You are on page 1of 8

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

QƏRBİ KASPİ UNİVERSİTETİ

“Təsdiq edirəm”

Kafedra müdiri________________

Protokol № ____

Tarix: “ ___ ” 2019-ci il

KAFEDRA: Pedaqogika, psixologiya və sosiologiya


FAKÜLTƏ (MƏKTƏB): Siyasi və ictimai elmlər.
İXTİSAS (kodu):
FƏNNIN ADI: Ümumi psixologiya-3 (diqqət və hafizə)
QRUP: 031
TƏHSİL FORMASI: əyani
TƏDRİS İLİ: 2022/2023
SEMESTR : I (PAYIZ)
I. FƏNN HAQQINDA MƏLUMAT:
FƏNNİN KODU:
TƏDRİS YÜKÜ (SAAT) CƏMİ: 75 saat
MÜHAZİRƏ: 45 saat
SEMİNAR: 30 saat
PRAKTİK (LABORATOR ) MƏŞĞƏLƏ:
DƏRS GÜNLƏRİ VƏ SAATLARI: Bazar ertəsi, saat 10:00 və 11:30; alt həftə, cümə, saat 11:30.
KREDİTİN SAYI: 5
II. MÜƏLLİM HAQQINDA MƏLUMAT:
psi.ü.f.d., baş müəllim Əhmədova Reyhan İsgəndər qızı_____________
(Soyadı, adı, atasının adı, elmi adı)

ELMİ MARAQ DAİRƏSİ, İXTİRALAR VƏ ƏSAS ELMİ ƏSƏRLƏRİ:


15 elmi məqalə, 3 tezis, 2 kitab həmmüəllifliyi, 6 kitabın tərcüməsi, 1 tədris proqramı.

DİGƏR SERTİFIKATLAR:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyi və İSESCO-nun «Qızların məktəb təhsilinə cəlb
olunması: mövcud vəziyyət, problemlər və perspektivlər» mövzusunda seminar-treninq. Bakı, 2011
Fənn Rəhbərindən Qarşılama Mesajı
Aldığınız ali təhsilin əsas fənni olan Ümumi psixologiya-3 (diqqət və hafizə) kursuna xoş
gəlmisiniz. Tərtib olunmuş “Ümumi psixologiya-3 (diqqət və hafizə)” fənni üzrə proqram
psixologiya fakultəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Sillabusda təlimin psixoloji
problemlərinə dair ətraflı məlumat verilir və bu əsasda öyrənilməsi və sistemli şəkildə təhlil
olunması planlaşdırılan konkret mövzuların məzmun əhatəsi müəyyənləşdirilərək xarakterizə
olunur. Psixologiya elminin əsas bölmələrindən olan diqqət və hafizə probleminin bütün əsas
məsələləri psixopedaqoji planda araşdırılır və bu zəmində təlimin psixoloji məsələləri ilə bağlı olan
ideya və baxışlar, müvafiq kateqoriyalar ümumiləşdirilərək sistemli surətdə təhlil olunur.
Bu sillabus kurs ərzində gözlənilən təhsil, fənnin məzmunu və qiymətləndirmə detalları daxil
olmaqla əsas məlumatı nəzərinizə çatdırır. Diqqətlə oxumalı və fənn müddətində yaxından
izləməlisiniz.
Reyhan Əhmədova (müəllim)

III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ:


FƏNNİN TƏDRİSİNİN VƏZİFƏLƏRİ: “Ümumi psixologiya” kursu üzrə tərtib olunmuş
proqramda psixologiya ixtisası üzrə təhsil alan və gələcəkdə bu istiqamətdə fəaliyyət göstərəcək
mütəxəssislərin yetişdirilməsi üçün zəruri olan ən əsas, vacib problemləri əhatə olunmuşdur. Kurs
ali məktəblərin psixologiya ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə
tutulmuşdur.
Kursun tədrisinin məzmunu müasir psixoloji biliklərin tətbiqi imkanlarının
genişləndirilməsinə və tələbələrin fəallığının artırılmasına yönəlmişdir. Tədris edilən kurs keçirilən
fənnin ümumi psixoloji məsələlərinə həsr edilmişdir.

ƏLDƏ OLUNACAQ TƏCRÜBƏ:


Kursun ayrı - ayrı bölmələrində psixoloji tədqiqatın metodları, diqqət və hafizənin psixoloji
mahiyyəti, elmi ədəbiyyatlardakı mövcud təsnifatları, problemlə bağlı metodikalar və digər zəruri
məsələlər təsvir olunmuşdur. Kurs nəzəri, seminar və laborator dərslərdən ibarətdir. Burada hər bir
psixoloji anlayışların təsviri, psixikanın qanunauyğunluqları, mexanizmilərinin izahı və onların
tətbiqi, klassik və müasir psixologiyanın bütün bölmələri əks olunur.
“Ümumi psixologiya” kursunun məqsədi psixi proseslərin işlənmə prinsipini anlatmaq və bu
proseslərin hər biri üçün spesifik olan faktları öyrənməkdən ibarətdir.

DƏRSİN İŞLƏNMƏ FORMASI: (TƏDRİSİN FORMA VƏ METODLARI):


1. mühazirə
2. mövzunun müzakirəsi və diskussiya
3. seminar və kollokviumlar

YOXLAMA FORMASI:
1. İmtahandan əvvəl məsləhət saatları təşkil olunur.
2. İmtahanlar və aralıq yoxlamalar (kollekviumlar) yazılı formada aparılır.
3. Tələbələrin imtahana və aralıq yoxlamalara buraxılması ilə bağlı məsələlər fakültə dekanı
tərəfindən həll edilir. İmtahan və aralıq yoxlamalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavr
və magistratura səviyyələrində kredit sistemi ilə təlimin təşkili Qaydaları”na əsasən aparılır.
4. Semestr ərzində hər bir tələbə 1 müstəqil iş yerinə yetirməlidir. Müstəqil işlərin mövzuları
keçilən mövzuları əhatə edir. Hər bir müstəqil iş 10 ballıq sistemlə qiymətləndirilir.
5. Sərbəst işin mövzusu tələbəyə müəllim tərəfindən hər semestrin 2-ci həftəsindən gec
olmamaq şərti ilə təqdim edilir və ən gec müvafiq semestrin bitməsinə 2 həftə qalmış təhvil
alınır.

IV. ÜMUMİ QAYDALAR:


1. DAVAMİYYƏT: Fənn üzrə ayrılmış bütün saatların 25% -dən çoxunda iştirak etməyən tələbə
imtahana buraxılmır.

2. FƏNNİN MƏNİMSƏNİLMƏSİ QAYDASI:


Balların maksimum miqdarı – 100 bal
1. Semestr ərzində toplanan maksimum bal – 50 bal
- Dərsdə davamiyyətə görə maksimum - 10 bal
- Tələbələrin müstəqil işinə görə maksimum - 10 bal
- Seminar məşğələlərində fəallığa görə maksimum - 30 bal
Seminar dərslərində tələbənin jurnalda ən azı 3( üç) qiyməti olduğu halda ona tədrisin bu növü üzrə
ballar hesablanır. Əks təqdirdə ona bal hesablanmır. Ayrı-ayrı fənlər üzrə tələbəyə fənn üzrə
semester ərzində 1 (bir) sərbəst iş tapşırığı verilir. Sərbəst işlərin tapşırıqları müxtəlif formada
(mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, missallar və s.) ola
bilər. Həmin tapşırıqlar fənni tədris edən müəllim tərəfindən müəyyənləşdirilir. Tapşırığın yerinə
yetirilməsi 10 balla qiymətləndirilir. Tapşırıqların yoxlanılması və qəbulu müəllim tərəfindən
dərsdən kənar vaxtda həyata keçirilir.
2. İmtahan nəticələrinə görə maksimum - 50 bal
Tələbənin imtahandan topladığı balın miqdarı 17-dən az olmamalıdır.
4. Semestr ərzində və imtahanın nəticəsinə görə toplanan balların cəmi 50-dən yuxarı olan
tələbələr fənni mənimsəmiş hesab edilir.

V. TƏLƏBƏLƏRİN BİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ:


Qiymətləndirmə meyarları:
- 51 baldan aşağı – "qeyri kafi "- F
- 51 - 60 "qənaətbəxş" - E
- 61 -70 -"kafi " – D
- 71 – 80 – "yaxşı" – C
- 81 – 90 – "çox yaxşı" – B
- 91 – 100 - "əla" – A
VI. FƏNNİN TƏQVİM PLANI: MÜHAZİRƏ

Həftələr Mövzunun adı Saat Tarix Qeyd

I Diqqət psixi proses kimi. 2 19.09

II Diqqətin formalaşmasında xarici və daxili 2 23.09


amillərin rolu
III Diqqətin klassik nəzəriyyələri 2 26.09
IV Diqqətin müasir nəzəriyyələri 2 03.10

V Diqqətin əsas fizioloji mexanizmiləri. 2 07.10


Diqqətin yaranmasında retikulyar formasiyanın
VI rolu. 2 10.10

VII Diqqətin əsas xüsusiyyətləri. 2 17.10

VIII İradi nəzarət səviyyəsinə görə diqqətin növləri 2 21.10

IX Diqqətin istiqamətindən asılı olaraq növlərinin 2 24.10


fərqləndirilməsi
X Uşaqlarda diqqətin inkişaf xüsusiyyətləri 2 31.10

XI Uşaqlarda qeyri-ixtiyari və ixtiyari diqqətin 2 04.11


inkişafi
XII Diqqətin inkişafında ailənin rolu 2 07.11
XIII Hafizə psixi proses kimi 2 14.11
XIV Mühitə uyğunlaşmada hafizənin rolu 2 18.11
XV Hafizə və emosiya 2 21.11
XVI Hafizənin həcmi problemi 2 28.11
XVII Hafizənin fizioloji əsası 2 02.12

XVIII Hafizənin fizioloji nəzəriyyəsi. Hafizənin psixoloji 2 05.12


nəzəriyyələri: xəritə və modellər
XIX Hafizənin nəzəriyyələri 2 12.12
XX Hafizənin koqnitiv modeli 2 16.12

XXI Hafizə prosesləri 2 19.12


XXII Hаfizənin növləri 2 26.12
XXIII Fotoqrafik və seçici hafizə. 1 30.12
CƏMİ: 45
SEMİNAR

Həftələr Mövzunun adı Saat Tarix Qeyd

I Diqqət psixi proses kimi. 2 16.09


II Diqqətin klassik nəzəriyyələri 2 26.09
III Diqqətin əsas fizioloji mexanizmiləri. 2 03.10

IV Diqqətin əsas xüsusiyyətləri. 2 10.10

V Diqqətin istiqamətindən asılı olaraq növlərinin 2 17.10


fərqləndirilməsi
VI Uşaqlarda qeyri-ixtiyari və ixtiyari diqqətin 2 24.10
inkişafi
VII Hafizə psixi proses kimi 2 31.10
VIII Hafizə və emosiya 2 07.11
IX Hafizənin fizioloji əsası 2 14.11

X Hafizənin fizioloji nəzəriyyəsi. Hafizənin 2 21.11


psixoloji nəzəriyyələri: xəritə və modellər
XI Hafizənin nəzəriyyələri 2 28.11
XII Hafizənin koqnitiv modeli 2 05.12

XIII Hafizə prosesləri 2 12.12


Hаfizənin növləri
XIV 2 19.12

XV Fotoqrafik və seçici hafizə. 2 26.12


CƏMİ: 30

Müəllimlərin sizlə görüşdüyü seminar və məruzə saatlarından başqa sizə məsləhət olunan
qəbul saatları da vardır ki, semestr ərzində sual və ya sorğularınız üçün həmin saatlarda kafedralara
yaxınlaşa bilərsiniz.

VII. SƏRBƏST İŞ MÖVZULARI:


1. Diqqətin psixoloji mahiyyəti
2. Diqqətin fizioloji mexanizmi və neyrofizioloji əsaslari
3. Diqqətin əsas xüsusiyyətlərinin xarakteristikasi.
4. Diqqətin növləri.
5. Uşaqlarda diqqətin inkişafi uşaqlarda diqqətin inkişafi.
6. Hafizənin psixoloji mahiyyəti, hafizənin fizioloji əsaslari.
7. Hafizə nəzəriyyələri.
8. Hafizə informasiyalarin işlənməsi sistemi kimi.
9. Hafizə prosesləri.
10. Hаfizənin növləri.
11. Hafizənin inkişafi.
12. Diqqət və hafizənin patologiyalari.

VIII. İMTAHAN SUALLARI:


1. Diqqətin psixoloji mahiyyəti
Психологическая сущность внимания
2. Diqqət psixi fenomen kimi
Внимание как психический феномен
3. Diqqətin əsas xarakteristikası
Основная характеристика внимания
4. Diqqətin yaranmasında xarici amillərin rolu
Роль внешних факторов в формировании внимания
5. Diqqətin yaranmasında daxili amillərin rolu
Роль внутренних факторов в формировании внимания
6. Diqqətin fizioloji əsası ilə bağlı nəzəriyyələr
Теории о физиологических основах внимания
7. İradi nəzarət səviyyəsinə görə diqqətin növləri
Виды внимания по уровню произвольного контроля
8. Diqqətin növləri
Виды внимания
9. Qeyri-ixtiyari diqqət
Непроизвольное внимание
10. İxtiyari diqqət
Произвольное внимание
11. İxtiyari diqqətdən sonrakı diqqət
Внимание после произвольное внимание
12. Xarici və daxili diqqət
Внешний и внутренний внимание
13. Fəaliyyətin formalarına gorə diqqətin növləri
Виды внимания по формам деятельности
14. Diqqətin əsas xüsusiyyətləri
Основные характеристики внимания
15. Diqqətin əsas funksiyaları
Основные функции внимания
16. Diqqət pozuntuları
Нарушения внимания
17. Hafizənin psixoloji mahiyyəti
Психологическая природа памяти
18. Hafizə psixi inkişafın təməli kimi
Запоминание как основа умственного развития
19. Hafizənin fizioloji əsası
Физиологические основы памяти.
20. Hafizə nəzəriyyələri
Теории памяти
21. Aristotelin hafizə nəzəriyyəsi
Теория памяти Аристотеля.
22. Assosiativ nəzəriyyə
Ассоциативная теория
23. İnsan hafizəsi və kompyuter hafizəsi
Память человека и память компьютера
24. Hafizənin növlərinin təsnifi meyarları
Критерии классификации типов памяти.
25. Surət, hərəkət, emosional, sözlü-məntiqi hafizəsi
Образная, действенное, эмоциональная, словесно-логическая память.
26. İxtiyari və qeyri-ixtiyari hafizə
Произвольная и непроизвольная память
27. Qısamüddətli, uzunmüddətli və operativ hafizə
Кратковременная, долговременная и оперативная память.
28. Аrdıcıl, əyаni (еydеtik), təsəvvür surətlər
Последовательные, зрительные (эйдетические), воображаемые копии
29. Hafizə proseslərinin təsnifi prinsipləri
Принципы классификации процессов памяти.
30. Yaddasaxlama fəaliyyətin strukturundan asılılığı
Зависимость от структуры памяти деятельности
31. Yadasalmanın ümumi cəhətləri
Общие аспекты запоминания
32. Tanıma
Узнавание
33. Hifzetmə
Хранение
34. Proaktiv və retroaktiv ləngimə
Упреждающая и обратная задержка
35. Unutma və remenisesiya hadisəsi
Феномен забывания и воспоминания
36. Ebbinhauzun unutma əyrisi
Кривая забывания Эббинхауса
37. Xatırlama
Воспоминание
38. Yadasalmanın tədqiqi üsulları
Методы изучения запоминания
39. Yaddasaxlamanın tədqiqi üsulları
Методы исследования памяти
40. Uşaqlarda hafizənin tədqiqi üsulları
Методы изучения памяти у детей.
41. Diqqətin inkişaf xüsusiyyətləri
Особенности развития внимания
42. Diqqətin inkişafına təsir göstərən amilər
Факторы, влияющие на развитие внимания
43. Diqqətin inkişafında yaş xüsusiyyətlərinin rolu
Роль возрастных особенностей в развитии внимания
44. Məktəbəqədər yaşlı uşaqlarda hafizənin inkişafı
Развитие памяти у детей дошкольного возраста.
45. Kiçik məktəblilərdə hafizənin inkişafı
Развитие памяти у детей младшего школьного возраста.
46. Hafizənin möhkəmləndirilməsi
Укрепление памяти
47. Hafizənin kəmiyyət pozuntuları
Количественные нарушения памяти
48. Hafizənin keyfiyyət pozuntuları
Нарушения качества памяти
49. Paramneziyalar və onun formaları
Парамнезия и ее формы
50. Psevdoreminissensiya, konfabulyasiya
Псевдовоспоминание, конфабуляция

IX. TƏLƏB OLUNAN DƏRSLİKLƏR VƏ DƏRS VƏSAİTLƏRİ:


1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2003
2. Səmədov C. Təlim materialının mənimsənilməsində operativ hafizənin rolu //Azərbaycan
məktəbi jurnalı,1987, №3 s. 46-49
3. Psixologiya // S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə. Bakı, 2005
4. Məmmədov A. Hafizə psixologiyası, Bakı, 1974, 156 s.
5. Məmmədov A. Məktəblilərdə hafizənin xüsusiyyətləri. Bakı, Maarif, 1974, 165s.
6. Бэддели А. Ваша память. М., 2001.
7. Лурия А.Р. Внимание и память. М., 1975
8. Жане П. Эволюция памяти и понятие времени // Хрестоматия по психологии.
Психология памяти. / Под ред. Ю.Б. Гиппенрейтер и В.Я. Романова. М., 1998.
9. Лурия А.Р. Маленькая книжка о большой памяти //А.Р. Лурия. Ро- мантические эссе.
М., 1996.
10. Маклаков С.Я. Общая психология. М., 2006
11. Немов Р.С. Психология. М, 2001

You might also like