You are on page 1of 264

B.H.

RZAYEV,

M.Ə. BEYDULLAYEV, V.A. KƏLƏNTƏROV

ELEKTRİK STANSİYALARININ

VƏ YARIMSTANSİYALARININ ELEKTRİK

AVADANLIQLARI

Bakı – Mütərcim – 2014

Redaktor: Azərbaycan Dövlət Neft Akademiyasının


Elektrik stansiyaları kafedrasının müdiri,
texnika elmləri namizədi, dosent
A.Q. Əliyev

Rəyçilər: Azərbaycan Texniki Universitetinin kafedra


müdiri, texnika elmləri doktoru, professor
T.A.Lazımov

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti,


texnika elmləri namizədi
X.İ.Nəbiyev

B.H. Rzayev, M.Ə. Beydulayev, V.A. Kələntərov.


Elektrik stansiyalarının və yarımstansiyalarının elektrik avadanlıqları. – Bakı: Mütərcim, 2014. – 432 səh.
Kitab elektrik stansiyalarının və yarımstansiyalarının elektrik avadanlıqlarına, onların struktur və birləşmə sxemlərinə
həsr olunmuşdur.
Kitab ali məktəblərin elektrik stansiyaları, energetika və enerjimaşınqayırma, elektrik şəbəkələri və systemləri, həmçinin
elektroenergetika ixtisasları üzrə təhsil alan tələbələri, o cümlədən elektroenergetika sistemlərində işləyən mühəndis-texniki
işçiləri üçün faydalı vəsaitdir.

ISBN: 978-9952-28-151-4

© B.H. Rzayev, M.Ə. Beydulayev,


V.A. Kələntərov, 2014

2
Professor A.M. Hüseynovun xatirəsinə ithaf olunur.

GİRİŞ

Elektroenergetika ölkəmizin iqtisadiyyatının və onun sürətlə artan inkişafının əsasını təşkil edir.
Belə ki, iqtisadiyyatın inkişafında elektroenergetika, həyatımızın digər sahələrində olduğu kimi, istehsal
proseslərində, məişətimizdə müasir avadanlıqların istifadəsinin dünya səviyyəsində oyrənilməsində,
istifadəsində və mənimsənilməsində böyük inqilabi rol oynayır. Bu səbəbdən də ictimaiyyətin müasir
həyat tərzini elektrik enerjisiz təsəvvür etmək mümkün deyil.
Elektrik enerjisinin digər enerji növlərindən fərqli olaraq başqa enerji növlərinə asan çevrilməsi
istənilən məsafəyə tez və nisbətən az sərfiyyatla ötürülməsi və bütün sahələrdə, sənayedə, kənd
təsərrüfatında və s. geniş istifadə edilməsi onun üstün cəhətləri kimi sayılsa da, onun toplanıb ehtiyyat
enerji şəklində saxlanıla bilməməsi xüsusiyyəti isə elektrik enerjisinin çatışmayan cəhətidir. Elə bu
səbəbdən də sistemdə, onun gücündən asılı olaraq saxlanılan ehtiyyat gücü nəzərə almasaq, istehsal
olunan enerji ilə onun tələbatı arasında ciddi bir tarazlıq olmalıdır.
Hal-hazırda inkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmizdə də enerjinin artım sürəti iqtisadiyyatın
artım sürətini qabaqlayır ki, bu da ölkəmizin gələcəkdə də etibarlı bir enerji mənbə ölkəsi olmasının
göstəricisidir.
Ölkəmizin elektrik stansiyalarının qoyulmuş gücü 6000 MVT-
dan artıqdır. Bu artım mütəmadi olaraq yüksəlməkdədir. Hasil olunan elektrik enerjisinin çox hissəsi
istilik elektrik stansiyalarında, qismən isə su elektrik stansiyalarında hasil olunur. Ancaq digər qeyri-
ənənəvi enerji mənbələrindən də, məsələn külək, günəş, geotermal və s. enerji mənbələrindən enerji
almaq üçün ciddi işlər aparılır.
Elektrik stansiyasının elektrik hissəsində elektrik enerjisinin alınması və onun tələbatçılara
ötürülməsinin əsas elementləri olan generatorlar, transformatorlar, kabel və hava xətləri olduğu halda,
elektrik stansiyalarının elektrik hissəsinin əsasını ənənəvi olaraq həm də paylayıcı qurğular, onların
birləşmə sxemləri, elektrik aparatları, açarlar, ayırıcılar və onların elmin son naliyyətlərini tətbiq etməklə
hazırlanmış müasir növləri təşkil edir. Kitabda paylayıcı qurğular, onların birləşmə sxemləri, elektrik
aparatları, açarlar, ayırıcılar və onların müasir növlərinin tətbiqi və iş xarakteristikalarına ətrafı
baxılmışdır. Həmçinin stansiyanın etibarlı iş rejimlərini təmin etmək üçün onun əsas tərkib hissəsi olan
xüsusi sərfiyyat dövrələrinin birləşmə sxemləri ətraflı verilmişdir. Qeyd etmək lazımdır ki, stansiyanın
və paylayıcı quruluşların mühafizə və avtomatika cihazlarının ikinci tərəf dövrələrinin birləşmə sxemləri
onların kompanovkası və qidalandırma mənbələrini idarə etmə nöqteyi-nəzərdən baxılmışdır.
Yaxın gələcəkdə enerji hasilatında böyük rolu olan AES-nın xüsusi sərfiyyat sxemlərinin və
onların etibarlılığının artırılması xüsusiyyətinə də nəzər yetirilmişdir.
Kitabda həmçinin paylayıcı quruluşların etibarlılığını və təhlükəsizliyini artırmaq üçün istifadə
olunan eleqaz qapalı paylayıcı qurğularının və onlarda qoyulmuş kommutasiya aparatlarının sxemləri və
iş prinsiplərinə, qısaqapanma prosesləri, onların məhdudlaşdırılması və cərəyan daşıyan hissələrin
elektrodinamiki və termiki dayanıqlığına da baxılmışdır.

3
I FƏSİL

ELEKTRİK STANSİYALARINDA ELEKTRİK ENERJİSİNİN ALINMASININ TEXNOLOJİ


PROSESİ

§ 1.1 Kondensat elektrik stansiyaları (KES)

İstilik elektrik stansiyalarında yanan yanacağın kimyəvi enerjisi qazandakı suyu buxara çevirir və
bu buxarın yaratdığı potensial enerjinin hesabına generatorun rotoru ilə birləşmiş buxar turbini fırlanır.
Beləliklə, turbinin mexaniki enerjisi generatorda elektrik enerjisinə çevrilir. İstilik elektrik
stansiyalarında yanacaq kimi daş kömürdən, torfdan, mazutdan və qazdan istifadə edilir. Hal-hazırda
respublikamızda hasil edilən elektrik enerjisinin 60%-dən çox hissəsi KES tipli istilik elektrik
stansiyalarında hasil edilir. KES tipli elektrik stansiyalarının özünəməxsus xüsusiyyəti ondan ibarətdir
ki, onlar adətən enerji tələbatçılarından çox uzaq məsafədə tikilir, bu da onlarda istehsal olunan enerjini
tələbatçılara yüksək və ultrayüksək gərginlikli xətlər vasitəsilə ötürülməsini tələb edir. Müasir KES-nin
gücü adətən elə götürülür ki, hətta həmin stansiyaların köməyi ilə böyük bir regionu enerji ilə təmin
etmək mümkündür. Buna görə də bəzən həmin stansiyaları DRES (Dövlət Rayon Elektrik Stansiyaları)
də adlandırırlar.
Şəkil 1.1-də KES tipli stansiyadakı texnoloji prosesin prinsipial sxemi verilmişdir. KES tipli
elektrik stansiyalarında hər bir blokun özünün əsas və köməkçi avadanlıqları ilə yanaşı, ayrıca idarə
mərkəzi və blok şitləri də var. Stansiyanın enerji blokları arasında heç bir texnoloji əlaqə nəzərdə
tutulmur. Blok prinsipi ilə tikilmiş stansiyanın aşağıdakı texniki və iqtisadı üstünlükləri var:
- stansiyada yüksək və ifrat yüksək parametrli buxarın tətbiq sahəsi azalıb, bu da daha böyük güclü
blokların tikilməsinə imkan verir;

4
- ehtiyat istilik mexaniki avadanlıqların sayının azalması, bəzən də ümumiyyətlə götürülməməsi;
- tikinti və qurğu işlərinin həcminin azaldılması;
- stansiyanın tikilməsinə sərf olunan kapital qoyuluşunun azaldılması;
- stansiyanın gələcəkdə genişləndirilməsinin asanlığı KES-nın texnoloji sxemi bir neçə
sistemlərdən: istilikvericilərdən, yanacaq hazırlamadan; buxar su konturlarından; dövrü su təchizatından;
su hazırlığı; tüstü təmizləyici, tüstü qovan və sonda stansiyanın elektrik hissəsindən ibarətdir. (Şəkil
1.1.)

Şəkil 1.1 KES-nın prinsipial texnoloji sxemi: 1-yanacaq anvarı;


2-yanacaq hazırlama sistemi; 3-qazan; 4-turbin; 5-kondensator;
6-dövretdirici nasos; 7-kondensat nasosu; 8-qidalandırıcı nasos;
9-qazanın ocağı; 10-ventilyator; 11-tüstüsoran; 12-hava hazırlayan qurğu;
13-alçaq təzyiqli qızdırıcı; 14-deaerator;
15-yüksəktəzyiqli qızdırıcı
Stansiyanın işini təmin edən maşın və mexanizmlərə daxil olan avadanlıqlara stansiyanın və yaxud
da enerji blokunun xüsusi sərfiyyat sistemi deyilir.
KES növlü stansiyalarda yanacaqda ən çox enerji itkisi buxar turbinindən çıxan isti su buxarın
soyuducularda soyudularaq maye halına salınması zamanı yaranır. Elə bu itki hesabına müasir KES-də
faydalı iş əmsalını 40-42% çox artırmaq olmur. Stansiyada hasil edilən elektrik enerjisi 110÷750 kV-luq
xətlər vasitəsilə uzaqda yerləşmiş işlədicilərə ötürülür, yalnız enerjinin generatorun çıxışına qoşulmuş
xüsusi sərfiyyat transformatorları vasitəsilə xüsusi sərfiyyat avadanlıqlarına verilir. Belə stansiyalarda
hər bir generator öz gücünü blok transformatoru vasitəsilə tikilmiş yüksək gərginlikli paylayıcı qurğu
vasitəsilə sistemə ötürür.
Müasir KES-da əsasən gücü 200÷800 MVt olan generatorlar quraşdırılır.
Müasir KES-i ətraf mühitə, atmosferə, hidrosferaya və litosferaya çox böyük aktiv təsir göstərir.
Atmosferə təsiri onun yanacağın yanması zamanı böyük miqdarda oksigen tələb etməsi və ətraf mühitə
küllü miqdarda yanacaq tullantıları buxarlandırmasıdır.
Hidrosferaya təsiri ondan ibarətdir ki, onun soyutma sis-temində istifadə edilən suyun
temperaturunun artmasına bu da öz növbəsində suda yaşayan canlılarda bioloji tarazlığın pozulmasına və
kütləvi surətdə onların məhv olmasına səbəb olur.
Litosferaya təsiri isə ondan ibarətdir ki, onun yanacaq ilə təmini üçün küllü miqdarda yanacağın
çıxarılması və bu zaman, yerin həmin hissəsinin yararlı olmamasına səbəb olması və ən əsası, yanacaq
külünün və tullantılarının basdırılması üçün əlavə yerin tələb edilməsidir.

5
6
§ 1.2 İstilik elektrik mərkəzləri (İEM)

Bu növ elektrik stansiyaları əsasən şəhər müəssisələrini və yaşayış məntəqələrini elektrik enerjisilə
təmin etməklə yanaşı həm də istilik enerjisilə də təmin etməkdir. İstilik elektrik mərkəzlərində, KES-lər
kimi istilik elektrik stansiyalarıdır, ancaq onların KES-dən əsas fərqi ondan ibarətdir ki, bu növ
stansiyalarda turbindən çıxan işlənmiş buxar soyutma sisteminə yox, birbaşa sənaye müəssisələrində
istifadə etmək üçün, qızdırıcı sistem kimi və isti su ilə təchizatı kimi həmin sahələrə göndərilir. Elə bu
nöqteyi-nəzərdən də istilik elektrik mərkəzləri adətən şəhərin ətrafında və sənaye müəssisələri çox olan
yerdə tikilir.
İstilik elektrik mərkəzlərində texnoloji proseslərin sxemləri şəkil l.2-də göstərilmişdir. İEM-lərin
sənaye müəssisələrinə yaxın yerdə tikilməsi imkan verir ki, həmin müəssisələri elə generator gərginlikdə
kabel xətləri vasitəsilə enerji ilə təmin etsinlər.

YGPO

GGPO Buxar qazanından

Sənayedə gedən buxar


Pxs
Py.i İsti
su
Qayıdan su

Buxar qazanına

Şəkil 1.2 İEM texnoloji sxemi: 1- şəbəkə nasosu; 2 - şəbəkənin qızdırıcısı; P y.i - yerli işlədicilərə verilən güc; Pxs -
xüsusi sərfiyyat işlədiciləri; YGPQ-yüksək gərginlik paylayıcı quruluş;
GGPQ- generator gərginlikli paylayıcı quruluş.

7
İEM-də ətraf mühiti çirkləndirməmək üçün yanacaq kimi mazut və yaxud da qazdan istifadə edilir.
Bu növ stansiyalarda yerli işlədiciləri yəni yaxında yerləşən müəssisələri enerji ilə təmin etmək üçün
hökmən generator gərginlikli paylayıcı qurğu (GGPQ) tikilməlidir.
İEM-nin əsas üstün göstəricilərindən biri odur ki, lazım olanda onda hasil olunan elektrik və istilik
enerjilərinin nisbətini ilin fəsillərindən asılı olaraq dəyişmək olar. Məsələn, qış fəslində əsasən istilik
enerjisinə olan tələbat artdığından bu fəsildə istilik enerjisinin istehsalı elektrik enerjisinin istehsalını
üstələyir və əksinə, yay fəslində isə elektrik enerjisinə olan tələbat artdığından elektrik enerjisinin
istehsalı istilik enerjisinin istehsalını üstələyir.

§ 1.3 Atom elektrik stansiyaları (AES)

Atom elektrik stansiyaları mənaca elə istilik elektrik stansiyalarından ibarətdir. Ancaq fərqi ondan
ibarətdir ki, bu növ stansiyalarda yanacaq kimi nüvə yanacağından istifadə edilir.
Atom elektrik stansiyalarının əsas elementlərindən biri reaktordur. Əsasən atom elektrik
stansiyalarında yanacaq kimi Uranin U-235 istilik neytronları hesabına parçalanması hesabına yaranan
reaksiyalar zamanı ayrılan istilik enerjisindən istifadə edilir. Reaktorlarda nüvə parçalanma reaksiyasının
həyata keçirilməsi ilə yanaşı yəni U-235 yanacağı ilə yanaşı həm də neytronları yavaşıdan,
istilikdaşıyıcıları və reaktorlardan istiliyi ötürən qurğular olmalıdır.
Hal-hazırda atom elektrik stansiyalarında istifadə olunan reaktorlar bunlardır: BBEP və PBMK.
BBEP növlü reaktorlardan elektron yavaşıdıcıları və istilik ötürücüləri məqsədi ilə yüksək təsirli sudan
istifadə olunur.
PBMK növlü reaktorlarda isə yavaşıdıcı məqsədi üçün qrafitdən, istilik ötürmək məqsədilə sudan
istifadə edilir.
Şəkil 1.3-də BBEP- reaktorlu və iki sistem konturlu atom elektrik stansiyasının texnoloji prosesinin
prinsipial sxemi göstərilmişdir. Şəkildən göründüyü kimi, bu sxem KES-in sxeminə çox yaxındır, ancaq
burda yanacaq kimi adi yanacaq yox, nüvə yanacağından istifadə olunur.
AES-da da KES-də olduğu kimi əsasən blok prinsipi üzrə tikilir. Yer üzərində nüvə yanacağının
ehtiyatı olduqca çoxdur, həmdə istilik törətmə qabiliyyəti də çoxdur. Qeyd etmək lazımdır ki, 1 kq U-
235-in verə biləcəyi istiliyin miqdarı 2900 ton daş kömürün istilik törətmə qabiliyyətinə ekvivalentdir.
Bu baxımdan AES-ları yanacaq enerji ehtiyatları az olan regionlarda tikilir.
AES-ları nə qədər böyük güclü enerji blokları ilə təmin edilərsə o qədər onlar iqtisadi cəhətdən çox
səmərəli olar. Elə buna görə də AES-nin texniki iqtisadi göstəriciləri KES-in texniki iqtisadi
göstəricilərini üstələyir. AES-da gücü 400 və 1000 MVt olan BBEP növlu reaktorlardan və həmçinin
gücü 1000, 1500 MVt olan PBMK növ reaktorlardan istifadə edilir. Bu zaman hər bir reaktor iki
turbogeneratoru işlədir. Məsələn, gücü 1000 MVt olan BBEP-1000 reaktoru hər birinin gücü 500 MVt
olan iki turbogeneratoru hərəkətə gətirir.

x.s

Şəkil 1.3 AES-nın prinsipial texnoloji sxemi: l - reaktor; 2 - buxar generatoru (qazan); 3 - turbin; 4 – generator;
5 - transformator;
6 - turbinin kondensatoru; 7 - soyudulmuş suyu qazana vuran nasos;
8 - əsas dövredici nasos.

8
Gələcəkdə AES-də böyük güclü, iti sürətli neytronlu reaktorlardan (BN) istifadə edilməsi nəzərdə
tutulur. Bu növ reaktorlardan istilik və elektrik enerjisi almaqla yanaşı, həm də nüvə yanacağı almaq
mümkündür.
Hal-hazırda ən böyük güclü enerji bloklarında BN-600 növlü reaktorlardan istifadə edilir. AES-ları
istilik elektrik stansiyalarından fərqli olaraq ətraf mühitə heç bir tüstü qazları buraxmır, bundan əlavə
yanacağın külü və şlakı yoxdur. Ancaq atom elektrik stansiyalarında, istilik elektrik stansiyalarından
fərqli olaraq, soyuducu suda ayrılan istilik miqdarı çox olduğundan, çoxlu miqdarda soyuducu su tələb
edir. Odur ki, AES-da soyuducu suyun istiliyini atmosferə vermək üçün xüsusi olaraq qradiren
qurğusundan istifadə edilir. AES-nın ətraf mühitə təsiri ondan ibarət ola bilər ki, onun yanacağının
radioaktiv tullantılarını basdırmaq lazımdır. Bu da həmin tullantılar üçün əvvəlcədən düzəldilmiş
qəbirlərdə basdırılmalıdır.
AES-nın qəza zamanı ətraf mühitə radioaktiv tullantıları buraxılması zamanı insanları həmin
təhlükədən qorumaq üçün yüksək təhlükəsizlik tədbirləri görülür, məsələn, stansiyanın ətrafında xüsusi
sanitar mühafizə zonası yaradılır.

§ 1.4 Su elektrik stansiyaları (SES)

Su elektrik stansiyalarında elektrik enerjisi almaq üçün su axınlarının (çayların, şəlalələrin və s.)
enerjisindən istifadə olunur. Hal-hazırda su elektrik stansiyalarında hasil edilən enerji ümumi hasil
olunan elektrik enerjisinin təqribən 15 20 % təşkil edir. Su elektrik stansiyalarında tikilişə qoyulan ilkin
kapital digər stansiyalardan çox olsa da bu növ stansiyalarda istehsal olunan enerjisinin maya dəyəri
digərlərdən fərqli olaraq çox aşağıdır.
Su elektrik stansiyalarında ilkin mühərrik su turbinləri olduğundan belə stansiyalarda qoyulan
generatorlar hidrogeneratorlar adlanır. Hidrogenerator tərəfindən hasil edilən güc bənddəki suyun
hündürlüyündən H və suyun sərfindən Q asılıdır, özü də belə təyin edilir:

P = HQ (1.1)

İfadədən göründüyü kimi su elektrik stansiyasının gücü suyun bənddəki hündürlüyü və suyun sərfi
ilə təyin edilir.
Su elektrik stansiyalarında suyun hündürlüyü xüsusi bəndlərin tikilməsi vasitəsilə yaradılır. Bəndin
əvvəlində yaranmış suyun ən yuxarı bief, bəndin ən aşağı hissəsindəki, suyun səviyyəsi isə aşağı bief
adlanır. Yuxarı bief səviyyəsi - (YBS) ilə aşağı bief səviyyəsi (ABS) arasındakı fərq suyun təzyiqini
təyin edir. Su anbarlarında suyun səviyyəsi yuxarı bief yaradır və bu səviyyə sudan alınan elektrik
enerjisi ilə tənzimlənir.
Düzənlik yerlərdən keçən çayların hidroqovşaqlarına su bəndi, elektrik stansiyasının binası, su
buraxan kanallar, gəmiburaxan (şlyuzlar), balıqburaxan qurğuları və i. aiddir.
Dağ çaylarında su elektrik stansiyaları tikilən zaman çayların təbii mailliyindən istifadə edilir.
Su elektrik stansiyalarının elektrik hissəsi KES stansiyalarının elektrik hissəsinə oxşardır.
Bu oxşarlıq ondan ibarətdir ki, su elektrik stansiyaları təbii şəraiti olan yerlərdə tikilir. Elə bu
səbəbdən də PQ 35-500 kv SES-də hasil edilən enerji KES-
də olduğu kimi SUS yüksək gərginlik xətləri (110-
500 kV) vasitəsilə tələbatçılara çatdırılır.
SES-nin digər stansiyalardan fərqləndirən əsas
cəhətlərindən biridə onların sərfiyat avadanlıq-
larının az enerji Xs Su turbini tələb etməsidir. SES tikilən
zaman elektrik enerjisi ilə yanaşı çox vacib xalq
təsərrüfatı SAS məsələləri də həll edilir.
Məsələn, suvarma məsələsi, gəmiçiliyin
inkişafı, böyük şəhərlərin və sənaye
Şəkil 1.4.a. SES-nin prinsipial texnoloji sxem müəssisələrinin su təchizatının

9
yaxşılaşması və i.
SES-in prinsipial texnoloji sxemi şəkil 1.4a-da verilmişdir. SES-də enerjinin istehsalının texnoloji
prosesinin sadəliyi onun tamamilə avtomatlaşdırmağa imkan verir. SES-də aqreqatların işə buraxma 50
san-dən çox olmaması sistemin ehtiyat enerji balansının bu aqreqatlar vasitəsilə həyata keçirməyə imkan
verir. SES-in faydalı iş əmsalı (f.i.ə.) 85÷90% təşkil edir.
Müasir enerji sistemində xüsusi rollardan birini də hidroakkumlyator stansiyaları (HAES) tutur.
Bu növ stansiyalar ən azı iki su hövzəsinə malikdirlər,
yuxarı və aşağı su höv- Yuxarı göl zələri.
Sistemdə enerji artıq- Su Aşağı lığı olanda yəni yükün minimum
saatlarında stansiyada borusu qoyulmuş generatorlar mühərrik
rejiminə turbinləri isə nasos rejiminə keçərək suyu aşağı
hövzədən yuxarı hövzəyə vurur.
Əksinə yükün maksimum saatlarında suyun
yuxarı hövzədən aşağı Şəkil 1.4.b SEAS-nin sxemi hövzəyə axını zamanı
generatorlar enerji hasil edirlər, sistemdə enerji
çatışmazlığını təmin edir (1.4.b).

§ 1.5 Qaz-turbin stansiyaları

Müasir qaz-turbin elektrik stansiyalarının əsasını gücü 25÷100 MVt arasında olan qaz turbinləri
təşkil edir. Qaz-turbin elektrik stansiyalarının enerji blokunun sadələşmiş prinsipial sxemi şəkil 1.5-də
göstərilmişdir.
YGPQ

Yanacaq Qaz
YK
t=650-700 0 C
XS
G M
QT
Qaz KP
t=300-400 0 C
Hava

Şəkil 1.5 Qaz turbinli elektrik stansiyanın prinsipial sxemi.


YK – yanma kamerası; KP – kompressor; QT – qaz turbini;
G – generator; T – transformator; M – işəburaxma mühərrik

Yanacaq (qaz, dizel yanacağı) yanma kamerasına verilir. Bununla eyni zamanda kompressor
vasitəsilə kameraya atmosferdən sıxılmış hava da verilir. Yanma kamerasından yanmış qaz 650-700 0C
temperaturda çıxaraq qaz turbininə daxil olur. Onu və onunla bir oxda yerləşmiş kompressor qurğusu
generatoru fırladır. Qurğunun işə buraxılması xüsusi mühərrik vasitəsilə 1-2 dəqiqə müddətinə yerinə
yetirilir. Bu səbəbdən də qaz-turbin elektrik stansiyaları sistemdə yükün maksimum vaxtı işə asanlıqla
qoşularaq lazım olan gücü verə bilir. Belə stansiyalarda yanma kamerasından alınmış istiliyin əsas
hissəsi atmosferə səpələndiyindən onların faydalı iş əmsalı 25-30%-dən çox olmur.
Qaz-turbin stansiyaların f.i.ə.-ni artırmaq üçün xüsusi olaraq yeni qazbuxar qurğuları hazırlanıb.
Qazbuxar qurğuları stansiyalarda buxar qazının yanma kamerasından axan isti qaz müəyyən qədər
soyudularaq qaz turbininə verilir. Beləliklə, qazandan çıxmış buxar turbininə, yanma kamerasından
çıxmış isti qaz isə qaz turbininə oturulur. Bununla eyni zamanda generator fırlanır. Başqa sözlə, buxar-
qaz stansiyaları iki generatorlu olur. Onlardan biri buxar turbinləri, digəri isə, qaz turbinləri vasitəsilə
fırlanır. Bu zaman qaz turbinin gücünün 20 %-ni təşkil edir.

§ 1.6 Qeyri-ənənəvi elektrik stansiyaları

10
Bu növ stansiyalara ilk növbədə maqnithidrodinamik generator aiddir (MHD-generator). MHD-
generatorlarının tikintisinin planlaşdırılması belədir. Məlumdur ki, bu cür generatorlar iş prinsipi yüksək
ionlaşmış qazın güclü maqnit sahəsində keçərkən müsbət ionların bir qütbə, mənfi ionların digər qütbə
yığılması və son halda onların yaratdığı potensiallar fərqinə qoşulmuş yükdə sabit cərəyanın yaranması
prinsipinə əsaslanıb. Belə generatorlarda qazı ionlaşdırmaq üçün çox yüksək temperatur 2500÷3000°K
istilik lazımdır. Belə temperatur isə adi qazanlar üçün mümkün deyil. Odur ki, belə generatorlarda
istifadə olunmuş isti qaz generatorlardan çıxandan sonra KES-in qazanlarında suyu buxara çevirmək
üçün istifadə edilə bilər.
MHD-generatorlu istilik elektrik stansiyasının prinsipial sxemi şək.l.6-da verilmişdir. Şəkildən
göründüyü kimi yanacağın məhsulu olan qazın tərkibinə asan ionlaşan K2C03 qazı vurulur və həmin ion-
laşmış qaz MHD-generatorunun böyük sahə gərginliyinə malik olan maqnit sahəsinə verilir. MHD-
generatorunda qazın kinetik enerjisi sabit cərəyanlı elektrik enerjisinə çevrilir, sonrada həmin sabit cərəyan
xüsusi qurğuların köməyilə dəyişən cərəyana çevrilərək sistemə ötürülür. Qeyd etmək lazımdır ki, 50 ildən
artıq bir vaxtdır ki, dünyanın ən inkişaf etmiş ölkələrində böyük elmi işlər aparılır ki, istilik nüvə sintez
reaksiyaları zamanı ayrılan istilik enerjisini mənimsəsinlər. İstilik nüvə reaksiyalarının mahiyyəti ondan
ibarətdir ki, yüngül elementlərinin (adətən hidrogenin izotopları-deytiriy və tritiy) iki atomları (ionları) bir-
ləşən zaman külli miqdarda enerji ayrılır. Məhz bu enerjini mənimsəmək lazımdır. Bu enerjinin miqdarı
həmin yüngül atomlar birləşən zaman ümumi kütlə azalır və kütlənin itən hissəsi enerjiyə çevrilir, məhz
itən kütləyə əsasən enerjini hesablamaq olur. Əgər bu növ reaksiyaları etmək mümkün olsa, onda bütün
dünyanın enerjiyə olan tələbatını yerinə yetirmək mümkündür.

Yeni güclü enerji mənbələrinin axtarılması ilə yanaşı hal-hazırda ekoloji cəhətdən təmiz olan
günəş elektrik stansiyalarının tikilməsi sahəsində də böyük işlər aparılır. Günəş enerjisinin elektrik
enerjisinə çevrilməsi hal-hazırda iki üsulla-xüsusi fotoelementlər vasitəsilə bir başa günəş enerjisini
elektrik enerjisinə çevirmək, digər üsul ondan ibarətdir ki, xüsusi güzgü qurğuları vasitəsilə günəş şüası
bir nöqtəyə, məsələn baxılan halda istilik elektrik stansiyalarında qazanlara yönələrək orada böyük
temperatur yaradıb, buxar almaq və sonra həmin buxarı buxar turbininə verməkdən ibarətdir.
Digər enerji növlərinə ayın təsiri nəticəsində yerdə suların qabarma və çökməsi nəticəsində
yaranan enerjilərdən istifadə edilməsi. Hal-hazırda bu prinsipdə işləyən böyük güclü stansiyalar var.
Külək enerjisindən istifadə də qeyri-ənənəvi enerji növlərinə aiddir.
Bu enerji mənbələrində böyük perspektivləri var. Hal-hazırda diametri 100 m-ə bərabər olan iki
pərləri vasitəsilə gücü onlarla MVt-a bərabər olan külək elektrik stansiyaları işləyir.

Şəkil 1.6

11
II FƏSİL

ELEKTRİK STANSİYALARININ
ƏSAS AVADANLIQLARI

§ 2.1 Sinxron generatorlar haqqında məlumat

Elektrik stansiyaların əsas elementi olan generatorlar mexaniki enerjini elektrik enerjisinə çevirən
qurğudur. Müasir elektrik stansiyalarında əsasən üçfazalı dəyişən cərəyan sinxron generatorlardan
istifadə edilir.
Sinxron generatorlar iki yerə bölünür:
a) turbogeneratorlar (burada əsas mühərrik buxar və ya qaz turbinləridir);
b) hidrogeneratorlar (əsas mühərrik su turbinidir).
Məlumdur ki, generatorun rotorunun fırlanma sürəti artdıqca [döv/dəq] onun həm ölçüləri kiçilir,
həm də f.i.ə. artır, bu baxımdan çalışırlar ki, generatorun rotorunun fırlanma sürətini artırsınlar. Bu nöq-
teyi-nəzərdən turbogeneratorlar böyük praktik əhəmiyyət kəsb edir. Ancaq fırlanma sürətinin
artırılmasının məhdudlaşdırılması şəbəkənin tezliyinin f = 50hs və cüt qütblərinin sayı P ilə əlaqədardır.
Qərarlaşmış iş rejimində sinxron generatorların rotoronun dövrlər sayı n (döv/dəq) ilə şəbəkənin tezliyi
arasında f (hs) ciddi bir asılılıq var və bu asılılıq aşağıdakı kimi təyin edilir:

(2.1)

burada p-generatorunun cüt qütblərinin sayıdır. Beləliklə, qeyd etmək lazımdır ki, 50 hs cərəyan
almaq üçün p= 1 olarsa rotorunun fırlanma sürəti 3000(döv/dəq)-dən çox ola bilməz: 50 hs-li cərəyan
almaq üçün isə iki qütblü sinxron generatorun fırlanma sürəti 3000 (döv/dəq) çox olmamalıdır.

Buxar və qaz turbinləri böyük fırlanma tezlikli buraxılır 3000 və 1500 (döv/dəq) elə ki, bu sürətdə
turboaqreqrat ən yaxşı iqtisadi-texniki göstəricilərə malik olurlar. İstilik elektrik stansiyalarında (İ.E.S)
adi yanacaqdan istifadə olunur və burda istifadə olunan turboaqreqatın fırlanma sürəti 3000 (döv/dəq)-
dir. Odur ki, generatorlar da bir cüt qütb (p=l) qoyurlar. AES-da isə fırlanma 1500 və 3000 (döv/dəq)
sürəti aqreqatlardan istifadə olunur.
Turbogeneratorların rotorunun böyük fırlanma sürətliliyi onun konstruksiyasını təyin edir. Bu növ
generatorların valı üfüqi oxlu hazırlanır. Turbogeneratorların rotoru çox böyük mexaniki və temperatur
yükü şəraitində işlədiyindən, adətən onlar böyük maqnit və mexaniki möhkəmliyə malik olan xüsusi
poladlardan hazırlanırlar. Rotor həmişə qeyri aşkar qütblü hazırlanır, diametri mexaniki möhkəmlik
nəzərdən kiçik götürülür. Məs: dövrlər sayı 3000 döv/dəq olanda onun diametri 1,1÷1,2 m çəlləyinin
uzunluğu da məhdud götürülür və sərhəd qiyməti 6÷6,5 m-dir.
Su turbinləri isə nisbətən kiçik fırlanma surətli hazırlanırlar (60÷600 döv/dəq ).
Su turbinlərin gücü artdıqca və suyun təsiri azaldıqca onun fırlanma sürəti də o qədər az olur. Buna
görə də hidroturbinlər yavaş hərəkətli maşınlar qrupuna aid olub özü də böyük ölçüyə və çox qütblüdür.
Bu xarakteristikalarına görə turbageneratorlardan fərqlənirlər.
Hidrogeneratorlar adətən aşkar qütblü olub özü də onun valı həmişə şaquli yerləşir.
Hidrogeneratorların rotorunun diametri 14-16 metr, statorunun diametri isə 20-22m-ə qədər olur.
Generatorları hazırlayan zavodlar tərəfindən həmin generatorların uzun müddət normal işləməsi
üçün onlara xüsusi parametrlər verirlər və bu parametrlər həm də onların yəni generatorların nominal
parametrləri adlanır özü də hər bir generatorların pasportunda verilir. Məs: nominal gərginliyi – Un,
nominal cərəyan - In, nominal tam gücü – Sn, nominal aktiv gücü – Pn, rotorun nominal təsirlənmə
cərəyanı - Ir və nominal güc əmsalı - cos n.

Generatorun nominal gərginliyi – Un – bu gərginlik generatorun normal iş rejimində onun stator


dolağının fazlar arasındakı gərginliyi yəni xətti gərginlikdir [kV].

12
Generatorun nominal cərəyanı - In, bu cərəyan generatorun normal soyutma rejimində onun
pasportunda göstərilmiş normal güc və gərginlik rejimində uzun müddət işlədiyi cərəyanın qiymətinə
deyilir [kA].
Generatorun nominal tam gücü [kVA] aşağıdakı kimi təyin edilir

(2.2)

Generatorun nominal aktiv gücü [kvt] dedikdə onun turbinlə komplekt şəkildə uzun müddətli verə
biləcəyi aktiv güc nəzərdə tutulur, özü də aşağıdakı kimi təyin edilir.

(2.3)

Turbogeneratorlarda nominal aktiv güc verilmiş buxar turbinlərin güclərinə uyğun seçilməlidir.
Güclü hidrogeneratorlarda bu qanuna uyğunluq standartlaşdırılmır.
Rotorun nominal cərəyanı dedikdə nominal güc əmsalı və statorun gərginliyinin ± 5% hədlərdə
dəyişmə şəraitində generatorun nominal güc verilməsini təmin edən ən böyük təsirlənmə cərəyanı
nəzərdə tutulur.
Generatorun nominal güc əmsalı - cos nom gücü 125 MvA - qədər olan generatorlar üçün 0,8;
gücü 588 MvA qədər olan turbogeneratorlar və gücü 360 MVA qədər olan hidrogeneratorlar üçün isə
0,85; daha güclü generatorlar üçün -0,9 qəbul edilir.
Hər bir generator həmçinin f.i.ə ilə də xarakterizə olunur. Müasir generatorlar üçün f.i.ə. 96,3 % -
98,8% arasında dəyişir.

13
§ 2.2 Sinxron generatorların soyutma sistemi

Sinxron generatorların normal iş zamanı onun dolaqları və aktiv polad hissəsi qızır. Stator və rotor
dolaqlarının buraxıla bilən qızma temperaturu ilk növbədə ondan istifadə olunan izolyasiya ma-
teriallarının növündən və soyutma sisteminin temperaturundan asılıdır. Məsələn, əgər generatorda
istifadə olunan izolyasiya B sinfinə aiddirsə, onda stator dolağının buraxıla bilən temperaturu 105°C,
rotor dolağının isə 130°C-qədər ola bilər. İzolyasiya materialları F və H sinfinə aiddirsə, onda buraxıla
bilən temperaturun sərhəd qiyməti də artır.
Generatorların istismarı zamanı onun dolaqları tədricən köhnəlir. Bu köhnəlmənin səbəbi
çirklənmə, nəmlənmə, oksidləşmə, elektrik sahəsi və elektrik yüküdür. Ancaq qeyd etmək lazımdır ki,
izolyasiyanın köhnəlməsinin əsas səbəbkarı onun qızmasıdır. İzolyasiyanın qızma temperaturu çox
olduqca o daha tez xarab olur və beləliklə onun xidmət müddəti kəskin azalır. Məsələn, B sinfinə aid
olan izolyasiya materiallarının xidmət müddəti onun qızması 120° C-ə qədər temperaturda 15 il olarsa,
işçi temperaturu 140°C-ə qaldırsaq işləmə müddəti 2 ilə qədər azalacaq. Həmin izolyasiya materialmı
1050C işlətsək, onun işləmə müddəti 30 ilə qədər artacaqdır. Buna görə də istismar zamanı generatorun
istənilən iş rejimində dolağının temperaturu buraxıla bilən temperaturdan çox olmamalıdır. Odur ki,
generatorun izolyasiyasında temperaturun normadan çox olmaması üçün süni soyutma sistemindən
istifadə olunur. Soyutma sistemi iki sinfə bölünür - vasitəli və vasitəsiz soyutma sistemlərinə.
Vasitəli soyutma sistemində soyuducu qaz (hava və yaxud hidrogen) rotorun oxunda yerləşmiş
ventilyatorlar vasitəsilə generatorun daxilinə vurulur və xüsusi ventilyasiya kanalları vasitəsilə qovu-
laraq generatoru soyudur. Bu zaman soyuducu qaz statorun və rotorun naqillərilə birbaşa əlaqədə olmur,
ona görə də onların istiliyi onları əhatə edən izolyasiya materialları vasitəsilə soyuducu qazlara ötürülür.
Odur ki, bu zaman izolyasiya materialı arakəsmə rolunu oynayır.

Vasitəsiz soyutma sistemində soyuducu maddə (qaz və maye) generatorun dolaqlarının naqili ilə
birbaşa əlaqədə olurlar. Bu zaman həmin soyuducu maddə izolyasiya materialları ilə heç bir əlaqəsi
olmur. Hal-hazırda buraxılan turbogeneratorlar hava, hidrogen və maye ilə soyudulurlar.
Hidrogeneratorlar isə hava və maye ilə soyudulurlar. Hava ilə soyutma iki yerə axımlı və qapalı soyutma
sistemlərinə bölünürlər.
Axımlı soyutma sistemi çox az istifadə olunur. Ancaq gücü 2 mVt - qədər olan turbogenerator-
larda, və gücü 4 mVt - qədər olan turbogeneratorlarda istifadə olunur. Axımlı soyutma sistemində maşın
zalından hava xüsusi ventilyatorlar vasitəsilə rotor boyunca qovulur bu da öz növbəsində statorun və
rotorun izolyasiyasının tez çirklənməsinə sonra isə onların istismar müddətinin azalmasına səbəb olur.

Şəkil 2.1. Generatorun soyutma-sisteminin prinsipial sxemi

Qapalı soyutma sistemində isə eyni hava kütləsi məsələn hidrogen dövrü olaraq qapalı kontur üzrə
hərəkət edərək generatoru soyudur. Bu güc soyutma sistemi sxematik olaraq şəkil 2.1-də göstərilən kimi
olur. G - generator, S –soyuducu, V- ventilyator.
Soyutma kanallarının içindəki istiqamətindən asılı olaraq onlar radial istiqamətli və aksial
istiqamətli soyutma sistemlərinə bölünürlər. Generatorların qızması adətən ondakı itkilər hesabına olur.
Bu itkilər generatorların gücündən asılı olaraq onun gücünün 1,5÷2,5 % hissəsini təşkil edir. Məs, gücü
800 mVt olan generatorun 10 mVt qədər gücü itkiyə sərf olunur. Bu da öz növbəsində həmin
generatorun dolağının və aktiv maqnit materiallarının qızmasına səbəb olur. Təcrübə yolla təsdiq
olunmuşdur ki, temperatura artdıqca onun xidmət müddəti də azalır, bu azalma riyazi olaraq aşağıdakı

14
kimi ifadə olunur

T = T0e-at. (2.4)

Burada T- izolyasiyanın t-temperaturunda xidmət müddəti, T0- isə həmin müddət t=0 olduqda
adətən (1,5÷5 ) · 104 il götürülür, a- köhnəlmə sürətindən asılı olan əmsaldır. Əgər temperatura buraxıla
bilən temperaturdan 8°C - çox olarsa onun xidmət müddəti iki dəfə azalır. Belə ki, t=105°C - də xidmət
müddəti 20 ildirsə, temperatura 8°C artdıqca onun xidmət müddəti 10 ilə qədər azalır. a-əmsalı 8°C - li
temperatura intervalında 0,0865 qəbul olunur. Məlum olduğu kimi turbogeneratorun tam gücü S {kVA}
onun ölçülərindən asılı olaraq aşağıdakı kimi təyin edilir.

S= K.A.Bb Di 2 1n (2.5)

Burada Bb- hava aralığından maqnit selinin induksiyası - T 1: Di -statorun diametri - m-lə; 1 -
dolağın aktiv hissəsi m-lə; n-generatorun fırlanma sürəti döv/dəq; K - xüsusi əmsal olub turbogene-
ratorlar üçün 1,1 qəbul olunur; A-statorun xətti yükü - A -lə.
İfadədən göründüyü kimi generatorun vahid gücünü artırmaq üçün, ona daxil olan ayrı-ayrı
konstruktiv elementləri artırmaq lazımdır. Qeyd etmək lazımdır ki, statorun xətti yükündən başqa bütün
parametrlər özünün sərhəd qiymətlərindədir. Odur ki, generatorun vahid gücünü artırmaq üçün ilk
növbədə çox səmərəli soyutma sistemi yaratmaq, sonra isə statorun xətti yükünü artırmaq lazımdır Bu da
öz növbəsində soyutma sisteminin intensivliyini artırmağı tələb edir. Bu baxımdan vasitəli soyutma
sistemində istilik ötürməsi havanınkından 7-dəfə çox olan hidrogen soyutma sistemindən istifadə edilir.
Belə ki, bu qaz ilə işləyən soyutma sistemində generatorun vahid gücünün artırılması ilə yanaşı soyutma
sisteminin özündə yaranan itkini 8-10 dəfə azaldır, buda hidrogen qazının sıxlığının havanın sıxlığından
14-dəfə az olması hesabına yaranır.
Turbogeneratorların və böyük güclü hidrogeneratorlar vahid gücünün sonrakı artımı yalnız
vasitəsiz soyutma sisteminin tətbiqi hesabına həyata keçirilir. Belə soyutma sistemində soyuducu maddə
kimi distillə edilmiş sudan istifadə edilir.
Aydındır ki, suyun istilik ötürmə qabiliyyəti havadan 23-dəfə hidrogendən isə 3-dəfə çoxdur, odur
ki, vasitəsiz soyutma sistemində əsasən sudan istifadə edilir. Düzdür soyutma sistemində transformator
yağından istifadə olunur, ancaq onların istilik ötürməsi təqribən 2,5 dəfə azdır, digər tərəfdən yanğın
törədə bilən olduğuna görə tətbiq dairəsi suya nəzərən azdır.

§ 2.3 Generatorların təsirlənmə sistemi

Təsirlənmə sistemi generatorun ən məsuliyyətli elementinə aiddir. Sinxrom generatorların


rotorunun dolağı xüsusi sabit cərəyan mənbəyindən qidalanırlar və özü də bu mənbəyə təsirləndiricilər
deyilir. Təsirləndiricilərin gücü generatorun ümumi gücünün 0,3 ÷1%-ni təşkil etməklə nominal
gərginliyi isə 100v-da 650 v-a qədər dəyişir. Generatorun gücü artdıqca təsirləndiricinin nominal gər-
ginliyi də artır. Təsirlənmə sisteminin sxemində təsirləndiricidən başqa çoxlu miqdarda köməkçi
avadanlıqlarda iştirak edir. Təsirləndiricinin, köməkçi və tənzimləyici qurğuların hamısına birlikdə tə-
sirlənmə sistemi deyilir. Əksər hallarda təsirləndiricinin generatorun təsirlənmə dolağı ilə elektrik
birləşmə sxemi üsüklər və fırçalar vasitəsi ilə həyata keçirilir. Hal-hazırda fırçasız təsirlənmə sistemi ha-
zırlanıb və tətbiq olunur. Təsirlənmə sistemləri etibarlı və qənaətçi olmaqla yanaşı təsirlənmə cərəyanını
geniş miqyasda tənzimləməyə imkan verən, ən sonrası isə şəbəkədə qəza hadisəsi baş verən zaman ən
böyük eyni zamanda cəld dəyişən təsirlənməni təmin etməkdir.

Təsirlənmə cərəyanı tənzimləməklə sinxrom generatorun gərginliyini və onun tərəfindən şəbəkəyə


verilən reaktiv gücü dəyişmək mümkündür. Təsirlənməni tənzimləməklə generatorların paralel işləmə
dayanıqlığını artırmaq olar.

15
Qısa qapanmalar zamanı generatorun sıxaclarında gərginliyin kəskin azalmasının qarşısını almaq
üçün generatorun təsirlənmənin forsirovkası (yəni təsirlənmənin kəskin artırılması) tətbiq olunur ki, bu
da öz növbəsində sistem də elektriki silkələnmələrin qarşısını almaqla yanaşı generatorların paralel
işləməsi dayanıqlığını saxlayır. Təsirlənmənin forsirovkası rele mühafizəsinin işinin ehtibarlılığını
artırmaqla yanaşı elektrik stansiyalarının xüsusi sərfiyat elektrik mühərriklərinin öz-özünə isə buraxılma
şərtini də yüngülləşdirir. Təsirlənmə sisteminin ən əsas xarakteristikası bunlardır:

a) sürətli təsiretmə – bu da o, deməkdir ki, forsirovka zamanı rotorun dolağında gərginliyin


dəyişmə sürəti olub və belə təyin edilir:

(2.6.a)

b) təsirlənmə gərginliyinin son qiymətinin onun nominal


qiymətinə nisbəti Uf max /U f nom =k1 – forsirovkanın dəfəliliyidir.
Sürətli təsir etmə aşağıdakı şəkildən təyin edilir:

(2.6.b)

Şəkil 2.2 Forsirovka zamanı təsirlənmə gərginliyinin


dəyişməsi: Uf-təsirlənmə gərginliyi

DVIST-ə görə turbogeneratorlar üçün kf2 təsirlənmənin orta artma sürəti isə 2 -dən az
olmamalıdır.
Uzun elektrik xətləri ilə sistemə işləyən güclü hidrogeneratorların təsirlənmə sisteminə daha böyük
tələblər qoyulur, məsələn, kf =3÷4, təsirlənmənin orta artma sürəti isə saniyədə =10Uf nom-a qədər
olmalıdır.
Generatorların təsirlənmə sistemləri iki qrupa bölünür: müstəqil təsirlənmə və müstəqil olmayan
təsirlənmə sistemlərinə. Birinci qrup təsirlənmə sisteminə generatorun valına oturulmuş bütün sabit və
dəyişən cərəyan maşın təsirləndiriciləridir. İkinci qrup təsirlənmə sisteminə isə generatorun çıxışından
xüsusi alçaldıcı transformatorlar vasitəsi ilə qidalanan və yaxud da bəslənən təsirənmə sistemləri aiddir.
Bu qrupa həm də stansiyanın xüsusi sərfiyyatından qidalanan elektrik mühərrikləri vasitəsi ilə hərəkət
edən maşın vasitəsi ilə təsirlənən təsirlənmə sistemləri də aiddir.
Generatorların müstəqil təsirlənmə sistemi geniş yayılıb. Bu təsirlənmə sisteminin əsas üstünlüyü
ondan ibarətdir ki, bu təsirlənmədə sinxron generatorun təsirlənmə sisteminin elektrik şəbəkəsinin

16
rejimindən asılı olmamalıdır.
Cüci 100 Mvt-a qədər olan generatorların təsirlənmə sistemi üçün xüsusi sabit cərəyan
generatorlardan istifadə edilir və həmin generatorların özü də sinxron generatorun rotorunun oxunda
oturulur (şəkil 2.3 a).

TAT

TR

Şəkil 2.3a Asılıolmayan elektrikmaşın təsirlənmə sxemi.


TAT - tezliyin avtomatik tənzimlənməsi; TR - tənzimləyici reostat

Təsirləndiricinin özünün təsirlənməsi, özü təsirlənmə sxemi üzrə yerinə yetirilir (təsirləndiricinin
təsirlənmə dolağı LGE təsirləndiricinin özünün lövbələrindən qidalanır). Təsirləndiricinin təsirlən-
məsinin tənzimlənməsi reostat vasitəsi ilə TR-ilə həyata keçirilir. Həm də TR - reostat LGE ilə
tənzimlənməni avtomatik tənzimlənməsi – TAT dövrəsinə qoşulur.
Sabit cərəyan generatoru vasitəsi ilə həyata keçirilən təsirlənmə sisteminin çatışmayan cəhətidir,
təsirlənmənin sürətinin çox böyük olmamasıdır. Bu da ən çox fırlanma sürəti az olan hirogeneratorun
təsirləndiricilərində özünü büruzə verir. (v =1 san-1).
Baxılan təsirlənmə sisteminin hirogeneratorlar üçün xas olan başqa çatışmayan cəhəti ondan
ibarətdir ki, hirogeneratorların fırlanma sürətinin çox olmaması səbəbindən sabit cərəyan generatorunun
etibarlığı titrəmə nəticəsində və fırçaların açıq iş rejimində işləməsində aşağı düşməsidir (kommutasiya
şərtləri). Bu çatışmayan cəhəti aradan qaldırmaq üçün sabit cərəyan maşınlarının sürətini azaltmaq
məqsədi ilə xüsusi reduktorlardan istifadə edilir.
Hal-hazırda nəhəng generatorların təsirləndirilməsi üçün yarımkeçirici düzləndiricilərdən
düzəldilmiş təsirlənmə sistemindən istifadə olunur.

Burada köməkçi generator sürəti ilə yüksək tezlikli induktor tipli generatordan UTG, istifadə
olunur. Burada köməkçi generator sürəti ilə yüksək tezlikli induktor tipli generatordan UTG, istifadə
olunur. Bu cür generatorun rotorunda dolaq olmaması onun istismar zamanı etibarlılığını artırır. Yüksək
tezlikdən (500 hs) istifadə olunması təsirlənmə sisteminin ölçülərinin azaldılmasına və cəldliyinin
artırılmasına səbəb olur.
Yüksək tezlikli generator təsirləndiricidə-UTG üç təsirlənmə dolağı var və özü də statorda dəyişən
cərəyanlı üç fazlı dolaqla bir yerdə yerləşir. Onlardan biri LGEl əsas generatoru rotor dolağı ilə - LG
ardıcıl birləşərək UTG -nın əsas təsirlənməsini təmin edir. LGEl dolağının əsas generatorun LG
təsirlənmə dolağı ilə ardıcıl birləşməsi sayəsində sistemdə qısaqapanma olan zaman rotorda cərəyanın
sıçraması təsirindən UTG - generatorunun təsirlənməsini kəskin artırır. LGE2 və LGE3 dolaqları isə
düzləndiricilər vasitəsi ilə GEA- təsirləndiricidən qidalanırlar (şəkil 2.3b).

17
GT

TAT

GT

KTQ

YTT
G
YTT

Şəkil 2.3b GT- gərginlik transformatoru, CT- cərəyan transformatoru,


TAT- tezliyin avtomatik tənzimlənməsi, KTQ – kontaktsız təsirlənmə
qurğusu, G - generator, YTTG - yüksəktezlikli təsirlənmə generatoru,
YTT - yüksək tezlikli təsirləndirici.

18
Köməkçi təsirləndirici (sabit maqnit yüksək tezlikli 400 hs-TGA maşın) və köməkçi generator
UTG turbogeneratorun valı ilə bir yerdə yığılırlar. LGE2 və LGE3 dolaqlarındakı cərəyanın tənzim-
lənməsi uyğun olaraq elektromaqnit tipli -TAT və KFG təsirlənmə forsirofikasiyalı kontaktsız qurğusu
vasitəsi ilə həyata keçirilir.
TAT qurğusu normal iş rejimində LGE2 dolağında cərəyanı dəyişməklə generatorun gərginliyini
normal saxlanmasını təmin edir.
KFG qurğusu isə gərginliyin 5%-dən çox dəyişməsi zamanı generatorun başlanğıc təsirlənməsini
və onun forsirovkasını təmin etməkdir. Müstəqil olmayan təsirlənmə sistemi, müstəqil təsirlənmə
sisteminə nisbətən çox etibarsız təsirlənmə sistemidir. Belə ki, bu təsirlənmə sisteminin özü generatorun
işlədiyi sistemdən və yaxud da şəbəkədən qidalanır. Şəbəkədə qısa qapanma baş verən zaman məlumdur
ki, sistemdə gərginlik aşağı düşür. Bu da öz növbəsində təsirlənmə sisteminin normal işini pozur. Məhz
bu zaman generatorun dolağında cərəyanın forsirovkalanmasını təmin etmək lazımdır. Bu da gərginliyin

XS. işlədiciləri
aşağı düşməsi səbəbdən çətinləşir. Müstəqil olmayan elektrik maşın aqreqatı vasitəsi ilə təsirləndirmənin
prinsipial sxemi şəkil 2.3v-də göstərilmişdir.

Şəkil 2.3v XST- xüsusi sərfiyyat transformatoru;


M - mühərrik; GE - təsirlənmə dövrəsinin təsirləndiricisi

Bu növ təsirlənmə sistemində təsirləndirici aqreqat stansiyanın xüsusi sərfiyyatından qidalanan


asinxron mühərrikdən-M və sabit cərəyan generatorundan GE ibarətdir. Təsirlənmənin forsirovka
rejimində təsirləndirici aqreqatın işləmə etibarlılığını artırmaq üçün təsirləndirici maşın GE-nı fırladan
asinxron mühərrik bir qədər ifrat yüklənmə rejiminə görə seçilir. Elektrik stansiyalarında bu cür təsirlən-
dirici aqreqatlar ehtiyat təsirlənmə mənbəyi kimi geniş istifadə edilir.

§ 2.4 Generatorların sahə söndürmə avtomatı (SSA)

Sahənin söndürülməsi elə prosesə deyilir ki, bu proses zamanı generatorun təsirlənmə maqnit seli
böyük sürətlə sıfıra yaxın qiymətə qədər azaldılır. Uyğun olaraq bu zaman generatorun e.h.q.-də
azalacaq. Maqnit sahəsinin söndürülməsi generatorun daxilində və ya da onun sıxaclarında qəza
hadisələri baş verdikdə daha böyük məna kəsb edir. Generatorun daxilindəki qısa qapanmalar adətən
elektriki qövsü şəklində baş verir. Odur ki, bu hadisə stator dolağında və aktiv polad hissəsində böyük
zədələnmələrə səbəb olur. Generatorun daxilində zədələnmə baş verəndə yaranan qısa qapanma cərəyanı
Iqq onun sıxaclarındakı qısaqapanma cərəyanlarından çox olduğuna görə bu vaxt generatorun maqnit
sahəsinin tez söndürülməsi çox vacibdir ancaq bu yolla stator dolağının və poladın yanmasının qarşısını
almaq mümkündür. Beləliklə, generatorun daxilində qısa qapanmalar baş verən zaman onu xarici
şəbəkədən açmaqla yanaşı onun təsirlənmə maqnit sahəsini də tez söndürmək lazımdır.
Məlumdur ki, sahəni söndürmək üçün generatorun rotor dolağını açmaq lazımdır. Ancaq bu zaman
rotor dolağının böyük induktivliyi səbəbindən məlumdur ki, onda çox böyük maqnit sahəsinin enerjisi
yığılmış olacaq. Bu da öz növbəsində rotor dolağının sıxaclarında izolyasiyanı deşə bilən böyük ifrat
gərginliklərin əmələ gəlməsinə səbəb ola bilər. Buna görə də sahənin söndürülməsini elə etmək lazımdır

19
ki, təsirləndirici ilə dolaq arasında əlaqə kəsilən kimi generatorun rotor dolağındakı maqnit sahəsinin
enerjisini tez sərf etmək lazımdır ki, onun sıxaclarında yaranan ifrat gərginlik buraxıla bilən qiymətini
aşmasın. Hal-hazırda generatorun gücündən və onun təsirlənmə sisteminin xüsusiyyətindən asılı olaraq
maqnit sahəsini söndürmək üçün üç əsas sönmə üsulundan istifadə olunur:
a) rotor dolağının aktiv müqavimətə qoşulması;
b) rotor dolağının dövrəsinə cəld təsir edən qövs söndürən avtomatın qoşulması;
v) əks təsirləndiricinin qoşulması.
Birinci iki üsul vasitəsilə sahənin söndürülməsi təsirlənmə dövrəsinə xüsusi komutasiya
aparatlarının, yəni sahə söndürən avtomatlarının qoşulması vasitəsilə həyata keçirilir.
Generatorun rotor dolağının xüsusi müqavimətə qoşulması zamanı maqnit sahəsinin sönməsi
kəskin uzanır. Odur ki, hal-hazırda daha kəskin maqnit sahə söndürənləri geniş tətbiq olunur, məsələn
qövs söndürən qəfəsəli sahə söndürən avtomatlarını (SSA) misal göstərmək olar (şəkil 2.4).

Q AEA

MR

G 4 5

LG 3 2 1
GE

TR LGE R1

Şəkil 2.4

Generatorlarda qısaqapanma zamanı mühafizə relesi KL işləyir və öz kontaktları vasitəsilə ge-


neratoru şəbəkədən açır. Bu da öz növbəsində açarın elektromaqnit açıcısı - AEA vasitəsilə SSA-na
impuls göndərir. Avtomatik işçi kontaktı 2 və qövs söndürən kontaktı 1, normal iş rejimində qapalıdır.
SSA-nın 3 kontaktı avtomat açılan zaman Rə -əlavə müqavimətini təsirləndiricinin təsirlənmə dövrəsinə
qoşur ki, bu da öz növbəsində təsirləndiricinin təsirlənmə cərəyanının azaldacaq. SSA-i aralarındakı
məsafə 1.5÷3 mm olan mis lövhələrdən ibarət olan qövs söndürən qəfəsə ilə təchiz olunub. Avtomat
açılan zaman əvvəlcə işçi sıxaclar 2, sonra isə qövs söndürənin kontaktları 1 aralanır, qeyd etmək
lazımdır ki, qövs söndürən kontakt 1 aralanan zaman yaranan qövs maqnit üfürmənin köməyilə qövs,
söndürən qəfəsəyə doğru dartılır və beləliklə ümumi qövsün qövs söndürən təbəqələr arasında kiçik
ardıcıl qövslərə bölünməsinə səbəb olacaq. Qısa qövslər qeyri-xətti aktiv müqavimətə malik olduğundan
onlarda cərəyanın geniş miqyasda dəyişməsinə baxmayaraq gərginliklər sabit qalıb 20÷30 v-a bərabər
olur.
Qövsdə ümumi gərginlik düşgüsü aşağıdakı kimi təyin edilır: U q=nUK, burada UK -qısa qövslərdəki
gərginlik düşgüsü, n-qəfəsədəki aralıqlarda yaranmış ardıcıl qövslərin sayıdır.
Müstəqil ventilli təsirlənmə sistemlərində sahənin söndürülməsi düzləndiricilərin inventor rejiminə
keçirilməsi hesabına həyata keçirilir. Belə ki, sahəni söndürmə zamanı və ventildə gərginlik öz işarəsini
dəyişir. Beləliklə də cərəyan təsirlənmə dövrəsində çox böyük sürətlə azalıb özünün sıfır qiymətinə
düşür. Bu üsulla söndürmə zamanı forsirovka qrupuna aid olan ventillər inventor rejiminə keçirilir ki,
böyük gərginlik altında olan həmin ventillər sahənin söndürülməsinə gətirib çıxarır.
Müstəqil olmayan ventilli təsirlənmə sistemlərində sahənin söndürülməsi ventillərin invertor
rejiminə çevrilməsi hesabına yox, çünki bu zaman əks inventor gərginliyinin düşməsi stator gərginliyi-
nin dəyişməsilə əlaqədardır, məhz bu zaman qövs söndürən qəfəsələri olan SSA-indan istifadə etmək
lazımdır.

20
Gücü 150 MVt-dan çox olan generatorların dövrəsindəki qövsün sönməsindən sonra yarana bilən
ifrat gərginliyin azaldılması üçün xüsusi tirli boşaldıcılardan istifadə edilir. Bu cür boşaldıcıların işləmə
gərginliyinin təsir edici qiyməti 1,7 kV - a qədər olur.

§ 2.5 Təsirlənmənin avtomatik tənzimi (TAT)

Təsirlənmənin av- tomatik tənzimi qurğularına


elektrik sisteminin ge- neratorlarında və reaktiv güc üzrə
rejimin avtomatik tənzimləyən qurğular aiddir.
Generatorun təsirlənməsi dəyişdikdə onun e.h.q.-si də
dəyişir. Bu isə ayrılıqda yükə işləyən generatorun gərgin-
liyinin dəyişməsinə səbəb olur.
Generatorlar ümu- mi şinlərə qoşulmuş olduqda
onlardan birinin tə- sirlənməsinin dəyişməsi reaktiv
yükün işləyən generatorlar arasında yenidən
paylanmasına gətirib çıxarır. Texniki istismar qayda-
larına uyğun olaraq gücündən və işçi gərginliyindən
asılı olmayaraq təsirlənməni forsirovkalayan
qurğu olmalıdır. Gücü 3 Mvt - dan yuxarı olan generator
isə həm də təsirlənmənin avtomatik tənzimi qurğusu ilə
Şəkil 2.5
də təchiz olunmalıdır. Qəza rejimində generatorun
təsirlənməsini cəld artırmaq üçün təsirlənmənin
rele üsulu ilə forsirovkalanmasından istifadə olunur (şəkil 2.5).
Şəkildə KV-rele, KM isə onun kontaktorudur. Bu yol ilə forsirovka aşağıdakı kimi işləyir.
Generatorun sıxaclarında gərginlik azalıb nominal qiymətinin 85% -nə çatanda minimal gərginlik relesi
KV öz kontaktını birləşdirib forsirovkalama kontaktoru KM-i qapayır. Bu da öz növbəsində təsirlənmə
dövrəsindəki RR müqavimətini qısa qapayıb onu təsirlənmə dövrəsindən çıxarır. Beləliklə, təsirləmə
dövrəsində cərəyan artacaq və generatorun çıxışında gərginlik öz nominal qiymətinə qədər qalxacaqdır.

§ 2.6 Sinxron generatorların dəqiq sinxronlaşma üsulu ilə paralel işə qoşulması

Generatorların digər generatorlar ilə paralel işə qoşulması dəqiq və öz-özünə sinxronlaşma üsulları
ilə həyata keçirilir. Texnikanın istismar qaydalarına əsasən generator paylayıcı quruluşa (S.P.Q) işləyən
və vasitəli soyutma sistemi olan turbogeneratorlar vasitəsiz soyutma sistemi olan bürün generatorların
paralel işə qoşulması ancaq dəqiq sinxronlaşma üsulu ilə həyata keçirilir. Qəza rejimində isə ehtiyat
gücünün təcili qoşulması zamanı və yaxud da tezliyin kəskin azalması zamanı soyutma sistemindən asılı
olmayaraq generatorların paralel işə qoşulması öz-özünə sinxronlaşma üsulu ilə həyata keçirilir.
Generatorları şəbəkəyə qoşmamışdan qabaq onların fazlar ardıcıllığının yoxlanılması zəruridir. Faz
ardıcıllığı düzgün olmayan şəraitdə isə qoşulma zamanı generatorlarda turbinin yaratdığı momentə əks
elektromaqnit momenti və statorda çox böyük cərəyanların yaranması baş verir. Bu isə öz növbəsində
generatorun zədələnməsi ilə yanaşı hətta turbinin valının sınmasına səbəb olur. Faz ardıcıllığının
yoxlanması generatoru ilk dəfə işə qoşduqda həm də onda bəzi təmir işləri apardıqdan sonra yoxlanıl-
malıdır. Faz ardıcıllığının yoxlanılması həmişə sistem şininə qoşulmuş eyni gərginlik transformatorunu
növbə ilə qoşulmuş generatorlardan və şəbəkədən növbə ilə gərginlik verilməsi yolu ilə həyata keçirilir.
Dəqiq sinxronlaşdırma üsulu ilə generatoru şəbəkəyə qoşduqda yadda saxlamaq lazımdır ki,
generator gərginliyinin şəbəkə gərginliyindən faza sürüşməsinə görə fərqi 15°-dən, modula görə isə 20-
dən çox olmamalıdır. Tezlik isə 0,1 %-dən çox olmayanda isə qoşmaq olar. Bu zaman məqsədə
uyğundur ki, generatorun tezliyi şəbəkənin tezliyindən çox olsun. Məhz bundan generatorun paralel
qoşulmasının şərti üzə çıxır. İşləyən və qoşulan generatorlar üçün aşağıdakı şərtlər tələb olunur:
a) gərginliyin təsir edici qiymətlərinin U1=U2 bərabərliyi;

21
b) bucaq sürətinin 1=2 və ya tezliyin f1=f2 bərabərliyi şərti;
c) gərginliyin fazca üst-üstə düşməsi 1=2 və ya Q=1-2=0
Qeyd etmək lazımdır ki, dəqiq sinxronlaşdırmanın şərtlərini yerinə yetirmək tələb edir ki,
müqayisə olunan parametrlərini seçmə yolu ilə bərabərləşdirək. Generatorlar paralel işləyən zaman
onların çıxışlarındakı gərginliyin ani qiymətləri qiymətcə bərabər, işarəcə əks olmalıdır. Buna görə də
praktikada praktiki olaraq sinxronlaşdırmanın şərtlərini ideal yerinə yetirmək mümkün deyil. Odur ki,
onlar təqribi yerinə yetirilir. Yuxarıda göstərilən şərtlərdən biri yerinə yetirilməyəndə, məsələn fərz edək
ki, U1U2 əlaqə açarlarının açıq kontaktlarının arasında U=U1-U2 gərginlik fərqi təsir edəcək və
açarın qoşulması zamanı həmin gərginliyin təsirindən verilmiş iki generator dövrəsindən tarazlayıcı
cərəyan keçəcək və onun dövrü mürəkkəbəsinin başlanğıc anda qiyməti aşağıdakı kimi olacaq
. (2.7)

Dəqiq sinxronlaşma şərtindən ikisinin ödənilməsi halına baxaq.


a) generatorların təsiredici gərginliklərinin qiyməti U1 və U2 bir-birinə bərabər deyil, qalan iki şərt
ödənilir.
b) Generatorlar eyni gərginliyə malikdirlər. Ancaq onlar müxtəlif surətlə fırlanırlar, yəni onların
bucaq sürətləri eyni deyil 12, gərginliklərinin eyni fazada olmaması halı da olur. Bu deyilən halların
vektor diaqramları aşağıdakı şəkil 2.6 verilən kimidir.

a) b)

Şəkil 2.6 a) gərginliklər bərabər deyil.


b) bucaq surətləri bərabər deyil.

Vektor diaqramlarından göründüyü kimi gərginliklərin effektiv qiymətlərinin bərabər olmaması


səbəbindən tarazlayıcı cərəyan yaranır - I²tar ki, bu da təmiz induktiv xarakterlidir. Həm generatorun,
həm də xəttin aktiv müqaviməti çox kiçik olduğundan o, nəzərə alınmır. Bu səbəbdən də I²tar cərəyanı
aktiv güc təkanı yaratmır və beləliklə, generatorun və turbinin heç bir elementində mexaniki gərginlik
yaranmır. Məhz bu səbəbdən də generatoru paralel işə qoşan zaman gərginliklərin fərqi 5-10% qədər
buraxıla bilər, qəza hallarında isə 20 % qədər buraxıla bilər.
Gərginliklərin effektiv qiymətlərinin U1 = U2 şərti daxilində tezliklər f = f1 - f2 ¹ 0 və ya bucaq
sürətləri w1=w1-w2¹0 olarsa bu zaman generatorun və şəbəkənin gərginliklər vektorlarının 0-bucağı
qədər sürüşməsi olacaq və bu sürüşmə özü də zamana görə dəyişəcək. Baxılan halda gərginliklər arası
sürüşmə 180° yox 180°-  - qədər olacaq. Odur ki, həmin generatorlar arası açarın açıq vəziyyətində
onun kontaktları arasında gərginlik fərqi yaranacaq, bunu da lampa və ya voltmetr vasitəsilə aşkar etmək
olar. Açarın qoşulan anında yaranan tarazlaşdırıcı cərəyan U2 gərginliyinə nəzərən təmiz aktiv xarakterli
olacaq ki, bu da həmin generatoru paralel işə qoşan zaman generatorun və turbinin valında və başqa
elementlərində təkanların yaranmasına səbəb olacaq. Generatoru güclü sistemə qoşan zaman sistemin
müqaviməti çox kiçik olduğundan qəbul etmək olar ki, x20-dır. Onda tarazlayıcı cərəyanın qiyməti

22
(2.8)

zərbə cərəyanın qiyməti isə

(2.9)

olacaq.
Əgər hər hansı səbəbdən generatoru sistemə qoşanda = olarsa bu zaman generatorun stator
dolağında yaranan cərəyanını qiyməti generatorun çıxışında üçfazalı qısa qapanma zamanı yaranan
cərəyanın zərbə qiymətindən iki dəfə çox olacaq. Tarazlayıcı cərəyanın aktiv mürəkkəbəsinin qiyməti
vektor diaqramında göründüyü kimi aşağıdakı kimi təyin edilir.

. (2.10)

§ 2.7 Generatorların öz-özünə sinxronlaşması


üsulu ilə paralel qoşulması

Bu üsulun əsas xüsusiyyəti ondan ibarətdir ki, generatoru xüsusi mühərrik vasitəsilə
tənzimləmədən sinxron sürətə qədər sürətləndirib sonra şəbəkəYƏ qoşulur. Qoşulan andan etibarən
generatorun rotoruna təsirləmə cərəyanı verilir və beləliklə, generator sinxron rejimə keçib işləyir. Bu
üsulun dəqiq sinxronlaşma üsulundan üstünlüyü ondan ibarətdir ki, dəqiq sinxronlaşma üsuluna aid olan
çatışmayan cəhətlərin heç biri bu üsulda yoxdur. Bu üsulda generatorun sinxron surətə çatmasını təqribi
təyin edirlər. Bu üsulda gərginliyin, tezliyin və faz bucaqlarının bərabərləşdirilməsi üçün dəqiq
sinxronlaşdırma lazım deyil. Buna görə də bu üsulla qoşulmanın bir çox üstünlükləri var:
a) əməliyyatın sadəliyi;
b) generatorun paralel işə qoşulmasının tezliyi;
v) şəbəkədə gərginliyin və tezliyin çox aşağı düşməsinə baxmayaraq onun qoşulması;
q) generatorun qoşulmasının sadə avtomatlaşdırılması.
Təsirlənməyən generatorun şəbəkəyə qoşulması belə bir prosesə ekvivalentdir. Elə bil ki, şəbəkəyə
(xa +xs) qoşulmuş induktiv müqavimətin sonunda qısa qapanma baş verib. Bu vaxt generatorun
qoşulması zamanı statorun və rotorun dolaqlarında qərarlaşmamış cərəyanlar yaranacaq, bu da qəfildən
baş vermiş qısa qapanmaya oxşayacaq, ancaq bunun qiyməti 1-2 saniyədən sonra nominal qiymətə qədər
düşəcək. Generatoru öz-özünə sinxronlaşma üsulu ilə dövrəyə qoşduqda onun dövri cərəyanının qiyməti
aşağıdakı kimi təyin olunacaq.
(2.11)

burada Us - xətti gərginliyi,


xd - keçid induktiv müqavimət,
xs-generatorun sıxaclarına qədər olan sistemin müqavimətidir.
Generatoru sistemə qoşan zaman statorda cərəyanın qiymətinin kəskin artması baş verir və onun
qiyməti nominal cərəyanın qiymətindən az olur:

(2.12)

23
Bu zaman yaranan cərəyanın qiyməti qorxulu hal yaratmır, odur ki, generatoru qoşmaq, təsirlənmə
ilə qoşmadan yüngül olur.

§ 2.8 Sinxron generatorların iş rejimləri

Generatorların normal iş rejimi dedikdə elə iş rejimi nəzərdə tutulur ki, bu rejim altında
generatorlar uzun müddət işləyə bilər. Belə rejimə məsələn, generatorun pasportunda yazılmış gücə
əsasən generatorun buraxıla bilən sərhəd daxilində verə biləcəyi gücü də misal göstərmək olar.
Generatorun əsas parametrlərinə aşağıdakılar aiddir: onun tam gücü – S; statorun gərginliyi və
cərəyanı - Ust, Ist; rotor cərəyanı –Ir; güc əmsalı - cos , tezlik-f; soyutma sistemin temperaturu və
təzyiqi - tsoy və Psoy.
Uzun müddətli nominal qərarlaşmış rejimdə bu parametrlər praktiki olaraq sabit qalmalıdır.
Soyuducu sistemin temperaturu və təzyiqi onların pislənməsi tərəfə dəyişərsə, bu zaman statorun və
rotorun cərəyanlarını elə azaltmaq lazımdır ki, onun temperatur rejimi sabit qalsın.
Parametrlərin praktik sabit qalması dedikdə elə rejim nəzərdə tutulur ki, onların dəyişməsi buraxıla
bilən sərhəd daxilində olmaqla yanaşı onların dəyişməsi həmdə generatorun normal rejiminə təsir et-
məsin. Məsələn, generatorun yükünü sabit qəbul etmək olar, əgər statorun gərginliyinin və cərəyanının
dəyişməsi ±3%; təsirlənmə cərəyanı və tezlik isə ± 1% arasında olsun. Generatorda poladın və misin
temperaturun dəyişməsi hər saatda l°C-dən çox olmasa onda onu sabit kimi qəbul etmək olar. Ancaq
qeyd etmək lazımdır ki, generatorun parametrləri sistemin rejimindən və soyutma sisteminin şərtlərindən
asılı olaraq böyük sərhəd daxilində baş verərsə onda onu da normal rejim kimi qəbul etmək olar. Ancaq
qeyd etmək lazımdır ki, generatorun parametrləri sistemin rejimindən və soyutma sisteminin şərtlərindən
asılı olaraq böyük sərhəd daxilində baş verərsə onda onu da normal rejim kimi qəbul etmək olar. Burada
nominal rejim dedikdə hər şeydən əvvəl maşının soyutma sisteminin hesabat şərtləri nəzərdə tutulur.
Çünki, uzun müddətli qərarlaşmış iş rejimi ən əvvəl onun qızması ilə məhdudlaşır.

Generatorun gərginliyi praktiki olaraq simmetrik və sinusoidal olmalıdır, başqa sözlə əks
ardıcıllıqlı gərginliyin qiyməti 1%-dən çox olmamalıdır, sinusoidolluq isə 5%-dən çox olmamalıdır. Sta-
tor gərginliyinin qiymətinin dəyişməsi isə ± 5% intervalında olduqda generatorun tam nominal gücü
verməsi aşağıdakı şərt daxilində yerinə yetirilə bilər. Məsələn, gərginliyin 95% qiymətində nominal
gücü almaq statorun cərəyanını artırmaq hesabına, gərginliyin 105% qiymətində isə rotor cərəyanının
artırılması hesabına almaq olar. Gərginliyin azalmasının 5%-dən çox olmasını generatorun daya-
nıqlılığını nəzərə almaqla etmək lazımdır, çünki statorun dolağının buraxıla bilən qızma temperaturu
daxilində cərəyanın qiymətini 105%-dən çox olmamalıdır. Stator gərginliyinin 105 %-dən çox artırmaq
təhlükəlidir, çünki müasir güclü generatorlarda hətta gərginliyin buraxıla bilən qiymətdən cüzi olaraq
çox artırmaq zamanı poladın doyması hesabına maqnit induksiyasının kəskin artmasına, bu da öz
növbəsində səpələnmə selinin artmasına beləliklə dolaqların artıq qızmasına və bəzən də onun ayrı-ayrı
hissələrinin əriməsinə səbəb ola bilir. Məhz bu səbəbdən də gərginliyin 105%-dən çox artırılması zamanı
generatorun yükünün azaldılması zəruridir.
Tezliyin dəyişməsinin generatorda itkiyə və qızmaya təsiri onun ancaq nisbətən böyük qiymətlər
daxilində dəyişməsi zamanı olur. Məsələn, ± 2,5 % çox olanda tezliyi azaldanda da poladdakı itki azalır,
ancaq eyni zamanda hidrogenlə soyutmanın keyfiyyəti aşağı düşür. Bu da qızma hesabına generatorun
gücünün aşağı düşməsinə səbəb ola bilər. Tezliyi artırdıqda isə poladdakı itki artır, ancaq eyni zamanda
soyutma sisteminin şəraiti yaxşılaşır, ona görə də ancaq tezliyin böyük qiymətdə dəyişməsi zamanı yəni
2-3% arasında generatorun gücünün azaldılması lazımlılığı yarana bilər. Odur ki, tezliyin dəyişməsi ±
2% arasında olanda generatorun yükünün dəyişməsi tələb olunmur.
Generatorun tam və aktiv gücünə güc əmsalının dəyişməsi böyük təsir göstərir, belə ki, rotorun
cərəyanı ilə məhdudlaşan yük şəraitində maşının azaldılmış güc əmsalı rejimində nominal rejimə
nisbətən statorun maqnitsizlənmə reaksiyası təsirindən stator cərəyanının azalması səbəbinə görə ancaq
az güc verə bilər. Doymanı nəzərə alsaq bu güc daha da azala bilər. Beləliklə təmiz konpensator

24
rejimində generator ümumi gücün 70% verməyə qadirdir.
Yükün güc əmsalı şəraitində işlədikdə isə generatorun ümumi gücü turbinin gücü ilə məhdudlaşır.
Odur ki, turbin öz nominal gücündən çox güc hasil etməyə qadirdirsə o, zaman cos -ni artırdıqda o, öz
nominal tam gücü şəraitində işləyəcək.

§ 2.9 Sinxron kompensatorlar (SK)

Sinxron kompensatorlar dedikdə - yüksüz mühərrik rejimində işləyən və təsirlənmə cərəyanını


müəyyən qiymətlər həddində dəyişən sinxron maşınlar nəzərdə tutulur. Sinxron kompensatorlar özlə-
rinin təsirlənmə cərəyanının qiymətindən asılı olaraq sistemə reaktiv güc verə bildiyi kimi həm də
sistemdən reaktiv enerji ala bilər. Sinxron konpensatorun rotorunun dövrlər sayı 750-1000 döv/dəq ara-
sında dəyişir. Sinxron kompensatorlarda açıq qütblü rotorlardan istifadə edilir. Statoru isə sinxron
generatorların statorlarına oxşayırlar. Sinxron konpensatorlar nominal gücü, gərginliyi, stator cərəyanı,
tezliyi və rotorun nominal cərəyanı ilə xarakterizə olunur. Sinxron konpensatorların nominal gərginliyi
5-10 % şəbəkənin gərginliyindən çox olmalıdır.
Statorun nominal cərəyanı sinxron generatorun gücünə və gərginliyinə əsasən təyin edilir. Rotorun
nominal cərəyanı dedikdə elə cərəyan qəbul edilir ki, onun ən böyük qiymətində kompensatorun no-
minal gücünü ifrat təsirlənmə rejimində və şəbəkənin gərginliyinin qiyməti ± 5% dəyişəndə verə bilsin.
Aktiv güc itkisi normal soyutma şəraitində 1,5-2,5 % arasında dəyişir. Sinxron kompensatorların
soyutma sistemi iki formada həyata keçirilir.
KC-tipli kompensatorlar üçün örtülü sistem üzrə, KCV-tipli kompensatorlar üçün isə vasitəli
hidrogen soyuducu sistemindən istifadə olunur.
Müasir elektrik işlədiciləri. Özlərinin böyük reaktiv güc tələb etməsi ilə kəskin fərqlənir. Reaktiv
enerjiyə olan tələbatın çoxalması əsasən böyük güclü transformatorların və elektrik mühərriklərinin
çoxlu maqnit enerjisi tələb etməsi hesabına olur. Xüsusi çevirici qurğular məsələn, civəli ventillər, tristor
qurğular da öz növbəsində böyük reaktiv enerji tələb edirlər. Bununla əlaqədar olaraq elektrik şəbəkələri
cərəyanın reaktiv mürəkkəbi ilə də yüklənirlər. Bu enerjinin ötürülməsində və paylanmasında gərginliyin
aşağı düşməsinə və böyük güc itkilərinə səbəb olur. Əgər elektrik tələbatlarının mərkəzində sinxron
kompensatorlar qoşulsa və həmin işlədicilərin reaktiv enerjiyə olan tələbatım ödəyən və beləliklə
elektrik stansiyalarını işlədicilərlə birləşdirən xətlərdə reaktiv enerji ötürməsindən azad edər, bununla da
şəbəkənin işini xeyli yaxşılaşdırar.
Bu vaxt sinxron kompensator ifrat təsirlənmə rejimində işləməlidir ki, sistemə reaktiv güc versin.
SK-lar həmçinin yarımstansiyalarda qoyulur ki, onların köməyilə xətt boyunca gərginliyin paylanmasını
normallaşdırmaqla yanaşı onların paralel işləmə dayanıqlılığını da artırır. Bu zaman elektrik veriliş
xətlərinin rejimindən asılı olaraq SK-lar iki rejimdə işləyə bilirlər. Həm enerji vermək həm də enerji
tələb etmək rejimində. Müasir elektrik sistemlərində əsas xətlərdən olan yüksək və ultra yüksək
gərginlikli veriliş xətlərinin öz yükünü azaltma rejimində işləyən zaman onun kompensasiya olunmayan
böyük doldurma yükü nəticəsində işlədicilərdə gərginliyin artmasına səbəb olur. Bu zaman SK-ları
reaktiv enerji tələb edici rejiminə çevrilir (şəkil 2.7).

v)

Şəkil 2.7 Müxtəlif rejimlər üçün sinxron-


kompensatorun vektor diaqramları. a) yüksüz işləmə;
b) ifrat təsirləmə; v) natamam təsirləmə

25
Ümumiyyətlə, SK-lar vasitəsilə hasil edilən və tələb edilən reaktiv güclər onların təsirlənmə
cərəyanı vasitəsilə SK-un e.h.q-si də dəyişir - Ek. Belə ki, SK-un . Ek-sı şəbəkənin gərginliyinə - Uk-ya
bərabər olanda yəni Ek= Uk olanda deyirlər ki, SK yüksüz rejimdə işləyir. Şəkil 2.7 a. SK-un təsirlənmə
cərəyanmı artırdıqda onun Ek-sı Uk-dan çox olur. Yəni Ek > Uk bu rejimdə SK-un ifrat təsirlənmə
rejimində deyildir. Bu zaman U = Ek-Uk gərginliyinin təsirindən SK-un statorunun dolağında Ik -
cərəyanı əmələ gələcək.
SK-un dolağı induktiv xarakterli olduğundan həmin cərəyan U - gərginliyindən 90° - geri
qalacaq - şəkil 2.7b bu zaman konpensator şəbəkəyə reaktiv güc verəcək.
Natamam təsirlənmə rejimində isə Ek < Uk olduğundan Ik- cərəyanı Uk-nı 90° - qabaqlayacaq. Bu
rejimdə SK- şəbəkədən reaktiv güc tələb edəcək - şəkil 2.7v. SK-ları təsirləndirmək üçün xüsusi TAT
qurğusu ilə təchiz olunmuş təsirlənmə sistemlərindən istifadə edirlər. Çoxda böyük olmayan SK-da onun
rotoru ilə birləşmiş maşın təsirlənmə sistemindən istifadə edirlər. Çox güclü SK-larda isə - KSVV
təsirlənmə onun gövdəsində yerləşmiş xüsusi fırçalar təsirlənmə sistemlərindən istifadə olunur.
SK-larda maqnit sahəsinin söndürülməsi SC-da olduğu prinsipdə həyata keçirilir. SK-ların işə
buraxılması aşağıdakı şəkildə olduğu kimi həyata keçirilir, bu sxemə reaktorlu işə buraxma sxemi də
deyilir. Bu sxem - şəkil 2.8 vasitəsilə SK-isə qoşulması bu
ardıcıllıqla aparılır. Ql-açarının açıq vəziyyətində Q2-açarı
qoşulur. Bu zaman SK- asinxron rejimdə öz fırlanma
sürətinə çatana qədər işləyir. İsə buraxma zamanı SK-un
çıxışında gərginlik 40-50% qədər aşağı düşür. İşə buraxma
cərəyanı isə öz nominal cərəyanının (2-2,8) In arasında
dəyişdiyindən əvvəlcə SK-nın fırlanma sürətini öz nominal
surətinə çatdırıb və sonra təsirlənmə dövrəsi işə qoşulur.
Beləliklə, SK-or sinxron rejimə çatdırılır. Bundan sonra Ql-açarı
qoşulur və Q2 -açarı açılır.
Şəkil 2.8

§ 2.10 Güc transformatorları və avtotransformatorları


haqqında ümumi məlumat

Elektrik stansiyalarında və yarımstansiyalarında (Y/St) qoyulmuş transformatorların əsas vəzifəsi


bir gərginlikli elektrik enerjisini başqa gərginlikli elektrik enerjisinə çevirməkdir. Hal-hazırda ən çox
üçfazalı transformatorlar geniş yayılıb, çünki onlarda aktiv material sərfi 20-25% itki isə 12-15%, bir
fazalı üç qrupdan olan transformatorla nisbətən azdır. Gərginliyi 220 kV olan transformatorların gücü
1000 MVA qədər, 330 kV olanlar 1250 MVA, 500 kV olan transformatorların gücü isə 1000 MVA
qədər olur. Transformatorların gücünü məhdudlaşdıran onların kütləsinin, ölçülərinin böyüklülüyü və
daşınması ilə əlaqədardır. Dolaqların sayına görə transformatorlar iki və üç dolaqlı hazırlanırlar (Şəkil
2.9). İki dolaqlı, şəkil. 2.9 a), üç dolaqlı isə şəkil. 2.9 b), də transformatorların prinsipial sxemləri
göstərilmişdir. Bəzən transformatorların alçaq gərginlik dolağı bir-birindən izolə olunmuş iki alçaq
gərginlik dolağından ibarət olurlar, belə transformatorlara parçalanmış dolaqlı transformatorlarda deyilir.
Şək. 2.9 v) Alçaq gərginlik (AG) dolağı parçalanmış transformatorları imkan verir ki, bir yüksəldici
transformatora iki generator qoşulsun buda 330-500 kV paylayıcı-quruluşların sxemasının
sadələşməsinə səbəb olur. Bu növ transformatorlar bloklarının gücü 200-1200 MVT olan İ.E.S-nin
xüsusi sərfiyyatını enerji ilə təmin etmək üçün də geniş istifadə olunurlar. Alçaldıcı yarımstansiyalarda
qısa qapanma cərəyanlarını məhdudlaşdırmaq üçün belə transformatorlarda geniş istifadə olunur.
Transformatorların əsas parametrlərinə onların nominal gücü, gərginliyi, cərəyanı, q.q. gərginliyi,
yüksüz işləmə cərəyanı, yüksüz işləmə və qısa qapanma itkiləri aiddir.
Transformatorların nominal gücü dedikdə onun pasportlunda göstərilmiş güc altında uzun
müddətli və normal soyutma sistemi şəraitində işlədiyi güc nəzərdə tutulur. Açıq havada qoyulmuş
ümumi məqsədlər üçün istifadə olunan transformatorlarda soyutma sisteminin normal qiyməti ətraf
mühitin temperaturunun qiyməti nəzərdə tutulur.

26
a) b) v)

Şəkil 2.9 a) Üçfazalı ikidolaqlı transformator; b) Uçfazalı üçdolaqlı transformator; v) alçaq gərginlik dolağı
parçalanmış transformator

Xüsusi soyutma sistemləri olan transformatorlarda isə soyutma sisteminin çıxışında suyun və ya
yağın temperaturu 25 C çox olmamalıdır. İki dolaqlı transformatorların nominal gücü dedikdə hər iki
dolağın ayrı-ayrılıqdakı gücü nəzərdə tutulur. Yəni transformatorların gücü istər YG dolağı olsun istərsə
də, AG-dolağının gücünə bərabər olmalıdır. Üç dolaqlı transformatorlarda isə bu hal ola bilər ki, hər üç
dolaq eyni güclə yüklənmiş və yaxud da onları müxtəlif yüklə yüklənsin. Bu zaman transformatorun
nominal güc üç dolaqdan hansının gücü çoxdursa, oda güc transformatorun nominal gücü olur.
Avtotransformatorun gücü dedikdə elə güc nəzərdə tutulur ki, hansı dolaqlar arasında avtotransforma-
torlar əlaqəsi varsa dolaqların gücü həmin avtotransformatorların gücü götürülür və özü də keçid gücü
adlanır. Transformatorların açıq havada işlədiyi kimi örtülü şəraitdə də işləyirlər. Odur ki, bu şəraitdə
işləyən transformatorların işləmə müddəti açıq havada işləyən transformatorun işləmə müddətindən çox
azdır. Bununla əlaqədar olaraq transformatorlar normal soyutma şəraitində işləməlidir.
Transformatorun nominal gərginliyi dedikdə transformatorun işləmə şəraitində onun birinci və
ikinci tərəf gərginliyi nəzərdə tutulur. Bu gərginliklər həm də xətt gərginliyi adlanır. Transformator yük
altında işləyən zaman onun birinci tərəfinə verilən normal gərginlik şəraitində onun ikinci tərəfinin
gərginliyi normal gərginliyindən transformatorların dolağında düşən gərginlik itkisi qədər az olacaq.
Transformatorlar transformasiya əmsalı ilə xarakterizə olunurlar və özü də aşağıdakı kimi təyin edilir.
,
- burada u1 -birinci tərəf gərginliyi, birinci tərəf dedikdə onun mənbəyə qoşulan tərəfi nəzərdə
tutulur, u2 - ikinci tərəf gərginliyi, ikinci tərəf gərginliyi dedikdə transformatorun işlədicilərə qoşulan
tərəfi nəzərdə tutulur.
Üç dolaqlı transformatorlarda transformasiya əmsalı ayrı-ayrı dolaqlar arasındakı gərginliklər
nisbəti kimi təyin edilir.
Transformatorun nominal cərəyanı dedikdə həmin transformatorun pasportunda göstərilmiş
cərəyan altında uzun müddət işləyə biləcəyi cərəyan nəzərdə tutulur. Transformatorun hər hansı dolağı-
nın nominal cərəyanını təyin etmək üçün hər bir dolağın nominal gücünün və gərginliyinin qiymətinə
əsasən təyin edilir. Transformatorun qısa qapanma gərginliyi Uqq dedikdə transformatorun işlənilən
dolaqlarından birinin çıxışında qısa qapanma zamanı ikinci tərəfinə verilən gərginliyin, qısa qapanmış
dolaqda nominal cərəyan yaradan, qiyməti nəzərdə tutulur. Transformatorun qısa qapanma gərginliyi
həm də transformatorun tam müqavimətini göstərir. Transformatorun induktiv müqaviməti onun aktiv
müqavimətindən çoxdur.

Yüksüz işləmə cərəyanı – Iy.i poladdakı aktiv və reaktiv güc itkisini xarakterizə edir. Bu cərəyan
həm də transformatorun nominal cərəyanını xarakterizə edir. Yüksüz işləmə cərəyanı transformatorun

27
nominal cərəyanı ilə faizlə ifadə olunur. Yüksüz işləmə itkisi P y.i və qısaqapanma itkisi Pqq
transformatorun işinin iqtisadiliyini təyin edir. Yüksüz işləmə itkisi nüvənin ifrat maqnitlənmə itkisindən
və bir də Füko cərəyanlarının yaratdığı itkidən ibarətdir. Qısa qapanma itkisi – P q.q isə dolaqdakı itkidən
və səpələnmə maqnit sahəsinin yaratdığı itkilərindən ibarətdir.

§ 2.11 Blok əlaqə transformatorları


və onların seçilmə üsulları

Elektrik stansiyalarının seçilmiş struktur sxemindən asılı olaraq onda qoyulan yüksəldici
transformatorlar blok və əlaqə transformatorlarına bölünürlər. Stansiyanın struktur sxemində generator
gərginlikli paylayıcı quruluş varsa, belə stansiyalarda əlaqə transformatorları qoyulur. Bu əlaqə
transformatorları generator gərginlikli paylayıcı quruluşa (GGPQ) yüksək və yaxud da orta gərginlikli
paylayıcı quruluşlar (OGPQ), (YGPQ) arasında əlaqə yaratmaq üçün qoyulur. Blok transformatorları isə
stansiyada qoyulmuş generatoru bir başa YGPQ-a əlaqələndirən transformatordur.
Əvvəlcə əlaqə transformatorlarının seçilməsinə baxaq. Qeyd etdiyimiz kimi əlaqə
transformatorları stansiyada iki paylayıcı quruluş arasında əlaqə yaratmaq üçün qoyulur. Belə əlaqə
transformatorlarının əsas vəzifəsi ondan ibarətdir ki, stansiya normal iş rejimində işləyən zaman onun
artıq gücünü sistemə ötürsün. Əlaqə transformatorlarının sayı 2-dən az olmamalıdır. Əlaqə
transformatorları vasitəsilə sistemə ötürülən gücün qiyməti generatorun və yerli işlədicilərin rejimindən
asılı olaraq dəyişdiyindən onların gücünün təyin edilməsi işlədicilərin gündəlik yük qrafikinə və xüsusi
sərfiyyat işlədicilərinin iş rejiminə əsasən təyin edilir. Gündəlik yük qrafiki olmayan halda əlaqə
transformatorunun gücü Üç əsas rejimə əsasən təyin edilir. Yerli işlədicilərin minimal, maksimal, yük
rejimində və birdə qəza rejimində, yəni generator paylayıcı quruluşa işləyən ən güclü generatorun
açılması rejimində. Beləliklə əlaqə transformatorlarının hesabat gücünü aşağıdakı ifadələrlə təyin etmək
olar.
1. Qəbul edirik ki, generator şinindən qidalanan işlədicilər minimal yük rejimində işləyir yəni

(2.13)

burada PG, QG - generator paylayıcı quruluşa qoşulmuş generatorların uyğun olaraq cəm aktiv və
reaktiv gücü,
Py.i.min, Qy.i.min - generator gərginlikli paylayıcı quruluşdan qidalanan işlədicilərin aldığı minimal
aktiv və reaktiv güclər;
Pxs; Qx.s -xüsusi sərfiyyat avadanlıqlarının aktiv və reaktiv gücü.
2 qəbul edirik ki, işlədicilərin tələb etdiyi güc maksimumdur.
(2.14)
3 qəbul edirik ki, generator paylayıcı quruluşa işləyən generatorlardan ən güclüsü qəza nəticəsində
açılıb bu halda hesabat güc

(2.15)
- burada PG və QG -qəza nəticəsində açılan generatorun aktiv və reaktiv gücləri.
Tapılmış maksimal hesabat güc əsasında əlaqə transformatorun gücü seçilir. Əgər iki əlaqə
transformatoru seçmək lazımdırsa onda transformatorun gücü aşağıdakı ifadə ilə təyin edilir.

(2.16)

burada Kyük - transformatorun buraxıla bilən ifrat yüklənmə əmsalı.


Əlaqə transformatorları həm yüksəldici həm də alçaldıcı rejimdə işləyə bilərlər. Əlaqə
transformatoru yüksəldici rejimdə işləyirsə bu zaman o, gücü stansiyadan sistemə ötürür, alçaldıcı rejim-
də isə əksinə transformator gücü sistemdən stansiyaya ötürür, məsələn qəza rejimində.

28
Əlaqə transformatorlarından fərqli olaraq, blok transformatorları generatorla birbaşa əlaqədə
olurlar. Başqa sözlə transformator generatorla blok şəklində birləşir. Bu zaman blok transformator ge-
neratorun gücündən xüsusi sərfiyyat işlədicilərin gücünü çıxmaqla birbaşa sistemə ötürür.
Aşağıda blok transformatorunun gücünün təyin edilməsi üsulları verilmişdir.
I hal generatorun çıxışına ancaq xüsusi sərfiyyat yükləri
qoşulub:

(2.17)

- burada Pg Qg - blok rejimində işləyən generatorun uyğun olacaq aktiv və reaktiv gücləri;
Px s, Qx s -generatorun xüsusi sərfıyyat avadanlıqlarının aktiv və reaktiv gücü;
cos g - generatorun güc əmsalı.
II hal generatorun çıxışına xüsusi sərfıyyat avadanlıqları
ilə yanaşı, generatorun gücünün cüzi bir hissəsini təşkil edən
yerli işlədicilər də qoşulmuşdur.

(2.18)

- burada PG və QG - qəza nəticəsində açılan generatorun aktiv və reaktiv gücü.

29
§ 2.12. Əlaqə avtotransformatorlarının seçilməsi
və onların iş rejimləri

110 KV və yuxarı gərginlikli böyük güclü avtotransformatorlar geniş tətbiq olunur. Bu da onunla
izah olunur ki, avtotransformatorlar transformatorlara nisbətən bir çox üstünlüklərə malikdir, məsələn:
a) az mis, polad və izolyasiya materiallarının sərfı;
a) az kütləliyi bu da o deməkdir ki, transformatora nisbətən avtotransformatoru daha böyük güclü
hazırlamaq olar;
v) az itki və böyük f.i.ə.;
d) yüngül soyutma sistemi.
Avtotransformatorun çatışmayan cəhətləri:
a) neytralın bir başa yerlə birləşməsi bu da bir fazalı qısa qapanma cərəyanlarının artmasına səbəb
olur,
b) gərginliyin tənzimlənməsinin mürəkkəbliyi,
v) dolaqlar arasında elektriki əlaqə olduğundan atmosfer ifrat gərginliyinin YG-dolağından OG-
dolağına keçməsi.
Transformatorlardan fərqli olaraq avtotransformatorlarda dolaqlar arasında maqnit əlaqəsindən
başqa həm də elektriki əlaqə var. Avtotransformatorların iş rejimini analiz etmək üçün aşağıdakı
prensipal sxemdən istifadə edilir (şəkil 2.10).

Şəkil 2.10 Birfazalı


avtotransformatorun sxemi.

Uy- yüksək gərginlik dolağının


neytrala nəzərən gərginliyi, U0 - orta
gərginlik dolağının
neytrala nəzərən gərginliyi,
I0 - ümumi dolağın cərəyanı,
Ia - ardıcıl dolağın cərəyanı

Şəkildə bir fazalı avtotransformatorların dolağının prinsipal sxemi verilmişdir, OB və OC


dolaqlarının B və C çıxışları arasında qalan hissəyə ardıcıl dolaq, C və O çıxıqları arasında qalan hissəyə
isə ümumi dolaq deyilir. Avtotransformatorlar alçaldıcı rejimdə işləyəndə ardıcıl dolaqdan IB cərəyanı
keçir. Bu cərəyanda öz növbəsində ümumi dolaqda I0 - cərəyanını yaradır. Beləliklə, ikinci dolağın
cərəyanı I0 - iki cərəyanının IB və I0 - in cəmindən ibarətdir. Avtotransformatorun I - tərəfindən II - tərəfə
ötürülən tam gücə keçid gücü deyilir.
Əgər dolaqlada yaranan itkini nəzərə almasaq avtotransformator üçün yaza bilərik:

S = IaUy  U0·Ic, (2.19)


bu ifadənin sağ tərəfini çevirərək alarıq:

S = UyIC =(Uy-U0) + U0 Ia = (Uy-U0)Ia+U0·Ia, (2.20)

burada (U y - U0)Ia = ST - transformator gücü, buna bəzən də I tərəfdən II tərəfə maqnit sahəsi
vasitəsilə ötürülən güc də deyilir;
U0  Ia = S - elektriki güc, buna bəzən də dolaqlar arasında qalvaninik əlaqə vasitəsilə ötürülən güc
deyilir. Bu gücün ötürülməsində maqnit sahəsi heç bir rol oynamır. Güc ötürülməsi zamanı ümumi dolaq
yüklənmir, çünki If -cərəyanı ardıcıl dolaqdan bir başa C çıxışına çıxır. Normal rejimdə keçid gücü
avtotransformatorun nominal gücü adlanır yəni S=Snom, transformator gücü isə tipik güc adlanır yəni

30
ST=Stip. Avtotransformatorun maqnit dövrəsinin ölçüləri onun nominal gücünün bir hissəsini təşkil edən
transformator gücü və yaxud da tipik güc vasitəsilə təyin olunur.

(2.21)

burada ny0 = transformatorun transformasiya əmsalı;


Ksəm -səmərəlilik əmsalı və yaxud da tipik güc əmsalıdır. (2.21) ifadəsindən göründüyü kimi
yüksək gərginlik dolağının gərginliyi - Uy, orta gərginlik dolağının gərginliyi U0-a yaxın olarsa, Ksəm də o
qədər az olacaq bu da o deməkdir ki, tipik güc nominal gücün az hissəsini təşkil edəcək. Beləliklə,
avtotransformatorun ölçüləri bu rejimdə eyni güclü transformatora nisbətən xeyli azdır. Şəkildən
göründüyü kimi ardıcıl dolağın gücü:

Sar = (Uy - U0)IB =Stip, (2.22)

Ümumi dolağın gücü isə:

Sum=U0I0=U0(IC-IB)=SnomKczm=Stip (2.23)

Beləliklə, bir daha qeyd etmək lazımdır ki, avtotransformatorun dolağı və maqnit dövrəsi tipik
qücə görə seçilməlidir. Bu gücə bəzən də hesabat gücü də deyilir. Qeyd etmək lazımdır ki, avtotrans-
formatorun yüksək və yuxarıda orta gərginlik tərəfindən hansı güclə yüklənməsindən asılı olmayaraq
ardıcıl və ümumi dolaqları tipik gücdən çox yükləmək olmaz. Bu hal əsasən o vaxt vacibdir ki,
avtotransformator eyni zamanda həm transformator həm də avtotransformator rejimində işləyir.
Avtotransformatorun nominal gücü dedikdə elə güc nəzərdə tutulur ki, hansı dolaqlar arasında
avtotransformator əlaqəsi varsa o dolaqların gücü avtotransformatorun gücü kimi qəbul edilir və özü də
keçid gücü adlanır. Avtotransformatorlar üçün ən ağır iş rejimi, onların eyni zamanda həm transformator
həm də avtotransformator rejimində işləməsidir. Bu rejimdə gücün ötürülmə istiqamətindən asılı olaraq
ardıcıl və ümumi dolaqların yüklənməsinə nəzarət etmək lazımdır.

Məsələn, gücün eyni zamanda AG və YG dolaqlarından OG - dolağına ötürülərsə bu zaman


ümumi dolaq ifrat yüklənə bilər. Odur ki, bu rejimdə ümumi dolağın yükünə nəzarət edilməlidir və özü
də aşağıda verilmiş ifadə ilə təyin olunan gücdən çox olmalıdır.

Uum = (2.24)

burada PyG, PAG uyğun olaraq YG və AG dolaqlarından OG dolağına ötürülən reaktiv güc;
QyG, QAG - uyğun olaraq YG və AG -dolaqlarından OG -dolağına ötürülən reaktiv güc. Beləliklə bu
rejimdə avtotransformatorun ötürə biləcəyi güc ümumi dolağın yükü ilə məhdudlaşır.

Sum Stip=KsomSnzm (2.25)

Gücün OG və AG dolaqlarmdan YG dolağına ötürülməsi zamanı avtotransformatorun ötürəcəyi


gücün qiyməti ardıcıl dolağın yükünə əsasən təyin edilir. Bu rejimdə ardıcıl dolağın ötürə biləcəyi güc
aşağıdakı kimi təyin edilir:

31
Sar = Kszm , (2.26)

burada POG, PAG - OG və AG- dolaqlarından YG - dolağına ötürülən aktiv güc, QOG, QAG -uyğun
olaraq ötürülən reaktiv güc;
bu rejimdə avtotransformatorun ötürə biləcəyi güc ardıcıl dolağın ötürə biləcəyi güc ilə
məhdudlaşır.

Sar Stip=KsəəSnom (2.27)

32
§ 2.13 Güc transformatorlarının paralel işə
qoşulması və qoşulma şərtləri

Transformatorların paralel işə qoşulması dedikdə iki, üç və daha çox transformatorların eyni
zamanda həm yüksək tərəf dolaqlarının həm də alçaq tərəf dolaqlarının eyni şinə qoşulması nəzərdə
tutulur. Bir neçə transformatorların paralel işləməsinin gücü həmin transformatorların gücünə bərabər
olan bir ədəd transformatora nisbətən həm iqtisadi həm də texniki üstünlükləri var:
1. İşlədicilərin enerji ilə təminatının etibarlığı artır. Belə ki, paralel işləyən transformatorlardan biri
sıradan çıxdıqda, onun yükünü müvəqqəti olaraq işləyən transformatorlar qismən və yaxud da tam
olaraq öz üzərinə götürürlər.
2. Transformatorlar paralel işə qoşulduqda transformatorların cəm ehtiyat gücü, bir ədəd güclü
transformatorların ehtiyat gücündən az olacaq.
3. Enerji sistemində yüksəldici, alçaldıcı və rayon yarım-stansiyalarında yükün azalması zamanı
(gün ərzində və yaxud da yaz və yay mövsümündə) transformatorlarda yaranan yüksüz işləmə itkilərini
və yükləmə qabiliyyəti tənzimləməkdə, f.i.ə.-nin artırılması hesabına yarımstansiyanın iqtisadi iş
rejimini təmin etmək üçün transformatorların bir qismi açıla bilər.
4. Yeni zavodların qoşulması və yaxud da onların genişləndirilməsi zamanı transformator gücünün
artması, yeni transformatorların qoyulmasını tələb edərsə, bu zaman yeni qoşulan transformatorlar
əvvəlkilərlə paralel işləməlidirlər. Bu növ qoşulma adətən rayon yarımstansiyada olur çünki rayon
yarımstansiyaları böyük sənaye müəssisələrini və əraziləri əhatə edir.
Nəzərdə saxlamaq lazımdır ki, transformatorların birgə iş-ləməsi hələ onların paralel işləməsi
demək deyil. Transformatorların birgə işləməsi dedikdə transformatorlar bir tərəfdən, fərqi yoxdur. İstər
yüksək gərginlik tərəfdən, istərsə də alçaq gərginlik tərəfdən ümumi bir paylayıcı şinə qoşulur, ancaq
digər tərəfdən müxtəlif şinlərə qoşulur. Transformatorların paralel işləməsi üçün aşağıdakı şərtlərin
ödənilməsi zəruridir.
1. Transformatorların dolaqlarının birinci və ikinci tərəf nominal gərginlikləri eyni olmalıdır, başqa
sözlə transformasiya əmsalları eyni olmalıdır.
2. Qısa qapanma gərginlikləri Uqq eyni olmalıdır.
3. Transformatorların dolaqlarının birləşmə qrupu da uyğun olmalıdır.
Bu şərtlərdən başqa əlavə şərt transformatorların ən böyüyünün nominal gücün ən kiçiyinin
nominal gücünə nisbəti 3:1 nisbətində olmalıdır. Paralel qoşulmuş transformatorların güclərinin cəmi elə
olmalıdır ki, paralel işləyən transformatorlardan heç biri buraxıla bilən nominal gücdən çox
yüklənməsin. Transformatorların paraleli işləməsinə qoyulan şərtlər hədd daxilində dəyişə bilər.
Məsələn, transformatorların transformasiya əmsallarının fərqi 0,5-dən çox olmamalıdır, qısa qapanma
gərginliklərin fərqi ± 10% arasında dəyişə bilər.

§ 2.14 Paralel işləyən transformatorların sayının təyini

Transformatorların paralel işləməsi müxtəlif sayda transformatorların əvvəldə qeyd etdiyimiz kimi
hər iki tərəfdən eyni şinlərə qoşulması hesabına həyata keçirilir. İşlədicilərin tələb etdiyi gücü vermək
üçün bir ədəd böyük güclü transformatorun qoşulması və yaxud da kiçik güclü bir neçə transformatorun
paralel qoşulması hesabına həyata keçirilə bilər. Bu məsələni iqtisadi nöqteyi-nəzərdən o vaxt səmərəli
həll edilə bilər ki, transformatorlarda yaranan yüksüz işləmə və qısaqapanma itkilərinin cəmi ən az
olsun.
TDQ-60000/110 tipli transformatorun müxtəlif yük rejimində f.i.ə.-nın yüksüz işləmə (P 0) və
qısaqapanma (Pqq) itkilərindən asılılığı verilmişdir (Şəkil 2.11). Göründüyü kimi transformatorun f.i.ə.-
nın maksimal qiyməti transformatorun elə yük rejiminə uyğundur ki, bu zaman transformatorun
qısaqapanma itkisi yüksüz işləmə itkisinə bərabər olsun.

Hal-hazırda istifadə olunan transformatorlarda yüksüz işləmə itkisi qısaqapanma itkisinin təqribən
yarısına bərabərdir.
Hesabatlar əsasında təyin edilmişdir ki, transformatorların qısaqapanma itkisi onun

33
yüklənməsindən asılı olub özü də transformatorun cari yükünün onun nominal yükünə olan nisbətinin
kvadratı ilə mütənasib dəyişir və aşağıdakı kimi təyin edilir:

Pq.q=  2Pq.q (2.28)

burada Pq.q- -nin verilmiş qiymətində qısaqapanma itkisi; -transformatorun cari yükünün nisbəti;
Pq.q - transformatorunun nominal yükündə onda yaranan qısaqapanma itkisidir.
Beləliklə, Pq.q - nin qiyməti Pq.q = 0 - dan (= 0, yəni transformator heç bir yük daşımır) Pqq = Pq.q
qiymətinə qədər (= 1 yəni tam itkiyə qədər dəyişə bilər).
Məlumdur ki, transformatorun yüksüz işləmə itkisi bütün hallarda eyni qalacaq. Yəni bu kəmiyyət
transformatorun yükünün qiymətindən asılı deyil.
Beləliklə, (2.28) ifadəsindən  -ni təyin etsək =0.71 alarıq.
Beləliklə, deyə bilərik ki, bu növ transformator üçün maksimal f.i.ə. transformatorun yükü onun
nominal yükünün 71% -nə bərabər olduqda alınır.
Şəkil 2,11 -də verilmiş qrafiki təkcə bir transformator üçün yox həmçinin bir neçə paralel işləyən
transformatorlar üçün də istifadə etmək olar. Ancaq bu zaman transformatorların ümumi yüksüz və
qısaqapanma itkilərini təyin etmək lazımdır. Müasir güclü transformatorlar və avtotransformatorlar elə
layihə edilir ki, onların maksimal f.i.ə.-ı yüklənmənin 70-90% arasında olsun. Bəzən elə olur ki, yük
azaldıqca tədricən paralel işləyən transformatorların birini, bəzən də bir neçəsini açmaq lazım gəlir ki,
bununla da həm yüksüz həm də qısaqapanma itkiləri azaldılır.

Şəkil 2.11

Bir transformator əvəzinə bir neçə transformatorun paralel işlənməsinin məqsədə uyğunluğunu
analiz edək. Məsələn araşdıraq ki, nə vaxt bir və yaxud iki transformatorun paralel işləməsi məqsədə
uyğundur. Ümumi yükün sabit qiymətində transformatordakı cəm itki P0 + 2Pq.q, iki transformator
paralel işləsə ümumi cəm itki isə belə hesablanır:

Bir və yaxud iki eyni növ transformator işləyən zaman qəbul etsək ki, hər iki halda ümumi itkilər
bərabərdir.
Bu ifadədən əgər - nı təyin etsək, aşağıdakı ifadəni alarıq:

= (2.29)

Əgər n sayda transformator paralel işləsə, onda  üçün aşağıdakı ifadəni alarıq:

34
n= (2.30)

burada n-transformatorların sayını göstərir.

§ 2.15 Transformatorların dolaqlarının birləşmə sxemləri

İstər ikidolaqlı istərsə də üç dolaqlı üç fazalı transformatorların birləşmə sxemində müxtəlif


birləşmə sxemlərindən istifadə olunur. Birləşmə sxemi dedikdə dolaqların başlanğıc və yaxud da son
nöqtələrinin öz aralarında birləşməsindən asılı olaraq alınan sxemlər nəzərdə tutulur (şəkil 2.12).
Məsələn, transformatorun dolaqlarının sonunu x; u; z a, b, c başlanğıcı ilə bir nöqtədə birləşdirilsək,
digər uclarına (yəni bir nöqtədə birləşdirməyən uclarına) üçfazalı şəbəkədən və yaxud da generatordan
gərginlik versək belə birləşmə sxemi ulduz birləşmə sxemi adlanacaq (şəkil 2.12 a; b; v). Şəkil 2.12 a-da
göstərilən kimi dolaqların sonları -x;u;z bir nöqtədə birləşərək neytralı və yaxud da sıfır nöqtəsini əmələ
gətirsək, ucları -a;b;c; isə üçfazalı şəbəkəyə və yaxud bir başa generatora birləşir. Şəkil 2.12 b-də isə
əksinə həmin dolaqların ucları -x;y;z; bir yerdə birləşib neytral əmələ gətirir, sonları a;b;c; isə üçfazalı
şəbəkəyə və yaxud generatora birləşdirilib. Qeyd et birlşir. Şəkil 2.13 b-də isə əksinə həmin dolaqların
ucları -x;y;z; bir yerdə birləşib neytral əmələ gətirir, sonları a;b;c; isə üçfazalı şəbəkəyə və yaxud
generatora birləşdirilib. Qeyd etmək lazımdır ki, Şəkil 2.12 a və v - dən göründüyü kimi dolaqların uç və
sonlarının dəyişdirilməsi (yəni a-nın x ilə, b-nin y-ilə, c-nin z-ilə) dolaqda yaranan e.h.q. -nin
istiqamətini dəyişdirir, odur ki, belə dəyişmələr ediləndə nəzərdə tutmaq lazımdır ki, həmin
transformatorlar yalnız ayrı birləşmədir.

Şəkil 2.12

35
şəkil 2.13

Şəkil. 2.13 v)-də a) və b) şəkillərindən fərqli olaraq dolaqların bir yerdə birləşmiş ucları yəni
neytral nöqtədə xüsusi naqil vasitəsilə digər fazalarla birlikdə transformatorun çəlləyindən kənara çıxa-
rılır və ondan digər fazalar kimi xüsusi dayaq izolyatorları vasitəsilə izolə olunur. Belə, birləşmə neytralı
çıxarılmış ulduz birləşmə adlanır özü də y0 – kimi şərti işarəsi ilə işarə edilir.
Ulduz və neytralı çıxarılmış ulduz birləşmə sxemindən
əsasən müxtəlif güclü alçaldıcı və yüksəldici transformatorlarında istifadə edilir. İşçi gərginliyi 110 kv
və yuxarı olan yüksək gərginlik dolaqlarında neytralı çıxarılmış ulduz birləşmədən istifadə etmək
məqsədə uyğundur. Çünki bu transformatorların neytralını lazım olduqda torpaqlamağa imkan verir.
Belə transformatorlarda və avtotransformatorlarda orta gərginlik dolağı da (OG) –Y0 şəklində
birləşdirilir.
Ulduz birləşmiş dolaqların gərginliyinin vektor diaqramı şəkil 2.13 q-də göstərilən kimidir. Vektor
diaqramında ax, by və cz uyğun olaraq a,b və c fazalarının faz gərginliyidir. Neytralı çıxarılmış ulduz -
sxemi ilə birləşmiş dolaqlarda iki gərginlik xətt gərginliyi - U0 və faz gərginliyi -Uf almaq olar. Xətt
gərginliyi dedikdə iki faza arasındakı gərginlik, faz gərginliyi dedikdə isə istənilən faza ilə neytral nöqtə
arasındakı gərginlik nəzərdə tutulur və onlar arasındakı əlaqəsi belə ifadə olunur UX = və yaxud

Uf= .
Dolaqları öz aralarında ulduz birləşmə sxemindən başqa üçbucaq birləşmə sxemi ilə də
birləşdirmək olar. Üçbucaq birləşməsi zamanı a fazının sonu (j - nöqtəsi) c - fazasının sonu (z - nöqtəsi)
b-fazasının başlanğıcı ilə və b - fazasının sonu (y - nöqtəsi) isə a-fazasının başlanğıcı ilə birləşdirilir.
Belə birləşmə üçbucaq birləşmə adlanır. Şəkil 2.13 a). Üçbucaq birləşməni başqa cür də həyata keçirmək
olar. (şəkil 2.13 b) Yəni a-fazasının sonu b - fazasının başlanğıcı ilə, b-fazasının sonu c - fazasının
başlanğıcı ilə c – fazasının sonu isə a-fazasının başlanğıcı ilə birləşdirilir.
Dolaqların üçbucaq birləşməsi zamanı yaranan e.h.q.-lərinin vektor diaqramı şəkil 2.13 v)-də
göstərilən kimidir, yəni bərabərtərəfli üçbucaq formasındadır və bu üçbucağın tərəfləri dolaqların xətt
gərginliklərini ifadə edir. Üçbucağın birləşməsində, ulduz birləşməsindən fərqli olaraq, dolağın xətt
gərginliyi-Ux, onun faz gərginliyinə-Uf bərabər olacaq. Adətən, yüksəldici və alçaldıcı transformatorların
alçaq gərginlik dolağı üçbucaq şəkilli birləşdirilir.
Qeyd etmək lazımdır ki, böyük güclü transformatorlarda zəruri şərt kimi qəbul olunub ki
dolaqlardan biri hökmən üçbucaq şəkilli birləşdirilməlidir. Bu məsələ onunla əlaqədardır ki,
transformatorların maqnitləndirici cərəyanı qeyri sinusoidal formadadır, başqa sözlə bu cərəyanın özü də
yüksək harmonikalı mürəkkəblərdən ibarətdir və bu harmonikaların içərisində ən çox çəkiyə üçüncü
harmonika malikdir. Əgər bütün dolaqlar ulduz birləşdirilibsə bu zaman maqnitləndirici cərəyanın
tərkibində üçüncü harmonika yarana bilməyəcək, çünki bütün fazalarda həmin harmonikalar eyni istiqa-
mətdə yönələcəkdir. Buna görə də faz gərginliyinin forması pozulacaq, bu da öz növbəsində transforma-
torun istismarı zamanı arzu olunmayan hadisələr səbəb olacaq. Elə bu baxımdan qəbul olunub ki, dolaq-
lardan birini hökmən üçbucaq birləşdirmək lazımdır. Əgər hər hansı səbəbdən tələb olunsa ki, dolaqları
ulduz-ulduz birləşmiş böyük güclü ikidolaqlı transformator və yaxud da avtotransformator lazımdır, bu
zaman həmin transformatorda və yaxud da avtotransformatorda istifadə olunmasa da üçüncü dolaq yığıb
və onu üçbucaq birləşdirmək lazımdır. Bu dolağın çıxışlarını transformatorun çəlləyindən kənara
çıxartmaqla olar, ancaq yaxşı olar ki, çıxarılsın ki, gələcəkdə lazım olduqda ondan bir işçi dolaq kimi də

36
istifadə etmək mümkün olsun.

§ 2.16. Yük qrafikləri

Ayrı-ayrı işlədicilərin elektrik yükü və onların ümumi yükləri elektrik stansiyalarının enerji
sistemində iş rejimini ümumi təyin edən əsas göstəricilər olub dövrü olaraq dəyişir. Bu dəyişmə
faktorunu yük qrafiki kimi, yəni elektrik qurğularının tələb etdiyi və yaxud da hasil etdiyi gücün
zamandan asılı olaraq dəyişməsi kimi qəbul edilir. Burada qeyd olunan parametrlər aktiv güc – P,
reaktiv güc – Q, tam güc – S və cərəyan – I zamandan asılı olaraq dəyişməsi qrafikləri şəklində verilir.
Yük qrafiklərinin baxılmış zamana görə dəyişməsi gündəlik (24 saat), mövsüm və illik yük qrafiklərinə
bölünür.
Enerji sistemində baxılan yerinə görə yük qrafikləri aşağıdakı növlərə bölünür:
- yarımstansiyanın şinindən bəslənən işlədicilərin yük qrafikləri;
- rayon şəbəkələrinin və dalan növ yarımstansiyalarının şinindən bəslənən işlədicilərin yük
qrafikləri;
- enerji sisteminin yük qrafikləri;
- elektrik stansiyalarının yük qrafikləri.
Elektrik qurğularının işinin analizi üçün, enerji təchizatı sisteminin layihəsi üçün, elektrik
enerjisinin tələbatının proqnozu üçün, avadanlıqlarının təmirinin planlaşdırılması üçün və istismar
prosesi zamanı elektrik qurğularının normal işini təmin etmək üçün yük qrafiklərindən istifadə olunur.

37
§ 2.16.1 İşlədicilərin gündəlik yük qrafikləri

Bu növ faktiki yük qrafikləri xüsusi qeyd edici cihazlar vasitəsilə gün ərzində işlədicilərin tələb
etdiyi yükün dəyişməsi əsasında qurulur.
İşlədicilərin perspektiv yük qrafikləri layihə zamanı təyin edilir. Bu növ yük qrafiklərini qurmaq
üçün işlədicilərin qoyulmuş (nominal) gücündən istifadə edilir. Qoyulmuş güc dedikdə hər bir
işlədicinin tələb etdiyi enerjinin ümumi gücü nəzərdə tutulur.
Məsələn aktiv güc üçün
Pqoy=ΣPnom. (2.31)
İşlədiciləri baxılan anda yarımstansiyanın şinindən tələb etdiyi güc, yarımstansiyanın şininə
qoşulmuş güc adlanır və aşağıdakı kimi ifadə edilir:

Pqoy= (2.32)

burda - normal yükdə işlədicinin orta faydalı iş əmsalı (f.i.ə)


- normal yükdə şəbəkənin orta faydalı iş əmsalı (f.i.ə)
İstismar təcrübəsindən göründüyü kimi, işlədicilərin həqiqi tələb etdiyi güc adətən onların
qoyulmuş gücündən az olur. Bu azalma xüsusi eynivaxtlılıq - K ey və yüklənmə əmsal Kyük ilə xarakterizə
olunur. Beləliklə, işlədicilərin tələb etdiyi maksimal güc aşağıdakı kimi təyin edilir

Pqoy= (2.33)
burada Ksor - baxılmış işlədicilər üçün sorğu əmsalıdır.
Sorğu əmsalı eyni növ işlədiciləri istismar təcrübəsi əsasında təyin edilir və xüsusi məlumat
kitablarında verilir. Sorğu əmsalının orta qiymətləri bir neçə sənaye müəssisələri üçün cədvəl 2.1-də veril-
mişdir.

38
Cədvəl 2.1
Sorğu əmsalları
işlədicilər Ksor
Qara metallurgiya
- domna sexi 0.6
- marten sexi 0.3
- poladın fasiləsiz tökmə sexi 0.7
- prokat sexi 0.4÷0.6
- maşınqayırma 0.14÷0.6
- kimya sənayesi 0.7÷0.9
- toxuma sənayesi 0.7÷0.85
- ventilyasiya və kondisioner 0.9

(2.31) ifadəsilə tapılmış yükün maksimal qiyməti qış vaxtı tələb olunan maksimal yükün qiymətinə
uyğun qəbul olunur.
Yük qrafiklərini qurmaq üçün Pmax-dan başqa işlədicilərin zamandan asılı olaraq tələb etdiyi yük
qrafiklərinin xarakterini bilmək lazımdır ki, bu da layihə zamanı tipik qrafik vasitəsilə təyin olunur.
Hesabatı asanlaşdırmaq üçün qrafik səlis əyri əvəzinə pilləvari qurulur. Gün ərzində ən böyük yük
100% qəbul olunur, digər pillələr isə verilmiş zaman üçün maksimum yükün nisbi qiyməti kimi
göstərilir.
Pmax – məlum qiymətində verilmiş tipik qrafiki verilmiş real işlədicinin yük qrafikinə çevirmək
olar. Bunu aşağıdakı ifadə ilə yerinə yetirmək olar.
Ppil= (2.34)
burada n% -tipik qrafikin uyğun ordinatıdır.

Şəkil 2.14 a) –da tipik qrafik göstərilmişdir, b)-də isə həmin tipik qrafikin əsasında alınmış
işlədicinin yük qrafiki verilmişdir.
Adətən hər bir işlədici üçün bir neçə gündəlik yük qrafikləri verilir. Belə ki, bu yük qrafikləri ilin
müxtəlif fəsillərində müxtəlif günlərini xarakterizə edir. Bu tipik qrafiklər qış və yay fəsilləri üçün və
istirahət günlərini xarakterizə edir. Əsasən qış fəsli üçün qurulmuş iş gününün gündəlik yük qrafiki əsas
götürülür. Onun maksimal gücü 100% kimi qəbul olunur. Digər qrafiklərin ordinatları isə bu qiymətin
əsasında təyin olunur və xüsusi faizlərlə verilir (şəkil 2.15). Şəkildə 1 – qrafiki iş günün yük qrafiki; 2 –
istirahət gününün qrafikidir.

Şəkil 2.14
İşlədicinin gündəlik yük qrafiki.
a) tipik; b) tipik qrafikin əsasında alınmış yük qrafiki

39
Şəkil 2.15. Qara Şəkil 2.16. İşlədicinin
metallurgiya zavodu üçün aktiv, reaktiv və tam
yük qrafiki gücünün gündəlik qrafiki
1. işçi qrafiki; 2 istirahət
gününün qrafiki

40
Aktiv yük qrafiki ilə yanaşı reaktiv yük qrafikindən də istifadə edilir. İşlədicilərin reaktiv tipik yük
qrafikində aktiv yükdə olduğu kimi pilləvari qəbul edilir. (şəkil 2.16).
Reaktiv gücün maksimal qiyməti aktiv gücün maksimal qiymətinə əsasən aşağıdakı kimi təyin
edilir.

Qmax = Pmax·tφmax, (2.35)

Burada tφmax-nin qiyməti hər bir işlədici üçün əvvəlcədən verilmiş cosφmax vasitəsilə təyin edilir.
Gündəlik tam gücün S qrafiki hər pillə üçün məlum olan aktiv və reaktiv yük qrafikləri əsasında
tapılır. Belə ki, hər pillənin ümumi gücü uyğun pillənin aktiv və reaktiv gücü vasitəsilə aşağıdakı kimi
təyin edilir.
(2.36)

§ 2.16.2 Rayon yarımstansiyalarının gündəlik yük qrafikləri

Rayon yarımstansiyalarının gündəlik yük qrafiklərini quranda elektrik enerjisinin paylanması və


ötürülməsi zamanı transformatorlarda və xətlərdə itən aktiv və reaktiv enerji itilərini nəzərə almaq la-
zımdır. Bu itkilər sabit və dəyişən xarakterli itkilərdir. Məsələn, xətlərdəki itkilər dəyişən xarakterli itki
olub və yükün qiymətindən asılıdır. Transformatorlardakı itkilər sabit dəyişən xarakterlidir. Məsələn,
transformatordakı sabit itki transformatorun yüksüz işləmə itkisilə xarakterizə olunur, dəyişən itkisi
yükdən asılı olaraq dəyişir və əsasən mis itkisindən ibarət olur.
Şəbəkənin hər hansı i-elementində maksimal yük rejimində sabit itkiləri və
dəyişən itkiləri isə ilə işarə etsək, onda yarımstansiyanın istənilən pilləsi üçün ümumi
aktiv və reaktiv güc itkiləri aşağıdakı kimi təyin edilir.

(2.37)

Burada Si – şəbəkənin i – elementinin ümumi yük qrafikində uyğun N – pilləsindəki yüküdür.


S imax - həmin elementin (transformator, xətt) və təyin olunan zaman
maksimal yüküdür.
Konkret şəbəkənin aktiv yükünün qurulma üsulu şəkil 2.17-də göstərilmişdir.

b)

v)

Şəkil 2.17 Elektrik şəbəkəsinin (rayon yarımstansiyasının


şinində) aktiv yükünün qrafikinin qurulması

Şəkil 2.17 a-da rayon yarımstansiyasının sxemi, b-də hər bir yarımstansiyanın A və B-dəki yük
qrafikləri, v-də isə elementlərdəki aktiv itkiləri nəzərə almaqla yarımstansiyanın ümumi aktiv yük qrafiki
göstərilmişdir. Şəkil 2.17-dən göründüyü kimi yarımstansiyanın ümumi yük qrafikini qurmaq üçün A və B

41
yarımstansiyalarının yük qrafikləri cəmlənir və onun üzərinə yarımstansiyanın elementlərindəki ΔP aktiv
itki əlavə olunur.

§ 2.16.3 Elektrik yarımstansiyasının gündəlik yük qrafiki

Elektrik sistemindəki işlədicilərin yük qrafiklərini cəmləyib və onun üzərinə sistemdəki itkiləri
əlavə etsək sistemdə işləyən elektrik stansiyalarının cəm yük qrafikini alarıq. Sistemdə ki, generatorların
yük qrafikini təyin etmək üçün generatorların işlədiyi stansiyanın şinindən verilən güc ilə stansiyanın
xüsusi sərfiyyatı üçün lazım olan gücü cəmləmək lazımdır (şəkil 2,18).
.Elektrik stansiyasının yükü böyük miqyasda dövrü olaraq dəyişərsə xüsusi sərfiyyatın tələb etdiyi
gücün dəyişən xarakterini nəzərə almaq lazımdır. Bu asılılıq aşağıdakı ifadə ilə təyin edilir:

(2.38)

burada Pi – stansiyanın şinindən verilən güc,


Pqoy – generatorların qoyulmuş ümumi gücü;
Px.s.max – xüsusi sərfiyyata sərf olunan maksimal enerji cədvəl vasitəsilə təyin olunur, (2.38)
düsturdakı 0.4 və 0.6 əmsalları təqribi olaraq xüsusi sərfiyyata sərf olunan enerjinin dəyişən və sabit his-
sələrini xarakterizə edir.

42
Pxs.mak
P
Pr

yük

Şəkil 2.18. Enerji sistemin


aktiv yük qrafiki

Yerli tələbatçı
P (yük)
s

Şəkil 2.19. Enerji sistemilə işləyən İEM-in aktiv yük qrafiki


a) İzahat sxemi; b) generator gərginliyində istehsal olunan gücün
qrafiki; əlaqə transformatorun yük qrafiki

43
Cədvəl 2.2
x.s.-in enerji sərfi və sorğu əmsalı

Stansiya Ksor
-nın Yanacağın növü
növü
İEM kömür tozu ilə işlə- 8÷14 8-13 0.8
yən, qaz, mazutla işlə- 5-7 6-10 0.8
yən
KES kömür tozu ilə işləyən 6-8 4-7 0.85-0.9
qaz, mazutla işləyən 3-5 3-6 0.85-0.9
HES kiçik və orta güclü 3-2 2-1.5 0.7
böyük güclü 1-0.5 0.5-0.2 0.8
A.E.S. qaz ilə istiliyin ötürül- 5-14 3-12 0.8
məsi su ilə istiliyin ötü- 5-8 5-9 0.8
rülməsi

Enerji sistemə işləyən elektrik stansiyalarının maksimal səmərəli işləməsi üçün yük onlar arasında
səmərəli bölünməlidir. Bu məqsəd üçün dispetçer xidməti elektrik stansiyalarına xüsusi yük qrafikləri
verir. Stansiyalar isə verilmiş yük qrafiki üzrə işləməlidir.
Elektrik stansiyalarının elektrik hissəsi layihə edilən zaman transformatorların və
avtotransformatorların sistemə ötürəcəyi yükün qrafikləri verilməlidir. Bu növ yük qrafiklərini qurmaq
üçün konkret olaraq İEM-də qoyulmuş əlaqə transformatorun yük qrafikinə baxaq (şəkil 2.19) a) Əlaqə
transformatorunun yük qrafikini almaq üçün generatorun yük qrafikindən (şəkil 2.19), b) yerli işlədi-
cilərə və xüsusi sərfiyyata verilən yük qrafikini çıxmaq lazımdır.

§ 2.16.4 Elektrik yükünün illik davamiyyət qrafiki

Yükün illik davamiyyət qrafiki elektrik qurğularının il ərzində müxtəlif rejimlərdə işləmə
müddətini göstərir. Bu qrafik aşağıdakı belə ardıcıllıqla qurulur, ordinat oxunda uyğun olaraq yükün qiy-
məti absis oxunda isə ildəki saatların sayı 0-dan 8760 qədər göstərilir. Qrafikdə yük Pmax-dan Pmin-a
qədər azalma ardıcıllığı ilə düzülür (şəkil 2.20).

Şəkil 2.20. İllik yük qrafiki

Yükün illik davamiyyət qrafikinin qurulması yükün məlum gündəlik davamiyyət qrafikləri
əsasında qurulur. Adətən ildəki ümumi günlərin sayı yaya və qış mövsümləri arasında paylanılır. Belə
ki, elektrik qurğusunun yerləşdiyi regiondan asılı olaraq bu günlər arasında nisbət də dəyişir. Məsələn

44
yer kürəsinin şimala yaxın hissəsində qış günlərinin sayı yay günlərinin sayından çox və ekvatora yaxın
regionlarda isə əksinə yay günlərinin sayı qış günlərinin sayını üstələyir. Məsələni sadələşdirmək üçün
qış günlərinin sayını – 183 yay günlərinin sayını isə 182 qəbul etmək olar. Yükün illik davamiyyət
qrafikini qurmaq üçün yay və qış mövsümlərindəki gündəlik yük qrafiklərindən ən çox güc tələb olunan
günlərin qrafiklərini götürüb istifadə edilir. Bu qrafiklərə yay və qış gündəlik xarakterik qrafikləri də
deyilir (şəkil 2.19 a). Yay və qış gündəlik xarakterik yük qrafikləri əsasında qurulmuş yükün illik
davamiyyət qrafikini (şəkil 2.19 b) alırıq.
Yükün illik davamiyyət qrafikindən elektrik qurğusunun iqtisadi hesabat göstəricilərini tədqiq
edən zaman da istifadə olunur. Aktiv yük qrafikilə məhdudlaşmış sahə (şəkil 2.20) ədədi qiymətcə
baxılan zaman kəsiyində elektrik qurğusu tərəfindən istehsal olunan və yaxud da tələb olunan enerjinin
miqdarına bərabər olub aşağıdakı kimi təyin edilir;

(2.39)

burada Pi – qrafikin i-pilləsinə uyğun gələn gücün qiyməti; T i – həmin pillənin davamiyyət
müddətidir.
Qurğunun baxılan dövr ərzində orta gücü,

(2.40)
burada T – baxılan zaman müddəti,
- baxılan müddətdə istehsal və yaxud da tələb olunan enerjinin qiyməti.
Şəkil 2.20-dan göründüyü kimi yükün davamiyyət qrafiki hər pillə üçün müxtəlif qiymətlər alır və
bu qeyri-bərabərlik xüsusi əmsal olan doldurma əmsalı ilə xarakterizə olunur və özü də belə təyin edilir,
(2.41)
Yükün illik davamiyyət qrafikinin doldurma əmsalı göstərir ki, baxılan dövr üçün istehsal olunan
və yaxud da tələb olunan enerjinin miqdarı, həmin müddət ərsində əgər qurğu maksimal yük rejimində
işləsəydi istehsal olunan (tələb olunan) enerjidən neçə dəfə az olardı. Məlumdur ki, qrafik nə qədər
hamardırsa K dol – bir o qədər vahidə yaxındır.
Qurğunun yük qrafikini xarakterizə etmək üçün maksimal gücdən istifadə saatlarının sayını təyin
etmək də məqsədə uyğundur.
(2.42)
burada Tmax –maksimum gücdən istifadə saatlarının sayıdır.
Maksimum gücdən istifadə saatlarının sayı onu göstərir ki, baxılan müddət ərzində yəni T
müddətində baxılan qurğu neçə saat sabit maksimum yük rejimində işləməlidir ki, bu müddət ərzində
həmin istehsal olunan enerjinin -miqdarını hasil etmək mümkün olsun. Praktikada qoyulmuş
gücdən – Pqoy istifadə əmsalından da istifadə olunur və belə təyin edilir.
(2.43)
Və yaxud da qoyulmuş gücdən istifadə müddəti, saatı

(2.44)

Enerji sistemində işləyən qurğularda qoyulmuş gücdən istifadə saatlarının sayı ildə orta hesabla
5000 saata bərabər götürülür. Əks halda baxılan qurğu rentabelli sayıla bilməz.

45
a) b)
s
s
Şəkil 2.21 İllik yükün davamiyyət qrafikinin qurulma üsulu

46
III FƏSİL

ELEKTRIK QURĞULARINDA NEYTRALIN


IŞ REJIMLƏRI

§ 3.1 Ümumi məlumat

Elektrik qurğuları neytralı dedikdə generatorun və ya transformatorun ulduzvari birləşmiş


dolaqlarının ümumi nöqtəsi nəzərdə tutulur.
Generatorların və transformatorların neytralının yerlə əlaqə rejimi elektrik qurğularının izolyasiya
səviyyəsinin və kommutasiya aparatlarının seçilməsində, ifrat gərginliyin qiymətlərinin təyinində və
onların məhdudlaşdırılmasında, yerlə birfazalı birləşmədə cərəyanın qiymətlərində, rele mühafizəsinin
işləmə şərtlərində və elektrik şəbəkələrində təhlükəsizliyin, rabitə xətlərində elektromaqnit təsirin və s.
məsələlərin həllində böyük rol oynayır.
Elektrik şəbəkələri neytralın rejimindən asılı olaraq dörd qrupa bölünürlər:
1) neytral torpaqlanmamış (izolə olunmuş) şəbəkələr;
2) neytral rezonans-torpaqlanmış (kompensasiya olunmuş) şəbəkələr;
3) neytralı effektiv torpaqlanmış şəbəkələr;
4) neytralı birbaşa (vasitəsiz) torpaqlanmış şəbəkələr.
Birinci və ikinci qrupa, işçi gərginliyi 3-3.5 kV olan elektrik şəbəkələri aiddir. Belə şəbəkələrdə
generatorların və transformatorların neytralları ya izolə olunub, ya da xüsusi qövs söndürən sarğaclar
vasitəsilə (QSS) torpaqlanır.
Neytralın effektiv torpaqlanması işçi gərginliyi 1 kV-dan çox olan elektrik şəbəkələrində istifadə
olunur. Belə şəbəkələrdə yerlə birləşmə əmsalı 1.4-dən çox olmur.
Yerlə birləşmə əmsalı dedikdə qəza zamanı şəbəkədə yerlə birləşmə nöqtəsində zədələnməyən
fazanın yerə nəzərən gərginliyini həmin fazanın həmin nöqtədə qəzadan əvvəlki gərginliyinin yerə nəzə-
rən qiymətinə nisbəti nəzərdə tutulur. Beynəlxalq elektrotexnika komitəsinin qərarına əsasən neytralı
effektiv torpaqlanmış şəbəkələrdə yüksək gərginlikli və ultra yüksək gərginlikli şəbəkələr daxil
edilmişdir. Belə şəbəkələrdə neytral yerlə bilavasitə və yaxud da çox kiçik aktiv müqavimət vasitəsilə
birləşir. Belə şəbəkələrin işçi gərginliyi 10 kV-dan yuxarıdır.
Neytralı vasitəsiz torpaqlanmış şəbəkələrin işçi gərginliyi 220, 380 və 660 V-dur.
Qeyd etmək lazımdır ki, birfazlı yerlə qapanma cərəyanın qiyməti 500 A-dən az olarsa belə
şəbəkələr, yerlə qapanma cərəyanı az olan şəbəkələr adlanır və belə şəbəkələrə neytralı izolə olunmuş və
yaxud da rezonans torpaqlanmış şəbəkələrə aiddir.
Yerlə qapanma cərəyanı 500 A-dən çox olan şəbəkələr neytralı effektiv torpaqlanmış şəbəkələrə
aiddir

§ 3.2. Neytralı torpaqlanmayan (izolə olunmuş)


üçfazlı şəbəkələr

Neytralı izolə olunmuş şəbəkələrdə birfazlı yerlə qapanma zamanı yaranan cərəyan fazların xətt
boyunca bərabər paylanmış tutumlardan qapanır, məsələni sadələşdirmək üçün xətt boyunca paylanmış
tutumu onun bir tutumla əvəz olunaraq həmin xətin ortasına qoşulur (şəkil 3.1.a). Bu zaman fazlar arası
tutum nəzərə alınmır, çünki birfazlı zədələnmələrdə həmin tutum yerlə qapanma cərəyanlarına təsir
etmir.
Normal iş rejimində şəbəkənin faz gərginliyinin yerə nəzərən qiymətləri simmetrik
olub və faz gərginliyinə bərabər olur, fazın yerə nəzərən tutum cərəyanları və -də
simmetrik olub bir-birinə bərabərdir (şəkil 3.1a)

Fazın tutum cərəyanı belə təyin edilir


(3.1)
burada C – fazın yerə nəzərən tutumudur.
47
Üçfazlı tutum cərəyanlarının həndəsi cəmi sıfıra bərabərdir. Neytralı izolə olunmuş şəbəkələrin,
normal rejimində tutum cərəyanlarının qiyməti bir qayda olaraq bir neçə amperdən çox olmur və praktiki
olaraq generatorun yükünə təsir etmir. Fazın yerlə metalik qapanma zamanı zədələnməyən fazalarda
gərginlik dəfə artaraq xətt gərginliyinə qədər artır. Metalik qapanma dedikdə fazın yerlə qapanması
zamanı həmin nöqtədə müqavimət təqribən sıfıra bərabər götürülür. Məsələn, A – fazasının yerlə
qapanma zamanı (şəkil 3.1.b). Yerin səthi, zədələnmə nöqtəsində fazanın potensialına bərabər potensial
alır. B və C fazaları isə yerə nəzərən fazlar arası potensiala, yəni xətti gərginliyə qədər artaraq
və bərabər olur. Zədələnməyən fazaların cərəyanlarına uyğun olaraq dəfə
artacaq.
A-fazasının yerə nəzərən xüsusi tutum cərəyanı sıfıra bərabər olacaq, çünki həmin fazanın yerə
nəzərən tutumu da sıfıra bərabərdir. Zədələnmə yerində cərəyan üçün yaza bilərik:
, (3.2)

Başqa sözlə yerlə qapanma nöqtəsində zədələnməyən fazların cərəyanların həndəsi cəmi yerlə
qapanma nöqtəsindən keçən cərəyan vektorunun qiymətini təyin edir - İ c, özü də normal rejimdəki tutum
3 dəfə çox olur:
(3.3)
İfadədən (3.3) göründüyü kimi İc –cərəyanı şəbəkənin gərginliyindən, tezliyindən və fazanın yerə
nəzərən tutumundan asılıdır. Fazanın yerə nəzərən tutumu, əsasən şəbəkənin xəttinin konstruksiyasından
və onun uzunluğundan asılır.
Təqribi olaraq İc – cərəyanın aşağıdakı ifadələrlə təyin etmək olar:
hava xətləri üçün (3.4)

kabel xətləri üçün (3.5)

burada U – fazalar arası gərginlik, kV; l – elektrik əlaqəsi olan şəbəkələrin kabel xətlərinin
uzunluğu, km.

48
Şəkil 3.1
Neytralı
torpaqlanmayan üçfazlı
şəbəkələr

49
Fazanın yerlə qapanma nöqtəsində keçid müqaviməti yaranar, başqa sözlə qeyri-metalik birləşmə
olarsa, bu zaman zədələnmiş fazada gərginlik sıfırdan çox, faza gərginliyindən az olacaq, zədələnməyən
fazalarda isə faza gərginliyindən çox xətt gərginliyindən az olacaq. Yerlə qapanma cərəyanı nisbətən
azalacaq.
Neytralı izolə olunmuş şəbəkələrdə birfazalı yerlə qapanma zamanı xətt gərginliyi
dəyişmədiyindən, xətt gərginliyinə qoşulmuş işlədicilər normal işini davam etdirəcəklər. Neytralı izolə
olunmuş şəbəkələrdə birfazalı yerlə qapanma zamanı digər fazalarda gərginlik xətt gərginliyinə qədər
artacaq. Odur ki, belə şəbəkələrdə izolyasiya həmişə xətt gərginliyinə hesablanır. Nəzərə alsaq ki,
birfazalı yerlə qapanmadan yaranan qəzalar ümumi qəzaların 70%-dən çox hissəsini təşkil edir, bu
səbəbdən də 35 kV-a qədər şəbəkələrdə neytralı izolə etmək məqsədəuyğundur. Çünki belə şəbəkələrdə
izolyasiya səviyyəsini qismən artırmaqla enerji təchizatının etibarlılığını artırmaq olar. Qeyd etmək
lazımdır ki, birfazalı yerlə qapanma digər fazalarda gərginliyin artmasına və izolyasiyanın zəif
nöqtələrində deşilməsinə, bu da öz növbəsində iki fazalı yerlə qısaqapanmaya və açılmalara səbəb olar.
Ona görə də belə şəbəkələrdə yerlə birfazalı qapanma baş verərsə, onu aşkar etmək üçün şəbəkənin
gərginlik transformatoruna qoşulmuş xüsusi xəbərdaredici siqnallar qoyulur ki, vaxtında zədə yeri aşkar
edilsin və aradan qaldırılsın. Bu müddət iki saatdan çox olmamalıdır.
Birfazalı yerlə qapanmanın ən təhlükəlisi halı qapanma nöqtəsində yanıb sönən qövsün
yaranmasıdır. Çünki bu zaman böyük ifrat gərginlik yaranır və onun qiyməti bəzən 3.5 Uf-a qədər
çataraq şəbəkənin bütün avadanlıqlarını əhatə edə bilər.
Birfazalı yerlə qapanma zamanı yanıb-sönən qövsün yaranmasına əsas səbəb tutum cərəyanıdır.
Tutum cərəyanı 5-10 A arasında olanda belə qövslərin yaranma ehtimalı daha çoxdur. Odur ki, işçi
gərginliyindən asılı olaraq şəbəkədə yol verilə bilən tutum cərəyanlarının qiymətləri aşağıda göstərilən
qiymətlərdən çox olmamalıdır.

3-6kV-da 30A – qədər


10 kV-da 20A
15-20kV-da 15A
35kV-da 10A.
Dəmir-beton və metallik dayaqları olan şəbəkələrdə yol verilə bilən tutum cərəyanı 10A-dan çox
olmamalıdır. Generator – transformator blok sxemində Ic –cərəyanı 5A-dən çox olmamalıdır.

§ 3.3 Neytralı rezonans torpaqlanmış


(kompensasiya olunmuş) üçfazalı şəbəkələr

İşçi gərginliyi 3-35 kV olan şəbəkələrdə yerlə birfazalı


qapanma cərəyanlarını azaltmaq üçün, başqa sözlə onun
qiymətini yuxarıda göstərilmiş hədlər daxilində
saxlamaq üçün neytrala qövs söndürən sarğaclar (QSS)
qoşurlar. Beləliklə, neytral ilə yer arasında tutum cərəyanlarını
azaltmaq və yaxud da lazım olanda yox etmək üçün xüsusi
kompensasiyaedici qurğu qoşulur (şəkil – 3.2).
Normal iş rejimində qövs söndürən sarğacdan keçən
cərəyan praktik olaraq sıfıra bərabərdir. Fazalardan hər hansı
biri, məsələn, şəkil 3.2-dən göründüyü kimi, A-fazası yerlə
qapanan zaman QSS faza Şəkil 3.2 gərginliyinə qoşulmuş olur və
ondan tutum cərəyanı - Ic ilə Neytralı torpaqlanmayan yanaşı induktiv cərəyanı da - Iı
axır. Məlumdur ki, induktiv - şəbəkələrdə iki yerdə yerlə qapanma Iı və tutum - Ic cərəyanları fazaca
bir-birinə nəzərən 180 bucaq
0
qədər fərqlənirlər və yerlə
qapanma nöqtəsində bir-birini kompensasiya edirlər. Əgər Iı=Ic olarsa, bu zaman rezonans hadisəsi baş
verəcək və yerlə qapanma nöqtəsindən cərəyan axmayacaq. Elə bunun sayəsində də zədə yerində yanıb
sönən, qövs yaranmayacaq. İfrat gərginlikdə olmayacaq və onun təhlükəli nəticəsi də aradan qaldırıla-
caqdır.

50
Şəkil 3.3 Neytralı qövs söndürücülü üçfazlı şəbəkə

Şəbəkə üçün QSS-in gücü aşağıdakı ifadə ilə təyin olunur:

Q=nIcUf, (3.6)
burada n – şəbəkənin inkişafını nəzərə alan əmsal olub, n=1.25 həddində qəbul edilir; I c – yerlə
qapanma cərəyanın tam qiymətidir, A; Uf – şəbəkənin faza gərginliyi, kV.

Şəbəkədə yerlə qapanma cərəyanı Ic≥50A olarsa, onda güclərinin cəmi (3.6) ifadəsilə təyin
olunmuş iki QSS qoşulmalıdır.
Kompensasiya olunan şəbəkələrdə ən azı üç xətt vasitəsilə əlaqədə olan qidalandırıcı düyün
yarımstansiyalarında QSS qoşulmalıdır. Generator gərginlikli şəbəkələrdə kompensasiya edən qurğular
generatora yaxın yerdə qoşulur. Qeyd etmək lazımdır ki, bir toplayıcı şinə işləyən generatorlarda
birfazalı yerlə qapanma mühafizəsinin normal işini təmin etmək üçün QSS-in dövrəsi sıfır ardıcıllıqlı
cərəyan transformatorunun nüvəsinin pəncərəsindən keçməlidir (şəkil 3.3).
QSS-i dövrəyə qoşmaq üçün xüsusi transformatordan və yaxud da xüsusi sərfiyyat
transformatorundan (x.s.t.) istifadə edilir. Bu zaman QSS-in gücü transformatorun gücü ilə müqayisə
ediləcək dərəcədə olarsa, onların bir-birinə təsirini nəzərə almaq lazımdır. Bu təsir birinci növbədə
ondan ibarətdir ki, QSS-in dövrəsinə əlavə olaraq transformatorun induktiv müqaviməti də
qoşulduğundan onun kompensasiya etdiyi cərəyanın qiyməti azalacaq, bununla da QSS-in effektivliyi
azalacaq. Bu effekt özünü əsasən dolaqları λ/λ birləşmiş transformatorlarda daha çox büruzə verir. Çünki
λ/λ birləşmiş dolaqlarda birfazalı yerlə qapanma zamanı transformatorun induktiv müqaviməti, fazalar
arası qapanma zamanı yaranan induktiv müqavimətdən on dəfədən çox olacaq. Bu çatışmazlığı aradan
qaldırmaq üçün reaktoru dövrəyə qoşmaq üçün dolaqları λ/Δ birləşmiş transformatorlardan istifadə
etmək məqsədəuyğundur.
Transformatorun neytralına qoşulmuş QSS birfazalı yerlə qapanma zamanı transformatora əlavə
yük kimi qoşulduğundan onun kəskin qızmasına səbəb olur. Odur ki, transformatorun neytralına QSS
qoşan zaman, transformatorun alçaq tərəfdən yükünü nəzərə almaq lazımdır.
Başqa sözlə yüklənmiş transformatorun neytralına QSS qoşan zaman onun buraxıla bilən gücü
aşağıdakı ifadə ilə təyin edilir:
(3.7)
burada - transformatorun nominal gücü, - işlədicilərin yükünün maksimal yüküdür.
QSS-in yüklənməmiş transformator vasitəsilə dövrəyə qoşularsa, onda şərti
nəzərə almaq lazımdır.
Neytralı izolə olunmuş və yaxud da rezonans torpaqlanmış şəbəkələrdə birfazalı yerlə qapanma
baş verərsə, şəbəkənin 6 saat müddətində həmin rejimdə işləməsinə icazə verilir.
QSS-in neytralda qoyulması ona görə qiymətlidir ki, fazanın qısamüddətli yerlə əlaqəsi zamanı
qapanma nöqtəsində qövs tez sönür və xətt açılmır.
Neytrala QSS-i qoşulan şəbəkələrdə birfazalı yerdə qapanma zamanı digər zədələnməyən
fazalarda gərginlik dəfə, xətt gərginliyinə qədər artır. Deməli, həm neytralı izoləolunmuş, həm də

51
neytralda QSS-i olan şəbəkələr, əsas xüsusiyyətlərinə görə eynidir və neytralı izolə olunmuş şəbəkə
adlana bilər.

§ 3.4. Neytralı effektiv torpaqlanmış üçfazalı şəbəkələr

110 kV və yüksək gərginlikli şəbəkələrdə neytralın yerlə əlaqəsinin seçilməsində izolyasiyanın


qiymət faktoru ön plana keçir. Belə şəbəkələrdə neytralın effektiv torpaqlanması tətbiq olunur. Bu nöz
torpaqlanmada birfazalı yerlə qapanma zamanı zədələnməyən fazalarda yerə nəzərən gərginlik normal
rejimdəki xətt gərginliyin 0.8 hissəsini təşkil edir. Bu xüsusiyyət neytralı effektiv torpaqlanmış
şəbəkələrin müsbət cəhətidir. Bununla yanaşı bu rejim bir çox çatışmayan cəhətlərə malikdir. Belə ki, bu
rejimdə birfazalı yerlə qapanma zamanı faza gərginliyi tətbiq olunmuş yer və neytrala qoşulmuş kiçik
müqavimətdən ibarət kiçik bir dövrə də qısa qapanma rejimi yaranır. Avadanlığın zədələnməsinin
qarşısını almaq üçün belə böyük cərəyanın keçməsinə yol vermək olmaz. Odur ki, rele mühafizəsi
vasitəsilə dövrə açılır.
110 kV və yuxarı gərginlikli şəbəkələrdə birfazalı yerlə qapanmaların çox hissəsi mühafizə ilə
açılandan sonra zədə yerində izolyasiya normal rejimini bərpa edir. Belə şəbəkələr avtomatik təkrar
qoşma (ATQ) qurğuları ilə təchiz olunur. Açılmadan sonra qısa müddətdə həmin xətt yük altına qoşulur
və öz normal işini bərpa edir. Bununla da enerji təchizatında fasilə yaranmır.
Bu növ şəbəkələrin ikinci çatışmayan cəhəti ondan ibarətdir ki, böyük qısa qapanma cərəyanlarını
yerə ötürmək üçün mürəkkəb mühəndis qurğuları sayılan torpaqlayıcı kontur qurğularının hazırlan-
masıdır.
Neytralı effektiv torpaqlanmış şəbəkələrin üçüncü çatışmayan cəhəti ondan ibarətdir ki, əksər
transformatorların torpaqlanması və çoxlu avtotransformatorları olan şəbəkələrdə birfazalı qısa qapanma
cərəyanları bəzən üçfazalı qısa qapanma cərəyanlarını üstələməsidir. Odur ki, belə şəbəkələrdə əsasən
110-220 kV şəbəkələrdə birfazalı qısa qapanma cərəyanlarını məhdudlaşdırmaq üçün, əgər mümkünsə
neytralı qismən izolə etmək və yaxud da effektiv torpaqlamaq, yəni neytralı cərəyan məhdudlaşdıran
müqavimət qoşulması məqsədə uyğun sayılır. (şəkil 3.4)

torpaqlayıcı

Şəkil 3.4 Neytralı effektiv torpaqlanmış üçfazlı şəbəkə

§ 3.5 Neytralı birbaşa (vasitəsiz) torpaqlanmış


üçfazalı şəbəkələr

İşçi gərginliyi 1 kV-a qədər olan üçfazalı şəbəkələr neytralı birbaşa torpaqlanmış şəbəkələrə aiddir.
Belə şəbəkələrin işlədiciləri, bir fazaya qoşulmuş birfazalı və üçfazalı qoşulmuş üçfazalı işlədicilərdən
ibarətdir. Bu şəbəkələrdə transformatorların və generatorların neytralı yerlə birbaşa və yaxud da çox
kiçik müqavimət, məsələn cərəyan transformatorları vasitəsilə birləşdirilir (şəkil 3.5).
Birfazalı işlədicilərin dövrəyə qoşulması üçün transformatorun neytralı ilə birləşmiş tələbatçılara

52
qədər uzadılmış sıfır xəttindən istifadə olunur. Bu sıfır xətti üçfazalı işlədicilər üçün həm də sıfırlama
rolunu oynayır. Başqa sözlə normativ rejimdə üçfazalı işlədicilərin metal gövdəsi məqsədyönlü olaraq
bu xəttə birbaşa olaraq birləşdirilir ki, qəza rejimində, yəni fazanın gövdə ilə əlaqəsi zamanı yaranan
qısaqapanmadan həmin işlədici mühafizə vasitəsilə açılsın (şəkil 3.5-də I mühərrik).
İşlədicilərin gövdəsi sıfırlama xəttilə əlaqəsi olmayanda şəkildə II mühərrikin faza izolyasiyasının
zədələnməsi zamanı, mühərrikin gövdəsi faza gərginliyinə məruz qalacaq. Bu da işçilərin təsadüfən
həmin mühərrikin gövdəsinə toxunması zamanı gərginlik altına düşə bilər. Odur ki, belə şəbəkələrdə
üçfazalı işlədicilərin gövdəsi həmişə sıfırlama xəttilə birləşdirilməsi və yaxud da torpaqlanmalıdır ki,
yuxarıda qeyd edilən hadisə baş verməsin. Sıfır xəttinin dövrəsində xəttin qırılmasına yol vermək olmaz,
qırılma baş verərsə bu zaman şərti qeyri-simmetrilik yaranır. Başqa sözlə çox yüklənmiş fazada
gərginlik aşağı düşəcək, az yüklənmiş fazalarda isə gərginlik artacaqdır. Odur ki, belə şəbəkələrdə sıfır-
lama xəttinin dövrəsinin bütövlüyünə daimi nəzarət edilməlidir. Əgər qırılma baş verərsə onu tapıb
aradan qaldırmaq lazımdır. Odur ki, belə şəbəkələrdə həm enerjinin keyfiyyət göstəricilərini, həm də
təhlükəsizliyi təmin etmək üçün yaxşı olar ki, sıfırlama mühafizə xəttilə və sıfır işçi xətti ayrı-ayrılıqda
çəkilsin.

Şəkil 3.5 Neytralı birbaşa torpaqlanmış üçfazlı şəbəkə


VI FƏSİL

53
IV FƏSIL

ELEKTRIK QURĞULARINDA QISAQAPANMALAR

§ 4.1 Qısaqapanmanın əsas mahiyyəti və xarakteristikası

Qısaqapanma dedikdə üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı vasitəsiz və
effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qa-
panma nəzərdə tutulur.
Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın
pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın
köhnəlməsindən, elektrik verliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə
qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik
verliş xətlərininə ildırımin vuzması və s.
Qısaqapanmanın əksəriyyəti qapanma nöqtəsində yaranmış qövsün müqavimətindən qapanır, buna
keçid müqaviməti deyilir. Bəzən qapanma nöqtəsində keçid müqaviməti sıfıra bərabər olur, buna isə
metaliki qapanma deyilir. Qısaqapanmaların analizini asanlaşdırmaq üçün qapanma nöqtəsində keçid
müqavimətini nəzərə almırlar, yəni qapanma metaliki qapanma kimi qəbul edilir.
Üçfazalı elektrik qurğularında üçfazalı və ikifazalı qapanmalarda yaranır.
Neytralı vasitəsiz və yaxud da effektiv torpaqlanmış üçfazalı şəbəkələrdə əlavə olaraq birfazalı və
ikifazalı yerlə qapanmalarda olur, yəni fazalar eyni zamanda öz aralarında və həm də yerlə qapana bilər.
Üçfazalı qısaqapanmalarda elektrik şəbəkələrinin bütün fazaları eyni şəraitdə olduğundan belə qısa
qapanmalara simmetrik qısa qapanmalar deyilir. Qısaqapanmaların digər növləri, birfazalı və yaxud
ikifazalı qısaqapanmalar baş verərsə, bu növ qısaqapanmalar qeyri-simmetrik qısaqapanmalar adlanır.
Bu və ya digər növ qısaqapanmaların yaranma ehtimalı elektrik qurğularının, işçi gərginliyindən, xəttin
konfiqurasiyasından və klimatik şəraitdən asılı olaraq cədvəl 4.1-də verilmişdir.

Cədvəl 4.1

54
Məlumdur ki, bir qayda olaraq qısaqapanma baş vermiş fazada cərəyan kəskin artır və bu artma
cərəyanın normal rejimdəki qiymətdən bir neçə dəfə çox olur.
Qısaqapanma cərəyanları öz axma yolunda naqillərdə və kontaktlarda böyük itkilər yaradır və bu
da həmin yerlərdə kəskin qızmaya səbəb olur. Məlumdur ki, qızma hadisəsi də öz növbəsində izol-
yasiyanın tez köhnəlməsinə və zədələnməsinə, kontaktların qaynaq olmasına və yanmasına, şinlərin və
naqillərin mexaniki möhkəmliyinin kəskin azalmasına səbəb olur. Elə bu baxımdan qısaqapanma zamanı
keçirici naqillər, şinlər və aparatlar hesabat nəticəsində təyin olunmuş müddətdə zədələnmədən yaranan
qızmaya dözməlidir, yəni termiki dayanıqlı olmalıdır.

Şəkil 4.1

Bundan başqa naqillərdən, şinlərdən və aparatlardan qısaqapanma cərəyanları axanda keçirici


naqillərdə, şinlərdə və aparatlarda çox böyük elektrodinamiki qüvvələr yaranır. Bu zaman lazımi tədbir-
lər görülməsə bu qüvvələrin təsirindən cərəyan daşıyan hissələr və onların izolyasiyası dağıla bilər.
Cərəyan daşıyan hissələr, aparatlar və elektrik maşınları elə layihələndirilməlidir ki, qısa qapanma vaxtı
həmin elektrodinamiki qüvvələrə dözsün, yəni elektrodinamiki dayanıqlı olmalıdır.
Qısaqapanmalar elektrik şəbəkələrində gərginliyin aşağı düşməsilə özünü büruzə verir. Bu hal
qısaqapanma nöqtəsinə yaxın yerlərdə daha çox hiss olunur.
Radial elektrik şəbəkələrinin müxtəlif nöqtələrində qısaqapanmalar baş verən zaman gərginliyin
dəyişmə diaqramı şəkil 4.1.-də göstərilmişdir. İşlədicilərin şinində gərginliyin aşağı düşməsi təhlükəli
hadisələrə səbəb olur, məsələn, elektrik mühərrikləri gərginliyin azalmasına daha çox həssasdırlar. Belə
ki, gərginlik kəskin azalanda mühərriklərin fırladıcı momenti azalır və tormozlama hadisəsi baş verir. Bu
zaman mühərrik daha çox cərəyan tələb edir, bu da öz növbəsində daha çox gərginlik düşgüsünə və s.
səbəb olur. Bu prosesin vaxtında qarşısı alınmasa çoxlu işlədiciləri əhatə edər və daha böyük qəzalara
səbəb olar. Hətta qısaqapanma zamanı gərginliyin kəskin azalması generatorların paralel işləmə
dayanıqlığını pozar və sistem qəzasına səbəb ola bilər.
Enerji sisteminin etibarlı işini təmin etmək üçün qəzaların təhlükəsinin dərəcəsini azaltmaq
lazımdır. Bunun üçün zədələnmiş elektrik qurğularının mühafizə vasitəsilə tez və sellektiv açılması, ava-
danlıqların yarana biləcək qısaqapanma cərəyanlarının qiymətinə uyğun seçilməsidir. Onların cərəyan
məhdudlaşdırıcı qurğularla təmin olunması və səmərəli sxemin seçilməsi məsələləri həll edilməlidir.
Yuxarıda göstərilən tədbirləri həyata keçirmək üçün qısaqapanmaların qiymətini və onların
zamana görə dəyişməsini maksimum dəqiqliklə təyin etmək lazımdır.
Qısaqapanmalar həmişə keçid prosesilə müşahidə olunur. Bu zaman cərəyanın və gərginliyin
zamandan asılı olaraq dəyişməsi həm keyfiyyət, həm də kəmiyyət baxımından, mənbəyin gücündən və
onun daxili müqavimətindən asılı olur.
Enerji sisteminin və onun ayrı-ayrı mənbələrinin gücü və müqaviməti bir-birindən fərqli
qiymətlərə malikdir. Ancaq elektrik şəbəkələrinin bir çox elementlərinin müqaviməti, məsələn transfor-
matorların, xətlərin, reaktorların müqaviməti, enerji sisteminin müqavimətlərindən çox-çox böyük
55
olduğundan bu elementlərdən sonra qısaqapanmalar baş verən zaman, qısaqapanma dövrəsinin müqavi-
məti sistemin müqavimətindən çox olduğundan, sistemin müqaviməti nəzərə alınmır. Bu da məsələnin
həllinə heç bir xələl gətirmir. Odur ki, avadanlıqların seçilməsində, həmçinin də rele mühafizəsinin
qoyuluş parametrlərinin seçilməsi zamanı qısaqapanma cərəyanlarının hesabatında, qidalandırıcı
(sistemin) mənbəyin müqaviməti qısaqapanma dövrəsinin müqavimətinin 5÷10%-ni təşkil edərsə,
sistemin müqaviməti nəzərə alınır.

§ 4.2. Üçfazalı qısaqapanmalar

Şəkil 4.2-də aktiv və induktiv müqaviməti olan sadə simmetrik üçfazalı elektrik dövrəsinin sxemi
göstərilmişdir. Dövrə elə mənbədən qidalanır ki, həm normal rejimdə, həm də qısa qapanma rejimində
çıxışındakı üçfazalı gərginlik özünün simmetrikliyini və dəyişməz qiymətini saxlasın. Normal iş rejimi
üçün baxılan dövrənin vektor diaqramı şəkil 4.3.a. da göstərilmişdir. Vektor diaqramındakı φ bucağı
yükü nəzərə alınmaqla bütün dövrənin aktiv və induktiv müqavimətinin nisbətilə təyin olunur. Şəkildən
göründüyü kimi qısaqapanma dövrəni iki hissəyə bölür. Qısaqapanmadan sağda yerləşən hissənin faza
müqavimətini r1və x1=ωL1 solda yerləşən hissənin mənbəyi nəzərə alınmaqla qısaqapanma dövrəsinin
müqavimətini isə rqq və xqq=ωLqq işarə edək. Üçfazalı qısaqapanma zamanı dövrənin hər iki hissəsində
bir-birindən asılı olmayaraq proseslər gedir. Baxılan dövrənin sağ hissəsi qısaqapanma ilə şuntlandığı
üçün dövrənin bu hissəsində yaranmış cərəyan L1 – induktivliyində yığılmış maqnit enerjisinin, r1 aktiv
müqavimətində istilik enerjisinə tam çevrilənə qədər davam edəcəkdir. Bu cərəyan sönən xarakterli olub
dövrənin aktiv-induktiv xarakterli müqavimətində normal rejimindəki cərəyandan çox olmur, özü də
sönərək sıfıra qədər azaldığından avadanlıqlar üçün heç bir təhlükə yaratmır.

Şəkil 4.2

Dövrənin sol hissəsində mənbənin olması və onun Lq – induktivliyinə malik olması hesabına keçid
prosesi yaranır. Bu keçid prosesi aşağıdakı tənliklə ifadə edilir,

(4.1)
burada rqq, Lqq – qısaqapanma dövrəsinin aktiv və induktiv U və i – uyğun olaraq baxılan faza üçün
gərginlik və cərəyanın ani qiymətləridir.
Bu tənliyin həlli qısaqapanma anından başlayaraq qısaqapanma cərəyanının qiymətini t zamanının
istənilən anı üçün təyin etməyə imkan verir. Beləliklə qısaqapanma cərəyanın ani qiyməti üçün aşağıdakı
ifadəni alırıq

(4.2)

tənlikdə Um – mənbənin faza gərginliyinin amplitud qiyməti; Zq – mənbəyə qoşulmuş dövrə


hissəsinin tam müqaviməti, α – zamanın t=0 anı üçün gərginliyin faza bucağı; φ q – qısaqapanma döv-
rəsində baxılan faza üçün cərəyanın gərginliyə nəzərən sürüşmə bucağı; Ta – qısaqapanma dövrəsinin
zaman sabitidir. Qısaqapanma dövrəsinin zaman sabiti aşağıdakı ifadə ilə təyin edilir, və
qiyməti isə müasir generatorların, sinxron kompensatorların və onların qısaqapanma nöqtəsilə
əlaqəsindən asılı olaraq xüsusi cədvəllərdə verilir.

56
(4.2) ifadəsindən göründüyü kimi qısaqapanmanın tam cərəyanı iki təşkiledicidən ibarətdir:
mənbəin gərginliyinin təsirindən yaranmış məcburi təşkiledici (tənliyin birinci üzvü) və Lq induktivli-
yində yığılmış maqnit sahəsinin enerji hesabına yaranmış sərbəst təşkiledicidir (tənliyin ikinci üzvü).
Qısaqapanma cərəyanın məcburi təşkiledici dövrü xarakterli olub, tezliyi isə mənbəyin
gərginliyinin tezliyinə bərabərdir. Adətən bu təşkiledicini qısaqapanma cərəyanın periodik təşkiledici
adlandırılır,
(4.3)
burada İd,m – cərəyanın periodik dövrü təşkiledicinin qiymətidir.

a) b)

Şəkil 4.3 Gərginliyin və cərəyanın vektor diaqramı

Gərginliklə cərəyan arasındakı bucaq φq qısaqapanma dövrəsinin aktiv və induktiv


müqavimətlərinin nisbəti əsasında təyin edilir. Real dövrələr üçün adətən xq>>rq olduğundan φq=45÷90o
arasında dəyişir. Qısaqapanma cərəyanın periodik təşkiledicisi üçün vektor diaqramı, φq=90o olduqda
şəkil 4.2b, verilmişdir.
Cərəyanın sərbəst təşkiledicisi, aperiodik xarakterli olduğundan cərəyanın bu təşki-
ledicisi aperiodik təşkiledici adlanır.
Hər bir faza üçün qısaqapanma cərəyanın aperiodik təşkiledicisinin başlanğıc qiyməti t=0 anı üçün
(4-2) ifadəsindən təyin edilir,

ia.o =iq,o-id,o; (4.4)

burada iq,o – qısaqapanma cərəyanın t=0 anı üçün qiyməti olub i(o) –a bərabərdir, id,o – cərəyanın
dövrü təşkiledicisinin t=0 anı üçün qiymətidir, özü də belə təyin edilir.

(4.5)

Qeyd etmək lazımdır ki, qısaqapanma cərəyanın həm maksimal qiymətinin, həm də aperiodik
qiymətinin yaranma səbəbləri müəyyən maraq kəsb edir.
(4.4) və (4.5) tənliklərindən, xq≥rq və φq90o olduqda ia,o – cərəyanın maksimal qiyməti,
qısaqapanma gərginliyinin sıfırdan keçən anında, yəni α=0 və qısaqapanmaya qədər dövrədə cərəyan sı-
fıra bərabər, yəni i(o)=0 olduqda, baş verəndə yaranır.
Bu halda ia·o=Id,m olur. Aperiodik cərəyanın maksimal qiymətində qısaqapanma cərəyanın dəyişmə
əyrisi şəkil 4.4-də göstərilmişdir. Şəkil 4.4-dən göründüyü kimi cərəyanın tam maksimal ani qiyməti
qısaqapanma baş verəndən 0.01 san sonra yaranır. Cərəyanın bu qiymətinə zərbə cərəyanı deyilir və izər
kimi göstərilir.
Zərbə cərəyanı t=0.01 san anı üçün (4-2) ifadəsindən təyin edilir,
(4.6)

57
burada zərbə əmsalı adlanır, özü də qısaqapanma dövrəsinin zaman sabitindən
asılıdır.

Şəkil 4.4

Böyük güclü sistemlərdə qısaqapanmalar zamanı cərəyanın aperiodik təşkiledicisi sönəndən sonra
keçid ptosesi də qurtarmış olur. Qısaqapanmanın tam cərəyanının maksimal qiyməti isə onun dövrü
cərəyanın amplitud qiymətinə bərabər olur.
Qısaqapanma cərəyanın təsiredici qiyməti istənilən t – anı üçün aşağıdakı ifadələrlə təyin edilir,
dövrü təşkiledici üçün
(4.7)
aperiodik təşkiledici üçün
Ia,t=ia,t (4.8)
Tam cərəyan üçün
. (4.9)

58
§ 4.3. Qısaqapanma cərəyanlarının hesablanması

Elektrik avadanlıqlarının seçilməsi və yoxlanması üçün qısaqapanma cərəyanlarını hesablamaq


lazımdır. Bundan başqa rele mühafizəsinin yoxlanılması və onların işləmə cərəyanının təyini də birbaşa
qısaqapanma cərəyanın hesabatı ilə əlaqədardır. Qısaqapanma cərəyanlarının hesablanması üçün ilk
növbədə hesablama ardıcıllığını bilmək lazımdır. Bundan sonra qısaqapanma cərəyanının qiymətlərinin
təyini yollarını və qısaqapanma nöqtəsinə axan qollardakı cərəyanın qiymətləri, həmçinin də onun
paylanma qaydasını təyin etməyi bacarmaq lazımdır. Bu zaman hesabatın əsas məqsədi ondan ibarət
olmalıdır ki, şəbəkənin ən ağır iş rejimində qısaqapanma cərəyanının dövrü mürəkkəbəsini təyin etmək
mümkün olsun. Qısaqapanma cərəyanının aperiodik mürəkkəbəsinin qiymətini təyin edən zaman qəbul
edirik ki, baxılan fazada cərəyanın aperiodik mürəkkəbəsi maksimal qiymətindədir. Enerji sisteminin
bütün elementlərinin, yəni stansiya və yarımstansiyalarının hamısının həqiqi xarakteristikalarını, bir də
sistemin həqiqi iş rejimini nəzərə almaqla qısaqapanma cərəyanlarının hesabatı çox mürəkkəb bir
prosesdir. Bununla əlaqədar olaraq, qısaqapanma cərəyanlarının hesabatı zamanı hesabatın nəticələrinə
praktik nöqteyi-nəzərdən az təsir edən bəzi sadələşmələr aparmaq olar. Bu sadələşmələrə aşağıdakılar aid-
dir:
- qəbul olunur ki, bütün generatorların faza e.h.q-i bütün qısaqapanma prosesi müddətində
dəyişməzdir.
- maqnit sistemlərində doyma prosesi nəzərə alınmır, bu da imkan verir ki, qısaqapanma
dövrələrində bütün elementlərin induktiv müqavimətinin qiyməti ondan keçən cərəyanın qiymətindən
asılı olmayaraq sabit qəbul edilir:
- güc transformatorlarının maqnitləndirici cərəyanları nəzərə alınmır;
- elementlərin tutum keçiriciləri nəzərə alınmır;
- qəbul olunur ki, üçfazalı sistem simmetrikdir;
- yüklərin qısaqapanma cərəyanlarına təsirini təqribi nəzərə almaq;
- qısaqapanma cərəyanlarının hesabatı zamanı dövrənin aktiv müqavimətini, əgər -ə nisbəti
üçdən çoxdursa nəzərə almamaq;
Ancaq cərəyanın aperiodik mürəkkəbəsinin sönməsini nəzərə almaq üçün zaman sabitini təyin
etmək lazımdır, məhz bu zaman dövrənin aktiv müqavimətini nəzərə almaq lazımdır.
Yuxarıda göstərilən sadələşmələri aparan zaman qısaqapanma cərəyanının qiyməti 10% artıq alınır
ki, bu da praktiki nöqteyi-nəzərdən yol verilən qiymətdir.
Üçfazalı qısaqapanma cərəyanlarının hesabatı aşağıdakı ardıcıllıqla aparılır:
- baxılan enerji sistemi üçün əvvəlcə əvəz sxemi tərtib edilir;
- hesabat sxeminə əsasən elektrik əvəz sxemi tərtib edilir;
- elektrik əvəz sxemlərini tədricən çevirərək yekun əvəz sxeminə gətirirlər, bu zaman ayrı-ayrı
mənbələr yekun bir mənbəyə gətirilir, ayrı-ayrı müqavimətlər isə yekun bir müqavimətə xyek
gətirilir və sonra qısaqapanma cərəyanı təyin edilir;
- mənbənin yekun e.h.q. və yekun müqavimətini bilərək Om qanununa əsasən qısaqapanma
cərəyanının dövrü mürəkkəbəsinin başlanğıc qiyməti təyin edilir, sonra zərbə cərəyanı və sonda əgər la-
zımsa qısaqapanma cərəyanının periodik və aperiodik qiymətlərinin verilmiş t anında təyin edilir.
Hesabat sxemi dedikdə elektrik qurğularının sadələşmiş bir xətli sxemi nəzərdə tutulur və bu
sxemdə qısaqapanma cərəyanının qiymətinə təsir edən bütün elementləri və onların parametrləri gös-
tərilməlidir.
Hesabat sxemində adətən şəbəkənin elementlərinin müqavimətini təyin etmək üçün adlı və əksər
hallarda nisbi vahidlər sistemindən istifadə edilir.
Qısaqapanma cərəyanlarının hesabatı nisbi vahidlər sistemində aparılır. Bu məsələyə ətraflı baxaq.
Üçfazalı dövrənin hər hansı bir elementini (transformatoru, generatoru, reaktoru) onun nominal
prametrlərilə, məsələn, , Inom [kA]; Snom[MVA]; Xnom [Om] göstərilir.
Həmin elementlərin parametrlərini arasında əlaqələr belədir;
(4.10)

59
Dövrənin həmin elementilə istənilən başqa rejimlərdə qısaqapanma rejimin də daxil olmaqla
gərginliyin U, cərəyanın I, gücün qiymətlərilə xarakterizə olunan və verilmiş elementin nor-
mal rejimdə ki, uyğun parametrlərinə əsasən təyin edilir. Bu qiymətlər bazis qiymətlər kimi qəbul edilir:

(4.11)
Beləliklə alınan ifadələr nisbi qiymətlər olub dövrənin verilmiş iş şəraitində elementini xarakterizə
edir.
(* - işarəsi ifadənin qiymətlərinin nisbi vahidlər sistemində olduğunu göstərir.
Yuxarıda göstərilən X*(nom) – müqavimətinin nizbi vahidlər sistemindəki, ifadəsində X nom-in
gərginlik və cərəyanın nominal qiymətlərilə ifadə etsək onda nisbi vahidlər sistemində X *(nom) üçün
aşağıdakı ifadəni alarıq.
(4.12)
İfadədən görünür ki, nominal bazis şərtləri daxilində müqavimətin nisbi vahidlər sistemində
qiyməti verilmiş elementdən nominal cərəyan keçən zaman onda düşən gərginliyin, nominal gərginliyə
nisbəti şəklində ifadə etmək olar.
(4.9) ifadəsində nominal cərəyanı nominal güc və nominal gərginliklə ifadə etsək, onda
müqavimət üçün yeni ifadəni alarıq
(4.13)
Cərəyanın, gərginliyin və başqa parametrlərin qiymətlərini yalnız dövrənin verilmiş elementlərinin
nominal qiymətinə əsasən yox həm də hesabatın əsasını təşkil edən istənilən başqa bazis sistemlərinin
qiymətinə əsasən də təyin etmək olar. Aydındır ki, bazis sisteminin qiymətinə bunlar daxil olmalıdır:
bazis gücü Sb, bazis gərginliyi Ub, bazis cərəyanı Ib. Bu parametrlər arasında əlaqə üçfazalı sistemin bazis
gücü və bazis müqaviməti ifadələrinin vasitəsilə yaradılır.
Adətən, yalnız iki bazis kəmiyyət sərbəst verilə bilər, bazis gücü və bazis gərginliyi. Bunların
əsasında bazis cərəyan və bazis müqaviməti təyin edilir.
Bazis qiymətlər bu ölçü vahidlərində göstərilir:
bazis gərginliyi – kilovoltla [kV], bazis güc – meqavoltamperlə [MVA], müqavimət – omla [Om]
Ub, Ib, Sb və Xb kəmiyyətlərinin məlum bazis qiymətlərində nisbi bazis qiymətlər (4.8) ifadəsinə
uyğun olaraq belə təyin edilir.

(4.14)

(4.9) və (4.10) ifadələrilə analoji olaraq nisbi müqavimətlər üçün aşağıdakıları yazmaq olar:

(4.15)

(4.16)

Kataloqlarda və zavodun informasiya materiallarında maşının və aparatın baxılan halda bazis


nominal gücün, nominal müqavimətin, nominal gərginliyin qiymətlərinə nəzərən təyin olunmuş nisbi pa-
rametrlərin qiymətləri verilir.

Bəzi hallarda nisbi nominal qiymətləri faizlə də ifadə edirlər,

Əgər bazis şərtləri nominal şərtlərdən fərqlənirsə nisbi bazis müqavimətini məlum nisbi
müqavimətə əsasən (4.15) və (4.16) ifadələrin köməyilə belə təyin edilir:
(4.17)
və yaxud da (4-12) və (4-13) ifadələri vasitəsilə belə təyin edilir.

60
(4.18)

(4.15)÷(4.16) ifadələrinə əsasən müqavimətin nisbi vahidlər sistemindəki qiymətinə əsasən,


müqavimətin omlarla qiymətini təyin etmək olar.
Parametrlərin nisbi qiymətlərindən istifadə edərək hesabatı elektrotexnikanın qanunlarına uyğun
olaraq yerinə yetirmək olar. Hesabatı aparan zaman, hesabata daxil olan bütün qiymətlər eyni bazis
şərtləri daxilində təyin olunmalıdır.
Qeyd etmək lazımdır ki, xətt və faza gərginliklərinin nisbi qiymətləri ədədi qiymətcə bir-birinə
bərabərdir, başqa sözlə

(4.19)

Buna əsasən nisbi vahidlər sistemində Om qanunu belə şəkildə olur üçfazalı şəbəkənin
gücü isə belə şəkildə yazılır
İndidə hesabat sxeminin müxtəlif elementlərinin necə təyin olunmasına baxaq.
Sinxron maşınlar.
Hesabat sxemlərində sinxron maşın normal bazis şərtləri daxilində induktiv müqavimətin uzununa
ox boyunca ali keçid - müqaviməti, nisbi vahidlərlə və yaxud da faizlə ifadə olunmuş şəkildə
göstərilir.

(4.20)

və yaxud

(4.21)

Burada Inom, Unom, Snom – uyğun olaraq generatorun (kompensator, mühərrik) nominal cərəyanı,
gərginliyi və gücüdür, - ali keçid müqaviməti, Om.
Yüksək gərginlik elektrik maşınlarının aktiv müqaviməti induktiv müqavimətindən bir neçə dəfə
azdır, yəni arasında dəyişir.
Qapanma cərəyanlarının hesabatı zamanı bir çox hallarda generatorlar ümumiləşdirilmiş bir
ekvivalent mənbə kimi əvəz edilir.
Əgər qısaqapanma nöqtəsi generatorların (sinxron kompensatorların) girişində və ya ondan çox da
uzaq olmayan nöqtədə, məsələn elektrik stansiyasını sistemlə əlaqələndirən əlaqə transformatorunun
çıxışında baş verən zaman belə maşınlar əvəz sxemində öz parametri ilə göstərilir.
Sistemin digər hissəsində, yəni generator gücü üstünlük təşkil edən hissədə sistem şininin
gərginliyi dəyişməyən bir mənbə kimi əvəz edilir və bu mənbənin qısaqapanma nöqtəsinə göndərdiyi
cərəyan həmin nöqtə ilə mənbə arasında yerləşən xəttin, transformatorun və reaktorun müqavimətləri ilə
məhdudlaşır.
Əgər qısaqapanma cərəyanın periodik hissəsinin başlanğıc qiyməti və yaxud da enerji sisteminin
istənilən nöqtəsində üçfazalı qısaqapanma gücü məlumdursa onda qısaqapanma
nöqtəsinə nəzərən sistemin induktiv müqaviməti Xs belə təyin edilir:

(4.22)

burada Uor – o, pillənin orta gərginliyidir, haradakı In,o və Sq·q qiymətləri məlumdur.
Bu müqavimət vasitəsilə sistem şinində gərginliyi dəyişməyən mənbə qısaqapanma nöqtəsinə
qoşulur, yəni U=Uor=Const.
61
Enerji sisteminin müqaviməti. Təqribi olaraq üçfazalı qısaqapanma zamanı yaranan cərəyan
açarın aça biləcəyi nominal cərəyanın - Inom qiymətinə əsasən təyin edilir, yəni (4-22) uyğun olaraq yaza
bilərik.

. (4.23)

Sistemin həmçinin ekvivalent generatorun parametri kimi də göstərmək olar, yəni nisbi nominal
müqavimətilə və nominal gücü bütün mənbənin gücünün cəminə bərabər olan mənbə - S nom
kimi.
- nisbətinin orta qiymətini bütün sistem üçün dəqiq təyin etmək çətindir, çünki qısaqapanma
nöqtəsinin yerindən asılı olaraq dəyişir. Əgər qısaqapanma nöqtəsi sistemlə elektrik veriliş xətləri
vasitəsilə əlaqəlidirsə, onda veriliş xətlərinin uzunluğu artdıqda - nisbəti azalır və əksinə xətlərin
uzunluğu azalarsa başqa sözlə qısaqapanma nöqtəsi güclü stansiyaların sistem şininə yaxınlaşdıqca artır.
Transformatorlar və avtotransformatorlar. Hər bir güc transformatorunun pasportunda
qısaqapanma gərginliyinin - qiyməti, transformatorun nisbi nominal müqavimətinin
qiymətinə bərabər olub belə təyin edilir:

(4.24)

Belə ki, transformator üçün adətən xt>>r, yəni Zt%≈Xt%.


İkidolaqlı transformatorlar üçün kataloqlarda və məlumat materiallarında qiyməti verilir.
Üçdolaqlı transformatorlarda, avtotransformatorlarda və parçalanmış dolaqlı transformator-larda
qısaqapanma gərginliyi ayrı-ayrılıqda hər iki qoşa dolaq üçün verilir. Bu transformatorların hər bir qoşa
dolağı üçün induktiv müqavimətin təyini cədvəl 4-2-də verilmiş düsturlar vasitəsilə təyin edilir.
Reaktorlar. Reaktorlar üçün onların pasportunda adətən nominal cərəyanı və müqaviməti Om-
larla verilir.
Hava elektrik veriliş və kabel xətləri. Hesabat sxemlərində hava xətləri üçün adətən onun
uzunluğu verilir və xəttin ümumi müqaviməti faza, üçün cədvəl 4-3-də göstərilmiş xüsusi induktiv
müqavimətin qiymətinə əsasən təyin edilir.
Generatorlar, sinxron kompensatorlar və elektrik mühərrikləri hesabat sxemində ali keçid EHQ-nın
qiymətilə ifadə olunur. Şərti olaraq qəbul olunur ki, qısaqapanmaya qədər bütün sinxron maşınlar
nominal güc əmsalı və nominal gərginlikdə tam nominal yük rejimində işləyirlər. Bunlardan başqa qəbul
olunur ki, bütün sinxron maşınlar təsirlənmənin avtomatik tənzimlənməsi (TAT) və təsirlənmənin
forsirovkası qurğuları il təchiz olunublar. Mənbənin EHQ-nin orta qiyməti cədvəl 4.4-də verilib,
generatorlar üçün isə EHQ-nin dəqiq ali keçid qiyməti isə belə təyin oluna bilər:

(4.25)

haradakı U(0) və I(0) qısaqapanma rejimindən əvvəl generatorun uyğun olaraq faza gərginliyi və faza
cərəyanı;
φ(0) – həmin rejimdə cərəyan və gərginlik vektorları arasındakı bucaq; - generatorun ali keçid
induktiv müqavimətidir.
Cədvəl 4.2-də elektrik mühərrik yüklərinin e.h.q. haqda məlumatlar verilir. Qeyd etmək lazımdır ki,
qısaqapanma cərəyanlarının hesabatı zamanı yüklər özünəməxsus şəraitdə nəzərə alınır.

62
Cədvəl 4.2

Güc transformatorlarının dolaqlarının müqavimətlərinin təyini

Adları ilkin sxem əvəz hesabat ifadələri


sxemi
İkidolaqlı Y Y
transformatorlar
U q qY  A

A A
Üçdolaqlı Y
Uq·q·Y-A

transformator,
avtotransforma-
tor O
A

Y
Uq·q·Y-A

Alçaq gərginlik
dolağı iki qola Y
bölünmüş Y
X TY

üçfazlı transfor- Uq·q·Y-A


mator
A1 A2
A1 A2
kataloqda
verilir

Y
Uq·q·Y-A

A1 A2

Alçaq gərginlik Y Y
dolağı iki qola Uq·q·Y-A
bölünmüş iki
dolağlı birfazalı
transformatorlar A1 A2 A1 A2
qrupu

63
Alçaq gərginlik
dolağı üç bu-da- Y Y
ğa bölünmüş
birfazalı trans-
formatorlar A1 A2 A3 A1 A2 A3
qrupu

Cədvəl 4.3
Hava kabel elektrik veriliş xətlərinin
orta xüsusi induktiv müqaviməti

elektrik veriliş xətləri Xxus Om/km


bir dövrəli hava xətləri:
6-220 kV 0.4
220-330 kV fazaları iki naqilə parçalanmış xətlər 0.32
400-500 kV fazaları üç naqilə parçalanmış xətlər 0.3
750 kV fazaları dörd naqilə parçalanmış xətlər 0.28
Üçdamarlı kabel:
6-10 kV 0.08
35 kV 0.12
110-220 kV yağla doldurulmuş birdamalı kabel 0.16

Cədvəl 4.4
Mənbələrin EHQ qiymətləri

mənbələr
turbogeneratorlar: 1.08
100 MVt qədər
100÷1000 MVt 1.13
Söndürmə dolaqlı hidrogenerator 1.13
Söndürmə dolağı olmayan hidrogenerator 1.18
Sinxron kompensator 1.2
Sinxron elektrik mühərriki 1.1
Asinxron elektrik mühərriki 0.9

Cədvəl 4.5

Müqavimətlərin gətirilmiş qiymətlərini təyin etmək üçün


hesabat ifadələri
Elektrik İlkin Adlı vahidlərdə Nisbi vahidlərdə
qurğusunun parametrlər
elementləri
Generator

Enerji sistemi

64
Transformator

Reaktor

elektrik veriliş
xətləri l

Cədvəldə göstərilən parametrlərin açılışı: - elemntin nominal gücü [MVA]; - enerji


sisteminin qısaqapanma gücü [MVA]; - açarın nominal açma cərəyanı [KA]; - ener-
ji sistemin nisbi nominal müqaviməti; XT – transformatorun nisbi müqaviməti; Ib - bazis cərəyanı [KA];
Uor – elementin qurulduğu nöqtədəki orta gərginlik [KV]; Xxus – xəttin 1 km.-nin induktiv müqaviməti
[Om/km]; l – xəttin uzunluğu [km].
Məsələn, generatorun çıxışına vasitəsiz qoşulmuş və generatorun gücü ilə müqayisə oluna bilən
yük (EM-də olduğu kimi) qoşulubsa onda , qısaqapanma nöqtəsinə yaxın yerdə qoşulmuş
yük zamanı isə ; qəbul edilir. Qısaqapanma nöqtəsilə xətlər vasitəsilə
əlaqəli olan yüklər nəzərə alınmır. Ancaq xüsusi sərfiyyat sistemində qısaqapanma zamanı mühərrik
yüklərinin qiyməti nəzərə alınır.
Elektrik qurğularının hesabat sxemində qısaqapanma baş verəcəyi nöqtə seçilir, sonra isə seçilmiş
qısaqapanma nöqtəsi üçün ekvivalent sxem tətbiq edilir.
Əvvəldə göstərildiyi kimi hesabat sxeminin parametrləri həm adlı, həm də nisbi vahidlər
sistemində ifadə oluna bilər.

Adlı vahidlər sistemində sxemin müqavimətləri omlarla ifadə olunmalı və bir bazis gərginliyinə
gətirilməlidir. Belə əməliyyat o vaxt lazım olur ki, qısaqapanma nöqtəsilə mənbə arasında bir neçə
transformasiya pilləsi olsun. Bazis gərginliyi kimi qısaqapanma baş verən nöqtənin gərginliyinin orta
qiyməti götürülür. Hesabatın sadəliyi üçün bazis güc kimi 100, 1000 və ya 10000 MVA güc götürülür.

65
§ 4.4. Qısaqapanma cərəyanlarının məhdudlaşdırma üsulları

§ 4.4.1 Müasir enerji sistemlərində qısaqapanma


cərəyanlarının koordinasiyası.

Müasir enerji sistemlərində generator gücünün artması nəhəng güclü enerji sistemlərinin
yaranmasına, enerji tələbatçılarının gücünün artmasına imkan versə də, bu bir tərəfdən işlədicilərin
enerji təminatının və əmək məhsuldarlığının artmasına, həm də enerji təchizatının dayanıqlılığının və
etibarlılığının artmasına səbəbə olsa da digər tərəfdən qısaqapanma cərəyanlarının kəskin artmasına
səbəb olur.
Enerji sisteminin dayanaqlılığının təmin olunması şərtləri kimi 35 kV və yuxarı gərginlikli
şəbəkələrdə qısaqapanma cərəyanlarının maksimum qiyməti açarların, transformatorların, naqillərin, di-
gər elektrik avadanlıqlarının parametrləri hesabına məhdudlaşdırılarsa, generator gərginlikli, xüsusi
sərfiyyat və 35 kV gərginlikdən aşağı gərginlikli şəbəkələrdə isə elektrik aparatlarının və cərəyanların
parametrləri, kabellərin termiki dayanıqlılığı və elektrik mühərrik xarakterli yüklərin dayanıqlılığı
hesabına həyata keçirilir.
Beləliklə, elektroenergetikanın inkişafı prosesində qısaqapanma cərəyanlarının qiymətinin
mütəmadi olaraq artması sistemdə bir çox çətinliklər törədir ki, bunları da nəzərə almaq lazımdır.
Təbiidir ki, qısaqapanma cərəyanlarının qiyməti artdıqca ya aparatları gücləndirmək və yaxud da
şəbəkəni başqa gərginlikli şəbəkəyə çevirmək lazımdır. Ancaq bu tədbirlər texniki və iqtisadi cəhətdən
özünü doğrultmadığından onlardan imtina edilir.
Hal-hazırda qısaqapanma cərəyanlarının qiymətini tənzimləmək üçün bir çox kompleks tədbirlər
hazırlanıb ki, bunların vasitəsilə sistemin gücü artdıqca qısaqapanma cərəyanları xüsusi qurğular va-
sitəsilə məhdudlaşdırılır. Ancaq belə vasitələrin tətbiqi yalnız texniki iqtisadi əsaslandırmalardan sonra
həyata keçirilir.

Qısaqapanma cərəyanlarının məhdudlaşdırma üsullarından ən çox yayılmış üsulları bunlardır:


1) elektrik şəbəkələrinin seksiyalara bölünməsi.
2) cərəyan məhdudlaşdirma reaktorlarinin qoşulmasi;
3) alçaq gərginlik dolağı parçalanmış transformatorlardan geniş istifadə.
Birinci məhdudlaşdırma üsulu effektiv vasitə olub və real elektrik şəbəkələrində qısaqapanma
cərəyanlarının qiymətini 1.5-2 dəfə azaldır. Qısaqapanma cərəyanlarını məhdudlaşdırmaq məqsədilə
istifadə olunan elektrik qurğularının seksiyalanması üsulunun sxemi şəkil 4.5 a,b göstərilmişdir.
QB – açarının qoşulu vəziyyətində G1 və G2 generatorlarından gələn qısaqapanma cərəyanları
vasitəsiz olaraq zədələnmə yerinə axır, yalnız uyğun enerji blokların generator və transformatorların mü-
qaviməti vasitəsilə məhdudlaşır.
Əgər QB açarı açılarsa bu zaman qısaqapanma dövrəsinə əlavə olaraq xətlərin müqaviməti də
qoşulur və bu halda qısaqapanma cərəyanının qiyməti, QB – açarının qoşulu vəziyyətindəki qiymətinə
nisbətən kəskin azalır.
Seksiyalanma yerlərində şəbəkənin bölünmə nöqtəsi yaranır. Böyük qısaqapanma cərəyanlı güclü
enerji sistemlərində belə nöqtələrin sayı bir neçə ola bilər.
Elektrik şəbəkələrinin seksiyalara bölünməsi təbiidir ki, normal iş rejimində xətlər və
transformatorlarda elektrik enerji itkisinin artmasına, gücün qeyri-optimal paylanmasına səbəb olur. Bu
səbəbdən də şəbəkələrdə seksiyalanma məsələsinin qəbul olunması texniki-iqtisadi cəhətdən hərtərəfli
əsaslandırılmalıdır.

66
10 kV və aşağı gərginlik
şəbəkələrinin yarımstansiyalarında,
ayrı-ayrı transformatorlar tərəfindən
qidalanan şin seksiyalarının ayrı
işlənməsi, geniş tətbiq olunur (şək.
4.5 a, b). Belə iş rejiminin təyin
olunmasının əsas səbəbi,
transformatorların paralel işlənməsi
rejimindən imtina edilir. Bunun da
öz mənfi cəhətləri olsa da bölmələr-
də müxtəlif gərginliklərin olması,
transformatorların qeyri-bərabər
Şəkil 4.5 QQ cərəyamlarının paylanması: yüklənməsi və s. baş verir. Bunla-
a) seksiya açarı qoşulu b) seksiya açarı açıq ra baxmayaq, qısaqapanma cərə-
yanlarının azaldılması tələbinə
görə belə iş rejimi qəbul olunur.
Alçaldıcı transformatorların gücü 25 m VA və çox olduqda parçalanmış dolağı, yəni alçaq
gərginlik dolağı iki dolaqdan ibarət olan transformatorlardan istifadə edilir. Bu da qısaqapanma rejimin-
də transformatorun müqavimətinin parçalanmış dolaqlı transformatorlara nisbətən iki dəfədən çox
artmasına imkan verir.
Texniki vasitələrə qısaqapanma cərəyanlarının azaldılmasına, ilk növbədə, cərəyan
məhdudlaşdıran reaktorları aid etmək olar.

67
§ 4.4.2 Reaktorlar

Güclü elektrik qurğularında qısaqapanma cərəyanlarını məhdudlaşdırmaq üçün reaktorlardan


istifadə olunur. Onlardan həm də reaktorların arxasında qısaqapanmalar baş verdikdə şinlərdə gər-
ginliyin müəyyən səviyyədə saxlanılması üçün də istifadə olunur.
Reaktorların əsas tətbiq sahəsi 6-10 kV-luq elektrik şəbəkələridir. Cərəyan məhdudlaşdıran
reaktorlar bəzən də 35 kV və yuxarı elektrik qurğularında, həm də 1000 v-dan aşağı gərginliklərdə
istifadə olunur.

LR

Şəkil 4.6 Reaktorun qoşulma sxemi

Reaktor içliyi olmayan maqnit materialından hazırlanmış induktiv sarğacdan ibarətdir. Reaktorun
içliyinin olmaması səbəbindən ondan keçən cərəyandan asılı olmayaraq o. Sabit induktiv müqavimətə
malik olacaq.
Reaktorların mümkün qoşulma sxemləri şəkil 4.6 a,b,v-də verilmişdir.
Güclü və məsul xətlər üçün fərdi reaktorlardan istifadə olunur. (şəkil 4.6, a). reaktordan bir neçə
qrup xətlər bəslənirsə (məsələn xüsusi sərfiyyat sistemlərində olduğu kimi) buna qrup şəkilli reaktorlama
deyilir (şəkil 4.6, b). paylayıcı qurğunun seksiyaları arasında qoşulmuş reaktorlara, seksiya reaktoru deyilir
(şəkil 4.6, v).
Reaktorun əsas parametri onun induktiv müqavimətidir Xr =ωL, Om.
Kataloqlarda reaktorun induktiv müqaviməti faizlərlə belə ifadə edilir.

(4.26)

burada Inom – reaktorun nominal cərəyanı, A; Unom – reaktorun nominal işçi gərginliyi, V.
Reaktorlardan sonra qısaqapanma baş verən zaman cərəyanların məhdudlaşdırma və şinlərdə qalıq
gərginliyinin yaranma effekti şəkil 4.7 a, b-da göstərilmişdir.

68
Şəkil 4.7

Qalıq gərginliyini yüksək səviyyədə saxlamaq o vaxt daha effektiv olur ki, reaktor qoşulmuş şinə həm
tələbatçılar, həm mənbə, həm də zədələnən xətt qoşulub. Bunu nəzərə alaraq qısaqapanma rejimində böyük
induktiv müqavimətin – Xr olması məqsədəuyğundur.
Ancaq elektrik qurğusunun normal iş rejimində reaktorun müqavimətini çox da artırmaq
məqsədəuyğun deyil, çünki bu zaman işçi cərəyanın reaktordan axması zamanı böyük itkilər yaradır. Bu
fərdi və qrup reaktorlanmaları zamanı özünü daha çox büruzə verir.
Xəttin reaktorlanma sxemi və gərginliyin normal iş rejimində paylanma diaqramı şəkil 4.8 a, b, v-
də göstərilmişdir.
Vektor diaqramında: - reaktorun əvvəlində faza gərginliyi, - reaktordan sonra faza
gərginliyi və - dövrədən axan cərəyan.

Şəkil 4.8

Bucaq φ reaktordan sonrakı gərginlik və cərəyan arasındakı bucağıdır. Bucaq və


vektorları arasındakı əlavə faza sürüşmə bucağı olub özü də reaktorun induktiv müqaviməti hesabına
yaranır.

Əgər reaktorun aktiv müqavimətini nəzərə almasaq, AC parçası reaktorun induktiv


müqavimətindəki düşən gərginliyi göstərəcək. Reaktora qədər və reaktordan sonrakı gərginliklərin cəbri
fərqi, yəni AB – parçası reaktordakı gərginlik itkisinin qiymətinə uyğun olacaq. Vektor diaqramında C
nöqtəsindən OB parçasına perpendikulyar endirsək və cüzi uzunluğa malik olan BB, parçasını nəzərdən
atsaq, onda gərginlik itkisi kimi AB1 – parçasını qəbul edə bilərik. Beləliklə, ACB üçbucağından
reaktordakı gərginlik itkisini təyin etmək üçün, cosφ-nin verilmiş bir qiymətində reaktordan keçən
cərəyanın I qiymətinə əsasən aşağıdakı ifadəni alırıq.

(4.27)

burada, Unom – reaktordan istifadə olunan qurğunun nominal gərginliyidir.


Reaktorda yol verilə bilən gərginlik itkisinin qiyməti adətən 1-5.2%-dən çox olmamalıdır.
Dövrənin normal iş rejimində böyük gərginlik itkiləri olmasından böyük müqavimətli fərdi və
qrup şəkilli reaktorların qoyulmasından imtina edilir. Buna görə də qısaqapanma cərəyanlarının kəskin

69
məhdudlaşdırılması tələb olduğu halda xüsusi daha mürəkkəb qurğuların hazırlanmasına ehtiyac yaranır,
məsələn ətalətsiz cərəyan məhdudlaşdıran qurğular – ƏCMQ.

Şəkil 4.9

Belə burğunun sxemi şəkil 4.9 verilmişdir. Qurğunun tərkibinə bu elementlər daxildir: böyük
induktiv müqavimətə malik olan reaktor – LR, reaktorla rezonansa köklənmiş və ona ardıcıl qoşulmuş – C
tutum müqaviməti elə hesablanılıb ki, normal rejimdə qurğunun tam müqaviməti mümkün minimal
qiymətə qədər düşsün. Şəkil 4.9-dən göründüyü kimi, C – tutuma paralel və normal rejimdə doymamış
ferromaqnit içliyi olan induktiv, müqavimət qoşulmuşdur. Normal rejimdə içliyi olan induktiv doymamış
rejimdə işlədildiyindən onun müqaviməti çox böyük olur və ondan keçən cərəyan isə çox kiçik olacaq.
Ancaq qısaqapanma rejimində tutumdan axan cərəyan artır, bununla eyni zamanda gərginlik düşgüsü artır.
Beləliklə, tutumda düşən ΔUc – gərginliyinin artması ona paralel qoşulmuş induktiv müqavimətdə də
gərginlik düşgüsünü artırır, bu da öz növbəsində maqnit içliyini doymamış rejimdən doymuş rejimə
çevirir. Bununla da içliyi olan induktivliyin müqaviməti o, dərəcədə azalır ki, tutumu şuntlayır və reaktor
rezonans rejimindən çıxır.
Bu zaman reaktor çox böyük müqavimətə malik olur və qısaqapanma cərəyanını kəskin azaldır.
Hal-hazırda bu prinsipdə işləyən digər növ cərəyan məhdudlaşdırıcılarının hazırlanması nəzərdə tutulub.
Seksiya reaktorlarında normal rejimdə gərginlik itkisinə məhdudiyyət qoyulmasından onların
müqaviməti fərdi və qrup şəkilli reaktorlara nisbətən daha çox götürülür. Normal rejimdən fərqli
rejimlərdə müvəqqəti olaraq seksiya reaktorlarını şuntlamaq da olar.

Müasir zamanda alüminium dolaqlı – РБ truplu beton reaktorlardan çox geniş istifadə olunur.
Alüminium dolaqlı reaktorların alüminium sarğıları bir neçə təbəqədən ibarət olan kabel kağızı və
pambıq-kağız materiallarından hazırlanmış lent şəkilli materiallara bükülür. Dolaq xüsusi karkaslara
sarınaraq üzərinə beton tökülür. Beton, kalon əmələ gətirərək dolağın sarğılarını öz aralarında bərkidir.
Həmin sarğılar öz xüsusi kütləsi və qısaqapanma cərəyanlarının yaratdığı elektrodinamiki qüvvənin
təsirindən yerlərində sürüşməsinin qarşısını alır. Reaktorların torpaqlanmış konstruksiyalardan
izolyasiyası dayaq farfor izolyatorları vasitəsilə həyata keçirilir (şək. 4.10).
Hal-hazırda nominal işçi cərəyanı 4000 A olan beton reaktorlar buraxılır və onları şaquli, üfüqi və
pilləvari yığmaq mümkündür (şəkil 4.11 a, b, v).
Reaktorun dolağından cərəyan keçəndə onda yaranan aktiv güc itkisi adətən ondan keçən gücün
0.1-0.2% təşkil edir. Nominal işçi cərəyanı 1000 A-dən çox olanda beton reaktorların suni yolla soyu-
dulması tələb olunur, məsələn ventilyatorlarla.

70
Şəkil 4.10

§ 4.4.3. Çiyinli reaktorlar

Elektrik qurğularında yuxarıda baxılan adi reaktorlarla yanaşı çiyinli reaktorların da tətbiqi
müəyyən yer alır. Konstruktiv nöqteyi-nəzərdən onlar adi reaktorlardan çox da fərqlənmir, ancaq onların
dolağının orta nöqtəsindən əlavə çıxış var. Çiyinli reaktorlardan istifadə etdikdə, mənbə onların orta
nöqtəsinə, işlədicilər isə kənar nöqtələrinə qoşulur və yaxud da əksinə işlədicilər reaktorun orta nöq-
təsinə mənbələr isə kənar nöqtəsinə qoşulur (Şəkil 4.11... a, b, v).

Şəkil 4.11

Çiyinli reaktorun ən əsas


üstünlüyü ondan ibarətdir ki,
qoşulma sxemindən və cərəyanların
istiqamətindən asılı olaraq onun
induktiv müqavimətini artırmaq və
yaxud da azaltmaq olur. Çiyinli
reaktorun bu xüsusiyyətindən istifadə
etməklə normala)rejimdə onda düşənb)
gərginliyin azaldılması qısaqapanma
rejimində isə cərəyanın kəskin
məhdudlaşdırılması məqsədilə
istifadə edilir.
Reaktorların budaqları eyni
nominal cərəyana Inom, orta çıxış isə
budaq cərəyanın ikiqat nominal
qiymətinə - 2 Inom hesablanır. v)
Çiyinli
reaktorun müqaviməti kimi dolağın digər budağında cərəyan olmayan halda onun müqaviməti ölçülə n
budağının müqaviməti nəzərdə tutulur (4.21) ifadəsində olduğu kimi Xr=Xbud=10 L və yaxud da

ilə təyin edilir. (4.28)

Burada L-reaktorun budağının indikativliyidir (reaktorun budaqlarının indikativliyi bir-birinə


bərabər götürülür)
Çiyinli reaktorun əsas xüsusiyyəti onun hər fazasının budaqları arasında maqnit əlaqəsinin

71
olmasından ibarətdir (qarşılıqlı maqnit əlaqəsi – M).
Mənbəyi reaktorun orta nöqtəsinə qoşulduqda (şəkil 4.12 v..a) fazların budaqları arasında maqnit
əlaqəsini nəzərə almaqla reaktorun budağındakı gərginlik itkisi belə təyin edilir:

(4.29)

İfadədən göründüyü kimi çiyinli reaktorlarda budaqlar arasında qarşılıqlı maqnit əlaqəsi hesabına
gərginlik itkisi onunla eyni induktiv müqavimətli adi reaktorlara nisbətən azdır. Bu şəraiti nəzərə alaraq
çiyinli reaktoru qrup şəkilli reaktorlamada istifadə etmək olar.
İstismar prosesində çalışmaq lazımdır ki, reaktorun budaqlarındakı yüklər bərabər olsun. (I1=I2=I3).
Bu zaman bütün budaqlar üçün eyni şərait yaradılır, beləliklə

(4.30)
Burada Kəl= reaktorun dolaqları arasındakı maqnit əlaqə əmsalıdır.
Adətən, çiyinli reaktoru elə düzəldirlər ki, dolaqlar arasındakı əlaqə əmsalının qiyməti 0,4÷0,6
arasında olsun. Əgər Xbud=L (4.30) ifadəsində nəzərə alsaqreaktorun induktiv müqaviməti üçün belə
ifadə alarıq:
X`bud=Xbud (1-Kəl), (4.31)
Burada X`bud- qarşılıqlı in duksiyanı nəzərə almaqla budağın induktiv müqavimətidir.
Kəl =0,5 qiymətində X`bud=0,5 Xbud alarıq, beləliklə alırıq ki, yuxarıda deyilən şərtlər daxilində
çiyinli reaktorlarda gərginlik itkisi, adi reaktorlara nisbətən iki dəfə az olur.
Reaktorun budaqlarından birinin arxasında qısaqapanma baş verərsə (şəkil 4.12) həmin budaqdan
axan cərəyan zədələnməmiş budaqdan keçən cərəyandan artıq olur. (4.31) ifadəsinə əsasən demək olar
ki, bu zaman qarşılıqlı induksiyanın təsiri azalır və reaktorda düşən gərginlik və həmçinin onun cərəyan
müqaviməti Xbud=L hesabına həyata keçirilir.
Beləliklə, reaktorun müqaviməti qısaqapanma rejimində və Kəl=0,5 qiymətində normal rejimə
nisbətən 2 dəfə artır. Çiyinli reaktoru, şəkil 4.13 a, b-də göstərilmiş sxemi üzrə istifadə etdikdə onun
əlavə xüsusiyyəti meydana çıxır. G2 generatorun çıxışında qısaqapanma baş verdikdə G1 –
generatorundan gələn cərəyan budaqlarda eyni istiqamətdə axır. Bu halda, budaqların qarşılıqlı
induktivliyi, dolağın xüsusi induktivliyi ilə uyğun olduğundan reaktorun birbaşa müqaviməti:
, (4.32)

K=0,5 olduqda = 3 Xbud olur və cərəyanməhdudlaşdırma effektinin artırılmasını təmin


edir.
Qısaqapanma cərəyanlarının hesabatı zamanı çiyinli reaktorların ulduz birləşmə sxemi şəkil 4.14-
də göstərilmişdir.

a) b) v)

Şəkil 4.12

72
a) b)

Şəkil 4.13

Şəkil 4.14

73
§ 4.5. Cərəyan daşiyan elementlər və onlarin seçilməsi

§ 4.5.1. Naqillərin və aparatların davamlı


iş rejiminə seçilmə şərtləri

Elektrik qurğularının uzun müddətli davamlı iş rejimi dedikdə soyuducu mühitin temperaturunun
dəyişmədiyi bir şəraitdə cərəyan daşıyan elementlərin fasiləsiz iş müddətində onların temperaturunun
buraxıla bilən həddi aşması müddəti nəzərdə tutulur.
Elektrotexniki qurğunun davamlı iş rejimi müddətində enerji sisteminin və yaxud da elektrik
qurğusunun normal təmir və qəzadan sonra iş rejimləri halları da ola bilir.
Normal rejim. Bu rejimdə elektrotexniki qurğunun parametrlərinin istismar müddətində yol verilə
bilən qiymətlərini aşmaması nəzərdə tutulur. Normal rejimdə verilmiş elektrik qurğusunun bütün
elementləri məcburiyyətsiz və artıq yüklənməsiz öz funksiyasını davam etdirirlər. Yük cərəyanı bu
rejimdə yük qrafikindən asılı olaraq dəyişə bilər. Bu rejimdə aparatların və cərəyan daşıyan hissələrin
seçilməsində normal işçi cərəyanının – Inöm ən böyük qiyməti götürülür.
Təmir rejim. Bu rejimdə planlı profilaktik və əsaslı təmir rejimləri nəzərdə tutulur. Təmir
rejimində elektrik qurğusunun elementlərinin bir qismi açıldıqda işdə qalan elementlər artıq yüklənməyə
məruz qalırlar. Odur ki, aparatları və cərəyan daşıyan hissələri seçən zaman yükün artmasını nəzərə
almaq lazımdır. Bu yükün artımı Imax.təm. cərəyanına qədər qəbul edilir.
Qəzadan sonrakı rejim. Bu rejimdə elektrik qurğusunun elementlərinin bir qismi ya sıradan çıxıb,
ya da ki qəzadan sonra təmirə çıxarılıb. (plandan kənar). Bu rejimdə elektrik qurğusunun işdə qalan
elementləri artıq yüklənə bilir. Bu yüklənmə cərəyanı Iqəza son.max. qədər ola bilər. Axırıncı baxılan rejimdən
ən ağırı rejim seçilir və bu rejim baxılan elementdən keçən cərəyan Imax. qəbul olunur.
Beləliklə, davamlı iş rejimi üçün hesabat cərəyanı iki cərəyandan normal rejimin ən böyük
cərəyanı – Inorm. və təmir və qəzadan sonrakı ən böyük cərəyan - Imax. olur.
Hesabat cərəyanlarının bir neçə konkret təyinetmə üsullarına baxaq.
Generator dövrəsi üçün. Generator dövrəsinin normal ən böyük normal cərəyanı onun normal işi –
gərginliyində - Unom., normal cosnor. və nominal yükə qədər Pnom. yüklənən zaman yaranan cərəyan
nəzərdə tutulur və aşağıdakı kimi təyin edilir:

Inorm.= Inom,g. = (4.33)

Qəzadan sonra və yaxud da təmir rejimində yaranan ən böyük cərəyan isə generatorun nominal
gərginliyinin 5% - ə qədər aşağı düşməsi və digər parametrlərin normal qiymətlərində yaranan cərəyan
nəzərdə tutulur və aşağıdakı kimi təyin edilir:

Imax.= (4.34)

Konkret şəraitdə maksimum cərəyana - Imax artırmaq həm də soyutma sisteminin yaxşılaşdırılması
hesabına (hidrogen təzyiqini artırmaqla və baş.) yük cərəyanını artırmaqla da əldə etmək olar.
Elektrik stansiyalarında iki dolaqlı əlaqə transformatorunun dövrəsi üçün cərəyanın qiyməti
YG və AG tərəfləri üçün aşağıdakı kimi təyin edilir.

Inorm.= Inom (4.35)

Harada ki, Snom – transformatorun nominal gücüdür.


Təmir və qəzadan sonrakı rejimlər üçün ən böyük cərəyan - I max, paralel işləyən transformatorlardan
birinin açılması zamanı işdə qalan transformatorun artıq yüklənmə qaydalarına əsasən təyin edilir.

74
DVIST – 14209 – 85 əsasən soyutma sisteminin şəraitindən , transformatorun növündən və
yüksək qrafikindən asılı olaraq 40%-ə qədər davamlı qəza yüklənməsinə və sistematik artıq yüklənməyə
yol verilir.
Əgər artıq yüklənmənin həqiqi qiyməti məlum deyilsə, onda tədris layihələndirmələrində qəbul
etmək olar ki:

Imax = (1,3 1,4) Inom (4.36)

Elektrik stansiyasında qoyulmuş üçdolaqlı transformator və yaxud da avtotransformator dövrəsi:


Üçdolaqlı transformatorlar İEM – də əlaqə transformatoru kimi geniş istifadə olunur. Onlar
yüksəldici transformator kimi generatorların artıq qalan gücünü YG və OG şəbəkələrinə ötürmək üçün
istifadə olunur. Bu transformatorların YG, AG və OG dövrələrinin yüklənmə həddi yükün qrafikindən
və yalnız AG tərəfdə isə elektrik qurğularının birləşmə sxemindən asılıdır. Generatorun transformatorla
blok şəklində birləşməsi zamanı AG tərəfdə Inorm, Inom – cərəyanları generator dövrəsində olduğu kimi
təyin edilir.
Generatorların arasında eninə əlaqə olduqda AG və YG hesabat şərtləri transformatorun artıq
yüklənməsini də nəzərə almaqla onun gücünə əsasən təyin edilir.Məsələn:

Inorm = Inom ; Imax = (1,3 1,4) Inom


Orta gərkinlik tərəfdə iki transformator qoyulubsa və onların heç birinin sistemlə əlaqəsi yoxsa bu
zaman:

Inorm = (4.37)
Burada orta gərginlik tərəfdə ən böyük prespektiv yükdür.

Imax = 2 Inorm (4.38)

Orta gərginlik (OG) şininə enerji sistemi qoşulubsa və YG ilə OG arasında enerji mübadiləsi
mümkünsə bu halda olacaq:

Inorm = Inom, tr ; I max = (1,3 1,4) Imax

Yarımstansiyada qoyulacaq ikidolaqlı transformator dövrəsi, YG və AG tərəflərdə hesabat


yüklərini, prespektivdə qoyulacaq transformatorların gücünü Snom nəzərə almaqla aşağıdakı kimi
təyin edilir:

Inorm = (0,65 – 0,7) (4.39)

I max = (1,3 1,4 ) (4.40)

Yarımstansiyada qoyulacaq üçdolaqlı transformator dövrəsinin cərəyanı YG tərəfdə ki, hesabat


cərəyanları (4.39), (4.40) formulaları ilə təyin edilir:

75
Inorm = ; (4.41)

Imax = 2 Inorm (4.42)

burada – orta gərginlik (OG) tərəfdə 10 illik müddət üçün perispektiv yükün qiymətidir.
Yarımstansiyalarda qoyulacaq avtotransformator dövrəsi üçün YG və OG tərəflərində hesabat
cərəyanları (4.39), (4.40) ifadələriylə təyin edilir. Avtotransformatordan iki system arasında əlaqə kimi
də yəni YG-tərəfdən OG-tərəfə və əksinə güc axınını təmin etmək üçün də istifadə etmək olar. AG-
tərəfdə hesabat cərəyanlarını perspektiv yük kimi (4.41) və (4.42) ifadələrilə təyin edilir.
Xəttin dövrəsi isə əgər xətt bir dənədir, radialdır, onda cərəyan xəttin ən böyük yükünə əsasən
təyin edilir, Inorm = Imax kimi.
İki parallel işləyən xətt üçün

Inorm = ; Imax = 2Inorm ,

burada Syük – xəttə qoşulmuş tələbatların ən maksimum gücüdür.


n-sayda parallel işləyən xətlər üçün;

Inorm = ; (4.43);

Imax = (4.44);

Şinlərin, şinlər arası və bölmələr arası açarların dövrəsi, normal rejim üçün ən ağır istismar
şəraitində cərəyanın şinlərdə paylanmasını nəzərə almaqla təyin edilir. Belə rejimlərə generatorların bir
hissəsinin açılması, çıxan xətlərin bir sitem şinə keçirilməsi, mənbələrin isə digər system
köçülürməsindən ibarətdir. Adətən, şinlərdən şinlərdən bölmələr arası və şinlər arası açarlardan keçən
cərəyan bu şinlərə qoşulmuş ən güclü generatorun və yaxud da transformatorun maksimum
cərəyanından Imax çox olmur.
Budaqlanmış reaktor dövrəsi.
Normal rejimdə reaktorun budaqları bərabər yüklənir. Normal rejimin ən böyük cərəyanı budağa
qoşulmuş işlədicilərin yükünə əsasən təyin edilir:

Inorm = ; (4.45)

Qəzadan sonra və yaxud da təmir rejimində reaktorun budağına qoşulmuş tələbatçının xətlərindən
biri açılanda, digər budaqda yük uyğun olaraq artır, özü də belə təyin edilir:

Imax =

burada n-reaktorun bir budağına qoşulmuş xətlərin sayıdır.


Düzgün seçilmiş reaktorlar üçün Imax onun budağının normal cərəyanın qiymətini aşmır.

76
§ 4.5.2 Paylayıcı qurğuların şinləri və güc kabelləri

§ 4.5.2.1 Əsas elektrik dövrələrində istifadə


olunan naqillərin növləri

Elektrik stansiyalarının və yarımstansiyalarının əsas avadanlıqları (generatorlar, transformatorlar,


sinxron kompensatorlar) və aparatları bu dövrələrdə (açarlar, ayırıcılar və başqaları) öz aralarında
müxtəlif növ naqillərlə birləşdirilir. Bunların hamısı elektrik qurğularının cərəyandaşıyan hissələri
adlanır.
Elektrik stansiyalarında və yarımstansiyalarında istifadə olunan naqillərin növlərinə baxaq. Şəkil
4.15 İEM, KES və yarımstansiyaların elementlərinin ayırıcısız sadələşmiş sxemi göstərilmişdir.

77
6-10kvTurbin
GPQ
YG PQ
bölməsi
OG PQ Turbin
6-10kvbölməsi
AG
OG
YG PQ
PQ
GPQ

Şəkil 4.15

78
İEM-də generatorun dövrəsi (şəkil 4.15 a) göstərilmişdir. Turbin bölməsi əhatəsində generatorun
çıxışından divarın fasadına qədər məsafədə (AB sahəsi) cərəyandaşıyan naqil möhkəm çılpaq
alüminiumdan hazırlanmış körpü şinləri və yaxud ekranlanmış faz komplekt cərəyandaşıyanlardan
yığılır. Belə nirləşmə gücü 60Mvt və yuxarı olan generator dövrələrində tətbiq olunur. Turbin bölməsi
ilə generator paylayıcı quruluşu (GGPQ) arasındakı hissədə (BV sahəsi) birləşmə körpü şini və yaxud da
asma izolyatorlardan asılmış naqil vasitəsilə yerinə yetirilir. Bu növ birləşmənin konstruksiyasına (şəkil
4.16) baxılmışdır.

Şəkil 4.16

6-10Kv QPQ-un daxilində bütün birləşmərəl, şinlər də daxil olmaqla düzbucaqlı zolaq şəklində
kəsilmiş möhkəm alüminium materialında materialında yığılır. Generator paylayıcı quruluşdan (GGPQ)
əlaqə transformatorunun – T1 çıxışına qədər məsafə (İK sahəsi) şin körpüsü və yaxud da yumşaq
cərəyandaşıyan naqillər vasitəsilə birləşdirilir.
35Kv və yüksək gərginlikli paylayıcı quruluşların cərəyandaşıyan hissələri adətən alüminium-
pelog-AS naqillərindən ibarət olur. Xüsusi sərfiyyat transformator dövrəsi (şəkil 4.15,a) isə GGPQ-un
yanında qoyulmuş T2 – transformatorun çıxışından GGPQ-un divarına qədər məsafəni əhatə edir və özü
də cərəyandaşıyan hissələri möhkəm alüminium şinlərdən ibarətdir. Əgər xüsusi sərfiyyat
transformatoru baş korpusun divar fasadının yanında qoyulubsa onda QD – sahəsi yumşaq
cərəyandaşıyan hissələrdən yığılır. Transformatordan xüsusi paylayıcı quruluşuna qədər məsafə (Eİ
sahəsi) kabel xətləri vasitəsilə birləşdirilir.
6-10Kv-luq xətlərin dövrələrində reaktora qədər, reaktordan sonra və həmçinin KPQ – şkaflarında
birləşmələr düzbucaqlı alüminium şinlər vasitəsilə həyata keçirilir. Tələbatçılara isə birbaşa kabel xətləri
çıxır.
KES-də generator-transformator blokunda AB-sahəsi və xüsusi sərfiyyat transformatoruna dönən
BQ-sahəsi (şəkil 4.15,b) ekranlanmış faz komplekt cərəyandaşıyanlardan yığılır.
T2 – transformatorundan xüsusi sərfiyyat paylayıcı quruluşuna qədər məsafə (ED – sahəsi) üçün
6Kv-luq səthi örtülü cərəyandaşıyanlardan istifadə olunur.
Ehtiyat xüsusi sərfiyyat transformator dövrəsi (İZ sahəsi) kabel xətləri və yaxud da üstü açıq
naqillər vasitəsilə birləşdirilir. Bu və ya digər birləşmə üsulu APQ-un baş binasının və ehtiyat T3-trans-
formatorunun bir-birinə nəzərən yerləşməsindən asılı olaraq seçilir.
İEM-də olduğu kimi 35Kv və yuxarı gərginliklərdə paylayıcı quruluşun bütün oşinovkası AS – növ
naqillər vasitəsilə yerinə yetirilir.
Yarımstansiyalarda açıq hissə AS – növ naqillər və yaxud da alüminium borular vasitəsilə möhkəm
oşinovkalanır. Transformatorun 6-10Kv örtülü paylayıcı quruluşla və yaxud da 6-10Kv KPQ-la
birləşməsi asqılardan asılmış yumşaq cərəyandaşıyanla, körpü şini və yaxud da örtülü komplekt
cərəyandaşıyanla yerinə yetirilir. 6-10 Kv-luq paylayıcı quruluşlarda möhkəm oşinovka tətbiq olunur.

§ 4.2.2. Möhkəm şinlərin seçilməsi

Yuxarıda qeyd edildiyi kimi 6-10Kv-luq qapalı paylayıcı quruluşlarda oşinovka və şinlər möhkəm
alüminium materiallardan yığılır. Mis şinlər çox baha olduğundan hətta çox böyük cərəyanlarında da
istifadə olunmur. 3000A-ə qədər yük cərəyanlarında bir-iki zolaqlı şinlərdən istifadə edilir. Daha böyük
yük cərəyanlarında korobka enkəsikli şinlərdən istifadə edilməsi tövsiyə edilir, çünki bu formalı şinlərdə

79
həm səth və yaxınlıq effektindən yaranan itkilər az olur, həm soyutma sistemi çox yaxşıdır. Məsələn,
2560A cərəyan üçün ölçüləri 60x10mm olan üç qütblü şinlər lazımdırsa, buraxma cərəyanı 2670A olan
korobka şəkilli şinin en kəsiyi 2x695mm2 olması kifayətdir. Birinci halda şinin ümumi en kəsiyi
1800mm2 alınırsa, ikinci halda 1390mm2 alınır. Göründüyü kimi korobka şəkilli şində buraxıla bilən
sıxlığı kifayət qədər çoxdur (1,47mm2 qarşı 1,92mm2).
Toplama şinləri və onlardan aparatlarına olan ayrılmalar (oşinovka) fərqi yoxdur düzbucaqlı və
yaxud da korobka profilli naqillər olsun dayaq izolyatorlarının üzərinə xüsusi boltlar vasitəsilə
bərkidilməlidir. Şinlərin qızmasından onların uzununa genişlənməsinin konpensasiya edilməsi xüsusi
şinsaxlayıcı vasitəsilə həyata keçirilir. Daha uzun şinlərdə, həmin şinin materiallarından hazırlanmış
nazik təbəqələrindən ibarət olan xüsusi kompensatorlar quraşdırılır (şəkil 4.16). Şinləri izolyatorlara
bərkitmək üçün onların sonluqlarında uzununa oval şəkilli deşiklər açılır və yaylı şaybalar vasitəsilə
dayaq izolyatorlarına bərkidilir. Aparatın şinlərə birləşən yerində şinlər əyilir və yaxud da
kompensatorlar qurulur ki, istidən genişlənmə zamanı yaranan qüvvənin aparata ötürülməsinin qarşısı
alınsın.
Şinlərin izolyatorlar üzərində quraşdırılmasının müxtəlif variantlarının eskizləri şəkil 4.17-də
göstərilmişdir.
Şinlərin bir-birilə birləşdirilməsi qaynaq vasitəsilə yerinə yetirilir. Aparatları alüminium şinlərlə
birləşdirmək üçün xüsusi mis və yaxud da latun sıxaclardan istifadə edilir, bu sıxaclar həm də birləşmə
yerində yarana biləcək mis-alüminium elektrolit buxarının yaranmasının qarşısını almağa imkan verir.
İstiliyin yaxşı ötürülməsi və istismar rahatlığı üçün dəyişən cərəyan dövrəsində A-fazası sarı, B-
fazası yaşıl və C-fazası isə qırmızı rənglə, sabit cərəyan dövrəsində isə müsbət (+) şin qırmızı, mənfi (-)
şin isə göy rənglə rənglənir.

düyün II düyün III


düyün I

80
Şəkil 4.17

Elektrik qurğularının istismar qaydalarına əsasən bütün gərginlikli açıq və qapalı paylayıcı
quruluşlarda şinlər və oşinovkalar iqtisadi cərəyan sıxlığına görə yoxlanılmır.
Şinlərin en kəsiyinin sahəsi qızmaya görə buraxıla bilən cərəyana görə seçilir. Bu zaman ancaq
normal cərəyan yox, həm də qəzadan sonrakı rejimdəki cərəyan, təmir müddətindəki cərəyan və hətta
şinlərin bölmələri arasındakı cərəyanın qeyri-bərabər paylanması zamanı yaranan cərəyanlar da nəzərə
alınmalıdır. Seçilmə şərti

Imax Iburax , (4.46)

burada Iburax – seçilmiş en kəsiyinin buraxabilən cərəyanı. Adətən, ətraf mühitin temperaturu 250C
götürülür, fərqli temperaturda buraxıla bilən cərəyan belə təyin edilir.

Şinlərin bir-biri ilə birləşdirilməsi qaynaq vasitəsilə yerinə yetirilir. Aparatları alüminium şinlərə
birləşdirmək üçün xüsusi mis və yaxud da latun sıxaclardan istifadə edilir, bu sıxaclar həm də birləşmə
yerində yarana biləcək mis-alüminium elektrolit buxarının yaranmasının qarşısını almağa imkan verir.
İstiliyin yaxşı ötürülməsi və istismar rahatlığı üçün dəyişən cərəyan dövrəsində A – fazası sarı, B –
fazası yaşıl, C – fazası isə qırmızı rənglə, sabit cərəyan dövrəsində isə müsbət (+) şin qırmızı, mənfi (-)
şin isə göy rənglə rənglənir.
Elektrik qurğularının istismar qaydalarına əsasən bütün gərginlikli açıq və qapalı paylayıcı
quruluşlarda şinlər və oşinovkalar iqtisadi cərəyan sıxlığına görə yoxlanılmır.
Şinlərin en kəsiyinin sahəsi qızmaya görə buraxıla bilən cərəyana görə seçilir. Bu zaman ancaq
normal cərəyan yox, həm də qəzadan sonrakı rejimdəki cərəyan, təmir müddətindəki cərəyan və hətta
şinlərin bölmələri arasındakı cərəyanın qeyri-bərabər paylanması zamanı yaranan cərəyanlarda nəzərə
alınmalıdır. Seçilmə şərti:
(4.47)
Burada – seçilmiş en kəsiyin buraxabilən cərəyanı. Adətən ətraf mühitin temperaturu 25ºS
götürülür, fərqli temperaturda buraxıla bilən cərəyan belə təyin edilir:

(4.48)

Çılpaq naqillər və rənglənmiş şinlər üçün , qəbul edilir. Bu halda


(4.48) ifadəsi belə olur:
(4.49)

Burada – havanın temperaturu olduqda buraxıla bilən nominal cərəyan; –


havanın həqiqi temperaturu; – istismar qaydalarına görə davamlı iş rejimində şinlər üçün
qəbul edilir.
Qısaqapanma rejimində şinlərin termiki dayanıqlığı aşağıdakı şərtlər daxilində yoxlanılır:
və yaxud da (4.50)
Burada – qısaqapanma cərəyanı hesabına şinin qızma temperaturu; – qısaqapanma
zamanı şinin buraxılabilən qızma temperaturu (bax 4.1 cədvəlinə); – termini dayanıqlığa görə
minimal en kəsik, – seçilmiş en kəsikdir. Naqildən qısaqapanma cərəyanı keçəndə onun temperaturu
artır.
Qısaqapanma prosesinin davamiyyəti olduqca çox azdır (bir neçə saniyə həddində). Buna görə də

81
naqildə ayrılan istiliyin ətraf mühitə ötürülməsinə vaxt çatmadığından praktiki olaraq bütün enerji ancaq
naqilin qızmasına sərf olunur.
Qısaqapanma cərəyanı nominal cərəyandan olduqca çox olduğundan naqilin qızması təhlükəli həddə
çata bilər, bu da başqa naqilin özünün əriməsinə və deformasiya olmasına da səbəb ola bilər.

Naqilin termiki dayanıqlığı kriteriyası, onda qısaqapanma cərəyanının yaratdığı yolveriləbilən


qızma temperaturudur. Beləliklə naqili və yaxud da aparatı termiki nöqteyi-nəzərdən dayanıqlı saymaq
olar o şərtlə ki, qısaqapanma prosesində yaranan temperatura buraxıla bilən temperaturu açmasın.
Müxtəlif növ naqillərin yolveriləbilən qızma temperaturunun qiymətləri cədvəl 4.6-də verilmişdir.

Cədvəl 4.6
Buraxılabilən qızma temperaturu –
Naqillər
Şinlər:
Mis......................................................................................................................... 300
Alüminium............................................................................................................
Aparatla vasitəsiz birləşmiş polad......................................................................... 200
Aparatla vasitəli birləşmiş polad...........................................................................
Hopdurulmuş kağız izolyasiyalı kabel xətti:
10 kv-a qədər.........................................................................................................
20-220 kv.............................................................................................................. 400
Mis və alüminium damarlı izolyasiya olunmuş kabellər:
Palivinilxlor və rezin izolyasiyalı.......................................................................... 300
Polietilen izolyasiyalı............................................................................................
İzolə olunmamış (çılpaq) mis naqilləri: 200
Gərilmə qüvvəsi 20N/mm2-dan az
olanda...........................................................
Gərilmə qüvvəsi 20N/mm2-dan çox 125
olanda.........................................................
İzolə olunmamış (çılpaq) alüminium naqil
Gərilmə qüvvəsi 10N/mm2-dan az
olanda............................................................
10N/mm2-dan çox olanda.......................................................... 150
Alüminium polad naqilin alüminium hissəsi........................................................ 120

250

200

200

160
200

Aydındır ki, – en kəsikli naqil o vaxt termiki dayanıqlı ola bilər ki, şərti ödənilsin.
Təqribi hesabatlarda naqilin minimal en kəsiyi belə təyin edilir:
(4.51)

82
Burada – əmsalı alüminium şinlər üçün – 91, mis şinlər üçü3n isə – 167 qəbul

edilir.

– qısaqapanma cərəyanın impuls kvadratik qiymətidir.


-ın qiymətinin təyinində əsas çətinlik zaman sabiti -nın təyin edilməsidir.
Elektrik stansiyalarında 30-60 mvt generatorlar qoşulmuş 6-10kv şinlər üçün ,
yüksək gərginlik şinlərində qoşulmuş transformatorun gücündən asılı olaraq, məsələn, 32MVA ilə 100
MVA arasında , 100 MVA –dan çox olanda isə qəbul edilir. Aparatların
seçilməsində adətən cərəyandaşıyan hissələrin temperaturunun təyin edilməsi tələb olunmur. Çünki
aparatı buraxan zavod tərəfindən aparılan xüsusi sınaq və hesabat əsasında onun işləmə müddəti və
termiki dayanıqlılıq üçün orta kvadratik cərəyanın qiyməti verilir. Bu halda termiki dayanıqlılığa
davamlılıq şərti aşağıdakı kimi təyin edilir:
(452)
Əgər cərəyan amperlə, qüvvə nyutonla ifadə olunarsa olur; – əmsalı naqillərin
formasını nəzərə alan əmsal olub dairəvi enkəsikli naqillər üçün onlar arasındakı məsafədən asılı
olmayaraq vahid qəbul edilir.
Əgər – qüvvəsi naqillərin uzunu boyunca bərabər paylanırsa (şəkil 4.18) və vahid uzunluqlu
naqil üçün yaranan qüvvə – yəni xüsusi qüvvə belə təyin edilir:
(4.53)

Şəkil 4.18

Üçfazalı qurğularda yaranan elektrodinamiki qarşılıqlı təsir qüvvəsinin öz xüsusiyyətləri var. Şəkil
(4-5)-də.
Dəyişən cərəyanın bir dövrü ərzində eyni müstəvidə yerləşmiş və ayrı-ayrı zaman anlarında fazalar
arasında yaranan qüvvələrin vektor şəkli verilmişdir. Şəkildən göründüyü kimi qüvvələrin qiymətlərinin
və istiqamətlərinin zamana görə dəyişməsi rəqsi xarakterlidir.
Cərəyanlı naqilə təsir edən qüvvə digər fazalarda cərəyan axan zaman onların yaratdığı qüvvələrin
qarşılıqlı təsiri kimi nəzərdə tutulur. Bu zaman ən ağır vəziyyətdə ortadakı faza olur. Orta fazaya təsir
edən ən böyük xüsusi qarşılıqlı təsir qüvvəsi, N/m –aşağıdakı kimi təyin edilir:
(4.54)

Burada – fazadakı cərəyanın amplitud qiyməti; – qonşu fazalar arasındakı məsafə, m, –


əmsalı naqillərdə faza cərəyanlarının sürüşməsini nəzərə alan əmsaldır.
Naqillər arasında yaranan qarşılıqlı təsir qüvvəsi qısaqapanma cərəyanın maksimal qiymətə çatan
anında, yəni zərbə cərəyanına çatanda kəskin artır.
Fazalar arasında qarşılıqlı təsiri qiymətləndirmək üçün iki və üçfazalı qısaqapanmalara baxmaq
lazımdır. Üçfazalı qısaqapanma zamanı, şəkil (4.19) göstərilən vəziyyət üçün yaranan xüsusi təsir
qüvvəsi şərti daxilində aşağıdakı kimi təyin edilir:

83
(4-23)

Burada – üçfazalı qısaqapanmanın zərbə cərəyanı, – ikifazalı qısaqapanma zamanı üçüncü


fazanın cərəyanı çox kiçik olduğundan xüsusi təsir qüvvəsinin (yaranmasında) hesablanmasında onu
nəzərə almırlar, bu zaman yaranan təsir qüvvəsi şərti daxilində (4-23) ifadəsilə təyin
edilir:

(4-24)

Burada – ikifazalı qısaqapanmanın zərbə cərəyanıdır.


Nəzərə alsaq ki, olduğundan üçfazalı Qısaqapanma zamanı yaranan fazalar arası
təsir qüvvəsində böyük olacaq. Odur ki, elektrodinamiki təsir qüvvəsini qiymətləndirmək üçün ancaq
üçfazalı qısaqapanma rejimində yoxlamaq lazımdır.

Şəkil 4.19

Şinlərin və aparatların elektrodinamiki dayanıqlılığının təyin etmə üsulu aşağıdakı ardıcıllıqlarla


aparılır.
Elektrodinamiki dayanıqlılıq dedikdə naqillərdən aparatlardan qısaqapanma cərəyanı keçəndə
onların zədələnmədən yaranan qüvvələrə qarşı dözümlülüyü nəzərdə tutulur.
İzolyatorlara bərkidilmiş möhkəm şinlər elektrodinamiki qüvvənin təsiri altında özünü dinamiki rəqs
sistemi kimi aparır. Belə sistemdə məxsusi rəqslər yaranır, bu rəqslərin tezliyi konstruksiyanın kütləsindən
və bərkidilməsindən asılı olaraq dəyişir. Qısaqapanma zamanı yaranan elektrodinamiki qüvvələrin
təşkiledicilərinin tezliyi 50 və 100 hs arasında dəyişir.
Əgər – şin – izolyator sisteminin xüsusi rəqsinin tezliyi bu tezliklərlə üst-üstə düşərsə bu zaman
şinlərin və izolyatorların yükü artır. Xüsusi rəqslərin tezliyi 30hs-dən az və 200hs-dən çox olarsa mexaniki
rəqs yaranmır və bununla da artıq yüklənmə olmur. İstifadə olunan əksər şinlərdə elə konstruksiyalardan
istifadə edilir ki, mexaniki rəqs yaranmasın. Bu səbəbdən də istismar qaydalarına əsasən şinlərin
elektrodinamiki dayanıqlılığını hesablayarkən onlarda yarana biləcək mexaniki rəqslər nəzərə alınmır.
Xüsusi hallarda, məsələn, möhkəm şinli təzə paylayıcı quruluşların layihəsi zamanı alüminium şinlər üçün
xüsusi rəqslərin tezliyi.

84
(4.57)
Mis şinlər üçün isə
(4.58)
ifadələrilə təyin edilir.
Burada – dayaq izolyatorları arasında yerləşən şinin uzunluğu, m-lə; j – şinin en kəsiyinin
inersiya momentidir, Sm ; q – sının en kəsiyinin sahəsi, sm şinlərin prolyotunun (iki qonşu dayaq
izolyatorları arasındakı uzunluq) uzunluğunu və en kəsiyinin sahəsini dəyişdirməklə f 0>200hs tezliyini
almaqla mexaniki rezonansın yaranmasının qarşısını almaq olur. Bu halda şinin elektrodinamik
dayanıqlığını yoxlamaq üçün, şin və izolyatorlar qısaqapanma zamanı yaranan maksimal elektrodinamiki
yükü olan statik sistem kimi qəbul olunur. Əgər f0<200hs olarsa onda şinlərin elektrodinamiki
dayanıqlığını hesablarkən yarana biləcək əlavə mexaniki rəqslərin təsirini nəzərə almaqla hesabatı
aparmaq lazımdır.
İstismar qaydalarına əsasən 60A-ə qədər cərəyanlara hesablanmış əriyən qoruyucular ilə qorunan
aparatlar, naqillər və həmçinin ayrı yuvada yerləşmiş gərginlik transformatorları elektrodinamiki qüvvələrə
qarşı yoxlanılmır.
Birqütblü şinlərin mexaniki hesabatı. Belə şinlərin üçfazalı qısaqapanma zamanı yarana biləcək
ən böyük xüsusi təsir qüvvəsi, N/m aşağıdakı kimi təyin edilir.

f(3)= ·10-7
Bu növ şinlərdə fazlar arasındakı məsafə, şinin perimetrindən çox olduğundan a»2(b+h) forma
əmsalı Kf=1, qəbul edilir.
Əvvəldə qeyd edildiyi kimi ən böyük elektrodinamiki təsir qüvvəsi, üçfazalı qısaqapanma zamanı
yaranan zərbə cərəyanının təsirindən yaranır. Növbəti istifadələrdə sadələşdirmək məqsədilə (3) indeksi
atılacaq. Şinlərin boyunca bərabər paylanmış f – qüvvəsi şinlərdə əyici moment, N·m yaradır. Bu
moment aşağıdakı ifadə ilə təyin edilir.

M=

Burada l – şin konstruksiyasının dayaq izolyatorları arasında qalan prolyotun uzunluğudur, m –


əyici momentin təsirindən şin materialında yaranan mexaniki gərginlik, MPa – belə təyin edilir,

(4.59)

Burada W – şinin oxuna perpendikulyar təsir edən qüvvənin təsiri nəticəsində şinin moment
müqavimətidir, Sm bax cədvəl 4.1. Əgər olarsa şin mexaniki cəhətdən möhkəm sayılır.
– şinin materialının buraxılabilən mexaniki gərginliyidir. İstismar qaydalarına əsasən

Şinlərin qaynaq olunan yerdə möhkəmliyinin azalmasını nəzərə almaqla onların yolveriləbilən
mexaniki gərginliyinin qiymətləri cədvəl 4.7-də verilmişdir.
Cədvəl 4.7
Şin materiallarının mexaniki xarakteristikaları

Material Marka Dağıdıcı gərginlik Buraxılabilən Elastiklik


MPa gərginlik modulu, E, Pa
MPa
Alüminium ADO 60-70 40 7·10
Alüminium AD31T 130 75 ––
Xəlitəsi AD31T1 200 90 ––
Mis MГT 250-300 140 10·10

85
Polad 370-500 160 20·10

Şəkil 4.20

İkiqütbülü şinin mexaniki hesabatı. Əgər hər bir faza iki zolaqdan ibarətdirsə (şəkil 4.20) bu
zaman həm fazalar, həm də zolaqlar arasında təsir qüvvəsi yaranacaq. Zolaqlar arasında yaranan təsir
qüvvəsi onların birləşməsinə, yəni yapışmasına səbəb olmamalıdır. Bu təsir qüvvəsini azaltmaq üçün
şinin prolyotu boyunca zolaqlar arasına xüsusi material qoyulur. Bu materiallar arasındakı məsafə –
elə seçilməlidir ki, qısaqapanma zamanı yaranan elektrodinamiki qüvvələr şin lövhələrinin bir-birinə
dəyməsinə səbəb ola bilməsin:

(4.60)

İki zolaqlı şin və izolyator sisteminin yaratdığı mexaniki rəqsin xüsusi tezliyi 200hs-dən çox
olmalıdır ki, mexaniki rəqslərin rezonansı zamanı yaranan qüvvə kəskin artmasın. Bu şərti də nəzərə
almaqla aşağıdakı – qiymətini əlavə bir şərti də nəzərə almaqla aşağıdakı kimi seçilir:

(4.61)

Burada a – şinin zolaqları arasındakı məsafə, sm;


İ =hb /12 – zolağın ətalət momenti, sm ;
K – forma əmsalı (şəkil 47); m – şin zolağının vahid uzunluğunun kütləsi, kq/m; E – şin
materialının elastiklik modulu (cədvəl 4.7)
Hesabatlarda (4.53) və (4.54) formulaları ilə hesablanmış -in iki qiymətlərindən ən kiçiyi qəbul
olunur. İki zolaqlı şin paketləri arasındakı qarşılıqlı təsir qüvvəsi, (4.55) formulasında ; a=a
=2b qəbul etsək onda – üçün aşağıdakı yekun formulanı alaraq;

(4.62)

Zolaqların qarşılıqlı təsirindən şin materialında yaranan mexaniki gərginlik, MPa, aşağıdakı kimi
təyin edilir;

(4.63)

Burada – bir zolağın gərginlik momenti, sm ;


– zolaqlar arasında qoyulmuş materiallar arasındakı məsafə, m.
Fazaların qarşılıqlı təsirindən şin materialında yaranan gərginlik (4.53) formulası əsasımda alınmış
aşağıdakı formula ilə təyin edilər.

Burada – izolyatorlar arasındakı şin prolyotunun uzunluğu, m;

86
–şin paketinin moment müqaviməti (cədvəl 4.6), sm . Əgər – şərti
ödənilirsə deməli şin mexaniki cəhətdən möhkəmdir.

Korobko enkəsikli şinlərin mexaniki hesabatı. (şəkil 4.21)


Korobko enkəsikli şinlər düzbucaqlı enkəsikli şinlərə nisbətən çox böyük ətalət momentinə
malikdir. Məsələn, böyrü üzərində yerləşən 100x10mm2 enkəsikli şin üçün ətalət momenti:

Şveller profilli en kəsiyinin sahəsi 1010mm2 olan bir şin üçün y-y
istiqamətində ətalət momenti ; uyğun olaraq düzbucaqlı
enkəsikli şin üçün

Şiveller şini üçün isə x-x istiqamətində ətalət momenti


olur.
Şəkil 4.21
Deməli, korobka enkəsikli şinlərdə xüsusi rəqslərin tezliyi ,
düzbucaqlı şinlərə nisbətən olduqca çoxdur. Bu xüsusiyyətə görə korobka şəkilli şinlərin hesabatında
mexaniki rəqslərin təsiri nəzərə alınmır.
Şinlərin yerləşmə vəziyyətini nəzərə almaqla, fazaların qarşılıqlı təsirindən şin materiallarında
yaranan gərginlik (4.52) ifadəsilə təyin edilir. Əgər, şinlər üfüqi müstəvidə yerləşibsə və şvellerlər öz
aralarında möhkəm birləşdirilib, bu halda olur.
Şvellerlər öz aralarında möhkəm birləşmədikdə olur.
Əgər şinlər şaquli müstəvidə yerləşibsə (şəkil 4.20, b), onda olur.

Şvellerlər arasında qarşılıqlı təsir qüvvəsi (şəkil 4.20, v), bu hal korobka enkəsikli şinlərin bir
hissəsi kimi qəbul edilir və , , şərtləri daxilində (4.53) ifadəsinin əsasında
alınmış aşağıdakı ifadə ilə təyin edilir.

– qüvvəsinin təsirindən şin materiallarında yaranan gərginlik (4.63) formulası ilə ,

haradakı olur.
Əgər, şin bütün uzunu boyu möhkəm bərkidilibsə, onda olur.
Əgər şərti ödənilirsə şin mexaniki cəhətdən möhkəmdir.
Bərabərtərəfli üçbucağın təpələrində yerləşmiş şinlərin mexaniki hesabatı. (şəkil 4.22) Bu
halda bütün fazaların şinləri eyni şəraitdə olurlar. A – fazasının şininə (4.53) ifadəsilə təyin edilən
və qüvvələri təsir edir, ancaq fazaların üfüqi yerləşməsindən fərqli olaraq, bu cür yerləşmədə təsir
edən qüvvələrin vektorları fazada bir-birinə nəzərən 60º sürüşmüş vəziyyətdə yerləşiblər. Əvəzləyici
qüvvə tezliklə təkcə qiymətcə yox, həm də istiqamətcə dəyişərək izolyatorlara təsir edən
dartıcı – , əyici – və sıxıcı – qüvvələri yaradır ( – vektorunun sonu çevrə boyunca
sürüşür).
Əlavə dəlillər gətirmədən demək olar ki, yaranan maksimum qüvvə, üfüqü vəziyyətdə yerləşmiş
şinlərin orta fazasına – fazasına təsir edən qüvvə olacaq və özü də aşağıdakı kimi təyin edilir:

Əgər şinlər düzbucaqlı üçbucağın təpə nöqtələrində yerləşibsə bu zaman yaranan təsir qüvvələrinin
təyini bir qədər çətinləşir, çünki bu halda fazalar müxtəlif şəraitlərdə yerləşirlər.

87
Şəkil 4.22
Cədvəl 4.8-də üçbucağın təpələrində yerləşmiş boru və korobka şinlərinin izolyatorlarına təsir edən
qüvvəni və təyin etmək üçün hesabat formulaları verilmişdir.
Cədvəldə – amperlə, və – metrlə, – sm -la ifadə olunublar. Korobka şinlər üçün
və yaxud -ın təyini, şinlərin üfüqü və şaquli vəziyyətdə yerləşməsi zamanı təyini kimi aparılır.
İzolyatorların seçilməsi. Paylayıcı qurğularda şinlər dayaq, asma və keçid izolyatorlarına
bərkidilir. Bərk şinlər dayaq izolyatorlarına bərkidilir. Bu izolyatorların seçilməsi aşağıdakı qaydada
aparılır:
nominal gərginliyə görə
buraxılabilən yükə görə
Burada – izolyatora təsir edən qüvvə; – izolyatorun başlığına təsir edən qüvvənin
yolveriləbilən qiyməti:

burada – əyilməyə qarşı dağıdıcı qüvvə.


Bütün fazaların üfüqü və yaxud şaquli yerləşməsi zamanı şinlərin izolyatorlarının hesabat qüvvəsi,
N, belə hesablanır.

88
burada – şin böyrü üstə yerləşibsə onun hündürlüyünü nəzərə alan əmsaldır.

burada – izolyatorun hündürlüyü.


Şinlər üçbucağın təpələrində yerləşəndə (cədvəl 4.8-ə bax)
Keçid izolyatorlarının seçilməsi:
Gərginliyə görə
Nominal cərəyana görə
Buraxılabilən yükə görə
Keçid izolyatorları üçün hesabat qüvvəsi, N, ifadəsilə təyin edilir.

§ 4.2.3 Yumşaq şinlərin və cərəyandaşıyıcıların seçilməsi

35 kv-luq və yüksək gərginlikli paylayıcı quruluşlarda AS naqilindən ibarət olan yumşaq şinlərdən
istifadə edilir. 6-10 kv-luq paylayıcı quruluşlarda (şəkil 4.22-yə bax) generatorları və transformatorları
birləşdirmək üçün bürünmüş və dairəvi həlqələrə alınmış naqillər toplusundan ibarət olan şinlərdən
istifadə edilir. Naqillər toplusunda alüminium – poladdan ibarət olan iki naqil, onun xüsusi çəkisindən,
buzdan və küləkdən yaranabiləcək mexaniki yükü daşıyır, qalan naqillər isə ancaq cərəyandaşımaq
üçündür. Tövsiyə olunur ki, naqillər toplusundakı ayrı-ayrı naqillərin enkəsiyi artırılsın (500, 600 mm2)
bu həm cərəyan daşıyanın qiymətini, həm də ondakı naqillərin sayını azaldır.
Yumşaq şinlər generator-transformator blokunu açıq paylayıcı quruluşlara birləşdirmək üçün
istifadə olunur.
35 kv və yüksək gərginlikli xətlərdə, blok transformatorları ilə açıq paylayıcı quruluş arasında
məsafə çox olanda generator gərginlikli paylayıcı quruluş arasında məsafə çox olanda generator
gərginlikli paylayıcı quruluşlarda yumşaq naqillərdən istifadə olunur və yumşaq naqillər cərəyanın
iqtisadi sıxlığına görə yoxlanılır.
(4.64)
Burada – normal rejim üçün cərəyan (ifrat yüklənməsiz);
– cərəyan sıxlığı A/mm2, (cədvəl 4.9) bax.
(4.64) ifadəsi əsasında təyin olunmuş en kəsik yaxın standart enkəsiyə qədər tamamlanır.

Cədvəl 4.9
Cərəyanın iqtisadi sıxlığı
Naqillər saat
1000- 3000- 5000-dən
3000 5000 çox
Çılpaq naqillər və şinlər
mis............................................................... 2,5 2,1 1,8
alüminium................................................... 1,3 1,1 1,0
Kağız izolyasiyalı, rezin izolyasiyalı, polivinilxlor izolyasiyalı
kabellər
mis damarlı.................................................. 3,0 2,5 2,0
alüminium damarlı...................................... 1,6 1,4 1,2
Rezin və plastmas izolyasiyalı kabel xətləri
mis damarlı.................................................. 3,5 3,1 2,7
alüminium damarlı...................................... 1,9 1,7 1,6

İqtisadi cərəyan sıxlığına görə yoxlanılmırlar;

89
– Sənaye müəssisələri şəbəkəsi və işçi gərginliyi 1 kv-dan az olan, işçi saatlarının sayı ildə 5000
saata qədər olan qurğular;
– İşçi gərginliyi 1 kv-dan az olan elektrik tələbatçılarına gedən naqillər, həmçinin işıqlandırma
şəbəkəsi;
– Bütün gərginlikli açıq və qapalı paylayıcı quruluşların əhatəsindəki elektrik qurğularının sistem
şinləri və oşinovkaları;
– Müvəqqəti tikintilərin şəbəkələri, həmçinin xidmət müddəti 3-5 il arasında olan qurğular;
Enkəsiyin qızmaya görə yoxlanılması (buraxılabilən cərəyana görə) (4.47) ifadəsinə əsasən
yoxlanılır.

Seçilmiş enkəsik qısaqapanma cərəyanın istilik təsirinə görə (4.50) ifadəsinə əsasən yoxlanılır.

Cəld işləyən ATQ qurğusu ilə təchiz olunmuş elektrik verliş xətlərinin naqillərinin istiliyə qarşı
davamlılığının yoxlanılması qısaqapanma cərəyanın keçmə müddətinin uzanmasına nəzərə almaqla
həyata keçirmək lazımdır.
Qısaqapanma rejimində parçalanmış naqilli hava xətlərinin istiyə davamlılığını yoxlarkən həmin
naqillərin enkəsiyini toplayıb bir naqil kimi qəbul etmək lazımdır.
Paylayıcı quruluşların yumşaq şinləri qısaqapanma cərəyanları , hava xətlərinin
naqilləri isə olduqca elektrodinamiki dayanıqlılığa qarşı yoxlanılır.
Qısaqapanma cərəyanlarının böyük qiymətlərində elektrodinamiki təsirlərin nəticəsində faz
naqilləri bir-birinə o qədər yaxınlaşa bilər ki, fazalar arasında havanın deşilməsi və hətta naqillər bir-
birinə dolaşa bilər.
Fazaların bir-birinə ən çox yaxınlaşması ikifazalı qısaqapanma zamanı baş verir. Belə ki,
qısaqapanma zamanı fazalar bir-birindən əks istiqamətə tullanırlar, qısaqapanma cərəyanı açılandan
sonra isə onlar bir-birinə qarşı hərəkət edirlər. Faza naqillərinin yaxınlaşması, fazalar arasında məsafə az
olanda, naqilin sallanma həddi çox olanda və qısaqapanma cərəyanın keçmə müddəti və qiyməti
çoxalanda, daha çox olur.
İkifazalı qısaqapanma cərəyanı uzun müddət keçərsə bu zaman yaranan təsir qüvvəsi, N/m (4.53)
ifadəsilə təyin edilir.

Burada – fazalar arasındakı məsafə, m-lə (açıq paylayıcı quruluşlarda fazalar arasındakı məsafə
D-hərfi ilə göstərilir); – ikifazalı qısaqapanma cərəyanının orta kvadratik qiymətidir. Daha dəqiq
hesabatlar üçün qəbul etmək olar ki;

Cərəyanın bu qiymətini yuxarıdakı ifadədə yerinə yazıb qüvvə, N/m üçün bu ifadəni alırıq.
(4.65)
Cərəyandaşıyan naqilin hər metrinin ağırlıq qüvvəsi, N/m, belə təyin edilir: , burada
– bir metr cərəyandaşıyan naqilin kütləsi, kq.
– nisbəti də təyin edilir, burada – ətraf mühitin maksimum hesabat temperaturunda xəttin
hər bir prolyotundakı maksimum sallanma hündürlüyüdür, m; – cəld işləyən mühafizənin ekvivalent
təsir müddətidir, san. Generator və transformator dövrəsi üçün orta hesabla san-dır.
Burada – qısaqapanma cərəyanlarından mühafizənin həqiqi dözmə vaxtı; 0,05 – qısaqapanma
cərəyanın aperiodik təşkiledicisinin maneəsini nəzərə alan əmsaldır.
Diaqram üzrə f/g və asılılığından xəttin normal rejimdəki vəziyyətindən kənara çıxma

90
məsafəsi – , və – bucağı təyin edilir.
-in tapılmış qiyməti maksimum yolveriləbilən qiymətilə müqayisə edilir:
(4.66)
Burada – cərəyandaşıyan naqilin diametridir; – qonşu fazaların ən çox yaxınlaşa bilən
halında yolveriləbilən ən kiçik məsafədir. Generator gərginlikli cərəyandaşıyanlar üçün
istismar qaydalarına əsasən açıq paylayıcı quruluşlarda (APQ) 110kv-da – 0,45m; 150kv – 0,6m; 220kv –
0,95m, 330kv – 1,4m; 500kv – 2m qəbul olunur.

Əgər > olarsa bu zaman naqilin sallanma hündürlüyünü azaltmaq və yaxud da fazalar
arasındakı məsafəni artırmaq lazımdır. Asqılardan asılmış yumşaq cərəyandaşıyan naqillərin sallanma
hündürlüyünü azaltsaq bu zaman naqilin məruz qalacağı mexaniki gərginliyini, fazalar arasında
məsafəni artırsaq APQ-un ölçülərini artırmış olarıq. Bununla əlaqədar olaraq bəzi hallarda fazalar
arasına izoləedici materialdan hazırlanmış xüsusi materiallar yerləşdirillər ki, fazaların yaxınlaşmasının
qarşısı alınsın və beləliklə fazalar arasındakı məsafənin artırılmasına və fazaların sallanmasının qarşısını
almaq tədbirlərinə ehtiyac qalmır. Faza naqillərinin sallanmasının qarşısını almaq və mexaniki
möhkəmliyə xələl gətirməmək üçün bəzən də əlavə dayaqları quraşdırmaqla xəttin prolyotunun
uzunluğunu azaldırlar.
Parçalanmış fazalı yumşaq cərəyandaşıyan naqilləri elektrodinamiki dayanıqlılığa qarşı
yoxlayanda, həmin faza vahid bir naqil kimi qəbul edilir. Hesabat aşağıdakı ardıcıllıqla aparılır. Hər bir
naqildə digər naqillər (n-1) tərəfindən yaranan təsir qüvvəsi, N/m, aşağıdakı ifadə ilə təyin edilir:

(4.67)
Burada – parçalanmış fazadakı naqillərin sayı; – fazanın diametri, ; – üçfazalı
qısaqapanma cərəyanın təsiredici qiyməti, .
– impuls qüvvəsinin təsiri altında fazanın naqilləri mənzərə doğru yaxınlaşırlar. Fazanın
parçalanmış naqilləri arasındakı müəyyən məsafəni saxlamaq və impuls təsir qüvvəsini – azaltmaq
üçün fazanın naqilləri öz aralarında xüsusi bərkidici naqillərlə birləşdirilir. Fazanın naqillərini öz
aralarında birləşdirən bərkidicilər arasındakı məsafə, m, belə təyin edilir:

Burada qısaqapanma zamanı naqildə yaranan mexaniki gərginliyin artmasını nəzərə alan
əmsal. – normal rejimdə naqildə yaranan maksimal mexaniki gərginlik, MPa, (ətraf mühitin
temperaturu 40ºS, buzlama temperaturu isə – 5ºS qəbul edilir); – naqilin materialının elastiki uzanma
əmsalı (alüminium üçün ); – naqilin xüsusi kütləsindən yaranan xüsusi yük,
MPa/m; –qısaqapanma zamanı yaranan qarşılıqlı təsir qüvvəsinin yaratdığı xüsusi yük, MPa/m;

q – naqilin enkəsiyinin sahəsi mm2

Burada – normal rejimdə fazanın maksimum gərilmə qüvvəsi N.


Fazanın maksimal gərilmə qüvvəsinin təyini yumşaq əlaqəsi olan naqillərin mexaniki hesabatı və
həmçinin naqillərin maksimal sallanmasının təyini ilə yerinə yetirilir.
Cərəyan daşıyıcıların mənbəyə yaxın hissəsində fazanın naqillərini öz aralarında distansion
birləşdirən bərkidicilər arasındakı məsafə 3-5m, mənbədən məsafə artdıqca qısaqapanma cərəyanlarının
azalması hesabına bu bərkidicilər arasındakı məsafədə artır. Əgər naqillərin elektrodinamiki

91
dayanıqlılığa qarşı bu bərkidicilərin qoyulması tələb olunmasa belə, parçalanmış fazaların fiksasiyası
üçün hər 15m-dən bir belə bərkidicilər qoyulur.
35kv və yüksək gərginlikli yumşaq cərəyandaşıyıcılar tac şərtinə yoxlamalıdırlar. Yüksək
gərginlikdə naqillərin ətrafında yaranan böyük elektrik sahəsinin təsirindən işıqlanma və cırtıltı şəklində
tac boşalmaları yaranır. Naqillərin ətrafında yaranan ionlaşma prosesi əlavə itkilərin yaranması ilə
yanaşı radio pomex yaradan elektro maqnit dalğalarının, naqillərin birləşmə yerinə və səthinə mənfi təsir
edən ozonun yaranmasına səbəb olur. Naqillərin düzgün seçilməsi tac hadisəsinin törədə biləcəyi mənfi
fəsadları aradan qaldırmağa imkan verir.
İndi də naqillərin tac hadisəsinə görə seçilmə ardıcıllığına baxaq.
Tac boşalmalarını yaradan elektrik sahəsinin başlanğıc maksimal kritik qiyməti kv/sm, belə təyin
edilir.

(4.68)

Burada m – naqilin səthinin qeyri-hamar olmasını nəzərə alan əmsaldır ( çox damarlı naqillər üçün
m=0,82 qəbul edilir); ro– naqilin radiusu, sm.
Parçalanmayan naqilin ətrafında yaranan elektrik sahəsi belə təyin edilir:

(4.69)

Burada U – xətt gərginliyi, kv; Dor – fazanın naqilləri arasındakı məsafənin orta həndəsi
qiymətidir, sm.
Fazalar üfüqi vəziyyətdə yerləşərsə:
Dor=1,26D
Burada D-qonşu fazalar arasındakı məsafə, sm.
330 kv və yüksək gərginlikli paylayıcı qurğularda tac hadisəsini azaltmaq üçün hər faza iki, üç və
yaxud dörd naqillərə parçalanır. Xüsusi hallarda 220kv-luq xətlərdə parçalanmış naqillərə bölünür.
Parçalanmış fazaların ətrafında yaranan sahə gərginliyinin maksimal qiyməti kv/sm, belə təyin edilir:

(4.70)

Burada K – fazadakı naqillərin sayını - (n) nəzərə alan əmsaldır; – paralanmış fazanın
ekvivalent radiusu (cədvəl 4-6) bax.
Parçalanmış fazanın naqilləri arasındakı məsafə – a 220kv-luq qurğularda 20-30sm; 330-750kv
qurğularda isə 40sm qəbul olunub.
Fazalar üfüqü vəziyyətdə yerləşəndə təqribən orta fazada yaranan sahə gərginliyi (4.68) və (4.69)
ifadələrilə təyin edilən qiymətdən 7% çox götürülür.
Naqilin ətrafında yaranan sahə gərginliyi 0,9E0 – qiymətini aşmırsa tac boşalması olmayacaq.
Beləliklə tac boşalmasının yaranma şərtini bu formada yazmaq olar.

§ 4.2.4 Güc kabellərinin seçilməsi

Elektrik qurğularında kabellər geniş tətbiq olunur. 6-10kv-luq tələbatçılar əsasən kabel xətləri
vasitəsilə qidalanırlar. Kabel xətləri vasitəsilə qidalanırlar. Kabel xətləri paylayıcı qurğuların ərazisində
əvvəlcə xüsusi kabel tunellərinə düzülür, ərazidən kənara çıxanda torpaq altına salınır. Elektrik
stansiyalarının və yarımstansiyalarının siyahılarının xüsusi sərfiyyat tələbatçılarını qidalandırmaq üçün
onların uyğun şinlərə qoşulmasında 6 və 0,4 kv-luq kabel xətlərindən istifadə edilir. Kabellər, kabel
tunellərində divara bərkidilmiş xüsusi metal dirsəklərin üzərinə düzülür, açıq paylayıcı quruluşda və
yaxud da açıq havada həmin metal dirsəklər divara bərkidilir və üzərinə kabel xətləri düzülür. İES və
AES-də yanğından təhlükəsizliyi təmin etmək üçün izolyasiya yanmayan materialdan hazırlanmış kabel
xətlərindən istifadə edilir.

92
Qoyulma yerindən, yerləşmə mühitindən, kabel xəttinə təsir edən mexaniki qüvvələrdən asılı
olaraq müxtəlif markalı kabellər təklif olunur.
Kabellərin seçilməsi:
– Qoyulma gərginliyinə görə:

– konstruksiyasına görə,
– Cərəyanın iqtisadi sıxlığına görə:

– buraxılabilən cərəyana görə:

Burada – torpaqda yerləşən digər kabel xətlərinin təsirini nəzərə alan və onu əhatə edən
havanın temperaturunun təsirini nəzərə alan –əmsallarını da nəzərə almaqla yolverilə bilən
uzunmüddətli cərəyan;

və – əmsalları istismar qaydalarından tapılmış yolveriləbilən cərəyanın qiymətinə əsasən


təyin edilir. Normal rejimə əsasən seçilmiş kabel xətti termiki dayanıqlılıq şərtinə əsasən aşağıdakı kimi
yoxlanılır:
və yaxud
Bu zaman çox da uzun olmayan kabel xəttini qısaqapanmaya qarşı yoxlanılması, ancaq kabel
xəttinin əvvəlindəki qısaqapanma cərəyanına əsasən yoxlanılır. Pilləli en kəsiyə malik olan kabel
xətlərinin yoxlanılması isə ancaq hər bir pillənin əvvəlindəki qısaqapanma cərəyanın qiymətinə əsasən
yoxlanılır. İki və çox paralel kabel xətlərinin hər bir qolu, paralel qollara ayrılma nöqtəsindəki
qısaqapanma cərəyanın qiymətinə əsasən yoxlanılır.

93
§4.3. Olçü transformatorlarının seçilməsi

§4.3.1. Cərəyan transformatorlarının seçilməsi

Cərəyan transformatorları aşağıdakı şərtlər əsasında seçilir.


– qoyulma gərginliyinə görə:

– cərəyana görə:

Nominal cərəyan qurğunun işçi cərəyanına çox yaxın olmalıdır, əks halda transformatorun birinci
tərəf dolağı tam yüksəlməsə bu xətanın çoxalmasına səbəb olar.
– konstruksiyasına və dəqiqlik sinfinə görə;
– elektrodinamik dayanıqlılığına görə;

Burada – qısaqapanma cərəyanın hesabat zərbə cərəyanı;


– elektrodinamiki dayanıqlılığın dəfəliliyi kataloq üzrə;
– cərəyan transformatorunun birinci tərəf nominal cərəyanı;
– elektrodinamiki dayanıqlılığın cərəyanı.
Şin cərəyan transformatorlarının elektrodinamiki dayanıqlılığı paylayıcı qurğuların şinlərinin
elektrodinamiki dayanıqlılığı ilə təyin edilir, elə buna görə də bu cərəyan transformatorları
elektrodinamiki dayanıqlılığa qarşı yoxlanılmır.

94
V FƏSİL

KOMMUTASİYA APARATLARI

§ 5.1 Ümumi məlumat

Açar – kommutasiya aparatı olub, cərəyanı açmaq və qoşmaq üçün istifadə edilir.
Açar elektrik qurğularında əsas aparat olub, istənilən rejimlərdə: uzun müddətli yük, ifrat yükləmə,
qısaqapanma, yüksüz işləmə və qeyri-sinxron iş rejimlərində elektrik dövrələrini açmaq və qoşmaq üçün
xidmət edir.
Açarlar üçün ən ağır və məsul əməliyyat qısa qapanma cərəyanlarını açmaq və mövcud olan
qısaqapanmaya qoşmaqdır. Yüksək gərginlik açarlarına bu tələblər qoyulur:
 istənilən cərəyanları (onlarla amperdən nominal açma cərəyanına qədər etibarlı
açmaq;
 cəld işləməsi, başqa sözlə ən kiçik açma vaxtı;
 cəld avtomatik təkrar qoşma xüsusiyyətinə malik olmalıdır; başqa sözlə, açar
açılandan sonra ani olaraq təkrar qoşulmalıdır;
 110 kV və yuxarı gərginliklər üçün açarlar fazalar üzrə idarə edilməsi imkanına
malik olmalıdır, başqa sözlə, hansı fazada qısaqapanma varsa həmin fazanı açmalı, digər fazalar işdə
qalmaq şərtilə;
 kontaktların təftişi və onlara baxış asan olmalıdır, yanğına və partlayışa qarşı
təhlükəsi olmamalıdır:
 istismarı və nəqliyyatla daşınması rahat olmalıdır;
 Yüksək gərginlik açarları uzun müddət nominal cərəyanı – Inom və nominal
gərginliyi – Unom saxlamalıdır.
DUST 687-78E-ə uyğun olaraq açarlar aşağıdakı parametrlərlə xarakterizə olunurlar:
1. Nominal açma cərəyanı – Iaçma nom. Açarın nominal açma cərəyanı dedikdə qısaqapanma
cərəyanın təsiredici qiymətinin ən böyük qiyməti nəzərdə tutulur və açar bu cərəyanı, yol verilə bilən
bərpa gərginliyi həddində, nominal işçi gərginliyindən böyük qiymətində açmalıdır.
Məlumdur ki, qısaqapanma cərəyanları dövri və aperiodik təşkiledicilərindən ibarətdir. Nominal
açma cərəyanın qiyməti, açarların kontaktlarının aralanma anında qısaqapanma cərəyanın dövri
təşkiledicisinin təsiredici qiymətlə təyin edilir.
2. Açma cərəyanında aperiodik təşkiledicisinin yol verilə bilən nisbi qiyməti n%-lə Şəkil 10.1-də
verilmiş əyriyə əsasən və yaxud da bu ifadə ilə də təyin edilir.

n-in normativ qiyməti kontaktların aralanma vaxtı


 = tmüh.açm + txüs.açm = 0,01+ txüs.açm, üçün təyin edilir.
Əgər   0,09 san. olarsa, onda n= 0 qəbul edilir.

3. Əməliyyat tsikli – verilmiş intervallarla açarın yerinə yetirəcəyi kommutasiya əməliyyat


ardıcıllıqları nəzərdə tutulur. Açarlar istismar vaxtı ola bilər ki, bir neçə dəfə mövcud qısaqapanmaya
qoşulub açılsın. Bu səbəbdən də DUST 687-78E-ə görə açarlar üçün xüsusi əməliyyat tsikli qoyulur.
Əgər açarlar üçün avtomatik təkrar qoşma (ATQ) qurğusu nəzərdə tutulubsa, onda aşağıdakı tsikl
təmin olunmalıdır:
A – 180 san – QA – 180 san QA;
A – tç.p – QA – 180 san – QA.
Unom  220kV-luq açarlar üçün uyğun olaraq bu tsikl yerinə yetirilməlidir.
95
A – tç.p – QA – 120 san – QA
ATQ – qurğusu olmayan açarlar üçün bu tsikl ödənilməlidir:
A – 180 san – QA – 180 san QA
burada: A – açma əməliyyatı; QA – qoşma və ani olaraq açma əməliyyatını göstərir; 20, 180
saniyələrlə zaman aralığı; tç.p – ATQ qurğusu olan açarlar üçün cərəyansız zaman pauzasıdır, başqa
sözlə, açarın kontaktlarında qövsün sönmə anı ilə onun növbəti qoşulma anında cərəyanın yaranması
arasındakı müddət nəzərdə tutulur.

ATQ – qurğusu olan açarlar üçün t ç.p= (0,31,2)san. intervalında, ATQ – qurğusu olmayan açarlar
üçün isə bu interval 0,3san. həddindədir.
4. Açarın qəza zamanı ondan keçən cərəyanlara qarşı dayanıqlılığı, bu cərəyanlar termiki
dayanıqlılığa – Iter və elektrodinamik dayanıqlılığı – Idin (cərəyanların təsiredici qiymətləri), idin – cərə-
yanın ən böyük pik qiyməti (amplituda qiyməti); bu cərəyanlara açarlar qoşulu vəziyyətdə zədələnmədən
dözməlidir.
Açarı buraxan zavod bu nisbəti gözləməlidir.
idin = 2,55 Iacm,nom
5. Açarın nominal qoşma cərəyanı – bu cərəyan, verilmiş tsikldə və nominal gərginlikdə – U nom,
qısaqapanma cərəyanını kontaktların zədələnməsi baş vermədən açarın qoşa biləcəyi cərəyandır.
Kataloqlarda bu cərəyanın təsiredici qiyməti – Iqoş.nom və amplitud qiyməti – iqoş.nom verilir.
Açarlar aşağıdakı şərtləri gözləmək şərtilə konstruksiya edilir:
Iqoş.nom  Iacm,nom; iqoş.nom  Iacm,nom
6. Açarın xüsusi açma vaxtı – txüs.açm, bu vaxt açarın açılması üçün komanda verilən andan
kontaktlar arasında qövsün tam sönməsinə qədər keçən intervaldır.
Açma vaxtı – taçm.aç – bu vaxt açarın qoşulmasına verilən komanda anından, bütün fazalarda qövsün
sönməsinə qədər keçən vaxt intervalı nəzərdə tutulur.
Qoşma vaxtı – tqoş.aç – bu vaxt açarın qoşulmasına verilən komanda anından dövrədə cərəyanın
yaranmasına qədər keçən vaxt nəzərdə tutulur.
7. Bərpa gərginliyinin parametrləri – bu parametr açarlar açılan zaman onun kontaktları arasında
yaranan keçid gərginliyinin bərpa sürəti nəzərdə tutulur – , (KBG)
8. ATQ – qurğusu olmayan açarlar üçün qısaqapanma cərəyanın (0,6-1) Iacm,nom qiymətlərində beş
dəfə A.Q (açma qoşma) əməliyyatı aparandan sonra açara baxış keçirmək olar.

ATQ – qurğusu olan açarlar üçün həmin şərtlər daxilində Iacm,nom cərəyanın qiymətlərindən asılı
olaraq (6-10) dəfə A.Q (açma qoşma əməliyyatı apara bilər.
Açarların əsas konstruktiv hissələri bunlardır: qövs söndürmə qurğusu olan kontakt sistemi,
cərəyan daşıyan hissələr; dövrədə izolyasiya konstruksiyası və intiqal mexanizmi.
Konstruktiv xüsusiyyətlərinə və qövs söndürmə üsuluna görə açarlar bu növlərə bölünürlər:
cəlləkli yağ açarları (böyük həcmli yağ açarları), az yağlı açarlar (kiçik həcmli yağ açarları), hava
açarları, eleqaz açarları, eletromaqnit açarları, avtoqaz açarları və vakuum açarları. Xüsusi qrupa aid
olan və yalnız normal rejim cərəyanlarını açan yük açarlarına bölünürlər.
Qoyulma yerinə görə açarlar örtülü mühit, açıq mühit və komplekt paylayıcı qurğular açarlarına
bölünürlər.

§ 5.2 Çəlləkli yağ açarları

Çəlləkli yağ açarlarında yağ həm qövsü söndürmək üçün, həm də cərəyan daşıyan hissələri bir-
birindən və açarın gövdəsindən izolə etmək üçün, bir də soyutma sistemi kimi istifadə olunur.
10 kV-a qədər bəzi hallarda isə hətta 35 kV-a qədər olan açarlarda bütün üç fazanın hamısı bir
çəlləkdə yerləşdirilir, ancaq böyük gərginlikli açarlarda isə hər bir faza ayrı çəlləkdə yerləşdirilir. Şəkil
5.1-də qövs söndürmə qurğusu olmayan çəlləkli açarın sxematik kəsiyi verilmişdir. Açarın polad çəlləyi
– 1, çuqundan tökülmüş qapağı – 3, xüsusi boltlar vasitəsilə bərkidilmişdir. Açarın qapağından altı ədəd

96
keçid farfor izolyatorları – 4, çıxır bu farfor keçid izolyatorlarının aşağı cərəyan daşıyan hissələrinə
hərəkətsiz 7 – kontaktı birləşdirilib. Hərəkət edən kontakt – 8 kontaktları birləşdirən körpü və yaxud da
travers üzərində oturtdurulub. Hərəkət edən kontaktları birləşdirən traversə hərəkətin verilməsi açarın
qapağının altında yerləşən intiqaldan izoləedici dartıcılar vasitəsilə ötürülür. Açarın qoşulu
vəziyyətindən travers qaldırılır və kontakt körpüsü kontaktları – 7, birləşdirərək dövrəni qapayır. Bu
zaman açıcı yay – 5 sıxılmış vəziyyəti alır. Açarın qoşulu vəziyyətini təmin edən 6 – valı ilə əlaqədə
olan intiqalın cəftəsi təmin edir.
Açarın əl ilə və yaxud avtomatika tərəfindən açılması zamanı qapaq azad olur bununla da sıxılmış
yayın təsirindən travers 1,52,7m/san sürətlə aşağı düşür və hər bir fazanın dövrəsini iki nöqtədə açır.
Açarın açılması zamanı yaranan qövsün təsirindən 70%-i hidrogendən ibarət olan yağ – 2 buxarlanır və
qaz – buxar qabarcıqlarının yaranmasına səbəb olur. Bu qaz qabarcıqlarının daxilində təzyiq 0,11MPa
çatır bu da qazın deionizasiya xassəsini kəskin artırır. Qövs 0,08-0,1 saniyədən sonra sönür. Çəlləyin
divarları mühafizə izolyasiya örtükləri – 9 vasitəsilə ötürülüb.
Şəkil 5.1-dən göründüyü kimi, açarın çəlləyinə yağ elə miqdarda tökülür ki, yağın səthi ilə çəlləyin
tavanı arasında müəyyən hava aralığı qalsın. Bu hava aralığının olması qövsün söndürülmə prosesi
zamanı yaranan yüksək təzyiqin açarın tavanına edilən təsir qüvvəsinin azaldır.
Əgər çəlləkdə yağın səviyyəsi yol veriləndən az olarsa, bu zaman çox yüksək temperatura qədər
qızmış qaz tavanın altına yığılaraq hidrogen qazının hava ilə
qarışığından güclü partlayışa səbəb ola bilər.
Baxılan açarda heç bir qövs sön- dürən qurğu nəzərdə tutulma-
dığından onun heç bir açıcılıq qabiliyyəti də çox böyük olmur. Bu
konstruksiyalı açarlar (VMB – 10, VME – 6, BVE – 10, BS – 10) əsasən 6-
10 kV-luq qurğularda tətbiq olunur, hal- hazırda həmin açarlar vakuum
açarları tərəfindən istismardan sıxışdırılıb çıxarılır.
İşçi gərginliyi 35kV və yuxarı olan açıq hava şəraiti üçün nəzərdə
tutulmuş qurğularda çəlləkli açarlar Şəkil 5.1 kifayət qədər geniş istifadə olunur.
Bu növ açarlar xüsusi qövs söndürən kameraları ilə təchiz olunub. Şəkil
5.2
İş xüsusiyyətinə görə qövs söndürmə qurğuları üç qrupa
bölünür:
1. Avtomatik üfürmə – bu növ qurğularda qövsün yanma zonasında yüksək təzyiq və qazın böyük
sürətli axını qövsdə ayrılan enerji hesabına yaranır;
2. Məcburi yağın üfürülməsi – bu növ qövs söndürmə qurğusunda yağın parçalanma zonasına,
xüsusi hidravlik mexanizmlər vasitəsilə yağ vurulur;
3. Yağda qövsün maqnit sahəsi vasitəsilə söndürülməsi – bu növ qurğularda maqnit sahəsinin
təsirilə yağ dar kanallara və yarıqlara vurulur.

a) b)

Şəkil 5.2
97
Ən çox effektiv və sadə qövs söndürmə qurğusu avtomatik üfürmə qurğusudur. Qeyd etmək
lazımdır ki, avtomatik üfürmə qurğusu qövsdə cərəyan çox olduqda daha effektiv işləyir. Belə ki, kiçik
cərəyanları açanda yaranan qazın təzyiqi çox da olmur, bu səbəbdən də qövsün sönmə prosesi uzanır. Bu
səbəbdən avtomatik üfürmə qurğusu olan söndürmə qurğularında əlavə olaraq, məcburi yağ üfürmə
qurğusunda qoyulur ki, kiçik cərəyanları açan zaman qövsün etibatlı söndürülməsi təmin edilsin.
Qövs söndürmə qurğuları adətən möhkəm kamera formasında yüksək gərginlik cərəyan daşıyan
giriş izolyatorları sonuna bərkidilir (şəkil 5.2), bəzi açarlarda isə qövs söndürmə kamerası ştanqın aşağı
hissələrinə bərkidilir, məsələn şəkil 5.2-də olduğu kimi. Açarın nominal işçi gərginliyindən asılı olaraq
qövs söndürmə kamerası bir və bir neçə qızma avadanlığından ibarət ola bilər. İşçi gərginliyi artdıqca bu
qızma aralıqlarının sayı da artır. Gərginliyin bu qızma avadanlıqlarında bərabər paylanmasını təmin
etmək üçün həmin aralıqlar paralel olaraq xüsusi şuntlayıcı müqavimətlə şuntlanırlar. Qövs
söndürüləndən sonra əsas aralıqlarda aralıqlarda şuntlayıcı müqavimətlərdən keçən cərəyan kameradan
kənarda yerləşmiş köməkçi aralıqda sönür.
Qövs söndürülən qurğularda izolyasiya lövhələrinin və yağ qaz qarışığının püskürmə borusu
vasitəsilə işçi kanal yaradılır ki, bu kanallar vasitəsilə yağ və qaz qarışığı üfürülür. Kanalların yerləşmə
vəziyyətindən asılı olaraq qövs söndürmə kameraları uzununa, eninə və uzununa – eninə üfürülmə
növlərinə bölünür.
35kV-luq S – 35 – 630 – 10 növ çəlləkli açarlarda, hər fazanın bir iki yaruslu hərəkət edən
kamerası var. Şəkil 5.2a.
Hər üç fazanın mexanizmi dartı valı vasitəsilə öz aralarında və açarın intiqalı ilə birləşdirilib.
Açarın qapağının altında hər girim fazasının girişi üçün cərəyan transformatoru quraşdırılıb. Şəkil
10.2.b-də qövs söndürmə kamerasının gövdəsi göstərilmişdir. Kamera işçi qövsə davamlı izolyasiya
materialı ilə ötürülüb. kameranın daxilində hərəkətdə olan kontakt – 6 yerləşdirilib və özü də dörd ədəd
kontakt yayına – 7 söykənib. Bu kontaktların səthinə hərəkətsiz kontaktlarla – 8 toxunan yerə metal
keramik lövhələr qaynaq edilib.
Açar açılan zaman ştanq – 1, kamera – 4 ilə birlikdə aşağı düşür və iki nöqtədə dövrə qoşulur və
kamerada qövs yaranır şəkil 5.2 b. Böyük cərəyanları açan zaman kamerada təzyiq artır və aralıq – 5
açılır, yağın uzununa üfürülməsi yaranır bununla da qövs sönür. Kiçik cərəyanların açılması zamanı
hərəkətsiz kontakt kameradan çıxanda yaranmış püskürmə borusunda – 3 uzununa üfürmə yaranır və
qövs sönür.
Qövs söndürmə kamerasında çox da böyük olmayan hava yastığı var – 2. Bu yastıq hava ilə
doldurulmuş və yağla doldurulmuş qövs söndürmə kamerasının ümumi həcmi ilə təmasdadır. Qövsün
sönməsindən sonra parçalanmış yağ kameradan çıxacaq çəlləyin yağ kütləsinə qarışır və soyuyur, qaz isə
yağın üst təbəqəsinə qalxaraq ordan da açarın tavanında yerləşmiş xüsusi qaz buraxan boru vasitəsilə
xaricə çıxır. Bundan sonra kameraya yağ daxil olur bununla da aşar növbəti tsikl əməliyyatına hazır olur.
S – 35 açarlarından fərqli olaraq, nominal işçi cərəyanı 2000 və 3200A, açma cərəyanı isə 50kA
qədər olan digər yağ açarları da var Y – 110; Y – 220 bu açarlarda nisbətən müasir materialların tətbiqi
hesabına onların ölçüləri də azaldılıb, məsələn, MKP – 220 açarının açma gücü 7000MvA, hündürlüyü
8295mm çəlləyinin diametri isə 2500mm-dir. yeni seriyalı Y – 220 açarlarının açma gücü 25000 MvA,
hündürlüyü 7015mm, çəlləyin diametri isə 1800mm-dir.
Şəkil 5.3-də Y – 220 – 2000 – 40Y1 (U nom=220 kV; Inom=2000A, Inom=40kA) açarın faz üzrə
kəsilişinin sxemi verilmişdir. Şəkildə 1 – açarın çəlləyinin dibində buz toplayan qurğu; 2 – çəllək; 3 –
travers; 4 – qövs söndürmə kamerası; 5 – dartıcı-izoləedici qol; 6 – çəlləyin daxili səthinin izolə edən
izolyasiya təbəqələri; 7 – cərəyan transformatorunun qutusu; 8 – intiqal mexanizmi; 9 – yağla
doldurulmuş keçid girim izolyatorları; 10 – qızdırıcı qurğu.
Hər faz üçün çox aralığı olan iki qövs söndürmə kamerası var. Qövs söndürmə kamerasının
aralıqlarında gərginliyin bərabər paylanmasını təmin etmək üçün həmin aralıqları xüsusi müqavimətlə
şunlanır. Açar iki pilləli tsikl üzrə işləyir: əvvəlcə qövs söndürmə kamerasının aralıqları aralanır və qövs
sönür bununla da əsas cərəyanın dövrəsi qırılır, sonra isə travers aşağı düşərək dövrə tam qırılır. Açarda
qoyulmuş qızdırıcı havanın 150C-dən aşağı temperaturda qoşulur. Qızdırıcının əsas vəzifəsi aşağı

98
temperaturda qoşulur. Qızdırıcının əsas vəzifəsi aşağı temperaturda yağın özüllüyü artır bu da açarın
hərəkət edən kontaktlarının hərəkət sürətini azaldır bu səbəbdən də onu qızdırmağa ehtiyac var, bu
qızmada həmin qızdırıcılar tərəfindən yerinə yetirilir.
Çəlləkli açarların ən əsas üstünlüyü onların sadə konstruksiyaya, böyük açıcılıq qabiliyyətinə, açıq
hava şəraitində quraşdırılmasına və birbaşa cərəyan transformatorlarının quraşdırıla bilməsinə malik
olmasıdır.
Çəlləkli açarların çatışmayan cəhəti partlayış və yanğın təhlükəsi, mütəmadi olaraq, çəlləkdə və
girim izolyatorlarında yağın səviyyəsinə və vəziyyətinə nəzarət edilməsi; istifadə üçün çox yağ tələb
olunduğundan böyük xidmət sərfi və onun dəyişməsi üçün böyük zaman tələbi, çox yağ ehtiyatlarının
tələb olunması; qapalı paylayıcı quruluşlarda qoyula bilməməsi; cəld təsir edən ATQ üçün yaralı
olmaması, böyük kütləsi, daşınması, quraşdırılması və sazlanmasının çətin olmasıdır.

Şəkil 5.3

§ 5.3. Az həcmli yağ açarları

Az həcmli yağ açarları bütün gərginlikli açıq və örtülü paylayıcı quruluşlarda geniş tətbiq olunur.
Bu açarlarda yağ əsasən qövsü söndürmək və qismən də açarın açıq vəziyyətində kontaktlar arasında
izolyasiya yaratmaq üçün istifadə edilir. Cərəyan daşıyan hissələr arasında, həm də onlarla torpaqlanmış
hissələr arasında izolyasiya yaratmaq üçün də istifadə edilir.
İşçi gərginliyi 35kV-dan yüksək olan az həcmli açarlar əsasən farfor gövdədən ibarətdir. 6-10kV-
luq gərginlik üçün ən çox geniş yayılmış açarın növü asma açarlardır.

99
b) v)
a)

q) d) e)

Şəkil 5.4
Şəkil 5.4.a,b. Bu növ açarlarda hər üç faza üçün hazırlanmış ümumi çərçivəyə farfor izolyatorları
vasitəsilə bərkidilir. Bu açarlarda hər bir kontakt aralığı və qövs söndürmə kamerası nəzərdə tutulub.
Şəkil 5.4.a-da göstərilən fprmalı açarlar VMQ-10, BPM-10 və VMQ-133 açarları adlanır. Şəkil 5.4 b-də
göstərilən formalı açarlar VMP – növ açarlar adlanır. Böyük nominal cərəyanlı açarlarda işçi və qövs
söndürmə rolunu oynayan bir cüt kontaktlardan istifadə etmək çox böyük çətinliklər törədir odur ki, bu
növ açarlarda işçi kontaktları açarın xaricində qövs söndürən kontaktları isə çəlləyin içərisində
quraşdırılır. Şəkil 5.4 v. Böyük cərəyanları açmaq üçün hər fazada iki qövs söndürmə aralığı nəzərdə
tutulur – şəkil 5.4 q. Bu sxem üzrə işçi gərginliyi 20kV-a qədər olan MQQ və MQ açarları hazırlanır.
Bu növ açarlarda samballı xarici işçi kontaktın – 4 olması onların böyük nominal işçi cərəyana 12000A
qədər cərəyanlara hesablanmasına imkan verir.
Xüsusi komplekt paylayıcı qurğuların yuvalarına girib-çıxan, hərəkət edən VK-seriyalı kalonkalı
yağ açarları hazırlanıb. Bu növ açarların sxemi şəkil 5.4 d-də göstərilmişdir.
İşçi gərginliyi 35kV və yüksək olan qurğularda quraşdırılan kalonkalı yağ açarlarının gövdəsi
farfordan ibarətdir – şəkil 5.4 e. İşçi gərginliyi 35kV, 110kV olan qurğularda quraşdırılan kalonkalı
farfor gövdəli yağ açarlarında hər fazada bir qırılan aralıq, 220kV və daha yüksək gərginliklərdə hər
fazada iki və daha çox qırılan aralıqlar nəzərdə tutulur.
İndi də bir neçə azhəcmli yağ açarlarının konstruksiyasına ətraflı baxaq.
VMP – seriyalı açarlar 6-10kV-luq qapalı komplekt paylayıcı quruluşlarda geniş istifadə edilir.
Komplekt paylayıcı qurğular üçün istifadə olunan açarların daxilində yayalı və ya elektromaqnit intiqalı
yerləşdirilib.
VMPP və VMPЭ növ açarlar nominal içi cərəyanı 630-3150A arasında, açma cərəyanı isə 20 və
31,5kA həddindədir. Şəkil 5.5-də VMPЭ-10 seriyalı açma cərəyanı 2500A və 3150A olan açarın
ümumi görünüşü verilib. Bu açar iki paralel cərəyan konturuna malikdir. İşçi kontaktı açarın xaricində,
qövs söndürmə kamerası isə gövdənin daxilində yerləşdirilib. Bütün seriyalı açarların daxili quruluşu
eynidir. İşçi cərəyanı 630-1600A olan açarlarda istifadə olunana yağın miqdarı 5,5kq, 3150A-lik
açarlarda isə bu yağın miqdarı 8kq-dır. Şəkil 5.6-da qeyd edilən açarın, nəmişliyə davamlı izolyasiya
materialından hazırlanmış aşağıdan v yuxarıdan metal haqlaya keçirilmiş silindr formalı bir qütbünün
kəsiliş sxemi göstərilmişdir. İzolyasiya silindrinin yuxarıdakı halqasına alüminium xəlitəsindən
hazırlanmış gövdə bərkidilib, bu gövdənin içərisində istiqamətləndirici intiqal mexanizmi, hərəkət edən
çubuq kontaktı, diyircəkli cərəyan ötürücü qurğusu və yağayıran qurğusu yerləşdirilmişdir. Aşağıdakı

100
halqa silisiumdan hazırlanıb, daxilində rozetka şəkilli kontakt yerləşdirilib, çölündə isə yağ götürmək
üçün tıxac quraşdırılmış örtükdən ibarətdir. Silindrin daxilində rozetkalı kontaktın üstündə, plastik
formada izolyasiya materialından yığılmış və xüsusi fiquraya malik deşiklərdən ibarət olan, qövs
söndürmə kamerası yerləşdirilib. Plastiklərin yığılışı vasitəsilə üç eninə kanal və yağ ciblikləri
düzəldilib. Açarın qoşulu vəziyyətində hərəkət edən kontaktın çubuğu rozetkanın daxilinə girir – şəkil
5.6b. Açarı açan zaman intiqal, açarın çərçivəsində yerləşmiş açarı yayı azad edir və bunun təsiri
nəticəsində açarın valı çevrilir, bu hərəkət izolyasiya olunmuş dartıcıya ondan da intiqal mexanizminə –
10 və yuxarı hərəkət edən çubuqlu kontakta ötürülür bununla da açar açılır. Açarın kontaktları aralanan
zaman yağı parçalayan və buxarlandıran qövs yaranır. İlk anda hərəkət edən kontaktın çubuğu qövs
söndürən kameranın eninə kanalını bağlayır, bununla da yağda təzyiq kəskin artdığından yağın bir qismi
bufer həcmi dolduraraq ondakı havanı sıxır. Çubuqlu hərəkət edən kontakt birinci eninə kanalı açan kimi
ondan qazın və yağın buxarının eninə üfürülməsi baş verir. Cərəyanın sıfırdan keçən anında qaz buxar
qabarcıqlarında təzyiq aşağı düşür və bu zaman bufer həcmində sıxılmış hava porşeninə uyğun olaraq
yağı qövs olan sahəyə qovacaq – şəkil 5.6.v.
Böyük cərəyanları açan zaman çox böyük enerjili
eninə üfürmə baş verir ki, bu da
yanan qövsü kameranın aşağı
hissəsində söndürür.
Kiçin cərəyanları açan
zaman yaranan qövs çubuğun
arxasınca yuxarı qalxaraq
b) kameranın yuxarı hissəsində
ciblərdəki yağı buxarlandıraraq
qarşı-qarşıya radial qövslərin
yaranmasına səbəb olur və sonda
çubuğun kameradan çıxan anında
eninə üfürmə yaradır ki, bu da
Şəkil 5.5 qövsü söndürür. Böyük və kiçik

cərəyanların açılması Şəkil 5.6


a) v)
zamanı qövsün sönmə vaxtı
0,015 0,025san. intervalını keçmir.
Açarın kontaktlarının elektrik qövsünə dözümlülüyünü və onun xidmət müddətinin artırılması
üçün hərəkət edən kontaktın çıxan hissəsinin və hərəkətsiz kontaktın səthinin qövsə davamlı metal-
keramik material ilə örtülür.
Qövs sönəndən sonra qaz və buxar çəlləyin yuxarı hissəsinə qalxır, burada yağın buxarı
kondensasiya olur qaz isə qapaqda qoyulmuş xüsusi deşikdən xaricə çıxır. Qövs söndürmə kamerası yağ
ilə dolduqdan sonra açar növbəti əməliyyat tsiklini aparmaq üçün hazır olur. Bu açarlar üçün cərəyansız
pauza müddəti 0,5 saniyədir bu da açarın ATQ tərəfindən təkrar vurulması üçün kifayətdir.
Silindrdə yağın səviyyəsinə nəzarət yağ göstərən cihaz vasitəsilə yerinə yetirilir. Yağın keyfiyyəti,
izolyasiya yağının adi tələblərinə cavab verməlidir. Əgər yağ güclü çirklənibsə və kameranın kanalları
yanmış yağın məhsullarilə tutulubsa bu zaman hətta açarların açıq vəziyyətində kontaktlar arasında qövs
yaranması baş verə bilər.
Kolonkalı yay intiqallı VK-10 və VMPЭ-10 az həcmli yağ açarları əsasən açıq və qapalı komplekt
paylayıcı quruluşlarda istifadə edilir.
VKE-10 növ açar (şəkil 5.7) özüldən – 1, onun üzərində ötürülmüş üç qütbdən – 3, intiqal – 2,
fasad arakəsmədən – 4, ibarətdir. Nominal işçi cərəyanı 1250 və 1600A olan açarların üst hissəsinin
izolyasiya örtülü şəkil 5.7-də göstərilməyib.
Açarın özülü diyircəklər üzərində ötürülüb və aşağıdakı xüsusiyyətlərə malikdir: açarı komplekt
paylayıcı quruluşun yuvasına doldurmaq, yuvaya itələmək, yuvadan çıxartmaq, onu funksiyalamaq və
stasionar torpaqlamaq, həmçinin elektromaqnit qıfıl bloku, komplekt paylayıcı quruluşunun çevirici
bloklayıcı kontaktları ilə təmin olunub.

101
Açarın qütblərinin mənbəyə qoşulması üçün rozetka formada çubuqlu çıxışlarla – 6 təmin olunub.
İdarəetmə, siqnalizasiya və bloklama dövrlərini qoşmaq üçün naqillər, yumşaq metal stepsel formasında
qutulara – 5 yerləşdirilib.

Açarın işləməsi zama- nı kontaktlar arasında yaranan


qövsün yüksək tem- peraturunun təsiri nəticəsində,
yağın intensiv olaraq qaz- yağ qarışığına ayrılması
nəticəsində yaranan axın hesabına qövsün söndürülməsinə
əsaslanır. Bu axın qövsün yanma zonasında yerləşmiş xüsusi
qövs söndürmə kamerasında müəyyən istiqamət alır. Baxılan
açar VMP – növ açarlara nisbətən kiçik ölçüyə, yüngül
kütləyə malik olduğundan müasir növ komplekt paylayıcı
quruluşlarda geniş istifadə edilir.
MQQ, MQ və VQM seriyalı açarlar böyük nominal işçi
cərəyanlara hazırlanır, bu açarların konstruktiv sxemi şəkil
5.4.q-də göstərilmişdir. Bu seriyadan olan açarların hər fazası
üçün iki polad çəlləyə və iki cüt işçi və qövssöndürmə
kontaktlarına malikdir. Şəkil 5.7 Açarın güclü işçi kontaktlarının
olması onların nominal işçi cərəyanı, qızma cərəyanı və həmçinin xüsusi qövs söndürmə kameralarının
olması hesabına onların göstərilən parametrlərini artırmağa imkan verməklə yanaşı onun açma
qabiliyyətini də yüksəldir.
Şəkil 5.8-də VMQ-20 növ açarın şəkli göstərilmişdir. Şəkildən göründüyü kimi, bu açarın altı ədəd
bloku metalik özülün –1, üzərində ötürülmüş izolyatorların üzərinə bərkidilib, bu baçokların daxilində
qarmaqlı intiqal mexanizmi açıcı yaya, yağ və yaya buferi yerləşdirilib hər bir baçokun içərisində qövs
söndürən kontaktları və uzununa-eninə üfürmə kamerası yerləşdirilib – şəkil 5.9. Qövsün söndürülməsi
zamanı yağın parçalanmasından yaranan qaz və yağ buxarı farfor dənəciklərilə doldurulmuş arakəsmə-
lərə – 4 dolur. Sonra kondensasiya olaraq baçoka qayıdır, ayrılan qaz isə xüsusi boru – 12 vasitəsilə
kənara çıxır.
Paylayıcı oşinovkası yumşaq lent şəkilli mis materialla, 7 – profilinin çıxışına qoşulur. Kənar
fazalarda, kontakt sistemlərində cərəyanın bərabər paylanmasını təmin etmək üçün, elektrotexniki
poladdan hazırlanmış maqnit naqilləri – 5 quraşdırılıb. Əsas kontaktlar (bıçaqlar) intiqal mexanizminin
izolyasiya stanqı – 9 ilə əlaqədə olub, özü də kənarda travers – 6 üzərində yerləşib.

Şəkil 5.8

Bu seriyalı açarlarda cərəyanın iki konturu var: əsas və qövs söndürmə konturu. Açarın qoşulu
vəziyyətində cərəyanın çox hissəsi dövrənin az müqavimətinə malik olan hissəsindən əsas konturdan
keçir. Açarı açanda əvvəlcə işçi kontakt aralanır və onların kontaktları arasında heç bir qövs yaranmır,
belə ki bu zaman cərəyan qövs söndürmə kamerasından keçməkdə davam edir. Açarı qoşanda isə
əvvəlcə qövs söndürən kontaktlar qoşulur sonra isə işçi kontaktlar.

102
Qövs söndürən qurğu (şəkil 5.9) üç arakəsmədən ibarət olub, özü də bir-birinə geyindirilmiş,
formalı kəsilmiş çoxlu sayda izolyasiya disklərindən – 3 düzəldilmişdir. Şəkildə kameranın bir-birinə
perpendikulyar iki qarşılıqlı müstəvi üzrə kəsilişi verilmişdir. Aşağı arakəsmə – H saplo formasında iki
üfürücü və yağ püskürməsini ötürən deşikdən ibarətdir. (A-A kəsiyi üzrə şəkil 5.9) Yuxarı arakəsmə B
isə çibləmə gətirən və müəyyən miqdarda yağ saxlaya bilən formalı deşikləri olan disklərdən yığılıb – 4.
Bu disklər tərəfindən bufer həcmi – 2 və üfürmə kanalları yaradılır. Kontaktlar arasında bütün disklər və
arakəsmələr yığıldıqdan sonra, şəkil 5.9.b-dən göründüyü kimi, iki şaquli püskürmə kanalı – 5 və
üfürücü kanallar – 6 yaranır.
Açar açılan zaman güclü yayların təsirindən yaranan
qüvvənin hesabına traversin izoləedici ştanqı, kontakt
çubuğunu – 7, hərəkətsiz kontaktın rozetkasından – 1, çıxa-
raraq onu şaquli istiqa- mətdə yuxarı hərəkət etdirir.
Kontaktın aralanması zamanı əvvəlcə aşağı arakəsmədə,
sonra isə orta arakəsmə- də qövs yaranır. Qövsün ətrafında
yaranan qaz-buxar qarışığının təzyiqi orta
arakəsmədə püskürmə borusunun en kəsiyinin az olması
səbəbindən oradakı təzyiq çox olacaq. Bu səbəbdən də
orta arakəsmədən 9 – kanalı vasitəsilə aşağı arakəsməyə
yağ üfürüləcək – Şəkil 5.9 b. Bununla, eyni zamanda da
aşağı arakəsmədə yaranan qaz-buxar qarışığı 8 –
püskürmə kanalında yağ üfürülməsi yaradacaq – Şəkil
a) b)
5.9.a. Beləliklə, üfürülmənin istiqaməti həm də
qövsə qarşı, həm də onun eninə qarşı yönəlir. Qövsün
yanma yerində 8MPa-a Şəkil 5.9 qədər təzyiq yaranır, bu da öz
növbəsində intensiv üfürmənin yaranmasına səbəb olur.
Böyük cərəyanları açanda yaranan təzyiqi azaltmaq üçün yuxarı arakəsmədə bufer həcmi – 2
quraşdırılıb. Böyük və orta qiymətli cərəyanları açan zaman yaranan qövsün söndürülməsi aşağı və orta
arakəsmələrdə həyata keçirilir. Kiçik cərəyanların açılması zamanı yaranan qövsün söndürülməsi aşağı
və orta arakəsmələrdə həyata keçirilir. Kiçik cərəyanların açılması zamanı yaranan qövsün söndürülməsi
yuxarı arakəsmələrin ciblərində baş verir. Belə açarlarda qövsün söndürülmə müddəti 0,02-0,05san
arasındadır.
Uzununa-eninə üfürmə kamerası 105kA-a qədər qısa qapanma cərəyanlarını açmağa imkan verir.

b)
a)
Şəkil 5.10

Bu seriya açarların idarə edilməsi PS-31 və ya PE-2, PE-21 növ elektromaqnit intiqalları vasitəsilə
həyata keçirilir.
VMK, VMUE seriyalı kolonkalı yağ açarları əsasən 35kV-luq qurğularda istifadə olunur.

103
110 və 220kV-luq qurğularda VMT seriyalı açarlardan istifadə edilir. Şəkil 5.10.a. VMT-110
açarın hər üç qütbü ümumi bir özül – 4 üzərində oturdulub və yaylı intiqal – 1 vasitəsilə idarə edilir.
Açarın qütbü içərisi yağla doldurulmuş kalon dayaq izolyatorundan –2, qövs söndürmə kamerasından –
3, idarəetmə mexanizmindən – 5 və elektrik qızdırıcı qurğusundan ibarətdir. Bu elementlərin hamısı
transformator yağı ilə doldurulmuş yuxarıdan qapaq –6 ilə örtülmüş içi boş farfor izolyatorunun – 4
içərisində yerləşdirilib.
Qapaq qövs söndürmə qurğusunda artıq təzyiqə nəzarət etmək üçün manometrdən, sıxılmış qaz ilə
doldurulmuş qurğudan, avtomatik qaz buraxma klapanından, yağın səviyyəsini göstərən qurğudan
ibarətdir. Qövsün söndürülmə prosesində yağın səviyyəsi qismən qalxaraq – 7 həmçinin bir hissəsini
tutur.
Dayaq izolyatorunun – 2 daxilində (şəkil 5.10.b) hərəkət edən kontaktı idarəetmə müxanizmilə
əlaqələndirən izolyasiya dartıcı ştanqı yerləşdirilib.
Yağ doldurulmuş kalonna germetiklənib (kiplənib) və yüksək təzyiqli qazın (azot və ya hava)
altındadır. Yüksək təzyiqli qaz kontaktlar arasında yüksək elektrik möhkəmliyini təmin etməklə yanaşı,
kontaktların yeyilmə davamlılığını artırır, qısaqapanma cərəyanlarını etibarlı açmağı həmçinin də
yüksək elektrik veriliş xətlərinin tutum cərəyanlarını açmağa imkan verir. Yüksək təzyiq istisma qabığı
balonlardan və ya kompressordan vurulmuş qaz vasitəsilə yerinə yetirilir və növbəti təftişə qədər qaz
vurulmur.
VMT-220 açarı ayrı-ayrı çərçivələr üzərində qurulmuş üç qütbdən ibarətdir.
Hər qütb ayrı-ayrılıqda yaylı intiqalla idarə edilir. Açarın qütbü içi yağla doldurulmuş iki kalondan
ibarət olub və onlarda da qövs söndürmə kamerasının konstruksiyası VMT-110-da olduğu kimidir.
VMT-220 açarının detalları da VMT-110 açarının detalları ilə maksimum uyğunlaşdırılır ki, bu da
onların əvəz elementlərində və qarşılıqlı istismarında istifadə edilir.
35kV və yüksək gərginlikli az həcmli yağ açarlarının nominal işi və açma cərəyanlarını artırmaq
üçün onların səmərələşdirilməsi üzərində işlər aparılır. Dünya praktikasında az həcmli yağ açarlarının
istifadəsi ancaq işçi gərginliyi 420kV-a qədər olan qurğulardır.
Az həcmli yağ açarlarının üstünlüyü az yağ tələb etməsi, nisbətən kiçik kütləsi, çəlləkli açarlara
nisbətən çox rahatlığı, qövs söndürmə kamerasına baxış keçirməyin mümkünlüyü müxtəlif gərginliklər
üçün bir neçə seriyalı açarların yaradılması.
Az həcmli yağ açarlarının çatışmayan cəhətləri partlayış və yanğın təhlükəsi, cəld ATQ-nin təmin
olunmaması, mütəmadi olaraq dövri nəzarət, yağ əlavə edilməsi, qövs söndürmə kamerasında yağın
nisbətən tez dəyişdirilməsi, cərəyan transformatorlarının qoyulma çətinliyi, nisbətən kiçik açma
xüsusiyyəti.
Kiçik həcmli yağ açarlarının tətbiq sahəsi – elektrik stansiya və yarımstansiyalarında 6, 10, 20, 35 və
110kV qapalı paylayıcı quruluşlarında; 6, 10 və 35kV komplekt paylayıcı quruluşlarında və 35, 110 və
220kV-luq açıq paylayıcı quruluşlarda istifadə edilir.

§ 5.4. Hava açarları

Hava açarlarında qövsün söndürülməsi sıxılmış hava vasitəsilə, cərəyan daşıyan hissələrin və qövs
söndürmə qurğusunun izolyasiyası isə farfor və yaxud da digər bərk izolə edici materiallar vasitəsilə
həyata keçirilir.
Hava açarları konstruktiv sxemlərinə görə fərqlənirlər və bu fərqlənmə onların nominal
gərginliyindən, açarın açıq vəziyyətində onun kontaktları arasında izolyasiya aralığının yaradılma
üsulundan, sıxılmış havanın verilmə şəraitindən və qövssöndürmə qurğusundan ibarətdir.
Böyük nominal cərəyanlı açarlar da (şəkil 5.11 a,b) da, az həcmli MQ və VMQ seriyalı yağ
açarlarında olduğu kimi və qövssöndürmə konturları var. Açarın qoşulu vəziyyətində cərəyanın əsas
hissəsi açıq hava şəraitində yerləşmiş baş kontaktlardan – 4, keçir. Açarı açanda baş kontakt birinci
aralanır və elə bu andan da bütün 2 – kamerasında quraşdırılmış qövssöndürmə kamerasının
kontaktlarından keçir. Bu kontaktların aralanma anada 1 – hava balonundan sıxılmış hava kameraya
həmin kontaktlara vurulur və bununla da qövsü söndürə bilən çox güclü hava üfürülməsi yaranır.

104
Havanın üfürülməsi uzununa (şəkil 5.11, a) və ya eninə (şəkil 5.11 b) ola bilər. Açarın açıq vəziyyətində
onun kontaktları arasında lazım olan hava aralığının yaradılması, həmin kontaktları lazımı qədər
aralamaqla (şəkil 5.11 b) və yaxud da açıq vəziyyətdə yerləşmiş xüsusi ayıran ayrıcı – 5 (şəkil 5.11 a)
vasitəsilə həyata keçirilir.
Ayıran ayrıcının – 5 açılmasından sonra sıxılmış havanın kameraya vurulması dayandırılır və
bununla da qövssöndürmə kontaktları qapanır.
Bu kobstruktiv sxem üzrə hazırlanmış açarlar işçi gərginliyi 15-20 kV, cərəyanı isə 20000 A-ə
qədər olan qapalı paylatıcı qurğularda (vv –seriyalı), həmçinin 35 kV-luq qurğularda isə (vvэ-35-
20/1600Уз - seriyalı) açarlar quraşdırılır.

b) v)

a)

q) d)

Şəkil 5.11 Hava açarların konstrukti sxemi Açıq paylayıcı qurğularda


quraşdırılmış açarlarda qövssön-
dürmə kamerası farfor izolyatorunun daxilində yerləşdirilir və işçi gərginliyi 35 kV olan açarlada hər
faza üçün bir qırılma aralığı (şəkil 5.11 v), 110 kV-da isə iki qırılma aralığı qoyulur (şəkil 5.11 q). Bu
konstruksiyalar arasında fərq ondan ibarətdir ki, 35 kV-lıq açarlarda izolyasiya aralığı qövssöndürmə
kamerasında – 2, 110 kV və yüksək gərginlikli açarlarda qövs söndürüləndən sonra, 5 – ayıran ayrıcının
kontaktları aralanır və ayıran ayrıcının kamerası açarın açıq olan müddətində sıxılmış hava ilə dolu qalır,
bu zaman ərzində qövs söndürmə kamerasına sıxılmış hava vurulmur və onun kontaktları qapalı qalır.
500 kV-a qədər gərginlikli qurğularda qoyulmaq üçün vv-seriyalı hava açarları yaradılmış və
onların konstruktiv sxemi şəkil 5.11, q-də verilmişdir. Açarların işçi gərginliyi və açma gücü artdıqca
qövssöndürən kamerasında və ayıran-ayrıcılarda qoyulan aralıqların sayıda çoxalır, məsələn 330 kV-da
səkkiz, 500 kV-da on-aralıq qoyulur.
Baxılan konstruksiyalarda qövssöndürmə kameralarına hava
açarın özülünün ətrafında yerləşən balondan vurulur. Əgər kontakt sis-
temini yerdən izolə olunmuş sıxılmış hava balonunun daxilində
yerləşdirsək qövsün söndürülmə sürətini nəzərə çarpacaq dərəcədə
artırmaq olar. Bu prinsip VVB – seriyalı açarların (şəkil 5.11 d) əsasını
təşkil edir. Bu açarlarda ayıran ayrıcı yoxdur. Bu seriyalı açarlar açılan
zaman qövssöndürmə kamerası – 2, bu kamera eyni zamanda həm də
sıxılmış hava balonu rolunu oynayır. Bu kamera püskürmə klapanı
vasitəsilə atmosferlə əlaqədə olduğuna görə qövsü söndürə bilən
üfürmə yaradır ki, bu da qövsün müvəffəqiyyətlə sönməsinə səbəb
olur. Açarın açıq vəziyyətində bu kontaktlar sıxılmış hava mühitində
a) qalırlar. Belə konstruktiv sxem üzrə işçi gərginliyi 750 kV-a qədər
olan açarlar hazırlanıb. Qövssöndürmə kameralarının sayı gərginlikdən
asılı olaraq: 110 kV – bir ədəd; 220 kV və 330 kV-da iki ədəd. 500
kV-da dörd və VVBK-seriyalı 750 kV üçün altı ədəd olur.
Şəkil 5.12 VVQb)-20 hava
105
açrları
a) ümumi qörünüşü
b) funksional elektrik sxemi
Aralıqlar boyunca gərginliyin bərabər paylanması üçün omik – 3 və tutum – 6 gərginlik
bölücülərindən istifadə olunur. İndidə bir necə əsas hava açarlarının konstruksiyasına ətraflı baxaq.
VVQ-20 növ hava açarı güclü generator dövrəsində qoyulmaq üçün nəzərdə tutulub özü də 20 000
A-ə qədər cərəyana hesablanıb şəkil 5.12.
Açarın baş cərəyan daşıyan konturu kontakt çıxışlarından – 4 və ayrıcılardan – 5 ibarətdir.
Qövssöndürən kontur iki kameradan 3 və 8, rezistordan – 2, ayıran ayırıcıdan – 9, ibarətdir.
İkinci kameranın rezistoru – 2 ilə ardıcıl olaraq köməkçi kamera – 6 öz rezistoru – 7 və qığılcım
aralığı ilə, qoşulub.
Açarın qoşulu vəziyyətində cərəyanın əsas hissəsi baş konturdan keçir.
Açarın açılması bu ardıcıllıqla həyata keçirilir. Əvvəlcə 5-ayırıcısının kontaktı aralanır və bu
andan bütün cərəyan qövs sönürmə konturundan keçir, sonda 3 və 8 kameralarında qövssöndürən
kontaktlar açılır. Bu andan etibarən təzyiqi 2 MPa olan sıxılmış hava kameraya verilir. Nəticədə
yaranmış uzununa üfürmə vasitəsilə qövs 0.01 san müddətində sönür.
2 – rezistorundan keçən cərəyan köməkçi 6 – kamerasının kontaktları vasitəsilə qırılır. Bu zaman
iki hal ola bilər. Əgər açar böyük qısaqapanma cərəyanlarını açırsa və bu zaman dövrənin reaktiv
müqaviməti, şuntlayıcı rezistorların – 2 aktiv müqavimətinə nisbətən çox kiçikdirsə bu halda açarın
kontaktlarında yaranan gərginliyin bərpa sürəti də az olacaq. Bununla da açılma prosesi köməkçi
kameranın kontaktlarında qövsün söndürməsilə qurtaracaq. Əgər açar, aktiv müqavimətlə müqayisə
olunan və yaxud da ondan çox olan induktiv müqaviməti olan cərəyanlı dövrəni açırsa bu zaman
köməkçi kameranın kontaktlarında gərginliyin bərpa sürəti böyük olacaq. Bu halda kameranın – 6
kontaktlarında qövs sönəndən sonra qığılcım aralığı deşilir və kontaktlarda paralel olaraq şuntlayıcı
rezistorlar – 7, qoşulur. Cərəyanın növbəti sıfırdan keçən anında qığılcım aralığında qövs hava axını ilə
sönür.
Axırıncı olaraq ayıran ayırıcının bucağı açılır, bununla da dövrənin açılması qurtarır. Ayıran
ayırıcı açılandan sonra 3 və 8 kameralarında havanın verilməsi kəsilir və mütəhərrik kontaktlar yayın
təsirindən qoşulu vəziyyətə qayıdır. Bu açarın tam açma vaxtı 0.17 san-dır.
Açarın qoşulması zamanı əvvəlcə ayıran ayırıcının – 9 bıçağı qoşulur, sonra ayırıcının – 5 bıçağı
qoşulur.
Qövssöndürücü kameralar və rezistorlar dayaq izolyatorlar – 1 üzərində bərkidilib.
Açarın açılma və qoşulma əməliyyatlarının yerinə yetirilməsi, ayrı-ayrı düyün hissələrin işləmə
ardıcıllığı fazın pnevmatik sistemi vasitəsilə yerinə yetirilir.

b)
a)

Şəkil 5.13 a) qütbün elektrik sxemi, b) ümumi görnüşü

Baxılan açarda avtomatik təkrar qoşma (ATQ) qurğusunun qoyulması nəzərdə tutulmayıb.
Generatorların dövrələrində, Unom=15 kV, VHSQ növ xüsusi yük açarları geniş tətbiq olunur, bu
açarlar generatorları öz-özünə sinxronlaşdırılma üsulu ilə işə qoşanda yaranan cərəyana (i qoş=115kA) və
böyük qısaqapanma cərəyanına (i=480 kA) hesablanıb. Bu növ açarlarla generatoru yük (inom=12000 A)
altına qoşmaq və açmaq həmçinin 31,5 kA qədər qısaqapanma cərəyanlarını açmaq olar. Bu növ
açarlarda qövsün söndürülməsi 0.6 MPa təzyiqə malik olan sıxılmış hava vasitəsilə yerinə yetirilir.
106
Hal-hazırda AES-da qoşulmuş 800, 1000 MVt-lıq enerji bloklarında işçi gərginliyi 24 kV, nominal
cərəyanı 300 kA-ə hesablanmış əsas hissəsi yük açarında ibarət olan KAQ-24 növ komplekt aparat tətbiq
olunur. Yük açarı havanın normal təzyiqində 2 Mpa qiymətində 30 kA-a qədər cərəyanı aça bilir,
amplitud qiyməti 75kA-a qədər olan cərəyanı qoşa bilər. Ancaq bir dəfə amplitud qiyməti 310 kA-dən
çox olmayan qəza cərəyanını qoşa bilər. Belə əməliyyat zamanı kontaktların qismən qaynaq olmasına
yol verilə bilər. Yük açarları üçün ATQ və “açma-qoşma” A-180-QA-180-QA-tam tsikli nəzərdə
tutulmayıb.
KAQ – 24 qurğusu generator gərginlikli komplekt cərəyan daşıyanlarda quraşdırılır.
KAQ-24 komplekt aparatın qütbünün elektrik sxemi və ümumi görünüşü şəkil 5.13-də verilmişdir.
Hər qütbün tərkibinə yük açarı – QW , baş dövrənin bir torpaqlayıcısı – QSG olan QS –ayırıcısı və
dörd ədəd gərginlik transformatoru daxildir.
KAQ-24 komplekt qurğusu 800 və 1000 mVt-lıq generatorların baş çıxış dövrələrində normal
rejimdə əməliyyat kommutasiyalarını və gərginliyin ölçməsini, həmçinin açıq torpaqlanması üçün
nəzərdə tutulub.
KAQ-24-30/30000 Уз komplekt qurğusunun məcburi üfürmə sistemi var. Generatorların tük açarları
İES və AES-nin blok sxemlərin etibarlığını və çevikliyini nəzərə çarpacaq dərəcədə artırır.
VV – seriyalı hava açarları 110-500 kV-luq elektrik qurğularında geniş tətbiq olunur. Bu açarların
konstruksiyaları şəkil 5.14, q-də göstərilən sxemə uyğun olur, müxtəlif gərginliklər üçün bu açarların
fərqlənməsi yalnız onlarda qoyulan qövs söndürmə kameralarının sayı və hava ilə doldurulmuş şöbənin
kameralarının sayı ilə fərqlənirlər. Bu seriyalı açarlarda açma zamanı yaranan qövsün söndürülməsi
2Mpa təzyiqli havadan istifadə olunur.
Hal-hazırda bu seriyalı açarlar tədricən daha müasir və cəld işləyən açarlarla əvəz edilir.
Bütün baxılan açarlarda sıxılmış hava torpaqlanmış
hava balonundan uzunluğu gərginlikdən asılı olaraq də-
yişən izolə olunmuş hava boruları və yaxud da içi boş
izolyatorlar vasitəsilə qövssöndürmə kamerasına vurulur.
Kameranın sıxılmış hava ilə doldurulma müddəti balon-
dakı havanın təzyiqindən və hava borusunun uzunluğun-
dan asılıdır. 35 və 110-luq açarlarda bu vaxt 0.003÷0.005
san; 150-220 kV-luq açarlarda 0.007-0.01 san; 330-500
kV açarlarda isə 0.013-0.014 san. Təşkil edir. Kameranın
dolma vaxtının uzanması açarın xüsusi açma vaxtını
artırır, bu da hava açarının əsas göstəricisini – cəldliyini
azaldır.
VVB – seriyalı açarlar (şəkil 5.14,d) içərisində
kontakt sistemi yerləşmiş yerdən izolə olunmuş sıxılmış
hava balonuna malikdir. Elə bu səbəbdən daha yüksək
gərginlikli bu seriyadan olan açarların xüsusi açma vaxtı
VV-seriyalı açarların açma vaxtından azdır. VV-seriyalı
açarların qövssöndürmə kameralarında qövsün sönmə
anına yaxın təzyiq, normal təzyiqin yarısına bərabər olur.
Buna səbəb həmin kameraya havanın tədricən
vurulmasıdır. VVB-seriyalı açarlarda isə qövsün sönmə
Şəkil 5.14. VVB açarın elektropvnematik anına yaxın kamerada təzyiq normal təzyiqə bərabər
funksional sxemi olduğundan bu açarların açma gücü də böyük olur.
VVB-seriyalı açarların əsas elementi, metal balonun içərisində yerləşən təzyiqi 2 MPa bərabər
olan iki qırılma aralığına malik qövssöndürmə kamerasından ibarətdir. Nominal gərginliyi 110 kV olan
bu növ açarın hər qütbü bir moduldan ibarətdir (şəkil 5.14). Açarın özülü şaquli istiqamətdə yerləşmiş və
yanlarına elektriki və pnevmatik idarəetmə elementlərinin şkafları bərkidilmiş hava balonundan
ibarətdir. Həcmi 1500 l olan qövssöndürmə modulunda saxlanılan ehtiyat hava iki dəfə açma üçün
kifayətdir. VVB-110 kV seriyalı açarların axırıncı konstruksiyasında nəzərdə tutulan 2300 l olan əlavə
ehtiyat şaquli balonu quraşdırılmışdır ki, bu da imkan verir ki, magistraldan əlavə hava almadan A-

107
tc.pauza-QA tsiklini yerinə yetirsin.
Qövssöndürmə kamerasının daimi hava ilə doldurulması üçün izoləedici materialdan hazırlanmış
boru vasitəsilə ehtiyat hava balonu ilə əlaqələndirilib. Bundan başqa qoşulma və açılma prosesində
havanın verilməsi və yaxud da çölə vurulması üçün izolyatorun daxilindən kiçik diametrli ikinci boru
keçir. Bu boru impuls borusu adlanır.
VVB-110 seriyalı açarın (şəkil 5.14) elektropnevmatik sxemində şərti üfüqi kəsilişi göstərilmişdir.
Sxemdə tutum bölücüsününü – 17 yerləşdirilməsində şərti göstərilmişdir. Dayaq izolyatorunun – 3
üzərində qövssöndürən modulu metal balonu bərkidilib. Bu balonun içərisində traversə bərkidilmiş bıçaq
şəklində hərəkət edən kontaktı – 14 və bıçağın girməsi üçün yarığı olan metal stəkandan ibarət olan
hərəkətsiz kontakt – 15 yerləşdirilib. Hərəkətsiz kontaktlar açarın açıq vəziyyətində bıçağı ekranlaşdıran
və açar açılan zaman istiqamətlənmiş hava axını yaradan konfuzorların – 20 içərisində yerləşdirilib.
Şəkil 5.14-də açarın açıq vəziyyətində sxemi göstərilmişdir. Şəkildən göründüyü kimi epoksid
butulkalar – 19 və farfor köynəklərlə izolə olunmuş girişlərin kameralarının daxilində şuntlayıcı
rezistorlar – 16 və köməkçi kontaktlar – 21 yerləşdirilmişdir. Açarı qoşmaq üçün qoşma
elektromaqnitinə - УАС komanda impulsu verilir, bununla da buraxma klapanı – 25 açılır, bu zaman əks
klapanı – 26 içərisində və aralıq klapanın – 27, a həcmindən hava atmosferə buraxılır və sonda aralıq
klapan yuxarı hərəkət edərək idarəetmə klapanın b-həcmindən havanın axmasını da təmin edir. Bu da 1–
balonundan sıxılmış havanın sorulmasının qabağını kəsməklə üfürmə klapanının porşeninin altındakı b-
həcmindən və q-boşluğundan içi boş ştok – 8 vasitəsilə çıxmasını təmin edir. Beləliklə, 10 – porşenin alt
və üst hissələrindəki təzyiqlər fərqi hesabına kontakt sistemi qoşulmaya gedir. Fiksatorun – 12
diyircəkləri çıxışlar vasitəsilə ştokun – 13 üzərinə keçir. Kontakt bıçaqları – 14 hərəkətsiz kontaktın –15
barmaqcıqlarına daxil olurlar. Eyni zamanda d-boşluğunda olan sıxılmış hava 6-halqasından çıxır və
qapayıcı şayba – 7 öz yayının təsirindən 5-porşenə tərəf hərəkət edir. Klapan – 2-nin bağlanması
köməkçi kontaktın – QS intiqalının porşeninin 23 altından hava çıxmasını təmin edir, bu da onu
“qoşma” vəziyyətinə çevirir.
Baş kontaktlara nisbətən, köməkçi kontaktlar – 21 klapan 22-nin köməyilə bir qədər gec
qoşulurlar.
Açarın qoşulu vəziyyətində cərəyan girişin cərəyan daşıyan çubuğundan, hərəkətsiz kontaktdan –
15, bıçaqdan – 14 traversdən, ikinci ayırmanın bıçaq və kontaktdan ikinci girişə keçir.
Açarı açmaq üçün, açma elektromaqnitinə – YAT impuls komandası göndərilir bu da öz
növbəsində işəburaxma klapanını – 24 açır. Əks klapan – 26 vasitəsilə balondan sıxılmış hava çıxaraq a–
həcmini doldurur, sonra klapan – 27 açılır, bununla da b həcmindəki sıxılmış havadan istifadə etmək
üçün klapan – 2 impuls borusunu, 1 balonu ilə birləşdirir. Sıxılmış hava b – boşluğuna daxil olur,
beləliklə, 7 – şaybası ilə birlikdə 5 – porşeni yuxarıya doğru hərəkət edir. Porşenin hərəkəti, içi boş ştok
–8 vasitəsilə üfürücü klapanın tarelkasına, travers mexanizminin porşeninə – 10 və ştok –13 vasitəsilə
traversin kontakt bıçaqlarına ötürülür. Üfürücü klapan açılır, kontaktlar aralanır və qövs yaranır. Bu
zaman güclü hava axını tərəfindən qövs işçi kontaktlardan əks elektroda – 11 və hərəkətsiz kontaktın
stakanın – 15 sonuna tərəf yönəlir. Qövsün sönmə vaxtı 0,02 san-dən çox olmur.
Porşenin – 5 gedişinin sonunda şayba –7, d – boşluğundan atmosferaya çıxışı bağlanır. Porşenin
iynə – 4 ilə qapalı olan tənzimləmə deşiyin vasitəsilə b – boşluğundan d – boşluğuna hava axını başlayır.
Beləliklə, d – boşluğunda təzyiq artan kimi porşen öz yayının təsirindən əvvəlki vəziyyətinə qayıdır,
şayba isə yuxarıya sıxılmış vəziyyətdə qalır. Sonda porşen ilə birlikdə tarelka – 9-da aşağıya düşür və
üfürmə klapanını bağlayır.
Şuntlayıcı müqavimətlərdən keçən cərəyanın kəsilməsini təmin edən köməkçi kontaktların
açılması əsas kontaktların açılmasına nisbətən bir qədər gecikir, buna səbəb şayba – 7 atmosferə axışı
bağlayandan sonra klapan – 22-ə havanın verilməsidir.
Açma prosesində impuls boruya havanın verilməsi zamanı onun bir hissəsi porşenin intiqalının –
23 alt hissəsinə axır və köməkçi kontaktlar açarın açılmış vəziyyətini göstərən vəziyyətə çevrilirlər.
Hal-hazırda VVB – seriyalı açarlar kəskin təkmilləşdirilib. Təzə növ açarlar, məsələn, VVBK –
seriyalı açarlar 4MPa təzyiqli hava ilə işləyirlər, qövs söndürmə kamerasında VVB – seriyalı açarlarda
olduğu kimi əsas üfürmədən başqa hərəkətsiz kontaktların ətrafında yaranan yanma məhsullarında
girişlərin içi boş cərəyan daşıyan hissələri vasitəsilə əlavə üfürmə yaradır. Yalnız bu prosesin hesabına

108
açma cərəyanlarının qiymətini 50-56 KA qədər artırmaqla yanaşı, həm də qütblərdəki modulların sayı
azaldıldı, məsələn 330 kV-da VVB – seriyalı açarlarda dörd modulun əvəzinə VVBK – seriyalı
açarlarda iki modul, uyğun olaraq 500kV-da altı modulun əvəzinə dörd modul və 750kV-da səkkiz
modulun əvəzinə altı modulun quraşdırılmasını təmin etdi.

750 kV-dan yüksək gərginliklərdə


asılmış vəziyyətdə quraşdırılmış hava
açarlarından istifadə edilir. 1150kV
gərginlik üçün açar portaldan asılmış
altı moduldan ibarət olan VVBK –
seriyalı açardan ibarətdir. Hər yarım
qütbdə (şəkil 5.15,a) üç modul – 8,
sıxılmış hava ilə qidalandıran sütun –
9 və idarəetmə sütunu – 3 quraşdırılıb.
Açarın açılma vaxtını azaltmaq
məqsədilə, komanda impulsunun
ötürmə vaxtını qısaltmaq üçün pnev-
b)
moişıq idarəetmə sistemindən istifadə
a) edilir (şəkil 5.15, b).
Qidalandırma və idarəetmə sütunları
a) Şəkil 5.15 diyircəklər vasitəsilə portalda –
asılıblar. Üst qövs söndürmə modulu
– 8 asma izolyatorlardan –7 yığılmış üç izolyator zəncirəsi vasitəsilə portaldan asılıb. Orta modul üst
moduldan, aşağı modul da orta moduldan üç izolyator zəncirəsi – 11 vasitəsilə asılıblar. Qidalandırma
sütunu içi boş farfor izolyatordan ibarət olub və onların içərisində qövs söndürmə modullarını öz
aralarında birləşdirən rezin şlanqlara – 10, hər iki ucdan birləşmiş şüşə plastik borular yerləşdirilib.
Sütunun yuxarı hissəsində yerləşmiş transda – 4 ötürücü qurğu – 5, trans 2-də isə ekranlaşdırılmış kabel
– 1 ilə əlaqədə olan fotodiodlu optik sistemə malik olan qəbuledici qurğu – 14 yerləbirləşmişdir.
Yerin potensialında yerləşmiş ötürücü qurğudan, komanda impulsların yüksək potensialda
yerləşdirilmiş qəbuledici qurğuya ötürülməsi svetodiodlar tərəfindən yaradılmış infraqırmızı diapazonlu
işıq seli vasitəsilə həyata keçirilir. İşıq siqnalları fotodiodun üzərinə düşərək elektrik impulsuna çevrilir
və qəbuledici qurğuda – 14 raşıfrovka olunaraq idarəetmə elektromaqnitinin – 13, avtonom enerji
mənbəyinə qoşulmasını təmin edir. Açarların açılması və qoşulması anında hərəkət edən kontaktın
yerləşməsi və üfürmə klapanın idarə olunması idarəetmə blokunun – 12, pnevmatik sisteminin köməyi
ilə həyata keçirilir. Bir optik kanalla (daxili şirələnmiş stun – 3) açarın açılması və qoşulması üçün
komanda verməklə yanaşı, həm də onun vəziyyəti haqda siqnal da almaq mümkündür.
Şəkil 5.15,b-də pnevmosvet ötürməli idarəetmə sxeminin funksional sxemi göstərilmişdir. Ötürücü
qurğu bu elementlərdən, mühafizə və idarəetmə dövrələrindən elektrik komanda impulsunu qəbul edən,
komanda formalaşdırıcı – 1 və impuls taktları – 2 tezlik daşıyıcı generatoru – 3 və çıxış qurğusundan – 4
ibarətdir. 1, 2, 3 qurğuları vasitəsilə impuls zaman və tezlik kodlaşdırılması yolu ilə komandanın
ötürülməsi həyata keçirilir.
Çıxış qurğusu – 4 öz aralarında paralel qoşulub bir neçə svetodioddan ibarətdir. Elektrik siqnalını
işıq siqnalına çevirmək üçün digər şüalanma mənbələri də istifadə oluna bilər, məsələn lazerlər, ksenon
və neonon impuls lampaları. Ötürücü qurğuların qidalandırılması 220V dəyişən cərəyan şəbəkəsindən və
yaxud da 24V-luq sabit cərəyan şəbəkəsi vasitəsilə həyata keçirilir.
İşıq siqnalı optik kanal vəsitəsilə fotodiodlara ötürülür. Yumşaq şüşə lifli svetodiodlardan istifadə
etməklə sütunun – 3 konstruksiyasını sadələşdirmək olar, məsələn bu halda fotodiod birbaşa qəbuledici
qurğunun içərisində yerləşdirilir (şəkil 5.15, a).
Qəbul edici qurğu fotodioddan, özünü rezonans konturu kimi aparan qırış qurğusundan – 5,
toplayıcı sxemlər – 6, deşifrator –7, hansı ki kodlaşdırılmış “açma” və ya “qoşma” siqnalları daxil onları
vahid impuls formasında qəbul edir, qəbuledici qurğusunun – 8 bloklarından, hansılarıki açma – 9 və
qoşma – 10 elektromaqnitlərin icraedici mexanizmləri avtonom enerji mənbəyinə qoşmaq üçün istifadə

109
edilən qurğulardan ibarətdir.
Pnevmoişıq ötürməli idarəetmə sxeminin tətbiqi qoşma vaxtını 0,088 san, xüsusi açma vaxtını isə
0,022 san qədər azalmağa imkan verir.
Baxılmış konstruksiyalı sxemlər üzrə işçi gərginliyi 2000kV-a qədər olan açarlar yaratmaq
mümkündür.

Şəkil 5.16 VVV açarın elektropvnematik tunsional sxemi


Baxılan seriyanın modul prinsipi lazım
olanda sıradan çıxmış modulları tez təzə
modulla əvəz etməyə imkan verir. Bu da təmir müddətini nəzərə çarpacaq dərəcədə azaltmaqla yanaşı
həm də elektrik qurğularının etibarlı işləmə müddətini də artırır.
VHV – seriyalı açarlarda 220-250kV gərginliyə hesablanmış böyük iki ayrımı olan qövs söndürmə
modulları var. Bu seriyadan olan işçi gərginliyi 110-1150kV bütün açarları idarəetmə şkafı olan hava ba-
lonlarından və üzərində qövs söndürmə modulu quraşdırılmış dayaq izolyator sütunlarından, məsələn
220kV-luq açarın qütbü bir dayaq sütunundan və bir iki ayrımı olan moduldan (şəkil 5.16), 500kV üçün
iki sütunlu dayaq izolyatoru və iki modulu, 750kV üçün üç sütun və üç modul, 1150kV isə beş sütun və
beş moduldan kompanovka olunub.

Qövs söndürmə modulu dedikdə açarın həm qoşulu, həm də açıq vəziyyətində kontaktları daimi
təzyiqi 4MPa olan sıxılmış hava mühitində yerləşən və iki ayrımı olan qövs söndürmə kamerası nəzərdə
tutulur. Kontaktlar metal qabın
içərisində quraşdırılır və üzərində
şuntlayıcı rezistoru və onun
mexanizmini kommutasiya edən
sıxılmış hava ilə doldurulmuş
konteynerlər quraşdırılıb. Cə-
rəyandaşıyan hissələr kontaktlar
sisteminə izolə edici girişlər
vasitəsilə birləşdirilir. Kamerada
qövsün söndürülməsi hər iki
Şəkil 5.17 tərəfdən sıxılmış havanın
üfürülməsi və sonda həmin
havanın kontaktların boşluğundan və püskürmə klapanı vasitəsilə atmosferə buraxılması hesabına həyata
keçirilir. Kontaktlar iki taktlı hərəkətə malikdir: qövs sönən zaman kontaktlar arasında aralıq minimal

110
qiymət alır bu da intensiv üfürmə ilə təmin edilir, qövsün sönməsindən sonra hərəkət edən kontakt
maksimum məsafəyə aralanır, bununla da lazımi elektrik möhkəmliyini təmin edir.
VHV – seriyalı 500kV açarın qoşulu vəziyyətində qövs söndürmə modulunun bir ayrımının sxemi
5.17, a-da göstərilmişdir. Açarın açılması, açma elektromaqnitinin işə düşməsi zamanı baş verir, bu
açılma balon – 1 ilə əlaqədə olan pnevmatik sistemə təsir edərək izolə olunmuş dartıcını və lingi 3
hərəkətə gətirir və sonda hərəkətdə olan kontakt – 6 sağa doğru hərəkətə başlayır.
Əvvəlcə baş işçi kontaktlar – 7, sonra isə qövs söndürmənin – 8 kontaktları aralanır. Bu zaman
hərəkətdə olan kontaktların lamelləri arasında qövs yaranır və sonda kameradan sıxılmış hava hərəkət
edən saploya doğru üfürülür. Belə ki, kontaktların daxili boşluğu, püskürmə boşluğu – 11 vasitəsilə
atmosferlə əlaqədə olduğundan güclü üfürmə yaranır və qövs sönür. Qövsün sönməsi qutarandan sonra
hərəkət edən kontakt maksimum aralanaraq eletrostatik ekranın – 4 arxasında gizlənir. Dartıcı – 2-nin
aşağı hərəkətilə eyni zamanda ştok 12-də aşağı hərəkət edərək öz ilə lingə təsir edib əməliyyat klapanını
– 14 açır.
Porşenin – 15 üst hissəsindəki hava atmosferə buraxılır, özü isə hərəkətini davam etdirir və
hərəkətdə olan saplo – 5 sağa hərəkət edərək havanın atmosferə çıxışını tam qapayır. Həmçinin
hərəkətsiz kontaktdan havanın çıxması da kəsilir, çünki dartı – 10 vasitəsilə hərəkətə gələn püskürmə
klapanı kontaktın – 8 deşiklərini qapayır.
Açarın qoşulması zamanı, qoşma elektromaqniti işləyərək işə buraxma klapanını və ştoku –12,
qoşma yayının – 13 təsiri altında yuxarıya hərəkət edir. Ştok – 12 ilə dartıcı – 2 əlaqəlidir (şəkil 5.17, a) və
bu əlaqə hesabına ling – 3 vasitəsilə hərəkət edən kontakta – 6 ötürülür. O da sola hərəkət edərək dövrəni
qapayır.
VHV – seriyalı açarda pnevmomexaniki qurğunun tətbiqi onun açma vaxtını 0,02-0,025 san-ə qədər
azaldır. Qövs söndürmə aralıqlarında gərginliyin paylanması paralel qoşulmuş kondensatorların – 3 (şəkil
5.17, b) vasitəsilə həyata keçirilir. yaxın olanda, yəni gərginliyin bərpa sürətinin böyük qiymətlərində,
açarlar şuntlayıcı rezistorla – 1, təchiz olunurlar. Bu halda əsas dövrənin kontaktlarında – 2, qövs sönəndən
sonra sıxılmış hava mühitində yerləşən köməkçi kontaktlar çox da böyük olmayan cərəyanı açır.
Bütün farfor örtüklər sıxılmış havanın və dinamik yüklərin təsirindən şüşə epoksid silindrlər
tərəfindən qorunurlar.
Şəkil 5.18-də 1500kV VHV – seriyalı açarın bir qütbü göstərilmişdir.
Dayaq izolyatorları üzərində quraşdırılmış açarlardan başqa VHV – modullu asma açarlarında
konstruksiyası hazırlanıb. Bu açarların tətbiqi ilə açıq paylayıcı quruluşlarda (APQ) böyük torpaq
sahəsinə qənaət etmək olur.
VHV – seriyalı açarlar 40-63 kA açma cərəyanlarına hesablanıb, özü də VVB – seriyalı açarlarla
müqayisədə kiçik kütləyə və kiçik ölçüyə malikdir.
Hava açarları bu üstünlüklərə malikdir: partlayış və yanğın təhlükəsizliyinə, cəldliyə və cəld ATQ-
nın həyata keçirilməsinə, yüksək açıcılıq qabiliyyətinə, xətlərin tutum cərəyanlarını etibarlı açmaq, qövs
söndürmə kontaktlarının az yeyilməsinə, qövs söndürmə kameralarına asan müdaxilə, nəhəng düyün
elementli seriyaların yaradılmasına qapalı və həm də açıq paylayıcı qurğularda istifadə edilməsi.
Hava açarlarının çatışmayan cəhətləri: kompressor qurğusunun lazımlılığı, bir çox detalların və
düyün elementlərinin konstruksiyalarının mürəkkəbliyi, nisbətən böyük qiyməti, girişlərə cərəyan
transformatorlarının geydirmə
çətinliyi.

111
Şəkil 5.18

§ 5.5. Vakuum açarları

Axır zamanlar orta və yüksək gərginlik şəbəkələrində vakuum və eleqaz kommutasiya


aparatlarının tətbiqi sahəsində böyük nailiyyətlər əldə edilib.
Yüksək etibarlılığı, ekoloji üstünlüyü, xidmət və istismar sadəliyi, geniş nominal parametrlər
diapazonu və bütün kommutasiya məsələləri baxımından orta gərginlik şəbəkələri üçün vakuum və
yüksək gərginlik şəbəkələri üçün isə eleqaz açarlarının tətbiqi məqsədyönlü sayılır. Aparılan analizlər
göstərir ki, dünya masştabında vakuum açarlarına olan tələbat 2000-ci ildə 64-65% təşkil edirdisə hal-
hazırda bu tələbat bütün bazarın 80%-dən çox hissəsini təşkil edir. Bu baxımdan elektroenergetika
müəssisələrində bu və ya digər yeni kommutasiya avadanlıqlarının köhnəlmiş avadanlıqlarla birlikdə
istismarı zamanı bəzi çatışmamazlıqları göstərmək və onların qaldırılmasını təmin etmək lazımdır.
6-220kV-luq elektrik qurğularında vakuum açarlarının tətbiqi v istismarı sahəsində Yaponiya
aparıcı ölkələrdəndir. Hal-hazırda Yaponiyada 500kV-luq vakuum açarları hazırlanıb və onun istismarı
sahəsində işlər aparılır. Məhz bu göstəricilər vakuum açarlarının gələcəkdə istifadə olunan digər növ
açarları tamamilə sıxışdırılıb istismardan çıxaracağı heç kimdə şübhə yaratmır. Elə bu baxımdan, burada
vakuum açarların konstruktiv xüsusiyyətlərinə, iş prinsiplərinə, nominal parametrlərinə və sınaq
üsullarının aparılması məsələlərinə üstünlük verilir.
Vakuum aralığının elektrik möhkəmliyi atmosfer təzyiqindəki hava aralığının elektrik
möhkəmliyindən dəfələrlə çoxdur. Vakuumun bu müsbət xüsusiyyəti, vakuum qövssöndürmə
kameralarında – VQK, geniş istifadə edilir (şəkil 5.19).

Şəkil 5.19

İşçi kontaktları – 1, radial kəsikləri olan içi boş kəsik konus formasındadır. Kontakların belə

112
formada hazırlanması, onların aralanması zamanı yaranan radial elektrodinamiki qüvvənin birbaşa ya-
ranmış qövsə təsiri hesabına, həmin qövsün 3 – aralığından keçəcək qövssöndürmə kontaklarına –2
doğru yerdəyişməsinə səbəb olmasıdır. Kontaktlar qövsün səth boyunca hərəkət etməsi üçün yiv şəkilli
kanallar açılmış və üç sektora bölünmüş disklərdən ibarətdir. Kontaktların materialı elə elementdən
seçilibdir ki, metalın buxarlanma miqdarını azaltmaq mümkün olsun. Yüksək vakuum (10 -4-10-6)
təsirindən, yüklü hissəciklərin ətraf mühitlə tez diffuziya olması hesabına cərəyanın birinci sıfırdan
keçən anındaca qövs sönür.
Kontaktlara cərəyanın verilməsi 4 və 5 mis çubuqları vasitəsilə həyata keçirilir. Hərəkət edən
kontakt paslanmayan metaldan hazırlanmış silfon – 7 vasitəsilə üst qapağa – 6 bərkidilib. Qövsün
söndürülməsi zamanı yaranan metal buxarından keramik gövdəni – 10 qorumaq və bir cinsli elektrik
sahəsini yaratmaq üçün 8 və 9 metal ekranlarından istifadə edilir. Ekran – 8 gövdəyə, 11 – halqa
vasitəsilə bərkidilir. Yuxarı kontakda doğru irəliləmə hərəkəti, istiqamətləndiricisi olan gövdə – 12
vasitəsilə həyata keçirilir. Hərəkət edən kontaktın gediş yolunun uzunluğu 12mm-dir.
Yuxarıda baxılmış qövssöndürmə kamerasının əsasında yaradılmış 10-110kV vakuum açarlarının
nominal işçi cərəyanı 3200A-ə nominal açma cərəyanı isə 40kA qədərdir. İşçi gərginliyi 10kV-a qədər
olan dövrələrdə qəza və normal rejimlərdə kommutasiyalar aparmaq üçün hazırlanmış VVTE-10-
10/630Y2 növ açar şəkil 5.20-də göstərilmişdir.

Şəkil 5.20

Bu növ vakuum açarları KPQ-da geniş istifadə olunur. Şəkildən göründüyü kimi, izolyasiya
karkaslarının – 11 köməyilə çərçivə – 8 üzərində üç qövssöndürmə kameraları –6 bərkidilib. Hərəkət
edən kontaktın – 5 çıxışı izolyasiya tirinin – 2 üzərinə bərkidilmiş yuxarı kontakt bıçağı – 1 ilə çevik
əlaqə yaradan – 4 cərəyan daşıyan naqilə bərkidilib. Kameranın hərəkətsiz kontaktı aşağı bıçaq – 7 ilə
əlaqələndirilib. Elektromaqnit intiqalı – 13, dartı sistemi və izolyasiya plitəsi – 14 vasitəsilə hərəkətsiz
kontaktla əlaqələndirilib. Son kontakt sıxımını 3 – yayları təmin edir. Metal arakəsmənin – 10 vəzifəsi
intiqalda olan sabit maqnit sahəsini, açarın baş dövrəsinin yaratdığı elektromaqnit sahəsindən qoru-
maqdır. Açar ön tərəfdən 12 – qapağı ilə örtülüb. Qapağın üzərində açarın açıq və qoşulu vəziyyətini
göstərən mexanizmə və açma-qoşma (A.Q) tsiklinin sayını göstərən sayğaca baxmaq üçün şüşəli
pəncərə qoyulub. Torpaqlama oturacağa – bərkidilmiş baltavari çıxış – 9 vasitəsilə həyata keçirilir.
Baxılan açar normal işçi cərəyandan 20000 qoşma-açma əməliyyat sayına, 10kA qədər
qısaqapanma cərəyanını 50 dəfə açma əməliyyat sayına malikdir. Açarın tam açma vaxtı 0,05san-dir.
Nominal işçi cərəyanı 1000 və 1600A olan açarlar üçün də bu cür analoji qurğudan istifadə edilir.
VVTP – növ açarlarda, yuxarıda qeyd edilən açarlardan fərqli olaraq, yaylı intiqaldan istifadə
olunur.

113
a) b)

Şəkil 5.21, a Şəkil 5.21, b

Şəkil 5.21, a-da 35 kV-luq elektrik qurğularında normal və qəza rejimlərində tez-tez kommutasiya
aparmaq üçün istifadə olunan VVK-35B-20/1000Y1 seriyalı vakuum açarının ümumi görünüşü
verilmişdir. Açar ancaq paylayıcı qurğu üçün nəzərdə tutulub. Ümumi çərçivənin üzərində farfor
izolyatorlarının köməyilə üç qütb bərkidilib. Hər qütbün (şəkil 5.21, b) farfor izolyatorunun – 3, uclarına
quraşdırılmış qurşaq şəkilli qapaqlar 2 və b arasında qövssöndürmə kamerası – 5 yerləşdirilib. Etibarlı
izolyasiya yaratmaq üçün qütblərə yağ tökülür və üst qapaqda – 1 yağın səviyyəsini göstərən cihaz
qoyulur. Qütbün – 8 intiqal mexanizmi 7 və 4 dartıcıları vasitəsilə hərəkət edən kontaktla əlaqələndirilir.
Açar açılan zaman onun kontaktlarının hərəkət sürəti 1,72,3m/san, qoşulan zaman 0,60,9m/san,
kontaktların yol verilə bilən yeyilmə həddi isə – 4 mm-dir. Hərəkət edən kontaktların göstərilən para-
metrləri verilmiş hədd daxilində saxlanılmalıdır. Kontaktın hərəkət sürəti azalanda vakuum aralığının
elektrik möhkəmliyi, açarın açma qabiliyyəti azalır və kontaktların yeyilmə dərəcəsi artır, kontaktın
hərəkət sürəti artdıqda isə silfonun ehtiyatı azalır. Vakuum açarlarında qövssöndürmə kameralarını
istənilən istiqamətdə, yəni şaquli, üfüqi və meylli istiqamətlərdə yerləşdirmək olar, bu da onların üstün
cəhətlərindən biridir. Kameranın daxilində kontaktların vibrasiyasına da yol vermək olmaz, çünki
vibrasiya ərimiş metalın toz şəklində səpilməsinə, başqa sözlə kontakt səthinin azalmasına bu da işçi
kontaktın səthinin xarab olmasına və metalı ərimə qatının artmasına səbəb olur. Bu hadisələr də öz
növbəsində kameranın elektrik möhkəmliyinin və xidmət müddətinin azalmasına səbəb olur.
Vakuum açarlarında mexaniki və texnoloji zədələrdən təsadüfi hallarda qövsün sönməməsi baş
verərsə, bu hal ciddi qəzalara və yaxud da açarın tam sıradan çıxmasına və PQ-un avadanlıqlarının
zədələnməsinə səbəb olmur.
Qısaqapanma zamanı yarana biləcək çox da böyük olmayan cərəyanların açılmasında yaranan
qövsün digər kameralara keçmə təhlükəsi yoxdur.
110kV-luq elektrik qurğularında VVK-110B-20/1000Y1 seriyalı vakuum açarlarında, hər qütbdə
farfor örtüyün daxilində yerləşmiş və bir-birilə ardıcıl birləşmiş dörd qövs söndürmə kamerası
yerləşdirilib, açarın digər qurğuları VVK-35 seriyalı açarların qurğuları ilə eynidir.
Hal-hazırda kifayət qədər tətbiq sahəsi olan vakuum yük açarları da geniş istifadə edilir.
Vakuum açarlarının geniş tətbiq sahəsinə malik olmasına səbəb onların aşağıda göstərilən əsas
üstün cəhətləridir:
1. Kontaktların kommutasiya zamanı, yəni nominal işçi cərəyanları və nominal açma cərəyanları
şəraitində yeyilməyə qarşı yüksək davamlılığı. Qövs söndürmə kameralarını dəyişmədən nominal
cərəyanları açma-qoşma əməliyyat sayının 10000-20000 arasında olması (bəzi müasir açarlarda bunun

114
hətta 50000-ə qədər olması);
2. Yağ açarlarına nisbətən istismar xərclərinin az olması, vakuum açarlarına xidmət yalnız onun
intiqalının mexanizminin yağlanması və 5 ildə bir dəfə və yaxud da 5000-10000 arası tsikldə kontaktın
yeyilmə dərəcəsinin yoxlanılması;
3. Partlayışa və yanğına qarşı təhlükəsiz olması və aqressiv hava şəraitində normal işləməsi;
4. Ətraf mühitin temperaturunun geniş diapazonda dəyişməsi şəraitində onun qövs söndürmə
kamerasının işləməsi;
5. Zərbə və vibrasiya yüklərinə qarşı yüksək davamlılığı;
6. Onların sərbəst işçi vəziyyətə və kiçik ölçüyə malik olması, onlardan paylayıcı qurğuların
müxtəlif kompanovkasının yaradılması, o cümlədən bir neçə açarı yaradılması, o cümlədən bir neçə aça-
rı bir şkafın daxilində yerləşdirilməsi və yaxud da iki və üç sırada yerləşdirilməsi imkanının olmasıdır;
7. Səssiz işləməsi, təmizliyi, xidmət rahatlılığı, qısaqapanma cərəyanlarını açan zaman yaranan
qövsündən ayrılan enerji azlığı və yağ, qaz püskürməsinin olmaması;
8. Ətraf mühiti çirkləndirməməsi;
9. İstismar zamanı yüksək etibarlılığı və təhlükəsizliyi, qurulma vaxtının az olması.
Vakuum açarları çatışmayan cəhəti nisbətən böyük olmayan nominal işçi və açma cərəyanları və
onlarla kommutasiya aparan zaman yüksək kommutasiya və yaxud daxili ifrat gərginliyin yaranmasıdır.
Bəzi hallarda avadanlıqların məsələn, izolyasiya səviyyəsinə malik olan transformatorları və elektrik
mühərrikləri açan zaman bu ifrat gərginlikdən mühafizə zəruriyyətinin yaradılmasının tələb olunmasıdır.
Axır zamanlar vakuum açarı olan KPQ-da bütün qoşulmaları daxili ifrat gərginlikdən mühafizə
etmək üçün (hava xətlərini çıxmaq şərtilə) xüsusi mühafizə qurğuları quraşdırılır.
Hal-hazırda vakuum açarları quraşdırılmış qurğularda açma vaxtı yüksək ifrat gərginliyin
yaranması mübahisəli məsələlərdəndir.
“Tavriya Elektrik” firmasının apardığı tədqiqatın nəticəsinə görə yaranacaq ifrat gərginliyin
qiyməti mühərrik və transformator üçün yükün qiymətindən asılı olaraq aşağıda verilib:
1. 110kVt elektrik mühərriki – 5,1Unom
2. Transformator 2500kVA yüksüz işləmə rejimi – 6,1 Unom
3. Transformator 250kVA yüksüz işləmə rejimi – 6,0 Unom
Vakuumda qövsün əsas xüsusiyyəti ondan ibarətdir ki, kiçik cərəyanlarda onun qeyri-stabil
olmasıdır. Vakuumda boşalmanın kəsilməsi, cərəyanın sıfırdan keçməmiş halında onun kəsilməsidir.
Müasir çarların sıfırdan keçməmiş halında onun kəsilməsidir. Müasir açarların xarakteristikaları
cərəyanın, hətta yüksək tezlikli cərəyanın sıfıra yaxınlaşan anında böyük sürətlə dəyişməsinə
baxmayaraq, onu açmağa imkan verir. Bu hal kiçik yükləri hətta bir dəfə açan zaman yüksək tezlikli
cərəyanın yarada biləcəyi ifrat gərginliyin artması hesabına kontaktlar arasında təkrar deşilmələrin
yaranmasına səbəb olur. Doğurdan da kiçik yükləri açan zaman yaranan yüksək kommutasiya ifrat
gərginliyin yaranması yuxarıda göstərilən məsələlərdən də aydın görünür.
Hal-hazırda avadanlıqların daxili və atmosfer ifrat gərginliklərindən qorumaq üçün çoxlu üsullar
var, onlardan ən çox yayılmışı ifrat gərginlik məhdudlaşdırıcılarıdır (İGM).

§ 5.6. Eleqaz açarları

Eleqaz – SF6 təsirsiz qazdır, sıxlığı havanın sıxlığından 5 dəfə, elektrik möhkəmliyi isə 2-3 dəfə
çoxdur. Eleqazın elektrik möhkəmliyi 0,2MPa təzyiqdə transformator yağının möhkəmliyi qədərdir.
Atmosfer təzyiqində eleqazda söndürülən qövsün cərəyanından 100 dəfə çoxdur. Eleqazın qövsü belə
söndürmə qabiliyyəti onun kimyəvi xüsusiyyətilə əlaqədardır. Eleqazın molekulu qövsün sütunundakı
elektronları asanlıqla zəbt edərək, nisbətən hərəkətsiz mənfi ionlara çevrilirlər. Elektronlar qövsün
sütunundan belə sorulması qövsü dayanıqsız vəziyyətə çevirərək onun asanlıqla sönməsinə səbəb olur.
Eleqazın, qövsə doğru yönəlmiş belə axını zamanı elektronların zəbt olma prosesi sürətlənir, bunla da
qövs asanlıqla sönür.
Ətraf mühitin normal temperaturunda və normal atmosfer təzyiqində eleqaz, qaz halında olur. Bu
vəziyyətdə eleqaz rəngsiz, iysiz, yanmayan və zəhərsizdir, 2500C temperatura qədər eleqaz kimyəvi
cəhətdən aktiv olmadığından metala, polimer çateriallardan hazırlanmış izolyasiyaya və rezinə qarşı
aqressiv deyil. Eleqaz köhnəlmir və onun yaranmış qövsün təsirindən minimum parçalanması baş versə
115
belə o, asanlıqla açarda elektrik möhkəmliyinin tez bərpa olmasını təmin edir. Eleqazın yüksək
dielektrik möhkəmliliyi onun kiçik aralıqlarda qövsün etibalı yaxşı söndürməsi xüsusiyyəti,
kommutasiya aparatlarının yüksək açma qabiliyyətini təmin edir və onun həm də yaxşı soyutma
xüsusiyyətinə malik olması isə cərəyan daşıyan hissələrin qızmasının qarşısını alır.
Eleqaz açarlarının kommutasiya ehtiyatı orta hesabla 2-3 dəfə az həcmli yağ açarlarından çoxdur.
Cərəyanlı dövrəni açan zaman eleqaz açarlarında qövsün söndürmə mühitinin köhnəlməsi olduqca azdır
və eleqazın parçalanma məhsulu xüsusi filtrlər tərəfindən udulur. Açarın gövdəsindən eleqazın sızması
adətən 3%-dən çox olmur, bəzi firmaların hazırladığı açarlarda isə 1%-dən çox olmur. Eleqaz açarlarının
ehtiyat eleqazla doldurulması zamanı açarların gərginlikdən çıxarılmasına ehtiyac yoxdur.
Eleqaz açarının təftiş arası müddət onun intiqalına qulluğun və onun işləməsinə əsasən təyin edilir.
Əvvəlki paraqrafda eleqaz izolyasiyalı ayran ayırıcılara və qısaqapayıcılara baxılmışdır. Eleqaz yük
açarları bir çox konstruksiya cəhətlərinə görə eleqaz ayıran-ayırıcıları xatırladır. Ancaq yük açarlarında
cərəyanın müvəffəqiyyətlə açılması üçün qövsü, eleqazın daxilində fırladan qurğu nəzərdə tutulub (Şəkil
5.22).
Hərəkət edən və hərəkətsiz kontaktlara ferritdən hazırlanmış sabit maqnitlər geydirilib ki, bu
maqnitlərin yaratdığı maqnit sahəsi bir-birinə qarşı yönəlib. Kontaktlar aralanan zaman yaranan qövsün
cərəyanı, radial maqnit sahəsinin təsirindən yaranan F – qüvvəsi hesabına qövsü dairəvi elektrodun səthi
boyunca hərəkət etdirir. Qövsün eleqazda fırlanması qövsün tez sönməsini təmin edir. Açma cərəyanı nə
qədər çoxdursa, qövsün yerdəyişmə sürəti də çox olur, bu da kontaktı yan-
madan qoruyur. Qeyd edilən konstruksiyalı kontakt sistemi germetik bağlan-
ması və eleqazla doldurulmuş farfor izol- yatorunun daxilində quraşdırılıb.
Kameranın daxilində təzyiq 0,3MPa-dır. Sızma olan hallarda, kameraya
eleqazın daxil olması sıxılmış eleqazla doldurulmuş ehtiyat balon-
larından verilir.
Hal-hazırda 35, 110, 220kV-luq yük eleqaz açarları müvəffəqiyyətlə
istifadə olunur. 35 və 110kV-luq yük açarlarının hər qütbündə bir
qövssöndürmə kamerası, 220kV-luq açarlarda isə hər qütb üçün ka-
mera quraşdırılır. Bunlardan başqa iki və üç istiqamətli yük açarlarının
konstruksiyası da hazırlanıb. Belə aparat eyni zamanda iki və yaxud da üç
açarı əvəz edə bilir, bu da çox
Şəkil 5.22 böyük iqtisadi səmərə verir.
Üç istiqamətli VHE111-110
seriyalı yük açarı şəkil 5.23-də
göstərilmişdir.

a)

116

Şəkil 5.23 b)
Bu açarda qövssöndürmə kamerası – 1 dayaq izolyatoru – 4 üzərində qoyulmuş 2 –
mexanizmin dövrəsinə birləşdirilib. Uyğun kameranın hərəkət edən kontaktı tərəfindən qarmaqlı
mexanizm – 3 istifadə vasitəsilə idarə edilən, üç izolyasiya dartıcısı – 5, içi boş olan dayaq izolyatorunun
daxilindən keçir. Şlanqların – 5 aşağı sonluğu silfon bərkidicisinin – 6 daxilindən keçən ştokun istiqa-
mətləndirici qarmaqlı mexanizmilə – 7 əlaqəlidir. Bütün istiqamətlərin intiqal mexanizmləri 8 –
qutusunda yerləşib özləri də polad boruların intiqalı ilə əlaqəlidir. Eleqazın təzyiqinə nəzarət
elektrokontaktlı manometr – vasitəsilə həyata keçirilir.
Eleqaz açarları yalnız cərəyanlarını yox, həm də qısaqapanma cərəyanlarını da aça bilir. Belə
açarlar avtopnevmatik üfürmə qurğusu olan qövssöndürmə kameralarına malikdir (şəkil 5.24).

Şəkil 5.24

117
Eleqaz açarlarında qoyulmuş qövssöndürmə kamerasının prinsipial sxemi və onlarda zamanı gedən
prosesin ardıcıllığını aydınlaşdırmaq üçün şəklə baxaq. Şəkildən göründüyü kimi qövssöndürmə
kamerasında cərəyanın yolu kontakt saxlayan – 1, sokol – 6 və hərəkət edən kontakt silindrindən – 5
ibarətdir. Açarın qoşulu vəziyyətində işçi cərəyan əsasən baş kontaktdan – 3 keçir. Bu kontakta paralel
qoşulmuş hərəkət edən qövs söndürən kontakt – 4 var.
Açma prosesində birinci olaraq əsas kontakt – 3 aralanır, nəticədə cərəyan hələ qoşulu qalan
hərəkət edən qövssöndürən kontaktdan – 4 keçir. Bu da əsas kontaktın eroziyasının qarşısını alır. 4 –
kontaktının aralanma prosesində qövs əmələ gəlir. Bununla eyni zamanda kontakt silindri – 5, sokola – 6
doğru hərəkət edərək orda olan eleqazı sıxır. Sızılmış eleqaz böyük sürətlə kontakt silindri – 5 vasitəsilə
kontaktlar arası aralığa daxil olaraq qövsü söndürür.
Qısaqapanma cərəyanları açan zaman qövssöndürmə kontaktının yanında olan eleqaz qövsün
termiki təsirindən sürətlə qızır və nəticədə qazın təzyiqi artır. Bu da heç bir əlavə enerji tələb etmədən
qapalı qövssöndürmə kontaktının intiqalı tərəfindən soplonu azad edir. Bu vaxt kontakt silindrindən – 5
çıxan qaz seploya – 2 daxil olaraq qövsü söndürür.
Şəkil 5.25-da KPQE-110-da istifadə olunan 110kV-luq eleqaz açarının qütbünün kəsiliş sxemi
verilmişdir. Açarın qütbü qeyri-maqnit materialdan hazırlanmış və içərisində iki avtopnevmatik
qövssöndürmə qurğusu olan germetik çəndən – 6 və onun altında 800 litr tutumu olan çəndən – 2
ibarətdir. Ən böyük təzyiq 0,5MPa-dır. Hərəkətsiz hissə (şəkildə ştrixlənib) izolyasiya ştanqına – 13 bər-
kidilib, hərəkət edən hissə (şəkildə tam qaralanıb) pnevmatik intiqalın – 14 ştoku ilə əlaqəli olan
izolyasiya dartıcısına bərkidilib. Açarın girişləri epoksid keçid izolyatorlarından – 4 hazırlanıb. Açar tə-
rəfdən cərəyandaşıyan naqillər – 5 açarın kontaktları ilə, o biri tərəfdən isə KPQE – elementlərilə
birləşdirilir. Kontakt sistemi ekrana – 9 malikdir.

Şəkil 5.25-da açarın açıq vəziyyəti göstərilmişdir.


Açarı qoşanda ştok – 14 və izolyasiya dartıcı silindri –12 və
onunla elektriki, mexaniki əlaqəli olan rozetka kontaktları –
10 həmçinin də ftoroplast soplo – 8 ilə yuxarı hərəkət edir.
Rozetkalı kontakt, hərəkət- siz boruvari kontakta – 7 doğru
hərəkət edərək cərəyan dövrəsini qapayır. Kameranın
hərəkət edən kontaktı ilə əlaqədar olan hərəkətsiz kontaktın
– 15 ekranı qoşulanda yuxarıya doğru hərəkət edərək
kontakt – 7-ni azad edir.
Açar açılan zaman intiqal hərəkət edən sistemi
aşağıya doğru hərəkət etdi- rərək hərəkətsiz porşen – 11 və
soplo – 8 arasında qalan həcmindəki eleqaz sıxılır. Kon-
taktlar aralanan kimi boru- vari kontaktlardan üfürmə başlayır,
hərəkət edən sistemin sonrakı hərəkətində yəni borulu
kontaktın soplodan – 8 çıxan anında güclü
eleqaz axını başlayır ki, bu
da qövsü asanlıqla söndürür.

Qövsün söndürülməsi zamanı müəyyən miqdarda


eleqazın parçalanmasından yaranan maddə xüsusi filtr – 3
tərəfindən udulur (hər Şəkil 5.25 qütbdə 4 belə filtr var).
Açarın açılması və qoşulması zamanı yaranan zərbələr
bufer – 1 vasitəsilə yumşalır. Belə açar nominal işçi cərəyanı
1250A, açma cərəyanı 31,5kA xüsusi açma vaxtı 0,06
san. hesablanıb.
Hava açarlarında olduğu kimi eleqaz açarlarında da
modul prinsipini tətbiq etməklə daha yüksək gərginlikli
açarlar yaratmaq mümkündür. Eleqaz açarlarının və

118
başqa eleqaz aparatlarının böyük perspektivləri var.
Eleqaz açarlarının əsas üstünlükləri: yanğına və partlayışa qarşı təhlükəsizdir, cəldliyi, yüksək
alıcılıq qabiliyyəti; qövssöndürmə kontaktlarının az yeyilməsi, modul prinsipilə yüksək gərginlikdə
istifadə edilməsi, açıq və örtülü paylayıcı quruluşlarda istifadə edilməsi.
Çatışmayan cəhəti SF6 – qazını doldurmaq, bir hissədən digər hissəyə vurulmaq və təmizləmək üçün
xüsusi qurğunun lazımlığı və kifayət qədər baha olmasıdır.

§ 5.7. Elektromaqnit açarları

Elektromaqnit açarlarının digər növ açarlardan əsas üstünlüyü ondan ibarətdir ki, burada qövsün
söndürülməsi üçün nə yağ nə də sıxılmış hava tələb olunur. Bu növ açarlar əsasən işçi gərginliyi 6-10 kV
olan qurğular üçün buraxılır və bu açarların nominal işçi cərəyanı 3600 A-ə qədər açma cərəyanı isə 40
kA-ə qədərdir. Şəkil 5.26-da diyircəkli arabacıq üzərində quraşdırılmış və KPQ-üçün nəzərdə tutulmuş
VE-10-40 növ elektromaqnit açarının şəkli 5.26 verilmişdir. Diyircəklər üzərində qaynaq vasitəsilə
quraşdırılmış özülə - 1, intiqal – 13, iki izolyasiya dirəyindən ibarət olan üç qütb – 5, həm çinin bu
izolyasiya dirəklərinə bərkidilmiş rozetka kontaktları olan epoksid izolyasiya materialından düzəldilmiş
iki keçid, izolyatoru – 6 bərkidilmişdir. Yuxarı izolyatorlarında hərəkətsiz kontaktlar, aşağı
izolyatorlarda – 4 isə açarın valı – 12 və izolyasiya dartıcısı – 10 ilə əlaqədə olan hərəkət edən kontaktlar
quraşdırılıb. Hərəkət edən kontaktlar valın qarmağının – 11 və dartıcısının köməyilə itiqal – 13-ə
birləşdirilib.
Qövssöndürmə kamerası – 8, hərəkətsiz kontaktın və xüsusi dayaqların üzərində quraşdırılıb.
Qütblər bir-birindən izolyasiya materialından hazırlanmış üzlüklərlə izolyasiya olunub. Üzlüyün ön
hissəsi metal lövhə ilə örtülüb və KPQ-nun hərəkət edən elementlərinin çərçivəsilə çox etibarlı
torpaqlanıb.

b)

a)

Şəkil 5.26

İkinci tərəf kommutasiya dövrələrinin naqilləri metallik şlanqın içərisində yerləşib. Sonu ştepsel
yuvaları – 9 ilə qurtarır. Açar açılanda ilk öncə baş kontaktlar, sonra isə qövssöndürmənin kontaktları –
1 aralanır (şəkil 5.26, b). Yaranan qövs – A cərəyandaşıyan konturların yaratdığı elektrodinamik
qüvvənin və hava axınının təsirindən qövssöndürmə kamerasına üfürülür və qövs B – vəziyyətini alır.
Bu zaman buynuz formalı mis – 3 və kontaktlar dövrəsinə elektromaqnit dolağı – 2 qoşulur. Bununla da
eninə yaranmış maqnit sahəsi qövsü sürüşdürərək B – vəziyyətindən V – vəziyyətinə gətirir. Beləliklə,
sol – 3 və sağ – 5 mis buynuzları arası qövs qapayır. Dövrəyə qoşulmuş ikinci dolaq – 6 maqnit sahəsini
gücləndirir ki, bu da qövsü keramik lövhəli – 4 kameranın daxilinə dartaraq dar kanala salır, bununla da
cərəyanın növbəti sıfırdan keçən anında qövs sönür. Kiçik cərəyanları (1000 A-qədər) açanda yaranan
maqnit sahə gərginliyi çox böyük olmadığından qövsü kameraya darta bilmir. Bu halda qövsün

119
söndürülməsi üfürmə borusu – 3 olan üfürücü qurğu – 2 tərəfindən təmin olunur (şəkil 5.26, a).
Müxtəlif açma cərəyanlarına malik olan VE=10 seriyalı açarlar bir-birindən qövssöndürmə
kameralarının ölçülərilə fərqlənirlər. Nominal işçi cərəyanı 1600 A və çox olan açarların işçi kontaktları
gümüş təbəqə ilə örtülür. İşçi cərəyanı 2500 A-ə qədər olan açarlarda çıxış kontaktları keçid
izolyatorlarsız rozetka növlü, 3600 A-ə qədər olan açarlarda isə barmaqlı olur.
VE10 növ açarlar yaylı intiqala malikdir.
Elektromaqnit açarları bu üstünlüklərə malikdir: partlayışa və yanğına qarşı tam təhlükəsizdir,
qövssöndürmə kontaktlarının az yeyilməsi, tez-tez açma və qoşma şəraitində işləməsi, nisbətən yüksək
açıcılıq qabiliyyətinə malik olmasıdır.
Çatışmayan cəhəti: maqnit üfürmə sistemli qövssöndürmə kamerasının mürəkkəb konstruksiyası,
nominal işçi gərginliyinin (15-20 kV) məhdudluğu, açıq hava qurulma məhdudiyyətidir.

§ 5.8. Yüksək gərginlik ayırıcılar, qısaqapayıcılar


və ayıran ayırıcılar

§ 5.8.1. Ümumi məlumat

Ayırıcı, kontaktlı kommutasiya aparatı olub, özü də cərəyansız və yaxud da çox cüzi cərəyanlı
dövrələri təhlükəsizliyi təmin edən gözlə görünən açmanı təmin edən kommutasiya aparatıdır.
Elektrik qurğularında təmir işləri aparan zaman gərginlik altında qalan hissə ilə təmiri aparılan
qurğu arasında gözlə görünən hava məsafəsinin yaradılması hökmən lazımdır. Ayırıcılarla yük cərə-
yanlarını açmaq qəti qadağandır, çünki, ayıcıların kantaktları qövs söndürən qurğu ilə təmin edilməyib.
Elə bu səbəbdən də ayırıcılarla yük cərəyanlarını açan zaman onun kontaktları arasında güclü qövs
yaranır ki, bu da öz növbəsində iki və üçfazlı qısaqapanmalara səbəb olmaqla, həm də əməliyyat aparan
xidmətçinin həyatı üçün böyük təhlükə yaradır. Odur ki, ayırıcılarla əməliyyat aparmamışdan əvvəl
dövrə hökmən açarla açılmalıdır.
Ancaq elektrik qurğularının sxemlərini sadələşdirmək üçün aşağıdakı əməliyyatların ayırıcılar
vasitəsilə aparılmasına icazə verilir: transformatorların neytralını açmaq və qoşmaq; şəbəkədə yerlə
birləşmə olmayan halda qövs söndürən sarğacların açılmasına və qoşulmasına; şinin və bütün elektrik
qurğularının (kondensator batareyalarından başqa) doldurma cərəyanı; 10 kV və aşağı gərginlikdə 15 A
qədər yük cərəyanı olan qurğuları ancaq açıq havada qoyulmuş üç qütblü ayırıcılarlar şinlər arası və
yaxud dolayı sistem şin arası açarın qoşulu vəziyyətində işlədiciləri bir sistem şindən digər sistem şinə
köçürülməsi zamanı ayırıcılar vasitəsilə qoşmaq və açmaq.
Ayırıcılar və ayıran ayırıcılar vasitəsilə güc transformatorlarının maqnitlənmə cərəyanlarını,
yüksək hava və kabel xətlərinin doldurma cərəyanlarını da açmaq olar.
Ayırıcılar vasitəsilə açılan cərəyanların qiyməti həmçinin onların konstruksiyasından (bıçaqların
şaquli və üfüqi yerləşmə vəziyyətindən), qütblər arasındakı məsafədən, qurğunun nominal gər-
ginliyindən asılı olduğundan, cərəyanın buraxıla bilən qiyməti xüsusi instruksiyalar vasitəsilə
təsdiqlənir. Transformatorun maqnitlənmə cərəyanının açılması zamanı əməliyyatın aparılma ardıcıllığı
da əsas rol oynayır. Məsələn, YAT qurğusu olan transformatorlarda əməliyyat aparılmadan öncə yük
altında tənzimləmə qurğusunu (YAT) natamam təsirlənmə rejiminə keçirmək lazımdır. Çünki bu zaman
maqnit dövrəsində induksiya azalır ki, bu da verilən gərginliyin qiymətində asılı olan maqnitlənmə
cərəyanın kəskin azalmasına səbəb olur. Bundan başqa yüksüz transformatoru açan zaman yaranan ifrat
gərginliyi azaltmaq üçün normal rejimdə transformatorun neytralı izolə olunubsa onu açmamışdan əvvəl
onun neytralını effektiv torpaqlamaq, sonra onu açmaq lazımdır. Əgər transformatorun neytralına qövs
söndürən reaktor qoşulubsa onu açmazdan əvvəl həmçinin reaktoru da açmaq lazımdır.
Əgər dövrədə həm ayırıcı, həm də ayıran ayırıcı varsa bu zaman transformatorun maqnitləndirici
və doldurma cərəyanını yalnız yaylı intiqalı olan ayıran ayırıcı ilə açmaq lazımdır. Elektrik qurğularının
elektrik sxemlərində ayırıcılar çox böyük rol oynayırlar, çünki onların etibarlı işindən, bütün elektrik
qurğularının etibarlı işi asılıdır. Bu səbəbdən də ayırıcılara aşağıdakı tələblər qoyulur:

120
- gözlə görünən hava aralığı yaratmalıdır və bu hava aralığının elektrik möhkəmliyi maksimum
impuls gərginliyinə davam gətirməlidir;
- qısaqapanma cərəyanı keçəndə elektrodinamiki və termodinamiki dayanıqlılığı olmalıdır;
- öz-özünə açılma halı olmamalıdır;
- ən pis hava şəraitində (buzlama, qar, külək) dəqiq açmaq və qoşmaq mümkün olsun.
Ayırıcılar qütblərin sayına görə bir və üçqütblü, quraşdırılma şəraitinə görə – açıq havada və örtülü
şəraitdə; konstruksiyasına görə - qırıcı, döngəli, diyircəkli və asma növlərinə bölünür. Quraşdırma
üsuluna əsasən ayırıcıları bıçaqlarının yerləşməsinə görə şaquli və üfüqi ayırıcılar növünə bölünür.

§ 5.8.2. Qapalı paylayıcı qurğular üçün istifadə


olunan ayırıcılar

Qapalı paylayıcı qurğularda qoyulan ayırıcılar birqütblü (PBО) və ya üçqütblü (PB, PBK, PBPЗ və
s.) olurlar.
Üçqütblü ayırıcılar ümumi çərçivəli formada hazırlanır. Ayırıcının qütbləri onun intiqalı ilə
birləşdirilmiş ümumi bir valla əlaqələndirilir.

Normal işçi cərəyanı 1000 A qədər olan ayırıcıların bıçaqları iki mis təbəqədən, daha böyük
cərəyanlı ayırıcılar üçün isə bıçaq üç, dörd təbəqədən, daha böyük cərəyanlı ayırıcılar üçün isə bıçaq üç,
dörd təbəqədən ibarət olan mis materiallardan ibarətdir.
Şin konstruksiyalarında olduğu kimi, böyük cərəyanlı ayırıcılarda materiallardan daha səmərəli
istifadə etmək üçün ayırıcının hərəkətsiz kontaktı qutuvari, hərəkət edən hissə isə sıxıcı ilə
məhdudlaşmış və hərəkətsiz hissənin yuvasına kip oturması üçün buynuzvari iki müstəvi mis lövhədən
hazırlanır.
Qırıcı növ ayırıcıların bıçağı farfor dartı izolyatoru vasitəsilə kontaktların birinin ətrafında
fırlanaraq dövrəni açır və yaxud da qapayır.
Ayırıcının sıxaclarındakı təzyiq xüsusi yaylar vasitəsilə həyata keçirilir.

Şəkil 5.27

Qırıcı növ ayırıcının kontakt sisteminə ətraflı baxaq (şəkil 5.27). Şəkildən göründüyü kimi ayırıcı
izolyatorun -1 üzərində bərkidilmiş şindən və düzbucaq altında əyilmiş, özü də həmçinin misdən
hazırlanmış buynuzvari hərəkətsiz kontakt -2 ibarətdir. Hərəkətsiz kontaktın -2 yan hissəsi silindir
formasında olduğundan bıçağın plastini - 6 ilə xətti kontakt yaradır. Ayırıcının çubuğunun – 5 üzərinə
oturulmuş yay – 4, xüsusi çıxışları olan polad plastin – 3 bıçağı hərəkətsiz kontaktlara sıxır. Kontaktlara
edilən təzyiq çox olduqda kontaktların keçid müqaviməti də az olur, elə buna görə də əməliyyat
aparanda, ayırıcını açan və qoşan zaman kontaktların yeyilməsi sürətlənir.
Qısaqapanma cərəyanı ayırıcıdan keçəndə onun bıçaq plastik kontaktlarında böyük elektrodinamiki
qüvvə yaradır ki, bu da bıçağı kontaktdan uzaqlaşdırmağa cəhd edir.

121
Digər tərəfdən isə bıçağın plastiklərindən eyni istiqamətli cərəyanın keçməsi nəticəsində onlar
arasında cəzbetmə elektrodinamiki qüvvələr yaranır. Ayırıcının bıçaqları ilə kontaktları arasında eyni
istiqamətli cərəyanın təsirindən yaranan itələmə qüvvəsinin cəzbetmə qüvvəsindən çox olması
səbəbindən də bıçağın kontaktı çıxaraq qövsün və qəzanın yaranmasına səbəb ola bilər. Ayırıcıları bu
xoşagəlməz hadisədən qorumaq üçün xüsusi maqnit qıfıllarından istifadə edilir. Maqnit qıfılı iki polad
plastiklərdən ibarət olur - 3, özü də bıçağın kənarında yerləşərək birincisi yayın sıxma qüvvəsini ötürür,
ikincisi isə qısaqapanma cərəyanları maqnitləndirici əlavə qüvvə yaradaraq kontaktların öz-özünə
aralanmasının qarşısını alır. Ayırıcının ikinci izolyatorundakı kontakt sistemi birinci izolyatorda olduğu
kimi aralanan kontaktdan ibarət olmayıb, yalnız diyircəkli sürüşkən kontakt şəklində olur və özü də
ayırıcı açılan zaman bir az öz oxu – 7 ətrafında fırlanaraq dövrəsini qırır.
Şəkil 5.28 qütbləri arasındakı məsafə 700 mm olan 20 kv-luq РВПЗ – növ ayırıcının şəkli
göstərilmişdir, bu ayırıcının nominal işçi cərəyanı 8000 A, maksimal buraxa biləcəyi qısaqapanma cərə-
yanının qiyməti 300 kA və dözə biləcəyi maksimal termiki cərəyanın qiyməti isə 112 kA-dir.
Bu növ ayırıcının kontakt sistemi şaquli qırıcı şəklindədir. Ayırıcının dinamiki dayanıqlılığını
artırmaq üçün hər bir bıçaq – 1 xüsusi maqnit qıfılı ilə təchiz olunub.
Qütbün kontakt sistemi dörd dayaq izolyatorlarının üzərinə bərkidilib. Bıçaqlara hərəkət farforla
izolə olunmuş dartı çubuq – 3 vasitəsilə verilir. Açma və qoşma qüvvələrini azaltmaq üçün kontakt
təzyiqlərini azaldan mexanizmdən istifadə olunur. Torpaqlayıcı bıçaq – 6 həm diyircəkli, həm də yuvalı
kontaktlar tərəfdən qoyula bilər, bəzən eyni zamanda hər iki tərəfdən də qoyula bilər. Üçqütblü
qurğularda torpaqlayıcı bıçaqlar ümumi bir şin vasitəsilə qapanır.

Şəkil 5.28

Torpaqlayıcı bıçaqlar mexaniki blokirovkaya malikdir, hansını ayırıcının əsas bıçaqları qoşulu
olanda torpaqlayıcının bıçaqları qoşulmasına imkan vermir. Torpaqlayıcı bıçaqların idarə edilməsi üçün
122
əl intiqalından istifadə edilir. Əsas bıçaqların açılması və ya qoşulması elektrik mühərriki olan intiqal
vasitəsilə həyata keçirildiyindən, bu intiqal əməliyyatların distansiyon həyata keçirilməsinə imkan verir.
Ayırıcının öz-özünə qoşulmasının qarşısını almaq üçün onun həm qoşulu, həm də açıq vəziyyətləri
intiqalın rıcaq sistemi vasitəsilə etibarlı fiksasiya olunur.
Komplekt paylayıcı qurğularda, ekranlı cərəyan daşıyan hissələrin qoşulması üçün irəliləmə
hərəkətinə malik olan diyircəkli ayırıcılardan istifadə olunur (şəkil 5.29). Bu növ ayırıcılar çox böyük
cərəyanlara hesablanır (12000, 14000 A). Ayırıcının hərəkətsiz sağ və sol kontaktları qutu şəklində
hazırlanır və özü də dayaq izolyatorlarına - 2 bərkidilərək qapının çərçivəsinə doğru yönəldilir - 1. Hə-
rəkət edən kontaktlar - 3 isə öz aralarında xüsusi mexanizmlər -6 vasitəsilə bərkidilərək səkkiz qutu
şəkilli şinlərdən ibarətdir. Kontaktlarda təzyiq 5 - yayı vasitəsilə yerinə yetirilir. Ayırıcı açılanda
izolyator – 7 dönərək yumruq şəkilli qurğunun – 6 mexanizmini hərəkətə gətirərək, hərəkət edən
kontaktı – 3 hərəkətsiz kontaktdan bir neçə millimetr aralayır, sonra isə hərəkət edən kontakt roliklər – 8
vasitəsilə sağdan sola dönərək ayırıcını açır. Qoşma zamanı əvvəlcə hərəkət edən kontakt soldan sağa
hərəkət edir, sonra isə yumruq şəkilli qurğu hərəkət edən kontaktın qutu şəkilli kontaktlarını azad edərək
onları yay vasitəsilə hərəkətsiz kontaktlara sıxır. Belə açma və qoşma sürtünməsiz olduğundan onu
yüngül mühərrikli intiqal (ПДВ-12) vasitəsilə yerinə yetirmək olur, belə əməliyyat zamanı kontaktların
yeyilməsində azalır.
Örtülü cərəyandaşıyan naqillər üçün xüsusi – 3Р növ torpaqlama ayırıcıları tətbiq olunur.

123
Şəkil 5.29

124
§ 5.8.3. Açıq paylayıcı qurğularda
istifadə olunan ayırıcılar

Açıq paylayıcı qurğularda istifadə olunan ayırıcılar onları əhatə edən hava mühitinin, şəraitinin
normal və qeyri-normal hallarında özünün normal funksiyasını yerinə yetirmək üçün lazımi izolyasiya
xüsusiyyətlərini saxlamalıdır.
Əvvəllər qırıcı növ ayırıcılar geniş tətbiq olunurdu. Bu növ ayırıcıların əsas çatışmayan cəhəti
onların açıq vəziyyətində böyük ölçüyə malik olmasıdır. Belə ki, РОН (3)-500/2000 halda yerdən hün-
dürlüyü 9,2 metrə bərabərdir. Sonralar ayırıcının bıçağını qaldırmaq üçün sərf olunan qüvvəni və
həmçinin onun hündürlüyünü azaltmaq üçün ayırıcının bıçağını iki hissədən düzəltdilər. Şaquli hərəkət
edən iki yarımbıçaqlı РНВ-500 növ ayırıcının şəkli 5.30-də göstərilmişdir. Açıq vəziyyətdə onun
hündürlüyü 8,45 m təşkil edir. Ayırıcı iki torpaqlayıcı bıçağa malikdir, əsas bıçaqlar elektrik mühərrikli
intiqalla (ПДН), torpaqlayıcı bıçaqlar isə əl intiqalı ilə açılıb qoşulur.
Üfüqi-dairəvi dönən ayırıcılar 10-750 kV gərginliklər üçün buraxılır. Bu növ ayırıcıların geniş
tətbiq sahəsi onunla izah olunur ki, onlar kiçik ölçüyə və sadə idarəetmə mexanizminə malikdir. Bu növ
ayırıcılarda əsas bıçaq РНB növ ayırıcılarda olduğu kimi iki hissədən ibarət olub özləri də oturduğu
dayaq izolyatorları ilə birlikdə üfüqi müstəvi formasında dönürlər (Şəkil 5.31). Ayırıcının bir qütbü
aparıcıdır, çünki, ona intiqal qoşulub, digər iki qütblərinə isə hərəkət dartı vasitəsilə ötürülür. Bu növ
ayırıcılar bir və ya iki torpaqlayıcı bıçağa malikdir. Ayırıcının kontaktlarının bir tərəfi çölə çıxan yastı
dodaqlardan ibarət olub bıçağın bir tərəfində, digər tərəfində isə xüsusi kontaktlar bərkidilib. Ayırıcı
qoşulan zaman bıçağın kontaktları dodaqlı kontaktın arasına daxil olur. Kontaktlarda təzyiq yaylar
vasitəsilə yaradılır. Deyilən konstruksiyanın yuvalı kontaktı PHB-500 növ ayırıcılar üçün şəkil 5.32-da
göstərilmişdir.
Üfüqi dairəvi dönən ayırıcılar açılan zaman elə bil ki, bıçaq sınaraq iki hissəyə bölünür və bu
səbəbdən də dodaqlar arasından kontaktın çıxması asanlaşır.

125
Şəkil 5.30

126
Şəkil 5.31

Şəkil 5.32
Qırıcı növ ayırıcılarda kontaktlarda yaranan buzu sındırmaq üçün bıçağa eyni zamanda həm
irəliləmə, həm də fırlanma hərəkəti verilir ki, bu da intiqalın kinematikasını mürəkkəbləşdirir.
Hal-hazırda geniş yayılmış üfüqi-dairəvi РЛНД növ ayırıcıları, iki kalonkalı torpaqlayıcı bıçağı olan və
açıq paylayıcı quruluşlar üçün nəzərdə tutulmuş müasirləşmiş konstruksiyalı РНД və РДЗ növ
ayırıcılarla əvəz olunur.
330-750 kV gərginlikli ayırıcılarda kontaktları buzdan mühafizə etmək üçün həmin kontaktları
bağlayan xüsusi örtüklərdən istifadə olunur.
Asma ayırıcılar (şəkil 5.33) hərəkət edən kontakt sistemlərinə malik olub yükdən – 5, yayla təchiz
olunmuş ləpirdən - 6 və kontakt sonluqlarından – 7, hansıları ki, bir-birinə qaynaq edilmiş iki alüminium
borudan – 9 ibarətdir. Bütün bu sistem asma izolyatorlar zəncirəsilə - 3, portal dairəyə bərkidilib.
Hərəkətsiz səbətşəkilli kontakt – 8 cərəyan transformatorunun və yaxud da dayaq şin izolyatorlarının
üzərində quraşdırılır. Tros idarəetmə sistemi elektrik mühərriki olan intiqal – 10, tros -1, tarazlaşdırıcı
kütlə - 2, bloklardan – 4 ibarətdir.

Şəkil 5.33

127
Ayırıcını qoşan zaman intiqalın barabanı fırlanaraq tarazlaşdırıcı kütləni yuxarı qaldırır və bu
zaman hərəkət edən kontakt öz xüsusi çəkisini təsiri altında aşağı düşür və sonda kontaktın ucluğu -7
səbət şəkilli kontaktın – 8 daxilinə girərək dövrəni qapayır.
Şəkil 8-7, b-də 500 kV-luq açıq paylayıcı paylayıcı quruluşda (APQ) qoyulmuş asma ayırıcının
şəkli göstərilmişdir. Asma ayırıcılar hətta buz olan halda da dövrəni çox etibarlı açıb və qoşa bilir. Bu
növ ayırıcıların tətbiqi APQ-ın ölçülərinin kəskin azaldılması hesabına qoyulan kapital xərclərini 20%
qədər azalda bilir. Bu növ ayırıcılar əsasən 330-500 kV-luq APQ-da geniş tətbiq olunur. Qeyd etmək
lazımdır ki, işçi gərginliyi 35 kV-a qədər olan ayırıcılar mexaniki zədələnmədən 2000 dəfə, işçi
gərginliyi 110 kV-dan çox olan ayırıcılar isə 1000 dəfə əməliyyatlar aparmağa yararlı olmalıdırlar.

§ 5.8.4. Qısaqapayıcılar və ayıran ayırıcılar

Qısaqapayıcı – kommutasiya aparatı olub elektrik dövrələrində süni qısaqapanma yaratmaq üçün
istifadə olunan qurğudur. Qısaqapayıcılar əsasən sadələşmiş sxemli yarımstansiyalarda zədələnmiş
transformatorların rele mühafizəsi tərəfindən açılmasını təmin etmək üçün süni qısaqapanmalar
yaratmaq üçün istifadə olunur.
35 kV-luq qurğularda ikiqütblü qısaqapayıcılardan istifadə olunur, çünki belə şəbəkələrdə neytral
izolə olunduğundan qurğuların mühafizədən açılması üçün hökmən inifazlı süni qısaqapanma yaratmaq
lazımdır ki, bunu da ikiqütblü qısaqapayıcılar həyata keçirmək olar.
Neytralı torpaqlanmış şəbəkələrdə 110 kV və yuxarı gərginlikli şəbəkələrdə birqütblü
qısaqapanmalardan istifadə olunur. KЗ-35 növ qısaqapayıcının konstruksiyası şəkil 5.34-də göstəril-
mişdir. Qısaqayıcının intiqalının yayı var, bu yay vasitəsilə torpaqlayıcı bıçaq gərginlik altında olan
tərpənməz kontaktı qapayaraq süni qısaqapanma yaradır. Qısaqapayıcının işləməsi üçün onun intiqalına
impuls, rele mühafizəsindən verilir. Qısaqapayıcının açılması isə əl vasitəsilə həyata keçirilir.
Qısaqapayıcının qoşulması zamanı qövsün yaranmasının və aparatının zədələnməsinin qarşısını almaq
üçün bıçağın böyük sürətlə qoşulmasını təmin etmək lazımdır. Mövcud konstruksiyalı qısaqapayıcının
qoşma sürəti 0,12÷0,25 s. arasında olur.

Şəkil 5.34

Ayıran ayırıcı xarici görünüşünə görə ayırıcıdan fərqlənmir, ancaq ayırıcıdan fərqləndirən cəhət
onun açılmasında yaylı intiqaldan istifadə olunmasıdır. Ayıran ayırıcının qoşulması ayırıcıda olduğu kimi
yalnız əl vasitəsilə yerinə yetirilir. Ayıran ayırıcıda ayırıcı kimi bir tərəfli və yaxud da iki tərəfli
torpaqlayıcı bıçağa malikdir.
128
Müasir konstruksiyalı ayıran ayırıcıların ən əsas çatışmayan cəhəti onların böyük açma vaxtına
malik olmasıdır (0,4-0,5).
Ayıran ayırıcılar vasitəsilə yalnız cərəyansız dövrələri və yaxud da transformatorların
maqnitlənmə cərəyanını açmaq olar.
Açıq konstruksiyalı ayıran ayırıcıların və qısaqapayıcıların çatışmayan cəhəti onların pis hava
şəraitində (şaxtalı, buzlu) etibarlı işləməməsidir. İstismar zamanı onların normal işdən imtina etməsi
halları da baş verir. Hal-hazırda konstruksiyaların əvəzinə eleqazla doldurulmuş qapalı kameralarda
yerləşmiş kontakt sistemli ayıran ayırıcılar və qısaqapayıcılar hazırlanıb və istifadə olunur.
KЭ-110 və KЭ-220 növ qısaqapayıcılar bir qütblü formada hazırlanır. KЭ-110 qısaqapayıcının
(şəkil 5.35) qütbü özül - 5 və kontakt kamerasından - 2 ibarətdir. Qısaqapayıcının özülü yerdən izolə
olunub və içərisində yaylı qoşma mexanizmi və yay buferi yerləşdirilib.

Şəkil 5.35 Şəkil 5.36

129
Eleqazın sızması xüsusi süzgəcdən keçən qaz balonu və kontakt kamerası ilə əlaqəsi olan boru
vasitəsilə bərpa olunur. Kameradakı qazın təzyiqinə nəzarət manovakkumetr vasitəsilə yerinə yetirilir.
Qısaqapayıcının distansion açılmasını və qoşulmasını onda quraşdırılmış ППK növ yaylı intiqal təmin
edir. Torpaqlayıcı şinkada - 4, cərəyan transformatoru - 7 yerləşdirilib.
Qısaqapayıcının kontakt kamerası bir 90 mm açma aralığından, farfor gövdəsindən və iki şaquli
vəziyyətdə yerləşmiş elektrodlardan ibarətdir (şəkil 5.36). Hərəkətsiz kontaktın - 2 cərəyan daşıyan şinə
qoşulması üçün xüsusi çıxışı var. Hərəkət edən kontakt işə yumşaq metal materialı ilə məsələn AC-növ
naqillərlə torpaqlayıcı şinə qoşulub.
Kontakt kamerasının həcmi təzyiqi 0,3 mPa olan SF6 eleqazla doldurulub. Əvvəldə deyildiyi kimi
eleqaz yüksək elektrik möhkəmliyinə malikdir. Atmosfer təzyiqində eleqazın elektrik möhkəmliyindən
2-3 dəfə çox, 0,3 mPa təzyiqdə isə eleqazın elektrik möhkəmliyi təmiz transformator yağının elektrik
möhkəmliyinə bərabərdir. Eleqaz yanmır və yanğına da kömək etmədiyindən, eleqazla doldurulmuş
aparatların nə partlayış, nə də yanğın təhlükəsi var. Kameranın daxilində eleqazın təzyiqi atmosfer
təzyiqinə qədər düşsə belə həmin aralıq deşilmədən ən böyük işçi gərginliyi saxlaya bilir. Kameranın
germetikliyini təmin etmək üçün farfor gövdə ilə dəmir flans arasında xüsusi rezin halqalar və hərəkət
edən dartıcı arasında hidravlik qapaq qoyulur.
Aşağı kontakt isə ekranlanmış silindir formasındadır. Hərəkətsiz kontakt yuva formasındadır.
Kontaktın dodaqlarını yanmadan, qığılcımdan qorumaq üçün ekranlarla mühafizə olunur.
220 kV-luq KЭ-220 növ qısaqapayıcıların kontakt kameraları da bu formadadır, ancaq onlar iki
kameradan ibarətdir.
Transformatorların maqnitlənmə cərəyanlarını və xətin doldurulma cərəyanlarını açmaq və
qoşmaq üçün qapalı formada hazırlanmış və eleqazla doldurulmuş ayıran ayırıcıdan istifadə olunur. Bu
növ ayrıcı şəkil 8.37-də göstərilmişdir. OЭ-110 növ ayıran ayırıcılar avtomatik olaraq açma və qoşma
əməliyyatlarını təmin edir.

Şəkil 5.37

OЭ-110/1000 növ ayıran ayırıcının hər üç qütbü ümumi özülün-8 üzərində quraşdırılıb. Cərəyan
daşıyan naqillər yuxarı və orta flanslardan çıxan kontaktlarla birləşdirilir. Kontakt kamerasının daxilində
razetka formalı hərəkətsiz kontakt - 2 və ekranı - 3 olan içi boş hərəkət edən kontakt - 5 yerləşdirilib.
Ayıran ayırıcının qoşulması ППО növ intiqalın yayının yaratdığı qüvvə hesabına həyata keçirilir.
Kontaktlar arasındakı qapanma kipliyi sıxılmış yayın - 4 və seyriyən rozetka kontaktı hesabına yaranır.

130
Ayıran ayırıcının avtomatik açılması onun oturacağında yerləşmiş açan yay hesabına yaranır.

Eleqazın yüksək elektrik möhkəmliyinə malik olması hesabına ayıran ayırıcılarda qövs söndürən
qurğusunun qoyulması nəzərdə tutulmur və bu qurğular 20 A-dən çox olmayan cərəyanlı dövrələri
açmaq üçün hesablanır. Tam açılma zamanı kontaktlar arasında məsafə 90 mm-ə bərabərdir. Kontakt
kamerasında eleqazın təzyiqi 0,3 mPa-dır, hətta eleqazın sızması zamanı kamerada təzyiq atmosfer
təzyiqinə qədər düşsə belə həmin aralıq deşilmədən saxlaya biləcəyi ən böyük işçi gərginlik 126 kV-dur.
Hərəkət edən kontaktın dartıcısının kameradan çıxan zaman lazımi germetikliyin saxlanılması bu
cür konstruksiyalı qısaqapayıcılarda olduğu kimi yağlı hidropapaq – 7 vasitəsilə yerinə yetirilir.
110 kV-luq ayıran ayırıcılardakı kameralar daha yüksək gərginlik aparatlar üçün bir modul rolunu
oynayır. Belə ki, 220 kV-luq ayıran ayırıcılarda iki kamera qoyulur.
Qapalı formada hazırlanmış ayıran ayırıcıların və qısaqapayıcıların üstün cəhətləri onların dəqiq
işləməsi və kiçik açma və qoşma vaxtlarına malik olmalarıdır.
Ayırıcıların və ayıran ayırıcıların seçilməsi aşağıdakı formada yerinə yetirilir:
Quraşdırma gərginliyinə əsasən

Cərəyana əsasən

Qoyulma formasına və konstruksiyasına; elektrodinamiki dayanıqlılığına görə

Izərimax; In1oImax,

Burada imax və Imax qısaqapanma zamanı onlardan keçən cərəyanın amplitud və təsiredici
qiymətləri;
istilik dayanıqlılığına görə

BkI2ter  tter,
burada Bk – hesabata əsasən alınmış istilik impulsu; KA2S;
Iter - termiki dayanıqlılığa görə cərəyanın maksimum qiyməti, kA;
tter - termiki dayanıqlılığa görə maksimum cərəyanın keçmə vaxtı, s;
Qısaqapayıcılarda həmçinin yük cərəyanı istisna olmaqla yuxarıdakı göstərilən parametrlərə
əsasən seçilir.

§ 5.9. 1kV və yuxarı gərginlikli əriyən qoruyucular


§ 5.9.1. İçərisi doldurulmuş qoruyucular

1 kV və yuxarı gərginlikli əriyən qoruyucuların təyinatı, 1 kV-a qədər olan qoruyucuların


təyinatı ilə eyni olmaqla yanaşı, hətta onların iş prinsipləri də eynidir.

131
a) b)

Şəkil 5.38
PK – seriyalı qoruyucular işçi gərginliyi 3, 6, 10, 35 1 kV və nominal cərəyanı 400, 300, 200 və 40
A olan içərisi dənəcikli material ilə doldurulmuş aparatdan ibarətdir. Bu növ qoruyucular cərəyan
məhdudlaşdırma xüsusiyyətinə malik olub və qısaqapanma zamanı tam açma vaxtı 0,005÷0,007 san olan
bir qurğudur.
Qoruyucunun patronu – şəkil 5.39 qalaylanmış latun qapaqları olan farfor borudan ibarətdir.
Patronun daxilində əriyən mis və yaxud gümüş tellər yerləşdirilib. Nominal şəraiti təmin etmək üçün
qövsün söndürülməsi əriyən tellərin böyük uzunluğa və kiçik en
kəsiyinə malik olması ilə əldə edilir. Bu nəticəni əldə etmək üçün
qabırğalı keramik nüvənin üzərinə bir neçə paralel tel – 5, sarınır
(şəkil 5.39 a) və yaxud da böyük cərəyanlar üçün bir neçə spiral
şəkilli naqillər qoyulur (şəkil 5.39 b). Qoruyucunun borusu kvars
qumu ilə doldurulduqdan sonra onun qapaqları – 1 səliqə ilə qa-
panır. Qoruyucunun borusunda germetikliyin pozulması onun daxi-
lində ki, qumun nəmlənməsinə, bu da qövsün söndürülməsi xüsu-
siyyətini poza bilər. Əriyən tellərin ərimə temperaturunu azaltmaq
üçün metallurgiya effektindən istifadə edilir. Qoruyucunun işlə-
məsinə nəzarət xüsusi göstərici – 7 vasitəsilə yerinə yetirilir, belə ki,
normal rejimdə telləri dartılmış formada saxlayan yaylar, tel yanan
kimi onu çölə tullayır. Polad tellər işçi tellər yanandan sonra ondan
keçən tam cərəyan hesabına tam əriyir. Kvars dənəcikləri arasındakı
dar kanallarda qövsün tez söndürülməsi qurğunun izolyasiyası üçün
təhlükəli ifrat gərginlik yaradır. Yaranan ifrat gərginliyi azaltmaq
məqsədilə qövsün söndürülməsini uzatmaq lazımdır. Bunun üçün
müxtəlif en kəsiyinə malik olan tellərdən istifadə edilir və yaxud da
əsas işçi tellərə paralel olaraq hava aralığı olan əlavə tellər qoşulur.
Müasir konstruksiyaları qoruyucularda əvvəlcə işçi tellər yaranır və
sonra qövsün sönməsi zamanı yaranan ifrat gərginlik hesabına hava
Şəkil 5.39 aralığı deşilərək digər köməkçi tellərin işə qoşulmasına və sonda
yanmasına səbəb olur.
Qoruyuculardan çox böyük cərəyanların keçməsi zamanı, onun işləmə vaxtı 0,008 san-dən çox
olmur.
Hal-hazırda müxtəlif növ qoruyucular mövcuddur: məsələn PKU – (gücləndirilmiş); PKH (açıq
hava üçün); PKE (ekskavator üçün) qoruyucuları. Qoruyucunun patronu dayaq izolyatoruna bərkidilir və
kontaktların içərisinə qoyulur.
Nominal işçi cərəyanının qiymətindən asılı olaraq qoruyucularda bir, iki və ya dörd patron qoyula
bilər.
Gərginlik transformatorunu qorumaq üçün tətbiq olunan PKT – seriyalı qoruyucularda, PK seriyalı

132
qoruyuculardan fərqli olaraq keramik nüvənin üzərinə sarınmış konstant teldən istifadə olunur. Bu növ
qoruyucularda əriyən tellərin kiçik en kəsiyinə malik olması sayəsində də onlar böyük cərəyan
məhdudlaşdırma effektinə malikdir. Bu növ qoruyucular qısaqapanma gücü 1000 mVA olan şəbəkələrdə
qoyula bilər, hətta bir çox komplekt paylatıcı qurğularda qoyulan qoruyucuların açma gücünə heç bir
məhdudiyyət də qoyulmur.

§ 5.9.2. Qövsü avtoqaz vasitəsilə söndürülən qoruyucular

Qövsü avtoqaz vasitəsilə söndürülən qoruyucular işçi gərginliyi v10 kV və yüksək olan qurğular
üçün hazırlanır. Açıq paylayıcı qurğularda üfürən PVT növ qoruyucular geniş istifadə olunan qoru-
yuculardandır. Şəkil 5.40. Qoruyucunun əsas hissəsi qazgenerasiya edən boru – 2 (şəkil 5.40 b.) və onun
içərisində əriyən tel – 4 və kontakt sonluğu – 1 ilə birləşmiş yumşaq naqil – 3 yerləşib.
Mis tellərə paralel qoşulmuş polad tel – 5, yumşaq naqilin borudan çıxmasına şərait yaradan yayın
gərilmə qüvvəsini neytrallaşdırmaq üçün qoyulub.
Qoruyucunun patronunun başlığı – 1 (şəkil 5.40a) izolyatorun – 2 üzərinə xüsusi qurğu vasitəsilə
sıxılır. Aşağıdakı izolyatorun oxu – 4 üzərinə bərkidilmiş bıçaq – 5, xüsusi spiral şəkilli yayın vasitəsilə
dönərək – 5` vəziyyətini almağa cəhd edir. Bıçaq kontakt sonluğunun – 6 boynunu tamamilə zəbt edir.
Qısaqapanma anında əvvəlcə tel əriyir, sonra isə polad tel yayın təsirindən, bıçaq – 5 dönür bu zaman
yumşaq naqil yuvadan tullanaraq çıxır. Telin əriməsindən sonra yaranan qövs borunun içərisinə daxil
olaraq çox intensiv qaz ayrılmasına səbəb olur. Bu zaman boruda təzyiq 10-20 MPa çatır və bu səbəbdən
boruda uzununa üfürmə yaranır ki, bu da qövsü çox tez söndürür.
Qövsün söndürülməsi alovlu qazın və güclü səs effektinin yaranması ilə müşayiət edilir. Bununla
əlaqədar olaraq açıq paylayıcı quruluşlarda qoyulacaq qoruyucular elə qoyulur ki, borudan çıxan alovlu
qaz sonasında heç bir elektrik aparatı yerləşməsin. Əvvəllər bu qoruyuculara atıcı qoruyucular deyilirdi
(AQ).
Açma prosesində qövsün uzunluğu artdığından heç bir ifrat gərginlik yaranmır.
Normal rejimdə əriyən qoruyucu çox yüksək temperatura qədər qızır. Bu zaman qaz ayrılması
prosesinin yaranması üçün içlik hər iki tərəfi açıq borudan yox, bir tərəfi metal başlıqlarla bağlı olan
borularda yerləşdirilir.
PVT – qoruyucuları əsasən komplekt transformator yarımstansiyalarında istifadə edilir.
Hal-hazırda idarə olunan UPSN – 35, UPSN – 10 qoruyuculardn geniş istifadə edilir. Bu növ
qoruyucularda əriyən içlikdən başqa, bıçağın – 5 intiqalına təsir edən və onu açan xüsusi kontaktor var –
şəkil 5.40.a. İntiqalın işlənməsi üçün impuls rele mühafizəsi və yaxud da avtomatika tərəfindən verilir.
Açılma ancaq əriyən içliyin yanmasından sonra baş verir və bundan sonra yanmış patron içi dolu olan
növbəti patronla əvəz olur. Bu proseslərin hamısı avtomatika vasitəsilə yerinə yetirilir. Bu növ
qoruyucuların növbəti təkmilləşməsi xüsusi avtoqaz açarların yaranmasına səbəb oldu.

133
Şəkil 5.40

134
§ 5.9.3 Zərbə cərəyan məhdudlaşdırıcıları

Zərbə cərəyan məhdudlaşdırıcıları (ZCM) 6-30 kV elektrik qurğularında böyük nominal


cərəyanları cəld açmaq üçün çox böyük partlayış təsirinə malik olan kommutasiya aparatıdır.
Zərbə cərəyan məhdudlaşdırıcısı 100-4500 A nominal işçi cərəyanına hesablanmış və uzun müddət
onu ötürə bilən keçirici naqilli kommutasion qurğudur – 2 (şəkil 5.41).
Cərəyandaşıyan naqil kapsul – detanatorlu patronun içərisinə yerləşdirilib. Qısaqapanma yaranan
anda elektron qurğusu (idarəetmə bloku - İB) cərəyanın dəyişmə sürətini qeyd edir. (Şəkil 5.41 b),
sonra boşaldıcı qurğu ayrıcı transformator vasitəsilə kapsul-detenatora təsir edərək onu partladır və
bununla da əsas dövrə 0.1 m.san müddətində açılmış olur. Bundan sonra cərəyan qoruyucu – 4,
vasitəsilə köməkçi dövrədən keçərək dövrənin tam açılmasını təmin edir. Zərbə cərəyanını
məhdudlaşdıran qurğunun tam işləmə müddəti 5 m.san-dən çox olmur, buna görə də qısaqapanma cərə-
yanı zərbə qiymətinə - i2 çatmır. Beləliklə, burada da cərəyan məhdudlaşdıran qurğulardakı effektdən
istifadə olunur, ancaq cərəyanı məhdudlaşdıran qurğulardan fərqli olaraq zərbə cərəyan məhdudlaşdıran
qurğular böyük cərəyanlı yüksək gərginlik dövrələrində əstifadə olunur.
ZCM – qurğusunun işləməsindən sonra onun cərəyan daşıyan naqilini və qurğusunu dəyişmək
lazımdır. ZCM qurğusunun tətbiqi imkan verir ki, qısaqapanma cərəyanlarını məhdudlaşdırmaqla yanaşı
həm də aparaturanın və cərəyan daşıyan hissələnri işini yüngülləşdirməkdir. Şəkil 5.41 b-də ZCM
qurğusunun bir neçə mümkün qoşma sxemlərinin variantları verilmişdir.
Qoruyucuların seçilməsi aşağıdakı formada aparılır:
Qurğunun gərginliyinə görə:

Uqoy ≤Unom

a) b)

YG OG

v)

Şəkil 5.41

Cərəyana görə:
Iiş≤Inom; Imax≤Inom;

Konstruksiyasına və qoyulma növünə görə:


Açma cərəyanına görə:

135
In.o≤Iacm;

Burada: Iacm – cərəyanın simmetrik təşkiledicisinin qiymətinin, mümkün açma cərəyanıdır.


Qoruyucunun əriyən elementinin, nominal cərəyanının qiyməti, mühafizə şərtlərinə və həmçinin
də sellektivlik şərtinə görə seçilir.

§ 5.10. Açarların idarəetmə sxemləri və avadanlıqları

§ 5.10.1 Ümumi məlumat

Kommutasiya aparatlarının (əsasən açarların) uzqdan idarəetmə vasitələri, əsasən normal və qəza
rejimlərində qəzaları aradan qaldırmaq üçün açma və qoşma əməliyyatlarını aparmaq üçün istifadə
edilir. İdarəetmə komandalarının verilməsi əsasən əməliyyatçı tərəfindən əl ilə və yaxud da avtomatika
tərəfindən qəza hallarında (qısaqapanmanı ləğv etmək, generatorların paralel işləmə dayanıqlılığının
pozulmasını aradan qaldırmaq və s. açma və qoşma əməliyyatlarının həyata keçirilməsi üçün istifadə
edilir.
İdarəetmə sisteminin təsiri siqnal qurğularının işi ilə müşahidə olunur, bu siqnal qurğuları
əməliyyat aparan personallara avadanlıqların vəziyyəti və onların mühafizə və avtomatika qurğularının
işləməsi haqda lazımi informasiyaalr verirlər. Burada səhv əməliyyatların aparılması üçün xüsusi
bloklaşdırmalar nəzərdə tutulub.
Siqnalizasiya və bloklama qurğuları uyğun olaraq özlərinin qidalandırma mənbələrilə birlikdə
stansiyanın və yarımstansiyanın ikinci tərəf dövrə sistemlərini təşkil edir. Bu sistemə həmçinin də
avtomatika, rele mühafizəsi və texnoloji nəzarət sxemləri də aiddir.
İkinci tərəf dövrələri hazırlananda ilk öncə ən çox tələb olunan cədvəl -də verilmiş şərti
işarələrdən istifadə edilir. İkinci tərəf dövrələrinin sxemlərini oxumaq və tərtib etmək üçün relelərin və
aparatların kontaktlarını təsvir etmək qaydalarını mənimsəmək lazımdır. Qeyd etmək lazımdır ki,
kontaktlar həmişə normal vəziyyət üçün göstərilir. Kontaktların normal vəziyyəti dedikdə relenin və
aparatın dolaqlarından cərəyan keçməyən hal nəzərdə tutulur. Əgər rele və aparat, onun dolağından
keçən cərəyanın təsirindən işləyibsə onda kontaktlar əks vəziyyətə çevrilir.
Mürəkkəb sxemlərdə xüsusi hallarda icazə verilir və qeyd edilir ki, relelərin kontaktları qoşulmağa
hazır vəziyyətdə göstərilsin.
Əməliyyatçı personalın işini asanlaşdırmaq üçün kommutasiya aparatlarının idarəetmə orqanları
xüsusi idarəetmə şitlərində quraşdırılır. İdarəetmə şitinin aparatları xüsusi kabellərin köməyilə açarların
qoyulduğu paylayıcı qurğularla əlaqələndirilir.
Açarların uzaqdan idarəetmə sistemlərinə bir çox tələblər qoyulur:
– idarəetmə dövrəsi imkan verməlidir ki, açarların açılması şitdən alduğu kimi həm də onun
qoyulduğu yerdən də açmaq mümkün olsun;
– idarəetmə şitində və paylayıcı qurğuda açarın vəziyyəti haqqında siqnalizasiya nəzərdə
tutulmalıdır;
– idarəetmə dövrəsində (qoşma və açma), dövrənin qırılmasına nəzarət edən siqnalizasiya
qurğusu olmalıdır;
– verilən komanda yerinə yetiriləndən sonra icra edici elementdən idarəedici siqnal
çıxarılmalıdır, çünki intiqalın elektromaqnit dolağı uzun müddətli cərəya axınına hesablanmayıb;
– idarəetmə elementində “sıçrayış”dan bloklama nəzərdə tutulmalıdır ki, qısaqapanma zmanı bir
komanda impulsundan açarın bir neçə dəfə qoşulmasının qarşısı alınsın;
– Sxemdə nəzərdə tutulmalıdır ki, prosesin əl ilə idarəedilməsindən başqa həm də rele
mühafizəsi və avtomatika qurğularından impuls veriləndə də idarəetmənin həyata keçirilməsinə imkan
olsun;
– çalışmaq lazımdır ki, qurğunun idarəetmə şiti və açarı birləşdirən nəzarət kabellərinin
damarlarının sayı minimum olsun.

136
§ 5.10.2. Elektromaqnit intiqallı
açarların uzaqdan idarəedilməsi

Elektromaqnit intiqallı açarların idarəetmə sxemlərinin icraedici elementləri qoşma YAC və açma
YAT elektromaqnitlərindən ibarətdir. YAC – elektromaqniti böyük qüvvə yaratmalıdır, çünki, açarın
kontakt sistemlərinin yerdəyişməsindən başqa həm də açıcı yayı gərilmiş hazır vəziyyətə qaytarılmasını
da təmin etməlidir. Elə bu səbəbdən də bu elektromaqnitlər böyük cərəyan tələb edirlər, odur ki, onların
intiqalının qidalandırılması xüsusi mənbələrə qoşulmuş şinkalar – QŞ vasitəsilə həyata keçirilir.
İdarəetmə açarlarının kontaktları YAC – dövrəsinin cərəyanlarına hesablanmadığından bu
əməliyyatlar aralıq kontaktlar – KM vasitəsilə həyata keçirilir.
Açma elektromaqniti YAT-ın vəzifəsi intiqalın cəftəsini azad etmək və bundan sonra açıcı yay
vasitəsilə açr açılır. Bu halda elektromaqnitdən böyük qüvvə tələb olunmadığından o da az cərəyan tələb
edir. Buna görə də açma elektromaqniti – YAT bir başa idarəetmə şitindən qidalanır. (Şəkil 5.42)

İŞ İŞ

ŞP ŞP

Şəkil 5.42. İdarə açarının elektromaqnit intiqalı


və PMOVF açarı ilə idarə sxemi

137
“Qoşma” əmri veriləndə belə dövrə yaranır +ŞY, idarəetmə açarının 5-8 kontaktları, açarın
köməkçi kontaktları – SQT qapanır, aralıq kontaktlar – KM və sonda ŞU bununla da dövrə qapanır.
Avtomat vasitəsilə dövrənin qoşulması da buna oxşaq olaraq yaranır, çünki avtomatın çıxış kontaktı
idarəetmə açarının kontaktlarına paralel qoşulub.
Açma komandasının dövrəsi +ŞU, açarın 6-7 kontaktları, SQC-açarının köməkçi kontaktları
(hansılarını açarı qoşan zaman qapanmışlar), YAT elektromaqnitinin dolağı, – SU.
YAT-ın elektromaqnit içliyi dartılaraq intiqalın cəftəsini azad edir, bununla da açar açılır.
YAC və YAT elektromaqnitlərinin dolaqları əvvəldə qeyd edildiyi kimi qısa müddətli cərəyanın
keçməsinə hesablanır.
İŞ İŞ
açarin avtomatik
idarəetmə şini

relenin “qoşma” dövrəsi


relenin “açma” dövrəsi

dövrəsi
qoşma
açarla qoşma

avtomatik avtomat
qoşma qurğusunda

dövrəsi
açma
açarla açma
mühafizədən
açma mühafizədən
ŞP ŞP
intiqalın qidalandırma
dövrəsi

elektromaqnit qoşma dövrəsi

Şəkil 5.43. MKB açarın və elektromaqnit intiqalı açarın idarə sxemi

Əmr verici impulsunun qısa müddətliyi, açarın intiqalının valı ilə əlaqədə olan köməkçi
kontaktların – SQ dövrəyə daxil edilməsi vasitəsilə yerinə yetirilir. Açar kifayət qədər güclü köməkçi
kontaktları olan idarəetmə dövrəsini qırmaqla yanaşı həm də idarəetmə açarının və yaxud da relenin
kontaktlarının cərəyansız açmasını təmin edir. Qeyd etmək lazımdır ki, bu kontaktlar YAC və YAT
dolaqlarının cərəyanını açmağa hesablanılmayıb.
MK növ kiçik ölçülü açarlardan istifadə etdikdə qoşma və açma prosesi relenin bu kontaktları
vasitəsilə yerinə yetirilir: relenin əmri “qoşmaq” KCC və relenin əmri “acmaq” KCT. Bu onunla
əlaqədardır ki, MK açarının kontaktları vasitəsi olaraq idarəetmə dövrəsini açmağa və yaxud da qoşmağa
hesablanmayıb.
Şəkil 5.43-də elektromaqnit intiqallı açarın idarəetmə sxemi göstərilmişdir. “Qoşma” əmri açarın
əl tutan hissəsini saat əqrəbinin istiqamətində döndərməklə yerinə yetirilir, bu vaxt KCC-nin
dolağının qidalanma dövrəsi belə qapanır: +İŞ, açarın 1-3 kontaktları, KCC – relesinin dolağı, – İŞ.
Aralıq kontaktlara KM dolağının dövrəsində yerləşən rele öz kontaktlarını qapayır və sonrakı
proses qeyd edilən ardıcıllıqla gedir. Qoşma əmri veriləndən sonra açarın əl tutan hissəsi neytral
vəziyyətə qayıdır.
Sxemlərinin hər ikisində açarın qoşulması əmri avtomatika qurğusundan, açılması əmri isə rele
mühafizə qurğusundan verilir.

§ 5.10.3. Hava açarının uzaqdan idarə edilməsi.

Hava açarlarında qoşulma işini sıxılmış hava yerinə yetirir. Havanın vurulma sisteminin

138
edarəedilməsi elektromaqnit klapanları vasitəsilə yerinə yetirilir. Bir neçə açarların qoşulma əmri aralıq
kontaktorlarının köməyi olmadan birbaşa idarəetmə açarının kontaktorları vasitəsilə verilir. İdarəetmə
sxemlərində MK-açarlarından istifadə edilən halların hamısında rele sxeminin tətbiqi tələb olunur.

Hava açarlarının idarəetmə sxemi müxtəlifdir və istifadə olunan açarların intiqalından asılıdır,
bəzən də sistemin spesifik tələbindən asılı olur.
110 kv və yüksək gərginlikli hava açarları birqütbülü aparat formasında hazırlanır və sonda
bunlardan da üçfazlı sistemi var. Bu da lazım olanda fazaları ayrı-ayrılıqda açmağa və qoşmağa imkan
yaradır.
Şəkil 5.43-də hava açarının hər bir fazası ayrı-ayrı olmaqla ümumi üçfazlı idarəetmə sxemi
göstərilmişdir. Hər bir qütb özünün YAC və YAT qurğuları vasitəsilə idarə olunur. YAC – qurğusunun
bütün fazalarının dolaqları paralel birləşdiyindən “qoşulma” əmri verilən kimi bütün fazalar eyni
zamanda qoşulur ki, bu da eyni zamanda açarın üçfazasının qoşulmasını təmin edir. Həmçinin də YAT –
qurğusunda dolaqları paralel qoşulub.
Açarın hər üçfazasının köməkçi kontaktları qoşma dövrəsində ardıcıl, açma dövrəsində isə paralel
birləşdirilib. Köməkçi kontaktların “qoşma” dövrəsində ardıcıl birləşməsi zədəli açarın qoşulmasına
imkan vermir. (Zədəli açarda hər bir fazanın köməkçi kontaktları eyni vəziyyətdə olurlar). Köməkçi
kontaktların “acma” dövrəsində paralel birləşməsi imkan verir ki, bir və yaxud da iki fazanın köməkçi
kontaktları zədəli olanda belə açar açılsın.
Açarların açılması və qoşulması ancaq ehtiyat balonda havanın müəyyən edilmiş təzyiqində yol
verilir. Təzyiqə nəzarət elektrik kontaktı olan BP – manometri vasitəsilə həyata keçirilir və təzyiq
normadan aşağı düşəndə manometr öz kontaktını qapıyaraq KLP – aralıq relesinə gərginlik verir. Təzyiq
düşəndə KLP – relesi idarəetmə dövrəsində öz kontaktlarını aralayır və açarlarda əməliyyatın
aparılmasına qadağa qoyur.
Qoşma və açma prosesinin əvvəlində açarın hava balonunda təzyiq normal hala nisbətən bir qədər
aşağı düşür. Bunun üçün başlanan əməliyyatın KLP relesi vasitəsilə pozulmasının qarşısını almaq üçün
relenin kontaktı, birfazanın elektromaqnitinin köməkçi kontaktları vasitəsilə şuntlanır. (qoşma anında
YAC.A – kontaktı, açma anında isə YAT.A – kontaktı vasitəsilə).
İdarəetmə açarı vasitəsilə verilən qısa müddətli impuls, əməliyyatın qurtarması üçün kifayət etməsə
açarın zədələnməsi baş verə bilər. Odur ki, əməliyyatın etibarlı tam qurtarması üçün idarəetmə açarının
kontaktı YAC.A və YAT.A qurğularının köməkçi kontaktlarından biri ilə şuntlanırlar.
Şəkil 8.2-də göstərilmiş idarəetmə sxemində avtomatika və mühafizə tərəfindən idarəetmə
impulsunun verilmə imkanı da nəzərdə tutulub. Bu sxemin digər hissələri əvvəldə baxılan sxemlərlə
eynidir.

§ 5.10.4. Çox saylı təkrar qoşmalardan blokirovkalar

Elektromaqnit və pnevmatik intiqallı açarların uzaqdan idarəetmə sxemlərinə qoyulan əsas


tələblərdən biri də mövcud qısaqapanmalardan (sıçrayışdan blokirovka) açarın çoxsaylı təkrar
qoşulmalardan blokirovka qoyulmasının zəruriliyidir.
“Sıçrayış”dan blokirovka mexaniki üsullar və yaxud da xüsusi elektrik sxemlərinin tətbiqi yolu ilə
yerinə yetirilə bilər.
Şəkil 5.44-də “sıçrayış”dan elektriki blokirovka, xüsusi aralıq KBS relesindən istifadə etməklə
yerinə yetirilən sxem göstərilmişdir. Rele iki dolaqdan YAT dövrəsinə ardıcıl qoşulmuş KBS.1 və
paralel qoşulmuş KBS.2 dolaqlarından ibarətdir.
İŞ İŞ

139
avtomatik
qoşulma

mühafizədən
açılma

Şəkil 5.44
Açar, idarəetmə açarı vasitəsilə və yaxud da avtomat qurğuları tərəfindən birbaşa qısaqapanmaya
qoşulduqda həmin avadanlığın rele mühafizə qurğusu işləyərək onun açarının açılması əmrini göndərir.
Bəzən elə vəziyyət yaranır ki, eyni zamanda iki əmr mövcud olur: birinci qoşma əmri – idarəetmə
açarının kontaktları tərəfindən (operator hələ əlini idarəetmə açarından götürməyib) və yaxud da avtomat
tərəfindən qoşma, ikincisi isə rele mühafizəsi kontaktları tərəfindən isə açma əmri verilir.
Bu halda açarın intiqalının səhv işlənməsinin qarşısını almaq KBS – relesinin köməyilə blokirovka
edilir.
Açarı qısaqapanmaya qoşduqdan sonra rele mühafizəsi işləyərək belə bir açma dairəsi +ŞU, rele
mühafizəsinin kontaktları KBS.1, SQC açarının köməkçi kontaktları, YAT – elektromaqnit açarının
dolağı, – ŞU yaranır. Beləliklə eyni zamanda açarın açılması və KBC relesinin işləməsi baş verir. KBC –
relesinin işləməsi “qoşma” əmri dövrəsindəki KBC.1-in kontaktlarını aralayıb və digər ona paralel
qoşulmuş dolağın KBC.2 kontakt cütlərini qapayır, bu da açar açılandan sonra onun hələlik bütün açıq
zaman anında açarın “qoşma” vəziyyətində saxlayaraq və yaxud da avtomatik qoşma qurğusunun
kontaktlarını qapayacaq.

§ 5.11. Blokirovkalar və siqnalizasiyalar

Ümumi halda idarəetmə şitlərində aşağıdakı növ siqnalizasiyalar nəzərd tutulmalıdır: kommutasiya
aparatlarının vəziyyətləri, qəza, xəbərdaredici və əmr verici siqnalizasiyalar.

§ 5.11.1. Kommutasiya aparatlarının


vəziyyətləri haqda siqnalizasiya

Kommutasiya aparatının (açarların, ayrıcıların və onların torpaqlaycıları) vəziyyətləri haqda


siqnalizasiya, əməliyyat aparan personala normal və qəza rejimlərində elektrik birləşmə sxemləri haqda
məlumat vermək üçün istifadə edilir və müxtəlif üsullarla həyata keçirilir.
Şəkil 5.45-də 220-750 kv fazlar üzrə idarə olunan ayırıcılar üçün işıq siqnalizasiyasının prinsipal
sxemi göstərilmişdir.
Ayırıcının hər bir fazası PDN növ intiqallı elektrik mühərrikinin vasitəsilə hərəkətə gətirilir. Siqnal
lampaları – qırmızı (“qoşuludur”) və yaşıl (“açıqdır”) siqnal lampaları uzaqdan idarəetmə şitlərində
quraşdırılıb.

140
Şəkil 5.45

a) izzahedici sxem
b) ikinci tərəf dövrəsinin
sxemi

Ayırıcının açıq vəziyyətində SQT-nin köməkçisi kontaktları qapanır və yaşıl siqnal lampası yanır.
Qoşulu vəziyyətində isə SQC-nin köməkçi kontaktları qapanır və qırmızı siqnal lampası yanır. SQT və
SQC-nin kontaktları intiqal ilə əlaqədə olub və çevirici açarlar vasitəsilə ayırıcıların son vəziyyətləri
(qoşulu və yaxud açıq) haqda məlumat verir.
Açarların vəziyyət siqnalizasiya siqnal lampalarının köməyilə həyata keçirilir. Siqnal lampaları
birbaşa idarəetmə açarlarının yanında yerləşir və yaxud da şitin üzərində yığılmış sxemlərin üzərində
yerləşdirilir.
Siqnal lampaları açarın qəbul olunmuş sxeminə uyğun olaraq müxtəlif vəziyyətlərdə yığılır.
Şəkil 5.46-də, KQQ relesindən istifadə etməklə açarın vəziyyətini təyin edən siqnalizasiya sxemi
göstərilmişdir.
Fiksasiya relesi kimi iki vəziyyətli reledən istifadə olunur. Bu rele iki dolaqdan ibarət olub və həmin
dolaqların köməyilə relenin yakoru deyilən iki vəziyyətdən hər birini qoşa bilər. KQQ relesinin
vəziyyətinin çevirici kontakt dövrəsi qoşulu olan dolağa impuls göndərməklə həyata keçirilir. KQQ
relesinin yakorundan cərəyan keçəndə yakor öz vəziyyətini dəyişir və kontaktlarını çevirir. Relenin
kontaktlarının bu yeni vəziyyəti o vaxta qədər, yəni cərəyan keçməsinə hazırlanan ikinci dolağa impuls
verilənə qədər saxlayacaq.
Siqnal lampaları da idarəetmə dövrəsinin qidalandığı şinlərdən qidalandırılır.
Əməliyyatçı personalın diqqətini cəlb etmək üçün açarlar avtomatik olaraq qoşularsa və yaxud da
açılarsa siqnal lampalarının səyriyərək yanıb və yaxud da sönməsi (açar qoşulubsa qırmızı lampa səyriyən
işıqla yanacaq, avtomatik açılma zamanı yaşıl lampa səyriyə işıqla yanacaq) baş verir.
Şəkil 5.46-də göstərilən sxem açarın açılmış vəziyyətinə uyğun sxemdir. Yaşıl lampanın yanma
dövrəsi belədir: +ŞU, KQQ5-in qapalı kontaktları, R2 – rezistoru, SQT – açarının köməkçi kontaktları,
HLG lampaları, – SU, sonda yaşıl lampa yanır.
“Qoşma” əmri verilən halda idarəetmə açarının 1-3 kontaktları qapanaraq KCC relesinin dolağının
dövrəsini qapayaraq I KQQ relesinin dolağını qidalandırır, beləliklə, (+ŞS, KCC-nin kontaktları, I KQQ
dolağının KQQ.1 ardıcıl kontaktları, – ŞS) dövrəsi yaranır.
KQQ relesi yakoru ikinci fiksasiya vəziyyətinə çevirərək 2, 3, 6 – kontaktlarını qapayır və 1, 4, 5
– kontaktlarını açır.
Əməliyyat qurtarandan sonra SQ-nin köməkçi kontaktları qoşularaq öz vəziyyətini dəyişir və
bununla qırmızı lampanın yanma dövrəsini +ŞU, KQQ.3-ün kontaktları, R1 – rezistoru, SQC-in köməkçi
kontaktları, HLR lampası, –ŞU yaradır. Qırmızı lampa yanır. Əmrin yerinə yetirilməsi haqda siqnal
görünən kimi açarın əl tutulan yeriburaxılır, bu prosesdən sonra siqnal dörəsində dəyişmə baş vermir.
Beləliklə açarın bütün qoşulu müddətində qırmzı işıq yanacaq. Mühafizənin təsirindən açar avtomatik
açılanda KQQ6 relesinin kontaktlarının qapanması hesabına yaşıl lampa səyriyən işıqla yanmağa
başlayacaq.
İdarəetmə açarının kontaktları tərəfindən açılma əmri veriləndə KCT relesi işləyərək öz kontaktları
vasitəsilə II KQQ relesinin dolağının dövrəsini qapayır. KQQ relesi işləyərək KQQ1, KQQ4 KQQ5
relelərinin kontaklarını qapayaraq KQQ2, KQQ3, KQQ6–nın kontaklarını aralayır. Q – açarı açılandan
sonra yuxarıda baxılan “açma” vəziyyətinin siqnal dövrəsi yaranır. Açarın avtomatik qoşulması zamanı,
məsələn EAQ tərəfindən qoşulanda KQQ4-in kontaktları vasitəsilə qırmızı lampa səyritən işıqla
yanacaq.

141
§ 5.11.2. Açarın qəzadan açılma siqnalizasiyası

Bu növ siqnalizasiya əməliyyat personalına açarın rele mühafizəsi tərəfindən açılması haqda həm
səs, həm də işıq formasında xəbər vermək üçün istifadə edilir. Səs siqnalının vəsifəsi açılma haqqında
personalın diqqətini cəlb etmək üçün işıq siqnalı isə açılan aparatı göstərmək üçün istifadə edilir.
Fərdi qəza siqnalizasiya idarəetmə açarının (fiksasiya relesi) vəziyyətinin açılan, açarın
vəziyyətinə uyöun olmaması prinsipi əsasında qurulmuşdur. Qəza işıq siqnalınının verilməsi üçün şəkil
5.46-də göstərilmiş açarın vəziyyətinin fiksasiya edən işıq siqnalı dövrəsindən istifadə edilir.

Şəkil 5.46 Rele sxemi vasitəsi ilə idarə olunan və açarın vəziyyətini göstərən siqnalizasiya sxemi
Qəzaya qədər açar qoşuludur, bu vəziyyət lampanın daimi qırmızı işığın yanması ilə fiksasiya
olunur. Açarın qəzadan açılması zamanı onun köməkçi kontaklarının vəziyyəti dəyişir, bu da sxemdə
qeyri uyğunluq yaradır, bu səbəbdən də səyriyən yaşıl işıq yanmağa başlayır.
Bu dövrələri qidalandırmaq üçün idarəetmə şitində səyriyən işıqlar üçün ümumi bir qurğu yığılır.
Bu məqsəd üçün kontaktların aralanmasını yavaşıdan (KL1 relesi) və qapanmasını yavaşıdan (KL2
relesi), iki aralıq relesi olan KL1 və KL2 puls cütlüyündən istifadə edilir (şəkil 5.47)

digər açarların signalizasiya dovrələrinə

Şəkil 5.47

Puls – cütlüyünün işə buraxılması siqnalizasiya dövrəsində verilmiş şitdən idarə olunan istənilən
açarın sxeminin vəziyyətində yaranan uyğunsuzluğun yaranması hesabına baş verir.
Dövrə qapananda (şəkil 5.47), (-) ŞU və (+) ŞM şinka arasında qoşulmuş siqnal lampası, KL1 –
relesinin dolağında və R – rezistorunda düşən gərginliklər nəticəsində, praktiki olaraq yanmır. Bu zaman
KL1 relesinin dolağından cərəyan keçir və bununla rele işləyərək KL2 relesinin dolağının qidalandırıcı
dövrəsini qapamaqla eyni zamanda (+) qütbünü ŞM şinkasına ötürür, bununla siqnal lampası tam gücü
ilə yanır. Beləliklə, KL2 relesinin kontaktı, KL1 relesindən gərginliyi alır. Ancaq KL1 relesinin kontaktı
bir müddət qapalı vəziyyətdə qalacaq, elə bununla da lampanın tam yanma müddəti təyin olunur.
KL1 relesinin kontaktlarının aralanması nəticəsində (+) qütbü ŞM-dən çıxarılır. Pauzanın müddəti
KL2 relesinin vasitəsilə təmin olunur, gərginliyi dolaqdan mıxarandan sonra öz kontaktını yavaşdan

142
qapayır. KL2 relesinin kontaktları qapandıqdan sonra yeni tsikl başlayır. Fərdi qəza işıq
siqnalizasiyasının təsiri, idarəetmə açarını və yaxud da KQQ relesini “açıqdır” vəziyyətinə gətirildikdən
sonra kəsilir. Bu əməliyyat siqnalın “kivitirovat” olunması adlanır. Fərdi işıq siqnalı ilə yanaşı eyni
zamanda qəza səs siqnalı da işləyir. Şəlik 7.7-də impuls siqnal relesinin PUC-Ə2M köməyilə yığılmış
qəza səs siqnalizasiyasının sxemi göstərilmişdir. Bu relenin əsas elementləri polyarizə olunmuş KHA
siqnal relesi, T – transformatoru və iki tranzistorlu VT1 və VT2 çevirici açardan ibarətdir.
ŞŞ ŞŞ

diqər açarların uyğun


gəlməyən dövrələri

a)

b)

Şəkil 5.48

143
Polyarizə olunmuş KHA relesi sabit maqnitdən 4, içlikdən – 3, hərəkət edən yakor – 5 və kontakt
körpüsündən – 6, idarəetmə dolağından – 1 və 2, və 7 – kontaktlarından ibarətdir. Sabit maqnit yakoru
iki kənar vəziyyəti fiksasiya etmək üçün istifadə olunur. Rele elə hazırlanıb ki, onun bir dolağının
yaratdığı maqnit sahəsi sabit maqnit sahəsinə əks istiqamətdə maqnit sahəsi yaratsın. Cərəyanı uyğun
olaraq (1 və yaxud da 2) idarəetmə dolağına verməklə yakorun vəziyyəti dəyişir. Şəkil 8-7-də qəza səs
siqnalizasiyasının prinsipal işçi sxemi verilmişdir. Açarı qoşduqda KQQ relesinin kontaktları qapanır və
SQT-nin köməkçi kontaktları qapanır, KQQ7-nin kontaktları qapalı qalır, beləliklə idarəetmə açarının
kontaktları ilə KQQ7 relesinin kontaktları arasında uyğun olmayan vəziyyət yaranır. Beləliklə, qəza səs
siqnalizasiyasının ШЗА şinkası müsbət potensial alır və РНС –Э2М relesinin birinci tərəf dolağından –
T cərəyan keçməyə başlayır. Dolaqda cərəyanın sıfır qiymətindən qərarlaşmış qiymətinə qədər artanda
yaranan keçid prosesində T-nin ikinci tərəf dolağında impuls gərginliyiynin yaranmasına səbəb olur. Bu
zaman TV1 tranzistoru açılır və 1 idarəedici dolaqdan cərəyan keçir, bu cərəyan KHA – relesinin işlə-
məsinə səbəb olur və 7 – kontaktlarını qapayır. KHA-nın kontaktları KL-in dolağının dövrəsini qapayır,
bu da HA-sirenasının işləməsinə səbəb olur.
Uyğunsuzluq dövrəsinə KCC relesinin kontaktlarını qoşmaqla “qoşmaq” əmri verildikdə belə
onun səhv işləməsini aradan qaldırır. KHA – relesinin 2 dolağına cərəyan verilməsi nəticəsində səsə
siqnal dövrəsindən səs çıxarılır. Bu proses SBC-nin düyməsinə əl vasitəsilə və yaxud da avtomatik
olaraq siqnalın müddətini məhdudlaşdıran KT – relesinə təsir etməklə həyata keçirilir. İdarəetmə açarı
vasitəsilə “kivitirovka” etməklə də səs siqnalını aradan qaldıqrmaq olur. Bu zaman uyğunsuzluq dövrəsi
qırılır və T – transformatorunun ikinci tərəf dolağına əks qütbülü impuls transformasiya olunur, bununla
da TV2 tranzistoru qapanır, bu da KHA relesini ilkin vəziyyətinə qayıtmasına səbəb olur.

РНС –Э2М relesi imkan verir ki, əgər birinci açarın açılmasını idarəetmə açarı vasitəsilə
kivitirovka alunana qədər ikinci açar açılarsa ikinci siqnal verilsin və s. Təzə uyğunsuzluq dövrəsi
birinci dövrəyə paralel qoşulduğundan ümumi dövrənin müqaviməti azalır, bu da T – transformatorunun
dolağında cərəyanın artmasına səbəb olur. Keçid prosesinin impulsu ikinci tərəf dövrəsinə
transformasiya olunur ki, bu da KHA relesinin ikinci dəfə və s. işə qoşulmasına imkan verir.

§ 5.11.3. Blokirovkalar

Blokirovkalrın iki əsas müxtəlif forması mövcuddur: təhlükəsizlik blokirovkası və əməliyyat


blokirovkası.
Təhlükəsizlik blokirovkaları istismar və təmir personallarının paylayıcı qurğuların kameralarına
girən zaman onlara xəbərdarlıq edən və yaxud da gərginlik altında olan qurğunun cərəyandaşıyan
hissələrinə və sınaq aparılan qurğuya, təhlükəli məsafəyə qədər yaxınlaşmadan xəbərdarlıq edən
qurğulardır.
Belə kameralarda blokirovka qurğusu kimi avadanlıqlardan gərginlik çıxarıldıqdan sonra, onlara
girişi qadağan edici elektriki qıfıllardan istifadə edilir. Yüksək gərginlikli sınaq kameraları elə
avadanlıqla təhciz olunub ki, onun qapıları açılan zaman onu qidalandıran dövrə avtomatik olaraq açılır.
Gərginlik altında olan avadanlığın kamerasına personal girən zaman onun tam təhlükəsizliyini təmin
edən elektriki qıfılın – Y qidalandırma sxemi şəkil 5.49-də göstərilmişdir. Elektriki qıfılın qidalandırma
dövrəsi QS1 və QS2 ayrıcılarının normal qapanmış SQT1 və SQT2 köməkçi kontaktlarını özündə
toplayır. Kameraya girmək yalnız o vaxt mümkündür ki, QS1 və QS2 ayrıcıların hər ikisi açılmış olsun.
Kompleks paylayıcı qurğunun yuvasından açarın arabacığını çıxaranda gərginlik altında qalmış
hissələrinə toxunmamaq üçün həmin hissələr metal pərdə ilə avtomatik örtülür. Əməliyyat blokirovkaları
elektrik birləşmə sxemlərində personalın səhv əməliyyat aparan zaman onların qarşısını almaq üçün
istifadə edilən qurğudur. Əməliyyat blokirovkalarının ən çox xarakterik forması ayrıcılarla səhv
əməliyyat aparan zaman istifadə olunan blokirovkadır. Blokirovkaların ən çox geniş yayılmış növləri
mexaniki və elektromaqnit blokirovkalarıdır.
Şəkil 5.50-da bir sistem şinli sxemlərdəki ayrıcının mexaniki blokirovka qıfılının sxemi
göstərilmişdir. Hər bir açar və ayrıcı, gövdədən – 3 və hərəkət edən çubuq şəkilli çıxış hissədən – 1

144
ibarət olan qıfıla malikdir.
Qıfılın çubuğu intiqalın blokirovkasının – 2 deşiyinə girir. Hərəkət edən hissənin ikinci sonluğu
gövdənin içərisində yerləşib və səyyar açarın – 4 çubuğunun görməsi üçün uyğun deşiyi var. Açarın
qıfıla girməsi və yaxud çıxması intiqalın son vəziyyətində, yəni fiksasiya edən çubuq onun üçün
düzəldilmiş deşiyə girməsi vəziyyətinə uyğun olmalıdır.

Şəkil 5.49. Təhlikəslizlik blokirovkasının sxemi

Şəkil 5.50 Şəkil 5.51. Ayrıcıların mexaniki


qıfıl blokirovkasının
prinsipal sxemı

Blokirovkaın işləmə ardıcıllığı belədir. Bormal halda açar qıfıla geydirilmiş şəklində yerləşir.
Açarı onun yuvasından yalnız açar açıldıqdan sonra çıxarmaq mümkündür. Açarı qıfıldan çıxartdıqda,
qıfılın hərəkət edən fiksasiya çubuğu açarın açıq vəziyyətində onun intiqalını bağlayır. Bundan sonra
intiqaldan çıxarılmış açarla xətt ayrıcısının açılmasını təmin etmək üçün onun deşiyinə geydirilir. Sonra
ayrıcını açmaq üçün onu saat əqrəbi istiqamətində döndərməklə QS1 xətt ayrıcısı açılır. Şin ayrıcısının
QS2 açılması da analoji ardıcıllıqla aparılır. Elektrik dövrəsini qoşmaq üçün bütün əməliyyatlar əks
ardıcıllıqla aparılır.
Mexaniki blokirovka adətən şinə qoşulan işlədicilərin sayı 10-a qədər olan halda istifadə edilir.

145
Hal-hazırda, elektromaqnit qıfıllardan istifafdə etməklə, ayrıcılarda elektromaqnit
blokirovkalardan geniş istifadə edilir. Belə qıfılın sxematik təsviri şəkil 5.51-da göstərilmişdir. Qıfıl
plastmast gövdədən – 1 və onun daxilində yerləşmiş kontakt yuvalarından – 2, həmçinin də, yaylı – 4
barmaq şəkilli cəftədən – 3 ibarətdir. Qıfıl elə yığılır ki, çubuq – 3 intiqalın vəziyyətini fiksasiya etmək
üçün onun xüsusi deşiyinə daxil olur.
Səyyar açar içində hərəkət edən içliyi olan – 6 katuşkadan – 5 ibarətdir. Katuşkanın çıxışları
barmacıqlara – 7 birləşdirilir.
Əgər ayırıcının açılmasına icazə varsa (açarın açıq vəziyyətində) onda 2 – yuvaya əməliyyat
dövrəsindən cərəyan verilir. Açar qıfılın yuvasına daxil edilir. Katuşkadan cərəyan keçir və içlik
maqnitlənir. Qıfılın cəftəsi açarın maqnitlənmiş içliyinə toxunur. Halqanın köməyilə içlik onunla
birlikdə blokirovka yuvasından qıfılın cəftəsi də dartılır, beləliklə qıfıl açılır.
Elektromaqnit blokirovkasının elektrik qidalandırma sxemi elə yerinə yetirilir ki, birinci tərəf
dövrəsində ayrıcının açılmasına icazə versin, şərti daxilində yerinə yetirilir.

kv

bölmə

a)
b)

Şəkil 5.52

146
Şəkil 5.52a-da bir sistem şinli paylayıcı qurğusuna qoşulmuş xətt dövrəsinin ayrıcısının
elektromaqnit blokirovka sxemi göstərilmişdir. Ayrıcılar torpaqlayıcı bıçaqlarla təmin olunmuşdur.
Hər bir ayrıcının əsas və torpaqlayıcı bıçaqları intiqalda mexaniki blokirovkaya malikdir, bunun
nəticəsində torpaqlayıcı bıçaq qoşuludursa, əsas bıçağı qoşmaq olmaz və əksinə, əgər işçi torpaqlayıcı
qoşuludursa, onda torpaqlayıcını qoşmaq olmaz. Bu şərt olmasa belə, hətta çox sadə əməliyyat olan
ayrıcının açılma əməliyyatı üçün qoyulmuş elektromaqnit blokirovka çox mürəkkəb olar.
Blokirovka icazə verilən əməliyyat ardıcıllığnın həyata keçirilməsini təmin etməklə yanaşı həm də
açarı dövrənin torpaqlanmış hissəsinə səhvən qoşma prosesin də imkan verməməlidir.
Elektromaqnit blokirovkaya qoyulan bu tələbat sxemin belə yığılması hesabına əldə edilir.
Məsələn, açarın bir tərəfində torpaqlayıcı bıçağın qoşulması hesabına ancaq həmin tərəfdə ayrıcının
açılması halında mümkündür və yaxud da əksinə, ayrıcını qoşulması həmin tərəfdə torpaqlayıcı bıçağın
açılması zamanı mümkündür.
Şəkil 5.52b-də blokirovka sxemi aşağıdakıları həll edir:
– Açarın – Q açıq vəziyyətində 2QSG1 torpaqlayıcı bıçağın və QSG sistem şin torpaqlayıcı
bıçaqların açıq vəziyyətində 1QS ayrıcısilə əməliyyat aparmağı;
– açarın – Q açıq vəziyyətində həmçinin 1QSG torcpaqlayıcı bıçaqların açıq vəziyyətində 2QS
ayrıcısilə əməliyyat aparmağı;
– 2QS (1QS) – ayrıcılarının açıq vəziyyətində, həmçinin də yuxarıda qeyd edilən blokirovkanın
mövcud halında 1QSG (2QSG1) torpaqlayıcı bıçaqlarda əməliyyat aparmağa imkan verir.
2QSG2 torpaqlayıcı bıçaqla əsas bıçaq 2QS ilə ancaq mexaniki blokirovkaya malikdir və onların
qoşulması xətt tərəfdən gərginliyin olmaması yoxlanıldıqdan sonra həyata keçirilir.
Şəkil 5.53a-da çəkil 5.53b-də iki sistem şinli sxem üçün istifadə olunan elektromaqnit
blokirovkanın sxemi göstərilmişdir. Blokirovka ancaq bu sxemada təsvir olunmuş yol veriləbilən əmə-
liyyat ardıcıllığını aparmağa imkan verir. Sistem şinə qoşulmuş bir xətt həddində (məsələn, şəkil 5.53 b
göstərilən xətt üçün) ayrıcıların qoşulması və açılması ancaq əvvəlcədən verilmiş blokirovka ardıcıllığı
şəraitində Q – açarının açıq vəziyyətində aparmaq mümkündür.
Sistem şinə qoşulmuş xəttlərin və yaxud da mənbənin bir sistem digər sistem şinə köçürülməsi
əvvəlcədən verilmiş blokirovka ardıcıllığı halında yalnız şinlərarası açarın QA və 4QS, 5QS ayrıcılarının
qoşulu vəziyyətində mümkündür.

Şəkil 5.53 a

147
a)

b)

Şəkil 5.53 b

Sistem şinli PQ-da qoyulmuş ayrıcının elektromagnit blokirovka sxemı


a) birinci tərəf birləşmə sxemı
b) blokirovkanın elektrik sxemı

148
VI FƏSİL

ELEKTRIK STANSIYALARININ
VƏ YARIMSTANSIYALARININ BAŞ SXEMLƏRI

§ 6.1. Sxemlərə dair əsas anlayışlar və onlara


qoyulan əsas tələblər

Elektrik stansiyalarının və yarımstansiyalarının baş sxemi dedikdə əsas avadanlıqların


(generatorların, transformatorların, xətlərin), toplayıcı şinlərin, kommutasiya və başqa avadanlıqların na-
turada müştərək iş üçün öz aralarında birləşmə sxemləri nəzərdə tutulur.
Elektrik stansiyalarının və yarımstansiyalarının layihələşdirilməsi zamanı baş birləşmə sxeminin
seçilməsi əsas təyin edici faktorlardan biridir, çünki sxem elementlərin tam tərkibini və onların öz
aralarında əlaqəsini təyin edir. Elektrik birləşmə sxemlərinin ilkin tərtibi zamanı seçilmiş baş sxemin
xüsusi sərfiyyat avadanlıqlarının birləşmə sxemlərinin, ikinci tərəf birləşmə sxemlərinin montaj sxem-
lərinin və başqa məsələlərin həllində də həlledici rol oynayır.
Baş sxemlər şəkildə bir xətli sxemlər kimi göstərilir və bu zaman sxemdə göstərilən qurğuların
kommutasiya elementlərinin vəziyyəti açıq vəziyyətdə göstərilir. Bəzi hallarda kommutasiya element-
lərinin qoşulu vəziyyətdə təsvir edilməsinə icazə verilir.
İstismar şəraitində prinsipial baş sxemlə yanaşı sadələşmiş əməliyyat sxemlərindən də istifadə
edilir, bu sxemlərdə ancaq əsas avadanlıqlar göstərilir.
Növbətçi personal növbə ərzində həmin sxemdə göstərilən avadanlıqların real şəraitindəki
vəziyyətini göstərməlidir, məsələn, açarların, ayırıcıların açıq və yaxud da qoşulu vəziyyətini göstərməli-
dir.
Elektrik qurğularının layihələşdirilməsi zamanı baş sxemin hazırlanmasına qədər elektrik
enerjisinin istehsalı və ötürülməsi üçün struktur sxem tərtib edilir və elektrik qurğularının (generatorla-
rın, transformatorların, paylayıcı qurğuların) əsas funksional hissələri və onların arasındakı əlaqələr
göstərilir. Struktur sxem həm də gələcəkdə prinsipial baş sxemin əsaslı surətdə tam hazırlanmasına və
ümumi şəkildə elektrik qurğularının işi ilə tanışlığa imkan yaradır.

149
Şəkil 6.1. Sxemin görünüşü (110/10 kV yarımstansiyanın misalında)
Struktur sxemdə funksional hissə düzbucaqlı yaxud da şərti qrafiki formada göstərilir. Heç bir
aparat (açar, ayrıcı, cərəyan transformatorları və başqaları) göstərilmir. (şəkil 6.1, a)
Şəkil 6.1, b-də yarımstansiyanın baş sxemi göstərilmişdir, ancaq burada bəzi aparatlar
göstərilməyib, məsələn, cərəyan transformatoru, gərginlik transformatoru boşaldıcılar və s. Belə
sxemlərə sadələşdirilmiş prinsipial baş sxem deyilir.
Tam prinsipial sxemdə isə (şəkil 6.1, v) birinci tərəf dövrəsinin bütün aparatları, torpaqlayıcı
bıçaqlar – QSG, ayırıcılar – QS, ayıran ayırıcılar (qırıcılar) – QR, qısa qapayıcılar – QN və həmçinin
onların növləri göstərilmişdir. Əməliyyat sxemində (Şəkil 6.1, q) ayırıcıların – QSG şərti işarəsi
göstərilib. Bu kommutasiya aparatlarının həqiqi vəziyyətini (qoşulu və yaxud açıq) göstərir. Növbətçi
heyət tərəfindən növbə ərzində sxemdə yaranan dəyişikliklər göstərilməlidir.
DUİST-ə görə elektrik birləşmə sxemlərində hərfi-rəqəm şəklində göstərilən işarələr üç hissədən
ibarətdir:
I hissə elementin növünü; II hissə onun sxemdə sıra nömrəsini; III hissə isə onun funksiyasını
göstərir.
QS1 – işarəsi QS – hissəsi ayrıcı olduğunu 1 – işarəsi isə onun sxemdə sıra sayını göstərir, yəni
QS1 – 1 saylı ayrıcı deməkdir. Q2 – 2 saylı açar, QB – bölmə arası açar və s.
Elektrik qurğularının baş birləşmə sxemini seçərkən enerji sistemi üçün stansiyanın və
yarımstansiyanın rolu və əhəmiyyətini nəzərə almaq lazımdır.
Enerji sistemində paralel işləyən stansiyalar öz iş xüsusiyyətlərinə görə bir-birindən kəskin
fərqlənirlər.
Məsələn, onlardan biri bazis, sistemin əsas yükünü daşıyan, digəri isə pik stansiyası olub sistemdə
yalnız maksimal yük rejimində işə qoşulur. Üçüncü növ stansiyalar işlədicilərin istilik tələbatından asılı
150
olaraq yük daşıyan stansiyalar – IEM-lərdir.
Yarımstansiyalardan sistemlər arası, yəni sistemin bir hissəsi ilə digər hissəsi arasında əlaqə
yaratmaq, nəhəng rayonu və ayrı-ayrı işlədiciləri enerji ilə təmin etmək üçün istifadə olunur. Enerji sis-
temində yarımstansiyaların rolu onun elektrik stansiyasının və yaxud yarımstansiyasının vəziyyəti,
sxemi və ona yaxın olan şəbəkənin gərginliyi ilə təyin edilir.
Elektrik stansiyalarının və yarımstansiyalarının yüksək gərginlik şinləri enerji sisteminin düyün
nöqtəsi olmaqla yanaşı enerji sisteminin bir neçə stansiyalarının paralel işləməsi üçün şərait yaradaraq
sistemin bir hissəsindən digər hissəsinə güc ötürülməsini təmin edir, buna bəzən gücün tranzitliyi də
deyilir.
Elektrik qurğularının birləşmə sxemlərini seçən zaman ilk növbədə gücün tranzitliyini saxlamaq
lazımdır.
Yarımstansiyalar gücünə görə dalan, keçid və budaqlanmış yarımstansiyalara ayrılır. Bu növ
yarımstansiyalarda hətta qoyulmuş transformatorların gücü və sayı eyni olsa belə onların birləşmə sxem-
ləri müxtəlif olur.
Paylayıcı qurğunun sxemi və kompanovkası seçilən zaman gələcəkdə enerji sisteminin
genişləndirilməsi, yəni həmin paylayıcı quruluşa qoşula biləcək əlavə işlədicilərin qoşulmasını nəzərə
almaq lazımdır. Nəhəng elektrik stansiyasının tikilişi növbəli aparıldığından onun birləşmə sxemini
hazırlayarkən ümumi aqreqatların və xətlərin sayını, birinci, ikinci və üçüncü növbədə qoşulan aqreqat-
ların sayını təyin etmək lazımdır.
Yarımstansiyanın sxemini seçən zaman yüksək və orta gərginlikli xətlərin sayını onların
əhəmiyyətlik dərəcəsini nəzərə almaq lazımdır. Bu səbəbdən də enerji sistemin müxtəlif etaplarda
inkişaf yarımstansiyanın sxemlərinin müxtəlifliyinə səbəb ola bilər. Stansiyaların və yarımstansiyaların
növbəti inkişafı onların köklü dərəcədə yenidən qurulmasına səbəb olmamalıdır. Odur ki, layihə zamanı
onların gələcək inkişafı və genişləndirilməsi nəzərə alınmalıdır.
Elektrik qurğularının birləşmə sxemləri seçilərkən qısa qapama cərəyanlarının yol verilə bilən
qiyməti nəzərə alınmalıdır. Lazım gəldikdə şəbəkənin ayrı-ayrı bölmələrə bölünməsi yəni elektrik
qurğularının bir-birindən asılı olmayan, işləyən qurğulara bölünməsi xüsusi cərəyan məhdudlaşdıran
qurğuların qoyulması məsələsi nəzərdə tutulmalıdır.
Elektrik qurğularının baş birləşmə sxemlərinə qoyulan tələblərdən aşağıdakıları xüsusi olaraq qeyd
etmək lazımdır:
– işlədicilərin enerji təchizatının etibarlılığı;
– təmir işlərinin aparılması şəraitinin olması;
– elektrik sxeminin əməliyyat çevikliyi;
– iqtisadi cəhətdən məqsədyönlü olması.
Etibarlılıq – elektrik qurğularının elə xüsusiyyətidir ki, onun vasitəsilə enerji sistemin
işlədicilərinin fasiləsiz və keyfiyyətli enerji ilə təminatı tamamilə təmin edilsin. Sxemin istənilən
hissəsində zədələnmələr, imkan daxilində enerji təchizatını, sistemə verilən elektrik enerjisini, şin
vasitəsilə gücün tranzitliyini pozmamalıdır. Sxemin etibarlılıq dərəcəsi elektrik şəbəkəsindən qidalanan
işlədicilərin xarakterinə uyğun olmalıdır.
Etibarlılığın qiymətləndirilməsi işlədicilərin enerji təchizatının pozulma tezliyi və müddətilə
yanaşı həm də enerji sisteminin və onun ayrı-ayrı hissələrinin nisbi qəza ehtiyatından asılıdır.
Elektrik qurğularının təmir işlərinin aparılmasına uyğunlaşdırılması dedikdə işlədicilərin enerji
təchizatını məhdudlaşdırmadan, pozmadan təmir işlərinin aparılması nəzərdə tutulur. Elə sxemlər də var
ki, məsələn açarların təmirə çıxarılması zamanı təmir müddətində işlədiciləri enerjisiz qoymağa
məcburuq. Digər sxemlərdə isə tələb olunur ki, həmin işlədiciləri xüsusi təmir sxemi yığılana qədər mü-
vəqqəti olaraq açmaq və sonda elə sxemlər yığmaq olar ki, hətta qısa müddətli təmir zamanı belə
işlədiciləri enerjisiz qoymağa ehtiyac qalmasın.
Baş sxemlər əməliyyat çevikliyinə malik olmalıdır, məsələn sxemlər normal və xüsusilə qəza
rejimlərində istismar zamanı dəyişən şərtlərlə tez bir zamanda uyğunlaşmalıdır. Sxemin çevikliyi
dedikdə avadanlığın bir əməliyyat vəziyyətindən digərinə keçirilməsi zamanı aparılan əməliyyatların
sayı, onların mürəkkəbliyi və yerinə yetirilmə müddətilə qiymətləndirilməsi nəzərdə tutulur. Baş
sxemlər sadə və gözlə asan seçilən olmalıdır, yəni yaxşı görüntülü olduqda personalın işçi dəqiqliyi artır,

151
əməliyyat səhvlərinin baş vermə ehtimalı azalır və nəhayət əsas tələblərdən biri də avadanlıqlara
xidmətin təhlükəsizliyinin təminatı və onun istismarının rahat olmasıdır.
Etibarlılıq üzrə ən yüksək tələblər düyün yarımstansiyalarına qoyulur. Bu cür yarımstansiyalarda
qəza böyük rayonların elektrik təchizatını uzun müddətə poza bilər, qəzanın inkişafı isə sistem qəzasına
səbəb ola bilər.

§ 6.2. Elektrik stansiyalarının struktur sxemləri


və transformatorların seçilməsi

Stansiyaların struktur sxemi stansiyada qoyulacaq generatorların və transformatorların müxtəlif


gərginlikli paylayıcı quruluşlar arasında paylanmasını və həmin paylayıcı quruluşlar arasındakı əlaqəni
təmin edir. Əksər hallarda struktur sxemlərin seçilməsi əsasən iqtisadi nöqteyi nəzərdən əsaslanaraq
seçilir.
Stansiyanın struktur sxeminin seçilməsi zamanı ilk növbədə bir neçə texniki iqtisadi variantlar
seçilir və bu zaman hər variant üçün transformatorlar və avtotransformatorlar seçilir. Seçilmiş struktur
sxemləri texniki iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də etibarlıq nöqteyi-nəzərdən sərfəli
olmalıdır.
Stansiyanın struktur sxemlərini seçəndə aşağıdakı faktorlar nəzərə alınmalıdır: elektrik
stansiyalarının və yarımstansiyalarının enerji sistemində rolu və yeri.
Enerji sistemində paralel işləyən stansiyalar özlərinin spesifik xüsusiyyətlərinə görə bir-birindən
fərqlənirlər. Məsələn, bazis stansiyaları, bu növ stansiyalar – KES və AES sistemin əsas yükünü daşıyan
stansiyalardır. Pik stansiyaları günün müəyyən vaxtlarında yükün kəskin artması zamanı işə qoşulan
stansiyalar – SES (su elektrik stansiyaları). Üçüncü növ stansiyalar isə ilin fəslindən asılı olaraq istehsal
olunan istilik enerjisilə elektrik enerjisi arasındakı, nisbətin dəyişməsinə əsasən işləyən stansiyalardır.
Bu növ stansiyalar İEM-dir (istilik elektrik mərkəzi).
Struktur sxemlərinə görə elektrik stansiyalarını iki qrupa bölmək olar: birinci qrupa İEM-in
struktur sxemlərini, ikinci qrupa isə KES, SES və AES-ni aid etmək olar. Əvvəlcə İEM-in struktur sxe-
mini nəzərdən keçirək. Bu struktur sxemləri şəkil 6.2, 6.3, 6.4 verilmişdir.
İEM-in struktur sxemləri aqreqatların vahid və ümumi güclərindən və generatorların ümumi
gücünün yerli yüklərə nisbətindən asılı olaraq təyin edilir. Əgər yerli işlədicilərin ümumi gücü stansiya-
nın ümumi gücünün 50%-dən çox hissəsini təşkil edirsə və nominal işçi gərginliyi generatorun nominal
gərginliyinə uyğun gələrsə, onda GGRQ – (generator gərginlikli paylayıcı quruluş) tikilməsi məqsədə
uyğundur. (Şəkil 6.2. a) Bu zaman yerli işlədicilər birbaşa həmin paylayıcı quruluşa qoşulur. Bu cür
struktur sxemindən aqreqatların gücü 30-60 mVt olan 5-10 km radiuslu məsafədə yerləşən işlədiciləri
təmin etmək üçün istifadə olunur.
Əgər yerli yüklərin nominal işçi gərginliyi generator gərginliyindən başqa orta (35-110 kV)
gərginlikli olarsa onda struktur sxemləri şəkil 6.2 b-də təsvir olunmuş struktur sxemləri vasitəsilə həyata
keçirilir. Bu sxemlərdə orta gərginlik 35-110 kV ya üç dolaqlı transformator və ya da
avtotransformatorlar vasitəsilə həyata keçirilir. Əgər yerli işlədicilərin tələbat gücü stansiyada qoyulmuş
ümumi generatorların gücünün 30%-dən az olanda həyata keçirilir. Bu halda yerli işlədicilərin enerji ilə
təminatı generatorun çıxışına qoşulmuş xüsusi budaqlanmış reaktorlar və yaxud da transformatorlar
vasitəsilə həyata keçirilir.
Belə sxem ilə yerli işlədiciləri enerji ilə təmin etmək üçün lazım olan birləşmələri generator
açarından sonra qoşmaq lazımdır. Çünki bu halda generatorda zədələnmə baş verərsə, yerli işlədicilər
blok transformatorları vasitəsilə qidalanırlar.
Şəkil 6.2. v-dən göründüyü kimi iki generator KPQ-a digər nisbətən böyük güclü generator isə
yüksək gərginlik paylayıcı quruluşa (YGPQ) – 110-220 kV qoşulub. YGPQ-a qoşulmuş 110-220 kV-luq
xətlər vasitəsilə stansiyanın sistemlə əlaqəsi həyata keçirilir. Belə struktur sxeminin əsas üstün cəhəti
ondan ibarətdir ki, generatorlar arasında eninə əlaqə olmur, bu da qısa qapanma cərəyanlarının kəskin
azalmasına səbəb olur.
Müasir güclü İEM-də 100-250 MVt-lıq blok generatorlar transformator vasitəsilə birbaşa YGPQ-a
qoşulur, bu transformatorlara blok transformatorlar deyilir.

152
GGPQ ilə YGPQ arasında elektriki əlaqə yaradan transformatorlara əlaqə transformatorları deyilir.
Sistemdə stansiyanın iş rejimindən asılı olaraq əlaqə transformatorları adətən reversiv rejimdə işləyir,
yəni stansiyada generasiya olunan güc artıq olduqda onu sistemə ötürür və əksinə çatışmazlıq baş
verəndə sistemdən gücü alıb yerli işlədicilərə verir.
KES, AES və SES – stansiyaların struktur sxemində GGPQ-lar yoxdur, bu növ stansiyaların
struktur sxemlərinin əsasını bloklu sxemlər təşkil edir – vahid blok generator-transformator sxemi. Bu
növ stansiyalarda istehsal olunan elektrik enerjisi xüsusi sərfiyyata sərf olunan enerji istisna olmaqla
hamısı sistemə ötürülür (Şəkil 6.3.a,b,v).
Şəkil 6.3a-da generator açarı olmayan vahid generator-transformator blokların ancaq YGPQ-a b)
şəklində isə generator transformator blok, GGPQ ilə OGPQ qoşulublar v) şəklində, q) şəklində nəhəng
generator transformatorun üçüncü dolağına qoşulub. Vahid və birləşmiş blok sxemlərindən istilik və
atom elektrik stansiyalarında, nəhəng bloklu birləşmə sxemindən isə su elektrik stansiyalarında istifadə
olunur. Enerji blokunda generator açarı əlavə element kimi nəzərdə tutulur, odur ki, onun mövcudluğu
enerji blokunun etibarlılığını azaldır. Ancaq generator açarı olduqda YGPQ-da və xüsusi sərfiyyat
paylayıcı quruluşda (XSPQ) kommutasiya əməliyyatları azalır bu da paylayıcı quruluşların etibarlılığını
artırır. Odur ki, generator açarının qoyulmasını layihə zamanı əsaslandırmaq lazımdır. Ancaq yadda
saxlamaq lazımdır ki, birləşmiş və nəhəng həmçinin də avtotransformatorla blok rejimində işləyən enerji
bloklarında həmişə açar qoymaq tələb olunur. Vahid blok sxemlərində generator açarları ancaq o vaxt
qoyulur ki, blok ancaq yükün pik vaxtı qoşulacaq, başqa vaxt isə o, dövrədən çıxarılmalıdır. Əksinə əgər
stansiyadan iki gərginliklə gücün ötürülməsi nəzərdə tutulubsa və həm də həmin şəbəkələrdə neytral
effektiv torpaqlama rejimində işləyirsə onda göstərilən struktur sxemindən istifadə edilir.
Transformatorların seçilməsi dedikdə onların sayının, tipinin nominal gücünün və layihə olunan
elektrik qurğularının struktur sxeminin təyini nəzərdə tutulur. Adətən həmişə üç fazalı transformatorlar
nəzərdə tutulur əgər buna imkan yoxsa onda üç bir fazalı transformatorlar qoşmaq olar. Əgər bir fazalı
transformatorların sayı 9-dan çox olsa onda bir ədəd ehtiyat bir fazalı transformator götürmək lazımdır.
Generatorla blokda olan transformatorlardan başqa bütün üç dolaqlı transformatorlar və
avtotransformatorlar həmçinin də iki dolaqlı transformator həmişə YAT (yük altında tənzimləmə)
gərginlik tənzimləyicilər ilə təmin olunur. Transformatorların seçilməsi onun yüklənmə qabiliyyətinə
görə təyin edilir. Ümumi şəkildə transformatorların gücünün seçilməsi aşağıdakı kimi təyin edilir:
Shes ≤ Snom·Ky,
burada Shes – hesabat gücü; Snom – transformatorun nominal gücü; Ky – yol verilə bilən ifrat
yükləmə əmsalıdır.
Avtotransformatorun nominal gücü təyin olunandan sonra onun OGPQ (orta gərginlik paylayıcı
quruluşdan) YGPQ (yüksək gərginlikli paylayıcı quruluşa) verə biləcəyi maksimal güc rejimində
səmərəlilik əmsalı 0,33-0,667 arasında dəyişəndə generatorla bir blokda işləyən avtotransformatorun
nominal gücü Snom = (1,5-3) Stip kimi təyin edilməlidir.

§ 6.3. Elektrik yarımstansiyalarının struktur sxemləri


və transformatorların seçilməsi

Elektrik yarımstansiyalarının struktur sxemlərinin seçilməsində stansiyaların struktur sxemlərinin


seçilməsində olduğu kimi yarımstansiyada qoyulacaq transformatorların və avtotransformatorların
YGPQ (yüksək gərginlik paylayıcı quruluşlar), OGPQ (orta gərginlik paylayıcı quruluşlar) və AGPQ
(alçaq gərginlik paylayıcı quruluşlar) gərginlikli paylayıcı quruluşlar arasında yaradılacaq əlaqəni
göstərməkdən ibarətdir.
Rayon yarımstansiyalarının struktur sxemləri (şəkil 6.4... a, b və v)-də göstərilmişdir.

YGPQ YGPQ OGPQ YGPQ

153
GGPQ GGPQ KPQ

a) b) v)

Şəkil 6.2 İEM struktur sxemi

OGPQ
YGPQ YGPQ OGPQ YGPQ OGPQ

b) v)

Şəkil 6.3. KBS, AES, HES struktur sxemi

Şəkil 6.4 a) iki gərginlikli YGPA və AGPQ-dan ibarət olan yarımstansiyanın struktur sxemi
göstərilmişdir. Bu növ yarımstansiyalarda AGPQ-a qoşulmuş yerli işlədicilər birbaşa qidalana bilərlər.
Şəkil 6.4 b üç gərginlik paylayıcı quruluşdan ibarət olan yarımstansiyaların struktur sxemi göstərilmişdir.
Belə yarımstansiyalarda orta gərginlikli paylayıcı quruluşun neytralı effektiv torpaqlanmış şəbəkələr
olduğundan avtotransformatorlardan istifadə edilir. Şəkil 6.4. v-də orta gərginlikli paylayıcı quruluşun
neytralı izolə olunmuş şəbəkə olduğundan transformatorlardan istifadə edilir.

YGPQ YGPQ OGPQ YGPQ OGPQ

AGPQ AGPQ OGPQ AGPQ

a) b) v)

Şəkil 6.4 Yarımstansiyanın struktur sxemi

Yarımstansiyalarda qoyulacaq transformatorların seçilməsi dedikdə onların sayını, növünü,


nominal gücünü və bir də onların işçi gərginliyinin təyini nəzərdə tutulur.
Yarımstansiyadakı transformatorların gücünü təyin etmək üçün həmişə fərz etmək lazımdır ki, ən
azı iki əlaqə transformatoru və yaxud da avtotransformatoru qoymaq lazımdır.
Əgər yarımstansiyalarda bir ədəd transformator qoyulacaqsa onda onun nominal gücü
Snom ≥ Smax,
iki transformator qoyulduqda
Snom ≥ 0,7Smax
n – sayda transformator qoyulacaqsa
Snom ≥ kimi təyin edilir. n≠1
Burada Smax – yarımstansiyanın 5 il ərzində ən maksimal gücü nəzərdə tutulur.
Avtotransformatorun gücünü seçdikdə, onun alçaq gərginlik dolağına sinxron kompensator qoşması
lazım olarsa bu zaman onun ümumi dolağının yüklənmə qabiliyyətini nəzərə almaq lazımdır.

154
§ 6.4. Elektrik birləşmə sxemlərinin növləri

§ 6.4.1. 6-10 kV elektrik birləşmə sxemləri

6-10 kV-luq gərginlikli elektrik qurğuları üçün ən sadə birləşmə sxem, seksiyalanmamış bir yığma
sistem şinli sxemlərdir (şəkil 6.5). a. Sxem çox sadə və əyanidir. Qidalandırıcı mənbələr və 6-10 kV-lıq
xətlər şinlərə açar və ayırıcılar vasitəsilə birləşdirilir. Hər bir birləşməyə normal və qəza rejimlərində
açıb qoşmaq üçün bir açar ayrılıb. Məsələn, W1 – xəttini açmaq üçün Q1 – açarını açmaq kifayətdir.
Əgər Q1 açarının təmirə çıxarılması lazımdırsa əvvəlcə Q1 – açarını açmaq, ardınca QS1 xətt ayırıcısını
və QS2 – şin ayırıcısını açmaq lazımdır. Beləliklə birləşməni dövrədən açandan sonra ayırıcılarla
aparılan əməliyyatlar yalnız təmir işlərini təhlükəsiz aparmaq məqsədilə həyata keçirilməsi üçündür.
Baxılan sxemin üstün cəhəti ondan ibarətdir ki, belə sxemlərdə, ayırıcılarla aparılan əməliyyatların
həm sadə həm də eynitipli olduğundan, əməliyyat aparan növbətçi tərəfindən qəzaya səbəb ola bilən
səhv əməliyyat aparma ehtimalı da azdır.
Bir yığma sistem şinli sxemlər, komplekt paylayıcı qurğulardan – KPQ geniş istifadə etməyə
imkan verir, bu da həmin sxemin ucuz başa gəlməsinə, tikintidə maşın-mexanizmindən geniş istifadə
edilməsi və tikintinin tikilmə müddətinin kəskin azalmasına səbəb olur.
Seksiyalanmamış bir yığma sistem şinli sxemlər bəzi üstün cəhətlərə malik olmasına baxmayaraq
bir çox çatışmayan cəhətlərə malikdir. Belə ki, sistem şinin və ona qoşulmuş istənilən birləşmənin şin
ayırıcısını təmir etmək üçün sistem şindən gərginliyi çıxarmaq lazımdır, başqa sözlə şini qidalandıran
mənbələri açmaq zəruridir, məsələn baxılan sxemdə Q5 və Q6 açarlarını açmaq lazımdır. Bu da təmir
müddətində bütün işlədicilərin enerjisiz qalması deməkdir.

Xətdə qısa qapanma baş verdikdə, məsələn K1 nöqtəsində (şəkil 6.5, a) uyğun olaraq Q4 – açarı
açılmalıdır və digər işlədicilər normal işini davam etdirməlidir, ancaq Q4 – açarı imtina edərsə qi-
dalandırıcı mənbənin Q5 və Q6 açarları açılacaq, bunun da nəticəsində yığma sistem şin gərginliksiz
qalacaq. Əgər qısaqapanma yığma şində məsələn K2 nöqtəsində baş verərsə bu zaman mənbələrin uyğun
olaraq Q5 və Q6 – açarları açılacaq və yığma sistem şin gərginliksiz qalacaqdır. Beləliklə sistem şinə
qoşulmuş bütün işlədicilər enerjisiz qalacaq. Yuxarıda göstərilən çatışmazlığı yığma sistem şini
seksiyalara ayırmaqla qismən aradan qaldırmaq olur. Adətən seksiyaların sayı qidalandırıcı mənbələrin
sayına bərabər götürülür ki, hər bir mənbə uyğun olaraq bir seksiyanı qidalandırsın.

BPQ

qq2

qq1

Mənbədən qidalanır Mənbədən qidalanır


a) b)

Şəkil 6.5 seksiyalanmış bir simli sxem

Şəkil 6.5, b-də QB1 – açarı vasitəsilə yığma sistem şinin iki seksiyaya bölünməsi göstərilmişdir. Bu növ

155
birləşmə sxemi bir yığma sistem şinin bütün müsbət cəhətlərini özündə saxlayır, bundan başqa yığma
sistem şində qəza baş verəndə ancaq bir mənbəyin açılmasına səbəb olur və yığma şinin digər seksiyası
və ona qoşulmuş işlədicilər öz normal işini davam etdirir. Seksiya arası açar QB1 – rele mühafizə və
ehtiyatın avtomatik qoşma qurğusu ilə təchiz olunmuşdur. Sxemin ən əsas üstün cəhəti ondan ibarətdir
ki, sxem etibarlıdır, sadədir, əyanidir və sərfəlidir. Şəkil 6.5, b-də verilmiş xətlərdən W3 və W4 biri
zədələndikdə, məsələn K2 nöqtəsində qısa qapanma baş verən zaman avtomatik olaraq Q2, Q3 – açarları
açılaraq bölmələr arası QB2 – açarı qoşulacaq baş yarımstansiya W4 – xətti vasitəsilə qidalanacaq.
Şində K1 nöqtəsində qısa qapanma baş verən zaman QB1, Q6 və Q3 açarları avtomatik olaraq açılacaq
və QB2 açarı qoşulacaq. Bununla da qidalandırıcı mənbənin biri açılan kimi işlədicilərin yükünü
işdə qalan mənbə öz üzərinə götürəcək.
Beləliklə baş yarımstansiyanın qidalandırılması baxılan qəza rejimlərində pozulmur, çünki hər
bölməyə birləşdirilmiş qidalandırıcı xətlərin hər biri ayrı-ayrılıqda işlədicilərin yükünü tam təmin et-
məlidir. Ancaq belə sxemlər birinci dərəcəli işlədicilər üçün təklif oluna bilməz. Bu sxemin bir neçə
çatışmayan cəhət var, məsələn seksiyada zədələnmə baş verdikdə və yaxud planlı təmir zamanı çox mə-
sul işlədicilər ehtiyat mənbədən məhrum olurlar. Şəbəkədə ehtiyat mənbəyi olmayan həmin işlədicilər
təmir müddətində enerjisiz qala bilər. Sxemin bu çatışmayan cəhətini aradan yalnız hər bir qidalandırıcı
mənbəyi eyni zamanda hər iki seksiyaya birləşdirməklə aradan qaldırmaq olar. Bu isə paylayıcı
qurğunun daha mürəkkəb olmasına və seksiyaların sayının artmasına səbəb olur (hər mənbəyə iki
seksiya düşür)
Baxılan sxemdə seksiyalar arası açar QB1 normal rejimdə qoşulu vəziyyətdə olur. Bu rejim adətən
elektrik stansiyalarında generatorların paralel işləməsini təmin etmək üçün istifadə olunur. Yarım-
stansiyalarda seksiya arası açar normal rejimdə qısa qapanma cərəyanlarını azaltmaq məqsədilə həmişə
açıq vəziyyətdə saxlanılır.
Bir yığma sistem şinli sxemlər adətən 6-10 kV yarımstansiyalarda, stansiyanın xüsusi sərfiyyat
avadanlıqlarını qidalandırmaq üçün geniş istifadə olunur. Belə birləşmələrdə komplekt paylayıcı
qurğudan istifadə etmək səmərəlidir.
Elektrik stansiyalarında hasil olunan enerjinin əksər hissəsini yaxınlıqda yerləşən işlədicilərə
generator gərginliyində ötürmək üçün dairəvi bir yığma sistem şinli sxemlərdən istifadə olunur (şəkil
6.6). Dairəvi yığma şin sxemində generatorların sayı qədər seksiyalar götürülür və bu seksiyalar öz
aralarında seksiya arası – QB açarı - QB və qısaqapanma cərəyanlarını məhdudlaşdırmaq üçün seksiya
arası – LRB reaktoru vasitəsilə qoşulur. Komplekt paylayıcı qurğunun – KPQ şinlərinə qoşulmuş 6-10
kV-luq xətlər baş paylayıcı qurğunun uyğun seksiyaların qoşulmuş çiyinli reaktorlar – LR1, LR2 və LR3
vasitəsilə qidalandırılır.
Qrup reaktorlarının sayı 6-10 kV xətlərin sayından və işlədicilərin ümumi yükündən asılıdır.
Reaktoru özü də daxil olmaqla ondan baş yığma şinə və həmçinin KPQ-un birləşmə yerinə qədər olan
şinlərdə qəzaların yaranma ehtimalını azaltmaq üçün qrup reaktorlarının seksiyalara qoşulması açarsız
həyata keçirilir. Birləşmə ayırıcılar vasitəsilə şinə qoşulur və yalnız reaktorun yuvalarında təmir işləri
aparan zaman istifadə olunur. Həmçinin xətlərin təmiri zamanı KPQ yuvasından da istifadə olunur.
Budaqlanmış reaktorun hər bir qolu 600A-dən 3000A-ə qədər cərəyana hesablana bilər, başqa
sözlə hər bir budağa bir neçə 6kV-luq xətt birləşdirilə bilər. Şəkil 6.6-dan göründüyü kimi 18 xətt üç
qrup reaktoru vasitəsilə birləşib. Beləliklə baş yığma şinə qoşulan birləşmələrin ümumi sayı reaktorsuz
qoşulmaya nisbətən 15 ədəd azalıb. Beləliklə reaktorlu qoşmalarda elektrik stansiyasının baş yığma
şininin etibarlılığını artırmaqla yanaşı onun maya dəyərini və tikilmə vaxtını azaltmaq olur.
I kateqoriya işlədicilərin etibarlı enerji təminatını təmin etmək üçün müxtəlif seksiyalardan
götürməklə ən azı iki xətdən istifadə edilir.
Əgər generator gərginlikli şinlər dairəvi qoşulmayan üç-dörd seksiyalardan ibarətdirsə,
generatorlardan biri açılanda seksiyalar arasında yaranan gərginlik fərqini bərabərləşdirmək lazımdır.
Belə ki, G1-generatoru açılan zaman birinci bölmənin işlədiciləri işdə qalan generatorlar G2 və G3
vasitəsilə qidalanır, bu zaman G2- generatorundan axan cərəyan LRB1-reaktorundan, G3-generatorun-
dan axan cərəyan isə iki LRB2 və LRB3 reaktorlarından axacaq. Beləliklə, reaktorlarda gərginlik
düşgüsündən seksiyalarda gərginlik bir-birindən fərqlənəcək. Məsələn, baxılan hal üçün B3-seksiyasında
gərginlik ən çox, B1-seksiyasında isə ən az olacaq. B1-seksiyasında gərginliyi artırmaq üçün LRB1-
reaktorunu şuntlamaq lazımdır bunu üçün də QSB1-ayırıcı nəzərdə tutulub. Baxılan rejim üçün ikinci

156
şuntlayan QSB2-reaktorunu qoşmaq lazım deyil, çünki qoşulsa G2 və G3 generatorların reaktorsuz
paralel işləməsi yaranacaq ki, bu da qısaqapanmanın açılması şərtinə görə yolverilməz haldır.
Şuntlayıcı reaktorla əməliyyatın aparılma ardıcıllığı belədir: əvvəlcə seksiyalar arası açarı – QB-ni
açmaq, şuntlayıcı ayırıcı – QSB qoşmaq, sonra seksiya arası açarı – QB-ni qoşmaq lazımdır.

x.s. x.s. x.s.


ehtiyat
x.s.

Şəkil 6.6. Dairəvi sxemlə qoşulmuş bir şinli sxem

157
Elektrik stansiyalarında seksiyaların sayı çox olduqca, seksiyalar arasında gərginliyin bərabərliyini
təmin etmək çətinləşir. Buna görə də seksiyaların sayı üç və daha çox olduqca yığma şin dairəvi sxemlə
yığılır (şəkil 6.6). Baxılmış sxemin birinci seksiyası üçüncü seksiyası ilə seksiya arası açarı və reaktoru
ilə birləşdirsək dairəvi şin sxemi alınacaq. Normal rejimdə bütün seksiya arası açarlar qoşuludur, bütün
generatorlar paralel işləyir. Hər hansı seksiyada qısaqapanma baş verərsə həmin seksiyanın generatoru
açılır və sonra iki seksiya açarı açılır, digər generatorlar öz normal paralel işini davam etdirir.
Generatorlardan biri açılanda onun təlabatçıları iki tərəfdən qidalanırlar və bunun nəticəsində
seksiyalar arasındakı gərginlik fərqi az olur və seksiya reaktorları, dairəvi olmayan seksiya reaktorlarına
nisbətən az cərəyana görə seçilir. Dairəvi sxemlərdə seksiya reaktorlarının nominal işçi cərəyanı
reaktorun nominal cərəyanın 50÷60%-nə, müqaviməti və gərginliyi isə 8÷10%-nə bərabər götürülür.
Baxılan sxem gücü 63mVt-da daxil olmaqla İEM-nin birləşmə sxemlərində geniş tətbiq olunur. Bu
zaman seksiyaya qoşulan birləşmələrin sayı 6-8 arasında olmalıdır.

§ 6.4.2. İki yığma sistem şini olan paylayıcı qurğular

Elektrik enerji tələbatçılarının xüsusiyyətləri (I və II kateqoriya) nəzərə almaqla enerji təchizatının


etibarlılığını artırmaq məqsədilə (ehtiyat mənbə olmayanda) İEM-nin baş paylayıcı qurğusunun yığma
sistem şinlərinə çoxlu işlədicilər birləşəndə texniki iqtisadi göstəricilər əsasında iki yığma sistem şini
olan paylayıcı qurğunun tikilməsi məqsədə uyğundur. Belə paylayıcı qurğuda hər bir qoşqunun çəngəl
şəklində iki ayırıcısı var və bunun vasitəsilə işlədici hər iki sistemə ayrı-ayrılıqda qoşula bilər. Bu sxem
şəkil 6.7-də işçi vəziyyətdə göstərilmişdir. Göründüyü kimi, G1 və G2 generatorları birinci yığma sistem
şinə – A1 qoşulub. Bu sistem şindən həm də qrup reaktorları və əlaqə transformatorları – T1 və T2 qida-
lanır. İşci yığma sistem şin QB – açarı və LRB –reaktoru vasitəsilə seksiyalara bölünüb, seksiya açarı –
QB və reaktoru –LRB-nin vəzifəsi bir yığma sistem şinli birləşmələrdə olduğu kimidir.
İkinci yığma sistem şin – A2 ehtiyatdadır, normal rejimdə onda gərginlik yoxdur. Hər iki sistem
şin A1 və A2 öz aralarında şinlər arası açarla – QA1 və QA2 qoşula bilər, normal rejimdə bu açarların
hər ikisi açıqdır. Bu sxemin başqa bir rejimi də mümkündür, məsələn hər iki sistem şin eyni zamanda
gərginlik altında ola bilər və bu zaman birləşmələr həmin sistem şinlər arasında bərabər paylanmalıdır.
Belə rejim adətən dövrənin təsbit olunmuş sxem üzrə işləməsi adlanır və özü də adətən yüksək
gərginlikli şəbəkələrdə istifadə olunur.
İki sistem şin sxemi imkan verir ki, bir sistem şini təmirə çıxartdıqda onun birləşmələrini digər
sistem şinə keçirtməklə onların enerji təchizatını fasiləsiz olaraq təmin etmək olar. Belə ki, A1 – sistem
şinin bir seksiyasını təmirə çıxararkən onun birləşmələrini ehtiyat A2 – sistem şinə keçirirlər, bunun
üçün aşağıdakı əməliyyatlar aparılır:
1. Şinlər arası açar – QA2 mühafizə və avtomatika ilə qoşulur, sonra onun intiqalından əməliyyat
cərəyanı çıxarılır;
2. QA2 açarının qoşulu vəziyyəti yerində yoxlanılır;
3. A2 – sistem şinə köçürülən bütün birləşmələrin həmin sistem şindən olan ayırıcılar qoşulur;
4. A2 Sistem şinə köçürülən bütün birləşmələrin A1 – sistem şindən olan ayırıcılar açılır,
gərginlik transformatorunun ayırıcısı ilə QA2 – açarının ayırıcısı istisna olmaqla;
5. Rele mühafizəsinin, avtomatikanın və ölçü cihazlarının gərginlik dövrəsi A2 – sistem şinin
gərginlik transformatorunun üzərinə köçürülür;
6. Ampermetr vasitəsilə QA2 – açarında yükün olmaması yoxlanılır;
7. QA2 – açarın intiqalına cərəyan verilir və açar açılır;
8. A1 – sistem şinin təmirə hazırlanmasına başlanır.
İşçi sistem şinin A1-in birinci seksiyasında qısa qapanma baş verən zaman G1 – generatoru
seksiya arası açar – QB və əlaqə transformatoru – T1 açılacaq. Bu halda işlədicilərin işini bərpa etmək
üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
1. Rele mühafizəsindən açılmayan bütün açarları açmaq.
2. Zədələnmiş seksiyanın bütün birləşmələrinin ayırıcılarını açmaq;
3. Zədələnmiş seksiyanın bütüm birləşmələrinin ehtiyat sistem şindən olan ayırıcılarını qoşmaq;

158
4. T1 – əlaqə transformatorunun açarını qoşub ehtiyat sistem şininin təmizliyini yoxlamaq üçün
ona gərginlik vermək;
5. Məsul işlədicilərin açarlarını qoşmaq;
6. G1 – generatoru işə qoşub sinxronlaşdırdıqdan sonra onun açarını qoşmaq;
7. Bütün açılmış xətlərin açarlarını qoşmaq.
Baxılan sxem çox etibarlı və çevik sxemdir. Çatışmayan cəhəti çoxlu sayda açarlardan,
ayırıcılardan, izolyatorlardan və cərəyan daşıyan hissələrdən istifadə olunmasıdır.
Belə sxemlərin mürəkkəb konstruksiyaya malik olması kapital qoyuluşu xərclərini artırır. Əsas
çatışmayan cəhəti ayırıcılardan əməliyyat aparatı kimi istifadə edilməsidir.

Şəkil 6.7. İki yığma sistem şin sxemi

Ayırıcılarla çoxlu əməliyyatların aparılması və açar ilə ayrıcı arasında mürəkkəb bloklaşdırmanın
olması bəzən yük cərəyanlarının səhvən ayırıcılarla açılmasına, bu da öz növbəsində qəzaların artmasına
səbəb olur.
Xidmət edən işçi heyətinin iki sistem şinli sxemlərdə əməliyyat aparan zaman qəza yaratma
ehtimalı bir sistem şinli sxemlərdəkinə nisbətən çox olması nəzərə alınmalıdır.

§ 6.5. 35 kV və yüksək gərginliklərdə


elektrik birləşmə sxemləri

§ 6.5.1. Sadə sxemli paylayıcı qurğular

35-220 kV gərginlikli paylayıcı qurğularda birləşmələrin sayı az olduqda yığma şinlərindən


istifadə olunmur, yalnız sadə sxemlərdən istifadə olunur. Bu da öz növbəsində açarların sayının azalma-
sına səbəb olur. Hətta bəzi sxemlərdə yüksək gərginlik tərəfdə açarların qoyulması nəzərdə tutulmur.
Sadə sxemlər adətən onlarda qoyulmuş elektrik avadanlıqların sayının və tikinti materiallarının
azaldılmasına imkan verməklə yanaşı, onların maya dəyərini və tikilmə müddətini də kəskin azaldır.
Belə növ sxemlər ən çox yarımstansiyalarda istifadə edilir.
Sadələşmiş sxemlərdən biri də Transformator – xətt blok sxemidir (şəkil 6-8.a). Sadə blok
sxemlərində elektrik qurğularının elementləri digər blokların elementləri ilə eninə əlaqə olmadan ardıcıl
birləşdirilir. Baxılan sxemdə transformator W – xəttə Q2 – açarı vasitəsilə qoşulur. Xətdə qəza baş
verdikdə xətt Q1 – açarı ilə mühafizədən açılır, transformatorda qısa qapanma baş verdikdə isə
mühafizədən uyğun olaraq Q2 və Q3 açarları açılır.
Generator-transformator-xətt blok birləşməsində transformatorun yüksək tərəfində Q2 – açarı
qoyulmuş və blokda baş verən istənilən zədələnmələrdən generatorun açarı Q3 və rayon yarımstan-
siyasının Q1 – açarı açılır.
Yarımstansiyalarda, transformator – xətt – blok sxemində (şəkil 6-8, b) yüksək gərginlik tərəfdə

159
ayıran – ayırıcı – QP və qısaqapayıcı – QN qoşulur. Normal rejimdə transformatoru açmaq üçün 6-10
kV tərəfdə Q2 – açarı vasitəsilə onun yükünü çıxartmaq, sonra transformatorun yüksüz işləmə
cərəyanını QR – ayıran ayırıcı ilə açmaq kifayətdir. Axırıncı əməliyyatın yol verilməsi transformatorun
gücündən və nominal gərginliyindən asılıdır. Transformatorlarla zədələnmələr baş verən kimi Q2 – açarı
rele mühafizəsindən açılır və enerji sisteminin yarımstansiyasının Q1 – açarının açılması üçün açara
impuls göndərilir. Q1 – açarının açma impulsu kabel vasitəsilə və ya telefon rabitə xətti ilə həyata
keçirilir. Q1 – açarı teleaçma impulsu alan kimi açılır və sonra avtomatik olaraq QR – ayıran – ayırıcı
açılır. Transformatorun qoşulduğu tranzit xəttin üzərində digər yarımstansiyaların da olduğundan QR –
ayıran – ayırıcı açılan kimi, Q1 – açarı avtomatik təkrar qoşma – ATQ qurğusu vasitəsilə qoşulmalıdır.
Sxemdə qoyulmuş ATQ – qurğusunun müddəti QR – ayıran ayırıcının açılma müddətilə uyğunlaş-
dırılmalıdır, əks halda xətt transformatorda yaranan qəzanın aradan qaldırılmasına qədər qoşula bilər ki,
bu da yol verilməzdir.
Q1 – açarının açılmasını teleaçma impulsunu göndərmədən də həyata keçirmək olar. Bunun üçün
yüksək gərginlik – (YG) tərəfdə QN – qısaqapayıcı qoyulur. Q1 – açarının açılması aşağıdakı ardıcıllıqla
aparılır. Transformatorda zədələnmə baş verəndə transformatorun mühafizəsi işləyərək əvvəlcə QV –
qısaqapanmasının intiqalına impuls göndərir qısaqapayıcı qoşularaq şində qısaqapanma yaradılır və W1
– xəttinin rele mühafizəsi işləyərək Q1 – açarını açır. Qısaqapayıcının – qoşulmasına zəruriyyət ondan
yaranır ki, W1 – xəttinin rele mühafizəsi sistemin yarımstansiyasında qoyulmuş transformatorun daxili
zədələnməsinə həssas olmasın. Ancaq qısaqapayıcının tətbiqi qidalandırıcı xəttin əvvəlində qoyulmuş
Q1 – açarının işləməsi üçün çox ağır şərait yaradır, başqa sözlə açar çox da uzaq olmayan
qısaqapanmanı açma rejiminə yaxın rejimdə açır.

Şəkil 6.8, b-də verilmiş sxemin əsas üstün cəhəti ondan ibarətdir ki, o, iqtisadi cəhətdən
səmərəlidir. Bundan başqa belə sxem adətən tranzit xətlərdən ayrılmış, bir transformatorlu yarımstan-
siyalarda geniş istifadə olunur.

a) b) v) q)

Şəkil 6.8. YG tərəfdə sadələşdirilmiş sxem

Baxılan sxemin etibarlılığı ayıran-ayırıcının və qısaqapayıcının etibarlı və dəqiq işlənməsindən


asılı olduğundan qısaqapayıcı açıq hava şəraitində hazırlamaq əvəzinə onu eleqaz mühitində işləyən
qısaqapayıcı ilə ayıran-ayırıcının isə – QW əvəz etmək məqsədə uyğundur.
35-220 kV-luq iki transformatorlu yarım stansiyalarında əsasən iki transformator – xətt blokundan
istifadə edilir və çevikliyi artırmaq üçün yüksək gərginlik tərəfdə bloklar arasında avtomatika olmayan
QS3 və QS4 – ayırıcıları vasitəsilə əlaqə yaradılır – (şəkil 6-8, v). Normal rejimdə iki əlaqələndirici
ayırıcılardan – QS3, QS4, biri açıq olmalıdır, çünki xətlərdən W1 və ya W2 hər hansı birində
qısaqapanma baş verən zaman rele mühafizəsindən hər iki xətt açılacaq və onlara qoşulan bütün
yarımstansiyalar enerjisiz qalacaq.
Transformatorların açılması istər əməliyyat, istərsə də qəza zamanı bir bloklu sxemin (şəkil 6-8, b)

160
açılması kimi baş verir. Xəttlərin W1 və W2 açılması zamanı iki əlaqələndirici ayırıcıdan – Q3 və Q4
istifadə edilir.
Xəttlərdən birində, məsələn W1-də davamlı qəza baş verərsə bu zaman Q1 və Q3 – açarları açılır
və 6-10 kV tərəfdə ehtiyatın avtomatik qoşma – EAQ, qurğusu vasitəsilə bölmələr arası açar – QB
qoşulur və bütün işlədicilər T2 – transformatorundan qidalanır. Zədələnmiş xəttin təmirə çıxarılması
üçün əməliyyat briqadası əvvəlcə QS1 – xətt ayırıcısını gərginliksiz olaraq açır əlaqə ayırıcısı QS3 –
qoşur, sonra alçaq gərginlik tərəfdən Q3 – açarını qoşub və QB – bölmələr arası açarı açaraq, T1 –
transformatorunu və əlaqə ayırıcılarını QS3 və QS4 yük altına qoşur. Təmir müddətində hər iki
transformator W2 – xəttindən qidalanır.
220 kV-luq yarımstansiyalarda QR1 və QR2 ayıran-ayırıcılardan əvvəl QS1 və QS2 ayırıcıları
qoşulur – (şəkil 6-8, v).
Tikilməkdə olan elektrik stansiyalarının inkişafının ilkin dövründə sistemlə əlaqə yaratmaq üçün
yüksək gərginlik tərəfdə, ancaq gələcəkdə yığın sistem şinə keçmək şərtilə, açarlar vasitəsilə yaradılmış
körpü sxemindən istifadə edilir (şəkil 6-8,q). Sxemdən
(şəkil 6.8, q) göründüyü kimi dörd birləşmə üçün üç Q1, Q2 və Q3 – açarlarından istifadə edilir.
Normal rejimdə generatorların paralel işləməsini təmin etmək üçün W1 və W2 xətlərinin arasında əlaqə
yaradan Q3 – açarı qoşulu olmalıdır. Xətlərdən birində, məsələn W1-də qəza baş verən zaman rele
mühafizəsindən Q1 – açarı açılır, T1 və T2 transformatorları isə işdə qalır və beləliklə sistemlə əlaqə W2
– xətti vasitəsilə həyata keçirilir. Transformatorlardan birində, məsələn T1-də qəza baş verən zaman isə
əvvəlcə 6-10 kV tərəfdəki, Q4 – açarı sonra Q1 və Q3 – açarları açılır. Bu halda hərçənd ki, xəttdə zədə
yoxdur, ancaq xəttdə açılır, elə bu da körpü sxeminin çatışmayan cəhətidir. Nəzərə alsaq ki,
transformatorların qəza açılması çox az hallarda baş verir, bu çatışmazlıqla barışmaq olar və zədələnmiş
T1 – transformatorunu təmirə çıxartmaq üçün kifayətdir ki, QS1 – ayırıcısını açıb və Q1 və Q3 açarlarını
qoşub W1 – xəttinin normal işini bərpa etmək olar. Hər iki W1 və W2 xətlərini işdə saxlamaqla istənilən
(Q1, Q2, Q3) açarlarından birini təftiş etmək üçün əlavə olaraq iki QS3, QS4 ayırıcılarından ibarət olan
əlavə əlaqə yaradılır (şəkil 6-8, q).
Normal rejimdə əlaqə ayırıcılarından biri QS3 – açıq bütün açarlar isə qoşuludur. Q1 – açarını
təmirə çıxarmaq üçün əvvəlcə QS3 ayırıcısı qoşulur, sonra Q1 – açarı açılır və açarın açıq vəziyyətində
hər iki transformator və hər iki xətt normal işini davam etdirirlər. Ancaq bu rejimdə xətlərdən birində
qəsaqapanma baş verərsə mühafizədən Q2 – açarı açılacaq və hər iki xətt gərginliksiz qalacaq.
Q2 – açarını təmirə çıxarmaq üçün Q1 – açarında olduğu kimi QS3 – ayırıcısı qoşulur, sonra Q2
– açarı açılır və onun hər iki tərəfdən ayırıcıları açılır. Bu rejimdə də çatışmayan cəhət əvvəlki halda
olduğu kimi mühafizədən Q1 – açarı açılacaq və hər iki xətt gərginliksiz qalacaq.
Bu sxem (şəkil 6-8,q)-də açarın təmir müddəti uzandıqca qəzanın təmir müddətində yaranma
ehtimallığı da çoxalır. Odur ki, elektrik stansiyalarında belə sxemlər tətbiq olunmur. Ancaq 35-220 kV-
luq yarımstansiyalarda açarlar vasitəsilə yığılmış körpü sxemindən istifadə olunur.

§ 6.5.2. Çoxbucaqlı (Dairəvi) sxemlər

Çoxbucaqlı sxemlərdə (dairəvi) açarlar öz aralarında birləşərək dairə əmələ gətirir. Hər bir
element xətt, transformator, iki açar arasında qoşulur. Ən sadə sxem üçbucaq sxemidir (şəkil 6-9,a).
Şəkildən göründüyü kimi W1 – xətti, Q1 və Q2 – açarları, W2 – xətti Q2 və Q3 – açarları ilə,
transformator isə Q1, Q3 – açarları vasitəsilə sxemə qoşulmuşdur.
Ümumi sxemə qoşulan elementlərin sayının artması onların işinin çevikliyini və etibarlığını
artırır, bu zaman baxılan sxemdə açarların sayı qoşulan birləşmələrin sayından çox olmur. Üçbucaq
sxemində üç qoşquya üç açar düşür ona görə də sxem iqtisadi cəhətdən səmərəlidir.

Dairəvi sxemlərdə istənilən açarın təmiri və yaxud da açılması tələb olunan bütün yoxlamalarda
heç bir işlədicinin işində fasilə yaratmır. Belə ki, Q1 – açarının təftişi üçün açarın özünü və onun hər iki
tərəfdən olan ayırıcılarını açmaq kifayətdir. Bu zaman hər iki xətt və transformator işdə qalır ancaq
dairəvilik pozulduğundan sxemin etibarlılığı kifayət qədər azalır. Bu rejimdə W2 – xəttində
qısaqapanma baş verən zaman Q2 və Q3 – açarları mühafizədən açılacaq, nəticədə hər iki W1, W2 və
transformator gərginliksiz qalacaq. Yarımstansiyanın bütün elementlərinin açılması xətlərdən birində
161
qısaqapanma baş verən zaman həmin açarlardan hər hansı birinin açılmadan imtina etməsi zamanı da baş
verə bilər: məsələn, W1 – xəttində qısaqapanma baş verən zaman Q1 – açarının açılmasında mühafizə
imtina edərsə bu zaman Q2 və Q3 açarları mühafizədən açılacaq və bütün işlədicilər gərginliksiz
qalacaq. Qeyd edildiyi kimi xətlərdə zədələnmələrin təmir müddətində baş verməsi ehtimalı təmir
müddətindən asılıdır. Açarların etibarlılığının artırılması, onların təmir arası müddətinin uzadılması və
təmir müddətinin qısaldılması sxemin etibarlığını kəskin dərəcədə artırır.
Dairəvi sxemlərdə açarların etibarlı işləməsi digər sxemlərdən çoxdur, bu onunla əlaqədardır ki,
sxemin normal iş rejimini pozmadan onun istənilən açarını istənilən vaxt təftiş etmək mümkündür.
Açarların açma yolu ilə yoxlanılması sxemə qoşulan elementlərin normal işini pozmadan və heç bir
köçürmə əməliyyatı aparmadan yerinə yetirmək olur.
Şəkil 6-9, b-də dördbucaqlı sxem təsvir olunmuşdur. Bu sxem iqtisadi cəhətdən səmərəlidir, çünki
dörd birləşməyə dörd açar düşür və sxemin hər hansı bir birləşməsinin normal işini pozmadan, istənilən
açarda təftiş aparmağa imkan verir. Sxem həm də yüksək etibara malikdir. Belə sxemlərdə bütün
qoşquların eyni zamanda qəzadan açılması ehtimalı çox azdır, bütün birləşmələrin açılması yalnız o
vaxtda ola bilər ki, açarlardan birinin təmirə çıxarılması zamanı məsələn, Q1-in təmiri vaxtı W2 – xətti
zədələnsin və Q4– açarı imtina etsin. Birləşmələrin qoşulmasında ayırıcılardan istifadə edilmir, bu da
açıq paylayıcı quruluşun APQ sxeminin sadələşməsinə səbəb olur. W2 – xəttini təmirə çıxaranda Q3, Q4
açarlarının açılması və sonra onların xəttə tərəf ayırıcıların açılması kifayətdir. İşdə qalan birləşmələrdə
W1, T1 və T2 – əlaqə Q1 və Q2 – açarları vasitəsilə həyata keçirilir. əgər bu müddətdə T1 –
transformatoru zədələnərsə Q2 – açarı açılaraq ikinci transformator – T2 və birinci xətt – W1 işdə
qalacaqlar bu rejimdə ancaq gücün tranzitliyi pozulacaq. Açıq paylayıcı qurğularda xəttin dövrəsində
ayırıcıdan imtina edilməsi açıq paylayıcı qurğularda – APQ konstruksiya dəyişiklikləri aparanda
məsələn, əlavə birləşmə qoşanda və yaxud genişlənmiş dörd bucaqlı sxemə keçəndə, başqa sözlə
birləşmələrə əlavə xətt ayırıcısı qoşanda çox mürəkkəb işlərin aparılmasına səbəb olur.
Genişlənmiş dördbucaqlı sxemlərdə əsaslandırılmadan ayırıcılar qoyulur.
Bütün dairəvi sxemlərin ən əsas üstün cəhəti ondan ibarətdir ki, ayırıcılardan yalnız təmir işləri
aparmaq üçün istifadə olunur. Belə sxemlərdə ayırıcılarla aparılan əməliyyatların sayı çox deyil.
Ayırıcılarla aparılan əməliyyat dedikdə açılan açarın hər iki tərəfinə ayırıcıların açılması nəzərdə tutulur.
Dairəvi sxemlərin çatışmayan cəhətləri cərəyan transformatorlarının, açarların və ayırıcıların
seçilmə şərtlərinin mürəkkəbliyidir, çünki rejimdən asılı olaraq bu aparatlardan keçən cərəyanın qiyməti
də dəyişir. Məsələn, Q1 – açarının təmiri zamanı (şəkil 6-9, q) Q2 – açarının dövrəsindən axan cərəyan
iki dəfə artacaq. Odur ki, dairəvi sxemdə açarı təmirə çıxaranda rele mühafizəsini bütün mümkün
rejimləri nəzərə almaqla seçmək lazımdır.
Dördbucaqlı sxemlər elektrik stansiyalarının 330 kV və yüksək gərginlikli paylayıcı qurğularında
sxemin inkişaf etaplarından biri kimi, yarımstansiyalarda isə 220 kV və yüksək gərginlikli paylayıcı
qurğuların tikintisində istifadə edilir. Hal-hazırda yuxarıda sadalanan birləşmə sxemlərinin bütün müsbət
cəhətlərini özündə cəmləşdirən altı bucaqlı sxemlər geniş tətbiq olunur (şəkil 6-9, v). Bu sxemin ən zəif
elementi Q1 və Q5 açarlarıdır, çünki onların zədələnməsi W1 və W2 və ya W3 və W4 – xətlərinin
açılmasına səbəb olur. Əgər bu xətlər üzrə gücün tranzitliyi yaranırsa hökmən yoxlamaq lazımdır ki,
xətlərin açılması zamanı enerji sisteminin paralel işləmə dayanıqlılığının pozulmasını yoxlamaq
lazımdır?
Paylayıcı qurğuların dairəvi sxemlərinin konstruktiv xüsusiyyətləri çox asanlıqla üçbucaq
sxemindən dördbucaqlı sxemə, sonra isə transformator – şin blok sxeminə, sonra isə transformator – şin
blok sxeminə və yaxud da yığma sistem şin sxeminə keçməyə imkan verir.

162
a) b) v)

Şəkil 6.9. Dairəvi sxem

§ 6.5.3. Bir işçi və dolayı sistem şin sxemləri

Yüksək gərginlikdə birləşmələrin sayı çox olanda seksiyalanmış bir sistem şin sxemləri tətbiq
edilir (şəkil 6-10, b). Bu sxem nəzərə çarpacaq bir çox çatışmayan cəhətlərə malikdir. Məsələn, xəttin və
ya mənbəyin açarlarının açıq olması vacibdir. İşçi gərginliyi 35 kV olan xətlərin açarlarının təmir
müddəti çox vaxt tələb etdiyindən, xətlərin açıq qalma müddəti də çox olmayacaq. Bu müddətdə,
işlədiciləri enerji ilə təmin etmək üçün şəbəkənin ehtiyat mənbəyindən istifadə edilir. 110 kV və yüksək
gərginliklərdə açarların əsasən də hava açarlarının təmir müddəti çox olduğundan birləşməni bütün təmir
müddətində açıq saxlamaq yolverilməz olduğundan, şəkil 6-10, b-dəki sxemdən istifadə etmək olmaz bu
sxem yalnız 35 kV paylayıcı qurğular üçün yararlıdır.
Yüksək gərginlik paylayıcı qurğularına qoyulan ən əsas tələblərdən biri də açarların təmiri və
təftişi müddətində işlədicilərin enerjisiz qalamaması üçün şərait yaratmaqdan ibarətdir. Bu təlabata
cavab verən sxem dolayı sistem şini olan sxemlərdir – (şəkil 6.10). Normal iş rejimində dolayı sistem şin
– AO gərginliksizdir, çünki xətti və transformatoru dolayı sistem şində birləşdirən ayırıcı – QSO açıqdır.
Sxemdə hər bir seksiyanı B1 və B2-ni dolayı sistem şinlə birləşdirən dolayı şin açarı – QO nəzərdə
tutulmuşdur.
Sxemdən göründüyü kimi dolayı şin açarı – QO çəngəl şəkilli iki ayırıcı vasitəsilə B1 və B2
seksiyalardan hər hansı birinə istənilən vaxt birləşdirilə bilər. Baxılan sxemdə seksiyalar bir-birinə para-
lel şəkildə yerləşdirilib.
Dolayı şin açarı – QO istənilən birləşmənin açarını əvəz edə bilər bunun üçün aşağıdakı
əməliyyatları aparmaq kifayətdir: dolayı sistem şinin normal olmasını yoxlamaq üçün əvvəlcə onun
açarını – QO mühafizə ilə qoşmaq, əgər şin normaldırsa QO – açarını açmaq, QSO – ayırıcısını qoşmaq,
QO – açarını qoşmaq, Q1 – açarını açmaq sonra QS1 və QS2 ayırıcılarını açmaq. Qeyd edilən əməliy-
yatları apardıqdan sonra W1 – xətti birinci seksiyadan B1 dolayı sistem şin – AO və dolayı şin açarı –
QO vasitəsilə qidalanacaqdır – (şəkil 6-10, b). Bu birləşmələrin köçürülməsində çoxlu sayda əməliy-
yatların aparılmasına baxmayaraq xəttin enerji ötürülməsində fasilə yaranmır.
Paylayıcı qurğuların maya dəyərini azaltmaq üçün seksiyalar B1 və B2 arası açarla – QB dolayı
şin arası açarın – QO funksiyalarını birləşdirirlər – (şəkil 6-10, a). Bu sxemdə QO – açarından başqa
birinci seksiya – B1 ilə dolayı sistem şini – AO əlaqələndirən iki QS3 və QS4 ayırıcıları da var. Normal
rejimdə QS3 və QS4 əlaqələndirici ayırıcılar qoşulu, həmçinin dolayı sistem şin arası – QO-da B2 –
seksiyasına qoşulu. Beləliklə, B1 və B2 seksiyaları öz aralarında QO, QS3 və QS4 vasitəsilə birləşdirilib
və bununla da dolayı şin açarı – QO seksiyalar arası –QB açar funksiyasını yerinə yetirir. İstənilən
birləşmənin açarını dolayı şin açarı ilə əvəz etmək üçün kifayətdir ki, QO – açarını açmaq, sonra
seksiyanı dolayı sistem şinlə əlaqələndirilən ayırıcılardan QS3 – ayırıcısını qoşmaq, sonra QO – açarını
qoşmaq və sonda Q1 – açarını açmaq beləliklə, bu əməliyyatlardan sonra QO – açarı birləşmənin
açarının funksiyasını yerinə yetirəcək. Beləliklə Q1 – açarının təmir müddətində seksiyaların B1 və B2
xətlərinin W1 və W2 paralel işləməsi pozulacaq. Baxılan sxemin transformator dövrəsində ayrılan-

163
ayırıcılar qoyulub (yük açarı da qoyula bilər – Q W). Transformatorda məsələn T1-də zədələnmə baş
verən kimi W1 və W2 – xətlərinin açarları və dolayı şin açarı – QO açılacaq. Ayıran-ayırıcı – QR1 açı-
landan sonra açarlar avtomatik təkrar qoşma qurğusunun vasitəsilə qoşulacaqlar. Beləliklə, W1 və W2
xətləri öz normal işlərini davam etdirəcək. Belə sxem avtomatikanın dəqiq işləməsini tələb edir.
Şəkil 6-10, a-da göstərilən sxem əsasən 110 kV yüksək gərginlikli yarımstansiyalarda
birləşmələrin (xətlərin və transformatorların) sayı altıya qədər olanda xətlərin də sxemin genişlənməsinə
ehtiyac olmayan hallarda istifadə edilir. Əgər gələcəkdə paylayıcı qurğunun inkişafı gözlənilirsə, onda
transformatorların yüksək və orta gərginlik tərəflərində də açarlar qoyulur.
Birləşmələrin sayı çox olanda (7-15) arasında ayrılıqda seksiyalar arası açar – QB və dolayı şin
açarı – QO qoşulur (şəkil 6-10, v). Bu sxemdə açarların birini təmirə çıxaranda xətlərin paralel işləməsi
pozulur. Baxılan hər iki sxemdə seksiyalardan birini təmirə çıxaranda həmin seksiyaya qoşulmuş bütün
xətlərin və bir transformatorun açılması ilə əlaqədardır. Ona görə də belə sxemlərdən adətən qoşa xətlər
və yaxud da digər yarımstansiyalardan qidalanan ehtiyat xətlər olanda istifadə olunur.
Elektrik stansiyalarında şəkil 6-10, v-dən o vaxt istifadə olunur ki, hər bir seksiyanın ayrılıqda
dolayı şin açarı – QO olsun.

a)
b)

v)

Şəkil 6.10. Bir işçi və dolayı sistem şinli sxem

§ 6.5.4. İki işçi və dolayı sistem şinli sxemlər

110-220 kV-luq paylayıcı qurğularda birləşmələrin sayı çox olduqda hər birləşməyə bir açar
düşməklə iki işçi və dolayı sistem şinli sxemlərdən istifadə edilir – (şəkil 6-11,a). Bir qayda olaraq hər
iki sistem şin işdə olur. Bütün birləşmələr şinlər arasında bərabər paylanır, məsələn tək saylı birləşmələr
W1, W3, W5 – xətləri və T1 – transformatoru birinci sistem şinə – A1, cüt saylı birləşmələr W2, W4,
W6 xətləri və T2 transformatoru isə ikinci sistem şinə – A2, qoşulub, şinlər arası açar – QA qoşulu.
Birləşmələrin belə paylanması sxemin etibarlılığını artırır. Belə ki, şində qısaqapanma baş verən zaman,
şinlər arası açar – QA açılır. İşlədicilərin yarısı isə işdə qalır. Əgər şində zədələnmə davam edərsə onda
həmin şinin işlədiciləri işdə qalan sistem şinə köçürülür və öz işlərini davam etdirir. Bu əməliyyat
zamanı işlədicilərin enerji fasiləsi birləşmələrin zədəli işçi şinə köçürmə vaxtına bərabər olur.
Baxılan sxem 110-220 kV-luq yarımstansiyaların yüksək və orta gərginlik tərəflərindəki paylayıcı
qurğulara qoşulan birləşmələrin sayı (7-15) arasında, elektrik stansiyalarında isə birləşmələrin sayı 12
qədər olanda tikilməsi məqsədə uyğundur. Qeyd etmək lazımdır ki, 110 kV və yüksək gərginlikli
paylayıcı qurğularda istifadə olunan belə sxemin əsas çatışmayan cəhəti:

164
 qəza zamanı bir açarın imtina etməsi baxılan şinə qoşulmuş mənbələrin və xətlərin açılmasına,
əgər yalnız bir sistem şin işləyirsə onda bütün birləşmələr açılır. Qəzanın aradan qaldırılma müddəti,
yəni işlədicilərin bir sistem şindən digər sistem şinə köçürülməsi ayırıcılar vasitəsilə yerinə yetirildiyin-
dən, bir qədər uzanır. Əgər qidalandırıcı mənbə güclü turbogenerator-transformator blokundan
ibarətdirsə onların yükü atmasından sonra işə buraxma müddəti 30 dəqiqədən çox ola bilər, bəzən də bir
neçə saata qədər uzana bilər. Bu da enerji itkisinə gətirib çıxarar.
 şinlər arası açarda qəzanın baş verməsi hər iki sistem şində qısaqapanmaya ekvivalent olan bir
haldır ki, bu da bütün birləşmələrin açılmasına səbəb olur.
 açarların təmirə çıxarılması zamanı ayırıcılarla çoxlu sayda əməliyyatların aparılması tələb
olduğundan paylayıcı qurğunun istismarını mürəkkəbləşdirir.
 şinlər arası açarın, dolayı açarların və çoxlu bu sayda ayırıcıların qoyulma zəruriyyətindən
paylayıcı qurğunun dəyərinin artması.
Sxemin çevikliyinin və etibarlılığının bir qədər artırılması yalnız bir şini və yaxud hər iki şini
seksiyalara bölməklə əldə etmək olar.
İstilik elektrik stansiyalarında və atom elektrik stansiyalarında birləşmələrin sayı 12-16 arasında
olanda bir sistem şin seksiyalanır, birləşmələrin sayı 16-dan çox olanda hər iki sistem seksiyalara
bölünür.
220 kV-luq yarımstansiyalarda birləşmələrin sayı 12-15 arasında olduqda qoyulan
transformatorların gücü isə 125 mV A-dan çox olduqda bir sistem şin seksiyalara bölünür.
110-220 kV-luq yarımstansiyalarda birləşmələrin sayı 15-dən çox olanda hər iki sistem şin
seksiyalara bölünür. Əgər yığma şini seksiyalara bölünübsə, xərcləri azaltmaq üçün şinlər arası açar –
QA ilə dolayı şin açarı – QO-nin vəzifələrini birləşdirmək olar – QOA – şəkil 6-11.b.
Normal rejimdə QS1, QS0, QS2 – ayırıcıları qoşulu olur və dolayı şin açarı şinlər arası açar rolunu
yerinə yetirir.
Açarlardan birinin təmiri lazım gəldikdə QOA – açarı və QS2 – ayırıcısı açılır və açar birbaşa
dolayı şin açarı vəzifəsini yerinə yetirir.
Çoxlu sayda xətləri olan sxemlərdə il ərzində qeyd edilən əməliyyatların çox olması istismarın
mürəkkəbləşməsinə səbəb olduğundan son zamanlar şinlər arası açar ilə dolayı şin açarının funksiyasının
birləşdirilməsindən imtina edilir.
Seksiyalanmış şinli sxemlərdə şinlərin zədələnməsindən və ya xətdə qısaqapanma baş verən zaman
açar imtina edərsə birləşmələrin sayının 25%-i itirilib, seksiyalar arası açarın zədələnməsi zamanı isə
birləşmələrin sayının 50%-ni itirir.
Güclü enerji bloku (300 mVt və çox) olan elektrik stansiyalarında sxemin etibarlığını artırmaq
üçün əlaqə avtotransformatorunu və mənbəni çəngəl formasında yığılmış iki açar vasitəsilə sxemə qo-
şulurlar – (şəkil 6-11, v). Normal rejimdə bu açarlar şinlər arası açar funksiyasını yerinə yetirir. İstənilən
sistem şinin zədələnməsi zamanı avtotransformator işdə qalır, iki sistem şinin eyni zamanda zədələnmə
ehtimalı çox azdır.

165
a)

b) v)

Şəkil 6.11 İki işçi və dolayı sistem şinli sxem

§ 6.5.5. İki birləşməyə üç açar düşən iki sistem şinli sxemlər

330-750 kV paylayıcı qurğularda iki birləşməyə üç açar düşən iki sistem şinli sxemlərdən geniş
istifadə edilir. Şəkil 6-12-dən göründüyü kimi altı birləşməyə doqquz açar düşür, başqa sözlə hər
birləşməyə “bir yarım” açar düşür. Bu sxemə “bir yarım” sxem və yaxud da “ açarlı sxem” də
deyilir.
Belə paylayıcı qurğularda hər birləşmə şinə iki açar vasitəsilə qoşulur. Məsələn, şəkil 6-9-dan
göründüyü kimi W1 – xəttini açmaq üçün Q1 və Q2 – açarlarını açmaq, T1 – transformatorunu açmaq
üçün isə Q2 və Q3 açarlarını açmaq kifayətdir. Normal rejimdə hər iki sistem şin A1 və A2 – gərginlik
altındadır. İstənilən açarın təmiri üçün yalnız həmin açarı və onun hər iki tərəfən ayırıcılarını açmaq
kifayətdir. Hər hansı bir açarın təmirə çıxarılması minimum əməliyyat tələb edir, burada ayırıcıların
vəzifəsi ancaq açarı dövrədən tam açmaqdır və ayırıcılar ilə heç bir köçürmə əməliyyatı aparılmır.
Sxemin əsas üstün cəhəti ondan ibarətdir ki, istənilən açarın təmiri zamanı bütün işlədicilər öz işini
davam etdirir. Bu sxemin digər üstün cəhəti onun yüksək etibarlığa malik olmasıdır. Belə ki, hətta sistem
şinlərindən birində zədələnmə baş versə belə işlədicilər işini davam etdirirlər. Məsələn, birinci sistem şin
– A1-də qısaqapanma baş verərsə Q3, Q6 və Q9 – açarları açılacaq şinin gərginliksiz qalmasına
baxmayaraq bütün işlədicilər ikinci sistem şindən – A2 qidalanacaqlar və öz normal işini davam
etdirəcəklər. Eyni sayda mənbə və xətlər olarsa bu zaman hər iki sistem şin zədələnmələrdən açılsa belə
işlədicilər öz işini davam etdirəcək, ancaq bu halda yalnız birləşmələrin yüksək gərginlik tərəfdə paralel
işləmə rejimi pozulacaq.
Sxem işçi rejimdə ayırıcılarla əməliyyat aparmadan açarların yoxlanılmasını həyata keçirməyə
imkan verir. Həmçinin şinin təmiri, izolyatorların təmizlənməsi, şin ayırıcılarının təftişi yalnız birləşmə-
lərin şin açarlarını açmaqla, işdə qalan sin vasitəsilə paralelliyi pozmadan öz normal işini davam etdirə
bilər.
Bu sxemlərdə il ərzində növbə ilə bütün açarları, şin ayırıcılarını təmirə çıxarmaq üçün ayırıcılarla
aparılan əməliyyatların sayı, iki işçi və dolayı sistem şin sxemlərindəki ayırıcılarla aparılan
əməliyyatlardan olduqca çox azdır.
Sxemin etibarlığını artırmaq üçün eyni adlı elementlər müxtəlif şinlərə birləşdirilir. Məsələn, T1,
T3 – transformatorları və W2 – xətti birinci sistem şinə, W1, W3 – xətləri və T2 – transformatoru isə
ikinci sistem şinə birləşdirilir. Birləşmələrin bu şəkildə uyğunlaşdırılaraq birləşdirilməsi imkan verir ki,
istənilən açarın təmiri zamanı hər hansı elementdə və ya şində zədələnmə baş verərsə və yaxud da digər
birləşmənin açarı imtina edərsə belə bir xətdən və bir mənbədən çox olmayaraq açılma ola bilər.

166
Belə ki, Q5 – açarının təmiri zamanı, W1 – xəttində qısaqapanma baş verərsə və Q1 – açarı
açmadan imtina edərsə bu zaman Q2, Q4 və Q7 – açarları açılacaq və nəticədə zədələnən xətdən W1-
dən başqa bir element T1 – transformatoru açılacaq. W1 – xəttinin göstərilən Q2, Q4 və Q7 – açarlarının
açılmasından sonra onu ayırıcısı vasitəsilə açmaq və T2 – transformatorunu Q4 – açarı vasitəsilə
dövrəyə qoşmaq olar. Baxılan sxemdə eyni zamanda iki xəttin və yaxud da iki transformatorun açılma
ehtimalı çox azdır.
Şəkil 6-12-də sxemin şinlərinin hər birinə üç birləşmə qoşulub. Əgər hər şinə qoşulan birləşmələrin
sayı beşdən çox olarsa sistem şini seksiyalana bilər.
Baxılan sxemin çatışmayan cəhətləri:
– xətdə qısaqapanma baş verdikdə iki açarın açılması və hər ikisinin təftiş olunmasını tələb
edir, bu da ümumi işin həcmini artırır;
– birləşmələrin sayı tək olanda şinə iki açar vasitəsilə qoşulur bu da paylayıcı qurğunun
konstruksiyasının bahalanmasına səbəb olur;
– xətlərin sayı transformatorların sayına bərabər olmayanda sxemin etibarlığı azalır.
Baxılan halda dövrə üç açardan və iki eyni növ element birləşməsindən ibarətdir, buna görə də
qəza açılmasından iki xətt açıla bilər;
– rele mühafizə dövrəsinin mürəkkəbliyi;
– sxemin açarlarının sayının çox olması.
Bu sxemlərin yüksək etibarlığa və çevikliyə malik olması, böyük güclü elektrik stansiyalarının
330-750 kV paylayıcı qurğularında geniş tətbiq olunmasına səbəb olur.
Düyün yarımstansiyalarında birləşmələrin sayı səkkiz və daha çox olduqda bu sxemlərdən istifadə
olunur.

Şəkil 6.12
3/2 açarlı birləşmə sxem

§ 6.5.6. Üç birləşməyə dörd açar düşən iki sistem şinli sxemlər

Şəkil 6-13, a-dan göründüyü kimi üç birləşməyə dörd açar düşür, odur ki, bu sxemlərə açarlı
sxemlər deyilir.
Belə sxemlərin ən yaxşı göstəriciləri o halda olur ki, xətlərin sayı transformatorların sayından ya
iki dəfə çox və yaxud az olsun.
açarı olan birləşmə, açarı olan birləşmənin bütün müsbət cəhətlərini özündə əks etdirir.
Bunlardan başqa açarlı sxem açarlı sxemdən iqtisadi cəhətdən daha çox səmərəlidir. Şinin
seksiyalanması açarlı sxemdən fərqli olaraq birləşmələrin sayı 15 və çox olan halda lazımdır.
Əgər bir birləşmə dövrəsində bir xətt iki transformator əvəzinə iki xətt və bir transformator

167
götürülərsə sxemin etibarlılığı praktiki olaraq azalmır.
Belə sxemlərdə paylayıcı qurğunun konstruksiyasında açarlar üzrə kompanovkanı iki sıralı qəbul
etsək, onda sxem iqtisadi cəhətdən olduqca səmərəli olmaqla yanaşı ona xidmət də çox asan olur,
məsələn şəkil 6-13, b-də göstərilən kimi.

b)

a)

Şəkil 6.13 4/3 açarlı birləşmə sxem

168
§ 6.6. Kondesasiyaon elektrik stansiyaların (KES)
baş sxemləri

§ 6.6.1. Böyük güclü istilik elektrik stansiyalarının sxemlərinə qoyulan tələblər

İstilik elektrik stansiyalarında qoyulan generatorların gücü mütəmadi olaraq artmaqdadır. Hazırda
gücü 500 və 800 MVt olan generatorların istismarı tamamilə mənimsənilib, gücü 1200 MVt olan
generatorların istismarı isə tədricən mənimsənilir. Müasir KES-in gücü bir neçə milyon kVt-a çatır. Belə
güclü elektrik stansiyaları öz şinləri vasitəsilə bir-biri ilə birləşdiyindən sistem daxilində gücün bir
hissədən digər hissəyə və əksinə axını yaranır. Bu səbəbdən də böyük güclü KES-in sistemin normal,
dayanıqlı işləməsində böyük rol oynayırlar. Odur ki, KES-in sxemlərinə əvvəldə qeyd edilən tələblərlə
yanaşı aşağıdakı spesifik tələblərdə qoyulur.
 Stansiyanın baş sxemi enerji sisteminin təsdiq olunmuş inkişaf layihəsinə yəni enerjinin sistemə
ötürülmə gərginliyini, bu gərginlikdə ötürülən yükün qrafiki, şəbəkənin sxemi və xətlərin sayı,
yüksək gərginlik şinində qısa qapanma cərəyanın yol verilə bilən qiyməti, şəbəkənin dayanıqlılığı və
seksiyalanmasına qoyulan tələblər, sxemdə yol verilən güc itkiləri və elektrik veriliş xətlərinin ötürə
biləcəyi gücə əsasən seçilməlidir.
 300 MVt və böyük güclü enerji bloklu elektrik stansiyalarında şinlər arası və bölmələr arası açarlar
istisna olmaqla istənilən açarın açılması sistemin dayanıqlılığını pozmadan bir blokdan və yaxud da
bir və bir neçə xətdən çox olmayan açılmalara səbəb olsun. Şinlər arası və yaxud bölmələr arası
açarın açılması zamanı sistemin dayanıqlılığını pozmadan ikidən çox olmayan blokun və çıxaranda
hər hansı açarın imtina etməsi zamanı iki enerji blokundan çox açılma olmasın.
 İstənilən açarın zədələnməsi və imtina etməsi elektrik stansiyalarının şinlərində tranzitliyi
pozmamalıdır, başqa sözlə tranzitlik iki paralel xətt vasitəsilə təmin olunursa onlardan yalnız birinin
açılmasına yol verilə bilər.
 Bir qayda olaraq enerji blokları bir transformator və bir açar vasitəsilə yüksək gərginlik paylayıcı
quruluşa qoşulmalıdır.
 Elektrik veriliş xəttinin açılması sayca iki açardan çox olmayan açarla, enerji blokunu və xüsusi
sərfiyyat transformatorunun istənilən gərginlikli paylayıcı quruluşdan açılması sayca üçdən çox
olmayan açarla yerinə yetirilməlidir.
 110 kV və yüksək gərginlikli açarların təmiri heç bir qoşqunu açmadan, yerinə yetirilməlidir.
 Yüksək gərginlik paylayıcı qurğunun sxemləri, şəbəkənin seksiyalara bölünməsinə və yaxud qısa
qapanma cərəyanlarını məhdudlaşdırmaq məqsədilə elektrik stansiyalarını ayrı-ayrılıqda sərbəst
işləyən stansiyalara ayıra bilsin.
 Baxılan paylayıcı quruluşda istənilən hər hansı açarın zədələnməsi və yaxud imtina etməsi, həmin
paylayıcı quruluşa qoşulmuş iki ədəd ehtiyat işə buraxan xüsusi sərfiyyat transformatorunun
açılmasına yol verməməlidir.
Sxemin son variantının seçilməsi avadanlıqların zədələnməsinin araşdırılıb və riyazi yolla onun
etibarlığının təyin edilməsindən asılıdır.
Baş sxem enerji sisteminin rejim tələblərinə cavab verməlidir və minimum hesabat sərfini təmin
etməlidir.

§ 6.6.2. Generator-transformator və
generator – transformator – xətt blok sxemləri

KES – stansiyalarında elektrik enerjisinin sistemə ötürülməsi generatorun transformatorla


bilavasitə birləşməsi yəni blok sxemi vasitəsilə həyata keçirilir. Generator-transformator enerji blokları-
nın sxemi şəkil 6-14-də göstərilmişdir.
İki dolaqlı transformator-generator blok sxemində bir qayda olaraq generator gərginliyində açar
qoyulmur – şəkil 6-14, a. Bu enerji blokunun normal və qəza rejimlərində açılması və qoşulması yüksək

169
gərginlik tərəfdə qoyulmuş Q1 – açarı vasitəsilə həyata keçirilir. Belə enerji bloku monoblok adlanır.
Generatorun blok transformatoru vasitəsilə birbaşa birləşməsi və xüsusi sərfiyyat transformatoruna
ayrılma, müasir elektrik stansiyalarında hər bir faza ayrı-ayrı olmaqla komplekt qapalı cərəyan daşıyan
qurğular vasitəsilə həyata keçirilir. Bu növ qurğularda fazalar arası qısa qapanmalar yox dərəcəsində
olduğundan, blokun yüksək etibarlığını təmin edir. Bu sxemdə generatorla transformator arasında,
həmçinin xüsusi sərfiyyat transformatorlarına gedən ayırmalarda heç bir kommutasiya aparatı nəzərdə
tutulmur. Xüsusi sərfiyyata tərəf ayırmalarda açarın olmaması, xüsusi sərfiyyat transformatorunda
zədələnmə olanda enerji blokunun açılmasına səbəb olur. (Q1 – açarı və xüsusi sərfiyyat
transformatorunun 6 kV- tərəfdən açarı açılır sonra generatorun sahə söndürmə avtomatı açılır). Baxılan
sxem, transformatorların yüksək dərəcədə etibarlı işləməsi və sistemdə lazımi qədər ehtiyat güc olan
hallarda gücü 160 MVt və daha çox olan bloklar üçün tipik sxem kimi qəbul olunub. Şəkil 6-14, b-də
generatorun avtotransformatorla blok sxemi kimi göstərilmişdir. Belə sxemlər KES-də iki yüksək
gərginlik paylayıcı qurğusu olanda istifadə olunur. Belə sxemlərdə, generatorda zədələnmə baş verərsə
yalnız Q3 – açarı açılır, yüksək gərginlik paylayıcı qurğular arasında əlaqə saxlanılır. 110-220 kV və
yaxud 500-750 kV paylayıcı qurğuların şinlərində zədələnmələr baş verərsə uyğun olaraq Q2 və yaxud
Q1 – açarı açılır, blok isə öz işini davam etdirərək ya 110-220 kV və yaxud da 500-750 kV paylayıcı
qurğuların şininə enerjini ötürür. Q1, Q2 və Q3 açarlar imkan verir ki, açarlardan hər hansı birində təmir
işləri aparan zaman blokun və yaxud avtotransformatorun işdə qalması təmin olunur.
Bəzi hallarda 330-750 kV paylayıcı qurğuların konstruksiyasının sadələşdirilməsi və dəyərinin
aşağı salınması üçün iki blokun birləşdirilməsi və onların dəyərinin aşağı salınması üçün iki blokun
birləşdirilməsi və onların bir ümumi açar – Q1 (şəkil 6-14, v) vasitəsilə yüksək gərginlik paylayıcı
qurğuya qoşulmasından istifadə olunur. Q2 və Q3 – açarları generatorların paralel işə qoşulmasını və
yüksək etibarlığını təmin etmək üçündür, belə ki, generatorlardan biri zədələnəndə digəri işdə qalır və öz
normal işini davam etdirir.
Qeyd etmək lazımdır ki, generator açarlarının olması imkan verir ki, generatorların işə buraxılması,
ehtiyat işə buraxan transformatorlardan istifadə etmədən, təmin olunur. Belə ki, generator açarının açıq
vəziyyətində xüsusi sərfiyyat şini blok transformatorundan və yaxud işçi xüsusi sərfiyyat transfor-
matorundan qidalanır. Generatorun işə buraxma əməliyyatlarından sonra, generator sinxronlaşdırılır və
Q2 (Q3) açarı ilə qoşulur. Generatorun çıxışında çox bahalı və nəhəng hava açarlarının əvəzinə yük
açarları da qoyula bilər. Bu halda istənilən enerji blokunda qəza baş verərsə Q1 açarının açılmasına
səbəb olacaq. Zədələnmiş enerji bloku sxemdən çıxarıldıqdan sonra zədələnməyən blok işə qoşulur.
Birləşmiş enerji bloklarından istifadə əsasən, sistem arası əlaqə böyük buraxıcılıq qabiliyyətinə
malik olan, kifayət qədər enerji ehtiyatı olan sistemlərdə, 500 və 750 kV-luq paylayıcı qurğuların
kompanovkası üçün kifayət qədər torpaq sahəsi olmayanda, həmçinin açarlara, transformator ilə
paylayıcı qurğu arasında əlaqə yaradan hava xətlərinə və kabel xətlərinə qənaət etdikdə istifadə olunur.
Bir-birindən asılı olmayan iki stator dolaqlı (altı fazalı sistem) 1200 mVt-lıq generatorlar, stator
dolağındakı gərginlik vektorları arasındakı 300-li sürüşmə bucağını kompensasiya etmək üçün, bir dolağı
ulduz ikinci dolağı üçbucaq birləşmiş iki alçaq gərginlik dolağı olan yüksəldici transformatorla bir bloka
qoşulur (şəkil 6-14, q).
Bəzi hallarda generator açarlı bloklardan istifadə olunur (şəkil 6-14, d). Belə blok sxemlərində
generatorun açılması və yaxud qoşulması Q – açarı vasitəsilə yerinə yetirilir (və yaxud yük açarı QW va-
sitəsilə) bu zaman yüksək gərginlik tərəfdə ələlxüsus dairəvi sxemlərdə və yaxud və açarlı
sxemlərdə heç bir əməliyyat aparılmır. Belə blok sxemləri enerji sistemində yük qrafikinin tənzim-
lənməsində həmçinin transformator ilə xətt arasında açarı olmayan generator-transformator – xətt blok
birləşməsində istifadə olunur. (bax şəkil 6-8, a)

Yüksək gərginlik rayon yarımstansiyalarının paylayıcı quruluşuna qoşulmuş generator-


transformator – xətt bloku elektrik stansiyalarının paylayıcı qurğularının konstruksiyasını nəzərə
çarpacaq dərəcədə sadələşdirir, məsələn əgər bütün bloklar yarımstansiyaya birləşdirilərsə, taktiki olaraq
belə paylayıcı qurğulara ehtiyac qalmır. Belə birləşmələrdə qısaqapanma cərəyanları azalır, çünki cərə-
yanın qiyməti xətlərin müqaviməti ilə məhdudlaşır. Ancaq göstərilən sxemlərin çox böyük çatışmayan
cəhətləri var, belə ki, xəttin zədələnməsi blokun açılmasına səbəb olur və xəttin tam təmir müddətində
blok açıq qalır. Bu çatışmazlığı aradan qaldırmaq üçün bərabərləşdirici – dolayı çoxbucaqlı generator-

170
transformator – xətt blok sxemindən istifadə edilir (şəkil 6-15). Şəkil 6-15, a-da dörd blok üçün
generator-transformator və xətlər arasında yüksək tərəfdə açarı (Q1, Q4 və başqaları) olan
bərabərləşdirici – dolayı çoxbucaqlı sxem göstərilmişdir. Bərabərləşdirici – dolayı çoxbucaqlı sxem Q2,
Q3 və başqa açarlar vasitəsilə seksiyalanıblar (bölmələrə ayrılıblar). Normal rejimdə bütün açarlar
qoşuludur. QS1 –ayırıcısı qoşulu QS0 – ayırıcısı isə açıqdır.
Enerji blokunun planlı açılması aşağıdakı ardıcıllıqla aparılır: QS0 – ayırıcısı qoşulur, sonra QS1 –
ayırıcısı açılır və sonda Q1 – açarı açılır. Bu zaman W1 – xətt bərabərləşdiricisi dolayı çoxbucaqlı şin
vasitəsilə işdə qalır.
Enerji bloku zədələndikdə Q1, Q2 və Q3 açarları açılır və W1 – xətti qidalanmanı itirir. Xətdə
(məsələn, W1) qısa qapanma baş verərsə Q1 – açarı açılır, enerji bloku qoşulu olan QS1 – ayırıcısı, Q2
və Q3 – açarları vasitəsilə qoşulu qalacaq. Əgər Q1 – açarı imtina edərsə bu zaman Q2 və Q3 açarları
açılır, generatorun sahə söndürən avtomatı işləyir, başqa sözlə zədələnməyən enerji bloku işdən çıxır
şinlər vasitəsilə güc axımı pozulur.
Q1 – açarını təmirə çıxarmaq üçün əvvəlcə QS0 – ayırıcısı qoşulur, ardınca Q1 – açarı açılır və
sonda həmin açarın hər iki tərəfdən olan ayırıcıları açılır. Əgər bu rejimdə xətdə qısa qapanma baş
verərsə onda Q2 və Q3 – açarları açılacaq, başqa sözlə enerji bloku və xətt açılacaq. Sxemin analizi
göstərir ki, bu hal texniki layihələndirmənin normalarının tələblərinə cavab verir.
Baxılan sxemin nailiyyəti onun iqtisadi cəhətdən səmərəli olması (8 – birləşməyə 9 – açar düşür),
kifayət qədər etibarlı olması, xətt açarını təmirə çıxaranda çox da olmayan əməliyyatların aparılmasıdır.
Sxemin çatışmayan cəhəti – enerji blokunun açılması üç açar vasitəsilə olmasıdır. Generator
açarını qoymaqla bu çatışmazlığı aradan qaldırmaq mümkündür.
Enerji blokunun bərabərləşdirici – dolayı çoxbucaqlı sxemi xətlərin sayı generatorların sayına
bərabər olmayan halda da tətbiq olunur. Belə sxem şəkil 6-15, b-də göstərilmişdir. Əlavə xətt və yaxud
avtotransformatorlar bərabərləşdirici – dolayı çoxbucaqlı sxemə iki açar vasitəsilə qoşulur. Qeyd etmək
lazımdır ki, bununla sxemin səmərəliliyi azalır. Baxılan sxemlər, şinləri sistem arası enerji axımı üçün
istifadə edilməyən güclü KES-in 330-750 kV paylayıcı qurğuları üçün istifadə olunur.

Şəkil 6.14 Generator-transormator enerji bloku sxemi

171
a)

b)
əlaqə
avtotransformatoruna

Şəkil 6.15 Bərabərləşdirici dolayı çoxbucaqlı


generator-transformator-xətt blok sxemi

172
§ 6.6.3. Güclü KES-in tipik sxemləri

Müasir KES-də gücü 500, 800, 1000, 1200 mVt olan enerji blokları quraşdırılır. Hasil olunan
elektrik enerjisi 220, 330, 500, 750 kV-luq xətlərlə sistemə verilir. Şəkil 6-16-da hər birinin gücü 300
mVt olan səkkiz enerji bloku qoyulub və stansiyanın genişlənməsi zamanı gücü 1200 mVt olan
generatorun quraşdırılacağı yeri sxemdə göstərilmişdir. Stansiyada quraşdırılmış 1,2 və 3-cü enerji blok-
ları hasil olunmuş enerjisi iki işçi və dolayı sistem şini olan 220 kV-luq paylayıcı quruluşa verir.
Stansiyanın inkişaf prosesində paylayıcı quruluşa qoşulan blokların və xətlərin sayı artarsa işçi sistem şi-
nin birini seksiyalara ayırmaq olar. 4-cü enerji blokun avtotransformatoru 220 və 500 kV-luq paylayıcı
qurğuları əlaqələndirir. Birləşmiş enerji blokları 5, 6 və 7, 8 enerjini altı bucaqlı sxem üzrə yığılmış 500
kV-luq paylayıcı quruluşa verir.
Stansiyanın genişlənməsi zamanı qoyulacaq 1200 mVt-lıq generator sxemi üzrə 500 kV-luq
paylayıcı quruluşa qoşulacaq (şəkil 6-16). Sxemdə genişlənmə zamanı qoşulacaq blok və xətt qırıq-qırıq
xətlə göstərilmişdir.
Şəkil 6-17-də hər birinin gücü 800 mVt olan altı enerji blokunun sxemi göstərilmişdir. 330 kV-luq
paylayıcı qurğu hər birləşməyə açar düşən paylayıcı qurğu kimi yığılmışdır, 750 kV-luq quruluş
üzrə altı bucaqlı sxem kimi yığılıb. Gələcəkdə onu və açarlı sxemlərə çevirmək mümkün
olsun. 330 və 750 kV-luq paylayıcı qurğular arasındakı əlaqə avtotransformatoru qoyulmasından imtina
etməklə yüksək gərginlik paylayıcı qurğuda qoyulmuş açarların sayını kəskin azaltmaq mümkündür. Bu
ancaq o halda mümkündür ki, stansiyanın yerləşdiyi rayonun şəbəkəsinin enerji sistemilə əlaqəsi olsun.

173
Şəkil 6.16

Şəkil 6.17

174
§ 6.7. Atom elektrik stansiyalarının (AES) baş sxemləri

§ 6.7.1. AES – sxemlərinə qoyulan xüsusi tələblər

Başqa elektrik stansiyalarının (İEM, KES) sxemlərinə qoyulan tələblər kimi AES-in sxemlərinə də
əvvəlki paraqraflarda (§ 6.1 və § 6.6.1) sadalanan tələblər kimi etibarlı, çevik, istismar üçün rahat və
iqtisadi cəhətdən sərfəli olmalıdır.
AES-in texnoloji proseslərin xüsusiyyəti, böyük güclü reaktor enerji bloklarının olması, müasir
stansiyalarda 1500 mVt-a çatır, hasil olunan elektrik enerjisinin bütünlüklə 330-1150 kV elektrik veriliş
xətlərilə sistemə ötürülməsi AES-a əlavə bir çox xüsusi tələblər qoyur:
1. AES-nın baş sxemi enerji sisteminin şəbəkələrinin sxemindən və ən əsası stansiyanın
yerləşdiyi ərazidə qoşulacaq şəbəkənin, sistemə qoşulma sxemindən asılıdır;
2. AES-in sistemə qoşulduğu sxem ilkin normal rejimdə və stansiyanın genişləndirildiyi
bütün mərhələlərdə stansiyanın gücünü sistemə ötürə bilsin və stansiyanın sistemdə etibarlı işini,
istənilən veriliş xətlərini və əlaqə transformatorunun açılması zamanı qəzaya qarşı avtomatikanın
müdaxiləsi olmadan təmin edə bilsin;
3. Təmir rejimlərində, həmçinin açarlar və rele mühafizəsi imtina etdikdə, AES-in dayanıqlı
işi AES-nin yükünün qəzaya qarşı avtomatika vasitəsilə azalması təmin edilməlidir.
Bu tələbləri nəzərə alaraq AES-da birinci enerji blokun işə düşdüyü andan etibarən stansiyanın
sistemlə əlaqəsi ən azı üç xətt vasitəsilə yerinə yetirilməlidir.
 AES-in baş sxemi seçildikdə aşağıdakılar nəzərə alınmalıdır: 1) aqreqatların fərdi gücü
və onların sayı;
 sistemə ötürüləcək gücün işçi gərginlikləri, müxtəlif gərginlikli paylayıcı qurğular
arasında ötürülən gücün miqdarı;
 hər bir paylayıcı qurğu üçün qısa qapanma cərəyanları və onların
məhdudlaşdırılmasının zəruriliyi;
 istənilən açarlardan biri zədələndikdə maksimum itirilə bilən gücün miqdarı;
 bir və bir neçə enerji blokunun yaxında yerləşən rayon yarımstansiyalarının paylayıcı
qurğusuna vasitəsiz olaraq qoşma imkanı;
 bir qayda kimi, ikidən çox olmayan yüksək gərginlik paylayıcı qurğusunun tətbiqi və
onlar arasındakı əlaqə avtotransformatorundan imtina etmək mümkünlüyü.
AES-nın 330-1150 kV paylayıcı qurğuları heç bir şərt qoyulmadan etibarlı olmalıdır:
 Şinlər arası və bölmələr arası açarlardan başqa istənilən açarın zədələnməsi və imtina etməsi zamanı
bir enerji blokundan və bu qədər də xətdən çox olmayan açılmaya yol verilə bilər, bu da bir qayda
olaraq enerji sisteminin dayanıqlı işləməsi şərtini təmin edən şərtlə uyğundur;
 Şinlər arası və bölmələr arası açarların zədələnməsi və yaxud imtinası, həmçinin açarlardan birinin
təmiri zamanı digər açarın zamanı digər açarın zədələnməsi və yaxud imtinası iki enerji blokunun və
bu qədər də xəttin açılmasına yol verilir ki, bu da sistemin dayanıqlı işləməsi şərtinə uyğundur;
 Xətlərin açılması bir qayda olaraq iki açardan çox olmayan açarlar vasitəsilə yerinə yetirilməlidir;
 Yüksəldici transformatorların, xüsusi sərfiyyat transformatorunun və əlaqə transformatorunun
açılması üç açardan çox olmayan açarlı icra olmalıdır. Bu tələbləri və açarlı sxemlər (şəkil
6-12; və 6-13), generator – transformator – xətt bloku qoşulmuş bir və ya iki çoxbucaqlı sxemlər
ödəyir.
AES-nin 110-220 kV-luq paylayıcı qurğuları bir və ya iki işçi sistem şin və dolayı sistem şin
formasında yığılır. Birləşmələrin sayı 12 və çox olanda işçi şinlərin biri seksiyalara bölünür. Bu
sxemlərin xüsusiyyətlərinə (bax şəkil 6-10 və şəkil 6-11) əvvəl ki, paraqraflarda baxılmışdır.

175
Şəkil 6.18 AES-də generator-transformator blokun sxemi

176
§ 6.7.2. AES blok sxemləri və işçi x.s
transformatorlarının qoşulma yerləri

Texnoloji proseslərin layihələndirilməsi [TPL] normalarına əsasən generator-transformator blok


sxemlərində generator və transformator arasında açar qoyulur. İşçi xüsusi sərfiyyat transformatoru ge-
nerator açarı ilə blok transformatoru arasında qoyulmuş ayırmaya qoşulur. Ayırmada heç bir
kommutasiya aparatı qoyulmur. (§ 6.5. Şəkil 6-14.a) KES-in blok sxemlərində generatorla ikidolaqlı
transformatorlar birləşməsində generator açarı olmur.
Ancaq AES-da generator açarının qoyulması (şəkil 6-18.a) aşağıdakı səbəblərə görədir:
1. Generator açılanda xüsusi sərfiyyat avadanlıqlarının işçi xüsusi sərfiyyat transformatorunun
vasitəsilə icra olunur;
2. Yüksək gərginlik açarları ilə aparılan əməliyyatların sayı azalır, generatorun açılması və
qoşulması generator açarı – Q2 vasitəsilə aparılır;
3. 6 kV-luq xüsusi sərfiyyat bölmələrində işçi və ehtiyat açarlarla aparılan əməliyyatların sayı
azalır, çünki işçi xüsusi sərfiyyat (x.s) transformatoru vasitəsilə, enerji blokunun generatorunun
dayandırılması və işə buraxılması icra edilir.
4. Generator-transformator-xətt enerji blokunda yüksək gərginlik tərəfdə açarsız sxemdən istifadə
edilə bilər.
İşdə olan AES-nın bir neçəsində generator açarı qoyulmayıb belə ki, onların tikilməsi zamanı
etibarlı böyük nominal işçi cərəyanlı açarlar yox dərəcəsində idi və yaxud da hazırlanmaq ərəfəsində idi.
Hal-hazırda işləyən və tikilən AES-da generator açarı əvəzinə xüsusi kommutasiya aparatı KAT-
24-dən geniş istifadə edilir. Bu aparatın vasitəsilə generatorun sinxronlaşdırma vaxtı qoşmaq və normal
rejimdə isə açıb qoşma əməliyyatlarını yerinə yetirmək olur. Generatorda və ya transformatorda qısa
qapanma baş verən zaman Q1 – açılır.

Əgər AES-da bir reaktora iki turbogenerator quraşdırılıbsa bu zaman birləşmiş enerji blokundan
istifadə məqsədəuyğundur. Şəkil 6-18, b. Belə enerji bloklarında yüksək gərginlik tərəfdəki açarların
sayı azalır, bununla 330-750 kV-luq paylayıcı qurğuların tikintisində müəyyən qədər iqtisadi səmərə
olur. Elə bu müsbət cəhətlərə görə birləşmiş enerji bloklarından geniş istifadə olunur, məsələn, şəkil 6-
19, v-də olduğu kimi iki generator alçaq gərginlik dolağı parçalanmış dolaq olan bir transformator
vasitəsilə yüksək gərginlik paylayıcı quruluşa qoşulub. Belə enerji bloklarında generator gərginliyində
hər generator üçün iki açar, Q2, Q3 və Q4, Q5 açarları qoyulur. Xüsusi sərfiyyat transformatorları bu
açarlar arasına qoşulur. Blok transformatorlarında zədələnmə baş verəndə Q1, Q2, Q4 açarları açılır, bu
zaman xüsusi sərfiyyat transformatorları qalır, bu rejimdə aqreqatın sıçrayış enerjisindən çox məsul
xüsusi sərfiyyat mexanizmlərini enerji ilə təmin etmək olar. Belə enerji blokları qrafit kanallı reaktoru
olan AES-da tətbiq olunur.
Baxılan enerji bloklarından başqa AES-da həm də generator-avtotransformator enerji
bloklarından da istifadə olunur. Şəkil 6-18.v. Hər altı eyni tipli blok transformatoru üçün diyircəklər
üzərində qurulmuş bir hazır ehtiyat transformatoru nəzərdə tutulub.

§ 6.7.3. AES – ehtiyat xüsusi sərfiyyat


transformatorunun birləşdirilməsi

Ehtiyat xüsusi sərfiyyat transformatorlarının qoşulma yerinin seçilməsi birbaşa xüsusi sərfiyyat
mexanizmlərinin etibarlı enerji təchizatına təsir göstərən faktorlardan biridir. Ehtiyat xüsusi sərfiyyat
transformatorunu elə qoşmaq lazımıdır ki, stansiyanın elektrik hissəsinin istənilən yerində qəza baş
verən zaman xüsusi sərfiyyat bölmələri ehtiyat mənbədən qidalana bilsin. Ehtiyat xüsusi sərfiyyat
transformatorunu müxtəlif mənbələrə qoşulma şəraiti olmalıdır: müxtəlif gərginlikli paylayıcı quruluşa,
bir paylayıcı qurğunun müxtəlif bölmələrinə, əlaqə avtotransformatorunun üçüncü dolağına, ancaq eyni
zamanda açılmış enerji bloku və ona məxsus xüsusi sərfiyyat transformatoru istisna olmaqla. Paylayıcı
qurğudan eyni zamanda iki ehtiyat xüsusi sərfiyyat transformatoru qidalananda şinlər arası, bölmələr

177
arası və digər açarların zədələnməsi və yaxud imtina etməsi hər iki ehtiyat xüsusi sərfiyyat
transformatorunun dövrədən çıxmasına şərait yaratmamalıdır. Yüksək gərginlik sistem şinində təmir
zamanı və yaxud qəza zamanı ehtiyat transformatorlar işdə qalmalıdır.
Ehtiyat xüsusi sərfiyyat transformatoru, əlaqə avtotransformatorunun alçaq gərginlikli dolağına o
vaxt, qoşula bilər ki, xüsusi sərfiyyat şinində gərginliyin səviyyəsi və işə buraxma şəraiti ödənilsin.
Ehtiyat xüsusi sərfiyyat transformatorunu əlaqə avtotransformatorunun orta gərginlik dolağına
qoşmaq olar, bu şərtlə ki, avtotransformator zədələndikdə və ya təmirə çıxarıldıqda xüsusi sərfiyyat
transformatorunu yüksək gərginlik bölmələrindən birinə təcili olaraq keçirtmək olsun.
Bir çox mövcud AES-da ehtiyat transformatorlar kənar mənbələrə qoşulur, məsələn AES –
yaxınlığında yerləşən İES, SES və rayon yarımstansiyalarına.

§ 6.7.4. AES – tipik sxemləri

AES-nın sxemlərinə qoyulan yüksək tələbləri nəzərə alaraq layihə müəssisələri hər bir AES-ı üçün
xüsusi baş elektrik birləşmə sxemləri tərtib edir. Gücü 1500 Mvt qaynayan kanallı reaktorlu (PБMK-
1500), generatorun gücü 800 Mvt olan AES-ı üçün ən xarakterik sxeminə baxaq. Şəkil 6-19. AES-də
hasil olunan enerjinin sistemə ötürülməsi 330-750 kV-luq paylayıcı qurğular vasitəsilə həyata keçirilir.
330 kV-luq paylayıcı qurğu açarlı sxem əsasında, 750 kV-luq paylayıcı qurğu isə bir-birilə əlaqəli
iki dördbucaqlı sxem üzrə yığılmışdır. G3, G4 və G5, G6 generatorları nəhəng enerji blokları əmələ
gətirir, buna görə üçüncü enerji bloku işə buraxılandan sonra iqtisadi cəhətdən səmərəli olan dördbucaqlı
sxemdən istifadə ediləcək.
G7, G8 generatorları dördüncü reaktorun enerji bloku 750 kV-luq paylayıcı qurğunun ikinci
dördbucaqlı sxeminə qoşulub. AES-in gələcək genişlənmələrində və beşinci reaktor enerji blokunun G7,
G8 və təzə qoşulacaq G9, G10 generatorları birləşərək nəhəng enerji bloku əmələ gətirəcəklər.
Məlumdur ki, 750 kV xəttin ötürə biləcəyi güc 2000 Mvt olduğundan stansiyada hasil olunan gücün
sistemə ötürülməsi üçün gələcəkdə genişlənməni də nəzərə alsaq üç 750 Kv-luq xətt kifayət edəcək.
LR1, LR2 və LR3 şuntlayıcı reaktorlar ayrı açarlar vasitəsilə xətlərə qoşulub. 330 və 750 kv-luq
paylayıcı qurğular arasındakı əlaqə üç bir fazlı avtotransformator vasitəsilə (əlavə ehtiyat bir faza
olmaqla) yerinə yetirilir.
Ehtiyat xüsusi sərfiyyat transformatorları ET1 – 110 kV-luq rayon yarımstansiyasına, ET2 – isə
330 kV-luq paylayıcı quruluşa, ET3 – isə əlaqə avtotransformatorunun orta gərginliyinə və imkan var ki,
lazım olanda onu 330 kV paylayıcı quruluşa köçürmək olur, ET4 – əlaqə avtotransformatorunun alçaq
gərginlik dolağına qoşulublar (şəkil 6-20).

Şəkil 6.19. 1500 MVt reaktorlu enerji bloku AES sxemi

178
§ 6.8. İEM-in baş sxemləri

§ 6.8.1. İEM-nin generator gərginlikli yığma şin sxemləri

63 Mvt-lıq generator quraşdırılmış İEM-də, stansiyadan 3-5 km məsafədə yerləşmiş tələbatçılara


enerjinin ötürülməsi üçün generator gərginliyi kifayətdir. Bu səbəbdən də İEM-də bir sistem şinli
generator gərginlikli 6-10 kV paylayıcı qurğular tikilir (şəkil 6-20). Generator gərginlikli paylayıcı
quruluşlara (GGPQ) qoşulan generatorların sayı və gücü yerli işlədicilərin enerji təchizatı əsasında təyin
edilir və elə seçilməlidir ki, generatorlardan biri açıldıqda işdə qalan generatorlar, həmin yerli işlədiciləri
tam elektrik enerjisi ilə təmin edə bilsin.
Enerji sistemi ilə əlaqə və artıq qalan enerjini sistemə ötürmək 110, 220 kV – xətlər vasitəsilə
həyata keçirilir. Əgər stansiyadan çıxan 110, 220 kV-luq xətlərin sayı artarsa onda İEM-də iki işçi və
dolayı sistem şin paylayıcı qurğuları tikilir. İEM-də istilik enerjisinə olan tələbat artarsa, onda gücü 120
Mvt olan turbogeneratorlar quraşdırılır. Bu tip generatorlar, generator gərginlikli paylayıcı qurğuya (6-
10 kV) qoşulmur. Bu onunla əlaqədardır ki, birinci generator gərginlikli paylayıcı qurğularda qısa
qapanma cərəyanlarının qiyməti kəskin artar, ikincisi isə bu generatorların işçi gərginliyi 15,75 və 18
kV-dur, bu da generator gərginlikli paylayıcı qurğunun işçi gərginliyindən (6-10 kV) çoxdur. Bu
səbəbdən də böyük güclü generatorlar 110-220 kV-luq paylayıcı qurğulara blok şəklində qoşulurlar.

Şəkil 6.20 Bloklu İEM sxemi

§ 6.8.2. İEM blok sxemləri

İEM-də quraşdırılan generatorların fərqli gücünün artması (120; 250Mvt) generator-transformator


blok sxemlərinin geniş tətbiqinə səbəb oldu. Şəkil 6-21-də təsvir olunmuş sxemdən göründüyü kimi 6-10
kV-luq tələbatçılar G1; G2 – generatorlarından reaktorlanmış xətlər vasitəsilə enerji alırlar, uzaqda
yerləşmiş tələbatçılar isə 110 kV-luq yarımstansiyanın şinindən qidalanırlar. Generatorların paralel
işləməsi yüksək gərginlik paylayıcı qurğu vasitəsilə icra edildiyindən, 6-10 kV paylayıcı qurğularda qısa
qapanma cərəyanlarının qiyməti də azalacaq. Başqa blok sxemlər kimi bu sxemlərdə avadanlıqlara
qənaət etməyə və nəhəng generator gərginlikli paylayıcı qurğuların olmamasına səbəb olur ki, bu da
stansiyanın elektrik hissəsinin tikintisini sürətləndirir. İşlədicilərin KPQ-nın qoşulduğu bölmələr
arasındakı açarda ehtiyatın avtomatik qoşulması (EAQ) qurğusu olmaqla iki seksiyaya bölünür.
Generatorların dövrəsində enerji təchizatının yüksək etibarlılığını təmin etmək üçün Q1, Q2 açarları

179
quraşdırılır. Əlaqə transformatorları T1, T2 yük altında gərginliyin tənzimlənməsi (YAT) qurğusu ilə
təmin olunmalı və bir də elə hesablanmalıdır ki, stansiyada artıq qalan bütün aktiv və reaktiv gücü, həm
normal həm də qəza rejimlərində sistemə ötürülə bilsin.
G3, G4 blok generatorlarının transformatorlarında da (şəkil 6-21) YAT qurğusu nəzərdə tutula
bilər. Yük altında gərginliyin tənzimlənməsi (YAT) qurğusunun əsas vəzifəsi İEM-i istilik qrafiki üzrə
işlədikdə və sistemə ehtiyat reaktiv güc verməklə 110 kV-luq paylayıcı qurğunun şinində gərginliyi
lazımi səviyyədə saxlasın. Bu transformatorlarda YAT – qurğusunun olması həm də imkan verir ki,
xüsusi sərfiyyat qurğularında gərginliyin rəqsini azaltsın.
İEM-in sonrakı genişlənməsində blok şəklində birləşmiş G5, G6 turbogeneratorları quraşdırılır. Bu
enerji bloklarının elektrik veriliş xətləri yaxında yerləşmiş rayon yarımstansiyalarına birləşdirilir. İEM-
in 220 kV yüksək gərginlik tərəfdə açarlar qoyulmur (şəkil 6-21), xətlərin açılması rayon
yarımstansiyalarının açarları vasitəsilə icra edilir. Rayon yarım stansiyalarının rele mühafizəsinin T5, T6
transformatorlarının zədələnməsinə qarşı həssaslığı lazımi səviyyədə olmadıqda, istilik açma
impulslarının (İAİ) ötürülməsi nəzərdə tutulur və yaxud da qısa qapayıcı (QN) və ayıran (QR)
quraşdırılması nəzərdə tutulur (şəkil. 6-8). Generatorların açılması Q3, Q4 açarları vasitəsilə icra edilir.
110 və 220 kV-luq paylayıcı qurğular arasında əlaqənin nəzərdə tutulması 220 kV-luq paylayıcı
quruluşun sxemini kəskin dərəcədə sadələşdirir. Yuxarıda qeyd etdiyimiz kimi bu hal o vaxt mümkündür
ki, 110 və 220 kV-luq paylayıcı qurğular arasında əlaqə yaxında yerləşən rayon yarım stansiyaları
vasitəsilə icra edilsin.
Müasir güclü İEM (500-1000 Mvt) blok şəklində tikilir. Generator-transformator bloklarında
generator açarları qoyulur bu da xüsusi sərfiyyat avadanlıqlarının enerji təchizatını və yüksək gərginlik
paylayıcı qurğusunun etibarlığını artırır. Çünki bu zaman generatorun dayandırılması və işə buraxılması
zamanı xüsusi sərfiyyat şinlərində avadanlıqları işçi sistem şindən ehtiyat şinə və əksinə köçürülməsi
zamanı çoxlu əməliyyatların aparılmasına ehtiyac qalmır. Unutmaq olmaz ki, İEM-də enerji bloklarının
açılma və qoşulması KES və AES nisbətən olduqca çoxdur.
500 kV
QB1 220 kV

Şəkil 6.21. Güclü İEM sxemi

§ 6.9. SES xüsusiyyətləri

Su elektrik stansiyalarının baş sxemlərini seçəndə onların xüsusiyyətlərini nəzərə almaq lazımdır.
Bir qayda olaraq, SES tələbatçılardan uzaqda tikilir, ona görə də stansiyanın bütün gücü bir və
yaxud da iki yüksək gərginlik paylayıcı qurğusu vasitəsilə sistemə və yaxud tələbatçılara ötürülür. Bu
xüsusiyyət SES-da generator-transformator blok birləşməsindən istifadə etməyə imkan yaradır və
generator gərginlikli paylayıcı qurğudan (GGPQ) imtina edilir.
SES-nın qoyulmuş gücünün artırılması praktiki olaraq mümkün deyil, çünki stansiya layihə
ediləndə suyun axma miqdarının maksimal qiymətinə əsasən, stansiyanın gücü təyin edilir. Bu səbəbdən
də yüksək gərginlik veriliş xətlərinin sayı da əvvəlcədən, qoyulmuş gücə əsasən təyin edilir. Elə bu

180
səbəbdən də yüksək gərginlik paylayıcı qurğusunun genişlənməsinə ehtiyac olmur. SES-nın bu xüsu-
siyyəti çoxbucaqlı, kvadrat sxemlərinin həmçinin 3/2 və 4/3 sxemlərindən geniş istifadə etməyə imkan
verir. Bir çox SES-i sistemin yükünün maksimum anlarında işə qoşulduğundan generatorların tez-tez
açılıb qoşulması generator gərginliyində açarların qoyulmasını tələb edir.
Məlumdur ki, SES-ları topoqrafik cəhətdən mürəkkəb yerlərdə tikildiyindən yüksək gərginlik
paylayıcı qurğuların tikilməsi üçün məhdud torpaq sahəsi, onların genişləndirilməsinə və çıxan xətlərin
sayını artırmağa imkan vermir. Bu da yüksək gərginlik paylayıcı qurğuları tikəndə ən az açarları olan
sadə sxemlərdən istifadə etməyə səbəb olur. SES-da əsas yüksəldici transformatorlar aşağı və yaxud
yuxarı bieflərdə məhdud bir sahədə yerləşdirirlər. Bu da çox nəhəng enerji bloklarının yəni bir
yüksəldici transformatora iki-üç generator qoşulmasını nəzərdə tutur.
Generatorların dövrəsində açarlar – Q və ya yük açarları – QW aşağıdakı hallarda qoyulur:
– generatorları 3/2, 4/3, çoxbucaqlı və başqa sxemlərə qoşduqda;
– generatoru avtotransformatora qoşduqda;
– birləşmiş və nəhəng enerji bloklarında.
SES-nın yüksək gərginlik sxemlərinə qoyulan tələblər praktiki olaraq KES-in sxemlərinə qoyulan
tələblərlə eynidir.
Su elektrik stansiyalarının (SES) texnoloji prosesləri layihələndirilməsi normalarına əsasən (LTP)
110-220 kV-luq paylayıcı qurğular üçün sadə və iki körpü; bir və ya iki işçi sistem şin və dolayı sistem
şin; 220-250 kV paylayıcı qurğular üçün işə üçbucaq, dördbucaqlı, əlaqəli dördbucaqlı sxemlər,
generator-transformator-xətt blokları üçün 330-500 kV paylayıcı qurğular, 3/2, 4/3 sxemləri üçün
seksiyalanmış transformator-şin blokları üçün isə seksiyalanmış sxemlərdən istifadə olunur.

§ 6.9.1. SES-nın elektrik birləşmə sxemləri

Güclü SES-ı üçün nəhəng enerji blokunun (şəkil 6-22) tətbiqi xarakterik sxem olub, özü də
yüksəldici transformatorların və açıq yüksək gərginlik paylayıcı qurğu ilə əlaqə xətlərinin sayını azal-
mağa imkan verir.
Q1, Q2 açarları generatorları açıb qoşmaq üçün istifadə olunur, bu da ən çox sistemin yükünün
maksimum və minimum yəni pik qiymətlərində SES – açmaq və ya qoşmaq üçün istifadə edilir. Bu
açarların əvəzinə həm də sadələşmiş konstruksiyalı yük açarları da istifadə oluna bilər. Bu halda
generatorlardan hər hansı birinin zədələnməsi bütöv enerji blokunun açılmasına səbəb olur.
Güclü SES-da enerjinin sistemə və yaxud tələbatçılara ötürülməsi iki yüksək gərginlik paylayıcı
quruluş vasitəsilə icra edilir.
Şəkil 6-22-də SES-in 500 kV açıq paylayıcı qurğu QB1 və QB2 açarları ilə birləşdirilmiş iki
dördbucaqlı sxemdən ibarətdir. Bu sxemin açarını, ayırıcısını, şinini təmirə çıxaranda sxemin çevikliliyi
dairəvi sxemin çevikliyi ilə eynidir. Xəttin açılması iki açar, enerji blokunun açılması isə üç açarla
yerinə yetirilir. Zədələnmiş enerji blokunu ayırıcı vasitəsilə ayırandan sonra açılan açarı qoşmaqla sxemi
bərpa etmək olar. Bu əməliyyatı avtomatlaşdırmaq üçün yüksək gərginlik dövrəsində uzaqdan idarə
olunan ayırıcının və yaxud yük açarının qoyulması kifayətdir. Baxılan sxem, enerji blokunun hər hansı
birinin məsələn, birinci enerji blokunun zədələnməsi ilə işdə olan QB1 – açarlarının işdən imtinası
sxemin etibarlığını bir qədər azaldır və bu zaman yuxarıdakı açarların birinci sırasının hamısı açılacaq,
başqa sözlə birinci blokla yanaşı ikinci blok da açılmış olacaq. Ancaq zədələnmiş enerji blokunun
dövrədən çıxarılmasından sonra normal sxemi bərpa etmək çox da çətinlik törətmir. Belə sxem iqtisadi
cəhətdən sərfəlidir çünki səkkiz qoşquya on açar düşür.
220 kV-luq açıq paylayıcı qurğusu bərabərləşdirici şini olan generator-transformator-xətt blok
sxemi üzrə yığılmışdır. SES-da 500 kV və 220 kV-luq paylayıcı qurğular arasında əlaqə yoxdur. Belə
əlaqə enerji sisteminin qovşaq yarımstansiyalarında istifadə edilir.
Əgər SES-in yüksək gərginlik şinləri enerji sisteminin qovşaq nöqtələri olarsa və onların vasitəsilə
gücün ötürülməsi yerinə yetirilir və bu əlaqələr KES sxemlərində olduğu kimi əlaqə avtotransfor-
matorları vasitəsilə həyata keçirilir.
Şəkil 6-23-də SES-nın 500 kV sxemli açıq paylayıcı qurğusunun sxemi göstərilmişdir. 640
Mvt-lıq generator nəhəng enerji bloklu sxem kimi yüksək gərginlik dövrəsinə iki generator gərginlik

181
dolağı olan üç birfazlı yüksəldici transformator qrupu vasitəsi ilə qoşulmuşdur. Sxemdən göründüyü
kimi iki hava xəttində şuntlayıcı reaktor qoyulub.
Orta güclü (50-300 Mvt) SES, yaxınlığından keçən yüksək gərginlik xətlərinə, ayrılmış xətlər kimi
qoşulur (şəkil 6-24). Bu sxem blok-şin-xət sxemi adlanır, çünki bu sxemlərdə açıq paylayıcı qurğunun
şinləri xəttin davamı kimi qəbul olunur. W1 – xətt zədələndikdə Q1 və Q3 açarlarının açılmasına səbəb
olur, yəni bu zaman W3 – xətti də açılır. W1 – xəttinin, xətt ayırıcısını distansiyon açdıqdan sonra, Q1
və Q3 – açarları qoşulur və W3 – xəttinin normal işi bərpa olunur. Generatorların açılması Q5-Q8
açarları vasitəsilə yerinə yetirilir.
Blok transformatoru T1 – zədələndikdə Q1 və Q2 açarları açılır ki, bu da xətlər üzrə gücün
tranzitliyinə mane olmur. Baxılan sxemdə yüksək gərginlik paylayıcı qurğusunda altı qoşquya dörd açar
düşür ki, bu da sxemin iqtisadi cəhətdən çox sərfəli olduğunu göstərir.
SES üçün müxtəlif cür sxemlər tətbiq olunur bu və ya digər sxemlərin konkret seçilməsi şərtləri:
enerji blokunun sayı, xətlərin sayı, SES-nın işləmə rejimi və enerji sisteminin ətrafdakı rayon
yarımstansiyalarının sxemindən asılılığı.

kV

Şəkil 6.22. SES 500kV PQ sxemi

§ 6.9.2. Hidro Akumlyator Elektrik Stansiyasının (HAES) elektrik birləşmə sxemləri

HAES-nın texnoloji proseslərinin xüsusiyyətlərinə § 1.2.4-də baxılmışdır. Məlum olduğu kimi


HAES-da iki-, üç-, dördmaşınlı aqreqatlar quraşdırıla bilər. Suyun aşağı biefi ilə yuxarı biefi arasındakı
hündürlük 500 metrə qədər olanda iki tərəfli iki aqreqat maşını qoyulmuş aqreqat iki rejimdə həm
nasosturbin həm də sinxron generator rejimlərində işləyə bilir. HAES – elektrik elektrik enerjisi hasil
edəndə su turbini generatorun rotorunu fırladır, nasos rejimində isə sinxron elektrik mühərriki şəbəkədən
elektrik enerjisi alaraq su turbinini fırladaraq onu nasos rejiminə çevirir. Bu rejimdə tələb olunur ki,
aqreqatın fırlanma istiqaməti dəyişsin, buna görə də nasos rejimində işləməyən saatlarında ondan
sinxron konpensator kimi də istifadə edilir, yəni generator elektrik mühərriki rejimində işləyir.
Aqreqatın turbin rejimi kimi işə buraxılması adi hidrogeneratorların işə buraxılması qaydası ilə
həyata keçirilir. Nasos rejimində işə buraxma prosesi isə mürəkkəbdir və böyük vaxt tələb edir. Stan-
siyada qoyulmuş, həm generator həm də elektrik mühərrik funksiyasını yerinə yetirən, elektrik
maşınlarının gücü 100 Mvt və daha çoxdur. Bu gücdə olan elektrik mühərriklərinin bir başqa işə
buraxılması zamanı onun qoşulduğu şinlərdə gərginliyin aşağı düşmə həddi yol verilən qiymətdən çox
olacaq. Onunla əlaqədar olaraq həmin maşınların işə buraxılması zamanı işə buraxma cərəyanını məh-
dudlaşdırmaq məqsədilə reaktorlardan və avtotransformatorlardan istifadə edilir. Bəzən də işə buraxma
zamanı aqreqatın valında oturdulmuş faz rotorlu köməkçi asinxron mühərriklərdən də istifadə edilir.

182
Aqreqatın fırlanma sürəti, sinxron fırlanma tezliyinə çatana yaxın maşın maşın təsirləndirilir və
sinxronizmə daxil olur.

Şəkil 6.23. Orta güclü SES sxemi

Şəkil 6.24. Əks hidroaqreqatlı HAES sxemi

§ 6.10. İstilik elektrik stansiyalarının (İES)


xüsusi sərfiyyat elektrik təhcizat sxemləri

§ 6.10.1 Elektrik təhcizat mənbələri


və onların əsas tələbləri

KES və İEM-in texnoloji proseslərin sxemlərinə baxılanda qeyd edilmişdir ki, istilik və elektrik
enerjisinin istehsalı tamamilə mexanikləşdirilib. Mexanizmlərin çox böyük hissəsi elektrik stansiyasının
əsas aqreqatların – qidalandırıcı nasosların, hava üfürən ventilyatorların, tüstüsoran nasosların,
kondensat nasosların, dəyirmanın, xırdalama mexanizmlərinin dövr etdirici nasosların və sairə işlərini
təmin edir.
İşçi mexanizmlərin əksər hissəsini hərəkətə gətirmək üçün qısaqapanmış rotorlu üçfazlı asinxron

183
mühərriklərdən istifadə olunur. Çox böyük güclü mexanizmlər üçün sinxron elektrik mühərrikləri
istifadə oluna bilər. Dövretmə tezliyinin tənzimlənməsi tələb olunan mexanizmlər üçün isə sabit cərəyan
elektrik mühərriklərindən istifadə olunur.
Elektrik stansiyasının normal işi bütün xüsusi sərfiyyat mexanizmlərinin etibarlı işləməsi
sahəsində ola bilər ki, bu da onların etibarlı elektrik enerjisi ilə təhcizatından asılıdır. Xüsusi sərfiyyat
tələbatçıları I kateqoriya işlədicilərinə aiddir.
Hal-hazırda xüsusi sərfiyyat avadanlıqlarının işçi gərginliyi gücü 200 kvt-dan çox olan elektrik
mühərrikləri üçün 6 kv, başqa elektrik mühərrikləri və işıqlanma üçün isə işçi gərginliyi 0,38/0,23 kv-
dır. Xüsusi sərfiyyat avadanlıqları üçün 3 kv işçi gərginlik özünü doğrultmalı, belə ki 3 və 6 kv elektrik
mühərriklərinin qiymətləri çoxda fərqlənmir, ancaq əlvan metal sərfi və elektrik enerji itkisi 3 kv-lıq
şəbəkələrdə, 6 kv-lıq şəbəkələrə nisbətən çoxdur.
Böyük güclü blok sxemli İES-i üçün gücü 16-630 kvt olan elektrik mühərrikləri üçün işçi
gərginliyi 0,66 kv, çox nəhəng elektrik mühərrikləri üçün isə 10 kv qəbul edilir. Odur ki, elektrik
stansiyalarında generator gərginlikli 6-10 kv paylayıcı qurğusu nəzərdə tutulubsa, onda xüsusi sərfiyyat
paylayıcı qurğusu (X.S.P.Q.) birbaşa generator gərginlikli paylayıcı qurğusunun (GGPQ) şinindən
reaktorlanmış xətlər və yaxud da xüsusi sərfiyyat alçaldıcı transformatorlar – T vasitəsilə qidalanır (şəkil
6-31 a).
Əgər elektrik stansiyasının generatorları enerji blokları şəklində qurulubsa onda xüsusi sərfiyyat
avadanlıqlarının qidalanması enerji blokundan ayrılmış ayırmalar vasitəsilə yerinə yetirilir.
Enerji blokunun gücü artdıqca xüsusi sərfiyyat avadanlıqlarının gücü də artır, bu da xüsusi
sərfiyyat transformatorunun gücünün artmasına səbəb olacaq. Xüsusi sərfiyyatın gücü artdıqca xüsusi
sərfiyyat sistemində qısa qapanma cərəyanlarının artmasına, bu da öz növbəsində qoyulmuş
avadanlıqların daha ağır rejimdə işləməsinə səbəb olur.
Qısaqapanma cərəyanlarını məhdudlaşdırmaq üçün qısaqapanma gərginliyi – Uqqx çox olan
transformatorlardan və yaxud da alçaq gərginlik dolağı parçalanmış dolaqlı 6 kv-luq transformatorlardan
istifadə təklif olunur, bu cür transformatorların gücü isə 25 MVA və daha çox olur.
Xüsusi sərfiyyat şinində qısaqapanma cərəyanlarının kəskin azaldılması köməkçi
turboaqreqatlardan istifadə etməklə əldə edilir. Belə ki, xüsusi sərfiyyat avadanlıqlarını qidalandırmaq
üçün köməkçi turboaqreqat qoyulur və bu aqreqata buxar əsas turboaqreqatın müəyyən hissəsindən
ayrılaraq ona daxil olur. Bu zaman stansiyanın əsas generatorları ilə xüsusi sərfiyyat generatoru arasında
elektriki əlaqənin olmaması səbəbindən xüsusi sərtiyyat şinindəki, qısa qapanma cərəyanlarda kəskin
azalır şəkil 6-31v. Ancaq onu da qeyd etmək lazımdır ki, a güclü buxar turbininin qoyulması iqtisadi
cəhətdən sərfəli deyil. Belə sxem özünü o, vaxt doğruldur ki, bununla eyni zamanda generatorun
çıxışından xüsusi sərfiyyat avadanlıqlarını qidalandırmaq sxemi ilə birlikdə işləsin. Bu halda xüsusi
sərfiyyat avadanlıqlarının bir hissəsi qoyulmuş köməkçi turboaqreqatdan digər hissəsi isə əsas
generatorunun çıxışında qoyulmuş xüsusi sərfiyyat transformatorundan qidalansın.
Enerji blokunun yükü azalanda köməkçi generatorunda tezliyində azalır, bununla da ona qoşulmuş
mexanizmlərin (bəsləyici, dövretdirici, kondensat nasoslaın, tüstüsoran ventilyatorların) məhsuldarlığını
səlist tənzimləməklə azaltmaq olur.
Belə qrup şəklində tənzimləmə xüsusi sərfiyyata sərf olunan enerjinin azaldılmasına imkan verir
və bu da köməkçi turboaqreqatın qoyulması üçün tələb olunan əlavə dəyəri kompensasiya etməklə
özünü doğruldur.
Yuxarıda baxılan sxemlərin heç biri generatorda zədələnmələr olanda, generator gərginlikli
payalayıcı qurğuda (GGPA) zədələnmə olanda və istilik mexanizmlərində zədələnmələr olanda xüsusi
sərfiyyat avadanlıqlarının etibarlı enerji ilə təmin etməsini yerinə yetirə bilmirlər. Ona görə də işçi
xüsusi sərfiyyat mənbələrilə yanaşı ehtiyyat mənbələrdə nəzərdə tutulmalıdır. Belə mənbələr sistemlə
əlaqəsi olan yüksək gərginlik paylayıcı qurğusuna bir başa qoşulmuş transformatorlar ola bilər. Bu
zaman hətta stansiyanın bütün generatorları açılsa belə, xüsusi sərfiyyatın qidalanması enerji sistemi
vasitəsilə həyata keçiriləcək. Çox az təsadüf olunan hal üçün, məsələn stansiyada qəza baş verən zaman
sistemdə də qəza baş verərsə bu zaman stansiyanın çox məhsul avadanlıqlarını (yağlama üçün yağ
nasosu, valı kipləşdirici qurğusu, valı döndərmə qurğusu və s.) işçi vəziyyətdə saxlamaq üçün
akkumulyator batareyaları və dizel generator qurğularının qoyulması nəzərdə tutulur. Bir çox xarici

184
elektrik stansiyalarında xüsusi sərfiyyat qurğuları üçün qəza mənbəyi kimi qaz-turbin qurğusu qoyulur.
Belə ki, sistemdə tezlik aşağı düşən kimi xüsusi sərfiyyat avadanlıqlarının enerji təhcizatını öz üzərinə
götürmək üçün qaz-turbin qurğularından istifadə olunur.
İşçi xüsusi sərfiyyat transformatorlarının gücünün seçilməsi xüsusi, sərfiyyat avadanlıqlarının
sayını və gücünü nəzərə almaqla yerinə yetirilir. Bütün işlədicilərin dəqiq siyahısı real layihəni həyata
keçirəndən sonra yəni elektrik stansiyasının istilik mexaniki hissəsinin və onun köməkçi qurğularının
tam hazırlanmasından sonra təyin edilir. Xüsusi sərfiyyat transformatorunun gücünün və sayının
seçilməsi haqda ətraflı məlumatı []-dan almaq olar.
Tədris layihələndirmələrində kifayət qədər dəqiqlikdə xüsusi sərfiyyat avadanlıqlarının gücü – P
X.S.max. və enerji sərfi – W x.s. cədvəl 6.1.-də verilmişdir [].
Cədvəl 6.1
X.S. avadanlıqlarının gücləri, elektrik enerji sərfi və sorğu əmsal
Elektrik qurğularının növü
Ks

İEM: daş kömür tozu 8-14 8-13 0,8


qaz mazut 5-7 6-10 0,8
KES: daş kömür tozu qaz 6-8 4-7 0,85-0,9
mazut 3-5 3-6 0,85-0,9
AES: istilik daşınması 5-14 3-12 0,8
istilik daşınması su ilə 5-8 5-9 0,8
SES: kiçik və orta güclü 3-2 2-1,5 0,7
böyük güclü 1-0,5 0,5-0,2 0,8
Yarımstansiya:
dalan 5-200kvt – –
qovşaq 200-500 kvt – –
Cədvəl 6.1-dən istifadə edərək xüsusi sərfiyyat avadanlıqlarının gücü MVA təyin etmək olar
, (6.1)
burada Ks – sorğu əmsalı olub belə təyin edilir

Key – eyni vaxtlılıq əmsalıdır və avadanlıqların eyni vaxtda işləməsini xarakterizə edir;
Kyük – avadanlıqların yüklənmə əmsalıdır;
– şəbəkənin orta faydalı iş əmsalı
cos – x.s. mühərriklərinin orta güc əmsalıdır

§ 6.10.2. KES-in xüsusi sərfiyyat bəsləmə sxemləri

Blok sxemli İES-da işçi xüsusi sərfiyyat transformatorları ayrılmış çıxışlara qoşulurlar (şəkil 6.25
b). Bu transformatorların gücü (6-1) düsturu ilə təyin edilir. P x.s. max. – qiyməti ilə enerji blokunun
qoyulmuş gücünə əsasən daha böyük güclü generatorların xüsusi sərfiyyat avadanlıqlarının güclü mexa-
nizmlərinin bir hissəsi (qidalandırıcı nasosları, hava üfürən ventilyatorları) turbointiqallı olurlar. Bu da
xüsusi sərfiyyat avadanlıqlarının elektrik enerji sərfini kəskin azaldır. Məsələn qaz-mazutla KES-də qu-
raşdırılmış 800 Mvt-lıq bloku üçün xüsusi sərfiyyat transformatorunun gücü (6-1) formulasına əsasən
hesablasaq,

olacaq, şərtə əsasən seçilmiş transformatorun gücü 40 Mva olmalıdır. Əgər qidalandırıcı nasos və hava
üfürən ventilyator turbinintiqallı olarsa, onda xüsusi sərfiyyat transformatorlarının gücü 32 Mva-a qədər
düşə bilər.
Cədvəl 6-2-də blok şəkilli KES-də qoyulacaq işçi və ehtiyyat xüsusi sərfiyyat transformatorlarının
185
gücü verilmişdir.

186
Cədvəl 6.2
Blok tipli KES-də qoyulmuş 20/6,3 kv x.s. transformatorların gücü.

transformator
Stansiyanın İşçi x.s.transformatorunun Xüsusi qeydlər

Ehtiyyat
növü gücü, mvt
Enerji blokunun
gücü, mvt

Enerji bloku
birinci, növbəti
ikinci
200 Daş kömür 25 25 32 Elektrik intiqallı
tozu qidalandırıcı
nasos (EİN)
300 “––––––––––” 32 25 32 “–––––––––”––
–––––––”
300 “––––––––––” 25 25 32 Normal rejimdə
qidalandırıcı
turbonasos isə
buraxma və da-
yandırma (EİN)
300 Qaz-mazut 25 25 32 “–––––––––”––
–––––––”
500 Daş kömür 40 40 63 “–––––––––”––
tozu –––––––”
500 Qaz-mazut 32 32 40 “–––––––––”––
–––––––”
800 “––––––––––” 32 32 63 Qidalandırıcı
nasos və ventel-
yator turbo-
intiqallı
800 “––––––––––” 40 40 63 Qidalandırıcı
nasos turbointi-
qallı ventelyator
elektrik intiqallı

187
Şəkil 6.25

188
Şəkil 6-25-də blok tipli KES-inbir hissəsinin hər birinin gücü 300Mvt olan üç enerji blokunun
sxemi göstərilmişdir xüsusi sərfiyyat transformatorları – T1, T2, T3 uyğun olaraq birinci enerji
blokunun 1BA, 1BB, ikinci enerji blokunun 2BA, 2BB və üçüncü enerji blokunun 3BA, 3BB 6kv
bölmələrini qidalandırır. Bu bölmələrə turbin və qazan sexlərinin 6kv-lıq mühərrikləri, stansiyanın
ümumi yükləri və 6/0,4 kv-luq transformatorlar aiddir. Xüsusi sərfiyyat bölmələrinin ehtiyyat şinlərinin
qidalanması, ehtiyyat xüsusi sərfiyyat işə buraxan transformatorlarına T4, T5, şəkil 6-32 qoşulmuş
ehtiyyat magistraldan qidalanması vasitəsilə həyata keçirilir.
Ehtiyyat magistralların çevikliyini və etibarlığını artırmaq üçün hər iki-üç blokdan bir, açarlar
vasitəsilə seksiyalanırlar. Generator açarı olmayan blok tipli İES-da ehtiyyat xüsusi sərfiyyat
transformatorlarının sayı [5,1] əsasən təyin edilir. Beləki iki blok qədər olanda bir ədəd xüsusi sərfiyyat
transformatoru, üç blokdan altı bloka olanda isə iki xüsusi sərfiyyat transformatoru götürülür. Çoxlu
sayda enerji blokları olanda generator gərginliyində, üçüncü ehtiyyat xüsusi sərfiyyat transformatoru
nəzərdə tutulur və bu transformator mənbəyə qoşulmur ancaq tam hazır vəziyyətdə saxlanılır ki,
istənilən anda zədələnmiş işçi xüsusi sərfiyyat transformatorlarından birini əvəz edə bilsin.
Əgər enerji blok sxemlərində generator açarı nəzərdə tutulubsa bu zaman ehtiyyat xüsusi sərfiyyat
transformatorunun sayı belə təyin edilir: iki enerji bloku üçün bir ədəd xüsusi sərfiyyat transformatoru,
enerji blokunun sayı, üç və daha çox olanda bir ədəd bir ədəd xüsusi sərfiyyat transformatoru qoşulur və
biri də əvəz etmək üçün tam hazır olmalıdır.
Əgər, stansiyada həm generator açarı olan həm də generator açarı olmayan bloklar varsa onda
xüsusi sərfiyyat transformatorların sayı birinci halda olan kimi təyin edilir. Ehtiyyat xüsusi sərfiyyat
transformatorları sistemlə əlaqəsi olan yüksək gərginlik paylayıcı qurğusunun şirinə qoşulmalıdır (bu hal
stansiyanın bütün generatorları qəzadan açılan hala uyğundur). Sistemlə əlaqə 500-750 kv-luq xəttlər
vasitəsilə həyata keçirilirsə bu tələbi yerinə yetirmək çətinləşir. Bu halda ehtiyyat xüsusi sərfiyyat
transformatorları orta gərginlikli 110-220 kv-luq paylayıcı qurğularına qoşulur, bu şərtlə ki,
avtotransformatorlar vasitəsilə bu paylayıcı qurğusunun yüksək gərginlikli paylayıcı qurğusu ilə əlaqəsi
olsun.
Avtotransformatorun alçaq gərginlik dolağına, ehtiyyat xüsusi sərfiyyat transformatorunun
qoşulmasına o halda yol verilə bilər ki, avtotransformatorlarda gərginliyin tənzimlənməsinə ehtiyac
olanda, xüsusi sərfiyyat paylayıcı qurğusunda gərginliyin dəyişməsi həddi və elektrik mühərriklərinin
işəburaxma şərtləri ödənilsin.
Ehtiyyat xüsusi sərfiyyat transformatoru generator-transformator blokundan ayrılmış hissəyə
generator açarı qoymaqla da qoşmaq olar.
Enerji blokunun gücü 160 Mvt və çox olan blok sxemli KES-də ehtiyyat xüsusi sərfiyyat
transformatorları müxtəlif qidalandırıcı mənbələrə (müxtəlif gərginlikli paylayıcı quruluşlara, eyni
gərginlikli paylayıcı quruluşun müxtəlif bölmələrinə, avtotransformatorların alçaq gərginlik dolağına)
qoşula bilər.
Generator açarı olmayan blok tipli elektrik stansiyalarında qoyulmuş hər bir ehtiyyat xüsusi sərfiyyat
transformatorunun gücü imkan verməlidir ki, bir enerji blokunun işçi xüsusi sərfiyyat transformatorunu
əvəz etməklə yanaşı eyni zamanda ikinci blokunun işə buraxılmasını və yaxud qəza dayandırılmasını
təmin edə bilsin. Əgər bu rejimdə xüsusi sərfiyyat işlədicilərinin dəqiq siyahısı məlum deyilsə, onda
ehtiyyat xüsusi sərfiyyat transformatorunun gücü xüsusi sərfiyyat transformatorundan bir pillə yuxarı gö-
türülür. Əgər enerji blokun sxemində generator açarı qoyulubsa, onda ehtiyyat xüsusi sərfiyyat
transformatorunun gücü, işçi xüsusi sərfiyyat transformatorunun gücünə bərabər götürülür. İstənilən halda
eh-tiyyat xüsusi sərfiyyat transformatorunun gücü işəburaxma şərtinə görə yoxlanılmalıdır. Bu şərtlərə
baxaq: məsul elektrik mühərriklərinin işçi mənbələrinin açandan sonra, qoşulu qalan elektrik mühərrik-
lərində tormozlama gedir, başqa sözlə onların fırlanma tezliyi tədricən azalmağa başlayır (elektrik
mühərriklərində qaçış baş verir).
Xüsusi sərfiyyat şinlərində gərginliyin bərpası, ehtiyyatın avtomatik qoşma (SAQ) qurğusu
tərəfindən ehtiyyat mənbənin qoşulmasından sonra yaranır.
Xüsusi sərfiyyat bölməsində gərginliyin itmə fasiləsi adətən 1-2,5 saniyədən çox olmamalıdır.
Ehtiyyat mənbədən gərginlik verilmədən sonra qalan bütün elektrik mühərriki elektrik mühərrikləri işə
buraxılan zaman çox böyük işəburaxma cərəyanları tələb edir ki, bu da öz növbəsində gərginlik itkisinə
səbəb olur.

189
Bunun nəticəsində də xüsusi sərfiyyat bölməsinə normal gərginlik yox, normadan bəzən çox aşağı
gərginlik verilir. Bu da öz növbəsində işəburaxma prosesini çətinləşdirir və uzadır.
Əlverişli olmayan şəraitdə işəburaxmanın uzanması bəsləyici suyun təziqinin yol verilməyən qədər
aşağı düşməsinə, qazan aqreqatına verilən havanın təziqinin azalmasına və yaxud normal iş rejimini təmin
edən digər texnoloji parametrlərin pozulmasına səbəb olur. Bu halda enerji bloku texnoloji mühafizədən
açıla bilər.
Normal işəburaxılmanı təmin etmək üçün imkan dairəsində bəsləyici gərginliyin itmə fasiləsini
azaltmaq və bölmədə yalnız çox məsul olan elektrik mühərriklərini qoşulu qoyub digər elektrik
mühərriklərinin hamısını isə açmaq lazımdır. Normal işə buraxılmanı təmin etmək üçün ehtiyyat xüsusi
sərfiyyət transformatorunun gücünü artırmaq və qısa qapanma gərginliyi – Uqq%, 13%-dən çox olmayan
xüsusi sərfiyyat transformatorunun istifadə etmək lazımdır. İşəburaxma prosesi çox faktorlardan asılıdır və
onların hesabatı çox mürəkkəb olduğundan burada bu məsələyə yer verilməlidir.
İşçi gərginliyi 0,4 kv olan çox saylı xüsusi sərfiyyət tələbatları məsələn, gücü 300 Mvt olan enerji
blokunun normal işini təmin etmək üçün 600-dən çox elektrik mühərrikləri yalnız 0,4 kv bölməyə qoşulur
və 6-10/0,4 kv-luq transformatordan bəslənilir.
Təqribən 0,4 kv-dan bəslənən xüsusi sərfiyyat işlədicilərinin tələb etdiyi enerji sərfi, ümumi enerji
sərfinin 10% təşkil edir. 6/0,4 kv-luq transformatorlar adətən imkan daxilində tələbatçıların mərkəzində
quraşdırılır, məsələn qazan və turbin sexlərində, yanacaq anbarlarında, ümumi köməkçi binalarda, açıq
paylayıcı qurğularda, kompressor qurğularda və s. quraşdırılır. Gücü 100 kva-dan çox olan
transformatorlar istifadə olunmur, çünki onlardan istifadə etdikdə 0,4 kv-luq şəbəkədə qısaqapanma
cərəyanlarının çox artmasına səbəb olur. 0,4 kv-luq şinlərdə qısaqapanma cərəyanlarını azaltmaq və
onların etibarlığını artırmaq üçün şinlər seksiyalara bölünür. Hər bir seksiya avtomatik qoşula bilən işçi və
ehtiyyat mənbələrə ayrılmışdır. 0,4 kv-luq xüsusi sərfiyyat sxemlərinə qoyulan tələblər haqda [5.1]-də
ətraflı söylənilmişdir.
Baş binada yerləşmiş bir enerji blokunun 0,4 kv xüsusi sərfiyyat bölməsinin sxemi şəkil 6-32-də
göstərilmişdir. Birinci enerji blokunun 0,4 kv-luq tələbatçıları və ictimai yükün bir hissəsi 1CA, 1CB,
1CC, 1CD bölmələrindən qidalanırlar. Çox məhsul tələbatçılar 1CA və 1CB yarım seksiyalarına qoşulub,
özü də avtomatik açarlar vasitəsilə bu bölmənin digər hissələrindən ayrılıb. Ehtiyyat 6/0,4 kv-luq
transformator üçüncü enerji blokunun 3BA bölməsinə qoşulub.
İkinci enerji blokunun 0,4 kv-luq tələbatçıları 2CA, 2CB, 2CC, 2CD, üçüncü enerji blokunun
tələbatçıları 3CA, 3CB, 3CC, 3CD bölmələrinə qoşulub. Şəkil 6-32-də bu bölmələr göstərilməyib.
Axırıncı bölmə üçün ehtiyyat transformator ikinci enerji blokunun 6 kv-luq 2BB bölməsinə qoşulub.
Xüsusi sərfiyyat şinlərində gərginliyi lazım olan səviyyədə saxlamaq üçün transformatorlar yük
altında tənzimlənmə qurğusu (YAT) ilə təmin olunur.
İşçi və ehtiyyat transformatorunun dolaqlarının birləşmə qrupu elə seçilir ki, yükün işçi
transformatordan ehtiyyat transformatora keçirən zaman onları qısa müddətdə paralel işlətmək mümkün
olsun.
Parçalanmış dolaqlı və 6 kv bölmələri ayrı-ayrı işlənən transformatorların tətbiqi qısaqapanma
cərəyanlarını o səviyyəyə qədər azaldır ki, 500 Mvt və daha böyük güclü enerji blokları üçün ВМПЕ-10
və ya BЭM-6 açarı olan komplekt paylayıcı qurğuların yuvalarından istifadə etmək olur. 0,4 kv-luq tərəfdə
qısaqapanma cərəyanlarını məhdudlaşdırmaq üçün bir çox yığın birləşmələrin girişində reaktorlar
quraşdırılır.

190
§ 6.10.3. İEM-in xüsusi sərfiyyat bəsləmə sxemləri

İEM-in qeyri blok sxemlərinin işçi xüsusi sərfiyyat transformatorları generator gərginlikli
paylayıcı (GGPQ) şinlərinə qoşulur.
6 kv-luq xüsusi sərfiyyat bölmələrinin sayı qazanların sayına bərabər götürülür.
Bəzi hallarda ictimai yükləri qidalandırmaq üçün xüsusi bölmə ayrılır.
İşçi xüsusi sərfiyyat transformatorunun gücünün seçilməsi bu şərtə əsaslanır,

burada; Sx.s – İEM-in blok olmayan hissəsinin (6-1) düsturu əsasında təyin edilmiş xüsusi
sərfiyyatın gücü; n – İEM-in blok olmayan hissəsinin 6 kv-luq bölmələrinin sayı İEM-in blok şəklində
birləşən hissəsi üçün xüsusi sərfiyyat transformatorlarının gücünün təyini KES-də olduğu kimi təyin
edilir.
Ehtiyyat xüsusi sərfiyyat transformatoru, GGPQ iki sistem şinli olarsa onda şininə, yox, əgər
paylayıcı bir sistem şinli olarsa onun bu zaman ehtiyyat xüsusi sərfiyyat transformatoru əlaqə
transformatorunun generatora qoşulduğu yerdən ayrılan hissəyə qoşulur. Şəkil 6-26 a-da işçi ə ehtiyyat
xüsusi sərfiyyat transformatorunun iki sistem şinli generator paylayıcı quruluşuna qoşulma sxemi
göstərilmişdir. Şəkildən göründüyü kimi işçi transformator T2 birinci şinə – A1, ehtiyyat transformator –
ET isə ikinci sistem şinə – A2 qoşulub.
Şinlərarası açar – QA normal qoşulu, əlaqə transformatoru isə ikinci sistem şinə – A2 qoşulu. İşçi
xüsusi sərfiyyat transformatoru – T2-də zədələnmə baş verəndə Q2, Q3 açarları açılır və Q6, Q4 –
açarları avtomatik qoşulur. Birinci işçi sistem şin – A1 zədələnəndə Q1, QA və Q3 açarları açılır. Bu
zaman ehtiyyat sistem şində gərginliyin itməməsi yüksək gərginlik paylayıcı quruluşa qoşulmuş ehtiyyat
xüsusi sərfiyyat transformatorunun vasitəsilə yerinə yetirilir. Buna görə də Q6, Q4 açarları avtomatik
qoşulur və xüsusi sərfiyyat bölməsində gərginlik bərpa olunur.
Şəkil 6-26 b-də isə bir sistem şinli generator paylayıcı quruluşa işçi və ehtiyyat xüsusi sərfiyyat
transformatorunun qoşulma sxemi göstərilmişdir.
Xüsusi sərfiyyat transformatorunda –T2 qəza baş verən zaman Q2, Q3 açarları açılır, Q6, Q4 –
açarları isə avtomatik qoşulur və ehtiyyat xüsusi sərfiyyat transformatorundan – ET sistem şinə gərginlik
verilir. Generator gərginlikli paylayıcı qurğusunun şinində qəza baş verəndə Q1, Q7 – açarları açılır,
sonra minimal gərginlik mühafizəsindən Q3 – açarı bunlardan sonra Q6, Q4 – açarları avtomatik
qoşulurlar və xüsusi sərfiyyat şinini, yüksək gərginlik şinindən əlaqə transformatoru – TİVƏ və ehtiyyat
xüsusi sərfiyyat transformatoru – ET vasitəsilə gərginlik alır. Adətən generator paylayıcı qurğusunun bir
bölməsinə bir xüsusi sərfiyyat transformatoru və ya reaktorlanmış bir ədəd xüsusi sərfiyyat xətti qoşulur.
Bu halda ehtiyyat mənbəyin gücü istənilən işçi mənbələrin gücündən az olmamalıdır.
Əgər generator gərginlik paylayıcı qurğusunun bir bölməsinə xüsusi sərfiyyatın iki işçi mənbəyi
qoşulubsa, onda ehtiyyat transformatorunun və yaxud ehtiyyat xəttin gücü ən güclü işçi mənbəyin
gücündən 50% çox seçilir.
Blok sxemli İEM-də ehtiyyat xüsusi sərfiyyat transformatorunun gücü elə seçilməlidir ki, o ən
böyük güclü xüsusi sərfiyyat transformatorunu əvəz etməklə yanaşı eyni zamanda bir qazanın və yaxud
turbunində isə buraxılmasını təmin edə bilsin.
Əgər generator-transformator blokunda açar qoyulubsa, onda ehtiyyat xüsusi sərfiyyat
transformatorunun gücü elə işçi transformatorunun gücünə bərabər seçilir. Ehtiyyat transformatorunun
gücü işəburaxma şərtinə yoxlanılmalıdır.
Qeyri-blok sxemli İEM-də (buxara görə eninə əlaqəli) 6kv-luq altı işçi transformatora və ya o,
qədərdə xəttə bir ədəd ehtiyyat transformator seçilir.

191
a) b)

Şəkil 6.26

Blok sxemli İEM-də ehtiyyat xüsusi sərfiyyat transformatorların seçilməsi KES-də olduğu kimi
seçilir.
Xüsusi sərfiyyatın 0,4 kv bəsləmə sxemləri, KES-in sxemləri kimi seçilir. İEM-nin 0,4 kv-luq
xüsusi sərfiyyatın gücü stansiyanın ümumi xüsusi sərfiyyat gücünün 15%-ə qədər qəbul olunur.
Şəkil 6-26-də həm blok, həm də qeyri-blok sxemli İEM-in xüsusi sərfiyyat bəsləmə sxemi
göstərilmişdir.
Hər birinin gücü 63 Mvt olan iki generator, generator paylayıcı quruluşa, hər birinin gücü 120 Mvt
olan generator transformator bloku isə 110 kv-luq paylayıcı quruluşa qoşulmuş İEM-in xüsusi sərfiyyat
elektrik təchizat sxemi şəkil 6-34-də göstərilmişdir. Xüsusi sərfiyyat işçi transformatorları T1, T2, 1BA,
2BA bölmələrini qidalandırırlar. Bu bölmələrə həm də əsas yüklərdən başqa, stansiyanın ümumi xüsusi
sərfiyyat tələbatçılarıda qoşulmuşdur. İmkan var ki, stansiyanın ümumi xüsusi sərfiyyat gücü üçün
ayrıca bölmə də ayırmaq olar.
İşçi xüsusi sərfiyyat transformatorları, T3, T4 uyğun olaraq enerji bloklarının xüsusi sərfiyyat
işlədicilərini qidalandırır. Ehtiyyat xüsusi sərfiyyat transformatoru – ET. Əlaqə transformatorunun alçaq
gərginlik tərəfindən çıxan ayrılmalara qoşulur bu sxemlərə yuxarıda baxılmışdır.

§ 6.11. AES-nın xüsusi sərfiyyat enerji təhcizat sxemləri

§ 6.11.1. Cəld neytron reaktorlu AES-nın texnoloji sxemi

AES-in xüsusi sərfiyyat enerji təchizat sxemlərinin öyrənilmə və yerinə yetirilmə xüsusiyyətləri
stansiyada hasil olunan elektrik enerjisinin texnoloji tsikləri ilə sıx əlaqəlidir. AES-da müxtəlif növ nüvə
reaktorlarından istifadə olunur, ancaq hal-hazırda geniş istifadə olunan reaktor, cəld neytron reaktorudur
(CN). Elə bu səbəbdən də burada sadə formada cəld reaktorlu AES-da texnoloji proseslərin sxemlərinə
və onun xüsusi sərfiyyat enerji-təhcizat sxemlərinə baxılır.
Cəld neytronlu reaktorlardan ən çox yayılan növü çox saylı cəld neytronlar hasil edən reaktordur.
Bu növ reaktorlarda istilik daşıyıcı kimi maye formasında natrium metalından istifadə edilir. natriumun
192
xüsusiyyəti üç konturlu sxemin tikilməsinə səbəb olur.
AES-nın birinci konturunun kompanovkası intiqal və ya ilgəh şəkilli ola bilər. Şəkil 6-27-də
intiqal kompanovkasının sxemi təsvir olunmuşdur, şəkildən göründüyü kimi reaktorun – 2, gövdəsində
aktiv zona – 5, birinci konturun – 4 əsas dövretdirici nasosu və aralıq istilik ötürücü – 6 yerləşmişdir.
1-ci kontur
Turbinə

Deoratorun 1-ci
konturundan

Şəkil 6.27

Aktiv zonada qızdırılmış birinci konturun natriumu istilik ötürücü –6, boruların arasından keçərək
ikinci konturun natriumu qızdırır. Cəld neytron reaktoru, ÇN-600 reaktorunun ikinci konturunun hər
ilgəyində iki ədəd istilik mübadilə qurğusu olmaqla altı ədəd istilik ötürmə qurğusu var. İkinci konturun
natriumu əsas dövretdirici nasos (ƏDN) – 7, vasitəsilə dövr edərək düz axımlı buxar generatorundan – 9,
keçərək suyu qızdırıb buxara çevirir.
Birinci konturun əsas dövretirici nasosu (ƏDN) iki tərəfli sorma qabiliyyətinə malik olan
mərkəzəqaçma nasosu olub və reaktorun içərisində yerləşdirilib onun intiqalı – 3 isə reaktorundan
kənarda yerləşdirilib.
İkinci konturun əsas dövretdirici nasosu (ƏDN)-da birtərəfli sorma qabiliyyətinə malik olan
mərkəzəqaçma nasosudur, özü də reaktorun daxilində yerləşdirilib. Hər iki əsas dövretdirici nasos
(ƏDN) reaktorun gücünü dəyişdikdə istilik daşıyıcıların temperaturu dəyişmədən nasosların
məhsuldarlığının səlist tənzimlənməsini tələb edir. Əsas dövrtetdirici nasosun intiqalında asinxron-ventil
kaskad sxemi üzrə işləyən asinxron elektrik mühərrikindən istifadə edilir. Əsas dövretdirici nasosun
(ƏDN) enerji təhçizatı avtonom mənbələr tərəfindən təmin olunmalıdır.
Birinci və ikinci konturlarda təziq, qaz sistemləri vasitəsilə təmin edilir, burada qaz kimi arqondan
istifadə edilir. Təziqi kompensasiya etmək üçün birinci aqreqatın ehtiyyat natirium cəni – 1-dən, ikinci
kontur üçün isə 8 və 10 ehtiyyat natrium çənlərindən istifadə edilir.
Buxargeneratorundan – 9, alınan buxar üçüncü konturun turboqreqatına verilir. ÇN-600 reaktorun
ilkin parametrləri 13 MPa; 5000 c olan buxar, hər birinin gücü 200 Mvt olan üç turbini buxarla təmin
etməlidir.
Sonrakı texnoloji prosesslər KES – sxemlərində olduğu kimi gedir.
Turbinlərdən çıxan buxar, kondensasiya olunaraq qizdırılır və təkrar olaraq bəsləyici nasoslar
(BN) vasitəsilə buxar generatoruna – 9 verilir. Turbin qurğularının mexanizmlərinə xidmət əsasən KES
sxemlərində olduğu kimidir.
AES-nın düz axımlı buxargeneratorlarında su ehtiyyatının az olması səbəbindən onların qəza
bəsləyici nasoslarının (QBN) enerjitəchizat sxemlərinə çox böyük tələblər qoyulur. Buna görə də qəza
bəsləyici nasosların enerji təchizatı ayrıca dizel-generatordan təmin olunur.

193
Cəld neytronlu (CN) reaktorlarda natrium istilik daşıyıcısının xüsusiyyəti ondan ibarətdir ki, AES-
in birinci və ikinci aqreqatlarına xidməti üçün bir çox köməkçi sistemlərin yaranmasını tələb edir.
Konturlarda natriumun təmizliyi tutucu filtirlərin –13 vasitəsi ilə təmin olunur. Natriumun
soyudulması istilik ötürücülərində –12, havanın və yaxud azotun ventilyatorların –15, köməyi ilə qapalı
sistemdə dövretdirməklə həyata keçirilir. Qazın soyudulması isə istilik mübadiləsi bölməsində –14,
həyata keçirilir və özü də sistemin etibarlı texniki su təchizatı ilə təmin olunmasını tələb edir.
Natriumun təmizlənməsi, həm normal həm də qeyri-normal rejimlərdə olmalıdır. Odur ki,
nasosların və ventilyatorların normal işi stansiyada qəza zamanında təmin olunmalıdır.
Əsas dövretdirici nasos açılanda natriumun filtirdən nəcib təmizlənməsi elektromaqnit nasosu –14
vasitəsilə həyata keçirilir. Anoloji təmizləmə sxemindən birinci aqreqatda da istifadə olunur. İşlənmiş
paketlər barabanı hovuza boşaldılmamışdan öncə hovuzun –18, suyu nasos –20 vasitəsilə istilik
mübadiləsi kamerasından –19 keçmək şərtilə boşaldılır. Natrium konturlarının bütün avadanlıqları və
boruları müasir elektrik qızdırıcı sistemi və reaktorun qaz qızdırıcısı ilə təmin olunub. Çəni natriumla
doldurulmamışdan öncə borular, nasoslar və başqa avadanlıqlar 2500c-ə qədər buxar generatoru isə
4500c-ə qədər qızdırılır. Boruların elektrik vasitəsilə qızdırılması yumşaq lent şəkilli elektrik
qızdırıcıları və yaxud da naqil müqavimətləri tərəfindən qızdırılır. Reaktorun qızdırılması qovucu nasos
–17 vasitəsilə arqon vurmaqla təmin olunur. Bu sistem həm də reaktorda nasazlıq olanda da istifadə
olunur, bunun üçün də istilik mübadiləsi qurğusu –16 etibarlı texniki su ilə təmin olunmasını tələb edir.
Ona görə də su vurucu nasos –17 avtonom mənbədən qidalandırılır.
Çox saylı məsul tələbatçılara texniki su xüsusi nasoslar vasitəsilə verilir.
Reaktorun mühafizəsinin idarəetmə sistemi (RMS) digər reaktorlarda olduğu kimi baxılan növ
reaktor üçündə çox məsul bir sistemdir. Odur ki, onun mexanizmlərinin etibarlı işləməsi stansiyanın
təhlükəsiz işləməsi üçün çox vacibdir.

194
§ 6.11.2. Cəld neytronlu reaktoru olan AES-nın
xüsusi sərfiyyat enerji təchizat sxemləri

Cəld neytronlu reaktoru olan AES-nın texnoloji hissəsində hər bir reaktorun birinci konturunda üç
əsas dövretdirici nasosu – (ƏDN1) olmaqla üç dövr ilgəyi və üç ƏDN2 olan aralıq natrium konturu
nəzərdə tutulub.
Qəza rejimində xüsusi sərfiyyatın əsas şəbəkəsində gərginlik itdikdə ayrılan qalıq istiliyi, istilik
ötürücülərindən almaq üçün nasosların işini fasiləsiz təmin etmək lazımdır.
Xüsusi sərfiyyatın bu tələbatçıları ikinci kateqoriyalı işlədicilər qrupuna aid olub özləri də etibarlı
6 kv-luq mənbənin üç bölməsinə qoşulur. Hər bölmə işçi xüsusi sərfiyyat transformatorundan girişə və
asılı olmayan mənbəyə dizel-generatora malik olmalıdır.
Şəkil 6-28-da 6kv-luq etibarlı qidalandırıcı mənbəyin bir bölməsinə – BV qoşulan tələbatçılar
ƏDN1, ƏDN2 işlənmiş paketlərin istilik mübadiləsinin soyuducu ventilyatorları etibarlı mənbəyin
transformatoru – EMT, elektrik qızdırıcı qurğular – EMTEQ və yanğın təhlükəsizliyi – TYT
göstərilmişdir. Şəkil 6-36-da digər iki dövretdirici ilgəyin BX, BY bölmələrinə qoşulma sxemi
göstərilməmişdir.
Qəza halına yaxın rejimlərdə əsas dövretdirici nasosların (ƏDN) elektrik mühərrikləri, işlədiyi
asinxron kaskad sxemindən aşağı tezliklə fırlanma rejiminə keçirilir. Beləliklə ƏDN1 və ƏDN2
nasoslarının fırlanma tezliyi 1000 dəq-1-dən uyğun olaraq 250 və 400-1 dəq qədər düşür.
Qəza rejiminə yaxın rejimdə bütün dövretdirici ilgəklər 6 kv-luq etibarlı qidalandırıcı bölmənin
ehtiyyat girişinə və dizel-generator mənbəyinə qoşulur.
Qəza rejimində etibarlı qidalandırıcı mənbələrin əsas bölmələrindən (BV, BX, BY), turbini texniki
su təhcizatı ilə təmin etmək üçün onun dövretdirici mərkəzi nasoslarının elektrik mühərriklərini iki əlavə
BW və BZ bölmələrinə köçürülür. Bu bölmələrə iki açar vasitəsilə etibarlı mənbəyin avtonom bölmələri
qoşulur (bax. Şəkil 6-36 BW). Bu bölmənin özünün kiçik işə buraxma vaxtı (10-15 san.) olmaqla dizel-
generatoru var, bu da düzaxımlı buxar-generatorları üçün çox vacib olan qəza bəsləyici nasosun (QBN)
etibarlı işini təmin edir.
Böyük güclü asılı olmayan mənbələrin mənimsənilməsi kiçik işə buraxma vaxtını təmin etəməklə
yanası avtonom mənbələri ehtiyacı təmamilə aradan qaldırır.

Turbinə

Şəkil 6.28

195
§ 6.12. SES-nın xüsusi sərfiyyat bəsləmə sxemləri

SES-da elektrik enerjisinin alınma texnoloji prosesləri istilik və atom elektrik stansiyalarındakına
nisbətən çox sadə olduğundan züsusi sərfiyyat mexanizmlərinin sayı da çox azdır.
SES-nın xüsusi sərfiyyat yükünün hesabatı hər bir layihə üçün ayrıca hesablanır, çünki bu yükün
qiyməti ancaq aqreqatın qoyulmuş gücündən yox həm də elektrik satansiyasının növündən asılıdır.
Tədris layihələndirmələrində SES-nın xüsusi sərfiyyatın qoyulmuş gücünü təyin etmək üçün
cədvəl 6-1-dən istifadə etmək kifayətdir.
istilik elektrik stansiyalarından fərqli olaraq SES-da 6 kv-luq nəhəng mühərrikləri yoxdur, odur ki,
elektrik enerjisinin paylanması 0,4/0,23 kv gərginliklə yerinə yetirilir. Xüsusi sərfiyyatın qidalan-
dırılması generator açarı olmayan generator-transformator arasındakı cərəyan daşıyanlara generator
tərəfdən, generator gərginlikli şinə, əlaqə avtotransformatorun alçaq gərginlik tərəfinəvə yerli yarım-
stansiyaya qoşulmuş transformatorlar vasitəsilə yerinə yetirilir.
220 kv və yüksək paylayıcı quruluşa qoşulmuş xüsusi sərfiyyat transformatorlarının qurulmasının
məqsədə uyğunluğu əsaslandırılmalıdır.
SES-nın xüsusi sərfiyyat tələbatçıları iki hissəyə ayrılır: aqreqatlara (yağ nasosları, turbin
damından suyu vurma nasosları, əsas transformatorların soyudulması və s.) və ümumi stansiya yüklərinə
(texniki su təchizat nasosları, sorucu borulardan suyu vuran nasoslar, drenaj və yanğın nasosları,
qızdırma, işıqlandırma, ventilyasiya, qaldırıcı mexanizmlər və s.).
Bu tələbatçıların bir qismi məsələn, texniki su təchizat mexanizmi, transformatorların
yağsoyuducuları, yağ nasosları, yanğınsöndürmə sistemi çox məsul tələbatçılardır. Xüsusi sərfiyyatın bu
tələbatçılarının enerji təhcizatının pozulması hidroaqreqatın zədələnməsinə və ya onun açılmasına,
obyektin enerji hasilatının hətta hidroqurğunun dağılmasına səsbəb ola bilər. Belə tələbatçılar bir-birindən
asılı olmayan iki mənbədən etibarlı qidalandırılmalıdır.
Şəkil 6-29-də güxlü SES-nın xüsusi sərfiyyat qidalandırma sxeminin bir nümunəsi verilmişdir.
Şəkildən göründüyü kimi xüsusi sərfiyyat aqreqatları 0,4/0,23 kv ayrı-ayrı bölmələrdən qidalandırılır. Xüsusi
sərfiyyatın ümumi stansiya tələbatçılarının bir hissəsi SES-nın əsas binasından çox uzaqda yerləşə bilər, ona
görə də elektrik enerjisinin yüksək gərginlikdə (3,6 və 10 kv) paylanmasının zəruriyyəti yaranır. Bu halda
xüsusi sərfiyyat T1, T2 baş transformatorlarının və T5-T8 aqreqat transformatorlarının qoyulması nəzərdə
tutulur. T9-T12 transformatorları ümumi stansiya yüklərini qidalandırmaq üçündür. 6 kv-luq ehtiyyat
qidalandırma mənbəyi SES-nın tikintisindən sonra qalan yerli yarımstansiyadan götürülür. Xüsusi sərfiyyat
aqreqatlarını ehtiyyat mənbəyi kimi T3, T4 ehtiyyat transformatorlarından istifadə edilir. Xüsusi sərfiyyatın
məsul tələbatçıları, hansılarının ki, açılması hidroaqreqatın açılmasına və ya onun yükünün azalmasına səbəb
ola bilər. Odur ki, onlar xüsusi sərfiyyat mənbəyinin müxtəlif bölmələrinə birləşdirilir.

Şəkil 6.29

196
Aqreqatların sayı və fərdi gücləri çox olanda, aqreqatların və ümumi stansiyanın tələbatçılarının
qidalanması üçün ayrı-ayrı qidalandırma sxemləri tətbiq olunur – şəkil 6.30.
0,4 kv-luq aqreqatorlar toplusu enerji blokunun ayrımına qoşulmuş T1-T6 fərdi
transformatorlardan qidalanır. Onların ehtiyyatlandırılması xüsusi sərfiyyatın 6-10 kv paylayıcı
quruluşuna qoşulmuş T7, T8 transformatorları vasitəsilə yerinə yetirilir. Bu transformatorlarda öz
növbəsində yüksək gərginlik paylayıcı qurğu ilə orta gərginlik paylayıcı qurğu arasında əlaqə yaradan
avtotransformatoruna qoşulmuş T11, T12 transformatorları vasitəsilə həyata keçirilir.
0,4 kluq xüsusi sərfiyyat aqreqatların və stansiyanın ümumi tələbatçıların elektrik təchizatı üçün
transformatorlardan istifadə edilir.

Şəkil 6.30

197
Gücü 1000 kva və qısaqapanma gərginliyi Uqq=8%-dən çox olmayan transformatorlardan istifadə
olunur.
Nisbətən az və orta güclü SES-də xüsusi sərfiyyatın yükü çox böyük olmadığından ancaq 0,4 kv-
luq gərginlik pilləsindən istifadə olunur. Şəkil 6.30-də kiçik güclü SES-nın xüsusi sərfiyyat enerji
təchizat sxemi verilmişdir.
T1 və T2 transformatorları generatorun birləşdirdiyi yerə ayrıcılar vasitəsilə qoşulublar. Xüsusi
sərfiyyat 0,4 kv yığma şinləri normal ehtiyyatın avtomatik qoşma (EAQ) sxem dövrəsi olan və bölmələr
arası avtomatik açarı açıq olan bölmələrə ayrılmışdır.
Hər bir transformatorun gücü tam yükə hesablanıb. Aqreqatın və stansiyanın ümumi tələbatçıları
xüsusi sərfiyyat 0,4 kv ümumi şininə qoşulublar.

§ 6.13. Yarımstansiyaların xüsusi sərfiyyat


bəsləmə sxemləri

Yarımstansiyaların xüsusi sərfiyyat tələbatçılarının tərkibi yarımstansiyanın növündən,


transformatorların gücündən, varsa sinxron kompensatorlardan (sk), elektrik avadanlıqların növündən
asılıdır. Ən az xüsusi sərfiyyat tələbatçıları olan yarımstansiyalar daimi növbətçi personalı olmayan,
sinxron kompensatoru olmayan sadə sxemli yarımstansiyalardır. Bu avadanlıqlara transformatorların
soyutma sistemi üçün qoyulmuş ventilyatorlar, ayıran ayrıcının – QR və qısa qapayıcının – QN
intiqallarının açıq havada quraşdırılmış KPQ-nun şkaflarının qızdırılması, həmçinin yarımstansiyanın
işıqlandırılması aiddir.
Yüksək gərginlik açarı olan yarımstansiyalarda əlavə tələbatçı kimi ВНВ, ВВБ aşarları üçün
kompressor qurğuları sabit əməliyyat cərəyanları üçün düzləndirici aqreqatorlar aiddir. Sinxron kompen-
sator olanda onun yağlama mexanizmləri və soyutma sisteminin nasosları da aiddir.
Yarımstansiyanın xüsusi sərfiyyatının ən məsul tələbatçıları bunlardır: əməliyyat dövrələri, rabitə
sistemi, telemexanika, transformatorların və sinxron kompensatorların soyutma sistemi, qəza işıq-
lanması, yanğınsöndürmə sistemi, kompressorun elektrik avadanlıqları.
Xüsusi sərfiyyat tələbatçılarının gücü çox olduqda onlar alçaldıcı transformatorun 380/220 v
şəbəkəsinə qoşulurlar.

Xüsusi sərfiyyat transformatorlarının gücü xüsusi sərfiyyat avadanlıqlarının gücünə və bu


parametrləri yüklənmə və eynivaxtlılıq əmsallarını, yay və qış mövsümlərini və yarımstansiyada
aparılacaq təmir işlərini nəzərə almaqla təyin edilir.
Tədris layihələndirmələrdə işlədicilərin qoyulmuş nominal gücünə əsasən Pqoy [kvt] və reaktiv
gücü təyin etmək üçün elektrik mühərrikləri üçün cos =0,85 qəbul edilir Qqoy =Pqoy əsasında təyin
edilir. Ümumi hesabat gücü:

Snes=Ks (6-2)

burada Ks –sorğu əmsalı olub eynivaxtlılıq və yüklənmə əmsalını nəzərə almaqla təyin edilir.
Yarımstansiya işlədiciləri üçün Ks=0,8 qəbul oluna bilər. Yarımstansiyalar üçün xsusi sərfiyyat
transformatorunun gücü aşağıdakı şərtlər daxilində seçilir:
Daimi növbətçi personalı olmayan iki və ya bir xüsusi sərfiyyat transformatoru olan
yarımstansiyalarda
; (6-3)
Daimi növbətçi personalı olan iki xüsusi sərfiyyat transformatoru olan yarımstansiyalar üçün

, (6-4)
burada Ki.y. – ifrat yüklənmə əmsalı olub və 1,4 qəbul olunur. Yarımstansiyadaqoyulmuş xüsusi
sərfiyyat transformatorunun gücü 630 kva-dan çox olmamalıdır. Texniki iqtisadi cəhətdən əsaslananda
gücü 1000 kva, qısaqapanma gərginliyi Uqq=8% olan transformatorun qoyulmasına icazə verilir. 35-750
198
kv-luq iki transformatoru olan yarımstansiyalarda iki ədəd xüsusi sərfiyyat transformatoru qoyulur. 35-
220 kv-luq əməliyyat cərəyanı sabit cərəyan olan, sinxron kompensatoru olmayan və hava açarı olan bir
transformatorlu yarımstansiyalarda bir ədəd xüsusi sərfiyyat transformatoru qoyulur.
Əgər yarımstansiyada sinxron kompensator (SK), hava açarı varsa və D və DTS soyutma sistemi
olan bir transformatorlu yarımstansiyada iki ədəd xüsusi sərfiyyat transformatoru qoyulur və bu
transformatorlardan biri yerli 6-35 kv şəbəkəyə qoşulur.
Bu yarımstansiyaların da əməliyyat dövrələrini qidalandırmaq üçün sabit və dəyişən cərəyan
mənbələrindən istifadə edilir. Sabit əməliyyat cərəyanı bütün 330-750 kv-luq yarımstansiyalarda, 110-220
kv-luq yarımstansiyalarda isə yağ açarlarının sayı üç və daha çox olanda 35-220 kv-luq yarımstansiyalarda
hava açarı qoyulduqda istifadə olunur.
35-220 kv-luq yarımstansiyalarda yüksək gərginlik açarından istifadə olunmadıqda dəyişən
əməliyyat cərəyanından istifadə olunur.
110 kv-luq yarımstansiyalarda bir və ya iki yüksək gəginlik açarı istifadə olunduqda düzləndirilmiş
əməliyyat cərəyanından istifadə olunur.
Dəyişən əməliyyat cərəyanı yarımstansiyalarda xüsusi sərfiyyat transformatorları T1, T2 baş
transformatorların girişinə qoşulurlar (şəkil 6-31a). Bu onunla əlaqədardır ki, 6-10 kv-luq şinlərdə
gərginlik tam itəndə 6-10 kv-luq açarların idarə olunmasına imkan olsun.
0,4 kv-luq şinlər bölmələrə ayrılır. Dəyişən cərəyan əməliyyat dövrələrinin qidalandırılmasıxüsusi
sərfiyyat şinindən 220 v-luq TS – stabilizatoru vasitəsilə həyata keçirilir.
Sabit əməliyyat cərəyanlı yarımstansiyalarda xüsusi sərfiyyat transformatorları T1, T2, 6-31 kv
şinlərə qoşulur (şəkil 6-31b). Əgər 6-35 kv-luq paylayıcı quruluş yoxdursa xüsusi sərfiyyat transfor-
matorları əsas transformatorun alçaq gərginlik dalağına birləşdirilir.

199
Şəkil 6.31

200
VII FƏSİL

PAYLAYICI QURĞULARIN KONSTRUKSIYASI

§ 7.1. Paylayıcı qurğuların növləri və onlara qoyulan ümumi tələblər

Paylayıcı qurğular iki əsas qrupa açıq və qapalı paylayıcı qurğulara bölünürlər.
Paylayıcı qurğular dedikdə elə qurğular nəzərdə tutulur ki, bu qurğular vasitəsilə elektrik
enerjisinin qəbulunda və paylamasında iştirak edən elementləri (elektrik aparatları, şinləri və köməkçi
avadanlıqları) özündə birləşdirən bir qurğu nəzərdə tutulur.
Paylayıcı qurğular binanın daxilində yerləşibsə, ona qapalı paylayıcı qurğular – (QPQ) və açıq
havada yerləşibsə, ona açıq paylayıcı qurğular – (APQ) deyilir.
Qapalı paylayıcı qurğular sahə məhdudluğu, atmosferin çox çirkli və həmçinin çox soyuq olan
rayonlarda tikilməsi məqsədəuyğundur. Paylayıcı qurğular elektrik avadanlıqlarının etibarlı işini təmin
etməlidir. Bu da həmin elektrik avadanlıqlarının istismar qaydalarına uyğun seçilməsi və
yerləşdirilməsindən asılıdır.
Paylayıcı qurğulara xidmət, təmir işlərinin aparılması və baxış keçirilməsi tam təhlükəsiz şəraitdə
aparılmalıdır. Bu təhlükəsizliyi həyata keçirmək ilk növbədə cərəyan daşıyan hissələrdən və digər
gərginlik altında olan avadanlıqlardan yol verilən minimal məsafənin gözlənilməsidir.
Qapalı paylayıcı qurğularda cərəyan daşıyan hissələrə təsadüfən toxunmaların qarşısını almaq
üçün həmin cərəyan hissələr kameralarda və yaxud da xüsusi arakəsmələrdə yerləşdirilməlidir. Ara-
kəsmələr bütöv və yaxud, tor şəklində toxunmuş setkalardan ibarətdir. Qapalı paylayıcı quruluşun bütün
konstruksiyalarında qarışıq arakəsmələrdən istifadə olunur və arakəsmənin bütöv üzünə açarın və ayırı-
cıların intiqalları bərkidilir, arakəsmənin setka hissəsi isə avadanlıqlara baxış keçirməyə imkan verir.
Belə arakəsmələrin hündürlüyü 1.9 m-dən az olmamalıdır, setkanın deşiklərinin ölçüləri 25x25 mm-dən
çox olmamalıdır. Arakəsmələr xüsusi qıfıllar vasitəsilə bağlanmalıdır.
İzoləolunmamış 3-10 kV-luq cərəyan daşıyan hissələr döşəmədən 2.5 m 20.35 kV-luq cərəyan
daşıyan hissələr üçün isə döşəmədən 2.7 m hündürlükdə arakəsmələr qoyulmalıdır.
Bir tərəfdə yerləşmiş avadanlıqlara baxış keçirtmək üçün dəhlizin eni 1 m-dən, iki tərəfdə
yerləşmiş avadanlıqlara baxış keçirtmək üçün dəhlizin eni 1.2 m-dən az olmamalıdır. Əgər dəhlizdə
açarların və ayırıcıların intiqalları çıxarılırsa, onda dəhlizin eni uyğun olaraq 1.5 m və 2 m-dən az
olmamalıdır. Əgər qapalı paylayıcı qurğuda, komplekt paylayıcı yuvalardan istifadə olunarsa, onda
dəhlizin eni elə seçilməlidir ki, həmin yuvalar dəhlizə çıxarıldıqda onları bu və ya digər istiqamətdə
sərbəst döndərmək mümkün olsun.
Qapalı paylayıcı qurğunun – (QPQ) dəhlizindən birbaşa çölə və yaxud da yanmayan divarlı sahəyə
çıxışı olmalıdır. Qapalı paylayıcı qurğunun uzunluğu 7 m-ə qədər olarsa bir çıxış, 7-60 m olarsa iki çıxış
olmalıdır. Paylayıcı qurğunun qapıları çölə tərəf açılmalı və öz-özünə bağlanan cəftəli olmalıdır. QPQ
oda davamlı materialdan tikilməli və yanğın təhlükəsizliyi ilə təmin olunmalıdır. QPQ-da yağla
soyudulan transformatoru quraşdırıldıqda yağın toplanması və onu yağ toplayan sistemə ötürmək üçün
xüsusi tədbirlər görülməlidir.
QPQ-da qoyulmuş transformatorun və reaktorun yerləşdiyi yerlərdə təbii ventilyasiya və qəza hava
çəkən ventilyatorları ilə təmin olunmalıdır.
Paylayıcı qurğular iqtisadi cəhətdən səmərəli olmalıdır. Paylayıcı qurğunun dəyəri tikinti
hissəsinin dəyərindən, elektrik avadanlıqlarının dəyərindən və avadanlığın qurulma xərcindən ibarətdir.
Açıq havada yerləşən paylayıcı qurğulara, açıq paylayıcı qurğular (APQ) deyilir. Bir qayda olaraq
işçi gərginliyi 35 kV-dan yüksək olan paylayıcı qurğular açıq havada tikilir.

QPQ-da olduğu kimi APQ-da işin etibarlılığını, təhlükəsizliyini minimum maya dəyəri ilə xidmət
rahatlığını və genişlənmə imkanını təmin etməlidir.
Cərəyan daşıyan hissələr arasında məsafə və ondan paylayıcı qurğunun digər elementlərinə qədər
olan məsafə istismar qaydalarının tələbinə uyğun seçilməlidir.
Açıq paylayıcı qurğunun – (APQ) bütün aparatları adətən çox da hündür olmayan metal və yaxud

201
da dəmir-beton özüllər üzərində yerləşdirilir. APQ-un ərazisində lazımi maşın mexanizmlərinin gedişi
və təmir işlərinin aparılması üçün xüsusi ərazinin olması nəzərdə tutulmalıdır. Şinlər çox damarlı
naqillərdəndirsə, onu portal tipli dayaqlara asma izolyatorlar vasitəsilə, möhkəm materiallardan
ibarətdirsə onlar dəmir-beton və yaxud dəmir dirəklər üzərinə dayaq izolyatorları vasitəsilə bərkidilir.
Bərk şinlərin tətbiqi portal dayaqlardan imtina edilməsinə və APQ-un tutduğu sahənin kəskin
azalmasına səbəb olur.
Güc transformatorlarının, yağlı reaktorların və işçi gərginliyi 110 kV-dan yüksək olan çəlləkli yağ
açarlarının alt hissəsinə qalınlığı 25 sm olan çınqıl tökülür və qəza zamanı yağ süzülərək xüsusi olaraq
əvvəlcədən hazırlanmış quyulara axıb gedir.
Əməliyyat kabelləri, idarəetmə kabelləri, rele mühafizəsi və avtomatika kabelləri əvvəlcədən
tikilmiş dəmir-beton kanalları vasitəsilə APQ-nun uyğun avadanlıqlarına qoşulur və avadanlıqlar ilə
idarəetmə şiti arasında əlaqə yaradılır.
Açıq paylayıcı qurğu hasarlanmalıdır. APQ-un QPQ-a nisbətən aşağıdakı üstünlüklərə malikdir: az
tikinti işlərinə, tikinti sahəsinin hazırlanmasının asanlığı, yol tikintisinin asanlığı və yalnız dayaqlar və
avadanlıqlar üçün özülün tikilməsi, gələcəkdə genişlənmənin və rekonstruksiyanın asan həyata
keçirilməsi və sonda bütün avadanlıqlara baxış keçirtmək mümkünlüyündən ibarətdir.
Çatışmayan cəhətləri: aşağı temperaturda xidmətin və təmir işlərinin çətinliyi, avadanlıqların
çirklənməyə məruz qalması, çox böyük sahə tutmasından ibarətdir. Açıq paylayıcı qurğuların konst-
ruksiyası müxtəlif olur və elektrik onların qarşılıqlı yerləşməsindən asılıdır.

§ 7.2. 35-220 kV-luq yığma şinli açıq paylayıcı qurğuların konstruksiyası

35 kV-luq bir seksiyalı yığma şinli açıq paylayıcı qurğusu əvvəlcədən zavodda hazırlanmış
bloklardan yığılır (şəkil 7-1). Hazır blokların qoşulduğu şinlər yumşaq və yaxud da möhkəm materiallar-
dan ola bilər. Bloklarda quraşdırılmış ayırıcılar çox da hündürdə olmadığından onların təmiri çox asan
olur.
Bloklara xidmət təhlükəsizliyini təmin etmək üçün onları setka ilə çəpərləyirlər.
Açar bloklar – metal konstruksiyasından quraşdırılmış, C – 35-630 yağ açarından, şin və xətt
ayırıcılarından – PHD3-35 ibarətdir (şəkil 7-1). Açarın intiqalı həmin metal konstruksiyaya bərkidilmiş
şkafda quraşdırılır. Səhv əməliyyatın qarşısını almaq üçün açar ilə ayırıcı arasında bloklaşma yığılıb.
Rele mühafizəsi avtomatika ölçü və siqnalizasiya aparatları, açarın intiqal şkafları ilə bir sırada yer-
ləşmiş xüsusi şkaflarda yığılır. Belə bloklar xəttin girişi, seksiyalandırma və transformatorların girişi
üçündə istifadə olunur.
Şin aparatları bloku metal konstruksiya olub onda yığılmış iki torpaqlayıcı bıçağı olan ayırıcıdan
və 3HOM-35 tipli gərginlik transformatorundan ibarətdir. Metal konstruksiyaya kənarda olan qurğuların
rele şkafı da bərkidilir. Blokun əhatəsində olan bütün avadanlıqların yığılması və tənzimlənməsi
zavodda yığıldığından yarımstansiyaların tikilməsini və işə qoşulmasını yüngülləşdirir. Baxılan
konstruksiyalı bloklar komplekt transformator yarımstansiyalarında da – KTПБ-110/35/6(10) istifadə
edilir (şəkil 7-2).
Hal-hazırda geniş yayılmış iki işçi və dolayı sistem şinli sxemlər açıq paylayıcı qurğuların
kompanovkasında geniş tətbiq olunur (şəkil 7-3). Kompanovkanın əsas elementlərinin ölçüləri işçi gər-
ginliyindən asılı olaraq cədvəl 7-1-də verilmişdir.

202
Şəkil 7.1 Nəhəng APQ-35

203
A-xətt portalı B-şin portalı

Şəkil 7.2 QPQ-110-220 kv


kompanovkası

204
Şəkil 7.3 APQ-220 kv iki sistem şinli sxemi

Yuvanın apparatlarının plan və kəsilişi

1-dolayı sistem şin ayrıcısı


2- əlaqə kondensatoeu
3- yüksək tezlik məhdudlaşdırıcısı
4- xətt ayrıcısı
5- şin dayağı və açarın qoyulma qovşaqı
6- şin ayrıçısı
7- dayaq izyolatorları
8- şin apparatlarının ayrıçıları
9- gərginlik transfarmatoru
10- boşladıcı

205
Şəkil 7.4.
APQ-110 kv iki işçi və dolayı sistem şinli blok
Transformator yuvası üzrə kəslişi
1- dolayı sistem şin, 2- dolayı sistem şin ayrıcısı

Cədvəl 7.1.
İki işçi və dolayı sistem şinli tipik açıq paylayıcı qurğusunun ölçüləri

ölçülər verilmiş gərginlikdə ölçülər verilmiş gərginliklər kV-


şəkil kV-la, ölçülər m-lə şəkil la, ölçülər m-lə
7-3 110 150 220 7-3 110 150 220
a 8 11.5 11.75 e 2.5 3 4
b 9 9.5 12 j 2 2.55 3.7
v 12.5 15 18.25 z 7.5 8.0 11.0
q 10.5 16 20.5 k 3 4.35 4
d 9 11.1 15.4 l 1.5 2.13 3.25

Şəkil 7-4-də baxılan 220 kV-luq açıq paylayıcı qurğunun kəsiyi və yuvalarının planı verilmişdir.
Qəbul olunmuş 220 kV açıq paylayıcı qurğusunun bütün avadanlıqlarına xidməti asanlaşdırmaq üçün
açarlar ikinci sistem şinin yanında bir sırada yerləşdirilir. Belə APQ-lar digər kompanovkalardan
fərqləndirmək üçün buna bir kompanovka deyilir. Digər növ kompanovkalanmış APQ – xətlərin açarları
bir sırada, transformatorların açarları isə digər sırada yerləşdirilir. Tipik kompanovkalarda açarlar təsvir
olunmur, ancaq anların qurulacaq yeri göstərilir (açarların birləşmə yeri və şinin dayaqları) (şəkil 7-5).
Şəkil 7-4-dən göründüyü kimi ikinci sistem şindən olan ayrıcının hər qütbü uyğun fazanın naqili
altında yerləşib. Ayrıcıların vasitəsiz yığma şinin altında belə yerləşməsi şin ayrıcılarını çəngəl şəklində
şinə və həmin səviyyədə də açara birləşdirməyə iman verir.
Baxılan ayırıcılar qütblərin ayrı-ayrılıqda idarə edilməsinə malikdir. Baxılan açıq paylayıcı
qurğunun şinlənməsi alüminium və polad naqillərdən – Al ibarətdir. Böyük yük rejiminə və yaxud tac
yaranmasına görə hər faza parçalanmış iki-üç naqildən ibarət ola bilər. Şəkil 7-4-də göstərilən sxemlərdə
şinlər və yuvaların şinləşmə qoşalaşmış naqillər – 2xAC vasitəsilə, şin aparatlarına tərəf isə hər faza bir
naqil olmaqla yığılır.
Xətt və şin portal dayaqları, qalan bütün aparatlar standart şəkildə dəmir-beton dayaqlar üzərində
yığılır. Baxılan tipik APQ-da böyük miqdarda portal tipli dayaqlardan istifadə olunduğundan əsas işlər
yüksəklikdə aparılmasını çətinləşdirir və tikintini bahalaşdırır. Əgər yığma şinlər möhkəm yastı şəkilli
metal materiallardan yığılarsa, onda portal dayaqlardan istifadə olunmur. Bu da tikintinin maya
dəyərinin azalmasına səbəb olur. Belə 110 kV-luq APQ-un sxemi şəkil 7-5-də göstərilmişdir.
Yığma şinlər yerdən hündürlüyü 4.6 m olan dəmir-beton dayaqlar üzərinə bərkidilmiş OHC-110-
1000 tipli dayaq izolyatorlarının üzərində yığılıb. PHD3 – tipli şin ayırıcıları tipik konstruksiyalı dayaq
üzərində bərkidilib və hər üç qütbü şinin orta fazasının altında (şəkil 7-5) yerləşdirilib. Xətt və şin
ayırıcıları hündürlüyü 2.5 m olan dayaq konstruksiyaları üzərində quraşdırılıb.
Kabellər və hava naqilləri dəmir-beton plitələrdən düzəldilmiş xüsusi kanalların içərisilə aparılır,
həmin kanallar paylayıcı qurğunun ərazisində həm də piyadaların yolu kimi də istifadə edilir. Həmin

206
kanalların yollarla kəsişmə hissəsində yolun gediş hissəsinin altında yerləşdirilir.
Bu tip paylayıcı qurğuların sahəsi tipik paylayıcı quruluşların sahəsində az, dəmir-beton və metal
konstruksiyası sərfi az olduğundan tikinti-yığma işlərinin dəyəri də az olur. Şəkil 7-6-da dördbucaqlı
sxem üzrə 110 kV-luq APQ-un konstruksiyası göstərilmişdir. Belə paylayıcı qurğunun xarakterik cəhəti
ondan ibarətdir ki, cərəyan daşıyan hissələr, ayırıcılar, açarlar və başqa aparatlar APQ sahəsində elə
yerləşdirilib ki, paylayıcı qurğunun gələcəkdə genişlənməsi nəzərdə tutulubsa, onu bir və ya iki işçi və
dolayı sistem şinə çevirmək mümkün olsun.

Şəkil 7.5

207
a)

Şəkil 7.6 Dördbuc sxemli


APQ-110 kv

b)

208
b)

v)

Şəkil 7.7

209
b)

HX

transformatorlardan a)

Şəkil 7.8

210
§ 7.3. 330-500 V-luq APQ-ın konstruksiyası

Bir yarım (3/2) açarlı sxemlər üçün, açarların üç sıralı komplektləşməsindən geniş istifadə olunur
(şəkil 7-7).
Belə açıq paylayıcı qurğularda açarların düzülüşü boyunca yol çəkilir. 330 kV açarların fazaları
arasında məsafə 7.5-8 m qədər olduğundan tikinti və təmir zamanı avtokranın istənilən fazaya və açar
yuvasına yaxınlaşması zərurəti yaranır, bu da yuvaların ümumi uzunluğunu 157.4 m-ə qədər artırır.
Təmir və tikinti işləri zamanı avtokranın ən hündür nöqtəsi yerdən 16 m hündürlüyə qədər ola
bilər. Nəzərə alsaq ki, krandan gərginlik altında olan naqillərə qədər olan, minimal məsafə 4 m, naqilin
sallanma həddi – 3 m olduğundan APQ-da dayağın ümumi hündürlüyü 23 m qəbul edilir.
500 kV açıq paylayıcı qurğularda açarların bir sırada komplektləşməsində yuvanın uzunluğunu
249.4 m-ə yuvalar arasında məsafəni isə 28 m-ə qədər artırır. APQ-un ümumi ölçüləri o qədər artır ki,
onu elektrik stansiyasının ərazisində yerləşdirməsini çətinləşdirir. APQ-un ölçülərini azaltmaq məqsədilə
başqa kompanovkalardan istifadə edilir, məsələn, açarların şahmat şəklində iki sırada düzülməsinə
üstünlük verilir. Bununla da açarların üç sırası boyunca tikiləcək üç yoldan imtina etmək olar.
Avadanlıqlar altında qoyulacaq dayaqların hündürlüyünü 4 m-ə qədər azaltsaq belə, hətta qonşu
dövrələrdən gərginliyi çıxartmadan təmir, tikinti işləri üçün istifadə olunan maşın mexanizmlərindən
sərbəst istifadə etmək olar.
Baxılan açıq paylayıcı qurğunun eni, izolyasiya budaqlarının miqdarı, şinlənmənin uzunluğu və
APQ-un 500 kV asma ayırıcılarının dirəkləri üçün istifadə olunan dəmir-beton dayaqlarının miqdarı da
azalır. 500 kV-luq 4/3 açarlı APQ-un sxemi (şəkil 7-8a,b-də) göstərilmişdir. 500 kV-luq APQ-un
konstruksiyasında açarların iki sıralı düzülüşü və asma ayırıcıların tətbiqi nəzərdə tutulub. Hər bir
transformatorun dövrəyə qoşulması şinlənmənin yuxarı yarusu ilə yerinə yetirilir. Sonra asma ayırıcılar
– 4 və açar – 5 vasitəsiləbir sistem şinə qoşulur (şəkil 7-8).

Açardan yığma şinə qədər olan şinləşmə dartılmış asma izolyatorlar vasitəsilə saxlanılır – 6.
РПH-500 tipli asma ayırıcıların hərəkət edən hissəsi (şəkil 7-8) – 2, asma izolyator zəncirləri
vasitəsilə dayağın və portalın traversinə qoşulur. Ayırıcının hərəkətsiz hissəsi – 3. cərəyan transformato-
runun – 4, gərginlik transformatorunda və yaxud dayaq izolyatorunun üzərində quraşdırılır. Ayırıcının
hərəkət edən hissəsinin enməsi və qalxması ayırıcının intiqalının bloku ilə əlaqədə olan yumşaq tros
vasitəsilə yerinə yetirilir. Açılmış dövrənin torpaqlanması teleskopik torpaqlanma – 8 vasitəsilə həyata
keçirilir.
Baxılan kompanovkalarda 500 kV-luq xətlərdə şuntlayıcı reaktor qoyulub (APQ-un planında – 3
və 8-yuva)
Dördbucaqlı dairəvi açıq paylayıcı qurğularda açarlar yığma şinlər boyunca ona paralel yığılır.
Transformator – şin xətlərə iki (2) və ya bir yarım (3/2) açarları vasitəsilə birləşdirilir, yəni 3/2 birləşmə
sxemindən istifadə olunub. Elə paylayıcı quruluşlarda açarlar üzərində şinləşmə olmur və açarların
düzülüşü boyunca maşın yolunun çəkilməsinə ehtiyac yoxdur. Çünki açarların qütbləri arasındakı yol
kifayət edir ki, maşın vasitəsilə hər açara yaxınlaşma olsun. Avtokranlar və təmir işlərində olunacaq
digər qurğular birbaşa açarın yuvasına yaxınlaşa bilər. Açıq paylayıcı qurğular üçün 3/2 sxeminin tətbiqi
həm də onunla əhəmiyyətlidir ki, açarlar, asma ayırıcılar və PBMK – 750 boşaldıcılar əvəzinə qoyulmuş
ifrat gərginlik məhdudlaşdırıcıları – 16M – 750 ilə bir cərgədə yerləşə bilər.

§ 7.4. 6-10 kV-luq bir sistem şinli qapalı paylayıcı qurğuların (QPQ) konstruksiyası

Bir sistem şinli reaktorsuz 6-10 kV-luq qapalı paylayıcı qurğular şəhər şəbəkələrində və sənaye
müəssisələrində geniş tətbiq olunur. Belə paylayıcı qurğularda əsasən kiçik ölçülü az həcmli və yaxud da
yağsız açarlardan istifadə olunur. Bu da birləşməni bütün avadanlıqlarının bir kamerada yerləşməsinə
imkan verir. Bu paylayıcı qurğularda KCO-226 və KCD-336 kameralarının geniş istifadə olunmasına
səbəb olur. Ancaq belə kameraların açarlarının təmiri çətin olduğundan onların əvəzinə, açarları
diyircəkli arabacıqlar üzərində quraşdırılmış komplekt paylayıcı qurğulardan (KPQ) istifadə edilir.
Bir sistem şinli 6-10 kV-luq GGPQ-a çiyinyli reaktorlar vasitəsilə qoşulmuş xətlərin sxemi

211
göstərilmişdir. Bu sxem İEM üçün hazırlanıb və əvvəldə bu sxem haqda geniş məlumat verilmişdir
(şəkil 7-9).
Paylayıcı qurğuların konstruksiyasını hazırlayanda avadanlıqların kameralar üzrə paylanmasını
bilmək lazımdır, bunun üçün də avadanlıqların yerləşdirmə sxemi çəkilir.
Avadanlıqların yerləşdirmə sxemi – elektriki birləşmə sxemi olub avadanlıqların və aparatların
real şəraitdə bir-birinə nəzərən yerləşməsini göstərən bir sxemdir.
Birləşmə sxemi miqyası gözləmədən binanın və kameraların konturu, avadanlıqların necə
yerləşməsini göstərməklə yanaşı avadanlıqlar haqda bəzi izahlı yazılarda göstərilir, ancaq bu sxem pay-
layıcı qurğunun əsas sxemini əvəz edə bilməz. Bəzi hallarda paylayıcı qurğunun planı çəkilir və onda
avadanlıqların şərti yerləşməsi göstərilir.
Baxılan GGPQ üç bölmədən ibarət olub və hər bölməyə gücü 63 mVt olan bir generator qoşulub.
Birinci və üçüncü bölməyə isə əlaqə transformatorları qoşulub. Hər bir bölməyə çiyinli РБСДГ-10-
2х2500-0,14 növ reaktor qoşulub və BМПЭ-10 açarı olan dörd KPQ-da qoşulub. KPQ 300 kA zərbə
cərəyanına hesablanılıb. GGPQ-un binası birmərtəbəli olur. IEM-nin tikintisində dəmir-beton konstruk-
siyalardan istifadə edilir. Binanın mərkəzi hissəsində iki cərgəli yığma şin blokları, şin ayırıcıları,
generatorlar, transformatorlar və bölmələr arası açarlar, işlədiciləri qoşulduğu çiyinli reaktorlar, bölmə-
lər reaktorları və gərginlik transformatorları, şinləri yerləşdirilir.
Yuvalar arası məsafə 3 m olub binanın divarlarına söykənmiş KPQ-un şkaflarından ibarətdir.
Bütün kabellər iki kabel tunellərində yerləşdirilir. Reaktorların soyudulması üçün iki ventilyator kanalın-
dan istifadə olunur, isti hava isə xüsusi havaçəkən şaxta vasitəsilə xaricə üfürülür.
Hava, hava kanallarına 1,2 kameralarında quraşdırılmış xüsusi ventilyatorlar vasitəsilə vurulur.
Avadanlıqlara xidmət üç dəhliz vasitəsilə həyata keçirilir:
- eni 2 m olan mərkəzi idarəetmə dəhlizi,
- KPQ-nin yuvaları boyunca diyircəkli arabalarda quraşdırılmış açarları yuvadan çıxartmaq üçün
hesablanmış dəhliz,
- generator açarlarına xidmət etmək üçün, açarlar boyunca uzanan dəhliz.
Ona diqqət yetirmək lazımdır ki, generator açarlarının yuvaları GGPQ-dan, əlaqə
transformatorunun yuvası isə APQ-dan turbin şöbəsinə tərəf yönəldilir. Belə yerləşmə generator və
transformatorun GGPQ-un yuvaları ilə yumşaq asma cərəyan daşıyan naqillər vasitəsilə birləşdirməyə
imkan verir.

§ 7.4.1. 6-10 kV-luq iki sistem şinli qapalı paylayıcı


qurğuların (QPQ) konstruksiyası

Bir qayda olaraq iki sistem şinli 6-10 kV-luq paylayıcı qurğuların IEM-də tikilir.
Yarımstansiyalarda belə paylayıcı qurğulara çox az təsadüf edilir. Generator gərginlikli paylayıcı
qurğuların yığma şinlərində qısa qapanma cərəyanlarının qiymətinin çox olması fazlar arasında
məsafənin artırılmasına, bölmələr və qrup reaktorlarının qoyulmasına səbəb olur. Bunlar da öz
növbəsində paylayıcı qurğunun konstruksiyasının mürəkkəbləşməsinə gətirib çıxarır.
GGPQ tipik layihəsi şəkil 7-10-da göstərilmişdir. Paylayıcı qurğunun binası iki cərgəli olub
aralarındakı məsafə 6 m olan yük daşıyan standart dəmir-beton konstruksiyalı panellərdən ibarətdir.
Binanın hündürlüyü 9,6 m divarları isə pəncərə yuvaları olmayan panellərdən ibarətdir.

212
bölmə 3 bölmə 2 bölmə 1

b)

Şəkil 7.9. Bir şinli reaktorlarla qoşulmuş 6-10 kv GGPQ tipik layihəsi

213
Şəkil 7.10

214
KPQ Şkafı
PBAM-6
MQ-10 və MQ-20
kamirası

yigma şinləri
və şin
ayrıcıları
1 mərtəbə

PBAM-6
MQ-10 və MQ-20
kamirası

KPQ Şkafı

215
Şəkil 7.11
Şəkil 7.12

Şəkil 7.13

216
Əsas yuvalar, metal konstruksiya karkaslardan ibarət olub 4,8 m hündürlükdə mərtəbə
arakəsmələrinə söykəniblər. GGPQ-nun binası ikimərtəbəli olur. İşçi sistem şin generatorların sayından
asılı olaraq iki-üç bölmələrə ayrılır. İşçi sistem şinə ayrılan sahənin mərkəzi hissəsində, ehtiyat şinlər isə
binanın uzunu boyu yan hissələrdə bir-birindən eninə panellərlə ayrılmış hissələrdə yerləşdirilir. Birinci
mərtəbənin yuvalar arası arakəsmələri dəmir-beton panellər, ikinci mərtəbədə isə dəmir karkaslara
bərkidilmiş azbest plitələr vasitəsilə yerinə yetirilir. Yığma şinlərin fazalar arasında məsafə üfüqi ox
boyunca 840 mm, şaquli ox üzrə 1180 mm, dayaq izolyatorları arasındakı məsafə şinlər boyunca 800
mm olaraq, 300 kA zərbə cərəyanına hesablanmış düzbucaqlı şəkilli alüminium materiallarından
düzəldilir. Yığma şirin blokları və şin ayırıcıları birinci mərtəbədə uyğun yuvalarının metal karkaslarına
bərkidilir. Ağır avadanlıqlar, məsələn, generator açarları – MГ-10 və ya МГ-20, bölmələr və qrup
reaktorları KPQ-nun yuvaları birinci mərtəbədə xüsusi dəmir-beton özüllər üzərində yerləşdirilir. Güc və
nəzarət kabelləri isə xüsusi tunellərdən keçərək lazımi nöqtələrə ötürülür. Xüsusi ventilyator tunelləri
tikilmir, ancaq şinlərin və reaktorların soyudulması üçün onların yerləşdiyi kameraya birinci mərtəbədə
yerləşmiş mərkəzi dəhlizdən ventilyatorlar vasitəsilə hava vurulur. İsti hava isə ikinci mərtəbədə olan
xüsusi jalyuzlar vasitəsilə çölə vurulur. Göstərilən paylayıcı qurğunu, ikinci mərtəbənin dəhlizinin
sonunda qoyulmuş şin əlaqələndiricisi vasitəsilə, işçi sistem şini dairəvi sistem şinə çevirmək olur.
6 kV GGPQ-nun iki bölməsinin avadanlıqlarının yerləşdirilməsi və birləşdirilməsi sxemi şəkil 7-
12 göstərilmişdir, üçüncü bölmənin də, əgər varsa dördüncü bölmənin də avadanlıqları bu qayda ilə
birləşdirilir.
Baxılan GGPQ çoxlu metal konstruksiyaları, azbest lövhələri dəmir-beton konstruksiyaları tələb
etdiyindən, hal-hazırda əsasən nəhəng bloklu generator paylayıcı qurğulardan (NGGPQ) istifadə etmək
məqsədəuyğun sayılır. Bir sistem şinli NGGPQ-dan fərqli olaraq iki sistem şinli NGGPQ-da əlavə
elementlər tətbiq edilir, məsələn, çəngəlli ayırıcılar – 5 və yığma şinə qoşulmuş bir çox başqa qoşquların
ayırıcıları – 4 (şəkil 7-12). Birinci mərtəbənin bütün tikinti konstruksiyaları, ayırıcılar, açarlar, reaktorlar
və bölmə əlaqələndirici yuvalar eyni ilə bir yığma şinli NGGPQ-da olduğu kimidir.

§ 7.4.2. 35-220 kV qapalı paylayıcı qurğuların (QPQ) konstruksiyası

Əvvəldə qeyd edildiyi kimi, xüsusi şərtlərlə (sahə məhdudiyyəti; atmosferin çirkli olması və şərt
klimatik şərait) 35-220 kV-luq paylayıcı qurğuları qapalı formada tikilir. Qeyd etmək lazımdır ki, 35-
220 kV-luq qapalı paylayıcı qurğular eyni gərginlikli açıq paylayıcı qurğulara nisbətən çox bahadır. Bu
bahalıq, əsasən bina tikilisinin dəyəridir. 35-220 kV-luq qapalı paylayıcı qurğularda ancaq hava və
yaxud da az həcmli yağ açarından istifadə edilir. Böyük həcmli yağ açarlarının qoyulması paylayıcı
qurğunun dəyərini kəskin artırılır, belə açarlardan istifadə edilsə, onlar üçün xüsusi kameraların və yer
altı yağ toplayan qurğuların tikilməsi zəruridir, bu da əlavə xərcdir.
Şəkil 7.11-də iki işçi və dolayı sistem şinli 110 kV-luq qapalı paylayıcı qurğunun şəkli
göstərilmişdir.
Qapalı paylayıcı qurğuların binası bir mərtəbəli hündürlüyü 10.2 m və zal formasında tikilməlidir.
Yığma şinlər dairəvi yumşaq naqillərdən ibarət olub, A və B fazaları asma izolyatorlar zəncirlərinə C
fazası isə dayaq izolyatorlarına bərkidilmişdir. İzolyatorlara, şinlənmə və şin ayırıcılarına xidmət hərəkət
edən diyircəkli arabacıqlar üzərində quraşdırılmış xüsusi teleskopik pilləkənlər vasitəsilə həyata
keçirilir. 110 kV-luq qapalı paylayıcı qurğuda ВВБ-110, ВHВ110 növ açarlar qoyula bilər.
Hal-hazırda işdə olan 110 kV-luq qapalı paylayıcı qurğuların konstruksiyası başqadır, məsələn
bina iki mərtəbəlidir və dolayı sistem şin binadan kənara çıxarılıb. Belə qapalı paylayıcı qurğuların
ciddi çatışmayan cəhəti onun əlavə sahə tutması ilə yanaşı havanın dolayı sistem şinin izolyasiyasının
çirklənməsinə səbəb olur. Bu da həmin izolyasiya materiallarının mütəmadi olaraq təmizlənməsini tələb
edir.
6-10 kV-luq qapalı paylayıcı qurğularda olduğu kimi 35-110kV-luq paylayıcı qurğularda da
komplekt paylayıcı qurğuların tətbiqi böyük bir tərəqqidir.
İki işçi və dolayı sistem şinli 220 kV-luq qapalı paylayıcı qurğunun eninə kəsiyinin şəkli, şəkil
7.11-də göstərilmişdir.
Bina dəmir-beton materiallardan tikilib eni 24 m, hündürlüyü isə 18 m-dür. Binanın daxilində xətt

217
və dolayı şin ayırıcılarının quraşdırılması üçün 11 və 3.9 m hündürlükdə dəmir kalonkalar və eninə
dirəklər quraşdırılmışdır. Binanın 11 metr hündürlüyündə ikinci mərtəbəsində bina boyunca yan keçidlər
üçün xüsusi dəmir-beton plitələri qoyulub. Şinlər AC-500 naqilindən yığılıb özü də asma izolyatorlar
vasitəsilə arakəsmə lövhələrinə bərkidilib. Bundan əlavə şinlər binanın daxili perimetri boyunca
dartılmış izolyator zəncirləri vasitəsilə arakəsmə lövhələrinə də bərkidilib. Dolayı sistem şin işə 11 metr
hündürlükdə asma izolyatorlar zəncirəsi vasitəsilə dəmir-beton plitələrə bərkidilib.
Açarlar 00 səviyyəsində quraşdırılır. Avadanlıqların quraşdırılması və təmiri üçün binanın hər
iki tərəfindən avtokranların hərəkəti üçün geniş sahə ayrılıb.
Təmir işlərinin təhlükəsiz aparılması üçün yuvalar bir-birindən yüngül plitələr vasitəsilə ayrılıb.

218
§ 7.5. Yüksək gərginlik komplekt qurğuları

§ 7.5.1. Qapalı paylayıcı qurğularda istifadə olunan


komplekt qurğular

Komplekt paylayıcı qurğular (KPA) dedikdə içərisində bütün kommutasiya aparatları,


avadanlıqları, ölçü, mühafizə, cihazları və onların köməkçi avadanlıqlarında yığılmış böyük qapalı dəmir
şkaflar nəzərdə tutulur. Komplekt paylayıcı qurğuların şkafları zavodda hazırlandığından onda yığılan
avadanlıqlar dəqiqliyi ilə yığılır, bu da elektrik avadanlıqlarının etibarlı işləməsini təmin edir. zavodda
tam yığılmış və işə hazır olan şkaflar, quraşdırılacaq iş yerinə göndərilir və burada onları, yığma sistem
şinlərə qoşub, sonra şkaflara güc və nəzarət kabelləri çəkilir. Komplekt paylayıcı qurğunun tətbiqi
paylayıcı qurğunun tikintisini sürətləndirir. Komplekt paylayıcı qurğularda xidmət və təmir işlərinin
təhlükəsiz aparılması üçün qurğunun cərəyan daşıyan və gərginlik altında olan hissələri dəmir örtüklərlə
örtülür.
Komplekt paylayıcı qurğuların cərəyan daşıyan hissələri arasında izolyasiya materialı kimi hava,
transformator yağı, pizalen, bərk izolyasiya materialı və təsirsiz qazlardan istifadə edilir. Yağ və qaz
izolyasiyası işçi gərginliyi 220, 400 və 500 kV olan komplekt paylayıcı qurğularda istifadə edilir.
Komplekt paylayıcı qurğularda adi aparatlardan və yaxud da onlar üçün hazırlanmış xüsusi
aparatlardan istifadə edilir, lazım gəldikdə isə həm adi, həm də xüsusi aparatların qarışığından istifadə
edilə bilər.
Məsələn, 6-10 kV-luq komplekt paylayıcı qurğularda adi konstruksiyalı yağ açarlarından
ayırıcıların yerinə isə bir-birinə girib çıxan kontaktlardan istifadə olunur.
Hal-hazırda respublikamızda 6-35 kV-luq komplekt paylayıcı qurğularda hava izolyasiyasından,
110-220 kV-luq komplekt paylayıcı qurğularda isə eleqaz izolyasiyası materialından istifadə edilir.
(ŞƏKİL 7.13)
KPQ-dan istifadə, paylayıcı qurğuların layihəsini və tikintisinin tikilmə vaxtını kəskin azaltmaqla
yanaşı onların konstruksiyasının dəyişdirilməsinə və genişləndirilməsinə də geniş imkan yaradır.
6-10 kV-luq alçaldıcı yarımstansiyalarda və elektrik stansiyalarının xüsusi sərfiyyat bəsləmə
sxemlərində kiçik həcmli açarlardan, məsələn – ВМП, ВММ, ВМПЭ, ВМПП, ВК və МГГ, elek-
tromaqnit açarlardan – ВЭМ, ВЭ və vakkum açarlardan - ВHВП, ВВTЭ və ВВY – СЭЩ – Э(П)3-10
istifadə olunur.
KPQ-nun şkafı içərisində bütün aparatları yerləşmiş ağır möhkəm metal lövhədən ibarətdir.
Təhlükəsiz xidmət və qəzaların lokallaşdırılması üçün şkafın gövdəsi metal arakəsmələrlə bir-
birindən ayrılıb və avtomatik bağlanan cəftələrlə təmin olunub.
Açar intiqalı ilə birlikdə yuvadan sərbəst çıxan və girən diyircəkli arabacıq üstündə quraşdırılıb – 9.
Açarın üst və alt hissələrində açarla birlikdə hərəkət edən ayırıcının kontaktları yerləşir, arabacıq yuvaya
daxil ediləndə həmin ayırıcıların kontaktları şin – 15 və xəttin – 14 hərəkətsiz kontaktları ilə birləşir.
Açarın açıq vəziyyətində də arabacıq yuvadan çıxanda ayırıcının yuvalı kontaktları açılır açar bu zaman
şin kabelinin girişindən aralanır. Açar şkafın dövrəsindən kənarda olanda açarın və onun intiqalının
təmirini asanlıqla yerinə yetirmək üçün sahə olmalıdır. Açarı şkafın daxilində hərəkət edən arabacıqda
yerləşdirdikdə onun ölçüləri, həmin açarı şkafın daxilində birbaşa yerləşdirsək, bu zaman şkafın
ölçülərindən gözə çarpacaq dərəcədə az olur.
Yuvadan çıxan arabacıq üç vəziyyətdə yerləşə bilər:
- işçi vəziyyət (arabacıq şkafın daxilində yerləşib, birinci və ikinci tərəf dövrələri qoşuludur);
- sınaq vəziyyəti (arabacıq şkafın daxilində, birinci tərəf dövrəsində həm şin, həm də xətt ayırıcı
açıq, ikinci tərəf dövrə qoşulu);
- təmir vəziyyəti (arabacıq şkafın gövdəsindən kənarda yerləşib birinci və ikinci tərəf dövrələri açıq).
Arabacığın işçi və sınaq vəziyyətləri xüsusi qurğu vasitəsilə fiksasiya olunur. Arabacığın işçi
vəziyyətinə tərəf yerdəyişməsini asanlaşdırmaq üçün açarın üzərində quraşdırılmış əl ilə idarə edilən
xüsusi qurğudan istifadə edilir.
Açarın arabacığını yuvadan çıxaranda şin və xətt ayırıcılarının yuvaları xüsusi dəmir pərdələrlə
örtülür. Beləliklə, gərginlik altında olan cərəyan daşıyan hissələrə təsadüfən toxunmanın qarşısını alır.
Hərəkət edən arabacıqlarda cərəyan, gərginlik transformatorlarını, boşaldıcıları, güc qoruyucularını,

219
həm də baş dövrəni birləşdirən yuvalı kontaktlarda quraşdırılır.
Komplekt paylayıcı qurğunun sistem şinə birləşdirilən hissə şkafın yuxarı hissəsində yerləşib.
Şkafın şinə birləşən bölməsinin açılıb bağlanan qapağı var, şkaf yerinə tam oturulduqdan sonra onun üst
hissəsindəki qapağı açılır və yuva sistem şinə birləşdirilir. Yığma şinlər şin ayırıcısının hərəkət edən
hissəsinin xüsusi keçid izolyatorları vasitəsilə açarın girişinə qoşulur.
Şkafın cihaz qutusu – 5, şəkil 7-14, metal konstruksiyalı olub onun yuxarı on hissəsində yerləşib
və içində ölçü cihazları, sayğac, idarəetmə açarı və siqnalizasiya aparatları yığılıb. Şkafın arxa hissəsin-
də qoyulmuş qutuda isə ikinci tərəf dövrəsinin şinləri quraşdırılıb. Rele mühafizə aparatlarının sağa və
sola dönən blokları da qutunun içərisində yerləşdirilib.
Arabacığın və rele qutusunun ikinci tərəf dövrələri yumşaq şlanq daxilində yığılmış naqillər
vasitəsilə çoxqatlı ştepsel yuvaları ilə birləşdirilir. Belə birləşmələr lazım gəldikdə bir arabacığı digər
arabacıqla tez əvəz etməyə imkan verir.
Yuvanın təbii ventilyasiyası üçün şkafda xüsusi jalüzlər qoyulub. Şkaflar örtülü binada
yerləşdiyindən onlara yalnız bir tərəfdən, yəni ön hissədən xidmət edilir. Baxılan seriyalı şkaflarda
xüsusi bloklama qoyulub ki, açarın qoşulu vəziyyətində arabacığı sınaq vəziyyətindən işçi vəziyyətə və
yaxud da işçi vəziyyətindən sınaq vəziyyətinə gətirməyə imkan verməsin. Bundan başqa, qoyulmuş
torpaqlayıcı bıçağın qoşulu vəziyyətində açarın arabacığını sınaq vəziyyətindən işçi vəziyyətə və yaxud
da açarın arabacığının işçi vəziyyətində açarın qoşulmasına imkan verməsin.
K – XXVI seriyalı komplekt paylayıcı qurğuların şkafları da, K – XII seriyalı şkaflarda eyni
konstruksiyalı olmaqla yanaşı eyni nominal işçi cərəyanına – 1600 A hesablanıb. Onlarda da BMПЭ və
ВМПП növ yağ açarları quraşdırılıb. Transformatorun girişindən bölmələrə qədər bu seriyalı şkaflarla
yanaşı nominal işçi cərəyanı 3200 A olan K – XXVII şkafları da (şəkil 7-15) istifadə olunur. Bu növ
şkafların əsas xüsusiyyətlərindən biri də onlara sağ və yaxud sol yuvalardan daxil olan cərəyan daşıyan
hissələrdə ТПШЛ növ cərəyan transformatorlarından istifadə edilməsidir. Belə şkaflardan istilik və atom
elektrik stansiyalarının xüsusi sərfiyyat bəsləmə sxemlərində istifadə edilir.
Təzə seriyalı KM – 1 və K – 104 növ komplekt paylayıcı qurğularda stunlu az həcmli BK-10
açarlarından stifadə edilir və şkafların nominal cərəyanı 1600 A, yığma şinləri isə 3200 A hesablanıb.
Bu növ şkafların ölçüləri digər eyni parametrli komplekt paylayıcı qurğulara nisbətən kiçik ölçüyə və az
metal sərfinə malikdir.
K-XXIV, K-XXV və KЭ-10 seriyalı elektromaqnit açarlı komplekt paylayıcı qurğulardan çıxan
xətlər üçün 2000 A və giriş xətləri üçün isə 3200 A hesablanıb. Belə seriyalı komplekt paylayıcı qur-
ğular atom və istilik elektrik stansiyalarında qoşulmuş 500 və 100 MVt-lıq blokların xüsusi sərfiyyat
bəsləmə sxemlərində istifadə olunur.
Elektromaqnit açarları, öz konstruktiv xüsusiyyətlərinə görə, yəni partlayış və yanğın təhlükəsi
olmadığından həmçinin xidmət işlərinin asanlığından və istismar zamanı köməkçi materiallarının
sərfinin az olmasından geniş istifadə edilir.
K-XXV seriyalı komplekt paylayıcı qurğuların şkafları diyircəkli elementli (açarlar, gərginlik
transformatorları, boşaldıcılar) və diyircəksiz elementli (birbaşa qoşulmuş şinlər, kabel girişləri və
bölmə şkafları) şkaflara bölünür.
KB-1, K-101 seriyalı şkaflarda qoyulmuş vakkum açarlar 1600 A, toplama şinləri qidalandırmaq
üçün qoyulmuş vakkum açarların nominal cərəyanı 3200 A.
Vakkum açarların ölçüləri çox kiçik olduğundan onların şkafları da digər şkaflardan çox kiçikdir.
Odur ki, vakkum açarlarının tətbiqi çox perspektivlidir, çünki onların çox böyük əməliyyat resursları
var.
Vakkum açarlı komplekt paylayıcı qurğuların yaradıcısı və onları ilk tətbiq edən ölkə Yaponiyadır.
Yapon mütəxəssisləri tərəfindən bu seriyalı komplekt paylayıcı qurğuların uzun müddət istismarı
nəticəsində belə bir nəticəyə gəlmişdilər ki, belə komplekt paylayıcı qurğular, 6-35 kV-luq yağ açarlı
komplekt paylayıcı qurğulara nisbətən bir neçə üstünlüklərə malikdir. Məsələn yüksək açma
qabiliyyətinə, istismar işlərinin təhlükəsiz aparılmasına, yüksək etibarlılığa və ekstrimal şəraitdə yaxşı iş
qabiliyyətinə malik olmasıdır.
Bu nəticələr əsasında Yaponiyada 1973-1980-ci illərdə az həcmli yağ açarlarının istehsalı 75%-
dən 35%-ə, elektromaqnit açarların istehsalı isə 25%-dən 8%-ə düşüb. Bu müddətdə vakkum açarlarının

220
istehsalı isə 10%-dən 60% qədər artmışdır.
Vakkum açarlarının belə geniş tətbiqi onların daimi səmərələşdirilməsini tələb edir. Elə bu
səbəbdən də növbəti illərdə vakkum açarlarının səmərələşdirilməsi hesabına son 10 ildə həmin açarların
ölçüləri iki dəfədən də çox azaldılmış. Belə ki, kontakt materialları kimi xrom-mis əsaslı materiallardan
istifadə edilir və qövs söndürmə kamerasında qövsün asan sönməsi üçün eninə maqnit sahəsi yaratmaqla
əldə edilmişdir.
BBT-10-1600-20 növ vakkum açarlı K-101 seriyalı komplekt paylayıcı qurğunun şkafının və onun
elementlərinin şəkli (şəkil 7-15-də) göstərilmişdir.

221
Şəkil 7.14

222
Şəkil 7.15

223
§ 7.5.2. Açıq havada quraşdırılan komplekt
paylayıcı qurğular (AHKPQ)

Açıq havada quraşdırılan komplekt paylayıcı qurğular (AHKPQ) binadan kənarda açıq havada
quraşdırmaq üçün istifadə olunur. Açıq havada quraşdırılan komplekt paylayıcı qurğular (AHKPQ) da
metal şkaflardan ibarət olub daxilində aparatlar, cihazlar, mühafizə və idarəetmə qurğuları yığılıb. Açıq
havada quraşdırılan şkafları, onun daxilində quraşdırılmış aparatları yağışdan və atmosfer
çirklənməsindən qorumaq üçün yüksək səviyyədə germe
tik hazırlayırlar. Buna baxmayaraq, 100% germetikliyi təmin etmək mümkün olmadığından belə şkaflı
komplekt paylayıcı qurğuları havanın rütubəti 80%-dən çox olanda, kimyəvi cəhətdən havada aktiv qaz
olanda və cərəyandaşıyan toz dənəcikləri olan mühitdə işlədilməsi qadağandır. Çünki bu şəraitdə belə
şkaflar partlayışa və yanğına qarşı həssas və təhlükəlidir.
Bu komplekt paylayıcı qurğular havanın temperaturu -400C-dən +350C arasında işləməyə
hesablanılıb. Belə komplekt paylayıcı qurğuların bir neçə seriyasında hətta xüsusi qızdırıcılar
quraşdırılıb ki, havanı qızdırsınlar, əks halda ətraf mühitin temperaturunun kəskin dəyişməsi zamanı
onun içərisində həm hava kondensasiya olaraq su damcıları şəklində cərəyan daşıyan hissələrin üzərinə
çökərək onları zədələyər.
Açıq havada quraşdırılan komplekt paylayıcı qurğularda da, qapalı şərait üçün hazırlanmış komp-
lekt paylayıcı qurğularda da olduğu kimi şkafın içərisində quraşdırılmış açar stasionar və yaxud
diyircəkli arabacıqlar üzərində quraşdırılır. Diyircəkli arabacıqları olan komplekt paylayıcı qurğuların
üstün cəhəti haqda əvvəldə geniş məlumat verilmişdir. Bu növ komplekt paylayıcı qurğular komplekt
transformator yarımstansiyalarında və elektrik stansiyalarının və yarımstansiyalarının açıq paylayıcı
qurğular kimi geniş tətbiq olunur. Digər komplekt paylayıcı qurğular kimi bu komplekt paylayıcı
qurğular da bir sistem şinli sxemlər üçün hazırlanıb.
Açıq havada quraşdırılan komplekt paylayıcı qurğuların K-34 seriyalı paylayıcı qurğularında,
xidmət dəhlizi olmayan, nəhəng blok konstruksiyalı qurğu olub ümumi çərçivə üzərində quraşdırılmış
altı bəzən isə on şkafdan ibarət olur (şəkil 7-16). On şkafdan ibarət olan nəhəng blokun kütləsi 5 ton,
ümumi eni isə 7.5 metrə bərabərdir.
Diyircəkli açarı yuvadan çıxarandanda xüsusi çərçivələr üzərində diyirləndirirlər. K-34 seriyalı
şkaflar kiçik ölçülü BMM-1092 açarların əsasında hazırlanıb. Yaylı intiqallıdır, əməliyyat cərəyanı
dəyişən cərəyandır və iki tərəfli xidmət üçün hazırlanıb. Açarlı şkaflar gövdədən və diyircəkli
elementdən (2) ibarətdir. Şkafın gövdəsi arakəsmə və hərəkət edən dəmir pərdədən (6), dörd yuvadan,
diyircəkli elementlərdən, kabeldən (12), əsas dövrənin yuxarı hərəkətsiz kontaktlardan (8) və yığma
şinlərdən (11) ibarətdir.
Diyircəkli elementin yuvasında arabacığı yuvadan çıxaranda və yuvaya salanda onun
istiqamətləndirici, qalın lövhə, diyircəkli elementin işçi və sınaq vəziyyətini fiksasiya edən element, tor-
paqlayıcı bucağın intiqalı, dəmir jalyuzi hərəkətə gətirən mexanizm stok, diyircəkli elementin
torpaqlama kontaktları (18) və iki stepsel yuvası quraşdırılıb.
Diyircəkli elementdə açarla (7) yanaşı ölçü cərəyan transformatoru (13) və köməkçi dövrələrin
aparaturları ilə yanaşı rele qutusu (5) yerləşib.
Kabel bölməsində baş dövrənin hərəkətsiz xətt kontaktları (14), yerlə birfazlı əlaqədən mühafizə
üçün qoyulmuş cərəyan transformatoru (16), torpaqlayıcı bıçaq (15), güc kabellərinin girişlərini
bərkitmək üçün qoyulmuş salniklər yerləşdirilib.
Toplama şinlər (10) bölmədə üçbucaq şəklimdə düz künclü 40x20 mm ölçülü alyuminium
künclüklərində yığılıb. Çərçivədə (1) qızdırıcı (17) quraşdırılıb.
Açıq havada quraşdırılan komplekt paylayıcı qurğunun damında ventilyator (9) quraşdırılıb ki,
şkafın içərisində temperatur 450C-yə çatanda avtomatik qoşulur.

224
Şəkil 7.16

225
Şəkil 7.17

226
Bu paylayıcı qurğunun içərisində quraşdırılmış avadanlıqların normal iş şəraiti belə təmin olunur.
Şkafın çöl qapısı (3) xüsusi rezin materialla çərçivəyə sıxılır və qıfıl (4) vasitəsilə başlanır.
Hal-hazırda BBB-10/320 növ vakkum açarlarının bazasında K-100 seriyalı nəhəng bloklu açıq
havada quraşdırmaq üçün komplekt paylayıcı qurğular hazırlanıb.
K-100 seriyalı şkaf qaynaq olunmuş tam çərçivələrdən ibarət olub və üzərində diyircəkli elementi
olan dörd yuvadan, xətt yuvasından, gərginlik transformatoru və boşaldıcılar yuvasından və diyircəkli
giriş açarının yuvasından ibarətdir.
Açıq havada quraşdırılmış belə nəhəng bloklu komplekt paylayıcı qurğuların ümumi eni 3.85 metr,
kütləsi isə 4 tondur. Bu seriyalı şkaflar yerdən 30-40 sm hündürlükdə xüsusi möhkəm özüllər üzərində
quraşdırılır ki, bu da təmir işləri zamanı diyircəkli elementi yuvadan çıxartmağa imkan verir. Ancaq qış
aylarında və çiskinli hava şəraitində belə paylayıcı qurğularda təmir və digər işlərin aparılmasını
çətinləşdirir.
Xidmət üçün ən səmərəli şərait K-37 seriyalı şkafların əsasında hazırlanmış komplekt paylayıcı
qurğulardır. Bu qurğularda əsasən daxili paylayıcı qurğular üçün hazırlanmış K-XII seriyalı şkaflardan
istifadə edilir.
Diyircəkli elementi olan şkaflar əsasən giriş, yəni qidalandıran və çıxış xətlərdə, seksiyalandıran
şkaflarda, gərginlik transformatoru, boşaldıcılar və qoruyucuları olan yuvalarda qoyulur.
Diyircəksiz elementli şkaflar adətən xüsusi sərfiyyat və birbaşa şinə qoşulmuş giriş şkaflarıdır.
K-37 seriyalı açıq havada quraşdırılan komplekt paylayıcı qurğuların örtülü xidmət dəhlizi
komplekt paylayıcı qurğunun fasadı tərəfdən dam örtüyü və çölə açılan qapıları olan dairəvi divardan
ibarətdir. Bu elementlərin hamısı ayrı-ayrı formada olur və qurğunun tikilmə yerində quraşdırılır.
Təzə K-47 seriyalı şkafda BK-10 növ azhəcmli nominal cərəyanı 1600 A olan yağ açarlarından
istifadə olunur.

Açıq havada quraşdırılan komplekt paylayıcı qurğuların K-47 seriyalı şkaflarına xidmət üçün
örtülü dəhlizə (7) malikdir (şəkil 7-17). Bu növ şkaflarda yığma şinin kamerası şkafın aşağı hissəsində
yerləşir, bu da şkafın ölçülərinin kiçilməsinə və blokda olan şkafların sayının 6-ya çatdırılmasına imkan
verir.
Açıq havada quraşdırılan komplekt paylayıcı qurğularının şkaflarında yük azaldan klapandan (4)
istifadə olunur və üçqütblü qısaqapayıcının (3) olması avtomatikanın etibarlı işləməsinə imkan yaradır.
Bu da qısa qapanma zamanı açıq qövsün yanma vaxtını azaltmağa imkan yaradır.
K-47 seriyalı şkaf metal arakəsmələrlə sistem şinlərin xəttin (2), rele (5), BK-10 açarlı diyircəkli
elementin (6) onun intiqalının və idarəetmənin kontakt yuvalarına ayrılır. Hər bir şkafın eni 750 mm,
uzunluğu 1300 mm, idarəetmə dəhlizlə birlikdə 300 mm hündürlüyü isə 2700 mm təşkil edir.

§ 7.5.3. Eleqaz komplekt paylayıcı qurğular (EKPQ)

Eleqaz SF6-nın izolyasiya kimi istifadə edilməsi yüksək gərginlikli komplekt paylayıcı qurğuların
yaradılmasına imkan verir (denya praktikasında 800 kV qədər).
Eleqaz təsirsiz qaz olub, sıxlığı havanın sıxlığından beş dəfə çoxdur. Eleqazın elektrik möhkəmliyi
havanın elektrik möhkəmliyindən 2-3 dəfə çoxdur, 0.2 MPa təzyiqdə eleqazın elektrik möhkəmliyi
transformator yağının elektrik möhkəmliyi ilə müqayisə oluna bilər. Normal atmosfer təzyiqi altında
eleqaz, həmin təzyiqdə və həmin şəraitdə havanın söndürə biləcəyi qövsdən 100 dəfə çox cərəyanlı
qövsləri söndürə bilir. Eleqazın belə qövsləri söndürə bilməsi onun kimyəvi tərkibi ilə izah olunur. Belə
ki, eleqazın molekulu qövsdəki elektronları udaraq hərəkətsiz mənfi yüklü ionlara çevrilməsilə izah
edilir. Qövsdəki elektronların eleqaz tərəfindən intensiv udulması qövsü dayanıqsız qövsə, sonra isə
onun tam və asan sönməsinə səbəb olur.
Normal atmosfer təzyiqində və adi temperaturda eleqaz qaz halında olur. Bu halda o, rəngsiz,
iysiz, yanmayan və zəhərsiz qazdır. Təqribən 2500C temperatura qədər eleqaz kimyəvi cəhətdən qeyri-
aktiv olduğundan metallara, polimer materiallardan olan izolyasiyalara və rezinə qarşı heç bir təhlükə
yaratmır. Eleqaz köhnəlmir və eleqaz açarlarında açılma zamanı yaranan qövs nəticəsində eleqazın

227
minimal parçalanması kontaktlar arasında dielektrik möhkəmliyinin yüksək bərpa sürətini təmin edir.
Eleqazın yüksək dielektrik möhkəmliyi onun minimal məsafələrdə tələb olunan izolyasiya səviyyəsini,
yaxşı qövs söndürmə xüsusiyyətini, kommutasiya aparatlarının yüksək açma qabiliyyətini cərəyan
daşıyan hissələrin az qızmasını təmin etməyə imkan verir.
Eleqaz komplekt paylayıcı qurğularda açarlar və digər komplektləşdirici avadanlıqlar 0.4-0.6 MPa
təzyiqli eleqaz doldurulmuş, torpaqlanmış və keçid izolyatorları ilə təmin olunmuş ayrı-ayrı germetik
alüminium örtüklərin içərisində yerləşmiş ayrı-ayrı elementlərdən ibarətdir. EKPQ-un hər bir
elementləri təzyiqə nəzarət edən şkaflara, öz boruları və ventilləri vasitəsilə qoşulur. Eleqaz komplekt
paylayıcı qurğular (EKPQ) bir çox üstünlüklərə malikdir. Əvvəlcədən tam yığılmış elementlərdən
istifadə olunduğundan EKPQ-nun yığma müddətini kəskin azaltmaqla yanaşı istismara verilmə pro-
sesini sadələşdirir, partlamadan və yanğından qorxulu deyildir. Paylayıcı qurğu üçün istifadə olunan
sahəni 10-15 dəfə, metal sərfiyyatını. 7-8 dəfə azaldır. Təmirlər arası müddətin 10 ilə qədər artırır. Belə
qurğularda tam avtomatlaşdırılmış xidmət, ətraf mühitdə maqnit və elektrik sahəsinin yoxluğu
səbəbindən bioloji təhlükənin olmaması müxtəlif tezlikli səslərin və radio dalğalarına maneələrin
olmaması və s. üstünlüklərə malikdir. Eleqaz açarlarının kommutasiya ehtiyatları azhəcmli yağ
açarlarının kommutasiya ehtiyatlarından 2-3 dəfə çoxdur. Eleqaz açarlarında açma zamanı qövs
söndürmə mühitinin köhnəlmə dərəcəsi çox cüzidir. Açarın açma zamanı eleqazın parçalanmasından
yaranan maddə xüsusi filtrlər tərəfindən sorulur. Açarın çəlləyindən il ərzində sızan eleqazın miqdarı
adətən 3%-dən ən yaxşı halda 1%-dən çox olmur.
EKPQ-ın elementlərinə eleqaz vurulması gərginlik altında mümkündür. Eleqaz açarlarının təftiş
arası müddəti onun intiqalına edilən qulluğa əsasən təyin edilir. Nəhəng sənaye obyektlərini və böyük
şəhərləri elektrik enerjisi ilə təchiz etmək üçün məhdud sahəyə malik olan yarımstansiyalarda eleqaz
komplekt paylayıcı qurğulardan istifadə edilir. Bu növ yarımstansiyalarda hal-hazırda ЯЭ-110 və ЯЭ-
220 seriyalı eleqaz yuvalardan istifadə olunur. Bu seriyalı yuvaların yerləşdiyi mühitin minimum
temperaturu -50C-dən aşağı olmamalıdır. EKPQ-da istifadə olunan bütün elektrik avadanlıqları eleqaz
izolyasiyalı avadanlıqlardan ibarətdir. 110 və 220 kV-luq EKPQ-un yuvaları neytralı torpaqlanmış
üçfazlı cərəyan şəbəkələrində normal və qəza rejimləri üçün hesablanıb və aşağıdakı nominal
cərəyanlara malikdir. Məsələn, yığma şin 1600A; çıxan xətlər – 1250A; qısa qapanma zamanı açma
cərəyanı – 40 kA; elektrodinamiki dayanıqlığı – 127,5 kA torpaqlamalar istisna olmaqla EKPQ-un bütün
elementləri üçün 3 – saniyədə termiki dayanıqlıq – 50 kA; torpaqlama üçün 1- saniyəlik dayanıqlıq 50
kA; 200C-də ЯЭ-110 açarında eleqazın təzyiqi 0.6 MPa və ЯЭ-220 kV açarlarda isə 0.45MPa, gərginlik
transformatorunda - ЯЭ-110 TH-0.4MPa, EKPQ-un digər bütün elementlərində 0.25 MPa.
Avadanlıqları eleqazla doldurma zamanı maksimum təzyiq +200C-də ЯЭ-110 açarı üçün 0.65 MPa və
ЯЭ-220 üçün 0.5 MPa, gərginlik transformatorunda 0.45 MPa və digər elementlərdə 0.3 MPa qədər
olmalıdır. Sadalanan avadanlıqlarda eleqazın minimum təzyiqi normal rejimdəki təzyiqdən az
olmamalıdır.
Açalar üçün pnevmatik intiqaldan istifadə olunur. Açarların intiqallarının sıxılmış hava ilə təmin
edilməsi 2 və 0.6 MPa təzyiq yaradan kompressor vasitəsilə həyata keçirilir və özü də ümumi komplektə
daxil olmur.
Şəkil 7.18.-də ЯЭ-110 seriyalı üç qütblü iki yığma sistem şinli EKPQ-un modulu və birləşmə
sxemi göstərilmişdir.

228
Şəkil 7.18

229
Şəkil 7.19

Şəkil 7.20

230
Şəkildə yuvanın ölçüləri ilə yanaşı elementləri də göstərilmişdir. 1– pnevmatik intiqallı idarəetmə şkafı,
2 – uzaqdan idarəetmə və elektrik intiqallı torpaqlayıcıdan, 3 – kabel əlaqələndiricisindən; 4 – üçfazlı
yığma sistem şinindən; 5 – kabellərin girişindən; 6 – uzaqdan idarəetmə və elektrik intiqallı ayrıcılardan;
7 – cərəyan transformatorundan; 8 – eleqaz açarından; 9 – kənar yuvaların örtüyündən; 10 – eleqaz
açarının intiqalından və 11 – özül dayaqdan ibarətdir.
Şəkil 7-19.-da ЯЭ-220 seriyalı üç qütblü bir yığımlı sistem şinli EKPQ-un sxemi və modulu
göstərilmişdir. Şəkildə yuvanın ölçüləri və elementləri göstərilmişdir: 1 – paylayıcı idarəetmə şkafı; 2 –
torpaqlayıcı bıçaqlar; 3 – eleqaz açarları; 4 – cərəyan transformatoru; 5 – şin və xətt ayırıcı; 6 – toplama
şinin fazası; 7 – kabel xətlərinin girişi.
EKPQ-un şəklindən və sxemindən göründüyü kimi ЯЭ-110 yığma şinin hər üç fazası bir metalik
örtüyün içərisində yerləşib. Bu da onun ölçülərini minimum ölçüyə gətirib çıxarır. Toplama şinlərdən
çıxan çıxışlar şin ayırıcılarının blokuna daxil olur. Şin ayırıcıları elektrik mühərriki və ya pnevmatik
intiqal ilə təmin olunub. Ayırıcılar – hərəkətdə olan çəngəl şəkilli kontaktdan və hərəkətsiz rozetka
kontaktlarından ibarətdir. Şin və xətt ayırıcıları əl intiqalına malik olan toplayıcı vasitəsilə toplanır.
Sonra cərəyan transformatorları və açar gəlir. Açardan çıxanda yenə bir blok cərəyan transformatorları
qoşulur. Cərəyan daşıyan hissələr keçid bloklarından çıxaraq iki torpaqlayıcısı olan xətt ayırıcısına daxil
olur və sonra yuva kabel girişinə qoşulur.
EKPQ-ın əsas çatışmayan cəhəti ondan ibarətdir ki, eleqaz bahalı qaz olmaqla yanaşı onu əhatə
edən havanın temperaturu – 50C-dən az olamamalıdır, elə bu səbəbdən belə paylayıcı qurğular qapalı
sahədə yerləşdirilir.
Aşağı temperaturların məhdudlaşdırma səbəbi ondan ibarətdir ki, -300C-də eleqaz mayeyə çevrilir
və bununla da onun izolyasiya və qövs söndürmə xüsusiyyəti pizləşir. Açıq EKPQ-da temperatura -
300C-yə çatanda eleqazın və açarın qızdırılması üçün xüsusi şərait tələb olunur. Xətti yuvanın
modulunun kəsiliş şəkli 7-20-də verilmişdir.

Şəkil 7.21

1 – açarın qövssöndürmə kamerası


2 – açarın idarəetmə sistemi ilə yayalı intiqalın qutusu
3 – I sistem şin ayrıcısı və torpaqlayıcısı ilə birləşmə sxemi
4 – II sistem şinin ayırıcısı və torpaqlayıcısı ilə birləşmə sxemi
5 – çıxan xətlərin ayırıcı və torpaqlayıcısı ilə birləşmə modulu
6 – cəld torpaqlayıcı
7 – cərəyan transformatoru
8 – gərginlik transformatoru
9 – kabel muftasının sonluğu
10 – yerli idarəetmə şkafı

231
– qaz doldurulmuş girişlər

– qaz doldurulmuş girişlər

232
Eleqaz izolyasiyalı qapalı paylayıcı quruluşun mərkəzi elementi iki komponentdən ibarət olan üç qütblü güc
açarının moduludur. Açarın birinci komponenti onun qövssöndürmə kamerası, ikinci komponenti onun intiqalıdır.
Güc açarlarının modulunun kəsiliş sxemi şəkil 7.21-də göstərilmişdir.

Şəkil 7.22

Qapalı paylayıcı quruluşda istifadə edilən güc açarlarında ayırıcı ilə torpaqlayıcının funksiyaları
birləşdirilib, bu səbəbdən də belə açarlar üç vəziyyətli açarlar adlanır. Bu vəziyyətlərin prinsipal sxemi şəkil 7.22
(a, b, c) göstərilmişdir.

a) b) c)
ayırıcı qoşulu torpaqlayıcı
Şəkil 7-22. ayırıcının neytral
qoşulu vəziyyəti

Şəkil 7.23

233
Hərəkət edən kontakt yüksək gərginlik cərəyan daşıyan hissəni torpaqlayıcı ilə
birləşdirir. Belə konstruksiya təbii blokirovka yaradır və açılmış fiderin kabel xəttini
torpaqlayır. Şəkil 7.22 b. Torpaqlayıcının kontaktı germetik gövdədən izolə olunur.
Üçüncü vəziyyət, yəni neytral vəziyyəti şəkil 7.22, v-də göstərilmişdir. Bu
vəziyyətdə həm ayırıcının, həm də torpaqlayıcının kontaktları açıq vəziyyətdədir.
Yuvanın hər üç fazası mexaniki olaraq bir-birlə əlaqədardır. Bu səbəbdən də hər üç
faza üçün bir motor intiqalından istifadə edilir. İntiqal dövrəsində nasazlıq baş verərsə, bu
zaman qəza halında əl vasitəsilə açarı açmaq və qoşmaq da mümkündür.
Çıxan xətlərin modulu şəkil 7.23, a-da göstərilmişdir. Bu modulun vasitəsilə bir
tərəfdən baza yuvası ilə, digər tərəfdən isə kabel modulları, hava xəttinin modulu və
yaxud da transformator ilə birləşdirilir.

a) b) c)

Şəkil 7.24
Şəkil 7-23, a-da çıxış xəttinin modulunda gərginlik transformatoru ayırıcının arxasında yerləşib,
şəkil 7.23, b-də isə gərginlik transformatoru ayırıcıdan əvvəl yerləşib.
Şəkil 7.23, c-də sistem şinin modulu verilmişdir. Bölmələr ayırıcının modulu şəkil 7.24-də
verilmişdir.

Şəkil 7.25

Bölmələr arası ayırıcının əsas vəzifəsi paylayıcı quruluşun sistem şininin bir hissəsini digər
hissələrdən ayırmaq üçündür. Bu ayırıcı, sistem şinin modulu kimi sistem sinə qoşulur. Bölmələr arası
ayırıcının modulu üç vəziyyətli açardan ibarət olub və bölmələr arası ayırıcı və işçi torpaqlayıcı
vəzifəsini özündə birləşdirib.
İki sistem şinli paylayıcı quruluşun və körpü sxemlərinin ümumi görünüşünün konfiqurasiyası və
onların birləşmə sxemlər şəkil 7-25, a, b-də göstərilmişdir.

234
Şəkil 7.25, a

Şəkil 7.25, b .

Bölmələr arası açarın yuvasının, transformatorun birləşmə yuvasının, hava xəttinin və kabel xəttinin
modullarının birləşmə konfiqurasiyasının görünüşləri şəkil 7-26 a, b, c, d-də göstərilmişdir.

Şəkil 7.26, a

235
Şəkil 7.26, b

Şəkil 7.26, c.

236
Şəkil 7.26, d

237
VIII FƏSİL

YARDIMÇI QURĞULAR

§ 8.1. Doldurucu və aralıq doldurucu akkumulyator batareyalarının hesabatı

Akkumulyator batareyaları tələb olunan tutumuna, qəza rejimində gərginliyi səviyyəsinə və şinlərə
qoşulma sxeminə əsasən seçildi.
İstilik elektrik stansiyaları üçün daimi doldurma rejimində işləyən və kommutator elementi olan
akkumulyator batareya sxemindən istifadə olunur.
Şinlərə qoşulmuş və daimi doldurma rejimində işləyən elementlərin miqdarı (sayı) belə təyin
edilir.
(8.1)

Burada, – batareyada olan əsas elementlərin sayı; – şinlərdəki gərginlik; – aralıq


doldurma rejimində hər bir elementdəki gərginlik ( )
Əgər qəbul etsək ki, , onda

Doldurma rejimində və elementdəki gərginliyin maksimum qiymətində – olarsa, onda şinə


qoşulan elementlərin sayı
element
Qəza boşalma rejimində və elementdəki gərginliyin qiymətində şindəki gərginliyin
nominal qiymətdən az olmamaq şərti daxilində elementlərin sayı

Burada, – batareyanın ümumi elementlərinin sayıdır, özü də 125 elementdən az olmamalıdır.

Kommutator elementinə qoşulan batareyaların sayı isə belə təyin edilir:


element
Batareyanın tipik nömrəsi – aşağıdakı formula ilə təyin edilir:

Burada, – qəza boşalmasının yarım saatlıq (bir saatlıq) qərarlaşmış yükü, A; 1,05 – ehtiyat
əmsalı
– qəza boşalmasının yol verilə bilən yükün, A/N, elektrolizin temperaturundan asılı olaraq
akkumulyatorların birinci nömrəsinə gətirilmiş qiymətidir.
Hesabat əsasında tapılmış nömrə yaxın böyük nömrəyə qədər yuvarlaşdırılır.
Seçilmiş akkumulyator batareyalarını ən böyük təkan cərəyanına görə yoxlamaq lazımdır:
(8-3)
Burada, 46 – yol verilə bilən ifrat yüklənməni nəzərə alan əmsaldır;

Burada – qəza rejiminin sonunda qoşulmuş açarların elektromaqnit intiqalının tələb etdiyi
cərəyandır.

238
Batareyaların yoxlanılması şinlərdəki gərginliyin yol verilə bilən dəyişmə həddində və təkan
cərəyanın ən böyük qiymətləri şəraitində həyata keçirilir.
Aralıq doldurma qurğusu normal rejimdə daimi qoşulu olan yükləri və batareyaları qidalandırır.
DUST. 825-73 əsasən batareyanın doldurma cərəyanı 0,03 N, A, həddində olmalıdır, ancaq
uzunmüddətli boşalmanın mümkünlüyünü nəzərə almaqla bu cərəyan 0,15N qəbul olunur, bu halda

(8-4)

Burada, – daimi qoşulu yüklərin cərəyanı.

Aralıq doldurma qurğusunun gərginliyi olanda, onun gücü aşağıdakı kimi təyin edilir.

(8-5)

Aralıq doldurma qurğusu kimi işçi gərginliyi 380-260V və cərəyanı 40-80A olan VAZP –
380/260-40/80 növ düzləndirici qurğusu istifadə edilir.
Əlavə elementlərin aralıq doldurması əgər sxemdə bu nəzərdə tutulubsa, onda cərəyan belə
hesablanmalıdır:

Idol·əl=0,05N (8-6)

Burada gərginlik 2,2nəl, nəl=n-108 təyin edilir.

Doldurma qurğusu bu cərəyana hesablanır,

(8-7)

və qəbul olunmuş sxemdən asılı olaraq (kommutator elementli və yaxud onsuz) doldurmanın
sonunda gərginlik və yaxud da həddində olmalıdır.
Doldurma qurğusu kimi statik çevrici və yaxud da sabit cərəyan dizel-generatordan istifadə
edilir.

§ 8.2. Dəyişən və sabit cərəyan əməliyyat qurğuları

§ 8.2.1. Dəyişən və düzləndirilmiş cərəyan əməliyyat tələbatçıları

Sabit əməliyyat cərəyanın tətbiqi, akkumulyator batareyalarını tələb etdiyindən bu, qurğuların
qiymətini artırmaqla yanaşı həm də şaxələnmiş sabit cərəyan şəbəkəsinin tikilməsini də tələb edir.
Dəyişən və düzləndirilmiş cərəyan əməliyyat qurğularının tətbiqi imkan verir ki, çox qiymətli
akkumulyator batareyalarından imtina edilməsilə yanaşı həmçinin də əməliyyat dövrələrinin
şaxələnməsini də azaldır.
Dəyişən əməliyyat cərəyanı -luq yarımstansiyalarda yüksək gərginlik tərəfdə açarlar
olmayan halda istifadə edilir. Sabit əməliyyat cərəyanı yarımstansiyalarda, dəyişən əməliyyat cərəyanları
yalnız X.S şinlərin panellərində, həmçinin kompressorlarda, nasoslarda və başqa yardımçı qurğularda
istifadə edilir.
Dəyişən əməliyyat cərəyanları İEM və AES-nin -luq X.S sistemində, avtomatik açarların
idarəetmə dövrələrindən başqa, onların girişində işçi və ehtiyat qidalandırmalarında, həmçinin ayrıcıların
idarəetmə sxemlərində və yerli idarəetmə şitlərində (IŞ) istifadə olunur.
Düzləndirilmiş əməliyyat cərəyanı yüksək gərginlik tərəfdə bir-iki açarı olan 110 KV-luq
yarımstansiyalarda və 35 KV-luq tərəfdə açara olan 35KV-luq yarımstansiyalrda istifadə edilir. İEŞ və
AES-da düzləndirilmiş cərəyan əsas binadan kənarda yerləşən X.S paylayıcı quruluşun 0,4 KV-luq giriş
239
avtomatik açarlarının, ayrıcıların blokirovkası üçün, blok, qrup və ehtiyyat idarəetmə şitlərinin (I.Ş)
idarəetməsində istifadə edilir.
Dəyişən əməliyyat cərəyanı, yüksək etibarlılıq təchizatı tələb edən əsas tələbatçıları qrupuna enerji
blokuna nəzarət və avtomatik tənzimləmə qurğuları, həmçinin də nüvə reantorunun qəza mühafizəsi
aiddir.

§ 8.2.2. Dəyişən əməliyyat cərəyan mənbələri

Dəyişən əməliyyat cərəyan mənbələri-cərəyan, gərginlik və x.s. transformatorlarıdır.


Qısaqapanmadan mühafizə üçün ən etibarlı əməliyyat cərəyan mənbəyi kimi cərəyan
transformatorunu göstərmək olar, belə ki, qısaqapanma cərəyanı ondan keçəndə onun ikinci tərəf
cərəyanı açarın etibarlı açılmasını təmin edir. Bu zaman gərginlik transformatoru əməliyyat cərəyan
mənbəyi rolunu oynaya bilməz, çünki qısaqapanma zamanı gərginlik kəskin azalır. Gərginlik transfor-
matoru doldurucu qurğuları və qidalandırma bloklarını, neytralı izoləolunmuş şəbəkələrdə birfazlı yerlə
birləşmə zamanı rele mühafizəsini qidalandırmaq üçün istifadə edilir.
Gərginlik və cərəyan transformatorları başqa fiderlərin idarəetmə dövlətlərilə əlaqəsi olmayan və
yalnız baxılan fider üçün gərdi əməliyyat cərəyan mənbələri kimi istifadə edilir və bu zaman onun
yüksək etibarlığını təmin etməklə həm də ikinci tərəf dövrəsinin uzunluğunu da kəskin azaldır.
Hal-hazırda 6-110KV-luq elektrik qurğularında, açarların intiqalı, qısaqapayıcılar, ayıran ayrıcılar
üçün rele dəyişən cərəyanla işləyən mühafizə aparatları buraxılır. Bunlar ən çox yarımstansiyalarda
tətbiq olunur.
Dəyişən əməliyyat cərəyanın digər növü x.s transformatorudur. Bu halda x.s transformatorunun
ikinci tərəf şəbəkəsinin gərginliyi (faz gərginliyi 220 V) istifadə edilir. Verilmiş obyektin bütün
birləşmələri və yaxud da qrup üçün əməliyyat dövrələrinin qidalandırılması mərkəzləşdirilmiş şəkildə
həyata keçirilir.

1-ci bölmə 2-ci bölmə

SŞ1
SŞ2
İŞ1 MŞ
İŞ2 MŞ

Şəkil 8.1 Dəyişən cərəyan əməliyyat qidalandırma sxemı

Dəyişən əməliyyat cərəyan dövrələrinin sxemlərinin qəza rejimində etibarlığını təmin etmək üçün
müxtəlif mənbələrdən ehtiyyatlandırma sxemlərindən istifadə edilir. (Şəkil 8.1)
Əməliyyat şinkaları – 4, 220V-luq x.s-ın iki bölməsindən gərginlik stabilizatorları – 1 vasitəsilə
qidalanır. Ehtiyyatlanma qidalandırıcısı, avtomatik qurğu – 2 vasitəsilə həyata keçirilir. İdarəetmə
şinkası (İ.Ş) və siqnalizasiya (Ş.S) etibarlılığı artırmaq üçün bir-birini əvəz edir. İntiqalları açmaq üçün
düzləndiricisi və kondensatorları olan doldurucu qurğu – 5 quraşdırılıb. İzolyasiyaya nəzarət – 3 qurğusu
vasitəsilə həyata keçirilir.

240
241
§ 8.2.3. Düzləndirilmiş cərəyan əməliyyat qurğuları

Düzləndirilmiş əməliyyat cərəyanından istifadə, daha etibarlı sxemlərin və sabit cərəyan aparatlar-
ının, həmçinin də daha sadə kinematikaya məxsus intiqalların tətbiqinə imkan verir.
Düzləndirilmiş gərginliyi (cərəyanı) almaq üçün aşağıdakılardan istifadə edilir.
– açarların qoşma intiqallarının elektromaqnitini qidalandırmaq üçün güc düzləndiriciləri;
– doldurucu qurğular və onlarda toplanmış enerji ilə hətta obyektdə gərginlik itən halda müxtəlif
aparatları qidalandırmaq üçün istifadə olunan doldurucu qurğular;
– cərəyan, gərginlik və xüsusi sərfiyyat transformatorlarının ikinci tərəf dövrələrini qidalandır-
maq üçün onlara qoşulmuş qidalandırıcı bloklar.

Şəkil 8.2

Qidalandırma blokları rele mühafizə sxemlərində geniş tətbiq olunur.


Düzləndirilmiş əməliyyat cərəyanı ilə qidalanan idarəetmə şinləri və siqnalizasiya sxemləri şəkil 8-2-
da göstərilmişdir. Əgər elektromaqnit intiqallarının idarəedilməsi üçün düzləndirilmiş cərəyan lazımdırsa,
onda şəkil 8-2-da göstərilən sxemə analoji olan sxemdən istifadə edilir, ancaq burada qidalandırma blokları
əvəzinə üçfazlı körpü sxemi üzrə birləşdirilmiş yarımkeçirici düzləndiricilərindən istifadə edilir.
Dəyişən cərəyan əməliyyat qurğularında adətən yaylı intiqalı olan açarlar quraşdırılır, belə
açarların intiqalının idarəsi üçün CG – nov doldurucu qurğuları istifadə edilir. Bu qurğuların iş prinsipi
ondan ibarətdir ki, adətən normal iş rejimində kondensator – C düzləndirici qurğu vasitəsilə 400 V-a
qədər doldurulur və açarın açılması və yaxud da qoşulması, onların da həmin kondensator idarəedici
elektromaqnitə boşalır. Kondensatorun – C tutumu və onun lövhələrindəki gərginlik – U elə seçilir ki,
onda toplanan enerji – həmişə idarəedici elektromaqnitin işləmə enerjisindən çox olmaqla yanaşı,
həm də birinci impulsun boşalma vaxtı elektromaqnitin işləmə vaxtından çox olmalıdır.
Doldurucu qurğuların və düzləndiricilərin bloklarından qidalanan kombinə olunmuş əməliyyat
dövrələri, rele mühafizəsinin avtomatikanın, idarəetmənin, siqnalizasiyanın və blokirovkaların
sxemlərinin yüksək etibarlı işləməsini təmin edir.
Yuxarıda sadalanan düzləndirilmiş gərginlik mənbələrinin tətbiqi əsasında yığılmış əməliyyat
dövrələrinin sxemi şəkil 8-3-də göstərilmişdir.
Rele mühafizəsi və siqnalizasiya – 1 dövrələri qidalandırıcı xətlərə birləşdirilmiş cərəyan
transformatorlarına qoşulmuş iki blokundan qidalanırlar.
Qidalandırıcı bloklarının əvəzlənməsilə istənilən zədələnmələrdən asılı olmayaraq rele
mühafizəsinin işini daimi təmin edir.

242
Qidlandırıcı xətt

BPT BPT

BPN

Şəkil 8.3

Elektromaqnitin açma dövrəsinin – 2, qidalanması CG – nov qurğusundan təmin olunur. Böyük


cərəyan tələb edən elektromaqnitin qoşma dövrəsi – 3 xüsusi sərfiyyat transformatorundan qidalanan
güclü düzləndirici VS – trisfora qoşulub, çünki gərginlik transformatoru bu qoşma elektromaqnitini
işlədə bilmir.
2 və 3 qidalandırma dövrələrinin etibarlılığı müxtəlif transformatorlara gərginlik və xüsusi
sərfiyyat transformatorlarına qoşulmuş düzləndirici və doldurucu qurğuları hesabına həyata keçirilir.

§8.3. Sabit cərəyan qurğuları

§ 8.3.1 Sabit cərəyan enerji tələbatçıları

Elektrik stansiyalarında və böyük yarımstansiyalarda idarəetmə, siqnalizasiya, avtomatika, qəza


işıqlanması, həmçinin də avadanlıqların işçi vəziyyətində saxlanmasını təmin edən (yağlama yağ nasosu,
valın kipləndirici, turbogeneratorların tənzimləmə sistemləri) aqreqatlar və çox məsul xüsusi sərfiyyat
mexanizmlərini qidalandırmaq üçün akkumulyator batareyalarından ibarət olan sabit cərəyan
qurğularının olması zəruridir.
Akkumulyator batareyalarından qidalanan bütün tələbatları üç əsas qrupa bölmək olar:
– daimi qoşulan yük. Bura idarəetmə qurğuları, blokirovkalar, siqnalizasiya və rele mühafizəsi,
həmçinin qəza işıqlanma aparatlarının bir qismi daxildir.
– müvəqqəti yük, bura qəza zamanı dəyişən cərəyanın itməsi zamanı yaranan yükdür. Bu qəza
işıqlanmasının yükü və sabit cərəyan elektrik mühərriklərindən ibarətdir. Bu yüklərin müddəti qəzanın
müddətilə təyin edilir. (Enerji sistemilə əlaqəsi olan stansiyalarda bu müddət 0,5 saat qəbul olunur,
enerji sistemilə əlaqəsi olmayan stansiyalar üçün isə bu müddət 1 saat qəbul olunur).
– Qısa müddətli yük, bu yüklərin müddəti 5 saniyədən çox olmamalıdır. Bu yüklər açarların və
avtomatların qoşma cərəyanlarından, həmçinin elektrik mühərriklərinin işə buraxma cərəyanlarından və
idarəetmə aparatlarının, blokirovkaların, siqnalizasiyaların və rele mühafizəsinin qısamüddətli cərəyan-
larından ibarətdir.
Akkumulyator batareyalarının daimi yükləri siqnalizasiya və qəza işıqlanmasının daimi qoşulu
olan lampaların gücündən və həmçinin relelərin növündən asılıdır.
Hesabatlarda daimi qoşulu olan yüklərin qiymətləri aşağıda göstərilən qiymətlər həddində
götürülür:
– eninə əlaqəsi olan istilik elektrik stansiyaları üçün (bir batareya) – 20 A;
– 150-200 Mvt aqreqatları olan blok tipli istilik elektrik stansiyaları üçün (iki aqreqata bir
batareya) – 30-40 A;

243
– 300 Mvt və böyük güclü enerji bloklu istilik elektrik stansiyaları üçün (hər bir enerji bloku
üçün) – 40-70 A;
– 330-500 kv-luq yarımstansiyalar üçün 25-60 A;
– 63 Mvt aqreqatı olan İEM-nin xüsusi sərfiyyat qidalandırılmasında qəza olanda akkumulyator
batareyalarının yükünün necə dəyişməsinə baxaq.
Dəyişən cərəyan itəndən sonra ilk saniyədə X.S sistemində, ehtiyat transformatorunun qoşulması
baş verir, buna görə də batareya açarın elektromaqnit intiqalının tələb etdiyi – I 2 cərəyanın təkanını hiss
edir. Elə bu andaca I3 işə buraxma cərəyanını tələb edən çəlaqə qurğusunun ehtiyat çevirici aparatı
qoşulur və 4-san-dən sonra, I4 – cərəyanı tələb edən qəza işıqlanması qoşulur (şəkil 8-13). Bu ana qədər,
əgər xüsusi sərfiyyatın qidalanması bərpa olmayıbsa onda bir neçə saniyədən sonra yağ kipləndirmə
nasosu, ardınca yağlana yağ nasosu qoşulur. Bu aqreqatların qoşulması qısamüddəti I5 , I6 – təkan
cərəyanlarının yaranmasına səbəb olur. Akkumulyator batareyalarında belə qısamüddətli yüklərin
yaranma prosesi kemid rejimi adlanır. Bütün işlədicilər, qəza işıqlanması da daxil olmaqla qoşulduqdan
sonra qərarlaşmış rejim başlayır. Qəza rejiminin sonunda baş sxemdə açarın qoşulmasından yarana bilən
təkan – Iə yük cərəyanıdır.
Sabit cərəyan tələbatçıları gərginliyin nominal qiymətinə yaxın hallarda normal işləyirlər.
Gərginliyin nominaldan yol verilə bilən fərqlənmələri cədvəl 8-1-də verilib.

Cədvəl 8.1

Sabit cərəyan tələbatlarının gərginliyin yolveriləbilən qiymət həddi.


Tələbatçılar Nominal gərginlik, V Nominal gərginliyin yolverilmə
səviyyəsi
%-lə
İdarəetmə, blokirovka, 220 80-110
siqnalizasiya və rele mühafizə
aparatları üçün

Yağ açarlarının intiqalları:


qoşma elektromaqnitləri üçün
açma elektromaqnitləri üçün
220 80-110
220 65-120
Hava açarlarının idarəetmə 220 65-120
elektromaqnitləri üçün

Qəza işıqlanması üçün 220 95-120

Elektrik mühərrikləri üçün 220 95-120


§ 8.3.2. Akkumulyator qurğularının sxemləri

Akkumulyator batareyası uzun müddətə qoşulu olan yük üçün boşalma rejimində işləyə bilər. Bu
halda elementlərdə gərginlik azalır, odur ki, qəza rejimində onun normal içini təmin etmək üçün həmin
elementləri hər iki sutkadan bir doldurmaq lazımdır. Batareyaların doldurulması mühərrik-generator
çevirici aqreqatları vasitəsilə həyata keçirilir. Batareyaların tez-tez doldurma-boşalma rejimində
işləməsi, akkumulyator batareyalarının plastik lövhələrinin tez yeyilməsi səbəb olur. Həmçinin də
batareyaların istismarı mürəkkəbləşir. Buna görə də hal-hazırda belə rejimdən imtina edilib.
Elektrik stansiyalarında və böyük yarımstansiyalarda akkumulyator batareyaları daimi olaraq
doldurma rejimində işləyirlər. Akkumulyator batareyalarının sxemində doldurma – yardımçı doldurma
qurğuları nəzərdə tutulub və yaxud da ayrıca doldurma və köməkçi doldurma aqreqatları nəzərdə
tutulub. Batareyanın tutumu çox böyük olan halda bu qərar qəbul olunur.
Elektrik stansiyalarında qoyulmuş akkumulyator batareyaları üçün şinə qoşulacaq elementlərin

244
sayını tənzimləyən qurğu quraşdırılır.
Bu qurğu elementin kommutatoru – 2 adlanır. Şəkil 8.4. Batareyanın ayrı-ayrı qoşulmuş
elementlərinin köçürülməsi plastinlərin üzərilə sürüşən 3 və 4 fırçaları vasitəsilə həyata keçirilir. Şində
gərginliyin tənzimlənməsinə 4 – boşalma fırçası xidmət edir. Plastinlər üzərində 4 – fırçasının
yerdəyişməsi gərginliyin tənzimlənməsini idarə edən çox da böyük olmayan elektrik mühərriki və yaxud
da distansiyon idarəetmə qurğusu vasitəsilə yerinə yetirilir. Batareyanın doldurulması zamanı 3 –
fırçasından istifadə edilir. Sxemdə doldurma üçün nəzərdə tutulmuş düzləndirici qurğu – 5 və
batareyaları doldurmaq üçün mühərrik – generator – 1 mənbələri göstərilmişdir. Normal rejimdə daimi
qoşulu olan yükü, yardımçı doldurma aqreqatı daşıyır. Bundan başqa, o batareyanı çox da böyük
olmayan cərəyanla doldurur. Sxemdən göründüyü kimi şinə qoşulmayan elementlərin bir qismi
doldurulmur, ona görə də bu elementlər öz-özünə boşalmaya məruz qalırlar. Bir çox sxemlərdə xüsusi
düzləndirici qurğular nəzərdə tutulub, bu akkumulyatorun iş rejimini yaxşılaşdırsa da, ancaq sxemin
mürəkkəbləşməsinə səbəb olur.

Şəkil 8.4

Baxılan sxem, İEM və KES-lərdə, həmçinin də AES-da ümumi blok rejimində işləyən
akkumulyator batareyalarında istifadə edilir.
Doldurucu – yardımçı doldurucu statik çevirici aqreqatlar əsasən kremniev ventillərindən ibarət
olub və mühərrik-generator aqreqatlarına nisbətən çox böyük gücə, böyük etibarlılığa, sadə xidmətə,
uzun ömürlülüyə, böyük f.i.ə malik olduğuna görə geniş istifadə edilir. Statik çevirici qurğuları dəyişən
cərəyan dövrəsinə ayırıcı transformatorlar vasitəsilə qoşulur, çünki sabit cərəyan şəbəkəsilə dəyişən
cərəyan şəbəkəsi arasında elektriki əlaqə bir fazalı qapanmalar zamanı gərginliyin artmasına,
mühafizənin və avtomatikanın düzgün işlənməsinə səbəb ola bilər.
Kommutator elementi olan baxılan sxemin ən əsas çatışmayan cəhəti onların ətalətli olmasıdır.
Müasir sxemlərdə gərginliyin verilən səviyyədə saxlanılması kommutator elementlərindən imtina edib
və əvəzində tristorlu doldurucu – yardımçı doldurucu düzləndirici aqreqatlarından istifadə edilməsi
hesabına həyata keçirilir.
Belə qurğunun iş prinsipi ondan ibarət olur ki, normal rejimdə işlədicilər yükü birbaşa düzləndirici
qurğudan, qəza rejimi yaranana kimi ətalətsiz element olan verici qurğu ani olaraq tristor qurğusuna təsir
edərək lazım olan sayda batareya elementlərinin şinə qoşulmasını təmin edir. Şinə qoşulmuş
elementlərin boşalma prosesində şinlərdəki gərginliyə nəzarət edən elementlər impuls göndərərək əlavə
elementlərin qoşulmasını avtomatik olaraq təmin edir (əlavə elementlərin qoşulması yarımkeçirici
diodlar tərəfindən aparılır).
Yüksək gərginlik açarları olan 110-500 kv-luq yarımstansiyalarda idarəetmə dövrələrini,
siqnalizasiyanı, blokirovkaları, qəza işıqlanmasını qidalandırmaq üçün akkumulyator batareyalarının
qoyulması zəruridir. Yarımstansiyalarda qoyulan batareyaların tutumu stansiyalarda qoyulan batareyaların
tutumundan az götürülür, çünki yarımstansiyada yağlama yağ nasosu, valı kipləyən nasoslar yoxdur. Sabit
245
cərəyan şinlərində gərginliyin rəqsi olduqca çox azdır. Çünki burda batareyaların yükü daimidir və təkanlı
cərəyanların müddəti saniyənin olduqca çox cüzi hissəsini təşkil edir. Bunların hamısı akkumulyator
batareyalarının sxemində kommutator elementlərindən imtina etməyə əsas verir.
Əsas 108 element idarəetmə şəbəkəsi və qəza işıqlanması qoşulan şinə qoşulur. Əlavə elementlər
isə elektromaqnit intiqalı qoşulan şinkalara qoşulur. Normal rejimdə daimi yük, bütün batareyaları
dolduran yardımçı doldurma qurğusundan qidalanır. Normal rejimdə idarəetmə şinində gərginliyin
qiyməti -a bərabərdir. Element 1,8 V-a qədər boşalanda gərginlik
(88,5% Un) olur. Doldurma prosesində hər bir elementdə gərginlik 2,35 V-a qədər qalxır. Bu halda
idarəetmə şinində gərginlik yolveriləbilən 230-235 V gərginliyi aşmaması üçün 100-cü elementdən
əlavə ayırma yerinə yetirilir.
Əlavə elementlər intiqalı qidalandıran şinlərin daha yüksək gərginliyi təmin edirlər, bu da güc
intiqallarına gedən kabel xətlərinin en kəsiyinin azaldılmasına və onlarda düşən gərginlik itkisini lazımi
səviyyədə saxlanılmasına imkan verir. Əlavə elementlərin sayı müxtəlif ola bilər. (6-dan 30-a qədər) və
rəsmi hesabat yolu ilə təyin edilir. Əlavə elementlərə paralel olaraq ballast müqavimət qoşulur, bu
müqavimətin qiyməti elə tənzimlənir ki, daimi yükün cərəyanı bu müqavimətdən keçsin, yardımçı
doldurma qurğusunun cərəyanı isə əlavə elementlərdən keçsin. Yardımçı doldurma qurğusunun cərəyanı
isə əlavə elementlərdən keçsin.
Yardımçı doldurma və qəzadan sonrakı doldurma üçün iki avtomatlaşdırılmış düzləndirici
qurğusunun qurulması nəzərdə tutulur.
Kommutator elementləri olmayan sxemlərin çatışmayan cəhəti ondan ibarətdir ki, bu sxemlərdə
gərginliyin rəqsi çox olsa da belə yol veriləbilən qiyməti aşmır. (bax cədvəl 8-1). Bundan başqa batareya
müxtəlif şəraitlərdə işləməsi üçün ( məsələn, boşalma, doldurma və normal rejimlər) müxtəlif hissələrə
ayrılır.

§ 8.3.3. Elektrik stansiyaları və yarımstansiyaları üçün


seçilmiş akkumulyator batareyalarına qoyulan tələblər

Gücü 200 MVt-a qədər olan və eninə əlaqəsi olan istilik elektrik stansiyalarında (İEM) bir
akkumulyator batareyası qoyulur. Bu akkumulyator batareyaları birlikdə turbinin yağlama yağ nasosunu,
elektrik stansiyasının bütün aqreqatlarının hidrogenlə kiplənməsini, həmçinin də əlaqə çevirici aqreqatı
və qəza işıqlanmasını qidalandırır. Enerji sistemi ilə əlaqəsi olan elektrikstansiyaları üçün batareyaların
işləmə müddəti 30 dəqiqə və sistemlə əlaqəsi olmayan stansiyalar üçün isə 1 saatdır.
Blok sxemli İES-da hər bir blokun idarəetmə şitində (BİŞ) bir batareya 300 MVT və daha böyük
güclü enerji bloku üçün hər bir bloka bir batareya qoyulmalıdır. Bütün blok akkumulyator batareyaları
qarşılıqlı ehtiyatlama şəbəkəsi vasitəsilə əlaqələndirilir. Hər bir batareyanın tutumu elektrik mühərrik
yüklərini, qəza işıqlanmasını çevirici əlaqə aqreqatlarını 30 dəqiqə qidalandırmaq üçün hesablanır.
Bu akkumulyator batareyaları stansiyanın baş binasında yerləşdirilir. Onlar kommutator
elementinə malik olmalıdırlar, daimi doldurma rejimi altında şinlərdə gərginliyi avtomatik və yaxud
yarım avtomatik yolla tənzimləməklə yanaşı, həm də kənar elementləri də doldurmalıdır. Hər bir
batareya özünün yardımçı doldurma qurğusuna malikdir, doldurma üçün bir ədəd ümumi stansiya dol-
durma qurğusuna malikdir, doldurma üçün bir ədəd ümumi stansiya doldurma aqreqatı nəzərdə
tutulmalıdır.
Açıq paylayıcı quruluş (APQ) əsas binadan uzaqda yerləşərsə bu zaman APQ zonasında xüsusi
akkumulyator batareyasının qoyulmasına icazə verilir. 500 kl-luq yüksək gərginlikli APQ-lar üçün
kommutator elementi olmayan daimi doldurma rejimində işləyən iki akkumulyator batareyası qoyula
bilər. AES-da akkumulyator batareyaları təhlükəsizlik sisteminin qəza işıqlandırma mənbəyi, rektorun
idarəetmə və mühafizə sistemi (RIMS), qəza qidalandırma mənbəyi, həmçinin avtomatikanı,
siqnalizasiyanı və rele mühafizə sistemi üçün əməliyyat cərəyan mənbəyidir.

246
Batareyaların növü və miqdarı texniki norma qaydalarının (TNQ) tələbinə əsasən təyin edilir:
– hər bir reaktor bloku üçün təhlükəsizlik sisteminin sayına əsasən akkumulyator batareyaları
qoyulur. Hər bir batareyanın tutumu verilən sistemin 100%-li yükünə əsasən hesablanır. Bu batareyalar
“bufer” rejimində işləyirlər: normal yükü düzləndirici qurğular daşıyır, gərginlik itən kimi şəbəkənin
birinci qrup işlədicilərinin yüklərini etibarlı qidalandırılması akkumulyator batareyalarının üzərinə
düşür.
Avtonom mənbənin (dizel-generator) işə buraxılmasından sonra yüklər təzədən düzləndirici
qurğular vasitəsilə qidalanmağa başlayır. Akkumulyator batareyalarının təhlükəsizlik sistemi, qəzanın
ilkin anında yükün təkanını nəzərə almaqla sabit cərəyan şinlərində yol veriləbilən gərginliyin səviyyəsi
ilə təyin edilir. Bu batareyalar dizel generator qurğusunun işə buraxılan ana qədər yük daşıdığından, yəni
qısa müddətli yük daşıdığından onlar böyük boşalmaya məruz qalmırlar, buna görə də bu batareyalar
üçün elementar kommutator nəzərdə tutulmur.
– AES hər bir bloku üçün blok tələbatçılarını (turbinin, generatorun, hesablama-informasiya
kompleksini, qəza işıqlanmasını və s.) qidalandırmaqdan ötəri kommutator elementi olmaqla və qəza
rejimində 30 dəqiqə müddətində normal işləyə bilən bir ümumi blok akkumulyator batareyası qoyulur.
Ümumi blok akkumulyator batareyaları arasında bir-birini qarşılıqlı ehtiyyatlandırılması prinsipi nəzərdə
tutulub.
– hər bir dizel-generator üçün ona məxsus olan və onun avtomatik işə buraxılmasını təmin edən
akkumulyator batareyasının qoyulması nəzərdə tutulur.
– reaktorun idarəetmə və mühafizə sisteminin (RİMS) tələbatçılarını qidalandırmaq üçün müxtəlif
nominal gərginlikləri 24; 48; 110; 220 V-luq ayrıca akkumulyator batareyalarının qoyulması nəzərdə
tutulub;
– idarəetmə qurğularının, avtomatika, rele mühafizəsinin və digər avadanlıqların elementlərini
gərginlik artmasından mühafizə üçün əsas binadan kənarda, yəni APQ zonasında akkumulyator
batareyaları quraşdırılır: 110 və 220 kv-luq APQ-lar üçün bir ədəd, 330 kv-luq və yüksək gərginlikli
yarımstansiyalar üçün isə iki ədəd akkumulyator batareyaları quraşdırılır.
AES-da bütün akkumulyator batareyaları daimi doldurma rejimində işləyir.
110-330 kv-luq yarımstansiyalarda kommutator elementi olmayan 220 V-luq sabit cərəyan
əməliyyat üçün bir akkumulyator batareyası, 500-750 KV-luq yarımstansiyalarda, 220 V-luq iki ədəd
akkumulyator batareyası qoyulur. Doldurmaq üçün və həmçinin qəzadan sonrakı doldurma üçün iki
düzləndirici qurğunun qoyulması nəzərdə tutulur. Akkumulyator batareyalarının sayı və nömrəsi təkanlı
yüklər təsirindən şinlərdə gərginliyin yolveriləbilən qiymətlərin dəyişməsindən asılıdır. Gücü 100 MVt-a
qədər olan HES-da bir və gücü 100 MVt-dan çox olanda əsas binada iki akkumulyator batareyaları, bu
batareyaların əsas binadan maksimum aralanması APQ-un zonasında ola bilər.

247
IX FƏSİL

§ 9.1. Yüksək gərginlik qurğularında torpaqlayıcı qurğular

Torpaqlayıcı qurğuların normal rejimdə gərginlik altında olmayan bütün metal hissələri, istənilən
anda izolyasiyanın zədələnməsindən gərginlik altına düşə bilərlər, buna görə də onların etibarlı yerlə
birləşməsi təmin olunmalıdır. Belə torpaqlayıcı qurğular mühafizə torpaqlayıcıları adlanır, çünki onların
əsas vəzifəsi qurğulara xidmət edən işçiləri təhlükəli toxunma gərginliyindən mühafizə etməkdir.
İşçi gərginliyi 380 V-dan çox olan bütün dəyişən cərəyan qurğularında, 440 V-dan çox olan sabit
cərəyan qurğularında, həmçinin də yüksək təhlükəlilik qorxusu olan binalarda 42 V-dan çox olan
dəyişən cərəyan, 110 V-dan çox olan sabit cərəyan qurğularının torpaqlanması zəruridir.
Elektrik qurğularında elektrik maşınlarının, transformatorların, aparatların gövdələri, ölçü cərəyan
transformatorunun ikinci tərəf dövrəsi, elektrik aparatlarının intiqalları, paylayıcı şitlərin karkasları,
pultların, şkafların, paylayıcı qurğunun metal konstruksiyaları, kabel muftasının metal gövdəsi,
kabellərin, naqillərin metal örtüyü və bronu, binanın metal konstruksiyaları və elektrik avadanlıqları ilə
əlaqəsi olan başqa metal konstruksiyaları torpaqlanmalıdır. İşçi torpaqlayıcısız aparatlar ya öz
funksiyasını yerinə yetirə bilmirlər, və yaxud da ki, elektrik qurğularının iş rejimi pozulur.
Avadanlıqları ildırım zərbələrinin zədələnməsindən mühafizə etmək üçün istifadə olunan
boşaldıcılar, hava aralıqları, tros və çubuq şəkilli ildırım ötürənlər birbaşa torpaqlayıcıları ildırımdan
mühafizə torpaqlayıcıları adlandırırlar. Adətən yuxarıda sadalanan hər üç torpaqlayıcıların funksiyasını
yerinə yetirmək üçün ümumi bir torpaqlayıcı qurğudan istifadə edilir. Torpaqlamanı yerinə yetirmək
üçün təbii və süni torpaqlayıcılardan istifadə edilir.
Təbii torpaqlama kimi torpağa basdırılmış qaz və neft boruları istisna olmaqla su borular, torpaqla
birbaşa əlaqəsi olan metal və dəmirbeton konstruksiyalı binalar, hidrotexniki qurğuların bərkidici
məqsədilə yerə vurulmuş metal hissələri, kabellərin qurğuşun örtüyü, hava xətlərinin ildırımdan
mühafizə troslarının torpaqlayıcılarına birləşdirilmiş dayaqların torpaqlayıcıları; relsləri arasında metalik
əlaqəsi olan dəmir yol xətlərindən istifadə edilə bilər. Təbii torpaqlayıcıların, torpaqlama magistralları
ilə iki nöqtədən az olmayaraq naqil vasitəsilə əlaqəsi olmalıdır.
Süni torpaqlayıcı kimi oşinovka olmamış diametri 10 mm-dən az olmayan dairəvi metal prutoklar,
oşinovka olmuşsa diametri 6 mm-dən az olmayan dairəvi prutoklardan və qalınlığı 4 mm-dən az ol-
mayan en kəsiyinin sahəsi isə 48 mm2-dən az olmayan zolaq şəkilli poladdan istifadə edilir.
İşçi gərginliyi 1 kv-dan çox olan elektrik qurğuları üçün üfüqi torpaqlayıcıların en kəsiyinin sahəsi
termiki dayanıqlılığa əsasən təyin edilir ( ; C=70)
Torpaqlayıcıların miqdarı (künc şəkilli, çubuq şəkilli) torpaqlayıcı qurğunun lazım olan
müqavimətinə və yaxud da yolveriləbilən toxunma gərginliyinin qiymətinə görə hesabat yolu ilə təyin
edilir. Bu məqsəd üçün açıq paylayıcı quruluşun (APQ) tutduğu sahədə avadanlıqların düzülüşü boyunca
və ona perpendikulyar istiqamətdə zolaqlı torpaqlayıcılardan istifadə edərək 0,5-0,7 m dərinliyində tor
şəkilli torpaqlama qurğusu düzəldilir və ona lazım olan avadanlıqların torpaqlayıcıları qoşulur.
Şəkil 9.1-də açıq paylayıcı quruluşun torpaqlayıcı konturunun yerləşmə planı və paylayıcı
quruluşun sahəsi boyunca potensialın dəyişmə əyrisi göstərilmişdir.
Hər hansı bir aparatın izolyasiyası deşilən zaman onun gövdəsi və torpaqlayıcı kontur
gərginliyi altına düşür. Torpaqlayıcıların elektrodlarından çıxan cərəyan həmin
elektrodlar ətrafında torpağın potensialının tədricən düşməsinə səbəb olur.
Torpaqlama konturunun daxilində potensialın bərabərləşməsi yaranır, bu da zədələnmiş aparata
toxunan zaman adam çox da böyük olmayan potensiallar fərqinə məruz qalır. gərginlik
torpaqlayıcıda düşən gərginliyin çox az bir hissəsini təşkil edir, özü də belə təyin edilir:

(9.1)

Burada – toxunma gərginlik əmsalı olub, özü də torpaqlayıcıdan və adandan kənara axan
sızma cərəyanın keçmə şəraitindən asılıdır.
U addım 1
U toxulma

248
U addım 2

Şəkil 9.1
Addım gərginliyi dedikdə konturun daxilində bir-birindən 0,8 m məsafədə səth üzərində yerləşmiş
iki nöqtə arasındakı çox da böyük olmayan potensiallar fərqi ( ) nəzərdə tutulur. Konturdan
kənarda potensialın paylanma əyrisi çox sərt olduğundan addım gərginliyi artır ( )
Böyük cərəyanlı yerlə qapanma zamanı addım gərginliyini azaltmaq üçün torpaqlayıcı konturun
kənarlarında, yəni girən və çıxan yerlərində əlavə polad zolaqlar yerləşdirilir. Mühafizə torpaqlayıcıların
məqsədi , və – gərginliklərinin qiymətlərini təhlükəsiz qiymətlərə qədər azaltmaqdır.
Neytralı izolə olunmuş və yaxud da effektiv torpaqlanmış qurğularda mühafizə torpaqlayıcılarının
hesabatına olan tələbatlar kəskin fərqlənir.
Neytralı izolə olunmuş və yaxud rezonans-torpaqlanmış qurğularda (6, 10, 35 kv şəbəkələrdə)
torpaqlayıcıda yaranan potensial ( ) məhdudlaşdırılır, başqa sözlə bu gərginlik torpaqlayıcı
qurğunun müqavimətinin – qiymətini dəyişdirmək hesabına məhdudlaşdırılır. Bu onunla izah
olunur ki, fazın yerlə qapanması zamanı qiymətcə çox da böyük olmayan uzun müddətli tutum cərəyanın
axmasına səbəb olur. Bu səbəbdən də torpaqlanmış hissələrə toxunma zamanı gərginlik altına düşmə
ehtimalı çoxalır.
Neytralı effektiv torpaqlanmış şəbəkələrdə (110 kv və yüksək şəbəkələr) fazın yerlə qapanması
qısaqapanmaya səbəb olur. Bu da rele mühafizəsi tərəfindən tez açıldığından , addım –
gərginliklərinin altına düşmə ehtimalı azalır.
Birfazlı qısaqapanma cərəyanın qiyməti çox olduğundan torpaqlayıcı da düşən potensialda kəskin
artır. Bu qurğular da adamın bədənindən keçən cərəyanın keçmə müddətindən və –
müqavimətindən asılı olaraq – gərginliyinin qiyməti təyin edilir.
Bu hal üçün addım gərginliyinin qiyməti normallaşdırılmır, çünki adam üçün cərəyanın ayaq-ayaq
yolu ilə axması, ə-ayaq yolu ilə axmasına nisbətən az təhlükə yaradır.

§ 9.1.2. Neytralı izolə olunmuş və yaxud


rezonans-torpaqlanmış qurğularında
torpaqlayıcı qurğuların hesabatı

249
Neytralı izolə olunmuş və yaxud da rezonans torpaqlanmış 6-35 kv elektrik qurğularında ilin
istənilən vaxtı üçün torpaqlayıcı qurğunun müqaviməti.

(9.2)
Şərtini ödəməlidir:
Burada – yerlə qapanma zamanı yaranan hesabat cərəyanı, A
Əgər neytrala torpaqlayıcı reaktor qoşulubsa, bu zaman reaktor birləşən torpaqlayıcı qurğunun
hesabat cərəyanı onun nominal cərəyanın 125%-ə qədəri qəbul olunur. Reaktor birləşməyən torpaqlayıcı
qurğular üçün isə hesabat cərəyanı kimi ən güclü torpaqlayıcı reaktorun açılması zamanı yaranan
kompensasiya olunmamış tutum cərəyanı götürülür.
İstismar qaydalarına əsasən 6-35 kv-luq elektrik qurğuları üçün torpaqlayıcı qurğunun müqaviməti
10 om-u aşmamalıdır.
Neytralı izolə olunmuş işçi gərginliyi 1 kv-a qədər olan elektrik qurğularının torpaqlama
sisteminin müqaviməti ilin istənilən fəsli üçün bu şərti ödəməlidir.

(9.3)
Burada – yerlə qapanma zamanı yaranan hesabat cərəyanı, A

Mənbəyin gücü 100 KVA qədər olan mənbələr üçün qiyməti 10 om və daha güclü mənbələr
üçün isə bu qiymət 4 om aşmamalıdır.
(9.2) və (9.3) ifadələrində 250 və 125 V ədədləri torpaqlamadakı yolverilən gərginliklərin
qiymətidir. Bir daha qeyd etmək lazımdır ki, torpaqlanmış elektrik avadanlıqlarına toxunan adam –
gərginliyi altına düşür.
Torpaqlayıcı qurğuları eyni zamanda həm 6-35 kv-luq, həm də 1 kv-a qədər elektrik qurğuları
üçün istifadə edəndə torpaqlayıcı qurğunun müqaviməti (9.3) ifadəsilə təyin edilir.
Neytralı vasitəsiz torpaqlanmış işçi gərginliyi 1 kv-a qədər olan elektrik qurğularının torpaqlayıcı
sisteminə bir çox xüsusi tələblər qoyulur, hansılarına ki, burada baxılmayacaq.
Neytralı izolə olunmuş və yaxud da rezonans – torpaqlanmış elektrik qurğularının torpaqlayıcı
sistemləri əsasən düzbucaqlı şəklində üfüqi və şaquli torpaqlayıcılardan bəzən də bir-iki cərgəli üfüqi və
şaquli torpaqlayıcılardan ibarət düzəldilir.
Belə qurğuların torpaqlayıcılarının hesabatı zamanı torpağın müqavimətini müəyyən dərinliyə
qədər sabit qəbul edib və istifadə etmə əmsalını tətbiq edərək praktiki məqsədlər üçün kifayət qədər
dəqiqliklə hesablamaq olar.
Hesabat aşağıdakı ardıcıllıqla aparılır:
1. Hesabat cərəyanı və (9.2) və yaxud (9.3) ifadələri ilə – təyin edilir. (torpaqlayıcı
qurğuların funksiyaları birləşdirilirsə onda tələb olunan qiymətlərdən ən kiçiyi qəbul olunur)
2. Təbii torpaqlayıcıların müqaviməti Rtəb təyin edilir. Təbii torpaqlayıcılardan istifadə etmək
torpaqlayıcı sistemi konstruksiyasının sadələşməsinə, yəni süni torpaqlayıcıların sayının azaldılmasına
imkan verir, bəzən də ümumiyyətlə heç onları istifadə etmirlər. Təbii torpaqlayıcıların müqaviməti
konkret qurğular üçün ölçmə yolu ilə təyin edilir. Onların qiymətləri təqribən belə olmalıdır:
Polad su borularında 2-4 om; qurğuşun örtüklü kabellərdə 2-3 om, tros-dayaq sistemi üçün isə 2,5-
3 om olmalıdır. Əgər Rtəb<Rtor olarsa, bu zaman şaquli torpaqlayıcılar tələb olunmur və ərazidə üfüqi
torpaqlayıcılar tələb olunmur və ərazidə üfüqi torpaqlayıcılar quraşdırılır (adətən zolaq şəkilli) özü də iki
nöqtədən az olmamaq şərtilə təbii torpaqlama sistemilə əlaqələndirilir. Əgər Rtəb>Rtor olarsa onda süni
torpaqlayıcıların quraşdırılması tələb olunur və müqaviməti də belə təyin edilir:
(9.4)

Süni torpaqlayıcılar kimi uzunluğu 3-5 diametri 12-20 mm olan çubuq şəkilli şaquli
250
torpaqlayıcılardan, üfüqi torpaqlayıcılar kimi ölçüləri 40x4mm olan polad zolaqlardan istifadə edilir.
3. Torpağın hesabat xüsusi müqaviməti təyin edilir:

(9.5)

Burada – normal nəmlik şəraitində torpağın ölçülmüş xüsusi müqaviməti cədvəl 9.1-də
verilmişdir. Kfəsil – torpağın donmasını və qurumasını nəzərə alan fəsil əmsalıdır. Orta klimatik zonalarda
(ikinci, üçüncü bu əmsal uzunluğu 3-5 m olan şaquli elektrodlar üçün K fəsil= uzunluğu 10-
15m olan üfüqi elektrodlar üçün isə arasında dəyişir.
4. Ayrılmış sahədə torpaqlayıcıların yerləşmə vəziyyətini nəzərə olaraq ilk öncə onların
konfiqurasiya təyin edilir. Burada nəzərə almaq lazımdır ki, şaquli torpaqlayıcıların arasındakı məsafələr
onların uzunluğundan az olmamaq şərtilə qəbul olunmalıdır.
5. Üfüqi torpaqlayıcıların müqaviməti təyin edilir. (konturun birləşmə zolağı), Om:

(9.6)

Burada – zolağın uzunluğu, ; – zolağın eni, ; – torpağa basdırılma dərinliyi, ;


– torpağın xüsusi hesabat müqaviməti, üfüqi torpaqlayıcılar üçün 3-cü bəndə baxın.
İstifadə etmə əmsalını nəzərə almaqla zolağın müqaviməti belə təyin edilir:
(9.7)

Burada – istifadə etmə əmsalı cədvəl 7-4-dən götürülür.

6. Əgər < olarsa onda şaquli torpaqlayıcılar tələb olunmur. Əgər > olarsa onda
ümumi müqaviməti

(9.8)

ifadəsilə təyin olunan çaquli torpaqlayıcıların qoyulması lazımdır.


7. Bir şaquli torpaqlayıcının (çubuğun) müqaviməti, Om aşağıdakı kimi təyin edilir;

(9.9)

Burada – torpağın xüsusi hesabat müqaviməti, Om·m; t – torpağa basdırılma dərinliyi, yerin
səthindən torpaqlayıcıların ortasına qədər olan məsafə, m.
8. Şaquli torpaqlayıcıların sayı təyin edilir:

(9.10)

Burada – şaquli torpaqlayıcılardan istifadə olunma əmsalı, özü də torpaqlayıcıların arasındakı


məsafədən – a, uzunluğundan – l və sayından asılıdır. Bax cədvəl 9.3. Hesabatın nəticələrinə
əsasən torpaqlayıcı qurğuların konfiqurasiyası təyin edilir.

251
Cədvəl 9.1
Torpağın xüsusi müqavimətləri

Torpaq Xüsusi müqavimət Torpaq Xüsusi müqavimət


Om·m Om·m
Qum cınqıllı 400-1000 və çox Torf 20
Torpaq... 150 - 400 Qara torpaq 10 - 50
Gilli torpaq 40 - 150 Əhəngli torpaq
Gil 8 - 70 Əhəng daşı 1000 - 2000
Bağ torpağı 40 Daşlı torpaq 2000 - 4000

Cədvəl 9.2

Şaquli elektrodlardan ibarət olan konturlarda birləşdirici zolaqlardan istifadə olunma əmsalı

Torpaqlayıcılar arasındakı məsafənin Şaquli torpaqlayıcıların sayı


onların uzunluğuna nisbəti 4 6 8 10 20 30 50
1 0,45 0,40 0,36 0,34 0,27 0,24 0,21
2 0,55 0,48 0,43 0,40 0,32 0,30 0,28
3 0,70 0,64 0,60 0,56 0,45 0,41 0,37

Cədvəl 9.3

Kontur üzrə yerləşdirilmiş əlaqə zolaqlarının təsirini nəzərə almadan şaquli torpaqlayıcılardan istifadə
etmə əmsalı

Torpaqlayıcılar arasındakı məsafənin Şaquli torpaqlayıcıların sayı,


onların uzunluğuna nisbəti

1 4 0,66 – 0,72
6 0,58 – 0,65
10 0,52 – 0,58
20 0,44 – 0,5
40 0,38 – 0,44
60 0,36 – 0,42
2 4 0,76 – 0,8
6 0,71 – 0,75
10 0,66 – 0,71
20 0,61 – 0,66
40 0,55 – 0,61
60 0,52 – 0,58
3 4 0,84 – 0,86
6 0,78 – 0,82

252
10 0,74 – 0,78
20 0,68 – 0,73
40 0,64 – 0,69
60 0,62 – 0,67

253
§ 9.2. Neytralı effektiv torpaqlanmış 110 kv və yuxarı
gərginlikli qurğularda torpaqlama sisteminin hesabatı

İstismar qaydalarına uyğun olaraq 1 kv-luq və yüksək gərginlikli şəbəkələrdə neytralı effektiv
torpaqlanmış elektrik qurğularında torpaqlayıcılar buraxıla bilən müqavimətə əsasən tor-
paqlayıcıların hesabatı çox da böyük sahəsi olmayan yarımstansiyaların tikintisində əlavə keçirici metal
sərfinə və çoxlu əmək tələb olunduğuna görə özünü doğrultmur. 110 kv və yüksək gərginlikli paylayıcı
qurğuların istismar təcrübəsi belə deməyə imkan verir ki, Rtor – müqavimətinə görə yox, yalnız toxunma
gərginliyinin normallaşdırılmış qiymətinə keçmək lazımdır. Bunun əsaslandırılmasında aşağıdakı
dəlillər əsas verir. Gərginlik altında olan torpaqlanmış avadanlığa adam toxunan anda (şəkil 9.1 bax)
torpaqlayıcının müqavimətinin bir hissəsi isə dabandan yerə axan cərəyanın müqavimətilə – R dab şuntlanır.
Adamın bədəninə təsir edən gərginlik faktiki olaraq belə təyin edilir:

(9.11)

burada – adamın iki dabanından yerə axan cərəyanın müqavimətdə yaratdığı gərginlik
duşgusudur. Əgər dabanı radiusu 8 sm olan disk kimi qəbul etsək, onda

burada – torpağın üst hissəsinin xüsusi müqavimətidir. ; – dabanın radiusu, .


Adamın bədənindən axan cərəyan,

Gərginlik altına düşən adanın aldığı zərbənin təhlükəsi adamın bədənindən küçən cərəyanın
qiymətindən və axma müddətindən asılıdır. Qəbul olunmuş normalara əsasən buraxıla bilən cərəyan
aşağıdakı qiymətlər həddində olmalıdır.

Təsir müddəti, san 0,1 0,2 0,5 0,7 1,0


buraxıla bilən cərəyan, mA 500 250 100 75 65
Buraxıla bilən cərəyanı bilərək (9.11 təyin etmək olar:

və – parametrlərinin qiymətlərini yazılan ifadə də yerinə qoymaqla yeni ifadə alınır.

(9.12)

Əgər , torpağın üst hissəsinin xüsusi müqaviməti , cərəyanın


təsir etmə müddətini isə 0,5 san qəbul etsək onda təyin edərək toxunma
gərginliyi üçün bu qiyməti alırıq.
(9.12) ifadəsindən göründüyü kimi –in qiyməti çoxaldıqca, yol verilə bilən toxunma
gərginliyinin qiymətini də artırmaq olar. –in qiyməti çoxaldıqca, yol verilə bilən toxunma
gərginliyinin hesabatı üçün aşağıdakı qiymətləri təklif etmək olar.
Təsir müddəti, san; 0,1 0,2 0,5 0,7 1,0 1-3

Toxunma gərginliyinin 500 400  200 130  100 65

254
ən çox yolverilə bilən
qiyməti

Təsir müddətinin hesabat qiyməti təs – aşağıdakı kimi təyin edilir,


təs=

burada – rele mühafizəsinin təsir müddətidir.

Operativ əməliyyatlar aparılan iş yerləri üçün bu vaxt torpaqlanmış hissəyə toxunma müddəti kimi
ehtiyyat mühafizə vaxtı, başqa iş yerləri üçün isə əsas mühafizə vaxtı kimi qəbul olunur; –
açarın tam açma vaxtıdır.
Əgər torpaqlayıcı qurğular toxunma gərginliyinin normallaşdırılmış qiymətinə əsasən seçilirsə,
onda ilin bütün fəsli üçün yarımstansiyanın ərazisində toxunma gərginliyi – norma daxilində
olacaq, torpaqlayıcı qurğularda isə – gərginliyinin qiyməti 10 kv-dan çox olmamalıdır. Əgər
olarsa, onda yarımstansiyadan çıxan kabel xətlərinin izolyasiyasının mühafizəsi üçün
yüksək gərginliyin elektrik qurğusundan kənara çıxmamasının qarşısının alınması üçün tədbir
görülməlidir.
110 kv və yüksək gərginlikli elektrik qurğuları üçün torpaqlayıcı quruluşlar polad zolaqlarla
birləşdirilmiş şaquli torpaqlayıcılardan avadanlıqların sırası boyunca çəkilmiş polad zolaqlardan və
eninə istiqamətdə quraşdırılmış potensialı bərabərləşdirmək üçün qoyulmuş polad zolaqlardan ibarət
torpaqlayıcı tor şəkilli qurğu yaratmaqdan ibarətdir. Polad zolaqlar arasındakı məsafə 30 m-dən çox
olmamalıdır. Konstruksiyası mürəkkəb olan torpaqlayıcıların § 9.1-də verilmiş hesabat üsulu ilə
hesablanması böyük xətalar verir.
Mürəkkəb torpaqlayıcılar sisteminin hesabatı bu şərtlər daxilində, yəni onların sahələrinin – S,
üfüqi naqillərinin ümumi uzunluqlarının, onların yerə basdırılma dərinliyinin – t və şaquli tor-
paqlayıcıların uzunluqlarının və onların yerə vurulma dərinliklərinin bərabər götürərək kvadrat modelilə
əvəz olunur. (şəkil 7-34b) Real şəraitdə torpağın xüsusi müqaviməti onun dərinliyindən asılı olaraq
dəyişir. Məlumdur ki, torpağın üst hissəsinin müqaviməti çox dərin hissəsində isə müqavimət azdır.
Hesabatlarda çox qatlı torpaq əvəzinə iki qat şəklində qəbul edilir, yuxarı hissəsinin qalınlığı h və xüsusi
müqaviməti ,
aşağı hissəsinin xüsusi müqaviməti isə qəbul olunur.

, və – kəmiyyətinin qiyməti mövsüm əmsalını – K möv nəzərə almaqla ölçmələr əsasında


təyin edilir.
Hesabat aşağıdakı ardıcıllıqla aparılır:
1. (9.12) ifadəsinə əsasən tapılmış ən böyük yol verilə bilən toxunma gərginliyinə görə
torpaqlayıcıdakı gərginlik belə təyin edilir:
(9.13)

burada – toxunma gərginlik əmsalı; mürəkkəb torpaqlayıcılar üçün bu əmsal belə təyin edilir;

(9.14)

burada – şaquli torpaqlayıcıların uzunluğu, ; – üfüqi torpaqlayıcıların uzunluğu, ;


– şaquli torpaqlayıcıların arasındakı məsafə, , – torpaqlayıcı qurğunun sahəsi, ; –
parametri, / – nisbətindən asılı olub aşağıdakı kimidir:

– 0,5 1 2 3 4 5 6 7 8 10
– 0,36 0,5 0,62 0,69 0,72 0,77 0,79 0,8 0,82
– əmsalı adamın bədəninin müqaviməti – və onun dabanından axan cərəyana görə yaranan
müqavimət ilə aşağıdakı kimi təyin edilir:

255
(9.15)
Hesablarda qəbul olunur ki, ;
2. – olanda torpaqlayıcı qurğunun müqaviməti -la bu şərti ödəməlidir.

(9.16)

burada – birfazlı qısaqapanma zamanı layihə olunmuş torpaqlayıcıdan axan cərəyan.

Əgər qısaqapanma elektrik qurğusunun əhatəsində baş veribsə onda , belə

təyin edilir. (9.17)

burada – zədə yerindən axan birfazlı qısaqapanma cərəyanı, – qısaqapanma yerinə qədər
sıfır ardıcıllıqlı yekun induktiv müqavimət, – baxılan elektrik qurğusunun transformatorun sıfır
ardıcıllıqlı müqaviməti.
Əgər birfazlı qısaqapanma elektrik qurğusunun əhatə dairəsindən kənarda baş verərsə onda

(9.18)

(9.17) və (9.18) ifadələrindən göründüyü kimi torpaqlayıcılarda yerə axan cərəyan birfazlı
qısaqapanma cərəyanın kiçik bir hissəsini təşkil edir, özü də qoyulan transformatorların gücündən və
sistemdə torpaqlanan neytralların sayından asılıdır. Məsələn,
Bir transformatorun neytralı torpaqlanmış yarımstansiyalarda bu cərəyan daha az ola bilər.
3. Təbii torpaqlayıcıların ümumi müqaviməti, belə təyin edilir:

Rtəbi= (9.19)

burada Rkab– kabellərdən sızan cərəyanın müqaviməti;


Rözül– özüldən axan sızma cərəyanın müqaviməti,;

Əgər Rtəbi<Rtor·burax olarsa, onda torpaqlayıcı tor ancaq üfüqi zolaqlardan düzəldilir, yox əgər
Rtəbi>Rtor·burax olarsa, onda müqaviməti (9.4) ifadəsilə təyin olunan süni torpaqlayıcıların tikilməsi tələb
olunur.
4. Mürəkkəb torpaqlayıcıların ümumi müqaviməti kvadrat modelinə çevrilmiş torpaqlayıcıların
hesabat müqavimətinə əsasən təyin edilir, (9-9)Om

(9.20)
burada
, olduqda (9.21)

, (9.22)

256
burada – yerin ekvivalent xüsusi müqaviməti, (cədvəl 9.6)

– şaquli torpaqlayıcıların ümumi müqaviməti;

-nin təyin olunmuş qiyməti və yaxud da – dən az olmalıdır.

Cədvəl 9.4

Şaquli torpaqlayıcısı olan torpaqlayıcı torlar üçün nisbi ekvivalent xüsusi müqavimət –

Yerin nisbi zolağının qalınlığı


0,025 0,05 0,1 0,2 0,4 0,8 0,95
1 1-4 1 1 1 1 1 1 1
2 1 1,02 1,03 1,05 1,1 1,13 1,3 1,4
2 1,03 1,07 1,1 1,13 1,15 1,32 1,5
4 1,05 1,17 1,13 1,15 1,2 1,38 1,6
5 1 1,05 1,1 1,15 1,22 1,35 1,86 2,4
2 1,22 1,26 1,35 1,43 1,54 2,12 2,7
4 1,33 1,41 1,5 1,65 1,83 2,6 3,5
10 1 1,1 1,2 1,28 1,38 1,62 2,5 3,7
2 1,3 1,4 1,5 1,6 1,8 2,75 5,5
4 1,52 1,7 1,88 2,08 2,33 3,52 6,0
0,125 0,5-4 0,95 0,9 0,8 0,7 0,62 0,54 0,52
0,25 0,5-4 0,97 0,93 0,85 0,78 0,71 0,65 0,64
0,5 0,5-4 0,99 0,96 0,92 0,88 0,83 0,79 0,77

Əgər torpaqlayıcıların müqaviməti tələb olunan müqaviməti aşırsa, onda sahəni – S, uzunluğu,
üfüqi və şaquli torpaqlayıcıların sayını və onların uzunluğunu artırmaq lazımdır. Bunların hamısı
əlavə sərfə səbəb olur və bunları yarımstansiyalarda həyata keçirmək mümkün olmur. Bu zaman
təhlükəni aradan qaldırmaq üçün, yəni toxunma gərginliyini azaltmaq üçün ən effektiv üsul həmin
sahəyə 0,1 – 0,2 m qalınlığında çınqıl tökülməlidir. Bu zaman yerin üst hissəsinin müqaviməti kəskin
artaraq (Rüst·his=5000 10000 ) olur ki, bu da adamın dabanından keçən cərəyanın qiymətini
kəskin azaldır.
Hesabatlarda uyğun olaraq – əmsalı azaldılır və torpaqlayıcı qurğunun buraxıla bilən
müqaviməti isə artırılır.
Torpaqlayıcı qurğular onun müqavimətinə olan tələbatlar daxilində yerinə yetirilir. Bu halda ilin
istənilən fəslində təbii torpaqlayıcılarda nəzərə almaqla həddində olmalıdır. Bu
torpaqlayıcı qurğularda potensialın bərabər paylanmasını təmin etmək üçün qurğunun özülündən və
yaxud da onun oturacağından məsafədə dərinlikdə uzununa və eninə zolaqlar
basdırmaq lazımdır.

257
ƏDƏBİYYAT

1. Huseynov A.M., Beydulayev M.Ə., Kələntərov V.A., Rzayev B.H. Elektrik stansiyalarının
elektrik avadanlıqlarının istismarı və rejimləri. Bakı, 2005.
2. Fəhradzadə E.M., Həşimov A.M., Kələntərov V.A. Elektrik stansiyalarının elektrik hissəsi. I və II hissə.
Bakı, 1999.
3. Beydulayev M.Ə., Mirzəyeva S.M. Elektrik enerjisinin hasilatı və ötürüləsi. Bakı, 2005.
4. Рожкова А.Д., Казулин Б.С. Электрообарудование станции и подстанции. М.: Энергия, 1987.
5. Усов С.В., Михалев Б.Н. и др. Электрическая часть электростанций. Л., 1987.
6. Неклепаев Б.Н. Электрическая часть электростанций. М.: Энергия, 1976.
7. Полтев А.И. Конструкции и расчет элегазовых аппаратов высокого напряжения. Л., 1979.
8. Матыгына С.А. Эксплуатация электрической части тепловых электрических станций. М.:
Энергия, 1979.
9. Электротехнический справочник. Том. 3. Kнига первая. M.: Энергоатомиздат, 1988.

258
MÜNDƏRİCAT

GİRİŞ..................................................................................................... 3
I FƏSİL
ELEKTRİK STANSİYALARINDA ELEKTRİK ENERJİSİNİN
ALINMASININ TEXNOLOJİ PROSESİ.......................................... 5
§ 1.1 Kondensat elektrik stansiyaları (KES).......................................... 5
§ 1.2 İstilik elektrik mərkəzləri (İEM)................................................... 8
§ 1.3 Atom elektrik stansiyaları (AES).................................................. 9
§ 1.4 Su elektrik stansiyaları (SES)........................................................ 11
§ 1.5 Qaz-turbin stansiyaları.................................................................. 13
§ 1.6 Qeyri-ənənəvi elektrik stansiyaları................................................ 15
II FƏSİL
ELEKTRİK STANSİYALARININ ƏSAS AVADANLIQLARI...... 17
§ 2.1 Sinxron generatorlar haqqında məlumat........................................ 17
§ 2.2 Sinxron generatorların soyutma sistemi........................................ 20
§ 2.3 Generatorların təsirlənmə sistemi.................................................. 23
§ 2.4 Generatorların sahə söndürmə avtomatı (SSA)............................. 29
§ 2.5 Təsirlənmənin avtomatik tənzimi (TAT)....................................... 32
§ 2.6 Sinxron generatorların dəqiq sinxronlaşma üsulu ilə
paralel işə qoşulması.............................................................................. 33
§ 2.7 Generatorların öz-özünə sinxronlaşması
üsulu ilə paralel qoşulması..................................................................... 36
§ 2.8 Sinxron generatorların iş rejimləri................................................ 38
§ 2.9 Sinxron kompensatorlar (SK)........................................................ 40
§ 2.10 Güc transformatorları və avtotransformatorları
haqqında ümumi məlumat...................................................................... 43
§ 2.11 Blok əlaqə transformatorları və onların seçilmə üsulları............. 46
§ 2.12 Əlaqə avtotransformatorlarının seçilməsi və onların iş rejimləri. 49
§ 2.13 Güc transformatorlarının paralel işə qoşulması
və qoşulma şərtləri................................................................................. 53
§ 2.14 Paralel işləyən transformatorların sayının təyini......................... 54
§ 2.15 Transformatorların dolaqlarının birləşmə sxemləri..................... 57
§ 2.16 Yük qrafikləri.............................................................................. 60
§ 2.16.1 İşlədicilərin gündəlik yük qrafikləri......................................... 61
§ 2.16.2 Rayon yarımstansiyalarının gündəlik yük qrafikləri................. 64
§ 2.16.3 Elektrik yarımstansiyasının gündəlik yük qrafiki..................... 66
§ 2.16.4 Elektrik yükünün illik davamiyyət qrafiki................................ 69
III FƏSİL
ELEKTRİK QURĞULARINDA NEYTRALIN İŞ REJİMLƏRİ... 72
§ 3.1 Ümumi məlumat........................................................................... 72
§ 3.2. Neytralı torpaqlanmayan (izolə olunmuş) üçfazlı şəbəkələr......... 73
§ 3.3 Neytralı rezonans torpaqlanmış
(kompensasiya olunmuş) üçfazalı şəbəkələr.......................................... 77
§ 3.4. Neytralı effektiv torpaqlanmış üçfazalı şəbəkələr........................ 80
§ 3.5 Neytralı birbaşa (vasitəsiz) torpaqlanmış üçfazalı şəbəkələr......... 81
IV FƏSİL
ELEKTRİK QURĞULARINDA QISAQAPANMALAR................. 83
§ 4.1 Qısaqapanmanın əsas mahiyyəti və xarakteristikası...................... 83
§ 4.2. Üçfazalı qısaqapanmalar.............................................................. 87
§ 4.3. Qısaqapanma cərəyanlarının hesablanması ................................ 92
§ 4.4. Qısaqapanma cərəyanlarının məhdudlaşdırma üsulları...............104
§ 4.4.1 Müasir enerji sistemlərində qısaqapanma
cərəyanlarının koordinasiyası.................................................................104

259
§ 4.4.2 Reaktorlar...................................................................................107
§ 4.4.3. Çiyinli reaktorlar.......................................................................112
§ 4.5 Fəsil cərəyan daşiyan elementlər və onlarin seçilməsi..................117
§ 4.5.1 Naqillərin və aparatların davamlı iş rejiminə seçilmə şərtləri....117
§ 4.5.2 Paylayıcı qurğuların şinləri və güc kabelləri..............................122
§ 4.5.2.1 Əsas elektrik dövrələrində istifadə olunan naqillərin növləri. .122
§ 4.2.2. Möhkəm şinlərin seçilməsi........................................................125
§ 4.2.3 Yumşaq şinlərin və cərəyandaşıyıcıların seçilməsi....................143
§ 4.2.4 Güc kabellərinin seçilməsi.........................................................150
§4.3. Olçü transformatorlarının seçilməsi..............................................152
§4.3.1. Cərəyan transformatorlarının seçilməsi......................................152
V FƏSİL
KOMMUTASİYA APPARATLARI..................................................153
§ 5.1 Ümumi məlumat...........................................................................153
§ 5.2 Çəlləkli yağ açarları......................................................................156
§ 5.3 Az həcmli yağ açarları..................................................................162
§ 5.4 Hava açarları.................................................................................172
§ 5.5 Vakuum açarları............................................................................188
§ 5.6 Eleqaz açarları...............................................................................195
§ 5.7 Elektromaqnit açarları...................................................................202
§ 5.8 Yüksək gərginlik ayırıcılar, qısaqapayıcılar və ayıran ayırıcılar. . .204
§ 5.8.1 Ümumi məlumat........................................................................204
§ 5.8.2. Qapalı paylayıcı qurğular üçün istifadə olunan ayırıcılar..........206
§ 5.8.3 Açıq paylayıcı qurğularda istifadə olunan ayırıcılar...................212
§ 5.8.4. Qısaqapayıcılar və ayıran ayırıcılar...........................................216
§ 5.9 1kV və yuxarı gərginlikli əriyən qoruyucular..............................222
§ 5.9.1 İçərisi doldurulmuş qoruyucular................................................222
§ 5.9.2. Qövsü avtoqaz vasitəsilə söndürülən qoruyucular.....................224
§ 5.9.3 Zərbə cərəyan məhdudlaşdırıcıları.............................................227
§ 5.10 Açarların idarəetmə sxemləri və avadanlıqları............................229
§ 5.10.1 Ümumi məlumat......................................................................229
§ 5.10.2 Elektromaqnit intiqallı açarların uzaqdan idarəedilməsi..........230
§ 5.10.3 Hava açarının uzaqdan idarə edilməsi......................................233
§ 5.10.4 Çox saylı təkrar qoşmalardan blokirovkalar.............................235
§ 5.11 Blokirovkalar və siqnalizasiyalar................................................236
§ 5.11.1. Kommutasiya aparatlarının vəziyyətləri haqda siqnalizasiya. .236
§ 5.11.2 Açarın qəzadan açılma siqnalizasiyası.....................................239
§ 5.11.3 Blokirovkalar...........................................................................243
VI FƏSİL
ELEKTRİK STANSİYALARININ VƏ
YARIMSTANSİYALARIN BAŞ SXEMLƏRİ..................................250
§ 6.1 Sxemlərə dair əsas anlayışlar və onlara qoyulan əsas tələblər.......250
§ 6.2. Elektrik stansiyalarının struktur sxemləri
və transformatorların seçilməsi..............................................................255
§ 6.3 Elektrik yarımstansiyalarının struktur sxemləri
və transformatorların seçilməsi..............................................................258
§ 6.4 Elektrik birləşmə sxemlərinin növləri...........................................261
§ 6.4.1 6-10 kV elektrik birləşmə sxemləri............................................261
§ 6.4.2 İki yığma sistem şini olan paylayıcı qurğular.............................266
§ 6.5 35kV və yüksək gərginliklərdə elektrik birləşmə sxemləri...........269
§ 6.5.1 Sadə sxemli paylayıcı qurğular..................................................269
§ 6.5.2 Çoxbucaqlı (Dairəvi) sxemlər....................................................273
§ 6.5.3 Bir işçi və dolayı sistem şin sxemləri.........................................276
§ 6.5.4 İki işçi və dolayı sistem şinli sxemlər.........................................279
§ 6.5.5 İki birləşməyə üç açar düşən iki sistem şinli sxemlər.................282
§ 6.5.6 Üç birləşməyə dörd açar düşən iki sistem şinli sxemlər.............285

260
§ 6.6. Kondesasiyaon elektrik stansiyaların (KES) baş sxemləri...........287
§ 6.6.1 Böyük güclü istilik elektrik stansiyalarının
sxemlərinə qoyulan tələblər...................................................................287
§ 6.6.2 Generator-transformator və generator – transformator –
xətt blok sxemləri...................................................................................288
§ 6.6.3 Güclü KES-in tipik sxemləri......................................................294
§ 6.7 Atom elektrik stansiyalarının (AES) baş sxemləri........................296
§ 6.7.1 AES – sxemlərinə qoyulan xüsusi tələblər.................................296
§ 6.7.2 AES blok sxemləri və işçi x.s transformatorlarının
qoşulma yerləri......................................................................................299
§ 6.7.3 AES – ehtiyat xüsusi sərfiyyat transformatorunun
birləşdirilməsi........................................................................................300
§ 6.7.4 AES – tipik sxemləri..................................................................301
§ 6.8 İEM-in baş sxemləri......................................................................303
§ 6.8.1 İEM-nin generator gərginlikli yığma şin sxemləri......................303
§ 6.8.2 İEM blok sxemləri.....................................................................304
§ 6.9. SES xüsusiyyətləri.......................................................................306
§ 6.9.1 SES-nın elektrik birləşmə sxemləri............................................308
§ 6.9.2 Hidro Akumlyator Elektrik Stansiyasının (HAES)
elektrik birləşmə sxemləri......................................................................310
§ 6.10 İstilik elektrik stansiyalarının (İES)
xüsusi sərfiyyat elektrik təhcizat sxemləri.............................................312
§ 6.10.1 Elektrik təhcizat mənbələri və onların əsas tələbləri................312
§ 6.10.2 KES-in xüsusi sərfiyyat bəsləmə sxemləri...............................316
§ 6.10.3 İEM-in xüsusi sərfiyyat bəsləmə sxemləri...............................323
§ 6.11. AES-nın xüsusi sərfiyyat enerji təhcizat sxemləri......................326
§ 6.11.1 Cəld neytron reaktorlu AES-nın texnoloji sxemi......................326
§ 6.11.2 Cəld neytronlu reaktoru olan AES-nın
xüsusi sərfiyyat enerji təchizat sxemləri................................................330
§ 6.12 SES-nın xüsusi sərfiyyat bəsləmə sxemləri................................332
§ 6.13 Yarımstansiyaların xüsusi sərfiyyat bəsləmə sxemləri...............335
VII FƏSİL
PAYLAYICI QURĞULARIN KONSTRUKSİYASI........................339
§ 7.1. Paylayıcı qurğuların növləri və onlara qoyulan ümumi tələblər...339
§ 7.2. 35-220 kV-luq yığma şinli açıq paylayıcı qurğuların
konstruksiyası........................................................................................342
§ 7.3. 330-500 V-luq APQ-ın konstruksiyası.........................................352
§ 7.4. 6-10 kV-luq bir sistem şinli qapalı paylayıcı
qurğuların (QPQ) konstruksiyası...........................................................353
§ 7.4.1 6-10 kV-luq iki sistem şinli qapalı paylayıcı
qurğuların (QPQ) konstruksiyası...........................................................355
§ 7.4.2 35-220 kV qapalı paylayıcı qurğuların (QPQ) konstruksiyası...361
§ 7.5 Yüksək gərginlik komplekt qurğuları...........................................363
§ 7.5.1 Qapalı paylayıcı qurğularda istifadə olunan
komplekt qurğular..................................................................................363
§ 7.5.2 Açıq havada quraşdırılan komplekt
paylayıcı qurğular (AHKPQ).................................................................370
§ 7.5.3 Eleqaz komplekt paylayıcı qurğular (EKPQ).............................375
VIII FƏSİL
YARDIMÇI QURĞULAR..................................................................388
§ 8.1 Doldurucu və aralıq doldurucu akkumulyator
batareyalarının hesabatı.........................................................................388
§ 8.2 Dəyişən və sabit cərəyan əməliyyat qurğuları...............................391
§ 8.2.1 Dəyişən və düzləndirilmiş cərəyan əməliyyat tələbatçıları.........391
§ 8.2.2 Dəyişən əməliyyat cərəyan mənbələri........................................392
§ 8.2.3 Düzləndirilmiş cərəyan əməliyyat qurğuları..............................394

261
§8.3 Sabit cərəyan qurğuları..................................................................396
§ 8.3.1 Sabit cərəyan enerji tələbatçıları................................................396
§ 8.3.2. Akkumulyator qurğularının sxemləri........................................399
§ 8.3.3 Elektrik stansiyaları və yarımstansiyaları üçün seçilmiş
akkumulyator batareyalarına qoyulan tələblər.......................................403
IX FƏSİL..............................................................................................406
§ 9.1 Yüksək gərginlik qurğularında torpaqlayıcı qurğular....................406
§ 9.1.2 Neytralı izolə olunmuş və yaxud rezonans-torpaqlanmış qurğularında torpaqlayıcı qurğuların hesabatı
...............................................................................................................410
§ 9.2 Neytralı effektiv torpaqlanmış 110 kv yuxarı gərginlikli
və qurğularda torpaqlama sisteminin hesabatı........................................416

ƏDƏBİYYAT........................................................................................424

262
B.H. Rzayev, M.Ə. Beydulayev, V.A. Kələntərov

Elektrik stansiyalarının və yarımstansiyalarının elektrik avadanlıqları

Bakı – Mütərcim – 2014

263
Kitab «Mütərcim» Nəşriyyat-Poliqrafiya Mərkəzində
səhifələnmiş və çap olunmuşdur.

Чапа имзаланыб: 11.01.2014.


Формат: 60x84 1/16 1/32. Гарнитур: Тимес.
Ofset çap. Ofset kağızı. Щяъми: 27 ч.в. Тираж: 100.
Сифариш № 06. Гиймяти мцгавиля иля.

www.mutercim.az

264

You might also like