You are on page 1of 3

İkiölçülü asılı təsadüfi kəmiyyətlər sisteminin komponentlərinin şərti

paylanması və şərti riyazi gözləməsi

Tərif. Əgər X və Y təsadüfi kəmiyyətinin hər bir ( x, y) mümkün qiymətlər cütünə


qarşı müəyyən qanunla Z təsadüfi kəmiyyətinin yalnız bir z=ϕ( x , y ) mümkün
qiyməti qarşı qoyularsa, onda Z -ə X və Y təsadüfi arqumentlərinə nəzərən
funksiya deyilir və Z =ϕ( X ,Y ) kimi işarə olunur.

İki (və daha çox) arqumentli funksiya üçün əvvəlcə onun G( z) paylanma
funksiyasını, sonra isə g( z) paylanma sıxlığını tapmaq əlverişlidir:
g( z)=G' ( z) . (1)
( X ,Y ) diskret təsadüfi kəmiyyətlər sistemi olduqda G( z) paylanma funksiyası
G( z)=P {Z <z}= ∑ pij
, i, j :ϕ ( xi , y j )<z (2)
kəsilməz təsadüfi kəmiyyətlər sistemi olduqda isə
G( z)=P {Z <z}= ∬ f ( x , y)dxdy
ϕ( x, y )< z (3)
şəklində təyin olunur, burada f (x , y) - ( X ,Y ) sisteminin paylanma sıxlığıdır.

Xüsusi halda, iki təsadüfi kəmiyyətin praktiki əhəmiyyətə malik olan


Z =X +Y cəminin paylanma qanununu
G( z)= ∬ f ( x, y)dxdy
x+ y<z (4)
düsturu ilə tapıla bilər. Əgər u=x + y və y=u−x əvəzləmələri aparsaq,
z

( ∫ f ( x ,u−x)dx) du
+∞
G( z)= ∫
−∞ −∞ (5)
alarıq. Buradan (1) bərabərliyinə əsasən iki təsadüfi kəmiyyətin cəminin paylanma
sıxlığı
∞ ∞
g( z)= ∫ f ( x , z−x)dx
−∞
( g( z)= ∫ f (z−y, y )dy )
−∞ (6)
düsturu ilə tapıla bilər.

(6) düsturu kompozisiya və ya bağlılıq düsturu adlanır.


X və Y təsadüfi kəmiyyətləri asılı olmadıqda f (x , y )=f 1 ( x )f 2 ( y ) və
∞ ∞
g(z)= ∫ f 1 ( x)f 2 (z−x)dx
−∞
( g( z)= ∫ f ( z−y) f ( y)dy ) ,
−∞
1 2

olar, burada f 1 ( x) və f 2 ( y ) uyğun olaraq X və Y təsadüfi kəmiyyətlərinin paylanma


sıxlıqlarıdır.
Şərti paylanma
Tərif. ( X ,Y ) təsadüfi kəmiyyətlər sisteminə daxil olan bir təsadüfi kəmiyyətin
müəyyən qiymət alması şərti daxilində digərinin paylanma qanununa paylanmanın
şərti qanununu deyilir.

( X ,Y ) diskret təsadüfi kəmiyyəti sistemi halında X =xi şərtində Y təsadüfi


kəmiyyətinin paylanmasının şərti qanunları
P {X =x i , Y = y j }
P{ Y = y j | X=x i }= ,
P {X =x i } i=1,n ; j=1,m
düsturları ilə hesablanır.

Analoji olaraq Y=y j şərtində X diskret təsadüfi kəmiyyətinin


paylanmasının şərti qanunu
P {X=x i , Y = y j }
P{X =x i|Y = y j }= ,
P { Y = y j} i=1,n ; j=1,m
düsturları ilə hesablanır.

X =x şərtində Y kəsilməz təsadüfi kəmiyyətinin şərti sıxlığı


f ( x , y) f (x,y)
f ( y|x )= = +∞
f 1( x )
−∞
∫ f ( x , y )dy , f 1 (0 )≠0
bərabərliyi ilə təyin olunur.

Analoji olaraq
f ( x, y) f(x,y)
f (x|y)= = +∞
f 2 ( y)
∫ f ( x , y )dx
−∞ , f 2 (0 )≠0 .
Paylanma sıxlığının vurma teoremi
f ( x , y )=f 1 ( x )⋅f ( y|x )=f 2 ( y )f ( x| y )
şəklində ifadə olunur.

Şərti riyazi gözləmə


Tutaq ki, ( X ,Y ) diskret təsadüfi kəmiyyətlər sistemidir. X =xi şərtində Y diskret
təsadüfi kəmiyyətinin şərti riyazi gözləməsi
m
M (Y|X=x i )=M (Y |x i )=∑ y j p( y j|x i )
j=1

bərabərliyi ilə təyin olunur, burada p( y j|x i )= p {Y = y j| X=x i } .


Analoji olaraq,
n
M ( X|Y = y j )=M ( X|y j )=∑ x i p( x i| y j )
.
i=1

( X ,Y ) kəsilməz təsadüfi kəmiyyətlər sistemi olduqda X =x şərtində Y


təsadüfi kəmiyyətinin riyazi gözləməsi

M (Y|x)= ∫ y⋅f ( y|x)dy
−∞
bərabərliyi, Y= y şərtində X təsadüfi kəmiyyətinin riyazi gözləməsi isə

M ( X|y)= ∫ x⋅f ( x|y)dx
−∞ .
bərabərliyi ilə təyin olunur.

Ədəbiyyat
Mühazirədən istifadə olunub.

You might also like