You are on page 1of 8

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti

Fakültə: Beynəlxalq Münasibətlər və


iqtisadiyyat
İxtisas: Politologiya
Fənn: Siyasi və İqtisadi Coğrafiya
Sərbəst iş No 3
Mövzü: DÜNYA ƏHALİSİ
Kurs: 1
Qrup:820
Tələbə: Vəfa Həsənxanova
Müəllim: Gülnarə Cəfərova
DÜNYA ƏHALİSİ
Əhali məhsuldar qüvvələrin aparıcı elementi olmaqla ən qiymətli kapital hesab
edilir. O, istehsalla istehlak arasında körpü rolunu oynayır. İstehsal etdiyi
məhsulun ən böyük istehlakçısı əhalidir. Əhalinin dinamikası onun təbii artımını,
doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Cəmiyyətin uzunmüddətli
tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da məhsuldar
qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur.

Hazırda dünya əhalisi 7.4 milyard nəfərə çatmışdır. Bəşər cəmiyyətinin yarandığı
gündən bu vaxta qədər isə 80 mlrd. nəfərdən artıq insan dünyaya gəlmişdir. BMT-
nin məlumatına əsasən, əhalinin planetdə təsnifat coğrafiyası belədir: Şərqi Asiya
(1,5 mlrd nəfər); Cənubi Asiya (1,4 mlrd nəfər); Cənub-Şərqi Asiya (0,5 mlrd
nəfər); Qərbi Avropa; ABŞ- ın şimal -şərqi. Okean sahilindən 200-500 km məsafə
dünya quru sahə- lərinin təxminən 20%-ni təşkil etdiyindən, bu ərazilərdə dünya
əhalisinin 40-45%-i yerləşir. Şərq yarımkürəsində dünya əhalisinin 4/5 hissəsindən
çoxu, şimal yarımkürəsində isə 9/10 hissəsi cəmləşmişdir. Mülayim, subtropik və
subekvatorial iqlim qurşaqları daxilində, okean səviyyəsindən 500 m-ə qədər
hündürlükdə yerləşən ovalıq və düzənliklərdə (Nil, Dəclə,Yanszı, Xuanxe, Qanq
çaylarının sahilləri) əhalinin əsas hissəsi yaşayır Əhali tərəfindən çox az
məskunlaşan ərazilər daimi donuş- luq zonaları, qütb və yüksək dağlıq sahələr,
səhralar, isti və rü- tübətli ekvatorial meşələrdir. Boliviya, Əfqanıstan, Nepal,
Butan, İsveçrə kimi ölkələrin əhalisi, əsasən dağlarda məskunlaşıb. Kanada-
Arktika arxipelaqı, Böyük Səhra, Şimal-Şərqi Sibir, Turan ovalığı dünyanın çox az
məskunlaşmış əraziləri olaraq burada eskimos, yakut, Avstraliya aborigenləri kimi
xalqlar yaşayır.
Əhalinin yerləşməsinə təsir edən əsas amillər: təbii şərait (relyef, iqlim, təbii
ehtiyatlar və s.), tarixi inkişaf (qədim dövrlər məskunlaşması) xüsusiyyətləri,
demoqrafik vəziyyət (təbii artım səviyyəsi), sosial-iqtisadi şərait (sənayenin
inkişafı və s.) və s.-dir.

Əhali sıxlığı əhalinin yerləşməsinin əsas göstəricisidir. Əhali sayını ərazinin


sahəsinə bölməklə təyin etmək olar. Əhali sıxlığı müxtəlif regionlar və ölkələr üzrə
fərqlidir. Məsələn, İndoneziyanın Yava adasında əhalinin orta sıxlığı 1 km2 -də
2000 nəfər olduğu halda, digər adalarında 3 nəfər təşkil edir. Banqladeş (1 km2 -də
900 nəfərdən çox), Yaponiya, Niderland, Danimarka, AFR və s. ən çox əhaliyə
malik ölkələrdəndir

Dünya ölkələrində əhali təbii və miqrasiya yolu ilə artır. Demoqraflar təbii artıma
görə dünya ölkələrini tipoloji cəhətdən 4 qrupa ayırırlar:

1) İEÖ-in təbii artımı (müasir tip). Bu tipdə əhalinin sosial, tibbi, elmi
səviyyələrinin yüksək olması nəzərə çarpır. Müasir mərhələdə İEÖ-də təbii artım
aşağı səviyyədədir.Bu ölkələr üçün “Demoqrafik böhran” xarakterikdir.

2) Təbii artımın ikinci tipi (ənənəvi tip). Bu ölkələrdə yüksək doğum, orta ölüm,
yüksək təbii artım müşahidə olunur. Bu tip İEOÖ-ə aid edilir. Dünya əhalisinin
sayı, əsasən bu tip ölkələrin hesabına artır. Bu tip ölkələrə “Demoqrafik partlayış”
xasdır

3) Bu tipə aid olan ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət yeridilir.
Məsələn, ÇXR-da 2-ci uşağa əlavə vergi tətbiq olunurdu, son bir ildə bu siyasət
artıq yeridilmir. Səudiyyə Ərəbistanında, Hollandiyada ailədə doğulan ikinci uşağa
görə həvəsləndirici təqaüd verilir.

4) Bu mərhələdə doğum da, ölüm də, demək olar ki, eynidir.

“Demoqrafik partlayış“ əhalinin sayının kəskin artmasıdır. Əhalinin təbii artımı isə
doğum və ölüm arasındakı fərqdir. Əhali artımı “demoqrafik siyasət”lə
tənzimlənir. ”Demoqrafiq inqilab” əhalinin təbii artımının ənənəvi tipindən müasir
tipinə keçididir. “Demoqrafik böhran” isə əhalinin zəif artımı və ya azalması
deməkdir. Cənubi – Qərbi Asiyanın ərəb ölkələrində (Səudiyyə Ərəbistanı,
Küveyt, Qatar, BƏƏ, Bəhreyn və s.) təbii artımın yüksək olmasına baxmayaraq,
burada bu prosesin yüksəldlməsi siyasəti davam etdirilir (təbii artımın süni yolla
dayandırılması müsəlman aləmində günah sayılır).

Dünya ölkələrində baş verən siyasi, sosial-iqtisadi dəyişikliklərin yaranması və


inkişafı nəticəsində meydana gələn prosesə əhali miqrasiyasi deyilir. Bu proses
dinamikdir və qlobal xarakter daşıyır. Dünya ölkələrinin (Avropa, Şimali Amerika)
şəhər əhalisinin 60-65%-ə qədəri XX əsrin əvvəlindən başlayaraq əhali
miqrasiyasının hesabına artmışdır. Əhali miqrasiyası yaş-cins tərkibinin
dəyişilməsinə, eləcə də milli etniklərin tərkibində baş verən hərəkət mexanizminin
yeniləşməsinə də öz təsirini göstərir. Müasir dövrdə beynəlxalq miqrantların sayı
216 mln nəfər və ya dünya əhalisinin 3,3%-ni təşkil edir. Bu göstəricinin artımı
belə gedərsə, 2050-ci ildə miqrantların sayı 405 mln nəfərə çata bilər . 42 İnkişaf
etməkdə olan ölkələrdə miqrasiyanın yüksək olmasına səbəb əhalinin sosial-
iqtisadi vəziyyəti, işsizlik, müharibələr, təbii fəlakətlər və s-dir. İnkişaf etmiş isə
regional fərqlər aradan qalxdığından (maddi rifahla əlaqədar) daxili miqrasiya,
demək olar ki, dayanmışdır. Son illər Yaxın Şərq və Afrika ölkə- lərində siyasi
vəziyyətlə (müharibələr, hərbi toqquşma və s.) əlaqədar xarici miqrantların Qərb
ölkələrinə axını çoxalmaqda davam edir. Müxtəlif dövrlərdə xarici miqrasiya
müxtəlif istiqamətlərdə və xarakterdə olmuşdur. Böyük Coğrafi Kəşflər dövründən
başlayaraq qitələrarası miqrasiya üstünlük təşkil edir. Mühacirət tarixindən asılı
olaraq bir çox ölkə əhalisinin milli tərkibi dəyişikliklərə məruz qalmışdır.
“Köçürmə ölkələr”-ə (əhalisi və iqtisadi inkişafı miqrantlar sayəsində formalaşan
ölkələr) ABŞ, Kanada, Latın Amerikası ölkələri, CAR, Avstraliya, Yeni Zelandiya,
İsrail və s. aiddir.

Milli tərkibi: uzun sürən tarixi proses nəticəsində dünya əhalisinin etnik(milli)
tərkibi formalaşmşdır. Əhali etnik birliklərdən, yəni tayfa, xalq, millət və s.-dən
ibarət olub, Yer Kürə- sində 4 minə yaxın xalq vardır. Bunların çoxu azsaylıdır.
Sayı 100 min nəfərdən çox olan xalqlar (çin, hind, ərəb, türk, amerikan, rus, yapon,
meksikalı və s.) dünya əhalisinin 65%-ni təşkil edir

Dil əlamətinə görə xalqlar (linqvistik): əhali qrupları dil qruplarına əsasən bir
sıra təsnifata ayrılır. Hind-Avropa dil ailəsinə mənsub dünya əhalisinin təxminən
2,5 mlrd əhalisidir. 43 11 dil qrupundan ibarət bu dil ailəsinə: roman qrupu –
fransız, ispan, portuqal, rumın, moldavan, Latın Amerikası xalqları; german qrupu
-ingilis, alman, amerikan, İsveç, Norveç, şotland, holland və s.), slavyan qrupu
(rus, Belarus, ukraynalı, çex, polyak, slovak, serb, bolqar, xorvat və s. daxildir) və
İran və ya fars qrupu (fars, tacik, kürd, osetin, əfqan) aiddir
Dünya dinləri: dünyəvi və milli dinlər vardır ki, bir neçə xalqın sitayiş etdiyi din
dünyavi din hesab edilir. Bu tərkibə islam, xristianlıq, buddizm dinləri aiddir.
Ancaq bir xalqın sitayiş etdiyi din isə milli dinlər sayılır. Məsələn, induizm
Hindistanda, konfisyanlıq Çində, sintoizm Yaponiyada, iduaizm İsraildə,
Monqolustanda isə lamaizm dinləri geniş yayılmışdır

Cins tərkibi. Əhalinin cins tərkibində yeni doğulan uşaqlar arasında oğlanların
sayı çoxdur ki, hər yeni doğulan 110 qıza 115-118 oğlan düşür. Dünyaya gələn
körpələrin sayında oğlanlar qızlara nisbətən çox olsalar da, 15 yaşa qədər hər iki
cinsin sayı bərabərləşir. Sonrakı yaş həddində orta ömür müddətinin kişilərə
nisbətən çox olması nəticəsində qadınlar üstünlük təşkil edir. Hindistan, Çin, Ərəb
ölkələri və digər Asiya dövlətlərində qadınların xüsusi çəkisi azdır. Buna əsas
səbəb vaxtından əvvəl nikah, çoxuşaqlılıq, ağır həyat tərzi, qadının cəmiyyətdən
asılı olması və s.-dir
XIX əsrdən başlayaraq urbanizasiya sürətlə inkişaf etməyə və strateji mahiyyət
daşımağa başlamışdır. Şəhərlər və burada məskunlaşan əhalinin çoxalması,
şəhərlər şəbəkəsinin və sisteminin yaranması, həmçinin müasir dünyada şəhərlərin
inki- şafı urbanizasiya adlanır. Urbanizasiya sosial-iqtisadi və dayanıqlı inkişafın
ən mühüm tərkib hissələrindən biridir. Urbanizasiya ümumdünya prosesi olaraq 3
əsas xüsusiyyətə malikdir: şəhər əhalisinin artım sürətinin yuxarı olması (zəif
inkişaf edən ölkələrdə hiss olunur), istehsal sahələrinin və əhalinin böyük
şəhərlərdə cəmləşməsi, şəhərlərin inkişaf edərək bir şəhər ətrafında kiçik şəhərləri
özündə birləşdirib şəhər aqlomerasiyasını yaratması. İri şəhər aqromerasiyalarına
Tokio, Mexiko (23-24 mln nəfər), San-Paula, Nyu-York, Kəlkuttə, Mumbay,
Sanxay, Cakarta, Buenos-Ayros, Rio-de-Janeyro, Seul, Dehli, Qahirə və s. misal
ola bilər.

Yüksək, orta və zəif urbanizasiyalaşmış dünya ölkələri urbanizasiya səviyyəsinə


görə qruplaşır. Meqalopolislərin yaranması urbanizasiyanın ən yüksək səviyyəsi
olub, mənası “böyük şəhər” deməkdir (iri şəhər aqlamerasiyalarının bir-birinə
yaxın bir regionunda cəmləşməsi) Ən çox ABŞ və Yaponiya ölkələ- rinə
meqalopolislər xasdır. ABŞ-da “Boşvaş”, “Sansan” (SanFransisko, San-Dieqo),
“Çipts” (Çikaqo, Pittsburq, Detroyt), Yaponiyada Tokaydo (Tokio, Osako,
Kavasaki və s.), Avropada “Reynbou” və “Qara İngiltərə” meqalopolisləri misal
ola bilər.

İnkişaf etmiş ölkələrdə şəhər əhalisinin çox hissəsinin şəhər ətrafına köçməsinə
səbəb iri şəhərlərdə ekoloji vəziyyətin pisləşməsidir. Bu prosesə “suburbanizasiya”
deyilir. Urbanizasiyanın nəzarətsiz şəkildə sürətli inkişafı İEOÖ-ə xasdır. Buna
səbəb bu dövlətlərin iqtisadi inkişaf səviyyəsinin əhali artı- mından geridə
olmasıdır. Məhz bunun nəticəsi olaraq kənd yerlərindən minlərlə işsiz əhali iri
şəhərlərə, ən çox şəhərətrafındakı əlverişsiz ərazilərə yerləşir və burada
məskunlaşırlar. Bu prosesə “yalançı urbanizasiya“ deyilir. Qeyd edək ki, ətraf
mühitin də- yişməsində urbanizasiya prosesi öndə gedir

məsində urbanizasiya prosesi öndə gedir. İstehsal və qeyri-istehsal sahələrində


çalışan, iqtisadi cə- hətdən fəal əhali əmək ehtiyatlarıdır. İEOÖ-lərdə fəal əhalinin
(yəni işləyənlərin) xüsusi çəkisi (İEÖ-lərə nisbətən) aşağıdır. İş yerlərinin azlığı,
qadınların istehsala çətin cəlb olunması və əməkqabiliyyətli gənclərin çox olması
bunun əsas səbəblərindəndir. Yüksək təbii artımın hesabına əmək ehtiyatları
həddən 46 artıq çox olsa da, İEOÖ -də fəal əhali azlıq təşkil edir.

İrq tərkibi: elmi əsaslarla ilk dəfə olaraq irqlərin təsnifatı XVII əsrdə Fransua
Berne tərəfindən hazırlanmışdır. Müasir dövrdə antropoloqlar üç irq kompleksinin
üzərində dayanırlar: əsasən Avropa, Şimali Afrika, Yaxın və Orta Şərq,
Hindistanda yayılmış avropoid irqinə aid olan əhali ; Şərqi və Cənub-Şərqi Asiya,
Amerika coğrafi məkanlarında məskunlaşmış monqoloid irqinə mənsub əhali;
arealı geniş olub, əsasən Afrikada yaşayan 47 əhali.
“Demoqrafik qocalma” konsepsiyası demoqrafik inkişafda ən vacib məsələlərdən
biri sayılır. Dünya əhalisi ilə məşğul olan bütün elm mərkəzlərində bu konsepsiya
tədqiqat sahəsi kimi təhlil edilir.Əhalinin yaş tərkibində yaşlı insanların xüsusi
çəkisinin başqa yaş qruplarından olan insanlara nisbətən dinamik artımı
“demoqrafik qocalma “ kimi götürülür

You might also like