You are on page 1of 101

YAQUB MAHMUDOV

ORTA ƏSRLƏR TARİXİ


Avropa erkən orta əsrlərdə

Yenidən işlənmiş və tamamlanmış ikinci nəşri

DƏRSLİK

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün


dərslik olaraq tövsiyə edilmişdir

B a k ı — 2012
Elmi redaktor: Y.H.Gözəlova
BDU Qədim dünya və orta əsrlər tarixi
kafedrasının dosenti

Rəyçilər: R.A.Muğanlinski
BDU Qədim dünya və orta əsrlər tarixi
kafedrasının dosenti

N.B.Məmmədova
BDU Qədim dünya və orta əsrlər tarixi
kafedrasının baş müəllimi

Mahmudov Y. M.
Orta əsrlər tarixi. Avropa erkən orta əsrlərdə. Dərslik.—Bakı: 2012—205 s.
Dərslikdə orta əsrlərin ilk çağlarında Avropa ölkələrində feodal münasibətlərinin meydana gəlməsi və
təşəkkülü, Fransa, İtaliya, Almaniya, İngiltərə, həmçinin Bizans tarixinin ən mühüm hadisələri öz əksini
tapmışdır. Kitabda «Xalqların Böyük Köçü», barbar krallıqların yaranması, erkən orta əsr Avropa tarxinin
və mədəniyyətinin özəllikləri, xristianlığın erkən dövrü, dinin və dövlətin qarşılıqlı münasibətləri kimi
məsələlərə xüsusi diqqət ayrılmışdır.
Hazırkı dərslik müəllifin 1989-cu ildə çap olunmuş «Orta əsrlər tarixi» dərsliyinin yenidən işlənmiş və
tamamlanmış ikinci nəşridir.
Universitet və pedaqoji institutların tarix fakültələrinin tələbələri, habelə geniş oxuçu auditoriyası
üçündür.
GİRİŞ

Orta əsrlər dünya tarixinin xronoloji cəhətdən xeyli böyük və əhəmiyyətli


dövrünü əhatə edir. Bu dövr insan cəmiyyətinin inkişafı tarixində mühüm mərhələdir.
Amma eyni zamanda, «orta əsrlər» anlayışı şərti xarakter daşıyır və tarixi ədəbiyyatda
daha çox feodalizmin tarixi kimi qəbul edilir. Orta əsrlərdə həm Qərbin, həm Şərqin
tarixinin yeni, zəngin səhifələri açılır; sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər
yaranır; ilk burjua hərəkatları baş verir; maddi və mənəvi mədəniyyət yüksəlir; ictimai
- fəlsəfi fikir daha da inkişaf edir. Orta əsrlər tarixə Babək və Tomas Münseri, Tomas
Mor və Tommazo Kampanellanı, Rocer Bekon və İbn Sinanı, Nəsimi və Yan Qusu,
Nəsrəddin Tusi, Nikolay Kopernik və Cordano Brunonu, Firdovsi, Sədi, Nizami,
Dante, Füzuli, Şekspir və Servantesi, Rafael, Leonardo da Vinçi, Rembrandt və b. nadir
şəxsiyyətləri bəxş etmişdir.
«Orta əsrlər» anlayışı. «Orta əsrlər» terminini tarixşünaslığa 15-16-cı əsrlərin İtaliya
humanistləri gətirmişlər. Orta əsrlər tarixindən ayrıca bir tarixi dövr kimi ilk dəfə
İtaliya humanisti Flavio Byondo (1392-1463) bəhs etmişdir. Onun «Roma imperiyasının
süqutundan sonrakı tarix» əsəri 1412-1440-cı illəri əhatə etməklə, əslində, orta əsrlər
tarixinə həsr olunmuş ilk sistemli əsər idi. İtaliya humanistləri öz dövrlərini, yəni
İntibah dövrünü yeni dövr, bundan əvvəlki «zülmət dövrünü» orta əsrlər, Roma
imperiyasının süqutunu isə orta əsrlərin başlanğıcı hesab edirdilər. Şərti xarakterdə
olan «orta əsrlər» məfhumu ayrı-ayrı dövrlərdə müxtəlif cur izah edilmişdir. Orta
əsrlərin xronoloji çərçivəsi haqqında da müxtəlif fikirlər söylənilmişdir. Humanistlər,
həmçinin 17-18-ci əsrlərin tarixçiləri tarixi qədim, orta və yeni dövrlərə bölürdülər. Bu
tarixçilər qədim dünyaya və yeni dövrə nisbətən orta əsrləri mədəni tənəzzül, cəhalət
dövrü hesab edirdilər. 18-ci əsrdə «orta əsrlər» anlayışı elmdə bir tarixi dövr kimi
möhkəmləndi və tarix elminin bu dövrünü öyrənən müstəqil sahəsi meydana gəldi.
Qərb tarixşünaslığında «qədim dünya», «orta əsrlər» və «yeni dövr» anlayışları
şərti bölgü xarakterindədir və müxtəlif regionlar üçün fərqli məzmun daşıyır.
Sovet tarixçiləri isə tarixi dövrləşdirərkən və ya mövcud dövrləşdirmələrə qiymət
verərkən müxtəlif istehsal üsullarının inqilabi surətdə bir - birini əvəz etməsini və ya
hər hansı ictimai-iqtisadi formasiyanın inkişaf mərhələlərini əsas götürürdülər. Sovet
tarixçiləri orta əsrlər tarixini, hər şeydən əvvəl, feodalizm formasiyasının tarixi olaraq
qəbul etmişlər.
Müasir Qərb tarixşünaslığında orta əsrlər tarixi sırf Avropa (xüsusən Qərbi
Avropa) tarixi hesab olunur. Azərbaycan tarixşünaslığında isə orta əsrlər tarixi
dünyanın bütün ölkələrinin orta əsrlər tarixini əhatə edir. Çünki Avropada olduğu
kimi, dünyanın başqa ölkələrinin, xüsusən Asiya və Afrika ölkələri xalqlarının da
əksəriyyəti orta əsrləri keçmişlər.
Orta əsrlər tarixinin dövrləri. Feodalizm sisteminə keçid dünyanın hər yerində eyni
zamanda baş verməmişdir. Çünki feodalizm cəmiyyəti üçün xarakterik munasibətlərin
yaranması prosesi bütün ölkələrdə eyni sürətlə getmirdi. Feodal istehsal üsulunun
tərəqqi və dağılması dövrləri də müxtəlif qitələrdə, hətta ayrı-ayrı ölkələrdə də
müxtəlif vaxtlarda olmuşdur. Feodalizm cəmiyyəti bəzi xalqların tarixində nisbətən az,
bəzilərinin tarixində isə çox davam etmişdir. Deməli, feodalizmə keçid, bu cəmiyyətin
hökmranlığı dövrü və dağılması hər yerdə eyni vaxtda baş verməmişdir. Elə buna görə
də dünya ölkələrinin orta əsrlər tarixini xronoloji cəhətdən vahid çərçivəyə salmaq
mümkün deyildir. Feodal münasibətlərinin formalaşması Şərqdə daha tez—eramızın 2-
ci əsrində başlamışdı. Məsələn, Çində eramızın 3-4-cü əsrlərində, artıq feodal
münasibətləri mövcud idi. Təqribən eyni dövrdə bəzi başqa Şərq ölkələrində də feodal
münasibətləri inkişaf etməkdə idi. Ümumiyyətlə, dünya miqyasında eramızın 7-ci
əsrinədək quldarlıq münasibətləri hər yerdə, demək olar ki, süqut etmiş, həm Asiya,
həm də Avropa miqyasında feodalizmin inkişafı üçün əlverişli şərait yaranmışdı. Bu
mənada, şərti olaraq, 3-7-ci əsrləri dünya tarixində orta əsrlər tarixinin başlanğıcı kimi
qəbul etmək olar.
Avropa ölkələrində orta əsrlər şərti olaraq Qərbi Roma imperiyasının süqutundan
(476-cı il) başlayır. Bu da təsadüfi deyil. Çünki geniş ərazili Qərbi Roma imperiyasının
dağılması ilə, həm imperiyanın öz ərazisində, həm də ümumiyyətlə, Avropa
ölkələrində quldarlığa nisbətən mütərəqqi münasibətlərin—feodalizmin inkişafına
əlverişli şərait yarandı.
Başqa cəmiyyətlər kimi, feodalizm də yaranma, tərəqqi və dağılma dövrləri
keçirmişdir. Bu dövrləri bir-birindən ayıran xronoloji sərhəd də bütün dünya ölkələri
üçün eyni deyil. Məsələn, Çində erkən orta əsrlər dövrü 8-ci, Ön və Orta Asiya
ölkələrində 9-cu, Avropa ölkələrinin əksəriyyətində isə 11-ci əsrədək davam etmişdir.
Feodalizmin tərəqqi və dağılma dövrünün də xronoloji çərçivəsi bütün ölkələr üçün
eyni deyil. Bununla belə, artıq 15-16-cı əsrlərdə bir çox Şərq ölkələrində və Avropa
ölkələrinin əksəriyyətində feodal sisteminin dağılması prosesi başlanmışdı. Bu proses
Avropadan fərqli olaraq bəzi Şərq ölkələrində uzun müddət—19-cu əsrin ortalarına
qədər davam etmişdir. Bəzi ölkələrdə feodalizmin qalıqları, əlamətləri bu və ya digər
şəkildə indi də qalmaqdadır. Ümumiyyətlə, orta əsrlər tarixinin dövrləşdirilməsi
məsələsində az-çox sabit bölgü Avropa ölkələrinin tarixi üçün yaradılmışdır.
Azərbaycan tarixçiləri Avropa ölkələrinin orta əsrlər tarixini üç dövrə bölürlər.
Birinci dövr erkən orta əsrlər dövrü adlanır. Bu dövr 5-ci əsrin sonlarından 11-ci əsrin
ortalarına qədərki tarixi əhatə edir. Erkən orta əsrlərdə feodal münasibətləri doğulur
və inkişaf edir. Bu dövrün sonunda feodalizm hakim sosial sistemə çevrilir.
İkinci dövr 11-ci əsrin ortalarından 15-ci əsrin sonuna qədərki tarixi əhatə edir.
Bu dövr inkişaf etmiş orta əsrlər dövrüdür. İkinci dövrdə feodalizm sistemi özünün ən
yüksək inkişaf mərhələsinə çatır; sənətkarlıq və ticarət mərkəzləri olan orta əsr
şəhərləri tərəqqi edir; əmtəə-pul münasibətləri inkişaf edir.
Üçüncü dövr son orta əsrlər dövrü və ya Erkən Yeni dövr adlanır. Bu dövr orta əsrlər
tarixinin 16-cı əsrin əvvəlindən 17-ci əsrin ortalarına qədərki çağını əhatə edir. Feodal
sisteminin dağılması və kapitalist münasibətlərinin yaranmağa başlaması üçüncü
dövrün başlıca xüsusiyyətidir. Orta əsrləri Yeni dövrdən 1618-1648-ci illərdə baş
vermiş Otuzillik müharibə ayırır. Ümumavropa əhəmiyyətli bu hadisədən sonra Yeni
dövr başlayır.

Feodalizmin xarakteristikasi
Feodalizmin mənşəyi, bu cəmiyyətin mahiyyəti, habelə onun ayrı-ayrı ölkələrdə
inkişaf xüsusiyyətləri ortaəsrşünaslığın (mediyevistikanın) əsas məsələlərindən biridir.
«Feodalizm» anlayışı idrakın konkret-tarixi deyil, məntiqi sahəsinə aiddir. Tarixi
inkişafın konkret variantları əsasında yaradılmış bu anlayış sosial sistemin abstrakt
obrazını təşkil edir. Ona görə də anlayışla tarixi gerçəkliyin üst-üstə düşmə dərəcəsi
də müxtəlif ölkələrdə və bölgələrdə fərqlidir. Ona görə də «feodalizm» anlayışının
xaraktersitikası zamanı ictimai inkişafın ümumi hadisələrinə diqqət yetirmək vacibdir.
Bu baxımdan əmək alətləri və vasitələri üzərində mülkiyyətin təbiəti önəmli amil
sayılır. Feodalizm cəmiyyətində əsas istehsal vasitəsi olan torpaq feodal mülkiyyəti
idi. Torpaq bilavasitə feodallara deyil, feodal dövlətlərinə məxsus olduqda belə
(məsələn, erkən orta əsrlərdə bir sıra Şərq ölkələrində olduğu kimi), yenə də feodal
mülkiyyəti idi. Feodallara məxsus iri torpaq mülkiyyətinin mövcud olması feodal
istehsal münasibətlərinin xarakterik cəhətidir.
Feodalizm cəmiyyətinin digər mühüm xüsusiyyəti iri torpaq mülkiyyətinin
xırda fərdi kəndli təsərrüfatı ilə əlaqədar olması—çulğalaşması idi. Kəndlilər
becərdikləri torpaqların sahibi deyildilər. Həmin torpaqlar bu və ya digər şərtlə
feodallar tərəfindən kəndlilərə istifadə üçün (hətta irsən) verilmişdi. Kəndlilər bu
torpaqlardakı xırda təsərrüfatlarını müstəqil idarə edirdilər. Quldarlıq cəmiyyətindəki
quldan fərqli olaraq, kəndli ona istifadə üçün verilmiş əsas istehsal vasitəsinə—
torpağa malik idi. Onun öz əmək aləti, iş heyvanı və s. vardır. «Torpaq iri torpaq
sahibləri, mülkədarlar arasında bölünmüşdü, mülkədarlar kəndlilərə bu torpaqdan
ona görə verirdilər ki, onları istismar etsinlər, belə ki, torpaq natural əmək haqqı kimi
bir şey idi: kəndlinin mülkədardan ötrü izafi məhsul istehsal edə bilməsi üçün torpaq
kəndliyə lazımi məhsul verirdi; torpaq mülkədarın xeyrinə kəndlilərin
mükəlləfiyyətlər daşıması üçün bir fond idi». 1
Xırda, fərdi kəndli təsərrüfatlarının mövcud olması feodalizm cəmiyyətində
kəndliləri istismar etmək üçün təhkimçilik və s. kimi qeyri-iqtisadi məcburiyyət
formalarının meydana gəlməsinə səbəb olurdu. Şəxsi asılılıq münasibətləri, hər hansı
dərəcədə şəxsi qeyri-sərbəstlik və torpağın əlavəsi kimi torpağa təhkim olunmaq,
sözün əsl mənasında, təhkimçilik asılılığı lazım idi. Başqa sözlə, feodallar zor tətbiq
etmədən kəndliləri istismar edə bilməzdilər. «Belə bir təsərrüfat sistemində
kəndlinin mülkədardan şəxsən asılı olması lazımdır. Əgər mülkədar kəndlinin
şəxsiyyətinə bilavasitə hakim olmasaydı, pay torpağı almış və öz təsərrüfatı olan bir
adamı o özü üçün işləməyə məcbur edə bilməzdi». 2
Feodalizm cəmiyyətinin mahiyyətini müəyyənləşdir məyən, lakin bu cəmiyyət
üçün xarakterik əlamətlərdən biri vassallıq münasibətləri idi. Vassallıq münasibətləri
feodalizm cəmiyyəti üçün xarakterik torpaq mülkiyyəti forması olan feodla bağlıdır.
Bu torpaq mülkiyyəti orta əsrlərdə ən çox Qərbi Avropa ölkələrində yayılmışdı. İri
torpaq sahibləri feodu müəyyən xidmət, xüsusən hərbi xidmət müqabilində verirdilər.
Beləliklə, feod alan bu torpağı ona verəndən—senyordan asılı hala düşür, onun
vassalına çevrilirdi. Feod irsi keçirdi. Feod sahibləri feodal adlanırdı. Öz növbəsində
hər bir feodal da yuxarıda göstərilən şərtlə başqasına torpaq verir və başqa feodalın
senyoruna çevrilirdi. Beləliklə, hər hansı bir feodal torpağı təkcə bir nəfərin deyil, eyni
zamanda, bir-birinə feod vermiş və biri digərindən asılı olan bir neçə feodalın

1
Lenin V. İ. ƏTK, c. 1, s.198
2
Lenin V.İ. ƏTK, c. 3, s. 197
mülkiyyəti idi. Feodallar arasındakı bu asılılıq əlaqə ləri vassallıq munasibətləri
adlanırdı. Feodallar vassallıq münasibətlərindən kəndliləri itaətdə saxlamaq, kəndli
üsyanlarını yatırmaq üçün istifadə edirdilər.
Qeyd eədk ki, Qərb tarixçiləri feodalizm sistemini səciyyələndirərkən feodal-
vassallıq münasibətlərini, siyasi pərakəndəlik və s. kimi cəhətləri önəmli hesab edirlər.
Feodalizm cəmiyyətində əsas istehsalçılar kəndlilər idi. Kəndlilər və onları
istismar edən feodallar bu cəmiyyətin antaqonist sinifləri idilər. Feodallar kəndliləri
onlardan renta almaq yolu ilə istismar edirdilər. Renta kəndlilərdən qeyri-iqtisadi
məcburiyyət vasitəsi ilə alınırdı. Orta əsrlərdə feodal rentasının üç forması vardı: biyar
(və ya işləyib ödəmə rentası), natural renta (və ya ərzaq rentası), pul rentası.
Əksər hallarda rentanın bu üç formasına eyni zamanda təsadüf edilir. Lakin
feodalizmin müxtəlif inkişaf mərhələlərində, göstərilən renta formalarında bu və ya
digəri daha üstün olurdu. Erkən orta əsrlərdə biyar rentası geniş yayılmışdı. Orta
əsrlərin ikinci dövründə biyarla yanaşı, natural renta böyük rol oynamağa başlayır.
Bəzi ölkələrdə isə əsas renta formasına çevrilir. Bu dövrdə əmtəə-pul münasibətlərinin
inkişafı nəticəsində pul rentası da geniş yayılır; hətta bir sıra Avropa ölkələrində əsas
rentaya çevrilir. Pul rentasının geniş tətbiq edilməsi kəndlinin iqtisadi müstəqilliyinin
artmasına, qeyri-iqtisadi məcburiyyət formalarının nisbətən yumşalmasına səbəb oldu.
Məhsuldar qüvvələr daha da inkişaf etdi. Orta əsrlərin üçüncü dövründə bir çox
Avropa ölkələrində pul rentası hakim rol oynamaqda davam edirdi. Lakin bu dövrdə
kapitalist istehsal münasibətləri inkişafa başladığına görə feodal pul rentası sistemi
dağılmağa, tədricən kapitalist torpaq rentası yayılmağa başlayır.
Feodalizmi xarakterizə edərkən, onun daha bir vacib xüsusiyyətini – korporativlik
cəhətini də qeyd etmək lazımdır. Bu, ilk növbədə orta əsr cəmiyyətin inkişaf
səviyyəsindən irəli gəlirdi: insanın üzləşdiyi çətinliklər kollektivin köməyilə
kompensasiya olunurdu. Amma orta əsrlərdə Avropada mövcud kollektivçilik sistemi
insanlara yardımçı olmaqla yanaşı, onların bəzi şəxsi hüquqlarını məhdudlaşdırıdı.
Kəndli – kənd icmasının, feodal – vassallıq əlaqələrinin, sənətkar və tacir – sex və
gildiyanın çərçivəsində yaşamalı olurdu.
«Feodalizm» anlayışının universal xarakteri. Sovet tarixşünaslığında feodalizm –
tarixi inkişafın müəyyən bir mərhələsi kimi qəbul edilirdi və bu mərhələnin bütün
Avropa və Asiya, hətta Afrika və Amerika xalqlarının keçdiyi təsdiqlənirdi. Lakin bu
müddəa tarix elmində qəti qəbul olunmuş sayıla bilməz, ələlxüsus Qərb tarixşünaslığı
üçün feodalizm sırf Avropa hadisəsi kimi qəbul edilir. Azərbaycan tarixşünaslığında
feodalizmin universallığı fikri aşağıdakı şərtlərlə qəbul edilir:
Feodal sisteminin xarakterik xüsusiyyətlərinə əksər ölkələrdə təsadüf olunur.
Bununla belə, ayrı-ayrı qitələrdə, hətta ayrı-ayrı ölkələrdə feodalizm cəmiyyətinin bəzi
özünəməxsus xüsusiyyətləri olmuşdur. Bu baxımdan Şərq ölkələri daha xarakterikdir.
Şərqdə feodal istehsal üsulunun inkişafında nəzərə çarpan bəzi xüsusiyyətlərə
Avropada təsadüf olunmur.
Avropada feodalizm sistemi 5-ci əsrin sonlarından 17-ci əsrin ortalarına qədərki
dövrü əhatə etdiyi halda, Şərqdə bu cəmiyyət daha erkən—eramızın təqribən 2-ci
əsrindən inkişafa başlamış və daha uzun müddət—19-cu əsrin ikinci yarısınadək
davam etmişdir.
Məlumdur ki, bir çox Asiya tayfaları əsasən maldarlıqla məşğul olur, köçəri həyat
sürürdülər. Köçəri tayfa başçıları, əyanlar daim yeni otlaqlar ələ keçirməyə can atır,
əkinçilik və b. oturaq təsərrüfat formaları ilə məşğul olan tayfaları tabe edib
varlanmağa çalışırdılar. Tayfa daxilində yoxsullaşmış sıravi köçərilər isə əyanlara
nökərlik edir, onların sürülərini, ilxılarını otarırdılar və s. Beləliklə, Asiya
köçərilərində qeyri-iqtisadi məcburiyyət Avropadakı təhkimçiliyə nisbətən daha
yumşaq formada idi.
Şərq ölkələrinin bir çoxunda, Avropadan fərqli olaraq, iri feodal təsərrüfatları yox
idi. Bununla əlaqədar olaraq Şərqdə biyar və ya işləyib ödəmə rentası da geniş
yayılmamışdı. Feodallar torpaqlarını müvəqqəti və ya irsi keçmək şərti ilə ayrı-ayrı
kəndlilərin, habelə bütöv icmaların istifadəsinə verir, müqabilində məhsulla (bəzən də
pulla) renta alırdılar.
Şərq ölkələrində, əksər hallarda, torpaq üzərində mülkiyyət ayrı-ayrı feodallara
deyil, ümumiyyətlə, feodal dövlətinə məxsus idi. Bir çox torpaqlar isə bilavasitə
dövlətinki idi. Dövlət torpaqlarında kəndlilərin istismarçısı ayrı-ayrı feodallar deyil,
bilavasitə dövlətin özü idi. Təbiidir ki, bu torpaqlarda yaşayan kəndlilər rentanı da
dövlətə verirdilər. Beləliklə, kəndlidən alınan vergi ilə renta eyniləşirdi.
Feodalizmin son dövründə Şərqdə də qüvvətli, geniş ərazili feodal dövlətləri
yaranmışdı. Lakin bu dövlətlər Avropadakı mütləq monarxiyalardan fərqli olaraq
əmtəə-pul münasibətlərinin genişləndiyi şəraitdə deyil, natural təsərrüfatın möhkəm
olduğu şəraitdə meydana gəlmişdilər. Beləliklə, Şərq monarxiyaları möhkəm iqtisadi
zəmin üzərində yaranmamışdılar. Bundan başqa həmin dövlətlər olduqca müxtəlif
xalqları əhatə edirdilər və milli dövlət səciyyəsi almamışdılar.
Feodalizmin üçüncü dövründə Avropa ölkələrində kapitalist istehsal üsulunun
yaranması prosesi gedir və daxili iqtisadi əlaqələr getdikcə genişlənirdi. Bu cəhətdən
Şərq ölkələri geri qalırdılar; kapitalizm rüşeymləri olduqca ləng inkişaf edirdi. Belə
şəraitdə müstəmləkə işğalları dövrü başlandı və təqr. 13-cü əsrədək iqtisadi-mədəni
tərəqqinin daha yüksək pilləsində dayanan Şərq xalqlarının normal tarixi inkişafı
pozuldu. Bununla əlaqədar olaraq feodal istehsal üsulunun hökmranlığı dövrü Şərqdə
daha uzun sürdü.
Orta əsrlərdə sosial-sinfi mübarizə. İndiyə qədər mövcud olan bütün sinifli
cəmiyyətlərin tarixi həm də siniflərin mübarizəsi tarixi olmuşdur. Bu baxımdan
feodalizmin tarixi, eyni zamanda, sosial-sinfi mübarizə tarixidir. Erkən orta əsrlərdə
geniş əraziləri əhatə edən, kütləvi, uzun müddət davam edən kəskin kəndli hərəkatları
iqtisadi cəhətdən daha inkişaf etmiş Şərq ölkələrində baş vermişdi. Məzdəkilər
hərəkatı, Müqənna üsyanı, Babəkin başçılıq etdiyi azadlıq müharibəsi, Xuan Çao
üsyanı və s. buna misal göstərmək olar. Sosial hərəkat bir çox hallarda yadellilərin
əsarətinə qarşı azadlıq mübarizəsi ilə çulğalaşırdı. Orta əsrlərin sonrakı dövrlərində də
bir çox dünya ölkələrində sosial hərəkatlar, daha çox isə kəndli üsyanları, böyük
kəndli müharibələri baş vermişdi. Orta əsrlərin ikinci dövründə əmtəə-pul
münasibətlərinin inkişafı şəraitində feodal istismarı daha da şiddətləndi. Bu da sosial-
sinfi mübarizənin kəskinləşməsinə səbəb oldu. Bu hərəkatlar bir çox hallarda
şəhərliləri və kəndlilərin mübarizəsi ilə eyni vaxtda və əlaqəli şəkildə baş verirdi.
Əvvəllər feodal istismarının nisbətən yumşalmasına və məhsuldar qüvvələrin
mütərəqqi inkişafına yol açan antifeodal mübarizə orta əsrlərin sonunda erkən burjua
inqilabları ilə qovuşaraq feodalizm quruluşunun devrilməsində həlledici rol oynadı.
Orta əsrlərdə sosial hərəkatlar bir çox hallarda dini bayraq altında gedirdi.
«Bütün orta əsrlər boyu feodalizmə qarşı inqilabi muxalifət davam edir. Bu müxalifət
zamanın şəraitinə uyğun olaraq gah mistika şəklində, gah açıq bidət şəklində, gah da
silahlı üsyan şəklində çıxış edir». 3
Sosial təsisatlar. Torpaq üzərində feodal mülkiyyətinin bərqərar olması
cəmiyyətin təkcə təsərrüfat deyil, sosial həyatında da dəyişikliklər yaradırdı. Əgər orta
əsrlərin ilk başlanğıcında cəmiyyətin əsas təsərrüfat və sosial vahidi icma idisə, 7-9-cu
əsrlərin hüdudunda bu, votçina (Fransada – senyoriya, İngiltərədə - manor) olur. İri
torpaq malikanəsi feodalın mülkünə - domenə və kəndlinin istifadəsinə verilən pay
torpağına bölünürdü. Bir təsərrüfat vahidi kimi votçina məhsuldar qüvvələrin
inkişafını, torpağın məskunlaşmasını və istifadəsini, iqtisadi yüksəlişi şərtləndirirdi.
Feodal cəmiyyətinin sosial həyatının daha bir vacib ünsürü – şəhər idi.
Sənətkarlıq və ticarət mərkəzi olaraq şəhər, əslində, feodalizmin ayrılmaz hissəsi olub
onun səciyyəvi cəhətlərini özündə daşıyırdı. İstehsalın və ticarətin xırda miqyası,
mülkiyyətin korporativliyi (sex və gildiya), şəhərin feodalizmin vassal münasibətlərinə
daxil olması orta əsr Aropa şəhərinin feodal xarakterindən xəbər verirdi. Bununla
yanaşı, orta əsr şəhəri texnikada həlledici irəliləyişlərin baş verdiyi mərkəz idi ki, bu
da manufaktura istehsalına keçiddə ona aparıcı rolu təmin etmişdi. Şəhərlər, eyni
zamanda, mədəniyyətin və elmin toplandığı mərkəzlər idi. Qərbi Avropada erkən orta
əsrlərin sonunda təşəkkül tapan humanizm ideologiyası və İntibah mədəniyyəti şəhər
həyatı ilə birbaşa bağlı olmuşdur.
Feodal dövləti. Din. Feodal münasibətlərinin meydana gəlməsi ilə feodal dövləti
də yaranır. Feodal dövləti feodalizm cəmiyyətinin hakim sinfi olan feodalların əlində
idi. Beləliklə, feodalizm dövründə dövlət, rəsmi din, məhkəmə sistemi feodalların
mənafeyini müdafiə edirdi.
Şərq ölkələrində erkən feodal dövləti nisbətən mərkəzləşmiş xarakterdə idi. Bu,
bir tərəfdən, torpaq üzərində dövlət mülkiyyətinin üstünlük təşkil etməsi ilə, digər
tərəfdən də, əkinçilikdə suvarma qurğularının böyük rol oynaması ilə əlaqədar idi.
Çünki çox xərc və işçi qüvvəsi tələb edən suvarma qurğularının yaradılması üçün
qüvvətli dövlət hakimiyyəti lazım idi. Feodal dövləti müxtəlif dövrlərdə müxtəlif
formalarda olmuşdur. Məsələn, Xilafət, Böyük Karl imperiyası kimi iri, lakin möhkəm
olmayan dövlət qurumları; bəyliklər, xanlıqlar, knyazlıqlar, hersoqluqlar, qraflıqlar və
s. kimi xırda dövlətlər; mərkəzləşmiş feodal dövlətləri; silki monarxiyalar; mütləq
monarxiyalar. Bu dövlətlərdən hər biri ümumi inkişafdan doğan bəzi xüsusiyyətlərə
malik idi. Məsələn, ərazicə geniş olmalarına baxmayaraq, erkən feodal
monarxiyalarında mərkəzi hakimiyyət zəif idi; silki monarxiyalarda, əmtəə-pul
münasibətlərinin inkişafı nəticəsində, şəhər əhalisinin varlı təbəqəsi mərkəzi
hakimiyyətin dayaqlarından birinə çevrilir; feodal dözlətinin son forması olan mütləq
monarxiyalarda isə ali hakimiyyət bütünlüklə bir nəfərin əlində cəmlənir. Mütləq
monarx—imperator, şah, sultan, kral və s. qeyri - məhdud hakimiyyətə malik idi. Orta
əsrlərdə xüsusən xarici ticarətin geniş inkişafı nəticəsinda yaranmış respublika tipli

3
Маркс К., Энгельс Ф. Соч., т. 7, с. 361.
şəhər-dövlətlər (məsələn, Vepesiya, Genuya, Florensiya və s.) də olmuşdur. Bu
dövlətlərdə hakimiyyət varlı şəhərlilərin əlində idi.
Orta əsrlər dünya dinlərinin – buddizmin, xristianlığın və İslamın bərqərar
olduğu dövrdür. Bununla əlaqədar Avropada kilsə - mənəvi və sosial-siyasi həyatın
aparıcı amili olmuşdur. 12-ci əsrədək Qərbi Avropada xristian kilsəsi cəmiyyətin
mənəvi həyatında dominant olmuş, dini dünyagörüşünün və dini mədəniyyətin
təşəkkülünü doğurmuşdur. Xristian dini Avropanın bir sivilizasiya olaraq vəhdətini
qorumuşdur. Bununla yanaşı, kilsə iri torpaq mülkiyyətçisi qismində feodal
cəmiyyətinin başlıca ideoloji qüvvəsi olmaqla onu müdafiə etmişdir.
Orta əsrlər tarixini öyrənməyin əhəmiyyəti. Orta əsrlər tarixinin tədqiqinin və
öyrənilməsinin böyük əhəmiyyəti var. Xalqın əsrlərcə yaratdığı maddi və mənəvi
mədəniyyət tarixinin böyük hissəsi orta əsrlərə düşür. Orta əsrlər tarixi sinfi mübarizə
tarixinin maraqlı səhifələrini əhatə edir. Orta əsrləri öyrənmədən cəmiyyətin ümumi
inkişaf qanunauyğunluqlarını dərk etmək qeyri-mümkündür. Məhz bu mənada orta
əsrlər tarixinin öyrənilməsi nəzəri və təcrübi əhəmiyyətə malikdir. Bundan başqa,
müasir dövrdəki hadisə və münasibətlərin bir çoxunun kökləri orta əsrlərdən başlanır.
Müasir xalqların da xeyli hissəsinin təşəkkulü prosesi məhz orta əsrlərdə başa
çatmışdı. Bir sıra dünya xalqları və dövlətləri isə orta əsrlərdə yaranmışdır.
Orta əsrlər dünya mədəniyyətinin inkişafı tarixində də muəyyən mərhələdir. Orta
əsrlərdə yaşayıb yaratmış böyük yazıçılar, şairlər, rəssamlar, memarlar, filəsoflar,
alimlər özlərindən əvvəlki mədəni irsi xeyli zənginləşdirdilər.
Kapitalizm cəmiyyətinin əsas sinifləri—proletariat və burjuaziya orta əsrlərdə
təşəkkül etməyə başlamışdı. Millətlərin və milli mədəniyyətlərin yaranmağa başlaması
orta əsrlərə təsadüf edir. İlk müstəmləkəçilik addımları orta əsrlərdə baş vermişdi.
Orta əsrlər bir çox dünya xalqlarının sosial və milli azadlıq mübarizəsi tarixinin
mühüm dövrüdür. Bütün bunları bilmədən ayrı-ayrı ölkələrin daxili və dövlətlərarası
inkişafının bugünkü və gələcək inkişaf prespektivlərini dərindən başa düşmək
mümkün deyil.
Feodal münasibətləri və orta əsr ənənələri bu gün də bu və ya digər şəkildə bir
çox dünya ölkələrində, hətta ən inkişaf etmiş kapitalist ölkələrində belə davam edir.
Feodalizmin mahiyyətini, onun inkişaf qanunauyğunluqlarını bilmədən həmin
ölkələrin bugünkü tarixini və inkişaf perspektivlərini incəlikləri ilə dərk etmək
mümkün deyil.
Orta əsrlər tarixinin, demək olar ki, bütün problemləri ətrafında (məsələn,
feodalizmin universallığı, xüsusi mülkiyyət, feodalizmin mənşəyi, sosial-sinfi
mübarizə, şəhərlərin yaranması və s.) bu gün də tarixşünaslıqda elmi mübahisələr
gedir. Bu, orta əsrlər tarixinin aktuallığını, onu öyrənməyin əhəmiyyətini aydın sübut
edir.
I FƏSİL

ROMA İMPERİYASININ SÜQUTU VƏ ORTA ƏSRLƏRƏ KEÇİD

Roma imperiyasında tənəzzül


Roma imperiyası orta əsrlərin ərəfəsində dünyanın ən böyük dövlətlərindən biri
idi. 4-cü əsrdə bu dövlət İtaliyadan başqa, Qalliya, İspaniya, Britaniyanın böyük
hissəsini, Dunayın sağ sahilindəki torpaqları, Balkan yarımadasını, Asiyanın bir çox
yerlərini (Kiçik Asiya, Suriya və s.), Misir, Şimali Afrika və b. yerləri əhatə edirdi.
Roma imperiyasının son dövr tarixi bu geniş ərazidə quldarlığın böhranı və
feodalizmin meydana gəlməsi problemini aydınlaşdırmağa imkan verir.
Roma imperiyası ərazisində quldarlıq cəmiyyətinin böhranı hələ eramızın 2-ci
əsrində başlanmışdı. Vaxtını keçirmiş quldarlıq istehsal münasibətləri artıq məhsuldar
qüvvələrin xarakterinə uyğun gəlmirdi, onun inkişafı yolunda maneəyə çevrilmişdi.
Qul öz əməyinin nəticəsi ilə maraqlanmırdı. Bu da əmək alətlərinin təkmilləşməsinə,
istehsalın inkişafına mane olurdu. İmperiya hərbi cəhətdən də zəifləmişdi. Bu
səbəbdən ucuz qul mənbəyi olan müharibələrin arası kəsilmişdi. İri quldar
təsərrüfatlarını işçi qüvvəsi ilə təmin etmək mümkün deyildi. Qul əməyi quldarların,
bütövlükdə quldar dövlətinin tələbini ödəmirdi. Buna görə də qulların istismar
edilməsində müəyyən dəyişikliklər əmələ gəldi. Qullara müəyyən qədər torpaq və b.
zəruri istehsal vasitələri verildi. Bunun müqabilində qul becərdiyi məhsulun bir
qismini ağasına verməli, ya da onun təsərrüfatında işləməli idi. Müstəqil
təsərrüfatçılıq edən bu qullar öz zəhmətlərinin nəticəsi ilə əvvəlkinə nisbətən daha çox
maraqlanırdılar. Bu isə məhsuldarlığın müəyyən qədər artmasına səbəb olurdu.
Bununla belə, həmin qullar öz əmlakları ilə birlikdə ağasının mülkiyyəti idilər.
Qulların azadlığa buraxılması halları da getdikcə artırdı. Belə qullar əksər
hallarda keçmiş ağalarının «himayəsində» qalır, icarədarlara çevrilirdilər. Qulların
azadlığa buraxılması, onlara istifadə üçün torpaq verilməsi bilavasitə onların əməyinin
məhsuldarlığını artırmaq üçün edilmişdi.

Kolonat
Roma imperiyasının son dövrlərində iqtisadi həyatda kolonat mühüm rol
oynayırdı. Kolonat mahiyyətcə Roma imperiyası ərazisində quldarlıqdan feodalizmə
keçid prosesindən başqa bir şey deyildi. Bu təsərrüfat formasında həm quldarlığın,
həm də feodalizmin əlamətlərinə təsaduf edilir. Birinci sürətlə süquta uğrayır, ikinci
isə getdikcə inkişaf edirdi. Kolonlar imperiyanın ilk dövrlərində torpaq sahiblərindən
icarəyə torpaq götürmüş azad adamlar idilər. Kolon latınca «kolonus» sözündəndir ki,
bu da «əkinçi» deməkdir. Kolonlar torpaq sahiblərinə əvvəllər pulla, sonra isə natural
şəkildə icarə haqqı verirdilər. Bundan başqa onlar icarəyə götürdükləri torpaq
müqabilində bəzi mükəlləfiyyətlər də icra edirdilər. Lakin imperiyanın sonuna yaxın
sayca artmış kolonlar becərdikləri torpaqlara təhkim edildilər. Qanunla onların bütün
əmlakı torpaq sahiblərinin mülkiyyəti idi. Kolonların yaşadıqları yerləri tərk etmək
hüququ yox idi; onlar dövlət və ruhani vəzifələri tuta bilməzdilər. Kolonlar torpaq
sahiblərindən şəxsən asılı idilər. Onlar hüquqi cəhətdən, bəzən qullara bərabər
tutulurdu. Bununla belə, quldan fərqli olaraq kolon təsərrüfatca müstəqil idi. Becərdiyi
məhsulun bir hissəsini sata bilərdi. Bəzən ağasından dövlət məhkəməsinə şikayət də
edə bilərdi. Kolonlar hərbi xidmətə də cəlb olunurdular. Onları torpaqsız satmaq
olmazdı və s. Kolon ictimai vəziyyətinə görə orta əsrlərdəki təhkimli kəndliyə çox
yaxın idi.
Kolonat Roma imperiyasının son dövrlərində quldarlıq istehsal münasibətlərinin
köhnəlməsi nəticəsində tənəzzülə uğramış istehsalı müəyyən qədər canlandırdı. Bu
təsərrüfat sistemi imperiyanın ərazisində feodal münasibətlərinin meydana
gəlməsində müəyyən rol oynadı.
Prekari. Emfitevzis
Kolonlardan başqa iqtisadi həyatda prekariyə malik ictimai qrupun da müəyyən
rolu vardı. Bu qrupa daxil olanlar iri torpaq sahiblərindən müəyyən şərtlər daxilində
becərməyə torpaq almış xırda, azad icarədarlar idilər. Lakin torpaq sahibləri
istədikləri vaxt icarəyə verilmiş torpaqları onlardan geri ala bilərdilər. Roma
imperiyasının süqutuna yaxın xırda prekari sahibləri ictimai vəziyyətlərinə görə,
demək olar ki, kolonlardan fərqlənmirdilər.
Roma imperiyasının son dövründə yayılmış torpaq mülkiyyəti formalarından biri
də emfitevzis idi. Bu cür torpaqları iri torpaq sahibləri və ya kilsə müəyyən miqdarda
vergi müqabilində ayrı-ayrı adamlara verirdilər. Emfitevzis sahibləri təsərrüfatı yaxşı
idarə etməli idilər. Onlar bu torpaqları icarəyə verə, hətta sata bilərdilər. Belə
torpaqlar irsi də keçə bilərdi. Üç il ərzində vergilər ödənməzsə, emfitevzis sahibi
öldükdə (əgər varisi qalmazsa), emfitevzisin verildiyi müddət bitdikdə bu torpaqlar öz
sahiblərinə qaytarılırdı. Göründüyü kimi, emfitevzis feodalizm dövründəki şərti
torpaq mülkiyyətini andırır.

Aqrar quruluş
Roma imperiyasının son dövrlərində aqrar quruluşda ciddi dəyişikliklər baş
vermişdi. İri torpaq sahibliyi xeyli inkişaf etmişdi. Bununla belə, xırda və orta torpaq
sahibləri də qalmışdı. Lakin ən əsası bu idi ki, torpaq sahibliyinin quruluşunda
müəyyən dəyişikliklər baş vermişdi. Qul əməyinə əsaslanan iri təsərrüfatlar—
latifundiyalar parçalandı. Onların yerində villalar yarandı. Villalar isə daha xırda
torpaq parçalarına—parsellalara bölünürdü. Bu torpaqlarda qullar, azadlığa
buraxılmış adamlar, kolonlar, prekari sahibləri əkinçiliklə məşğul olurdular. Beləliklə,
iri torpaq sahibliyi qul əməyindən fərqli əməyə əsaslanan xırda təsərrüfatlarla
çulğaşmışdı. Bu isə quldarlıq cəmiyyətinə deyil, feodal münasibətlərinə daha çox
uyğun gəlirdi.

Sənətkarlıq
Roma imperiyasının süqutunda sənətkarlıq məhsulları istehsalının sürətlə
azalması mühüm rol oynadı. İmperiyanın dağılması ərəfəsində Roma şəhərləri
tənəzzül etməkdə idi. Qul əməyinə əsaslanan sənətkarlıq məhsulları istehsalı artıq
əlverişli deyildi. Azad sənətkarların isə istehsalı inkişaf etdirməsinə şərait yox idi.
Çunki feodal münasibətlərinin inkişafa başlaması ilə əlaqədar olaraq natural
təsərrüfatın hökmranlığı dövrü başlayırdı. Şəhər əhalisi, ilk növbədə sənətkarlar kənd
yerlərinə axışırdı. Bunun qarşısını almaq məqsədi ilə sənətkarlara mənsub olduqları
sənətkar birliklərini (kollegiyaları) tərk etmək qadağan olundu. Bu, onların təhkimli
halına salınması demək idi. Bundan əlavə sənətkarlar quldar dövləti üçün müəyyən
natural mükəlləfiyyətlər icra etməli idilər. Başqa sözlə, istehsal etdikləri məhsullardan
dövlətə də verməli idilər.

Siyasi həyat
Roma imperiyasında quldarlıq cəmiyyəti siyasi cəhətdən də böhran keçirirdi. Sinfi
mübarizənin getdikcə şiddətlənməsi, əyalət hakimlərinin müstəqilliyinin artması,
«barbar» tayfalarının hücumları və s. siyasi həyatda bəzi dəyişikliklərə səbəb oldu.
İmperator hakimiyyəti daha da genişləndi, qeyri-məhdud xarakter aldı. Senat əvvəlki
rolunu itirdi. Dövlət hakimiyyəti hərbiləşdi. Ordunun sayı artdı. Ordunun özəyi artıq
yerli əhalidən deyil, muzdla tutulan barbarlardan ibarət idi. Bundan başqa, çox
şişkinləşmiş dövlət aparatının saxlanılması üçün alınan vergilər daha da artırıldı.
Bu tədbirlər quldar dövlətinin, ümumiyyətlə, quldarlıq istehsal üsulunun
dağılmasının qarşısını ala bilmədiyi kimi, feodal münasibətlərinin də inkişafına mane
ola bilmədi. 395-ci ildə Roma imperiyası iki yerə—Qərbi və Şərqi Roma imperiyasına
parçalandı. İtaliya, Qalliya, Britaniya, İspaniya, İlliriya, Pannoniya, Şimali Afrika
Qərbi Roma imperiyasının tərkibində qaldı. 
Roma imperiyasının parçalanması bilavasitə quldarlıq quruluşunun böhranının
nəticəsi idi. Odur ki, imperiya parçalanmamışdan başlanan siyasi tənəzzül Qərbi Roma
imperiyasında getdikcə dərinləşirdi. İri torpaq sahiblərinin və kilsənin hakimiyyəti
qüvvətlənirdi. Yerli hakimlərin mərkəzi hakimiyyətdən asılılığı olduqca zəifləmişdi.
Əyalətlərdə də Roma ağalığından çıxmaq meyli güclənirdi. Ayrı-ayrı hakimlərin
muzdla tutulmuş hərbi dəstələri, qalaları vardı. Əsasən barbarlardan ibarət muzdlu
qoşunların başçıları da müstəqilləşmişdilər. Beləliklə, gələcək feodalizm cəmiyyətində
olduğu kimi, siyasi hakimiyyət ayrı-ayrı iri torpaq sahiblərinin əlində cəmləşirdi.
Xristian dini. Monastırlar
Quldarlıq quruluşunun böhranı ilə xristian dininin də təbiəti dəyişdi. Xristianlıq
istismar və zülm edilənlərin dinindən istismarçıların dininə çevrildi. Hələ 313-cü ildə
Milan edikti ilə xristianlara etiqad azadlığı verilmiş, 381-ci ildə xristianlıq dövlət dini
elan edilmişdi. Hakim sinif xristianlığın kütlələr içərisindəki nüfuzundan imperiyaya
tabe edilmiş müxtəlif xalqları, həmçinin istismar edilənləri itaətdə saxlamaq üçün
istifadə etdi. Çox keçmədən xristianlıq hakim dinə çevrildi. İmperator və iri torpaq
sahibləri tərəfindən çoxlu torpaq bağışlanan xristian kilsəsinin iqtisadi və siyasi
qüdrəti sürətlə artdı. Roma yepiskopu tədricən ali ruhanilər içində birincilik qazandı;
4-cü əsrin sonlarında isə papa,  başqa sözlə, kilsə başçısı adlandı. Xristian kilsəsi
katolik kilsəsi adlanmağa başladı.
Xristian dini kimi monastırlar da əvvəlki demokratik təbiətini itirdi. Məlum
olduğu kimi, əvvəllər ictimai zülmdən, istismardan təngə gələnlər monastıra çəkilib
tərki-dünyalığa qapılır, rahibliyə başlayırdılar. Beləliklə, rahiblik demokratik
xarakterdə idi. Rahiblərin kütlə içində böyük nüfuzu vardı. Lakin xristian dininin
hakim sinfin əlində bir istismar vasitəsinə çevrilməsilə monastırların da demokratik


Şərqi Roma imperiyası və ya Bizans haqqında ayrıca fəsildə bəhs olunacaqdır.

Papa yunanca «pappas» sözündəndir, a t a deməkdir.
təbiəti dəyişdi. Monastır torpaqlarında qul və kolon əməyindən geniş istifadə
edilməyə başlandı. Feodal təsərrüfatları kimi monastırlar da istismar yuvasına
çevrildilər.
Xalq kütlələrinin sosial çıxış formaları. Təriqətlər
Xristianlığın hakim sinfin məfkurə dayağına çevrilməsi ilə ona qarşı müxtəlif
təriqətlər meydana gəldi.
Bu təriqətlərdən biri ariçilik adlanırdı. Ariçilik 4-cü əsrin əvvəllərində
İsgəndəriyyədə başlanmışdı. Onun banisi İsgəndəriyyəli keşiş Ari idi. Ari xristian
kilsəsinin banisi İisus Xristosun (oğul—Allah) «ata-Allaha» bərabər tutulmasına etiraz
edirdi. Çünki İisus Xristosu «ata - Allah» yaratmışdır. Buna görə də o «ata - Allahdan»
aşağıdır. Ariçilər bununla əslində xristian kilsəsinin ilahiləşdirilməsinə etiraz
edirdilər. Ariçiliyi istismar olunan kütlələr müdafiə edirdilər. Çünki onlar xristian
kilsəsinin hakim sinfin mənafeyini müdafiə etməsindən narazı idilər.
Xristian kilsəsinə qarşı çevrilən təriqətlərdən biri də monofizitlik idi. Bu təriqət 5-
ci əsrdə Bizansda meydana gəlmiş, əsasən Misir, Suriya və Kiçik Asiyada geniş
yayılmışdı. Monofizitlər Allahın «bir təbiətli» (yunanca «monos»—bir, «fizis»—təbiət)
olduğunu göstərir, ariçilərin əksinə olaraq, İisus Xristosu «Allah səviyyəsinə»
qaldırırdılar. Başqa sözlə, onlar İisus Xristosun ikili təbiətə—həm Allah, həm də insan
təbiətinə malik olmasına etiraz edirdilər. Bundan başqa, monofizitlər ruhanilərin
dəbdəbəli həyat sürməsinə də qarşı çıxırdılar. Monofizitlik də mahiyyətcə, ariçilik
kimi, hakim dinə qarşı ictimai etiraz idi.
4-cü əsrin əvvəllərində Roma imperiyasının Şimali Afrikadakı torpaqlarında
donatistlər hərəkatı başladı. Donatistlər dini təliminin banisi yepiskop Donat idi.
Donatistlər hərəkatı hakim kilsəyə, xüsusən Roma ağalığına qarşı ümumi narazılığın
nəticəsi idi. Donatistlər təqib, işgəncə zamanı öz etiqadından dönən xristianlara qarşı
barışmaz olmağa çağırırdılar. Bu təlimin nümayəndələri Şimali Afrikada 6-cı əsrdə də
qalmaqda idilər.
Bu təriqətlər həm də quldar dövlətinə qarşı çevrildiyindən istismar olunan geniş
kütlələrin mənafeyini əks etdirir, onlar tərəfindən müdafiə edilirdi.

Sinfi mübarizə
Roma quldar imperiyasının dağılmasında istismar olunan kütlələrin sinfi
mübarizəsi böyük rol oynadı. Xalq kütləsinin hakim sinfə qarşı narazılığı müxtəlif
formalarda baş verirdi. Qulların, sənətkarların, kolonların zülmdən baş götürüb
qaçması, hərbi xidmətdən və vergi verməkdən boyun qaçırmaq halları tez-tez baş
verirdi. Barbar hücumları zamanı istismardan tənkə gəlmiş əhali onların tərəfinə
keçirdi. Üsyanlar da baş verirdi. 4-5-ci əsrlərdə bu üsyanların əsas qüvvəsi kəndlilər,
həmçinin bunlara qoşulmuş kolonlar və qullar idi.
4-cü əsrdə Roma imperiyasının Afrikadakı torpaqlarında aqonistiklər təriqətinin
başçılığı ilə qüvvətli xalq hərəkatı baş verdi. Aqonistiklər donatistlərin ən ardıcıl
nümayəndələri idilər. «Aqonistik» yunanca «döyüşcül», «mübarizəyə qabil»
mənalarındadır. Aqonistiklər kilsəyə, ictimai bərabərsizliyə qarşı çıxırdılar.
Başqalarına nisbətən daha demokratik olan bu təriqətin əsas dayağı yoxsul kənd
əhalisi idi. Aqonistiklərin başçılığı ilə kolonlar, qullar dəfələrlə hakim sinfə qarşı
silahlı üsyana qalxmışdılar. Onlar malikanələri, kilsələri dağıdır, borc kağızlarını
məhv edir, qulları azadlığa buraxırdılar və s.
3-5-ci əsrlərdə Qalliyada və Şimali İspaniyada baqaudlar hərəkatı adlı üsyan
oldu. Qalliyanın qədim əhalisi olan keltlərin dilində «baqa» mübarizə demək idi.
Yəqin ki, baqaudlar üsyanının adı da həmin sözdəndir. Baqaudlar hərəkatı xarakter
etibarilə Roma əsarətinə qarşı xalq-azadlıq hərəkatı idi. Baqaudlar uzun müddət Roma
qoşunlarına qarşı silahlı mübarizə apardılar. Nəticədə Qalliya və Şimali İspaniyada
Roma hakimiyyəti zəiflədi. Bu da həmin yerlərdə müxtəlif barbar tayfalarının məskən
salmasına əlverişli şərait yaratdı.
Roma quldar dövlətinə qarşı üsyanlar imperiyanın başqa yerlərində, hətta
İtaliyanın özündə, Romada da baş verirdi. Bu üsyanlar məğlub olsa da, Roma quldar
dövlətini daxilən zəiflədir, quldarlıq quruluşunun süqutunu yaxınlaşdırırdı.
Əyalətlərin müstəqilliyə can atması, mərkəzi hakimiyyətə qarşı mübarizəsi Roma
quldar dövlətinin vəziyyətini daha da çətinləşdirirdi. Beləliklə, Roma imperiyasında
quldarlıq quruluşunun süqutu daxilən hazırlanmışdı. Vaxtını keçirmiş quldarlıq
münasibətləri ictimai inqilab yolu ilə aradan qaldırılmalı, feodalizmin inkişafı üçün
şərait yaranmalı idi. Bu, labüd idi. Lakin bu tarixi zərurəti xarici amil sürətləndirdi.
Eramızın 4-5-ci əsrlərində barbar tayfalarının Roma imperiyasına hücumları artdı.
Bu tayfalar Roma quldar dövlətinə sarsıdıcı zərbələr vurdu, onun süqutunu
sürətləndirdi. Barbarların hücumlarından birində— 476-cı ildə Roma alındı və Qərbi
Roma imperiyasının varlığına son qoyuldu. Bu tayfalar Roma imperiyası ərazisində
quldarlıqdan feodalizmə keçid prosesində mühüm rol oynadılar. Barbarların Roma
imperiyası ərazisinə gətirdiyi ibtidai icma quruluşu burda meydana gəlməkdə olan
feodal münasibətlərinin inkişafına əlverişli şərait yaratdı. Azad icma üzvləri olan
barbarlar feodalizm cəmiyyətindəki kəndlilər sinfinin forma laşmasında mühüm rol
oynadılar. Buna görə də Roma imperiyası ərazisində feodalizmin inkişaf
qanunauyğunluqlarını öyrənməzdən əvvəl, Roma imperiyasına hücum zamanı barbar
tayfalarının ictimai quruluşuna nəzər salmaq lazımdır.
II F Ə S İ L

BARBARLAR VƏ ONLARIN İCTİMAİ QURULUŞU

Qədim yunanlar, daha sonra isə romalılar onlara məlum olmayan dildə danışan
xalqlara barbar  deyirdilər. Romalılar ən çox qədim alman tayfalarını barbar
adlandırırdılar. «Barbar» sözü sonralar başqa xalqların da dilinə keçmişdir. Tarix
ədəbiyyatında barbar termini Roma imperiyasına hücum edən müxtəlif mənşəli
tayfaların hamısına aid edilir. Barbar tayfaları Roma imperiyası ərazisində feodal
münasibətlərinin inkişafında mühüm rol oynamışdılar. Qədim romalılara tanış olan ən
iri barbar tayfaları keltlər, qədim almanlar, hunlar və slavyanlar idilər.

Keltlər
Avropanın ən qədim sakinlərindən olan keltlər əsasən İtaliyanın şimalında,
Qalliya, İspaniya, Britaniya və İrlandiyada yaşayırdılar. Yunanlar onları keltlər,
romalılar isə qalliyalılar adlandırmışlar. Qərbi Avropanın, demək olar ki, hər yerinə
səpələnmiş keltlər hətta Kiçik Asiyaya da keçmişdilər. Müxtəlif kelt tayfaları ilə
əlaqədar adlar dövrümüzə qədər qalmışdır. Məsələn: Kiçik Asiyadakı Qalatiya
qalatlarla, Bohemiya boylarla, Sena senonlarla, Belçika belqlərlə, Britaniya və Bretan
britlərlə, İrlandiya irlərlə əlaqədardır. Alp, Reyn, Dunay kimi coğrafi adlar, german
sözü və s. də keltlərdən qalmadır. Ən iri kelt tayfaları belvetlər, sekvanlar, linqonlar,
edular, biburiqlər, arvernlər, allobroqlar və s. idi. Keltlər müxtəlif Avropa xalqlarının
(fransızlar, ingilislər, ispanlar, irlandiyalılar və s.) formalaşmasında müəyyən rol
oynamışlar.
Roma istilalarından sonra imperiya ərazisinə daxil olan yerlərdəki (Şimali İtaliya,
Qalliya, İspaniya və s.) keltlər bu yerlərdə məskən salmış romalılarla qaynayıb-
qarışdılar. Bununla yanaşı, həmin tayfalarda nəsli quruluş dağıldı, Roma təsiri ilə
quldarlıq münasibətləri inkişaf etdi.
Roma təsirinə, demək olar ki, məruz qalmayan Britaniya və bu təsirdən kənarda
qalan İrlandiya keltlərində isə nəsli quruluş uzun müddət davam etdi. Britaniya və
İrlandiyada yaşayan kelt tayfaları britlər, irlər, skotlar idilər. Bu tayfalar başqa kelt
tayfalarına nisbətən tarix səhnəsində daha çox qaldılar. Buna görə də orta əsrlər
tarixinin başlanğıcındakı bəzi tarixi hadisələr bu tayfalarla müəyyən qədər əlaqəlidir.
Qalan kelt tayfalarının isə, qədim dünyadan fərqli olaraq, orta əsrlərdəki tarixi
inkişafda o qədər də rolu olmamışdır.
Eramızın 5-ci əsrinədək Britaniyanın əsas əhalisi olan kelt tayfaları britlər
adlanırdı. Avropanın quru hissəsindəki keltlərlə sıx əlaqədə olan britlər Yuli Sözarın
Britaniyaya hücumları (e. ə. 55, 54-cü illər) ərofəsində nəsli icmalar halında
yaşayırdılar. Torpaq ayrı-ayrı nəsli qruplar arasında bölünsə də, icmanın
mülkiyyətində idi. Torpaq üzərində xüsusi mülkiyyət yox idi. Roma istilaları
ərəfəsində artıq sinifli cəmiyyətin rüşeymləri yaranırdı. İctimai bərabərlik pozulmaqda
idi. İcma üzvləri içərisindən əyanlar ayrılırdı. Patriarxal köləlik inkişaf edirdi.
Maldarlıq əsas təsərrüfat forması idi. Əkinçilik də mühüm rol oynayırdı. Əkinçilikdə
kotandan istifadə edilirdi. Britlərdə toxuculuq, dulusçuluq, ibtidai metallurgiya inkişaf

Qədim yunanlar əsasən yunan olmayana, yadelliyə b a r b a r deyirdilər.
etmişdi. Avropa materiki ilə ticarət əlaqələri vardı. Ticarətdə yunan və roma pulları ilə
yanaşı, britlərin öz pulları da işlədilirdi. Roma ağalığı dövründə ictimai təbəqələşmə
nisbətən sürətlənsə də, bu proses başa çatmadı. Roma ağalığı başa çatandan (410) az
sonra Britaniyaya 5-ci əsrin ortalarından Şimali alman tayfaları olan anqllar, sakslar,
yutlar və frizlər hücum etməyə başladılar. 7-ci əsrin əvvəllərində artıq ölkənin böyuk
hissəsi bu tayfalar tərəfindən işğal olunmuşdu.

Qədim alman tayfaları


Romalılar ən çox qədim alman tayfaları ilə təmasda idilər. Elə buna görə də ən çox
məhz bu tayfaları «barbar» adlandırırdılar. Qədim alman tayfaları eramızın
əvvəllərində Reyn çayı ilə Visla, Alp dağları ilə Dunay çayı, Şimal dənizi ilə Baltik
dənizi arasındakı torpaqlarda və Skandinaviya yarımadasının cənubunda yaşayırdılar.
Lakin bu yerlərin qədim əhalisi ancaq almanlardan ibarət deyildi.
E. ə. 1-ci əsrin sonunda Reyn və Elba çayları arasındakı ərazi, qısa muddət də
olsa, Roma imperiyasına qatılmışdı. Lakin sonralar Roma imperiyası qədim alman
tayfalarının hücumlarına tab gətirə bilmədi. Bu tayfaların hücumlarının qarşısını
almaq məqsədi ilə Reyn çayının ortalarından Dunayın yuxarılarına qədər uzanan
müdafiə xətti yaradıldı.
Qədim alman tayfalarının ictimai quruluşunu öyrənmək üçün mühüm
mənbələrdən biri Yuli Sezarın e. ə. təqribən 50-ci ildə yazdığı «Qalliya müharibəsi
haqqında qeydlər»idir. Sezar və başqa antik müəlliflərin məlumatına görə, e. ə. 1-ci
əsrin ortalarında almanlar nəsli icmalar halında yaşayırdılar. Bütün alman tayfaları
ictimai inkişafına görə eyni səviyyədə deyildilər. Bəzi tayfalar oturaqlaşmışdılar və
əsasən əkinçiliklə məşğul olurdular. Torpaq kotanla şumlanırdı. Sezarın məlumatına
görə, alman tayfalarının bəziləri oturaqlaşmamışdı. Bu tayfaların təsərrüfat həyatında
maldarlıq mühüm yer tuturdu. Lakin köçəri alman tayfalarının özləri də əkinçiliklə
məşğul olurdular. Daha doğrusu, bu tayfalar həm də əkin üçün yeni torpaqlar ələ
keçirmək məqsədi ilə yerlərini dəyişirdilər. Qədim almanlar metal emalını da
bacarırdılar. Kənd-kənd məskən salmış almanlar qan qohumluğu icmaları halında
yaşayırdılar.  Torpaq icmanın mülkiyyətində idi. İcma üzvləri torpağı birgə
becərirdilər. Siniflər və dövlət hələ yaranmamışdı. Bütün mühüm məsələlər xalq
yığıncaqlarında həll olunurdu. Silah gəzdirmək hüququ olan bütün kişilər xalq
yığıncaqlarında iştirak edirdilər. Məhkəmə işləri ilə nəsli ağsaqqallar məşğul olurdu.
Müharibələr qədim almanların həyatında mühüm rol oynayırdı. Hərb zamanı hərbi
başçı seçilirdi. Hərbi başçılar qonşu tayfalara hücum üçün könüllü hərbi dəstələr
düzəldirdilər. Gələcək hərbi drujinaların rüşeymi olan bu dəstələr daimi deyildi.
Eramızın 1-ci əsrinin sonlarında alman tayfalarının ictimai-iqtisadi həyatında
ciddi dönüş yaranmışdı. Bu haqda Roma tarixçisi Tasitin əsərlərində qiymətli
məlumatlar var. Qədim almanların ictimai quruluşunu öyrənmək üçün onun eramızın
təqribən 98-ci ilində yazdığı «Almanların mənşəyi və yaşadıqları yer haqqında» adlı
əsəri daha maraqlıdır. Çünki bu əsərdəki məlumatların xeyli hissəsi Tasitin şəxsi
müşahidələrinə əsaslanır. Tasitin məlumatından aydın olur ki, almanlar eramızın 1-ci
əsrinin sonlarında artıq tamamilə oturaqlaşmışdılar. Əkinçilik mədəniyyəti də


İcma üç inkişaf mərhələsi keçmişdir: qan qohumluğu icması, əkinçilik icması qonşuluq icması.
yüksəlmişdi. Hətta mineral gübrələrdən də istifadə edilirdi. Maldarlıq yenə də mühüm
rol oynamaqda idi. «...Almanlar xoşlayırlar ki, mal-qaraları çox olsun...» Bu dövrdə
qanbahasının — vergeldin mal-qara ilə ödənməsi bunu aydın sübut edir.
Tasitin dövründə almanlarda metal emalı, toxuculuq, dulusçuluq və s. də inkişaf
etmişdi. Daxili və xarici ticarət zəif inkişaf etmişdi. Reyn çayı boyunda yaşayan
almanlar ticərətlə nisbətən çox məşğul olurdular.
İctimai həyatda da dəyişikliklər yaranmışdı. Qan qohumluğu icmalarını əkinçilik
icmaları əvəz etmişdi.
Tasit dövründə də torpaq kollektiv mülkiyyət idi. Lakin torpaqlar elliklə
becərilmirdi. Əkinəyararlı torpaqlar birlikdə yaşayan və işləyən yaxın qohumların —
iri ailələrin istifadəsində idi. Bu torpaqlar vaxtaşırı həmin ailələr arasında yenidən
bölünürdü. Meşələr, otlaqlar və s. icmanın ümumi istifadəsində idi. Böyük ailələrin
evləri və həyətyanı torpaqlar həmin ailələrin xüsusi mülkiyyətinə keçmişdi.
Almaniyanın bəzi yerlərində, hətta əkinəyararlı torpaqların hamısı ev icmalarının
xüsusi mülkiyyətinə çevrilmişdi.
Tasitin məlumatından aydın olur ki, onun dövründə hələ siniflər yaranmamışdı.
Əsas istehsalçılar azad icma üzvləri idi. Lakin ictimai təbəqələşmə gedirdi. Çünki
Sezardan fərqli olaraq Tasit qədim almanlarda qulların olduğunu göstərir. Lakin
onların vəziyyəti qədim Roma qullarından xeyli yaxşı idi. Qullardan əsasən həyət-baca
işlərində istifadə olunurdu. Onların öz evləri, təsərrüfatları vardı. Ağalarına ancaq
natural vergi verirdilər. Bu mənada onlar quldan daha çox Roma kolonlarını
andırırdılar. Qullar ictimai-iqtisadi həyatda mühüm rol oynamırdılar. Bundan başqa,
azad icma üzvlərindən nəsli əyanlar ayrılmağa başlayırdı. Onların əmlakı və nüfuzu
başqa icma üzvlərininkindən çox idi . Beləliklə, iqtisadi və ictimai bərabərsizlik
yaranırdı. Sinifli cəmiyyətin rüşeymləri Roma imperiyası ilə sərhəd yerlərdə yaşayan
alman tayfaları içərisində daha aydın nəzərə çarpırdı.
Cəmiyyət siniflərə bölünmədiyinə görə Tasitin dövründə Almaniyada hələ dövlət
də yaranmamışdı. Bütün mühüm məsələlər — muharibə, sülh, tayfa başçısı seçilməsi
və s. yenə də xalq yığıncaqlarında həll olunurdu. Xalq yığıncaqlarından başqa,
əyanlardan ibarət ağsaqqallar şurası da vardı. Bu şura bəzi məsələləri müstəqil həll
edir, çox mühüm məsələləri isə xalq yıqıncağının müzakirəsinə hazırlayırdı. Beləliklə,
əyanlar siyasi cəhətdən də sadə icma üzvlərindən fərqlənirdilər.
Müharibələr zamanı hərbi dəstələrə ayrı-ayrı adamlar başçılıq edirdi. Onlar da
əsasən əyanların içindən seçilirdi. Tasitin Məlumatına görə, alman «tayfalarında belə
adət var ki, hamı könüllü olaraq başçıya bir neçə baş mal-qara və ya torpaqdan alınan
məhsul verir».
Tasitin dövründə kral hakimiyyəti də meydana gəlməkdə idi. Tayfaya rəhbərlik
edən kral eyni zamanda hərbi başçı idi. Xalq yığıncağı və ağsaqqallar şurası kral
hakimiyyətini məhdudlaşdırırdı. Azad icma üzvlərinin seçdiyi kral əksər hallarda
nəsli əyanlardan olurdu. Bəzən kral hakimiyyəti irsi keçirdi.
Tasitin dövründə alman tayfalarında hərbi drujinaların da rolu artmışdı. Artıq
onlar daimi hərbi dəstələrə çevrilmişdilər. Bu isə həmin dəstələrin tabe olduqları hərbi
başçıların, kralların nüfuzunu daha da artırır, hakimiyyətini qüvvətləndirirdi. Fridrix
Engels qədim almanlardakı (həmçinin başqa xalqlardakı) bu idarə formasını hərbi
demokratiya adlandırırdı.
Tasitin məlumatlarından aydın olduğu kimi, qədim almanlarda nəsli münasibətlər
olduqca güclü idi. Bu həm ictimai-iqtisadi həyatda, həm də hərb zamanı özünü
göstərirdi. Əgər birinə cərimə (vergeld) kəsilərdisə, onun qohumları həmin cərimənin
ödənilməsində iştirak edirdi; müharibə zamanı hərbi dəstələr də qohumluq əsasında
düzəldilirdi və s. İctimai həyatda ata nəsli hökmranlıq edirdi. Lakin ana nəslinin
nişanələri hələ də qalmaqda idi. Qədim almanlar qadına çox hörmət edirdilər.
Eramızın 1-ci əsrində almanlarda nəsli icma quruluşu öz inkişafının zirvəsində
idi. Bununla belə, onun dağılmasının ilk əlamətləri görünürdü. Əmlak bərabərsizliyi
və torpaq üzərində xüsusi mülkiyyətin rüşeymləri yaranırdı. Nəsli icmaları əkinçilik
icmaları əvəz etmişdi. Əyanlıq və kral hakimiyyəti irsi keçməyə başlamışdı.

Slavyanlar
Qədim slavyan tayfaları erkən orta əsrlərdə Şərqi Avropanın ictimai-iqtisadi və
siyasi tarixində mühüm rol oynamışlar.
Slavyanlar qədim alman tayfalarının şərq qonşuları idilər. Onlar haqqında ən
qədim yazılı məlumat eramızın 1-2-ci əsrlərinə aiddir. O zaman qədim slavyan
tayfaları venedlər (venetlər) adı ilə tanınırdılar. Böyük Plini, Tasit, Ptolemey, İordan
və başqa müəlliflərin əsərlərində Avropanın bu qədim sakinləri haqqında qiymətli
məlumatlar var. İordanın yazdığına görə, venedlər Visla çayı boyunca yaşayırdılar.
Bəzi tədqiqatçılar güman edirlər ki, «slavyan» termini Ptolemeyin adını çəkdiyi vened
tayfalarından biri olan suovenlərin adından əmələ gəlmişdir. 6-cı əsrdən etibarən
mənbələrdə slavyanların adına «sklaveni» şəklində təsadüf olunmağa başlayır.
Elmi ədəbiyyatda slavyanların yaşadığı ən qədim ərazi haqqında vahid fikir
yoxdur. Bununla belə, mənbələr təsdiq edir ki, qədim slavyanlar Elba  və Oder 
çaylarından başlayaraq Visla boyunda, Dnestrin yuxarı axarlarında və Dneprin
ortalarına qədərki ərazidə yaşayırdılar. Slavyanlar şimalda qədim alman tayfaları ilə
və baltlarla, şərqdə skiflərlə və sarmatlarla, cənubda isə frakiyalılar və illiriyalılarla
qonşu idilər.
Eramızın 2-4-cü əsrlərində qədim alman tayfalarından qotlar və gepidlər əvvəlki
yerlərini tərk edib cənuba—slavyanların yaşadığı əraziyə doğru hərəkət etdilər.
Bununla, slavyan tayfalarının ərazi birliyi pozuldu və onlar qərb və şərq qollarına
ayrılmağa başladılar. «Xalqların böyük köçü» zamanı slavyanlar daha geniş ərazidə
yayıldılar. Pannoniyadakı Hun xaqanlığı dağıldıqdan sonra slavyanların cənuba doğru
irəliləməsinə əlverişli şərait yarandı. Dunay boyunda, Balkan yarımadasında, Qara
dənizin şimal-qərb sahillərində məskən saldılar. Beləliklə, slavyanlardan 3-cü bir qol—
cənub slavyanları ayrılmağa başladı. Orta və Aşağı Dunay hövzəsində, həmçinin
Dunayla Dnestr arasında yaşayan cənub slavyanlarını 6-cı əsrin Bizans müəllifləri
sklavinlər, slavenlər adlandırırdılar. Dnestrlə Dnepr arasında yaşayan slavyan
tayfaları isə antlar adlanırdı. Antlar şərq slavyanlarının özəyi idilər. Bizans tarixçiləri
əsasən Visla və Baltik boyunda yaşayan slavyan tayfalarını isə venetlər adlandırırdılar.
Bu slavyan tayfaları Laba boyunda məskunlaşan slavyanlarla birlikdə sonralar qərb
slavyanları qrupunu təşkil etdilər. Beləliklə, slavyan tayfaları üç böyük qrupa

Slavyanlar L a b a adlandırırdılar.
 
Slavyanlar O d r a adlandırırdılar.
ayrılırdı: şərq slavyanları, qərb slavyanları, cənub slavyanları. Bununla belə, 8-ci
əsrədək müxtəlif slavyan tayfaları ictimai-iqtisadi inkişaf səviyyələrinə görə bir-
birindən kəskin surətdə fərqlənmirdilər.
Slavyanlar əsasən əkinçiliklə (buğda, arpa və s.) məşğul olurdular. İqtisadi
həyatda maldarlığın da mühüm rolu vardı. Bundan başqa ovçuluq, bal toplamaq,
balıqçılıq, dulusçuluq və toxuculuq da inkişaf etmişdi. Qədim slavyanların yaşadıqları
yerlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan çoxlu metal alətlər və silahlar
onların metal çıxarılması və emalı ilə də məşğul olduqlarını göstərir. Slavyanlar yoğun
ağac gövdəsindən qayırdıqları qayıqlarda Yunanıstana qədər gedib çıxırdılar. Qədim
slavyanlarda ticarət əsasən mübadilə xarakterində idi. Çünki pul hələ meydana
gəlməmişdi. Nəsli quruluş hökmranlıq edirdi. Qazıntılar zamanı tapılmış Roma və
Bizans pulları xarici ticarətin də müəyyən qədər inkişaf etdiyini göstərir.
Qədim slavyanların ictimai quruluşu haqqında məlumat olduqca azdır.
Qeysəriyyəli Prokopi (6-cı əsr) göstərir ki, «bu tayfaları, slavyanları və antları, bir
adam idarə etmir...» Bütün mühüm məsələlər xalq yığıncağında— veçedə həll
olunurdu. Bununla belə, 6-8-ci əsrlərdə artıq nəsli icma quruluşu dağılır, sinfi
münasibətlər meydana gəlirdi. Nəsli icmaları tədricən qonşuluq icmaları əvəz edirdi.
Bu da əmlak bərabərsizliyinin inkişafına kömək edirdi. Siniflərin və dövlətin
rüşeymləri yaranırdı.
III F Ə S İ L
«XALQLARIN BÖYÜK KÖÇÜ» VƏ BARBAR KRALLIQLARININ YARANMASI

Barbarlar «Xalqların böyük köçü» ərəfəsində


Eramızın 4-cü əsrinin sonlarında barbar tayfaları kütləvi şəkildə yerlərini
dəyişməyə və Roma imperiyası ərazisinə hücum etməyə başladılar. Tarix
ədəbiyyatında bu uzun sürən hadisə «Xalqların böyük köçü» (4-7-ci əsrlər) adlanır.
Barbarların, xüsusən qədim alman tayfalarının kütləvi şəkildə hərəkətə gəlməsi,
əvvəlki yerlərini dəyişməsi təsadüfi proses deyildi.
«Xalqların böyük köçü» ərəfəsində barbarlarda (qədim almanlar, slavyanlar və s.)
məhsuldar qüvvələr xeyli inkişaf etmişdi. Əmək alətləri təkmilləşmiş, müxtəlif
sənətkarlıq sahələri tərəqqi etmiş, ticarət genişlənmişdi. Əkin sahələri artmışdı.
Maldarlıqda da müəyyən irəliləyiş vardı.
Məhsuldar qüvvələrin inkişafı, Roma imperiyası ilə genişlənən əlaqələr qədim
alman tayfalarında icma üzvləri içərisində əmlak bərabərsizliyinin inkişafına,
həmçinin nəsillər (qəbilələr) arasında qeyri-bərabərlik yaranmasına səbəb olurdu.
Azad icma üzvləri içərisindən yeni təbəqə—yarımasılılar yaranırdı. İctimai həyatda
sıravi icma üzvlərinin rolu getdikcə azalır, əyanların nüfuzu isə artırdı. Hərbi
drujinalara arxalanan kralların hakimiyyəti irsi keçməyə başlamışdı. 4-cü əsrdə alman
tayfaları içərisində xristianlıq da yayılmaqda idi. «Xalqların böyük köçü» ərəfəsində
qədim almanlarda ibtidai icma quruluşu dağılmaqda idi. Lakin sinifli cəmiyyət hələ
yaranmamışdı.
Beləliklə, qədim almanların, habelə başqa barbar tayfalarının Roma imperiyasına
hücumları onların özlərinin içərisində ictimai və əmlak bərabərsizliyinin dərinləşdiyi
bir zamanda baş vermişdi. Tayfa başçıları, əyanlar varlanmaq üçun yeni torpaqlar,
hərbi qənimət ələ keçirməyə çalışırdılar.
Bundan başqa, «Xalqların böyük köçü» ərəfəsində əhali də artmışdı.
Qədim alman tayfalarının Roma imperiyasına hücum etməsində onları sıxışdıran
Asiya tayfalarının (məsələn, hunlar) da rolu az olmamışdı. Hərbi cəhətdən yaxşı təşkil
olunmuş bu tayfaların hücumlarına davam gətirməyən qədim almanlar, habelə başqa
barbar tayfaları ya biri digərinin torpağını əlindən almalı, ya da onlarla qonşu olan
geniş ərazili Roma imperiyasına hücum etməli idilər. Artıq tənəzzül etməkdə olan
Roma imperiyası isə barbarların hücumlarını dəf etməyə qadir deyildi.

«Xalqların böyük köçü»nün başlanması. Qotlar. Hunlar


«Xalqların böyük köçü» ərəfəsində barbar tayfalarının tarixində bir sıra mühüm
dəyişikliklər olmuşdu ki, bu da hadisələrin sonrakı gedişinə təsir göstərməyə
bilməzdi. Belə ki, 166—180-ci illərdə qədim alman tayfaları (xüsusən markomanlar) və
sarmatlarla Roma imperiyası arasında müharibə baş verdi. Markoman müharibəsi
adlanan bu müharibədə Roma imperiyası zəiflədi. Bundan sonra qədim alman
tayfalarının bəziləri Roma imperiyası ərazisinə və Qara dəniz sahillərinə doğru
irəlilədilər. Bu tayfalardan biri də qotlar idi.
Qotlar şərqi alman tayfalarından idilər. Onlar Visla çayının mənsəbində və Baltik
dənizinin cənub sahillərində yaşayırdılar (bəzi məlumatlara görə, onlar bura
Skandinaviyadan gəlmişdilər). Eramızın 3-cü əsrinin əvvəllərində qotlar Qara dənizin
şimal sahillərində məskən saldılar. Burda yerli skiflər və sarmatlarla qaynayıb-
qarışmaqda olan qotlar iki qola ayrıldılar: vestqotlar (qərbi qotlar) və ostqotlar (şərqi
qotlar). Vestqotlar Dnestr boyunda, həmçinin Dunayın aşağı boyunda yaşayırdılar.
Dnestrdən Qara dəniz və Azov dənizinə qədər olan ərazidə isə ostqotlar yaşayırdılar.
Roma imperiyası ərazisinə tez-tez hücum edən qotlar «Xalqların böyük köçü»ndə
fəal iştirak etdilər.
«Xalqların böyük köçü» hunların hücumu ilə başlandı. Türk tayfaları olan hunlar
eramızın təqr. 1-ci əsrində Mərkəzi Monqolustanda yaşayırdılar. Burdan qərbə doğru
hərəkət edən hunlar 2-ci əsrdən etibarən Volqa və Uralboyu torpaqlarda məskən
salmağa başladılar. Onlar burda uqor tayfaları ilə qaynayıb-qarışırdılar. Köçəri hun
tayfaları yeni otlaqlar və qənimət ələ keçirmək üçün daim yerlərini dəyişirdilər. Odur
ki, onlar kütləvi surətdə Volqaboyundan Qara dəniz ətrafına doğru hərəkət etdilər. 4-
cü əsrdə Volqa ilə Don çayları arasında hunların böyük tayfa birliyi yarandı.

Qərbi Roma imperiyası ərazisində ilk barbar krallığı


Hunlar qərbə doğru hərəkət edib 4-cü əsrin 2-ci yarısında Don sahilində alanların
tayfa birliyini dağıtdılar; 375-ci ildə isə Qara dəniz sahilində ostqotların tayfa birliyini
darmadağın etdilər. Ostqotların bir qismi hunlara qarışdı, digəri isə qərbə çəkildi.
Hunlardan ehtiyat edən vestqotlar da yaşadıqları yerləri tərk edib Dunayı keçdilər və
376-cı ildə Roma imperiyası ərazisində— Meziyada (indiki Bolqarıstan ərazisinin bir
hissəsi) imperiyanın müttəfiqi kimi məskən saldılar. Onlar Roma dövlətinə tabe olmalı
və imperiyanın sərhəddini xarici hücumlardan qorumalı idilər. Çox keçmədən burda
vestqotların Roma imperiyasına qarşı üsyanı oldu. Hunların da bir qismi bu üsyana
qoşuldu. Üsyançılar 378-ci ildə Adrianopol yaxınlığında Roma imperatorunun
ordusunu darmadağın etdilər. Roma qoşunları yalnız 382-ci ildə həmin üsyanı yatıra
bildi. Lakin vestqotlar Meziyadan başqa Frakiya və Makedoniyada da məskən
saldılar. Bundan sonra vestqotların Qərbi Roma imperiyasına, xüsusən İtaliyaya
hücumları daha da artdı. 410-cu ildə onlar Alarixin başçılığı ilə Romanı alıb dağıtdılar.
Lakin İtaliyada möhkəmlənə bilməyən vestqotlar Cənubi Qalliyaya keçdilər. 418-ci ildə
Cənub-Qərbi Qalliyada Vestqot krallığı (və ya Tuluza krallığı) yarandı. Bu Qərbi Roma
imperiyası ərazisində imperiyanın dağılmasına hələ yarım əsrdən də çox qalmış
yaranan ilk barbar dövləti idi. 5-ci əsrin 2-ci yarısında Luaradan cənubdakı bütün
Qalliya torpaqları və Pireney yarımadasının çoxu Vestqot krallığına daxil idi. Lakin 6-
cı əsrin əvvəllərində vestqotları, başqa bir alman tayfası olan franklar Qalliyadan
İspaniya ərazisinə sıxışdırdılar. İspaniya ərazisində Vestqot dövləti 8-ci əsrin
əvvəllərinə qədər yaşadı. Vestqotlar İspaniyada feodalizmin inkişafında mühüm rol
oynayırdılar. Vestqot krallığını ərəblər aradan qaldırdılar (711—718).

Vandal - Alan krallığı


«Xalqların böyük köçü»ndə iştirak edən barbar tayfalarından biri də vandallardır.
Şərqi alman tayfalarından olan vandallar əvvəllər Skandinaviyada yaşayırdılar.
Burdan onlar Baltik dənizinin cənub sahillərinə köçmüş, sonra isə Dunaya qədər
yayılmışdılar. Vandallar eramızın 2 -ci əsrində Roma imperiyasına qarşı Markoman
müharibəsində iştirak etmiş, 3—4-cü əsrlərdə isə Pannoniyada Roma dövlətinin
müttəfiqi kimi məskən salmışdılar. Burda onlar, Don sahillərində hunlara məğlub
olduqdan sonra Pannoniyaya doğru çəkilmiş irandilli alanların bir hissəsi ilə
birləşdilər. Lakin vandallar və alanlar Pannoniyada möhkəmlənə bilmədilər. Çünki
onları bu zaman hunlar tərəfindən təqib olunan qotlar sıxışdırdılar. Bundan sonra
vandallar və alanlar Qalliyaya, ordan da İspaniyaya (409) keçdilər. Vestqotlarla
toqquşmalar vandallara burda da möhkəmlənməyə imkan vermədi. Onlar 429 - cu ildə
alanlarla birlikdə Şimali Afrikaya keçdilər. Bu zaman donatistlər və aqonistiklər
hərəkatı nəticəsində Şimali Afrikada Roma hakimiyyəti zəifləmişdi. Beləliklə,
vandallara və alanlara Roma imperiyasının Şimali Afrikadakı torpaqlarını işğal etmək
üçün əlverişli şərait yaranmışdı. Roma quldar dövlətinin zülmündən təngə gəlmiş
istismar olunan əhali (qullar, kolonlar və s.) barbarların tərəfinə keçirdilər. Bundan
istifadə edərək, Afrikanın şimalında çoxlu torpaqlar ələ keçirən vandallar və alanlar
439-cu ildə burda—Roma imperiyasının torpaqlarında paytaxtı Karfagen olan dövlət
yaratdılar. Çox keçmədən vandal kralı Qeyzerix (428-477) Balear adalarını, Korsika,
Sardiniya və Siciliyanı da aldı. 455-ci ildə isə Qeyzerixin başçılıq etdiyi vandallar
Romanı alıb dağıtdılar.  Vandal krallığı 534-cü ilədək yaşadı. Bu barbar dövlətini Şərqi
Roma (Bizans) imperatoru Yustinianın qoşunları aradan qaldırdı. Şimali Afrika
Bizansa birləşdirildi.
Vandal-alan krallığı dövründə Şimali Afrikada feodalizmin inkişafına əlverişli
şərait yarandı; Roma dövründən qalmış quldarlıq münasibətlərinin qalıqlarına ağır
zərbə dəydi.

Burqund krallığı
457-ci ildə Qərbi Roma imperiyası ərazisində—Rona və Sona çayları vadisində
yeni barbar dövləti—Burqund krallığı yarandı. Bu dövlətin paytaxtı Lion idi. Bu
krallıq şərqi alman tayfalarından olan burqundların ilk dövləti deyildi. Burqundlar,
güman olunduğuna görə, əvvəllər Bornholm (Burqundarholm) adasında yaşayırmışlar.
Burdan cənuba doğru hərəkət edən burqundlar 5-ci əsrin əvvəllərində (406) Reynin
orta boyunda (sol sahilində) məskən saldılar. Burda paytaxtı Vorms olan ilk Burqund
krallığı yarandı. Lakin bu dövləti 436-cı ildə hunlar dağıtdılar. Bundan sonra
burqundlar Roma imperiyasının müttəfiqi kimi indiki Savoyya ətraflarında məskən
saldılar. Lakin Roma dövləti zəiflədikcə onlar Rona hövzəsinə doğru yayıldılar və
burda ikinci dəfə krallıq yaratdılar. Rona və Sona vadisindəki Burqund dövlətini 534-
cü ildə franklar dağıtdılar.

Hun tayfa ittifaqı


«Xalqların böyük köçü»ndə iştirak edən tayfalardan biri də türk mənşəli hunlar
idi. Hunlar ostqot tayfa birliyini dağıtdıqdan sonra Qərbi Roma imperiyası ərazisinə
tez-tez hücum etməyə başladılar. Beləliklə, qədim alman tayfalarının hücumları
qarşısında aciz qalan Qərbi Roma imperiyası daha qorxulu xarici təhlükə ilə üzləşməli
oldu. Belə vəziyyətdə Qərbi Roma imperatorları hunlarla ittifaq bağlayıb, onlardan
başqa barbar tayfalarına qarşı istifadə etdilər.
Hun tayfa birliyi 5-ci əsrin əvvəlində Pannoniyada (indiki Macarıstan ərazisinin
qərbi) qərarlaşdı. Pannoniyadan müxtəlif istiqamətdə hücuma keçən hunların geniş

Roma alınarkən çoxlu mədəniyyət abidələri məhv edildi; mədəniyyət abidələrinin nahaq yerə, vəhşicəsinə dağıdılmasına
verilən «vandalizm» adı da burdan yaranmışdır.
ərazili dövlətinə bir çox alman və qeyri-alman tayfaları tabe edildi. Avropada təhlükəli
siyasi qüvvəyə çevrilən hun tayfa birliyi 5-ci əsrin ortalarına yaxın, Attilanın
hakimiyyəti illərində (434—453) xüsusən qüvvətləndi. Avropanın xeyli hissəsi hunlar
tərəfindən qarət olundu. Bizans hunlardan asılı vəziyyətə düşdü. Bu zaman hunlar
Qafqazdan Reyn çayına və Danimarka adalarından Dunaya qədər ərazilərdə yaşayan
tayfaları özlərinə tabe etmişdilər.
5-ci əsrin 50-ci illərində Attila Qalliyaya hücum etdi. 451-ci ilin iyununda
Mauriakda (Parisin cənub-şərqində, Katalaun çölündə) Qərbi Roma imperiyasının,
vestqotlar, franklar, burqundlar, alanlar və başqa barbar tayfalarının birləşmiş
qüvvələri ilə baş vermiş döyüşdən sonra Attila geri çəkilməyə məcbur oldu. Növbəti il
– 452-ci ildə Attila yeni yürüşə başladı: Akvileyanı, Milanı və digər iri şəhərləri ələ
keçirdi. Onun ölümündən sonra 454-cü ildə hunların tayfa birliyi dağıldı.

Qərbi Roma imperiyasının süqutu. Ostqot krallığı


Hun tayfa birliyinin dağılması da Qərbi Roma imperiyasını xilas edə bilmədi.
Çünki «Xalqların böyük köçü», daxilən zəifləmiş Qərbi Roma imperiyasının
tənəzzülünü daha da sürətləndirdi. Digər tərəfdən, Mauriak (Katalaun) döyüşündən
sonra da imperiyaya barbar tayfalarının hücumları davam edirdi.
Qərbi Roma dövləti ərazisində barbar krallıqlarının yaranması nəticəsində Roma
imperatorlarının hakimiyyətində ancaq İtaliya qalmışdı. Əslində İtaliyada da muzdlu
barbar qoşunlarının başçıları hökmranlıq edirdilər. 476-cı il avqustun 22-də (və ya 23-
də) Roma imperatorlarının formal hakimiyyətinə də son qoyuldu. Muzdlu barbar hərbi
dəstələrindən birinin başçısı qədim alman tayfası skirlərdən olan Odoakr (431-493)
imperator Romul Avqustulu taxtdan salıb hakimiyyəti ələ keçirdi. Beləliklə, Qərbi
Roma imperiyasının varlığına son qoyuldu. Odoakr yerli torpaq sahiblərinin
torpaqlarının təqribən üçdən bir hissəsini müsadirə etdi və öz tərəfdarlarına payladı.
Lakin Odoakrın hakimiyyəti (476-493) uzun sürmədi. 493-cü ildə İtaliyanı qədim
alman tayfalarından olan ostqotlar işğal etdilər. Onlar əsasən Şimali və Mərkəzi
İtaliyada məskən saldılar. İtaliyaya hücum etmiş ostqotlar, həmçinin onlara qoşulmuş
başqa tayfalar təqr. 150 min nəfər idilər. Onlara Teodorix başçılıq edirdi. Teodorixin
qoşunları 493-cü ildə Odoakra sonuncu zərbəni vurdular. İtaliyada yeni dövlət—
Ostqot krallığı yarandı. İtaliya, Siciliya, İtaliyadan şimalda və şimal- şərqdə isə
Dunaya qədərki yerləri əhatə edən bu barbar dövlətinin paytaxtı Ravenna idi. Sonralar
Ostqot krallığının ərazisi daha da genişləndi.
Ostqotlar İtaliyaya hücum edərkən nəsli quruluşun dağılmaqda olduğu
mərhələdə idilər. İtaliyada məskunlaşdıqdan sonra isə bu proses daha da sürətləndi.
Roma xüsusi mülkiyyət ənənələri ostqotlarda sinifli cəmiyyətin yaranmasına fəal təsir
göstərdi. İctimai-iqtisadi inkişafın gedişində tədricən Ostqot və Roma əyanları
yaxınlaşırdı. İtaliyanın yerli və gəlmə əhalisi arasındakı mənşə fərqi tədricən aradan
qalxır, sinfi qruplaşma baş verirdi.
Ostqot krallığının quvvətlənməsi Bizans üçün əlverişli deyildi. Odur ki, keçmiş
qüvvətli Roma imperiyasını bərpa etmək siyasəti yeridən Bizans imperatoru Yustinian
(527-565) Ostqot krallığına qarşı müharibəyə başladı. Uzun sürən müharibələrdən
(533-555) sonra bu barbar dövləti də Şərqi Roma imperiyası tərəfindən aradan
qaldırıldı.

Lanqobard krallığı
Bizans İtaliyanı həmişəlik öz əlində saxlaya bilmədi. Çünki Ostqot krallıqı aradan
qaldırılan kimi imperator Yustinianın hökmü ilə İtaliyada quldarlıq rejimi bərpa
olundu. Bu da ölkədə Bizans ağalığına qarşı narazılığı artırdı. Belə bir şəraitdə İtaliya
lanqobardların hücumuna məruz qaldı.
Lanqobardlar qədim alman tayfalarından biri idilər. Eramızın 1-ci əsrində Elbanın
sol sahillərində yaşayan lanqobardlar Markoman müharibəsində (166-180) iştirak
etmiş, sonralar isə Dunay hövzəsində, əsasən Pannoniyada məskən salmışdılar.
Burdan qədim türk tayfalarından olan avarlar tərəfindən sıxışdırılan lanqobardlar 568-
ci ildə böyük tayfa ittifaqı halında Alboinin başçılığı ilə ( İtaliyaya hücum etdilər.
İtaliyanın lanqobardlar tərəfindən işğalı dövrü başlandı. Ölkənin ərazisində yeni bir
dövlət —Lanqobard krallığı yarandı.
Lanqobardlar İtaliyanın əsasən şimali və mərkəzi vilayətlərində nəsli qruplar—
faralar halında məskən saldılar. Nəsli quruluşun dağılmaqda olan mərhələsinə qədəm
qoymuş lanqobardlarda Roma təsiri ilə əmlak bərabərsizliyi və sinfi təbəqələşmə daha
da dərinləşdi; onlar yerli əhalidən müxtəlif sənətləri və ticarət işlərini öyrəndilər,
Roma yazısını və rəsmi dili qəbul etdilər. Lanqobardlar da İtaliya tarixində müəyyən
rol oynadılar. Məhz lanqobard işğalı nəticəsində quldarlıq cəmiyyəti qalıqlarının
aradan qalxması və feodal istehsal üsuluna keçid daha da sürətləndi.
Lanqobard krallığı 8-ci əsrin 70-ci illərinədək davam etdi. Bu dövləti 773-774-cu
illərdə, Roma papasının fəal köməyi ilə Frank kralı Böyük Karl aradan qaldırdı.
Lanqobard krallığının ərazisi Böyük Karl imperiyasının tərkibinə qatıldı.

Britaniyada Barbar krallıqlarının yaranması


Qədim alman tayfaları Britaniyanı da işğal etdilər. Şimali Almaniyada və
Yutlandiya yarımadasında yaşayan alman tayfaları anqllar, sakslar, yutlar və frizlər 5-
cı əsrin ortalarından (449-cu ildən) kütləvi surətdə Britaniyaya hücum etməyə
başladılar. Bu zaman Britaniyanın istilası üçün əlverişli şərait yaranmışdı. Çünki
İtaliyanı barbarların hücumlarından qorumaq məqsədi ilə hələ 5-ci əsrin əvvəllərində
Britaniyadakı Roma qoşunları geri çağırılmışdı. Bununla belə, anqllar, sakslar və b.
qədim alman tayfaları Britaniyanı asanlıqla işğal edə bilmədilər. Ölkənin yerli əhalisi
olan brittlər uzun müddət (7-ci əsrə qədər) yadellilərə müqavimət göstərdilər. Bu
mübarizənin gedişində yerli əhalinin bir qismi qırıldı, digəri gəlmə qədim alman
tayfalarına qarışdı. Brittlərin bir qismi isə Armorik yarımadasına (Qalliyada) keçdilər.
Sonralar bura brittlərin adı ilə Bretan adlandı. Britaniyanın qərbində (Uels, Kornuell),
şimalında (Şotlandiya) və İrlandiyada yerli əhali müstəqilliyini saxladı. Britaniyanı
işğal edən qədim alman tayfaları içərisində anqllar və sakslar üstünlük təşkil edirdilər.
Qədim alman tayfaları Avropanın başqa yerlərində olduğu kimi, Britaniyada da bir
neçə krallıq yaratdılar.
Britaniyanı işğal etmiş qədim alman tayfaları burada tayfa-tayfa məskən saldılar.
Başqa sözlə, ölkənin ərazisi ayrı-ayrı qədim alman tayfaları arasında bölüşdürüldü.
Cənubi Britaniyanı sakslar tutdular. Bu ərazidə həmin tayfaya məxsus Esseks,
Sesseks və Uesseks krallıqları yarandı.
Mərkəzi Britaniyanı və ölkənin şimal-şərqini anqllar işğal etdilər. Sonralar
İngiltərə (anql+terra və ya enkl+terra) həmin tayfanın adı ilə tanındı. Anqlların məskən
saldığı ərazi daha geniş idi. Bu ərazidə həmin qədim alman tayfasına məxsus Mersiya,
Nortumbriya və Şərqi İngiltərə krallıqları yarandı.
Britaniyanın cənub-şərq ucqarında yutlar məskən saldılar. Yutların yaşadığı
ərazidə onlara məxsus Kent krallığı yarandı.
Britaniyanı işğal etmiş anqllar, sakslar, həmçinin başqa qədim alman tayfaları bu
ölkənin ictimai-iqtisadi və siyasi tarixində mühüm rol oynadılar.

Frank krallığının yaranması


Barbar dövlətlərindən ən güclüsü Qalliyada yaranmış Frank krallığı idi. Bu
dövləti qədim alman tayfa birləşməsi olan franklar yaratmışdılar.
Franklar əvvəllər Reyn çayının orta və aşağı boyunda, Reyndən qərbə doğru
Şimal dənizi sahillərində yaşayırdılar. Frank tayfaları, ümumiyyətlə, iki qrupa
bölünürdü: salik frankları, ripuar frankları. Aşağı Reynboyunda və Reyn çayından
qərbə doğru Şimal dənizi sahillərində yaşayan franklar salik frankları adlanırdılar.
«Salum» latınca «dəniz» deməkdir. Şübhəsiz ki, Şimal dənizi sahilində yaşayan
franklar bu sözlə əlaqədar olaraq sonralar salik frankları adlanmışlar. Orta
Reynboyunda Reyn çayının hər iki sahilində yaşayan franklara isə ripuar frankları və
ya sahil frankları deyilirdi. «Ripa» latınca «sahil» deməkdir.
Franklar hələ eramızın 3-4-cü əsrlərində tez-tez Qalliyaya pücum edirdilər. Salik
franklarından olan bir tayfa başçısı Xlodviqin (481-511) zamanında—486-cı ildə
Suasson yaxınlığında, keçmiş Roma canişini Siaqrinin qoşunları məğlub edildi. Bütün
Şimali Qalliya franklar tərəfindən alındı. Xlodviq Qalliyanı işğal etmiş başqa frank
tayfalarını da özünə tabe etdi. O, 496-cı ildə hərbi dəstəsi ilə birlikdə xristianlığı qəbul
etdi. Bununla Xlodviq Qalliyanın qalan yerlərini də işğal etmək üçün yerli Qalliya
Roma ruhanilərindən ibarət ictimai dayaq; qazandı. Xristian dini kral hakimiyyətinin
möhkəmləndirilməsi üçün də mühüm əhəmiyyətə malik idi.
Cənubi Qalliyaya nisbətən Luaradan şimalda franklar kütləvi şəkildə—qan
qohumluğuna əsaslanan böyük ailələr halında məskən saldılar.
Franklar, başqa barbar tayfalarından fərqli olaraq, Almaniya ilə sıx əlaqə
saxlayırdılar. Reyn sahillərindən Qalliyaya köçən frankların sayı getdikcə artırdı. Bu
da, frankların işğal etdikləri Qalliya torpaqlarında quvvətli hərbi-siyasi, həmçinin
etnik amilə çevrilməsinə səbəb olurdu. Frank krallığı Qərbi Avropa tarixində tədricən
ən iri erkən orta əsr dövlətlərindən birinə çevrilirdi.

Barbar istilalarının nəticələri

Barbar istilaları ilə Avropanın tarixi inkişafında dönüş yarandı. Hər şeydən əvvəl
«Xalqların böyük köçü» zamanı qədim dünyanın ən böyük dövlətlərindən olan Qərbi
Roma imperiyası dağıldı.
Qərbi Roma imperiyasının süqutu nəticəsində həm bu dövlətin ərazisində, həm
də Avropanın başqa yerlərində quldarlığa nisbətən daha mütərəqqi cəmiyyətin—
feodalizmin inkişafı üçün əlverişli şərait yarandı. Çünki Qərbi Roma imperiyası quldar
dövləti olmaqla feodalizmə keçid yolunda başlıca maneə idi.
Qərbi Roma imperiyası ərazisində, habelə Avropanın başqa yerlərində yaranmış
barbar krallıqlarında feodal istehsal üsulunun inkişafı üçün daha əlverişli şərait vardı.
Bu dövlətlərdə əsas istehsalçılar qullar deyil, ictimai-iqtisadi həyatda mühüm rol
oynayan azad icma üzvləri idi. Barbar krallıqlarında nəsli quruluş tədricən dağılır,
onu getdikcə feodalizm cəmiyyəti əvəz edirdi. Bu mənada Qərbi Roma imperiyasının
dağılması və onun yerində barbar krallıqlarının yaranması Avropa tarixində ictimai-
iqtisadi dönüş idi. Çünki bunun nəticəsində Roma quldarlıq cəmiyyəti və qədim
almanlardakı nəsli quruluş feodal istehsal üsulu ilə əvəz olundu.
Barbar işğalları Avropanın siyasi tarixində də dönüş yaratdı. Başqa sözlə, geniş
ərazili Qərbi Roma imperiyasının ərazisində çoxlu yeni dövlətlər—barbar krallıqları
yarandı. Bu krallıqlar Avropanın sonrakı iri dövlətlərinin rüşeymləri idi.
Barbar krallıqlarının sərhədləri içərisində müxtəlif Avropa xalqları təşəkkül
tapırdı. Bu baxımdan barbar işğalları Avropanın etnik tarixində də mühüm röl
oynamışdır.
IV F Ə S İ L

FRANK DÖVLƏTİ
(5-ci əsrin sonu—9-cu əsrin ortaları)

§ 1. Frank dövləti Merovinqlər ( M e r o v e y l ə r ) sülaləsinin hakimiyyəti dövründə


(5-ci əsrin sonu-7-ci əsr)
«Xalqların böyük köçü» zamanı yaranmış ən güclü barbar dövlətlərindən biri
Frank krallığı idi. Bu dövləti qədim alman tayfa birliklərindən olan franklar 486-cı
ildə Şimali Qalliyanı işğal edərkən yaratdılar. Salik franklarının başçısı Xlodviq (481-
511) Frank kralı oldu. O, Frank krallığını idarə edən Merovinqlər (Meroveylər)
sülaləsinin banisi idi. Xlodviq Merovey  nəslindən olduğuna görə onunla başlanan
sülalə Meroveylər adlanır. Meroveylər sülaləsi (481-687) Frank dövlətini faktiki olaraq
7-ci əsrin sonlarına qədər idarə etdilər. Formal şəkildə bu sülalənin hakimiyyəti 751-ci
ilədək davam etdi. Meroveylərin hakimiyyəti dövrü Frank krallığının tarixində
Merovey dövrü adlanır.
Meroveylərin hakimiyyəti zamanı Frank krallığının əsas ərazisi yarandı. 6-cı
əsrin ortalarında, artıq bütün Qalliya Meroveylərin hakimiyyəti altında idi. Reyndən
şərqdə yaşayan digər qədim alman tayfaları türinqlər, alemanlar və bavarlar
meroveylərdən asılı idilər. Sakslar da Frank krallarına bac verirdilər.
Meroveylərin hakimiyyəti dövründə Frank dövlətində feodal münasibətlərinin
meydana gəlməsi prosesi gedirdi.
«Salik qanunu»
Frank krallığının tarixini öyrənmək üçün ən mühüm mənbə «Salik qanunu»
adlanan külliyyatdır. Ən qədim barbar qanunnamələrindən biri olan «Salik qanunu»
salik franklarının qədim məhkəmə adətlərinin toplusudur. Bu toplu kral Xlodviqin
dövründə yazıya alınmışdır. Zaman keçdikcə, feodal münasibətlərinin inkişafı ilə
əlaqədar olaraq, «Salik qanunu»na müəyyən əlavələr (həmçinin dəyişikliklər)
edilmişdir.
«Salik qanunu»nda frankların ibtidai icma cəmiyyətindən feodalizmə keçməsi
prosesi çox aydın şəkildə, tarixi ardıcıllıqla öz əksini tapmışdır. Başqa barbar
qanunları külliyyatlarına nisbətən «Salik qanunu» Roma hüququnun təsirinə olduqca
az məruz qalmışdır. Başqa sözlə, bu külliyyatda qədim almanların məhkəmə adətləri
əslində olduğu kimi əks etdirilmişdir. Bir tarixi mənbə kimi «Salik qanunu»nun
əhəmiyyəti də bundadır. Latın dilində tərtib edilmiş «Salik qanunu»nda ancaq
cərimələr Roma pul vahidləri ilə göstərilir ki, bu da zahiri təsirdir.
«Salik qanunu» frankların istər Qalliyanı işğal etmələrindən əvvəlki tarixini—
nəsli münasibətləri, istərsə də Qalliyanın alınmasından sonrakı dövrünü — xüsusi
mülkiyyətin və feodal dövlətinin yaranması tarixini aydınlaşdırmağa imkan yaradır.
Bu külliyyata 6-9-cu əsrlər ərzində Frank krallarının etdirdiyi əlavələr də, hakim sinfin
mənafeyini müdafiə etməsinə baxmayaraq, feodalizm cəmiyyətinin təkamulü prosesini
öyrənmək üçün qiymətlidir.
«Salik qanunu»na görə, frankların ictimai-iqtisadi


Merovey Xlodviqin babası idi. Frankların tayfa başçısı olan Merovey 451-ci ildə Attilaya qarşı Katalaun döyüşündə iştirak etmişdi.
vəziyyəti
«Salik qanunu»ndan aydın olur ki, 6-cı əsrdə franklar ictimai-iqtisadi cəhətdən
Tasit dövründəkinə nisbətən xeyli irəli getmişdilər. Əsas məşğuliyyət əkinçilik idi.
Lakin əkin yerlərinin vaxtaşırı yenidən bölünməsi qaydası aradan qalxmışdı. Bu da
xüsusi mülkiyyətin inkişafına müəyyən təsir göstərirdi. Maldarlıq da xeyli inkişaf
etmişdi. Franklar bundan başqa ovçuluqla, balıq tutmaqla, arı saxlamaqla da məşğul
olurdular. «Salik qanunu»ndan məlum olur ki, franklar artıq su dəyirmanlarından
geniş istifadə edirmişlər. Təsərrüfatdakı bütün bu irəliləyiş frankların ancaq daxili
inkişafının nəticəsi deyildi. Frank istilası ərəfəsində Qalliyada əkinçilik və maldarlıq,
dövrünə görə, yüksək tərəqqi etmişdi. Bu frankların ictimai-iqtisadi inkişafına müsbət
təsir göstərdi. Franklar Qalliyanın yerli əhalisindən çox şey öyrəndilər.
«Salik qanunu»ndan aydın olduğu kimi, o zaman torpaq üzərində xüsusi
mülkiyyət yox idi. Torpaq icmaların ixtiyarında idi. Franklar iri patriarxal ailələr
halında yaşayırdılar. Lakin bu iri ailələrin nisbətən kiçiklərinə parçalanması prosesi də
gedirdi. Əkinə yararlı torpaqlar, ayrı-ayrı ailələrin (böyük və kiçik) irsi istifadəsində
idi. Ev və həyətyanı təsərrüfat hər bir ailənin xüsusi mülkiyyəti idi. Məhsul
yığıldıqdan sonra bütün əkin torpaqlarının çəpərləri sökülüb ümumi otlağa çevrilirdi.
Əkinə yaramayan torpaqlar, meşələr, bataqlıqlar, yollar və s. icmanın ümumi
istifadəsində idi.
Beləliklə, 5-6-cı əsrlərdə icma frankların təsərrüfat və ictimai həyatında əsas rol
oynayırdı.
Qalliyanın istilasına qədər franklarda torpaq ayrı-ayrı nəsillərin mülkiyyətində
idi. Həmin nəsillər isə böyük ailələrə bölünürdü. Bu da əkinçilik icmasından başqa bir
şey deyildi. Əmlak və ictimai bərabərsizliyin inkişafa başlaması ilə böyük ailələrin
özlərinin də parçalanması prosesi gedir, nəsli əlaqələr tədricən itirdi. Qalliyanın
istilası nəsli münasibətlərin dağılmasını və qonşuluq icmalarının yaranmasını
sürətləndirdi. Frank icmaları əkinçilik icmasından qonşuluq icmalarına— markaya
keçid mərhələsində idi.
«Salik qanunları»ndan aydın olur ki, nəsli quruluşun dağılması birdən-birə baş
vermirdi. Nəsli münasibətlər müəyyən rol oynamaqda idi. Məhkəmə adətlərinə əsasən
frank öldürülərkən qanbahası alınırdı. Qədim almanlar qanbahasına v e r g e l d (hərfi
mənada «adam haqqı») deyirdilər. Vergeldin ödənilməsində və alınmasında hər iki
tərəfin qohumları iştirak edirdi. Bəzi hallarda isə bir sıra icma üzvləri yoxsul
olduqlarına görə qanbahasının ödənilməsində iştirak edə bilmirdilər. Bir çox varlı
icma üzvləri isə qanbahasının ödənilməsində iştirak etməmək üçün öz nəslinin üzvləri
ilə qohumluqdan imtina edirdilər. Bu da nəsli münasibətlərin zəiflədiyini aydın sübut
edir.
İctimai təbəqələşmənin dərinləşməsi.
Allod. İcma-marka
Nəsli münasibətlər dağıldıqca ictimai bərabərsizlik də artır, torpaq üzərində icma
mülkiyyəti zəifləyirdi. Azad icma üzvünün irsi torpaq payı tədricən onun xüsusi
mülkiyyətinə çevrilirdi. Belə torpaqlara a l l o d (hərfi mənada «tam mülkiyyət»)
deyilirdi.
Allod, əvvəllər icma üzvünün, ümumiyyətlə, daşınar və daşınmaz əmlakına
deyilirdi və irsi keçirdi. Sonralar isə icma üzvünün tərpənməyən və irsi keçən əmlakı
—torpaq payı onun xüsusi mülkiyyətinə çevrildi və məhz bu torpaqlar allod adlandı.
«Salik qanunu»ndan aydın olduğu kimi, bu proses franklarda təqribən 6-cı əsrin
sonlarında başa çatdı.
İcma üzvünün öz allodunu başqasına bağışlamaq, satmaq hüququ vardı. Çünki bu
onun xüsusi mülkiyyəti idi.
Allodun meydana gəlməsi ilə qonşuluq icmalarının— markanın əmələ gəlməsi
prosesi başa çatır. Qonşuluq icmalarının üzvləri qohum deyil, qonşu idilər. Bu
icmalarda qohumluq münasibətləri deyil, təsərrüfat əlaqələri əsas rol oynayırdı. İcma-
markaların üzvləri həm kiçik ailələrin başçıları, həm də öz allodlarının tam
mülkiyyətçisi idilər. Ancaq əkinə yaramayan torpaqlar, meşələr, bataqlıqlar, otlaqlar,
yollar və s. icma üzvlərinin ümumi istifadəsində idi. Bir çox hallarda belə yerlər də
ayrı-ayrı icma üzvlərinin alloduna çevrilirdi. Beləliklə, 6-cı əsrdə frank cəmiyyətində
meydana gələn qonşuluq icması—marka icma torpaq mülkiyyətinin dağılmaqda
olduğu mərhələsi idi. İbtidai icma quruluşunun sonu çatmışdı. Bu cəmiyyətin
içərilərində yeni formasiyanın—feodalizmin rüşeymləri yaranırdı.
Əmlak bərabərsizliyi artdıqca ictimai təbəqələşmə də dərinləşirdi. Bunu adam
öldürülməsi zamanı alınan qanbahasının—vergeldin miqdarındakı fərqlər də subut
edir. Kral qulluqçuları, kral drujinasının üzvləri, ümumiyyətlə, krala yaxın adamlar
öldürülərdisə 600, sadə frank öldürüldükdə 200, yarımasılı adamlar (litlər)
öldürüldükdə 100 solid vergeld alınmalı idi. Qul öldürüldükdə qanbahası alınmır,
sadəcə olaraq onun ağasına dəyən ziyan ödənilirdi. Qalliya-Roma mənşəli adam
öldürülərkən franka nisbətən xeyli az qanbahası alınırdı ki, bu da frankların yerli
əhaliyə nisbətən üstün hüquqi vəziyyətdə olduğunu göstərir.
Feodal torpaq mülkiyyətinin yaranması
Allodun meydana gəlməsi ilə icma üzvləri içərisində təbəqələşmə daha da
dərinləşdi. Torpağın tədricən xüsusi mülkiyyətə çevrilməsi iri torpaq mülkiyyətinin
inkişafına şərait yaratdı. Qalliyanın işğalı isə bu prosesi daha da sürətləndirirdi.
Frank kralları Qalliya işğal olunarkən çoxlu torpaqlar ələ keçirdilər, icmalar
arasında bölünməmiş yerləri zəbt etdilər. Frank kralları yaxın adamlarına, kilsəyə
onların xüsusi mülkiyyətinə keçmək şərti ilə çoxlu torpaq paylayırdılar. İri torpaq
sahibləri—feodallar belə yaranırdı. Onların torpaqlarında əsarət altına salınmış yerli
Qalliya-Roma mənşəli əhali, yarımasılı litlər, qullar və s. işləyirdi. Qul əməyindən
əsasən həyət-baca işlərində istifadə olunurdu.
Qeyd etmək lazımdır ki, iri torpaq mülkiyyəti meydana gəlməsinin xarici amillə
bağlı olmayan mühüm səbəbi icma daxilindəki təbəqələşmə idi. Çünki allodun
meydana gəlməsi ilə icma üzvlərinin bir qisminin öz torpağını genişləndirməsinə və
daha da varlanmasına, digər qisminin isə öz irsi torpaq payından məhrum olmasına,
beləliklə də, müflisləşməsinə obyektiv şərait yaranmışdı.
Franklarda feodal münasibətlərinin inkişafında Qalliyanın yerli əhalisinin də
mühüm rolu oldu. Çünki Roma imperiyasının bir hissəsi kimi Qalliyada feodalizmin
rüşeymləri hələ 3-4-cü əsrlərdə inkişaf etmişdi. Torpaq üzərində xüsusi mülkiyyətin nə
olduğunu qalliyalılar franklardan çox əvvəl bilirdilər. Buna görə də qalliyalılarla
qonşuluq əlaqələri frank icmasının dağılmasını, franklarda iri torpaq mülkiyyətinin
əmələ gəlməsi prosesini sürətləndirdi. Başqa cür ola da bilməzdi.
İri torpaq mülkiyyətinin inkişafı ilə, təbiidir ki, ictimai qeyri-bərabərlik də artırdı.
Başqa sözlə, ayrı-ayrı adamların xüsusi hakimiyyəti də genişlənirdi. İri torpaq
sahibləri və kral qulluqçularının təzyiqinə davam gətirə bilməyən azad frank bir parça
torpağını əldə saxlamaq üçün, daha güclü olan başqa bir iri torpaq sahibinin
«himayəsinə» girməyə məcbur olurdu. Beləliklə də, azadlığını itirir, feodaldan şəxsən
asılı vəziyyətə düşürdü. Bu proses getdikcə kütləvi hal alırdı.
Azad frankın iri torpaq sahibinin «himayəsinə» girməsinə kommendasiya
deyilirdi. Kommendasiya nəticəsində feodalizm cəmiyyətinə məxsus asılılıq—vassallıq
münasibətləri yaranırdı. Çünki başqasını öz «himayəsinə» almış iri torpaq sahibi onun
ağasına—senyoruna çevrilirdi. Beləliklə, iri torpaq sahiblərinin nüfuzu getdikcə
artırdı.
Feodallaşma prosesi dərinləşdikcə qalliyalılarla franklar arasındakı etnik fərqlər
də tədricən silinirdi. Hər iki mənşədən olan torpaq sahibləri və kəndlilər müvafiq
surətdə bir-biri ilə yaxınlaşırdı. Deməli, ictimai fərqlər ön plana keçir, əhali
istismarçılar və istismar edilənlərdən ibarət iki qütbə ayrılırdı. Bununla belə, başqa
yerlərdə olduğu kimi, Frank dövlətində də erkən feodalizm dövründə feodal
münasibətləri birdənbirə inkişaf etmirdi. 7-ci əsrin sonlarınadək franklarda azad icma
üzvləri və onların birləşdiyi qonşuluq icmaları, hələ də əsas rol oynamaqda idi.

Erkən feodal dövləti


Feodalizm formalaşdıqca feodal dövlətinin yaranması prosesi də gedirdi. Dövlət,
hər şeydən əvvəl, istismar olunan kütlələri itaətdə saxlamaq üçün torpaq sahiblərinə
lazım idi.
Franklarda dövlətin rüşeymləri, əlbəttə, Qalliyanın işğalın dan əvvəl meydana
gəlməyə başlamışdı. Lakin Qalliyanın istilası dövlətin yaranmasını daha da
sürətləndirdi. Çünki güclü dövlət olmadan zorla əsarət altına salınmış Qalliya
əhalisini itaətdə saxlamaq olmazdı. Qalliyanın işğalı ilə, frankların hərbi başçısının
hakimiyyəti kral hakimiyyətinə çevrildi. Kralın çoxlu torpağı və güclü hərbi dəstəsi
vardı. O, dövləti öz şəxsi təsərrüfatı kimi idarə edir, dövlət gəlirini (cərimələr, vergi,
gömrük və s.) istədiyi kimi xərcləyirdi. Frank dövləti iri torpaq sahiblərinin
mənafeyini müdafiə edirdi. Formalaşmaqda olan feodallar sinfinə arxalanan bu dövlət
kəndlilərin sinfi mübarizəsini boğmaq, hakim sinfin mənafeyinə yeni işğalçılıq
müharibələri aparmaq üçün lazım idi.
Meroveylərin hakimiyyəti dövründə əhalinin əsas kütləsi azad icma üzvləri
olduğundan dövlətin əsas hərbi qüvvəsi də onlardan ibarət idi.
Zaman keçdikcə torpaq sahibləri üçün dövlət əvvəlki əhəmiyyətini itirirdi. Artıq
çoxlu torpaqlar ələ keçirmiş frank əyanları feodal dövlətinə əvvəlki kimi ehtiyac
duymurdular. İri torpaq mülkiyyətinin inkişafı, ayrı-ayrı iri torpaq sahiblərinin siyasi-
inzibati hüquqlarının genişlənməsi, nəticə etibarilə, kral hakimiyyətinin zəifləməsinə
səbəb olurdu. Çünki iri torpaq sahibləri artıq krala tabe olmaq istəmirdilər. Onlar,
əslində, öz mülklərini müstəqil idarə edirdilər. Hələ Xlodviqin varisləri zamanı Frank
dövləti fasiləsiz ara müharibələri şəraitində parçalanmaqda idi. Ölkənin ayrı-ayrı
yerlərinin müxtəlif inkişaf səviyyəsində olması bu prosesi daha da sürətləndirirdi.
Frank dövləti ictimai-iqtisadi inkşaf xüsusiyyətlərinə görə tədricən üç vilayətə
ayrılırdı: Paris mərkəz olmaqla Neystriya (Şimal-Qərbi Qalliya), Avstraziya (Frank
dövlətinin şimal - şərqi ), Burqundiya (keçmiş Burqund krallığının ərazisi), 7-ci əsrin
sonunda isə Akvitaniya (Neystriyanın cənubu) Neystriyadan ayrıldı. Bu vilayətlər
təkcə feodalizmin inkişaf səviyyəsinə görə deyil, həm də etnik cəhətdən fərqlənirdilər.
Neystriyada qalliyalılar başqa yerlərə nisbətən franklarla daha töz qaynayıb-
qarışdılar. 7-ci əsrin əvvəllərində burada iri torpaq mülkiyyəti (o cümlədən kilsə
torpaqları) xeyli inkişaf etmişdi. Azad icma üzvləri sürətlə asılı vəziyyətə düşürdü.
Avstraziyanın əsas əhalisi franklar və başqa qədim alman tayfaları idi. Bu vilayət
Roma təsirinə az məruz qalmışdı. Avstraziyada icma-markanın dağılması ləng gedirdi.
İctimai-iqtisadi həyatda alloda malik azad icma üzvləri mühüm rol oynayırdılar. Kilsə
torpaq mülkiyyəti nisbətən az yayılmışdı. Hakim sinfin əsas kütləsi xırda və orta
feodallar idi. Onlar azad allod sahibləri ilə birlikdə iri feodallara qarşı kral
hakimiyyətini müdafiə edirdilər. İcma munasibətləri, demək olar ki, 8-ci əsrin
əvvəllərinə qədər əvvəlki möhkəmliyini itirməmişdi.
Burqundiya və Akvitaniya etnik tərkibcə Neystriyaya yaxın idi. Bu vilayətlərdə
də yerli qalliyalılar qədim alman tayfaları ilə (burqundlar, vestqotlar və franklarla)
qarışmışdılar. Burqundiya və Akvitaniyada azad kəndlilərə məxsus xırda torpaq
mülkiyyəti uzun müddət qaldı. İri torpaq mülkləri də vardı. Bunlar əsas etibarilə
kilsələrə məxsus idi. Burqundiya və Akvitaniyada icma münasibətləri 6-cı əsrdə,
demək olar ki, dağılmışdı.
Neystriya, Avstraziya, Burqundiya və Akvitaniyanı Meroveylər nəslinə mənsub
hakimlər-mayordomlar idarə edirdilər. İri torpaq sahibliyinin inkişafı nəticəsində kral
hakimiyyəti zəiflədiyindən bu vilayət hakimləri əslində ayrı-ayrılıqda müstəqil krallar
idilər. Onlar ölkədə üstünlüyü ələ keçirmək üstündə öz aralarında aramsız
müharibələr edirdilər. Bu müharibələrin nəticəsində Avstraziya mayordomu heristallı
Pipin 687-ci ildə həmin vilayətlərin hamısının (yəni bütün Frank dövləti ərazisinin)
hakimi—mayordomu oldu.
Frank dövləti ərazisinin məhz Avstraziya mayordomunun hakimiyyəti altında
birləşdirilməsi təsadüf deyildi. Avstraziyada xırda və orta feodallar, həmçinin azad
allod sahibləri üstünluk təşkil edirdilər. Onlar istismar olunan təbəqələrə və iri torpaq
sahiblərinə qarşı mərkəzi hakimiyyətin qüvvətlənməsinə tərəfdar idilər. Avstraziya
mayordomu məhz bu ictimai dayağa əsaslanıb başqa mayordomları özünə tabe edə
bildi. Frank dövləti yenidən birləşdirildi.

§ 2. Frank dövləti Karolinqlər sülaləsinin hakimiyyəti dövründə (7-ci əsrin sonu—9-cu əsrin
ortaları)
Feodal münasibətlərinin möhkəmlənməsi.
Benefisi islahatı
Heristallı Pipinin bütün Frank dövləti ərazisinin mayordomu (687-715) olması ilə
əslində yeni sülalə—Karolinqlər (687-843)  hakimiyyətə gəldi. Merovey krallarının
hakimiyyəti artıq formal xarakterdə idi. Çünki Pipinin nəslindən olan mayordomlar


Heristallı Pipinlə başlanan sülalənin ən görkəmli nümayəndəsi Böyük Karl olduğuna görə, bu sülalə K a r o l i n q l ə r adlanır.
meroveylərdən kimi istəsələr kral təyin edir, ölkəni isə özləri idarə edirdilər.
Karolinqlərin hakimiyyəti zamanı feodalizmin inkişafı meroveylər dövründəki ilə
müqayisə edilməyəcək dərəcədə sürətləndi. 8-9-cu əsrlərdə icma daxilində
təbəqələşmə dərinləşdi. Bununla əlaqədar olaraq iri torpaq mülkiyyəti sürətlə inkişaf
etdi. Azad icma üzvləri isə öz allodlarını itirərək, kutləvi şəkildə asılı hala, hətta
təhkimli vəziyyətinə düşdülər. Artıq 8-ci əsrin birinci yarısında Frank dövlətində
feodalizm cəmiyyətinin antaqonist sinifləri, feodallar və asılı kəndlilər yaranmışdı.
Karl Martellin hakimiyyəti illərində (715-741) Frank dövləti daha da qüvvətləndi.
O əvvəlcə daxildəki qiyamçı feodalların müqavimətini qırdı. Sonra qədim alman
tayfaları olan sakslar, frizlər, alemanlar və bavarları yenidən Frank dövlətinə bac
verməyə məcbur etdi; 732-ci ildə Puatye yaxınlığında ərəbləri məğlubiyyətə uğratdı. 8-
ci əsrin əvvəllərində İspaniyanı işğal etmiş ərəblər Frank dövləti üçün ciddi təhlükə
törədirdilər. Ərəblərin məğlub edilməsində atlı qoşunlar mühüm rol oynadı. Bu, hərbi
sahədə islahat keçirilməsinin zəruri olduğunu göstərdi.
Frank dövlətində feodal münasibətlərinin daha da inkişafında və
möhkəmlənməsində Karl Martellin keçirdiyi benefisi islahatının böyük rolu oldu.
Benefisi  şərti feodal torpaq mülkiyyəti forması idi. Müəyyən xidmət (xüsusən süvari
hərbi xidmət) müqabilində ömürlük istifadə üçün verilirdi, irsi keçmirdi. Benefisidən
istifadə edən öldükdə həmin torpaq sahibinə, sahibi ölmüşsə, onun varisinə
qaytarılırdı. Nəzərdə tutulan xidmət (xüsusən hərbi) göstərilmədikdə benefisi geri
alınırdı. Lakin zaman keçdikcə benefisi irsi torpaq mülkiyyətinə—feoda çevrilirdi.
Benefisi feodal torpaq mülkiyyəti forması kimi Rusiyadakı pomestye, bir çox Şərq
ölkəsində yayılmış iqta, Hindistanda cagir adlanan torpaq mülkiyyəti formalarına
bənzəyirdi.
Benefisi paylamaq üçün Karl Martellə çoxlu torpaq lazım idi. Bunun üçün o,
qiyamçı feodalların torpaqlarını əllərindən aldı. Bundan başqa Karl Martell kilsə
torpaqlarının da bir qismini alıb benefisi kimi payladı.
Benefisi islahatının mühüm nəticələri oldu. Hər şeydən əvvəl, xırda və orta
feodalların mövqeyi möhkəmləndi. Gələcək cəngavər qoşunlarının rüşeymləri yarandı.
Əsasən azad kəndlilərdən ibarət olan keçmiş piyada qoşunlar aradan qalxdı. Süvari
qoşunlar tərkibcə əsas etibarilə xırda və orta feodallardan ibarət oldu. Müflisləşmiş və
asılı hala düşmüş frank kəndlisi atlı qoşunda iştirak etmək üçün maddi imkana malik
deyildi. Beləliklə, benefisi islahatı nəticəsində frank kəndlisi bir hərbi qüvvə kimi
dövlətə lazım deyildi. Digər tərəfdən, benefisi islahatı nəticəsində feodal torpaq
mülkiyyəti möhkəmləndi. Kəndlilərin istismarı şiddətləndi, onların
təhkimliləşdirilməsi sürətləndi. Çünki benefisi torpaqları bu torpaqlarda yaşayan
kəndlilərlə birlikdə paylanılırdı. Məlum olduğu kimi, Karl Martelldən başqa iri
feodallar da benefisi paylayırdılar. Buna görə də, benefisi islahatı nəticəsində
feodalizm cəmiyyəti üçün xarakterik olan vassallıq münasibətləri daha da inkişaf etdi.
Çünki benefisi verənlə alan arasında müəyyən asılılıq münasibətləri, başqa sözlə,
feodal asılılıq nərdivanı yaranırdı. Benefisi islahatı ayrı-ayrı iri feodalların da hərbi-
siyasi qüdrətinin artmasına əlverişli şərait yaratdı. Çünki onlardan benefisi alan xırda
və orta feodallar birinci növbədə həmin iri feodallara hərbi xidmət göstərməli idilər.


Benefi si latınca «benefi sium» sözündəndir, k ö m ə k , ə l t u t m a deməkdir.
Bu mənada benefisi islahatı, eyni zamanda Frank dövlətinin süqutu üçün də zəmin
hazırladı.
Bununla belə, benefisi islahatı ilk zamanlar mərkəzi hakimiyyəti qüvvətləndirdi.
Bu islahatdan razı qalan xırda və orta feodallar dövlətin ictimai dayağına çevrildilər.
Digər tərəfdən, xırda və orta feodallar qüvvətli mərkəzi hakimiyyətə arxalanıb
kəndliləri təhkimli halına sala bilər, onların müqavimətini qırmağa nail olardılar.
Mərkəzi hakimiyyətlə xırda və orta feodalların ittifaqı hər iki tərəf üçün əlverişli idi.
Bu ittifaqdan istifadə edən mərkəzi hakimiyyət, xırda və orta feodallar iri feodallara
qarşı müvəffəqiyyətlə mübarizə apara və yeni torpaqlar tuta bilərdilər. Çox keçmədən
karolinq hökmdarları, həqiqətən də, xırda və orta feodallara arxalanıb Frank
dövlətinin sərhədlərini xeyli genişləndirdilər.

Karolinq imperiyasının yaranması. Böyük Karlın müharibələri


Karl Martellin oğlu Gödək Pipinin zamanında (741-768) Frank dövləti daha da
qüvvətləndi. Gödək Pipin atasının vaxtında benefisi kimi paylanmış kilsə tornaqlarının
yenidən kilsənin mülkiyyəti hesab etdi. Kilsə torpaqlarından benefisi kimi istifadə
edən feodallar bunun müqabilində kilsəyə vergi verməli idilər. Lakin benefisidən
istifadə edənlər həmin torpaq müqabilində ancaq dövlətə hərbi xidmət göstərməli
idilər. Kraldan icazəsiz kilsə onların torpağını əlindən ala bilməzdi. Beləliklə, Gödək
Pipin mərkəzi hakimiyyətin mənafeyinə ziyan vurmadan atasının vaxtında kilsə ilə
dövlət arasında əmələ gəlmiş narazılığı aradan qaldırdı. Kilsə ilə, habelə Roma papası
ilə Frank kralları arasında möhkəm ittifaq yarandı.
Gödək Pipin Roma papası ilə münasibətlərinin yaxşılaşmasından dərhal istifadə
etdi. 751-ci ildə o, papanın razılığı ilə Suassonda kral elan olundu. Felən hələ 687-ci
ildən hakimiyyət başında olan Karolinq hökmdarları formal olaraq frank taxtını ələ
keçirdilər. Öz növbəsində Gödək Pipin də Roma papası qarşısında «borclu» qalmadı.
O, papa II Stefanın çağırışı ilə 754 və 757-ci illərdə İtaliyaya hücum etdi. Gödək Pipin
Roma vilayətini və Ravenna mahalını Lanqobard kralından alıb papaya verdi.
Beləliklə, 756-cı ildə papa dövləti— Papalıq yarandı. Roma papaları, eyni zamanda
dünyəvi hakim oldular. Bununla da, Roma papalarının Dünya xristian monarxiyası
yaratmaq iddiasına düşmələri üçün əsas yarandı. Elə bu vaxtlar papa dəftərxanasında
Roma papalarının dünyəvi hakimiyyət hüququnu sübut etmək məqsədi ilə
«Konstantin bəxşişi» adlı saxta sənəd düzəldildi. Bu «sənədə» görə imperator
Konstantin (306-337) paytaxtı Konstantinopola köçürərkən Roma imperiyasının qərb
hissəsində, o cümlədən İtaliyada hakimiyyəti, guya, papa II Silvestrə vermişdi. Roma
papaları dünyəvi hakimiyyət hüquqlarını hüquqi cəhətdən əsaslandırmaq üçün uzun
müddət bu yalançı sənəddən istifadə etdilər. Yalnız XV əsrdə italyan humanisti
Lorenso Valla «Konstantin bəxşişi» adlanan sənədin saxtalığını sübut etdi.
Frank dövlətinin ən qüdrətli çağı Böyük Karlın hakimiyyəti illəri idi. Böyük Karl
(768-814) hakim sinfin görkəmli nümayəndəsi kimi feodal dövlətini
möhkəmləndirmək, onun ərazisini daha da genişləndirmək üçün çox iş gördü. Qərb
tarixşunaslığında Böyük Karl ideallaşdırılır, kəndlilərin əməyi ilə yaradılmış sərvət
bahasına hakim sinfin mənafeyi üçün görülən bütün tədbirlər onun adına bağlanır.
Böyük Karl hətta frank kəndlisinin müdafiəçisi kimi qələmə verilir.
Böyük Karlın hakimiyyəti illərində müxtəlif mənşəli bir çox tayfalar qılınç gücünə
Frank dövlətinə tabe edildi, onların yaşadığı torpaqlar işğal olundu. O, 774-cü ildə
İtaliyaya hücum edib Lanqobard kralını taxtdan saldı. Lanqobard krallığı Frank
dövlətinə birləşdirildi. İtaliyadan sonra, Böyük Karl 778-ci ildə ərəblərə qarşı
İspaniyaya hücum etdi. Lakin bu səfərdə o, müvəffəqiyyət qazana bilmədi. Böyük
Karl, nəhayət, 801 -ci ildə Barselonanı ərəblərdən alıb İspaniyanın şimal - şərqi idə
İspaniya markası adlanan möhkəmləndirilmiş sərhəd məntəqəsi yarada bildi.  Böyük
Karl 30 ildən çox (772-804) müharibə etdikdən sonra, çətinliklə Saksoniyanı da işğal
edə bildi. Böyük Karlın hücumları zamanı sakslar franklara iisbətən aşağı inkişaf
pilləsində idilər. Saksoniya əhalisinin əksəriyyətini azad icma üzvləri olan frilinqlər
təşkil edirdilər. Buna görə də frank istilası frilinqlər üçün torpaqdan məhrum olmaq və
təhkimçilik zülmü demək idi. Məhz bu səbəbdən Böyük Karl uzun müddət saksların
müqavimətini qıra bilmədi. O, sakslara qarşı laba slavyanları olan obodritlərlə ittifaq
bağladı və ancaq bundan sonra qələbə qazana bildi. Böyük Karl Saksoniyadan başqa,
788-ci ildə Bavariya hersoqluğunu da işğal etdi. Bavariya ilə bir vaxtda slavyanların
yaşadığı Karintiya da Frank dövlətinə birləşdirildi. Böyük Karl 788-ci ildən 803-cü
ilədək fasilələrlə Avar xaqanlığı ilə də müharibələr aparmışdı. Bu, Böyuk Karlın ən
çətin müharibələrindən biri idi. Bir sıra qonşu tayfaları, o cümlədən slavyanları əsarət
altına salan türkdilli avarlar Frank dövlətinə də hücum edirdilər. Avarlara qarşı
təkbətək müharibələrdə müvəffəqiyyət qazana bilməyən Frank imperatoru cənub
slavyanları ilə ittifaq bağladıqdan sonra qələbə qazana bildi. Aramsız qəsbkarlıq
müharibələri nəticəsində Frank dövlətinin ərazisi çox genişləndi. İtaliyaya hüçum
zamanı, 800-cü ildə Böyük Karl Romada imperator tacı qoydu. Frank dövləti imperiya
elan olundu.
Böyük Karlın hakimiyyəti illərində az qala keçmiş Qərbi Roma imperiyasına
bərabər olan Frank imperiyasının ərazisi cənub-qərbdə Ebro çayından başlayır,
cənubda Roma şəhəri də daxil olmaqla İtaliyanın mühüm hissəsini əhatə edir, şərqdə
Elba çayı, Bohemiya dağları və Vyana meşələrinə qədər uzanırdı. Frank imperiyasının
şimal sərhədləri Şimal dənizinin sahilləri idi.
Geniş ərazili Frank imperiyasını xarici hücumlardan qorumaq məqsədi ilə Böyük
Karl ölkənin sərhədlərində möhkəmləndirilmiş hərbi-inzibati məntəqələr yaratdı:
şimal-qərbdə Breton markası, cənub-qərbdə İspaniya markası, İtaliyada Benevento
hersoqluğu, şimalda Danimarka markası, bundan cənuba doğru Saksoniya
möhkəmləndirilmiş məntəqəsi, Elba çayından Dunay çayına qədər Serbiya hərbi xətti,
Dunay çayının orta boyunda Şərq və ya Pannoniya markası, Şimali İtaliyada Friul
markası.
Beləliklə, Böyük Karlın hakimiyyəti illərində Frank dövləti əvvəlkinə nisbətən
xeyli qüvvətləndi, ölkənin beynəlxalq aləmdə nufuzu artdı. Lakin geniş ərazili,
möhkəmləndirilmiş sərhədləri olan Frank imperiyası zahirən güclü görünürdü. Bu
dövlət daxilən möhkəm deyildi. Çünki o, müxtəlif inkişaf səviyyəsində olan və ayrı-
ayrı dillərdə danışan tayfaları, tayfa birliklərini (burqundlar, sakslar, frizlər, bavarlar,
alemanlar, lanqobardlar, xorutanlar, avarlar, keltlər və s.) qılınc gücünə tabe etmək
yolu ilə yaradılmışdı. Natural təsərrüfatın hökmranlığı şəraitində ölkənin müxtəlif

Böyük Karl Frank dövlətinin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün imperiyanın sərhədləri boyu möhkəmləndirilmiş
xüsusi sərhəd məntəqələri yaradırdı. Bu sərhəd məntəqələri m a r k a adlanırdı. Markaları markqrafl ar idarə edirdilər.
yerləri arasında iqtisadi əlaqə yox idi. Öz azadlığı uğrunda mübarizə edən xalqları
itaətdə saxlamaq üçün Böyük Karl daim işğalçı hərbi səfərlərdə olurdu.

Feodal münasibətlərinin daha da möhkəmlənməsi. Kəndlilərin vəziyyəti


Böyük Karlın qəsbkarlıq müharibələri dövründə Frank dövlətində feodal
münasibətlərinin inkişafı daha da sürətləndi. Kəndli torpaqları kütləvi şəkildə
feodallar tərəfindən zorla zəbt olundu. Onların özləri isə zorla təhkimli vəziyyətinə
salındılar. Feodal torpaq sahibliyi torpaq üzərində əsas mülkiyyət formasına çevrildi.
Frank krallarının, xüsusən Böyük Karlın qəsbkarlıq müharibələri zamanı uzun müddət
ölkənin təsərrüfat həyatının pozulması, vergilərin artması, saysız-hesabsız cərimələr
və s. kəndlilərin vəziyyətini daha da pisləşdirdi. Kəndli torpaqlarının zorla zəbt
olunmasında və onların təhkimli vəziyyətinə salınmasında kilsə mühüm rol oynayırdı.
Ruhanilər hakim sinfi müdafiə etməkdən başqa, özləri də torpaq ələ keçirir, iri
feodallara çevrilirdilər.
Kəndliləri asılı hala salmaq formaları olduqca müxtəlif idi. Bunlardan ən geniş
yayılanı prekari  tipli torpaqların paylanması idi. Prekari feodallar tərəfindən
kəndlilərə bir neçə il müddətinə, bəzən də ömürlük verilirdi. Kəndli həmin torpaqdan
istifadə müqabilində töycü verir, bəzən də biyara gedirdi. Prekarinin müxtəlif
formaları olurdu. Bunlardan birin-cisi belə idi ki, aztorpaqlı və ya heç torpağı olmayan
kəndli yuxarıda göstərilən şərtlə feodaldan torpaq alırdı. İkinci halda kəndlinin
özünün torpağı olurdu. Lakin bu və ya digər iri feodal onun torpağını əlindən almağa
çalışırdı. Belə hallarda yaranmış vəziyyətdən çıxış yolu axtaran kəndli öz torpağını
başqa daha güclü feodala, əksər hallarda kilsəyə verib, sonra isə ondan müvəqqəti
istifadə üçün geri almağa məcbur olurdu. Beləliklə, kəndli öz torpağına mülkiyyət
hüququnu itirirdi. Elə hallar da olurdu ki, kəndli öz torpağını feodala və ya kilsəyə
verib istifadə üçün geri alarkən ancaq öz torpağını yox, əlavə torpaq da götürürdü.
Xüsusən kilsələr yararsız torpaqları kəndlilərə verib becərtdirir, onu abad hala saldırır,
həm də bu torpaqlar müqabilində kəndlidən vergi alırdılar. Bu prekarinin üçüncü
forması idi. Bundan başqa krallar, iri torpaq sahibləri kilsələrə də prekari verirdilər.
Prekari torpaqlarının geniş yayılması feodal münasibətlərini daha da
möhkəmləndirdi. Prekari alan kəndlilər tədricən şəxsi azadlıqlarını itirir, təhkimliyə
çevrilirdilər. Bundan başqa, artıq benefisi torpaqları da irsi feodal torpaq mülkiyyətinə
—feoda çevrilmişdi. Bununla əlaqədar olaraq benefisi torpaqlarında yaşayan kəndlilər
də getdikcə təhkimli vəziyyətinə düşürdülər. Digər tərəfdən, feodallaşma
dərinləşdikcə iri feodalların sayı artır, onların inzibati-siyasi hakimiyyəti genişlənirdi.
Həmin feodallar öz hərbi-siyasi qüvvələrindən istifadə edib onların himayəsinə
girməyə məcbur olanları, prekaridən istifadə edənləri, borcluları, həmçinin bir çox
xırda feodalları getdikcə təhkimli vəziyyətinə salırdılar.
Mərkəzi hakimiyyət artıq geniş hüquqlar ələ keçirib çox qüvvətlənmiş iri
feodalların əl-qolunu yığmaqda aciz idi. Buna görə də Karolinq hökmdarları yaranmış
real vəziyyətlə razılaşmağa məcbur olur, xüsusi fərmanlarla iri feodalların geniş
inzibati-siyasi və məhkəmə hüquqlarını təsdiq edirdilər. Bu fərmanlara əsasən, dövlət
məmurlarına hər hansı işlə əlaqədar olaraq iri feodalların torpaqlarına ayaq basmaq


P r e k a r i latınca «prekarium», yəni «xahiş» sözündəndir. Burada «xahişə görə verilən» mənasındadır.
qadağan olunurdu. Həmin torpaqlarda inzibati-məhkəmə hakimiyyəti, vergi yığmaq
hüququ kralın xüsusi fərmanı ilə iri feodalların özlərinə verilirdi. Bundan başqa,
feodal öz torpağından qoşun toplayır və onun başçısı olurdu. İri feodallara geniş
hüquqlar verən belə fərmanlara immunitet  fərmanları deyilirdi.
İmmunitet fərmanları almağa nail olmuş iri feodallar özlərinin geniş
hüquqlarından, əllərində olan hərbi qüvvədən istifadə edib öz torpaqlarında ən ağır
qeyri-iqtisadi məcburiyyət metodları tətbiq edir, kəndliləri təhkimliləşdirir, onların
istismarını dözülməz dərəcəyə çatdırırdılar. Digər tərəfdən, immunitet fərmanları iri
feodalları daha da müstəqilləşdirdi, Frank imperiyasının dağılması üçün qabaqcadan
zəmin hazırladı.
Feodalizmin təşəkkulü ilə bir zamanda bu cəmiyyətə xas olan vassallıq
münasibətləri də formalaşırdı. Vassallıq münasibətlərinin inkişafı isə iri feodalların
müstəqilliyini daha da artırırdı. Çünki iri torpaq sahibindən benefisi alan şəxs onun
«adamı» olur, həmin feodala sədaqətlə xidmət edəcəyinə and içir, başqa sözlə, onun
vassalına çevrilirdi. Torpaq verən, yəni senyor isə vassalını müdafiə etməli, lazım
gəldikdə ona kömək göstərməli idi. Beləliklə, çoxlu vassalı olan senyorun hərbi
qüvvəsi də çox olur, siyasi nüfuzu da artırdı. Bunun nəticəsində isə mərkəzi
hakimiyyət zəifləyirdi. Vassallıq münasibətləri feodalizm cəmiyyətinə xas olan ictimai
əlaqə forması idi. Feodal münasibətləri inkişaf etdikcə vassallıq əlaqələri xüsusi
fərmanlarla daha da möhkəmləndirilir, qanunlaşdırılırdı. Məsələn, Karolinq hökmdarı
Daz Karlın 847-ci ildə verdiyi fərmana görə, «hər bir azad adam özünə senyor seçməli»
idi.
Feodal torpaq mülkiyyətinin meydana gəlməsi Frank dövlətinin təsərrüfat
həyatında da ciddi dəyişikliklər törətdi. 8-ci əsrin sonu—9-cu əsrin əvvəlində azad
kənd icmaları aradan qalxdı. Feodalizm hakim istehsal üsuluna çevrildi. Feodal
istehsal münasibətləri qalib gəldi. Feodal votçinası cəmiyyətin təsərrüfat həyatında
əsas yer tutdu; kənd icmaları isə bütövlükdə təhkimli halına salındı. Malikanə
torpaqları adətən iki yerə bölünürdü: feodalın öz torpaqlarından ibarət ağa torpaqları;
kəndlilərin istifadəsində olan torpaqlar. Əvvəllər icmanın ixtiyarında olan meşələr,
otlaqlar, boş torpaqlar da ağa torpaqlarına daxil idi. Ağa torpaqları zorla biyara
gəlməyə məcbur edilən kəndlilərin əməyi ilə becərilirdi.
Karolinq imperiyasında təsərrüfat natural xarakterdə idi. Sənətkarlıq kənd
təsərrüfatından ayrılmamışdı. İmperiyanın ayrı-ayrı yerləri arasında iqtisadi əlaqə
demək olar ki, yox idi. Kəndli kənd təsərrüfatı ilə məşğul olmaqdan başqa feodal üçün,
həmçinin özü üçün lazım olan sənətkarlıq məhsullarını da hazırlayırdı. Natural
təsərrüfatın hökmranlığı dövründə kənd təsərrüfatı malları, habelə sənətkarlıq
məhsulları bazar üçün istehsal olunmurdu. Başqa sözlə bu məhsullar əmtəə xarakteri
daşımırdı. Ticarət çox zəif inkişaf etmişdi. Əsas etibarilə bəzək şeyləri, habelə
malikanədə istehsal edilməsi mümkün olmayan başqa məmulat satın alınırdı. Daxili
ticarət hiss olunmayacaq dərəcədə zəif idi. Xarici ticarət isə əsasən hakim sinfin bəzək
şeylərinə olan tələbatını edəyirdi.
Karolinq imperiyasında əsas istehsalçılar asılı kəndlilər idi. Asılı kəndlilərin
əksəriyyəti kolonlardan ibarət idi. Onlar irsən istifadə üçün aldıqları torpaqlardan


İmmunitet latınca «immunitas» sözündəndir, toxunulmazlıq deməkdir.
çıxıb gedə bilməzdilər. Feodaldan iqtisadi cəhətdən asılı olan kolonlar zaman keçdikcə
şəxsi müstəqilliklərini də itirir, təhkimliyə çevrilirdilər. Karolinq dövlətində qullar da
var idi. Onların bir hissəsi artıq torpağa təhkim olunmuşdu. Bu qullar torpaq
sahibindən yalnız iqtisadi cəhətdən deyil, eyni zamanda şəxsən də asılı idilər.
Göstərilən kateqoriyadan olan qullar əslində təhkimli kəndli idilər. Karolinq
imperiyasında elə qullar da var idi ki, onlardan ancaq həyət-baca işlərində istifadə
olunurdu. Bu kateqoriyadan olan qullar isə əvvəlkindən fərqli olaraq bütün əmlakları
ilə birlikdə feodalın mülkiyyəti idilər. Onları alıb satmaq da olardı.
Karolinq dövlətində kənd əhalisinin bir başqa təbəqəsi də litlərdən ibarət idi.
Litlər hüquqi vəziyyətlərinə görə qullarla kolonlar arasında aralıq mövqe tuturdular.
Bu ictimai qrupun da irsən istifadə etməkdən ötrü torpaq parçası vardı. Feodallaşma
prosesi dərinləşdikcə asılı əhalinin müxtəlif kateqoriyaları arasındakı fərq silinir,
onların hamısı təhkimli vəziyyətinə düşürdülər. Onlar feodala natural şəkildə
(məsələn; taxıl, şərab, toyuq-cücə, ət-yağ, muxtəlif, sənətkarlıq məhsulları və s. ilə)
renta verir, həftədə azı üç gün biyara gedirdilər. Kəndli qadınlar feodalın ailəsi üçün
parça, yun şeylər toxuyur, başqa işlər körürdülər.
Kəndli torpaqlarının zorla tutulması, onların təhkimli halına salınması kəndlilərin
feodal istismarına qarşı sinfi mübarizəsini də şiddətləndirdi. 8-9-cu əsrlərdə
kəndlilərin elliklə təhkimli halına salınması nəticəsində Frank dövlətində bir sıra
kəndli çıxışları, üsyanları oldu. Bu dövrdə Frank dövlətində kəndli üsyanlarından ən
güclüsü 841—842-ci illərdə baş vermiş Saksoniya üsyanı idi. Saksoniya üsyanı erkən
orta əsrlərdə kəndlilərin təhkimli vəziyyətinə salınmasına qarşı çevrilmiş ən qüvvətli
üsyanlardan biri idi. Üsyançılar təhkimçiliyə qarşı çıxış edir, «ata-baba qaydaları» ilə
yaşamaq uğrunda, yəni azad icma ənənələrini bərpa etmək üçün mübarizə edirdilər.
Buna görə də Saksoniya kəndlilərinin üsyanı «Stellinq» («Köhnə qanunların
övladları») üsyanı adlanırdı. Orta əsrlərdəki başqa kəndli üsyanları kimi kortəbii
xarakterdə olan, qeyri-mütəşəkkil Stellinq üsyanını feodal dövləti çətinliklə də olsa
yatıra bildi.

Karolinq imperiyasının parçalanması


Cəmiyyətin iqtisadi əsası dəyişdikcə, yəni feodal istehsal üsulu inkişaf etdikcə
feodal dövləti də formalaşır, təkmilləşirdi. Kəndli torpaqlarını zorla zəbt etmək, feodal
torpaq mülkiyyətini möhkəmləndirmək, kəndliləri təhkimli vəziyyətinə salmaq və
onların sinfi mübarizəsini boğmaq, işğalçılıq müharibələri yolu ilə çoxlu torpaqlar ələ
keçirmək üçün feodallara qüvvətli mərkəzi hakimiyyət lazım idi. Elə bu səbəbdən də
Frank dövləti əvvəllər, xüsusən Böyük Karlın zamanında xeyli qüvvətlənmişdi. Lakin
Frank dövlətində feodal münasibətləri əsasən qalib gəldikdən sonra vəziyyət dəyişdi.
Çünki feodalizmin inkişafı prosesində geniş hüquqları olan müstəqil iri feodallar
qrupu yaranmışdı. Onların çoxlu vassalları, hərbi qüvvəsi vardı. Digər tərəfdən də
kəndlilər artıq asılı hala salınmışdı. Kral iri feodal qrupları qarşısında aciz qalıb
immunitet fərmanları ilə onların müstəqilliyini tanımağa məcbur olmuşdu. 877-ci ildə
verilmiş bir fərmana görə qraflıq vəzifəsi irsi keçməyə başladı. Əvvəllər hər hansı bir
mahalda dövlət məmuru olan qraflar indi həmin mahalın sahibinə—iri feodala
çevrildilər. İri feodallardan başqa, xırda və orta feodallar da mərkəzi hakimiyyəti
müdafiə etmirdilər. Çünki onlar da artıq məqsədlərinə nail olmuşdular. Onlara verilən
benefisi artıq irsi keçməyə başlamış, kəndlilər isə əsasən təhkimli halına salınmışdılar.
Bundan başqa, həmin feoadallar vassallıq əlaqəsi yolu ilə krala deyil, iri feodallara
tabe idilər. Hər bir iri feodal öz mülkündə təkbaşına hakim idi.
Karolinq imperiyasının ayrı-ayrı vilayətləri arasında iqtisadi əlaqə yox idi.
İmperiya ərazisində yaşayan tayfalar ictimai-iqtisadi inkişafına görə bərabər səviyyədə
deyildilər. Böyük Karlın qılınc gücünə tabe etdiyi xalqların hər birinin öz dili,
mədəniyyəti, adət-ənənələri, tarixi inkişaf xüsusiyyətləri vardı. Bu mənada Frank
imperiyası qüvvətli dövlət deyil, zorla əsarət altına salınmış tayfaların, xalqların süni
birliyi idi. Bu dövlətin süqutu bütün əvvəlki tarixi inkişafın gedişində hazırlanmışdı.
Karolinq imperiyasının süqutu Böyük Karlın ölümündən sonra daha da sürətləndi.
Onun varisləri arasında hakimiyyət uğrunda uzunmüddətli ara müharibələri başlandı.
843-cü ildə, nəhayət, Böyük Karlın nəvələri olan Daz Karl, Almaniyalı Lüdoviq və
Lotar imperiyanı öz aralarında bölüşdürmək haqqında müqavilə bağladılar. Verdendə
bağlanan bu müqaviləyə görə, Frank imperiyasının Şelda, Maas və Rona çaylarından
qərbdəki ərazisi Qərbi Frank krallığı adı ilə Daz Karla verildi. Şərqi Frank krallığına
Frank imperiyasının Alp dağlarından şimaldakı və Reyn çayından şərqdəki torpaqları
daxil edildi. Bu krallıq Almaniyalı Lüdoviqə çatdı. Lotar isə imperator ləqəbini
saxlamaqla Reyn boyundakı torpaqlara—Qərbi və Şərqi Frank krallıqları arasındakı
əraziyə, həmçinin İtaliyaya yiyələndi. Beləliklə, erkən orta əsrlərdə Avropanın ən
böyük dövlətlərindən biri olan Frank imperiyası üç yerə parçalandı. Onun ərazisində
sonrakı Fransa, Almaniya və İtaliya dövlətlərinin əsası qoyuldu. Bu əsas üzərində
sonralar fransız, alman və italyan xalqları təşəkkül etdi.
V FƏSİL

FRANSA (9-11-ci əsrlər)

Fransa krallığının meydana gəlməsi


Fransa bir feodal dövləti kimi Verden müqaviləsi (843) nəticəsində yaradılmış
Qərbi Frank krallığı əsasında meydana gəldi. Bu krallıq cənub-qərbdə Ebro çayının
orta boyundan və Barselonadan başlayaraq şərqdə Şelda, Maas və Rona çaylarına
qədər olan ərazini əhatə edirdi. Lakin Avropanın siyasi tarixinin sonrakı gedişində
Fransa krallığının sərhədlərində bəzi dəyişikliklər əmələ gəldi.
Verden müqaviləsindən çox keçməmiş—855-ci ildə Lotarın süni şəkildə
yaradılmış dövləti dağıldı. Onun yerində İtaliya, Provans və Lotaringiya  krallıqları
yarandı. Reyn çayı boyundakı torpaqları əhatə edən Lotaringiya kral II Lotarın (855—
869) ölümündən sonra Qərbi Frank krallığına—Fransaya birləşdirildi. Lakin bu ərazi
uzun zaman Fransanın tərkibində qalmadı; 870-ci ildə Fransa ilə Almaniya arasında
bölüşdürüldü. Onun az bir hissəsi—Cənub-Qərbi Lotaringiya Fransanın tərkibində
qaldı. Əksəriyyət hissəsi isə Almaniyaya qatıldı. Bu hadisədən sonra Lotaringiya
Almaniya ilə Fransa arasında mübahisəli ərazi kimi dəfələrlə bölüşdürüldü və ya
bütövlükdə əldən-ələ keçdi.
Lotarın dövləti dağıdıldıqdan sonra onun yerində yaranmış digər feodal dövləti
olan Provans krallığı da parçalandı. Provans krallığı ərazisində iki burqund krallığı
yarandı. 879-cu ildə yaranmış Aşağı Burqundiya krallığı Sona və Rona çayları boyunca
Aralıq dənizinə qədər olan torpaqları əha tə edirdi. Sona və Rona çaylarının
yuxarılarından Alp dağlarına qədər olan ərazidə Yuxarı Burqundiya krallığı yarandı
(888). 933-cü ildə hər iki burqund dövləti birləşdi və vahid Burqundiya krallığı
yarandı. Bu dövlət paytaxtının adı ilə çox vaxt Arl krallığı və ya Arelat adlanırdı. Arl
krallığı yaranmasından təqribən yüz il sonra—1033-cü ildə Almaniyaya qatıldı.
Bundan başqa, hələ 884-cu ildə Fransa ərazisində burqundlara məxsus digər bir feodal
mülku də meydana gəlmişdi. Burqundiya hersoqluğu adlanan bu dövlət Luara ilə Sona
çayları arasındakı ərazini əhatə edirdi. Burqund torpaqları üstündə Fransa ilə
Almaniya arasında aramsız müharibələr gedirdi. Bu müharibələr təşəkkül etməkdə
olan Fransa krallığının ictimai-iqtisadi həyatına olduqca mənfi təsir göstərirdi.
Fransanın vəziyyətini normanların  getdikcə artan basqınları daha da
ağırlaşdırırdı. Normanlar hətta Parisin özünü də bir neçə dəfə mühasirəyə almışdılar.
911-ci ildə normanlar Fransanın şimalında—Sena çayının mənsəbində məskən saldı lar.
Normandiya hersoqluğu belə meydana gəldi.
Norman hücumları ilə əlaqədar olaraq daha da ağırlaşmış siyasi şəraitdə Paris
qraflarının nüfuzu getdikcə artmağa başladı. Parisdən başqa, Orlean da daxil olmaqla
geniş ərazisi olan bu qraflıq özünü normanların basqınlarından müvəffəqiyyətlə
müdafiə edir, bununla da bütün Fransada yadellilərə qarşı mübarizə mərkəzinə
çevrilirdi.


I Lotarın mülkləri bölüşdürülərkən onun oğlu II Lotara (855-869) verilən ərazi sonralar II Lotarın adı ilə L o t a r i n g i y a adlanmağa başladı.

Erkən orta əsrlərdə Skandinaviya xalqları Qərbi Avropada «normanlar» (şimal adamı) adı ilə tanınırdılar. Skandinavlar isə
özlərini «viking» (limanda/sahildə yaşayan) adlandırırdılar. «Varyaqlar» adı altında daha çox slavyan tayfaları arasında
tanınmışlar. Normanlar 8-ci əsrin sonlarından 11 - ci əsrin ortalarına qədər bir çox ölkələrə hücum etmiş, hətt a Şimali Amerika
sahillərinə qədər gedib çıxmışdılar.
Normanların hücumlarını dəf etməyə qadir olmayan Karolinq krallarının isə
siyasi hakimiyyəti olduqca zəifləmişdi. Paris qrafı Robertin nəslindən olan feodal
sülaləsinin getdikcə qüvvətlənməsindən narahat olan Karolinqlər bütün 10-cu əsr boyu
onlara qarşı mübarizə apardılar. Nəhayət, 987-ci ildə qraf Robertin nəslindən olan
Hüqo Kapet hakimiyyəti qəti olaraq ələ keçirdi. Fransa tarixində Kapetinqlər (987-
1328) sülaləsinin hakimiyyəti dövrü başlandı.
Feodal münasibətlərinin inkişaf səviyyəsinə və ictimai-iqtisadi inkişaf
xüsusiyyətlərinə görə, həmçinin etnik tərkibcə Fransa ərazisi hələ Karolinq
imperiyasının tərkibində olduğu zaman ölkənin başqa yerlərindən fərqlənirdi. Burada
feodal münasibətləri daha çox inkişaf etmişdi. Roma təsiri nisbətən güclü idi.
Fransa krallığının yaranmasından sonra ölkənin tarixində yeni dövr başlandı.
İctimai-iqtisadi inkişaf sürətləndi. 10-cu əsrdə feodalizmin yaranması mərhələsi başa
çatdı. Bu dövr üçün müxtəlif mənşəli tayfaların qaynayıb-qarışması prosesi də başa
çatdı. Bir-birinə qohum olan Şimali Fransa və Provans xalqları yarandı. Paris və onun
ətrafındakı torpaqları əhatə edən İlde Frans vilayətinin iqtisadi-siyasi əhəmiyyətinin
artması ilə əlaqədar olaraq ölkə bu vaxtdan etibarən Fransa adlanmağa başladı.
Beləliklə, Verden müqaviləsindən sonrakı mürəkkəb və tez-tez dəyişən siyasi
hadisələrlə dolu, qeyri-sabit tarixi dövr başa çatdı, Qərbi Frank krallığı ərazisində
Avropanın erkən feodal dövlətlərindən biri olan Fransa krallığı yarandı.

Feodal pərakəndəliyi
Bir erkən feodal dövləti kimi Fransa krallığı siyasi cəhətdən hələ möhkəm deyildi.
Ölkə başdan-başa iri feodal mülklərinə parçalanmış halda idi. Fransanın etnik cəhətdən
iki hissəyə—Şimali Fransa və Provans xalqlarının yaşadıqları ərazilərə bölünməsi
vəziyyəti daha da mürəkkəbləşdirirdi.
Şimali Fransa xalqının yaşadığı ərazidə ən iri feodal mülkü Normandiya
hersoqluğu idi. Bu hersoqluğu Skandinaviyadan Fransa ərazisinə basqın edən
normanlar yaratmışdılar. Fransadakı ən böyük feodal mülklərindən biri olan bu
hersoqluq 911-ci ildə meydana gəlmişdi. Normandiyada yaşayan normanlar zaman
keçdikçə Şimali Fransa xalqının dnlini qəbul edir, bu xalqla qaynayıb qarışırdılar.
Fransız dilinin Normandiya dialekti yaranırdı.
Normandiyadan başqa iri feodal mülklərindən biri də ölkənin şimal-qərbindəki
Bretan idi. Bretanda, vaxtı ilə Böyük Britaniyadan buraya keçmüş kelt tayfası olan
britlər yaşayırdılar. Britlər anqllar, sakslar, yutlar, frizlər və başqa qədim alman
tayfalarının Böyük Britaniyanı işğal etməsi nəticəsində öz vətənlərini tərk etməyə
məcbur olmuş, 5-6-cı əsrlərdə Fransa ərazisində məskən salmışdılar. Britlərin Fransa
ərazisində məskən saldığı Bretan yarımadası Qalliya-Roma dövründə Armorika və ya
Aremorika  adlanırdı. Britlər məskən saldıqdan sonra isə onların adı ilə əvvəlcə Kiçik
Britaniya, sonralar isə sadəcə olaraq Bretan adlanmağa başladı.
Şimali Fransadakı iri feodal mülklərindən biri də Flandri ya qraflığı idi. Bu qraflıq
Fransanın şimal - şərqində yerləşdi. Şimali Fransa dili bu qraflığın ancaq cənub
hissəsində yayılmışdı.
Fransada iri feodal mülklərindən biri də kral sülaləsi olan Kapetinqlərə məxsus


Kelt dilində «armor» s a h i l , d ə n i z s a h i l i mənasında idi.
idi. Kapetinqlərin torpaqları, Paris və Orlean şəhərləri də daxil olmaqla, həmin
şəhərlərin ətrafındakı yerləri əhatə edirdi. Kral torpaqlarının, xüsusən bura daxil olan
Paris və Orlean şəhərlərinin, strateji cəhətdən çox əlverişli mövqedə—ticarət yollarının
qovşağında olmasının Fransa tarixi üçün böyük əhəmiyyəti vardı. Bu cəhət Fransa
torpaqlarının mərkəzləşmiş dövlət halında birləşməsində müsbət rol oynadı.
Şimali Fransada başqa iri feodal torpaqları da var idi. Kapetinqlərin mülklərindən
qərbə doğru Luara çayı boyunca Blua, Türen, Anju qraflıqları yerləşirdi. Anjudan
cənuba doğru Puatu qrafına məxsus torpaq mülkləri uzanırdı. Kapetinqlər sülaləsinin
torpaqlarından şərqdə Şampan qraflığı, ondan cənubda isə Burqundiya hersoqluğu
yerləşirdi.
Şimali Fransa kimi Cənubi Fransa—Provans da başdan-başa iri feodal
mulklərindən ibarət idi. Burada ən iri feodal mülkü Puatu qraflığından cənubda
yerləşən Akvitaniya hersoqluğu idi. Akvitaniyadan şərqdəki torpaqlar Oern qraflığı
adlanırdı. Akvitaniya və Overndən cənubda Qaskon hersoqluğu ilə Tuluza qraflığı
yerləşirdi. Cənubi Fransadakı iri feodal torpaqlarından biri də Barselona qraflığı idi.
Beləliklə, bütün Fransa iri feodal mülklərinə—hersoqluqlara və qraflıqlara
parçalanmışdı. Ölkədə feodal pərakəndəliyi hökmranlıq edirdi. Hər bir iri feodal, yəni
hersoq və qraf öz mülkünün demək olar ki, müstəqil hakimi idi. Onlar öz
torpaqlarında sərbəst şəkildə vergi yığır, qoşun toplayır, məhkəmə işləri aparırdılar.
Hər bir iri feodal mülkünün özünün ayrıca sərhədi vardı. hersoqlar, qraflar və başqa
iri feodallar kral hakimiyyəti ilə, demək olar ki, hesablaşmırdılar.
İri feodallardan fərqli olaraq kral hakimiyyəti olduqca zəif idi. Fransa kralı artıq
geniş hüquqlar ələ keçirmiş iri feodalların əl-qolunu yığmağa qadir deyil di. Bundan
başqa, Fransa əhalisinin iki yerə—Şimali Fransa və Provans xalqlarına bölünməsi və
buna müvafiq olaraq ölkəni də iki hissəyə parçalanması feodal pərakəndəliyini daha
da dərinləşdirirdi. Bununla belə, hakim sinif lazım gəldikdə ölkə daxilində istismar
olunan kəndlilərin sinfi mübarizəsinə qarşı, habelə xarici təhlükə əleyhinə birləşdirə
bilirdi. Belə anlarda feodalizm cəmiyyəti üçün xarakterik olan vassallıq münasibətləri
hakim feodallar sinfinin köməyinə gəlirdi. Kral hakimiyyəti feodal nərdivanının
başında dayanmaqla feodal hərc-mərcliyi şəraitində hakim sinfin qüvvələrini daxili və
xarici təhlükəyə qarşı birləşdirməkdə mühüm rol oynayırdı. Vassallıq münasibətləri
olmadan hakim sinfin mənafeyi tələb etdikdə belə feodal Fransasını hərəkətə gətirmək
mümkün deyildi.

Kəndlilərin vəziyyəti. Sosial-sinfi mübarizə


Feodal pərakəndəliyi istismar olunan kütlələrin vəziyyətini son dərəcədə
ağırlaşdırmışdı. 10-cu əsrdə kəndlilərin çoxu artıq təhkimli halında idi.
Təhkimli kəndli öz ağasından—senyorundan şəxsən asılı idi. Buna görə də
feodala baş vergisi, ölüm vergisi, nigah vergisi və s. verməli idi. Bundan başqa feodal,
kəndlidən istədiyi qədər mükəlləfiyyət icra etməsini tələb edə bilərdi.
Feodalizm cəmiyyətində kəndlinin irsi istifadəsində olan torpaq feodala məxsus
idi. Bunun müqabilinda təhkimli kəndli feodalın xeyrinə həftədə azı üç gün biyara
getməli, ona natural şəkildə, bəzən də pulla vergi verməli idi. Vergi sistemində
möhkəm qayda - qanun olmadığından feodal kəndlidən istədiyi qədər vergi ala
bilərdi.
Məlum olduğu kimi, feodallar öz mülklərində məhkəmə müstəqilliyinə də malik
idilər. Elə bu səbəbə görə də kəndlilərin işinə feodal məhkəmələrində baxılırdı:
məhkəmə haqqından başqa, cərimələr də feodalların xeyrinə alınırdı. Bütün bunlardan
əlavə, kəndli feodala bazar-haqqı, körpü-haqqı, yol-haqqı və s. də verməli idi. Kəndli
dənini ancaq asılı olduğu feodalın dəyirmanında üyütməli, çörəyi onun təndirində
bişirməli, onun dəzgahında şirə və şərab çəkməli idi. Bunların müqabilində də
kəndlidən natural şəkildə, yəni un, çörək, üzüm şirəsi, şərab və ya pulla haqq alınırdı.
Bu qaydanı pozan kəndli feodal tərəfindən cərimə olunur və ya onun məhsulları
əlindən alınırdı.
10-11-ci əsrlərdə Fransada feodal münasibətləri o qədər dərininə inkişaf etmişdi
ki, artıq keçmişdə icmaya məxsus olan meşələr, otlaqlar, sular və s. də feodalların
ixtiyarına keçmişdi. Bu yerlərdən istifadə müqabilində də feodallara müəyyən rüsum
vermək lazım gəlirdi.
Beləliklə, zaman keçdikcə feodal münasibətləri daha da dərinləşir, istismar dözülməz
olurdu. Feodal ara müharibələri kəndli təsərrüfatlarını dağıdırdı. Əhali aclıqdan
qırılırdı. Bütün bunlar feodalizm cəmiyyətindəki antoqonist ziddiyyətləri daha da
kəskinləşdirir, kəndli üsyanlarının genişlənməsinə səbəb olurdu. 997 və 1042-ci illərdə
Normandiyada, 1024-cü ildə isə Bretanda baş verən kəndli üsyanlarını buna misal
göstərmək olar. Feodal münasibətlərinin artıq möhkəmləndiyi dövrdə baş vermiş bu
kəndli üsyanları məğlubiyyətə uğrasa da, əhəmiyyətsiz qalmırdı. Feodal istismarına
qarşı kəskin sinfi mübarizənin gedişində feodallarla kəndlilər arasında müiasibətləri
sahmana salan qaydalar yaranırdı. Feodal rentasının, mükəlləfiyyətlərinin miqdarı az-
çox sabitləşirdi. Feodal özbaşınalığı və istismar müvəqqəti də olsa, nisbətən
yumşalırdı. Bu da müəyyən müddət üçün kəndli təsərrüfatının dirçəlməsinə səbəb
olurdu.
VI F Ə S İ L

İTALİYA (9-11-ci əsrlər)

Ostqotlar və İtaliya

Böyük Karl imperiyasının süqutundan sonra, Fransa V ə Almaniyadan fərqli


olaraq, İtaliyada erkən feodal dövləti yaranmadı. Bu ölkə bütün orta əsrlər boyu
parçalanmış halda qaldı. Bunun mühüm səbəbi Qərbi Roma imperiyasının süqutundan
sonrakı dövrdə də İtaliyanın ardı-arası kəsilmədən olduqca müxtəlif yadelli
basqınlarına məruz qalmasıdır.
İtaliyaya hücum edən yadellilərdən ölkənin sonrakı tarixi üçün ən dərin iz qoyanı
«barbarlar» oldu. İtaliyanın erkən orta əsrlərdəki ictimai-iqtisadi inkişaf xüsusiyyətləri
məhz barbar işğalları ilə sıx bağlıdır.
Qərbi Roma imperiyası dağıldıqdan sonra İtaliya bir müddət mənşəcə qədim
alman tayfası skirlərdən olan Odoakrın hakimiyyəti altında qaldı. O, əvvəllər Qərbi
Roma imperatorunun barbarlardan ibarət olan muzdlu qoşunlarından birinin başçısı
idi. Odoakr sonuncu Qərbi Roma imperatoru Romul Avqustulu taxtdan salıb özünü
İtaliya hökmdarı elan etmişdi. Onun hakimiyyəti zamanı (476-493) İtaliyada əslində
mənşəcə barbar tayfalarından olan muzdlu qoşunlar ağalıq etdilər. Lakin Odoakrın
hakimiyyəti uzun sürmədi. 493-cü ildə onun dövləti başqa bir qədim alman tayfası
olan ostqotlar tərəfindən aradan qaldırıldı. İtaliya ərazisində paytaxtı Ravenna olan
barbar dövləti—Ostqot krallığı yarandı.
İtaliyanı istila edən ostqotların sayı təqr. 100 min nəfərə bərabər idi. Onlarla
birlikdə başqa qədim alman tayfalarına mənsub olan daha 50 min nəfər barbar da
İtaliyaya hücum etmişdi.
Ostqotlar, başlıca olaraq, Şimali və Mərkəzi İtaliyada məskən saldılar. Ölkənin
bəzi yerlərində torpaqların üçdə biri osttotların xüsusi mülkiyyətinə keçdi. Ostqot
kralı Teodorix (493—526) və onun hərbi dəstəsi çoxlu torpaq ələ keçirdi. Ostqotlar
içərisində sinfi təbəqələşmə dərinləşməyə başladı. İri torpaq mülkləri olan əyanlar
təbəqəsi yarandı. Onlar tədricən Roma iri torpaq sahibləri ilə birləşərək vahid sinif
halına düşürdü. Beləliklə, etnik fərqlərə baxmayaraq, sosial-sinfi munasibətlər ön
plana keçir, nəsli münasibətlərin dağılması sürətlənirdi. Teodorix bütövlükdə hakim
sinfin mənafeyinə uyğun olaraq Roma dövründəki vergi sistemini saxladı.
Ostqot istilası İtaliyada feodal münasibətlərinin inkişafını sürətləndirdi. Bunun
üçün ostqotların malik olduğu ictimai-iqtisadi quruluş daha əlverişli idi. İtaliyaya
hücum edərkən onlar ibtidai icma quruluşunun dağılmaqda, feodal münasibətlərinin
isə meydana gəlməkdə olduğu mərhələdə idilər. Bundan başqa, ostqotlar İtaliyada
səpələnmiş deyil, toplu halında məskən saldılar. Məhz buna görə də ostqotlar
İtaliyanın ictimai-iqtisadi tarixində müəyyən iz qoya bildilər. Həqiqətən də, ostqot
işğalından sonra Şimali və Mərkəzi İtaliyada feodal münasibətlərinin inkişafı
sürətləndi. Bununla belə, qeyd etmək lazımdır ki, ostqotlar yerli əhalinin müəyyən
təsirinə də məruz qaldılar. Onlar qədimdən xüsusi mulkiyyət ənənələrinə malik olan
yerli əhalidən çox şey öyrəndilər. Beləliklə, feodal münasibətlərinin meydana gəlməsi
və inkişafında İtaliyanın yerli əhalisinin də rolu az olmadı. Gəlmə ostqotlarla
İtaliyanın yerli əhalisinin qaynayıb-qarışmasında Teodorix və başqa ostqot krallarının
uzaqgörən barışdırıcı siyasəti mühüm rol oynadı.
Ostqot krallığının yaranmasından sonra başlanmış müvəqqəti sakitlik dövrü uzun
sürmədi. İtaliya yenə də mürəkkəb siyasi hadisələr meydanı olaraq qalırdı. 555-ci ildə
Ostqot krallığını Bizans imperatoru Yustinianın (527—565) qoşunları işğal etdi. Qədim
Roma imperiyasını bərpa etməyə çalışan Bizans imperatorunun fərmanı ilə İtaliyada
quldarlıq münasibətlərinin bərpa olunmasına başlanıldı. İri torpaq mülkləri ostqot
işğalından əvvəlki sahiblərinə qaytarıldı. Kolonlar, azad icma üzvləri kölə vəziyyətinə
salınmağa başladı. Bu isə ölkədə geniş kütlələrin kəskin narazılığına səbəb oldu.
Quldarlıq münasibətləri əleyhinə və Bizans ağalığına qarşı mübarizə böyük vüsət aldı.

Lanqobard istilası

İtaliyada Bizans ağalığı uzun sürmədi. Bizans əsarətinə qarşı mübarizənin


genişləndiyi dövrdə İtaliya yeni bir xarici təcavüzə məruz qaldı. Bu dəfə ölkəyə başqa
bir barbar tayfası—qədim alman tayfalarından biri olan lanqobardlar hücum etdilər.
Lanqobardlar  eramızın I əsrində Elba çayının sol sahillərində yaşayırdılar.
Sonralar onlar Markoman müharibəsində (166-180) iştirak etmiş, 4-cü əsrin
əvvəllərində Dunay çayı sahillərində məskən salmağa başlamışdılar. Lanqobardlar 6-cı
əsrdə Pannoniyada yaşayırdılar. Çox keçmədən onları buradan türkdilli avarlar
sıxışdırdı. Bu hadisədən sonra, 468-ci ildə tayfa başçısı Alboinin başçılıq etdiyi
lanqobardlar İtaliyaya hücum etdilər. Şimali İtaliyada möhkəmlənən lanqobardlar
burada öz krallıqlarını yaratdılar. Onların burada ələ keçirdiyi böyük bir ərazi
sonralar lanqobardların adı ilə Lombardiya adlanmağa başladı. Şimali İtaliyadan
başqa, lanqobardlar Mərkəzi İtaliyada da möhkəmləndilər. Beləliklə, Bizans əsarətinə
qarşı geniş narazılıqdan istifadə edən lanqobardlar asanlıqla, Roma və Ravenna
vilayətləri istisna olmaqla, Şimali və Mərkəzi İtaliyanı ələ keçirdilər.
Ostqotlardan fərqli olaraq, böyük kütlələrlə hücum edən lanqobarddar İtaliya
ərazisində qan qohumluğuna əsaslanan iri nəsillər—faralar halında məskən saldılar.
Onlar romalılardan becərdikləri məhsulun üçdə birini alırdılar. Bundan başqa
lanqobardlar iri torpaq mülklərinin bir hissəsini də tutmuşdular.
İtaliyanın işğal olunması lanqobard icmaları daxilində sinfi təbəqələşməni daha
da sürətləndirdi. İcmaların dağılması ilə eyni zamanda lanqobardlarda feodal
münasibətləri də inkişaf edirdi. Şimali və Mərkəzi İtaliyada feodalizmin inkişafında
lanqobardlarla yerli əhalinin qaynayıb-qarışması mühüm rol oynadı. Çünki, artıq qeyd
etdiyimiz kimi, İtaliyada xüsusi mülkiyyət ənənələri, həmçinin feodal
münasibətlərinin rüşeymləri hələ lanqobard istilasından çox əvvəl vardı. Lanqobard
istilası isə feodal münasibətlərinin inkişaf sürətini bir az da artırdı. Şimali və Mərkəzi
İtaliyada kəndlilər təhkimli halına salınmağa başladı. Bundan başqa, lanqobardlar
yerli əhali ilə ünsiyyətdə müxtəlif sənətlərə yiyələndilər, ticarət işlərini öyrəndilər, yazı
və rəsmi dil əldə etdilər.

Papa dövlətinin meydana gəlməsi



« L a n q o b a r d » almanca u z u n s a q q a l deməkdir.
Lanqobard kralları bütün İtaliyanı öz hakimiyyətləri altına salmağa çalışırdılar.
Lakin onların bu siyasəti baş tutmadı. Çünki geniş torpaqlar ələ keçirmiş iri torpaq
sahibləri öz mülklərini daha da genişləndirməyə çalışır, kral hakimiyyətinə tabe olmaq
istəmirdilər. Bu isə mərkəzi hakimiyyəti zəiflədirdi.
Lanqobard krallarının İtaliyanı birləşdirmək siyasətinə mane olan başlıca qüvvə
Roma papaları idi. Qeyd etmək lazımdır ki, bu zaman Roma papaları İtaliyada mühüm
siyasi qüvvəyə çevrilməkdə idilər. Roma imperiyasının paytaxtının Konstantinopola
köçürülməsi (330), sonra imperiyanın parçalanması (395), nəhayət Qərbi Roma
imperiyasının süqutu (476) papaların nüfuzunun artmasına, onların siyasi cəhətdən
müstəqilləşməsinə səbəb olmuşdu. 5-ci əsrdə başqa yepiskoplardan fərqli olaraq,
ancaq Roma yepiskopları özlərini «papa», yəni «ata» adlandırırdılar.
Roma papaları Lanqobard krallarına qarşı Frank dövləti ilə sıx əlaqə saxlayırdılar.
Onlar Lanqobard krallığının genişlənməsinə mane olmaq məqsədi ilə Frank krallarını
İtaliyaya dəvət edir, bundan istifadə edib möhkəmlənməyə çalışırdılar. Nəticədə Frank
krallığının ərazisini daha da genişləndirməyə çalışan kral Gödək Pipin (751-768)
papanın bu çağırışından istifadə edərək 754 və 756-cı illərdə İtaliyaya hücum etdi. O,
756-cı ildə Roma vilayəti, Ravenna mahalı və Pentapolisi Lanqobard kralının əlindən
alıb papa II Stefana «bəxşiş» verdi. Bu hadisədən sonra Roma papaları daha da
qüvvətləndi. Onlar, artıq yalnız dini başçı deyil, dünyəvi hakim də oldular. İtaliya
ərazisində yeni bir dövlət—Papalıq belə meydana gəldi.
774-cü ildə Frank kralı Böyük Karl İtaliyaya hücum zamanı Lanqobard krallığını
aradan qaldırdı və papaların Roma üzərində hakimiyyət hüququnu tanıdı. Bu, Roma
papalarının bir dünyəvi hakim kimi siyasi hakimiyyətini daha da möhkəmləndirdi.
Roma papaları elə bu zaman—8-ci əsrdə özlərinin dün yəvi hakimiyyət iddialarına
hüquqi «əsas» da düzəltdilər. Papa dəftərxanasında «Konstantin bəxşişi» adlı yalançı
fərman uyduruldu. Bu sənədə görə, «guya» imperator Konstantin (306-337) paytaxtı
şərqə köçürərək bütün Qərbi Roma imperiyası, o cümlədən İtaliya üzərində
hakimiyyəti papa II Silvestrə vermişdi. Roma papalarının uzun müddət əsaslandığı bu
uydurma sənədin saxta olduğunu yalnız XV əsrdə görkəmli italyan huma nisti Lorenso
Valla (1407-1457) sübuta yetirdi.
Orta əsrlərdə Qərbi Avropanın dini-siyasi həyatında mühüm rol oynamış Roma
papaları İtaliyanın uzun müddət siyasi cəhətdən parçalanmış halda qalmasının əsas
səbəbkarlarından biri idilər.

Frank istilası. Şimali və Mərkəzi İtaliyada


feodal münasibətlərinin daha da inkişafı
8-ci əsrin sonlarında İtaliya yeni xarici təcavüzə məruz qaldı. Roma papasının
təhriki ilə Frank kralı Böyük Karl (768-814) Lanqobard krallığına qarşı İtaliyaya qoşun
yeritdi. Qəsbkarlıq müharibələri yolu ilə Frank dövlətinin ərazisini xeyli genişləndirə
bilmiş Böyük Karl 774-cü ildə Lanqobard krallığını da aradan qaldırdı; onun ərazisini
Frank dövlətinə birləşdirdi. Elə bu vaxt Böyük Karl Gödək Pipinin papaya verdiyi
«bəxşişi» bir daha təsdiq etdi. Frank kralı Roma papasını dünyəvi hakim kimi tanıdı.
Bu isə papalarla Frank kralları arasındakı ittifaqı daha da möhkəmləndirdi.
Karolinq istilası Şimali və Mərkəzi İtaliyada feodalizmin inkişafında mühüm rol
oynadı. Lanqobardların hakimiyyəti dövründə nisbətən ləng inkişaf edən feodal
münasibətləri frank istilasından sonra sürətlə tərəqqi etməyə başladı. 8-ci əsrin
sonlarından başlayaraq kəndlilərin asılı hala salınması prosesi sürətləndi. Libella,
prekari və emfitevzis tipli icarə torpaq mülkiyyəti formaları kəndlilərin asılı hala
salınmasında mühüm rol oynadı.
İri torpaq sahiblərindən müəyyən şərtlərlə icarəyə torpaq götürmüş kəndli bunun
müqabilində becərdiyi məhsulun bir hissəsini vergi verir, biyara gedirdi. Zaman
keçdikcə həmin kəndlilər feodaldan şəxsən asılı vəziyyətə düşür, onun təhkimlisinə
çevrilirdilər. 8-10-cu əsrlərdə artıq Şimali və Mərkəzi İtaliya kəndlilərinin xeyli hissəsi
təhkimli halına salınmışdı.
Feodallar təhkimli kəndlini başlıca olaraq renta almaq yolu ilə istismar edirdilər.
Başqa yerlərdə olduğu kimi, İtaliyada da erkən orta əsrlərdə feodal rentasının ən çox
yayılan forması natural renta idi. Lakin İtaliyada renta sisteminin fərqləndirici
xüsusiyyəti də vardı. Bu da ondan ibarət idi ki, İtaliyada hələ 8-ci əsrdən başlayaraq
natural renta ilə yanaşı, pul rentası da yayılmağa başlamışdı. Görünür, Şimali
İtaliyada sənətkarlığın, ticarətin, ümumiyyətlə, əmtəə-pul münasibətləri nin erkən
inkişafı və şəhərlərin meydana gəlməsi renta sisteminə də fəal göstərmiş, pul
rentasının bu ölkədə daha tez yayılmasına səbəb olmuşdu.
İtaliya kəndlisi natural və pul rentasından başqa, digər vergi və rüsumlar da
ödəməyə məcbur edilirdi. Bundan başqa təhkimli kəndli bir çox mükəlləfiyyətlər də
yerinə yetirməli idi. Biyar daha dözülməz idi. Şimali və Mərkəzi İtaliyada biyar
günlərinin sayı ildə 12 həftəyə qədər çatırdı. Feodallar əksər hallarda kəndliləri səpin
və məhsul yığımı zamanı biyara çağırırdılar. Bu isə kəndli təsərrüfatlarına olduqca
mənfi təsir göstərirdi.
Feodal münasibətlərinin inkişafı və dərinləşməsi istismar əleyhinə, xüsusən
təhkimçilik qaydalarına qarşı inadlı kəndli çıxışları ilə müşayiət olunurdu.

Cənubi İtaliyada feodal münasibətlərinin meydana


gəlməsi
Şimali və Mərkəzi İtaliyadan fərqli olaraq, Cənubi İtaliyada və Siciliyada feodal
münasibətləri ləng inkişaf edirdi. Ölkənin bu hissəsində ostqotlar, lanqobardlar və
başqa barbar tayfaları möhkəmlənə bilməmişdilər. Cənubi İtaliya və Siciliya Karolinq
istilalarına da məruz qalmamış, Böyük Karl imperiyasına ilhaq olunmamışdı. Elə bu
səbəbdən də xarici amil, başqa sözlə, qədim alman tayfaları Şimali və Mərkəzi
İtaliyadan fərqli olaraq, Cənubi İtaliya və Siciliyada feodal münasibətlərinin
inkişafında sürətləndirici rol oynamamışdılar.
Lakin Cənubi İtaliya və Siciliyanın ictimai-iqtisadi tərəqqisi ancaq daxili
qanunauyğunluqlar əsasında getmirdi. Ölkənin bu hissəsi də bir çox xarici basqınlara
məruz qalmışdı. Lakin xarici amil, şimaldan və mərkəzdən fərqli olaraq, Cənubi İtaliya
və Siciliyanın ictimai-iqtisadi inkişafına ləngidici təsir göstərmişdi. Məsələn, Cənubi
İtaliya uzun müddət—9-cu əsrə qədər Bizans imperiyasının hakimiyyəti altında
qalmışdı. Bu da ölkənin həmin hissəsində quldarlıq münasibətlərinin daha çox davam
etməsinə, feodal münasibətlərinin inkişafının ləngimə sinə səbəb olmuşdu.
Cənubi İtaliya 9-cu əsrin ortalarından başlayaraq ərəblərin hücumlarına məruz
qaldı. Lakin ərəb istilası da ölkənin ictimai-iqtisadi həyatında əhəmiyyətli bir
dəyişiklik törətmədi.
Bununla belə, Cənubi İtaliya və Siciliyada feodal münasibətləri ləng də olsa
inkişaf etməkdə idi. Qullar, kolonlar və xırda icarədarlar asılı kəndlilərə çevrilməyə
başlayır, feodal torpaq mülkiyyəti formalaşırdı. Lakin cəmiyyətin əsas istehsalçıları
yenə də asılı kəndlilər deyil, qullar, azad icarədarlar və kolonlar idi. 9-10-cu əsrlərdə
Cənubi İtaliya və Siciliyada feodal sistemi hələ erkən inkişaf mərhələsində idi.
11-ci əsrdə Cənubi İtaliya normanlar tərəfindən istila olundu. Bu feodal
münasibətlərinin inkişafını müəyyən qədər sürətləndirdi. Norman əyanları çoxlu
torpaqlar ələ keçirib, kəndliləri təhkimli vəziyyətinə salmağa başladılar.

Şəhərlərin meydana gəlməsi və tərəqqisi


Sənətkarlıq və ticarət mərkəzləri olan orta əsr şəhərləri başqa Qərbi Avropa
ölkələrinə nisbətən Şimali və Mərkəzi İtaliyada daha tez meydana gəldi. İtaliya
şəhərlərinin erkən tərəqqisi təsadüfi deyildi. Bu, hər şeydən əvvəl, Şimali və Mərkəzi
İtaliyada feodal münasibətlərinin daha tez inkişafa başlaması ilə bağlı idi. Məhsuldar
qüvvələrin erkən tərəqqisi burada sənətkarlığın əkinçilikdən ayrılması kimi mühüm
ictimai əmək bölgüsünün daha tez baş verməsinə səbəb olmuşdu. Bunun da
nəticəsində sənətkarlıq və ticarət daha erkən inkişafa başlamış, sənətkarlıq və ticarət
mərkəzləri olan orta əsr şəhərləri İtaliyada başqa Qərbi Avropa şəhərlərinə nisbətən
tez yaranmışdı.
Şimali və Mərkəzi İtaliya şəhərlərinin tərəqqisində xarici ticarət, xüsusən Şərq
ölkələri ilə Qərbi Avropa arasındakı ticarətdə vasitəçilik mühüm rol oynayırdı. İtaliya
tacirləri nadir Şərq mallarını Qərbi Avropa ölkələrində qatqat baha qiymətə satıb
hədsiz qazanc götürürdülər. İtaliya şəhərlərinin Şərqlə ticarət əlaqələrinin
genişlənməsində onların əlverişli coğrafi mövqeyi ilə yanaşı, görünür, italiyalıların
hələ Qədim Roma imperiyası dövründən Şərqlə ənənəvi əlaqələrə malik olmaları da
müəyyən rol oynamışdı.
Şimali və Mərkəzi İtaliya şəhərləri Şərqdə Bizans imperiyası ilə daha geniş ticarət
əlaqəsi saxlayırdılar. İtalyan tacirləri Bizans vasitəsi ilə başqa Şərq ölkələri ilə də geniş
ticarət əlaqəsi yarada bilmişdilər. Məsələn, Venesiya hələ 8-ci əsrdən başlayaraq Qara
dənizdəki və Aralıq dənizinin şərqindəki ticarət mərkəzləri ilə, habelə Misirlə sıx
ticarət münasibətləri yaratmışdı.
Venesiyadan başqa, Genuya, Piza, Amalfi və başqa İtaliya şəhərləri də Aralıq
dənizi ticarətində fəal iştirak edirdilər.
Xarici ticarətdən fərqli olaraq, daxili ticarət zəif inkişaf etmişdi. Natural
təsərrüfatın hökmranlığı, xüsusən, siyasi pərakəndəlik daxili ticarətin inkişafına
olduqca mənfi təsir göstərirdi.
Şəhərlərin əksəriyyəti ruhani və dünyəvi feodalların torpaqlarında idi. Bu da
şəhərlərin tərəqqisinə, sənətkarlıq və ticarətin inkişafına mane olurdu. həmin səbəbə
görə də şəhər əhalisi, başlıca olaraq, sənətkarlar və tacirlər feodal senyorlara qarşı
mübarizə aparırdılar.
Şəhərlər tez meydana gəlib inkişaf etdiyi kimi, şəhərlərin feodal senyorlara qarşı
mübarizəsi də daha tez—9-cu əsrdə başlamışdı. Təbiidir ki, elə bu səbəbə görə də
Şimali və Mərkəzi İtaliya şəhərləri başqalarından daha tez müstəqillik əldə etməyə
nail. olmuşdular.
9-cu əsrdə İtaliyanın o dövr üçün böyük ticarət və sənətkarlıq mərkəzləri hesab
olunan Venesiya, Genuya, Florensiya, Milan, Piza, Kremona, Lukka kimi şəhərləri
vardı.

Siyasi pərakəndəlik
Erkən orta əsrlərdə İtaliyada feodal pərakəndəliyi hökmranlıq edirdi. Ölkə vahid
dövlət çərçivəsində birləşdirilməmişdi. İri feodallar öz mülklərini daha da
genişləndirmək üstündə bir-biri ilə didişirdilər. Qərbi Roma imperiyasının
süqutundan sonra İtaliyanın siyasi tarixi daim yadelli basqınları ilə bağlı olduğundan
ölkədə bütün İtaliya torpaqlarını öz ətrafında birləşdirə biləcək bir siyasi qüvvə—az-
çox qüvvətli bir feodal dövləti yarana bilmədi. Öz aralarında didişməkdə olan
feodallardan heç biri ölkənin birləşdirilməsində maraqlı deyildi.
İtaliyada feodal pərakəndəliyini dərinləşdirən bir amil də şəhərlərin erkən
tərəqqisi ilə bağlı idi. Sənətkarlığın, xüsusən, xarici ticarətin dövrünə görə yüksək
inkişafı nəticəsində Şimali və Mərkəzi İtaliya şəhərləri çox erkən qüvvətlənmişdilər.
Hələ 9-cu əsrdən feodal senyorlara qarşı mübarizə aparan İtaliya şəhərlərinin bəziləri,
artıq, 10-cu əsrdən siyasi müstəqillik əldə etməyə başlamışdılar. Bu şəhərlər çox
keçmədən müstəqil dövlətlərə—şəhər-respublikalara çevrildilər. Məsələn, Venesi ya,
Genuya, Florensiya, Milan, Piza, habelə bir çox başqa Şimali və Mərkəzi İtaliya
şəhərlərinin hər biri ayrıca dövlət idi. Beləliklə, İtaliyadakı pərakəndəlik sadəçə olaraq
feodal pərakəndəliyi deyil, həm də siyasi pərakəndəlik idi. Başlıca olaraq ticarət
respublikaları olan İtaliya şəhərlərinin xarici ticarət mənafeyi daim toqquşur, bazarlar
üstündə bir-biri ilə rəqabət aparırdılar. Bu da ölkədə siyasi pərakəndəliyi daha da
dərinləşdirirdi.
İtaliyanın birləşdirilməsi yolunda başlıca maneələrdən biri də Roma papaları idi.
Papalar dini başçı olmaqdan başqa, həm də dünyəvi hakim idilər. Məlum olduğu kimi,
hələ 8-ci əsrin ortalarında Gödək Pipinin lanqobardları məğlub etməsi nəticəsində,
Frank kralının köməyi ilə papa, Ravenna və Romanı ətraf yerləri ilə birlikdə ələ keçirə
bilmişdi. Beləliklə, Mərkəzi İtaliyada Papa dövləti yaranmışdı. Bu dövlət Şimali və
Mərkəzi İtaliyanı bir - birindən təcrid edirdi. Digər tərəfdən, Roma papalarının bütün
Qərbi Avropa ölkələrini təkcə dini cəhətdən deyil, siyasi cəhətdən də tabe etmək və
birləşdirmək planları, onları əslində İtaliyanın birləşdirilməsi yolunda ən -ciddi
maneələrdən birinə çevirmişdi.
İtaliyada vahid yerli dövlət yaradılmasına yadellilərin bir - birini əvəz edən
basqınları da ciddi əngəl törədirdi. Siyasi pərakəndəlik, xırda italyan dövlətlərinin bir-
biri ilə didişməsi, bu ölkəni ələ keçirmək siyasəti yeridən, xüsusən varlı İtaliya
şəhərlərini qarət etməyə çalışan xarici təcavüzkarların işini asanlaşdırırdı.
10-cu əsrin ortalarında alman feodalları bütün erkən orta osrlər boyu aramsız
olaraq müxtəlif barbar tayfalarının, sonra isə, Frank krallarının istilalarına məruz
qalmış Şimali və Mərkəzi İtaliyaya hücum etdilər. 951-ci ildə Almaniya kralı I Otton
(976-973) Lombardiyanı işğal etdi. 962-ci ildə isə o, Romanı alıb özünü «Müqəddəs
Roma imperiyası»nın imperatoru elan etdi. Bu vaxtdan təkcə Şimali və Mərkəzi İtaliya
deyil, Roma papaları da Almaniya imperatorlarından asılı vəziyyətə düşdülər.
İtaliyada alman feodallarının uzun sürən və qarətkar hüсumlarına qarşı inadlı
mübarizə dövrü başladı.
Cənubi İtaliyanın da uzun müddət Bizansın, ərəblərin və normanların əlində
olması İtaliyada vahid dövlət yaradılmasına böyük əngəl törətdi.
VII F Ə S İ L

ALMANİYA (9—11-ci əsrlərdə)

Feodallaşma prosesi və erkən feodal dövlətinin yaranması


Verden müqaviləsinə (843) görə, Karolinq imperiyasından ayrılan dövlətlərdən
biri də Şərqi Frank krallığı idi. Böyük Karl imperiyasının Reyn çayından şərqdəki
torpaqlarını əhatə edən bu krallığın ərazisində Almaniya dövləti və alman xalqı
formalaşdı.
Almaniya ayrı-ayrı alman tayfalarının yaşadıqları iri feodal mülklərindən—
hersoqluqlardan ibarət idi. Bu hersoqluqlar ictimai-iqtisadi inkişaf səviyyəsinə və
xüsusiyyətlərinə görə bir-birindən fərqlənirdilər. Ümumiyyətlə, Almaniyada feodal
münasibətlərinin özünəməxsus inkişaf xüsusiyyətləri vardı. Bu, hər şeydən əvvəl,
ölkənin əvvəlki tarixi inkişafının qanunauyğun nətiçəsi idi.
Qeyd etmək lazımdır ki, Almaniyada feodal münasibətləri daxili
qanunauyğunluqlar əsasında, başqa sözlə, hər hansı bir fəal xarici təsirə məruz
qalmadan, ibtidai icma cəmiyyətinin dağılması nəticəsində meydana gəlirdi. Xarici
amilin burada feodal münasibətlərinin meydana gəlməsində sürətləndirici təsiri
olmamışdı. Bu da səbəbsiz deyildi.
Almaniya ərazisi, başqa Qərbi Avropa ölkələrindən fərqli olaraq Roma
imperiyası tərəfindən işğal olunmamışdı. Buna görə də, Roma imperiyası ilə sərhəd
rayonlar istisna olmaqla, Almaniya Roma təsirinə, demək olar ki, məruz qalmamışdı.
Almaniyada sinifli cəmiyyətin gec meydana gəlməsi və nisbətən ləng inkişafı da, heç
şübhəsiz ki, bilavasitə bununla əlaqədar idi. Bundan başqa, Almaniyada kəndlilərin
təhkimləşdirilməsi prosesi də ləng gedirdi. Azad kəndlilər ictimai-iqtisadi həyatda
hələ də müəyyən rol oynamaqda idi. Feodal asılılıq münasibətlərinin təşəkkülü prosesi
başa çatmamışdı.
Feodal münasibətləri ləng inkişaf etdiyinə görə Almaniyada ayrı-ayrı tayfalara
məxsus hersoqluqlar qalmışdı. Bu cəhət sonralar ölkədə feodal pərakəndəliyini daha
da dərinləşdirdi. Çünki ayrı-ayrı hersoqlar öz hakimiyyətlərini daha da
möhkəmləndirmək üçün tayfa münasibətlərinin qalıqlarından istifadə edirdilər. Çox
keçmədən hersoqluqlar iri, müstəqil feodal mülklərinə çevrildilər.
Feodal münasibətləri inkişaf etdikcə, feodalizm cəmiyyəti üçün xarakterik
torpaq mülkiyyəti və bu cəmiyyətil antaqonist sinifləri formalaşdıqca erkən feodal
dövlətinin yaranmasına səbəb olan obyektiv tarixi şərtlər də meydana gəlirdi.
Karolinqlər sülaləsi Almaniyada 911-ci ildə kəsildi. Yerli iri feodallar hakimiyyət
uğrunda mübarizəyə başladılar. Əvvəlcə Frankoniya hersoqu I Konrad kral seçildi. I
Konrad öldükdən sonra hakimiyyətə Saksoniya sülaləsi (919-1024) gəldi. Həmin
sülalənin banisi kral I Henrix (919-936) əvvəllər Saksoniya hersoqu idi. Buna görə də
onunla başlanan sülalə Saksoniya sülaləsi adlanırdı.
Saksoniya sülaləsinin hakimiyyətə başlaması ilə, əslində, 10-cu əsrin əvvəlində
Almaniyada erkən feodal dövləti əmələ gəldi. Bu dövlət qədim alman tayfalarının
birinin adı ilə Tevton dövləti adlanırdı.
Saksoniya sülaləsinin hakimiyyəti zamanı Almaniyada kral hakimiyyəti xeyli
möhkəmləndi. Möhkəm dövlət yaradılmasını ilk növbədə orta və iri allod sahibləri
istəyirdilər. Çünki onlar qüvvətli kral hakimiyyəti vasitəsi ilə icma torpaqlarını zəbt
edə bilər, bununla da azad icma üzvlərini özlərindən asılı hala salmağa nail olardılar.
Kilsə torpaqlarını genişləndirməyə çalışan ruhanilər də qüvvətli mərkəzi hakimiyyət
yaradılmasına tərəfdar idilər. Digər tərəfdən, normanlar, 10 - cu əsrin əvvəllərindən
isə macar qoşunları tez-tez Almaniyaya hücum edir, ölkəni talayıb aparırdılar.
Pərakəndə Almaniya xarici təhlükə qarşısında aciz idi. Ölkənin siyasi cəhətdən
birləşməsi yadellilərin hücumlarını dəf etmək üçün də lazım idi. Saksoniya sülaləsinin
ilk hökmdarı I Henrix (919-936) uzun müddət macarların hücumlarına qarşı mübarizə
aparmalı olmuşdu. Hələ 9-cu əsrin sonlarında Pannoniyada möhkəmlənmiş macarlar
Almaniyaya və başqa Avropa ölkələrinə aramsız hücumlar edirdilər. Lakin alman
qoşunları ilk dəfə 933-cü ildə, sonra isə 955-ci ildə çexlərlə ittifaqda macarlar üzərində
mühüm qələbə qazandılar. Macar atlılarının Almaniyaya hücumlarının qarşısı alındı.
Erkən feodal dövlətinin yaranması Almaniyada feodal münasibətlərinin də
inkişafını sürətləndirdi.

Kilsə islahatı
Almaniya feodalları daxildəki iri feodalları mərkəzi hakimiyyətə tabe etmək,
qonşu ölkələrə qarşı təcavüzkar xarici siyasət yürütmək, həm də macarlara qarşı
mübarizə aparmaq üçün feodal dövlətini möhkəmləndirməyə çalışırdılar. Bu məqsədlə
I Otton (936-973) islahat keçirdi. O, kilsələrə çoxlu torpaq payladı. Ruhani feodalların
—yepiskopların və abbatların kəndlilər üzərində hakimiyyətini immunitet fərmanları
ilə möhkəmləndirdi. I Ottonun islahatına əsasən kilsə torpaqlarında yaşayanların işinə
ancaq kilsə məhkəmələrində baxıla bilərdi; həmin torpaqlarda inzibati-məhkəmə
hakimiyyəti də kilsələrin öz ixtiyarına keçirdi. Beləliklə, I Otton iri feodalların—
birinci növbədə hersoqların müqavimətini qırmaq üçün özünə nisbətən möhkəm
ictimai dayaq yaratdı. Ruhani feodallar I Ottonun verdiyi imtiyazların müqabilində
krala inzibati, diplomatik və hərbi xidmət göstərməli idilər. Almaniya kralının
keçirdiyi bu islahat nəticəsində Roma papalarının Almaniyadakı nüfuzuna ağır zərbə
dəydi. Almaniya ruhaniləri bu islahatdan sonra Roma papalarından deyil, Almaniya
kralından asılı olmağa başladılar. Çox keçmədən papaların zəifləməsindən istifadə
edən I Otton yepiskopları, abbatları vəzifəyə özü təyin edir, özü də çıxarırdı. Yepiskop
və ya abbat öldükdə onların yerinə yenisi təyin olunana qədər yepiskopluğun və
abbatlığın ərazisindən alınan bütün gəlir kral xəzinəsinə çatırdı. Çox zaman kral
xəzinəsinin gəlirini artırmaq məqsədi ilə boş qalmış ruhani vəzifələrinə yeni yepiskop
və ya abbatın təyin olunması qəsdən ləngidilirdi. I Ottonun kilsə islahatı, müvəqqəti
də olsa, mərkəzi hakimiyyətin qüvvətlənməsinə səbəb oldu. İri ruhanilərin mövqeyi
möhkəmləndi. Almaniya ruhaniləri papaların tabeçiliyindən çıxıb kraldan asılı hala
düşməsindən Roma papaları çox narazı qaldılar. Bu da, nəticə etibarilə, Almaniya
imperatorları ilə Roma papaları arasında uzun sürən mübarizəyə səbəb oldu.

Xarici siyasət
Almaniyada erkən feodal dövlətinin yaradılmasından son ra xarici siyasətdə iki
mərhələ aydın nəzərə çarpır. Əvvəllər Almaniya krallığı şimaldan normanların, cənub-
şərqdən isə macar süvarilərinin hucumlarına qarşı mübarizə aparmalı oldu. 955-ci ildə
alman qoşunlarının çexlərlə birlikdə Auqsburq yaxınlığında Lex çayı sahilindəki
mühüm qələbəsindən sonra macar hücumlarının qarşısı alındı. Çox keçmədən
normanların da basqınları kəsildi. Beləliklə, əvvəllər Almaniya krallığı əsa sən xarici
təhlükədən mudafiə olunan erkən feodal dövləti idi. Lakin Almaniyanın xarici
siyasətində bu dövr uzun sürmədi.
10-cu əsrin ortalarından Almaniya krallığının xarici siyasətində yeni dövr
başlayır. Bu vaxtdan etibarən alman feodalları daha artıq qəsbkar xarici siyasət
yeritməyə başladılar. I Henrix hakim sinfin mənafeyini müdafiə edərək hələ 925-ci
ildə o zaman Fransanın əlində olan Lotaringiyanı tutmuşdu. Bundan çox keçməmiş
1033 cü ildə isə Burqundiya və ya Arl krallığının ərazisi də Almaniyaya qatılmışdı.
Almaniya feodallarının istilaçılıq siyasətinin əsas istiqamətlərindən biri də şərq
—müxtəlif slavyan tayfalarının yaşadığı torpaqlar və Baltik dənizi sahillərindəki
yerlər idi. Alman feodalları «Şərqə hücum» siyasətinə Laba (Elba) ilə Odra (Oder)
çayları arasında yaşayan slavyan tayfalarına qarşı işğalçılıq müharibələri ilə
başladılar. Alman feodallarının bu siyasətini slavyanları katolikləşdirmək istəyən və
beləliklə də, öz təsir dairələrini genişləndirməyə çalışan Roma papaları müdafiə
edirdilər. Slavyanlar zorla katolikləşdirilir, onların torpaqlarına almanlar
köçürülürdülər. 983-cü ildə Laba slavyanlarının alman zülmünə qarşı qüvvətli üsyanı
olmuşdu. Slavyan tayfaları olan lütiçlər və bodriçlər 11-ci əsrin əvvəllərində—1002-ci
ildə yadellilərə qarşı yeiidən üsyana qalxmış, demək olar ki, alman feodalları
tərəfindən tutulmuş bütün torpaqlarını geri qaytarmışdılar.
Almaniya krallığı İtaliyaya qarşı da qəsbkarlıq siyasəti yeridirdi. Alman kralları
İtaliyanı fəth etməkdən başqa, katolik kilsəsinin başçıları olan Roma papalarını da
özlərindən asılı hala salmaq istəyirdilər. Çünki bunsuz Almaniya ruhanilərini də
tamamilə itaətdə saxlamaq olmazdı.
Erkən orta əsrlərdə İtaliyada xarici təcavüzə qarşı dura biləcək vahid dövlət yox
idi. Ölkə başdanbaşa bir-biri ilə didişən xırda feodal mülklərindən ibarət idi. Bundan
istifadə edən Almaniya kralı I Otton 951-ci ildə İtaliyaya qoşun yeritdi. O, Şimali
İtaliyadakı Lombardiya vilayətini fəth etdi. Almaniya kralı bu zaman Lotarın dul
qadını Adelkeydanı alaraq, özünün İtaliyaya yiyələnmək planını «qanuniləşdirdi»;
İtaliya kralı elan olundu.
I Otton İtaliyaya ikinçi dəfə 961-ci ildə papa XII İoannın təhriki ilə hücum etdi.
Bu dəfə Almaniya kralı Şimali İtaliyanı və Mərkəzi İtaliyanın bir hissəsini işğal etdi.
962-ci il fevralın 2-də Romada papa XII İoann onun başına imperator tacı qoydu.
Sonralar «Alman millətinin müqəddəs Roma imperiyası» adlanan möhkəm olmayan
imperiya yarandı. I Otton Cənubi İtaliyanı da işğal etməyə çalışdı. Lakin buna
müvəffəq ola bilmədi. I Ottonun İtaliya səfərləri nəticəsində Roma papaları Almaniya
imperatorlarının əlində oyuncağa çevrildilər. Almaniya imperatorunun Almaniya
daxilində və beynəlxalq aləmdə nüfuzu xeyli artdı.
Almaniya imperiyası müxtəlif mənşəli tayfaları zorla birləşdirmək nəticəsində
yaranmışdı. Tərkibində fransız və slavyan torpaqları olan, İtaliyaya öz mülkü, Romaya
isə öz mərkəzi kimi baxan Almaniya milli birlik deyildi. Bundan başqa imperiyaya
zorla tabe edilmiş xalqlar ictimai-iqtisadi inkişaf səviyyəsinə görə də bir-birindən
fərqlənirdilər. Almaniya imperatorlarının səylərinə baxmaya raq, İtaliyanı Almaniya
imperiyasının tərkib hissəsinə çevirmək planı baş tutmadı. Sonrakı uzun tarixi dövr
ərzində alman kəndlisinin əməyi ilə yaradılan sərvət hesabına Almaniya imperatorları
İtaliyaya aramsız hücumlar etməyə məcbur oldular. İtaliyaya öz qanuni torpaqları
kimi baxan Almaniya imperatorları öz hakimiyyət illərinin çoxunu İtaliyada, İtaliya
müharibələrində, habelə başqa qəsbkarlıq məqsədi küdən hərbi səfərlərdə keçirir,
dünya hökmranlığına çalışırdılar. Bu da, nəticə etibarilə, Almaniyada feodal
pərakəndəliyinin qüvvətlənməsinə, mərkəzi hakimiyyətin getdikcə zəifləməsinə səbəb
oldu. Almaniyada vahid, mərkəzləşmiş feodal dövləti yaranmadı. «Alman millətinin
müqəddəs Roma imperiyası» təkcə Almaniyanın özündə deyil, zorla tabe edilmiş
torpaqlarda da yerli dövlətlərin yaranması yolunda ciddi maneə idi.

Feodal münasibətlərinin təşəkkülü


Almaniyada feodal münasibətlərinin təşəkkülü, əsas etibarilə 10-cu əsrdə başa
çatdı. Azad icma üzvlərinin çoxu feodallardan asılı vəziyyətə düşdülər.
Feodal münasibətlərinin formalaşmasında erkən feodal dövləti mühüm rol
oynadı. Feodal dövləti azad içma üzvlərinin asılı hala salınmasında və istismar
olunmasında hakim sinfə kömək etdi.
Almaniyada feodal münasibətlərinin inkişafında I Ottonun kilsə islahatı da
mühüm rol oynadı. Kilsələrə verilmiş immunitet fərmanları ilə kilsə torpaqlarında
yaşayan kəndlilər təhkimli vəziyyətinə salındılar.
Kəndlilərin hakim sinif tərəfindən istismarı feodal rentası yolu ilə həyata
keçirilirdi. Almaniyada bu zaman ən geniş yayılmış renta forması biyar rentası idi.
Biyarın geniş yayılması ölkədə ən ağır şəxsi asılılıq forması olan təhkimçilik
münasibətlərinin inkişafına əlverişli şərait yaradırdı.
Feodal münasibətlərinin inkişafı 10-cu əsrdə Almaniyada icma münasibətlərinin,
demək olar ki, aradan qalxmasına səbəb oldu. Feodalizm cəmiyyətinin antaqonist
sinifləri—feodallar və asılı kəndlilər bir sinif kimi formalaşdı. Feodal asılılıq
münasibətləri—vassallıq təşəkkül etdi.
Erkən feodal dövləti müxtəlif alman tayfalarının qaynayıb-qarışması prosesində
obyektiv olaraq müsbət rol oynadı. 10-cu əsrdə vahid alman xalqının təşəkkülü
prosesində mühüm addım atıldı. Ölkədə yaşayan müxtəlif alman tayfalarının hamısı
«alman», onların dövləti isə «Alman krallığı» adlanmağa başladı. 
Feodal münasibətlərinin inkişafı ilk dövrdə feodal dövlətinin möhkəmlənməsinə
səbəb oldu. Çünki azad icma üzvlərini təhkimli halına salmaq üçün feodalların
qüvvətli dövlətə ehtiyacı vardı. Feodal dövlətinin möhkəmləndirilməsində I Ottonun
kilsə islahatı müsbət rol oynadı; ruhani feodallar mərkəzi hakimiyyətin ictimai
dayağına çevrildilər. Lakin feodal münasibətlərinin formalaşması başa çatdıqdan sonra
hakim sinif, xususən iri feodallar artıq kral hakimiyyətinə ehtiyac hiss etmirdilər.
Çünki onlar artıq kəndliləri özlərindən asılı hala salmağa müvəffəq olmuşdular. Odur
ki, iri feodallar öz imtiyazlarını daha da genişləndirmək üçün artıq kral hakimiyyətinə
qarşı mübarizəyə başladılar. Bu da mərkəzi hakimiyyətin zəifləməsinin mühüm
səbəblərindən biri idi.


Almanlar özlərini t e f t , dövlətlərini isə T e f t o n k r a l l ı ğı adlandırırdılar. «Döyç» və «Döyçland» sözləri də buradan əmələ
gəlmişdir.
Saksoniya üsyanı (1070-1075)
Feodal münasibətləri dərinləşdikçə kəndlilərin təhkimləşdirilməsi də
sürətlənirdi. Asılı kəndlilərin vəziyyəti daha da pisləşirdi. Alman feodallarının
qəsbkar xariçi yürüşləri, feodal özbaşınalığı da kəndlilərin vəziyyətini ağırlaşdırırdı.
Bütün builar feodal istismarına qarşı mübarizəni qüvvətləndirdi. 1070-1075-ci illərdə
Saksoniyada quvvətli kəndli üsyanı baş verdi.
Saksoniya üsyanı ərəfəsində burada kəndlilərin hələ hamısı təhkimli halına
salınmamışdı. İri feodallar kəndli torpaqlarını ələ keçirmək üstündə bir-biri ilə
didişirdilər. Kral IV Henrix (1056-1106) isə Saksoniyanı öz mülkünə çevirmək
istəyirdi. Saksoniya Roma papası ilə toqquşmaya hazırlaşan və Almaniyadakı iri
feodal qruplarını məğlub etməyə çalışan IV Henrix üçun hərbi-iqtisadi istinadgah
rolunu oynamalı idi. Buna görə də o, burada çoxlu qalalar tikdirmiş, həmin qalalarda
öz qarnizonlarını yerləşdirmişdi. Saksoniya kəndliləri kral qarni zonlarını saxlamaq
üçün bir çox mükəlləfiyyətlər yerinə yetirməli, vergilər verməli idilər. Bu isə qüvvətli
kəndli üsyanının başlanmasına səbəb olmuşdu.
Saksoniya üsyanı 1070-ci ildə kraldan narazı olan iri feodalların çıxışı ilə
başlandı. Üsyançıların sayı təqr. 60 min nəfərə çatırdı. Saksoniya üsyanına mərkəzi
hakimiyyətdən narazı olan yerli əyanlar Nordheymli Otton, Saksoniya hersoqunun
oğlu Maqnus Billunq və başqaları başçılıq edirdilər. Lakin üsyanın hərəkətverici
qüvvəsi kəndlilər idi. Saksoniya kəndliləri özlərinin təhkimli halına salınmasına qarşı,
azad icma ənənələrinin saxlanması uğrunda mübarizə aparırdılar. Üsyançılar kral
qoşunlarının Saksoniyadan çıxarılmasını, yenicə tikilmiş qalaların, hərbi
istinadgahların sökülməsini tələb edirdilər. Lakin Almaniya imperatorunun hərbi
qüvvələri, çətinliklə də olsa, üsyançıların müqavimətini qıra bildi.
1070-ci il üsyanını yatıra bilən IV Henrix Saksoniya ilə əlaqədar planlarını
yenidən, həm də daha amansızlıqla həyata keçirməyə başladı. Bu isə 1073-cü ildə
burada daha qüvvətli kəndli üsyanı baş verməsinə səbəb oldu. Bu mərhələdə
Saksoniya üsyanında kəndlilər daha kütləvi şəkildə iştirak edirdilər. Kralın
Saksoniyada möhkəmlənməsindən narazı olan yerli feodallar kəndli üsyanından öz
mənafeləri naminə istifadə etmək üçun üsyana rəhbərliyi ələ keçirə bilmişdilər.
Saksoniya əyanları feodal istismarına qarşı çevrilmiş kəndli üsyanından kra la qarşı
istifadə edirdilər.
Saksoniya üsyanının ikinci mərhələsində imperator IV Henrix əvvəlcə
məğlubiyyətə uğradı. O, üsyançıların təzyiqi altında, hətta 1073-cü ilin avqustunda
Saksoniyadan qaçmağa məcbur oldu. Üsyan geniş vüsət alaraq qonşu Turingiyanı da
bürüdü. Sinfi mübarizənin dərinləşdiyini görən Saksoniya əyanları üsyançı kəndlilərə
xəyanət etdilər. Onlar 1074-cu il fevralın 2-də imperatorla sazişə girdilər. Saksoniya
feodalları 1075-ci il iyunun 9-da öz qoşunları ilə birlikdə üsyançı kəndli dəstələrini
döyüş meydanında qoyub qaçdılar. İmperator IV Henrix feodalların bu xəyanəti
nəticəsində kəndli üsyanını yatıra bildi. Üsyanın məğlubiyyəti nəticəsində
Saksoniyada feodal istismarı daha da şiddətləndi; kəndlilərin asılı hala düşməsi
prosesi sürətləndi.
Saksoniya üsyanı zamanı Almaniyanın başqa yerlərində də kraldan narazı feodal
qrupları fəallaşdı. Bu iri feodal qruplarını mərkəzi hakimiyyətə qarşı Roma papaları
müdafiə edirdilər.

İnvestitura uğrunda mübarizə


11-ci əsrin ortalarında, Klyuni hərəkatı nəticəsində Papalıq xeyli qüvvətlənmişdi.
hələ 10-cu əsrdə Burqundiyadakı Klyuni monastırından başlanmış bu hərəkatın
tərəfdarları xristian kilsəsinin keçmiş nüfuzunun bərpa olunmasını, papala rın
hakimiyyətinin möhkəmləndirilməsini tələb edirdilər; dini vəzifələrin satılmasına,
ruhanilərin evlənməsinə, dünyəvi hakimlərin dini işlərə qarışmasına etiraz edirdilər.
Klyuni hərakatının başçılarından biri Hildebrand idi. O, 1073-cü ildə VII Qriqori adı
ilə Roma papası seçilmişdi.
Klyuniçilər Almaniya imperatorlarının Roma papalarının razılığı olmadan,
sərbəst surətdə yepiskopları, abbatları müvafiq ruhani vəzifələrinə təyin edib
çıxarmasına, onlara torpaq verməsinə daha çox etiraz edirdilər. Roma papaları
klyuniçilərin bu tələbindən istifadə edib bildirdilər ki, yepiskop və abbat vəzifələrinə
ruhaniləri bütün Qərbi Avropada ancaq Roma papaları və ya onların nümayəndələri
təyin edib, çıxara bilər. Bu, əslində Almaniya imperatoruna qarşı çevrilmişdi. Həmin
şərtin yerinə yetirilməsi Almaniyada mərkəzi hakimiyyətə çox ciddi zərbə vura bilərdi.
Çünki ölkədəki torpaqların təqribən üçdən biri kilsələrin ixtiyarında idi. Almaniya
imperatorları bu torpaqlardan çoxlu gəlir götürürdülər. Digər tərəfdən, imperatordan
asılı olan Almaniya ruhaniləri hələ I Ottonun dövründən etibarən, onun keçirdiyi kilsə
islahatı nətiçəsində, mərkəzi hakimiyyətin mühüm ictimai dayağı idilər. Buna görə də
Roma papası ilə Almaniya imperatoru arsında toqquşma labüd idi.
Katolik kilsəsinin başçıları ilə Almaniya imperatorları arasındakı bu toqquşma
tarixdə investitura uğrunda mübarizə adlanır. İnvestitura, orta əsrlərdə, ümumiyyətlə,
senyorun öz gələcək vassalına torpaq, vəzifə, rütbə verməsi hadisəsinə deyilirdi.
İnvestitura mərasimində, bir ənənə olaraq, senyor öz vassalına hakimiyyət simvolu
olaraq bir ovuc torpaq, qılınc, bayraq, əsa və s. də verirdi. Lakin dünyəvi feodallardan
fərqli olaraq ruhanilərə—yepiskop və abbatlara torpaq verilməsi prosesi bir qədər
fərqli idi. Yepiskop və abbatlar öz dini vəzifələrinə təsdiq olunmaqla yanaşı, onlara
həm də torpaq və bu torpaqlarda yaşayan kəndlilər üzərində hakimiyyət hüququ da
verilirdi. Ruhani investitura zamanı dini vəzifəyə təyin olunmuş bu və ya digər
ruhaniyə əvvəlcə dini hakimiyyət nişanəsi olaraq əsa və üzük verilir, sonra isə
dünyəvi hakimiyyət simvolu olaraq torpaq parçası və hökmdar ağacı verilirdi.
Beləliklə, investitura hüququ əslində ruhanilər tərəfindən seçilmiş yepiskop və
abbatları öz vəzifələrinə təsdiq və ya təyin etmək hüququ idi. Məlum olduğu kimi,
Almaniyada I Ottonun zamanından etibarən investitura hüququ imperatorların əlində
idi.
Klyuni hərakatı nəticəsində xeyli qüvvətlənən Roma papaları 11-ci əsrin II
yarısında Almaniyada ruhanilərin yepiskop və abbat vəzifələrinə təsdiq olunması
hüququnu öz əllərinə keçirməyə çalışırdılar. Roma papaları bununla, əslində, dünyəvi
hakimlərin dini işlərə qarışmasına son qoymağa, özlərinin hələ I Ottonun zamanından
başlayaraq Almaniya imperatorlarından asılı halda qalmasını aradan qaldırmağa və
onları papa hakimiyyətinə tabe etməyə çalışırdılar. Almaniya imperatorları isə özləri
üçün əlverişli vəziyyəti saxlamağa çalışırdılar. İnvestitura uğrunda mübarizənin
mahiyyəti də məhz bundan ibarət idi.
İnvestitura uğrunda mübarizə Almaniyada dərin ictimai-siyasi ziddiyyətlər
olduğunu göstərdi.
İnvestitura uğrunda mübarizə Frankoniya sülaləsindən (1024-1125) olan
imperator IV Henrixlə (1056-1106) Papa VII Qriqorinin zamanında daha kəskin şəkil
aldı. VII Qriqorini ona sadiq ruhanilərdən başqa, bu zaman Cənubi İtaliyanı işğal
etmiş normanların hərbi qüvvələri, Toskana cəngavərləri, IV Henrixdən narazı iri
alman feodalları və başqa qüvvələr müdafiə edirdilər.
İnvestitura uğrunda mübarizənin qızğın çağında Almaniyada mərkəzi
hakimiyyətin qüvvətlənməsindən narazı olan iri feodallar, yaranmış əlverişli
vəziyyətdən istifadə edərək IV Henrix ə qarşı silahlı mübarizəyə qalxdılar. İri
feodalların bir qrupu 1070-1075-ci illərdə Saksoniyada baş vermiş qüvvətli kəndli
üsyanından imperatora qarşı istifadə etdi. Mübarizəni davam etdirməyin əlverişsiz
olduğunu görən IV Henrix İtaliyaya gedib (1077) Şimali İtaliyadakı Toskana markqrafı
Matildaya məxsus olan Kanossa qəsrində papadan «günahlarının bağışlanmasını»
xahiş etməyə məcbur oldu. Lakin bu hadisə Roma papaları ilə Almaniya imperatorları
arasında mübarizəyə son qoymadı.
İnvestitura uğrunda mübarizə, nəhayət, 1122-ci il sentyabrın 23-də Roma papası II
Kalikstlə Almaniya imperatoru V Henrix arasında Vormsda saziş bağlanması ilə sona
yetdi. Həmin sazişə görə, Almaniyada yepiskopları, abbatları imperatorun iştirakı ilə
ruhanilər seçməli idilər. Əgər seçki zamanı bir neçə namizəd irəli sürülərdisə, onda
imperatorun sözü həlledici olmalı idi. Seçilmiş yepiskopa və ya abbata dünyəvi
investituranı—yepiskopluğa və ya abbatlığa daxil olan torpaq üzərində hakimiyyət
nişanəsi olan hökmdar ağacını imperator verməli idi. Həmin yepiskopa və ya abbata
bundan sonra dini hakimiyyət nişanəsi olan üzük və əsa verilirdi. Üzük və əsanı papa
və ya onun nümayəndəsi verə bilərdi. Vorms sazişinə görə, İtaliya və Burqundiyada
yepiskopların seçilməsi və təsdiq olunması işinə imperator qarışmamalı idi. Bu
yerlərdə yepiskop və ya abbat öz vəzifəsinə təsdiq olunandan 6 ay sonra imperator
ona dünyəvi hakimiyyət nişanəsi olan hökmdar ağacı verirdi. Beləliklə, Vorms sazişi
Almaniya imperatorlarının kilsə siyasətinə ciddi zərbə vurdu. İnvestitura uğrunda
uzun sürən mübarizə Almaniyada mərkəzi hakimiyyətin zəifləməsinə və feodal
pərakəndəliyinin daha da dərinləşməsinə səbəb oldu.
VIII F Ə S İ L

İNGİLTƏRƏ (11-ci əsrin ortalarınadək)

Anql-saks tayfalarının Britaniyanı işğal etmələri


Britaniya eramızın əvvəllərində Roma imperiyasının əyalətlərindən biri idi.
«Barbar» tayfalarının Qərbi Roma imperiyasına hücumlarının artması və quldar
dövlətinin süqutunun yaxınlaşması ilə əlaqədar olaraq 5-ci əsrin əvvəllərində Roma
qoşunlarının axırıncı dəstələri Britaniya ərazisindən geri çağırıldı. Britaniya Roma
ağalığından azad oldu (410). Ölkədə Britaniyanın yerli əhalisi olan keltlərin müstəqil,
xırda dövlətləri yarandı.
5-ci əsrin ortalarında, təqr. 449 - cu ildə, Britaniyanı qədim alman tayfaları olan
anqllar, sakslar, yutlar və frizlərin işğal etməsi dövrü başlandı. Bu tayfalar qədim
alman tayfalarının şimal qrupuna mənsub idilər.
Qədim alman tayfalarından biri olan anqlların adına yazılı mənbələrdə ilk dəfə
Tasit və Ptolemeyin əsərlərində təsadüf olunur. Anqllar «xalqların böyük köçü»
ərəfəsində Yutlandiya yarımadasının cənubunda yaşayırdılar. 5-ci əsrin ortalarından
etibarən Britaniyaya hücum edən anqllar, başlıca olaraq, ölkənin mərkəz, şimal-şərq və
şərq rayonlarında məskən saldılar. Onlar Britaniya ərazisində üç krallıq yaratdılar:
mərkəzdə—Mersiya, şərqdə—Şərqi İngiltərə, şimal-şərqdə—Nortumbriya.
Britaniyaya hücum edən qədim alman tayfalarından biri də sakslar idilər. Bu
qədim alman tayfası haqqında da ilk yazılı məlumatı Tasit verir. «Xalqların böyük
köçü» ərəfəsində sakslar Şimali Almaniyada Reyn və Elba çayları arasındakı ərazidə
yaşayırdılar. Britaniya ərazisində onlar, ölkənin cənubunda qərbdən şərqə doğru
Uesseks, Sesseks və Esseks kimi uç erkən feodal dövləti yaratmışdılar.
Britaniyanın lap cənub-şərq ucqarında yutlara məxsus Kent krallığı yaranmışdı.
Yutlar bura Yutlandiya yarımadasından köçmüşdülər.
Britaniyaya hücum edən qədim alman tayfaları içərisində, göründüyü kimi
anqllar və sakslar üstünlük təşkil edirdilər. Buna görə də Britaniyanın bundan sonrakı
tarixində həmin tayfaların rolu daha artıq nəzərə çarpır. İngiltərədə feodalizmin
mənşəyi və inkişafı, ingilis xalqının və dilinin təşəkkülü, habelə bir çox başqa
problemlər, hətta ölkənin adı belə (anqllarla əlaqədar olaraq «İngiltərə», «Anqlia»)
məhz bu tayfalarla bağlıdır.
Britaniya keltləri olan britlərin inadlı müqavimətinə baxmayaraq, 7-ci əsrin
əvvəllərində anqllar, sakslar, yutlar, frizlər Britaniyanın işğalını başa çatdırdılar.
Demək olar ki, yadellilərə qarşı uzunmüddətli mübarizədə ölkənin aborigen əhalisi
olan britlərin bir qismi tələf oldu, digəri gəlmə qədim alman tayfaları ilə qaynayıb-
qarışaraq gələcək ingilis xalqının təşəkkülü prosesində müəyyən rol oynadı. Britlərin
başqa bir hissəsi isə yadellilərin təzyiqi altında vətənlərini tərk edib Qalliyanın şimal-
qərbində Armorik (sonralar Bretan) yarımadasında məskən salmağa məcbur oldu.
Uels, Kornuell (Kornuoll), Şotlandiya və İrlandiyada isə keltlər öz müstəqilliklərini
saxlaya bildilər.
Şimali alman tayfaları İngiltərədə əsasən yeddi krallıq yaratdılar. Yutlara məxsus
Kent, saksların yaratdığı Uesseks, Sesseks (Susseks, Sasseks), Esseks, anqlların
yaşadığı Şərqi İngiltərə, Mersiya və Nortumbriya. Bu krallıqlar Qərbi Roma imperiyası
ərazisində yaranmış başqa «barbar» krallıqları kimi erkən feodal dövlətləri idilər.
Həmin yeddi «barbar» krallığının mövcud olduğu dövr, başqa sözlə, bu «barbar»
krallıqlarının yaranmasından ölkənin birləşdirilməsinə (9-cu əsr) qədərki dövr
İngiltərə tarixində heptarxiya  dövrü adlanır.

Feodal münasibətlərinin inkişafının başlaması


İngiltərədə də feodal münasibətləri ümumi qanunauy : ğunluqlar əsasında inkişaf
edirdi. Lakin bununla belə, başqa Qərbi Avropa ölkələrindən fərqli olaraq İngiltərədə
feodal istehsal üsulunun inkişafında bəzi özünəməxsus xüsusiyyətlər nəzərə çarpır.
İngiltərədə feodalizmin meydana gəlməsi dövründə nəzərə çarpan ən mühüm
xüsusiyyətlərdən biri bu ölkədə azad kənd icmalarının uzun zaman dağılmaması,
başqa sözlə, feodal münasibətlərinin nisbətən ləng inkişaf etməsi idi. Bu, hər şeydən
əvvəl, onunla izah oluna bilər ki, İngiltərə, məlum olduğu kimi, Roma təsirinə olduqca
az məruz qalmışdı. Yerli kelt tayfalarının özlərində isə xüsusi mülkiyyət və ictimai
bərabərsizlik, demək olar ki, nəzərə çarpmırdı. Belə bir cəhəti də unutmaq olmaz ki,
Britaniyanı işğal edən anqllar, sakslar, yutlar, frizlər başqa qədim alman tayfalarına
nisbətən ictimai-iqtisadi inkişafın aşağı pilləsində idilər. Onlar hələ vətənlərində ikən
Roma təsirinə məruz qalmamışdılar. Anqllar, sakslar, yutlar və frizlərdə hələ xüsusi
mülkiyyət meydana gəlməmişdi. Azad icmaların uzun zaman qalması kəndlilərin asılı
hala salınmasını, beləliklə də, feodalizmin inkişafını çətinləşdirirdi. Azad kənd
icmaları kəndliləri asılı hala, sonralar isə təhkimli vəziyyətinə düşməyə qarşı
mübarizədə birləşdirirdi. Bundan başqa, ayrı-ayrı feodalların hərbi dəstələri ilə yanaşı,
azad kəndlilərin fird adlanan qoşunları vardı. Bu qoşunlar İngiltərədə uzun zaman
qaldı və kəndlilərin hərbi həyatda mühüm rolunu təmin etdi. Şübhəsiz ki, bunun özü
də İngiltərədə kəndlilərin feodal asılılığına düşməkdən özlərini qorumasında az rol
oynamamışdı.
Britaniyanın işğalı burada məskən salmış qədim alman tayfaları içərisində xüsusi
mülkiyyətin meydana gəlməsi prosesini sürətləndirdi. Bu özünü birinci növbədə
torpaq üzərində xüsusi mülkiyyətin meydana gəlməsində göstərdi. Artıq 7-ci əsrdə
anql-saks kralları xüsusi fərmanlarla ayrı-ayrı adamlara torpaq parçaları paylayırdılar.
Bu torpaqlar boklənd  adlanırdı. Boklənd sahiblərinin öz torpaqlarını irsi vermək,
vəsiyyət etmək, satmaq huquqları vardı.
Boklənd torpaqları krallar tərəfindən ayrı-ayrı adamlara, o cüm lədən, ruhanilərə,
həmçinin kilsələrə həmin ərazidə yaşayan kəndlilərlə birlikdə verilirdi. Çox keçmədən
boklənd torpaqlarında yaşayan kəndlilər boklənd sahiblərindən asılı vəziy yətə
düşürdülər. Anql-saks kralları boklənd tipli torpaqları çox vaxt kral drujinasının
üzvlərinə—tenlərə verirdilər. T e n l ə r aldıqları torpaq müqabilində öz dəstələri ilə
birlikdə krala hərbi xidmət göstərməli idilər. Buradan göründüyü kimi, boklənd
torpaqları İngiltərədə feodal münasibətlərinin inkişafında, xüsusən feodal torpaq
mülkiyyətinin meydana gəlməsində, eyni zamanda azad içma üzvlərinin asılı hala
salınmasında mühüm rol oynadı.
Torpaq üzərində xüsusi mülkiyyətin inkişafı ictimai münasibətlərdə də dəyişiklik


«heptarxiya» yunanca y e d d i h a k i m i y y ə t l i k , y e d d i ş a h l ı q mənasındadır.

«Boklənd»—qədim ingilis dilindəki iki sözün «bok»—fərman, qramota və «lənd», «land»—torpaq sözlərinin birləşməsindən
əmələ gəlmişdir, f ə r m a n l a v e r i l ə n t o r p a q mənasındadır.
yaradırdı. İcma daxilində təbəqələşmə nəticəsində əyanlar meydana gəlirdi. Bununla
belə, əhalinin əksəriyyəti ictimai-iqtisadi həyatda üstünlük təşkil edən azad icma
üzvləri və ya azad kəndlilər idilər. Bunlara k e r l l ə r deyilirdi. Kerllər böyük ailələr
halında yaşayırdılar. Hər bir kerlin ailəsilə birlikdə ixtiyarında olan h a y d a (qayda)
adlanan torpağın miqdarı bəzən 120 akra (təqr. 50 ha) çatırdı. Kerli öldürən 200 şillinq
qanbahası (v e r g e l d) verməli idi. Feodal münasibətləri inkişaf etdikcə kerllər
içərisində ictimai təbəqələşmə də dərinləşirdi. 11-ci əsrdə, artıq, kerllərin əksəriyyəti
asılı kəndlilərə, bir qismi isə xırda feodallara çevrilmişdi.
İctimai təbəqələşmə dərinləşdikcə əyanların icmanın həyatındakı rolu da artırdı.
Əyanlar erllər adlanırdılar. Feodal münasibətləri inkişaf etdikcə kerllərlə erllər
arasındaki ictimai fərqlər də artırdı. Mənbələr göstərir ki, erllər öldürülərkən 400
şillinq vergeld alınırdı ki, bu kerlin öldürülməsi müqabilində alınan qanbahasından iki
dəfə çox idi. Sonralar erlin öldürülməsi müqabilində alınan vergeld artırılaraq 600
şillinqə, daha sonra isə 120 şillinqə çatdırıldı ki, bu da ictimai təbəqələşmənin daha da
dərinləşməsinin nəticəsi idi.
Kənd icmalarının dağılması prosesi sürətləndikcə erllər iri torpaq sahiblərinə,
kerllərin əksəriyyəti isə asılı kəndlilərə çevrilirdilər. Qullar və yarımasılılar İngiltərədə
az idilər. Bu kateqoriyalardan olan ictimai qruplar adətən əsarət altına salınmış yerli
keltlərdən olurdu. Yarımasılılar İngiltərədə letlər və ya u i l i l ə r adlanırdılar ki,
onların da öldürülməsi müqabilində ancaq 80 şillinq qanbahası alınırdı. Qullardan
başlıca olaraq həyət-baca işlərində istifadə olunurdu.
Başqa ölkələrdə olduğu kimi, İngiltərədə də feodal münasibətlərinin inkişafında
kral hakimiyyətinin böyük rolu oldu. Feodal dövləti sinfi təbəqələşmənin gedişində
varlanmış adamlara, əyanlara icma torpaqlarını tutmaqda və azad icma üzvlərini asılı
hala salmaqda kömək edirdi. Hətta 5-ci əsrin sonuna aid bir qanun külliyyatında
göstərildiyinə görə, kəndli öz ağasının yanından başqa yerə qaçdıqda əvvəlki yerinə
qaytarılmalı və ağasına 60 şillinq cərimə verməli idi. Bu fakt hələ 7-ci əsrdə İngiltərədə
təhkimçilik münasibətlərinin artıq meydana gəlməkdə olduğunu göstərir.
İngiltərədə hakim feodallar sinfinin təşəkkülundə hərbçi əyanlar da mühüm rol
oynayırdılar. Keçmiş kral hərbi dəstəsinin üzvü olan bu hərbçi əyanlara ingilis kralları
çoxlu torpaq paylayır və özlərindən asılı hala salırdılar. Sinfi təbəqələşmə
dərinləşdikcə azad icma üzvlərinin də bir qismi varlanıb hakim sinfin sıralarına daxil
olurdular. Lakin icma üzvlərinin əksəriyyəti iri torpaq sahiblərindən asılı vəziyyətə
düşurdülər. İri torpaq sahibləri İngiltərədə h l a f o r d  adlanırdı. Hlaford öz
torpaqlarında vergi toplamaq ixtiyarına və geniş inzibati-məhkəmə hüquqlarına malik
idi. Sonralar İngiltərə tarixində işləyən «lord» termini də «hlaford» sözündən
yaranmışdır.
Feodalizmin təşəkkülü prosesində xristian dini də mühüm rol oynayırdı.
Britaniya ərazisində xristian dini Roma papalarının nümayəndələri tərəfindən 6-cı
əsrin sonlarından (597) yayılmağa başlamışdı. Britaniya əhalisinin xristianlaşması
prosesi əsasən 7-ci əsrin 2-ci yarısında başa çatdı. Xristian dini bir tərəfdən feodalların
icma torpaqlarını tutmasına və azad icma üzvlərini asılı hala salmasına yardım
göstərir, digər tərəfdən, kilsələr, monastırlar və ruhanilər çoxlu torpaq ələ keçirib iri


«hlaford»—ingiliscə ç ö r ə k v e r ə n , a ğ a mənasındadır.
torpaq sahiblərinə çevrilirdilər. Azad icma üzvlərinin feodallardan asılı hala
düşməsində bilavasitə iştirak etdiyi üçün xristian dini azad kəndlilər içərisində
çətinliklə yayılırdı.
Azad kənd icmalarının dağılması prosesi nisbətən ləng getdiyi üçün İngiltərədə
ibtidai icma cəmiyyəti üçün səciyyəvi olan idarə orqanları da uzun zaman qaldı. Kənd
icmalarını icma üzvlərinin ümumi yığıncağında seçilmiş ağsaqqallar idarə edirdilər.
Kəndlilər daha iri ərazi-inzibati vahidlərə daxil idilər. Bunlar yüzlüklər adlanırdı.
Yüzlükləri idarə edənlər kənd icması üzvlərinin icma yığıncağında seçdiyi
nümayəndələrin məclisində seçilirdi. İcma yığıncaqlarında üstünlük kerllərin əlində
idi. Buna görə də onlar yüzlüklərin yığıncağında da öz nümayəndələrini seçə
bilirdilər. Yüzlüklərdən sonra daha iri ərazi-inzibati vahidi qraflıq idi. Qraflıqda
yaşayan əhalinin vaxtaşırı keçirilən yığıncaqları əslində tayfa yığıncağından başqa bir
şey deyildi. Çünki İngiltərədə qraflıqlar əsasən ayrı-ayrı tayfaların yaşa dıqları ərazini
əhatə edirdi. Qraflıqları idarə etmək üçun kralın təyin etdiyi şəriflər xalq
yığıncaqlarının seçdiyi əyanlar şurası və ya tayfa şurası ilə hesablaşmağa məcbur idi.

Erkən feodal dövlətinin yaranması. Danimarkalılara qarşı mübarizə


Anql-saks krallıqları hələ yarandıqları vaxtdan Britani yada üstunlük təşkil etmək
üstundə öz aralarında didişirdilər. Bir - birinin hesabına öz ərazisini daha da
genişləndirməyə çalışan anql-saks krallıqları şəraitdən asılı olaraq 9-cu əsrin əvvəllə -
rinə qədər növbə ilə gah biri, gah da digəri üstünlük əldə edirdi. Lakin 8-ci əsrin sonu
—9-cu əsrin əvvəlində bütün anql-saks krallıqlarının birləşməsi və erkən feodal
dövlətinin yaranması üçün zəruri olan obyektiv tarixi şərait yetişmişdi.
Feodal münasibətlərinin inkişafı prosesində təşəkkül et məkdə olan hakim sinfin
qüvvətli dövlətə ehtiyacı vardı. Belə dövlət formalaşmaqda olan feodallar sinfinə azad
kəndliləri asılı hala salmaq, icma torpaqlarını zəbt etmək üçün lazım idi. Bunlar,
əlbəttə, erkən feodal dövləti yaradılmasının daxili səbəbləri idi. Anql-saks
krallıqlarının vahid dövlət halında birləşməsinin xarici səbəbləri də vardı. Məsələ
burasında idi ki, 8-ci əsrin sonlarında Britaniyaya normanlar (skandinaviyalılar)
hücum etməyə başladılar. Britaniya tarixində normanlar danimarkalılar kimi
tanınırdılar. Çünki ölkəyə, əsas etibarilə, Danimarka normanları hücum edirdilər.
Danimarkalıların hücumları 9-cu əsrin ortalarına qədər—təqribən 300 il davam etdi.
Bu dövr Britaniya tarixində dərin iz buraxmışdır. Danimarkalılara qarşı mübarizə
xırda anql-saks krallıqlarının birləşdirilməsini tələb edirdi.
Danimarka işğalçılarına qarşı mübarizənin əsas mərkəzi xarici hücumlara
nisbətən az məruz qalan Uesseks idi. Ölkənin cənub-qərb ucqarında olan və öz coğrafi
mövqeyinə görə danimarkalıların hücum dairəsindən kənarda qalan Uesseks
yadellilərə qarşı mübarizənin təşkilində mühüm rol oynayırdı. Uesseks kralları
danimarkalılara qarşı müvəffəqiyyətlə mubarizə aparmaq uçün bütün anql-saks
krallıqlarını vahid dövlət halında birləşdirməyə çalışırdılar. Nəticədə, 9-cu əsrin
əvvəllərində—829-cu ildə Uesseks kralı Eqbert danimarkalılara qarşı mübarizənin
gedişində qalan anql-saks krallıqlarını öz hakimiyyəti altında birləşdirdi. Beləliklə,
Britaniya ərazisində vahid erkən feodal dövləti yarandı. Bu dövlət qədim alman tayfası
olan anqlların adı ilə İngiltərə adlanırdı. Lakin İngiltərə bütün anql-saks krallıqlarının
ərazisini əhatə etmirdi. Çünki ölkənin böyük bir hissəsi—şimal - şərqi
danimarkalıların əsarəti altında idi.
Erkən feodal dövlətinin yaradılması yadellilərə qarşı mübarizəni asanlaşdırdı.
Danimarkalılara qarşı mübarizədə kral Alfredin zamanında (871-899) mühüm
müvəffəqiyyətlər qazanıldı. Alfred azad kəndlilərdən ibarət xalq qoşunlarının iştirakı
ilə danimarkalıların ölkənin içərilərinə doğru irəliləmə sinin qarşısını ala bildi.
Donanma yaradıldı. Danimarkalılarla mübarizədə hərbi ehtiyacları ödəmək üçün
daimi vergi tətbiq olundu. Çoxlu qala tikdirildi. Alferdlə danimarkalılar arasında təqr.
886-cı ildə bağlanılmış müqaviləyə görə ölkənin cənub-qərbi onun hakimiyyəti altında
qaldı; şimal-şərq isə danimarkalıların hakimiyyəti altına keçdi. Kral Edqarın
zamanında (959-975) danimarkalıların əlində olan bu hissə də İngiltərə krallığına
qatıldı. Normanlar mənşəcə onlara yaxın olan anql-saks tayfaları ilə qaynayıb-
qarışdılar. Beləliklə də, təşəkkül etməkdə olan ingilis xalqının etnik tərkibinə daxil
oldular. Lakin əsasən danimarkalıların yaşadığı Şimal - şərqi İngil tərədə feodal
münasibətləri ləng inkişaf edirdi. Çünki anql-saks tay falarına nisbətən normanlarda
icma münasibətləri daha möhkəm idi.

Feodal münasibətlərinin daha da möhkəmlənməsi


Danimarkalılara qarşı mübarizənin gedişində yaranan erkən feodal dövləti
İngiltərəni təkcə yadellilərin hücumundan qorumaq üçün lazım deyildi. Çünki bu
dövlət ancaq yadellilərə qarşı mübarizədə birləşmək zərurətindən doğmamışdı. 9-cu
əsrin əvvəllərinə İngiltərənin siyasi cəhətdən birləşməsi, daha doğrusu, erkən feodal
dövlətinin yaranması bütün əvvəlki tarixi dövr ərzində İngiltərənin ictimai-iqtisadi
inkişafının, başqa sözlə, feodal münasibətlərinin inkişafının qanunauyğun nəticəsi idi.
Danimarkalıların 300 ilə qədər davam edən hücumları İngiltərə krallığının
yaranmasının mühüm xarici siyasi səbəbi olmaqla yanaşı, ölkədə feodal
münasibətlərinin inkişafını da xeyli sürətləndirmişdi. Beləliklə, 9-cu əsrin əvvəllərində
meydana gəlmiş vahid İngiltərə dövləti hakim sinif üçün həm də daxili əhəmiyyətə
malik idi. Feodal dövləti təşəkkül etməkdə olan hakim sinfə icma torpaqlarını zorla
zəbt etmək, kəndliləri tamamilə özlərindən asılı vəziyyətə salmaq, onların feodal
istismarına qarşı mübarizəni boğmaq üçün daha vacib idi. Bu mənada 9-cu əsrin
əvvəllərində İngiltərədə feodal münasibətlərinin inkişafında yeni dövr başlayır.
Feodal dövlətinə arxalanan iri torpaq sahibləri kəndliləri zor la özlərindən asılı
hala salır, onların torpaqlarını zəbt edirdilər. Digər tərəfdən, azad icma üzvləri
içərisində təbəqələşmə də dərinləşmişdi. Zaman keçdikcə keçmiş azad kəndlilərin əsas
kütləsi asılı hala salınır, bəziləri isə varlanaraq hakim sinfin təşəkkülündə müəyyən rol
oynayırdı. İctimai-iqtisadi həyatdakı ən mühüm dəyişiklik keçmiş iri ailələrin
parçalanması idi. Bununla əlaqədar olaraq iri ailələrə məxsus h a y d a adlanan
torpaqlar, demək olar ki, aradan qalxmışdı; xırda ailələrin ixtiyarında olan h i r d a
adlı torpaqlar meydana gəlmişdi ki, bu da haydanın təqribən dörddə birinə—30 akra
bərabər idi. həmin torpaqlar sonralar v i r q a t a adlanmağa başladı.
Danimarkalılara qarşı uzunsürən müharibə İngiltərədə feodal münasibətlərinin
təşəkkülündə mühüm rol oynamışdı. Feodal dövləti xeyli möhkəmlənmişdi. Bu işdə
kral Alfredin göstərişi ilə tərtib olunmuş qanun kulliyyatı böyük rol oynadı. Həmin
qanun külliyyatının hazırlanmasında keçmiş anql-saks qanunlarından istifadə olunsa
da, «Kral Alfredin qanunları» inkişaf etməkdə olan hakim feodallar sinfinin
mənafeyini hüquqi cəhətdən əsaslandırırdı. Alfredin hazırlatdığı qanun külliyyatında
uzun tarixi dövr ərzində İngiltərədə feodalizm ictimai iqtisadi formasiyasının
meydana gəlməsi və tərəqqisi öz hüquqi əksini tapmışdı.
Danimarkalılara qarşı mubarizə dövründə ağır silahlanmış feodal süvari
qoşunları yaradılmışdı. Krala hərbi xidmət göstərən xırda və orta feodallar t e n l ə r
adlanırdı. Tenlər hakim sinfin təşəkkülündə mühüm rol oynadılar. Belə ki, ingilis
kralları öz hərbi dəstələrinin üzvləri olan tenlərə çoxlu boklənd torpaqları bəxşiş
verirdilər. Zaman keçdikcə bu torpaqlar tipik feodal torpaq mülkiyyətinə, onun sahibi
olan tenlər isə feodallara çevrilirdilər.
Hakim feodallar sinfinin təşəkkülündə keçmiş icma əyanları olan erllər mühüm
rol oynadılar. Çoxlu torpağa və böyük siyasi nüfuza malik olan erllər artıq əvvəlki
əyanlar deyildilər.
Kəndlilərin təhkim olunmasında iri feodallara verilən toxunulmazlıq—immunitet
fərmanları mühüm rol oynayırdı. Bu fərmanlara İngiltərədə soka deyilirdi. Soka
hüququ almış torpaqlarda yaşayan kəndlilər də iri feodalların hakimiyyəti altına
düşür, beləliklə də, təhkimçilik münasibətlərinin inkişafı üçün şərait yaranırdı. Soka
torpaqlarında yaşayan kəndlilər sokmenlər adlanırdılar.
İri feodalların torpaqları, hüquqları genişləndikcə müstəqillikləri də artırdı. Bu da
mərkəzi hakimiyyətin zəifləməsinə səbəb olurdu. Mərkəzi hakimiyyətin zəifləməyə
başlaması birinci növbədə kralın hüquqlarının məhdudlaşmasında özünü göstərdi.
Kralın yanında ölkənin ən nüfuzlu adamlarından—iri feodallardan və ruhanilərdən
ibarət şura fəaliyyət göstərirdi. Qanunverici hakimiyyət və ali məhkəmə hüququ
«Uitenagemot», yəni «Ağıllılar şurası» adlanan bu şuranın əlində idi. Müharibə və
sülh məsələləri, bir qayda olaraq, uitenagemotda həll olunurdu. Kralın bütün
fərmanları, adətən bu şurada təsdiq olunduqdan sonra qüvvəyə minirdi. Təqr. 100
nəfərdən ibarət olan uitenagemot kralı seçmək, yeri gəldikdə onu haki miyyətdən
kənar etmək hüququna da malik idi. Beləliklə, keçmişdə əsasən nəsli əyanlardan, hərbi
dəstə üzvlərindən ibarət olan, bəzən azad kəndlinin də iştirak etdiyi «Ağıllılar şurası»,
artıq iri feodalların şurasına çevrilmişdi. Bu şura kral hakimiyyətini hakim sinfin
əlində itaətkar alətə döndərmişdi. Xalq yığıncağı isə artıq çağrılmırdı.
Kəndlilərin təhkimli halına salınmasında kral hakimiyyəti hakim sinfə yaxından
kömək edirdi. İngiltərə kralının fərmanlarına əsasən ağası olmayan hər bir adam bu və
ya digər feodalın «himayəsinə» girməli, özünə ağa tapmalı idi. Bunu yerinə
yetirməyən adamlar öldürüldükdə onların qatillərinə cəza verilmirdi.
Feodallaşma prosesinin dərinləşməsinə baxmayaraq, 11-ci əsrin əvvəllərində
İngiltərə kəndlilərinin heç də hamısı təhkimli halına salınmamışdı. Kəndlilərin
feodallardan asılılıq dərəcəsi ölkənin hər yerində eyni deyildi. Danimarkalıların
yaşadığı ərazidə sinfi təbəqələşmə daha ləng gedirdi. Feodal malikanəsi hələ tam
formalaşmamış, ölkədə feodal münasibətlərinin inkişafı prosesi hələ tamamilə başa
çatmamışdı.
11-ci əsrin əvvəllərində İngiltərə yenidən danimarkalıların işğalına məruz qaldı.
1016-cı ildə Danimarka kralı Kanut və ya Knut (1016-1035) İngiltərəni özündən asılı
hala sala bildi. Kanutun dövləti İngiltərədən başqa, Şotlandiya, Danimarka, Norveç və
İsveçi də əhatə edirdi. Lakin İngiltərə Kanutun zorla birləşdirilmiş və daxilən möhkəm
olmayan dövlətinin tərkibində uzun müddət qalmadı.
IX F Ə S İ L
QƏRB SLAVYANLARI (6-11-ci əsrlər)

Samo dövləti
Slavyanlar 6-8-ci əsrlərdə Baltik dənizi sahillərindən başlayaraq Qara dəniz,
Balkan dağları və Adriatik dənizinə qədərki geniş ərazidə yayılmışdılar. Slavyan
tayfaları başlıca olaraq üç qola ayrılırdılar: qərb slavyanları, şərq slavyanları, cənub
slavyanları.
Qərb slavyanları əsasən Baltik dənizindən Dunay çayına, Elbadan Visla çayı
hövzəsinə qədərki torpaqlarda yaşayırdılar. 6-8-ci əsrlərdə qərb slavyanlarında, artıq
ibtidai icma cəmiyyəti dağılmaqda idi. Torpaq üzərində xüsusi mülkiyyət meydana
gəlir, əmlak bərabərsizliyinin inkişafı sinfi fərqlərin dərinləşməsinə səbəb olurdu.
Xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi prosesi dərinləşdikcə erkən feodal
dövlətinin yaranması da sürətlənirdi.
Qərb slavyanlarının ilk siyasi birliyi 7-ci əsrin I yarısında meydana gəlmiş Samo
dövləti idi. Qərb slavyanlarından başqa, cənub slavyanlarının da müəyyən hissəsini
əhatə edən Samo dövlətinin yaranması slavyanların ictimai-iqtisadi inkişafının
qanunauyğun nəticəsi idi. Bununla belə, həmin erkən slavyan tayfa birliyinin meydana
gəlməsində xarici amilin də mühüm rolu olmuşdu.
Samo dövləti slavyanların avarlara və franklara qarşı mübarizəsi şəraitində
yaranmışdı. 6-cı əsrin II yarısında Dunay sahillərində—Pannoniyada möhkəmlənən
avarlar müxtəlif mənşəli tayfaları, o cümlədən bəzi slavyan tayfalarını əsarət altına
salmışdılar. Çox keçmədən—təqr. 623 - cü ildə Çexiya, Moraviya və Slovakiyada
yaşayan slavyan tayfaları türkdilli avarların dözülməz zülmünə qarşı üsyan
qaldırdılar. Bu üsyana Samo başçılıq edirdi. Salnaməçi Fredeqarın məlumatına görə,
Samo frank taciri idi. Bir çox görkəmli slavyanşünaslar bu fikirlə razılaşmır, Samonun
mənşəcə slavyan olduğunu göstərirlər.
Fredeqarın məlumatına görə, 623-cü il üsyanı ilə əlaqədar olaraq knyaz seçilən
Samo 658-ci ilədək qərb slavyanlarının tayfa birliyini idarə etmişdi. O, avarlara qarşı
müvəffəqiyyətlə mübarizə aparmış, sonra isə Frank kralı Daqoberti məğlubiyyətə
uğradaraq frankların slavyan torpaqlarına hücumlarının müvəqqəti də olsa, qarşısını
almışdı. Samo hətta Frank krallığına hücum etmiş, Türingiyada torpaqlar da ələ
keçirmişdi.
Samo dövləti, erkən feodal dövlətinin yaranması üçün zəruri olan obyektiv tarixi
zəminin hələ tam yetişmədiyi dövrdə yaranmışdı. Bu dövlət başlıca olaraq xarici
təhlükəyə qarşı mübarizə zərurətindən doğan hərbi-siyasi birlik idi. Odur ki, həmin
tayfa birliyi knyaz Samonun ölümündən sonra dağıldı. Bununla belə, Samo tayfa
birliyi Çexiya və Moraviya ərazisində erkən feodal dövlətinin yaranması üçün mühüm
tarixi zəmin oldu.

Böyük Moraviya dövləti


Qərb slavyanlarının tarixində mühüm rolu olmuş erkən feodal dövlətlərindən biri
9-cu əsrin əvvəllərində meydana gəlmiş Böyük Moraviya dövləti idi. Bu dövlət, Samo
tayfa birliyinə nisbətən, daha geniş ərazini əhatə edirdi və siyasi cəhətdən daha
möhkəm idi. Bunun da mühüm səbəbi bəhs olunan dövrdə erkən feodal dövlətini
doğuran ictimai-iqtisadi zəminin lazımınca yetişməsi idi. Başqa sözlə, Böyük Moraviya
dövlətini yaradan qərb slavyanları 9 - cu əsrdə əvvəlki dövrlərə nisbətən ictimai-
iqtisadi cəhətdən daha çox inkişaf etmişdilər.
Böyük Moraviya dövləti indiki Çexiya ərazisindəki Cənubi Moraviya vilayəti
ərazisində, Morava çayı hövzəsində meydana gəlmişdi.
Böyük Moraviya dövlətinin meydana gəlməsi səbəbləri Çexiya tarixçiləri
tərəfindən müxtəlif cür izah olunur. Tarixçilərin bir qrupunun fikrincə, Böyük
Moraviya dövləti feodal münasibətlərinin inkişafı nəticəsində yaranmamışdı; bu
dövlət feodal dövləti deyil, sadəcə olaraq, alman təcavüzünə qarşı mübarizə
zərurətindən doğan və möhkəm olmayan tayfa birliyi idi. Başqa bir qrup tarixçi isə
Böyük Moraviya dövlətinin feodal münasibətlərinin inkişafı nəticəsində yarandığını
göstərir, bu dövləti tayfa birliyi deyil, daxilən möhkəm olan feodal dövləti hesab
edirlər. Həmin qrupa daxil olan tarixçilər xarici amilin, yəni alman təcavüzünə qarşı
mübarizənin Böyük Moraviya dövlətinin slavyan tarixində mühüm rokar etmirlər.
Böyük Moraviya dövlətinin tarixinə dair tədqiqatlar, xüsusən Moraviya
ərazisində aparılmış arxeoloji qazıntılar aydın sübut edir ki, həmin dövlətin
yaradılmasında qərb slavyanlarından olan moravlar mühüm rol oynamışlar. Bu dövlət
moravlarla qonşuluqda yaşayan başqa slavyan tayfalarını, o cümlədən çexləri də əhatə
edirdi. Böyük Moraviya dövlətinin paytaxtı Morava çayı sahilində yerləşdiyi güman
olunan Veleqrad şəhəri idi.
9-cu əsrin əvvəllərində Böyük Moraviya dövləti ərazisində yaşayan slavyan
tayfalarında məhsuldar qüvvələr, dövrünə görə yüksək inkişaf etmişdi. Əkinçilik əsas
məşğuliyyət sahəsi idi. Əkinçilik mədəniyyəti əvvəllərə nisbətən xeyli yüksəlmişdi.
Əkinçiliklə yanaşı dulusçuluq, miskərlik, ağac emalı, toxuculuq və bir çox başqa
sənətkarlıq sahələri geniş yayılmışdı. Mübadiləyə əsaslanan daxili ticarət inkişaf
etməkdə idi. Əlverişli coğrafi mevqedə olması, xüsusən, Moraviyanın xarici ticarət
əlaqələrinin genişlənməsinə müsbət təsir göstərirdi. Böyük Moraviya dövləti
ərazisində yaşayan slavyan tayfaları Bizans, Kiyev dövləti və Qara dənizdəki ticarət
mərkəzləri ilə əlaqə saxlayırdılar.
Məhsuldar qüvvələrin inkişafı nəticəsində Böyük Moraviya dövlətinin yaranması
ərəfəsində, həmin dövlətin ərazisində sinfi təbəqələşmə dərinləşmiş, azad icma
üzvlərinin asılı hala salınması prosesi genişlənmişdi. Azad icma üzvləri və asılılardan
başqa qullar da vardı. Bu zaman qərb slavyanlarında hətta qul alveri də mövcud idi.
Hələ 7-ci əsrin sonu, 8-ci əsrin əvvəllərində xristianlıq yayılmağa başlamışdı. 9-cu
əsrdə artıq katolik kilsəsinə məxsus iri feodal torpaq mülkiyyəti vardı. Nəsli əyanlar
varına və ictimai mevqeyinə görə bütün qalan ictimai qruplardan kəskin surətdə
fərqlənirdilər. İcma torpaqlarının mühüm hissəsi artıq onların xüsusi mülkiyyətinə
çevrilmişdi.
Təşəkkül etməkdə olan hakim feodallar sinfinin kəndliləri tamamilə asılı hala
salmaq və onların torpaqlarını zorla ələ keçirib öz torpaq mülklərini genişləndirmək
üçün, bundan başqa feodal asılılığına qarşı sinfi mübarizəni boğmaqdan ötrü cəbr
aparatına—dövlətə ehtiyacı vardı. Beləliklə, Samo tayfa birliyindən fərqli olaraq,
Böyük Moraviya dövlətinin yaranmasında ibtidai icma cəmiyyətinin dağılması və
feodal münasibətlərinin yaranmasından ibarət daxili ictimai-iqtisadi təkamül mühüm
rol oynamışdı. Bununla belə, xarici amil—Karolinq imperiyası kimi qüvvətli xarici
təhlükənin mövcud olması da Böyük Moraviya dövlətinin meydana gəlməsini
müəyyən qədər sürətləndirmişdi.
Böyük Moraviya dövləti haqqında mənbələrdə ilk yazılı məlumat 822-ci ilə aiddir.
Bu fakt sübut edir ki, Böyük Moraviya erkən feodal dövlətinin yaranmasından ibarət
uzun sürən tarixi proses 9 - cu əsrin əvvəllərində artıq başa çatmış, Moraviya
tayfalarının ictimai-iqtisadi tərəqqidən doğan hərbi-siyasi birliyi yaranmışdı. Böyük
Moraviya dövlətinin mənbələrdə adı çəkilən ilk knyazı Moymir (830-846) idi.
Böyük Moraviya knyazları slavyan torpaqlarını işğal etməyə çalışan Şərqi Frank
krallığına qarşı uzun müddət müvəffəqiyyətlə mübarizə apardılar. Qərb slavyanlarının
qüvvətli dövlətinin yaranmasından narahat olan Şərqi Frank kralı almaniyalı Lüdoviq
846-cı ildə Böyük Moraviya knyazı Moymiri hakimiyyətdən sala bildi və onun qardaşı
oğlu Rostislavı Böyük Moraviya taxtına əyləşdirdi. Lakin Rostislav (846-870)
almaniyalı Lüdoviqə tabe olmayıb müstəqil siyasət yeritməyə başladı.
Böyük Moraviya knyazlığını təklikdə silah gücünə Şərqi Frank krallığına tabe
etməyə nail olmayan almaniyalı Lüdoviq Rostislava qarşı 863-cü ildə Bolqarıstan
knyazlığı ilə ittifaq bağladı. Bundan başqa alman ruhaniləri Böyük Moraviya ərazisin -
də xristian dininin katolik məzhəbini yaymağa başlamışdılar. Bu, ölkədə alman təsirini
artırır və Böyük Moraviya dövlətinin Şərqi Frank krallığından asılı hala salınmasını
asanlaşdırırdı. Böyük Moraviya dövləti üçün yaranmış bu çətin vəziyyətdə Rostislav
Bizans imperiyası ilə əlaqə yaratdı. Böyük Moraviya knyazının xahişi ilə Bizans
imperatoru Mixail 863-cü ildə Kiril və Mefodi qardaşlarını xristianlığı yaymaq
məqsədi ilə Moraviyaya göndərdi. Onlar slavyan əlifbası tərtib edib, slavyanların öz
dillərində dini təbliğat apararaq xristianlığı yaymağa başladılar. Beləliklə, Bizans
kilsəsinin təsiri ilə Böyük Moraviya dövləti ərazisində xristianlıq yayıldı. Müstəqil
Böyük Moraviya kilsəsi yaradıldı.
Qeyd etmək lazımdır ki, o zamankı tarixi şəraitdə bu hadisənin Böyük Moraviya
dövləti üçün mühüm tarixi əhəmiyyəti vardı. Ölkənin dini müstəqilliyinin təmin
olunması Almaniya ruhanilərinin təsirini aradan qaldıra bilərdi. Bu isə Almaniya
təcavüzünə qarşı Böyük Moraviya dövlətinin siyasi müstəqilliyinin təmin olunması
demək idi. Xristianlığın qəbulu Böyük Moraviyada mədəni yüksəlişə səbəb oldu; qərb
slavyanlarının Bizans mədəniyyətinin təsiri altına düşməsinə şərait yaratdı. Bununla
belə, xristian dininin qəbulu bütövlükdə hakim sinif üçun əlverişli idi. Çünki bu din
təşəkkül etməkdə olan feodallar sinfinə öz hakim mövqeyini daha da
möhkəmləndirmək, feodal istismarına haqq qazandırmaq, kəndlilərin sinfi
mübarizəsini boğmaq üçün hazır ideologiya idi. Xristianlığın qəbulu Böyük Moraviya
dövlətini bir feodal dövləti kimi daha da möhkəmləndirdi.
Böyük Moraviya dövlətini aradan qaldırmaq planlarından əl çəkməyən almaniyalı
Lüdoviq 869-cu ildə yenidən Moraviyaya qoşun çəkdi. Lakin müvəffəqiyyət qazana
bilməyib geri çəkilməyə məcbur oldu. Lakin bu zaman almaniyalı Ludoviq tərəfindən
müdafiə olunan Böyük Moraviya əyanları 870-ci ildə Svyatopolkun başçılığı ilə saray
çevrilişi etdilər. Rostislav taxtdan salındı. Svyatopolk almaniyalı Lüdoviqin vassalı
sifəti ilə Böyük Moraviya knyazı oldu. Bu hadisədən çox keçməmiş, Böyük Moraviya
torpaqlarını tamamilə ələ keçirmək üçün əlverişli vəziyyət yarandığını görən
almaniyalı Lüdoviq 871-ci ildə Svyatopolku hakimiyyətdən kənar edərək Böyük
Moraviya dövləti ərazisini Şərqi Frank krallığına qatdı. Svyatopolk Almaniyaya
aparıldı. Ölkənin idarə olunması isə iki frank markqrafına tapşırıldı. Böyük Moraviya
ərazisində alman qoşunları yerləşdirildi.
Qərb slavyanlarının torpaqları Şərqi Frank krallığının adicə vilayətlərindən birinə
çevirmək məqsədi güdən almaniyalı Lüdoviqin bütün bu tədbirləri slavyanların
müqavimətini qıra bilmədi. 871-ci ildə yadelli əsarətinə qarşı qüvvətli üsyan baş verdi.
Üsyana Mefodinin şagirdi Slavomir başçılıq edirdi. Üsyançılar Moraviya ərazisindəki
Frank qarnizonlarını məhv etdilər. Almaniyalı Lüdoviq Moraviyaya əlavə olaraq
qüvvətli qoşun göndərdi və oranı tabe etmək üçün hiylə işlədərək, həmin qoşunlara
Svyatopolku başçı təyin etdi. Lakin keçmiş Moraviya knyazı mənsub olduğu slavyan
tayfalarının azadlıq mübarizəsinə xəyanət etmədi. O, üsyan çılarla əlaqə yaradıb
onların tərəfinə keçdi. Svyatopolk üsyana başçılıq edərək alman qoşunlarını
məğlubiyyətə uğratdı və özunü yenidən Böyük Moraviya knyazı elan etdi. 874-cü ildə
Şərqi Frank krallığı Böyük Moraviyanın müstəqilliyini qəbul etməyə məcbur oldu.
Svyatopolkun hakimiyyəti illərində (870-894) Böyük Moraviya knyazlığı olduqca
genişləndi. Bu dövlətin ərazisinə Moraviya və Slovakiyadan başqa, Çexiya, Lujitsa,
Silöziya, Krakov slavyanlarının torpaqları da daxil edildi.
Böyük Moraviya dövlətinin yaranmasındakı rolunu da indi dövlətin ərazisi
Dunaydan cənuba doğru genişləndirildi. Məhz bu geniş ərazini əhatə edən dövlət
sonralar Böyük Moraviya knyazlığı və ya Böyük Moraviya dövləti adlandırıl mağa
başlandı.
9-cu əsrin 80-ci illərində Böyük Moraviya dövlətinin beynəlxalq vəziyyəti yenidən
ağırlaşdı. Bu zaman Dunay sahillərində—Pannoniyada möhkəmlənən macarlar ölkəyə
tez-tez hücum edirdilər. Şərqi Frank kralları da macarlarla, həmçinin Bolqarıstan
knyazlığı ilə Böyük Moraviya dövlətinə qarşı əlaqə yaratmışdılar. Bundan başqa, daxili
ziddiyyətlər də kəskinləşmişdi. Mərkəzi hakimiyyətə qarşı mübarizə güclənmişdi.
Ayrı-ayrı slavyan tayfaları Böyük Moraviya dövlətinin tərkibindən ayrılmağa
başlamışdılar. Çexiya, Lujitsa serbləri, Sileziya və Polşa tayfaları Böyük Moraviya
dövlətinin tərkibindən çıxaraq müstəqilləşmişdilər. Beləliklə, xarici təhlükə əhatəsində
olan Böyük Moraviya dövləti yadellilərin, xüsusən macarların hücumları və daxili
ziddiyyətlər nəticəsində təqribən 906-cı ildə dağıldı. Macarlar Böyük Moraviya
dövləti ərazisinin əksəriyyətini ələ keçirərək onun varlığına son qoydular.
Bu dövlət qərb slavyanlarının ən qədim dövlətlərindən biri idi. Böyük Moraviya
dövlətinin meydana gəlməsi hələ 9-cu əsrdə qərb slavyanlarından məhsuldar
qüvvələrin böyük sürətlə inkişaf etdiyini və bu tayfaların, dövrünə görə yüksək
mədəniyyətə malik olduğunu göstərir. Böyük Moraviya dövləti Şərqi Frank krallığının
qəsbkarlıq siyasətinə qarşı müxtəlif slavyan tayfalarının müstəqilliyinin qorunub
saxlanmasında mühüm rol oynamışdı. Bu dövlətin ərazisi slavyan mədəniyyətinin ən
qədim mərkəzlərindən biri idi.
Qərb slavyanlarının qüdrətli siyasi birliyi olan Böyük Moraviya dövlətinin süqutu
həmin slavyan tayfalarının sonrakı tarixinə mənfi təsir göstərdi.

Çexiya dövlətinin yaranması


Qərb slavyanlarının siyasi müstəqilliyinin qorunub saxlanılmasında Çexiya
dövlətinin mühüm rolu olmuşdu. Çexiya bir erkən feodal dövləti kimi keçmiş Böyük
Moraviya knyazlığının ərazisində—çexlərin yaşadıqları torpaqlarda meydana
gəlmişdi. Çexiya erkən feodal dövlətinin ilkin rüşeymləri hələ Böyük Moraviya
dövlətinin yaranması ərəfəsində meydana gəlmişdi. Lakin Böyük Moraviya dövlətinin
yaranması ilə əlaqədar olaraq ayrı-ayrı çex knyazları Böyük Moraviya knyazlarından
asılı hala salınmışdılar.
Böyük Moraviya dövlətinin süqutundan sonrakı dövrdə də Çexiya ərazisində
ictimai-iqtisadi tərəqqi davam etməkdə idi. Əkinçilik yenə də başlıca təsərrüfat sahəsi
idi. Əkinçilik mədəniyyəti daha da yüksəlmiş, əmək alətləri təkmilləşmiş, metal emalı
inkişaf etmişdi. Müxtəlif əmək alətləri və silah istehsalı mühüm sənətkarlıq sahələrinə
çevrilmişdi. Dulusçuluq, toxuculuq, zərgərlik və başqa sənət sahələri də geniş
yayılmışdı. Çexiya ərazisi Şərq ölkələrinin və Baltik dənizi sahillərinin Avropa ölkələri
ilə əlaqələndirən mühüm ticarət yollarının üstündə idi. Çexiya Qara dənizdəki ticarət
mərkəzləri vasitəsilə müxtəlif Şərq malları, o cümlədən nadir və zərif ipək parçalar,
ədviyyat və s. əldə edirdi. Qara dəniz sahillərindən, Rusiyadan, Baltik dənizi
ölkələrindən gələn ticarət yollarının qovşağında olması Praqanın inkişafına, onun
gələcəkdə Avropanın ən böyük şəhərlərindən birinə çevrilmə sinə müsbət təsir
göstərirdi.
10-cu əsrdə Çexiyada feodal münasibətləri daha da dərinləşmişdi. Torpaq artıq
feodalların xüsusi mülkiyyətinə çevrilmişdi. Kəndlilər asılı hala salınmışdılar. Onlar
istifadə etdikləri torpaq müqabilində natural şəkildə müxtəlif vergilər ödəyir, biyara
gedirdilər. Çex kəndlisi knyaz drujinasının saxla nılması üçün də əlahiddə rüsüm
verirdi. Beləliklə, 10-cu əsrdə Çexiya ərazisində ayrıca slavyan dövlətinin meydana
gəlməsi üçün lazımi ictimai-iqtisadi zəmin vardı.
Çexiya ərazisindəki ayrı-ayrı knyazlıqların birləşdirilib va hid dövlət halına
salınmasında Prjemısloviçlər nəslindən olan Praqa knyazları mühüm rol oynadılar.
Çexiya torpaqlarının Praqa ətrafında toplanmasının ölkənin gələcək siyasi tarixi üçün
böyük əhəmiyyəti vardı. Sonralar Praqa Çexiyanın müxtəlif yerləri arasında iqtisadi
əlaqələrin genişlənməsində və ölkənin siyasi qüdrətinin artmasında mühüm rol
oynadı.
Çexiya ərazisində vahid, erkən feodal dövlətinin yaradılması prosesi alman
feodallarının təcavüzunə qarşı çətin mübarizə şəraitində gedirdi. Bu yolda ilk mühüm
addım knyaz I Boleslavın (935-967) vaxtında atıldı. O öz hakimiyyəti illərin də çex
tayfalarının əksəriyyətini birləşdirə bilmiş, hətta Şimal-Qərbi Slovakiya, Moraviya və
Sileziyanı da özünə tabe etmişdi. Knyaz II Boleslavın (967-999) hakimiyyəti dövründə
Çexiya dövlətinin sərhədləri şərqə—Kiyev dövlətinə doğru daha da genişləndirildi. II
Boleslav 973-cü ildə müstəqil Praqa yepiskopluğu yaratdı ki, bu da feodal dövlətini
daha da möhkəmləndirdi. II Boleslavın knyazlığı dövründə bütün çex torpaqlarının
Praqa ətrafında birləşdirilməsi prosesi başa çatdırıldı.
Çexiya feodal dövlətinin qüvvətlənməsi alman təcavuzünə qarşı mübarizədə
böyük əhəmiyyətə malik idi. Çexiyada məhz qüvvətli feodal dövləti olduğu üçün
alman feodalları bu ölkənin müstəqilliyini aradan qaldıra bilmədilər. 11-ci əsrin
ortalarında Almaniya Çexiya ilə müttəfiqlik münasibətləri yaratmağa məcbur oldu.
Çex knyazı II Vratislav (1061 —1092) 1085-ci ildə kral titulunu qəbul etdi. Çexiya bir
feodal dövləti kimi daha da möhkəmləndi.

Lababoyu və Baltiksahili slavyan tayfaları


Qərb slavyanlarının mühüm bir qrupu Laba (Elba) boyunda və bundan şərqdə—
Odra (Oder) və Visla çaylarına doğru Baltik dənizi sahillərində yaşayırdılar. Bu
slavyan tayfaları başlıca olaraq dörd tayfa birliyindən ibarət idi: Çexiya sərhədlərində
yaşayan serblujitsa qrupu; Laba çayının mənsəbində və onun sağ sahillərində Baltik
dənizi boyunda yaşayan obodritlər və ya bodriçilər; obodritlərin şərq qonşuları olan
lütiçilər; Odra ilə Visla çayları arasındakı torpaqlarda yaşayan pomoryanlar.
Laba çayı boyunda və Baltik dənizi sahillərində yaşayan slavyan tayfalarının əsas
məşğuliyyəti əkinçilik idi. Əkinçilikdən başqa, balıqçılıq da bu tayfaların həyatında
mühüm rol oynayırdı. Maldarlıq da inkişaf etmişdi. Müxtəlif cür əmək alətləri
istehsalı, toxuculuq, dulusçuluq, xüsusən hərbi sənətkarlıq sahələri geniş yayılmışdı.
Bundan başqa Baltikasahili slavyan tayfalarının yaşadığı ərazi ticarət üçün, xüsusən
Baltik dənizi vasitəsi ilə xarici ticarət əlaqələrinin inkişafı üçün çox əlverişli idi.
Mənbələrin məlumatına görə, qərb slavyanlarının Baltik dənizi sahillərindəki Volin
şəhəri «bütün şimal xalqlarının malları ilə zəngin» idi. Bura «bütun xalqların tacirləri,
həm yunanlar, həm də «barbarlar» axışırdılar». Başqa qərb slavyanlarında olduğu
kimi, burada qul alveri də inkişaf etmişdi. Maraqlıdır ki, ticarətdə başqa ölkələrin
pulları ilə yanaşı, ərəb sikkələri də işlədilirdi. Baltiksahili slavyan tayfalarının öz
pulları yox ili.
Laba boyunca və Baltik sahilində yaşayan slavyan tayfalarında ictimai
təbəqələşmə ləng gedirdi. Nəsli münasibətlər möhkəm idi. Torpaq üzərində xususi
mülkiyyət meydana gəlməmişdi. Bu slavyan tayfaları siyasi cəhətdən möhkəm dövlət
halında birləşə bilməmişdilər. İctimai həyatda xalq yığıncaqları mühüm rol oynayırdı.
Smardlar adlanan azad icma üzvləri cəmiyyətin əsasını təşkil edirdilər. Bununla belə,
məhsuldar quvvələrin inkişafı nəticəsində, xüsusən 11-ci əsrdən başlayaraq sinfi
təbəqələşmə dərinləşdi. Tayfa başçıları, nəsli əyanlar varına və ictimai mövqeyinə görə
qalan icma üzvlərindən kəskin sürətdə seçilməyə başladılar. İcma torpaqları tədricən
bu ictimai qrupun xüsusi mülkiyyətinə çevrilirdi. Getdikcə dərinləşən ictimai
təbəqələşmə azad smardların müflisləşməsinə və asılı hala duşməsinə səbəb olurdu.
Ayrı-ayrı tayfa başçılarının hərbi-siyasi hakimiyyəti genişlənir, erkən feodal dövləti nin
rüşeymləri yaranırdı.
Lababoyu və Baltiksahili slavyan tayfaları bütün erkən orta əsrlər boyu aramsız
olaraq yadelli basqınlarına qarşı mübarizə aparmalı oldu. Slavyan tayfalarına əvvəllər
ən çox normanlar hücum edirdilər. Normanlar əleyhinə müvəffəqiy yətlə mübarizə
aparan Laba və Pribaltika slavyanları, çox keçmədən Böyük Karlın (768-814)
qoşunlarına qarşı vuruşmalı oldu. Lakin slavyanlarla onların qərb qoşunları olan
qədim alman tayfalarından biri—sakslar arasında daha tez-tez toqquşmalar baş
verirdi. Laba və Pribaltika slavyanları saks tayfa birliyinə qalib gəlmək üçün
beynəlxalq münasibətlərdən məharətlə istifadə edirdilər. Məsələn, Laba slavyanları
olan obodritlər saksları məğlub etməkdə Böyük Karla kömək etmiş, beləliklə,
müvəqqəti də olsa, öz ənənəvi rəqiblərini zəiflədə bilmişdilər.
Böyük Karl imperiyasının parçalanmasından (843) sonra Laba və Pribaltika
slavyanlarının xarici siyasət tarixində yeni dövr—alman feodallarının «Şərqə hücum»
siyasətinə qarşı mubarizə dövrü başlandı. Alman feodalları 928-ci ildə bəzi slavyan
torpaqlarını ələ keçirə bilsələr də, yadelli əsarətinə qarşı inadla mubarizə aparan
slavyanlar üsyana qalxaraq tezliklə azadlıq əldə etdilər.
Kral I Ottonun (936-973) hakimiyyəti illərindən etibarən slavyanlara qarşı
Almaniya təcavüzü daha da genişləndi. Slavyan torpaqlarını həmişəlik Almaniyaya
ilhaq etmək məqsədi ilə bura almanlar köçürülür, almanlaşdırma siyasəti yeridilirdi.
Laba boyunda və Pribaltikada alman təsirini gücləndirmək üçün slavyanların intensiv
sürətdə xristianlaşdırılması siyasəti yeridilirdi. Bü məqsədlə, I Ottonun fərmanına
əsasən, slavyan torpaqlarında bir neçə katolik yepiskopluğu yaradılmışdı.
Bütün bunlara baxmayaraq, slavyanlar alman feodallarının əsarətinə qarşı inadlı
mübarizəni davam etdirirdilər. 983-cü ildə lütiçlərin, 1002-ci ildə isə obodritlərin
qüvvətli üsyanı baş verdi. Beləliklə, 10-cu əsrin sonları—11-ci əsrin əvvəllərində Laba
və Baltikyanı slavyanları yenidən istiqlaliyyət əldə etdilər.
Lakin bu, uzun sürmədi. Laba və Baltikyanı slavyanları vahid erkən feodal dövləti
şəklində birləşməkdə ikən—12-ci əsrdə alman feodallarının daha güclü təcavüzü
başlandı. Əvvəlcə katolik ruhanilərinin xristianlığı yayması yolu ilə alman təsirinin
artırılması, bunun dalınca feodal-cəngavər qoşunlarının hücumları, nəhayət, zorla
tutulmuş slavyan torpaqlarına alman kəndlilərinin köçürülməsi—Lababoyu və Baltik
dənizi sahillərindəki torpaqların almanlaşdırılması siyasəti belə idi. Slavyanların bu
zaman öz yazıları yox idi. Buna görə də latın əlifbası və alman mədəniyyətinin
yayılmasına müqavimət də güclü deyildi. Bütün bu amillər alman feodallarının
qəsbkarlıq siyasətinə əlverişli şərait yaradırdı. Bu da 12-ci əsrin sonlarında
slavyanların müqavimətinin qırılmasına, onların alman feodallarının iqtisadi, siyasi və
dini əsarətinin altına salınmasına səbəb oldu.

Polşa dövlətinin meydana gəlməsi


Qərb slavyanlarının mühüm bir hissəsinin bütün orta əsrlər boyu siyasi
müstəqilliyinin qorunub saxlanılmasında Polşa dövlətinin muhüm rolu oldu. Polşa
erkən feodal dövləti polyak tayfalarının yaşadığı ərazidə meydana gəldi. Polyak
tayfaları Odra ilə Qərbi Buq (Visla çayının qollarından biri) və Baltik dənizi ilə Karpat
dağları arasındakı ərazidə yaşayırdılar.
8-10-cu əsrlərdə polyak tayfalarında da nəsli quruluş sürətlə süquta uğrayır,
feodal münasibətləri formalaşırdı. Torpaq ayrı-ayrı nəsli əyanların xüsusi
mülkiyyətinə çevrilir, hakim feodallar sinfi təşəkkül edirdi. Azad icma üzvləri asılı
kəndlilərə çevrilirdilər. Torpaq üzərində xüsusi mülkiyyətin meydana gəlməsi və
keçmiş icma üzvlərinin antaqonist siniflər halında qruplaşması erkən feodal dövlətinin
yaranmasına səbəb oldu. Xarici təhlükə, xüsusən alman feodallarının qəsbkarlıq
siyasəti Polşa ərazisində də erkən feodal dövlətinin əmələ gəlməsi prosesini
sürətləndirdi.
Polşa feodal dövləti uzun bir tarixi dövr ərzində meydana gəlmişdi. Ölkənin
ərazisində mövcud olmuş ilk tayfa birlikləri erkən feodal dövlətinin rüşeymləri idilər.
Polyak tayfa birliklərinin inkişaf edərək erkən feodal dövləti halına düşməsi müxtəlif
xarici səbəblər üzündən ləngiyirdi. Məsələn, Polşa tayfalarının yaşadı ğı ərazinin bir
hissəsinin 9-cu əsrdə Böyük Moraviyaya qatılması buradakı tayfa knyazlıqlarının
erkən feodal dövlətinə çevrilməsini, müvəqqəti də olsa, ləngitmişdi. Bununla belə,
ictimai-iqtisadi inkişaf baxımından təqribən eyni səviyyədə dayanan dil və etnik
mənşəcə qohum olan müxtəlif polyak tayfaları 10-cu əsrdə vahid dövlət çərçivəsində
birləşdilər. Paytaxtı Qnezno şəhəri olan Böyük Polşa erkən feodal dövlətinin ilk knyazı
I Meşko (960-992) idi.
Polşa dövlətinin möhkəmlənməsində, ümumiy yətlə, feodal münasibətlərinin daha
da inkişafında xristianlığın qəbulunun mühüm rolu oldu. Polşada xristianlıq 966-cı
ildə qəbul edildi. Xristianlığın qəbulu ilə ölkədə latın əlifbası da yayıldı ki, bu da
qabaqcıl Avropa mədəniyyətinin təsirinə, beynəlxalq əlaqələrin genişlənməsinə
əlverişli şərait yaratdı. Bununla belə, xristian dininin katolik məzhəbinin yayılması
Polşanın pravoslav məzhəbindən olan cənub və şərq slavyanları ilə əlaqələrinə mənfi
təsir göstərdi. Ölkədə papa və Almaniya təsirinin daha qüvvətli olmasına səbəb oldu.
Erkən feodal dövlətinin yaranması və xristianlığın qəbulu feodal münasibətlərinin
daha da dərinləşməsinə səbəb oldu. Dövlət və din hakim sinfin mövqeyini daha da
möhkəmləndirdi. İctimai təbəqələşmə daha da dərinləşdi. Kəndlilərin təhkimli halına
salınması prosesi sürətləndi. Din istər kəndli üsyanlarına qarşı mübarizədə, istərsə də
onların itaətdə saxlanılmasında hakim sinfə yaxından kömək edirdi.
Polşa feodal dövləti alman feodallarının qəsbkarlıq siyasətinə qarşı
müvəffəqiyyətlə mübarizə aparırdı. Polşa kralı 1 Meşko 972-ci ildə Polşa torpaqlarına
soxulan alman feodallarının hərbi dəstələrini məğlubiyyətə uğratdı. Lababoyu və
Baltiksahili slavyan tayfalarının alman təcavüzünə qarşı inadlı mübarizəsi, alman
feodallarının hərbi qüvvələrinin əsas zərbəsini öz üzərlərinə götürməsi, xüsusən 983
və 1002-ci il üsyanları Polşa erkən feodal dövlətinin formalaşmasına əlverişli şərait
yaradırdı. Bundan istifadə edən I Boleslav (İkid Boleslav) 992-999-cu ildə Krakov və
onun ətraflarında yaşayan slavyan tayfalarını özünə tabe etdi, Polşa torpaqlarının
birləşdirilməsini başa çatdırdı. 1000-ci ildə Qneznoda arxiyepiskopluq yaradıldı. Bu
da Polşanıi dini müstəqillik əldə etməsi demək idi. İgid Boleslavın hakimiyyəti
illərində Polşa o qədər qüvvətləndi ki, o hətta kral ləqəbi qəbul etdi. Polşa hələ o
zaman üçün Şərqi Avropanın qüvvətli dövlətlərindən birinə çevrildi. Polşa feodal
dövləti, artıq nəinki Almaniya təcavüzüpə qarşı mübarizə aparır, hətta öz ərazisini
genişləndirmək məqsədi ilə qonşularına qarşı qəsbkar xarici siyasət də yeridirdi. İgid
Boleslavın hakimiyyəti zamanı bu siyasət daha aydın büruzə verdi. Baltik dənizi
sahillərində yaşayan pomoryanların torpaqları zəbt olundu. Laba slavyanlarının da bir
hissəsi tabe olundu. Bundan başqa, polşa feodalları qədim rus torpaqları hesabına öz
torpaq mülklərini genişləndirmək siyasətinə başlamışdılar. İgid Boleslav alman və
macar feodallarının, habelə peçeneqlərin köməyi ilə 1018-ci ildə, əvvəllər dostluq
əlaqələri saxladığı qədim Kiyevi tutdu. Qayıdan baş Qərbi Ukrayna ərazisində olan
Çerven şəhərlərini ələ keçirdi. Polşanın qonşu slavyan ölkələri ilə münasibətlərinin
pisləşməsi təşəkkül etməkdə olan polyak xalqının mənafeyinə zidd idi.
I Boleslavın ölümündən sonra Polşanın daxili və beynəlxalq vəziyyəti pisləşdi.
Feodal münasibətlərinin inkişafı nəticəsində geniş torpaqlar, imtiyazlar ələ keçirib çox
qüvvətlənmiş iri Polşa feodalları mərkəzi hakimiyyətə tabe olmaq istəmirdilər. Feodal
özbaşınalığı artmışdı. Nəhayətsiz müharibələr, daxildə feodal hərc-mərcliyi istismarı
dözülməz etmişdi. Nəticədə 1037-1038-ci illərdə feodal istismarı və katolik kilsəsinə
qarşı az qala bütün ölkəni əhatə edən qüvvətli üsyan baş verdi. Polşa feodalları bu
üsyanı ancaq alman və rus feodallarının hərbi qüvvələrinin köməyi ilə yatıra bildilər.
Lakin feodal hərcmərcliyi dərinləşməkdə idi. Beynəlxalq vəziyyət də Polşa dövləti
üçün əlverişli deyildi. Alman feodalları yenidən fəallaşmış, Çexiya krallığı və qədim
Kiyev dövləti ilə münasibətlər pisləşmişdi. Ölkədə feodal pərakəndə liyi dövrü
başlanırdı.
X FƏSİL

BİZANS (4 — 11-ci əsrlər)

Bizansın ictimai - iqtisadi inkişaf xüsusiyyətləri


Erkən orta əsrlərdə feodal münasibətlərinin meydana gəlməsi və inkişafının bir
sıra problemləri Bizans və ya Şərqi Roma imperiyasının tarixi ilə sıx bağlıdır. Bizans
müstəqil dövlət kimi 4-cü əsrdə meydana gəldi: 395-ci ildə Roma imperiyası iki
hissəyə— Qərbi və Şərqi Roma imperiyasına parçalandı. Şərqi Roma imperiyası
sonralar onun paytaxtı olan Konstantinopolun keçmiş adı ilə Bizans  və ya Vizantiya
adlanmağa başladı. Bizans imperiyası Balkan yarımadası, Egey dənizi adaları, Kiçik
Asiya və Mesopotamiyanı, habelə Cənubi Qafqaz ərazisinin bir hissəsini, Suriya,
Fələstin və Misiri, bundan başqa Krımda, Qara dənizin Qafqaz sahillərində,
Ərəbistanda və Şimali Afrikada bir sıra torpaqları əhatə edirdi. Bizans ərazisində
olduqca müxtəlif xalqlar və tayfalar yaşayırdılar.
Bizans imperiyasının ərazisi ictimai-iqtisadi inkişafına görə hələ Roma
imperiyasının parçalanmasından çox əvvəl imperiyanın qərbindən xeyli fərqlənir,
əlahiddə inkişaf edirdi. Roma imperiyasının şərq torpaqlarında müstəqil Bizans
dövləti yarandıqdan sonra bu ictimai-iqtisadi inkişaf xüsusiyyətləri daha aydın nəzərə
çarpmağa başladı.
Bizansın ictimai-iqtisadi xüsusiyyətlərini müəyyən edən başlıca cəhət onun
ərazisində hələ imperiyanın parçalanmasından çox əvvəl məhsuldar qüvvələrin
yüksək inkişaf etməsi idi. Bu inkişaf erkən orta əsrlərin lap əvvəllərindən başlayaraq
feodal münasibətlərinin meydana gəlməsi ilə əlaqədar olaraq daha da sürətləndi.
Feodal münasibətlərinin inkişafa başladığı dövrdə, bir çox Qərbi Avropa
ölkələrindən fərqli olaraq, Bizans imperiyası ərazisində kənd təsərrüfatı məhsulları
istehsalı yüksək inkişaf etmişdi. Çünki Bizans ərazisinin mühüm hissəsi əkinçilik
mədəniyyətiiin yüksək inkişaf etdiyi qədim Şərq ölkələri idi. Həmin səbəbə görə
burada kənd təsərrüfatı məhsulları istehsalının tənəzzülü Qərbi Roma imperiyası
ərazisinə nisbətən daha gec baş verdi. Bundan başqa, Bizans ərazisində Qərbi Roma
imperiyasındakı kimi iri latifundiya tipli təsərrüfatlar o qədər də inkişaf etməmişdi.
İmperatorun, habelə hakim sülalənin başqa üzvlərinin, kilsə və monastırların geniş
torpaq sahələri vardı. Xırda kəndli təsərrüfatlarının geniş inkişaf etməsi, emfitevzis
tipli, habelə icarə torpaqlarının yayılması Bizans imperiyasında aqrar münasibətlərin
başlıca xüsusiyyətlərindən biri idi. Qul əməyindən geniş istifadə olunan iri
təsərrüfatların deyil, kəndlilərə məxsus xırda torpaq sahibliyinin inkişaf etməsi Bizans
ərazisində kənd təsərrüfatı istehsalının uzun müddət tənəzzül etməməsinin əsas
səbəblərindən biri idi. Qul əməyinə əsaslanan iri təsərrüfatlar geniş yayılmadığına
görə Bizansda quldarlıq münasibətləri də Qərbi Roma imperiyası ərazisində olduğu
qədər inkişaf etməmişdi. Qul əməyindən əsasən Yunanıstan, Suriya, Misir, Kiçik
Asiyanın qərbində və başqa yerlərdə istifadə olunurdu. Onlara pekuli tipli xırda
torpaq parçaları verilmişdi. Bu da Bizans ərazisində qulçuluq münasibətlərinin Qərbi
Roma imperiyasına nisbətən uzun müddət davam etməsinə səbəb oldu. Digər tərəfdən,

Bizans Bosfor boğazının Avropa sahilində qədim yunan şəhəri idi. E.ə. təqribən 660-cı ildə meydana gəlmişdi. Roma
imperatoru Konstantin 330-cu ildə paytaxtı Romadan Bizansa köçürmüşdü. Sonralar bu şəhər onun şərəfi nə Konstantinopol
adlanmışdı. Şərqi Roma imperiyası isə Bizansın adı ilə Bizans imperiyası adlanmışdı.
feodal istehsal üsulunun meydana gəlməsində mühüm rol oynayan təsərrüfat
formalarından biri — kolonat qərbə nisbətən Bizansda daha yüksək inkişaf etmişdi.
Kolonlar mühüm ictimai qrup idilər. Onlar zaman keçdikcə torpağa təhkim olunur,
ictimai vəziyyətlərinə görə təhkimli kəndliyə yaxınlaşırdılar. Beləliklə, Bizansın aqrar
quruluşundakı bu özünəməxsus xüsusiyyətlər burada ictimai-iqtisadi tənəzzülün
Qərbi Roma imperiyasına nisbətən daha gec baş verməsinə, quldarlıq
münasibətlərindən feodalizmə keçid prosesinin ləng, həm də kəskin ictimai-siyasi
toqquşmalar olmadan baş verməsinə səbəb oldu.
Bizans imperiyası ərazisində sənətkarlıq yüksək inkişaf etmişdi. Ölkənin iqtisadi
qüdrətinin təmin olunmasında sənətkarlıq məhsulları istehsalının durmadan tərəqqi
etməsi böyük əhəmiyyətə malik idi. Bizansda müxtəlif cür parçalar, o cümlədən zərif
ipək parçalar toxunur, metal emalı və mədən işləri, şüşə məmulatı və silah istehsalı,
memarlıq, habelə başqa sənətkarlıq və istehsal sahələri tərəqqi etmişdi. Maraqlıdır ki,
bu tərəqqi Qərbi Roma imperiyasının suqutu zamanı, hətta bundan sonrakı dövrdə də
davam edirdi. Bizansda sənətkarlıqdan başqa ticarət, xüsusən xarici ticarət də yüksək
inkişaf etmişdi. Bunun mühüm səbəblərindən biri Bizans imperiyasının Asiya ilə
Avropanı əlaqələndirən çox əlverişli coğrafi mövqedə yerləşməsi idi. Avropa
tacirlərinin Şərq aləmi ilə geniş ticarət əlaqəsi saxladığı Ön Asiya ticarət mərkəzləri
Bizans ərazisində idi. Aralıq dənizini Qara dənizlə əlaqələndi rən Bosfor və Dardanel
boğazları Bizansın əlində idi. Bizansın paytaxtı Konstantinopol Qara dənizdən Aralıq
dənizinə, Asiyadan Avropaya gedən beynəlxalq ticarət yollarının qovşağında olmaqla
Şərqlə Qərb arasında ticarət əlaqələrinin həyata keçirilməsində mühüm rol oynayırdı.
Çox zaman Konstantinopolu Şərqlə Qərb arasında qızıl körpü adlandırırlar. Beləliklə,
Bizansın xarici tiçarət üçün əlverişli coğrafi mövqedə olması ölkədə sənətkarlıq
məhsulları istehsalına, daxili və xarici ticarət əlaqələrinin genişlənməsinə, şəhərlərin
yüksəlişinə müsbət təsir göstərirdi. Bizans imperiyası ərazisində zərif parçalar
toxunan, şüşə, silah, zərgərlik məmulatı emalatxanaları ilə məşhur olan
Konstantinopoldan başqa, İsgəndəriyyə, Antioxiya, Beyrut, Edessa, Smirna, Nikeya,
Fessalonika, Korinf və başqa çox mühüm sənətkarlıq və ticarət mərkəzləri vardı.
Bizans Afrika, Ərəb Şərqi, İran, Orta Asiya, Çin, Hindistan və Seylonla geniş ticarət
əlaqələri saxlayırdı. Bu ölkələrdən Bizans ərazisindəki, xüsusən Ön Asiyadakı ticarət
mərkəzlərinə başlıca olaraq xam ipək, nadir daş-qaş və müxtəlif ədviyyat şeyləri
gətirilirdi. Bizansla Qara dəniz sahili ölkələr, Qafqaz, həmçinin Azərbaycan arasında
da ticarət əlaqələri inkişaf etmişdi. Müxtəlif Şərq ölkələrindən, o cümlədən
Azərbaycandan kətirilən xam ipək Bizansdakı, xüsusən Konstantinopoldakı toxuculuq
emalatxanalarının xammalla təmin olunmasında mühüm rol oynayırdı. Bizans tacirləri
nadir Şərq mallarının bütün Avropada yayılmasında vasitəçilik edir, bundan böyük
qazanc götürürdülər. Bizansdan xarici ölkələrə yerli istehsal məhsulları olan şüşə və
zərgərlik məmulatı, ipək və yun parçalar, hazır paltar və s. ixrac olunurdu.
Sənətkarlıq məhsulları xüsusi emalatxanalarda — erqasteriyalarda istehsal
olunurdu. Ayrı-ayrı sahibkarlara, o cümlədən imperatorun özünə və saray əyanlarına
məxsus olan bu emalatxanalarda qul əməyi geniş tətbiq olunurdu. Erqasteriyalarla
yanaşı, azad sənətkar əməyinə əsaslanan xırda sənətkar birlikləri də meydana gəlirdi.
Dövlət sənətkar emalatxanalarından böyük gəlir götürürdü. Beləliklə, sənətkar lığın,
ticarət və şəhərlərin yüksək inkişafı Bizansı Qərbi Roma imperiyasından fərqləndirən
mühüm xüsusiyyətlərdən biri idi. Bu cəhət Bizans imperiyasının iqtisadi və hərbi-
siyasi qüdrətinin nisbətən uzun müddət davam etməsində mühüm rol oynamışdı.

Dövlət, din və təriqətlər


Qərbi Roma imperiyasından fərqli olaraq Şərqdə vahid, mərkəzləşmiş dövlət öz
siyasi qüdrətini, demək olar ki, bütün erkən orta əsrlər boyu saxladı. Burada imperator
hakimiyyəti də nisbətən güclü idi. İmperator hakimiyyəti qeyri - məhdud idi. Bununla
belə, imperator müəyyən qədər senat, konsistori (dövlət şurası) və dimlərlə
hesablaşmağa məcbur idi. Dimlər  Bizans şəhərlərindəki azad vətəndaşların siyasi
birlikləri idilər. Bizans imperatoru kilsə ilə daha çox hesablaşırdı. Şişkinləşmiş dövlət
aparatı, Bizansın hərbi qüvvələri zəhmətkeş əhalidən alınan müxtəlif vergilər hesabına
saxlanılırdı. Əsas vergilərdən biri ölkənin bütün əkinçi əhalisindən məhsulla, bəzən də
pulla alınan annona idi. Şəhər və kənd əhalisi müxtəlif vergilərdən başqa, çoxlu
mükəlləfiyyətlər də yerinə yetirirdi.
Bizans ordusu Qərbi Roma imperiyasının hərbi qüvvələriinə nisbətən daha az
«barbarlaşmışdı». Yəni müxtəlif «barbar» tayfalarından muzdla tutulmuş əskərlər bu
orduda Qərbi Roma imperiyasında olduğu qədər çox deyildilər. Bu, Bizans hərbi
qüvvələrinin mühüm xüsusiyyəti idi. Bu cəhət dövlətin hərbi qüdrətinə müsbət təsir
göstərirdi. Bizans ordusunun xeyli hissəsi ölkənin azad əhalisi içərisindən toplanan
əsgərlərdən ibarət idi.
Xristian kilsəsi qulların, kolonların, ümumiyyətlə, şəhər və kənd əhalisinin geniş
təbəqələrinin istismarında hakim sinfə yaxından kömək edirdi. Din təşəkkül et məkdə
olan hakim sinfin və onun dövlətinin məfkurə dayağı idi. Bizans kilsəsi, Roma katolik
kilsəsindən fərqli olaraq, imperator hakimiyyətin dən asılı idi. Bu, Bizans kilsəsinin
mühüm xüsusiyyəti idi. Bundan başqa Konstantinopol patriarxı xristian aləminə
başçılıq etmək üstündə Roma papası ilə kəskin rəqabət aparırdı.
Din hakim sinfin ancaq məfkurə dayağı olaraq qalmırdı. Bizans kilsəsi çoxlu
torpaq mülkləri ələ keçirmişdi. Burada kolonlar, xırda icarədarlar, qullar
amansızcasına istismar edilirdilər. Ruhanilər eyni zamanda qul əməyinə əsaslanan
çoxlu sənətkar emalatxanalarına malik idilər. İmperator hakimiyyətindən çoxlu
güzəştlər qopara bilmiş ali ruhanilər iri torpaq sahibi kimi, emalatxana sahibi kimi,
eyni zamanda bilavasitə istismarçı idilər.
Dinin sosial-sinfi təbiəti gücləndikcə, kilsə ilə hakim sinif və onun dövləti
arasındakı ittifaq dərinləşdikcə xristian dinində müxtəlif təriqətlər meydana gəlməyə
başladı. Dini təriqətlər, sadəcə olaraq, xristianlığın ayrı-ayrı ehkamlarına qarşı çevril -
məmişdi. Bu, əslində, hakim sinfə və onun məfkurə dayağına qarşı istismar olunan
kütlələrin ictimai narazılığı idi. Ariçilik, monofizitlik, nestorçuluq və başqa təriqətlərin
arxasınça geniş xalq kütlələrinin getməsi bununla izah olunur. Digər tərəfdən, dini
təriqətlər Bizans imperiyasının əsarətdə saxlanılan xalqları içərisində daha geniş
yayılmışdı. Bu baxımdan təriqətlər müəyyən mənada xalq azadlıq hərəkatı xarak teri
daşıyırdı. Bəzi təriqətlər, açıq-aşkar hakim kilsədən ayrılmağa çalışırdılar. Bu,
imperiyanın ayrı-ayrı xalqlar yaşayan müxtəlif yerlərinin müstəqilliyə can atmasının


Dim—yunança «d e m o s», yəni x a l q sözündəndir.
dini ifadəsi idi.
Hakim kilsəyə və istismara qarşı çevrilmiş təriqətlərə aman sız divan tutulurdu.
Təriqətçilər bidətçilikdə təqsirləndirilir, təqib olunurdular. Təriqətlərə qarşı
mübarizədə kilsəni hakim sinif və onun dövləti müdafiə edirdi.

«Nika» üsyanı
İstismar kəskinləşdikcə ona qarşı sinfi mübarizə də şiddətlənirdi. Təriqətçilərə
qarşı ən amansız cəza tədbirləri də heç bir nəticə vermirdi. Ağır vergilər,
mükəlləfiyyətlər əhalinin getdikcə daha geniş dairələrinin narazılığına səbəb olurdu.
Bu isə yeni, daha qüvvətli xalq hərəkatlarına səbəb olurdu. Belə üsyanlardan biri də
532-ci ildə Konstantinopolda, sirkdə baş ver mişdi. Məsələ burasında idi ki, sirk
oyunları Konstantinopolda olduqça izdihamlı keçirdi. Çoxlu tamaşaçı iştirak edən sirk
həm də ictimai-siyasi mübarizə mərkəzi idi. Müxtəlif mənafeyi olan ictimai qruplar
burada görüşür, mübahisə edirdilər. Bundan başqa, xalq məhz burada tamaşaya
gəlmiş imperatorla görüşə və ona öz tələblərini verə bilərdi. Üsyan ərəfəsində ayrı-ayrı
ictimai qruplar müxtəlif sirk partiyalarında birləşmişdilər. Bu partiyalardan ikisi —
«mavilər» (venetlər) və «yaşıllar» (prasinlər) daha böyük nüfuza malik idilər.
«Mavilər» senator aristokratiyası və iri torpaq sahiblərinin partiyası idi. «Yaşıllar»
partiyasına isə tacirlər və sənətkar emalatxanalarının sahibləri başçılıq edirdilər. Bütün
sirk partiyaları, o cümlədən «mavilər» və «yaşıllar» şəhər əhalisinin aşağı təbəqəsi ilə
əlaqədar idilər.
«Nika» üsyanının başlanmasında sirk partiyaları arasında, xüsusən «mavilər»lə
«yaşıllar» arasında ziddiyyətlərin kəskinləşməsi də müəyyən rol oynadı. Hər iki
partiya dini əlamətə görə də qruplaşmışdı. «Mavilər» ortodoksal dini təlim —
pravoslavlıq tərəfdarı idilər. İmperator Yustinian bu partiyanın tərəfdarı idi. «Yaşıllar»
isə monofizitlər təriqətini müdafiə edirdilər. Üsyan ərəfəsində «yaşılların» təqib
olunması daha da artmışdı. Bu isə 532-ci il yanvarın 11-də Konstantinopol sirkində
«yaşılların» üsyanına səbəb oldu. Mərkəzi hakimiyyətin ağır vergi siyasətindən təngə
gəlmiş şəhər yoxsulları, o cümlədən «mavilər» partiyasının aşağı dairə ləri də üsyana
qoşuldular. Üsyançılar «Nika» — «qalib gəl» çağırışı ilə əyanların imarətlərini,
hökumət binalarını dağıtmağa başladılar. Üsyan geniş vüsət aldı. Yustinian
paytaxtdan qaçmaq qərarına gəldi. Lakin imperator arvadı Teodoranın qərarı ilə bu
qərarından daşındı. hökumət qoşunları üsyançılara hücum etdi. Elə bu zaman ictimai
tərkibcə rəngarəng olan üsyançılar içərisində parçalanma baş verdi. Sirkin binası
mühasirə olundu. Silahsız xalqa divan tutuldu. 30 min nəfərə qədər adam tələf edildi.
Üsyançılar ağır məqlubiyyətə uğradılar. Hakim sinfin mövqeyi daha da möhkəmləndi.
Yustinian və onun mürtəce rejimi xalq hərəkatına qarşı hücuma keçdi.

Bizans Yustinianın hakimiyyəti illərində


İmperator Yustinianın (527-565) hakimiyyəti dövründə Bizans imperiyası daha da
möhkəmləndi. Onun daxili və xarici siyasəti keçmiş Roma imperiyasının bütün
torpaqlarını ələ keçirib vahid, qüdrətli qədim Roma imperiyasını yenidən dirçəltməyə
yönəlmişdi. O, qədim Roma imperiyasını ancaq ərazicə bərpa etməyə çalışmır, həm də
quldarlıq münasibətlərini yenidən hakim istehsal üsuluna çevirməyə çalışırdı. O dövr
üçün nisbətən mütərəqqi olan feodal münasibətlərinin aradan qaldırılmasına və
vaxtını keçirmiş köləlik rejiminin bərpasına yönəldiyi üçün Yustinianın siyasəti
olduqca mürtəce xarakterə malik idi.
İmperator Yustinian məqsədinə nail olmaq üçün, əvvəlcə Bizans imperiyasını
daxilən möhkəmləndirdi. Xalq hərəkatına, həmçinin mərkəzi hakimiyyətdən narazı
ictimai qruplara amansız divan tutdu. Bundan başqa, imperiyanın daxilən
möhkəmləndirilməsində mövcud ictimai münasibətlərin qanuniləşdirilməsinin
mühüm rolu oldu. Çünki Yustinianın dövründə artıq keçmiş quldarlıq
münasibətlərinin əvəzində yeni feodal munasibətləri meydana gəlməkdə idi. İctimai-
iqtisadi munasibətlərdə meydana gəlmiş bu dəyişiklik hüquq normalarında da öz
əksini tapmalı idi. Yeni yaranmaqda olan ictimai qrupların cəmiyyətdəki mövqeyi,
hakim sinfin ictimai-iqtisadi mənafeyi qanunla təsbit olunmalı idi. İnkişafın özü
mövcud qanunvericilikdə əsaslı dəyişiklik yaradılmasını tələb edirdi. Bu məqsədlə
imperator Yustinian dövrün ən məşhur hüquqşünaslarından ibarət bir komissiya
yaratdı. Bu komissiya 528-534-cü illər ərzində, keçmiş Roma hüququnu əvvəldən-
axıradək əsaslı şəkildə təhlil etmək nəticəsində «Mülki hüquq külliyyatı» hazırladı.
Həmin külliyyat üç hissədən ibarət idi. Birinci hissə «Yustinian məcəlləsi» adlanırdı.
Bu hissə 12 kitabdan ibarət idi. Buraya Adriandan Yustiniana qədər Roma
imperatorlarının mülki məsələlərə dair ən mühüm fərmanları daxil edilmişdi. «Mülki
hüqüq külliyyatının» ikinci hissəsi 50 kitabdan ibarət idi. «Digestlər» və ya
«pandektlar» adlanan bu hissədə məşhur Roma hüquqşünaslarının fikirləri
cəmlənmişdi. Üçüncü hissə «İnstitusiyalar»dan ibarət idi. Sonralar Yustinianın
hakimiyyəti illərində verilən butün qanunlar da bir yerə toplanıldı və «Mülki hüquq
külliyyatının» dördüncü hissəsini təşkil etdi. İmperator Yustinianın qanunlarından
ibarət olan bu hissə «Novellalar», yəni «Yeni qanunlar» adlanırdı.
Yustinian dövrünün qanunvericiliyi Bizans imperiyası ərazisində feodalizm
formasiyasının inkişafa başladığını və bu yeni mütərəqqi ictimai-iqisadi münasibətlərə
qarşı vaxtını keçirmiş quldarlıq quruluşunun mübarizəsini əks etdirirdi. Bundan
başqa həmin qanunvericilikdə imperator hakimiyyətinin qeyri-məhdud olması,
dövlətin kilsə ilə sıx ittifaqı, təriqətçilərin təqib edilməsi siyasəti də geniş əks
olunmuşdu. Yustinian qanunlarından məlum olur ki, quldarlıq münasibətlərinin
böhranı ilə əlaqədar olaraq qullar qanunla azadlığa buraxılır, onlara pekuli adlı xırda
torpaq parçaları verilir, azad icarədarlar mühüm ictimai qrupa çevrilməyə başlayır,
kolonat bir təsərrüfat forması kimi hüquqi cəhətdən də qanuniləşdirilir. Sənət karlıq
məhsulları istehsalı və ticarət sahəsində xüsusi mülkiy yətin qorunması və daha da
inkişafını əks etdirən qanunlar bir tərəfdən həmin dövrdə şəhər həyatının tərəqqi
etdiyini göstərirsə, digər tərəfdən, sənətkar və tacir birliklərinin döv lət tərəfindən
himayə olunduğunu sübut edir. Roma hüququ əsasında xüsusi mülkiyyət huququnun
əsaslandırılması və qorunması Yustinianın «Mülki hüquq külliyyatı»nın mühüm
xüsusiyyəti idi. Məhz buna görə də Yustinian qanunları Bizansda feodalizmin
inkişafına təkan verdi. İmperator hakimiyyətini daha da möhkəmləndirdi.
Yustinian qəsbkar xarici siyasət yeridirdi. O, Roma imperiyasını və imperiya
ərazisində quldarlıq quruluşunu bərpa etməyə çalışırdı. Bizans qoşunları Velisarinin
başçılığı altında 534-cü ildə Vandal-Alan krallığını aradan qaldırdı. Şimali Afrika
ərazisi Bizansa qatıldı. Bundan sonra Bizans qoşunları Ostqot krallığına qarşı İtaliyaya
hücum etdilər. 536-cı ildə Velisarinin başçılıq etdiyi Bizans hərbi qüvvələri Romanı ələ
keçirdilər. Lakin quldarlıq qaydalarını bərpa edən Bizans ağalığına qarşı dərhal Şimali
Afrikada və İtaliyada xalq hərəkatı başlandı. Şimali Afrika üsyançılarının müqaviməti,
böyük çətinliklə, 6-cı əsrin 40 - cı illərinin sonunda qırılsa da, İtaliyada azadlıq
mübarizəsi uzun zaman davam etdi. Bizans qoşunlarına qarşı hərbi əməliyyata Ostqot
kralı Totila (541-552) başçılıq edirdi. Yadellilərə qarşı azadlıq müharibəsində qullar,
kolonlar, azad torpaq sahibləri fəal iştirak edirdilər. Bu ictimai qruplara arxalanan və
onların mənafeyinə uyğun siyasət yeridən Totila Bizans qoşunları üzərində parlaq
qələbələr qazandı. O, Romanı azad etdi (546) və ölkənin çox hissəsini öz hakimiyyəti
altına keçirdi. Lakin Ostqot kralının müvəffəqiyyətləri uzun sürmədi. İri torpaq
sahibləri, o cümlədən Ostqot və Roma əyanları Totiladan üz döndərdilər. Onun ardıcıl
olmayan siyasəti geniş xalq kütlələrini də azadlıq hərəka tından uzaqlaşdırdı. Nəticədə
sərkərdə Narsesin başçılığı ilə 552-ci ildə İtaliyaya hucum etmiş yeni, daha qüvvətli
Bizans hərbi qüvvələri Totilanın qoşunlarını. darmadaqın etdilər. Ostqot krallığı
aradan qaldırıldı. Siciliya, Sardiniya və Korsika adaları da daxil olmaqla İtaliya
tamamilə Bizansın hakimiyyəti altına keçdi (555).
Yustinian Vestqot krallığını aradan qaldırmaq məqsədi ilə İspaniyaya da qoşun
göndərmişdi. Bizans hərbi qüvvələri bu barbar dövlətini aradan qaldıra bilməsələr də,
Pireney yarımadasının cənub-şərqini zəbt etdilər. Balear adaları da ələ keçirildi.
Bundan başqa Adriatik dənizi sahilindəki Dalmasiya da Bizansa qatıldı. İşğal olunmuş
bütün bu ərazilərdə keçmiş Roma quldarlarının torpaqları özlərinə qaytarıldı.
Azadlığa buraxılmış qullar, kolonlar, xırda icarədarlar yenidən kölə vəziy yətinə
salındılar. Beləliklə, Bizans ağalığı ancaq yadelli əsarəti mənasında deyil, həm də
vaxtını keçirmiş quldarlıq qaydalarının bərpası mənasında da mürtəce xarakterə malik
idi. Elə buna görə də Yustinianın həyata keçirdiyi istilalar möhkəm deyildi.
Yustinianın hakimiyyəti illərində Bizansla Sasanilər arasında da uzunsürən
müharibə baş verdi. Bizans—Sasani müharibələrinin (540-562) mühüm səbəbi hər iki
ölkənin Çin ipəyi, Hindistan ədviyyatı və başqa Şərq malları ilə ticarətdə vasi təçiliyi
ələ keçirməyə çalışması idi. Bizans Cənubi Qafqaz ərazisini ələ keçirmək üstündə də
Sasanilərlə rəqabət aparırdı. İran bu müharibədə qalib gəlsə də, çoxdankı arzusuna —
Qara dəniz və Aralıq dənizinə çıxış yolu əldə etməyə nail ola bilmədi.

Bizans imperiyası və slavyanlar


Qərbi Roma imperiyası kimi Bizans da müxtəlif «barbar» tayfalarının
hücumlarına məruz qaldı. Bizans qoşunları uzun müddət vestqotlar, hunlar, avarlar,
slavyanlar, bulqarlar və başqa tayfaların Bizans imperiyasının ərazisinə hücumlarının
qarşısını almağa çalışdı.
Bizans imperiyasına tez-tez hücum edən «barbar» tay falarından ən başlıcası
slavyanlar idi. Slavyanlar Bizansın ictimai-iqtisadi, habelə siyasi tarixində mühüm rol
oynamışdılar. Əgər Qərbi Roma imperiyası ərazisində feodalizm ictimai-iqtisadi
formasiyasının inkişafına müxtəlif qədim alman tayfaları təkan vermişdilərsə, Şərqi
Roma imperiyası ərazisində feodal münasibətlərinin inkişafı bilavasitə slavyanlarla
əlaqədardır.
Slavyan tayfalarının Şərqi Roma imperiyası ərazisinə hücumları 5-ci əsrin
sonlarından başlanmışdı. Lakin bu tayfalar Bizans imperiyası ərazisinə 6-cı əsrin
ortalarından başlayaraq intensiv surətdə hücum etməyə başlamışdılar. Məhz buna
görə də 6-cı əsrə və bundan sonrakı dövrlərə aid Bizans mənbələrində slavyanlar
haqqında maraqlı məlumatlara təsadüf olunur. Bizans muəllifləri Şərqi Roma
imperiyası ilə təmasda olan müxtəlif slavyan tayfalarını slavinlər adlandırırdılar.
Slavyan tayfalarının Bizans ərazisində məskən salması ilə burada feodalizm
cəmiyyəti üçün xarakterik olan məhsuldar qüvvələrin inkişafı sürətləndi. Bu da
təsadüfi deyildi. Çünki slavyan tayfaları dövrünə görə yüksək əkinçilik mədəniyyətinə
malik idilər. Bunu, hər şeydən əvvəl, slavyanların yaşadıqları ərazilərdə aparılmış
arxeoloji qazıntılar sübut edir.
Slavyanlarda əkinçiliklə yaiaşı, maldarlıq, balıqçılıq, ovçuluq, ibtidai arıçılıq və
bir çox başqa təsərrüfat sahələri də inkişaf etmişdi. Bundan başqa, slavyanlar, metal
emalı, zərgərlik, dulusçuluq və digər sənətkarlıq sahələri ilə də məşğul olurdular.
Slavyanlar qonşu tayfalar və xalqlarla müəyyən xarici ticarət əlaqələrinə də malik
idilər.
6-cı əsrdə, Bizans imperiyası ərazisinə hücum edərkən slavyan tayfaları nəsli
münasibətlərin süqut etməkdə olduğu mərhələdə idilər. Əmlak fərqlərinin meydana
gəlməsi ilə əlaqədar olaraq ictimai təbəqələşmə də başlanmışdı. Əyanların nüfuzu
getdikcə artır, tayfa başçılarının hakimiyyəti irsi keçməyə başlayır, ilk tayfa birlikləri
yaranırdı. Beləliklə, Bizans imperiyası ərazisinə hücum edən və burada məskən salan
slavyan tayfalarında 6-7-ci əsrlərdə antaqonist siniflərin və dövlətin msydana gəlməsi
prosesi gedirdi. İctimai-iqtisadi inkişafın bu mərhələsində olan slavyan tayfaları
Bizans imperiyası ərazisində feodal istehsal münasibətlərinin inkişafını
sürətləndirdilər. İmperator Yustinianın hakimiyyəti illərində Bizans qoşunları
slavyanların hücumlarını çətinliklə dəf edə bilsələr də, sonralar bu mümkün olmadı.
Müxtəlif slavyan tayfaları imperiya ərazisnidə məskən salmağa başladılar. Bizans
imperiyası ərazisində slavyan dövlətləri meydana gəldi.

Sosial böhranın dərinləşməsi


Slavyan tayfalarının hücumları zamanı Bizansda sosial böhran daha da
dərinləşmişdi. İmperiya daxili tənəzzül dövrü keçirirdi. Kənd təsərrüfatı, sənətkarlıq,
ticarət süquta uğrayır, şəhər həyatı ölgünləşirdi. Dağılmaqda olan quldarlıq
formasiyasının içərilərində onu əvəz edəcək yeni sinifli cəmiyyətin — feodalizmin
rüşeymləri sürətlə inkişaf edirdi. Bu, hər şeydən əvvəl, feodal istehsal üsulu üçün
xarakterik istehsal münasibətlərinin meydana gəlməsində özünü göstərdi. Qul
əməyinə əsaslanmayan iri torpaq sahibliyi meydana gəlirdi. Bu torpaqlarda azadlığa
buraxılmış keçmiş qullar, müxtəlif asılılıq dərəcəsində olan əkinçilər işləyirdilər.
Beləliklə, feodalizm cəmiyyətinə xas olan istehsal münasibətləri təşəkkül etməkdə idi.
İri torpaq sahiblərinin təsərrüfatlarında istismar olunan kütlələrin sinfi
mübarizəsi quldarlıq cəmiyyətinin böhranını daha da dərinləşdirdi. Bu dövrün ən
xarakterik üsyanlarından biri 602-ci ildə baş verdi. Orduda baş verən bu üsyana Foka
başçılıq edirdi. O, özünü imperator elan edib mübarizəyə qalxmış xalq kütlələrinin
köməyi ilə Konstantinopolu aldı. İmperator Mavriki edam olundu. Lakin Foka
hakimiyyəti uzun müddət əldə saxlaya bilmədi. O, 610- cu ildə hakimiyyətdən salınıb
edam edildi. Bizans taxtını İrakli (610—641) ələ keçirdi. İrakli feodallaşmaqda olan
əyalət əyanlarının nümayəndəsi idi.
Bizansda Romadan qalma ənənələrin süqutunda xarici siyasət sahəsindəki
uğursuzluqların da az rolu olmamışdı. Daxili tənəzzül dövrü keçirən Bizans
imperiyası xarici hücumlara tab gətirə bilmir, ərazicə getdikcə məhdudlaşırdı.
Şimaldan tez-tez ölkəyə hücum edən slavyanlar 6-cı əsrin sonlarından etibarən Bizans
ərazisində, xüsusən Balkan yarımadasında möhkəmlənməyə başladılar. 7-ci əsrin
əvvəllərində artıq müxtəlif slavyan tayfaları Frakiya, Makedoniya, Yunanıstan,
Dalmasiya, İstriya və imperiyanın başqa yerlərində məskən salmışdılar. 7-ci əsrin
ortalarında artıq slavyanlar bütün Balkan yarımadasına yayılmışdılar. Çox keçmədən,
7-ci əsrin 70-ci illərində, burada Bolqarıstan dövləti meydana gəldi.
Bizans imperiyası şərqdə də çox əhəmiyyətli torpaqlarını itirdi. Bizans
imperatorları, Qara dənizə və Aralıq dənizinə çıxış yolu əldə etməyə çalışan
Sasanilərin hücumlarını dəf etsələr də, şərqdəki torpaqları uzun müddət əldə saxlaya
bilmədilər. Bizans imperiyası Şərqdə yeni, daha təhlükəli rəqiblə qarşılaşdı; ərəb
qoşunları 636-642-ci illər ərzində, o zaman Bizansa məxsus rlan Suriya, Fələstin və
Misiri, habelə Mesopotamiyanın bir hissəsini ələ keçirdilər. 7-ci əsrin sonlarında—
693-698-ci illərdə isə ərəblər Bizans imperiyasının Şimali Afrikadakı torpaqlarını da ələ
keçirdilər. İqtisadi və mədəni cəhətdən yüksək inkişaf etmiş şərq vilayətlərinin
itirilməsi Bizansın tənəzzülünü daha da sürətləndirdi. Hindistan və Çinlə, habelə İran
və Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin zəifləməsi müxtəlif sənətkarlıq
sahələrinin süqutuna, şəhər həyatının ölgünləşməsinə səbəb oldu. Beləliklə, xarici
siyasətdəki uğursuzluqlar, tarixən o qədər də böyük olmayan dövr ərzində geniş
ərazilərin itirilməsi Bizaps imperiyasının keçirdiyi daxili tənəzzülü daha da
dərinləşdirdi.
Romadan qalma təsisatların tənəzzulü və feodalizmin inkişafı nəticəsində Balkan
yarımadasında yayılmış, hətta Kiçik Asiyaya belə keçməyə müvəffəq olmuş slavyan
tayfalarınıi mühüm rolu oldu. Roma üçün xarakterik olan iri torpaq sahibliyi getdikcə
aradan qalxır, torpaq üzərində feodal mülkiyyəti yaranırdı. Bu torpaqlarda artıq qul
əməyindən istifadə edilmirdi. Keçmiş quldar dövləti üçün xarakterik olan inzibati
idarə sistemi də dəyişilirdi. Ölkə yeni hərbi-inzibati dairələrə — femlərə bölünürdü.
Hökumət gəlmə tayfalara, xüsusən slavyanlara, habelə yerli azad kəndlilərə hərbi
xidmət müqabilində irsi istifadə üçün torpaq parçaları verib həmin dairələrdə
məskunlaşdırırdı. Beləliklə, stratiotlar adlanan xüsusi hərbi silk yaranırdı. Bu silk
dövlətin mühüm ictimai dayağına çevrilirdi. Torpaq vergisindən başqa bütün qalan
vergilərdən azad olan stratiotlar gələcək hakim feodallar sinfinin formalaşmasında
mühüm rol oynayırdılar. Stratiotlara irsi istifadə üçün verilmiş torpaqlar isə zaman
keçdikcə feodal torpaq mülkiyyətinə çevrilirdi.

«Əkinçilik qanunu»
Bizansda feodal münasibətlərinin meydana gəlməsi prosesini öyrənmək üçün ən
qiymətli mənbə «Əkinçilik qanunu»dur. 8-ci əsrdə tərtib olunduğu güman edilən
«Əkinçilik qanunu» məhkəmə adətlərinin toplusu idi.
«Əkinçilik qanunu»ndan məlum olduğuna görə, 8-ci əsrdə Bizansın ictimai-
iqtisadi həyatında qonşuluq icmaları hələ də mühüm rol oynayırdı. Lakin icma
daxilində əmlak bərabərsizliyinin və ictimai fərqlərin dərinləşməsi üçün əlverişli şərait
yaranırdı: əkinəyararlı torpaqlar, bağlar, üzümlüklər icma üzvləri arasında bölünmüş,
onların xüsusi mülkiyyətinə çevrilmişdi. Bununla belə, formal da olsa kənd icması
onun ərazisində olan bütün torpaqların ali mülkiyyətçisi olaraq qalırdı. Otlaqlar,
meşələr icma uzvlərinin ümumi istifadəsində idi, dövlət vergiləri birlikdə ödənilirdi
və s.
«Əkinçilik qanunu» sübut edir ki, Bizans icmaları daxilində, artıq təbəqələşmə
dərinləşir, antaqonist siniflərin meydana gəlməsi prosesi gedirdi. Azad icma
üzvlərinin bir qismi torpaq paylarını itirib müflisləşir, digər qismi isə öz torpaqlarını
daha da genişləndirərək varlanır, muzdlu əməkdən, hətta qul əməyindən də istifadə
edirdilər. Qeyd etmək lazımdır ki, ayrı-ayrı icmalar daxilində gedən bu proses, yəni
müflisləşən icma üzvünün torpağını satın almaq və ya zəbt etmək bütün ölkə üçün
ümumi hal olmamışdı, ancaq ayrı-ayrı icmalar çərçivəsində mövcud idi.
Kənd icmalarının dağılması prosesi ancaq icmadaxili qanunauyğunluqlar
əsasında getmirdi. İri torpaq sahibləri, ali ruhanilər, kilsələr, monastırlar da öz geniş
torpaq mülklərini icma torpaqlarını zorla zəbt etmək hesabına daha da
genişləndirirdilər. Bunun da nəticəsində icma üzvləri öz azadlıqlarını itirir, iri torpaq
sahiblərindən asılı vəziyyətə düşürdülər.
«Əkinçilik qanunu»nda Bizansın erkən feodalizm dövründəki ictimai-iqtisadi
inkişafının mühüm bir xüsusiyyəti — quldarlıq qalıqlarının nisbətən uzun müddət
davam etməsi məsələsi də lazımınca əks olunmuşdur. Lakin bununla belə, qul əməyi
öz əvvəlki əhəmiyyətini tədricən itirir, asılı kəndlinin əməyi feodal istehsal üsulunun
mühüm ünsürünə çevrilirdi.

İkona əleyhdarları hərəkatı


İkona əleyhdarları (ikonaborçular) hərəkatı Bizans tarixində 8-ci əsrin
əvvəllərindən başlayaraq 10-cu əsrin ortalarına qədər davam etmişdi. İkona
əleyhdarları hərəkatı bir məfkurə forması kimi hakim sinfin ayrı-ayrı qrupları
arasındakı kəskin ziddiyyətlərdən, habelə Bizans imperiyasının müxtəlif yerlərinin
ictimai-iqtisadi inkişaf ənənələrindən doğurdu. Məsələ burasında idi ki, fem islahatı
və bunun nəticəsində hakim sinif içərisində xüsusi hərbçi feodallar qrupunun
meydana gəlməsi, azad kəndlilərdən ibarət yeni qoşunların yaradılması mərkəzi
hakimiyyəti qüvvətləndirdi. Hərbçi feodalların nüfuzu getdikcə artırdı ki, bunlar da
başlıca olaraq Kiçik Asiya əyanlarından ibarət idi. Kiçik Asiya feodalları, hətta öz
nümayəndələri olan Lev İsavrı hakimiyyətə gətirə bildilər. III Lev adı ilə hakimiyyətə
(717-741) başlayan bu Bizans imperatorunun taxta çıxması ilə ölkənin tarixində
İsavrilər adlanan yeni sülalənin (717-867) hakimiyyət dövrü başlandı.
İsavrilərin hakimiyyətə gəlməsi Kiçik Asiya feodallarının mövqeyini daha da
möhkəmləndirdi. Azad kəndlilərdən ibarət fem qoşunlarına arxalanan III Lev
Konstantinopolu bir ilə qədər mühasirədə saxlayan ərəbləri məğlub edə bildi. V
Konstantinin vaxtında (741-775) isə Bizans qoşunları Suriya və Mesopotamiya
istiqamətində hücuma keçib xilafətin qoşunlarını geri oturtdu. Bu hərbçi feodalların
nüfuzunu daha da artırdı. Onlar dövlət idarəçiliyini tamamilə ələ keçirməyə çalışır, ali
ruhanilərə, kilsə və monastırlara məxsus toriaqların bir hissəsinin hərbçi əyanlara
paylanmasını tələb edirdilər. Beləliklə, torpaq və kəndlilərdən alınan vergiləri ələ
keçirmək üstündə hərbçi əyanlarla ruhanilər arasında kəskin mübarizə başlayırdı.
Dövlət idarəçiliyini vaxtı ilə ələ keçirmiş şəhər əyanları da ruhanilərin tərəfindən çıxış
edirdilər. İri ruhanilərin və şəhər əyanlarının müqavimətini qırmağa çalışan isavrilər
hərbçi əyanları fəal müdafiə edirdilər.
Kiçik Asiya feodalları ali ruhanilərə zərbə vurmaq üçün ilk növbədə dində
müyyən islahat keçirilməsini tələb edirdilər. Onlar ikonalara sitayiş olunmasına qarşı
çıxış edirdilər. Allahın, ilahi qüvvənin hər hansı şəkildə təsvir olunması mümgün
olmadığına görə, ikona əlaeyhdarları, ikonalara sitayiş olunmasını bütpərəstliklə, yəni
bütlərə sitayiş olunması ilə bərabər tuturdular. * İsavrilər sülaləsindən olan Bizans
imperatorları ikona əleyhdarları hərəkatına başçılıq edir, ikonalara sitayiş olunmasına
açıqca etiraz edirdilər. İkona əleyhdarları hərəkatının geniş vüsət almasında xalq
kütlələrinin bu hərəkatda iştirak etməsi mühüm rol oynadı. Ali ruhanilər, kilsə və
monastırlara məxsus torpaqlarda işləyən zəhmətkeş kütlələr istismara, zülmə qarşı
mübarizə apararaq ikona əleyhdarları hərəkatında iştirak edirdilər. Onların
mübarizəsi mahiyyətcə tamamilə fərqlənirdi və hakim sinfə qarşı sinfi mübarizə idi.
İkona əleyhdarlarına qarşı mübarizədə ali ruhanilər də tək deyildilər. Onları Roma
papaları müdafiə edirdilər. Papalar bununla İtaliyada Bizans təsirinə zərbə vurmaq
istəyirdilər. Bundan başqa, Konstantinopolda şəhər əhalisinin yuxarı təbəqəsi də
hərbçi əyanların nüfuzunun artmasından narazı idilər. İmperi yanın Avropa hissəsində
yaşayan əhalinin bir hissəsini də ali ruhanilər öz tərəflərinə çəkə bildilər. Beləliklə,
ikona əleyhdarları hərəkatı ümumimperiya miqyaslı bir hadisəyə çevrildi.
İkona əleyhdarları hərəkatından Bizans imperatorları öz hakimiyyətlərini
möhkəmləndirmək üçün istifadə etdilər. İmperator V Konstantin kilsə və monastır
torpaqlarının xeyli hissəsini hərbçi feodallar arasında bölüşdürdü. 754-cü ildə isə
ikonapərəstlər dini vəzifələrdən götürüldülər. İkona əleyhdarları hərəkatı hərbçi
əyanların iqtisadi-siyasi qüdrətini daha da artırdı, ümumiyyətlə, imperator
hakimiyyətinin qüvvətlənməsinə səbəb oldu.

Pavelçilər hərəkatı. Slavyan Foma üsyanı


Feodal münasibətləri inkişaf etdikcə azad icma üzvlərinin asılı hala salınması və
istismarı da güclənirdi. Bu isə xalq kütlələrinin narazılığını artırır, hakim təbəqəyə
qarşı sinfi mübarizəni kəskinləşdirirdi. Xalq öz arzularını, etirazlarını müxtəlif dini
təriqətlərdə geniş iştirak etmək yolu ilə bildirirdi. Mahiyyətcə xalq hərəkatından başqa
bir şey olmayan belə təriqətlərdən biri Kiçik Asiyada geniş yayılmış Pavelçilər və ya
Pavlikianlar hərəkatı idi. Bu təriqətin tərəfdarları, öz ideyalarında kuya, «Apostol
Pavelin nəsihətnaməsi»nə əsaslandıqlarına görə pavelçilər adlanırdılar. Pavelçilər
xristian dininin erkən dövrdəki «bərabərliyə» əsaslanan qayda - qanunlarının bərpa
olunmasını tələb edirdilər. Ehtiyac içərisində və hüquqsuz vəziyyətdə yaşayan xalq bu
«bərabərliyi» dini bərabərlik kimi deyil, ictimai və əmlak bərabərliyi kimi düşünürdü.
Pavelçilərin dualist dini-fəlsəfi görüşlərinə əsasən dünya iki hissədən ibarət təsəvvür

*
Qeyd edək ki, ikona əleyhdarları hərəkatının Bizansın məhz şərq əyalətlərində geniş yayılması təsadüfi deyildi: bütpərəstliyə
qarşı çıxan İslam dininin bu ərazilərdə yaşayan xristianların dini görüşlərinə təsiri böyük idi. Müsəlman Şərqində erkən dövrlərdə
təşəkkül tapmış dini təriqətlərin, o cümlədən hürufiliyin təsiri altında Qərbi Avropada sonralar – XV-XVI əsrlərdə geniş vüsət alan
ikona əleyhdarları hərəkatı protestantlığın müxtəlif qollarının yaranması ilə nəticələndi.
edilirdi: ruhi aləm, yəni ilahi səltənət və ya cənnət; maddi aləm, yəni əcinnələr
səltənəti və ya cəhənnəm. Hakim kilsə, çah-cəlal içərisində yaşayan ruhanilər əcinnələr
səltənətinə aid edilirdi. Pavelçilər sadə, dəbdəbəsiz ibadət tərəfdarı olmaqla ikonalar
əleyhinə idilər. Pavelçilərin «bərabərçilik» ideyaları imperiyanın hər yerində istismar
olunan xalq kütlələri içərisində geniş yayıldı.
Feodal münasibətlərinin inkişafı dövründə baş vermiş qüvvətli antifeodal
hərəkatlardan biri də Slavyan Foma üsyanı idi. 820-ci ildə Kiçik Asiyada başlanan bu
üsyana hərbi femlərdən birinin komandiri, özünü imperator elan etmiş Slavyan Foma
başçılıq edirdi. Üsyanın əsas hərəkətveriçi qüvvəsi təhkimli vəziyyətinə düşməməyə
çalışan kəndlilər, şəhər yoxsulları, stratiotlar, habelə qullar idi. Abbasi Xilafətindən
kömək alan Fomanı imperiyanın Avropa hissəsində yaşayan əhali, xususən slavyanlar
da mudafiə edirdilər.
Geniş xalq kütlələrinə arxalanan Slavyan Foma Konstantinopolu mühasirəyə aldı.
Şəhərin mühasirəsi bir ilə qədər davam etdi. Lakin üsyançılar şəhəri ala bilmədilər.
Çox keçmədən üsyançılar içərisində parçalanma düşdü. Mərkəzi hakimiyyət bundan
istifadə edərək, həmçinin Bolqarıstan çarlığının hərbi yardımı ilə üsyançıları məğlub
edə bildi. Üsyan 823-cü ildə yatırıldı. Üsyançılara divan tutuldu. Foma edam edildi.
Lakin Slavyan Foma üsyanının davamı olan ayrı-ayrı çıxışlar 825-ci ilə qədər davam
etdi.
Slavyan Foma üsyanını çətinliklə yatıra bilmiş hakim sinif bu xalq hərəkatından
sonra öz sıralarını möhkəmləndirdi. hakim sinfin ayrı-ayrı qrupları arasındakı
narazılıq aradan qaldırıldı. Azyaşlı imperator III Mixailin (842-867) anası Teodora 843-
cü ildə ikonalara sitayişi bərpa etdi. Bununla da ali ruhaniləri mərkəzi hakimiyyət
ətrafında toplaya bildi. O, eyni zamanda hərbçi feodalların da mənafeyinə toxunmadı.
Beləliklə hərbçi əyanlarla kilsə arasında barışıq əldə edildi ki, bunun da, ümumiyyətlə,
feodal dövlətinin möhkəmləndirilməsində mühüm rolu oldu.

Feodal münasibətlərinin təşəkkülü


Xalq hərəkatı məğlubiyyətə uğradıqdan sonra feodal münasibətlərinin inkişafı
daha da dərinləşdi. İcma daxilində təbəqələşmə sürətləndi. Azad icma üzvlərinin bir
hissəsi varlanmış keçmiş içma üzvlərindən, digəri isə iri torpaq sahiblərindən asılı
hala düşdülər, torpaqlarından məhrum olundular. İri torpaq sahibləri — dinatlar, hətta
bütöv icmaları belə özlərindən asılı vəziyyətə saldılar. Beləliklə, keçmiş azad icma
üzvlərinin əksəriyyəti asılı hala düşür, pariklərə çevrilirdilər. Asılı kəndlilər olan
pariklərlə yanaşı, hakim feodallar da bir sinif kimi formalaşırdı. Feodalizm
cəmiyyətinin antaqonist sinifləri meydana gəlirdi.
Azad icma uzvlərinin, xüsusən stratiotların müflisləşməsi mərkəzi hakimiyyət
üçün əlverişli deyildi. Həmin ictimai qruplardan olan əhalinin iri torpaq sahiblərindən
asılı hala düşməsi, əslində dövlətə vergi verən və hərbi xidmət göstərən əhalinin
azalması demək idi. Buna görə də, dövlət xəzinəsinin boşalması və stratiot
qoşunlarının azalması təhlükəsindən narahat olan Bizans imperatorları azad icma
üzvləri və stratiotların müflisləşməsinin qarşısını almaq məqsədi ilə 9-cu əsrin ikinci
yarısından başlayaraq 10-cu əsrin sonlarına kimi bir çox fərmanlar verdilər. Lakin
feodalizm cəmiyyətinin mahiyyətindən doğan bu ictimai-iqtisadi prosesin qarşısı
alınmaz idi. Feodal münasibətləri dərinləşdikcə cəmiyyətin ictimai-iqtisadi mənzərəsi
də dəyişir, müxtəlif ictimai qruplardan olan əhali başlıca olaraq iki qütbdə qruplaşırdı.
Bu qanunauyğun prosesin gedişində azad icma üzvlərinin və stratiotların əksəriyyəti
asılı kəndlilərə, bir qismi isə iri torpaq sahiblərinə çevrilirdi. Bu isə mərkəzi
hakimiyyətin hərbi və iqtisadi cəhətdən zəifləməsinə, iri torpaq sahiblərinin, xüsusən
əyalət hakimlərinin qüvvətlənməsinə səbəb olurdu. Bizans imperatorları iri torpaq
sahiblərinin, əyalət əyanlarının əlində oyuncağa çevrilməmək üçün normanlar,
slavyanlar, ərəblər və başqa xalqlardan toplanmış muzdlu qoşuna arxalanırdılar.
Beləliklə, 11-ci əsrin sonları və 12-ci əsrin əvvəllərində Bizansda feodal istehsal üsulu
artıq qalib gəlmişdi.
Feodal münasibətlərinin inkişafının gedişində şəhər həyatında də bəzi keyfiyyət
dəyişiklikləri baş verdi. Bir çox yeni şəhərlər yarandı. Qədim dövrdən qalmış şəhərlər
isə orta əsr sənətkarlıq və ticarət mərkəzlərinə çevrildilər. Ölkənin paytaxtı
Konstantinopol şəhəri, əvvəllərdə olduğu kimi, yenə də Bizansın iqtisadi həyatında
mühüm rol oynayır, Avropa—Asiya ticarət əlaqələrində vasitəçilik edirdi. 10-cu əsrin
əvvəllərinə aid «Eparxın kitabı» Konstantinopolda sənətkarlıq və ticarətin yüksək
inkişaf etdiyini göstərir. Şəhər bələdiyyə idarəsi rəisinin — eparxın göstərişlərindən,
qərarlarından ibarət olan bu qiymətli mənbədən aydın olur ki, Konstantinopolun əsas
əhalisi olan sənətkar və tacirlər xüsusi korporasiyalarda birləşmişdilər. Sənətkar və
tacir birlikləri — korporasiyaları müəyyən imtiyazlara malik idilər. Tacir birliklərinin
imtiyazları daha geniş idi. Ümumiyyətlə, sənətkar və tacir korporasiyalarının
fəaliyyəti dövlətin himayəsi və nəzarəti altında idi.
Feodal münasibətləri inkişaf etdikcə dövlət aparatında da müəyyən dəyişikliklər
yaranırdı. Bizans imperiyası artıq təşəkkül etməkdə olan hakim feodallar sinfinin
dövlətinə çevrilmişdi. Lakin bəzi başqa Avropa ölkələrindən fərqli olaraq, Bizansda
imperator hakimiyyəti daha kamil bürokratik aparata malik idi. 11-ci əsrdə Bizansda
dövlət aparatı olduqca yetkinləşmişdi.
Feodal münasibətlərinin inkişafında kilsə mühüm rol oynayırdı. Roma
papalarından fərqli olaraq Konstantinopol patriarxı tamamilə imperatordan asılı idi. O,
papa kimi dünyəvi hakimiyyətə malik deyildi. Konstantinopol patriarxını əslində Bizans
imperatorları təyin edirdilər. Dinin tamamilə imperator hakimiyyətinin xidmətində olması
Bizans dövlətinin qüdrətini təmin edən əsas amillərdən biri idi. Bundan başqa, Konstantinopol
patriarxı Roma papası ilə rəqabət aparırdı. Bütün erkən orta əsrlər boyu Bizansın və Qərbi
Roma imperiyası ərazisinin, xüsusən İtaliyanın tamamilə fərqli siyasi tarixə məruz qalması
xristian kilsəsinin vahidliyini pozmuş, Roma və Konstantinopol kilsələrinin əlahiddələşməsinə
səbəb olmuşdu. 8-ci əsrdə Roma papaları həm də dünyəvi hakimə çevrildikdə hər iki kilsə
arasında ziddiyyətlər daha da dərinləşmişdi. Şərqi Avropada Bizansın dini təsiri, xüsusən
slavyanların xristianlığı Bizansdan qəbul etməsi Roma papalaranın dünya xristian
monarxiyası yaratmaq siyasətinə ağır zərbə vurdu. Roma və yunan kilsələri arasında getdikcə
kəskinləşən ziddiyyətlər, nəhayət, 1054-cü ildə xristian kilsəsinin iki hissəyə parçalanması ilə
sona yetdi.
XI F Ə S İ L

CƏNUB SLAVYANLARI (6 - 11-ci əsrlər)

Bolqarıstan erkən feodalizm dövründə


Feodalizmin meydana gəlməsi və inkişafı dövründə cənub slavyanlarının ən
qüdrətli siyasi birliklərindən biri Bolqarıstan dövləti idi. Müxtəlif slavyan tayfalarının
Şərqi Roma imperiyası ərazisində məskunlaşdığı dövrdə Bolqarıstan ərazisində başlıca
olaraq antlar, habelə başqa slavyan tayfaları möhkəmləndilər. Əsasən frakiyalılardan
ibarət olan yerli əhali zaman keçdikcə gəlmə slavyan tayfaları ilə qaynayıb-qarışdılar.
Bizans ərazisində məskunlaşma prosesi gedişində slavyanlarda sinfi təbəqələşmə daha
da dərinləşdi. Feodal münasibətlərinin və erkən feodal dövlətinin meydana gəlməsi
prosesi sürətləndi. Bizansla aramsız müharibələr və əsarət altına salınmış yerli əhalini
itaətdə saxlaya bilmək üçün də erkən feodal dövləti yaradılmalı idi. Beləliklə, 7-ci
əsrdə cənub slavyanlarının ilk tayfa birlikləri meydana gəldi. Keçmiş Roma
imperiyasının əyaləti, indiki Bolqarıstan ərazisində olan Meziyada yaranmış tayfa
birliyi bunların ən qüvvətlisi idi.
7-ci əsrin ikinci yarısında Bolqarıstan ərazisində erkən dövlətin meydana gəlməsi
prosesi bu əraziyə türkdilli bulqarlarla slavyanların arasındakı gərgin mübarizə
şəraitində mürəkkəbləşdi. Bu zaman nəsli quruluşun dağılmaqda olduğu inkişaf
dövrünü keçirən türkdilli bulqarlar qüvvətli tayfa birliyinə çevrilmişdi lər. Asparux
xanın (643-701) başçılıq etdiyi bulqarlar Dunayı keçib Bizans imperiyasının ərazisində
möhkəmləndilər və bu zaman Şimali Bolqarıstan ərazisində yaranmış yeddi slavyan
tayfasının birliyini asılı hala saldılar.
Bulqarların Balkan yarımadasına hücumu Bolqarıstan ərazisində feodal dövlətinin
formalaşması prosesində müəyyən iz qoydu. Gəlmə bulqar əyanları təşəkkül etmək də
olan feodal dövlətində hakim rol oynamağa başladılar.
Asparux xanın Bizans qoşunları üzərində qələbələri, felən, Şərqi Roma imperiyası
ərazisində müstəqil Bolqarıstan dövlətinin əmələ gəlməsi demək idi. 681-ci ildə
Asparux xanla sülh müqaviləsi bağlamağa məcbur olan Bizans imperiyası, əslində,
Bolqarıstanın müstəqilliyini tanıdı. Bolqarıstan ərazisində meydana gələn bu erkən
feodal dövləti bulqarların adı ilə Bolqarıstan adlanmağa başladı. Dövlətin paytaxtı
əvvəllər Pliska, sonralar Preslav şəhəri oldu. Bolqarıstan tarixində Birinci Bolqarıstan
çarlığı kimi tanınan bu dövləti bulqar xanı idarə edirdi. Hərbi-siyasi həyatda üstünlük
bulqarların əlində idi. Zaman keçdikcə türkdilli bulqarlar çoxluq təşkil edən
slavyanlarla qaynayıb-qarışdılar, bolqar xalqının təşəkkülündə iştirak etdilər. Erkən
feodal dövləti də əvvəlki təbiətini itirməyə başladı.
Bizans tarixindən məlum olan «Əkinçilik qanunu» (8-ci əsr), «Krım xanın
qanunları» (9-cu əsr) və başqa mənbələrin məlumatlarından aydın olduğu kimi,
Bolqarıstanda feodalizm cəmiyyətinin meydana gəlməsi və inkişafı ümumi
qanunauyğunluqlar əsasında gedirdi. İcma daxilindəki təbəqələşmə nəticəsində azad
icma üzvləri müflisləşir, nəhayət, təhkimli vəziyyətinə düşür, icma torpaqlarının zəbt
olunması hesabına iri feodal torpaq sahibliyi meydana gəlirdi.
Erkən orta əsrlərdə Bolqarıstan əhalisinin əsas məşğuliyyəti əkinçilik idi.
Üzümçülük, bağçılıq və başqa oturaq təsərrüfat sahələri də inkişaf etmişdi. Maldarlıq
iqtisadi həyatda mühüm rol oynayırdı. Bolqarların çox qiymətləndirdikləri at ilxıları
əsasən xana və əyanlara məxsus idi. 9-10-cu əsrlərdə sənətkarlığın kənd
təsərrüfatından ayrılması kimi çox mühüm ictimai əmək bölgüsü prosesi başlandı.
Metal emalı, dulusçuluq, miskərlik, zərgərlik və b. sənətkarlıq sahələri inkişaf edirdi.
Sənətkarlıq və ticarət mərkəzləri olan Pliska, Preslav, Çerven və başqa bu kimi şəhərlər
meydana gəldi. Xarici, habelə daxili ticarətin inkişafı üçün əlverişli şərait yaranırdı.
Bolqarıstan ərazisindən Avropanı Şərqlə əlaqələndirən tranzit ticarət yollarının
keçməsi ölkənin beynəlxalq iqtisadi əlaqələrinə müsbət təsir göstərirdi. Bolqarıstan
şəhərləri Bizansla və onun vasitəsilə Şərq ölkələri ilə, Karolinq imperiyası, Çexiya,
qədim Kiyev dövləti və başqa ölkələrlə ticarət əlaqələri saxlayırdılar. Lakin ölkə
daxilində natural təsərrüfat hökmranlıq edirdi. 13-cü əsrin əvvəllərinədək
Bolqarıstanın öz pulları olmadığından ticarət əlaqələrində Bizans sikkələrindən
istifadə olunurdu.
Feodal münasibətlərinin dərinləşməsi prosesində 8-9-cu əsrlərdə, slavyan və
bulqar əyanlarının hakim mevqeyi möhkəmləndi, hər iki mənşədən olan asılı
kəndlilərin ictimai-iqtisadi vəziyyəti daha da pisləşdi. Xristianlığın qəbulu ilə
kəndlilərin təhkimli halına salınması prosesi, ümumiyyətlə, feodal münasibətlərinin
inkişafı daha da sürətləndi. 9-cu əsr mənbələrində, bolqar cəmiyyətində tez-tez
«dilənçilər»in, yəni torpaq payından əli çıxmış keçmiş icma üzvlərinin olması faktına
təsadüf olunur. «Krım xanın qanunları» varlılardan tələb edirdi ki, «dilənçilər»i
sədəqə ilə deyil, yaşamaq üçün zəruri olan vasitə ilə, daha doğrusu, torpaqla təmin
etsinlər. Beləliklə, müflisləşən icma üzvləri iri torpaq sahiblərinin təhkimlilərinə
çevrilirdilər. Lakin 10-cu əsrdə bu proses hələlik tamamilə başa çatmamışdı. Azad
icma üzvlərinin ictimai-iqtisadi həyatda rolu aradan qalxmamışdı; qul əməyindən də
istifadə olunurdu.
İctimai-iqtisadi inkişaf siyasi həyatda da çox aydın əksini tapmışdı. 7-9-cu
əsrlərdə bütün ölkədə ali qanunverici, icraedici, məhkəmə və dini hakimiyyət xana
məxsus idi. Xanın yanında ən iri hərbçi və ruhani əyanlardan ibarət şura fəaliyyət
göstərirdi. Yerlərdə hakimiyyət tayfa əyanlarına məxsus idi. Tayfa yığıncaqları da
tamamilə aradan qalxmamışdı. Bəhs etdiyimiz dövrdə artıq slavyan əyanları hərbi-
siyasi həyatda da üstünlüyü ələ keçirməyə cəhd göstərirdilər.
Xarici siyasətdə nəzərə çarpan başlıca cəhət Bizansla münasibətlər idi. Şərqi Roma
imperiyasının ərazisində müstəqil Bolqarıstan dövlətinin meydana gəlməsi faktı ilə
razılaşa bilməyən Bizans imperatorları Bolqar dövlətinin varlığına son qoymağa
çalışır, bulqar xanları isə imperiyaya qarşı müvəffəqiyyətlə mübarizə aparır, bəzən
onu bac verməyə də məcbur edirdilər. Məsələn, Krum xanın (803-814) hərbi qüvvələri
Bolqarıstana hücum edən imperator I Nikiforu 811-ci ildə ağır məğlubiyyətə uğratdı.
Bizans imperatoru döyüşdə öldürüldü. Bulqarlar isə Konstantinopolun özünə qədər
hücum etdilər. Lakin şəhərin mühasirəsinə hazırlıq kerüldüyü zaman Krum xanın
qəflətən ölməsi Bizansın paytaxtını təhlükədən xilas etdi. Bu hərbi müvəffəqiyyət
Bolqarıstanda mərkəzi hakimiyyəti daha da möhkəmləndirdi. Bu işdə «Krum xanın
qanunları»nın da mühüm rolu oldu. Bu qanunlar hakim sinfin xüsusi feodal
mülkiyyətini, əslində, qanunla təsbit etmək demək idi. «Krum xanın qanunları»na
əsasən, xüsusi mülkiyyət hüququnu pozanlar, hakim sinfə qarşı çıxış edən kəndlilər
amansız surətdə cəzalandırılmalı idi. Məhkəməyə müraciət edən hər kəs ittihamını,
şikayətini əsaslandırıb sübuta yetirə bilmədikdə edam olunmalı idi. Buradan
göründüyü kimi, həmin qanunlar hakim sinfin mevqeyini, bütövlükdə isə feodal
dövlətini xeyli möhkəmləndirdi.
Bolqar xanları Balkan yarımadasını tamamilə ələ keçirmək məqsədi ilə Serbiya və
Xorvatiyanı fəth etməyə cəhd göstərdilər. Lakin serblər Boris xanı (852-889)
məğlubiyyətə uğratdılar. Boris xan, elə bu zamanlar Böyük Moraviya dövlətinin
qüvvətlənməsindən ehtiyat edərək, məlum olduğu kimi, almaniyalı Lüdoviqlə — Şərqi
Frank krallığı ilə ittifaqa girdi.
Xristianlığın qəbulu da feodal münasibətlərinin və erkən feodal dövlətinin
möhkəmlənməsində mühüm rol oynadı. Hakim sinif, kəndliləri tamamilə təhkimli
halına salmaq və oiları itaətdə saxlamaq üçün bu dinin kütlələr içərisindəki
nüfuzundan istifadə etmək niyyətində idi. Bundan başqa, bütpərəstlik, nə qədər
qüvvətlənsə də, Bolqarıstanın xristian dövlətləri ilə geniş və bərabərhüquqlu
beynəlxalq əlaqələr yaratmasına əngəl törədirdi. Beləliklə, xristianlığın qəbulu üçün
obyektiv tarixi zəmin yaranmışdı. Belə bir şəraitdə Boris xan xristianlıqı qəbul etmək
barədə almaniyalı Lüdoviklə danışıqlar aparırdı. Bundan narahat olan Bizans
imperatoru III Mixail Böyük Moraviya dövləti ilə ittifaqa girib 865-ci ildə Bolqarıstana
hücum etdi. Boris Bizansdan asılı vəziyyətə düşdü, xristianlığı qəbul etdi, Mixail adı
ilə bolqar knyazı oldu. Beləliklə, əhalinin, o cümlədən iri əyanların bir hissəsinin
kəskin müqaviməti şəraitində də olsa, knyaz Boris Mixailin zamanında Bolqarıstanda
xristian dininin pravoslav məzhəbi qəbul olundu. Vahid dinin — xristianlığın qəbulu
feodal münasibətlərinin daha da inkişafında, slavyanlarla türkdilli bulqarların qayna -
yıb-qarışmasında, ölkənin ərazisində vahid mədəniyyətin təşək külü prosesində və
Bolqarıstanın Avropa ölkələri ilə beynəlxalq əlaqələrinin genişlənməsində mühüm
əhəmiyyətə malik oldu.
Birinci Bolqarıstan çarlığının ən qüdrətli çağları Simeonun hakimiyyəti illəri (893-
927) idi. Knyaz Borisin Mixailin kiçik oğlu olan Simeon gəncliyini Konstantinopolda
keçirmiş, dövrünə görə yüksək təhsil almışdı. Bacarıqlı sərkərdə və diplomat olan
Simeon daxildə atasına və xristian dininin yayılmasına qarşı çıxan qüvvələri
sakitləşdirdikdən sonra Bolqarıstanı Balkan yarımadasında birinci dərəcəli dövlətə
çevirmək siyasəti yeritməyə başladı. Bu yolda isə birinci maneə Bizans imperiyası idi.
Beynəlxalq münasibətlərdən məharətlə istifadə edən Simeon Bizans—Macarıstan
ittifaqına qarşı çıxış edib 894-896-cı illərdə bu ittifaqın üzvlərini ayrı-ayrılıqda məğlub
edə bildi. Bizans imperatoru Bolqarıstan çarına xərac verməyə məcbur oldu. Sonralar
Bolqarıstan dövlətinin ərazisi Bizansın içərilərinə doğru daha da genişləndirildi. 919-
cu ildə Simeon özünü «bolqarların və romalıların hökmdarı» elan etdi. Müstəqil
Bolqarıstan patriarxlığı yaradıldı. Bunun da, şübhəsiz ki, Bolqarıstanın dini, eyni
zamanda siyasi müstəqilliyinin möhkəmləndirilməsində böyük əhəmiyyəti vardı.
Bundan başqa, Albaniya, Makedoniya və Serbiya da asılı hala salındı, Bolqarıstanın
ərazisi Qara dənizdən Adriatik dənizinə qədər geniş torpaqları əhatə etdi. Lakin
Simeonun ərəblərlə əlaqəyə girib Konstantinopolu mühasirəyə almaq və beləliklə də,
Bizans imperiyasının varlığına son qoymaq planları baş tutmadı. Çox çəkmədən
Serbiya və Xorvatiyada bolqar əsarətinə qarşı azadlıq mübarizəsi başlandı. Xorvatlar
Bolqarıstan çarı Simeonu məğlubiyyətə uğrada bildilər. Simeonun ölümündən sonra
Bolqarıstan dövlətinin tənəzzülü sürətləndi.
Feodal münasibətlərinin dərinləşməsi, kəndlilərin təhkimli vəziyyətinə salınması
və feodal istismarının şiddətlənməsi Bolqarıstanda xalq kütlələrinin antifeodal sinfi
mübarizəsinə səbəb oldu. Antifeodal hərəkat, sinfi mübarizə burada da dini pərdə
altında gedirdi. Bu da öz əksini «boqomillik» və ya «boqumillik» təriqətinin
yayılmasında tapdı. 10-cu əsrdə yayılan bu təriqətin nümayəndələri və ya boqomilçilər
hər hansı hakimiyyəti qəbul etmir, mükəlləfiyyətləri içra etməkdən imtina edir, varlı
həyatın, feodal müharibələrində iştirak etməyin əleyhinə çıxırdılar ki, bu da açıq-aşkar
təhkimçilik rejiminin bərqərar olmasına qarşı xalq kütlələrinin ictimai etirazından
başqa bir şey deyildi. Onlar xristian dini ehkamlarına qarşı çıxaraq göstərirdilər ki,
dünyanın xəlq olunmasında xeyir qüvvələrlə yanaşı, şər qüvvələr də iştirak etmişlər.
Boqomilçilərin fikrincə, feodal qaydaları, feodal istismarı şər qüvvənin — iblisin əməli
idi. Onlar ikonaların, xristian məbədlərinin, xaça pərəstişin əleyhinə idilər.
Boqomilçilər öz yoxsul icmalarını—qardaşlıqlarını yaratmışdılar ki, belə icmalardan
birinin də başçısı, görünür, yoxsul keşiş Boqomil, ya da Boqumil idi. Feodal dövləti və
hakim kilsənin təqiblərinə baxmayaraq, boqomilçilik bir məfkurə kimi 14-cü əsrə qədər
davam etdi və qonşu Avropa ölkələrində də feodal istismarına qarşı sinfi mübarizədə
yoxsul kütlələrin ictimai narazlığının ifadə olunmasında mühüm rol oynadı.
10-cu əsrin ortalarına doğru Bolqarıstan bir feodal dövləti kimi zəifləməyə
başladı. Bizansa qarşı aramsız müharibələr və daxildə iri feodalların imtiyazlarının
genişlənməsi dövlətin zəifləməsində az rol oynamadı. Şimalda macarlar hərbi-siyasi
cəhətdən təhlükəli qüvvəyə çevrildilər, Serbiya müstəqillik əldə etdi. Bundan başqa,
ölkəyə peçeneqlərin hücumları başlandı. Bolqarıstanla Kiyev dövləti arasında da
münasibətlər pisləşdi. Kiyev dövləti ilə Bizans arasında Bolqarıstanı ələ keçirmək
üstündə uzun sürən müharibələr dövrü başlandı. Bizans—Kiyev rəqabətinin
kəskinləşməsi nəticəsində 1014-cü ildə Şərqi Roma imperiyasının bütun hərbi
qüvvələri imperator II Vasilinin başçılığı altında Bolqarıstana hücum etdilər.
Bolqarıstan dövlətinin hərbi qüvvələri tamamilə darmadağın edildi. Əsir alınmış 14
min bolqar gözləri çıxarılıb vətənlərinə qaytarıldı. 1018-ci ildə Birinci Bolqarıstan
çarlığının varlığına son qoyuldu. Onun ərazisi Bizans imperiyasına ilhaq olundu.
Serbiya
Slavyan tayfalarının Bizans ərazisində məskunlaşması zamanı Balkan
yarımadasının mərkəzi rayonlarını serblər tutdular və yerli illiriyalıları özlərindən
asılı hala saldılar. Zaman keçdikcə illiriyalılar serblərlə qaynayıb-qarışdılar. Balkan
yarımadasında yayılmış serb tayfalarında əkinçilik, xüsusən maldarlıq, habelə arıçılıq,
balıqçılıq, ovçuluq, bir çox sənətkarlıq sahələri, o cümlədən dəmir emalı inkişaf
etmişdi. Balkan yarımadasına yayılma prosesində və bundan sonra feodal
münasibətlərinin formalaşması prosesi gedirdi. Bu prosesin gedişini izləmək üçün
kifayət qədər mənbələr olmasa da, artıq 12-ci əsrdə Serbiyada feodalizmin inkişafı,
demək olar, başa çatmışdı. Bu işdə hələ 9-cu əsrin II yarısında pravoslavlığın qəbulu
mühüm rol oynamışdı. 12-ci əsrin sonlarında Serbiyada boqomilliyin yayılması bu
ərazidə feodallaşma prosesinin başa çatdığını və feodal istismarının kəskinləşdiyini
göstərirdi.
Serbiyada erkən feodal dövlətinin yaranması prosesi ləng gedirdi. Bu, bir
tərəfdən, feodal münasibətlərinin ləng inkişafı və coğrafi şəraitlə əlaqədar idisə, digər
tərəfdən, Bizans və Bolqarıstanın Serbiya uğrunda mübarizəsi ilə əlaqədar idi. Bununla
belə, 8-9-cu əsrlərdə, Serbiyada, ayrı-ayrı knyazlıqların timsalında ilk dövlət birlikləri
yaranmışdı. Lakin Bizans imperiyası və Bolqarıstan dövlətinin istilaçı siyasəti bütün
Serbiya ərazisinin uzun zaman vahid yerli dövlət halında birləşməsinə ciddi əngəl
törətdi. Bu baxımdan Bizans əsarətinə və Birinci Bolqarıstan dövlətinə qarşı azadlıq
mübarizəsi erkən orta əsrlərdə Serbiya tarixinin ən maraqlı səhifələrini təşkil edir.

Xorvatiya
Balkan yarımadasında yaranmış erkən slavyan dövlətlərindən biri də Xorvatiya
idi. Xorvatlar Balkan yarımadasında 6-cı əsrin sonu—7-ci əsrin əvvəllərində məskən
salmışdılar. Bu slavyan tayfalarında da feodal münasibətlərinin meydana gəlməsi və
inkişafı prosesi çox mürəkkəb tarixi şəraitdə gedirdi. 8-ci əsrdə Xorvatiyanın ərazisi
frank istilasına məruz qaldı. Frank istilasına qarşı inadlı mübarizə isə qüvvələr
nisbətinin kəskin qeyri-bərabərliyi şəraitində heç də həmişə uğurla nəticələnmirdi.
9-cu əsrin II yarısına xristian dininin pravoslav məzhəbi nin yayılması
Xorvatiyada feodalizmin inkişafını sürətləndirdi. Karolinq və Bizans imperiyalarına
qarşı azadlıq mübarizəsi müxtəlif xorvat tayfaları arasında hərbi-siyasi birlik
yaradılmasında mühüm rol oynadı. Karolinq dövləti və Bizans imperiyalarının
zəifləməsi ilə 9-cu əsrin ortalarından etibarən Xorvatiyanın müstəqilliyi artdı. 10-cu
əsrdə Xorvatiya Balkan yarımadasının ən qüdrətli dövlətlərindən birinə çevrildi.
Xorvat knyazı Tomislav (910-930) hətta 925-ci ildə Roma papasından kral ləqəbini də
qəbul etdi. Lakin qüvvətli və təcavüzkar qonşuların əhatəsində olan Xorvatiya uzun
müddət güclü, həm də müstəqil dövlət kimi yaşaya bilmədi. Adriatik dənizini öz
daxili gölünə çevirməyə çalışan Venesiya respublikası 1000-ci ildə Dalmasiya
sahillərini ələ keçirdi. Bu isə Xorvatiyanı zəbt edib Adriatik dənizinə çıxış yolu əldə
etməyə çalışan Macarıstan krallığını narazı saldı. Xorvatiya iki xarici təcavüzkarın
rəqabət meydanına çevrildi. Nəticədə, 12-ci əsrin əvvəllərində Xorvatiya Macarıstana
birləşdirildi, müstəqil dövlət kimi aradan qalxdı və 800 ilə qədər Maçarıstanın
tərkibində qaldı.
Beləliklə, cənub slavyanları Şərqi Roma imperiyası ərazisində, xüsusən Balkan
yarımadasında feodal münasibətlərinin meydana gəlməsi və inkişafında olduqca
mühüm rol oynamışdılar.
XRONOLOGİYA

IV əsrin sonu—VI əsr — «Xalqların böyük köçü»—Barbar tayfalarının kütləvi yerdəyişməsi


330 — Roma imleriyası paytaxtının Konstantinopola köçürülməsi
375 — hunların ostqot tayfa birliyinin darmadağın etməsi
378 — Vestqotların Adrianopol yaxınlığında Roma qoşunlarına qalib gəlməsi
395 — Roma imperiyasının Qərbi və Şərqi Roma imperiyalarına parçalanması
Vəsrin başlanğıcı — Şimali Avropada «Aqonistiklər hərəkatı»
V əsrin birinci yarısı — Qalliyada Baqaudlar hərəkatı
410 — Alarixin başçılığı ilə vestqotların Romanı tutması
418—507 — Vestqotların Tuluza krallığı
429—534 — Şimali Afrikada Vandal-Alan krallığı
449 — Anql-saksların Britaniyanın işğalına başlamaları
451 — hunların Mauriak (Katalaun) çölündə məğlub olması
455 — Vandalların Romanı dağıtması
457 — Paytaxtı Lion olan Burqund krallığının yaranması
476 — Qərbi Roma imperiyasının süqutu
481—511 — Xlodviq, Frank kralı
493—555 — İtaliyada Ostqot krallığı
VI əsrin əvvəli — «Salik» qanunları
507 — Puatye döyüşü. Frankların Akvitaniyanı tutması
527—565 — Yustinian, Bizans imperatoru
532 — Konstantinopolda «Nika» üsyanı
534 — Frankların Burqundiyanı işğal etməsi
535—555 — İtaliyada Qot müharibələri
558 — Lanqobardların İtaliyaya basqınlarının başlaması
568 — 774 — İtaliyada Lanqobard krallığı
623—658 — Qərb slavyanlarının Samo dövləti
679—681 — Bolqarıstan dövlətinin yaranması
687 — Frank dövlətində Heristallı Pipinin hakimiyyəti ələ keçirməsi
711—714 — Ərəblərin İspaniyanı tutması
715—741 — Karl Martell, Frank dövlətinin mayordomu
717 — 741 — III Lev İsavr, Bizans imperatoru
718 — İspaniyada Asturiya krallığının
yaranması
726—843 — Bizansda ikona əleyhdarları hərəkatı
732 — Frankların Puatye yaxınlığında ərəblərə qalib gəlməsi
741—768 — Gödək Pipin, Frank mayordomu (751-ci ildən kralı)
756 — Papa dövlətinin yaranması
756 — 929 — İspaniyada Kordova əmirliyi
768—814 — Böyük Karl, Frank kralı (800 -cü ildən imperatoru)
772—804 — Böyük Karlın sakslarla müharibələri
774 — Böyük Karlın Lanqobard krallığını tutması
814—840 — Lüdoviqin hakimiyyəti
820 — 823 — Bizansda Slavyan Foma üsyanı
829 — Anql-saks krallıqlarının vahid İngiltərə krallığında birləşməsi
841—842 — Saksoniyada Stellinq üsyanı
843 — Verden müqaviləsi: Karolinq imperiyasının parçalanması
855 — Lotar dövlətinin parçalanması: İtaliya, Provans və Lotaringiya krallıqlarının
yaranması
867—1057 — Bizansda Makedoniya sülaləsi
867—886 — I Vasili, Bizans imperatoru
871 — 899 — Alfred, İngiltərə kralı
IX əsrin sonu—X əsrin başlanğıcı — Çexiya dövlətinin yaranması
919—936 — I Henrix, Almaniya kralı
919—1024 — Almaniyada sakson sülaləsi
936—973 — I Otton, alman kralı (862-ci ildən imperatoru)
951 —I Ottonun İtaliyaya birinci yüruşü
955 — Lex çayı üzərində döyuş. Alman-çex qoşunlarının maçarları məğlub etmələri
960 — Polşa dövlətinin yaranması
362 — Almaniya kralı I Ottonun Romada imperator elan olunması və Roma imperiyası
adlı dövlətin yaranması
971 — Bizansın Şərqi Bolqarıstanı işğal etməsi
976—1025 — II Vasili Bolqardöyən, Bizans imperatoru
987—1328 — Fransada Kapetinqlər sülaləsi
997—1301 — Maçarıstanda Arpadlar sülaləsi
1000 (təqr.) — Macarıstan krallığının yaranması
1016—1035 — Knut- İngiltərə, Danimarka və Norveç kralı
1018 — Bizansın Bolqarıstanı işğal etməsi
1024—1125 — Almaniyada Frankoniya (Salik) sülaləsi
1030—1091 — Normanların Cənubi İtaliyanı və Siciliyanı tutması
1033 — Burqundiya (Arelat) krallığının Almaniyaya birləşdirilməsi
1037 — İspaniyada Kastiliya krallığının yaranması
1039—1056 — III Henrix, Almaniya imperatoru
1041 — Çexiyanın Almaniyadan asılı hala düşməsi
1042—1066 — Mömin Eduard, İngiltərə kralı
1054 — Xristian kilsəsinin şərq (pravoslav, yunan) və qərb (katolik)kilsələrinə
parçalanması
1056—1106 — IV Henrix, Almaniya imperatoru
1057—1181 — Bizansda Komninlər sülaləsi
1066 — Qastinqs döyüşü: normandiyalı Vilhelmin İngiltərəni işğal etməsi
1066 — 1087 — Fateh I Vilhelm, İngiltərə kralı
1070—1075 — Saksoniya üsyanı
1071 — Malazgird yaxınlığında səlcuqların Bizans qoşunlarını darmadağın etməsi
1073—1085 — Papa VII Qriqori (Hildebrand)
1077 — Kanossada IV Henrixin papa VII Qriqori ilə görüşü
1081—1118 — Aleksey Komnin, Bizans imperatoru
1085 — İspanların Toledonu geri alması
1086 — İngiltərədə «Məhşər kitabı»
1090—1119 — Henrix Qotşalkoviç, vend (obodrit) kralı
1095 — Klermon kilsə məclisi (Cənubi Fransa)
1096 — Kəndlilərin Xaç yürüşü
1096—1099 — Birinci xaç yürüşü
1096—1270 — Xaç yürüşləri
BİBLİOQRAFİYA

Mənbələr:

- Агафий. О царствовании Юстиниана. Пер. М. В. Левченко. M., 1953.


- Византийская книга эпарха Вступ. статья, перев. и коммент. M.Сюзюмова. М .,
1962.
- Иордан. О происхождении и деяниях готов. Вступ. ст., перев. и коммент. Е. Ч.
Скржинской. M., 1960.
- История средних веков. Хрестоматия. Пособие для учителя. В 2 -х частях.
Часть I (V—XV века). Сост. В.Е.Степанова, А.Я.Шевеленко. М., 1988.
- Памятники средневековой латинской литературы IV—IX веков. M., 1970.
- Памятники средневековой латинской литературы X—XII веков М., 1972.
- Песнь о Роланде. M., 1964.
- Прокопий из Кесарии. Война с готами. М., 1950.
- Салическая правда. Перев. Н. П. Грацианского. М., 1950.
- Сборник документов по социально-экономической истории Византии. М.,
1951.
- Симокатта, Феофилакт. История, под ред. Н. В. Пигулевской. M., 1957.
- Хрестоматия памятников феодального государства и права стран Европы. Под
ред. В. И. Корецкого. M., 1961.
- Хрестоматия по истории средних веков. Под ред. Н. П. Грацианского и С. Д.
Сказкина, тт. I—III. M., 1950—1953.
- Хрестоматия по истории средних веков. Под ред акад. С. Д. Сказ кина, тт. I—II.
М., 1961—1963.
- Хрестоматия по истории зарубежной литературы средних веков. Сост. Б. И.
Пуришев и Р. О. Шор. М., 1953.

Ədəbiyyat:

- Lenin V. İ. Xalqçılığın iqtisadi məzmunu və cənab Struvenin kitabında onun


tənqidi.—ƏTK, c. 1.
- Lenin V. İ. Rusiyada kapitalizmin inkişafı.—ƏTK, c. 3.
- Gözəlova Y.H. Bir daha «klassik feodalizm» modeli haqqında - «Tarix və gerçəklik», B.,
2007, I-II cildlər
- Mahmudov Y.M. Azərbaycan tarixi. Erkən İntibah dövrü. B., 2008.
- Mahmudov Y.M. Orta əsrlər tarixi (erkən feodalizm dövrü). Dərslik. B., 1989.
- Mahmudov Y.M. Odlar Yurduna səyahət. B., 1980.
- Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. B., 1985.
- Mahmudov Y.M., Məmmədova N.B., Zeynalova S.Ə. Orta əsrlər tarixi. Metodik
vəsait. B., 2010.
- Məmmədov H.N. Bolqarıstan tarixi. B., 2009.
- Mustafazadə T.T. Ümumdünya tarixi. I cild. B., 2009.
- Orta əsrlər tarixi. Y.M.Mahmudovun tərcüməsi. B., 1988, I cild.
***
- Abramson M., Gourevitch A., Kolesnitski N. Histoire du Moyen Age. Paris, 1976.
- Berktay H. Kabileden Feodalizme. Ankara, 1983.
- Block M. Feodal toplum. Çeviren M.A.Kılıçbay. Ankara, 1983.
- Holmes G. The Oxford İllustrated History of Medieval Europe. Oxford, 1988.
- Kerr G. Avrupanın kısa Tarihi. Türkçesi C.Atay. İstanbul, 2011.
- Ostrogorsky G. Bizans devleti tarihi. Çevireni İşıltan. Ankara, 1981.
- Roberts J.M. Dünya Tarihi. I Cilt. Çevireni İ.Erman. İstanbul, 2011.
- Tanilli S. Yüzyılların Gerçeği ve Mirası. II Cilt. Ortaçağ: Feodal dünya. İstanbul,
2007.

***
- Альбом иллюстраций по истории средних веков. Сост. В. Ф. Семе нов и А. А.
Кириллова. М., 1960.
- Атлас истории средних веков. Под ред. Е. А. Косминского и А. П.
Левандовского. М., 1960.
- Ачади И. История венгерского крепостного крестьянства. М., 1956.
- Барг М. А. Исследование по истории английского феодализма в XI—XIII вв.
М., 1962.
- Барг М. А. Вопросы генезиса капитализма в Западной Европе в современной
буржуазной историографии. Сб. «Генезис капитализма». М., 1965.
- Барг М. А. Проблема социальной истории феодализма в современ ной
западной медиевистике. М., 1973.
- Блок М. Характерные черты французской аграрной истории. М., 1957.
- Буданова В.П. Готы в эпоху Великого переселения народов. М., 1990
- Вайнштейн О. Л. Историография средних веков. М., 1940.
- Вайнштейн О.Л. Западноевропейская средневековая историография. М.—Л.,
1964.
- Вайнштейн О.Л. История советской медиевистики (1917—1966). Л., 1968.
- Византийские очерки. М., 1971.
- Всемирная история, т. III, 1957; т. IV, 1958.
- Всеобщая история искусств, т. II. М., 1960.
- Грацианский Н. П. Из социально-экономической истории западно-
европейского средневековья. Сб. статей. М., 1960.
- Гуревич А. Я. Походы викингов. М., 1966.
- Гутнова Е. В. Историография истории средних веков (середина XIX в.—1917
г.). М. 1974.
- Данилов А. И. Проблемы аграрной истории раннего средневековья в
немецкой буржуазной историографии конца XIX—нач. XX вв. М., 1958.
- Данилова Г. М. Возникновение феодальных отношений у франков VI—VII вв.
Петрозаводск, 1959.
- Дилегенский Г. Г. Северная Африка в IV—V веках. М., 1961.
- Европа в средние века: экономика, политика, культура. Сб. статей. М., 1972.
- Заборов М. А. Крестовые походы. М., 1956.
- Заборов М. А. Введение в историографию средних веков. М., 1966.
- Заборов М. А. Историография крестовых походов (XV—XIX вв.). М., 1971.
- История зарубежной литературы. Раннее средневековье и Возрожде ние, Под
ред. М.П.Алексеева, В.М.Жирмунского и др. М., 1959.
- История Болгарии, т. I. М., 1954.
- История Венгрии, т. I. М, 1971.
- История Византии, тт. I—III. М.., 1967.
- История Европы. В 8 т. М., 1992, т.2. Средневековая Европа.
- История Италии, т. I. М., 1970.
- История Польши, т. I. М., 1954.
- История средних веков. В 2 т. Учебник под ред. С.П.Карпова. Т.1. М., 2001
- История стран Азии и Африки в средние века. М. 1969.
- История стран Азии в средние века. Л., 1970.
- История стран зарубежного Востока в средние века. М., 1957.
- История Франции, т. I. М., 1972.
- История Швеции. М., 1974.
- История Югославии, т. I. М., 1963.
- История южных и западных славян. М., 1969.
- История средних веков. Под ред. Н. Ф. Колесницкого. М., 1980.
- История средних веков (в 2-х томах), т. I. Под ред. С. Д. Сказкина и др. М.,
1977.
- Каждан А. П. Деревня и город в Византии IX—X вв. Очерки по истории
византийского феодализма. М., 1960.
- Карташев А.В. Вселенские соборы. М., 1994
- Колесницкий Н. Ф. Исследование по истории феодального государства в
Германии. М., 1959.
- Колесницкий Н. Ф. Феодальное государство (V—XV вв.). М, 1967.
- Конокогин А. В. Очерки по аграрной истории Северной Франции в IX—XIV вв.
Иваново, 1958.
- Корсунский А. Р. Образование раннефеодального государства в Западной
Европе. М., 1963.
- Корсунский А. Р. Готская Испания М.., 1969.
- Корсунский А. Р. Возникновение феодальных отношений в Западной Европе.
Уч.метод, пособие, вып. I. М., 1968; вып. II. М., 1973.
- Королюк В. Д. Западные славяне и Киевская Русь. М., 1964.
- Косминский Е. А. Проблема английского феодализма в историогра фии
средних веков. Сб. статей. М., 1963.
- Косминский Е. А. Историография средних веков (V—середина XIX века). М.,
1963.
- Котельникова Л. А. Феодализм и город в Италии в VIII—XV вв М., 1987.
- Курбатов Г. Л. Ранневизантийский город (Антиохия в IV веке) Л., 1962.
- Курбатов Г. Л, Историография по истории Византии. Л., 1975.
- Лаптин П. Ф. Община в русской историографии последней трети XIX—начала
XX века. Киев, 1971.
- Левандовский А. П. Карл Великий: через империю к Европе. М., 1995
- Левандовский А. П. Об этническом составе империи Каролингов.— «Вопросы
истории», 1952, № 7.
- Левицкий Я. А. Город и городское ремесло в Англии в X—XII вв. М., 1960.
- Левченко М. В. Очерки по истории руссковизантийских отношений. М., 1956.
- Ле Гофф Ж. Цивилизация средневекового Запада. М., 1992.
- Липшиц Е. Э. Очерки истории византийского общества и культуры VIII—
первой половины IX в. М.—Л., 1961.
- Литаврин Г. Г. Болгария и Византия в XI—XII вв. М., 1960.
- Литаврин Г. Г. Византийское общество и государство в X—XI вв. М., 1977.
- Лозинский С. Г. История папства. М., 1961.
- Луцатто Д. Экономическая история Италии. М., 1954.
- Люблинская А. Д. Источниковедение истории средних веков. Л., 1955.
- Методологические и историографические вопросы исторической нау ки. Сб.
статей, вып. 1—10. Томск, 1963—1975.
- Мильская Л. Т. Светская вотчина в Германии в VIII—IX вв. и ее роль в
закрепощении крестьянства. М., 1957.
- Мильская Л. Т. Очерки из истории деревни в Каталонии в X— XII вв. М., 1962.
- Могильницкий Б. Г. Политические и методологические идеи русской
либеральной медиевистики середины 70-х годов XIX века—начала 900-х годов.
Томск, 1969.
- Мортон А. Л. История Англии. М., 1950.
- Мюссе Л. Варварские нашествия на Европу. СПб., 2008.
- Неусыхин А. И. Возникновение зависимого крестьянства как класса
раннефеодального общества в Западной Европе VI—VIII веков. М., 1956.
- Неусыхин А. И. Судьбы свободного крестьянства в Германии в VIII—XII вв. М.,
1964.
- Неусыхин А. И. Проблемы европейского феодализма. М., 1974.
- Пигулевская Н. В, Византия и Иран на рубеже VI и VII вв М.—Л., 1946.
- Пигулевская Н. В. Византия на путях в Индию. М., 1951.
- Полянский Ф. Я. Экономическая история зарубежных стран. Эпоха
феодализма. М., 1954.
- Поршнев Б. Ф. Феодализм и народные массы. М., 1964.
- Самаркин В. В. Историческая география Западной Европы в сред ние века. М.,
1976.
- Сапрыкин Ю. М. Основные проблемы истории феодального общества в трудах
В. И. Ленина. М., 1977.
- Семенов В. Ф. История средних веков. М., 1975.
- Серовайский Я. Д. Социальные противоречия и классовая борьба во Франкском
государстве. М., 1979.
- Сидорова Н. А. Ранняя городская культура во Франции XI—XII вв. М., 1952.
- Сказкин С.Д. Очерки по истории западноевропейского крестьянства в средние
века. М., 1968.
- Сказкин С. Д. Избранные труды по истории. М., 1973.
- Сказкин С. Д. Из истории социально политической и духовной жизни
Западной Европы в средние века. М., 1981.
- Соколова М. Н. Свободная община и процесс закрепощения крестьян Уэссекса
и Кента. Сб. «Средние века», вып. VI, 1965.
- Стеблин Каменский М. И. Мир саги Становление литературы. Л., 1984.
- Стоклицкая Терешкович В. В. Основные проблемы истории средневекового
города X—XV вв. М., 1960.
- Тейс Л. Наследие Каролингов. М., 1993
- Удальцова. 3. В. Византия и Италия в VI в. М., 1959.
- Удальцова 3. В. Советское византиноведение за 50 лет. М., 1969.
- Удальцова 3. В. Идейно-политическая борьба в ранней Византии (по данным
историков IV—VII веков). М., 1974.
- Штаерман Е. М. Кризис рабовладельческого строя в западных про винциях
Римской империи. М., 1957.
- Элита и этнос средневековья. М., 1995.
- Энгельс Ф. Крестьянская война в Германии — К. Маркс и Ф. Энгельс. Соч., т. 7.
MÜNDƏRİCAT
Giriş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3
I fəsil. Roma imperiyasının süqutu və orta əsrlərə
keçid . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
II fəsil. Barbarlar və onların ictimai quruluşu . . . . . .
III fəsil. «Xalqların böyük köçü» və barbar
krallıqlarının yaranması . . . . . . . . . . . . . . . . .
V fəsil. Frank dövləti (5-ci əsrin sonu - 9-cu əsrin
ortaları) . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
1.Frank dövləti Merovinqlər (Meroveylər) sülaləsinin
hakimiyyəti dövründə . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
2.Frank dövləti Karolinqlər sülaləsinin hakimiyyəti
dövründə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
V fəsil. Fransa (9-11-ci əsrlər) . . . . . . . . . . . . . . . . . . .
VI fəsil. İtaliya (9-11-ci əsrlər) . . . . . . . . . . . . . . . . . . .
VII fəsil. Almaniya (9-11-ci əsrlər) . . . . . . . . . . . . . . . .
VIII fəsil. İngiltərə (11-ci əsrin ortalarınadək) . . . . . . .
IX fəsil. Qərb slavyanları (6-11-ci əsrlər) . . . . . . . . . . . .
X fəsil. Bizans (4-11-ci əsrlər) . . . . . . . . . . . . . . . . . . . . .
XI fəsil. Cənub slavyanları (6-11-ci əsrlər) . . . . . . . . . .
Xronologiya . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Biblioqrafiya . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
Учебное издание
Ягуб Микаил оглы Махмудов

История средних веков


Европа в период раннего средневековья

Учебник
(на азербайджанском языке)
Tədris nəşri
Yaqub Mikayıl oğlu Mahmudov

Orta əsrlər tarixi


Avropa erkən orta əsrlərdə

Dərslik

You might also like