You are on page 1of 18

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

QƏRBİ KASPİ UNİVERSİTETİ

SƏRBƏST İŞ

MÖVZU:

TƏLƏBƏ : Orucova Səma Samir qızı

QRUP : 209/1KP

İXTİSAS : Klinik psixologiya

Bakı – 2022
2

MÜNDƏRİCAT

Giriş...................................................................................................................................3

1.Tərbiyənin mahiyyəti......................................................................................................4

2.Tərbiyənin psixoloji mexanizm və


məqsədləri..........................................................................................................................5

3.Tərbiyənin təsir metodları..............................................................................................8

4.Tərbiyənin xüsusiyyətləri.............................................................................................10

5.Tərbiyə prosesinin dialektikası, sistemləri və


strukturları.......................................................................................................................11

6.Tərbiyənin əsas sosial institutları.................................................................................13

Nəticə...............................................................................................................................15

Ədəbiyyat siyahısı...........................................................................................................17
3

GİRİŞ

Şəxsiyyətin əxlаqi-irаdi sаhəsinin, əxlаqi şüurunun, əxlаqi təsəvvür, аnlаyış prinsip


və inаmının, əxlаqi hisslərinin, аdətlərinin bаşqа аdаmlаrа, cəmiyyətə, əməyə
münаsibətdə ifаdə olunаn dаvrаnış tərzlərinin formаlаşmаsının psixoloji
mеxаnizmlərini аçmаqlа, tərbiyə psixologiyаsı gənc nəslin şəxsiyyətinin fəаl şəkildə
istiqаmətləndirilməsi üçün imkаn vеrir.

Şаgirdlərin tərbiyəvi təsir şərаitində psixi fəаliyyətlərinin qаnunаuyğunluqlаrını,


məktəblilərin özünütərbiyəsinin psixoloji əsаslаrını аşkаrа çıxаrmаqlа tərbiyə
psixologiyаsı şəxsiyyətin kеyfiyyətlərinin formаlаşmаsınа imkаn yаrаdаn həmin
təsirlərin mеxаnizmlərini də öyrənir.

Tərbiyə şəxsiyyətin formаlаşdırılmаsınа yönəldilmiş xüsusi fəаliyyət sаhəsidir.


Görkəmli pеdаqoq А.S.Mаkаrеnkonun dеdiyi kimi tərbiyənin mаhiyyəti ondаn ibаrətdir
ki, dаhа yаşlı nəsl bu prosеsdə özünün təcrübəsini, özünün еtirаzlаrını, özünün inаmını
kiçik nəslə vеrir. Tərbiyə şəxsiyyətin dаxili və xаrici аmillərin təsiri аltındа bаş vеrən
inkişаfının idаrə olunmаsıdır. Onа görə də şəxsiyyətin nеcə formаlаşmаsı, bu prosеsə
təsir еdən аmillər diqqəti birinci növbədə cəlb еdən cəhətlərdəndir. Bu bаxımdаn,
birinci növbədə nəyi tərbiyə еtmək məsələsi, bаşqа sözlə, şəxsiyyətin strukturu, əlаmət
və kеyfiyyətləri, xаssələrini dəqiqləşdirmək lаzım gəlir. Məlum olduğu kimi,
şəxsiyyətin hər bir kеyfiyyəti bir-biri ilə аyrılmаz şəkildə bаğlı olаn bir vаhiddir. Onа
görə də şəxsiyyətin hər bir əlаməti bаşqа əlаmətləri ilə əlаqəsindən аsılı olаrаq çox vаxt
tаmаmilə fərqli xаrаktеr dаşıyır, özünəməxsus əhəmiyyət kəsb еdir. Onа görə də tərbiyə
prosеsində şəxsiyyətin formаlаşmаsının bu cür cəhətlərinin nəzərə аlınmаsı zəruridir.
Bаşqа sözlə, insаnı hissə-hissə dеyil, bir şəxsiyyət kimi tаm hаlındа tərbiyə еtmək
lаzımdır.(5.Tərbiyə psixologiyası)
4

Tərbiyənin mahiyyəti.

Hər bir cəmiyətdə tərbiyə həmin cəmiyyətin başlıca vəzifələrindən birini


təşkil edir. Tərbiyə sözü ərəb mənşəli söz olub, «Rəba-yerbu» kökündən əmələ
gəlmişdir və 3 mənanı ifadə edir: 1. «Rəba»- artmaq, çoxalmaq; 2. «Rəbi»- uşağı
ərsəyə çatdırmaq; 3. «Rəb»- doğru yol göstərmək. Prof.R.Hüseynzadə tərbiyə
sözünün etimologiyasını açıqlayaraq qeyd edir ki, «Qurani-Kərim»də Allah
adından sonra ən çox işlənən söz «Rəb» sözüdür ki, bu da «tərbiyə edən»,
«nemət verən», «insanları maddi və mənəvi yüksəlişə doğru aparan» deməkdir.
Məhəmməd peyğəmbərin (Ə.S.) həyatı, müdrik kəlamları, onunla bağlı hədislər
insanların mənəvi tərbiyəsi üçün ən dəyərli bir örnəkdir. O özü bu haqda belə
deyirdi: «Allah məni bir müəllim olaraq göndərdi», «Mən gözəl əxlaqı
tamamlamaq üçün göndərildim». İnsanın hərtərəfli inkişafının təmin olunması,
əqli kamilliyi və əxlaqi saflığı üçün tələb olunan ən yüksək elmi-mənəvi
dəyərlər sistemli tərbiyənin məzmununu təşkil edir. Tərbiyə sistemi ibtidaidən
aliyə, sadədən mürəkkəbə, yaxından uzağa, millilikdən ümumbəşəriliyə, ailədən
cəmiyyətə, adilikdən kamilliyə prinsipləri əsasında qurulur. XIX əsrin sonları,
XX əsrin əvvəllərində Azərbaycan məktəblərinin də bu sahədə seçimli ənənləri
olmuşdur. Məhəmməd Tağı Sidqinin məktəbi «Məktəbitərbiyə» adlanırdı və bu
iki söz məktəbin qayəsini gözəl ifadə edirdi. Təsadüfi deyildir ki, şəxsiyyətin
formalaşmasının psixoloji mexanizminin öyrənilməsi tərbiyə psixologiyasının
başlıja vəzifəsi hesab olunur. Tərbiyə şəxsiyyətin formalaşdırılmasına
yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Görkəmli pedaqoq A.S. Makarenkonun
dediyi kimi, tərbyənin mahiyyəti ondan ibarətdir ki, daha yaşlı olan nəsil bu
prosesdə təcrübəsini, özünün ehtiraslarını, inamını daha kiçik nəslə verir.
Tərbiyə şəxsiyyətin daxili və xariji amillərinin təsiri altında baş verən inkişafının
idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir
edən amillər diqqəti cəlb edən cəhətlərdəndir. Deməli, tərbiyə böyüməkdə olan
nəslin şəxsiyyətinin formalaşması prosesinin idarə olunmasından ibarətdir. Odur
ki, bu proses özünün xüsusi psixoloji mexanizminə malikdir. Tərbiyə işində
tərbiyə prosesinin mahiyyətini təşkil edən aşağıdakı cəhətlərə diqqət yetirmək
lazım gəlir: tərbiyə olunan və tərbiyə edənin xüsusiyyətləri; onların qarşılıqlı
münasibətləri; tərbiyənin məqsədi; tərbiyə prosesində istifadə olunan yollar.
Tərbiyə işində biz daima inkişaf edən, keyfiyyətcə dəyişən uşaqlarla işləməli
oluruq. Tərbiyə olunan həmin uşaqlar psixoloji xüsusiyyətlərinə, tələbat və
motivlərinə görə bir-birindən fərqlənirlər. Ona görə də ilk əvvəl tərbiyə
olunanların yaş və fərdi xüsusiyyətlərini öyrənmək və nəzərə almaq lazımdır.
Pedaqoji psixologiyanın banisi K.D.Uşinski insanı hərtərəfli tərbiyə etmək üçün
onu hərtərfli öyrənməyi tövsiyə edirdi. Görkəmli psixoloq S.R.Rubinşteyn
deyirdi: «Uşaqları tərbiyə edə-edə və öyrədə-öyrədə öyrənmək lazımdır ki,
5

onları öyrənə-öyrənə tərbiyə edək və öyrədək». Beləliklə, şagird şəxsiyyətinin


təşəkkülündə onların fəaliyyətinin düzgün təşkili ilə yanaşı, burada düzgün
əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır. Bir motiv
kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Psixoloji tədqiqatlarla sübut
edilmişdir ki, motivdən asılı olaraq eyni fəaliyyət nətijəsində şagirdlərdə
müxtəlif əxlaqi keyfiyyətlər formalaşa bilir. Tərbiyə prosesində müvəffəqiyyət
qazanmaq üçün şagirdlərin yaş və fərdi xüsusiyyətlərinin öyrənilməsi ilə yanaşı,
tərbiyəvi tədbirin tətbiq edildiyi konkret şəraitin nəzərə alınması da həlledici
əhəmiyyətə malikdir. Bununla əlaqədar olaraq tərbiyə işni düzgün təşkil etmək
üçün «inkişafın sosial şəraitinin» (L.S.Vıqotski) nəzərə alınması da zəruridir.
Tərbiyə prosesində şagirdlərin daxili aləmi ilə xariji təsirlərin qarşılıqlı
münasibətinə, xüsusilə də uşağın ona təsir göstərən xarici mühitə şəxsi
münasibətinə ciddi fikir verilməlidir. Tərbiyə prosesinin müvəffəqiyyətlə yerinə
yetirilməsində mühüm rol oynayan amillərdən biri də tərbiyənin məqsədinin
düzgün müəyyənləşdirilməsindən ibarətdir. Məqsəd aydın olduqda onun həyata
keçirilməsi üçün səmərəli tərbiyəvi tədbirlərin seçilməsi və tətbiqi də mümkün
olur. Tərbiyə prosesində nəzərə alınması zəruri olan cəhətlərdən biri də həmin
prosesin tərbiyə olunanın fəaliyyəti ilə əlaqələndirilməsindən ibarətdir. Deməli,
tərbiyə prosesinin mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, kor-koranə bir
proses olmayıb, idarə olunan bir prosesdir. Tərbiyə prosesini ona görə idarə
olunan proses adlandırırlar ki, onun məqsədi, motivləri, funksiyaları və
gözlənilən nəticələri mövcuddur. (6.Tərbiyənin idarə olunması problemləri
saytı)

Tərbiyənin psixoloji mexanizm və məqsədləri

Pedaqoji psixologiyada “tərbiyə” anlayışı birmənalı şərh olunmur. Tərbiyə anlayışı


geniş (cəmiyyətin şəxsiyyətə təsiri) və dar (təlim prosesində təhsil vermək məqsədi ilə
tərbiyəçilərin və pedaqoqların xüsusi təşkil olunmuş fəaliyyəti kimi) mənada işlənir.
Psixoloji istiqamətdə tərbiyə interiorizasiya prosesidir.Yəni şəxsiyyətlə münasibətdə
olan, ona təsir edən xarici təcrübənin və biliklərin şəxsiyyətin davranışında, daxili plana
keçməsi, müəyyən dəyər forması kəsb etməsidir. Cəmiyyət hadisəsi kimi tərbiyə
cəmiyyətin sosial tarixi inkişafının xüsusiyyətlərini özündə əks etdirən mənşəyə
malikdir. Psixoloqların qənaətincə, tərbiyə psixoloji hadisə kimi tərbiyə obyektində,
6

yəni insanda müəyyən motivlərin, maraqların, idealların, dünyagörüşün və yönəlişliyin


formalaşdırılması məqsədilə onun davranışına planlı və məqsədyönlü təsirdir.

Tərbiyə haqqında konsepsiyalarda tərbiyə prosesinə idarəetmə prosesi, tərbiyəvi


fəaliyyətin təşkili kimi baxılır və bunun əsasında tərbiyəvi mühitə aid olan yararlı
normaların yaradılması məsələlərinə və tərbiyəçinin şəxsiyyətinə daha çox diqqət
yetirirlər. K.Uşinski haqlı olaraq göstərir ki, tərbiyə etmək üçün tərbiyə olunmaq
lazımdır.

Qeyd olunmalıdır ki, tərbiyə prosesi – uşaq şəxsiyyətinin maksimum səviyyədə


inkişafı üçün, onun müasir mədəniyyətin şərtlərinə uyğunlaşdırılması, insanın öz
həyatının subyekti və strteqi olması uğrunda lazımi keyfiyyətlərə yiyələnməsi üçün
müəllim və ya tərbiyəçinin məqsədyönlü, tutarlı və peşəkar fəaliyyətidir. Mövcud
konseptual yanaşmalara, tərbiyə konsepsiyalarına və onların ümumiləşdirilməsindən
çıxan nəticəyə görə tərbiyənin əsas məqsədi göənc nəslin tərbiyəsinin həyata
keçirilməösinə yönəlmiş fəal yaradıcı fəaliyyətdir.

Rus psixoloqları S.V.Sarıçev və İ.N.Loqinov göstərirlər ki, tərbiyə prosesinin


effektiv təşkili uşağın formalaşması üçün zəruri olan 3 əsas həyat rolunu necə
qavramasından asılıdır. Bunlar aşağıdakılardır:

-uşağın vətəndaş kimi formalaşması;

-uşağın layiqli ailə üzvü kimi formalaşması;

-uşağın şəxsiyyət kimi formalaşması.

Qeyd olunan bu üç cəhət uşaq tərəfindən adekvat qavranılırsa, o zaman tərbiyənin


müəyyən mənada yəyata keçirildiyini söyləmək olar.Bunlarla yanaşı, tərbiyənin
keyfiyyət göstəriciləri dəyər münasibətlərinin, ailə münasibətlərinin, ünsiyyət
7

mədəniyyətinin, həyatda özünü idarəetmənin, intellektual, əxlaqi, incəsənət, iqtisadi,


fiziki və əmək mədəniyyətinin inkişafından da asılıdır.

Tərbiyə prosesi – tərbiyəçilərin gəldiyi qənaətə görə, pedaqoji situasiyaların,


tərbiyə tapşırığının müəyyənləşdirilməsinin, lahiyələşdirmənin (metod və formanın
hazırlanması), pedaqoji qarşılıqlı təsirin təşkilinin, nəticələrinin yoxlanılmasının və
qiymətləndirilməsinin vasitəli həllidir.

Pedaqoji ədəbiyyatda,tərbiyə prosesinin aşağıdakı funksiyalarını göstərirlər:


1.Tərbiyəçilərin fiziki və psixi sağlamlığının mühafizəsi;

2.Şagirdlərin fəaliyyətinin əhatəli təşkili;

3.Həmyaşıdlarda və böyüklərdə pozitiv sərvət dəyərləri sisteminin yaradılması və


şagirdlərin sosializasiyası məqsədilə ünsiyyətdən istifadə edilməsi.

4.Cəmiyyət üzvlərindəəxlaqi, iradi, estetik və fizioloji keyfiyyətlərin formalaşmasının


təşkili;

5.Deviant davranışa (normadan kənar, əxlaqa və hüquqa zidd) meyilliyin qarşısının


alınması məqsədilə korreksiya aparılması vəqabaqlayıcı tədbirlərin həyata keçirilməsi.

Aydındır ki, tərbiyə prosesi müəyyən olunmuş məqsədlərdən başlayır. Tərbiyə


prosesində aşağıdakı məqsədləri müəyyən edirlər:

1.Tərbiyənin əsas məqsədi. Bu məqsəd uşağın onun üçün həyatda və cəmiyyətdə vacib
olan lazımlı keyfiyyətlərə malik olması üçün şəxsiyyət kimi formalaşdırılması və
inkişaf etdirilməsidir.

2.Tərbiyənin ümumi məqsədi. Tərbiyənin ümumi məqsədi uşaqları daxilən zəngin,


azad, sərbəst və məsuliyyətli şəxsiyyət kimi yetişdirməkdir.
8

3.Tərbiyənin xüsusi məqsədi. Tərbiyənin xüsusi məqsədini cəmiyyətin tərəqqisinin


müasir tendensiyalarını özündə əkls etdirmək, şagirdləri uğur əldə etməyə yönələn
təşəbbüskar insanlar kimi yetişdirmək təşkil edir.(2.Səh.90)

Tərbiyənin təsir metodları

Tərbiyəvi təsir və qarşılıqlı təsir metodlarına nəzər yetipməzdən əvvəl tərbiyəvi


təsir, tərbiyəvi nüfuz və tərbiyəvi qarşılıqlı təsir kimi anlayışların mahiyyətini açmaq
önəmlidir.

Tərbiyəvi təsir – tərbiyəçinin uşağa qarşı cəzalandırma və rəğbətləndirmə kimi istifadə


etdiyi metodlara deyilir.

Tərbiyəvi nüfuz – uşağın şəxsiyyətinə pedaqoji təsirin nəticəsində hər hansı bir
dəyişiklik baş verməsidir. Bu zaman uşaq sadəcə olaraq ona deyilən hərəkəti etmir, həm
də başa düşür ki bu hərəkəti etmək olmaz və nəyə görə etmək olmaz.

Tərbiyəvi qarşılıqlı təsir – uşağın və böyüyün elə müştərək fəaliyyətidir ki, bunun
nəticəsində qarşılıqlı anlaşma yaranır, qarşılıqlı kömək və ya qarşılıqlı dəyişilmə
təzahür edir. Psixoloqların qənaətincə, şəxsiyyətə psixoloji təsirin üsulları tərbiyəçi
tərəfindən qəbul olunan, insanın davranışının formalaşdırılması ilə əlaqəli olan, tərbiyə
olunanın şəxsiyyətinin dəyişdirilməsinə yönələn öyrənmənin bütün növləri inandırma,
təlqin, sosial yönəlişlərin dəyişdirilməsi.

Tərbiyəvi təsirin iki əsas tipini ayırd edirlər:

-birbaşa tərbiyəvi təsir – bir – biri ilə birbaşa ünsiyyət zamanı bir insanın digər insana
hiss olunan vasitəsiz təsiri.

-Dolayısı tərbiyəvi təsir – belə təsir özündə tərbiyə olunanın və tərbiyəçinin bir – biri
ilə əlaqəsi olmadan hər hansı üsulların köməyi ilə həyata keçirilən təsiri ehtiva edir.
(istənilən kitabı oxumaq, kinoya baxmaq və s.) Birbaşa tərbiyəvi təsirə nail olmaq üçün
9

öyrənmənin təlqin, təqlid kimi üsullarından istifadə edilir. Birbaşa tərbiyəvi təsirlər
zamanı tərbiyənin üsulları genişləndirilir, uşağın inkişafının ilkin mərhələsində yeganə
lazım olan üsul seçilir. Psixoloji və pedaqoji ədəbiyyatda tərbiyəvi təsirin bir neçə
metodlarını ayırd edirlər. Tərbiyəvi təsirin metodlarına inandırma, təlqin, sirayət, təqlid
və s. aiddir. Tərbiyəvi təsirin aşağıdakı metodlarını göstərmək olar:

1.Təhrikedici və ya yaradıcı. Belə psixoloji təsir mövcud olan davranışın əsasında


yaranan hissləri korreksiya edir və yeni pozitiv keyfiyyətlərin inkişafına təkan verir,
neqativ vərdişləri aradan qaldırır.

2.Ləngidici.Belə psixoloji təsir mövcud olan mənfi keyfiyyətlərin aradan qaldırılmasına


köməklik edir və müsbət keyfiyyətlərin inkişafı üçün mühit yaradır.

3.Güclü emosional reaksiya yaradıcı təsirlər. Pedaqoji və psixoloji ədəbiyyatlarda


tərbiyəvi təsirin 3 əsas metodunu qeyd edirlər: inandırma metodu, məşq metodu,
qiymətləndirmə metodu. İnandırma metodu özündə aşağıdakıları ehtiva edir:

-Müəllimin mülahizəsi

- Müəllimin arqumenti

-Əhvala və şəxsi münasibətə görə müəllimin ifadə etdiyi fikirlər

-Mədəniyyətdə ümumi qəbul olunan qaydalar haqqında məlumat

-Münasibətdə baş verənlərin daxili gizli mənasını açmaq

-Müəllimin uşaqla dialoqu

-Müəllimin tərəfindən aparılan disskusiya

-Həyati məsələlərlə bağlı müəllimin məsləhət və tövsiyyələri Məşq metodu. Bu metod


uşağın başqasının adı altında həyata keçirdiyi, onun daxili münasibətlərinin real praktik
10

fəaliyyətini təyin edən təsir növüdür. Burada daxili və xarici münasibətlər vəhdət təşkil
etməlidir.

Məşq metodu özündə davranış bacarıqlarını birləşdirir. O, aşağıdakı kimi həyata


keçirilir:

-Müəllim qismində

-Uşaqlar üçün nəyisə etməyi xahiş edir

-Fəaliyyətin xarakterini dəyişərək nəyiisə etməyi xahiş edir

-Birgə fəaliyyətlə əlaqədar təlimatlar verir

-Xüsusi treninqlərlə davranış vərdişlərinin qazanılması

-Mədəni – psixoloji qaydalarla keçirilən oyun (2.Səh.92)

Tərbiyənin xüsusiyyətləri

Tərbiyə prosesinin özünəməxsus xüsusiyyətləri vardır. Onları aşağıdakı kimi


səciyyələndirmək olar:

1.Tərbiyə məqsədyönlü prosesdir. Yəni cəmiyyətin iqtisadi, mədəni və siyasi


tələblərinə müvafiq olaraq qurulur.

2.Tərbiyə çoxamilli prosesdir.Yəni bu prosesdə tərbiyə olunanın özünün fərdi


xüsusiyyətləri (subyektiv amillər) ilə yanaşı, onun yaşayıb formalaşdığı mühitin
(obyektiv amillər) xüsusiyyətləri bütövlükdə iştirak edir, tərbiyə prosesinə öz təsirini
göstərir

. 3.Tərbiyə mürəkkəb prosesdir. Bu o deməkdir ki, tərbiyənin nəticələri təlimdə olduğu


kimi tez nəzərə çarpmır və bir qayda olaraq tərbiyə olunan həyatda müsbət nümunələrlə
yanaşı, mənfilikləri də görür və bunlar ona təsirsiz ötmür. Tərbiyə edən məcburdur ki,
müntəzəm surətdə mənfi təcrübənin təzahürlərini korrektə etsin.
11

4.Tərbiyə prosesi uzunsürən prosesdir (Beşikdən qəbr evinədək). Onun haradan


başladığı (körpəlikdən) məlumdur. Amma həyatın hansı mərhələsindəsə (bağça, ibtidai
məktəb, orta təhsil və s.) “bu iş bitdi,tamamlandı” demək mümkün deyil.

5.Tərbiyə fasiləsiz prosesdir. Burada tətil yoxdur. Dayanmaq mümkün deyil.


Müntəzəmlik vacibdir. Əks təqdirdə nəticə qeyri -qənaətbəxş olacaq.

6. Tərbiyə kompleks prosesdir. Bu o deməkdir ki, tərbiyə prosesinin məqsədi, vəzifəsi,


məzmunu, forma və metodları vəhdətdədir; hamısı şəxsiyyətin formalaşması ideyasına
tabedir. Şəxsiyyət keyfiyyətlərinin formalaşması növbə ilə deyil eyni zamanda,
kompleks halda baş verir. Ona görə də pedaqoji təsir kompleks şəkildə olmalıdır.
7.Tərbiyə dəyişkən, qeyri-müəyyən prosesdir. Yəni tərbiyə olunanların fərdi
xüsusiyyətlərindən, onların sosial 162 təcrübəsindən, tərbiyəyə münasibətindən asılı
olaraq təşkil olunan tərbiyəvi işin təsiri fərqli ola bilir. Həmçinin tərbiyə edənlərin peşə
hazırlığı, prosesə rəhbərlik etmək bacarığı da tərbiyə prosesinə öz təsirini göstərir.
8.Tərbiyə ikitərəfli prosesdir. O, tərbiyə edənlə tərbiyə olunan arasında baş verir.
Tərbiyə edən birbaşa əlaqə, tərbiyə olunan isə ona cavab olaraq əks əlaqə yaradır.
Tərbiyə prosesi əks əlaqə, yəni tərbiyə olunandan gələn informasiyalar üzərində qurulur.
İnformasiya nə qədər çox olsa, tərbiyəvi təsir o qədər məqsədyönlü olur.(3.Səh.160)

Tərbiyə prosesinin dialektikası, sistemləri və strukturları

Tərbiyə dialektik prosesdir. Yəni təbiət, cəmiyyət və insan təfəkkürünün


inkişafının ümumi qanunlarına uyğun şəkildə formalaşır. Onun dialektikadan irəli gələn
daxili və xarici ziddiyyətləri var.

1) Daxili ziddiyyət tərbiyə olunanın özü ilə bağlıdır, onun inkişafının bütün
mərhələlərində özünü göstərir. Onda dayanmadan yeni tələbatlar yaranır; lakin
imkanının tələbata uyğunsuzluğu ziddiyyət yaradır. Yaranan ziddiyyət tərbiyə olunanı
öz təcrübəsini genişləndirməyə, yeni biliklərə və davranış normalarına yiyələnməyə
12

sövq edir. Burada hər şey şəxsiyyətin özündən, onun həyat mövqeyindən və fəallığından
asılıdır.

2) Xarici ziddiyyət tərbiyə olunanla, onun ailə mühiti ilə əks tərəf arasında yaranan
ziddiyyətdir. Məsələn, ailə ilə məktəb arasında yaranan ziddiyyət tərbiyə prosesinə
olduqca pis təsir göstərir. Son illlərdə informasiya mənbələrinin çoxluğu və bir-biri ilə
uyğunsuzluğu gənclərin dünyabaxışında anlaşılmazlıqlar yaradır. Beləliklə, söz ilə əməl
arasındakı uyğunsuzluq tərbiyə işində nöqsanların yaranmasına səbəb olur.

Hər bir müəllim, tərbiyəçi xarici təsirlərlə şagirdlərin daxili meylləri arasındakı
bağlılıqlara münasibətində diqqətli olmalıdır. Əks təqdirdə fəaliyyətinin səmərəsi
olmaz. Tərbiyə prosesi mürəkkəb və dinamik sistemdir. Strukturuna görə bu sistemin
hər bir komponenti öz növbəsində bir sistem hesab edilə bilər. Məsələn, tərbiyə
sistemində əqli tərbiyə, əxlaq tərbiyəsi, əmək tərbiyəsi, fiziki tərbiyə və s. komponentlər
var. Eyni zamanda həmin komponentlərin hər birinin də öz sistemi var. Tərbiyə
prosesindəki sistemləri, struktur incəliklərini ayırmaq və təhlil etmək üçün meyarlar
mövcuddur. Buraya tərbiyənin məqsədi, vəzifəsi, məzmunu, metodları daxildir.
(3.Səh.162)

Tərbiyə prosesinin strukturu isə idrak nəzəriyyəsinə müvafiq olaraq aşağıdakılardan


ibarətdir:

1.Tərbiyə alanın tələb olunan davranış norma və qaydalarını başa düşməsi.

2.Öyrənib başa düşdüyü biliklərin əqidəyə çevrilməsi.

3.Nəticə olaraq onda ali insani hisslərin formalaşması və həyatda tətbiq edilməsi.
Birinci mərhələdə şagirdlər tələb olunan norma və qaydaları özləri üçün aydınlaşdırırlar.
İkinci mərhələdə təklif olunan davranış norma və qaydalarına yiyələnməyin və onlara
əməl etməyin zəruriliyini dərk edirlər. Dərk etdikdən sonra üçüncü mərhələdə əqidə
özünü sübut etməlidir. Bunun üçün ən doğru yol müvafiq situasiyaların olmasıdır.
13

İnsan, mövqeyini məhz yaranmış situasiyada bildirir. Beləliklə, sistem halını almış adət
və hərəkətlər tədricən şəxsiyyətin xarakter əlamətinə çevrilir.(3.Səh.163)

Tərbiyənin əsas sosial institutları

Tərbiyə institutları şəxsiyyətə tərbiyəvi təsir etmək üçün yaradılan cəmiyyət


təsisatlarıdır. Bu təsisatlara: ailə, məktəb, kütləvi informasiya vasitələri, həmyaşıdlar,
təşkilatlar və s. aiddir. Ailə tərbiyə institutu kimi. Ailə tərbiyəinstitutlarının əsası sayılır.
Çünki uşaq həyatının həlledici dövrlərini ailədə keçirir. Və ailə institutunun şəxsiyyətə
göstərdiyi təsir başqa institutların göstərdiyi təsirdən nisbətən öndə gedir. Psixoloqların
fikrincə, uşağın şəxsiyyəti ailədə formalaşır. Məktəbdə isə qismən formalaşma baş verir.
Ona görə də ailə tərbiyəsi daha önəmli və daha vacibdir. D.Baumind emosional təsirin
və valideyn nəzarətinin uşağa göstərdiyi təsirinə görə ailə tərbiyəsinin üsullarını ayırd
etmişdir: 1.Avtoritet tərbiyə üsulu – uşağın emosional baxımdan qıbulu və onun yüksək
səviyyədə idarə olunması ilə seçilir. Avtoritet tərbiyə üsuluna malik valideynlər
demokratik ünsiyyət üsulu seçir.Uşağın artan kompotentliyinə əsasən onların
tələbatlarını dəyişə bilirlər. 2.Avtoritar tərbiyə üsulu. Bu üsul uşağın emosional
cəhətdən zəif qəbul olunması və yüksək idarə olunması ilə fərqlənir. Avtoritar
valideynlərin ünsiyyət üsulu əmr etmə, tələb qoyma, qanun qaydalarda dəyişilməzlik və
s. özündə əks etdirir. 3. Liberal tərbiyə üsulu.Bu tərbiyə üsulu yüksək emosional
qəbuletmə və zəif idarə olunma ilə fərqlənirş Qayda və qanun bu tərbiyə üsulunda,
demək olar ki yoxdur və idarəetmə zəifdir. 4.İndifferent tərbiyə üsulu. Bu üsul tərbiyəyə
valideynnin zəif münasibəti, emosional soyuqluğu, uşaqla münasibətdə distantlığı, zəif
idarə olunması, uşağın tələbatının tam ödənilməməsi ilə fərqlənir. Bütün bunlarla
yanaşı, ailə tərbiyəsinin hormonal və dishormonal tiplərini də ayırırlar. Hormonal tip
ailə tərbiyəsi yüksək emosional qəbul etmə., empatiya, emosional dəstək, uşaqlardan
ailənin bütün üzvlərinin razı qalmasının yüksəkliyi, uşağın öz inkişaf yolunu sərbəst
seçməsinə imkan verilməsi, davamlılığı, tərbiyənin hüdudlarından kənara çıxmayaraq
14

ailənin hər bir üzvünün hüquqlarının qorunub saxlanılması və uşağın yaşı ilə əlaqəli
olaraq tərbiyənin planlı dəyişilməsi ilə seçilir. Dishormonal tip ailə tərbiyəsi – uşağa
qarşı emosional münasibətin çatışmazlığı, emosional imtina və uşağın tərbiyəsi
haqqında ailənin eyni fikrə gəlməməsi. Yüksək səviyyəli fikir ayrılığı, valideyn – uşaq
münasibətlərinin düzgün qurulmaması. Disharmonik tərbiyənin aşağıdakı tiplərini
fərqləndirirlər: 7. 96 1.Hiporteksiya – diqqətin, qayğının, qiymət və yoxlamanın, uşağa
qarşı marağın olmaması. Uşağın tələbatlarının ödənilməsində çatışmazlıqlar.
2.Hiperproteksiya –həddindən artıq çox valideyn qayğısı ilə, proteksiyanın yüksək
forması, uşağa qarşı sevgi və emosional münasibətdən çəkinmə ilə xarakterizə olunur.
3.Tərbiyənin uyğunsuzluğu – ailənin ayrı-ayrı üzvlərinin özünügerçəkləşdirməsində
fərdi məqamların olması 4. Yüksək mənəvi məsuliyyətilə fərqlənən tərbiyə tipi- uşağın
fərdi xüsusiyyətlərinin və yaşından asılı olmayaraq ona qarşısında yüksək tələbatların
qoyulması ilə fərqlənir. 5.Hipersosiallaşdırılmış tərbiyə üsulu uşağın sosial həyatını,
onun nəiliyyətini, həmyaşıdları ilə münasibətini real psixofizioloji xüsusiyyətlərini,
qabiliyyətlərini nəzərə almayaraq valideynin fikri konsepsiyasına əsaslanır. 6.
Mədəniyyətə daha çox önəm verən tərbiyə üsulu – bu tərbiyə tipində uşağa qarşı aciz,
köməksiz kimi davranış xarakterikdir.Bu da uşağın inkişafında zəiflik yaradır. Məktəb
tərbiyə institutu kimi. Məktəbdə təhsil alan uşaq həyatının mənalı hissəsini burada
keçirir. Burada onu həmyaşıdları və müəllimləri tərbiyə edir. Tam təhsilin tərbiyə
institutu kimi təsisatı. Tam təhsilin tərbiyə institutu kimi fəaliyyəti tərbiyənin mühüm
problemlərini çözməyə yönəlib. Bunlara misl olaraq uşaqlarda özünütəyinetmə
bacarığının formalaşdırılmasını göstərmək olar. Məktəbdənkənar və məktəbdaxili işin
əsas fərqini aşağıdakı faktlarla da göstərmək olar: 1.Məktəbdə uşaqlar formal yaş
əlamətlərinə görə, tam təhsildə isə qeyri – formal olaraq birgə fəaliyyətdə olan marağın
əsasında birləşirlər. 2.Təhsil prosesləri əsasında məktəbdə dövlət standartları və onlara
uyğun proqramlar vasitəsilə həyata keçirilir. 3.Məktəb üçün informasiya istiqaməti
15

prioritet hesab olunur, tam təhsilin təsisi isə praktikdir. Burada tapşırıq, xüsusi üsullarla
və formalarla həyata keçirilir.(2.Səh.95)

Nəticə

Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizmlərini, tərbiyə


işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji
cəhətdən əsaslandırılmasını, şagird kollektivinin psixologiyasını, özünütərbiyənin
psixoloji əsaslarını, tərbiyənin idarəolünması problemini, «çətin» uşaqlar, onların
davranışının korreksiyası məsələlərini öyrənir. Hər bir cəmiyyətdə tərbiyə həmin
cəmiyyətin başlıca vəzifələrindən birini təşkil edir. İnsan amilinin əsas yer tutduğu
hazırki dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik olan,
ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi saflığı və
fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması, formalaşdınlması ən
vacib, təxirəsalınmaz bir vəzifə kimi qarşıda durur. Bu mühüm vəzifənin həyata
keçirilməsində məktəb və müəllimlərimiz həlledici mövqe tutur. Bununla əlaqədar
olaraq məktəb yüksək əxlaq prinsipləri ilə yaşamağa və işləməyə, birgəyaşayış
qaydalarına, qanunlarına sözsüz əməl etməyə daxili tələbat oyatmalıdır.

Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış prinsip və


inamının, əxlaqi hisslərinin, adətlərinin başqa adamlara, cəmiyyətə, əməyə münasibətdə
ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji mexanizmlərini açmaqla,
tərbiyə psixologiyası gənc nəslin şəxsiyyətinin fəal şəkildə istiqamətləndirilməsi üçün
imkan verir.

Tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının
idarə olunmasıdır. Ona görə də şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən
amillər diqqəti birinci növbədə cəlb edən cəhətlərdəndir. Bu baxımdan, birinci növbədə
16

nəyi tərbiyə etmək məsələsi, başqa sözlə, şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri,
xassələrini dəqiqləşdirmək lazım gəlir. Məlum olduğu kimi, şəxsiyyətin hər bir
keyfiyyəti bir-biri ilə ayrılmaz şəkildə bağlı olan bir vahiddir. Ona görə də şəxsiyyətin
hər bir əlaməti başqa əlamətləri ilə əlaqəsindən asılı olaraq çox vaxt tamamilə fərqli
xarakter daşıyır, özünəməxsus əhəmiyyət kəsb edir. Ona görə də tərbiyə prosesində
şəxsiyyətin formalaşmasının bu cür cəhətlərinin nəzərə alınması zəruridir. Başqa sözlə,
insanı hissə-hissə deyil, bir şəxsiyyət kimi tam halında tərbiyə etmək lazımdır.

Müasir dövrdə gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik
olan, mənəvi zənginliyi, əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət
kimi tərbiyə olunması, formalaşdırılması ən vacib, təxirəsalınmaz bir vəzifə kimi
qarşıda durur. Bu mühüm vəzifənin həyata keçirilməsində məktəb və müəllimlərimiz
həlledici mövqe tutur.

Məktəblərimizin, müəllim və tərbiyəçilərimizin bu vəzifəni müvəffəqiyyətlə yerinə


yetirmələri tərbiyə prosesinin psixologiyası, psixoloji əsasları, qanunauyğunluqları
haqqında biliklərdən çox asılıdır. Təsadüfi deyildir ki, şəxsiyyətin formalaşmasının
psixoloji mexanizminin öyrənilməsi tərbiyə psixologiyasının başlıca vəzifəsi hesab
olunur. Şəxsiyyətin əxlaqi-iradi sahəsinin, əxlaqi şüurunun, əxlaqi təsəvvür, anlayış,
prinsip və inamının, əxlaqi hisslərinin, adətlərinin, başqa adamlara, cəmiyyətə, əməyə
münasibətdə ifadə olunan davranış tərzlərinin formalaşmasının psixoloji
mexanizmlərini açmaqla, tərbiyə psixologiyası böyüyən gənc nəslin şəxsiyyətinin fəal
şəkildə istiqamətləndirilməsi üçün imkan verir. Şagirdlərin tərbiyəvi təsir şəraitində
psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, məktəblilərin özünütərbiyəsinin psixoloji
əsaslarını aşkara çıxarmaqla, tərbiyə psixologiyası keyfiyyətlərinin formalaşmasına
imkan yaradan həmin təsirlərin mexanizmlərini də öyrənir. Tərbiyə şəxsiyyətin
formalaşmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Bu prosesdə daha yaşlı nəsl
özünün təcrübəsini, ehtiraslarını, inamını kiçik nəslə verir. Tərbiyə şəxsiyyətin daxili və
17

xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Ona görə də
şəxsiyyətin necə formalaşması, bu prosesə təsir edən amillər diqqəti birinci cəlb edən
cəhətlərdəndir. Bu baxımdan ilk növbədə nəyi tərbiyə etmək məsələsi, başqa sözlə
şəxsiyyətin strukturu, əlamət və keyfiyyətləri, xassələrini dəqiqləşdirmək lazım gəlir .

Ədəbiyyat siyahısı

1.Əliyev R.İ. Tərbiyə psixologiyası. Bakı, 2006

2.Pedaqoji psixologiyadan mühazirələr

3.Əsmər Sadıq qızı Bədəlova –Təlim tərbiyə mühazirələr

4.Qaralov Z. Tərbiyə. I-II hissəli.Bakı,2003

5.Tərbiyə psixologiyası saytı

6.Tərbiyənin idarə olunması problemləri saytı


18

You might also like