You are on page 1of 3

1

Fransa kapitalizmin müvəqqəti sabitləşməsi dövründə (1924-1929)

1. Sabitləşmə dövründə Fransanın sosial-iqtisadi inkişafı


2. 1924-cü il seçkiləri, sol blokun qələbəsi və çökməsi
3. Milli birlik, 1926-29-cu illər fəhlə hərəkatı

20-ci illərdə başqa dövlətlər kimi Fransa da bu mərhələyə qədəm qoydu. 1919-
20-ci illərdə başlanan inqilabi hərəkat zəiflədi. Ölkələrin iqtisadiyyatı müharibədən
sonrakı böhrandan çıxdı. Fransa iqtisadiyyatı ilk dəfə olaraq 1924-cü ildə
müharibədən əvvəlki səviyyəsini ötdü. Kənd təsərrüfatı isə əvvəlki səviyyəyə çatdı.
Bu yüksəliş kapitalizm dünyasına xas olan səbəblərlə bağlı idi. Eyni zamanda
Elzas və Lotaringiyanın birləşdirilməsi, Saar kömür hövzəsindən istifadə edilməsi
və alman təzminatının alınması da iqtisadiyyatın inkişafına kömək edirdi. Ölkədə 1
mln.dan çox fəhlə işləyirdi ki, onun da 8 minə yaxını ölkə sənayesinin bərpa və
təmir olunması ilə məşğul idi. Sabitləşmə illərində metallurgiya və
maşınqayırmanın rolu yüksəldi.
Hökumət iqtisadiyyatın birbaşa dövlət tərəfindən nizamlanmasını və kartoçka
sistemini ləğv etdi. İqtisadiyyatda dövlət inhisarçı meyli saxlayırdı. Ölkə
iqtisadiyyatının inkişafında hökumət tərəfindən yaradılan Milli Kredit bankının
böyük əhəmiyyəti var idi. Sənayenin yüksək inkişafı nəticəsində Fransa aqrar-
sənaye ölkəsindən sənaye ölkəsinə çevrildi. 1931-ci ildə şəhər əhalisi kəndlə
müqayisədə xeyli artdı. İri sənaye müəssisələrinin əhəmiyyəti artsa da, xırda və
orta istehsal yenə də üstünlük təşkil edirdi. Fransa imperializmi yenə də sələmçi
kapitalizm olaraq qalırdı.
1923-cü ilin sonunda Milli Blokun siyasəti iflasa uğradı. Xalq kütlələri dinc
demokratik siyasətin tərəfdarı idilər. Bunu nəzərə alan radikallar müxalifətə
keçdilər. Onlar parlament seçkiləri ərəfəsində sosialistlərlə saziş bağladılar və
bununla Sol bloku yaratdılar. Sol blok partiyaları inqilabi mübarizədə iştirak
edənlər üçün amnistiya verəcəyinə, dövlət qulluqçularının həmkarlar təşkilatlarının
yaradılmasına, tətildə iştirak edən dəmiryolçuların işə bərpa olunacağına və
kilsənin dövlətdən ayrılacağına söz verdilər. Xarici siyasətdə sol blok Versal
müqaviləsinin ciddi həyata keçirilməsinin əleyhinə çıxdı. Sol blok söz verdi ki,
sülh Millətlər Cəmiyyətinin köməyi ilə tərksilah və beynəlxalq əməkdaşlıq
siyasətini həyata keçirəcək. Blok dəm də Amerika və İngiltərə ilə əməkdaşlığının
bərpasına, Almaniya ilə barışmağı və onun Millətlər Cəmiyyətinə qəbul edilməsinə
2

çalışacaqdı. Sol blok bütün sol qüvvələri öz ətrafında birləşdirsə də, Kommunist
Partiyası ilə əməkdaşlıqdan imtina etdi.
1924-cü il mayın 11-i Fransada parlament seçkiləri keçirildi. Deputatlar
palatasında səslərin çoxunu Sol blok topladı. Seçkilərdə ilk dəfə çıxış edən
kommunistlər 875 min səs qazandılar və palataya 26 deputat seçildi. Radikal və
onların tərəfdarları sosialistlərin hökumətə daxil edilməsinə qarşı çıxdılar.
Radikalların və radikal-sosialistlərin rəhbəri Eduard Errio sovet yaxınlaşmasının
tərəfdarı idi. 1924-cü il oktyabrın 28-i o, Fransa hökumətinin Sovet İttifaqını
tanıdığını rəsmən bildirdi. Sovet İttifaqının Fransada ilk səfiri Krasin olmuşdur.
Fransa “Daues” planı ilə razılaşmalı oldu. Bu isə Fransa imperialistlərinin
Avropada ağalıq etmək ümidlərini puça çıxardı.
Errio kabinetini əvəz etmiş Penleve (1925-ci il aprel-noyabr) hökuməti, onun
ardınca isə Brian hökuməti (noyabrın 25-dən 1926-cı ilin iyuluna qədər) xalqa
daha açıq zidd imperialist siyasət yeridirdi. Penleve kabinetinin qısa müddətdə
hakimiyyət başında olması Fransanın Lokarno sazişlərində iştirak etməsi ilə bağlı
idi.
Müqaviləyə əsasən Almaniyaya şərqdə azad hərəkət etmək imkanı verilmişdi.
Fransa Avropada öz məqsədinə çata bilmədi və o, Mərakeş, Suriyada müstəmləkə
müharibələrinə başladı. Brian hökuməti burjuaziyanın ən mürtəce nümayəndəsi
Puankareyə hakimiyyəti verərək istefaya getdi (1926). Beləliklə, Sol blok çökdü və
Milli Birlik hökuməti yaradıldı. Puankare sol ittifaqın görkəmli xadimləri Brianı,
Penleveni (hərbi nazir) və Errionu (mədəniyyət naziri) öz hökumətinin tərkibinə
daxil etdi. Yeni kabinetdə Brian xarici işlər naziri oldu. Puankareyə isə maliyyə
sistemi tapşırıldı. Bunun üçün hökumət öz fəaliyyətinə çoxişlənən mallara vergilər
qoymaqla dəmir və su yollarında tarifləri artırmağa başladı. Maliyyə işlərinin
ağırlığını zəhmətkeşlərin üzərinə qoymaqla Puankare hökuməti 1926-cı ilin sonu
üçün frankın dəyərinin müharibədən əvvəlki dəyərin 1/5-i səviyyəsində
sabitləşməsinə nail oldu. Hökumət daxili siyasətdə Kommunist Partiyasına qarşı
fəaliyyətini genişləndirdi. Xarici siyasətdə hökumətin fəaliyyəti antisovet
kompaniyasını gücləndirməkdən ibarət idi. Hətta Marşal Foş 1927-ci ilin sentyabrı
inqilab jurnalı “Refere” üçün bəyanat verərək yenidən SSRİ əleyhinə birləşmiş xaç
yürüşü təşkil etmək planı ilə çıxış etmişdi.
Fransa fəhlə sinfi Kommunist Partiyasının rəhbərliyi altında öz hüquqları
uğrunda mübarizəyə çıxdı. 1926-cı il noyabrın 17-də Fransa Kommunist Partiyası
və Əmək Konfederasiyası Puankare hökumətinin siyasətinə qarşı milli fəhlə günü
3

keçirdilər. Bu dövrdə kortəbii kəndli çıxışları da baş verdi. İqtisadi böhran illəri
Fransada sinfi mübarizənin yenidən kəskinləşməsi ilə əlamətdar idi.
1928-ci ilin aprelində keçirilmiş parlament seçkilərində nümayəndələr
palatasında yerlərin çoxunu sağ partiyalar ala bildi. Kabinetin yenidən təşkili
əsasında nazir vəzifələrini daha çox mürtəce xadimlər tutdular. 1929-cu ilin iyulu
Brian hökumətin başçısı oldu. O, bu dövrdə Fransa kontinental Avropa ölkələrinin
birliyinin möhkəmləndirilməsinə çalışırdı və hələ 1928-ci ildə Brian-Kelloq paktını
imzalamışdı. Bu pakt müharibələri inkar edirdi. Bir sıra çətinliklərdən sonra SSRİ
də bu pakta qoşuldu. 1929-cu ilin sentyabrında Brian Millətlər Cəmiyyəti
tribunasından “Pan-Avropa” iddiasını irəli sürdü (yəni Avropanın kapitalist
ölkələrinin Federal İttifaqının yaradılması). O, bu layihəyə görə Avropanın atası
ləqəbini almışdı. Bu layihə İngiltərə, İtaliya və Amerika tərəfindən mənfi
qarşılandı.

You might also like