You are on page 1of 1

sözlərdə işlənir.

Lakin dilimizə keçən alınma sözlərdə o, başqa hecalarda işlənə


bilər”(A.Axundov,49)
Qalın, dodaqlanan və qapalı olan“u” səsidə milli sözlərimizdə istənilən
mövqedə qərarlaşa bilən danışıq səslərindəndir. Digər saitlər kimi “u” səsi də
alınma sözlərdə müvafiq olaraq uzun və qısa kəmiyyətlərdə təsadüf edilir.
Məsələn, höku:mət, zəru:rət, gu:şə və s. Amma bəzi gəlmə sözlərdə səs uzanması
baş vermir; əruz, məktub, məzmun, əfsun və s. Bədii əsərlərdə də “u” saitinin hər
iki məxrəcdəki keyfiyyətlərini müşahidə edə bilərik.

Məndə Məcnundan füzun aşiqlik istedadı var,


Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.

Nola qan tökməkdə mahir olsa çeşmim mərdümü,


Nütfeyi-qabildürür, ğəmzən kimi ustadı var.
Qıl təfaxür kim, sənin həm var mən tək aşiqin,
Leylinin Məcnunu, Şirinin əgər Fərhadı var.

... Ey Füzuli, eşq mənindən qılma nasehdən qəbul,


Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.(M.Füzuli.Seçilmiş əsərləri.
Bakı, maarif, 1983,244,60)
“o” və “ö” saitləri təxminən ortaq xüsusiyyətə malik səslərdir. Əsasən, ön
və sonrakı hecalarda görünən bu danışıq səsləri çox nadir hallarda son hecalarda
mövqe qazanırlar. Məsələn, ördək, ölkə, ordu, qoruq və s.
Adıçəkilən səslərin sözün sonuncu hecalarında işləndiyinə də rast gəlmək
olur. Adətən, belə hallarda onların “v” samitindən əvvəl işləndiyini görürük: alov,
qırov, bütöv, kösöv və s.
Söz ortasında “o” və “ö” saitləri “n” və “v” səslərindən əvvəl işləndikdə
tələffüz zamanı göstərilən samitlər ixtisar olunur və nəticədə saitlər uzanır.
Məsələn, sonra- so:ra, növbə-nö:bə və s.
Şagirdlərin qeyd olunan dil qaydaları ilə tanışlığı mətnlərin keyfiyyətli
oxusuna yardım edəcəkdir.

Samitlərin tələffüzü və bəzi cingiltili samitlərin


kar, kar samitlərin cingiltiləşməsi hadisəsi
Dilçiliyimizdə samitlər maneəli səslər kimi xarakterzə edilir. Sayı iyirmi beş
olan, kar və cingiltilli olaraq iki cür təsnif edilən samitlərin böyük əksəriyyətinin
kar və cingiltili qarışıqları vardır. Tələffüz zamanı bəzən onların bir-birini
əvəzlənməsinə rast gəlirik ki, bu da fonetik norma ilə tənzimlənir.

You might also like