You are on page 1of 5

İşə qəbul üçün xarici müraciət elanı 62011132

Vəzifə haqqında məlumat


Vakansiyanın adı Karotajçı
Elanın bitmə tarixi 16.03.2023
Keçid kodu 11291/2023 EXT
Müəssisə, Təşkilat Geofizika və Geologiya İdarəsi
Struktur vahidi Bakıxanov mədən geofiziki ekspedisiyasının Kompleks mədən-geofiziki
dəstəsi №53
Ştat vəzifəsinin adı karotajçı
Struktur vahidinin ünvanı Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 4
Şəhər/rayon Bakı şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 04
Əmək haqqı 3.84 azn/saatliq
Əlavə məlumat SOCAR-ın əmrinə əsasən gündəlik yemək xərcləri əvəzinə verilən vəsait 3
manat.
İş şəraiti Açıq mühit
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunur
Sifarişə uyğun olaraq nəqliyyatla çatdırılma
Sığorta Tibbi, Həyat
Vəzifə öhdəlikləri (funksiyalar) Quyularda aparılan mədən geofiziki tədqiqat işlərində hazırlıq-tamamlanma
işlərinin yerinə yetirilməsi:

1. Quyularda mədən geofiziki tədqiqat işlərinə baza hazırlıq işlərinin


aparılması;
- İşin xüsusiyyəti, risklər, qəza halları və onların aradan qaldırılması barədə
keçirilən təlimatlandırılmada iştirak və «İşdən öncə təlimatlandırma
vərəqə»sinin imzalanması;
- Cihaz və avadanlıqların sazlığının yoxlanması (cihaz və avadanləqların yiv
yerlərinə baxış keçirib saz olmalarının yoxlanılması, qaldırıcının
bucurqadındakı karotaj kabelınə baxışın keçirilməsi, damarlarının və
izolyasiya müqavimətinin meqometr vasitəsi ilə yoxlanılması.);
- Quyuda istifadə olunacaq quyu və avadanlıqların qablaşdırılması və
nəqliyyat vasitəsinə yüklənməsi.
2. Quyularda aparılan mədən geofiziki tədqiqat işləri üçün hazırlıq və
tamamlanma işlərinin yerinə yetirilməsi:
- Quyuya endiriləcək quyu cihazınının nəqliyyat vasitəsindən
(laboratoriyadan) quyunun qəbul körpüsünə gətirilməsi;
- Quyuya endiriləcək quyu cihazınının altlıqların üzərinə yerləşdirilməsi;
- Mədən geofiziki tədqiqat işləri bitdikdən sonra cihazın quyudan
çıxarılması;
- Cihazların, istiqamətləndirici roliklərin və digər köməkçi vasitələrinin yığılıb
təmizlənməsi və yağladıqdan sonra daşınması üçün nəzərdə tutulan
avtonəqliyata yüklənməsi.
3. Yüksək təzyiqli quyularda tədqiqat işləri aparmaq üçün quyuağzı
kipləşdiricilərin (Lubrikatorların) bazada hazırlıq işlərinin yerinə yetirilməsi:
- Lubrikatorun gövdələrini xüsusi altlıqların üzərinə yerləşdirilməsi;
- Lubrikatorın gövdələrinin birləşmə hissələrində yerləşən kipləşdirici
rezinlərin (oring və digər rezinlər) yağlanması;
- Lubrikatorun gövdələrini xüsusi altlıqların üzərində bir birinə keçirilərək
birləşdirilməsi;
- Cihaz və avadanlıqların qablaşdırılaraq nəqliyyat vasitəsinə yüklənməsi.
4. Təzyiq altında kəmərli quyularda lubrikatorla mədən geofiziki tədqiqat
işlərinə hazırlıq və tamamlama işlərinin yerinə yetirilməsi:
- Quyuağzı kipləşdiricinin (Lubrikatorun) avadanlıqlarının quyu ətrafında
təlimata uyğun olaraq münasib yerlərə gətirilməsi.(Control Panelin yeri
diqqətlə seçilməlidirki lubrikator quyu ağzına qaldırılan zaman təzyiqli yağ
şlankları zədə almasın);
- Kabelin rolikdən keçirilməsi;
- Kran vasitəsilə bütün hissələrin quyu ağzına qaldırılmasında iştirak
edilməsi;
- Təzyiq altında kəmərli quyularda lubrikatorla mədən geofiziki tədqiqat
işləri bitdikdən sonra quyuya endilmiş quyu cihazının quyu ağzına
yaxınlaşmasına 15-20 metr qalmış məsafədən kabelin qaldırılması;
- Kabel başlığının quyu cihazından açılması;
- Kran vasitəsilə bütün hissələrin quyu ağzından qaldırılaraq quyunun qəbul
körpüsünə endirilməsində iştirak edilməsi;
- Lubrikatorun gövdəsi üzərində xüsusi hissələrə trosları keçirmək məqsədilə
bağlanılmış sancaqların açılması;
- Lubrikatorun gövdələrinin bir birindən ayrılaraq açılması;
- Cihazların ,istiqamətləndirici gövdələrin və digər köməkçi vasitələrin yığıb
təmizlənməsi və yagladıqdan sonra daşınması üçün nəzərdə tutulan
avtonəqliyata yüklənməsi.
5. Quyunun qəliblənməsi:
- Quyunun qəliblənməsi üçün nəzərdə tutulmuş şablonun altlıqlardan əl ilə
qaldırılması və quyuağzına istiqamətləndirilməsi;
- Quyunun qəliblənməsi prosesi boyunca karotaj kabelinin hərəkətinə
nəzarət edilməsi;
- Quyuya endirilən şablonun quyudibindən qaldırılmasına nəzarət edilməsi;
- Quyudan qaldırılan şablonun altlıqların üzərinə yerləşdirilməsi;
- Quyudan qaldırılmış şablonun laboratoriya nəqliyyat vasitəsinə
yerləşdirilməsi.

Quyularda aparılan mədən geofiziki tədqiqat ölçü işlərinin yerinə yetirilməsi:

1. Açıq lüləli və kəmərli quyularda aparılan mədən geofiziki tədqiqat ölçü


işləri zamanı karotaj kabelinin hərəkətinə nəzarət edilməsi.

Partlayış atma işlərinin yerinə yetirilməsində iştirak edilməsi:

1. Kabel ilə perforasiya atma işlərinə baza hazırlıq işlərinin yerinə yetirilməsi:
- Kəmərdə tədqiqat işlərinə baza hazırlıq işlərinin yerinə yetirilməsi;
- Aksesuarların qablaşdırılması;
- Qablaşdırılmış aksesuarların daşınması üçün ayrılmış, xüsusi icazəsi olan
nəqliyyat vasitəsinə yüklənməsi.
2. Kabel ilə perforasiya atma işlərinin quyuda hazırlıq və tamamlanma
işlərinin yerinə yetirilməsi:
- Yüksək təzyiqli quyularda tədqiqat işləri aparmaq üçün quyuağzı
kipləşdiricilərin (Lubrikatorların) bazada hazırlıq işlərinin yerinə yetirilməsi;
- Quyuya endiriləcək quyu cihazınının quyunun qəbul körpüsünə gətirilməsi
və altlıqların üzərinə yerləşdirilməsi;
- Lubrikatorun gövdəsi üzərində xüsusi hissələrə trosları keçirmək məqsədilə
bağlanılmış sancaqların açılması;
- Lubrikatorun gövdələrinin bir birindən ayrılaraq açılması;
- Perforatorun, gövdələrin, (gövdəsizdə-lentin) və digər köməkçi vasitələrin
yığılıb təmizlənməsi və yağladıqdan sonra daşınması üçün nəzərdə tutulan
avtonəqliyata yüklənməsi.
3. Kabel ilə perforasiya (gövdəli və gövdəsiz lentvari) atma işlərinin yerinə
yetirilməsi:
- Sifarişə uyğun olaraq gövdəli (gövdəsiz lentvari) perforatorun gövdəsinin
daxilində olan seperatorun çıxarılaraq xüsusi hazırlanmış masa üzərinə
yerləşdirilməsi;
- Yığılmış perforator gövdəsinin quyunun qəbul körpüsünə gətirilərək xüsusi
dayaqlar üzərinə yerləşdirilməsi.
4. Nasos Kompressor boruları ilə perforasiya atma işlərinin yerinə
yetirilməsi:
- Kabel ilə perforasiya atma işlərinin quyuda hazırlığının yerinə yetirilməsi;
- Kəmərdə quyuların qəliblənməsi (şablon) işlərinin yerinə yetirilməsi;
- Verilmiş quyu dibinin və perforasiya intervalının açıq olmasının
öyrənilməsi, atılacaq intervalın dəqiqləşdirilməsi məqsədilə qamma karotaj
mədən geofiziki tədqiqat ölçü işinin aparılmasında iştirak edilməsi;
- Nasos-kompressor borularının endirilmə dərinliyinin dəqiqləşdirilməsi
məqsədilə quyularda aparılan Lokatrmufta mədən geofiziki tədqiqat ölçü
işinin aparılmasında iştirak edilməsi;
- İş planında tərtib olunmuş perforator sxemə uyğun olaraq perforator
sisteminə yığılacaq gövdələrin ardıcıl nömrələnərək hazır vəziyyətə
gətirilməsi;
- Sifarişə uyğun olaraq perforatorun gövdəsinin daxilində olan seperatorun
çıxarılaraq xüsusi hazırlanmış masa üzərinə yerləşdirilməsi.
5. Detonasiya qaytanından hazırlanmış torpedlə qəza ləğvetmə işlərinin
yerinə yetirilməsi:
- Kabel ilə perforasiya atma işlərinin quyuda hazırlığının yerinə yetirilməsi;
- Kəmərdə quyuların qəliblənməsi (şablon) işlərində işlərinin yerinə
yetirilməsi;
- Verilmiş quyu dibinin və perforasiya intervalının açıq olmasının
öyrənilməsi, atılacaq intervalın dəqiqləşdirilməsi məqsədilə qamma karotaj
mədən geofiziki tədqiqat ölçü işinin aparılmasında iştirak edilməsi;
- Quyuiçi avadanlığın tutulma intervalının müəyyən edilməsi məqsədilə
tutulma yerinin təyini mədən geofiziki tədqiqat ölçü işinin aparılmasında
iştirak edilməsi.
6. Tutulmuş quyuiçi avadanlığın tutulma yerindən kəsilməsi, azad olunması,
istismar quyularında məhsuldarlığın artırılması məqsədilə aparılan torped
(kumulyativ və ya Fuqaslı) ilə borunun kəsilməsi işlərinin yerinə yetirilməsi:
- Kabel ilə perforasiya atma işlərinin quyuda hazırlığının yerinə yetirilməsi;
- Kəmərdə quyuların qəliblənməsi (şablon) işlərinin yerinə yetirilməsi;
- Verilmiş quyu dibinin və perforasiya intervalının açıq olmasının
öyrənilməsi, atılacaq intervalın dəqiqləşdirilməsi məqsədilə qamma karotaj
mədən geofiziki tədqiqat ölçü işinin aparılmasında iştirak edilməsi;
- Quyuiçi avadanlığın tutulma intervalının müəyyən edilməsi məqsədilə
tutulma yerinin təyini mədən geofiziki tədqiqat ölçü işinin aparılmasında
iştirak edilməsi.
7. Paker ilə perforasiya atma (Süni quyu dibi yaratmaq) və Jelonka ilə
sement körpüsünün qoyulması işlərinin yerinə yetirilməsi:
- Perforasiya atma işlərinin quyuda hazırlığının yerinə yetirilməsi;
- Kəmərdə quyuların qəliblənməsi (şablon) işlərinin yerinə yetirilməsi;
- Verilmiş quyu dibinin və perforasiya intervalının açıq olmasının
öyrənilməsi, atılacaq intervalın dəqiqləşdirilməsi məqsədilə qamma karotaj
mədən geofiziki tədqiqat ölçü işinin aparılmasında iştirak edilməsi;
- Yığılmış paketin quyunun qəbul körpüsünə gətirilərək xüsusi dayaqlar
üzərinə yerləşdirilməsi;
- Jelonkanın (dəmir borunun) quyunun qəbul körpüsünə gətirilərək xüsusi
dayaqlar üzərinə yerləşdirilməsi;
- Atılmış jelonkanın gövdəsinin nəqliyyat vasitəsinə yüklənməsi.
Digər fəaliyyətlər

1. Rəhbərlik tərəfindən ayrılmış sahələrdə təmizlik və abadlıq işlərinin


aparılması;
2. İş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması, avadanlıq və
ləvazimatın lazımi səviyyədə saxlanılması;
3. İş prosesi zamanı əməyin mühafizəsi qaydalarına, tullantıların
idarəedilməsi proseduruna əməl edilməsi;
4. Qəza hallarında qəzaların ləğvi planına uyğun hərəkət edilməsi.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Tam orta təhsil
Tələb edilən iş stajı
Tələb edilən iş stajı yoxdur.
Sertifikat tələbləri
4 Sertifikat Müvafiq ixtisas kursu
Üzmə bacarığı haqqında sənəd
Səriştəlik və digər tələblər
Dürüstlük
Etik davranış
Keyfiyyət yönümlülük
Məsuliyyət
Nizam-intizam
Peşəkarlıq
Şifahi özünüifadə
İş növləri və peşələr üzrə ƏMTT təlimat.
Quyu geofiziki işlər
Fəaliyyəti tənz. daxili normativ sənəd.
Partlayıcı maddələrin tətbiqi
Bilməlidir
• Quyularda geofiziki tədqiqatların aparılmasını;
• Karotaj- perforator cihaz və avadanlıqlarının fəaliyyət prinsiplərini, quraşdırılması sxemini və onların istismar
qaydalarını;
• Quyularda geofiziki tədqiqatların aparılmasında işlədilən təchizat mənbəyinin tiplərini və onlarla davranış
qaydalarını;
• Karotaj kabellərinin izolyasiyasının yoxlanması və təmiri qaydalarını;
• Lehimləmə işlərinin yerinə yetirilmə üsullarını, partlayıcı materiallar haqqında əsas məlumatları və onlarla
davranış qaydalarını, geofiziki quyu cihazlarına texniki xidmətin həyata keçirilməsi qaydalarını; karotaj
kabellərinin birləşdirilməsi və quyu cihazlarının hazırlanması üsullarını;
• Quyu cihazlarının yığılma və sökülmə ardıcıllığını, kabelin işçi vəziyyətinə gətirilməsini;
• Partlayış işlərində “Təhlükəli zona” anlayışı və bu zonada işlərin təhlükəsiz aparılması qaydalarını;
• Uyğun metodla yerinə yetirilən işin (partlama işləri,yüksək gərginlikli cərəyanla iş, ionlaşmış şüalarla iş)
təlimatını;
• Cihazların sazlanmasını və onların etalonlaşdırılmasını;
• Radiotexnika və elektrotexnika ilə bağlı elementar məlumatları;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və
qaydalarını.

You might also like