You are on page 1of 3

18.Korporativ idarəetmənin elementlərini izah edin.

Mükəmməl korporativ idarəetmənin üç elementi vardır

 Şirkətin etik əsasları, yəni səhmdarların hüquqlarının qorunması;


 Mülkiyyətçilərə uzunmüddətli perspektivdə strateji vəzifələrə
nailolma (uzunmüddətli yüksək mənfəət,səhmlərin məzənnəsinin
artması və s.);

Şirkətə tərəfindən büün hüquqi və normativ tələblərin yerinə


yetirilməsi Səmərəli korporativ idarəetmə sisteminin əsas elementləri
aşağıdakılardır [30, 34, 65, 56]:

Korporativ idarəetmə – ölkəmizdə iqtisadi leksikona son zamanlar daxil


olsa da, artıq özünəməxsus cazibə qüvvəsi ilə cəmiyyətin əksər
təbəqələrini və ələlxüsus, iqtisadçı alim¬lə¬ri, müəssisə rəhbərlərini,
investorları və dövlət orqanlarını dü¬şün-dürməyə başlamışdır.
Korporativ idarəemənin effektli sis¬te-minin yaradılmasında üç əsas
üstünlük var.
Sərmayələrin cəlb edilməsi imkanı.
Korporativ idarəetməninin yüksək standartları sər¬ma¬yə-darlar
tərəfindən potensial tərəfdaşlara mütləq tələbdir. Mak-Kin¬sey
beynəlxalq konsaltinq şirkətinin tədqiqatları göstərir ki, sər¬mayədarlar
yüksəksəviyyəli korporativ idarəetməyə malik olan müəssisələrin
səhmlərini baha qiymətə almağa asanlıqla ra¬zılıq veririlər.
Şirkətin səmərəliliyinin artması.
Korporativ idarəetmə biznes-proseslərin bütünlüklə ha-mısını
optimallaş¬dırır və gəlirin artmasına səbəb olur. Harvard biznes
məktəbinin professoru P. Hompers tərəfindən aparılan 1500 şirkətin
təhlili göstərir ki, səhmdarların hüquqları güclü şəkildə qorunan şirkətlər
daha səmərəli işləyir və onların ka-pitallaşması daha yüksəkdir.
Kapitalın qiymətinin azalması.
Səmərəli korporativ idarəetmə kapitalın qiymətini azal-dır. 2001-ci ildə
«Prais Vaterhaus Kuperzz» şirkəti tərəfindən səkkiz (Yaponiya daxil
olmaqla) Asiya ölkəsində aparılan tədqiqatlar göstərmişdir ki,
«şəffaflığın» çatışmazlığı kapitalın qiymətini 700 bənd artırır.
Məsələ ondadır ki, əgər şirkətlər tez dəyişən texno¬lo¬gi-ya¬lı bazarlarda
işləyirsə, o zaman onlar istədikləri bank kre¬dit-lərini istənilən məbləğdə
ala bilmir. Buna səbəb isə bu şir-kətlərdə borc kapitalının xüsusi kapitalı
üstələməsidir. Ciddi ma¬liyyə resurslarının cəlb olunması üçün onlar
yalnız səhm bu-rax¬malıdırlar. Məhz, buna görə şirkətlər korporativ
ida¬rə¬et¬mə-nin mükəmməl sistemini yarat¬mağa məcburdur. Çünki bu
ma¬liy-yə vəsaitləri verən sərmayədarların yüksək tələblərinə uyğun
gəlir.
Fərdi şirkətlər öz səhmlərinin buraxılmasını planlaşdır¬mır, korporativ
idarəetmədə yuxarıda qeyd edilən səyləri göstərmək məqsədəuyğun
deyil. Onların arasında daxili resursların yəni xa¬lis gəlir və amortizasiya
hesabına inkişaf edən şirkətlər azlıq təşkil edir, bank kreditləri və istiqraz
vərəqələrini qiymətli ka-ğızlar bazarında yerləşdirməklə borc kapitalını
cəlb etmək qa-çıl¬mazdır.
Korporativ idarəetmə sisteminin yaxşılaşdırılması onun şəffaflığını artırır,
bu da, öz növbəsində, onların kredit rey¬tin-qinin artmasına işarə olur.
Korporativ idarəetmənin təkmilləşdirilməsi və istiqa¬mət-lən¬dirilməsi
üzrə ən məzmunlu sənəd ilk dəfə 1999-cu ilin ap-relində Beynəlxalq
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tə-rəfindən işlənilib və
təsdiqlənib. Bu sənəddə korporativ ida-rəetmə sisteminin səmərəliliyi
dörd əsas prinsipə riayət olunma¬sını nəzərdə tutur:
- doğruluq və səmimiyyət: investorlar əmin olmalıdırlar ki, onların
mülkiyyəti istəkləri olmadan özgünləşməyəcək;
- şəffaflıq: şirkət öz maliyyə vəziyyəti haqqında tam və dolğun
informasiyanı vaxtlı-vaxtında açmalıdır;
- hesabatvermə: menecerlər mülkiyyətçilərə və onların təyin etdiyi
auditorlara görülən işlər haqqında hesabat verməlidirlər;
- məsuliyyətlilik: müəssisə hüquqi qanunlara və cəmiy-yətin etik
normalarına ria¬yət etməlidir.

You might also like