You are on page 1of 7

z s

q
v Samit səslər

k
l a

y m
j
Dilimizdə 25 samit səs var ki, onlar 23 hərflə
Qayda: ifadə olunur.
Əlifbamızda komandir, tank, klub sözlərindəki
[k'] səsini (cingiltili [q] samitinin kar qarşılığını) və ipək, çiçək,
məktəb sözlərindəki [x'] samitini (cingiltili [y] samitinin kar qarşılığını)
ifadə etmək üçün xüsusi hərf yoxdur. Bu iki səs əlifbamızda kənd, tük,
şəkil sözlərindəki [k] səsini (cingiltili [g] samitinin kar qarşılığını) ifadə
edən "k" hərfi ilə göstərilir. Buna görə də dilimizdəki səslərin sayı 25,
əlifbamızdakı hərflərin sayı isə 23-dür.

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:

[l],[m],[n],[r] cingiltili samitlərinin kar qarşılığı,[h] kar samitinin isə


cingiltili qarşılığı yoxdur.
Tapşırıqlar:
Tapşırıq 1. Kar samitlərlə başlayan sözləri seçib yazın.

heyva çiçək futbol yol badam

qarpı
şəhər top təndir kənd
z

fit xurma gümüş pambıq şəkil

__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
Tapşırıq 2. Kar samitlərin altından xətt çəkin.
Müəllimdən öyrəndik
Oxumağı, yazmağı. O, yeni həyat verir
Qəlbimizin səsinə Hər kəlməyə, hər sözə,
Hər an qulaq asmağı, Yerin, göyün sirrini
Odur öyrədən bizə.

Tapşırıq 3. Nöqtələrin yerinə mötərizədəki samitlərdən uyğun


gələnini əlavə edib köçürün.

xəs..ə (d, t) us...a (d, t) hop...an (b, p) həf...ə (d,t)

dəf...ər (d, t) sək...iz (g, k) aş...az (b, p) bos ...an (d, t)

Tapşırıq 4. Cingiltili samitlərlə bitən sözləri seçib göstərin.


zavod, pələng, as, ağac, qəfəs, tütək, oğlan, qaşıq

Tapşırıq 5. Cingiltili samitlərin altından xətt çəkin.


Ceyran çöllərin yaraşığıdır. O, ot yeyir. Ceyranlar sürü halında
yaşayırlar. Ceyranları qorumaq və sayını artırmaq üçün xüsusi qoruqlar
yaradırlar.
Tapşırıq 6. Nöqtələrin yerinə cingiltili samitlər əlavə etməklə sözlər
düzəldib yazın.

qu...u ya...paq A...il ha...a

qə...et bula... cü...ə A...adə

Tapşırıq 7. Verilmiş sözləri müvafiq sütunlarda yazın.


Test, ipək, zərgər, xəritə, inqilab, meydan, mənzil, taxta, hekayə,
ticarət, şöhrət, sakit

Yalnız cingiltili Yalnız kar samitlər Həm cingiltili, həm də


samitlər işlənən işlənən sözlər kar samitlər işlənən
sözlər sözlər

Tapşırıq 8. Verilmiş sözlərin son samitini başqa samitlə əvəz edərək


sözlər düzəlt.

Od-ot Ad -
Ac - Az -
Sat - Yad -
Tapşırıq 9. Sözlərin əvvəlinə bir samit əlavə etməklə yeni söz düzəlt.
___ağıl, ___əmi, ____aşıq, ____ələk, ____ay, ____ayıq,
_____oyun, _____arıq, _____ətir.

Tapşırıq 10. Yalnız kar samitlər işlənən 5 söz və yalnız cingiltili


samitlər işlənən 5 söz yazın.
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________

Mətn: Çil toyuq və siçan balaları


Bir evdə çil toyuq və iki siçan balası yaşayırdı. Bir dəfə toyuq
çəməndə sünbül tapdı. Çox sevindi. Dənləri üyütmək lazım idi.
Çil toyuq soruşdu:
- Sünbülü dəyirmana kim aparacaq?
- Biz yox, biz yox! – deyə siçanlar qışqırdılar və topu götürüb
oynamağa qaçdılar.
Toyuq özü sünbülü dəyirmana apardı. Dənləri üyütdü. Unu kisəyə
doldurub evə qayıtdı. Siçanlara dedi:
- Xəmir yoğurmaq üçün su lazımdır. Suyu kim gətirəcək?
- Biz yox, biz yox! – deyə yelləncəkdə yellənən siçanlar qışqırdılar.
Qonşuluqda yaşayan qurbağa çaya gedib su gətirdi.
Çil toyuq xəmir yoğurdu. Yenə siçanlara dedi:
- Ocaq qalamaq üçün odun lazımdır. Meşəyə kim gedəcək?
- Biz yox, biz yox! – deyə çəməndə kəpənəklərin dalınca qaçan
siçanlar yenə qışqırdılar.
Meşədə yaşayan sincab odun gətirdi. Toyuq dadlı kökələr bişirdi,
dedi:
- Kökələr hazırdır. Onları kim yeyəcək?
- Biz, biz! – deyə siçanlar evə tərəf qaçdılar.
Amma toyuq dedi:
- Yox, belə olmaz. Kim işləyib, mənə kömək edib, kökələri də o
yeyəcək!
Toyuq qurbağanı və sincabı qonaq çağırdı. Oturub ləzzətlə kökələri
yeməyə başladılar. Siçanlar isə baxa-baxa qaldılar.

Söz ehtiyatı:
Qurbağa
Dələ / sincab Squirrel
Siçan Mouse
Gölməçə pond
Zirzəmi Basement /cellar
Toyuq hini Coop
Qoz Nut
Dən Chicken feed
Un Flour
Odun Wood
Ocaq / tonqal Fire
Yelləncək Swing
Qida qalıqları Leftovers
Xəmir Dough
Həşərat insect
Ağac koğuşu Hollow

Mətn tapşırıqlar:

1. Cümləni tamamlayın.

Siçan balaları toyuğa kömək etmək istəmirdilər, çünki .........


o Kökə bişirmək çox çətin idi.
o Toyuq onlara ağır işlər tapşırırdı.
o Siçanlar tənbəl idilər.
2. Uyğunluğu müəyyən edin.
Gölməçə, hin, qoz, həşərat, zirzəmi, ağac koğuşu, yemək qalıqları,
dən.

Canlı Yaşadığı yer Qida


Toyuq
Sincab
Qurbağa
Siçan

3. Çil toyuğun və ona kömək edənlərin gördüyü işləri


ardıcıllıqla nömrələyin.

1,2,3,4,5
Toyuq kökə bişirdi.
Toyuq buğdanı üyütdü.
Sincab odun gətirdi.
Qurbağa su gətirdi.
Toyuq dən tapdı.
4. Mətndən kar samitlərdən ibarət sözlər tapıb yazın.
__________________________________________________________
__________________________________________________________
__________________________________________________________
5. Mətndən cingiltili samitlərdən ibarət sözlər tapıb yazın.
__________________________________________________________
__________________________________________________________

You might also like