You are on page 1of 13

Korrupsiyaya qarşı mübarizə haqqında

 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının
alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün
əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə
orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin
fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə
yönəlmişdir. [1]
Bu Qanun, habelə dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına,
qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət
orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə
həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini
istisna edən şəraitin yaradılması məqsədini daşıyır. [2]
 
I fəsil
ÜMUMİ MÜDDƏALAR
 
M a d d ə 1 .   Korrupsiyanın anlayışı
 
Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi
orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və
səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və
sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər
tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin
qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə
həmin vəzifəli şəxslərin ələ alınmasıdır. [3]
 
M a d d ə 2 .  Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri
 
2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər:
2.1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən
olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;
2.1.2. xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
2.1.3. inzibati vəzifə tutan dövlət qulluqçuları;
2.1.4. dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və
təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat
subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata
keçirən şəxslər;
2.1.5. Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə
namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;
2.1.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;
2.1.7. yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-
təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə
təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;  [4]
2.1.8. qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini
yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-
təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər;
2.1.9. öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına
qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər əldə edən şəxslər;
2.1.10. vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya
güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə
hərəkətlərdə vasitəçilik etmiş şəxslər.
2.2. Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi
üçün vəzifəli şəxs hesab edilirlər.
 
M a d d ə 3 .   Qanunun tətbiq dairəsi
 
Bu Qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun
ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan
Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.
 
Maddə 4 .   Korrupsiyaya qarşı mübarizəni həyata keçirən
orqanlar (qurumlar)  [5]

 
4.1. Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli
şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər.
Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət
məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən
edilmiş qaydada hüquq mühafizə orqanları həyata keçirirlər. [6]
4.2.  Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan
sonra "Komissiya") həyata keçirir. [7]
4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları
tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq
edilən Əsasnamə ilə müəyyən olunur.

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə


nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir
vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin
pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü
olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu
mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad
olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

Maddə 8. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər [13]


 
8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür
təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində
verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər
üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına
təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin
qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.
8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı
fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir
neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin
xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya
quruma məxsus hesab edilir. [14]
8.3. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə
ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini
öyrənməlidir.
8.4. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların
icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı
güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.
8.5. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər
təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair
nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən
verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər,
imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına, yerli özünüidarəetmə
orqanına və ya quruma akt üzrə təhvil verilməlidir. [15]
 M a d d ə 9 .  Korrupsiya ilə əlaqədar hüquqpozmalar

 
9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya
hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.
9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır:
9.2.1. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər
hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması
müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və
sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və
sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul
etməsi;
9.2.2. xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin
edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə
onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya
dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd
edilməsi və ya verilməsi;
9.2.3. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina
olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər
üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;
9.2.4. vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə
əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya
bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə
(tarifə) əldə edilməsi;
9.2.5. vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar
əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya
icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;
9.2.6. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla
maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi
və ya verilməsi;
9.2.7. müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir
göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin,
imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin,
imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi.
9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan
hüquqpozmalar sayılır:
9.3.1. xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və
yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü
ilə məşğul olmaq;
9.3.2. statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan
istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi
məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də
subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında
qanunsuz kömək etmək;
9.3.3. bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və
maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq;
9.3.4. statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan
istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət
orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz
müdaxilə etmək; [16]
9.3.5. statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə
səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan
istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;
9.3.6. normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və
ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;
9.3.7. vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona
hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin
nümayəndəsi qismində iştirak etmək; [17]
9.3.8. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş
məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə
məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş
məlumatlar vermək;
9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan
məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;
9.3.10. dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların maddi
və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin,
siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının
seçki fonduna vermək; [18]
9.3.11. qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına,
dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların təsərrüfat
subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına
vermək; [19]
9.3.12. fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata
keçirilməsində süni maneələr yaratmaq;
9.3.13. sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı
səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq
vermək.
9.4. Bu Qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini
tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə
əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.
 
 
M a d d ə 1 0 .  Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin
məsuliyyəti
 
10.1.      Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən
edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb
olur.
M a d d ə 1 4 .   Qanunun qüvvəyə minməsi
 
Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.
 
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 13 yanvar 2004-cü il
       № 580-IIQ
 
 
 

Dövlət qulluğu haqqında


 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
I fəsil
ÜMUMİ MÜDDƏALAR
 
M a d d ə  1. Qanunun məqsədi
 
Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət
qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti
ilə bağlı məsələləri tənzimləyir.
 
M a d d ə  2. Dövlət qulluğu
 
2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər
qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata
keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə
yetirməsidir.
2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının
aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. [1]
2.3. Prokurorluqda, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra
hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu
Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək
hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata
keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət
qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci
maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir
və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. [2]
Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna
olmaqla) aparatlarında çalışan və xüsusi (hərbi, diplomatik) rütbəsi olmayan şəxslərə
(dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas
dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. [3]
2.4. Bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və
vitse-prezidentlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına,
Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan
Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavinlərinə, katibinə və
üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və
auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının
Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara şamil olunmur. [4]
2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan
müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. [5]

8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional


və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının
qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının
fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,
Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi
səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi,
ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan
Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları); [15]
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali
Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan
Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası,
Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);

M a d d ə  11. İnzibati və yardımçı vəzifələrin təsnifatı [28]


 
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır: [29]
11.1.1. inzibati vəzifələrin ali təsnifatı:
11.1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi,
Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat
rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi, Azərbaycan
dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi. [30]
11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:
11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini
vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin
müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında bölmə rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi,
Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan
Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
aparat rəhbərlərinin müavinləri vəzifələri, Azərbaycan dövlətinin başçısının icra
səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi, Azərbaycan
Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi, habelə həmin dövlət
orqanlarında bölmə rəhbərlərinin vəzifələri; [31]
11.1.2.1-1. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;

M a d d ə  27. Dövlət qulluğuna qəbul edilmək hüququ [120]


 
27.1. Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik
mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak
vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər
birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə
hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən
vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır. 
 
M a d d ə  28. Dövlət qulluğuna qəbul [127]
 
28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və
müsahibədən ibarətdir.
28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin
təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir
dəfədən az olmayaraq test imtahanları təşkil edir. [128]
Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili,
keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı
müəyyən edir.
28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə
inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test
imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan
sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən
sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna
uyğun olaraq bir neçə sertifikat ala bilər. [129]
28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.
Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son
müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət qulluğu
vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya
vasitələrində verilir. [130]
28.5. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan
şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək
üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə
iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) müəyyən edir. [131]
Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30
gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə
əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün
müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə
yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi
müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır. [132]

M a d d ə  32-1. Dövlət qulluğunda olmanın yaş həddi [185]


 
32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti
müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla
bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin 5 ildən çox
uzadılmasına yol verilmir.
M a d d ə  35. Qanunun qüvvəyə minməsi
 
Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir. [192]
 
 Azərbaycan Respublikasının Prezidenti  HEYDƏR ƏLİYEV
 
Bakı şəhəri, 21 iyul 2000-ci il
№ 926-IQ
 
Dövlət sirri haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu Qanun Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə
məlumatların dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların
məxfiləşdirilməsi və ya məxfiliyinin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
 
I fəsil
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Əsas anlayışlar
 
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və
əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması
Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır;
1.0.2. dövlət sirri təşkil edən məlumatların daşıyıcıları - dövlət sirri təşkil edən
məlumatların rəmzlər, obrazlar, siqnallar, texniki qərarlar və proseslər şəklində əks olunduğu
maddi obyektlər, o cümlədən fiziki sahələrdir;
1.0.3. dövlət sirrinin mühafizəsi sistemi - dövlət sirrini mühafizə orqanlarının, dövlət
sirri təşkil edən məlumatların və həmin məlumatların daşıyıcılarının mühafizəsi üçün bu
orqanların istifadə etdikləri vasitə və metodların, habelə bu məqsədlə həyata keçirilən
tədbirlərin məcmusudur;
1.0.4. dövlət sirri ilə işləməyə buraxılma - vətəndaşların dövlət sirri təşkil edən
məlumatlarla tanış olmağa, müəssisə, idarə və təşkilatların isə belə məlumatlardan istifadə
etməklə işlərin icrasına buraxılması hüququnun rəsmiləşdirilməsi qaydasıdır;
1.0.5. dövlət sirri təşkil edən məlumatlarla tanış olmağa buraxılma – səlahiyyətli vəzifəli
şəxsin icazəsi ilə konkret şəxsin dövlət sirri təşkil edən məlumatlarla tanış olması qaydasıdır;
1.0.6. məxfilik qrifi - məlumat daşıyıcısının özündə və ya ona qoşulan sənədlərdə
qoyulan, daşıyıcısı olduğu məlumatın məxfilik dərəcəsini göstərən rekvizitlərdir;
1.0.7. informasiyanı mühafizə vasitələri - dövlət sirri təşkil edən məlumatların
mühafizəsi üçün nəzərdə tutulan texniki, kriptoqrafik, proqramlı və başqa vasitələr, onların əks
olunduğu vasitələr, habelə məlumatın mühafizəsinin səmərəliliyinə nəzarət vasitələridir;
1.0.8. dövlət sirri təşkil edən məlumatların siyahısı - müvafiqliyinə görə məlumatların
qanunvericiliklə müəyyən olunmuş əsaslarla və qaydada dövlət sirrinə aid edildiyi və
məxfiləşdirildiyi məlumat qruplarının məcmusudur.

4.2. Prezidentin məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində


səlahiyyətləri aşağıdakılardır:
4.2.1. dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarmı təsdiq edir;
4.2.2. dövlət sirrinin mühafizəsi üzrə müvafiq icra hakimiyyəti orqanının tərkibini,
strukturunu və əsasnaməsini təsdiq edir;
4.2.3. dövlət sirrinə aid edilən məlumatların siyahısını təsdiq edir;
4.2.4. dövlət sirri təşkil edən məlumatların birgə istifadəsi və mühafizəsi haqqında
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini bağlayır;
4.2.5. müvafiq icra hakimiyyəti orqanı aparatının vəzifəli şəxslərinin dövlət sirrinin
mühafizəsi üzrə səlahiyyətlərini müəyyən edir;
4.2.6. öz səlahiyyətləri daxilində məlumatların dövlət sirrinə aid edilməsi, onların
məxfiləşdirilməsi və ya məxfiliyinin açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər
məsələləri həll edir.
4.3. Nazirlər Kabinetinin məlumatların dövlət sirrinə aid edilməsi və mühafizəsi
sahəsində səlahiyyətləri aşağıdakılardır:
4.3.1. bu Qanunun icrasını təşkil edir;
4.3.2. dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının işlənib hazırlanmasını
və yerinə yetirilməsini təşkil edir;
4.3.3. beynəlxalq müqavilələrin bağlanması haqqında müvafiq təkliflər verir, dövlət sirri
təşkil edən məlumatların birgə istifadəsi və mühafizəsi haqqında Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrin yerinə yetirilməsi üzrə tədbirlər görür, dövlət sirri
təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsinin mümkünlüyü
barədə qərar qəbul edir; [1]
4.3.4. öz səlahiyyətləri daxilində məlumatların dövlət sirrinə aid edilməsi, onların
məxfiləşdirilməsi və ya məxfiliyinin açılması və mühafizəsi ilə əlaqədar yaranmış digər
məsələləri həll edir. 

6.6.   Məlumatların dövlət sirrinə aid edilməsi qaydalarını  Azərbaycan Respublikasının


Prezidenti müəyyən edir.

8.2.  Dövlət sirri təşkil edən məlumatların üç məxfilik dərəcəsi və müvafiq olaraq, bu


məlumatların daşıyıcıları üçün üç məxfilik qrifi müəyyənləşdirilir: "xüsusi əhəmiyyətli", "tam
məxfi" və "məxfi". Məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır. Bu müddət
məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar
üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla
əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar
üçün 75 ildən çox olmamalıdır
M a d d ə 18. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq
təşkilatlara verilməsi [11]
18.1.  Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara
verilməsi haqqında qərarı Nazirlər kabineti belə məlumatların verilməsinin mümkünlüyü
haqqında müvafiq icra hakimiyyəti orqanının ekspert rəyi olduqda qəbul edir.
18.2.  Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara
verilməsi qaydasını Nazirlər kabineti müəyyən edir. Qəbul edən tərəfin ona verilən
məlumatların mühafizəsi üzrə öhdəlikləri onunla bağlanmış beynəlxalq müqavilədə nəzərdə
tutulur
 

You might also like