You are on page 1of 3

1

Fransa iqtisadi böhran və faşizmin fəallaşması dövründə (1929-33)

1. 1929-33-cü illərin iqtisadi böhranı və nəticələri


2. 1932-ci il seçkiləri. Burjuaziya arasında yeni baxışlar. Dirijizm
3. Fransada faşizm. Faşizmə qarşı mübarizədə fəhlə sinfinin birliyi

Fransada dünya iqtisadi böhranı başqa kapitalist ölkələrinə nisbətən bir qədər
gec başlasa da daha çox davam etdi (1930-36). İstehsalın həcmi 1935-ci ildə 1930-
cu ilə nisbətən 46% azaldı. İstehsal ipək, gön, toxuculuq və yun sənayesi
sahələrində daha çox azaldı. Ölkəyə gətirilən mallar 44%, ixracat isə 30-cu illə
müqayisədə 90% aşağı düşdü. 1937-ci ildə sənaye və xarici ticarət müharibədən
əvvəlki səviyyəyə çatdı. Lakin 1938-ci ildə istehsal yenidən aşağı düşərək II dünya
müharibəsinədək davam etdi. Beləliklə, 1932-38-ci illərdə sənaye məhsullarının
həcmi və xarici ticarət müharibədən əvvəlki səviyyədən aşağı idi. Sənaye və
ticarətdə işləyən fəhlələrin və işçilərin əmək haqqı 1930-cu ildən 1934-cü ilə qədər
30%, qulluqçularınkı isə 15-18% azaldıldı. 1935-ci ildə rəsmi məlumata görə
işsizlərin sayı 425 minə çatmışdı.
Kənd təsərrüfatı ağır vəziyyətdə idi. Fransada kənd təsərrüfatı məhsullarının
qiyməti aşağı düşmüşdü. Kənd təsərrüfatı məhsullarının satışı üçün isə bazar
çatışmırdı. Xırda şəhər burjuaziyasının gəliri 1929-cu ildən 1934-cü ilə qədər 30%
azalmışdı. İflasa uğramış xırda və orta müəssisələr 1,5 dəfə geriləmişdi. Bir sıra iri
müəssisələr həmçinin bankrotlaşmışdı.
Böhran dövründə iri burjuaziyanın gəlirləri azalmışdısa da, o, hələ gəlir əldə
edirdi. İri banklar və sənaye müəssisələri müdafiə olunan bölməyə daxil idi.
Hökumət belə müəssisələrə kredit verir və dövlət sifarişləri tapşırırdı.
Böhran illərində kapitalist ölkələri arasında ziddiyyətlər kəskinləşdi. Bir sıra
kapitalist ölkələrində hakimiyyətə faşistpərəst və militarist qüvvələr gəlmişdi.
Versal-Vaşinqton sistemi iflasa uğrayırdı. 1931-ci ilin payızında Yaponiya
Vaşinqton müqaviləsini pozaraq Çinin Mancuriya əyalətini işğal etdi. Uzaq Şərqdə
Yaponiyanın simasında qorxulu müharibə ocağı yarandı. Qərbdə isə müharibənin
əsas mənbəyi faşist Almaniyası idi.
İqtisadi müharibə dövründə Fransada arasıkəsilməz hökumət dəyişiklikləri baş
verdi. 1929-cu ilin noyabrından 1932-ci ilin mayınadək Fransada 8 dəfə hökumət
dəyişikliyi olmuşdur. 1932-ci il mayın 6-sı Fransada parlament seçkilərində sağ
partiyalar özlərinin 262 namizədini keçirdikləri halda yenidən birləşmiş
2

radikalların və sosialistlərin əsas yer tutduqları sol ittifaq partiyaları parlamentdə


336 namizədini qəbul etdirdilər. Kommunistlər cəmi 10 mandat aldılar.
Yeni kabineti 1932-ci ilin iyununda Eduard Errio təşkil etdi. Öldürülmüş
prezident Dumerin (Paul Doumer 13 may 1931 - 6 may 1932) yerinə senatın
keçmiş sədri Lebren (Albert Lebrun 10 may 1932 - 10 iyul 1940) keçdi.
Sosialistlər hökumətdə iştirak etmirdilər, lakin onu müdafiə edirdilər. Errio
hökuməti çətin daxili və beynəlxalq şəraitdə fəaliyyətə başladı. Almaniya İngiltərə
və Amerikanın dəstəyi ilə təzminat verməkdən boyun qaçırır və hərbi sahədə
bərabər hüquq tələb edirdi. Lakin Errio hökuməti bu tələbləri rədd etdi. Sonda
hökumət Amerika və İngiltərənin təzyiqi ilə öz mövqeyini dəyişdirdi.
1932-ci ilin iyul ayında Fransa Lozanna konfransında Almaniyanın verəcəyi
təzminatına qarşı əvvəlcə çıxış etsə də, sonradan onun dayandırılmasına razı oldu.
1932-ci ilin dekabrında Cenevrədə keçirilən müşavirədə Fransa İngiltərə, Amerika,
İtaliya ilə birlikdə Almaniyanın silah məsələsində bərabər hüququnu qəbul etdi.
Errio hökuməti Fransanın diplomatik mövqeyinin zəifləməsini hiss edərək
Sovet-Fransa danışıqlarının aparılmasını zəruri hesab etdi və 1932-ci il noyabrın
29-u SSRİ ilə hücum etməmək haqqında müqavilə imzaladı. Bu müqavilədə
həmçinin qarşılıqlı ticarət, bir-birinin suverenliyinə hörmət mühüm yer tuturdu.
Fransanın siyasətində burjua liberal meylləri özünü göstərirdi. Yəni onlar
iqtisadiyyatı qaldırmaq, qayda-qanun yaratmaq xətti ilə çıxış edirdilər.
Burjuaziyanın bir hissəsi isə bu qənaətdə idi ki, ancaq iqtisadiyyatı dövlət nəzarəti
və planlaşdırma kapitalizmi böhrandan çıxara bilər. Burjua xadimləri bunu əsas
götürürdülər ki, iqtisadiyyata dövlətin rəhbərliyini, yəni dirijizm, iqtisadiyyatın
xüsusi kapitalist xarakterini saxlamaqla iqtisadi inkişaf yoluna keçmək lazımdır.
Ölkədə sosial sığorta sistemi həyata keçirilməli, işsizliyə görə verilən yardım
artırılmalı, əmək münasibətləri sisteminə dövlət nəzarəti həyata keçirilməli idi.
Fransada faşist qrupları hələ XX əsrin 20-ci illərində meydana gəlmişdi.
Faşistləri iri inhisarlar, elektrik trestinin başçısı Merse, ətriyyat fabrikantı Koti,
metallurgiya sənayesinin kralı Devandel və b.ları maliyyələşdirirdi. Flanden
hökuməti gizli fonddan yardım göstərirdi. Fransa faşistləri öz proqramında
Almaniya, İtaliya və İspaniya faşistlərinin proqramlarını, bir sıra müddəalarını
təkrar edirdilər. Faşist ideologiyasının tərkib hissəsi antisemitizm, kobud qüvvələrə
sitayişdən ibarət idi. Burada sinfi mübarizə inkar edilir, sahibkarlarla həmkarlar
ittifaqlarının əməkdaşlığı irəli sürülürdü. Fransada əsas faşist təşkilatları – “Hərbi
xaçlar” və “Aksons” fransızlardan təşkil olunmuşdu. Digər faşist təşkilatları da
3

mövcud idi. “Vətənpərvər gənclər”in 90 minə yaxın üzvü var idi ki, bunun da 10
minə yaxınını fransızlar təşkil edirdi.
Faşist Dorje 2,5 mln. kəndlini birləşdirən kəndli hərəkatı komitələrinə başçılıq
edirdi. Katolik liqasına rəhbərlik irticaçı general De Kastelloya məxsus idi.
Faşizmə qarşı mübarizədə fəhlə sinfinin birliyini təmin etmək lazım idi.
Kommunist partiyasının görkəmli xadimləri Jak Duklo, Moris Tores, Marsel Kaşen
bu işdə müəyyən planlar irəli sürmüşlər.
Almaniyada faşizm hakimiyyətə gəldikdən sonra Parisdə Avropa antifaşist
konqresi yaradıldı. Konqresin işində kommunistlər və sosialistlər də iştirak edirdi.
Fransada antifaşist hərəkatına Milli hökumət başçılıq edirdi.

You might also like