You are on page 1of 58

Hərflər

1. Hərfləri dairələ.
A 4 u 7 r 8 g 9 d 2 l
2. Kiçik hərfləri dairələ.
A y R T j ü x S K p
3. Dördhərfli sözləri rənglə.

baba yarpaq dörd

don Şəki keçi

4. Sözlərdəki hərf sayını yaz.


Aysel-
yarpaq-
siçan-
ovçu-
şənlik-
top-
ev-
soyuducu-
kərtənkələ-
telefon-
cədvəl-

1
5. Sözləri oxu.

aş baş daş yaş biş beş düş


6. Şəkildə verilən sözün hərf tərkibini müəyyən et və hərfləri rənglə.

7. Heç bir sözün başlamadığı hərfləri rənglə.

8. Şəkildə verilən sözün hərf tərkibini müəyyən et və hərfləri rənglə.

2
Səslər.
1. “Ü” səsilə başlayan sözləri dairələ.

2. Verilənlərdən hansı səs çıxara bilir?

3. Verilən sözlərin başladığı səsləri de.

4. “K” hərfinin [ka] səsini verdiyi şəkilləri dairələ.

5. Eşitdiyin səsləri dairələ.

3
Heca
1. Sözlərdəki hecaların sayını yaz.

2. Üçhecalı sözləri dairələ.

3. İkihecalı sözlər de.


4. Üçhecalı sözlər de.
5. Sözlərdəki heca sayına uyğun xanaları rənglə.

4
6. Sözləri hecalara ayır və yaz.
ata a-ta kəndir
dovşan tələ
şar uşaq
mişar çiyələk
kitab səməni

7. Nümunəyə uyğun sözlər tap və yaz.


al-ma çi-
nə- bi-
kə- də-
tə- pi-

8. Cədvəli doldur.
Söz Hərf sayı Səs sayı Heca sayı
Kənd
Çiyələk
Tort
Vətən
Aysu

5
Söz
1. Sözləri oxu.

al əl bal bel bol


tək tük yük bük tök
baş beş diş deş düş

2. Eşitdiyin sözləri dairələ.

yaz duz at may tək xoş


boz it on qar dəf
şal yol kar ot un beş bir
pul rəf tox yaş nar dən

3. Sözləri oxu və nümunəyə uyğun yaz.

bir-1
on-
beş-
iki-
üç-

6
4. Oxu və nümunəyə uyğun rənglə.

5. Səhv yazılmış sözləri düzgün yaz.

nra- nar
bri-
duz-
asma-
tabik-
içəçk-
mala-
kilşə-
sdot-
pşiki-

7
6. Gizlənmiş sözləri tap və dairələ.

unltopjdul
ahbddostitj
yunoalmajr
Ratdovşanue

7. Oxu və birləşdir.

8
Cümlə
1. Cümlələri oxu və uyğun şəkillərlə birləşdir.

• Anar kitab oxumağı çox sevir.

• Ramin və Əli gülləri sulayırlar.

• Uşaqlar şirniyyat bişirir.

9
2. Verilən cümlələrdə boşluqları doldur.

3. Nəqli cümlələri göstər.

10
4. Nəqli cümlənin sonunda qoyulmalı olan durğu işarəsini
rənglə.

5. Sual cümləsinin sonunda qoyulmalı olan durğu işarəsini


rənglə.

6. Səhv eşitdiyin cümlələri düzgün de.

• Nar sarıdır.
• Günəş soyuqdur.
• İt miyoldayır.
• Limon qırmızıdır.
• Qış istidir.

11
7. Verilən sözlərə cümlə qur.

8. Oxu və uyğun olan sözü rənglə.

12
Sait səslər
1. Sait səsləri dairələ.

a y e b i n ə ı s o r ö l ü x u

2. Sait səslə başlayan sözləri rənglə.


ailə lalə yarpaq inək quş
ütü ordu ördək kələm uzun

3. Sait səslə başlayan sözlər yaz.


1)______________ 2)_____________ 3)_______________

4. İncə saitləri dairələ.

u o ü i ı ö a e ə

5. Nümunəyə uyğun olaraq birləşdir.

13
6. Nümunəyə uyğun olaraq boşluqlara sait yaz.

İncə, açıq, dodaqlanmayan sait: e


Qalın, qapalı, dodaqlanmayan sait: ____
İncə, açıq, dodaqlanan sait: ____
Qalın, açıq, dodaqlanmayan sait: ____

7. Boşluqlara uyğun saitləri yaz və sözləri dəftərə köçür.

...nək, ...na, ...sti, ...yarp...q, bul...d, g...nəş, konf...t, palt...r.

8. Sözlərdəki saitlərin altından qırmızı xətt çək.

Aysu, şimşək, mişar, təndir, buz, misgər, ətir, şəlalə, kəndir.

9. Cədvəli dəftərə çək və doldur.

Ürək, altı, dalğın, gözlər, odun, məktəb, sarı, yeni, dərya.


Qalın saitli sözlər İncə saitli sözlər

14
Samit səslər
1. Samit səsləri rənglə.

2. Nümunəyə bax və uyğun olan samiti dairələ.

3. Samitlərin qarşılığını tap və eyniləşdir.

v t b s c g
d z ç f k p

15
Ad bildirən sözlər

1. Ad bildirən sözləri dairələ.

Beş pişik ana vərəq gözəl pis Anar iki meşə

2. Ad bildirən sözlərin sualını yaz.

kitab- nə?
masa-
İstanbul-
ana-
konfet-
kasa-
divan-
top-
Bakı-
həkim-
dərzi-
qələm-

16
3. Suallara uyğun sözlər yaz.

Nə?-
Kim?-
Hara?-
Nə?-
Hara?-
Kim?-
Hara?-
Kim?-
Nə?-
Kim?-

4. Cədvəli doldur.

Ömər, polis, tava, üzüm, Gəncə, pəncərə, dərzi, pozan, ana.

Kim? Nə? Hara?

17
5. Uyğunluğu müəyyən et və xanaları rənglə.

6. Şəkildəki ad bildirən canlı varlıqları dairələ.

18
Əlamət bildirən sözlər

1. Əlamət bildirən sözləri dairələ.

Nihad, gözəl, səma, yaxşı, bulud, dadlı, şirin, təbiət, yağışlı.

2. Əlamət bildirən sözlərin sualını yaz.

pis-
dünənki-
savadlı-
günəşli-
gümrah-
sabahkı-
ağıllı-
əyləncəli-
xoşbəxt-
təzə-
qarlı-
qırmızı-

19
3. Uyğunluğu müəyyən et və birləşdir.

4. Cədvəli doldur.
Ağ, turş, yaşıl, düz, uzun, sarı, duzlu, acı,qırmızı.

Rəng bildirən Forma bildirənlər Dad bildirənlər

20
5. Əlamət bildirən sözləri əlavə etməklə cümlələri tamamla.

Parlaq, dadlı, çiyələkli, sulu, qalın.

1) Səmada …............. günəş görünürdü.


2) Dünən ................. qar yağırdı.
3) Anam …........... yemək bişirdi.
4) Mən …........... palto geyindim.
5) Ümid ….......... dondurmanı sevir.

6) Cümlələrdəki əlamət bildirən sözlərin altından qırmızı xət çək.

1) Aynur qırmızı don geyindi.


2) Mahir tez-tez qaçırdı.
3) Uşaqlar yaşıl meydançada futbol oynayırlar.
4) Londonda çox hündür binalar var.
5) Ayı vəhşi heyvandır.

7. Verilənlərə uyğun əlamət bildirən sözlər yaz.

Dad bildirən:_______________________________
Forma bildirən:_____________________________
Rəng bildirən:_______________________________

21
Hərəkət bildirən sözlər

1. Hərəkət bildirən sözləri rənglə.

qaçır təzə gülür yatır


əlaçı sevir uşaq yeyir
bişirir sürür müəllim cədvəl

2. Cümlələri dəftərə köçür və hərəkət bildirən sözlərin altından


yaşıl xətt çək.

1) Yaşlı adam parkda gəzirdi.


2) Keçən qış qar yağmışdı.
3) Mən təbiəti çox sevirəm.
4) Bağban güllərə qulluq edir.

3. Cədvəli doldur.
Sarı, qaçır, toyuq, səməni, yumurta, yaşıl, yaşlı, gəlir, gülür.
Ad bil. söz Əlamət bil. söz Hərəkət bil. söz

22
Say bildirən sözlər

1. Nümunəyə bax və boşluqları doldur.

2. Saylara sual ver.


beş- neçə?
çoxlu-
ikinci-
dörd-
beşinci-
on-
üç-

23
3. Cümlələrdəki sayların altından xətt çək.
1) Sinifdə çoxlu şagird var.
2) Murad səbətə 7 alma qoydu.
3) Pencəyin bir düyməsi qırılmışdı.
4) Ayselin iki sevimli pişiyi var.
5) Sürüdə çoxlu qoyunlar var idi.

4. Boşluğa uyğun sayları yaz və cümlələri dəftərinə köçür.

çoxlu üç ikinci
1) Zalda …..... tamaşaçı var idi.
2) Tural ağacdan ….... nar dərdi.
3) Sevda …..... sırada əyləşdi.

5. Cədvəli doldur.
Beş, doqquz, çoxlu, yeddinci, az, on, ikinci, səkkiz, iki, xeyli.

Neçə? Nə qədər? Neçənci?

24
Şeir

1. Şeirin müəllifi kimdir? _____________________________

2. Şeirdə neçə bənd var? _______________________________

3. Şeirdə neçə misra var? ________________________________

4. Şeirdə hansı sözlər qafiyələnib? ___________________________

25
Yaxınmənalı sözlər

1. Yaxınmənalı sözləri birləşdir.

2. Sözlərin yaxınmənalısını yaz.

yaşlı
dadlı
şəkər
gənc

26
3. Cədvəldə verilən sözlərin yaxınmənalısını tap və rəngləri eyniləşdir.

4. Hansı cümlədə ağ sözünün yaxınmənalısı işlənib?


A) Dostum qırmızı çanta taxmışdı
B) Lalə bəyaz don geyinmişdi.
C) Dovşan yaşıl yuvada gizləndi.
5. Hansı yaşlı sözünün yaxınmənalısıdır?
A) qoca B) gözəl C) adam
6. Hansı variant səhvdir?
A) gözəl- qəşəng
B) isti- soyuq
C) adam- insan

27
Əksmənalı sözlər
1. Əksmənalı sözləri birləşdir.

2. Sözlərin əksmənalısını yaz.

uzun
uzaq
kirli
alt
ac

28
3. Cədvəldə verilən sözlərin əksmənalısını tap və rəngləri eyniləşdir.

4. “Az” sözünün əksmənalısını göstər.


A) biz B) çox C) azca
5. “ Səhər” sözünün əksmənalısını göstər.
A) axşam B) sabah C) gündüz
6. “Uzun “ sözünün əksmənalısını göstər.
A) yaxşı B) qısa C) yol

29
1. Əlifbanın ilk hərfini dairələ.
F D A J K L C M Z
2. Əlifbanın son hərfini dairələ.
G H A N E S Z U I
3. Əlifbadakı 4-cü hərfi dairələ.
E K Ç X C J O R S
4. Əlifbadakı 15- ci hərfi dairələ.
J U Y N R T A O P

30
5. Əlifba sırasında hər bir hərfdən sonra gələn hərfi yaz.
Ş,__ T,__ A,__ İ__, R,__ Ş,___ F,__
6. Hərflərin sıra nömrələrini yazın.
A- 1 O- Q- X- K- L- D- C- M-
7. Sıra nömrəsinə uyğun hərfləri yaz və sözləri oxu.

19 7 20

26 1 24

19 1 18 1

3 29 3 7

16 7 18 7 19

22 24 5 7 16

4 7 27 14 24

27 7 16 7 24

31
İmla
1. Sözləri oxu və yaz.

kənd
bulud
bayraq
kərtənkələ
Azərbaycan

2. Rənglərin adını nümunəyə uyğun yaz.

qırmızı __________ __________


__________ __________ __________
3. Verilənlərin adını yaz.

32
Üzündən köçürmə
1. Bax və çək.

2. Bax və çək.

33
3. Hecaları nümunəyə uyğun köçür.

tə ya şa kə mi sö ni vü cı

gər tir nat van çar

4. Sözləri nümunəyə uyğun köçür.

nar daş bir beş şar yol


nar

inək xana qala bina gəmi

vətən xalça maşın pişik Bakı

34
5. Hecaları dəftərə köçür.

Tə, ma, şə, lə, vü, gə, xa, bi, li, ha, kə, rə, ja, pi, al.

6. Hecaları dəftərə köçür.

Fət, zor, gər, dan, tər, mit, tab, lar, lər,lam, tıs.

7. Sözləri dəftərə köçür.

Mala, vətən, bayraq, park, dost, tort, tələ, pişik, yol, alma.

8. Köçür.

Ki, kitab, kitabxa, kitabxana, kitabxanada.

Ba, Bakı, Bakıda, Bakıdakı.

Me, meşə, meşəlik, meşəlikdə, meşəlikdəki.

Sə, səma, səmada, səmadakı.

35
9. Cümlələri dəftərə köçür.

1) Uşaq bağda oynayır.


2) Biz alma dərdik.
3) Pişik süd içir.
4) Qış soyuq fəsildir.
5) Mən heyvanları çox sevirəm.
6) Hava çox istidir.

10. Verilən sözləri boşluğa yaz və dəftərə köçür.

1) Biz ağacdan …...... dərdik.


2) Gecə səmada …....... görürəm.
3) Yağışlı havada …..... açdım
4) Mən …..... oxumağı çox sevirəm.
5) Aysel …....... suladı.

36
Sürətli oxu

37
38
39
40
41
Oxuyub- anlama 1

42
43
Oxuyub- anlama 2

44
45
Oxuyub- anlama 3

Oxu və rənglə.

• Sarı limon
• Qırmızı alma
• Sarı banan
• Yaşıl bibər

Oxuyub- anlama 4

46
Oxuyub- anlama 5
Verilən sözlə bağlı suallara cavab yaz.

Kitab

1.Sözdə neçə hərf var?


2. Sözdə neçə səs var?
3. Sözdə neçə heca var?
4. Söz hansı heca ilə başlayır?
5. Söz hansı heca ilə bitir?
6. Sözdə neçə sait səs var?
7. Sözdə neçə samit səs var?
8. Sözdə hansı saitlər var?
9. Sözdə hansı samitlər var?
10. Söz hansı suala cavab verir?

47
Oxuyub- anlama 6
Verilən sözlə bağlı suallara cavab yaz.

Beş
1. Sözdə neçə hərf var?
2. Sözdə neçə səs var?
3. Sözdə neçə heca var?
4. Söz hansı heca ilə başlayır?
5. Söz hansı heca ilə bitir?
6. Sözdə neçə sait səs var?
7. Sözdə neçə samit səs var?
8. Sözdə hansı saitlər var?
9. Sözdə hansı samitlər var?
10. Söz hansı suala cavab verir?

48
Əlavə çalışmalar
1. Səhv yazılmış sözləri düzgün yaz.

2. Hansı sözlər böyük hərflə yazılmalıdır?

misal aydan bakı şam nuru bina toğrul


3. Uyğunluğu müəyyən et və cədvəli doldur.

Qırmızı, alma, Bakı, nar, ağ, Şuşa, yaşıl, üzüm, sarı, Ağdam.

Rəng adı Meyvə adı Məkan adı

4. Cümlələri üzündən köçür.

1) Mən dünən çox yorğun idim.


2) Quşlar evin eyvanına qonmuşdu.
3) Pişik ağacın altında gizlənmişdi.
4) Sevil zənbilə ət və süd qoydu.
5) Ördəklər göldə üzürdülər.

49
5. Uyğunluğu müəyyən et və cədvəli doldur.

Mişar, kənd, odun, torba, üç, qar, uşaq, banan, nal, axşam.

Sait səslə başlayan sözlər Samit səslə başlayan sözlər

6. Ad bildirən sözləri dəftərə köçür.


Aysel, gözəl, tozlu, torpaq, yarpaq, uzun, incə, bayraq, tək.

7. Hecaları qarışdırılmış sözləri düzgün yaz.

50
8.

9. Boşluğa əlifbanın beşinci hərfini yaz və sözləri oxu.

…...aş ….ələ ….ağ ….ayı a...


10. Sözləri cümlədə işlət.
Kartof, mətbəx, pişik, sarı, saat.

1) ______________________________________
2) ______________________________________
3) _______________________________________
4) _______________________________________
5) _______________________________________

51
Testlər
1. Boşluğa hansı hərf yazılmalıdır?

A) o B) s C) t
2. “t r o t” hərflərindən hansı söz düzələr?
A) orta B) tort C) ört
3. “Manat” sözündə neçə hərf var?
A) 5 B) 4 C) 6
4. Hansı söz beşhərflidir?
A) Elnur B) iti C) yuva
5. Hansı sözdə “a” hərfi iki dəfə yazılıb?
A) ana B) daş C) nalə
6. Şəkildə gördüyünüz səma cisminin adı hansı səslə başlayır?

A) y B) g C) t
7. Hansı sözdə “k” hərfi [ka] səsini verir

A) B) C)
8. “Y” səsilə başlayan sözləri dairələ.

Yarasa, aypara, yastıq, ayıq, yuva, ayna.


9. “F “ səsilə başlayan sözü göstər.

A) B) C)

52
10. “ Dərzi” sözündə neçə heca var?
A) 3 B) 2 C) 4
11. Hansı meyvənin adının ilk hecası “ü” -dür?

A) B) C)
12. Verilmiş sözün üçüncü hecasını göstər.

A) ba B) ğa C) tıs
13. Hansı söz üçhecalıdır?
A) ana B) qarğa C) qaranquş
14. Verilmiş sözün düzgün yazılışı hansıdır?

A) bayrax B) bayraq C) bayrak


15. Səhv yazılmış sözü göstər.
A) uşaq B) dost C) uşax
16. İkihecalı sözləri dairələ.

53
17. Hansı cümlədir?
A) tort
B) Anam tort
C) Anam tort bişirdi.

18.” Biz bayramı qeyd edirik “ cümləsində neçə söz var?


A) 4 B) 3 C) 5
19. “Sənin neçə yaşın var” cümləsinin sonunda hansı durğu işarəsi
qoyulmalıdır?

A) , B) . C) ?

20. “Babam bazardan nar, üzüm, ərik aldı” cümləsində hansı meyvənin adı
yoxdur?

A) B) C)

21. Hansı söz sait səslə başlayır?


A) mişar B) armud C) dəvə
22. Sait səsləri dairələ.

d m i l o k b e ö s x ə
23. Azərbaycan əlifbasında neçə sait səs var?
A) 8 B) 9 C) 7
24. “Çəmənlikdə” sözündə neçə sait səs var?
A) 5 B) 4 C) 6

54
25.Samit səslə başlayan sözləri dairələ.

26. Samit səsləri dairələ.

m n e ə u b c i ğ
27. Verilmiş sözlərdə samitlərin sayını yaz.
uşaq- dovşan-
tənbəl- xoruz-
mişar- qonaq-
28. Hansı ad bildirən sözdür?
A) gözəl B) pis C) ulduz
29. Hara sualına cavab verən söz hansıdır?
A) satıcı B) Bakı C) pərdə
30. Kim sualına cavab verən sözləri dairələ.

31. Verilmiş söz hansı suala cavab verir?

A) kim? B) nə? C) hara?

55
32. Verilmiş sözün əlamətlərini göstər.

A) qırmızı B) turş C) uzun


33. Cümlələrdəki əlamət bildirən sözlərin altından xətt çək.
1) Gülnar qırmızı gödəkçə geyindi.
2) Asif sevimli pişiyə süd içirdi.
3) Bizim qırmızı, yaşıl, sarı toplarımız var.
34. Hansı söz hərəkət bildirir?
A) tənbəl B) yatmaq C) uzun
35. Hərəkət bildirən sözləri dairələ.

Bulud, yatmaq, uzun, üzmək, mərd, gülmək.


36. Hansı söz hərəkət bildirir?
A) ağ B) gəlmək C) ana
37. Hansı söz hərəkət bildirir?
A) gülmək B) qırmızı C) qazan
38. Hansı söz hərəkət bildirir?
A) müəllim B) yemək C) ilıq
39.Hansı söz say bildirir?
A) beş B) fincan C) lampa
40. Say bildirən sözləri dairələ.

Yağlı, iki, yatmaq, beş, sarı, doqquz, müdir.

56
41. Hansı söz say bildirir?
A) ağıllı B) çox C) ətirli
42. “Uzun” sözünün əksmənalısını göstər.
A) çox B) qısa C) arıq
43. “Az” sözünün əksmənalısını göstər.
A) çox B) yaxın C) azca
44. “ Quru” sözünün əksmənalısını göstər.
A) odun B) yaş C) yavaş
45. Yaxınmənalı sözlər verilmiş variantı göstər.
A) enli- ensiz B) qoca- yaşlı C) ağ- qara
46. “Ağ” sözünə yaxınmənalı olan sözü göstər.
A) qara B) qırmızı C) bəyaz
47. Yaxınmənalı sözləri birləşdir.
qoca qəşəng
gözəl mərd
cəsur yaşlı
48. Əlifbanın on dördüncü hərfilə başlayan sözü göstər.
A) ilan B) uzun C) odun
49. Azərbaycan əlifbasında neçə hərf var?
A) 31 B) 32 C) 9

Faktoloji suallar

1.Aysel karandaş aldı.


Kim karandaş aldı? ________________________________
Aysel nə aldı? ___________________________________

57
2. Rüstəm 5 qələm aldı.
Kim 5 qələm aldı? __________________________________
Rüstəm neçə qələm aldı? _____________________________
Rüstəm 5 dənə nə aldı? _______________________________

3.Aytacın donunun üzərində sarı, qırmızı, yaşıl rənglər var


idi.
Kimin donunun üzərində sarı, qırmızı, yaşıl rənglər var idi? _______
Aytacın donunun üzərində hansı rənglər var idi?
_____________________________

4.Anam dolma, aş, tort bişirdi.


Dolmanı, aşı, tortu kim bişirdi? _____________________________
Anam hansı yeməkləri bişirdi? ______________________________
5.Uğur velosipedlə məktəbə getdi.
Kim məktəbə getdi? ______________________________
Uğur hara getdi? _________________________________
Uğur məktəbə nə ilə getdi? _________________________

58

You might also like