You are on page 1of 204

YAQUB MAHMUDOV

ORTA ƏSRLƏR TARİXİ


Avropa erkən orta əsrlərdə

Yenidən işlənmiş və tamamlanmış ikinci nəşri

DƏRSLİK

Azərbaycan Respublikası Təhsil


Nazirliyi tərəfi ndən ali məktəblər
üçün dərslik olaraq tövsiyə
edilmişdir

B a k ı — 2012
Elmi redaktor: Y.H.Gözəlova
BDU Qədim dünya və orta əsrlər tarixi
kafedrasının dosenti

Rəyçilər: R.A.Muğanlinski
BDU Qədim dünya və orta əsrlər tarixi
kafedrasının dosenti

N.B.Məmmədova
BDU Qədim dünya və orta əsrlər tarixi
kafedrasının baş müəllimi

Mahmudov Y. M.
Orta əsrlər tarixi. Avropa erkən orta əsrlərdə. Dərslik.—Bakı:
2012—205 s.
Dərslikdə orta əsrlərin ilk çağlarında Avropa ölkələrində feodal
münasibətlərinin meydana gəlməsi və təşəkkülü, Fransa, İtaliya,
Almaniya, İngiltərə, həmçinin Bizans tarixinin ən mühüm hadisələri
öz əksini tapmışdır. Kitabda «Xalqların Böyük Köçü», barbar
krallıqların yaranması, erkən orta əsr Avropa tarxinin və
mədəniyyətinin özəllikləri, xristianlığın erkən dövrü, dinin və
dövlətin qarşılıqlı münasibətləri kimi məsələlərə xüsusi diqqət
ayrılmışdır.
Hazırkı dərslik müəllifin 1989-cu ildə çap olunmuş «Orta əsrlər
tarixi» dərsliyinin yenidən işlənmiş və tamamlanmış ikinci nəşridir.
Universitet və pedaqoji institutların tarix fakültələrinin tələbələri,
habelə geniş oxuçu auditoriyası üçündür.
GİRİŞ

Orta əsrlər dünya tarixinin xronoloji cəhətdən xeyli


böyük və əhəmiyyətli dövrünü əhatə edir. Bu dövr insan
cəmiyyətinin inkişafı tarixində mühüm mərhələdir.
Amma eyni zamanda, «orta əsrlər» anlayışı şərti xarakter
daşıyır və tarixi ədəbiyyatda daha çox feodalizmin tarixi
kimi qəbul edilir. Orta əsrlərdə həm Qərbin, həm Şərqin
tarixinin yeni, zəngin səhifələri açılır; sənətkarlıq və
ticarət mərkəzləri olan şəhərlər yaranır; ilk burjua
hərəkatları baş verir; maddi və mənəvi mədəniyyət
yüksəlir; ictimai - fəlsəfi fikir daha da inkişaf edir. Orta
əsrlər tarixə Babək və Tomas Münseri, Tomas Mor və
Tommazo Kampanellanı, Rocer Bekon və İbn Sinanı,
Nəsimi və Yan Qusu, Nəsrəddin Tusi, Nikolay Kopernik
və Cordano Brunonu, Firdovsi, Sədi, Nizami, Dante,
Füzuli, Şekspir və Servantesi, Rafael, Leonardo da Vinçi,
Rembrandt və b. nadir şəxsiyyətləri bəxş etmişdir.
«Orta əsrlər» anlayışı. «Orta əsrlər» terminini
tarixşünaslığa 15-16-cı əsrlərin İtaliya humanistləri
gətirmişlər. Orta əsrlər tarixindən ayrıca bir tarixi dövr
kimi ilk dəfə İtaliya humanisti Flavio Byondo (1392-1463)
bəhs etmişdir. Onun «Roma imperiyasının süqutundan
sonrakı tarix» əsəri 1412-1440-cı illəri əhatə etməklə,
əslində, orta əsrlər tarixinə həsr olunmuş ilk sistemli əsər
idi. İtaliya humanistləri öz dövrlərini, yəni İntibah
dövrünü yeni dövr, bundan əvvəlki «zülmət dövrünü»
orta əsrlər, Roma imperiyasının süqutunu isə orta
əsrlərin başlanğıcı hesab edirdilər. Şərti xarakterdə olan
«orta əsrlər» məfhumu ayrı-ayrı dövrlərdə müxtəlif cur
izah edilmişdir. Orta əsrlərin xronoloji çərçivəsi haqqında
da müxtəlif fikirlər söylənilmişdir. Humanistlər,
həmçinin 17-18-ci əsrlərin tarixçiləri tarixi qədim, orta və
yeni dövrlərə bölürdülər. Bu tarixçilər qədim dünyaya və
yeni dövrə nisbətən orta əsrləri mədəni tənəzzül, cəhalət
dövrü hesab edirdilər. 18-ci əsrdə «orta əsrlər» anlayışı
elmdə bir tarixi dövr kimi möhkəmləndi və tarix elminin
bu dövrünü öyrənən müstəqil sahəsi meydana gəldi.
Qərb tarixşünaslığında «qədim dünya», «orta əsrlər»
və «yeni dövr» anlayışları şərti bölgü xarakterindədir və
müxtəlif regionlar üçün fərqli məzmun daşıyır.
Sovet tarixçiləri isə tarixi dövrləşdirərkən və ya
mövcud dövrləşdirmələrə qiymət verərkən müxtəlif
istehsal üsullarının inqilabi surətdə bir - birini əvəz
etməsini və ya hər hansı ictimai-iqtisadi formasiyanın
inkişaf mərhələlərini əsas götürürdülər. Sovet tarixçiləri
orta əsrlər tarixini, hər şeydən əvvəl, feodalizm
formasiyasının tarixi olaraq qəbul etmişlər.
Müasir Qərb tarixşünaslığında orta əsrlər tarixi sırf
Avropa (xüsusən Qərbi Avropa) tarixi hesab olunur.
Azərbaycan tarixşünaslığında isə orta əsrlər tarixi
dünyanın bütün ölkələrinin orta əsrlər tarixini əhatə edir.
Çünki Avropada olduğu kimi, dünyanın başqa
ölkələrinin, xüsusən Asiya və Afrika ölkələri xalqlarının
da əksəriyyəti orta əsrləri keçmişlər.
Orta əsrlər tarixinin dövrləri. Feodalizm sisteminə
keçid dünyanın hər yerində eyni zamanda baş
verməmişdir. Çünki feodalizm cəmiyyəti üçün xarakterik
munasibətlərin yaranması prosesi bütün ölkələrdə eyni
sürətlə getmirdi. Feodal istehsal üsulunun tərəqqi və
dağılması dövrləri də müxtəlif qitələrdə, hətta ayrı-ayrı
ölkələrdə də müxtəlif vaxtlarda olmuşdur. Feodalizm
cəmiyyəti bəzi xalqların tarixində nisbətən az, bəzilərinin
tarixində isə çox davam etmişdir. Deməli, feodalizmə
keçid, bu cəmiyyətin hökmranlığı dövrü və dağılması hər
yerdə eyni vaxtda baş verməmişdir. Elə buna görə də
dünya ölkələrinin orta əsrlər tarixini xronoloji cəhətdən
vahid çərçivəyə salmaq mümkün deyildir. Feodal
münasibətlərinin formalaşması Şərqdə daha tez—
eramızın 2-ci əsrində başlamışdı. Məsələn, Çində
eramızın 3-4-cü əsrlərində, artıq feodal münasibətləri
mövcud idi. Təqribən eyni dövrdə bəzi başqa Şərq
ölkələrində də feodal münasibətləri inkişaf etməkdə idi.
Ümumiyyətlə, dünya miqyasında eramızın 7-ci əsrinədək
quldarlıq münasibətləri hər yerdə, demək olar ki, süqut
etmiş, həm Asiya, həm də Avropa miqyasında
feodalizmin inkişafı üçün əlverişli şərait yaranmışdı. Bu
mənada, şərti olaraq, 3-7-ci əsrləri dünya tarixində orta
əsrlər tarixinin başlanğıcı kimi qəbul etmək olar.
Avropa ölkələrində orta əsrlər şərti olaraq Qərbi
Roma imperiyasının süqutundan (476-cı il) başlayır. Bu
da təsadüfi deyil. Çünki geniş ərazili Qərbi Roma
imperiyasının dağılması ilə, həm imperiyanın öz
ərazisində, həm də ümumiyyətlə, Avropa ölkələrində
quldarlığa nisbətən mütərəqqi münasibətlərin—
feodalizmin inkişafına əlverişli şərait yarandı.
Başqa cəmiyyətlər kimi, feodalizm də yaranma,
tərəqqi və dağılma dövrləri keçirmişdir. Bu dövrləri bir-
birindən ayıran xronoloji sərhəd də bütün dünya ölkələri
üçün eyni deyil. Məsələn, Çində erkən orta əsrlər dövrü
8-ci, Ön və Orta Asiya ölkələrində 9-cu, Avropa
ölkələrinin əksəriyyətində isə 11-ci əsrədək davam
etmişdir. Feodalizmin tərəqqi və dağılma dövrünün də
xronoloji çərçivəsi bütün ölkələr üçün eyni deyil.
Bununla belə, artıq 15-16-cı əsrlərdə bir çox Şərq
ölkələrində və Avropa ölkələrinin əksəriyyətində feodal
sisteminin dağılması prosesi başlanmışdı. Bu proses
Avropadan fərqli olaraq bəzi Şərq ölkələrində uzun
müddət—19-cu əsrin ortalarına qədər davam etmişdir.
Bəzi ölkələrdə feodalizmin qalıqları, əlamətləri bu və ya
digər şəkildə indi də qalmaqdadır. Ümumiyyətlə, orta
əsrlər tarixinin dövrləşdirilməsi məsələsində az-çox sabit
bölgü Avropa ölkələrinin tarixi üçün yaradılmışdır.
Azərbaycan tarixçiləri Avropa ölkələrinin orta əsrlər
tarixini üç dövrə bölürlər. Birinci dövr erkən orta əsrlər
dövrü adlanır. Bu dövr 5-ci əsrin sonlarından 11-ci əsrin
ortalarına qədərki tarixi əhatə edir. Erkən orta əsrlərdə
feodal münasibətləri doğulur və inkişaf edir. Bu dövrün
sonunda feodalizm hakim sosial sistemə çevrilir.
İkinci dövr 11-ci əsrin ortalarından 15-ci əsrin
sonuna qədərki tarixi əhatə edir. Bu dövr inkişaf etmiş
orta əsrlər dövrüdür. İkinci dövrdə feodalizm sistemi
özünün ən yüksək inkişaf mərhələsinə çatır; sənətkarlıq
və ticarət mərkəzləri olan orta əsr şəhərləri tərəqqi edir;
əmtəə-pul münasibətləri inkişaf edir.
Üçüncü dövr son orta əsrlər dövrü və ya Erkən Yeni dövr
adlanır. Bu dövr orta əsrlər tarixinin 16-cı əsrin
əvvəlindən 17-ci əsrin ortalarına qədərki çağını əhatə
edir. Feodal sisteminin dağılması və kapitalist
münasibətlərinin yaranmağa başlaması üçüncü dövrün
başlıca xüsusiyyətidir. Orta əsrləri Yeni dövrdən 1618-
1648-ci illərdə baş vermiş Otuzillik müharibə ayırır.
Ümumavropa əhəmiyyətli bu hadisədən sonra Yeni dövr
başlayır.

Feodalizmin xarakteristikasi
Feodalizmin mənşəyi, bu cəmiyyətin mahiyyəti,
habelə onun ayrı-ayrı ölkələrdə inkişaf xüsusiyyətləri
ortaəsrşünaslığın (mediyevistikanın) əsas məsələlərindən
biridir. «Feodalizm» anlayışı idrakın konkret-tarixi deyil,
məntiqi sahəsinə aiddir. Tarixi inkişafın konkret
variantları əsasında yaradılmış bu anlayış sosial sistemin
abstrakt obrazını təşkil edir. Ona görə də anlayışla tarixi
gerçəkliyin üst-üstə düşmə dərəcəsi də müxtəlif ölkələrdə
və bölgələrdə fərqlidir. Ona görə də «feodalizm»
anlayışının xaraktersitikası zamanı ictimai inkişafın
ümumi hadisələrinə diqqət yetirmək vacibdir.
Bu baxımdan əmək alətləri və vasitələri üzərində
mülkiyyətin təbiəti önəmli amil sayılır. Feodalizm
cəmiyyətində əsas istehsal vasitəsi olan torpaq feodal
mülkiyyəti idi. Torpaq bilavasitə feodallara deyil, feodal
dövlətlərinə məxsus olduqda belə (məsələn, erkən orta
əsrlərdə bir sıra Şərq ölkələrində olduğu kimi), yenə də
feodal mülkiyyəti idi. Feodallara məxsus iri torpaq
mülkiyyətinin mövcud olması feodal istehsal
münasibətlərinin xarakterik cəhətidir.
Feodalizm cəmiyyətinin digər mühüm xüsusiyyəti
iri torpaq mülkiyyətinin xırda fərdi kəndli təsərrüfatı
ilə əlaqədar olması—çulğalaşması idi. Kəndlilər
becərdikləri torpaqların sahibi deyildilər. Həmin
torpaqlar bu və ya digər şərtlə feodallar tərəfindən
kəndlilərə istifadə üçün (hətta irsən) verilmişdi. Kəndlilər
bu torpaqlardakı xırda təsərrüfatlarını müstəqil idarə
edirdilər. Quldarlıq cəmiyyətindəki quldan fərqli olaraq,
kəndli ona istifadə üçün verilmiş əsas istehsal vasitəsinə
—torpağa malik idi. Onun öz əmək aləti, iş heyvanı və s.
vardır. «Torpaq iri torpaq sahibləri, mülkədarlar arasında
bölünmüşdü, mülkədarlar kəndlilərə bu torpaqdan ona
görə verirdilər ki, onları istismar etsinlər, belə ki, torpaq
natural əmək haqqı kimi bir şey idi: kəndlinin
mülkədardan ötrü izafi məhsul istehsal edə bilməsi üçün
torpaq kəndliyə lazımi məhsul verirdi; torpaq
mülkədarın xeyrinə kəndlilərin mükəlləfiyyətlər daşıması
üçün bir fond idi». 1
Xırda, fərdi kəndli təsərrüfatlarının mövcud olması
feodalizm cəmiyyətində kəndliləri istismar etmək üçün
təhkimçilik və s. kimi qeyri-iqtisadi məcburiyyət
formalarının meydana gəlməsinə səbəb olurdu. Şəxsi
asılılıq münasibətləri, hər hansı dərəcədə şəxsi qeyri-
sərbəstlik və torpağın əlavəsi kimi torpağa təhkim
olunmaq, sözün əsl mənasında, təhkimçilik asılılığı lazım
idi. Başqa sözlə, feodallar zor tətbiq etmədən kəndliləri
istismar edə bilməzdilər. «Belə bir təsərrüfat sistemində
kəndlinin mülkədardan şəxsən asılı olması lazımdır. Əgər
mülkədar kəndlinin şəxsiyyətinə bilavasitə hakim
olmasaydı, pay torpağı almış və öz təsərrüfatı olan bir
adamı o özü üçün işləməyə məcbur edə bilməzdi». 2
Feodalizm cəmiyyətinin mahiyyətini müəyyənləşdir -
1
Lenin V. İ. ƏTK, c. 1, s.198
2
Lenin V.İ. ƏTK, c. 3, s. 197
məyən, lakin bu cəmiyyət üçün xarakterik əlamətlərdən
biri vassallıq münasibətləri idi. Vassallıq münasibətləri
feodalizm cəmiyyəti üçün xarakterik torpaq mülkiyyəti
forması olan feodla bağlıdır. Bu torpaq mülkiyyəti orta
əsrlərdə ən çox Qərbi Avropa ölkələrində yayılmışdı. İri
torpaq sahibləri feodu müəyyən xidmət, xüsusən hərbi
xidmət müqabilində verirdilər. Beləliklə, feod alan bu
torpağı ona verəndən—senyordan asılı hala düşür, onun
vassalına çevrilirdi. Feod irsi keçirdi. Feod sahibləri
feodal adlanırdı. Öz növbəsində hər bir feodal da
yuxarıda göstərilən şərtlə başqasına torpaq verir və başqa
feodalın senyoruna çevrilirdi. Beləliklə, hər hansı bir
feodal torpağı təkcə bir nəfərin deyil, eyni zamanda, bir-
birinə feod vermiş və biri digərindən asılı olan bir neçə
feodalın mülkiyyəti idi. Feodallar arasındakı bu asılılıq
əlaqələri vassallıq munasibətləri adlanırdı. Feodallar
vassallıq münasibətlərindən kəndliləri itaətdə saxlamaq,
kəndli üsyanlarını yatırmaq üçün istifadə edirdilər.
Qeyd eədk ki, Qərb tarixçiləri feodalizm sistemini
səciyyələndirərkən feodal-vassallıq münasibətlərini,
siyasi pərakəndəlik və s. kimi cəhətləri önəmli hesab
edirlər.
Feodalizm cəmiyyətində əsas istehsalçılar kəndlilər
idi. Kəndlilər və onları istismar edən feodallar bu
cəmiyyətin antaqonist sinifləri idilər. Feodallar kəndliləri
onlardan renta almaq yolu ilə istismar edirdilər. Renta
kəndlilərdən qeyri-iqtisadi məcburiyyət vasitəsi ilə
alınırdı. Orta əsrlərdə feodal rentasının üç forması vardı:
biyar (və ya işləyib ödəmə rentası), natural renta (və ya
ərzaq rentası), pul rentası.
Əksər hallarda rentanın bu üç formasına eyni
zamanda təsadüf edilir. Lakin feodalizmin müxtəlif
inkişaf mərhələlərində, göstərilən renta formalarında bu
və ya digəri daha üstün olurdu. Erkən orta əsrlərdə biyar
rentası geniş yayılmışdı. Orta əsrlərin ikinci dövründə
biyarla yanaşı, natural renta böyük rol oynamağa
başlayır. Bəzi ölkələrdə isə əsas renta formasına çevrilir.
Bu dövrdə əmtəə-pul münasibətlərinin inkişafı
nəticəsində pul rentası da geniş yayılır; hətta bir sıra
Avropa ölkələrində əsas rentaya çevrilir. Pul rentasının
geniş tətbiq edilməsi kəndlinin iqtisadi müstəqilliyinin
artmasına, qeyri-iqtisadi məcburiyyət formalarının
nisbətən yumşalmasına səbəb oldu. Məhsuldar qüvvələr
daha da inkişaf etdi. Orta əsrlərin üçüncü dövründə bir
çox Avropa ölkələrində pul rentası hakim rol oynamaqda
davam edirdi. Lakin bu dövrdə kapitalist istehsal
münasibətləri inkişafa başladığına görə feodal pul rentası
sistemi dağılmağa, tədricən kapitalist torpaq rentası
yayılmağa başlayır.
Feodalizmi xarakterizə edərkən, onun daha bir vacib
xüsusiyyətini – korporativlik cəhətini də qeyd etmək
lazımdır. Bu, ilk növbədə orta əsr cəmiyyətin inkişaf
səviyyəsindən irəli gəlirdi: insanın üzləşdiyi çətinliklər
kollektivin köməyilə kompensasiya olunurdu. Amma orta
əsrlərdə Avropada mövcud kollektivçilik sistemi
insanlara yardımçı olmaqla yanaşı, onların bəzi şəxsi
hüquqlarını məhdudlaşdırıdı. Kəndli – kənd icmasının,
feodal – vassallıq əlaqələrinin, sənətkar və tacir – sex və
gildiyanın çərçivəsində yaşamalı olurdu.
«Feodalizm» anlayışının universal xarakteri. Sovet
tarixşünaslığında feodalizm – tarixi inkişafın müəyyən
bir mərhələsi kimi qəbul edilirdi və bu mərhələnin bütün
Avropa və Asiya, hətta Afrika və Amerika xalqlarının
keçdiyi təsdiqlənirdi. Lakin bu müddəa tarix elmində qəti
qəbul olunmuş sayıla bilməz, ələlxüsus Qərb
tarixşünaslığı üçün feodalizm sırf Avropa hadisəsi kimi
qəbul edilir. Azərbaycan tarixşünaslığında feodalizmin
universallığı fikri aşağıdakı şərtlərlə qəbul edilir:
Feodal sisteminin xarakterik xüsusiyyətlərinə əksər
ölkələrdə təsadüf olunur. Bununla belə, ayrı-ayrı
qitələrdə, hətta ayrı-ayrı ölkələrdə feodalizm
cəmiyyətinin bəzi özünəməxsus xüsusiyyətləri olmuşdur.
Bu baxımdan Şərq ölkələri daha xarakterikdir. Şərqdə
feodal istehsal üsulunun inkişafında nəzərə çarpan bəzi
xüsusiyyətlərə Avropada təsadüf olunmur.
Avropada feodalizm sistemi 5-ci əsrin sonlarından
17-ci əsrin ortalarına qədərki dövrü əhatə etdiyi halda,
Şərqdə bu cəmiyyət daha erkən—eramızın təqribən 2-ci
əsrindən inkişafa başlamış və daha uzun müddət—19-cu
əsrin ikinci yarısınadək davam etmişdir.
Məlumdur ki, bir çox Asiya tayfaları əsasən
maldarlıqla məşğul olur, köçəri həyat sürürdülər. Köçəri
tayfa başçıları, əyanlar daim yeni otlaqlar ələ keçirməyə
can atır, əkinçilik və b. oturaq təsərrüfat formaları ilə
məşğul olan tayfaları tabe edib varlanmağa çalışırdılar.
Tayfa daxilində yoxsullaşmış sıravi köçərilər isə əyanlara
nökərlik edir, onların sürülərini, ilxılarını otarırdılar və s.
Beləliklə, Asiya köçərilərində qeyri-iqtisadi məcburiyyət
Avropadakı təhkimçiliyə nisbətən daha yumşaq formada
idi.
Şərq ölkələrinin bir çoxunda, Avropadan fərqli
olaraq, iri feodal təsərrüfatları yox idi. Bununla əlaqədar
olaraq Şərqdə biyar və ya işləyib ödəmə rentası da geniş
yayılmamışdı. Feodallar torpaqlarını müvəqqəti və ya irsi
keçmək şərti ilə ayrı-ayrı kəndlilərin, habelə bütöv
icmaların istifadəsinə verir, müqabilində məhsulla (bəzən
də pulla) renta alırdılar.
Şərq ölkələrində, əksər hallarda, torpaq üzərində
mülkiyyət ayrı-ayrı feodallara deyil, ümumiyyətlə, feodal
dövlətinə məxsus idi. Bir çox torpaqlar isə bilavasitə
dövlətinki idi. Dövlət torpaqlarında kəndlilərin
istismarçısı ayrı-ayrı feodallar deyil, bilavasitə dövlətin
özü idi. Təbiidir ki, bu torpaqlarda yaşayan kəndlilər
rentanı da dövlətə verirdilər. Beləliklə, kəndlidən alınan
vergi ilə renta eyniləşirdi.
Feodalizmin son dövründə Şərqdə də qüvvətli, geniş
ərazili feodal dövlətləri yaranmışdı. Lakin bu dövlətlər
Avropadakı mütləq monarxiyalardan fərqli olaraq əmtəə-
pul münasibətlərinin genişləndiyi şəraitdə deyil, natural
təsərrüfatın möhkəm olduğu şəraitdə meydana
gəlmişdilər. Beləliklə, Şərq monarxiyaları möhkəm
iqtisadi zəmin üzərində yaranmamışdılar. Bundan başqa
həmin dövlətlər olduqca müxtəlif xalqları əhatə edirdilər
və milli dövlət səciyyəsi almamışdılar.
Feodalizmin üçüncü dövründə Avropa ölkələrində
kapitalist istehsal üsulunun yaranması prosesi gedir və
daxili iqtisadi əlaqələr getdikcə genişlənirdi. Bu cəhətdən
Şərq ölkələri geri qalırdılar; kapitalizm rüşeymləri
olduqca ləng inkişaf edirdi. Belə şəraitdə müstəmləkə
işğalları dövrü başlandı və təqr. 13-cü əsrədək iqtisadi-
mədəni tərəqqinin daha yüksək pilləsində dayanan Şərq
xalqlarının normal tarixi inkişafı pozuldu. Bununla
əlaqədar olaraq feodal istehsal üsulunun hökmranlığı
dövrü Şərqdə daha uzun sürdü.
Orta əsrlərdə sosial-sinfi mübarizə. İndiyə qədər
mövcud olan bütün sinifli cəmiyyətlərin tarixi həm də
siniflərin mübarizəsi tarixi olmuşdur. Bu baxımdan
feodalizmin tarixi, eyni zamanda, sosial-sinfi mübarizə
tarixidir. Erkən orta əsrlərdə geniş əraziləri əhatə edən,
kütləvi, uzun müddət davam edən kəskin kəndli
hərəkatları iqtisadi cəhətdən daha inkişaf etmiş Şərq
ölkələrində baş vermişdi. Məzdəkilər hərəkatı, Müqənna
üsyanı, Babəkin başçılıq etdiyi azadlıq müharibəsi, Xuan
Çao üsyanı və s. buna misal göstərmək olar. Sosial
hərəkat bir çox hallarda yadellilərin əsarətinə qarşı
azadlıq mübarizəsi ilə çulğalaşırdı. Orta əsrlərin sonrakı
dövrlərində də bir çox dünya ölkələrində sosial
hərəkatlar, daha çox isə kəndli üsyanları, böyük kəndli
müharibələri baş vermişdi. Orta əsrlərin ikinci dövründə
əmtəə-pul münasibətlərinin inkişafı şəraitində feodal
istismarı daha da şiddətləndi. Bu da sosial-sinfi
mübarizənin kəskinləşməsinə səbəb oldu. Bu hərəkatlar
bir çox hallarda şəhərliləri və kəndlilərin mübarizəsi ilə
eyni vaxtda və əlaqəli şəkildə baş verirdi. Əvvəllər feodal
istismarının nisbətən yumşalmasına və məhsuldar
qüvvələrin mütərəqqi inkişafına yol açan antifeodal
mübarizə orta əsrlərin sonunda erkən burjua inqilabları
ilə qovuşaraq feodalizm quruluşunun devrilməsində
həlledici rol oynadı.
Orta əsrlərdə sosial hərəkatlar bir çox hallarda dini
bayraq altında gedirdi. «Bütün orta əsrlər boyu
feodalizmə qarşı inqilabi muxalifət davam edir. Bu
müxalifət zamanın şəraitinə uyğun olaraq gah mistika
şəklində, gah açıq bidət şəklində, gah da silahlı üsyan
şəklində çıxış edir». 3
Sosial təsisatlar. Torpaq üzərində feodal
mülkiyyətinin bərqərar olması cəmiyyətin təkcə
təsərrüfat deyil, sosial həyatında da dəyişikliklər
yaradırdı. Əgər orta əsrlərin ilk başlanğıcında cəmiyyətin
əsas təsərrüfat və sosial vahidi icma idisə, 7-9-cu əsrlərin
hüdudunda bu, votçina (Fransada – senyoriya,
İngiltərədə - manor) olur. İri torpaq malikanəsi feodalın
mülkünə - domenə və kəndlinin istifadəsinə verilən pay
torpağına bölünürdü. Bir təsərrüfat vahidi kimi votçina
məhsuldar qüvvələrin inkişafını, torpağın
məskunlaşmasını və istifadəsini, iqtisadi yüksəlişi
şərtləndirirdi.
Feodal cəmiyyətinin sosial həyatının daha bir vacib
ünsürü – şəhər idi. Sənətkarlıq və ticarət mərkəzi olaraq
şəhər, əslində, feodalizmin ayrılmaz hissəsi olub onun
səciyyəvi cəhətlərini özündə daşıyırdı. İstehsalın və
ticarətin xırda miqyası, mülkiyyətin korporativliyi (sex
və gildiya), şəhərin feodalizmin vassal münasibətlərinə
daxil olması orta əsr Aropa şəhərinin feodal
xarakterindən xəbər verirdi. Bununla yanaşı, orta əsr
şəhəri texnikada həlledici irəliləyişlərin baş verdiyi
mərkəz idi ki, bu da manufaktura istehsalına keçiddə ona
aparıcı rolu təmin etmişdi. Şəhərlər, eyni zamanda,
mədəniyyətin və elmin toplandığı mərkəzlər idi. Qərbi
3
Маркс К., Энгельс Ф. Соч., т. 7, с. 361.
Avropada erkən orta əsrlərin sonunda təşəkkül tapan
humanizm ideologiyası və İntibah mədəniyyəti şəhər
həyatı ilə birbaşa bağlı olmuşdur.
Feodal dövləti. Din. Feodal münasibətlərinin
meydana gəlməsi ilə feodal dövləti də yaranır. Feodal
dövləti feodalizm cəmiyyətinin hakim sinfi olan
feodalların əlində idi. Beləliklə, feodalizm dövründə
dövlət, rəsmi din, məhkəmə sistemi feodalların
mənafeyini müdafiə edirdi.
Şərq ölkələrində erkən feodal dövləti nisbətən
mərkəzləşmiş xarakterdə idi. Bu, bir tərəfdən, torpaq
üzərində dövlət mülkiyyətinin üstünlük təşkil etməsi ilə,
digər tərəfdən də, əkinçilikdə suvarma qurğularının
böyük rol oynaması ilə əlaqədar idi. Çünki çox xərc və
işçi qüvvəsi tələb edən suvarma qurğularının yaradılması
üçün qüvvətli dövlət hakimiyyəti lazım idi. Feodal
dövləti müxtəlif dövrlərdə müxtəlif formalarda
olmuşdur. Məsələn, Xilafət, Böyük Karl imperiyası kimi
iri, lakin möhkəm olmayan dövlət qurumları; bəyliklər,
xanlıqlar, knyazlıqlar, hersoqluqlar, qraflıqlar və s. kimi
xırda dövlətlər; mərkəzləşmiş feodal dövlətləri; silki
monarxiyalar; mütləq monarxiyalar. Bu dövlətlərdən hər
biri ümumi inkişafdan doğan bəzi xüsusiyyətlərə malik
idi. Məsələn, ərazicə geniş olmalarına baxmayaraq, erkən
feodal monarxiyalarında mərkəzi hakimiyyət zəif idi;
silki monarxiyalarda, əmtəə-pul münasibətlərinin inkişafı
nəticəsində, şəhər əhalisinin varlı təbəqəsi mərkəzi
hakimiyyətin dayaqlarından birinə çevrilir; feodal
dözlətinin son forması olan mütləq monarxiyalarda isə ali
hakimiyyət bütünlüklə bir nəfərin əlində cəmlənir.
Mütləq monarx—imperator, şah, sultan, kral və s. qeyri -
məhdud hakimiyyətə malik idi. Orta əsrlərdə xüsusən
xarici ticarətin geniş inkişafı nəticəsinda yaranmış
respublika tipli şəhər-dövlətlər (məsələn, Vepesiya,
Genuya, Florensiya və s.) də olmuşdur. Bu dövlətlərdə
hakimiyyət varlı şəhərlilərin əlində idi.
Orta əsrlər dünya dinlərinin – buddizmin,
xristianlığın və İslamın bərqərar olduğu dövrdür.
Bununla əlaqədar Avropada kilsə - mənəvi və sosial-
siyasi həyatın aparıcı amili olmuşdur. 12-ci əsrədək Qərbi
Avropada xristian kilsəsi cəmiyyətin mənəvi həyatında
dominant olmuş, dini dünyagörüşünün və dini
mədəniyyətin təşəkkülünü doğurmuşdur. Xristian dini
Avropanın bir sivilizasiya olaraq vəhdətini qorumuşdur.
Bununla yanaşı, kilsə iri torpaq mülkiyyətçisi qismində
feodal cəmiyyətinin başlıca ideoloji qüvvəsi olmaqla onu
müdafiə etmişdir.
Orta əsrlər tarixini öyrənməyin əhəmiyyəti. Orta
əsrlər tarixinin tədqiqinin və öyrənilməsinin böyük
əhəmiyyəti var. Xalqın əsrlərcə yaratdığı maddi və
mənəvi mədəniyyət tarixinin böyük hissəsi orta əsrlərə
düşür. Orta əsrlər tarixi sinfi mübarizə tarixinin maraqlı
səhifələrini əhatə edir. Orta əsrləri öyrənmədən
cəmiyyətin ümumi inkişaf qanunauyğunluqlarını dərk
etmək qeyri-mümkündür. Məhz bu mənada orta əsrlər
tarixinin öyrənilməsi nəzəri və təcrübi əhəmiyyətə
malikdir. Bundan başqa, müasir dövrdəki hadisə və
münasibətlərin bir çoxunun kökləri orta əsrlərdən
başlanır. Müasir xalqların da xeyli hissəsinin təşəkkulü
prosesi məhz orta əsrlərdə başa çatmışdı. Bir sıra dünya
xalqları və dövlətləri isə orta əsrlərdə yaranmışdır.
Orta əsrlər dünya mədəniyyətinin inkişafı tarixində
də muəyyən mərhələdir. Orta əsrlərdə yaşayıb yaratmış
böyük yazıçılar, şairlər, rəssamlar, memarlar, filəsoflar,
alimlər özlərindən əvvəlki mədəni irsi xeyli
zənginləşdirdilər.
Kapitalizm cəmiyyətinin əsas sinifləri—proletariat
və burjuaziya orta əsrlərdə təşəkkül etməyə başlamışdı.
Millətlərin və milli mədəniyyətlərin yaranmağa başlaması
orta əsrlərə təsadüf edir. İlk müstəmləkəçilik addımları
orta əsrlərdə baş vermişdi. Orta əsrlər bir çox dünya
xalqlarının sosial və milli azadlıq mübarizəsi tarixinin
mühüm dövrüdür. Bütün bunları bilmədən ayrı-ayrı
ölkələrin daxili və dövlətlərarası inkişafının bugünkü və
gələcək inkişaf prespektivlərini dərindən başa düşmək
mümkün deyil.
Feodal münasibətləri və orta əsr ənənələri bu gün də
bu və ya digər şəkildə bir çox dünya ölkələrində, hətta ən
inkişaf etmiş kapitalist ölkələrində belə davam edir.
Feodalizmin mahiyyətini, onun inkişaf
qanunauyğunluqlarını bilmədən həmin ölkələrin
bugünkü tarixini və inkişaf perspektivlərini incəlikləri ilə
dərk etmək mümkün deyil.
Orta əsrlər tarixinin, demək olar ki, bütün
problemləri ətrafında (məsələn, feodalizmin universallığı,
xüsusi mülkiyyət, feodalizmin mənşəyi, sosial-sinfi
mübarizə, şəhərlərin yaranması və s.) bu gün də
tarixşünaslıqda elmi mübahisələr gedir. Bu, orta əsrlər
tarixinin aktuallığını, onu öyrənməyin əhəmiyyətini
aydın sübut edir.
I FƏSİL

ROMA İMPERİYASININ SÜQUTU VƏ ORTA


ƏSRLƏRƏ KEÇİD

Roma imperiyasında tənəzzül


Roma imperiyası orta əsrlərin ərəfəsində dünyanın
ən böyük dövlətlərindən biri idi. 4-cü əsrdə bu dövlət
İtaliyadan başqa, Qalliya, İspaniya, Britaniyanın böyük
hissəsini, Dunayın sağ sahilindəki torpaqları, Balkan
yarımadasını, Asiyanın bir çox yerlərini (Kiçik Asiya,
Suriya və s.), Misir, Şimali Afrika və b. yerləri əhatə
edirdi. Roma imperiyasının son dövr tarixi bu geniş
ərazidə quldarlığın böhranı və feodalizmin meydana
gəlməsi problemini aydınlaşdırmağa imkan verir.
Roma imperiyası ərazisində quldarlıq cəmiyyətinin
böhranı hələ eramızın 2-ci əsrində başlanmışdı. Vaxtını
keçirmiş quldarlıq istehsal münasibətləri artıq məhsuldar
qüvvələrin xarakterinə uyğun gəlmirdi, onun inkişafı
yolunda maneəyə çevrilmişdi. Qul öz əməyinin nəticəsi
ilə maraqlanmırdı. Bu da əmək alətlərinin
təkmilləşməsinə, istehsalın inkişafına mane olurdu.
İmperiya hərbi cəhətdən də zəifləmişdi. Bu səbəbdən
ucuz qul mənbəyi olan müharibələrin arası kəsilmişdi. İri
quldar təsərrüfatlarını işçi qüvvəsi ilə təmin etmək
mümkün deyildi. Qul əməyi quldarların, bütövlükdə
quldar dövlətinin tələbini ödəmirdi. Buna görə də
qulların istismar edilməsində müəyyən dəyişikliklər
əmələ gəldi. Qullara müəyyən qədər torpaq və b. zəruri
istehsal vasitələri verildi. Bunun müqabilində qul
becərdiyi məhsulun bir qismini ağasına verməli, ya da
onun təsərrüfatında işləməli idi. Müstəqil təsərrüfatçılıq
edən bu qullar öz zəhmətlərinin nəticəsi ilə əvvəlkinə
nisbətən daha çox maraqlanırdılar. Bu isə məhsuldarlığın
müəyyən qədər artmasına səbəb olurdu. Bununla belə,
həmin qullar öz əmlakları ilə birlikdə ağasının mülkiyyəti
idilər.
Qulların azadlığa buraxılması halları da getdikcə
artırdı. Belə qullar əksər hallarda keçmiş ağalarının
«himayəsində» qalır, icarədarlara çevrilirdilər. Qulların
azadlığa buraxılması, onlara istifadə üçün torpaq
verilməsi bilavasitə onların əməyinin məhsuldarlığını
artırmaq üçün edilmişdi.

Kolonat
Roma imperiyasının son dövrlərində iqtisadi
həyatda kolonat mühüm rol oynayırdı. Kolonat
mahiyyətcə Roma imperiyası ərazisində quldarlıqdan
feodalizmə keçid prosesindən başqa bir şey deyildi. Bu
təsərrüfat formasında həm quldarlığın, həm də
feodalizmin əlamətlərinə təsaduf edilir. Birinci sürətlə
süquta uğrayır, ikinci isə getdikcə inkişaf edirdi. Kolonlar
imperiyanın ilk dövrlərində torpaq sahiblərindən icarəyə
torpaq götürmüş azad adamlar idilər. Kolon latınca
«kolonus» sözündəndir ki, bu da «əkinçi» deməkdir.
Kolonlar torpaq sahiblərinə əvvəllər pulla, sonra isə
natural şəkildə icarə haqqı verirdilər. Bundan başqa onlar
icarəyə götürdükləri torpaq müqabilində bəzi
mükəlləfiyyətlər də icra edirdilər. Lakin imperiyanın
sonuna yaxın sayca artmış kolonlar becərdikləri
torpaqlara təhkim edildilər. Qanunla onların bütün
əmlakı torpaq sahiblərinin mülkiyyəti idi. Kolonların
yaşadıqları yerləri tərk etmək hüququ yox idi; onlar
dövlət və ruhani vəzifələri tuta bilməzdilər. Kolonlar
torpaq sahiblərindən şəxsən asılı idilər. Onlar hüquqi
cəhətdən, bəzən qullara bərabər tutulurdu. Bununla belə,
quldan fərqli olaraq kolon təsərrüfatca müstəqil idi.
Becərdiyi məhsulun bir hissəsini sata bilərdi. Bəzən
ağasından dövlət məhkəməsinə şikayət də edə bilərdi.
Kolonlar hərbi xidmətə də cəlb olunurdular. Onları
torpaqsız satmaq olmazdı və s. Kolon ictimai vəziyyətinə
görə orta əsrlərdəki təhkimli kəndliyə çox yaxın idi.
Kolonat Roma imperiyasının son dövrlərində
quldarlıq istehsal münasibətlərinin köhnəlməsi
nəticəsində tənəzzülə uğramış istehsalı müəyyən qədər
canlandırdı. Bu təsərrüfat sistemi imperiyanın ərazisində
feodal münasibətlərinin meydana gəlməsində müəyyən
rol oynadı.
Prekari. Emfitevzis
Kolonlardan başqa iqtisadi həyatda prekariyə malik
ictimai qrupun da müəyyən rolu vardı. Bu qrupa daxil
olanlar iri torpaq sahiblərindən müəyyən şərtlər
daxilində becərməyə torpaq almış xırda, azad icarədarlar
idilər. Lakin torpaq sahibləri istədikləri vaxt icarəyə
verilmiş torpaqları onlardan geri ala bilərdilər. Roma
imperiyasının süqutuna yaxın xırda prekari sahibləri
ictimai vəziyyətlərinə görə, demək olar ki, kolonlardan
fərqlənmirdilər.
Roma imperiyasının son dövründə yayılmış torpaq
mülkiyyəti formalarından biri də emfitevzis idi. Bu cür
torpaqları iri torpaq sahibləri və ya kilsə müəyyən
miqdarda vergi müqabilində ayrı-ayrı adamlara
verirdilər. Emfitevzis sahibləri təsərrüfatı yaxşı idarə
etməli idilər. Onlar bu torpaqları icarəyə verə, hətta sata
bilərdilər. Belə torpaqlar irsi də keçə bilərdi. Üç il ərzində
vergilər ödənməzsə, emfitevzis sahibi öldükdə (əgər
varisi qalmazsa), emfitevzisin verildiyi müddət bitdikdə
bu torpaqlar öz sahiblərinə qaytarılırdı. Göründüyü kimi,
emfitevzis feodalizm dövründəki şərti torpaq
mülkiyyətini andırır.

Aqrar quruluş
Roma imperiyasının son dövrlərində aqrar
quruluşda ciddi dəyişikliklər baş vermişdi. İri torpaq
sahibliyi xeyli inkişaf etmişdi. Bununla belə, xırda və orta
torpaq sahibləri də qalmışdı. Lakin ən əsası bu idi ki,
torpaq sahibliyinin quruluşunda müəyyən dəyişikliklər
baş vermişdi. Qul əməyinə əsaslanan iri təsərrüfatlar—
latifundiyalar parçalandı. Onların yerində villalar
yarandı. Villalar isə daha xırda torpaq parçalarına—
parsellalara bölünürdü. Bu torpaqlarda qullar, azadlığa
buraxılmış adamlar, kolonlar, prekari sahibləri əkinçiliklə
məşğul olurdular. Beləliklə, iri torpaq sahibliyi qul
əməyindən fərqli əməyə əsaslanan xırda təsərrüfatlarla
çulğaşmışdı. Bu isə quldarlıq cəmiyyətinə deyil, feodal
münasibətlərinə daha çox uyğun gəlirdi.

Sənətkarlıq
Roma imperiyasının süqutunda sənətkarlıq
məhsulları istehsalının sürətlə azalması mühüm rol
oynadı. İmperiyanın dağılması ərəfəsində Roma şəhərləri
tənəzzül etməkdə idi. Qul əməyinə əsaslanan sənətkarlıq
məhsulları istehsalı artıq əlverişli deyildi. Azad
sənətkarların isə istehsalı inkişaf etdirməsinə şərait yox
idi. Çunki feodal münasibətlərinin inkişafa başlaması ilə
əlaqədar olaraq natural təsərrüfatın hökmranlığı dövrü
başlayırdı. Şəhər əhalisi, ilk növbədə sənətkarlar kənd
yerlərinə axışırdı. Bunun qarşısını almaq məqsədi ilə
sənətkarlara mənsub olduqları sənətkar birliklərini
(kollegiyaları) tərk etmək qadağan olundu. Bu, onların
təhkimli halına salınması demək idi. Bundan əlavə
sənətkarlar quldar dövləti üçün müəyyən natural
mükəlləfiyyətlər icra etməli idilər. Başqa sözlə, istehsal
etdikləri məhsullardan dövlətə də verməli idilər.

Siyasi həyat
Roma imperiyasında quldarlıq cəmiyyəti siyasi
cəhətdən də böhran keçirirdi. Sinfi mübarizənin getdikcə
şiddətlənməsi, əyalət hakimlərinin müstəqilliyinin
artması, «barbar» tayfalarının hücumları və s. siyasi
həyatda bəzi dəyişikliklərə səbəb oldu. İmperator
hakimiyyəti daha da genişləndi, qeyri-məhdud xarakter
aldı. Senat əvvəlki rolunu itirdi. Dövlət hakimiyyəti
hərbiləşdi. Ordunun sayı artdı. Ordunun özəyi artıq yerli
əhalidən deyil, muzdla tutulan barbarlardan ibarət idi.
Bundan başqa, çox şişkinləşmiş dövlət aparatının
saxlanılması üçün alınan vergilər daha da artırıldı.
Bu tədbirlər quldar dövlətinin, ümumiyyətlə,
quldarlıq istehsal üsulunun dağılmasının qarşısını ala
bilmədiyi kimi, feodal münasibətlərinin də inkişafına
mane ola bilmədi. 395-ci ildə Roma imperiyası iki yerə—
Qərbi və Şərqi Roma imperiyasına parçalandı. İtaliya,
Qalliya, Britaniya, İspaniya, İlliriya, Pannoniya, Şimali
Afrika Qərbi Roma imperiyasının tərkibində qaldı. 
Roma imperiyasının parçalanması bilavasitə
quldarlıq quruluşunun böhranının nəticəsi idi. Odur ki,
imperiya parçalanmamışdan başlanan siyasi tənəzzül
Qərbi Roma imperiyasında getdikcə dərinləşirdi. İri
torpaq sahiblərinin və kilsənin hakimiyyəti
qüvvətlənirdi. Yerli hakimlərin mərkəzi hakimiyyətdən
asılılığı olduqca zəifləmişdi. Əyalətlərdə də Roma
ağalığından çıxmaq meyli güclənirdi. Ayrı-ayrı
hakimlərin muzdla tutulmuş hərbi dəstələri, qalaları
vardı. Əsasən barbarlardan ibarət muzdlu qoşunların
başçıları da müstəqilləşmişdilər. Beləliklə, gələcək
feodalizm cəmiyyətində olduğu kimi, siyasi hakimiyyət
ayrı-ayrı iri torpaq sahiblərinin əlində cəmləşirdi.
Xristian dini. Monastırlar
Quldarlıq quruluşunun böhranı ilə xristian dininin
də təbiəti dəyişdi. Xristianlıq istismar və zülm edilənlərin
dinindən istismarçıların dininə çevrildi. Hələ 313-cü ildə
Milan edikti ilə xristianlara etiqad azadlığı verilmiş, 381-
ci ildə xristianlıq dövlət dini elan edilmişdi. Hakim sinif
xristianlığın kütlələr içərisindəki nüfuzundan imperiyaya
tabe edilmiş müxtəlif xalqları, həmçinin istismar
edilənləri itaətdə saxlamaq üçün istifadə etdi. Çox
keçmədən xristianlıq hakim dinə çevrildi. İmperator və


Şərqi Roma imperiyası və ya Bizans haqqında ayrıca fəsildə bəhs olunacaqdır.
iri torpaq sahibləri tərəfindən çoxlu torpaq bağışlanan
xristian kilsəsinin iqtisadi və siyasi qüdrəti sürətlə artdı.
Roma yepiskopu tədricən ali ruhanilər içində birincilik
qazandı; 4-cü əsrin sonlarında isə papa,  başqa sözlə,
kilsə başçısı adlandı. Xristian kilsəsi katolik kilsəsi
adlanmağa başladı.
Xristian dini kimi monastırlar da əvvəlki demokratik
təbiətini itirdi. Məlum olduğu kimi, əvvəllər ictimai
zülmdən, istismardan təngə gələnlər monastıra çəkilib
tərki-dünyalığa qapılır, rahibliyə başlayırdılar. Beləliklə,
rahiblik demokratik xarakterdə idi. Rahiblərin kütlə
içində böyük nüfuzu vardı. Lakin xristian dininin hakim
sinfin əlində bir istismar vasitəsinə çevrilməsilə
monastırların da demokratik təbiəti dəyişdi. Monastır
torpaqlarında qul və kolon əməyindən geniş istifadə
edilməyə başlandı. Feodal təsərrüfatları kimi monastırlar
da istismar yuvasına çevrildilər.
Xalq kütlələrinin sosial çıxış formaları. Təriqətlər
Xristianlığın hakim sinfin məfkurə dayağına
çevrilməsi ilə ona qarşı müxtəlif təriqətlər meydana gəldi.
Bu təriqətlərdən biri ariçilik adlanırdı. Ariçilik 4-cü
əsrin əvvəllərində İsgəndəriyyədə başlanmışdı. Onun
banisi İsgəndəriyyəli keşiş Ari idi. Ari xristian kilsəsinin
banisi İisus Xristosun (oğul—Allah) «ata-Allaha» bərabər
tutulmasına etiraz edirdi. Çünki İisus Xristosu «ata -
Allah» yaratmışdır. Buna görə də o «ata - Allahdan»
aşağıdır. Ariçilər bununla əslində xristian kilsəsinin
ilahiləşdirilməsinə etiraz edirdilər. Ariçiliyi istismar


Papa yunanca «pappas» sözündəndir, a t a deməkdir.
olunan kütlələr müdafiə edirdilər. Çünki onlar xristian
kilsəsinin hakim sinfin mənafeyini müdafiə etməsindən
narazı idilər.
Xristian kilsəsinə qarşı çevrilən təriqətlərdən biri də
monofizitlik idi. Bu təriqət 5-ci əsrdə Bizansda meydana
gəlmiş, əsasən Misir, Suriya və Kiçik Asiyada geniş
yayılmışdı. Monofizitlər Allahın «bir təbiətli» (yunanca
«monos»—bir, «fizis»—təbiət) olduğunu göstərir,
ariçilərin əksinə olaraq, İisus Xristosu «Allah
səviyyəsinə» qaldırırdılar. Başqa sözlə, onlar İisus
Xristosun ikili təbiətə—həm Allah, həm də insan təbiətinə
malik olmasına etiraz edirdilər. Bundan başqa,
monofizitlər ruhanilərin dəbdəbəli həyat sürməsinə də
qarşı çıxırdılar. Monofizitlik də mahiyyətcə, ariçilik kimi,
hakim dinə qarşı ictimai etiraz idi.
4-cü əsrin əvvəllərində Roma imperiyasının Şimali
Afrikadakı torpaqlarında donatistlər hərəkatı başladı.
Donatistlər dini təliminin banisi yepiskop Donat idi.
Donatistlər hərəkatı hakim kilsəyə, xüsusən Roma
ağalığına qarşı ümumi narazılığın nəticəsi idi. Donatistlər
təqib, işgəncə zamanı öz etiqadından dönən xristianlara
qarşı barışmaz olmağa çağırırdılar. Bu təlimin
nümayəndələri Şimali Afrikada 6-cı əsrdə də qalmaqda
idilər.
Bu təriqətlər həm də quldar dövlətinə qarşı
çevrildiyindən istismar olunan geniş kütlələrin
mənafeyini əks etdirir, onlar tərəfindən müdafiə edilirdi.

Sinfi mübarizə
Roma quldar imperiyasının dağılmasında istismar
olunan kütlələrin sinfi mübarizəsi böyük rol oynadı. Xalq
kütləsinin hakim sinfə qarşı narazılığı müxtəlif
formalarda baş verirdi. Qulların, sənətkarların,
kolonların zülmdən baş götürüb qaçması, hərbi
xidmətdən və vergi verməkdən boyun qaçırmaq halları
tez-tez baş verirdi. Barbar hücumları zamanı istismardan
tənkə gəlmiş əhali onların tərəfinə keçirdi. Üsyanlar da
baş verirdi. 4-5-ci əsrlərdə bu üsyanların əsas qüvvəsi
kəndlilər, həmçinin bunlara qoşulmuş kolonlar və qullar
idi.
4-cü əsrdə Roma imperiyasının Afrikadakı
torpaqlarında aqonistiklər təriqətinin başçılığı ilə
qüvvətli xalq hərəkatı baş verdi. Aqonistiklər
donatistlərin ən ardıcıl nümayəndələri idilər. «Aqonistik»
yunanca «döyüşcül», «mübarizəyə qabil» mənalarındadır.
Aqonistiklər kilsəyə, ictimai bərabərsizliyə qarşı
çıxırdılar. Başqalarına nisbətən daha demokratik olan bu
təriqətin əsas dayağı yoxsul kənd əhalisi idi.
Aqonistiklərin başçılığı ilə kolonlar, qullar dəfələrlə
hakim sinfə qarşı silahlı üsyana qalxmışdılar. Onlar
malikanələri, kilsələri dağıdır, borc kağızlarını məhv
edir, qulları azadlığa buraxırdılar və s.
3-5-ci əsrlərdə Qalliyada və Şimali İspaniyada
baqaudlar hərəkatı adlı üsyan oldu. Qalliyanın qədim
əhalisi olan keltlərin dilində «baqa» mübarizə demək idi.
Yəqin ki, baqaudlar üsyanının adı da həmin sözdəndir.
Baqaudlar hərəkatı xarakter etibarilə Roma əsarətinə
qarşı xalq-azadlıq hərəkatı idi. Baqaudlar uzun müddət
Roma qoşunlarına qarşı silahlı mübarizə apardılar.
Nəticədə Qalliya və Şimali İspaniyada Roma hakimiyyəti
zəiflədi. Bu da həmin yerlərdə müxtəlif barbar
tayfalarının məskən salmasına əlverişli şərait yaratdı.
Roma quldar dövlətinə qarşı üsyanlar imperiyanın
başqa yerlərində, hətta İtaliyanın özündə, Romada da baş
verirdi. Bu üsyanlar məğlub olsa da, Roma quldar
dövlətini daxilən zəiflədir, quldarlıq quruluşunun
süqutunu yaxınlaşdırırdı. Əyalətlərin müstəqilliyə can
atması, mərkəzi hakimiyyətə qarşı mübarizəsi Roma
quldar dövlətinin vəziyyətini daha da çətinləşdirirdi.
Beləliklə, Roma imperiyasında quldarlıq quruluşunun
süqutu daxilən hazırlanmışdı. Vaxtını keçirmiş quldarlıq
münasibətləri ictimai inqilab yolu ilə aradan qaldırılmalı,
feodalizmin inkişafı üçün şərait yaranmalı idi. Bu, labüd
idi. Lakin bu tarixi zərurəti xarici amil sürətləndirdi.
Eramızın 4-5-ci əsrlərində barbar tayfalarının Roma
imperiyasına hücumları artdı. Bu tayfalar Roma quldar
dövlətinə sarsıdıcı zərbələr vurdu, onun süqutunu
sürətləndirdi. Barbarların hücumlarından birində— 476-
cı ildə Roma alındı və Qərbi Roma imperiyasının
varlığına son qoyuldu. Bu tayfalar Roma imperiyası
ərazisində quldarlıqdan feodalizmə keçid prosesində
mühüm rol oynadılar. Barbarların Roma imperiyası
ərazisinə gətirdiyi ibtidai icma quruluşu burda meydana
gəlməkdə olan feodal münasibətlərinin inkişafına
əlverişli şərait yaratdı. Azad icma üzvləri olan barbarlar
feodalizm cəmiyyətindəki kəndlilər sinfinin formalaş-
masında mühüm rol oynadılar. Buna görə də Roma
imperiyası ərazisində feodalizmin inkişaf
qanunauyğunluqlarını öyrənməzdən əvvəl, Roma
imperiyasına hücum zamanı barbar tayfalarının ictimai
quruluşuna nəzər salmaq lazımdır.
II F Ə S İ L

BARBARLAR VƏ ONLARIN İCTİMAİ QURULUŞU

Qədim yunanlar, daha sonra isə romalılar onlara


məlum olmayan dildə danışan xalqlara barbar  deyirdilər.
Romalılar ən çox qədim alman tayfalarını barbar
adlandırırdılar. «Barbar» sözü sonralar başqa xalqların da
dilinə keçmişdir. Tarix ədəbiyyatında barbar termini
Roma imperiyasına hücum edən müxtəlif mənşəli
tayfaların hamısına aid edilir. Barbar tayfaları Roma
imperiyası ərazisində feodal münasibətlərinin inkişafında
mühüm rol oynamışdılar. Qədim romalılara tanış olan ən
iri barbar tayfaları keltlər, qədim almanlar, hunlar və
slavyanlar idilər.

Keltlər
Avropanın ən qədim sakinlərindən olan keltlər
əsasən İtaliyanın şimalında, Qalliya, İspaniya, Britaniya
və İrlandiyada yaşayırdılar. Yunanlar onları keltlər,
romalılar isə qalliyalılar adlandırmışlar. Qərbi Avropanın,
demək olar ki, hər yerinə səpələnmiş keltlər hətta Kiçik
Asiyaya da keçmişdilər. Müxtəlif kelt tayfaları ilə əlaqədar
adlar dövrümüzə qədər qalmışdır. Məsələn: Kiçik
Asiyadakı Qalatiya qalatlarla, Bohemiya boylarla, Sena
senonlarla, Belçika belqlərlə, Britaniya və Bretan britlərlə,
İrlandiya irlərlə əlaqədardır. Alp, Reyn, Dunay kimi
coğrafi adlar, german sözü və s. də keltlərdən qalmadır.
Ən iri kelt tayfaları belvetlər, sekvanlar, linqonlar, edular,

Qədim yunanlar əsasən yunan olmayana, yadelliyə b a r b a r deyirdilər.
biburiqlər, arvernlər, allobroqlar və s. idi. Keltlər müxtəlif
Avropa xalqlarının (fransızlar, ingilislər, ispanlar,
irlandiyalılar və s.) formalaşmasında müəyyən rol
oynamışlar.
Roma istilalarından sonra imperiya ərazisinə daxil
olan yerlərdəki (Şimali İtaliya, Qalliya, İspaniya və s.)
keltlər bu yerlərdə məskən salmış romalılarla qaynayıb-
qarışdılar. Bununla yanaşı, həmin tayfalarda nəsli
quruluş dağıldı, Roma təsiri ilə quldarlıq münasibətləri
inkişaf etdi.
Roma təsirinə, demək olar ki, məruz qalmayan
Britaniya və bu təsirdən kənarda qalan İrlandiya
keltlərində isə nəsli quruluş uzun müddət davam etdi.
Britaniya və İrlandiyada yaşayan kelt tayfaları britlər,
irlər, skotlar idilər. Bu tayfalar başqa kelt tayfalarına
nisbətən tarix səhnəsində daha çox qaldılar. Buna görə də
orta əsrlər tarixinin başlanğıcındakı bəzi tarixi hadisələr
bu tayfalarla müəyyən qədər əlaqəlidir. Qalan kelt
tayfalarının isə, qədim dünyadan fərqli olaraq, orta
əsrlərdəki tarixi inkişafda o qədər də rolu olmamışdır.
Eramızın 5-ci əsrinədək Britaniyanın əsas əhalisi
olan kelt tayfaları britlər adlanırdı. Avropanın quru
hissəsindəki keltlərlə sıx əlaqədə olan britlər Yuli Sözarın
Britaniyaya hücumları (e. ə. 55, 54-cü illər) ərofəsində
nəsli icmalar halında yaşayırdılar. Torpaq ayrı-ayrı nəsli
qruplar arasında bölünsə də, icmanın mülkiyyətində idi.
Torpaq üzərində xüsusi mülkiyyət yox idi. Roma istilaları
ərəfəsində artıq sinifli cəmiyyətin rüşeymləri yaranırdı.
İctimai bərabərlik pozulmaqda idi. İcma üzvləri
içərisindən əyanlar ayrılırdı. Patriarxal köləlik inkişaf
edirdi. Maldarlıq əsas təsərrüfat forması idi. Əkinçilik də
mühüm rol oynayırdı. Əkinçilikdə kotandan istifadə
edilirdi. Britlərdə toxuculuq, dulusçuluq, ibtidai
metallurgiya inkişaf etmişdi. Avropa materiki ilə ticarət
əlaqələri vardı. Ticarətdə yunan və roma pulları ilə
yanaşı, britlərin öz pulları da işlədilirdi. Roma ağalığı
dövründə ictimai təbəqələşmə nisbətən sürətlənsə də, bu
proses başa çatmadı. Roma ağalığı başa çatandan (410) az
sonra Britaniyaya 5-ci əsrin ortalarından Şimali alman
tayfaları olan anqllar, sakslar, yutlar və frizlər hücum
etməyə başladılar. 7-ci əsrin əvvəllərində artıq ölkənin
böyuk hissəsi bu tayfalar tərəfindən işğal olunmuşdu.

Qədim alman tayfaları


Romalılar ən çox qədim alman tayfaları ilə təmasda
idilər. Elə buna görə də ən çox məhz bu tayfaları «barbar»
adlandırırdılar. Qədim alman tayfaları eramızın
əvvəllərində Reyn çayı ilə Visla, Alp dağları ilə Dunay
çayı, Şimal dənizi ilə Baltik dənizi arasındakı torpaqlarda
və Skandinaviya yarımadasının cənubunda yaşayırdılar.
Lakin bu yerlərin qədim əhalisi ancaq almanlardan ibarət
deyildi.
E. ə. 1-ci əsrin sonunda Reyn və Elba çayları
arasındakı ərazi, qısa muddət də olsa, Roma imperiyasına
qatılmışdı. Lakin sonralar Roma imperiyası qədim alman
tayfalarının hücumlarına tab gətirə bilmədi. Bu tayfaların
hücumlarının qarşısını almaq məqsədi ilə Reyn çayının
ortalarından Dunayın yuxarılarına qədər uzanan müdafiə
xətti yaradıldı.
Qədim alman tayfalarının ictimai quruluşunu
öyrənmək üçün mühüm mənbələrdən biri Yuli Sezarın e.
ə. təqribən 50-ci ildə yazdığı «Qalliya müharibəsi
haqqında qeydlər»idir. Sezar və başqa antik müəlliflərin
məlumatına görə, e. ə. 1-ci əsrin ortalarında almanlar
nəsli icmalar halında yaşayırdılar. Bütün alman tayfaları
ictimai inkişafına görə eyni səviyyədə deyildilər. Bəzi
tayfalar oturaqlaşmışdılar və əsasən əkinçiliklə məşğul
olurdular. Torpaq kotanla şumlanırdı. Sezarın
məlumatına görə, alman tayfalarının bəziləri
oturaqlaşmamışdı. Bu tayfaların təsərrüfat həyatında
maldarlıq mühüm yer tuturdu. Lakin köçəri alman
tayfalarının özləri də əkinçiliklə məşğul olurdular. Daha
doğrusu, bu tayfalar həm də əkin üçün yeni torpaqlar ələ
keçirmək məqsədi ilə yerlərini dəyişirdilər. Qədim
almanlar metal emalını da bacarırdılar. Kənd-kənd
məskən salmış almanlar qan qohumluğu icmaları halında
yaşayırdılar.  Torpaq icmanın mülkiyyətində idi. İcma
üzvləri torpağı birgə becərirdilər. Siniflər və dövlət hələ
yaranmamışdı. Bütün mühüm məsələlər xalq
yığıncaqlarında həll olunurdu. Silah gəzdirmək hüququ
olan bütün kişilər xalq yığıncaqlarında iştirak edirdilər.
Məhkəmə işləri ilə nəsli ağsaqqallar məşğul olurdu.
Müharibələr qədim almanların həyatında mühüm rol
oynayırdı. Hərb zamanı hərbi başçı seçilirdi. Hərbi
başçılar qonşu tayfalara hücum üçün könüllü hərbi
dəstələr düzəldirdilər. Gələcək hərbi drujinaların
rüşeymi olan bu dəstələr daimi deyildi.
Eramızın 1-ci əsrinin sonlarında alman tayfalarının

İcma üç inkişaf mərhələsi keçmişdir: qan qohumluğu icması, əkinçilik icması
qonşuluq icması.
ictimai-iqtisadi həyatında ciddi dönüş yaranmışdı. Bu
haqda Roma tarixçisi Tasitin əsərlərində qiymətli
məlumatlar var. Qədim almanların ictimai quruluşunu
öyrənmək üçün onun eramızın təqribən 98-ci ilində
yazdığı «Almanların mənşəyi və yaşadıqları yer
haqqında» adlı əsəri daha maraqlıdır. Çünki bu əsərdəki
məlumatların xeyli hissəsi Tasitin şəxsi müşahidələrinə
əsaslanır. Tasitin məlumatından aydın olur ki, almanlar
eramızın 1-ci əsrinin sonlarında artıq tamamilə
oturaqlaşmışdılar. Əkinçilik mədəniyyəti də yüksəlmişdi.
Hətta mineral gübrələrdən də istifadə edilirdi. Maldarlıq
yenə də mühüm rol oynamaqda idi. «...Almanlar
xoşlayırlar ki, mal-qaraları çox olsun...» Bu dövrdə
qanbahasının — vergeldin mal-qara ilə ödənməsi bunu
aydın sübut edir.
Tasitin dövründə almanlarda metal emalı,
toxuculuq, dulusçuluq və s. də inkişaf etmişdi. Daxili və
xarici ticarət zəif inkişaf etmişdi. Reyn çayı boyunda
yaşayan almanlar ticərətlə nisbətən çox məşğul olurdular.
İctimai həyatda da dəyişikliklər yaranmışdı. Qan
qohumluğu icmalarını əkinçilik icmaları əvəz etmişdi.
Tasit dövründə də torpaq kollektiv mülkiyyət idi.
Lakin torpaqlar elliklə becərilmirdi. Əkinəyararlı
torpaqlar birlikdə yaşayan və işləyən yaxın qohumların
— iri ailələrin istifadəsində idi. Bu torpaqlar vaxtaşırı
həmin ailələr arasında yenidən bölünürdü. Meşələr,
otlaqlar və s. icmanın ümumi istifadəsində idi. Böyük
ailələrin evləri və həyətyanı torpaqlar həmin ailələrin
xüsusi mülkiyyətinə keçmişdi. Almaniyanın bəzi
yerlərində, hətta əkinəyararlı torpaqların hamısı ev
icmalarının xüsusi mülkiyyətinə çevrilmişdi.
Tasitin məlumatından aydın olur ki, onun dövründə
hələ siniflər yaranmamışdı. Əsas istehsalçılar azad icma
üzvləri idi. Lakin ictimai təbəqələşmə gedirdi. Çünki
Sezardan fərqli olaraq Tasit qədim almanlarda qulların
olduğunu göstərir. Lakin onların vəziyyəti qədim Roma
qullarından xeyli yaxşı idi. Qullardan əsasən həyət-baca
işlərində istifadə olunurdu. Onların öz evləri,
təsərrüfatları vardı. Ağalarına ancaq natural vergi
verirdilər. Bu mənada onlar quldan daha çox Roma
kolonlarını andırırdılar. Qullar ictimai-iqtisadi həyatda
mühüm rol oynamırdılar. Bundan başqa, azad icma
üzvlərindən nəsli əyanlar ayrılmağa başlayırdı. Onların
əmlakı və nüfuzu başqa icma üzvlərininkindən çox idi .
Beləliklə, iqtisadi və ictimai bərabərsizlik yaranırdı.
Sinifli cəmiyyətin rüşeymləri Roma imperiyası ilə sərhəd
yerlərdə yaşayan alman tayfaları içərisində daha aydın
nəzərə çarpırdı.
Cəmiyyət siniflərə bölünmədiyinə görə Tasitin
dövründə Almaniyada hələ dövlət də yaranmamışdı.
Bütün mühüm məsələlər — muharibə, sülh, tayfa başçısı
seçilməsi və s. yenə də xalq yığıncaqlarında həll
olunurdu. Xalq yığıncaqlarından başqa, əyanlardan ibarət
ağsaqqallar şurası da vardı. Bu şura bəzi məsələləri
müstəqil həll edir, çox mühüm məsələləri isə xalq
yıqıncağının müzakirəsinə hazırlayırdı. Beləliklə, əyanlar
siyasi cəhətdən də sadə icma üzvlərindən fərqlənirdilər.
Müharibələr zamanı hərbi dəstələrə ayrı-ayrı
adamlar başçılıq edirdi. Onlar da əsasən əyanların
içindən seçilirdi. Tasitin Məlumatına görə, alman
«tayfalarında belə adət var ki, hamı könüllü olaraq
başçıya bir neçə baş mal-qara və ya torpaqdan alınan
məhsul verir».
Tasitin dövründə kral hakimiyyəti də meydana
gəlməkdə idi. Tayfaya rəhbərlik edən kral eyni zamanda
hərbi başçı idi. Xalq yığıncağı və ağsaqqallar şurası kral
hakimiyyətini məhdudlaşdırırdı. Azad icma üzvlərinin
seçdiyi kral əksər hallarda nəsli əyanlardan olurdu.
Bəzən kral hakimiyyəti irsi keçirdi.
Tasitin dövründə alman tayfalarında hərbi
drujinaların da rolu artmışdı. Artıq onlar daimi hərbi
dəstələrə çevrilmişdilər. Bu isə həmin dəstələrin tabe
olduqları hərbi başçıların, kralların nüfuzunu daha da
artırır, hakimiyyətini qüvvətləndirirdi. Fridrix Engels
qədim almanlardakı (həmçinin başqa xalqlardakı) bu
idarə formasını hərbi demokratiya adlandırırdı.
Tasitin məlumatlarından aydın olduğu kimi, qədim
almanlarda nəsli münasibətlər olduqca güclü idi. Bu həm
ictimai-iqtisadi həyatda, həm də hərb zamanı özünü
göstərirdi. Əgər birinə cərimə (vergeld) kəsilərdisə, onun
qohumları həmin cərimənin ödənilməsində iştirak edirdi;
müharibə zamanı hərbi dəstələr də qohumluq əsasında
düzəldilirdi və s. İctimai həyatda ata nəsli hökmranlıq
edirdi. Lakin ana nəslinin nişanələri hələ də qalmaqda
idi. Qədim almanlar qadına çox hörmət edirdilər.
Eramızın 1-ci əsrində almanlarda nəsli icma
quruluşu öz inkişafının zirvəsində idi. Bununla belə,
onun dağılmasının ilk əlamətləri görünürdü. Əmlak
bərabərsizliyi və torpaq üzərində xüsusi mülkiyyətin
rüşeymləri yaranırdı. Nəsli icmaları əkinçilik icmaları
əvəz etmişdi. Əyanlıq və kral hakimiyyəti irsi keçməyə
başlamışdı.

Slavyanlar
Qədim slavyan tayfaları erkən orta əsrlərdə Şərqi
Avropanın ictimai-iqtisadi və siyasi tarixində mühüm rol
oynamışlar.
Slavyanlar qədim alman tayfalarının şərq qonşuları
idilər. Onlar haqqında ən qədim yazılı məlumat eramızın
1-2-ci əsrlərinə aiddir. O zaman qədim slavyan tayfaları
venedlər (venetlər) adı ilə tanınırdılar. Böyük Plini, Tasit,
Ptolemey, İordan və başqa müəlliflərin əsərlərində
Avropanın bu qədim sakinləri haqqında qiymətli
məlumatlar var. İordanın yazdığına görə, venedlər Visla
çayı boyunca yaşayırdılar. Bəzi tədqiqatçılar güman
edirlər ki, «slavyan» termini Ptolemeyin adını çəkdiyi
vened tayfalarından biri olan suovenlərin adından əmələ
gəlmişdir. 6-cı əsrdən etibarən mənbələrdə slavyanların
adına «sklaveni» şəklində təsadüf olunmağa başlayır.
Elmi ədəbiyyatda slavyanların yaşadığı ən qədim
ərazi haqqında vahid fikir yoxdur. Bununla belə,
mənbələr təsdiq edir ki, qədim slavyanlar Elba  və Oder 
çaylarından başlayaraq Visla boyunda, Dnestrin yuxarı
axarlarında və Dneprin ortalarına qədərki ərazidə
yaşayırdılar. Slavyanlar şimalda qədim alman tayfaları
ilə və baltlarla, şərqdə skiflərlə və sarmatlarla, cənubda
isə frakiyalılar və illiriyalılarla qonşu idilər.
Eramızın 2-4-cü əsrlərində qədim alman


Slavyanlar L a b a adlandırırdılar.
 
Slavyanlar O d r a adlandırırdılar.
tayfalarından qotlar və gepidlər əvvəlki yerlərini tərk edib
cənuba—slavyanların yaşadığı əraziyə doğru hərəkət
etdilər. Bununla, slavyan tayfalarının ərazi birliyi
pozuldu və onlar qərb və şərq qollarına ayrılmağa
başladılar. «Xalqların böyük köçü» zamanı slavyanlar
daha geniş ərazidə yayıldılar. Pannoniyadakı Hun
xaqanlığı dağıldıqdan sonra slavyanların cənuba doğru
irəliləməsinə əlverişli şərait yarandı. Dunay boyunda,
Balkan yarımadasında, Qara dənizin şimal-qərb
sahillərində məskən saldılar. Beləliklə, slavyanlardan 3-
cü bir qol—cənub slavyanları ayrılmağa başladı. Orta və
Aşağı Dunay hövzəsində, həmçinin Dunayla Dnestr
arasında yaşayan cənub slavyanlarını 6-cı əsrin Bizans
müəllifləri sklavinlər, slavenlər adlandırırdılar. Dnestrlə
Dnepr arasında yaşayan slavyan tayfaları isə antlar
adlanırdı. Antlar şərq slavyanlarının özəyi idilər. Bizans
tarixçiləri əsasən Visla və Baltik boyunda yaşayan
slavyan tayfalarını isə venetlər adlandırırdılar. Bu
slavyan tayfaları Laba boyunda məskunlaşan slavyanlarla
birlikdə sonralar qərb slavyanları qrupunu təşkil etdilər.
Beləliklə, slavyan tayfaları üç böyük qrupa ayrılırdı: şərq
slavyanları, qərb slavyanları, cənub slavyanları. Bununla
belə, 8-ci əsrədək müxtəlif slavyan tayfaları ictimai-
iqtisadi inkişaf səviyyələrinə görə bir-birindən kəskin
surətdə fərqlənmirdilər.
Slavyanlar əsasən əkinçiliklə (buğda, arpa və s.)
məşğul olurdular. İqtisadi həyatda maldarlığın da
mühüm rolu vardı. Bundan başqa ovçuluq, bal toplamaq,
balıqçılıq, dulusçuluq və toxuculuq da inkişaf etmişdi.
Qədim slavyanların yaşadıqları yerlərdə aparılan
arxeoloji qazıntılar zamanı tapılan çoxlu metal alətlər və
silahlar onların metal çıxarılması və emalı ilə də məşğul
olduqlarını göstərir. Slavyanlar yoğun ağac gövdəsindən
qayırdıqları qayıqlarda Yunanıstana qədər gedib
çıxırdılar. Qədim slavyanlarda ticarət əsasən mübadilə
xarakterində idi. Çünki pul hələ meydana gəlməmişdi.
Nəsli quruluş hökmranlıq edirdi. Qazıntılar zamanı
tapılmış Roma və Bizans pulları xarici ticarətin də
müəyyən qədər inkişaf etdiyini göstərir.
Qədim slavyanların ictimai quruluşu haqqında
məlumat olduqca azdır. Qeysəriyyəli Prokopi (6-cı əsr)
göstərir ki, «bu tayfaları, slavyanları və antları, bir adam
idarə etmir...» Bütün mühüm məsələlər xalq yığıncağında
— veçedə həll olunurdu. Bununla belə, 6-8-ci əsrlərdə
artıq nəsli icma quruluşu dağılır, sinfi münasibətlər
meydana gəlirdi. Nəsli icmaları tədricən qonşuluq
icmaları əvəz edirdi. Bu da əmlak bərabərsizliyinin
inkişafına kömək edirdi. Siniflərin və dövlətin rüşeymləri
yaranırdı.
III F Ə S İ L
«XALQLARIN BÖYÜK KÖÇÜ» VƏ BARBAR
KRALLIQLARININ YARANMASI

Barbarlar «Xalqların böyük köçü» ərəfəsində


Eramızın 4-cü əsrinin sonlarında barbar tayfaları
kütləvi şəkildə yerlərini dəyişməyə və Roma imperiyası
ərazisinə hücum etməyə başladılar. Tarix ədəbiyyatında
bu uzun sürən hadisə «Xalqların böyük köçü» (4-7-ci
əsrlər) adlanır. Barbarların, xüsusən qədim alman
tayfalarının kütləvi şəkildə hərəkətə gəlməsi, əvvəlki
yerlərini dəyişməsi təsadüfi proses deyildi.
«Xalqların böyük köçü» ərəfəsində barbarlarda
(qədim almanlar, slavyanlar və s.) məhsuldar qüvvələr
xeyli inkişaf etmişdi. Əmək alətləri təkmilləşmiş, müxtəlif
sənətkarlıq sahələri tərəqqi etmiş, ticarət genişlənmişdi.
Əkin sahələri artmışdı. Maldarlıqda da müəyyən
irəliləyiş vardı.
Məhsuldar qüvvələrin inkişafı, Roma imperiyası ilə
genişlənən əlaqələr qədim alman tayfalarında icma
üzvləri içərisində əmlak bərabərsizliyinin inkişafına,
həmçinin nəsillər (qəbilələr) arasında qeyri-bərabərlik
yaranmasına səbəb olurdu. Azad icma üzvləri içərisindən
yeni təbəqə—yarımasılılar yaranırdı. İctimai həyatda
sıravi icma üzvlərinin rolu getdikcə azalır, əyanların
nüfuzu isə artırdı. Hərbi drujinalara arxalanan kralların
hakimiyyəti irsi keçməyə başlamışdı. 4-cü əsrdə alman
tayfaları içərisində xristianlıq da yayılmaqda idi.
«Xalqların böyük köçü» ərəfəsində qədim almanlarda
ibtidai icma quruluşu dağılmaqda idi. Lakin sinifli
cəmiyyət hələ yaranmamışdı.
Beləliklə, qədim almanların, habelə başqa barbar
tayfalarının Roma imperiyasına hücumları onların
özlərinin içərisində ictimai və əmlak bərabərsizliyinin
dərinləşdiyi bir zamanda baş vermişdi. Tayfa başçıları,
əyanlar varlanmaq üçun yeni torpaqlar, hərbi qənimət ələ
keçirməyə çalışırdılar.
Bundan başqa, «Xalqların böyük köçü» ərəfəsində
əhali də artmışdı.
Qədim alman tayfalarının Roma imperiyasına hücum
etməsində onları sıxışdıran Asiya tayfalarının (məsələn,
hunlar) da rolu az olmamışdı. Hərbi cəhətdən yaxşı təşkil
olunmuş bu tayfaların hücumlarına davam gətirməyən
qədim almanlar, habelə başqa barbar tayfaları ya biri
digərinin torpağını əlindən almalı, ya da onlarla qonşu
olan geniş ərazili Roma imperiyasına hücum etməli idilər.
Artıq tənəzzül etməkdə olan Roma imperiyası isə
barbarların hücumlarını dəf etməyə qadir deyildi.

«Xalqların böyük köçü»nün başlanması. Qotlar. Hunlar


«Xalqların böyük köçü» ərəfəsində barbar
tayfalarının tarixində bir sıra mühüm dəyişikliklər
olmuşdu ki, bu da hadisələrin sonrakı gedişinə təsir
göstərməyə bilməzdi. Belə ki, 166—180-ci illərdə qədim
alman tayfaları (xüsusən markomanlar) və sarmatlarla
Roma imperiyası arasında müharibə baş verdi.
Markoman müharibəsi adlanan bu müharibədə Roma
imperiyası zəiflədi. Bundan sonra qədim alman
tayfalarının bəziləri Roma imperiyası ərazisinə və Qara
dəniz sahillərinə doğru irəlilədilər. Bu tayfalardan biri də
qotlar idi.
Qotlar şərqi alman tayfalarından idilər. Onlar Visla
çayının mənsəbində və Baltik dənizinin cənub
sahillərində yaşayırdılar (bəzi məlumatlara görə, onlar
bura Skandinaviyadan gəlmişdilər). Eramızın 3-cü əsrinin
əvvəllərində qotlar Qara dənizin şimal sahillərində
məskən saldılar. Burda yerli skiflər və sarmatlarla
qaynayıb-qarışmaqda olan qotlar iki qola ayrıldılar:
vestqotlar (qərbi qotlar) və ostqotlar (şərqi qotlar).
Vestqotlar Dnestr boyunda, həmçinin Dunayın aşağı
boyunda yaşayırdılar. Dnestrdən Qara dəniz və Azov
dənizinə qədər olan ərazidə isə ostqotlar yaşayırdılar.
Roma imperiyası ərazisinə tez-tez hücum edən qotlar
«Xalqların böyük köçü»ndə fəal iştirak etdilər.
«Xalqların böyük köçü» hunların hücumu ilə
başlandı. Türk tayfaları olan hunlar eramızın təqr. 1-ci
əsrində Mərkəzi Monqolustanda yaşayırdılar. Burdan
qərbə doğru hərəkət edən hunlar 2-ci əsrdən etibarən
Volqa və Uralboyu torpaqlarda məskən salmağa
başladılar. Onlar burda uqor tayfaları ilə qaynayıb-
qarışırdılar. Köçəri hun tayfaları yeni otlaqlar və qənimət
ələ keçirmək üçün daim yerlərini dəyişirdilər. Odur ki,
onlar kütləvi surətdə Volqaboyundan Qara dəniz ətrafına
doğru hərəkət etdilər. 4-cü əsrdə Volqa ilə Don çayları
arasında hunların böyük tayfa birliyi yarandı.

Qərbi Roma imperiyası ərazisində ilk barbar krallığı


Hunlar qərbə doğru hərəkət edib 4-cü əsrin 2-ci
yarısında Don sahilində alanların tayfa birliyini
dağıtdılar; 375-ci ildə isə Qara dəniz sahilində ostqotların
tayfa birliyini darmadağın etdilər. Ostqotların bir qismi
hunlara qarışdı, digəri isə qərbə çəkildi. Hunlardan
ehtiyat edən vestqotlar da yaşadıqları yerləri tərk edib
Dunayı keçdilər və 376-cı ildə Roma imperiyası
ərazisində— Meziyada (indiki Bolqarıstan ərazisinin bir
hissəsi) imperiyanın müttəfiqi kimi məskən saldılar.
Onlar Roma dövlətinə tabe olmalı və imperiyanın
sərhəddini xarici hücumlardan qorumalı idilər. Çox
keçmədən burda vestqotların Roma imperiyasına qarşı
üsyanı oldu. Hunların da bir qismi bu üsyana qoşuldu.
Üsyançılar 378-ci ildə Adrianopol yaxınlığında Roma
imperatorunun ordusunu darmadağın etdilər. Roma
qoşunları yalnız 382-ci ildə həmin üsyanı yatıra bildi.
Lakin vestqotlar Meziyadan başqa Frakiya və
Makedoniyada da məskən saldılar. Bundan sonra
vestqotların Qərbi Roma imperiyasına, xüsusən İtaliyaya
hücumları daha da artdı. 410-cu ildə onlar Alarixin
başçılığı ilə Romanı alıb dağıtdılar. Lakin İtaliyada
möhkəmlənə bilməyən vestqotlar Cənubi Qalliyaya
keçdilər. 418-ci ildə Cənub-Qərbi Qalliyada Vestqot
krallığı (və ya Tuluza krallığı) yarandı. Bu Qərbi Roma
imperiyası ərazisində imperiyanın dağılmasına hələ
yarım əsrdən də çox qalmış yaranan ilk barbar dövləti
idi. 5-ci əsrin 2-ci yarısında Luaradan cənubdakı bütün
Qalliya torpaqları və Pireney yarımadasının çoxu Vestqot
krallığına daxil idi. Lakin 6-cı əsrin əvvəllərində
vestqotları, başqa bir alman tayfası olan franklar
Qalliyadan İspaniya ərazisinə sıxışdırdılar. İspaniya
ərazisində Vestqot dövləti 8-ci əsrin əvvəllərinə qədər
yaşadı. Vestqotlar İspaniyada feodalizmin inkişafında
mühüm rol oynayırdılar. Vestqot krallığını ərəblər
aradan qaldırdılar (711—718).

Vandal - Alan krallığı


«Xalqların böyük köçü»ndə iştirak edən barbar
tayfalarından biri də vandallardır. Şərqi alman tayfaların-
dan olan vandallar əvvəllər Skandinaviyada yaşayırdılar.
Burdan onlar Baltik dənizinin cənub sahillərinə köçmüş,
sonra isə Dunaya qədər yayılmışdılar. Vandallar eramızın
2 -ci əsrində Roma imperiyasına qarşı Markoman
müharibəsində iştirak etmiş, 3—4-cü əsrlərdə isə
Pannoniyada Roma dövlətinin müttəfiqi kimi məskən
salmışdılar. Burda onlar, Don sahillərində hunlara
məğlub olduqdan sonra Pannoniyaya doğru çəkilmiş
irandilli alanların bir hissəsi ilə birləşdilər. Lakin
vandallar və alanlar Pannoniyada möhkəmlənə
bilmədilər. Çünki onları bu zaman hunlar tərəfindən
təqib olunan qotlar sıxışdırdılar. Bundan sonra vandallar
və alanlar Qalliyaya, ordan da İspaniyaya (409) keçdilər.
Vestqotlarla toqquşmalar vandallara burda da
möhkəmlənməyə imkan vermədi. Onlar 429 - cu ildə
alanlarla birlikdə Şimali Afrikaya keçdilər. Bu zaman
donatistlər və aqonistiklər hərəkatı nəticəsində Şimali
Afrikada Roma hakimiyyəti zəifləmişdi. Beləliklə,
vandallara və alanlara Roma imperiyasının Şimali
Afrikadakı torpaqlarını işğal etmək üçün əlverişli şərait
yaranmışdı. Roma quldar dövlətinin zülmündən təngə
gəlmiş istismar olunan əhali (qullar, kolonlar və s.)
barbarların tərəfinə keçirdilər. Bundan istifadə edərək,
Afrikanın şimalında çoxlu torpaqlar ələ keçirən vandallar
və alanlar 439-cu ildə burda—Roma imperiyasının
torpaqlarında paytaxtı Karfagen olan dövlət yaratdılar.
Çox keçmədən vandal kralı Qeyzerix (428-477) Balear
adalarını, Korsika, Sardiniya və Siciliyanı da aldı. 455-ci
ildə isə Qeyzerixin başçılıq etdiyi vandallar Romanı alıb
dağıtdılar.  Vandal krallığı 534-cü ilədək yaşadı. Bu
barbar dövlətini Şərqi Roma (Bizans) imperatoru
Yustinianın qoşunları aradan qaldırdı. Şimali Afrika
Bizansa birləşdirildi.
Vandal-alan krallığı dövründə Şimali Afrikada
feodalizmin inkişafına əlverişli şərait yarandı; Roma
dövründən qalmış quldarlıq münasibətlərinin qalıqlarına
ağır zərbə dəydi.

Burqund krallığı
457-ci ildə Qərbi Roma imperiyası ərazisində—Rona
və Sona çayları vadisində yeni barbar dövləti—Burqund
krallığı yarandı. Bu dövlətin paytaxtı Lion idi. Bu krallıq
şərqi alman tayfalarından olan burqundların ilk dövləti
deyildi. Burqundlar, güman olunduğuna görə, əvvəllər
Bornholm (Burqundarholm) adasında yaşayırmışlar.
Burdan cənuba doğru hərəkət edən burqundlar 5-ci əsrin
əvvəllərində (406) Reynin orta boyunda (sol sahilində)
məskən saldılar. Burda paytaxtı Vorms olan ilk Burqund
krallığı yarandı. Lakin bu dövləti 436-cı ildə hunlar
dağıtdılar. Bundan sonra burqundlar Roma imperiyasının
müttəfiqi kimi indiki Savoyya ətraflarında məskən
saldılar. Lakin Roma dövləti zəiflədikcə onlar Rona

Roma alınarkən çoxlu mədəniyyət abidələri məhv edildi; mədəniyyət abidələrinin
nahaq yerə, vəhşicəsinə dağıdılmasına verilən «vandalizm» adı da burdan
yaranmışdır.
hövzəsinə doğru yayıldılar və burda ikinci dəfə krallıq
yaratdılar. Rona və Sona vadisindəki Burqund dövlətini
534-cü ildə franklar dağıtdılar.

Hun tayfa ittifaqı


«Xalqların böyük köçü»ndə iştirak edən tayfalardan
biri də türk mənşəli hunlar idi. Hunlar ostqot tayfa
birliyini dağıtdıqdan sonra Qərbi Roma imperiyası
ərazisinə tez-tez hücum etməyə başladılar. Beləliklə,
qədim alman tayfalarının hücumları qarşısında aciz qalan
Qərbi Roma imperiyası daha qorxulu xarici təhlükə ilə
üzləşməli oldu. Belə vəziyyətdə Qərbi Roma
imperatorları hunlarla ittifaq bağlayıb, onlardan başqa
barbar tayfalarına qarşı istifadə etdilər.
Hun tayfa birliyi 5-ci əsrin əvvəlində Pannoniyada
(indiki Macarıstan ərazisinin qərbi) qərarlaşdı.
Pannoniyadan müxtəlif istiqamətdə hücuma keçən
hunların geniş ərazili dövlətinə bir çox alman və qeyri-
alman tayfaları tabe edildi. Avropada təhlükəli siyasi
qüvvəyə çevrilən hun tayfa birliyi 5-ci əsrin ortalarına
yaxın, Attilanın hakimiyyəti illərində (434—453) xüsusən
qüvvətləndi. Avropanın xeyli hissəsi hunlar tərəfindən
qarət olundu. Bizans hunlardan asılı vəziyyətə düşdü. Bu
zaman hunlar Qafqazdan Reyn çayına və Danimarka
adalarından Dunaya qədər ərazilərdə yaşayan tayfaları
özlərinə tabe etmişdilər.
5-ci əsrin 50-ci illərində Attila Qalliyaya hücum etdi.
451-ci ilin iyununda Mauriakda (Parisin cənub-şərqində,
Katalaun çölündə) Qərbi Roma imperiyasının, vestqotlar,
franklar, burqundlar, alanlar və başqa barbar tayfalarının
birləşmiş qüvvələri ilə baş vermiş döyüşdən sonra Attila
geri çəkilməyə məcbur oldu. Növbəti il – 452-ci ildə Attila
yeni yürüşə başladı: Akvileyanı, Milanı və digər iri
şəhərləri ələ keçirdi. Onun ölümündən sonra 454-cü ildə
hunların tayfa birliyi dağıldı.

Qərbi Roma imperiyasının süqutu. Ostqot krallığı


Hun tayfa birliyinin dağılması da Qərbi Roma
imperiyasını xilas edə bilmədi. Çünki «Xalqların böyük
köçü», daxilən zəifləmiş Qərbi Roma imperiyasının
tənəzzülünü daha da sürətləndirdi. Digər tərəfdən,
Mauriak (Katalaun) döyüşündən sonra da imperiyaya
barbar tayfalarının hücumları davam edirdi.
Qərbi Roma dövləti ərazisində barbar krallıqlarının
yaranması nəticəsində Roma imperatorlarının
hakimiyyətində ancaq İtaliya qalmışdı. Əslində İtaliyada
da muzdlu barbar qoşunlarının başçıları hökmranlıq
edirdilər. 476-cı il avqustun 22-də (və ya 23-də) Roma
imperatorlarının formal hakimiyyətinə də son qoyuldu.
Muzdlu barbar hərbi dəstələrindən birinin başçısı qədim
alman tayfası skirlərdən olan Odoakr (431-493) imperator
Romul Avqustulu taxtdan salıb hakimiyyəti ələ keçirdi.
Beləliklə, Qərbi Roma imperiyasının varlığına son
qoyuldu. Odoakr yerli torpaq sahiblərinin torpaqlarının
təqribən üçdən bir hissəsini müsadirə etdi və öz
tərəfdarlarına payladı. Lakin Odoakrın hakimiyyəti (476-
493) uzun sürmədi. 493-cü ildə İtaliyanı qədim alman
tayfalarından olan ostqotlar işğal etdilər. Onlar əsasən
Şimali və Mərkəzi İtaliyada məskən saldılar. İtaliyaya
hücum etmiş ostqotlar, həmçinin onlara qoşulmuş başqa
tayfalar təqr. 150 min nəfər idilər. Onlara Teodorix
başçılıq edirdi. Teodorixin qoşunları 493-cü ildə Odoakra
sonuncu zərbəni vurdular. İtaliyada yeni dövlət—Ostqot
krallığı yarandı. İtaliya, Siciliya, İtaliyadan şimalda və
şimal- şərqdə isə Dunaya qədərki yerləri əhatə edən bu
barbar dövlətinin paytaxtı Ravenna idi. Sonralar Ostqot
krallığının ərazisi daha da genişləndi.
Ostqotlar İtaliyaya hücum edərkən nəsli quruluşun
dağılmaqda olduğu mərhələdə idilər. İtaliyada
məskunlaşdıqdan sonra isə bu proses daha da sürətləndi.
Roma xüsusi mülkiyyət ənənələri ostqotlarda sinifli
cəmiyyətin yaranmasına fəal təsir göstərdi. İctimai-
iqtisadi inkişafın gedişində tədricən Ostqot və Roma
əyanları yaxınlaşırdı. İtaliyanın yerli və gəlmə əhalisi
arasındakı mənşə fərqi tədricən aradan qalxır, sinfi
qruplaşma baş verirdi.
Ostqot krallığının quvvətlənməsi Bizans üçün
əlverişli deyildi. Odur ki, keçmiş qüvvətli Roma
imperiyasını bərpa etmək siyasəti yeridən Bizans
imperatoru Yustinian (527-565) Ostqot krallığına qarşı
müharibəyə başladı. Uzun sürən müharibələrdən (533-
555) sonra bu barbar dövləti də Şərqi Roma imperiyası
tərəfindən aradan qaldırıldı.

Lanqobard krallığı
Bizans İtaliyanı həmişəlik öz əlində saxlaya bilmədi.
Çünki Ostqot krallıqı aradan qaldırılan kimi imperator
Yustinianın hökmü ilə İtaliyada quldarlıq rejimi bərpa
olundu. Bu da ölkədə Bizans ağalığına qarşı narazılığı
artırdı. Belə bir şəraitdə İtaliya lanqobardların hücumuna
məruz qaldı.
Lanqobardlar qədim alman tayfalarından biri idilər.
Eramızın 1-ci əsrində Elbanın sol sahillərində yaşayan
lanqobardlar Markoman müharibəsində (166-180) iştirak
etmiş, sonralar isə Dunay hövzəsində, əsasən
Pannoniyada məskən salmışdılar. Burdan qədim türk
tayfalarından olan avarlar tərəfindən sıxışdırılan
lanqobardlar 568-ci ildə böyük tayfa ittifaqı halında
Alboinin başçılığı ilə ( İtaliyaya hücum etdilər. İtaliyanın
lanqobardlar tərəfindən işğalı dövrü başlandı. Ölkənin
ərazisində yeni bir dövlət —Lanqobard krallığı yarandı.
Lanqobardlar İtaliyanın əsasən şimali və mərkəzi
vilayətlərində nəsli qruplar—faralar halında məskən
saldılar. Nəsli quruluşun dağılmaqda olan mərhələsinə
qədəm qoymuş lanqobardlarda Roma təsiri ilə əmlak
bərabərsizliyi və sinfi təbəqələşmə daha da dərinləşdi;
onlar yerli əhalidən müxtəlif sənətləri və ticarət işlərini
öyrəndilər, Roma yazısını və rəsmi dili qəbul etdilər.
Lanqobardlar da İtaliya tarixində müəyyən rol oynadılar.
Məhz lanqobard işğalı nəticəsində quldarlıq cəmiyyəti
qalıqlarının aradan qalxması və feodal istehsal üsuluna
keçid daha da sürətləndi.
Lanqobard krallığı 8-ci əsrin 70-ci illərinədək davam
etdi. Bu dövləti 773-774-cu illərdə, Roma papasının fəal
köməyi ilə Frank kralı Böyük Karl aradan qaldırdı.
Lanqobard krallığının ərazisi Böyük Karl imperiyasının
tərkibinə qatıldı.

Britaniyada Barbar krallıqlarının yaranması


Qədim alman tayfaları Britaniyanı da işğal etdilər.
Şimali Almaniyada və Yutlandiya yarımadasında yaşayan
alman tayfaları anqllar, sakslar, yutlar və frizlər 5-cı əsrin
ortalarından (449-cu ildən) kütləvi surətdə Britaniyaya
hücum etməyə başladılar. Bu zaman Britaniyanın istilası
üçün əlverişli şərait yaranmışdı. Çünki İtaliyanı
barbarların hücumlarından qorumaq məqsədi ilə hələ 5-ci
əsrin əvvəllərində Britaniyadakı Roma qoşunları geri
çağırılmışdı. Bununla belə, anqllar, sakslar və b. qədim
alman tayfaları Britaniyanı asanlıqla işğal edə bilmədilər.
Ölkənin yerli əhalisi olan brittlər uzun müddət (7-ci əsrə
qədər) yadellilərə müqavimət göstərdilər. Bu
mübarizənin gedişində yerli əhalinin bir qismi qırıldı,
digəri gəlmə qədim alman tayfalarına qarışdı. Brittlərin
bir qismi isə Armorik yarımadasına (Qalliyada) keçdilər.
Sonralar bura brittlərin adı ilə Bretan adlandı.
Britaniyanın qərbində (Uels, Kornuell), şimalında
(Şotlandiya) və İrlandiyada yerli əhali müstəqilliyini
saxladı. Britaniyanı işğal edən qədim alman tayfaları
içərisində anqllar və sakslar üstünlük təşkil edirdilər.
Qədim alman tayfaları Avropanın başqa yerlərində
olduğu kimi, Britaniyada da bir neçə krallıq yaratdılar.
Britaniyanı işğal etmiş qədim alman tayfaları burada
tayfa-tayfa məskən saldılar. Başqa sözlə, ölkənin ərazisi
ayrı-ayrı qədim alman tayfaları arasında bölüşdürüldü.
Cənubi Britaniyanı sakslar tutdular. Bu ərazidə
həmin tayfaya məxsus Esseks, Sesseks və Uesseks
krallıqları yarandı.
Mərkəzi Britaniyanı və ölkənin şimal-şərqini anqllar
işğal etdilər. Sonralar İngiltərə (anql+terra və ya
enkl+terra) həmin tayfanın adı ilə tanındı. Anqlların
məskən saldığı ərazi daha geniş idi. Bu ərazidə həmin
qədim alman tayfasına məxsus Mersiya, Nortumbriya və
Şərqi İngiltərə krallıqları yarandı.
Britaniyanın cənub-şərq ucqarında yutlar məskən
saldılar. Yutların yaşadığı ərazidə onlara məxsus Kent
krallığı yarandı.
Britaniyanı işğal etmiş anqllar, sakslar, həmçinin
başqa qədim alman tayfaları bu ölkənin ictimai-iqtisadi
və siyasi tarixində mühüm rol oynadılar.

Frank krallığının yaranması


Barbar dövlətlərindən ən güclüsü Qalliyada
yaranmış Frank krallığı idi. Bu dövləti qədim alman tayfa
birləşməsi olan franklar yaratmışdılar.
Franklar əvvəllər Reyn çayının orta və aşağı
boyunda, Reyndən qərbə doğru Şimal dənizi sahillərində
yaşayırdılar. Frank tayfaları, ümumiyyətlə, iki qrupa
bölünürdü: salik frankları, ripuar frankları. Aşağı
Reynboyunda və Reyn çayından qərbə doğru Şimal
dənizi sahillərində yaşayan franklar salik frankları
adlanırdılar. «Salum» latınca «dəniz» deməkdir. Şübhəsiz
ki, Şimal dənizi sahilində yaşayan franklar bu sözlə
əlaqədar olaraq sonralar salik frankları adlanmışlar. Orta
Reynboyunda Reyn çayının hər iki sahilində yaşayan
franklara isə ripuar frankları və ya sahil frankları
deyilirdi. «Ripa» latınca «sahil» deməkdir.
Franklar hələ eramızın 3-4-cü əsrlərində tez-tez
Qalliyaya pücum edirdilər. Salik franklarından olan bir
tayfa başçısı Xlodviqin (481-511) zamanında—486-cı ildə
Suasson yaxınlığında, keçmiş Roma canişini Siaqrinin
qoşunları məğlub edildi. Bütün Şimali Qalliya franklar
tərəfindən alındı. Xlodviq Qalliyanı işğal etmiş başqa
frank tayfalarını da özünə tabe etdi. O, 496-cı ildə hərbi
dəstəsi ilə birlikdə xristianlığı qəbul etdi. Bununla
Xlodviq Qalliyanın qalan yerlərini də işğal etmək üçün
yerli Qalliya Roma ruhanilərindən ibarət ictimai dayaq;
qazandı. Xristian dini kral hakimiyyətinin möhkəm -
ləndirilməsi üçün də mühüm əhəmiyyətə malik idi.
Cənubi Qalliyaya nisbətən Luaradan şimalda
franklar kütləvi şəkildə—qan qohumluğuna əsaslanan
böyük ailələr halında məskən saldılar.
Franklar, başqa barbar tayfalarından fərqli olaraq,
Almaniya ilə sıx əlaqə saxlayırdılar. Reyn sahillərindən
Qalliyaya köçən frankların sayı getdikcə artırdı. Bu da,
frankların işğal etdikləri Qalliya torpaqlarında quvvətli
hərbi-siyasi, həmçinin etnik amilə çevrilməsinə səbəb
olurdu. Frank krallığı Qərbi Avropa tarixində tədricən ən
iri erkən orta əsr dövlətlərindən birinə çevrilirdi.

Barbar istilalarının nəticələri

Barbar istilaları ilə Avropanın tarixi inkişafında


dönüş yarandı. Hər şeydən əvvəl «Xalqların böyük köçü»
zamanı qədim dünyanın ən böyük dövlətlərindən olan
Qərbi Roma imperiyası dağıldı.
Qərbi Roma imperiyasının süqutu nəticəsində həm
bu dövlətin ərazisində, həm də Avropanın başqa
yerlərində quldarlığa nisbətən daha mütərəqqi
cəmiyyətin—feodalizmin inkişafı üçün əlverişli şərait
yarandı. Çünki Qərbi Roma imperiyası quldar dövləti
olmaqla feodalizmə keçid yolunda başlıca maneə idi.
Qərbi Roma imperiyası ərazisində, habelə Avropanın
başqa yerlərində yaranmış barbar krallıqlarında feodal
istehsal üsulunun inkişafı üçün daha əlverişli şərait
vardı. Bu dövlətlərdə əsas istehsalçılar qullar deyil,
ictimai-iqtisadi həyatda mühüm rol oynayan azad icma
üzvləri idi. Barbar krallıqlarında nəsli quruluş tədricən
dağılır, onu getdikcə feodalizm cəmiyyəti əvəz edirdi. Bu
mənada Qərbi Roma imperiyasının dağılması və onun
yerində barbar krallıqlarının yaranması Avropa tarixində
ictimai-iqtisadi dönüş idi. Çünki bunun nəticəsində Roma
quldarlıq cəmiyyəti və qədim almanlardakı nəsli quruluş
feodal istehsal üsulu ilə əvəz olundu.
Barbar işğalları Avropanın siyasi tarixində də dönüş
yaratdı. Başqa sözlə, geniş ərazili Qərbi Roma
imperiyasının ərazisində çoxlu yeni dövlətlər—barbar
krallıqları yarandı. Bu krallıqlar Avropanın sonrakı iri
dövlətlərinin rüşeymləri idi.
Barbar krallıqlarının sərhədləri içərisində müxtəlif
Avropa xalqları təşəkkül tapırdı. Bu baxımdan barbar
işğalları Avropanın etnik tarixində də mühüm röl
oynamışdır.
IV F Ə S İ L

FRANK DÖVLƏTİ
(5-ci əsrin sonu—9-cu əsrin ortaları)

§ 1. Frank dövləti Merovinqlər ( M e r o v e y l ə r )


sülaləsinin hakimiyyəti dövründə
(5-ci əsrin sonu-7-ci əsr)
«Xalqların böyük köçü» zamanı yaranmış ən güclü
barbar dövlətlərindən biri Frank krallığı idi. Bu dövləti
qədim alman tayfa birliklərindən olan franklar 486-cı
ildə Şimali Qalliyanı işğal edərkən yaratdılar. Salik
franklarının başçısı Xlodviq (481-511) Frank kralı oldu. O,
Frank krallığını idarə edən Merovinqlər (Meroveylər)
sülaləsinin banisi idi. Xlodviq Merovey  nəslindən
olduğuna görə onunla başlanan sülalə Meroveylər
adlanır. Meroveylər sülaləsi (481-687) Frank dövlətini
faktiki olaraq 7-ci əsrin sonlarına qədər idarə etdilər.
Formal şəkildə bu sülalənin hakimiyyəti 751-ci ilədək
davam etdi. Meroveylərin hakimiyyəti dövrü Frank
krallığının tarixində Merovey dövrü adlanır.
Meroveylərin hakimiyyəti zamanı Frank krallığının
əsas ərazisi yarandı. 6-cı əsrin ortalarında, artıq bütün
Qalliya Meroveylərin hakimiyyəti altında idi. Reyndən
şərqdə yaşayan digər qədim alman tayfaları türinqlər,
alemanlar və bavarlar meroveylərdən asılı idilər. Sakslar
da Frank krallarına bac verirdilər.
Meroveylərin hakimiyyəti dövründə Frank


Merovey Xlodviqin babası idi. Frankların tayfa başçısı olan Merovey 451-ci ildə Attilaya qarşı
Katalaun döyüşündə iştirak etmişdi.
dövlətində feodal münasibətlərinin meydana gəlməsi
prosesi gedirdi.
«Salik qanunu»
Frank krallığının tarixini öyrənmək üçün ən mühüm
mənbə «Salik qanunu» adlanan külliyyatdır. Ən qədim
barbar qanunnamələrindən biri olan «Salik qanunu» salik
franklarının qədim məhkəmə adətlərinin toplusudur. Bu
toplu kral Xlodviqin dövründə yazıya alınmışdır. Zaman
keçdikcə, feodal münasibətlərinin inkişafı ilə əlaqədar
olaraq, «Salik qanunu»na müəyyən əlavələr (həmçinin
dəyişikliklər) edilmişdir.
«Salik qanunu»nda frankların ibtidai icma
cəmiyyətindən feodalizmə keçməsi prosesi çox aydın
şəkildə, tarixi ardıcıllıqla öz əksini tapmışdır. Başqa
barbar qanunları külliyyatlarına nisbətən «Salik qanunu»
Roma hüququnun təsirinə olduqca az məruz qalmışdır.
Başqa sözlə, bu külliyyatda qədim almanların məhkəmə
adətləri əslində olduğu kimi əks etdirilmişdir. Bir tarixi
mənbə kimi «Salik qanunu»nun əhəmiyyəti də bundadır.
Latın dilində tərtib edilmiş «Salik qanunu»nda ancaq
cərimələr Roma pul vahidləri ilə göstərilir ki, bu da zahiri
təsirdir.
«Salik qanunu» frankların istər Qalliyanı işğal
etmələrindən əvvəlki tarixini—nəsli münasibətləri,
istərsə də Qalliyanın alınmasından sonrakı dövrünü —
xüsusi mülkiyyətin və feodal dövlətinin yaranması
tarixini aydınlaşdırmağa imkan yaradır. Bu külliyyata 6-
9-cu əsrlər ərzində Frank krallarının etdirdiyi əlavələr də,
hakim sinfin mənafeyini müdafiə etməsinə baxmayaraq,
feodalizm cəmiyyətinin təkamulü prosesini öyrənmək
üçün qiymətlidir.
«Salik qanunu»na görə, frankların ictimai-iqtisadi
vəziyyəti
«Salik qanunu»ndan aydın olur ki, 6-cı əsrdə
franklar ictimai-iqtisadi cəhətdən Tasit dövründəkinə
nisbətən xeyli irəli getmişdilər. Əsas məşğuliyyət
əkinçilik idi. Lakin əkin yerlərinin vaxtaşırı yenidən
bölünməsi qaydası aradan qalxmışdı. Bu da xüsusi
mülkiyyətin inkişafına müəyyən təsir göstərirdi.
Maldarlıq da xeyli inkişaf etmişdi. Franklar bundan
başqa ovçuluqla, balıq tutmaqla, arı saxlamaqla da
məşğul olurdular. «Salik qanunu»ndan məlum olur ki,
franklar artıq su dəyirmanlarından geniş istifadə
edirmişlər. Təsərrüfatdakı bütün bu irəliləyiş frankların
ancaq daxili inkişafının nəticəsi deyildi. Frank istilası
ərəfəsində Qalliyada əkinçilik və maldarlıq, dövrünə
görə, yüksək tərəqqi etmişdi. Bu frankların ictimai-
iqtisadi inkişafına müsbət təsir göstərdi. Franklar
Qalliyanın yerli əhalisindən çox şey öyrəndilər.
«Salik qanunu»ndan aydın olduğu kimi, o zaman
torpaq üzərində xüsusi mülkiyyət yox idi. Torpaq
icmaların ixtiyarında idi. Franklar iri patriarxal ailələr
halında yaşayırdılar. Lakin bu iri ailələrin nisbətən
kiçiklərinə parçalanması prosesi də gedirdi. Əkinə yararlı
torpaqlar, ayrı-ayrı ailələrin (böyük və kiçik) irsi
istifadəsində idi. Ev və həyətyanı təsərrüfat hər bir
ailənin xüsusi mülkiyyəti idi. Məhsul yığıldıqdan sonra
bütün əkin torpaqlarının çəpərləri sökülüb ümumi otlağa
çevrilirdi. Əkinə yaramayan torpaqlar, meşələr,
bataqlıqlar, yollar və s. icmanın ümumi istifadəsində idi.
Beləliklə, 5-6-cı əsrlərdə icma frankların təsərrüfat
və ictimai həyatında əsas rol oynayırdı.
Qalliyanın istilasına qədər franklarda torpaq ayrı-
ayrı nəsillərin mülkiyyətində idi. Həmin nəsillər isə
böyük ailələrə bölünürdü. Bu da əkinçilik icmasından
başqa bir şey deyildi. Əmlak və ictimai bərabərsizliyin
inkişafa başlaması ilə böyük ailələrin özlərinin də
parçalanması prosesi gedir, nəsli əlaqələr tədricən itirdi.
Qalliyanın istilası nəsli münasibətlərin dağılmasını və
qonşuluq icmalarının yaranmasını sürətləndirdi. Frank
icmaları əkinçilik icmasından qonşuluq icmalarına—
markaya keçid mərhələsində idi.
«Salik qanunları»ndan aydın olur ki, nəsli quruluşun
dağılması birdən-birə baş vermirdi. Nəsli münasibətlər
müəyyən rol oynamaqda idi. Məhkəmə adətlərinə əsasən
frank öldürülərkən qanbahası alınırdı. Qədim almanlar
qanbahasına v e r g e l d (hərfi mənada «adam haqqı»)
deyirdilər. Vergeldin ödənilməsində və alınmasında hər
iki tərəfin qohumları iştirak edirdi. Bəzi hallarda isə bir
sıra icma üzvləri yoxsul olduqlarına görə qanbahasının
ödənilməsində iştirak edə bilmirdilər. Bir çox varlı icma
üzvləri isə qanbahasının ödənilməsində iştirak etməmək
üçün öz nəslinin üzvləri ilə qohumluqdan imtina
edirdilər. Bu da nəsli münasibətlərin zəiflədiyini aydın
sübut edir.
İctimai təbəqələşmənin dərinləşməsi.
Allod. İcma-marka
Nəsli münasibətlər dağıldıqca ictimai bərabərsizlik
də artır, torpaq üzərində icma mülkiyyəti zəifləyirdi.
Azad icma üzvünün irsi torpaq payı tədricən onun xüsusi
mülkiyyətinə çevrilirdi. Belə torpaqlara a l l o d (hərfi
mənada «tam mülkiyyət») deyilirdi.
Allod, əvvəllər icma üzvünün, ümumiyyətlə, daşınar
və daşınmaz əmlakına deyilirdi və irsi keçirdi. Sonralar
isə icma üzvünün tərpənməyən və irsi keçən əmlakı—
torpaq payı onun xüsusi mülkiyyətinə çevrildi və məhz
bu torpaqlar allod adlandı. «Salik qanunu»ndan aydın
olduğu kimi, bu proses franklarda təqribən 6-cı əsrin
sonlarında başa çatdı.
İcma üzvünün öz allodunu başqasına bağışlamaq,
satmaq hüququ vardı. Çünki bu onun xüsusi mülkiyyəti
idi.
Allodun meydana gəlməsi ilə qonşuluq icmalarının
— markanın əmələ gəlməsi prosesi başa çatır. Qonşuluq
icmalarının üzvləri qohum deyil, qonşu idilər. Bu
icmalarda qohumluq münasibətləri deyil, təsərrüfat
əlaqələri əsas rol oynayırdı. İcma-markaların üzvləri həm
kiçik ailələrin başçıları, həm də öz allodlarının tam
mülkiyyətçisi idilər. Ancaq əkinə yaramayan torpaqlar,
meşələr, bataqlıqlar, otlaqlar, yollar və s. icma üzvlərinin
ümumi istifadəsində idi. Bir çox hallarda belə yerlər də
ayrı-ayrı icma üzvlərinin alloduna çevrilirdi. Beləliklə, 6-
cı əsrdə frank cəmiyyətində meydana gələn qonşuluq
icması—marka icma torpaq mülkiyyətinin dağılmaqda
olduğu mərhələsi idi. İbtidai icma quruluşunun sonu
çatmışdı. Bu cəmiyyətin içərilərində yeni formasiyanın—
feodalizmin rüşeymləri yaranırdı.
Əmlak bərabərsizliyi artdıqca ictimai təbəqələşmə də
dərinləşirdi. Bunu adam öldürülməsi zamanı alınan
qanbahasının—vergeldin miqdarındakı fərqlər də subut
edir. Kral qulluqçuları, kral drujinasının üzvləri,
ümumiyyətlə, krala yaxın adamlar öldürülərdisə 600,
sadə frank öldürüldükdə 200, yarımasılı adamlar (litlər)
öldürüldükdə 100 solid vergeld alınmalı idi. Qul
öldürüldükdə qanbahası alınmır, sadəcə olaraq onun
ağasına dəyən ziyan ödənilirdi. Qalliya-Roma mənşəli
adam öldürülərkən franka nisbətən xeyli az qanbahası
alınırdı ki, bu da frankların yerli əhaliyə nisbətən üstün
hüquqi vəziyyətdə olduğunu göstərir.
Feodal torpaq mülkiyyətinin yaranması
Allodun meydana gəlməsi ilə icma üzvləri
içərisində təbəqələşmə daha da dərinləşdi. Torpağın
tədricən xüsusi mülkiyyətə çevrilməsi iri torpaq
mülkiyyətinin inkişafına şərait yaratdı. Qalliyanın işğalı
isə bu prosesi daha da sürətləndirirdi.
Frank kralları Qalliya işğal olunarkən çoxlu
torpaqlar ələ keçirdilər, icmalar arasında bölünməmiş
yerləri zəbt etdilər. Frank kralları yaxın adamlarına,
kilsəyə onların xüsusi mülkiyyətinə keçmək şərti ilə çoxlu
torpaq paylayırdılar. İri torpaq sahibləri—feodallar belə
yaranırdı. Onların torpaqlarında əsarət altına salınmış
yerli Qalliya-Roma mənşəli əhali, yarımasılı litlər, qullar
və s. işləyirdi. Qul əməyindən əsasən həyət-baca işlərində
istifadə olunurdu.
Qeyd etmək lazımdır ki, iri torpaq mülkiyyəti
meydana gəlməsinin xarici amillə bağlı olmayan mühüm
səbəbi icma daxilindəki təbəqələşmə idi. Çünki allodun
meydana gəlməsi ilə icma üzvlərinin bir qisminin öz
torpağını genişləndirməsinə və daha da varlanmasına,
digər qisminin isə öz irsi torpaq payından məhrum
olmasına, beləliklə də, müflisləşməsinə obyek tiv şərait
yaranmışdı.
Franklarda feodal münasibətlərinin inkişafında
Qalliyanın yerli əhalisinin də mühüm rolu oldu. Çünki
Roma imperiyasının bir hissəsi kimi Qalliyada
feodalizmin rüşeymləri hələ 3-4-cü əsrlərdə inkişaf
etmişdi. Torpaq üzərində xüsusi mülkiyyətin nə
olduğunu qalliyalılar franklardan çox əvvəl bilirdilər.
Buna görə də qalliyalılarla qonşuluq əlaqələri frank
icmasının dağılmasını, franklarda iri torpaq
mülkiyyətinin əmələ gəlməsi prosesini sürətləndirdi.
Başqa cür ola da bilməzdi.
İri torpaq mülkiyyətinin inkişafı ilə, təbiidir ki,
ictimai qeyri-bərabərlik də artırdı. Başqa sözlə, ayrı-ayrı
adamların xüsusi hakimiyyəti də genişlənirdi. İri torpaq
sahibləri və kral qulluqçularının təzyiqinə davam gətirə
bilməyən azad frank bir parça torpağını əldə saxlamaq
üçün, daha güclü olan başqa bir iri torpaq sahibinin
«himayəsinə» girməyə məcbur olurdu. Beləliklə də,
azadlığını itirir, feodaldan şəxsən asılı vəziyyətə
düşürdü. Bu proses getdikcə kütləvi hal alırdı.
Azad frankın iri torpaq sahibinin «himayəsinə»
girməsinə kommendasiya deyilirdi. Kommendasiya
nəticəsində feodalizm cəmiyyətinə məxsus asılılıq—
vassallıq münasibətləri yaranırdı. Çünki başqasını öz
«himayəsinə» almış iri torpaq sahibi onun ağasına—
senyoruna çevrilirdi. Beləliklə, iri torpaq sahiblərinin
nüfuzu getdikcə artırdı.
Feodallaşma prosesi dərinləşdikcə qalliyalılarla
franklar arasındakı etnik fərqlər də tədricən silinirdi. Hər
iki mənşədən olan torpaq sahibləri və kəndlilər müvafiq
surətdə bir-biri ilə yaxınlaşırdı. Deməli, ictimai fərqlər ön
plana keçir, əhali istismarçılar və istismar edilənlərdən
ibarət iki qütbə ayrılırdı. Bununla belə, başqa yerlərdə
olduğu kimi, Frank dövlətində də erkən feodalizm
dövründə feodal münasibətləri birdənbirə inkişaf
etmirdi. 7-ci əsrin sonlarınadək franklarda azad icma
üzvləri və onların birləşdiyi qonşuluq icmaları, hələ də
əsas rol oynamaqda idi.

Erkən feodal dövləti


Feodalizm formalaşdıqca feodal dövlətinin
yaranması prosesi də gedirdi. Dövlət, hər şeydən əvvəl,
istismar olunan kütlələri itaətdə saxlamaq üçün torpaq
sahiblərinə lazım idi.
Franklarda dövlətin rüşeymləri, əlbəttə, Qalliyanın
işğalından əvvəl meydana gəlməyə başlamışdı. Lakin
Qalliyanın istilası dövlətin yaranmasını daha da
sürətləndirdi. Çünki güclü dövlət olmadan zorla əsarət
altına salınmış Qalliya əhalisini itaətdə saxlamaq
olmazdı. Qalliyanın işğalı ilə, frankların hərbi başçısının
hakimiyyəti kral hakimiyyətinə çevrildi. Kralın çoxlu
torpağı və güclü hərbi dəstəsi vardı. O, dövləti öz şəxsi
təsərrüfatı kimi idarə edir, dövlət gəlirini (cərimələr,
vergi, gömrük və s.) istədiyi kimi xərcləyirdi. Frank
dövləti iri torpaq sahiblərinin mənafeyini müdafiə edirdi.
Formalaşmaqda olan feodallar sinfinə arxalanan bu
dövlət kəndlilərin sinfi mübarizəsini boğmaq, hakim
sinfin mənafeyinə yeni işğalçılıq müharibələri aparmaq
üçün lazım idi.
Meroveylərin hakimiyyəti dövründə əhalinin əsas
kütləsi azad icma üzvləri olduğundan dövlətin əsas hərbi
qüvvəsi də onlardan ibarət idi.
Zaman keçdikcə torpaq sahibləri üçün dövlət əvvəlki
əhəmiyyətini itirirdi. Artıq çoxlu torpaqlar ələ keçirmiş
frank əyanları feodal dövlətinə əvvəlki kimi ehtiyac
duymurdular. İri torpaq mülkiyyətinin inkişafı, ayrı-ayrı
iri torpaq sahiblərinin siyasi-inzibati hüquqlarının
genişlənməsi, nəticə etibarilə, kral hakimiyyətinin
zəifləməsinə səbəb olurdu. Çünki iri torpaq sahibləri
artıq krala tabe olmaq istəmirdilər. Onlar, əslində, öz
mülklərini müstəqil idarə edirdilər. Hələ Xlodviqin
varisləri zamanı Frank dövləti fasiləsiz ara müharibələri
şəraitində parçalanmaqda idi. Ölkənin ayrı-ayrı
yerlərinin müxtəlif inkişaf səviyyəsində olması bu prosesi
daha da sürətləndirirdi.
Frank dövləti ictimai-iqtisadi inkşaf xüsusiyyətlərinə
görə tədricən üç vilayətə ayrılırdı: Paris mərkəz olmaqla
Neystriya (Şimal-Qərbi Qalliya), Avstraziya (Frank
dövlətinin şimal - şərqi ), Burqundiya (keçmiş Burqund
krallığının ərazisi), 7-ci əsrin sonunda isə Akvitaniya
(Neystriyanın cənubu) Neystriyadan ayrıldı. Bu vilayətlər
təkcə feodalizmin inkişaf səviyyəsinə görə deyil, həm də
etnik cəhətdən fərqlənirdilər.
Neystriyada qalliyalılar başqa yerlərə nisbətən
franklarla daha töz qaynayıb-qarışdılar. 7-ci əsrin
əvvəllərində burada iri torpaq mülkiyyəti (o cümlədən
kilsə torpaqları) xeyli inkişaf etmişdi. Azad icma üzvləri
sürətlə asılı vəziyyətə düşürdü.
Avstraziyanın əsas əhalisi franklar və başqa qədim
alman tayfaları idi. Bu vilayət Roma təsirinə az məruz
qalmışdı. Avstraziyada icma-markanın dağılması ləng
gedirdi. İctimai-iqtisadi həyatda alloda malik azad icma
üzvləri mühüm rol oynayırdılar. Kilsə torpaq mülkiyyəti
nisbətən az yayılmışdı. Hakim sinfin əsas kütləsi xırda və
orta feodallar idi. Onlar azad allod sahibləri ilə birlikdə
iri feodallara qarşı kral hakimiyyətini müdafiə edirdilər.
İcma munasibətləri, demək olar ki, 8-ci əsrin əvvəllərinə
qədər əvvəlki möhkəmliyini itirməmişdi.
Burqundiya və Akvitaniya etnik tərkibcə
Neystriyaya yaxın idi. Bu vilayətlərdə də yerli qalliyalılar
qədim alman tayfaları ilə (burqundlar, vestqotlar və
franklarla) qarışmışdılar. Burqundiya və Akvitaniyada
azad kəndlilərə məxsus xırda torpaq mülkiyyəti uzun
müddət qaldı. İri torpaq mülkləri də vardı. Bunlar əsas
etibarilə kilsələrə məxsus idi. Burqundiya və
Akvitaniyada icma münasibətləri 6-cı əsrdə, demək olar
ki, dağılmışdı.
Neystriya, Avstraziya, Burqundiya və Akvitaniyanı
Meroveylər nəslinə mənsub hakimlər-mayordomlar idarə
edirdilər. İri torpaq sahibliyinin inkişafı nəticəsində kral
hakimiyyəti zəiflədiyindən bu vilayət hakimləri əslində
ayrı-ayrılıqda müstəqil krallar idilər. Onlar ölkədə
üstünlüyü ələ keçirmək üstündə öz aralarında aramsız
müharibələr edirdilər. Bu müharibələrin nəticəsində
Avstraziya mayordomu heristallı Pipin 687-ci ildə həmin
vilayətlərin hamısının (yəni bütün Frank dövləti
ərazisinin) hakimi—mayordomu oldu.
Frank dövləti ərazisinin məhz Avstraziya
mayordomunun hakimiyyəti altında birləşdirilməsi
təsadüf deyildi. Avstraziyada xırda və orta feodallar,
həmçinin azad allod sahibləri üstünluk təşkil edirdilər.
Onlar istismar olunan təbəqələrə və iri torpaq sahiblərinə
qarşı mərkəzi hakimiyyətin qüvvətlənməsinə tərəfdar
idilər. Avstraziya mayordomu məhz bu ictimai dayağa
əsaslanıb başqa mayordomları özünə tabe edə bildi.
Frank dövləti yenidən birləşdirildi.

§ 2. Frank dövləti Karolinqlər sülaləsinin hakimiyyəti


dövründə (7-ci əsrin sonu—9-cu əsrin ortaları)
Feodal münasibətlərinin möhkəmlənməsi.
Benefisi islahatı
Heristallı Pipinin bütün Frank dövləti ərazisinin
mayordomu (687-715) olması ilə əslində yeni sülalə—
Karolinqlər (687-843)  hakimiyyətə gəldi. Merovey
krallarının hakimiyyəti artıq formal xarakterdə idi. Çünki
Pipinin nəslindən olan mayordomlar meroveylərdən kimi
istəsələr kral təyin edir, ölkəni isə özləri idarə edirdilər.
Karolinqlərin hakimiyyəti zamanı feodalizmin
inkişafı meroveylər dövründəki ilə müqayisə
edilməyəcək dərəcədə sürətləndi. 8-9-cu əsrlərdə icma
daxilində təbəqələşmə dərinləşdi. Bununla əlaqədar
olaraq iri torpaq mülkiyyəti sürətlə inkişaf etdi. Azad
icma üzvləri isə öz allodlarını itirərək, kutləvi şəkildə

Heristallı Pipinlə başlanan sülalənin ən görkəmli nümayəndəsi Böyük Karl
olduğuna görə, bu sülalə K a r o l i n q l ə r adlanır.
asılı hala, hətta təhkimli vəziyyətinə düşdülər. Artıq 8-ci
əsrin birinci yarısında Frank dövlətində feodalizm
cəmiyyətinin antaqonist sinifləri, feodallar və asılı
kəndlilər yaranmışdı.
Karl Martellin hakimiyyəti illərində (715-741) Frank
dövləti daha da qüvvətləndi. O əvvəlcə daxildəki qiyamçı
feodalların müqavimətini qırdı. Sonra qədim alman
tayfaları olan sakslar, frizlər, alemanlar və bavarları
yenidən Frank dövlətinə bac verməyə məcbur etdi; 732-ci
ildə Puatye yaxınlığında ərəbləri məğlubiyyətə uğratdı.
8-ci əsrin əvvəllərində İspaniyanı işğal etmiş ərəblər
Frank dövləti üçün ciddi təhlükə törədirdilər. Ərəblərin
məğlub edilməsində atlı qoşunlar mühüm rol oynadı. Bu,
hərbi sahədə islahat keçirilməsinin zəruri olduğunu
göstərdi.
Frank dövlətində feodal münasibətlərinin daha da
inkişafında və möhkəmlənməsində Karl Martellin
keçirdiyi benefisi islahatının böyük rolu oldu. Benefisi 
şərti feodal torpaq mülkiyyəti forması idi. Müəyyən
xidmət (xüsusən süvari hərbi xidmət) müqabilində
ömürlük istifadə üçün verilirdi, irsi keçmirdi. Benefisidən
istifadə edən öldükdə həmin torpaq sahibinə, sahibi
ölmüşsə, onun varisinə qaytarılırdı. Nəzərdə tutulan
xidmət (xüsusən hərbi) göstərilmədikdə benefisi geri
alınırdı. Lakin zaman keçdikcə benefisi irsi torpaq
mülkiyyətinə—feoda çevrilirdi. Benefisi feodal torpaq
mülkiyyəti forması kimi Rusiyadakı pomestye, bir çox
Şərq ölkəsində yayılmış iqta, Hindistanda cagir adlanan
torpaq mülkiyyəti formalarına bənzəyirdi.

Benefi si latınca «benefi sium» sözündəndir, k ö m ə k , ə l t u t m a deməkdir.
Benefisi paylamaq üçün Karl Martellə çoxlu torpaq
lazım idi. Bunun üçün o, qiyamçı feodalların torpaqlarını
əllərindən aldı. Bundan başqa Karl Martell kilsə
torpaqlarının da bir qismini alıb benefisi kimi payladı.
Benefisi islahatının mühüm nəticələri oldu. Hər
şeydən əvvəl, xırda və orta feodalların mövqeyi
möhkəmləndi. Gələcək cəngavər qoşunlarının rüşeymləri
yarandı. Əsasən azad kəndlilərdən ibarət olan keçmiş
piyada qoşunlar aradan qalxdı. Süvari qoşunlar tərkibcə
əsas etibarilə xırda və orta feodallardan ibarət oldu.
Müflisləşmiş və asılı hala düşmüş frank kəndlisi atlı
qoşunda iştirak etmək üçün maddi imkana malik deyildi.
Beləliklə, benefisi islahatı nəticəsində frank kəndlisi bir
hərbi qüvvə kimi dövlətə lazım deyildi. Digər tərəfdən,
benefisi islahatı nəticəsində feodal torpaq mülkiyyəti
möhkəmləndi. Kəndlilərin istismarı şiddətləndi, onların
təhkimliləşdirilməsi sürətləndi. Çünki benefisi torpaqları
bu torpaqlarda yaşayan kəndlilərlə birlikdə paylanılırdı.
Məlum olduğu kimi, Karl Martelldən başqa iri feodallar
da benefisi paylayırdılar. Buna görə də, benefisi islahatı
nəticəsində feodalizm cəmiyyəti üçün xarakterik olan
vassallıq münasibətləri daha da inkişaf etdi. Çünki
benefisi verənlə alan arasında müəyyən asılılıq
münasibətləri, başqa sözlə, feodal asılılıq nərdivanı
yaranırdı. Benefisi islahatı ayrı-ayrı iri feodalların da
hərbi-siyasi qüdrətinin artmasına əlverişli şərait yaratdı.
Çünki onlardan benefisi alan xırda və orta feodallar
birinci növbədə həmin iri feodallara hərbi xidmət
göstərməli idilər. Bu mənada benefisi islahatı, eyni
zamanda Frank dövlətinin süqutu üçün də zəmin
hazırladı.
Bununla belə, benefisi islahatı ilk zamanlar mərkəzi
hakimiyyəti qüvvətləndirdi. Bu islahatdan razı qalan
xırda və orta feodallar dövlətin ictimai dayağına
çevrildilər. Digər tərəfdən, xırda və orta feodallar
qüvvətli mərkəzi hakimiyyətə arxalanıb kəndliləri
təhkimli halına sala bilər, onların müqavimətini qırmağa
nail olardılar. Mərkəzi hakimiyyətlə xırda və orta
feodalların ittifaqı hər iki tərəf üçün əlverişli idi. Bu
ittifaqdan istifadə edən mərkəzi hakimiyyət, xırda və orta
feodallar iri feodallara qarşı müvəffəqiyyətlə mübarizə
apara və yeni torpaqlar tuta bilərdilər. Çox keçmədən
karolinq hökmdarları, həqiqətən də, xırda və orta
feodallara arxalanıb Frank dövlətinin sərhədlərini xeyli
genişləndirdilər.

Karolinq imperiyasının yaranması. Böyük Karlın


müharibələri
Karl Martellin oğlu Gödək Pipinin zamanında (741-
768) Frank dövləti daha da qüvvətləndi. Gödək Pipin
atasının vaxtında benefisi kimi paylanmış kilsə
tornaqlarının yenidən kilsənin mülkiyyəti hesab etdi.
Kilsə torpaqlarından benefisi kimi istifadə edən feodallar
bunun müqabilində kilsəyə vergi verməli idilər. Lakin
benefisidən istifadə edənlər həmin torpaq müqabilində
ancaq dövlətə hərbi xidmət göstərməli idilər. Kraldan
icazəsiz kilsə onların torpağını əlindən ala bilməzdi.
Beləliklə, Gödək Pipin mərkəzi hakimiyyətin mənafeyinə
ziyan vurmadan atasının vaxtında kilsə ilə dövlət
arasında əmələ gəlmiş narazılığı aradan qaldırdı. Kilsə
ilə, habelə Roma papası ilə Frank kralları arasında
möhkəm ittifaq yarandı.
Gödək Pipin Roma papası ilə münasibətlərinin
yaxşılaşmasından dərhal istifadə etdi. 751-ci ildə o,
papanın razılığı ilə Suassonda kral elan olundu. Felən
hələ 687-ci ildən hakimiyyət başında olan Karolinq
hökmdarları formal olaraq frank taxtını ələ keçirdilər. Öz
növbəsində Gödək Pipin də Roma papası qarşısında
«borclu» qalmadı. O, papa II Stefanın çağırışı ilə 754 və
757-ci illərdə İtaliyaya hücum etdi. Gödək Pipin Roma
vilayətini və Ravenna mahalını Lanqobard kralından alıb
papaya verdi. Beləliklə, 756-cı ildə papa dövləti— Papalıq
yarandı. Roma papaları, eyni zamanda dünyəvi hakim
oldular. Bununla da, Roma papalarının Dünya xristian
monarxiyası yaratmaq iddiasına düşmələri üçün əsas
yarandı. Elə bu vaxtlar papa dəftərxanasında Roma
papalarının dünyəvi hakimiyyət hüququnu sübut etmək
məqsədi ilə «Konstantin bəxşişi» adlı saxta sənəd
düzəldildi. Bu «sənədə» görə imperator Konstantin (306-
337) paytaxtı Konstantinopola köçürərkən Roma
imperiyasının qərb hissəsində, o cümlədən İtaliyada
hakimiyyəti, guya, papa II Silvestrə vermişdi. Roma
papaları dünyəvi hakimiyyət hüquqlarını hüquqi
cəhətdən əsaslandırmaq üçün uzun müddət bu yalançı
sənəddən istifadə etdilər. Yalnız XV əsrdə italyan
humanisti Lorenso Valla «Konstantin bəxşişi» adlanan
sənədin saxtalığını sübut etdi.
Frank dövlətinin ən qüdrətli çağı Böyük Karlın
hakimiyyəti illəri idi. Böyük Karl (768-814) hakim sinfin
görkəmli nümayəndəsi kimi feodal dövlətini
möhkəmləndirmək, onun ərazisini daha da
genişləndirmək üçün çox iş gördü. Qərb tarixşunaslığında
Böyük Karl ideallaşdırılır, kəndlilərin əməyi ilə
yaradılmış sərvət bahasına hakim sinfin mənafeyi üçün
görülən bütün tədbirlər onun adına bağlanır. Böyük Karl
hətta frank kəndlisinin müdafiəçisi kimi qələmə verilir.
Böyük Karlın hakimiyyəti illərində müxtəlif mənşəli
bir çox tayfalar qılınç gücünə Frank dövlətinə tabe edildi,
onların yaşadığı torpaqlar işğal olundu. O, 774-cü ildə
İtaliyaya hücum edib Lanqobard kralını taxtdan saldı.
Lanqobard krallığı Frank dövlətinə birləşdirildi.
İtaliyadan sonra, Böyük Karl 778-ci ildə ərəblərə qarşı
İspaniyaya hücum etdi. Lakin bu səfərdə o,
müvəffəqiyyət qazana bilmədi. Böyük Karl, nəhayət, 801
-ci ildə Barselonanı ərəblərdən alıb İspaniyanın şimal -
şərqi idə İspaniya markası adlanan möhkəmləndirilmiş
sərhəd məntəqəsi yarada bildi.  Böyük Karl 30 ildən çox
(772-804) müharibə etdikdən sonra, çətinliklə Saksoniyanı
da işğal edə bildi. Böyük Karlın hücumları zamanı sakslar
franklara iisbətən aşağı inkişaf pilləsində idilər.
Saksoniya əhalisinin əksəriyyətini azad icma üzvləri
olan frilinqlər təşkil edirdilər. Buna görə də frank istilası
frilinqlər üçün torpaqdan məhrum olmaq və təhkimçilik
zülmü demək idi. Məhz bu səbəbdən Böyük Karl uzun
müddət saksların müqavimətini qıra bilmədi. O, sakslara
qarşı laba slavyanları olan obodritlərlə ittifaq bağladı və
ancaq bundan sonra qələbə qazana bildi. Böyük Karl

Böyük Karl Frank dövlətinin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün
imperiyanın sərhədləri boyu möhkəmləndirilmiş xüsusi sərhəd məntəqələri
yaradırdı. Bu sərhəd məntəqələri m a r k a adlanırdı. Markaları markqrafl ar idarə
edirdilər.
Saksoniyadan başqa, 788-ci ildə Bavariya hersoqluğunu
da işğal etdi. Bavariya ilə bir vaxtda slavyanların
yaşadığı Karintiya da Frank dövlətinə birləşdirildi.
Böyük Karl 788-ci ildən 803-cü ilədək fasilələrlə Avar
xaqanlığı ilə də müharibələr aparmışdı. Bu, Böyuk Karlın
ən çətin müharibələrindən biri idi. Bir sıra qonşu
tayfaları, o cümlədən slavyanları əsarət altına salan
türkdilli avarlar Frank dövlətinə də hücum edirdilər.
Avarlara qarşı təkbətək müharibələrdə müvəffəqiyyət
qazana bilməyən Frank imperatoru cənub slavyanları ilə
ittifaq bağladıqdan sonra qələbə qazana bildi. Aramsız
qəsbkarlıq müharibələri nəticəsində Frank dövlətinin
ərazisi çox genişləndi. İtaliyaya hüçum zamanı, 800-cü
ildə Böyük Karl Romada imperator tacı qoydu. Frank
dövləti imperiya elan olundu.
Böyük Karlın hakimiyyəti illərində az qala keçmiş
Qərbi Roma imperiyasına bərabər olan Frank
imperiyasının ərazisi cənub-qərbdə Ebro çayından
başlayır, cənubda Roma şəhəri də daxil olmaqla
İtaliyanın mühüm hissəsini əhatə edir, şərqdə Elba çayı,
Bohemiya dağları və Vyana meşələrinə qədər uzanırdı.
Frank imperiyasının şimal sərhədləri Şimal dənizinin
sahilləri idi.
Geniş ərazili Frank imperiyasını xarici hücumlardan
qorumaq məqsədi ilə Böyük Karl ölkənin sərhədlərində
möhkəmləndirilmiş hərbi-inzibati məntəqələr yaratdı:
şimal-qərbdə Breton markası, cənub-qərbdə İspaniya
markası, İtaliyada Benevento hersoqluğu, şimalda
Danimarka markası, bundan cənuba doğru Saksoniya
möhkəmləndirilmiş məntəqəsi, Elba çayından Dunay
çayına qədər Serbiya hərbi xətti, Dunay çayının orta
boyunda Şərq və ya Pannoniya markası, Şimali İtaliyada
Friul markası.
Beləliklə, Böyük Karlın hakimiyyəti illərində Frank
dövləti əvvəlkinə nisbətən xeyli qüvvətləndi, ölkənin
beynəlxalq aləmdə nufuzu artdı. Lakin geniş ərazili,
möhkəmləndirilmiş sərhədləri olan Frank imperiyası
zahirən güclü görünürdü. Bu dövlət daxilən möhkəm
deyildi. Çünki o, müxtəlif inkişaf səviyyəsində olan və
ayrı-ayrı dillərdə danışan tayfaları, tayfa birliklərini
(burqundlar, sakslar, frizlər, bavarlar, alemanlar,
lanqobardlar, xorutanlar, avarlar, keltlər və s.) qılınc
gücünə tabe etmək yolu ilə yaradılmışdı. Natural
təsərrüfatın hökmranlığı şəraitində ölkənin müxtəlif
yerləri arasında iqtisadi əlaqə yox idi. Öz azadlığı
uğrunda mübarizə edən xalqları itaətdə saxlamaq üçün
Böyük Karl daim işğalçı hərbi səfərlərdə olurdu.

Feodal münasibətlərinin daha da möhkəmlənməsi.


Kəndlilərin vəziyyəti
Böyük Karlın qəsbkarlıq müharibələri dövründə
Frank dövlətində feodal münasibətlərinin inkişafı daha
da sürətləndi. Kəndli torpaqları kütləvi şəkildə feodallar
tərəfindən zorla zəbt olundu. Onların özləri isə zorla
təhkimli vəziyyətinə salındılar. Feodal torpaq sahibliyi
torpaq üzərində əsas mülkiyyət formasına çevrildi. Frank
krallarının, xüsusən Böyük Karlın qəsbkarlıq
müharibələri zamanı uzun müddət ölkənin təsərrüfat
həyatının pozulması, vergilərin artması, saysız-hesabsız
cərimələr və s. kəndlilərin vəziyyətini daha da
pisləşdirdi. Kəndli torpaqlarının zorla zəbt olunmasında
və onların təhkimli vəziyyətinə salınmasında kilsə
mühüm rol oynayırdı. Ruhanilər hakim sinfi müdafiə
etməkdən başqa, özləri də torpaq ələ keçirir, iri
feodallara çevrilirdilər.
Kəndliləri asılı hala salmaq formaları olduqca
müxtəlif idi. Bunlardan ən geniş yayılanı prekari  tipli
torpaqların paylanması idi. Prekari feodallar tərəfindən
kəndlilərə bir neçə il müddətinə, bəzən də ömürlük
verilirdi. Kəndli həmin torpaqdan istifadə müqabilində
töycü verir, bəzən də biyara gedirdi. Prekarinin müxtəlif
formaları olurdu. Bunlardan birin-cisi belə idi ki,
aztorpaqlı və ya heç torpağı olmayan kəndli yuxarıda
göstərilən şərtlə feodaldan torpaq alırdı. İkinci halda
kəndlinin özünün torpağı olurdu. Lakin bu və ya digər iri
feodal onun torpağını əlindən almağa çalışırdı. Belə
hallarda yaranmış vəziyyətdən çıxış yolu axtaran kəndli
öz torpağını başqa daha güclü feodala, əksər hallarda
kilsəyə verib, sonra isə ondan müvəqqəti istifadə üçün
geri almağa məcbur olurdu. Beləliklə, kəndli öz torpağına
mülkiyyət hüququnu itirirdi. Elə hallar da olurdu ki,
kəndli öz torpağını feodala və ya kilsəyə verib istifadə
üçün geri alarkən ancaq öz torpağını yox, əlavə torpaq da
götürürdü. Xüsusən kilsələr yararsız torpaqları kəndlilərə
verib becərtdirir, onu abad hala saldırır, həm də bu
torpaqlar müqabilində kəndlidən vergi alırdılar. Bu
prekarinin üçüncü forması idi. Bundan başqa krallar, iri
torpaq sahibləri kilsələrə də prekari verirdilər.

P r e k a r i latınca «prekarium», yəni «xahiş» sözündəndir. Burada «xahişə görə verilən»
mənasındadır.
Prekari torpaqlarının geniş yayılması feodal
münasibətlərini daha da möhkəmləndirdi. Prekari alan
kəndlilər tədricən şəxsi azadlıqlarını itirir, təhkimliyə
çevrilirdilər. Bundan başqa, artıq benefisi torpaqları da
irsi feodal torpaq mülkiyyətinə—feoda çevrilmişdi.
Bununla əlaqədar olaraq benefisi torpaqlarında yaşayan
kəndlilər də getdikcə təhkimli vəziyyətinə düşürdülər.
Digər tərəfdən, feodallaşma dərinləşdikcə iri feodalların
sayı artır, onların inzibati-siyasi hakimiyyəti genişlənirdi.
Həmin feodallar öz hərbi-siyasi qüvvələrindən istifadə
edib onların himayəsinə girməyə məcbur olanları,
prekaridən istifadə edənləri, borcluları, həmçinin bir çox
xırda feodalları getdikcə təhkimli vəziyyətinə salırdılar.
Mərkəzi hakimiyyət artıq geniş hüquqlar ələ keçirib
çox qüvvətlənmiş iri feodalların əl-qolunu yığmaqda aciz
idi. Buna görə də Karolinq hökmdarları yaranmış real
vəziyyətlə razılaşmağa məcbur olur, xüsusi fərmanlarla
iri feodalların geniş inzibati-siyasi və məhkəmə
hüquqlarını təsdiq edirdilər. Bu fərmanlara əsasən,
dövlət məmurlarına hər hansı işlə əlaqədar olaraq iri
feodalların torpaqlarına ayaq basmaq qadağan olunurdu.
Həmin torpaqlarda inzibati-məhkəmə hakimiyyəti, vergi
yığmaq hüququ kralın xüsusi fərmanı ilə iri feodalların
özlərinə verilirdi. Bundan başqa, feodal öz torpağından
qoşun toplayır və onun başçısı olurdu. İri feodallara
geniş hüquqlar verən belə fərmanlara immunitet 
fərmanları deyilirdi.
İmmunitet fərmanları almağa nail olmuş iri feodallar
özlərinin geniş hüquqlarından, əllərində olan hərbi

İmmunitet latınca «immunitas» sözündəndir, toxunulmazlıq deməkdir.
qüvvədən istifadə edib öz torpaqlarında ən ağır qeyri-
iqtisadi məcburiyyət metodları tətbiq edir, kəndliləri
təhkimliləşdirir, onların istismarını dözülməz dərəcəyə
çatdırırdılar. Digər tərəfdən, immunitet fərmanları iri
feodalları daha da müstəqilləşdirdi, Frank imperiyasının
dağılması üçün qabaqcadan zəmin hazırladı.
Feodalizmin təşəkkulü ilə bir zamanda bu cəmiyyətə
xas olan vassallıq münasibətləri də formalaşırdı.
Vassallıq münasibətlərinin inkişafı isə iri feodalların
müstəqilliyini daha da artırırdı. Çünki iri torpaq
sahibindən benefisi alan şəxs onun «adamı» olur, həmin
feodala sədaqətlə xidmət edəcəyinə and içir, başqa sözlə,
onun vassalına çevrilirdi. Torpaq verən, yəni senyor isə
vassalını müdafiə etməli, lazım gəldikdə ona kömək
göstərməli idi. Beləliklə, çoxlu vassalı olan senyorun
hərbi qüvvəsi də çox olur, siyasi nüfuzu da artırdı. Bunun
nəticəsində isə mərkəzi hakimiyyət zəifləyirdi. Vassallıq
münasibətləri feodalizm cəmiyyətinə xas olan ictimai
əlaqə forması idi. Feodal münasibətləri inkişaf etdikcə
vassallıq əlaqələri xüsusi fərmanlarla daha da
möhkəmləndirilir, qanunlaşdırılırdı. Məsələn, Karolinq
hökmdarı Daz Karlın 847-ci ildə verdiyi fərmana görə,
«hər bir azad adam özünə senyor seçməli» idi.
Feodal torpaq mülkiyyətinin meydana gəlməsi
Frank dövlətinin təsərrüfat həyatında da ciddi
dəyişikliklər törətdi. 8-ci əsrin sonu—9-cu əsrin
əvvəlində azad kənd icmaları aradan qalxdı. Feodalizm
hakim istehsal üsuluna çevrildi. Feodal istehsal
münasibətləri qalib gəldi. Feodal votçinası cəmiyyətin
təsərrüfat həyatında əsas yer tutdu; kənd icmaları isə
bütövlükdə təhkimli halına salındı. Malikanə torpaqları
adətən iki yerə bölünürdü: feodalın öz torpaqlarından
ibarət ağa torpaqları; kəndlilərin istifadəsində olan
torpaqlar. Əvvəllər icmanın ixtiyarında olan meşələr,
otlaqlar, boş torpaqlar da ağa torpaqlarına daxil idi. Ağa
torpaqları zorla biyara gəlməyə məcbur edilən
kəndlilərin əməyi ilə becərilirdi.
Karolinq imperiyasında təsərrüfat natural xarakterdə
idi. Sənətkarlıq kənd təsərrüfatından ayrılmamışdı.
İmperiyanın ayrı-ayrı yerləri arasında iqtisadi əlaqə
demək olar ki, yox idi. Kəndli kənd təsərrüfatı ilə məşğul
olmaqdan başqa feodal üçün, həmçinin özü üçün lazım
olan sənətkarlıq məhsullarını da hazırlayırdı. Natural
təsərrüfatın hökmranlığı dövründə kənd təsərrüfatı
malları, habelə sənətkarlıq məhsulları bazar üçün istehsal
olunmurdu. Başqa sözlə bu məhsullar əmtəə xarakteri
daşımırdı. Ticarət çox zəif inkişaf etmişdi. Əsas etibarilə
bəzək şeyləri, habelə malikanədə istehsal edilməsi
mümkün olmayan başqa məmulat satın alınırdı. Daxili
ticarət hiss olunmayacaq dərəcədə zəif idi. Xarici ticarət
isə əsasən hakim sinfin bəzək şeylərinə olan tələbatını
edəyirdi.
Karolinq imperiyasında əsas istehsalçılar asılı
kəndlilər idi. Asılı kəndlilərin əksəriyyəti kolonlardan
ibarət idi. Onlar irsən istifadə üçün aldıqları torpaqlardan
çıxıb gedə bilməzdilər. Feodaldan iqtisadi cəhətdən asılı
olan kolonlar zaman keçdikcə şəxsi müstəqilliklərini də
itirir, təhkimliyə çevrilirdilər. Karolinq dövlətində qullar
da var idi. Onların bir hissəsi artıq torpağa təhkim
olunmuşdu. Bu qullar torpaq sahibindən yalnız iqtisadi
cəhətdən deyil, eyni zamanda şəxsən də asılı idilər.
Göstərilən kateqoriyadan olan qullar əslində təhkimli
kəndli idilər. Karolinq imperiyasında elə qullar da var idi
ki, onlardan ancaq həyət-baca işlərində istifadə olunurdu.
Bu kateqoriyadan olan qullar isə əvvəlkindən fərqli
olaraq bütün əmlakları ilə birlikdə feodalın mülkiyyəti
idilər. Onları alıb satmaq da olardı.
Karolinq dövlətində kənd əhalisinin bir başqa
təbəqəsi də litlərdən ibarət idi. Litlər hüquqi
vəziyyətlərinə görə qullarla kolonlar arasında aralıq
mövqe tuturdular. Bu ictimai qrupun da irsən istifadə
etməkdən ötrü torpaq parçası vardı. Feodallaşma prosesi
dərinləşdikcə asılı əhalinin müxtəlif kateqoriyaları
arasındakı fərq silinir, onların hamısı təhkimli
vəziyyətinə düşürdülər. Onlar feodala natural şəkildə
(məsələn; taxıl, şərab, toyuq-cücə, ət-yağ, muxtəlif,
sənətkarlıq məhsulları və s. ilə) renta verir, həftədə azı üç
gün biyara gedirdilər. Kəndli qadınlar feodalın ailəsi
üçün parça, yun şeylər toxuyur, başqa işlər körürdülər.
Kəndli torpaqlarının zorla tutulması, onların
təhkimli halına salınması kəndlilərin feodal istismarına
qarşı sinfi mübarizəsini də şiddətləndirdi. 8-9-cu əsrlərdə
kəndlilərin elliklə təhkimli halına salınması nəticəsində
Frank dövlətində bir sıra kəndli çıxışları, üsyanları oldu.
Bu dövrdə Frank dövlətində kəndli üsyanlarından ən
güclüsü 841—842-ci illərdə baş vermiş Saksoniya üsyanı
idi. Saksoniya üsyanı erkən orta əsrlərdə kəndlilərin
təhkimli vəziyyətinə salınmasına qarşı çevrilmiş ən
qüvvətli üsyanlardan biri idi. Üsyançılar təhkimçiliyə
qarşı çıxış edir, «ata-baba qaydaları» ilə yaşamaq
uğrunda, yəni azad icma ənənələrini bərpa etmək üçün
mübarizə edirdilər. Buna görə də Saksoniya kəndlilərinin
üsyanı «Stellinq» («Köhnə qanunların övladları») üsyanı
adlanırdı. Orta əsrlərdəki başqa kəndli üsyanları kimi
kortəbii xarakterdə olan, qeyri-mütəşəkkil Stellinq
üsyanını feodal dövləti çətinliklə də olsa yatıra bildi.

Karolinq imperiyasının parçalanması


Cəmiyyətin iqtisadi əsası dəyişdikcə, yəni feodal
istehsal üsulu inkişaf etdikcə feodal dövləti də
formalaşır, təkmilləşirdi. Kəndli torpaqlarını zorla zəbt
etmək, feodal torpaq mülkiyyətini möhkəmləndirmək,
kəndliləri təhkimli vəziyyətinə salmaq və onların sinfi
mübarizəsini boğmaq, işğalçılıq müharibələri yolu ilə
çoxlu torpaqlar ələ keçirmək üçün feodallara qüvvətli
mərkəzi hakimiyyət lazım idi. Elə bu səbəbdən də Frank
dövləti əvvəllər, xüsusən Böyük Karlın zamanında xeyli
qüvvətlənmişdi. Lakin Frank dövlətində feodal
münasibətləri əsasən qalib gəldikdən sonra vəziyyət
dəyişdi. Çünki feodalizmin inkişafı prosesində geniş
hüquqları olan müstəqil iri feodallar qrupu yaranmışdı.
Onların çoxlu vassalları, hərbi qüvvəsi vardı. Digər
tərəfdən də kəndlilər artıq asılı hala salınmışdı. Kral iri
feodal qrupları qarşısında aciz qalıb immunitet
fərmanları ilə onların müstəqilliyini tanımağa məcbur
olmuşdu. 877-ci ildə verilmiş bir fərmana görə qraflıq
vəzifəsi irsi keçməyə başladı. Əvvəllər hər hansı bir
mahalda dövlət məmuru olan qraflar indi həmin mahalın
sahibinə—iri feodala çevrildilər. İri feodallardan başqa,
xırda və orta feodallar da mərkəzi hakimiyyəti müdafiə
etmirdilər. Çünki onlar da artıq məqsədlərinə nail
olmuşdular. Onlara verilən benefisi artıq irsi keçməyə
başlamış, kəndlilər isə əsasən təhkimli halına
salınmışdılar. Bundan başqa, həmin feoadallar vassallıq
əlaqəsi yolu ilə krala deyil, iri feodallara tabe idilər. Hər
bir iri feodal öz mülkündə təkbaşına hakim idi.
Karolinq imperiyasının ayrı-ayrı vilayətləri arasında
iqtisadi əlaqə yox idi. İmperiya ərazisində yaşayan
tayfalar ictimai-iqtisadi inkişafına görə bərabər səviyyədə
deyildilər. Böyük Karlın qılınc gücünə tabe etdiyi
xalqların hər birinin öz dili, mədəniyyəti, adət-ənənələri,
tarixi inkişaf xüsusiyyətləri vardı. Bu mənada Frank
imperiyası qüvvətli dövlət deyil, zorla əsarət altına
salınmış tayfaların, xalqların süni birliyi idi. Bu dövlətin
süqutu bütün əvvəlki tarixi inkişafın gedişində
hazırlanmışdı. Karolinq imperiyasının süqutu Böyük
Karlın ölümündən sonra daha da sürətləndi. Onun
varisləri arasında hakimiyyət uğrunda uzunmüddətli ara
müharibələri başlandı. 843-cü ildə, nəhayət, Böyük Karlın
nəvələri olan Daz Karl, Almaniyalı Lüdoviq və Lotar
imperiyanı öz aralarında bölüşdürmək haqqında
müqavilə bağladılar. Verdendə bağlanan bu müqaviləyə
görə, Frank imperiyasının Şelda, Maas və Rona
çaylarından qərbdəki ərazisi Qərbi Frank krallığı adı ilə
Daz Karla verildi. Şərqi Frank krallığına Frank
imperiyasının Alp dağlarından şimaldakı və Reyn
çayından şərqdəki torpaqları daxil edildi. Bu krallıq
Almaniyalı Lüdoviqə çatdı. Lotar isə imperator ləqəbini
saxlamaqla Reyn boyundakı torpaqlara—Qərbi və Şərqi
Frank krallıqları arasındakı əraziyə, həmçinin İtaliyaya
yiyələndi. Beləliklə, erkən orta əsrlərdə Avropanın ən
böyük dövlətlərindən biri olan Frank imperiyası üç yerə
parçalandı. Onun ərazisində sonrakı Fransa, Almaniya və
İtaliya dövlətlərinin əsası qoyuldu. Bu əsas üzərində
sonralar fransız, alman və italyan xalqları təşəkkül etdi.
V FƏSİL

FRANSA (9-11-ci əsrlər)

Fransa krallığının meydana gəlməsi


Fransa bir feodal dövləti kimi Verden müqaviləsi
(843) nəticəsində yaradılmış Qərbi Frank krallığı əsasında
meydana gəldi. Bu krallıq cənub-qərbdə Ebro çayının orta
boyundan və Barselonadan başlayaraq şərqdə Şelda,
Maas və Rona çaylarına qədər olan ərazini əhatə edirdi.
Lakin Avropanın siyasi tarixinin sonrakı gedişində
Fransa krallığının sərhədlərində bəzi dəyişikliklər əmələ
gəldi.
Verden müqaviləsindən çox keçməmiş—855-ci ildə
Lotarın süni şəkildə yaradılmış dövləti dağıldı. Onun
yerində İtaliya, Provans və Lotaringiya  krallıqları
yarandı. Reyn çayı boyundakı torpaqları əhatə edən
Lotaringiya kral II Lotarın (855—869) ölümündən sonra
Qərbi Frank krallığına—Fransaya birləşdirildi. Lakin bu
ərazi uzun zaman Fransanın tərkibində qalmadı; 870-ci
ildə Fransa ilə Almaniya arasında bölüşdürüldü. Onun az
bir hissəsi—Cənub-Qərbi Lotaringiya Fransanın
tərkibində qaldı. Əksəriyyət hissəsi isə Almaniyaya
qatıldı. Bu hadisədən sonra Lotaringiya Almaniya ilə
Fransa arasında mübahisəli ərazi kimi dəfələrlə
bölüşdürüldü və ya bütövlükdə əldən-ələ keçdi.
Lotarın dövləti dağıdıldıqdan sonra onun yerində
yaranmış digər feodal dövləti olan Provans krallığı da
parçalandı. Provans krallığı ərazisində iki burqund

I Lotarın mülkləri bölüşdürülərkən onun oğlu II Lotara (855-869) verilən ərazi sonralar II
Lotarın adı ilə L o t a r i n g i y a adlanmağa başladı.
krallığı yarandı. 879-cu ildə yaranmış Aşağı Burqundiya
krallığı Sona və Rona çayları boyunca Aralıq dənizinə
qədər olan torpaqları əhatə edirdi. Sona və Rona
çaylarının yuxarılarından Alp dağlarına qədər olan
ərazidə Yuxarı Burqundiya krallığı yarandı (888). 933-cü
ildə hər iki burqund dövləti birləşdi və vahid Burqundiya
krallığı yarandı. Bu dövlət paytaxtının adı ilə çox vaxt
Arl krallığı və ya Arelat adlanırdı. Arl krallığı
yaranmasından təqribən yüz il sonra—1033-cü ildə
Almaniyaya qatıldı. Bundan başqa, hələ 884-cu ildə
Fransa ərazisində burqundlara məxsus digər bir feodal
mülku də meydana gəlmişdi. Burqundiya hersoqluğu
adlanan bu dövlət Luara ilə Sona çayları arasındakı
ərazini əhatə edirdi. Burqund torpaqları üstündə Fransa
ilə Almaniya arasında aramsız müharibələr gedirdi. Bu
müharibələr təşəkkül etməkdə olan Fransa krallığının
ictimai-iqtisadi həyatına olduqca mənfi təsir göstərirdi.
Fransanın vəziyyətini normanların  getdikcə artan
basqınları daha da ağırlaşdırırdı. Normanlar hətta Parisin
özünü də bir neçə dəfə mühasirəyə almışdılar. 911-ci ildə
normanlar Fransanın şimalında—Sena çayının
mənsəbində məskən saldılar. Normandiya hersoqluğu
belə meydana gəldi.
Norman hücumları ilə əlaqədar olaraq daha da
ağırlaşmış siyasi şəraitdə Paris qraflarının nüfuzu
getdikcə artmağa başladı. Parisdən başqa, Orlean da daxil

Erkən orta əsrlərdə Skandinaviya xalqları Qərbi Avropada «normanlar» (şimal
adamı) adı ilə tanınırdılar. Skandinavlar isə özlərini «viking» (limanda/sahildə
yaşayan) adlandırırdılar. «Varyaqlar» adı altında daha çox slavyan tayfaları
arasında tanınmışlar. Normanlar 8-ci əsrin sonlarından 11 - ci əsrin ortalarına qədər
bir çox ölkələrə hücum etmiş, hətt a Şimali Amerika sahillərinə qədər gedib
çıxmışdılar.
olmaqla geniş ərazisi olan bu qraflıq özünü normanların
basqınlarından müvəffəqiyyətlə müdafiə edir, bununla da
bütün Fransada yadellilərə qarşı mübarizə mərkəzinə
çevrilirdi.
Normanların hücumlarını dəf etməyə qadir olmayan
Karolinq krallarının isə siyasi hakimiyyəti olduqca
zəifləmişdi. Paris qrafı Robertin nəslindən olan feodal
sülaləsinin getdikcə qüvvətlənməsindən narahat olan
Karolinqlər bütün 10-cu əsr boyu onlara qarşı mübarizə
apardılar. Nəhayət, 987-ci ildə qraf Robertin nəslindən
olan Hüqo Kapet hakimiyyəti qəti olaraq ələ keçirdi.
Fransa tarixində Kapetinqlər (987-1328) sülaləsinin
hakimiyyəti dövrü başlandı.
Feodal münasibətlərinin inkişaf səviyyəsinə və
ictimai-iqtisadi inkişaf xüsusiyyətlərinə görə, həmçinin
etnik tərkibcə Fransa ərazisi hələ Karolinq imperiyasının
tərkibində olduğu zaman ölkənin başqa yerlərindən
fərqlənirdi. Burada feodal münasibətləri daha çox inkişaf
etmişdi. Roma təsiri nisbətən güclü idi.
Fransa krallığının yaranmasından sonra ölkənin
tarixində yeni dövr başlandı. İctimai-iqtisadi inkişaf
sürətləndi. 10-cu əsrdə feodalizmin yaranması mərhələsi
başa çatdı. Bu dövr üçün müxtəlif mənşəli tayfaların
qaynayıb-qarışması prosesi də başa çatdı. Bir-birinə
qohum olan Şimali Fransa və Provans xalqları yarandı.
Paris və onun ətrafındakı torpaqları əhatə edən İlde Frans
vilayətinin iqtisadi-siyasi əhəmiyyətinin artması ilə
əlaqədar olaraq ölkə bu vaxtdan etibarən Fransa
adlanmağa başladı. Beləliklə, Verden müqaviləsindən
sonrakı mürəkkəb və tez-tez dəyişən siyasi hadisələrlə
dolu, qeyri-sabit tarixi dövr başa çatdı, Qərbi Frank
krallığı ərazisində Avropanın erkən feodal dövlətlərindən
biri olan Fransa krallığı yarandı.

Feodal pərakəndəliyi
Bir erkən feodal dövləti kimi Fransa krallığı siyasi
cəhətdən hələ möhkəm deyildi. Ölkə başdan-başa iri
feodal mülklərinə parçalanmış halda idi. Fransanın etnik
cəhətdən iki hissəyə—Şimali Fransa və Provans
xalqlarının yaşadıqları ərazilərə bölünməsi vəziyyəti daha
da mürəkkəbləşdirirdi.
Şimali Fransa xalqının yaşadığı ərazidə ən iri feodal
mülkü Normandiya hersoqluğu idi. Bu hersoqluğu
Skandinaviyadan Fransa ərazisinə basqın edən normanlar
yaratmışdılar. Fransadakı ən böyük feodal mülklərindən
biri olan bu hersoqluq 911-ci ildə meydana gəlmişdi.
Normandiyada yaşayan normanlar zaman keçdikçə
Şimali Fransa xalqının dnlini qəbul edir, bu xalqla
qaynayıb qarışırdılar. Fransız dilinin Normandiya
dialekti yaranırdı.
Normandiyadan başqa iri feodal mülklərindən biri
də ölkənin şimal-qərbindəki Bretan idi. Bretanda, vaxtı
ilə Böyük Britaniyadan buraya keçmüş kelt tayfası olan
britlər yaşayırdılar. Britlər anqllar, sakslar, yutlar, frizlər
və başqa qədim alman tayfalarının Böyük Britaniyanı
işğal etməsi nəticəsində öz vətənlərini tərk etməyə
məcbur olmuş, 5-6-cı əsrlərdə Fransa ərazisində məskən
salmışdılar. Britlərin Fransa ərazisində məskən saldığı
Bretan yarımadası Qalliya-Roma dövründə Armorika və
ya Aremorika  adlanırdı. Britlər məskən saldıqdan sonra
isə onların adı ilə əvvəlcə Kiçik Britaniya, sonralar isə
sadəcə olaraq Bretan adlanmağa başladı.
Şimali Fransadakı iri feodal mülklərindən biri də
Flandriya qraflığı idi. Bu qraflıq Fransanın şimal -
şərqində yerləşdi. Şimali Fransa dili bu qraflığın ancaq
cənub hissəsində yayılmışdı.
Fransada iri feodal mülklərindən biri də kral sülaləsi
olan Kapetinqlərə məxsus idi. Kapetinqlərin torpaqları,
Paris və Orlean şəhərləri də daxil olmaqla, həmin
şəhərlərin ətrafındakı yerləri əhatə edirdi. Kral
torpaqlarının, xüsusən bura daxil olan Paris və Orlean
şəhərlərinin, strateji cəhətdən çox əlverişli mövqedə—
ticarət yollarının qovşağında olmasının Fransa tarixi
üçün böyük əhəmiyyəti vardı. Bu cəhət Fransa
torpaqlarının mərkəzləşmiş dövlət halında birləşməsində
müsbət rol oynadı.
Şimali Fransada başqa iri feodal torpaqları da var
idi. Kapetinqlərin mülklərindən qərbə doğru Luara çayı
boyunca Blua, Türen, Anju qraflıqları yerləşirdi. Anjudan
cənuba doğru Puatu qrafına məxsus torpaq mülkləri
uzanırdı. Kapetinqlər sülaləsinin torpaqlarından şərqdə
Şampan qraflığı, ondan cənubda isə Burqundiya
hersoqluğu yerləşirdi.
Şimali Fransa kimi Cənubi Fransa—Provans da
başdan-başa iri feodal mulklərindən ibarət idi. Burada ən
iri feodal mülkü Puatu qraflığından cənubda yerləşən
Akvitaniya hersoqluğu idi. Akvitaniyadan şərqdəki
torpaqlar Oern qraflığı adlanırdı. Akvitaniya və

Kelt dilində «armor» s a h i l , d ə n i z s a h i l i mənasında idi.
Overndən cənubda Qaskon hersoqluğu ilə Tuluza qraflığı
yerləşirdi. Cənubi Fransadakı iri feodal torpaqlarından
biri də Barselona qraflığı idi.
Beləliklə, bütün Fransa iri feodal mülklərinə—
hersoqluqlara və qraflıqlara parçalanmışdı. Ölkədə feodal
pərakəndəliyi hökmranlıq edirdi. Hər bir iri feodal, yəni
hersoq və qraf öz mülkünün demək olar ki, müstəqil
hakimi idi. Onlar öz torpaqlarında sərbəst şəkildə vergi
yığır, qoşun toplayır, məhkəmə işləri aparırdılar. Hər bir
iri feodal mülkünün özünün ayrıca sərhədi vardı.
hersoqlar, qraflar və başqa iri feodallar kral hakimiyyəti
ilə, demək olar ki, hesablaşmırdılar.
İri feodallardan fərqli olaraq kral hakimiyyəti
olduqca zəif idi. Fransa kralı artıq geniş hüquqlar ələ
keçirmiş iri feodalların əl-qolunu yığmağa qadir deyil di.
Bundan başqa, Fransa əhalisinin iki yerə—Şimali Fransa
və Provans xalqlarına bölünməsi və buna müvafiq olaraq
ölkəni də iki hissəyə parçalanması feodal pərakəndəliyini
daha da dərinləşdirirdi. Bununla belə, hakim sinif lazım
gəldikdə ölkə daxilində istismar olunan kəndlilərin sinfi
mübarizəsinə qarşı, habelə xarici təhlükə əleyhinə
birləşdirə bilirdi. Belə anlarda feodalizm cəmiyyəti üçün
xarakterik olan vassallıq münasibətləri hakim feodallar
sinfinin köməyinə gəlirdi. Kral hakimiyyəti feodal
nərdivanının başında dayanmaqla feodal hərc-mərcliyi
şəraitində hakim sinfin qüvvələrini daxili və xarici
təhlükəyə qarşı birləşdirməkdə mühüm rol oynayırdı.
Vassallıq münasibətləri olmadan hakim sinfin mənafeyi
tələb etdikdə belə feodal Fransasını hərəkətə gətirmək
mümkün deyildi.
Kəndlilərin vəziyyəti. Sosial-sinfi mübarizə
Feodal pərakəndəliyi istismar olunan kütlələrin
vəziyyətini son dərəcədə ağırlaşdırmışdı. 10-cu əsrdə
kəndlilərin çoxu artıq təhkimli halında idi.
Təhkimli kəndli öz ağasından—senyorundan şəxsən
asılı idi. Buna görə də feodala baş vergisi, ölüm vergisi,
nigah vergisi və s. verməli idi. Bundan başqa feodal,
kəndlidən istədiyi qədər mükəlləfiyyət icra etməsini tələb
edə bilərdi.
Feodalizm cəmiyyətində kəndlinin irsi istifadəsində
olan torpaq feodala məxsus idi. Bunun müqabilinda
təhkimli kəndli feodalın xeyrinə həftədə azı üç gün
biyara getməli, ona natural şəkildə, bəzən də pulla vergi
verməli idi. Vergi sistemində möhkəm qayda - qanun
olmadığından feodal kəndlidən istədiyi qədər vergi ala
bilərdi.
Məlum olduğu kimi, feodallar öz mülklərində
məhkəmə müstəqilliyinə də malik idilər. Elə bu səbəbə
görə də kəndlilərin işinə feodal məhkəmələrində
baxılırdı: məhkəmə haqqından başqa, cərimələr də
feodalların xeyrinə alınırdı. Bütün bunlardan əlavə,
kəndli feodala bazar-haqqı, körpü-haqqı, yol-haqqı və s.
də verməli idi. Kəndli dənini ancaq asılı olduğu feodalın
dəyirmanında üyütməli, çörəyi onun təndirində bişirməli,
onun dəzgahında şirə və şərab çəkməli idi. Bunların
müqabilində də kəndlidən natural şəkildə, yəni un, çörək,
üzüm şirəsi, şərab və ya pulla haqq alınırdı. Bu qaydanı
pozan kəndli feodal tərəfindən cərimə olunur və ya onun
məhsulları əlindən alınırdı.
10-11-ci əsrlərdə Fransada feodal münasibətləri o
qədər dərininə inkişaf etmişdi ki, artıq keçmişdə icmaya
məxsus olan meşələr, otlaqlar, sular və s. də feodalların
ixtiyarına keçmişdi. Bu yerlərdən istifadə müqabilində də
feodallara müəyyən rüsum vermək lazım gəlirdi.
Beləliklə, zaman keçdikcə feodal münasibətləri daha da
dərinləşir, istismar dözülməz olurdu. Feodal ara
müharibələri kəndli təsərrüfatlarını dağıdırdı. Əhali
aclıqdan qırılırdı. Bütün bunlar feodalizm cəmiyyətindəki
antoqonist ziddiyyətləri daha da kəskinləşdirir, kəndli
üsyanlarının genişlənməsinə səbəb olurdu. 997 və 1042-ci
illərdə Normandiyada, 1024-cü ildə isə Bretanda baş
verən kəndli üsyanlarını buna misal göstərmək olar.
Feodal münasibətlərinin artıq möhkəmləndiyi dövrdə baş
vermiş bu kəndli üsyanları məğlubiyyətə uğrasa da,
əhəmiyyətsiz qalmırdı. Feodal istismarına qarşı kəskin
sinfi mübarizənin gedişində feodallarla kəndlilər
arasında müiasibətləri sahmana salan qaydalar yaranırdı.
Feodal rentasının, mükəlləfiyyətlərinin miqdarı az-çox
sabitləşirdi. Feodal özbaşınalığı və istismar müvəqqəti də
olsa, nisbətən yumşalırdı. Bu da müəyyən müddət üçün
kəndli təsərrüfatının dirçəlməsinə səbəb olurdu.
VI F Ə S İ L

İTALİYA (9-11-ci əsrlər)

Ostqotlar və İtaliya

Böyük Karl imperiyasının süqutundan sonra, Fransa


V ə Almaniyadan fərqli olaraq, İtaliyada erkən feodal
dövləti yaranmadı. Bu ölkə bütün orta əsrlər boyu
parçalanmış halda qaldı. Bunun mühüm səbəbi Qərbi
Roma imperiyasının süqutundan sonrakı dövrdə də
İtaliyanın ardı-arası kəsilmədən olduqca müxtəlif yadelli
basqınlarına məruz qalmasıdır.
İtaliyaya hücum edən yadellilərdən ölkənin sonrakı
tarixi üçün ən dərin iz qoyanı «barbarlar» oldu. İtaliyanın
erkən orta əsrlərdəki ictimai-iqtisadi inkişaf
xüsusiyyətləri məhz barbar işğalları ilə sıx bağlıdır.
Qərbi Roma imperiyası dağıldıqdan sonra İtaliya bir
müddət mənşəcə qədim alman tayfası skirlərdən olan
Odoakrın hakimiyyəti altında qaldı. O, əvvəllər Qərbi
Roma imperatorunun barbarlardan ibarət olan muzdlu
qoşunlarından birinin başçısı idi. Odoakr sonuncu Qərbi
Roma imperatoru Romul Avqustulu taxtdan salıb özünü
İtaliya hökmdarı elan etmişdi. Onun hakimiyyəti zamanı
(476-493) İtaliyada əslində mənşəcə barbar tayfalarından
olan muzdlu qoşunlar ağalıq etdilər. Lakin Odoakrın
hakimiyyəti uzun sürmədi. 493-cü ildə onun dövləti
başqa bir qədim alman tayfası olan ostqotlar tərəfindən
aradan qaldırıldı. İtaliya ərazisində paytaxtı Ravenna
olan barbar dövləti—Ostqot krallığı yarandı.
İtaliyanı istila edən ostqotların sayı təqr. 100 min
nəfərə bərabər idi. Onlarla birlikdə başqa qədim alman
tayfalarına mənsub olan daha 50 min nəfər barbar da
İtaliyaya hücum etmişdi.
Ostqotlar, başlıca olaraq, Şimali və Mərkəzi İtaliyada
məskən saldılar. Ölkənin bəzi yerlərində torpaqların üçdə
biri osttotların xüsusi mülkiyyətinə keçdi. Ostqot kralı
Teodorix (493—526) və onun hərbi dəstəsi çoxlu torpaq
ələ keçirdi. Ostqotlar içərisində sinfi təbəqələşmə
dərinləşməyə başladı. İri torpaq mülkləri olan əyanlar
təbəqəsi yarandı. Onlar tədricən Roma iri torpaq sahibləri
ilə birləşərək vahid sinif halına düşürdü. Beləliklə, etnik
fərqlərə baxmayaraq, sosial-sinfi munasibətlər ön plana
keçir, nəsli münasibətlərin dağılması sürətlənirdi.
Teodorix bütövlükdə hakim sinfin mənafeyinə uyğun
olaraq Roma dövründəki vergi sistemini saxladı.
Ostqot istilası İtaliyada feodal münasibətlərinin
inkişafını sürətləndirdi. Bunun üçün ostqotların malik
olduğu ictimai-iqtisadi quruluş daha əlverişli idi.
İtaliyaya hücum edərkən onlar ibtidai icma quruluşunun
dağılmaqda, feodal münasibətlərinin isə meydana
gəlməkdə olduğu mərhələdə idilər. Bundan başqa,
ostqotlar İtaliyada səpələnmiş deyil, toplu halında
məskən saldılar. Məhz buna görə də ostqotlar İtaliyanın
ictimai-iqtisadi tarixində müəyyən iz qoya bildilər.
Həqiqətən də, ostqot işğalından sonra Şimali və Mərkəzi
İtaliyada feodal münasibətlərinin inkişafı sürətləndi.
Bununla belə, qeyd etmək lazımdır ki, ostqotlar yerli
əhalinin müəyyən təsirinə də məruz qaldılar. Onlar
qədimdən xüsusi mulkiyyət ənənələrinə malik olan yerli
əhalidən çox şey öyrəndilər. Beləliklə, feodal
münasibətlərinin meydana gəlməsi və inkişafında
İtaliyanın yerli əhalisinin də rolu az olmadı. Gəlmə
ostqotlarla İtaliyanın yerli əhalisinin qaynayıb-
qarışmasında Teodorix və başqa ostqot krallarının
uzaqgörən barışdırıcı siyasəti mühüm rol oynadı.
Ostqot krallığının yaranmasından sonra başlanmış
müvəqqəti sakitlik dövrü uzun sürmədi. İtaliya yenə də
mürəkkəb siyasi hadisələr meydanı olaraq qalırdı. 555-ci
ildə Ostqot krallığını Bizans imperatoru Yustinianın (527
—565) qoşunları işğal etdi. Qədim Roma imperiyasını
bərpa etməyə çalışan Bizans imperatorunun fərmanı ilə
İtaliyada quldarlıq münasibətlərinin bərpa olunmasına
başlanıldı. İri torpaq mülkləri ostqot işğalından əvvəlki
sahiblərinə qaytarıldı. Kolonlar, azad icma üzvləri kölə
vəziyyətinə salınmağa başladı. Bu isə ölkədə geniş
kütlələrin kəskin narazılığına səbəb oldu. Quldarlıq
münasibətləri əleyhinə və Bizans ağalığına qarşı
mübarizə böyük vüsət aldı.

Lanqobard istilası

İtaliyada Bizans ağalığı uzun sürmədi. Bizans


əsarətinə qarşı mübarizənin genişləndiyi dövrdə İtaliya
yeni bir xarici təcavüzə məruz qaldı. Bu dəfə ölkəyə
başqa bir barbar tayfası—qədim alman tayfalarından biri
olan lanqobardlar hücum etdilər.
Lanqobardlar  eramızın I əsrində Elba çayının sol
sahillərində yaşayırdılar. Sonralar onlar Markoman
müharibəsində (166-180) iştirak etmiş, 4-cü əsrin
əvvəllərində Dunay çayı sahillərində məskən salmağa
başlamışdılar. Lanqobardlar 6-cı əsrdə Pannoniyada
yaşayırdılar. Çox keçmədən onları buradan türkdilli
avarlar sıxışdırdı. Bu hadisədən sonra, 468-ci ildə tayfa
başçısı Alboinin başçılıq etdiyi lanqobardlar İtaliyaya
hücum etdilər. Şimali İtaliyada möhkəmlənən
lanqobardlar burada öz krallıqlarını yaratdılar. Onların
burada ələ keçirdiyi böyük bir ərazi sonralar
lanqobardların adı ilə Lombardiya adlanmağa başladı.
Şimali İtaliyadan başqa, lanqobardlar Mərkəzi İtaliyada
da möhkəmləndilər. Beləliklə, Bizans əsarətinə qarşı
geniş narazılıqdan istifadə edən lanqobardlar asanlıqla,
Roma və Ravenna vilayətləri istisna olmaqla, Şimali və
Mərkəzi İtaliyanı ələ keçirdilər.
Ostqotlardan fərqli olaraq, böyük kütlələrlə hücum
edən lanqobarddar İtaliya ərazisində qan qohumluğuna
əsaslanan iri nəsillər—faralar halında məskən saldılar.
Onlar romalılardan becərdikləri məhsulun üçdə birini
alırdılar. Bundan başqa lanqobardlar iri torpaq
mülklərinin bir hissəsini də tutmuşdular.
İtaliyanın işğal olunması lanqobard icmaları
daxilində sinfi təbəqələşməni daha da sürətləndirdi.
İcmaların dağılması ilə eyni zamanda lanqobardlarda
feodal münasibətləri də inkişaf edirdi. Şimali və Mərkəzi
İtaliyada feodalizmin inkişafında lanqobardlarla yerli


« L a n q o b a r d » almanca u z u n s a q q a l deməkdir.
əhalinin qaynayıb-qarışması mühüm rol oynadı. Çünki,
artıq qeyd etdiyimiz kimi, İtaliyada xüsusi mülkiyyət
ənənələri, həmçinin feodal münasibətlərinin rüşeymləri
hələ lanqobard istilasından çox əvvəl vardı. Lanqobard
istilası isə feodal münasibətlərinin inkişaf sürətini bir az
da artırdı. Şimali və Mərkəzi İtaliyada kəndlilər təhkimli
halına salınmağa başladı. Bundan başqa, lanqobardlar
yerli əhali ilə ünsiyyətdə müxtəlif sənətlərə yiyələndilər,
ticarət işlərini öyrəndilər, yazı və rəsmi dil əldə etdilər.

Papa dövlətinin meydana gəlməsi


Lanqobard kralları bütün İtaliyanı öz hakimiyyətləri
altına salmağa çalışırdılar. Lakin onların bu siyasəti baş
tutmadı. Çünki geniş torpaqlar ələ keçirmiş iri torpaq
sahibləri öz mülklərini daha da genişləndirməyə çalışır,
kral hakimiyyətinə tabe olmaq istəmirdilər. Bu isə
mərkəzi hakimiyyəti zəiflədirdi.
Lanqobard krallarının İtaliyanı birləşdirmək
siyasətinə mane olan başlıca qüvvə Roma papaları idi.
Qeyd etmək lazımdır ki, bu zaman Roma papaları
İtaliyada mühüm siyasi qüvvəyə çevrilməkdə idilər.
Roma imperiyasının paytaxtının Konstantinopola
köçürülməsi (330), sonra imperiyanın parçalanması (395),
nəhayət Qərbi Roma imperiyasının süqutu (476)
papaların nüfuzunun artmasına, onların siyasi cəhətdən
müstəqilləşməsinə səbəb olmuşdu. 5-ci əsrdə başqa
yepiskoplardan fərqli olaraq, ancaq Roma yepiskopları
özlərini «papa», yəni «ata» adlandırırdılar.
Roma papaları Lanqobard krallarına qarşı Frank
dövləti ilə sıx əlaqə saxlayırdılar. Onlar Lanqobard
krallığının genişlənməsinə mane olmaq məqsədi ilə Frank
krallarını İtaliyaya dəvət edir, bundan istifadə edib
möhkəmlənməyə çalışırdılar. Nəticədə Frank krallığının
ərazisini daha da genişləndirməyə çalışan kral Gödək
Pipin (751-768) papanın bu çağırışından istifadə edərək
754 və 756-cı illərdə İtaliyaya hücum etdi. O, 756-cı ildə
Roma vilayəti, Ravenna mahalı və Pentapolisi Lanqobard
kralının əlindən alıb papa II Stefana «bəxşiş» verdi. Bu
hadisədən sonra Roma papaları daha da qüvvətləndi.
Onlar, artıq yalnız dini başçı deyil, dünyəvi hakim də
oldular. İtaliya ərazisində yeni bir dövlət—Papalıq belə
meydana gəldi.
774-cü ildə Frank kralı Böyük Karl İtaliyaya hücum
zamanı Lanqobard krallığını aradan qaldırdı və papaların
Roma üzərində hakimiyyət hüququnu tanıdı. Bu, Roma
papalarının bir dünyəvi hakim kimi siyasi hakimiyyətini
daha da möhkəmləndirdi.
Roma papaları elə bu zaman—8-ci əsrdə özlərinin
dünyəvi hakimiyyət iddialarına hüquqi «əsas» da
düzəltdilər. Papa dəftərxanasında «Konstantin bəxşişi»
adlı yalançı fərman uyduruldu. Bu sənədə görə, «guya»
imperator Konstantin (306-337) paytaxtı şərqə köçürərək
bütün Qərbi Roma imperiyası, o cümlədən İtaliya
üzərində hakimiyyəti papa II Silvestrə vermişdi. Roma
papalarının uzun müddət əsaslandığı bu uydurma
sənədin saxta olduğunu yalnız XV əsrdə görkəmli italyan
humanisti Lorenso Valla (1407-1457) sübuta yetirdi.
Orta əsrlərdə Qərbi Avropanın dini-siyasi həyatında
mühüm rol oynamış Roma papaları İtaliyanın uzun müd-
dət siyasi cəhətdən parçalanmış halda qalmasının əsas
səbəbkarlarından biri idilər.

Frank istilası. Şimali və Mərkəzi İtaliyada


feodal münasibətlərinin daha da inkişafı
8-ci əsrin sonlarında İtaliya yeni xarici təcavüzə
məruz qaldı. Roma papasının təhriki ilə Frank kralı
Böyük Karl (768-814) Lanqobard krallığına qarşı İtaliyaya
qoşun yeritdi. Qəsbkarlıq müharibələri yolu ilə Frank
dövlətinin ərazisini xeyli genişləndirə bilmiş Böyük Karl
774-cü ildə Lanqobard krallığını da aradan qaldırdı; onun
ərazisini Frank dövlətinə birləşdirdi. Elə bu vaxt Böyük
Karl Gödək Pipinin papaya verdiyi «bəxşişi» bir daha
təsdiq etdi. Frank kralı Roma papasını dünyəvi hakim
kimi tanıdı. Bu isə papalarla Frank kralları arasındakı
ittifaqı daha da möhkəmləndirdi.
Karolinq istilası Şimali və Mərkəzi İtaliyada
feodalizmin inkişafında mühüm rol oynadı.
Lanqobardların hakimiyyəti dövründə nisbətən ləng
inkişaf edən feodal münasibətləri frank istilasından sonra
sürətlə tərəqqi etməyə başladı. 8-ci əsrin sonlarından
başlayaraq kəndlilərin asılı hala salınması prosesi
sürətləndi. Libella, prekari və emfitevzis tipli icarə torpaq
mülkiyyəti formaları kəndlilərin asılı hala salınmasında
mühüm rol oynadı.
İri torpaq sahiblərindən müəyyən şərtlərlə icarəyə
torpaq götürmüş kəndli bunun müqabilində becərdiyi
məhsulun bir hissəsini vergi verir, biyara gedirdi. Zaman
keçdikcə həmin kəndlilər feodaldan şəxsən asılı vəziyyətə
düşür, onun təhkimlisinə çevrilirdilər. 8-10-cu əsrlərdə
artıq Şimali və Mərkəzi İtaliya kəndlilərinin xeyli hissəsi
təhkimli halına salınmışdı.
Feodallar təhkimli kəndlini başlıca olaraq renta
almaq yolu ilə istismar edirdilər. Başqa yerlərdə olduğu
kimi, İtaliyada da erkən orta əsrlərdə feodal rentasının ən
çox yayılan forması natural renta idi. Lakin İtaliyada
renta sisteminin fərqləndirici xüsusiyyəti də vardı. Bu da
ondan ibarət idi ki, İtaliyada hələ 8-ci əsrdən başlayaraq
natural renta ilə yanaşı, pul rentası da yayılmağa
başlamışdı. Görünür, Şimali İtaliyada sənətkarlığın,
ticarətin, ümumiyyətlə, əmtəə-pul münasibətlərinin erkən
inkişafı və şəhərlərin meydana gəlməsi renta sisteminə
də fəal göstərmiş, pul rentasının bu ölkədə daha tez
yayılmasına səbəb olmuşdu.
İtaliya kəndlisi natural və pul rentasından başqa,
digər vergi və rüsumlar da ödəməyə məcbur edilirdi.
Bundan başqa təhkimli kəndli bir çox mükəlləfiyyətlər də
yerinə yetirməli idi. Biyar daha dözülməz idi. Şimali və
Mərkəzi İtaliyada biyar günlərinin sayı ildə 12 həftəyə
qədər çatırdı. Feodallar əksər hallarda kəndliləri səpin və
məhsul yığımı zamanı biyara çağırırdılar. Bu isə kəndli
təsərrüfatlarına olduqca mənfi təsir göstərirdi.
Feodal münasibətlərinin inkişafı və dərinləşməsi
istismar əleyhinə, xüsusən təhkimçilik qaydalarına qarşı
inadlı kəndli çıxışları ilə müşayiət olunurdu.

Cənubi İtaliyada feodal münasibətlərinin meydana


gəlməsi
Şimali və Mərkəzi İtaliyadan fərqli olaraq, Cənubi
İtaliyada və Siciliyada feodal münasibətləri ləng inkişaf
edirdi. Ölkənin bu hissəsində ostqotlar, lanqobardlar və
başqa barbar tayfaları möhkəmlənə bilməmişdilər.
Cənubi İtaliya və Siciliya Karolinq istilalarına da məruz
qalmamış, Böyük Karl imperiyasına ilhaq olunmamışdı.
Elə bu səbəbdən də xarici amil, başqa sözlə, qədim alman
tayfaları Şimali və Mərkəzi İtaliyadan fərqli olaraq,
Cənubi İtaliya və Siciliyada feodal münasibətlərinin
inkişafında sürətləndirici rol oynamamışdılar.
Lakin Cənubi İtaliya və Siciliyanın ictimai-iqtisadi
tərəqqisi ancaq daxili qanunauyğunluqlar əsasında
getmirdi. Ölkənin bu hissəsi də bir çox xarici basqınlara
məruz qalmışdı. Lakin xarici amil, şimaldan və
mərkəzdən fərqli olaraq, Cənubi İtaliya və Siciliyanın
ictimai-iqtisadi inkişafına ləngidici təsir göstərmişdi.
Məsələn, Cənubi İtaliya uzun müddət—9-cu əsrə qədər
Bizans imperiyasının hakimiyyəti altında qalmışdı. Bu da
ölkənin həmin hissəsində quldarlıq münasibətlərinin
daha çox davam etməsinə, feodal münasibətlərinin
inkişafının ləngiməsinə səbəb olmuşdu.
Cənubi İtaliya 9-cu əsrin ortalarından başlayaraq
ərəblərin hücumlarına məruz qaldı. Lakin ərəb istilası da
ölkənin ictimai-iqtisadi həyatında əhəmiyyətli bir
dəyişiklik törətmədi.
Bununla belə, Cənubi İtaliya və Siciliyada feodal
münasibətləri ləng də olsa inkişaf etməkdə idi. Qullar,
kolonlar və xırda icarədarlar asılı kəndlilərə çevrilməyə
başlayır, feodal torpaq mülkiyyəti formalaşırdı. Lakin
cəmiyyətin əsas istehsalçıları yenə də asılı kəndlilər
deyil, qullar, azad icarədarlar və kolonlar idi. 9-10-cu
əsrlərdə Cənubi İtaliya və Siciliyada feodal sistemi hələ
erkən inkişaf mərhələsində idi.
11-ci əsrdə Cənubi İtaliya normanlar tərəfindən istila
olundu. Bu feodal münasibətlərinin inkişafını müəyyən
qədər sürətləndirdi. Norman əyanları çoxlu torpaqlar ələ
keçirib, kəndliləri təhkimli vəziyyətinə salmağa
başladılar.

Şəhərlərin meydana gəlməsi və tərəqqisi


Sənətkarlıq və ticarət mərkəzləri olan orta əsr
şəhərləri başqa Qərbi Avropa ölkələrinə nisbətən Şimali
və Mərkəzi İtaliyada daha tez meydana gəldi. İtaliya
şəhərlərinin erkən tərəqqisi təsadüfi deyildi. Bu, hər
şeydən əvvəl, Şimali və Mərkəzi İtaliyada feodal
münasibətlərinin daha tez inkişafa başlaması ilə bağlı idi.
Məhsuldar qüvvələrin erkən tərəqqisi burada
sənətkarlığın əkinçilikdən ayrılması kimi mühüm ictimai
əmək bölgüsünün daha tez baş verməsinə səbəb olmuşdu.
Bunun da nəticəsində sənətkarlıq və ticarət daha erkən
inkişafa başlamış, sənətkarlıq və ticarət mərkəzləri olan
orta əsr şəhərləri İtaliyada başqa Qərbi Avropa
şəhərlərinə nisbətən tez yaranmışdı.
Şimali və Mərkəzi İtaliya şəhərlərinin tərəqqisində
xarici ticarət, xüsusən Şərq ölkələri ilə Qərbi Avropa
arasındakı ticarətdə vasitəçilik mühüm rol oynayırdı.
İtaliya tacirləri nadir Şərq mallarını Qərbi Avropa
ölkələrində qatqat baha qiymətə satıb hədsiz qazanc
götürürdülər. İtaliya şəhərlərinin Şərqlə ticarət
əlaqələrinin genişlənməsində onların əlverişli coğrafi
mövqeyi ilə yanaşı, görünür, italiyalıların hələ Qədim
Roma imperiyası dövründən Şərqlə ənənəvi əlaqələrə
malik olmaları da müəyyən rol oynamışdı.
Şimali və Mərkəzi İtaliya şəhərləri Şərqdə Bizans
imperiyası ilə daha geniş ticarət əlaqəsi saxlayırdılar.
İtalyan tacirləri Bizans vasitəsi ilə başqa Şərq ölkələri ilə
də geniş ticarət əlaqəsi yarada bilmişdilər. Məsələn,
Venesiya hələ 8-ci əsrdən başlayaraq Qara dənizdəki və
Aralıq dənizinin şərqindəki ticarət mərkəzləri ilə, habelə
Misirlə sıx ticarət münasibətləri yaratmışdı.
Venesiyadan başqa, Genuya, Piza, Amalfi və başqa
İtaliya şəhərləri də Aralıq dənizi ticarətində fəal iştirak
edirdilər.
Xarici ticarətdən fərqli olaraq, daxili ticarət zəif
inkişaf etmişdi. Natural təsərrüfatın hökmranlığı,
xüsusən, siyasi pərakəndəlik daxili ticarətin inkişafına
olduqca mənfi təsir göstərirdi.
Şəhərlərin əksəriyyəti ruhani və dünyəvi feodalların
torpaqlarında idi. Bu da şəhərlərin tərəqqisinə,
sənətkarlıq və ticarətin inkişafına mane olurdu. həmin
səbəbə görə də şəhər əhalisi, başlıca olaraq, sənətkarlar
və tacirlər feodal senyorlara qarşı mübarizə aparırdılar.
Şəhərlər tez meydana gəlib inkişaf etdiyi kimi,
şəhərlərin feodal senyorlara qarşı mübarizəsi də daha tez
—9-cu əsrdə başlamışdı. Təbiidir ki, elə bu səbəbə görə
də Şimali və Mərkəzi İtaliya şəhərləri başqalarından daha
tez müstəqillik əldə etməyə nail. olmuşdular.
9-cu əsrdə İtaliyanın o dövr üçün böyük ticarət və
sənətkarlıq mərkəzləri hesab olunan Venesiya, Genuya,
Florensiya, Milan, Piza, Kremona, Lukka kimi şəhərləri
vardı.
Siyasi pərakəndəlik
Erkən orta əsrlərdə İtaliyada feodal pərakəndəliyi
hökmranlıq edirdi. Ölkə vahid dövlət çərçivəsində
birləşdirilməmişdi. İri feodallar öz mülklərini daha da
genişləndirmək üstündə bir-biri ilə didişirdilər. Qərbi
Roma imperiyasının süqutundan sonra İtaliyanın siyasi
tarixi daim yadelli basqınları ilə bağlı olduğundan ölkədə
bütün İtaliya torpaqlarını öz ətrafında birləşdirə biləcək
bir siyasi qüvvə—az-çox qüvvətli bir feodal dövləti
yarana bilmədi. Öz aralarında didişməkdə olan
feodallardan heç biri ölkənin birləşdirilməsində maraqlı
deyildi.
İtaliyada feodal pərakəndəliyini dərinləşdirən bir
amil də şəhərlərin erkən tərəqqisi ilə bağlı idi.
Sənətkarlığın, xüsusən, xarici ticarətin dövrünə görə
yüksək inkişafı nəticəsində Şimali və Mərkəzi İtaliya
şəhərləri çox erkən qüvvətlənmişdilər. Hələ 9-cu əsrdən
feodal senyorlara qarşı mübarizə aparan İtaliya
şəhərlərinin bəziləri, artıq, 10-cu əsrdən siyasi
müstəqillik əldə etməyə başlamışdılar. Bu şəhərlər çox
keçmədən müstəqil dövlətlərə—şəhər-respublikalara
çevrildilər. Məsələn, Venesiya, Genuya, Florensiya,
Milan, Piza, habelə bir çox başqa Şimali və Mərkəzi
İtaliya şəhərlərinin hər biri ayrıca dövlət idi. Beləliklə,
İtaliyadakı pərakəndəlik sadəçə olaraq feodal
pərakəndəliyi deyil, həm də siyasi pərakəndəlik idi.
Başlıca olaraq ticarət respublikaları olan İtaliya
şəhərlərinin xarici ticarət mənafeyi daim toqquşur,
bazarlar üstündə bir-biri ilə rəqabət aparırdılar. Bu da
ölkədə siyasi pərakəndəliyi daha da dərinləşdirirdi.
İtaliyanın birləşdirilməsi yolunda başlıca
maneələrdən biri də Roma papaları idi. Papalar dini başçı
olmaqdan başqa, həm də dünyəvi hakim idilər. Məlum
olduğu kimi, hələ 8-ci əsrin ortalarında Gödək Pipinin
lanqobardları məğlub etməsi nəticəsində, Frank kralının
köməyi ilə papa, Ravenna və Romanı ətraf yerləri ilə
birlikdə ələ keçirə bilmişdi. Beləliklə, Mərkəzi İtaliyada
Papa dövləti yaranmışdı. Bu dövlət Şimali və Mərkəzi
İtaliyanı bir - birindən təcrid edirdi. Digər tərəfdən,
Roma papalarının bütün Qərbi Avropa ölkələrini təkcə
dini cəhətdən deyil, siyasi cəhətdən də tabe etmək və
birləşdirmək planları, onları əslində İtaliyanın
birləşdirilməsi yolunda ən -ciddi maneələrdən birinə
çevirmişdi.
İtaliyada vahid yerli dövlət yaradılmasına
yadellilərin bir - birini əvəz edən basqınları da ciddi
əngəl törədirdi. Siyasi pərakəndəlik, xırda italyan
dövlətlərinin bir-biri ilə didişməsi, bu ölkəni ələ keçirmək
siyasəti yeridən, xüsusən varlı İtaliya şəhərlərini qarət
etməyə çalışan xarici təcavüzkarların işini asanlaşdırırdı.
10-cu əsrin ortalarında alman feodalları bütün erkən
orta osrlər boyu aramsız olaraq müxtəlif barbar
tayfalarının, sonra isə, Frank krallarının istilalarına
məruz qalmış Şimali və Mərkəzi İtaliyaya hücum etdilər.
951-ci ildə Almaniya kralı I Otton (976-973) Lombardiyanı
işğal etdi. 962-ci ildə isə o, Romanı alıb özünü «Müqəddəs
Roma imperiyası»nın imperatoru elan etdi. Bu vaxtdan
təkcə Şimali və Mərkəzi İtaliya deyil, Roma papaları da
Almaniya imperatorlarından asılı vəziyyətə düşdülər.
İtaliyada alman feodallarının uzun sürən və qarətkar
hüсumlarına qarşı inadlı mübarizə dövrü başladı.
Cənubi İtaliyanın da uzun müddət Bizansın,
ərəblərin və normanların əlində olması İtaliyada vahid
dövlət yaradılmasına böyük əngəl törətdi.
VII F Ə S İ L

ALMANİYA (9—11-ci əsrlərdə)

Feodallaşma prosesi və erkən feodal dövlətinin yaranması


Verden müqaviləsinə (843) görə, Karolinq
imperiyasından ayrılan dövlətlərdən biri də Şərqi Frank
krallığı idi. Böyük Karl imperiyasının Reyn çayından
şərqdəki torpaqlarını əhatə edən bu krallığın ərazisində
Almaniya dövləti və alman xalqı formalaşdı.
Almaniya ayrı-ayrı alman tayfalarının yaşadıqları
iri feodal mülklərindən—hersoqluqlardan ibarət idi. Bu
hersoqluqlar ictimai-iqtisadi inkişaf səviyyəsinə və
xüsusiyyətlərinə görə bir-birindən fərqlənirdilər.
Ümumiyyətlə, Almaniyada feodal münasibətlərinin
özünəməxsus inkişaf xüsusiyyətləri vardı. Bu, hər şeydən
əvvəl, ölkənin əvvəlki tarixi inkişafının qanunauyğun
nətiçəsi idi.
Qeyd etmək lazımdır ki, Almaniyada feodal
münasibətləri daxili qanunauyğunluqlar əsasında, başqa
sözlə, hər hansı bir fəal xarici təsirə məruz qalmadan,
ibtidai icma cəmiyyətinin dağılması nəticəsində meydana
gəlirdi. Xarici amilin burada feodal münasibətlərinin
meydana gəlməsində sürətləndirici təsiri olmamışdı. Bu
da səbəbsiz deyildi.
Almaniya ərazisi, başqa Qərbi Avropa ölkələrindən
fərqli olaraq Roma imperiyası tərəfindən işğal
olunmamışdı. Buna görə də, Roma imperiyası ilə sərhəd
rayonlar istisna olmaqla, Almaniya Roma təsirinə, demək
olar ki, məruz qalmamışdı. Almaniyada sinifli cəmiyyətin
gec meydana gəlməsi və nisbətən ləng inkişafı da, heç
şübhəsiz ki, bilavasitə bununla əlaqədar idi. Bundan
başqa, Almaniyada kəndlilərin təhkimləşdiril məsi prosesi
də ləng gedirdi. Azad kəndlilər ictimai-iqtisadi həyatda
hələ də müəyyən rol oynamaqda idi. Feodal asılılıq
münasibətlərinin təşəkkülü prosesi başa çatmamışdı.
Feodal münasibətləri ləng inkişaf etdiyinə görə
Almaniyada ayrı-ayrı tayfalara məxsus hersoqluqlar
qalmışdı. Bu cəhət sonralar ölkədə feodal pərakəndəliyini
daha da dərinləşdirdi. Çünki ayrı-ayrı hersoqlar öz
hakimiyyətlərini daha da möhkəmləndirmək üçün tayfa
münasibətlərinin qalıqlarından istifadə edirdilər. Çox
keçmədən hersoqluqlar iri, müstəqil feodal mülklərinə
çevrildilər.
Feodal münasibətləri inkişaf etdikcə, feodalizm
cəmiyyəti üçün xarakterik torpaq mülkiyyəti və bu
cəmiyyətil antaqonist sinifləri formalaşdıqca erkən feodal
dövlətinin yaranmasına səbəb olan obyektiv tarixi şərtlər
də meydana gəlirdi.
Karolinqlər sülaləsi Almaniyada 911-ci ildə kəsildi.
Yerli iri feodallar hakimiyyət uğrunda mübarizəyə
başladılar. Əvvəlcə Frankoniya hersoqu I Konrad kral
seçildi. I Konrad öldükdən sonra hakimiyyətə Saksoniya
sülaləsi (919-1024) gəldi. Həmin sülalənin banisi kral I
Henrix (919-936) əvvəllər Saksoniya hersoqu idi. Buna
görə də onunla başlanan sülalə Saksoniya sülaləsi
adlanırdı.
Saksoniya sülaləsinin hakimiyyətə başlaması ilə,
əslində, 10-cu əsrin əvvəlində Almaniyada erkən feodal
dövləti əmələ gəldi. Bu dövlət qədim alman tayfalarının
birinin adı ilə Tevton dövləti adlanırdı.
Saksoniya sülaləsinin hakimiyyəti zamanı
Almaniyada kral hakimiyyəti xeyli möhkəmləndi.
Möhkəm dövlət yaradılmasını ilk növbədə orta və iri
allod sahibləri istəyirdilər. Çünki onlar qüvvətli kral
hakimiyyəti vasitəsi ilə icma torpaqlarını zəbt edə bilər,
bununla da azad icma üzvlərini özlərindən asılı hala
salmağa nail olardılar. Kilsə torpaqlarını genişləndirməyə
çalışan ruhanilər də qüvvətli mərkəzi hakimiyyət
yaradılmasına tərəfdar idilər. Digər tərəfdən, normanlar,
10 - cu əsrin əvvəllərindən isə macar qoşunları tez-tez
Almaniyaya hücum edir, ölkəni talayıb aparırdılar.
Pərakəndə Almaniya xarici təhlükə qarşısında aciz idi.
Ölkənin siyasi cəhətdən birləşməsi yadellilərin
hücumlarını dəf etmək üçün də lazım idi. Saksoniya
sülaləsinin ilk hökmdarı I Henrix (919-936) uzun müddət
macarların hücumlarına qarşı mübarizə aparmalı
olmuşdu. Hələ 9-cu əsrin sonlarında Panno niyada
möhkəmlənmiş macarlar Almaniyaya və başqa Avropa
ölkələrinə aramsız hücumlar edirdilər. Lakin alman
qoşunları ilk dəfə 933-cü ildə, sonra isə 955-ci ildə
çexlərlə ittifaqda macarlar üzərində mühüm qələbə
qazandılar. Macar atlılarının Almaniyaya hücumlarının
qarşısı alındı.
Erkən feodal dövlətinin yaranması Almaniyada
feodal münasibətlərinin də inkişafını sürətləndirdi.

Kilsə islahatı
Almaniya feodalları daxildəki iri feodalları mərkəzi
hakimiyyətə tabe etmək, qonşu ölkələrə qarşı təcavüzkar
xarici siyasət yürütmək, həm də macarlara qarşı
mübarizə aparmaq üçün feodal dövlətini
möhkəmləndirməyə çalışırdılar. Bu məqsədlə I Otton
(936-973) islahat keçirdi. O, kilsələrə çoxlu torpaq
payladı. Ruhani feodalların—yepiskopların və abbatların
kəndlilər üzərində hakimiyyətini immunitet fərmanları
ilə möhkəmləndirdi. I Ottonun islahatına əsasən kilsə
torpaqlarında yaşayanların işinə ancaq kilsə
məhkəmələrində baxıla bilərdi; həmin torpaqlarda
inzibati-məhkəmə hakimiyyəti də kilsələrin öz ixtiyarına
keçirdi. Beləliklə, I Otton iri feodalların— birinci növbədə
hersoqların müqavimətini qırmaq üçün özünə nisbətən
möhkəm ictimai dayaq yaratdı. Ruhani feodallar I
Ottonun verdiyi imtiyazların müqabilində krala inzibati,
diplomatik və hərbi xidmət göstərməli idilər. Almaniya
kralının keçirdiyi bu islahat nəticəsində Roma
papalarının Almaniyadakı nüfuzuna ağır zərbə dəydi.
Almaniya ruhaniləri bu islahatdan sonra Roma
papalarından deyil, Almaniya kralından asılı olmağa
başladılar. Çox keçmədən papaların zəifləməsindən
istifadə edən I Otton yepiskopları, abbatları vəzifəyə özü
təyin edir, özü də çıxarırdı. Yepiskop və ya abbat
öldükdə onların yerinə yenisi təyin olunana qədər
yepiskopluğun və abbatlığın ərazisindən alınan bütün
gəlir kral xəzinəsinə çatırdı. Çox zaman kral xəzinəsinin
gəlirini artırmaq məqsədi ilə boş qalmış ruhani
vəzifələrinə yeni yepiskop və ya abbatın təyin olunması
qəsdən ləngidilirdi. I Ottonun kilsə islahatı, müvəqqəti də
olsa, mərkəzi hakimiyyətin qüvvətlənməsinə səbəb oldu.
İri ruhanilərin mövqeyi möhkəmləndi. Almaniya
ruhaniləri papaların tabeçiliyindən çıxıb kraldan asılı
hala düşməsindən Roma papaları çox narazı qaldılar. Bu
da, nəticə etibarilə, Almaniya imperatorları ilə Roma
papaları arasında uzun sürən mübarizəyə səbəb oldu.

Xarici siyasət
Almaniyada erkən feodal dövlətinin
yaradılmasından sonra xarici siyasətdə iki mərhələ aydın
nəzərə çarpır. Əvvəllər Almaniya krallığı şimaldan
normanların, cənub-şərqdən isə macar süvarilərinin
hucumlarına qarşı mübarizə aparmalı oldu. 955-ci ildə
alman qoşunlarının çexlərlə birlikdə Auqsburq
yaxınlığında Lex çayı sahilindəki mühüm qələbəsindən
sonra macar hücumlarının qarşısı alındı. Çox keçmədən
normanların da basqınları kəsildi. Beləliklə, əvvəllər
Almaniya krallığı əsasən xarici təhlükədən mudafiə
olunan erkən feodal dövləti idi. Lakin Almaniyanın xarici
siyasətində bu dövr uzun sürmədi.
10-cu əsrin ortalarından Almaniya krallığının xarici
siyasətində yeni dövr başlayır. Bu vaxtdan etibarən
alman feodalları daha artıq qəsbkar xarici siyasət
yeritməyə başladılar. I Henrix hakim sinfin mənafeyini
müdafiə edərək hələ 925-ci ildə o zaman Fransanın əlində
olan Lotaringiyanı tutmuşdu. Bundan çox keçməmiş 1033
cü ildə isə Burqundiya və ya Arl krallığının ərazisi də
Almaniyaya qatılmışdı.
Almaniya feodallarının istilaçılıq siyasətinin əsas
istiqamətlərindən biri də şərq—müxtəlif slavyan
tayfalarının yaşadığı torpaqlar və Baltik dənizi
sahillərindəki yerlər idi. Alman feodalları «Şərqə hücum»
siyasətinə Laba (Elba) ilə Odra (Oder) çayları arasında
yaşayan slavyan tayfalarına qarşı işğalçılıq müharibələri
ilə başladılar. Alman feodallarının bu siyasətini
slavyanları katolikləşdirmək istəyən və beləliklə də, öz
təsir dairələrini genişləndirməyə çalışan Roma papaları
müdafiə edirdilər. Slavyanlar zorla katolikləşdirilir,
onların torpaqlarına almanlar köçürülürdülər. 983-cü ildə
Laba slavyanlarının alman zülmünə qarşı qüvvətli üsyanı
olmuşdu. Slavyan tayfaları olan lütiçlər və bodriçlər 11-ci
əsrin əvvəllərində—1002-ci ildə yadellilərə qarşı yeiidən
üsyana qalxmış, demək olar ki, alman feodalları
tərəfindən tutulmuş bütün torpaqlarını geri
qaytarmışdılar.
Almaniya krallığı İtaliyaya qarşı da qəsbkarlıq
siyasəti yeridirdi. Alman kralları İtaliyanı fəth etməkdən
başqa, katolik kilsəsinin başçıları olan Roma papalarını
da özlərindən asılı hala salmaq istəyirdilər. Çünki bunsuz
Almaniya ruhanilərini də tamamilə itaətdə saxlamaq
olmazdı.
Erkən orta əsrlərdə İtaliyada xarici təcavüzə qarşı
dura biləcək vahid dövlət yox idi. Ölkə başdanbaşa bir-
biri ilə didişən xırda feodal mülklərindən ibarət idi.
Bundan istifadə edən Almaniya kralı I Otton 951-ci ildə
İtaliyaya qoşun yeritdi. O, Şimali İtaliyadakı Lombardiya
vilayətini fəth etdi. Almaniya kralı bu zaman Lotarın dul
qadını Adelkeydanı alaraq, özünün İtaliyaya yiyələnmək
planını «qanuniləşdirdi»; İtaliya kralı elan olundu.
I Otton İtaliyaya ikinçi dəfə 961-ci ildə papa XII
İoannın təhriki ilə hücum etdi. Bu dəfə Almaniya kralı
Şimali İtaliyanı və Mərkəzi İtaliyanın bir hissəsini işğal
etdi. 962-ci il fevralın 2-də Romada papa XII İoann onun
başına imperator tacı qoydu. Sonralar «Alman millətinin
müqəddəs Roma imperiyası» adlanan möhkəm olmayan
imperiya yarandı. I Otton Cənubi İtaliyanı da işğal
etməyə çalışdı. Lakin buna müvəffəq ola bilmədi. I
Ottonun İtaliya səfərləri nəticəsində Roma papaları
Almaniya imperatorlarının əlində oyuncağa çevrildilər.
Almaniya imperatorunun Almaniya daxilində və
beynəlxalq aləmdə nüfuzu xeyli artdı.
Almaniya imperiyası müxtəlif mənşəli tayfaları
zorla birləşdirmək nəticəsində yaranmışdı. Tərkibində
fransız və slavyan torpaqları olan, İtaliyaya öz mülkü,
Romaya isə öz mərkəzi kimi baxan Almaniya milli birlik
deyildi. Bundan başqa imperiyaya zorla tabe edilmiş
xalqlar ictimai-iqtisadi inkişaf səviyyəsinə görə də bir-
birindən fərqlənirdilər. Almaniya imperatorlarının
səylərinə baxmayaraq, İtaliyanı Almaniya imperiyasının
tərkib hissəsinə çevirmək planı baş tutmadı. Sonrakı
uzun tarixi dövr ərzində alman kəndlisinin əməyi ilə
yaradılan sərvət hesabına Almaniya imperatorları
İtaliyaya aramsız hücumlar etməyə məcbur oldular.
İtaliyaya öz qanuni torpaqları kimi baxan Almaniya
imperatorları öz hakimiyyət illərinin çoxunu İtaliyada,
İtaliya müharibələrində, habelə başqa qəsbkarlıq məqsədi
küdən hərbi səfərlərdə keçirir, dünya hökmranlığına
çalışırdılar. Bu da, nəticə etibarilə, Almaniyada feodal
pərakəndəliyinin qüvvətlənməsinə, mərkəzi hakimiyyətin
getdikcə zəifləməsinə səbəb oldu. Almaniyada vahid,
mərkəzləşmiş feodal dövləti yaranmadı. «Alman
millətinin müqəddəs Roma imperiyası» təkcə
Almaniyanın özündə deyil, zorla tabe edilmiş
torpaqlarda da yerli dövlətlərin yaranması yolunda ciddi
maneə idi.

Feodal münasibətlərinin təşəkkülü


Almaniyada feodal münasibətlərinin təşəkkülü,
əsas etibarilə 10-cu əsrdə başa çatdı. Azad icma
üzvlərinin çoxu feodallardan asılı vəziyyətə düşdülər.
Feodal münasibətlərinin formalaşmasında erkən
feodal dövləti mühüm rol oynadı. Feodal dövləti azad
içma üzvlərinin asılı hala salınmasında və istismar
olunmasında hakim sinfə kömək etdi.
Almaniyada feodal münasibətlərinin inkişafında I
Ottonun kilsə islahatı da mühüm rol oynadı. Kilsələrə
verilmiş immunitet fərmanları ilə kilsə torpaqlarında
yaşayan kəndlilər təhkimli vəziyyətinə salındılar.
Kəndlilərin hakim sinif tərəfindən istismarı feodal
rentası yolu ilə həyata keçirilirdi. Almaniyada bu zaman
ən geniş yayılmış renta forması biyar rentası idi. Biyarın
geniş yayılması ölkədə ən ağır şəxsi asılılıq forması olan
təhkimçilik münasibətlərinin inkişafına əlverişli şərait
yaradırdı.
Feodal münasibətlərinin inkişafı 10-cu əsrdə
Almaniyada icma münasibətlərinin, demək olar ki,
aradan qalxmasına səbəb oldu. Feodalizm cəmiyyətinin
antaqonist sinifləri—feodallar və asılı kəndlilər bir sinif
kimi formalaşdı. Feodal asılılıq münasibətləri—vassallıq
təşəkkül etdi.
Erkən feodal dövləti müxtəlif alman tayfalarının
qaynayıb-qarışması prosesində obyektiv olaraq müsbət
rol oynadı. 10-cu əsrdə vahid alman xalqının təşəkkülü
prosesində mühüm addım atıldı. Ölkədə yaşayan
müxtəlif alman tayfalarının hamısı «alman», onların
dövləti isə «Alman krallığı» adlanmağa başladı. 
Feodal münasibətlərinin inkişafı ilk dövrdə feodal
dövlətinin möhkəmlənməsinə səbəb oldu. Çünki azad
icma üzvlərini təhkimli halına salmaq üçün feodalların
qüvvətli dövlətə ehtiyacı vardı. Feodal dövlətinin
möhkəmləndirilməsində I Ottonun kilsə islahatı müsbət
rol oynadı; ruhani feodallar mərkəzi hakimiyyətin ictimai
dayağına çevrildilər. Lakin feodal münasibətlərinin
formalaşması başa çatdıqdan sonra hakim sinif, xususən
iri feodallar artıq kral hakimiyyətinə ehtiyac hiss
etmirdilər. Çünki onlar artıq kəndliləri özlərindən asılı
hala salmağa müvəffəq olmuşdular. Odur ki, iri feodallar
öz imtiyazlarını daha da genişləndirmək üçün artıq kral
hakimiyyətinə qarşı mübarizəyə başladılar. Bu da
mərkəzi hakimiyyətin zəifləməsinin mühüm
səbəblərindən biri idi.

Saksoniya üsyanı (1070-1075)


Feodal münasibətləri dərinləşdikçə kəndlilərin
təhkimləşdirilməsi də sürətlənirdi. Asılı kəndlilərin
vəziyyəti daha da pisləşirdi. Alman feodallarının qəsbkar
xariçi yürüşləri, feodal özbaşınalığı da kəndlilərin
vəziyyətini ağırlaşdırırdı. Bütün builar feodal istismarına
qarşı mübarizəni qüvvətləndirdi. 1070-1075-ci illərdə

Almanlar özlərini t e f t , dövlətlərini isə T e f t o n k r a l l ı ğı adlandırırdılar.
«Döyç» və «Döyçland» sözləri də buradan əmələ gəlmişdir.
Saksoniyada quvvətli kəndli üsyanı baş verdi.
Saksoniya üsyanı ərəfəsində burada kəndlilərin
hələ hamısı təhkimli halına salınmamışdı. İri feodallar
kəndli torpaqlarını ələ keçirmək üstündə bir-biri ilə
didişirdilər. Kral IV Henrix (1056-1106) isə Saksoniyanı
öz mülkünə çevirmək istəyirdi. Saksoniya Roma papası
ilə toqquşmaya hazırlaşan və Almaniyadakı iri feodal
qruplarını məğlub etməyə çalışan IV Henrix üçun hərbi-
iqtisadi istinadgah rolunu oynamalı idi. Buna görə də o,
burada çoxlu qalalar tikdirmiş, həmin qalalarda öz
qarnizonlarını yerləşdirmişdi. Saksoniya kəndliləri kral
qarnizonlarını saxlamaq üçün bir çox mükəlləfiyyətlər
yerinə yetirməli, vergilər verməli idilər. Bu isə qüvvətli
kəndli üsyanının başlanmasına səbəb olmuşdu.
Saksoniya üsyanı 1070-ci ildə kraldan narazı olan
iri feodalların çıxışı ilə başlandı. Üsyançıların sayı təqr.
60 min nəfərə çatırdı. Saksoniya üsyanına mərkəzi
hakimiyyətdən narazı olan yerli əyanlar Nordheymli
Otton, Saksoniya hersoqunun oğlu Maqnus Billunq və
başqaları başçılıq edirdilər. Lakin üsyanın hərəkətverici
qüvvəsi kəndlilər idi. Saksoniya kəndliləri özlərinin
təhkimli halına salınmasına qarşı, azad icma ənənələrinin
saxlanması uğrunda mübarizə aparırdılar. Üsyançılar
kral qoşunlarının Saksoniyadan çıxarılmasını, yenicə
tikilmiş qalaların, hərbi istinadgahların sökülməsini tələb
edirdilər. Lakin Almaniya imperatorunun hərbi
qüvvələri, çətinliklə də olsa, üsyançıların müqavimətini
qıra bildi.
1070-ci il üsyanını yatıra bilən IV Henrix Saksoniya
ilə əlaqədar planlarını yenidən, həm də daha
amansızlıqla həyata keçirməyə başladı. Bu isə 1073-cü
ildə burada daha qüvvətli kəndli üsyanı baş verməsinə
səbəb oldu. Bu mərhələdə Saksoniya üsyanında kəndlilər
daha kütləvi şəkildə iştirak edirdilər. Kralın Saksoniyada
möhkəmlənməsindən narazı olan yerli feodallar kəndli
üsyanından öz mənafeləri naminə istifadə etmək üçun
üsyana rəhbərliyi ələ keçirə bilmişdilər. Saksoniya
əyanları feodal istismarına qarşı çevrilmiş kəndli
üsyanından krala qarşı istifadə edirdilər.
Saksoniya üsyanının ikinci mərhələsində imperator
IV Henrix əvvəlcə məğlubiyyətə uğradı. O, üsyançıların
təzyiqi altında, hətta 1073-cü ilin avqustunda
Saksoniyadan qaçmağa məcbur oldu. Üsyan geniş vüsət
alaraq qonşu Turingiyanı da bürüdü. Sinfi mübarizənin
dərinləşdiyini görən Saksoniya əyanları üsyançı
kəndlilərə xəyanət etdilər. Onlar 1074-cu il fevralın 2-də
imperatorla sazişə girdilər. Saksoniya feodalları 1075-ci il
iyunun 9-da öz qoşunları ilə birlikdə üsyançı kəndli
dəstələrini döyüş meydanında qoyub qaçdılar. İmperator
IV Henrix feodalların bu xəyanəti nəticəsində kəndli
üsyanını yatıra bildi. Üsyanın məğlubiyyəti nəticəsində
Saksoniyada feodal istismarı daha da şiddətləndi;
kəndlilərin asılı hala düşməsi prosesi sürətləndi.
Saksoniya üsyanı zamanı Almaniyanın başqa
yerlərində də kraldan narazı feodal qrupları fəallaşdı. Bu
iri feodal qruplarını mərkəzi hakimiyyətə qarşı Roma
papaları müdafiə edirdilər.

İnvestitura uğrunda mübarizə


11-ci əsrin ortalarında, Klyuni hərəkatı nəticəsində
Papalıq xeyli qüvvətlənmişdi. hələ 10-cu əsrdə
Burqundiyadakı Klyuni monastırından başlanmış bu
hərəkatın tərəfdarları xristian kilsəsinin keçmiş
nüfuzunun bərpa olunmasını, papaların hakimiyyətinin
möhkəmləndirilməsini tələb edirdilər; dini vəzifələrin
satılmasına, ruhanilərin evlənməsinə, dünyəvi hakimlərin
dini işlərə qarışmasına etiraz edirdilər. Klyuni
hərakatının başçılarından biri Hildebrand idi. O, 1073-cü
ildə VII Qriqori adı ilə Roma papası seçilmişdi.
Klyuniçilər Almaniya imperatorlarının Roma
papalarının razılığı olmadan, sərbəst surətdə
yepiskopları, abbatları müvafiq ruhani vəzifələrinə təyin
edib çıxarmasına, onlara torpaq verməsinə daha çox
etiraz edirdilər. Roma papaları klyuniçilərin bu
tələbindən istifadə edib bildirdilər ki, yepiskop və abbat
vəzifələrinə ruhaniləri bütün Qərbi Avropada ancaq
Roma papaları və ya onların nümayəndələri təyin edib,
çıxara bilər. Bu, əslində Almaniya imperatoruna qarşı
çevrilmişdi. Həmin şərtin yerinə yetirilməsi Almaniyada
mərkəzi hakimiyyətə çox ciddi zərbə vura bilərdi. Çünki
ölkədəki torpaqların təqribən üçdən biri kilsələrin
ixtiyarında idi. Almaniya imperatorları bu torpaqlardan
çoxlu gəlir götürürdülər. Digər tərəfdən, imperatordan
asılı olan Almaniya ruhaniləri hələ I Ottonun dövründən
etibarən, onun keçirdiyi kilsə islahatı nətiçəsində,
mərkəzi hakimiyyətin mühüm ictimai dayağı idilər. Buna
görə də Roma papası ilə Almaniya imperatoru arsında
toqquşma labüd idi.
Katolik kilsəsinin başçıları ilə Almaniya
imperatorları arasındakı bu toqquşma tarixdə investitura
uğrunda mübarizə adlanır. İnvestitura, orta əsrlərdə,
ümumiyyətlə, senyorun öz gələcək vassalına torpaq,
vəzifə, rütbə verməsi hadisəsinə deyilirdi. İnvestitura
mərasimində, bir ənənə olaraq, senyor öz vassalına
hakimiyyət simvolu olaraq bir ovuc torpaq, qılınc,
bayraq, əsa və s. də verirdi. Lakin dünyəvi feodallardan
fərqli olaraq ruhanilərə—yepiskop və abbatlara torpaq
verilməsi prosesi bir qədər fərqli idi. Yepiskop və
abbatlar öz dini vəzifələrinə təsdiq olunmaqla yanaşı,
onlara həm də torpaq və bu torpaqlarda yaşayan
kəndlilər üzərində hakimiyyət hüququ da verilirdi.
Ruhani investitura zamanı dini vəzifəyə təyin olunmuş
bu və ya digər ruhaniyə əvvəlcə dini hakimiyyət nişanəsi
olaraq əsa və üzük verilir, sonra isə dünyəvi hakimiyyət
simvolu olaraq torpaq parçası və hökmdar ağacı verilirdi.
Beləliklə, investitura hüququ əslində ruhanilər tərəfindən
seçilmiş yepiskop və abbatları öz vəzifələrinə təsdiq və
ya təyin etmək hüququ idi. Məlum olduğu kimi,
Almaniyada I Ottonun zamanından etibarən investitura
hüququ imperatorların əlində idi.
Klyuni hərakatı nəticəsində xeyli qüvvətlənən
Roma papaları 11-ci əsrin II yarısında Almaniyada
ruhanilərin yepiskop və abbat vəzifələrinə təsdiq
olunması hüququnu öz əllərinə keçirməyə çalışırdılar.
Roma papaları bununla, əslində, dünyəvi hakimlərin dini
işlərə qarışmasına son qoymağa, özlərinin hələ I Ottonun
zamanından başlayaraq Almaniya imperatorlarından asılı
halda qalmasını aradan qaldırmağa və onları papa
hakimiyyətinə tabe etməyə çalışırdılar. Almaniya
imperatorları isə özləri üçün əlverişli vəziyyəti
saxlamağa çalışırdılar. İnvestitura uğrunda mübarizənin
mahiyyəti də məhz bundan ibarət idi.
İnvestitura uğrunda mübarizə Almaniyada dərin
ictimai-siyasi ziddiyyətlər olduğunu göstərdi.
İnvestitura uğrunda mübarizə Frankoniya
sülaləsindən (1024-1125) olan imperator IV Henrixlə
(1056-1106) Papa VII Qriqorinin zamanında daha kəskin
şəkil aldı. VII Qriqorini ona sadiq ruhanilərdən başqa, bu
zaman Cənubi İtaliyanı işğal etmiş normanların hərbi
qüvvələri, Toskana cəngavərləri, IV Henrixdən narazı iri
alman feodalları və başqa qüvvələr müdafiə edirdilər.
İnvestitura uğrunda mübarizənin qızğın çağında
Almaniyada mərkəzi hakimiyyətin qüvvətlənməsindən
narazı olan iri feodallar, yaranmış əlverişli vəziyyətdən
istifadə edərək IV Henrix ə qarşı silahlı mübarizəyə
qalxdılar. İri feodalların bir qrupu 1070-1075-ci illərdə
Saksoniyada baş vermiş qüvvətli kəndli üsyanından
imperatora qarşı istifadə etdi. Mübarizəni davam
etdirməyin əlverişsiz olduğunu görən IV Henrix
İtaliyaya gedib (1077) Şimali İtaliyadakı Toskana
markqrafı Matildaya məxsus olan Kanossa qəsrində
papadan «günahlarının bağışlanmasını» xahiş etməyə
məcbur oldu. Lakin bu hadisə Roma papaları ilə
Almaniya imperatorları arasında mübarizəyə son
qoymadı.
İnvestitura uğrunda mübarizə, nəhayət, 1122-ci il
sentyabrın 23-də Roma papası II Kalikstlə Almaniya
imperatoru V Henrix arasında Vormsda saziş bağlanması
ilə sona yetdi. Həmin sazişə görə, Almaniyada
yepiskopları, abbatları imperatorun iştirakı ilə ruhanilər
seçməli idilər. Əgər seçki zamanı bir neçə namizəd irəli
sürülərdisə, onda imperatorun sözü həlledici olmalı idi.
Seçilmiş yepiskopa və ya abbata dünyəvi investituranı—
yepiskopluğa və ya abbatlığa daxil olan torpaq üzərində
hakimiyyət nişanəsi olan hökmdar ağacını imperator
verməli idi. Həmin yepiskopa və ya abbata bundan sonra
dini hakimiyyət nişanəsi olan üzük və əsa verilirdi. Üzük
və əsanı papa və ya onun nümayəndəsi verə bilərdi.
Vorms sazişinə görə, İtaliya və Burqundiyada
yepiskopların seçilməsi və təsdiq olunması işinə
imperator qarışmamalı idi. Bu yerlərdə yepiskop və ya
abbat öz vəzifəsinə təsdiq olunandan 6 ay sonra
imperator ona dünyəvi hakimiyyət nişanəsi olan
hökmdar ağacı verirdi. Beləliklə, Vorms sazişi Almaniya
imperatorlarının kilsə siyasətinə ciddi zərbə vurdu.
İnvestitura uğrunda uzun sürən mübarizə Almaniyada
mərkəzi hakimiyyətin zəifləməsinə və feodal
pərakəndəliyinin daha da dərinləşməsinə səbəb oldu.
VIII F Ə S İ L

İNGİLTƏRƏ (11-ci əsrin ortalarınadək)

Anql-saks tayfalarının Britaniyanı işğal etmələri


Britaniya eramızın əvvəllərində Roma imperiyasının
əyalətlərindən biri idi. «Barbar» tayfalarının Qərbi Roma
imperiyasına hücumlarının artması və quldar dövlətinin
süqutunun yaxınlaşması ilə əlaqədar olaraq 5-ci əsrin
əvvəllərində Roma qoşunlarının axırıncı dəstələri
Britaniya ərazisindən geri çağırıldı. Britaniya Roma
ağalığından azad oldu (410). Ölkədə Britaniyanın yerli
əhalisi olan keltlərin müstəqil, xırda dövlətləri yarandı.
5-ci əsrin ortalarında, təqr. 449 - cu ildə, Britaniyanı
qədim alman tayfaları olan anqllar, sakslar, yutlar və
frizlərin işğal etməsi dövrü başlandı. Bu tayfalar qədim
alman tayfalarının şimal qrupuna mənsub idilər.
Qədim alman tayfalarından biri olan anqlların adına
yazılı mənbələrdə ilk dəfə Tasit və Ptolemeyin
əsərlərində təsadüf olunur. Anqllar «xalqların böyük
köçü» ərəfəsində Yutlandiya yarımadasının cənubunda
yaşayırdılar. 5-ci əsrin ortalarından etibarən Britaniyaya
hücum edən anqllar, başlıca olaraq, ölkənin mərkəz,
şimal-şərq və şərq rayonlarında məskən saldılar. Onlar
Britaniya ərazisində üç krallıq yaratdılar: mərkəzdə—
Mersiya, şərqdə—Şərqi İngiltərə, şimal-şərqdə—
Nortumbriya.
Britaniyaya hücum edən qədim alman tayfalarından
biri də sakslar idilər. Bu qədim alman tayfası haqqında
da ilk yazılı məlumatı Tasit verir. «Xalqların böyük köçü»
ərəfəsində sakslar Şimali Almaniyada Reyn və Elba
çayları arasındakı ərazidə yaşayırdılar. Britaniya
ərazisində onlar, ölkənin cənubunda qərbdən şərqə doğru
Uesseks, Sesseks və Esseks kimi uç erkən feodal dövləti
yaratmışdılar.
Britaniyanın lap cənub-şərq ucqarında yutlara
məxsus Kent krallığı yaranmışdı. Yutlar bura Yutlandiya
yarımadasından köçmüşdülər.
Britaniyaya hücum edən qədim alman tayfaları
içərisində, göründüyü kimi anqllar və sakslar üstünlük
təşkil edirdilər. Buna görə də Britaniyanın bundan
sonrakı tarixində həmin tayfaların rolu daha artıq nəzərə
çarpır. İngiltərədə feodalizmin mənşəyi və inkişafı,
ingilis xalqının və dilinin təşəkkülü, habelə bir çox başqa
problemlər, hətta ölkənin adı belə (anqllarla əlaqədar
olaraq «İngiltərə», «Anqlia») məhz bu tayfalarla bağlıdır.
Britaniya keltləri olan britlərin inadlı müqavimətinə
baxmayaraq, 7-ci əsrin əvvəllərində anqllar, sakslar,
yutlar, frizlər Britaniyanın işğalını başa çatdırdılar.
Demək olar ki, yadellilərə qarşı uzunmüddətli
mübarizədə ölkənin aborigen əhalisi olan britlərin bir
qismi tələf oldu, digəri gəlmə qədim alman tayfaları ilə
qaynayıb-qarışaraq gələcək ingilis xalqının təşəkkülü
prosesində müəyyən rol oynadı. Britlərin başqa bir
hissəsi isə yadellilərin təzyiqi altında vətənlərini tərk
edib Qalliyanın şimal-qərbində Armorik (sonralar Bretan)
yarımadasında məskən salmağa məcbur oldu. Uels,
Kornuell (Kornuoll), Şotlandiya və İrlandiyada isə keltlər
öz müstəqilliklərini saxlaya bildilər.
Şimali alman tayfaları İngiltərədə əsasən yeddi
krallıq yaratdılar. Yutlara məxsus Kent, saksların
yaratdığı Uesseks, Sesseks (Susseks, Sasseks), Esseks,
anqlların yaşadığı Şərqi İngiltərə, Mersiya və
Nortumbriya. Bu krallıqlar Qərbi Roma imperiyası
ərazisində yaranmış başqa «barbar» krallıqları kimi erkən
feodal dövlətləri idilər. Həmin yeddi «barbar» krallığının
mövcud olduğu dövr, başqa sözlə, bu «barbar»
krallıqlarının yaranmasından ölkənin birləşdirilməsinə
(9-cu əsr) qədərki dövr İngiltərə tarixində heptarxiya 
dövrü adlanır.

Feodal münasibətlərinin inkişafının başlaması


İngiltərədə də feodal münasibətləri ümumi
:
qanunauy ğunluqlar əsasında inkişaf edirdi. Lakin
bununla belə, başqa Qərbi Avropa ölkələrindən fərqli
olaraq İngiltərədə feodal istehsal üsulunun inkişafında
bəzi özünəməxsus xüsusiyyətlər nəzərə çarpır.
İngiltərədə feodalizmin meydana gəlməsi dövründə
nəzərə çarpan ən mühüm xüsusiyyətlərdən biri bu ölkədə
azad kənd icmalarının uzun zaman dağılmaması, başqa
sözlə, feodal münasibətlərinin nisbətən ləng inkişaf
etməsi idi. Bu, hər şeydən əvvəl, onunla izah oluna bilər
ki, İngiltərə, məlum olduğu kimi, Roma təsirinə olduqca
az məruz qalmışdı. Yerli kelt tayfalarının özlərində isə
xüsusi mülkiyyət və ictimai bərabərsizlik, demək olar ki,
nəzərə çarpmırdı. Belə bir cəhəti də unutmaq olmaz ki,
Britaniyanı işğal edən anqllar, sakslar, yutlar, frizlər
başqa qədim alman tayfalarına nisbətən ictimai-iqtisadi


«heptarxiya» yunanca yeddi hakimiyyətlik, yeddi şahl ı q
mənasındadır.
inkişafın aşağı pilləsində idilər. Onlar hələ vətənlərində
ikən Roma təsirinə məruz qalmamışdılar. Anqllar,
sakslar, yutlar və frizlərdə hələ xüsusi mülkiyyət
meydana gəlməmişdi. Azad icmaların uzun zaman
qalması kəndlilərin asılı hala salınmasını, beləliklə də,
feodalizmin inkişafını çətinləşdirirdi. Azad kənd icmaları
kəndliləri asılı hala, sonralar isə təhkimli vəziyyətinə
düşməyə qarşı mübarizədə birləşdirirdi. Bundan başqa,
ayrı-ayrı feodalların hərbi dəstələri ilə yanaşı, azad
kəndlilərin fird adlanan qoşunları vardı. Bu qoşunlar
İngiltərədə uzun zaman qaldı və kəndlilərin hərbi
həyatda mühüm rolunu təmin etdi. Şübhəsiz ki, bunun
özü də İngiltərədə kəndlilərin feodal asılılığına
düşməkdən özlərini qorumasında az rol oynamamışdı.
Britaniyanın işğalı burada məskən salmış qədim
alman tayfaları içərisində xüsusi mülkiyyətin meydana
gəlməsi prosesini sürətləndirdi. Bu özünü birinci
növbədə torpaq üzərində xüsusi mülkiyyətin meydana
gəlməsində göstərdi. Artıq 7-ci əsrdə anql-saks kralları
xüsusi fərmanlarla ayrı-ayrı adamlara torpaq parçaları
paylayırdılar. Bu torpaqlar boklənd  adlanırdı. Boklənd
sahiblərinin öz torpaqlarını irsi vermək, vəsiyyət etmək,
satmaq huquqları vardı.
Boklənd torpaqları krallar tərəfindən ayrı-ayrı
adamlara, o cümlədən, ruhanilərə, həmçinin kilsələrə
həmin ərazidə yaşayan kəndlilərlə birlikdə verilirdi. Çox
keçmədən boklənd torpaqlarında yaşayan kəndlilər


«Boklənd»—qədim ingilis dilindəki iki sözün «bok»—fərman, qramota və «lənd»,
«land»—torpaq sözlərinin birləşməsindən əmələ gəlmişdir, f ə r m a n l a v e r i l ə n
t o r p a q mənasındadır.
boklənd sahiblərindən asılı vəziyyətə düşürdülər. Anql-
saks kralları boklənd tipli torpaqları çox vaxt kral
drujinasının üzvlərinə—tenlərə verirdilər. T e n l ə r
aldıqları torpaq müqabilində öz dəstələri ilə birlikdə
krala hərbi xidmət göstərməli idilər. Buradan göründüyü
kimi, boklənd torpaqları İngiltərədə feodal
münasibətlərinin inkişafında, xüsusən feodal torpaq
mülkiyyətinin meydana gəlməsində, eyni zamanda azad
içma üzvlərinin asılı hala salınmasında mühüm rol
oynadı.
Torpaq üzərində xüsusi mülkiyyətin inkişafı ictimai
münasibətlərdə də dəyişiklik yaradırdı. İcma daxilində
təbəqələşmə nəticəsində əyanlar meydana gəlirdi.
Bununla belə, əhalinin əksəriyyəti ictimai-iqtisadi
həyatda üstünlük təşkil edən azad icma üzvləri və ya
azad kəndlilər idilər. Bunlara k e r l l ə r deyilirdi. Kerllər
böyük ailələr halında yaşayırdılar. Hər bir kerlin ailəsilə
birlikdə ixtiyarında olan h a y d a (qayda) adlanan
torpağın miqdarı bəzən 120 akra (təqr. 50 ha) çatırdı.
Kerli öldürən 200 şillinq qanbahası (v e r g e l d) verməli
idi. Feodal münasibətləri inkişaf etdikcə kerllər içərisində
ictimai təbəqələşmə də dərinləşirdi. 11-ci əsrdə, artıq,
kerllərin əksəriyyəti asılı kəndlilərə, bir qismi isə xırda
feodallara çevrilmişdi.
İctimai təbəqələşmə dərinləşdikcə əyanların icmanın
həyatındakı rolu da artırdı. Əyanlar erllər adlanırdılar.
Feodal münasibətləri inkişaf etdikcə kerllərlə erllər
arasındaki ictimai fərqlər də artırdı. Mənbələr göstərir ki,
erllər öldürülərkən 400 şillinq vergeld alınırdı ki, bu
kerlin öldürülməsi müqabilində alınan qanbahasından iki
dəfə çox idi. Sonralar erlin öldürülməsi müqabilində
alınan vergeld artırılaraq 600 şillinqə, daha sonra isə 120
şillinqə çatdırıldı ki, bu da ictimai təbəqələşmənin daha
da dərinləşməsinin nəticəsi idi.
Kənd icmalarının dağılması prosesi sürətləndikcə
erllər iri torpaq sahiblərinə, kerllərin əksəriyyəti isə asılı
kəndlilərə çevrilirdilər. Qullar və yarımasılılar
İngiltərədə az idilər. Bu kateqoriyalardan olan ictimai
qruplar adətən əsarət altına salınmış yerli keltlərdən
olurdu. Yarımasılılar İngiltərədə letlər və ya u i l i l ə r
adlanırdılar ki, onların da öldürülməsi müqabilində
ancaq 80 şillinq qanbahası alınırdı. Qullardan başlıca
olaraq həyət-baca işlərində istifadə olunurdu.
Başqa ölkələrdə olduğu kimi, İngiltərədə də feodal
münasibətlərinin inkişafında kral hakimiyyətinin böyük
rolu oldu. Feodal dövləti sinfi təbəqələşmənin gedişində
varlanmış adamlara, əyanlara icma torpaqlarını tutmaqda
və azad icma üzvlərini asılı hala salmaqda kömək edirdi.
Hətta 5-ci əsrin sonuna aid bir qanun külliyyatında
göstərildiyinə görə, kəndli öz ağasının yanından başqa
yerə qaçdıqda əvvəlki yerinə qaytarılmalı və ağasına 60
şillinq cərimə verməli idi. Bu fakt hələ 7-ci əsrdə
İngiltərədə təhkimçilik münasibətlərinin artıq meydana
gəlməkdə olduğunu göstərir.
İngiltərədə hakim feodallar sinfinin təşəkkülundə
hərbçi əyanlar da mühüm rol oynayırdılar. Keçmiş kral
hərbi dəstəsinin üzvü olan bu hərbçi əyanlara ingilis
kralları çoxlu torpaq paylayır və özlərindən asılı hala
salırdılar. Sinfi təbəqələşmə dərinləşdikcə azad icma
üzvlərinin də bir qismi varlanıb hakim sinfin sıralarına
daxil olurdular. Lakin icma üzvlərinin əksəriyyəti iri
torpaq sahiblərindən asılı vəziyyətə düşurdülər. İri
torpaq sahibləri İngiltərədə h l a f o r d  adlanırdı.
Hlaford öz torpaqlarında vergi toplamaq ixtiyarına və
geniş inzibati-məhkəmə hüquqlarına malik idi. Sonralar
İngiltərə tarixində işləyən «lord» termini də «hlaford»
sözündən yaranmışdır.
Feodalizmin təşəkkülü prosesində xristian dini də
mühüm rol oynayırdı. Britaniya ərazisində xristian dini
Roma papalarının nümayəndələri tərəfindən 6-cı əsrin
sonlarından (597) yayılmağa başlamışdı. Britaniya
əhalisinin xristianlaşması prosesi əsasən 7-ci əsrin 2-ci
yarısında başa çatdı. Xristian dini bir tərəfdən feodalların
icma torpaqlarını tutmasına və azad icma üzvlərini asılı
hala salmasına yardım göstərir, digər tərəfdən, kilsələr,
monastırlar və ruhanilər çoxlu torpaq ələ keçirib iri
torpaq sahiblərinə çevrilirdilər. Azad icma üzvlərinin
feodallardan asılı hala düşməsində bilavasitə iştirak
etdiyi üçün xristian dini azad kəndlilər içərisində
çətinliklə yayılırdı.
Azad kənd icmalarının dağılması prosesi nisbətən
ləng getdiyi üçün İngiltərədə ibtidai icma cəmiyyəti üçün
səciyyəvi olan idarə orqanları da uzun zaman qaldı. Kənd
icmalarını icma üzvlərinin ümumi yığıncağında seçilmiş
ağsaqqallar idarə edirdilər. Kəndlilər daha iri ərazi-
inzibati vahidlərə daxil idilər. Bunlar yüzlüklər adlanırdı.
Yüzlükləri idarə edənlər kənd icması üzvlərinin icma
yığıncağında seçdiyi nümayəndələrin məclisində
seçilirdi. İcma yığıncaqlarında üstünlük kerllərin əlində

«hlaford»—ingiliscə ç ö r ə k v e r ə n , a ğ a mənasındadır.
idi. Buna görə də onlar yüzlüklərin yığıncağında da öz
nümayəndələrini seçə bilirdilər. Yüzlüklərdən sonra daha
iri ərazi-inzibati vahidi qraflıq idi. Qraflıqda yaşayan
əhalinin vaxtaşırı keçirilən yığıncaqları əslində tayfa
yığıncağından başqa bir şey deyildi. Çünki İngiltərədə
qraflıqlar əsasən ayrı-ayrı tayfaların yaşadıqları ərazini
əhatə edirdi. Qraflıqları idarə etmək üçun kralın təyin
etdiyi şəriflər xalq yığıncaqlarının seçdiyi əyanlar şurası
və ya tayfa şurası ilə hesablaşmağa məcbur idi.

Erkən feodal dövlətinin yaranması. Danimarkalılara qarşı


mübarizə
Anql-saks krallıqları hələ yarandıqları vaxtdan
Britaniyada üstunlük təşkil etmək üstundə öz aralarında
didişirdilər. Bir - birinin hesabına öz ərazisini daha da
genişləndirməyə çalışan anql-saks krallıqları şəraitdən
asılı olaraq 9-cu əsrin əvvəllərinə qədər növbə ilə gah
biri, gah da digəri üstünlük əldə edirdi. Lakin 8-ci əsrin
sonu—9-cu əsrin əvvəlində bütün anql-saks
krallıqlarının birləşməsi və erkən feodal dövlətinin
yaranması üçün zəruri olan obyektiv tarixi şərait
yetişmişdi.
Feodal münasibətlərinin inkişafı prosesində təşəkkül
etməkdə olan hakim sinfin qüvvətli dövlətə ehtiyacı
vardı. Belə dövlət formalaşmaqda olan feodallar sinfinə
azad kəndliləri asılı hala salmaq, icma torpaqlarını zəbt
etmək üçün lazım idi. Bunlar, əlbəttə, erkən feodal
dövləti yaradılmasının daxili səbəbləri idi. Anql-saks
krallıqlarının vahid dövlət halında birləşməsinin xarici
səbəbləri də vardı. Məsələ burasında idi ki, 8-ci əsrin
sonlarında Britaniyaya normanlar (skandinaviyalılar)
hücum etməyə başladılar. Britaniya tarixində normanlar
danimarkalılar kimi tanınırdılar. Çünki ölkəyə, əsas
etibarilə, Danimarka normanları hücum edirdilər.
Danimarkalıların hücumları 9-cu əsrin ortalarına qədər—
təqribən 300 il davam etdi. Bu dövr Britaniya tarixində
dərin iz buraxmışdır. Danimarkalılara qarşı mübarizə
xırda anql-saks krallıqlarının birləşdirilməsini tələb
edirdi.
Danimarka işğalçılarına qarşı mübarizənin əsas
mərkəzi xarici hücumlara nisbətən az məruz qalan
Uesseks idi. Ölkənin cənub-qərb ucqarında olan və öz
coğrafi mövqeyinə görə danimarkalıların hücum
dairəsindən kənarda qalan Uesseks yadellilərə qarşı
mübarizənin təşkilində mühüm rol oynayırdı. Uesseks
kralları danimarkalılara qarşı müvəffəqiyyətlə mubarizə
aparmaq uçün bütün anql-saks krallıqlarını vahid dövlət
halında birləşdirməyə çalışırdılar. Nəticədə, 9-cu əsrin
əvvəllərində—829-cu ildə Uesseks kralı Eqbert
danimarkalılara qarşı mübarizənin gedişində qalan anql-
saks krallıqlarını öz hakimiyyəti altında birləşdirdi.
Beləliklə, Britaniya ərazisində vahid erkən feodal dövləti
yarandı. Bu dövlət qədim alman tayfası olan anqlların adı
ilə İngiltərə adlanırdı. Lakin İngiltərə bütün anql-saks
krallıqlarının ərazisini əhatə etmirdi. Çünki ölkənin
böyük bir hissəsi—şimal - şərqi danimarkalıların əsarə ti
altında idi.
Erkən feodal dövlətinin yaradılması yadellilərə qarşı
mübarizəni asanlaşdırdı. Danimarkalılara qarşı
mübarizədə kral Alfredin zamanında (871-899) mühüm
müvəffəqiyyətlər qazanıldı. Alfred azad kəndlilərdən
ibarət xalq qoşunlarının iştirakı ilə danimarkalıların
ölkənin içərilərinə doğru irəliləməsinin qarşısını ala bildi.
Donanma yaradıldı. Danimarkalılarla mübarizədə hərbi
ehtiyacları ödəmək üçün daimi vergi tətbiq olundu.
Çoxlu qala tikdirildi. Alferdlə danimarkalılar arasında
təqr. 886-cı ildə bağlanılmış müqaviləyə görə ölkənin
cənub-qərbi onun hakimiyyəti altında qaldı; şimal-şərq
isə danimarkalıların hakimiyyəti altına keçdi. Kral
Edqarın zamanında (959-975) danimarkalıların əlində
olan bu hissə də İngiltərə krallığına qatıldı. Normanlar
mənşəcə onlara yaxın olan anql-saks tayfaları ilə
qaynayıb-qarışdılar. Beləliklə də, təşəkkül etməkdə olan
ingilis xalqının etnik tərkibinə daxil oldular. Lakin əsasən
danimarkalıların yaşadığı Şimal - şərqi İngiltərədə feodal
münasibətləri ləng inkişaf edirdi. Çünki anql-saks tay-
falarına nisbətən normanlarda icma münasibətləri daha
möhkəm idi.

Feodal münasibətlərinin daha da möhkəmlənməsi


Danimarkalılara qarşı mübarizənin gedişində
yaranan erkən feodal dövləti İngiltərəni təkcə yadellilərin
hücumundan qorumaq üçün lazım deyildi. Çünki bu
dövlət ancaq yadellilərə qarşı mübarizədə birləşmək
zərurətindən doğmamışdı. 9-cu əsrin əvvəllərinə
İngiltərənin siyasi cəhətdən birləşməsi, daha doğrusu,
erkən feodal dövlətinin yaranması bütün əvvəlki tarixi
dövr ərzində İngiltərənin ictimai-iqtisadi inkişafının,
başqa sözlə, feodal münasibətlərinin inkişafının
qanunauyğun nəticəsi idi. Danimarkalıların 300 ilə qədər
davam edən hücumları İngiltərə krallığının yaranmasının
mühüm xarici siyasi səbəbi olmaqla yanaşı, ölkədə feodal
münasibətlərinin inkişafını da xeyli sürətləndirmişdi.
Beləliklə, 9-cu əsrin əvvəllərində meydana gəlmiş vahid
İngiltərə dövləti hakim sinif üçün həm də daxili
əhəmiyyətə malik idi. Feodal dövləti təşəkkül etməkdə
olan hakim sinfə icma torpaqlarını zorla zəbt etmək,
kəndliləri tamamilə özlərindən asılı vəziyyətə salmaq,
onların feodal istismarına qarşı mübarizəni boğmaq üçün
daha vacib idi. Bu mənada 9-cu əsrin əvvəllərində
İngiltərədə feodal münasibətlərinin inkişafında yeni dövr
başlayır.
Feodal dövlətinə arxalanan iri torpaq sahibləri
kəndliləri zorla özlərindən asılı hala salır, onların
torpaqlarını zəbt edirdilər. Digər tərəfdən, azad icma
üzvləri içərisində təbəqələşmə də dərinləşmişdi. Zaman
keçdikcə keçmiş azad kəndlilərin əsas kütləsi asılı hala
salınır, bəziləri isə varlanaraq hakim sinfin təşəkkülündə
müəyyən rol oynayırdı. İctimai-iqtisadi həyatdakı ən
mühüm dəyişiklik keçmiş iri ailələrin parçalanması idi.
Bununla əlaqədar olaraq iri ailələrə məxsus h a y d a
adlanan torpaqlar, demək olar ki, aradan qalxmışdı; xırda
ailələrin ixtiyarında olan h i r d a adlı torpaqlar meydana
gəlmişdi ki, bu da haydanın təqribən dörddə birinə—30
akra bərabər idi. həmin torpaqlar sonralar v i r q a t a
adlanmağa başladı.
Danimarkalılara qarşı uzunsürən müharibə
İngiltərədə feodal münasibətlərinin təşəkkülündə mühüm
rol oynamışdı. Feodal dövləti xeyli möhkəmlənmişdi. Bu
işdə kral Alfredin göstərişi ilə tərtib olunmuş qanun
kulliyyatı böyük rol oynadı. Həmin qanun külliyyatının
hazırlanmasında keçmiş anql-saks qanunlarından
istifadə olunsa da, «Kral Alfredin qanunları» inkişaf
etməkdə olan hakim feodallar sinfinin mənafeyini hüquqi
cəhətdən əsaslandırırdı. Alfredin hazırlatdığı qanun
külliyyatında uzun tarixi dövr ərzində İngiltərədə
feodalizm ictimai iqtisadi formasiyasının meydana
gəlməsi və tərəqqisi öz hüquqi əksini tapmışdı.
Danimarkalılara qarşı mubarizə dövründə ağır
silahlanmış feodal süvari qoşunları yaradılmışdı. Krala
hərbi xidmət göstərən xırda və orta feodallar t e n l ə r
adlanırdı. Tenlər hakim sinfin təşəkkülündə mühüm rol
oynadılar. Belə ki, ingilis kralları öz hərbi dəstələrinin
üzvləri olan tenlərə çoxlu boklənd torpaqları bəxşiş
verirdilər. Zaman keçdikcə bu torpaqlar tipik feodal
torpaq mülkiyyətinə, onun sahibi olan tenlər isə
feodallara çevrilirdilər.
Hakim feodallar sinfinin təşəkkülündə keçmiş icma
əyanları olan erllər mühüm rol oynadılar. Çoxlu torpağa
və böyük siyasi nüfuza malik olan erllər artıq əvvəlki
əyanlar deyildilər.
Kəndlilərin təhkim olunmasında iri feodallara
verilən toxunulmazlıq—immunitet fərmanları mühüm rol
oynayırdı. Bu fərmanlara İngiltərədə soka deyilirdi. Soka
hüququ almış torpaqlarda yaşayan kəndlilər də iri
feodalların hakimiyyəti altına düşür, beləliklə də,
təhkimçilik münasibətlərinin inkişafı üçün şərait
yaranırdı. Soka torpaqlarında yaşayan kəndlilər
sokmenlər adlanırdılar.
İri feodalların torpaqları, hüquqları genişləndikcə
müstəqillikləri də artırdı. Bu da mərkəzi hakimiyyətin
zəifləməsinə səbəb olurdu. Mərkəzi hakimiyyətin
zəifləməyə başlaması birinci növbədə kralın hüquqlarının
məhdudlaşmasında özünü göstərdi. Kralın yanında
ölkənin ən nüfuzlu adamlarından—iri feodallardan və
ruhanilərdən ibarət şura fəaliyyət göstərirdi. Qanunverici
hakimiyyət və ali məhkəmə hüququ «Uitenagemot», yəni
«Ağıllılar şurası» adlanan bu şuranın əlində idi.
Müharibə və sülh məsələləri, bir qayda olaraq,
uitenagemotda həll olunurdu. Kralın bütün fərmanları,
adətən bu şurada təsdiq olunduqdan sonra qüvvəyə
minirdi. Təqr. 100 nəfərdən ibarət olan uitenagemot kralı
seçmək, yeri gəldikdə onu hakimiyyətdən kənar etmək
hüququna da malik idi. Beləliklə, keçmişdə əsasən nəsli
əyanlardan, hərbi dəstə üzvlərindən ibarət olan, bəzən
azad kəndlinin də iştirak etdiyi «Ağıllılar şurası», artıq iri
feodalların şurasına çevrilmişdi. Bu şura kral
hakimiyyətini hakim sinfin əlində itaətkar alətə
döndərmişdi. Xalq yığıncağı isə artıq çağrılmırdı.
Kəndlilərin təhkimli halına salınmasında kral
hakimiyyəti hakim sinfə yaxından kömək edirdi. İngiltərə
kralının fərmanlarına əsasən ağası olmayan hər bir adam
bu və ya digər feodalın «himayəsinə» girməli, özünə ağa
tapmalı idi. Bunu yerinə yetirməyən adamlar
öldürüldükdə onların qatillərinə cəza verilmirdi.
Feodallaşma prosesinin dərinləşməsinə baxmayaraq,
11-ci əsrin əvvəllərində İngiltərə kəndlilərinin heç də
hamısı təhkimli halına salınmamışdı. Kəndlilərin
feodallardan asılılıq dərəcəsi ölkənin hər yerində eyni
deyildi. Danimarkalıların yaşadığı ərazidə sinfi
təbəqələşmə daha ləng gedirdi. Feodal malikanəsi hələ
tam formalaşmamış, ölkədə feodal münasibətlərinin
inkişafı prosesi hələ tamamilə başa çatmamışdı.
11-ci əsrin əvvəllərində İngiltərə yenidən
danimarkalıların işğalına məruz qaldı. 1016-cı ildə
Danimarka kralı Kanut və ya Knut (1016-1035) İngiltərəni
özündən asılı hala sala bildi. Kanutun dövləti
İngiltərədən başqa, Şotlandiya, Danimarka, Norveç və
İsveçi də əhatə edirdi. Lakin İngiltərə Kanutun zorla
birləşdirilmiş və daxilən möhkəm olmayan dövlətinin
tərkibində uzun müddət qalmadı.
IX F Ə S İ L
QƏRB SLAVYANLARI (6-11-ci əsrlər)

Samo dövləti
Slavyanlar 6-8-ci əsrlərdə Baltik dənizi sahillərindən
başlayaraq Qara dəniz, Balkan dağları və Adriatik
dənizinə qədərki geniş ərazidə yayılmışdılar. Slavyan
tayfaları başlıca olaraq üç qola ayrılırdılar: qərb
slavyanları, şərq slavyanları, cənub slavyanları.
Qərb slavyanları əsasən Baltik dənizindən Dunay
çayına, Elbadan Visla çayı hövzəsinə qədərki torpaqlarda
yaşayırdılar. 6-8-ci əsrlərdə qərb slavyanlarında, artıq
ibtidai icma cəmiyyəti dağılmaqda idi. Torpaq üzərində
xüsusi mülkiyyət meydana gəlir, əmlak bərabərsizliyinin
inkişafı sinfi fərqlərin dərinləşməsinə səbəb olurdu.
Xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi
prosesi dərinləşdikcə erkən feodal dövlətinin yaranması
da sürətlənirdi.
Qərb slavyanlarının ilk siyasi birliyi 7-ci əsrin I
yarısında meydana gəlmiş Samo dövləti idi. Qərb
slavyanlarından başqa, cənub slavyanlarının da müəyyən
hissəsini əhatə edən Samo dövlətinin yaranması
slavyanların ictimai-iqtisadi inkişafının qanunauyğun
nəticəsi idi. Bununla belə, həmin erkən slavyan tayfa
birliyinin meydana gəlməsində xarici amilin də mühüm
rolu olmuşdu.
Samo dövləti slavyanların avarlara və franklara qarşı
mübarizəsi şəraitində yaranmışdı. 6-cı əsrin II yarısında
Dunay sahillərində—Pannoniyada möhkəmlənən avarlar
müxtəlif mənşəli tayfaları, o cümlədən bəzi slavyan
tayfalarını əsarət altına salmışdılar. Çox keçmədən—təqr.
623 - cü ildə Çexiya, Moraviya və Slovakiyada yaşayan
slavyan tayfaları türkdilli avarların dözülməz zülmünə
qarşı üsyan qaldırdılar. Bu üsyana Samo başçılıq edirdi.
Salnaməçi Fredeqarın məlumatına görə, Samo frank taciri
idi. Bir çox görkəmli slavyanşünaslar bu fikirlə
razılaşmır, Samonun mənşəcə slavyan olduğunu
göstərirlər.
Fredeqarın məlumatına görə, 623-cü il üsyanı ilə
əlaqədar olaraq knyaz seçilən Samo 658-ci ilədək qərb
slavyanlarının tayfa birliyini idarə etmişdi. O, avarlara
qarşı müvəffəqiyyətlə mübarizə aparmış, sonra isə Frank
kralı Daqoberti məğlubiyyətə uğradaraq frankların
slavyan torpaqlarına hücumlarının müvəqqəti də olsa,
qarşısını almışdı. Samo hətta Frank krallığına hücum
etmiş, Türingiyada torpaqlar da ələ keçirmişdi.
Samo dövləti, erkən feodal dövlətinin yaranması
üçün zəruri olan obyektiv tarixi zəminin hələ tam
yetişmədiyi dövrdə yaranmışdı. Bu dövlət başlıca olaraq
xarici təhlükəyə qarşı mübarizə zərurətindən doğan
hərbi-siyasi birlik idi. Odur ki, həmin tayfa birliyi knyaz
Samonun ölümündən sonra dağıldı. Bununla belə, Samo
tayfa birliyi Çexiya və Moraviya ərazisində erkən feodal
dövlətinin yaranması üçün mühüm tarixi zəmin oldu.

Böyük Moraviya dövləti


Qərb slavyanlarının tarixində mühüm rolu olmuş
erkən feodal dövlətlərindən biri 9-cu əsrin əvvəllərində
meydana gəlmiş Böyük Moraviya dövləti idi. Bu dövlət,
Samo tayfa birliyinə nisbətən, daha geniş ərazini əhatə
edirdi və siyasi cəhətdən daha möhkəm idi. Bunun da
mühüm səbəbi bəhs olunan dövrdə erkən feodal dövlətini
doğuran ictimai-iqtisadi zəminin lazımınca yetişməsi idi.
Başqa sözlə, Böyük Moraviya dövlətini yaradan qərb
slavyanları 9 - cu əsrdə əvvəlki dövrlərə nisbətən ictimai-
iqtisadi cəhətdən daha çox inkişaf etmişdilər.
Böyük Moraviya dövləti indiki Çexiya ərazisindəki
Cənubi Moraviya vilayəti ərazisində, Morava çayı
hövzəsində meydana gəlmişdi.
Böyük Moraviya dövlətinin meydana gəlməsi
səbəbləri Çexiya tarixçiləri tərəfindən müxtəlif cür izah
olunur. Tarixçilərin bir qrupunun fikrincə, Böyük
Moraviya dövləti feodal münasibətlərinin inkişafı
nəticəsində yaranmamışdı; bu dövlət feodal dövləti deyil,
sadəcə olaraq, alman təcavüzünə qarşı mübarizə
zərurətindən doğan və möhkəm olmayan tayfa birliyi idi.
Başqa bir qrup tarixçi isə Böyük Moraviya dövlətinin
feodal münasibətlərinin inkişafı nəticəsində yarandığını
göstərir, bu dövləti tayfa birliyi deyil, daxilən möhkəm
olan feodal dövləti hesab edirlər. Həmin qrupa daxil olan
tarixçilər xarici amilin, yəni alman təcavüzünə qarşı
mübarizənin Böyük Moraviya dövlətinin slavyan
tarixində mühüm rokar etmirlər.
Böyük Moraviya dövlətinin tarixinə dair tədqiqatlar,
xüsusən Moraviya ərazisində aparılmış arxeoloji
qazıntılar aydın sübut edir ki, həmin dövlətin
yaradılmasında qərb slavyanlarından olan moravlar
mühüm rol oynamışlar. Bu dövlət moravlarla qonşuluqda
yaşayan başqa slavyan tayfalarını, o cümlədən çexləri də
əhatə edirdi. Böyük Moraviya dövlətinin paytaxtı Morava
çayı sahilində yerləşdiyi güman olunan Veleqrad şəhəri
idi.
9-cu əsrin əvvəllərində Böyük Moraviya dövləti
ərazisində yaşayan slavyan tayfalarında məhsuldar
qüvvələr, dövrünə görə yüksək inkişaf etmişdi. Əkinçilik
əsas məşğuliyyət sahəsi idi. Əkinçilik mədəniyyəti
əvvəllərə nisbətən xeyli yüksəlmişdi. Əkinçiliklə yanaşı
dulusçuluq, miskərlik, ağac emalı, toxuculuq və bir çox
başqa sənətkarlıq sahələri geniş yayılmışdı. Mübadiləyə
əsaslanan daxili ticarət inkişaf etməkdə idi. Əlverişli
coğrafi mevqedə olması, xüsusən, Moraviyanın xarici
ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir
göstərirdi. Böyük Moraviya dövləti ərazisində yaşayan
slavyan tayfaları Bizans, Kiyev dövləti və Qara dənizdəki
ticarət mərkəzləri ilə əlaqə saxlayırdılar.
Məhsuldar qüvvələrin inkişafı nəticəsində Böyük
Moraviya dövlətinin yaranması ərəfəsində, həmin
dövlətin ərazisində sinfi təbəqələşmə dərinləşmiş, azad
icma üzvlərinin asılı hala salınması prosesi
genişlənmişdi. Azad icma üzvləri və asılılardan başqa
qullar da vardı. Bu zaman qərb slavyanlarında hətta qul
alveri də mövcud idi. Hələ 7-ci əsrin sonu, 8-ci əsrin
əvvəllərində xristianlıq yayılmağa başlamışdı. 9-cu əsrdə
artıq katolik kilsəsinə məxsus iri feodal torpaq
mülkiyyəti vardı. Nəsli əyanlar varına və ictimai
mevqeyinə görə bütün qalan ictimai qruplardan kəskin
surətdə fərqlənirdilər. İcma torpaqlarının mühüm hissəsi
artıq onların xüsusi mülkiyyətinə çevrilmişdi.
Təşəkkül etməkdə olan hakim feodallar sinfinin
kəndliləri tamamilə asılı hala salmaq və onların
torpaqlarını zorla ələ keçirib öz torpaq mülklərini
genişləndirmək üçün, bundan başqa feodal asılılığına
qarşı sinfi mübarizəni boğmaqdan ötrü cəbr aparatına—
dövlətə ehtiyacı vardı. Beləliklə, Samo tayfa birliyindən
fərqli olaraq, Böyük Moraviya dövlətinin yaranmasında
ibtidai icma cəmiyyətinin dağılması və feodal
münasibətlərinin yaranmasından ibarət daxili ictimai-
iqtisadi təkamül mühüm rol oynamışdı. Bununla belə,
xarici amil—Karolinq imperiyası kimi qüvvətli xarici
təhlükənin mövcud olması da Böyük Moraviya dövlətinin
meydana gəlməsini müəyyən qədər sürətləndirmişdi.
Böyük Moraviya dövləti haqqında mənbələrdə ilk
yazılı məlumat 822-ci ilə aiddir. Bu fakt sübut edir ki,
Böyük Moraviya erkən feodal dövlətinin yaranmasından
ibarət uzun sürən tarixi proses 9 - cu əsrin əvvəllərində
artıq başa çatmış, Moraviya tayfalarının ictimai-iqtisadi
tərəqqidən doğan hərbi-siyasi birliyi yaranmışdı. Böyük
Moraviya dövlətinin mənbələrdə adı çəkilən ilk knyazı
Moymir (830-846) idi.
Böyük Moraviya knyazları slavyan torpaqlarını işğal
etməyə çalışan Şərqi Frank krallığına qarşı uzun müddət
müvəffəqiyyətlə mübarizə apardılar. Qərb slavyanlarının
qüvvətli dövlətinin yaranmasından narahat olan Şərqi
Frank kralı almaniyalı Lüdoviq 846-cı ildə Böyük
Moraviya knyazı Moymiri hakimiyyətdən sala bildi və
onun qardaşı oğlu Rostislavı Böyük Moraviya taxtına
əyləşdirdi. Lakin Rostislav (846-870) almaniyalı Lüdoviqə
tabe olmayıb müstəqil siyasət yeritməyə başladı.
Böyük Moraviya knyazlığını təklikdə silah gücünə
Şərqi Frank krallığına tabe etməyə nail olmayan
almaniyalı Lüdoviq Rostislava qarşı 863-cü ildə
Bolqarıstan knyazlığı ilə ittifaq bağladı. Bundan başqa
alman ruhaniləri Böyük Moraviya ərazisində xristian
dininin katolik məzhəbini yaymağa başlamışdılar. Bu,
ölkədə alman təsirini artırır və Böyük Moraviya
dövlətinin Şərqi Frank krallığından asılı hala salınmasını
asanlaşdırırdı. Böyük Moraviya dövləti üçün yaranmış bu
çətin vəziyyətdə Rostislav Bizans imperiyası ilə əlaqə
yaratdı. Böyük Moraviya knyazının xahişi ilə Bizans
imperatoru Mixail 863-cü ildə Kiril və Mefodi
qardaşlarını xristianlığı yaymaq məqsədi ilə Moraviyaya
göndərdi. Onlar slavyan əlifbası tərtib edib, slavyanların
öz dillərində dini təbliğat apararaq xristianlığı yaymağa
başladılar. Beləliklə, Bizans kilsəsinin təsiri ilə Böyük
Moraviya dövləti ərazisində xristianlıq yayıldı. Müstəqil
Böyük Moraviya kilsəsi yaradıldı.
Qeyd etmək lazımdır ki, o zamankı tarixi şəraitdə bu
hadisənin Böyük Moraviya dövləti üçün mühüm tarixi
əhəmiyyəti vardı. Ölkənin dini müstəqilliyinin təmin
olunması Almaniya ruhanilərinin təsirini aradan qaldıra
bilərdi. Bu isə Almaniya təcavüzünə qarşı Böyük
Moraviya dövlətinin siyasi müstəqilliyinin təmin
olunması demək idi. Xristianlığın qəbulu Böyük
Moraviyada mədəni yüksəlişə səbəb oldu; qərb
slavyanlarının Bizans mədəniyyətinin təsiri altına
düşməsinə şərait yaratdı. Bununla belə, xristian dininin
qəbulu bütövlükdə hakim sinif üçun əlverişli idi. Çünki
bu din təşəkkül etməkdə olan feodallar sinfinə öz hakim
mövqeyini daha da möhkəmləndirmək, feodal istismarına
haqq qazandırmaq, kəndlilərin sinfi mübarizəsini
boğmaq üçün hazır ideologiya idi. Xristianlığın qəbulu
Böyük Moraviya dövlətini bir feodal dövləti kimi daha da
möhkəmləndirdi.
Böyük Moraviya dövlətini aradan qaldırmaq
planlarından əl çəkməyən almaniyalı Lüdoviq 869-cu ildə
yenidən Moraviyaya qoşun çəkdi. Lakin müvəffəqiyyət
qazana bilməyib geri çəkilməyə məcbur oldu. Lakin bu
zaman almaniyalı Ludoviq tərəfindən müdafiə olunan
Böyük Moraviya əyanları 870-ci ildə Svyatopolkun
başçılığı ilə saray çevrilişi etdilər. Rostislav taxtdan
salındı. Svyatopolk almaniyalı Lüdoviqin vassalı sifəti ilə
Böyük Moraviya knyazı oldu. Bu hadisədən çox
keçməmiş, Böyük Moraviya torpaqlarını tamamilə ələ
keçirmək üçün əlverişli vəziyyət yarandığını görən
almaniyalı Lüdoviq 871-ci ildə Svyatopolku
hakimiyyətdən kənar edərək Böyük Moraviya dövləti
ərazisini Şərqi Frank krallığına qatdı. Svyatopolk
Almaniyaya aparıldı. Ölkənin idarə olunması isə iki frank
markqrafına tapşırıldı. Böyük Moraviya ərazisində alman
qoşunları yerləşdirildi.
Qərb slavyanlarının torpaqları Şərqi Frank
krallığının adicə vilayətlərindən birinə çevirmək məqsədi
güdən almaniyalı Lüdoviqin bütün bu tədbirləri
slavyanların müqavimətini qıra bilmədi. 871-ci ildə
yadelli əsarətinə qarşı qüvvətli üsyan baş verdi. Üsyana
Mefodinin şagirdi Slavomir başçılıq edirdi. Üsyançılar
Moraviya ərazisindəki Frank qarnizonlarını məhv etdilər.
Almaniyalı Lüdoviq Moraviyaya əlavə olaraq qüvvətli
qoşun göndərdi və oranı tabe etmək üçün hiylə işlədərək,
həmin qoşunlara Svyatopolku başçı təyin etdi. Lakin
keçmiş Moraviya knyazı mənsub olduğu slavyan
tayfalarının azadlıq mübarizəsinə xəyanət etmədi. O,
üsyançılarla əlaqə yaradıb onların tərəfinə keçdi.
Svyatopolk üsyana başçılıq edərək alman qoşunlarını
məğlubiyyətə uğratdı və özunü yenidən Böyük Moraviya
knyazı elan etdi. 874-cü ildə Şərqi Frank krallığı Böyük
Moraviyanın müstəqilliyini qəbul etməyə məcbur oldu.
Svyatopolkun hakimiyyəti illərində (870-894) Böyük
Moraviya knyazlığı olduqca genişləndi. Bu dövlətin
ərazisinə Moraviya və Slovakiyadan başqa, Çexiya,
Lujitsa, Silöziya, Krakov slavyanlarının torpaqları da
daxil edildi.
Böyük Moraviya dövlətinin yaranmasındakı rolunu
da indi dövlətin ərazisi Dunaydan cənuba doğru
genişləndirildi. Məhz bu geniş ərazini əhatə edən dövlət
sonralar Böyük Moraviya knyazlığı və ya Böyük
Moraviya dövləti adlandırılmağa başlandı.
9-cu əsrin 80-ci illərində Böyük Moraviya dövlətinin
beynəlxalq vəziyyəti yenidən ağırlaşdı. Bu zaman Dunay
sahillərində—Pannoniyada möhkəmlənən macarlar
ölkəyə tez-tez hücum edirdilər. Şərqi Frank kralları da
macarlarla, həmçinin Bolqarıstan knyazlığı ilə Böyük
Moraviya dövlətinə qarşı əlaqə yaratmışdılar. Bundan
başqa, daxili ziddiyyətlər də kəskinləşmişdi. Mərkəzi
hakimiyyətə qarşı mübarizə güclənmişdi. Ayrı-ayrı
slavyan tayfaları Böyük Moraviya dövlətinin tərkibindən
ayrılmağa başlamışdılar. Çexiya, Lujitsa serbləri, Sileziya
və Polşa tayfaları Böyük Moraviya dövlətinin tərkibindən
çıxaraq müstəqilləşmişdilər. Beləliklə, xarici təhlükə
əhatəsində olan Böyük Moraviya dövləti yadellilərin,
xüsusən macarların hücumları və daxili ziddiyyətlər
nəticəsində təqribən 906-cı ildə dağıldı. Macarlar Böyük
Moraviya dövləti ərazisinin əksəriyyətini ələ keçirərək
onun varlığına son qoydular.
Bu dövlət qərb slavyanlarının ən qədim
dövlətlərindən biri idi. Böyük Moraviya dövlətinin
meydana gəlməsi hələ 9-cu əsrdə qərb slavyanlarından
məhsuldar qüvvələrin böyük sürətlə inkişaf etdiyini və
bu tayfaların, dövrünə görə yüksək mədəniyyətə malik
olduğunu göstərir. Böyük Moraviya dövləti Şərqi Frank
krallığının qəsbkarlıq siyasətinə qarşı müxtəlif slavyan
tayfalarının müstəqilliyinin qorunub saxlanmasında
mühüm rol oynamışdı. Bu dövlətin ərazisi slavyan
mədəniyyətinin ən qədim mərkəzlərindən biri idi.
Qərb slavyanlarının qüdrətli siyasi birliyi olan
Böyük Moraviya dövlətinin süqutu həmin slavyan
tayfalarının sonrakı tarixinə mənfi təsir göstərdi.

Çexiya dövlətinin yaranması


Qərb slavyanlarının siyasi müstəqilliyinin qorunub
saxlanılmasında Çexiya dövlətinin mühüm rolu olmuşdu.
Çexiya bir erkən feodal dövləti kimi keçmiş Böyük
Moraviya knyazlığının ərazisində—çexlərin yaşadıqları
torpaqlarda meydana gəlmişdi. Çexiya erkən feodal
dövlətinin ilkin rüşeymləri hələ Böyük Moraviya
dövlətinin yaranması ərəfəsində meydana gəlmişdi.
Lakin Böyük Moraviya dövlətinin yaranması ilə əlaqədar
olaraq ayrı-ayrı çex knyazları Böyük Moraviya
knyazlarından asılı hala salınmışdılar.
Böyük Moraviya dövlətinin süqutundan sonrakı
dövrdə də Çexiya ərazisində ictimai-iqtisadi tərəqqi
davam etməkdə idi. Əkinçilik yenə də başlıca təsərrüfat
sahəsi idi. Əkinçilik mədəniyyəti daha da yüksəlmiş,
əmək alətləri təkmilləşmiş, metal emalı inkişaf etmişdi.
Müxtəlif əmək alətləri və silah istehsalı mühüm
sənətkarlıq sahələrinə çevrilmişdi. Dulusçuluq,
toxuculuq, zərgərlik və başqa sənət sahələri də geniş
yayılmışdı. Çexiya ərazisi Şərq ölkələrinin və Baltik
dənizi sahillərinin Avropa ölkələri ilə əlaqələndirən
mühüm ticarət yollarının üstündə idi. Çexiya Qara
dənizdəki ticarət mərkəzləri vasitəsilə müxtəlif Şərq
malları, o cümlədən nadir və zərif ipək parçalar, ədviyyat
və s. əldə edirdi. Qara dəniz sahillərindən, Rusiyadan,
Baltik dənizi ölkələrindən gələn ticarət yollarının
qovşağında olması Praqanın inkişafına, onun gələcəkdə
Avropanın ən böyük şəhərlərindən birinə çevrilmə sinə
müsbət təsir göstərirdi.
10-cu əsrdə Çexiyada feodal münasibətləri daha da
dərinləşmişdi. Torpaq artıq feodalların xüsusi
mülkiyyətinə çevrilmişdi. Kəndlilər asılı hala
salınmışdılar. Onlar istifadə etdikləri torpaq müqabilində
natural şəkildə müxtəlif vergilər ödəyir, biyara
gedirdilər. Çex kəndlisi knyaz drujinasının saxla nılması
üçün də əlahiddə rüsüm verirdi. Beləliklə, 10-cu əsrdə
Çexiya ərazisində ayrıca slavyan dövlətinin meydana
gəlməsi üçün lazımi ictimai-iqtisadi zəmin vardı.
Çexiya ərazisindəki ayrı-ayrı knyazlıqların
birləşdirilib vahid dövlət halına salınmasında
Prjemısloviçlər nəslindən olan Praqa knyazları mühüm
rol oynadılar. Çexiya torpaqlarının Praqa ətrafında
toplanmasının ölkənin gələcək siyasi tarixi üçün böyük
əhəmiyyəti vardı. Sonralar Praqa Çexiyanın müxtəlif
yerləri arasında iqtisadi əlaqələrin genişlənməsində və
ölkənin siyasi qüdrətinin artmasında mühüm rol oynadı.
Çexiya ərazisində vahid, erkən feodal dövlətinin
yaradılması prosesi alman feodallarının təcavüzunə qarşı
çətin mübarizə şəraitində gedirdi. Bu yolda ilk mühüm
addım knyaz I Boleslavın (935-967) vaxtında atıldı. O öz
hakimiyyəti illərində çex tayfalarının əksəriyyətini
birləşdirə bilmiş, hətta Şimal-Qərbi Slovakiya, Moraviya
və Sileziyanı da özünə tabe etmişdi. Knyaz II Boleslavın
(967-999) hakimiyyəti dövründə Çexiya dövlətinin
sərhədləri şərqə—Kiyev dövlətinə doğru daha da
genişləndirildi. II Boleslav 973-cü ildə müstəqil Praqa
yepiskopluğu yaratdı ki, bu da feodal dövlətini daha da
möhkəmləndirdi. II Boleslavın knyazlığı dövründə bütün
çex torpaqlarının Praqa ətrafında birləşdirilməsi prosesi
başa çatdırıldı.
Çexiya feodal dövlətinin qüvvətlənməsi alman
təcavuzünə qarşı mübarizədə böyük əhəmiyyətə malik
idi. Çexiyada məhz qüvvətli feodal dövləti olduğu üçün
alman feodalları bu ölkənin müstəqilliyini aradan qaldıra
bilmədilər. 11-ci əsrin ortalarında Almaniya Çexiya ilə
müttəfiqlik münasibətləri yaratmağa məcbur oldu. Çex
knyazı II Vratislav (1061 —1092) 1085-ci ildə kral titulunu
qəbul etdi. Çexiya bir feodal dövləti kimi daha da
möhkəmləndi.

Lababoyu və Baltiksahili slavyan tayfaları


Qərb slavyanlarının mühüm bir qrupu Laba (Elba)
boyunda və bundan şərqdə—Odra (Oder) və Visla
çaylarına doğru Baltik dənizi sahillərində yaşayırdılar.
Bu slavyan tayfaları başlıca olaraq dörd tayfa birliyindən
ibarət idi: Çexiya sərhədlərində yaşayan serblujitsa
qrupu; Laba çayının mənsəbində və onun sağ sahillərində
Baltik dənizi boyunda yaşayan obodritlər və ya
bodriçilər; obodritlərin şərq qonşuları olan lütiçilər; Odra
ilə Visla çayları arasındakı torpaqlarda yaşayan
pomoryanlar.
Laba çayı boyunda və Baltik dənizi sahillərində
yaşayan slavyan tayfalarının əsas məşğuliyyəti əkinçilik
idi. Əkinçilikdən başqa, balıqçılıq da bu tayfaların
həyatında mühüm rol oynayırdı. Maldarlıq da inkişaf
etmişdi. Müxtəlif cür əmək alətləri istehsalı, toxuculuq,
dulusçuluq, xüsusən hərbi sənətkarlıq sahələri geniş
yayılmışdı. Bundan başqa Baltikasahili slavyan
tayfalarının yaşadığı ərazi ticarət üçün, xüsusən Baltik
dənizi vasitəsi ilə xarici ticarət əlaqələrinin inkişafı üçün
çox əlverişli idi. Mənbələrin məlumatına görə, qərb
slavyanlarının Baltik dənizi sahillərindəki Volin şəhəri
«bütün şimal xalqlarının malları ilə zəngin» idi. Bura
«bütun xalqların tacirləri, həm yunanlar, həm də
«barbarlar» axışırdılar». Başqa qərb slavyanlarında
olduğu kimi, burada qul alveri də inkişaf etmişdi.
Maraqlıdır ki, ticarətdə başqa ölkələrin pulları ilə yanaşı,
ərəb sikkələri də işlədilirdi. Baltiksahili slavyan
tayfalarının öz pulları yox ili.
Laba boyunca və Baltik sahilində yaşayan slavyan
tayfalarında ictimai təbəqələşmə ləng gedirdi. Nəsli
münasibətlər möhkəm idi. Torpaq üzərində xususi
mülkiyyət meydana gəlməmişdi. Bu slavyan tayfaları
siyasi cəhətdən möhkəm dövlət halında birləşə
bilməmişdilər. İctimai həyatda xalq yığıncaqları mühüm
rol oynayırdı. Smardlar adlanan azad icma üzvləri
cəmiyyətin əsasını təşkil edirdilər. Bununla belə,
məhsuldar quvvələrin inkişafı nəticəsində, xüsusən 11-ci
əsrdən başlayaraq sinfi təbəqələşmə dərinləşdi. Tayfa
başçıları, nəsli əyanlar varına və ictimai mövqeyinə görə
qalan icma üzvlərindən kəskin sürətdə seçilməyə
başladılar. İcma torpaqları tədricən bu ictimai qrupun
xüsusi mülkiyyətinə çevrilirdi. Getdikcə dərinləşən
ictimai təbəqələşmə azad smardların müflisləş məsinə və
asılı hala duşməsinə səbəb olurdu. Ayrı-ayrı tayfa
başçılarının hərbi-siyasi hakimiyyəti genişlənir, erkən
feodal dövlətinin rüşeymləri yaranırdı.
Lababoyu və Baltiksahili slavyan tayfaları bütün
erkən orta əsrlər boyu aramsız olaraq yadelli basqınlarına
qarşı mübarizə aparmalı oldu. Slavyan tayfalarına
əvvəllər ən çox normanlar hücum edirdilər. Normanlar
əleyhinə müvəffəqiyyətlə mübarizə aparan Laba və
Pribaltika slavyanları, çox keçmədən Böyük Karlın (768-
814) qoşunlarına qarşı vuruşmalı oldu. Lakin slavyanlarla
onların qərb qoşunları olan qədim alman tayfalarından
biri—sakslar arasında daha tez-tez toqquşmalar baş
verirdi. Laba və Pribaltika slavyanları saks tayfa birliyinə
qalib gəlmək üçün beynəlxalq münasibətlərdən məharətlə
istifadə edirdilər. Məsələn, Laba slavyanları olan
obodritlər saksları məğlub etməkdə Böyük Karla kömək
etmiş, beləliklə, müvəqqəti də olsa, öz ənənəvi rəqiblərini
zəiflədə bilmişdilər.
Böyük Karl imperiyasının parçalanmasından (843)
sonra Laba və Pribaltika slavyanlarının xarici siyasət
tarixində yeni dövr—alman feodallarının «Şərqə hücum»
siyasətinə qarşı mubarizə dövrü başlandı. Alman
feodalları 928-ci ildə bəzi slavyan torpaqlarını ələ keçirə
bilsələr də, yadelli əsarətinə qarşı inadla mubarizə aparan
slavyanlar üsyana qalxaraq tezliklə azadlıq əldə etdilər.
Kral I Ottonun (936-973) hakimiyyəti illərindən
etibarən slavyanlara qarşı Almaniya təcavüzü daha da
genişləndi. Slavyan torpaqlarını həmişəlik Almaniyaya
ilhaq etmək məqsədi ilə bura almanlar köçürülür,
almanlaşdırma siyasəti yeridilirdi. Laba boyunda və
Pribaltikada alman təsirini gücləndirmək üçün
slavyanların intensiv sürətdə xristianlaşdırılması siyasəti
yeridilirdi. Bü məqsədlə, I Ottonun fərmanına əsasən,
slavyan torpaqlarında bir neçə katolik yepiskopluğu
yaradılmışdı.
Bütün bunlara baxmayaraq, slavyanlar alman
feodallarının əsarətinə qarşı inadlı mübarizəni davam
etdirirdilər. 983-cü ildə lütiçlərin, 1002-ci ildə isə
obodritlərin qüvvətli üsyanı baş verdi. Beləliklə, 10-cu
əsrin sonları—11-ci əsrin əvvəllərində Laba və Baltikyanı
slavyanları yenidən istiqlaliyyət əldə etdilər.
Lakin bu, uzun sürmədi. Laba və Baltikyanı
slavyanları vahid erkən feodal dövləti şəklində
birləşməkdə ikən—12-ci əsrdə alman feodallarının daha
güclü təcavüzü başlandı. Əvvəlcə katolik ruhanilərinin
xristianlığı yayması yolu ilə alman təsirinin artırılması,
bunun dalınca feodal-cəngavər qoşunlarının hücumları,
nəhayət, zorla tutulmuş slavyan torpaqlarına alman
kəndlilərinin köçürülməsi—Lababoyu və Baltik dənizi
sahillərindəki torpaqların almanlaşdırılması siyasəti belə
idi. Slavyanların bu zaman öz yazıları yox idi. Buna görə
də latın əlifbası və alman mədəniyyətinin yayılmasına
müqavimət də güclü deyildi. Bütün bu amillər alman
feodallarının qəsbkarlıq siyasətinə əlverişli şərait
yaradırdı. Bu da 12-ci əsrin sonlarında slavyanların
müqavimətinin qırılmasına, onların alman feodallarının
iqtisadi, siyasi və dini əsarətinin altına salınmasına səbəb
oldu.

Polşa dövlətinin meydana gəlməsi


Qərb slavyanlarının mühüm bir hissəsinin bütün
orta əsrlər boyu siyasi müstəqilliyinin qorunub
saxlanılmasında Polşa dövlətinin muhüm rolu oldu. Polşa
erkən feodal dövləti polyak tayfalarının yaşadığı ərazidə
meydana gəldi. Polyak tayfaları Odra ilə Qərbi Buq (Visla
çayının qollarından biri) və Baltik dənizi ilə Karpat
dağları arasındakı ərazidə yaşayırdılar.
8-10-cu əsrlərdə polyak tayfalarında da nəsli quruluş
sürətlə süquta uğrayır, feodal münasibətləri formalaşırdı.
Torpaq ayrı-ayrı nəsli əyanların xüsusi mülkiyyətinə
çevrilir, hakim feodallar sinfi təşəkkül edirdi. Azad icma
üzvləri asılı kəndlilərə çevrilirdilər. Torpaq üzərində
xüsusi mülkiyyətin meydana gəlməsi və keçmiş icma
üzvlərinin antaqonist siniflər halında qruplaşması erkən
feodal dövlətinin yaranmasına səbəb oldu. Xarici təhlükə,
xüsusən alman feodallarının qəsbkarlıq siyasəti Polşa
ərazisində də erkən feodal dövlətinin əmələ gəlməsi
prosesini sürətləndirdi.
Polşa feodal dövləti uzun bir tarixi dövr ərzində
meydana gəlmişdi. Ölkənin ərazisində mövcud olmuş ilk
tayfa birlikləri erkən feodal dövlətinin rüşeymləri idilər.
Polyak tayfa birliklərinin inkişaf edərək erkən feodal
dövləti halına düşməsi müxtəlif xarici səbəblər üzündən
ləngiyirdi. Məsələn, Polşa tayfalarının yaşadığı ərazinin
bir hissəsinin 9-cu əsrdə Böyük Moraviyaya qatılması
buradakı tayfa knyazlıqlarının erkən feodal dövlətinə
çevrilməsini, müvəqqəti də olsa, ləngitmişdi. Bununla
belə, ictimai-iqtisadi inkişaf baxımından təqribən eyni
səviyyədə dayanan dil və etnik mənşəcə qohum olan
müxtəlif polyak tayfaları 10-cu əsrdə vahid dövlət
çərçivəsində birləşdilər. Paytaxtı Qnezno şəhəri olan
Böyük Polşa erkən feodal dövlətinin ilk knyazı I Meşko
(960-992) idi.
Polşa dövlətinin möhkəmlənməsində, ümumiyyətlə,
feodal münasibətlərinin daha da inkişafında xristianlığın
qəbulunun mühüm rolu oldu. Polşada xristianlıq 966-cı
ildə qəbul edildi. Xristianlığın qəbulu ilə ölkədə latın
əlifbası da yayıldı ki, bu da qabaqcıl Avropa
mədəniyyətinin təsirinə, beynəlxalq əlaqələrin
genişlənməsinə əlverişli şərait yaratdı. Bununla belə,
xristian dininin katolik məzhəbinin yayılması Polşanın
pravoslav məzhəbindən olan cənub və şərq slavyanları ilə
əlaqələrinə mənfi təsir göstərdi. Ölkədə papa və
Almaniya təsirinin daha qüvvətli olmasına səbəb oldu.
Erkən feodal dövlətinin yaranması və xristianlığın
qəbulu feodal münasibətlərinin daha da dərinləşməsinə
səbəb oldu. Dövlət və din hakim sinfin mövqeyini daha
da möhkəmləndirdi. İctimai təbəqələşmə daha da
dərinləşdi. Kəndlilərin təhkimli halına salınması prosesi
sürətləndi. Din istər kəndli üsyanlarına qarşı mübarizədə,
istərsə də onların itaətdə saxlanılmasında hakim sinfə
yaxından kömək edirdi.
Polşa feodal dövləti alman feodallarının qəsbkarlıq
siyasətinə qarşı müvəffəqiyyətlə mübarizə aparırdı. Polşa
kralı 1 Meşko 972-ci ildə Polşa torpaqlarına soxulan
alman feodallarının hərbi dəstələrini məğlubiyyətə
uğratdı. Lababoyu və Baltiksahili slavyan tayfalarının
alman təcavüzünə qarşı inadlı mübarizəsi, alman
feodallarının hərbi qüvvələrinin əsas zərbəsini öz
üzərlərinə götürməsi, xüsusən 983 və 1002-ci il üsyanları
Polşa erkən feodal dövlətinin formalaşmasına əlverişli
şərait yaradırdı. Bundan istifadə edən I Boleslav (İkid
Boleslav) 992-999-cu ildə Krakov və onun ətraflarında
yaşayan slavyan tayfalarını özünə tabe etdi, Polşa
torpaqlarının birləşdirilməsini başa çatdırdı. 1000-ci ildə
Qneznoda arxiyepiskopluq yaradıldı. Bu da Polşanıi dini
müstəqillik əldə etməsi demək idi. İgid Boleslavın
hakimiyyəti illərində Polşa o qədər qüvvətləndi ki, o
hətta kral ləqəbi qəbul etdi. Polşa hələ o zaman üçün
Şərqi Avropanın qüvvətli dövlətlərindən birinə çevrildi.
Polşa feodal dövləti, artıq nəinki Almaniya təcavüzüpə
qarşı mübarizə aparır, hətta öz ərazisini genişləndirmək
məqsədi ilə qonşularına qarşı qəsbkar xarici siyasət də
yeridirdi. İgid Boleslavın hakimiyyəti zamanı bu siyasət
daha aydın büruzə verdi. Baltik dənizi sahillərində
yaşayan pomoryanların torpaqları zəbt olundu. Laba
slavyanlarının da bir hissəsi tabe olundu. Bundan başqa,
polşa feodalları qədim rus torpaqları hesabına öz torpaq
mülklərini genişləndirmək siyasətinə başlamışdılar. İgid
Boleslav alman və macar feodallarının, habelə
peçeneqlərin köməyi ilə 1018-ci ildə, əvvəllər dostluq
əlaqələri saxladığı qədim Kiyevi tutdu. Qayıdan baş
Qərbi Ukrayna ərazisində olan Çerven şəhərlərini ələ
keçirdi. Polşanın qonşu slavyan ölkələri ilə
münasibətlərinin pisləşməsi təşəkkül etməkdə olan
polyak xalqının mənafeyinə zidd idi.
I Boleslavın ölümündən sonra Polşanın daxili və
beynəlxalq vəziyyəti pisləşdi. Feodal münasibətlərinin
inkişafı nəticəsində geniş torpaqlar, imtiyazlar ələ keçirib
çox qüvvətlənmiş iri Polşa feodalları mərkəzi
hakimiyyətə tabe olmaq istəmirdilər. Feodal özbaşınalığı
artmışdı. Nəhayətsiz müharibələr, daxildə feodal hərc-
mərcliyi istismarı dözülməz etmişdi. Nəticədə 1037-1038-
ci illərdə feodal istismarı və katolik kilsəsinə qarşı az qala
bütün ölkəni əhatə edən qüvvətli üsyan baş verdi. Polşa
feodalları bu üsyanı ancaq alman və rus feodallarının
hərbi qüvvələrinin köməyi ilə yatıra bildilər. Lakin feodal
hərcmərcliyi dərinləşməkdə idi. Beynəlxalq vəziyyət də
Polşa dövləti üçün əlverişli deyildi. Alman feodalları
yenidən fəallaşmış, Çexiya krallığı və qədim Kiyev
dövləti ilə münasibətlər pisləşmişdi. Ölkədə feodal
pərakəndəliyi dövrü başlanırdı.
X FƏSİL

BİZANS (4 — 11-ci əsrlər)

Bizansın ictimai - iqtisadi inkişaf xüsusiyyətləri


Erkən orta əsrlərdə feodal münasibətlərinin
meydana gəlməsi və inkişafının bir sıra problemləri
Bizans və ya Şərqi Roma imperiyasının tarixi ilə sıx
bağlıdır. Bizans müstəqil dövlət kimi 4-cü əsrdə
meydana gəldi: 395-ci ildə Roma imperiyası iki hissəyə—
Qərbi və Şərqi Roma imperiyasına parçalandı. Şərqi
Roma imperiyası sonralar onun paytaxtı olan

Konstantinopolun keçmiş adı ilə Bizans və ya Vizantiya
adlanmağa başladı. Bizans imperiyası Balkan yarımadası,
Egey dənizi adaları, Kiçik Asiya və Mesopotamiyanı,
habelə Cənubi Qafqaz ərazisinin bir hissəsini, Suriya,
Fələstin və Misiri, bundan başqa Krımda, Qara dənizin
Qafqaz sahillərində, Ərəbistanda və Şimali Afrikada bir
sıra torpaqları əhatə edirdi. Bizans ərazisində olduqca
müxtəlif xalqlar və tayfalar yaşayırdılar.
Bizans imperiyasının ərazisi ictimai-iqtisadi
inkişafına görə hələ Roma imperiyasının
parçalanmasından çox əvvəl imperiyanın qərbindən xeyli
fərqlənir, əlahiddə inkişaf edirdi. Roma imperiyasının
şərq torpaqlarında müstəqil Bizans dövləti yarandıqdan
sonra bu ictimai-iqtisadi inkişaf xüsusiyyətləri daha
aydın nəzərə çarpmağa başladı.

Bizans Bosfor boğazının Avropa sahilində qədim yunan şəhəri idi. E.ə. təqribən 660-
cı ildə meydana gəlmişdi. Roma imperatoru Konstantin 330-cu ildə paytaxtı
Romadan Bizansa köçürmüşdü. Sonralar bu şəhər onun şərəfi nə Konstantinopol
adlanmışdı. Şərqi Roma imperiyası isə Bizansın adı ilə Bizans imperiyası
adlanmışdı.
Bizansın ictimai-iqtisadi xüsusiyyətlərini müəyyən
edən başlıca cəhət onun ərazisində hələ imperiyanın
parçalanmasından çox əvvəl məhsuldar qüvvələrin
yüksək inkişaf etməsi idi. Bu inkişaf erkən orta əsrlərin
lap əvvəllərindən başlayaraq feodal münasibətlərinin
meydana gəlməsi ilə əlaqədar olaraq daha da sürətləndi.
Feodal münasibətlərinin inkişafa başladığı dövrdə,
bir çox Qərbi Avropa ölkələrindən fərqli olaraq, Bizans
imperiyası ərazisində kənd təsərrüfatı məhsulları
istehsalı yüksək inkişaf etmişdi. Çünki Bizans ərazisinin
mühüm hissəsi əkinçilik mədəniyyətiiin yüksək inkişaf
etdiyi qədim Şərq ölkələri idi. Həmin səbəbə görə burada
kənd təsərrüfatı məhsulları istehsalının tənəzzülü Qərbi
Roma imperiyası ərazisinə nisbətən daha gec baş verdi.
Bundan başqa, Bizans ərazisində Qərbi Roma
imperiyasındakı kimi iri latifundiya tipli təsərrüfatlar o
qədər də inkişaf etməmişdi. İmperatorun, habelə hakim
sülalənin başqa üzvlərinin, kilsə və monastırların geniş
torpaq sahələri vardı. Xırda kəndli təsərrüfatlarının geniş
inkişaf etməsi, emfitevzis tipli, habelə icarə torpaqlarının
yayılması Bizans imperiyasında aqrar münasibətlərin
başlıca xüsusiyyətlərindən biri idi. Qul əməyindən geniş
istifadə olunan iri təsərrüfatların deyil, kəndlilərə məxsus
xırda torpaq sahibliyinin inkişaf etməsi Bizans ərazisində
kənd təsərrüfatı istehsalının uzun müddət tənəzzül
etməməsinin əsas səbəblərindən biri idi. Qul əməyinə
əsaslanan iri təsərrüfatlar geniş yayılmadığına görə
Bizansda quldarlıq münasibətləri də Qərbi Roma
imperiyası ərazisində olduğu qədər inkişaf etməmişdi.
Qul əməyindən əsasən Yunanıstan, Suriya, Misir, Kiçik
Asiyanın qərbində və başqa yerlərdə istifadə olunurdu.
Onlara pekuli tipli xırda torpaq parçaları verilmişdi. Bu
da Bizans ərazisində qulçuluq münasibətlərinin Qərbi
Roma imperiyasına nisbətən uzun müddət davam
etməsinə səbəb oldu. Digər tərəfdən, feodal istehsal
üsulunun meydana gəlməsində mühüm rol oynayan
təsərrüfat formalarından biri — kolonat qərbə nisbətən
Bizansda daha yüksək inkişaf etmişdi. Kolonlar mühüm
ictimai qrup idilər. Onlar zaman keçdikcə torpağa təhkim
olunur, ictimai vəziyyətlərinə görə təhkimli kəndliyə
yaxınlaşırdılar. Beləliklə, Bizansın aqrar quruluşundakı
bu özünəməxsus xüsusiyyətlər burada ictimai-iqtisadi
tənəzzülün Qərbi Roma imperiyasına nisbətən daha gec
baş verməsinə, quldarlıq münasibətlərindən feodalizmə
keçid prosesinin ləng, həm də kəskin ictimai-siyasi
toqquşmalar olmadan baş verməsinə səbəb oldu.
Bizans imperiyası ərazisində sənətkarlıq yüksək
inkişaf etmişdi. Ölkənin iqtisadi qüdrətinin təmin
olunmasında sənətkarlıq məhsulları istehsalının
durmadan tərəqqi etməsi böyük əhəmiyyətə malik idi.
Bizansda müxtəlif cür parçalar, o cümlədən zərif ipək
parçalar toxunur, metal emalı və mədən işləri, şüşə
məmulatı və silah istehsalı, memarlıq, habelə başqa
sənətkarlıq və istehsal sahələri tərəqqi etmişdi.
Maraqlıdır ki, bu tərəqqi Qərbi Roma imperiyasının
suqutu zamanı, hətta bundan sonrakı dövrdə də davam
edirdi. Bizansda sənətkarlıqdan başqa ticarət, xüsusən
xarici ticarət də yüksək inkişaf etmişdi. Bunun mühüm
səbəblərindən biri Bizans imperiyasının Asiya ilə
Avropanı əlaqələndirən çox əlverişli coğrafi mövqedə
yerləşməsi idi. Avropa tacirlərinin Şərq aləmi ilə geniş
ticarət əlaqəsi saxladığı Ön Asiya ticarət mərkəzləri
Bizans ərazisində idi. Aralıq dənizini Qara dənizlə
əlaqələndirən Bosfor və Dardanel boğazları Bizansın
əlində idi. Bizansın paytaxtı Konstantinopol Qara
dənizdən Aralıq dənizinə, Asiyadan Avropaya gedən
beynəlxalq ticarət yollarının qovşağında olmaqla Şərqlə
Qərb arasında ticarət əlaqələrinin həyata keçirilməsində
mühüm rol oynayırdı. Çox zaman Konstantinopolu
Şərqlə Qərb arasında qızıl körpü adlandırırlar. Beləliklə,
Bizansın xarici tiçarət üçün əlverişli coğrafi mövqedə
olması ölkədə sənətkarlıq məhsulları istehsalına, daxili və
xarici ticarət əlaqələrinin genişlənməsinə, şəhərlərin
yüksəlişinə müsbət təsir göstərirdi. Bizans imperiyası
ərazisində zərif parçalar toxunan, şüşə, silah, zərgərlik
məmulatı emalatxanaları ilə məşhur olan
Konstantinopoldan başqa, İsgəndəriyyə, Antioxiya,
Beyrut, Edessa, Smirna, Nikeya, Fessalonika, Korinf və
başqa çox mühüm sənətkarlıq və ticarət mərkəzləri vardı.
Bizans Afrika, Ərəb Şərqi, İran, Orta Asiya, Çin,
Hindistan və Seylonla geniş ticarət əlaqələri saxlayırdı.
Bu ölkələrdən Bizans ərazisindəki, xüsusən Ön Asiyadakı
ticarət mərkəzlərinə başlıca olaraq xam ipək, nadir daş-
qaş və müxtəlif ədviyyat şeyləri gətirilirdi. Bizansla Qara
dəniz sahili ölkələr, Qafqaz, həmçinin Azərbaycan
arasında da ticarət əlaqələri inkişaf etmişdi. Müxtəlif Şərq
ölkələrindən, o cümlədən Azərbaycandan kətirilən xam
ipək Bizansdakı, xüsusən Konstantinopoldakı toxuculuq
emalatxanalarının xammalla təmin olunmasında mühüm
rol oynayırdı. Bizans tacirləri nadir Şərq mallarının bütün
Avropada yayılmasında vasitəçilik edir, bundan böyük
qazanc götürürdülər. Bizansdan xarici ölkələrə yerli
istehsal məhsulları olan şüşə və zərgərlik məmulatı, ipək
və yun parçalar, hazır paltar və s. ixrac olunurdu.
Sənətkarlıq məhsulları xüsusi emalatxanalarda —
erqasteriyalarda istehsal olunurdu. Ayrı-ayrı
sahibkarlara, o cümlədən imperatorun özünə və saray
əyanlarına məxsus olan bu emalatxanalarda qul əməyi
geniş tətbiq olunurdu. Erqasteriyalarla yanaşı, azad
sənətkar əməyinə əsaslanan xırda sənətkar birlikləri də
meydana gəlirdi. Dövlət sənətkar emalatxanalarından
böyük gəlir götürürdü. Beləliklə, sənətkarlığın, ticarət və
şəhərlərin yüksək inkişafı Bizansı Qərbi Roma
imperiyasından fərqləndirən mühüm xüsusiyyətlərdən
biri idi. Bu cəhət Bizans imperiyasının iqtisadi və hərbi-
siyasi qüdrətinin nisbətən uzun müddət davam
etməsində mühüm rol oynamışdı.

Dövlət, din və təriqətlər


Qərbi Roma imperiyasından fərqli olaraq Şərqdə
vahid, mərkəzləşmiş dövlət öz siyasi qüdrətini, demək
olar ki, bütün erkən orta əsrlər boyu saxladı. Burada
imperator hakimiyyəti də nisbətən güclü idi. İmperator
hakimiyyəti qeyri - məhdud idi. Bununla belə, imperator
müəyyən qədər senat, konsistori (dövlət şurası) və
dimlərlə hesablaşmağa məcbur idi. Dimlər  Bizans
şəhərlərindəki azad vətəndaşların siyasi birlikləri idilər.
Bizans imperatoru kilsə ilə daha çox hesablaşırdı.
Şişkinləşmiş dövlət aparatı, Bizansın hərbi qüvvələri

Dim—yunança «d e m o s», yəni x a l q sözündəndir.
zəhmətkeş əhalidən alınan müxtəlif vergilər hesabına
saxlanılırdı. Əsas vergilərdən biri ölkənin bütün əkinçi
əhalisindən məhsulla, bəzən də pulla alınan annona idi.
Şəhər və kənd əhalisi müxtəlif vergilərdən başqa, çoxlu
mükəlləfiyyətlər də yerinə yetirirdi.
Bizans ordusu Qərbi Roma imperiyasının hərbi
qüvvələriinə nisbətən daha az «barbarlaşmışdı». Yəni
müxtəlif «barbar» tayfalarından muzdla tutulmuş
əskərlər bu orduda Qərbi Roma imperiyasında olduğu
qədər çox deyildilər. Bu, Bizans hərbi qüvvələrinin
mühüm xüsusiyyəti idi. Bu cəhət dövlətin hərbi
qüdrətinə müsbət təsir göstərirdi. Bizans ordusu nun xeyli
hissəsi ölkənin azad əhalisi içərisindən toplanan
əsgərlərdən ibarət idi.
Xristian kilsəsi qulların, kolonların, ümumiyyətlə,
şəhər və kənd əhalisinin geniş təbəqələrinin istismarında
hakim sinfə yaxından kömək edirdi. Din təşəkkül et-
məkdə olan hakim sinfin və onun dövlətinin məfkurə
dayağı idi. Bizans kilsəsi, Roma katolik kilsəsindən fərqli
olaraq, imperator hakimiyyətindən asılı idi. Bu, Bizans
kilsəsinin mühüm xüsusiyyəti idi. Bundan başqa
Konstantinopol patriarxı xristian aləminə başçılıq etmək
üstündə Roma papası ilə kəskin rəqabət aparırdı.
Din hakim sinfin ancaq məfkurə dayağı olaraq
qalmırdı. Bizans kilsəsi çoxlu torpaq mülkləri ələ
keçirmişdi. Burada kolonlar, xırda icarədarlar, qullar
amansızcasına istismar edilirdilər. Ruhanilər eyni
zamanda qul əməyinə əsaslanan çoxlu sənətkar
emalatxanalarına malik idilər. İmperator
hakimiyyətindən çoxlu güzəştlər qopara bilmiş ali
ruhanilər iri torpaq sahibi kimi, emalatxana sahibi kimi,
eyni zamanda bilavasitə istismarçı idilər.
Dinin sosial-sinfi təbiəti gücləndikcə, kilsə ilə hakim
sinif və onun dövləti arasındakı ittifaq dərinləşdikcə
xristian dinində müxtəlif təriqətlər meydana gəlməyə
başladı. Dini təriqətlər, sadəcə olaraq, xristianlığın ayrı-
ayrı ehkamlarına qarşı çevrilməmişdi. Bu, əslində, hakim
sinfə və onun məfkurə dayağına qarşı istismar olunan
kütlələrin ictimai narazılığı idi. Ariçilik, monofizitlik,
nestorçuluq və başqa təriqətlərin arxasınça geniş xalq
kütlələrinin getməsi bununla izah olunur. Digər tərəfdən,
dini təriqətlər Bizans imperiyasının əsarətdə saxla nılan
xalqları içərisində daha geniş yayılmışdı. Bu baxım dan
təriqətlər müəyyən mənada xalq azadlıq hərəkatı xarak-
teri daşıyırdı. Bəzi təriqətlər, açıq-aşkar hakim kilsədən
ayrılmağa çalışırdılar. Bu, imperiyanın ayrı-ayrı xalqlar
yaşayan müxtəlif yerlərinin müstəqilliyə can atmasının
dini ifadəsi idi.
Hakim kilsəyə və istismara qarşı çevrilmiş
təriqətlərə amansız divan tutulurdu. Təriqətçilər
bidətçilikdə təqsirləndirilir, təqib olunurdular.
Təriqətlərə qarşı mübarizədə kilsəni hakim sinif və onun
dövləti müdafiə edirdi.

«Nika» üsyanı
İstismar kəskinləşdikcə ona qarşı sinfi mübarizə də
şiddətlənirdi. Təriqətçilərə qarşı ən amansız cəza
tədbirləri də heç bir nəticə vermirdi. Ağır vergilər,
mükəlləfiyyətlər əhalinin getdikcə daha geniş
dairələrinin narazılığına səbəb olurdu. Bu isə yeni, daha
qüvvətli xalq hərəkatlarına səbəb olurdu. Belə
üsyanlardan biri də 532-ci ildə Konstantinopolda, sirkdə
baş vermişdi. Məsələ burasında idi ki, sirk oyunları
Konstantinopolda olduqça izdihamlı keçirdi. Çoxlu
tamaşaçı iştirak edən sirk həm də ictimai-siyasi mübarizə
mərkəzi idi. Müxtəlif mənafeyi olan ictimai qruplar
burada görüşür, mübahisə edirdilər. Bundan başqa, xalq
məhz burada tamaşaya gəlmiş imperatorla görüşə və ona
öz tələblərini verə bilərdi. Üsyan ərəfəsində ayrı-ayrı
ictimai qruplar müxtəlif sirk partiyalarında
birləşmişdilər. Bu partiyalardan ikisi — «mavilər»
(venetlər) və «yaşıllar» (prasinlər) daha böyük nüfuza
malik idilər. «Mavilər» senator aristokratiyası və iri
torpaq sahiblərinin partiyası idi. «Yaşıllar» partiyasına
isə tacirlər və sənətkar emalatxanalarının sahibləri
başçılıq edirdilər. Bütün sirk partiyaları, o cümlədən
«mavilər» və «yaşıllar» şəhər əhalisinin aşağı təbəqəsi ilə
əlaqədar idilər.
«Nika» üsyanının başlanmasında sirk partiyaları
arasında, xüsusən «mavilər»lə «yaşıllar» arasında
ziddiyyətlərin kəskinləşməsi də müəyyən rol oynadı. Hər
iki partiya dini əlamətə görə də qruplaşmışdı. «Mavilər»
ortodoksal dini təlim — pravoslavlıq tərəfdarı idilər.
İmperator Yustinian bu partiyanın tərəfdarı idi.
«Yaşıllar» isə monofizitlər təriqətini müdafiə edirdilər.
Üsyan ərəfəsində «yaşılların» təqib olunması daha da
artmışdı. Bu isə 532-ci il yanvarın 11-də Konstantinopol
sirkində «yaşılların» üsyanına səbəb oldu. Mərkəzi
hakimiyyətin ağır vergi siyasətindən təngə gəlmiş şəhər
yoxsulları, o cümlədən «mavilər» partiyasının aşağı
dairələri də üsyana qoşuldular. Üsyançılar «Nika» —
«qalib gəl» çağırışı ilə əyanların imarətlərini, hökumət
binalarını dağıtmağa başladılar. Üsyan geniş vüsət aldı.
Yustinian paytaxtdan qaçmaq qərarına gəldi. Lakin
imperator arvadı Teodoranın qərarı ilə bu qərarından
daşındı. hökumət qoşunları üsyançılara hücum etdi. Elə
bu zaman ictimai tərkibcə rəngarəng olan üsyançılar
içərisində parçalanma baş verdi. Sirkin binası mühasirə
olundu. Silahsız xalqa divan tutuldu. 30 min nəfərə qədər
adam tələf edildi. Üsyançılar ağır məqlubiyyətə
uğradılar. Hakim sinfin mövqeyi daha da möhkəmləndi.
Yustinian və onun mürtəce rejimi xalq hərəkatına qarşı
hücuma keçdi.

Bizans Yustinianın hakimiyyəti illərində


İmperator Yustinianın (527-565) hakimiyyəti
dövründə Bizans imperiyası daha da möhkəmləndi. Onun
daxili və xarici siyasəti keçmiş Roma imperiyasının bütün
torpaqlarını ələ keçirib vahid, qüdrətli qədim Roma
imperiyasını yenidən dirçəltməyə yönəlmişdi. O, qədim
Roma imperiyasını ancaq ərazicə bərpa etməyə çalışmır,
həm də quldarlıq münasibətlərini yenidən hakim istehsal
üsuluna çevirməyə çalışırdı. O dövr üçün nisbətən
mütərəqqi olan feodal münasibətlərinin aradan
qaldırılmasına və vaxtını keçirmiş köləlik rejiminin
bərpasına yönəldiyi üçün Yustinianın siyasəti olduqca
mürtəce xarakterə malik idi.
İmperator Yustinian məqsədinə nail olmaq üçün,
əvvəlcə Bizans imperiyasını daxilən möhkəmləndirdi.
Xalq hərəkatına, həmçinin mərkəzi hakimiyyətdən narazı
ictimai qruplara amansız divan tutdu. Bundan başqa,
imperiyanın daxilən möhkəmləndirilməsində mövcud
ictimai münasibətlərin qanuniləşdirilməsinin mühüm
rolu oldu. Çünki Yustinianın dövründə artıq keçmiş
quldarlıq münasibətlərinin əvəzində yeni feodal
munasibətləri meydana gəlməkdə idi. İctimai-iqtisadi
munasibətlərdə meydana gəlmiş bu dəyişiklik hüquq
normalarında da öz əksini tapmalı idi. Yeni yaranmaqda
olan ictimai qrupların cəmiyyətdəki mövqeyi, hakim
sinfin ictimai-iqtisadi mənafeyi qanunla təsbit olunmalı
idi. İnkişafın özü mövcud qanunvericilikdə əsaslı
dəyişiklik yaradılmasını tələb edirdi. Bu məqsədlə
imperator Yustinian dövrün ən məşhur
hüquqşünaslarından ibarət bir komissiya yaratdı. Bu
komissiya 528-534-cü illər ərzində, keçmiş Roma
hüququnu əvvəldən-axıradək əsaslı şəkildə təhlil etmək
nəticəsində «Mülki hüquq külliyyatı» hazırladı. Həmin
külliyyat üç hissədən ibarət idi. Birinci hissə «Yustinian
məcəlləsi» adlanırdı. Bu hissə 12 kitabdan ibarət idi.
Buraya Adriandan Yustiniana qədər Roma
imperatorlarının mülki məsələlərə dair ən mühüm
fərmanları daxil edilmişdi. «Mülki hüqüq külliyyatının»
ikinci hissəsi 50 kitabdan ibarət idi. «Digestlər» və ya
«pandektlar» adlanan bu hissədə məşhur Roma
hüquqşünaslarının fikirləri cəmlənmişdi. Üçüncü hissə
«İnstitusiyalar»dan ibarət idi. Sonralar Yustinianın
hakimiyyəti illərində verilən butün qanunlar da bir yerə
toplanıldı və «Mülki hüquq külliyyatının» dördüncü
hissəsini təşkil etdi. İmperator Yustinianın qanunlarından
ibarət olan bu hissə «Novellalar», yəni «Yeni qanunlar»
adlanırdı.
Yustinian dövrünün qanunvericiliyi Bizans
imperiyası ərazisində feodalizm formasiyasının inkişafa
başladığını və bu yeni mütərəqqi ictimai-iqisadi
münasibətlərə qarşı vaxtını keçirmiş quldarlıq
quruluşunun mübarizəsini əks etdirirdi. Bundan başqa
həmin qanunvericilikdə imperator hakimiyyətinin qeyri-
məhdud olması, dövlətin kilsə ilə sıx ittifaqı, təriqətçi lə-
rin təqib edilməsi siyasəti də geniş əks olunmuşdu.
Yustinian qanunlarından məlum olur ki, quldarlıq
münasibətlərinin böhranı ilə əlaqədar olaraq qullar
qanunla azadlığa buraxılır, onlara pekuli adlı xırda
torpaq parçaları verilir, azad icarə darlar mühüm ictimai
qrupa çevrilməyə başlayır, kolonat bir təsərrüfat forması
kimi hüquqi cəhətdən də qanuniləşdirilir. Sənətkarlıq
məhsulları istehsalı və ticarət sahəsində xüsusi mülkiy-
yətin qorunması və daha da inkişafını əks etdirən
qanunlar bir tərəfdən həmin dövrdə şəhər həyatının
tərəqqi etdiyini göstərirsə, digər tərəfdən, sənətkar və
tacir birliklərinin dövlət tərəfindən himayə olunduğunu
sübut edir. Roma hüququ əsasında xüsusi mülkiyyət
huququnun əsaslandırılması və qorunması Yustinianın
«Mülki hüquq külliyyatı»nın mühüm xüsusiyyəti idi.
Məhz buna görə də Yustinian qanunları Bizansda
feodalizmin inkişafına təkan verdi. İmperator hakimiy-
yətini daha da möhkəmləndirdi.
Yustinian qəsbkar xarici siyasət yeridirdi. O, Roma
imperiyasını və imperiya ərazisində quldarlıq
quruluşunu bərpa etməyə çalışırdı. Bizans qoşunları
Velisarinin başçılığı altında 534-cü ildə Vandal-Alan
krallığını aradan qaldırdı. Şimali Afrika ərazisi Bizansa
qatıldı. Bundan sonra Bizans qoşunları Ostqot krallığına
qarşı İtaliyaya hücum etdilər. 536-cı ildə Velisarinin
başçılıq etdiyi Bizans hərbi qüvvələri Romanı ələ
keçirdilər. Lakin quldarlıq qaydalarını bərpa edən Bizans
ağalığına qarşı dərhal Şimali Afrikada və İtaliyada xalq
hərəkatı başlandı. Şimali Afrika üsyançılarının
müqaviməti, böyük çətinliklə, 6-cı əsrin 40 - cı illərinin
sonunda qırılsa da, İtaliyada azadlıq mübarizəsi uzun
zaman davam etdi. Bizans qoşunlarına qarşı hərbi
əməliyyata Ostqot kralı Totila (541-552) başçılıq edirdi.
Yadellilərə qarşı azadlıq müharibəsində qullar, kolonlar,
azad torpaq sahibləri fəal iştirak edirdilər. Bu ictimai
qruplara arxalanan və onların mənafeyinə uyğun siyasət
yeridən Totila Bizans qoşunları üzərində parlaq qələbələr
qazandı. O, Romanı azad etdi (546) və ölkənin çox
hissəsini öz hakimiyyəti altına keçirdi. Lakin Ostqot
kralının müvəffəqiyyətləri uzun sürmədi. İri torpaq
sahibləri, o cümlədən Ostqot və Roma əyanları Totiladan
üz döndərdilər. Onun ardıcıl olmayan siyasəti geniş xalq
kütlələrini də azadlıq hərəkatından uzaqlaşdırdı.
Nəticədə sərkərdə Narsesin başçılığı ilə 552-ci ildə
İtaliyaya hucum etmiş yeni, daha qüvvətli Bizans hərbi
qüvvələri Totilanın qoşunlarını. darmadaqın etdilər.
Ostqot krallığı aradan qaldırıldı. Siciliya, Sardiniya və
Korsika adaları da daxil olmaqla İtaliya tamamilə
Bizansın hakimiyyəti altına keçdi (555).
Yustinian Vestqot krallığını aradan qaldırmaq
məqsədi ilə İspaniyaya da qoşun göndərmişdi. Bizans
hərbi qüvvələri bu barbar dövlətini aradan qaldıra
bilməsələr də, Pireney yarımadasının cənub-şərqini zəbt
etdilər. Balear adaları da ələ keçirildi. Bundan başqa
Adriatik dənizi sahilindəki Dalmasiya da Bizansa qatıldı.
İşğal olunmuş bütün bu ərazilərdə keçmiş Roma
quldarlarının torpaqları özlərinə qaytarıldı. Azadlığa bu -
raxılmış qullar, kolonlar, xırda icarədarlar yenidən kölə
vəziyyətinə salındılar. Beləliklə, Bizans ağalığı ancaq
yadelli əsarəti mənasında deyil, həm də vaxtını keçirmiş
quldarlıq qaydalarının bərpası mənasında da mürtəce
xarakterə malik idi. Elə buna görə də Yustinianın həyata
keçirdiyi istilalar möhkəm deyildi.
Yustinianın hakimiyyəti illərində Bizansla Sasanilər
arasında da uzunsürən müharibə baş verdi. Bizans—
Sasani müharibələrinin (540-562) mühüm səbəbi hər iki
ölkənin Çin ipəyi, Hindistan ədviyyatı və başqa Şərq
malları ilə ticarətdə vasitəçiliyi ələ keçirməyə çalışması
idi. Bizans Cənubi Qafqaz ərazisini ələ keçirmək üstündə
də Sasanilərlə rəqabət aparırdı. İran bu müharibədə qalib
gəlsə də, çoxdankı arzusuna — Qara dəniz və Aralıq
dənizinə çıxış yolu əldə etməyə nail ola bilmədi.

Bizans imperiyası və slavyanlar


Qərbi Roma imperiyası kimi Bizans da müxtəlif
«barbar» tayfalarının hücumlarına məruz qaldı. Bizans
qoşunları uzun müddət vestqotlar, hunlar, avarlar,
slavyanlar, bulqarlar və başqa tayfaların Bizans
imperiyasının ərazisinə hücumlarının qarşısını almağa
çalışdı.
Bizans imperiyasına tez-tez hücum edən «barbar»
tayfalarından ən başlıcası slavyanlar idi. Slavyanlar
Bizansın ictimai-iqtisadi, habelə siyasi tarixində mühüm
rol oynamışdılar. Əgər Qərbi Roma imperiyası ərazisində
feodalizm ictimai-iqtisadi formasiyasının inkişafına
müxtəlif qədim alman tayfaları təkan vermişdilərsə, Şərqi
Roma imperiyası ərazisində feodal münasibətlərinin
inkişafı bilavasitə slavyanlarla əlaqədardır.
Slavyan tayfalarının Şərqi Roma imperiyası ərazisinə
hücumları 5-ci əsrin sonlarından başlanmışdı. Lakin bu
tayfalar Bizans imperiyası ərazisinə 6-cı əsrin
ortalarından başlayaraq intensiv surətdə hücum etməyə
başlamışdılar. Məhz buna görə də 6-cı əsrə və bundan
sonrakı dövrlərə aid Bizans mənbələrində slavyanlar
haqqında maraqlı məlumatlara təsadüf olunur. Bizans
muəllifləri Şərqi Roma imperiyası ilə təmasda olan
müxtəlif slavyan tayfalarını slavinlər adlandırırdılar.
Slavyan tayfalarının Bizans ərazisində məskən
salması ilə burada feodalizm cəmiyyəti üçün xarakterik
olan məhsuldar qüvvələrin inkişafı sürətləndi. Bu da
təsadüfi deyildi. Çünki slavyan tayfaları dövrünə görə
yüksək əkinçilik mədəniyyətinə malik idilər. Bunu, hər
şeydən əvvəl, slavyanların yaşadıqları ərazilərdə
aparılmış arxeoloji qazıntılar sübut edir.
Slavyanlarda əkinçiliklə yaiaşı, maldarlıq, balıqçılıq,
ovçuluq, ibtidai arıçılıq və bir çox başqa təsərrüfat
sahələri də inkişaf etmişdi. Bundan başqa, slavyanlar,
metal emalı, zərgərlik, dulusçuluq və digər sənətkarlıq
sahələri ilə də məşğul olurdular. Slavyanlar qonşu
tayfalar və xalqlarla müəyyən xarici ticarət əlaqələrinə də
malik idilər.
6-cı əsrdə, Bizans imperiyası ərazisinə hücum
edərkən slavyan tayfaları nəsli münasibətlərin süqut
etməkdə olduğu mərhələdə idilər. Əmlak fərqlərinin
meydana gəlməsi ilə əlaqədar olaraq ictimai təbəqələşmə
də başlanmışdı. Əyanların nüfuzu getdikcə artır, tayfa
başçılarının hakimiyyəti irsi keçməyə başlayır, ilk tayfa
birlikləri yaranırdı. Beləliklə, Bizans imperiyası ərazisinə
hücum edən və burada məskən salan slavyan tayfalarında
6-7-ci əsrlərdə antaqonist siniflərin və dövlətin msydana
gəlməsi prosesi gedirdi. İctimai-iqtisadi inkişafın bu
mərhələsində olan slavyan tayfaları Bizans imperiyası
ərazisində feodal istehsal münasibətlərinin inkişafını
sürətləndirdilər. İmperator Yustinianın hakimiyyəti
illərində Bizans qoşunları slavyanların hücumlarını
çətinliklə dəf edə bilsələr də, sonralar bu mümkün
olmadı. Müxtəlif slavyan tayfaları imperiya ərazisnidə
məskən salmağa başladılar. Bizans imperiyası ərazisində
slavyan dövlətləri meydana gəldi.

Sosial böhranın dərinləşməsi


Slavyan tayfalarının hücumları zamanı Bizansda
sosial böhran daha da dərinləşmişdi. İmperiya daxili
tənəzzül dövrü keçirirdi. Kənd təsərrüfatı, sənətkarlıq,
ticarət süquta uğrayır, şəhər həyatı ölgünləşirdi.
Dağılmaqda olan quldarlıq formasiyasının içərilərində
onu əvəz edəcək yeni sinifli cəmiyyətin — feodalizmin
rüşeymləri sürətlə inkişaf edirdi. Bu, hər şeydən əvvəl,
feodal istehsal üsulu üçün xarakterik istehsal
münasibətlərinin meydana gəlməsində özünü göstərdi.
Qul əməyinə əsaslanmayan iri torpaq sahibliyi meydana
gəlirdi. Bu torpaqlarda azadlığa buraxılmış keçmiş qullar,
müxtəlif asılılıq dərəcəsində olan əkinçilər işləyirdilər.
Beləliklə, feodalizm cəmiyyətinə xas olan istehsal
münasibətləri təşəkkül etməkdə idi.
İri torpaq sahiblərinin təsərrüfatlarında istismar
olunan kütlələrin sinfi mübarizəsi quldarlıq cəmiyyətinin
böhranını daha da dərinləşdirdi. Bu dövrün ən xarakterik
üsyanlarından biri 602-ci ildə baş verdi. Orduda baş
verən bu üsyana Foka başçılıq edirdi. O, özünü imperator
elan edib mübarizəyə qalxmış xalq kütlələrinin köməyi
ilə Konstantinopolu aldı. İmperator Mavriki edam
olundu. Lakin Foka hakimiyyəti uzun müddət əldə
saxlaya bilmədi. O, 610- cu ildə hakimiyyətdən salınıb
edam edildi. Bizans taxtını İrakli (610—641) ələ keçirdi.
İrakli feodallaşmaqda olan əyalət əyanlarının
nümayəndəsi idi.
Bizansda Romadan qalma ənənələrin süqutunda
xarici siyasət sahəsindəki uğursuzluqların da az rolu
olmamışdı. Daxili tənəzzül dövrü keçirən Bizans
imperiyası xarici hücumlara tab gətirə bilmir, ərazicə
getdikcə məhdudlaşırdı. Şimaldan tez-tez ölkəyə hücum
edən slavyanlar 6-cı əsrin sonlarından etibarən Bizans
ərazisində, xüsusən Balkan yarımadasında möhkəmlən-
məyə başladılar. 7-ci əsrin əvvəllərində artıq müxtəlif
slavyan tayfaları Frakiya, Makedoniya, Yunanıstan,
Dalmasiya, İstriya və imperiyanın başqa yerlərində
məskən salmışdılar. 7-ci əsrin ortalarında artıq slavyanlar
bütün Balkan yarımadasına yayılmışdılar. Çox keçmədən,
7-ci əsrin 70-ci illərində, burada Bolqarıstan dövləti
meydana gəldi.
Bizans imperiyası şərqdə də çox əhəmiyyətli
torpaqlarını itirdi. Bizans imperatorları, Qara dənizə və
Aralıq dənizinə çıxış yolu əldə etməyə çalışan Sasanilərin
hücumlarını dəf etsələr də, şərqdəki torpaqları uzun
müddət əldə saxlaya bilmədilər. Bizans imperiyası
Şərqdə yeni, daha təhlükəli rəqiblə qarşılaşdı; ərəb
qoşunları 636-642-ci illər ərzində, o zaman Bizansa
məxsus rlan Suriya, Fələstin və Misiri, habelə
Mesopotamiyanın bir hissəsini ələ keçirdilər. 7-ci əsrin
sonlarında—693-698-ci illərdə isə ərəblər Bizans
imperiyasının Şimali Afrikadakı torpaqlarını da ələ
keçirdilər. İqtisadi və mədəni cəhətdən yüksək inkişaf
etmiş şərq vilayətlərinin itirilməsi Bizansın tənəzzülünü
daha da sürətləndirdi. Hindistan və Çinlə, habelə İran və
Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin zəifləməsi
müxtəlif sənətkarlıq sahələrinin süqutuna, şəhər
həyatının ölgünləşməsinə səbəb oldu. Beləliklə, xarici
siyasətdəki uğursuzluqlar, tarixən o qədər də böyük
olmayan dövr ərzində geniş ərazilərin itirilməsi Bizaps
imperiyasının keçirdiyi daxili tənəzzülü daha da
dərinləşdirdi.
Romadan qalma təsisatların tənəzzulü və
feodalizmin inkişafı nəticəsində Balkan yarımadasında
yayılmış, hətta Kiçik Asiyaya belə keçməyə müvəffəq
olmuş slavyan tayfalarınıi mühüm rolu oldu. Roma üçün
xarakterik olan iri torpaq sahibliyi getdikcə aradan qalxır,
torpaq üzərində feodal mülkiyyəti yaranırdı. Bu
torpaqlarda artıq qul əməyindən istifadə edilmirdi.
Keçmiş quldar dövləti üçün xarakterik olan inzibati idarə
sistemi də dəyişilirdi. Ölkə yeni hərbi-inzibati dairələrə
— femlərə bölünürdü. Hökumət gəlmə tayfalara, xüsusən
slavyanlara, habelə yerli azad kəndlilərə hərbi xidmət
müqabilində irsi istifadə üçün torpaq parçaları verib
həmin dairələrdə məskunlaşdırırdı. Beləliklə, stratiotlar
adlanan xüsusi hərbi silk yaranırdı. Bu silk dövlətin
mühüm ictimai dayağına çevrilirdi. Torpaq vergisindən
başqa bütün qalan vergilərdən azad olan stratiotlar
gələcək hakim feodallar sinfinin formalaşmasında
mühüm rol oynayırdılar. Stratiotlara irsi istifadə üçün
verilmiş torpaqlar isə zaman keçdikcə feodal torpaq
mülkiyyətinə çevrilirdi.

«Əkinçilik qanunu»
Bizansda feodal münasibətlərinin meydana gəlməsi
prosesini öyrənmək üçün ən qiymətli mənbə «Əkinçilik
qanunu»dur. 8-ci əsrdə tərtib olunduğu güman edilən
«Əkinçilik qanunu» məhkəmə adətlərinin toplusu idi.
«Əkinçilik qanunu»ndan məlum olduğuna görə, 8-ci
əsrdə Bizansın ictimai-iqtisadi həyatında qonşuluq
icmaları hələ də mühüm rol oynayırdı. Lakin icma
daxilində əmlak bərabərsizliyinin və ictimai fərqlərin
dərinləşməsi üçün əlverişli şərait yaranırdı: əkinəyararlı
torpaqlar, bağlar, üzümlüklər icma üzvləri arasında
bölünmüş, onların xüsusi mülkiyyətinə çevrilmişdi.
Bununla belə, formal da olsa kənd icması onun ərazisində
olan bütün torpaqların ali mülkiyyətçisi olaraq qalırdı.
Otlaqlar, meşələr icma uzvlərinin ümumi istifadəsində
idi, dövlət vergiləri birlikdə ödənilirdi və s.
«Əkinçilik qanunu» sübut edir ki, Bizans icmaları
daxilində, artıq təbəqələşmə dərinləşir, antaqonist
siniflərin meydana gəlməsi prosesi gedirdi. Azad icma
üzvlərinin bir qismi torpaq paylarını itirib müflisləşir,
digər qismi isə öz torpaqlarını daha da genişləndirərək
varlanır, muzdlu əməkdən, hətta qul əməyindən də
istifadə edirdilər. Qeyd etmək lazımdır ki, ayrı-ayrı
icmalar daxilində gedən bu proses, yəni müflisləşən icma
üzvünün torpağını satın almaq və ya zəbt etmək bütün
ölkə üçün ümumi hal olmamışdı, ancaq ayrı-ayrı icmalar
çərçivəsində mövcud idi.
Kənd icmalarının dağılması prosesi ancaq icmadaxili
qanunauyğunluqlar əsasında getmirdi. İri torpaq
sahibləri, ali ruhanilər, kilsələr, monastırlar da öz geniş
torpaq mülklərini icma torpaqlarını zorla zəbt etmək
hesabına daha da genişləndirirdilər. Bunun da
nəticəsində icma üzvləri öz azadlıqlarını itirir, iri torpaq
sahiblərindən asılı vəziyyətə düşürdülər.
«Əkinçilik qanunu»nda Bizansın erkən feodalizm
dövründəki ictimai-iqtisadi inkişafının mühüm bir
xüsusiyyəti — quldarlıq qalıqlarının nisbətən uzun
müddət davam etməsi məsələsi də lazımınca əks
olunmuşdur. Lakin bununla belə, qul əməyi öz əvvəlki
əhəmiyyətini tədricən itirir, asılı kəndlinin əməyi feodal
istehsal üsulunun mühüm ünsürünə çevrilirdi.

İkona əleyhdarları hərəkatı


İkona əleyhdarları (ikonaborçular) hərəkatı Bizans
tarixində 8-ci əsrin əvvəllərindən başlayaraq 10-cu əsrin
ortalarına qədər davam etmişdi. İkona əleyhdarları
hərəkatı bir məfkurə forması kimi hakim sinfin ayrı-ayrı
qrupları arasındakı kəskin ziddiyyətlərdən, habelə Bizans
imperiyasının müxtəlif yerlərinin ictimai-iqtisadi inkişaf
ənənələrindən doğurdu. Məsələ burasında idi ki, fem
islahatı və bunun nəticəsində hakim sinif içərisində
xüsusi hərbçi feodallar qrupunun meydana gəlməsi, azad
kəndlilərdən ibarət yeni qoşunların yaradılması mərkəzi
hakimiyyəti qüvvətləndirdi. Hərbçi feodalların nüfuzu
getdikcə artırdı ki, bunlar da başlıca olaraq Kiçik Asiya
əyanlarından ibarət idi. Kiçik Asiya feodalları, hətta öz
nümayəndələri olan Lev İsavrı hakimiyyətə gətirə
bildilər. III Lev adı ilə hakimiyyətə (717-741) başlayan bu
Bizans imperatorunun taxta çıxması ilə ölkənin tarixində
İsavrilər adlanan yeni sülalənin (717-867) hakimiyyət
dövrü başlandı.
İsavrilərin hakimiyyətə gəlməsi Kiçik Asiya
feodallarının mövqeyini daha da möhkəmləndirdi. Azad
kəndlilərdən ibarət fem qoşunlarına arxalanan III Lev
Konstantinopolu bir ilə qədər mühasirədə saxlayan
ərəbləri məğlub edə bildi. V Konstantinin vaxtında (741-
775) isə Bizans qoşunları Suriya və Mesopotamiya
istiqamətində hücuma keçib xilafətin qoşunlarını geri
oturtdu. Bu hərbçi feodalların nüfuzunu daha da artırdı.
Onlar dövlət idarəçiliyini tamamilə ələ keçirməyə çalışır,
ali ruhanilərə, kilsə və monastırlara məxsus toriaqların
bir hissəsinin hərbçi əyanlara paylanmasını tələb
edirdilər. Beləliklə, torpaq və kəndlilərdən alınan
vergiləri ələ keçirmək üstündə hərbçi əyanlarla ruhanilər
arasında kəskin mübarizə başlayırdı. Dövlət idarəçiliyini
vaxtı ilə ələ keçirmiş şəhər əyanları da ruhanilərin
tərəfindən çıxış edirdilər. İri ruhanilərin və şəhər
əyanlarının müqavimətini qırmağa çalışan isavrilər
hərbçi əyanları fəal müdafiə edirdilər.
Kiçik Asiya feodalları ali ruhanilərə zərbə vurmaq
üçün ilk növbədə dində müyyən islahat keçirilməsini
tələb edirdilər. Onlar ikonalara sitayiş olunmasına qarşı
çıxış edirdilər. Allahın, ilahi qüvvənin hər hansı şəkildə
təsvir olunması mümgün olmadığına görə, ikona
əlaeyhdarları, ikonalara sitayiş olunmasını bütpərəstliklə,
yəni bütlərə sitayiş olunması ilə bərabər tuturdular. *
İsavrilər sülaləsindən olan Bizans imperatorları ikona
əleyhdarları hərəkatına başçılıq edir, ikonalara sitayiş
olunmasına açıqca etiraz edirdilər. İkona əleyhdarları
hərəkatının geniş vüsət almasında xalq kütlələrinin bu
hərəkatda iştirak etməsi mühüm rol oynadı. Ali
ruhanilər, kilsə və monastırlara məxsus torpaqlarda
işləyən zəhmətkeş kütlələr istismara, zülmə qarşı
mübarizə apararaq ikona əleyhdarları hərəkatında iştirak
edirdilər. Onların mübarizəsi mahiyyətcə tamamilə
fərqlənirdi və hakim sinfə qarşı sinfi mübarizə idi. İkona
əleyhdarlarına qarşı mübarizədə ali ruhanilər də tək
deyildilər. Onları Roma papaları müdafiə edirdilər.
Papalar bununla İtaliyada Bizans təsirinə zərbə vurmaq
istəyirdilər. Bundan başqa, Konstantinopolda şəhər
əhalisinin yuxarı təbəqəsi də hərbçi əyanların nüfuzunun
artmasından narazı idilər. İmperiyanın Avropa
hissəsində yaşayan əhalinin bir hissəsini də ali ruhanilər
öz tərəflərinə çəkə bildilər. Beləliklə, ikona əleyhdarları

*
Qeyd edək ki, ikona əleyhdarları hərəkatının Bizansın məhz şərq əyalətlərində geniş
yayılması təsadüfi deyildi: bütpərəstliyə qarşı çıxan İslam dininin bu ərazilərdə
yaşayan xristianların dini görüşlərinə təsiri böyük idi. Müsəlman Şərqində erkən
dövrlərdə təşəkkül tapmış dini təriqətlərin, o cümlədən hürufiliyin təsiri altında Qərbi
Avropada sonralar – XV-XVI əsrlərdə geniş vüsət alan ikona əleyhdarları hərəkatı
protestantlığın müxtəlif qollarının yaranması ilə nəticələndi.
hərəkatı ümumimperiya miqyaslı bir hadisəyə çevrildi.
İkona əleyhdarları hərəkatından Bizans
imperatorları öz hakimiyyətlərini möhkəmləndirmək
üçün istifadə etdilər. İmperator V Konstantin kilsə və
monastır torpaqlarının xeyli hissəsini hərbçi feodallar
arasında bölüşdürdü. 754-cü ildə isə ikonapərəstlər dini
vəzifələrdən götürüldülər. İkona əleyhdarları hərəkatı
hərbçi əyanların iqtisadi-siyasi qüdrətini daha da artırdı,
ümumiyyətlə, imperator hakimiyyətinin qüvvətlənməsinə
səbəb oldu.

Pavelçilər hərəkatı. Slavyan Foma üsyanı


Feodal münasibətləri inkişaf etdikcə azad icma
üzvlərinin asılı hala salınması və istismarı da güclənirdi.
Bu isə xalq kütlələrinin narazılığını artırır, hakim
təbəqəyə qarşı sinfi mübarizəni kəskinləşdirirdi. Xalq öz
arzularını, etirazlarını müxtəlif dini təriqətlərdə geniş
iştirak etmək yolu ilə bildirirdi. Mahiyyətcə xalq
hərəkatından başqa bir şey olmayan belə təriqətlərdən
biri Kiçik Asiyada geniş yayılmış Pavelçilər və ya
Pavlikianlar hərəkatı idi. Bu təriqətin tərəfdarları, öz
ideyalarında kuya, «Apostol Pavelin nəsihətnaməsi»nə
əsaslandıqlarına görə pavelçilər adlanırdılar. Pavelçilər
xristian dininin erkən dövrdəki «bərabərliyə» əsaslanan
qayda - qanunlarının bərpa olunmasını tələb edirdilər.
Ehtiyac içərisində və hüquqsuz vəziyyətdə yaşayan xalq
bu «bərabərliyi» dini bərabərlik kimi deyil, ictimai və
əmlak bərabərliyi kimi düşünürdü. Pavelçilərin dualist
dini-fəlsəfi görüşlərinə əsasən dünya iki hissədən ibarət
təsəvvür edilirdi: ruhi aləm, yəni ilahi səltənət və ya
cənnət; maddi aləm, yəni əcinnələr səltənəti və ya
cəhənnəm. Hakim kilsə, çah-cəlal içərisində yaşayan
ruhanilər əcinnələr səltənətinə aid edilirdi. Pavelçilər
sadə, dəbdəbəsiz ibadət tərəfdarı olmaqla ikonalar
əleyhinə idilər. Pavelçilərin «bərabərçilik» ideyaları
imperiyanın hər yerində istismar olunan xalq kütlələri
içərisində geniş yayıldı.
Feodal münasibətlərinin inkişafı dövründə baş
vermiş qüvvətli antifeodal hərəkatlardan biri də Slavyan
Foma üsyanı idi. 820-ci ildə Kiçik Asiyada başlanan bu
üsyana hərbi femlərdən birinin komandiri, özünü
imperator elan etmiş Slavyan Foma başçılıq edirdi.
Üsyanın əsas hərəkətveriçi qüvvəsi təhkimli vəziyyətinə
düşməməyə çalışan kəndlilər, şəhər yoxsulları, stratiotlar,
habelə qullar idi. Abbasi Xilafətindən kömək alan Fomanı
imperiyanın Avropa hissəsində yaşayan əhali, xususən
slavyanlar da mudafiə edirdilər.
Geniş xalq kütlələrinə arxalanan Slavyan Foma
Konstantinopolu mühasirəyə aldı. Şəhərin mühasirəsi bir
ilə qədər davam etdi. Lakin üsyançılar şəhəri ala
bilmədilər. Çox keçmədən üsyançılar içərisində
parçalanma düşdü. Mərkəzi hakimiyyət bundan istifadə
edərək, həmçinin Bolqarıstan çarlığının hərbi yardımı ilə
üsyançıları məğlub edə bildi. Üsyan 823-cü ildə yatırıldı.
Üsyançılara divan tutuldu. Foma edam edildi. Lakin
Slavyan Foma üsyanının davamı olan ayrı-ayrı çıxışlar
825-ci ilə qədər davam etdi.
Slavyan Foma üsyanını çətinliklə yatıra bilmiş hakim
sinif bu xalq hərəkatından sonra öz sıralarını
möhkəmləndirdi. hakim sinfin ayrı-ayrı qrupları
arasındakı narazılıq aradan qaldırıldı. Azyaşlı imperator
III Mixailin (842-867) anası Teodora 843-cü ildə ikonalara
sitayişi bərpa etdi. Bununla da ali ruhaniləri mərkəzi
hakimiyyət ətrafında toplaya bildi. O, eyni zamanda
hərbçi feodalların da mənafeyinə toxunmadı. Beləliklə
hərbçi əyanlarla kilsə arasında barışıq əldə edildi ki,
bunun da, ümumiyyətlə, feodal dövlətinin
möhkəmləndirilməsində mühüm rolu oldu.

Feodal münasibətlərinin təşəkkülü


Xalq hərəkatı məğlubiyyətə uğradıqdan sonra feodal
münasibətlərinin inkişafı daha da dərinləşdi. İcma
daxilində təbəqələşmə sürətləndi. Azad icma üzvlərinin
bir hissəsi varlanmış keçmiş içma üzvlərindən, digəri isə
iri torpaq sahiblərindən asılı hala düşdülər,
torpaqlarından məhrum olundular. İri torpaq sahibləri —
dinatlar, hətta bütöv icmaları belə özlərindən asılı
vəziyyətə saldılar. Beləliklə, keçmiş azad icma üzvlərinin
əksəriyyəti asılı hala düşür, pariklərə çevrilirdilər. Asılı
kəndlilər olan pariklərlə yanaşı, hakim feodallar da bir
sinif kimi formalaşırdı. Feodalizm cəmiyyətinin
antaqonist sinifləri meydana gəlirdi.
Azad icma uzvlərinin, xüsusən stratiotların
müflisləşməsi mərkəzi hakimiyyət üçün əlverişli deyildi.
Həmin ictimai qruplardan olan əhalinin iri torpaq
sahiblərindən asılı hala düşməsi, əslində dövlətə vergi
verən və hərbi xidmət göstərən əhalinin azalması demək
idi. Buna görə də, dövlət xəzinəsinin boşalması və stratiot
qoşunlarının azalması təhlükəsindən narahat olan Bizans
imperatorları azad icma üzvləri və stratiotların müf -
lisləşməsinin qarşısını almaq məqsədi ilə 9-cu əsrin ikinci
yarısından başlayaraq 10-cu əsrin sonlarına kimi bir çox
fərmanlar verdilər. Lakin feodalizm cəmiyyətinin
mahiyyətindən doğan bu ictimai-iqtisadi prosesin qarşısı
alınmaz idi. Feodal münasibətləri dərinləşdikcə
cəmiyyətin ictimai-iqtisadi mənzərəsi də dəyişir, müxtəlif
ictimai qruplardan olan əhali başlıca olaraq iki qütbdə
qruplaşırdı. Bu qanunauyğun prosesin gedişində azad
icma üzvlərinin və stratiotların əksəriyyəti asılı
kəndlilərə, bir qismi isə iri torpaq sahiblərinə çevrilirdi.
Bu isə mərkəzi hakimiyyətin hərbi və iqtisadi cəhətdən
zəifləməsinə, iri torpaq sahiblərinin, xüsusən əyalət
hakimlərinin qüvvətlənməsinə səbəb olurdu. Bizans
imperatorları iri torpaq sahiblərinin, əyalət əyanlarının
əlində oyuncağa çevrilməmək üçün normanlar,
slavyanlar, ərəblər və başqa xalqlardan toplanmış
muzdlu qoşuna arxalanırdılar. Beləliklə, 11-ci əsrin
sonları və 12-ci əsrin əvvəllərində Bizansda feodal
istehsal üsulu artıq qalib gəlmişdi.
Feodal münasibətlərinin inkişafının gedişində şəhər
həyatında də bəzi keyfiyyət dəyişiklikləri baş verdi. Bir
çox yeni şəhərlər yarandı. Qədim dövrdən qalmış
şəhərlər isə orta əsr sənətkarlıq və ticarət mərkəzlərinə
çevrildilər. Ölkənin paytaxtı Konstantinopol şəhəri,
əvvəllərdə olduğu kimi, yenə də Bizansın iqtisadi
həyatında mühüm rol oynayır, Avropa—Asiya ticarət
əlaqələrində vasitəçilik edirdi. 10-cu əsrin əvvəllərinə aid
«Eparxın kitabı» Konstantinopolda sənətkarlıq və
ticarətin yüksək inkişaf etdiyini göstərir. Şəhər bələdiyyə
idarəsi rəisinin — eparxın göstərişlərindən, qərarlarından
ibarət olan bu qiymətli mənbədən aydın olur ki,
Konstantinopolun əsas əhalisi olan sənətkar və tacirlər
xüsusi korporasiyalarda birləşmişdilər. Sənətkar və tacir
birlikləri — korporasiyaları müəyyən imtiyazlara malik
idilər. Tacir birliklərinin imtiyazları daha geniş idi.
Ümumiyyətlə, sənətkar və tacir korporasiyalarının
fəaliyyəti dövlətin himayəsi və nəzarəti altında idi.
Feodal münasibətləri inkişaf etdikcə dövlət
aparatında da müəyyən dəyişikliklər yaranırdı. Bizans
imperiyası artıq təşəkkül etməkdə olan hakim feodallar
sinfinin dövlətinə çevrilmişdi. Lakin bəzi başqa Avropa
ölkələrindən fərqli olaraq, Bizansda imperator
hakimiyyəti daha kamil bürokratik aparata malik idi. 11-
ci əsrdə Bizansda dövlət aparatı olduqca yetkinləşmişdi.
Feodal münasibətlərinin inkişafında kilsə mühüm rol
oynayırdı. Roma papalarından fərqli olaraq
Konstantinopol patriarxı tamamilə imperatordan asılı idi. O,
papa kimi dünyəvi hakimiyyətə malik deyildi. Konstantinopol
patriarxını əslində Bizans imperatorları təyin edirdilər. Dinin
tamamilə imperator hakimiyyətinin xidmətində olması Bizans
dövlətinin qüdrətini təmin edən əsas amillərdən biri idi.
Bundan başqa, Konstantinopol patriarxı Roma papası ilə
rəqabət aparırdı. Bütün erkən orta əsrlər boyu Bizansın və
Qərbi Roma imperiyası ərazisinin, xüsusən İtaliyanın
tamamilə fərqli siyasi tarixə məruz qalması xristian kilsəsinin
vahidliyini pozmuş, Roma və Konstantinopol kilsələrinin
əlahiddələşməsinə səbəb olmuşdu. 8-ci əsrdə Roma papaları
həm də dünyəvi hakimə çevrildikdə hər iki kilsə arasında
ziddiyyətlər daha da dərinləşmişdi. Şərqi Avropada Bizansın
dini təsiri, xüsusən slavyanların xristianlığı Bizansdan qəbul
etməsi Roma papalaranın dünya xristian monarxiyası
yaratmaq siyasətinə ağır zərbə vurdu. Roma və yunan kilsələri
arasında getdikcə kəskinləşən ziddiyyətlər, nəhayət, 1054-cü
ildə xristian kilsəsinin iki hissəyə parçalanması ilə sona yetdi.
XI F Ə S İ L

CƏNUB SLAVYANLARI (6 - 11-ci əsrlər)

Bolqarıstan erkən feodalizm dövründə


Feodalizmin meydana gəlməsi və inkişafı dövründə
cənub slavyanlarının ən qüdrətli siyasi birliklərindən biri
Bolqarıstan dövləti idi. Müxtəlif slavyan tayfalarının
Şərqi Roma imperiyası ərazisində məskunlaşdığı dövrdə
Bolqarıstan ərazisində başlıca olaraq antlar, habelə başqa
slavyan tayfaları möhkəmləndilər. Əsasən frakiyalılardan
ibarət olan yerli əhali zaman keçdikcə gəlmə slavyan
tayfaları ilə qaynayıb-qarışdılar. Bizans ərazisində
məskunlaşma prosesi gedişində slavyanlarda sinfi
təbəqələşmə daha da dərinləşdi. Feodal münasibətlərinin
və erkən feodal dövlətinin meydana gəlməsi prosesi
sürətləndi. Bizansla aramsız müharibələr və əsarət altına
salınmış yerli əhalini itaətdə saxlaya bilmək üçün də
erkən feodal dövləti yaradılmalı idi. Beləliklə, 7-ci əsrdə
cənub slavyanlarının ilk tayfa birlikləri meydana gəldi.
Keçmiş Roma imperiyasının əyaləti, indiki Bolqarıstan
ərazisində olan Meziyada yaranmış tayfa birliyi bunların
ən qüvvətlisi idi.
7-ci əsrin ikinci yarısında Bolqarıstan ərazisində
erkən dövlətin meydana gəlməsi prosesi bu əraziyə
türkdilli bulqarlarla slavyanların arasındakı gərgin
mübarizə şəraitində mürəkkəbləşdi. Bu zaman nəsli
quruluşun dağılmaqda olduğu inkişaf dövrünü keçirən
türkdilli bulqarlar qüvvətli tayfa birliyinə çevrilmişdi lər.
Asparux xanın (643-701) başçılıq etdiyi bulqarlar Dunayı
keçib Bizans imperiyasının ərazisində möhkəmləndilər və
bu zaman Şimali Bolqarıstan ərazisində yaranmış yeddi
slavyan tayfasının birliyini asılı hala saldılar.
Bulqarların Balkan yarımadasına hücumu
Bolqarıstan ərazisində feodal dövlətinin formalaşması
prosesində müəyyən iz qoydu. Gəlmə bulqar əyanları
təşəkkül etməkdə olan feodal dövlətində hakim rol
oynamağa başladılar.
Asparux xanın Bizans qoşunları üzərində qələbələri,
felən, Şərqi Roma imperiyası ərazisində müstəqil
Bolqarıstan dövlətinin əmələ gəlməsi demək idi. 681-ci
ildə Asparux xanla sülh müqaviləsi bağlamağa məcbur
olan Bizans imperiyası, əslində, Bolqarıstanın
müstəqilliyini tanıdı. Bolqarıstan ərazisində meydana
gələn bu erkən feodal dövləti bulqarların adı ilə
Bolqarıstan adlanmağa başladı. Dövlətin paytaxtı
əvvəllər Pliska, sonralar Preslav şəhəri oldu. Bolqarıstan
tarixində Birinci Bolqarıstan çarlığı kimi tanınan bu
dövləti bulqar xanı idarə edirdi. Hərbi-siyasi həyatda
üstünlük bulqarların əlində idi. Zaman keçdikcə türkdilli
bulqarlar çoxluq təşkil edən slavyanlarla qaynayıb-
qarışdılar, bolqar xalqının təşəkkülündə iştirak etdilər.
Erkən feodal dövləti də əvvəlki təbiətini itirməyə başladı.
Bizans tarixindən məlum olan «Əkinçilik qanunu» (8-
ci əsr), «Krım xanın qanunları» (9-cu əsr) və başqa
mənbələrin məlumatlarından aydın olduğu kimi,
Bolqarıstanda feodalizm cəmiyyətinin meydana gəlməsi
və inkişafı ümumi qanunauyğunluqlar əsasında gedirdi.
İcma daxilindəki təbəqələşmə nəticəsində azad icma
üzvləri müflisləşir, nəhayət, təhkimli vəziyyətinə düşür,
icma torpaqlarının zəbt olunması hesabına iri feodal torpaq
sahibliyi meydana gəlirdi.
Erkən orta əsrlərdə Bolqarıstan əhalisinin əsas
məşğuliyyəti əkinçilik idi. Üzümçülük, bağçılıq və başqa
oturaq təsərrüfat sahələri də inkişaf etmişdi. Maldarlıq
iqtisadi həyatda mühüm rol oynayırdı. Bolqarların çox
qiymətləndirdikləri at ilxıları əsasən xana və əyanlara
məxsus idi. 9-10-cu əsrlərdə sənətkarlığın kənd
təsərrüfatından ayrılması kimi çox mühüm ictimai əmək
bölgüsü prosesi başlandı. Metal emalı, dulusçuluq,
miskərlik, zərgərlik və b. sənətkarlıq sahələri inkişaf
edirdi. Sənətkarlıq və ticarət mərkəzləri olan Pliska,
Preslav, Çerven və başqa bu kimi şəhərlər meydana gəldi.
Xarici, habelə daxili ticarətin inkişafı üçün əlverişli şərait
yaranırdı. Bolqarıstan ərazisindən Avropanı Şərqlə
əlaqələndirən tranzit ticarət yollarının keçməsi ölkənin
beynəlxalq iqtisadi əlaqələrinə müsbət təsir göstərirdi.
Bolqarıstan şəhərləri Bizansla və onun vasitəsilə Şərq
ölkələri ilə, Karolinq imperiyası, Çexiya, qədim Kiyev
dövləti və başqa ölkələrlə ticarət əlaqələri saxlayırdılar.
Lakin ölkə daxilində natural təsərrüfat hökmranlıq
edirdi. 13-cü əsrin əvvəllərinədək Bolqarıstanın öz pulları
olmadığından ticarət əlaqələrində Bizans sikkələrindən
istifadə olunurdu.
Feodal münasibətlərinin dərinləşməsi prosesində 8-
9-cu əsrlərdə, slavyan və bulqar əyanlarının hakim
mevqeyi möhkəmləndi, hər iki mənşədən olan asılı
kəndlilərin ictimai-iqtisadi vəziyyəti daha da pisləşdi.
Xristianlığın qəbulu ilə kəndlilərin təhkimli halına
salınması prosesi, ümumiyyətlə, feodal münasibətlərinin
inkişafı daha da sürətləndi. 9-cu əsr mənbələrində, bolqar
cəmiyyətində tez-tez «dilənçilər»in, yəni torpaq payından
əli çıxmış keçmiş icma üzvlərinin olması faktına təsadüf
olunur. «Krım xanın qanunları» varlılardan tələb edirdi
ki, «dilənçilər»i sədəqə ilə deyil, yaşamaq üçün zəruri
olan vasitə ilə, daha doğrusu, torpaqla təmin etsinlər.
Beləliklə, müflisləşən icma üzvləri iri torpaq sahiblərinin
təhkimlilərinə çevrilirdilər. Lakin 10-cu əsrdə bu proses
hələlik tamamilə başa çatmamışdı. Azad icma üzvlərinin
ictimai-iqtisadi həyatda rolu aradan qalxmamışdı; qul
əməyindən də istifadə olunurdu.
İctimai-iqtisadi inkişaf siyasi həyatda da çox aydın
əksini tapmışdı. 7-9-cu əsrlərdə bütün ölkədə ali
qanunverici, icraedici, məhkəmə və dini hakimiyyət xana
məxsus idi. Xanın yanında ən iri hərbçi və ruhani
əyanlardan ibarət şura fəaliyyət göstərirdi. Yerlərdə
hakimiyyət tayfa əyanlarına məxsus idi. Tayfa
yığıncaqları da tamamilə aradan qalxmamışdı. Bəhs
etdiyimiz dövrdə artıq slavyan əyanları hərbi-siyasi
həyatda da üstünlüyü ələ keçirməyə cəhd göstərirdilər.
Xarici siyasətdə nəzərə çarpan başlıca cəhət Bizansla
münasibətlər idi. Şərqi Roma imperiyasının ərazisində
müstəqil Bolqarıstan dövlətinin meydana gəlməsi faktı
ilə razılaşa bilməyən Bizans imperatorları Bolqar
dövlətinin varlığına son qoymağa çalışır, bulqar xanları
isə imperiyaya qarşı müvəffəqiyyətlə mübarizə aparır,
bəzən onu bac verməyə də məcbur edirdilər. Məsələn,
Krum xanın (803-814) hərbi qüvvələri Bolqarıstana
hücum edən imperator I Nikiforu 811-ci ildə ağır
məğlubiyyətə uğratdı. Bizans imperatoru döyüşdə
öldürüldü. Bulqarlar isə Konstantinopolun özünə qədər
hücum etdilər. Lakin şəhərin mühasirəsinə hazırlıq
kerüldüyü zaman Krum xanın qəflətən ölməsi Bizansın
paytaxtını təhlükədən xilas etdi. Bu hərbi müvəffəqiyyət
Bolqarıstanda mərkəzi hakimiyyəti daha da
möhkəmləndirdi. Bu işdə «Krum xanın qanunları»nın da
mühüm rolu oldu. Bu qanunlar hakim sinfin xüsusi
feodal mülkiyyətini, əslində, qanunla təsbit etmək demək
idi. «Krum xanın qanunları»na əsasən, xüsusi mülkiyyət
hüququnu pozanlar, hakim sinfə qarşı çıxış edən
kəndlilər amansız surətdə cəzalandırılmalı idi.
Məhkəməyə müraciət edən hər kəs ittihamını, şikayətini
əsaslandırıb sübuta yetirə bilmədikdə edam olunmalı idi.
Buradan göründüyü kimi, həmin qanunlar hakim sinfin
mevqeyini, bütövlükdə isə feodal dövlətini xeyli
möhkəmləndirdi.
Bolqar xanları Balkan yarımadasını tamamilə ələ
keçirmək məqsədi ilə Serbiya və Xorvatiyanı fəth etməyə
cəhd göstərdilər. Lakin serblər Boris xanı (852-889)
məğlubiyyətə uğratdılar. Boris xan, elə bu zamanlar
Böyük Moraviya dövlətinin qüvvətlənməsindən ehtiyat
edərək, məlum olduğu kimi, almaniyalı Lüdoviqlə —
Şərqi Frank krallığı ilə ittifaqa girdi.
Xristianlığın qəbulu da feodal münasibətlərinin və
erkən feodal dövlətinin möhkəmlənməsində mühüm rol
oynadı. Hakim sinif, kəndliləri tamamilə təhkimli halına
salmaq və oiları itaətdə saxlamaq üçün bu dinin kütlələr
içərisindəki nüfuzundan istifadə etmək niyyətində idi.
Bundan başqa, bütpərəstlik, nə qədər qüvvətlənsə də,
Bolqarıstanın xristian dövlətləri ilə geniş və
bərabərhüquqlu beynəlxalq əlaqələr yaratmasına əngəl
törədirdi. Beləliklə, xristianlığın qəbulu üçün obyektiv
tarixi zəmin yaranmışdı. Belə bir şəraitdə Boris xan
xristianlıqı qəbul etmək barədə almaniyalı Lüdoviklə
danışıqlar aparırdı. Bundan narahat olan Bizans
imperatoru III Mixail Böyük Moraviya dövləti ilə ittifaqa
girib 865-ci ildə Bolqarıstana hücum etdi. Boris Bizansdan
asılı vəziyyətə düşdü, xristianlığı qəbul etdi, Mixail adı
ilə bolqar knyazı oldu. Beləliklə, əhalinin, o cümlədən iri
əyanların bir hissəsinin kəskin müqaviməti şəraitində də
olsa, knyaz Boris Mixailin zamanında Bolqarıstanda
xristian dininin pravoslav məzhəbi qəbul olundu. Vahid
dinin — xristianlığın qəbulu feodal münasibətlərinin da-
ha da inkişafında, slavyanlarla türkdilli bulqarların
qaynayıb-qarışmasında, ölkənin ərazisində vahid
mədəniyyətin təşəkkülü prosesində və Bolqarıstanın
Avropa ölkələri ilə beynəlxalq əlaqələrinin
genişlənməsində mühüm əhəmiyyətə malik oldu.
Birinci Bolqarıstan çarlığının ən qüdrətli çağları
Simeonun hakimiyyəti illəri (893-927) idi. Knyaz Borisin
Mixailin kiçik oğlu olan Simeon gəncliyini
Konstantinopolda keçirmiş, dövrünə görə yüksək təhsil
almışdı. Bacarıqlı sərkərdə və diplomat olan Simeon
daxildə atasına və xristian dininin yayılmasına qarşı
çıxan qüvvələri sakitləşdirdikdən sonra Bolqarıstanı
Balkan yarımadasında birinci dərəcəli dövlətə çevirmək
siyasəti yeritməyə başladı. Bu yolda isə birinci maneə
Bizans imperiyası idi. Beynəlxalq münasibətlərdən
məharətlə istifadə edən Simeon Bizans—Macarıstan
ittifaqına qarşı çıxış edib 894-896-cı illərdə bu ittifaqın
üzvlərini ayrı-ayrılıqda məğlub edə bildi. Bizans
imperatoru Bolqarıstan çarına xərac verməyə məcbur
oldu. Sonralar Bolqarıstan dövlətinin ərazisi Bizansın
içərilərinə doğru daha da genişləndirildi. 919-cu ildə
Simeon özünü «bolqarların və romalıların hökmdarı»
elan etdi. Müstəqil Bolqarıstan patriarxlığı yaradıldı.
Bunun da, şübhəsiz ki, Bolqarıstanın dini, eyni zamanda
siyasi müstəqilliyinin möhkəmləndirilməsində böyük
əhəmiyyəti vardı. Bundan başqa, Albaniya, Makedoniya
və Serbiya da asılı hala salındı, Bolqarıstanın ərazisi Qara
dənizdən Adriatik dənizinə qədər geniş torpaqları əhatə
etdi. Lakin Simeonun ərəblərlə əlaqəyə girib
Konstantinopolu mühasirəyə almaq və beləliklə də,
Bizans imperiyasının varlığına son qoymaq planları baş
tutmadı. Çox çəkmədən Serbiya və Xorvatiyada bolqar
əsarətinə qarşı azadlıq mübarizəsi başlandı. Xorvatlar
Bolqarıstan çarı Simeonu məğlubiyyətə uğrada bildilər.
Simeonun ölümündən sonra Bolqarıstan dövlətinin
tənəzzülü sürətləndi.
Feodal münasibətlərinin dərinləşməsi, kəndlilərin
təhkimli vəziyyətinə salınması və feodal istismarının
şiddətlənməsi Bolqarıstanda xalq kütlələrinin antifeodal
sinfi mübarizəsinə səbəb oldu. Antifeodal hərəkat, sinfi
mübarizə burada da dini pərdə altında gedirdi. Bu da öz
əksini «boqomillik» və ya «boqumillik» təriqətinin
yayılmasında tapdı. 10-cu əsrdə yayılan bu təriqətin
nümayəndələri və ya boqomilçilər hər hansı hakimiyyəti
qəbul etmir, mükəlləfiyyətləri içra etməkdən imtina edir,
varlı həyatın, feodal müharibələrində iştirak etməyin
əleyhinə çıxırdılar ki, bu da açıq-aşkar təhkimçilik
rejiminin bərqərar olmasına qarşı xalq kütlələrinin
ictimai etirazından başqa bir şey deyildi. Onlar xristian
dini ehkamlarına qarşı çıxaraq göstərirdilər ki, dünyanın
xəlq olunmasında xeyir qüvvələrlə yanaşı, şər qüvvələr
də iştirak etmişlər. Boqomilçilərin fikrincə, feodal
qaydaları, feodal istismarı şər qüvvənin — iblisin əməli
idi. Onlar ikonaların, xristian məbədlərinin, xaça
pərəstişin əleyhinə idilər. Boqomilçilər öz yoxsul
icmalarını—qardaşlıqlarını yaratmışdılar ki, belə
icmalardan birinin də başçısı, görünür, yoxsul keşiş
Boqomil, ya da Boqumil idi. Feodal dövləti və hakim
kilsənin təqiblərinə baxmayaraq, boqomilçilik bir
məfkurə kimi 14-cü əsrə qədər davam etdi və qonşu
Avropa ölkələrində də feodal istismarına qarşı sinfi
mübarizədə yoxsul kütlələrin ictimai narazlığının ifadə
olunmasında mühüm rol oynadı.
10-cu əsrin ortalarına doğru Bolqarıstan bir feodal
dövləti kimi zəifləməyə başladı. Bizansa qarşı aramsız
müharibələr və daxildə iri feodalların imtiyazlarının
genişlənməsi dövlətin zəifləməsində az rol oynamadı.
Şimalda macarlar hərbi-siyasi cəhətdən təhlükəli qüvvəyə
çevrildilər, Serbiya müstəqillik əldə etdi. Bundan başqa,
ölkəyə peçeneqlərin hücumları başlandı. Bolqarıstanla
Kiyev dövləti arasında da münasibətlər pisləşdi. Kiyev
dövləti ilə Bizans arasında Bolqarıstanı ələ keçirmək
üstündə uzun sürən müharibələr dövrü başlandı. Bizans
—Kiyev rəqabətinin kəskinləşməsi nəticəsində 1014-cü
ildə Şərqi Roma imperiyasının bütun hərbi qüvvələri
imperator II Vasilinin başçılığı altında Bolqarıstana
hücum etdilər. Bolqarıstan dövlətinin hərbi qüvvələri
tamamilə darmadağın edildi. Əsir alınmış 14 min bolqar
gözləri çıxarılıb vətənlərinə qaytarıldı. 1018-ci ildə Birinci
Bolqarıstan çarlığının varlığına son qoyuldu. Onun
ərazisi Bizans imperiyasına ilhaq olundu.
Serbiya
Slavyan tayfalarının Bizans ərazisində
məskunlaşması zamanı Balkan yarımadasının mərkəzi
rayonlarını serblər tutdular və yerli illiriyalıları
özlərindən asılı hala saldılar. Zaman keçdikcə illiriyalılar
serblərlə qaynayıb-qarışdılar. Balkan yarımadasında
yayılmış serb tayfalarında əkinçilik, xüsusən maldarlıq,
habelə arıçılıq, balıqçılıq, ovçuluq, bir çox sənətkarlıq
sahələri, o cümlədən dəmir emalı inkişaf etmişdi. Balkan
yarımadasına yayılma prosesində və bundan sonra feodal
münasibətlərinin formalaşması prosesi gedirdi. Bu
prosesin gedişini izləmək üçün kifayət qədər mənbələr
olmasa da, artıq 12-ci əsrdə Serbiyada feodalizmin
inkişafı, demək olar, başa çatmışdı. Bu işdə hələ 9-cu
əsrin II yarısında pravoslavlığın qəbulu mühüm rol
oynamışdı. 12-ci əsrin sonlarında Serbiyada boqomilliyin
yayılması bu ərazidə feodallaşma prosesinin başa
çatdığını və feodal istismarının kəskinləşdiyini
göstərirdi.
Serbiyada erkən feodal dövlətinin yaranması prosesi
ləng gedirdi. Bu, bir tərəfdən, feodal münasibətlərinin
ləng inkişafı və coğrafi şəraitlə əlaqədar idisə, digər
tərəfdən, Bizans və Bolqarıstanın Serbiya uğrunda
mübarizəsi ilə əlaqədar idi. Bununla belə, 8-9-cu əsrlərdə,
Serbiyada, ayrı-ayrı knyazlıqların timsalında ilk dövlət
birlikləri yaranmışdı. Lakin Bizans imperiyası və
Bolqarıstan dövlətinin istilaçı siyasəti bütün Serbiya
ərazisinin uzun zaman vahid yerli dövlət halında
birləşməsinə ciddi əngəl törətdi. Bu baxımdan Bizans
əsarətinə və Birinci Bolqarıstan dövlətinə qarşı azadlıq
mübarizəsi erkən orta əsrlərdə Serbiya tarixinin ən
maraqlı səhifələrini təşkil edir.

Xorvatiya
Balkan yarımadasında yaranmış erkən slavyan
dövlətlərindən biri də Xorvatiya idi. Xorvatlar Balkan
yarımadasında 6-cı əsrin sonu—7-ci əsrin əvvəllərində
məskən salmışdılar. Bu slavyan tayfalarında da feodal
münasibətlərinin meydana gəlməsi və inkişafı prosesi
çox mürəkkəb tarixi şəraitdə gedirdi. 8-ci əsrdə
Xorvatiyanın ərazisi frank istilasına məruz qaldı. Frank
istilasına qarşı inadlı mübarizə isə qüvvələr nisbətinin
kəskin qeyri-bərabərliyi şəraitində heç də həmişə uğurla
nəticələnmirdi.
9-cu əsrin II yarısına xristian dininin pravoslav
məzhəbinin yayılması Xorvatiyada feodalizmin inkişafını
sürətləndirdi. Karolinq və Bizans imperiyalarına qarşı
azadlıq mübarizəsi müxtəlif xorvat tayfaları arasında
hərbi-siyasi birlik yaradılmasında mühüm rol oynadı.
Karolinq dövləti və Bizans imperiyalarının zəifləməsi ilə
9-cu əsrin ortalarından etibarən Xorvatiyanın müstəqilliyi
artdı. 10-cu əsrdə Xorvatiya Balkan yarımadasının ən
qüdrətli dövlətlərindən birinə çevrildi. Xorvat knyazı
Tomislav (910-930) hətta 925-ci ildə Roma papasından
kral ləqəbini də qəbul etdi. Lakin qüvvətli və təcavüzkar
qonşuların əhatəsində olan Xorvatiya uzun müddət
güclü, həm də müstəqil dövlət kimi yaşaya bilmədi.
Adriatik dənizini öz daxili gölünə çevirməyə çalışan
Venesiya respublikası 1000-ci ildə Dalmasiya sahillərini
ələ keçirdi. Bu isə Xorvatiyanı zəbt edib Adriatik
dənizinə çıxış yolu əldə etməyə çalışan Macarıstan
krallığını narazı saldı. Xorvatiya iki xarici təcavüzkarın
rəqabət meydanına çevrildi. Nəticədə, 12-ci əsrin
əvvəllərində Xorvatiya Macarıstana birləşdirildi,
müstəqil dövlət kimi aradan qalxdı və 800 ilə qədər
Maçarıstanın tərkibində qaldı.
Beləliklə, cənub slavyanları Şərqi Roma imperiyası
ərazisində, xüsusən Balkan yarımadasında feodal
münasibətlərinin meydana gəlməsi və inkişafında
olduqca mühüm rol oynamışdılar.
XRONOLOGİYA

IV əsrin sonu—VI əsr — «Xalqların böyük köçü»—Barbar


tayfalarının kütləvi yerdəyişməsi
330 — Roma imleriyası paytaxtının Konstantinopola
köçürülməsi
375 — hunların ostqot tayfa birliyinin darmadağın etməsi
378 — Vestqotların Adrianopol yaxınlığında Roma
qoşunlarına qalib gəlməsi
395 — Roma imperiyasının Qərbi və Şərqi Roma
imperiyalarına parçalanması
Vəsrin başlanğıcı — Şimali Avropada «Aqonistiklər hərəkatı»
V əsrin birinci yarısı — Qalliyada Baqaudlar hərəkatı
410 — Alarixin başçılığı ilə vestqotların Romanı tutması
418—507 — Vestqotların Tuluza krallığı
429—534 — Şimali Afrikada Vandal-Alan krallığı
449 — Anql-saksların Britaniyanın işğalına başlamaları
451 — hunların Mauriak (Katalaun) çölündə məğlub olması
455 — Vandalların Romanı dağıtması
457 — Paytaxtı Lion olan Burqund krallığının yaranması
476 — Qərbi Roma imperiyasının süqutu
481—511 — Xlodviq, Frank kralı
493—555 — İtaliyada Ostqot krallığı
VI əsrin əvvəli — «Salik» qanunları
507 — Puatye döyüşü. Frankların Akvitaniyanı tutması
527—565 — Yustinian, Bizans imperatoru
532 — Konstantinopolda «Nika» üsyanı
534 — Frankların Burqundiyanı işğal etməsi
535—555 — İtaliyada Qot müharibələri
558 — Lanqobardların İtaliyaya basqınlarının başlaması
568 — 774 — İtaliyada Lanqobard krallığı
623—658 — Qərb slavyanlarının Samo dövləti
679—681 — Bolqarıstan dövlətinin yaranması
687 — Frank dövlətində Heristallı Pipinin hakimiyyəti ələ
keçirməsi
711—714 — Ərəblərin İspaniyanı tutması
715—741 — Karl Martell, Frank dövlətinin mayordomu
717 — 741 — III Lev İsavr, Bizans imperatoru
718 —
İspaniyada Asturiya krallığının yaranması
726—843 — Bizansda ikona əleyhdarları hərəkatı
732 — Frankların Puatye yaxınlığında ərəblərə qalib gəlməsi
741—768 — Gödək Pipin, Frank mayordomu (751-ci ildən
kralı)
756 — Papa dövlətinin yaranması
756 — 929 — İspaniyada Kordova əmirliyi
768—814 — Böyük Karl, Frank kralı (800 -cü ildən imperatoru)
772—804 — Böyük Karlın sakslarla müharibələri
774 — Böyük Karlın Lanqobard krallığını tutması
814—840 — Lüdoviqin hakimiyyəti
820 — 823 — Bizansda Slavyan Foma üsyanı
829 — Anql-saks krallıqlarının vahid İngiltərə
krallığında birləşməsi
841—842 — Saksoniyada Stellinq üsyanı
843 — Verden müqaviləsi: Karolinq imperiyasının
parçalanması
855 — Lotar dövlətinin parçalanması: İtaliya, Provans və
Lotaringiya krallıqlarının yaranması
867—1057 — Bizansda Makedoniya sülaləsi
867—886 — I Vasili, Bizans imperatoru
871 — 899 — Alfred, İngiltərə kralı
IX əsrin sonu—X əsrin başlanğıcı — Çexiya dövlətinin
yaranması
919—936 — I Henrix, Almaniya kralı
919—1024 — Almaniyada sakson sülaləsi
936—973 — I Otton, alman kralı (862-ci ildən imperatoru)
951 —I Ottonun İtaliyaya birinci yüruşü
955 — Lex çayı üzərində döyuş. Alman-çex qoşunlarının
maçarları məğlub etmələri
960 — Polşa dövlətinin yaranması
362 — Almaniya kralı I Ottonun Romada imperator elan
olunması və Roma imperiyası adlı dövlətin yaranması
971 — Bizansın Şərqi Bolqarıstanı işğal etməsi
976—1025 — II Vasili Bolqardöyən, Bizans imperatoru
987—1328 — Fransada Kapetinqlər sülaləsi
997—1301 — Maçarıstanda Arpadlar sülaləsi
1000 (təqr.) — Macarıstan krallığının yaranması
1016—1035 — Knut- İngiltərə, Danimarka və Norveç kralı
1018 — Bizansın Bolqarıstanı işğal etməsi
1024—1125 — Almaniyada Frankoniya (Salik) sülaləsi
1030—1091 — Normanların Cənubi İtaliyanı və Siciliyanı
tutması
1033 — Burqundiya (Arelat) krallığının Almaniyaya
birləşdirilməsi
1037 — İspaniyada Kastiliya krallığının yaranması
1039—1056 — III Henrix, Almaniya imperatoru
1041 — Çexiyanın Almaniyadan asılı hala düşməsi
1042—1066 — Mömin Eduard, İngiltərə kralı
1054 — Xristian kilsəsinin şərq (pravoslav, yunan) və qərb
(katolik)kilsələrinə parçalanması
1056—1106 — IV Henrix, Almaniya imperatoru
1057—1181 — Bizansda Komninlər sülaləsi
1066 — Qastinqs döyüşü: normandiyalı Vilhelmin
İngiltərəni işğal etməsi
1066 — 1087 — Fateh I Vilhelm, İngiltərə kralı
1070—1075 — Saksoniya üsyanı
1071 — Malazgird yaxınlığında səlcuqların Bizans
qoşunlarını darmadağın etməsi
1073—1085 — Papa VII Qriqori (Hildebrand)
1077 — Kanossada IV Henrixin papa VII Qriqori ilə
görüşü
1081—1118 — Aleksey Komnin, Bizans imperatoru
1085 — İspanların Toledonu geri alması
1086 — İngiltərədə «Məhşər kitabı»
1090—1119 — Henrix Qotşalkoviç, vend (obodrit) kralı
1095 — Klermon kilsə məclisi (Cənubi Fransa)
1096 — Kəndlilərin Xaç yürüşü
1096—1099 — Birinci xaç yürüşü
1096—1270 — Xaç yürüşləri
BİBLİOQRAFİYA

Mənbələr:

- Агафий. О царствовании Юстиниана. Пер. М. В.


Левченко. M., 1953.
- Византийская книга эпарха Вступ. статья, перев. и
коммент. M.Сюзюмова. М ., 1962.
- Иордан. О происхождении и деяниях готов. Вступ.
ст., перев. и коммент. Е. Ч. Скржинской. M., 1960.
- История средних веков. Хрестоматия. Пособие для
учителя. В 2-х частях. Часть I (V—XV века). Сост.
В.Е.Степанова, А.Я.Шевеленко. М., 1988.
- Памятники средневековой латинской литературы
IV—IX веков. M., 1970.
- Памятники средневековой латинской литературы
X—XII веков М., 1972.
- Песнь о Роланде. M., 1964.
- Прокопий из Кесарии. Война с готами. М., 1950.
- Салическая правда. Перев. Н. П. Грацианского. М.,
1950.
- Сборник документов по социально-
экономической истории Византии. М., 1951.
- Симокатта, Феофилакт. История, под ред. Н. В.
Пигулевской. M., 1957.
- Хрестоматия памятников феодального государства
и права стран Европы. Под ред. В. И. Корецкого.
M., 1961.
- Хрестоматия по истории средних веков. Под ред.
Н. П. Грацианского и С. Д. Сказкина, тт. I—III. M.,
1950—1953.
- Хрестоматия по истории средних веков. Под ред
акад. С. Д. Сказкина, тт. I—II. М., 1961—1963.
- Хрестоматия по истории зарубежной литературы
средних веков. Сост. Б. И. Пуришев и Р. О. Шор.
М., 1953.

Ədəbiyyat:

- Lenin V. İ. Xalqçılığın iqtisadi məzmunu və cənab


Struvenin kitabında onun tənqidi.—ƏTK, c. 1.
- Lenin V. İ. Rusiyada kapitalizmin inkişafı.—ƏTK, c. 3.
- Gözəlova Y.H. Bir daha «klassik feodalizm» modeli
haqqında - «Tarix və gerçəklik», B., 2007, I-II cildlər
- Mahmudov Y.M. Azərbaycan tarixi. Erkən İntibah
dövrü. B., 2008.
- Mahmudov Y.M. Orta əsrlər tarixi (erkən feodalizm
dövrü). Dərslik. B., 1989.
- Mahmudov Y.M. Odlar Yurduna səyahət. B., 1980.
- Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. B.,
1985.
- Mahmudov Y.M., Məmmədova N.B., Zeynalova S.Ə.
Orta əsrlər tarixi. Metodik vəsait. B., 2010.
- Məmmədov H.N. Bolqarıstan tarixi. B., 2009.
- Mustafazadə T.T. Ümumdünya tarixi. I cild. B., 2009.
- Orta əsrlər tarixi. Y.M.Mahmudovun tərcüməsi. B.,
1988, I cild.
***
- Abramson M., Gourevitch A., Kolesnitski N. Histoire
du Moyen Age. Paris, 1976.
- Berktay H. Kabileden Feodalizme. Ankara, 1983.
- Block M. Feodal toplum. Çeviren M.A.Kılıçbay.
Ankara, 1983.
- Holmes G. The Oxford İllustrated History of
Medieval Europe. Oxford, 1988.
- Kerr G. Avrupanın kısa Tarihi. Türkçesi C.Atay.
İstanbul, 2011.
- Ostrogorsky G. Bizans devleti tarihi. Çevireni İşıltan.
Ankara, 1981.
- Roberts J.M. Dünya Tarihi. I Cilt. Çevireni İ.Erman.
İstanbul, 2011.
- Tanilli S. Yüzyılların Gerçeği ve Mirası. II Cilt.
Ortaçağ: Feodal dünya. İstanbul, 2007.

***
- Альбом иллюстраций по истории средних веков.
Сост. В. Ф. Семенов и А. А. Кириллова. М., 1960.
- Атлас истории средних веков. Под ред. Е. А.
Косминского и А. П. Левандовского. М., 1960.
- Ачади И. История венгерского крепостного
крестьянства. М., 1956.
- Барг М. А. Исследование по истории английского
феодализма в XI—XIII вв. М., 1962.
- Барг М. А. Вопросы генезиса капитализма в
Западной Европе в современной буржуазной
историографии. Сб. «Генезис капитализма». М.,
1965.
- Барг М. А. Проблема социальной истории
феодализма в современной западной
медиевистике. М., 1973.
- Блок М. Характерные черты французской
аграрной истории. М., 1957.
- Буданова В.П. Готы в эпоху Великого переселения
народов. М., 1990
- Вайнштейн О. Л. Историография средних веков.
М., 1940.
- Вайнштейн О.Л. Западноевропейская
средневековая историография. М.—Л., 1964.
- Вайнштейн О.Л. История советской
медиевистики (1917—1966). Л., 1968.
- Византийские очерки. М., 1971.
- Всемирная история, т. III, 1957; т. IV, 1958.
- Всеобщая история искусств, т. II. М., 1960.
- Грацианский Н. П. Из социально-экономической
истории западноевропейского средневековья. Сб.
статей. М., 1960.
- Гуревич А. Я. Походы викингов. М., 1966.
- Гутнова Е. В. Историография истории средних
веков (середина XIX в.—1917 г.). М. 1974.
- Данилов А. И. Проблемы аграрной истории
раннего средневековья в немецкой буржуазной
историографии конца XIX—нач. XX вв. М., 1958.
- Данилова Г. М. Возникновение феодальных
отношений у франков VI—VII вв. Петрозаводск,
1959.
- Дилегенский Г. Г. Северная Африка в IV—V веках.
М., 1961.
- Европа в средние века: экономика, политика,
культура. Сб. статей. М., 1972.
- Заборов М. А. Крестовые походы. М., 1956.
- Заборов М. А. Введение в историографию средних
веков. М., 1966.
- Заборов М. А. Историография крестовых походов
(XV—XIX вв.). М., 1971.
- История зарубежной литературы. Раннее
средневековье и Возрождение, Под ред.
М.П.Алексеева, В.М.Жирмунского и др. М., 1959.
- История Болгарии, т. I. М., 1954.
- История Венгрии, т. I. М, 1971.
- История Византии, тт. I—III. М.., 1967.
- История Европы. В 8 т. М., 1992, т.2.
Средневековая Европа.
- История Италии, т. I. М., 1970.
- История Польши, т. I. М., 1954.
- История средних веков. В 2 т. Учебник под ред.
С.П.Карпова. Т.1. М., 2001
- История стран Азии и Африки в средние века. М.
1969.
- История стран Азии в средние века. Л., 1970.
- История стран зарубежного Востока в средние
века. М., 1957.
- История Франции, т. I. М., 1972.
- История Швеции. М., 1974.
- История Югославии, т. I. М., 1963.
- История южных и западных славян. М., 1969.
- История средних веков. Под ред. Н. Ф.
Колесницкого. М., 1980.
- История средних веков (в 2-х томах), т. I. Под ред.
С. Д. Сказкина и др. М., 1977.
- Каждан А. П. Деревня и город в Византии IX—X вв.
Очерки по истории византийского феодализма.
М., 1960.
- Карташев А.В. Вселенские соборы. М., 1994
- Колесницкий Н. Ф. Исследование по истории
феодального государства в Германии. М., 1959.
- Колесницкий Н. Ф. Феодальное государство (V—XV
вв.). М, 1967.
- Конокогин А. В. Очерки по аграрной истории
Северной Франции в IX—XIV вв. Иваново, 1958.
- Корсунский А. Р. Образование раннефеодального
государства в Западной Европе. М., 1963.
- Корсунский А. Р. Готская Испания М.., 1969.
- Корсунский А. Р. Возникновение феодальных
отношений в Западной Европе. Уч.метод, пособие,
вып. I. М., 1968; вып. II. М., 1973.
- Королюк В. Д. Западные славяне и Киевская Русь.
М., 1964.
- Косминский Е. А. Проблема английского
феодализма в историографии средних веков. Сб.
статей. М., 1963.
- Косминский Е. А. Историография средних веков (V
—середина XIX века). М., 1963.
- Котельникова Л. А. Феодализм и город в Италии в
VIII—XV вв М., 1987.
- Курбатов Г. Л. Ранневизантийский город (Антиохия
в IV веке) Л., 1962.
- Курбатов Г. Л, Историография по истории
Византии. Л., 1975.
- Лаптин П. Ф. Община в русской историографии
последней трети XIX—начала XX века. Киев, 1971.
- Левандовский А. П. Карл Великий: через империю к
Европе. М., 1995
- Левандовский А. П. Об этническом составе
империи Каролингов.— «Вопросы истории», 1952,
№ 7.
- Левицкий Я. А. Город и городское ремесло в Англии
в X—XII вв. М., 1960.
- Левченко М. В. Очерки по истории
руссковизантийских отношений. М., 1956.
- Ле Гофф Ж. Цивилизация средневекового Запада.
М., 1992.
- Липшиц Е. Э. Очерки истории византийского
общества и культуры VIII—первой половины IX в.
М.—Л., 1961.
- Литаврин Г. Г. Болгария и Византия в XI—XII вв. М.,
1960.
- Литаврин Г. Г. Византийское общество и
государство в X—XI вв. М., 1977.
- Лозинский С. Г. История папства. М., 1961.
- Луцатто Д. Экономическая история Италии. М.,
1954.
- Люблинская А. Д. Источниковедение истории
средних веков. Л., 1955.
- Методологические и историографические
вопросы исторической науки. Сб. статей, вып. 1—
10. Томск, 1963—1975.
- Мильская Л. Т. Светская вотчина в Германии в VIII
—IX вв. и ее роль в закрепощении крестьянства.
М., 1957.
- Мильская Л. Т. Очерки из истории деревни в
Каталонии в X— XII вв. М., 1962.
- Могильницкий Б. Г. Политические и
методологические идеи русской либеральной
медиевистики середины 70-х годов XIX века—
начала 900-х годов. Томск, 1969.
- Мортон А. Л. История Англии. М., 1950.
- Мюссе Л. Варварские нашествия на Европу. СПб.,
2008.
- Неусыхин А. И. Возникновение зависимого
крестьянства как класса раннефеодального
общества в Западной Европе VI—VIII веков. М.,
1956.
- Неусыхин А. И. Судьбы свободного крестьянства в
Германии в VIII—XII вв. М., 1964.
- Неусыхин А. И. Проблемы европейского
феодализма. М., 1974.
- Пигулевская Н. В, Византия и Иран на рубеже VI и
VII вв М.—Л., 1946.
- Пигулевская Н. В. Византия на путях в Индию. М.,
1951.
- Полянский Ф. Я. Экономическая история
зарубежных стран. Эпоха феодализма. М., 1954.
- Поршнев Б. Ф. Феодализм и народные массы. М.,
1964.
- Самаркин В. В. Историческая география Западной
Европы в средние века. М., 1976.
- Сапрыкин Ю. М. Основные проблемы истории
феодального общества в трудах В. И. Ленина. М.,
1977.
- Семенов В. Ф. История средних веков. М., 1975.
- Серовайский Я. Д. Социальные противоречия и
классовая борьба во Франкском государстве. М.,
1979.
- Сидорова Н. А. Ранняя городская культура во
Франции XI—XII вв. М., 1952.
- Сказкин С.Д. Очерки по истории
западноевропейского крестьянства в средние века.
М., 1968.
- Сказкин С. Д. Избранные труды по истории. М.,
1973.
- Сказкин С. Д. Из истории социально политической
и духовной жизни Западной Европы в средние
века. М., 1981.
- Соколова М. Н. Свободная община и процесс
закрепощения крестьян Уэссекса и Кента. Сб.
«Средние века», вып. VI, 1965.
- Стеблин Каменский М. И. Мир саги Становление
литературы. Л., 1984.
- Стоклицкая Терешкович В. В. Основные проблемы
истории средневекового города X—XV вв. М., 1960.
- Тейс Л. Наследие Каролингов. М., 1993
- Удальцова. 3. В. Византия и Италия в VI в. М., 1959.
- Удальцова 3. В. Советское византиноведение за 50
лет. М., 1969.
- Удальцова 3. В. Идейно-политическая борьба в
ранней Византии (по данным историков IV—VII
веков). М., 1974.
- Штаерман Е. М. Кризис рабовладельческого строя
в западных провинциях Римской империи. М.,
1957.
- Элита и этнос средневековья. М., 1995.
- Энгельс Ф. Крестьянская война в Германии — К.
Маркс и Ф. Энгельс. Соч., т. 7.
MÜNDƏRİCAT
Giriş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3
I fəsil. Roma imperiyasının süqutu və orta əsrlərə
keçid . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
II fəsil. Barbarlar və onların ictimai quruluşu . . . . . .
III fəsil. «Xalqların böyük köçü» və barbar
krallıqlarının yaranması . . . . . . . . . . . . . . . . .
V fəsil. Frank dövləti (5-ci əsrin sonu - 9-cu əsrin
ortaları) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
1.Frank dövləti Merovinqlər (Meroveylər) sülaləsinin
hakimiyyəti dövründə . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
2.Frank dövləti Karolinqlər sülaləsinin hakimiyyəti
dövründə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
V fəsil. Fransa (9-11-ci əsrlər) . . . . . . . . . . . . . . . . . . .
VI fəsil. İtaliya (9-11-ci əsrlər) . . . . . . . . . . . . . . . . . . .
VII fəsil. Almaniya (9-11-ci əsrlər) . . . . . . . . . . . . . . . .
VIII fəsil. İngiltərə (11-ci əsrin ortalarınadək) . . . . . . .
IX fəsil. Qərb slavyanları (6-11-ci əsrlər) . . . . . . . . . . . .
X fəsil. Bizans (4-11-ci əsrlər) . . . . . . . . . . . . . . . . . . . . .
XI fəsil. Cənub slavyanları (6-11-ci əsrlər) . . . . . . . . . .
Xronologiya . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Biblioqrafiya . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Учебное издание
Ягуб Микаил оглы Махмудов

История средних веков


Европа в период раннего средневековья

Учебник
(на азербайджанском языке)
Tədris nəşri
Yaqub Mikayıl oğlu Mahmudov

Orta əsrlər tarixi


Avropa erkən orta əsrlərdə

Dərslik

You might also like