You are on page 1of 4

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fakü ltə: Beynəlxalq Mü nasibətlər və iqtisadiyyat


İxtisas: Politologiya
Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Sərbəst iş №6
Mö vzu: Sö zü n qü drəti
Kurs:1
Qrup:820
Tələbə: Vəfa Həsənxanova
Mü əllim: İradə Məhərrəmova
Sözün qüdrəti
Sözün qüdrəti danılmazdır. Əsas məsələ odur ki, yerində deyilsin. 

Fərqi yoxdur, istər şirin olsun, istər kobud, yerində işlədilən sözün təsiri çağlayıb,
məcrasını dağıdan sellərdən daha güclüdür. Leksik olaraq, bir şey və ya hadisə
haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə; dil və nitq
mənalarına gələn sözdən keçmişdən-günümüzə istifadə edildiyi kimi, gələcəkdə
də hər kəs ehtiyacı olduğu qədər istifadə edəcəkdir. Söz insanın tutan əli, görən
gözüdür. Natiq və xətiblərin; şair və söz sənətkarlarının çəliyi, əsası həmişə söz
olmuş, “söz”lə oturub, “söz”lə durmuşlar, nitqlərini mənalı və kəsərli sözlərlə
bəzəmişlər.

Ana dilimizin ən böyük söz sərraflarından və ədəbi dil normalarının


formalaşmasında müstəsna xidmətləri olan Şah İsmayıl Xətai söz haqqında belə
deyir:

Söz vardır — kəsdirər başı,


Söz vardır — kəsər savaşı.
Söz vardır — ağulu aşı,
Bal ilən edər yağ bir söz.

“Şirin dil ilanı yuvasından çıxarar” deyib atalar. Əslində ilanı yuvasından çıxaran
dil deyil, dillə ifadə olunan mülayim sözlərdir ki, bu “sehrli” sözlər də sahibini daim
ucaldar. İrsi kimi qəlb dünyası da zəngin olan Nizami Gəncəvi “Leyli və Məcnun”
əsərində;

Sözün də su kimi lətafəti var,


Hər sözü az demək daha xoş olar.

***
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.

***
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.

Az sözün inci tək mənası olmaz,

Çox sözün kərpic tək qiyməti olmaz, — deyərək söz israfına yol verməməyin
gərəkliliyinə, artıq işlədilən sözlərin zərərinə toxunmuşdur. Fikrin ifadəsində az,
lakin məzmunlu bəyana üstünlük vermiş, sözçülükdən qaçmağın lazımlığına
diqqəti cəlb etmişdir.

Müdriklərin dili ilə desək, deyilmədən əvvəl söz sahibinin əsiridir, deyildikdən
sonra isə sahibi sözün əsiridir. İstər xoş söz olsun, istər naxoş. Bəzi məqamlarda
yersiz təriflərdə sözçülükdən başqa bir işə yaramır. Ünsiyyətdə də hər zaman
tövsiyə edilən mülayim üslubdur. Həyatda hamının xoş sözə ehtiyacı var.

Daşdan süzülə-süzülə damlayan suyun büllurlaşdığı kimi, düşünülüb ifadə edilən


sözlər də istiqamətverici olar. Addım atmadan “yüz dəfə ölçüb, bir dəfə biçmək”
nə qədər vacibdirsə, danışmadan və fikir bəyan etməzdən əvvəl düşünməkdə o
qədər əhəmiyyətlidir. İnsandan hər zaman məntiq və ağılla hərəkət tələb olunur.
Buna görə də insanın ifadə etdiyi fikir, dediyi söz bünövrəsi möhkəm fakt və
arqumentlərə söykənməlidir. Araşdırmaq, məsələdən agah olmaq fikrin bəyanı
üçün əsasdır. Məhz bundan sonra ifadə edilən fikirlər, deyilən sözlər uzunömürlü
olar.

Heç şübhəsiz ki, söz haqqında ən gözəl, dəyərli və unudulmayacaq sözü söz
sənətimizin zirvəsi Məhəmməd Füzuli deyib:

Ver sözə ehya ki tutduqca səni xabi-əcəl,


Edə hər saət səni ol uyqudan bidar söz.

Şair “xabi-əcəl”, yəni ölüm yuxusu dedikdə ölməyi, “uyqudan bidar olmaq”
dedikdə isə yenidən dirilməyi nəzərdə tutmur. Füzuli o mərhələni çoxdan
adlamış, gözünü axirətə zilləmiş könül ərbabıdır və ölüm həqiqəti o cür
şəxsiyyətlər üçün xof deyil, əndişə deyil, zamanı gələndə başalayacaq gözəl bir
yolçuluqdur. Yəni burada şair ölməyi deyil, şair üçün ən böyük qorxu olan
unudulmağı nəzərdə tutur. Tarixin hər qərinəsi, hər əsri unudulmuş imzalarla
doludur. Füzuli məhz bu həqiqətə işarə edir və elə gözəl sözlər söyləməyi
məsləhət görür ki, əsrlər keçdikdən sonra da unudulmayasan. Şair üçün fiziki
ölüm dərd deyil, unudulmaq dərddir. Söz bu mənada çox etibarlı əmanətdir və
dünyada qaldıqca, yüz ildən, min ildən sonra düşüncələrə aydınlıq, könüllərə
təsəlli ola bilirsə, söyləyənin də rəhmətlə anılmasına səbəb olur.

Günümüzün mütəfəkkirlərindən birinin ifadəsi ilə desək, yaşamağa haqq


qazanan düşüncə və fikirlər, ancaq yaşanaraq söylənən, əməldə əksini tapan
sözlərdir. Bir insan özünün doğruluğunu dəfələrlə and içməklə yox, əməlində
tətbiq etməklə isbat edə bilər. Ancaq doğru bildiklərini düzgün bir şəkildə
əməlində tətbiq edənlərin, sözü və əməli vəhdətdə olanların sözləri təsiredici,
inandırıcı və qalıcı ola bilər.

Eyni şeirdə şair:


Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa eylər əhlin ol miqdar söz. — deyir.

Şair bu məqamda hər kəsin dəyərini elə sözünün dəyəri qədər sayır. Söz dediyin
xeyir qapısıdır, insanlara yardımdır, haqqa çağırışdır, duadır. Bu mənada,
əlbəttə, sənin də, mənim də, dəyərimiz elə sözümüz qədər olacaq.

El arasında belə bir məsəl də var: hoha var, dağa mindirər; hoha var, dağdan
endirər. Yəni sözü necə demək, ifadələri necə seçmək də çox mühüm məsələdir.
Sözü elə deyərsən, könül alar; elə deyərsən, ürək qırar.
Bir də ki söz dediyin, sadəcə, ağızdan çıxan səs toplusu deyil, baxışların ifadə
etdiyi məna da sözdür, əllərin həyəcandan titrəməsi də, sifətin səyriməsi də…
Söz dediyin yaşadığın duyğuların ifadəsidir. Əslində bütün insanlar eyni, yaxud
da oxşar duyğular yaşayırlar, amma hər kəs öz yaşadığını eyni dərəcədə ifadə
edə, başqalarına çatdıra bilmir. Bu mənada “dünyanın ən uzun yolu ürəkdən ələ
qədər gələn yoldur” deyənlər yanılmırlar. Təbii o duyğuların ən gözəl şəkildə
ifadəsi bir özgə sənətdir ki, bu sənətin zövqünü, gözəlliyini də söz adamları, daha
çox şairlər yaşayırlar. Və sən bir gün əlinə keçən bir qəzet səhifəsində, yaxud da
kitabda oxuduğun şeirlərin daşıdığı hissləri o qədər yaxın, doğma bilirsən ki,
sanki şair sənin yaşantılarını qələmə alıb. Söz cəmiyyətdə insana verilən dəyərin
ən dəqiq barometridir. Sözə verilən dəyər insana verilən dəyərdir, sözün dəyərsiz
olduğu cəmiyyətdə insan da dəyərsiz olur. Sözün qədri uca tutulanda sözdən üz
qızarır, əyrilər düzəlir, söz qədirsiz olanda yenə də Füzuli demişkən, rüşvət
deyildir deyə salamı da almırlar.

Sözü uca tutaq, sözün qədrini bilək, sözə dəyər verək ki, özümüz də dəyərli olaq.

You might also like

  • Seçki
    Seçki
    Document8 pages
    Seçki
    Imran Ibisov
    100% (1)
  • Mese
    Mese
    Document6 pages
    Mese
    Imran Ibisov
    No ratings yet
  • Əhali
    Əhali
    Document8 pages
    Əhali
    Imran Ibisov
    No ratings yet
  • Aza Iq Zona
    Aza Iq Zona
    Document5 pages
    Aza Iq Zona
    Imran Ibisov
    No ratings yet
  • Milli Qehremanlarimiz
    Milli Qehremanlarimiz
    Document4 pages
    Milli Qehremanlarimiz
    Imran Ibisov
    No ratings yet
  • Buta
    Buta
    Document4 pages
    Buta
    Imran Ibisov
    No ratings yet
  • Milli Qehremanlarimiz
    Milli Qehremanlarimiz
    Document4 pages
    Milli Qehremanlarimiz
    Imran Ibisov
    No ratings yet
  • Termin
    Termin
    Document4 pages
    Termin
    Imran Ibisov
    No ratings yet
  • Soz
    Soz
    Document1 page
    Soz
    Imran Ibisov
    No ratings yet