ci kvalitet ən kobud dəqiqlik kvalitetidir.
Maşınqayırmada ən çox 5-15 –ci dəqiqlik kvalitetlərindən istifadə olunur.
Cədvəl 1-də müxtəlif ölçü vasitələri üçün müsaidə vahidi və dəqiqlik
kvalitetinin qiymətləri verilmişdir.

Cədvəl 1
Müsaidələ Etalonlar Birləşmədə iştirak edən
Kalibrlar
r Sərbəst ölçülər üçün
üçün üçün sətirlər üçün
Müsaidə
10 25 40
vahidinin 7 10 16 25 40 64 160 640 1000 1600
0 0 0
miqdarı
Kvalitetlər 01 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
IX həftə

Maşınqayırmada məhsulun vəziyyətinə təsir edən metrologiyanın rolu.


Texniki ölçmələr və metrologiya haqqında əsas anlayışlar

Ümumi anlayışlar

Metrologiya ölçmələrdən, həmçinin vahid ölçmənin və tələb olunan dəqiqliyin


əldə olunmasının təminetmə metod və vasitələrindən bəhs edən elmdir.
Texniki vasitələrlə fiziki kəmiyyətlərin qiymətinin tapılması prosesinə ölçmə
deyilir. Ölçmənin məqsədi, verilmiş kəmiyyəti vahid qəbul olunmuş və bu kmiyyətlə
həmcins olan fiziki kəmiyyətlə müqayisə etməkdir. Ölçmənin nəticəsində adlı ədədlər
alınır. Məsələn, 14,7 mm; 1,5 A; 27,4 q və s.
Nəzarət edilən parametrə görə məlumatın yararlığının təyini üçün aparılan
ölçmə prosesi nəzarət adlanır. Əgər nəzarət edilən parametr müsaidə daxilində
yerləşirsə, məmulat yararlı hesab olunur. Nəzarətin nəticəsi məmulatın keyfiyyətinin
konkret qiymətləndirilməsidir, yəni: “yararlıdır”, “çıxdaşdır”, “düzəldilə bilən
çıxdaşdır”, “düzəldilməsi mümkün olmayan çıxdaşdır”.

Ölçmənin növləri

Ölçmənin xarakter və şəraitindən asılı olaraq ölçmə aşağıdakı növlərə ayrılır:


birbaşa (bilavasitə), dolama və cəmləşdirmə.
Birbaşa ölçmələr zamanı axtarılan ölçü, ölçü vahidi ilə bilavasitə ölçü cihazının
köməyinə əsaslanaraq müqayisə olunur. Məsələn, valın diametrinin mikrometrlə
ölçülməsi, cərəyan müqavimətinin ommetrlə ölçülməsi və s.
Maşınqayırmada, cihazqayırmada birbaşa ölçmənin aparılması çox vaxt çətin
olur. Bu səbəbdən ölçmə dolama yolu ilə, yəni birbaşa ölçülən kəmiyyətlər üzrə
hesabatdan təyin olunur. Lakin, yadda saxlamaq lazımdır ki, dolama yolu ilə
ölçmənin nəticəsi o zaman qənaətbəxş hesab edilir ki, üzərində birbaşa ölçmə
aparılan kəmiyyətlərlə axtarılan kəmiyyət arasında funksional asılılıq olsun, yəni
F( y , x 1 , x2 , x 3 , . .. , x n )=0

burada y - axtarılan kəmiyyət, y=f ( x 1 , x2 , x 3 , . .. , x n ) ; x 1 , x 2 , x 3 , ..., x n - birbaşa

ölçmə ilə kəmiyyətlərin alınmış qiymətləridir.


Dolama ölçməyə misal olaraq, yivlərin orta diametrinin üç məftil yolu ilə təyin
olunmasını göstərmək olar.
Cəmləşdirmə ölçmə o ölçməyə deyilir ki, axtarılan kəmiyyətin ədədi qiyməti
birbaşa ölçmə nəticəsində müxtəlif tərkibli kəmiyyətlər üçün alınmış tənliklər
sisteminin həlli nəticəsində alınmış olsun.
Bu hal üçün aşağıdakı asılılıq xarakterikdir:
F( y 1 , y 2 , .. ., y k ; x 1 , x 2 , . . ., x n )=0

burada y 1 , y 2 , ..., y k - dolama yol ilə təyin olunmuş kəmiyyətlər ki, axtarılan

kəmiyyət də onların işərisindədir; x 1 , x 2 , ..., x n - birbaşa ölçmə ilə təyin olunan

kəmiyyətlərdir. Axtarılan kəmiyyətin qiymətini təyin üçün “K” sayda tənliyi həll
etmək lazımdır:
F1 ( y 1 , y 2 , ..., y k ; x1,1 , x 2,1 , ..., x n,1 )=0
F2 ( y 1 , y 2 , ..., y k ; x 1,2 , x 2,2 , ..., xn,2 )=0
.....................................................
F k ( y 1 , y 2 , ..., y k ; x 1,k , x 2 ,k , ..., x n,k )=0
Iki cür ölçmə metodu mövcuddur: bilacasitə qiymətləndirmə metodu və ölçü
ilə müqayisə metodu. Bilavasitə qiyçətləndirmə metodu ilə ölçmə aparıldıqda cihazın
hesablama qurğusu üzrə ölçülən kəmiyyətin qiyməti təyin olunur. Valın diametrinin
ştangenpərkar və mikrometrlə ölçülməsi bu metoda misaldır.
Ölçü ilə müqayisə metodu müxtəlif fiziki kəmiyyətlərin dəqiq ölçülməsi üçün
maşınqayırmada geniş tətbiqedilir. Bu metoda bəzən nisbi ölçmə metodu da deyilir.
Ölçməni aparmaq üçün istifadə olunan ölçü vasitələri üç yerə bölünür: ölçülər,
ölçü cihazları və nəzarət-ölçü avtomatları.
Ölçü elə əşya və ya qurğuya deyilir ki, o vahid ölçüyə nəzərən konkret qiymət
verə bilsin.
Təyinatından asılı olaraq bütün ölçülər və ölçü cihazları iki yerə bölünürlər:
nümunəvi və işçi.
Nümunəvi ölçülər və ölçü cihazları elə ölçü və ölçü cihazlarına deyilir ki, onlar
vahid ölçünün qorunub saxlanması üçün, həmçinin ölçülərin və ölçü cihazlarının
yoxlanılması üçün istifadə olunsun.
Nümunəvi ölçü və ölçü cihazları içərisində ölçü vahidinin qorunub saxlanması
üzrə dəqiqlik texnikasının yüksək səviyyəsinə uyğun gələnlərini etalon adlandırırlar.
Bütün yerdə qalan ölçülər cihazları isə işçi ölçülər və ölçü cihazları adlanırlar. İşçi
ölçülər və ölçü cihazlarından təcrübədə lazım olan ölçmələr aparmaq üçün istifadə
olunur.
Ölçü vasitəsinin xassələrini təyin edən xarakteristikalar aşağıdakılardır:
- ölçü şkalasının bölgüsünün qiyməti (bu qiymət kəmiyyətlər qiyməti fərqi olub,
ölçü şkalasının iki qonşu bölgüsünə uyğun gəlir);
- göstərmə diapazonu (ölçü şkalasının qiymətlər oblastı olub, onun əvvəlki və
sonrakı qiymətləri ilə məhdudlaşır);
- ölçmə diapazonu (ölçülən kəmiyyətin qiymətlər oblastıdır).
Ölçmə vasitələrinin xarakteristikaları kəsilməz və diskret olur. Kəsilməz

xarakteristikalara malik ölçmə qurğularında giriş kəmiyyətinin x min -dan x max -a

qədər kəsilməz dəyişməsi ilə çıxış kəmiyyəti y min -dan y max -a qədər kəsilməz

dəyişir (şəkil 1.a).

Şəkil 1. Statik xarakteristika


a) kəsilməz; b) diskret
y=f ( x ) asılılığına ölçmə qurğusunun statistik xarakteristikası deyilir.

Ölçmə qurğusunun hissetmə qabiliyyətini daim təmin etmək üçün, y=f ( x )


statistik xarakteristikası ölçülən x kəmiyyətinin verilmiş intervalda dəyişməsi ilə
ya xətti, yaxud da ona yaxın olmalıdır. Diskret xarakteristikalı ölçmə qurğularında
giriş kəmiyyətlərinin kəsilməz dəyişməsi ilə çıxış kəmiyyəti diskret dəyişən olur.

Məsələn, giriş kəmiyyətinin x min -dan x max -a qədər kəsilməz dəyişməsi ilə çıxış

kəmiyyəti pilləli dəyişir: x=x 1 olduqda y 1 -dən y 2 -yə qədər; x=x 2 olduqda
y 2 -dən y 3 -ə qədər və s. (şəkil 3.1.b). Giriş kəmiyyətinin x min -dan x 1 -ə

qədər; x 1 -dən x 2 -yə qədər və x 2 -dən x max -a qədər dəyişməsi ilə çıxış y

kəmiyyətinə uyğun olaraq y1 , y2 və y3 diskret qiymətlər alaraq, sabit qalır.


a1 , a2 , a3 nöqtələri (şəkil 3.1.b) giriş kəmiyyətinin kəsilməz dəyişməsi ilə çıxış

kəmiyyəti də kəsilməz dəyişən statistik xarakteristikalara uyğun gəlir (ştrixli xətt).

Vahid ölçülərin təmini

Xalq təsərrüfatının müxtəlif sahələrində istifadə olunan ölçülərin və ölçü


cihazlarının eyniliyini və düzgünlüyünü təmin etmək üçün, ölçü vahidlərinin
etalonlardan nümunəvi, daha sonra işçi ölçülərə və ölçü cihazlarına ötürülməsinin
vahid sisteminin yaradılması vacib şərtdir. Vahid ölçülərin təmini zamanı onların
dəqiqliyə görə aşağıdakı klassifikasiya qəbul olunmuşdur: etalonlar; nümunəvi ölçü
və ölçü cihazları; işçi ölçü və ölçü cihazları.
Etalonların üç dərəcəsi vardır: ilkin, ikinci və üçüncü.
İlkin etalonlar ölçü vahidinin beynəlxalq miqyasda qəbul olunmuş təyinatına
uyğun gələn dövlət etalonlarıdır. İkinci etalonlar ilkin etalonlardan metroloji
dəqiqliklə köçürülən etalonlardır. Üçüncü etalonlar isə ikinci etalonlardan metroloji
dəqiqliklə köçürülən etalonlardır.
Dövlət etalonları D.Y. Mendeleyev adına ümumittifaq Elmi Tədqiqat
Metrologiya İnstitutunda hazırlanır və saxlanılır. Metroloji təyinatına görə etalonlar
əsas, törəmə, şahid, nüsxə, müqayisə və işçi etalonlarına ayrılır. Əsas etalonlar ilkin
etalonlardır. Törəmə etalonlar vahidlərin konkret törədilməsi üçün istifadə olunur.
Şahid etalonlar ilkin etalonların dəyişməsinə nəzarət edən ikinci etalonlardır. Nüsxə
etalonları iş vaxtı ilkin etalonları əvəz edən ikinci etalonlardır. Müqayisə etalonları
onların müqayisəsini aparmaq üçün istifadə olunan ikinci etalonlardır. İşçi etalonları
cari metroloji işlərin aparılması üçün istifadə olunan etalonlardır. Bu etalonlar
Moskva, Xarkov, Sverdlovsk və Novosibirsk şəhərlərinin metroloji institutlarında
saxlanılır.
Nümunəvi ölçü və ölçü cihazları onların attestasiya dəqiqliyindən asılı olaraq
birinci, ikinci, üçüncü və s. dərəcəli olurlar. Birinci dərəcəli nümunəvi ölçü
cihazlarını bilavasitə işçi etalonlar vasitəsilə yoxlayırlar. Nümunəvi ölçü və ölçü
cihazlarının qalan dərəcələrinin dəqiqliyi isə özündən bir dərəcə əvvəl gələn
nümunəvi ölçü və ölçü cihazları vasitəsilə yoxlanılır. Nümunəvi ölçülər və ölçü
cihazları dövlət nəzarət laboratoriyalarında saxlanılır.
İşçi ölçülər və ölçü cihazları hazırlanma dəqiqliyindən asılı olaraq dəqiqlik
siniflərinə ayrılırlar. Dəqiqlik sinifləri ölçmə vasitəsinin hazırlanmasına buraxıla
bilən xətaları təyin edir.
X həftə

Keyfiyyətin normallaşdırılmasının və dəqiqliyin nəzəri əsasları


Səthlərin yerləşməsinin və formasının meyillənmələri

Səthlərin yerləşməsinin, həmçinin forma meyillənmələrinin normallaşdırılması


və miqdarca qiymətləndirilməsi üçün aşağıdakı terminlər və anlayışlar standart üzrə
qəbul olunmuşdur.
Real (həqiqi) səth, elə səthə deyilir ki, bu səth hissəni ətraf mühitdən ayırmış
olsun. Real səth forma meyillənməsinə, dalğavariliyə və kələkətürlüyə malikdir.
Real (həqiqi) profil, real səthə müstəvinin kəsişməsindən əmələ gəlir.
Nominal (həndəsi) səth, ideal səth olub, cizgidə verilmiş nominal formaya
malik olur.
Nominal (həndəsi) profil, nominal səthlə müstəvinin kəsişməsindən alınan
profildir.
Real səthi və profili mütləq dəqiq hazırlamaq mümkün deyildir. Real səthin
hazırlanma və ölçmə dəqiqliyinin xətası istifadə olunan avadanlıqlarının, tərtibatların,
kəsən və ölçü alətlərinin, həmçinin ölçmənin dəqiqliyindən asılıdır.
Formanın baza səthi, nominal formaya malik səth olub, real səthin forma
meyillənməsinin miqdarca qiymətləndirilməsi üçün istifadə olunur.
Formanın baza səthi kimi əsasən söykənən müstəvi, yaxud söykənən profildən
istifadə olunur.
Söykənən müstəvi baza səthi olub, hissənin real səthinə toxunaraq elə yerləşir
ki, real səthin ən ucqar nöqtəsində forma meyillənməsi normallaşdırılan şöbədə
minimum qiymətə malik olsun.

Forma meyillənməsinin qiyməti “Δ” real səthin, yaxud real profilin


nöqtələrindən söykənən müstəviyə normal üzrə söykənən müstəvinin nöqtələrinə
qədər olan ən böyük məsafədir (şəkil 1).
Şəkil 1. Söykənən səthlər: a) söykənən müstəvi;
b) söykənən silindr; 1) toxunan müstəvilər; 2) söykənən müstəvi; 3) həqiqi
səthlər; 4) söykənən silindr

Orta səth, formanın baza səthi olub, real səthə nəzərən elə yerləşir ki, real
səthin nöqtələrinin orta səthdən meyillənmələrinin kvadratları cəmi, normalaşdırılan
şöbə daxilində minimum qiymətə malik olsun.
Orta səthdən forma meyillənməsinin hesabatı zamanı formanın ən böyük
meyillənməsi kimi, real səthin yaxud profilin nöqtələrinin orta profilinin orta səthində
hər iki tərəfə ən böyük meyillənlənmələrinin mütləq qiymətlərinin cəmi kimi qəbul
olunur.
Formanın hədd meyillənmələri səthin, yaxud profilin formasının müsaidəsi ilə
məhdudlaşdırılır.
Formanın müsaidə sahəsi ilə fazaya (yaxud verilmiş müstəvidə sahəyə) deyilir
ki, normalaşdırılan şöbə daxilində baxılan real elementin bütün nöqtələri onun
daxilində yerləşmiş olsun.
Profil formasının müsaidə sahəsi verilmiş müstəvidə sahə olub, mərkəzləri
nominal profildə yerləşən, diametrləri profilin müsaidəsinə bərabər olan dairələrin iki
ekvidistant xətləri ilə məhdudlaşır.
Səthin formasının müsaidə sahəsi mərkəzləri nominal səthdə yerləşən,
diametrləri səthlərin formasının müsaidəsinə bərabər olan kürələrin iki ekvidistant
səthi ilə məhdudlaşdırılmış fazadır.
Səthlərin forma və vəziyyətlərinin hədd meyillənmələri QİYŞ-in tövsiyyələrinə
əsasən (RS 7-73) aşağıdakı qiymətlərə uyğun olmalıdır (cədvəl 1).
Cədvəl 1
0,1 0,12 0,16 0,2 0,25 0,3 0,4 0,5 0,6 0,8
1 1,2 1,6 2 2,5 3 4 5 6 8
10 12 16 20 25 30 40 50 60 80
100 220 160 200 250 300 400 500 600 800
1000 1200 1600 2000 2500 3000 4000 5000 6000 8000

Müstəvi səthlərin meyillənmələrinə düz xətdən və müstəvidən meyillənmələr


daxildir.
Düz xətdən meyillənmə (qeyri-düzxəttlilik) kəsikdə real profilin möqtələrinin
normallaşdırılan şöbə daxilində söykənən xətdən olan ən böyük məsafəsidir.
Düz xətdən meyillənmə (əyrilik) fazada real ox, yaxud xətt olub, daxilində real
oxun bütün nöqtələri yerləşən silindr diametrinin minimal qiymətlərinə uyğun gəlir.
Müstəvidə meyillənmə (qeyri-müstəvililik) normalaşdırılan şöbə daxilində real
səthin nöqtələrindən söykənən müstəviyə qədər ən böyük məsafədir.
Qeyri-müstəviyə və qeyri-xətliliyə qabarıqlılıq və çökəkliyi misal göstərmək
olar (şəkil 2 a, b).
Silindrik səthlərin forma meyillənmələrinə qeyri-silindrlilik, qeyri-dairəvilik və
ən kəsiyi profilinin meyillənməsi daxildir.
Silindrdən meyillənmə (qeyri-silindrlilik) real səthdən söykənən silindrə qədər
olan ən böyük məsafədir.
Dairədən meyillənmə (qeyri-dairəvilik) real profilin nöqtələrinin söykənən
dairədən ən böyük məsafəsidir (şəkil 2 v).
Şəkil 2. Forma meyillənmələri: a) çökəklik; b) qabarıqlıq; v) qeyri-dairəvilik;
q) ovallılıq; g) tillilik; e) konusvarilik; j) çələkvarilik; z) yəhərvarilik

Uzununa kəsiyin profilinin meyillənməsi real profilin nöqtələrindən söykənən


profilin uyğun tərəfinə qədər olan ən böyük məsafədir. Uzununa kəsiyin profilinin
sadə forma meyillənmələrindən ən geniş yayılanları konusvarilik, çələkvarilikvə
yəhərvarilikdir (şəkil 2. e,z). Konusvarilik, çələkvarilik və yəhərvarililiyin qiymətləri
uzununa kəsiyin ən böyük və ən kiçik ölçüləri fərqinə bərabərdir.
En kəsik üzrə forma meyillənməsinin ən sadə halı ovallılıq və tillilikdir.
Ovallılıq – forma meyillənməsi olub, en kəsiyi ən böyük və ən kiçik diametrə
malik ovaldır. Ovallılığın qiyməti, en kəsiyin qarşılıqlı perpendikulyar istiqamətlərdə
alınmış ölçülərinin fərqidir (şəkil 2 q).
Tillilik - əyrixətli tillərə malik olub, çoxtilli şəkli olan hissənin profilinin
meyillənməsidir. Tilliliyin qiyməti həqiqi profilin nöqtələrindən söykənən dairəyədək
olan ən böyük məsafədir (şəkil 2 d).
Vəziyyət meyillənmələrinin növləri aşağıdakılardır: paralellikdən meyillənmə
(qeyri-paralellik); perpendikulyarlıqdan meyillənmə (qeyri-perpendikulyarlıq); mail-
likdən meyillənmə; eyni-oxluluqdan meyillənmə (qeyri-oxluluq); simmetriklikdən
meyillənmə (qeyri-simmetriklik); mövqedən meyillənmə və oxların kəsişməsindən
meyillənmə. Səthlərin vəziyyətlərinin göstərilmiş meyillənmələri müsaidə sahəsi ilə
məhdudlaşdırılır.

Səthlərin forma və vəziyyətlərinin meyillənmələrinin işarələnməsi

Səthlərin forma və vəziyyətlərinin meyillənmələri cizgilərdə şərti işarələrlə və


simvollarla göstərilir (cədvəl 2).
Meyillənmənin uyğun qiyməti və simvolu cizgilərdə iki, yaxud üç yerə
bölünmüş düzbucaqlı çərçivələrdə göstərilir (şəkil 3 a, e).
Çərçivələrdə göstərilmiş meyillənmələrin hədd ölçüləri bütün səthə aid edilir.
Əgər buraxıla bilən meyillənmə məhdudlaşdırılmış şöbənin uzunluğuna aiddirsə, bu
zaman çərçivənin bir bölməsində məxrəcdə şöbənin uzunluğunun qiyməti qeydə
alınır (şəkil 4 a, b).
Şəkil .3. Formaların və yerləşmələrin cizgilərdə hədd meyillənmələrinin işarələnməsi

Şəkil 4.

Cədvəl 2
Müsaidə İşarə Müsaidə İşarə
Formalar Paralellik

Silindrlilik Perpendikulyarlıq

Müstəvililik Maillik

Verilmiş profilin forması

Dairəvilik Simmetriklik

Silindrik səthin uzununa Oxların və simmetriya


kəsiyinin profili müstəvilərinin
mövqelərinin
müsaidələri
Düzxətlilik Radial və yan vurma

Verilmiş
istiqamətlərdə radial
yan vurma

XI həftə

Səthlərin dalğavariliyi və kələ-kötürlüyü


Dalğavarilik və kələ-kötürlülük səthədövri təkrar olunan qeyri-hamarlılıq
yaradan qabarıqlıq və çökəkliklərin məcmuudur. Bu vaxt qabarıqlıq və çökəkliklər
arasındakı məsafə onların hündürlüklərindən çox böyük olur. Forma meyillənmələri,

S
dalğavarilik və kələ-kötürlülük arasındakı fərqi “ H ” nisbəti ilə fərqləndirirlər.

Burada “ S ” – nahamarlığın addımı, “ H ” – nahamarlığın hündürlüyüdür. Əgər

S
<50
H -dirsə, bu meylənmə üçüncü dərəcəli forma meyillənməsinə, yəni kələ-

S
kötürlüyə aiddir H =50÷1000 olduqda, bu forma meyillənməsi ikinci dərəcəli

S
>1000
forma meyillənməsinə, yəni dalğavariliyə aiddir. H olduqda, bu forma
meyillənməsi birinci dərəcəli forma meyillənməsinə aiddir.
QİYŞ-in tövsiyələrinə görə dalğavarilik iki parametrlə; dalğavariliyin

hündürlüyü W z -lə və dalğavariliyin addımı S ω -ilə qiymətləndirilir.

Şəkil 1 Səthin dalğavariliyi; a) hündürlüyün təyini üçün; b) addımın təyini üçün


Dalğavariliyin hündürlüyü Wz , Lω ölçmə uzunluğunda yerləşən beş
hündürlüyün orta arifmetik qiymətidir (şəkil 1), yəni
1
W z = (W 1 +W 2+. . .+W 5 )
5
W z -in mikronlarla hədd qiymətləri aşağıdakı sıradan götürülməlidir: 0,1; 0,2; 0,4;

0,8; 1,6; 3,2; 6,3; 12,5; 25; 50; 100; 200.

Dalğavariliyin orta addımı Sω profilin orta xətti boyunca qonşu dalğaların


eyniadlı tərəflərinin addımlarının orta arifmetik qiymətidir, yəni
n
1
S ω= ∑ S ωi
n i=1
Səthin kələ-kötürlüyü nisbətən kiçik addımlarla təkrar olunan nahamarlığın

məcmuudur. Bu halda səthdəki nahamarlıq müəyyən baza uzunluğu “ ℓ ” daxilində


nəzərdən keçirilir.
Bu cür nahamarlılıq nisbətən eyni cür (eyni cins) olduğuna görə, səthin
uzunluğunun kiçik bir sahəsini tədqiq olunması nəticəsində, bütün uzunluq boyunca
səthin kələ-kötürlüyü haqqında mülahizə yürütmək olar. Səthin kələ-kötürlüyünü

öyrənmək üçün seçilən sahənin uzunluğuna baza uzunluğu deyilir və “ ℓ ” ilə işarə

edilir. “ ℓ ” uzunluğu digər forma meyillənmələrinin addımından kiçik götürülür.


Nahamarlığın addımı və hündürlüyü azaldıqca baza uzunluğu azalır. Baza
uzunluğunun qiymətlərini aşağıdakı sıradan seçirlər: 0,01; 0,03; 0,08; 0,25; 0,8; 2,5;
8; 25 mm.
Səthin kələ-kötürlüyünə aid bizim ölkəmizdə qəbul olunan əsas anlayışlar,
təsnifatlar, kələ-kötürlüyün ölçü xarakteristikaları DÜİST 2789-73-də şərh edilmişdir.
Aşağıda bir neçə anlayışlar nəzərdən keçirilir.
Nominal profil – nominal səthin bu səthə nəzərən verilən istiqamətdə müstəvi
ilə kəsiyidir.
Həqiqi profil – həqiqi səthin cizgidə göstərilən səthə əsaslanaraq verilən
istiqamətdə müstəvi ilə kəsiyidir.
Adətən, kəsən müstəvi nominal səthə perpendikulyar istiqamətlənir. Həqiqi
profilin ölçmə nəticəsində alınan qrafiki təsvirinə profiloqram deyilir.
Ölçü cihazları ya profiloqramın, ya da kələ-kötürlülüyün ölçü xarakteristika-
larını verir.
Səthin kələ-kötürlülüyünün ölçülərini DÜİST 2789-73 üzrə təyin edərkən,
hesabatı orta xətt adlanan xəttə və ya ona paralel xəttə nəzərən aparırlar.
Profilin orta xətti, nominal profilin formasına uyğun olan və həqiqi profili

bölən elə baza xəttidir ki, profilin nöqtələrinin baza uzunluğunda y 1 , y 2 , ..., y n

məsafələrinin kvadratları cəmi (şəkil 2) bu xəttdən ən kiçik məsafədə yerləşmiş olur.

Şəkil 2 Səthin profiloqramı

Orta xətti “m” belə də təyin etmək olar: baza uzunluğunda bu xəttin hər iki
tərəfində yerləşən profilin konturunun sahəsi bərabər olsun, yəni
F1 + F2 + .. .+ Fn =S1 +S 2 +. .. Sn
və ya

∫ yd ℓ=0
0 ,
burada “ ℓ ” – baza uzunluğudur.
DÜİST 2789-73 üzrə səthin kələ-kötürlüyünü təyin etmək üçün aşağıdakı
meyarlar qəbul olunmuşdur.

Profilin orta arifmetik meyillənməsi, Ra - baza uzunluğunda profilin

meyillənmələrinin “ y ” mütləq qiymətlərinin orta arifmetik qiymətidir.


ℓ n
1 1
Ra = ∫ y ( x )dx≈ ∑ | y i|
ℓ 0 n i=1

Profilin meyillənməsi “ y ”- profilin nöqtəsindən keçən orta xəttə perpen-


dikulyar olan xətt üzrə ölçülmüş həmin nöqtə ilə orta xəttin arasındakı məsafədir.

Ön nöqtə üzrə profilin kələ-kötürlüyünün hündürlüyü R z baza uzunluğunda

yerləşən beş ən yüksək çıxıntının hündürlüklərinin H imax və beş ən alçaq çökəyin

dərinliklərinin H imin mütləq qiymətlərinin orta qiymətidir.


5 5
|∑ H imax|+|∑ H i min|
R z = i=1 i=1
5
Düz xəttin kəsiyi formasında olan orta xətt üçün
5 5
∑ hi max−∑ himin
R z = i =1 i=1
5

burada hi max - və hi min -orta xəttə ekvidistant olan və profili keçməyən xətdən

ölçülmüş beş ən yüksək və beş ən aşağı nöqtələrin (baza uzunluğunda) ordinatlarıdır

Kələ kötürlüyün ən böyük hündürlüyü Rmax -baza uzunluğunda profilin

çıxıntılarının ən yüksək nöqtəsi ilə çəkəklərin ən aşağı nöqtəsi arasındakı məsafədir.

Kəkə-kötürlüyün orta addımı S m - baza uzunluğunda kələ-kötürlüyün

addımının orta qiymətidir.


n
1
S m= ∑ S mi
n i=1
S mi - kələ-kötürlüyün addımı, yəni orta xəttin bu xəttə qonşu çıxıntıların

eyniadlı tərəflərinin kəsişmə nöqtələri ilə məhdudlaşdırılmış kəsiyinin uzunluğu; n


-baza uzunluğunda olan addımların sayıdır.
Təpələr üzrə kələ-kötürlüyün orta addımı S -baza uzunluğunda yerləşən
xarakterik çıxıntıların təpələri arasındakı məsafələrin orta qiymətidir.
n
1
S= ∑ S i
n i=1 ,
burada n - baza uzunluğunda olan çıxıntıların addımlarının sayıdır.

Profilin nisbi uzunluğu


t p - faizlə alınan profilin dayaq uzunluğunun η p

baza uzunluğuna “ ℓ ” nisbətidir.


η
t p = p⋅100 %

η p - baza uzunluğunda olan bi uzunluqlarının cəmidir.
Bu uzunluqlar profilin çıxıntılarında orta xəttə ekvidistant olan verilmiş xəttlə
kəsilir, yəni
n
η p =∑ bi
i=1 ,
n - baza uzunluğunda olan bi uzunluqlarının sayıdır.

Profilin dayaq uzunluğu


ηp çıxıntılar xətti ilə profili çıxıntılar xəttinə
ekvidistant kəsən xəttin arasında müəyyən məsafədə ( P ) təyin olunur.
Profilin çıxıntıları xətti-baza uzunluğunda profilin ən yüksək nöqtəsindən
keçən və orta xəttə ekvidistant olan xəttdir.
P -nin qiymətləri Rmax -a nisbətən faizlə götürülür.

Səthin kələ-kötürlüyünə qarşı tələblər və onu qiymətləndirən parametrlərin


seçilməsi, hissələrin səthlərinin funksional vəzifəsi və onların konstruktiv
xüsusiyyətlərinə əsasən təyin olunmalıdır.

Məsələn, məsul hissələrin sürtünən səthləri üçün Ra (və ya R z ), Rmax və

t p -nin buraxıla bilən qiymətlərini və kələ-kötürlüyün istiqamətini təyin edirlər:

dövri yüklənmiş məsul hissələrin səthləri üçün Rmax , S m və S təyin olunur və s.


Ra və Rz parametrlərindən Ra kələ-kötürlüyü daha tam qiymətləndirir,
çünki onun müəyyən edilməsi üçün həqiqi profilin çoxlu nöqtələri ilə orta xəttin

arasındakı məsafələri ölçüb toplayırlar: R z -in müəyyən edilməsi üçün isə ancaq

kələ-kötürlüyün təpələri və çökəkləri arasındakı məsafə ölçülür.


Kələ-kötürlüyün normalaşdırılmış istiqamətlərinin növləri və cizgilərdə işlənən
şərti işarələri (DÜİST 2789- üzrə) cədvəl 1-də verilmişdir.
Səthin kələ-kötürlüyü onun istismar şəraitinə əsasən təyin edilir. Səthin
təmizliyinin artırılması bir qayda olaraq emal qiymətinin artması ilə nəticələnir.
Ancaq birləşmənin iş keyfiyyəti heç də həmişə səthin təmizliyinin artması ilə artmır.
Məsələn, sürtünən səthlər həddindən artıq yüksək təmizliyi olan tıxaclanma
verir və nəticədə səthlər korlana bilir.

XII həftə
Kələ-kötürlüyü işarələnməsinin qaydaları.

DÜİST 2.309 üzrə kələ-kötürlüyü işarələnməsinin qaydaları aşağıdakılardır.


1.Metal, plastik kütlə və başqa materiallardan hazırlanan hissələrin səthlərinin
kələ-kötürlüyü “˅” işarəsi ilə işarə olunur və bunun üstündə kələ-kötürlüyün seçilmiş
parametrinin mkm-lə verilmiş qiyməti göstərilir.
Cədvəl 1
Kələ- Sxematik təsviri Cızıqların Kələ-kötürlüyün səthin
kötürlüyün istiqamətinin üzərində göstərilən
istiqaməti işarəsi işarələrinin izahatı
Paralel Cizgidə səthi
təsvir edən
xəttə paralel
Perpendikul Cizgidə səthi
yar təsvir edən
xəttə
perpendi-
kulyar
Çarpaz Cizgidə səthi
təsvir edən
xəttə mailli iki
istiqamətdə
çarpazlaşma
Sərbəst Cizgidə səthi
təsvir edən
xəttə nəzərən
müxtəlif
istiqamətlər
Dairəvi Səthin mərkə-
zinə nəzərən
təqribən dairə-
vi
Radial Səthin mərkə-
zinə nəzərən
təqribən radial

Ra -nın qiyməti simvolsuz, və başqa parametrlər isə simvolla göstərilir.

1,25 3,1
Məsələn, ¿ , yaxud R z ¿ .
2. Cızıqların istiqamətinin işarələnməsi cədvəl 1 -ə uyğundur.
3. Əgər verilmiş kələ-kötürlük sinfi üçün baza uzunluğu nəzərdə tutulmursa,
onu cızıqlaqrın istiqamətinin işarəsinin üstündə göstərirlər:
R z 6,3
√2,5
4. Səthin kələ-kötürlüyünün qiymətləri Ra və R z parametrlərinin ən böyük
kəmiyyətini məhdudlaşdırır.
Əgər kələ-kötürlüyün ən kiçik kəmiyyəti də məhdudlaşdırılmalıdırsa,
parametrin hər iki qiyməti göstərilir:
1, 25 ¿ 4,0 ¿
√¿ 2,5 ¿¿ yaxud
√¿ Rz8,0 ¿¿
5. Səthlərin emal üsulları ancaq o hallarda göstərilir ki, bunlar məmulatın tələb
edidilən keyfiyyətini təmin edən yeganə hallar olsun:
Pardaqlamalı
1,25
√ 0,8
Emal olunmamış və yaxud yonqar çıxarmaqla emal olunmuş səthlər -
simvolu ilə, yonqar çıxarmaqla emal olunmuş səthlər -simvolu ilə işarə olunurlar.
6. Kələ-kötürlüyün işarələnməsində iki və ondan çox parametrlər göstərilirsə,
onların qiymətini yuxarıdan aşağıya belə yazırlar:
- profilin hündürlüyün parametri;
- profilin addımının parametri;
- profilin nisbi dayaq uzunluğu.
Səthlərin kələ-kötürlüyünün göstərilmiş işarələnməsi üçün nümunələr şəkil 3-də
verilmişdir.

Şəkil 3
XIII həftə

Ölçü zəncirinin keyfiyyətinin normallaşdırılması


Əsas anlayışlar, təyinatlar və asılılıqlar

Bir- birilə qarşılıqlı əlaqədə olan, verilmiş məsələnin həllində bilavasitə iştirak
edən və qapalı kontur təşkil edən xətti, yaxud bucaq ölçüləri cəmliyinə ölçü zənciri
deyilir. İki cür ölçü zənciri vardır: a) hissə üzrə; b) yığım üzrə (şəkil 1 a, q). Şəkil 1
a, b-də təsvir olunan ölçü zənciri üç xətti ölçüdən (A1, A2, və A3) ibarətdir. Bu ölçülər
arasında sadə asılılıq mövcuddur: A1= A2+A3 ; A1, A2, və A3 ölçülərindən yaranan
qapalı konturun, yəni ölçü zəncirinin təsviri şəkil 1 b-də verilmişdir.

Şəkil.1. Hissə üzrə və yığım üzrə ölçü zəncirləri a) hissə və onun ölçüləri; b)
hissə üzrə ölçü zəncirinin sxemi; v) valın yuva ilə birləşməsi; q) yığım üzrə ölçü
zəncirinin sxemi

Şəkil 1 v-də val ilə (1) yuvanın (2) ara boşluğu ilə birləşməsi təsvir
olunmuşdur. A1 və A2 diametrləri A3 ara boşluğu ilə birlikdə qapalı kontur yaradaraq
yığım üzrə ölçü zəncirini təşkil edir. Şəkil 1 q-də bu ölçü zəncirinin sxemi
verilmişdir. Burada da A1, A2, və A3 ölçüləri arasında sadə asılılıq mövcuddur: A1=
A2+A3. Ölçü zəncirinə daxil olan ölçüləri kiril əlifbanın baş hərfləri ilə (A1, A2,..., An
yaxud B1, B2,..., Bn və s.) işarə etmək qəbul olunmuşdur. Yuxarıda baxılan ölçü
zəncirləri ən sadə ölçü zəncirlərinə aiddir, çünki onların hər biri paralel üç ölçüdən
ibarətdir.
Ən mürəkkəb ölçü zəncirləri fəza ölçü zəncirləridir. Lakin, hər bir fəza ölçü
zənciri xətti ölçü zəncirinə gətirilə bildiyi üçün ölçü zəncirlərini əsas anlayışlarını,
təyinatlarını və asılılıqlarını xətti paralel ölçü zəncirləri üzərində şərh edəcəyik. Bu
səbəbdən hazırda və gələcəkdə ölçü zənciri dedikdə xətti paralel ölçü zənciri başa
düşüləcəkdir. Ölçü zəncirinin ölçüsünə çox vaxt bənd deyilir. Ölçü zəncirinin ölçüləri
qapayıcı ölçüdən (bənddən) və təşkiledici ölçülərdən ibarətdir.
Qapayıcı ölçü, ölçü zəncirinin elə ölçüsünə deyilir ki, o hissəninemalı zamanı,
yaxud qovşağın prosesində axırıncı alınmış olsun. Hissələr üçün qapayıcı ölçü ancaq
bu hissənin texnoloji emal ardıcıllığı tərtib edildikdən sonra təyin oluna bilər.Çünki
texnoloji prosesin tərtibi zamanı hər bir əməliyyat üçün texnoloji bazalar
müəyyənləşdirilir. Bu halda qapayıcı bəndin qiyməti nə cizgilərdə göstərilir, nə də
ona emal zamanı nəzarət olunur. Ayrı-ayrı hallarda qapayıcı bəndin qiyməti
cizgilərdə sorğu materialı kimi qeyd edilir. Qapayıcı ölçünü göstərmək üçün baş
hərflərə “Δ” indeksi əlavə olunur. (məsələn, AΔ, BΔ və s.).
Tutaq ki, şəkil 1 a-da göstərilən hissənin üst səthinin emalı üçün texnoloji baza
kimi alt səthdən istifadə olunur. Bu səbəbdən emal zamanı və emaldan sonra A1 və
A2 ölçülərinə nəzarət olunmalıdır. A3 ölçüsü ən axırda öz-özünə alındığı üçün
qapayıcı ölçü olacaqdır. Şəkil 1 v-də göstərilmiş birləşmədə isə A3 ölçüsü (ara
boşluğunun qiyməti) sonradan alındığı üçün qapayıcı ölçü olur.
Ölçü zəncirinin tək bircə qapayıcı ölçüsü olur. Ölçü zəncirinin qalan ölçüləri,
yəni təşkiledici ölçülər qapayıcı ölçünün qiymətinə təsir etməsinə görə iki yerə
bölünürlər:artırıcı-təşkiledici ölçülər və əskildici – təşkiledici ölçülər.
Artırıcı – təşkiledici ölçülər, o təşkiledici ölçülərə deyilir ki, onların artması ilə
qapayıcı ölçünün qiyməti artmış olsun.
Əskiledici – təşkiledici ölçülər, o ölçülərə deyilir ki, onların artması ilə
qapayıcı ölçünün qiyməti azalmış olsun.
Şəkil 1-də göstərilən hər iki ölçü zəncirində A3 ölçüsü qapayıcı ölçü, A1- ölçüsü
artırıcı – təşkiledici ölçü. A2 ölçüsü isə əskildici – təşkiledici ölçüdür.
Qapayıcı, artırıcı – təşkiledici və əskildici – təşkiledici ölçülərin nominal
qiymətləri arasındakı asılılıq aşağıdakı düsturla ifadə olunur:
m n
A Δ = ∑ A j− ∑ Ak
j=1 k=m +1 , (1)
yəni ölçü zəncirinin qapayıcı ölçüsünün nominal qiyməti bütün artırıcı – təşkiledici
ölçülərin nominal qiymətlərinin cəmi ilə bütün əsgildici – təşkiledici ölçülərin
nominal qiymətləri cəminin fərqinə bərabərdir.

Burada Aj ölçü zəncirinin artırıcı – təşkiledici ölçüsü; j - ölçünün sıra

nömrəsi: j=1, 2, ..., m , m - artırıcı-təşkiledici sayı; Ak - ölçü zəncirindən

əskidici ölçüsü; k - ölçünün sıra nömrəsi: k =m+1, m+2, . .. ; n və n−m -


əskildici – təşkiledici ölçülərin sayıdır.

Ölçü zəncirlərinin keyfiyyətinin normallaşdırılmış həlli metodlar.

Ölçü zəncirini keyfiyyətini normalını hesablamaq, eyni zamanda onunnominal


hədd ölçülərini və eləcə də hədd meyillənmələrini və müsaidələrini təyin etmək
deməkdir.
Ölçü zəncirinin keyfiyyət normalının hesabatı zamanı qarşıya iki məsələ çıxa
bilər.
Düz məsələ - qapayıcı ölçünün verilmiş nominal ölçüsü, hədd meyillənmələri
və müsaidəsinə nəzərən təşkiledici ölçülərin müsaidələrinin optimal qiymətləri təyin
edilir.
Əks məsələ - təşkiledici ölçülərin nominal ölçüləri, hədd meyillənmələri və
müsaidə sahələrinə nəzərən qapayıcı ölçünün nominal ölçüsü, hədd meyillənmələri
və müsaidə sahəsi təyin edilir.
Əks məsələ yoxlama xarakteri daşıyır. Düz məsələ isə əsas məsələdir, çünki
bütün təşkiledici ölçülərin müsaidə və meyillənmələrinin hesabı qapayıcı ölçünün
müsaidəsinə nəzərən aparılır, yəni istismar tələblərindən asılı olaraq təyin edilmiş
çıxış ölçüsünün dəqiqliyinə əsasən aşkar edilir.
Hər iki məsələ tam qarşılıqlı əvəzolunma şəraitində iki metodla həll edilə bilər:
1. Maksimum və minimumu hesablama metodu
2. Nəzəri – ehtimal metodu.
Maksimum və minimumu hesablama metodu

Bu metodla hesablama zamanı ölçülərin müsaidə sahəsi daxilində səpələnmə


xarakteri nəzərə alınmır.
Qapayıcı ölçünün ən böyük və ən kiçik hədd ölçüləri təşkiledici ölçülərin ən
böyük və ən kiçik hədd ölçülərinə əsasən təyin olunur. Məsələnin həlli həmçinin hədd
meyillənmələrinə nəzərən aparıldığı üçün nisbətən sadə olur.
Qapayıcı ölçünün müsaidə sahəsi ən böyük hədd ölçüsü ilə ən kiçik hədd
ölçüsünün fərqinə bərabərdir, yəni
T Δ = A max
min
Δ −A Δ (2)
Qapayıcı ölçünün maksimum qiyməti, bütün artırıcı – təşkiledici ölçülərin
maksimum qiymətlərinin cəmi ilə bütün əskildici – təşkiledici ölçülərin minimum
qiymətlərinin cəminin fərqinə bərabərdir, yəni
m n
A max
Δ = ∑ A max
j − ∑ Amin
k
j=1 k=m +1 (3)
Qapayıcı ölçünün minimum qiyməti, bütün artırıcı – təşkiledici ölçülərin
minimum qiymətlərinin cəmi ilə bütün əskildici-təşkiledici ölçülərin maksimum
qiymətlərinin cəminin fərqinə bərabərdir, yəni
m n
A min
Δ = ∑ A min
j − ∑ A max
k
j=1 k =m+1 (4)

(3) və (4) düsturlarından A max


Δ və A min
Δ kəmiyyətlərinin qiymətlərini (2)
düsturunda yerinə yazıb sadələşdirsək, alarıq:
m n m n m n n
T Δ=
(∑ j=1
A max
j − ∑
k =m +1
Akmin ⋅
) (∑
j=1
A min
j − ∑
k =m+1
A max
k )∑
=
j=1
T j+ ∑
k =m+1
T k =∑ T i ;
i=1

n
T Δ =∑ T i
i=1 (5)
Deməli, qapayıcı ölçünün müsaidə sahəsi bütün təşkiledici ölçülərin müsaidə
sahələri cəminə bərabərdir.
Qapayıcı ölçünün yuxarı hədd meyillənməsi, onun ən böyük hədd ölçüsü ilə
nominal ölçüsünün fərqinə bərabərdir, yəni
eS Δ= A max
Δ − AΔ (6)
max
(3) düsturundan AΔ kəmiyyətinin qiymətini (6) düsturunda yerinə yazıb
sadələşdirsək, alarıq:
m m
eS Δ= ∑ eS jΔ − ∑ eik Δ
j=1 k =m+1 (7)
Deməli, qapayıcı ölçünün yuxarı hədd meyillənməsi, bütün artırıcı – təşkiledici
ölçülərin yuxarı hədd meyillənmələrinin cəmi ilə bütün əskildici – təşkiledici
ölçülərin aşağı hədd meyillərin cəminin fərqinə bərabərdir.
Məlumdur ki, qapayıcı ölçünün aşağı hədd meyillənməsi onun ən kiçik hədd
ölçüsü ilə nominal ölçüsünün fərqinə bərabərdir, yəni
ei Δ= A min
Δ −AΔ (8)

(5.4) düsturundan A min


Δ kəmiyyətinin qiymətini (5.8) düsturunda yerinə yazıb
sadələşdirsək, alarıq:
m m
ei Δ= ∑ ei jΔ− ∑
j=1 k=m+1 (9)
Deməli, qapayıcı ölçünün aşağı hədd meyillənməsi, bütün artırıcı – təşkiledici
ölçülərin aşağı hədd meyillənmələrin cəmi ilə bütün əksildici-təşkiledici ölçülərin
yuxarı hədd meyillənmələri cəminin fərqinə bərabərdir.

Nəzəri-ehtimal metodu
Bu metodla ölçü zəncirlərini həll etdikdə, təşkiledici ölçülərin müsaidə sahələri
daxilində səpələnmə xarakteri nəzərə alınır.
Ümumi şəkildə qapayıcı ölçünün müsaidəsi ilə təşkiledici ölçülərin müsaidələri
arasında asılılıq aşağıdakı kimi ifadə olunur:
n
1
T Δ= t
3 √∑ i =1
2 2
ξ i⋅k i ⋅T i
2

(10)
t əmsalı risketmə faizindən (P-dən) asılı olaraq qəbul edilir. Normal paylanma
qanunu üçün t –nin aşağıdakı qiymətləri mövcuddur:
Risketmə faizi – P%-lə............32 10 4,5 1,00 0,27 0,1 0,01
t əmsalı....................................1 1,65 2 2,57 3 3,29 3,89

“K” əmsalı √ 3=1,73 -ə bərabər qəbul edilir.

Ölçü zəncirinə daxil olan ölçülərin bir-birinə paralel olan halı üçün |ξ|=1
qəbul olunur.
Qapayıcı ölçünün yuxarı və aşağı hədd meyillənmələri aşağıdakı düsturlarla
təyin edilir:


( ) }
eSΔ= Ā Δ+ − A Δ ¿ ¿ ¿¿
2
(11)

burada Ā Δ , A Δ uyğun olaraq qapayıcı ölçünün orta arifmetik və nominal


qiymətləridir.
XIV həftə
Əsas meyillənmələr

Nominal diametri 500 mm-ə qədər olan yuvalar və vallarda müxtəlif növdə
oturtmalar yaratmaq üçün Beynəlxalq və QİYŞ ölkələri standartlarında 28 variantda
əsas meyillənmələr qəbul olunmuşdur (ST SZV 145). Sıfır xəttinə daha yaxın olan
hədd meyillənməsinə əsas meyillənmə deyilir. Yuvalar üçün əsas meyillənmələr latın
əlifbasının böyük, vallar üçün isə kiçik hərfləri ilə işarə olunur. Yuvaların əsas
meyillənmələrin qrafik təsvirinə baxaq (şəkil 1).

Yuva

Sıfır xətti

Val

Sıfır xətti
No
mi
na
l
ölç
ü

Şəkil 1.
İSO sistemində yuva və val üçün 21 əsas meyillənmə aiddir. Bundan əlavə 3
aralıq meyillənmə (cd, ef, fg; CD, EF, FG) ara boşluqlu oturtma üçün, 3 aralıq
meyillənmə (za, zb, zc; ZA, ZB, ZC) gərilməli oturtmalar üçün var. Bu aralıq
meyillənmələr dəqiq mexanika və saat istehsalatında 10 mm-ə qədər olan ölçülərə
tətbiq olunur.

Burada A-H (a-h) meyillənmələri ara boşluğu ilə I s −N ( js−n) meyillən-

mələri keçid və P−ZC( p−zc ) meyillənmələri isə gərilmə ilə oturtmalar


yaradılması üçün nəzərdə tutulmuşdur. Hər bir hərfin qiyməti nominal ölçülərdən
asılı olan bir sıra əsas meyillənmələri göstərir. Valların əsas meyillənmələrinin
qiyməti və işarəsi aşağıdakı empirik formulalarla hesablanır:
es(a )=−(265+1 , 30 D); D≤120 olduqda
es(a )=−3,5 D ; D>120 olduqda
es (b )≈(−140+0 ,85 D ); D≤160 olduqda
es(b )≈−1,8 D ; D>160 olduqda
0,2
es(c )=−52 D ; D≤40 olduqda
es (c )=−(95+0,8 D ); D>40 olduqda

es(cd)=−√ es( c)⋅es(d)


0, 44
es(d )=16 D
0, 41
es(d )=−11 D
es(ef )=−√ es(e)⋅es(f )
0 , 41
es(f )=−5,5 D
es(fg)=−√ es(f )⋅es(g)
0 , 34
es(f )=−2,5 D
es(h)=0
ei( j ) 5-ci kvalitetdən 8-ci kvalitetədək formulsuzdur.
3
4-cü kvalitetdən 7-ci kvalitetədək ei(k )=−0,6 √ D qalan kvalitetlər üçün
ei(k )=0 .
ei(m)=+(IT 7 −IT 6 )
0, 34
ei(n )=+ 5 D
ei( p)=+ IT 7 +(0 .. . 5)

ei( z)=+ √ ei( p)⋅ei(s)


ei(s )=+ IT 8 +(1. .. 4 ); D≤50 olduqda
ei( s ) =+ IT 7 + 0,4 D ; D>50 olduqda
ei(t )=+ IT 7 +0 , 63 D
ei (u )=+ IT 7 + D
ei(r )=+ IT 7 +1, 25 D

Oturacaqların seçilməsi.
Oturacaqları ya yuva və ya da val sistemində tətbiq etmək lazımdır. Əsasən
oturacaqlar yuva sistemində tətbiq olunur. Əgər yuva və valın müsuidləri eyni deyilsə
onlar arasındakı fərq yalnız iki kvalitet qədər olmalıdır. Məsələn: H1/f1 H7/f6
H7/f5

Cizgilərdə hədd ölçülərinin və kvalitetlərin işarələnməsi.


Val sistemində: F7/h7; G6/h6
Yuva sistemində:
ei( x )=+ IT 7 +1,6 D
ei( I )=+ IT 7 +2 D
ei( z )=+ IT 7 +2,5 D
ei( za )=+ IT 8 +3 ,15 D
ei( zb )=+ IT 9 + 4 D
ei( zc )=+ IT 10 +5 D
Yuxarıdakı formullarda es və ei -nin qiymətləri mkm-lə D -nin qiyməti

isə mm-lədir. js üçün isə hər iki hədd meyillənməsi + JT /2 -dir. Əsas
meyillənmələr kvalitetdən asılı deyildir. Yuvaların əsas meyillənmələri
A - dan H -a dək EI =−es
I - dən zc -a dək ES=−ei
qanuna uyğunluğuna əsasən qurulmuşdur. Yəni yuvanın əsas meyillənmələri valın
eyniadlı əsas meyillənmələrinə qiymətcə bərabər, işarəcə əks qurulmuşdur.
Bu qaydadan müstəsna olaraq 3mm-dən böyük yuvalar üçün 8-ci kvalitetədək
J, K, M və N meyillənmələri, 7-ci kvalitetədək isə p÷zc meyillənmələri
aşağıdakı xüsusi formula ilə tapılır.
ES=−ei+Δ
haradakı
Δ=IT n −IT n−1
yəni baxılan kvalitetlə ən yaxın dəqiq kvalitetin müsaidələri fərqi.
XV həftə

Hamar silindrik səthlərə nəzarət üçün hədd kalibrləri


Kütləvi və böyük seriyalı istehsallarda hamar silindrik səthlərin nəzarəti
kalibrlərlə aparılır. Nəzarətin məqsədi hissənin həqiqi ölçüsünün müsaidə sahəsi
hədlərində alınıb-alınmadığını, (həqiqi ölçünün qiymətini müəyyən etməməklə)
həmçinin əgər çıxdaş əmələ gələrsə, bu çıxdaşın düzələn və ya düzəlməyən olduğunu
aydınlaşdırmaqdan ibarətdir.
Əgər valın həqiqi ölçüsü onun ən böyük hədd ölçüsündən böyük olarsa və ya
yuvanın həqiqi ölçüsü onun ən kiçik hədd ölçüsündən kiçiksə, onda belə çıxdaşa
düzələn çıxdaş deyilir. Əgər valın həqiqi ölçüsü onun ən kiçik hədd ölçüsündən kiçik
olarsa və ya yuvanın həqiqi ölçüsü onun ən böyük hədd ölçüsündən böyükdürsə, onda
belə çıxdaşa düzəlməyən çıxdaş deyilir.
Məlumatın həqiqi ölçülərinin formalarının və səthlərinin vəziyyətinin tələb
olunan göstəricilərinə uyğun gəldiyini yoxlamaq üçün, təyin edilmiş ölçü alətlərinə
kalibrlər deyilir. Hissələrin ən böyük və ən kiçik hədd ölçülərini məhdudlaşdıran
hədd kalibrləri hazırda geniş yayılmışdır. Hamar silindrik səthlərə nəzarət üçün, yəni
yuvaya nəzarət üçün kalibr tıxaclar və vala nəzarət üçün kalibr bəndlər tətbiq olunur.
500 mm ölçülərdəki IT 6÷IT 17 kvalitetlərdən kütləvi və ya böyük
seruyalarla istehsal olunan hissələrin yararlığı əksər hallarda hədd kalibrləri vasitəsilə
müəyyən olunur. Hədd kalibrləri işçi və nəzarət kalibrlərindən ibarətdir. İşçi kalibrlər
keçən Pr və keçməyən NE tərəflərə malikdirlər. Keçən Pr tərəf yoxlanılan obyektin
ən çox materialına uyğun hədd ölçüsünə, keçməyən tərəf isə (NE) ən az materialına
uyğun hədd ölçüsünə nəzarət üçün nəzərdə tutulmuşdur (şəkil 1).
Şəkil 1.
Nəzarət kalibrləri nizamlanan kalibr bəndlərin sazlanması və nizamlanmayan
kalibr bəndlərə nəzarət məqsədi ilə mövcuddurlar. Bu kalibrlər keçməyən olmaqla,
keçən tərəfə (K-Pr), keçməyən tərəfə (K-NE) və yeyilmə sərhədinə (K-İ) nəzarət
üçün layihə olunurlar.
CT SZV 157 standartında işçi və nəzarət kalibrlərinin icra ölçülərinin təyini
üçün müsaidələr verilmişdir.
Yuva üçün

Şəkil 2
Burada N – kalibr tıxacın; Ns – sferik işçi səthli kalibr tıxacın; N – kalibr
bəndin və Nr – nəzarət kalibrlərinin işçi səthləri üçün müsaidələridir.

Qeyd etmək olar ki, YT9 – dan YT17 – dən y və y 1 =0 .

F 180 mm-dək α və α 1=0 -dır.


Bucaqların müsaidə sistemləri
Məlum olduğu kimi konuslar böyük (D) və kiçik (d) diametrləri, konusluq

bucağı ( α ), maillik bucağı ( α /2 ) və uzunluğu ( L ) ilə xarakterizə olunurlar.


Bunlar arasında aşağıdakı əlaqələri göstərmək olar (şəkil 3)

Şəkil 3
(0,5 D−0,5 d )/L=tgα /2
Burada
( D−d )/L=2 tgα / 2
Haradakı 2tg α /2=C konsulluq adlanır.
C /2=tgα /2 isə maillik ( i ) adlanır.
DÜİST 8908-81 - ə əsasən bucaqların müsaidələri üçün 17 dəqiqlik səviyyələri
müəyyənləşdirilmişdir: 1, 2, 3, .........17. Verilmiş dəqiqlik səviyyəsində bucağın
müsaidəsini göstərmək üçün AT-yə (ingiliscə bucağın müsaidəsi sözlərinin baş
hərfləridir) uyğun dəqiqlik səviyyəsinin nömrəsi əlavə olunur. Məsələn: AT1, AT2,
AT3, ......, AT17. Bucaqların müsaidəsi bir dəqiqlik səviyyəsindən o birinə keçərkən

ortaq vurğu ϕ=1,6 olan həndəsi silsilə kimi dəyişir. Hər bir dəqiqlik səviyyəsi
üçün ayrıca bucağın ATα , ATD və ATh müsaidələri qəbul olunmuşdur.
ATh = ATα ·L·İC-3 formulu ilə tapılır. Burada ATh –mkm-lə; ATα –mkrad-la; L-
mm-lədir.
Konusluğu 1:3-dən kiçik konuslar üçün ATD = ATh (fərq 2%-dən çox olmur).
1:3-dən böyük konuslar üçün ATD = ATh /cosα/2 formulu ilə təyin olunur. Haradakı
α konusun nominal bucağıdır.
Konus birləşmələrinin müsaidə oturtmaları

ST SZV – 1780 standartlarında konusun diametrinin müsaidəsi iki üsulla


normallaşdırılmışdır. Birinci üsulda aşağıdakı ülgüdən göründüyü kimi uzununa
kəsildikdə həqiqi konus hədd konusları arasında yerləşir və eyni zamanda konusluq
bucağı və forma meyillənmələri də məhdudlaşır. İkinci üsulda isə müsaidə yalnız
konusun verilmiş kəsiyində müəyyənləşdirilir və bu zaman konusluq bucağının
meyillənməsi və forma meyillənməsi məhdudlaşmır (şəkil 8.2).

Şəkil 4.
Konus birləşmələri üçün ara boşluğu, gərilmə və keçid oturmaları nəzərdə
tutulmuşdur. Silindrik birləşmələrdən fərqli olaraq burada iş zamanı ox boyu
qüvvənin təsirilə burucu momentə uyğun gərilmənin qiymətini dəyişmək
mümkündür.
DÜİST 25307 tərəfindən müxtəlif növdə oturmalar yaratmaq üçün xarici
konuslara d, e, f, g, h, js, k, m, n, p, r, s, t, u, x, z və daxili konuslara isə H, İS, N əsas
meyillənmələri müəyyən olunmuşdur. Bu əsas meyillənmələr 4÷12 – ci kvalitetlərin
müsaidələri ilə birlikdə müsaidə sahələrini yaradırlar.

You might also like