You are on page 1of 10

Fransa Müqavimət Hərəkatı

Fransa müqavimət hərəkatı (fr. Résistance) — İkinci dünya


müharibəsi dövründə Avropanın digər ölkələrində olduğu kimi Fransada da
müqavimət hərəkatı geniş xarakter almışdır. Hərəkatın başlıca istiqaməti alman
faşist işğalçılarının Fransa ərazisində mövcud olan Vişi hakimiyyətinə qarşı idi.
1940-cı ilin iyunun 20-də Vişi hökumətini devirmək məqsədi ilə Moris Toresin və
Jak Dyuklonun imzaları ilə Kommunist Partiyasının manifesti elan olundu.
Manifestdə göstərilirdi ki, "Vişi höküməti Fransa xalqı üçün böyük təhlükədir və
Fransa xalqı özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qul
kimi yaşamamalıdır". 10 iyul 1940-cı il manifesti bütün ölkədə böyük əks-səda
doğurdu və Fransada müqavimət hərəkatının əsasını qoydu. İlk günlərdə Fransa
Kommunist Partiyası xalqın vahid mübarizəsini təşkil etmək məqsədi ilə bir sıra
ciddi addımlar atdı. Belə ki, Fransada nəşr olunan "Humanité" qəzeti 14 milyon
nüsxə buraxıldı ki, bu da partizan hərəkatının formalaşmasına ciddi təsir göstərdi.
1940-cı ilin sonlarında müqavimət hərəkatının güclənməsinə təkan verən
amillərdən biri noyabr ayının 11-də on minlərlə tələbənin iştirakı ilə izdihamlı
nümayişin keçirilməsi oldu. Məhz həmin gün 1918-ci ildə Kompyen meşəsində
Almaniyanın təslim olması ilə başa çatan çox mühüm hadisə baş vermişdir.
Nümayiş iştirakçıları Marselyoza himnini ifa edərək faşist işğalçılarına qarşı dərin
hiddətlərini bildirirdilər. Lakin hitlerçilər nümayiş iştirakçılarına atəş açaraq onları
qanlarına qəltan etdilər. Toqquşma zamanı 12 nəfər həbs olundu, 50 nəfər
yaralandı, 800 nəfər isə həbs edildi. Nümayişçilərdən 10 nəfəri ölüm hökmünə
məhkum olundu.
Yaranması. Fransa vətənpərvərləri artıq 1940-cı ilin sonlarına doğru çox
böyük təşkilatlarda, xüsusi ilə döyüş təşkilatlarında birləşməyə başladılar. Həmin
dövrdə Fransa Kommunist Partiyasının üzvlərinin onda bir hissəsi həmin təşkilatın
üzvü idi. Ancaq faşist rejimi həbsləri davam etdirir və beləliklə də müqavimət
hərəkatının genişlənməsinə mane olmağa cəhd edilirdi. Qeyd etmək lazımdır ki,
1941-ci ilin yazından etibarən Fransa Kommunist Partiyası müqavimət hərəkatına
yeni-yeni qüvvələri gətirərək onu gücləndirməyə çalışırdı. Xüsusilə 1941-ci ilin
mayın 15-də partiyanın Mərkəzi Komitəsinin müraciəti elan olunduqdan sonra
Fransanın azadlığı və müstəqilliyi uğrunda Milli cəbhənin yaradılması məsələsi
mühüm hadisə oldu. Fransa Kommunist Partiyası hesab edirdi ki, müqavimət
hərəkatına yalnız Fransa Kommunist Partiyası rəhbərlik edə bilər və bütün
cəbhələrdə aparıcı və rəhbəredici rol məhz ona məxsus olmalıdır. Həmin dövrdə
paytaxt Parisdə, Marseldə, Lionda və başqa Fransa şəhərlərində bir sıra gizli
qruplar, təşkilatlar formalaşırdı ki, bu təşkilatlar öz ətrafında ziyalıları və zabitləri,
habelə burjua ünsürlərini birləşdirirdi. Müqavimət hərəkatı təşkilatçıları sırasında
1
sosialistlər, katoliklər, millətçilər və digərləri birləşmişdilər. Bu dövrdə həmçinin
"Komba" (Mübarizə), "Fran-Tizer" (Azad atıcılar), "Liberasion" (Azadlıq) adlı
təşkilatlar da yaradılmışdır. Fransanın azadlığı uğrunda mübarizə aparan təşkilatlar
sırasında Azad Fransa Təşkilatı xüsusi ilə fərqlənirdi. Bu təşkilat 1942-ci ilin
iyulundan etibarən "Döyüşən Fransa" adı ilə fəaliyyət göstərmişdir. Onun rəhbəri
general Şarl de Qoll olmuşdur. Şarl de Qoll peşəkar hərbçi, birinci dünya
müharibəsinin iştirakçısı, siyasi baxışlarına görə katolikliyə yaxın olan və alovlu
vətənpərvər idi. Şarl de Qoll siyasi fəaliyyətə başladığı andan etibarən Fransa
xalqının azadlığına çalışıb. 1940-cı ilin yayında o, hələ Fransada tank diviziyasının
komandiri idi. Tezliklə baş nazir Reyno onu hərbi nazirin müavini vəzifəsinə təyin
edir. Lakin 10 gün sonra Reyno tutduğu vəzifədən istefa verir və Şarl de Qoll sona
qədər mübarizə aparır. İngiltərənin baş naziri Uinston Leonard Spenser Çörçill ilə
tanış olduqdan sonra Londona köçərək burada mübarizəni davam etdirir. 1940-cı
ilin iyun ayının 18-də radio ilə çıxış edir.
O, faşist Almaniyasına qarşı Fransız xalqının dönməz mübarizəsini ifadə
edir. Beləliklə, Şarl de Qoll inanırdı ki, Fransa xalqı ABŞ və İngiltərə ilə birlikdə
faşizm üzərində qələbə çalacaqdır. 1940-ci il avqustun 7-də Şarl de Qoll Uinston
Leonard Spenser Çörçildən İngiltərə ərazisində fransız vətənpərvərlərindən ibarət
silahlı dəstələrin yaradılmasına razılıq alır. Eyni zamanda Şarl de Qoll öz
təşkilatını da bir qədər möhkəmləndirməyə müvəffəq olur. Həmin dövrdə Azad
Fransa Təşkilatının 7 minə qədər silahlı qüvvəsi var idi. Çox keçmədən Azad
Fransa Təşkilatı və Fransanın koloniyaları, o cümlədən Çad, Kamerun, Konqo və
başqaları Şarl de Qollun ətrafında sıx birləşərək onu müdafiə edirlər. Azad Fransa
Təşkilatı ingilis ordusu ilə 1941-ci ilin yayında bir sıra hərbi əməliyyatlarda, xüsusi
ilə Suriya ərazisində aparılan hərbi əməliyyatlarda birgə iştirak edir. Azad Fransa
Təşkilatı həmçinin ABŞ tərəfindən hərbi əməliyyatlarda da iştirak edir. Məhz buna
görə idi ki, ABŞ hökuməti 1941-ci ilin noyabrına kimi Vişi hökumətini tanımadı.
1941-ci il iyunun 22-də faşist Almaniyasının SSRİ-yə hücumu ilə Böyük Vətən
müharibəsi başlandı. Bununla da beynəlxalq vəziyyət tamamilə dəyişdi və ikinci
dünya müharibəsi dövründə antifaşist hərəkatı özünün ən yüksək həddinə çatdı.
1941-ci il dekabr ayında Yaponiyanın ABŞ hərbi hava qüvvələrinin bazalarına
zərbə endirməsi SSRİ-ABŞ-İngiltərə birliyininin yaranmasına və formalaşmasına
böyük təsir göstərdi. Bu hadisə həmçinin işğal olunmuş ölkələrdə, xüsusilə
Fransada müqavimət hərəkatının gedişinə ciddi təsir göstərdi.
1941-ci ilin yayından etibarən Azad Fransa Təşkilatının Moskva ilə əlaqəsi
yaranır. Sovet İttifaqı Fransa xalqının azadlığı uğrunda mübarizə aparan Azad
Fransa Təşkilatının fəaliyyətini alqışlayır və Fransanın tamamilə azad edilməsi
uğrunda mübarizədə təşkilata əzmkarlıq arzulayırdı. Eyni zamanda, Şarl de Qoll
SSRİ-yə cavabında bildirirdi ki, "Fransa xalqı da Sovet İttifaqı ilə sona kimi
2
həmrəy olacaqdır". Bu əməkdaşlığın simvolu kimi Normandiya- Neman eskadrası
yaradıldı və həmin eskadra böyük uğurlar qazandı. Habelə Sovet İttifaqının ordeni
ilə təltif edildi. Fransa müqavimət hərəkatının iştirakçıları Böyük Vətən
müharibəsinin başlanmasından dərhal sonra müxtəlif cəbhələrdə fəal mübarizə
aparmağa başladılar. Fransanın paytaxtı Parisdə və ölkənin şimal rayonlarında
hərəkat daha geniş xarakter aldı. Müxtəlif dairələrin nümayəndələri hərəkata cəlb
olunur və beləliklə də müqavimət hərəkatı daha da dərinləşir. Eyni zamanda ayrı-
ayrı departamentlərə rəhbərlər təyin edilir. 1941-ci il avqust ayının 23-də
polkovnik Faben ilk alman zabitini öldürdü. Nor və Pa-de-Kale departamentlərində
partizan dəstələrinə Şarl de Qoll başçılıq edirdi. 1941-ci ilin iyulundan başlayaraq
Milli Cəbhə öz ətrafında fəhlələri, ziyalıları, sənətkarları birləşdirirdi. Elə həmin
dövrdən etibarən Milli Cəbhənin Təşkilat Komitəsi yaradılır ki, bu, bütün
qüvvələri birləşdirmək məqsədi daşıyırdı. Bu dövrdə Həmkarlar təşkilatları, habelə
Gənclər və Fransa Vətənpərvər Qadınları daha sıx birləşərək böyüklərin rəhbərliyi
altında mübarizəni davam etdirirdilər. Milli Cəbhənin qarşısında 3 başlıca vəzifə
vardır:1) Hitlerçilər məhv edilməli və Fransa ərazisindən qovulmalı; 2) Düşmən və
onun müttəfiqləri təqib edilməli; 3) Xalq hakimiyyətinin bərpa edilməsi və
demokratik seçkilərlə hakimiyyət yaradılmalı. Bu demokratik platformada Fransa
xalqının bütün siyasi qüvvələri birləşmişdi və müqavimət hərəkatının
güclənməsinə ciddi təsir göstərdi. Hitlerçilər tezliklə müqavimət hərəkatının
iştirakçılarına qarşı terroru gücləndirirdi və beləliklə də, Vişi hökumətinə hərbi
yardımlar edərək hərəkat iştirakçılarına divan tutmağa başladılar. 1941-ci il iyulun
18-də Piyuşi Vişi hökumətinin daxili işlər naziri təyin edildi. O, tezliklə xüsusi
tribunal yaradaraq 13 min vətənpərvəri həbs etdirir. Bu tədbirlərdə bir sıra
təşkilatlar, o cümlədən Milli Xalq Birliyi və Fransa Milli Partiyası fəal iştirak
edirdi. 1941-ci il sentaybrın 30-da verilmiş əmrə görə fransızlar məhkəməsiz həbs
edilə və təqiblərə məruz qala bilərdi. Ümumiyyətlə, həmin dövrdə 75 minə qədər
Fransa Kommunist Partiyasının üzvü həbs edildi. Bu, bütövlükdə partiya
üzvlərinin 25%-i idi. Lakin, bütün bunlara baxmayaraq müqavimət hərəkatı uğurla
davam edirdi. 1941-ci ilin sentyabrında Sovet hökuməti Londonda fəaliyyət
göstərən Fransa Milli Komitəsini tanıyır və onunla əməkdaşlığa başlayır. 1942-ci il
noyabrın 8-də ingilis-amerikan ordusu general Eyzenhauerin başçılığı altında
Mərakeş və Əlcazairə daxil oldu. Gözlənilmədən Şimali və Qərbi Afrikada Vişi
kolonial adminstrasiyası müttəfiqlərin tərəfinə keçir, onun başçısı admiral Darlan
hələ müttəfiqlərin hücumu ərəfəsində Əlcazairə gəlir və ABŞ-la gizli əlaqə yaradır.
Çox keçmədən Darlan qətlə yetirilir və onun ölmündə bir sıra fərziyyələr irəli
sürülür. Belə ki, onun qollistlər tərəfindən öldürülməsi ehtimal olunurdu. Fransa
ordusu general Jironun komandanlığını qəbul edir və beləliklə də onun hərbi
faəliyyəti ABŞ tərəfindən müdafiə edilir. Belə mürəkkəb şəraitdə alman hərbi
3
komandanlığı Cənubi Fransanı mühasirəyə alır və bura 3 linkorn, 8 kreysler, 16
minamiyot və 60-a yaxın köməkçi hissələr yerləşdirilir.
Alman və italyan hərbi birləşmələri Tunisə göndərilir və burada da ingilis-
amerikan qoşunlarına qarşı hərbi əməliyyatlar genişləndirilir. Şimali Afrikada
aparılan hərbi əməliyyatlar onu göstərdi ki, müqavimət hərəkatı iştirakçıları çox
böyük uğurlar qazanmış və beləliklə də Vişi hökumətinin çökməsində mühüm rol
oynamışdılar. Eyni zamanda, Vişi hökumətinin nazirlərinin bir hissəsi istefa verdi,
digər bir hissəsi isə Əlcəzairə qaçdı. Ümumiyyətlə, Vişi hökuməti formal olaraq
Fransa müqavimət hərəkatına qarşı cəbhənin mərkəzi kimi fəaliyyət göstərirdi. Bu
dövrdə alman hərbi sənayesini möhkəmlətmək məqsədi ilə xüsusi qanun qəbul
edildi. Bu qanuna görə 19-20 minə yaxın qoşun Almaniyaya göndərilməli və
həmin şəxslər alman hərbi sənayesinin inkişafında iştifadə olunmalı idilər. Ələ
keçirilmiş müqavimət hərəkatının üzvləri Almaniyaya göndərilmiş şəxslərin
içərisində idi. 1942-ci ilin sonlarında müqavimət hərəkatının gedişində çox mühüm
dəyişikliklərdən biri də ondan ibarət idi ki, Fransa Kommunist Partiyasının
Mərkəzi Komitəsinin rəhbərliyi ilə Şarl de Qollun rəhbərlik etdiyi Komitə birləşdi
və bununla da həmin dövrdən etibarən Fransanın tamamilə azad edilməsi məqsədi
ilə Milli üsyana hazırlıq haqqında birgə faəliyyətə dair saziş imzalandı. Beləliklə,
1941-1942-ci illərdə Qərbi Avropanın ən böyük dövlətlərindən biri olan Fransada
müqavimət hərəkatı formalaşma mərhələsinə qədəm qoydu. Bu mərhələdə alman
faşizminə qarşı və eləcə də onun Fransada dayağı sayılan Vişi hökumətinə qarşı
müqavimət hərəkatına rəhbərlik edən Fransa Kommunist Partiyası və Azad Fransa
Təşkilatı ətrafında milli fransız vətənpərvəri sıx birləşə bildi. Doğrudur, ilk
dövrlərdə rəhbərlik edən bu qüvvələr müqavimət hərəkatına birbaşa başçılıq
etməklə, xüsusi mübarizə aparmağa cəhd göstərsələr də, tezliklə hərəkatın
gedişində əsaslı dəyişikliklər baş verdi. Beləliklə, Fransa Kommunist Partiyası və
Azad Fransa Təşkilatının birliyi təmin olundu. Bütün bunlar ona gətirib çıxardı ki,
müqavimət hərəkatının gedişində 1942-ci ilin sonu -1943-cü ilin əvvəllərində yeni
mərhələ başlandı.
Fransada müqavimət hərəkatının geniş vüsət alması. 1943-cü ilin
əvvəllərindən etibarən faşist Almaniyasına qarşı Fransada müqavimət hərəkatı yeni
mərhələyə qədəm qoyur. Bu, onunla bilavasitə bağlı idi ki, artıq müharibənin
gedişində əsaslı dönüş yaranmış və bütün cəbhələrdə faşist işğalçılarına qarşı əks
hərbi əməliyyatlar gücləndirilmişdir. Belə şəraitdə Fransa Kommunist Partiyası və
"Döyüşən Fransa" daha uğurlu hərbi əməliyyatlar aparmaq üçün bir neçə dəfə
tarixi görüşlər keçirir və beləliklə, işğalçılara qarşı mübarizə əzmi möhkəmlənirdi.
1943-cü ilin yanvarında Fransa Kommunist Partiyası Mərkəzi Komitəsinin
səlahiyyətli nümayəndəsi F.Qreniye Londonda yerləşən Fransa Milli Komitəsinin
rəsmi rəhbəri Şarl de Qolla görüşə gəlir. Bu, artıq Fransada mövcud olan ayrı-ayrı
4
dairələrin, geniş xalq kütlələrinin faşist Almaniyasına qarşı birliyinin ifadəsi idi.
1943-cü ilin aprelində Kommunistlər Ümumi Əmək Konfederasiyasını ləğv edərək
ölkədə vahid Əmək Konfederasiyasının yaradılmasına razılıq verir. Bununla bütün
ictimai-siyasi təşkilatlar vahid cəbhədə birləşdi. 1943-cü ilin may ayında Milli
Müqavimət Şurası yaranır ki, onun tərkibinə Şarl de Qoll tərəfdarları – Qollistlərlə
yanaşı Kommunistlər də daxil olur. Bu hadisə Fransada antihitlerçi qüvvələrin
güclənməsi istiqamətində mühüm addım oldu. 1943-cü ilin yayından etibarən Şarl
de Qollun rəhbərliyi altında Milli Müqavimət Şurası daha da möhkəmlənir.Həmin
ilin iyulun 3-də Fransa Milli Azadlıq Komitəsi təşkil edilir ki, onun rəhbəri Şarl de
Qoll və Jiro idi. Bu Komitə Fransa Müvəqqəti Hökuməti oldu. Tezliklə, Fransa
Müvəqqəti Hökuməti ABŞ, İngiltərə və Sovet İtttifaqı tərəfindən rəsmən tanındı.
Belə ki, 1943-cü il iyun ayının 26-da Sovet İtttifaqınin rəhbəri İosif Stalin Uniston
Çörçilə teleqram göndərərək bildirir ki, "ümidvaram ki, Britaniya rəhbərliyi Şarl de
Qollun başçılığı altında antihitlerçi qüvvələri müdafiə edəcək və "Döyüşən Fransa"
ətrafında birləşməyə kömək göstərəcəkdir".
Avqustun 26-da isə Sovet İtttifaqı rəhbərliyi Fransa Milli Azadlıq
Komitəsini rəsmi şəkildə tanıdığını bildirdi. Elə həmin gün ABŞ və İngiltərə
rəhbərliyi də Komitəni tanıdıqlarını bildirdilər.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Fransa Milli Azadlıq Komitəsi
Əlcazairdə formalaşmışdır. Ümumiyyətlə, Sovet İtttifaqı rəhbərliyinin Fransa Milli
Azadlıq Komitəsini tanıması Sovet-Fransa, habelə müttəfiqlərlə Sovet İtttifaqı
arasında münasibətlərə böyük təsir göstərdi. Bunun bariz nümunəsi idi ki, SSRİ
Ali Soveti Rəyasət Heyəti 1943-cü il oktyabrın 5-də A.Y. Boqolomovu Sovet
hökumətinin Fransa Milli Azadlıq Komitəsi ilə əməkdaşlıq məsələləri üzrə
səlahiyyətli nümayəndəsi təyin etdi. Bütün bunlar nəticə etibarı ilə Sovet –Fransa
münasibətlərinin yüksək səviyyədə inkişafına təsir göstərdi. Hələ 1943-cü ilin
aprelin 15-də Fransada nəşr olunan "Humanité" qəzeti Fransanın tamamilə azad
edilməsi ilə Milli üsyana hazırlıq üçün ali direktiv nəşr etdirir. Həmin direktivdə
göstərilirdi ki, Fransada mövcud olan bütün silahlı qüvvələr, xüsusi ilə
Frantriyerlər və partizan dəstələri birləşməli və beləliklə də vahid cəbhədən çıxış
etməlidirlər. 1943-cü ilin 6 ayı ərzində Fransa vətənpərvərləri 1200-ə qədər obyekti
məhv edə bilmişdilər. Bəyannamədə göstərilirdi ki, nəinki obyektlər,eyni zamanda
dəmir yol nəqliyyatı da məhv edilməli və bu məqsədlə də partizan dəstələri də öz
fəaliyyətlərini gücləndirməlidirlər. 1943-cü ilin oktyabrına qədər artıq Korsika
vətənpərvərləri üsyan qaldırmalı və faşist alman işğaçılarından azad edilməli idi.
Digər tərəfdən isə həmin dövrdə Fransanın müxtəlif müəssisələri tətil hərəkatına
keçmişdir ki, bu da alman sənayesini kəskin şəkildə böhran qarşısında qoymuşdur.
Bu baxımdan Nor və Pa-de-Kale departamentlərinin 50 min şaxtiyoru tətil etdi.
Tezliklə, həmin rayonlara həmrəylik əlaməti olaraq Paris rayonunun bütün
5
müəssisələri tətil hərəkatına qoşuldular. Beləliklə, artıq 1943-cü ilin sonlarına
doğru hərəkat daha da dərinləşməklə, bütün ictimai-siyasi qüvvələri əhatə etməyə
başladı.
1944-cü ilin əvvəllərində Fransa müqavimət hərəkatının gedişində çox
mühüm hadisələrdən biri də bütün silahlı qüvvələrin vahid ad altında – "Fransa
Daxili Qüvvələri" adı ilə birləşməsi idi. İlk aylarda Fransa Daxili Qüvvələrinin sayı
500 minə çatırdı. Hərbi qüvvələrin qərargah rəisi general Süenvil təyin edildi.
Bəhs olunan dövrdə çox mühüm hadisələrdən biri də 1944-cü ilin martın 15-
də Milli Müqavimət Şurasının proqramının qəbul edilməsi idi. Proqramın başlıca
məzmunu ondan ibarət idi ki, bütün silahlı qüvvələr gecikmədən faşist işğalçılarına
və Vişi rejiminə qarşı birləşməli, Fransanın xalq kütlələri ilə hərbi qüvvələrin
koordinasiyası yaradılmalı, düşmənin silah anbarları məhv edilməli idi.Bundan
başqa həmçinin göstərilirdi ki, Fransanın müstəqilliyinin qorunub saxlanması üçün
Müvvəqqəti Hökumət yaradılır, milli sənaye sahələri, habelə iri banklar bərpa
olunur, kooperativlərin inkişafına təminat verilir,müstəmləkə xalqlarının hüquqları
genişləndirilir. Bütün bunlar nəticə etibarı ilə demokratik qüvvələrin
möhkəmlənməsinə əsaslı şəkildə təsir göstərir. Məhz həmin dövrdən etibarən Şarl
de Qoll təkbaşına Fransa Milli Azadlıq Komitəsinin rəhbəri seçilir. Jiro Komitə
üzvlüyündən uzaqlaşdırılır. 1944-cü il aprelin 3-də Fransa Kommunist Partiyasının
2 nümayəndəsi Fransua Biyer və Fernan Qrenye Fransa Milli Azadlıq Komitəsinin
üzvü olur. Fransa Kommunist Partiyası Fransa Milli Azadlıq Komitəsinin hərbi
proqramını həyata keçirmək üçün 5 şərt irəli sürür:1)Bütün qüvvələr faşist
Almaniyasına qarşı vahid cəbhədə birləşməklə, güclü antihitler ordusu yaradılmalı,
vətənpərvərlər tamamilə silahlandırılmalı; 2) Fransa Milli Azadlıq Komitəsinin
rəhbərliyi təmizlənməli və faşist rejimi ilə gizli əlaqəsi olanlar uzaqlaşdırılmalı; 3)
Aparılan müharibəni Ümumxalq mübarizəsinə çevirmək, beləliklə, Milli Azadlıq
müharibəsini müvəffəqiyyətlə keçirmək; 4) Fransa kaloniyaları ilə geniş əlaqələr
yaradılmalı və həmin qüvvələrdən istifadə olunmalı idi; 5) Millətlər Birliyində
Fransanın rolu möhkəmləndirilməli və Fransanın müttəfiqlərlə birgə vahid cəbhədə
mübarizəsi təşkil edilməli idi. 1944-cü ilin iyunun 3-dən etibarən Fransa Milli
Azadlıq Komitəsi Fransa Respublikasının Müvəqqəti Hökuməti adı ilə fəaliyyətə
başlayır.
Qeyd etmək lazımdır ki, 1945-ci ilin 5 ayı ərzində müqavimət hərəkatı
iştirakçıları düşmənə çox böyük zərbə vura bildi. Belə ki, düşmənin 319 eşalonu
sıradan çıxarılıb, 520 parovoz, 3120 vaqonu dağıdılmışdır. Bundan başqa minlərlə
alman hərbi dəstələri və patrul xidməti hissələri məhv edilmişdir. Bütün bunlar ona
gətirib çıxarmışdır ki, ən azından Fransanın vətənpərvər qüvvələri Fransa Milli
Azadlıq Komitəsinə daxil olmaqda davam edirdi.Artıq bu dövrdən etibarən Milli
Üsyana hazırlıq sürətləndirildi. Belə şəraitdə müttəfiq orduların 1944-cü il iyunun
6
6-da general Eyzenhauerin başçılığı altında şimal-qərbi Fransadan-Normandiya
ərazisindən hərbi əməliyyatlara başlamaqla II Dünya müharibəsi gedişində İkinci
cəbhəni açırlar. Hərbi əməliyyatların ilk iki ayı ərzində Fransanın bir çox əraziləri
faşist işğalçılarından azad edilir. ABŞ və İngiltərənin hakim dairələri çalışırdılar ki,
yalnız Şarl de Qollun başçılığı altında Fransa Müvəqqəti Hökuməti müqavimət
hərəkatının rəhbəri kimi möhkəmləndirilsin. Beləliklə, Fransanın azad edilməsini
başa çatdırsınlar. Elə həmin gün Şarl de Qoll Londondan radio ilə yenidən çıxış
edir və o, bütün Fransa xalqını müttəfiq ordusu ilə bir cəbhədə vuruşmağa çağırır.
Bu dövrdə Fransa vətənpərvərlərinin sayı artır və ayrı-ayrı partizan dəstələrində
döyüşçülərin sayı 25 mindən 250 minədək yüksəlir. 1944-cü ildə Fransada 40-a
qədər sovet partizan dəstələri vuruşurdu. Həmin partizan dəstələrində sovet
döyüşçülərinin ümumi sayı 4 minə çatırdı. Artıq milli hərəkat Fransanın 40
departamentindən 90 departamentinə yayılmışdı. 28 departament isə müttəfiqlərin
ordusu daxil olmadan milli müqavimət hərəkatına cəlb olunmuşdu. Milli hərəkat
müvəqqəti hakimiyyətin mövqeyini möhkəmləndirir və çox sayda fransız
vətənpərvərlərinin yetişdirilməsi üçün işlər görür. Artıq alman faşizminin dayağı
olan Vişi rəhbərliyi müqavimət göstərmək gücündə deyildi. Şarl de Qoll hərəkatın
rəhbəri kimi və eyni zamanda, müvəqqəti hökumətin başçısı kimi Fransanın
paytaxtı Parisdə başalanacaq üsyana böyük əhəmiyyət verirdi. 1944-cü ilin
avqustunun 10-da Paris şəhərətrafı dəmiryolçuları tətil etdilər. Artıq bu milli
üsyana böyük çağırış idi. Avqustun 15-də Paris polisi tətilçilərə qoşuldu. Elə
həmin gün Fransanın cənubunda çox böyük hərbi əməliyyatlar başlayır ki, bu,
"Envil" əməliyyatı idi. 1944-cü il avqustun 15-də 6-cı amerikan ordusunun
hissələri cənubi Fransadan hərbi əməliyyatlara başlayır ki,bu ordu ilə yanaşı birinci
Fransa ordusu da amerikan ordusuna qoşuldu. Bu orduya Şarl de Qollun silahdaşı
general Qelyatr komandanlıq edirdi. Cənubdan başlanan hərbi əməliyyatlar
müqavimət hərəkatını daha da gücləndirir və avqustun 19-da Fransanın paytaxtı
Parisdə milli üsyan başlanır. Üsyana Kommunist Partiyası və Paris Komitəsi
rəhbərlik edir. Tezliklə üsyan bütün tətil edən qüvvələri öz ətrafında birləşdirir və
hərəkat uğurla başa çatır. Paris Komitəsinin rəhbərlərindən olan A.Tolle bütün
antifaşist partiyaları vahid cəbhədə birləşdirir və beləliklə, Milli Müqavimət
Şurasının hərəkatını uğurla başa çatdıra bilir. Avqustun 20-də Parisdə hərbi
rəhbərlik qurulur və faşist komandanlığı müttəfiqlərlə və qollistlərlə danışıqlara
başlayır. Lakin bu danışıqlar onların tamamilə təslim olmasına gətirib çıxarmadı.
Belə ki, avqustun 25-dək hərbi əməliyyatlar davam edir və Şarl de Qoll tələb edir
ki, müttəfiq ordusu Paris istiqamətində hücumu davam etdirsin. Bütün bunlar
avqustun 24-də Parisə əlavə qüvvələrin gətirilməsinə səbəb oldu. Artıq həmin gün
Parisin çox böyük hissəsi faşistlərdən azad edildi. Nəhayət, avqustun 25-də Paris
alman işğalçılarından azad edilir və həmin gün milli üsyan başa çatır. Çox
7
keçmədən Şarl de Qollun başçılığı altında Müvəqqəti Hökumət Parisə köçür.
Ümumiyyətlə, Parisin azad edilməsi əməliyyatında müttəfiqlərin tabeliyi altında 25
hərbi diviziya var idi. Fransanın azad edilməsindən sonra müvəqqəti hökumətin
qarşısında çox böyük vəzifələr dururdu. Qeyd etmək lazımdır ki, müqavimət
hərəkatı dövründə Fransa iqtisadiyyatına ağır zərbələr vurulub. Belə ki, 1938-ci illə
müqayisədə sənaye məhsullarının istehsalı 33 faiz aşağı düşmüşdür. Yüzlərlə
sənaye müsəssisəi dağıdılmış, dəmiryol nəqliyyatı isə sıradan çıxmışdır. Vişi
rejimi Fransa xalqını faşist Almaniyasından asılı vəziyyətə salır və bu da nəticə
etibarilə Fransa iqtisadiyyatını böhran vəziyyətə gətirir.
Artıq 1944-cü ilin avqustundan sonra Fransa xalqının faşist Almaniyası ilə
mübarizə dövrü başlayır. Belə ki, Fransanın azadlığına nail olan Milli Müqavimət
hərəkatı nəinki Fransanın bütün rayonlarının faşistlərdən azad edilməsi uğrunda
mübarizəni davam etdirdi, habelə Avropa xalqlarının azadlığı uğrunda mübarizə
apardı. 1944-cü ilin avqustun 28-də Şarl de Qoll xüsusi dekret verərək bütün
hakimiyyətin Müvəqqəti hökumətin başçılığı altında birləşəcəyini bəyan etdi.
Müvəqqəti hökumətin tərkibində bir sıra siyasi qüvvələr birləşmişdir ki, bu siyasi
qüvvələr Şarl de Qolla bir qədər də yaxın qüvələr idi. 1944-cü il sentyabrın 10-da
Parisdə yerləşən Müvəqqəti hökumət SSRİ, ABŞ və İngiltərə tərəfindən rəsmən
tanındı və onun başçısı general Şarl de Qoll qəbul olundu. 1944-cü ilin
sentyabrından etibarən Şarl de Qoll Müvəqqəti hökumətini möhkəmləndirmək və
Avropa müqavimət hərəkatı ilə birləşdirmək məqsədi ilə bir sıra tədbirlər görür.
Belə ki, Vətənpərvər Milis heyəti yaradılır. Onun tərkibinə Fransa kəndliləri və
fəhlələrin nümayəndələri daxil oldu. Lakin həmin dövrdə Müvəqqəti hökumətdə
burjua dairələrinin üstünlük təşkil etməsi və habelə onların rəhbəredici rolu Fransa
Kommunist Partiyasının və habelə Milli Müqavimət Şurasının etirazına səbəb
oldu.Belə ki, onların fikrincə, Milli Müqavimət bütün ictimai-siyasi qüvvələri öz
ətrafında birləşdirməli idi. 1944-cü ilin dekabrın 10-da müqavimət hərəkatının
başçısı Şarl de Qoll Moskvaya gəlir. Burada Sovet ittifaqı ilə Fransa ordusu
arasında qarşılıqlı yardım haqqında saziş imzalanır. Bu saziş azad edilmiş
Fransanın müqavilə bağladığı ilk saziş idi. Sazişin tarixi əhəmiyyəti ondan ibarət
idi ki, SSRİ ilə Fransa arasında münasibətlər yüksək səviyyədə təmin edilir və
bundan sonra Sovet- Fransa münasibətləri bütün sahələrdə inkişaf etdirilməli idi.
Eyni zamanda, Şarl de Qoll bağlanmış müqavilənin əhəmiyyətini belə ifadə edirdi:
"Fransa və Rusiya üçün birlik yaradılmış, demək qüvvələrimiz birləşmişdir və bu,
Böyük Fransanın yaradılması üçün tarixi bir aktdır". Fransa Müqavimət
hərəkatının həlledici dövrü 1944-cü ilin sonu və II dünya müharibəsinin bitməsinə
qədər olan mərhələdir. Belə ki, Fransa silahlı qüvvələri müttəfiqlərlə birlikdə 1944-
cü ilin ikinci yarısı və 1945-ci ildə faşist Almaniyası və Yaponiyaya qarşı hərbi
əməliyyyatlarda böyük uğurlar qazana bildi. Müqavimət hərəkatını daha uğurla
8
başa çatdırmaq məqsədi ilə Müvəqqəti hökumət bir sıra ciddi tədbirlər həyata
keçirdi. 1944-cü ilin dekabrında Nor və Pa-de-Kale rayonlarında mövcud olan
kömür hövzəsi milliləşdirildi. 1945-ci ilin yanvarında Reno avtomobil zavodu,
martında isə Qnon və Ron aviamotor zavodları, iyunda isə aviasiya zavodları
milliləşdirildi ki, bu tədbirlərin böyük əhəmiyyəti oldu. Habelə 1945-ci ilin
əvvəllərində Fransa Milli Bankı milliləşdirildi və 4 Depozit bank: Lion Kredit
Bankı, Baş Cəmiyyət, habelə Ticarət və Sənaye Kredit Bankları da
milliləşdirildi.Bundan başqa, Paris-Niderland, Hind-Çin-Paris İttifaq bankı və
Rotşilt bazarı yaradılır ki, bütün bunlar Müqavimət hərəkatının iqtisadi qüdrətini
daha da artırır. 1945-ci ilin əvvəllərində Ralnonlarda gedən hərbi əməliyyatlarda
Fransa döyüşçüləri fəal iştirak edirdi. 1945-ci ilin mayında Böyük Vətən
müharibəsinin başa çatması və habelə II dünya müharibəsinin qələbə ilə başa
çatmasında Fransa döyüşçülərinin xidmətləri böyük oldu.
Önəmli rolu. Ümumiyyətlə, Avropa Müqavimət hərəkatı tarixində Fransa
müqavimət hərəkatı çox böyük rol oynadı. Bu hərəkat həm Fransanın yeni
tarixində, həm də ümumdünya tarixində böyük əhəmiyyət daşıyır. Belə ki,
müqavimət hərəkatının nəticəsində ölkə faşizmdən azad edildi, faşizmin Fransada
dayağı olan Vişi hökuməti ləğv edildi, demokratik qaydalar və Fransanın azadlığı
təmin edildi. Müqavimət hərəkatı gedişində yaradılan Milli Cəbhə hərəkatın qələbə
ilə sona çatmasında həlledici əhəmiyyət daşımışdır. Təbii ki, həmin dövrdə Fransa
Kommunist Partiyası da geniş xalq kütlələrinin Almaniyaya qarşı mübarizəsində
böyük xidmətlər göstərmişdi. Belə ki, 10 minlərlə kommunist Fransanın azadlığı
uğrunda aparılan mübarizədə həlak oldu. Partiyanın bir qisim üzvü isə təbliğat-
təşviqat işlərinin müvəffəqiyyətlə aparılmasında əzmkarlıq göstərdilər. Müqavimət
hərəkatı həmçinin ölkənin bütün dairələrini, xüsusi ilə Sosialist Partiyasını,
Həmkarlar İttifaqlarını, bütün sol qüvvələri, demokratik və antifaşist dairələri
vahid cəbhədə birləşdirə bildi. Müqavimət hərəkatı göstərdi ki, Fransanın siyasi
arenasında bütün siyasi qüvvələrin faşizmə qarşı mübarizədə birləşməsi
mümkündür. Müqavimət hərəkatının həm də tarixi əhəmiyyəti ondan ibarət idi ki,
Sovet-Fransa əməkdaşlığı möhkəmləndi. SSRİ ilə Fransa arasında münasibətlər elə
həmin dövrdən etibarən yüksək səviyyədə inkişaf etməyə başladı. Bundan başqa,
Fransa xalqı ilə Sovet xalqı arasında sıx münasibətlər yarandı.Şarl de Qoll bunu
aşağıdakı kimi ifadə edirdi: "Sovet Rusiyası olmadan azadlıq hərəkatını
müvəffəqliyyətlə başa çatdırmaq olmazdı".
Müqavimət hərəkatının tarixi əhəmiyyətlərindən biri də müharibədən
sonrakı dövrdə Fransanını sosial-iqtisadi və siyasi inkişafının yeni istiqamətdə
qurulması məsələsi idi. Belə ki, müqavimət hərəkatının ayrı-ayrı üzvləri arasında
siyasi və sosial-iqtisadi quruluşa dair ideyada siyasi mübarizə başlayır.Bu, özünü
ölkə konstitusiyasının hazırlanmasında da göstərdi. Müqavimət hərəkatının üzvləri
9
hesab edirdilər ki, müharibədən sonra Fransada yalnız müqavimət hərəkatına yaxın
olan siyasi partiyalar fəaliyyət göstərməlidir. Hökumətdə, parlamentdə və dövlət
aparatında rəhbəredici vəzifələrə həmin şəxslər təyin olunmalı idi. Müqavimət
hərəkatının təcrübəsinin Fransa iqtisadiyyatının, Fransanın ənənələrinin
mübarizəsində əvəzsiz töhfə kimi qəbul olunması da xarakterik hal idi. Nəhayət,
Fransada müqavimət hərəkatı Fransanın Afrikada olan müstəmləkələrində Milli
Azadlıq hərəkatını alovlandırdı. Belə ki, 1945-ci ilin avqust-sentyabr aylarında
Vyetnamda başlanan hərəkat Laos və Kambocada da hərəkatı gücləndirdi.
Kaloniyal rejim sarsıldı. Digər tərəfdən isə Fransanın mandatlığı altında olan
ərazilərə müqavimət hərəkatının təsiri yayıldı. Xüsusi ilə Suriya və Livan kimi
mandatlarda silahlı mübarizə gücləndi, mandatlıq sistemi dağıldı. Qərbi Avropa
müqavimət hərəkatının Fransa mərhələsi Avropa xalqlarının azadlığına gətirib
çıxardı. Müttəfiqlərlə müqavimət hərəkatının birliyini təmin etdi, habelə
beynəlxalq sülh və təhlükəsizliyin təminatına yardım göstərdi. Fransa müqavimət
hərəkatı habelə Fransa tarixində yeni mərhələnin başlanğıcını qoymaqla, ölkənin
yeni istiqamətdə inkişafını təmin etdi.

10

You might also like