You are on page 1of 64

1

Azərbaycan Respublikası Təhsil Nazirliyi


Bakı Mühəndislik Universiteti

“Hidravlika və hidravlik maşınlar”


fənnindən

LABORATORİYA İŞLƏRİ

Bakı Mühəndislik Universitetinin


23 yanvar 2020- ci il tarixli 2308
saylı əmri ilə təsdiq edilmişdir.

XIRDALAN – 2020
2

UOT 621.22/226

Şirzadov F.M. Hidravlika və hidravlik maşınlar fənnindən


laboratoriya işləri. Metodik vəsait. Xırdalan – 2020, 64 səh.

Elmi redaktor: dosent, t.f.d. Mirzəyev Hüseyn İbrahim oğlu

Metodik vəsaitdə “Hidravlika və hidravlik maşınlar” fənni üçün


nəzərdə tutulmuş laboratoriya stendinin texniki imkanlarını nəzərə
alaraq, labotaroriya işləri tərtib edilmişdir. Burada bəzi hidravlik
elementler və simvollar öyrənilmiş, həmin elementlərdən istifadə
olunması ilə hidravlik sxemlər əsasında hidravlik dövrələrin
yığılması, onların funksiyası və iş prinsipi izah olunmuşdur. Tərtib
olunmuş sxemlər xüsusi hal olaraq verilmiş və bu sexemlər
əsasında istifadəçilər digər sxemlər də düşünüb təklif edə bilərlər.

Rəy verənlər: Azərbaycan Texniki Universitetinin “Xüsusi


texnologiyalar və avadanlıqlar” kafedrasının
professoru, t.e.d. Sadıxov Əli Hidayət oğlu.
Bakı Mühəndislik Universitetinin
“Mexanika mühəndisliyi” kafedrasının
müdiri dosent, t.f.d. Mirzəyev Hüseyn
İbrahim oğlu.

Bakı Mühəndislik Universiteti – 2020


3

Ön söz
Hərəkəti ötürmə texnikasında hidravlik ötürmələr geniş
yayılmaqdadır. Bu baxımdan hidravlika mühəndislər
üçün əsas fənlərdən biridir. Metodik vəsaitdə konkret
hidravlik stendin texniki imkanları əsasında tərtib edilmiş
laboratoriya işləri müxtəlif növ hidravlik sistemlərin
praktik olaraq mənimsənilməsi üçün çoxsaylı işlərini
yerinə yetirməyə imkan verəcəkdir. Laboratoriya
işlərinin yerinə yetirilməsində hidravlik simvollar,
onlarla qurulmuş sxemlər və elementlər sadədən
mürəkkəbə doğru tədricən öyrəniləcəkdir.
Hər bir laboratoriya işi tətbiq olunan elementlərin ilk
növbədə təqdimatından başlayır. Növbəti olaraq,
elementlərin hidravlik sistemdə vəzifəsi və funksiyaları
izah olunmuş, laboratoriya işlərinin yerinə yetirilməsinin
sadələşdirilməsi üçün hidravlik sxemlər təqdim
olunmuşdur.
Bəzi laboratoriya işlərində ölçmə əməliyyatları
aparıldığından tələbələr ölçmə bacarıqlarına da
yiyələnəcəklər. Bundan əlavə laboratoriya işlərində
ölçmələrin planlaşdırılması və nəticələrin
qiymətləndirilməsi üçün konkret ölçmədən alınmış
cədvəllər və qrafiklər təqdim olunmuşdur.
Stendin lövhəsi böyük ölçüdə hazırlandığından eyni
laboratoriya işini iki qrup şəklində yerinə yetirmək
mümkündür. Eyni zamanda yerinə yetirilən müxtəlif
laboratoriya işləri onların müqayisəli şəkildə
qiymətləndirilməsinə imkan verir.
Stend elementləri uzun müddətli imtinasız iş rejmi üçün
layihələndirildiyindən, fasiləsiz davam edən
eksperimentlər qurğunun işinə mənfi təsir etmir.
4

Hidravlik qurğuların geniş tətbiq olunduğu ötürmə


sistemləri bir çox praktik tətbiqlərdə elektrik siqnalları
vasitəsi ilə idarə olunur. Buna görə də hidravlika ilə
yanaşı elektro-hidravlika hidravlikanı öyrənən
mütəxəsislər üçün əsas sahədir.
İstifadə edəcəyimiz G.U.N.T. firmasının istehsalı olan
RT701 elektrohidravlik təchizat vasitəsi ilə elektrik
siqnalları ilə idarə olunan müxtəlif hidravlik ötürmələr
yığmaq olar. RT701 texniki təchizat sistemi yalnız
RT700 hidravlik təchizat sistemi ilə birgə tətbiq
olunmalıdır.
Elektrohidravlika laboratoriya işlərində əhəmiyyətli
olan beş laboratoriya işlənəcəkdir. Hər bir laboratoriya işi
məsələnin qoyuluşundan, hidravlik və elektrik
sexmlərdən ibarətdir. Sxemlərin qoşulub işlədilməsi üçün
hidravlik biliklərlə yanaşı baza elektrik biliklərinin də
olması vacibdir.
5

Mündəricat
Laboratoriya işi № 1. RT700 markalı hidravlik stendlə
tanışlıq..........................................................................................6
Laboratoriya işi № 2. İkitəsirli silindrlərin kənar vəziyyətlərə
hərəkəti üçün hidravlik dövrənin yığılması................................15
Laboratoriya işi № 3. İkitəsirli silindrlərin milinin aralıq
vəziyyətlərdə saxlanması üçün hidravlik dövrənin yığılması.....19
Laboratoriya işi № 4. Axını bir istiqamətdə tənzimləyən
klapanın silindrin hərəkətinə təsirinin öyrənilməsi....................22
Laboratoriya işi № 5. Drosselin xüsusiyyətlərinin təyini.........24
Laboratoriya işi № 6. Maye axınını iki istiqamətdə tənzimləyən
klapanın hidravlik dövrədə işinin tədqiqi...................................31
Laboratoriya işi № 7. Təzyiqlə idarə olunan klapanın hidravlik
dövrədə işinin tədqiqi.................................................................34
Laboratoriya işi № 8. Hidravlik üsulla idarə olunan əks
klapanın hidravlik dövrədə işinin tədqiqi...................................38
Laboratoriya işi № 9. Hidravlik silindrlərin ardıcıl işinin
tədqiqi.........................................................................................40
Laboratoriya işi № 10. Hidravlik mühərrikin hidravlik dövrəyə
qoşulması, onun müxtəlif istiqamətlərdə fırlanma hərəkətinin
təminatı və sürətinin tənzimlənməsi...........................................43
Laboratoriya işi № 11. Hidravlik enerjinin saxlanması üçün
akkumlyatorun hidravlik dövrədə işinin tədqiqi.........................45
Laboratoriya işi № 12. Hidravlik prosesin avtomatik
dayandırılması............................................................................48
Laboratoriya işi № 13. Hidravlik silindrin milinin hərəkətinin
idarə olunması.............................................................................50
Laboratoriya işi № 14. Hidravlik silindrin milinin hərəkətinin
dayandırılaması...........................................................................53
Laboratoriya işi № 15. Zaman relesinin elektromaqnit klapanı
idarə etməsi ilə silindrin hərəkətinin avtomatlaşdırılması..........55
- RT701 elektrohidravlik sınaq stendi üçün texniki
təchizatın siyahısı...............................................................59
- Stendin ümumi texniki göstəriciləri.................................60
Ədəbiyyat ...........................................................................61
6

Laboratoriya işi № 1

RT700 markalı hidravlik stendlə tanışlıq

İşin məqsədi. Stendin funksional təsviri, onun


elementləri və təhlükəsizlik qaydaları haqqında məlumat
əldə etmək.

Qidalandırma cərəyanı

Qurğunun işləməsi üçün ona 3 faza 380V və 50 Hs


tezlikli cərəyan mənbəyi qoşmaq lazımdır. Nasosun
elektrik mühərriki qeyd olunan cərəyanla hərəkətə
gətirilir.
Qeyd edək ki, laboratoriya işləri zamanı diyircəklər
üzərində yerləşdirilmiş stend dayağının hərəkətinin
məhdudlaşdırılması üçün, onun iki diyircəyi tormozlana
bilir.

Elementlərin montaj olunması

Elementlər stend üzərinə elastik rezin oymağın vintinin


burularaq genişləndirilməsi ilə bərkidilir. Elementlərin
lövhəyə bərkidilməsi və ondan ayrılması düzgün
aparılmalı və elastik rezin oymaq mümkün olan qədər
yağla kontaktda olmamalıdır. Əks halda şişən rezinlər
lövhə üzərindəki deşiklərə keçməyəcək və onların
lövhədən çıxarılması çətinlik yaradacaqdır.
7

Rezin oymağın tətbiqinin əsas üstünlüyü elementlərin


sadə şəkildə bərkidilməsi və ayırılması, öz-özünə
açılmaya qarşı təhlükəsizliyi və vibrasiyanı
söndürməsidir. Elementlərin lövhəyə bərkidilməsi şəkil
1- də verilmiş sxem üzrə yerinə yetirilir və elementi
vinaçanla burub ayırdıqda zəif şaqqıltı səsi eşidilir.

Şəkil 1. Elementlərin stendin lövhəsində bərkidilməsi


sxemi.

Borularla qoşma

Bütün elastik borular hər iki uçluğundan əks klapana


malik tez qoşulub-açılan muftalara malikdir. Borunun
bərkidilməsi üçün onun muftası üzərində olan hərəkətli
oymaq geri dartılaraq qarşı elementin borusuna sıxılıb,
muftanın həlqəsi buraxılır. Borunun çıxarılması zamanı
8

onun həlqəsi yenidən geri çəkilərək, boru elementdən


asanlıqla dartılaraq ayrılır.

Yağın dəyişdirilməsi və yağ səviyyəsinə nəzarət

Yağın dəyişdirilməsi müəyyən intervalla aparılmalıdır.


Təklif olunan yağ növü – HLP İSO 32. Yağın çəndən
boşaldılması 1- vintinin açılması ilə yerinə yetirilir.
Çənin doldurulması üçün 2- yağ süzgəcinin qapağı açılır.
Yağın çənə doldurulması zamanı çirkin yağa daxil
olmasına yol verilməməlidir. Yağ doldurulduqda baxış
pəncərəsindən onun səviyyəsinə nəzarət olunmalıdır.

Şəkil 2. Hidravlik maye təchizatı mənbəyi (elektrik


mühərriki, qoruyucu klapan, yağ çəni və süzgəc yığımı).
9

Stentdə mövcud olan hidravlik elementlərin sayı,


simvolu və adlandırılması

Hidravlik maye təchizatı üçün nasos yığımı 1

2/2 markalı klapan (iki girişli iki vəziyyətli) 1

2/2 markalı diyircəkli milə malık klapan 1

3/2 markalı klapan (3 girişli 2 vəziyyıtli) 1

4/2 markalı klapan 1

4/3 markalı klapan 1

400mm hərəkətli ikitəsirli silindr 1


10

Hidravlik mühərrik 1

bağlayıcı klapan 3

4-160 bar təzyiqi tənzimləyən qoruyucu klapan 2

160 bara qədər tənzimlənərək təzyiqlə qoşulan


klapan 2

Tənzimlənən drossel klapanı 1

Əks klapanlı tənzimlənən drossel 2


11

Yaylı əks klapan 3

Hidravlik üsulla açılan əks klapan 1

2 girişli axın tənzimlıyici klapan 1

Qabaqcadan tənzimlənən təzyiq məhdudlaşdırıcı


klapan 1

3 girişli təzyiq azaldan klapan 1

0-160 bar ölçmə intervala malik manometr 4


12

3 litr həcmli klapanlı şəffaf ölçmə çəni 1

1litr maye tutumlu hidravlik akkumlyator 1

NG4 spiral şəkilli müqavimət borusu 1


NG6 spiral şəkilli müqavimət borusu 1
1500 mm uzunluqda elastik boru 4
1000 mm uzunluqda elastik boru 4
600 mm uzunluqda elastik boru 10
Sürətli qoşulan 3 çıxışlı mufta 2
Vintaçan 2
9mm ölçülü açar 1
4mm altıbucaq açar 1
6mm altıbucaq açar 1
13

Bəzi təhlükəsizlik qaydaları

Stendin işə qoşulması və işdən ayrılması!

- Mayenin maksimal iş təzyiqi: Hidravlik nasosun


yanında çən üzərində yerləşdirilmiş qoruyucu
klapan vasitəsi ilə maksimal təzyiq 100 bara qədər
tənzimlənməlidir;
- Laboratoriya qurtardıqdan sonra silindrin milinin
əyilməməsi üçün ona asılmış yük boşaldılmalıdır.

Hidravlik stendlə rəftar qaydaları!

- Hidravlik elementlər və xüsusən hidravlik


silindrlər stendin lövhəsində olan deşiklərdə
etibarlı bərkidilməlidir;
- Elastik borular elə qoşulmalıdır ki, onlar
əyilməsinlər;
- Borular hidravlik nasosun və akkumlyatorun
dövrədən ayrılması vəziyyətlərində ayrılıb,
qoşulmalıdır;
14

- Boru muftalarının düzgün qoşulmasını təzyiqin


artırılmasından əvvəl yoxlamaq lazımdır;
- Təzyiqi artırmazdan əvvəl hidravlik silindr milinin
hərəkət istiqamətinə diqqət yetirin;
- Silindr milinin hərəkət yoluna əlinizi
yerləşdirməyin;
- Akkumlyatora təzyiqin verilməsi hər zaman əks
klapanla aparılmalı və klapanın qoşulma
istiqamətinə diqqət yetirilməlidir.
15

Laboratoriya işi № 2

İkitəsirli silindrlərin kənar vəziyyətlərə hərəkəti üçün


hidravlik dövrənin yığılması

İşin məqsədi: İkitəsirli silindr milinin hərəkət


istiqamətinin dəyişdirilməsinin hidravlik sxemi əsasında
hidravlik dövrənin yığılması və sxemə daxil olan
simvoların, elementlərin və dövrənin işinin öyrənilməsi.
İşdə istifadə olunan hissələr və onların funksional
təsviri.
- Hidravlik mənbə (elektrik mühərriki, çən və
qoruyucu klapan yığımı). Hidronasos Maye axını
yaradaraq hidravlik sistemi “enerji” ilə təchiz edir.

- Qoruyucu klapan. Hidravlik sistemi yüksək


təzyiq səbəbindən dağılmadan qoruyur. Qoruyuucu
klapan təzyiqin qabaqcadan tənzimlənmiş
qiymətdən yüksək olduğu halında açılaraq, mayeni
yenidən çənə yönəldir.
16

- Bağlayıcı klapan. Bu klapan bağlandıqda mayenin


onun içərisindən axması dayandırılır və sistemin
qəza vəziyyətində onu hidravlik mayedən azad
edir.

- 4/2 markalı klapan. Bu klapanın 4 çıxışı və iki


vəziyyəti vardır. İkitəsirli silindrin istiqamətinin
dəyişdirilməsinə xidmət edir. Klapanın stasionar
vəziyyətində ona qoşulmuş silindr irəli, digər
vəziyyətində isə geri hərəkət edir. Silindr milinin
aralıq vəziyyətdə dayandırılması 4/2 klapanı
vasitəsi ilə mümkün deyildir.

- İkitəsirli silindr. Silindrlər həmçinin xətti


mühərriklər adlandırılır və hidravlik sistemin əsas
elementi hesab olunur. Hidravlik silindr vasitəsi ilə
maye enerjisi mexaniki enerjiyə və ya düzxətli
qüvvəyə çevrilir.
17

Laboratoriya işinin planlaşdırılması və yerinə


yetirilməsi.
Texniki təchizatın siyahısı:
- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
- Bağlaylcı klapan 1
- 4/2 markalı klapan 1
- İkitəsirli silindr 1
- Manometr 1
Şəkil 1- də verilmiş sxemə əsasən elementlər stendin
panelində bərkidilir. Elementlər ardıcıllığı elə olmalıdır
ki, elastik borular qatlanmasın. Qoruyucu klapan vasitəsi
ilə dövrənin təzyiqi 50...80 bara nizamlanır və
laboratoriya işinin müddətində dəyişdirilmir. Bu hal digər
laboratoriya işlərində də eyni olacaqdır.
İşin əvvəlində bağlaylcı klapan bağlı vəziyyətdə
olmalıdır. Belə ki, bu halda 4/2 markalı paylayıcı
klapanın dəstəyinin hərəkət etdirilməsi ilə silindr hərəkət
etməyəcəkdir. Bağlayıcı klapan açıldıqdan sonra silindr
hərəkət etməyə bilər. Bunun üçün 4/2 markalı paylayıcı
klapanın dəstəyini döndərməklə silindri irəli və geri
hərəkət etdirmək mümkündür. Silindrin milinin
vəziyyətinin 4/2 markalı paylayıcı klapanla idarə
olunması zamanı onun aralıq vəziyyətdə saxlanılması
mümkün deyildir. Klapan dəstəyinin hər iki vəziyyətində
silindri ya irəli ya da geri hərəkət edir.
18

Şəkil 1. İkitəsirli silindrin hərəkət istiqamətinin


dəyişdirilməsi sxemi.
19

Laboratoriya işi № 3

İkitəsirli silindrlərin milinin aralıq vəziyyətlərdə


saxlanması üçün hidravlik dövrənin yığılması

İşin məqsədi: İkitəsirli silindr milinin hərəkət


istiqamətinin dəyişdirilməsinin hidravlik sxemi və
funksiyası əsasında hidravlik dövrənin yığılması və
sxemə daxil olan simvol və elementlərin, onun işinin
mənimsənilməsi.

Tətbiq olunan yeni elementlərin funksional təsviri


4/3 markalı paylayıcı klapan. Bu klapan 4 girişli 3
vəziyyətli olduğundan, onun dəstəyinin orta vəziyyətində
ona qoşulmuş hidravlik silindrin mili hərəkətsiz qalır.
Yəni biz silindrin hərəkət anında onun dəstəyini orta
vəziyyətə gətirməklə, silindrin aralıq vəziyyətini təmin
edə bilirik. Dəstəyin orta vəziyyətində klapanın bütün
portları (P, T, A və B) bağlı olacaqdır.

Elastik yayla yüklənmiş əks klapan. Bu klapanlar


bağlayıcı klapan qrupuna aid olub, onun funksiyası
mayeni bir istiqamətdə buraxaraq, əks istiqamətdə sızma
olmadan bağlamaqdır. Bu klapanın tətbiqinə misal olaraq
hidravlik qaldırıcı vasitəsi ilə qaldırılan yükün istənilən
vəziyyətdə saxlanılmasıdır.
20

Öyrəndiyimiz hidravlik sistemdə elastik yayla yüklənmiş


əks klapan bəzi hidravlik borularda yerləşdirilmişdir.
Belə hidravlik borular onların uzun muftaları ilə
fərqlənir. Mufta üzərində olan oxlar mayenin azad axma
istiqamətini göstərir.

Laboratoriya işinin planlaşdırılması və yerinə


yetirilməsi

a – variantı üçün texniki təchizat:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
- 4/3 markalı paylayıcı klapan 1
- İkitəsirli silindr 1
- Manometr 1
b- variantı üçün əlavə texniki təchizat:
- Əks klapan 1
- 2/2 markalı bağlayıcı klapan 1

Hidravlik dövrə aşağıdakı şəklə əsasən stendin


lövhəsində yığılır.
a- variantında verilmiş sxem ikinci laboratoriya işinə
uyğun olub, fərq ondan ibarətdir ki, burada 4/2 markalı
ikivəziyyətli paylayıcı klapanın əvəzinə 4/3 markalı üç
vəziyyətli paylayıcı klapan tətbiq olunmalıdır. Bu klapan
silindrə hər iki istiqamətdə hərəkət verməklə yanaşı onun
aralıq vəziyyətdə qalmasını təmin edəcəkdir.
21

Şəkil 1. İkitəsirli silindrin aralıq vəziyyətlərdə


saxlanılması üçün hidravlik dövrənin sxemi.

b- variantında isə dövrəyə əlavə olaraq, əks klapana


malik elastik boru və 2/2 markalı bağlayıcı klapan
birləşdirilir. Boru ucluğunda olan əks klapanın
istiqamətinə fikir verilməli və həmin istiqamət silindrə
tərəf qoşulmalıdır. 2/2 markalı klapanın bağlı
vəziyyətində silindrin hərəkət istiqamətinin
dəyişdirilməsi üçün əks klapana malik boru silindrin
digər tərəfinə qoşulmalıdır.
Əks klapanlı borunun yerini dəyişmədən silindrin
sağa doğru hərəkətinin təminatı üçün 2/2 bağlayıcı
klapanını açıq vəziyyətdə saxlamaq lazımdır.
22

Laboratoriya işi № 4

Axını bir istiqamətdə tənzimləyən klapanın silindrin


hərəkətinə təsirinin öyrənilməsi

İşin məqsədi. Axını bir istiqamətdə tənzimləyən


klapanın silindrin hərəkət sürətinə və onun vəziyyətinə
təsirinin tədqiqi üçün sxemin yığılması və işinin analizi.
Axını bir istiqamətdə tənzimləyən klapanın sxematik
təsviri aşağıda verilmişdir. Bu klapan haqqında əlavə
məlumatlar şəkil 1- də verilmiş hidravlik dövrənin
izahında veriləcəkdir.

Şəkil 1- də verilmiş sxemə əsasən axını bir istiqamətdə


tənzimləyən klapan vasitəsi ilə hidravlik silindrin milini
drosseli açıb-bağlamaqla sağa doğru fərqli sürətlərlə
hərəkət etdirmək, sola doğru isə sistemdə mayenin axma
sürətinə uyğun sürətlə hərəkət etdirmək olar. Başqa sözlə
təklif olunan hidravlik dövrə silindrin sağa zəif sola isə
yüksək sürətlə hərəkətinə imkan verəcəkdir.
İstifadə olunan texniki təchizatın siyahısı:
- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
23

- 4/3 markalı paylayıcı klapan 1


Axını bir istiqamətdə tənzimləyən klapan 1
- Ikitəsirli silindr 1
- Manometr 1

Şəkil 1. Axını bir istiqamətdə tənzimləyən klapan vasitəsi


ilə hidravlik silindrin hərəkət sürətinin tənzimlənməsi.
24

Axını bir istiqamətdə tənzimləyən klapan dövrəyə


qoşulmazdan əvvəl onun üzərində olan vint, 6mm tərəfə
malik altıbucaqlı daxili açarla axıra qədər sıxılmalıdır.
Bu halda 4/3 markalı paylayıcı klapanın dəstəyini
döndərdikdə, silindr yalnız bir istiqamətə doğru hərəkət
edib dayanacaqdır. Axını bir istiqamətdə tənzimləyən
klapan üzərində olan vinti tədricən açmaqla silindrin
digər istiqamətdə sağa dogru hərəkətini təmin edərək,
onun sürətini tədricən artırmaq mümkündür. Vintin tam
açılmış vəziyyətində isə silindrin sağa və sola hərəkətləri
eyni sürətli olacaqdır.

Laboratoriya işi № 5

Drosselin xüsusiyyətlərinin təyini

İşin məqsədi droselin vintinin döndərilərək onun


daxilindən axan mayenin həcminin dəyişməsini və
drosellin giriş və çıxışında təzyiqin dəyişməsini
öyrənməkdən ibarətdir.
Texniki təchizat:
- Drossel hidravlik xətlərdə tənzimlənən en kəsiyinə
malik olub, maye axınına olan müqaviməti
artıraraq ilkin vəziyyətdə onun axma sürətini
25

artırıb, axma həcmini azaldır. Drosselin qismən


bağlanması ilə onun girişində təzyiq artsa da, çıxış
hissəsində artan maye həcmi burada təzyiqin
yenidən qalxmasına və axma həcminin droselin
giriş və çıxışında təxminən bərabərləşməsinə səbəb
olur.

- Manometr vasitəsi ilə hidravlik sistemin istənilən


nöqtəsində təzyiq ölçülür.

- Ölçmə çəni maye həcminin ölçülməsi üçün


nəzərdə tutulmuşdur. Vaxt ölçən və ölçü çəni
vasitəsi ilə maye axınının həcmini zaman görə
təyin edəcəyik.
26

Laboratoriya işinin planlaşdırılması və yerinə


yetirilməsi

Texniki təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
- Manometr 3
- Drossel 1
- Ölçmə çəni 1

Laboratroiya işi iki hissədən ibarətdir. Birinci hissədə


təzyiq drosselin xüsusiyyətləri fərqli təzyiqlərdə tədqiq
olunacaqdır. İkinci hissədə isə droselin xarakteristikası
sabit giriş təzyiqi ilə öyrəniləcəkdir. Hər iki iş üçün
hidravlik dövrənin sxemi şəkil 4- də təqdim olunmuşdur.
Laboratoriya işinin birinci hissəsində nasos çəninin
gövdəsinə bərkidilmiş qoruyucu klapanın vinti
fırladılaraq mayenin təzyiqi 80 bara qaldırlır. Drosselin
vinti tam açıldığından sxemdə P1 təzyiqi təxminən sıfır
göstərəcəkdir. Sonra isə droselin vinti o vaxta qədər
fırladılır ki, P1 təzyiqi 20 bar göstərsin. Hər iki halda
vaxt ölçən vasitəsi ilə ölçmə çəninə 1 litr mayenin dolma
vaxtı ölçülür. Ölçmədən əvvəl ölçmə çənini boşaltma
klapanı bağlı vəziyyətdə olmalıdır. Ölçmə əməliyyatı 10
bar addımı ilə qabaqcadan tənzimlənmiş 80 bar təzyiqə
qədər davam etdirilirək, ölçmənin nəticələri cədvəl 1- də
təqdim olunur.
27

Şəkil 1. Drosselin xüsusiyyətlərinin öyrənilməsi üçün


hidravlik dövrə.

Cədvəl 1. Təzyiqdən asılı olaraq axma həcminin təyini.


28

Cədvəl 1- də verilmiş ölçmə parametrləri əsasında şəkil


2- də qrafik qurulur.

Şəkil 2. Mayenin axma həcminin təzyiqdən aslılığı.

Şəkildən göründüyü kimi P1 təzyiqinin qabaqcadan


qoruyucu klapan vasitəsi ilə müəyyən olunmuş təzyiqə
uyğun hissəsində maye axınının həcmi azalır. Mayenin
təzyiqi 80 bar olduqda isə maye axının həcmi tamamiylə
azalaraq sıfıra düşür və nasosdan vurulan maye qoruyucu
klapandan keçərək çənə qayıdır. Bu hal drosselin tam
bağlanmış vəziyyətinə uyğundur.
Laboratoriya işinin ikinci hissəsində P1 təzyiqinin 3 sabit
qiyməti üçün (30bar, 50bar, 80bar) drosselin
29

xarakteristikası müəyyən olunmuşdur. İlkin olraq


qoruyucu klapanın vinti fırladılaraq hidravlik dövrənin
təzyiqi 30 bara qaldırılır. Sonra isə drosselin hər 0,1
addım açılması ilə ölçmə çənin maye axınıın miqdarı
təyin olunaraq, cədvəl şəklində verilir. Əməliyyat drossel
vintinin tam açılmasına qədər 0,1 addımı ilə davam
etdirilir. Sonra isə bu əməliyyat 50 və 80 bar təzyiq üçün
aparılaraq cədvəl 2- də qeyd olunur.

Cədvəl 2. Drossel vintinin hər 0,1 açılma addımına


uyğun maye axının həcmi.

Maye axının həcminin drosselin açılma addımından asılı


olaraq ölçülmüş qiymətləri əsasında şəkil 3- də təsvir
olunmuş qrafik qurulur. Qrafikdən görünür ki, drossel
vintinin açılması və təzyiqin artması ilə axının həcmi
30

artır. Ən böyük axma həcmi drosselin tam açıq


vəziyyətində 80 bar təzyiqdə baş vermişdir.

Şəkil 3. Maye axınının həcminin drossel vintinin açılma


addımından asılı olaraq təsviri.

Ölçmə çənində mayenin dolma vaxtının dəyişməsi,


ondan əvvəl yerləşdirilmiş NG4 və NG6 spiral şəkilli
müqavimət borusunun mayeyə yaratdığı əlavə
müqavimətin hesabına baş verə bilər ki, bu da
laboratoriya işinin növbəti mərhələsində tədqiq oluna
bilər.
31

Laboratoriya işi № 6

Maye axınını iki istiqamətdə tənzimləyən klapanın


hidravlik dövrədə işinin tədqiqi

İşin məqsədi maye axınını iki istiqamətdə tənzimləyən


klapanın hidravlik dövrədə işinin tədqiqindən ibarət olub,
sistemin dəyişən yüklənmələrində onun maye axınının
həcmini sabit saxlamasını öyrənməkdir.

Texniki təchizat:
- Axın tənzimləyən klapanlar ondan axan mayeni
müəyyən həddə məhdudlaşdırır və yüklənmənin
fərqli qiymətlərində axını sabit saxlamağa
çalışırlar. Bir çox hallarda yüklənmənin dəyişkən
olmasına baxmayaraq, silindr milinin eyni sürətli
hərəkəti tələb olunur.

- Qoruyucu klapan (təzyiq məhdudlaşdıran


klapan) bu laboratoriya işində hidravlik sistemi
yükəsk təzyiqdən qoruyucu kimi deyil, sistemi
dəyişən yükləyici kimi tətbiq olunacaqdır.
32

Laboratoriya işinin planı və həyata keçirilməsi

Texniki təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
- Təzyiqi məhdudlaşdıran klapan 1
- İki istiqamətdə axını tənzimləyən klapan 1
- Manometr 2
- Ölçmə çəni 1

Bu laboratoriya işində göstərilmişdir ki, yükülənmənin


dəyişməsi halında maye axınının 2 istiqamətdə
tənzimləyən klapan tələb olunan maye axınını sabit
saxlayır. Yüklənmənin dəyişməsi sistemə əlavə qoşulmuş
qoruyucu klapanın vintinin döndərilməsi ilə yükün
dəyişdirilməsinə əsaslanır. Bu zaman iki istiqamətdə
tənzimləyən klapan maye axınını sabit saxlayacaqdır.
Laboratoriya işi şəkil 1- də təsvir olunmuş sxemə əsasən
aparılacaqdır.
İşə başlamazdan əvvəl hidronasosun çəni üzərində
quraşdırılmış tənzimlənən qoruyucu klapan vasitəsi ilə
çıxış mayenin təzyiqi 80 bara qaldırılır. Bu zaman
sistemə qoşulmuş və onun dəyişən yüklənməsini təmin
edəcək ikinci qoruyucu klapanın tənzimləyici vinti tam
açıq vəziyyətdə olmalıdır.
33

Şəkil 1. İki istiqamətdə axını tənzimləyən klapanın


hidravlik dövrəyə qoşulması.

Digər manometrdə heç bir təzyiq olmadığı halda P1


təzyiqi 80 bar olur. İki istiqamətdə axını tənzimləyən
klapanın vinti vasitəsi ilə axının həcmi dəqiqədə 2 litrə
tənzimlənir. İkinci qoruyucu klapanın tənzimləyici
vintinin döndərilməsi ilə P2 təzyiqinin artırılmasına
baxmayaraq, maye axınının həcmi stabil qalacaqdır.
İki istiqamətdə tənzimləyici klapandan nominal maye
axınının qiymətini müəyyən etmək üçün onun
tənzimləyici vintini tam açırıq. Bir litr mayenin axması
üçün tələb olunan vaxt 13 saniyə və ya 4,6 litr/dəq
olacaqdır. İstehsalçı müəssisə tərəfindən bu qiymət orta
hesabla 3,2 litr/dəq müəyyən olunmuşdur.
34

Laboratoriya işi № 7

Təzyiqlə idarə olunan klapanın hidravlik dövrədə


işinin tədqiqi

İşin məqsədi təzyiqlə idarə olunan klapanın və təzyiq


azaldan klapanın hidravlik dövrədə işinin tədqiqindən
ibarət olub, idarəedici təzyiqin və maye axının həcminin
dəyişdirilməsi ilə sistemin qarşılıqlı fəaliyyətinin
öyrənilməsindən ibarətdir.
Texniki təchizatın siyahısı:
- Təzyiqlə idarə olunan klapana verilən əlavə
təzyiq qabaqcadan elastik yay vasitəsi ilə ona
verilən təzyiqlə müqayisə olunur. Əgər klapana
verilən təzyiq, yayın təzyiqindən yüksək olarsa,
əsas mayenin axını klapanın içərisindən çıxışa
ötürülür. Bu növ klapanlar çətin keçilən yerlərdə
klapanın məsafədən idarə olunması məqsədi ilə
tətbiq olunur.

- Təzyiq azaldan klapan klapanın çıxışında təzyiqi


məhdudlaşdırır. Yüksək təzyiqin azaldılması
məqsədi ilə klapan giriş, çıxış və çənə birləşmə
portlarından ibarətdir.
35

Laboratoriya işinin planı və yerinə yetirilməsi

Texniki təhizatın siyahısı:

- Maye çəni, hidravlik nasos və qoruyucu


klapandan ibarət yığım 1
- Təzyiqi azaldan klapan 1
- Manometr 2
- Drossel 1
- Təzyiqlə idarə olunan klapan 1
- Ölçmə çəni 1

Laboratoriya işində təzyiq azaldan klapan vasitəsi ilə


təzyiqlə idarə olunan klapanın idarəedici təzyiqi
dəyişdirilir. Təzyiqlə idarə olunan klapanın elastik
yayının sərtliyini dəyişməklə, onun müxtəlif idarəetmə
təzyiqlərində işi müəyyən olunur.
İşin aparılması şəkil 1- də verilmiş sxemə əsasən
reallaşdırılır.
36

Şəkil 1. Təzyiqlə idarə olunan klapanın hidravlik dövrəyə


qoşulma sxemi.

Təzyiq azaldan klapanın tənzimləyici vintinin


döndərilməsi ilə təzyiqlə idarə olunan klapanın idarəedici
təzyiqi- P1 tənzimlənir. Təzyiqlə idarə olunanın klapanı
idarə etmə təzyiqi onun üzərində olan vintin açar vasitəsi
ilə döndərilməsi ilə tənzimlənir. Bir neçə dəfə qoşma
əməliyyatından sonra müəyyən olunur ki, təzyiqlə idarə
olunan klapan histrezisə malikdir. Bu o deməkdir ki,
klapanı qoşma və ayırma təzyiqləri yayın eyni
tənzimlənmə vəziyyətləri üçün fərqlidir. Klapanı qoşmaq
37

üçün tətbiq olunan təzyiq, əsas axının qarşısının alınması


üçün idarəedici təzyiqdən yüksək olur.
Hidravlik sxemdə kiçik dəyişiklik etməklə, “təzyiq
azaldan klapan”ın işini tədqiq etmək olar. Burada “təzyiq
azaldan klapan”ın çıxışına əlavə drossel qoşulmuşdur.

Şəkil 2. Təzyiq azaldan klapanın dövrəyə qoşulma sxemi.

Şəkil 2- də verilmiş sxemə əsasən P1 təzyiqi və maye


axınının həcmi drosselin vintinin tənzimlənməsi ilə
tədqiq oluna bilər. Axının məhdudlaşdırılması zamanı
axma həcminin sıfıra düşməsi halında təzyiq qabaqcadan
müəyyən olunmuş qiymətdən böyük olmamalıdır.
38

Laboratoriya işi № 8

Hidravlik üsulla idarə olunan əks klapanın hidravlik


dövrədə işinin tədqiqi

İşin məqsədi təzyiqlə idarə olunan əks klapanın hidravlik


dövrədə işinin tədqiqindən ibarət olub, klapana əlavə
təzyiqin verilməsi ilə onun açılması və yükün öz ağırlığı
hesabına aşağı doğru hərəkətini təmin etməkdir.
Hidravlik üsulla idarə olunan əks klapan normal
vəziyyətdə yayla yüklənmiş əks klapanla eyni funksiyaya
malikdir. Adi əks klapandan fərqi ondan ibarətdir ki, bu
klapana əlavə idarəedici təzyiq verməklə, maye axınını
digər tərəfə də yönəltmək olar.

Laboratoriya işinin planı və yerinə yetirilməsi

Texniki təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
- 4/2 markalı klapan 1
- 4/3 markalı klapan 1
- Hidravlik üsulla idarə olunan əks klapan 1
39

- İki təsirli silindr 1


- Yük 1

İşdə yükün müəyyən vəziyyətdə saxlanılması və


idarəedici hidravlik təzyiq vasitəsi ilə zərbə şəkilli
enməsi öyrəniləcəkdir.
Laboratoriya işi şəkil 1- də təsvir olunmuş sxemə əsasən
yerinə yetirilir.

Şəkil 1. Hidravlik üsulla idarə olunan əks klapanın


hidravlik dövrəyə qoşulma sxemi.
40

İlk növbədə yük 4/2 markalı paylayıcı klapanın


dəstəyinin döndərilməsi ilə qaldırılır. 4/2 markalı
klapanın dəstəyini buraxdıqda yük qalxmış vəziyyətdə
qalacaqdır. 3/2 markalı paylayıcı klapan vasitəsi ilə
hidravlik üsulla idarə olunan klapanın girişinə idarəetmə
təzyiqi verildikdə, əks klapan açılaraq silindrin milində
olan yük öz ağırlığı hesabına aşağı dozğru hərəkət
edəcəkdir.

Laboratoriya işi № 9

Hidravlik silindrlərin ardıcıl işinin tədqiqi

İşin məqsədi 2/2 markalı diyircəkli milə malık klapanın


tətbiqi ilə hidravlik silindrlərin ardıcıl işlədilməsi üçün
hidravlik dövrənin yığılması və onun işləmə prinsipinin
mənimsənilməsi.
2/2 markalı diyircəkli milə malık klapanın vəzifəsi
onun diyircəkli milinin mexaniki sıxılması ilə mayenin P
portalı ilə A portalını əlaqələndirməkdən ibarətdir.
41

Laboratoriya işində tətbiq olyunan hidravlik dövrə ikinci


laboratoriya işi ilə eynidir. Amma burada əlavə olaraq iki
element istifadə olunmuşdur. Bunlardan biri B- hidravlik
silindri və 2/2 markalı diyircəkli milə malık klapandır.

Laboratoriya işinin planı və yerinə yetirilməsi

Texniki təchizatın siyahısı:


Texniki təchizatın siyahısı:
- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
- Bağlaylcı klapan 2
- 4/2 markalı klapan 1
- İkitəsirli silindr 2
- Manometr 1
- 2/2 markalı diyircəkli milə malık klapan 1

4/2 markalı hidravlik klapanın dəstəyinin stasionar


vəziyyətində maye nasosdan, bağlayıcı klapandan, 4/2
markalı klapandan keçerek A sildrinin sol portalına və
2/2 markalı diyircəkli milə malık klapanın P portalına
ötürüləcəkdir. Nəticədə A- silindri sağa doğru hərəkət
edərək, 2/2 markalı diyircəkli milə malık klapanı ağaşı
doğru sıxacaqdır. Bu zaman klapanın P portundan A
portuna maye ötürülərək B hidravlik silindri yuxarı doğru
hərəkət etdirəcəkdir.
4/2 markalı hidravlik klapanın dəstəyini sola doğru
hərəkət etdirdikdə 2/2 markalı diyircəkli milə malık
klapanın P və A portallarının əlaqəsi kəsilir və B
42

silindrinin aşağı portalı 4/2 markalı klapan vasitəsi ilə


çənlə qısa müddətə əlaqələnir. Təzyiq A silindrinin sağ
portalına verildiyindən onun mili sola doğru hərəkət
edəcəkdir. Bu zaman silindrin aşağı hissəsində olan maye
milin yük hesabına aşağı doğru hərəkətinə mane olur.
Bunun üçün silindrin aşağı portalına əlavə bağlayıcı
klapan qoşularaq, çənlə əlaqələndirilmişdir. B silindrinin
mili tam aşağı düşdükdən sonra sonuncu klapan bərkidilir
və proses yenidən təkrarlanır.

Şəkil 1. Hidravlik silindrlərin ardıcıl idarə olunması üçün


hidravlik dövrə.
43

Laboratoriya işi № 10

Hidravlik mühərrikin hidravlik dövrəyə qoşulması,


onun müxtəlif istiqamətlərdə fırlanma hərəkətinin
təminatı və sürətinin tənzimlənməsi

İşin məqsədi hidravlik mühərriki əlavə elementlərlin


köməyi ilə dövrəyə qoşaraq, onun hər iki sitiqamətdə
fırlanma hərəkətini təmin etmək və sürətinin
tənzimlənməsinə nail olmaqdır.
Laboratoriya işində istifadə olunan hidravlik dövrə ikinci
və üçüncü laboratoriya işində istifadə olunmş dövrələrə
uyğundur. Burada əlavə olaraq, sadə drossel və hidravlik
mühərrik istifadə olunacaqdır.
- Hidravlik mühərrikin vəzifəsi maye axınının
enerjisini mexaniki hərəkətə çevirməkdir. Düzxətli
hərəkət üçün hidravlik silindrlər, fırlanma hərəkəti
üçün rotorlu mühərriklər tətbiq olunur. Belə
mühərriklərin əsas tətbiq sahələrindən biri yol
hamarlayan maşınların dəmir təkərlərinin
fırladılmasında istifadəsidir.

Laboratoriya işinin planı və yerinə yetirilməsi

Texniki təchizatın siyahısı:


44

- Maye çəni, hidravlik nasos və qoruyucu


klapandan ibarət yığım 1
- Drossel 1
- 4/3 markalı klapan 1
- Hidravlik mühərrik 1

Şəkil 1. Hidravlik mühərrikin müxtəlif istiqamətlərdə


fırlanması və fırlanma sürətinin tənzimlənməsi üçün
sxem.

Şəkil 1- də verilmiş hidravlik sxemə əsasən yığılmış


dövrədə 4/3 markalı paylayıcı klapanın dəstəyini sağa və
sola hərəkət etdirdikdə, hidravlik mühərrikin valı
fırlanma istiqamətini dəyişəcəkdir. Droselin vintinin
sıxılıb aşılması ilə mühərrikin valının fırlanma tezliyi
tənzimlənəcəkdir.
45

Laboratoriya işi № 11

Hidravlik enerjinin saxlanması üçün akkumlyatorun


hidravlik dövrədə işinin tədqiqi

İşin məqsədi hidravlik enerjini digər enerjiyə çevirən


akkumlyatorların hidravlik dövrədə işinin tədqiqindən
ibarət olub, hidravlik nasosun dövrədən ayrılmasından
sonra toplanan hidravlik enerji vasitəsi ilə hidravlik
silindrin hərəkət etdirilməsi əməliyyatının öyrənilməsidir.
- Hidravlik enerjinin saxlanması üçün tətbiq
olunan akkumlyatorun daxilində azot qazı ilə
müəyyən təzyiqdə doldurulmuş elastik balon
yerləşdirilmişdir. Akkumlyatoru hidravlik maye ilə
doldurduqda elastik balon mayenin təzyiqinə qədər
sıxılacaqdır. Akkumlyatorlar qəza vəziyyəti üçün
enerji rezervi yaradaraq bu vəziyyətdən çıxmağa
xidmət edir.

Şəkil 1. Hidravlik akkumlyatorun simvolu.

- Hidravlik akkumlyatorun təhlükəsizlik


təchizatı akkumlyatorda təzyiqin normadan artıq
artmasının qarşısını alır və eyni zamanda qəza
vəziyyətində təzyiq altında olan akkumlyator
mayesinə tələb olmadıqda onu çənə yönəldir.
46

Şəkil 2. Hidravlik akkumlyatorun təhlükəsizlik təchizatı.

Laboratoriya işinin planı və yerinə yetirilməsi

Texniki təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım 1
- 4/3 markalı klapan 1
- Bir istiqamətdə axını tənzimləyən klapan 1
- Əks klapanlı elastik boru 1
- İki təsirli silindr 1
- Təhlükəsizlik təchizatı ilə birlikdə
akkumlyator 1
- Manometr 1

Laboratoriya işi şəkil 3- də verilmiş sxemə əsasən


aparılır.
47

Şəkil 3. Hidravlik akkumlyatorun dövrəyə qoşulması


sxemi.

Akkumlyatorun maye ilə doldurulması üçün onun


üzərində olan dəstəyi üfiqi vəziyyətə döndərin.
Akkumlyatorda təzyiq dövrənin təzyiqinə bərabər
olduqda, onu dövrədən ayıraraq potensial enerjini
akkumlyatorda toplayırıq. Hidravlik nasos dövrədən
ayrıldıqda hidravlik silindrin hərəkəti adi halda mümkün
deyildir. Bu vəziyyətdə akkumlyatorun yenidən dövrəyə
qoşulması ilə silindrin hərəkətini və ya yükün
qaldırılmasını təmin etmək mümkündür. Sistemə qoşulan
əks klapan mayenin nasosdan keçərək çənə qayıtmasına
imkan verməyəcəkdir.
48

Laboratoriya işi № 12

Hidravlik prosesin avtomatik dayandırılması

İşin məqsədi: İkitəsirli hidravlik silindirn porşenin mili


S2 açarını qısa müddətli qoşduqda o hərəkətə başlasın və
kənar vəziyyətdə dayanıb qalsın. S1 açarını qoşduqda isə
porşenin mili geri əvvəlki vəziyyətinə qayıtsın.
Laboratoriya işinin planı və yerinə yetirilməsi

1. Hidravlik təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım;
- Manometr;
- 4/2 markalı yayla geri qaytarılan vahid vəziyyətli
maqnit klapanı;
- İki təsirli silindr.
Yuxarıda nəzərdə tutulmuş elektrohidravlik vasitələr
stendin üzərində kəsikləri olan şaquli lövhədə, şəkil 1 və
şəkil 2- də verilmiş sxemlərə əsasən yığılır. Hissələrin
ardıcıllığı elə olmalıdır ki, hidravlik borular səliqəli
şəkildə yerləşsin. Qoruyucu ventil stendin alt hissəsində,
yağ çəninin üzərində nasosun yanında yerləşdirilmişdir.
Buna görə də bütün tədqiqatlarda sistemə əlavə qoruyucu
klapanın qoşulmasına ehtiyac yoxdur. Bütün laboratoriya
işlərində qurulacaq sxemin hidravlik mənbəyə
qoşulmasından əvəl qoruyucu klapanın tənzimləyici vinti
vasitəsi ilə mənbənin təzyiqi 50...80 bara
49

tənzimlənməlidir. Bundan sonra sxemin hidravlik hissəsi


mənbəyə qoşularaq cəm şəkildə yoxlanılır.

Şəkil 1. Hidravlik silindrin milinin avtomatik


dayandırılması prosesinin hidravlik sxem.
Hidravlik sistem qurulduqdan sonra stendin lövhəsində
sxemdə verilmiş elektrik vasitələri yerləşdirilərək
bərkidilir.
Elektrik təchizatının siyahısı:
- K1- rele lövhəsi;
- S1 və S2- açarları;
- Y1- 4/2 markalı maqnit klapanı;
- Transformator- 24V/DC, 3A;
- Birləşdirici naqillər.
50

Şəkil 2. Hidravlik silindrin milinin avtomatik


dayandırılması prosesinin elektrik sxem.

Laboratoriya işi № 13

Hidravlik silindrin milinin hərəkətinin idarə olunması

İşin məqsədi: 1 və 2 silindrlərinin porşen milləri S2


açarını qısa müddətli qoşduqda hərəkətə başlamalıdır.
Bu zaman 2 silindri 8 saniyə gecikməklə hərəkət
etməlidir. 2 silindrinin porşen mili kənar vəziyyətinə
çatdıqdan sonra hər iki silindrin porşenləri yenidən
əvvəlki vəziyyətinə qayıtmalıdır.
51

Laboratoriya işinin planı və yerinə yetirilməsi

Hidravlik təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
- klapandan ibarət yığım
- Manometr;
- 4/2 markalı maqnit klapanı;
- 2 ədəd ikitəsirli hidravlik silindr.

Şəkil 1. Silindrin milinin hərəkətinin idarə olunmasının


elektrohidravlik sxemi.
Elektrik təchizatının siyahısı:
- K1- rele lövhəsi;
- K2- zaman relesi lövhəsi;
52

- S1, S2- açarlar;


- S3- diyircəkli açar;
- Y1, Y2- 4/2 markalı hidravlik maqnit klapanı;
- Transformator- 24V/DC, 3A;
- Birləşdirici naqillər.

Şəkil 2. Silindr porşeninin hərəkətinin idarə olunması


üçün elektrik sxemi.
53

Laboratoriya işi № 14

Hidravlik silindrin milinin hərəkətinin


dayandırılması
İşin məqsədi: İki təsirli silindr porşeninin mili S1 açarını
qoşduqda hərəkətə başlamalıdır. S2 açarı qoşulmadıqda
porşen mili hərəkət etməməlidir. S2 açarını qoşduqda
porşenin mili yenidən hərəkət etməlidir. Belə bir sxem
pərdənin və ya jalüzün qaldırılması halında istifadə oluna
bilər.
Laboratoriya işinin planı və yerinə yetirilməsi

Hidravlik təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım;
- Manometr;
- 4/3 markalı elektromaqnit klapanı (stasionar
vəziyyətdə maye yolunu bağlayır, sürüngəcin
vəziyyəti yayla mərkəzləşdirilir);
- Yüklənmiş silindr.
Elektrik təchizatının siyahısı:
- K1, K2- rele lövhələri;
- S1, S2- açarlar;
- Y1, Y2- 4/3 markalı hidravlik maqnit klapanları;
- Transformator- 24V/DC, 3A;
- Birləşdirici naqillər.
54

Şəkil 1. Hidravlik silindrin milinin hərəkətinin


dayandırılmasının elektrohidravlik sxemi.

Şəkil 2. Silindrin milinin hərəkətinin dayandırılması üçün


elektrik sxemi.
55

Laboratoriya işi № 15

Zaman relesinin elektromaqnit klapanı idarə etməsi


ilə silindrin hərəkətinin avtomatlaşdırılması

İşin məqsədi zaman relesini elektromaqnit klapanına


qoşmaqla, onu əlavə siqnalvericilər vasitəsi ilə idarə edib,
elektromaqnit klapana qoşulmuş ikitəsirli silindrin
hərəkətinin avtomatik idarə edilməsidir.
Elektron zaman relesi zaman diski üzərində qabaqcadan
seçilmiş saniyələrlə zaman müddətinə görə 1 və 2
kontaktlarını uyğun olaraq 5, 6 və 3, 4 kontaktları ilə
qoşub - ayırmaqdan ibarətdir. Relenin elektrik cərəyanı
ilə təmini üçün onun aşağı sol hissəsindəki “-” və “+”
işarələnmiş boşluqlara uyğun gərginlik vermək lazımdır.
Sonra isə zaman həlqəsinin S düyməsini tələb olunan
rəqəm üzərinə döndəririk. Mənfi qütbü “Start”
düyməsinə qoşub – ayırdıqda rele işə qoşulur və seçilmiş
zaman başa çatdıqda 1 kontaktı 5 kontaktına, 2 kontaktı
isə 3 kontaktına qoşulacaqdır. Relenin stasionar
vəziyyətində 1 kontaktı 6 kontaktına, 2 kontaktı isə 4
kontaktına qoşulur. Relenin işi zamanı onun istənilən
anda dayandırılması “Stop” boşluğuna mənfi yükün
qoşulması ilə baş verir. Mənfi yükü boşluqdan ayırdıqda,
rele yenidən saymağa başlayır. Sistemin işdən tamamiylə
ayrılılıb yenidən qoşuması “Reset” düyməsinə mənfi
yükün verilməsi ilə baş verir.
56

Şəkil 1. Elektron zaman relesinin təsviri.


Zaman relesinin öz – özünü işlətməsi, 1 və 2 kontaktının
uyğun olraq 5, 6 və 3, 4 kontaktlarına avtomatik olaraq
qoşulub – ayrılması üçün rele üzərində qurulmuş elektrik
sxemi növbəti şəkildə verilmişdir.

Şəkil 2. Elektron zaman relesinin kontaktlarının


avtomatik qoşulub – ayrılması.
57

Laboratoriya işinin planı və yerinə yetirilməsi

Hidravlik təchizatın siyahısı:


- Maye çəni, hidravlik nasos və qoruyucu
klapandan ibarət yığım;
- Manometr;
- 4/3 markalı elektromaqnit klapanı (stasionar
vəziyyətdə maye yolunu bağlayır, sürüngəcin
vəziyyəti yayla mərkəzləşdirilir);
- İkitəsirli hidravlik silindr.
Elektrik təchizatının siyahısı:
- Zaman relesi lövhəsi;
- S1, S2- açarlar;
- Y1, Y2- 4/3 markalı hidravlik maqnit klapanları;
- Transformator- 24V/DC 3A;
- Birləşdirici naqillər.
Zaman relesinin hidravlik dövrəni və beləliklə də
hidravlik silindrin irəli geri hərəkətini avtomatik idarə
etməsi üçün elektrohidravlik sxem şəkil 3- də təqdim
olunmuşdur.
Transformatorun “+” qütbləri ilkin olaraq elektromaqnit
klapanın qırmızı rənglə verilmiş naqillərinə və zaman
relesinin “+” qütbünə qoşulur. Qalan digər qoşma
əməliyyatları isə transformatorun “-” qütbü ilə aparılır.
Sxemə əsasən zaman relesinin 1 kontaktına, S1 və S2
diyircəkli açarların açıq kontaktlarının bir ucuna daimi “-
58

” yük qoşulur. S1 və S2 açarlarının açıq kontaktlarının


digər hissəsi isə zaman relesinin “Stat” və ya “Reset”
boşluqlarına qoşulur.

Şəkil 3. Hidravlik silindrin avtomatik idarə edilməsi


zamanı elektrohidravlik dövrə.
Hidravlik silindrin milinin irəli geri hərəkəti, S1 və S2
vericilərindən zaman relesinə növbəli şəkildə daxil olan
elektrik siqnalları əsasında, onun 5 və 6 kontaktlarına və
eyni zamanda elektromaqnit klapanın dolaqlarına elektrik
cərəyanının daxil olması ilə, klapan plunjerinin irəli geri
hərəkəti nəticəsində mayenin silindrin sağ və ya sol
tərəflərinə verilməsi əsasında baş verir.
Laboratoriya işinin növbəti mərhələsində yuxarıda qeyd
olunan sxemlər 4/2 markalı elektromaqnit klapanı
vasitəsi ilə yığıla bilər.
59

RT701 elektrohidravlik sınaq stendi üçün


texniki təchizatın siyahısı
- 1 ədəd elektrik açarları lövhəsi. Lövhəyə daxildir: 3
ədəd sıxılmaqla işləyən 1 ədəd fiksasiya oluna bilən
açarlar. Hər bir açar iki qoşma və iki ayırma
kontaktlarına malikdir;
- Lövhə üzərində yerləşdirilmiş və normal vəziyyətdə
açıq olan 2 ədəd elektrik axınını məhdudlaşdıran açar;
- Lövhə üzərində yerləşdirilmiş 2 ədəd 4 kontaktlı rele;
- 1 ədəd 2 vəziyyətli zaman relesi. 0-30 san müddətinə
nizamlanır;
- 1 ədəd transformator- 24V/DC, 3A;
- 15 ədəd 1000mm uzunluqda qırmızı və 15 ədəd
1000mm uzunluqda qara rəngli ştekerli naqillər. 15
ədəd 500mm uzunluqda qırmızı və 15 ədəd 500mm
uzunluqda qara rəngli ştekerli naqillər;
- 2 ədəd 4/2 markalı yayla geri qaytarılan və 24V/DC
cərəyanla işləyən hidravlik maqnit klapanları. A, B, P
və T portları stasionar vəziyyətdə bağlı olur;
- 1 ədəd 4/3 markalı yayla mərkəzləşdirilən və 24V/DC
cərəyanla işləyən hidravlik maqnit klapanı;
- 1 ədəd 4/3 markalı yayla mərkəzləşdirilən 24V/DC
cərəyanla işləyən hidravlik maqnit klapanı. Stasionar
vəziyyətdə A və B bağlı olmalı, P və T qoşulmalıdır.
60

Stendin əlavə texniki göstəriciləri

- Stendin həndəsi ölçüləri (LxBxH)-


1520x750x1600 mm
- Kütləsi 185 kq
- Elektrik cərəyanı təchizatı 380V/50Hs

- Nasosun məhsuldarlığı 5,3 litr/dəq


- Maksimal təzyiq 145 bar
- Mühərrikin gücü 1,5 KVt
- Süzgəc Bosch Pİ22004DN
- Çənin tutumu 33 litr
- Doldurulma miqdarı 25 litr
- Yağın növü HLP
- Özlülük İSO32, SAE 10W, DİN 51502 16/25
- Təklif olunan yağ dəyişmə intervalı maksimum 5
il, və ya 400 saat iş müddəti.
- Yüksək yağ temperaturunda (>800C) və ya yağ
çirklənmələrində (qaralma) daha tez dəyişilməlidir.

- Kiçik hidravlik silindrin daxili/xarici diametri-


22/32mm
- Kiçik hidravlik silindrin milinin gedişi- 250 mm

- Böyük hidravlik silindrin daxili/xarici diametri-


22/32mm
- Böyük hidravlik silindrin milinin gedişi- 400 mm
- Hidromotora mayenin maksimal doldurulma
həcmi- 5,5 litr/dəq.
61

Ədəbiyyat
1. R.K. Bansal. A Textbook of Fluid Mechanics and
Hydraulic Machines. LAXMİ publication - 2017,
650 p.
2. Zoeb Husain, Zulkifly Abdullah, Zainal
Alimuddin. Basic Fluid Mechanics and Hydraulic
Machines. BS publication – 2008, 234 p.
3. Разинов Ю.И., Суханов П.П. Гидравлика и
гидравлические машины: учебное пособие /
Казань: изд-во Казань гос. тех. ун-та, 2010.-
160с.
4. RT700 və RT701 markalı laboratoriya stendinin
texniki sənədləri.
5. Осипов П.Е. Гидравлика, гидравлические
машины и гидропривод: Учебные пособия для
вузов. 3-е изд., перераб. и .доп.- М.: Лесн.
пром-сть. 1981.-424с.
6. Кривченко Г.И. Гидравлические машины:
Турбины и насосы. Учебник для вузов. 2-е изд.,
перераб.- М.: Энергоатомиздат, 1983.-320с.
62

Qeyd üçün əlavə vərəq


63

Qeyd üçün əlavə vərəq


64

Dosent, t.f.d. (Dr.-İng.) Fərhad Məhəmməd oğlu Şirzadov

Hidravlika və hidravlik maşınlar fənnindən

LABORATORİYA İŞLƏRİ

Çapa imzalanıb 29.01.2020.

Sayı 50. Formatı 60×84 1/16

Əla növ kağız

Bakı Mühəndislik Universitetinin mətbəəsi.


Xırdalan şəhər, Həsən Əliyev küçəsi 120

You might also like