You are on page 1of 4

Sosial siyasət anlayışı və  

tarixi inkişafı
Dövlətin mərkəzdə və bölgələrdə iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün
gördüyü tədbirlər, şagirdlər üçün pulsuz kitab verilməsini təmin etməsi, pensiya və
maaşların artırılma və ya azaldılması, vergilərin nizamlanması və.s kimi xəbərləri
hər gün televiziya və ya başqa KİV-dən eşidirik. Dövlətin gördüyü bütün bu
tədbirlər nədir? Nə üçün bu tədbirlər görülür? Dövlət bütün bunları etməyə
borcludurmu? kimi suallar ortaya çıxır.
Dövlətin gördüyü bu və ya digər bu tipli tədbirlər dövlətin sosial siyasəti
adlanır. Sosial siyasət cəmiyyətdəki sosial prosesləri nizamlamaq üçün dövlətin
əlində olan ən əsas vasitələrdən biridir. Bəs sosial siyasət nədir?
Sosial siyasət, anlayış olaraq XIX əsrin ikinci yarısında Almaniyada ortaya
çıxıb. İlk dəfə sadəcə fəhlə və kapitalist sinfi arasındakı mənfəət qarşıdurmasını
nizamlamaq üçün dövlətin gördüyü tədbirləri nəzərdə tutan bu anlayış, daha sonra
inkişaf edərək geniş mənada işlədildi. Bütün sosial sinif və qruplar üçün dövlətin
gördüyü tədbirlər bütününü əhatə etdi. Sosial siyasət müasir mənada:cəmiyyətdəki
bütün sosial sinif və qrupların sosial müdafiə, sağlamlıq, təhsil, məşğulluq və.s
kimi problemlərini həll etməyə istiqamətlənmiş, qruplar və siniflər arasında
yaranan mübarizə və münaqişələri sosial ədalət prinsiplərinə görə həll etməyə
çalışan və cəmiyyətin sosial rifahı üçün həyata keçirilən bütün tədbirlərin
cəmidir.
Bu anlayış hazırkı mənanı alana qədər uzun bir tarixi inkişaf mərhələsi keçib. Bu
mərhələlərdə dövlətlər öz funksiyalarını dəyişdikləri kimi sosial siyasətin də
mənasını dəyişdirib və onu daha da genişləndiriblər.
 Sosial siyasətin məzmunu və insanların həyat səviyyəsinə real təsir
göstərmək imkanları ölkənin maddi və iqtisadi vəziyyəti ilə də əlaqədardır.
Sosial siyasətin məzmununu təşkil edən fəaliyyət istiqamətlərinin böyük
rəngarəngliyi daxilində onun strukturunu təşkil edən bir sıra ünsürlər daimi və
məcburi xarakter daşıyır. Bunlar aşağıdakılardan ibarətdir:
1) dövlətin insanların əmək hüququnu əməli sürətdə reallaşdırması;
2) sosial müdafiə sisteminin yaradılması;
3) əhaliyə səhiyyə xidmətinin təşkili;
4) təhsilin, mədəniyyətin dövlətin himayəsi altına alınması.
Sosial siyasətin rəngarəngliyini ümumi oxşar əlamətlər əsasında 3 əsas
qrupda ifadə etmək mümkündür.
1) kommunist sosial siyasəti,
2) liberal sosial siyasəti,
3) sosial-demokrat sosial siyasəti.
Sosial siyasətin sosial-demokrat modeli şərh olunmuş modellərin bir növ
qarışığıdır. Onun xüsusiyyəti insanların tələbat və ehtiyaclarının ödənilməsində
dövlətin mərkəzləşmiş səyləri ilə onların özlərinin fərdi qaydada iştirakını üzvi
surətdə əlaqələndirməkdir.
Müasir şəraitdə sosial problemlərin həllinə diqqətin artması, dövlətin sosial
funksiyalarının rol və əhəmiyyətinin güclənməsi dövlətin özünün təbiətində

1
əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmışdır. Bunun məntiqi nəticəsi sosial dövlət
anlayışının meydana gəlməsidir.
Sosial dövlət elə dövlətdir ki, hər bir vətəndaşa layiqli həyat səviyyəsi, sosial
müdafiə, istehsalatda iştirakçılıq, bir ideal olaraq bərabər imkanlar təmin etməyə
calışır.

Qısa Tarixçə
Bir “jandarma dövləti” – liberal dövlət

XVIII əsr liberal düşüncələrin yayılması bu düşüncələrə uyğun liberal dövlət


şəklini də bərabərində gətirdi. Monarxiya idarə etmə şəklindən fərqli olaraq liberal
dövlət öz vətəndaşlarına təməl hüquq və azadlıqları təmin edir və onların bu
hüquqlarına müdaxilə etmirdi.
O cümlədən, liberal dövlət özünə uyğun bazar iqtisadiyyatına əsaslanan
kapitalist iqtisadi sistem də qurmuşdu. Bu iqtisadi sistemin öz-özünə təbii şəkildə
işlədiyi və xəyali - görünməz əl tərəfindən mexanik olaraq idarə edildiyinə
inanılırdı. Ona görə də, dövlətin iqtisadi və sosial həyata müdaxilə etməsi qəti
olmazdı. Çünki dövlət bu müdaxiləsi ilə iqtiasadiyyatın təbii işləyiş şəklini poza
bilərdi.
XIX əsr liberal dövlət məqsəd olaraq özünə sadəcə insanların təməl hüquq
və azadlıqlarını qoruya biləcək hüquqi şəraiti yaratmaq, ədalət sistemi qurmaq və
öz cəmiyyətini xarici müdaxilələrdən və hücumlardan qorumaq kimi öhdəliklər
götürmüşdü. Göründüyü kimi dövlət sadəcə hər hansı vətəndaşın hüququ pozularsa
və ya dövlətə başqa dövlətlər hücum edərsə fəaliyyət göstərəcəkdi. Yəni dövlət
“jandarma” kimi sadəcə fövqalədə hallarda aktivləşəcək, başqa heç bir iqtisadi və
sosial tədbirlər görməyəcəkdi. Bu, vətəndaşlararası sosial və iqtisadi
münasibətlərin hüquq çərçivəsində olsa da özbaşına buraxılması demək idi.
Liberal dövlətin yaratdığı sistem kiçik sahibkarların daha da varlanmasına və
böyük kapitalistlərə çevrilməsinə, o cümlədən fəhlələrin isə daha da kasıblamasına
səbəb oldu. Cəmiyyətdə iki böyük və bir-birinə düşmən sinif – varlı kapitalistlər və
kasıb fəhlə sinfi meydana gəldi. Bütün bu sosial proseslərlə yanaşı fəhlə sinfinin
hüquqlarının tapdalanması, ağır iş şəraitində işlədilmələri və əmək haqqının
ədalətli olmaması kimi başqa istismar halları iki sinif arasında ziddiyətləri daha da
alovlandırdı. Bütün bu proseslər fəhlə sinfinin mənfəətinə və onların hüquqlarının
təmin edilməsinə yönəlmiş yeni sosial düşüncələrin yaranması üçün zəmin yaratdı.

Avtoritar rejimdə rifah dövləti – sosialist dövlət

Sosial düşüncələrdə radikal qütbü təmsil edən, K.Marks və F.Engels


tərəfindən irəli atılmış “sosialist ideologiyası” fəhlə sinfinin müdafiəsinə kapitalist
sisteminin tənqidi ilə başladı. Cəmiyyətin  istismar edən güclü kapitalist sinfi və
istismar edilən zəif fəhlə sinfindən ibarət olduğunu deyən Marks liberal dövləti
sadəcə güclü sinfin mənfəətlərini həyata keçirən bir vasitə kimi görürdü.
Marks liberal dövlətdə vətəndaşlara təmin edilən təməl hüquq və
azadlıqların sadəcə bir istismar vasitəsi olduğunu iddia edirdi. Ona görə bu
2
hüquqlar fəhlə üçün, onun daha yaxşı yaşaması üçün nəsə bir şey vermir. Əksinə
kapitalistlərin fəhlələri istismarı üçün azad məkan yaradır.
Sosialist ideologiya əsasında Rusiya və Şərqi Avropada bir çox liberal
dövlətlər özlərini sosialist dövlətlərlə əvəzlədi. Bu sosialist dövlətlər liberal
fəlsəfəyə zidd sosialist fəlsəfə əsasında formalaşmışdı. Burada vətəndaşların təməl
hüquq və azadlıqları təmin olunmur, vətəndaşın hansı hüququnun olub-
olmayacağını dövlət müəyyən edirdi. Bununla yanaşı bu dövlətlərdə sosial, iqtisadi
və mədəni hüquqlar anlayışı formalaşmışdı və vətəndaşlar bu hüquqlarla təmin
edilirdi.
Bu dövlətlərdə azad sahibkarlığa icazə verilmir, bütün sosial-iqtisadi
tədbirlər mərkəzdən dövlət tərəfindən həyata keçirilirdi. Əgər liberal
dövlət dövlətin iqtisadi və sosial həyata qarışması məsələsində neqativ qütbü
təmsil edirsə, sosialist dövlət də bunun pozitiv qütbünü təmsil edir desək, yanılmış
olmarıq.
Sosialist dövlətləri liberal dövlətlərdən fərqləndirən ən əsas məsələ isə onun
demokratik deyil, əksinə totalitar və avtoritar bir rejim qurması oldu. Görünür,
sosialistlərə fəhlələrin xoşbəxtliyi üçün demokratiya gərəkli deyilmiş.

Həm demokratiya, həm də rifah dövləti – sosial dövlət

Sosialist dövlətdən fərqli olaraq sosial dövlət liberal fəlsəfəyə əsaslanır.


Burada fərdlərin təməl hüquq və azadlıqlarına hörmət edilməsi və qorunması ilə
yanaşı, sosialist dövlətdəki kimi vətəndaşlara sosial, iqtisadi və mədəni haqlar
tanınır və təmin edililir.
Sosial dövlətin iqtisadi sistemi liberal dövlətdəki kimi kapitalist iqtisadi
sistemidir. Bununla yanaşı dövlət sosialist dövlətdəki kimi iqtisadi və sosial həyata
müdaxilə edə bilir. Yəni bu sistem nə tam dövlət müdaxiləsini rədd edir, nədə ki
dövlətin total müdaxiləsini qəbul edir. İki iqtisadi qütb arasında özünə müəyyən
yer tutur.
Sosial dövlətdə idarə etmə şəkli demokratiyadır. Hakimiyyətə seçki yolu ilə
gəlinir. Sosial dövləti sosialist dövlətdən ayıran və liberal dövlətə yaxınlaşdıran ən
əsas xüsusiyyət də elə budur.

Düz Mütənasiblik: Sosial Siyasət və Demokratiya

Avropa monarxiyalardan sonra öz idarə etmə şəklini dəyişməyə, qüvvələr


ayrılığı prinsipinə görə hakimiyyəti üç əsas qola bölərək onu
demokratikləşdirməyə başladı. Artıq hakimiyyətə gəlmək üçün siyasi partiya
qurulmalı və xalqın səsini toplamaq yarışına girilməli idi.
Demokratiyanın belə inkişafı siyasi partiyalarda cəmiyyət və onun sosial
sinif və qrupları qarşısında müəyyən məsuliyyətlər yaradırdı. Xalq hansı partiyanı
seçəcək? Bunu necə müəyyənləşdirəcəkdi? Və siyasi partiyalar səs əldə etmək
üçün nə etməli idilər?
Siyasi partiyalar səs çoxluğunu əldə etmək üçün sosial qrupların
mənfəətlərinə uyğun siyasətlər həyata keçirəcəklərini elan edir və bunu proqram
3
kimi seçki kampaniyalarında istifadə edirdilər. Partiyalar ilk əvvəllər ən böyük
sosial qrup olan sindikatlaşmış fəhlə sinfi ilə hesablaşmalı idi. Onların səsini
toplamaq üçün onların hüquqlarını müdafiə edəcək proqramlar irəli atılır və
hakimiyyətə belə gəlinirdi. Artıq hakimiyyəti əldə etmiş partiya növbəti seçkilərdə
qalib gəlmək istəyirdisə, bu proqramı söz verdiyi kimi həyata keçirməli idi. Əks
təqdirdə partiya növbəti seçkilərdə xalq tərəfindən “cəzalandırılacaqdı”.
Artıq hakimiyyətə gələn bütün siyasi qruplar özləri ilə bərabər bir proqram
da gətirirdi ki, bu da zamanla dövlətin sosial siyasətinə çevrilirdi. Sosial siyasətin
öz sahəsini genişləndirməsi zamanla liberal dövlətin sosial dövlətə çevrilməsi ilə
nəticələndi.

You might also like