You are on page 1of 4

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fakü ltə: Beynəlxalq Mü nasibətlər və iqtisadiyyat


İxtisas: Politologiya
Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Sərbəst iş №5
Mö vzu: Milli Qəhrəmanlarımız
Kurs:1
Qrup:822
Tələbə: Vəfa Həsənxanova
Mü əllim: İradə Məhərrəmova
Milli Qəhrəmanlarımız
Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Vətənin müqəddəsliyi öz millətini,
yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad və müstəqil
olmayan vətəndə azad vətəndaş ola bilməz. Vətən uğrunda canından keçən qəhrəmanlar
heç vaxt unudulmur. Həmin qəhrəmanların təbliği isə gənclərin vətənpərvərlik ruhunun
formalaşmasında müstəsna rol oynayır. Onu da qeyd edək ki, şəhidlərimiz qaranlıq
keçmişimizdən işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan
qəlb dünyamızdır. Unudulmayan qəhrəmanlardan biri də İsmayıllı rayonunun Pirəbilqasım
kəndində anadan olan Mahmudov Ərəstun İspəndi oğludur. Xatırlatmaq yerinə düşərdi ki,
Pirəbilqasım kəndi tarixi keçmişinə sadiq qalmasına görə fəxr olunası kəndlərdən biridir.
Məlumata əsasən 1918-ci il mart ayında erməni silahlıları kəndə soxularaq kiçikdən böyüyə
kimi kənd əhalisinin hamısını qoz ağacının altına yığaraq onları öldürmək istəyiblər.
Zərgəran ermənilərindən biri kənd sakini Fətullah kişini tanıyıb. Ona qohumlarını götürüb
kənddən çıxmasını söyləyib. Ermənin dedikləri ilə razılaşmayan Fətullah kişi belə deyib: -
Kənd əhalisi mənim qohum və əqrəbalarımdır, öləcəyiksə hamımız bir ölək. - Ermənilər belə
bir vəziyyətdə kənd əhalisindən pul istəyiblər. Kənddə kimsədə pul olmadığı üçün haqqında
əsas söhbət açdığımız qəhrəmanımızın ana babası olan Vahid kişi olan pulunu ermənilərə
verərək bir kəndi erməni cəlladlarından azad edib. Məlumata görə, Pirəbilqasım kəndinin
adamları İkinci Dünya müharibəsi illərində yaxın kənd və rayonlara buğda təminatında
əlindən gələn köməyi əsirgəməyib. Azərbaycan Respublikasının Milli Qəhrəmanı olan
Mahmudov Ərəstun İspəndi oğlu məhz bu kəndədndir. Mahmudov Ərəstun İspəndi oğlu
1956-cı ildə fevral ayının 20-də İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan
olmuşdur. Milli qəhrəmanımız orta məktəbi bitirdikdən sonra arzusuna çatmaq niyyəti ilə
Rusiyada Vıborq Texniki Aviasiya Məktəbinə daxil olur və təhsilini bitirdikdən sonra vətənə
qayıdır. 1978-ci ildə Zabrat Mülki Aviasiya birliyində bort mühəndisi işləməyə başlayır.
Xidməti zamanı o, Azərbaycan Mülkü Aviasiya idarəsinin, rayon komsomol komitəsinin fəxri
fərmanlarına layiq görülmüşdür. O, həm də Omsk və Kremençuk şəhərlərində aviasiya
ixtisasartırma kurslarını bitirmişdir. AN-2 təyyarələri Aİ-2 və Mİ-8 vertolyotlarını böyük
məharətlə idarə edirdi. Ərəstun Mahmudov 1988-ci il Qarabağ münasibətləri başlayan
zaman idarə etdiyi Mİ-8 vertolyotu ilə Qarabağın mühasirə şəraitində uçuşlar edir, dinc
əhalinin xilası üçün gecəli-gündüzlü çalışırdı. Vertolyot komandiri Viktor Sereyagin, II pilot
Səfa Axundov və Ərəstun Mahmudov yaxşı bilirdilər ki, hər uçuşda onları ölüm təhlükəsi
gözləyir. 1992-ci il yanvarın 28-də saat 16-20 dəqiqədə Ağdamdan Şuşaya uçan,
salonunda 40 nəfər olan Mİ-8 vertolyotu Şuşa səmasında Xankəndi tərəfindən atılan
"Stinger" raketi ilə vuruldu. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəman adı verildi.
Şəhidlər xiyabanında dəfn olundu. Xatırladaq ki, Bakı şəhəri Nizami rayonundakı 220
nömrəli məktəb-liseyi qəhrəmanımızın - Ərəstun Mahmudovun adını daşıyır. Elə həmin
məktəbdə də büstü qoyulub. Qəhrəmanımız ailəli idi, 3 övladı vardı. Milli qəhrəmanımız
haqqında məlumatı dinlədikcə bu məlumat insanı çox təsirləndirir. Ərəstun Mahmudov
vertolyotu ilə öz kəndinə enərək kənd əhalisi ilə görüşüb, onlarla həmsöhbət olmuşdu.
Ölümündən sonra milli qəhrəmanımızın xatirəsinə hörmət olaraq kənd sakinləri vertolyot
endiyi yerə qoz ağacı əkiblər. Xatırladaq ki, Milli Qəhrəmanımızın oğlu Elnur Mahmudov
atasının davamçısı olub. Belə ki, Milli Aviasiya Akademiyasını bitirərək atasının şərəfli
peşəsini davam etdirmişdir. Elnur Mahmudov Əfqanıstana uçuşu zamanı terror təşkilatı olan
taliblər tərəfindən vurulmuş, bu günə kimi də itkin düşmüşdür. Digər Milli Qəhrəman Tofiq
Mirsiyab oğlu Hüseynov 1954-cü il aprelin 19-da Xocalı şəhərində anadan olub. Xocalı
şəhər orta məktəbində hərbi hazırlıq müəllimi işləyib, kapitan rütbəsinə qədər yüksəlib. O,
1991-ci ildəXocalı özünü müdafiə taborunun komandiri olub, "Mixaylo" ləqəbi ilə tanınıb. O,
rəhbərlik etdiyi taborla birlikdə Meşəli, Naraguğ, Mehdi kənd və digər istiqamətlərdə
qəhrəmanlıqla vuruşub, düşmənin hərbi texnikalarını məhv edib. Mehdi kənd əməliyyatı
zamanı düşmənin artilleriyası, "Alazan"qurğusu məhv edilib, xeyli erməni öldürülüb, 10
nəfər əsir götürülüb. Bu əməliyyata görə ona mayor rütbəsi verilib. O, 1992-ci il fevralın 26-
da düşmənlə axıra qədər vuruşub, dinc əhalinin xeyli hissəsinin təhlükəsiz yerə çıxmasını
təmin edib. O, axırıncı gülləsinə qədər döyüşüb, sonda qumbara ilə özünü partladıb, 10
nəfərə yaxın ermənini də məhv edib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.Tofiq
Hüseynov kimi qəhrəmanların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır. 26 iyul Milli
Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) doğum günüdür. Asif Yusif oğlu Məhərrəmov
1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın
Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə
qarşı müdafiə dəstələri yaradıb, 1990-cı ildə Ağdam özünümüdafiə dəstəsi yaradıb,
Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur
komandir kimi rəşadətlə vuruşub, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə
köməyə gedib, düşmənə ağır zərbə vurub. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il
iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. Bakı şəhərində 2-ci
Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır. Milli Qəhrəman
İlham Müzəffər oğlu Əliyev 1961-ci il mayın 5-də Gədəbəy şəhərində anadan olub. O,
milis zabiti kimi 1990-cı ildən cəbhənin Qazax istiqamətində ermənilərə qarşı döyüşlərdə
iştirak edib, qəhrəmanlıqla vuruşub. 1990-cı il avqustun 19-da onun rəhbərlik etdiyi 11
nəfərlik dəstə Aşağı Əskipara kəndinə soxulmuş erməni yaraqlıları ilə qeyri-bərabər döyüşə
girib, düşmən ağır itki verərək geri çəkilib, lakin qəhrəman komandir də həlak olub.
Gədəbəy şəhərində dəfn olunub, şəhərdəki 1 saylı orta məktəb onun adını daşıyır,
məktəbin önündə büstü qoyulub. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Qasım Qara
oğlu Rzayev 1970-ci il mayın 5-də Tovuz rayonu Əlibəyli kəndində anadan olub. O, 1990-ci
ildə könüllü özünümüdafiə dəstəsinin tərkibində, sonra isə Milli Ordunun sıralarında
düşmənə qarşı vuruşub, Əlibəyli, Muncuqlu, Koxa-Nəbi, Ağdam, Hacalı kəndlərinin
müdafiəsində fədakarlıq göstərib. 1992-ci il fevralın 11-də "Qan çanağı" deyilən yerdə kiçik
bir dəstə ilə düşmənin artıq qüvvəsinə qarşı döyüşə girib, düşmənin 1 PDM-i və ondan artıq
qüvvəsini məhv edərək hücumun qarşısını alıb. 1992-ci il mayın 14-də növbəti döyüş
zamanı onun idarə etdiyi və mərmiatan qurğu quraşdırılmış maşın düşmən topları
tərəfindən vurulub, o, qəhrəmanlıqla həlak olub. Əlibəyli kənd qəbiristanlığında dəfn edilib,
Hacalı kənd orta məktəbi onun adını daşıyır. Milli Qəhrəman Pərviz Əbdüləhəd oğlu
Səmədov 1970-ci il mayın 5-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin fevralında
könüllü olaraq Ağdam bölgəsinə gəlib və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə
başlayıb. Şelli, Naxçivanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə sücaət
göstərib. Onun dəstəsi düşmənin çoxlu sayda sursat anbarı, strateji obyektləri və canlı
qüvvəsinin yerləşdiyi sığınacaqları məhv edib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı
kəndi uğrunda güdən döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edib, həmçinin düşmən
tərəfindən vurlmuş "Təcili yardım" vertolyotunun ekipajını xilas edib. Lakin özü də düşmən
gülləsinə tuş gələrək həlak olub. Gəncə şəhərində dəfn edilib. Şəhərin küçələrindən biri
onun adını daşıyır. Fəxr edə biləcəyimiz Milli Qəhrəman Elşad Məmmədhənifə oğlu
Yəhyayev 1966-cı il mayın 5-də Şəki şəhərində anadan olub. O, milis leytenantı kimi
Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində rəşadətlə vuruşub. O, 1992-ci il iyunun 20-
də Naxçıvanik kəndini düşməndən təmizləmək məqsədi ilə keçirilən əməliyyatda tağım
komandiri kimi iştirak edib, əməliyyatda iştirak edən digər hərbi dəstənin mühasirədən
çıxmasını təmin edib, özü isə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər
Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun adını daşıyır, Bakıdakı 56 saylı
məktəbdə isə büstü qoyulub.şəhərində anadan olub. O, milis leytenantı kimi Sırxavənd,
Naxçıvanik, Papravənd kəndlərində rəşadətlə vuruşub. O, 1992-ci il iyunun 20-də
Naxçıvanik kəndini düşməndən təmizləmək məqsədi ilə keçirilən əməliyyatda tağım
komandiri kimi iştirak edib, əməliyyatda iştirak edən digər hərbi dəstənin mühasirədən
çıxmasını təmin edib, özü isə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər
Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun adını daşıyır, Bakıdakı 56 saylı
məktəbdə isə büstü qoyulub.

Bəli, əsrlərdən bəri tariximiz qəhrəmanlıq salnaməsi, analarımız qəhrəmanlar anası kimi
anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın
istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə
qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi
təqdim edir. Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Bizim hər birimizin ən böyük
arzusu qələbədir. İşğal olunmuş torpaqlarımız, doğma Qarabağımızın geri qaytarılması,
azad olunmasıdır. Xalqımız inanır ki, qeyrətinə arxalandığımız, ümidimizi bağladığımız igid
oğullarımız bu torpağı xilas edəcəkdir.

You might also like

  • Seçki
    Seçki
    Document8 pages
    Seçki
    Imran Ibisov
    100% (1)
  • Mese
    Mese
    Document6 pages
    Mese
    Imran Ibisov
    No ratings yet
  • Əhali
    Əhali
    Document8 pages
    Əhali
    Imran Ibisov
    No ratings yet
  • Aza Iq Zona
    Aza Iq Zona
    Document5 pages
    Aza Iq Zona
    Imran Ibisov
    No ratings yet
  • Milli Qehremanlarimiz
    Milli Qehremanlarimiz
    Document4 pages
    Milli Qehremanlarimiz
    Imran Ibisov
    No ratings yet
  • Sözün Qüdrəti
    Sözün Qüdrəti
    Document4 pages
    Sözün Qüdrəti
    Imran Ibisov
    No ratings yet
  • Termin
    Termin
    Document4 pages
    Termin
    Imran Ibisov
    No ratings yet
  • Buta
    Buta
    Document4 pages
    Buta
    Imran Ibisov
    No ratings yet
  • Soz
    Soz
    Document1 page
    Soz
    Imran Ibisov
    No ratings yet